Search is not available for this dataset
text
stringlengths
10
518k
Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır.
Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar.
Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.
Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər.
Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.
Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik.
İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər”.
Aİ liderləri fövqəladə sammiti keçirəcəklər.
Bu barədə Aİ Şurasının Mətbuat Xidməti məlumat yayıb.
“Avropa Şurasının xüsusi iclası aprelin 17-18-də Brüsseldəki Avropa binasında keçiriləcək”, - mətbuat xidməti təfərrüatları dəqiqləşdirmədən bildirib.
Sammitin mövzusu hələlik açıqlanmayıb.
“Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur.
Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda yer alıb.
Məktubda bildirilib ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır.
Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları, həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar.
Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.
“Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər.
Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.
Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik.
İnanıram ki, Azərbaycan qadınları gənc nəslin Vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər”, - deyə məktubda, həmçinin qeyd olunub.
Bəzi sosial şəbəkə səhifələrində 15 nömrəli şəhər Poliklinikasının həkim-cərrahı vəzifəsində işləmiş Könül Sultanova barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Könül Sultanovanın Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə o, təqsirli bilinərək, üç min manat cərimə cəzasına məhkum edilib.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən K.Sultanova barəsində çıxarılmış bəraət hökmündən martın altısında dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.
Qeyd edək ki, K.Sultanova əlillik dərəcələrinin verilməsi məqsədilə təyin edilmiş diaqnozları saxtalaşdırmaqda təqsirli bilinib.
AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib.
Bu barədə İqtisadiyyat.az məlumat yayıb.
Bildirilib ki, o, “Caspian Energy Club”ın İdarə Heyətinin yeni tərkibində yer alıb.
Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hökm elan olunub.
Hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə məhkəmə zalından azadlığa buraxılıblar.
Məhkəmədə təqsirləndirilən şəxslərdən olan Elmir İsmayılov azadlığa çıxmasına belə reaksiya verib:""“Bir hüquqşünas kimi deyə bilərəm ki, nəhayət, haqq-ədalət yerini tapdı.
Bizi dəstəkləyən, ədalətin bərpa olunması üçün köməklik göstərən ədalətli insanlara minnətdarlığımı bildirirəm.
Doqquz ay bizimlə birlikdə olan bütün dostlara təşəkkürümü çatdırıram”.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) BMT-nin Qlobal Sazişinə qoşulub.
Bu barədə Oxu.Az-a KOBİA-dan məlumat verilib.
Bildirilib ki, agentlik BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq prinsiplərinə uyğunlaşdırmaqda, KOB-ların inkişafına və yeni sahibkarlıq subyketlərinin yaradılmasına dəstək olmaqla qlobal davamlı inkişaf strategiyasına öz töhfəsini verməkdə davam edəcək.
Həmçinin, Agentlik 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətində və KOB-larla iş prosesində ətraf mühit məsələlərinə, “yaşıl iqtisadiyyat”ın təbliğinə diqqəti daha da artıracaqdır.
Qeyd edək ki, BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir.
Təşkilatın üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, eləcə də “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.
Rüşvət müqabilində hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxs həbs edilib.
Bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumat yayıb.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon idarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən hərbi qulluqçu Hümbət Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət tələb etməsi və alması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Hümbət Nəbiyev şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı cinayət əməlinin törədilməsində iştirak etmiş bütün şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir.
Orta məktəblərin ərazisində yerləşən bəzi idman meydançaları özəlləşdirilərək başqa məqsədlər üçün istifadə olunur.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Hesabatda bildirilib ki, bu prosesin qarşısının qəti şəkildə alınması üçün tədbirlərin görülməsi xahiş edilir.
Qeyd edilib ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6.2.16-cı bəndinə əsasən “dövlət icbari ümumi orta təhsil müəssisələri” özəlləşdirilməsi qadağan olan əmlaklara aid edilib:""“Bu baxımdan orta məktəblərin və onlara xidmət edən idman qurğularının (meydançaların) özəlləşdirilməsi həyata keçirilmir.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.13-cü bəndinə əsasən ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.
Bundan başqa, Elm və Təhsil Nazirliyinin Audit şöbəsi tərəfindən kənar müdaxilənin qarşısının alınması ilə bağlı mütəmadi olaraq araşdırmalar aparılır.
Bu kimi halların (zəbt, qanunsuz müdaxilə və sair) qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış müqavilələr əsasında son illər ərzində 1,7 mindən çox təhsil müəssisəsi üçün texniki pasport hazırlanmış və hazırda bu işlər davam etdirilir”.
Nikki Heyli Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədən imtina etdiyini açıqlayıb.
O, tərəfdarlarını ABŞ prezident seçkisində Trampı dəstəkləməyə çağırmayıb.
Qeyd edək ki, Heylinin ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizədən geri çəkilməsi Trampı Respublikaçılar Partiyası üçün öncül namizəd edir.
Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.
Federasiyadan Oxu.Az-a verilən məlumata görə, ikiqat Avropa çempionu ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.
Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib.
O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.
Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdəki ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib.
O, yarımfinala yüksələcəyi halda olimpiadaya vəsiqə əldə edəcək.
Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, hərəkətdə olan “Daevoo” markalı minik avtomobili VAZ-2107 markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində avtomobildə olan rayon sakinləri 1969-cu il təvəllüdlü Əfqan Mütəllim oğlu Allahverdiyev və 1979-cu il təvəllüdlü İ.Baləhməd qızı Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Xurşidbanu Natəvanın abidəsində vandallıq izləri.
Heykəlin üzərindəki örtük götürüldükdən sonra nələr üzə çıxdı?
Xankəndinin erməni sakini Larisa Baku TV-yə işğal dövründə yaşadığı çətinliklərdən danışdı.
Xankəndi qəbiristanlığında erməni vandallığı.
Bacı qardaşının məzarını tapa bilmədi.
“Toplum” TV-nin ofisində axtarış aparıldı.
Daxili İşlər Nazirliyi (DİN) bu barədə nələri açıqladı?
Abşeronda sahibsiz itlərin təhlükə saçdığı məkan niyə ləğv edilmir?
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
“Burada azərbaycanlılarla yaşamaq çox yaxşıdır.
Məni narahat etmirlər, yaxşı davranırlar.
Həmişə yanıma gəlirlər, hal-əhvalımı soruşurlar”.
Bunu Baku TV-yə açıqlamasında Xankəndinin erməni sakini Larisa Stepanyan deyib.
“Bizimkilərlə yaşamaq isə mənim üçün yaxşı olmayıb.
Maşınımın başına elə bir oyun gətiriblər ki, bu haqda heç danışmaq istəmirəm.
Mən erməni pasportunu götürmədim.
Azərbaycan vətəndaşı olmaq istəyirəm”, - deyə o söyləyib.
Azərbaycan sərbəst güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən Roman Dmitriyev memorialına qatılıblar.
Federasiyadan verilən məlumata görə, martın 10-dək davam edəcək xatirə turnirində üç güləşçimiz mübarizə aparacaq.
Gənclərdən ibarət millinin məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında Ayxan Abdullazadə (65 kq), İsmayıl Rəhimli (70 kq) və Ağanəzər Novruzov (74 kq) ənənəvi yarışda fəxri kürsüdə yer almağa çalışacaqlar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq perspektivləri, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər müzakirə olunub.
C.Bayramov ölkəmiz üçün əhəmiyyət kəsb edən bir sıra, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, infrastruktur kimi istiqamətlər üzrə uğurla icra olunan, habelə davam etdirilən layihələrin əməkdaşlığın inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib.
Dünya Bankı çərçivəsində əməkdaşlığın öz növbəsində ölkəmizin digər regional və beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrini genişləndirməsinə təkan verdiyi diqqətə çatdırılıb.
COP29-a sədrliyimiz çərçivəsində aparılan substantiv danışıqlar prosesi, habelə 29-cu sessiyaya hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir sədrliyimizin əsasən qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə maliyyə resursları və investisiyaların cəlbinə vurğu etdiyini söyləyib.
Bu istiqamətdə dövlətlərlə yanaşı, beynəlxalq maliyyə institutlarının prosesə mümkün töhfəsinin müəyyən edilməsi istiqamətində təmasların aparılması baxımından Dünya Bankının mühüm platforma rolu oynaya biləcəyi qeyd olunub.
Postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, görülən işlərin eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsinin alternativ enerji potensialından səmərəli istifadəyə yönəldiyini, bu istiqamətdə müvafiq layihələrə artıq bir sıra xarici tərəfdaşların cəlb olunduğunu diqqətə çatdırıb.
Müqabil tərəf Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edərək, ölkəmizin uğurlu sədrlik təcrübəsi nümayiş etdirəcəyinə, habelə sədrlik prioritetlərinə müvafiq olaraq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndiriləcəyinə dair inam ifadə edib.
Xüsusilə, COP29 çərçivəsində müəyyənləşəcək qlobal öhdəliklərin öz praktiki icrasını tapması istiqamətində addımlar atılmasının vacibliyi qeyd olunub, Dünya Bankının bu istiqamətdə təşəbbüslərin dəstəklənməsinə hazır olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aprelin 6-7-də Gürcüstanın Qudauri xizək kurortunda ilk dəfə olaraq Beynəlxalq Xizək və Snoubord Federasiyasının himayəsi altında gənclər arasında snoubord üzrə dünya çempionatı keçiriləcək.