Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Namizəd fasilitatorlara düşən əsas tapşırıq BOCA seminarının həmən bölmələrdə keçirilməsi və bu bölmələrin daxilində hər bir departamentin inkişafı üçün ehtiyacı olan fəaliyyət planının hazırlanması nəzərdə tutulub.
|
Bu planın hazırlanmasında əsas məqsəd bölmələrin hər bir şöbəsinin potensialını artırmaq və qurumun inkişafına təkan vermək olub.
|
BOCA təlimindən əldə edilən təcrübə ilə seçilmiş fasilitatorlar AzQAC-ın bütün bölmələrinin özünüinkişaf ehtiyaclarını təmin etməklə bərabər şöbələrin güclü tərəflərini, məhdudiyyətlərini və çətinliklərini müəyyən edib, qiymətləndirə biləcəklər.
|
Təlimin sonunda seçilən fasilitator namizədlər sertifikata layiq görülərək, rəsmi BOCA fasilitaroru adı qazanıblar.
|
Qeyd edək ki, AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir.
|
Bu sistem çərçivəsində “HÖP”, “SMS”, “MilliÖn”, “eManat”, “hesab.az”, “PAŞA Bank”, “Bank of Baku”, “ABB”, “UniBank” mobil əlavələr üzərindən və istənilən bank kartı və s.kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir.
|
Toplanmış ianələr ehtiyacı olan insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.
|
Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər:[email protected].
|
“Dünya Avropa Şurasında baş verənlərə ədalətli qiymət verməlidir”.
|
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinin dayandırılması qərarını jurnalistlərə şərh edərkən bildirib.
|
“AŞPA-nın gördüyü hər bir iş tamamilə siyasiləşib.
|
Təəssüf ki, təkcə bu təşkilatda deyil, həm də ona qonşu təşkilatlarda, məsələn, ATƏT-də.
|
Avropa Şurasında baş verənlərə adekvat qiymət verilməsinə hamımızın ehtiyacı var”, - deyə o bildirib.
|
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, AŞPA bəzi dövlətlərə qarşı dözümsüzlük, təkəbbür və neokolonial şovinizm nümayiş etdirir.
|
Xatırladaq ki, yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti iclasda bəyanatla çıxış edərək, növbəti bildirişə qədər AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.
|
Dünyada ən geniş yayılan sosial əyləncə vasitəsi “TikTok”a qarşı Qərb ölkələri total hücuma keçiblər.
|
Birləşmiş Ştatlar bu platformanı təhlükəsizliyinə təhdid adlandırıb.
|
Özünü dünyaya “demokratiya beşiyi” kimi təlqin edən Ağ ev sosial şəbəkə sistemlərinə qarşı hücum kampaniyasını bu platformadan başlayıb.
|
Vəziyyət həqiqətən də təəccüb doğurur.
|
Əvvəla, bu, dünya ölkələrinə demokratiya və söz azadlığı dərsi keçən fövqəldövlətin daxilində vəziyyətin fərqli olduğuna işarədir.
|
Yəni, ABŞ dünyaya təbliğ etdiyi kimi, söz azadlığının, fikir müxtəlifliyinin mütləq şəkildə təmin edildiyi ölkə deyil.
|
Əksinə, bu ölkədə hüquq və azadlıqlar, o cümlədən, ifadə və media azadlığı kobud şəkildə pozulur.
|
ABŞ Konqresi təhlükəsizliyin təmini adı altında son illər dünyada məşhurlaşan “TikTok”a qarşı səlib yürüşünə start verib.
|
Konqres də Ağ ev kimi bunu əyləncə vasitəsi kimi deyil, təhlükə kimi gördüyünü elan edib.
|
“ABŞ-liləri xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq” adı altında cəmiyyətə sırınan qanun layihəsinin müəllifləri respublikaçı Mayk Qallaqer və demokrat Raca Krişnamurtidir.
|
Layihədə bildirilib ki, “TikTok” “xarici düşmənlər” tərəfindən idarə olunur və ABŞ-nin milli təhlükəsizliyinə təhdiddir.
|
Qanun layihəsi qəbul olunarsa, “TikTok”un sahibi olan “ByteDance” korporasiyası “TikTok”u satmaq məcburiyyətində qalacaq və ya sosial şəbəkə ABŞ-də qadağan ediləcək.
|
Qanun layihəsi “TikTok” ilə Çin tərəfindən idarə olunan bütün qurumlar arasında istənilən əlaqəni kəsməyi hədəfləyir.
|
Konqresmenlər sosial şəbəkəni satmaq üçün “ByteDance” kompaniyasına altı ay vaxt veriblər.
|
Əks təqdirdə onun ölkədəki fəaliyyətinə, o cümlədən müvafiq tətbiqin şəbəkə platformalarında yerləşdirilməsinə qadağa qoyulacaq.
|
Qeyd olunub ki, qanun layihəsi həm də rəsmilərə “xarici düşmənlər” tərəfindən idarə olunan digər platformaları qadağan etməyə imkan verəcək.
|
Nəşrin məlumatına görə, siyahıya Çin, Rusiya, Şimali Koreya və İrana bağlı platformalar daxildir.
|
“TikTok” platformasının sözçüsü Aleks Haurek bildirib ki, qanun layihəsi müəllifləri onu maskalamağa çalışsalar da, bu, “TikTok”a birbaşa qadağadır.
|
Ötən may ayında Montana qubernatoru Qreq Gianforte ABŞ-də “TikTok” sosial şəbəkəsini tamamilə qadağan edən ilk şəxs olub.
|
Yeni qanun layihəsinə əsasən, ştatda müvafiq mobil tətbiqi yükləmək qadağandır.
|
Qeyd olunub ki, “Apple” və “Google” proqram təminatının yüklənməsinə girişi bloklamalıdır, əks halda, onları cərimə gözləyir.
|
2022-ci ilin dekabrında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns “TikTok”u ABŞ-nin milli təhlükəsizliyinə təhdid adlandırıb.
|
Ticarət naziri Gina Raimondo isə Senatda keçirilən dinləmələrdə deyib ki, “TikTok” kimi mobil proqramların yaratdığı milli təhlükəsizlik təhdidlərinə qarşı hüquqi alətlər yaratmaq lazımdır.
|
Hətta “TikTok”u Çin Kommunist Partiyasının Troya atı adlandırıb, Birləşmiş Ştatlar üçün təhlükə mənbəyi hesab edirlər.
|
Qeyd edək ki, qısa videoları yükləməyə imkan verən “TikTok” sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib.
|
Şəbəkənin sahibi “ByteDance” kompaniyasıdır.
|
ABŞ-də hesab edirlər ki, bir çox sosial media proqramları kimi, “TikTok” da istifadəçiləri haqqında vacib məlumatları toplayır.
|
“TikTok”un məxfilik siyasətində deyilir ki, o, istifadəçi məlumatlarını ana şirkəti “ByteDance” ilə paylaşa bilər.
|
Bundan sonra Çin hökumətinin ABŞ-li “TikTok” istifadəçiləri haqqında məlumat əldə etmək şansı var.
|
Buraya onların yeri, baxış tarixçələri və kontaktları daxildir.
|
Bu məlumatın sonradan pis niyyətlə və ya ABŞ-lilərə casusluq etmək üçün istifadə edilməsi ehtimalı var.
|
Belə götürəndə hər bir ölkə qərar verməkdə müstəqildir, heç kim də ona qarışa bilməz.
|
Bəs nədən bu qərarı digərləri qəbul edəndə ona qarşı total hücuma start verir, söz azadlığı və mətbuata təzyiq kimi qiymətləndirirlər.
|
Dövlət Departamenti hər ilin əvvəlində hazırladığı hesabatda müstəqil xarici siyasət yeridən dövlətləri hədəfə alır, onlara “dərs” keçməyə çalışır.
|
Prezidentliyə namizədlərə qarşı məhdudiyyətləri götürək.
|
2024-cü il seçkilərində Cozef Baydenə rəqib olacaq Donald Tramp belə dəfələrlə ABŞ hakimiyyəti tərəfindən təzyiqlərlə üzləşib.
|
Onun “Twitter”, “Тwitсh” və “Snарсhаt” servislərindəki hesabları bloklanıb.
|
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da ABŞ-də baş verən iğtişaşlardan sonra Donald Trampın sosial şəbəkə hesabları birdəfəlik bloklanıb.
|
Beləliklə, ABŞ üslubunda söz azadlığı və plüralizm budur.
|
Öz sosial şəbəkələrini və internet saytlarını bütün dünyada təbliğ edir, başqa ölkəninki ABŞ bazarında tanınmağa başlayanda isə dərhal onu bloklamağa çalışır.
|
“TikTok”la bağlı aparılan kampaniya da bunun bariz nümunəsidir.
|
Görünən odur ki, demokratiya, söz azadlığı ABŞ üçün hər zaman siyasi oyun predmetindən başqa bir şey olmayıb.
|
“Naxçıvan” Universitetinin fəaliyyətinin dayandırılması mərhələli şəkildə həyata keçiriləcək.
|
Oxu.Az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının (MR) təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.
|
O bildirib ki, elm və təhsil naziri Emin Əmrullayev universitetin fəaliyyətinin dayandırması ilə bağlı keçirdiyi brifinqdə müəyyən məlumat verib:""“Naxçıvandakı ali təhsil müəssisələri MR-in Təhsil Nazirliyinin tabeliyində olan müəssisələr kimi fəaliyyət göstərmir.
|
Həmin təhsil ocaqları birbaşa Elm və Təhsil Nazirliyinə tabedir.
|
Adıçəkilən özəl universitetin bağlanması ilə bağlı məlumatlar müvafiq mərhələlərlə ictimailəşdiriləcək”.
|
E.Nəcəfov ölkədə müəyyən özəl ali təhsil müəssisələrinin bağlanması və tələbələrin digər aidiyyəti yerlərə köçürülməsi təcrübəsinin olduğunu da diqqətə çatdırıb:""“Böyük ehtimal həmin təcrübələr burada da tətbiq ediləcək”.
|
Barbados bayrağı altında üzən ABŞ yük gəmisi Ədən körfəzində naməlum şəxslərin hücumuna məruz qalıb və zədələnib.
|
Bu barədə Britaniyanın “Ambrey” dəniz təhlükəsizliyi şirkətindən məlumat verilib.
|
Bildirilib ki, gəminin ekipajı xilasedici qayıqlara təxliyə olunub.
|
Qeyd edək ki, daha əvvəl ilk olaraq insidentlə bağlı Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat verib və Qırmızı dənizdə gəmi daşımaları təhlükəsizliyinin təminatı üzrə əməliyyatlar həyata keçirən “Prosperity Guardian” koalisiya qüvvələri tərəfindən gəmiyə köməklik göstərildiyi deyilib.
|
Yük gəmisinə hücum Yəmənin Ədən şəhərindən 54 dəniz mili cənub-qərbdə baş verib.
|
Bildirilib ki, insidentlə bağlı məlumat, adətən olduğu kimi, gəminin kapitanından deyil, “üçüncü tərəfdən” daxil olub.
|
Özlərini Yəmən Hərbi Dəniz Qüvvələrinin hərbçiləri adlandıran şəxslər gəmi ilə əlaqə saxlayıb və gəmiyə istiqaməti dəyişmək barədə göstəriş veriblər.
|
“Yaxınlıqdakı gəmilərdən güclü partlayış səsi eşidilib və ekipaj üzvləri tüstü dumanı görüblər.
|
Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır”, - deyə UKMTO-nun ən son məlumatında qeyd edilib.
|
Rusiyada daha əvvəl xarici agent elan edilən şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov indi də terrorçu və ekstremistlərin siyahısına salınıb.
|
Bu barədə məlumat “Rosfinmonitorinq”in rəsmi saytında yer alıb.
|
Xatırladaq ki, indiyədək şahmatçıya əcnəbi agentlər haqqında qanunu pozduğuna görə 70 min rubl məbləğində cərimə kəsilib.
|
Karyerasını başa vuran Kasparov 2023-cü ilin mayında fərdi xarici agentlərin reyestrinə daxil edilib.
|
Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 3 iyun 2015-ci il tarixli qərarında dəyişiklik edib.
|
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
|
Qərara əsasən, bundan sonra Səhiyyə Nazirliyi dərman vasitələrinin dövlət reyestrinin məlumatlarındakı dəyişiklikləri (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, istehsalçının dəyişməsi, istehsal ölkəsinin dəyişməsi, yeni qablaşdırma miqdarı) ayda bir dəfə elektron formada Tarif (Qiymət) Şurasının Katibliyinə təqdim edəcək.
|
Bu Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
|
Nazirlər Kabineti sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddətin müəyyən edilməsi haqqında qərar qəbul edib.
|
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
|
Qərara əsasən, sözügedən müddət bir ay müəyyən edilib.
|
Qərar bu il yanvarın 1-dən tətbiq edilir.
|
Bakıda Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində yolda qazıntı işləri aparılır.
|
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
|
Bildirilib ki, həmin hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
|
Sürücülərdən nəzərə almaları xahiş edilir.
|
“Universitetlərdə əmək bazarına uyğun kadrların hazırlanması sahəsində hələ də problemlər mövcuddur”.
|
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
|
Qeyd edilib ki, xüsusilə də köhnədən qalan və müasir tələblərə cavab verməyən ixtisaslar hələ də var:""“Bu ixtisaslar üzrə kadr hazırlığı məsələsinə yenidən baxılmalı və gələcəyə yönəlik ixtisaslar seçilməlidir.
|
Gənc kadrlar əmək bazarının tələblərinə uyğun doğru və düzgün formada hazırlanmalıdır”.
|
Hesabatda bildirilib ki, 2019-cu ildə ali təhsil pilləsinin bakalavriat səviyyəsi, 2020-ci ildə isə orta ixtisas təhsili pilləsi üzrə ixtisasların təsnifatları təsdiq edilib.
|
Həmçinin, ali təhsil pilləsinin bakalavriat səviyyəsi üçün 148 ixtisas və orta ixtisas təhsili pilləsi üçün isə 142 ixtisas üzrə yeni məzmunlu, kompetensiya əsaslı, tələbə yönümlü təhsil proqramları hazırlanb və təsdiq edilib:""“Təsnifat və proqramların hazırlanmasında mütəxəssislər və işəgötürənlər yaxından iştirak ediblər.
|
Bu da öz növbəsində gələcəkdə məzunların işlə daha rahat təmin olunmasına xidmət edəcək”.
|
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.
|
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:""“Hörmətli xanımlar!
|
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
|
Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur.
|
Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.