Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün həftəlik brifinq zamanı bildirib.
Onun fikrincə, Ermənistan şirnikləndirilə və aldadıla bilər.
“Daha dərindən baxmaq lazımdır.
Təəssüflər olsun ki, Ermənistanın bir sıra siyasi xadimləri İrəvanın Qərb geosiyasətinin növbəti alətinə, əyləncəsinə çevrilməsi barədə düşünmürlər.
Aİ Ermənistana regiona giriş nöqtəsi kimi baxır”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl qərara gəldiyini və yaxın günlərdə maksimum bir ay ərzində ölkənin Aİ üzvlüyünə namizəd olmaq üçün ərizə verəcəyini açıqlayıb.
Sonsuzluqdan əziyyət çəkən insanların süni mayalanma əməliyyatının təxirə salınmadan icbari tibbi sığorta xidmətlər zərfinə daxil edilməsi təklif olunur.
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Hesabatda qeyd edilib ki, bu sahədə mövcud normativ-hüquqi baza yeniləndikdən sonra süni mayalanma xidmətinin icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində təminata alınması məsələsinə baxıla bilər.
“Bank BTB” Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi “Bankçılıq Mükafatları 2023” tədbirində “Özünüməşğulluq Proqramında iştirak” nominasiyası üzrə qalib banklar siyahısında yer alıb.
“Bankçılıq Mükafatları” ölkə bankları arasında korporativ sosial məsuliyyət, eləcə də təhsil və maliyyə savadlılığının artırılması ilə bağlı layihələri qiymətləndirmək üçün müxtəlif nominasiyalar üzrə ən fəal bankların seçilməsi məqsədilə təşkil edilən nüfuzlu mükafat hesab edilir.
Korporativ sosial dəyərləri öz fəaliyyətində daim rəhbər tutan “Bank BTB” əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə ehtiyacı olan ailələrə daim öz dəstəyini göstərir.
Qeyd edək ki, ötən il “Bank BTB” Özünüməşğulluq proqramı çərçivəsində 52 ailəyə dəstək verərək onların şəxsi bizneslərini qurmaq istiqamətində öz töhfəsini verib.
Bakıda nasaz avtomobil tıxaca səbəb olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.
Nəticədə metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.
Keçmiş striptizçi Kerri Royal Şahzadə Harrinin çılpaq fotolarını dərc etməklə hədələyir.
Sasseks hersoqu 2012-ci ildə Las-Veqasda ziyafət təşkil edib.
O gecə Şahzadə Harri bir neçə qızla gecələyib.
Bundan sonra Britaniyanın “The Sun” qəzeti kral ailəsinin ovaxtkı 27 yaşlı üzvünün yarıçılpaq qadının qucağında çəkilən fotosunu dərc edib.
İndi Kerri Royal iddia edib ki, onda Harrinin daha əvvəl heç kimin görmədiyi başqa təxribat xarakterli şəkilləri var.
Keçmiş striptizçi həmin fotoları “OnlyFans” platformasında yerləşdirmək istəyir.
“Onun kitabında adımın çəkilmədiyinə görə qəzəblənmişəm.
Demək istəyirəm ki, o, həmin gecə barədə danışanda çox şey buraxıb.
Mən təəccüblənirəm ki, o, kiminsə adını xatırlayır, kifayət qədər sərxoş idi.O, aramızda baş verən bir neçə şey haqqında danışa bilərdi, lakin bunu etmədi”, - deyə Kerri Royal bildirib.
“Microsoft” şirkəti “Windows 11” üçün “Subsystem for Android” sisteminə rəsmi dəstəyin dayandırılacağını elan edib.
Bildirilib ki, dəstək bir ildən sonra dayandırılacaq.
“Gələn il martın beşindən sonra əməliyyat sistemi tərtibatçıları “Windows 11”də mobil proqramların funksionallığına zəmanət vermirlər”, - deyə şirkətdən vurğulanıb.
Qeyd edək ki, “Subsystem for Android”ə dəstək “Amazon Appstore” xidmətində təmin edilirdi.
Onun köməyi ilə istifadəçilər “Android” proqramlarını və hətta oyunları kompüterə yükləyə bilirdilər.
Ancaq bu gündən istifadəçilər “Amazon Appstore”u quraşdıra bilmirlər.
Həmçinin artıq oradan yeni proqramlar endirmək mümkün deyil.
Tərtibatçılara “Amazon Appstore”da yeni proqramlar dərc etməyə icazə verilmir.
Bununla belə, “Amazon” mağazası digər platformalarda fəaliyyətini davam etdirəcək.
Mənbə:Cybersport.metaratings.ru
“WhatsApp”da fotodan stiker yaratmaq funksiyası yaradılıb.
Qeyd olunub ki, “WhatsApp”ın “Android” əməliyyat sistemi üçün nəzərdə tutulmuş beta versiyasında 2.24.6.5 nömrəsi altında stiker redaktoru yaradılıb ki, bu da istənilən şəkli açarkən onu stikerə çevirməyə imkan verir.
Bunu etmək üçün sadəcə bir fotoşəkil açın, üç şaquli nöqtə kimi görünən “seçimlər” düyməsini basın və sonra açılan menyudan “stiker yarat” bölməsini seçin.
İstifadəçiyə dərhal stikeri yaddaşda saxlamaq və ya redaktə etmək təklif olunacaq, bundan sonra onu istənilən söhbətə göndərmək mümkündür.
Qeyd edək ki, bu yanaşma stikerlərin yaradılmasını xeyli asanlaşdıracaq və sürətləndirəcək.
Vətəndaşların dərman təminatına əlçatanlığının yaxşılaşdırılması, habelə dərmanların qiymətinin aşağı salınması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlərin görülməsi təklif olunub.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Hesabatda qeyd edilib ki, əczaçılıq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi ilə idxaldan asılılığın azaldılması məqsədilə yeni istehsal müəssisələri yaradılır, eləcə də qanunvericilik aktları təkmilləşdirilir:""“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizmində dəyişikliyə və həmin dəyişikliklə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən dərman vasitələrinin sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri mövcud tariflərdən 20-29%-ə qədər aşağı, adi ekspertiza tarifləri isə mövcud tariflərdən 19-20%-ə qədər yuxarı təsdiq edilib.
Dövlət tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı hədd olaraq tənzimlənməsi idxalçılar və apteklərə dərmanları daha aşağı qiymətə satmağa və qiymətlərlə rəqabət aparmağa imkan verəcək.
Eyni zamanda, yerli istehsalın təşkili ilə əlaqədar bildiririk ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) investisiya portfelində əczaçılıq sahəsində birdəfəlik şprislərin və infuzion məhsulların istehsalı üzrə layihələr mövcuddur.
2022-ci il 5 avqust tarixində AİŞ və “Diamed Development Group” MMC arasında infuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb.
Layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), Ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulub, Pirallahı rayonunda yerləşən zavodda istehsal prosesinə başlanılıb.
Bundan əlavə, 2023-cü ilin əvvəlində AİŞ ilə Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” Şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı ilə bağlı layihənin həyata keçirilməsinə dair 2023-cü il 3 may tarixində əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd olunanlarla yanaşı, dərmanların satış qiymətlərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin istehlak bazarına təsirinin müəyyənləşdirilməsi ilə bağlı ən çox satılan 105 dərman vasitəsi üzrə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən apteklərdə monitorinqlər aparılıb, dərman vasitələrinin idxalı, topdansatışı və pərakəndə satışı sahəsində yüksək bazar payına malik olan şirkətlərdən toplanılmış məlumatlar əsasında müvafiq təhlillər aparılaraq təkliflər hazırlanıb”.
Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında yerləşən 62 illik yataqxana qəzalı vəziyyətdədir.
83 mənzilli yataqxanada yaşayan sakinlərin sözlərinə görə, belə vəziyyət uzun müddətdir davam edir.
Bina qəzalı vəziyyətdə olduğundan burada yaşamaq olduqca təhlükəlidir.
Sakinlər bildirirlər ki, külək əsəndə belə binanın dağılacağından qorxurlar.
“Aidiyyəti qurumlara məlumat vermişik.
Bizə deyiblər ki, sizi köçürəcəyik.
Pilləkənlər qopub tökülür, çıxıb-düşdükcə elə bilirik ki, bu dəqiqə uçacaq”, - deyə sakin qeyd edib.
Daha ətraflı İctimai TV-nin süjetində:
Türkiyənin Antalya şəhərində baş verən güclü tornadonun görüntüləri yayılıb.
Daha əvvəl “narıncı kod” xəbərdarlığı edilən şəhərdə leysan və fırtına həyatı iflic edib.
Kumluca rayonunda isə tornado nəticəsində altı nəfər xəsarət alıb.
Yollardakı gölməçələr səbəbindən nəqliyyatda fasilələr yaranıb.
Şəhərin mərkəzindəki bəzi məhəllələrdə evləri və iş yerlərini su basıb.
Bəzi yeraltı keçidlərdə gölməçələr əmələ gəlib və avtomobillər çıxılmaz vəziyyətdə qalıblar.
Ermənistan paytaxt İrəvanın “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb.
Bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərin görə, “Zvartnots” hava limanında rusiyalı sərhədçiləri erməni hərbçilərin əvəz etməsi üçün ölkənin hər cür imkanı var:""“Hakimiyyətin mövqeyi belədir ki, hava limanında Ermənistan sərhəd qoşunları xidmət göstərməlidir”.
Azərbaycan dövləti antiterror tədbirlərindən sonra tam olaraq suverenliyini bərpa etdi.
Bunu həzm etməyən rəsmi İrəvanın vay-şivəni Xankəndidə erməni separatçılığının mirası olan binaların sökülməsilə daha da çoxaldı.
Ermənistan da yaxşı bilir ki, həmin binaların heç bir tarixi qiyməti və mədəni dəyəri yoxdur, ancaq səbəbsiz yerə səs-küy salmaqla dünya ictimaiyyətinin fikrini yanıltmağa çalışır.
Həmin binalardan biri “Artsaxı azad etmiş döyüşçülər ittifaqı”nın binasıdır.
Seçilən ifadə Azərbaycanın tarixi və suveren ərazilərinin adlarını təhrif edir.
Bu, işğalı simvollaşdıran binadır.
Bina üç mərtəbə, zirzəmi, yarımzirzəmi və mezonin mərtəbədən ibarətdir, ümumi sahəsi 1 886 kvadratmetrdir.
Binaya yuxarıdan baxdıqda xaç işarəsini xatırladır.
Bunun özü də erməni təxribatıdır.
Xankəndi şəhərindəki mərkəzi meydandakı binanın açılışı 9 may 2013-cü il tarixində baş tutub.
Mərasimdə Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan və qondarma rejimin “rəhbəri” Bako Saakyan iştirak ediblər.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova Oxu.Az-a açıqlamasında bildirib ki, erməni işğalını simvolizə edən bu qeyri-qanuni tikintilərin sökülməsi Azərbaycanın tam haqqıdır:"""“Azərbaycanın bütün ərazilərində qanunsuz tikililər sökülür.
Ermənistan Qarabağı işğal etdikdən sonra Xankəndidə şəhərin Baş Planına uyğun olmayan lazımsız tikililər inşa olunub.
Xankəndidə erməni separatçılar tərəfindən tikilən binaların sökülməsi qədər normal və qanunauyğun nə ola bilər?!
Ermənilərin buna siyasi don geydirməyə çalışmaları, guya erməni irsinin silinməsi kimi təqdim etmək istəkləri gülüncdür”.
Millət vəkili əlavə edib ki, oradakı binaların tarixi əhəmiyyəti yoxdur:""“Sökülən binaların tikilmə tarixi bəllidir, onların erməni irsinə heç bir aidiyyəti yoxdur.
Onu da qeyd edim ki, Xankəndi şəhərinin Baş Planı SSRİ dövründə Heydər Əliyev tərəfindən təsdiqlənib və Azərbaycan tərəfindən tikinti-quruculuq işləri aparılıb”.
London Rusiya Mərkəzi Bankının Böyük Britaniyadakı dondurulmuş bütün aktivlərini Ukraynaya borc verməyə hazırdır.
Bunu Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.
Məlumata görə, nazir bəyanatı Rusiyanın guya müharibənin sonunda Ukraynaya təzminat ödəməyə məcbur olacağı ilə əsaslandırıb.
Naxçıvan polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan şəhər sakini Murad Quliyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib.
Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və ya Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin (+036) 545-08-03, (+036) 545-28-96 əlaqə nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır.
Həmin şəxsin törətmiş olduğu digər əməllərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
26 fevral - 1 mart 2024-cü ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) təşəbbüsü ilə “Yerli strukturların təşkilati bacarıqlarının və imkanlarının təhlili (BOCA)” adlı təlim proqramı həyata keçirilib.
Bu proqram Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşən və IFRC tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində baş tutub.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) üçün nəzərdə tutulan 3 günlük təlim proqramında Milli Cəmiyyətin müxtəlif şöbələrindən əməkdaşlar, könüllülər, təlimçilər və rəhbərlik iştirak edib.
Təlimə açılış sözləri ilə başlayan AzQAC-ın vitse-prezidentləri Qafar Əskərzadə, Əziz Qocayev, icraçı katibin müavini Şaban Şayev və icraçı katibin müavini, gənclər və könüllülər üzrə şöbə müdiri Xalidə İsgəndərova qurumlar arasında baş tutmuş uğurlu layihələrdən, AzQAC bölmələrinin potensialından, könüllü bazasından və atılacaq yeni addımlardan bəhs ediblər.
BOCA proqramının əsas məqsədi proseslərin yüngülləşdirilməsi, strateji planlaşdırmanın və konsensusun yaradılması üsullarının təkmilləşdirilməsinə diqqət yetirmək olub.
Təlimlərdən dərhal sonra seçilmiş fasilitator namizədlər AzQAC-ın Abşeron, İsmayıllı və Sumqayıtda yerləşən üç bölməsinə təyin edilib.