Search is not available for this dataset
text
stringlengths
10
518k
Təsdiq üçün ölkə aşağıdakı meyarlara cavab verməlidir:""- azadlıq, demokratiya, insan hüquqlarına, əsas azadlıqlara hörmət və qanunun aliliyi prinsiplərinə hörmət etməlidir;"- müdafiə təminatı verən təsisatların sabitliyi;"- funksional bazar iqtisadiyyatının mövcudluğu, habelə Avropa İttifaqı daxilində rəqabət təzyiqləri və bazar qiymətlərinin öhdəsindən gəlmək imkanı;"- ittifaqın siyasi, iqtisadi və pul-kredit məqsədlərinə sadiqlik daxil olmaqla, üzvlük öhdəliklərini qəbul etmək bacarığı və s.""Demokratiyanın əsas göstəricilərindən sayılan, söz və mətbuat azadlığı Ermənistanda ardıcıl şəkildə pozulur.
KİV haqqında yeni qanuna görə, ictimai xadimləri təhqir etməkdə günahlandırılan media nümayəndələri 12 600 dollar, yaxud ölkə jurnalistlərinin 30 aylıq əmək haqqı məbləğində cərimə olunacaqlar.
N.Paşinyanın jurnalistləri “qatillər”, ölkəsinin media məkanını isə “zibillik” adlandırması da rəsmi İrəvanın azad mediaya münasibətinin göstəricisi sayıla bilər.
Belə yüksək məbləğdə cərimə və N.Paşinyanın açıqlaması ölkədə jurnalistlərə hücumların artacağını göstərir və buna münbit şərait yaradır.
Yerli təhlilçilər bildirib ki, hakimiyyətin zəif və təsir etmək imkanları məhdud olduğu üçün media və başqa demokratik institutların fəaliyyətinə qadağalar qoya bilmir.
Bu da xaricdə Ermənistanda demokratiyanın olduğu təəssüratı və görüntüsü yaradır.
İrəvanın Aİ-nin üzvlüyünə namizəd statusu almasını qeyri-mümkün edən başqa amillər də var.
Məsələn, Ermənistan dövlət sərhədlərini mühafizə etməyə qadir deyil.
Bundan başqa, Aİ-yə üzv, yaxud namizəd ölkələrin ərazisində NATO istisna olmaqla başqa dövlətin qoşunu yoxdur.
Ancaq A.Simonyanın ölkəsinin sərhədlərini Rusiya hərbçiləri qoruyur, orada rusların 102 saylı hərbi bazası var.
Ermənistanın müstəqil iqtisadiyyatı mövcud deyil.
Ölkə bu sahədə tamamilə Moskvadan asılı vəziyyətdədir.
Regional şərait də İrəvanın Aİ-nin üzvlüyə namizəd olmasına imkan vermir.
Ermənistanın yeni şəraitə uyğun konstitusiyası yoxdur.
Mövcud əsas qanun isə qonşu dövlətlərə qarşı ərazi iddiasını özündə ehtiva edir.
Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib.
Habelə N.Paşinyan hökumətinin demokratik olduğunu iddia edənlər 300 minlik qərbi azərbaycanlının öz doğma yurdlarından zorla qovulmalarına münasibət bildirmirlər, bunu görməzdən gəlirlər.
Bununla da qərbi azərbaycanlıların insan hüquqlarına hörmətsizlik edirlər.
Bütün bunlar onlara qarşı diskriminasiyanın Avropa İttifaqının rəhbərliyi səviyyəsində müdafiəsi anlamına gəlir.
Ancaq bu reallıq Aİ-nin nüfuzuna, demokratikliyinə zərbə vurur.
Rəsmi İrəvan Moskva ilə münasibətlərinə hələ də tam aydınlıq gətirməyib.
Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatında fəaliyyəti dondurmaq və İrəvanın “Zvartnos” hava imanında xidmət edən rusiyalı hərbçilərin oradan çıxarılmasını tələb etmək hələ Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması demək deyil.
Rəsmi İrəvan Avropa İttifaqına üzvlüyə namizədliyə hazır olduğunu iddia etməklə ölkə vətəndaşlarına yalan məlumat verir.
Bununla da guya Ermənistanı “Köhnə qitə”nin ən nüfuzlu təşkilatına üzv edəcəyi vədini verməklə cəmiyyətdə reytinqini saxlamağa çalışır.
Aİ-dəki Borrellər də Simonyanlara saxtakarcasına dəstək verirlər.
Ancaq reallıqlar, şərtlər, qaydalar rəsmi İrəvanın bu qurumun adını tutmasına, “A”sını belə dilə gətirməsinə imkan vermir.
Afrikalı uşaqla şəkil çəkdirdikləri üçün saxlanılan azərbaycanlılar Vətənə qayıdırlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı məlumat paylaşıb.
Onun sözlərinə görə, 2023-cü ilin dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinə turist kimi səfər edən və azyaşlı uşaqla şəkil çəkdirdikləri üçün müəyyən problemlərlə üzləşərək, ölkədən çıxışlarına qadağa qoyulan Emin Cəlilov və Mehman Pənahov bir saat əvvəl vətənə yola düşüblər:""“Onlar Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına zəng edərək Komitəyə, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynova və diaspor fəalı Səbinə Səfərovaya, ümumilikdə BƏƏ-dəki soydaşlarımıza göstərdikləri maddi, mənəvi dəstək və hüquqi yardıma görə təşəkkürlərini ifadə ediblər”.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında hər iki şəxs “Dubay Mall”da afrikalı uşaqla icazəsiz şəkil çəkdirdikdən sonra bu hərəkətlərinə görə saxlanılıblar.
Uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Yasamal Rayon Prokurorluğunun məlumatında deyilir.
Xəbərə görə, Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri tərəfindən müvafiq məlumat bazasında adları qeydə alınmayan ümumilikdə 112 nəfər uşağa görə ərzaq məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından 8-i səhərədək şimal-qərb küləyinin qısa müddətə 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 7-si dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u səhərədək qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var.
Martın 7-si gündüzdən 8-i gündüzədək qərb küləyi, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
“Sabahdan etibarən su sızmalarının qarşısını almaq üçün tədbirlərə başlayacağıq”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov deyib.
O bildirib ki, sözügedən ərazi Şabran rayonunun Surra kəndində yerləşən Surra dükkeridir.
Heç bir boru deşilməyib, sadəcə olaraq fəsil dəyişkənliyi olanda dəmir borularda bu cür axmalar baş verir:""“Dəmir borularda temperatura nəzarət edən kompensatorlar olur.
Fəsil dəyişkənliyi olanda dəmir borularda genişlənmə və sıxılma olur və istər-istəməz su sızması baş verir.
Sabahdan etibarən su sızmalarının qarşısını almaq üçün tədbirlərə başlayacağıq”.
16:08"Azərbaycanda su kəməri qəzalı vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Həmid Həmidov görüntülər paylaşıb.
Bildirilib ki, sızma Oğuz-Qəbələ-Bakı su kəmərində baş verib və bir aydır ki, bu vəziyyətdədir.
Nəticədə tonlarla su israf olunur.
Məsələ barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.
ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən xətt onların qurumuna məxsus deyil.
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 9-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq.
Nazirlikdən verilən xəbərə görə, yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özü tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.
“Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq.
Yarmarkada ümumilikdə 25-dək regiondan 50-dən çox fermerin iştirakı gözlənilir.
Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.
Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.
Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı hal da şamil ediləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qüvvədə olan qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.
Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən, valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.
Layihə parlamentin plenar iclasına tövsiyə edilib.
Model sevgilisini döyməyə görə həbs edilən Ziya Hüseynzadənin dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirləndirildiyi iş üzrə məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.
“PKF Audit Azerbaijan” və “PKF Audit Consulting” MMC-nin təsisçisi Ziya Hüseynzadənin ittiham edildiyi ilk epizod külli miqdarda qanunsuz kredit götürməsi ilə bağlıdır.
İttihamda deyilir ki, Z.Hüseynzadə digər şəxslə əlbir olaraq Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərindəki istixanalarda tərəvəz məhsullarının yerləşdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 2 milyon dollar kredit almağa nail olub.
Bu hərəkətləri ilə o, banka külli miqdarda ziyan vurub.
Z.Hüseynzadə bundan sonra eyni banka təkrar ziyan vurub.
Belə ki, o, özünü şirkət rəhbəri kimi təqdim edərək 5 milyon 600 min avro kredit götürüb.
Bundan əlavə, təqsirləndirilən şəxs digər şəxslə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru Aydın Rzayevin vaxtilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıb.
Saxtalaşdırılmış etibarnaməni “Muğan Bank”ın baş ofisinə təqdim edib.
Bu hərəkətləri ilə Hüseynzadə və əlbir olduğu şəxs 30 min manat dəyərində vəsaiti nağd şəkildə götürüblər.
Daha sonra isə “Muğan Bank”ın Xəzər rayon şöbəsindən 2 milyon dollar götürüb.
Z.Hüseynzadə, həmçinin aldatma və ələ keçirmə yolu ilə bu iş üzrə zərərçəkmiş qismində tanınmış Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı ilə müvafiq qurumdan 260 min avro qrant alıblar.
Hüseynzadə 260 minin 133 min avrosunu özünə götürüb.
Bu hərəkətləri ilə isə o, Kənan Rəsulova həmin məbləğdə ziyan vurub.
Ziya Hüseynzadə ittihama münasibətdə özünü təqsirli bilməyib.
Hakim qeyd edib ki, müttəhim verilmiş ittihamlarla təqsirli bilinərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Prosesin sonuna yaxın zərərçəkmiş Kənan Rəsulovun vəkili məhkəmədə mülki iddia qaldırıb.
Tərəf onlara dəymiş 130 min dollar məbləğində ziyanın, həmçinin ödənilmiş 5 min manat rüsumun Ziya Hüseynzadədən tutularaq zərərçəkmişə ödənilməsini istəyib.
Növbəti iclas martın 13-nə təyin edilib.
Qeyd edək ki, Z.Hüseynzadənin digər cinayət işi üzrə məhkəmə araşdırması da davam edir.
Həmin işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Hüseynzadə həmin işdə əzab verməkdə, xuliqanlıqda, oğurluqda və digər cinayətlərdə ittiham edilir.
“Bu tədbirə qatılmayanlar, burada olmayanlar yəqin bilmirlər ki, bütün festival iştirakçıları özləri ilə hədiyyələr gətirirlər.
Fələstinlilər, argentinalılar, çinlilər və digərləri öz simvolları əks olunan hədiyyələr, suvenirlər gətiriblər”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçidə keçirilən Ümumdünya Gənclər festivalı çərçivəsində ona azərbaycanlılar tərəfindən “Xarı Bülbül” döş nişanının hədiyyə edilməsinə və bunun mətbuatda səs-küyə səbəb olması ilə bağlı suala cavab verərkən bildirib.
“Bu, tamamilə normaldır, nə vaxt ki, insanlar özləri üçün vacib olan simvolların əks olunduğu hədiyyələri verirlər, həmin hədiyyələr vasitəsilə öz hekayələrini danışırlar”, - deyə o vurğulayıb.
Rusiya XİN sözçüsü əlavə edib ki, təxribatlara uymamaq lazımdır, provokasiyalar hər zaman olub və olacaq.
Xüsusən “Beşiktaş”dakı çıxışı ilə yadda qalan Nigeriyalı keçmiş futbolçu Paskal Nouma İstanbulda iki yeniyetməyə hücum edərək onları döyüb.
Hadisədən dərhal sonra yeniyetmələrin valideynləri polisə gedərək 52 yaşlı Noumandan şikayət ediblər.