Search is not available for this dataset
text
stringlengths
10
518k
Oxu.Az-ın əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günündə kişilərlə çiyin-çiyinə çalışan, neft-qaz hasilatı üzrə operator Nəzakət Cəfərova ilə söhbətləşmək üçün onun işlədiyi mədənə səfər ediblər.
O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) çalışır.
Həmsöhbətim ömrünün 25 ilini neft sahəsinə həsr edib:"""“1972-ci ildə Bakıda neftçi ailəsində anadan olmuşam.
Valideynlərim də neftçi olublar.
Onlar evdə neftdən, quyulardan danışırdılar.
Mənə də bu sahə çox maraqlı gəlirdi.
Hər zaman özümə sual verirdim ki, görəsən, neft necə çıxır?
Artıq 25 ildir ki, neft sənayesində çalışıram.
Neft-qaz sənayesində işləmək ağır və çətin olsa da, mən sevərək bu peşəyə gəlmişəm, həvəslə öz işimlə məşğulam”.
Peşəsinin incəliklərindən danışan neftçi düşünür ki, bu sahənin kişisi, qadını olmur:""“Bir insan işini yaxşı bilirsə, deməli, o sahənin sənətkarıdır.
Cinsindən asılı olmayaraq, kim işini bacarır və həvəslə görürsə, hər zaman uğur qazana bilər.
Uzun illərdir, kişilərlə birlikdə çalışıram.
Hər səhər saat 9:00-da iş başlayır.
İşimiz elədir ki, hava şəraitindən asılı olmadan quyuları yoxlayırıq.
İlk olaraq, səhər fərdi mühafizə vasitəsi ilə təmin edilir və təlimatlandırılırıq.
Daha sonra neft sahəsi ərazisinə çıxırıq və quyulara nəzarət edirik.
Ehtiyac olduqda quyunun ətrafını təmizləyir, torpaqlayırıq və kəmərlərində nasazlıq varsa, yenisi ilə əvəz edirik.
Bizim üç sahədə 43 quyumuz var və onlara daim nəzarət edirik.
Hər bir quyunun öz xüsusiyyəti olur.
Biz onların verim əmsalını ölçürük.
Hansı quyuda problem varsa, onun həlli üçün çalışırıq”.
N.Cəfərovadan hansı quyuları açmağın onun üçün asan olduğunu soruşuruq:""“Dayaz quyunu açmaq daha yaxşıdır.
Dərin quyularda isə qaz olur və təzyiq səbəbi ilə çətinlik yaradır.
Quyuların təmir müddəti isə 20 gündən beş aya kimi olur”.
Neftçi qadının həyat yoldaşı da neft sahəsində çalışır.
Həmsöhbətim deyir ki, işlədiyi kollektiv çox mehribandır:"""“Bizim işimiz məsuliyyətlidir.
Komandamızla hər zaman çiyin-çiyinə çalışmışıq, bir-birimizə dəstək olmuşuq.
Bəzən elə an olur ki, o işi görməyə fiziki cəhətdən gücüm çatmır.
O zaman kişi neftçilər köməyə gəlirlər.
Əynimizdə kişi paltarı, başımızda kaska olur”.
Neftçi işə təzə başlayan zaman başına gələn maraqlı hadisəni də bizimlə bölüşüb:""“Yeni idim.
Rəhbərlik tapşırıq verdi ki, quyu neft vermir və analiz edilməlidir ki, səbəbi bilinsin, neftin verim əmsalı öyrənilsin.
Mən də quyudakı boltu açdım və neftdən nümunə götürdüm, verim əmsalını ölçdüm.
Daha sonra boltu yerinə bağlamağı bacarmadım.
Kişi neftçidən xahiş etdim ki, mənə kömək etsin.
İş yoldaşım mənə kömək edən zaman gülə-gülə:“Boltu açırsan, bağlaya bilmirsən?” - dedi.
(gülür)"Neftçi qadın deyir ki, qadın zəif deyil, zərifdir:""“Cəmiyyətdə bəzən qadınları zəif məxluq kimi təqdim edirlər.
Azərbaycan qadınları tarix boyu mərdliyi, şücaəti ilə kişilərdən geri qalmayıblar.
At çapıb, qılınc oynadıb, döyüşlərdə iştirak edib.
Ailəsini, vətənini qorumaq üçün canından, qanından keçib, ölkəsinə layiqli övladlar yetişdirib.
Həyatda vaxtaşırı çətinliklərlə qarşılaşmalı oluruq.
Hər şeyə səbirlə yanaşıb, mübarizə aparmaq lazımdır.
Kişiyə də, qadına da Allah iki əl, iki ayaq verib.
Niyə biz kimdənsə asılı olmalıyıq?
Azərbaycan xanımları qürurlu və zəhmətsevərdirlər.
Biz qadınlar, eyni zamanda, anayıq, övladlarımız var.
Bu sahədə çalışmaq istəsələr, onlara dəstək olaram.
Bilirsiniz, hansı sahə olur-olsun, qadın güclüdürsə, savadlıdırsa, onun yetirdiyi övlad da güclüdür”.
Qadınlar dövlətimizin, bu günümüzün, gələcəyimizin dayağıdırlar.
Biz də Nəzakət Cəfərovanın timsalında bütün xanımları təbrik edirik.
Onlar həmişə olduğu kimi, yenə də fədakar əməkləri ilə doğma vətənimizin iqtisadi qüdrətinin yüksəlməsinə böyük töhfələr verirlər.
Daha çox foto burada:PhotoStock.az"İlhamə Əbülfət
Ukraynanın Odessa limanında partlayış baş verib.
Qeyd olunur ki, həmin vaxt Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşüb.
Yunan mənbələrinin məlumatına görə, Mitsotakisin təyyarəsi yerli vaxtla saat 10:30 radələrində şəhər limanında baş verən güclü partlayışdan 15 dəqiqə əvvəl Odessaya enib.
Yunanıstanın baş nazirinin səfərinin ən ciddi məxfilik şəraitində planlaşdırıldığı vurğulanır.
Bəzi imənbələr raketin şəhərdən buraxıldığını bildirir.
Digər mənbələr iddia edir ki, Odessada partlayış zamanı Zelenskinin özü də partlayış baş verən ərazidə ola bilərdi.
Həmin vaxt limanda Xüsusi Əməliyyat Qüvvələrinin üzvlərinin mükafatlandırılması mərasimi keçirilib.
İran bir həftə ərzində 25 kiloqram yüksək zənginləşdirilmiş uran ala bilər.
Bu barədə ABŞ-nin Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun (Institute for Science and International Security) xüsusi hesabatında deyilir.
Təhlilçilər bildirirlər ki, İranın uran ehtiyatları və sentrifuqa gücü birləşərək bir ay ərzində yeddi nüvə başlığı istehsal etməyə kifayət edir.
Eyni zamanda, uranın ilk zənginləşdirilməsi üçün iranlı fiziklərə cəmi 7 gün lazım olacaq.
İzah edilir ki, belə bir ssenari üçün Tehran dörd təkmilləşdirilmiş sentrifuqa kaskadından, əlavə zənginləşdirmə texnologiyasından istifadə etməli və daha çox xammal xərcləməli olacaq.
Ekspertlər xəbərdarlıq edirlər ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) müfəttişlərinin öz nüvə obyektlərinə girişini məhdudlaşdırmaq qərarına gəlsə, İranın nüvə silahlarının yaradılması gizli şəkildə baş verəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Bildirilib ki, Kür çayının Mingəçevir və Şirvan şəhərlərinin ərazisindən keçən hissəsində nəzarət tədbirləri zamanı ümumilikdə 7 qayıq saxlanılaraq, həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.
Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini - sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, illik texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə qaydalarını pozan kiçikhəcmli gəmi istifadəçisi, Şirvan şəhər sakini Rafiq Gülbala oğlu Əliyev inzibati məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib edilib və qayıq müvəqqəti saxlanca yerləşdirilib.
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Sevildiyini hər an hiss edənin də, bircə xoş söz üçün ilin ancaq bu gününü gözləyənin də, təbrik almayanda belə, səbirlə gözləməyi bacaranın da bayramıdır.
Qadın olmağın yükünü, sevincini hər kəs bir cür anlayır.
Maraqlıdır, bəs Azərbaycan xanımlarının cəmiyyətdəki yeri necə qiymətləndirilir?
Oxu.Az-ın əməkdaşı 8 Mart münasibəti ilə məşhur qadınlar və kişilər arasında sorğu keçirib.
Respondentlərə yeddi sual verib:""Qadın olmaq nə deməkdir?
Qadına neçə yaş arzulayırsınız?
Qadınlar həyatdan nə istəyirlər?
Hansı hədiyyə bütün günahları yuyar?
Bir də xahiş edib ki, “Sev ki, sevən mərd olar, sevməyən...” fikrini tamamlasınlar.
Məşhurlarımızın hər birinin özünəməxsus cavabları var.
Müğənni Elnarə Xəlilova qadınların sevildiklərinin fərqində olaraq yaşamaq istədiklərini qeyd edib:"""“Qadın ilk növbədə ana olmaq deməkdir.
Onun missiyası ilk növbədə ana olmaqdır.
Daha sonra artıq xanım, bacı, xala, bibi, nənə, müəllimə, həkim və s. Qadını bir təbəssüm, mülayim rəftar, gözəl davranış, xoş söz, balaca bir diqqət və qayğı da xoşbəxt edə bilər.
Vacib deyil, məhz nə isə bir hədiyyə olsun.
Qadınlar yüz yaş yaşamalıdırlar.
Qadın doya-doya yaşamaq istəyir.
Sevildiyini bilə-bilə yaşamaq istəyir”.
E.Xəlilova qadınların tək qalmaqdan qorxduqlarını bildirib.
Müğənninin fikrincə, hər həftəsonu qadınla bərabər, bütün ev işlərini görən kişinin günahlarını bağışlamaq olar.
“Qadından dost, əlbəttə ki, olar.
Allah qadını elə Adəm peyğəmbərə dost, yoldaş olaraq göndərdi”, - o bildirib.
Məşhur ifadəni tamamlamağa gəlincə, müğənni deyib ki, sevməyən adamdan qorxmaq lazımdır:""“Sev ki, sevən mərd olar.
Srağagün balaca oğlum sinif yoldaşlarından bir epizod mənə danışdı.
Dedim, oğlum, sevməyi bacarmayan insanlardan qorxmaq lazımdır, sevməyi bacaranlardan yox.
Sevən adamdan heç vaxt kiməsə pislik gəlməz”.
Dizayner Vəfa İsazadə qeyd edir ki, qadının həyatında sevgi, rifah və dəyər varsa, xoşbəxtdir:"""“Qadın - qüvvədir.
Qadın olmaq - ana, bacı, həyat yoldaşı, sevgili deməkdir.
Qadın ən xırda şeylərdən belə, xoşbəxt ola bilir.
Onu ilk növbədə könül rahatlığı, sağlamlıq, sevgi, diqqət, qayğı xoşbəxt edir.
Qadınlar hər yaşda gözəldirlər.
Özünü hansı yaşda xoşbəxt hiss edirsə, o yaşı arzu edirəm.