Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.
|
Martın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
|
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb"Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
|
Gecə və səhər bəzi yerlərdə duman, az çiskin, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var.
|
Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
|
Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 7-11 dərəcə isti olacaq.
|
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.
|
Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
|
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
|
Gecə və səhər arabir duman olacaq.
|
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
|
Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.
|
Azərbaycanda universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil.
|
Oxu.Az-ın məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
|
Bildirilib ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır ki, bu işlər çox böyük maliyyə vəsaiti tələb edir.
|
Eyni zamanda qeyd olunub ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib.
|
Strategiyanın Tədbirlər Planında universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb.
|
Odur ki, yaxın gələcəkdə Kürdəmir şəhərinə hər hansı ali təhsil müəssisəsinin köçürülməsi real deyil.
|
2023-cü ildə Maliyyə Nazirliyi tərəfindən görülmüş işlər nəticəsində ümumilikdə 726,5 milyon manat artıq və əsassız ödənişlər aşkar olunub və onlardan 3,6 milyon manat məbləğində vəsaitin yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.
|
APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
|
Hesabatda bildirilib ki, nazirliyin müvafiq iş planlarına əsasən, aparılmış yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsinə görə artıq ödənilməsi aşkar olunmuş 8 milyon manat vəsaitin 3,6 milyon manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib, yoxlamalar zamanı büdcə təşkilatlarında maliyyə nöqsanlarına yol verməklə inzibati xətalar törətdiklərinə görə 59 nəfər vəzifəli şəxsə 57,3 min manat məbləğində cərimələr tətbiq edilib və dövlət büdcəsinə ödənilməsi təmin olunub.
|
Nəzarət obyektlərindən 90 təşkilatda aparılmış yoxlamalarla 718,5 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunmuş və yoxlama materialları nazirlik tərəfindən müvafiq qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
|
“Bakı, Gəncə şəhərləri və Abşeron rayonun 50-ə yaxın məktəbində monitorinqlər aparılıb”.
|
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirdiyi brifinqdə bildirib.
|
Onun sözlərinə görə, nəticədə ikinci yarımildən etibarən yuxarı sinif şagirdlərinin dərsə davamiyyətində problemlər müşahidə olunub:"“Bununla bağlı sinif rəhbərlərinə xəbərdarlıq edilib.
|
Artıq bu istiqamətdə müsbətə doğru dəyişiklik var”.
|
Qərbi Azərbaycan İcması Almaniya Xarici Əlaqələr Şurasından əsas diqqətini azərbaycanlılara qarşı haqsızlıqlara yönəltməyi tələb edib.
|
Oxu.Az-ın xəbərinə görə, bu tələb qurumun bəyanatında əksini tapıb.
|
Qeyd edilib ki, Almaniya Xarici Əlaqələr Şurası martın 6-da Azərbaycanın Qarabağ bölgəsində mədəni irsin təhlükədə olması bəhanəsi ilə tədbir keçirir.
|
Öz dini təəssübkeşlik baxışlarını gizlətməyən Daqmar Heller adlı şəxsin Azərbaycanın ərazi bütövlüyünə qəsd edən başlığa malik və iftiralarla dolu kitabının təqdimatına həsr edilmiş bu tədbir anti-Azərbaycan xarakteri daşıyır.
|
İcmadan xatırladılıb ki, özünü peşəkar və bitərəf qurum kimi qələmə verən Almaniya Xarici Əlaqələr Şurası Azərbaycan mədəni irsinin dağıdılması, bir milyon azərbaycanlının etnik təmizləməyə məruz qalması mövzularında bir dəfə də olsun tədbir keçirməyib və öz nəşrlərində, hesabatlarında bu məsələni görməzdən gəlib.
|
Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində Azərbaycan mədəni irsini kütləvi şəkildə dağıtması faktına göz yummuş bir elmi qurumun indi bir ovuc qərəzli, radikal ünsürləri yığıb Qarabağda erməni abidələrinə təhlükə olması “ehtimalı” barədə tədbir keçirməsi dini və etnik əsasda ayrı-seçkilikdir və elm adına böyük utancdır.
|
“Qərbi Azərbaycan İcması Almaniya Xarici Əlaqələr Şurasından həmin tədbirdən imtina etməyi, əsas diqqətini Ermənistandan azərbaycanlıların qovulması və onların mədəni irsinin tamamilə dağıdılması kimi baş vermiş haqsızlıqlara yönəltməyi və məhz bu mövzularda tədbir keçirməyi tələb edir”, - bəyanatda vurğulanıb.
|
“Sosial şəbəkələrdə son iki ay ərzində kiberdələduzlar tərəfindən ələ keçirilən 13 000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib.
|
Əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq”.
|
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatında qeyd edilir.
|
ETX vətəndaşlardan diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir.
|
Həmçinin, bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.
|
ETX-dən, həmçinin, qeyd olunub ki, qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
|
Adıçəkilən məlumat bazasının aşkarlanması ETX Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının da üzv olduğu yerli kibertəhlükəsizlik startapı olan “Cypho” ilə birlikdə sosial şəbəkələrdə ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən kiberdələduzluq hallarını araşdırılması zamanı mümkün olub.
|
“Çox vacib matçdır və bizə böyük dəstək var.
|
Bizim üçün məsuliyyətli qarşılaşmadır”.
|
51 yaşlı mütəxəssis bu rəqibə qarşı mübarizə aparmağın xoş olduğunu bildirib:""“Belə klublardan böyük təcrübə yığırıq.
|
İnanıram ki, oyunçular ən yaxşı çıxışlarından birini göstərəcəklər.
|
90 dəqiqə matçın içində olmaq, düşünmək vacibdir”.
|
“Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanımır”.
|
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
|
Kreml nümayəndəsi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Qara Dəniz Donanmasının komandiri Viktor Sokolov və Aerokosmik Qüvvələrin uzaqmənzilli aviasiya üzrə komandiri Sergey Kobılaşın həbsinə dair order verməsinə münasibət bildirib.
|
“Biz Roma Statutunun iştirakçıları deyilik, onu tanımırıq.
|
Belə qərarlara müvafiq davranırıq”, - deyə Peskov bildirib.
|
O xatırladıb ki, bu, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya ilə bağlı ilk qərarı deyil.
|
Peskovun sözlərinə görə, BCM-də müxtəlif qapalı proseslər gedir.
|
Qeyd edək ki, Rusiyanın hər iki yüksəkrütbəli hərbçisi barəsində həbs qərarı Ukraynadakı vəziyyət kontekstində verilib.
|
Həmçinin, BCM daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin də həbsinə order verib.
|
Fransa Seneqaldan dəniz qoşunlarını çıxarmağa başlayıb.
|
Qeyd olunub ki, qoşunların tam olaraq çıxarılması iyunun sonundan gec olmayaraq həyata keçiriləcək.
|
Nəticədə Fransanın Seneqaldakı hərbi mövcudluğu 500 əsgərdən 260-a enəcək.
|
Seneqalda qalan fransız hərbçiləri əsasən təlimatçılardır.
|
Onlar Seneqal əsgərlərinə təlim verməyə davam edəcəklər.
|
Xatırladaq ki, 2022-ci ilin payızında Fransanın Prezidenti Emmanuel Makron 2014-cü ildən Qərbi Afrikada Sahel zonasında keçirilən “Barxan” əməliyyatının başa çatdığını elan edib.
|
Mali və Niger hakimiyyətinin tələbi ilə onların ərazilərində yerləşən fransız qoşunları da tamamilə çıxarılıb.
|
Ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” bu dəfə Bakıxanovda daha da böyük ərazidə fərqli üslubda dizayn edilmiş mağazası ilə alıcılarına xidmət göstərəcək.
|
Rəsmi açılışa tam sürətlə hazırlıqları gedən yeni mağaza dəmiryol stansiyasına 150 metr piyada məsafəsində, “Bakıxanov Mall”un düz yanında yerləşir.
|
Ümumi sahəsi 5000 kv.m olan mağaza beş mərtəbədən ibarətdir.
|
Burada evinizə lazım olan hər şeyi - rəqəmsal, kiçik və böyük məişət texnikası, nəqliyyat, ev tekstili, qab-qacaqlar, mebellər daxil olmaqla, ümumilikdə, 30 000-dən çox çeşiddə məhsulu rahatlıqla tapa bilərsiniz.
|
Bundan başqa, xüsusi dizayna malik bu mağazada müxtəlif brend zonalarıyla yaxından tanış ola, qəhvə zonasında da zaman keçirə biləcəksiniz.
|
Mağazada müştərilərin alış-veriş prosesinin rahatlığı da düşünülüb.
|
Belə ki, burada balacaların əyləncəli zaman keçirə biləcəyi Uşaq Zonası da olacaq.
|
Əlavə olaraq, növbə gözləyərkən kassa bölməsində ödənişsiz “WiFi” zonasında internetdən istifadə edərək vaxtınızı səmərəli keçirə biləcəksiniz.
|
Qısaca desək, bu “Kontakt” mağazasında hamı özünə yer tapa biləcək.
|
Beləliklə, şəbəkə hər kəsi Bakıxanovda yeni açılacaq ən böyük elektronika və mebel mağazasında gözləyir.
|
Odur ki, rəsmi açılış tarixindən və “Kontakt”ın digər yeniliklərindən xəbərdar olmaq üçün şəbəkənin sosial media kanallarını izləyə bilərsiniz.
|
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
|
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin birgə foto çəkdiriblər.
|
Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib:""“Hörmətli Mixail Vladimiroviç.
|
Sizi Azərbaycanda bir daha görməyimə şadam.
|
Bilirəm ki, dünən sizin həmkarınızla çox məhsuldar görüşünüz olub.
|
O, səhər mənə yaxşı nəticələr, gələcək planlarımız haqqında məruzə edib.
|
İkitərəfli qarşılıqlı fəaliyyət nəzərdə tutduğumuz qaydada inkişaf edir.
|
Artıq iki ildən bir az çoxdur ki, biz müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində əməkdaşlıq edirik, əlaqələrin möhkəmləndirilməsi üzrə qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir.
|
İqtisadi-ticari sahəyə gəldikdə, həmçinin hesab edirəm ki, nəticələr tamamilə qənaətbəxşdir, 17 faizlik artım var.
|
Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq.
|
Amma təbii ki, bu, son hədd deyil.
|
Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq.
|
Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır.
|
Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir.
|
Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar.
|
Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir.
|
Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq.
|
Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir.
|
Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir.
|
Əlbəttə ki, Sizin də dünən geniş bəhs etdiyiniz nəqliyyat-logistika sahəsi ilə bağlı müvafiq sənədlər imzalanıb.
|
Burada həm tranzit daşımalarının, həm də ikitərəfli yük daşımalarının artdığını görürük.
|
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizi birləşdirən layihədir.
|
Bildiyiniz kimi, biz bütün zəruri məsələlərin reallaşdırılması üzrə fəal qarşılıqlı fəaliyyət göstəririk.
|
Azərbaycan ərazisində, eləcə də Rusiya ərazisində infrastruktur mövcuddur, yeganə lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir.
|
Burada, zənnimcə, Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri üçün nümunə ola bilər.
|
Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır.
|
Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir.
|
Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qorumuşuq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin bünövrəsi olub.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.