Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Bu gün isə dövlətlərarası münasibətlərin forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət tərəfindən də dəstəklənir.
|
Beləliklə, əminəm ki, ötən il olduğu kimi, biz bu ili də yaxşı nəticələr ilə başa vuracağıq.
|
Müttəfiqlik qarşılıqlı fəaliyyətimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək, həmçinin bu, regional sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
|
Sizi bir daha salamlayıram və səfərinizin artıq başa çatdığını nəzərə alaraq, yaxşı yol arzulayıram.
|
Əlbəttə, hesab edirəm ki, dövlət başçılarının müntəzəm görüşləri nümunəsində olduğu kimi, hökumət rəhbərləri səviyyəsində də belə müntəzəm görüşlərin keçirilməsi faydalı olardı”.
|
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin deyib:""“Hörmətli İlham Heydər oğlu.
|
Əvvəlcə, Sizi fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik etmək istəyirəm.
|
Bu, Sizin səylərinizlə və rəhbərliyinizlə ölkənizdə əldə olunan bütün nailiyyətlərə Azərbaycan xalqı tərəfindən verilən yüksək qiymətdir.
|
Əlbəttə, fürsətdən istifadə edərək, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ən səmimi və xoş arzularını çatdırmaq istəyirəm.
|
Biz Azərbaycan Hökumətinin hörmətli başçısı Əli Hidayət oğlu Əsədovla daim təmasdayıq və müntəzəm görüşlər keçiririk.
|
Elə bu yaxınlarda - dekabrda Moskvada Müstəqil Dövlətlər Birliyinin forumunda görüşmüşük, ondan əvvəl isə Soçidə görüş olub.
|
Mənə elə gəlir ki, bu yaxınlarda Azərbaycana səfərim olub.
|
Sizi əmin etmək istəyirəm ki, dövlətlərimizin rəhbərləri arasında qəbul olunan qərarların hamısı daimi nəzarətdədir, hökumətlərimiz tərəfindən icra olunur.
|
Dünən geniş ikitərəfli gündəliyi müzakirə etdik.
|
Siz bir neçə istiqaməti xatırlatdınız, sənaye sahəsində daha çox layihələr var.
|
Biz, həmçinin nəqliyyat maşınqayırması sahəsində birgə layihələr barəsində düşünürük.
|
Eyni zamanda, qarşılıqlı iri texnoloji, innovativ layihələr üzrə perspektivli istiqamətlər də var.
|
Kənd təsərrüfatı sahəsi üzrə də işləyirik.
|
Siz tamamlama haqqında danışdınız.
|
Həmçinin əczaçılıq üzrə bir sıra məsələlərimiz mövcuddur.
|
Dünən bu sahədə işlərin gücləndirilməsinə dair razılıq əldə etdik.
|
Belə desək, bu gün bizim qarşılıqlı layihələrimizin bütün palitrası nəzarətimizdədir.
|
Qarşılıqlı iqtisadi-ticari dövriyyə rəqəmləri də bunu göstərir.
|
Siz 17 faizlik artım barədə danışdınız.
|
Həmçinin demək istəyirəm ki, bizim keçid məntəqələrimizdə daşıma gücləri 5 dəfə artıb.
|
Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir.
|
Biz, həmçinin burada logistika üzrə bütün müvafiq layihələri davam etdiririk.
|
Siz Şimal-Cənub dəhlizini qeyd etdiniz.
|
Həqiqətən, 30 milyon ton ciddi həcmdir və əlbəttə ki, məntəqələrdə dar yerlərin qalmaması üçün çoxlu iş görülməlidir.
|
Həmçinin demək istəyirəm ki, biz atanız hörmətli Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirini böyük ehtiramla keçirdik.
|
Rusiyada onu xatırlayırlar, xatirəsini əziz tuturlar.
|
Bu sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər üzrə çoxlu layihələr və ideyalar var.
|
Bu gün Rus Dram Teatrında oldum, orada mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdən bəhs etdilər.
|
Biz əlaqələrimizin, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə etdik.
|
Çoxlu sayda tədbirlərin keçirilməsi üzrə Yol xəritəsi üzərində işləyirik.
|
Əlbəttə, Azərbaycanın hörmətli mədəniyyət və incəsənət xadimlərini Rusiyada, Moskvada görməyə şad olacağıq.
|
Sizə və həmkarlarıma Rusiya nümayəndə heyətinə göstərilən səmimi, ənənəvi mehriban qəbula görə təşəkkür edirəm”.
|
Prezident İlham Əliyev:“Sağ olun”.
|
Dövlətimizin başçısı Rusiya Prezidentinin səmimi və xoş arzularına görə minnətdarlığını bildirib, onun da xoş arzularını Vladimir Putinə çatdırmağı xahiş edib.
|
14:12"Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
|
Bununla bağlı President.az məlumat yayıb.
|
13:37"Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü başlayıb.
|
Bu barədə President.az xəbər verir.
|
“Eos Qrup” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
|
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabındakı paylaşımında qeyd edib.
|
Bildirilib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində fibrobeton və polistirolbeton blokların istehsalı müəssisəsi yaradılacaq.
|
“İnvestisiya dəyəri 11,9 milyon manat olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.
|
Eos Qrup" MMC-yə "Araz Vadisi #İqtisadiZona-sı" Sənaye Parkının rezidenti statusu verilib.
|
Şirkət tərəfindən #SənayeParkı-nın ərazisində fibrobeton və polistirolbeton blokların istehsalı müəssisəsi yaradılacaq.
|
#İnvestisiya dəyəri 11,9 milyon ₼ olan müəssisədə 60 nəfərlik daimi… pic.twitter.com/7xZiZNVZ76
|
Azərbaycanın beş cüdoçusu Avstriyanın Linz şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək.
|
Oxu.Az xəbər verir ki, onlardan üçü qadın, ikisi kişi idmançı olacaq.
|
Martın 8-də startı veriləcək yarışda Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Aytac Qardaşxanlı (63 kq), Rəşid Məmmədəliyev (73 kq) və Camal Qamzatxanov (+100 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.
|
Martın 10-dək baş tutacaq Qran-pridə kollektivə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcəklər.
|
Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev yarışda ədalət təmsilçiləri arasında yer alacaq.
|
Qeyd edək ki, turnirdə 82 ölkədən 568 idmançı iştirak edəcək.
|
“Bayer 04” Avropanın ən güclü komandalarından biridir.
|
Müdafiəçi sabahkı matçda baxımlı futbol üçün əllərindən gələni edəcəklərini bildirib.
|
Təcrübəli oyunçu Portuqaliya təmsilçisi “Braqa” ilə əvvəlki raunddakı qarşılaşmanı xatırlayıb:""“Sonuncu qoldakı ötürmə bir anda verilən qərar idi.Nəriman Axundzadənin boş olduğunu gördüm.
|
Şükürlər olsun ki, hakim matçı dayandırmadı.
|
Hüseynov kollektivdə ab-havanın yaxşı olduğunu vurğulayıb:""“Klub üçün çəkilən film mənim xoşuma gəldi.
|
Hər kəs “Qarabağ”ın mahiyyətini görməlidir.
|
Bu, oyunçulara yaxşı motivasiya verdi”.
|
Bədavi Hüseynov Julio Romao və Elvin Cəfərquliyevin cəzalı olmasına da toxunub:""“Komandamızın futbolçularının keyfiyyəti yüksəkdir.
|
Onları yaxşı əvəz edəcəklər və bacarıqlarını göstərməyə çalışacaqlar”.
|
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.
|
Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.
|
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.
|
Oxu.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
|
Z.Ağayeva 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 14-dən 20-dək Niderlandda təşkil olunacaq A liqasının 5-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.
|
Qeyd edək ki, bu qrupda İspaniya, Niderland, Ukrayna və Türkiyə yığmaları mübarizə aparacaqlar.
|
“ABŞ-nin Şimali Avropadakı nüvə obyektləri Rusiya ilə NATO arasında birbaşa toqquşma ssenarisində qanuni hədəflər olacaq”.
|
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Finlandiyanın yeni seçilmiş prezidentinin bəyanatını şərh edərkən bildirib.
|
Onun sözlərinə görə, ABŞ-nin nüvə silahı orada görünərsə, Şimali Avropanın təhlükəsizliyi möhkəmlənməyəcək, əksinə, zəifləyəcək.
|
Xatırladaq ki, Finlandiyanın dövlət başçısı Aleksandr Stubb nüvə silahının ölkəsi vasitəsilə daşınmasının mümkünlüyü barədə bəyanat verib.
|
Yasamal rayonunda təhlükə saçan eyvanla bağlı rəsmi açıqlama verilib.
|
Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, hazırda “Sovetski” kimi tanınan ərazidə uçmaq üzrə olan eyvanın sahibi ilə sığorta şirkəti arasında danışıqlar gedir:""“Tərəflər bir sıra şərtləri razılaşdıran kimi problem öz həllini tapacaq”.
|
14:30"Yasamal rayonunda eyvan uçmaq üzrədir.
|
Rayonun Əlövsət Quliyev küçəsi, “Sovetski” kimi tanınan ərazidə uçmaq üzrə olan eyvana nazik taxta bərkidərək, el dili ilə desək, belinə çöpdən dirək veriblər.
|
Bu isə yoldan keçən şəxslərin həyatına ciddi təhlükə yaradır.
|
PhotoStock.az bədbəxt hadisənin yaşanması an məsələsi olan ərazidən fotoları lendə alıb:"""Daha çox foto burada:PhotoStock.az
|
“Zəngli saatın monoton səsi tez oyanmağımıza kömək etmir, çünki bu səs artıq yuxumuza “daxil olur”.
|
Bu barədə rusiyalı somnoloq Yelena Sareva danışıb.
|
Mütəxəssisin sözlərinə görə, zəngli saatın melodiyası nə qədər şən və ritmikdirsə, oyanma prosesi də bir o qədər aktiv olur.
|
Ritmik səslər ürək döyüntüsünü və bədən hərarətini artırdığı üçün daha tez ayağa qalxmağınıza kömək edir.
|
Çox vaxt zəngli saat üçün sakitləşdirici klassik musiqilər qoyulur, lakin bu səs gümrahlaşdırıcı və canlandırıcı olmalıdır.
|
İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti gəlirlərini vergi orqanlarından gizlətdiyinə görə həbs oluna bilər.
|
Mənbə yazır ki, söhbət mütəxəssisin 2013-15-ci illərdə “kral klubu”nda işlədiyi müddətdən gedir.
|
İttihama görə, italyan mütəxəssis öz gəlir vergisi bəyannaməsində yalnız “Real”dan aldığı mükafatı qeyd edib, halbuki, məşqçi öz imicindən istifadə etmək hüququnu təkcə rəhbərlik etdiyi kluba yox, digər təşkilatlara da verib.
|
Lakin məşqçi həmən təşkilatlardan büdcəsinə daxil olan məbləğin hesabatını təqdim etməyib.
|
Əgər Madrid prokurorları məhkəmədə haqlı olduqlarını sübuta yetirsələr, məşqçini 4 il 9 ay həbs cəzası gözləyir.
|
“Rusiyada seçkiyə müdaxilə cəhdləri uğursuzluğa düçardır və təşəbbüskarlar bunun nəticələrini görəcəklər”.
|
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
|
O bildirib ki, prezident seçkisi zamanı Rusiyanın işlərinə qarışmaq cəhdləri uğursuzluğa məhkumdur.
|
Zaxarova qeyd edib ki, bütün bu cəhdlərin, həmçinin Qərb ölkələri üçün də nəticələri olacaq.
|
“Rusiyanın daxili işlərinə, məsələn, prezident seçkisinə istənilən müdaxilə cəhdləri məhvə məhkumdur.
|
İkincisi, bunun Qərb üçün fəsadları olacaq”, - deyə o vurğulayıb.
|
Zaxarovanın sözlərinə görə, xaricdə diplomatik nümayəndəliklərdə Rusiyanın prezident seçkisində səsverməni pozmaq cəhdlərinin sayı artır, Rusiya vətəndaşlarına psixoloji təzyiq göstərilməsinə cəhdlər edilir.
|
Elə peşələr var ki, onların öhdəsindən yalnız kişilərin gəldiyini fikirləşirik.
|
Amma kişi işi sayılan sahədə çalışan zərif qəhrəmanlarımız da var.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.