Search is not available for this dataset
text
stringlengths
10
518k
O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
“Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.
BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır.
BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, “generallar” Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.
“2024-cü ildə tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, tərbiyəçilər üçün diaqnostik qiymətləndirmə imtahanları olacaq:""“Bütün regionlar üzrə olacaq.
İmtahanın yay aylarında keçirilməsi planlaşdırılır.
İmtahan elektron qaydada test formada olacaq ki, 60 sual təqdim ediləcək”.
O qeyd edib ki, Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məqsədlərdən biri də XXI əsrin tələblərinə uyğun təhsildir:"“Bu məqsədə nail olmaq üçün mexanizmlərdən biri erkən yaş dövründə təhsilin keyfiyyətini artırmaq və bunun üçün məktəbəqədər təhsil üzrə kadr potensialını yaxşılaşdırmaqdır.
2026-cı ilin sonunadək məktəbəqədər təhsil sahəsində çalışan pedaqoji və idarəetmə heyətin peşəkar inkişafı ilə yanaşı, qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətin sertifikatlaşdırılması sistemini yaratmaq və tətbiq etmək nəzərdə tutulur.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, məktəbəqədər təhsil sahəsində çalışan pedaqoji və idarəetmə heyətin sertifikatlaşdırılması qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub.
Sertifikasiya prosesini daha effektiv həyata keçirtmək üçün əvvəlcə məktəbəqədər təhsil müəssisəsində çalışan 17 000 heyətin 2026-cı ilə qədər ilkin qiymətləndirilməsi planlaşdırılır”.
Daha çox foto burada:PhotoStock.az"İlhamə Əbülfət
Bolqarıstan öz bölgələrinin qazlaşdırılmasında Azərbaycanın iştirakına ümid edir.
Bu barədə Bolqarıstanın Energetika Nazirliyindəki mənbədən Trend-ə bildiriblər.
“25 aprel 2023-cü ildə Bolqarıstanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kommersiya nümayəndəliyi açılıb və bundan sonra şirkət ölkədə öz fəaliyyətini aktivləşdirib.
SOCAR-ın Avropada Almaniya və Bolqarıstanda olmaqla iki nümayəndəliyi var.
Eyni zamanda, Bolqarıstandakı nümayəndəlik Balkan yarımadasında səkkiz ölkəni əhatə edən regional ofisə çevrilib.
Bu, Bolqarıstan və Azərbaycan arasında strateji enerji və siyasi tərəfdaşlığın, etimadın yüksək səviyyəsinin göstəricisidir.
Ümid edirik ki, Azərbaycan Bolqarıstan bölgələrinin qazlaşdırılması, neft məhsullarının tədarükü, elektroavtomobillərin şarj olunması üçün infrastrukturların yaradılması kimi gələcək investisiya imkanlarını da nəzərdən keçirəcək”, - deyə mənbə bildirib.
Agentliyin müsahibi qeyd edib ki, Bolqarıstan enerji effektivliyinin artırılması və bərpa olunan enerji mənbələrinin tətbiqi üçün şəraitin yaradılmasına ümid edir.
“Hesab edirik ki, Azərbaycanla əməkdaşlığımız bu sahədə də genişləndirilməlidir.
Orta Yaşıl Dəhliz" təşəbbüsünün gələcək inkişafı Cənub-Şərqi Avropa regionu, o cümlədən, Bolqarıstanı Xəzər regionundakı "təmiz" enerjiyə çıxış imkanı ilə təmin edəcək”, - deyə mənbə əlavə edib.
Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb.
TAP dəhlizinin ilkin buraxılış gücü 10 milyard kubmetr qaz təşkil edir.
2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.
“8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlərə çağırış edərək bildirirəm ki, müəllimlər üçün əsas dəyər şagirdlərinin nəticələridir”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 8 Martla bağlı valideyn komitələrinə və təlimatçılara təlimatlar göndərilib:"“Bununla məhdudlaşsaq, heç kimi narazı salmarıq.
Əgər hər hansı neqativ hal müşahidə edilsə, qabaqlayıcı tədbirlər görüləcək”.
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər”.
Bu barədə Qərbi Azərbaycan İcmasının Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana son səfəri ilə bağlı bəyanatında qeyd edilib.
Bildirilib ki, İcma Yunanıstanın müdafiə nazirinin Ermənistana son səfəri, ümumiyyətlə bu iki ölkə arasında hərbi əlaqələrin mahiyyətindən ciddi narahatlığını ifadə edir.
“Yayılan məlumatlara görə, səfər zamanı Yunanıstan tərəfinin Ermənistana hərbi dəstəyini artırması, o cümlədən Ermənistanın ordu idarəetməsində iştirak etməsi barədə razılıq əldə edilib.
Bundan əlavə, Dendias Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması səyləri barədə danışıb.
Ermənistanın Fransa, Hindistan və Yunanıstanın dəstəyi ilə sürətlə silahlanması, Fransa və Yunanıstanın Ermənistan ordusunun idarəetməsində rol alması, dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması planları ciddi narahatlıq doğurur.
Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması niyyətinə gəlincə isə, qeyd edək ki, eyni regionda yerləşməyən dövlətlərin belə əməkdaşlıq formatı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir.
Fransa, Hindistan və Yunanıstan bu cür addımları ilə Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər”, - bəyanatda vurğulanıb.
Qeyd edilib ki, Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən avantüraya getməməyi, militarist siyasətinə son verməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycanla sülh yolunu tutmağı tələb edir.
Rusiya ilə Ermənistan arasında münasibətlər gərgindir.
Bunun səbəbi İrəvanın sürətlə Moskvadan uzaqlaşmaq cəhdidir.
Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) barədə səsləndirdikləri tənqidi fikirlər ikitərəfli münasibətləri daha da kəskinləşdirir.
Rəsmi İrəvan adıçəkilən təşkilatda fəaliyyətini dondurduğunu açıqlayıb.
Bunun üçün hüquqi prosedurların da yerinə yetiriləcəyi istisna deyil.
Kreml KTMT məsələsinə görə N.Paşinyan hökumətindən izahat istəyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva İrəvanla münasibətlərə yenidən baxa bilər.
Əlbəttə, Ermənistanın KTMT-dən çıxması ilə Rusiya ciddi itkiyə məruz qalmayacaq.
Amma bu, açıq şəkildə Kremlə meydan oxumaq cəhdidir.
Moskvanın İrəvanın bu davranışına ciddi reaksiya verməsi mümkündür.
Sözsüz ki, Rusiya ilə belə çəkişmələr Ermənistanın gücünə, mövqeyinə uyğun deyil.
Çox böyük ehtimalla İrəvan bu barədə direktivləri Qərbdən, o cümlədən Fransadan alır.
2008-ci ildə Gürcüstanda olanları yada salaq:Qərbin də təhriki ilə Gürcüstanla Rusiya arasında müharibə başlandı.
Nəticədə Rusiya Cənubi Abxaziya və Osetiyanı tutdu.
İndi isə nə Gürcüstanın, nə də onun keçmiş prezidenti Mixail Saakaşvilinin taleyi Qərbi maraqlandırır.
ABŞ və müttəfiqlərinin Şərqi Avropada etdikləri də bu qəbildəndir:Ukrayna vasitəsilə Rusiyaya qarşı müharibəyə başladılar, indi isə geri çəkilirlər.
Məqsəd aydındır - Rusiyanın ayrı-ayrı regionlara təsirini azaltmaq.
Rəsmi Moskva ilə birbaşa qarşılaşmaq istəməyən Qərb bunun üçün proksilərdən yararlanır.
Bu gün Qərb Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır.
Kreml isə bunu başa düşdüyünə görə mümkün qədər soyuqqanlı davranır.
Məsələ ondadır ki, Ermənistanın qıcıqlandırıcı ritorikası Rusiyanın bu dövlətə müdaxiləsi ilə nəticələnə bilər.
Bu zaman Avropa da hərəkətə keçəcək.
Bu, indiki halda Moskvaya sərf etmir.
Çünki gücü parçalanacaq, bir neçə cəbhədə mübarizə aparmalı olacaq.
Amma nəzərə almaq lazımdır ki, ehtimal olunan bu ssenari nəticəsində ən çox ziyan çəkən Ermənistan olacaq.
Ölkə ərazisi faktiki olaraq poliqona çevriləcək.
Ermənistanın gücü Ukraynanın potensialından dəfələrlə azdır.
Ona görə bu versiyanın reallaşması Ermənistana baha başa gələcək.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında bildirilib ki, Rusiyadan uzaqlaşmaq cəhdi N.Paşinyana baha başa gələ bilər.
Qeyd olunub ki, o, Kremli qıcıqlandırmağa çalışır:“Bu da ağır nəticələrə səbəb ola bilər”.
Vurğulanıb ki, bəzi analitiklər də bu mövqeyinə görə N.Paşinyanı tənqid edirlər.
Ehtimal etmək olar ki, baş nazir Qərbdən ciddi təhlükəsizlik təminatları, vədlər alıb.
Əks halda belə riskli addımlar atmazdı.
Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyanın adekvat reaksiyasının yeganə təzahürü Ermənistan ərazisinə hərbi müdaxilə deyil.
Bu ölkədəki 102-ci hərbi baza özü N.Paşinyan hakimiyyəti üçün “Domokl qılıncı”dır.
Bütün bunlar onu göstərir ki, Ermənistan qıcıqlandırıcı ritorikasını bundan sonra da davam etdirəcək və hətta “doza”nı artıracaq.
Moskvanın isə sonsuza qədər səbirli olacağı inandırıcı deyil.
Beləliklə, N.Paşinyan faktiki olaraq rus ruletkası oynayır.
Onun nəinki hakimiyyəti, həm də şəxsi təhlükəsizliyi təhdid altındadır.
“Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadze komandanın israilli futbolçusu Gilad Abramovu əvəzedici heyətə göndərib.
Bu barədə “Qafqazinfo”ya klubun Mətbuat Xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib.
O bildirib ki, yarımmüdafiəçi qeyri-müəyyən vaxta qədər ikinci komandada oynayacaq.
Sxadadze G.Abramovu böyük ehtimalla zəif çıxışına görə ikinci komandaya göndərib.
Qeyd edək ki, “Qəbələ” bu il fevralın 25-də Sxadadze ilə 1,5 illik müqavilə imzalayıb.
“Salyan rayonunun Pambıqkənd kəndində məktəbli qızların erkən nikaha cəlb edilməsi halları bizdə təəssüf doğurur”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, regionlarda bu tipli hallar hələ də baş verir:"“Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib.
Lakin davamiyyəti ilə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib.
Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib”.
“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür.
İspaniyalı mütəxəssis Bakıya iddialı yollanacaqlarını bildirib:“Qarabağ”ın pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə hər iki oyununu təhlil etmişik.
Tipik “Qarabağ” performansını gördük.
Təhlükəli çıxış etdilər və uğur qazandılar.
10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar çıxış etdilər”.
O, bir müddət əvvəl “Bayer 04”ün düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən də bəhs edib:""“Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur.
Çalışdırıcı argentinalı yarımmüdafiəçi Ezekyel Palasiosun matça hazır olduğunu əlavə edib:""“Sabahkı oyunda da start heyətində çıxış etmək iqtidarındadır.
Ondan gözləntimiz yaxşı oynamaq, komandaya kömək etməkdir.
Bütün futbolçulardan istəyim budur”.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.