Search is not available for this dataset
text
stringlengths
10
518k
Tədbirdə 400-ə yaxın dünyaşöhrətli nümayəndə, eləcə də keçmiş və indiki dünya liderləri, nazirlər və Nobel mükafatçıları iştirak edəcək.
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti martın 6-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Moldovada cərəyan edən siyasi hadisələr mətbuatın gündəmindən düşmür.
Misal üçün, bu yaxınlarda özlərini “Dnestryanı Moldova Respublikası”nın “deputatları” elan edən şəxslər Moldovanın təzyiqi ilə əlaqədar Rusiyadan kömək istəmək haqqında “qətnamə” qəbul ediblər.
Bildirilir ki, söhbət, ilk növbədə, yaranmış iqtisadi problemlərin həllindən gedir.
Bundan başqa, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul rəsmi Kişineu tərəfindən təzyiqlərlə üzləşdiyini yazdı.
Bu təzyiqin arxasında da iqtisadi məqamların dayandığı məlum oldu.
Məsələn, rəsmi Kişineunun Qaqauziyanın büdcəsindən əlavə dəyər vergisinin (ƏDV) qaytarılması haqqında qərarı etnik türklərin məskunlaşdığı Qaqauz Yeri bölgəsində hiddətə səbəb oldu.
Ancaq sonra Moldovanın Konstitusiya Məhkəməsi Vergi Məcəlləsinə edilmiş adıçəkilən dəyişikliyin Əsas qanuna uyğun olmadığını elan etdi.
Bəs hazırda Qaqauz Yerində vəziyyət necədir, Kişineu ilə muxtar bölgə arasında münasibətləri hansı perspektivlər gözləyir?
Mövzunu moldovalı politoloq, “Intellect Group” sosioloji şirkətinin direktoru Yan Lisnevski Oxu.Az-a şərh edib.
O qeyd edib ki, qaqauzlar həmişə Moldovanın mərkəzin hakimiyyəti ilə konstruktiv dialoqa yer saxlayıblar.
“Komrat (Qaqauz Yerinin paytaxtı - red.)
kompromislərə Kişineudan daha çox hazırdır.
Əhalinin 98%-i Kişineu ilə yaranan mübahisəli məsələlərin sülh yolu ilə həllinin tərəfdarıdır.
Qaqauz siyasətçiləri isə istənilən çətin vəziyyətin sülh yolu ilə həllinin tərəfdarıdırlar.
Moldova hakimiyyətinin hesablaşmaq istəmədiyi yeni rəhbər Yevgeniya Qutsul da vəziyyəti yumşaq şəkildə həll etməyə, Türkiyə və Rusiyanın köməyi ilə Kişineu ilə razılığa gəlməyə çalışır”, - deyə politoloq bildirib.
Yan Lisnevski “Dnestryanı Moldova Respublikası” tərəfindən verilən bəyanatın isə (Rusiya Federasiyasına kömək istəməklə bağlı müraciət - red.)
təkcə Rusiyaya deyil, həm də Avropaya ünvanlandığını düşünür:"“Bu, eyhamlarla dolu diplomatik mesaj idi.Amma Dnestryanı bölgənin bütün iqtisadiyyatı, yarımrəsmi də olsa, Avropa ölkələri ilədir, Tiraspol onlarla işləyir.
Məncə, orada Rusiyanın iştirakı və təsiri minimaldır”.
Moldovalı politoloq rəsmi Kişineunun türk dünyasının diqqət və cazibə mərkəzi olan, Türkiyə, Azərbaycan, hətta Türkmənistanın infrastrukturunun inkişafına sərmayə qoyduğu Qaqauziyanın taleyinə nə qədər ciddi yanaşması məsələsinə də münasibət bildirib:""“Düşünmək istərdim ki, bu diqqət Kişineu tərəfindən nəzərə alınır.
Amma adamda belə bir hiss yaranır ki, sanki bu bölgəyə olan diqqət (Qaqauziyanın türk dünyası üçün əhəmiyyəti - red.)
hələ də mərkəzi hakimiyyət tərəfindən tam dərk olunmayıb.
Baxmayaraq ki, Qaqauz Yeri investisiyaların cəlb edilməsi istiqamətində bariz nümunəyə çevrilib və burada söhbət təkcə Türkiyə və Azərbaycandan getmir.
Dnestryanı bölgənin də Qaqauz Yeri modelini mənimsəyəcəyi ilə bağlı düşüncələr var idi.İndi isə belə bir güman yaranır ki, qaqauzlar, yeri gəlmişkən, elə moldovalılar kimi, öz bölgələrindən köçəcəklər.
İstanbulda həyat Kişineudan qat-qat ucuzdur və bu, zarafat deyil.
Ümumiyyətlə, Avropa şəhərlərində yaşamaq Moldovanın paytaxtında yaşamaqdan qat-qat asandır.
Amma bizim siyasətçilər başqa kateqoriyalarda fəaliyyət aparırlar.
İndi onlar üçün əsas olan növbəti seçkilərdə qələbədir”.
Xankəndidə quruculuq işləri davam edir.
Oxu.Az xəbər verir ki, hazırda separatçılara məxsus qanunsuz tikililərin söküntü işi aparılır.
Belə ki, daha bir binanın sökülməsinə başlanılıb.
Qeyd edək ki, Xankəndidə erməni separatçıları tərəfindən “parlament” binası kimi istifadə edilən bina da sökülüb.
“Yaxşı budur ki, suallara cavab verməyim, yoxsa başım bəlaya girə bilər”.
Bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirilən mətbuat konfransı zamanı deyib.
O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Baydenin bu davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İstifadəçilər ABŞ prezidentinin kiminlə problem yaşaya biləcəyini düşünürlər.
Ölkəmizdə səfərdə olan Rusiya hökumətinin sədri Mixail Mişustin martın 6-da Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, M.Mişustin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisi təqaüdə göndərilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Hüquqi təminat idarəsinin rəisi polkovnik Sənan Əli oğlu Muxtarov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, Sənan Muxtarov 1992-cı ilin iyul ayından, yəni 32 il Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisi vəzifəsində işləyib.
Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Tunis xalqı adından ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.
Bu fürsətdən istifadə edərək, xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini möhkəmləndirmək və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün Sizinlə birgə işləməyə sadiq olduğumuzu bir daha bildirirəm.
Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
11:47"Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Timor-Leste Demokratik Respublikası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Bu qələbə təkcə Sizin prezidentlik səlahiyyətinizin davamı deyil, həm də Azərbaycanın gələcəyi naminə Zati-alinizin liderliyinə və strategiyasına göstərilən etimadın təzahürüdür.
Sizin dövlətə xidmətdə əldə etdiyiniz nailiyyətlər və fədakarlığınız ölkənizin inkişafına və rifahına olan sadiqliyinizin təsdiqidir.
Ötən ilin mart ayında Zati-alinizlə X Qlobal Bakı Forumunda iştirakım çərçivəsində keçirilən tarixi görüşü böyük məmnunluq hissi ilə xatırlayıram.
Bu görüş xalqlarımız arasında qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə təkan verib.
Əminəm ki, prezidentliyinizin yeni dönəmində biz Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə böyük potensiala malik mühüm sahələrdə, xüsusilə də təbii sərvətlərin istismarında, infrastruktur, gübrə istehsalı və təhsil sahələrində yeni investisiyalar, layihələr və tərəfdaşlıqlar həyata keçirə biləcəyik.
Biz yalnız Qoşulmama Hərəkatı çərçivəsində deyil, həm də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) inteqrasiya səviyyəsində Timor-Leste ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılılıqlı maraqlarımız naminə möhkəmləndirilməsinə, əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçirilməsinə sadiqliyimizi bir daha vurğulayırıq.
Qoy Zati-alinizin yeni mandatı Azərbaycan xalqına daha böyük nailiyyətlər, davamlı inkişaf və firavanlıq gətirsin!
Bu ilin sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycanı ürəkdən təbrik edirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq arzulayıram.
Bir daha Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.
“ABŞ vətəndaşları başa düşməlidirlər ki, dövlətin əsl düşməni Vaşinqtondadır, o, dövləti bataqlığa sürükləyir”.
Bu sözləri Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor özünün “X” hesabında yazıb.
Makqreqorun fikrincə, ölkə daxilində daha ciddi təhlükə olduğu üçün dövlət “xaricdə” hərbi əməliyyatlar aparmağı dayandırmalıdır.
From the standpoint of everybody in Washington, whatever happened in the past was wrong and the brave new world must be built on the ruins of the past.
The plan in Washington is to destroy the country to save it.
pic.twitter.com/AVOeSddFcD"Mənbə:iz.ru
Rüşvət müqabilində qanunsuz avtomobil idxalına şərait yaradan vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi Anar Aslanovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həmin Komitədən daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla Anar Aslanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərdən aldığı külli miqdarda rüşvət müqabilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 800-dən artıq avtomobilin qanunsuz şəkildə rəsmiləşdirməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin 308.2.
(ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala yıxılaraq xəsarət alanlar barədə açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 5-i, axşam saatlarında paytaxt Bakıda və Sabirabad rayonu ərazisində ümumilikdə üç nəfər Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala yıxılaraq xəsarət alıb:""“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 23:30-da Xətai rayonu Gəncə prospekti 63 M ünvanından 2015-ci il təvəllüdlü (kişi cinsli) şəxsin tonqala yıxılaraq xəsarət alması səbəbi ilə çağırış daxil olub.
O, sol budun yuxarı üçdə birinin qəlpəli sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin Uşaq travmatologiya və ortopediya şöbəsinə hospitalizasiya olunub.
Yüngül yanıq xəsarətləri də alan pasiyentin müalicəsi hazırda davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Analoji hadisə Sabirabad rayonunda da qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü və 2021-ci il təvəllüdlü (hər iksi kişi cinsli olmaqla) azyaşlılar hər iki əlin yanığı diaqnozu ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hər iki şəxsə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar”, - deyə qeyd edilib.
Qeyd edək ki, ötən gün Od çərşənbəsində tonqaldan tullanan uşaqlar toqquşaraq alova yıxılıblar.
“Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşı olduğu üçün ölkədəki siyasi proseslərdə iştirak etmək hüququ yoxdur”.
Bu sözləri Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
“O, Gürcüstanın yox, Ukraynanın vətəndaşıdır.
Buna görə də Gürcüstandakı siyasi proseslərdə iştirak edə bilməyəcək.
Yəni o, gürcü siyasətçisi deyil”, - deyə ədliyyə naziri vurğulayıb.
Türkiyənin Samsun şəhərinin Vezirköprü rayonunda şagirdləri daşıyan avtobus aşıb.
Məlumata görə, hadisə nəticəsində sürücü və 19 şagird yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Astara rayonunda şəxsi münasibətlər zəminində Eynəli Əzizovu balta ilə qətlə yetirməkdə təqsirli bilinən Aslan Şüvünəliyevə hökm oxunub.
Hökmə əsasən, A.Şüvünəliyev 16 il müddətinə azadlıqdan mərhum olunub.
Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.
İttihama görə, A.Şüvünəliyev mərhum E.Əzizovun fermasında çoban işləyib.
Təsqirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində Astara rayonundakı meşəlik ərazidə balta ilə onu qətlə yetirib.
E.Əzizov rayon ərazisində heyvandarlıqla məşğul olub.
Mərhum əvvəllər bələdiyyə sədri, həmçinin Astarada yerləşən orta məktəblərin birində müəllim kimi işləyib.
A.Şüvünəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
“Fevralın sonunda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər”.