Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Otarola yenə də günahsız olduğunu qeyd edib.
|
“İşə qəbulla bağlı heç bir qanun pozuntusu, sövdələşmə və ya tərəfkeşlik olmayıb”, - deyə keçmiş sədr qeyd edib.
|
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biri tərəfindən maraqlı bir araşdırma aparılıb.
|
Məqsədsə gənclərin məşğulluq vəziyyətini öyrənmək olub.
|
Aparılan araşdırma nəticəsində məlum olub ki, 15-24 yaş arasında olan şəxslərin 20 faizi heç yerdə işləmir və təhsil almır.
|
Yəni ölkədəki 15-24 yaş arası insanların hər beş nəfərindən biri nə oxuyur, nə də işləyir.
|
Bəs, yeniyetmə və gənclər niyə təhsildən, iş həyatından yayınırlar?
|
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd olunan göstəricilər üzrə gəlinən nəticələr mübahisələndirilə bilər:""“Qeyd olunan rəqəmlərdə oxumayanların sayı həqiqəti əks etdirsə də, işləməyənlərin sayı mübahisələndirilə bilər.
|
Çünki təəssüf doğuran hal odur ki, həmin yaş qrupuna daxil olan insanlar da bəzi şəxslər kimi əmək müqaviləsi ilə işləmirlər.
|
Texnologiyanın inkişafı fonunda bu yaş qrupunda olan insanlar “Z” nəsli sayılırlar.
|
Onlar onlayn əmək fəaliyyəti ilə məşğul olur və bir sıra hallarda vergi ödəmələrindən kənarda qalırlar.
|
Amma əmək fəaliyyəti ilə məşğuldurlar.
|
Əlbəttə, gənclər arasında işsizlik reallığı da var ki, bu, ölkə üzrə ümumi işsizlərin təqribən 11%-ni təşkil edir”.
|
Sosioloq problemin əsas səbəbini sosial şəbəkələrdə görür:“Yeniyetmə və gənclərin internet asılılığı və sosial şəbəkə aktivliyi əfsuslar olsun ki, bəzən onların inersiyasına da gətirib çıxarır.
|
Belə ki, internet asılılığı onların enerjisini və vaxtını mənimsəyir.
|
Bu da onların əmək məhsuldarlığı və motivasiyasına təsir edir.
|
Ancaq digər tərəfdən sosial şəbəkə vahidləri üzərindən gəlir əldə edən gənclər də var.
|
Çox yaxşı olar ki, əmək bazarına nəzarət edən qurumlar gənclər üçün startap layihələrini, mütəmadi əmək yarmarkalarını, həm paytaxtda, həm də regionlarda həyata keçirsinlər.
|
Eyni zamanda, insanların əmək müqaviləsi əsasında işləməsini təmin etsinlər.
|
Bu, gələcəkdə onların pensiya təminatına kömək etmiş olacaq, həm də qarşılaşa biləcəkləri sığorta hadisəsi zamanı sosial müdafiəsini gücləndirə bilər”.
|
Üzeyir Şəfiyev qeyd edib ki, digər məsələ sözügedən yaş qruplarının təhsil məsələsidir:“Aztəminatlı ailələrdə böyüyən yeniyetmə və gənclər, eləcə də regionlarda uşaq və yeniyetmələrin nəinki peşə və ali təhsilə, bir sıra hallarda orta təhsilə əlçatanlığı yoxdur.
|
Belə ailələr, xüsusilə, regionlarda qız uşaqlarını, əsasən 9-cu sinifdən məktəbdən ayırır, əməyə cəlb edirlər.
|
Bəzi “valideynlər” qız uşaqlarına “duz yükü” kimi baxaraq, onları erkən nikaha cəlb edirlər.
|
Beləliklə də təhsildən yayınmış xeyli sayda gənc əmək bazarının tələblərinə uyğun iş tapa bilmir.
|
Təəssüflər olsun ki, belələri bir sıra hallarda hüquqazidd və əxlaqazidd fəaliyyətlə məşğul olurlar.
|
Bu baxımdan Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi koordinasiyalı fəaliyyət göstərməli, aztəminatlı ailələrə ünvanlı yardım edilməli, valideynlərlə, uşaqlarla maarifləndirmə işi aparılmalı, əmək bazarının tələblərinə cavab verən peşə və ixtisasların bölgə məktəblərində tanıtımı və təşviqi aparılmalıdır”.
|
Həmsöhbətimiz hesab edir ki, 11-ci sinfə qədər təhsil icbari olsa, daha yaxşı olar:“Bu, uşaqların təhsildən yayınma hallarının qarşısı alar.
|
Sosial çarxlar vasitəsilə potensial təhsildən yayınan yeniyetmələrə və onların valideynlərinə mesajlar ötürülsün”.
|
“Müasir mədəniyyətimizdən bu gün danışmaq qəliz məsələdir.
|
Müqayisə olunmaz dərəcədə fərq var.
|
Müasir dövrün bəlkə də özünə görə başqa tələbləri var, amma hər halda nə televiziya tamaşaları, nə də filmlərimiz o dövrdəki kimi deyil.
|
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.
|
“Həmin filmlərə bir dəfə baxan kimi yaddan çıxır.
|
Bilmirəm, niyə bu günə düşdü kinomuz, incəsənətimiz?!
|
Necə ki, qardaş Türkiyədə tarixi filmlər var, mən də istərdim ki, bizim tarixi qəhrəmanlarımız barədə də o cür filmlər çəkilsin.
|
Mən televizoru açanda həmin filmləri izləmək istəyirəm!
|
Hansı köhnə filmi izləyirsən, insanda hər dəfə yeni fikir yaradır.
|
Bugünkü filmlərin mövzusu nədir?
|
Nə qədər kriminal, məişət mövzularında film, serial çəkmək olar?!
|
Tərbiyəvi mövzuda o qədər filmlərimiz var idi ki.
|
Dəyərlərimizi filmlər qorumalıdır, yaşatmalıdır.
|
Dünən, nəhayət ki, kinematoqrafiya ittifaqları birləşdi!
|
Fərqi yoxdur sədr kimdir, amma istərdim işi elə aparsınlar ki, mədəniyyətimizi irəli çəksinlər.
|
Hələ ki, nə Teatr Xadimləri İttifaqının, nə də Kinematoqrafiya İttifaqının bir işinə şahid olmuşam”, - deyə sənətkarın xanımı bildirib.
|
O, daha sonra gənc nəsil aktyorlardan danışıb:""“Yaşlı nəslin oyun tərzi yaxşıdır, amma gənclərin əksəriyyətindən baş açmaq olmur.
|
Sözün düzü, onların adlarını bilmirəm, bildiklərim də yadımdan çıxır.
|
Aralarında 3-4-ü var ki, güclü saya bilərəm, amma onları filmlərdə yox, teatr tamaşalarında görmək istərdim.
|
Yaxşı aktyoru ssenari və rejissor üzə çıxarır.
|
İndi daha çox komediya filmlərinə üstünlük verirlər.
|
O lağlağıdır, adını sadəcə komediya qoyublar.
|
Kim özünü əsl aktyor kimi sınamaq və görmək istəyirsə, gedib teatrda üç saat canlı tamaşa oynasın.
|
Siyavuş, Hacıbaba, Yaşar, Fuad, Səməndərə heç kim çata bilməz!.
|
Onların oynadığı rolların sayı-hesabı yoxdur.
|
Gəlin, indikilərə baxaq, görək onlar nə oynayıblar?!
|
Zirvəyə qalxmaq üçün sənətkar olmaq lazımdır.
|
Adi rol oynayan “mənəm-mənəmlik” etməməlidir”.
|
Azərbaycanda səfərdə olan Rusiya Hökumətinin sədri Mixail Mişustin Milli Xalça Muzeyində olub.
|
Muzeyin nümayəndələri Azərbaycan hökumət başçısı Əli Əsədova və onun rusiyalı həmkarına xalçaçılığın təkamülü, onun sadədən mürəkkəbə doğru keçdiyi yoldan, xovsuz xalçaların müxtəlif növlərinin nümunəsindən danışıblar, həmçinin xalçaçılığın inkişafının ən yüksək mərhələsini təmsil edən xovlu xalçalar nümayiş etdirilib.
|
Ekskursiya zamanı qonaqlar və muzeyin nümayəndələri arasında maraqlı dialoq da baş tutub.
|
Belə ki, Rusiya hökumət başçısına “arzuları yerinə yetirən” xalçalar nümayiş etdirilib.
|
“Bu xalçalardan şal kimi də istifadə olunub.
|
Qızlar otururdular, bir arzu tuturdular, sonra onu yeddi gecə açıq havada saxlayırdılar.
|
Onlar arzularının mütləq gerçəkləşəcəyinə inanırdılar”, - deyə muzeyin nümayəndəsi bildirib.
|
Əli Əsədov isə qızların hər zaman eyni istəklərinin olduğunu bildirib.
|
Ərə getmək?” - deyə soruşan rusiyalı nazirə azərbaycanlı həmkarı “əlbəttə” cavabı verib.
|
Qeyd edək ki, muzeydə Azərbaycan xalça sənətinin nadir nümunələri saxlanılır.
|
Muzeyin fonduna 10 mindən çox eksponat, o cümlədən tunc dövrü, antik dövr və erkən orta əsrlərə aid eksponatlar daxildir.
|
Muzeyin kolleksiyalarında ölkənin müxtəlif bölgələrindən milli geyimlər də var.
|
Ekskursiyanın sonunda Mixail Mişustin muzeyin fəxri qonaqlar kitabına qeyd yazıb.
|
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
|
Baku.ws xəbər verir ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi maneəyə çırpılıb.
|
Hadisəyə səbəb kimi yüksək sürət göstərilib.
|
Qeyd olunub ki, qəza nəticəsində 4 nəfər xəsarət alıb.
|
Hadisə anının görüntülərini təqdim edirik:
|
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlərin olunmasını təklif edib.
|
Məndə olan məlumata görə, bu günə qədər heç bir ali təhsil müəssisəsində hazırlıq qrupları fəaliyyət göstərmir.
|
Bu qrupların təşkilinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.
|
B.Əliyev deyib ki, “Ali təhsil haqqında” Qanun layihəsi müzakirə edilərkən qazilər üçün hazırlıq qruplarında müəyyən kvotaların nəzərdə tutulması qaldırılmışdı:""“Birillik hazırlıq müddətindəki tədris onlara imkan verəcək ki, qəbul imtahanlarına hazırlaşsınlar.
|
Bu məsələni Elm və Təhsil Nazirliyinin bir daha nəzərdən keçirməsini xahiş edirəm.
|
Çünki məsələ aktual və gündəmdədir”.
|
Almaniyanın “Bavariya” futbol klubunun qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında İspaniya millisinin sabiq qolkiperi İker Kasilyasa məxsus rekordu təkrarlayıb.
|
Belə ki, 37 yaşlı N.Noyer Çempionlar Liqasında meydana çıxdığı 136 görüşün 57-də qapısını toxunulmaz saxlamaqla nail olub.
|
İspaniya millisinin və “Real Madrid”in sabiq üzvü olmuş İker Kasilyas isə Çempionlar Liqasında keçirdiyi 177 oyunda bu nəticəyə imza atmışdı.
|
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1/8 finalının cavab oyununda Manuel Noyerin qapısını qoruduğu Mühnen “Bavariya"sı Almaniyada “Latsio”nu 3:0 hesabı ilə üstələyərək 1/4 finala çıxıb.
|
Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün ilə görüşüb.
|
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
|
Qeyd edilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
17:59"Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.
|
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
|
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.
|
Sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
|
14:32"Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.
|
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
|
Bildirilib ki, görüşdən əvvəl general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.
|
Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, Ulu Öndərlərin xatirələrinə ehtiram nümayiş etdirib.
|
Sonra Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, müdafiə nazirləri fəxri qarovulun önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
|
General-polkovnik Z.Həsənov protokola uyğun olaraq şərəf kitabını imzalayıb.
|
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan qardaş ölkənin milli müdafiə naziri onları Türkiyədə görməkdən məmnunluğunu bildirib.
|
Cənab Y.Gülər ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
|
Müdafiə naziri türkiyəli həmkarına göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.