Search is not available for this dataset
text
stringlengths
10
518k
Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.
Yusif Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi üzrə ittiham irəli sürülüb.
Yusif Hüseynzadə məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərib ki, son müharibə zamanı hərbi xidmətdə olub.
Bundan sonra onda psixoloji problemlər yaranıb.
Onun valideynləri ayrıldığı üçün uşaqlıqdan nənəsinin himayəsində olub.
Bibisi ilə bacı qardaş kimi olub.
Aralarındakı mübahisə ev üstündə baş verib.
Baba və nənəsi onu evləndirmək istəyiblər.
Sözügedən evi satıb yenisini almaq barədə danışıqları olub.
Xəyalə də narazılıq edib ki, ona da ev alınsın.
Yemək yeyən zaman bibisi içəri girib və danışmağa başlayıb.
O deyib ki, mübahisə etmək istəməyib, ancaq bibisi ona təhqiramiz sözlər işlədib.
Həmin vaxt hərbi xidmətdən təzə gəldiyi üçün əsəbləri gərgin olub.
Üstünə gələrək ona şillə vurub.
Daha sonra bibisini bıçaqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Emin Dadaşovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü Emin Dadaşov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub və Emin Dadaşov dərhal məhkəmə iclas zalında həbs edilib, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
İttihama görə, hadisə 20 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birinin ərazisində giriş qapısında yerləşən postun yanında qeydə alınıb.
Belə ki, Emin Dadaşov iş yoldaşı Samir və onun dostu, zərərçəkmiş Taryel Əsədovla (soyadı şərti) mübahisə edib.
Bu zaman onlar bir-birilərinə zərbələr vurub dalaşarkən təqsirləndirilən şəxs özünü təhqir edilmiş hesab edib.
Sonra o, üzərində olan kəsici-deşici əşya ilə Taryelin kürək nahiyəsinə bir dəfə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Emin Dadaşov cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsini idarə edən Elxan Cəfərovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.
E.Cəfərovun barəsində toplanmış material məhkəməyə göndərilib.
Bundan başqa, keçirilən profilaktik tədbirlər zamanı təhlükəsizlik və işıq cihazlarından istifadə etməyən, sürücülük hüququ olmadan və ya sərxoş halda nəqliyyat vasitələrini idarə edən, normadan artıq qaz tullantısı ixrac edən və digər qayda pozuntularına yol verən avtomobil sahibləri də aşkar edilib.
Polis əməkdaşları həmin sürücülərlə profilaktik söhbətlər apararaq onlara yol hərəkəti qaydalarının tələblərini xatırladıblar.
Bildirilib ki, bu qaydalara riayət edilməsi həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacibdir.
Qeyd edilən qayda pozuntularına yol verən 19 sürücü barəsində inzibati protokol tərtib edilib.
Kanadanın Vankuver Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarəni ildırım vurub.
Məlumata görə, təyyarənin göyərtəsində 550 sərnişin olub.
“Air Canada” şirkətinə məxsus “Boeing 777-300” təyyarəsi Londona uçurmuş.
Baş verənlərə baxmayaraq, pilotlar uçuşu davam etdiriblər.
Pilotun sözlərinə görə, təyyarədə quraşdırılmış xüsusi ildırımötürücü sistem sayəsində faciənin qarşısı alınıb.
Xankəndidə xeyli silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 5-də Xankəndi şəhəri ərazisindən bir ədəd avtomat silahı, bir ədəd tüfəng, bir qumbara, 23 ədəd alışdırıcı, 11 patron darağı, 570 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin komandadan ayrılacağını təsdiqləyib.
“Görünür, yaxın gələcəkdə Kilian Mbappe PSJ-də olmayacaq.
Ona görə də biz digər oyunçularla taktikanı sınaqdan keçirməli olacağıq”, - deyə Enrike bildirib.
Qeyd edək ki, Mbappe hələ də “Real Madrid”lə müqavilə imzalamayıb və hələ də şəxsi şərtləri üzrə danışıqlar aparır.
PSJ oyunçunun yeni komandadakı imza bonusunun bir hissəsindən imtina etməsini istəyir, çünki o, klubdan pulsuz getməyəcəyinə söz vermişdi.
Eyni zamanda, forvard PSJ-dən ona verilən 80 milyon avro məbləğində loyallıq bonusundan imtina etməyə artıq razılaşıb.
Türkiyədə İstanbul Texniki Universitetinin kampusunda güclü yanğın başlayıb.
Hadisə yerinə çoxlu yanğınsöndürmə briqadası göndərilib.
Qeyd edilir ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Yasin Muxtar oğlu Heydərov ölüb.
Qəza nəticəsində xəsarət alan sürücü Y.Heydərov xəstəxanaya yerləşdirilib.
Daha sonra müalicə aldığı Gəncə Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.
Xatırladaq ki, hadisə martın 2-də baş verib.
ABŞ Prezidenti Co Bayden ölkənin dənizaşırı bölgəsi olan Samoada Demokratlar Partiyasının fəalları arasında keçirilən görüşlərdə az tanınan namizəd Ceyson Palmerə məğlub olub.
Bu görüşlərdə ümumilikdə 91 bülleten səsə qoyulub.
Palmer 51, Bayden isə 40 səs toplayıb.
Sahibkar olan Ceyson Palmer 50 mindən az insanın yaşadığı Amerika Samoasında kampaniya aparıb.
Samoada kokusların (siyasi partiya və hərəkatların tərəfdarlarının və ya üzvlərinin toplantısı) nəticələrinə əsasən, prezidentliyə namizədliyi irəli sürüləcək altı nümayəndənin səsləri bölüşdürüləcək.
Qeyd edək ki, martın 5-də demokratlar 15 ştatda və Amerika Samoasında nümayəndələrini seçəcəklər.
Partiyanın 19-22 avqustda İllinoys ştatının Çikaqo şəhərində keçiriləcək milli qurultayında səsvermənin ilk turunda Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülməsi üçün namizəd 1 968 nümayəndənin dəstəyini qazanmalıdır.
Şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almaları təklif edilir.
Layihə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, “Təhsil haqqında” Qanunda maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur.
Belə ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində “Müharibə veteranı” adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
“Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyətində hər hansı irəliləyiş yoxdur”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.
O qeyd edib ki, it dişləməsi səbəbi ilə zərərçəkən doqquz yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir.
Vəziyyəti ağır olaraq qalmaqdadır.
Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib.
Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.
“Qızılca keçirən şəxsin əldə etdiyi immunitet kifayət qədər davamlıdır, təkrar xəstələnmə çox nadir hallarda baş verir.
Peyvənd nəticəsində əldə edilən immunitet təbii immunitetə nisbətən daha az davamlıdır və peyvənd olunandan 15-20 il sonra zəifləyərək, insanı yoluxmadan qorumaya bilər.
Əgər şəxsdə immundefisit vəziyyəti varsa, immunitet daha qısamüddətli ola bilər”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, qızılca ilə müvafiq səhiyyə qurumları aktiv mübarizə aparırlar:""“Əks-epidemik tədbirlər aktiv həyata keçirilir.
Qızılcaya həssas şəxslər 1-40-yaşadək aşkarlanaraq öz müraciətləri əsasında peyvənd olunurlar.
Hazırda epidemioloji durumun sabitləşməsi, bəzi bölgələrdə yoluxma hallarının sayının azalmasını müşahidə edirik.
Lakin ölkənin iri şəhərlərində xəstələnmə halları lokal olaraq hələ də müşahidə edilir.
Ümumiyyətlə, növbəti aylarda vəziyyətin normallaşması proqnozlaşdırılır”.
Cənubi Xorasan əyalətinin Nəhbəndan şəhərində silahlı şəxslərlə toqquşma zamanı Çekab sərhəd zastavasının komandiri həyatını itirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, silahlı toqquşmada leytenant Taheri və əsgər Nuri də yaralanıblar.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin ailəsi müsadirə edilmiş əmlakların hərraca çıxarılmasına etiraz edir.
“Qafqazinfo”nun məlumatına görə, onun ailə üzvləri qeyd olunan səbəbdən məhkəməyə müraciət ediblər.
Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev və qızı Samirə Əliyeva dövlət nəfinə alınmış əmlakların icra məmuru tərəfindən hərraca çıxarılmasından narazıdırlar.
Onlar hər biri ayrı-ayrılıqda Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər.
Hakimlər eyni gündə A.Şıxəliyeva və qızı S.Əliyevanın şikayətləri ilə tanış olublar.
Hər iki şikayət qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılıb.
E.Şıxəliyevin şikayətinə isə bu gün baxılacaq.
Qeyd edək ki, Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onun 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib.
O, eyni zamanda Prezidentin sərəncamı ilə general rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.
Gəncə şəhərində 11 yataqxana binası qəzalı vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd olunub ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının texniki cəhətdən təhlükəlilik vəziyyətinə görə prioritetləşdirməklə tərtib edilmiş siyahılar üzrə görüləcək tədbirlərin sistemləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupu tərəfindən təkliflərin hazırlanması ilə bağlı işlər aparılır.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə 1 525 mənzili olan 18 ədəd yataqxana binasından 768 mənzili olan 11 yataqxana binasına baxış keçirilib və onların texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə müvafiq aktlar tərtib edilərək həmin siyahıya daxil edilib.
Peru Nazirlər Şurasının sədri Alberto Otarola Baş Prokurorluğun ona qarşı qohumbazlıqda şübhəli bilinərək ilkin istintaqa başlamasından sonra istefa verib.
“Bu gün respublika prezidenti ilə söhbət zamanı mən ona Nazirlər Şurasının sədri vəzifəsindən istefa vermək qərarım barədə məlumat verdim”, - deyə Otarola bildirib.
Onun sözlərinə görə, o, bu qərarı ona görə verib ki, dövlət başçısı Dina Boluarte hökumətdə kadr dəyişikliyi aparsın.