Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Füzuli sakinləri illər sonra Od çərşənbəsini doğma yurdlarında bayram edirlər.
|
Bayram ab-havası məktəblilər tərəfindən də coşqu ilə qeyd olunur.
|
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə keçirilən Od çərşənbəsi tədbiri də yaddaqalan olub.
|
Çərşənbələrin ikincisi sayılan Od çərşənbəsi tədbirində adət-ənənələrimizi əks etdirən milli atributlar və əşyalar, həmçinin şirniyyatlar yer alıb.
|
Məktəblilər milli geyimlərdə yallı oynayıblar.
|
Hazırlanan səhnəciklər maraqla qarşılanıb.
|
Şagirdlər yumurta döyüşüb, digər oyunlar oynayıb, şən musiqi sədaları altında rəqslər ediblər.
|
Məktəblilərə Od çərşənbəsi haqda ətraflı məlumat verilib və bu çərşənbənin insanlar tərəfindən oda, Günəşə olan inamdan irəli gələrək illərdir qeyd edildiyi bildirilib.
|
Onlara əvvəlki illərdə Qarabağda təkcə Od çərşənbəsinin deyil, digər çərşənbələrin də adət-ənənələrimizə uyğun olaraq necə keçirilməsi barədə danışılıb.
|
Qeyd edək ki, hazırda Füzuli şəhər məktəbində 450-yə yaxın şagird təhsil alır.
|
“Müəllimlərin sertifikasiyası prosesinin başa çatmaması insanların bərabər hüquqa malik olma prinsipini pozur”.
|
APA xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
|
Qeyd edilib ki, bu gün müəllimlərin sertifikasiyası onların əmək haqlarının artırılmasında əsas meyarlardan biridir.
|
Habelə bu proses ölkənin hər yerində aparılmadığı üçün onun tezləşdirilməsi çox vacibdir:""“Prosesin başa çatmaması insanların bərabər hüquqa malik olma prinsipini pozur.
|
Belə ki, Cəlilabad rayonunda müəllimlərin sertifikasiyası keçirilmədiyindən bu meyar üzrə edilən əməkhaqqı toplayıb artımları onlara şamil edilmir”.
|
Həmçinin bildirilib ki, 2023-cü ildə 31 min 300 təhsilverən sertifikatlaşdırmada iştirak edib və onlardan 23 min 200 nəfər test və müsahibə mərhələsindən uğur qazanaraq sertifikatlaşdırmadan keçib.
|
Sertifikatlaşdırmadan keçmiş 5 min 300 təhsilverənin vəzifə maaşına 35% və 17 min 900 təhsilverənin vəzifə maaşına 10% əlavələr müəyyən edilib.
|
Bakının Nərimanov rayonu, Faiq Yusifov küçəsində beşmərtəbəli binada söküntü işlərinə başlanılıb.
|
Lakin binada hazırda yaşayanlar da var.
|
Sakinlər digər mənzillərdə aparılan söküntü işlərindən narahatdırlar.
|
Bəs tikinti şirkəti sakinlərlə niyə dil tapa bilmir?
|
Daha ətraflı “ATV Xəbər”in süjetində:
|
Şəkərin azaldılması ümumi sağlamlığınıza olduqca böyük təsir göstərə bilər.
|
Əgər bir ay şəkərli qidalardan uzaq dursanız, böyük dəyişikliyin özünüz də şahidi olacaqsınız.
|
Bir çox xəstəliklərin yaranmasına məhz şəkər səbəb olur.
|
Əgər qəlyanaltılardan, peçenyelərdən və tortlardan doymayan birisinizsə, mütləq bu yazını oxuyun.
|
Amerika Ürək Dərnəyinin məlumatına görə, gündə orta hesabla 77 qram əlavə şəkər istehlak edilir:bu, qadınlar üçün tövsiyə olunan gündəlik miqdarın üç qatıdır.
|
Vizual olaraq, dörd qram şəkər bir çay qaşığı şəkərə bərabərdir, buna görə də 77 qram yarım stəkan şəkərdən bir az azdır.
|
Şəkərin əsas mənbəyi içkilərdən, sonra qəlyanaltılardan və desertlərdən gəlir.
|
Bir çoxumuzun tövsiyə ediləndən daha çox şəkər istehlak etməyimiz, bunun sağlamlığımıza təsirini və şəkərdən imtinanın hansı təsirlərin ola biləcəyini şübhə altına ala bilər.
|
Əlavə şəkərin yüksək qəbulu diabet və çəki artımından tutmuş qaraciyər yağlanmasına qədər hər şeylə əlaqələndirilir.
|
Şəkərlərin həddindən artıq istehlakı da ürək xəstəliyi riskinin artması ilə əlaqəli olan trigliserid səviyyənizi artıra bilər.
|
Bəzi tədqiqatlar hətta xərçəng riskini yaratdığını da yazıb.
|
30 gün ərzində şəkərdən imtina etsəniz orqanizminizdə nə baş verər?
|
İltihablı xəstəliklərdən uzaq olacaqsınız.
|
Xolesterin səviyyəsi aşağı düşəcək.
|
Ürək döyüntüləriniz normallaşacaq.
|
Yaddaş zəifliyindən xilas olacaqsınız.
|
Tez bir zamanda çəki atıb, sağlam arıqlayacaqsınız.
|
Qaraciyər piylənməsindən xilas olacaqsınız.
|
Dəriniz daha təravətli görünəcək.
|
Diş çürüməsinin qarşısı alınacaq.
|
Birinci Liqa təmsilçilərindən olan “Karvan” heyətinə yeni legioner qatıb.
|
Oxu.Az xəbər verir ki, məlumatı klubun Mətbuat Xidməti yayıb.
|
Yevlax təmsilçisi nigeriyalı futbolçu Sonaqo İsmael Noufounu transfer edib.
|
Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
|
Hücumçu mövqeyində çıxış edən futbolçu son olaraq ölkəsinin “Plateau United” klubunda çıxış edib.
|
Qeyd edək ki, “Karvan” hazırda Birinci Liqanın turnir cədvəlində 27 xalla beşincidir.
|
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
|
Belə ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini köşkə çırpıb.
|
Qəza zamanı iki nəfər xəsarət alıb.
|
Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.
|
Korrupsiyada, eləcə də Misir və Qətər üçün xarici agent kimi işləməkdə ittiham olunan ABŞ-nin Nyu Cersi ştatının senatoru Robert Menendez ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.
|
Çərşənbə axşamı Nyu-Yorkun Cənub Dairəsi məhkəməsi məlumat bazasında dərc edilən yenilənmiş rəyə senatora və onun həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlara “ədalət mühakiməsinə mane olmaq” bəndi əlavə edilib.
|
Qeyd edək ki, iş üzrə məhkəmə iclası mayın 6-na təyin edilib.
|
Xatırladaq ki, Menendez erməni həyat yoldaşı ilə birgə uzun illər ABŞ-də anti-Türkiyə və anti-Azərbaycan qüvvələrinin dayaqlarından biri olub.
|
O, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib.
|
Martın 6-da saat 00:15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
|
Qeyd olunub ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
|
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
|
Hazırda ibtidai istintaq davam edir.
|
07:50"Martın 6-da saat 2 radələrində Qaradağ rayonu ərazisində 1998-ci il təvəllüdlü İlham Sabir oğlu Haqverdiyevin kəsici-deşici alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
|
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Məzahir Elşən oğlu Bayramov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
|
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
|
Faktla bağlı araşdırma aparılır.
|
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.
|
Bu günə qədər ölkəmizlə yanaşı BMT-yə üzv olan 75 dövlət beynəlxalq təşkilata üzvlük haqqını tam ödəyib.
|
Qeyd edək ki, BMT-nin büdcəsi təşkilata üzv olan 193 dövlətin ödədiyi üzvlük haqqı hesabına formalaşır.
|
Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir.
|
Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir.
|
BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur.
|
Xatırladaq ki, Azərbaycan 1992-ci ilin 2 mart tarixində BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul olunan qətnamə ilə üzvlüyə seçilib.
|
Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.
|
Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılıb, əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.
|
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib.
|
O bildirib ki, əmələ hüquqi qiymət veriləcək:""“Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.
|
Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
|
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
|
11:29"Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb.
|
DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır:""“Əlavə məlumat veriləcək”.
|
08:38"Bakının Yasamal rayonunda restoranda dava düşüb.
|
APA xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.
|
Belə ki, 2001-ci il təvəllüdlü Aqil Anar oğlu Yaqubov restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.
|
Yaralı xəstəxanaya yerləşdirilib.
|
Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.
|
Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Şöbəsinin əməkdaşları araşdırırlar.
|
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
|
APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
|
İlkin ehtimala görə, 2000-ci il təvəllüdlü Cahangir Rövşən oğlu İsmayılov çərşənbə tədbiri zaman tonqalın düzgün qurulmadığını irad bildirib.
|
C.İsmayılov etiraz edən zaman bıçaqlanıb.
|
Yaralı xəstəxanaya yerləşdirilib.
|
Faktı Sabunçu Rayon Polis İdarəsinin Əməkdaşları araşdırır.
|
Rusiyanın Tuva Respublikasında istilik elektrik stansiyasında (İES) güclü partlayış olub.
|
Məlumatı Tuva Respublikasında rəhbəri Vladislav Xovalıq da təsdiq edib.
|
O bildirib ki, hadisə nəticəsində 18 nəfər xəsarət alıb, üç nəfər itkin düşmüş hesab olunur.
|
Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini bıçaqlamaqda təqsirləndirilən Yusif Hüseynzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
|
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
|
Məhkəmənin hökmü Yusif Hüseynzadə üç il müddətinə azadlıqdan məhrum edilib.
|
Qeyd edək ki, hadisə 23 noyabr 2022-ci il tarixdə, saat 1 radələrində paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən nömrəsiz fərdi evdə qeydə alınıb.
|
Belə ki, 2001-ci il təvəllüdlü Yusif Hüseynzadə münaqişə zəminində bibisi, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovaya üç bıçaq zərbəsi vurub.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.