Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Qeyd edək ki, mart ayının 3-də “Qobu Park-3”də sahibsiz itlər dördüncü sinif şagirdinə hücum edib.
|
Onun vəziyyəti ağır qiymətləndirilir.
|
Həmin görüntüləri təqdim edirik:""Əzizə İsmayılova
|
Bolqarıstanın baş naziri Nikolay Denkov hökumətin istefası məktubunu parlament ofisinə təqdim edib.
|
Bu barədə Bolqarıstan Teleqraf Agentliyinə hökumətin mətbuat xidməti məlumat verib.
|
Bolqarıstanda canlı yayımlanan çıxışı zamanı Denkov “Baş nazir vəzifəsindən istefa edirəm.
|
Bəyanat parlamentə təqdim edilib.
|
Bu, siyasi oyun deyil, 6 iyun 2023-cü il tarixli bəyannaməyə uyğun gələn mövqedir”, - deyə bildirib.
|
Baş nazir deyib ki, “istefa mühüm mövzular üzrə danışıqlara dəvətdir”, lakin hələlik “hökumət öz işini davam etdirir”.
|
O, Bolqarıstanın obyektiv prokuror və hakimlərə, eləcə də islahatlara ehtiyacı olduğunu vurğulayıb.
|
Azərbaycanlı əsgər Ruslan Pənahovun Ermənistan təhlükəsizlik qüvvələri tərəfindən ölkəmizə qaytarılması qərarı ətrafında gedən söz-söhbət səngimək bilmir.
|
Vəziyyət o həddə çatıb ki, hətta “Yerkrapah” terror təşkilatının rəhbəri Sasun Mikaelyan belə jurnalistlərin Ruslan Pənahovun qaytarılması barədə ünvanladıqları suala hiddətlənib.
|
O, “Yerablur” hərbi panteonunda keçirilən brifinq zamanı bildirib ki, saxlanılan azərbaycanlının təhvil verildiyini elan edən Milli Təhlükəsizlik Xidməti üzərinə düşən vəzifələri peşəkarcasına yerinə yetirir.
|
Məlumat üçün bildirək ki, Ruslan Pənahova qarşı Ermənistanda “təxribata cəhd” maddəsi ilə cinayət işi açılsa da, martın 4-də ona xitam verilib.
|
Macarıstanın yeni Prezidenti Tamas Şuyok İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyasını imzalayıb.
|
Bu barədə dövlət başçısının aparatı məlumat yayıb.
|
Bəyanatda qeyd olunub ki, saziş fevralın 26-da Macarıstan parlamenti tərəfindən təsdiqlənib.
|
Bundan əvvəl “Bloomberg“ agentliyi qeyd edib ki, NATO-nun mənzil-qərargahında martın 1-də İsveç bayrağının asılması ilə bağlı planlaşdırılan rəsmi mərasim Macarıstanın yeni prezidentinin ratifikasiyanı imzalamamasına görə təxirə salınmışdı.
|
Macarıstan parlamenti Stokholmun NATO-ya daxil olması haqqında sazişi ratifikasiya etdiyi gün Şuyok prezident seçildi.
|
Paytaxt ərazisində ilaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi qeyd olunur.
|
Novruz bayramından əvvəlki dörd çərşənbənin (su, od, yel, torpaq) hər birinin xüsusi özəlliyi var.
|
Od çərşənbəsi də məxsusi özəlliyi ilə fərqlənir.
|
İnanclara görə, odu Günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər.
|
Bu çərşənbədə odun şəninə şənliklər təşkil edilir.
|
İnanca görə, bu gün insanlar tonqal qalayıb, onun üzərindən tullanmaqla bütün azar-bezarlarını yandırmış olurlar.
|
PhotoStock.az-ın keçmiş “Sovetski” ərazisində qeyd olunan bayram şənlikləri ilə bağlı hazırladığı fotoreportajı təqdim edirik:"""Daha çox şəkil burada:PhotoStock.az
|
İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xankəndidə də qeyd olunub.
|
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
|
Kadrlarda tonqalın ətrafına toplaşaraq sevinclə bayramı qeyd edən, “Yaşa Azərbaycan” mahnısı ilə əl-qol açıb oynayan Xankəndi sakinlərini görmək mümkündür.
|
Həmin görüntüləri təqdim edirik:
|
Nigeriyanın şimal-şərqində 47 qadından ibarət qrup ekstremist dəstələrdən birinin silahlıları tərəfindən qaçırılıb.
|
Məlumata görə, məcburi köçkünlər düşərgəsindən olan qadınlar Kamerun sərhədi yaxınlığında odun yığarkən silahlı şəxslərin hücumuna məruz qalıblar.
|
Qadınlardan bəziləri qaça bilsə də, 47 nəfər yaraqlılar tərəfindən əsir götürülərək naməlum istiqamətə aparılıb.
|
Hazırda oğurlanmış şəxslərin axtarışları davam etdirilir.
|
Moskvanın “Kurskaya” metrostansiyası yaxınlığında, üçüncü nəqliyyat halqasında Rusiya Poçtuna məxsus və içərisində yüzlərlə 8 Mart bağlaması olan yük maşını yanıb.
|
Yanğın avtomobilin bütün kabinəsini əhatə edib.
|
Sürücünün sağ olub-olmadığı hələlik məlum deyil.
|
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan laborant vəzifələri üzrə müsabiqə keçirilib.
|
Oxu.Az xəbər verir ki, təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 38 vakant vəzifə üzrə 300-dən artıq namizəd iştirak edib.
|
Müsabiqədə hər bir namizədə vəzifə proqramına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid 10 olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunub.
|
Namizədlərə test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.
|
Qeyd edək ki, test suallarının 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqədə keçid balını toplamış sayılır.
|
Minimum keçid balı gözlənilməklə test mərhələsində ən yüksək nəticəni göstərmiş namizəd müvafiq vəzifəyə təyin olunacaq.
|
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.
|
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq sərgisi keçirilib.
|
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
|
Bildirilib ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşib.
|
Sərginin məqsədi qədim Azərbaycan-türk qədim dövlətçilik tarixinin simvollarından biri Massaget hökmdarı, qəhrəmanlıq, ədalət rəmzi kimi qəbul olunan Tomris obrazının təsviri sənətdə inikasını göstərməkdən ibarətdir.
|
Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, tanınmış mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
|
Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, təsviri sənətdə Tomris obrazına ilk müraciətlər Orta əsr Qərb rəngkarlığına aiddir.
|
Erkən dövrdə Avropa monastırlarında Herodotun “Tarix” əsərinə illüstrasiyalarda, sonralar isə Rubens, Kastanio, Jentileski, Pretti, Brusesfaro və s.rəssamların yaradıcılığında Tomris obrazı əksini tapıb.
|
Diqqətə çatdırılıb ki, XX əsrin ortalarından başlayaraq təsviri sənətdə Tomris obrazı türk bədii mühitində yenidən canlanır.
|
Uzun müddət türk sənət dünyasının bir çox nümayəndələri Tomris obrazına müraciətlərində yerli bədii xüsusiyyətlərlə yanaşı, onun ümumtürk mahiyyətini də vurğulamağa çalışıblar.
|
İlk dəfə olaraq TÜRKSOY-a üzv ölkələrin rəssamları tərəfindən yaradılan Tomris obrazı vahid konsept, ümumtürk tarixi-mədəni dəyərləri müstəvisində təqdim edilir.
|
TÜRKSOY-un baş katibi Sultan Raev 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən sərginin Türk dünyası xalqlarının qadınlara verdiyi dəyərin təzahürü olduğunu bildirib:“Tomris mövzulu rəsm sərgisinin ilk dəfə Azərbaycanda təşkil edilməsi heç də təsadüf deyil.
|
Tarixi məlumatlara görə, Tomris xatın bu torpaqlarda yaşayıb və Türk dünyasının ilk qadın hökmdarı ünvanını alıb”.
|
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıb ki, rəssamlarımızın əsərləri ortaq irsimizi, tariximizi və ənənələrimizi ifadə edir:“Bu cür tədbirlərin keçirilməsi ortaq köklərə sahib olan türk xalqları arasında körpülərin qurulmasına öz töhfəsini verir.
|
Sərgidə iştirakınız üçün hər birinizə təşəkkürümü bildirir, sizləri türk xalqlarının sənət dünyasından zövq almağa dəvət edirəm”.
|
Qazaxıstan Rəssamlar İttifaqının üzvü Botagöz Toleş, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Xalq rəssamı Səlhab Məmmədov və Xalq rəssamı Sakit Məmmədov tədbirin əhəmiyyətini vurğulayıb, sərginin təşkilində əməyi keçənlərə təşəkkür ediblər.
|
Çıxışlardan sonra TÜRKSOY tərəfindən sərgidə əsərləri nümayiş olunan rəssamlara mükafat təqdim edilib.
|
Azərbaycan Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.
|
Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.
|
Qeyd edək ki, sərgidə Mərkəzi Asiya, Türkiyə və Azərbaycanı təmsil edən 20-dən çox rəssamın - Xalq rəssamları Sakit Məmmədov, Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sardor Allaberqenov (Özbəkistan), Refik Aziz (Türkiyə), Sembiqali Smaqulov, Aqimsal Düzelxanov, Ədilğali Bayandı, Tolkın Tabısbek (Qazaxıstan), Talant Oqobayev, Jılkıcı Jakıpov, Eldar Aytmatov (Qırğızıstan) və başqalarının son 30 ildə ərsəyə gətirdikləri 30-dan artıq rəngkarlıq, qrafika və heykəltaraşlıq əsəri yer alıb.
|
Vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq ediləcək.
|
APA xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
|
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 5 saylı Əlavəyə əsasən, qidalandırılan vərəm xəstələri üçün yeni zənginləşdirilmiş ərzaq normaları mütəxəssislər tərəfindən işlənilir.
|
Qeyd edilib ki, xəstələrin qidalanmasına xüsusi diqqətin yetirilməsi çox vacibdir.
|
Belə ki, vərəm xəstələrinin sağalmasında onların qidalanması böyük rol oynayır.
|
Gəncə şəhərinin genişləndirilməsi ilə bağlı qonşu rayonlardan, o cümlədən Daşkəsən və Göygöl rayonlarından torpaq sahələri Gəncə şəhərinin inzibati ərazisinə daxil edilərkən kənd təsərrüfatı təyinatlı torpaqlarda qeyri-qanuni fərdi evlərin inşa edildiyi müəyyən olunub.
|
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
|
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi torpaq mülkiyyətçilərinin vəsatəti əsasında müvafiq dövlət orqanlarından rəy alındıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
|
Gəncə şəhəri ərazisində 2011-2018-ci illərdə inşa edilmiş fərdi yaşayış evləri, o cümlədən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmamasının səbəbi həmin ərazilərin torpaq sahələrinin dövlət mülkiyyətinə aid olmasıdır.
|
Bildirilib ki, bununla əlaqədar, yerli ekspert komissiyaları tərəfindən həmin torpaq sahələrinin ekspertizası keçirilib və tərtib edilmiş siyahı İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə göndərilib.
|
Torpaq sahələrinin mülkiyyət növü və təyinatı dəyişdirildikdən sonra qeyd edilən problem öz həllini tapacaq.
|
Ursula fon der Leyen rəsmi olaraq Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb.
|
Bu barədə martın 5-də Avropa Parlamentinin üzvü Ziqfrid Mureşan məlumat verib.
|
Qeydiyyata icazəni Avropa Xalq Partiyasının Buxarestdəki siyasi assambleyası verib.
|
Xatırladaq ki, ötən ay Ursula fon der Lyayen Avropa Komissiyasının rəhbəri kimi ikinci müddətə namizəd olmaq niyyətini açıqlamışdı.
|
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb.
|
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
|
Məzarın kompozisiyasında dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.
|
Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə yad edib.
|
Qeyd edək ki, abadlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində aparılır.
|
Təbrizin Azər Mərdani uşaq xəstəxanasında polis əməkdaşları xəstə yaxınlarına hücum ediblər.
|
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
|
Görüntülərdə mühafizəçilərin xəstələrə qarşı gözyaşardıcı qazdan istifadə etməsini görmək mümkündür.
|
Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Həzi Aslanov 2” stansiyasında işlər yekunlaşmır.
|
Kənarları hasarlanıb, qapısı bağlanıb, üzərinə isə iş getməsi ilə bağlı işarə də qoyulub.
|
Bu yol 10 ildən çoxdur ki, bu vəziyyətdədir.
|
Sakinlərin sözlərinə görə, təmir üçün yolun bağlı olması onların işini çətinləşdirir.
|
Evlərinə getmək istəyənlər yollarını dəyişirlər.
|
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu stansiyanın tikintisi ilə bağlı hələlik yekun qərar yoxdur.
|
Əlavə olaraq, hazırda layihənin ilkin mərhələsi ilə bağlı işlər yekunlaşsa da, digər məsələlərlə bağlı müəyyən tədbirlər görülməlidir.
|
Ətraflı “Xəzər Xəbər”in süjetində:
|
Martın 5-də axşam saatlarında “Hizbullah” terrorçuları Livandan İsrailin Kiryat Şmona şəhəri istiqamətində çoxsaylı raket zərbələri endiriblər.
|
İsrailin müdafiə naziri Yoav Qalant isə Livanı müharibə ilə hədələyib.
|
O, ABŞ Prezidenti Co Baydenin Yaxın Şərq üzrə nümayəndəsi Amos Hokşteynə deyib ki, “Hizbullahın təcavüzü bizi Livandakı hərbi əməliyyatlarımızla bağlı qərarvermə nöqtəsinə yaxınlaşdırır və regionu təhlükəli eskalasiyaya sürükləyə bilər”.
|
Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının texniki cəhətdən təhlükəlilik vəziyyətinə görə prioritetləşdirməklə tərtib edilmiş siyahılar üzrə görüləcək tədbirlərin sistemləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupu tərəfindən təkliflərin hazırlanması ilə bağlı işlər aparılır.
|
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
|
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə şəhərində 1525 mənzili olan 18 ədəd yataqxana binasından 768 mənzili olan 11 yataqxana binasına baxış keçirilib və onların texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə müvafiq aktlar tərtib edilərək, həmin siyahıya daxil edilib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.