Search is not available for this dataset
text
stringlengths
10
518k
Faktla bağlı araşdırma aparılır.
Lənkəranda ər arvadına və özünə xəsarət yetirib.
APA-nın məlumatına görə, hadisə rayonun Mamusta kəndində baş verib.
Belə ki, kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikovun əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya, daha sonra özünə balta ilə xəsarət yetirdiyi bildirilir.
Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.
Ş.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Martın 5-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Hökumət başçıları əvvəlcə təkbətək formatında görüşüblər, sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə görüş olub.
Görüş əsnasında tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər.
Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.
Dövlət başçılarının razılaşmaları və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyəti vurğulanıb, tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.
Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.
Hökumət başçıları investisiya qarşılıqlı fəaliyyətinin artdığını qeyd ediblər, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər.
Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.
Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib.
2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yük daşımalarının həcmi 11 faizdən çox artıb.
Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini qeyd ediblər, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar.
Bununla əlaqədar avtomobil və dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub.
Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib.
Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriliblər.
Tərəflər, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar.
Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir.
Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər.
Görüşün yekunlarına dair turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.
Tibb elmləri üzrə fəlsəfə doktoru, uzun illər tibb müəssisələrində rəhbər vəzifələrdə çalışmış Leyla Seyidbəyova vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
L.Seyidbəyova ötən gecə xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, məşhur hakim Ənvər Seyidovun bacısı olan L.Seyidbəyova Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin rəisi, uzun müddət Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsində çalışıb.
O, son olaraq 7 saylı doğum evində baş həkim vəzifəsini tutub və 2022-ci ildə yaşla əlaqədar təqaüdə çıxıb.
“Meta” şirkətinin mətbuat katibi Endi Stoun sosial şəbəkələrdə nasazlığa səbəb olan texniki problemlərin aradan qaldırıldığını elan edib.
E.Stoun “X” səhifəsində müvafiq məzmunlu yazı dərc edib.
“Bu gün səhər saatlarında sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi.
Problemi mümkün qədər tez həll etdik”, - şirkət nümayəndəsi vurğulayıb.
Bundan əvvəl Honkonq provayderi “HGC Global Communications Limited” bəyan edib ki, “Facebook” və “Instagram”dakı nasazlıq Yəmən husilərinin hərəkətləri ilə bağlıdır.
Belə ki, onlar Qırmızı dənizin dibi ilə keçən 15 kabeldən dördünü zədələyib.
Provayder zədələnmiş kabellərin qlobal trafikin 25 faizini təşkil etdiyini açıqlayıb.
22:12"“Facebook” və “Instagram”dakı problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib.
Bu barədə Honkonq provayderi “HGC Global Communications Limited” məlumat yayıb.
Bildirilib ki, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi quruplaşması tərəfindən törədilib.
Qeyd olunub ki, həmin kabellər qlobal trafikin 25 faizini təşkil edir.
Artıq hücumun nəticələri aradan qaldırılır.
Bəzi proqnozlara görə, kabellər yalnız səkkiz həftədən sonra tam bərpa olunacaq.
21:10"“Facebook”, “Instagram” və “Threads” sosial şəbəkələrində yaranan qlobal problem aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, hazırda bir çox istifadəçi sözügedən sosial şəbəkə platformalarındakı profillərinə daxil ola bildiklərini qeyd ediblər.
20:38"“Facebook”və “Instagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələ ki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
“Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur”, - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
20:30"“Facebook”da yaranan qlobal problem aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, hazırda istifadəçilər sözügedən sosial şəbəkə platformasındakı profillərinə daxil ola bildiklərini bildiriblər.
Qeyd edək ki, “Instagram” və “Threads” sosial şəbəkələrinə girişdə yaranan məhdudiyyət davam edir.
20:20"“Facebook” hazırda texniki səbəblərdən əlçatan deyil.
Bir neçə dəqiqədən sonra hesablarınıza yenidən daxil ola biləcəksiniz”.
Oxu.Az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin girişində yazılıb.
“Sosial şəbəkədə texniki nasazlığın aradan qaldırılması zamanı gözlədiyiniz üçün təşəkkür edirik”, - deyə elanda qeyd olunub.
19:30"“Facebook”, “Instagram” və “Threads” sosial şəbəkələrində qlobal problem yaranıb.
Oxu.Az xəbər verir ki, hazırda bir çox istifadəçi sözügedən sosial şəbəkə platformalarındakı profilinə daxil ola bilmədiyini bildirir.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Samux rayonunda intihar hadisəsi qeydə alınıb.
Onun uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan iqlim böhranı ilə bağlı son dərəcə əhəmiyyətli konfrans olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkilini sevindirici hal kimi qiymətləndirib.
Bu barədə Ə.Ərdoğan “X” sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ilə görüşüb.
“Bu kontekstdə əməkdaşlıq sahələrimiz haqqında fikir mübadiləsi apardıq.
Türkiyə olaraq bir çox sahələrdə olduğu kimi, COP29-da da qardaş Azərbaycana bütün imkanlarımız və təcrübəmizlə dəstək olmaqdan məmnun olarıq.
Ümid edirəm ki, konfrans Azərbaycana və bütün dünyaya fayda verəcək”, - Ə.Ərdoğan qeyd edib.
İklim Değişikliği Taraflar Konferansı #COP29 Başkanı, Azerbaycan Ekoloji ve Doğal Kaynaklar Bakanı Mukhtar Babayev ile bir araya geldik.
İklim kriziyle ilgili son derece önemli olan uluslararası zirvenin Azerbaycan’da düzenleniyor olması memnuniyet verici.
Bu bağlamda iş… pic.twitter.com/sQ5UkHTXXX
Dövlət qulluğu ilə əlaqədar müsahibə komissiyasının tərkibində dəyişiklik ediləcək.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, Dövlət qulluğu haqqında qanunun 21.4-cü maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas yaratmır.
Bununla belə iddia etdiyi vəzifədən asılı olmayaraq namizədlərin müsahibənin keçirilməsi ilə əlaqədar hüquqlarının bərabərliyinin təmin edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət qulluğu haqqında qanuna və Prezidentin 2017-ci ilə 21 iyun tarixli 1480 nömrəli fərmanı ilə təsdiqlənmiş Dövlət qulluğu vəzifəsinin tutulması məqsəd ilə müsahibə keçirilməsi Qaydasına bütün hallarda müvafiq vəzifələrin tutulması zamanı yaradılan müsahibə komissiyasının tərkibinə Dövlət İmtahan Mərkəzinin bir nümayəndəsi və bir müstəqil ekspertin daxil edilməsini nəzərdə tutan layihələr hazırlanıb.
Eyni zamanda Dövlət Qulluğu Məcəlləsinin layihəsində də bu cür istisna hallar aradan qaldırılmış, müsahibə zamanı namizədin bərabərliyinin təmin edilməsi məqsədilə vəzifənin rəhbər və ya işçi olmasından asılı olmayaraq həmin vəzifənin tutulması ilə bağlı yaradılan müsahibə komissiyasının tərkibinə müvafiq dövlət orqanı ilə yanaşı Dövlət İmtahan Mərkəzinin və müstəqil ekspertin daxil edilməsi nəzərdə tutulub.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Azərbaycan qüdrətini bütün dünyaya növbəti dəfə sübut etdi.
Ermənistanda əsir saxlanılan hərbçimiz Vətənə geri qaytarıldı.
Xankəndi şəhərində separatçı rejiminin izləri silinir.
Baş Plana uyğun olmadığından işğal dövründə tikilən binalar sökülür.
Rusiya ilə Qərb arasında qarşıdurma böyüyür.
Putinin nüvə təhdidinə Amerika Birləşmiş Ştatlarından reaksiya gəldi, NATO isə genişmiqyaslı təlimlərə başladı.
Türkiyə kəşfiyyatından uğurlu əməliyyat.
Məşhur şəxsin İsrail casusu olduğu üzə çıxdı.
Dünyanın ən bahalı “ciyər axşamı” şənliyi.
Üç günlük toyqabağı mərasimə 153 milyon dollar xərcləndi.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
İtaliya Milli Tədqiqat Şurasının alimləri qlobal fəlakətləri öyrənmək və proqnozlaşdırmaq üçün Yerin rəqəmsal modelini yaradıblar.
Bu, müxtəlif təbii fəlakətlərin nəticələrini onlar baş verməmişdən əvvəl qiymətləndirməyə imkan verəcək.
Mütəxəssislər planetin virtual surətindən istifadə edərək müxtəlif fəlakətlər üçün ən yaxşı və ən pis ssenarilərini yaratmaq məqsədilə yeni məlumatlar daxil edə bilərlər.
Alimlər planetin “rəqəmsal əkizləri” üzərində işləyərkən Yerin peyk məlumatlarından istifadə ediblər.
Modelin yaradıcıları qeyd ediblər ki, sistem çox mürəkkəbdir və yeni məlumatlar əlavə olunduqca təkmilləşdirməyə ehtiyac olacaq.
Tədqiqatçılar süni intellektdən (AI) istifadə edərək bu problemi həll etməyə ümid edirlər.
Neyroşəbəkələrin tətbiqi həm də vaxta qənaət etməyə kömək edəcək, tərtibatçılara diqqəti digər problemli obyektlərə yönəltmək imkanı verəcək.
Məşhur aktrisa Keyt Uinslet rejissorların çəkilişlərə intim səhnə koordinatorlarını cəlb etmək qərarını dəstəkləyib.
Koordinatorlar çəkilişlərin keyfiyyətini itirmədən aktyorlara şəxsi sərhədləri saxlamağa kömək edirlər.