Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Doğrudan da, martın 4-də İranda bir ABŞ dollarının məzənnəsi yeni rekord qıraraq 60 min tüməni keçib.
|
Bu kontekstdə iranlı iqtisadçı ekspert Ehsan Soltaninin dərc etdiyi araşdırma ölkədəki vəziyyətin dramatikliyini bütün çılpaqlığı ilə ortaya qoyub.
|
1964-2024-cü illər ərzində İranda dolların qiymətini əks etdirən diaqramdan aydın olur ki, bu müddətdə dollar 600% bahalaşıb.
|
Ən çox bahalaşma isə son on ildə qeydə alınıb.
|
Belə ki, 2014-cü ildə dolların qiyməti üç min tümən olub, yəni qeyd olunan dövrdə İranda dolların qiyməti 20 dəfə bahalaşıb.
|
Bu da ölkədə inflyasiyanın yeni dalğasına və əhalinin daha geniş kütlələrinin yoxsulluq girdabına yuvarlanmasına yol açıb.
|
Eyni zamanda, faktlar İbrahim Rəisi hökuməti dövründə guya inflyasiyaya səbəb olan amillərin tormozlandığı barədə İran İqtisadiyyat Nazirliyinin elə dünən yaydığı hesabatda əksini tapmış iddianın əsassızlığını üzə çıxarıb.
|
Halbuki daha öncə İran Mərkəzi Bankının açıqladığı hesabatda ölkədə inflyasiyanın 55% civarında olduğu bildirilmiş və bu gedişlə 1995-ci ilin 49%-lik inflyasiya rekordunun qırılacağı vurğulanmışdı.
|
Sumqayıtda “KamAZ” markalı yük avtomobili yanıb.
|
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
|
Bildirilib ki, Sumqayıt şəhərində “KamAZ” markalı yük avtomobilinin kabina hissəsi yanıb.
|
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
|
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|
Ötən il magistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq aidiyyəti üzrə təsdiq edilib.
|
Vegetasiya suvarması dövrünün əvvəlinə əsasən su anbarlarında 13,3 mird.
|
kubmetr həcmində su toplanılıb.
|
APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
|
Hesabatda qeyd olunub ki, respublika üzrə suvarılan torpaqların sərhədləri müəyyənləşdirilərək kənd təsərrüfatı təyinatlı torpaqların peyk təsvirləri əsasında vektorlaşdırılmış, coğrafi informasiya sistemləri bazasına daxil edilərək xəritələşdirilib.
|
Suvarılan torpaqların meliorativ vəziyyəti barədə respublikanın ayrı-ayrı inzibati əraziləri üçün suvarılan torpaqların şorlaşmasını, qrunt sularının yatma dərinliyini, onların kimyəvi tərkibini və minerallaşma dərəcəsini əks etdirən status elektron xəritələr hazırlanıb və vahid şəbəkə üzrə informasiya xidməti yaradılıb.
|
Suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə məqsədilə suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparılıb, suvarılan torpaqların meliorativ vəziyyəti qiymətləndirilib, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirilib, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlanıb, irriqasiya və meliorasiya sistemlərinin istismarı həyata keçirilib.
|
Su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülüb, mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılıb.
|
Hesabat ilinin sonuna su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, 2022-ci ilə nisbətən isə 2,2 milyard kubmetr artıq həcmdə su toplanılıb ki, bu da su qıtlığı şəraitində əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərməklə yanaşı, cari ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir.
|
Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə suvarma və kollektor-drenaj şəbəkələrində 52,4 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılıb, torpaq məcralı kanalların 58 kilometr hissəsi beton üzlüyə alınıb, 2,9 min hidrotexniki qurğu, 6,4 min subartezian quyusu, 291 nasos stansiyası və cari təmir edilib.
|
Çay məcralarında 10,4 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, daş-beton bəndlərdə təmir işləri yerinə yetirilib.
|
Hökumət sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri açıqlayıb.
|
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
|
Qeyd olunub ki, fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olduğu təqdirdə həyata keçirilir.
|
Şəhərsalma tikinti və torpaq qanunvericiliyinin tələblərinə riayət edilmədən inşa olunmuş fərdi yaşayış evləri ilə bağlı problemin köklü şəkildə həllinin aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində mümkünlüyü nəzərə alınaraq, İqtisadiyyat Nazirliyinin təşəbbüsü əsasında Prezident Administrasiyası rəhbərinin 2023-cü il 4 aprel tarixli məktubu və Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və bir sıra yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil olduğu idarələrarası işçi qrupu yaradılıb.
|
İşçi qrupunun 2023-cü il 22 iyun tarixində ilk iclası keçirilib.
|
Bununla bağlı işçi qrupu tərəfindən müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması istiqamətində işlər davam etdirilir.
|
Sabah Balakən və Bakının Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq.
|
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
|
Məlumata görə, martın 6-da saat 09:00-dan “Katex” qaz paylayıcı stansiyalarının (QPS) daxilində aşkar olunmuş qaz sızmasının ləğvi, saat 10:00-dan “Buzovna” QPS-dən qidalanan “Broylerətrafı (Quşçuluq)” yaşayış massivinə gedən qaz kəmərinin birləşmə nöqtəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.
|
Təmir işləri aparılan zaman Balakən rayonu üzrə Katex və Baretbinə kəndlərinin, paytaxtın Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
|
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 5-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
|
Oxu.Az xəbər verir ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 210 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 28 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.
|
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
|
Kürdəmir rayonun Ərəb Qubalı kəndində 14 yaşlı qız intihara cəhd edib.
|
Bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.
|
Yeniyetmə hazırda Bakıda fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə gətirilərək ilkin müayinə olunub, vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.
|
Məsələ ilə bağlı 14 yaşlı məktəblinin atası Elbrus iddia edib ki, qızı məktəbdən gələn kimi sirkə turşusunu içib.
|
Atası məktəbdə qızı ilə birlikdə oxuyan uşaqlardan şübhələnir və məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını istəyir.
|
Ermənistan dost və müttəfiq seçimində hər zaman yanılıb.
|
Son illər baş verənlər də bunun təsdiqidir.
|
Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan təcavüzkar ölkə ümid edirdi ki, bu siyasətini sonsuzluğa qədər davam etdirə biləcək.
|
Amma İrəvanın planları 44 günlük müharibə ilə alt-üst oldu.
|
Əsas himayədarı ondan üz döndərdi və nəticədə biabırçı məğlubiyyətlə üzləşdi.
|
Lakin baş nazir Nikol Paşinyan və hökuməti baş verənlərdən nəticə çıxarmaq əvəzinə, yenə də revanşizm siyasətini davam etdirməkdədir.
|
İrəvan hesab edir ki, min kilometrlərlə uzaqda yerləşən himayədarlarının köməyi ilə vəziyyəti dəyişə bilər.
|
Söhbət Fransa başda olmaqla bir sıra ölkələrin riyakar və qərəzli anti-Azərbaycan siyasətindən gedir.
|
Maraqlıdır ki, ermənilər arasında bu “dəstəyin” əsl mahiyyətini anlamağa çalışan şəxslər də tapılır.
|
Məsələn, Ermənistanda fəaliyyət göstərən “Demokratik alternativ” Partiyasının sədri Suren Surenyantsın “X” hesabında yazdıqları rəsmi Parisin çirkin və riyakar siyasətinin əsl mahiyyətini ortaya qoyub.
|
O söyləyib ki, Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makronun yaxınlaşmasının kökündə erməni-fransız dostluğu deyil, iki liderin avantürası dayanır:“Ermənistan-Fransa “dostluğu” sadəcə maraqlar üzərində qurulub, müvəqqəti haldır.
|
Nikol Paşinyanın Parisə səfərinin dəfnlər və təkrar basdırılmalardan ibarət olması da təsadüfi deyil”.
|
E.Makronun Avropa İttifaqı ölkələrinin hərbi heyətinin Ukraynaya göndərilməsini şərh edən partiya sədri bildirib ki, xoşbəxtlikdən bu avantürist ideya Qərbdə ciddi müqavimətlə üzləşib.
|
NATO bu ideyaya qarşı çıxıb, Almaniya rəhbərliyi isə Fransa prezidentinin fikirlərini sərt tənqid edib.
|
Partiya sədrinin bu qalmaqallı açıqlaması nədən xəbər verir?
|
Artıq erməni cəmiyyətində növbəti dəfə onlardan istifadə olunduğu qənaəti güclənir, anlamağa başlayırlar ki, bunların arxasında heç də ermənilərin halına yanmaq duyğusu durmur.
|
Bəllidir ki, Rusiya tarixən ermənilərə dəstək verib, dövlətlərinin qurulmasında əvəzsiz rol oynayıb.
|
Bu dəstəyin miqyası əvəzolunmazdır.
|
SSRİ-nin dağılması ilə münasibətlər daha da güclənib, Kreml 90-cı illərin əvvəlində Qarabağ və ətraf ərazilərin işğal olunmasında İrəvana hərbi və siyasi dəstəyini göstərib.
|
Siyasi və iqtisadi asılılıq o həddə çatıb ki, Rusiya Ermənistanı hətta Cənubi Qafqazda forpostu adlandırıb.
|
Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra anti-Rusiya əhvali-ruhiyyəni gücləndirməsi ilə münasibətlərdə soyuqluq 44 günlük Qarabağ müharibəsində Kremlin bitərəf qalmasına gətirib çıxardı.
|
Ermənistan ümid edir ki, ağasını dəyişməklə, mövcud vəziyyəti dəyişəcək.
|
Son vaxtlar anti-Rusiya əhvali-ruhiyyənin artması da bundan qaynaqlanır.
|
E.Makron hakimiyyəti N.Paşinyanın dəstəyi ilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır.
|
Hədəf hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqdır.
|
Növbəti hədəf isə Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasıdır.
|
Yeri gəlmişkən, bu iddianı elə erməni mediası qaldırır.
|
“Qolos Armenii” yazır ki, E.Makron Rusiya hərbi bazasını fransız legionu ilə əvəzləməyə çalışır.
|
Səbəb kimi də, Fransa rəhbərinin Avropa İttifaqı ölkələrinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə avantürist açıqlaması göstərilir.
|
E.Makron da Rusiyaya qarşı təkbaşına hərəkət etmir, əsas dəstəyi Vaşinqtondan alır.
|
Rusiyalı analitiklər hesab edir ki, Moskva Parisə Afrikada cavab verə bilər.
|
Qitədən artıq Fransa biabırcasına qovulur, əvəzində Rusiya orada güclənir.
|
Cənubi Qafqazda Fransanın addımlarını zəiflətmək üçün Kreml digər bir istiqamətdə də Şimali Kipr və Türkiyə ilə münasibətləri gücləndirməyə çalışır.
|
Hətta Moskva Şimali Kiprlə münasibətləri genişləndirmək, Lefkoşada nümayəndəlik açacağını da deyib.
|
Fransanın, daha dəqiq ifadə etsək, E.Makronun canfəşanlığı, saxta erməni sevgisi də elə belə deyil.
|
Əvvəla, Fransa rəhbəri üçün ölkə daxilində və xaricində itirdiyi nüfuzunu bərpa etmək həyati əhəmiyyət kəsb edir.
|
Daimi uğursuzluqlar onu addım-addım izləyir.
|
Rusiya siyasi dairələrində hesab edirlər ki, E.Makron bunda Kremli günahkar bilir, əsas düşməni və xarici siyasətdə uğursuzluqlarının baiskarı hesab edir.
|
Parisin İrəvanı öz nüfuz dairəsinə cəlb etmək cəhdi də bundan qaynaqlanır.
|
Ukraynaya Aİ hərbi kontingentinin göndərilməsi barədə bəyanatı da bunun tərkib hissəsidir.
|
İkincisi, E.Makronun imicinə ciddi təsir edən insidentlərdən biri əvvəl Azərbaycanda, sonra isə Türkiyədə faş edilən casus şəbəkəsinin ifşasıdır.
|
Üçüncüsü, digər mühüm bir məsələlərdən biri məhz E.Makronun idarəçiliyi dövründə Fransanın neokolonializm siyasətinə qarşı beynəlxalq hərəkat atıb.
|
Neokolonializmə qarşı Bakı Təşəbbüs Qrupu buna əyani misaldır.
|
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində neokolonializm məsələsinə də toxunub.
|
Dövlət başçısı bildirib ki, neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün Azərbaycan öz dəstəyini göstərir və bundan sonra da göstərəcək.
|
Prezident vurğulayıb ki, Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda keçirilən konfransının yekunlarına əsasən Bakı Təşəbbüs Qrupunun yaradılması bu məsələdə mühüm əhəmiyyət kəsb edir.
|
Parisin çirkin müstəmləkə, pozuculuq siyasətinə, cəzasız qalan cinayətinə qarşı nəhayət ki, ciddi reaksiya verilir, beynəlxalq müstəvidə yeni və kəsərli mübarizə başlayır.
|
Beləliklə, ermənilər anlamağa başlayır ki, E.Makronun ermənilərə dəstəyinin arxasında əslində şəxsi maraqlar dayanır.
|
Artıq daha çox erməni də bunu dərk etməyə başlayıb.
|
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
|
President.az xəbər verir ki, məktubda deyilir:""“Hörmətli Prezident!
|
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
|
Bu, Avropa İttifaqının bütün vətəndaşlarımızın maraqları naminə Şərq Tərəfdaşlığı çərçivəsində əhatə olunan ikitərəfli dialoqumuzun və bütün sahələrdə regional əməkdaşlığımızın, o cümlədən rifah və yaxşı idarəetmə prinsiplərinin möhkəmləndirilməsinə sadiqliyini vurğulamaq üçün münasib fürsətdir.
|
Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində işləməyə sadiqdir.
|
Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını - COP29-u səbirsizliklə gözləyirəm.
|
Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq”.
|
Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsinin kənarında kisənin içərisindən silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
|
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat və dörd ədəd patron aşkarlanaraq götürülüb.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.