Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Əlbəttə, regional sülh kənar güclərin bölgəyə müdaxiləsinin qarşısını alacaq.
|
Ona görə adını çəkdiyimiz oyunçular gərginlik üçün çalışırlar.
|
Bu dövlətlərin Ermənistanı sürətlə silahlandırması da müsbət dinamikanın əlaməti deyil.
|
Fransanın müdafiə naziri Sebastyan Lekornyu da bu yaxınlarda Ermənistanda idi.O, İrəvanla hərbi əməkdaşlıqdan danışmış, Ermənistanda Fransanın hərbi məsləhətçisinin olacağını söyləmişdi.
|
Fransa əvvəllər də Ermənistanı silahlandırıb.
|
2023-cü ilin dekabrında Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib.
|
Həmçinin, hələ 2022-ci ildə Nyu-Delhinin Ermənistana raket kompleksləri göndərməsinə dair məlumat yayılmışdı.
|
Hindistanın “Economic Times” nəşri də 2023-cü ildə oxşar məzmunlu xəbərlər yaymışdı.
|
Həmçinin, Yunanıstanın da Ermənistanı silahlandırmasına dair kifayət qədər faktlar var.
|
Qeyd edək ki, ötən il hərbi-texniki əməkdaşlıq saziş imzalayan Afina və İrəvan arasında birgə silah istehsalı həyata keçirilir.
|
Yunanıstan həm də arsenalında olan Qərb silahlarını Ermənistana ötürür.
|
Məsələn, ötən il Fransa-Almaniya istehsalı olan “Milan” tank əleyhinə raketlərinin Afina tərəfindən ermənilərə verildiyi barədə məlumatlar var idi.""Beləliklə, konkret faktlar, verilən açıqlamalar onu göstərir ki, adıçəkilən dövlətlər nəinki Azərbaycana, həm də regional sülhə qarşıdır.
|
Dördtərəfli hərbi əməkdaşlıq barədə deyilənlərə gəldikdə isə bildirməliyik ki, bu, adıçəkilən dövlətlərin, o cümlədən Afinanın bölgə ilə bağlı gələcək planlarından xəbər verir.
|
Tamamilə mümkündür ki, Ermənistanın Azərbaycanın müharibəyə hazırlaşması barədə əsassız iddiaları da elə bu dövlətlərin beyninin məhsuludur.
|
Onlar İrəvanın arxasında olduqlarını göstərməklə baş nazir Nikol Paşinyanı sülh gündəliyindən uzaqlaşdırırlar.
|
Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlığın reallaşması perspektivdə Cənubi Qafqazda yeni eskalasiyaya səbəb ola bilər.
|
Bu isə rəsmi İrəvanın dövlətçiliyinin sual altına düşməsi deməkdir.
|
Onu da deyək ki, yunan Kipri dünyada beynəlxalq kriminal ofşor zona kimi tanınır.
|
Bura Qarabağdakı qanunsuz rejimin rəhbərlərinin çirki pullarının yuyulduğu ərazi olub.
|
Fransanın da bu oyuna qoşulması, əlbəttə, rəsmi Bakının siyasətinə təsir edəcək.
|
Proseslərin Azərbaycanın Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıması ilə nəticələnməsi mümkündür.
|
Artıq faktiki olaraq buna mane olacaq heç bir faktor qalmayıb.
|
Əvvəla, bu, müxtəlif platformalarda ikitərəfli əlaqələrin inkişafına şərait yaradacaq.
|
Həmçinin, Türkiyə də bu məsələdə mühüm rol oynayır.
|
İkincisi, Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əlaqələrin inkişafı onu deməyə əsas verir ki, Şimali Kipr gələcəkdə qurumun tamhüquqlu üzvünə çevrilə bilər.
|
Bu isə ikitərəfli əlaqələri daha da yaxşılaşdıran faktor ola bilər.
|
Şimali Kiprin TDT-nin Şuşada keçiriləcək zirvə görüşünə dəvət olunması da dediyimiz məsələ ilə bağlı ehtimalları gücləndirir.
|
2020-2023-cü illər ərzində Bakıda 200 küçəyə şəhid adı verilib.
|
Oxu.Az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.
|
Qeyd olunub ki, yerli icra hakimiyyətlərindən, eyni zamanda şəhid ailələrindən daxil olan müraciətlər şəhidin ailə üzvləri ilə razılaşdırılıb.
|
Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı paytaxtın inzibati ərazisində mövcud olan 200 küçəyə şəhidin adı verilməsi barədə sərəncamlar imzalayıb.
|
Hesabatda vurğulanıb ki, Bakı şəhərinin inzibati ərazisində mövcud olan küçələrin inventarlaşdırılması və adsız küçələrə adların verilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan məsələyə xüsusi önəm veriləcək.
|
Səudiyyə Ərəbistanında, paytaxt Ər-Riyaddan 45 kilometr aralıda salınan əyləncə şəhəri Kiddiyada yeni yarış treki hazırlanıb.
|
Tərtibatçılar avtodromun təfərrüatını paylaşıblar.
|
Qeyd olunub ki, trekin bir tam dövrəsi 21 döngədən ibarətdir.
|
Birinci döngə 20 mərtəbəli binanın hündürlüyündə olacaq.
|
Bundan əlavə, trekdə üç “DRS” zonası (havaya qarşı müqaviməti azaldan xüsusi sistemin aktivləşdirildiyi sahə) olacaq.
|
Pilotların çata biləcəyi maksimal sürət 325 kilometr/saat hesablanıb.
|
Tam dövrənin uzunluğu hələ dəqiqləşdirilməyib.
|
Trekin dizaynı üzərində “Formula-1”in keçmiş pilotu Aleks Vürs və məşhur dizayner Herman Tilkenin başçılıq etdiyi arxitektor bürosu çalışıb.
|
Hazırda Səudiyyə Ərəbistanı Qran-prisi Ciddədə dənizkənarı bulvarda keçirilir və 2027-ci ilə qədər təqvimdə qalması nəzərdə tutulub.
|
Cari mövsümdə Səudiyyə Ərəbistanı Qran-prisi bu həftəsonu - martın 7-dən 9-dək keçiriləcək.
|
“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa PSJ-nin hücumçusu Kilian Mbappenin bu mövsümün sonunda parislilərlə müqaviləsi başa çatdıqdan sonra “kral” klubuna keçib-keçməyəcəyi ilə bağlı sualı cavablandırıb.
|
Oxu.Az-ın məlumatına görə, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano özünün “X” sosial şəbəkəsində məlumat verib.
|
“Hər şeyi necə var elə deyirəm:Kilianla bu mövzunu müzakirə etməmişəm.
|
O, PSJ-nin oyunçusudur və gələn mövsüm nə olacağını bilmirəm”, - deyə Kamavinqa bildirib.
|
Xatırladaq ki, daha əvvəl mətbuatda fransalı hücumçunun artıq “Real Madrid”lə 2029-cu ilə qədər əmək müqaviləsi bağladığı haqda məlumat yayılmışdı.
|
Mbappenin rəhbərlik və komanda yoldaşlarına cari mövsümün sonunda klubdan ayrılacağını dediyi də bildirilirdi.
|
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi prosesi vətəndaşlar üçün elektronlaşdırılıb.
|
Bu barədə Oxu.Az-a agentlikdən məlumat verilib.
|
Bildirilib ki, 3 vasitə ilə müqaviləli tibb müəssisələri arasından seçim etmək mümkündür:""1.
|
İcbari tibbi sığorta hesabına dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında almaq üçün “e-Təbib” mobil tətbiqi üzərindən seçim etmək mümkün olacaq.
|
Göndəriş təsdiqləndikdən sonra 10 iş günü müddətində müqaviləli tibb müəssisəsinə müraciət etmədikdə göndəriş ləğv olunacaq.
|
Müqaviləli tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş şəxsiyyət vəsiqəsini və göndərişin nömrəsini təqdim etməlidir.
|
Yaxud da SMS-lə birdəfəlik kod aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa təqdim edilən göndəriş vərəqəsinin üzərindəki QR-kodu oxutmaqla şəxs tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə tanış olacaq.
|
Bu zaman vətəndaş müraciət etmək istədiyi özəl tibb müəssisəsini müəyyənləşdirməli və tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını xəstəxana ilə əlaqə saxlayaraq əvvəlcədən dəqiqləşdirməlidir.
|
Digər bir vasitə isə vətəndaşın SMS-lə birdəfəlik kod aldıqdan sonra müqaviləli tibb müəssisələri (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə Agentliyin saytından tanış olaraq (https://its.gov.az) müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirməsidir.
|
Bu zaman tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.
|
Qeyd edək ki, Agentliyin müqaviləsi olan özəl tibb müəssisələrindən bir qismi elektronlaşma prosesinə qoşulub.
|
Tədricən digər tibb müəssisələrinin də sistemə inteqrasiyası həyata keçiriləcək.
|
“Bayer” Alonsonun gedişinə görə “Liverpul”dan 21 milyon funt-sterlinq təzminat istəmək niyyətindədir.
|
Məlumata görə, “Liverpul”un baş məşqçisi Xabi Alonso “Liverpul”a rəhbərlik etmək üçün klubdan getmək istəyini ifadə edərsə, “mersisaydlılar” onun üçün 21 milyon funt sterlinq (24 milyon avro - red.)
|
məbləğində təzminat ödəyəcəklər.
|
“Liverpul” rəhbərliyi Alonsonu cari mövsümün sonunda komandadan ayrılacaq hazırkı baş məşqçi Yurgen Kloppun yerinə əsas namizəd hesab edir.
|
Xatırladaq ki, daha əvvəl mətbuatda İngiltərə klubunun artıq Alonso ilə əlaqə saxladığı və ona üçillik müqavilə təklif etdiyi barədə məlumatlar yayılmışdı.
|
Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Ağdamda erməni vandalizminin izləri, həmçinin şəhər işğaldan azad ediləndən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.
|
AZƏRTAC xəbər verir ki, əvvəlcə Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinə gələn nümayəndə heyəti bu tarixi məkan barədə məlumatlandırılıb.
|
Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir.
|
XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir.
|
İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.
|
Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
|
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub.
|
Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib.
|
Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb.
|
Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.
|
Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş Ağdam şəhərində həyata keçiriləcək quruculuq işləri çərçivəsində Xurşidbanu Natəvanın abidəsi bərpa edilib.
|
Pənahəli Xanın Sarayı və İmarət kompleksində də bərpa işləri həyata keçirilir.
|
Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
|
Sonra Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib.
|
Bildirilib ki, erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir.
|
Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib.
|
Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir.
|
Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər.
|
Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.
|
Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.
|
Qeyd edilib ki, Heydər Əliyev Fondu tərəfindən hazırda Cümə məscidində bərpa-restavrasiya işləri həyata keçirilir.
|
Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə bir etdikləri binaların qalıqlarına da baxıblar.
|
Nümayəndə heyəti daha sonra Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı düşərgəsinə gəlib.
|
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Ağdamın tarixi, indiki vəziyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə, o cümlədən Ağdam şəhərinin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
|
Nümayəndə heyəti sonda Ağdam Konfrans Mərkəzi ilə tanış olub.
|
Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiya üzrə komandiri, general-leytenant Sergey Kobılaşın həbsinə order verib.
|
Beynəlxalq Cinayət Məhkəməsi həmçinin Rusiya Qara dəniz donanmasının komandiri Viktor Sokolovun da həbsi ilə bağlı qərar verib.
|
Hər iki şəxs barəsində həbs qərarı Ukraynadakı vəziyyət kontekstində verilib.
|
Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib.
|
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, polkovnik işdən çıxdıqdan bir ay sonra “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub.
|
Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyət sferası hazırda dörd əsas istiqaməti əhatə edir:inşaat, kənd təsərrüfatı, hotelçilik və qida sektoru.
|
Şirkətin baş ofisi isə Naxçıvan şəhərində yerləşir.
|
Bildirilib ki, “APF Group” MMC Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevindir.
|
Artıq şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlayıb.
|
Qeyd edək ki, Fuad Əlizadə həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.