Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Lətif Məhəmmədəli və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıblar.
|
Onlar ifadələrində əməllərini etiraf ediblər.
|
Faktla bağlı İsmayıllı RPŞ-də cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
|
“Barselona” futbol klubunun baş məşqçisi Xavi martın 12-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Napoli”yə qalib gələ bilməsə, tutduğu vəzifədən azad oluna bilər.
|
Qeyd olunub ki, Kataloniya klubunun rəhbərliyi üçün onun Çempionlar Liqasının 1/4 finalına yüksəlməsi son dərəcə vacibdir, çünki bu, klubun statusuna təsir edir və əlavə vəsait əldə etməyə imkan verir.
|
Xatırladaq ki, bu turnirin 1/8 final mərhələsinin ilk oyununda komandalar 1:1 hesabı ilə heç-heçəyə razılaşıblar.
|
“Barselona” “Napoli” ilə Barselonadakı “Olympique Lewis Companies” stadionunda qarşılaşacaq.
|
Hakimin start fiti Bakı vaxtı ilə saat 01:00-da səslənəcək.
|
Yanvarın sonunda Xavi klubun yeni inkişaf vektoruna ehtiyacı olduğu üçün cari mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayıb.
|
Laçın rayonu ərazisində təmir olunan 367 fərdi yaşayış evinin və 144 mənzilin, Zabux kəndində yeni tikilən 223 fərdi yaşayış evinin və Şuşa şəhərində 223 mənzilin texniki pasportu hazırlanıb.
|
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
|
Qeyd edilib ki, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Zəngilan, Xocavənd, Ağdam rayonları üzrə arxiv sənədlərinin mövcud tikililərə bağlantısı işləri aparılır, yaranan uyğunsuzluqlar araşdırılaraq rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə dürüstləşdirilib.
|
İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə rayon icra hakimiyyətinin, mərkəzi icra hakimiyyətləri və digər dövlət müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə 2023-cü il ərzində Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi (QRGS) üzərindən 968 daşınmaz əmlak (bina və tikili) barədə arxiv məlumatları (sənədləri) rəqəmsallaşdırılıb, həmçinin 1 132 bina və tikili ərazilərdə aparılan inventarizasiya nəticəsində təsbit edilib.
|
Ümumilikdə isə hesabat ilinin sonuna 164,8 min daşınmaz əmlak (bina və tikili) barədə arxiv məlumatları sənədləri rəqəmsallaşdırılaraq QRGS-yə daxil edilib.
|
Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
|
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
|
”Hyundai” markalı avtomobil idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.
|
Qəza nəticəsində bir qadın hadisə yerində dünyasını dəyişib.
|
Sürücü və avtomobildə olan iki sərnişin yaralanıb.
|
Yaralananlar xəstəxanaya yerləşdiriliblər.
|
Faktla bağlı araşdırma aparılır.
|
Azərbaycanda 2024-cü ilin əvvəlindən yeddi tələbə bu və ya digər səbəbdən həyatını itirib.
|
Oxu.Az vəfat edən tələbələrin siyahısını təqdim edir:""Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Aytən İlkin qızı Musayeva sepsis infeksiyasından dünyasını dəyişib.
|
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb.
|
Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Nəcəfzadə imtahandan sonra halı pisləşməsi səbəbindən dünyasını dəyişib.
|
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev dünyasını dəyişib.
|
Odlar Yurdu Universitetinin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi olan Sürayə Elman qızı Canbaxışlı vəfat edib.
|
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev dəm qazından zəhərlənərək vəfat edib.
|
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin IV kurs tələbəsi Rəqsanə Aydın qızı Əliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
|
Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb.
|
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
|
Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s.maddələri ilə ittiham olunduğunu bildirib.
|
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.
|
“Səhhətim normaldır, özümü yaxşı hiss edirəm.
|
Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”.
|
APA xəbər verir ki, bunu Ermənistandan Azərbaycana gətirilən əsgər Ruslan Pənahov hava limanında jurnalistlərə açıqlamasında deyib.
|
O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib.
|
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
|
Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s.maddələri ilə ittiham olunduğunu bildirib.
|
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.
|
Qeyd edək ki, o, bu gün Vətənə qaytarılıb.
|
“Aston Martin” şirkəti “Formula-1” yarışlarında iştirak edəcək yeni təhlükəsizlik maşınını (“safety car”) nümayiş etdirib.
|
Hazırkı çempion Maks Ferstappen bir neçə dəfə “Formula-1”in əvvəlki “Vantage” modelli təhlükəsizlik maşınının yavaş olduğunu deyib.
|
Bildirilir ki, yeni “Aston Martin Vantage” təhlükəsizlik avtomobilinin gücü 153 at qüvvəsi artırılaraq ümumilikdə 656 at qüvvəsinə çatdırılıb, bu artım güc qurğusunun təkmilləşdirilməsi sayəsində əldə olunub.
|
Bundan başqa keçən ay nümayiş etdirilən “Vantage”ın adi yol versiyası ilə müqayisədə sifarişli versiyada böyük ön “splitter” və arxa antiqanad aydın görünür.
|
Bütün bu elementlər daha mükəmməl aerodinamik dəstin bir hissəsidir.
|
Maraqlıdır ki, hətta damda quraşdırılmış sayrışan işıqlar da aerodinamikanın yaxşılaşdırması üçün yenilənib.
|
Avtomobili bu həftəsonu Səudiyyə Ərəbistanı Qran-prisində görmək mümkün olacaq.
|
“Almaniya hakimiyyət orqanları rusiyalı müxbirlərə toxunarsa, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”.
|
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
|
“Demək istəyirəm ki, onlar (Almaniya hakimiyyət orqanları - red.)
|
Berlindəki diplomatik kanallar vasitəsilə bu barədə artıq məlumatlandırılıblar.
|
Əgər onlar rusiyalı müxbirlərə toxunsalar, planlarını sona qədər çatdırsalar, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”, - deyə Rusiya XİN sözçüsü bildirib.
|
Respublika ərazisində 8 minə yaxın qızılcaya şübhəli şəxs aşkar edilib.
|
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.
|
Qeydə alınmış hər bir qızılca hadisəsinin yaşayış və iş yeri üzrə, həmçinin təhsil müəssisələri, o cümlədən məktəbəqədər uşaq müəssisələri, uşaq evi, internat, sığınacaq, sanatoriya və digər müəssisələr üzrə epidemioloji müayinəsinin aparılması təmin edilib.
|
Yaşa görə peyvəndlərdən kənarda qalmış uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət gücləndirilib.
|
“Ailəlikcə sevincdən şok yaşayırıq.
|
Dilimiz söz tutmur, xoşbəxtliyimizi necə ifadə edəcəyimizi bilmirik”.
|
AzVision.az xəbər verir ki, bunu Laçında azaraq Ermənistana keçən və bu gün Vətənə qaytarılan əsgərimiz Ruslan Pənahovun atası Eldəniz Pənahov deyib.
|
O bildirib ki, ailəsi oğlunun geri qaytarılması ilə bağlı məlumatı dostlarından öyrənib.
|
“Bir saat olar ki, xəbər tutduq.
|
Dost-tanış zəng edib gözaydınlığı verdi.
|
Ən sevincli günümüzdür”, - əsgər atası deyib .
|
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
|
Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s.maddələri ilə ittiham olunduğunu bildirib.
|
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.
|
Qeyd edək ki, o, bu gün Vətənə qaytarılıb.
|
Bu günlərdə Rusiyanın Stavropol diyarında XII Rusiya-Azərbaycan regionlararası forumu başa çatıb.
|
Hər iki ölkənin iqtisadiyyat nazirlikləri və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən forumda 700-ə yaxın iş adamı, sənayeçi, ekspert, ictimai xadim və məmurlar, o cümlədən Rusiya baş nazirinin müavini Aleksey Overçukun və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
|
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev forumun nəticələri və əhəmiyyəti barədə Oxu.Az-a danışıb:""- Sizcə, bu yaxınlarda keçirilən Rusiya-Azərbaycan regionlararası forumunun əsas məqsədi nə idi və bu məqsədə nail olmaq mümkün oldumu?
|
- Bu forum artıq ənənəvi illik tədbirə çevrilib və hər dəfə eyni məqsəd daşıyır - Rusiya ilə Azərbaycan arasında regional əlaqələrin coğrafiyasını daha da genişləndirmək, regionlar arasında tərəfdaşlıq və praktiki əməkdaşlığı gücləndirmək.
|
Forumda hər dəfə işgüzar dairələrin nümayəndələri, ekspertlər, hökumətin bütün səviyyələrinin nümayəndələri iştirak etdikləri üçün istehsal, ticarət və investisiya əməkdaşlığının perspektivli proqramlarının dəstəklənməsi ilə bağlı istənilən məsələ müzakirə və razılaşmalar proseslərini gecikdirmədən operativ şəkildə həll oluna bilər.
|
Nəticədə bu il forumda biznes və investisiya sahəsində əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalanıb və Stavropol diyarı hökuməti ilə Azərbaycandan olan investor arasında Jeleznovodskda üç sanatoriyanın tikintisinə dair konkret işgüzar saziş bağlanıb.
|
- Forumda təqdim olunan Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın hansı sahələrini əsas hesab edirsiniz?
|
- Forumda dörd istiqamət üzrə dəyirmi masalar keçirilib:ticarət, aqrosənaye kompleksi, ekologiya və ən müasir sənaye texnologiyaları sahəsində əməkdaşlıq.
|
Bütün bu sahələrin əhəmiyyətini dəyərləndirməmək olmaz və onların hər biri üzrə bizdə ən müsbət inkişaf dinamikası var.
|
Məsələn, 2023-cü ilin yekunları üzrə ölkələrimiz arasında ticarət dövriyyəsi 30% artıb, bu, həm idxala, həm də ixraca aiddir.
|
Bu da təsadüfi nəticə deyil - Azərbaycan da, Rusiya da qarşılıqlı ticarətin inkişafı üçün çox işlər görüblər.
|
Buraya sərhəddə gömrük məntəqələrinin buraxılış qabiliyyətinin artırılması və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı daxildir.
|
Yeri gəlmişkən, adıçəkilən dəhlizə bu yaxınlarda ölkələrimiz tərəfindən imzalanmış 2024-26-cı illər üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərin genişləndirilməsinə dair “yol xəritəsi”ndə xüsusi diqqət yetirilib.
|
Logistika və nəqliyyat bizim üçün hazırda son dərəcə perspektivli qarşılıqlı fəaliyyət sahələridir.
|
Həmçinin, sənayedə də birgə layihələr fəal şəkildə həyata keçirilir - söhbət, ilk növbədə, avtomobil sənayesi, gəmiqayırma, təyyarəqayırma və əczaçılıqdan gedir.
|
Bundan başqa, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları rekord həddə çatıb, eləcə də birgə investisiya layihələri də inkişaf edir.
|
Ekologiya və yaşıl diplomatiyaya həsr olunmuş forumun dəyirmi masasında, ilk növbədə, Xəzər dənizinin sağlamlaşdırılması ilə bağlı müzakirələr aparılıb.
|
Bu ən mühüm məsələ üzrə konkret birgə planlar işlənib-hazırlanıb - bizi sıx əməkdaşlıq şəraitində bir çox səmərəli iş gözləyir.
|
Rusiya və Azərbaycanın ənənəvi olaraq çoxsaylı qarşılıqlı zəngin layihələr həyata keçirdikləri mədəniyyət və təhsil sahələrində əməkdaşlığı qeyd etməmək mümkün deyil.
|
Təbii ki, bir-birimizə artan yaxınlığımızın və dəyişməz marağımızın ən parlaq sübutlarından biri də son bir ildə qarşılıqlı turistik səfərlərin 1,5 dəfə artmasıdır.
|
- Azərbaycanla əməkdaşlıqda Rusiyanın hansı regionlarını flaqman adlandırardınız?
|
- Rusiya Federasiyasının 80-dən çox subyekti Azərbaycan Respublikası (AR) ilə sıx əlaqələr qurub, onların dörddəbiri ilə isə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlığa dair müxtəlif sazişlər imzalanıb.
|
Rusiyanın bir sıra şəhərlərində, məsələn, Həştərxanda da Azərbaycanın biznes mərkəzləri açılıb.
|
Flaqman bölgələrə gəlincə, bunlar, ilk növbədə, Moskva və Sankt-Peterburq, Tatarıstan və Dağıstan, Həştərxan vilayəti və Krasnodar diyarı, Sverdlovsk, Volqoqrad və Saratov vilayətləri və əlbəttə ki, Stavropoldur.
|
Əbəs yerə deyil ki, Stavropol diyarında Rusiyanın 21 regionundan biznes və hökumət nümayəndələrinin iştirak etdikləri XII Rusiya-Azərbaycan regionlararası forum keçirilib, ona görə də gördüyünüz kimi, Azərbaycanla birgə layihələrə marağımız stabil olaraq yüksəkdir.
|
- Sizcə, ölkələrimiz arasında regionlararası əməkdaşlığın inkişafının əhəmiyyəti nədən ibarətdir?
|
- Regionlar arasında əməkdaşlığı ən sıx əməkdaşlıq adlandırmaq olar.
|
Bu əməkdaşlıq birbaşa, praktikdir, onun nəticələri adi gözlə görünür, bunların arasında mühüm infrastruktur və sosial obyektlər var.
|
Məsələn, elə həmin Stavropolun kurortlarında Azərbaycanın investisiya layihələrinə baxmaq kifayətdir.
|
Rusiya-Azərbaycan əməkdaşlığı sayəsində orada artıq iki yüksəkkeyfiyyətli müasir sanatoriya fəaliyyət göstərir, tezliklə Kislovodskda yeni sanatoriya açılacaq, Jeleznovodskda isə daha üç sanatoriya tikilir.
|
Azərbaycanlı mütəxəssislər isə forumda qeyd ediblər ki, məsələn, Rusiya şirkətinin investisiyaları sayəsində bu gün Şəkidə əfsanəvi “Ağdam” portveyninin istehsalı həyata keçirilir.
|
Bölgələrimizin bir çox oxşar ümumi layihələri var.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.