Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirərək ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
|
Baş Qərargah rəisi Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli birgə hərbi təlimlərin əhəmiyyətini diqqətə çatdıraraq bu kimi təlimlərin ordularımız arasında təcrübə mübadiləsi, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması baxımından vacibliyini xüsusi qeyd edib.
|
General-leytenant A.Gulrez səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.
|
Sonda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
|
Milli Məclis Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi təklifini təsdiqləyib.
|
Qeyd olunub ki, dəyişikliklə Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.
|
Layihə səsverməyə qoyularaq qəbul edilib.
|
Hər kəsin sevimli bayramı olan Novruza cəmi iki həftə qalır və hamını maraqlandıran bir sual var - bayram günlərini necə maraqlı və əyləncə dolu keçirə bilərik?
|
Təbiətlə əhatə olunmuş tətil həmişə arzu olunandır, hələ bu tətil beşulduzlu xidmətlə müşayiət olunursa, onu həqiqətən ideal adlandırmaq olar.
|
“Qalaaltı Hotel&SPA” öz qonaqlarına sağlamlıq prosedurları və yüksək səviyyəli xidmət təklif edir.
|
Dənizə və meşəyə fantastik mənzərələri ilə tanınan “Qalaaltı Hotel&SPA” mart bayramında həm böyüklər, həm də uşaqlar üçün geniş əyləncə proqramı ilə unudulmaz bir tətil təqdim edir.
|
Qiymətlər iki nəfər üçün 330 AZN-dən başlayır.
|
Qiymətə gündə iki dəfə yemək, canlı musiqi, SPA xidmətləri, böyüklər və uşaqlar üçün ayrıca əyləncə proqramları daxildir.
|
Gündəlik əyləncə proqramına “Qutab”, “Manqal”, “Plov” dadımları, əyləncəli müsabiqələr, canlı musiqi, uduşlu lotereya, karaoke, “Mafiya” oyunu və animasiyalar, uşaqlar üçün xüsusi şou və müsabiqələr daxildir.
|
Hotelin geniş otaqları bayramınıza rahatlıq, zəngin çeşiddə tibbi xidmətlər isə istirahətinizi daha da unudulmaz edəcək.
|
Tətilinizi “Qalaaltı Hotel&SPA”da planlayın və bayram günlərini əyləncə dolu qeyd edin!
|
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi Rəqsanə Aydın qızı Əliyeva uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
|
Oxu.Az xəbər verir ki, bu barədə kollec məlumat yayıb.
|
Onun Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi olduğu bildirilir.
|
Qeyd edək ki, ötən gün iki tələbənin də vəfat etməsi ilə bağlı xəbər vermişdik.
|
Bunlar Odlar Yurdu Universitetinin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi Sürayə Canbaxışlı və Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyevdir.
|
E.Əliyevin dəm qazından həyatını itirdiyi məlum olsa da, digər tələbənin hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
|
“Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsi gözlənilməz oldu”.
|
Oxu.Az xəbər verir ki, bunu yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.
|
O, kinonun hazırkı vəziyyətindən danışıb:""“Azərbaycan kinosu reanimasiyadadır.
|
Əmin olmaq istəyirəm ki, kinomuz inkişaf edir.
|
Kino ilə birliyimizi yaşatmalıyıq.
|
Ömrümüzü kinoya qurban vermişik.
|
Hər bir insanın arxasında duracağıq.
|
Kino çəkmək səlahiyyətimiz yoxdur.
|
Buna baxmayaraq, iki il ərzində sənədli film çəkmişik.
|
Daxilən inanıram ki, kinomuz diriləcək”.
|
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının tərkibində olan “Sergey Kotov” patrul gəmisini məhv edib.
|
Xüsusi əməliyyat Krımda “Magura V5” dəniz dronları vasitəsilə həyata keçirilib.
|
Bununla bağlı görüntülər Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən yayımlanıb.
|
“Magura V5” dəniz dronları Kerç boğazı yaxınlığında “Sergey Kotov” gəmisini görüb və gəminin arxa, sancaq və sol tərəflərinə zərbə endirib.
|
Nəticədə gəmidə yanğın başlayıb.
|
Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, batmış gəminin dəyəri təxminən 65 milyon dollar təşkil edir.
|
Xatırladaq ki, martın 5-nə keçən gecə Krımda partlayışlar baş verib.
|
Səhər saatlarında isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın “Sergey Kotov” gəmisinin məhv edildiyini təsdiqləyib.
|
Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə təqribən 32 milyard manat məbləğində vəsait tələb olunur.
|
2021-2023-cü illərdə dövlət büdcəsindən bu məqsədə 12,1 milyard manat vəsait ayrılıb.
|
APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
|
Hesabatda qeyd olunub ki, 2023-cü ildə də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib, bu ərazilərdə Azərbaycan Ordusunun, fövqəladə hallar, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsi, ərazilərdə minatəmizləmə tədbirlərinin təşkil olunması, habelə su, elektrik enerjisi, qaz və istilik təchizatı, həmçinin yol infrastrukturunun qurulması, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin tikintisi, azad olunmuş ərazilərdə əhalinin mərhələlərlə maliyyələşdirilməsi təmin olunub.
|
Ötən il dövlət büdcəsindən azad edilmiş ərazilərin yenidən qurulması üçün 5 milyard 588 milyon manat vəsait ayrılıb.
|
Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır.
|
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib.
|
O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, həmçinin akademik bacarıqların, eləcə də şagird davamiyyətinin qeydə alınması və monitorinqini həyata keçirməyə imkan verəcək.
|
Eyni zamanda, o qeyd edib ki, ilin sonun qədərə “Şagird davranış qaydaları” Bakı məktəblərinin hamısında tətbiq ediləcək.
|
Həmyerlimiz, “For Azerbaijan” xeyriyyə təşkilatının sədri Samir Süleymanov dünyaşöhrətli futbolçu Lionel Messi ilə birgə təsis etdiyi “Join The Planet” Fondunun İdarə Heyətinə rəhbərlik edəcək.
|
Fond ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin maliyyələşdirilməsinə xidmət göstərəcək.
|
BƏƏ-də təşkil olunmuş COP28 sədrliyinin maliyyə gündəliyinin layihələndirilməsi və çatdırılması üzrə direktor olmuş Samir Süleymanov bu xəbəri şəxsi “LinkedIn” hesabında bildirib.
|
“Join The Planet” (JP) Fondu Leo Messi və digər əfsanələrdən gələn ilhamı davamlı iqtisadiyyatın qurulmasında fərdlərə və icmalara yönəltmək üçün yaradılmış xüsusi layihədir.
|
İnteqrasiya edilmiş biznes və xeyriyyəçilik yanaşması iqlim dəyişiklikləri ilə mübarizədə etibarlı və davamlı maliyyə mənbələrini təmin etmək üçün nəzərdə tutulub”.
|
Xatırladaq ki, Fondun İdarə Heyətində dünyaca məşhur siyasətçilər, idmançılar və s.tanınmış insanlar var.
|
Artıq “Join The Planet” (JP) Fondu rəsmi saytında bu xəbəri təsdiqləyib.
|
A post shared by JoinThePlanet (@jointheplanet)
|
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Konqo Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Fransuaza Joli ilə görüşüb.
|
H.Hacıyev baş tutan görüş barədə özünün “X” hesabında paylaşım edib.
|
“Azərbaycan Afrika ölkələri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğuna və Qoşulmama Hərəkatına sədrlik ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı platforma yaratdığına görə, ölkələrimiz arasında siyasi, enerji, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafını müzakirə etdik.
|
COP29 Konqo ilə qarşılıqlı fəaliyyətimiz üçün daha bir fürsətdir", - deyə H.Hacıyev qeyd edib.
|
Pleased to meet with the Presidential Adviser for International Strategy of the Republic of Congo Francoise Joly and discuss development of bilateral relations between our countries in the political, energy, economic, humanitarian and other fields as Azerbaijan has traditionally… pic.twitter.com/rQFrmT8EqY
|
Azərbaycanın suverenliyini bərpa etdiyi Xankəndidə erməni separatçılığının mirası olan binaların sökülməsi Ermənistanı yaman qıcıqlandırır.
|
Halbuki, həmin binaların heç bir tarixi qiyməti və mədəni dəyəri yoxdur.
|
Onlardan ikisini təqdim edirik.
|
Bunlardan biri “Artsaxı azad etmiş döyüşçülər ittifaqı”nın binasıdır.
|
Birinci olaraq seçilən ifadə Azərbaycanın tarixi və suveren ərazilərinin adlarını təhrif edir.
|
Başqa cəhətdən, bu, azadlıq yox, işğalı simvollaşdıran binadır.
|
Bina üç mərtəbə, zirzəmi, yarımzirzəmi və mezonin mərtəbəli olmaqla, ümumi sahəsi 1 886 kvadratmetr ərazini təşkil edir.
|
Binaya yuxarıdan baxdıqda xaç işarəsini xatırladır.
|
Bunun özü də erməni təxribatıdır.
|
Xankəndi şəhərindəki mərkəzi meydandakı binanın açılışı 9 may 2013-cü il tarixində baş tutub.
|
Mərasimdə Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan və qondarma rejimin “rəhbəri” Bako Saakyan iştirak ediblər.
|
Binanın açılışı bilərəkdən Şuşa şəhərinin işğalının növbəti ildönümü gününə təyin olunmuşdu.
|
Həmin açılış Xankəndidə təşkil olunmuş “bayram tədbirləri” çərçivəsində baş tutub.
|
Binanın tikintisinə separatçı rejimin “müdafiə nazirliyi”nin və erməni diasporunun ən varlı nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs olunmuş və həbsxanada vəfat etmiş Levon Ayrapetyanın xeyriyyə fondu dəstək olub.
|
Bununla yanaşı, tikintiyə o zamanlar işğalda olan ərazilərə külli miqdarda “investisiya” qoymuş “VALLEX Group”, Moskva, Stavropol şəhərlərindəki erməni diasporunun nümayəndələri də sponsorluq ediblər.
|
İkincisi, vaxtı ilə mövcud olmuş qondarma rejimin “parlament” binasıdır.
|
Ümumi sahəsi 1 350 kv.m olan binanın açılışı separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü - 2 sentyabr 2007-ci ildə olub.
|
Mərasimdə iştirak edən Ermənistan parlamentinin ozamankı spikeri Tiqran Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut” və “gözəl hadisə” adlandırıb.
|
Qeyd edək ki, binanın tikintisi zamanı külli miqdarda yeyintiyə dair faktlar var.
|
Məsələn, qondarma “parlament”in iclaslarında səslənən rəqəmlərə görə, binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb, amma bu vəsait “kifayət etməyib”, ona görə 2007-ci ildə əlavə 985 min ABŞ dollarına qədər pul ayrılıb.
|
Bununla belə, binanın tikintisinin yekunlaşması üçün adları çəkilməyən digər sponsorlardan da vəsait götürülüb.
|
Bu binaların simvolik mənasına xüsusi diqqət yetirmək lazımdır.
|
“Parlament” adlanan bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının cızıldığı və qərarların qəbul olunduğu terrorçu yuvası olub.
|
Digəri isə minlərlə azərbaycanlının ölümündə əli olan terrorçu dəstələrin adlarını “müqəddəsləşdirir”.
|
Digər tərəfdən, haradan baxsan, bu tikililər qanunsuzdur.
|
Qanunsuz tikililər Azərbaycanın istənilən şəhərində sökülür.
|
İndi Qarabağda belə dırnaqarası abidələrin sökülməsi Ermənistanı narahat edir.
|
Ermənistan bu binaların sökülməsinə siyasi don geyindirməyə çalışaraq ideoloji yalan maşınını işə salır.
|
Son iki yüz il ərzində formalaşmış erməni ideoloji bazasının darmadağın olması Ermənistanın Azərbaycan qarşısındakı məğlubiyyəti ilə sürətləndi.
|
İndi erməni ideologiyası tarixin ləkəli arxivinə göndərilmiş binaları mühafizə etməyə çalışır.
|
Amma əbəsdir, çünki Azərbaycan hüquq və ədalət çərçivəsində iş görür.
|
Yaxşı olar ki, Ermənistan və erməni lobbisi bunu dərk etsin.
|
İranda tanınmış din xadiminin oğlunun tutulmasının görüntüləri yayılıb.
|
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
|
İranın təhlükəsizlik qüvvələri etnik bəlucların din xadimi və daim hökuməti tənqid edən Mövləvi Əbdülhəmidin avtomobilinin Sistan və Bəlucistan əyalətinin Dəştiyari bölgəsinə getməsinə icazə verməyiblər.
|
Bildirilib ki, din xadimi ailəsi ilə birlikdə sel və daşqından zərərçəkmiş sakinlərlə görüş keçirmək üçün həmin bölgəyə səfər etmək istəyib.
|
Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Telegram” kanalı adıçəkilən əraziyə gedən Mövləvi Əbdülhəmidin oğlunun “qanunsuz odlu silah gəzdirməkdə” ittiham olunaraq saxlanılması barədə xəbər yayıb.
|
İsmayıllıda yetkinlik yaşına çatmayan şəxsin valideynləri polisə müraciət edərək iki nəfərin övladlarının mobil telefonunu sosial şəbəkəyə daxil olmaq adı ilə aldığını və geri qaytarmaq qarşılığında pul tələb etdiyini bildiriblər.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.