Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Yazı bacarığı üzrə 2 hissəni cavablandırmaq üçün 60 dəqiqə, danışıq üzrə 3 hissəni cavablandırmaq üçün 15 dəqiqə veriləcək”.
|
Sözügedən imtahan nəticələri üç səviyyə:A1-A2 - başlanğıc səviyyə, B1-B2 - orta səviyyə, C1-C2 - yuxarı səviyyə üzrə qiymətləndiriləcək.
|
Yer kürəsində iqlim sürətlə dəyişir.
|
Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ildə havanın orta temperaturu sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,48 Selsi dərəcəsi yüksək olub.
|
Bu da iqlim dəyişikliyi barədə müzakirələri xüsusilə aktual edir.
|
Bildiyiniz kimi, bu il Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
|
Bununla əlaqədar şəhərsalma və memarlıq üzrə beynəlxalq məsləhətçi İrina İrbitskaya (Paris) 2022-ci ilin də isti keçdiyini və Avropada bu səbəbdən 61 672 nəfərin həyatını itirdiyini xatırladıb.
|
Ölümə səbəb olan istilər İrina İrbitskayanın martın 7-də onlayn mühazirəsinin mövzusu olacaq.
|
Ekspert hesab edir ki, Avropa şəhərlərinin həddindən artıq istilərə tab gətirməkdə minillik təcrübələri yoxdur.
|
Məhz İrina İrbitskaya “arid relyef”, “arid memarlıq” və “arid urbanistika” (arid iqlim - havanın temperaturunun yüksək olduğu iqlim - red.)
|
Oxu.Az-a müsahibəsində İrina İrbitskaya ilk növbədə qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı mühazirəsini “İstilik” adlandırması təsadüfi deyil, növbəti mühazirənin adı isə “Daşqınlar” olacaq.
|
- Bizə içində olduğumuz vəziyyəti təsvir etmək üçün yeni bir dil lazımdır.
|
Və bu dil insana daha yaxın olmalıdır.
|
Çünki insanlar “iqlim dəyişikliyi” ifadəsini eşitdikdə bu onları elə də narahat etmir, çünki bu ifadə onlar üçün çox az məna kəsb edir.
|
Bu, astronomik hadisə kimi, “planetlərin paradı” kimidir.
|
İnsan “istidən öləndə” demir ki, “iqlim dəyişikliyindən ölür”.
|
Bakıdakı COP29 sessiyasında haqqında danışılacaq iqlim dəyişikliyi də çox mühüm mövzudur.
|
- Deyə bilərsinizmi, yeni təhlükələr, ilk növbədə, istilər fonunda memarların qarşısında hansı məsələlər dayanır?
|
Şəhərsalma və memarlıq istiliyə qarşı mübarizədə əsas alətlərdir.
|
Onların vəzifəsi şəhərlərimizi istidən qurtulmaq üçün adalara çevirməkdir.
|
Arid memarlıq və arid urbanistika - əlçatan aşağı texnologiyalar sistemidir (“low tech”).
|
Yüksək texnologiyalar (“high tech”) sistemi üstün olsa da, onların tətbiqi böyük xərc tələb edir.
|
Çünki son istifadəçilərin əhəmiyyətli bir hissəsi bu sistemdən istifadə etmək üçün müvafiq səriştəyə malik deyil.
|
Aşağı texnologiyaların istifadəsi zamanı belə xərclərə ehtiyac olmur.
|
Gələcəkdə beynəlxalq inkişaf artıq təkcə pul və texnologiyanın inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olanlara transferi ilə deyil, hər iki istiqamətdə mübadilədən ibarət olacaq.
|
İsti hava şərtlərinə tab gətirmək təcrübəsi inkişaf etməkdə olan ölkələrin arid relyef fonunda qurduqları həyat tərzində özünü göstərir, çünki onların əksəriyyəti quraq bölgələrdə yerləşir.
|
- Bununla bağlı nümunələr göstərə bilərsinizmi?
|
- Məsələn, su qıtlığının yaşandığı Özbəkistanın Kaqan şəhəri Buxara vahəsi və genişlənən səhranın sərhədində yerləşir.
|
Faktiki olaraq bu şəhər aqropolis modelinə görə yaşayır, yəni kənd təsərrüfatı əraziləri üçün xarakterik olan qida istehsalı ilə məşğuldur.
|
Qızmar Günəş altında, su çatışmazlığı şəraitində sakinlər şəhərdə, fərdi evlərə məxsus kiçik sahələrdə meyvə-tərəvəz yetişdirir, ev heyvanları və quş saxlayırlar.
|
Şəhər sakinlərinin 70%-i bu işlə məşğuldur.
|
Yəni sakinlərin 70%-nin isti hava şəraitində fəaliyyətlə bağlı səriştəsi var və onlar arid relyefdə təsərrüfat qurublar.
|
Dünyanın belə bacarıqlara ehtiyacı var.
|
Bunlar Mərkəzi Asiyada minilliklər ərzində formalaşmış əlçatan aşağı texnologiyalardır.
|
Kaqanda həyat tərzi ilə bağlı araşdırmalar zamanı kəşf etdiyimiz şəhər arid kənd təsərrüfatı modeli isə şəhərlərin inkişafı üzrə beynəlxalq agentlərin axtardığı şeydir.
|
Kaqanın və ümumilikdə Orta Asiyanın arid memarlığı tam olaraq bina deyil.
|
Bu, metamemarlığın prototipidir ki, burada bina və onu əhatə edən xarici məkan - daş divarla əhatə olunmuş həyət və eyvan - vahid memarlıq obyektini formalaşdırır.
|
Həyət və eyvan memarlığın “məsamələri”dir ki, təkcə insanları deyil, həm də bitkiləri və heyvanları istidən qoruyur.
|
- Sizcə, Azərbaycan arid memarlıqdan və aşağı texnologiyalara əsaslanan arid şəhərsalmadan istifadə etməlidirmi?
|
Və hesab edirəm ki, Azərbaycanda arid iqlim şəraitində həyatla bağlı dərin təcrübə mövcuddur.
|
Yeri gəlmişkən, bunu sıx fəaliyyət apardığım Orta Asiyanın hər yerində görürəm.
|
Yeni tikintilər - dünyanın istənilən nöqtəsində rast gələ biləcəyiniz universal müasir memarlığın versiyalarıdır.
|
Problem burasındadır ki, bu, nəinki arid iqlim üçün yararsızdır, həm də şəhərlərdə həddindən artıq istiləşməyə gətirib çıxarır.
|
Bir çox digər səhvlər arasında kiçik bir detal:bunlar mükəmməl cilalanmış plitələrlə örtülmüş fasadlar, Günəş düşən tərəfdə olan şüşəli qalereyalardır.
|
Bütün bunlar ideal istilik toplayıcılarıdır.
|
Arid memarlıq və arid urbanistika isə insanları həddən artıq qızmar havada işləyə bilməyən kondisionerlərdən daha yaxşı sərinlədə bilər.
|
- Bəs beynəlxalq konfranslarda arid urbanistika müzakirə olunurmu?
|
İnsanların artıq iqlim dəyişikliyini öz üzərilərində tam şəkildə hiss etdiklərini nəzərə alsaq, bu nə dərəcədə vacibdir?
|
Əlbəttə, Bakıda keçirilən COP29 kimi əlamətdar tədbirdə memarlığın insanları və təbiəti yüksəlməyə davam edən istidən necə qoruya biləcəyi ilə bağlı sual qaldırıla bilər.
|
Bu mövzu artıq sırf klassik arid bölgələrə aid məsələ deyil.
|
İstilik artıq bir vaxtlar mülayim iqlimə malik olan Avropaya gəlib və hərəkətini davam etdirir.
|
“Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 26 minədək artıb və bunun 23 mindən çoxu qeyri-neft-qaz özəl sektorda qeydə alınıb”.
|
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb.
|
Nazir bildirib ki, qeyri-neft-qaz sektorunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59 min vahid qabaqlayaraq ümumi əmək müqavilələrində 50%-i keçib.
|
“İş yerlərinin rəsmiləşdirilməsinin təmin edilməsi istiqamətində islahatın başladığı 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 432 mindən çox, qeyri-neft-qaz sektorunun özəl bölməsində isə 381 mindən çox artıb”, - deyə o qeyd edib.
|
Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 26 minədək artıb və bunun 23 mindən çoxu #qeyrineft-qaz özəl sektorda qeydə alınıb.
|
Qeyri-neft-#qaz sektorunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59… pic.twitter.com/JXRUXDgRra
|
“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında bir çox məşhur və populyar aktyorun iştirak etdiyi “Hayatla Barış” türk bioqrafik filminin təqdimatı keçirilib.
|
Təqdimatın fəxri qonaqları Azərbaycan “Amputant Futbol” İctimai Birliyinin İkinci Qarabağ müharibəsi zamanı mina partlayışı nəticəsində xəsarət almış futbolçuları olublar.
|
Artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərən Birliyin idmançıları milli komanda səviyyəsində beynəlxalq yarışlarda iştirak edirlər.
|
Qonaqlar arasında həmçinin Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri də olublar.
|
ANAMA Amputant Futbol İctimai Birliyinə ən çox dəstək göstərən qurumdur.
|
“Hayatla Barış” filmin rejissoru Ekin Pandırdır.
|
Baş rolları Taner Ölmez, Nazan Kesal və Bülent İnal canlandırıblar.
|
Film haqqında qısaca:“Uşaqlıqda keçirdiyi qəza nəticəsində əlil qalsa da, bu, Barış Tellinin planlarına mane olmur.
|
Qəza nəticəsində sağ ayağını itirən Barış illər ərzində tennisdən atletikaya qədər idmanın bir çox sahəsində Türkiyə rekordları qırıb.
|
Amputant futbol milli komandasında çoxsaylı çempionluqlar qazanan və bombardir olan idmançı zamanla “Ampute Messi” kimi tanınmağa başladı”.
|
“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
|
Kanadanın Makgill Universitetinin alimləri müəyyən ediblər ki, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə insanların xoşbəxtlik səviyyəsi iqtisadi cəhətdən güclü ölkələrin sakinlərinə nisbətən daha yüksəkdir.
|
Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
|
Sorğuda 71 ölkənin sakinləri iştirak ediblər.
|
Psixoloji rifah geniş şəkildə insanın stress və çətinliklərin öhdəsindən gəlmək və cəmiyyətə məhsuldar töhfə vermək qabiliyyəti kimi müəyyən edilib.
|
Afrika və Latın Amerikası ölkələri ən yüksək bal toplayıblar.
|
Birinci yeri Dominikan Respublikası, üçüncü yeri isə Tanzaniya tutub.
|
Ən yüksək həyat məmnuniyyətinə malik ilk beş ölkəyə Şri-Lanka, Panama və Malayziya da daxildir.
|
Daha az xoşbəxt olanlar arasında isə Tacikistan, Özbəkistan və Braziliya olub.
|
Elm adamları iqtisadi cəhətdən çiçəklənən ölkələrdə psixoloji rifahın aşağı səviyyədə olmasını müxtəlif amillərlə əlaqələndiriblər - smartfonlara aludəçilik, qeyri-sağlam qida istehlakının artması, ailənin və nikahın dəyərinin azalması və uzaqdan işləyənlər üçün iş yerlərinin sayının artması.
|
Yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti təsdiq edilib.
|
Oxu.Az xəbər verir ki, İdarə Heyətinin tərkibində Xalq artistləri Şəfiqə Məmmədova və Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla 37 nəfərin adı var.
|
Rejissorlar Oqtay Mirqasımov, Əbdül Mahmudov və Zamin Məmmədov İdarə Heyətinin üzvlüyündən imtina ediblər.
|
14:09"Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı “Azərbaycan Kinematoqrafçılar İttifaqı” olub.
|
Oxu.Az xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.
|
Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.
|
Xalq artisti Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqının sədrliyinə namizədliyini geri götürüb.
|
Azərbaycanda yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik etmək üçün Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb və səs çoxluğu ilə təsdiqlənib.
|
Qeyd edək ki, yalnız rejissor Oqtay Mirqasımov birləşmənin əleyhinə səs verib.
|
12:30"Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirilir.
|
Oxu.Az xəbər verir ki, konfransda mədəniyyət xadimləri, incəsənət adamları iştirak edirlər.
|
Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.
|
Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib.
|
2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.
|
AKİ 1963-cü ildən fəaliyyət göstərir.
|
İttifaqın İdarə Heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.
|
ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.
|
Daha çox foto burada:PhotoStock.az"Nəzrin Vahid
|
“Son dövrlərdə Bakıda pilot layihə üzərindən çox sayda köhnə bina sökülüb, yerlərində isə yeni binalar tikilib”.
|
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
|
Deputat bildirib ki, Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, tikintiyə icazə almadan söküntü işləri aparır, tikintiyə başlayır:""“Bunlara heç kəs mane ola bilmir.
|
Bizdə elə tikinti şirkətləri var ki, onlar bir çox dəyərləri itiriblər, Allahdan da qorxmurlar.
|
Başa düşmürlər ki, insanlara qan ağladanlara Allah qan qusduracaq.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.