Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Elçin Mirzəbəylinin də yoldaşının, baldızının adına olan evi heç bir kompensasiya ödənilmədən gəlib söküblər”.
|
Deputat dolanışıq dalınca Rusiya və başqa ölkələrə gedən vətəndaşlarımızın pasport ala bilməməsi problemini də qaldırıb:""“Onlar dolanışıq üçün Rusiyaya və digər ölkələrə gediblər, indi yaşa dolublar və ölkəyə qayıtmaq istəyirlər.
|
Onlar Rusiya vətəndaşlığı qəbul ediblər, amma indi öz vətəndaşlığımızla pasport almaq istəyirlər.
|
Biz onların yanında gözükölgəliyik.
|
İkili vətəndaşlıq məsələsi hələ də qalmaqdadır”.
|
Gevorq Papoyan Ermənistanın iqtisadiyyat naziri vəzifəsinə təyin edilib.
|
Ölkə prezidenti Vaaqn Xaçaturyan bununla bağlı fərman imzalayıb.
|
Qeyd edək ki, bu il fevralın 14-də iqtisadiyyat naziri Vahan Kerobyan istefa verib.
|
Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda 4,0 maqnitudalı zəlzələ baş verib.
|
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsindən (AFAD) xəbər verilib.
|
Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib.
|
Xatırladaq ki, keçən ilin fevralında baş verən güclü zəlzələlər də bu vilayətin şəhərlərini dağıtmışdı.
|
Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının qapalı iclasında bildirib ki, ölkəsi bu ilin payızından gec olmayaraq Avropa İttifaqına (Aİ) üzv olmaq üçün müraciət etməlidir.
|
Bu barədə Ermənistan mətbuatında qapalı görüşün təfərrüatına dair dərc edilən yazıda qeyd olunub.
|
Mənbə iddia edir ki, Nikol Paşinyan tərəfdarlarına açıq şəkildə bildirib ki, Qərb Ermənistandan Rusiyadan uzaqlaşmaq və onu regiondan sıxışdırıb çıxarmaq üçün əməli addımlar atmağı tələb edir.
|
Bununla belə, N.Paşinyanın komandasının əhəmiyyətli bir hissəsi Aİ-yə daxil olmaq məsələsində tələskənliyə yol verməyin əleyhinədir.
|
Yazıda iddia olunur ki, xüsusən də biznesmen deputatlar Xaçatur Sukiasyan və Qurgen Arsenyan Rusiyaya qarşı radikal tədbirlərin əleyhinə çıxış ediblər.
|
Erməni iş adamı Qurgen Arsenyan etirazını onunla əsaslandırıb ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiya bazarı ilə bağlıdır və hətta Yuxarı Lars keçidinin müvəqqəti bağlanması Ermənistan iqtisadiyyatını iflic vəziyyətinə sala bilər.
|
N.Paşinyanın digər tərəfdarları isə hesab ediblər ki, Ermənistan artıq bu və ya digər şəkildə Aİ-yə doğru irəliləyir, KTMT ilə münasibətləri dondurur və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib, bu səbəbdən də əlavə tələskənliyə zərurət yoxdur.
|
Mənbə iddia edir ki, səsləndirilən bütün açıqlamalara rəğmən, N.Paşinyan təkidlə vurğulayıb ki, tələsmək lazımdır və İrəvanın payıza qədər vaxtı var.
|
Mümkün təhdidlərə gəlincə, baş nazirin izahatı belə olub ki, artıq Rusiyadan heç bir ümid və ya gözlənti yoxdur, Qərb isə ən azı müəyyən qədər təhlükəsizlik zəmanəti vermək iqtidarındadır.
|
Nəşr yazır ki, yaxın vaxtlarda deputatlar vəziyyəti xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və hökumətdəki digər səlahiyyətli şəxslərlə ayrıca müzakirə edə bilərlər.
|
Cənubi Çin dənizinin mübahisəli hissəsində Çin və Filippin sahil mühafizəçiləri arasında qarşıdurma baş verib və nəticədə iki ölkənin gəmiləri toqquşub.
|
Manilada bildirib ki, iki Filippin gəmisi dəniz qüvvələrində xidmət edən hərbçiləri daşıyan iki mülki gəmini atollardan birinə müşayiət edib, Çin gəmiləri isə onların yollarını kəsməyə çalışıb.
|
“Əməliyyat zamanı Filippin Sahil Mühafizəsinin gəmiləri marşrutu bağlamağa cəhd edərək, Çin Sahil Mühafizəsi və Çin dəniz milislərinin təhlükəli manevrləri ilə qarşılaşmalı oldu.
|
Onların ehtiyatsız və qanunsuz hərəkətləri toqquşmaya səbəb oldu”, - deyə Filippin Sahil Mühafizəsinin nümayəndəsi Cey Tarriela bildirib.
|
Qeyd olunub ki, “Sindangan” gəmisinə cüzi ziyan dəyib.
|
Tarriela hadisənin harada baş verdiyini açıqlamayıb.
|
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
|
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
|
Bildirilib ki, nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək.
|
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən Zaqatala və Balakən rayonlarının ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
|
Bu barədə Daxili İşlər Nazirliyinin BDYPİ məlumat yayıb.
|
Bildirilib ki, keçirilən tədbirlər zamanı alkoqolun təsiri altında sərxoş vəziyyətdə, eləcə də narkotik maddələrin, gücləndirilmiş psixotrop maddələrin təsiri altında olan, səs və sayrışan işıq siqnallarından istifadə edən, avtomobildə konstruksiya dəyişikliyi edən, müvafiq sənədləri olmayan, sürücülər baş idarənin əməkdaşları tərəfindən aşkarlanıblar.
|
Həmin sürücülər barəsində qanuna müvafiq tədbirlər görülüb.
|
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər, özləri ilə yanaşı digər sürücülərin həyat və sağlamlıqlarını da təhlükə altına atmasınlar.
|
“Kinomuzun problemləri çoxdur, həll etməliyik”.
|
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor Əli İsa Cabbarov AKİ və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransında deyib.
|
O qeyd edib ki, bu gün gerçək iş birliyi ortaya qoyulub:""“Birlik reallıqdır.
|
Rəhbəri ildırım sürəti ilə seçməliyik.
|
Bir olmalıyıq ki, uğurlu işlərə yol alaq.
|
Hər birimiz birliyə qucaq açırıq.
|
Bir hədəfimiz var - kinomuzun birliyi və qələbəsidir.
|
Xain əllər sındırılmalı, xain gözlər çıxarılmalıdır.
|
AzTV 1960-cı illərdə Xəzər dənizində balıq ovunun görüntülərini yayımlayıb.
|
Televiziyanın “Qızıl fond”unda saxlanan həmin görüntülərdə Xəzər dənizindən qiymətli balıq növlərinin tutulduğu qeyd olunub.
|
Həmin görüntüləri təqdim edirik:
|
“Neftçi” ötən gün klub bazasına gələrək etiraz edən azarkeşlərin həbs olunması ilə bağlı açıqlama yayıb.
|
Oxu.Az xəbər verir ki, açıqlamada klub tərəfindən tərəfdarla bağlı heç bir şikayət edilmədiyi bildirilib:""“Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi” PFK-nın İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub.
|
Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” heç bir şikayət bildirməyib.
|
Hüquq-mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən, həmin şəxsləri məsuliyyətə cəlb edib”.
|
AzTV illər əvvəl Azərbaycanda üzümçülük təsərrüfatının görüntülərini yayımlayıb.
|
Televiziyanın “Qızıl fond”unda saxlanan həmin görüntülərdə üzümün yığılması prosesi əks olunub.
|
Həmin görüntüləri təqdim edirik:
|
AzTV 1960-cı illərdə keçirilən futbol matçının görüntülərini yayımlayıb.
|
Televiziyanın “Qızıl fond”unda saxlanan həmin görüntülərdə azarkeşlərin maraq üzündən hasarları aşmaları, tramvaylardakı sıxlıq əks olunub.
|
Həmin görüntüləri təqdim edirik:
|
Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
|
APA-nın xəbərinə görə, layihə müzakirəyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
|
Qeyd edək ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır.
|
“Çelsi” rəhbərliyi komandanın hazırkı baş məşqçisi Maurisio Poçettino istefaya göndəriləcəyi təqdirdə anlaşma imzalayacağı namizədləri müəyyənləşdirib.
|
Klub bu halda “Sportinq”ə başçılıq edən Ruben Amorimi və ya “Brayton”da çalışan Roberto De Zerbini transfer etməyə çalışacaq.
|
Məlumata görə, London klubunun rəhbərliyi argentinalı mütəxəssisin “Çelsi”dəki gələcəyi ilə bağlı cari mövsüm başa çatdıqdan sonra qərar verəcək.
|
Xatırladaq ki, Poçettino ötən ilin yayında “Çelsi”nin baş məşqçisi vəzifəsinə keçib.
|
İngiltərə çempionatının 26 turundan sonra “mavilər” 36 xal toplayıb və hazırda 11-ci yeri tuturlar.
|
Poçettinonun rəhbərliyi altında “Çelsi” Liqa Kubokunun finalına yüksəlsə də, “Liverpul”a 0:1 hesabı ilə uduzub.
|
“Səsvermə şəraiti bərabər deyil”.
|
Oxu.Az xəbər verir ki, bunu kinorejissor Oqtay Mirqasımov Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransında deyib.
|
O.Mirqasımov ittifaqların birləşməsi və yeni sədr seçilməsi ilə bağlı səsvermənin əleyhinə olduğunu qeyd edib:""“Birləşmə dağıdıcı proses ola bilər.
|
Yuxarı orqanlara müraciət etmişik.
|
Bundan sonra kinorejissor konfrans zalını tərk edib.
|
Xətai Rayon İcra Hakimiyyəti Gəncə prospekti, 105 ünvanında sakinlərin istirahət yerinin dağıdılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
|
İH-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə tikinti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bütün normalara uyğun sənəd var:"""“Layihə üzrə həmin ərazidə bina tikiləcək və müasir tipli gözəl park salınacaq.
|
Həmin park da ərazidə yaşayan hər bir sakinin xidmətində olacaq”.
|
“Sultan Y” MMC-dən isə Oxu.Az saytına bildirilib ki, tikinti aparılan ərazilərə bütün lazımi sənədlər mövcuddur:"""“Ərazi şirkətə məxsusdur.
|
Aidiyyəti qurumlar tərəfindən 2018-ci ildən orada çoxmərtəbəli binanın tikintisinə icazə verilib.
|
Ərazidə ikibloklu bina inşa ediləcək və park salınacaq”.
|
“Birləşmə təklifini ilk dəfə mən irəli sürmüşdüm”.
|
Oxu.Az xəbər verir ki, bunu Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransında deyib.
|
O, irəli sürdüyü təklifin gerçəkləşdirdiyini qeyd edib:""“Şükürlər olsun ki, ittifaqlar birləşirlər.
|
Təklifimi gerçəkləşdirdikləri üçün təşəkkürümü bildirirəm.
|
Birləşəndən sonra kinonun inkişafına köklənməliyik”.
|
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərdə səfəri davam edir.
|
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib:""Bildirilib ki, səfər çərçivəsində cənab A.Qurbanov Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd əl Attiyah ilə görüşüb.
|
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
|
16:02"Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (DIMDEX 2024) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.
|
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
|
Səfər çərçivəsində A.Qurbanov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.
|
Görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.
|
“Azərbaycanfilm”i xilas etməliyik”.
|
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor Əli İsa Cabbarov AKİ və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransında deyib.
|
O, “Azərbaycanfilm”i itirmək təhlükəsinin olduğunu qeyd edib:""“Biz gecikirik.
|
“Azərbaycanfilm”i itirmək təhlükəsindəyik.
|
2 ildir ki, istehsalat yox səviyyəsindədir.
|
Bugünkü iclasın gündəliyi təşkilat komitəsi tərəfindən müzakirə olunub”.
|
AKİ-nin katibi bu gün qələbə günü olduğunu bildirib:“Kino Agentliyinin köməyə ehtiyacı var.
|
İttifaqlar birləşib ona dəstək olmalıdır”.
|
Martın 5-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru general-leytenant Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
|
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
|
Əvvəlcə Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.