Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Ə.Əhmədoğlu barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. |
Xatırladaq ki, “Toplum TV”nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. |
Fərid İsmayılov və Elmir Abbasov isə ev dustaqlığına buraxılıb. |
Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. |
Ötən gün “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilib. |
DİN-nin yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. |
Emy Lia (Emiliya Yaqubova) Avroviziya 2024 üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib. |
Olay.az xəbər verir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emy Lia Avroviziya 2024 seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini - “Change Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb. |
Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun üstələnib. |
Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib. |
Emy Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:""“Mahnıya ilk dinləmədən vurulmuşdum. |
Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu. |
İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır. |
Dinləyicilərin bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm”. |
Qeyd edək ki, ifaçı Avroviziya 2024 Azərbaycan seçimlərinə iki mahnı ilə müraciət edib və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn altı mahnıdan biri olub. |
Stilist Anar Ağakişiyev “Instagram” hesabında “Azparking”dən narazılığını bildirən paylaşımlar edib. |
Oxu.Az xəbər verir ki, o, bir neçə dəqiqə gecikdiyinə görə cərimələnməsindən şikayətlənib. |
“Sizin kimi vicdansız bir qurum görmədim mən. |
Hər gün gəlib parkinq ödənişimi edirəm. |
Düşünməyin ki, ödənişimi etmirəm. |
Bu gün də digər günlər kimi gəlib ödənişimi etdim. |
Üç saat tamam olduqdan sonra heç üzərindən iki dəqiqə keçməmiş cərimə yazırsınız”, - deyə o bildirib. |
Xatırladaq ki, Anar Ağakişiyev daha öncə xarici vətəndaş olduğu üçün iş yerinin yanında maşın saxlamağa ödəniş etdiyini bildirmişdi. |
Onun sözügedən problemi bu ilin yanvar ayında həll olunub. |
Son vaxtlar “Waze” naviqator proqramının sürücülərə yanlış istiqamət təqdim etdiyi barədə məlumatlar yayılır. |
Xezerxeber.az-ın məlumatına görə, bu tətbiqdən istifadə edən sürücülər iddia edirlər ki, son günlər proqram onları aldadır. |
Xüsusən də “giriş qadağandır” nişanını sanki həmin proqram tanımır. |
O proqram vasitəsi ilə hərəkətə üstünlük verən sürücülər bir çox hallarda cərimə edilirlər. |
Qeyd edək ki, “Waze” naviqator proqramı sürücülərə nəqliyyat axınını real vaxt rejmində izləməyə imkan verir, sürət və ən əsası xüsusi texniki vasitələrin yerini bildirməkdə kömək edir. |
Bəs niyə bu proqram sürücülərə yol hərəkətinin təşkilində edilən dəyişikliklər barədə məlumat vermir? |
İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Azər Əlili bildirib ki, proqram təminatını yaxşılaşdırmaq üçün sürücülər yenilikləri oraya əlavə etməlidirlər. |
Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə “Waze”ə tam arxayın olaraq hərəkət etmək doğru deyil. |
Yol hərəkəti qaydaları üzrə ekspertlər isə bildiriblər ki, sürücü belə proqramlardan istifadə edərkən yoldakı nişanlara da diqqət yetirməlidir. |
Son vaxtlar arıqlamaq üçün hipnoterapiyaya üz tutanların sayı artıb. |
Xezerxeber.az-ın məlumatına görə, hipnoterapist Gülnarə İbişova bildirib ki, diyeta saxlamadan və əməliyyatsız hipnozla arıqlamaq mümkündür. |
Onun sözlərinə görə, hipnoz üsulu təkcə arıqlamaq üçün deyil, pis vərdişlərdən uzaqlaşmaq üçün də effektiv metoddur. |
Çönki hipnoz bir peşəkarın yardımı ilə insanın duyğu, düşüncə və qavramalarının yenidən haşiyələnməsi, davranışlarının dəyişdirildiyi prosesdir. |
G.İbişova onu da qeyd edib ki, hipnoterapiya zamanı insanın şüaraltına təsir edilir və o, hansısa bir hərəkəti edib-etməməyə inandırılır. |
Ən əsas məsələ isə şəxsin özünün bunu istəməsidir. |
Diyetoloqlar isə bunu tibbi olaraq mümkünsüz hesab edirlər. |
Psixoloqlar isə bildiriblər ki, hər bir insan üçün inam və psixoloji təsir önəmli rol oynadığından hipnoterapiya da effektiv metod ola bilər. |
Zimbabve hakimiyyəti fevral ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarını ölkədən qovub. |
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin bəyanatında deyilir. |
“Keçən ay Zimbabve hökuməti gözlənilmədən ölkədə inkişaf və idarəetmə vəziyyətinin qiymətləndirilməsini aparan USAİD əməkdaşlarını və podratçılarını saxlayıb və deportasiya edib”, - deyə o qeyd edib. |
Onun sözlərinə görə, missiya əməkdaşları pis rəftar, sorğu-sual və hədə-qorxu ilə üzləşiblər. |
Miller bu cür hərəkətləri əsassız və kobud adlandırıb. |
O qeyd edib ki, əvvəllər Zimbabve hakimiyyətinin ritorikası beynəlxalq əməkdaşlığa başlamaq və demokratik islahatlar aparmaq istəyi ilə bağlı bəyanatlara əsaslanırdı. |
“Yunanıstan xarici işlər nazirinin Ermənistana səfərindən sonra səslənən fikirlər bir daha onu göstərir ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı itirdiyi hərbi potensialını bərpa etmək niyyətindədir. |
Məsələni analiz edəndə görünür ki, İrəvan bölgədə hərbi blok yaratmaq niyyətindədir”. |
O bildirib ki, indiki zamanda Ermənistan, Fransa, Yunanıstan, Hindistan kimi ölkələrin bu layihəni reallaşdırması mümkün deyil. |
Çünki, Yunanıstan NATO-nun üzvü, Hindistan isə Rusiyanın hərbi müttəfiqidir. |
“Əgər yeni yaradılacaq hərbi əməkdaşlıqda Rusiya və Azərbaycan əleyhinə gücün tətbiqi məsələsi düşünülürsə, bu məsələdə heç bir perspektiv olmayacaq. |
İndiyədək Ermənistan Qarabağ məsələsində heç bir uğura imza atmayıb. |
Azərbaycan ərazilərini işğalda saxladığı zaman da həmin torpaqlarda heç bir iş görməyib. |
Lakin Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə indi sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. |
Azərbaycan torpaqlarının işğalı zamanı Qərb dövlətləri prosesə müdaxilə edə bilmədilər və ya etmədilər. |
İndi isə işğaldan azad olunan ərazilər inkişaf etməyə başlayıb. |
Azərbaycanın iqtisadi potensialının artdığını həzm edə bilməyən Qərb müxtəlif yollarla regionda söz sahibi olmağa çalışır, hərbi münaqişə yaradaraq dəhlizə nəzarət imkanı qazanmaq istəyir”. |
Onun sözlərinə görə, böyük ölkələr anlamalıdırlar ki, Qarabağ məsələsi öz həllini tapıb və artıq burada heç bir münaqişə yaradıla bilməz:""“Təəssüf ki, indi Ermənistan müəyyən addımlarla Rusiyaya meydan oxumaq istəyir. |
Amma Rusiya da çox gözəl anlayır ki, Ermənistanın bütün iqtisadiyyatı onların əlindədir və istədiyi zaman onları məhv edə bilər. |
Ona görə də düşünürəm ki, Ermənistanın bu addımı sadəcə diqqət çəkmək üçündür. |
Çünki dünya siyasi xəritəsinə baxanda ölkələrin yerləşdiyi coğrafiyanı aydın görmək mümkündür. |
Ona görə də hesab edirəm ki, bu, sadəcə gülməlidir”. |
Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi sadəcə anlamalıdır ki, onların tək çıxış yolu Azərbaycanın təklifləri ilə razılaşmaqdır:""“Ermənistan sülh müqaviləsinə imza atmalıdır. |
Bununla da regionun inkişafında hər üç ölkə birgə iştirak edib orta dəhliz vasitəsilə iqtisadiyyatlarını inkişaf etdirə biləcəklər. |
Maraq doğuran digər məsələ Fransadır. |
Fransa ABŞ-nin pərdəarxası dəstəyi ilə regionda sülhün olmaması üçün çalışır. |
Çünki, onlar anlayırlar ki, sülh müqaviləsi imzalansa artıq əsrlər boyu bizim xalqlarımız arasında nifaq yarada bilməyəcəklər. |
Fransanın da bu cəhdi uğursuz olacaq” - deyə L.Mamaldze vurğulayıb. |
Bakının Nərimanov rayonu, Qarabağ küçəsində bir müdət əvvəl pilot layihə çərçivəsində ərazidəki evlər sökülüb. |
Vətəndaşlara isə bildirilib ki, bir il altı aydan sonra onlara yeni mənzillər təqdim olunacaq. |
Lakin sonradan sakinlərdən birinin fikrindən daşınması hər şeyi alt-üst edib. |
Nəticədə 50 ailə üç ildir yeni mənzillərinə köçəcəyi günü gözləyir. |
Daha ətraflı “ATV Xəbər”in süjetində: |
Astara şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. |
Bildirilib ki, VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. |
Qəza nəticəsində sürücü, 1998-ci il təvəllüdlü Tural Əlizadə aldığı xəsarətlərdən hadisə yerində ölüb. |
Avtomobildə olan sərnişin, Mehdi Əsgərzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Astara Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. |
Faktla bağlı araşdırma aparılır. |