Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Rusiyada qəribə hadisə baş verib:52 yaşlı kişi özünə pnevmatik silahdan atəş açıb ki, 71 yaşlı anası kompüterlə oynamağı dayandırsın.
|
Məlumata görə, qadın saatlarla kompüter arxasında olub.
|
Oğlu dəfələrlə özü də kompüterdə oynamaq istədiyini desə də, anası onun yalvarışlarına qulaq asmayıb.
|
Sonra bu münasibətdən əsəbiləşən kişi otağına qapanıb.
|
Bir müddət sonra bağlı qapının arxasından bərk səs eşidilib, ancaq sosial şəbəkələrə başı qarışan yaşlı qadın səs-küyə məhəl qoymayıb.
|
Qapının arxasında polisləri görən təqaüdçü təəccüblənib.
|
Onlar kişinin çağırışı ilə gəldiklərini bildiriblər.
|
Kişinin otağına keçdikdə isə onu otağın döşəməsində aşkar ediblər.
|
Məlum olub ki, videooyun həvəskarı özünə pnevmatik silahdan xəsarət yetirib, ancaq hələ də məhəl qoyulmadığına şahid olduqdan sonra polisə zəng edib və anasının kompüterini qəsb etdiyini bildirib.
|
Yaralı xəstəxanaya yerləşdirilib.
|
Model Deniz Onone Paris Moda Həftəsində görünüb.
|
38 yaşlı Deniz Onone görünüşü sayəsində məşhurlaşıb.
|
Onu 90-cı illərin supermodeli Keyt Mossun dublyoru adlandırırlar.
|
Moda həftəsində o, uzun ağ köynəkdə, tünd boz hündür çəkmədə və pencəkdə podiumdan keçib.
|
Ononenin sosial şəbəkələrdə yayılan fotolarından Keyt Mossa bənzəməsi hər kəsi təəccübləndirib.
|
Binəqədidə ikimərtəbəli evdə yanğın olub.
|
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
|
Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan ikimərtəbəli beşotaqlı evin zirzəmisinin yanar konstruksiyaları və istifadəyə yararsız ev əşyaları 20 kvadratmetr sahədə yanıb.
|
Evin qalan hissəsi yanğından mühafizə olunub.
|
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|
“Avropa Təhlükəsizlik İnstitutunun araşdırmasına görə, 2019-cu ildə təbii fəlakətlər nəticəsində 24 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb”.
|
O qeyd edib ki, ekstremal iqlim hadisələrinin təsirlərini yumşaltmaq üçün davamlı tədbirlər görülməsə, bu cür hadisələr gələcəkdə tez-tez və daha dağıdıcı olacaq:""“Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər Saharadan cənub-şərqi Afrika, Cənubi Asiya və Latın Amerikasında 140 milyondan çox insan iqlim dəyişikliyi səbəbindən evlərini tərk edə bilər”.
|
A.Bojiçin sözlərinə görə, bu regionlarda iqlim dəyişikliyi əhali arasında resurslar uğrunda rəqabət, əkin sahələri ilə bağlı problemlər, hava fəlakətləri, ərzaq qiymətlərində əhəmiyyətli dəyişikliklər, dəniz səviyyəsinin qalxması, sahilyanı regionların məhv edilməsi və s.kimi nəticələrə gətirib çıxara bilər:“İçməli su, sığınacaq problemlərindən yaranan yaşayış mühitinin itirilməsi problemi əhalinin kütləvi şəkildə köçməsinə səbəb olur”.
|
COP Büro üzvü bildirib ki, miqrasiya Avropadakı bütün siyasi kampaniyaların əsas mövzusuna çevrilib və miqrantlar məsələsi əsas təhlükəsizlik məsələlərindən biridir.
|
Onun sözlərinə görə, bu insanların əksəriyyəti öz evlərini tərk edə bilərlər:“Çünki iqlim dəyişikliyinin dağıdıcı təsirləri nəticəsində yoxsullaşan, tez-tez baş verən müharibələr səbəbindən müflisləşən ölkələr daha da yoxsullaşacaq, üstəlik həmin ölkələrin bərpası ilə bağlı da ümidlər olmayacaq.
|
Bu səbəbdən də onların bərpası üçün iqlim baxımından şərait artıq mövcud olmayacaq”.
|
Ötən il uşaqları avaralıq və dilənçiliyə cəlb edən 345 valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək məhkəmələrə və yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib.
|
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında qeyd olunub.
|
Bildirilib ki, valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 5 446, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 342 azyaşlı gətirilib.
|
Onlardan 654-ü polisdə profilaktiki qeydiyyata götürülüb.
|
Valideyn himayəsindən kənarda qalmış və sosial təhlükəli vəziyyətlə üzləşmiş 150 azyaşlı körpələr və uşaq evlərinə, sosial sığınacaqlara yerləşdirilib, zəruri yardım, himayə və köməklik göstərilməsi üçün səhiyyə, sosial-müdafiə və digər dövlət qurumlarına 168 məlumat və müraciət ünvanlanıb.
|
Valideynlərdən 38 nəfəri profilaktik nəzarətə götürülüb.
|
Sosial şəbəkələrdə Ermənistanın müdafiə naziri Suren Papikyanın Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borelə ünvanladığı məktubun surəti yayılıb.
|
Mənbələr Ermənistan hakimiyyətinin hər şeyi inkar edəcəklərinə, qaranı ağ adlandıracaqlarına baxmayaraq məktubun etibarlılığına 99% əminlik ifadə ediblər.
|
Məktubda Papikyan Avropa Sülh Fondu vasitəsilə “logistika və hərbi tibb sahəsində” Aİ-dən yardım istəyib.
|
Papikyan müraciətində bu yardımın Ermənistanın təhlükəsizlik arxitekturasının şaxələndirilməsində mühüm rol oynayacağını deyib və bunun onlar üçün regionda mövcud reallıqları nəzərə alaraq həyati zəruri olduğunu bildirib.
|
Məktubdan görünür ki, Ermənistan və Aİ arasında sıx əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - bu, artıq ASF vasitəsilə təhlükəsizlik sahəsində tamhüquqlu əməkdaşlıqdır.
|
Xatırladaq ki, Ermənistan artıq sərhəddə Aİ-nin “müşahidə” missiyasını yerləşdirib.
|
Bütün bunlar isə Ermənistanın baş naziri Nikol Paşinyanın elan etdiyi KTMT ilə münasibətlərin “dondurulması” və ölkədə başlanan rusofob kampaniya fonunda baş verir.
|
ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş əməkdaşı tanışlıq saytı vasitəsilə Ukraynadakı hərbi əməliyyatlarla bağlı məxfi məlumatları sızdırıb.
|
Qarşı tərəf müntəzəm olaraq ondan məxfi məlumatları ötürməsini xahiş edərək, amerikalını “sevimli gizli agent” və “əziz Deyv” adlandırırdı.
|
63 yaşlı Devid Franklin Sleyter qarşı tərəfin ukraynalı qadın olduğunu sanaraq müxtəlif kəşfiyyat məlumatları ötürürdü.
|
İndi isə onu 10 ilə qədər həbs gözləyir.
|
Başqırdıstanda dəhşətli qətl hadisəsi baş verib.
|
Kuyurqazinski rayonunun Erkincon adlı 47 yaşlı sakini içki içdikdən sonra tanımadığı 65 yaşlı kişinin evinə soxulub və balta ilə qocaya üç zərbə endirib.
|
Daha sonra onun ürəyini çıxarıb.
|
Bu barədə bölgənin istintaq komitəsindən məlumat verilib.
|
Məlumata görə, bundan sonra Erkincon mağazadan spirtli içki oğurlamağa cəhd edib, lakin polis tərəfindən saxlanılıb.
|
O, altı günlük xüsusi təcridxanaya salınıb və üçüncü gün təqaüdçünün ritual qətlini etiraf edib.
|
Erkincon bildirib ki, o, xəstə ürəyini sağaltmaq istəyib və bunun üçün “şeytanla sövdələşib”.
|
“Cəhənnəm hökmdarı” yeni köməkçisindən təqaüdçü qocanı öldürməsini “tələb edib” və qocanın da əvvəllər Lyusiferə xidmət etdiyini deyib.
|
Erkinconun gələcək qurbanı ilə tanışlığı olmayıb.
|
Beləliklə də, “şeytanın xidmətçisi” evə girərək təqaüdçünü öldürüb və sonra onun ürəyini kəsib çıxarıb.
|
Ürəyi elə avtobus dayanacağında yeməyə başlayıb.
|
Ürəyin yemədiyi qalan hissəsini isə dayanacaqda avtobus gözləyən yaşlı nənəyə verib və onu basdırmasını xahiş edib.
|
Adamyeyən hər şeyi etiraf edib və iki ay müddətinə həbs edilib.
|
Hadisə ilə bağlı cinayət işi açılıb.
|
Mənbə:“Mash Batash” “Telegram”
|
Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.
|
Oxu.Az xatırladır ki, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
|
Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib.
|
Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
|
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və dörd il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.
|
1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.
|
1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib.
|
Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb.
|
O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
|
M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.
|
Qeyd edək ki, 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.
|
29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
|
22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.
|
Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.
|
Şikayətində onun Cinayət Məcəlləsinin (CM) 147.1-ci maddəsi (böhtan) ilə məsuliyyətə cəlb edilməsini xahiş edib.
|
İddia edib ki, guya reportyor 2022-ci il aprelin 8-də çalışdığı mətbu orqanda “Bakıda nəğməkar-şair obyekt sahibini döyüb” başlığı altında həqiqətə uyğun olmayan məlumat dərc edib.
|
İddiaçı göstərib ki, guya bu xəbər onun işgüzar nüfuzunu ləkələyib.
|
Qeyd edək ki, Cəlal Qurbanov bundan əvvəl də eyni mövzuda məhkəməyə müraciət edib və hakim də 2024-cü ilin yanvarında şikayətin icraata qəbul edilməsindən imtina qərarı çıxarıb.
|
Məhkəmə müəyyən edib ki, şikayət verilmiş əməldə cinayət əlamətləri yoxdur.
|
Maraqlıdır ki, eyni şikayət üzrə əvvəl bəraətverici əsaslarla qərar qəbul edildiyi halda, hakim ikinci şikayət üzrə hazırlıq iclası keçirib, cavabdeh şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edib.
|
Halbuki, bəllidir ki, CPM-in 39.1.6-cı maddəsinə əsasən şəxs barəsində eyni şikayət üzrə məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz.
|
CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir.
|
Buna baxmayaraq, hakim özü tərəfindən qəbul edilmiş birinci qərarı ləğv etmədiyi halda, qanunsuz və əsassız məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edib.
|
Digər tərəfdən, şikayətçinin vəkili olan Dədəkişi Nəriman oğlu Vəlizadə səlahiyyəti olmadan işə buraxılıb.
|
Belə ki, məlum olduğu kimi, vəkilin səlahiyyəti orderlə təsdiq edilir və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş ”Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün verilən sənəddir.
|
Vəkilin təqdim etdiyi 0372009 nömrəli order artıq 1(011)-140/2024 nömrəli iş üzrə istifadə edilib.
|
Bu isə ona işarə edir ki, o, hazırkı iş üzrə səlahiyyətsizdir və səlahiyyəti olmayan vəkil olaraq cinayət prosesinə qoşulub.
|
Buna baxmayaraq, hakim həmin vəkili prosesdən kənarlaşdırmayıb.
|
Əldə edilən məlumata əsasən Dədəkişi Nəriman oğlu Vəlizadə əvvəllər Bakı Şəhəri Xətai Rayon Məhkəməsində çalışıb.
|
Görünür, hakim həmin vəkillə olan əvvəlki iş münasibətlərinə görə ona isti münasibət bəsləyir və onun hər bir qanunsuz hərəkətlərinə göz yumur.
|
Göstərilənlər hakimin məhkəmə baxışının təyin edilməsi haqqında qərardan şikayət verilməsinin mümkünsüzlüyünə güvənərək baxışın təyin edilməsi səlahiyyətindən sui-istifadə etdiyindən xəbər verir.
|
Bu da öz növbəsində hakimin aşkar şəkildə qanun pozmasına, bizə bəlli olmayan hansısa gizli məqsəddən irəli gələrək şikayətçi tərəfə meylli olmasına və nəyin bahasına olursa-olsun məhkəmə baxışının təyin edilməsində maraqlı olmasına işarə edir.
|
Məhkəmə baxışının təyin edilməsi isə O.Hacıyevə psixoloji təzyiq göstərməyə xidmət edir.
|
Həmin hərəkətlər isə reportyorun şübhə altına alınması ilə nəticələnib.
|
Bütün bu addımlar hakimin süni olaraq və hüquqi normalarla manipulyasiya edərək mətbuatı susdurmasına yönəldiyini göstərir.
|
Hakim işə qərəzsiz və ədalətlə baxmalıdır, qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməz.
|
Hakimin qanunsuz hərəkətlərinə qarşı etiraz aidiyyəti qurumlara göndərilib.
|
Ümid edirik ki, Məhkəmə Hüquq Şurası hakim Rəfail Sadıxovun qanunsuz davranışına qarşı ciddi və kəsərli təsir tədbirləri görəcək.
|
“Seçkilərdən sonra dolların qiymətinin artacağı ilə bağlı narahatlıq vardı, elə də oldu”.
|
Bu sözləri tanınmış İran iqtisadçısı Qüdrət İmamverdi mediaya açıqlamasında deyib.
|
“Seçkilər sırf siyasi hadisə deyil, valyuta bazarına da əhəmiyyətli təsir göstərir.
|
Cəmiyyətin gözləntisi bu idi ki, seçkilər şəraitində mühüm valyuta bazarları sabit saxlanacaq, amma hələ seçkilərə bir neçə gün qalmış dolların qiyməti artmağa başladı və bu proses hələ də davam edir”, - o əlavə edib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.