Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Uinslet intim səhnə və ya sadəcə öpüş səhnəsi çəkərkən belə bir şəxsin hər bir halda faydalı olacağını qeyd edib.
|
“Kimsə mənim tərəfimdə olsaydı, yaxşı olardı.
|
Çünki həmişə özümü müdafiə etməli olmuşam”, - o bildirib.
|
Kate izah edib ki, gənc aktrisalar üçün sadə nüansları dilə gətirmək belə çətin ola bilər.
|
Məsələn, aktrisa bu və ya digər kamera bucağı altında, yaxud da otaqda çox sayda insan olduğu halda çəkilmək istəməyə bilər.
|
Qeyd edək ki, karyerası ərzində Keyt Uinslet onlarla intim səhnələrdə - məsələn, “Titanik”, “Oxucu” kimi filmlərdə rol alıb.
|
“Azərbaycan Qəzza zolağında vəziyyətin gərgin olaraq davam etməsindən ciddi narahatdır”.
|
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının martın 5-də Ciddədə keçirilən növbədənkənar iclasında deyib.
|
C.Bayramov çıxışında İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların didərgin düşməsinin, habelə əhalinin aclıqla üzləşməsinin ciddi narahatlıq doğurduğunu qeyd edib.
|
Ölkəmiz adından qurbanların ailələrinə və yaxınlarına başsağlığını çatdıran nazir Azərbaycanın hərbi əməliyyatların təcili şəkildə dayandırılması ilə bağlı çağırışlara qoşulduğunu, habelə günahsız insanların itkisinə son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
|
Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəklədiyi, habelə bu illər ərzində münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində davamlı səylər göstərdiyi diqqətə çatdırılıb.
|
Milli səviyyədə qardaş Fələstin xalqına göstərilən humanitar yardımdan bəhs edən nazir, Azərbaycanın yerdə insanlara yardım üçün sonuncu dəfə BMT-nin müvafiq agentliyinə iki milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verdiyini bildirib.
|
C.Bayramov Azərbaycanın İslam dünyasının məsuliyyətli və aktiv bir üzvü kimi bundan sonra da müqəddəs İslam dininin qardaşlıq ruhu və dəyərlərinə uyğun olaraq, Fələstin məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli və dayanıqlı həllini tapmasına göstərdiyi dəstəyi davam etdirəcəyini diqqətə çatdırıb.
|
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib, həmçinin ikitərəfli münasibətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.
|
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
|
“Martın 5-də Rusiya tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
|
Söhbət zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər və regiondakı vəziyyət müzakirə edilib”, - deyə məlumatda bildirilir.
|
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
|
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.
|
Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin bazasında daxili imkanlar hesabına Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin yaradılması haqqında qərar verilib.
|
Səudiyyə Ərəbistanı Liqasında çempionluq uğrunda mübarizə aparan “Ən-Nəsr”də Anderson Taliska zədələnib.
|
Ulduz futbolçu azı iki ay yaşıl meydanlardan uzaq qalacaq.
|
Braziliyalı futbolçunun mövsümü başa vurduğu bildirilib.
|
“Bu gün mən bud əzələsi zədəsini sağaltmaq üçün müalicəyə başlayıram.
|
Azarkeşlərin və klubun dəstəyinə görə çox minnətdaram.
|
Zədə idmanın bir hissəsidir, amma mənim qətiyyətim daha böyükdür.
|
Reabilitasiya başlayır və mən “Ən-Nəsr”in növbəti mövsümdəki uğuruna daha çox töhfə vermək istəyirəm.
|
Hamınızın bu yolda məni ruhlandıracağınıza ümid edirəm!”, - futbolçu bildirib.
|
Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir.
|
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
|
Məlumata görə, Türkiyə-Pakistan Birgə Komando və Xüsusi Təyinatlılar Təlimi (CİNNAH-2024) 3-16 mart 2024-cü il tarixlərini əhatə edəcək.
|
Təlimlər İspartanın Eğirdir rayonundakı Dağ, Komando Məktəbi və Təlim Mərkəzi, həmçinin Ankaranın Gölbaşı rayonundakı Baş Qərargah Xüsusi Təyinatlı Komandanlığında paralel həyata keçiriləcək.
|
Məqsəd iki ölkə arasında komando-xüsusi təyinatlı əməliyyatı növləri ilə bağlı bilik və təcrübə mübadiləsidir.
|
Qeyd edək ki, bu il təlimlərə Türkiyə, növbəti il isə Pakistan ev sahibliyi edəcək.
|
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
|
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
|
Bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
|
İran naziri ölkəmizdə keçirilmiş Prezident seçkisinin uğurla nəticələnməsi və Prezident İlham Əliyevin yenidən bu ali vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.
|
Bu seçkinin xüsusilə Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.
|
Nazirlər həmçinin Azərbaycanın Səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra, səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar.
|
Tərəflər yüksək səviyyəli təmasların genişləndirilməsi, Azərbaycanla İran arasında Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının işinin önəminin, bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər.
|
Nazir Ceyhun Bayramov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını qeyd edib.
|
Nazir mövcud regional vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri barədə qarşı tərəfə məlumat verib.
|
Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səylərinin sülh prosesinə təhdid olduğu görüş zamanı vurğulanıb.
|
Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
|
Verilişin budəfəki sayında plastik və dəmir yığıb satmaqla ailəsini dolandırmağa çalışan 37 yaşlı İlqar öz həyat hekayəsini danışıb.
|
Epilepsiya xəstəsi olan İlqar iki azyaşlı qızı ilə birlikdə zibil qutularından plastik və dəmir toplayıb satmaqla günlük xərclərini qarşılayır.
|
Bu işlə moped vasitəsilə məşğul olan ata uşaqlarla yola çıxmağın təhlükəli olduğunu bilsə də, artıq bu vəziyyətə öyrəşdiyini deyir:""“Bir dəfə işə tək getmək istədim.
|
Dedi ki, biz də səninlə gedəcəyik”.
|
Beşinci sinifdə təhsil alan 14 yaşlı Angelina atası xəstə olduğu üçün onu tək buraxmaq istəmədiklərini, dərslərini axşam evə qayıdanda oxuduğunu söyləyib.
|
Zabrat qəsəbəsində şəraitsiz vəziyyətdə yaşayan ailənin köməyə ehtiyacı var.
|
Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsini ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də böyük coşqu ilə qeyd edirlər.
|
Şimal bölgəsində yaşayan ləzgilər isə bu bayramın adətlərini daha da rəngarəng edirlər.
|
Baku TV Qusarın Hil kəndində olub və burada yaşayan ləzgilərin Novruz adət-ənənələri ilə tanış olub.
|
Hil kənd sakini Xuzəmməd Xasayev bildirib ki, bu bayramda qonşular bir araya gəlir, çərşənbəni birlikdə qeyd edirlər:""“Belə daha maraqlı olur, çərşənbəni yaxşı qarşılayırıq ki, il də yaxşı keçsin.
|
Od çərşənbəsində od qalayıb, ətrafına toplaşırıq, bayatılar deyirik.
|
Ləzgi mahnıları oxuyub, rəqs edirik”.
|
Ətraflı süjetdə:""21:36"Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
|
Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi xalq arasında “Üskü”, “Adlı” çərşənbə də adlanır.
|
Qədim tarixə malik olan milli bayramımız cənub bölgəsində özünəməxsus ənənə ilə qeyd olunur.
|
Lənkəran sakini Saleh İsrafilov deyib ki, bayram axşamı süfrədə mütləq balıq olmalıdır:“Lənkəran bölgəsində balıq süfrəmizdən əskik olmur.
|
Yazın gəlişində qışda yediyimiz təamlarla vidalaşmaq üçün son dəfə olaraq döşəmə plov hazırlayırıq”.
|
Adət-ənənəyə görə, od çərşənbəsində tonqal qalayıb, alovun üzərindən tullanmaqla bütün azar-bezarları yandırırlar.
|
Odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.
|
Belə bir inam var ki, od çərşənbəsindən sonra təbiət isinər, insanlara xoşbəxtlik gətirər.
|
İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalıda da qeyd olunub.
|
AZƏRTAC xəbər verir ki, Xocalının bərpa və tikintisində çalışan işçilər çərşənbə tonqalı qalayıblar.
|
Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib.
|
Xocalı sakini Elşən Vəliyev oxuduğu “Qarabağ” mahnısı ilə hər kəsə bayram sevinci ilə yanaşı fərəh dolu duyğular bəxş edib.
|
Qeyd edək ki, Od çərşənbəsi odla, istiliklə bağlı olub insanların oda inamlarını ifadə edib.
|
Odun, işığın ən böyük və tükənməz mənbəyi Günəşdir.
|
Günəş göyü, yeri isindirib həyat enerjisi ilə kainata dirilik bəxş edir.
|
İnanclara görə tonqalda həm də köhnə illərin ağrı-acıları və uğursuzluqları da yanaraq külə çevrilir.
|
Bu gün Xocalıda qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.
|
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni nazirdən etiraf:Göyçə əldən getsə, Ermənistan olmayacaq” adlı veriliş efirə gedib.
|
Oxu.Az xəbər verir ki, verilişdə ilahiyyatçı Aşot Hunayanın “Öncəgörmə və bəsirət” kitabında daşnak erməni silahlı dəstələrinin 1918-20-ci ildə Göyçədə törətdikləri faciələri etiraf etməsindən, 1918-ci ildə Vardenisin qəhrəmancasına özünümüdafiəsi zamanı üç atlının möcüzəsindən, eləcə də erməni tarixçisi Anahit Lalayanın 1936-cı ildə “Revolyusionnıy Vostok” jurnalında daşnak zabiti Vahramın Basarkeçərdə törətdiyi vəhşiliklərdən bəhs olunur.
|
Bildirilib ki, müəllif Göyçə mahalının yerli əhalisinin türklər olduğunu, bu ərazini daşnakların Qərbi Azərbaycanda qurulan Ararat dövlətinə tabe etdirmək üçün törədilən amansız soyqırımı əməllərini açıq etiraf edir:“Göyçə mahalı Ararat Respublikasının elan olunmuş ərazisinə daxil deyildi.
|
Amma erməni silahlı dəstələri 1918-ci ilin martından başlayaraq bütün Güney Qafqazda qətliamlar törədərək, öz gələcək dövlətləri üçün ərazi boşaldırdılar.
|
Zəngəzur, Dərələyəz, Vedi, Zəngibasar mahalları kimi, Göyçəni də azərbaycan türklərindən təmizləmək məqsədində sadə gerçək dururdu”.
|
Vurğulanıb ki, daşnaklar Göyçənin Basarkeçər nahiyəsinə hücuma keçərək azərbaycanlılar yaşıyan Böyük Məzrə, Qızılvənq, Şahab, Subatan, Zağalı kəndlərinin əhalisini qətlə yetirdilər:“1919-cu il fevralın 28-də Zod və ətraf kəndlərin əhalisindən zorla vergi almaq istəyən Siliko və Xaçaturovun daşnak dəstəsi müqavimətlə rastlaşdı və qəzəblənən göyçəlilər tərəfindən öldürüldülər.
|
Daşnakların niyyəti Zod aşırımını ələ keçirməklə həm burdakı qızıl yatağını tutmaq, həm də Qarabağda yaşayan ermənilərlə birləşmək idi.1918-1920-ci illərdə Göyçənin işğalına qarşı Məşədi İsa, Səməd ağa Kəsəmənlinin, Cığal Həsənin, Topal Orucun, Məşədi Hümbətin dəstələri də igidliklə vuruşdular.
|
Sovet hakimiyyəti qurulandan sonra daşnaklar bolşevik libası geyinib, öz cinayətlərini davam etdilər”.
|
Sonda vurğulanıb ki, 1918-20-ci illərdə niyyətlərinə çatmayan ermənilər qırmızı sovet libası geyinib, Göyçədə, bütün Qərbi Azərbaycanda yaşayan yerli azərbaycanlıları oradan çıxarmaq üçün sayılıb-seçilən şəxslərə qarşı açıq-gizli aradan götürüb, didərgin salmaqla o əhalini başsız qoydular ki, fürsət düşən kimi yenə bu əraziləri təmizləsinlər.
|
Bu fürsəti onlara 1988-ci ildə yenə də xarici havadarları yaratdı, Qərbi Azərbaycanı türklərdən təmizlədilər.
|
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
|
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
|
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
|
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
|
Təxminən doqquz milyon əhalisi olan Vyetnamın paytaxtı Hanoy dünyanın ən pis hava çirkliliyinə malik şəhərlərinin antireytinqində birinci yerdə qərarlaşıb.
|
Beynəlxalq havanın keyfiyyətinin qiymətləndirilməsi xidməti “IQAir”in monitorinq məlumatlarına əsasən, martın 5-də Vyetnam paytaxtının havasında PM2.5 mikrotozunun konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlükəsizlik səviyyəsindən 24 dəfə çox olub.
|
ÜST-ə görə, PM2.5 hissəcikləri xərçəng, insult və digər xəstəliklərlə əlaqələndirilir.
|
Qeyd edək ki, son illərdə Hanoy genişmiqyaslı tikinti və avtomobil emissiyalarına görə tez-tez dünyanın ən çirkli şəhəri kimi siyahıya alınır.
|
Kömürlə işləyən elektrik stansiyalarının emissiyaları və kənd təsərrüfatı tullantılarının yandırılması problemi dərinləşdirir.
|
Dünya Bankının son hesabatına görə, Hanoy sakinlərinin 40%-i ÜST-nin tövsiyələrindən təxminən beş dəfə yüksək konsentrasiyalara məruz qalır.
|
Sahibsiz itlər Xırdalan sakinlərinin rahatlığına haram qatıb.
|
Bu barədə Oxu.Az-a Xırdalan sakinləri məlumat veriblər.
|
Sürü ilə gəzən bu itlər Mehdi Hüseynzadə küçəsində hazırda var-gəl etməkdədirlər.
|
Dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir aidiyyəti qurum tədbir görmür.
|
“Həm özümüzün, həm də övladlarımızın həyatı təhlükə altındadır”, - deyə sakinlər bildiriblər.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.