Search is not available for this dataset
text
stringlengths
10
518k
Nazirlər Kabinetinin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aidiyyəti qurumların iştirakı ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının yenilənməsinə və əsaslı təmirinə dair Dövlət Proqramı” hazırlanıb və bu Dövlət Proqramının təsdiqlənməsi yekun mərhələdədir.
Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı vəziyyətdə olan yaşayış bina və yataqxana sakinlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün 2023-2025-ci illər ərzində dövlət büdcəsindən ümumilikdə 150,0 mln.
manat vəsait tələb olunduğuna dair müraciət olunub və Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə həmin şəhərlərdə qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar 2023-cü ildə görüləcək işlərin maliyyələşdirilməsi üçün Komitəyə 50 milyon manat vəsait ayrılıb.
Eyni zamanda, qeyd edilən tədbirlərin həyata keçirilməsi üçün maliyyə təminatının yaradılması məqsədilə 2024-cü il dövlət büdcəsində 50 milyon manat vəsait proqnozlaşdırılıb və 2025-ci ilin proqnoz göstəricilərində qalan vəsaitin nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görülür.
“Bakı Payızı” müsabiqəsinin bəzi iştirakçıları məşhur “Golden Arts Entertainment” musiqi şirkəti ilə müqavilə imzalayıblar.
Hazırda bu musiqiçilər öz yaradıcılıq potensiallarını üzə çıxarmaq və dünya səhnəsində çıxış etmək imkanı əldə etmək üçün fəal çalışırlar.
Gənc istedadlar ingilis, fransız, italyan, ispan və rus dillərində dünyanın ən məşhur kompozisiyalarını ifa etməklə bu musiqi parçalarına kliplər çəkdirirlər.
Xoreoqraf Ellada Süleymanova iştirakçılardan razı qaldığını, onların böyük ümidlər vəd etdiyini bildirib:""“Uşaqların hamısı əladır.
Onlarla işləməkdən çox razıyam.
Mən əminəm ki, bu, yeni format olacaq.
Biz onların təkcə vokal deyil, həm də xoreoqrafik qabiliyyətlərini göstərəcəyik.
Məktəblərin pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb.
APA xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, təhsilalanların müəyyən qisim dərsliklərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırda dərsliyin çap etdirilməsi, həmçinin dərsliklərin rəqəmsal nüsxələrinin yaradılması və onlayn platformalarda yerləşdirilməsi təhsilin inkişafında əvəzedilməz rola malikdir.
Bununla yanaşı, şagirdlərin dərsliklərlə bərabər təhsil proqramı ilə sıx bağlı olan nəşrlərlə ödənişsiz əsaslarla təmin edilməsi istiqamətində işlərin görülməsi çox yaxşı olardı:""“Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması və təminatı məqsədilə hər il dövlət büdcəsində vəsaitlər nəzərdə tutulur.
Belə ki, təhsil müəssisələrinin təkcə 2023/2024-cü tədris ilində 300-dən çox adda təqribən 8 milyon nüsxə, 2024/2025-ci tədris ilində isə 300-dən çox adda təqribən yeddi milyon 800 min nüsxə pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 2023-2024-cü illərdə hər il üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb.
Azad olunmuş ərazilərdə yalnız əvvəlki yaşayış sahəsində yaşamaq niyyətində olan, bir neçə kəndin birləşməsinə razı olmayan məcburi köçkünlərlə mütəmadi görüşlər təşkil olunur, onların fikirləri keçirilən qəbullar zamanı dinlənilir.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, bu görüşlərdə azad edilmiş ərazilərdə dövlət tərəfindən bərabər inkişafın təmin edilməsi, ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmaqla bütün işlərin vahid proqram əsasında aparıldığı onların diqqətinə çatdırılır.
Eyni zamanda o da nəzərə çatdırılıb ki, Cəbrayıl rayonunun Fuğanlı kəndinin Şükürbəyli inzibati ərazi vahidinə birləşdirilməsi Fuğanlı kənd sakinləri tərəfindən məqsədəuyğun hesab olunub.
Od çərşənbəsində tonqaldan tullanan yeniyetmələr toqquşaraq alova yıxılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, məhlələrin birində çərşənbə münasibəti ilə qalanan tonqalda iki yeniyetmə toqquşaraq xəsarət alıb.
Həmin görüntüləri təqdim edirik:
Jurnalist peşəsi hər zaman dürüst və qərəzsiz olmağı, ən əsası mətbuatımızda xüsusən məşhur ifadə olan “əlahəzrət fakt”a söykənməyi qarşımıza tələb kimi qoyur.
Naşı, mətbuatdan xəbərsiz insanların bu sahədə hansısa səhvə yol verməsi, faktları, doğru və yanlışı ayırd edə bilməməsinə təəccüblə yanaşılmamalıdır.
Özünə “peşəkar” deyənlərin isə iddia və təxəyyülə, fərziyyələrə əsaslanan fikirləri cəmiyyətə sırımasına göz yummaq, bu kimi savadsız, ikrah hissi oyadan və həqiqətlə heç bir vəchlə üst-üstə düşməyən uydurmaların reytinq qazanmasına icazə vermək də olmaz.
Çünki bu kimi halların geniş vüsət alması sadə insanların sözün aliliyinə olan inamını sarsa bilər.
Odur ki, sözü çox uzatmadan özünü “peşəkar” və “jurnalist” adlandıran Sevinc Osmanqızı nümunəsinə nəzər salaq.
Xanım “jurnalist” okeanın o tayında əyləşib, ölkədə baş verənlərdən, Azərbaycanın xarici və daxili siyasətindən ağız dolusu “danışmağı” ilə məşhurdur.
Təbii ki, danışmaq dedikdə hansı fikirlərin Sevinc Osmanqızının şəxsi, hansının qərəz, iddia, böhtan və ən əsası sifariş olmasını ayırd etmək mümkün olmadığı üçün həmin ifadə məhz “danışmaq” şəklində yazılmalıdır.
Sevinc Osmanqızının dilindən çıxan son iddia isə olduqca gülünc və “peşəkar jurnalist”ə yaraşmayan tərzdədir.
Belə ki, S.Osmanqızı dövlət başçısı İlham Əliyevin “Euronews” telekanalına müsahibəsindən görünür yaman narahat olub.
İş o həddə çatıb ki, “qələm ustadı” hətta müsahibənin müsahibə olmadığını söyləyib.
Bəli, məhz bu tərzdə - “müsahibə, müsahibə deyil”...""Sual yaranır, bəs nədir?
Hansı faktlar sizə bu müsahibənin feyk olduğunu söyləmək əsası verir?
Axı siz əlində fərqlənmə diplomu olan “jurnalist”siniz Sevinc Osmanqızı...
Bu suallara cavab tapmadan söyləyəcəyiniz hər ifadənin, pafoslu fikirlərin həqiqət olacağına inamınız bu qədərmi güclüdür ki, mütləq şəkildə “əlahəzrət fakt”a deyil, “əlahəzrət təxəyyül”ünüzə arxalanırsınız?
Qeyd edək ki, dövlət başçısının sözügedən telekanala müsahibəsinin kiçik bir hissəsi artıq yayımlanıb.
Qarşıdakı günlərdə isə müsahibənin daha dolğun versiyası ilə mətbuatda tanış olmaq mümkün olacaq.
Üstəlik, nəinki yerli və rəsmi mətbuatımızda, həm də Sevinc Osmanqızının dörd gözlə axtardığı, yeniləməkdən yorğun düşdüyü “Euronews”da...""Artıq yəqin ki, həmin andan etibarən Sevinc Osmanqızının iddialarının çürük olduğuna heç bir şübhə yeri qalmayacaq.
Həyatda iddialı olmaq müsbət məqam ola bilər, ancaq bu iddianın arxasında sağlam düşüncə dayanmırsa, nə fayda...""Axı Sevinc Osmanqızı, müsahibə yayımlandığı andaca pafosla ağız dolusu danışdığınız, kinayə ilə təlqin etməyə çalışdığınız “ali həqiqət” yerlə bir olacaq.
Məgər bir anın içində alt-üst olacaq, saman alovu kimi tez sönəcək, sizin sözünüzün, düşüncənizin “dəyər”ini qara qəpikdən aşağı edəcək bir iddiaya düşmək ağıl işidirmi?
“Müsahibə bir neçə saniyədir” kimi cılız bir arqumentin arxasında hara qədər gizlənmək olar?
Bu saniyələrin tam həcmi ilə üzləşdikdə həmin o kinayəli gülüşü təkrarlamağınız mümkün olacaqmı?
Elə isə növbəti sual məhz “jurnalist”in məqsədində gizlidir.
Məqsəd həqiqət arxasınca qaçmaq, yoxsa öz uydurma “həqiqət”ini ayaq tutub, ancaq yeriməyəcəyi ana kimi davam etdirməkdir...Hansısa zaman kəsiyində bir anda darmadağın olacaq böhtanların arxasınca qaçmaqmıdır jurnalistika?
Yoxsa, artıq “ustad qələm”iniz elə bir məqama çatıb ki, sorğu-sualsız “əlahəzrət fakt”a çevrilməkdədir sözləriniz?
Bəlkə, sözün aliliyinin onun həqiqətə söykənməsində olduğunu unutmusunuz.
Yoxsa insanların sizin ağzınızdan çıxan sözləri Quran ayəsi qəbul etdiyini və sorğulamadığına inanırsınız?
Bütün bu faktlar işığında Sevinc Osmanqızı jurnalistikasını anlamaq və qəbul etmək üçün yəqin ki, əsl jurnalistikanın bütün prinsip və normalarını unutmaq, xəyanət etmək və hər bir qaydanın tam əksini tətbiq etmək gərəklidir.
Bu jurnalistika elə bir prinsiplərə sahibdir ki, burada “müsahibə müsahibə deyil” ifadəsinə belə yer var.
Üstəlik heç bir açıqlama, arqument və fakt olmadan.
Növbəti gün bu iddianın yerlə bir olacağını düşünmədən, utanmadan...""Sevinc Osmanqızı jurnalistika savadını şübhə altında qoyan bu addımları şüursuz şəkildə atmır.
Şüurlu və sifarişli şəkildə özünəməxsus “jurnalistika” ilə məşğuldur.
Hər şeyin öz doğru mövqeyinin tam əksində olduğu bu sahənin adı elmə məlum deyil.
Bunun tam əksi, norma və prinsiplərə, qərəzsizliyə söykənən forması isə məhz jurnalistikadır.
“TOMRİS adlı beynəlxalq sərgi Türk dünyasının, birliyimizin, dostluğumuzun simvoludur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayev deyib.
O, sərginin vacibliyini vurğulayaraq “Tomris”in Türk dünyası üçün özəl bir xarakter olduğunu diqqətə çatdırıb.
Britaniya parlamentində Azərbaycanın üzləşdiyi mina təhlükəsi barədə məlumatlılığın artırılması məqsədilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Britaniya parlamentində fəaliyyət göstərən Partlayıcı qurğulardan qaynaqlanan təhlükələr qrupu və mina qurbanlarına uzun müddətli dəstək məsələlərini təşviq edən REVIVE adlı qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi tədbir “Azərbaycanda mina fəaliyyəti və mina qurbanlarına yardım” mövzusuna həsr olunub.
Tədbirdə Britaniya parlamentinin, Britaniya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, britaniyalı akademik və ekspertlər, minalardan təmizləmə məsələləri ilə məşğul olan təşkilatların üzvləri və media təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov 30 illik işğal və hətta ondan sonrakı zamanda Ermənistanın Azərbaycan ərazilərində minlərlə mina basdırması və bunun ağır humanitar nəticələrindən bəhs edib.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin regionda sülhün əldə edilməsi üçün vacib amillərdən biri olduğunu deyən səfir Süleymanov bu istiqamətdə göstərdiyi maliyyə və ekspert dəstəyinə görə Britaniya hökumətinə təşəkkür edib.
Minaların təkcə insan həyatı üçün deyil, ətraf-mühit üçün də zərərli olduğunu bildirən səfir təhlükənin bu aspektinə diqqət çəkmək üçün Azərbaycan tərəfindən atılacaq addımlar, o cümlədən bu il Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində mövzu üzrə keçirilməsi planlaşdırılan yan tədbir barədə məlumat verib.
Ötən ilin iyun ayında ANAMA-nın müxtəlif beynəlxalq tərəfdaşlar, o cümlədən “Mine Advisory Group” ilə tərəfdaşlıq nəticəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması üçün təlimlərin keçirilməsinə istinad edən səfir bu məqamı ölkə gündəmi üçün bütün vacib məsələlərdə qadınların roluna verilən əhəmiyyət kimi xüsusi vurğulayıb.
Parlamentdə fəaliyyət göstərən Partlayıcı qurğulardan qaynaqlanan təhlükələr qrupunun sədri, İcmalar Palatasının deputatı Matthew Offord qeyd edib ki, həddindən artıq ağır və çətin təhlükə olmasına baxmayaraq minalar məsələsinə beynəlxalq diqqətin lazımı səviyyədə olmaması təəssüf doğurur.
O, sədrlik etdiyi qrupun Azərbaycandakı mina təhlükəsi ilə bağlı gördüyü işlərdən qürur duyduğunu söyləyib, əməkdaşlıq üçün Azərbaycan tərəfinə minnətdarlıq edib, görülən işin Azərbaycan üçün faydaları ilə yanaşı, qazanılmış təcrübənin mina təhlükəsi ilə üzləşən digər coğrafiyalarda da tətbiqi baxımından vacib olduğunu bildirib.
M.Offord qrupun Azərbaycana bu xüsusda dəstəyini siyasi yanaşma kimi deyil, məhz humanitar əsaslı və əhalinin gələcək rifahına yönəlmiş fəaliyyət kimi vurğulayıb.
Daha sonra ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov “Mina çirklənməsi və onun dayanıqlı inkişafa təsirləri” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda Azərbaycanın üzləşdiyi mina çirklənməsinin miqyası, Ermənistan tərəfindən təkcə hərbi deyil, mülki obyektlərin, hətta qəbiristanlıq və su quyularının belə minalanması, mina insidentlərinin qurbanları və partlayışların baş verdiyi ərazilər üzrə statistika barədə məlumat verilib.
S.Poladov, həmçinin ANAMA-nın ərazilərin minalardan təmizlənməsi istiqamətində gördüyü işlər və istifadə edilən texnikadan danışıb.
ANAMA-nın mina riskləri üzrə əhali arasında maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlərə də diqqət çəkən S.Poladov mina təmizləmə fəaliyyətinin Azərbaycanda 18-ci dayanıqlı inkişaf məqsədi elan edildiyini nəzərə çatdırıb.
Təqdimatın sonunda bu günədək minalardan təmizləmə fəaliyyətində Azərbaycana dəstək olan ölkə və təşkilatlara təşəkkür edilib, təhlükənin miqyası və çətin xarakteri xatırladılaraq beynəlxalq tərəfdaşların minatəmizləmə səylərinə dəstəyi davam etdirmələri xahiş olunub.
Tədbir zamanı Britaniya Müdafiə Nazirliyinin rəsmisi Nigel Marş qurumun ANAMA ilə birlikdə mina çirklənməsinin həlli istiqamətində gördüyü işlər və Britaniyanın müvafiq şirkətlərinin həyata keçirdiyi təlimlər barədə danışıb.
O, Azərbaycanda mina çağırışı ilə bağlı keçirilən beynəlxalq konfransların bu barədə məlumatlılığın artırılması və daha çox tərəfdaş cəlb edilməsi baxımından faydalı olduğunu deyib.
Britaniyada fəaliyyət göstərən “Mine Advisory Group” – MAG adlı qeyri-hökumət təşkilatının nümayəndəsi qurumun Azərbaycanda həyata keçirdiyi layihələr və qabiliyyətlərin artırılmasına verdiyi töhfələrdən söz açıb.
Beynəlxalq əsasda fəaliyyət göstərən və 2022-ci ildə Britaniyada da filialı açılan APOPO adlı qeyri hökumət təşkilatının nümayəndəsi Alan Mathers minaların yerinin müəyyən edilməsi üçün qeyri-ənənəvi metodların - təlimləndirilmiş siçovullar və itlərdən istifadəsinin az xərclə daha effektiv nəticələrin əldə edilməsindəki rolundan danışıb, ANAMA ilə birgə Azərbaycanda keçirdikləri birgə layihə barədə məlumat verib.
Sonda çıxış edən, REVIVE təşkilatının rəhbəri Nigel Ellway parlament qrupunun sədri Matthew Offordla birlikdə ötən iki il ərzində bir neçə dəfə Azərbaycana səfər etdiyini və mina təhlükəsinin yaratdığı çətinliklərlə yerində yaxından tanış olduğunu deyib.
O, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində işğal zamanı dağıdılmış milli və dünya əhəmiyyətli mədəni abidələrin bərpasında ərazilərin minalanması səbəbindən yaranmış çətinlikləri diqqətə çatdırıb.
Bu məsələni ötən ilin dekabrında Londonda yerləşən Viktoria və Albert Muzeyində mina təhlükəsinin mədəni irsə dağıdıcı təsirləri mövzusunda keçirilən tədbirdə də qaldırdığını deyən N.Ellway bu məqamın diqqətdə saxlanılmalı olduğunu vurğulayıb.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb.
Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub.
APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatı barədə jurnalistlərə açıqlamasında bildirib.
İranlı nazir qeyd edib ki, görüş zamanı Azərbaycanın İrandakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə aparılıb:""“Azərbaycanlı həmkarımla görüşdə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə apardıq.
Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”.
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il martın 1-nə olan reytinq cədvəlini açıqlayıb.
Oxu.Az xəbər verir ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova liderlik edir.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir.
430 xal toplayan idman gimnastı Nikita Simonov isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır.
Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən beş kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə gecə saat üç radələrində Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb.
39 yaşlı Vüqar Əliyev buradakı yaşayış binasının zirzəmisində kompüterin naqili ilə özünü asıb.
Düşmənin od-alovlu silahları ilə xarabalığa çevrilən və 30 il işğal altında qalan Qarabağ torpaqları düşmən əsarətindən xilas edilib və azadlığının 4-cü ilindədir.
Artıq bu torpaqlarda həyat canlanır və toylu-büsatlı günlər yaşanır, bayram tonqalları alovlanır.
Həmçinin Novruzun çərşənbələri də sevinclə qarşılanır.
AZƏRTAC xəbər verir ki, işğaldan azad olunan digər ərazilər kimi, Qarabağın dilbər guşəsi olan Füzuli şəhərində də həyat öz axarına qayıdıb.