Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.
|
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri cənab Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
|
11:02"Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.
|
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
|
Səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.
|
Rusiyanın Kemerovo vilayətində arvadı ilə barışmaq üçün evinə ağ atda gələn şəxs həbs olunub.
|
33 yaşlı Sergey adlı kişi mübahisə etdiyi Yekaterinanı təəccübləndirmək qərarına gəlib.
|
O, fermadan at götürüb və gecə saat 3-də səhvlərinə görə arvadından üzr istəmək və onu qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmək üçün atla birlikdə beşinci mərtəbədəki mənzilinə qalxıb.
|
At kiçik otaqda təxminən iki saat qalıb, sonra Sergey onu yenidən tövləyə qaytarıb.
|
Bununla bağlı görüntüləri Yekaterina özü də paylaşıb və sürprizi yumorla qarşılayıb.
|
“Budur, qızlar, bizə 8 Mart gəlib çatdı.
|
Həyat yoldaşım məni təbrik etdi”, - deyə qadın paylaşımda bildirib.
|
Sergey xırda xuliqanlıq maddəsi ilə ittiham olunaraq bir sutkalıq həbs cəzası alıb.
|
O, sadəcə çox sərxoş olduğunu bildirib.
|
Kirayədə qalan ailə hazırda yeni mənzil axtarmaq məcburiyyətində qalıb, çünki ev sahibi bu hərəkətə görə onlardan evi tərk etmələrini xahiş edib.
|
Mənbə:“SHOT” “Telegram”, AİF.ru
|
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Romada “Latsio” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu öncəsi soyunub-geyinmə otağında ayaq barmağını sındırıb.
|
Bu barədə mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərə açıqlama verib.
|
Onun sözlərinə görə, matça hazırlıq zamanı futbolçuları motivasiya edən zaman zədələnib.
|
“Mən motivasiya xarakterli çıxışdan əvvəl paltardəyişmə otağında ayağımla qutuya vurdum və baş barmağımı zədələdim.
|
İndi ayaqqabımı belə çıxara biləcəyimə əmin deyiləm.
|
Bütün oyun boyu oturmalı oldum”, - deyə Tuxel bildirib.
|
Qeyd edək ki, 1/8 finalın cavab matçında “Bavariya” Roma “Latsio”sunu 3:0 hesabı ilə məğlub edib.
|
Qaliblər arasında dubla imza atan Tomas Müller və Harri Keyn dəqiq zərbələrə imza atıb.
|
PKK terror təşkilatının qış aylarında logistik məqsədlər üçün istifadə etmək və terror aktları təşkil etmək üçün hazırladıqları mağara və sığınacaqların aşkarlanması üzrə əməliyyat keçirilib.
|
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.
|
Terrorçuların mağaralarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədilə Türkiyə jandarm qüvvələrinin keçirdiyi “Bozdoğan-8” əməliyyatlarında PUA və ATAK helikopterlərindən də istifadə edilib və 2866 personal əməliyyatlara qatılıb.
|
Əməliyyat zamanı 9 vilayətdə 59 mağara, sığınacaq və partlayıcıların olduğu anbar məhv edilib.
|
Bölücü Terör Örgütü (BTÖ) mensubu teröristlerin kırsalda kış aylarında eylem yapmak amacıyla mağara ve sığınaklara sakladıkları çeşitli silah, mühimmat ve patlayıcıların yok edilmesine yönelik gerçekleştirilen “BOZDOĞAN-8” operasyonlarında 9️⃣ ilde 5️⃣9️⃣ mağara, sığınak ve… pic.twitter.com/TpT2w3godF"Mənbə:TRT Haber
|
Bakıda Ziya Bünyadov prospekti istiqamətində baş verən qəza sıxlığa səbəb olub.
|
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
|
Bildirilib ki, Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
|
Qəza səbəbindən qeyd olunan prospektdə sıxlıq yaranıb.
|
Sürücülərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.
|
Hər bir ölkənin dövlət dilinin təsbit olunmuş normaları var.
|
Həmin normalar isə müvafiq istiqamətlər - yeni terminlər, alınma sözlər istisna olmaqla, standart qaydalara uyğun olaraq təbliğ edilir.
|
Hətta bir çox ölkələrdə hər ilin sonunda ən çox istifadə edilən sözü seçmək üçün monitorinqlər aparırlar.
|
Təəssüf ki, Azərbaycanda bu metod hələ də tətbiq edilmir.
|
Hər beş ildən bir Azərbaycan dilinin orfoqrafiya lüğəti yenilənir.
|
Lakin bəzi dilçilər, yenilənmələrə rəğmən, bir çox sözlərin hələ də düzgün yazılış qaydasının lüğətdə qeyd edilmədiyini bildirirlər.
|
Hətta Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Oxu.Az-a müsahibəsində qeyd etmişdi ki, bizim ən böyük problemimiz milli dilimizin korpusunun olmamasıdır:""“Buna görə lüğətlərdə bir sıra səhvlər baş verir.
|
İndiyədək 20 min söz lüğətdən çıxarılıb.
|
Adamdan soruşarlar ki, bax, hansı əsasla bu qədər sözü lüğətdən çıxarmışıq?!
|
Dil məsələsində vaxt itirməməli, dünya təcrübəsinə əsaslanmalıyıq”.
|
Dekabrın son günlərində gündəmə gələn lüğət, dilin korpusu məsələsinə yenidən qayıtmağımıza təkanı isə Azərbaycan dili üzrə sertifikasiya imtahanının CEFR səviyyəsində keçirilməsi ilə bağlı yenilik verdi.
|
Hətta orfoqrafiya lüğətinin tərtibində problemlər olduğu halda bu imtahan hansı əsaslarla keçiriləcək?
|
May ayının birində onlayn qaydada aktivləşəcək, iki ay müddətinə pulsuz keçirilməsi nəzərdə tutulan imtahana hansı vəsaitlərlə hazırlaşmaq lazımdır?
|
Azərbaycan dilinin qrammatikası ilə bağlı vahid, təsdiqlənmiş proqram, kitab varmı?
|
Bu və digər məsələlərlə bağlı Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Oxu.Az-ın suallarını cavablandırıb.
|
Onun sözlərinə görə, proqram, sadəcə, yol göstəricisidir, onun hazırlanması üçün əsas vəsait mövcud olmalıdır, lakin təəssüf ki, yoxdur:""“Əvvəla, qeyd edim ki, bu məsələ Elm və Təhsil Nazirliyinin işidir.
|
Digər tərəfdən, təəssüf ki, Dilçilik İnstitutu bu kimi məsələlərdə heç vaxt yada düşmür.
|
Bu layihəni də kənar şəxslər işləyib-hazırlayıblar.
|
Layihə kimi yaxşı təşəbbüsdür, bir söz demirəm.
|
Amma mən bu layihənin təqdimatında da iştirak etdim.
|
Bir saatdan çox davam edən təqdimatda ancaq bir-birini tərif edən çıxışları dinlədik və bitdi.
|
Amma biz nə vəsaitləri, nə də proqramın tamamlanmış halını görə bildik.
|
Azərbaycan dilində dərs vəsaitləri ilə bağlı hər kəs danışır, şikayətlənir.
|
Amma təəssüf ki, bizə bu məsələlərə nə müdaxilə etməyə izn verir, nə də birgə layihə həyata keçirirlər.
|
Düşünürəm ki, bu məqamları, heç olmasa, gələcəkdə nəzərə almaq lazımdır”.
|
N.Məmmədli qeyd edib ki, sözügedən sertifikasiya imtahanında qrammatik qaydaların norma və tələblərinə dair vəsait olmadan mətn verib səhvləri axtarmaq tələb ediləcəksə, bu, düzgün olmayacaq:""“Hər şeydən öncə Azərbaycan dilinin qrammatikası ilə bağlı müfəssəl məlumat verilməlidir.
|
Kurikulum sistemi bu mənada dünya təcrübəsində olan uğurlu sistemlərdən biridir.
|
Bu, müəllim-şagird, müəllim-tələbənin birgə çalışması və nəticə verməsidir.
|
Amma dilin qrammatik normalarını vermədən mətn təqdim edib orada nöqsan tapılmasını tələb etməyi düzgün saymıram.
|
Təqdimata dəvət üçün təşəkkürümü bildirdim, lakin gərək bu proqram bu səviyyədə təqdim edilməzdi.
|
Bizim də fikir bildirməyimiz üçün zaman ayrılmalı idi, amma buna şərait yaradılmadı.
|
Mənim etiraz etdiyim məqam odur ki, əgər ölkənin Dilçilik İnstitutu fəaliyyət göstərirsə, bu işlə hansısa fəlsəfə doktoru səviyyəsində şəxslər deyil, bilavasitə biz məşğul olmalıyıq.
|
Layihəni Dilçilik İnstitutu müzakirəyə qoyardı, vəsait çap edilərdi, ayrı-ayrı instansiyalara sorğu verib, cavab ala bilərdik.
|
Yenə deyirəm, layihə olaraq yaxşıdır, buraya Miqrasiya Xidməti də qoşula bilər.
|
Sadəcə, təəssüf ki, bizdə hər şeyi çətinləşdirmək istəyi, insanları dolaşığa salmaq həvəsi var.
|
Həm qəbul imtahanlarında, həm bu tip imtahanlarda insanların cavab verə bilməyəcəkləri suallar tərtib edərək çətinlik yaratmağa çalışırlar.
|
Azərbaycan dili ilə bağlı Dilçilik İnstitutuna müraciət olunmalı idi.
|
Biz heç görmədiyimiz bir şeyin bir saatdan çox təriflənməsinə qulaq asdıq.
|
Heç çıxış edənlər özləri də bilmirdilər ki, bizə nəyi izah edirlər, necə izah edirlər.
|
Bu gün də biz bilmirik ki, söhbət nədən gedir”.
|
Bakıda İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun birinci rəsmi görüşü keçirilib.
|
Əsas gündəm Konvensiyanın monitorinq sisteminin təkmilləşdirilməsinə və müddəalarına tam sahiblik imkanı vermək üçün iştirakçı dövlətlərə göstərilən dəstək kimi COP8 tərəfindən tələb olunan nəticələrin və təkliflərin çatdırılmasına yönəlib.
|
COP9 həmçinin fövqəladə çağırışlara cavab vermək qabiliyyətini artırmaq üçün Konvensiyanın potensial inkişaflarını araşdırmaq imkanı verəcək.
|
Qeyd edək ki, ötən ilin oktyabrında Fransanın paytaxtı Parisdə keçirilən İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransında gənclər və idman naziri Fərid Qayıbov yekdilliklə Büronun sədr müavini seçilib.
|
Almaniyada 62 yaşlı kişi 217 dəfə COVID peyvəndi vurdurub.
|
Bu barədə “Lancet” infeksion xəstəliklər jurnalında yazı dərc olunub.
|
Məlumata görə, peyvəndlər 29 aylıq bir müddətdə özəl klinikalarda vurulub və Erlangen-Nurember Universitetinin tədqiqatçıları kişidə heç bir problem olmadığını bildiriblər.
|
“Bu barədə qəzetlərdən xəbər tutduq.
|
Sonra onunla əlaqə saxladıq və Erlangendə bəzi müayinələrdən keçirmək istədiyimizi dedik.
|
Böyük maraq göstərdi”, - deyə mikrobiologiya üzrə mütəxəssis Kilian Şober qeyd edib.
|
“Biz tədqiqat apardığımız əsnada o, öz təkidi ilə yenidən COVID peyvəndi etdirdi.
|
Daha sonra ondan götürdüyümüz analiz nümunələrindən immun sisteminin peyvəndlərə reaksiyasını tam müəyyən etmək üçün istifadə etmək imkanımız oldu”, - deyə Kilian Şober əlavə edib.
|
Mütəxəssislər həddən artıq peyvəndi məsləhət bilmədiklərini, məsələ ilə bağlı apardıqları testlərin ümumi nəticə çıxarmaq üçün kifayət etməyəcəyini vurğulayıblar.
|
“Hazırda mövcud olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun ən uzunömürlü qanundur”.
|
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
|
O bildirib ki, bu qanun 1993-cü ildə ulu öndərin dövründə qəbul edilib:""“Milli Məclisə yaxın zamanlarda şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərlə bağlı yeni qanun layihəsi daxil olacaq.
|
Yeni qanunda bütün məsələlər cəmləşəcək”.
|
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) gəmilərin Qırmızı dənizə daxil olması üçün yeni sistem elan ediblər.
|
Belə ki, onlar gəmilərin sulara girməsi üçün Yəməndən icazə alınmasını istəyirlər.
|
Bu barədə hərəkatın nümayəndəsi Misfer ən-Numair bəyan edib.
|
O, gəmilərin özlərinin təhlükəsizliyi ilə əlaqədar olaraq belə bir tələb irəli sürüldüyünü vurğulayıb.
|
Yəmənin yeni qərarının əhatə etdiyi ərazi suları eni 20 kilometr olan Babül-Məndəb boğazının yarısına qədər uzanır.
|
Dünya gəmiçiliyinin təqribən 15 faizi Süveyş kanalına buradan keçir.
|
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
|
Qebreyesusun pandemiya və milli səhiyyənin potensialının gücləndirilməsi müqaviləsi mövzusunda məruzə edəcəyi gözlənilir.
|
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu martın 14-16-da keçiriləcək.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.