Search is not available for this dataset
text
stringlengths
10
518k
Elə qadın var, özünü 25, eləsi də var, 60 yaşda xoşbəxt hiss edir.
Qadınlara onları xoşbəxt hiss etdirəcək yaşı arzu edirəm.
Qadınlar həyatdan çox şey istəyirlər, ilk növbədə öz ayaqları üzərində dayanmağı.
Bütün qadınlar istəyərlər ki, savadları, təhsilləri, peşələri olsun.
Bütün qadınlara ana olmağı arzu edirəm.
Bununla yanaşı, onları yalan, zərbə almaq, yanılmaq da qorxudur.
Arzu edirəm, heç bir qadın tək qalmasın, zərbə almasın.
“Elə günahlar var ki, onları bağışlamaq olmur.
Hədiyyə ilə günahı yumaq fikrinə ciddi yanaşmıram.
Günahlar hədiyyə ilə yuyulmalı olsaydı, hamı istədiyi günahları işlədərdi.
İnsanlar günah işlər görməməyə çalışmalıdırlar.
Günah işləmə ki, hədiyyə ilə yumaq məcburiyyətində də qalmayasan.
Heç bir hədiyyə günahı yuya bilməz.
Qadın dostluqda kişilərə nisbətən daha mərd, dürüst olur.
Qadın yaxşı dost və arxa-dayaqdır.
Sev ki, sevən mərd olar, sevməyən sevgilisiz olar”, - deyə V.İsazadə fikrini tamamlayıb.
Aktrisa Naibə Allahverdiyeva qadınların hər zaman əzab-əziyyətə düçar olduqlarını bildirib:"""“Qadının ümumiyyətlə bəşəriyyətdə rolu böyükdür.
Qadın olmasa, insan artımı da olmaz.
Qadınlar dünya yaranandan mənəvi və fiziki yük daşıyırlar.
Qadını sevgi, diqqət, qayğı xoşbəxt edir.
Bu, təkcə xarici görkəmə aid deyil.
Qadın üçün hər şey gözəl olmalıdır.
Qadın Allahın əmanəti olaraq kişilərə verilib.
Lakin təəssüf ki, kişilər xəyanət edirlər”.
N.Allahverdiyeva qadınların diqqətsiz qalanda mənəvi iztirab çəkdiklərini söyləyib:""“Qadınları tənhalıq qorxudur.
Kişilərə nisbətən qadınlar daha həssasdırlar.
Qadınlar nə qədər çox yaşasalar, dünya gözəlləşər.
Qadın qadınlığını itirməməlidir.
Ölən günə qədər xanım-xatın davranmalıdır.
Qadın özünü qorumalı, ondan istifadə olunmasına imkan yaratmamalıdır.
Bütün qadınlar hədiyyələri sevirlər.
Lakin sən ona elə mənəvi zərbə vura bilərsən ki, dünyanı da versən, bağışlamaz.
Aktrisa qeyd edib ki, dünyanın heç bir yerində axmaq ərinə dözən qadın yoxdur:""“Bəzi kişilər sözlərinin üstündə dayanmırlar.
Azərbaycan qadınları çox mərd və qeyrətlidirlər, zəhmetkeşdirlər.
Dünyanın heç bir yerində axmaq ərinə dözən qadın yoxdur.
Kişilər sevginin nə olduğunu bilmirlər.
Ailədə isə qarşılıqlı anlaşma şərtdir.
Qadın ölümlərinin artması məni çox kədərləndirir.
Bizim qadınlarımıza qarşı belə davranış olmamalıdır.
Gənc analar fiziki hazırlıqlı olmalı, özünümüdafiəni bacarmalıdırlar.
Kişi guya qadını sevir, sonra evinin xanımı edir, sonda isə qatilinə çevrilir”.
“Sev ki, sevən mərd olar, sevməyən...bu dünyaya gərəksiz olar.
Sevgisiz insan bu dünyaya gərək deyil.
Sevgi olmasa, dünya alt-üst olar.
Bütün müharibələr sevgisizlikdən yaranır”, - deyə N.Allahverdiyeva qeyd edib.
Xanəndə Gülyanaq Məmmədova həmcinslərini təbrik edib:"""“Qadın - xanım-xatınlığı, zərifliyi, gözəlliyi, isməti, əxlaqı, hörməti, sevgini - hər bir şeyi özündə cəmləşdirən varlıqdır.
Bütün gözəlliklər qadın sözündə cəmləşir.
Hər kəsi ürəkdən təbrik edirəm”.
Deputat Aqil Abbas qeyd edib ki, qadın müqəddəs zülmətdir:"""“Qadın - ana, bacı, qız, nəvədir.
Qadın Allahdan sonra yaradandır.
Qadını səmimiyyət, mehribanlıq xoşbəxt edir.
Mən düşünürəm ki, xoşbəxtlik var-dövlətdə deyil”.
A.Abbas xanımının ondan çox yaşamasını istədiyini bildirib:""“Qadınıma məndən çox yaşamağı arzu edərdim.
İstəyirəm ki, öləndə üstümdə ağlayanım olsun.
Qadın yoldaşından öncə ölürsə, yoldaşı da ölmüş kimi olur.
Qadınlar xoşbəxtlik, sevgi istəyirlər.
Təklik həm kişiləri, həm qadınları qorxudur.
Qadınların sevinci övladlarıdır.
Övladlarını xoşbəxt görmək arzularıdır.
Qadına normal yanaşmaq lazımdır, başqa niyyətlə yaxınlaşmaq dostluq deyil.
Günah var ki, onu heç nə ilə yuya bilməzsən.
Xətrinə dəy, sonra gül al ki, bağışla... Sev ki, sevən mərd olar, sevməyən namərd olar.
Mən də orta məktəbdə müəllimimi, sinif yoldaşımı, tələbə yoldaşımı sevmişəm.
Lakin əsl sevgim ilə ailə həyatı qurmuşam.
Yazıçı Seyran Səxavət bildirib ki, qadınları hər zaman sevindirmək lazımdır:"""“Romanımda da var.
“Qız sevinəndə Allahın dodaqlarına da təbəssüm qonur.
O, bəşəriyyətə qarşı daha çox mərhəmətli olur”.
Xanım xoşbəxt olması üçün başını aşağı salıb, ailəsi və işi ilə nəfəs almalıdır.
Gender bərbərliyi adı altında qadınları hərifləyib, işlədirlər.
Çöldə də işləməkləri ürəyimi ağrıdır.
Bir evin xanım-xatını olmaq dünyanın bütün karyeralarına dəyər”.
Yazıçı qadınların həyatda çox şey istədiklərini bildirib:""“Qadınlar həyatdan hər şey istəyirlər.
O qədər şey istəyirlər ki, axırda da nə istədiklərini bilmirlər.
Qadını təklik qorxutmur, ərinin onu boşaması qorxudur”.
S.Səxavət günah işləyəndən sonra xanımına hədiyyə alanlardan bəhs edib:""“Əgər bir kişi günah işlədir, sonra babat hədiyyə alıb verirsə, qadın da günahından keçirsə, elə kişi ona qarşı həmişə günah işləsə, yaxşıdır.
Sanki mənəviyyatı alverə çıxarırlar”.
“Qadınlara demək istəyirəm ki, ay gözəl xanımlar, xırda şeylərə sevinməyi bacarın.
Sev ki, sevən mərd olar, sevməyən...bədbəxt olar.
Sevgini də layiq bildiyin adamlara ötürməlisən.
Mən sevdiyim adamlara borcluyam.
Onları sevə-sevə Seyran Səxavət olmuşam”, - deyə yazıçı əlavə edib.
Ermənistan parlamentinin sədri Alen Simonyan iddialı açıqlama ilə çıxış edib və deyib ki, ölkəsi Avropa İttifaqına üzvlüyə namizəd olmağa hazırdır.
Spiker söyləyib ki, rəsmi İrəvan bununla təhlükəsizliyini təmin edəcək.
Onun bu açıqlaması Ermənistanın xarici siyasətdə vektoru dəyişmək planı kimi dəyərləndirilə bilər.
Baş nazir Nikol Paşinyan hakimiyyətinin Avropa İttifaqına üzvlüyə namizədliyə hazır olduqlarını elan etmələri Ermənistandakı vəziyyətə xaricdən verilən növbəti qiymətləndirmənin, daha dəqiqi təhrifedici tərifin nəticəsidir.
Elə A.Simonyanın fikirləri də bunu təsdiqləyir:“Hərəkətlərimiz göstərir ki, biz artıq Avropa İttifaqının üzvü olan bir çox tərəfdaş ölkələrdən daha yaxşı demokratiyaya malikik.
Bunu biz demirik, Aİ tərəfdaşlarımız bildirir”.
Bu il fevralın ortalarında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel söyləmişdi ki, Brüssel və İrəvan ikitərəfli əməkdaşlığın “iddialı” genişləndirilməsi üzərində əməkdaşlığa başlamaq qərarına gəliblər.
Onun sözlərinə görə, ittifaq yaxın gələcəkdə bu ölkə ilə təhlükəsizlik və müdafiə sahəsində münasibətləri dərinləşdirmək niyyətindədir.
N.Paşinyan hökuməti də belə açıqlamalara inanaraq ölkələrini Aİ üzvlüyünə layiq sayır.
Ancaq reallıq və qaydalar J.Borrel, A.Simonyan və onlarla eyni mövqedə olanların dediklərini inkar edir.
Düzdür, Ermənistanda Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan kimi Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramının üzvüdür.
Ancaq bu həmin ölkələrin quruma namizədliyi və üzvlüyü üçün baryerləri aradan qaldırmır.
İndi əsas sual odur ki, Ermənistan Aİ-yə üzv olmaq bir tərəfə, quruma qoşulmaq üçün namizəd olmağa layiqdirmi?
Təşkilata üzv olmaq üçün ilk və əsas şərt Avropa qitəsində yerləşməkdir.
Ermənistan isə coğrafi bölgüyə əsasən, Asiya qitəsinə aiddir.
Avroasiya materikinin iki qitə arasında sərhədi belədir:Avropa və Asiya arasındakı sərhəd çox vaxt Ural dağlarının şərq ətəyi və Muğalcar, Emba çayı, Xəzər dənizinin şimal sahili, Kumo-Manıç çökəkliyi və Kerç boğazı olaraq götürülür.
Bəzi mənbələrdə Avropa sərhədinin tərifinin fərqli bir versiyası da var:Ural silsiləsi, Ural çayı və Qafqaz silsiləsinin suayrıcı ərazisi.
Ermənistan bu iki bölgü daxilində yoxdur.
Prosedurlara görə, Avropa İttifaqı Şurası üzvlüklə bağlı ərizəni yalnız yekdilliklə rədd və ya təsdiqləyə bilər.