Search is not available for this dataset
text
stringlengths
10
518k
Hadisə barədə keçmiş futbolçu özü də açıqlama verib.
O, uşaqlara hücum etdiyini etiraf edib.
Paskal Nouma qeyd edib ki, yeniyetmələr onun irqi mənsubiyyətinə yönəlmiş təhqiredici ifadələrə yol veriblər və özündən çıxan nigeriyalı uşaqlara xəsarət yetirib.
Hazırda İstanbul polisi hadisənin təfərrüatını araşdırır.
Aprelin 4-dən “İrAero” aviaşirkəti Rusiyanın Nijni Novqorod şəhərindən Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayacaq.
Nijni Novqorodda Çkalov adına hava limanının Mətbuat Xidmətinin məlumatına görə, təyyarə bu marşrut üzrə həftədə bir dəfə cümə axşamı günləri uçacaq.
İranın dəstəyi və verdiyi təlimatlar əsasında Yəməndə fəaliyyət göstərən, dünya ticarət marşrutlarını bloklamağa çalışan Husi hərəkatını döyüşlərdən çəkindirmək mümkün olmayıb.
Hərçənd ki, ABŞ və Böyük Britaniya birgə hava əməliyyatları hazırlayaraq Yəməni aviazərbələrə məruz qoyur.
Bir ay yarımdan çoxdur fasilələrlə davam edən hava zərbələrinə baxmayaraq, Husi üsyançıları əhəmiyyətli hücumlar təşkil etmək iqtidarını qoruyub-saxlayırlar.
Qısası, husiləri geri oturtmaq mümkün olmayıb və onlar İranın maksimalist ambisiyalarının təmini üçün sonacan vuruşmağı müqəddəs vəzifə hesab edirlər.
Qırmızı dənizdə husilərin ticarət gəmilərinə və hərbi təyinatlı gəmilərə hücumları fonunda qabarıqlaşan hərbi insidentlər sualtı telekommunikasiya şəbəkələrini də sıradan çıxarır.
Ehtimal edilir ki, dörd əsas telekommunikasiya şəbəkəsinə aid kabellər kəsilib və bu, dünya internet şəbəkələrində əhəmiyyətli pozulmalara səbəb olub.
Honkonqda yerləşən telekommunikasiya şirkəti “HGC Global Communacations” bildirir ki, Asiya, Avropa və Yaxın Şərq arasındakı telekommunikasiya nəqliyyatının 25 faizi kabel kəsilmələrindən təsirlənib.
Kabellərin zədələnməsinin arxasında konkret hansı qüvvənin dayandığını təxmin etmək də çətinləşir.
Şübhələr husilərə yönəlsə də, onlar da ittihamları rədd edirlər.
Hərçənd qlobal təchizat zəncirlərini qırmaq niyyətini açıq göstərən husilərin internet xətlərini də zədələməsi təəccüblü gəlməyə bilər.
Amma ortaya sual çıxır:Üsyançılar dəniz səthindən yüzlərlə metr aşağıda yerləşən xətləri hədəfə almaq üçün dalğıc və ya “xilasetmə qabiliyyətinə” malikdirlərmi?
Husilər öz növbəsində kabellərin onlar tərəfindən hədəfə alındığını inkar ediblər.
Üsyançılar bundan əvvəl Britaniya və ABŞ hərbi əməliyyatlarını telekommunikasiya şəbəkəsinin zədələnməsinə səbəb kimi göstəriblər.
Lakin iddianı dəstəkləmək üçün sübut təqdim etməyiblər.
Göründüyü kimi, məsələnin düşünüldüyündən də dərin və mürəkkəb bəşəri problematik konteksti var.
Hər halda, telekommunikasiya xətlərinə qarşı təxribatların müəllifinin kim olmasından asılı olmayaraq, bu, davam edən böhranı daha da gücləndirə və geosiyasi rəqabət səhnəsində qanqaraçılığı artıra bilər.
Qırmızı dənizdə kabellərin kəsilməsi internet trafikini həyata keçirən dəhlizlərin ciddi təhlükədə olduğunu göstərir.
Belə olduğu təqdirdə, alternativ dəhlizlər daha cəlbedici görünür, misal üçün Orta Dəhlizin Rəqəmsal İpək Yolu prioritetləri çərçivəsində qiymətləndirmələri gündəmə gəlir.
Bildirək ki, Rəqəmsal İpək Yolunun inkişafı Çinin gələcək geosiyasi təkamülü üçün mühüm rol oynayır.
Çinin iqtisadi güc mərkəzi kimi tərəqqisi texnoloji hədəflərin də mühərrikinə çevrilir.
Rəqəmsal İpək Yolu Çinin getdikcə daha uğurlu qlobal əlaqəsi üçün strateji əsasları təcəssüm etdirir.
Qeyd edək ki, 2015-ci ildə istifadəyə verilmiş Rəqəmsal İpək Yolu Çinin “bir kəmər, bir yol” layihəsinə qabaqcıl texnologiyanın daxil edilməsinə istinad edib.
Rəqəmsal İpək Yolu telekommunikasiya imkanlarını artıran və ya rəqəmsal iqtisadiyyatların qurulmasına kömək edən texnologiyalar kimi müəyyən edilir.
O, əsasən telekommunikasiya-şəbəkə infrastrukturuna, o cümlədən 5G, sualtı və yerüstü fiber-optik kabellər, peyk yerüstü izləmə stansiyaları, məlumat mərkəzləri daxil olmaqla geoiqtisadi sərmayələrə işarə edir.
Rəqəmsal İpək Yolu Azərbaycanın da önəm verdiyi Orta Dəhliz marşrutunu canlandırır.
Çünki bu layihə Orta Dəhliz ölkələrindən - Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan - və Türkmənistan ərazilərindən keçməklə meqarəqəmsal telekommunikasiya şəbəkəsini inkişaf etdirir.
Orta Dəhliz üzrə həmin marşrut yüksək ötürmə qabiliyyəti və məlumatların ötürülməsində ən az gecikmə ilə ən optimal, ən qısa marşrut olacaq və regional əməkdaşlıq və inkişafa təkan verəcək.
Bu, həmin regionların internet trafikinə artan tələbatını ödəməyə və regionda rabitə xidmətlərini yaxşılaşdırmağa kömək edəcək.
Bundan başqa, layihə Avrasiyada iqtisadi sabitliyi və rifahı genişləndirəcək.
Transxəzər Fiber Optik Kabel Xətti layihəsi"“AzerTelecom” şirkəti 2018-ci ilin sonundan Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması məqsədilə Azərbaycan Respublikası ilə Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi üçün “Transxəzər Fiber Optik Kabel Xətti” layihəsinə start verib.
Layihə iki istiqamətdən ibarətdir.
Birinci istiqamət Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini, ikinci istiqamət isə Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini nəzərdə tutur.
Rəqəmsal İpək Yolunun əsas komponentlərindən biri də Gürcüstanda fəaliyyət göstərən “Caucasus Online” şirkətidir.
Bu, “Rəqəmsal İpək Yolu” layihəsinin Avropaya aid hissəsini təşkil edir.
Rəqəmsal İpək Yolunun Avropa hissəsi Qara dənizin dibi ilə Bolqarıstan və Gürcüstan arasında “Caucasus Online” şirkətinin sahib olduğu fiber-optik sualtı infrastrukturdan ibarətdir (Bu məlumatlar digitalsilkway.az-a məxsusdur).
Göründüyü kimi, Qırmızı dənizdəki insidentlərin yaratdığı beynəlxalq telekommunikasiya problemləri Rəqəmsal İpək Yolunun perspektiv fəaliyyəti üçün üfüqlər açır.
Beynəlxalq internet şəbəkəsinin çevik və optimal işləməsi üçün geosiyasi güclərin rəqəmsal iqtisadi artıma diqqətləri artırması gözləniləndir.
Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti İrana rəsmi səfərə yola düşüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan hakimiyyəti İranla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair müqavilə imzalamaq niyyətində olduğunu bildirib.
2023-cü ildə Nazirlər Kabinetinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, eləcə də yerli icra hakimiyyəti orqanlarına verdiyi tapşırıqların icrası olaraq ümumilikdə 11,5 min nəfər (qaçqınlar və onlara bərabər tutulan şəxslər) üzrə vahid aylıq müavinət ödənişi dayandırılıb.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, buraya sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi aktiv olan şəxslər, dövlət qulluqçuları, dövlət qulluğunun xüsusi növündə xidmət etmiş şəxslər də daxildirlər.
Abşeronda bataqlıq ərazidə kişi meyiti aşkarlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, martın altısında saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Akif Əbülfəz oğlu Cəfərovun meyiti aşkar olunub.
Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
16:50"Sumqayıtda itkin düşən 56 yaşlı kişinin meyiti tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Yaşıl dərə” yaşayış massivindəki evindən çıxaraq itkin düşən 56 yaşlı Akif Cəfərovun meyiti Abşeron rayonu ərazisində su kanalından tapılıb.
Onun aşkarlanan meyitinə baxış keçirilib və zorakılıq əlamətlərinə rast gəlinməyib.
16:36"Sumqayıtda 56 yaşlı kişi itkin düşüb.
Akif Cəfərov martın 1-də axşam saatlarında “Yaşıl dərə” yaşayış massivindəki evindən çıxıb və bir daha geri qayıtmayıb.
Doğmalarının sözlərinə görə, Akif Cəfərovun hər hansı psixoloji və ya yaddaşla bağlı problemləri olmayıb:""“Sonuncu dəfə kafedə olub.
Oradan içkili vəziyyətdə çıxdığı kamera gürüntülərində var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Xurşidbanu Natəvanın Fransanın Evian-le-Ba şəhərindəki heykəli Parisə gətirilib.
Oxu.Az xəbər verir ki, heykəl martın 4-də Evian şəhərindən götürülüb, bu gün Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb.
Heykəlin Mədəniyyət Mərkəzinin bağında yerləşdirilməsi ilə bağlı işlər davam etdirilir.
Heykəli götürərkən üzərindəki örtük açılıb.
Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı - heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrə qırmızı boya çəkilib - onun özünə də zərər verilib.
Belə ki, heykəlin burnu və barmaqları qırılıb.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş birgə monitorinqlər davam etdirilir.
Bu məqsədlə martın 6-da icra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən ibarət monitorinq qrupları Qaradağ rayonunda reydlər keçirib.
Monitorinq qrupları rayon ərazisindəki küçə və prospektlərdə, park və məhəllələrdə apardıqları reydlərin nəticəsi olaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, rahat və təhlükəsiz hərəkət üçün mövcud səkilərin bərpası, həmçinin ehtiyaca uyğun olaraq yenilərinin salınması və digər istiqamətlərdə təkliflər hazırlayıblar.
Qeydə alınan çatışmazlıqların aradan qaldırılması üçün növbəti mərhələdə aidiyyəti qurumlarla əməkdaşlıq əsasında tədbirlərin icrasına başlanılacaq.
Xatırladaq ki, daha əvvəl Səbail, Yasamal, Suraxanı, Binəqədi, Nəsimi və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilib, ağaclar budanıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemləri qurulub və digər zəruri abadlıq işləri aparılıb.
Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı yeni növ dələduzluq həyata keçirilir.
Oxu.Az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, “Instagram” sosial şəbəkəsində kiberdələduzlar tərəfindən “Kapital Bank”ın adından saxta kampaniyalar həyata keçirilir.
Belə ki, yaradılmış saxta hesablar vasitəsilə “Kapital Bank”ın hər kəsə 200 AZN dəyərində pul verdiyi bildirilir.
Ödənişin alınması üçün istifadəçilərdən saxta “Telegram” kanalına daxil olmaq tələb olunur.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.
Polşanın paytaxtı Varşavada fermerler etiraz aksiyası keçirirlər.
Məlumata görə, onlar hökumət binası yaxınlığında toplaşıblar.
Fermerlər Seymə doğru yürüş etmək niyyətindədirlər.
Onlar Baş nazir Donald Tuskun ofisi qarşısında təkər yandırıblar.
Etirazçılar Avropa İttifaqından kənar ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalına son qoyulmasını tələb edirlər.
Qeyd edək ki, hazırda paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.
Varşava küçələrinə 100 minə qədər insanın çıxacağı gözlənilir.
Ukrayna ordusu Avdeyevkanın bir kəndi üzərində nəzarəti bərpa edib.
Bu barədə almaniyalı jurnalist-tədqiqatçı, “Bild” nəşrinin siyasət bölməsinin məsul redaktoru, məlumatların təhlili üzrə ekspert Yulian Röpke özünün “X” səhifəsində paylaşım edib.
“Ukrayna ordusu Avdeyevkanın qərbindəki Tonenkeyə tam nəzarəti bərpa edib.
Rusiyalılar kəndi yaylım atəşli raket sistemləri ilə atəşə tuturlar”, - deyə jurnalist paylaşımda qeyd edib.
O, həmçinin bununla bağlı fotoşəkillər də dərc edib.
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu növbəti güzəştli kredit verib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, turizm sektorunda güzəştli kreditdən yararlanan biznes nümayəndələrindən biri də sahibkar Azər Lütvəliyevdir.
“200 min manat güzəştli kredit götürən sahibkar Qəbələdə turizmin inkişafı layihəsini həyata keçirir”, - deyə nazir qeyd edib.
Sahibkar Azər Lütvəliyev #turizm sahəsi üzrə güzəştli kreditdən yararlanmış #biznes təmsilçilərindən biridir.
Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) 200 min ₼ #güzəştlikredit əldə edən sahibkar Qəbələdə turizmin inkişafı layihəsini həyata keçirəcək.#EconomyAz pic.twitter.com/EK084CD6sZ
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanasının köhnə binası söküləcək.
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, binanın sökülərək onun yerinə müasir tipli yeni müəssisənin tikintisi ilə bağlı seçilmiş ərazinin yerquruluşu planı hazırlanıb, Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə zəruri məsələlər müzakirə olunub və yerində baxış keçirilib.
“Ermənistan Qərbin növbəti əyləncə alətinə çevrilir”.