Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu barədə AZƏRTAC-a Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Gürcüstan Qudauridə snoubord kross növü üzrə Dünya Kuboku mərhələsini uğurla keçirdikdən sonra 21 yaşadək idmançılar arasında çempionata ev sahibliyi etmək hüququ qazanıb.
Beynəlxalq Xizək Federasiyası qeyd edib ki, Qudauri həm infrastruktur, həm də təşkilati məsələlər baxımından bütün standartlara uyğundur.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvilinin sözlərinə görə, beynəlxalq turnirlərin keçirilməsi dağlıq rayonlarda turizm sənayesinin güclənməsinə və iqtisadi inkişafına müsbət təsir göstərir.
Nazirlikdən onu da bildiriblər ki, çempionata Azərbaycan da dəvət olunub.
Qeyd edək ki, gənclər arasında snoubord üzrə dünya çempionatı ilk dəfə 1997-ci ildə İtaliyada keçirilib.
Bundan sonra mötəbər turnirin ev sahibləri İspaniya, Fransa, Almaniya, Avstriya, İsveçrə və İsveç olub.
Şamaxıda 1994-cü il təvəllüdlü İlkin əmisi oğlunun yetkinlik yaşına çatmayan Vəfa (adlar şərti verilib - red.)
ilə cinsi əlaqədə olmasını videoya çəkib və daha sonra qızı hədələyib.
Teleqraf.com-un məlumatına görə, İlkin 2022-ci ilin noyabr ayının əvvəllərində həmkəndlisi, yetkinlik yaşına çatmayan Vəfanın əmisi oğlu Əli ilə seksual xarakterli hərəkətlər etdiyini görüb.
O, bunu mobil telefonla videoya çəkdikdən sonra həmin gün “Instagram” sosial şəbəkəsində Vəfaya yazıb və onunla da seksual xarakterli hərəkətlər etməsini təklif edib.
Vəfa İlkinin bu təklifini rədd edib.
İlkin həmin videonu mobil telefonunda saxladığını bildirib və Vəfanı hədələyib.
Təklifini qəbul etməyəcəyi təqdirdə sözügedən videonu Vəfanın valideynlərinə göndərəcəyini və kənd sakinləri arasında onu rüsvay edəcəyini bildirib.
Bu hədələrlə o, Vəfanı seksual xarakterli hərəkətlərə məcbur edib.
“Cinsi əlaqədə olacağını dedi”"İlkinin barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ittiham üzrə özünü qismən təqsirli bilib.
O qeyd edib ki, həmkəndlisi Vəfanın əxlaqsız həyat tərzi sürdüyünü eşitsə də, onun kiminlə və nə vaxt cinsi əlaqədə olmasını bilməyib:""“Əmim oğlu Əli mənə 2022-ci ilin noyabrın əvvəllərində Vəfa ilə “Instagram” sosial şəbəkəsində mesajlaşdığını dedi.
Əlidən yaşca böyük olduğumdan ona Vəfa ilə əlaqə saxlamamasını və gələcəkdə bunun problemlər yarada biləcəyini dedim.
Əli isə bir neçə gün sonra, yəni 2022-ci ilin noyabrın əvvəllərində, saat 13 radələrində Vəfa ilə xalası Fatmaya məxsus, heç kimin yaşamadığı evdə cinsi əlaqədə olacağını dedi”.
“İntim hərəkətlər etməyə başladı”"Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin noyabrın əvvəllərində, günorta saat 12 radələrindən Fatmaya məxsus evin yaxınlığından keçən zaman Vəfanın hasardan aşaraq həyətə daxil olduğunu görüb:""“Mən də onun arxasınca hasardan aşaraq həyətə daxil oldum.
Həyətdə yerləşən sanitar qovşağın qapısının bağlı olduğunu, içəridənsə səslərin gəldiyini eşitdim.
Qapını açmağa cəhd etsəm də, bağlı olduğunu gördüm.
Təxminən 10-15 saniyə sonra Əli sanitar qovşağın qapısını açdı.
Vəfanın Əli ilə birlikdə sanitar qovşaqda olduğunu gördüm.
Vəfadan niyə burada olduğunu və Əli ilə sanitar qovşağında nə etdiyini soruşdum.
Vəfa həmin yerə gəlmələrinin səbəbini Əlidən soruşmağımı istədi”.
“Məqsədim cinsi əlaqədə olmaq idi”"İlkin qeyd edib ki, həmin vaxt Əli ilə Vəfanın intim hərəkətdə olmalarını mobil telefon vasitəsi ilə təxminən 15-20 saniyəlik videoya çəkib:""“Vəfa onları videoya çəkdiyimi gördü, çəkilişi saxlamağımı istədi.
Həmin videonu çəkməkdə məqsədim Vəfanı hədələyib, onunla cinsi əlaqədə olmaq idi”.
“Videonu yaymaq məqsədim olmayıb”"İlkin qeyd edib ki, Vəfa ilə amansız rəftar etməyib, ləyaqətini mütəmadi alçaltmayıb, ona hədə-qorxu gəlməkdə məqsədi isə cinsi əlaqədə olmaq olub:""“Həmin videonu çəkməkdə məqsədim videogörüntünü yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, gəlir əldə etmək olmayıb”.
İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, o, atası, anası, bacısı və qardaşı ilə birlikdə yaşayır:""“Orta məktəbin doqquzuncu sinif şagirdiyəm.
2022-ci ilin noyabrın əvvəllərində məktəbdən çıxdıqdan sonra günorta saat 12 radələrində Əli məni qonşuluqda yerləşən xalasına məxsus, heç kimin yaşamadığı evə dəvət etdi.
Əlinin sözlərinə görə, xalası və onun ailə üzvləri Bakı şəhərində yaşayırlar.
Əlinin dediyi vaxt həmin evə gələrək hasardan aşıb həyətə daxil oldum.
Giriş darvazası ilə üzbəüz birmərtəbəli fərdi yaşayış evi, sol hissədə talvar, sağ hissədə isə tualet və hamam kimi istifadə edilən tikililər vardı.
Mən həmin evə gəldikdə Əli artıq məni orada gözləyirdi.
Girişdən sağ tərəfdə yerləşən tualetə daxil olduq.
Birbaşa məktəbdən gəldiyim üçün əynimdə məktəbli forması var idi.Əli ilə tualetə daxil olduqdan sonra mənə əxlaqsız, iyrənc hərəkətlər etməyi təklif etdi.
Daha sonra tualetin qapısı döyüldü.
Orada təxminən 25-28 yaşında olan saqqallı bir oğlan dayanmışdı, həmin şəxsi əvvəllər görməmişdim.
Əlidən onun kim olduğunu soruşdum.
Əli həmin şəxsin kənd sakini Səid olduğunu, aralarında heç bir qohumluq əlaqələrinin olmadığını dedi”.
“Bizi videoya çəkdi”"Vəfa qeyd edib ki, daha sonra rayon polis şöbəsinə dəvət edilən zaman həmin şəxsin adının əslində İlkin olduğunu, həm də Əlinin əmisi oğlu olduğunu öyrənib:""“Özünü Səid kimi təqdim edən İlkin ev sahibinin qohumu olduğunu dedi, bizim həmin evdə görüşdüyümüzə görə iradını bildirdi.
Daha sonra İlkin mobil telefonunu çıxarıb bizi videoya çəkməyə başladı.
Buna etiraz etsəm də, Əli mənə narahat olmamağımı, həmin videonu heç bir şəxsə göstərməyəcəyini dedi.
Bundan sonra Əli məni bir daha hədələdi.
Məcbur olub Əlinin iyrənc hərəkətlər etməsinə razılıq verdim.
İlkin təxminən iki-üç dəqiqə bizi videoya çəkdi.
O, videonu heç kimə göndərməyəcəyini dedi.
Daha sonra üçümüz də həmin evi tərk etdik.
Əli mənə həmin videonu sildirəcəyinə söz verdi”.
“Cinsi əlaqədə olacağımı dedim”"İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, Vəfa ilə cinsi əlaqədə olmağını əmisi oğlu İlkinə bildirib:""“Vəfa ilə növbəti dəfə cinsi əlaqədə olarkən İlkini də dəvət edəcəyimi dedim.
Dəvətdə məqsədim cinsi əlaqədə olduğumuz anı çəkməsi və sonradan həmin video ilə Vəfanı şantaj etmək olub.
Çünki Vəfanın əvvəllər əxlaqsız hərəkətlər etdiyini bilsəm də, əlimdə ona aid hər hansı foto və ya video olmayıb.
Sözügedən hadisədən təxminən 20 gün sonra Vəfaya hədə-qorxu gələrək mənimlə cinsi əlaqədə olması üçün məcbur etmişəm”.
Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə İlkin bir il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İlkinin cinayət işi üzrə adı keçən şahid Əlinin barəsində cinayət işi ayrıca icraata götürülüb.
Ona Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.
Misirin milli valyutasının dəyəri kəskin ucuzlaşıb.
Bu barədə ölkənin Mərkəzi Bankı rəsmi saytında məlumat yayıb.
Kəskin ucuzlaşma Mərkəzi Bankın faiz dərəcələrini artıracağı və sərbəst məzənnə tətbiq edəcəyi ilə bağlı xəbərlər fonunda baş verib.
Qeyd edək ki, matın beşində bir dollar 30 funta satıldığı halda, bu gün artıq 50 funt sterlinqə ticarət olunub.
Bakıda yaşayış binasının zirzəmisində səkkiz kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Emin Müşviq oğlu Vəliyevə məxsus ümumi çəkisi səkkiz kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Meksikanın paytaxtında bir qrup etirazçı prezident sarayına soxulmağa cəhd ediblər və binanın qapılarından birini qırıblar.
Məlumata görə, bir qrup maskalı gənc Mexikoda yerləşən Moneda prezident sarayının bir nömrəli girişində qapını sıradan çıxarıb.
Etirazçılar qapını qırmaq üçün Federal Elektrik Komissiyasının avtomobilindən istifadə ediblər.
Ərazinin təhlükəsizliyini təmin edən hərbi polis hücumçuları dağıtmaq üçün gözyaşardıcı qazla cavab verib.
Bundan əlavə, hərbçilər saray binasına girişin qarşısını almaq üçün barrikadalar qurublar.
Hücum zamanı Meksika prezidenti Andres Manuel Lopez Obrador gündəlik mətbuat konfransı keçirən binada olub.
Hücum edənlər Lopez Obradorla görüş tələb ediblər və 2014-cü ildə kənd müəllim hazırlığı kollecinin 43 tələbəsinin yoxa çıxması ilə bağlı aparılan araşdırmanın gedişatına aydınlıq gətirilməsini istəyiblər.
Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər.
Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təcrübələr sübut edib ki, təklif olunan yanaşmanın effektivliyi 99,99%-ə çatır.
Bu, sözügedən üsuldan klinik praktikada həm insan ağciyərlərində vərəmin qeyri-aktiv ocaqlarını, həm də çoxlu dərmanlara davamlı vərəmin törədicisini məhv etmək üçün istifadə etməyə imkan verir.
Alimlər vərəmin törədicisi olan Kox çöpünün, eləcə də ona oxşar digər bakteriyaların bir növ “qış yuxusu”na necə düşdüyünü öyrənmək üçün aparılan təcrübənin bir hissəsi kimi belə qənaətə gəliblər.
“Qış yuxusu”nda mikroblar xüsusilə dərmanların təsirinə davamlı olurlar, buna görə də onlar insan bədənində oyanmadan onilliklər ərzində mövcud ola və infeksiyaya səbəb ola bilərlər.
Rusiyalı alimlər müəyyən ediblər ki, bu vəziyyətdə olan mikrobları sarı işıq mənbəyi və delta-aminolevulin turşusunun birləşməsindən istifadə etməklə məhv etmək olar.
Bu maddənin Kox çöpünün hüceyrələrinə daxil olması çoxlu sayda porfirinlərin, piqment molekullarının əmələ gəlməsinə səbəb olur ki, bu onlar da sarı işığı aktiv şəkildə udur.
Erməni separatçıları işğal dövründə Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığını tamamilə dağıdıblar.
Düşmən 30 ildən çox işğal altında saxladığı şəhərdə azərbaycanlılara məxsus məzarlıqları dağıdaraq viran qoyub.
İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər.
Qəbirlərin başdaşlarını sındırıblar, oğurlayaraq aparıblar, məzarları isə qazıblar.
Bir çox qəbirdaşları isə tanınmaz hala salınıb.
Qəbiristanlığı ziyarət edən Xankəndi sakinləri doğmalarının məzarlarını tapa bilməyiblər.
“TikTok” sosial şəbəkəsi 2016-cı ildə Çində yaradılıb.
Əvvəl elə yarandığı ölkədə populyarlıq qazanıb.
2018-ci ildə beynəlxalq versiyası tətbiq ediləndən sonra bütün dünyada məşhurlaşıb.
“TikTok”un elə həmin il artıq 150 ölkədə bir milyard istifadəçisi var idi.""Maraqlı faktlardan biri də odur ki, bu platforma haqqında cəmiyyətdə müsbət olduğu kimi mənfi rəylər də çoxdur.
Amma sosial şəbəkə zəmanəsinin əsas prinsiplərindən biri də odur ki, istənilən marağa sahib olan insanlar üçün kontent (məzmun) tapmaq mümkündür.
Azərbaycanda da “TikTok” sosial şəbəkəsində ortaya maraqlı və faydalı məzmun çıxaranlar var.
Azərbaycan dili müəllimi Aida Hacıyeva və rəssam Anar Abdayev həmin istifadəçilərdəndir.
Onlar Baku TV-yə müsahibələrində “TikTok”da düzgün kontent yaratmaq üçün sərf edilən əməkdən, izləyici qazanmağın yollarından danışıblar, eləcə də maraqlı ideyaların bu platforma vasitəsilə necə reallaşdırıla biləcəyi ilə bağlı məsləhətlər veriblər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimlə regional normallaşma proseslərini müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-in Mətbuat Xidməti “X” sosial şəbəkə hesabında bildirib.
“Nazir müavinimiz Yasin Ekrem Serim Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.
Görüşdə qardaşlıq münasibətlərimiz və regional normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb”, - paylaşımda qeyd olunub.
Bakan Yardımcımız Yasin Ekrem Serim, #Azerbaycan ziyareti çerçevesinde Dış İlişkilerden Sorumlu Cumhurbaşkanı Yardımcısı Hikmet Hacıyev tarafından kabul edilmiştir.