Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Görüşmede, kardeşlik ilişkilerimiz ve bölgesel normalleşme sürecindeki gelişmeler ele alınmıştır.🇹🇷🇦🇿… pic.twitter.com/zsp3wTdxWz
|
Ağstafa rayonunun sakinləri həkim çatışmazlığından əziyyət çəkirlər.
|
Onların sözlərinə görə, xüsusən ultrasəs müayinəsi edən radioloq həkimlərin azlığı günlərlə növbə gözləməyə səbəb olur:""“Ağstafa Mərkəzi Xəstəxanasında ultrasəs müayinə aparatı yoxdur, həmçinin həkim də yoxa çıxır.
|
Bizə Qazax rayonuna getməyimizi deyirlər.
|
Oraya getdiyimiz zaman isə həkim tapa bilmirik”.
|
Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında həkim-radioloq, ultrasəs həkimi çatışmazlığı ilə bağlı iddialar həqiqəti əks etdirmir:""“Hazırda xəstəxanada üç ultrasəs həkimi fəaliyyət göstərir.
|
Hər bir həkim gün ərzində 20-30 pasiyent qəbul edir”.
|
Şirvanda bir müddət əvvəl baş verən zəlzələdən sonra yolun çökdüyü iddia edilib.
|
Sakinlərin sözlərinə görə, “Köhnə şəhər” adlanan yaşayı massivi ilə “Çılpaqlı” qəsəbəsini birləşdirən yol zəlzələdən sonra çöküb.
|
Sürücülər isə qeyd ediblər ki, lazım olan ünvana getmək üçün məcburən alternativ yollardan istifadə edirlər.
|
Bu da uzun məsafə qət etmələrinə səbəb olur.
|
Ətraflı “Xəzər Xəbər”in süjetində:
|
Türkiyənin Aralıq dənizindəki orta ölçülü neft terminallarından biri olan Dörtyol terminalı ötənilki rekord idxaldan sonra Rusiyadan neft yüklərini qəbul etməyəcək.
|
Məlumata görə, bu qərar ABŞ-nin artan sanksiya təzyiqi ilə əlaqədardır.
|
Türkiyənin Hatay vilayətindəki terminalın operatoru olan “Global Terminal Services” (GTS) şirkəti müştərilərinə heç bir Rusiya məhsulunu qəbul etməyəcəyini bildirib.
|
Şirkətin məlumatına əsasən, bütün əvvəlki əməliyyatlar mövcud sanksiyalara, o cümlədən G7-nin Rusiya neftinin qiymət tavanına tam uyğun olub.
|
GTS əlavə edib ki, yeni yanaşma şirkətin nəzarətindən kənar fəaliyyətlərin təsirlərini aradan qaldırmaq üçün əlavə tədbir olacaq.
|
Qeyd edək ki, Dörtyol terminalı 2023-cü ildə 11,74 milyon barel Rusiya nefti və yanacağı qəbul edərək Türkiyənin yeddinci ən böyük idxal terminalı olub.
|
Onun Rusiyadan idxalı 2021-ci illə müqayisədə təxminən yeddi dəfə artıb.
|
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə insanlar, millətlər arasında düşmənçilik toxumu səpən ermənilərin izitirmə hiyləgərliyinin qurbanı olan Keşişkənd rayonu haqqında süjet hazırlanıb.
|
Oxu.Az xəbər verir ki, “Daşnak Yaponun azərbaycanlılara yaşatdığı dram” adlı süjetdə Qərbi Azərbaycan ərazilərində əsrlərdən bəri mövcud olan, lakin haylar tərəfindən viran qoyulan oğuz türklərinə məxsus yaşayış yerlərinin izini itirməyin ermənilər üçün əsas hədəf olduğu bildirilib.
|
Qeyd olunub ki, indiki Ermənistanın Dərələyəz mahalı ərazisində yerləşən Keşişkəndə erməni əhali 1829-1830-cu illərdə Çar Rusiyası tərəfindən İran və Türkiyədən köçürülüb.
|
Buradan 1897, 1922, 1926, 1931 və 1940-cı illərdə yaşayan azərbaycanlılar məcburən qovulublar.
|
Rayon ərazisi 1905, 1916-1918-ci illərdə erməni daşnaklarının hücumlarına məruz qalıb.
|
1918-ci ilin yazında daşnak Yaponun hücumlarından yaxa qurtarmaq üçün dinc əhali Vedibasar özünümüdafiə dəstələrinin komandanı Abbasqulu bəy Şadlinskinin mühafizəsi ilə müvəqqəti olaraq Güney Azərbaycanda sığınacaq tapıb.
|
Həmin əhali sonradan Naxçıvandan keçərək öz yurdlarına qayıdıb.
|
1920-ci ildə rayon ərazisində sırf 66 azərbaycanlı kəndi olduğu halda, 1988-ci il deportasiyasına qədər bu say yeddiyə düşüb.
|
Diqqətə çatdırılıb ki, Keşişkənd rayon kimi 1931-ci il oktyabrın 15-də yaradılıb:""“1935-ci il yanvarın üçünə kimi rəsmi olaraq Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın altısına kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb.
|
Bu ərazidə 1988-ci ilə qədər azərbaycanlılar yaşayıblar və həmin ilin payızından başlayaraq ermənilər tərəfindən qovulublar.
|
Ermənistan parlamentinin qərarı ilə rayon üzrə 23 tarixi yer adları dəyişdirilib, mərkəzi Yeğeqnadzor olan Vayots Dzor mərzliyi yaradılıb.
|
Mərzliyə Keşişkənd, yəni Yeğeqnadzor, Paşalı/Əzizbəyov, yəni Vayk rayonları, eləcə də Quşçu/İstisu, yəni Cermuk şəhəri daxil edilib”.
|
Sonda vurğulanıb ki, erməni fitnəkarlığının qurbanı olan bu ərazilərdən azərbaycanlıların uzaqlaşdırılması əbədi ola bilməz və Qərbi azərbaycanlılar doğma evlərinin qapısını açmaq arzusu ilə yaşayırlar:""“Əminik ki, onlar qayıdacaqlar və dağıdılan ocaqlarında firavan həyat tərzini bərpa edəcəklər”.
|
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
|
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
|
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
|
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
|
“İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü yekdil olduğumuz bir məsələdir”.
|
Bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini deyib.
|
O bildirib ki, İrəvanın taleyi təkcə Fransanı narahat etmir.
|
“Bu, əslində təkcə Fransanı narahat edən məsələ deyil.
|
Son bir neçə ildə qonşu İran Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını dəfələrlə ifadə edib.
|
İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin bu, yekdil olduğumuz bir məsələdir.
|
Və əslində, BMT-yə üzv olan bütün dövlətlər bu məsələdə razılığa gəlməlidirlər, çünki BMT Nizamnaməsinə görə, BMT-nin bütün üzv dövlətləri digər üzv dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanımalı və dəstəkləməlidirlər.
|
Bu, ortaq öhdəlikdir”, - deyə diplomat bəyan edib.
|
Lakin o, son 30 ildə torpaqlarımız erməni işğalı altında olarkən nə Fransa, nə də İranın Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı niyə narahat olmadıqlarına aydınlıq gətirməyib.
|
Corc Sorosun adı çoxlarına məlumdur.
|
Macarıstanda anadan olan amerikalı milyarder, var-dövlətini maliyyə spekulyasiyası ilə qazanan maqnatdır.
|
Bununla belə, Soros ictimai-siyasi fəaliyyəti ilə heç də az tanınmır.
|
“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet məhz Sorosun fəaliyyətinin qaranlıq məqamlarına həsr olunub.
|
Süjetdə bildirilir ki, Soros bütün qitələrin və ölkələrin liberalları üçün əlamətdar bir fiqurdur, bir növ müqəddəs inəkdir.
|
Həqiqətən də, Soros Açıq Cəmiyyət fondları və proqramları şəbəkəsi vasitəsilə dünyada liberal nizamı təşviq etmək üçün çox işlər görüb.
|
Amma problem ondadır ki, bütün hallarda olmasa da, çox vaxt bu təşviq Sorosun fəaliyyət göstərdiyi dövlətlərin milli maraqları ilə ziddiyyət təşkil edib.
|
Daha ətraflı “Caliber”in videomaterialında:
|
III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb.
|
Oxu.Az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb"O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.
|
Toplum TV"nin əməkdaşı Fərid İsmayilov barəsində də cinayət işi başlanılıb.
|
Vəkili Zibeydə Sadıqova bildirib ki, Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
|
Qeyd edək ki, bu gün "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
|
Nazirlikdən bildirilib ki, bir neçə ünvanda əməliyyat-axtarış tədbirləri keçirilib.
|
06.03.2024, 23:27"“Toplum TV”nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb.
|
Oxu.Az xəbər verir ki, bu barədə vəkil Şəhla Hümbətova bildirib.
|
Vəkilin sözlərinə görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.
|
O, 48 saat ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacaq.
|
22:35"“Toplum” TV-nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.
|
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir.
|
“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb.
|
Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub.
|
Burada başqa xüsus yoxdur”, - deyə məlumatda bildirilib.
|
“Ermənistan hökuməti nümayişkaranə şəkildə Rusiya ilə əlaqələri pozur”.
|
Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
|
“Ermənistan hökuməti nümayişkaranə şəkildə Rusiya ilə əlaqələri kəsir, səbəb axtarır, bir addım ardınca başqa addım atır.
|
Bu, onların siyasətinə uyğundur.
|
Düşünürəm ki, məsələ “Zvartnots”la məhdudlaşmayacaq.
|
İndi nə deyirlərsə desinlər, bizim xəbərdarlıq etdiyimiz məsələni tədricən həyata keçirirlər.
|
Bu, KTMT-dən çıxmaqdır ki, o zaman da Gümrüdə bazanın olması məsələsini qaldıracaqlar”, - Zatulin bildirib.
|
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, “Zvartnots” hava limanında Ermənistan sərhəd qoşunları xidmət etməlidir.
|
“Ermənistanın bu məsələdə dəqiq mövqeyi var və bu barədə Rusiyaya rəsmi məktubla məlumat verilib”, - deyə o bəyan edib.
|
Bakı, Gəncə və Sumqayıtda qəzalı binaların yenilənməsi və təmiri üçün layihə hazırlanıb.
|
Bu binalarla əlaqədar görüləcək işlərlə bağlı yaradılan işçi qrupu tərəfindən təkliflər hazırlanıb.
|
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
|
Xezerxeber.az-ın məlumatına görə, Bakı ilə yanaşı, bölgələrdə də bu problem qalmaqdadır.
|
Elə təkcə Gəncə şəhərində layihə üzrə 10-dan çox qəzalı bina siyahıya alınıb.
|
Sakinlərin sözlərinə görə, 10 ildir ki, qəzalı vəziyyətdə olan binada yaşayırlar.
|
Eyni vəziyyət Sumqayıt şəhərində də hökm sürür.
|
Mövzu ilə bağlı danışan inşaat üzrə ekspert Muxtar Ərturan bildirib ki, Sumqayıt şəhərinin bir neçə mikrorayonunda qəzalı binalar mövcuddur.
|
O, qəzalı binaların hansı ərazilərdə olduğunu da açıqlayıb.
|
“2021-ci ilin dekabrınadək Ermənistan bütün təhlükəsizlik təminatını Rusiya ilə bağlayıb”.
|
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinq zamanı bildirib.
|
Onun açıqlamaları yerli mətbuatda yayılıb.
|
“Ermənistan təhlükəsizlik təhdidləri ilə üzləşəndə müttəfiqlərindən kömək almadı və bunu nəzərə alaraq, o, yeni təhlükəsizlik təminatları axtarmağa başladı”, - deyə Qriqoryan ölkəsinin yeni qarant axtarışlarına bəraət qazandırıb.
|
İşğaldan azad olunan digər ərazilər kimi Ağdam rayonun Kəngərli kəndində də tikinti işləri sürətlə davam etdirilir.
|
Rayon ərazisindən altı kilometr məsafədəki kənddə yeni və müasir üslubda 292 fərdi ev inşa olunur.
|
Kənddə tikinti işləri isə dörd mərhələyə bölünüb.
|
Qeyd edək ki, tikinti işlərinin 2024-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
|
Ətraflı “AzTV Xəbər”in süjetində:
|
“Vaşinqtonun özü İraqda, Yuqoslaviyada və bəzi digər hallarda BMT Təhlükəsizlik Şurasından yan keçməklə “cini şüşədən buraxıb”.
|
Bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının qapanışında çıxış edərkən deyib.
|
Orada hər şey BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan edilib.
|
Eynilə Suriyada, keçmiş Yuqoslaviyada.
|
Səbəbləri indi danışmayacağam, amma BMT Təhlükəsizlik Şurasının heç bir qərarı yox idi.Lakin ABŞ-nin özü bu cini şüşədən buraxdı”, - deyə Rusiya lideri bildirib.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.