!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Ərəb dilinin İraq dialekti
Ərəb dilinin İraq dialekti və ya İraq ərəb dili (ərəb. لهجة عراقية, عراقي) — bədəvi dialekti əsasında inkişaf etmiş və İraqda, eləcə də Suriya, İran, cənub-şərqi Türkiyədə və regiondan kənardakı İraq diasporunun nümayəndələri arasında yayılmış ərəb dilinin qarşılıqlı surətdə başa düşülən növləri kontinuumu. Bu dialektdə danışanların ümumi sayı 15,1 milyon nəfərdir (onlardan 11,5 milyonu İraqdadır).İraqın özünəməxsus multikulturalizminə görə, İraq ərəbcəsi arami, akkad, fars, kürd və türk dillərindən əhəmiyyətli miqdarda alınma sözlərə malikdir. Əlavə ədəbiyyat Kees Versteegh. The Arabic Language. Columbia University Press. 1997. ISBN 0231111525.
https://az.wikipedia.org/w/index.php?curid=799328
Ərəb dilinin Əlcəzair dialekti
Ərəb dilinin Əlcəzair dialekti (ərəb. الدارجة الجزائرية) və ya darci (الدارجة; mənası – "gündəlik ləhcə") — ərəb dilinin Əlcəzairdə və kənarda Əlcəzair diasporu arasında yayılmış növlərindən biri. Bu, Məğrib dialekt kontinuumuna aiddir, əsasən Tunis və Mərakeş dialektləri ilə qarşılıqlı surətdə başa düşülür.Əlcəzair dialekti bərbər dillərinin komponentlərini, həmçinin bərbər, türk, ispan və fransız dillərindən çoxlu alınma sözləri özündə daşıyır. Həmçinin, digər dialektlərdə olduğu kimi, yazı dilinin sonluqları da atılır. Bu dialektin rəsmi statusu yoxdur, lakin əksər əlcəzairlilər tərəfindən istifadə olunur. Ərəb dilinin Əlcəzair dialekti müxtəlif şəhərlərdə fərqlidir.
https://az.wikipedia.org/w/index.php?curid=799366
Ərəb dilinin Əndəlüs dialekti
Ərəb dilinin Əndəlüs dialekti və ya Əndəlüs ərəb dili (ərəb. اللهجة الأندلسية, isp. Árabe andalusí) — orta əsr ərəb dilinin VIII–XVI əsrlərdə "mavrların" idarə etdiyi müsəlman Pireney yarımadası (Kordova xilafəti) və Balear adalarında geniş yayılmış növlərindən biri. Rekonkistanın sonunda tədricən roman dilləri (ispan, portuqal, katalan) ilə əvəz olunmuşdur. XVII əsrə qədər mudexarlar adlanan icma arasında qismən qorunub saxlanılmışdır. Əlavə ədəbiyyat Corriente, Federico. A Descriptive and Comparative Grammar of Andalusi Arabic (ingilis). BRILL. 2013. ISBN 978-90-04-22742-2. Singer, Hans-Rudolf, "Zum arabischen Dialekt von Valencia", Oriens, Brill, 27, 1981, 317–323, doi:10.2307/1580571, JSTOR 1580571 Corriente, Frederico, "Los fonemas /p/ /č/ y /g/ en árabe hispánico", Vox Romanica, 37, 1978, 214–18
https://az.wikipedia.org/w/index.php?curid=799435
Ərəb dünyasındakı yəhudilərin tarixi
Ərəb yəhudiləri (ərəb. اليهود العرب) ərəb dünyasında doğulmuş yəhudilərə və ya nəvələrinə aid edilir. Salim Tamarinin fikrincə, dünyanın bir çox yerində "Ərəb Yəhudiləri" termini oksimorondur . Bu termin əsasən 20-ci əsrin əvvəllərində ərəb dünyasında yaşayan 1 milyon yəhudi üçün ərəb millətçiləri tərəfindən istifadə edilmişdir. Əhalinin əksəriyyəti İsrailə və Qərbi Avropaya, bir hissəsi ABŞ və Cənubi Amerikaya köç etdi. Yəhudi ərəbi kimi fərqli ərəb ləhcələri ilə danışırdılar; İvritcə dini dil idi. Mizrahilərin yanındakı ən populyar qrup Sefaradların dini dili istifadə olunurdu. Bu termin yaxın zamanlarda yenidən istifadə edilmişdir; məsələn, özünü ərəb yəhudisi adlandıran sionist yazıçı Albert Memmi, Orta Şərqdə ən az ərəblər qədər haqqı olduğunu söyləmək üçün bu termindən istifadə etmişdir. Anti-sionist olan Ella Şohat, Əşkinazilərlə Ərəblər kimi təzyiq altında olan Mizrahilərin birgə təsnifatına qarşı çıxdığı üçün bu termindən istifadə edir. 1990-cı illərdə özlərini ərəb yəhudiləri adlandıran Seferad Əsllilərinin rəhbəri David Şaşa və "Queens College"də professor işləyən Amiel Alcalay hesab edir ki, bu şəxsin müəyyənləşdirilməsi üçün vacib bir termindir. Fas kralı Məhəmmədin müşaviri André Azoulay və Təl-Əviv Universitetinin professoru Sasson Somekh öz xatirələrində özlərini ərəb yəhudiləri kimi təsvir edirlər. Salim Tamariyə görə, "Ərəb yəhudisi" termini bir vaxtlar Şərq yəhudilərini (Seferad və Mizrahi) təmsil etmişdir. Bu yəhudilər, dil və mədəni əlaqələrinə görə müsəlaman və xristian vətəndaşları ilə, xüsusən də, 1839-cu ildən sonra böyük Suriya, İraq və Misirdə Osmanlılardan ayrılmaq üçün ərəb millətçiliyi hərəkatına qoşulanlardır. Özünü ərəb yəhudisi kimi xarakterizə edən müəllif David Rabeeya, bu şəxsiyyətin daha erkən dövrlərə aid olduğunu bildirir. İslamdan əvvəl Ərəb dövlətlərində yəhudilərin mövcudluğu 20-ci əsrin ortalarına qədər davam etdi. O yazır ki, ərəb yəhudiləri müsəlman ərəblər və xristian ərəblər kimi mədəni ərəblərdir,tək fərqləri onların Yəhudiliyə inanmalarıdır. Ərəb yəhudiləri uşaqlarına ərəb adları qoyurdular və "hər ərəb kimi yəhudi ərəblər də ərəb dili və ləhcələri ilə fəxr edir, dilin gözəlliyinə və zənginliyinə bağlı idilər." "Ərəb yəhudiləri" (2006) adlı kitabında, İsrail sosioloqu Yehuda Şhenhav, Mizrahi yəhudiləri ilə Ərəb yəhudilərinin mənşəyini araşdırdı. Müəllifin fikrincə, ideologiyanın tətbiqinə görə, sionizmin eyni vaxtda və simbiyotik 3 kateqoriyası var: "Millət", "Din" və "Etnik mənşə". Milli birliyin bir hissəsi olmaq üçün ərəbləşdirmədən çıxmalı idilər. Şenhava görə, ərəbləri və ərəb yəhudilərini fərqləndirən xüsusiyyət, onları millət halına gətirən dinləri idi. Terminologiya "Ərəb yəhudi" termini Birinci Dünya Müharibəsi əsnasında qərb ölkələrində yaşayan yəhudilər tərəfindən "türk olmadığını" ifadə etmək üçün istifadə edilmişdir. Bu gün də bəzi qəzetlərdə və ölkələrin rəsmi orqanlarında yəhudi şəxsiyyətinin etnik və ya milliyyətdən daha çox bir din olduğunu ifadə etmək üçün istifadə olunur. Bu vəziyyətə yəhudilər kimi qarşı çıxmaq və bənzərsiz yəhudi şəxsiyyətini dinə endirmək alçaqlıq kimi qəbul edilir. Bəzi Mizrahi fəalları, xüsusilə ərəb ölkələrində doğulmayan və ya erkən yaşda buranı tərk edənlər özlərini ərəb yəhudiləri kimi tanıdırlar. Naim Giladi, Ella Həbibə Şohat, Sami Şalom Çetrit və David Rabeeya bu şəxsiyyətin əsas tərəfdarlarıdır. Bu şəxsiyyəti müdafiə edənlərin fikrincə, "Ərəb Yəhudi" termininin içindəki "ərəb" sözü etnik mənşə, irqi və ya dini simvol deyil, ədəbi və mədəni bir simvoldur; Ərəb ölkələrində yaşayan yəhudilər bu mədəniyyətin bir hissəsidir; Eyni zamanda bu mədəniyyətdə yaşayan digər etnik azlıqlar da "ərəb" dir. Eyni şəkildə Misir, Livan və Suriyadakı xristianlara "Ərəb" deyirlər, çünki onlar (buradakı müsəlmanlar kimi) İslamdan əvvəl də bu torpaqlarda yaşayırdılar. Lakin Qibtilər (Misir), Marunilər (Livan) və Assuriyalılar (İraq) ərəb tərifini bir-birinə zidd hesab edirlər. "Ərəb yəhudi" termini istifadə edən bəzi insanlar üçün bu termin "ərəb ölkəsindən olan bir yəhudi" və ya "ərəbcə danışan yəhudi" deməkdir və ərəb olmaqla heç bir əlaqəsi yoxdur. "Ərəb yəhudi" termini əleyhinə olanların (xüsusilə ərəb ölkələrindəki yəhudilərin) fikrincə, yəhudilər diasporadakı etnik qruplardan ibarətdir və sadəcə bir dini qruplaşma deyillər; "Ərəb" sözünün istifadəsi buna ziddir. Bundan əlavə, ərəb ölkələrində yaşayan yəhudilər heç vaxt özlərini "ərəb yəhudiləri" adlandırmamışlar; bu yəhudi icmaları ərəb ölkələrini tərk etdikdən sonra tətbiq olunan bir termindir. Beləliklə, Şimali Afrikanın bir çox bölgəsində və Yaxın və Orta Şərq cəmiyyətlərində ərəb müsəlmanları və ərəb xristianları xatırlanır, ancaq ərəb yəhudiləri xatırlanmır, çünki yəhudilik bir etnik birlik olmaqla yanaşı, həm də bir dindir. Ərəb ölkələrində etnik azlıq olan Assuriyalılar, Bərbərlər və Kürdlər ərəb sayılmadığı kimi, yəhudilər də ərəb ola bilməzlər. "Ərəb yəhudi" termini əleyhinə olanlar yəhudilərin "Yəhudi ərəbcəsi" ilə danışdıqlarını, ərəblər kimi geyindiklərini və mədəniyyətlərini mənimsədiklərini qəbul edirlər, lakin onlar üçün "Ərəblik" deyimi ortaq bir mədəniyyətdən daha çox məna daşıyır. "Ərəb Yəhudi", digər yəhudilərdən fərqli bir etnik qrup kimi göstərildiyi üçün "Musta'arabim" (ərəbləşmiş yəhudilər) termininə üstünlük verilir. Nəhayət, üçüncü rəyə görə, "ərəb yəhudiləri" etibarlı bir termindir, lakin yalnız Məhəmməd dövründə Ərəbistan yarımadasında yaşayan "Banu Kaynuka" kimi qəbilələr və hətta "Yəmən yəhudiləri" üçün istifadə olunmalıdır (bax: Ərəbistan yarımadasındakı yəhudi qəbilələri). Bu termin ərəb şəxsiyyətini etno-linqvistik baxımdan əlavə, daha çox coğrafi baxımdan əks etdirir. "Ərəb Dövlətlər Liqasının" tərifindən fərqli olaraq, bu coğrafi ərazi Ərəbistan yarımadası ilə məhdudlaşır. İslamdan əvvəl Ərəbistan yarımadasında Yəhudilər Ərəbistan yarımadasında yəhudi əhalisi İslamdan əvvəl də mövcud idi. Şimalda Livan, Yəmənin cənubundan Hassa və İraq sahillərinə qədər geniş bir ərazidə mövcud idi. Bu gün dünyada Hindistan və Efiopiya kimi ölkələrdə yəhudilər israillilərin qəbilələrindən olduqlarına inanırlar. Ərəbistan yarımadasının yəhudi əcdadlarının bu on iki qəbilədən olub-olmadığı və ya yerli xalqın sonradan yəhudiliyi seçib-seçmədiyi məlum deyil. Həmçinin bax İordaniyadakı Yəhudilərin tarixi Omandakı Yəhudilərin tarixi Xarici keçidlər Who is an Arab Jew? Arxivləşdirilib 2008-11-20 at the Wayback Machine – On being Mizrahi (pro-Zionist view) by Albert Memmi. Reflections by an Arab Jew Arxivləşdirilib 2008-12-10 at the Wayback Machine – On being Mizrahi (pro-Arab identity) by Ella Habiba Shohat. The Arab Jews: Language, Poetry, and Singularity Arxivləşdirilib 2010-09-18 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=614061
Ərəb dənizi
Ərəbistan dənizi (ərəb. بحر العرب, fars. دریای عرب, urdu بحیرہ عرب, hind. अरब सागर, somali Bada Carbeed, ing. Arabian Sea)— Hind okeanının bir regiondur ki, şimal tərəfindən Pakistan və İran, cənub tərəfindən Somalinin şimal şərqi, şərq tərəfindən Hindistan və qərb tərəfindən Ərəbistan yarımadası ilə həmsərhəddir. Ərəb dənizi səthinin sahəsi (1,491,130 kvadrat mil) təxminən3,862,000 km²-dir. Xarici keçidlər Ərəb dənizi (Dünya Vəhşi Təbiət Fondu) Arxivləşdirilib 2011-05-23 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=400652
Ərəb jasmini
Ərəb jasmini (lat. Jasminum sambac) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. Təbii yayılması Cənub və Cənub-şərqi Asiyanın yerli bitkilərindəndir. Filippinin milli gülüdür və orada "sampaguita" adlanır. Həmçinin, İndoneziyanın üç milli gülündən biridir və orada "melati putih" kimi tanınır. Botaniki təsviri Cəlbedici və şirincəsinə ətirli gülləri üçün geniş şəkildə becərilir. Ekologiyası Azərbaycanda yayılması Gülləri ətriyyat və çay hazırlanması üçün istifadə olunur. Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
https://az.wikipedia.org/w/index.php?curid=290966
Ərəb körfəzi
İran körfəzi həmçinin Fars körfəzi (fars. خليج فارس - Xəlic-e Fars; ərəb. الخليج الفارسی - əl-Xəlicül-Farsi, əl-Xəlic əl-Farsi) — İran və Ərəbistan yarımadası arasında körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının bir quruluşu olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Origin of Appellations və onların Beynəlxalq Qeydiyyatı Protokolu əsasında Lissabon Sazişinə əsasən Fars Körfəzini rəsmi sənəddə qeydiyyatdan keçirir. Fars Körfəzi İncili üçün Qeydiyyat Sertifikatında bu adın tanınması su orqanının adının belə bir şəkildə tanınmasını göstərdi. Beynəlxalq müqaviləyə əsasən bu razılaşmaya əsasən heç bir ölkə, hökumət və təşkilat Fars körfəzinə istinad etmək üçün başqa bir ad istifadə edə bilməz.Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Fars körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Fars körfəzi dənizlərlə oxşardır. 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının bir quruluşu olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Origin of Appellations və onların Beynəlxalq Qeydiyyatı Protokolu əsasında Lissabon Sazişinə əsasən Fars Körfəzini rəsmi sənəddə qeydiyyatdan keçirir. Fars Körfəzi İncili üçün Qeydiyyat Sertifikatında bu adın tanınması su orqanının adının belə bir şəkildə tanınmasını göstərdi. Beynəlxalq müqaviləyə əsasən bu razılaşmaya əsasən heç bir ölkə, hökumət və təşkilat Fars körfəzinə istinad etmək üçün başqa bir ad istifadə edə bilməz.Körfəzin sahəsi 239 000 km², uzunluğu 926 km, eni 180–320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir. Mübahisəli adlandırma Mənbələrdə körfəz müxtəlif cür adlandırılır. Fars körfəzi adını qazanmazdan əvvəl bu körfəzin bir neçə digər qədim adları olub. Məsələn, bəzi qədim yunan qaynaqlarında (məsələn Herodotun yazıları) buranın adı Qırmızı dəniz kimi çəkilib. Qədim Babil qaynaqlarında isə bura Akkaddan şimalda yerləşən dəniz adlandırılıb. Eramızdan əvvəl 550–330-cu illər arasında mövcud olmuş, ilk fars dövləti olan Əhəmənilər İmperiyasının quruluşundan və sözü gedən körfəz ətrafındakı ərazilər üzərindəki hökmranlığı dövründən bəri, bu körfəz Pars dənizi adlanmağa başlanıb. 1960-cı illərdən etibarən ərəb ölkələrində (əsasən ərəb milliyətçiliyi ilə bağlı səbəblərdən) Ərəb körfəzi adlandırılmağa başlanmışdır ki, bu da beynəlxalq səviyyədə mübahisələrə səbəb olub.Son dövrlərdə körfəzin "Fars körfəzi" yaxud "Ərəb körfəzi" adlandırılması məsələsi bəzi ərəb ölkələri ilə İran rəsmiləri arasında ciddi mübahisə mövzusudur. Məsələn, 2010-cu ildən bəri İranda İslam və Mədəni İnqilab Ali Şurası (Şura-ye Ali-e Enğelab-e Fərhəngi-ye Eslami) tərəfindən 30 aprel gününün rəsmi olaraq Fars körfəzi günü kimi qeyd olunması qərarı verilib. İranın keçmiş prezidenti Məhəmməd Hatəmi bunun əsas təkanverici səbəbinin, beynəlxalq səviyyədə "Ərəb körfəzi" adının əsas ad olaraq önə yeridilməsi məqsədi ilə bir neçə ərəb ölkələri tərəfindən 2009-cu ildən başlanan kompaniyanın olduğunu bildirib. Həmçinin bununla əlaqədar İran poçt xidməti bu günü qeyd edən markalar buraxıb. Müasir dövrdə buranın digər yerli adlandırma formaları da vardır — məsələn, Türkiyədə (və qismən Azərbaycanda) Bəsrə körfəzi (ki bu ad Osmanlı dövrünə, 16-cı əsrə gedib çıxır), Cənubi Azərbaycanda (xüsusilə milliyyətçi təşkilatlar arasında) və həmçinin müxtəlif tarixi mənbələrdə əvvələr türklər tərəfindən istifadə olunduğu deyilən Kəngər körfəzi adlarını sadalamaq olar.Körfəz üçün orta əsr Avropa kartoqrafları tərəfindən çəkilmiş xəritələrdə də cürbəcür adlar istifadə olunub. Belə ki, alman kartoqrafı Qustav Droysenin "945-ci ilədək Xilafət dövləti" ("Das Reich der Kalifen bis 945") xəritəsində körfəzin o dönəmdəki ərəbcə adı olan Bəhr-ül Farsi (Fars dənizi) adıyla yanaşı almanca Grünes Meer, yəni Yaşıl dəniz adı da qeyd olunub. Bundan başqa, 16-cı əsr alman-flamand kartoqrafı Gerhard Merkatorun 1561-ci ildə çəkilən dünya xəritəsində körfəzin adı latınca Mare di Mesendin, yəni Müsəndəm dənizi adlanıb — bu ad Ərəbistan yarımadasının şimal-şərqi nöqtəsində yerləşən Müsəndəm yarımadasının adıyla bağlıdır. Həmin yarımada hazırda Oman və Birləşmiş Ərəb Əmirlikləri arasında bölünüb. Bir digər flamand kartoqrafı Abraham Orteliusun 1570-də çəkdiyi xəritədə isə körfəz latınca Mare El Catif, yəni Qətif dənizi adlanıb — bu ad isə hazırkı Səudiyyə Ərəbistanının şərq sahilindəki əş-Şərqiyyə məntəqətində yerləşən Qətif şəhərinin adıyla bağlıdır. Həmçinin bax Körfəz Əməkdaşlıq Şurası Xarici keçidlər Iranica — Persian Gulf Persian Gulf Studies Center
https://az.wikipedia.org/w/index.php?curid=259463
Ərəb körfəzi (dəqiqləşdirmə)
Ərəb körfəzi — Fars körfəzinin ərəb ölkələrində qəbul edilmiş adı. Ərəb körfəzi — Qırmızı dənizin qədim adlarından biri. Ərəb körfəzi — Misirin Aralıq dənizi sahillərində, İsgəndəriyyə şəhərindən qərbdə yerləşən körfəz.
https://az.wikipedia.org/w/index.php?curid=291065
Ərəb kəndi (Çaldıran)
Ərəb kəndi (fars. عرب كندي) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Əhalisi haqqında dəqiq məlumat yoxdur.
https://az.wikipedia.org/w/index.php?curid=474231
Ərəb milliyətçiliyi
Ərəb milliyətçiliyi (ərəb. القومية العربية, al-Qawmiyya al-`arabiyya) — Ərəblərin bir millət olduğunu və ərəb xalqının birliyini təbliğ edən, ərəb sivilizasiyasını, ərəb dilini və ədəbiyyatını qeyd edən, ərəb dünyasında cavanlaşma və siyasi birliyə çağırış edən millətçi ideologiya. Onun mərkəzi məqsədi Atlantik okeanndan Hind okeanına qədər ərəb dünyasının xalqları ümumi etnik, linqvistik, mədəni, tarixi, milliyyətçi, coğrafi və siyasi oxşarlıqları ilə ümumi bir millət yaratmaqdır. Ərəb millətçiliyinin əsas hədəflərindən biri ərəb dünyasında qərbin təsirinin sona çatmasıdır, ərəb gücünün "nemesisi" kimi qəbul edilən və bu ərəb hökumətlərinin qərb gücündən asılı olduğu hesab olunur. XX əsrin əvvəllərində Osmanlı İmperiyasının zəifləməsi və məğlubiyyəti ilə meydana gəlmişdir. Firkin təsiri Altıgünlük müharibədə ərəb ordusunun məğlubiyyətindən sonra azalmışdır.Ərəb millətçiliyinə əlaqədar olan şəxslər və təşkilatlara İraq kralı I Feysəl, Misir prezidenti Camal Əbdül Nasir, Ərəb Milliyyətçi Hərəkatı, Libya lideri Muəmmər Qəddafi, İraqda bir neçə il hakimiyyətə gələn və hal-hazırda Suriyada haimiyyətdə olan Ərəb Sosialist BƏƏS Partiyası və onun qurucusu olan Mişel Əflaqı aid etmək olar. Ərəbçilik fikridə bu fikrə oxşar bir ideologiyadır. Terminologiya Ərəblərin özləri bu anlayış anlayışı üçün iki sözdən birini istifadə edə bilərlər: "Kəvmiyyə" (ərəb. قومية, "qəbilə" mənasını verən bir sözdən gəlir və daha çox "qan millətçiliyi" deməkdir) və "Vətəniyyə" (ərəb. وطنية, "vətən" mənasını verən bir sözdən gəlir və daha çox "torpaq millətçiliyi" deməkdir). Xalqın təyin olunması üçün, "Şaab" (ərəb. الشعب, Şubiyyə) sözündən istifadə olunur. Buna görə də ərəb ölkələrində (məclis, ərəb. المجلس) ən yüksək nümayəndəlik orqanı "milli" (əl-vətani, ərəb. صحيفة الوطني) və ya "xalq"dır (əş-şaab, ərəb. الرماد الشعب). Tanınmış ərəb milliyətçilər Mütəfəkkirlər Milliyətçi liderlər Həmçinin bax Ərəb üsyanı Ərəb üsyanı bayrağı Azərbaycan milliyətçiliyi Xarici keçidlər Məhəmməd Yəhya tərəfindən, "Islamic critique of Arab Nationalism" (azərb. "Ərəb milliyətçiliyinin İslam tənqidçisi"), Ər-Təhvid, Cild III, Nömrə 2, 1986. Martin Kramer tərəfindən "Arab Nationalism: Mistaken Identity" (azərb. "Ərəb Milliyətçiliyi: Yanlış İdentiklik"), Daedalus, Yay 1993, səh. 171–206. Adiid Davişa tərəfindən "Requiem for Arab Nationalism" (azərb. "Ərəb Milliyətçiliyi üçün Rekviem"), Middle East Quarterly (azərb. Orta Şərq Üç Ayda), Qış 2003, səh. 25–41. Məhəmməd Həsən Fədlalla tərəfindən "The Rise of Arab Nationalism in the Sudan" (azərb. "Ərəb Milliyətçiliyinin Sudanda Yüksəlişi"), Codex Online S. A.
https://az.wikipedia.org/w/index.php?curid=517003
Ərəb mədəniyyət paytaxtı
Ərəb mədəniyyət paytaxtı - Ərəb Dövlətləri Liqasının YUNESKO ilə birgə irəli sürdüyü mədəniyyət layihəsidir. Proqramın əsas məqsədi ərəb mədəniyyətinin dəstəklənməsi və ərəb regionunda əməkdaşlığı inkişaf etdirməkdir. Ərəb mədəniyyət paytaxtları Xarici keçidlər Algiers Arab Capital of Culture 2007 - Əlcəzair 2007-ci il ərəb mədəniyyəti paytaxtıdır - rəsmi sayt Arxivləşdirilib 2014-12-17 at the Wayback Machine Dəməşq 2008-ci il ərəb mədəniyyəti paytaxtıdır - rəsmi sayt Arxivləşdirilib 2011-08-05 at the Wayback Machine Qüds 2009-cu il ərəb mədəniyyəti paytaxtıdır - rəsmi sayt Şərqi Qüds: "2009-cu il ərəb mədəniyyəti paytaxtıdır" Manama 2010-cu il ərəb mədəniyyəti paytaxtıdır - rəsmi sayt Arxivləşdirilib 2012-02-28 at Archive-It
https://az.wikipedia.org/w/index.php?curid=344284
Ərəb mətbəxi
Ərəb mətbəxi – ərəb dünyasını şərqdən qərbə qədər əhatə edən mətbəxlərdən biri. Ərəb mətbəxinə Levant, Türkiyə, Kopt və digər xalqların mətbəxləri təsir göstərmişdir. Ərəblər erkən orta əsrlərdən ədviyyatlara xüsusi önəm vermişlər.Ərəb mətbəxində aşağıdakı maddələrə diqqət yetirilir: Ət-quzu və toyuq ətindən çox istifadə olunur.Dəvə ətindən xüsusi qonaqlıqlarda istfadə edilir.Sahil tərəfdə yaşayan əhali daha çox balıq ətinə üstünlük verir. Süd məhsulları - geniş yayılmışdır, əsasən yoğurt və ağ pendir, yumurta və krem də geniş istifadə olunur . Otlar və Baharatlar - Nanə və kəklikotu geniş yayılmışdır, demək olar ki, bu gün ənçox bu bitkilərdən istifadə olunur.Ədviyyat hind mətbəxindən daha az istifadə olunur.Ədviyyatların miqdarı və çeşidi regiondan regiona dəyişir. İçkilər: İsti içkilərə nisbətən soyuq içkılərdən istifadə olunur.qəhvə menyuda birinci təqdim olunur daha sonra çay (xüsusilə Sri Lanka çayı) üstünlük təşkil edir. Taxıl bitkiləri: buğda bulqur düyü ərəb mətbəxinin əsasını təşkil edir. paxlalılar - mərcimək lobya, noxud geniş istifadə olunur . Tərəvəz və meyvələr: xiyar, badımcan, bamİya və soğan ,əncir nar və zeytun ərəb mətbəxinin ayrılmaz tərkib hissəsidir . Souslar: Ən məşhur sousa müxtəlif növ zeytun yağı, limon suyu, cəfəri ,sarımsaq, qatıq nanə, soğan əlavə olunur . Falafel və ya Fəlafel – qızardılmış noxud və ya paxladan hazırlanır . Xumus – noxud püresi zeytun yağı limon suyu və sarımsaqdan hazırlanır . Kənafə - pendirli şirniyyatdır . Samsa – undan hazırlanır.Peraşki növüdür . Yeməklərin strukturu Ərəb dünyasında yeməklər üçün iki əsas quruluş vardır: Ramazan ayı üçün hazırlanan yeməklər və müntəzəm hazırlanan yeməklər. Şirniyyatlar və Ramazan yeməkləri Ramazan ayında şirniyyat adi haldan daha çox istehlak olunur. Ən çox şirniyyatlardan , Kanafeh, baklava və basbousa kimi şirniyyatlar bütün il boyunca və xüsusilə Ramazan ayı üçün hazırlanır. Regional Ərəb Mətbəxləri Yəmənin mətbəxi digər Ərəb mətbəxlərindən fərqlənir. Digər Ərəb mətbəxləri kimi Yəməndə də toyuq, keçi və quzu ətdən daha çox istifadə olunur. Ən çox yayılmış içkilər çay və qəhvədir.Çay adətən nanə ilə birlikdə təqdim olunur. Karakaden , Naqe'e Al Zabib vədiba'a ən çox yayılmış soyuq içkilərdir. Saltah (سلتة) Yəmənin milli yeməyi sayılır. Kartof, Bişmiş yumurta və tərəvəzlər, saltaya əlavə edilir.Yemək çörəklə birlikdə təqdim olunur. Yəməndə geniş yayılmış digər yeməklərə aşağıdakılar daxildir: Aseedah, aseed, fahsa, thaked, Samak Mofa, mandi, fattah, shakshouka, shafut, Bint əl-Sahn, kabsa və jachnun . İraq mətbəxi əsasən ətdən ibarətdir. İraq mətbəxində ən çox yayılmış ətlər toyuq və quzu ətidir. İraqın milli yeməyi Masqouf adlanır.İraq mətbəxində digər ərəb ölkələrinə nisbətən daha çox ədviyyatlardan istifadə edilir. əsas ərzaq məhsullarına buğda, arpa, düyü, tərəvəz daxildir. Dolma da ən məşhur yeməklərdən biridir.İraq mətbəxi kebabı ilə fərqlənir. və tikka adlı kabab növü ilə məşhurdur.Çeşitli baharatlardan və turşulardan istifadə olunur. Liviya mətbəxi Aralıq dənizi, Şimali Afrika və Berber mətbəxinin ənənələrindən qaynaqlanıb. Ən məşhur yeməklərindən biri, arpa, su və duz ilə hazırlanan xəmirsiz çörək olan Bazin dir .Digər ərəb ölkələrində olduğu kimi burada da Donuz ətinin istehlakı Şəriətə əsasən İslamın dini qanunlarına uyğun olaraq qadağandır.Liviyanın paytaxtı olan Tripoli mətbəxi xüsusilə İtalyan mətbəxindən təsirlənir . Bazin - Liviya çörəyi Zümita, bir növ Bsisa Tajine (Marqa) Mbekbka - makaron və ya spagetti ilə unikal Liviya şorbasıdır. Lebrak - düyü və ət ilə doldurulmuş dolmalardır. Bsisa Hassaa - sous növü. Libya yay salatı Shakshouka şorba Liviya şorbası Içkilər -Makroudh Liviya çayı Gioriba Maakroun Mafruka Mhalbiya Misir öz unikal mətbəxi ilə fərqlənən ölkələrdəndir.Misirdə daha çox vegetarian yeməklərinə üstünlük verilir.Om Ali adlı disert bayram günlərində xüsusi olaraq hazırlanır . Kouscous (Ərəbcə : كسكس) , Harira (Ərəbcə: حريرة): Harira Müqəddəs Ramazan ayı boyunca istehlak edilən ənənəvi Mərakeş yeməyidir. pomidor şorbasıdır . Taktouka (Ərəbcə: تكتكة): Taktuka, pomidor, soğan, yaşıl bibər ilə hazırlanmış ənənəvi Mərakeş salatıdır . Həmçinin bax Xarici keçidlər Arabic cuisine[1]
https://az.wikipedia.org/w/index.php?curid=512065
Ərəb qrafikalı Azərbaycan əlifbası
Ərəb qrafikalı Azərbaycan əlifbası və ya Əbcəd (ابجد) — Azərbaycan dilinin yazılmasına ərəb qrafikasının bir variantı ilə başlanılmış əlifba. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub. Azərbaycan Respublikası ərazisində 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə edilib. Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından indi də istifadə edirlər. Xüsusiyyətləri Ərəb əlifbasında türk dillərinin saitlərini əks etdirən xüsusi işarələrin olmaması, bir neçə səsin bir işarə ilə yazılması həmin əlifbanın türk dillərinin əlifbası kimi işlədilməsində zaman-zaman müəyyən çətinliklər meydana çıxarmışdır. Azərbaycan dili üçün də bu çətinliklər mövcud olmuşdur. Ərəb əlifbasının istifadəsindən irəli gələn nöqsanlar əsasən aşağıdakıları özündə birləşdirir: 1) Azərbaycan dilində olan bir sıra fonemlərə uyğun gələn səslərin ərəb dilində yalnız tələffüzə görə fərqlənməsi nəzərə alınaraq onların əlifbada bir neçə işarə ilə ifadə olunması (məsələn: v, s, y, z, t, h); 2) ərəb əlifbasında işlədilən hərflərin sözdə işlənmə yerindən asılı olaraq bir qisminin dörd, digər qisminin 2 işlənmə şəklinin olması; 3) ərəb əlifbasındakı 28 hərfdən 16 hərf müstəqil işarəyə malik idi. Qalan 12 hərf diakritik işarələrlə bir-birindən fərqləndirilirdi; 4) ərəb əlifbasında Azərbaycan dilinin saitlərini ifadə etmək üçün müxtəlif diakritik işarələrdən istifadə olunurdu; ərəb əlifbasında cəmi dörd sait üçün işarə vardır, bu dörd işarə də işlənmə yerinə görə müxtəlif səsləri ifadə edə bilirdi; 5) yazı prosesində istifadə edilən əlavə işarələrin orfoqrafik və orfoepik səhvlərin buraxılmasına səbəb olması; 6) imla qaydalarını yaratmaqda, habelə tədris işində çətinliklər. Aşağıdakı cədvəl, Ərəb əlifbası tərtibi ilə düzülüb və Latın əlifbasında yaxın olan qarşılıqları göstərir. Həmçinin bax Azərbaycan dili Ərəb əlifbası ilə yazı qaydaları
https://az.wikipedia.org/w/index.php?curid=189594
Ərəb qəhvə ağacı
Ərəb qəhvə ağacı (lat. Coffea arabica) — qəhvə ağacı cinsinə aid bitki növü. Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən qida kimi istifadə olunan təbii nemətdir. O, başqa yeyinti məhsullarından fərqli olaraq, insan üçün daha faydalıdır. Onun üstünlüyü orasındadır ki, o, lazımi miqdarda (0,2 q) qəbul etdildikdə, orqanizmin qüvvəti və fəaliyyəti xeyli artırır, eyni zamanda fiziki və zehni yorğunluq götürülür, insanda bir növ yüngüllük, xoş əhvali – ruhiyyə və əmək gümmrahlığı yaranır. Məhz bu xassəsinə görə də qəhvədən çox qədim vaxtlardan bəri bütün dünyada, xoş ətirli və dadlı qida kimi geniş istifadə olunmaqdadır. Çoxlarımızın tanıdığı və istifadə etdiyi qəhvə – poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır. Bu ağacın isə əsil vətəni Həbəşistan və ərəb ölkələridir. Bu ölkələrdə vaxtilə qəhvə ağacları təbii halda çox geniş yayılmışdır. Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında geniş becərilir. Lakin hazırda dünya ticarətini qəhvə ilə təmin edən əsas ölkə Braziliyadır. Braziliyada qəhvə ağaclarının beynəlxalq əhəmiyyətli plantasiyaları vardır. Bununla əlaqədar olaraq, hazırda Braziliya dünya ticarətində əsas rol oynayır. Bunu da qeyd etmək maraqlıdır ki, qəhvə bitkisini hər ölkədə yetişdirmək mümkün deyil. Məsələn, hələ bu günə qədər qəhvə ağacını nə Avropa ölkələrində, nə də Qafqazda becərmək mümkün olmuşdur. Bu da çox maraqlıdır ki, qəhvə kimi qiymətli əmtəə, Avropa xalqlarına XVI əsrdə, Rusiya xalqına isə XVII əsrdə məlum olmuşdur. Qəhvə ağacı son dərəcə məhsuldar bitkidir. O, ildə 3 dəfə meyvə verir. Meyvələri xarici görünüşünə görə gilasa bənzəyir, hər bir meyvəsində qalın qabıqla örtülmüş, yastı qabarıq şəkildə iki toxumu yerləşir. Toxumları meyvədən ayırmaq çox çətin başa gəlir. Çünki toxumlar meyvəsinin qabıq hissəsinə bərkilmiş halda olur. Ona görə də toxumları meyvələrdən quru və yaş üsulla ayırırlar. Quru üsulda ağacdan dərilmiş meyvələri əvvəlcə günəş altında və ya süni yolla qurudur, sonra onları qabıq hissəsindən ayırmaq üçün xüsusi üyüdücülərdən keçirirlər. Nəticədə əzilmiş və xırdalanmış ətli qabıqlar güclü ventilyator vasitəsilə toxumlardan kənar edilir. Yaş üsulda isə toxumları meyvələrdən "Pulper" adlanan xüsusi maşında ayırırlar. Sonra meyvələrdən təmizlənmiş toxumları günəş altında və ya xüsusi qurğularda qurudurlar. Belə qurudulmuş toxumları istifadə etməzdən əvvəl 200 C temperaturda qovururlar. Bunun nəticəsində toxumlar xoşagələn ətirli iy və dad kəsb edir. Qəhvə toxumlarının tərkibində bir sıra qiymətli maddələr var. Bunlardan ən vacibi və müalicə əhəmiyyətlisi kofein alkaloididir. Ümumiyyətlə, qəhvə toxumlarında 2 %-ə qədər kofein, 20 %-ə qədər aşı maddə, 40 %-ə qədər piyli yağ, 0,2 % – efir yağı, şəkər, üzvi turşular və digər vacib maddədlər vardır. Buna görə də qəhvə toxumları son dərəcə faydalı, orqanizmin möhkəmlənməsinə və sinin sisteminin tonusunun artmasına kömək edir. Məsələn, bir çay qaşığı qəhvə poroşokunda 0,2 % kofein olur. Bu miqdarda qəhvə qəbul etdikdə insanın əmək fəaliyyəti artır, zehni və fiziki qabiliyyəti yüksəlir, əhvali – ruhiyyəti yaxşılaşır. Məlum olduğu kimi, qəhvə qida məhsulu kimi hazırda çox geniş istifadə olunur və qəhvədən müxtəlif üsullarla qida əhəmiyyətli içkilər hazırlanır. Yadda saxlamaq lazımdır ki, qəhvəni hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz, çünki belə şəraitdə qəhvənin tərkibində olan müalicə əhəmiyyətli maddələr efir yağı, kofein də digər qiymətli maddələr parçalanaraq öz təsirini itirir. Nəticədə qəhvəyə xas olan xoş ətirli iyi və dadı, eləcə də başqa müalicəvi maddələrin təsiri yox dərəcəsinə çatır. Bunu da yadda saxlamaq lazımdır ki, qəhvə çox faydalı və qiymətli təbii nemətdir. Lakin ondan lazımi qədər istifadə etmək məqsədəuyğundur.
https://az.wikipedia.org/w/index.php?curid=143241
Ərəb qəhvəsi

https://az.wikipedia.org/w/index.php?curid=66783
Ərəb rəqəmləri
Ərəb rəqəmləri — rəqəmlərin ənənəvi dəsti: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9; bir çox ölklərdə istifadə edilən onluq sisteminin rəqəmləri. Hazırda istifadə edilən rəqəmlər Hindistandan gəlib və Avropa xalqları bu rəqəmlərlə ərəblərin sayəsində tanış olmuşlar. İlk dəfə XVI əsrdə yeni nömrələmə geniş şəkildə yayılmağa başlamışdır. Ərəb sistemi olan onluq say sistemi istənilən qədər böyük ədədi yazmağa imkan verir. Böyük Sovet Ensiklopediyasında "ərəb rəqəmləri" Titlo Arxivləşdirilib 2008-02-20 at the Wayback Machine — ərəb və digər rəqəmlərin milli xətlərinin oxunması Xalçalarda tarix qoyulmasında istifadə edilən ərəb rəqəmləri
https://az.wikipedia.org/w/index.php?curid=300363
Ərəb salatı
Ərəb salatı və ya Ərəbistan salatı, ərəb ölkələrinə, ümumilikdə Ərəb mətbəxinə məxsus olan yemək növüdür. Müxtəlif meyvə və ədviyyatların qarışığından ibarət olub, çox vaxt məzə kimi süfrəyə verilir. Ərəb salatları siyahısına Əlcəzair mətbəxindən "Əlcəzair salatı" (Salata Jaza'iriya) və "Qara zeytun və narıngi salatı" (Salatat Zaytoon), Tunis mətbəxindən "Salata Maçviya" (qovrularaq bişirilmiş bibər, pomidor, sarımsaq, soğan, zeytun və tunes balığı), Suriya və Livandan "Artişok salatı" (Salataf Khurshoof) və "Çuğundur salatı" (Salatat Shamandar), Fələstin və İordaniyadan "Avokado salatı" kimi salatlar daxildir.Ərəb dünyasında yeyilən digər məşhur Ərəb salatlarına Fatuş və Tabuli aiddir.Woman's Day (Qadınlar Günü) jurnalında verilmiş salat reseptinə xırda doğranmış pomidor, xiyar və soğan daxildir . Əksər hallarda salata cəfəri qatılır, yeni sıxılmış limon suyu və zeytun yağı əlavə olunur. Ərəb salatına heç vaxt kahı qatılmır. Soğan istisna olmaqla, ərəb salatlarına qatılan heç bir tərəvəzin qabığı təmizlənmir, hazırlanmış salat dərhal süfrəyə verilir. Salatın yanında süfrəyə ərəb çörəyi pide, eləcə də limon suyu və yağ qarışığına sumax qatılaraq verilə bilir . Fələstinlilər arasında bu salat Salatat əl-Bundura ("pomidor salatı") adı ilə tanınır və süfrəyə adətən düyü yeməkləri ilə yanaşı verilir . Ərəb salatına oxşar salatlar Yaxın Şərqdə İran mətbəxinə məxsus Şiraz salatı və türk dünyasında (Türkiyə, Azərbaycan) ənənəvi Çoban salatıdır. Həmçinin bax Çoban salatı
https://az.wikipedia.org/w/index.php?curid=536906
Ərəb səhrası
Ərəb səhrası və ya Ərəbistan səhrası — Qərbi Asiyada yerləşən səhra. Bu geniş səhra Yəməndən İran körfəzi, Oman,İordaniya və İraqa qədər uzanır. 330,000 km2 sahəsi ilə Ərəbistan yarımadasının əksəriyyətin əhatə edir. Onun mərkəzində Rub əl-Xali, dünyanın ən böyük fasiləsiz qum orqanlarının biri yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=292909
Ərəb tarı
Ərəb tarı (lat. Arabitragus jayakari) — boşbuynuzlular fəsiləsinin keçilər yarımfəsiləsinə aid heyvan növü. Ənənəvi olaraq Ərəb tarı Tarlar cinsinin üç növündən biridir. Bu cinsə Ərəb tarından başqa Himalay və Nilqirian tarlarıda daxildir. Digər tarlar kimi ərəb tarı da keçilər yarımfəsiləsnin qalan növlərinə bənzərliyi ilə seçilir. Bununla belə çəkisi 23 kiloqramı keçmir ki, bu da ərəb tarlarını tarlar arasında ən kiçik növə çevirir. Yığcam bədən qruluşauna sahibdir. Güclü ayaqları qayalara dırmanmaq üçün uyğun gəlir. Heyvanın bel sütunu boyunca sıx uzun tükləri quyruq istiqamətində uzanır. Həm erkək, həm də dişilər arxaya əyilmiş bir cüt buynuza sahib olurlar. Ərəb tarı Yer kürəsinin yalnız bir bölgəsində yaşayır. Bu Ərəbistan yarımadasındakı Həcər dağlıq bölgəsidir. Həcər dağları Oman sultanlığının ərazisində və qismən BƏƏ-də yerləşir. Heyvanlar quru bir iqlim şəraitində, 1800 metr yüksəklikdəki dağ qayaları arasında yayılmışlar. Ərəb tarları əsasən gecə həyatı keçirir. Bitki ilə qidalana heyvanın menyusuna yarpaqlar, otlar və meyvələr daxildir. Quraq zonada yaşayan bir çox heyvan növündən fərqli olaraq, ərəb tarları vaxtaşırı suvarma üçün mənbələrə baş çəkməlidir. Keçi ailəsinin digər növlərindən fərqli olaraq, onlar sürüdə deyil, tək yaşayırlar. Bəzi hallarda elədə böyükl olmayan ailələrdə (bala və ya dişi, erkək yada bala və bir dişi olan kiçik ailələrdə də) yaşayaırlar. Ayrıca digər boşbuynuzlulardan fərqli olaraq ərəb tarları sidiklə ərazilərini işarələyirlər. Bu isə əraziləri hesab etdikləri bölgənin digərlərinə gah olması xüsusiyyəti daşıyır. Bu heyvanların çoxalması haqqında az şey məlumdur. Onların cütləşmə mövsümündə fəsillərə dair xüsusi bir məlumat yoxdur. Dişilərin boğazlıq dövrü 140 ilə 145 gün arasında davam edir. Yox olma təhlükəsi Ərəbistan tarı mövcudluğuna yönəldilən əsas təhdidlər ev heyvanları arasında rəqabət, ənənəvi yaşayış yerlərinin məhv edilməsi və brakonyerlikdir. Bu heyvanlar daim dağlarda suvarma üçün bir neçə mənbəyə gəlməyə məcbur olduqları üçün brakonyerlər tərəfindən asan ova çevrilirlər. 1975-ci ildə Omanın Həcər dağları bölgəsinin bir hissəsi qorunan ərazi elan edildi. 2009-cu ildə BƏƏ-də bu ölkədə yaşayan ərəb tarılarını qorumaq üçün Vadi-Vura Təbiət Qoruğu təşkil etdi. Hazırda onların ümumi sayı 2000 nəfərə yaxındır və Qırmızı Kitaba görə bu heyvan növü yox olmaq ərəfəsindədir.
https://az.wikipedia.org/w/index.php?curid=607505
Ərəb xan Şamlı
Ərəb xan Ağzivər xan oğlu Şamlı (?-1645)—Şamlı elinin Bəydili oymağından olan qızılbaş sərkərdəsi, Şirvan vilayətinin bəylərbəyi. Ərəb xan Şamlı tanınmış qızılbaş sərkərdəsi idi. I Şah Abbas Səfəviyə xidmət etmişdi. Əvvəlcə cəbbədarbaşı (silah-sursat naziri) vəzifəsində çalışırdı. Şah onu Şirvan vilayətinə bəylərbəyi təyin etmişdi. 1645-ci ildə II Şah Abbas Səfəvi onu vəzifədən çıxarıb edam etdirdi. Ərəb xanın Nəriman bəy adlı oğlu vardı. Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=178452
Ərəb xilafəti
Ərəb xilafəti (ərəb. خلافة xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsulu. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından 13-cü əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır. Xilafət anlayışı Xilafət düşüncəsi daha çox İslamın sünni qanadında qəbul edilmişdir. Şiə qanadı sünni qanadın qəbul etdiyi xilafət idarə üsulunu tanımır və ona əks olaraq imamət dini dövlətçilik düşüncəsini qəbul edir, baxmayaraq ki, belə bir dini dövlətçilik idarəsi tarixdə olmamışdır. Xəlifə ilk əvvəl seçki əsasında təyin edilsə də, Əməvilər hakimiyyətə gəldikdən sonra səltənət şəklini almışdır. Abbasilər sülaləsinin X əsrdə zəifləməsinə qədər dövlətə başçılıq edən xəlifələr daha sonra İslam dünyasında ruhani lider roluna malik olmuşlar. 632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb fəthləri genişləndi. Ərəblərin hərbi fəthlərinin uğurlarına səbəb olan amillər içərisində Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər iki tərəfin zəifləməsi, ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayının çoxluğu, əsasən də Bizans və İran əhalisinin ağır vergilərdən azad olmaq üçün daha ədalətli dövlətçilik və sosial siyasət yürüdən müsəlmanlara xilaskar kimi baxaraq, onların tərəfinə keçməsi tarixçilərin diqqətindən yayınmamışdır. Xəlifə Əbu Bəkr (632–634), Ömər (634–644), Osman (644–656) dövründə fütuhat müharibələri genişləndi. Birinci xəlifə və Məhəmməd peyğəmbərin varisi Əbu-Bəkrin dövründə Suriya və İranın fəthinə başlandı. Ömər Suriya, İraq və Misiriin fəthini başa çatdırdı. 636-cı ildə baş verən Yərmuq döyüşündə Bizans, 636-cı ildə Kadisiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 639-cu ildə Əmir ibn Asınrəhbərlik etdiyi ərəb qoşunu Misirə hücum etdilər 640-cı ilin yanvarında Pelusiya Fərama şəhəri və Fəyyum vadisi işğal edildi.642-ci ildə Misirin işğalı başa çatdırıldı.Xəlifə Ömərin dövründə islam dini İrana, Suriyaya, Misirə və Liviyanın tarixi vilayəti Benqaziyə yayıldı. Ömərin vaxtında təşəkkül tapmağa başlamış ərəb müsəlman imperiyasının bütün əsas inzibati-hüquqi təsisatları və ilk növbədə onun vergi-rüsum sistemi müəyyənləşdirilərək qanuniləşdirilmişdir. 638-ci ildə Qüds ilhaq edilərək müsəlman şəhərinə çevrildi. 642-ci ildə Nahavənd vuruşmasında müsəlmanlar Sasani imperiyasını çətin vəziyyətə saldılar. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı.644-645-ci illər arası Bəlucistanı işğal edərək oradan Hindistana keçdilər.Mədain (Ktesefon) 651-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu. Ərəb xilafətinin II dövrü 661–750-ci illəri əhatə edir. 661-ci ildə IV Raşidi xəlifəsi Əli ibn Əbu Talib Kufədə namaz qılarkən xəvaricilər tərəfindən öldürüldü. Daha sonra hakimiyyətə onun oğlu Həsən gəldi. Bir neçə səbəbə görə Həsən ibn Əli çox keçməmiş hakimiyyəti Müaviyə ibn əbu-Sufyana təhfil verdi. Bundan sonra xilafət idarə üsulunda seçki sistemi atadan oğula varislik sisteminə dəyişdi və Müaviyə hakimiyyətə oğlu I Yezid varis təyin etdi. Bu sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü. Əməvilər xilafəti Əməvilər dövründə müsəlman fəthləri daha da genişləndi. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. 711-ci ildə ərəb sərkərdəsi Tariq öz ordusu ilə Afrika və Avropa arasındakı boğazı keçib İspaniyaya daxil oldu. Buradakı Ost-Qot krallığını məğlub etdi. Bu boğaz Tariqin adı ilə Cəbəllütariq adlanır. Ərəblər 732-ci ildə Puatye şəhəri yaxınlığında franklara məğlub oldular və Avropanın mərkəzinə irəliləyə bilmədilər. İslam ordusu Qafqaz və Mərkəzi Asiyanı VIII əsrin əvvəlində tutdu, 712-ci ildə Çinə və Hind çayına gedib çıxdı. Beləliklə, VII əsr və VIII əsrin I yarısında Atlantik okeanından Hindistan və Çinə qədər uzanan geniş bir ərazini əhatə edən ərəb dövləti yarandı. Bu dövlət Xilafət adlanırdı. Ərəb xilafətinin ərazisi əmirliklərdən (vilayətlərdən) ibarət idi. Vilayətlərin idarə olunması əmirlərə (canişinlərə) tapşırılırdı. Dövlət dili ərəb dili idi. Xilafətdə gümüş dirhəm və qızıl dinarlarla alver etmək və vergi vermək olardı. Qanun qarşısında bütün müsəlmanlar bərabər idi. Ancaq varlılar çox, yoxsullar az vergi verirdilər. Ərəb xilafətində feodalizm quruluşunun meydana gəlməsinin xüsusiyyətləri aşağıdakılardır: torpaq dövlət mülkiyyəti idi, Xəlifə təyin etdiyi canişinlərə xidmətləri əvəzində iqta verirdi, asılı kəndlilər vergi ödəyirdilər. Bu vergi xəlifənin xəzinəsinə daxil olurdu. Ərəblər ayrı-ayrı şəxsləri, ailələri, bütöv tayfaları işğal etdikləri ərazilərə köçürürdülər. Burada onların məqsədləri: Dövlət təqaüd alan adamları buraya köçürməklə dövlət xəzinəsini bu adamlardan azad edirdilər. Özlərinə burada etnik dayaq yaradırdılar. Abbasilər xilafəti Ərəb xilafətinin Abbasilər dövrü 750–1258-ci illəri əhatə edir. Abbasilər 750-ci ildə Kufə məscidində Əməvilərin sonuncu nümayəndəsi Mərvanı qohumları ilə edam etdilər və hakimiyyətə gəldilər. Onlar 762-ci ildə Bağdad şəhərinin əsasını qoydular və paytaxtı Dəməşqdən Bağdada köçürdülər. Elə buna görə də bu dövlət Bağdad xilafəti adlanır. Artıq IX əsrin ortalarında Bağdad 4 min hektar sahəni əhatə edirdi, dünyanın ən böyük şəhəri idi. Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah tikildi və bu iqamətgah Samirə adlandı. Xilafətdə ticarət çox inkişaf etmişdi. Təkcə Dəməşqdə 40 bazar var idi. Bura Xilafətin ticarət mərkəzlərindən biri idi. Böyük ipək yolu yenidən canlandı. Hindistan və Şərqi Afrikadan gələn mallar Suveyşə, oradan da İsgəndəriyyəyə, daha sonra Avropaya aparılırdı. İşğal edilmiş ölkələrdə ərəb zülmü xalq üsyanlarına səbəb olurdu. Bu üsyanların səbəbləri bunlardır: İri feodallar olan canişinlərin (əmirlərin) müstəqilliyinin artması. Xalqların azadlıq mübarizəsi.VIII əsrin 70–80-ci illərində Mərkəzi Asiyada ərəb zülmünə və feodal əsarətinə qarşı Müqənnanın başçılığı altında üsyan baş verdi. Onun əsl adı Haşım İbn Hakim idi. Üsyan 783–785-ci illərdə yatırıldı. Müqənna ələ keçib alçalmamaq üçün özünü öldürdü. Babəkin başçılığı altında olan üsyan Ərəb xilafətini zəiflətdi. Ərəb ordusunda türklərin nüfuzu getdikcə artırdı. Bunun bir səbəbi xəlifə Mötəsimin (833–842) anasının türk qızı olması idi. O, gəncliyində Türküstanda olmuş və burada türklərin döyüş məharətinin şahidi olmuşdu. Görkəmli sərkərdə Afşin, Əbu Sac və başqaları türk idilər. Türklərin etibarlı olması onların nüfuzunu yüksəldirdi. Məsələn, Tulun sülaləsinin əsasını qoyan Tulun Buxarada vergi əvəzinə alınan bir döyüşçü idi. Onun oğlu Əhməd-İbn Tulun Misirdə əvvəl canişin köməkçisi, sonra canişin olmuşdu. Misir tarixçiləri onun dövrünü Misirin qızıl dövrü adlandırmışlar. VIII əsrdən başlayaraq Ərəb xilafəti tənəzzül etdi. VIII əsrin ortalarında(756) İspaniyada Kordova əmirliyi yarandı. Ərəb xilafəti parçalandı. Xəlifənin əlində qalan torpaqlar Bağdad xilafətinə daxil oldu. IX əsrdə Bağdad xilafəti dağıldı. Misir, Mərkəzi Asiya, İran və Əfqanıstan ondan ayrıldı. Bağdad xilafətinin tərkibində ancaq Mesopotamiya qaldı. Beləliklə, iri feodalların güclənməsi və xalq üsyanları nəticəsində Ərəb xilafəti süquta uğradı. Monqolların 1258-ci ildə Bağdadı ələ keçirmələrindən sonra, xilafətin mərkəzi Misirdə Məmlük sülaləsinin nəzarətinə keçmişdir. Xilafətdə iqtisadiyyat Abbasilərin hakimiyyətinin ilk illərində (8–9-cu əsrlər) İran və Orta Asiya feodalları xüsusi mövqeyə malik idilər. Ərəb zədəganları isə getdikcə öz mövqe və imtiyazlarını itirirdilər. Xilafətin əsas məhsuldar qüvvələri asılı kəndlilər, əsas istehsal sahəsi süni suvarmaya əsaslanan əkinçilik idi. Maldarlıq da mühüm əhəmiyyət kəsb edirdi. Xilafətdə əsas torpaq mülkiyyət forması mülk idi. Ərəb dilində "mülkiyyət" malikanə deməkdir. Mülk sahibi mərkəzi hökumət qarşısında icbari xidmət və ya mükəlləfiyyət daşımırdı. Mülk şərti torpaq da sayılmırdı. Buna görə də sərbəst olaraq satıla, girov qoyula, bağışlana və ya irsən keçə bilərdi. İqta torpaq sahibliyi də geniş yayılmışdı. Bu, xidmət müqabilində feodallara verilmiş şərti olaraq mülkiyyət idi. İqta torpaqları dövlət torpaqları hesab edilsə də, 9-cu yüzillikdə faktiki olaraq feodal şəxsi torpaq mülkiyyətinə çevrilmişdi. İqta torpaqlarında vergilərin toplanması və onların idarə olunması iqtadarların əlində toplanmışdı. İqta dövründə meydana gələn vəqf, ərəbcə dini və ya xeyriyyə məqsədi ilə dövlətin və yaxud ayrı-ayrı vətəndaşların könüllü bağışladığı daşınan və daşınmaz əmlaka deyilirdi. Vəqf olunmuş torpaq satıla və ya bağışlana bilməzdi. Torpaq vergisi olan xərac da geniş yayılmışdı. Xərac pul və ya natura şəklində toplanırdı. Xərac bəzən bütün torpaq vergilərinin cəmi olurdu. Cizyə vergisi də Xilafət dövründə yayılmışdı. Bu vergi qeyri-müsəlman əhalidən orduda xidmət etmədiklərinin müqabilindən onlardan alınan vergi növü idi. Cizyə ancaq kişilərdən alınırdı və əsasən pul ilə ödənilirdi. Bundan başqa Xilafətdə dini vergilər olan zəkat, xüms və titrə də alınırdı. Zəkat şəriət qanunu ilə əmlak və gəlir üzərinə qoyulan vergidir. Bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülürdü. Zəkatın adi məbləği illik gəlirin 2,5%-ni təşkil edir. Bunu ailə başçısı ödəyirdi. Xüms (və ya xums) müxtəlif mülkiyyət və qənimət növlərindən (qazancadan, dəfinələrdən, hərbi qənimətlərdən) xəzinəyə ödənilirdi. Fitrə isə ailənin hər bir yaşlı üzvündən ramazan ayında orucluq olan gün alınır və paylanırdı. Bu vergi növü ancaq varlı şəhərlilərdən alınırdı. Xilafətdə şəhər əhalisi xırda ticarətlə əlaqədar olan müxtəlif peşələrlə məşğul idi. Toxuculuq, bəzək və zərgərlik malları istehsalı, metal emalı yüksək dərəcədə inkişaf etmişdi. Sənətkarlıq və ticarətin genişlənməsi şəhərlərin inkişaf etməsinə kömək edirdi. Bağdad və Qahirə mühüm sənətkarlıq və mədəniyyət mərkəzləri idi. Xarici ticaarəti varlı tacirlər aparırdılar. 8-ci əsrin sonunda ərəb və İran dəniz səyyahları İndoneziya və Malayya dəniz sahillərinə, sonra isə Sinqapur boğazı ilə Sakit okeana çıxaraq, Çinlə ticarət edirdilər. Quanşjou (Kanton) şəhərində xilafətdən gələn müsəlman tacirlərinin məhəlləsi var idi. Şərqi Avropa xalqları ilə də daimi ticarət əlaqələri yaradılmışdı. Xilafətdə feodal cəmiyyətinin xarakterik cəhəti burada güclü quldarlıq-patriarxal qaydaların uzun müddət qalması idi. Qul əməyindən geniş istifadə olunurdu. Ərəb xilafətində torpaq sahibliyinin aşağıdakı formaları vardı: Xəlifə və dövlətə məxsus mülklər — buradan gələn gəlir xəzinəyə gedirdi. Mülk — yerli feodallara məxsus idi. İqta — xidmət əvəzinə verilən torpaqlar. Vəqf — dini müəssisələrə məxsus torpaqlar. İcma torpaqları — kəndlərin əkin yeri, otlaqlar, biçənəklər, qəbristanlıq və s.Xilafət dövründə aşağıdakı vergilər alınırdı: Xərac — torpaq vergisi (məhsulla torpağı olanlardan alınırdı). Cizyə — can vergisi. Qeyri-müsəlman kişilərdən alınırdı.Aşağıdakı dini vergilər alınırdı. Xüms — daşına bilən əmlakdan, adamların faydalandığı bütün şeylərdən alınırdı. Zəkat (sədəqə) — maldarlıqdan, ticarət və sənətkarlıqdan, əkin və meyvədən alınırdı. Şikəstlərin, əlacsızların ehtiyacı zəkatdan ödənilirdi. Xilafətdə mədəniyyət Əvvəllər mədəniyyətin inkişaf səviyyəsinə görə ərəblər əsarət altına alınmış xalqların əksəriyyətindən çox-çox aşağıda dururdular. Lakin ərəblər yavaş-yavaş bu xalqların elm və incəsənət sahəsindəki nailiyyətlərini mənimsədilər. Xilafətin tərkibində yüksək inkişaf etmiş qədim mədəniyyəti olan Misir, Suriya, Fələstin, Mesopotomiya, Orta Asiya kimi çox ölkələr daxil idi. Ərəb dili bu ölkələrdə geniş yayıldı. Məhkəmə işləri bu dildə aparılır, məktəblərdə bu dil öyrədilirdi. Ərəb dili ədəbiyyat və elm dilinə çevrilmişdi. Suriya, İran və Orta Asiyanın bir çox alim və yazıçıları öz əsərlərini bu dildə yazırdılar. Beləliklə, xilafətin mədəniyyətini təkcə ərəblər deyil, xilafətin tərkibinə daxil olan bütün xalqlar yaradırdılar. Təsərrüfat sahəsindəki uğurlar mədəniyyətin inkişafına kömək edirdi. Suvarılan torpaqlara arpa və buğda səpir, orada xurma və şəkər qamışı yetişdirirdilər. Asiyanın başqa ölkələrindən ərəblər pambıq və çəltik, portağal və limon gətirib əkdilər. Mahir sənətkarlar pambıq və yundan yüngül və davamlı parçalar toxuyurdular. İran öz xalçaları ilə məşhur idi. Suriyada ipək parçalar toxunur, şüşə qablar hazırlanırdı.Suriyanın silah ustaları bütün dünyada şöhrət qazanmışdılar. Dəməşq poladından hazırlanmış qılıncları və zirehli geyimləri bütün ölkələrin cəngavərləri yüksək qiymətləndirirdilər. Ərəb tacirləri çox geniş ərazidə ticarət edirdilər. Onlar bürkülü səhraları və uca dağları aşaraq Çindən ipək və qab-qacaq gətirirdilər. Dəniz yolu ilə Hindistandan müxtəlif parçalar və qiymətli daş-qaşlar gətirilirdi. Ərəb tacirləri tez-tez Avropaya da gedirdilər. Xilafətdə riyaziyyat, astronomiya, coğrafiya kimi elmlər uğurla inkişaf edirdi. Böyük şəhərlərdə ali məktəblər açılırdı. Bağdadda yunan alimlərinin əlyazılarından ibarət kitabxana açılmışdı. Bu kitabxananı "müdrüiklik xəzinəsi" adlandırırdılar. Evklidin həndəsəyə aid əsərləri, hind astronomları və riyaziyyatçılarının tədqiqatları ərəb riyaziyyatçılarına məlum idi. Onlar cəbr (ərəbcə "əlcəbr" – hesab) elminin əsasını qoydular, hind rəqəmlərindən istifadə etməyə başladılar. Sonrada bu rəqəmləri ərəblərdən avropalılar öyrəndilər. İndiyədək Avropada bu rəqəmləri "ərəb rəqəmləri" adlandırırlar. Bağdad və Dəməşq şəhərlərində rəsədxanalar açıldı. Astronomlar mürəkkəb alətlərdən istifadə edərək Yer kürəsinin təxmini böyüklüyünü hesablaya bildilər. Onlar səmada gözlə örünən ulduzların vəziyyətini təsvir edirdilər. Orta Asiya alimi Əl-Biruni Yerin Günəş ətrafında fırlanması ideyasını irəli sürmüşdü, o zaman üçün bu dahiyanə fərziyyə hesab olunurdu. Ərəblər coğrafiyaya böyük şərafət göstərirdilər. Bunu belə bir atalar sözü sübut edir "Kim elm naminə səyahətə çıxırsa, cənnət qapıları onun üzünə açıqdır." Coğrafiyaşünaslar yalnız başqa ölkələr haqqında kitablar oxumaqla kifayətlənmir, özləri həmin ölkələrdə olmağa can atır, həyatlarını təhlükə qarşısında qoyaraq uzaq ölkələrə səyahətə çıxırdılar. Ərəb səyyahları xilafət ölkələrini, Hindistanı, Çini təsvir etmiş, Afrikanın və Şərqi Avropanın lap içərilərinə gedib çıxmışdılar. Onlar özlərinə məlum olan ölkələrin və dənizlərin xəritələrini çəkmişdilər. Xilafətdə təbabət uğurla inkişaf edirdi. Orta Asiyada böyük alim İbn Sina (980–1037) yaşayırdı. Avropada onu Avisenna adlandırırdılar. İbn Sina təbib kimi xüsusilə böyük şöhrət qazanmışdı. O, özündən əvvəl heç kəsin ayırd edə bilmədiyi bir çox xəstəliklərin əlamətlərini təsvir etmişdi. Onu yüzdən çox elmi əsəri vardı. Şərqdə onu "alimlərin başçısı" adlandırırdılar. Xilafətdə ədəbiyyat Tacirlər və sarbanlar başqa ölkələrdən qiymətli mallar gətirməklə yanaşı, həmin ölkələr barədə qəribə nağıllar da danışırdılar. Bu nağıllar xəlifə və əyanların saraylarında, bazarlarda, küçələrdə, Bağdadın evlərində danışılırdı. VArlılar möcüzəli səyahətlər və macəralar barədə nağıllar dinləməyi xoşlayırdılar. Bu nağıllar əsasında sonralar bütün dünyada məşhur olan nağıl toplusu – Min bir gecə nağılları yaradıldı. Ərəb şairləri öz şerlərində köçərilərin məişətini və hərbi qəhrəmanlıq hünərlərini tərənnüm edirdilər. Poeziya sahəsində İranda və Orta Asiyada xüsusilə böyük uğurlar qazanılmışdı. Burada şairlər öz əsərlərini adıtın tacik-fars dillərində yazırdılar. Ən məşhur şairlərdən biri Firdovsi idi. O, Şahnamə poeması üzərində 30 ildən çox işləmişdi. Bu poemada İran xalqının işğalçılara qarşı mübarizəsi təsvir olunur, əfsanəvi qəhrəmanların igidlikləri tərənnüm edilirdi. Xilafətdə incəsənət Xilafətdə incəsənətin bütün növlərindən ən çox inkişaf edəni memarlıq idi. Memarlar xəlifələr üçün gözəl saraylar, türbələr və qalalar tikirdilər. Qranadada (İspaniya) yerləşən ərəb hakimlərinin sarayı Əlhambra bütün dünyada məşhurdur. Xilafət memarları həm də məscidlər tikirdilər. Məscid binası adətən dördkünc olur, üzərində günbəz ucalırdı. Məscidin hasarları içərisində böyük həyəti, həyətdə isə hovuzu olurdu. Hovuzun dövrəsində çoxlu sütunları olan eyvan, ona yapışıq isə böyük salon tikilirdi. Müsəlmanlar bu salona namaz üçün toplaşırlar. Məscidin yanında uca qüllə olan minarə ucaldılırdı. Bu minarədən dindarları namaza dəvət etmək üçün azan oxuyurlar. Xilafət dövründə tikililərdə daş özərində oyma naxışlarla, kaşı ilə, divarlarda və döşəmələrdə mozaikalar yaratmaqla zəngin bəzək vurulurdu. Binaların divarları isə mürəkkəb şəbəkə naxışlarla bəzədilirdi. Oyma şəbəkə naxış və əlvan təsvirlər elə hiss oyadırdı ki, sanki həmin divarlar ağır daşlardan hörülməmişdir. İslam dini insan və heyvanların şəklini çəkməyi qadağan edirdi. Buna görə də Xilafət ölkələrində Orta əsrlərin ilk yüzilliklərində heykəltaraşlıq və rəssamlıq, demək olar inkişaf etmədi. Sonralar isə kitablarda xalq həyatından götürülmüş səhnələri, xəlifə sarayındakı hadisələri, möcüzəli heyvanları və quşları olan uzaq ölkələri təsvir edən miniatürlər verilməyə başlandı.
https://az.wikipedia.org/w/index.php?curid=172468
Ərəb yarımadası
Ərəbistan yarımadası (ərəbcə شبه الجزيرة العربية, şibhu l-cəzīrəti l-ʿərəbiyyə) — Cənub-Qərbi Asiyada yarımada. Sahəsinə görə dünyada ən böyük yarımadadır. Şərqdə Fars körfəzi və Oman körfəzi, cənubda Ərəb dənizi və Ədən körfəzi, qərbdə Qırmızı dəniz ilə əhatə olunub. Geoloji cəhətcə yarımada Yerin Ərəb təbəqəsini təşkil edir. Vaxtı ilə o Afrika kontinental kütlənin bir hissısini təşkil edib. Ərəbistan yarımadası tamamilə səhralarla örtülüb. Onun şimal hissəsində Nefud, cənub hissəsində isə Rub əl-Xali səhraları yerləşir. Ərəbistan yarımadasında və ətrafındakı adalarda Səudiyyə Ərəbistanı, Yəmən,Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt yerləşir. Yarımadaya yaxın ərazidə Misir, İsrail, İordaniya və İraq yerləşir. Coğrafi xüsusiyyətləri Ərəbistan yarımadası Asiya qitəsinin cənub-qərbində böyük yarımada olmaqla Asiyadan İran körfəzi vasitəsilə ayrılır. Bu yarımada Hind okeanının bir hissəsini və onunla əlaqədar Suriya-Ərəbistan səhrasını birləşdirir. Ərəbistan yarımadası, Ərəbistan dənizi, Qırmızı dəniz və İran körfəzi ilə üç tərəfdən əhatə olunub. Ərəbistanın sahəsi Sinay yarımadası və Suriya sərhədlərinin daxil etməklə 3.158.000 km²-dir. Bu da Avropa qitəsinin ərazisinin 25%-nə bərabərdir. Yarımadanın böyük hissəsi səhradır. Yaşıl vahələr və məhsuldar torpaqlar çox azdır. Ərəbistanda heç bir böyük çay yoxdur.Çünki həddindən artıq qızan qum suları tez qurudur. Ərəbistanda elə illər olur ki, heç yağış yağmır. Ərəbistanda ən məhsuldar torpaq sahələri Yəməndə, Qırmızı dənizin cənub-qərb sahillərində yerləşir. Ona görə bu vilayət həmişə məhsuldar və əhalisi çox olmuşdur. Həmçinin bax Ərəbistan səhrası
https://az.wikipedia.org/w/index.php?curid=325748
Ərəb yəhudiləri
Ərəb yəhudiləri (ərəb. اليهود العرب) ərəb dünyasında doğulmuş yəhudilərə və ya nəvələrinə aid edilir. Salim Tamarinin fikrincə, dünyanın bir çox yerində "Ərəb Yəhudiləri" termini oksimorondur . Bu termin əsasən 20-ci əsrin əvvəllərində ərəb dünyasında yaşayan 1 milyon yəhudi üçün ərəb millətçiləri tərəfindən istifadə edilmişdir. Əhalinin əksəriyyəti İsrailə və Qərbi Avropaya, bir hissəsi ABŞ və Cənubi Amerikaya köç etdi. Yəhudi ərəbi kimi fərqli ərəb ləhcələri ilə danışırdılar; İvritcə dini dil idi. Mizrahilərin yanındakı ən populyar qrup Sefaradların dini dili istifadə olunurdu. Bu termin yaxın zamanlarda yenidən istifadə edilmişdir; məsələn, özünü ərəb yəhudisi adlandıran sionist yazıçı Albert Memmi, Orta Şərqdə ən az ərəblər qədər haqqı olduğunu söyləmək üçün bu termindən istifadə etmişdir. Anti-sionist olan Ella Şohat, Əşkinazilərlə Ərəblər kimi təzyiq altında olan Mizrahilərin birgə təsnifatına qarşı çıxdığı üçün bu termindən istifadə edir. 1990-cı illərdə özlərini ərəb yəhudiləri adlandıran Seferad Əsllilərinin rəhbəri David Şaşa və "Queens College"də professor işləyən Amiel Alcalay hesab edir ki, bu şəxsin müəyyənləşdirilməsi üçün vacib bir termindir. Fas kralı Məhəmmədin müşaviri André Azoulay və Təl-Əviv Universitetinin professoru Sasson Somekh öz xatirələrində özlərini ərəb yəhudiləri kimi təsvir edirlər. Salim Tamariyə görə, "Ərəb yəhudisi" termini bir vaxtlar Şərq yəhudilərini (Seferad və Mizrahi) təmsil etmişdir. Bu yəhudilər, dil və mədəni əlaqələrinə görə müsəlaman və xristian vətəndaşları ilə, xüsusən də, 1839-cu ildən sonra böyük Suriya, İraq və Misirdə Osmanlılardan ayrılmaq üçün ərəb millətçiliyi hərəkatına qoşulanlardır. Özünü ərəb yəhudisi kimi xarakterizə edən müəllif David Rabeeya, bu şəxsiyyətin daha erkən dövrlərə aid olduğunu bildirir. İslamdan əvvəl Ərəb dövlətlərində yəhudilərin mövcudluğu 20-ci əsrin ortalarına qədər davam etdi. O yazır ki, ərəb yəhudiləri müsəlman ərəblər və xristian ərəblər kimi mədəni ərəblərdir,tək fərqləri onların Yəhudiliyə inanmalarıdır. Ərəb yəhudiləri uşaqlarına ərəb adları qoyurdular və "hər ərəb kimi yəhudi ərəblər də ərəb dili və ləhcələri ilə fəxr edir, dilin gözəlliyinə və zənginliyinə bağlı idilər." "Ərəb yəhudiləri" (2006) adlı kitabında, İsrail sosioloqu Yehuda Şhenhav, Mizrahi yəhudiləri ilə Ərəb yəhudilərinin mənşəyini araşdırdı. Müəllifin fikrincə, ideologiyanın tətbiqinə görə, sionizmin eyni vaxtda və simbiyotik 3 kateqoriyası var: "Millət", "Din" və "Etnik mənşə". Milli birliyin bir hissəsi olmaq üçün ərəbləşdirmədən çıxmalı idilər. Şenhava görə, ərəbləri və ərəb yəhudilərini fərqləndirən xüsusiyyət, onları millət halına gətirən dinləri idi. Terminologiya "Ərəb yəhudi" termini Birinci Dünya Müharibəsi əsnasında qərb ölkələrində yaşayan yəhudilər tərəfindən "türk olmadığını" ifadə etmək üçün istifadə edilmişdir. Bu gün də bəzi qəzetlərdə və ölkələrin rəsmi orqanlarında yəhudi şəxsiyyətinin etnik və ya milliyyətdən daha çox bir din olduğunu ifadə etmək üçün istifadə olunur. Bu vəziyyətə yəhudilər kimi qarşı çıxmaq və bənzərsiz yəhudi şəxsiyyətini dinə endirmək alçaqlıq kimi qəbul edilir. Bəzi Mizrahi fəalları, xüsusilə ərəb ölkələrində doğulmayan və ya erkən yaşda buranı tərk edənlər özlərini ərəb yəhudiləri kimi tanıdırlar. Naim Giladi, Ella Həbibə Şohat, Sami Şalom Çetrit və David Rabeeya bu şəxsiyyətin əsas tərəfdarlarıdır. Bu şəxsiyyəti müdafiə edənlərin fikrincə, "Ərəb Yəhudi" termininin içindəki "ərəb" sözü etnik mənşə, irqi və ya dini simvol deyil, ədəbi və mədəni bir simvoldur; Ərəb ölkələrində yaşayan yəhudilər bu mədəniyyətin bir hissəsidir; Eyni zamanda bu mədəniyyətdə yaşayan digər etnik azlıqlar da "ərəb" dir. Eyni şəkildə Misir, Livan və Suriyadakı xristianlara "Ərəb" deyirlər, çünki onlar (buradakı müsəlmanlar kimi) İslamdan əvvəl də bu torpaqlarda yaşayırdılar. Lakin Qibtilər (Misir), Marunilər (Livan) və Assuriyalılar (İraq) ərəb tərifini bir-birinə zidd hesab edirlər. "Ərəb yəhudi" termini istifadə edən bəzi insanlar üçün bu termin "ərəb ölkəsindən olan bir yəhudi" və ya "ərəbcə danışan yəhudi" deməkdir və ərəb olmaqla heç bir əlaqəsi yoxdur. "Ərəb yəhudi" termini əleyhinə olanların (xüsusilə ərəb ölkələrindəki yəhudilərin) fikrincə, yəhudilər diasporadakı etnik qruplardan ibarətdir və sadəcə bir dini qruplaşma deyillər; "Ərəb" sözünün istifadəsi buna ziddir. Bundan əlavə, ərəb ölkələrində yaşayan yəhudilər heç vaxt özlərini "ərəb yəhudiləri" adlandırmamışlar; bu yəhudi icmaları ərəb ölkələrini tərk etdikdən sonra tətbiq olunan bir termindir. Beləliklə, Şimali Afrikanın bir çox bölgəsində və Yaxın və Orta Şərq cəmiyyətlərində ərəb müsəlmanları və ərəb xristianları xatırlanır, ancaq ərəb yəhudiləri xatırlanmır, çünki yəhudilik bir etnik birlik olmaqla yanaşı, həm də bir dindir. Ərəb ölkələrində etnik azlıq olan Assuriyalılar, Bərbərlər və Kürdlər ərəb sayılmadığı kimi, yəhudilər də ərəb ola bilməzlər. "Ərəb yəhudi" termini əleyhinə olanlar yəhudilərin "Yəhudi ərəbcəsi" ilə danışdıqlarını, ərəblər kimi geyindiklərini və mədəniyyətlərini mənimsədiklərini qəbul edirlər, lakin onlar üçün "Ərəblik" deyimi ortaq bir mədəniyyətdən daha çox məna daşıyır. "Ərəb Yəhudi", digər yəhudilərdən fərqli bir etnik qrup kimi göstərildiyi üçün "Musta'arabim" (ərəbləşmiş yəhudilər) termininə üstünlük verilir. Nəhayət, üçüncü rəyə görə, "ərəb yəhudiləri" etibarlı bir termindir, lakin yalnız Məhəmməd dövründə Ərəbistan yarımadasında yaşayan "Banu Kaynuka" kimi qəbilələr və hətta "Yəmən yəhudiləri" üçün istifadə olunmalıdır (bax: Ərəbistan yarımadasındakı yəhudi qəbilələri). Bu termin ərəb şəxsiyyətini etno-linqvistik baxımdan əlavə, daha çox coğrafi baxımdan əks etdirir. "Ərəb Dövlətlər Liqasının" tərifindən fərqli olaraq, bu coğrafi ərazi Ərəbistan yarımadası ilə məhdudlaşır. İslamdan əvvəl Ərəbistan yarımadasında Yəhudilər Ərəbistan yarımadasında yəhudi əhalisi İslamdan əvvəl də mövcud idi. Şimalda Livan, Yəmənin cənubundan Hassa və İraq sahillərinə qədər geniş bir ərazidə mövcud idi. Bu gün dünyada Hindistan və Efiopiya kimi ölkələrdə yəhudilər israillilərin qəbilələrindən olduqlarına inanırlar. Ərəbistan yarımadasının yəhudi əcdadlarının bu on iki qəbilədən olub-olmadığı və ya yerli xalqın sonradan yəhudiliyi seçib-seçmədiyi məlum deyil. Həmçinin bax İordaniyadakı Yəhudilərin tarixi Omandakı Yəhudilərin tarixi Xarici keçidlər Who is an Arab Jew? Arxivləşdirilib 2008-11-20 at the Wayback Machine – On being Mizrahi (pro-Zionist view) by Albert Memmi. Reflections by an Arab Jew Arxivləşdirilib 2008-12-10 at the Wayback Machine – On being Mizrahi (pro-Arab identity) by Ella Habiba Shohat. The Arab Jews: Language, Poetry, and Singularity Arxivləşdirilib 2010-09-18 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=608882
Ərəb Ölkələri Liqası
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. Təsis olunması ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur. Hərəkatın əsas məqsədi, bütün ərəb torpaqlarının bir dövlətdə birləşdirilməsi idi. ƏDL-in yaradılması bu məqsədin həyata keçirilməsində bir mərhələ idi. Yaxın Şərqdə mandat sisteminin ləğv olunmasından və müstəqil ərəb dövlətlərinin yaradılmasından sonra, mərkəzəqaçma tendensiyası güclənmişdir. Buna həm də Fələstin probleminin kəskinləşməsi şərait yaratmışdır. Əvvəlcə, birliyin təşəbbüskarları kimi Haşemitlərin nümayəndələri — İordaniya və İraqda hakimiyyətdə olan sülalələr çıxış edirdi, lakin onların planları digər ərəb dövlətləri tərəfindən rədd edildi. Məsələn, Suriya "Böyük Suriya" dövlətinin yaradılması niyyətində idi. Suriyanın planına əsasən federativ əsasda Böyük Suriyaya Livan, Fələstin, İordaniya birləşməli idi. Digər ərəb dövlətləri və eləcə də İsrail bu plana etirazlarını bildirdilər. Bu anda Misir təşəbbüsü öz üzərinə götürdü. 1944-cü ildə İskəndəriyyədə, təsis konfransı keçirildi və Ərəb Dövlətləri Liqasının yaradılmasını nəzərdə tutan İskəndəriyyə protokolu imzalandı. Liqanın Nizamnaməsi 1945-ci ilin mart ayının 22-də Misir, Suriya, İordaniya, İraq və Livan tərəfindən imzalanmışdır. 1945-ci ilin may ayında, Nizamnaməni Yəmən imzalamışdır. ƏDL-in sturukturuna aşağıdakı orqanlar daxildir: Baş Katiblik İstitutlar və təşkilatlar İqtisadi məsələlər üzrə Şura Birləşmiş müdafiə Şurası Daimi hərbi komissiyaƏDL Şurası – üzv dövlətlərin nümayəndələrindən ibarət ali orqandır. Şuranın iclasları müxtəlif səviyyələrdə keçrilir (dövlət və ya hökumət başçıları, xarici işlər nazirləri, səfirlər və daimi nümayəndələr). Şura ildə iki dəfə çağrılır. Hər hansı bir dövlətin istəyi ilə növbədənkənar iclaslar da çağrıla bilər. Şurada sədrlik, ərəb əlifbasına uyğun olaraq dövlətlərin baş hərfləri sırası ilə dəyişir. Hər dövlətin bir səsi var. Qərarlar, bir qayda olaraq, yekdilliklə qəbul edilir. Bu xüsusən dövlətlərin bir-birinə qarşı təcavüz aktı ilə bağlı qərardırsa, konsensus metodundan istifadə edilir. Komitələr – bütün üzv dövlərlər üçün açıqdır. Komitələrin fəaliyyətində həmçinin, Liqaya üzv olmayan, lakin ərəb dövləti olan istənilən dövlət iştirak edə bilər. Bu, ərəb dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə gətirib çıxarır. Baş Katiblik – Mənzil Qərargahı Yunisdə yerləşən Baş Katiblik, praktiki işi həyata keçirir. Baş Katiblik, Şura tərəfindən beş il müddətinə seçilən baş katib tərəfindən idarə olunur. O, Liqanın qərarlarını həyata keçirir. Baş Katib üzv dövlətlərin diqqətini mühüm məsələlər cəlb etmək hüququna malikdir. Məsələn, iki ərəb dövləti arasında münasibətləri mənfi nəticələrə çıxara biləcək problemlər və s. Baş Katib Şuranın iclaslarında iştirak edə bilər. Şuranın razılığı ilə Baş Katib öz müavinlərini təyin edir. İstitutlar və ixtisaslaşmış orqanlar – ƏDL tərəfindən təsis edilən xüsusi təşkilatlardır: Təhsil, mədəniyyət və elm üzrə Ərəb Təşkilatı; Ərəb Menecment Təşkilatı; Ərəb Əmək Təşkilatı; Ərəb İqtisadi Birliyi Şurası; İqtisadi və sosial inkişaf üzrə Ərəb Fondu; Afrikada iqtisadi inkişaf üzrə Ərəb Bankı; Ərəb Peyk rabitəsi İnsititutu; Ərəb Kənd Təsərrüfatı İnkişafı Təşkilatı; Ərəb Poçt İttifaqı; Ərəb Neft İnstitutu və s. Bu institutlar və ƏDL arasında münasibətlər müxtəlif xarakter daşıyır. ƏDL, bir qayda olaraq göstərilən institutlara maliyyə yardımı edir. ƏDL-ə üzv olan dövlətlərin bəziləri adları çəkilən ixtisaslaşmış qurumlara üzv deyillər. ƏDL-in digər bir orqanı isə, iqtisadiyyat nazirləri səviyyəsində keçirilən İqtisadi məsələlər üzrə Şuradır. Şura ƏDL-in ixtisaslaşmış orqanı kimi, üzv dövlətlərin əməkdaşlığın praktiki həlli ilə məşğul olur və mənzil qərargahı Ammanda yerləşir. Ərəb Dövlətləri Liqasının bir sıra ölkələrdə informasiya büroları var. ƏDL-in rəsmi dili ərəb dilidir. Ərəb Dövlətləri Liqasının nizamnaməsində qeyd olunduğu kimi, Liqanın fəaliyyətinin əsas prinsipləri: dövlətlər arasında münasibətlərin könüllülüyü, suverenlik və müstəqilliyə qarşılıqlı hörmət, dövlətlərin bərabərliyi, münaqişələrin həll edilməsi üçün güc tətbiq edilməsinə qadağa. 1950-ci ildə Liqa, BMT-də müşahidəçi statusu əldə etmişdir. Buna görə də Liqada Asiya və Afrika ölkələrinin vahid ərəb-asiya (sonralar afro-asiya) blokunda birləşməsinə nail olmuşdur. Ərəb Dövlətləri Liqasında fikir birliyi yoxdur. Bəzi ərəb ölkələri qərbyönlü siyasət yürüdür, digəriləri keçmiş kommunist ölkələrinə meyil edir, üçüncülər isə neytrallığı qoruyurlar. 1967-ci ildə ərəb-israil müharibəsində ərəblərin məğlub olmasından sonra, Liqanın üzvləri iki müxtəlif fikir cəbhəsinə bölündü. Məsələn, Misir və İordaniya ABŞ tərəfindən hazırlanmış və əməliyyatların dayandırılmasını nəzərdə tutan atəşkəs haqqında razılaşmanı imzalamışdır. 1970-ci illərdə sülh prosesinin başlanması Əlcəzair, İraq və Fələstin Azadlıq Təşkilatı tərəfindən kəskin tənqid edilmişdir. 1970-ci ildə İordaniya vətəndaş müharibəsi və 1975-ci ildə Livan vətəndaş müharibəsinə Suriyanın müdaxiləsi münasibətləri daha da kəskinləşdirmişdir. 1979-cu ildə Misirin İsrail ilə danışıqlara getməsi və sülh müqaviləsinin bağlanması nəticəsində Liqa üzvləri Misirə qarşı sanksiyalar tətbiq etmiş və onu Liqadan kənarlaşdırmışlar. Təşkilatın qərargahı Misirdən Tunisə köçrülmüşdür. 1989-cu ildə Misirin ƏDL-də üzvlüyü bətpa olunmuşdur. Ardınca qərargay yenidən Qahirə şəhərinə qaytarılmışdır. Üzvlər arasında iki cəbhəyə parçalanma Körfəz müharibələri zamanı da baş verdi. Eyni zamanda ƏDL-in qərarları üzv dövlətlər üçün məcburi xarakter daşımır. Başqa sözlə, Liqada dövlət suverenliyi prinsipi mütləqdir. Buna görə də ƏDL baş verən hadisələrə adekvat reaksiya verə bilmir. ƏDL BMT-də müşahidəçi statusu vasitəsilə aktiv fəaliyyət göstərir. ƏDL-in Baş Katibi BMT Baş Katibi ilə görüşlər keçirir. Belə görüşlərin birində Liqa rəhbəri ərəb dövlətləri adından terrorizmə qarşı mübarizəyə qoşulduğunu və BMT-nin bu sahədə fəaliyyətinin dəstəklədiyini vurğulamışdır. ƏDL tərəfindən həyata keçirilən mədəni layihələr çərçivəsində, Qahirədə yüksək ərəb araşdırmalar institutu təsis edilmişdir. Üzv dövlətləri
https://az.wikipedia.org/w/index.php?curid=172524
Ərəb çaqqalqanqalı
Onopordum illyricum (lat. Onopordum illyricum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çaqqalqanqalı cinsinə aid bitki növü.
https://az.wikipedia.org/w/index.php?curid=786233
Ərəb ölkələrində ateizm
Ateizm adından da göründüyü kimi a-teizm, yəni teist olmayan. Yəni kamil, mükəmməl bir yaradıcı və idarə edicini inkar edən, hər hansı bir tanrı yoxdur deyənə ateist deyilir. Ateist üçün Allah, Yehova, Uzza eynidir, hamısı xəyalın məhsuludur. Ateist tanrıları və dinləri inkar edir.Ərəb ölkələrində ateistlərin dəqiq sayını demək çox çətindir. ərəb ölkələrinin mediasında ən böyük üstünlüyə malik Səudiyyə və Qətər mediası regionda ateistlərin olması, onların fəaliyyəti ilə bağlı xəbərlərin ictimaiyyətə çatdırılmasına imkan vermir. Ərəb ateistləri yeni anlayış deyil. Islam tarixi ilə azad düşüncənin formalaşmasının tarixi paralel inkişaf edib. XX əsrin əvvəllərində Ərəb ölkələrində ateizm ilə bağlı məqalələr yazılmağa başladı. misir yazıçısı İsmayıl Madhar 1930-cu illərdə niyə mən ateistəm adlı elmi əsər yazmışdır. Başqa sözlə sekulyar düşüncə tərzi formalaşırdı . Müasir dövrdə ateizm Müasir dövrdə ərəb ateist qrupları sosial şəbəkələrdə populyarlaşıblar. Misir qəzeti Əl-Vəfd ateistlərin gizli dünyası adlı məqalə çap etmişdir. Regionda başlayan siyası çaxnaşmalar ateist icmalarının sayını artırdı və gizli olan ateistlərin ortaya çıxmasına səbəb oldu .Misirli fəalın dediklərindən - əksər gənc ərəblər dindən üz döndərirlər. Artıq cəmiyyətdə dindar insanlara və saqqallılara qarşı mənfi münasibət formalaşır. Gənclərin dini deyil dünyəvi, sekulyar kitablara tələbatları var. Kəndlərdə yaşayan əhali qəti şəkildə dindar və saqqallılara səs verməyəcəklərini bildiriblər və onların fəaliyyətinin yalnız məscidlərlə məhdudlaşdırılmasını daha münasib sayırlar . 1980-ci illərdə regionda mühafizəkarlıq güclənməyə başlasa da, ərəb baharından sonra ateizm bir növ etiraz formasına çevrilib. Bu, regionun siyasi və intelektual tarixində dönüş nöqtəsi ola bilər.Əksər insanlar ateist olduqlarını deməkdən çəkinirdilər, amma onlar kimi düşünənlərin olduğunu bilirlər. Ərəb ateistlərinin bir çoxu sosial şəbəkələrdə saxta hesablardan istifadə etsələr belə, onlar var və getdikcə fəallaşırlar.Ərəb ölkələrində yaşayan ateistlər üçün internet təhlükəsiz məkan deyil. Burada ateist olmaq qeyri qanuni deyil, lakin dini təhqir etdiklərinə görə onlara qarşı cəzalar var. Belə ki, Misirdə yaşayan xristian ateist olduğunu söylədikdən və sosial şəbəkədə islama qarşı film paylaşdığına görə qonşuları ondan şikayət etmiş və həbs edilmişdi. O, bunu inkar etsə də 3 il həbs cəzasına məhkum edildi. Zaminə buraxıldıqdan sonra isə Fransaya köçdü. Maraqlı məlumatlar Fələstinli ateist Valid Əl-Hüseyni internetdə yerləşdirdiyi islama qarşı şərh və videolarına görə 2010-cu ildə həbs edildi. Məhkəmə prosesi olmadan bir neçə ay saxlanıldıqdan sonra buraxılan şəxs Fransaya köçdü.60-dan çox ərəb dilində ateist facebook səhifələri mövcuddur, xüsusilə də çoxu ərəb baharından sonra yaradılıb. Belə fikir də var ki, islama hücum etmək Avropaya ucuz yolla alınan biletdir. ərəb baharından sonra cəmiyyət və siyasətdə dinin rolu haqqında debatlar artıb.18 yaşlı Tunisli qadın – inqilaba qədər insanlar islamı problem kimi görmürdülər. Inqilabdan sonra siyasi islam və islam fərqləndirilməyə başladı. Müsəlman teoloqları ateistlər barədə fərqli mövqeyə malikdirlər. Bəzilərinin fikrincə, ateistlər öz seçimlərinə görə öldürülməməlidirlər. Digər qrup isə ateizmi təbliğ etsələr cəzalandırılmalıdırlar mövqeyini müdafiə edir. Birr çoxu isə belə hesab edir ki, Quranda da buyurulduğu kimi dində məcburiyyət yoxdur, buna görə də onlara qarşı tolerantlıq olmalıdır.Teoloq Əbu Suey yazır - müsəlman icmalarında ateizmin geniş yayılması mümkün deyil . Bugün dini platformada baş verənlər, ateistlərin fəallaşması sadəcə müvəqqəti mərhələdir, ciddi mövqe deyil. Bu, ənənəvi institutlara qarşı etiraz formasıdır . Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=518299
Ərəb ölkələrində buddizm
Buddizm Asiyada meydana gəlmişdir. Dünyada 488 milyon buddist yaşayır. Onlar 2010-cu ildə dünya əhalisinin 7%-ini təşkil edirdilər. Buddizmin 2 qolu vardır – Mahayana və Teravada.Bəzi mənbələr onun 3cü qolunun – tibet- qolunu da qeyd edirlər.Əslində isə Tibet qolu Mahayana-ya daxildir və onun ən inkişaf etmiş formalarından biridir.Sorğu və siyahıya almalarda buddizmin hansı qoluna aid olmaq soruşulmur.Mahayana qoluna inananların sayı daha çoxdur – Çin, Yaponiya, Cənubi Koreya, Vyetnam.Teravadaya Tailand, Myanma, Şri-Lanka, Laos, Kambocada geniş yayılıb . Tibet qolu – Tibet,Nepal, Butan, Monqolustanda yayılıb.2010-cu ilə əsasən Asiya –Sakit okena regionunda 481 milyondan çox buddist yaşayır.Yaxın şərq –şimali afrika regionunda onların sayı təxminən 500000-dir.Ümumiyyətlə buddistlərin təxmini 50%-i Çində yaşayır.Yaxın Şərq və şimali afrika regionunun bir çox ölkələrində buddistlər yaşayır və bəzi buddist icmalarının özlərinin mərkəzləri və ya cəmiyyətləri var. Bəhreyn Meditasiya Mərkəzi buddizmin Teravada qoluna aiddir.Özünü inkişaf mərkəzidir.Qeyri kommerisya təşkilatıdır və burada meditasiya ilə bağlı seminar və mühazirələr təşkil olunur.Bəhreyndə fəaliyyət göstərən digər mərkəz də Teravada qolu ilə bağlıdır. Dubayda fəaliyyət göstərən Zen qrupu Mahayana qoluna inananların əsas icmasıdır.Dubayda yerləşən Beynəlxalq Meditasiya Mərkəzi isə Teravada qoluna sitayiş edənlər üçündür. Livan Buddist Cəmiyyəti proqressiv buddizmin mərkəzlərindın biri sayılır. ABŞ-nin 2007-ci il Beynəlxalq Dini Azadlıq məruzəsində 8 milyon xarici vətəndaşın Sədiyyə Ərəbistanında yaşadığı qeyd olunur.Onların içərisində həm müsəlman, həm də qeyri müsəlmanlar var.Yaxın şərqə əsasən Şərqi Asiyanın Şri-Lanka, Çin, Vyetnam, Tayvan, Nepal kimi ölkələrindən gəlirlər . BƏƏ – 200.000 Küveyt - 100.000 Qətər – 45.000 Bəhreyn – 7000 Livan – 3000-dən çox buddist yaşayır. Həmçinin bax Ərəb ölkələrində ateizm
https://az.wikipedia.org/w/index.php?curid=524068
Ərəb ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur. Zaman cədvəli Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=175973
Ərəb ölkələrində etnik azlıqlar
Etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə kompakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Misirdə etnik azlıqlar Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər.Tunisde Misirde Elcezairde Liviyada məskunlaşıblar. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz allahına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər. Bədəvi əyanlarının böyük mal-qara sürüləri vardı. Onların dəvələri və cins at ilxıları suya yaxın olan ən yaxşı örüşlərdə otlayırdılar. Tayfa başçıları və onların yaxın qohumları əsirləri qul kimi işlədirdilər. Onlar vahələrdə tarlaları suvarmaq üçün kəhrizlər və kanallar qazır, çöllərdə sürüləri otarırdılar. Dini baxımdan Qibtilərin tarixi ərzində baş vermiş ən önəmli hadisələrdən biri 416-cı ildə keçirilmiş IV Okuman kilsə məclis hesab edilir. Digər məzhəblər Qibtilərin heç bir kilsə məclisinə çağrılmamaları və onlarla bir yerdə ibadət edilməsinin qadağan edilməsi barədə təklif irəli sürürlər. Qısa zaman ərzində Qibtilərin Xristianlıq dininin əsas inancalarını şəxsi məqsədlərə görə dəyişdirilməsi adı ilə digər məzhəblər onlarla olan əlaqələrini kəsirlər. Qibtilərlə Katoliklər arasında olan mənfi münasibət o qədər kəskin olmuşdur ki, hətta Ərəb Xilafəti ilə Bizans İmperiyası arasında baş vermiş müharibələr zamanı Qibtilər eyni dindən olan Katoliklərə heç bir yardım etməmişdilər. Qibtilər 300 yüz il ərzində Ərəblərin rəhbərliyi altında yaşamışdılar. Tarixi mənbələrdə bu illərdə qibtilərin xilafət tərəfindən təziqə məruz qalmadıqları və sakit həyat tərzi keçirdikləri qeyd edilmişdir. Ərəblərlə olan normal münasibətlər Xaç yürüşləri zamanı pozulmuşdur. Ərəblər səlibçilərlə qibtilərin eyni dindən olduqlarını əsas qətirərək, onların əlbir fəaliyyət göstərdiklərini iddia etmişdilər. Qısa zaman ərzində Ərəbistan yarımadasındayaşayan Qibtilərə münasibət dəyişmişdir. Hal-hazırda dünyada 7 milyondan çox Qibti yaşayır. Makedoniyalı İsgəndərin Misiri işğal etdiyi zamanlarda Qibtilər Misir əhalisinin bir qismini təşkil edirdilər. Qədim tarixə malik olan Qibti dili dilinin yaranması Qədim Misir zamanında baş vermişdir. Bu dilin yazılmasında yunan əlifbasında olan həriflərdən istifadə edilir. Tarixən Qibtilər dini inancalarına görə müxtəlif təziqlərə məruz qalmışlardır. ƏlcƏzairdƏ etnik azliqlar Tuareqlər yaşadıqları şəhərin adı Timbuktu şəhəridir. Ən çox gözə çarpan rəng isə göydür. Açıq göy rəngli əbaları burada yalnız tuareqlər geyinirlər. Elə şəhərin yaranması da bu qəbilənin adı ilə bağlıdır. Yarım əfsanəvi məlumatlara görə, şəhərin əsasını XI əsrdə tuareq qəbiləsindən olan Buktu adlı bir qadın qoyub. Buktunun məskunlaşdığı yer Səhranın lap cənubunda, Niger çaylağından 12 km aralıqda yerləşirdi. Köçəri tayfalar üçün bu yer gözəl istirahət məkanı idi. Tuareqlər adətləri üzrə yağış fəsli başlayanda səhralığa gedərdilər ki, yoluxucu xəstəliklərə tutulmasınlar. Lakin mal-qaranı səhralıqda dolaşdırmaq təhlükəli idi, ona görə də, onlara mal qranın saxlanılması üçün təhlükəsiz yer lazım idi. Buktunun yaratdığı kənddə isə bu şərait var idi. Kənddə su quyuları (bərbərcə - “tin”) olduğundan bura “Tin-Buktu” deyilməyə başladı. Tədricən kəndə tuareqlərlə yanaşı Qərbi və Şimali Afriakda yaşayan ərəb, vanqara, sonqai, soninke, fulani qəbilələri də üz tutdular. Bura müxtəlif qəbilələrin görüş yerinə çevirildi ki, bu da öz növbəsində ticarətə böyük təkan verdi. Qəbilələr brada bir araya gəlir, istehsal etdiyi malları qızıla və yaxud lazımlı məmulatlara dəyişib qayıdardılar. Tegaza mədənlərindən çıxarılan duz, Boure və Bambuk mədənlərindən çıxarılan qızıl da Timbuktuya gətirilirdi. Beləcə, bir çox tacirlər burada məskunlaşır, kənd böyük bir şəhərə çevirilir. Timbuktu sakinləri əsasən Qao, Cenne, Dia və Kabura kimi Niger ətrafındakı böyük şəhərlərdən köçən Marka, Vanqara, Sarakole və Mandika xalqlarının nümayəndələri idi. Onlar palçıqdan orijinal evlər tikərdilər, tuareqlər isə çadırlar salardılar. Beləcə, Timbuktunun özünəməxsus arxitekturası yaranırdı. Regionda yaşayan müsəlman alimlərinin şəhərə köçməsi ilə burada ilk məscidlər inşa olunmağa başladı, əhali isə islamlaşırdı. Qala gavuru (Kale gavuru) - İraqda yaşayan xristian inanclı türkmanlar. Kərkükda təxminən 30 min qala gavuru yaşayır. Suriyada azliqlar Assuriyalılar, Aysorlar və ya Asorular- Yaxın Şərqdə xalq. Əsasən İraq və Suriya ərazisində yaşayırlar. Dünyada assuriyalıların sayı təqribən 503 min (2010) nəfərdir. Assuriyalılar yaxın etnik qruplarla birlikdə aramiləri əmələ gətirirlər ki, onların da cəmi saylarının 959 min nəfər olduğu ehtimal olunur.Asoru dilində danışırlar. Suriya turkmenleri - Türk tayfalarının "Bələdi Şam" (indiki Suriya, Livan, İordaniya və Fələstin) adlanan ərazidə ilk məskunlaşması Səlcuqilərin zamanına təsadüf etmiş, bölgəyə türk tayfalarının axını Osmanlı İmperiyasının zamanınadək davam etmişdir. Suriyada əfşar, peçeneq, bayandır, baharlı və s. türk tayfaları məskunlaşmışdır. Hazırda Suriya türkmanları Hələb, Qüneytrə, Lazkiyə, Hims, Tərtus, Həma, Dəməşq, İdlib, Ər-Rəqqə, Dəra mühafazlarında və Dəməşq şəhərində yaşayırlar. Lazkiyə mühafazlığında yaşan Türkmənlərə Bayır-Bucaq türkləri də deyirlər. Suriyada 523 Türkmən kəndi vardır. Levantilər (digər adları – latınlar, firənglər) — Yaxın Şərq ərazisində keçmişdə yaşayan italyan və fransız əsilli katolik əhaliyə aid edilən termindir. Cənubi Avropalı tacir və mühacirlər Səlib yürüşlərindən bəri Aralıq dənizinin şərq sahillərində məskunlaşmağa başlamışdılar. XIX əsrdə bu qrupa dissidentlər, əhli-sənət, mühəndis və gəmiqayırma üzrə mütəxəssislər də daxil olmuşdur. Levantilərin əcdadı əsasən Genuya və Venesiya, həmçinin Piza, Qırım, Azovyanı və Aralıq dənizi boyu digər xristian məkanlardan köçmüşdülər. XVI əsrdə Osmanlı sultanı italyan tacirlərinə imtiyazlar bəxş edərək onları faktiki olaraq italyan şəhərləri ilə Şərq arasında ticarət monopoliyasını əllərinə keçirən xüsusi təbəqəyə çevrilməsinə imkan vermişdi. XIX əsrin sonunda bu təbəqə artıq levantilər adıyla tanınmışdır.. Osmanlı imperiyasının levanti icması uzun müddət milli kimliyini qoruyub, katolik xristianlığa etiqad edən və italyan dilində danışan başqa millətlərlə qarışmayan bir qrup kimi tanınırdı. XIX əsrin əvvəlində italyan ana dili fransız dili ilə əvəz olunmağa başlamışdır. 2007-ci ildə Livanda 4,3 min italyan əsilli insan yaşasa da, onların çoxsu artıq mədəni özünəməxsusluğunu itirmiş və ərəb dilini ana dili kimi qəbul etmişdir. Livanda türk toplumu iki qrupla təmsil olunur, onlardan hər ikisi türk xalqlarının oğuz yarım qrupuna daxildir. Birinci qrup Livan və Suriya vətəndaşları olan və dövlət tərfindən türkman adlandırılan toplumdur ki, danışdıqları ləhçələri azərbaycan dilinə daxil edilir. Livan türkmanları İordaniyada, Suriyada və İraqda yaşayan və bu dövlətlərin mərkəzi ərəb hökumətləri tərəfindən türkman adlandırılan əhali ilə eyni mənşədəndir və onlar kimi azərbaycan dilinin ləhçələrində danışmaqdadırlar. Livanın Şimal əyalətinin Akkar bölgəsində Kobayat şəhəri yaxınlığında iki kənddə 5,050 nəfər, Beqaa əyalətinin Baalbək bölgəsində Baalbək şəhəri ətrafında beş kənddə 3,800 nəfər, 1897-1913-cü illərdə Krit adasının yunan nəzarətinə keçməsi ilə Osmanlı hakimiyyətinin Krit adasından Trablusa köçürdüyü türklər, Suriyadan bura köç etmiş az sayda türkman və 1940-cı illərdə işçi olaraq Livanda əsasən Beyrut şəhərində yerləşmiş Türkiyə vətəndaşları olan türklər bu ölkədə türk toplumunu əmələ gətirirlər Ehqaqilər bir qrup Azərbaycan Türkləridirlər ki şiə məzhəbinin Şeyxiyyə təriqətininEhqaqiyə qoluna bağlıdırlar ki əksəriyyəti Küveytdə və bir azıda İraqın Kərbəla şəhərində və İranda yaşayırlar.Azərbaycanlı şeyxilərin başçısı bu soydan seçilər.Ehqaqilərin mənşələriİranın Şərqi Azərbaycan ostanında olan Üskü şəhristanıdır. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=525578
Ərəb ölkələrində film
Ərəb dünyasında film sənayesinə maraq getdikcə böyüyürdü. Ərəb ölkələri içərisində film sənayesində üstünlük Misir ölkəsinə aiddir. Bütün ərəb filmlərinin dörddə üç hissəsi Misirdə istehsal olunur. Tarixi inkişafi Film industriyasında ən vacib hadisələrdən biri beynəlxalq və yerli film festivallarının keçirilməsidir. Ərəb dünyasının müxtəlif regionlarında tarix boyunca keçirilmiş və hal hazırda da keçirilən çoxsaylı film festivalları var .1976-cı ildən bəri Qahirə illik Qahirə Beynəlxalq film Festivalını keçirir və bu festival Film Produsserləri Assosiasiyasının Beynəlxalq Federasiyası tərəfindən akkreditə edilmişdir. Eyni zamanda bu cür festivallardan biri İsgəndəriyyə şəhərində də keçirilir . 1908-ci ildən bəri Ərəb dilli ölkələrdə 4000-dən çox qısa və uzun metrajlı filmlər çəkilmiş və onlardan dörddə üç hissəsi Misir istehsallı filmlər idi. Film festivalları 1987-ci ildə ilk Mogadishu Pan-African and Arab Film Symposium ( Mogpaafis ) keçirilmişdir, buraya bütün ərəb dünyası və şimali-şərq Afrikanın digər regionları ilə bərabər, Asiya və Avropadan da film istehsalçıları və ekspertləri toplaşmışdı .Digər festival isə Mərakeşdə keçirilən Mərakeş Beynəlxalq Film Festivalı da hər il keçirilir. 2000-ci ildə inagurasiyasından sonra bu festival Mərakeş kinosuna həsr edilmiş önəmli hadisələrdən biri olmuşdur . Ən yaxşı Mərakeş, xarici və qısa filmlərin mükafatlandırılması üçün festivalın münsifləri yerində beynəlxalq yazıçılar, aktyorlar və şəxsiyyətlər toplaşır.. Digər beynəlxalq festival Birləşmiş Ərəb Əmirliyi, Dubayda keçirilən Dubay Beynəlxalq Film Festivalıdır . 2004-cü ildə festival işinə başlamış və əsas məqsəd Ərəb dünyasında film istehsalının artmasını dəstəkləməkdir.Ərəb regionunda digər böyük festivallardan biri Abu Dabi Film Festivalıdır. 2007-ci ildə yaranaraq, hər il oktyabr ayında Abu Dabidə, BƏƏ, Mədəniyyət və İrs üçün Abu Dabi Təşkilatı tərəfindən keçirilir. Bu festivalın əsas məqsədi Ərəb dünyasında film istehsalının artmasını təşviq etməkdir.2009-cu ildə əsası qoyulmuş The Doha Tribeca Film Festival hər il 5 gün davam edərək, ərəb və beynəlxalq filmləri dəstəkləmək və Qatarda davamlı film sənayesini inkişaf etdirməyə yardım edir. 2010-cu ildə festival Qatarda 50,000 qonağı qəbul edərək, ölkədə ən böyük əyləncə hadisələrindən biri olmuşdur . Misir Media İstehsalı Şəhəri Misir uzun müddət ərəb dilli ölkələrdə müasir media istehsalının mərkəzi olmuşdur. Onun canlı musiqi, televiziya və film industriyası transmilli Ərəb media bazarında ənənəvi olaraq üstünlük təşkil edirdi.1990-cı illərin sonunda Misirdə və qalan ərəb dünyasında media istehsalı genişlənmişdi . 1996-cı ildə regionda yayımlanan medianın başlanması məqsədilə gələcək rabitə peyklərinin fəaliyyəti üçün Nilesat əsası qoyulmuşdur. Növbəti il, Misir Radio və Televiziya Birliyi və İnformasiya Nazirliyi Nilesat tərəfindən yayımlanan televiziya kanalları üçün studialar verməklə media istehsalı üçün xüsusi zona yaratmağı təklif etmişdir.2000-ci ildə Nazirlik Misir Media İstehsalı Şəhərini yaranmasını təsdiq etmiş, onun da 48% Nazirliyə, 52% isə bank və əsasən də yerli özəl investorlara məxsus idi. Hazırda MMİŞ çap mediası üçün presslər,televiziya proqramları üçün studialar, media elmləri akademiyası, reklam xidmətləri və kino istehsalı kimi müxtəlif imkanları təklif edir.Bu şəhər Yaxın Şərqdə media industriyasını yaratmaq üçün ilk cəhdi təmsil edirdi. Beynəlxalq investorları cəlb etmək üçün o, azad zona kimi fəaliyyət göstərirdi.MMİŞ Kino Şəhəri Misir kinosunun istehsalında böyük rol oynayır. Onun rəhbərləri həmçinin regional və global istehsal studiaları cəlb etməyə çalışır. Birləşmiş Ştatlar və Hindistandan sonra üçüncü istehsal imkanlarına malik olaraq, MMİŞ beynəlxalq film istehsal evlərini cəlb etmək üçün mübarizə aparmışdır.Son 60 il ərzində Misirdə Qərb filmlərinin 36% orada ekranlaşmışdır. Digər başqa filmlər isə Mərakeş və Tunisdə ekranlaşmışdır.Bu gün Ərəb dünyasında ölkələr Hollivud, Bollivud və Avropadan kinofilm istehsallarını cəlb etmək üçün bir-biri ilə rəqabət aparır. Orta Şərqdə film Film sənayəsində önəmli yer tutan Birləşmiş Ərəb Əmirliyi dünyada media şirkətlərinin diqqətini qazanmışdır. Son 10 il ərzində orada yaradılmış media şəhərlərindən Dubay Media Şəhəri ilk media mərkəzi idi.2001-ci ildə yaradılaraq, TECOM İnvestorunun əsas media hissəsi olaraq, informasiya texnologiyaları və telekommunikasiya sektoruna yönəlmişdir. Dubay Media Şəhəri regionun media industriyasının mərkəzi olmağı məqsədilə yaradılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=515421
Ərəb ölkələrində internet
Dünyanın bir çox yerlərində olduğu kimi Ərəblər də kifayət qədət internetə vaxt sərf edirlər. Ərəb ölkələri başqa ölkələrlə müqayisədə internetdən çox istifadə etmirlər. Bunun bir sıra səbəbləri var, onlardan biri internetə dövlət tərəfindən nəzarət olunması idi. Digər səbəb Ərəb dünyasına internetdən daha gec istifadə etməyə başlaması idi, beləki internetin dünyada istifadəsindən 10 il sonra ərəblər internetdən istifadəyə başlayır. Problemin digər tərəfi ərəb hərflərinin kompüter istifadəsinin asan olmaması idi. Nəticədə regiondan internet bağlantısı olan az sayda insan var idi. Əsasən də internetdən istifadə edənlər ingilis dilli idilər. Lakin Ərəb simvollarından kompüterdə istifadə problemi qismən də aradan qalxan kimi, bu insanların internetdən istifadə bir addım atması üçün kifayət etmişdir.İnternetin Ərəb ölkələrində gec istifadə verilməsinin səbəblərindən biri də onun çox baha olması idi. Bunun səbəbi də bir çox ölkələrdə telekommunikasiya xidmətlərində monopoliya vardır ki, bu da onlara yüksək qiymətlər qoyulurdu. Getdikcə insanların daha yaxşı və ucuz internet tələbi ilə qiymət aşağı salınmış, lakin yenə də ərəb dünyasının bir sıra regionlarında internetin qiyməti yenə də yüksəkdir. Lakin müasir dövrdə əksəriyyət regionlarda insanların internetə çıxışı vardır. İnternet provayderləri Kuveyt,Misir və Birləşmiş Ərəb Əmirliyi 90-cı illərin əvvəlləri öz İnternet Xidmət Provayderlərini yaratmışlar. Bunun ardınca digər ərəb ölkələri də beş il müddətində bu təcrübəni həyata keçirmişlər. Bu gün Ərəb Liqasının əksər üzvlərinin öz İXP vardır. Bu gün Ərəb liqasının əksəriyyət üzvləri öz yerli İXP yaratmışlar. (Komoros,Djibuti, İraq, Liviya, Mavritaniya, Somali, Sudan və Suriya həm iqtisadi, həm də siyasi səbəblərə görə hələ də yerli internet qovşaqlarına malik deyil; Fələstin İsrail vasitəsilə əlaqə qurur).İnternet istifadəcilərinin bir göstəricisi Network Wizards tərəfindən keçirilən sorğudur. ( Bu Domen sorğusu Domen Ad Sistemində tam axtarış etməklə internetdə hər bir host tapmaq üçün çalışır. Hostların sayı Ərəb Liqasından olan ölkələr tərəfindən 1996-cı ilin yanvar ayında 2797-dən 1997-ci il iyul ayında 11209-a qədər qalxmışdır. Bu 300% artım 3 dəfə artım demək idi. Ərəb ölkələrində internetin yaranması və inkishafı da fərqli olmuşdur. Məsələn, Əlcəzairdə internet çox yavaş inkişaf edirdi. Davam edən siyasi qarışıqlıq yerli internetin inkişafına mənfi təsir göstərmişdir. Lakin kompüterlər üçün cari bazar çox böyükdür. Bəhreyndə internet 1995-ci ildən inkişaf etməyə başlamış və internet istehlakçıları da bu dövrdən bəri internetdən istifadəyə başlayır. 1997-ci ilin ortalarına şirkət saytlarının sayı 80-dən çox idi. Bəzi şirkətlər hətta yerli İT xidmətlərinin olmasına baxmayaraq, veb dizaynı üçün beynəlxalq bazara müraciət etmişdir. Misirdə internet xidməti 1993-cü ilin oktyabr ayında başlamış və istifadəçilərin sayl-2000-3000 arası təşkil edirdi . Misir Telekom: Misir Ərəb Respublikasının Milli Telekommunikasiya Təşkilatı əsas infastrukturu təmin edirdi.1994-cü ildə Misir domeni 4 böyük yarım domenlərə ayrılır: universitetlər və məktəblər üçün xidməti təmin edən Misir Universitetlər Şəbəkəsi (eun domeni), Elmi Tədqiqatlar Akademiyası və Milli Telekommunikasiya İnstitutu kimi digər tədqiqat mərkəzlərində elmi tədqiqatlar institutları üçün xidmət edən .sci domeni, dövlət orqanları və təşkilatları üçün nəzərdə tutulan xidmətlər və özəl sektor və fiziki şəxslər üçün kommersiya domeni. Bu gün Misir internet şəbəkəsi regiondan ən mühüm və böyük internet şəbəkəsi olaraq qalır . İnternetin inkişaf etdiyi digər Ərəb ölkəsi İordaniyadır. Şah Huseyn regiondan internet mühitinin yaranmasına yardım etmiş və bununla İordaniya internetin inkişaf etməsi üçün regiondan vacib mərkəzlərdən biri olmuşdur. Lakin internetin istifadəsində bəzi məhdudiyyətlər də qoyulmuşdur . İordaniya ərəb dünyasının ən demokratik ölkələri arasında olmasına baxmayaraq, şahı tənqid etmək qanunsuz hesab olunurdu.Beləki hökumət onlayn forumlarda iştirak edir və “Ask the government” kimi forumda istifadəçilər birbaşa baş nazirə müraciət etməklə suallar verə bilərlər. Eyni zamanda 1993-cü ildə Liviya da internet yaranmışdır, sonra Tunis, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ərəb dünyasının ölkələri internet təcrübəsindən istifadə edir . Statistik göstəricilər 28% ərəb internet istifadəçiləri sosial mediadan əsas xəbər mənbəsi kimi istifadə edirlər. Bu gün Ərəb ölkələrində mobil qurğu laptop və digər personal kompüterlər kimi internetə daxil olmaq üçün istifadə olunur. 61% Ərəb istifadəçiləri internetdən laptop və personal kompüterlər vasitəsilə istifadə edir. 16% internetə daxil olmaq üçün smartfonlardan, 11% tablet və 12% müntəzəm mobil telefonlarından istifadə edir. Ərəb regionlarında insanların 49% internetdən əsasən iş günləri saat 6-dan sonra, 16% iş günləri saat səhər 8-dən 12 axshama qədər, 13% isə 12-dən 6-ya qədər internetdən istifadə edirlər. 43% istifadəçilər qeyd edir ki, onlar iş vaxtı sosial şəbəkələrdən istifadə edir, 17% insanlar qeyd edir ki, sosial şəbəkələrdən istifadəyə icazə yoxdur və ya bağlıdır, 33% görə isə onların sosial şəbəkələrdən istifadə etməyə vaxtı yoxdur.Ərəb internet istifadəçilərinin 54% Facebook-dan gündə ən azı bir dəfə istifadə edir, bundan sonra 30% Google və 14% Tvitterdən istifadə edir.85% Ərəb internet istifadəçiləri hesab edir ki, sosial media onlar üçün sosial fəaliyyət göstərmək üçün faydalıdır. 88% istifadəçilər zənn edir ki, internet onları daha yaxşı tədris imkanları ilə təmin edir. Ərəb istifadəçilərinin 27% hesab edir ki, internet onların şəxsi həyatına müdaxilə etmir, lakin 34% bu mövzuda neytral olduqlarını bildirmişlər. Həmçinin bax Misirdə internet İordaniyada internet Əlcəzairdə İnternet Bəhreyndə internet
https://az.wikipedia.org/w/index.php?curid=516196
Ərəb ölkələrində iudaizm
İudaizm - din, fəlsəfə və yəhudi xalqının yaşam yoludur. Bu təkallahlı dinin əsli Müqəddəs İvrit kitabından gəlir və daha sonra Talmud kimi mənbələrdən də tapılmışdır. İudaizm dini yəhudilər üçün Allahın İsrailin uşaqları ilə yaratdığı dini əlaqənin ifadəsi hesab olunur. Rabbinik İudaizmi qeyd edir ki, Allah öz qanunları və əmrlərini hər iki formada – yazılı və şifahi Tövrat Sina dağında Musaya vermişdir. İudaizm 3000 ildən artıq bir müddətdə tarixi mövcudluğu iddia edir. Dünyanın əksər dinləri kimi, İudaizm də ən qədim təkallahlı dinlərdən biri sayılır. Yəhudilər etnik-dini qrupdur və bura yəhudi kimi doğulanlar və sonradan yəhudiliyə üz tutanlar daxildir. 2010-cu ildə dünya yəhudi əhalisi 13,4 milyon artmış və təxminən ümumi dünya əhalisinin 0,2 % -ni təşkil etmişdir. Ən böyük Yəhudi dini hərəkatları bunlardır: Ortodoks İudaizm ( Haredi və Modern), Konservativ İudaizm və Reformist İudaizm. Bu qruplar arasında əsas fərq onların Yəhudi Qanununa olan yanaşmalarındadır. Ortodoks İudaistlər iddia edir ki, Tövrat və Yəhudi qanunu əslən ilahi, əbədi, dəyişdirilməzdir və onlara ciddi şəkildə əməl olunmalıdır. Konservativ və Reformist İudaizm daha liberaldır. Konservativlər Reformistlərə nisbətən İudaizmin tələblərinin daha ənənəvi təfsirini dəstəkləyirlər. Tipik Reformist baxışı belədir ki, Yəhudi qanunu məhrumiyyət və məcburiyyət toplumundansa, ümumi təlimat kimi göstərilməlidir. Tarixən, Yəhudi Qanununu xüsusi məhkəmələr həyata keçirirdi, bu gün bu məhkəmələr hələ də mövcuddur, lakin İudaizm etiqadı könüllüdür. Dini və yerli hadisələrdə ixtiyar sahibi hər hansı bir şəxs və ya təşkilat deyil, müqəddəs mətnləri şərh edən alimlərdir. Iraq yəhudiləri dunyanın ən qədim və tarixi baximdan ən önəmli yəhudi icmalarından biridir. 30-cu illərdə iraqda yəhudilərin vəziyyəti pisləşməyə başladı. onlar iraq dövlətinə loyal olduqlarını bildirsələr də iraq yəhudiləri diskriminasiyaya məruz qalır, sərt qanunlarla üzləşirdilər. 1934-cü ildə dövlət idarəetmə orqanlarından uzaqlaşdırıldılar, ali məktəblərdə onlara qarşı kvotalar tətbiq olunmağa başladı. sionist fəaliyyəti qadağan olundu. eləcə də yəhudi məktəblərində yəhudi tarixi və ivrit dilinin tədris olunmasına qadağa qoyuldu. 1941-ci ildə Bağdadda başlayan münaqişələrdə təxminən 200 yəhudi qətlə yetirildi. Bəzi mənbələr bu rəqəmin daha yüksək olduğunu deyir, 2000-dən çox yəhudi xəsarət aldı, mülkiyyətə ciddi ziyan dəydi. 1950-1952-ci illərdə Əzra və Nehemiya əməliyyatları ilə 120.000 iraq yəhudisi İran və Kipr vasitəsilə israilə köçə bildi. 1968-ci ilə kimi 2000-ə yaxın yəhudi iraqda yaşayırdı. Bugün 100-dən az yəhudi qalıb və əsasən Bağdadda yaşayırlar. Bəhreyndə yəhudilərin məskunlaşması qədim tarixə malikdir. Burada yaşayan yəhudilərin əksəriyyəti 1900-ci ilin əvvəllərində iraq, iran, hindistan gələnlər idi. Bəhreyn yəhudiləri və müsəlmanları arasında münasibətlər yaxşı səviyyədədir. Bəhreyn ərəbistan yarımadasında yerləşən yeganə dövlətdir ki burada spesifik yəhudi icması var. Yeganə körfəz dövlətidir ki, 2 sinaqoq, 2 qəbiristanlıq bir-birinə yaxın yerləşir. Bu ölkədə yəhudilər demək olar ki diskriminasiyaya məruz qalmırlar. Bəhreyndə yəhudilər yüksək vəzifələrdədirlər. Belə ki, İbrahim Nona 2002-ci ildə parlamentin yuxarı palatasına üzv seçilib. Bundan başqa bəhreyn insan hüquqları cəmiyyətinə yəhudiq adın rəhbərlik edir. 18-19-cu əsrlərdə Küveytə köç edən yəhudilər ticarətin inkişafında xüsusi rol oynayırdılar. 19-cu əsrin ortalarında onların sayı kəskin artmağa başladı, bir rayonda 80 yəhudi ailəsi yaşayırdı. Onların öz sinaqoqları var idi burada qadınlar üçün də ayrıca yer var idi. Şənbə günü yəhudilərin bayramı olduğu üçün həmin gün işləmirdilər. Eləcə də onların öz qəbiristanlıqları da var idi, bu da onların uzun müddət burada yaşadıqlarını göstərir. Küveytdə yaşayan yəhudilərin əksəriyyəti orta təbəqəni təmsil edir. Səudiyyə Ərəbistanında 6-7-ci əsrlərə qədər Səudiyyə Ərəbistanında yəhudilər yaşayırdılar. əsasən Hicaz, Mədinə, Xeybər adlı yerlərdə məskunlaşmışdılar. Yarımadada islamdan əvvəl 3 əsas yəhudi tayfası var idi. Yəhudi və digər qeyri müsəlmanlara Məkkədə yaşamaq qadağan olunub. Həmçinin bax Ərəb ölkələrində ateizm Ərəb ölkələrində buddizm
https://az.wikipedia.org/w/index.php?curid=525556
Ərəb ölkələrində media
Bəşər dünyası Ərəb dünyasında görünməmiş iğtişaşlara şahid olmuşdur. "Ərəb Baharı" nəticədə Yaxın Şərqdə siyasət, cəmiyyət və mədəniyyət sahəsində yeni bir qavrayış təqdim etmişdir. Bu ərəb siyasətinə yeni bir xəritə çəkmiş və özü ilə milli suverenlik gətirmişdi. Yeni media, sosial şəbəkələr , mobil telefonlar kimi digər informasiya və kommunikasiya texnologiyaları geniş məlumat əldə etməyi asanlaşdırdı. Asanlıqla məlumat əldə etmək imkanının hakim sinfin monopoliyası və informasiya hegemonluğu daha kütləvi etirazlarına gətirib çıxarmışdır. Ərəb kütləvi üsyanlar hələ nisbətən yeni və yalnız bu yaxınlarda ilk illik yubileyi ildən yeni media landşaft , Ərəb dünyası və onun media bir fenomen kəşfiyyat edilir. Inqilab toqquşması xaos və siyasi münaqişənin daxil dinc hərəkət keçdikdə baxmayaraq , Ərəb Baharı davam edən bir prosesdir və inqilablar zamanı Ərəb əsas media podratçıların təhlil üçün bir yol ola bilər . Qiyamların ərəb media əsas və milli kanal şəbəkələrində rolları bilmədən, biz Yaxın Şərqin ərəb və inqilablar qarşı öz siyasi vəziyyətdə siyasət dərk edə bilməz. Yeni media, sosial şəbəkələr , mobil telefonlar kimi digər informasiya və kommunikasiya texnologiyaları geniş məlumat əldə etməyi asanlaşdırdı. Asanlıqla məlumat əldə etmək imkanının hakim sinfin monopoliyası və informasiya hegemonluğu daha kütləvi etirazlarına gətirib çıxarmışdır. Ərəb kütləvi üsyanlar hələ nisbətən yeni və yalnız bu yaxınlarda ilk illik yubileyi ildən yeni media landşaft , Ərəb dünyası və onun media bir fenomen kəşfiyyat edilir. Inqilab toqquşması xaos və siyasi münaqişənin daxil dinc hərəkət keçdikdə baxmayaraq , Ərəb Baharı davam edən bir prosesdir və inqilablar zamanı Ərəb əsas media podratçıların təhlil üçün bir yol ola bilər . Qiyamların ərəb media əsas və milli kanal şəbəkələrində rolları bilmədən, biz Yaxın Şərqin ərəb və inqilablar qarşı öz siyasi vəziyyətdə siyasət dərk edə bilməz . Ərəb mediası və siyasi mövqe Dövlət kütləvi informasiya vasitələri özü üçün kimin düşmən, dost olmasını, siyasi maraqlarını müəyyən etdikdə ərəb mediası Ərəb siyasətinin yeni mövzusunu təqdim etmişdir. Beləliklə, ərəb mediasında siyasət yalnız siyasi güc, siyasi rejimlər və siyasi hakimiyyət tərəfindən deyil həmçinin ərəb dünyasına sosial-siyasi mühitini dəyişən yeni landşaftlar tərəfindən təcəssüm olunur. Ərəb Baharı media vasitəsilə ümumilikdə ərəb dünyasında siyasətin başa düşülməsində yeni qavrayış təqdim etmişdir. Media dövlətin siyasi dilinə çevrildikdə, onun əsas missiyası ərəb inqilablarında dövlətin siyasi mövqesini əks etdirmək olmuşdur. Ərəb siyasəti və bir sıra ərəb ölkələrinin mövqeyini anlamaq üçün media ideologiyaları və media meylləri vasitəsilə nail olmaq olardı.Məsələn, Səudiyyə mediası Azad Suriya ordusunun qələbəsini elan etməklə Suriyada inqilabı dəstəkləmişlər. Bu dəstəkləyici mövqe Suriyada inqilabla bağlı Səudiyyənin siyasi mövqesini əks etdirir. Başqa sözlə, bu mənada dövlətin bu fikir və ya tendensiya ilə bəyanat verməsinə ehtiyac yox idi, beləki dövlət mediası bunu nümayiş etdirmişdir. İstənilən ərəb dövlətinin siyasi mövqesi dövlət mediası vasitəsilə başa düşülür və nümayiş olunur, hətta Əl-Cəsirə kimi böyük miqyaslı kanal şəbəkəsində belə. Tunisdə inqilab başladıqdan bəri xüsusən Əl-Cəsirə yeni Tunisin siyasi mövqesinin müəyyən olunmasında mühüm rol oynamışdır. Hətta bəzi tədqiqatçılar və müşahidəçilər qeyd etmişlər ki, Əl-Cəsirə ərəb dünyasının aparıcı kanalı kimi Misir və Tunis, Liviya və Yəmən inqilablarının işıqlandırılmasında zamanı vacib rol oynamışdır. Lakin bu təkcə Əl-Cəsirəyə deyil, regionda əksər mediaya şamil olunur. Əl-Cəsirə və Əl-Ərəbiyə kimi digər körfəz mediası də Ərəb ölkələrinin siyasi hadisələrində vacib rol oynamışdır. Ərəb ölkələrində media və siyasətə aid digər misal seçkiləri xüsusilə qeyd edə bilərik. Siyasi cəhətdən desək, Suriya və Bəhreyn hallarında iki daimi kanal şəbəkələri olan Qatar Əl-Cəsirə və Səduiyyə Ərəbistanı Arabiya qarşılıqlı razılıq olmalıdır. Beləki ideoloji cəhətdən ƏL-Cəsirə Müsəlman Qardaşları və İslamist Misirli namizədlərini dəstəklədiyi halda, Əl-Ərəbiyə köhnə rejimi dəstəkləyirdi. Məsələn, Misirdə prezident seçkiləri zamanı Əl-Cəsirə Misir prezidenti namizədliyinə Abdel Moneim Abul Fettouh uyğun namizəd, sonra isə Müsəlman Qardaşları namizədi olan Mohammad Morsi uyğun namizəd görürdü. Eyni zamanda Əl-Ərəbiyə əsasən Ahmad Shafeeq və Amr Musa üzərində diqqətini cəmləmişdir. Bundan başqa Ərəb mediası Ərəb siyasətinin status kvo ilə assosiasiya olunmağa başlamışdır. Hətta Misir inqilabı zamanı ərəb mediası ərəb vətəndaşlarına tam qulluqçusu deyildi, əksinə o, siyasi maraqlara xidmət etmək üçün bir alət kimi qalırdı. İddia etmək olar ki, Ərəb baharı zamanı ərəb mediasının vətəndaş rolu yox idi, o, siyasi məqsədlər üçün istifadə olunurdu.Beləliklə media tarixdə müşahidə olunduğu kimi, böhran dövrlərində siyasətə xidmət etmişdir. Ərəb mediasının öyrənilməsinin vacibliyinin bir səbəbi də onu öyrənməklə ərəb siyasətini başa düşmək mümkün olacaqdır. Ərəb dünyasında media və siyasət arasında qarşılıqlı əlaqə səhvsiz deyil. Ərəb mediasına baxdıqda, müşahidə etmək olar ki, əksəriyyət KİV birbaşa və ya dolayısı yolla dövlət tərəfindən dəstəklənir. Nəticədə media dövlətdən tam müstəqil ola bilməzdi. Xarici Media Ərəb ölkələrində Bu gün ərəb ölkələrində yayımlana qərb televiziya kanalların sayı sürətlə artır. Bu media Qərb mədəniyyəti və Ərəb dünyası arasında körpü rolunu oynayır.ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Türkiyənin kütləvi informasiya vasitələri ərəb hava dalğalarında iştiraklarını artırmış və Ərəb ölkələrindən kifayət qədər tamaşaçı cəlb edə bilmişlər. Yerli ərəb tamaşaçılarının xarici KİV üz tutmalarının əsas səbəblərindən biri yerli televiziya xəbər mənbələrinin hökumətin senzurasını keçmiş xəbərləri paylaşmasına inanmaqlarıdır, beləki burada etibar əsas problemdir. Tamaşaçılar tez-tez regional və qlobal inkişafların əhatəsini müqayisə etmək üçün kanalları çevirir. “Ümumilikdə siyasi yönümlü tamaşaçılar kimi təsvir olunan ərəblərin bir neçə media mənbəsinə ehtiyacı var və onlar bir sıra kanalları seyr etdikdən sonra biri üzərində seçimlərini dayandırırlar”. Əl-Cəsirə və Əl-Ərəbiyə kimi yaxşı maliyyələşən ərəb stansiyaları sərt rəqabət təklif edir, lakin BBC News, Rusiya Al Yawm, Voice of America və France 24 kimi xarici KİV ərəb tamaşaçılarını dünya hadisələri haqqında geniş baxış ilə təmin edir. Ərəb mediası kimi xarici KİV də tez-tez dövlət subsidiyaları alır . Bundan əlavə, ərəb ölkələrində xarici KİV haqqında danışarkən, mütləq internet mənbələrini və ya sosial medianı nəzərə almaq lazımdır. Bu gün ərəb dünyasında xarici xəbət saytları populyardır. Regionda ən məşhur saytları araşdırarkən iki istiqamət önə çıxır. Onlardan biri Amerika saytları ən məşhur saytlardır və ərəb internet istifadəçiləri onlardan tez-tez faydalanırlar. Google, Facebook və Youtube 5 ən çox daxil olunan saytlara daxildir və demək olar ki hər bir ərəb ölkəsində istifadə olunur. Məsələn, Bəhreyndə ən çox istifadə olunan 10 sayta: Facebook, YouTube, Twitter, və Blogspot aiddir, Misirdə: Facebook, YouTube, Blogspot, və Fatakat (onlayn forum), Yəməndə: YouTube, live.com (e mail portalı), və Blogspot aiddir və s. Həmçinin bax Ərəb ölkələrində internet Ərəb ölkələrində film Ərəb ölkələrində nəşr Ərəb ölkələrində televiziya Ərəb ölkərində reklam
https://az.wikipedia.org/w/index.php?curid=524113
Ərəb ölkələrində qadın hüquqları
Ərəb ölkələrində — qadınlara hansı hüquqların verilməsi ilə bağlı 2013-cü ildə aparılan sorğunun nəticəsində əksər ölkələrdə qadın hüquqlarının olduqca məhdudlaşdırıldığı aşkar olunmuşdur. Sorğunun əsas məqsədi – qadına qarşı şiddət, ailədə qadına münasibət, onların cəmiyyətə inteqrasiyası, siyasətdə rolu, sosial sahədə fəaliyyəti haqqında məruzə hazırlamaq idi. Misirdə cinsi zorakılıq, istismar, iş yerlərində qadınların narahat edilməsi, insan alveri kimi mənfi halların qarşısının alınması üçün heç bir qanun işləmir. Qadın və qızların 99,3%-i cinsi istismara məruz qalır. Ortayaşlı nəslin 63%-i savadlıdır yəni yazıb oxumağı bilir. Iraqda 2003-cü ildə ABŞ-nin hərbi müdaxiləsindən sonra qadınların vəziyyətində, statusunda ciddi tənəzzül, geriləmə özünü göstərdi. Kütləvi şəkildə didərgin düşmək qadın alveri və cinsi zorakılığı daha da tətiklədi. Iraqın cinayət kodeksinə görə həyat yoldaşını öldürən kişi ölüm cəzasına məhkum olmur yalnız 3 il azadlıqdan məhrum edilir. Didərgin düşmüş minlərlə qadın qonşu ölkələrdə (Suriya, İordaniya, BƏƏ) əxlaqsızlıq etməyə məcbur edilirlər.iraqda 1,5 milyondan çox qadın duldur. Səudiyyə Ərəbistanında Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq 2015-ci ildə bələdiyyə seçkilərində səs verə bildilər. Bu ölkədə maşın sürmək qadağan olunub. Qadınlar himayəsində olduqları kişinin (ata, həyat yoldaşı) razılığı ilə təhsil ala bilər, , tibbi nəzarətdən keçə bilər, evindən çıxıb harasa gedə bilər. Suriyada müharibənin təsiri nəticəsində kütləvi şəkildə öz yurdundan didərgin düşmək həm Suriyanın daxilində, həm sərhədlər xaricində milyonlarla qadın və qızların cinsi zorakılıq və qadın alverinə məruz qalmaqlarına səbəb olub (BMT-nin məlumatına əsasən). Iqtisadiyyat və səhiyyə sistemində geriləmə birbaşa qadınlara təsir göstərir. Suriyada 12 yaşdan aşağı qızlar qaçqın düşərgələrində ailə qurublar. Suriyanın insan hüquqları üzrə şəbəkəsinin məlumatına görə müharibə dövründə 4000-dən çox təcavüz faktı və digər cinsi zədələr haqqında məlumatlar qeydə alınmışdır. Yəməndə 2011-ci Ərəb baharından bəri qadınlar öz hüquqları uğrunda mübarizəyə başlayıblar. Burada qızların nikaha daxil olma yaşı qanunla müəyyən olunmayıb. Qızların 53%-inin ibtidai təhsili var. Ailə daxili şiddətlə mübarizədə effektiv qanun yoxdur. Livanda qadınların oğurlanması, təcavüzə uğraması, məşğulluqla bağlı qanunlarda qadınlara qarşı ayrı-seçkiliyin olması, vərəsəlik məsələsində ikitirəliyin olması geniş yayılıb. Livanda iş yerlərində cinsi narahatlığın qadağan olunması ilə bağlı heçbir qanun yoxdur. Hər iki livanlı qadından biri savadsızdır. Livanlı qadın öz uşaqlarına və xarici həyat yoldaşına livan vətəndaşlığının verilməsində heç bir rola malik deyil. Fələstin ərazisində qadınlar yoxsulluq, işsizlik, zorakılıqdan əziyyət çəkirlər. Qadınların yaınız 17%-i işləyir. 2011-ci ilin məlumatına əsasən qadınların 51%-i ailədaxili şiddətə məruz qalırdı. Fələstin və bir çox ərəb ölkəsində geniş yayılan qətllərdən biri – bir ailə üzvünün ya sosial qrupun digər üzvlər tərəfindən öldürülməsidir. Bu yolla Xüsusilə qadın və homoseksuallar qətlə yetirilir. 2013-cü ilin ilk 9 ayında 25 bucür qətl törədilmişdir. Bəhreyndə dini məhkəmələrdə nikah, boşanma, vərəsəlik, uşaqların analara verilməsi ilə bağlı qərarlar şəriətə uyğun aparılır. Digər ərəb ölkələrində olduğu kimi burada da ailə daxili şiddətə bərabər götürülür. Ilk dəfə 2002-ci ildə qadınlara seçkilərdə iştirak etmək və səs vermək hüququ verilmişdir. Cinayət kodeksinə əsasən kişi təcavüz etdiyi qadınıa evləndiyi halda o cəzalandırılmır. Birləşmiş Ərəb Əmirliklərində BƏƏ-də qadınların təhsil və səhiyyə xidmətlərindən istifadə etmək hüququ var. Buna baxmayaraq ənənəvi gender problemi özünü göstərir. Qadınlar iş yerlərində narahat edilirlər və müvafiq orqana bu barədə məlumat verdikdə həmin qadın həbs oluna bilər. Qanun kişilərin qadınlara fiziki baxımdan əziyyət verməsinə icazə verir. Siyasətdə qadınların sıxışdırılmadığın göstərən fakt odur ki, Federal milli şuranın 22 üzvündən 4-ü qadındır. Liviyada qadınların əsas problemləri sırasına yoxsulluq, təhsilin və təhlükəsizliyin olmaması daxildir. 2012-ci ildə 200 üzvlük Ali Milli Konqresə 33 qadın nümayəndə seçilmişdir. Qadınların nikaha daxil olma yaşı qanuni şəkildə 20 olsa da məhkəmədən xüsusi icazə alına bilər. Hərbçi və ekstremistlər tərəfindən cinsi zorakılıq və narahatlığa məruz qalırlar. Mərakeşdə qadınların azadlıqları olsa da ailədaxili şiddət yenə də qalmaqdadır. Ekspertlərin dediyinə əsasən ailədaxili şiddətə qarşı qanun yoxdur. 2008-ci ilin ilk 3 ayında qadınlara qarşı 17.000 zorakılıq insidenti aşkar edilmişdir. 15 və 49 yaş arası qadınların 44%-i yazıb oxumağı bilir. Ölkənin cinayət kodeksinə əsasən həyat yoldaşını tərk edən qadını gizlədən şəxs cinayət məsuliyyətinə cəlb olunur. Əlcəzair iş yerlərində və siyasi sahədə qadınlara qarşı ayrı seçkiliyinə görə mənfi qiymətləndirilən ölkələrdəndir. Ailədaxili zorakılığa qarşı heç bir qanun işləmir. Əlcəzairdə qadınların 16%-i işləyir. Tunis qadınlara hüquq verilməsi baxımından ərəb dünyasının ən inkişaf etmiş ölkəsidir. 1965-ci ildən başlayaraq qadınların abort etmə hüququ var və xarici həyat yoldaşlarına vətəndaşlıq verilə bilər. 2011-ci ildə 217 üzvdən ibarət Seçki Şurasına 61 qadın üzv seçilmişdir. Analıq məzuniyyətinə çıxdıqda tam əmək haqlarının 67%-ni alırlar. Qətər qadınları biznes və ali təhsil sahəsində çox fəal olsalar da ənənəvi gender rollar özünü göstərir. Zina qeyri qanuni hesab olunur. hər il təxminən 100 qadın nikahdan kənar uşaqları olduğuna görə həbs edilirlər. Qadınların 51%-i işləyir. 2011-ci ilin oktyabrında insan alverinə qarşı qanun qəbul olundu. Iordaniyada Iordaniya inkişafda olan ölkə olsa belə ailə və ya icma daxili qanunlar ilə qadınların öldürülməsinə görə 2-ci yerdədir. 2012-ci ildə 10 bucür qətl məsələsi məhkəməyə çıxarılmış və 24 qadın himayəyə alınmışdır. 2012-ci ildə Ailə Müdafiə Departamentinə cinsi istismarla bağlı 681 fakt haqqında məlumat verilmişdir. 2003-cü ildə qəbul olunan qanuna əsasən qadınlar həyat yoldaşlarının razılığı olmadan xarici passport ala bilərlər. Küveyt təhsil və vərəsəlik məsələsində öndə gedən ölkələrdəndir, lakin xarici qadın işçilərə münasibətdə sosial himayə güclü deyil. Ailədaxili şiddətə məruz qalan qadınları müdafiə edən qanun yoxdur və şiddətə məruz qalan qadınlar üçün heç bir sığınacaq yeri də yoxdur. Qızların nikaha daxil olma yaşı qanuni olaraq 15-dir. Omanda qadınlar digər ərəb ölkələri ilə müqayisədə sosial himayədən faydalanırlar. Buna baxmayaraq iş yerində ayrı seçkiliyə məruz qalırlar, zorakılıq istismar kimi hallarla üzləşirlər.2010-cu ildə 227 kişi qadınlara təcavüz etdiklərinə görə məsuliyyətə cəlb olunmuşdular. 2011-ci ilin dekabr ayında müvəqqəti şuranın 192 yerindən 4-ünə qadınlar seçilmişdi. Xarici həyat yoldaşlarına və ya xaricdə doğulan uşaqlarına vətəndaşlıq ötürə bilməzlər.
https://az.wikipedia.org/w/index.php?curid=524082
Ərəb ölkələrində televiziya
1990-cı ilə qədər ərəb ölkələrində demək olar ki bütün televiziya kanalları dövlətə məxsus idi və onun tərəfindən ciddi nəzarət olunurdu.1990-cı illərdə peyk televiziyasının yayılması ərəb ölkələrində televiziyada dəyişikliyə səbəb oldu. Əl Cəzirə xəbər və cari işlərə peşəkar yanaşması ilə dəyişikliyi təmsil edir . Qatar hökuməti tərəfindən maliyyələşən və 1966-cı ildə əsası qoyulan al-Jazeera İsrail kimi `ağlasığmaz` yerlərə müxbirlərini göndərərək, geniş canlı xəbərlər təqdim edən ilk ərəb kanalı olmuşdur. Al-Jazeera –in müzakirə proqramları uzun müddət qadağa olunmuş mövzuları açmışdır. Lakin 2008-ci ildə Misir və Səudiyyə Ərəbistanı peyk yayımını tənzimləməsini nəzərdə tutan nizamnamənin təsdiqi üçün görüş keçirmişlər. Ərəb Liqasının Peyk Yayımı Xartiyası (2008) ərəb dünyasında peyk yayımının tənzimlənməsinə dair prinsipləri sadalamışdır . Peyk kanalları Digər peyk kanallarına aiddir: Al-Arabiya – 2003-ci ildə əsası qoyulmuş, Dubayda yerləşir; Al Arabiya Al-Hurra (The Free One) 2004-cü ildə ABŞ tərəfindən yaradılmışdır;AL-Manar və s Qərbin təsiri Yaxın Şərq boyunca yeni televiziya stansiyaları, radio stansiyaları və vebsaytlar bir müddət media səhrası olan yerdə elektron forma kimi yaranmağa başlamışdır. Ərəb mediasının dəyişməsində texnologiyanın əhəmiyyətli rolu olmuşdur. Pintaka əsasən `Arab Advisors Group əsaslanaraq, regionda 263 sərbəst ötürülən peyk televiziya stansiyaları vardır` . Ərəb mediasına əsasən də televiziyaya Qərbin təsiri olduqca nəzərə çarpandır. Ərəb operaları (soap operas) və TV realiti şouların məşhurluğum artması buna misal ola bilər. Yerli televiziya yayımı Ərəb dünyasında yerli televiziya yayımı 1950-ci illərin axırlarında ilk İraq və Livanda başlamışdır. 13 digər ərəb ölkəsi 1960-cı illərdə başlamış, lakin yalnız 1975-ci ildən Şimali Yəmən öz televiziya stansiyasının açılışını etdikdən sonra, bütün Ərəb ölkələrinin televiziya stansiyaları vardır. Bundan əvvəl bəzi Ərəb tamaşaçıları xarici mənbələrdən televiziyanın təsirinə məruz qalırdı. Fransız dilinin geniş yayılmış Mərakəş, Tunis və Əlcəzair Şimali Afrika ölkələrində əhalinin bəzi hissəsi Aralıq dənizindən Fransadan yayımlanan televiziya izləyə bilirdilər. Liviyada Vilisdə ABŞ hərbi bazasına yaxın yaşayan ərəblər ABŞ televiziyasını izləyə bilirdilər və bu 1969-cu il inqilabından sonra bazasının bağlanmasına qədər davam etmişdir. Səudiyyə Ərəbistanın şərqində bəzi ərəblər burada yerləşən ABŞ-nin idarəçiliyində olan Ərəb Amerika Neft Şirkətinin (ARAMCO)Saudi Aramco tərəfindən yayımlanan ABŞ TV proqramlarını izləyə bilirdi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=516185
Ərəb ölkələrində xristianlıq
Ərəb ölkələrində xristianlıq — əhalinin çox hissəsi İslam dinini qəbul etmiş olsa da burada da xristianlıq yayılmışdır. Ərəb sözü olan kopt yunan mənşəlidir. Koptlar özlərini ilk misir xristianlarının nəslindən hesab edirlər. Misirdə xristianlığın yaranma yeri Iskəndəriyyə hesab olunur. Bu şəhərdən başlayaraq rahibə icmaları şəklində bütün ölkəyə sürətlə yayılmışdı. Koptların fikrincə, İsa peyğəmbərə yalnız ilahi xüsusiyyətlər məxsusdur. Insani xüsusiyyətlər yox. Kopt kilsəsinin başında patriarx dayanır. Onun iqamətgahı İskəndəriyyədə yerləşir. Dini fanatizmdə müsəlmanlardan geri qalmırlar. Xristian dinini seçənlərin sayında artım özünü göstərir. Bu da kilsələrə gedən əhalinin sayını təbii olaraq artırır. Onların dini ayinləri pravoslav ənənələrinə bənzəyir. Koptlar dini ayinlərini mütəmadi olaraq yerinı yetirirlər(ət və süd məhsullarından imtina ediblər). Islamdan əvvəl xristianlığın yayıldığı yerlərdən biri də Mərakeş olmuşdur. Roma imperiyasının tabeçiliyində olduqda ilk dəfə xristianlıq burada yayılmağa başlamışdı. islamdan sonra isə xristian əhalinin sayı azalmağa başladı. 19-cu əsrin əvvəllərində ispan və fransız müstəmləkəçiliyi dövründə katolisizm yayılmağa başladı. Ispan və fransız əsilli mərakeşlilər bu gün də azsay da olsa da mərakeşdə yaşayırlar. Protestant anglikan icmasına mənsub olan britaniyalılara öz kilsələrini tikməyə icazə verilib. Müqəddəs Endrü kilsəsi buna missal ola bilər. Son illərdə saxara səhrasında yaşayan afrikalılar mərakeşə miqrasiya edirlər. bu afrikalılar uzun müddət fransız müstəmləkəçiliyində yaşayan katoliklərdir. Dövlətin ciddi təqiblərinə və cəzalar tətbiq etmələrinə baxmayaraq, Ölkənin ucqar yerlərində və cənubi dağlıq bölgəsində yaşayan müsəlmanlar amerikalı protestantlar tərəfindən xristianlığı qəbul edirlər. bəzi mənbələr mərakeş əhalisinin 1%-nin xristian olduğunu göstərir. Italyan və fransız əsilli tunislilər xristian icmasını təşkil edirlər. Bərbər ərəblərin də böyük qrupu xristiandır. Onların sayı təxminən 25.000-dir və bütün ölkəyə yayılmışlar. Katoliklərin sayı daha çoxdur. Tunisdə yerləşən Katolik Kilsəsi 12 kilsə, 9 məktəb, bir neçə kitabxana və 2 klinikadan ibarət olan Tunis Eparxiyasını təsis edib. Dini xidmətləri daha müvəffəqiyyətlə yerinə yetirmək üçün Katolik Kilsəsi monastır təşkil edib. Burada mədəni fəaliyyətləri aparılır, xeyriyyə işləri görülür. Kilsələrin verdiyi məlumata əsasən təxminən 2000 protestant yaşayır. Bundan başqa yerli əhali içərisində də protestantlığı qəbul edənlər var. Rus pravoslav kilsəsinə etiqad edənlərin sayı nisbətən azdır. Tunis şəhərində və Bizerta şəhərində kilsələri mövcuddur. Fransa Reformist kilsəsi Tunis şəhərində yerləşir və 140 xarici üzvdən ibarət konqreqasiyası var. Anqlikan kilsəsi də Tunis şəhərində yerləşir. O da xarici üzvlərdən ibarətdir. Tunisdə protestantlıq təriqətinin müxtəlif qollarına etiqad edənlər mövcuddur. Buraya 7-ci gunun adventistləri, yunan ortodoks kilsəsi (3 kilsəsi var), yehovanın şahidləri. Bu kiçik qrupların üzvləri əsasən xarici işçilər olur. Katolik kilsəsi Əlcazairdə ən böyük xristian kilsəsidir. Roma papasının tabeçiliyindədir. Burada 4 eparxiya və bir arxiyepiskop eparxiyası var. Fransanın tabeliyində olduğu dövrdə bir milyona yaxın katolik var yaşayırdı. Ölkə müstəqillik qazandıqdan sonra onların sayı azaldı, əksəriyyəti ölkəni tərk etdi. Bugün də onların sayı çox azdır. Fransanın müstəmləkəsi olduğu dövrdə protestantizm yayılmağa başladı. reformist kilsəsinin ilk sinodu 1843-cü ildə təsis edilmişdi. 1883-cü illərdə fransız metodistləri missionerlik fəaliyyətinə başladılar. 1914-cü ilə kimi amerikan metodistləri də Əlcəzairdə məskunlaşdılar. Ölkə müstəqillik qazandıqdan sonra xristanlar ölkəni tərk etməyə başladılar. 1970-ci ilə kimi missionerliklə məşğul olan məktəblər milliləşdirildi. Əlcəzair protestant kilsəsi reformist və metodist ənənələri üzərində qurulan protestant kilsələrini özünd ehtiva edir, 1972-ci ildə Əlcəzairdə əsası qoyulub. əlcəzair hökuməti tərəfindən Əlcəzair Protestant Kilsəsi Assossiyasiyası adı altında rəsmi olaraq tanınır. Onların dəqiq sayı məlum olmasa da təxminən 100.000-dən 150.000-ə qədər olduğu ehtimal olunur. əsasən ölkənin şimal sahillərində məskunlaşıblar. Xristianlıq Liviyada orta əsrlərdən bəri mövcuddur. 1645-ci ildə Santa Maria Kilsəsi indiki Tripoli şəhərində əsası qoyulmuşdur. 1858-ci ildə isə Osmanlı imperiyasının icazəsi ilə Bengazidə kilsənin əsası qoyulmuşdur. Liviya katolik kilsəsi ümumdünya katolik kilsəsinin tabeliyindədir və roma papasının rəhbərliyi altında fəaliyyət göstərir. ən böyük xristian qrupu kopt ortodoks qrupudur. Təxmini sayı 300.000-dir. Kopt kilsəsinin dərin tarixi kökləri vardır. Pravoslav icmalarına rus, serb, yunan pravoslavları daxildir. Tripolidə bir anglikan konqreqasiyasi mövcuddur. Tərkibinə Tripolidə işləyən afrikalı miqrantlar daxildir, bu miqrantlar misir anglikan eparxiyasına mənsubdurlar. Liviyanın anqlikan baş keşişinin iqamətgahı Qahirədədir. Liviyalı ərəb və bərbərlər içərisində xristianlığı qəbul edənlərin sayı artmaqdadır. Xristianların dini fəaliyyətinə qadağalar mövcuddur. Müsəlmanıarın xristianlığa dəvət olunması, onlara xristianlığın təbliği qadağan olunur. qeyri müsəlman kişi müsəlman qadınla evlənmək istədikdə islamı qəbul etməlidir. Digər dinlərin dini ədəbiyyatının yayılması da qadağan olunur. Liviyada yaşayan katoliklər ümumi əhalinin 1%-dən az hissəsini təşkil edir. Katoliklər içərisində italyan və malta əsilli liviyalılar var. 2-ci dünya müharibəsindən əvvəl liviyada katoliklərin sayı artmışdı, bu, liviyanın italiya koloniyası olması ilə bağlı idi. Ölkə müstəqillik qazandıqdan sonra isə 1920-ci illərdə tikilən tripoli katolik kilsəsi məscid kimi fəaliyyət göstərməyə başladı. (Qəddafi zorla onları ölkədən çıxardana qədər) katoliklər içərisində italyanlar çoxluq təşkil edirdilər. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=525560
Ərəb ölkələrində çap mətbuatı
Ərəb çap mediasının əksəriyyəti zəif iqtisadi bazada mövcud olmuşdur. Onlar savadlı əhalinin az olması və bir çox yerlərdə məhdud gəlirdən əziyyət çəkirdilər.Eyni zamanda satışdada məhdudiyyət vardır, beləki mediada reklamdan istifadə çox geniş inkişaf etməmişdir. Hətta bəzi Ərəb ölkələri və fiziki şəxslərin 20-ci əsrin ikinci yarısında varlanmasına baxmayaraq, onlar reklamı ciddiyyətə almır və medianı önəmli investisiya kimi görmürdülər. Mətbu xəbərlərini daşıyan ərəblər tərəfindən yazılmış ilk nəşr olunan Jurnal-al-İraq olmuşdur və 1816-cı ildə ərəb və türk dillərində Bağdadda çıxmağa başlamışdır.İki ərəb qəzeti 1820-ci illərdə Qahirədə nəşr olunmağa başlamış və bundan sonra 1847-ci ildə Əlcazairdə,1858-ci ildə Beyrutda, 1860-cı illərdə Tunis, Dəməşq və Ttipoli Liviyada, 1879-cu ildə San`a, 1889-cu Kasablanka və 1908-ci ildə Məkkədə qəzetlər çıxmağa başlayır . Livan və Misirdə Çap mediasının aparıcı mərkəzləri Livan və Misir olmuşdur və bu ölkələrdə bir çox ərəb ölkələrindən daha erkən vacib xəbərlər çap olunurdu. Onlar 21-ci əsrə qədər jurnalistikada aparıcı səviyyəsini saxlaya bilmişdir. İlk gündəlik ərəb qəzeti 1873-cü ildə Beyrutda çıxmış al-Ahram olmuşdur.Bu günə qədər də aparıcı gündəlik qəzetdir. 1875-ci ildə Misirdə buraxılmağa başlayır. 21-ci əsrdə yalnız Misir yarım milyondan çox gündəlik dövriyyəsi olan çap mediasına malik idi. Onun aparıcı iki gündəlikləri olan al-Ahram və al-Akbar 700 mindən çox nüsxə və al-Jumhuriyya 400 mindən çox nüsxə satmışdır. 20-ci əsrin son onilliklərində neft ilə zəngin olan Fars körfəzinin ərəb ölkələri sürətlə çap mediasını genişləndirdi.Lakin onların dövriyyəsi az idi. Məsələn, Qatar, Bəhreyn, Oman yalnız 1970-ci illərdən bəri uğurlu gündəliklər çap etməyə başlayır. Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistan ən qədim qəzet ənənələrinə malik idi. Səudiyyə Ərəbistanı qərb regionunda Asal-Bilad və al-Madina kimi qəzetləri ən tez 1930-cu illərdə çıxarmağa başlamış, Ukar və al-Nadiva kimi gündəlikləri isə 1960-cı illərdə çap etməyə başlayır. Gündəlik qəzetlər Al-Jazira və al-Riyad gündəlik qəzetləri Riyadda, al-Yavm isə Dammamda çap olunmağa başlamış və 2003-cü ildə bu qəzetlərin 7-si hələ də nəşr olunurdu. Yəməndə hökumət həm cənub, həm də şimalda 1960-cı illərdən bəri gündəliklər nəşr etmiş, lakin onların dğvriyyəsi məhdud və ucuz keyfiyyətli idi.UNESCO 100 nəfər əhali üçün gündəlik 100 qəzet minimum standartını nüəyyən etmişdir, lakin 1966-cı ildə Livan və 4 Fars dövləti, əsasən Bəhreyn, Kuveyt, Oman və BƏƏ onun standartını keçmişdir ( 2003-ci il hesabatı) 21-ci əsrdə dövriyyəsi 10000-dən artıq gündəliyi olan 5 ərəb ölkəsi var idi. Strukturu və istifadəsi Zənginlik, əhali, savadlılıq, siyasi sistem və mədəni şəraitdə fərqliliyi əks etdirən Çap mətbuatının strukturu və istifadəsi Ərəb ölkələri arasında fərqlər vardır. Regionda bəzi fərqlilik və istisnalar olmasına baxmayaraq, aşağldakı xarakteristikalar regionda ümumilik təşkil edir. Qəzetlərin 20-ci əsrin ortalarında olduğu kimi daha təkcə orta sinif üçün bahalı lüks olmamasına baxmayaraq, qiymət və savadlılıq hələ də dövriyyəni məhdudlaşdırırdı.Ərəb mediası bir sıra hallarda siyasət ilə bağlı idi. Beləki ilk qəzetlər bürokratiya və ictimaiyyəti məlumatlandırmaq üçün hökumət tərəfindən nəşr edilmişdir. İlk yerli Misir qəzetləri Jurnal al-Khadyu və al-Waqaʾi al-Misriyya 1820-ci illərdə hökumət nəşrləri kimi çıxmışdır. Bu təcrübəyə digər dövlətlərdə də rast gəlinirdi:Əlcəzairdə hökumət 1847-ci ildə al-Mubashir, Tunisdə hökumət 1861-ci ildə al-Raʾid al-Tunis, Dəməşqdə hökumət 1865-ci ildə Suriya adlı qəzetləri nəşr etməyə başlayır. İraqda hökumət 1816-cı ildə Jurnal al-Iraq buraxılışına başlamışdır. Fiziki şəxslər və ailələr də qəzet dərc etməyə başlamış, lakin 19-cu əsrdə onlara yalnız Suriya, Livan, Misir və Mərakeşdə rast gəlmək olardı.Bir qədər sonra özəl sahə insanları qəzetlər buraxmağa başlayır,lakin II dünya müharibəsindən sonra Ərəb milliyyətçiliyi və müstəmləkəyə qarşı dövründə Ərəb hökumətləti öz qəzetlərinə nəzarət etməyə meylli idilər;hökumət tərəfindən təsis edilmiş qəzetlər hələ də mövcuddur və onlar siyasi alət kimi mühüm rol oynayırlar.Bəzi qəzet sahibləri maliyyə dəstəyini yerli və xarici hökumətlər və ya yerli siyasi partiyalardan almağa meyllidirlər.II dünya müharibəsindən sonra yaranmış Ərəb siyasi partiyaları mətbuat vasitəsilə öz fikirlərini təbliğ etməyə çalışırdı və bir sıra ƏRəb ölkələrində hələ də partiya qəzetləri buraxılır, baxmayaraq ki, onlardan çoxu nisbətən kiçik dövriyyəli həftəlik qəzetlərdir.Üçüncüsü, əvvəldən bəri Ərəb qəzetləri qısa hekayələr, poeziya çap edərək, önəmli mədəni mahiyyəti özündə daşımağa meylli idi. Alimlər və ədəbi xadimlər tez-tez qəzetlərdə məqalələr yazırdı. Eyni zamanda dünyanın bir çox yerlərində olduğu kimi obyektiv və qərəzsis xəbərlərin təqdimatı vərdişlərini daxil edən jurnalistika professiyası Ərəb dünyasında tam inkişaf etməmişdir.Sonda, Ərəb çap mediasının strukturu tam deyil,bir çox bulletenlər kiçik,ixtisaslaşdırılmış auditoriya ilə məhdudlaşır. Qəzetlərin əksəriyyəti hər bir ölkənin bir və ya iki şəhərində çap olunur,, beləki orada savadlı oxucu və onun yayılması maneələri vardır. Həmçinin bax Ərəb ölkələrində nəşr Ərəb ölkərində reklam Ərəb ölkələrində film
https://az.wikipedia.org/w/index.php?curid=516345
Ərəb ölkərində reklam
“Reklam araşdırmaları jurnalı”na əsasən ərəb dünyasında reklam üçün baş vasitə televiziyadır. Baxmayaraq ki, keçmişdə hökumətin televiziya izləməsinə qoyduğu məhdudiyyətlər səbəbindən reklam əsasən çap və digər mediada cəmləşmişdir.Jurnalda qeyd olunur ki, bir çox ərəb ölkələrində peyk televiziyasına yüksək tələb və geniş istifadə kommersiyanı aşağı qiymətlərlə təklif edir və bu da televiziyanı əsas marketing alətinə çevirir. Dubai Press Clubun[Press Club] qeydinə görə Ərəb dünyasında onlayn jurnalist xəbərləri alanların sayının çap vasitəsinin alanların sayından getdikcə artması çap reklam bazarını azaltmış və onlayn reklam imkanlarını isə artırmışdır. Lakin, Dubai Press Club eyni zamanda qeyd edir ki, internet hələ Ərəb ölkələrinin hər yerində mümkün deyil. Qadınların reklamda çəkilməsi “Business İnsider” əsasən qadınların ümumiyyətlə Ərəb dünyasındakı reklamlarda çəkilməməsi strereotipi yanlışdır . Lakin Qərb ölkələri ilə müqayisədə Ərəb ölkələrinin reklamlarında qadınlar daha az çəkilir. Bununla belə, qadının reklamda çəkilməsi konkret ərəb ölkəsindən və onun nə dərəcədə sosial konservativ olmasında asılıdır.Qeyd etdiyim kimi, sarışın saçlı qızlar Ərəb ölkələrində reklamlarda faktiki olaraq çəkilmir. Nəticədə xırda biznes sahibləri Ərəb dünyasında reklamdan istifaə etməmiş onun müxtəlif ərazilərində individual olaraq əvvəlcədən tədqiqat aparmalıdırlar. İslam Mədəniyyətindən istifadə Ərəb dünyasında reklamların hamısının müsəlman stereotipləri ilə uyğunlaşmamasına baxmayaraq, onların içərisində uyğunlaşanlar da vardır . Reklamlarda tez-tez insanların ənənəvi geyimlərində olmaları və ya islam və ya yerli bayram ilə uyğunlaşmaları çəkilir . Məsələn, reklamlardan birində Ramazan ayında oruc tutmuş bir insanın əlində sendviç tutaraq, reklam olunan restoranın qidasını göstərir. Bəzi hallarda, reklam ənənəvi islam dəyərlərini daha proqressiv şəraitdə göstərməyə çalışır. Bu səbəbdən də xırda biznes sahibləri eyni zamanda mədəni dəyərləri dərindən araşdırmadan ölkələrə uyğun reklam nümayiş etdirməlidir.Digər ölkələrdə olduğu kimi, Ərəb ölkələrində də reklam humanitar səylərin dəstəyi ilə çəkilir . Körfəz Xəbərlərin məlumatına görə Orta Şərq üçün PepsiCo`s reklam strategiyası ictimai xeyriyyəçiləri, həmçinin eyni zamanda təqaüd proqramlarını dəstəyini özündə birləşdirir.Digər ölkələrdə olduğu kimi, ərəb dünyasının ölkələrində də reklam agentlikləri fəaliyyət göstərir. Ölkələr üzrə bir sıra reklam agentliklərini nəzərdən keçirək .Bəhreynin reklam agentliklərinə Aida Advertising, Al-Waragoon, Brand Associates, Consept Advertising and Marketing, DDB Bahrain, Fortune Promoseven, Gulf Saatchi and Saatchi, İnfomedia advertising, İntermarkets, MediaZone – Advertising and Marketing və s. reklam şirkət və agentlikləri vardır .
https://az.wikipedia.org/w/index.php?curid=515694
Ərəb üsyanı
Ərəb üsyanı (ərəb. الثورة العربية, Al-Thawra al-`Arabiyya, türk. Arap İsyanı/Ayaklanması, ing. Arab Revolt) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaşmasına səbəb olan 1916-1918-ci illərdə baş vermiş azadlıq hərəkatı. Osmanlı İmperiyasının vilayətlərindən biri olan Hicaz, valilər tərəfindən idarə olunurdu. Vilayətin idarəçiyilində, validən başqa Peyğambər soyundan və məhdudi səlahiyyətlərə sahib olan bir əmir mövcud idi. Bu əmirlərdən sonuncusu olan Şərif Hüseyn vəzir rütbəsiylə Dövlət Şurasının bir üzvü olmasına baxmayaraq, Şərif Abdi Lillah Paşanın 1908-ci ildə birdən vəfatı üzərinə Məkkə əmiri tituluna layiq görülmüş və oraya göndərilmişdir. Şərif Hüseyn, II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək İstanbulda saxlanılmış və Dövlət Şurasının üzvü olmuşdur. İttihad və Tərəqqi partiyası rəhbərliyə gəldikdən sonra bu vəziyyət üzərinə onu Məkkə əmiri tituluna layiq görmüşdür. Məkkə əmiri Şərif Hüseyn və bölgənin Osmanlı valisi Vəhib paşa arasındakı anlaşılmazlıq üsyanın təməllərindən biri idi.1865-ci ildə Ərəbistan yarımadasında milliyyətçi ərəb təşkilatları qurulmağa başlandı. Birinci Dünya Müharibəsi əsnasında, Şərif Hüseynin oğlu Əmir Feysəlın başçılığında və İmam Yəhya və İbn Səudun da üzv olduğu, Şərif Hüseynin Osmanlı dövlətinə qarşı müharibə elan etməsi və Antanta dövlətlərinin köməyi bir ərəb hökuməti təsisini məqsəd qoyan bir cəmiyyət qurulmuşdur. Britaniya ilə razılaşma Şərif Hüseynin üsyan fikri, 1914-cü ilin fevral ayının ilk həftəsində Misirdə oğlu Əmrah Abdullah ilə görüşdən sonra, Britaniya hakimiyyəti ilə davamlı irəliləyiş əldə etdi. Şərif Hüseyn 1 iyul 1915 tarixində Britaniyaya ilk təklifini göndərmiş və öz xüsusi məktubunda Mərsin və Adanadan Mosul şəhərinə qədər çəkiləcək cənub xəttində ərəblərin müstəqil bir hökumət qurmasına icazə veriməsi şərtiylə, aid olduğu Osmanlı xəlifəliyinə qarşı üsyan edəcəyini bildirmişdir. Şərif Hüseyn və Britaniya arasındakı danışıqlar nəhayət 10 mart 1916 tarixində qarşılıqlı razılaşma ilə tamamlandı. 6 noyabr 1916 tarixinə qədər Şərif Hüseynə 773 min funt sterlinq maddi dəstək verilmişdir. Şərif Hüseyn 10 iyun 1916 tarixində Osmanlı dövlətinə qarşı üsyan başlatdı və özünü "Ərəb Ölkələrinin Kralı" elan etdi. Lakin 3 yanvar 1917 tarixində Britaniya və onun müttəfiqləri bu titulu uyğun görmədilər və onu, müstəqil bir idarəçi və rəsmi olaraq "Hicazın Hökmdarı və Hakimiyyəti" olaraq tanıdılar. Hüseynin özünü bütün ərəb ölkələrinin padşahı olduğunu elan etməsi, Əbdüləziz İbn Səudu çox narahat etmişdi. Bunun üzərinə İran körfəzindəki Britanya məsulu onu indiki Küveytə dəvət edib, ona həm silah, həm də maddi yardım etmə, və həmçinin, Hüseyinin onun şəxsi işlərinə qarışmama və "Ərəblərin Kralı" olaraq ərəblər adına danışma qarantiyalarını vermişdir. Buna qarşı Ədbuləziz İbn Səud, Hüseynə qarşı heç bir hərəkət etməyəcəkdir. Britaniyalıların Əbdüləziz ibn Səudə çox tolerant olmasının səbəbi, Hüseyni Ərəbistan yarımadasında, Şamda və İraqda Osmanlılara qarşı mübarizə etməməsini təmin etmək idi. Bir tərəfdən, 1916-cı ildən bəri ərəb üsyançılarına qarşı mübarizə aparan Osmanlı İmperiyası, 1918-ci ildə imzaladığı Mudros müqaviləsinə əsasən bölgədən çəkilmişdir. Ərəb üsyanından sonra Britaniyə Şərif Hüseynə vəd etdiyi torpaqları verməmişdir. 1917-ci ildə imzalanmış Balfur Bəyannaməsinə əsasən Fələstində bir yəhudi məskəni yaradılmışdır. Bu üsyanın nəticələri bu günə qədər bir çox problemlərə səbəb olmuşdur. Həmçinin bax Osmanlı Ərəbistanı Ərəb baharı Fromkin, Deyvid (1989). A Peace to End All Peace (azərb. Bütün Sülhləri Sona Çatdıran Sülh). Avon Kitablar. Korda, Maykl, Hero: The Life and Legend of Lawrence of Arabia (azərb. Qəhrəman: Ərəbistan Lourensinin Həyatı və Əfsanəsi). ISBN 978-0-06-171261-6. Lourens, T. E. (1935). Seven Pillars of Wisdom (azərb. Hikmətin Yeddi Pilləsi). Dabldey, Doran, və Ko. Xarici keçidlər Ərəb üsyanının tarixi (Kral Hüseynin rəsmi saytında) PBS-də Ərəb üsyanı Tomas Edvard Lourensin Fələstinə dair yazdığı məktubları Şapel Manuskript Fondu Ərəbistanda Üsyan by Krişçiyan Snauk Hurqron Müharibə arabaları: Tomas Edvard Lourens və zirehli Rolls-Roys ərəb çölünü idarə etdi, Brenden Mkaliir, 10 avqust 2017, Autoweek.
https://az.wikipedia.org/w/index.php?curid=516747
Ərəb üsyanı bayrağı
Ərəb üsyanı bayrağı (ərəb. علم الثورة العربية) — Ərəb üsyanı zamanı ərəb milliyətçilərinin istifadə etdiyi bayraq. Bayraq üsyanın ancaq ərəblər tərəfindən təşkil olunduğunu göstərməyə çalışan bir Britaniya diplomatı olan Ser Mark Sayks tərəfindən hazırlanmışdı. Ərəb üsyanının kiçik bir ərazidə mövcud olmasına və Britaniya ilə birgə təşkil edildiyinə baxmayaraq, Birinci Dünya müharibəsindən sonra formalaşmış ərəb dövlətlərinin bayraqları kimi qəbul edilmişdi. İordaniya, İraq, Küveyt, Sudan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, Somalilend, Səhrə Demokratik Ərəb Respublikası və Liviya kimi ölkələrin bayraqları "Ərəbçiliyi" bildirən bayraqdan ilhamlanmışdırlar. Bayraqdakı 3 üfüqi rəng, Abbasilər (qara) , Əməvilər (ağ) və Fatimilər (yaşıl) xilafətlərini, solda yerləşən qırmızı rəngli üçbucaq isə, Haşimilər sülaləsini təcəssüm etdirir.Britaniya, Osmanlı İmperiyası ilə vuruşan Haşimilər sülaləsinin müttəfiqi idi. Müharibə başa çatdıqdan sonra, Haşimilər qısa müddətə Ərəbistanın İordaniya hissəsində yerləşən Hicaz bölgəsinə, Böyük Suriyaya və İraqa hökmranlıq etmişdir. Böyük Suriya 1920-ci ildə, yalnız bir neçə ay dəvam edən ömründən sonra süqut etdi. Haşimilər 1925-ci ildə Hicazda baş verən Səudlar sülaləsi tərəfindən tışkil edilmiş çevrilişdən, 1958-ci ildə isə İraqda baş verən çevrilişdən sonra bu ərazilərdə hökmranlıqlarını itirmiişdilər. Haşimilər sülaləsi İraqda və indiki Səudiyyə Ərəbistanındakı hökmranlığını itirsədə, İordaniyada indiyə kimi hakimiyyəti qalıblar. Bayrağın 60 m x 30 m versiyası, Əqəbə bayraq dirəyində dalğalanır. Əqəbə bayraq dirəyi İordaniyanın Əqəbə şəhərində yerləşir və dünyanın ən uzun 6-cı bayraq dirəyidir. Bayrağın təsviri Bayraq, ərəb milliyətçiliyinin dörd rəngini ehtiva edir: qara, ağ, yaşıl və qırmızı. Yuxarıdan aşağıya, qara, yaşıl və ağ rəngli 3 üfüqi zolaq var. Bayrağın sol hissəsində qırmızı rəngli bir üçbucaq yerləşir. Həmçinin bax Səudiyyə Ərəbistanı bayrağı Fələstin bayrağı Hicaz Krallığı Xarici keçidlər britannica.com, Arab Revolt Flag (azərb. Ərəb Üsyanı Bayrağı)
https://az.wikipedia.org/w/index.php?curid=516878
Ərəb İraqı
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
https://az.wikipedia.org/w/index.php?curid=743268
Ərəb Şamilov
Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir. Şamilov 1953-cü ildə azadlığa çıxandan sonra ədəbi fəaliyyətini davam etdirmişdir. O, 1967-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. Əlavə əəbiyyat Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=784071
Ərəb ədəbiyyatı
Ərəb ədəbiyyatı (ərəb. الأدب العربي) — ana dili ərəb dili olan tayfa və xalqların ədəbi əsərlərini əhatə edir. Ərəb dili qədim zamanlardan bəri Ərəbistan yarımadasında istifadə olunan bir dildir. İslam dini ortaya çıxdıqdan sonra İspaniyadan İndoneziyaya qədər uzanan bir ərazidə 600 il ərzində yayılaraq mədəniyyət dili oldu. Türkiyədə ərəb ədəbiyyatı üzrə akademik araşdırmalar, adətən ədəbiyyat fakültələrinin ərəb dili və ədəbiyyatı bölmələrində aparılır. Klassik ərəb ədəbiyyatı Klassik ərəb ədəbiyyatı İslamdan əvvəlki dövrdən Abbasilər dövrünün sonuna qədər olan prosesə verilən addır. Klassik ərəb poeziyasında həcv, mədhiyyə, fəxriyyə və s. kimi mövzular ön plana çıxır. Qəsidə və recez klassik ərəb ədəbiyyatının ən çox istifadə olunan formalarıdır. İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatı Cahiliyyət dövrü adı verilən İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatında şeirin özünəməxsus yeri var idi. Dəvə belində uzun səhra səfərlərinə çıxan bədəvilərin oxuduqları xalq mahnıları ərəb poeziyasının mənbəyini təşkil edir. İgidlik, məhəbbət və səhra həyatından bəhs edən bu xalq nəğmələri dəvə nəğməsi mənasını verən hida adlanır. Köçəri səhra əhalisinin oxuduqları bu xalq mahnıları şəhərlərdə oxunmağa başlayanda müəyyən dəyişikliklərə məruz qalmış, müəyyən ölçülər qazanmışdır. Bu dövrdə tapmaca, heyvan nağılları, əfsanə və xalq nağılları kimi nəsr janrları da inkişaf etmişdir. Şəhəri gəzərək danışılan Samar adlı mif və nağıllar sonradan qələmə alınıb. Sədrül-İslam Dövrü İslam peyğəmbəri Məhəmmədin dövründə ölçülü və qafiyəli bir dil olan Quranın xüsusi yeri var idi. Əvvəlcə şairlərin əleyhinə olan Məhəmməd onların cəmiyyətdə təsirini görüb onlarla yaxşı münasibətə girmiş, İslamı təbliğ edən şairlərlə dostluq əlaqələri qurmuşdu. Onların arasında Həsən ibn Sabit peyğəmbərin şairi adlandırılmışdır. Ka'b ibn Malik və Abdullah ibn Rəvaha dövrün mühüm müsəlman şairlərindəndir. Ka'b ibn əl-Əşrəf, Əbu Afək, Mərhab ibn əl-Haris bu dövrdə yaşamış ərəb yəhudi şairləri idi və şeirləri ilə müsəlmanlara qarşı çıxdılar. Bu dövrdə tayfalar arasında gedən mübarizələr poeziyanın inkişafına böyük təsir göstərmişdir. Qəbilə şairləri tayfalarını müdafiə etmək üçün şeirlərini silah kimi istifadə edirdilər. Misal olaraq, dövrün tanınmış şairlərindən olan Əbu Qeys ibn əl-Əslətin şeirlərində qəbilə müharibələrinin təsiri aydın görünür. Şairin şeirlərindən belə anlaşılır ki, bu dövrdə döyüşçü-şairlər uzun müddət döyüşlərdə fəallıq göstərmişlər. Həqiqətən də, Əbu Qeys ibn əl-Əslət şeirlərinin birində müharibədən qayıdanda həyat yoldaşının onu tanımamasından bəhs edir. Modern ərəb ədəbiyyatı 1798-ci ildə Napoleon Bonapartın Misirə hərbi xidməti Ekspedisiya ilə başlayır. 1798-ci ildən sonra ərəb coğrafiyasında qərbləşmə hərəkatı başladı və mətbəə inkişaf etdi. Qərb dəyərləri ilə görüşən ərəb ziyalıları bu prosesdə yeni ideyalar kəşf etdilər. Bu kontekstdə ilk növbədə dövrün ərəb dünyasının geriliyinə həll yolu tapmağa çalışdılar. Bu dövrdə iqtisadi darlıq ərəb coğrafiyasındakı bir çox problemin səbəbi olaraq ədəbiyyatda işlənmişdir XIX əsrin sonları ərəb poeziyasının yenilikçi liderlərindən biri olan Mahmud Sami əl-Barudi Paşa (d.1839, ö.1904) və ondan təsirləndiyi Misirdəki Diriliş Məktəbi Ahmet Şevki (d.1868, ö. 1932), Hafiz İbrahim (d.1872, ö.1932) və İraqın məşhur şairlərindən Məruf Rusafi (d.1875, ö.1945) və İsmayıl Səbri Paşa (d.1854, ö.1923) , müasirlərindən Əhməd Məhərrəm (d.1877, ö.1945), Cəmil Sıtkı Zehavi (d.1863, ö.1936), Vahit Huyun (d.1966) kimi bir çox şairlər ərəb poeziyasının yenilikçilərindəndir. Əhməd Şövki müasir ərəb ədəbiyyatında məhək daşı hesab olunur. Hidivlərlə uğurlu əlaqələri sayəsində saray şairi vəzifəsinə yüksəlmişdir. Lakin bu prosesdə o, siyasi münasibətlərini qorumaq üçün saray camaatına yaltaqlıq etməkdə, ölkəsinin problemlərinə məhəl qoymamaqda ittiham olunurdu. İngilislər tərəfindən öz ölkəsindən sürgün edilmiş və Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra ölkəsinə qayıdaraq Misirin sosial problemləri ilə məşğul olmağa başlamışdır. Ərəb ədəbiyyatına çoxlu yeniliklər gətirdiyi üçün ona “şairlərin şahzadəsi” mənasını verən “Əmiruş-Şuara” titulu verilmişdir. İsmail Sabri Paşa Misirdə milli şüurun yaranmasına töhfə verdi. O, həm də neoklassik poeziyanın inkişafına töhfə vermiş mühüm şairlərdəndir. Altmışıncı illərdə nəsr qəsidələri üzərində mübarizə aparan bəzi ədəbiyyatçılar meydana çıxdı. Onlar harmoniya və metafor ilə kifayətlənməyə çalışdılar, lakin ortaq inanc budur ki, bu ərəb dilinə uyğun deyil. Nobel mükafatlı yazıçı Nəcib Məhfuz, yəqin ki, ərəb ədəbiyyatının ən məşhur müasir yazıçısıdır. Nobel mükafatı alması onun bütün dünyada tanınmasına imkan verdi. Nəcib Məhfuzun əsərlərində psixoanalitik yanaşmalara rast gəlmək mümkündür. Ona görə də onun Sigmund Freuddan təsirləndiyini söyləmək olar. Bu vəziyyətə Məhfuzun “Xan əl-Xəlili” romanında misal çəkmək olar. Həmçinin bax Ərəb xilafəti Xarici keçidlər "Ərəb ədəbiyyatı. V-XIII əsrlər" dərsliyi işıq üzü görüb “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
https://az.wikipedia.org/w/index.php?curid=796079
Ərəb əlifbası
Ərəb əlifbası — Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya, İran, Əfqanıstan, Pakistan, Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya və s. ölkələrin əlifbası.
https://az.wikipedia.org/w/index.php?curid=51673
Ərəbbəsrə
Ərəbbəsrə — Azərbaycan Respublikasının Yevlax rayonunun Şilyan inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yevlax rayonunun Ərəbbəsrə qəsəbəsi Ərəş kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Ərəbbəsrə kənd Soveti yaradılmışdır. Toponimikası Kəndin keçmiş adı İkinci Ərəbşəki olmuşdur. Toponim ərəb etnonimindən və Bəsrə (indiki İraqda şəhər) sözlərindən ibarət olub, "bəsrəli ərəb, Bəsrədən olan ərəblər" mənasındadır. Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir. Kənddə Ərəbbəsrə kənd məscidi dini icması fəaliyyət göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=109055
Ərəbbəsrə bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=114742
Ərəbcə
Ərəb dili (ərəb. اللغة العربية, ərəb. عربي) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq). Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir. Ərəb dili tarixən üç inkişaf mərhələsi keçmişdir: qədim (V əsrədək), klassik (V–XVIII) və müasir (XIX əsrdən indiyədək) ərəb dili kimi təmsil edilmişdir. Qədim ərəblər haqqında ilk yazılı məlumata hələ eramızdan əvvəl Assuriya şahı Sarqonun (715-ci il) kitabəsində təsadüf edilmişdir. Qədim ərəb dili əsasən Suriya ərazisində tapılmış Lihyan, Əs-Səfa, Ən-Nəmarə, Zəbəd, Hərran və s. kitabələrdə əks olunmuşdur. Əvvəllər müxtəlif məhəlli dialektlərdən ibarət olmuş qədim dilin sonrakı inkişaf mərhələsində ədəbi dil kimi formalaşmasında Qureyş (Məkkə) dialekti mühüm rol oynamışdır. Həmin dil İslamdan bilavasitə qabaq, İslam alimlərinin cahiliyyə adlandırdıqları dövrdə yaranmış şifahi poeziya nümunələrində və habelə çox qiymətli abidə hesab olunan Quranda artıq sabitləşmiş qramatik quruluşa və zəngin söz ehtiyatına malik ilk klassik ərəb dili kimi təsbit edilir. Sonrakı inkişaf prosesində ərəb dili bir-birindən getdikcə daha çox fərqlənən ədəbi dilə və dialektlərə ayrılır. Ədəbi dil yaranmaqda olan ərəb imperiyasında yazı dili kimi hələ də işlədilməkdə olan arami və yunan dillərini sıxışdıraraq, ümumimperiya yazı dilinə çevrilir və beynəlxalq əhəmiyyət kəsb edir. Təqribən XIX əsrdən başlayaraq bu günədək klassik dil əsasında inkişaf etməkdə olan müasir ərəb dili öz sələfindən arxaizmlərin atılması hesabına lüğət tərkibinin xeyli məhdudlaşması, yeni məfhumları əks etdirən söz və ifadələrin yaranması, qramatik quruluşun daha da sabitləşməsi ilə fərqlənir. Ərəb dili filektiv dillərə mənsubdur. Hər bir ilk qramatik forma əksər halda üç, bəzən də dörd samitdən ibarət olan kökə istinad edir. Kökdən daxili fileksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir. (Məsələn: hkm kökündən-hakim, həkim, hökm, ehkam, hikmət, məhkum, təhkim, möhkəm, mühakimə, məhkəmə, hökumət və s.) İsim, sifət, say kimi ad qruplu sözlərin yalnız adlıq, yiyəlik və təsirlik halları, əsasən üçhallı və ikihallı olmaq üzrə iki növ hallanması, iki qramatik cinsi (müzəkkər və müənnəs) və üç qramatik sayı (tək, təsniyə və cəm) vardır. Ərəb dilində müxtəlif söz birləşmələri vardır. Bunların içərisində ərəb qrammatiklərinin izafət adlandırdıqları uzlaşmayan təyini söz birləşməsi ifadə etdiyi məna çalarlıqlarının çoxluğu və ərəb dilində geniş işlədilməsi ilə başqa söz birləşmələrindən xeyli fərqlənir. Burada xəbəri ad qruplu söz və söz birləşmələri ilə ifadə edilən ismi cümlələr də çox işlənir. Xəbəri mübtədadan əvvəl gələn cüttərkibli feli cümlələrdə xəbər daim təkdə olur. Dilin zənginliyi və Qurani Kərimin ərəb dili üzərində təsiri Ərəb dili söz ehtiyatının genişliyi cəhətdən dünyanın zəngin dillərindən hesab edilir. Burada sinonim sözlər çox geniş təmsil olunduğundan eyni məfhum çox vaxt ən azı bir neçə söz, bəzən isə onlarla, hətta yüzlərlə sözlə ifadə edilə bilir. Bununla belə, ərəb dilində bəzən bir-birindən ciddi şəkildə fərqlənən mənaları olan polisemantik (çoxmənalı) sözlər də az deyildir. Hətta tərkibində zidd mənalar olan sözlərə də çox təsadüf edilir. Sözlərin böyük əksəriyyəti əsl ərəb mənşəli olduğu halda alınma sözlər cüzi bir miqdar təşkil edir.Bəşəriyyətin inkişafı ilə paralel olaraq inkişaf edən ibrahimi dinlərin ən sonuncusu olan İslam dininin əsas qaynağı Qurani Kərimdir. O təmsilçilərinin qəlblərini fəth, həyat tərzlərini təyin edərək, nitqlərinə təsir etmiş ve onların həyat qaynağı olmuşdur. Belə ki, müsəlmanlar onu həyatlarının hər bir sahəsində öndər bilərək, qoyduğu və göstərdiyi qaydalara görə yaşamağa çalışmışdır. Təmsilçilərinin qəlblərini təsəvvür olunmayacaq dərəcədə fəth edən bu kitab, ərəb dili ilə nazil olmuşdur. Buna görə də ədəbiyyat tarixçiləri ilk növbədə, başlanğıc mərhələdə "furqan", "küfr", "iman", "işraq", "islam", "nifaq", "səvm"(oruc), "salət"(namaz), "zəkat", "ruku", "sücud"(səcdə) kimi kəlmələr üzərində sistemləşmişlər. Bütün bunlarla yanaşı ərəb dili müəyyən bir toplumun dili olmaqdan çıxaraq, bütün müsəlmanların ortaq ibadət dili halına gəlmişdir.İndi isə Qurani Kərimin ərəb dili üzərindəki təsirlərindən bəhs edəsi olsaq, onların bir neçəsi maddələr halında qısa şəkildə belə ifadə edilir: a.Dildə meydana gətirdiyi toplama Qurani Kərimin bu dil üzərindəki ən əsas təsirlərindən biri şübhə yoxdur ki, dildə təmin etdiyi birlikdir. O, bütün ərəbləri Qüreyş ləhcəsi üzərində toplayaraq Qüreyş ləhcəsini ərəb dilinin lideri halına gətirdi. Halbuki Qurani Kərim nazil olmağa başlamazdan əvvəl ərəb dili Qureyş ləhcəsi ətrafında birləşmə yolunda inkişaf edir və zirvəyə yüksəlirdi. Ancaq hələ də bütün ləhcələr toplanmamışdı.Qurani Kərimin enməsi ilə birlikdə Qureyş ləhcəsinin liderliyi tamamlanmışdır. Bununla da cahiliyyə dövründən başlayan sözdə birləşmə cəhdləri hədəfinə çataraq dildə toplama təmin edilmiş oldu. b.Yeni sözlər qazandırması Qurani Kərim ərəb dilinə bir çox yeni dini leksikon və terminlər qazandırmışdır. (Qeyd:Lakin "namaz" və "abdəst" kimi sözlər fars mənşəli olub, ərəb sözləri kimi düşünülməməlidir) c.Ərəb dilinin yayılmasındakı təsiri Ərəb dili, Quran nazil olmazdan əvvəl ərəb yarımadasında yaşayan müəyyən bir millətin dili idi. Ərəb yarımadasının çərçivəsində sıxılıb qalmışdı. Qurani Kərimin ərəb dili üzərə nazil olması onu səmavi bir dinin dilinə çevirmiş və ona ibadətin bir parçası vəsfini qazandırmışdı. Beləliklə hər bir müsəlman namaz, zikr, təkbir və təşəhhüd kimi ibadətlərində ərəb dilini istifadə edirdi. Fəthlər və xilafətin böyüməsi nəticəsində insanların qrup-qrup İslam Dininə yönəlməsi ilə yanaşı ərəb dili ərəb yarımadasının xaricinə çıxmağa başlayaraq müsəlmanların çata biləcəkləri qədər yayıldı. Nəticədə ərəb dili, İslamın yayılması ilə paralel olaraq yayılmağına davam edirdi. İslam Aləmində istifadə olunan dillər arasında birinci dil halına gəlmişdi. d.Yeni elmlərin ortaya çıxmasına səbəb olması. Quran ərəb dilinin ədəbiyyat sahəsində zirvəyə çatdığı bir dövrdə nazil olmağa başladı.Beləliklə Qurani Kərimin enməsi ilə yanaşı yeni elmlərin doğması üçün qapılar aralanmış oldu. Quranın icazını təyin edib, dərk etmə məqsədi ilə beyan, bədi və məani, səhv oxuma və təğyirdən qoruma məqsədi ilə sarf və nahv, qarib (mənası eşidilməyən alınma sözlər) sözlərini izah edərək mənasını başa düşmə məqsədi güdən lüğət və ədəbiyyat, insanların gündəlik həyatlarında tabe olmaları lazım olan qanun-qaydaları ondan istinbat edərək təyin etmək məqsədi ilə Hədis, Fiqh Üsulu və Fiqh kimi elmlər ortaya çıxmışdı. Qurani Kərim, kəlmələrin aid olduqları mənalarda yeni mənalar ifadə etmə qabiliyyəti verərək, onlara yeni məna üfüqləri açmışdı. Bundan başqa ərəb dilini müxtəlif dövrlərdə bəzi dövlətlərin rəsmi dili halına gətirmiş və müsəlmanların ona qarşı ehtiram göstərmələrinə səbəb olmuşdur. Əhməd Həsən əz-Zəyyad, Tarixul Ədəbil Arabi, s.90 Yusif 12/2, Şura 42/7, Zuxruf 43/3 Şevqi Dayf, Tarixul Ədəbil Arabi, II/32 Əhməd Həsən Zəyyad, Tarixul Ədəbil Arabi,s.204 Hüseyn Küçükqalay,Quran Dili Ərəbcə, s.162, Əhməd Həsən Zeyyad, a.k.ə., s.90 Şevqi Dayf, a.k.ə.,s.31 Şahməddin Özdəmir, Qurani Kərimdə ədatlarla işlənən fellər, s.16-20, İstanbul 1999, Ərəb dilində 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq, ərəb əlifbasında yalnız 28 hərf vardır. Qısa saitlər və habelə həmzə samiti əlifbada təmsil edilməmişdir. Əlifbada müxtəlif vəzifələr daşıyan hərflər də vardır. Qısa saitləri göstərən hərflər olmadığına görə yazıda sözlərin yalnız samitlərdən və uzun saitlərdən ibarət "skeleti" əks etdirilir. Yazını düzgün oxumaq üçün müvafiq qrammatik və leksik qaydaları qabaqcadan, həm də praktik şəkildə bilmək lazımdır. Ərəb hərfləri əsasən sağdan sola yazılır və oxunur. Bu istiqamətə uyğun olaraq kitab, məcmuə və qazetdə sağdan sola tərtib olunur və səhifələnir. Bununla belə, ərəb hərfləri üfqi, şaquli, maili, dairəvi və s. handəsi şəkillərdə də olduğu üçün bəzən sağdan sola deyil, yuxarıdan aşağıya və ya soldan sağa da yazılır. Latın və rus hərflərindən fərqli olaraq ərəb hərfləri təkcə əlyazmasında deyil, çapda da bir-birilə bitişdirici xətlər vasitəsilə birləşdirilir. Belə birləşmə nəticəsində hərflərin ilkin yazılışı (qrafikası) çox vaxt ciddi dəyişikliklərə uğradığı üçün hər hərf həqiqətdə müxtəlif şəkillərdə təzahür edir ki, bunlar əlifba cədvəlində, birləşməyən, soldan birləşən, sağdan və soldan birləşən və sağdan birləşən adları altında qruplaşdırılır. Ərəb hərflərinin altısının (ﻭ,ﺰ,ﺮ,ﺪ,ﺫ,ﺍ) iki, qalanlarının isə dörd şəkli vardır. İkişəkilli hərflər soldan birləşmədikləri üçün II və III şəkilləri yoxdur. Ərəb əlifbasında baş hərflər yoxdur. Ümumi adlardan fərqləndirmək üçün xüsusi isimləri bəzən dırnaq və ya mötərizə içərisində yazırlar. Hərf birləşməsində hərflərin qrafikası dəyişdiyi üçün ərəb əlifbasında sözün hissələri bir sətirdən digərinə keçirilə bilməz: sətrin sonuna sığmayan söz bütünlüklə sonrakı sətrə keçirilir, sətrin sonunda qalan boşluq irəlidəki gəlmənin bəzi hərflərinin üfqi hissəsini və ya bitişdirici xətlərini uzatmaq yolu ilə doldurulur. Miqdar sayları Vaḥid, İṭnən, Ṭələtə, ʿArba'a , Xamsə, Sittə, Səb'a, Ṭəməniyə, Tis'a, ʿAşara 20 — Işrûn 30 — Ṭəlâtun 40 -ʿArbaun 50 — Xámsun 60 — Sittun 70 — Sa'bun 80 — Ṭəmanun 90 — Tis'un 100 — miə 200 — miəteyn 500 — Xámsa miə 1000 — Əlf 2000 — Əlfeyn (yaxud Əlfən) 5000 — Xámsa elf 10,000 -ʿAshara elf 1,000,000 — Vaḥid milyun, əl-milyun, milyun Ərəb dilində saylar aid olduqları isimlərlə müxtəlif növ söz birləşmələri əmələ gətirir. Bu nöqteyi-nəzərdən miqdar sayları dörd qrupa bölünür: Birinci qrup (1–2): Bu qrup saylar təyin etdikləri isimdən sonra gəlir. Məsələn: Bir kitab-كتاب واحد İkinci qrup (3–10): Üç sayından etibarən miqdar sayları növlərindən asılı olmayaraq adətən sayılan isimlərdən əvvəl gəlir. İkinci növdə təkliklər sayılan isimlə əks qrammatik cinsdə olur. Həm də isim cəmdə qeyri-müəyyənlikdə olur. Məsələn: Altı gün-,ستة أيام on gün-عشر ساعات Üçüncü qrup (11–99): Bu mürəkkəb saylar tək və qeyri-müəyyənlikdə olan ismi təsirlik hal vasitəsilə idarə edir. Burada bir və ikini çıxmaq şərtilə təkliklər sayılan isimlə əks cinsdə olur. Bu qrup saylar 11–19 və 21–99 olmaq üzrə iki növə ayrılır. İkinci növdə (11–19) təkliklər sayılan isimlə əks qrammatik cinsdə olmaq şərtilə əvvəl, sonra isə onluq gəlir. Hər iki tərəfi daim [ə] saiti ilə bitir. Məsələn: on beş oğlan-خمسة عشر فتيان. İkinci növ mürəkkəb saylarda (21–99) təkliklər yenə də onluqlardan əvvəl gəlir, lakin aralarında و bağlayıcısı olur. Dördüncü qrup(100 və artıq): Bu qrup saylar isimlə uzlaşır ancaq isim təkdə olur. Ərəb dili və İslam Ərəb dili eyni zamanda Quran dilidir. Ərəb dili İslam dini ilə sıx bağlıdır, buna baxmayaraq Xristian və Yəhudi ərəblər bu dildə danışır. Dünya müsalmanlarının əksəriyyətinın ana dili ərəb dili deyil, ancaq onlar Quranı oxuya bilirlər. Əksər hallarda Ərəb olmayan müsəlmanlar Quranın tərcüməsindən istifadə edirlər. Bəzi müsəlmanlar isə ərəb dilini Allah tərəfindən seçilmiş müqəddəs dil hesab edirlər. Bəzi İslam alimlərinə görə ərəb dili cənnətin dilidir. Müasir ərəb dili faktiki müstəqil dil hesab edilə bilən 5 dialektdən ibarətdir. Danışıq ərəb dili Ərəb dünyasında istifadə ədəbi baxımdan köklü fərqlənən müxtəlif növ ərəb dillərinin birgə terminidir. Dialektlərin arasında fərq ən çox ərəb yarımadasından kənardadır. Ərəb istilasından sonra ləhcələrin sayı xüsusilə artmışdır. Ən böyük dialekt fərqi qeyri misirli Şimali Afrika dialektləri arasındadır. Dialektlərə təsir etmiş əsas faktorlardan biri də, əvvəllər həmin ərazilərdə başqa dillərdə danışılmasıdır. Bəzi ərazilərdə hətta söz sırasıda fərqlənir. Ərəb dilindəki əsas dialektlər aşağıdakılardır: Misir dialekti Masri dialekti kimi də tanınır. Misir dialekti Hami-Sami dillər ailəsinin Sami qoluna aiddir. Onun kökü paytaxt Qahirə ətrafında Nil deltasından gəlir. Dilə ən çox təsiri Kopt dili etmişdir. Daha sonralar türk, fransız və ingilis dillərinin də təsiri olmuşdur. Bütün Ərəb dünyası bu dialekti başa düşür. Misirdə 52 milyon insan bu dialektlə danışır. 24 milyon insanın isə ikinci dilidir. Livanlı müğənnilər öz mahnılarını bu dialektlə ifa edirlər. Misir dialektinin heç bir rəsmi statusu yoxdur. Klassik ərəb dili (Qurana əsaslanan ərəb dili) Misirdə rəsmi dildir. Məğrəbi dialekti Mərakeş, Əlcəzair, Saxara, Tunis və Liviyada 75 milyon insan bu dialektlə danışır. Yaxın Şərq ərəbləri çətinliklə bu dialekti başa düşürlər. Bu dialektə danışanlar öz dillərini ərəbcə dialekt mənasını verən Əddəricə adlandırırlar. Fransız müstəmləkəsi dövründə məktəblərdə başqa dil kimi tədris edilirdi. Fransız, ispan və italyan dillərinin bu dialektə təsirləri olmuşdur. Mesopotamiya dialekti Bu dialekt özü də iki yerə ayrılır. İraq dialekti və Şimali Mesopotamiya dialekti. İraq dialekti İraq ərazisində danışılan bu dialektə özü üç yerə ayrılır (Bağdad, Mosul və Bəsrə dialektləri). Vaxtilə burada ərəbcə danışan yəhudilərin də öz dialekti olub. İraqda eyni zamanda qeyri ərəblər — kürdlər, farslar, türkmənlər, assurlar yaşayır. Bunların da dialektin formalaşmasında əhəmiyyətli rolu olmuşdur. İraqda, şərqi Suriyada və qərbi İranda 29 milyona yaxın insan bu dialektdə danışır. Şimali Mesopotamiya dialekti Şimali Mesopotamiya dialekti: Bu dialekt əsasən Bağdadın şimalında, uzaq şərqi Suriyada və şərqi Türkiyənin bəzi vilayətlərində danışılır. Orta əsrlərin İraq dialektindən törəmişdir və yəhudi dialektinin bəzi xüsusiyyətlərinə malikdir. 7 milyona yaxın insan bu dialektdə danışır. Şami dialekti Şərq dialekti də adlanır. Şərqi Aralıq dənizinin 100 kilometrlik sahili bu 35 milyon insan bu dialektdə danışır. Şami dialekti 6 müxtəlif dialektlərə ayrılır. Körfəz dialekti İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Oman, Yəmən, Qətər və Bəhreyndə 4 milyon insan bu dialektdə danışır.
https://az.wikipedia.org/w/index.php?curid=59966
Ərəbcə Vikipediya
Ərəbcə Vikipediya — Vikipediyanın ərəb dilində olan bölməsidir. 2008-ci ilin aprelin 2-də bu bölmədən Masricə Vikipediya (Ərəb dilin Misirdə danışılan dialekt) ayrıldı və öz müxtəlif Vikipediya bölməsini yaradıb. Bu günədək 1.227.997 məqalə yaradılıb. sentyabr 2001 — 1-ci məqalə 10 000 məqalə — (azərb. Qulaqdibi xəstəliyi) 31 dekabr 2007 — 50 000 məqalə 25 may 2009 — 100 000 məqalə 27 iyun 2011 — 150 000 məqalə
https://az.wikipedia.org/w/index.php?curid=133506
Ərəbcəbirli bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=355675
Ərəbdizacı (Çaldıran)
Ərəbdizacı (fars. عرب ديزجي) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 750 nəfər yaşayır (140 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=572396
Ərəbdovşanlar
Ərəbdovşanlar (lat. Dipodidae) — gəmiricilər dəstəsindən heyvan fəsiləsi. Ərəbdovşanlar Şimali Afrika, Şərqi Avropanın cənub hissəsi, Kiçik, Ön və Orta Asiya, Qazaxıstan, Sibirin cənub sərhədlərindən Şimal-Şərqi Çin və Monqolustanadək olan mülayim və isti iqlimli ərazilərdə yayılmışdır. Əsasən düzənlik, yarımsəhra və səhra landşaftlarında yaşamasına baxmayaraq, bəzi növləri meşə-çöl zonalarında, eləcə də dəniz səviyyəsindən 2000 m-dən yüksəklikdə yaşayır. Ölkəmizdə də, Kür-araz ovalğının səhra və yarımsəhra landşaft ərazilərində, xüsusən Şirvan Milli Parkında geniş yayılmışıdr. Toran, günbatımından yarım saat sonra yuvasından çıxan bu kiçik məməli heyvan, bütün gecə vaxtı boyu aktiv olur və 4 km məsafə qət edir. Yalqız həyat tərzi sürən ərəbdovşanı yalnız cütləşmə vaxtı tərəf yoldaşı ilə birgə yaşayır. Gündüzləri yatmaqla enerji yığan heyvan torpaqda oyuq açaraq yuva qurur. Yarımfəsilə Allactaginae Cardiocraniinae Euchoreutinae Həmçinin bax Beşbarmaqlı cırtdan ərəbdovşanı
https://az.wikipedia.org/w/index.php?curid=68312
Ərəbe Şamo
Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir. Şamilov 1953-cü ildə azadlığa çıxandan sonra ədəbi fəaliyyətini davam etdirmişdir. O, 1967-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. Əlavə əəbiyyat Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=784072
Ərəbistan
Ərəbistan yarımadası (ərəbcə شبه الجزيرة العربية, şibhu l-cəzīrəti l-ʿərəbiyyə) — Cənub-Qərbi Asiyada yarımada. Sahəsinə görə dünyada ən böyük yarımadadır. Şərqdə Fars körfəzi və Oman körfəzi, cənubda Ərəb dənizi və Ədən körfəzi, qərbdə Qırmızı dəniz ilə əhatə olunub. Geoloji cəhətcə yarımada Yerin Ərəb təbəqəsini təşkil edir. Vaxtı ilə o Afrika kontinental kütlənin bir hissısini təşkil edib. Ərəbistan yarımadası tamamilə səhralarla örtülüb. Onun şimal hissəsində Nefud, cənub hissəsində isə Rub əl-Xali səhraları yerləşir. Ərəbistan yarımadasında və ətrafındakı adalarda Səudiyyə Ərəbistanı, Yəmən,Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt yerləşir. Yarımadaya yaxın ərazidə Misir, İsrail, İordaniya və İraq yerləşir. Coğrafi xüsusiyyətləri Ərəbistan yarımadası Asiya qitəsinin cənub-qərbində böyük yarımada olmaqla Asiyadan İran körfəzi vasitəsilə ayrılır. Bu yarımada Hind okeanının bir hissəsini və onunla əlaqədar Suriya-Ərəbistan səhrasını birləşdirir. Ərəbistan yarımadası, Ərəbistan dənizi, Qırmızı dəniz və İran körfəzi ilə üç tərəfdən əhatə olunub. Ərəbistanın sahəsi Sinay yarımadası və Suriya sərhədlərinin daxil etməklə 3.158.000 km²-dir. Bu da Avropa qitəsinin ərazisinin 25%-nə bərabərdir. Yarımadanın böyük hissəsi səhradır. Yaşıl vahələr və məhsuldar torpaqlar çox azdır. Ərəbistanda heç bir böyük çay yoxdur.Çünki həddindən artıq qızan qum suları tez qurudur. Ərəbistanda elə illər olur ki, heç yağış yağmır. Ərəbistanda ən məhsuldar torpaq sahələri Yəməndə, Qırmızı dənizin cənub-qərb sahillərində yerləşir. Ona görə bu vilayət həmişə məhsuldar və əhalisi çox olmuşdur. Həmçinin bax Ərəbistan səhrası
https://az.wikipedia.org/w/index.php?curid=44647
Ərəbistan akasiyası
Vachellia nilotica (lat. Vachellia nilotica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. Sinonimləri Acacia arabica (Lam.) Willd. Acacia scorpioides W.Wight Mimosa arabica Lam. Mimosa nilotica L. Mimosa scorpioides L.
https://az.wikipedia.org/w/index.php?curid=138590
Ərəbistan bəbiri
Ərəbistan bəbiri (lat. Panthera pardus nimr) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
https://az.wikipedia.org/w/index.php?curid=145514
Ərəbistan canavarı
Ərəbistan canavarı (lat. Canis lupus arabs) — Adi canavar növünə daxil olan yarımnöv. Əvvəllər bu canlılara bütün Ərəbistan yarımadası ərazisində rastlamaq mümkün idi. Ancaq hazırda onların arealı İsrailin cənubu, Oman, Yəmən, İordaniya, Səudiyyə Ərəbistanı və böyük ehtimalla Misirin Sinay yarımadası ərazisində yayılmışlar. Ölçülərinə görə ən kiçik canavar yarımnövü hesab edilir. Xüsusiyyətləri Ərəbistan canavarı elə də böyük olmayan bir canlıdır. Səhrada yaşamağa uyğunlaşmışdır. Ayaq üstə hündürlküyü 66 sm-dir. Çəkisi bəzi ərazilərdə 18 kiloqrama çata bilir. Qulaqları bədənin ümumumi ölçüsünə nisbətdə iridir. Bu baxımından da digər yarımnövlərindən də fərqlənir. Üstəlik onların digər özəlliklərindən biri digər canavarlardan fərqli olaraq qrup əmələ gətirməməsidir. Bununla belə ov zamanı üç-dord fərddən ibarət qruplar təşkil edə bilirlər. Bu canavarlıarın digər özəlliyi isə he kəsin onların necə ulkamasını eşidə bilməməsindədir. Ərəbistan canavarı həmcinin digər özəlliyi ilə də fırqlənir. Belə ki bu canlıların ön ətraflarının orta iki barmağı birləşmişdir. Bu xüsuisiyyətlər əvvəllər ancaq Afrika itlərində olması ehtimal edilirdi. Digər canavarlar kimi bu canlılarında gözləri sarı rəngdə olur. Bəzilıərindəı hətta qəhvəyi rəngdə olanlar da vardır. Bu onu göstərir ki, populyasiyanın bəzi hisssəsi artıq təmiz qanlı deyildir. Onların əcdadaları çöl itləri ilə cütləşmişdir. Ərəbistan canavarı keçi böyüklükdə olamn istənilən ev heyvanına hücum edə və onu parçalaya bilir. Bu isə onların kəndlilər və heyvan sahibləri üçün ov obyüektinə çevirir. Fermerlər onları güllə ilə vurur və ya tələ ilı tuturlar. Ərəbistan canavarı əsasən ətyeyən heyvan olsa da insanlar tərəfindən zibilliyə atılan məhsulları da yeyə bilirlər. Həm də quşlar, gəmiricilər, pişiklər, şirin meyvələr, balıq, ilbizlər, körpə o cümlədən demək olar ki, hər hansı bir heyvanın leşləri ilə qidalanırlar. Çağdaş dövr Oman ərazisində bu canlıların ovuna qoyulan qadağadan sonra saylarında kütləvi çoxalma müçahidə edilir. Belə bir ehtimal vardır ki, bu cür tədbirlər dahvam etdirilsə bu canlıların bəzi rayonlarda öz areallarını bərpa edəcəklər. İsraildə onların sayı 100-150 arasında dəyişir. Birləşmiş Ərəb Əmirlikləri və Misirdə qapalı şəraitdə çoxaldılma proqramları həyata keçirilir. Oman və İsraildə qoruma altınddır. Lakin başqa yerdə gələcəyi qeyri-müəyyəndir. Səudiyyə Ərəbistanında canavar müəyən ərazilərdə qooruma altına salınmışdır. Mədəniyyətdə Ərəbistan canavarının adı müqəddəs kitablarda düşmən dəstəsi, satqınlıq rəmzi, vəhşilik və rəhmsizliyi anlatmaq məqsədi ilə işlədilir. Yaqub peyğəmbərin sonuncu oğlu Benyaminin qəbiləsi döyüşkənliyinə görə Ərəbistan canavarı ilə müqayisə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=567516
Ərəbistan dənizi
Ərəbistan dənizi (ərəb. بحر العرب, fars. دریای عرب, urdu بحیرہ عرب, hind. अरब सागर, somali Bada Carbeed, ing. Arabian Sea)— Hind okeanının bir regiondur ki, şimal tərəfindən Pakistan və İran, cənub tərəfindən Somalinin şimal şərqi, şərq tərəfindən Hindistan və qərb tərəfindən Ərəbistan yarımadası ilə həmsərhəddir. Ərəb dənizi səthinin sahəsi (1,491,130 kvadrat mil) təxminən3,862,000 km²-dir. Xarici keçidlər Ərəb dənizi (Dünya Vəhşi Təbiət Fondu) Arxivləşdirilib 2011-05-23 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=289310
Ərəbistan plitəsi
Ərəbistan plitəsi — coğrafi baxımdan Ərəbistan yarımadasına uyğun gələn qədim platformalardan, yer qabığının sabit ərazilərindən biridir. Ərəbistan plitəsinin sahəsi 0,12082 steradian və ya təxminən 2 milyon km²-dir. Litosfer plitəsinin sərhədləri bunlardır: şərqdə - Hind-Avstraliya plitəsi, cənubda - Afrika plitəsi, qərbdə Afrika plitəsi ilə sərhəd Qırmızı dəniz və Ölü dəniz riftləri ilə, şimalda - Anadolu və Avrasiya plitələri. Fanerozoy (paleozoy - kaynozoy) dövründə Ərəbistan plitəsi Afrika plitəsinin bir hissəsi idi və hələ də onunla əlaqəni tamamilə itirməmişdir, buna görə də bəzən onları vahid Afrika-Ərəbistan platformasının komponentləri hesab edirlər. Qırmızı dəniz Eosenin əvvəlində meydana çıxır , lakin Afrikanın Ərəbistandan ayrılması Oliqosendə baş verir. O vaxtdan Ərəbistan plitəsi yavaş-yavaş Avrasiya plitəsinə doğru irəliləyir. Müasir dövrdə Ərəbistan plitəsi Qondvananın şimala doğru hərəkət edən fraqmentləri olan üç böyük tektonik plitədən (Afrika və Hindistan ilə birlikdə) biridir, Avrasiya ilə toqquşması Pireneylərdən Alp qırışlarının geniş Aralıq dənizi qurşağının yaranmasına səbəb olmuşdur. Ərəbistan plitəsinin birbaşa Avrasiyaya təzyiqi İranda Zaqros dağ sisteminin, Anadoluda isə Türkiyədə Tavr dağ sisteminin formalaşmasına səbəb olur. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=786759
Ərəbistan səhrası
Ərəb səhrası və ya Ərəbistan səhrası — Qərbi Asiyada yerləşən səhra. Bu geniş səhra Yəməndən İran körfəzi, Oman,İordaniya və İraqa qədər uzanır. 330,000 km2 sahəsi ilə Ərəbistan yarımadasının əksəriyyətin əhatə edir. Onun mərkəzində Rub əl-Xali, dünyanın ən böyük fasiləsiz qum orqanlarının biri yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=292912
Ərəbistan yarımadası
Ərəbistan yarımadası (ərəbcə شبه الجزيرة العربية, şibhu l-cəzīrəti l-ʿərəbiyyə) — Cənub-Qərbi Asiyada yarımada. Sahəsinə görə dünyada ən böyük yarımadadır. Şərqdə Fars körfəzi və Oman körfəzi, cənubda Ərəb dənizi və Ədən körfəzi, qərbdə Qırmızı dəniz ilə əhatə olunub. Geoloji cəhətcə yarımada Yerin Ərəb təbəqəsini təşkil edir. Vaxtı ilə o Afrika kontinental kütlənin bir hissısini təşkil edib. Ərəbistan yarımadası tamamilə səhralarla örtülüb. Onun şimal hissəsində Nefud, cənub hissəsində isə Rub əl-Xali səhraları yerləşir. Ərəbistan yarımadasında və ətrafındakı adalarda Səudiyyə Ərəbistanı, Yəmən,Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt yerləşir. Yarımadaya yaxın ərazidə Misir, İsrail, İordaniya və İraq yerləşir. Coğrafi xüsusiyyətləri Ərəbistan yarımadası Asiya qitəsinin cənub-qərbində böyük yarımada olmaqla Asiyadan İran körfəzi vasitəsilə ayrılır. Bu yarımada Hind okeanının bir hissəsini və onunla əlaqədar Suriya-Ərəbistan səhrasını birləşdirir. Ərəbistan yarımadası, Ərəbistan dənizi, Qırmızı dəniz və İran körfəzi ilə üç tərəfdən əhatə olunub. Ərəbistanın sahəsi Sinay yarımadası və Suriya sərhədlərinin daxil etməklə 3.158.000 km²-dir. Bu da Avropa qitəsinin ərazisinin 25%-nə bərabərdir. Yarımadanın böyük hissəsi səhradır. Yaşıl vahələr və məhsuldar torpaqlar çox azdır. Ərəbistanda heç bir böyük çay yoxdur.Çünki həddindən artıq qızan qum suları tez qurudur. Ərəbistanda elə illər olur ki, heç yağış yağmır. Ərəbistanda ən məhsuldar torpaq sahələri Yəməndə, Qırmızı dənizin cənub-qərb sahillərində yerləşir. Ona görə bu vilayət həmişə məhsuldar və əhalisi çox olmuşdur. Həmçinin bax Ərəbistan səhrası
https://az.wikipedia.org/w/index.php?curid=51674
Ərəbistan yarımadası Əl-Qaidəsi
Ərəbistan Əl-Qaidəsi(ərəb. تنظيم القاعدة في جزيرة العرب)-Orta Şərq,Ərəbistan yarımadasında aktivlik göstərən Əl-Qaidə terror təşkilatının qolu. Əl-Qaidə Terror qruplaşmasının bir hissəsi olaraq Ərəbistan yarımadasındakı kasıb ölkə olan Yəməndə aktivlik göstərir.Yəmənin qərbində fəal olmağı ilə bərabər həm də Somalidə də aktivlik edir.Mərkəzi Ədən şəhəridir.Daha çox İsraildəki Fələstinlilərə can yandıran Əl-Qaidə üzvləri bir neçə dəfə İsraildə terror aktları yaratmış və İsraildə "terrorçu qruplaşma" olaraq ad qazanmışdır.Bundan sonra İran,Yaponiya,İtaliya,Suriya,Fransa,Ermənistan,Rusiya,Səudiyyə Ərəbistanı,Gürcüstan,Hindistan,Almaniya və BMT-də "terrorçu təşkilat" adını qazandı. Əl-Qaidə-nin aktiv filialına çevrilməsi Pakistanın əsasını təşkil edən Qərbdəki terror aktlarının faizi əksəriyyətlə (əvvəlcə) müqayisədə 75%-ə, 2007-ci ildə isə 50% - ə, 2010-cu ildə isə "əl-Qaidə" nin Somali və Yəmənə köçdüyü vaxtadək xeyli azalıb. 14 dekabr 2009-cu ildə ABŞ-nin dövlət katibi Hillari Klinton Yəməndə rəsmi olaraq "əl-Qaidə" ni terrorçu təşkilat elan edib.24 avqust 2010-cu il tarixində Vaşinqton Post Miller yazırdı ki, MKİ hesab edir ki, "əl-Qaidə" nin Yəmən şöbəsi onun ana təşkilatını, Usamə Ben Ladenin əsas qrupunu ABŞ vətəni üçün ən təhlükəli təhlükə kimi üstələyib. 26 avqust 2010-cu il Yəmən bildirib ki, Amerika rəsmiləri Yəməndəki əl-Qaidə ölçülərini və təhlükələrini şişirtmiş, həmçinin cihadçı şəbəkənin yerli şöbəsi ilə mübarizənin Sananın işi olaraq qalmasını tələb etmişlər.Üsama Bin Ladenin keçmiş cangüdəni "əl-Qaidə" ilə Yəmən hakimiyyətləri arasında hərbi əməliyyatların qızışdığı haqda xəbərdarlıq edib. Həmçinin bax İraq Əl-Qaidəsi Məğrib Əl-Qaidəsi
https://az.wikipedia.org/w/index.php?curid=608704
Ərəbistanlı Lourens (film)
Ərəbistanlı Lourens (ing. Lawrence of Arabia) — Devid Linin rejissoru olduğu və Tomas Edvard Lourensin həyatından bəhs edən 1962-ci ilə aid epik kinofilm. Filmdə baş rolu Piter O'Tul ifa edir. Bu film kino tarixində ən yaxşı və ən təsirli filmlərdən biri kimi qəbul edilir. Moris Jarrın musiqisi və Freddi Yanqın "Super Panavision 70" kinolenti çox bəyənilmişdir. Film 10 nominasiyada Oskar mükafatına namizəd göstərilmiş və 7 nominasiya üzrə qalib gəlmişdir. O cümlədən, Ən yaxşı film, Ən yaxşı rejissor işi, Ən yaxşı montaj və Ən yaxşı səsləndirmə. Film Britaniya kəşfiyyatının zabiti, I Dünya müharibəsi illərində Suriyada yerli ərəb qəbilələri ilə sıx əlaqədə çalışdığına görə "Ərəbistanlı" ləqəbini qazanan Tomas Edvard Lourensin həyatından bəhs edir. Lourens ərəblərin arasında özünə böyük hörmət qazanmış və faktiki olaraq onların Osmanlı dövlətinə qarşı partizan müharibəsinə rəhbərlik etmişdir. Filmin ssenarisi Lourensin avtobioqrafik "Müdrikliyin yeddi sütunu" kitabına və onun həyatını araşdıran tədqiqatçıların tarixi məlumatlarına əsaslanır. Birinci hissə Filmin əvvəlində, Lourensin motosikl qəzasında vəfat etməsindən sonra, müxbirlər Müqəddəs Pavel kilsəsində onun yas mərasiminə toplaşmış və onu tanıyan insanlardan müsahibə almağa çalışırlar. Xatirələr iştirakçıları keçmişə, hərbi əməliyyatların getdiyi dövrə aparır. Gənc leytenant Lourens (Piter O'Tul), öz yüksək savadına baxmayaraq, xidmət yoldaşları tərəfindən kloun kimi qəbul olunur. Britaniya ordusunun Ərəb bürosunun istəyilə o səhraya, şahzadə Feysəllə (Alek Ginness) əlaqə qurmağa göndərilir. Yolda Şerif Əli (Ömər Şərif) onun bələdçisini öldürür. Yolun qalan hissəsində ingilis hərbi məsləhətçisi ilə rastlaşan Lourens şahzadə Feysəlin düşərgəsinə gəlib çatır. Burada o, öz səmimiyyəti və yerli adət-ənənələrə olan hörməti sayəsində şahzadənin rəğbətini qazanır. Lourens ərəblərə bildirir ki, onlar vahid bir xalqdır və nə qədər ki, qəbilələr öz aralarında düşmənçilik edirlər, onlar müstəqillik əldə edə bilməzlər. O, ingilis hərbi məsləhətçisinin ərəb qoşunlarını əsas ingilis gücləri ilə birləşdirmək təklifinə etiraz edir və bildirir ki, ərəblərin dəvələrlə səhranı keçmək bacarığı böyük üstünlükdür və onlar istənilən yerdə gözlənilməz zərbə vura bilərlər. Lourensin planına uyğun olaraq, əlli nəfərlik dəstə Qırmızı dəniz sahilindəki Akaba portunu ələ keçirmək üçün susuz Nefud səhrasını keçir. Səhranı keçdikdən sonra ona bədəvi-ərəb geyimləri geyindirirlər. Burada Lourens yerli huvaytat qəbiləsinin başçısı Əuda əbu Tayini (Entoni Kuinn) Akabaya hücum etməyə həvəsləndirir. Qurudan gözlənilməz hücumla ərəblər şəhəri tuturlar. Bu xəbəri ingilis komandanlığına bildirmək üçün Lourens iki gənc xidmətçi ilə birlikdə Sinay yarımadasını keçməklə Qahirəyə yollanır. İkinci hissə Gənclərdən biri — Davud, öz yol yoldaşlarının gözü önündə qumda boğulur. Lourens və xidmətçisi Süveyş kanalına çatırlar, buradan onları hərbi maşınla Qahirəyə gətirirlər. Burada ingilis ordusunun yeni komandanı Edvard Allenbi (Cek Hokins) Lourensin Dəməşq-Mədinə dəmir yolunda diversiyalar təşkil etmək planını dəstkləyir, lakin vəd etməsinə baxmayaraq, ərəblərə artilleriya vermir. Amerikalı müxbir Bentli ərəblərin türk qatarlarına iki hücumunda iştirak edir və fotoşəkillər çəkir. Dəmir yolunda növbəti diversiya cəhdi zamanı Lourensin digər xidmətçisi — Fərəc öz səhvi ucbatından ağır yaralanır və Lourens əsir düşməməsi və daha çox əzab çəkməməsi üçün onu güllə ilə başından vurur. Qışın gəlməsi ilə ərəblərin fəallığı azalır. Qışlaqda mübahisə zamanı Lourens bildirir ki, Deraa şəhərində təkbaşına üsyan qaldıra bilər. Lakin şəhərdə türk patrulu onu saxlayır və öz homoseksual komandirlərinin yanına aparırlar. Burada o sərt müqavimət göstərir və buna görə ağır şəkildə döyülür. Bu hadisə onun özünə inamını sarsıdır. Deraadan qayıtdıqdan sonra Lourens bədəvi geyimini çıxarıb zabit formasını geyinir və ordu komandanlığından onu adi işə keçirməsini tələb edir. Lakin Allenbi bir ay sonra Dəməşqə hücum etməyi planlaşdırır və mayor Lourensi öz fikrindən döndərir. Köhnə müttəfiqlərə əlavə olaraq Lourens yenilərini pulla öz tərəfinə çəkir. Dəməşq yolunda yaralı və döyüşə hazırlıqsız yaxalanan yüzlərlə türk əsgəri ərəblər tərəfindən son nəfərinə kimi qılıncdan keçirilir. Allenbi Dəməşqə çatanda xəbər tutur ki, şəhərin böyük hissəsi artıq Lourens və Ərəb milli şurası tərəfindən idarə olunur. Ərəb qəbilələri arasındakı anlaşmazlıqlara görə Lourens şəhərdəki xidmətlərin normal fəaliyyətini təmin edə bilmir. O hətta hospitaldakı iki min yaralı türk əsgərinə yardım etməkdə də acizdir. Aralarındakı anlaşmazlıqlara görə şəhəri tutan ərəb qəbilələri buranı tərk edirlər. Suriyanın gələcəyi ilə bağlı siyasi manevrlər başlayır. Şahzadə Feysəl sülh konfransında iştirak etmək üçün Avropaya getməyə hazırlaşır. İngilis və fransızların Yaxın Şərqi öz aralarında bölmək planları üzə çıxır. Baş verənlərdən təəssüflənən polkovnik Lourens vətənə qayıtmağa tələsir. Xarici keçidlər Ərəbistanlı Lourens — Internet Movie Database saytında.Ərəbistanlı Lourens AllMovie saytında Lawrence of Arabia at the American Film Institute Catalog of Motion Pictures Ərəbistanlı Lourens Rotten Tomatoes saytında (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=393064
Ərəbistanlı Lourens (film, 1962)

https://az.wikipedia.org/w/index.php?curid=810010
Ərəbkəhriz (Mərənd)
Ərəbkəhriz (fars. عرب كهريز) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 6 nəfər yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=477534
Ərəbli
Ərəbli (Meşkinşəhr) Ərəbli (Urmiya) Ərəbli-i Yekan (Urmiya) Ərəbli-i Dərə (Urmiya) Ərəbli-i Bişə (Urmiya) Həmçinin bax Ərəblər (dəqiqləşdirmə)
https://az.wikipedia.org/w/index.php?curid=579517
Ərəbli-i Bişə (Urmiya)
Ərəbli-i Bişə (fars. عربلوی بیشه) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 280 nəfər yaşayır (89 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=579496
Ərəbli-i Dərə (Urmiya)
Ərəbli-i Dərə (fars. عربلوی دره) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (129 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=579497
Ərəbli-i Yekan (Urmiya)
Ərəbli-i Yekan (fars. عربلوی یکان) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (51 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=579499
Ərəbli (Həştrud)
Ərəbli (fars. عربلو) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (7 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687822
Ərəbli (Meşkinşəhr)
Ərəbli (fars. عربلو) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 502 nəfər yaşayır (107 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=761956
Ərəbli (Urmiya)
Ərəbli (fars. عربلو) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (60 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=474484
Ərəblikəndi (Pərsabad)
Ərəblikəndi (fars. عربلوكندي) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (46 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=692963
Ərəblinski
Ərəblinski — soyad. Balakişi bəy Ərəblinski (1828—1902) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant. Hüseyn Ərəblinski (1881—1919) — Azərbaycan aktyoru və rejissoru. Hüseyn Ərəblinski (film, 1982) — qısametrajlı sənədli film.
https://az.wikipedia.org/w/index.php?curid=764843
Ərəblər
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. Ərəblərin soyu İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır. Eyni zamanda yəhudi və müsəlman qaynaqlarına görə İshaqın oğulu Yaqubun (İsrail) soyundan gələnlər israiloğullarını meydana gətirdilər. Ərəblərin atası İsmayıl və yəhudilərin atası İshaq, fərqli analardan olma qardaşdırlar. İslamaqədərki ərəblərin ictimai-iqtisadi quruluşu İslamaqədərki ərəblərin ictimai quruluşu ibtidai icma quruluşundan quldarlıq quruluşuna keçid mərhələsində idi. Cənubi Ərəbistanda, yəni Yəməndə hələ qədim zamanlarda, eramızdan bir neçə əsr əvvəl əkinçilik inkişaf etmiş, sənətkarlıq və karvan ticarətinin mühüm məntəqələri olan şəhərlər meydana gəlmişdi. Eramızın ilk əsrlərində Cənubi Ərəbistan dövlətlərində quldarlıq üçün xarakterik olan ictimai-iqtisadi münasibətlər mövcud idi. Lakin bununla birlikdə, ibtidai-icma və tayfa-qəbilə quruluşunun qalıqları hələ də davam etməkdə idi. Əkinçilikdə və maldarlıqda qulların əməyi ilə birlikdə, icmalarda birləşmiş olan azad kəndçilərin əməyinin də mühüm əhəmiyyəti var idi. Eramızın V–VI əsrlərində Cənubi Ərəbistanda baş verən iqtisadi geriləmə nəticəsində iqtisadi ziddiyyətlər də artırdı. Eyni zamanda Ərəbistan yarımadasının bu hissəsində inadlı mübarizə gedirdi. Bu mübarizəni Hindistanı Aralıq dənizinin şərqindəki ölkələrlə birləşdirən dəniz və karvan ticarət yolları üzərində hökmranlıq uğrunda Bizans və İran aparırdı. Bizansın müttəfiqi olan həbəşlər Cənubi Ərəbistana dəfələrlə hücum etmiş və burada öz hökmranlıqlarını qurmuşdular. VI əsrin əvvəllərində isə həbəşləri farslar məğlub etmişdilər. Farslar Yəməni fəth edərək Sasanilər İmperiyasının bir hissəsinə çevirdilər. VII əsrin əvvəllərində Qərbi Ərəbistan ictimai-iqtisadi və mədəni cəhətdən Ərəbistan yarımadasının ən inkişaf etmiş vilayətlərindən biri idi. İbtidai-icma quruluşunun dağılması gedişində yaradılan quldarlıq quruluşu ticarət şəhəri olan Məkkədə tam təşəkkül tapmışdı. Məkkədə olan ticarət və bununla əlaqədar meydana gələn sələmçilik ibtidai-icma münasibətlərinin pozulmasını sürətləndirirdi. Məkkənin əsas əhalisi Qüreyş qəbiləsindən ibarət idi. Bu qəbilənin yuxarı təbəqəsi şəhərin iqtisadi həyatına rəhbərlik edir, siyasi hakimiyyəti ələ keçirməklə yerli Kəbə məbədində varlanmağı qarşısına bir vəzifə kimi qoyurdu. Yuxarı təbəqəni təşkil edən varlı tacirlər və sələmçilər eyni zamanda qul sahibləri idilər. Onlar özlərinin tabeliyində olan qulları əkinçilikdə, süni suvarma işlərində və maldarlıq təsərrüfatında istismar edirdilər. Bundan başqa, həmin quldarlar külli miqdarda qul alveri ilə məşğul olur, qul karvanlarını istədikləri yerə aparır və satırdılar. Məkkəlilərlə Hicaz və ona qonşu olan vilayətlərin qəbilələri arasında daimi ticari-iqtisadi əlaqələr həmin qəbilədən olan əhaliyə ideoloji cəhətdən də təsir etməyə kömək edirdi. Bu təsir nəticəsində Məkkədəki Kəbə mühüm müqəddəs bir yer kimi bir çox qəbilələr üçün ziyarətgaha çevrildi. Ərəbistan qəbilələri ilə aparılan ticarət mübadiləsi Yəmənlə, Suriya və Misirlə, bəzən də Cənubi Beynəlnehreynlə aparılan dəniz ticarəti məkkəli Qüreyşlilər içərisində qeyri-bərabərliyin tədricən artmasına kömək edirdi. Həmin qəbilənin onlardan asılı olan üzvləri Qüreyş zədəgan sinfi nümayəndələrinə qarşı çıxırdılar. Məkkə əhalisinin Qüreyş qəbiləsindən olmayan hissəsinin vəziyyəti daha da ağır idi. Bunlar öz qəbilələrini tərk etmiş və Məkkə ticarətində xidmət əvəzində aldıqları təsadüfi əməkhaqqı ilə yaşayanlar idi. Lakin Məkkənin ən məzlum və tamamilə hüquqsuz əhalisi qullar idi. Qul, mal və pulun çox hissəsi əhalinin cüzi bir hissəsini təşkil edən və Məkkədə hakimiyyət başında duran yerli zədəganların əlində idi. Belə bir vəziyyət nəinki quldarlarla qullar arasında, həm də var-dövlətin səviyyəsinə görə bir-birindən tamamilə fərqli olan sərbəst adamlar arasında da müşahidə edilirdi. Məkkədə ibtidai-icma münasibətləri və nəsli quruluş davam etsə də, ticarət və sələmçiliklə məşğul olan Qüreyş varlıları artıq quldarların hakim sinfinə çevrilməyə başladı. Burada artıq dövlət idarələrini xatırladan ağsaqqallar şurası, varlı məkkəlilərin həyatını, var-dövlətini və yaşayış yerlərini qoruyan həbəşistanlı qullardan ibarət polis yaradılmağa başladı. Belə bir şəraitdə ərəblərdə qəbilələrin siyasi cəhətdən birləşməsini ideya cəhətdən təmin edə biləcək monoteist (təkallahlı) bir dinin meydana gəlməsi üçün tarixi şərait yetişirdi. Bu din islam dini oldu. Ərəblərin İslam sivilizasiyasının yaradılmasında rolu İmperiyalar tarixinə nəzər salsaq ərəb xilafətinin və onun ideoloji sütunu olan İslam dininin yayılmasında ərəblərin başlıca sosial baza rolunu oynadıqlarını görərik. Hələ İslamın yaranmasına qədər mənşəyi İbrahim peyğəmbərlərdən başlayan ərəblər külli-kainatı bir Allahın yaratdığına inanır, onu ən ali varlıq hesab edirdilər. Allaha sitayiş edir, bütün qəbz və sənədlərin başında "bismikə allahümə" — "Allahım, Sənin adınla başlayıram" yazırdılar. Zaman keçdikcə onlar Allahın qızları, yaxud "ilahə" adlandırdıqları ulduzlara, mələklərə də sitayiş etməyə başladılar. Kəbədə ən qüdrətli ilahələrin — Əl-Lat və Əl-Üzzanın şərəfinə qranitdən nəhəng heykəllər qoydular. Əslində bunların heç bir mənəvi əsası yox idi. Qəbilə və tayfa müharibələrinin isə ardı-arası kəsilmirdi. İslam sivilizasiyasının bünövrəsini yaradan ərəbləri ağır vəziyyətdən xilas edən Məhəmməd peyğəmbər (570-632) "ilahi" dinin vasitəsi ilə onları birləşdirməyi bacardı. Məhəmməd peyğəmbər əvvəllər öz qövmü tərəfindən qəbul edilməsə də o, sonralar Ərəbistanın dağınıq əhalisini "Allahın yardımı ilə" möhkəm xalqa çevirdi. "Allahın Rəsulunun" əsas silahı İslam dininə etiqad olmuşdur. İslam dininin ideologiyası ərəblərə Yaxın Şərqi işğal etməyə imkan yaratmışdır. İslam qonşu ölkələrin xalqlarına sosial inqilab və xoşbəxtlik gətirməmişdir, lakin o müsəlman olan bütün insanlara "bərabərlik və qardaşlıq" ideyası vermişdir. Bu isə avtoritar hakimiyyət dünyasında "demokratiyanın" müəyyən mərhələsi hesab olunur. İslamın meydana gəlməsi, sonra isə ərəblərin Qərb və Şərqdəki qanlı işğalları Ərəb xilafətinin yaranması ilə nəticələnmişdi. Məhəmməd peyğəmbərin ölümündən sonra onun qohumları Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656) və Həzrəti Əli (656-661) xəlifə seçilmişdir. Əli İslamın inkişafında mühüm rol oynamış böyük şəxsiyyət olmuşdur. Xəlifə dövlətin siyasi rəhbəri olmaqla yanaşı, ölkənin də ali dini hakimi idi. Həzrəti Məhəmməd peyğəmbərin ölümündən sonrakı iyirmi beş il ərzində ərəblər İranı, Suriyanı, Qafqazın xeyli hissəsini, Orta Asiyanın bir hissəsini işğal etmişlər. Ərəblər VII–VIII əsrlərdə Şərqin böyük bir bölümünü qan gölünə çevirdilər. Onlar həm Şərqə, həm də Qərbə doğru irəliləyirdilər. Şərqdə Herat və Kabil tutulduqdan sonra ərəblər Hindistana çatdılar. Həmin dövrdə İranda müharibələrdən zəifləmiş Sasani imperiyasının varlığına son qoydular. Eləcə də Şərqi Roma imperiyasını — Bizansı məğlubiyyətə uğratdılar. Afrikada ərəb sərkərdələri Mərakeşin Atlantik okeanı sahillərinə qədər, Qərbi Avropada isə İspaniyadan Cənubi Fransaya qədər irəlilədilər.Lakin 732-ci ildə Puatyedə ərəblər darmadağın edildilər. Beləcə Avropa labüd qətl və qarətdən, işğaldan xilas edildi. İranı və Roma əyalətlərini işğal edib amansızca talayan müsəlman ərəblər tarixlərində ilk dəfə mədəniyyətin nə olduğunu gördülər. "Rəsullahın" ölümündən yüz il sonra, yəni VIII əsrin birinci yarısında Ərəb imperiyası İspaniyadan başlayaraq bütün Şimali Afrikanı Süveyşə qədər, sonra İranı, Orta Asiyanı işğal etmişlər. Ərəblər iddia edirlər ki, böyük dəniz səyyahı olmuş, ilk teleskopu və ilk dəniz kompasını kəşf etmişlər. Lakin bu kəşflərin qədim İran alimlərinə məxsusluğu artıq sübut edilmişdir. Onlar Afrika qitəsinin böyük bir hissəsində, Hindistanda, Malayziyada və Çin sahilləri boyu müstəmləkələr qurmuşlar. Dövlətin, dövlətçiliyin nə olduğunu dərk etməyən ərəblər tutduqları ölkələrin mədəniyyətini, dövlətçiliyini mənimsədilər. Ardıcıl qələbələrin davam etməsi Ərəb xilafətinin elitasında cah-cəlala, təm-tərağa meyli gücləndirmişdi. Həmçinin, hakimiyyət uğrunda mübarizə də xeyli artmışdı. Təkcə bunu demək kifayətdir ki, yalnız Xəlifə Əbu Bəkr öz əcəli ilə ölmüşdür, digər xəlifələrin hamısı sui-qəsd nəticəsində öldürülmüşdür. Hakimiyyət uğrunda mübarizə nəticəsində xəlifə Osmanın ölümündən sonra xəlifə Əlinin zamanında İslam iki böyük hissəyə — sünnilik və şiəliyə ayrılmışdır. Xəlifə Əlidən sonra hakimiyyəti Əməvilər sülaləsi (661-750) ələ keçirmiş və təqribən yüz il hakimiyyətdə qalmışlar. Onların paytaxtı o vaxt Şam adlanan indiki Dəməşq şəhəri olmuşdur. Xəlifə Müaviyənin vaxtında paytaxt elan olunan bu şəhər xeyli gözəlləşmiş, şəhərə su çəkilişi həyata keçirilmişdir. Fəvvarələr, pavilyonlar, saraylar və xüsusi ilə də məscidlər şəhərə xüsusi yaraşıq verirdi. Cıdır yarışları, şahmat oyunları, musiqi və rəqslər adi bir hal idi. VIII əsrin ortalarında ərəblər arasında daxili müharibələr və münaqişələr nəticəsində Əməvilər sülaləsi devrildi. Hakimiyyətə əsasını Məhəmməd peyğəmbərin əmisi Abbasdan götürən Abbasilər sülaləsi (750-1258) gəldi. Xəlifəliyin paytaxtı Şam şəhərindən əsası 762-ci ildə Xəlifə Əl-Mənsur (754-775) tərəfindən qoyulmuş Bağdad şəhərinə köçürüldü. Bağdad həmin dövrdə Şərq və Qərb ilə nəhəng ticarət əlaqələrinə malik idi. Ölkədə çoxsaylı məmurlar aparatı mövcud idi. Onlar digər ölkələrin hakimləri ilə əlaqələr saxlayırdılar. Lakin idarəetmə sistemi xeyli mürəkkəb idi. Abbasilərin dövründə effektli poçt sistemi işləyirdi. Bir sıra xəstəxanalar açılmışdı. Davam edən saysız-hesabsız müharibələr nəticəsində qul ticarəti yüksək həddə çatmışdı. Dünyanın hər yerindən Bağdada alimlər, rəssamlar, şairlər axışıb gəlirdi. Həmin dövrdə onun əhalisi 2 milyondan artıq idi. Riyaziyyat və tibb elmləri daha çox inkişaf etmişdi. Ərəblər tibb elmini hindlilərdən öyrənmişdilər. Onlar tibbə dair sanskritcə kitabları tərcümə və çap edirdilər. Hazırlanmış kağızlar Çindən Bağdada gətirilirdi. Bağdadla yanaşı Qahirə, Bəsrə, Kufə və Kordobada təhsil müəssisələri daha çox inkişaf etmişdir. Fatimi xəlifəsi Müiz Lidinillah (953-975) Qahirəyə gəldikdən sonra 972-ci ildə tikilmiş İsmaili Fatimilərin əqidələrini təbliğ edən Əl-Əzhər məscidi yanında 996-cı ildə yaradılmış eyni adlı mədrəsə XI əsrin axırlarında bütün müsəlman aləmində məşhur olan universitet tipli tədris müəssisəsinə çevrilmişdi. Fatimilərin süqutu və Qahirənin Səlahəddin Əyyubinin hakimiyyəti altına keçməsi ilə əl-Əzhərdə dərslər bir müddət dayandırılsa da, müəyyən islahatlardan sonra universitet yenidən dirçəlmişdir. Günümüzdə də fəaliyyətini davam etdirən bu tədris müəssisəsində müxtəlif ölkələrdən olan tələbələr Quranı, hədisləri, müsəlman hüququnu və ərəb ədəbiyyatını öyrənmişlər. VII–IX əsrlərdə xilafətin inkişafı və möhkəmlənməsi ilə əlaqədar olaraq maliyyə və vergi sistemi ilə bağlı bir sıra dövlət məsələləri meydana çıxmışdı. Ərəblər tabe edilmiş xalqların təsərrüfat-maliyyə sistemindən faydalana bilərdilər. Lakin dəyişikliyə uğramış şərait əyalətlərin, məskunlaşmış məntəqələrin paylanması, əkinçilik və sənaye məhsullarının, natural və pul şəklində qoyulan vergilərin miqdarı haqqında dəqiq məlumatın olmasını tələb edirdi. Bundan savayı, mərkəzləşdirilmiş idarəetmə sisteminin daha bir mühüm tələbi yaxşı rabitə yollarının, marşrutların, poçt stansiyalarının olması, məntəqələr arasında məsafənin dəqiqləşdirilməsi, hərəkət şəraitinin müəyyənləşdirilməsi idi. IX əsrdə Ptolomeyin "Almagesta" və "Coğrafiya" əsərləri ilə tanışlıq, bu əsərlərin tərcümə edilməsi və qədim yunan alimlərinin digər əsərlərinin ərəb elm adamları tərəfindən yenidən işlənməsi coğrafiyanın elmi və təsviri tərəflərini formalaşdırmışdır. Ərəblər öz coğrafi təsvirlərində bütün Avropanı, Asiyanın cənub hissəsini, Şimali Afrikanı, Şərqi Afrikanın sahillərini əhatə etmişdilər. Ispaniyadan tutmuş Türküstana və Hind çayının mənsəbinədək bütün ölkələrin tam təsvirini vermişdilər. Onlar həmin ərazilərdəki faydalı qazıntı yataqlarının müfəssəl xarakteristikasını verməyə nail olmuşdular. Beləliklə də obyektiv və subyektiv amillər məxsusi ərəb elmi ədəbiyyatının yaranmasına təkan verdi. Ərəb tacirləri Volqa çayı hövzəsindən istifadə etdikdən sonra slavyan xalqlarının yaşadığı şimal ərazilərə gedib çıxdılar. Yayda gecələrin işıqlı olması, qışda gündüzün olmaması ərəbləri heyrətə gətirirdi. Böyük Ipək yolu ilə səyahət çox uzun çəkirdi. Səyyahlar tez-tez çətinliklərlə və təhlükələrlə üzləşirdilər. Karvanlar Xəzər dənizinin şimal sahillərindən Pekinə 260 günə gedib çıxırdı. Yolda dayanacaqlar da nəzərə alınsa, karvanlar mənzil başına bir ildən də artıq vaxtda yetişirdi. Tacirlər Çindən, Orta Asiyadan uzun illər Çin ipəyi, qiymətli daşlar, kəhraba, ekzotik bəzəklər, bahalı çini və saxsı qablar, istiot, ədviyyat, büxur (dini ayinlər zamanı yandırılan ətirli maddə), mirra (ətirli qatran) və s. aparırdılar. Tacirlər X əsrdə ticarət şirkətlərində birləşmişdilər. Ticarət əməliyyatlarında çox vaxt qəbzlərdən istifadə olunurdu. Böyük miqdarda pulu hər hansı bir şəhərdə sərrafa vermək, ondan qəbz götürmək və təyin olunmuş yerdə onu verməklə həmin pulları bütünlüklə geri almaq olurdu. Ticarət əsasən mübadilə yolu ilə gedirdi. Pul isə ancaq hesab vahidi idi. Tacirlər öz mallarını müəyyən məbləğdə qiymətləndirir və onu eyni miqdarda dəyərləndirilən mal ilə dəyişirdilər. Haqq-hesab vaxtı qiymət fərqini mal ilə aradan qaldırmağa çalışırdılar. Məsələn, Çində gümüş dirhəmləri saya salmırdılar. Tacirlər ancaq mal mübadiləsi yolu ilə haqq-hesab çəkirdilər. Şərqi Avropada isə dirhəm həm pul, həm də mal hesab olunurdu. Karvanlara xidmət etmək üçün şəhər və kəndlərdə karvansaralar tikilirdi. Həmin karvansaralarda tacir və nökər-naib üçün hücrə, at, dəvə, qatır və uzunqulaqlar üçün içərisində yem və su qoyulmuş tövlələr olurdu. Bəzən karvansaralarda ticarət etmək, kommersiya yeniliklərindən xəbər tutmaq olardı. Bəzi tacirlər mal daşınmasını da öz üzərinə götürür, yəni nəqliyyatın təşkili ilə məşğul olurdular. Yük heyvanlarına nökər və bələdçilər qulluq edirdi. Karvanları mühafizə etmək üçün silahlı dəstələr yaradılmışdı. Karvan sahibləri bəzən dilmanclar da tuturdular. Karvanlarda bir neçə min yük heyvanı olurdu. Məsələn, 922-ci ildə Xəlifə Əl-Müqtədir türkdilli Volqa-Kama Bulqar ölkəsinə 3 min baş yük heyvanından və 5 min nəfərdən ibarət karvan göndərmişdi. Ticarətin inkişafında köçəri maldarlar böyük rol oynayırdı. Onlar karvanları müşayiət edir, ətini yemək və yük daşımaq üçün istifadə olunan heyvan satırdılar. Köçərilər arasında karvan ticarətində ixtisaslaşanlar da var idi. Karvan ticarəti belələrinin iştirakı olmadan inkişaf edə bilməzdi. Karvanlar ilə birlikdə əsnaf (kustar), rəssam, usta, alim və diplomatik heyətlər səfərə çıxırdılar. Bəzən tacirlərə də diplomatik tapşırıqların yerinə yetirilməsi tapşırılırdı. 922-ci ildə yola düşən həmin karvan diplomatik, hərbi-texniki və dini tapşırıqlar yerinə yetirmişdi. Məkkəyə həcc ziyarətinə gedənlərin sayının artması ilə əlaqədar olaraq Ərəb imperiyası karvan yollarının təhlükəsizliyini təmin edir və şəhər həyatını daha da canlandırırdı. Əvvəlcə Dəməşqdə, sonra isə Bağdadda öz mövqeyini möhkəmləndirən xilafət bir tərəfdən Hindistan və Çin arasında, digər tərəfdən isə slavyan xalqları, Bizans və Avropa arasında inkişaf etmiş yollar şəbəkəsi yaradılmasına nail olmuşdu. Əsas ticarət yolları xilafətin hüdudlarında idi. Bu yolların hər bir mərhələsində, İspaniyadan tutmuş Çinə qədər iri mərkəzi şəhərlərdə müsəlman icmaları, məscid və mehmanxanalar fəaliyyət göstərirdi. Bu müəssisələrdə ancaq müsəlman tacirlər qəbul olunurdu. Tez bir zamanda bütün karvan yollarında və ticarət mərkəzlərində müsəlmanlığı qəbul etmiş tacirlər fəaliyyət göstərdilər. Ticarət, elm və ədəbiyyat sahələrinin mütəxəssisləri hər yerdə həvəslə qəbul olunurdular. Az vaxt ərzində bütün saraylarda, iri mərkəzlərdə hərbi müşavirlərin, ticarət agentlərinin, alimlərin və münəccimlərin əksəriyyəti müsəlmanlar idi. Lakin daxili mübarizələrin nəticəsi olaraq xəlifəlik zəifləməyə başladı. İspaniyadakı Əməvilər sülaləsi Abbasilərin hakimiyyətini tanımadı. Bir qədər sonra Şimali Afrika xəlifələrin tabeliyindən çıxdı, Misir özünün xəlifəsini elan etdi. Həmin dövrdə ilkin İslam demokratiyasından demək olar ki, heç nə qalmamışdır. Keçmiş bədəvilər indi dəbdəbəli saraylarda yaşayırdılar. Ərəblərin vahid imperiyası müxtəlif hissələrə parçalandı. XIII əsrdə isə Hülakülər Ərəb Xilafətinə son qoydu. Bağdad tutulduqdan sonra Abbasilər Qahirəyə köçdülər, lakin orada hakimiyyətə malik olmadılar. Ərəb dövlətləri Əhalisinin böyük qisimi ərəb soyundan gələn və ərəbcə danışan ölkələrə ərəb dövlətləri deyilir. İsrail və əhalisinin əksəriyyəti Müsəlman olan Sudan, əhalilərinin bir qisimi ərəb olmaqla birlikdə, Ərəb Dövləti adlanırlar. Ərəb dövlətlərinin çoxu, 1945-ci ildə yaradılmış Ərəb Birliyinin üzvüdür.
https://az.wikipedia.org/w/index.php?curid=101951
Ərəblər (Bərdə)
Ərəblər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Toponomik izahı Ərəblər kəndi Bərdə rayonunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir; 2. Dəvəçi rayonunun Gəndov i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqələri vaxtilə Azərbaycanda məskunlaşmış ərəblərin adı ilə bağlıdır. Oykonim ərəb etnoniminə -lər şək.-sini əlavə etməklə yaranmışdır. Həmçinin bax Qaraqoyunlu bələdiyyəsi Bala Ərəblər kəndi
https://az.wikipedia.org/w/index.php?curid=87004
Ərəblər (Dərbənd)
Ərəblər və ya Ərəbli — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Milli tərkibi2003-cü ilin sonlarına olan məlumat: ləzgilər — 948 nəf. (45,5 %) tabasaranlılar — 700 nəf. (33,6 %) azərbaycanlılar — 239 nəf. (11,5 %) darginlər — 76 nəf. (3,6 %) ağullar — 67 nəf. (3,2 %) qumuklar — 20 nəf. (1,0 %) ruslar — 10 nəf. (0,5 %) digərləri — 24 nəf. (1,2 %)Etiqad baxımından kənd əhalisi şiə və sünni müsəlmanlardan ibarətdir. 2010_cüilini sonlarına olan məlumat: ləzgilər _ 733nəf. (33,7℅) Azərbaycanlılar _ 680nəf. (31,3℅) tabasaranlılar _ 602nəf. (27,7℅) Ağullar _ 69nəf. (3,2℅) darginlər _ 52nəf. (2,4℅) digərlər _ 38nəf. (1,7℅)
https://az.wikipedia.org/w/index.php?curid=286973
Ərəblər (dəqiqləşdirmə)
Ərəblər — Asiyada xalq.Yaşayış məntəqələriƏrəblər (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Bala Ərəblər — Azərbaycanın Bərdə rayonunda kənd. Ərəblər (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=79435
Ərəblər (xalq)

https://az.wikipedia.org/w/index.php?curid=44547
Ərəblər (Şabran)
Ərəblər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonunun Gəndov inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqələri vaxtilə Azərbaycanda məskunlaşmış ərəblərin adı ilə bağlıdır. Oykonim ərəb etnoniminə -lər Şəkilçisini əlavə etməklə yaranmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=109012
Ərəblərin Anadoluya yürüşü (782)
Ərəblərin 782-ci ildəki Anadoluya yürüşü — Abbasilər xilafətinin Bizans imperiyasına qarşı həyata keçirdiyi ən böyükhəcmli yürüşlərdən biri. Bu yürüş Bizansın hərbi uğurlarına bir cavab olaraq, Abbasi ordusunun hərbi gücünü nümayiş etdirmək üçün həyata keçirilmişdir. Abbasilər xilafətinin şərti vəliəhdi, gələcək xəlifə Harun ər-Rəşidin öndərliyindəki Abbasi ordusu Bizansın paytaxtı olan Konstantinopol (indiki İstanbul) şəhərindən Bosforun digər sahilindəki Krisopol (indiki Üskudar) şəhərinə qədər çatmışdır. Eyni zamanda, ikinci dərəcəli qüvvələr isə Anadolunun qərb hissələrinə basqınlar təşkil etmiş, oradakı Bizans qoşunlarını darmadağın etmişdir. Ər-Harun Konstantinopol şəhərini mühasirə almaq istəmədiyindən və bunun üçün yetərli dəniz gücünə malik olmadığından ordusunu geri çəkmişdir. Bu vaxt Abbasi ordusunun arxa hissəsini qorumaq üçün Frigiyada yerləşdirilən dəstəsi Bizans ordusu tərəfindən məhv edilmişdir. Beləliklə, onlar ər-Harunu tələyə salmışdır. Buna baxmayaraq, erməni əsilli sərkərdə Tatsatın Bizansa dönüklük etməsi ər-Harunun yenidən üstünlük əldə etməsinə gətirib çıxarmışdır. Abbasi taxtının vəliəhdi Konstantinopola atəşkəs təklifi göndərimiş və Bizansın aralarında imperatriça İrinanın baş naziri Stavrakinin də olduğu yüksək vəzifəli diplomatik nümayəndələrini əsir götürmüşdür. Bu, İrinanın üçillik atəşkəs imzalamağa və ağır bir illik xərac ödəməyə məcbur etmişdir. İrina bundan sonra diqqətini Balkanlara çevirmişdir, ancaq ərəblərlə olan gərginlik 786-cı ildə yenidən alovlanmış, 798-ci ildə əvvəlki müqaviləyə oxşar bir atəşkəs imzalanmışdır. Əməvi xilafətinin 740-cü illərdəki vətəndaş müharibəsi və sonrakı Abbasi inqilabına səbəb oluna daxili çətinliklərindən öz mənafeyi üçün istifadə edən Bizans imperatoru V Konstantin (hak. 741–775) şərq sərhədlərindəki ərəblərə qarşı kiçikhəcmli basqınlar təşkil edərək onlara qarşı təcavüzkar bir siyasət güdmüşdür. Abbasi rejiminin 760-cı illərdən 770-ci illərə kimi tədricən birləşməsi ilə vəziyyət daha tənzimlənmişdi. Ərəblər Anadolunun dərinliklərinə doğru böyükhəcmli basqınlar təşkil etməyə davam edirdi, bizanslılar isə ərəblərə qarşı böyük əks-hücumlar həyata keçirirdi. Beləliklə, 778-ci ildə Mixail Laxanodrakon öndərliyindəki bizanslılar Germanikeya (indiki Qəhrəmanmaraş) şəhərini zəbt edir. Bizanslılar oranı yağmalayır, xeyli sayda suriyalı xristianı əsir götürür. Laxanodrakon Abbasi sərkərdəsi Tumamə ibn əl-Vəlid tərəfindən göndərilən ordunu uğurla dəf edir. Bizanslılar növbəti il Hədət adlı qala şəhərini ələ keçirir və oranı alt-üst edir. Buna görə də xəlifə əl-Mehdi (hak. 775–785) bir qədər laqeyd olan Tumaməni əl-Həsən ibn Qəhtəbə ilə əvəz edir. Əl-Həsən 30 minlik ordusu ilə Bizans torpaqlarına yürüş edir. Buna baxmayaraq, bizanslılar ona qarşı müqavimət göstərmədən şəhər və kəndləri tərk edir. Əl-Həsən də ərzaq çatışmazlığından çox uğur əldə etmədən geri çəkilməli olur.Xəlifə əl-Mehdi Bizansın basqınlarına bir cavab olaraq, özü meydana çıxmaq qərarına gəlir. Əl-Mehdi 12 mart 780-ci il tarixində Bağdad şəhərini tərk edir, Hələbdən yenidən müdafiə vasitələri ilə təmin edilmiş Hədətə doğru irəliləyir. O, bundan sonra Arabissosa yürüş edir, ancaq orada ordunu tərk edərək Bağdada qayıdır. Onun ər-Rəşid ləqəbi olə tanınan Harun ordunun bir hissəsinə öndərlik etməyə başlayır ki, o da Armeniakona hücum edərək Semal qalasını ələ keçirir. Ordunun digər hissəsinə öndərlik edən Tumamə Anadolunun dərinliklərinə soxulur. O, Frakisi femasına qədər qərbə yürüş edir, ancaq orada Laxanodrakon tərəfindən ağır şəkildə məğlub edilir. 781-ci ilin iyun ayında Hədətdə xəlifə Ömərin (hak. 634–644) nəslindən olan Əbd əl-Kəbir öndərliyi altında bir ordu yığılır. İllik basqınlarını təşkil etməyə hazırlanan imperatriça İrina Anadolunun fema ordularının çağırır və hərəmağası sakellari İohannı onların başçısı təyin edir. Ərəblər Hədət keçidindən istifadə edərək Bizans Kappadokiyasına soxulur və Kaseriya (indiki Kayseri) yaxınlıqlarında Laxanodrakon öndərliyindəki Bizans qüvvələri ilə toqquşur. Ərəblər döyüşdə ağır şəkildə məğlub olur, Əbd əl-Kəbir isə yürüşü sona çatdıraraq Suriyaya qayıtmalı olur.Bu məğlubiyyət xəlifəni qəzəbləndirir, onun yeni bir yürüşə hazırlanmasına səbəb olur. O, xilafətin gücünü və üstünlüyünü nümayiş etdirmək üçün ordu yığır. Bu, VIII əsrin ikinci yarısında Bizansa qarşı göndərilmiş ən böyük ordu idi. Müəyyən mənbələr qeyd edir ki, bu ordu 95.793 nəfərdən ibarət idi ki, bu da Bizansın Anadoludakı hərbi təsisatının təqribən iki qatına bərabər idi. Ordunun xərcləri təxmini 1.6 milyon nomizmaya bərabər idi ki, bu da Bizans imperiyasının ümumi illik gəlirlərindən daha çox idi. Bu ordunun nominal rəhbəri Harun idi, ancaq xəlifə ona kömək etməsi üçün təcrübəli sərkərdələr də göndərmişdir. Harun 9 fevral 782-ci il tarixində Bağdad şəhərini tərk edir. Ərəblər Kilikiya qapısından Tavr dağlarına keçir, tez bir zamanda Maqida (indiki Niğdə) qalasını ələ keçirir. Onlar bundan sonra yayla boyunca ordu üçün nəzərdə tutulmuş yollar ilə irəliləyərək Frigiyaya daxil olur. Harun sərkərdələrindən olan hacib əl-Rəbi ibn Yunusu Nakoleyanı (indiki Seyidqazi, Əskişəhər) mühasirəyə almaq və ordunun arxa hissəsini qorumaq üçün tərk edir. Əl-Bərməki öndərliyindəki 30 minlik ordu isə Anadolunun zəngin qərb sahillərini yağlaması üçün göndərilir. Əsas orduya başçılıq edən Harun Opsiki femasına soxulur. Bundan sonra baş verən hadisələr ilkin mənbələr tərəfindən fərqli formada izah edilir. Buna baxmayaraq, yürüşün ümumi gedişatı əsaslı şəkildə izah edilə bilinər.Uorren Tredqolda görə, Bizansın bu münaqişədəki qərarları İrinanın baş naziri hərəmağası Stavraki tərəfindən alınırdı. Stavrakinin strategiyası Harunun nəhəng ordusu ilə cəld şəkildə qarşıdurmadan qaçınmaq, ordunun bölünməsini gözləmək və onun müxtəlif dəstələrini ayrı-ayrı məhv etmək idi. Laxanodrakon öndərliyindəki frakililər əl-Bərməki ilə Daren adlı bir yerdə toqquşur, ancaq ağır itkilərlə məğlub edilir. Əl-Rəbi öndərliyindəki ordunun Nakoleyanı mühasirəsinin nəticəsi məlum deyil, ancaq ehtimal olunur ki, o, məğlub edilmişdir. Feofanın ifadəsindən şəhərin ələ keçirildiyini güman etmək olar, ancaq Suriyalı Mixail qeyd edir ki, ərəblər ağır itkilər yaşamış və şəhəri ələ keçirə bilməmişdir. Suriyalı Mixailin versiyası hoqioqrafik mənbələrdə də öz əksini tapır. Əl-Təbəri qeyd edir ki, ordunun Yəzid ibn Məzyad əl-Şeybani öndərliyindəki qismi Niketas adlı "qraflar qrafı"nın başçılıq etdiyi Bizans qüvvəsi ilə toqquşur. Bu döyüşün Nikeya (indiki İznik) yaxınlıqlarında baş tutduğu güman edilir. Niketas burada yaralır və bir ərəb sərkərdəsi ilə olan döyüşdə atdan yıxılır. O, fəaliyyətinə son verməli olur və böyük ehtimalla Nikomediya (indiki İzmit) şəhərinə köçməli olur. Harun onlara fikir vermədən Krisopol (indiki Üsküdar) şəhərinə irəliləyir. Şəhərin sahilində Bosfor boğazı, boğazın digər tərəfində isə Bizans imperiyasının paytaxtı olan Konstantinopol (indiki İstanbul) şəhəri yerləşirdi. Bosfor boğazını keçməsi üçün gəmisi olmayan və ilk növbədə Konstantinopol şəhərinə hücum etmək niyyətində olmayan Harunun bu hücumu öz gücünü nümayiş etməsi üçün həyata keçirdiyi güman olunur.Əlavə olaraq, əldə etdiyi uğurlara baxmayaraq, Harunun vəziyyəti təhdidamiz idi, çünki əl-Rəbinin məğlubiyyəti onun xilafət ilə olan rabitə xətlərini təhlükəyə salmışdı. Nəticə etibarilə, Bizansın paytaxtının Asiyadakı şəhərətrafı ərazilərini yağlamayan Harun ordusunu geri çəkir, lakin onun ordusu Nikeyanın şərqindəki Sanqari çayı vadisi boyunca irəliləyərkən Bizans qüvvələri tərəfindən əhatə edilir. Onun arxasında Antoninin, önündə isə Tatsatın qoşunları var idi. Tatsat yaşadığı torpaqlar ərəb hakimiyyəti altına düşdükdən sonra, 760-cı ildə Bizansa qaçan bir erməni knyaz idi. Tatsat gizlin bir şəkildə Harun ilə əlaqə saxlayır. O, Haruna yardım göstərmək təklifi edir, qarşılığında isə əfv ediləcək və ailəsi ilə birlikdə doğulduğu Ərməniyyə əmirliyinə qayıdacaqdı. Feofan izah edir ki, Tatsatın bu hərəkətinin arxasında onun imperatriça İrinanın sevimlisi Stavrakiyə qarşı olan düşmənçiliyi dayanır, ancaq Tatsat geniş mənada, İrinanın rejimindən narazı idi. Almaniya bizansşünası Ralf-Yohannes Lilinin qeyd etdiyi kimi, "Tatsat yeni rejim altında özü üçün hansısa böyük bir imkan görmürdü və vəziyyətin ona təqdim etdiyi bu yaxşı fürsətdən istifadə etmişdir". Bu minvalla, Harun İrinanı danışıqlar aparmağa çağıranda o, ən yüksək vəzifəli üç dövlət xadimindən – nökər Antoni, magistr Pyotr və hərəmağası Stavrakidən ibarət bir nümayəndə heyəti göndərir. Öz hərbi mövqelərdən əmin olan bizanslılar təhlükəsizlik vədləri və ya girov almağa diqqət yetirmədilər. Onlar ərəb düşərgəsinə çatan zaman Harun tərəfindən girov götürürlər. Tatsatın xəyanəti və Bizans qoşunlarının etibarsızlığı İrinanı həmin heyətin, xüsusilə də onun ən yaxın müttəfiqi Stavrakinin azad edilməsi üçün danışıqlara getməyə məcbur edir.Abbasilər və Bizans üç il davam edəcək bir atəşkəs müqaviləsi imzalayır, bizanslılar isə illik xərac ödəməli olur. Ərəb mənbələri bu xəracın illik 70.000–100.000 qızıl nomizma arası məbləğ, bir mənbə isə əlavə 10.000 ipək parçasından ibarət olduğunu qeyd edir. Əl-Təbəri yazır ki, bu xərac "hər ilin aprel və iyun aylarının əvvəlləri"ndə ödəniləcək "doxsan və ya yetmiş min dinar"dan ibarət idi. Buna əlavə olaraq, bizanslılar Harunun öz torpaqlarına qayıtmasında kömək etməyə, həmçinin Tatsatın həyat yoldaşı və mülklərini verməyə məcbur edilirdi. Harun götürdüyü bütün girovları, hansı ki, əl-Təbəriyə görə, 5.643 nəfər idi, azad edir, ancaq o, qarət etdiklərini özündə saxlayır və 782-ci ilin sentyabr ayında xilafətə qayıdır. Əl-Təbərinin verdiyi məlumatlara görə, Harunun qüvvələri 194.450 dinar dəyərində qızıl, 21.414.800 dirhəm dəyərində gümüş talan etmiş, döyüşdə 54 min, əsarətdə isə 2.090 bizanslı öldürmüş, minicilik üçün nəzərdə tutulmuş 20 min heyvan götürmüş, 100 min mal-qaranı isə qılıncdan keçirmişdir. Əl-Təbəri həmçinin qeyd edir ki, talanın həcmi o qədər böyük idi ki, "iş üçün nəzərdə tutulmuş at bir dirhəmə, qatır on dirhəmdən aşağıya, iyirmi muzdlu isə bir dirhəmə satılır"dı ki, həmin dövrdə bir əməkçi və ya əsgər üçün gündəlik maaş bir və ya iki dirhəm idi. Ərəblərin uğurlu yürüşü Bizans imperiyasında önəmli təkanlara səbəb olmuşdur. Bu yürüşün nəticəsi imperatriça İrinanın nüfuzuna ağır bir zərbə olmuşdur. Tatsat imperiyanı birdəfəlik tərk edir, Abbasilər xilafətinin daxilindəki Ərməniyyənin əmiri təyin edilir. Digər tərəfdən, Bizansın itkiləri, alçaldıcı sülh müqaviləsinə rəğmən və ərəblərin hücumunun miqyası nəzərə alındığında, o qədər də böyük deyildi. İrina üç il davam edən atəşkəs dövrünü öz daxili mövqeyini gücləndirmək üçün istifadə etmişidir. O, tədricən V Konstantinin dövründə təyin edilmiş sərkərdələri, o cümlədən uzun müddət orduda xidmət göstərmiş və ikonomax olan Mixail Laxanodrakonu vəzifədən azad etmişdir. Nəticə etibarilə, İrina ordu üzərindəki nəzarətini gücləndirmiş və Balkanların böyük bir qismini əlinə almış Dunay Bulqar dövlətinə qarşı yürüşlər həyata keçirmişdir.Atəşkəsin imzalanmasına baxmayaraq, salnaməçi əl-Yaqubi qeyd edir ki, ərəblər 783, 784 və 785-ci illərdə Anadoluya basqınlar təşkil etmişdir. Bu, güman edilir ki, olduqca kiçikhəcmli basqınlar olub, çünki əsas mənbələr təsdiqləyir ki, hər iki tərəf də 785-ci ilin yazına qədər atəşkəsə riayət etmişdir. Həmin il, ordu üzərindəki nəzarətini gücləndirmiş olan və daxili cəbhədə ikonomaxlarla üzləşən İrina xərac ödəməyə son qoymaq qərarına gəlir və beləliklə, bu iki dövlət arasındakı münaqişə yenidən gərginləşmişdir. Bizanslılar 786-cı ilin əvvəllərində böyük bir qələbə çalmış, Kilikiyada yerləşən Hədət şəhərini talan və alt-üst etmişdir. Abbasilər bu şəhəri beş ildir ki, güclü bir qalaya və sərhədlərarası ekspedisiyalar üçün hərbi bazaya çevirmək məqsədilə müdafiə vasitələri ilə təmin edirdi. Abbasilər xilafəti Harun ər-Rəşidin həmin il xəlifə taxtına çıxması ilə üstünlük əldə etmişdir. Ərəblərin Bizansa göstərdiyi təzyiq daha güclənmiş, İrinanın 798-ci ildə yenidən atəşkəs imzalamasına, 782-ci ildəki şərtləri qəbul etməsinə gətirib çıxarmışdır. Bosvort, K.E. The History of al-Ṭabarī. SUNY Series in Near Eastern Studies (ingilis). Volume XXX: The ʿAbbāsid Caliphate in Equilibrium: The Caliphates of Mūsā al-Hādī and Hārūn al-Rashīd, A.D. 785–809/A.H. 169–192. Nyu York: State University of New York Press. 1989. ISBN 978-0-88706-564-4. Bonner, Maykl. Aristocratic Violence and Holy War: Studies in the Jihad and the Arab–Byzantine Frontier (ingilis). Nyu-Heyven, Konnektikut: American Oriental Society. 1996. ISBN 0-940490-11-0. Bruks, E. U. Chapter V. (A) The Struggle with the Saracens (717–867) // The Cambridge Medieval History, Vol. IV: The Eastern Roman Empire (717–1453) (ingilis). Kembric: Cambridge University Press. 1923. 119–138. OCLC 241580719. Kanar, Marius. "Les expéditions des Arabes contre Constantinople dans l'histoire et dans la légende" [The Expeditions of the Arabs against Constantinople in History and in Legend]. Journal Asiatique (fransız) (208). 1926: 61–121. ISSN 0021-762X. Əl-Şeyx, Nadiya Mariya. Byzantium Viewed by the Arabs (ingilis). Kembric, Massaçusets: Harvard Center of Middle Eastern Studies. 2004. ISBN 978-0-932885-30-2. Əl-Hibri, Tayyib. The empire in Iraq, 763–861 // Robinson, Çeys F. (redaktor ). The New Cambridge History of Islam (ingilis). Volume 1: The Formation of the Islamic World, Sixth to Eleventh Centuries. Kembric: Cambridge University Press. 2010. səh. 269–304. ISBN 978-0-521-83823-8. Hauq, Robert. "Frontiers and the State in Early Islamic History: Jihād Between Caliphs and Volunteers". History Compass (ingilis). 9 (8). 2011: 634–643. doi:10.1111/j.1478-0542.2011.00791.x. ISSN 1478-0542. Bosvort, K.E. The History of al-Ṭabarī. SUNY Series in Near Eastern Studies (ingilis). Volume XXX: The ʿAbbāsid Caliphate in Equilibrium: The Caliphates of Mūsā al-Hādī and Hārūn al-Rashīd, A.D. 785–809/A.H. 169–192. Nyu York: State University of New York Press. 1989. ISBN 978-0-88706-564-4. Kennedi, Hyu. The Armies of the Caliphs: Military and Society in the Early Islamic State (ingilis). London: Routledge. 2001. ISBN 978-0-203-45853-2. Makripulias, Kristos. Campaign of the Arabs in Asia Minor, 781-82 // Encyclopedia of the Hellenic World, Asia Minor (ingilis). Afina: Foundation of the Hellenic World. 2002. 9 noyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2020. Manqo, Kiril; Skott, Rocer. The Chronicle of Theophanes Confessor. Byzantine and Near Eastern History, AD 284–813. Oksford: Oxford University Press. 1997. ISBN 0-19-822568-7. Tredqold, Uorren. The Byzantine Revival, 780–842 (ingilis). Stenford, Kaliforniya: Stanford University Press. 1988. ISBN 978-0-8047-1462-4.
https://az.wikipedia.org/w/index.php?curid=653196
Ərəblərə ölüm
"Ərəblərə ölüm" (ivr. מָוֶת לָעֲרָבִים; Mavet la-Aravim) — İsrail və İordan çayının qərb sahilində yəhudi ekstremistləri tərəfindən geniş istifadə olunan şüar. Şəxsin xasiyyətindən asılı olaraq, bu, xüsusi olaraq antifələstinliliyin ifadəsi və ya daha geniş formada qeyri-fələstinli ərəbləri əhatə edən antiərəb irqçiliyinin ifadəsi ola bilər. Bu, geniş şəkildə qınanır, bəzi müşahidəçilər bunun soyqırım niyyətini təzahür etdirdiyini iddia edirlər. Həmçinin bax Xeybər Xeybər ya yəhud Böyük şeytan Xarici keçidlər Hundreds of far-right Israeli activists chant "death to Arabs" in East Jerusalem. YouTube. Middle East Eye. June 16, 2021.
https://az.wikipedia.org/w/index.php?curid=827440
Ərəbmehdibəy
Ərəbmehdibəy — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Ərəbmehdibəy Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Yuxarı Şirvan kanalının sahilində, Şirvan düzündədir. XIX əsrdə Şirvanda maldarlıqla məşğul olmuş və Mehdibəy adlı sahibkara məxsus ərəbmənşəli ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tanınmış şəxsləri İsmət İmanov-əsgər
https://az.wikipedia.org/w/index.php?curid=102804
Ərəbmehdibəy bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115254
Ərəbocağı
Ərəbocağı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Qoşaqovaq kənd Sovetinin Ərəbocağı kəndi Pirkəkə kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəbocağı kəndi Pirkəkə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəbocağı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Toponimikası Oykonim ərəb etnoniminə ocaq (pir, müqəddəs yer) sözünu əlavə etməklə yaranmışdır. Yaşayış məntəqəsi Ərəbocağı adlı pirin yanında salındığına görə belə adlanmışdır. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin inzibati bölgüsünə əsasən Ərəbocağı kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Pirkəkə bələdiyyəsi təsis edilmişdir. Coğrafiyası və iqlimi Kənd Bozdağ silsiləsinin ətəyində, Yuxarı Şirvan kanalının sahilində, rayon mərkəzindən 13 km, Bakıdan 251 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır. Kənddə havanın orta illik temperaturu +14,9 C-dir. Kənddə semiarid iqlimi mövcuddur. Məmmədov Sönməz Əli oğlu (1967-1992) Baxışov Xəlil Saman oğlu (1964-1992) Həmidov Sərdar Fevral oğlu (1975-1996) Hüseynov Fikrət Nüsrət oğlu (1966-1992) Musa Nafil oğlu Qəribli (1992-2016) Məhəmməd Seymur oğlu Osmanov (d. 27 oktyabr 1994; Ərəbocağı, Ağdaş rayonu – ö. 4 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu) İdrisov Xəyal İbrahim oğlu (24 fevral 2000; Ərəbocağı, Ağdaş, Azərbaycan — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) Kərimli Nihat Teymur oğlu (08 iyul 1996; Ərəbocağı, Ağdaş, Azərbaycan —2020-ci il sentyabrın 27 Azərbaycan) Kənddə orta məktəb fəaliyyət göstərir. Kənddə məscid mövcuddur. xəstəxana, ambulatoriya, kitabxana yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=75499
Ərəbocağı bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115056
Ərəbotu
Ərəbotu (lat. Arabis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Arealı və botaniki təsviri Bu cinsə Avrasiya, Şimali Amerika və Tropik Afrika dağlarında bitən 100-ə yaxın birillik, ikiillik və çoxillik bitkilər daxildir. Onların iki növündən gülçülükdə geniş istifadə olunur. Alp ərəbotu (A. alpina)- hündürlüyü 25 sm-ə çatan, gövdələri sərilən bitkidir. Gümüşü yarpaqları az miqdarda tüklərlə örtülür. Sadə və çoxləçəkli gülləri ağ ya da çəhrayı rəngdə olur. Arends ərəbotu (A.x.arendsii) hibrid mənşəli və müxtəlif rəngli gülləri olan bitkidir. Ərəbotu bitkisi gövdə zoğları ilə asanlıqla çoxalır. Qələmlərin alınması üçün yazda əmələ gələn yarpaq dəstələrinin miqdarına görə gövdəni bölürlər. Əgər bitki çiçəklədikdən sonra 5 sm hündürlükdə torpağın üstündən kəsilərsə, yay ərzində ondan qələm almaq olar. Budanmadan sonra qələm etmək üçün cavan zoğlardan istifadə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=140426
Ərəbqardaşbəyli
Ərəbqardaşbəyli (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Ərəbqardaşbəyli (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd.
https://az.wikipedia.org/w/index.php?curid=108278
Ərəbqardaşbəyli (Neftçala)
Ərəbqardaşbəyli — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunun Cəngan inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. VIII əsrdə Azərbaycana köçürülmüş ərəb tayfalarından biri sonralar ərəbqardaşbəyli adlanmışdır. Əvvəlcə Şirvanda yaşamış ərəbqardaşbəylərin bir hissəsi XIX əsrin ortalarında bura gəlib məskunlaşmışlar. Kənddə Seymur Əvəzağa oğlu Süleymanov adına orta ümumtəhsil məktəbi yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=108282
Ərəbqardaşbəyli (Salyan)
Ərəbqardaşbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. 31 mart 1995-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kənd inzibati ərazi vahidi tərkibindəki Komsomol kəndi Ərəbqardaşbəyli kəndi adlandırılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=108171
Ərəbqubalı
Ərəbqubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Tarixi abidələri Kənd ərazisində yerin altında yerləşən Şəhərgah adı verilən tarixi məkan var. Toponimikası Ərəb Qubalı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonim Ərəbkufeli adından təhrifdir. Mənşəcə VIII əsrdə İraqın Kufə mahalından Azərbaycana köçürülmüş ərəb ailələrinin bir hissəsi burada ərəbkufəli (Kufədən çıxmış ərəblər) adı ilə adlanmışdır. Yaşayış məntəqəsi bu ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlanır. 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 1412 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Kürdəmir rayonu Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=576830
Ərəbqədim
Ərəbqədim (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Ərəbqədim (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
https://az.wikipedia.org/w/index.php?curid=85062
Ərəbqədim (Qobustan)
Ərəbqədim — Azərbaycan Respublikasının Qobustan rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Keçmiş adı Köhnə Ərəb olmuşdur. XIX əsrdə Şirvanda yaşamış 205 ailədən ibarət ərəbqədim tayfasının adı ilə adlandırılmışdır. Etnotoponimdir. Muğan və Şirvanda yaşayan ərəblərin (xüsusən də köçəri ərəblərin) məşğuliyyəti dəvəçilik idi. Dəvəçilik peşəsi təxminən 1200 il əvvəl Ərəbistan yarımadasından bura köçən ərəblərin mirası kimi qalmışdı (Bünyadov, 2007:223). 1880-ci illərdə dəvəçilik təsərrüfatı ölkənin şərq hissəsində geniş yayılmışdı. Məsələn, Qəbristan mahalında yaşayan ərəb tayfalarında 1300-dən çox dəvə var idi. Ərəblər dəvəni əti ilə yanaşı yunundan müxtəlif məişət əşyaları hazırlamaq üçün istifadə edirdi. Buna baxmayaraq ərəblər üçün dəvələr əsasən nəqliyyat vasitəsi kimi vacib idi. Şamaxı və Göyçay uyezdlərində yaşayan Ərəb Şahverdi, Ərəb Cəbirli, Ərəb Şam və Ərəb Qədim tayfalarında dəvə ilə yük daşıma ticarəti (çarvadarlıq) geniş yayılmışdı. Bu tayfalardan olan ərəblər dəvələrlə Bakı quberniyasından Zaqafqaziyanın müxtəlif yerlərinə yük daşıyırdı. Azərbaycanın daxilində xüsusən duz və neft dəvələrlə daşınırdı. Göyçay ərəbləri bu malları Zaqafqaziya dəmir yolunun Ucar stansiyasında, Qəbristan ərəbləri isə bu malları Bakı quberniyasında alaraq digər regionlarda satırdı. Maraqlısı odur ki, ərəblər puldan istifadə etmirdi və satdıqları mal əvəzində düyü, fındıq, meyvə götürürdü. Dəvəçilikdən başqa Azərbaycanın bəzi ərəb kəndlərinin sakinləri (məsələn, Ərəb Şahverdi) atçılıqla məşğul olurdular. Bir sıra kəndlərdə suvarma əkinçiliyi inkişaf etdirilmiş, həm də çəltikçilik vacib sahə olmuşdu. Xüsusilə, Ərəb Şamlı kəndinin sakinlərinin Pirsaat çayı yaxınlığında müəyyən əraziləri var idi və burada onlar çəltikçiliklə məşğul olurdu. Oturaq ərəb kəndlərində isə kiçik üzüm bağları salınmışdı. Xüsusən oturaq ərəb kəndlərində bəzi sənətkarlıq sahələri geniş yayılmışdı. Göyçayın Ərəb Cəbirli kənd sakinləri kömürdən istifadə edirdi. Bu kəndin sakinləri əldə edilən kömürü Bakının mis və dəmir tökmə müəssisələrinə satırdılar. Ərəb tayfalarının bir ortaq xüsusiyyəti də hər birində yun məhsullarının (kilim, xalça) geniş istifadə olunması idi. Bu xalçalardan ən məşhuru Ərəb Qədim xalçası idi. Qobustan rayonunun Ərəbqədim kəndində xalçaçılıq ənənəsi indi də qalır. Təəssüf ki, Azərbaycan ərəblərinin ailə həyatı və mədəniyyətini xarakterizə edən heç bir material yoxdur (Volkova, 1983:49). Coğrafiyası və iqlimi Kənd Zəngidərə çayının (Pirsaat çayının qolu) sol sahilindən 4 km aralıda yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1439 nəfər əhali yaşayır. Tanınmışları Mehman Dəmirli- Hüquq elmləri doktoru, professor. İlqar Məmmədov-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri. Kənddə Ərəbqədim kənd məscidi dini icması fəaliyyət göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=108052
Ərəbqədim (Şamaxı)
Ərəbqədim — Azərbaycan Respublikasının Şamaxı rayonuda kənd. 1919-cu il tarixində ermənilər tərəfindən 358 evlik Ərəb-qədim kəndində 200 kişi, 100 qadın, 78 uşaq öldürülmüşdür. Tanınmışları Mehman Dəmirli — Hüquq elmləri doktoru, professor. İlqar Məmmədov — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri.
https://az.wikipedia.org/w/index.php?curid=46175
Ərəbqədim bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=348702
Ərəbsarvan
Ərəbsarvan — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Ərəbsarvan Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Yuxarı Şirvan kanalından 4 km. aralı, Şirvan düzündə yerləşir. Toponim ərəb və sarvan (dəvə saxlayan, dəvəçi) sözlərindən yaranmışdır, "dəvə saxlayan ərəblər" mənasındadır. Ərəbsarvan eyni zamanda keçmişdə dəvəçiliklə məşğul olmuş ərəb mənşəli kicik icmalardan birinin adı olmuşdur. Ərəbsarvan rayon mərkəzindən 23 km. Qərbdə, Ağsu-Kürdəmir şose yolundan 9 km. Yuxarı Şirvan kanalından 4 km. aralı, Girdmançayın Sarvan qolunun şimalında yerləşir. Şirvan düzündədir. Əhalisi 700 nəfərə yaxındır. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, meyvəçiliklə məşğuldur. Kənd bələdiyyəsi 1999-cu ildən fəaliyyət göstərir. Kənddə əsas məktəb, kitabxana var. Akademik Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" adlı monoqrafiyasında VII əsrdə Şərq-Qərb karvan yolları üzərində salınmış yaşayış məntəqələri sırasında Ərəbsarvan kəndinin də adı çəkilir. Arxeoloqlar tərəfindən kəndin Şimal ərazisində yerləşən Torpaq Qalada (hazırda Bəyimli qalası adlanır) qədim Alban şəhərinin qalıqları aşkar edilmişdir. Kəndin cənub hissəsində, Girdmançayın Sarvan qolunun yuxarı sahilində qədim yaşayış məntəqələrinin qalıqları mövcuddur. Ərəbsarvan kəndinin gözəl təhsil ənənələri var. Kənd məktəbi 1912-ci ildə məşhur din xadimi, maarifçi Molla Qubad Gərayzadənin təşəbbüsü ilə onun evində yaradılıb və ibtidai təhsil ocağı kimi rəsmi fəaliyyətə başlayıb. Sonradan 7-illik məktəbə çevrilib. 1972-1973-cü dərs ilindən tanınmış pedaqoq mərhum Talıb Mahmudovun səyləri ilə orta məktəb statusu qazanıb. Lakin ötən əsrin 90-cı illərində baxımsızlıq üzündən məktəbin maddi-texniki bazası demək olar ki, tamamilə dağılıb. Hazırda əsas məktəb kimi yarıtmaz fəaliyyət göstərir. 2012-ci ildə Ərəbsarvan məktəbinin 100 yaşı tamam olacaq. Bu illər ərzində məktəbi yüzlərlə məzun bitirib. Onlardan bir çoxunun səsi dünyanın məşhur elm-təhsil ocaqlarından, Amerika, Avropa və Asiyanın qabaqcıl ölkələrindən gəlir. Məktəbin məzunları arasında tanınmış elm fədailəri, II Dünya müharibəsi qəhrəmanları, yüksək rütbəli hərbçilər, ədəbiyyat xadimləri, jurnalistlər, xeyli sayda ali və orta ixtisas təhsilli görkəmli ziyalılar var.
https://az.wikipedia.org/w/index.php?curid=94783
Ərəbsarvan bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115255
Ərəbuşağı
Ərəbuşağı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Ərəbuşağı Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ağsu çayının sahilində, Şirvan düzündədir. Tədqiqatçılar yaşayış məntəqəsinin XIX əsrdə Cavad qəzasında maldarlıqla məşğul olmuş 58 ailədən ibarət ərəbuşağı adlı elin məskunlaşması nəticəsində yarandığını yazırlar. Etnotoponimdir. Coğrafiyası və iqlimi Ərəbuşağı kəndi Ağsu şəhərindən 3 km aralıda yerləşir. Kənddə Ərəbuşağı kənd məscidi dini icması fəaliyyət göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=98517
Ərəbuşağı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115261
Ərəbxana
Ərəbxana — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Ərəbxana oyk. Kürdəmir r-nunun Mollakənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Əsl adı Ərəb Xanədandır. Oykonim ərəb etnoniminə xanədan (İran dillərində "ev, mənzil"; "nəsil") sözünü əlavə etməklə yaranmışdır, "ərəb nəsli, ərəb evi" mənasındadır. Ermənistanın Gorus r-nunda da Ərəbxana adlı kənd olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 982 nəfər əhali yaşayır. Tanınmış şəxsləri Zabit Quliyev — Azərbaycanın Milli Qəhrəmanı İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Kürdəmir rayonu Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=110128
Ərəbxana bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=358866