!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Ərtoğrul Osman Osmanoğlu
Ərtoğrul Osman Osmanoğlu (18 avqust 1912, Konstantinopol, Osmanlı imperiyası – 23 sentyabr 2009, İstanbul) — Osmanlı sülaləsinin səkkizinci rəisi və Osmanlı sülaləsinin hakimiyyətdə olduğu dövrdə dünyaya gələn sonuncu şahzadəsi. Şahzadə Ərtoğrul Osman Əfəndi 1912-ci ildə Nişantaşında dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin dördüncü oğlu Mehmed Burhanəddin Əfəndi, anası isə onun ikinci xanımı Aliyə Mələk Nazlıyar xanım idi. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanun çıxan əsnada 12 yaşlı Osman Əfəndi Vyanada təhsil alırdı. Bu səbəblə sürgünə vətənindən yox, Vyanadan getdi. 1933-cü ilə qədər Avropanın bir çox ölkələrində yaşasa da, sonralar ABŞ-yə köçdü və 1945-ci ildə Nyu-Yorkda daimi məskunlaşdı. Osmanlı türkcəsi ilə yanaşı, ingilis, italyan, ispan, alman və fransız dillərini də bilirdi. 1952-ci ildə Kanadada mədən sənayesi ilə məşğul olan bir firma qurdu. Bu səbəblə ailənin digər üzvləri kimi maddi çətinliklər çəkmədi. 1952-ci ildə Osmanlı sülaləsinin kişi mənsublarına çıxarılan əfv qanunundan sonra ölkəyə qayıtmadı. 1992-ci ildə Türkiyə Cümhuriyyəti tərəfindən İstanbula dəvət edildi. 2 il sonra isə əmisi oğlu Orxan Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin ailə rəisi oldu. 2004-cü ildə rəsmi olaraq Türkiyə Cümhuriyyəti vətəndaşlığını alan Osman Əfəndi 2009-cu ildə uzun müddətdir ki, əziyyət çəkdiyi böyrək çatışmazlığından vəfat etdi. Cənazə namazı Sultan Əhməd məscidində qılındı və Sultan Mahmud türbəsində dəfn olundu. İlk evliliyi 20 yanvar 1947-ci ildə Gülda Tverski ilə (d. 20 mart 1915 — ö. 16 sentyabr 1985) baş tutdu. İkinci evliliyi isə 27 sentyabr 1991-ci ildə keçmiş Əfqanıstan kralı Əmənulla xanın qohumu Zeynəb Tərzi ilə (d. 16 dekabr 1940) baş tutdu. Övladı olmamışdır.
https://az.wikipedia.org/w/index.php?curid=551582
Ərtoğrul Osman Əfəndi

https://az.wikipedia.org/w/index.php?curid=91426
Ərtoğrul Qazi
Ərtoğrul Qazi və ya Ərtoğrul bəy (bilinmir, Əhlat – təq. 1281 və ya təq. 1280, Söğüt, Biləcik ili) — Oğuz türklərinin Qayı boyunun başçısı, Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası. Adının mənası belə təsvir edilir ki, türk dilində "ər" sözünün mənası "kişi, əsgər və ya qəhrəman", toğrul isə dirilişin simvolu olan nəhəng quruluşlu simurq quşudur. Beləliklə, Ərtoğrul adının mənası "Qəhrəman yırtıcı quş, toğrul" kimi təsvir edilə bilər. Ərtoğrul 1191-ci ildə anadan olmuş, 1281-ci ildə Anadoluda, Söğütdə vəfat etmişdir. Ərtoğrulun 24 tayfadan ibarət Oğuz türklərinin Qayı boyundan və bəy nəslindən olması, atasının və babalarının da bəy olması və onun sünniliyin hənəfi məzhəbindən olması təsdiqlənmiş məlumatdır.Ərtoğrulun varlığı atasının adının "Ərtoğrul" olaraq qeyd edildiyi oğlu Osmanın zərb etdiyi sikkələrlə tarixən sübuta yetirilsə də, onun həyatı və fəaliyyəti ilə bağlı bundan başqa heç nə dəqiqliklə bilinmir.Amma Osmanlı mənbələrinə əsasən Ərtoğrul Şərqi İrandan Anadoluya qaçan Oğuz türklərinin Qayı tayfasının başçısı Süleyman Şahın oğludur. Ərtoğrulun başqa bir fərziyyəyə əsasən, soy ağacı belədir: o, Gündüz alpın oğlu, Qaya alpın nəvəsi, Göyalpın nəticəsi, Sarkuk alpın kötücəsi və Qayı alpın bitikcəsi olaraq qeyd olunur, tayfa adını Qayı alpın adından almışdır.Osmanlı mənbələrinə görə, Ərtoğrul və tərəfdarları atasının ölümündən sonra Anadolu Səlcuqlu dövlətinə xidmət etməyə başladılar və o, Söğüt adlanan ərazi üzərində hökmranlıqla mükafatlandırıldı. O dövrdə, bu yer Bizans imperiyası ilə sərhəddə yerləşirdi. Bu, Osmanlı bəyliyinin qurulmasına səbəb olan bir sıra tarixi hadisələrə macal verdi.Ərtoğrul, oğlu Osman və onlardan sonra gələn övladlar tez-tez "Qazi" titulu ilə qeyd edilir, bu, İslamın şərəfini yüksəltmək üçün döyüşçü olan mücahidlərə verilən addır. Tarixi mənbələr Müasiri olan İslam və Bizans mənbələri Ərtoğruldan bəhs etmir, məsələn, Bizans tarixçisi Georgius Paximeres (təxminən 1242–1310) mənbələrində ondan bəhs etməmişdir. İbn Bətutə və Bizans imperatoru VI İoann Kantakuzin kimi şəxslər də ondan bəhs etməmişlər. VI İoann Kantakuzin 1335–1347-ci illərdə Bizans imperatoru kimi hökm sürmüş, sonra taxtdan salınmış və rahib kimi yaşamışdır. 15-ci əsrə aid ilk Osmanlı qeydlərində Ərtoğrulun həyatının yazılı təfərrüatları var, lakin, bəzi tarixçilərin fikrinə görə, bu, tarixi mənbədən çox mifik təəssürat oyadan bir sənəddir.Teymurilər dövlətinin banisi Əmir Teymur 1402-ci ildə Anadoluya hücum edərkən Osmanlı mənbələrini və sənədlərini yandırdı. Ona görə də, 1299–1402-ci illər arasında, yəni, Osmanlı imperiyasının quruluşundan Əmir Teymurun hücumuna qədər olan dövrə aid çox az sayda rəsmi tarixi sənədlər qorunub saxlanılmışdır. Ərtoğrulun adının ilk dəfə sultan İldırım Bəyazidin Əmir Teymura məktubunda qeyd edildiyi güman edilir. Daha sonra, Ərtoğrulun adı və atası olaraq qeyd olunan Gündüz alpın adı yazılmış I Osmanın dövrünə aid olan Osmanlı sikkələri kimi daha qədim mənbələr də aşkar edilmişdir. Sikkə İstanbul Arxeologiya Muzeyində saxlanılır. Sikkənin ön tərəfində "Ərtoğrul oğlu Osman", arxa tərəfində isə "Gündüz Alp oğlu Ərtoğrul oğlu Osman" sözləri həkk edilmişdir. Buna baxmayaraq, digər mənbələrə istinad edərək onun atasının Süleyman şah və ya Gündüz alp olması ilə bağlı tərəddüdlərin olduğunu, tarixçilər arasında mübahisə getdiyini və beləliklə, Ərtoğrulun atasının adının mübahisəli olduğunu görmək olar.Bu vaxta qədər Ərtoğrulla bağlı mövcud olan ən qədim mənbəyə gəlincə, bu, Söğütdə torpaqların "Ərtoğrulun canı üçün" verildiyini yazan Torpaq Reyestri sənədidir. Ərtoğrul bəy Qərbi Asiya düzənliklərindən Anadoluya köçən köçəri türk tayfalarından olan Qayı boyunun başçısı olan Süleyman Şahın oğlu idi. Atası öz obasını Anadoluya köçürmək istəyən zaman Fərat çayını keçməyə çalışarkən vəfat etmiş və indiki Türkiyənin Mardin şəhərindən 250 km cənub-qərbdə, Caber qalası yaxınlığında dəfn edilmişdir və məzarı hələ də orada, adına tikilmiş Süleyman Şah türbəsinin içindədir.Ərtoğrul Bizans imperiyası ilə və eləcə də, ona qarşı fəaliyyət göstərən tayfalar ilə bir çox döyüşlərdə iştirak etmiş və fərqlənmişdi. Bu döyüşlər Hicrətdən 7 əsr sonra baş vermişdi. Döyüşlərdən birində fərqlənən Ərtoğrul Anadolu Səlcuqlu dövlətinin sultanı I Əlaəddin Keyqubadla tanış oldu. Sultan I Əlaəddin Keyqubad Ərtoğrulun döyüşlərdə ona köməyini dəyərləndirərək ona bir neçə vilayət və şəhəri tabe etdi, qonşularla olan müharibələrdə o, Ərtoğrulun köməyindən asılı vəziyyətə düşdü. Əlaəddin hər qələbədən sonra yeni torpaqlar alıb ona külli miqdarda pul verir, sonra da hər zaman qoşunların başında olduğu və tam qələbə qazandığı üçün tayfasını "Sultanın cəbhəsi" adlandırırdı. Bu tayfanın siyasi həyatının ilk illəri sirrlə örtülmüşdür və ona aid olan məlumatlar faktlardan çox əfsanəyə istinad edir. Qayı boyuyla bağlı məlum olanlar bunlardır: Gündüz Alpın (Süleyman Şahın atası) dövründə tayfanın yaşadığı ərazi Dəclə və Fərat arasında olan torpaqlara və adı çəkilən 2 çayın adalarına qədər genişlənmişdir. Tayfanın əhalisi Şərqi Anadolu bölgəsində, Əhlət rayonu yaxınlığındakı otlaq ərazilərdə yaşamış və fəaliyyətlərinə davam etmişdir. Daha sonra Gündüz Alp öz qəbiləsinin Dəclə hövzəsinə köçürülməsindən 1 il sonra vəfat etdi, buna görə də tayfaya əvvəlcə oğlu Süleyman Şah, sonra nəvəsi Ərtoğrul başçılıq etdi. Qayı qəbiləsinin yaşadığı yerlərdə bu qəbilədən olan Osmanlı xanədanının əcdadlarının basdırıldığı çoxlu qəbirlər yerləşir. Ərtoğrul öz qəbiləsi ilə Rum sultanlığı ilə Xarəzmşahlar arasında döyüşlərə səhnə olan Ərzincan şəhərinə getdi və beləliklə, Konyanın sultanı I Əlaəddin Keyqubada xidmətə başladı.Mövcud məlumatlara görə, bu qəbilə Cəlaləddin Mənguberdinin müharibələri nəticəsində bölgənin şahid olduğu hərbi təzyiqlə bağlı təxminən 1229-cu ildə Əhləti tərk etmiş və Dəclə çayına doğru irəliləmişdir.Qayı tayfası kiçik olmasına baxmayaraq, monqolların istila etdiyi bölgələrdən, Anadolunun cənub və cənub-qərbində yerləşən güclü türkmən tayfalarının təsirindən uzaq olması və Bizans imperiyası ilə Monqol imperiyasını birləşdirən mühüm ticarət yollarının yaxınlığında yerləşməsi ilə seçilirdi. Qərbdə Bizans bölgələri ilə şərqdə monqolların nəzarətində olan bölgələrin olması bu tayfaya böyük təhlükə gətirirdi. Belə ki, bu tayfa iki güclü dövlətin arasında varlığını davam etdirən yeganə bəylik idi. Buna görə də, Qayı tayfasının ərazilərinə romalılar və monqollardan xilas olmağa çalışan türkmənlər, dərvişlər və fermerlər gəlirdi. Ərtoğrulun əcdadlarının Qayı boyuna başçılığı Ənənəvi rəvayətlərə görə, Ərtoğrulun əcdadları Anadolunun ilk fəthi zamanı Əhlətə köçmüş, Səlcuqlu sultanları Toğrul bəy və Alp Arslanın dövründə Anadolunun fəthində və bir sıra döyüşlərdə iştirak etmişlər. Sonralar Ərmənşahlar bəyliyi və Trabzon imperiyasına qarşı müharibələr etdilər. XIII əsrin əvvəllərində Əhlət Əyyubilərin hakimiyyəti altına keçdi.Monqolların qərbə doğru yayılması ilə birlikdə Ərtoğrulun əcdadları Əhlət bölgəsindən ayrılaraq Mardinə köçmüş və burada yenə Qayı tayfasına mənsub olan Artuqlu bəyliyi ilə ittifaq qurmuşlar. Monqollar Mardini də işğal edib yağmalamağa başlayanda Gündüz Alp türk qəbiləsi ilə birlikdə Anadoluya, xüsusilə Ərzurum bölgəsində yerləşən Pasinlər ərazisinə köçdü. Bir rəvayətə görə də, Pasinlərdə Gündüz Alpın (və ya Süleyman Şah) ölümündən sonra Ərtoğrul Qayı boyunun yeni rəisi olmuşdur. Monqolların istilası zamanı Anadolu bəyliklərindən olan Gərmiyanoğulları bəyliyi Malatyadan Kütahyaya köç etmişdir. Ərtoğrulun başçılığı ilə Qayı boyu 1227-ci ildə monqol hücumları səbəbindən Kiçik Asiyaya (Anadoluya) köç edən Oğuz türkmənlərinin Qayı tayfasının başçısı olan Ərtoğrulun 1191-ci ildə doğulduğunu nəzərə alsaq, bilmək olar ki, Ərtoğrul bəy Qayı boyunun başçısı olduğu zaman 36 yaşında olmuşdur. Onların Anadoluya gəlişi eramızın 1234–1235-ci illərinə təsadüf edir. Ərtoğrul Konyada Səlcuq sultanlarına tabe olan "sərhəd qubernatoru" mənasını verən "ucbəyi" oldu, ona həmçinin, "sərhəd şahzadəsi" titulu verildi və o, bu adla tanınan yerli hökmdarlardan biri oldu. Bu rütbənin verilməsi Səlcuqluların adət-ənənələrinə uyğun idi, yəni bir çox qələbələr qazanmış və hər kəsin əmrini yerinə yetirdiyi hər hansı qəbilə başçısına və ya ona bağlı olan bir sıra xırda tayfaların başçısına "ucbəyi" titulu verilirdi.Ərtoğrul monqollara qarşı Səlcuqlu müharibələrində iştirak etmiş, Bizans torpaqlarına hücumlar həyata keçirmişdir. Rum səlcuqlarına Bizansla müharibələrində göstərdiyi köməklik nəticəsində Ərtoğrul Səlcuqlu sultanı Əlaəddindən Ankara yaxınlığındakı dağlıq ərazidəki torpaqları aldı, beləliklə, bu torpağın verilməsi Ərtoğrulun işğalçı qüvvələri sıxışdırması, döyüşdən sonra gizli fəaliyyət göstərən Bizans əsgərləri və ya hər hansı qrup tərəfindən bölgədə baş verən üsyanın yatırılması müqabilində bir hədiyyə oldu. Bundan sonra Ərtoğrul bəy 1231-ci ildə Kütahyaya yaxın olan Biləcik vilayətinə bağlı olan Söğüt kəndini də nəzarət altına aldığı ərazilərə qataraq öz bəyliyini qurdu. Söğüt kəndi 1299-cu ildə Ərtoğrul bəyin oğlu sultan I Osmanın idarəsi altında qurulmuş olan Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. Ərtoğrul bəyin dövründə qəbilənin əhalisi 400 çadıra qədər olmuşdur. Əhalinin sayı qadınlar və uşaqlar da daxil olmaqla 4000-i keçməzdi. Bu insanlar dövlətin əsasını təşkil edənlər və sonradan dövlətin tabeliyinə daxil olanlar idilər. Ərtoğrul Qazinin yarım əsr boyunca fəth etdiyi torpaqlar genişləyəndə onun torpaqlarına təkcə türkmənlər köçməmişdir. Fəthlərin nəticəsi olaraq təbəəsi arasında romalı xristianlar da olmuşdur. Səlcuqlularla əlaqəsi Ənənəvi rəvayətlərə görə, Monqol hücumları Pasinlər bölgəsinə də çatdıqdan sonra Ərtoğrul bəy qardaşı Dündar bəy ilə qərbə doğru hərəkət etsələr də, qardaşları Sunqur Təkin və Gündoğdu bəy Əhlətə qayıtdılar. Ərtoğrul və qardaşı Dündar bəyin Sivas şəhərinin yaxınlığında Səlcuqluların yanında və monqollara qarşı yer alacaqları bir müharibə ilə qarşı qarşıya qaldıqları, müharibədə iştirak etdikləri və müharibədə zəfərlərinin səbəbi olan səlcuqluları dəstəklədiklərindən danışılır. Bu müharibələrdən bəhs edən tək mənbə Osmanlı tarixçisi Mehmet Nəşrinin "Cahannamə" ("Cihannüma") kitabıdır. Ancaq tarixçilərə görə müharibə Anadolu Səlcuqlu dövlətinin sultanı I Əlaəddin Keyqubad ilə Xarəzmşahlar arasında 1230-cu ildə baş vermiş Yassı Çəmən müharibəsi ola bilər. Tarixçilər onu təsdiqləyirlər ki, Sultan Əlaəddin 1230-cu ildə Ərtoğrulun tayfası ilə birlikdə yaşayacağı indiki Ankara şəhərinin yaxınlığında yerləşən Qaracadağ dağının ətəklərində yerləşən bir bölgəni Ərtoğrul bəyə tabe etmişdir. Ərtoğrul bəy Şərqi Anadolu regionunda yerləşən Qaracadağ dağının ətəklərində bir müddət qaldıqdan sonra oğlu Savcı bəyi yeni bir bölgədə istiqrar tələb etməsi üçün Sultan Əlaəddin Keyqubadın hüzuruna göndərdi. Osmanlı mənbələrinə görə Ərtoğrul bəy bu icazəni alaraq bəyliyinin əhalisi ilə birlikdə Sakarya yaxınlığında yerləşən Söğüt bölgəsinin ətrafına köçərək bura yerləşdi. Anadoluya və Söğütə yerləşdikdən sonra 1243-cü ildə Anadoluda Bizans imperiyası sərhədlərində yerləşən Anadolu Səlcuqlu dövlətinin dəniz sahillərində yerləşən bəyliklərində Kösədağ müharibəsindən sonra artan monqol təzyiqi nəticəsində türklərin sayı artdı. Bizans torpaqlarına axın da sürətləndi. Artan insan axını nəticəsində Bizans imperiyasının ələ keçirdiyi ərazilərdə ikinci qrup bəyliklər fəaliyyət göstərməyə başladı. XIII əsrin ikinci yarısında Anadoludakı bəyliklərin ən güclüsü olan Kütahya bölgəsindəki Gərmiyanoğulları Bəyliyi 1300-cü ildə Qərbi Anadolunu fəth edərək üçüncü qrup bəylikləri qurmuşdur. Ərtoğrul Qazi indiki Türkiyədə Əskişəhər şəhəri olaraq bilinən "Sultan Məzarı" bölgəsində ən inkişaf etmiş ərazi olan Söğütə yerləşən türklərin başında idi. Ərtoğrul Qazinin bu bölgəni nə vaxt və necə öz torpaqlarına qatması tam olaraq bilinməməklə birlikdə bu mövzuda fərqli fikirlər yürüdülməkdədir. Ruhi Çələbinin "Ruhi Tarixi" kitabında Ərtoğrul Qazi Osmanlı tarixçisi Ruhi Çələbinin "Ruhi Tarixi" kitabında yazılır ki, Ərtoğrul Qazinin və ya əcdadlarından birinin başçılığı altında 340 nəfərlik türk tayfası səlcuqlularla birlikdə Türküstandan ayrılaraq Anadoluya gəlmiş və Əngürü (indiki Ankara) yaxınlığında olan Qaracadağ dağının ətəklərinə yerləşmişlər. Ərtoğrul Qazi dördüncü Səlib yürüşü ərəfəsində Konstantinopolun latınlar tərəfindən ələ keçirilməsindən sonra Bizans imperiyasının ən güclənmiş vilayətlərindən olan İznik bölgəsinin komandanı (təkfuru) III İohann Dukas Vatatzes ilə Rum sultanlığının sultanı I Əlaəddin Keyqubad arasında olan münaqişədən xəbərdar idi. Ərtoğrul Qazi 1222–1230-cu illərdə Rum sultanlığı ordusunda xidmət etmək məqsədilə Bizans imperiyasına qarşı "Sultan Məzarı" və Əngürü (Ankara) istiqamətində həyata keçirilən hərbi əməliyyatlarda və döyüşlərdə vuruşmuş və Qaracahisar qalasının mühasirəsində iştirak etmişdir. Anadolu səlcuqlarının sultanı I Əlaəddin Keyqubad Ərtoğrul Qazinin döyüşlərdə iştirakını alqışladı və bunun müqabilində onu hücuma keçən döyüşçülərin başçısı təyin etdi. 1230-cu ildə Səlcuqlularla Xarəzmşahlar arasında baş verən Yassı Çəmən döyüşünün və Kösədağ döyüşünün nəticəsində səlcuqlularla monqollar arasında, habelə I Əlaəddin Keyqubad ilə III İohann Dukas Vatatzes arasında sülh quruldu.Qısa müddət sonra I Əlaəddin Keyqubad Ərtoğrul Qaziyə və onun bəyliyinə qışlaq olaraq Söğütü hədiyyə etdi. Çünki, ümumiyyətlə alçaqda yerləşən ərazi olan Söğüt qışda köçəri tayfalar və heyvanları üçün istilik mənbəyi idi. Sultan Ərtoğrul Qaziyə yaylaq olaraq Domaniç adlı bölgəni verdi. Ona görə ki, yüksək bir yerdə olan bu bölgə də qızmar yay günlərində sərin idi və köçəri tayfalar bu bölgədə asanlıqla maldarlıqla məşğul ola bilərdilər. Uzun müddət bu yerlərdə bəyliyini idarə edən Ərtoğrul Qazinin anası Hayimə Xatun burada vəfat etmiş və burada dəfn olunmuşdur. 1892-ci ildə Osmanlı sultanı II Əbdülhəmid orada bir türbə tikdirdi və bu türbə "Hayimə Xatun türbəsi" adlandırıldı. Həmçinin, Ərtoğrul Qazinin oğlu Saru Batu Savcı bəy də 1287-ci ildə Domaniçdə baş verən döyüşlərin birində şəhid olmuş və orada da dəfn edilmişdir. Ərtoğrul Qazi basqınlarını etməyə davam etdi, I Əlaəddin Keyqubad isə Qaracahisar qalasını tərk etdi. Ərtoğrul Qazi daha sonra həmin bölgədəki yerli qüvvələrlə sülh etdi. Ancaq başqa bir rəvayətə görə, Araz çayı sahillərindən və ya Əhlətdən köç edən Ərtoğrul Qazi və onun tayfası bir müddət indiki Türkiyənin şərqindəki Qaracadağ dağının ətəklərinə yerləşmişdi. Hər halda I Əlaəddin Keyqubad monqolların basqınlarının artdığı zaman Konyaya qayıtdıqdan sonra Ərtoğrul Qaziyə Söğütü qışlaq kimi, Domaniçi isə yaylaq kimi hədiyyə etdi. "Ruhi Tarixi" kitabında yer alan bu məlumatlar 1520-ci ildə vəfat edən Osmanlı tarixçisi Mövlanə Mehmed Nəşri tərəfindən nəql edilmişdir. Nəşri erkən dönəm Osmanlı tarixinin öndə gələn tarixçisidir. Misirdə bir müddət yaşamış və İstanbulun fəthinə şahidlik etmişdir. Ərtoğrulun strategiyası və qayıların yayılması Ərtoğrul Qazinin Söğütü və Domaniçi torpaqlarına qatması ilə bağlı bir rəvayət də tarixçilər tərəfindən bilinir. Rəvayətdə deyilir ki, Ərtoğrul Qazi Bizans imperiyasının sərhədlərinə qədər irəlilədikdən sonra ətrafdakı Bizans kəndlərini və qəsəbələrini torpaqlarına qatmışdı və oradakı əhalini mühafizə etmişdi. 1231-ci ildə I Əlaəddin Keyqubad dövlətinin qərb sərhədlərinin təhlükəsizliyinin təminatı üçün Bizansa qarşı hərbi əməliyyata başladı. Konyadan gələn Səlcuqlu ordusu Əskişəhərdə padşahı dəstəkləmək üçün Ərtoğrul bəy və onun ordusu ilə birləşdi. Səlcuqlular Ərtoğrul və döyüşçülərinin dəstəyi ilə Bizans imperatoru II Teodor Laskarisin qüvvələrini Bazaryeri adlı ərazidə baş verən döyüşdə məğlub etdi. Bundan sonra sultan I Əlaəddin Keyqubad Əskişəhəri mükafat olaraq Ərtoğrul Qaziyə təslim etdi. Bu zəfərdən sonra sultan I Əlaəddin Keyqubad Qaracahisar qalasını mühasirəyə aldı. Ancaq Elxanilər dövləti Anadolunu mühasirəyə aldığı üçün sultan Konyaya qayıdaraq hərəkatın başçılığını Ərtoğrul Qaziyə verdi. Uzun mücadilələrdən sonra Ərtoğrul bəy digər türk bəyləri və şahzadələri ilə birgə 1231–1232-ci illərdə mühasirəyə aldığı Qaracahisar qalasını fəth etdi. Döyüşdən əldə olunan böyük miqdarda döyüş qənimətləri Ərtoğrul bəy ilə sultan arasında bölüşdürüldü. Belə ki, xristian liderlərdən əldə edilən qənimət və əsirlərin beşdə birini sultan Əlaəddinə göndərdilər. Sonra isə Ərtoğrul bəy daha sonra Osmanlı imperiyasının ilk paytaxtı seçiləcək olan Söğüt bölgəsini torpaqlarına qatdı. Sultan Əlaəddin Söğüt torpaqlarının Ərtoğrula aid olduğunu rəsmən təsdiq etdi, beləliklə, Söğüt Ərtoğrulun bəyliyi üçün qışlaq, Domaniç isə yaylaq oldu.1231-ci ildə Ərzincandan qayıtdığı zaman Ərtoğrulun bəyliyinin ərazisi 1000–2000 kvadrat kilometr idi. 1281-ci ildə vəfat edən Ərtoğrul Qazi 1231-ci ildən keçən yarım əsr içərisində torpaqlarını təxminən 4800 kvadrat kilometrə qədər genişləndirdi. Ərtoğrul Qazi güclənir Zaman keçdikcə Ərtoğrul Qazi digər təcrübəli sərhəd döyüşçülərinə və cəbhə komandirlərinə qoşularaq "uc bəyi" adını aldı. Bu zaman onun ordusuna qoşulan və onunla birgə fəaliyyət göstərən komandirlərin sayı da artmışdı. Məsələn, Osmanlı imperiyasında ilk dəfə "çavuş" adını alan Samsa Çavuş Ərtoğrul Qazinin, oğlu Osman bəyin və nəvəsi Orxan bəyin dövründə onlara xidmət edərək onların ordusunda xidmət etmişdi. Aykut Alp, Qaratəkin və Akçakoca da Samsa Çavuş kimi Ərtoğrul Qazinin tabeliyi altında xidmət göstərirdi. Osmanlı imperiyası qurulduqdan qısa müddət sonra Osmanlı ordusuna komandirlik edən ilk döyüşçülərdən biri olan Qonur Alp da onların arasında idi. Nəticədə, oğuz tayfası yayıldı və gücləndi.Ərtoğrul Qazi Biləcik təkfurundan ("təkfur" Rum sultanlığının sonuna və Osmanlı imperiyasının başlanğıcına təsadüf edən dövrlərdə Bizans imperiyasının tabeliyində olan, Frakiya və Kiçik Asiya bölgələrini idarə edən müstəqil və ya yarımmüstəqil xristian komandirlərinə deyilir) belə ildə bir dəfə xərac alardı. O vaxt Ərtoğrul Qazinin ordusunda silah cəhətdən problemlər yaşandığından və qüvvələr süvarilərə bağlı olduğundan qalaların mühasirəsi gecikirdi.Ərtoğrul Qazi Bizans təkfurlarına qarşı döyüşməklə yanaşı, həm də Biləcik və Osmanəli təkfurları ilə sülh içində idi. O, Anadolu Səlcuqlu dövləti sultanlarına xidmət edən bir "uc bəyi" olaraq qaldı. Ənənəvi rəvayətlərə görə, Ərtoğrul Qazi I Əlaəddin Keyqubaddan sonrakı sultanlara da sədaqətlə xidmət etdi və 1279-cu ildə Bizans imperiyası ilə həmsərhəd olan qərb torpaqlarını ziyarət edən III Qiyasəddin Keyxosrova da biət edərək ona bol-bol hədiyyələr verdi. Ərtoğrul Qazi 90 yaşında vəfat etmiş və Söğütdə vaxtilə oğlu sultan I Osman tərəfindən tikilmiş Ərtoğrul Qazi türbəsində dəfn edilmişdir. Ərtoğrul Qazinin ölüm tarixinin müəyyən edilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur, məsələn, bəzi tarixçilər bildirirlər ki, o, Qayı tayfasının başçılığını oğlu Osman bəyə verdikdən bir neçə il sonra 1281 və ya 1282-ci ildə vəfat etmişdir. Bəzi mənbələr onun vəfat tarixini 1288 və ya 1289-cu il olaraq göstərirlər. Ərtoğrul Qazinin məzarı Söğüt ilçəsinin kənarında Ərtoğrul Qazinin dəfn olunduğu türbə var, ancaq üzərində heç bir qədim yazı yoxdur. Türbənin üzərindəki kitabənin oraya 1886–1887-ci illərdə sultan II Əbdülhəmid tərəfindən edilən son restavrasiya prosesində həkk olunduğu bildirilir. Türbənin tikilmə tarixi məlum olmasa da, XIII əsrdə olması ehtimal olunur. Türbə ilk dəfə sultan I Osman tərəfindən açıq türbə kimi tikilmişdir. Məzarın olduğu yerə daha sonra sultan I Mehmed tərəfindən tikili inşa edilmiş və həmin yer Ərtoğrul Qazinin məqbərəsinə çevrilmişdir. Sultan III Mustafa 1757-ci ildə məqbərəni yenidən tikdirmiş və ilkin tikilinin quruluşunu dəyişdirmişdir. Son olaraq türbə 1886-cı ildə sultan II Əbdülhəmid tərəfindən restavrasiya edilmiş və buraya dəstəmaz almaq üçün su çeşməsi əlavə olunmuşdur. Ərtoğrul Qazi türbəsi altıbucaqlı bir tikili formasındadır. Türbə günbəzlə örtülmüşdür. Türbəyə həm öndən, həm də arxadan hər iki tərəfdə iki pəncərəsi olan düzbucaqlı girişdən keçməklə daxil olmaq olar. Məqbərənin divarları iki cərgə kərpiclə örtülmüş, bir sıra daşlarla hörülmüşdür. Ziyarətgahın daxilində, qərb və cənub-şərq divarlarında düzbucaqlı pəncərələr açılmışdır. 360 dərəcə görmə texnologiyası ilə məqbərəyə onun içindən baxmaq mümkündür. Ərtoğrul Qazinin üç oğlu var idi: ilk oğlu Gündüz Alp, ortancıl oğlu Saru Batu Savcı bəy və sonbeşik oğlu, Osmanlı imperiyasının birinci sultanı Osman bəy. Ərtoğrul Qazi övladlarının təlim-tərbiyəsinə çox böyük önəm verirdi, buna görə də, oğlu Osman bəyi öyrətmək, ona təlim-tərbiyə vermək, ömür boyu ona rəhbərlik və bələdçilik etmək və mənəvi olaraq yetişdirməsi üçün onu dövrünün ilahiyyatçı alimi Şeyx Ədəbalıya əmanət etdi. Ona görə də, Osman həmişə şeyxinin yanına gedər, ondan məsləhət alar və dua etməsini istəyərdi. Ərtoğrul Qazinin oğlu Osmanın bəyliyin vəliəhdi olması ilə bağlı bütün bəylərin fikirləri birləşdi, nəticədə, Anadolu Səlcuqlu dövlətinin tənəzzülündən sonra qonşu türkmən qəbilələri bir-birləri ilə döyüşmək yerinə birləşərək Bizans imperiyasına qarşı mübarizəyə davam edərək Ərtoğrul Qazinin yarımçıq qalmış işlərini davam etdirdilər. Beləliklə, Osman bəyin dövründə bəyliyin ərazisi 4800 kvadrat kilometrdən 16000 kvadrat kilometrə qədər artdı. Osman bəy 1299-cu ildə Osmanlı bəyliyini qurdu, Söğütü dövlətin paytaxtı və mərkəzi elan etdi. İlk sikkə onun səltənəti zamanı zərb edilmişdir. Ərtoğrul Qazi oğlu Osmana xitabən uzun və dəyərli bir vəsiyyətnamə elan etmişdir. Vəsiyyətdə Şeyx Ədəbalını "alimlər arasında Allahın əzizi" adlandıran Ərtoğrul Qazi Osmanı şeyxə itaətsizlik etməməyə təşviq etmişdir. Bu vəsiyyətin kiçik bir qismi Ərtoğrul Qazi türbəsinin kitabəsinə həkk edilmişdir. Tarixçilər Ərtoğrul Qazinin nəslinin mənşəyi ilə bağlı o dövrə aid mənbələrə və məlumatlara görə fərqli fikirlər söyləmişlər. İlk Osmanlı qeydləri Ərtoğrul Qazinin Osman bəyin atası olduğunu və oğuzların Qayı boyundan olduğunu göstərir. Mənbələr də Ərtoğrulun şəcərəsinin Oğuz xana və Nuh peyğəmbərə qədər gedib çıxdığını bildirsə də, bunlar xalq əfsanəsindən başqa bir şey deyil və tarixçilər tərəfindən sübut edilməmişdir. Həmçinin, bu şəcərələr də bir-birindən fərqlənir.Əhmədi, Ənvəri və Qaramanlı Mehmed Paşa kimi erkən Osmanlı tarixçiləri Ərtoğrulun atasının Gündüz Alp olması ilə bağlı həmfikirdirlər. Həmçinin, Yazıçıoğlu Əlinin "Səlcuqnamə", Bitlisli İdrisin "Həşt Behişt" ("Səkkiz cənnət") və Şükrullahın "Behcət ət-Təvarix" kimi kitablarında da bu fikir təsdiq edilmişdir. Türkiyə Cümhuriyyəti dövrünün əvvəllərində fəaliyyət göstərən ən məşhur türk tarixçilərindən olan İsmail Haqqı Uzunçarşılı da Ərtoğrulun atasının Gündüz Alp olduğunu qeyd edir və Bizans tarixi mənbələri ilə də razılaşır. Ancaq digər mənbələrdə Ərtoğrul Qazinin atasının Anadolu Səlcuqlu dövlətinin qurucusu Süleyman Şah olduğu bildirilir, həmçinin bunu tarixçi Əhməd Cövdət Paşa da olmaqla bir çox tarixçilər təsdiq etmişlər.Bəzi tarixçilər Ərtoğrul Qazinin atasının Gündüz Alp olduğunu və onun Gündüz Alpın nəslinə mənsub olduğunu düşünürlər, çünki onlar Gündüz Alp ilə Süleyman Şahın eyni olduğunu söyləyən rəvayətlərin zəif və həqiqətə uyğun olmadığı qənaətindədirlər və inanırlar ki, Süleyman Şah sadəcə hansısa Anadolu fatehinin adından qalan bir xatirədir.Tarixçilər artıq təsdiqləmişlər ki, Ərtoğrul Qazinin atası Gündüz Alpdır, çünki tarixçi Ənvərinin "Düsturnaməyi-Ənvəri" və "Məhəmməd Tofiq Paşa Tarixi" kimi önəmli Osmanlı tarixi mənbələri bunu təsdiqləməkdədir və bu da belədir. Sultan Osman Qazi dönəmindən qalma sikkələr də bunu təsdiqləyirlər. Belə ki, Osman Qazinin adına zərb edilmiş sikkələrə "Gündüz Alp nəvəsi, Ərtoğrul oğlu Osman" sözləri həkk edilmişdir. Tanınmış erkən Osmanlı tarixçisi Yazıçıoğlu Əlinin 1436-cı ildə Fateh Sultan Mehmedin atası sultan II Muradın dövründə yazdığı "Səlcuqnamə" adlı kitabında bildirilir ki, Ərtoğrul Göyalpın oğlu idi, onun Dündar adlı bir qardaşı və Osman adlı bir oğlu var idi.Osmanlı tarixçilərindən olan Ənvəri "Düsturnaməyi-Ənvəri" kitabında bildirmişdir ki, Osman Qazi Ərtoğrul Qazinin oğlu, Gündüz Alpın nəvəsi, Şahməliyin nəticəsi, Süleyman Şahın kötücəsi və Qazanın bitikcəsidir. Həmçinin, kitabda Ərtoğrul Qazinin şəcərəsi ilə bağlı Gündüz Alpın Göyalp adlı bir qardaşının olmasını əlavə etmişdir.XV əsrdə Bursada yaşayıb yaratmış Osmanlı tarixçisi Şükrullah 1456–1459-cu illər arasında "Behcət-ət-Təvarix" kitabını yazmışdır. Bu kitab farsca yazılmış, 1530-cu ildə Qanuni Sultan Süleyman dövründə fars dilindən türkcəyə tərcümə edilmişdir. Kitab 13 bölmədən ibarətdir və kainatın və ilk insanın yaranmasından başlayır. Çinlilərdən, türklərdən, romalılardan və bəzi başqa millətlərdən də kitabda bəhs olunmuşdur. Kitabda Həzrəti Məhəmməd peyğəmbərə (s.ə.v) və onun müsəlman ümmətinə də geniş yer verilmişdir. Kitabın bir hissəsi isə yunan filosoflarına ayrılmışdır. Həmçinin, kitabda əsas dinlərdən, müsəlman hökmdarlarından, İran şahlarından və qeyri-müsəlman hökmdarlardan bəhs edilmiş, Əməvilər, Abbasilər, Ələvilər və Səlcuqlar haqqında geniş məlumat verilmişdir. Sonuncu fəsil Osmanlı imperiyası və onun xilafətinə həsr edilmişdir. Kitabın müəllifi olan Şükrullah 1488-ci ildə İstanbulda vəfat etmiş, Şeyx Vəfa məscidində dəfn edilmişdir. Kitabda Osman Qazi ilə bağlı yazılır ki, o, Ərtoğrul Qazinin oğlu, Süleyman Şahın nəvəsi, Qaya Alpın nəticəsi, Qızılbuğanın kötücəsi, Oğuz xan oğlu Göyalpın isə bitikcəsi olmuşdur. Ərtoğrulun şəcərə ağacına Bəyati Şeyx Mahmudun 1481-ci ildə yazdığı "Cami əl-Cəmain" kitabında da yer verilmişdir. Kitabda şəcərəyə başlanğıc verən şəxsin Qaya Alp olduğu bildirilmiş və Süleyman Şahın onun oğlu, Ərtoğrul Qazinin onun nəvəsi, Gündüz bəyin, Osman Qazinin və Saru Batu Savcı bəyin isə onun nəticələri olduğu əlavə edilmişdir.Fateh Sultan Mehmedin dövründə sədrəzəm olmuş Qaramanlı Mehmed Paşanın yazılarına əsasən müəyyən olunur ki, Oğuz xanın Qayıq Alp adlı övladı olmuşdur. Osman Qazi Qayıq Alpın bitikcəsi, Sarkuk Alpın kötücəsi, Göyalpın nəticəsi, Gündüz Alpın nəvəsi, Ərtoğrul Qazinin isə oğludur.Osmanlı tarixçilərindən olan Aşıqpaşazadə 1484-cü ildə yazdığı "Osmanlı sülaləsinin tarixi" kitabında Ərtoğrul Qazinin şəcərəsi daha ətraflı təsvir edilmişdir. Kitabda bildirilir ki, Ərtoğrul Qazi Süleyman Şahın övladı, Qaya Alpın nəvəsi, Basukun nəticəsi, Göyalpın kötücəsi, Oğuz xan oğlu Qayıq Alpın isə bitikcəsidir. Həmçinin, Saru Batu Savcı bəyin Bayxoca, Gündüz bəyin isə Aydoğdu adlı bir övladının olduğu da əlavə edilmişdir.Ərtoğrulun şəcərəsi ilə bağlı məlumatlar Osmanlı tarixçisi Mehmed Nəşrinin "Kitab-i Cahannüma" kitabında da qeyd edilmişdir. Kitabın 1480-ci illərin sonu və ya 1490-cı illərin əvvəlində yazıldığı güman olunur. Nəşri 1520-ci ildə vəfat etmişdir. Kitabın bəzi hissələrində Nəşri tarixçi Aşıqpaşazadənin "Osmanlı sülaləsinin tarixi" kitabına istinad edir. Kitabda Ərtoğrulun şəcərəsi ilə əlaqədar yeni məlumatlar ortaya çıxmışdır. Belə ki, şəcərə ağacına Süleyman Şahdan başlamasına rəğmən Nəşri Süleyman Şahın ailəsini daha ətraflı təsvir etmişdir. O, kitabında bildirmişdir ki, Süleyman Şahın Ərtoğrul Qazi ilə birlikdə 3 oğlu da olmuşdur: Sunqur Təkin, Gündoğdu bəy və Dündar bəy. Ərtoğrul Qazinin 3 oğlu olduğunu bir çox tarixçilər kimi Nəşri də kitabında qeyd etmişdir. Ərtoğrul xanəgah məscidi Osmanlı imperiyasının xəlifə və sultanı II Əbdülhəmidin göstərişi ilə 1887-ci ildə İstanbul şəhərində inşa edilmişdir. Məscid Ərtoğrul Qazinin şərəfinə adlandırılmışdır. Bu ad həm də Domaniç bölgəsindən olan türk əsgərlərinin xidmət etdiyi Osmanlı Padşah Sarayının Mühafizə Alayına aid olan Ərtoğrul Alayından və məscidin alayın istifadəsinə verilməsindən gəlir. Bu məscid İstanbulun Beşiktaş rayonunun Ulduz məhəlləsində yerləşir və Osmanlı imperiyasının son dövrlərində tikilmişdir. Məscid ibadətxananın özündən əlavə olaraq xanəgah, qonaq evi, türbə, fəvvarə və kitabxanadan ibarətdir. Kompleks əsasən Osmanlı imperiya və xilafətinin İslam dünyasındakı mövqeyini gücləndirmək məqsədilə müsəlman ölkələrdən İstanbula səfər edən müxtəlif şeyxlər və müsəlman alimləri üçün qonaq evi kimi tikilmişdir. Məscid və qonaq evi taxtadan tikilmişdir və Osmanlı imperiyasının son dövrünün klassik memarlığını təmsil edir. Qəbiristanlıq, kitabxana və fəvvarə modern üslubda tikilmişdir. Türbə 1905–1906-cı illərdə tikilmişdir. 1903-cü ildə vəfat edən Şeyx Həmzə Zəfir əl-Libinin məzarı orada yerləşir, daha sonra onun qardaşları da orada dəfn olunmuşdur. 1925-ci ildə xanəgah ləğv edildikdən sonra Ərtoğrul Qazi məscidi və xanəgahı bağlandı və qonaq evi binası ibtidai məktəbə çevrildi. 2008-ci ildə qonaq evindən başqa bütün binaların bərpasına başlanılmışdır. Daha sonra Türkiyə prezidenti Abdullah Gül 21 may 2010-cu ildə məscidi və xanəgahı yenidən xalqın istifadəsinə vermişdir. Məscid Türkmənistanda Osmanlı imperiyasının qurucusu Osman bəyin atası olan, türklərin və türkmənlərin ortaq atası olaraq qəbul edilən Ərtoğrul Qazinin şərəfinə inşa edilmişdir.Türkmənistan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra sovet dövründə məhv edilmiş islami kimliyini bərpa etmək üçün atılan addımlardan biri kimi bir neçə məscid tikməyə başladı. Aşqabad şəhərindəki Ərtoğrul Qazi məscidi tikilən ilk məscidlərdən biri olmuşdur və 1998-ci ildə istifadəyə verilmişdir. Məscidin dörd minarəsi və mərkəzi günbəzi var. Ağ mərmərdən tikilmiş məscidin forması İstanbuldakı Sultan Əhməd məscidinə bənzəyir, daxili dekorasiyası vitraj pəncərələri ilə dəbdəbəlidir və eyni vaxtda 5000 şəxsi qəbul edə bilir. Məscidin tikintisinə başlayanda Türkmənistan hökuməti verdiyi dəstəyə görə məscidə o vaxtkı Türkiyə prezidenti Süleyman Dəmirəlin adının verilməsini təklif etsə də, məsələ həm türklərin, həm də türkmənlərin ortaq atası sayılan Ərtoğrul Qazi adının seçilməsi ilə yekunlaşmışdır.Ərtoğrul Qazi Muzeyi 1299-cu ildə qurulan Osmanlı imperiyasının ilk paytaxtı olmuş indiki Türkiyənin Biləcik vilayətinin Söğüt rayonunda yerləşən muzeydir. Muzey Ərtoğrul Qazinin adını daşısa da, muzey binası qəbiristanlıqla eyni məhəllədə yerləşmir. Bina XX əsrin əvvəllərində dispanser və aptek kimi tikilmiş, sonra təmir edilərək 2001-ci ildə muzey kimi istifadəyə verilmişdir. Muzeydə Biləcik bölgəsində yaşamış Yörük tayfalarına aid çoxlu etnoqrafik əşyalar, köhnə paltarlar, xalçalar, tərəzilər, bayraqlar, silahlar və pul kisələri var. Bundan əlavə, muzeyin eksponatları arasında Roma imperiyası, Bizans imperiyası və Osmanlı imperiyasına aid sikkələr kimi antik əşyalar da var. Osmanlı freqatı Osmanlı sultanı Əbdüləziz 1854-cü ildə bir döyüş gəmisinin inşasını əmr etdi və o, İstanbulun Haliç sahil hövzəsində taxtadan tikildi. Gəminin 19 oktyabr 1863-cü ildə Osmanlı sultanının hüzurunda açılışı oldu və freqata Osmanlı İmperatorluğunun qurucusu I Osmanın atası Ərtoğrulun adı verildi, beləcə, Osmanlı freqatı "Ərtoğrul" fəaliyyətə başladı. 1889-cu il aprelin 6-da Hərbi Dəniz Qüvvələri Nazirliyi bir sıra xarici dillərdə danışdığı üçün general-mayor Əli Osman bəyi İstanbuldan Yaponiyaya gerçəkləşdiriləcək səfərdə freqat komandiri təyin etdi.Səfərin əhəmiyyəti Sultan II Əbdül Həmiddən tutmuş Yaponiya İmperatoruna qədər Osmanlı İmperiyasının ən yüksək mükafatı olan "Ali Şərəf Medalı" və hədiyyələr təqdim etmək üçün Yaponiyaya xoşməramlı səfər etmək idi. Səfərin digər məqsədi Hind okeanında Osmanlı İmperiyasının bayrağını göstərmək idi. "Ərtoğrul" freqatı 1888-ci ildə Osmanlı xilafətinin xidmətində olan zaman 25 il idi ki, istifadədə idi, buna görə də, Yaponiya səfəri başlamazdan əvvəl bərpa edildi, yeniləndi və gəminin gövdə taxtasının çox hissəsi təmir edildi.1890-cı ildə Yaponiyaya diplomatik səfəri başa çatan "Ərtoğrul" freqatı 15 sentyabr 1890-cı ildə Yokohama limanını tərk edərkən, mövsümi bir qasırğa səbəbilə qəza keçirdi. Ekipaj onu qorumaq üçün 4 günlük səy göstərdi və bundan sonra gecə yarısında freqat batdı, çünki, o, qayalara çırpılmışdı və onu idarə etmək mümkün deyildi. Friqat komandiri, general-mayor Əli Osman Paşa da daxil olmaqla 50 zabit və 533-ə yaxın dənizçi faciə zamanı həlak oldu. Qəzadan yalnız 6 zabit və 63 dənizçi sağ çıxdı. Yapon İmperator Donanması daha sonra onları "He Yay" və "Konqo" ilə İstanbula qaytardı, burada onlar sultan II Əbdülhəmid tərəfindən qəbul olundu. Bu hadisə Yaponiya imperiyası ilə Osmanlı imperiyası arasında möhkəm rəsmi dostluq əlaqələrinin başlanmasına səbəb oldu.Türkiyənin cənubunda yerləşən Mersin şəhərində və Yaponiyanın Koşimoto şəhərində bu hadisə ilə bağlı abidələr ucaldılıb. Faciənin xatirəsinə hər 5 ildən bir abidə ziyarət edilir və ziyarətdə Türkiyə və Yaponiyanın yüksək rütbəli rəsmiləri iştirak edirlər. 2008-ci ilin iyununda Türkiyə prezidenti Abdullah Gül qəzanın xatirəsinə ucaldılan abidəni və qurbanların dəfn edildiyi qəbiristanlığı ziyarət etmişdir.2007-ci il yanvarın 4-də "Ərtoğrul" freqatının qalıqlarının çıxarılması və Yaponiyanın Koşimoto şəhərindəki Ərtoğrul abidəsinin yanında və Türkiyənin İstanbul Dəniz Muzeyində nümayiş etdirilməsi üçün sualtı arxeoloji qazıntı layihəsi üzərində işlərə başlanılıb. 28 yanvar 2008-ci ildə sualtı tədqiqat qrupu "Ərtoğrul" freqatının sursat anbarına gəldi. Çoxlu toplar, dəniz minaları, top bombaları və güllələr aşkar edilərək Koşimoto limanına daşındı və bomba qrupları mütəxəssisləri, polis əməkdaşları tərəfindən araşdırıldı. Bütün bunlar Ərtoğrul Araşdırma İnstitutunda saxlanılır. Daha sonra iki Vinçester tüfəngi də oradan götürülmüşdür. Kinematoqrafiyada Türkiyə və Yaponiya nümayəndələri "Ərtoğrul" freqatının faciəsindən bəhs edən dramatik filmin çəkilişi ilə bağlı razılığa gəldilər. Film daha sonra freqatın faciəsini izah etmək üçün "Ərtoğrul 1890" adı ilə yayımlandı. Film ingilis dilinə "125 illik xatirə" adı ilə tərcümə edildi. Film 39-cu Yaponiya Akademiya Mükafatları müsabiqəsində "Ən yaxşı rejissor" və "Ən yaxşı səsyazma" nominasiyalarında mükafata layiq görüldü. Türkiyənin ilk telekanalı olan TRT 1 2014-cü ildən 2019-cu ilə qədər beş mövsüm ərzində Ərtoğrul Qazinin həyatından bəhs edən 150 serialıq "Diriliş: Ərtoğrul" adlı teleserial hazırlamışdır. Serialda hadisələr bizim eranın XIII əsrində baş verir və Osmanlı imperiyasının qurucusu Osman bəyin atası, oğuz türklərinin Qayı boyunun başçısı, Süleyman Şah oğlu Ərtoğrul Qazinin həyatından bəhs edir. Ərtoğrul Qazi rolunu türkiyəli aktyor Əngin Altan Düzyatan canlandırmışdır. Serialda Qayı boyunun hərəkətləri ilə bağlı bir çox ümumi tarixi faktlar var, lakin serialın təfərrüatlı hadisələrinin əksəriyyəti türk ssenaristi və prodüseri Mehmet Bozdağın təxəyyül və yaradıcılığına əsaslanan qeyri-tarixi və dramatik faktlardır. Serial Türkiyənin İstanbul şəhərinin Qara dəniz sahilində yerləşən ərazilərində çəkilmişdir. Serialın çəkilişində istifadə olunan 25 baş at üçün çəkiliş gedən ərazidə xüsusi ferma yaradılıb və onlara baytar həkim nəzarət edir. Çəkiliş məqsədilə qoyun, keçi, bülbül, kəklik kimi digər heyvanlar da mühafizə olunur. Aktyorlar Qazaxıstandan olan atçılıq və döyüş sənəti üzrə ən məşhur məşqçilərin nəzarəti altında 3 ay müddətində müntəzəm olaraq atçılıq, at sürmə, oxatma, və qılıncdan istifadə üzrə ixtisas və hazırlıq kurslarından keçiblər. Atlar xüsusi olaraq serial üçün alınmışdır, onların sayı 25-dir və onlar serial üçün xüsusi təlim keçmişdir. Serial çəkilən zaman Qazaxıstandan türk xalq döyüş rəqsləri üzrə ixtisaslaşmış köçərilər gətirilir və qonaq edilirdi, döyüşlərdə atları və xüsusi hərəkətlərdə aktyorları yetişdirirdilər. Döyüşçülər, çobanlar, qadınlar, səlibçilər, əsgərlər, Hələb ərəbləri, monqollar, bizanslılar və başqaları üçün demək olar ki, 1000 müxtəlif geyim tikilirdi. Serial üçün xüsusi olaraq minlərlə döyüş ləvazimatları hazırlanmışdır. Fotoqrafiyada istifadə edilən zinət əşyaları, bəzək əşyaları, misgərlər, qılınclar və qalxanlar Türkiyənin hər yerindən toplanmışdır. Serialda əl işindən də geniş istifadə edilmişdir. Serial "Ən yaxşı serial" nominasiyası üzrə "Qızıl Kəpənək" mükafatını qazansa da, sonradan yaranmış mübahisələr nəticəsində prodüser Mehmet Bozdağ mükafatı qəbul etmədiyini və geri qaytardığını bildirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bozdağı müdafiə edərək "Siz könüllərin mükafatını qazandınız" dedi. "Diriliş Ərtoğrul" serialının 64 milyona qədər izləyicisi, həftəlik və aylıq olaraq hər zaman yüksək səviyyəli tamaşaçı kütləsi vardır. Serial həmçinin baş qəhrəman Ərtoğrul Qazini tanıyan ərəb regionu ölkələrində də böyük təsir bağışladı. Türkiyənin dram və siyasi televiziya serialı olan "Qurdlar Vadisi" serialında "Kral Ərtoğrul" obrazı üçün "Ərtoğrul" adından simvolik olaraq istifadə edilmişdir. Serial Türkiyəni idarə edən kriminal şəxslər və Türkiyəni başqa ölkələrdən qoruyub saxlamağa çalışan seçilmiş qurum da daxil olmaqla bir çox siyasi və iqtisadi mövzuya toxunması ilə seçilmişdir. Daha sonra yeddinci, səkkizinci və doqquzuncu hissələrdə Suriya və İraq böhranına toxunmuşdur. Dünyaya rəhbərlik edən və Türkiyəni idarə etməyə, dünyanı onun vasitəsilə idarə etməyə çalışan ali güclərə də toxunmuşdur. "Qurdlar Vadisi" serialında bir uşağın canlandırdığı "Kral Ərtoğrul" obrazı da böyük əhəmiyyət kəsb edirdi. Heykəl və numizmatika Türkmənistan dövləti 2001-ci ildə müstəqilliyinin ildönümündə xatirə məqsədilə 500 türkmən manatı dəyərində gümüş metaldan hazırlanmış 1000 xatirə sikkəsini zərb etdi və sikkənin ön tərəfinə Ərtoğrul Qazinin şəklini və adını həkk etdi. Sikkənin arxa tərəfində Türkmənistanın paytaxtı Aşqabadın Müstəqillik Parkındakı Ərtoğrul Qazi heykəlinin şəkli və türkməncə "Böyük türkmən şəxsiyyətləri" yazısı həkk olunmuşdur. Türkmənistandakı Ərtoğrul Qazi heykəli 27 oktyabr 1991-ci ildə ölkənin müstəqilləşməsindən sonra tikilmişdir, "Müstəqillik" abidəsinin yanında yerləşir. Ərtoğrul Qazi heykəli ulduzlu hissələri ilə tünd rəngli, solunda qızıl bir qalxan tutan və altından aslan üzlü bir yazı həkk olunan, qızıl bir döyüş dəbilqəsi taxan dimdik bir döyüşçü şəklindədir. Ərtoğrul Qazi bu əsərdə əlində qızıl qınla və qının içindəki qızıl qılıncla təsvir edilmişdir.Türkmənistan hökuməti paytaxt Aşqabaddakı "Müstəqillik" parkında Osmanlı sülaləsinin banisi Ərtoğrul Qazinin abidəsini ucaltmışdır. Pakistanın Lahor şəhərindəki yaşayış kompleksinin sakinləri də izlədikləri "Diriliş: Ərtoğrul" teleserialından təsirlənərək Ərtoğrul Qaziyə heykəl ucaltmışlar. Əhmədi. "İsgəndərnamə" (hazırlayan İsmail Ünvər). — 1983. Qaramani Mehmed Paşa. "Osmanlı Sultanları Tarixi" — 1949, səh. 343. Şükrullah Çələbi. "Bəhcətüt-Təvarix" — 1949, səh. 51. Aşiqpaşazadə. "Tarix" — səh. 2–5. Xarici keçidlər 360 dərəcə görüntü ilə Ərtoğrul Qazi türbəsinə baxış. Ərtoğrul Qazinin məqbərəsi. Ərtoğrul və yoldaşlarının məzarları.
https://az.wikipedia.org/w/index.php?curid=280120
Ərtoğrul Qazi türbəsi
Ərtoğrul Qazi türbəsi — Osmanlı Bəyliyinin banisi Osman Qazinin atası və Səlcuqlu Uçbəyi Ərtoğrul Qazinin Biləcik ilinin Sögüt ilçəsində yerləşən türbəsidir. XIII əsrin sonlarında inşa edilən türbənin tikinti tarixi dəqiq olaraq bilinmir. İlk olaraq Osman Qazi tərəfindən açıq qəbir kimi tikdirilmiş, daha sonra I Mehmed tərəfindən türbə halına gətirilmişdir. Sultan III Mustafa vaxtında 1757-ci ildə yenidən bərpa olunmuş və ilkin tikiliş halı dəyişmişdir. 1886-cı ildə II Əbdülhəmid tərəfindən yenidən təmir edilmiş və yanına bulaq əlavə edilmişdir. Ərtoğrul Qazi türbəsi altıbucaqlı planlı, üstü günbəz örtüklü olub, düzbucaqlı bir girişdən sonra içəriyə girilir. Bu girişin yan tərəflərində bir cüt pəncərə var. Türbənin divarları bir sıra daş və iki sıra kərpicdən hörülmüşdür. Sanduqə olduğu türbənin içindəki qərb və cənub-şərq divarlarına dördkünc pəncərələr açılıb. Təmirlər zamanı türbənin giriş qapısı yanına bir kitaba əlavə edilmişdir: Menba-i cuy-i inayet şah-ı ali siretin Mevce-i derya kadar ömrün Huda kılsın mezid Kıldı ol şahinseh-i devran cedd-i emcedin Gazi Ertuğrul Cenabın kabrini zira cedid Baabı yanında dahi bu çeşmeyi inşa ile Eyledi ruh-ı revanın şad o Hakan-ı reşid Cevher-i nazma iki tarih bir beyt içre bak Su verir buldukçe mecray-ı kalem feyz-i bedid Ruh-ı Ertuğrul içün bu çeşmeyi kıldı iyan Ayn-ı Lütf-ı saltanat Şah-ı zaman Abdül Mecid 1304 Xarici keçidlər Ertuğrul Gazi Türbesi-Bilecik'in Bilecik Söğüt ilçesinde bulunan Ertuğrul Gazi'nin türbesi, oğlu Osman Bey tarafından önce açık mezar olarak yapılmıştır.
https://az.wikipedia.org/w/index.php?curid=395548
Ərtoğrul bəy

https://az.wikipedia.org/w/index.php?curid=676788
Ərtoğrul Çələbi
Ərtoğrul Çələbi (1376, Kütahya – 1392, Çorum) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Osmanlı şahzadəsi. Şahzadə Ərtoğrul Çələbi 1376-cı ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Süleyman və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər. Mərasimdən qısa müddət sonra baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Sarıxanoğulları bəyliyinin torpaqları Manisa sancaqbəyliyinə çevrildi və Ərtoğrul Çələbi bölgənin idarəsinə gətirildi. Bu vəzifədə ikən atasının Anadoluya tərtiblədiyi səfərlərdə iştirak etdi. 1391-ci ildə Candaroğlu Süleyman bəyə qarşı çıxılan səfər əsnasında Qazi Burhanəddinin Osmanlıların əleyhində fəaliyyət göstərməsinin ardından, Ərtoğrul Çələbi atasının əmriylə Sivas üzərinə göndərildi. Ancaq Çorum yaxınlığındakı Qırxdilim adlı yerdə Qazi Burhanəddinin birlikləriylə qarşılaşan Ərtoğrul Çələbi ağır məğlubiyyətə uğradı və döyüş meydanında öldürüldü (1392). Cənazəsi Bursaya gətirilib dəfn edilən Ərtoğrul Çələbinin məzarı yanında atası İldırım Bəyazidin əmriylə, 1398-ci ildə tamamlanan Ərtoğrul bəy məscidi inşa olundu. Süreyya Mehmed Bey. Sicill-i Osmani, 1996 ISBN 975-333-049-5 A. D. Alderson. The Structure of Ottoman Dynasty. — Oxford University Press, 1956
https://az.wikipedia.org/w/index.php?curid=749368
Ərtəpə
Ərtəpə (əvvəlki adı: Novoqorelovka) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Novoqorelovka kəndi Ərtəpə kəndi və müvafiq olaraq Novoqorelovka kənd Soveti Ərtəpə kənd Soveti adlandırılmışdır. Toponimikası 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 507 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=97017
Ərtəpə bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=352569
Ərus
Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. 1.Arus Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tahirli, Məlikli və Arus adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir. 2.Ərus Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir. Həmin tayfanın adı qıpçaqların arasında orus (uruz) Şəklində çəkilir. Tədqiqatçılar Dədə Qorqud dastanlarının baş qəhrəmanlarından biri olan Aruz qocanı ərus tayfasından hesab edirlər.24 noyabr 1959-cu ildə kənd ərazisinə meteorit düşmüşdür. Tanınmış şəxsləri Amal Qarayev — Vətən müharibəsi şəhidiƏkbərov İbarət - Vətən müharibəsi şəhidi Zeynalov Cavid - Vətən müharibəsi şəhidi
https://az.wikipedia.org/w/index.php?curid=108405
Əruz
Əruz (ərəb. عروض; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəzninin yaranması Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718-792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI-VIII əsrlər).Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. "Rəcəz" formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır. Yəni, vahid ritmik quruluşun misralarda gözlənilməsi qaydası olmamışdır. Bu şeir forması da "səc" kimi şifahi xalq yaradıcılığının məhsulu (qeyri-peşəkar, spontan forma) kimi qiymətləndirilir. Ərəb şeirinin erkən əruz formasının VI əsrin əvvəllərindən VIII əsrin ortalarına (X. İ. Əhməd təliminin yaranmasına) qədər olan dövru əhatə etdiyi qəbul edilir. Erkən əruz şeirinə aid nümunələrdə vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənilməsi qaydası müşahidə olunur. Ərəb şeirinin bu forması yazılı ədəbiyyatın müəyyən inkişafı ilə əlaqədar olaraq peşəkar və daha yüksək səviyyəli yaradıcılıq mərhələsi kimi qəbul olunur. Belə ki, erkən əruz şeiri müəyyən filoloji biliklərə malik müəlliflər tərəfindən vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənil-məsi qaydasının şeirə tətbiqi ilə formalaşmışdır. Bu dövrdə nisbətən sadə qəliblərdən (əsasən rəcəz, həzəc və rəməl qəliblərindən) istifadə edilmişdir. Bu dövrdə peşəkar səviyyəli əruz şeiri ilə paralel olaraq şifahi xalq yaradıcılığı forması kimi "səc" və "rəcəz" şeir formaları da öz mövcudluğunu qorumuşdur. X. İ. Əhməd isə əruza daha mürəkkəb və çoxsaylı qəliblər əlavə etmiş, ərəb dilinin ritmik sisteminin və əruzun geniş nəzəriyyəsini yaratmışdır ki, ondan sonrakı ərəb poeziyası məhz həmin nəzəriyyə üzərində inkişaf etmişdir. X. İ. Əhməd əruz vəzninin 15 bəhrini müəyyən etmişdir. Azərbaycan şeirində əruzun 12 bəhrindən (həzəc, rəməl, mütədarik, rəcəz, müzare, münsərih, müctəs, mütəqarib, xəfif, səri, kamil, müqtəzəb) və yüzlərlə qəlibindən istifadə edilir. Həmin qəliblərdən bir çoxu X.İ.Əhməddən sonra yaradılmışdır. Həmçinin, Azərbaycan əruzunda "Bəhri-təvil" ("Uzun dərya") adlanan sərbəst şeir forması yaranmışdır.Burada əruzun yaranması baxımından çoxsaylı suallar ortaya çıxır. Ən önəmli suallardan biri ondan ibarətdir ki, əruzun əsas xüsusiyyəti olan vahid ritmik quruluşun şeirin bütün misralarında dəqiqliklə gözlənil-məsi qaydası niyə ilk dəfə məhz ərəblər tərəfindən şeirə tətbiq olunmuşdur? Əruzşünaslıqda adətən bu ərəb dilinin uyğun xüsusiyyəti ilə əlaqədar olaraq bir tarixi zərurət kimi qiymətləndirilir. Lakin, bunun ərəb dilinin məhz hansı özəlliyi olduğu lazımınca araşdırılmamışdır. Əgər bu xüsusiyyət əruz qəliblərini formalaşdıran ritmik vahidlərin ərəb dilində və ərəb folklorunda mövcud olmasıdırsa, həmin ritmik vahidlərin demək olar ki, hər biri türk dilində və türk folklorunda da mövcuddur. Deməli, həmin qaydanın ilk dəfə türk şeirinə tətbiq olunması da nəzəri cəhətdən mümkün idi. Bəlkə də sadəcə olaraq, yazılı ədəbiyyatın və filologiyanın ərəblərdə daha tez formalaşması həmin qaydanın ilk dəfə məhz ərəb şeirinə tətbiq olunmasına zəmin yaratmışdır. Hər halda bu da bir versiyadır. Yeri gəlmişkən, ərəb əruzunun yaranmasından xeyli əvvəl oxşar qaydanın ərəb dilindən tamam fərqli dildə olan qədim yunan şeirinə də tətbiq olunduğu məlumdur.İstənilən halda əruz qəliblərində dövri təkrarlanan ritmlər dilimizdə və folklorumuzda varsa və hətta bu ritmlər xalq musiqimizin əsasında dayanırsa, təkcə bu fakt əruzun bizə yad olmadığıni deməyə əsas verir. Uzun və qısa hecalar Heca vəznində olan əsərlərdən fərqli olaraq, əruz vəznli şeirlərin misralarındakı hecalarının bərabər olması zəruri deyildir. Əruz vəznli şeirlərdə bu bərabərliyi hecaların uzun və ya qısa tələffüs edilməsi yaradır.Bəs təf`ilədəki (deməli, həm də ona uyğun olan misra bölümdəki) hecaların qısa və ya uzun olduğu necə müəyyənləşdirilir? Bu vəznin tələbinə görə, qapalı hecalar uzun, açıq hecalar isə, əksər hallarda, qısa olur. Əgər heca uzanan saitlə bitərsə, uzun heca sayılır. Buradan aydınlaşır ki, qəlibdə açıq və qapalı hecalar növbələşirsə, şeirin bütün misralarında da o qayda özünü göstərir. Əruzda "ikiqat uzun heca" anlayışından da istifadə olunur. Lakin Azərbaycan əruzu üçün ikiqat uzun heca anlayışının qəbul olunmasına ehtiyac yoxdur. Çünki Azərbaycan əruzunda ikiqat uzun heca uzun heca ilə demək olar ki, eyni əhəmiyyətə malikdir. Yəni, ikiqat uzun hecanı elə uzun heca kimi qəbul etmək olar. Əruz qəlibləri və onların ifadə formaları Əruzda misraların uzunluğunu, ritmik quruluşunu (uzun və qısa hecaların ardıcıllıq forması) və bölgülərini əvvəlcədən tərtib edilmiş qəliblər müəyyən edir. Əruz qəliblərinin aşağıdakı ifadə formaları mövcuddur: 1. Xəlil ibn Əhməd təfilələri ilə (X.İ.Əhməd qəlibləri). Xəlil ibn Əhməd ərəbcə "fə’ələ" feilindən yaranan müxtəlif ifadələri (FA’ilAtün, MəfA’İlün, Müftə’ilün və s.) "təfilələr" kimi qəbul etmiş və bu təfilələr vasitəsiylə əruz vəzninin müxtəlif qəliblərini yaratmışdır. O, yarandığı əsli təfilələrdən asılı olaraq qəlibləri bəhrlərdə qruplaşdırmışdır. X. İ. Əhməd təfilələrində uzun heca iki formada – həm qapalı heca kimi (məsələn, "tün", "lün" və s.), həm də saiti uzadılan (əlifbamızda böyük hərflə və bəzi hallarda apastrofla yazılan) açıq heca (məsələn, "fA", "lA", bəzən "fə’" və s.) ilə ifadə olunur. İkiqat uzun hecalar isə əlifbamızda saiti böyük hərflə yazılan qapalı hecalarla (məsələn, "lAn") ifadə olunur. Başqa sözlə, uzun hecalar ərəb əlifbasındakı iki hərf (birincisi hərəkəli, ikincisi hərəkəsiz), qısa hecalar isə bir hərəkəli hərf vasitəsiylə düzəlir.Misal (rəməl-2): FA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün (X.İ.Əhməd qəlibi)Sevgidir, yal / nız məhəbbət / dir həyatın / gövhəri (Şeir misrası) Ə. Vahid2.Şərti işarələrlə (simvolik formullar). Burada uzun hecalar - "–", qısa hecalar isə - "‿" işarəsi ilə göstərilir. İkiqat uzun hecaların şərti işarəsi isə "~" kimidir.Misal (rəməl-2): –‿– – / –‿– – / –‿– – / –‿– (Simvolik formul)Sevgidir, yal / nız məhəbbət / dir həyatın / gövhəri (Şeir misrası)3.Əkrəm Cəfərin müəyyən etdiyi 6 ünsürlə ("Əkrəmi qəlibləri"). Əkrəm Cəfər əruz qəliblərinin cəmi 6 ünsür (dil, qələm, pərdə, nü, nüvə və can) vasitəsi ilə ifadəsini vermişdir. Burada uzun hecalar ünsürlərdəki qapalı, qısa hecalar isə ünsürlərdəki açıq hecalarla ifadə edilir. İkiqat uzun heca isə “can” ünsürü ilə ifadə edilir.Misal (rəməl-2): Dilqələmdil dilqələmdil dilqələmdil dilqələm (Əkrəmi qəlibi)Sevgidir, yal / nız məhəbbət / dir həyatın / gövhəri (Şeir misrası)4.Şirvani Ədillinin müəyyən etdiyi iki ünsürlə (sadələşdirilmiş qəliblər). Burada qısa hecalar – "da", uzun hecalar – "dah" ünsürü ilə ifadə edilir. Ünsürlərin və hətta ünsürlərdəki səslərin sayına görə də bu, əruz qəliblərinin ən sadə ifadə formasıdır. Belə ki, burada cəmi iki ünsür və bu ünsürlərdə minimum sayda səsdən ("d", "a" və "h") istifadə olunur. Buradakı "da" ünsüründə "a" saiti uzadılmamalıdır, çünki, qısa hecanı ifadə edir. Sadələşdirilmiş qəliblərdəki "-" (tire) işarəsinin heç bir ritmik mənası yoxdur və yalnız qəliblərin asan oxunmasına xidmət edir. Həmçinin bu qəliblərdə uzun hecalar ("dah") seçilmək üçün qara (qalın) hərflərlə verilir.Misal (rəməl-2): Dahda-dahdah dahda-dahdah dahda-dahdah dah-dadah (Sadələşdirilmiş qəlib)Sevgidir, yal / nız məhəbbət / dir həyatın / gövhəri (Şeir misrası)Azərbaycan türkcəsinə daha münasib olan 3-4-4-4 bölgüsü ilə: Dah-dadah dahdah-dadah dahdah-dadah dahdah-dadah (Sadələşdirilmiş qəlib)Sevgidir, / yalnız məhəb / bətdir həya / tın gövhəri (Şeir misrası) Həmçinin bax Xəlil ibn Əhməd Cəfər Əkrəm, Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı: 1977. [1] Ədilli Şirvani, Əruz vəzninin sadələşdirilmiş qəlibləri. Bakı: "Adiloğlu", 2011. [2] Xarici keçidlər Əruz vəzni - Muğam ensiklopediyası Əruz vəzni haqqında - qezel.az Arxivləşdirilib 2015-06-28 at the Wayback Machine Şirvani Ədilli Əruz haqqında - youtube.com
https://az.wikipedia.org/w/index.php?curid=805763
Əruz-Vəzni

https://az.wikipedia.org/w/index.php?curid=172639
Əruz vəzni

https://az.wikipedia.org/w/index.php?curid=77049
Əruziyə Əlibəyova
Əruziyə Mustafa qızı Əlibəyova (29 mart 1914, Bakı – 10 yanvar 1981) — azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar iqtisadçısı. O, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülən ilk şəxslərdən biri, şərqdə iqtisadiyyat sahəsində professor elmi adı alan (1967) ilk qadın və konkret iqtisadiyyat kafedrasına başçılıq edən ilk azərbaycanlı qadındır. Erkən illəri Əruziyə Əlibəyova 1914-cü il martın 29-da Bakı şəhərində, dövrün mütərəqqi ziyalılarından olan Mustafa bəy Əlibəyov və Xədicə Əlibəyovanın ailəsində anadan olmuşdur. O, 1931-ci ildə Bakı Pedaqoloji Texnikumunu bitirdikdən sonra 1932-ci ilin mayına qədər Nuxanın Böyük Dəhnə kəndində müəllimlik etmişdir. Həmin il K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutuna daxil olan Əlibəyova 1936-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, komissiyanın qərarı ilə elmi-tədqiqat işləri aparmaq üçün institutda saxlanılmışdır. O həmçinin, 1936-cı ildə Azərbaycan Dövlət Universitetində "Sənayenin iqtisadiyyatı" fənnindən kurslar aparmışdır. Elmi fəaliyyəti 1944-cü ildə "Azərbaycan xalq təsərrüfatında qadın əməyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edən Əlibəyovaya 1945-ci ildə dosent adı verilmişdir.Əlibəyova 1947-1951-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" kafedrasına rəhbərlik etmiş, 1951-ci ilin payızında Azərbaycan Politexnik İnstitututunda işə başlamış və 1955-ci ilə qədər "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasında dosent vəzifəsində çalışmışdır. O, 1955-1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasına müdir seçilib. 1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Şurasının təşki etdiyi iqtisadiyyat üzrə sahə elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olan Əlibəyovanın başçılığı və bilavasitə iştirakı ilə 70-dən çox elmi tədqiqat işi həyata keçirilmişdir. Bu işlərin böyük əksəriyyəti neftçıxarma, neft emalı, neft kimyası və maşınqayırma sənayesində tətbiq edilmişdir. Respublika sənayesinin yanacaq-energetika balansının işlənilməsi kimi mühüm elmi işlər, neftçıxarma, neft emalı və neft-kimya zavodlarında istehsalın iqtisadi səmərəliliyinin tədqiqi, əməyin elmi təşkili sahəsindəki işlər, sənaye-istehsal fondlarının vəziyyəti və ondan istifadə sahəsindəki tədqiqləri böyük əhəmiyyətə malikdir. Bu işlərin hamısı ictimai istehsalın səmərəliliyini yüksəltmək məqsədi daşıyır.Ə.Əlibəyova istehsalın iqtisadiyyatı və təşkili problemlərinə dair 100-ə qədər elmi işin müəllifidir. Onun bir sıra elmi məqalələri, dərs vəsaitləri, habelə neft maşınqayırmasının iqtisadiyyatına dair monoqrafiyaları çap edilmişdir.1964-cü ildə Əlibəyovaya “Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı verilmişdir. O, Şərqdə iqtisadiyyat üzrə professor olan (1967) ilk qadın idi. Əlibəyova Frayberq Dağ Mədən Akademiyasının (ADR) fəxri doktoru olmuş, "Şərəf nişanı" ordeni (1961), müxtəlif medallar və fəxri fərmanlarla təltif edilmişdir. İctimai fəaliyyəti Əlibəyova bir sıra çağırışlarda Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı, Bakı Şəhər Partiya Komitəsinin istehsalın təşkilatları ali məktəbinin rektoru, "Bilik" cəmiyyəti Bakı şəhər təşkilati sədrinin müavini olmuşdur.[daha etibarlı mənbəyə ehtiyac var] O həmçinin Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin elmi-metodik şurasında konkret iqtisadiyyat bölməsinin sədri, SSRİ Ali Məktəblər Nazirliyində dağ, neft və metallurgiya sənayesinin iqtisadiyyatı və təşkili bölməsinin və SSRİ Ali Məktəblər Nazirliyinin "İzvestiə vısşix uçebnıx zavedeniy" jurnalının ("Neft və qaz" bölməsi) redaksiya heyətinin üzvü idi. Əlibəyova ictimai xadim kimi Azərbaycan KP MK-nın mühazirəçisi olmuş, Azərbaycan EA nəzdində iqtisadiyyat üzrə respublika əlaqələndirmə şurasının, SSRİ və Azərbaycan Ali və Orta İxtisas Təhsili nazirliklərinin elmi-metodik şuralarının, dissertasiya müdafiəsi üzrə bir sıra Elmi Şuraların üzvü olmuş və onların fəaliyyətində iştirak etmişdir.Əruziyə Əlibəyova 1981-ci il yanvarın 10-da vəfat edib.
https://az.wikipedia.org/w/index.php?curid=789388
Ərvah Səbzəvar dərəsi
Ərvah Səbzəvar dərəsi (fars. دره ارواح سبزوار) — İranda dərə. Dərə Çah Suxtə kəndindən 3 kilometr (1.9 mil) cənub-qərbdə və Səbzəvardan 55 kilometr (34 mil) cənubda yerləşir. Geoloji cəhətdən bu vadidə Dördüncü dövr çöküntüləri ilə mergel və konqlomeratın növbələşməsi burada müəyyən formasiyaların yaranmasına səbəb olmuşdur. Vadidə mövsümi şəlalələr mövcuddur. Vadinin ucunun bir hissəsində vadi o qədər dar və dəhşətli olur ki, bəzən iki nəfər o hissədən keçə bilmir. Ərvah Səbzəvar dərəsində maral kimi heyvanlar yaşayır. Bundan əlavə, dərədə su eroziyasının nəticəsində daş sütunlar yaranmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=757261
Ərvəndkənar
Ərvəndkənar— İranın Xuzistan ostanının Abadan şəhristanının Ərvəndkənar bəxşində liman şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,761 nəfər və 1,897 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
https://az.wikipedia.org/w/index.php?curid=290350
Ərvəndrud
Şəttül-Ərəb (ərəb. شط العرب - Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود - Ərvənd çayı) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. Ərazi anlaşıqmazlıqları 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=126986
Ərvənəq
Ərvənəq nahyəsi — XIV əsr-XIX əsrlərdə inzibati ərazi. Təbriz xanlığına bağlı mahallardan biri. Ərvənəq (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
https://az.wikipedia.org/w/index.php?curid=765087
Ərvənəq (Ərdəbil)
Ərvənəq (fars. اروانق) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 269 nəfər yaşayır (56 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=765048
Ərvənəq mahalı
Ərvənəq mahalı — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Təbriz xanlığına bağlı mahallardan biri. Əhalisi - türklər Mərkəzi— Şəbüstər qəsəbəsi Sərhədləri — Bu mahala tarixi ədəbiyyatda bəzən Güney mahalı da deyilir. Ərvənəq mahalı Təbrizin qərbində, üç fərsəng (21 kilometr) məsafədə yerləşir. Orada 30 kənd var idi. Onların əksəriyyəti o qədər böyük idi ki, hər biri qəsəbəyə (Sis, Şəbistər, Ayqan , Kuzekonan, Sofiyan) oxşayırdı. Maraqlıdır ki, Həmdullah Qəzvini qəsəbə adlandırdığı həmin yerləri Rəşidəddin «qəryə» kimi qeyd etmiĢdir. Bundan da belə bir nəticəyə gəlmək olar ki, bəhs etdiyimiz dövrdə «qəryə» müasir qəsəbəni, «deh» isə kəndi xatırladır. Qəryə kənddən xeyli böyük idi. Həmin mahalda Rəşidəddin bir sıra qəryələrin, o cümlədən Şalcan, Nəbəst, Kafir, Məlik, Şindabad, Kuşək, Radiyan adını çəkmişdir. Bu mahalda Gedənciq kəndinin adını da qeyd etmişdir . Başqa qaynaqlarda yazılır: "Ərvnəq mahalı şəhərin qərbindədir. Başlanğıcı şəhərin üç fərsəxliyindədir, on beş fərsəxliyində qurtarır. Sahəsi beş fərsəxdir. Məhsuldar mahaldır. Təbrizdə olan dənli bitkilər, üzüm, meyvələrin ən məhsuldar yeri buradır. Otuz kəndi vardır və bunların əksəriyyəti böyük qəsəbəyə bənzəyir. Sis, Nist, Şəbüstər, Kuzəkonan və Dayğan, Sufiyan və qeyri". 1594 Təbriz əyalətinin Təbriz sancağının nahiyəsi Dizəc Xəlilli kəndi Ənvər Çingizoğlu, Təbriz xanlığı, Bakı, "Mütərcim", 2012. Həmçinin bax Təbriz xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=680899
Ərvənəq nahyəsi

https://az.wikipedia.org/w/index.php?curid=299621
Ərzev
Ərzev (ərəb. أرزيو, fr. Arzew) — Əlcəzairin şimalında, Vəhran vilayətində kommuna və liman şəhəri. Coğrafi mövqe Kommuna vilayətin şimal-şərq hissəsində, dəniz səviyyəsindən 131 metr (430 ft) yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 400 kilometr (250 mil) qərbdə və Vəhran vilayətinin inzibati mərkəzindən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=758218
Ərziküş
Ərziküş — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 21 nəfərdir. Toponimikası Ərziküş Siyəzən rayonunda çay. Gilgilçayının sağ qoludur. Ərazisindən axdığı kəndin adındandır. Həmçinin bax Siyəzən rayonu
https://az.wikipedia.org/w/index.php?curid=16725
Ərzil (Vərziqan)
Ərzil (fars. ارزيل) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (125 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=621910
Ərziman Əliyev
Ərziman Mikayıl oğlu Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru. Ərziman Əliyev 2004–2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. Ərziman Əliyev Mikayıl oğlu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməmişdən əvvəl Göycay Rayon polis idarəsinin rəisi vəzifəsində işləyib. Polis general-mayor rütbəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilən zaman verilib.
https://az.wikipedia.org/w/index.php?curid=277683
Ərzin (Urmiya)
Ərzin (fars. ارزين) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (10 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=581640
Ərzincan Binali Yıldırım Universiteti
Erzincan Binali Yıldırım Universiteti — 2006-ci ildə Türkiyənin Erzincan şəhərində qurulmuş dövlət universiteti. Erzincan Binali Yıldırım Universitetində başlıca 12 fakültə vardır. Xarici əlaqələri Qafqaz Universitetlər Birliyinin üzvüdür. Xarici keçidlər Erzincan Binali Yıldırım Universiteti Erzincan Binali Yıldırım University Library Arxivləşdirilib 2021-03-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=692165
Ərzincan barışığı
Ərzincan barışığı (1917) — hərbi əməliyyatların dayandırılması haqqında Türkiyə hökuməti ilə Zaqafqaziya Komissarlığı (ZK) nümayəndələri arasında dekabrın 5 (18)-də Türkiyənin Ərzincan şəhərində imzalanmış saziş. Barışığın şərtlərinə görə, onun maddələri sülh müqaviləsi bağlanana qədər tərəflərin hər biri üçün məcburi idi. Sazişi pozan tərəflərdən biri hərbi əməliyyata başlamasını 14 gün əvvəldən bildirməli idi, əks halda, barışıq ümumi sülh müqaviləsi bağlananadək qüvvədə qalmalıydı. Döyüşən tərəflər arasında elə həmin gün demarkasiya xətti müəyyən edilməli, tərəflər öz ordularının strateji yerdəyişməsinə yol verməməli və xüsusən, türk ordusu Qafqaz cəbhəsindən Mesopotamiyaya aparılmalı idi. Qeyd edilirdi ki, Rusiya ilə Mərkəz dövlətləri arasında ümumi barışıq sazişi imzalanacağı halda, onun maddələri Qafqaz cəbhəsi üçün də məcburi olmalıdır. Ərzincan barışığına əsasən Qara dənizdə vuruşan ölkələrin hərb gəmiləri arasında hərbi əməliyyatlar da dayandınlırdı. Osmanlı Baş komandanlığı Ərzincan barışığını Sovet Rusiyası ilə deyil, Zaqafqaziya Komissarlığı ilə imzalamaqla, dolayısı ilə onu Zaqafqaziya hökuməti kimi tanımış olurdu. Ərzincan barışığından sonra Rusiya üçün Qafqaz cəbhəsi dağıldı, rus qoşunları işğal altında saxladıqları Şərqi Anadolu torpaqlarını tərk edərək, geri çəkilməyə başladı. Rusiya qoşunları geri çəkilərkən silahlarının xeyli hissəsini Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımı həyata keçirən erməni-daşnak quldur dəstələrinə verdilər. Hüseyn Baykara, Azərbaycan istiqlal mübarizəsi tarixi, B., 1992; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998.
https://az.wikipedia.org/w/index.php?curid=333556
Ərzincan bəyliyi
Ərzincan bəyliyi — Anadoluda olan türk dövləti. 1243-cü ildə Kösedağ döyüşündən sonra Elxani monqolları Anadoluda faktiki hökmdar oldular, lakin XIV əsrdə Elxanilər dağıldıqdan sonra Elxanilərin keçmiş sərkərdələri və məmurları, eləcə də Elxani boyunduruğu altında olan tayfalar müstəqillik elan etdilər. Ərzincan bəyliyi də onlardan biri idi. Ərzincan və çevrəsi 1379-cu ilə qədər Ərətna dövləti sınırları içərisində qalmış və sırasıyla Əxi Ayna bəy və Pir Hüseynin idarəsində idi. Pir Hüseyinin ölümündən sonra (1379) isə Ərzincan və çevrəsinə Mütahhərtən hakim oldu. Mütahhərtənin mənşəyi və Ərzincana hakim olması Mütahhərtənin tatarlara mənsub olduğu söylənməkdə isə də, onun Uyğur türklərindən olan Ərətna ilə əqraba olması daha mühtəməldir. Mütahhərtənin Ağqoyunlu Əhməd bəyin kürəkəni olduğu bilinir. Qaynaqlarda adı Tahartən, Tahirtən və Mütahhərtən şəklində keçən bu Ərzincan əmiri Pir Hüseynin ölümündən sonra Ərzincan bəyliyi taxtına keçdi. Müstəqilliyini elan edərək öz adına sikkə basdıran və xütbə oxudan Mütahhərtənə qarşı ilk reaksiya Ərətna bəyliyindən gəldi. Ərətna bəyliyinin irəli gələnləri Əlaəddin Əli bəyə müraciət edərək, Ərzincanın Ərətna ailəsi ilə olan ilgisini irəli sürərək bu şəhərin qurtarılmasını istəmişdilər. Buna görə Əlaəddin Əli bəy Mütahhərtənə adamlar göndərərək Ərzincanı barış yoluyla ələ keçirmək istədi. Ancaq görüşmələrdən bir sonuc, bir nəticə alınamayınca iki tərəf arasında savaş başladı. İlk qarşılaşmada Mütahhərtənin qüvvələri yenilgiyə uğrayaraq çəkildi. Ərətna bəyliyinin tabeliyini qəbul etməmə qərarı almış olan Əmir Mütahhərtən yardım istəmək üzrə Zülqədəroğlu İbrahim bəy ilə Ağqoyunlu türkmənlərinin rəisi Qutlu bəyə xəbər göndərdi. Bu dövlətlərdən gələn yardımçı qüvvətlərin də dəstəyi ilə Mütahhərtən-Ərətna arasında aparılan savaşı ərzincanlılar qazandı. Daha sonra Ərzincan önündə aparılan çarpışmalarda da elə bir sonuc almayan Əlaəddin Əli bəy mərkəzi Sivasa çəkilmək zorunda qaldı. Mütahhərtənin Qazı Bürhanəddin ilə mücadiləsi Ərətna hökmdari Əlaəddin Əli bəyin 1380-ci ildə ölümündən sonra dövlətin idarəsini əlinə alan naib Qazi Bürhanəddin Əhmədin, ölkəsinə yönəlik fəaliyətlər aparacağını bilən Mütahhərtən ona qarşı yəni müttəfiqlər axtarmağa başladı. Mütahhərtən, Qazı Bürhanəddin tərəfindən Koyulhisar çevrəsinə göndərilən Zünnun və Şərqi Qarahisar hakimliyinə təyin edilən Məlik Əhməd ilə dərhal dostluq qurmağa başladı. Bacısını Zünnun ilə evləndirən Ərzincan əmiri, onunla birlikdə Ərətna torpaqlarına təarrüzə keçdi. Ancaq Sivas torpaqları içərisində yağma və təxrib hərəkətlərində olan Zünnun, Qazı Bürhanəddin tərəfindən məğlubiyyətə uğratıldı. Gərək Zünnunun bu məğlubiyyətindən dolayı və gərəksə Amasya Əmiri Şadgəldinin öyrətməsi ilə Qazı Bürhanəddinə daha çox qəzəblənən Mütahhərtən Sivasa təarrüzə keçməyə qərar verdi. Ordusu ilə Ərzincandan çıxaraq Sivas vilayəti hududuna gəldi. Naibə qarşı təhdidkar bir tövr taxınaraq göndərdiyi elçilər vasitəsiylə, dövlətin idarəsini Əlaəddin Əli bəyin oğlu Məhəmmədə buraxmasını istədi. Ancaq naib Qazı Bürhanəddin, səltənəti tərk etmək istəmirdi. Bu səbəblə Mütahhərtəndən gələn elçi Əmir Tuğrulu həbs etdi. Elçinin tutuqlanmasından sonra Mütahhərtən onun sərbəst buraxılmasi şərti ilə Sivasdan ayrıldı. Mütahhərtən ilə Qazı Bürhanəddin arasındaki mücadilələr bundan sonrakı illərdə da davam etdi. Qazı Bürhanəddin Əhməd, Mütahhərtənin dostu olan Amasya Əmiri Sadgəldi üzərinə yürüyərək onu öldürdü (1381) və kəsik başını Ərzincana göndərdi. Bu zəfərdən sonra o, naib olmasına rəğmən, müstəqilliyini elan edərək hökmdarlıq məqamına oturdu. Mütahhərtən onun taxta çıxışına qarşı çıxaraq paytaxt Sivasda Qazı Bürhanəddin əleyhinə düzənlənən sui-qəsdlərdə fəal rol oynadı. Ancaq bu təşəbbüslər sonucsuz qaldı. Mütahhərtən daha sonra Sivasdakı müxalifətin lideri Ərətna əmirlərindən Seyyidi Hüsam ilə Qazı Bürhanəddinə qarşı bir ittifaq meydana gətirdi. Bu ittifaqa Amasya Əmiri Əhməd bəy ilə daha çox bəylər də qatıldı. Bu əmirlər Sivasa həp birdən saldırıda bulunmaq üzrə hazırlıqlara başladılar. 1382-ci ildə aparılan savaşlardan da bir nəticə alınmadı. Müttəfiqlər öz aralarında çıxan anlaşmazlıq səbəbiylə dağıldılar. Bunun üzərinə Mütahhərtən keçmiş dostu Ağqoyunlu türkmənlərindən yardım istədi. Beləcə Ağqoyunlular da Sivasa hücuma keçdilər. Mütahhərtən-Ağqoyunlu ortaq yürüşü qarşısında duruş göstərməyən Qazı Bürhanəddinin əmiri Yusuf Çələbi öldü. Mütahhərtən Qazı Bürhanəddinin Kayseri civarinda olduğu bir sırada təkrar Sivas yaxınlarına qədər gələrək Ərətna torpaqlarına hücuma keçdi. Fars qalasını ələ keçirdikdən sonra Sivası ciddi bir basqı altına aldı. Bu durumu xəbər alan Qazı Bürhanəddin Kayseridə çox qalmayaraq sürətlə mərkəzə yetişməyə çalışdı. Əbdülvahhab yörəsində iki tərəf arasında aparılan savaşda Mütahhərtən yenildi və ölkəsinə döndü. Qazı Bürhanəddin, özünə qarşı qurulan ittifaqların lideri olan Mütahhərtəni yola gətirməyə qərar verərək Ərzincan bəyliyi torpaqlarına girdi. Ərzincana (Aksəhir) qədər irəliləyib şəhəri qarət edərək od vurdu. Savaş sırasında Sivas əsgərlərinin yağmaya dalması səbəbiylə bir sonuc alınmadı. Qazı Bürhanəddin bölgədəki hərəkətə son verərək geri döndü (1385). Bu hadisədən sonra Mütahhərtən mühtəmələn dostu Ağqoyunluların onu yalnız buraxması sonucunda Qazı Bürhanəddin Əhməd bəy ilə yaxşı keçinməyə başladı. Onunla bir dostluq andlaşması imzaladı. Bu illərdə Ərzincan əmirliyi sınırları içərisində Bayburt, Kəmah, İspir, Ərzurum və Tərcan şəhərlərinin olduğu və Trabzon rumlarının da özlərinə xərac verdiyi anlaşılır. Mütahhərtənin Əmir Teymur ilə mücadiləsi Ərzincan əmiri Mütahhərtən 1387-ci ildə yeni bir təhlikə ilə qarşı qarşıya qaldı. Bu sirada Qərbi Irani işgal altına almiş olan Əmir Teymur Qarabağda ordugahini quraraq Şərqi Anadoluya bir səfər hazirligina baslamişdi. Nihayət Əmir Teymurun Ərzurum sınırlarına gəldiyi xəbəri Ərzincana çatınca Əmir Mütahhərtən, ailəsi və agırlıgını dostu və vassalı olan Şərqi Qarahisar hakimi Məlik Əhməd bəyin yanına göndərdi. Əmir Teymur, Ərzincana bir elçi göndərərək Mütahhərtənin ona itaət etməsini istədi. Mütahhərtən dərhal itaət edəcəgini bildirdi. Əmir Teymur, Əxlatı zəbt edərək Van gölü tərəflərinə getdi və daha sonra da Qaraqoyunlu ölkəsindən ayrilaraq Irana döndü. Beləcə Ərzincan üzərindəki basqı sona çatmış oldu. Mütahhərtən, Əmir Teymur təhlikəsinin ortadan qalxmasindan sonra, Ərzincan bölgəsinə sıgınmıs olan Qaraqoyunlu türkmənləri ilə birlikdə Qazı Bürhanəddin torpaqlarina təkrar təərrüzə başladi. Qazı Bürhanəddin bu sirada şimaldakı türkmən əmirlərinin anlaşmazliqlarını həll etmək üzrə Canik bölgəsində idi. Mütahhərtən, Sivas hökmdarının yoxlugundan yararlanaraq Sivas şəhərinin yaxinlarina qədər gəldi. Ancaq Qazı Bürhanəddinin geri dönməsi üzərinə onun qarşısina çixmadan ölkəsinə döndü. Ərzincan Əmiri Mütahhərtən, Qazı Bürhanəddin əleyhindəki fəaliyətlərini sürdürdü. O, 1388-ci il tarixində Amasya əmiri Əhməd bəy, Kayseri qalasi sahibi Cüneyd bəy, Haci Əmiroglu Süleyman kimi bəylərlə Qazı Bürhanəddinə qarşı bir ittifaq daha qurdu. Ayrica Məmlüklərə də xəbər göndərərək Qazı Bürhanəddinin Əmir Teymurun dostu oldugunu bildirdi. Ancaq bu ittifaqdan da bir nəticə alınmadı. Mütahhərtənin Ağqoyunlulara qarşı Qaraqoyunlularla birləşməsi Ağqoyunlu tayfa ittifaqının başçısı Qutlu bəyin ölümündən (1389) sonra bu türkmən toplulugunun başina keçən Əhməd bəy ilə Mütahhərtənin arası, Ərzincan əmirinin onlara qarşı yagma harəkətlərinə başlamasına görə pozuldu. Əhməd bəy əmrindəki qələbəlik türkmən qrupu Mütahhərtən üzərinə yürüyərək onu agir bir yenilgiyə ugratdi. Bir müddət sonra Mütahhərtən bu türkmənlər üzərinə getdiysə də, bir nəticə olamadı. Ağqoyunlular Mütahhərtəni təkrar agir bir yenilgiyə ugratdilar. Mütahhərtən Qaraqoyunlu hökmdari Qara Məhəmməddən yardim istəmək zorunda qaldi. Çoxdan bəri Ağqoyunlularin düsməni olan Qara Məhəmməd, ortaq düsmənə qarşı birlikdə savasmağı qəbul etdi. Bu səfər Ağqoyunlular agir bir yenilgiyə ugradilar və Qazı Bürhanəddinə baş əymək zorunda qaldilar. Mütahhərtən ilə Qaraqoyunlu hökmdari Qara Məhəmməd arasindaki ittifaq bu olaydan sonra da davam etdi. Müttəfiq güclər Qazı Bürhanəddinə aid torpaqlara hücum etdilər. Ancaq Qazı Bürhanəddin müttəfiqlərə qarşı hərəkətə keçincə bariş istənilmiş və Mütahhərtən ilə Sivas-Kayseri hökmdari arasinda yeni bir bariş andlaşması imzalanmısdır (Mart 1389). Mütahhərtən, Qara Məhəmməddən sonra Qaraqoyunlularin başina keçən Qara Yusiflə də dostlugunu davam etdirmiş və onunla birlikdə Ağqoyunlularla mücadilə etmisdir. Ancaq Endrisdə meydana gələn savasda Qara Yusif əsir düsmüş, Mütahhərtən isə qaçaraq gücllə Ərzincana çatmisdir. Mütahhərtən bu yenilginin intiqamini almaq üçün qısa bir müddət sonra, bu dəfə yalnız başına Ağqoyunlular üzərinə yürüdü. Ağqoyunlu hökmdari Əhməd bəy, kürəkəni olan Mütahhərtənlə barişmaq istədisə də, qardası Qara Yülük Osman bəy bunu qəbul etmədi. Aparılan savaşda Mütahhərtən Ağqoyunlular qarşısında ikinci dəfə məğlub oldu. Ərzincan əmiri Mütahhərtən, 1393-cü ilə qədər Anadoluda nüfuz və hakimiyət qurmak üçün çalışdı. Ancaq 1393–1394-cü ilin qışında Əmir Teymurun böyük bir ordu ilə ikinci dəfə Anadoluya hərəkət etdiyi xəbərini aldi. Mütahhərtənin beş min nəfərlik bir əsgəri qüvvəyə sahib oldugunu və Qazı Bürhanəddinin başlıca düşmənlərindən biri olduğunu öyrənən Əmir Teymur, Anadoluya gəldiyi zaman ona xəbər göndərərək itaətini istədi. Mütahhərtən də Əmir Teymurun hüzuruna gedərək ona itaətini ərz etdi. Hətta onunla birlikdə Avnik qalasına edilən hücuma qatildi. 43 günlük bir mühasirədən sonra Avniki zəbt edən Əmir Teymur, Ərzincan əmiri Mütahhərtənə çesitli nəsihəhətlər verərək ona əmarət, mənşur və xələt verdi. Mütahhərtənin Qazı Bürhanəddinə qarşı Qaramanoğullari ilə ittifaqı Mütahhərtən, Əmir Teymurun Anadoludan dönməsindən sonra, onun kimi Əmir Teymura tabe olan Qaramanoglu Əlaəddin bəylə birlikdə Sivas-Kayseri dövlətini təhdid etməyə başladi. Bunun görə Qazı Bürhanəddin, Əmir Teymura güvənərək əleyhində zərərli faəliyətlərdə olan bu iki bəyi cəzalandirmaq üçün hərəkətə keçdi. Qaramana etdiyi uğurlu yürüşdən sonra Ərzincan üzərinə yürüdü (1394–95). Ərzincan əmirliyi hakimiyət sınırlari içərisində olan Əzdəbir, Sis və Burtuluş qalalarını zəbt edərək Sivasa döndü. Ancaq Qazı Bürhanəddin Sivasa dönər-dönməz Mütahhərtən yenidən hərəkətə keçdi. Sis və Burtuluş qalası mühafizləri də Qazı Bürhanəddinə xəyanət edərək qalalarını Mütahhərtənə təslim etdilər. Qazı Bürhanəddin bu durum üzərinə yeni bir səfər hazirlıgına başladi. Öncü qüvvələrin ardindan özü də Mütahhərtən üzərinə hərəkət etdi. Ancaq Qazı Bürhanəddinin üstün qüvvələri qarşısında savasi gözə almayan Mütahhərtən Ərzincana çəkildi. Qazı Bürhanəddin, Ərzincan məsələsini nəticələndirmək üzrə bu dəfə daha böyük hazirliqlara başladi. Qazı Bürhanəddinin Ərzincan üzərinə yürüyəcəyini xəbər alan Ağqoyunlu Qutlu bəy oglu Əhməd bəy, Qazıya xəbər göndərərək ona yardımçı olacağını bildirdi. Beləcə o da, Qaraqoyunlular və Əmir Teymurla müstərəkən özlərinə qarşı düsməncə davranmiş olan Mütahhərtəndən intiqam almaq istəyirdi. Bu düsüncə ilə Qazı Bürhanəddin və Ağqoyunlu qüvvələri birləşərək Mütahhərtən üzərinə yürüdülər. Bu dəfə Qazı Bürhanəddin, Mütahhərtəni cəzalandirmaq üçün çox təxribat apardi. Səfərdən sonra Bayburta qədər olan bölgəni Ağqoyunlu Əhməd bəyə iqta edərək Şərqi Qarahisar yolu ilə Sivasa döndü. Mütahhərtən, idarəsindən çixan Kəmaha qarşı hərəkət edincə Kəmah valisi təcili Qazı Bürhanəddindən yardım istədi. Buna görə Qazı Bürhanəddin təkrar Ərzincana yürüşə keçdi. Bu sirada Mütahhərtən də Şərqi Qarahisar hakimi Məlik Əhməd ilə birliktə savaş üçün hazirliq aparırdı. Qazı Bürhanəddin Ərzincana gəldiyi zaman Mütahhərtən dagliq ərazidə olduğu üçün onu təqib edə bilmədi. Bir qism qüvvəsini Ərzincan torpaqlarinda buraxaraq özü Bayburt üzərinə yürüdü. Beləcə o, Mütahhərtənin ovaya enməsini gözləyirdi. Nəhayət Mütahhərtən Pulur səhrasına endi. Qazı Bürhanəddin də buraya hərəkət etdi. Savaşa ilk öncə Qazı Bürhanəddinin öncü qüvvələri başladi. Mütahhərtən, əmirləriylə birlikdə cəsurca apardığı bu savaşi qazandi (Oktyabr 1395). 1396–97-ci illərdə Əmir Teymurun yenidən Anadoluda görünməsi Qazı Bürhanəddin ilə Mütahhərtənin bir müddət daha səssiz qalmasina səbəb oldu. Ancaq Əmir Teymur təhlikəsi keçdikdən sonra Qazı Bürhanəddin Əhməd yenə Ərzincan üzərinə hərəkət etdi. Qazı, Mütahhərtənin düsməni Ağqoyunlu Əhməd bəylə birləşib onu, Ərzincan əmirliyinə tabe olan Məlik Əhmədə aid Şərqi Qarahisarı yagma və təxribə məmur etdi. Buna görə Məlik Əhməd Qazı Bürhanəddinin şərtlərini qəbul edərək onunla anlaşdi. Qazı Bürhanəddin daha sonra Kəmahi almaq üçün Çit səhrasina endi. Ancaq bu sirada Kayseridə bir üsyanin başlamasına görə Sivasa dönmək zorunda qaldı. Qazı Bürhanəddin Kayseri islərini həll etdiktən sonra Mütahhərtənə bir məktub göndərərək onun Əmir Teymur ittifaqından ayrilmasini və qeydsiz-şərtsiz ona itaət etməsini istədi. Ancaq Mütahhərtən, Akşəhərin ona qaytarılmadan sulh bağlanmayacağını bildirdi. Mütahhərtən, Qazı Bürhanəddinin Qarayülük Osman bəy tərəfindən öldürülməsi (1398) üzərinə böyük bir düsmənindan qurtulmuş oldu. Ancaq, Qarayülük Osman bəyin Osmanlı hökmdari I Bayəzidə yenilməsindən sonra Sivas Osmanlı hakimiyətinə daxil oldu. Bayəzidə yenilən Qarayülük Osman bəy isə Ərzincana boyun əymək zorunda qaldı. Osmanlılarin Qazı Bürhanəddinin ölkəsini ələ keçirməsi, Ərzincan əmirliyini Osmanli dövləti ilə sınır qonşusu etdi. Bu sırada Osmanlıların hər keçən gün daha da genişlənib güclənməsi Mütahhərtəni əndişələndirirdi. Ancaq bu sırada, Hindistan səfərini uğurla bitirən Əmir Teymurun Anadoluya dogru hərəkət etdiyi xəbəri Mütahhərtəni ümidləndirdi. O, Əmir Teymurun Qarabaga gəldiyi bir sırada hüzuruna gedərək itaətini bildirdi. Əmir Teymur isə Mütahhərtənə izaz və ikramda bulundu; ona tug, ələm və naqqarə verdi. Muhtəsəm xələtlər geydirərək ölkəsinə göndərdi. Mütahhərtən, Misir Məmlüklü sultanlığından umdugunu əldə edə bilməyən Qara Yülük Osmanla birlikdə Gürcüstan səfərindən dönən və Avnikdə iqamət etməkdə olan Əmir Teymura qatildi. Mütahhərtənin Osmanli hökmdari Bayəzid ilə mücadiləsi O tərəfdən Osmanli hökmdari Sultan I Bayəzid, Ərzincan əmiri Mütahhərtənin Əmir Teymur ilə ilişkisini xəbər alınca ona elçi göndərərək bu ittifaqdan ayrılmasını və ona itaət etməsini istədi. Ancaq Mütahhərtən, Bayəzidin bu istəyini qəbul etmədi. Üstəlik Əmir Teymur Anadoluya girincə ona rəhbərlik edərək birlikdə Sivasa gəldi. Şəhərin alınmasında Əmir Teymura yardimçi olan Mütahhərtən, Anadolu türklüyünə endirilən bu zərbəyə əmarətini qeyb etməmək düsüncəsiylə öncülük etdi. Mütahhərtənin Sivasin işğalından sonra Əmir Teymurdan ayrilaraq Ərzincana döndüyü anlaşlır. Əmir Teymurun Sivasi işğaldan sonra daha irəliyə getməyərək cənuba enməsi üzərinə Osmanlı hökmdari Bayəzid Mütahhərtən üzərinə yürüdü. Şiddətli təərrüz qarşısinda iç qalaya çəkilən Mütahhərtən nəhayət təslim oldu. Ərzincan əmirliyinə aid torpaqlar Osmanlı sınırlarına daxil edildi. Bayəzid, Ərzincan xalqinin istəyi üzərinə və ona tabe olmasi şərti ilə Mütahhərtəni əff edərək yenə bəyliyinin başinda buraxdi. Buna qarşıliq bütün ailəsini rəhin alaraq Bursaya götürdü. Mütahhərtən, Bayəzidin Ərzincandan ayrilmasindan sonra mühtəmələn bu durumu Əmir Teymura bildirmiş və ailəsinin Bursaya götürüldüyünü xəbər vermişdir. Əmir Teymur ilə Bayəzid arasinda meydana gələn Anqara savaşında Mütahhərtənin, Əmir Teymur tərəfindən sərkərdə edilməkdə olan mərkəz qolunun sag qrupunda müharibəyə qatıldığı bilinir. Mütahhərtən bu savaşda, Bayəzidin yaninda olan tatarların Əmir Teymur tərəfinə keçməsini təşkil etmiş və Rumeli əsgərinin dagılmasına səbəb olmusdur. Savaşdan sonra Ərzincana dönən Mütahhərtən ölüncəyə qədər Əmir Teymurun yüksək hakimiyətini tanimişdir. Mütahhərtənin ölümü və bəyliyin sonu Mütahhərtənin ölüm tarixi bir mənalı olaraq bilinməməklə bərabər onun 1403-cü ilin sonlarında vəfat etdiyi sanılır. Ölümündən sonra əmirliyin kimin əlinə keçdiyi də bilinməyərək 1410-cu ildə Ərzincan hakimi olaraq Mütahhərtənin nəvəsi Şeyx Həsən görülür. Bu dönəmdə Qaraqoyunlu Qara Yusifun Ərzincanı ələ keçirmək istədiyi və bu amacla buranı mühasirə etdiyi bilinir (1410). Nəhayət bölgə xalqının Şeyx Həsəndan şikayət etmələri sonucu şəhəri 45 gün mühasirə edən Qaraqoyunlu Qara Yusif, Şeyx Həsənin təslim olması sonucunda buranı hakimiyəti altına aldı. Beləcə 30 il Mütahhərtən və ailəsinin idarəsində olan Ərzincan və çevrəsi Qaraqoyunluların əlinə keçdi. Osmanli tarixi Həmçinin bax Anadolu bəylikləri Xarici keçidlər Mütahhərtən bəyliyi, (Türkcə)
https://az.wikipedia.org/w/index.php?curid=181074
Ərzincan döyüşü (1507)
Ərzincan döyüşü — 1507-ci ildə Osmanlı imperiyasının şahzadəsi olan və Trabzon valisi Səlimlə Səfəvilər arasında baş vermiş döyüşdür. 1505-ci ildə Şah İsmayılın qardaşı İbrahim 3 min nəfərlik kiçik bir qoşunla Səlimin əyaləti olan Trabzona yağma yürüşünə çıxdı. Lakin onun ordusu Səlim tərəfindən məğlub edildi və o, geri çəkilməyə məcbur oldu. Geri çəkilən ordunu təqib edən Səlim onlara daha bir zərbə vurmağa nail oldu və onların cəbhəxanasını ələ keçirdi. 1507-ci ildə Səfəvi hökmdarı I İsmayıl Anadoludakı Dulqədiroğulları bəyliyi üzərinə yürüşə çıxdı. Yürüş zamanı Osmanlı imperiyasının ərazilərindən keçən I İsmayıl, həm də bu ərazilərdəki türk tayfalarından ordu topladı, halbuki bu tayfalar Osmanlı subyektləri idilər. II Bəyazid buna diqqət etmədi və cavab tədbiri görmədi. Lakin Trabzon valisi şahzadə Səlim Ərzincana hücum etdi və Şah İsmayılın ona qarşı göndərdiyi birləşməni məğlub etdi. Növbəti il Səlim Gürcüstana yürüş etdi və yürüşün nəticəsində qərbi Gürcüstandakı İmereti və Quriya Osmanlı hakimiyyəti altına keçdi. Bir digər Səfəvi hücumu 1510-cu ildə baş verdiş Şah İsmayılın qardaşının komandanlıq etdiyi yürüş yenə də məğlubiyyətlə nəticələndi. Həmçinin bax Trabzon yürüşü (1505) Trabzon yürüşü (1510)
https://az.wikipedia.org/w/index.php?curid=754670
Ərzincan döyüşü (1916)
1916-cı ilin fevralında Nikolay Yudeniç Ərzurum və Trabzon şəhərlərini ələ keçirmişdir. Trabzon rusları Qafqazda əlavə qüvvələr qəbul etmək üçün liman ilə təmin etmişdi. Ənvər Paşa Vehib paşanın olan 3-cü Orduya Trabzonu geri almağı əmr etmişdir. Vehibin hücumu uğursuz olmuş və general Yudeniç 2 iyuldaəks hücum keçmişdir. Rusların hücumu türklərin rabitə mərkəzi olan Ərzincanı hədəf almışdı. Vehib paşa qoşunlarını geri çəkilməyə məcbur qalmış və yarısı əsir kimi alınmaqla 34,000 əsgəri itirmişdir. Nəticədə, 3-cü Ordu ilin qalan hissəsi üçün təsirsiz hala gəlmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=783175
Ərzincan zəlzələsi (1939)
Ərzincan zəlzələsi — 1939-cu ildə Türkiyənin Ərzincan vilayətində baş vermiş zəlzələ. 27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan ilində baş vermiş zəlzələ tarixdə "Anadolu zəlzələsi" kimi tanınır. Rixter cədvəli üzrə 7.9 bal gücündə olan zəlzələ 57 saniyə davam etmiş və Ərzincanı darmadağın etmişdi. Zəlzələ Amasya, Tokat, Ordu, Sivas, Kırşehir, Ankara, Çanqırı, Kayseri şəhərlərində də hiss olunmuşdu. Qar və mənfi 30 dərəcəyə çatan şaxta insan tələfatının sayının çoxalmasına səbəb oldu. Nəticədə, təqribən, 17 min bina dağılmış, 100 min insan yaralanmış, rəsmi məlumatlara görə 33 min, qeyri-rəsmi məlumatlara görə isə 400 min insan həlak olmuşdu. Şahidlərin sözlərinə əsasən, 400 nəfər sakini olan bir kənddə yalnız 1 qız sağ qalmışdı. Ümumiyyətlə, Ərzincan son min ildə təbii fəlakətlərin təsirindən 11 dəfə darmadağın olub.
https://az.wikipedia.org/w/index.php?curid=344221
Ərznamə
Ərznamə və ya Ərz–i Ləşkər — atası Uzun Həsənin adından əyaləti idarə edən Sultan Xəlil bəyin 1476–cı ildə Farsda, Bənd–i Mirdə həyata keçirdiyi hərbi baxış haqqında təsvirdir. Cəlaləddin Dəvani tərəfindən farsca qələmə alınmışdır. Əsər Fars əyalətində mülki və hərbi rəsmilərin siyahısı ilə yanaşı, həm də mühüm statistik məlumatları ehtiva edir.
https://az.wikipedia.org/w/index.php?curid=394493
Ərzni
Ərzni, Arzni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayondan şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin başqa adı Sərçəli olmuşdur. İlk dəfə XV əsrdən xatırlanır. Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 121 nəfər, 1904 - cü ildə 439 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Burada indi ermənilər və aysorilər yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=457274
Ərzuiyə
Ərzuiyə — İranın Kirman ostanının şəhərlərindən və Ərzuiyə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,668 nəfər və 1,286 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=290649
Ərzuiyə şəhristanı
Ərzuiyə şəhristanı — İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərzuiyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 36,859 nəfər və 8,204 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=290506
Ərzuman Osmanov
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. Hərbi xidməti Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=682069
Ərzurum
Ərzurum (türk. Erzurum, gürc. კარნუქალაქი, Karnukalaki) — Türkiyənin şimal-şərqində şəhər. Ən qədim şəhərdir. 1473-cü ildən Türkiyənin tərkibindədir. Əvvəllər Karin Feodosiopol adlanmış, VII əsrdə xilafətə qatılmış, XI əsrdə Ərzurum səlcuqlar tərəfindən tutulmuş və Ərzən-ər Rum adlanmışdır. Ərzurum adı da elə buradandır. Xarici keçidlər Ərzurum şəkilləri (rus.) Həmçinin bax Ərzurum ili
https://az.wikipedia.org/w/index.php?curid=133036
Ərzurum-Qars bölməsi
Ərzurum-Qars bölməsi— Şərqi Anadolu bölgəsinin dörd hissəsindən biridir. Bu hissədə dağlar üzərində uzanan yaylalar və inkişaf etmiş düzənliklər vardır. Bölmə geniş yaylalara malikdir və çox hündürdür. Onun dəniz səviyyəsindən orta hündürlüyü təxminən 2000 metrdir. Kontinental iqlimə malik bölgədə qış çox soyuq keçir. Bura Türkiyənin ən soyuq yeridir. Daha yüksək ərazilərdə havanın temperaturu -40 °C-ə çatır. Yayda burada hava ümumiyyətlə yağışlı olur. Sadəcə İğdırın hündürlüyü aşağı olduğu üçün burada fərqli iqlim hökm sürür. Bölmənin bu hissəsində pambıq, buğda, şəkər çuğunduru, tərəvəz və meyvə becərmək mümkündür. Burada yaşayan əhalinin dolanışığı əsasən əkinçilik və heyvandarlıqdan ibarətdir. İllər: Ərdəhan, Ərzurum, İğdır və Qars Əhəmiyyətli mərkəzlər: Qars, Ərdəhan, İğdır, Ərzurum, Gölə, Oltu, Xınıs, Sarıqamış, Kağızman, Duzluca, Diqor Dağlar: Allahuəkber, Qısır dağı, Qarğabazarı və Palantökən Düzənliklər: Ərzurum, İğdır və Qars düzənlikləri Çaylar: Araz və Kür
https://az.wikipedia.org/w/index.php?curid=819618
Ərzurum Konqresi
Ərzurum konqresi — 23 iyul-7 avqust 1919-cu ildə Ərzurumda toplanan konqres. 17 iyunda Vilayat Mahnıya Müdafiə Hüquq Cəmiyyəti Ərzurum şöbəsi tərəfindən toplanan Ərzurum konqresi Ərzurum ümumi konqresi və ya Ümumi Ərzurum konqresi kimi də tanınır. Konqresdə əksəriyyəti işğal altındakı 5 şərq vilayətindən — Trabzon, Ərzurum, Sivas, Bitlis və Vandan gələn 62 nümayəndə iştirak etmişdir. 2 həftə davam edən konqresdə alınan qərarlar Qurtuluş mübarizəsində izlənən xətdə əhəmiyyətli dərəcədə müəyyənedici olmuşdur. Konqresi müvəqqəti sədr olaraq Ərzurum nümayəndələrindən Xoca Rəhm Əfəndi açıb. Yoxlamanın sonra keçirilən səsvermədə Mustafa Kamal Paşa] konqresə sədr seçilib. Əslində Konqres danışıqlarının 10 iyuldada başlaması nəzərdə tutulmuş, nümayəndələrin bir hissəsinin deyilən tarixdə Ərzuruma gələ bilmədiyi üçün təxirə salınaraq, 23 iyulda danışıqlara başlanılmışdır. Alınan qərarlar Vətən bir bütündür, parçalana bilməz. Hər cür əcnəbi işğalına və müdaxiləsinə qarşı millət həmişə birlikdə müqavimət və müdafiə etməyə edəcəkdir. İstanbul Hökuməti vətənin müstəqilliyini təmin edə bilməsə, müvəqqəti bir hökumət qurulacaqdır. Bu hökumət milli konqres tərəfindən seçiləcəkdir. Konqres toplanmamış isə, bu seçkini Nümayəndələr Heyəti aparacaqdır. Kuva Milliyəyi təsirli, milli iradə hakim bilmək əsasdır. Azlıqlara siyasi hakimiyyətimizi və sosial balansımızı pozacaq imtiyazlar verilə bilməz. Ancaq bu vətəndaşların canları, malları və vicdanları hər cür təcavüzdən qorunacaqdır. Mandat və himayə qəbul olunmaz. Milli iradə və toplanan milli qüvvələr padşahlıq və xilafət məqamını qurtaracaqdır. Məbuslar Məclisinin dərhal toplanmasına və hökumətin gördüyü işlərin millətcə nəzarətinə çalışılacaqdır. Müstəmləkəçilik məqsədi daşımayan dövlətlərdən texniki, sənaye və iqtisadi yardım qəbul etmək olar. Ərzurum Konqresinin əhəmiyyəti və xüsusiyyətləri Mandat və himayə rədd edilərək ilk dəfə milli suverenliyin qeyd-şərtsiz həyata keçirilməsinə qərar verilmişdir. İlk dəfə milli sərhədlərdən bəhs edilmiş və Mondros Atəşkəs Müqaviləsinin imzalandığı anda Türk torpağı olan vətənin parçalanmaması açıqlanmışdır.Toplam olunması forması baxımından regional olmasına qarşı aldığı qərarlar baxımından milli konqresdir. İlk dəfə müvəqqəti hökumətin qurulacağı bəhs edilmişdir. Ərzurum Konqresi Sivas konqresinə bir ön hazırlıq işləməsi deməkdir. İlk dəfə sədri Mustafa Kamalın etdiyi doqquz nəfərlik nümayəndə heyəti yaradıldı. Bu nümayəndə heyəti bir hökumət kimi fəaliyyət göstərəcəkdir (Nümayəndə Heyətinin vəzifəsi Böyük Millət Məclisinin açılmasına qədər davam edəcəkdir). Ərzurum Konqresinin bir əhəmiyyəti də Qərbi Anadoluda Yunan qüvvələrinə qarşı mübarizə aparan Kuva Milliyə üzərində böyük ruh təsir etdi. Ərzurum Konqresi Mustafa Kamalın vətəndaş olaraq vəzifə aldığı ilk yerdir. Bölgəsəl bir qurultaydır. Konqres binası Konqres 1881-ci ildə Mıgırdıç Sanasaryan tərəfindən yaradılan və Erməni deportasiyasından sonra bağlanan qədim idadi məktəbinin binasının birinci mərtəbəsində bir salonda keçirilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=419392
Ərzurum Texniki Universiteti
Ərzurum Texniki Universiteti (türk. Erzurum Teknik Üniversitesi, ETÜ) — Türkiyənin Ərzurum şəhərində yerləşən dövlət universiteti. Universitet Türkiyə Böyük Millət Məclisinin 2010-cu ildə qəbul etdiyi qanuna əsasən yaradılıb. Universitetdə bakalavr və magistratura təhsili 2012-ci ildə başlamışdır. Az müddətdə Ərzurum Texniki Universiteti regionda tədqiqat mərkəzinə çevrilməyi bacarmışdır. Fakültələri Universitetdə ümumilikdə 6 fakültə fəaliyyət göstərir: Ədəbiyyat fakültəsi Elmlər fakültəsi İqtisadiyyat və Biznesin İdarə Edilməsi fakültəsi Mühəndislik və Memarlıq fakültəsi Sağlamlıq Elmləri fakültəsi İdman Elmləri fakültəsi İnstitutları Universitetdə 3 institut fəaliyyət göstərir: Elm və Texnologiya İnstitutu Sosial Elmləri İnstitutu Səhiyyə Elmləri İnstitutu Xarici Dillər Kolleci İxtisasları Mühəndislik və Memarlıq Fakültəsi Maşınqayırma İnşaat Mühəndisliyi Elektrik-Elektronika mühəndisliyi Kompüter mühəndisliyi Sənaye mühəndisliyi Kimya mühəndisliyi Şəhər və Regional Planlaşdırma Daxili MemarlıqFakültədə kompüter laboratoriyaları, iş otaqları və şöbə elmi-tədqiqat laboratoriyaları var. Yüksək Texnologiyalar Tətbiqi və Araşdırma Mərkəzi (YTTAM) YTTAM qapalı sahəsi olan bölgənin ən böyük tədqiqat mərkəzlərindən biridir. Burada 1000 nəfər üçün nəzərdə tutulmuş xüsusi təmiz havası olan(Cleanroom) otağı, 2 sinif otağı, 22 müxtəlif ölçülü tədqiqat laboratoriyaları, 1 məşq zalı, 1 iclas zalı, 4 işçi otağı, 4 iş ofisi və 1 istirahət otağı xidmət göstərir. Mərkəzi kitabxanası Universitetin Mərkəzi kitabxanası hər gün 08.00–22.00, şənbə günləri 10.00–20.00 saatları arasında açıqdır. Kitabxana ilə yanaşı, hər bir fakültədə tədris zalları fəaliyyət göstərir. Xarici əlaqələri Qafqaz Universitetlər Birliyinin üzvüdür Xarici keçidlər Erzurum Teknik Üniversitesi resmi web sitesi
https://az.wikipedia.org/w/index.php?curid=831145
Ərzurum döyüşü (1821)
Ərzurum döyüşü - 1821-1823-cü illəri əhatə edən Osmanlı-İran müharibəsi zamanı baş vermiş döyüş nəzərdə tutulur. Döyüşdən əvvəl Birinci Rusiya-İran müharibəsində Qacarların xeyli torpaq itirməsi, onları bu itirilən torpaqların yerini doldurmaq üçün yeni müharibəyə başlamağa sövq edirdi. Həmçinin də avropalılardan dəstək alaraq qurulan yeni ordunun sınaqdan keçirilməsinə ehtiyac var idi. Nəticədə 1821-ci ildə müharibə başladı.Müharibənin əsas mübarizə meydanı İraq və Şərqi Anadolu olmuşdur. Ərzurum döyüşü 1821-ci ildə, Van gölü hövzəsində baş vermişdir. Qacar qoşununa rəhbərlik edən vəliəhd-şahzadə Abbas Mirzə Diyarbəkir və Ərzurum istiqamətində hücuma başlamış və bu hücum əsnasında Ərzurum yaxınlığında Osmanlı qoşunlarını darmadağın etmişdir.Döyüş zamanı Qacar qoşununun sayə 30 min, Osmanlı qoşununun sayı isə 50 min nəfər olmuşdur. Lakin son dövrlərdə Abbas Mirzə və qardaşı Məhəmmədəli mirzə Qovanlı-Qacarın rəhbərliyi ilə aparılan yenidərqurma işləri hesabına modernləşdirilən və Avropa nümunəsində təşkil edilən Qacar ordusu sayıca çox olan Osmanlı ordusunu məğlub edə bilmişdi. Hərbi əməliyyatların nəticəsi Qacar ordusunun xeyrinə olsa da, orduda gözlənilmədən vəba xəstəliyinin yayılması Qacarları sülh bağlamağa məcbur etdi. İmzalanan sülh müqaviləsinə görə köhnə sərhədlər yenidən bərpa edildi. Həmçinin bax Osmanlı-İran müharibəsi (1821-1823) Ərzurum müqaviləsi
https://az.wikipedia.org/w/index.php?curid=565157
Ərzurum döyüşü (1877)
Ərzurum döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Ərzurum qalası ətrafında gedən döyüş Osmanlıların qələbəsi ilə başa çatmışdır. Döyüş öncəsi vəziyyət Döyüşün gedişatı Döyüşün nəticəsi
https://az.wikipedia.org/w/index.php?curid=579078
Ərzurum ili
Ərzurum ili — Türkiyənin Qara dəniz və Şərqi Anadolu regionlarında yerləşən il. İlin şimalında Rizə və Artvin, şimal-şərqində Ərdahan, qərbində Bayburt və Ərzincan, şərqində Qars və Ağrı, cənubunda Bingöl və Muş şəhərləri var. Əhalisinin 65%`i şəhərlərdə, 35%`i kəndlərdə yaşayır. Erzurum nüfusu 2020 məlumatlarına görə 762.062 nəfərdir. Türkiyə'de nüfus yoğunluğu baxımından 29. böyük əyalətimizdir. Vaxt içində kənddən kəntə köç yaşanması nəticəsində, nüfusun böyük bir hissəsi şəhər mərkəzində yaşayır. Erzurumun böyük ilçələri Oltu, Xorasan, Pasinlerdir. İl nüfusunun böyük bir hissəsi Palandöken dağının şimal yamacına toplanmışdır. Taşra nüfusunun böyük bir hissəsi kənd təsərrüfatı, heyvancılıq və ormancılıqla məşğul olur. Coğrafi Mövqeyi Erzurum, 39 şimali enlemi – 41 şarqi boylamı arasında yer alır. Şimalında Şərqi Qaradeniz bölməsi, cənubunda Binqöl və Muş, qərbində Şərqi Can, Qars və Ərər xəttində sınırı var. Sınır illəri Ərər, Ərdağan, Artvin, Bayburd, Binqöl, Ərəncan, Qars, Muş və Rizə'dir. Erzurum, 25.066 km² sahəyə sahibdir. Türkiyənin ən geniş sahəyə sahib dördüncü ərazisidir. İlçələri; Aziziyyə, Palandöken və Yakutiyə mərkəz ilçə olmaq üzrə, Əşqalə, Çat, Hınıs, Xorasan, İspir, Qaraçoban, Qarayazı, Köprüköy, Nərman, Olur, Oltu, Pasinlər, Pazaryolu, Şənkaya, Təkman, Tortum, Uzundere'dir. Əhalisinin ən çox olduğu ilçə mərkəz Yakutiyə İlçəsidir. Ən az olan ilçə isə Pazaryolu'dur. Yüksəltisinin ən çox olduğu ilçə Qarayazı (2350 m.), ən aşağı olan ilçə isə Uzundere (1000 m.)-dir. Ən geniş sahəyə İspir İlçəsinə məxsusdur. İran Azərbaycan və Ermənistan ilə transit ticarət həcminə sahib, təhsil və sağlamlıq alt yapısı, milli və mənəvi missiyonu ilə doğunun tarixi və coğrafi hinterlandı ən geniş və vacib illərindən biridir.[1] Yer şəkilləri Erzurum ümumilikdə yüksək və platoda xüsusiyyət göstərir. Cənubunda Palandöken, şimalında Kargapazarı dağları ilə çevrili olan bir əyalətimizdir. İləmizdəki yer alan digər dağlar isə, Dumlu Dağları, Güvercin Dağları və Məscit Dağlarıdır. Erzurum, Türkiyənin ən yüksək rakıma sahib olan (1900 m.) illərindən biridir. Türkiyedeki Böyük Şəhərlər arasında ən yüksək yerləşmə sahəsinə sahibdir. Dünyada isə, Orta Qüşakta yer alan və bu yüksəklikdə yaşanılan nadir illərdən biridir. Önəmli axarsuları Qarasu (Fırat), Çoruh və Aras'dır. Bu axarsulardan Çoruh Qaradenizə, Qarasu (Fırat) Basra Körfəzi'ne, Aras isə Xəzər Dənizinə tökülür. Qar və yağış suları bir çox axarsuları meydana gətirir. Axarsular həm qar ərimələri, həm də yağmurlar sayəsində ilkbahar və yaz başlarında çox qabarır. Bəzi axarsular Erzurum sərhədlərini aşaraq başqa bölgələrə kimi uzanır. Qarasu(Fırat): Dumlu Dağı'ndan mənbəyini çıxarır. Çoruh İrmağı: Erzurum Məscit Dağları'ndan çıxaraq Artvinə çatır. Aras İrmağı: Binqöl Dağları'ndan çıxar. Oltu Çayı: Kargapazarı Dağları'ndan çıxar. Tortum Çayı: Məscit Dağları'ndan çıxar. Erzurumun ən önəmli məqsədi Tortum (Heyelan Set) məqsədidir. Tortum məqsədi ağzı hissəsində 48m. hündürlüyə sahib Tortum Şəlaləsi yer alır. Tortum şəlaləsi heyelan set qrupunda ən böyük şəlalədir. Türkiyənin ən önəmli kayak mərkəzlərindən olan Palandöken Kayak mərkəzi bu əyalətimizdə yer alır. Dağların yüksək qismində sirk (Buzul Gölü) tapılır. Erzurum doğal göl baxımından zəngin deyil. İlin ən önəmli gölü, Tortum Çayı üzərində oluşmuş, eyni zamanda Türkiyənin ən böyük heyelan-set gölü olan, Tortum Gölü'dür. Tortum Çayı'nın yatağını tıxaması yolu ilə oluşmuş və önündə hündürlüyü 48 metrə çatan məşhur doğa əsəri Tortum (Uzundere) Çağlayanı oluşmuşdur. Ərzurum düzənliyi Erzurumun ən önəmli ovaları Erzurum Ovası, Pasinler Ovası, Güzelova (Daphan)'dır. Bölgənin Şimalinə doğru arazi enqebəsi artır. Cənubunda isə yer şəkilləri daha sadədir. Erzurumun yer yapısından dolayı deprem riski çoxdur. İkinci dərəcəli deprem risk zonasında yer alır. Bundan dolayı termal potensialı da yüksəkdir. Həsənkələ (Pasinlər) Kaplıcaları, Ilıca kaplıcaları, Köprüköy, Xorasan, Olur və Çat İlçələrində termal alt yapısı var. Yüksəltisinə görə, Türkiyənin ən nadir iqlimlərindən olan sərt karasal iqlim görülür. Sıcaklıq fərqi dolayısı ilə fiziki (mexanik) çözülmə çoxdur. Erzurumun ən yağışlı müvsimii ilkbahar sonu yaz başıdır. Bu yağışların çoğu konveksiyonel və ya kirk-indi yağışları şəklində görülür. Ən kurak müvsimi isə kişidir. İlin müvəqqəti 150 günü qar görülür. Yağış rejimi düzənsizdir. Bitki örtüsü də ümumilikdə dağ çayırları və iynə yapraklı ormanlardan ibarətdir. Orman və fundalıqlar ərazinin % 9'unu, çayır və meralar isə % 68'ini təşkil edir. Erzurumun yaz ayları ortalama sıcaklığı 18.4 °C-dır. Yaz ortalama sıcaklığı ən düşük illərimizdəndir. Yanvar ayı ortalama sıcaklığı isə -7 °C ilə yine ən soğuk illərimizdəndir. İllik sıcaklık ortalaması 5 °C civarındadır. Erzurumun illik yağış miqdarı ortalama 480 mm-dir. Günlük yağış süresi 1700 saatin üzərindədir. Bu illik ortalaması, 71 gündən çox və günlük 8 saata denk gəlir. Beləcə, Erzurum gələcəkdə potensial bir güneş enerjisi santrali olmağa adaydır. Erzurumda yaz yağışlarından dolayı bitki örtüsü Alpin Çayırları və yüksək kesimlərində Tayqa Ormanları görülür. Şimalında isə yer şəkillərindən dolayı mikro iqlim sahələri var. (Tortum, Uzundere, Oltu, İspir, Pazaryolu). Əyni zamanda Erzurumda 34 Familiya və 107 cinsə aid 255 endemik bitki topluluğu tapılır. İqtisadi Xüsusiyyətləri a) Tərəfdaşlıq Erzurumun iqlim şəraitindən dolayı tərəfdaşlıq verim düşükdür. Son illərdə müasir tərəfdaşlıq metodları inkişaf etmişdir. (Sulama, Gübrə istifadəsi, İlaçlama, Maşın istifadəsi kimi.) Buğday, Patates, Arpa, Şəkər Pancarı, Çavdar, Yulaf, Alma yetişdirilir. Əyni zamanda mikro iqlim sahələrində Üzüm, İncir, Fasulyə, Ceviz, Tut, Qayısı-da yetişdirilir. Erzurum və Pasinler Ovası'nda sulama təsisləri qurulmuşdur. Sulular tərəfdaşlıq ilə verim artmışdır. b) Heyvancılıq Heyvancılık Erzurum iqtisadiyyatının bel kəmidir. Erzurum ölkəmizdə böyükbaş heyvancılığın ən yaygın olduğu bölgələrdən biridir. İqlim və yer şəkillərindən dolayı, Erzurum-Kars platosunda böyükbaş heyvancılıq çoxluqda məra heyvancılığı şəklində aparılır. Şimalında isə yer şəkillərindən və iqlimdən dolayı kiçikbaş heyvancılıq aparılır. Son illərdə müasir heyvancılıq suni toxumlama metodu ilə inkişaf etmişdir. İlimizdə Arıcılık da çox inkişaf etmişdir. Kovan sayı 60 minə yaxındır. c) Ormancılık Erzurumun bəzi ilçələrində orman var, ancaq keçmişdə ormanların böyük bir hissəsi təhrif edilib. Şənkaya, Oltu, Olur, Uzundere, İspir, Pazaryolu ilçələrində orman varlığı mövcuddur. ç) Madenləri: Erzurumun ən önəmli madenləri Oltu daşı, Krom, Qaya tuzu, Bakır, Dəmir-dir. d) Sanayi: Yer şəkilləri və iqlim şəraitindən dolayı, sanayi çox inkişaf etməyib. Son illərdə edilən investisiyalarla Tekstil, Şəkər Fabrikası, Yem Fabrikası, Çimento Fabrikası, yerli Et və Süt sahələri inkişaf etmişdir. Türkiyənin ən önəmli təbiət Turizm əyalətlərindən biridir. Palandöken Kayak Mərkəzi ümumi pist uzunluğu 70 km ilə Türkiyənin ən uzun kayak pistinə sahib Qış Turizm mərkəzidir. Əyni zamanda təbiət yürüyüş idmanları, buz tırmanış parkurları, kayakla atlamalıq kulələri, buz hokeyi salonları və kaplıcaları ilə önəmli bir turizm mərkəzidir. Erzurum, qara, hava və dəmiryolu ilə yurdun hər tərəfinə bağlanmışdır. Hər cür uçuşun edilə biləcəyi müasir bir hava pisti və hava limanı təsisi var. Avtobus Terminali Türkiyənin ən müasir və böyük terminallarından biridir. Erzurumda nəqliyyatı aksatdığı ən önəmli problem iqlimdir. Qış mevsiminin uzun çəkməsi, don olayının çox olması nəqliyyatın aksamasına səbəb olan ən önəmli etkidir. ən məşhur yemək Erzurum Çağ Kabab: Türkiyənin Ləzzətli Yeməklərindən Biri Türk mətbəxi dünyanın ən füsunkar ləzzətlərindən birini təqdim edir. Çağ kababı da bu ləzzətlərdən biridir və çox qədim türk yeməyidir. Çağ kababı quzu əti, isti və ya ilıq ədviyyatlar, soğan, pomidor, bibər və sarımsaqla hazırlanan yeməkdir. Ətin çubuqşəkilli kömür odunda bişirildiyi zaman yaranan unikal dad yaradır. Çağ kababının çox qədim tarixə malik olduğu düşünülür və uzun müddət türk mətbəxinin bir parçası olmuşdur. Adı Ərzurumda bir çox yeməklərin hazırlandığı dövr kabab restoranından gəlir.
https://az.wikipedia.org/w/index.php?curid=2488
Ərzurum konqresi
Ərzurum konqresi — 23 iyul-7 avqust 1919-cu ildə Ərzurumda toplanan konqres. 17 iyunda Vilayat Mahnıya Müdafiə Hüquq Cəmiyyəti Ərzurum şöbəsi tərəfindən toplanan Ərzurum konqresi Ərzurum ümumi konqresi və ya Ümumi Ərzurum konqresi kimi də tanınır. Konqresdə əksəriyyəti işğal altındakı 5 şərq vilayətindən — Trabzon, Ərzurum, Sivas, Bitlis və Vandan gələn 62 nümayəndə iştirak etmişdir. 2 həftə davam edən konqresdə alınan qərarlar Qurtuluş mübarizəsində izlənən xətdə əhəmiyyətli dərəcədə müəyyənedici olmuşdur. Konqresi müvəqqəti sədr olaraq Ərzurum nümayəndələrindən Xoca Rəhm Əfəndi açıb. Yoxlamanın sonra keçirilən səsvermədə Mustafa Kamal Paşa] konqresə sədr seçilib. Əslində Konqres danışıqlarının 10 iyuldada başlaması nəzərdə tutulmuş, nümayəndələrin bir hissəsinin deyilən tarixdə Ərzuruma gələ bilmədiyi üçün təxirə salınaraq, 23 iyulda danışıqlara başlanılmışdır. Alınan qərarlar Vətən bir bütündür, parçalana bilməz. Hər cür əcnəbi işğalına və müdaxiləsinə qarşı millət həmişə birlikdə müqavimət və müdafiə etməyə edəcəkdir. İstanbul Hökuməti vətənin müstəqilliyini təmin edə bilməsə, müvəqqəti bir hökumət qurulacaqdır. Bu hökumət milli konqres tərəfindən seçiləcəkdir. Konqres toplanmamış isə, bu seçkini Nümayəndələr Heyəti aparacaqdır. Kuva Milliyəyi təsirli, milli iradə hakim bilmək əsasdır. Azlıqlara siyasi hakimiyyətimizi və sosial balansımızı pozacaq imtiyazlar verilə bilməz. Ancaq bu vətəndaşların canları, malları və vicdanları hər cür təcavüzdən qorunacaqdır. Mandat və himayə qəbul olunmaz. Milli iradə və toplanan milli qüvvələr padşahlıq və xilafət məqamını qurtaracaqdır. Məbuslar Məclisinin dərhal toplanmasına və hökumətin gördüyü işlərin millətcə nəzarətinə çalışılacaqdır. Müstəmləkəçilik məqsədi daşımayan dövlətlərdən texniki, sənaye və iqtisadi yardım qəbul etmək olar. Ərzurum Konqresinin əhəmiyyəti və xüsusiyyətləri Mandat və himayə rədd edilərək ilk dəfə milli suverenliyin qeyd-şərtsiz həyata keçirilməsinə qərar verilmişdir. İlk dəfə milli sərhədlərdən bəhs edilmiş və Mondros Atəşkəs Müqaviləsinin imzalandığı anda Türk torpağı olan vətənin parçalanmaması açıqlanmışdır.Toplam olunması forması baxımından regional olmasına qarşı aldığı qərarlar baxımından milli konqresdir. İlk dəfə müvəqqəti hökumətin qurulacağı bəhs edilmişdir. Ərzurum Konqresi Sivas konqresinə bir ön hazırlıq işləməsi deməkdir. İlk dəfə sədri Mustafa Kamalın etdiyi doqquz nəfərlik nümayəndə heyəti yaradıldı. Bu nümayəndə heyəti bir hökumət kimi fəaliyyət göstərəcəkdir (Nümayəndə Heyətinin vəzifəsi Böyük Millət Məclisinin açılmasına qədər davam edəcəkdir). Ərzurum Konqresinin bir əhəmiyyəti də Qərbi Anadoluda Yunan qüvvələrinə qarşı mübarizə aparan Kuva Milliyə üzərində böyük ruh təsir etdi. Ərzurum Konqresi Mustafa Kamalın vətəndaş olaraq vəzifə aldığı ilk yerdir. Bölgəsəl bir qurultaydır. Konqres binası Konqres 1881-ci ildə Mıgırdıç Sanasaryan tərəfindən yaradılan və Erməni deportasiyasından sonra bağlanan qədim idadi məktəbinin binasının birinci mərtəbəsində bir salonda keçirilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=391152
Ərzurum müqaviləsi
Ərzurum müqaviləsi — Osmanlı dövləti ilə İran ərazisində olan Qacar dövləti arasında imzalanan və 1821-1823-cü il Osmanlı-İran müharibəsini sona çatdıran sülh müqaviləsi. İran-Osmanlı ziddiyyətlərinin kəskinləşməsi Müharibənin başlanması və gedişi 1813-cü ildə Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan və Qafqazda ruslara xeyli torpaq verən İranın Qacar xanədanı, bu torpaq itkilərini Osmanlılardan torpaq alaraq kompensasiya etmək istədiyi üçün, Avropalıların da qızışdırması ilə Bağdad və Şehrizor bölgələrinə hücumlar təşkil etdi. Sərhəd hadisələrinin və hücumların intensivləşməsi ilə II Mahmud İran dövlətinə müharibə elan etdi. Müharibənin ilk dövrü İran üçün uğurlu oldu. Osmanlı dövlətinin Cənubi Azərbaycanla bitişik rayonları, Bəyazid, həmçinin Süleymaniyyə İran tərəfindən tutuldu. 1822-ci ildə Kərkük, Mosul və digər şəhərlər də ələ keçirildi. Lakin İran-Osmanlı müharibəsi İngiltərənin mənafeyinə uyğun deyildi. Ona görə də bütün vasitələrdən istifadə edərək onun qarşısını almağa çalışırdı. İran və Osmanlı dövlətlərinin bu müharibədə bir-birini zəiflətməsi Rusiyanın niyyətlərinə də uyğun idi. Bir tərəfdən İngiltərənin təzyiqi, digər tərəfdən isə İranın ətrafında baş verən üsyanlar və taun epidemiyası müharibənin dayandırılmasını sürətləndirdi. Osmanlı ordusunun gücünün yox olduğu bir zamanda İran ordusunda böyük vəba epidemiyası başladı. 1 iyun 1823-cü il tarixində Ərzurum müqaviləsi imzalanaraq müharibəyə son qoyuldu. Müqaviləni Fətəli şah və Abbas Mirzə adından Mirzə Məhəmməd Əli və Osmanlı sultanı Mahmud (1808-1839) adından Ərzurum qubernatoru və Osmanlı imperiyası şərq vilayətlərinin valisi Rauf paşa imzalamışdı. Müqavilənin şərtləri Həmçinin bax Osmanlı-İran müharibəsi (1821-1823)
https://az.wikipedia.org/w/index.php?curid=392008
Ərzurum vilayəti
Ərzurum vilayəti — Osmanlı İmperiyası tərkibində, 1867–1923–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ərzurum şəhəri idi.
https://az.wikipedia.org/w/index.php?curid=409229
Ərzurum əyaləti
Ərzurum əyaləti ya da Ərzurum bəylərbəyliyi— 1514-cü ildə qurulan Osmanlı imperiyası əyaləti. Əyalətin mərkəzi Ərzurum idi. Ərzurum əyaləti 1514-cü ilədək Səfəvilər dövlətinin ərazisi idi. Yavuz Səlim Çaldıranda Şah İsmayılı məğlub etməzdən öncə Çaldıran döyüşü üçün Ərzurumu fəth etmiş və Şərqi Anadolunun Orta və Qərb bölümü Osmanlı torpaqlarını qatılmışdı. 1864-cü ildə Teşkili Vilayet Nizammaməsiylə Ərzurum vilayətinə dönmüşdür. Bağlı sancaqlar Həmçinin bax Məhəmməd xan Zülqədər
https://az.wikipedia.org/w/index.php?curid=437020
Ərzurumlu İbrahim Haqqı
Ərzurumlu İbrahim Haqqı (18 may 1703, Ərzurum ili – 22 iyun 1780, Siirt) — türk sufi nümayəndəsi, sosioloq və alim. Marifətnamə əsərinin yazarıdır. Kiçik yaşlarında atasını sonra isə anasını itirən İbrahim Haqqı bir müddət əmisinin yanında yaşamışdır və bu müddət ərzində təhsilinə davam etmişdir. 1747-ci ildə İstanbula gələrək sultan I Mahmud ilə görüşmüşdür. Sonra yenidən Ərzuruma qayıdan İbrahim Haqqı davamlı olaraq dini və elmi mövzularla maraqlanmışdır. İbrahim Haqqı 1780-ci il 22 iyunda ölmüşdür. Məzarı Siirt ilinin Tillo ilçəsində yerləşir. Ümumilikdə on beş əsər yazan İbrahim Haqqının ən əsas əsərləri Divan və Marifətnamədir. Ərzurumlu İbrahim Haqqı astronomiya, fizika, psixologiya, sosiologiya və din sahələrində bir çox fəaliyyət göstərmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=785394
Ərzurumlu Əmrah
Ərzurumlu Əmrah (1775 – 1854, Toqat ili) — Doğu Anadolu və Azərbaycanda məşhur olan bir şair, el ədəbiyyatımızın görkəmli nümayəndələrindən. Əmrah Ərzurumlu Tənbura kəndində dünyaya gəlmişdir. Doğum ili müəyyənləşdirilməyib. Müxtəlif nəşrlərdə doğum ili 1777, 1781, 1815 və 1820-ci illər kimi göstərilir. Ölüm tarixi daha dəqiqdir. Əmrah 1860-cı ildə Niksarda vəfat etmişdir. Yaradıcılığı Heca vəznində, xalq şeiri biçimlərimizdə inciləryaratmış Əmrahm Əruz vəznində yazdığı əsərləri — qəzəlləri, müxəmməs və mürebbeləri də var. Bəzən Əızurumlu Əmrahla XVII əsrdə Van gölü ətrafinda Ercizdə yaşamış Əmrah adlı el şairinin şerlərini dəyişik salırlar.
https://az.wikipedia.org/w/index.php?curid=509994
Ərzəkənd
Ərzəkənd — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Zəngi çayının sol qolu olan Dəllər çayının sağ tərəfində, Güllü dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərzqan kimi , Qafqazın 5 verstlik xəritəsində Arzakənd, erməni mənbələrində Arzakan formasında qeyd edilmişdir. Ərzəkənd kəndinin adı erməni dilinə uyğunlaşdırılaraq Arzakan//Ərzəkan adlandırılmışdır. Toponim ərz və kənd sözlərindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu toponimdir. Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-30 - cu illərdə İranın Maku, Xoy, Türkiyənin Bayazed, Muş vilayətlərindən və habelə Tiflisdən köçürülmüşdür. Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 239 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 255 nəfər, 1908-ci ildə 528 nəfər, 1914 - cü ildə 786 nəfər azərbaycanlı, 1916-cı ildə 1633 nəfər azərbaycanlı və erməni yaşamışdır. Kənddə 1831-ci ildə 33 nəfər azərbaycanlı, 200 erməni, 1897-ci ildə 255 nəfər azərbaycanlı, 869 erməni, 6 kürd yaşadığı halda, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğətində kənddə 1831 və 1897-ci illərdə yaşamış azərbaycanlılar ermənilərin tərkibində verilərək göstərilir ki, kənddə 1831-ci ildə 233, 1897-ci ildə 1179 erməni yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1928-1930 - cu illərdə azərbaycanlılar zorla öz doğma kəndlərindən qouvulmuşlar. İndi yalnız ermənilər yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=414432
Ərzən Xatun türbəsi
Ərzən Xatun türbəsi (türk. Erzen Hatun Kümbeti) — Türkiyənin Bitlis ilinin Əhlət ilçəsində yerləşən Qaraqoyunlu dövrü memarlıq abidəsi. Abidə Türkiyənin Əhlət şəhərinin Əhlət Mərkəz məhəlləsində, Şeyx Nəcməddin türbəsi ilə yanaşı yerləşir. Ərzən Xatun türbəsi şimal fasadında tikilmə tarixi H.707-ci ili verir, lakin mövzu ilə bağlı ilk araşdırma aparan A. Şərif Beyqu tikinti kitabəsində binanın hicri ilini 799-cu il kimi qeyd etmişdir. Kitabə türbənin cənub fasadında pəncərə lenti kimi düzülmüş, təxminən 65x36 sm ölçüdə ağ daş üzərində qabartma texnikası ilə beş sətirdə həkk olunmuşdur. Osmanlıdan əvvəlki dövr üslubuna uyğun gələn cəli süls yazısı bədii olmaqdan daha çox funksionallıq baxımından əhəmiyyətlidir. Kitabədə yazır: "Yarəbb bu şərif və xoşbəxt qübbənin altında yatan salihə, iffətli, şəhidə, böyük xatun, Allahın rzasına və rəhmətinə möhtac 798-ci ilin zilhiccə ayında vəfat etmiş olan Əmir Əli qızı Ərzən Xatuna yardım və rəhmətini əsirgəmə" Tarixçi B. Konyara görə abidə Qaraqoyunlu tayfa ittifaqına daxil olan Ərzən bəylərindən Əmir Əlinin qızı Ərzən Xatunun məzarı üzərində ucaldılmışdır. Ə. Doğanay və B. Doğan da əsəri Qaraqoyunlu dövrünə aid edirlər. 1. Qərb pəncərəsində yerləşən kitabənin mətni aşağıdakı kimidir "١شھد الله -انھ لا الھ الا ھو ٢ -و الملئكة و اولو ا لعلم قائما با لقسط ٣لا-الھالاھوالعزیزالحكیمان ٤ - اعند الله لدینالا سلام" Tərcüməsi belədir — "Allah, mələklər və ədalət sahibləri Ondan başqa məbud olmadığına şəhadət vermişlər. Ondan başqa tanrı yoxdur. O, güclüdür, hakimdir. Allah qatında din, şübhəsiz ki, İslamdır." 2. Şərq pəncərəsində yerləşən kitabənin mətni belədir "١بسم الله -الر حمن الر حیم اa لحمد ٢ -الذى خلق السموات و الا رض ٣ -و جعل الظلمات والنور ثم الذین ٤كفر -وا بربھم یعدلون ھو الذى خلقكم" Tərcüməsi — "Mərhəmətli və Rəhmli Allahın adı ilə. Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun, halbuki kafirlər başqalarını öz Rəbbinə tay tutarlar. Sizi yaradan Odur." 3. Şərq pəncərəsində bir ədə usta kitabəsi yerləşir. Kitabəyə görə abidənin memarı Qasım bin Ustad Əlidir. Həlimə Xatun türbəsi ilə bu türbə arasındakı oxşarlıq Həlimə xatun türbəsinin bu memarın babası tərəfindən tikildiyini sübuta yetirir. Kitabənin mətni belədir "١عمل قاسم -ابن استادعلى" 4. Cənub pəncərəsinin lintel daşındakı yazının mətni ١بسم الله -الر حمن الر حیم وما تو فیقى اa با لا ٢علیھ توكلت -و الیھ انیب امر بعما رة ھذه القبة -٣الشریفة المبا ركة الا میر الكبیر العادل بین ٤ -ا لصغیروا لكبیرالرا عفو جىر بھا للطیفا لخبیرامیر -٥ شیخ محمد ابن و الامیر الكبیر امیر محمد باورجى؟ Tərcüməsi — Mərhəmətli və Rəhmli Allahın adı ilə. Mənim Allahdan başqa köməkçim yoxdur. Ona təvəkkül etdim, Ona sığındım. Bu mübarək, şərəfli günbəzin inşasını böyük və kiçik hər kəsə qarşı ədalətli olan, lütfkar və hər şeydən xəbərdar olan, Rəbbindən bağışlanma diləyən böyük Əmir Məhəmməd Bavercinin oğlu Əmir Şeyx Məhəmməd əmr etmişdir. Memarlıq xüsusiyyətləri Ərzən məhəlləsində yerləşən türbə iki mərtəbədən ibarət kvadrat əsasda tikilib. Türbənin ikibucaqlı silindrik gövdəsi, üçbucaqlı paxları vardır. Abidənin birinci mərtəbəsi 6,55×6,55 m ölçüdədir. İkinci mərtəbə diametri 7,65 m olan silindrik korpusa malikdir.Dəfn mərtəbəsinə giriş şimal-şərq fasadından açılan uclu tağlı qapı ilə təmin edilir. Bu mərtəbədə şimal, qərb və cənub fasadlarından üç düzbucaqlı pəncərə açılışı var. Dördbucaqlı pəncərələr qızılgül bəzəkləri və rozet relyefləri ilə bəzədilib. Məscid mərtəbəsinin şimaldan dördbucaqlı giriş qapısı var. Giriş qapısında deformasiyaya uğramış yazı var. Dördbucaqlı qapı müqərnəs qovsara, nəbati və həndəsi haşiyələrlə bəzədilib. Binanın şərq, qərb və cənub fasadlarında düzbucaqlı pəncərə açılışları vardır. Pəncərə daşları hədis və Quran ayələri ilə bəzədilib. Bu pəncərə açılışlarında üçbucaqlı taxçalar var. Üçbucaqlı taxçalar da tərs (U) formalı rumi və palmet motivləri ilə bəzədilib. Silindrik gövdənin hər tərəfində bursa tağı var. Birinci mərtəbə şimal, qərb və cənub fasadlarında çəngəlli pəncərə ilə işıqlandırılır. Dəfn mərtəbəsində bir tabut var və güzgülü qübbə ilə örtülüb. Əsas məkan olduqca sadədir. İkinci mərtəbə şərq, qərb və cənub fasadlarında düzbucaqlı pəncərə açılışları ilə işıqlandırılır. İçərisində tabut yoxdur. Binanın divar səthlərində suvaq izləri var. İkinci mərtəbə içəridən günbəzlə örtülüb. Günbəz qəhvəyi və qırmızı kəsilmiş əhkət daşından hazırlanmışdır. Bəzək xüsusiyyətləri: Binanın hər bir fasadı müxtəlif taxçalar, haşiyələr və tağlarla bəzədilmişdir. Gövdə və ətək qismində qoşa düyünlü motivlərdən və dayaz kiçik taxçalardan əmələ gələn həndəsi inç çərçivələri var. Bursa tağlı taxçalar hər fasadda təkrarlanır. Dörd əsas istiqamətdə səthi yerləşən bu taxçaların içinə pəncərələr yerləşdirilib. Digər fasadlarda taxçaların içərisində dərin üçbucaqlı və ya yarıq taxçalar var. Üçbucaqlı taxçaların yuxarı hissələri radial yivlərdən əmələ gələn stridiya formasına malikdir. Bu taxçalar da iki yan və yuxarı həndəsi çərçivələrlə əhatə olunmuşdur. Cənub fasadının hər iki tərəfindəki çərçivələr iki gövdənin tutduğu palmetlərin düzülməsi ilə əmələ gələn bitki ornamentlidir. Qapı müqərnəs daxilinə yerləşdirilib.Onun yuxarı və yan tərəfləri bitki ornamentləri ilə bəzədilib. Üzərinə səkkizbucaqlı daxilinə yerləşdirilmiş həndəsi rozet qoyulub. Onun üzərinə isə ortasında bitki motivli rozet, hər iki tərəfində qonaqotu çiçəyi motivləri var. Bu quruluş ulduz şəkilli çərçivə ilə əhatə olunmuşdur. Bütün aranjıman yuxarıda səkkizguşəli ulduzun yerləşdirildiyi rozetlə birlikdə bursa kəməri ilə tamamlanır. Qapıdakı kompozisiyaya bənzər pəncərələrdəki ornament proqramı. tətbiq edilib. Burada da bursa tağlı səthi taxça bütün kompozisiyanı məhdudlaşdıran elementdir. Pəncərə müqərnəsli kavsaranın daxilinə yerləşdirilib. Bu kavsara yuxarıdan və yanlardan bitki motivli çərçivə ilə haşiyələnir. Onun üstündə şərq pəncərəsində həndəsi rozet var. Rozetdən bir qədər yuxarıda yerləşən rozetlərin ikinci cərgəsində, bu fasaddakı digərlərindən fərqli olaraq, rozetin hər iki tərəfinə qonaqotu çiçəyi motifləri qoyulub. Usta kitabəsi burada yerləşir. Ulduz keçmə haşiyə ilə çərçivələnən bu ornamentin yuxarı hissəsində səkkizguşəli ulduz təsviri olan rozet var. Cənub pəncərəsi cüzi fərqlərli ornamentləri ilə digər fasadları təkrarlayır. Burada muqərnəsin üzərində rozet yoxdur, onun yerinə iki sətirli kitabə daşı var. Sarya Erboğa. AHLAT TÜRK İSLAM DÖNEMİ DİNİ MİMARİSİ. Van. T.C. YÜZÜNCÜ YIL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ SANAT TARİHİ ANABİLİM DALI. 2018. Arif Erzen. Erzen şehirleri ve Erzen beyleri. İstanbul: Graphis. Abdurrahman Şerif. Ahlat Kitabeleri. İstanbul: Hamit. 1932. Hacer Banu Paşalıiğlu. Karakoyunlu Dönemi İmar Faaliyyetleri. İstanbul. 2004. Həmçinin bax Ulu məscid (Van) Qaraqoyunlu dövləti
https://az.wikipedia.org/w/index.php?curid=800558
Ərzənəq
Ərzənəq (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Ərzənəq (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
https://az.wikipedia.org/w/index.php?curid=767218
Ərzənəq (Germi)
Ərzənəq (fars. ارزنق) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (42 ailə). Şablon:Gərmi şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=767153
Ərzənəq (Sərab)
Ərzənəq (fars. ارزنق) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,407 nəfər yaşayır (250 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=685699
Ərzəxoran (Mahnişan)
Ərzəxoran (fars. ارزه خوران) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (46 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=783463
Ərçiman
Ərçiman – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Ərçiman kəndi Dəmirçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərçiman kənd Soveti yaradılmışdır. Toponimikası Arçiman oykonimi mürəkkəb söz olmaqla iki hissədən ibarətdir. Bəzi tədqiqatçılara görə, toponim arçan (ardıc bitkisi) və man (ətraf) sözlərinin birləşməsindən yaranaraq yerli tələffüz nəticəsində indiki formasını almışdır. Kənd ətrafı arçan ağacları ilə zəngin olan dağın ətəyində salındığı üçün belə adlandırılmışdır. Toponimik sözlüklərdə Ərçiman variantında olan bu oykonim 1917-ci ildə Arçiman şəklində qeydə alınmışdır. Oykonim arçi və man sözlərindən düzəlib. Arçilər Qərbi Dağıstanda yaşayan və avarlara yaxın olan etnik qrupdur. Türk dillərində arçi sözü "dağlı" sözünün sinonimidir, man komponenti isə "adam", "yer, məkan", "əhatə olunmuş" mənalarını ifadə edir. Arçiman oykonimi "dağlılar", yaxud "dağlıların məskunlaşdığı yer" kimi başa düşülməlidir. Türkmənistanda Köpətdağın ətəyində Arçiman adlanan kurort şəhərinin olduğu da məlumdur. Digər bir məlumata əsasən Ərçivan məntəqəsi Talış bölgəsində təqibə məruz qalmış və Ərçivan kəndindən köçən sünni əhali olmuşdur. Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 30 km aralıda, Pirsaat çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1500–1550 m hündürlükdə yerləşir. 1859-1864-cü ilə olan məlumata əsasən Ərçiman kəndində 34 evdə 116 nəfəri kişilər, 101 nəfəri isə qadınlar olmaqla 217 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. 2011-ci il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 624 nəfərdir (126 ailə). ki, onunda 283 nəfəri kişi, 341 nəfəri isə qadınlar təşkil edir. Mədəniyyəti Kənddə feldşer-mama məntəqəsi, mağaza, klub və kitabxana fəaliyyət göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=88019
Ərçivan
Ərçivan — Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan qəsəbə inzibati ərazi dairəsində qəsəbə.Ərçivan Astara rayonunun Ərçivan inzibati ərazi vahidində kənddir. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Ədəbiyyatlarda Ərçivan şəklində təqdim edilir. Tədqiqatçıların bir qrupu bu toponimi Talış dilindəki ərç (dəyirman) və van (məskən, ev, yaşayış yeri) komponentlərindən ibarət "dəyirman yeri" mənalı, digər qrupu isə türk dillərində arca (ardıc ağacı) və van (məkan, yer) komponentlərindən düzəlmiş "ardıc ağacı bitən yer" mənasında söz kimi qəbul edirlər. Əslində oykonim "arci" və "van" sözlərindən düzəlib, "dağlıların yaşadığı yer" deməkdir. Etimologiyası Ərçivan Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ərçivan çayının sahilində, Lənkəran ovalığındadır. Toponimi tədqiqatçılar müxtəlif cur izah edirlər: 1. Arcion (ərəçləri) toponiminin dəyişilmiş variantı olub, "mışarçəkənlər yeri" deməkdir; 2. Talış dilindəki ərc (dəyirman) və van (məskən, ev, yaşayış yeri) sözlərindən (-i bitişdirici saitdir) ibarət olub, "dəyirman yeri" mənasını bildirir; 3. Türk dillərindəki arca (ardıc ağacı) və məkan bildirən van sözlərindən əmələ gəlib, "ardıc ağacı bitən yer" mənasındadır.Coğrafi adın tərkibindəki topokomponentlərdən ərç "dəyirman", "i" birləşdirici sait, van isə "məskən", "yaşayış yeri" sözlərindən ibarətdir (Dəyirman yerində salınan kənd). Ərçivan qəsəbəsində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilmişdir. Kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir.[mənbə göstərin] Mədəniyyəti Ərçivan qəsəbəsini və bu yerlərə gələn yerli və xarici qonaqların diqqətini cəlb edən "Yanar Bulaq" abidəsidir. Çox maraqlı bir görüntüdən ibarətdir bu bulaq. Kibriti axan suya yaxınlaşdırdıqda alovlanıb yanmaqa başlayır. Mütəxəssislər bunu suyun tərkibində kükürd maddəsinin olması ilə izah edirlər. Dini ziyarətgah kimi qazandaş ocağı bu yerlərdə dini inanc kimi yerli əhali tərəfindən böyük hörmət və ehtiramla ziyarət edilir. Qəsəbədə hamımıza tanış olan ulduz filmi 1964-cü ildə lentə alınıb. Filmdə lentə alınan iki mərtəbəli unikal layihəli tikili bu günə qədər Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi tərəfindən mühafizə olunaraq ümumi dövlət reyesterinə salınmışdır.[mənbə göstərin] Görməli yerləri Orta əsrə aid olan Qazandaş(Gəzəndaş) türbəsi Ləm1906-cı il Kərbəlayi Həmid abdulla hamamı 1806-cı il Məhəmməd Hənəfiyyə məscidi XIX əsr Coğrafiyası və iqlimi Qəsəbənin iqlimi yayı quraq və isti rütubətli, qışı isə mülayim keçir. Talış sıra dağlarının yamaclarında və düzənlik ərazidə yerləşir. Qəsəbə Hirkan meşələri boyunca yerləşmişdir. Qəsəbənin ərazisindən Ərçivan çayı axaraq Xəzər dənizinə tökülür. Qəsəbə əhalisinin əsas məşğuliyyəti tərəvəzçilik, çəltikçilik, sitrus meyvəçilik, arıçılıq, heyvandarlıqdan ibarətdir. Ələt-Astara yolu Ərçivan qəsəbəsinin ərazisindən keçir.[mənbə göstərin] 2014-cü ilin məlumatına görə qəsəbədə 9,200 nəfər yaşayır. Əhalisi əsasən talışlar və qismən azərbaycanlılardan ibarətdir. Qəsəbədə şiə müsəlmanlar üstünlük təşkil edir. Tanınmış şəxslər Novruzəli Məmmədov (1942–2009) — professor. Əflatun Nemətzadə (1944–) — şair və yazıçı. Samirə Allahverdiyeva (1979–) — Azərbaycan müğənnisi. Elşən Ərçivanlı — ifaçı. Sahib Kələntərov (1973–1992). Fuad Qasımov (1972–1992). Bəxtiyar Əliyev (1972–1993). Atif Rzayev (1972–1994). Mahmud Əliyev (1974–1994). Mahir Cəfərov (1974–1994). Nail Əbilov (1974–1994). Elvaz Əliyev (1963–1994). Natiq Kərimov (1975–1994). Şahnur Hüseynov (1991–2020). Arif Qeybiyev (1997–2020). Ruslan Əliyev (əsgər) (2000–2020). Sadiq Bağırzadə (2002–2020). Tərlan Quliyev (əsgər, 2000) (2000–2020). Baba Qasımov (1989–2020). Sadiq Zeynalov (1998–2020). Elkiyar Məmmədov (1992–2020). Əli Feyziyev (1994–2020).
https://az.wikipedia.org/w/index.php?curid=109210
Ərçivan bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115359
Ərçivanidze
Ərçivanidze Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Toponimkası Ərçivanidze- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Yerli əhali içərisində tələffüz forması Ərçivan. Türk dillərində arça (ardıc) sözündəndir. Erkən orta əsrlərdə Albaniyada bir mahal da Arça (ermənicə yazılışı Arçahuni) adlanırdı.(Alban hökmdarı Cavanşirin qatili bu mahaldan idi). Mənbələrdə Gürcüstanda Arçanali məntəqə adı çəkilir. Həmçinin bax Tiflis quberniyası Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=540240
Ərğan (musiqi aləti)
Ərğan (musiqi aləti)- Hər hansı alətin yaranma tarixi nə qədər qədim olursa, o alət haqqında bir sıra ziddiyyətli fikirlər yaranır. Ərğan da belə alətlərimizdəndir. Təəssüf ki, bir sıra çalğı alətləri kimi ərğan da tarixin keşməkeşli yollarında itib-batmış, sıradan çıxaraq unudulmuşdur. Bəzən yanlış olaraq ərğan – ərğənun və hətta qanun alətləri ilə eyniləşdirilir. Halbuki ərğan düyməli (klavişli), körüklü nəfəs aləti, ərğənun telli, rudabənzər alət olmuş, qanun isə dövrümüzə gəlib çatan, diz üstündə qoyularaq, hər iki əlin şəhadət barmaqlarına taxılmış oymağabənzər mizrabla çalınan telli alətdir. Yaranma tarixi Ərğan (mənbədə ərğənun yazılıb) alətini miladdan 300 il əvvəl Misirin İsgəndəriyyə şəhərində yaşamış yunan mexaniki Ktezibey icad edib . Tezliklə ərğan bir sıra Şərq ölkələrinə yayılıb, o cümlədən Azərbaycana da gətirilib. Qətran Təbrizinin XI əsrdə yaşadığını nəzərə alsaq, Azərbaycanda ərğandan ən azı bu dövrdən istifadə edildiyi məlum olur. Alət 2 cərgə bürünc (Ə.Marağalıya görə qalay) borulardan hazırlanırdı. Bəm səslənən borular uzun olub, zil səslənən qısa borulardan yuxarıda yerləşdirilirdi. Boruların arxasında onlara hava üfürən körük birləşdirilirdi. Körük sol əllə sıxılırdı. Sağ əlin barmaqları isə boruların aşağı ucunda yerləşən kiçik dairəvi düymələr üzərində saxlanılırdı. Düymələri aşagı basdıqda borulara körük vasitəsilə hava vuran xü¬susi pnevmatik konstruksiya işə düşürdü. Bu zaman basılan düyməyə uyğun səslər alınırdı. Bəzi bilgilərə görə, ərğanın fərqli növü ilk zamanlar su ilə səsləndirilib. İngilis musiqişünası Henri Corc Farmerin (1882-1965) “İslam” (“Musiqi tarixi incəsənətdə”, III cild, 1966) kitabında Beyrut kitabxanasında qorunan Muristusun əlyazmasına, əslən Xorasan türkü, musiqişünas-alim Əbu-Nəsr Məhəmməd ibn Məhəmməd ibn Uzluq ibn Tərxan-əl Fərabi (865-950) “Kitabül-Musiqiyi-kəbir” (“Böyük musiqi kitabı”) və Azərbaycanlı musiqişünas, alim Səfiəddin Əbdülmömin ibn Yusif ibn Faxir əl-Urməvi (1216/1217-1294) özünün məşhur Kitabəl-Ədvar (“Dövrlər kitabı”) əsərlərinə, eləcə də müəllifi məlum olmayan “Kənz əl-Tühaf” risaləsinin III fəslinə əsaslanaraq orta əsrlərdə istifadə olunan çalğı alətləri haqqında çox maraqlı məlumatlar verilir. S.Abdullayeva bu mənbələrə istinadən yazır: “Ərğan və ya ərğənunun iki müxtəlif – pnevmatik və hidravlik növləri mövcud idi. Onlar quraşdırılarkən ərəb mexaniklərinin o vaxt məlum olan ideyalarından istifadə olunmuşdu. Pnevmatik ərğanın iki üfürmə borusu, üç hava kamerası var idi. Bunların da hər biri 4 orqan borsu ilə təchiz olunurdu. Sonuncular ventilləri açdıqda səslənirdi. Hidravlik ərğanın su çəni olurdu. Çəndə təzyiq borularla daxil olan havanın bərabər basqısı nəticəsində təmin olunurdu” .Fikrimizcə, Azərbaycan ərazisində istifadə olunan ərğan yuxarıdakı növlərdən fərqli olub. Azərbaycan ərğanı özündə tulum, musiqar və cibçiq alətlərinin elementlərini birləşdirir. Məhz bu səbəbdən ərğanın həmin alətlərə istinadən icad edildiyi ehtimal olunur. Belə ki, tulumun körüyü (tuluğu), musiqarın müxtəlif ölçülü boruları, cibçiqin səsləndirilməsi üçün gövdənin yan tərəfinə taxılmış xüsusi borular ərğan alətinə tətbiq edilib. Biz o fikirdəyik ki, ərğanın tənəzzülə uğramasına əsas səbəb bir sıra Şərq ölkələrində (Pakistan, Hindistan, Əfqanıstan) daha mükəmməl harmon alətinin yayılması olub. Ərğan mükəmməl orqan alətinin sələfi, əcdadı sayılır. Məşhur azərbaycanlı alim, tarixçi, ədəbiyyatşünas, şair əsərində yazır: …Və ərqan haman alətdir ki, sandıqlarda təbiyə edib piçləri ilə çalırlar. Belə ki, bir nəfərdən ta 400 nəfərə cəm onu nə¬vazişə gətirirlər: belə ki, əlahəzrət şahinşahi-İran Nəsirəddin şah Avropaya səyahətə gedəndə London şəhəri ki ingilisin paytaxtıdır, padşah məclisində bir ərğanun çalırmışlar ki, 400 nəfər ünas və zükr onun nəvazişilə məşğul imişlər və o 400 nə-fər çalğı çalan vaxtda öz sədalarını zir və bəm, həmən çalğı ilə bərabər eləyib öz qaydaları ilə nəğməsəralıq edirlər ki, nazirlər təhəyyür edirdi. Və bəzi şəhərlərdə məsihalar kilsələrdə skripka ilə həzrət Davudun məzamirini qiraət edənlər ilə avaz ilə təğənni edirlər . Xatırladaq ki, ölkəmizdə ilk dəfə orqan alətini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının akt zalında 1964-cü ildə Almaniya Demokratik Respublikasının Oyle firmasının ustaları quraşdırmışlar. Həmin il, Ü.Hacıbəylinin ad günündə, yəni sentyabrın 18-də keçirilən Orqan gecəsində alət səsləndirilib. Orqanın Azərbaycanda ilk ifaçısı gecənin fəxri qonağı Metse Günter olmuşdur. Etimologiyası Ərğan, eləcə də orqan sözləri yunanca (organon) və latınca (organum) alət mənalarını bildirir, yəni burada çalğı aləti kimi nəzərdə tutulur. Maraqlı alətlərimizdən olan ərğanın düymələrinin sayı, diapazonu, səs tembri haqqında təssüf ki, heç bir məlumat gəlib çatmayıb. Ərğan bərpa edilərsə, musiqi ictimaiyyətinin böyük marağına səbəb olar. Alətin rəsmi Seyran Bədəloğluna məxsusdur. Ərğan Azərbaycan ədəbiyyatında Gəlin dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) “İskəndərnamə” poemasında “Əflatunun çalğı alətləri qayırması” başlıqlı şeirini təhlil edək : * Gecəli-gündüzlü düşündü ustad, * Gizlində o, bir saz elədi icad. * Bir küpün içində gizləndi bir gün, * Axtardı səsini bu yeddi küpün. * Yaxşı olmasa da birinin səsi, * Küpdə xoş səslənər onun nəğməsi. * Bu qanun üzrə də o sahibhünər, * Küpdə düzəldirdi yeni nəğmələr. * O, rəsəd sahibi küpə girərək, * Çərxi, ulduzları seyr etdi tək-tək. * Eşidib burada o, nalə, fəryad, * Etdi bu ahənglə bir nəğmə icad. * Rudda bu ahəngi münasib yerdə * Quru bağırsaqdan bağladı pərdə. * İçi boş qabağa çəkərək dəri, * Düzəltdi, bağladı o, pərdələri. * Ceyran dərisinə çəkdi qara rəng, * Quru ud səslənib oldu xoş ahəng. * Bir xeyli cəhd edib fikrinə uyğun, * Düzəltdi, nəhayət, o, bir ərğənun. * Telləri yaxşıca köklənmiş bu saz, * Başladı verməyə ahəngdar avaz. * Zil və bəm nəğmələr hasil edərək, * Mizrabı gah yavaş vururdu, gah bərk. * Səslər çıxarırdı bərkdən, yavaşdan, * Sanki nərə çəkir öküz, ya aslan. * Səslərdə o qədər məlahət vardı * Ki, heyvan eşitcək donub qalardı. * İnsan səslərindən heyvana qədər – * Sazdan çıxardırdı hər cürə səslər. * Belə ki, çaldığı o havalardan * Şadlanıb oynamaq istərdi insan. * Bütün heyvanları yatırdıb sazla, * Sonra ayıldardı xoş bir avazla. * Hər bir səsə uyğun səslər çıxardan * Bir saz düzəltdi ki, başqa bir insan * Onun sirlərini əsla bilməzdi. * O sazda bir hava çala bilməzdi. * Ustad həmin sazı çaldığı zaman * Edərdi xəstənin dərdinə dərman. * Çalğıda elə bir cəhət də vardı * Ki, həkim onunla dərdi tapardı. * Həmin sazdan çıxan səs əsasında * Təşxis olunardı illət bir anda. * Ərğənun təkmilə yetdiyi zaman, * Süni ud çox yaxşı oldu xam uddan. Şeir boyu “saz” sözü çalğı aləti mənasında işlədilib, “rud” kəlməsi isə 2 cürə izah oluna bilər: 1. Bağırsaq (qədimdə alətlərin telləri və pərdələri heyvanın bağırsağından düzəldilirdi). 2. Telli, mizrabla çalınan çalğı aləti. Fikrimizcə, şair burada “rud” sözünü telli, mizrabla çalınan çalğı aləti mənasında işlədib. Yəni rud alətinə istinadən yeni bir alət – ərğənun icad edilib. Şeirdən aydın olur ki, alətin qoluna quru bağırsaqdan çoxlu pərdə sarınıb. “İçi boş qabağa çəkərək dəri” misrasında “qabaq” sözü balqabağın bir növü mənasında işlədilib. Bildiyimiz kimi, bir sıra telli alətlərin çanağını qədimdə “qabaq”dan hazırlayıblar. “Ceyran dərisinə çəkdi qara rəng” misrasından isə bəl¬li olur ki, alətin çanağına qara rəngli ceyran dərisi çəkilibmiş. “Quru ud səslənmi tərcümə edilir. Nəhayət, sonuncu beytdə Əflatunun icad etdiyi alətin adı təqdim edilir: ərğənun. Şeirdən ərğənunun rud alətinə istinadən hazırlandığı və telli, dartımlı alət olduğu aydınlaşır. Alətin uzun qoluna quru bağırsaqdan düzəldilmiş xeyli pərdə sarınıb. Onun içi boş, “qabaq”dan qayrılan çanağı üzərinə qara rəngli ceyran dərisi çəkilibmiş. Sözsüz ki, belə alətlərin “tac” (kəllə) adlanan hissəsi olur. Tellərin bir ucu çanağın altında yerləşən qarmağa düyünlənir. Digər ucu isə çanağın dərisi üstündə və qolun kəlləyə birləşdiyi hissədə yerləşən körpücüklərin (xərəyin) üzərindən keçməklə aşıxlara düyünlənir. Ərğənunun telləri bu aşıxlar vasitəsilə köklənirmiş. Yuxarıdakı fikirlərə əsaslanaraq, rəssam Seyran Bədəloğlu ərğənunun xəyali rəsmini çəkib. Bu rəsm əsasında ərğənunu asanlıqla bərpa etmək mümkündür. Ərğənunun telli alət olduğunu N.Gəncəvi “Xosrov və Şirin” əsərində də aydın göstərir : Barbəd üçtellini çalırdı çox xoş, Ayıqkən hər kəsi edirdi sərxoş. Nəkisa çəngiylə tufan edirdi, Ərğənun telini dilləndirirdi.Burada setar sözü üçtelli kimi tərcümə olunub. Fikrimizcə, insan adı kimi, alət adı da tərcümə olunmamalıdır və I misra belə verilməliydi: “Barbəd seta¬rı¬nı çalır¬dı çox xoş”. Əsərdən məlum olur ki, Barbəd bir neçə alətin (bərbət, setar və s.) mahir ifaçısıdır. Nəkisa da gözəl çəng və ərğənun çalıb. III misrada “çəngiylə” sözü çalğı aləti kimi (çəng) deyil, çəngəlləmək mənasında işlədilib. Yəni ərğənun mizrabla deyil, Şirvan tənburu kimi barmaqların ucu ilə, telləri çəngəlləməklə səsləndirilib. Çünki, Nəkisa eyni anda 2 aləti – çəng və ərğənunu çala bilməzdi. N.Gəncəvi “Yeddi gözəl” poemasında yazırdı : Ötür, şərqi deyir cürbəcür quşlar. Ərğənunmu çalır oxuyan rüzgar?Beytin II misrasında külək (rüzgar) əsdikcə ərğənunun tellərini titrətməsi fikri bildirilir. Şair ərğənunun telli alət olduğunu bir daha nəzərə çarpdırır. Klassik Azərbaycan şairi İmadəddin Nəsiminin də əsərlərində ərğənunun adı çə¬kilir : Altı avazə, on iki pərdə, yigirmi dörd şüəb, Həm rübabü ərğənunəm, çəng ilə tənburiyəm. Beytdə şair ərğənunun telli alətlərlə birgə çalındığını göstərir. Bu fikir bizə ərğənunun da telli və incə səsli alət olduğundan xəbər verir. Ərğənun başqalarının iddia etdiyi kimi qışqırıqlı alət olsaydı, beytdə göstərilən incə səsli rübab, çəng və tənbur alətləri ilə bir sırada verilməzdi. Bəzən ərğənun qanun alətilə eyniləşdirilir. Sənətşünaslıq namizədi Əvəz Rəh¬¬-mə¬tov N.Gəncəvinin “Xosrov və Şirin” poemasında “Xosrovun keyf məclisində” başlıqlı şeirinin bir beytini : Ərğənun çaldırıb qulaq asdılar, Ərçivan mey içib oldular xumar. – təhlil edərkən yazır: “Bu beyti təhlil etsək, hələ XII əsrdə kanondan keyf məclislərində, şənliklərdə dəbdə olan bir alət kimi istifadə edildiyini görürük” . Əvvəla, bütün orta əsr musiqişünaslarımız, klassik şairlərimiz, o cümlədən N.Gəncəvi əsərlərində qanun alətini heç vaxt kanon kimi təqdim etməyiblər. İkin¬cisi, beytdə açıq-aşkar alətin adı ərğənun yazılıb. Nəhayət, Nizamiyə isti¬nad edi¬riksə, “İsgəndərnamə” poemasında ərğənunla qanun alətlərinin böyük fərq-ləri ol¬duğunu görürük. Ə.Rəhmətovun nəyə əsaslanıb ərğənunu kanon kimi təqdim etməsi bizə qaranlıq qalır. Azərbaycanlı alim, musiqişünas Kamaləddin Əbdülqadir ibn Qeybi əl-Hafiz əl-Marağalı (1353-1434/35) ərğənunu nəfəs aləti kimi təqdim edir. Fikrimizcə, hər şey buradan başlayır. Ondan sonrakı tədqiqatçılar Ə.Marağaıya istinad edərək ərgənunu ya nəfəs aləti kimi qəbul ediblər, ya da ikili fikirlər yazıblar. S.Abdullayeva çox düzgün olaraq yazır: “Əbdülqadir Marağinin sözlərinə görə, ərğandan (orijinalda ərğənun) ən çox avropalılar istifadə edirdilər . Ə.Marağalının ərğənunla bağlı fikirlərini təqdim edirik: “Ərğənun (əslində ərğan – A.N.) – Bundan avropalılar, firənglər (İranda XIX əsrin axırına qədər avropalılara firəng deyirdilər – Müsəddiq) çox istifadə edirdilər. Burada neylər (borular – A.N.) cərgə ilə bir-birinin yanında düzülür. Onun neyləri (boruları – A.N.) qalaydan hazırlanır. Bəm neyləri üstdə uzun, alt neylər qısa olur. Alətin sol tərəfində arxada dəmirçi körüyünün havavericisi kimi bir hissə bağlanır. Havavericidən bütün neylərə hava gedir. Sol əl ilə havaverici işlədilir, sağ əlin bar¬maqlarının ucu ilə nəğmə çalınır. Bir tərəfdə deşiklərin ağzında noxud boyda dairəvi düymə olur. Onu aşağı basanda deşiklər açılır, səs eşidilir” . Bütün deyilənləri ümumiləşdirərək ərğan haqqında aşağıdakı nəticəyə gəlirik. Ərğan Azərbaycan ərazisində istifadə edilən ilk düyməli (klavişli), körüklü çalğı aləti olub. Onun adına orta əsr klassik şairlərimizdən Qətran Təbrizinin (1012-1088) “Divan”ında rast gəlirik. Əfzələddin Xaqani (1120-1199) də şeirlərinin birində ərğandan bəhs edir : O, Bərbüdün səsimi, sazın, mizmarın səsi? Setarmı, ya çalınan kasəgər ilə ərğan? Şair Bərbüdün (Barbəd – A.N.) səsini xarakterinə görə müxtəlif olan alətlərin, mizrabla çalınan, telli – saz, setar; nəfəslə çalınan mizmar; özüsəslənən (idi-ofonlu) kasə və düyməli, körüklü ərğanın səsinə bənzətməsindən doğan heyrətini gizlətmir. Bədəlbəyli Ə. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, s. 38. Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloğlu, 2002, s. 18. Farmer H.G. İslam. Musikgeschichte in Bildern. Bg. 3, Lfg. 2. Leipgig, 1966. Ə.Fərabi. Kitabül-Musiqiyi-kəbir. Qahirə, 1967. S.Urməvi. Kitabəl-Ədvar – bəzi mənbələrdə dilimizə bu əsər “Dairələr kitabı” və ya “Mahnılar kitabı” kimi tərcümə edilir. Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloğlu, 2002, s. 18. M.M.Nəvvab. Vüzuhül-Ərqam. B.: Elm, 1989, s. 34-35 (risaləni çapa hazırlayan Zemfira Səfərova). N.Gəncəvi. İsgəndərnamə. B.: Yazıçı, 1982, s. 467, 468. N.Gəncəvi. Xosrov və Şirin. B.: Yazıçı, 1982, s. 287 N.Gəncəvi. Yeddi gözəl. B.: “Azərbaycan ensiklopediyası”, nəşriyyat-poliqrafiya birliyi, 2000, s. 334 (farscadan tərcümə Xəlil Rza Ulutürkündür). İ.Nəsimi. Seçilmiş əsərləri. B.: Azərnəşr, 1973, s. 424. N.Gəncəvi. Xosrov və Şirin. B.: 1956, s.34. Rəhmətov Ə.M. Azərbaycan xalq çalğı alətləri. B.: İşıq, 1975, s. 22. Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloğlu, 2002, s. 30. Marağalı Ə. Musiqi alətləri və onların növləri. B.: “Qobustan” jurnalı, №1, 1977, s.77 (farscadan tərcümə M.Müsəddiqindir). Ə.Xaqani. Seçilm iş əsərləri. B.: Yazıçı, 1987, s. 393.
https://az.wikipedia.org/w/index.php?curid=552105
Ərşad Hüseynov
Ərşad Hüsü oğlu Hüseynov (7 avqust 1968, Mayis, Laçın rayonu) — Digesta hüquq firmasının direktoru. Ərşad Hüseynov 7 avqust 1968-ci ildə Laçın rayonunun Mayıs kəndində anadan olmuşdur. 1987-ci ildə Mişni kənd orta məktəbini gümüş medalla bitirmiş və Rusiya Federasiyasının Qorki (indiki Nijniy Novqorod) şəhərində Politexnik İnstitutun avtomobil fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Daha sonra Sovet ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra öz xahişi ilə Qorki Politexnik İnstitutundan çıxmış və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Həmin fakültəni 1996-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. Hüquqşünas kimi əmək fəaliyyətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında hüquq məsləhətçisi olaraq başlamışdır. Əsas işi ilə yanaşı Odlar Yurdu Universitetinin, daha sonra isə Qərb Universitetinin hüquq fakültəsində dərs də keçmişdir. 1998-ci ildə "Digesta" hüquq firmasını təsis etmişdir. Bu firma həm hüquq xidmətlərinin göstərilməsi, həm də hüquq ədəbiyyatının çapı ilə məşğul olur. 2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından çıxaraq bütün əmək fəaliyyətini "Digesta" hüquq firmasına bağlamışdır və bu gün də həmin firmanın direktoru vəzifəsində çalışır. Hazırda Abşeron rayonunun Masazır kəndində yaşayır. Ailəlidir. İki qızı, bir oğlu var. Qarabağ müharibəsində iştirakı BDU-nun hüquq fakültəsinin əyani şöbəsində təhsil alsa da, Dağlıq Qarabağda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Ərşad Hüseynov hüququn müxtəlif sahələrinə dair çoxlu sayda kitabların, elmi və publisistik məqalələrin müəllifidir. Elmi-publisistik yazılar nəzərə alınmasa, onun hüquq sahəsində ilk sanballı işi 2000-ci ildə V. Y. Çirkinin "Xarici ölkələrin konstitusiya hüququ" dərsliyini rus dilindən tərcümə edərək çap etdirməsi olmuşdur. Daha sonra onun digər müəlliflərlə birgə əməyinin məhsulu olan "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası" (2001), "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin kommentariyası" (2003), "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kommentariyası" (2010) kitabları işıq üzü görmüşdür. Bu kitablar Azərbaycan Respublikasının tarixində həmin məcəllələrə verilən ilk kommentariyalar olmuş və müxtəlif sahələrdə çalışan hüquqşünasların ən geniş istifadə etdiyi elmi-praktiki kitablardandır. Ərşad Hüseynovun son illərdə əsas diqqət yetirdiyi sahə yol hərəkəti ilə bağlı qanunvericiliyin araşdırılması və şərhi olmuşdur. Bu sahədə onun iki kitabı işıq üzü görmüşdür: "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların kommentariyası" (2008) və "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətə cəlb etmə qaydalarının icmal şərhi" (2011). Bu kitablar da ölkəmizin tarixində həmin mövzuda yazılan ilk və hələ ki, yeganə kitablardır. Hazırda o, cəmiyyət üçün geniş maraq doğuracaq bir kitab – "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun kommentariyası" kitabı üzərində işləri yekunlaşdırmaq üzrədir. Bu kitab Azərbaycan Respublikasında yol hərəkəti qaydalarına verilmiş ilk elmi-praktiki şərh olacaqdır. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=336649
Ərşad Saleh
Ərşad Saleh (türk. Erşat Salihi) — İraq siyasətçisi, 2011–ci ildən İraq Türkman Cəbhəsi Partiyasının başçısı. Ərşad Saleh 1959-cu ildə İraqda, Kərkük şəhərinin Musalla məhəlləsində anadan olmuşdur. İlk və orta təhsilini Kərkük şəhərində almışdır.1978-ci ildə Bağdad Universitetinin fizika-riyaziyyat fakültəsini bitimişdir. Orta məktəb illərindən başlayaraq Türkman Milli Hərəkatlarına qoşulan Ərşad Saleh, universitet illərində hərəkatın qabaqcıllarından olmuşdur. Bu fəaliyyətinə görə 1979-cu ildə Türkman Milli Hərəkatına qoşulma (türkçülük) bəhanəsi ilə Baas partiyası tərəfindən həbs edilmiş və 10 il həbs cəzasına məhkum edilmişdir. 9 il Əbu Qərib Həbsxanasında xüsusi siyasi dustaqların saxlanıldığı bölmədə məhkum olaraq saxlanılan Ərşad Salehin qardaşı Səddam Hüseyn rejimi tərəfindən edam edilmiş və ailəsi də Kərkükdən İraqın cənubundakı vilayətlərə sürgün edilmişdir. İraqda rejimin devrilməsindən sonra 2003-cü ildə Kərkükdə İraq Türkman Cəbhəsinin Musalla Bürosu vəzifəsinə gətirilən Ərşad Saleh, 2004-cü ildə İraq Türkman Cəbhəsi Suriya Cəbhəsi nümayəndəsi kimi çıxış etmişdir. Suriyada da 4 il xidmət edən Ərşad Saleh, 2008 - ci ildə İraq Türkman Cəbhəsinin Qurultayı ilə birlikdə Kərkük Vilayət Sədri vəzifəsini aparmağa başlamışdır. 7 mart 2010 - cu ildə İraqda keçirilən seçkilərdə Kərkükdən millət vəkili seçilmişdir və may 2011 - ci ildən etibarən İraq Türkman Cəbhəsinin yeni sədri kimi vəzifəsini davam etdirmişdir. Xarici Keçidlər "Irak Türkmen Cephesi Başkanı Erşat Salihi'ye Yapılan Saldırının Analizi — Caspian Weekly". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2015.Xəbərin onlayn yayınlanma tarixi: 20 may, 2011–ci il.. (türk.) "Erşat Salihi — www.biyografi.net". Archived from the original on 2015-09-23. İstifadə tarixi: 3 iyul 2015.. (türk.) "Irak Türkmen Cephesi Başkanı Erşat Salihi'ye Yapılan Saldırının Analizi — Ortadoğu Stratejik Araştırmalar Merkezi (ORSAM)". Archived from the original on 2016-03-04. İstifadə tarixi: 3 iyul 2015.Xəbərin onlayn yayınlanma tarixi: 16 may, 2011–ci il.. (türk.) Irak Türkmen Cephesi Başkanı Erşat Salihi'nin açıklaması — Youtube Tvitter hesabı
https://az.wikipedia.org/w/index.php?curid=399955
Ərşad Əzimzadə
Ərşad Əzimzadə — Yazıçı-jurnalist, təbii üsullarla müalicə üzrə mütəxəssis, "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri. Ərşad Mütəllim oğlu Əzimzadə 1935-ci ildə (1934) Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" və "Azərbaycan" qəzetlərinin müxbiri vəzifəsində çalışıb. Düz 30 il (1965–1995) 8 ağır xəstəlikdən (Artrit, Şəkərli diabet, mədə, ürək-damar, böyrək problemləri və s.) əzab çəkib, 40 yaşında (1976) iş qabiliyyətini tamam itirərək, 1-ci qrup əlil kimi pensiyaya çıxıb. 60 yaşına çatdıqdan sonra Ümümdünya Natural Gigiyena hərəkatı karifeylərinin (Herbert Şelton, Katsudzo Nişi, Pol Breqq, Norman Uoker, Laynus Polinq, Abram Zalmanov, Uilyam Beyts və s.) əsərlərini oxuyaraq, qısa müddətdə özünü təbii üsullarla müalicə edib, sağlamlığını qaytarıb və məşhur "Möcüzəsiz möcüzə" kitabını yazıb. Yaradıcılığı Bir neçə bədii və elmi-publisistik əsərin müəllifidir. Hazırda sağlamlıq problemləri ilə bağlı yeni əsərlər üzərində çalışır. Görkəmli maarifpərvər alim və ictimai xadim Həsən bəy Zərdabinin maarifləndirmə işini davam etdirən Ə. Əzimzadə əhalinin səhiyyə mədəniyyətini, xüsusilə də qida mədəniyyətini yüksəltmək üçün var gücü ilə çalışır, respublikada Sağlam Həyat Tərzi haqqında Qanun qəbul olunması uğrunda mübarizə aparır. Arandan gələn adam. Povest. Bakı: Gənclik, 1991. 232 s. Möcüzəsiz möcüzə. Elmi-publisistik əsər. Heç vaxt xəstələnməmək, xəstələndikdə isə dava-dərmansız sağalmaq mümkündürmü? Dünyanın bütün naturopat alimlərinin cavabı birmənalıdır: bəli, mümkündür! Bakı: 1996. II nəşr: Bakı, İnci, 2009. 272 s. III nəşr: Bakı, Şərq-Qərb, 2017. 360, [1] s. V nəşr: Bakı, İZƏ, 2020. 312 s. Rədd olsun eynəklər! .Göz nurunu özün qaytara bilərsən. Elmi-publisistik əsər. Naxçıvan: Əcəmi, 2011. Dərd əlindən havalandım. Poetik düşüncələr. Bakı: Elm və təhsil, 2019. 242, [2] s Tanrıya sualım var. Poetik düşüncələr. Bakı: Elm və təhsil, 2019. 223, [1] s. Bizi yaşadan da qidadır, öldürən də. Elmi-publisistik əsər. Bakı: İZƏ, 2021. 400 s. Xarici keçidlər Xərçəngi müalicə edən möcüzəvi kitab - Ərşad Əzimzadənin kitab təqdimatı - youtube.com Ərşad Əzimzadə: dərman zəhər, dərmanla müalicə cinayətdir - youtube.com
https://az.wikipedia.org/w/index.php?curid=272107
Ərşatnab (Bostanabad)
Ərşatnab (fars. ارشتناب) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 182 nəfər yaşayır (41 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687316
Ərşə
Ərşə kəndi — Qarabağın Arazbar qəzasında qərar tuturdu. Orta çağda feodal ara savaşları səbəbiylə dağıdılıb. XVIII əsr el şairi Aşıq Lələ deyir: 1727-ci ilə aid Osmanlı qaynağında bu qədim yurd yeri haqqında yazılır: "Arasbar qəzasına tabe olan Ərşə kəndi. Kənddə heç kim yaşamır. Otuziki tayfasından Eymirli oymağı burada əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq sahibinə verir. Dənli bitkilərdən əldə edilən gəlir: 47.000 ağça". XVIII əsrin əvvəllərində Otuziki elinin Ozan oymağı da bu yurdda binələyirmiş. Avşar elinin Ərşəli adlı oymağı, Ərdəbil yörəsində, Muğanda Ərşə adlı nahiyə vardı. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=81212
Ərşək
Ərşək — türk və altay mifologiyasında əfsanəvi varlıq. Bars və ayının cütləşməsinden doğan əfsanə canlısı. Yarı ayı yarı bars olaraq da düşünülər. Gövdəsi bars, başı ayı şəklindədir. Pəncələri də ayı pəncələri kimidir. Etimologiya (Ər/Er) kökündən törəmişdir. Güclülük mənası ehtiva edər. Monqolcada "Ers" sözü itilik ifadə edər və bu canlıların pəncələrinin itiliyi ilə əlaqədardır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
https://az.wikipedia.org/w/index.php?curid=269606
Ərşəli
Ərşəli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kürdəmir rayonunun Ərşəli kəndi Pirili kənd Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilmişdir. Toponimikası Yaşayış məntəqəsinin adı ərşəli tayfasının adı ilə əlaqədar yaranmışdır. Ərşəlilər keçmişdə Quba və Şirvan zonasında yaşamışlar. Cənubi Azərbaycanda Ərşə adlı tarixi mahal (Ərdəbilin şimal-qərbində Qarasu çayı hövzəsində) mövcuddur. Şirvanda yaşayan ərşəlilərin həmin tarixi mahaldan köçüb gəlmələri güman edilir. Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=110130
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. Ərəblərin soyu İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır. Eyni zamanda yəhudi və müsəlman qaynaqlarına görə İshaqın oğulu Yaqubun (İsrail) soyundan gələnlər israiloğullarını meydana gətirdilər. Ərəblərin atası İsmayıl və yəhudilərin atası İshaq, fərqli analardan olma qardaşdırlar. İslamaqədərki ərəblərin ictimai-iqtisadi quruluşu İslamaqədərki ərəblərin ictimai quruluşu ibtidai icma quruluşundan quldarlıq quruluşuna keçid mərhələsində idi. Cənubi Ərəbistanda, yəni Yəməndə hələ qədim zamanlarda, eramızdan bir neçə əsr əvvəl əkinçilik inkişaf etmiş, sənətkarlıq və karvan ticarətinin mühüm məntəqələri olan şəhərlər meydana gəlmişdi. Eramızın ilk əsrlərində Cənubi Ərəbistan dövlətlərində quldarlıq üçün xarakterik olan ictimai-iqtisadi münasibətlər mövcud idi. Lakin bununla birlikdə, ibtidai-icma və tayfa-qəbilə quruluşunun qalıqları hələ də davam etməkdə idi. Əkinçilikdə və maldarlıqda qulların əməyi ilə birlikdə, icmalarda birləşmiş olan azad kəndçilərin əməyinin də mühüm əhəmiyyəti var idi. Eramızın V–VI əsrlərində Cənubi Ərəbistanda baş verən iqtisadi geriləmə nəticəsində iqtisadi ziddiyyətlər də artırdı. Eyni zamanda Ərəbistan yarımadasının bu hissəsində inadlı mübarizə gedirdi. Bu mübarizəni Hindistanı Aralıq dənizinin şərqindəki ölkələrlə birləşdirən dəniz və karvan ticarət yolları üzərində hökmranlıq uğrunda Bizans və İran aparırdı. Bizansın müttəfiqi olan həbəşlər Cənubi Ərəbistana dəfələrlə hücum etmiş və burada öz hökmranlıqlarını qurmuşdular. VI əsrin əvvəllərində isə həbəşləri farslar məğlub etmişdilər. Farslar Yəməni fəth edərək Sasanilər İmperiyasının bir hissəsinə çevirdilər. VII əsrin əvvəllərində Qərbi Ərəbistan ictimai-iqtisadi və mədəni cəhətdən Ərəbistan yarımadasının ən inkişaf etmiş vilayətlərindən biri idi. İbtidai-icma quruluşunun dağılması gedişində yaradılan quldarlıq quruluşu ticarət şəhəri olan Məkkədə tam təşəkkül tapmışdı. Məkkədə olan ticarət və bununla əlaqədar meydana gələn sələmçilik ibtidai-icma münasibətlərinin pozulmasını sürətləndirirdi. Məkkənin əsas əhalisi Qüreyş qəbiləsindən ibarət idi. Bu qəbilənin yuxarı təbəqəsi şəhərin iqtisadi həyatına rəhbərlik edir, siyasi hakimiyyəti ələ keçirməklə yerli Kəbə məbədində varlanmağı qarşısına bir vəzifə kimi qoyurdu. Yuxarı təbəqəni təşkil edən varlı tacirlər və sələmçilər eyni zamanda qul sahibləri idilər. Onlar özlərinin tabeliyində olan qulları əkinçilikdə, süni suvarma işlərində və maldarlıq təsərrüfatında istismar edirdilər. Bundan başqa, həmin quldarlar külli miqdarda qul alveri ilə məşğul olur, qul karvanlarını istədikləri yerə aparır və satırdılar. Məkkəlilərlə Hicaz və ona qonşu olan vilayətlərin qəbilələri arasında daimi ticari-iqtisadi əlaqələr həmin qəbilədən olan əhaliyə ideoloji cəhətdən də təsir etməyə kömək edirdi. Bu təsir nəticəsində Məkkədəki Kəbə mühüm müqəddəs bir yer kimi bir çox qəbilələr üçün ziyarətgaha çevrildi. Ərəbistan qəbilələri ilə aparılan ticarət mübadiləsi Yəmənlə, Suriya və Misirlə, bəzən də Cənubi Beynəlnehreynlə aparılan dəniz ticarəti məkkəli Qüreyşlilər içərisində qeyri-bərabərliyin tədricən artmasına kömək edirdi. Həmin qəbilənin onlardan asılı olan üzvləri Qüreyş zədəgan sinfi nümayəndələrinə qarşı çıxırdılar. Məkkə əhalisinin Qüreyş qəbiləsindən olmayan hissəsinin vəziyyəti daha da ağır idi. Bunlar öz qəbilələrini tərk etmiş və Məkkə ticarətində xidmət əvəzində aldıqları təsadüfi əməkhaqqı ilə yaşayanlar idi. Lakin Məkkənin ən məzlum və tamamilə hüquqsuz əhalisi qullar idi. Qul, mal və pulun çox hissəsi əhalinin cüzi bir hissəsini təşkil edən və Məkkədə hakimiyyət başında duran yerli zədəganların əlində idi. Belə bir vəziyyət nəinki quldarlarla qullar arasında, həm də var-dövlətin səviyyəsinə görə bir-birindən tamamilə fərqli olan sərbəst adamlar arasında da müşahidə edilirdi. Məkkədə ibtidai-icma münasibətləri və nəsli quruluş davam etsə də, ticarət və sələmçiliklə məşğul olan Qüreyş varlıları artıq quldarların hakim sinfinə çevrilməyə başladı. Burada artıq dövlət idarələrini xatırladan ağsaqqallar şurası, varlı məkkəlilərin həyatını, var-dövlətini və yaşayış yerlərini qoruyan həbəşistanlı qullardan ibarət polis yaradılmağa başladı. Belə bir şəraitdə ərəblərdə qəbilələrin siyasi cəhətdən birləşməsini ideya cəhətdən təmin edə biləcək monoteist (təkallahlı) bir dinin meydana gəlməsi üçün tarixi şərait yetişirdi. Bu din islam dini oldu. Ərəblərin İslam sivilizasiyasının yaradılmasında rolu İmperiyalar tarixinə nəzər salsaq ərəb xilafətinin və onun ideoloji sütunu olan İslam dininin yayılmasında ərəblərin başlıca sosial baza rolunu oynadıqlarını görərik. Hələ İslamın yaranmasına qədər mənşəyi İbrahim peyğəmbərlərdən başlayan ərəblər külli-kainatı bir Allahın yaratdığına inanır, onu ən ali varlıq hesab edirdilər. Allaha sitayiş edir, bütün qəbz və sənədlərin başında "bismikə allahümə" — "Allahım, Sənin adınla başlayıram" yazırdılar. Zaman keçdikcə onlar Allahın qızları, yaxud "ilahə" adlandırdıqları ulduzlara, mələklərə də sitayiş etməyə başladılar. Kəbədə ən qüdrətli ilahələrin — Əl-Lat və Əl-Üzzanın şərəfinə qranitdən nəhəng heykəllər qoydular. Əslində bunların heç bir mənəvi əsası yox idi. Qəbilə və tayfa müharibələrinin isə ardı-arası kəsilmirdi. İslam sivilizasiyasının bünövrəsini yaradan ərəbləri ağır vəziyyətdən xilas edən Məhəmməd peyğəmbər (570-632) "ilahi" dinin vasitəsi ilə onları birləşdirməyi bacardı. Məhəmməd peyğəmbər əvvəllər öz qövmü tərəfindən qəbul edilməsə də o, sonralar Ərəbistanın dağınıq əhalisini "Allahın yardımı ilə" möhkəm xalqa çevirdi. "Allahın Rəsulunun" əsas silahı İslam dininə etiqad olmuşdur. İslam dininin ideologiyası ərəblərə Yaxın Şərqi işğal etməyə imkan yaratmışdır. İslam qonşu ölkələrin xalqlarına sosial inqilab və xoşbəxtlik gətirməmişdir, lakin o müsəlman olan bütün insanlara "bərabərlik və qardaşlıq" ideyası vermişdir. Bu isə avtoritar hakimiyyət dünyasında "demokratiyanın" müəyyən mərhələsi hesab olunur. İslamın meydana gəlməsi, sonra isə ərəblərin Qərb və Şərqdəki qanlı işğalları Ərəb xilafətinin yaranması ilə nəticələnmişdi. Məhəmməd peyğəmbərin ölümündən sonra onun qohumları Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656) və Həzrəti Əli (656-661) xəlifə seçilmişdir. Əli İslamın inkişafında mühüm rol oynamış böyük şəxsiyyət olmuşdur. Xəlifə dövlətin siyasi rəhbəri olmaqla yanaşı, ölkənin də ali dini hakimi idi. Həzrəti Məhəmməd peyğəmbərin ölümündən sonrakı iyirmi beş il ərzində ərəblər İranı, Suriyanı, Qafqazın xeyli hissəsini, Orta Asiyanın bir hissəsini işğal etmişlər. Ərəblər VII–VIII əsrlərdə Şərqin böyük bir bölümünü qan gölünə çevirdilər. Onlar həm Şərqə, həm də Qərbə doğru irəliləyirdilər. Şərqdə Herat və Kabil tutulduqdan sonra ərəblər Hindistana çatdılar. Həmin dövrdə İranda müharibələrdən zəifləmiş Sasani imperiyasının varlığına son qoydular. Eləcə də Şərqi Roma imperiyasını — Bizansı məğlubiyyətə uğratdılar. Afrikada ərəb sərkərdələri Mərakeşin Atlantik okeanı sahillərinə qədər, Qərbi Avropada isə İspaniyadan Cənubi Fransaya qədər irəlilədilər.Lakin 732-ci ildə Puatyedə ərəblər darmadağın edildilər. Beləcə Avropa labüd qətl və qarətdən, işğaldan xilas edildi. İranı və Roma əyalətlərini işğal edib amansızca talayan müsəlman ərəblər tarixlərində ilk dəfə mədəniyyətin nə olduğunu gördülər. "Rəsullahın" ölümündən yüz il sonra, yəni VIII əsrin birinci yarısında Ərəb imperiyası İspaniyadan başlayaraq bütün Şimali Afrikanı Süveyşə qədər, sonra İranı, Orta Asiyanı işğal etmişlər. Ərəblər iddia edirlər ki, böyük dəniz səyyahı olmuş, ilk teleskopu və ilk dəniz kompasını kəşf etmişlər. Lakin bu kəşflərin qədim İran alimlərinə məxsusluğu artıq sübut edilmişdir. Onlar Afrika qitəsinin böyük bir hissəsində, Hindistanda, Malayziyada və Çin sahilləri boyu müstəmləkələr qurmuşlar. Dövlətin, dövlətçiliyin nə olduğunu dərk etməyən ərəblər tutduqları ölkələrin mədəniyyətini, dövlətçiliyini mənimsədilər. Ardıcıl qələbələrin davam etməsi Ərəb xilafətinin elitasında cah-cəlala, təm-tərağa meyli gücləndirmişdi. Həmçinin, hakimiyyət uğrunda mübarizə də xeyli artmışdı. Təkcə bunu demək kifayətdir ki, yalnız Xəlifə Əbu Bəkr öz əcəli ilə ölmüşdür, digər xəlifələrin hamısı sui-qəsd nəticəsində öldürülmüşdür. Hakimiyyət uğrunda mübarizə nəticəsində xəlifə Osmanın ölümündən sonra xəlifə Əlinin zamanında İslam iki böyük hissəyə — sünnilik və şiəliyə ayrılmışdır. Xəlifə Əlidən sonra hakimiyyəti Əməvilər sülaləsi (661-750) ələ keçirmiş və təqribən yüz il hakimiyyətdə qalmışlar. Onların paytaxtı o vaxt Şam adlanan indiki Dəməşq şəhəri olmuşdur. Xəlifə Müaviyənin vaxtında paytaxt elan olunan bu şəhər xeyli gözəlləşmiş, şəhərə su çəkilişi həyata keçirilmişdir. Fəvvarələr, pavilyonlar, saraylar və xüsusi ilə də məscidlər şəhərə xüsusi yaraşıq verirdi. Cıdır yarışları, şahmat oyunları, musiqi və rəqslər adi bir hal idi. VIII əsrin ortalarında ərəblər arasında daxili müharibələr və münaqişələr nəticəsində Əməvilər sülaləsi devrildi. Hakimiyyətə əsasını Məhəmməd peyğəmbərin əmisi Abbasdan götürən Abbasilər sülaləsi (750-1258) gəldi. Xəlifəliyin paytaxtı Şam şəhərindən əsası 762-ci ildə Xəlifə Əl-Mənsur (754-775) tərəfindən qoyulmuş Bağdad şəhərinə köçürüldü. Bağdad həmin dövrdə Şərq və Qərb ilə nəhəng ticarət əlaqələrinə malik idi. Ölkədə çoxsaylı məmurlar aparatı mövcud idi. Onlar digər ölkələrin hakimləri ilə əlaqələr saxlayırdılar. Lakin idarəetmə sistemi xeyli mürəkkəb idi. Abbasilərin dövründə effektli poçt sistemi işləyirdi. Bir sıra xəstəxanalar açılmışdı. Davam edən saysız-hesabsız müharibələr nəticəsində qul ticarəti yüksək həddə çatmışdı. Dünyanın hər yerindən Bağdada alimlər, rəssamlar, şairlər axışıb gəlirdi. Həmin dövrdə onun əhalisi 2 milyondan artıq idi. Riyaziyyat və tibb elmləri daha çox inkişaf etmişdi. Ərəblər tibb elmini hindlilərdən öyrənmişdilər. Onlar tibbə dair sanskritcə kitabları tərcümə və çap edirdilər. Hazırlanmış kağızlar Çindən Bağdada gətirilirdi. Bağdadla yanaşı Qahirə, Bəsrə, Kufə və Kordobada təhsil müəssisələri daha çox inkişaf etmişdir. Fatimi xəlifəsi Müiz Lidinillah (953-975) Qahirəyə gəldikdən sonra 972-ci ildə tikilmiş İsmaili Fatimilərin əqidələrini təbliğ edən Əl-Əzhər məscidi yanında 996-cı ildə yaradılmış eyni adlı mədrəsə XI əsrin axırlarında bütün müsəlman aləmində məşhur olan universitet tipli tədris müəssisəsinə çevrilmişdi. Fatimilərin süqutu və Qahirənin Səlahəddin Əyyubinin hakimiyyəti altına keçməsi ilə əl-Əzhərdə dərslər bir müddət dayandırılsa da, müəyyən islahatlardan sonra universitet yenidən dirçəlmişdir. Günümüzdə də fəaliyyətini davam etdirən bu tədris müəssisəsində müxtəlif ölkələrdən olan tələbələr Quranı, hədisləri, müsəlman hüququnu və ərəb ədəbiyyatını öyrənmişlər. VII–IX əsrlərdə xilafətin inkişafı və möhkəmlənməsi ilə əlaqədar olaraq maliyyə və vergi sistemi ilə bağlı bir sıra dövlət məsələləri meydana çıxmışdı. Ərəblər tabe edilmiş xalqların təsərrüfat-maliyyə sistemindən faydalana bilərdilər. Lakin dəyişikliyə uğramış şərait əyalətlərin, məskunlaşmış məntəqələrin paylanması, əkinçilik və sənaye məhsullarının, natural və pul şəklində qoyulan vergilərin miqdarı haqqında dəqiq məlumatın olmasını tələb edirdi. Bundan savayı, mərkəzləşdirilmiş idarəetmə sisteminin daha bir mühüm tələbi yaxşı rabitə yollarının, marşrutların, poçt stansiyalarının olması, məntəqələr arasında məsafənin dəqiqləşdirilməsi, hərəkət şəraitinin müəyyənləşdirilməsi idi. IX əsrdə Ptolomeyin "Almagesta" və "Coğrafiya" əsərləri ilə tanışlıq, bu əsərlərin tərcümə edilməsi və qədim yunan alimlərinin digər əsərlərinin ərəb elm adamları tərəfindən yenidən işlənməsi coğrafiyanın elmi və təsviri tərəflərini formalaşdırmışdır. Ərəblər öz coğrafi təsvirlərində bütün Avropanı, Asiyanın cənub hissəsini, Şimali Afrikanı, Şərqi Afrikanın sahillərini əhatə etmişdilər. Ispaniyadan tutmuş Türküstana və Hind çayının mənsəbinədək bütün ölkələrin tam təsvirini vermişdilər. Onlar həmin ərazilərdəki faydalı qazıntı yataqlarının müfəssəl xarakteristikasını verməyə nail olmuşdular. Beləliklə də obyektiv və subyektiv amillər məxsusi ərəb elmi ədəbiyyatının yaranmasına təkan verdi. Ərəb tacirləri Volqa çayı hövzəsindən istifadə etdikdən sonra slavyan xalqlarının yaşadığı şimal ərazilərə gedib çıxdılar. Yayda gecələrin işıqlı olması, qışda gündüzün olmaması ərəbləri heyrətə gətirirdi. Böyük Ipək yolu ilə səyahət çox uzun çəkirdi. Səyyahlar tez-tez çətinliklərlə və təhlükələrlə üzləşirdilər. Karvanlar Xəzər dənizinin şimal sahillərindən Pekinə 260 günə gedib çıxırdı. Yolda dayanacaqlar da nəzərə alınsa, karvanlar mənzil başına bir ildən də artıq vaxtda yetişirdi. Tacirlər Çindən, Orta Asiyadan uzun illər Çin ipəyi, qiymətli daşlar, kəhraba, ekzotik bəzəklər, bahalı çini və saxsı qablar, istiot, ədviyyat, büxur (dini ayinlər zamanı yandırılan ətirli maddə), mirra (ətirli qatran) və s. aparırdılar. Tacirlər X əsrdə ticarət şirkətlərində birləşmişdilər. Ticarət əməliyyatlarında çox vaxt qəbzlərdən istifadə olunurdu. Böyük miqdarda pulu hər hansı bir şəhərdə sərrafa vermək, ondan qəbz götürmək və təyin olunmuş yerdə onu verməklə həmin pulları bütünlüklə geri almaq olurdu. Ticarət əsasən mübadilə yolu ilə gedirdi. Pul isə ancaq hesab vahidi idi. Tacirlər öz mallarını müəyyən məbləğdə qiymətləndirir və onu eyni miqdarda dəyərləndirilən mal ilə dəyişirdilər. Haqq-hesab vaxtı qiymət fərqini mal ilə aradan qaldırmağa çalışırdılar. Məsələn, Çində gümüş dirhəmləri saya salmırdılar. Tacirlər ancaq mal mübadiləsi yolu ilə haqq-hesab çəkirdilər. Şərqi Avropada isə dirhəm həm pul, həm də mal hesab olunurdu. Karvanlara xidmət etmək üçün şəhər və kəndlərdə karvansaralar tikilirdi. Həmin karvansaralarda tacir və nökər-naib üçün hücrə, at, dəvə, qatır və uzunqulaqlar üçün içərisində yem və su qoyulmuş tövlələr olurdu. Bəzən karvansaralarda ticarət etmək, kommersiya yeniliklərindən xəbər tutmaq olardı. Bəzi tacirlər mal daşınmasını da öz üzərinə götürür, yəni nəqliyyatın təşkili ilə məşğul olurdular. Yük heyvanlarına nökər və bələdçilər qulluq edirdi. Karvanları mühafizə etmək üçün silahlı dəstələr yaradılmışdı. Karvan sahibləri bəzən dilmanclar da tuturdular. Karvanlarda bir neçə min yük heyvanı olurdu. Məsələn, 922-ci ildə Xəlifə Əl-Müqtədir türkdilli Volqa-Kama Bulqar ölkəsinə 3 min baş yük heyvanından və 5 min nəfərdən ibarət karvan göndərmişdi. Ticarətin inkişafında köçəri maldarlar böyük rol oynayırdı. Onlar karvanları müşayiət edir, ətini yemək və yük daşımaq üçün istifadə olunan heyvan satırdılar. Köçərilər arasında karvan ticarətində ixtisaslaşanlar da var idi. Karvan ticarəti belələrinin iştirakı olmadan inkişaf edə bilməzdi. Karvanlar ilə birlikdə əsnaf (kustar), rəssam, usta, alim və diplomatik heyətlər səfərə çıxırdılar. Bəzən tacirlərə də diplomatik tapşırıqların yerinə yetirilməsi tapşırılırdı. 922-ci ildə yola düşən həmin karvan diplomatik, hərbi-texniki və dini tapşırıqlar yerinə yetirmişdi. Məkkəyə həcc ziyarətinə gedənlərin sayının artması ilə əlaqədar olaraq Ərəb imperiyası karvan yollarının təhlükəsizliyini təmin edir və şəhər həyatını daha da canlandırırdı. Əvvəlcə Dəməşqdə, sonra isə Bağdadda öz mövqeyini möhkəmləndirən xilafət bir tərəfdən Hindistan və Çin arasında, digər tərəfdən isə slavyan xalqları, Bizans və Avropa arasında inkişaf etmiş yollar şəbəkəsi yaradılmasına nail olmuşdu. Əsas ticarət yolları xilafətin hüdudlarında idi. Bu yolların hər bir mərhələsində, İspaniyadan tutmuş Çinə qədər iri mərkəzi şəhərlərdə müsəlman icmaları, məscid və mehmanxanalar fəaliyyət göstərirdi. Bu müəssisələrdə ancaq müsəlman tacirlər qəbul olunurdu. Tez bir zamanda bütün karvan yollarında və ticarət mərkəzlərində müsəlmanlığı qəbul etmiş tacirlər fəaliyyət göstərdilər. Ticarət, elm və ədəbiyyat sahələrinin mütəxəssisləri hər yerdə həvəslə qəbul olunurdular. Az vaxt ərzində bütün saraylarda, iri mərkəzlərdə hərbi müşavirlərin, ticarət agentlərinin, alimlərin və münəccimlərin əksəriyyəti müsəlmanlar idi. Lakin daxili mübarizələrin nəticəsi olaraq xəlifəlik zəifləməyə başladı. İspaniyadakı Əməvilər sülaləsi Abbasilərin hakimiyyətini tanımadı. Bir qədər sonra Şimali Afrika xəlifələrin tabeliyindən çıxdı, Misir özünün xəlifəsini elan etdi. Həmin dövrdə ilkin İslam demokratiyasından demək olar ki, heç nə qalmamışdır. Keçmiş bədəvilər indi dəbdəbəli saraylarda yaşayırdılar. Ərəblərin vahid imperiyası müxtəlif hissələrə parçalandı. XIII əsrdə isə Hülakülər Ərəb Xilafətinə son qoydu. Bağdad tutulduqdan sonra Abbasilər Qahirəyə köçdülər, lakin orada hakimiyyətə malik olmadılar. Ərəb dövlətləri Əhalisinin böyük qisimi ərəb soyundan gələn və ərəbcə danışan ölkələrə ərəb dövlətləri deyilir. İsrail və əhalisinin əksəriyyəti Müsəlman olan Sudan, əhalilərinin bir qisimi ərəb olmaqla birlikdə, Ərəb Dövləti adlanırlar. Ərəb dövlətlərinin çoxu, 1945-ci ildə yaradılmış Ərəb Birliyinin üzvüdür.
https://az.wikipedia.org/w/index.php?curid=101952
Ərəb-Hind silsiləsi
Ərəb-Hind silsiləsi — sualtı Orta-Okean silsiləsinin tərkibinə daxil olan, Hind okeanının şimal-qərbində yerləşir. Silsilə Ədən körfəzindən başlayaraq Rodriqes adasına qədər 3700 km məsəfədə uzanır. Buradan isə silsilə Mərkəzi Hind silsiləsinə keçir. Eni 650 km təşkil edir. Dəniz səthindən dərinliyi 2500–3000 m dərinlikdə yerləşir. Ən dayaz nöqtəsi 1271 metrdir. Yazınlıqlarında rif dərələrinə sahibdir. Burada 6492 m dərinliyə malik ensiz rift dərəsi vardır. 1964-cü ildə bir qrup SSRİ alimləri Vityaz gəmisində orta-okean silsiləsini araşdırarkən bölgədə mantiya suxurları aşkarlayırlar.
https://az.wikipedia.org/w/index.php?curid=432168
Ərəb-Sasani müharibələri
Ərəb Xilafətinin Sasanilər imperiyasını işğal etmak niyyəti ilə bağlı olaraq Ərəblərlə Sasanilər arasında baş vermiş müharibələr. Bu müharibələr şərti olaraq Ərəblərin (müsəlman ərəblərin) Sasani işğalı kimi də tanınır. Müharibə 633-cü ildə Ərəb ordularının hücumu ilə başlamış və 651-ci ilə qədər davam etmişdir. Müharibənin yekun nəticəsi olaraq Mesopatomiya, İran, Cənubi Qafqaz, Şərqi Anadolu və Xorasan ərəblər tərəfindən işğal olundu. Sasanilər imperiyası süqut etdi. İşğal olunmuş ərazilərdə İslam dini və İslam mədəniyyəti, Ərəb dili sürətlə yayıldı. İştirakçı tərəflər və qoşunların vəziyyəti Müharibədə əsas tərəflər Sasanilər imperiyası və Ərəb Xilafəti (Raşidilər Xilafəti) olmuşdur. Buna baxmayaraq Sasanilər imperiyasına daxil olan dövlətlər o cümlədən Qafqaz Albaniyası da müharibədə fəal iştirak etmişdir. Sasanilər tərəfdən müharibədə məşhur komandanlar bunlardır: Rüstəm Fərruxzad Firuz Xosrov Bəhrami Çubin Mehrani Bəhrami Razi Mehrani CavanşirƏrəb Xilafəti tərəfindən komandanlar isə bunlardır: Xalid ibn Valid Səd ibn Əbu-Vəqqas Əbu-Musa Aşari Əmmar ibn Yasir Numan ibn Muqarrin Muqhira ibn Şuba Əhnaf ibn Qeys Abdullah ibn Amir Hüzeyfə əl-YəmanMüharibəni aparan hökmdarlar: Sasanilər tərəfdən: III Yezdəgird (632-651)Ərəblər tərəfdən: Əbu-Bəkr (632-634) I Ömər (634-644) Sasanilər imperiyasında əsas din zərdüştlük idi.
https://az.wikipedia.org/w/index.php?curid=338568
Ərəb-bizans müharibələri
Bizans-ərəb müharibələri (VII–XI əsrlər) — Yaxın Şərqdə, Aralıq dənizində və Cənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihad və islamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır. Ərəblərin ilk uğurları. Konstantinopolun mühasirəsi (717-718) 633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu. Bizanslıların fəallaşması Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi. 739-cu ildə Bizans ordusu ərəbləri Akroin (indi Karahisar) şəhəri yanında darmadağın etdi, bundan sonra ərəblər Kiçik Asiyanın qərb hissəsindən təmizləndilər. 9-cu əsrin əvvəlində bizanslı qoşunlar Suriyadan Qafqazın cənub-qərbinə qədər aldılar. İmperiyanın şərqində qalalar sistemi yaradıldı ki ərəblər də öz növbəsində buna qarşı öz istehkamlar sistemini yaratdı. Bizanslıların ən vacib qalası Kilikiyadakı Tars qalası idi. Hərbi əməliyatlar demək olar ki hər il, əsasən qalalar xəttində aparılırdı. Aralıq dənizindəki əməliyatlar Aralıq dənizində ərəblər öz donanma üstünlüklərindən yararlanaraq 823-cü ildə Kriti, 858-ci ildəysə Maltanı aldılar. Siciliya adası uğrunda müharibə 50 ildən çox davam etdi, ərəblər onu 878-ci ildə aldılar. Siciliyanı özlərinə dayaq məntəqəsi edərək ərəblər buradan İtaliyanın əsasən Kalabriya və Apuliya sahillərinə basqınlar edirdilər. Krit adası isə ərəblərin Peloponnes və Egey dənizi adalarına olan basqınlarında dayaq məntəqəsi rolunu oynayırdı. Bizansdan hərbi-texniki cəhətdən bu qədər geri qalan Xilafətin hərbi uğurları, Bizansın Sasanilərlə müharibələrinin nəticəsi idi. Otə yandan Bizans əhalisinin ağır vəziyəti ərəblərin işinə yarayırdı. Xilafətin dağılması Bizansa 10-cu əsrin əvəlində öncə Suriyanın şimalını, ikinci yarısında isə Krit, Kipr və Rodos adalarını qaytarmağa imkan verdi. 11-ci əsrdə Bizanslıların Səlcuqlular kimi rəqibi ortaya çıxdığından ərəb- Bizans qarşıdurması öz kəskinliyini itirdi.
https://az.wikipedia.org/w/index.php?curid=362261
Ərəb-İsrail müharibələri
Ərəb-İsrail müharibələri — Ərəb Dövlətləri Liqası (əsasən Misir, Suriya, İordaniya və Fələstin) ilə İsrail Dövləti arasında bir sıra siyasi gərginlik və hərbi müharibələrdir. Müasir Ərəb-İsrail müharibələrinin kökləri 19-cu əsrin sonlarında yaranan Sionizm və ərəb millətçiliyinə əsaslanır. Pan-ərəb hərəkatı yəhudilər tərəfindən tarixi vətən adlandırılan ərazini Fələstin ərəblərinə məxsus hesab edir və Panislamist kontekstdə bu torpaqların müsəlmanlara məxsus olduğu güman edilir. Fələstinli yəhudilər və ərəblər arasında müharibə; 20-ci əsrin əvvəllərində Nəbi Musa qiyamı (1920) Yaffa qiyamı, 1929-cu ildə Fələstin qiyamı və 1947-ci ildə böyük bir vətəndaş müharibəsinə çevrilən və 1948-ci ildə İsrail Dövlətinin qurulması ilə ərəb üsyanının bütün Ərəb Birliyi ölkələrinə sıçraması ilə meydana çıxdı. 1948-ci il müharibəsi 1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün (Yerusəlim) Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 1948-ci il mayın 14-də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi. Heç 24 saat keçməmiş Misir, İordaniya, Suriya, Livan və İraqın orduları ölkəyə hücum edir. 15 ay davam edən döyüşlərdə yenicə təşkil olunmuş, pis silahlanmış İsrail Müdafiə Ordusu (TSAHAL) hücumları dəf edə bilir. Bundan sonra fələstinlilər vətənlərini tərk etməyə məcbur olurlar. 15 may 1948-ci ildə (fələstinlilər bu günü "Nəqbə" adlandırır) vətənlərini tərk edən fələstinlilərin 2 milyonu İordaniyada, 430 mini Livanda, 790 mini Qərbi Şəriyyədə, 1,1 milyonu Qəzzada yaşayır. BMT Təhlükəsizlik Şurasının qərarları bu fələstinlilərin torpaqlarına qeyd-şərtsiz olaraq qayıtmaq haqqını tanıyır. 1949-cu ildə aparılan müzakirələrdə yalnız 100 min fələstinlinin öz torpaqlarına qayıtmaq haqqını tanıyan İsrail rejimi son olaraq ortaya "Yəhudi dövləti" anlayışını atır. Fələstin rəhbərliyi isə "Yəhudi dövləti" anlayışının mühacirlərin geri, öz torpaqlarına qayıtmaq haqqını pozduğunu bildirir. 1949-cu ilin ilk aylarında BMT-nin himayəsi altında İsrail və ona qarşı döyüşən bütün ölkələr (İraqdan başqa) arasında birbaşa danışıqlar oldu, danışıqların gedişində hərbi əməliyyatların dayandırıldığı anda qeydə alınan atəşkəs xətlərinin saxlanılması haqqında razılıq əldə edildi. Nəticədə sahilətrafı düzənlik, Qalileya və bütün Hegev — İsrailin; Yəhudi və Samariya (Qərb Sahil) — İordaniya nın; Qəzzə bölgəsi — Misirin ixtiyarına keçdi, Qüds (Yerusəlim) isə elə bölündü ki, Köhnə şəhər də daxil olmaqla onun bütün şərq hissəsi İordaniyaya, qərb hissəsi isə İsrailə verildi. Beləliklə, İsrail 1947-ci il BMT-nin 181 N-li Qətnaməsinə görə ona qalan 56% Fələstin torpağını 78%-ə qədər artırdı. 25 yanvar 1949-ci ildə 120 deputatdan ibarət Kneset (İsrail Parlamenti) öz işinə başlayır. 1949-cu il mayın 11-də İsrail BMT-nin 59-cu üzvü olur. Dövlətin əsasən təşkil edən prinsip — hər bir yəhudinin ölkəyə gəlmək və vətəndaşlıq almaq hüququnu təsdiq edən "səpələnmişlərin toplanması" prinsipi olur. Bu prinsipdən çıxış edərək ilk 4 ayda əsasən Avropa ölkələrindən 50 000 repatriant gəldi. 1951-ci ilin sonunda İsrail 687 000 repatriant qəbul edir (bunlardan 300 000-i ərəb ölkələrindən gələn qaçqınlar idi), bununla da ölkədə yəhudi əhalinin sayı ikiqat artır. 1956-cı il Sinay kampaniyası BMT-nin Təhlükəsizlik Şurası nın 01 avqust 1951-ci il qətnaməsinin əksinə olaraq Misir Süveyş kanalını İsrail gəmiləri və İsrailə gələn gəmilər üçün bağlayır; Tiran boğazının mühafizəsi gücləndirildi. Sinay yarımadası tədricən Misirin güclü hərbi bazasına çevrilirdi. 1956-cı ilin oktyabrında Misir, Suriya və İordaniya arasında üçtərəfli hərbi pakt imzalandıqdan sonra İsrail bunu mövcudluğu üçün təhlükə hesab edir. Səkkizgünlük kampaniya gedişində İsrail ordusu Qəzzə bölgəsini və bütün Sinay yarımadasını ələ keçirərək Süveyş kanalından 16 km şərqə tərəf məsafədə dayandı. BMT-nin öz fövqəladə qüvvələrini Misir-İsrail sərhədlərində yerləşdirəcəyi qərarını, habelə Misirin Eylat körfəzində naviqasiyanın azadlığını təmin edəcəyi barədəki təminatını nəzərə alaraq İsrail öz ordusunu mərhələ-mərhələ (1956-cı ilin noyabrından 1957-ci ilin martınadək) çıxarmağa razılıq verdi. Tiran boğazı İsrail donanması üçün açıldı, bu da İsrailə imkan verdi ki, Asiya və Şərqi Afrika ilə ticarət əlaqələrini qaydaya salsın, habelə İran körfəzindən neft idxal edə bilsin. 1967-ci il (Altıgünlük müharibə) Misir və İordaniya ərazilərindən keçən ərəb terrorçularının basqınları, Şimali Qalileya da kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqələrinin Suriya artilleriyası tərəfindən durmadan atəşə tutulması və qonşu ərəb dövlətlərində iri hərbi bazaların yaradılması təhlükəli vəziyyət yaradırdı. 1967-ci ilin mayında Misir BMT -nin 1957-ci ilən tutduqları mövqeləri tərk etməyə məcbur edərək yenidən Sinay yarımadası na böyük hərbi birləşmələr yeritdi, Tiran boğazı nı blokadaya aldı və İordaniya ilə hərbi ittifaq bağladı. Ərəb orduları bütün cəbhələrdən İsrail sərhədlərinə cəmləşdirildi. Yəhudi Virtual Kitabxanası 5 İyun səhər, 200 İsrail qırıcı, bombardımançı təyyarəsi Misir , İordaniya və Suriya qoşunlarının onun sərhədləri boyu artırılmasından sonra Misir aviabazalarına hücuma keçir. İsrailin göndərdiyi saxta radio siqnallara görə Misirlilər vəziyyətdən xəbərləri olmur. Bir neçə saat ərzində ən böyük və müasir hava qüvvələri məhv edilir.Nəticədə, İsrail ordusu Sinay yarımadası nda və Qəzzə bölgəsi ndə Misir ordusu ilə üzləşir. İsrail BMT -dən İordaniya kralı Hüseyinə müharibədən kənarda qalmaqları mesajını verir.Misir in yalançı müvəffəqiyyətinin xəbərini aldıqdan sonra İordaniya qoşunları Qüds dəki (Yerusəlim) BMT müşahidəçiləri tərəfindən qərargah kimi istifadə edilən Hökumət Palatasını ələ keçirmək üçün hücuma keçir. Onlar həmçinin İsrailin Qüds dəki və Təl-Əviv dəki mövqelərini bombalamağa başlayırlar. Eyni zamanda, kiçik Suriya qüvvələri Şimali İsrail də bitki plantasiyasına hücum edir. İlk saatlarda bir neçə Suriya tankı məhv edilir və Suriya ordu qərargahı Xula vadisi ndəki şəhərləri atəşə tutmağı planlaşdırır. İsrail isə diqqətini İordaniya ya və Suriya Hava Qüvvələri nə yönəldir. Axşama qədər, İordaniya nın kiçik hava qüvvələrinin çoxu, Suriya təyyarələrinin 2/3-si məhv edilir. [1] 1973-cü il müharibəsi 1973-cü ildə Yəhudilərin müqəddəs günü "Yom Kipur"a təsadüf edən 6 oktyabrda Misir Süveyş kanalından, Suriya isə Qolan yüksəkliklərindən İsrailə hücum etdi. İsrail və Misir əvvəl atəşkəs, sonra isə 1974-cü ildə sülh müqaviləsi imzaladı. Eyni ildə İsrail ilə Suriya arasında da atəşkəs təmin olundu. Bölgəyə BMT-nin sülhməramlıları yerləşdirildi. Bu müharibə nəticəsində İsrail 1979-cu ildə Sinay yarımadasından geri çəkilməyi qəbul edərək Misir ilə Kemp Devid müqaviləsini imzaladı. Bununla da İsrail ilk dəfə olaraq bir ərəb dövləti ilə sülh müqaviləsi bağlamış oldu.
https://az.wikipedia.org/w/index.php?curid=309522
Ərəb-İsrail müharibəsi (1948)
1948-ci il Ərəb–İsrail müharibəsi, Birinci Ərəb–İsrail müharibəsi və ya 1948-ci il müharibəsi (ərəb. حرب 1948, translit. hərb 1948) — 1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir.Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi. Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944–1947-ci illərdə yəhudi qiyamı baş verdi. 29 noyabr 1947-ci ildə BMT-nin Fələstin üçün Bölünmə planı vətəndaş müharibəsinin başlanması ilə nəticələndi. Bu plana görə Fələstin ərəb və yəhudi dövlətlərinə bölünməli idi. Yerusəlim və Betlehəm şəhərləri isə xüsusi beynəlxalq rejimin hakimiyyətinə verilməli idi. Fələstində Böyük Britaniya mandatı rejiminin sona çatmasından dərhal sonra 14 may 1948-ci ildə Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası nəşr etdiyi bir bəyanat ilə İsrail dövlətinin qurulduğunu elan etdi. Yeni qurulan dövlətin sərhədləri haqqında "Eretz İsrail" istisna olmaqla heç bir bəyanat yox idi. ABŞ və Sovet İttifaqı növbəti gün İsraili tanıdılar. 15 may 1948-ci ildə vətəndaş müharibəsi İsrail ilə ərəb dövlətləri arasında müharibəyə çevrildi. Misir, Suriya və İraqın hərbi qüvvələri Fələstinə daxil oldular. İordaniya 2 mayda Yişuv elçiləri ilə baş tutan görüşdə müharibəyə girməyəcəyini bildirsə də, o da döyüşlərə qoşuldu. Ərəb qüvvələri Fələstin ərəbləri üçün nəzərdə tutulmuş bölgələri tutduqdan sonra İsrail ərazisinə hücuma keçdilər. Fasilələrlə 10 ay davam etmiş müharibə zamanı hərbi əməliyyatlar Fələstində, Sinay yarımadasında və cənubi Livanda keçirilmişdir. Müharibənin nəticəsi kimi İsrail dövləti onun üçün nəzərdə tutulmuş torpaqlarla yanaşı Bölünmə planında ərəblər üçün nəzərdə tutulmuş torpaqların 60 faizini ələ keçirdi. Bura Yaffa, Lidda, Ramla, Neqevin böyük bir hissəsi, Təl-Əviv – Yerusəlim yolunun əksər hissəsi və İordan çayının qərbindəki bəzi ərazilər daxil idi. Qüds şəhəri İordaniya və İsrail arasında bölüşdürüldü. Misir Qəzzəni, İordaniya isə İordan çayının qərb sahilini ələ keçirdi. 1948-ci ilin 1 dekabrında keçirilmiş Çeriço konfransında 2 min fələstinli nümayəndə İordaniyaya birləşmək barədə qərar qəbul etdi. 1948-ci il müharibəsindən sonra müharibəyə qatılan ərəb ölkələrində siyasi rejim dəyişikliyinə gətirib çıxaran qarışıqlıqlar oldu. Ən əhəmiyyətli dəyişiklik Misirdə yaşandı. Misirdə Kral Faruq qiyam nəticəsində general Nəcib tərəfindən əvəz edildi. Müharibə nəticəsində Fələstin qaçqınları anlayışı formalaşdı. Fələstin hələ mandatlıqda olarkən baş vermiş toqquşmalar və I Ərəb-İsrail müharibəsindən sonra təxminən 750,000 fələstinli ərəb öz evlərindən ya qovulmuş, ya da özü qaçmışdı. 1951-ci ildə BMT-nin Barışıq Komissiyasının hesabatına görə təxminən 711,000 fələstinli qaçqın var idi. BMT bu qaçqınlara yardım etmək üçün BMT Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyini (ing. United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East) qurmuşdur. Ərəb dövlətləri isə fələstinli qaçqınları tam olaraq mənimsəməmiş, onlara, onların övladlarına vətəndaşlıq statusu verməmişdir (İordaniya istisna olmaqla). Hətta geri dönmək istəyənlərə icazə belə verilməmişdir. Eyni şəkildə, bir çox ərəb ölkəsi də yerli yəhudi əhalisinə qarşı ayrı-seçkilik siyasətini həyata keçirməyə başladı. 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb ölkələrindəki yəhudilərin vəziyyəti həddən artıq pisləşdi. 1947-ci ilin dekabrında ərəb dünyasında böyük anti-yəhudi qiyamlar baş verdi. 1948-ci ilin ortalarında ərəb ölkələrindəki yəhudi icmalarına hücumlar edildi və onların qərargahları dağıdıldı. Nəticədə bir çox yəhudi ərəb və İslam ölkələrindən məcburi köçürülməyə məruz qaldı. Liviyada yəhudilərin vətəndaşlığı əllərindən alındı. İraqda mülkləri ələ keçirildi. 1956-cı ildə Misir yəhudi əhalisinin böyük bir qismini ölkədən qovdu. Əlcəzair isə müstəqilliyini 1962-ci ildə elan etdikdən sonra yəhudilərin sənədlərini əllərindən aldı. Yəhudilərin əksəriyyəti məcburi şəkildə köçürüldü, bəziləri isə ideoloji səbəblərə görə özləri köçdülər. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilər və ərəblər İkinci Dünya müharibəsi zamanı Fələstin probleminin bir neçə xüsusiyyəti var idi. Bunların birincisi ərəblərin vəziyyətidir. Burada nəzərə çarpan ilk məsələ ərəblərin parçalanması, ikinci məsələ lidersizlik və üçüncü məsələ ərəblərin Nasist Almaniyasını dəstəkləməsi idi.Ərəblərin parçalanmasının əsası mandat idarəçiliyi zamanı Hüseyni ailəsi ilə Neşaşibi ailəsi arasındakı rəqabət ilə başlamışdır. Hüseynilər ifratları, Neşaşibilər isə mötədilləri təmsil etmiş və iki ailə heç cürə ortaq nöqtə tapa bilməmişdir. Zamanla ərəb terrorist təşkilatlarının da meydana gəlməsi ilə bu fikir ayrılığı daha da artmışdır. Bu hadisənin eynisi yəhudilər üçün də olmuşdur, lakin ərəblərə nisbətən daha az parçalanma baş vermişdir. Çünki yəhudi terror təşkilatlarının demək olar ki, hamısı Dünya Sionist Təşkilatına çox sıx şəkildə bağlı idi. Buna görə də, Hacı Əmin əl-Hüseyninin heç bir zaman Dr. Vaytsmanın həm yəhudilər, həm də qərb hökumətləri üzərində sahib olduğu nüfuza sahib olduğu deyilə bilməz.Fələstin ərəbləri üçün ikinci məsələ liderlik problemi olmuşdur. Burada da Vaytsman ilə Hacı Əmin əl-Hüseyninin müqayisəsi aparılmalıdır. Vaytsman Fələstinin xaricində yaşamasına baxmayaraq, özünü həm İngiltərəyə, həm də digər qərb hökumətlərinə qəbul etdirmiş və ifrat düşüncələr baxımından Qüds müftisindən heç də geri qalmadığı halda sionizmin lideri kimi etibar görmüşdür. Bununla belə, İngiltərə Qüds müftisinin Fələstində qalmasına belə icazə verməmişdir. Müharibə başladığı zaman Fələstin ərəblərinin liderlərindən heç biri Fələstində deyildi və müharibə illərində fələstinlilər lidersiz idi.1937-ci il həbsləri zamanı Suriyaya qaçıb, buradan da Beyruta keçən Hacı Əmin əl-Hüseyni müharibə başladıqdan sonra 1939-cu ilin oktyabr ayında Bağdada getmişdi. Lakin 1941-ci ilin aprelində Rəşid Əli Geylani liderliyində baş vermiş almanpərəst çevriliş cəhdinin uğursuzluğundan sonra İngiltərənin İraqdakı nəzarətini gücləndirməsi Hacı Əmin əl-Hüseyninin də Bağdaddan qaçaraq Romaya getməsinə səbəb oldu.İngiltərənin Qüds müftisinə qarşı bu mövqeyi sərgiləməsi Hacı Əmin əl-Hüseyninin müharibə zamanı Nasist Almaniyasına yaxınlaşmasına səbəb oldu. Buna görədir ki, o, 1941-ci ilin may ayında Bağdad və ittifaq dövlətlərinin radiolarında yayımlanan fətvası ilə bütün müsəlmanları İngiltərəyə qarşı cihada çağırdı. Bu fətvada Almaniya və onun müttəfiqləri barədə bir kəlmə belə bəhs edilməmişdir, lakin müfti Romaya getdikdən sonra Almaniya ilə daha yaxın təmas qurmuş və müharibə illərinin bir qismini Almaniyada keçirmişdir. Bu arada 28 noyabr 1941-ci ildə Berlində Hitlerlə 2 saata yaxın davam edən görüşü baş tutmuşdur. Bu görüşdə əl-Hüseyni özünün edəcəyi çağırışla ərəb ölkələrindəki bir çox ərəbi hərəkətə gətirə biləcəyini, lakin bundan əvvəl Hitlerin ərəblərə xitab edən bəyanat yayımlamasının lazım olduğunu bildirmişdi. Hitler belə bir bəyanatın yayımlanmasına tərəfdar olmamışdır, ona görə də 1941-ci ilin aprelindəki İraq hadisəsi uğurlu olsaydı, ərəblərin qurtuluş yolu açılacaqdı. Amma bu baş vermədiyi üçün Qafqaz cəbhəsindəki hadisələrin sonunu gözləmək lazım gəlirdi. O zaman Rostov yaxınlığında olan alman ordusunun hədəflədiyi Qafqaz ələ keçirildikdən sonra oradan cənuba eniləcəkdi. Ərəblərə ünvanlanmış bəyanatın da məhz o zaman verilməsi planlaşdırılmışdı. Əl-Hüseyni Hitlerlə gizli müqavilə imzalamaq istəsə də, Hitler belə bir müqavilənin gizli qalmayacağını əsas gətirərək bundan imtina etmişdir. Yəhudilər isə İngiltərənin müharibə səylərini dəstəkləyib, onunla müttəfiqlik etməklə bərabər, iki məsələdə İngiltərə üçün problem yaradırdılar. Bu məsələlərdən biri hələ müharibədən əvvəlki illərdə başlamış olan və getdikcə sürətini artıran qeyri-qanuni yəhudi köçləri idi. Yəhudi mənbələrinə görə təkcə 1939-cu ilin may ayında Fələstində qeyri-qanuni 37 min yəhudi yaşamaqda idi. 1939-cu ilin iyul-sentyabr aylarında isə 6,323 nəfər də qeyri-qanuni şəkildə gəlmişdi.İngilis hakimiyyətinin qeyri-qanuni köçləri önləmək üçün işlər görməsi yəhudilərlə ingilislər arasında toqquşma dövrünün başlamasına səbəb oldu. Bu toqquşmalar Almaniya və müttəfiqlərinin geriləməyə başladığı 1943-cü ildən sonra daha da şiddətlənmişdir. Digər tərəfdən, yəhudi terror təşkilatları da yeni fəaliyyətə başlayırdılar. Bu təşkilatlar oğurluq yolu ilə ingilis hərbi bölmələrindən silah və sursat əldə edirdilər. Əslində bu oğurluq üçün ingilis hərbçiləri özləri də şərait yaradırdılar. Beləcə, yəhudilər müharibədən sonra İngiltərəyə qarşı özlərini silahlı mübarizəyə hazırlayırdılar. Müharibə ilə birlikdə ərəblərin lidersiz və dağınıq qalmaları yəhudiləri bir digər məsələdə də fəaliyyətlərini artırmağa sövq edirdi. Bu da yəhudi köçləri ilə yəhudilərin torpaq satın almalarının sərbəst buraxılması üçün İngiltərəyə təzyiq etmələri idi. İngiltərə isə buna razılıq vermirdi. Çünki müharibə dövründə belə bir şey etmək nəinki Fələstin ərəblərini, hətta bütün Orta Şərq ərəblərini üsyana qaldıra bilərdi.Buna görə də İngiltərə tamamilə əks istiqamətə hərəkət edərək, 1939-cu il MakDonaldın Ağ Kitabının nəzərdə tutduğu yəhudilərə torpaq satışı limitlərini 28 fevral 1940-cı ildə qüvvəyə mindirdi. Qeyd etmək lazımdır ki, 1939-cu il Ağ Kitabı Fələstin torpaqlarını A, B və C deyə 3 bölgəyə ayırmış və ancaq 5 faiz təşkil edən C bölgəsində yəhudilərə torpaq satışı sərbəst buraxılmışdı.Ərəblər bu qərardan razı qalarkən, Yəhudi Agentliyi milyonlarla yəhudi Nasist Almaniyasının zülmü altında olarkən qüvvəyə minən bu qərara etiraz edirdi.Yəhudilər müharibədən sonra bir tərəfdən silahlı mübarizə hazırlıqları apararkən, o biri tərəfdən də siyasi mübarizə hazırlıqlarını axsatmırdılar. 9–11 may 1942-ci ildə Nyu-Yorkda Baltimor otelində keçirilən Dünya Sionist Təşkilatının fövqəladə konqresində Baltimor proqramı deyilən sənəd qəbul edildi. 8 maddəlik qərarlardan ibarət olan bu proqramda 1939-cu il MakDonald Ağ Kitabı tamamilə rədd edilib keçərsiz sayıldığı bildirildikdən sonra "yəhudilərin vətənsizlik məsələsi son olaraq həll edilmədiyi halda zəfərdən sonrakı dünya nizamını sülh, ədalət və bərabərlik üzərində inşa etməyin qeyri-münkünlüyü" bildirilir və Fələstinin qapılarının yəhudilərə açılması, yəhudi köçlərinə nəzarətin Yəhudi Agentliyinə verilməsi istənilirdi. Qısası, Fələstində yəhudi əhalinin çoxluq təşkil etdiyi dövlətin qurulması nəzərdə tutulurdu.İkinci Dünya müharibəsi Fələstin ərəbləri arasında olmasa da, ərəb ölkələri arasında nisbətən birliyin meydana gəlməsinə səbəb oldu. Ərəb dövlətləri 1944-cü il 25 sentyabr—7 oktyabr günlərində İsgəndəriyyədə Ərəb Liqasının qurulmasını təmin edəcək ilk iclaslarını keçirdilər. Bu iclasda Fələstin ərəblərinin daha əvvəl rədd etmiş olduğu 1939-cu il MakDonald Ağ Kitabı "İsgəndəriyyə protokolu" adı ilə qəbul edildi.İngiltərə müharibədən sonrakı mərhələdə Fələstin məsələsinin ona problem yaradacağını başa düşürdü. İngiltərənin 1945-ci ilin sentyabr ayına qədər bu məsələdə gördüyü 3 əsas iş vardır: İngilis Müharibə Kabineti İngiltərənin uzunmüddətli Fələstin siyasətini müəyyən etmək üçün öz içindən komitə təşkil etmiş və bu komitənin rəhbərliyinə daxili işlər naziri Herbert Morrison gətirilmişdi. Komitə işlərində 1937 Pil Komissiyası hesabatının bölünmə formulu əsasında hərəkət edəcəkdi. Komitə Morrison Ağ Kitabı adını alan hesabatını 26 sentyabr 1944-cü ildə təqdim etdi. O zaman açıqlanmayan bu hesabat Fələstinin yəhudilər və ərəblər arasında bölünməsini nəzərdə tuturdu. İngiltərənin Qahirədəki Orta Şərq üzrə dövlət naziri də 4 aprel 1945-ci ildə hökumətinə təqdim etdiyi hesabatında Fələstinin unitar dövlət, yəni tək müstəqil Fələstin dövlətinin qurulmasını təklif etmişdir. Müstəmləkələr naziri ilə xarici işlər nazirinin ortaq hazırladıqları 11 iyun 1945-ci il tarixli hesabat isə müxtəlif alternativləri dəyərləndirərək hər hansı formul üzərində son qərar vermək yerinə, bu alternativlərin əldə saxlanılmasını tövsiyə etmişdir. Bu alternativlər belə sıralandırılırdı:Bölünmə Unitar dövlət Yəhudi köçlərinə icazə verilməsinə davam etmək Fələstinin bu günkü idarəçilik formasını, yəni mandat sistemini qüvvədə saxlamaq Göründüyü kimi İngiltərə Fələstin məsələsinin həll edilməsi üçün konkret həll yolu tapa bilməmişdi. Bütün bunlar müharibədən sonra İngiltərənin sürətlə Fələstini tərk etməsinə gətirib çıxardı. Hələ müharibə bitməmişdən əvvəl Fələstindəki yəhudilərin (Yişuv) liderlərindən biri olan və Yəhudi Agentliyinin İcraiyyə Komitəsinin rəhbəri Ben Qurion Yişuvun bundan sonra qarşısında olan əsas hədəf kimi ərəblərlə döyüşməyi göstərmişdi. Buna görə də Ben Qurion 1 iyul 1945-ci ildə Nyu-Yorkda sionizmə xoş münasibət göstərən 17 yəhudi milyoneri ilə iclas keçirmiş və onlardan həm Yişuvun müdafiəsi üçün, həm də Fələstinə yəhudi köçlərinə kömək etmək üçün fond qurmalarını istəmişdi. Bundan sonra komitə qurulmuş və bu yəhudi milyonerlərdən birinin adına Sonnenborn İnstitutu adlandırılmışdı. Rəsmiyyətdə bu şirkət kənd təsərrüfatı və tibbi təchizat almaqla məşğul olurdu. Lakin bu şirkətin mütəxəsisləri müharibənin sona çatmasına görə bağlanmaq üzrə olan silah zavodlarını gəzərək köhnəlmiş hərbi təchizat və sursatları almağa başladılar. 1946-cı ilin ortalarında bu şirkət Yəhudi Agentliyinin silahlı yeraltı təşkilatı olan Haganahın ABŞ qolu halına gəlmiş və gəmilər, təyyarələr, maşınlar, xeyli silah-sursat alıb ABŞ və Avropadakı anbarlarında saxlamağa başlamışdı. Ara-ara bu silahlar Fələstinə göndərilirdi.Bu zaman Fələstində fəaliyyətdə olan yəhudi təşkilatlarında da birləşmə meydana gəldi. Bunlar Moşe Snehin liderliyindəki Haganah, Menaxem Begin liderliyindəki İrqun və İstiqlaliyyət Mücahidləri, Lohmei və ya Sternistlərdi. Lakin bunlar birləşərək tək təşkilat halına gələ bilmədilər. İrqun və Lohmei, yəni iki ifrat təşkilat bu birləşməyə yanaşmadı. Bununla bərabər, koordinasiya içində hərəkət etməyə razılaşdılar. Haganahın insan öldürülməsinə qarşı olması digər iki ifrat təşkilatın Haganah ilə birləşməsinə mane oldu. Bu qərardan sonra Ben Qurion 1 oktyabr 1945-ci ildə terror təşkilatlarına hərəkətə keçmə əmri verdi. Bu əmrin məğzi qeyri-qanuni yəhudi köçlərinə mane olan ingilis ordusuna hücumların təşkil edilməsi idi. Bu zaman ABŞ Avropadakı yəhudilərdən 100 min nəfərin Fələstinə qəbulu üçün İngiltərəyə təzyiq etməkdə idi. İngiltərə isə hələ ki, buna qarşı çıxırdı. Terror fəaliyyətlərinin bərpasında bu hadisə mühüm rol oynamışdır.Lakin yəhudi təşkilatları arasındakı birlik də daha ilk gündən etibarən alınmadı. Haganah terrorla birlikdə siyasi fəaliyyətə də üstünlük verərkən İrqun və Lohmeiyə görə, İngiltərənin Fələstindən çıxarılması üçün silahlı mübarizə tək yol idi. Bu fikir ayrılıqları müzakirələr yolu ilə Yəhudi Agentliyinin xüsusi komitəsinin terror fəaliyyətlərini koordinasiya etməsinə qərar verilməsi ilə nəticələndi. Bundan sonra oktyabr ayının sonundan etibarən yəhudi terror fəaliyyətləri birdən-birə sürətləndi. 31 oktyabrdan 1 noyabra keçən gecə bu üç terror təşkilatının birgə fəaliyyəti ilə Fələstindəki dəmiryolu şəbəkəsinin 153 nöqtəsinə qəfil sabotaj hücumu edildi. Hayfa limanında qaçaq yəhudi qaçqını gətirən gəmilərə nəzarət etmək və qovmaqla vəzifələndirilən 2 polis gəmisi və Yafa limanında isə bir polis gəmisi batırıldı. 1945-ci ilin əvvəllərində Fələstində 50 min nəfərlik ingilis ordusu var idi. Toqquşmaların artmasından sonra bu qüvvələr 80 minə, yəhudi terrorunun ən yüksək nöqtəyə çatdığı 1947-ci ildə isə 100 minə qaldırılmışdı. 1945-ci ilin dekabr ayında 4 destroyer, 2 kruvazyor və xeyli sayda təyyarə Fələstin sahillərini qaçaq yəhudi köçlərinə qarşı mühasirəyə almış vəziyyətdə idi. 1945-ci ilin sonlarından etibarən Fələstin məsələsinə ABŞ faktorunun da girməsinə görə İngiltərə ABŞ ictimaiyyətinin həssaslığını nəzərə alaraq yəhudi terroruna qarşı lazım olan sərtliyi göstərməmişdir. Lakin, İngiltərənin bu mövqeyi yəhudi terrorunun azalmasını təmin edə bilməmişdir. 1946-cı il ərzində yəhudi terroru ilə əlaqəli hadisələr belə sıralanır: 27 dekabr 1945-ci ildə polis və hərbçi məhəllələrinə hücumlar edildi. 10 polis öldürülü və 11 nəfər yaralandı. 20 fevral 1946-cı ildə Haganahın hərbi qolu Palmax qaçaq yəhudi qaçqınları gətirən gəmilərin izlənməsi üçün istifadə edilən radar stansiyasını partlatdı. 25 aprel 1946-cı ildə Təl Əvivdə 7 ingilis hərbçisi öldürüldü. Bu hadisə ingilis hərbçiləri arasında böyük narazılıqla qarşılanmışdı. İngiltərənin Fələstinə qonşu ölkələrdəki ingilis hərbçilərindən bir qismini Fələstinə göndərməyə qərar verməsindən sonra, ölkədəki nəqliyyat sistemini iflic etmək üçün Fələstini qonşu ölkələrlə bağlayan 11 körpüdən 10-u 16–17 iyun 1946-cı ildə Haganah tərəfindən məhv edildi. 17 iyun axşamı Sternistlər Hayfadakı dəmiryolu sexlərinə hücum etdilər. 18 iyun günü də Menaxem Beginin İrqun təşkilatı Təl Əviv və Qüdsdəki hərbi klublara basqın edib 6 ingilis zabitini qaçırtdı.Bu son hadisə ingilisləri sərtləşdirdi. İngiltərə yəhudilərin fəaliyyətinə qarşı sərt siyasət yürütməyə başladı. Aqatha əməliyyatı deyilən və 17 min ingilis hərbçisinin iştirakı ilə bütün Fələstində axtarışlar və həbslər başlandı. 29 iyun 1946-cı ildə erkən saatlarda başladılan əməliyyatda Yəhudi Agentliyinin Qüdsdəki bütün binalarına basqın edildi. Qüds də daxil, bütün Fələstində 2700 yəhudi həbs edildi. Bunlar arasında Yəhudi Agentliyinin İcraiyyə Komitəsinin üzvləri Moşe Şertok ilə İtzhaq Qrunbaum da var idi. Vaytsman ilə Qolda Meyerə toxunulmadı. Lakin bu zaman Fələstində olmayan Ben Qurion barədə həbs qərarı çıxarıldı. Bu isə Ben Qurionun Fələstinə dönməsinə mane olacaqdı. Bu əməliyyat zamanı Hayfa yaxınlığındakı Yaqur adlı yəhudi düşərgəsində aparılan axtarışlar zamanı 33 sandıq silah tapıldı. Bu silahlardan 10 ədədi mexaniki tüfəng, 325 ədədi piyada tüfəngi, 96 top, 800 ədəd partlayıcı maddə və 425 kiçik güllə idi. 28 avqust və 2 sentyabrdakı axtarışlarda isə müharibə zamanı Misirdəki ingilis hərbi qüvvələrindən oğurlanmış müxtəlif silahlar da aşkar edildi.Vaytsmana görə, Aqata əməliyyatı yəhudilərə qarşı müharibə elanı idi. Lakin bu əməliyyat yəhudiləri fəaliyyətindən döndərə bilmədi. Yəhudilər cavab olaraq Kinq David otelinə hücum təşkil etdi. Menaxem Beginin İrqun təşkilatı ingilislərin qərargahı olan Qüdsdəki Kinq David otelinə daxil olub binanın cənub qanadına bombalar yerləşdirdi və 22 iyul 1946-cı ildə bu bombalar partladıldı. Binanın cənub tərəfi tamamilə çökdü. İngilis məmur və zabitləri ilə birlikdə, ərəb və yəhudilərin də daxil olduğu 92 nəfər öldu, xeyli insan yaralandı.Yəhudi terroru bu hadisədən sonra da davam etdi. Lakin İngiltərə mövqeyini daha da sərtləşdirdi. 1946-cı ilin noyabrında Fələstinə qeyri-qanuni yolla daxil olan 3900 yəhudini tutub Kiprə sürgün etdi. 1946-cı ilin oktyabr ayında ingilis postuna hücum edən 4 İrqun üzvü edama məhkum edildi və 1947-ci ilin aprelində edam edildilər. Lakin İrqun də 1 mart günü Təl əvivdəki ingilis zabit klubuna bombalarla hücum edib 12 ingilis zabitini öldürdü. Terrorun davam etməsi və xeyli sayda insanın öldürülməsi mötədillərlə ifratların fikir ayrılıqlarını şiddətləndirdiyi kimi, Haganah ilə İrqun arasında da mübarizə başlatdı. Lakin Palmax tərəfindən dəstəklənən Haganahın İrquna qarşı mübarizəsi nəticə vermədi. BMT Fələstin Xüsusi Komissiyasının 1947-ci ilin yaz aylarında Fələstində etdiyi araşdırmalar zamanı da İrqunun terror fəaliyyəti davam etdi. İngiltərənin bütün tədbirlərinə baxmayaraq, Yəhudi Agentliyinin Avropadakı təşkilatı Mossad 1945–1948-ci illər arasında 69,878 yəhudini Fələstinə qaçaq olaraq gətirməyi bacarmışdı. Mossadın qərərgahı Parisdə idi və fransız, italyan və yuqoslav limanlarından icarəyə götürdüyü gəmilərlə Avropadan topladığı yəhudiləri Fələstinə göndərirdi. Fələstin ərəbləri Marşal Rommelin Şimali Afrikada məğlub olması, müttəfiqlərin Şimali Afrika cəbhəsində üstün olmaları və Orta Şərqə doğru yönələn alman təhlükəsinin aradan qaldırılmasından sonra İngiltərə bölgədəki siyasətini yumşaltmağa başladı. Fələstində siyasi fəaliyyətə yenidən icazə verildi. Bundan sonra ərəblər Ali Ərəb Komitəsini yenidən canlandırmaq üçün hərəkətə keçdilər. Komitənin liderliyini İstiqlal qrupu almaq istəyirdi. Vəziyyət də buna uyğun görünürdü. Çünki Qüds müftisinin nasistlərlə əlbir olması Hüseynilərin nüfuzuna ziyan vurmuşdu. Qüds müftisinin oğlu Camal Hüseyni isə müharibə zamanı ingilislər tərəfindən Rodeziyaya (bu günkü Zimbabve) sürgün edilmiş və orada 1945-ci ilin sonuna qədər qalmışdı.İstiqlal qrupu Camal Hüseyninin böyük qardaşı Tofiq Hüseyni ilə də birlik qura bilmədi. Çünki bu zaman Fələstin Ərəb partiyası, Xristian Gənclik partiyası və Milli Blok kimi yeni siyasi qruplar ortaya çıxmışdı və Tofiq Hüseyni qardaşı Camal Hüseyninin geri dönüşünə qədər Fələstin Ərəb partiyasının liderliyini üzərinə götürmüşdü. Buna görə də bağlayıcı münasibətlər içinə girməyə tərəfdar deyildi. Bundan əlavə, Hüseynilərin nasistlərlə əlbir olma damğası yemələrinə qarşı İstiqlal qrupu da ingilis müttəfiqi damğası yemişdi. İstiqlal qrupu 1939 MakDonald Ağ kitabını qəbul etmişdi, Hüseynilər isə Fələstinin müstəqilliyinin tərəfdarı idi. Fələstinlilərin bu cür parçalanması onların Fələstin məsələsində vahid mövqe göstərməsinə mane olurdu. Buna görə də, Fələstin məsələsində ərəb mövqeyini yeni yaranmaqda olan Ərəb Liqası müdafiə etməyə başlayırdı. Ərəb Liqasının quruluş toplantısı 25 sentyabr – 7 oktyabr 1944-cü ildə İsgəndəriyyədə keçirildi. İclasda İsgəndəriyyə protokolu deyə adlandırılan 5 qərar qəbul edilmişdi. İlk dörd qərar quruluşa və ərəb dövlətləri arasındakı siyasi, sosial və iqtisadi münasibətlərə aid idi. V qərar isə Fələstinə aid olub, ingilis hökumətinin 1939 MakDonald Ağ kitabında yer alan yəhudi köçlərinin dayandırılması, yəhudilərə torpaq satışınını qadağan edilməsi və Fələstinin müstəqilliyi mövzusundakı fikirləri ərəblərin haqları (ing. acquired rights) olaraq qəbul etməkdə idi. Ərəb Liqası və ya rəsmi adı ilə Ərəb Dövlətləri Birliyi Suriya, İordaniya, İraq, Səudiyyə Ərəbistan, Livan, Misir və Yəmən arasında imzalanan paktla 22 mart 1945-ci ildə quruldu. Pakta əlavə olaraq yayımlanan Fələstin Haqqında Bəyanatda Fələstinin ərəb ölkələrinin ayrılmaz parçası olduğu ifadə edildikdən sonra, İsgəndəriyyə protokolu daha da dəqiqləşdirilərək 1939 MakDonald Ağ kitabındakı maddələrin ərəblərin haqlarını təşkil etdiyi bildirilirdi.Ərəb dövlətləri arasındakı bu birlik təşəbbüsləri Fələstin ərəblərinə də təsir etmişdi. Buna görə də 25 noyabr 1945-ci ildə Ali Ərəb Komitəsi yenidən quruldu. Komitədə 5 Hüseyni, 5 nəfər də digər partiyaların nümayəndəsi və 2 nəfər də tərəfsiz üzv var idi. Nəşaşibilər özlərinə geniş təmsil imkanı verilmədiyi üçün komitəni boykot etdilər. Komitənin rəhbərliyinə Rodeziyadakı sürgündən geri dönən Camal Hüseyni gətirildi. Lakin Camal Hüseyni Ali Ərəb Komitəsinə aktivlik qazandıra bilmədi. Çünki digər qrupların Hüseynilərə etibarı yox idi. Buna görədir ki, Camal Hüseyni 1946-cı ilin martında komitəni iclasa çağırdığı zaman Hüseynilərdən başqa heç kim gəlməmişdi.Digər siyasi qruplar öz aralarında birləşərək 29 may 1946-cı ildə Ali Ərəb Cəbhəsini təşkil etdilər. Bu qruplar Milli Müdafiə partiyası, İslahat partiyası, Milli Blok, Ərəb Gənclik Konqresi və İstiqlal partiyası idi. Ərəb Liqası Şurası da 9–12 iyun 1946-cı ildə Suriyadakı iclasında Fələstin üçün 10 maddəlik qərarlar qəbul etdi. Bu qərarlara görə, bütün ərəb dövlətlərinin nümayəndələrindən meydana gələn Fələstin komitəsi ilə Fələstin fondu təşkil edilirdi. İclasda həmçinin, Fələstin üçün Ali İcraiyyə Komitəsi qurulurdu ki, bunun rəhbərliyinə də Hacı Əmin əl-Hüseyni gətirilirdi. Komitədə Camal əl-Hüseyni sədr müavini, Qüdsün köhnə bələdiyyə rəhbəri Dr. Hüseyn əl-Xalidi baş katib idi. Əhməd Hilmi paşa ilə Əmin əl-Huri isə üzv idi. Qeyd etmək lazımdır ki, Ərəb Liqasının qurulması ilə bərabər Ərəb dövlətləri Fələstin məsələsini ortaq formada gündəmə gətirmişdilərsə də, hər birinin bəzən Fələstin məsələsində tamamilə fərqli düşüncələri və mənfəətləri olmuşdur. Mənfəət məsələlərində İordaniya kralı Kral Abdullah ən seçiləni idi. 1920-ci illərdən sionistlərlə əlaqə içində olan kral Fələstinin bölünməsi halında ərəblərin payına düşəcək olan torpaqları İordaniyaya birləşdirmək fikrində idi. Suriya və Səudiyyə Ərəbistanı isə bu fikrin tamamən əlehinə idilər. Kral Abdullahın mənsub olduğu Haşimilər sülaləsi Səudiyyə sülaləsini ən böyük düşmən kimi qəbul edirdi.Digər tərəfdən İordaniya kralının Suriya, Livan və Fələstini İordaniya ilə birləşdirən Böyük Suriya layihəsinə qarşı olaraq, İraqın baş naziri Nuri Səid də İraq, Suriya, Livan, İordaniya və Fələstini özündə birləşdirən Bərəkətli Hilal (ing. Fertile Crescent) layihəsini reallaşdırmaq istəyirdi. Buna görədir ki, Ərəb Liqası paktı ərəblərarası birləşməni reallaşdırmaqdan çox Əmman və Bağdaddakı Haşimilərin layihələrinə mane olmaq üçün çalışmışdır. ABŞ faktoru Müharibənin sonunda İngiltərə maddi gücünün azalması ilə yanaşı, Liviyada Trablusqarbdan Hörmüz boğazına qədər olan 3 min millik sahənin təhlükəsizliyini də təmin etməyə məcbur idi. Bu şərtlər altında sionist propaqandası və istəkləri İngiltərəni narahat edərkən ərəblər də 1939 Ağ Kitabının tədbiqi üçün İngiltərəni sıxışdırmağa başladılar. Bu vəziyyət qarşısında İngiltərə ABŞ-nin dəstəyini qazanmaq istəyirdi. 1945-ci ilin iyul ayındakı seçkilərdə iqtidara gələn İşçi partiyasının baş naziri Ettli Potsdam konfransı zamanı prezident Trumen ilə Fələstin əsələsini müzakirə etsə də, nəticə əldə edilmədi. Çünki bu zaman ABŞ ictimaiyyəti övladlarının tez bir zamanda evlərinə dönməsini istəyirdi və dənizaşırı döyüşlərə qarşı idi.Müharibə zamanı həm ABŞ Senatı, həm də Ruzvelt hakimiyyəti Fələstin məsələsi ilə məşğul olmuşdur. ABŞ Senatı 1943-cü ildən etibarən ortaya çıxmağa başlayan Avropadakı yəhudi qaçqınlar məsələsini dəfələrlə müzakirə etmişdir. 3 milyondan çox yəhudinin yaşadığı ABŞ Dünya Sionist Təşkilatının ən güclü mərkəzlərindən biri idi. Bu vəziyyət ABŞ hökumətini və birbaşa ABŞ Xarici İşlər Nazirliyini də istər-istəməz Fələstin məsələsinin içinə çəkmişdir. ABŞ Xarici İşlər Nazirliyi müharibə zamanı Fələstin məsələsinə daima ABŞ-nin Orta Şərqdəki neft və strateji mənfəətləri aspektindən yanaşaraq, yəhudi mübarizəsinə deyil, ərəb fikirlərinə üstünlük vermişdir.Fələstin məsələsində İngiltərənin mövqeyindən məmnun olmayan ərəb ölkələri, məsələn Misir hələ müharibə zamanı ABŞ-nin diqqətini Fələstin məsələsinə çəkmək istəyirdi. Hətta Misirdən əvvəl Türkiyə belə ABŞ-ni bu barədə məlumatlandırmışdı. 70 amerikalı senatorun yəhudilərin Fələstinə yerləşdirilməsi üçün kampaniya başladacaqlarını eşidən Türkiyənin Vaşinqtondakı səfiri Münir Ərtəgün 22 aprel 1941-ci ildə ABŞ Xarici İşlər Nazirliyinin Yaxın Şərq Dairəsinin rəhbəri Paul H. Allinqi ziyarət etdi. O bildirdi ki, Türkiyənin ərəblərlə uzun müddətli təcrübəsi vardır və ABŞ-nin Fələstinə yəhudi miqrasiyasını təşviq etməsi təkcə ərəblərin deyil, Hindistan müsəlmanlarının da qarşı çıxmasına səbəb olacaq, belə vəziyyətin İngiltərə üçün yaradacağı çətinliklər Türkiyəni də yaxından maraqlandırır.Ərəb ölkələri içində Fələstin məsələsinə ən çox maraq göstərən dövlət Səudiyyə Ərəbistanı idi. Kral Əbdüləziz ibn Səud 29 noyabr 1938-ci ildə prezident Ruzveltə məktub yazıb, ərəb və müsəlman lideri olaraq ərəb məsələləri, birbaşa Suriya və Fələstin ilə yaxından maraqlandığını bildirmiş və bu məsələlərdə ABŞ-nin düşüncələrini öyrənmək istəmişdi. Ruzvelt yazdığı cavabda həm ərəblərəin, həm də yəhudilərin fikrini öyrənmədən Fələstin məsələsində əsaslı qərar verə bilməyəcəyini söyləmişdir.Bu zaman kral ABŞ-nin Riyada göndərilən Qahirədəki səfiri Aleksandr Kirk ilə 1943-cü ilin aprelində Dahranda keçirdiyi görüşdə birbaşa bu iki məsələ üzərində dayanmışdır: Fələstin məsələsində ABŞ hökuməti hər hansı hərəkət etmədən əvvəl onun fikrini soruşmalıdır. Səudiyyə Ərəbistan Fələstin və Suriyanın Haşimi nəzarəti altına girməsinə qarşıdır. Kral Səud Haşimi nəzarəti dedikdə İordaniya kralı Abdullahı nəzərdə tuturdu.Kral Səud bu düşüncələrini 30 aprel 1943-cü ildə Ruzveltə yazdığı məktubda da dilə gətirmişdi. O, yazırdı: Ruzvelt bu məktuba 26 mayda cavab vermiş, "ərəblərə və yəhudilərə tam mənası ilə deyilmədən" Fələstinin əsas vəziyyətində heç bir dəyişiklik edilməyəcəyinə təminat vermişdi. Bununla birlikdə, Ruzvelt Fələstin məsələsinin ərəb-yəhudi razılığı ilə həll ediləcəyi inancı ilə sionist lideri Dr. Haym Vaytsman ilə Səudiyyə Ərəbistan kralını görüşdürmək istədi. Buna görə, ərəbcə çox yaxşı bilən və Orta Şərq üzrə mütəxəsis olan polkovnik-leytenant Harold B. Hopkinsi 1943-cü ilin avqust ayında Kral Əbdüləziz ibn Səudla görüşə göndərsə də, kral Vaytsman ilə görüşməyi rədd etdi. Kral həmçinin, bildirdi ki, ərəb dünyasının lideri pilləsində olmasına rəğmən məsləhətləşmələr etmədən Fələstin adından daşına bilməyəcəyini və Fələstini yəhudilərə təslim etməyi isə heç bacarmayacağını bildirmişdi.Ruzveltin sionizm mövzusuna çox maraq göstərdiyi və ya bu məsələdə geniş bilgi sahibi olduğunu demək olmaz. Buna görə də, sionizm və Fələstin məsələlərinin necə həll ediləcəyi haqqında müəyyən fikri də yox idi. Ruzvelt iki faktor arasında qalmışdı. O, İkinci Dünya müharibəsi ilə birlikdə, Orta Şərqin həm neft baxımından, həm də Asiyaya, Uzaq Şərqə doğru gedən yolların keçdiyi strateji bölgə olaraq əhəmiyyətini görmüşdü. Bundan əlavə, Fələstində yəhudi dövlətinin qurulmasındakı problemləri də çox yaxşı görə bilmişdi. Lakin həm Senatdakı, həm də Nümayəndələr Palatasındakı sionist dəstəkçisi olan şəxslərin təsirinə məruz qalmışdı. ABŞ sinoistlərinin rəhbəri olan Feliks Frankfurter Ruzveltin çox yaxın dostu idi. Buna görədir ki, Ruzvelt 1944-cü il prezidentlik seçkilərində yəhudi səslərini qazana bilmək üçün yəhudi məsələsini seçki platformasına aldı və sonda qalıb gəldi. Yalta konfransından (4–11 fevral 1945) sonra Misirdə Səudiyyə Ərəbistan kralı ilə keçirdiyi görüş Ruzveltin Fələstin məsələsindəki düşüncələrinin ərəblərə doğru meyllənməsinə səbəb oldu. Misirdə Süveyş kanalı üzərindəki Böyük Acı göldə U. S. S. Quincy adlı ABŞ döyüş gəmisində baş tutan bu görüşdə Kral Əbdüləziz ibn Səud Ruzvelti çox təsirləndirmişdi. Kral nitq dediyi zaman bir neçə dəfə ərəblərin özlərini qorumaq üçün silahdan istifadə etməkdə tərəddüd etməyəcəklərini bildirmişdi. 1945-ci ilin yanvar-aprel dövründə ərəb ölkələri də ABŞ-yə müraciət edərək yəhudilərin Fələstinə yerləşdirilmələri halında ərəblərin müqavimət göstərəcəklərini bildirmişdir. Ruzvelt sonralar bu görüşdən bəhs edərkən 5 dəqiqədə Fələstin məsələsində bütün həyatı boyunca öyrəndiklərindən daha çox şey öyrəndiyini demişdi. Bu görüşdən sonra Ruzvelt krala yəhudiləri dəstəkləməyəcəkləri barədə söz vermişdi. Ölümündən bir həftə əvvəl – 5 aprel 1945-ci ildə Kral Səuda yazdığı məktubda da bu sözünü təkrarlamış və Fələstin məsələsində ərəb xalqının əleyhinə ola biləcək heç bir hərəkətə yol verməyəcəyini bildirmişdi.Ruzvelt kralla görüşündən bir müddət sonra – 3 mart 1945-ci ildə xarici işlər nümayəndəsinə Fələstində yəhudi dövlətinin qurulmasının və davam etdirilməsinin ancaq hərbi qüvvə tədbiqi yolu ilə mümkün ola biləcəyi qənaətində olduğunu demişdi.Ruzveltdən sonra prezident olan Harri Truman özündən əvvəlki prezidentlərin Orta Şərq məsələləri ilə bağlı nə etdikləri barədə çox az məlumat sahibi olaraq prezidentliyə gəlmişdi. Trumen deyirdi: Fələstin məsələsi barədə əvvəlcədən bilinən dəqiq planları olmadığı üçün prezident olan kimi konqresmenlər, hahamlar, diplomatlar və s. ona öz fikirlərini yeritmək üçün hərəkətə keçdilər. Sionistlər və bir çox siyasətçi yəhudiləri dəstəkləməsini istədi. Xarici işlərlə məşğul olan məmurlar isə bunun əksini etməsini istəyirdilər. Hətta Xarici İşlər Nazirliyi Trumenə 16 iyun 1945-ci ildə göndərdiyi memorandumda yəhudi liderlərinin müraciət etməsi halında çox irəli gedən bəyanatlar verməməsini məsləhət görürdülər, çünki onlara görə ərəblərlə, yəhudilərlə geniş əhatəli danışıqlar etmədən Fələstin məsələsində son qərara gəlmək qeyri-mümkün idi. Yəhudi qaçqınlar məsələsi Müharibənin sonunda ortaya çıxan Avropadakı yəhudi qaçqınları məsələsi Trumeni gedərək sinoistlərlə yaxınlaşdırmışdır. Bu zaman Avropadakı yəhudi qaçqınlarının sayısı 200.000–250.000 idi. Trumen bu yəhudi qaçqınların vəziyyətlərini incələmək üçün Pensilvaniya Universitetinin Hüquq fakültəsinin dekanı Earl G. Harrisona tapşırıq verdi. Harrison Avropadakı qaçqın düşərgələrində apardığı araşdırmalardan sonra 1945-ci ilin avqust ayında hesabatını Trumenə verdi. Hesabat yəhudi qaçqınların vəziyyətlərini çox ətraflı şəkildə izah edir və ən az 100.000 yəhudinin Fələstinə göndərilməsinın lazım olduğunu bildirirdi. Burada diqqəti çəkən digər məqam isə yəhudi qaçqınlarını qəbul etmək üçün ABŞ hökumətinin heç bir yumşalmaya getməməsi, bu məsələni müzakirə belə etməməsidir. Halbuki, bu qaçqınların böyük əksəriyyəti ABŞ-yə köç edəcəklərinə ümid edirdilər. ABŞ-nin bu 100.000 nəfərlik qaçqın köçünü Fələstinə buraxması üçün İngiltərəyə təzyiq etməsindən sonra İngiltərə Xarici İşlər naziri Bevin ABŞ-nin bu məsələdə şiddətlə israrının səbəbi kimi ABŞ-nin bu yəhudiləri Nyu-Yorkda görmək istəmədiyini bildirmişdir.Harrison hesabatından sonra Trumen 31 avqust 1945-ci ildə İngiltərə baş naziri Ettliyə məktub yazaraq bu 100.000 yəhudinin Fələstinə qəbul edilməsini istəmiş, bu mövzudakı məktublaşmalar sentabr ayında da davam etmişdir. Fələstinin iqtisadi qaynaqlarının bu qədər qaçqını qəbul etməyə uyğun olmayacağını bildirən Ettli təklifi qəbul etməsə də, Trumenin bu hərəkəti ərəb ölkələrinin etirazlarına səbəb olmuşdur.Vaşinqtondakı Misir, İraq, Suriya və Livan səfirlikləri 12 oktyabrda Xarici İşləri Nazirliyində verdikləri ortaq notada Fələstində yəhudi dövlətinin qurulmasının ancaq xarici qüvvələrin köməkliyi ilə mümkün ola biləcəyini bildirərək, silahlı müqavimət niyətlərini elan edirdilər. ABŞ isə bu təzyiqlərə verdiyi cavabda ərəblər və yəhudilərlə məsləhətləşmədən son qərara gəlinməyəcəyi barədə köhnə təminatını yenidən təkrarladı. Digər tərəfdən Trumenin 100.000 yəhudi üçün İngiltərə nəzdində təşəbbüs etməsinin öyrənilməsindən sonra Hindistan müsəlmanlarının lideri Cinnah 3 oktyabr 1945-ci ildə baş nazir Ettliyə telqraf göndərərək Fələstinə yəhudi köçlərinə icazə verilməsinin "canavarca və son dərəcə ədalətsiz " (ing. monstrous and highly unjust) bir şey olacağını bildirdi və 1939 MakDonald Ağ Kitabının əsas götürülməsini istədi. Cinnah 8 noyabrdakı mitinqində etdiyi çıxışda da ərəblərin həm ingilis imperializminə, həm də yəhudi köçlərinə qarşı edəcəkləri mübarizəyə hindistanlıların tamaşaçı qalmayacaqlarını bildirdi.Trumenin təşəbbüsü İngiltərəyə ABŞ-ni da Fələstin məsələsinin yükü altına salmasına fürsətini verdi. Halbuki, ABŞ Xarici İşlər Nazirliyinin fikri Fələstin məsələsinin ağırlığının İngiltərənin üzərinə buraxılması idi və bunu da Trumenə yazılı formada bildirmişdilər.Trumen ilə Ettli arasında edilən yazışma və təmaslardan sonra 10 dekabr 1945-ci ildə sadəcə yəhudi qaçqınları məsələsini deyil, Trumenin israrından sonra, Fələstin məsələsini də araşdırmaq üçün Anqlo-Amerikan Araşdırma Komitəsi quruldu. Komitə altısı amerikalı, altısı ingilis olmaqla 12 üzvdən ibarət idi. Komitə hesabatını 120 gün içində hazırlamalı idi. Digər tərəfdən, Anqlo-Amerikan Komitəsinin qurulması üçün 17 dekabrda Nümayəndələr Palatasında və 19 dekabrda da Senatın qəbul etdiyi ortaq qərarda Fələstinin kənd təsərrüfatı vı iqtisadi potensialının qaldıra biləcəyi qədər yəhudi köçlərinə açılması istənilirdi.ABŞ-nin Fələstin məsələsinə aktiv şəkildə daxil olması ilə Fələstində İkinci Dünya müharibəsinə görə dayanmış olan yəhudi terroru 1945-ci ilin oktyabr ayından etibarən İngiltərəyə qarşı olaraq yenidən başladı. Qaçaq yəhudi köçləri də sürətləndirildi. Yəhudilər bu əməlləri ilə İngiltərəyə təzyiq etmə ilə yanaşı, ABŞ-ni və onun ictimaiyyətini də təhrik etmək istəyirdilər. ABŞ və İngiltərənin birgə fəaliyyəti Anqlo-Amerikan Komitəsi də 4 yanvar 1946-cı ildə Vaşinqtonda işə başladı və Avropada, Orta Şərqdə araşdırmalar etdikdən sonra 20 aprel 1946-cı il tarixli hesabatını 22 apreldə prezidetn Trumenə təqdim etdi. Hesabatın əsas postulatları bunlar idi: Avropadakı yəhudi qaçqınlarından ilk dəfə üçün 100.000 nəfərin Fələstinə yerləşdirilməsi, Fələstində torpağın satılması, kirayələnməsi və istifadəsində irq, cəmiyyət və din fərqinin aradan qaldırılması. Yəni, yəhudilərə torpaq satışı qadağasının ləğv edilməsi, Fələstində ərəblər yəhudilərə və yəhudilər də ərəblərə hakimlik edə bilməyəcək, Fələstin nə ərəb, nə də yəhudi dövləti olmayacaqdır, BMT-nin son qərarına qədər Fələstin İngiltərənin hakimiyyəti altında qalacaqdır.Anqlo-Sakson Komitəsinin hesabatına ilk etiraz İngiltərədən gəldi. Baş nazir Ettli 1 may 1946-cı ildə İcmalar Palatasındakı çıxışında yəhudilərin qeyri-qanuni silahlı dəstələri buraxılmadıqca və bu qüvvələr silahlarını təslim etmədikcə həm yəhudilər, həm də ərəblər silahsızlaşdırılmadıqca, Yəhudi Agentliyi yəhudilərin ingilis bazalarına və ingilislərə etdiyi hücumların dayandırılmasını təmin etmədikcə İngiltərənin 100.000 yəhudinin köçünə razı olmayacağını bildirdi. Xarici İşlər naziri Bevin də 100.000 yəhudinin Fələstinə köçünün təmin edilə bilməsi üçün İngiltərənin bura 1 korpusluq yeni qüvvə göndərməsinin və 200 milyon sterlinq də pul ayırmasının lazım olduğunu bildirdi. 1945-ci ilin sonlarında buradakı ingilis ordusunun sayı 80.000-ə qədər qaldırılmışdı, 1947-ci ildə bu say 100.000 olmuşdu.Ərəb hakimiyyətləri isə hesabatın 100.000 yəhudinin Fələstinə köçünü planlaşdırmasına və yəhudilərin torpaq satın almalarını sərbəst buraxmasına görə şiddətlə qınadı. Ərəblərin etirazlarının hədəfində ABŞ var idi. Onlara görə, Fələstin məsələsində ABŞ-nin heç bir söz haqqı yox idi. Ərəb rəhbərləri 27–28 mayda Misirdəki Ərəb Liqası görüşlərində bu hesabatı rəsmi şəkildə rədd etdilər. Bludan iclasında alınan gizli qərara görə Anqlo-Sakson hesabatı tədbiq edilərsə, İngiltərə və ABŞ-nin bölgədəki iqtisadi maraqlarına qarşı boykot başladılacaqdı.Anqlo-Amerikan hesabatı 100.000 yəhudinin Fələstinə köç etməsini tövsiyə etməsinə baxmayaraq, hesabatın digər hissələri yəhudilərin etirazına səbəb oldu. Ben Quriona görə, bu hesabat 1939 Ağ Kitabının bir başqa forması və utancverici sənəd idi. Sionizmin məhvini qanuniləşdirir və yəhudi dövlətinni qurulması yerinə Fələstinin ingilis hərbi hakimiyyətində saxlanılmasını planlayırdı.ABŞ ictimaiyyətinin də həssaslığını nəzərə alan Harri Trumen İngiltərə ilə bu məsələdə razılaşmanın qeyri-mümkünlüyünü gördükdən sonra yəhudilərin köçürülməsi işini ABŞ-nin tək öz üzərinə götürməsi fikrinə gəldi. Lakin bunun üçün hərbi güc tədbiqinin lazım olduğunu gördükdən sonra dayanmağa məcbur oldu. Həmçinin, ABŞ Baş Qərərgahı da ABŞ ordusunun Fələstində istifadə olunmasına qarşı idi. Bütün bu baş verənlərdən sonra prezident Trumen İngiltərə ilə razılaşma yollarını axtarmağa başladı. Hər iki ölkənin hökumət kabinetləri öz içlərindən komitə təşkil etdilər. ABŞ komitəsinin rəhbərliyinə prezident köməkçilərindən Henri F. Qredi, ingilis komitəsinin rəhbərliyinə isə kabinetin Fələstin komitəsi rəhbəri Herbert Morrison gətirildi. Bu iki komitənin vəzifəsi iki tərəf arasında Anqlo-Amerikan hesabtı əsasında meydana çıxan fikir ayrılıqlarını müzakirə etmək və ortaq qərara gəlmək idi.Hər iki komitə 1946-cı ilin iyul ayında Londonda görüşüb işə başladı. İyulun sonunda gəldiyi nəticələri açıqladı. Qredi-Morrison planı və ya Böyük Britaniya İcmalar Palatasında Herbert Morrison tərəfindən açıqlandığı üçün Morrison planı adını alan hesabat halına gəldi. Planın əsaslarını bu formada göstərə bilərik: Fələstin ərəb əyaləti, yəhudi əyaləti və İngiltərə əyaləti olmaqla 3 hissəyə ayrılmalı idi, Qüds, Büytüllahim və Neqev mərkəzi hakimiyyətin nəzarətində olacaqdı, Yəhudi əyaləti 4500 km²lıq Fələstin ərazsiinin 1500 km²lıq hissəsində qurulmalı idi, Yerdə qalan mərkəzi hakimiyyətin nəzarətində olan torpaqlardan başqa bütün torpaqlar ərəb əyalətinin hakimiyyətinə veriləcəkdi, Mərkəzi hakimiyyət xeyli torpaqlara nəzarət edəcəkdi və Hayfa limanı da mərkəzi hakimiyyətə tabe olmalı idi.Ərəb və yəhudi əyalətlərinin qanunverici və icraedici orqanları olacaq və daxil işlərdə muxtariyyətləri olacaqdı. İrəlidəki zamanda bu iki əyalət ya federal dövlət halına gətiriləcək və ya Fələstin bu iki əyalət arasında bölünəcəkdi. Mərkəzi hakimiyyətin əyalətlər üzərindəki hakimiyyəti də geniş tutulmuşdu. Məsələn, əyalətlərin qəbul etdiyi qanunlar mərkəzi hakimiyyətin də təsdiqini almalı idi. 100.000 yəhudi qaçqını yəhudi əyalətinə köç edə biləcəkdi, lakin bu da mərkəzi hakimiyyətin təsdiqini aldıqdan sonra mümkün ola biləcəkdi. Morrison planına ilk etiraz bu dəfə prezident Trumendən gəldi. 100.000 yəhudi qaçqınının köçü məsələsini həll edə bilmədiyi üçün Trumen bu planı qəbul etmək istəmirdi. Bu planı sionistər və şəxsən Ben Qurion rədd etdi. Ben Quriona görə, Morrison planı yəhudi dövləti qurmur, sadəcə 1939 Ağ Kitabını davam etdirirdi. Onlara görə, yəhudi köçünə dair yekun qərarın mərkəzi hakimiyyətin qərarına buraxılması ilə ərəblərə buraxılması arasında elə bir fərq yox idi. Ərəblər də bu planı yəhudi dövləti qurma yolunda atılan ilk addım kimi qəbul etdi və plan onlar tərəfindən də rədd edildi. Bu münasibətə baxmadan, İngiltərə bu planı ərəblər və yəhudilərlə müzakirə etmək üçün Londonda konfrans təşkil etdi. Sionistlər bu konfransa qatılmağı rədd etdi. Ərəb Ali Komitəsi də rədd cavabı verdi. Ərəb ölkələrindən Misir, İraq, Suriya, Livan, Səudiyyə Ərəbistan, İordaniya və Yəmən ilə Ərəb Liqası baş katibi Əzzam Paşa konfransa qatılmağı qəbul etdilər və konfrans 9 sentyabr 1946-cı ildə Londonda Lankaster otelində açıldı. İngiltərə Morrison planını ABŞ-nin təzyiqinə görə, yəhudi qaçqınların Fələstinə köçlərini ərəb dövlətlərinə qəbul etdirmək istəsə də, ərəblərin hamısı bu planı qəbul etməyəcəklərini bir daha bildirdilər. Təklif olaraq isə özlərinin 6 maddəlik layihələrini təqdim etdilər. Bu layihəyə görə:Fələstində ingilis mandatı ləğv ediləcək, müstəqil Fələstin dövləti qurulacaq. Demokratik konstitutsiya ilə azlıqlara hər cür azadlıqlar veriləcəkdir. Yəhudi köçlərinə müstəqil Fələstin dövləti qərar verəcəkdir. Fələstindəki müstəqil yerlərə giriş-çıxış tamamilə sərbəst olacaqdır. Müstəqil Fələstin dövləti İngiltərə ilə ittifaq müqaviləsi imzalayacaqdır. İngiltərə müstəqil Fələstin dövlətinin qurulmasını prinsipdə qəbul etdi. Bəzi məsələlərdə isə fikir ayrılıqları var idi. Lakin bu ərəfədə İngiltərənin yəhudilərlə etdiyi təmaslar yəhudilərin də görüşmələrə qatıla biləcəyini göstərirdi. Buna görə, Birinci London konfransı 3 oktyabrda 16 dekabr tarixinə ertələndi. Lakin dekabr ayında Sinoist konqresinin keçirilməsinə görə konfrans 1947-ci ilin yanvar ayına ertələndi. Lakin London konfransı sübut etdi ki, ərəblər Fələstinin bölünməsinə və bölünməsinə apara biləcək istənilən formula amansız şəkildə qarşı idilər.London konfransının 3 oktyabrda nəticə olmadan ertələnməsi prezident Trumeni özündən çıxartmışdı. İngiltərə baş naziri Ettlinin hələlik yayımlanmaması barədə xahiş etməsinə baxmayaraq, Trumen 4 oktyabrda yayımladığı çıxışında qış şəraitində 100.000 yəhudi qaçqının Fələstin məsələsinin son həllini gözləmədən Fələstinə köçlərinin təmin edilməsini istədi. Trumen bu məqsədlə ABŞ miqrasiya qanunlarında da dəyişilik edilməsi üçün Konqresə tövsiyə etdi. Trumenin bu hərəkətləri Səudiyyə Ərəbistan kralının şiddətli etirazlarına səbəb olmuşdu.Trumenin bu qədər sərt reaksiya göstərməsinin səbəbi həmin ildə keçiriləcək konqres seçkiləri idi. Buna görədir ki, o nitqində Yəhudi Agentliyinin Fələstinin bir hissəsində yəhudi dövlətinin qurulmasını nəzərdə tutan layihəsini dəstəkləyən ifadələr səsləndirmişdi. Trumenin bu mövqeyi 9–29 dekabr 1946-cı ildə Bazeldə keçirilən XXII Dünya Sinoist Konqresində mötədillərlə ifratların mübahisələrini daha da şiddətləndirdi. Mötədillər Fələstinin bölünməsi ilə yəhudi dövlətinin qurulmasını müdafiə edərkən, ifratlar Fələstini tamamilə əhatə edəcək yəhudi dövlətinin yaradılmasını istəyirdilər. Maraqlısı isə odur ki, artıq heç kim 1917-ci il Balfur bəyanatının yəhudi vətənindən bəhs etmir, yəhudi dövlətinin Fələstinin bütünündə, yoxsa bir qismində qurulması gərəkdiyi mübahisəsini edirdi. II London konfransı 27 yanvar-13 fevral 1947-ci il tarxləri arasında keçirildi. Lakin bu konfransdan əvvəl iki hadisə baş verdi. Bunlardan biri ABŞ Xarici İşlər Nazirliyində Fələstin mövzusunda 14 yanvar 1947-ci tarixində hazırlanan sənəddir. Bu sənəd Fələstinin ərəblərlə yəhudilər arasında bölünməsini, 100.000 yəhudinin köçünün təmin edilməsini, bölünmə olmadığı təqdirdə Fələstinə yəhudi köçünün sərbəst buraxılması ilə yəhudilərin torpaq satın alma qadağasının qaldırılmasını və bütün bu məsələlərdə də ərəblərin təsdiqini almaq kimi ziddiyəti planlamaqda idi.Digər hadisə isə Səudiyyə Ərəbistan vəliəhdi Şahzadə Səudun 17 yanvar günü Vaşinqtonda ABŞ Xarici İşlər naziri Ceyms Byrnes və nazirlik üzvləri ilə keçirdiyi görüşmədir. Şahzadə Fələstində yəhudi dövlətinin qurulmasına şiddətlə qarşı çıxaraq, bunun ABŞ-nin da mövqeyinə uyğun gəlmədiyini bildirmişdir. O, fikirlərini belə əsaslandırmışdır: Sionizm kommunizmlə əlaqəlidir, Anti-demokratik, təcavüzkar və totalitardır, Allaha qarşıdır.27 yanvar-13 fevral günlərində keçirilən II London konfransında ərəblərlə yəhudilər eyni masa ətrafında əyləşmədilər. İngiltərə hər ikisi ilə də ayrı ayrı müzakirələr apardı. Digər tərəfdən İngiltərə yenə də Morrison planındakı muxtar əyalətlər sistemini, muxtariyyətin sərhədlərini bir qədər də genişləndirərək müzakirəyə çıxardı. Bunu nə ərəblər, nə də yəhudilər qəbul etmədi. Bundan sonra ingilis kabineti 6 fevralda Bevin planı adını alan yeni plan qəbul etdi. Buna görə, Fələstin 5 il müddətində müstəqillik üçün hazırlanacaqdı. Bu müddət içində Fələstin torpaqları ərəb və ya yəhudi çoxluğa əsaslanan hissələrə bölünəcəkdi. Yaradılacaq kantonlar geniş muxtariyyətə sahib olacaq və kontonlardakı ərəb və ya yəhudi azlıqlar da idarəçilikdə iştirak edəcəkdi. Yəni, muxtar əyalətlər sistemində olduğu kimi kantonlarda da ərəb-yəhudi birliyinin reallaşması planlaşdırılırdı. Digər tərəfdən, Bevin planına görə, Fələstin ayda 4.000 yəhudinin köçünə icazə verilməklə, iki ildə 96 min yəhudi qaçqın qəbul edəcəkdi.Yəhudilər 10 fevralda özlərinə təqdim edilən Bevin planını qəbul etməyərək, bölünmə məsələsində dayandılar. Lakin yəhudilərin düşündüyü bölünmə formulunda 600.000-ə qədər ərəb yəhudi torpaqlarında qalırdı. Buna görə də, İngiltərə bununla razılaşmadı.Bevin planı 12 fevralda ərəblərə də təqdim edilincə, onlar da qəbul etmədilər. I London konfransında olduğu kimi, ərəblər müstəqil Fələstin dövlətinin qurulmasında təkid edirdilər və bu istəkləri qəbul edilmədikdə isə İngiltərədən bu məsələni BMT-ə aparmağı istədilər. Yəhudilər isə Fələstin məsələsinin BMT-ə götürülməsinə qarşı idilər. çünki belə odluğu halda, xeyli sayda dövlət məsələyə müdaxilə edə biləcəkdilər.II London konfransı da heç bir nəticəyə çata bilmədi. Bundan sonra ingilis hökuməti 18 fevral 1947-ci ildə heç bir təklif etmədən Fələstin məsələsini BMT-ə daşımaq qərarına gəldi. İcmalar palatasında 25 fevralda edilən müzakirələrdə Leyborist partiyası hökumətinin bu qərarı Mühafizəkarlar partiyası tərəfindən də dəstəkləndi. Fələstin məsələsi BMT-də 2 aprel 1947-ci ildə İngiltərə BMT-ə rəsmi formada müraciət edərək Fələstin məsələsinin BMT-nin gündəminə alınmasını, BMT-nin bu məsələ üçün xüsusi iclas keçirməsini, məsələni incələmək üçün xüsusi komitə yaratmasını və məsələnin payızdakı adi iclasda da müzakirə edilməsini istədi.İngiltərənin istəyindən sonra BMT-nin Baş Assambleyası 28 apreldə toplandı və 15 mayda 7 əleyhinə səsə qarşı, 45 lehinə səslə BMT Fələstin Xüsusi Komitəsinin (ing. United Nations Special Committee on Palestine) qurulmasına, bu komitənin 11 üzvdən ibarət olmasına və komitənin hesabatını ən gec 1 sentyabr 1947-ci ildə təqdim etməsinə qərar verdi. Baş Assambleyanın bu qərarından sonra ABŞ Xarici İşlər Nazirliyi 20 ölkədəki diplomatik nümayəndəliklərinə göndərdiyi təlimatda ABŞ adından Fələstin məsələsində heç bir açıqlama verməməyi, sadəcə indilik məsələnin BMT-ə aid olduğunu deməklə kifayətlənməyi əmr edirdi.BMT Fələstin Xüsusi Komitəsi isə 16 iyunda Qüdsdə ilk iclasını keçirdi. Komitə bundan sonra Fələstinin müxtəlif yerlərinə gedərək görüşlər keçirdi. Yəhudilər komitə ilə hər cür görüşməni etdiyi halda, Ərəb Ali Komitəsi Fələstin Xüsusi Komitəsi ilə hər cür təmas və tərəfdaşlığı rədd etdi. Bununla bərabər, Xüsusi Komitə ərəb ölkələrindən Misir, İraq, Livan, Səudiyyə Ərəbistan və Suriya təmsilçisi ilə 23 iyulda Beyrutda və İordaniya kralı Abdullah ilə də 25 iyulda Ammanda görüşdü. Komitə ilə görüşmələrində yəhudilər Fələstinin münasib bölgəsində yəhudi dövlətinin qurulmasını istəyərkən, sionizmin lideri Vaytsman birbaşa Fələstinin bölünməsini istədi. Ərəb dövlətləri isə müstəqil ərəb dövlətinin qurulmasını və bu dövlətin rəsmi dilinin ərəbcə olmasını müdafiə edərkən, yəhudi köçlərinə də ümumiyyətlə qarşı olduqlarını bildirdilər. Fələstinin bölünməsinə tərəfdar kimi görünən Kral Abdullah isə yenə gözlənilməz hərəkət edərək Fələstində ərəb dövləti qurulmasının lazım olduğunu bildirdi. Səudiyyə Ərəbistan 7 iyul 1947-ci ildə BMT Baş Assembleyasına müraciət edərək "Fələstin üzərindəki mandat rejiminin sona çatdırılmasına və Fələstinin bütöv halda müstəqil dövlət olaraq tanınmasına" dair maddənin Baş Assambleyanın gələcək iclasının gündəminə salınmasını istədi. Eyni tələb İraq tərəfindən də edildi.BMT Fələstin Xüsusi Komitəsi Fələstindəki təmaslarını tamamladıqdan sonra 28 iyuldan etibarən Cenevrədə hesabatını hazırlamağa başladı. Buna qədər isə komitə içindən bir qrup Münhen, Salzburq, Vyana, Berlin, Hamburq və Hannoverdəki yəhudi qaçqın düşərgələrini də ziyarət etdi. Fələstin Xüsusi Komitəsinin hesabatı Xüsusi Komitə hesabatını 31 avqustda tamamladı və 1 sentyabr 1947-ci ildə BMT-nin baş katibinə təqdim etdi. Hesabatda Fələstin məsələsinin həlli üçün komitə üzvlərinin səs çoxluğu ilə qəbul edilən çoxluq planı ilə, bir neçə üzv tərəfindən dəstəklənən azlıq planı təklif edilməkdə idi. Bir də, komitənin səs birliyi ilə qəbul etdiyi bir neçə məsələlər var idi. Fələstindəki mandat idarəçiliyinə son verilməsi, istər tək, istər birdən çox dövlət formasında (yəni bölünmə) Fələstinin müstəqilliyi, Fələstinin iqtisadi bütünlüyünün qorunması, müqəddəs yerlərin BMT tərəfindən qorunması kimi məsələlər bura daxil idi.Komitədə Kanada, Çexoslovakiya, Qvatemala, Hollandiya, Peru, İsveç və Uruqvay tərəfindən dəstəklənən çoxluq planına görə Fələstin ərəb dövləti, yəhudi dövləti və Qüds bölgəsi olmaqla 3 yerə bölünməli idi. Ərəb və yəhudi dövlətləri 1 sentyabr 1947-ci il tarixindən etibarən iki illik keçid dövründən sonra müstəqil olacaqdı. Bundan əlavə, bu iki dövlət arasında iqtisadi birlik mövcud olacaqdı. Komitə ərəb və yəhudi dövlətlərinə veriləcək torpaqların sərhədləri ilə Qüds bölgəsinin sərhədlərini də müəyyənləşdirmişdi. Qüds şəhəri BMT-nin nəzarətinə verilirdi. Hesabatın müəyyən etdiyi sərhədlərə görə, ərəb dövlətinin ərazisi 4,476 km² olub, Fələstin torpaqlarının 42,88 faizini, yəhudi dövlətinin ərazisi isə 5,893 km² olub, Fələstin torpaqlarının 56,47 faizini təşkil etməkldə idi.Əhali sayına gəlincə, bu sərhədlər içində yəhudi dövlətinin əhalisinin 498 mini yəhudi, 407 mini isə ərəb olmaqla ümumi sayı 905 min olmalı idi.. Ərəb dövlətinin əhalisi isə 725 min ərəb və 10 min yəhudi olmaqla, ümumi 735.000 nəfər olmalı idi. Qüdsdə isə əhali sayı 205 min olmalı idi. Bunun 100 min nəfəri yəhudi, 105 min nəfəri isə ərəb idi.Hindistan, İran və Yuqoslaviya tərəfindən təklif edilən (Avstraliya hər iki plana bitərəf qalmışdır) azlıq planı da Fələstini ərəblərlə yəhudilər arasında bölməklə bərabər, Qüds əsas şəhər olmaqla ərəb və yəhudi dövlətlərindən meydana gələn müstəqil Fələstin federal dövləti qurulmasını planlamaqda idi. Baş Assambleya Fələstin Xüsusi Komitəsi hesabatını 15 sentyabrda müzakirə etdi. Bəzi müzakirələrdən sonra 23 sentyabrda Xüsusi Komitə hesabatını incələmək və müzakirə etmək üçün bütün BMT üzvlərinin təmsil edildiyi ad hoc komitə təşkilinə qərar verdi. İngiltərə nümayəndəsi 26 sentyabrda ad hoc komitədə etdiyi çıxışda azlıq və ya çoxluq planları haqqında heç bir fikir bildirmədən ölkəsinin Fələstindən çəkilməyə qərarlı olduğunu açıqladı və Fələstində həll yolunun həm ərəblərin, həm də yəhudilərin qəbulu halında uğurlu ola biləcəyini bildirdi.Fələstin ərəblərinin fikirlərini Ərəb Ali Komitəsinin nümayəndəsi komitənin 30 sentyabr gününə olan iclasında dilə gətirdi. Nümayəndə ərəblərin öz torpaqları olan Fələstini sadəcə sionistlərin hücumlarına qarşı deyil, bütün hücumlara qarşı qorumağa qərarlı olduğunu, Balfur bəyanatının hüquqi heç bir əsasının olmadığını, ərəblərin bütün yəhudi köçlərinə qarşı olacağını bildirdikdən sonra, Fələstinin bütünündə tək müstəqil ərəb dövləti qurulmasını istədi. Yəhudi Agentliyinin nümayəndəsi isə 2 oktyabr günü dediyi nitqdə azlıq planını tamamilə rədd etdikdən sonra, çoxluq planının da özləri üçün qane edici olmadığını bildirdi. Çünki nümayəndəyə görə, Balfur bəyanatı İordaniya torpaqları da daxil olmaqla, bütün Fələstində yəhudi dövləti qurulmasını planlamışdı. Halbuki İngiltərə 1922-ci ildə İordaniyanı Fələstin torpaqlarından ayırmışdı və indi qurulması planlanan yəhudi dövlətinə bu Fələstin torpaqlarının 1/8-i ayrılmışdı. Yəhudilər görə isə Fələstinin bütünündə yəhudi dövləti qurulmalı idi.ABŞ Xarici İşlər Nazirliyi işçiləri tərəfindən hazırlanıb, XİN rəhbəri Corc Marşalla təqdim edilən 22 sentyabr 1947-ci il tarixli hesabatda bölünmə əleyhində fikirlər bildirilir və bölünməni dəstəkləmənin ABŞ-nin ərəb və yəhudilərlə olan əlaqələrinə mənfi təsir edəcəyi, bölünməni reallaşdırmanın isə yalnız hərbi qüvvədən istifadə etməklə mümkün ola biləcəyi və bölünmənin BMT-nin prinsipləri ilə də uyğun düşməyəcəyi bildirilirdi.Lakin 3 oktyabr günü Xarici İşlər nazirinin ofisində keçirilən yüksək səviyyəli iclasda bölünmənin dəstəklənməsi qərarı alındı. Prezident Trumen də bölünməni dəstəkləyirdi. Halbuki Trumenə bölünmə planına cavab olaraq, Ərəb Liqasının ərəb dövlətlərinə Fələstin sərhədlərinə hərbi qüvvə toplama təlimatı verdiyi bildirilmişdi.ABŞ Xarici İşlər Nazirliyində bölünmənin dəstəklənməsi qərarının alındığı 3 oktyabr günü BMT-dəki Səudiyyə Ərəbistan və İraq daimi nümayəndələri ABŞ nümayəndəsini ziyarət edərək Sovet İttifaqının ərəb ölkələrinə münasibətindən danışmış və ABŞ-nin yəhudi dövlətinin qurulmasına mane olmadığı təqdirdə ərəb ölkələrinin Sovet İttifaqı ilə yaxınlaşmasının qaçınılmaz olacağını bildirmişdi. Bir çox ərəb ölkəsi də oktyabr ayı boyunca Fələstin məsələsində ABŞ-yə xəbərdarlıq etmişdi. Ərəblərin bu təşəbbüsləri aralarında tam birlik qurulması demək deyildi. Ərəb Liqası Şurasının 7–15 oktyabr 1947-ci ildə Suriyada keçirdiyi iclasda Qüds müftisi Hacı Əmin əl-Hüseyni yəhudilərə qarşı mübarizə aparmaq üçün müvəqqəti Fələstin hökumətinin qurulmasını istədiyi zaman Haşimilərin hakimiyyəti altındakı İordaniya və İraq buna qarşı çıxdı. İordaniya kralı Abdullah Qüds müftisinə hər cür köməyin əleyhinə idi. Fələstində hərbi hərəkat üçün istifadə edilə biləcək ən güclü hərbi qüvvə Kral Abdullahın Ərəb Legionu olduğu üçün Abdullahın etirazlarına qarşı kimsə səs çıxarmadı. Lakin bir az sonra Abdullah Fələstinin bölünməsi üçün sinonistlərlə razılaşdı.Komitə müxtəlif təkliflər və formullar barədə çalışmaq üçün bir neçə alt komitələr qurdu və bu komitələrdə hazırlanan hesabatların günlərlə müzakirə edilməsinə baxmayaraq, heç biri lazımı səs çoxluğuna çata bilmədi. Bundan sonra ad hoc komitə bəz dəyişikliklər etdiyi çoxluq planını 25 noyabr 1947-ci ildə 25 lehinə, 13 əleyhinə və 17 bitərəf səslə qəbul etdi. Ad hoc komitənin 25 noyabrda qəbul etdiyi qərar layihəsi tövsiyə xarakterli olaraq Baş Assambleyaya təqdim edildi. 26–29 noyabrda müzakirə edildi. Bu müzakirələrdə Fələstin xalqının öz taleyini özünün təyin etməsinə dair BMT konstitutsiyasının təməl prinsipinə qarşı olduğunu əsas götürərək Filippin, Yəmən, Yunanıstan, İran, Misir, Səudiyyə Ərəbistan, Suriya, Livan, Haiti, Pakistan, Kuba və İraq çoxluq planına qarşı çıxdı. Ərəb ölkələri federal Fələstin dövlətinin qurulmasını planlayan azlıq planını dəstəkləyən, lakin ərəb və yəhudi dövlətləri içində qarşı tərəfin azlığından ən az miqdarda buraxılmasını nəzərdə tutan təklif irəli sürsə də, ABŞ nümayəndəsi azlıq planının ad hoc komitədə rədd edilmiş olduğunu bildirərək, ərəb təşəbbüsünü rədd etdi. Sovet İttifaqı da bu təklifə qarşı idi. Sovetlər də ABŞ ilə birlikdə bölünməni müdafiə edirdilər. Nəticədə BMT Baş Assambleyasında 1947-ci ilin 29 noyabr tarixində saat 17:35-də keçirilən səsvermədə çoxluq planı Baş Assambleyanın 181 (II) A saylı qərarı olaraq, 13 əleyhinə və 10 bitərəf səsə qarşı 33 lehinə səslə qəbul edildi. Beləliklə də, BMT Fələstinin yəhudilərlə ərəblər arasında bölüşdürülməsinə qərar verdi. Qeyd etmək lazımdır ki, Sovet İttifaqı BMT-dəki müzakirələrdə bölünmənin ən qatı müdafiəçilərindən olmuş və 29 noyabr 1947-ci il tarixində də ABŞ ilə birlikdə bölünmənin lehinə səs vermişdir. ABŞ yəhudiləri dəstəklədiyi üçün bölünməni müdafiə edirdi. Lakin Sovet İttifaqı isə yəhudi əleyhdarı idi. Sovet İttifaqının əsl istəyi İngiltərəni bu bölgədən çıxarmaq və yaranacaq güc boşluğundan istifadə etmək idi. ABŞ-nin Sovet İttifaqı ilə birlikdə bölünməni dəstəkləməsi digər ölkələrin də mövqelərinə təsir etmiş və əksər ölkələr bölünmənin lehinə səs vermişdir.Sovet İttifaqının bölünmə lehində səs verməsi bütün ərəb ölkələrinin hiddətlənməsinə səbəb olmuş və Fələstindəki toqquşmalar şiddətləndikcə ərəb ölkələrində Sovet İttifaqı əlehində nümayişlər keçirilmişdir. Hərbi qüvvələr Müharibədən əvvəl 1947-ci ilin sentyabr ayında Haganahın 10.489 tüfəngi, 702 yüngül pulemyotu, 2.666 submexaniki silahı, 186 orta pulemyotu, 672 ədəd 2 inçlik mortarı və 92 ədəd 3 inçlik mortarı var idi.. 1946-cı ildə Ben-Qurion başa düşdü ki, müharibə başlanan zaman Yişuv həm Fələstin ərəblərinə, həm də qonşu ərəb dövlətlərinə qarşı döyüşməli olacaqdır. Buna görə də qərbdə silah toplanması kompaniyasına başlandı və bir neçə ayda düşmənlərinin sahib olduğu silahlardan daha çox silah toplaya bildi. Yişuv Britaniya mandatı bitdikdən sonra Fələstinə gətirilməsi üçün Avropada və ABŞ-də silah anbarları yaratmışdı. ABŞ-dəki Yişuv üzvlərindən biri 3 Boeng B-17 Flying Fortress bombardmançı təyyarəsini (bunlardan biri 1948-ci ilin iyulunda Qahirəni bombalamışdı), Curtiss C-46 yük təyyarələrini və onlarla yarı-təkərliləri alaraq, onları boyamış və kənd təsərrüfatı texnikaları kimi qeydiyyata sala bilmişdi. Qərbi Avropada Haganah agentləri 50 ədəd 65 mmlik fransız dağ silahı, 12 ədəd 120 mmlik mortar, 10 ədəd H-35 yüngül tank və xeyli sayda yarı-təkərli texnikalar toplaya bilmişdi. 1948-ci ilin may ayının ortalarına qədər Yişuv Çexoslovakiyadan 25 ədəd Avia S-199, 200 ədəd ağır pulemyot, 5.021 yüngül pulemyot, 24.500 tüfəng və 52 milyon güllə satın almışdı. Həmçinin bütün ordunu təmin edə bilmək üçün digər ləvazimatlar da təmin edilmişdi. Silah-sursat Çexoslovakiyadan Balak əməliyyatı çərçivəsində gətirilmişdi. Havadan gətirilən silah yüklərini daşıyan təyyarələri yəhudi əsilli və ya qeyri-yəhudi əsilli amerikalı pilotlar idarə edirdi. Bu uçuşlara keçmiş ABŞ Hava Yük Daşımaları İdarəsinin uçuş mühəndisi Al Şvimmer rəhbərlik edirdi. Onun öhtəliklərindən biri də İsrail ordusu üçün pilotların yığılması və onlara təlimin keçilməsindən ibarət idi. Ərəblərə ilk dəfə hava hücumunu etmiş Lou Lenart kimi pilotlar onun yetirməsi idi. O, sonradan Israel Aerospace Industries-in yaradıcısı və ilk rəhbəri olmuşdur.Yişuv ərəblərlə müqayisədə yeni və üstün silah istehsal etmə imkanlarına malik idi. Onlar 1947-ci ilin oktyabr ayından 1948-ci ilin iyul ayına qədərki dövrdə 3 milyon ədəd 9 mmlik güllə, 150,000 ədəd Mills qranadları, 16,000 Sten silahları və 210 ədəd 76 mmlik mortarlar istehsal edə bilmişdilər. Həmçinin yəhudilər Davidka mortarlarının yenilənmiş versiyasını da istehsal edə bilmişdilər. Bu silahın istehsalında yəhudilər bəzi nöqsanlara yol vermişdilər, lakin mərminin partlaması zamanı yüksək səs çıxarması ərəblərin qorxmasına səbəb olurdu. Ümumilikdə silah-sursatın əksəriyyəti Ayalon İnistitutu tərəfindən istehsal olunurdu. Burada Sten silahları üçün 2,5 milyon güllə istehsal edilmişdi. Müharibə bitdikdən sonra isə bütün bu gizli silah-sursat istehsalı emalatxanaları aşkar şəkildə fəaliyyətə başladı və Israel Military Industries-in əsasını təşkil etdi.1920–1921-ci illərdəki ərəb üsyanları, 1929-cu il üsyanı, 1936–1939-cu illər üsyanı və II Dünya müharibəsi regiondakı yəhudiləri yaxşı formada təşkilatlanmağa sövq etmişdi. Haganahın mobil qüvvələrindən olan HISH (ivr. חיל השדה, azərb. Sahə korpusu) 2.000 nəfərlik daimi, 10.000 nəfərlik ehtiyat (18–25 yaşlılardan təşkil olunmaqla) qüvvəyə sahib idi. Yəhudilərin elit hərbi birləşməsi olan Palmaxda isə 2.100 nəfərlik daimi, 1.000 ehtiyat qüvvə var idi. Ehtiyat qüvvələr ayda 3–4 gün təlim görürdülər və sonra mülki həyata geri dönürdülər. Bu mobil qüvvələrdən başqa qarnizon qüvvəsi olan HIM (ivr. Heil Mishmar, azərb. Mühafizəçilər korpusu) var idi. Beləliklə, Yişuvun ümumi canlı qüvvəsi 15.000–18.000 döyüşçü və 20.000 qarnizon qüvvələri olmaqla, təxminən 35.000 nəfər idi. Bütün bu qüvvələrə əlavə olaraq, heç bir yeraltı təşkilatlanmaya qoşulmayan və II Dünya müharibəsi zamanı Böyük Britaniya tərəfindən döyüşən minlərlə yəhudi qadın və kişi də var idi. Müharibə zamanı bu şəxslərin çoxu öz təcrübələrini döyüşlərdə tətbiq etdilər. Valid Xalidiyə görə, bütün bu saydığımız qüvvələrə əlavə olaraq yəhudilər ənənəvi Yəhudi düşərgələri polisinə də malik idi. Bu qüvvənin sayı 12,000 nəfər idi və ən böyük taborlarından biri Qadna Gənclik taboru adlanırdı. Bu birləşmələrin əksəriyyəti 1947-ci ilin dekabr ayına qədər təlim görmüşdü. 1947-ci ilin 5 dekabrında 17–25 yaş arası bütün kişi və qadınlar hərbi mükəlləfiyyətli elan edildilər. Bu qanunla 21.000 şəxs hərbi mükəlləfiyyətli oldu. Mart ayının 30-da isə hərbi mükəlləfiyyət qanunu genişləndirildi. Sonda isə 40 yaşdan az olan bütün kişilər və 26–35 yaşlı yalnız qadınlar hamısı hərbi mükəlləfiyyətli elan edildi.Fəaliyyəti MI5 tərəfindən terrorizm kimi qiymətləndirilən İrqun (ivr. הארגון הצבאי הלאומי בארץ ישראל, azərb. İsrail Torpağının Milli Hərbi Təşkilatı) ingilislər tərəfindən izlənilirdi.1948-ci ilin martında Yişuv 35.780 nəfərlik canlı qüvvə ilə say üstünlüyünə sahib idi.Bəzi tarixçilərə görə, ərəb döyüşçülərin sayı 12.000 nəfər idi. Digərləri isə ərəb qüvvələrinin 23,500 nəfər olduğunu bildirir. Bu dövrki ərəb qüvvələrinin sayı Yişuvdan az və yaxud da ən yaxşı halda bərabər idi. Yişuv öz canlı qüvvələrinin böyük hissəsini səfərbər etsə də, ərəblərin canlı qüvvələri öz əhalisinin çox kiçik bir hissəsini təşkil edirdi. Lakin müharibə boyunca Yişuv qüvvələri davamlı və dramatik şəkildə sabit qalmağı bacarmışdı..Benni Morrisə görə, 1947-ci ilin sonunda fələstinlilər artıq Yişuvun onlardan hərbi baxımdan çox güclü olduqlarını başa düşmüşdülər. Bunu anlayaraq da Fələstinin itirilməsi ilə nəticələnən müharibəyə girmişdilər. Müharibə başlayarkən İsrail həm əhali, həm də ərazi baxımından özündən böyük olan dövlətlərlə əhalətlənmişdi. Bu dövlətlərin demək olar ki, hamısı İsraillə düşmən münasibətdə idi. Lakin müharibənin başlandığı may ayı ərəfəsində ərəblərin vəziyyəti bir o qədər də yaxşı deyildi.Böyük Britaniya Xarici İşlər Nazirliyi və FTB müharibənin sonunda ərəblərin qələbə qazanacaqlarını düşünürdü. 1948-ci ilin may ayında israilli generallar öz hökumətlərinə iki həftə içində Təl-Əvivdə təhlükəsiz parad keçirə biləcəklərini bildirmişdilər. Misir, İraq və Suriyanın hər biri hərbi hava qüvvələrinə sahib idilər. Misir və Suriyanın tankları var idi, həmçinin, bəzi müasir artilleriya silahlarına da sahib idilər. Müharibənin əvvəllərində, Haganahın (İsrail) mexaniki silahları, artilleriyası, zirehli texnikası, anti-tank və ya anti-təyyarə silahları, tankları və hərbi təyyarələri yox idi. Qısası, müharibənin əvvəllərində 4 ərəb dövlətinin hərbi texnika baxımından qüvvəsi Haganahın qüvvələrindən xeyli güclü idi.May ayının 12-i müharibənin başlamasından 3 gün əvvəl David Ben-Quriona hərbi köməkçiləri tərəfindən bildirilmişdi ki, yəhudilərlə ərəblərin müharibə qələbə qazanma ehtimalları bərabərdir. Ərəb tərəfində isə, yəhudilərin hərbi gücü generallar tərəfindən xeyli şişirdilirdi. Yişuv/İsrail qüvvələri Müharibə dövründəki qüvvələr: Müharibədəki yəhudi qüvvələri barədə mənbələr müxtəlif məlumatlar verirlər. Karşa görə Balak əməliyyatı nəticəsində yəhudilərə Çexoslovakiyadan göndərilən silahın gəlib çatmasına qədər silah çox az idi və hər üç döyüşçüyə bir silah düşürdü. Palmaxda belə hər iki döyüşçüyə bir silah düşürdü. Kollins və Pa Pierreyə görə Haganah kağız üzərində 35 min əsgər yığmışdı, lakin onlara verə biləcəyi 20.000 tüfəngi və sten silahı var idi. Valid Xalidiyə görə isə yəhudilərin xeyli silah-sursatı var idi. Eyni zamanda Fransa dövləti də Air France-ə 13 maydan etibarən İsrailə yük daşımağa icazə vermişdi. Yişuv qüvvələri 9 alay idi, lakin İsrail müstəqilliyini elan etdikdən sonra daha da böyüyərək 12 alaya çatdı. Hər iki tərəfdə də bu böyümə prosesi müşahidə edilirdi. İsrail tərəfində döyüşçülərin sayının bu qədər artmasının səbəbi rəhbərlərin İsrail cəmiyyətini mükəmməl formada səfərbər edə bilməsi və hər ay ortalama 10300 yəhudi miqrantın ölkəyə gəlməsi idi. 1948-ci ilin sonlarında İsrail Müdafiə Nazirliyini 60000-i döyüşən olmaqla, 88033 canlı qüvvəyə malik idi. Müharibənin başlamasından sonrakı qüvvələr: Fransa Çexoslovakiyadan gələn və silah daşıyan təyyarələrin onun nəzarət etdiyi əraziyə enməsinə icazə verdi. Bundan sonra isə İsrailə göndərildiyi məlum olan 2 silah yüklü obyektin çatdırılmasına icazə verdi. Çexoslovakiya müharibə zamanı İsrailə minlərlə vz. 24 tüfəngi, MG 34 və ZB 37 pulemyotları, milyonlarla sursat göndərmişdi. Çexoslovakiya həmçinin, hərbi təyyarələr də vermişdi ki, bura 10 ədəd Avia S-199 döyüş təyyarəsi də daxil idi. Haganah Avropa boyunca limanlarda silah daşımaq üçün yük gəmilərini hazır vəziyyətə gətirmişdi. Onlar silah daşınmasına başlamaq üçün Fələstində ingilis mandatının müddətinin bitməsini gözləyirdilər.İsrail həmçinin, öz müstəqilliyini elan etdikdən sonra ingilislərin tərk etdiyi hərbi bazaların tullantı toplanan yerlərindən tapdıqları ehtiyatlar hesabına 3 Şerman tankı da düzəldə bilmişdilər. Haganah britaniyalıların geri çəkilməsi zamanı yaranan qarışıqlıqdan istifadə edərək bəzi silah anbarlarını da ələ keçirə bilmişdi. Birinci fasilədən sonra: 1948-ci ilin iyul ayına qədər İsrail artıq donanma, hərbi hava qüvvələri və tank qoşunlarını formalaşdıra bilmişdi.1948-ci ilin 29 iyununda, yəni britaniyalıların Hayfa limanını tərk etməsinə bir gün qalmış yəhudilərlə yaxşı münasibətdə olan iki ingilis əsgəri hərbi bazadan iki Kromvel tankını qaçırdaraq yəhudilərə verdi. Bu iki tank İsrail Müdafiə Nazirliyinin zirehli qoşunlarının əsasını qoymuşdur.İkinci fasilədən sonra: Çexoslovakiya Yuqoslaviya hökuməti ilə razılaşdıraraq, orada tərk edilmiş Nasist Almaniyası hərbi hava limanından uçmaqla İsrailə Supermarine Spitfire hərbi təyyarələri də göndərmişdir. Çexoslovakiya İsrailə həmçinin, Balak əməliyyatı çərçivəsində hava hücumundan müdafiə silahları da tədarük etmişdir. Ərəb qüvvələri Yerli qeyri-nizami fələstinli hərbi birləşmələrə əlavə olaraq, müharibə zamanı 5 ərəb dövləti də öz nizami orduları ilə hərbi toqquşmalara qoşuldu. Bunlar Misir, Suriya, Livan, İordaniya və İraq idi. Səudiyyə Ərəbistan və Yəməndən də gözlənilməz olsa da, yardım gəlmişdi. Müharibə gecəsi ərəb qoşunlarının sayı 23,500 ilə 26,500 arasında idi (10.000 misirli, 4.500 iordaniyalı, 3.000 iraqlı, 3.000–6.000 suriyalı, 2.000 ƏAO könüllüsü, 1000 livanlı və bir neçə yüz səudiyyəli). Həmçinin fələstinlilərin də birləşmələri var idi. Mandatlıq dövründə ərəb ordularına ingilis və fransız zabitləri tərəfindən təlim keçirilmişdi. Müharibə zamanı Ərəb Legionunun komandiri general-leytenant Ser Con Qlubb idi. Suriya Çexoslovakiyadan Ərəb Azadlıq Ordusu (ƏAO) üçün silah-sursat almışdı. Lakin Haganahın müdaxiləsinə görə, silah-sursatın göndərilməsi heç vaxt mümkün olmadı.İordaniyanın Ərəb Legionu ərəb qüvvələri içərisində ən effektiv qoşun növü idi. Legiona britaniyalı zabitlər tərəfindən təlim keçirilmişdi və onlar tərəfindən də komandanlıq edilirdi. Legionun canlı qüvvəsinin sayı 8.000 – 12.000 nəfərdən ibarət idi. Legion 4 mexanizə edilmiş bölmədən ibarət idi. 40 artilleriya hissəsi və 75 zirehli texnika ilə dəstəklənirdi. 1948-ci ilin yanvarına qədər 3.000 nəfərlik İordaniya Sərhəd Qüvvələri də ərəb ordularına qoşuldu. Ərəb Legionunda 48 britaniyalı zabit var idi. Legionun komandanı Qlupp paşa öz ordusunu bu formada təşkil etmişdi: Ərəb legionu 1948-ci ilin may ayında müharibəyə qoşuldu, yalnız Kral Abdullanın İordaniyanı mühafizə etmək üçün seçdiyi bölgələrdə döyüşdü: Şərqi Yərusəlim və İordan çayının qərb sahili. Bu dövrlərdə Fransa İsveçrə silah şirkəti tərəfindən Misir və İordaniyaya böyük silah satışının qarşısını aldı. İddia edilir ki, bu satışı Böyük Britaniya təşkil etmişdi. İordaniya qüvvələri çox gümanki ərəb qüvvələri arasında ən yaxşı təlim görmüş birləşmə idi. Digər ərəb qüvvələri strateji qərar vermə qabiliyyəti və taktiki manevralar edə bilmək bacarığına görə çox zəif idi.1948-ci ildə İraq ordusunun sayı 12 alayda olmaqla 21.000 nəfər idi. İraq Hərbi Hava Qüvvələrinin 100 təyyarəsi var idi və əksəriyyəti Britaniya istehsalı idi. Müharibənin başlanğıcında İraq 3.000 canlı qüvvədən ibarət 4 alay, 1 zirehli texnika taboru və dəstək qüvvələr göndərdi. Bu qüvvələr İordaniyaya tabe etdirilmişdi. İlk iraqlı qüvvələr general Nurəddin Mahmudun rəhbərliyi ilə 1948-ci ilin aprel ayında İordaniyaya çatdı.1948-ci ildə Misir ordusu maksimum 40.000 nəfər idi. Misirin kişi əhalisinin 80 faizi hərbi xidmət üçün yararsız idi. Həmçinin ordu öz sərhədlərindən kənardakı quru əməliyyatlarını təmin edə bilmək üçün maddi-texniki təminat strukturlarına malik deyildi. Müharibənin başlanğıcında general-mayor Əhməd Əli əl-Mvavinin rəhbərlik etdiyi 10000 nəfərlik canlı qüvvə Fələstinə göndərildi. Bu ordu 5 piyada taborundan, bir ədəd ingilis yüngül tankı Mk VI və Matilda tanklarından ibarət zirehli tabordan, bir ədəd 16 ədəd 25 kqlıq atıcı tabordan, səkkiz ədəd 6 kqlıq atıcı tabordan və dəstək birləşmələri olan orta mənzilli pulemyot taborundan ibarət idi. Misir Hərbi Hava Qüvvələri 30-dan çox Spitfiresdən, 4 Havker Hurricanesdən və yüngül bombalarla gücləndirilmiş 20 ədəd C46s-dən ibarət idi. Suriya ordusu müharibənin başlanğıcında 12000 nəfərlik canlı qüvvəyə malik idi. Ordu 3 piyada alayından və təxminən bir tabor böyüklüyündə olan zirehli texnikalardan ibarət idi. Suriya Hərbi Hava Qüvvələri 10-u ən son modellərdən olmaqla (II Dünya müharibəsində istifadə olunan modellər) 50 hərbi təyyarədən ibarət idi. Fransa imzalanan müqavilələrə baxmayaraq, Suriyaya silah satışını dondurmuşdu. Livan ordusu cəmi 3500 nəfərlik canlı qüvvə ilə ən kiçik ərəb ordusu idi. Gelberə görə, 1947-ci ilin iyun ayında Ben-Qurion Livandakı marunilərin dini rəhbərləri ilə Livan ordusunu müharibədən kənarda saxlamaq barədə razılaşmışdı. Roqan və Slaimə görə 1.000 nəfərlik Livan ordusu Qalileenin şimalında İsrailə qarşı döyüşmüşdür. İsrail buradakı Livan ordusunu məğlub etmiş və müharibənin sonuna qədər Livanın cənubunu tuta bilmişdi. Birinci fasilədən sonra ərəb qüvvələri: bu mərhələdə Misir ordusu 135 tank və 90 artilleriya hissəsi ilə gücləndirilmiş 20.000 canlı qüvvəlik ordu ilə müharibədə iştirak etmişdir.Birinci fasiləyə qədərki dövrdə İraq qüvvələrini 10.000-ə qədər artırmışdı. Sonda isə iraqlı əsgərlərin sayı 18.000 nəfərə çatmışdı.Səudiyyə Ərəbistanı bir neçə yüz könüllünü ərəb qüvvələrinə qoşulmaq üçün göndərmişdi. 1948-ci ilin fevralında 800 tayfa üzvü Neqevi tutmaq üçün Aqaba şəhəri ətrafında cəmləşmişdi. Lakin İordaniya kralı Abdullanın onlara öz ərazisindən keçməyə icazə verməməsindən sonra həmin tayfa üzvləri Misirə keçdilər.Səudiyyə qüvvələri müharibə boyunca Misir ordusu komandanlığına tabe idi və sayları 1200-ə çatmışdı. 1948-ci ilin iyulunda Səudiyyə qüvvələri Misir ordusunun daxilində 3 alay təşkil edirdilər və müharibə zamanı Qəzzə və Rəfah şəhərlərinin qorunması onlara tapşırılmışdı. Bu ərazi Yoav əməliyyatı zamanı ağır şəkildə bombardman hücumuna məruz qaldı. Daha sonra isə dekabr ayından növbəti ilin yanvar ayına qədər davam etmiş Rəfah döyüşləri baş verdi. 1949-cu ilin 24 fevralında imzalanmış atəşkəs ilə 4.000 ərəb döyüşçüsü Qəzzədən çıxdı. Şəhərdən çıxan qüvvələrin içində səudiyyəlilər də var idi. Onlar Əl-Ariş şəhərinə, oradan isə Səudiyyə Ərəbistanına geri döndülər.Birinci fasiləyə qədərki dövrdə Sudan 6 birləşməni Misir hərbi komandanlığının tabeliyinə vermişdi. Yəmən də kiçik birləşməni döyüşmək üçün göndərmişdi. Müharibədə İsrail əleyhinə döyüşmək üçün bəzi mərakeşlilər də gəlmişdi. Hər iki tərəf daha çox II Dünya müharibəsindən qalma silahlarla silahlanmışdı. Misir bəzi Britaniya, Suriya isə Fransa istehsalı silah-sursata sahib idi. İsrail tərəfi isə Almaniya, Çexoslovakiya və Britaniya istehsalı silahlardan istifadə edirdi. Müharibənin səbəbləri Diplomatik münasibətlər İngiltərə Baş Assambleyanın 29 noyabr 1947-ci ildəki qərarı ilə dekabr ayından etibarən Fələstindəki ordusunu yavaş-yavaş geri çəkməyə başladı. Buna görə yəhudilər bölünmə qərarı ilə özlərinə ayrılan torpaqları İngiltərə çəkilməmişdən əvvəl ələ keçirmək və ərəblər də buna mane olmaq üçün hərəkətə keçdi. Baş Assambleyanın qərarı verildikdən dərhal sonra, Fələstində ərəb-yəhudi toqquşmaları başladı. Yəni, 1948–1949 Birinci Ərəb-İsrail müharibəsi 1947-ci ilin sonundan başlanmışdır deyilə bilər.Digər tərəfdən BMT-nin bölünmə qərarı ərəb ölkələri arasında geniş etirazlara səbəb oldu. İraq XİN rəhbəri Fadil Camali 11 dekabr 1947-ci il günü Vaşinqtonda XİN rəsmiləri ilə keçirdiyi görüşdə ərəblərin bölünməni qəbul etməkdənsə ölməyi seçəcəylərini bildirdi. Misir, İraq, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı və Yəmən XİN rəhbərləri 8–12 dekabr 1947-ci ildə Qahirədəki görüşlərinin sonunda yaydıqları bəyanatda BMT-nin qərarına qarşı mübarizə aparmaqda qərarlı olduqlarını, "Allahın razılığı ilə bu mübarizəni uğurlu bir nəticəyə çatdıracaqlarını", bölünməyə mane olmaq üçün sərt qərarlar qəbul etdiklərini, bölünmə qərarının özünü müdafiə prinsipinin pozulması olduğunu, bölünmə qərarı ilə yarım milyon ərəbin yəhudi boyunduruğu altına girəcəyini bildirirdilər.Bundan əlavə, Suriya da təlim görmüş 3.000 nəfərlik könüllü ordu ilə 10.000 tüfəng və yüngül silahla lazimi sursatın Fələstinə göndərilməsinə qərar verildi. Fələstin ərəbləri xaricində suriyalı və iraqlı könüllülərin də qatıldığı bu orduya Ərəb Qurtuluş Ordusu deyilirdi. 1948-ci ilin fevralında Ərəb Liqası Qahirədə bir daha toplandı. Hərbi məsələlərin müzakirəsindən əlavə, bu iclasda qərb ölkələrinə qarşı neftin də silah olaraq istifadə olunması məsələsi ortaya çıxdı. Beləki, qərb ölkələrinə yeni neft imtiyazları verilməyəcəyi, həmçinin yeni neft boru xəttlərinin inşasına icazə verilməyəcəyi qərarı qəbul edildi. Lakin bu hələ neft embarqosu deyildi.Ərəb Liqası 10 aprel 1948-ci ildə Qahirədə yenidən toplandı. Toplantı başlayan kimi İordaniya ilə Misir arasında mübahisə yarandı. İordaniya təmsilçisinin mandat sistemi sona çatan kimi Ərəb legionunun Fələstinə girəcəyini bildirməsi Misirin şiddətli etirazı ilə qarşılandı. Həm Misir, həm də digər ərəb dövlətləri İordaniyanın Fələstini tabe etməsinə qarşı idilər. Lakin hərbi baxımdan da ən güclü birlik kimi Ərəb legionu qəbul edilirdi. Buna görə Misir Ərəb legionunun Fələstini tutmasının müvəqqəti olmasını irəli sürsə də, iordaniyalılar Fələstinin İordaniyanın hinterlandı olduğunu bildirdilər.Mart ayında yəhudilərin ərəblərlə toqquşmalarda əldə etdiyi uğurlara görə Ərəb Liqası 24–25 apreldə Ammanda yenidən toplandı. Edilən açıqlamada iclasın məqsədinin Fələstin ərəblərini xilas etmək üçün plan hazırlamaq olduğu bildirilirdi. Sonda, Suriya, İraq və Livan hərbçilərinin 8 maydan etibarən könüllü adı altında Fələstinə gətirilməsi qərara alındı. İordaniya parlamenti də 26 apreldə Ərəb Legionunun Fələstinə göndərilməsinə səs verdi. Bu zaman İordaniya kralı Abdullah verdiyi açıqlamada "Fələstini qurtarmaq şərəfi mənə qismət olmuşdur" deyirdi.Müharibə isə rəsmən 15 may 1948-ci ildə başlayacaqdı. Toqquşmalar Hələ müharibə rəsmi şəkildə başlamamışdan əvvəl Fələstində ərəblərlə yəhudilər arasında baş verən toqquşmalar mütəmadi hal almışdı. Dekabr ayında başlayan bu toqquşmaların 1948-ci ilin yanvar ayından etibarən şiddətlənməsində İngiltərənin 1 yanvar 1948-ci ildə etdiyi açıqlamada 15 may 1948-ci ildə Fələstindən çəkiləcəyini bildirməsi böyük rol oynamışdır. Dekabr ayından başlayan toqquşmalarda yəhudilər 1948-ci ilin fevralına qədər olan dövrdə əsas etibarilə müdafiədə qalaraq Təl-Əviv, Hayfa və Qüds kimi şəhərləri və bunlara gələn əsas yolları tutmuşdur. Hücum edən tərəf isə daha çox ərəblər idi. Böyük Britaniyanın Müstəmləkələr Nazirliyindən verilən məlumata görə, 30 noyabr 1947 – 1 fevral 1948-ci illər mərhələsində meydana gələn toqquşmalarda 427-i ərəb, 381-i yəhudi və 56-ı da ingilis olmaqla, 864 nəfər ölmüş və 1035 ərəb, 725 yəhudi, 181-i də ingilis olmaqla 1941 nəfər də yaralanmışdı. Qüdsdəki ingilis hərbi komandanlığı tərəfindən 1 mart 1948-ci ildə verilən məlumata görə isə 30 noyabr 1947–1 mart 1948-ci illər dövründə ölü sayı 1.378 və yaralı sayı 3.000-dən çox olaraq göstərilməkdə idi. Mart ayı boyunca ölü və yaralı sayının artması toqquşmaların nə dərəcədə şiddətləndiyini göstərməkdədir. Aprel və may aylarında toqquşmalar daha da sərt oldu. Aprel ayı toqquşmalarının ən mühüm hadisəsi yəhudilərin etdiyi Deir Yasin qətliamıdır. Mart ayında ərəblər Qüdsü mühasirəyə almağa başlamışdı. Qüdsdə isə 100.000-ə qədər yəhudi var idi. Yəhudilər mühasirəni yarıb Qüds yəhudilərinə çatmaq üçün Qüdsə gedən yollardakı bir çox ərəb kəndlərini ələ keçirdikdən sonra İrqun və Stern üzvləri 9 aprel gecəsi Qüds yaxınlığındakı Deir Yasin kəndinə hücum etdilər. Kəndi ələ keçirən İrqun və Stern üzvləri hamilə qadınların və uşaqların da daxil olduğu 250-ə qədər ərəbi öldürdü. Ərəb Ali Şurası isə sonradan kəndə gəldiyi zaman bildirmişdi ki, 250 nəfər ölü olaraq tapılmış, 100–200 arası şəxs isə itkin düşmüşdür. Hadisənin yayılması o qədər reaksiyaya səbəb oldu ki, Haganah etdiyi açıqlamada baş vermiş qətliam ilə əlaqəsinin olmadığını bildirmişdi. Yəhudi Agentliyi də 12 apreldə verdiyi mətbuat konfransında Deir Yasin hadisəsini "dəhşət və nifrətlə" qarşıladığını bildirmişdi.Ərəblər də Deir Yasin qətliamını qarşılıqsız buraxmadılar. İordaniyanın Ərəb legionu 13 mayda Qüdsün cənubunda olan Qfar Etzion yəhudi şəhərciyinin mərkəzini ələ keçirmişdi. Bundan sonra orada olan 27-i qadın olmaqla 127 nəfər (3 nəfər istisna olmaqla) ərəb kəndlilərinə təhvil verildi. Onlar da bütün yəhudiləri öldürdülər.10 apreldən etibarən Qüds üçün toqquşmalar başlamışdı. Bir digər böyük mübarizə isə Hayfa limanı üçün gedirdi. Hayfada xeyli ərəb əhalisi var idi. Hayfa limanının əhəmiyyətinə görə hər iki tərəf də buranın nəzarətini ələ keçirmək istəyirdi. Şiddətli toqquşmalar sonunda ərəblər 22 apreldə limandan geri çəkilməyə başladılar. Beş gün ərzində limandan 15.000 ərəb köçürüldü. Daha əvvəlki toqquşmalar zamanı isə şəhərdən 40.000 ərəb köçmüşdü. Ümumiyyətlə 14 maya qədər Təbəriyyə, Safəd, Samax, Hayfa və Yafa yəhudilərin əlinə keçmişdi. Bu əsnada ABŞ mövqeyini dəyişdi. Bölünmənin işə yaramadığını görən Trumen 25 martda Fələstinin BMT-nin müvəqqəti olaraq hakimiyyəti altına girməsini təklif etdi. ABŞ bu məsələdə 47 maddəlik razılaşma layihəsi də hazırladı. ABŞ-nin bu təklifi Baş Assambleyanın iclasında böyük mübahisələrə səbəb oldu və 13 maya qədər olan müzakirələr sonunda lazımı dəstəyi toplaya bilmədi. İngiltərə və Fransa bu planı dəstəkləmədi və yəhudilər də bölünmədən imtina edildiyi üçün narazı idilər. Ərəblər isə 29 noyabr 1947-ci il tarixli bölünmə qərarının qüvvədən salınacağı təqdirdə ABŞ-nin təklifini qəbul edəcəklərini bildirdilər. Sovet İttifaqı isə Fələstin üçün BMT-nin mandatını irəli sürməklə ABŞ-ni bölünmə planını məhv etməkdə və Fələstini ABŞ və ya Anqlo-Amerikan bazası halına gətirmək istəməkdə ittiham etdi.Ərəb-yəhudi toqquşmalarının aprel ayından etibarən şiddətlənməsindən sonra Təhlükəsizlik Şurası 17 apreldə bütün tərəflərdən hər cür hərbi hərəkatı, şiddəti, terrorizmi dayandırmağı, silahlı şəxslər və ya qrupları Fələstinə gətirməkdən qaçınmağa çağırırdı. 23 aprel tarixli qərar əsasında isə Təhlükəsizlik Şurası üzvlərindən Qüdsdə konsulluğu olan ölkələrin qatıldığı Fələstin Danışıqlar Komissiyası təşkil etdi. Lakin nə atəşkəs təklifini, nə də Danışıqlar Komissiyasını dinləyən olmadı. İngiltərənin Fələstin üzərindəki mandat hakimiyyəti özünün daha əvvəl açıqladığı kimi 14–15 may gecəsi saat 24:00-da sona çatırdı. 14 may günü Fələstindəki ingilis mandat hakimiyyətinin sona çatmasından bir neçə saat əvvəl Təl-Əvivdə toplanan Yəhudi Milli Şurası (Vaad Leumi) yaydığı bəyannamədə İsrail dövlətinin qurulduğunu elan etdi. Bəyannamədə qeyd edilmişdi: Bəyanatda BMT-nin üzvlüyünə qəbul istənilir, İsrail dövləti içində qalacaq olan ərəblərin tam və bərabər vətəndaşlıq haqlarına sahib olacaqları bildirilir və ərəb ölkələri ilə də sülh münasibətlərinin qurulması arzusu vurğulanırdı. Bəyannamədə 37 nəfərin imzası ilə 5 İyar 5708 tarixi, yəni 14 may 1948 tarixi göstərilirdi. Müstəqilliyin elanı ilə birlikdə Ben Qurion rəhbərliyində 13 nəfərlik kabinet quruldu. Müvəqqəti İsrail hökuməti adını alan bu kabinetdə Ben Qurion Müdafiə naziri vəzifəsini də öz öhtəsinə götürmüşdü. Moşe Şertok isə XİN rəhbəri idi.Yəhudilərin müstəqillik elan edəcəyi Trumenə əvvəlcədən bildirildiyindən və XİN-in Orta Şərq dairəsinin demək olar ki, bütün işçilərinin buna qarşı olduğundan XİN-in ona mane olmasına icazə verməmək üçün İsrail dövlətinin elan edilməsindən tam 11 dəqiqə sonra prezident Trumen İsrail müvəqqəti hökumətinin de-fakto tanındığını mətbuat katibi vasitəsilə ictimaiyyətə elan etdi.ABŞ-ni 2 gün sonra Sovet İttifaqı izlədi və 17 mayda İsraili tanıdılar. Sovet İttifaqı bu surətlə açıqça ərəblərə qarşı cəbhə almış olmaqda idilər. Bu münasibətlərini müharibə zamanı daha da qətiləşdirmişdi. Sovet İttifaqından sonra 18 mayda Polşa və Uruqvay, 19 mayda Çexoslovakiya və Yuqoslaviya, 24 mayda isə CAR da İsraili dövlət kimi tanıdı. Birinci mərhələ İsrailin quruluşunun elanından bir neçə saat sonra (14–15 may gecəsi) Misir, İordaniya, Suriya, Livan və İraq qüvvələri üç istiqamətdən Fələstinə girməyə başladı. Birinci istiqamət cənuba idi. Bu istiqamətdə Misir piyada və zirehli qüvvələri Neqev tərəfdən səhraya girməli idi. İkinci olaraq, şərqdə İordaniyanın Ərəb legionu Şəria çayını keçərək Fələstinə girməyə və Ceriço istiqamətində irəliləməyə başladı. Üçüncü olaraq da Suriya və Livan qüvvələri şimaldan Fələstinə daxil olmağa başladı. Hərbi strategiya baxımından bu qüvvələrin Cəlilə və Təbəriyyəni almaları lazım ikən, bunun üçün heç nə etməmiş və buraları İsrail nəzarətində saxlamışdılar.Misir, Suriya, Livan və İraqın göndərdiyi qüvvələrin çox idi. Lakin bunlar yaxşı təlim görməmişdi. Misir ordusu müxtəlif intizamsızlıq və özbaşınalığa görə heç də yaxşı vəziyyətdə deyildi. İsrail ən çox İordaniyanın Ərəb legionundan çəkinirdi. Həmçinin II Dünya müharibəsi zamanı Almaniya tərəfindən döyüşmüş və 1936–1939-cu illərdə Fələstindəki ərəb müqavimətininə rəhbərlik edən Fevzi Kavukçunun rəhbərliyindəki Fələstin Azadlıq Ordusu da var idi. Yakov Dori rəhbərliyindəki İsrail qüvvələri isə II Dünya müharibəsində ingilislərlə döyüşmüş 32000 yəhudi ilə Haganahın qüvvələrindən ibarət idi. İrqunda qeyri-qanuni təşkilatı olaraq 15 mayda özünü buraxdı və İsrail ordusuna qatıldı. Orduya köməkçi xidmətləri qadınlar öz üzərinə götürmüşdü, həmçinin yaşayış məskənlərinin qorunmasını mülki şəxslərdən təşkil edilmiş Mishmar təşkilatı öz üzərinə götürmüşdü. İngiltərə və Amerika müharibənin uzanmasına mane olmaq üçün Fələstin sahillərini blokadaya alıb, Fələstinə silah satışına embarqo qoyarkən, Sovet İttifaqı Çexoslovakiyadan İsrailə yüngül toplar və avtomatik silahlar göndərməyə balşamışdı. Həmçinin bütün dünyadakı yəhudilər İsrail üçün böyük yardım kompaniyası başlatmışdı. Yəhudi qüvvələrinin ilk vəzifəsi ərəb ordularının hücumlarının qarşısına almaq idi. İlk başlarda ərəblər üstünlüyü ələ ala bilmişdi. Lakin Fələstinə yəhudi miqrantlarının və yüklərinin gəlməsinə britaniyalıların mane olması sonlandıqdan sonra yəhudi qüvvələri insan və silah gücü baxımından sürətlə böyüməyə başladı. Bu da Haganahın yarı-hərbi birləşmədən əsl ordu olmasına şərait yaratdı. Müharibənin ilk vaxtlarında əsas iş Haganahla, digər kiçik yəhudi təşkilatları olan İrqun və Lehinin üzərinə düşürdü. 26 may 1948-ci ildə İsrail Müdafiə Qüvvələri yaradıldı və bu orqan bütün yəhudi qüvvələrini mərkəzi hərbi hakimiyyəti altında birləşdirdi. Ərəb qüvvələrindən ən böyükü olan Misir cənubdakı ərazilərin bir hissəsini tutmuşdu. 15 may 1948-ci ildə misirlilər ağır artilleriyadan və zirehli texnikadan istifadə edərək iki yaşayış məskəninə hücum etdilər: Nirim və Kfar Darom. Misirlilər şiddətli müqavimətlə qarşılaşdı və geri çəkilməyə məcbur oldular. 19 mayda misirlilər Yad Mordeçay yaşayış məntəqəsinə hücum etdilər. Bu yaşayış məntəqəsini yalnız 100 tüfəng, orta ölçülü pulemyot və PIAT anti-tank silahları ilə silahlanmış 100 yəhudi qoruyurdu. Hücum edən misirlilərin sayı isə 2500 nəfər idi və güclü artilleriyaya, zirehli texnikaya və hərbi hava qüvvələrinə sahib idilər. 5 gün davam edən hücumun nəticəsində Misir ordusu ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu.Misir ordusu iki əsas istiqamətdə irəliləyirdi. Onlardan biri sahil ilə şimala doğru – indiki Qəzzə keçidi ilə irəliləyirdi. Digər istiqamət isə şərq tərəfə Beerşebaya doğru idi. Mühasirəyə düşməmələri üçün misirlilər bir sıra yəhudi yaşayış məntəqəsini mühasirəyə aldılar. Yerli yəhudilər özlərindən dəfələrlə çox və yaxşı silahlanmış misirlilərə qarşı uğurla müdafiə olundular. Nəticədə onlar İsrail Müdafiə Qüvvələrinin Qivati alayının Təl Əvivə gedən Misir ordusunun qarşısını alması üçün çox vacib vaxt qazandılar. 28 mayda misirlilər yenidən hücuma keçdilər. Onlar İsdudun şimalındakı dağıdılmış körpüdə dayanmışdılar. Qivati birliyinin bu hücumdan xəbəri var idi, lakin Misirə qarşı ordu göndərilməmişdi. Misirlilər isə buradan birbaşa Təl-Əvivə doğru hücum etməyə planlayırdılar və ümid edirdilər ki, bu yolda qarşılarına heç bir İsrail qüvvəsi çıxmayacaq.29 maydan 3 iyuna qədər İsrail qüvvələri Pleşet əməliyyatı ilə misirlilərin şimala doğru hücumunun qarşısını aldılar. İsraillilərin ilk hücum əməliyyatı hava hücumu oldu. Beləki, 4 Avia S-199 təyyarəsi İsdud yolunda 500 zirehli texnikadan ibarət Misir konvoyuna hücum etdi. 70 kqlıq bombalarla hücum edən İsrail hərbi hava qüvvələrinin qısa müddət sonra mexaniki silahları istifadəyə yararsız hala düşsə də, onlar Misir texnikalarını məhv edə bildilər. İsrail təyyarələrinin isə ikisi vuruldu və pilotları öldürüldü. İsrailin bu hücumu Misirin məğlubiyyəti ilə nəticələndi və onlar insiyativi itirdilər. Yenidən qruplaşa bildikdə isə insiyativ artıq İsrailin əlinə keçmişdi. Növbəti hava hücumundan sonra tərəflərin hər ikisi top atışlarına başlamışdı. Qivati alayının hücumu isə misirlilər tərəfindən dəf edilmişdi. Qİvati alayının hücumu ilə misirlilər öz müharibə strategiyalarını hücumdan müdafiəyə dəyişdilər.6 iyunda misirlilər Nitzanimə hücum etdilər. Nitzanim Majdalla (indiki Aşkelon) İsdud arasında yerləşir. Nitzanim döyüşündə israilli döyüşçülər 5 gün müqavimət göstərdikdən sonra təslim oldular. Ən ağır döyüşlər Yerusəlim və Yerusəlim – Təl-Əviv yolunda İordaniyanın Ərəb legionu ilə İsrail qüvvələri arasında baş verdi. Misirlilərin irəliləyişinin qarşısını almaq üçün İsrail tərəfi Latrun qalasını mütləq tutmalı idi. Qala Yerusəlimə (Qüdsə) gedən yol üzərindəki yüksəklikdə yerləşirdi. Ərəb legionu isə buranı artıq tutmuşdu və Latrun monastrının da tutulması ilə iordaniyalılar Yerusəlim yəhudilərinə gedən ərzaq və silah-sursat yolunu kəsə bildilər. İsraillilər Latrun qalasını tutmaq üçün 24 maydan 18 iyula qədər aramsız hücumlar edirdilər. Ərəb legionu Latrun qalasına olan hücumları dəf edə bilirdi. İsrail bu hücumlar zamanı 586 nəfər itirmişdi. Ölənlərin arasında general Miki Markus da daxil idi. Ərəb leginunun itkisi isə 90 nəfər olmuşdu, 200 nəfər isə yaralanmışdı. İsrail Yerusəlimini yalnız "Birma yolu" adlandırılan yol xilas edə bildi. Bu yol israillilər tərəfindən mühasirədə olan Yerusəlimə ərzaq və silah-sursat daşınması üçün düzəldilmişdi və yola yalnız İsrailin maddi-texniki təminat maşınlarının daxil olmasına icazə verilirdi.May ayında yolun keçəcəyi yerdəki iordaniyalı snayperlər təmizləndi və 14 iyunda yolun tikintisi sona çatdı. Lakin 1–2 iyundan etibarən yoldan istifadə edilirdi. İordaniyalılar yolu ələ keçirmək istəsələr də, buna nail ola bilmədilər. Lakin onlar xeyli yol tikintisində çalışan israillini öldürə bilmişdilər, məsələn 9 iyun günü yola hücum zamanı 8 israilli öldürülmüşdü. 18 iyulda Haerl alayı Birma yolunu qorumaq və genişlətmək üçün Latrunun cənubundakı 10 kəndi tutmuşdu. Ərəb legionu Latruna olan İsrail hücumunu dəf etdikdən sonra özü də əks hücuma keçdi və müvəqqəti də olsa Beyt Susin və Gezer ərazisini tuta bildi. İordaniyalılar Latrunda Yerusəlimə gedən maddi-texniki təminat yollarını kəsmişdilər. Bəzi ləzazimatlar, xüsusən silah-sursat hava yolu ilə şəhərə göndərilirdi. Şəhərdə İsrail qüvvələri ərzaq və su baxımından ciddi sıxıntı yaşayırdı.Kral Abdullah Ərəb legionun komandanı olan Qlubb paşaya 17 mayda Yerusəlimə hücum etmək barədə əmr verdi. Ərəb legionu gündəlik 10.000 artilleriya atəşi ilə şəhərə hücum etdi. 19–28 may arasında baş vermiş şəhər döyüşləri nəticəsində ərəblər İsrail qüvvələrini ərəblər yaşayan məhəllələrdən və Köhnə Şəhər adlanan yerdəki yəhudi məhəllələrindən geri oturda bildilər. 1.500 nəfər yəhudi sakin qovuldu, yüzlərləsi isə həbs edildi. 22 mayda ərəb qüvvələri Ramat Raçel kibbutzuna hücum etdi. Döyüş zamanı 31 iordaniyalı və 13 israilli öldü. Ramat Raçelin müdafiəçiləri geri çəkilməyə məcbur oldular, lakin səhəri gün hücum edərək şəhərin bir hissəsini ələ keçirə bildilər. Radar Hill də iordaniyalılar tərəfindən tutuldu. İordaniyalılar 26-na qədər əllərində saxlaya biləcəkləri bu şəhəri almaq üçün döyüşdə 2 nəfər itki vermişdilər. İsraillilər isə 19 nəfər itirmişdi. Harel alayı bu şəhəri ələ keçirmək üçün 23 dəfə hücum etsə də, bu hücumların hamısı uğursuzluqla nəticələndi. Hücumla eyni gündə ABŞ-nin Yerusəlimdəki konsul-generalı Tomas C. Vasson öldürüldü. Onun kim tərəfindən və niyə öldürülməsi hələ də mübahisəlidir. 1948-ci ilin oktyabr ayının ortalarında Harel alayı Yerusəlim koridorunu müdafiə etmək üçün Ha-har əməliyyatına başladı. İraq qüvvələri iki piyada və bir zirehli alaydan ibarət idi. Onlar Şimali İordaniyadakı İordaniya çayından keçərək İsrail yaşayış məntəqəsi olan Geşerə hücum etdilər. Lakin bu hücum uğursuzluqla nəticələndi. Bu uğursuzluqdan sonra iraqlı hərbçilər ərəb şəhərləri olan Nablus, Cenin və Tulkarm arasında "strateji üçbuçaq"da yerləşdirildilər. 25 mayda Netanyaya doğru hərəkət edərkən isə israillilər tərəfindən dayandırıldılar. 29 mayda israillilərin hücumları başladı. Cenində 3 gün boyunca davam edən döyüşün nəticəsində iraqlılar öz mövqeylərini qorumağı bacardılar.25 mayda iraqlılar Tulkarmdan hücum edərək Geulimi tutdular və Tulkarm-Netenya yolu üzərində olan Kfar Yona və Eyn Vered məntəqələrinə çatdılar. İraqlıların bu hücumları Alexsandroni alayı tərəfindən dayandırıldı və onlar Geulimi geri aldılar. Karmeli və Qolani alayları isə Cenini geri almaq üçün 31 mayda hücum etdilər, lakin onların bu hücumları iraqlılar tərəfindən dəf edildi. 14 mayda Suriya qüvvələri Fələstinə daxil oldu. Suriya qüvvələri I Piyada alayından və onları dəstəkləyən zirehli tabordan ibarət idi. Zirehli taborda zirehli maşınlar, fransız R 35 və R 37 tankları var idi. Suriya prezidenti Şükri əl-Qüvvətli ordusuna müraciətində onlara sionistləri məhv etməyi əmr edirdi. David Ben-Qurion isə kabinetdəki çıxışda bildirirdi ki, "vəziyyət çox gərgindir. Yetəri qədər tüfəng yoxdur, yetəri qədər ağır silah yoxdur". 15 mayda Suriya qüvvələri Qaliley gölünün cənub və şərq sahillərinə doğru hərəkətə başladılar və Samaxa, onun qonşuluğundakı Şaar Haqolana, Eyn Gevə hücum etdilər. Lakin yerli sakinlər tərəfindən məğlub edildilər. Növbəti gün tankların da köməyi ilə edilən hücum uğurlu oldu və Samax 18 mayda tutuldu. Bundan sonra Suriya qüvvələri tərk edilmiş Hagolana da daxil oldular.21 mayda Suriya qüvvələri Degania Alefdə Karmeli alayının bəzi qüvvələri tərəfindən gücləndirilmiş yerli mülki əhali tərəfindən dayandırıldı. Yerli əhali molotov kokteylləri, əl bombaları və 1 ədəd PIAT ilə Suriya zirehli texnikasının qarşısını ala bilmişdilər. Molotov kokteyli və əl bombası ilə partladılmış Suriya tankı hələ də bu kibbutzda saxlanılır. Yerdə qalan Suriya qüvvələri isə növbəti gün İsrailin Napoleonçik dağ toplarından atəş açması ilə geri çəkildi. Bu İsrail qüvvələrinin müharibədə ilk dəfə artilleriyadan istifadə etməsi idi. Deganiasdakı məğlubiyyətdən sonra suriyalılar Samaxı tərk etməyə məcbur oldular. Tarixçilərin iddiasına görə, suriyalıların məğlub olmasının əsas səbəbi onların israilliləri gözlərində kiçiltmələri idi. Onlar elə düşünürdülər ki, israillilər çox zəifdirlər və ərəb ordusu qarşısında dayana bilməzlər. 6 iyunda Ərəb Azadlıq Ordusunun iki alayı və Livan ordusu Əl-Malikiyyəni və Qadası tutdu. Bu demək olar ki, Livan ordusunun müharibədəki yeganə hücum əməliyyatı oldu.6 iyunda Suriya qüvvələri Mişmar Hayardenə hücum etsələr də, məğlub oldular. 10 iyunda isə Mişmar Hayarden suriyalılar tərəfindən tutuldu. Bundan sonra onlar əsas yola hücum etdilər, lakin onların bu hücumu Oded alayı tərəfindən dayandırıldı. Bundan sonra suriyalılar müdəfiə mövqeyi aldılar və yalnız bir neçə kiçik miqyaslı hücum əməliyyatları təşkil etdilər. Ərəblərlə yəhudilər arasında toqquşmalar 1947-ci ildən başlamışdı. Bu toqquşmalar əsasən Liddada, əl-Ramlada, Yerusəlimdə və Hayfada gedirdi. 23 mayda Aleksandroni alayı Tanturanı və Hayfanın cənubunu ərəblərdən aldı. 2 iyunda isə Cihad Ordusu komandanı Həsən Salama Haganahla Ras əl-Dindəki döyüşdə öldürüldü. Yəhudilər əllərində olan bütün hərbi hava qüvvələrini 1947-ci ilin noyabrında Şerut Avir adı altında birləşdirmişdi. Növbəti ay isə ilk hava uçuşları Təl-Əviv yaxınlığındakı Sde Dov adlanan mülki hava limanından reallaşdırılmağa başladı. Quru qüvvələrinə dəstək üçün ilk hava əməliyyatı isə dekabr ayının 17-də həyata keçirildi. Qaliley eskadrilyası 1948-ci ilin martında Yavneeldə, Neqev eskadrilyası isə aprel ayında Nir-Amda yaradılmışdı. 15 mayda müharibə başlayarkən Şerut Avir özünü İsrail Hərbi Hava Qüvvələri elan etdi. Lakin müharibənin ilk həftələrində İsrailin yüngül təyyarələri ərəb qüvvələri ilə qarşılaşmağa uyğun vəziyyətdə deyildi. 15 mayda – müharibənin başlanğıcında Misir Kraliyyət Hərbi Hava Qüvvələrinin 4 Spitfiresi Təl-Əvivi və Sde Dov hava limanını bombardman etdi. Bombardman zamanı İsrail hərbi hava qüvvələrinin əksər təyyarəsi bu hava limanına yığılmışdı. Nəticədə xeyli İsrail təyyarəsi partladıldı və yerdə qalanları isə xeyli ziyan gördü. 4 israilli əsgər isə öldürüldü. Növbəti saatlarda da Misir təyyarələri dalğalar şəklində Təl-Əvivi və ətrafını bombardman etdi. Lakin İsrail tərəfi bu hücumlardan az ziyan gördü. Misirlilərin bir Spitfiresi vuruldu və pilotu əsir götürüldü. Ümumilikdə, 6 gün davam edən hava hücumu zamanı misirlilər Təl-Əvivin mərkəzi avtobus vağzalını bombaladılar. Bu hücum nəticəsində 42 yəhudi öldü və 100 nəfər yaralandı. Misirlilər Təl-Əvivlə yanaşı, ətrafdakı kənd və qəsəbələri də bombardman edirdi. Başlanğıcda misirlilərin belə rahatlıqla hava hücumu edə bilməsinin əsas səbəbi israillilərin onlara havada cavab verə bilməməsi və yalnız quru atışı edə bilmələri idi. Bundan sonra Təl-Əvivə effektiv hava hücumundan müdafiə silahları göndərildi və hava hücumları zamanı misirlilər xeyli itkilər verməyə başladılar. 1948-ci ilin sonlarında Misir Kraliyyət Hərbi Hava Qüvvələri artıq özünün əsas bazası olan Əl Arişi və ən yaxşı pilotlarını itirmiş vəziyyətdə idi. Müharibənin ilk günlərində İsrail hələ çox zəif olan öz hava qüvvələri ilə ərəblərin düşərgələrinə və kolonlarına hücum edirdi. Bu hücumlar ərəblərin qırıcı təyyarələrindən yayınmaq üçün gücə vaxtları təşkil edilirdi və çox zaman az uğurlu olurdu. Lakin bu hücumlar israillilərdə böyük ruh yüksəkliyinə səbəb olurdu. 20 mayda İsrailə Çexoslovakiyadan 25 ədəd Avia S-199s qırıcılarının gəlməsi hərbi hava qüvvələri nisbətini İsrailin xeyrinə dəyişdirdi. Müharibənin sonuna qədər isə daha çox təyyarə əldə etdi. Həmçinin 62 ədəd Spitfires əldə edə bilmişdi. İsrail hərbi hava qüvvələrində döyüşən pilotların çoxu ya könüllü ya da muzdlu İkinci Dünya müharibəsi veteranları idi. 3 iyunda İsrail ilk hava zəfərini qazandı. Beləki, Modi Alon Misirin Təl-Əvivi bombalayan DC-3s təyyarəsini vurdu. Bundan sonra Təl-Əvivə bəzi döyüş təyyarələrinin hücumu olsa da, müharibənin sonuna qədər bombardman təyyarələrinin hücumu olmadı. Tədricən İsrail hava qüvvələri misirli pilotları havada birbaşa döyüşə çəkmə strategiyası yürütməyə başladı. Belə döyüşlərdə ilk qələbəni Qideon Lixtman qazandı, o, Misirin Spitfiresini partlatdı. 1948-ci ilin sonlarına doğru İsrail havada öz üstünlüyünü təmin edə bilmişdi. İsraillilərin misirli və iraqlı hərbi birləşmələrə cavab olaraq misirlilər İsrail hava qüvvələrinin bazası olan Ekronu bombalayırdı. 30 may hücumu zamanı Rehovotun mərkəzi vuruldu və 7 mülki şəxs öldü, 30 nəfər isə yaralandı. Buna və ehtimal ki, iordaniyalıların Latrundakı qələbələrinə cavab olaraq israillilər ərəb şəhərlərinə bombalamağa başladılar. 31 may – 1 iyun tarixində ərəb paytaxtına ilk hava hücumu reallaşdı. İsraillilər hücum eədərk İordaniyanın paytaxtına onlarla 55 və 110 kqlıq bombalar atdılar. Bombalardan biri kral sarayına, biri isə ona birləşik ingilis hava limanına düşdü. Hücum nəticəsində 12 nəfər ölmüş, 30 nəfər isə yaralanmışdı. Britaniyalılar buna cavab olaraq israillilərə bildirdilər ki, belə bir hücum təkrarlanarsa onlar İsrail təyyarələrini və hərbi bazalarını vuracaqlar. Buna görə də, israillilər müharibənin sonuna qədər bir daha Ammana hücum etmədilər. İsrail Arişi, Qəzzəni, Dəməşqi və Qahirəni bombardman etdi. İsrailə Çexoslovakiyadan gələn hərbi təyyarələr yolüstü Qahirəni bombardman edərək İsrailə getmişdilər. Alan Derşovitzə görə israillilər hərbi hədəfləri vurmağa fokuslanmışdılar, lakin Benni Morrisə görə Dəməşq hücumu zamanı bombalar birbaşa şəhərə atılmışdır. Dəniz döyüşləri Müharibənin başlanğıcında İsrail donanması 3 Aliyah Bet gəmisindən ibarət idi. Bu gəmilər britaniyalılardan oğurlanmışdı və Hayfa limanında saxlanılırdı. İsrailin müstəqilliyi elan edildikdən dərhal sonra hərbi donanmanın qurulması üçün işlər başladıldı. İlk öncə 3 gəmi seçilmişdi: INS Eylat (ABŞ Sahil Mühafizə Təşkilatının keçmiş gəmisi), iki INS Haganah və INS Vedqvud. INS Haganah və INS Vedqvud gəmiləri əvvəllər Kanada Kraliyyət Hərbi Donanmasına məxsus olmuşdu. Gəmilərdə iş prosesi ingilislər xəbərdar olmasın deyə gizli şəkildə aparılırdı. 21 may 1948-ci ildə bu gəmilər xarici vətəndaşa məxsus ticarət gəmisi adı ilə Təl-Əvivə daxil oldu. Burada gəmilərə XIX əsrin sonlarına aid səhra topları və hava hücumundan müdafiə silahları quraşdırıldı. 30 iyunda britaniyalıların Hayfa limanını tərk etməsindən sonra İsrail donanması buraya köçürüldü və Hayfa İsrail donanmasının əsas mərkəzi oldu. 1948-ci ilin oktyabrında ABŞ-dən sualtı döyüş gəmisi alındı. Donanmaya daxil olan gəmilər II Dünya müharibəsində İngiltərə donanmasında xidmət etmiş keçmiş hərbçi yəhudilər və könüllülər tərəfindən idarə edilirdi. Yeniləşdirilmiş və yeni alınmış gəmilər sahil boyunca patrul xidməti görür, Qəzzə sahillərini və Port-Səidə qədərki bütün Misir sahillərini bombalayırdılar. BirinciI mərhələnin sonu Sonrakı günlərdə ərəblər şiddətli israil müqaviməti nəticəsində yalnız kiçik uğurlar qazana bildi. Tədricən isə İsrailin əks hücumu nəticəsində tutduqları əraziləri də itirməyə başladılar. Müharibə davam etdikcə meydandakı qoşun sayında İsrail ərəbləri keçməyə başlayırdı. İsrailin xidmətində 1948-ci ilin iyulunda 63000, 1949-cu ilin yazının əvvəllərində isə 115000 nəfərlik ordu var idi. Ərəblərin xidmətində isə 1948-ci ilin iyulunda 40000, 1948-ci ilin oktyabrında isə 55000 nəfərlik ordu var idi. 1949-cu ilin yazında isə ərəb ordusunun 55000-dən bir qədər çox olduğu ehtimal edilir. Atəşkəs razılaşmasından sonra İsrail 9 ərəb şəhəri və bölgəsini özünə tabe edə bilmişdi: Yeni Yerusəlim, Yafa, Hayfa, Əkka, Safed, Tiberiya, Baysan, Samax və Yibna. Bir digər şəhər Cenin tutulmasa da, əhalisi şəhəri boşaltmışdı. Birləşmiş ərəb orduları 14 yəhudi məskənini tuta bilmişdi. Lakin onlardan yalnız biri – Mişmar Hayarden BMT-nin 181 saylı qətnaməsində İsrail dövləti üçün nəzərdə tutulmuş torpaqlarda yerləşirdi. Hər iki tərəfin əlində az-çox BMT qətnaməsində digər tərəf üçün nəzərdə tutulmuş ərazi var idi. İsrail BMT tərəfindən İsrail dövlətinin yaradılması üçün nəzərdə tutduğu ərazidən başqa onlar 50 iri ərəb kəndini, həmçinin xeyli kiçik ərəb kəndini və bədəvi düşərgələrini ələ keçirmişdi. BMT tərəfindən nəzərdə tuutulmuş İsrail dövləti ərazsinin 350 km²-ı ərəblərin nəzarətində, Ərəb dövlətinin isə 700 km²-ı İsrailin nəzarətində idi. Bu göstəricilər heç bir tərəfin mütləq nəzarətində olmayan Neqev səhrasını nəzərə almır.Müharibə başlayandan birinci mərhələnin sonuna qədərki dövrdə Suriya ordusunda 315 nəfər ölmüş, 400–500 əfər isə yaralanmışdı. İraq ordusunda 200 nəfər ölmüş, 500 nəfər yaralanmışdı. İordaniyanın Ərəb Legionu isə 300 nəfər itki vermiş, 400–500 nəfər isə yaralanmışdı (bura İordaniya komandanlığı altında döyüşən qeyri-nizami fələstinlilər də daxildir). Misir tərəfi isə 600 nəfər itirmişdi. Misir ordusundan 1400 nəfər də yaralanmışdı (bura qeyri-nizami halda Misir komandanlığı altında döyüşən "Müsəlman qardaşlar" təşkilatının üzvləri də daxil idi). Müharibəyə 1948-ci ilin iyununda qatılan Ərəb Azadlıq Ordusu isə 100 nəfər itki vermişdi. 800 yəhudi ərəblər tərəfindən əsir götürülmüşdü. Yəhudilər isə 1.300 ərəbi əsir götürə bilmişdilər. Əsir götürülənlərin əksəriyyəti fələstinli idi. Birinci atəşkəs 29 mayda BMT döyüşən tərəflər arasında atəşkəs elan etdi. Atəşkəs qərarı 11 iyunda qüvvəyə mindi və 28 gün davam etdi. Atəşkəs qərarı hansısa tərəfə öz hərbi vəziyyətini düzəltməyə kömək olmasın deyə hər iki tərəfə silah satışı embarqosu qoyuldu. Lakin heç bir tərəf atəşkəs qərarlarına əməl etmirdi və dolayı vasitələrlə öz hərbi ehtiyaclarını ödəmək üçün yollar axtarırdılar. Qısası, bu atəşkəs müddətindən hər iki tərəf güclənmək və döyüşə hazırlaşmaq üçün istifadə etdi. Əlavə qüvvələr Atəşkəs zamanı Britaniyanın düşüncəsi belə idi ki, "yəhudilər əzici qələbə qazanmaq üçün çox zəif silahlanmaya malikdirlər". Hayfa limanında çalışan Britaniya zabiti 4 həftəlik atəşkəs barədə bildirmişdi: Atəşkəs müddətində yəhudilər əsasən yeni silahlarını haradan ələ keçirə biləcəklərini düşünürdülər. İsrail sonda Çexoslovakiyadan xeyli silah gətirdə bildilər, ordularını yenidən qruplaşdırdılar və əsgərlərinin təlimlərini bitirə bildilər. İsrail Müdafiə Qüvvələrinin komandiri və eyni zamanda da İsrailin V baş naziri İshaq Rabin Çexoslovakiyadan gətirilən silahlar barədə deyirdi: İsrail ordusunu 30.000–35.000 nəfər artıraraq döyüşən birliklərindəki canlı qüvvə sayını 65.000-ə çatdırdı. Həmçinin ordusu üçün 25.000 tüfəng, 5.000 pulemyot və 5 milyon güllə təmin etdi. Hər iki dövlət nəinki silah və canlı qüvvə ilə bağlı olan embarqolara məhəl qoymadı, hətta cəbhəyə yeni birləşmələr belə göndərdi. Atəşkəs zamanı İrqun xaricdən özü üçün silah gətirməyə cəhd etdi. "Altalena" gəmisi ilə gətirilən silahları İrqun təşkilatı dövlətə verməkdən imtina etdi. David Ben Qurion isə silahların müsadirə edilməsini əmr etdi, hətta ehtiyac olarsa gücdən istifadə etməyə belə icazə verdi. İrqunun yenə bundan imtina etməsindən sonra silah daşıyan gəmi batırıldı, hər iki tərəfdən bir neçə nəfər öldü. BMT vasitəçisi Folke Bernadotte Atəşkəsə BMT tərəfindən təyin edilmiş vasitıçi Folke Bernadotte və BMT Müşahidəçi Şurası tərəfindən seçilmiş komanda tərəfindən nəzarət edilirdi. Müşahidəçilərə Belçikadan, ABŞ-dən, İsveçdən və Fransadan olan zabitlər daxil idi. Folke Bernadotteyə BMT tərəfindən Fələstindəki müqəddəs yerlərin qorunması, xalqın təhlükısizliyinin təmin edilməsi və gələcəkdə sülh şəraiti yaratmaq üçün çalışmaq tapşırılmışdı. O, öz məruzəsində qeyd etmişdi: Atəşkəs dövrün bir neçə ciddi qayda pozuntusu müşahidə edilmişdi: 21 iyunda İrqun "Altalena" gəmisi vasitəsilə xaricdən Fələstinə hərbi xidmət yaşında olan miqrantlar və silah-sursat gətirməyə cəhd etmişdir. Bir digər pozuntu isə misirli qüvvələrin Negebdəki yəhudi məskəninə yardım yüklərinin keçməsinə icazə verməməsi olmuşdur. Üçüncü qayda pozuntusu ondan ibarət idi ki, iordaniyalı və iraqlı hərbi birləşmələr Yerusəlimə içməli su götürülməsinə icazə verməmişdirlər.Atəşkəs razılaşması əldə edildikdən sonra Bernadotte siyasi həll yolunun axtarılıb tapılmasına başladı. Ona görə tərəflər arasındakə əsas uzlaşmazlıq ondan ibarət idi ki, ərəblər sərhədlərinin haradan keçməsindən asılı olmayaraq yəhudi dövlətinin varlığını qəbul etmirlər, yəhudilər isə əsas diqqətlərini hərbi güclərinin artırılmasına yönəldərək, hərb yolu ilə öz ərazilərinin genişləndirilməsi siyasəti aparırlar. Bütün bunları nəzərə alaraq Bernadotte Fələstinin yenidən bölüşdürülməsini təklif etdi. Onun bölünmə layihəsi həm İsrail, həm də ərəblər tərəfindən rədd edildi. Lakin israillilər atəşkəsi bir ay da uzatmaq təklifini qəbul etsələr də, ərəblər bu təklifi də rədd etmişdilər.Folke Bernadotte 1948-ci ilin sentyabrında yəhudi təşkilatı olan Lehi tərəfindən öldürülmüşdür. Ehtimal edilir ki, ərəb qaçqınların İsrail tərəfindən ələ keçirilmiş torpaqlarına geri dönməsini reallaşdırmağa çalışdığına görə yəhudilər tərəfindən öldürülmüşdür. On gün döyüşləri 8 iyulda – atəşkəsin sona çatmasından bir gün əvvəl general Məhəmməd Naquib rəhbərliyində Misir qüvvələri Negbaya hücum edərək müharibənin ikinci mərhələsini başlatdılar. Ertəsi gün isə İsrail qüvvələri bütün cəbhələrdə hücuma keçdi və Quneitradan Arişə qədərki ərazini mühasirəyə aldı. Misir qüvvələri isə Təl-Əvivi bombardman etdi. Növbəti gün isə İsrail tərəfi mühasirəyə alınmış kibbutzimlərdən birinə həyati malları göndərə bilmək üçün yol aça bildi.Döyüşlər 10 gün davam etdi və 18 iyulda BMT Təhlükəsizlik Şurası atəşkəs qərarını qəbul etdi. Bu 10 günlük döyüşlər əsasən İsrailin hücumları, ərəblərin isə müdafiə olunması ilə xarakterikdir. Cənubda İsrail Müdafiə Qüvvələri "An-Far əməliyyatı"nı və "İşğalçıya ölüm" əməliyyatını həyata keçirdilər. XI alayın I taborunun tapşırığı cənubdakı ərəb kəndlərini ələ keçirmək və əhalisini qovmaq idi. Onlar çox az müqavimətlə qarşılaşdılar. Keçmiş Palmax döyüşçüsü olan Ammon Neumanna görə cənubdakı ərəb kəndləri boşaldılarkən çox az müqavimətlə qarşılaşmışlar və silah-sursatın zəifliyinə görə əhalinin müqavimət gücü çox aşağı olmuşdur. Əhali kəndləri boşaltdıqdan sonra isə onların evləri dağıdılmışdır.12 iyulda misirlilər yenidən Negbaya hücum etdilər. Onlar bura əvvəl də hücum etmişdilər, lakin uğur qazana bilməmişdilər. 3 piyada taborundan, 1 artilleriya taborundan və 1 zirehli tabordan ibarət Misir ordusu İsrail ordusu tərəfindən məğlub edildi. Döyüşdə Misir ordusu 200–300 nəfər itki verdi. İsrail ordusunda isə 5 nəfər öldü, 16 nəfər yaralandı. Negbadakı məğlubiyyətdən sonra misirlilər diqqətlərini izolyasiya olunmuş yaşayış məskənlərinə yönəltdilər. 14 iyulda misirlilər Qal Ona hücum etdilər. Lakin minalanmış sahə və yerli əhalinin müqavimətindən sonra geri çəkilməyə məcbur oldular. Misirlilər daha sonra zəif müdafiə olunan Beerot İshaq kəndinə hücum etdilər. Misirlilər kəndə daxil ola bildilər, lakin kənd sakinləri kəndin daxilində müdafiə xətti yaratmışdılar. Onlar misirlilərin qarşısını ala bildilər və İsrail ordusu kəndin köməyinə çata bildi. İsrail tərəfinin cəmi 17 ölü, 15 yaralı verdiyi döyüşdə Misir ordusu 200 itki verərək məğlub oldu. Misir ordusunun bu hücumu müharibədəki son hücumları oldu və bir daha heç bir kəndə və ya hər hansısa yaşayış məskəninə hücum edə bilmədilər. 10 iyulda Qlubb paşa Ərəb Legionu vasitəsilə "saxta döyüş səhnəsi" düzəltmə əmri almışdı. İsraillilər Danni əməliyyatı vasitəsilə Yerusəlim və Təl-Əviv arasındakı koridoru daha da genişlətdi. Bu əməliyyat İsrailin həyata keçirdiyi ən mühüm hücum əməliyyatlarından biri idi. Nəticədə Latrun ətrafı, koridor və Ramallah şəhərləri tutuldu. Danni əməliyyatının məqsədi Təl-Əvivin qərbini ələ keçirmək və düşmən qüvvələrini daha da uzağa itələmək idi. Bunda məqsəd yəhudi əhalisinin və Yerusəlimdəki qüvvələrin təhlükəsizliyini təmin etmək idi. Bu zaman Lidda çox mühüm hərbi mərkəzə çevrildi və ətrafdakı ərəb qüvvələrinin istinadgahı roluna sahibləndi. Ramla isə yəhudi əhalinin köçürülməsi yolunda maneə idi. Lidda sayları 1000 nəfər olan yerli qüvvələr və 125–300 nəfərlik Ərəb legionu mənsubu hərbçilər tərəfindən qorunurdu. İsrail Müdafiə Qüvvələri 8000 nəfərlik canlı qüvvə ilə hücuma keçdilər. Müharibə zamanı ilk belə hal idi ki, bir neçə xüsusi alay bir hücumda iştirak edirdi. Şəhərə hücum şərq tərəfdən – Xulda, əl-Qubab, Yimzu və Daniyaldan başladı. 11 iyulda şəhər israillilər tərəfindən ələ keçirildi. Şəhər uğrunda döyüşlərdə 450 ərəb, 9–10 israilli öldü. Ertəsi gün isə Ramla da israillilər tərəfindən ələ keçirildi. Lidda və Ramlanın əhalisi şəhərdən qovuldu. Onlar ərəb qoşunlarının əlində olan torpaqlara köçdülər. Lidda şəhərinin əhalisi heç bir daşınma vasitəsi olmadan şəhərdən qovulmuşdu və əhalinin bir hissəsi iyul ayında səhradakı istiyə və susuzluğa dözə bilməyərək yolda ölmüşdü. 15–16 iyulda israillilər Latruna hücum etdilər. Lakin məğlub oldular. İkinci hücum isə 18 iyulda baş verdi. Zirehli texnika və 2 Kromvell tankı ilə gücləndirilmiş Yiftax alayı da şəhəri ələ keçirə bilmədi. İkinci fasilənin 18 iyulda qüvvəyə minməsinə baxmayaraq, israillilər Latrunu tutmaq üçün 20 iyula qədər cəhd göstərdilər. Kedem əməliyyatının məqsədi Yerusəlimin Qədim şəhər hissəsini mühafizə etmək idi. Əməliyyat uğursuzluqla nəticələndi. Əslində əməliyyat birinci fasilənin bitməsindən dərhal sonra İrqun və Lehi qüvvələri tərəfindən başladılmalı idi. Lakin David Şaltiyel tərəfindən gecikdirilmişdi, çünki o, inanırdı ki, Haganah qüvvələri olmadan Deir Yassini tutmaq qeyri-mümkündür. Plana görə Yehuda Lapidotun rəhbərlik etdiyi İrqun qüvvələri Yeni Qapıya, Lehi qüvvələri Yeni Qapıdan Yaffa qapılarına qədərki əraziyə, Beit Horon taboru isə Sion dağından hücuma keçməli idi. Hücum Şabbat gününə – 16 iyulun, saat 20:00-a planlanmışdı. Plan əvvəldən doğru getmədi və ilk əvvəl 23:00-a, sonradan isə gecə yarısına ertələndi. 02:30-da hücum başladı. İrqun üzərinə götürdüyü məqsədə çatsa da, digər birləşmələr tapşırıqlarının öhtəsindən gələ bilmədilər. 17 iyul 05:45-də Şaltiyel bütün qüvvələrə geri çəkilmə əmri verdi. Toqquşmalar dayandırıldı. 14 iyul 1948-ci ildə İrqun ərəb kəndi olan Malha kəndini şiddətli döyüşlərdən sonra tutdu. Ərəblər ikinci dəfə hücum etsələr də, köməyə gələn İsrail qüvvələri onları geri çəkilməyə məcbur etdilər. İsrail tərəfi bu döyüşdə 17 nəfər itki verdi. İkinci plan Dekel əməliyyatı idi. Məqsəd Nazaret də daxil olmaqla, Aşağı Cəliləni ələ keçirmək idi. Nazaret 16 iyulda ələ keçirildi. İkinci atəşkəs 18 iyul 19:00-da qüvvəyə minənə qədər isə İsrail qüvvələri Aşağı Cəlilədən Hayfaya qədərki Təbəriyyə gölü sahillərini ələ keçirdilər.Broş əməliyyatının məqsədi Suriya qüvvələrini Şərqi Cəlilədən çıxarmaq idi. Əməliyyatı Benot Yakov alayı həyata keçirirdi. İsraillilər üçün uğursuz nəticələnən əməliyyat zamanı suriyalılar 200 nəfər, israillilər isə 100 nəfər itki verdilər. Həmçinin İsrail Hərbi Hava Qüvvələri ilk dəfə Dəməşq şəhərini bombaladı. İkinci atəşkəs 18 iyul 19:00-da BMT-nin vasitəçiliyi ilə ikinci atəşkəs dövrü başladı. 16 sentyabrda Folke Bernadotte Fələstin üçün yeni bölünmə planı təklif etdi. Bu plana görə Neqev İordaniya ilə Misir arasında bölünməli, Lidda və Rəmla isə İordaniyaya birləşdirilməli idi. Bütün Cəlilə yəhudilərə verilməli, onun sərhədi Fəlucadan şimal-şərqə doğru Rəmla və Liddaya qədər müəyyən olunmalı idi. Qüds beynəlxaqlaşdırılmalı, şəhərin yəhudi və ərəb əhalsinin muxtar bələdiyyəsi olmalı idi. Hayfa dəniz limanı azad liman, Lidda hava limanı isə azad hava limanı statusu almalı idi. Bütün fələstinli qaçqınlar öz evlərinə geri dönməli, dönmək istəməyənlərə isə itirdikləri əmlaka görə kompensasiya verilməli idi. BMT Fələstinə yəhudi miqrasiyasını öz nəzarətinə götürməli idi.Bu planı hər iki tərəf rədd etdi. Bernadotte isə 17 sentyabrda Qüdsdə yəhudi sionist təşkilatı olan Lehi üzvləri tərəfindən öldürüldü. 4 nəfərlik yəhudi qrupu Bernadottenin maşın konvoyunu bomba vasitəsilə partlatmışdı. Nəticədə Bernadotte və onun köməkçisi olan fransız BMT müşahidəçisi ölmüşdü. Lehi Bernadotteni ingilis və ərəb kuklası kimi qəbul edirdi. Onlar qorxurdular ki, Bernadottenin təklifi yeni yaranmış İsrail hökumti tərəfindən qəbul edilər. Bu isə onlara görə qəbuledilməz idi və gələcəkdə qorxunc nəticələrə yol açacaqdı. Əslində isə, Lehinin xəbəri olmasa da, artıq İsrail hökuməti Bernadottenin bu təklifini rədd etmişdi və bir aydan sonra döyüşlərə yenidən başlamağı planlayırdı. Bernadotteni amerikalı diplomat Ralf Bunçe əvəzlədi.1948-ci ilin 22 sentyabrında İsrail müvəqqəti hökumətinin qəbul etdiyi qərar ilə mühribə dövründə ələ keçirilmiş torpaqlar avtomatik İsrail dövlətinin torpağı elan edilirdi. "Kiçik üçbucaq" bölgəsi Hayfa limanının cənubunda yerləşən və "Kiçik üçbucaq" adlanan yerdəki ərəblər Təl-Əvivdən Hayfaya gedən yoldakı yəhudi yüklərini tez-tez bombardman edirdilər və onları Samariyanın şimalından iraqlı hərbi birləşmələr dəstəkləyirdi. Yolda hərəkət edən nəqliyyat vasitələrinə qarşı təşkil edilən snayper hücumları ikinci atəşkəs zamanı da davam etdi. Onları təmizləmək üçün israillilərin 18 iyun və 8 iyul zamanı etdikləri hücumlar da uğursuz oldu. 24 və 25 iyulda israillilər Şoter əməliyyatını həyata keçirməyə başladılar. Əməliyyatın məqsədi yolu düşmən qüvvələrdən təmizləmək idi. Lakin məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur oldular. İsrail bu üç ərəb kəndini yalnız güclü artilleriya, hava və zirehli birliklərin dəstəyindən sonra tuta bildi. Kəndin əhalisinin əksəriyyəti isə ya hücum zamanı, ya da kənd tutulmamışdan az əvvəl kəndi tərk etmişdi. Əməliyyat zamanı ərəblər tərəfindən ən azı 100 mülki şəxs və hərbçi öldü.Ərəblərin iddiasına görə İsrail bu kəndləri tutan zaman xeyli dinc əhalini öldürmüş və qırğın etmişdir. Lakin İsrail tərəfi bunu rədd etmişdir. BMT-nin bu barədə araşdırması da bunu təsdiq etmişdir. Əməliyyatın uğurla bitməsindən sonra Hayfa – Təl-Əviv yolu İsrail mülki və hərbi daşınmalarına tamamilə açıldı, yolun üzərindəki ərəb mövqeləti tamamilə təmizləndi. İsrail həmçinin Hayfa-Hadera yolunu da təmir etdilər. Üçüncü mərhələ Müharibənin bu mərhələsində İsrail öz cənub və şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək və ərəbləri tamamilə məğlub etmək üçün əməliyyatlar həyata keçirmişdir. 22 oktyabrda müharibənin üçüncü mərhələsi faktiki olaraq başladı. Qeyri-nizami ərəb qüvvələri atəşkəs razılaşmasını rədd etdilər və şimaldakı İsrail yaşayış mərkənlərinə hücum etməyə başladılar. Eyni gündə isə Ərəb Azadlıq Ordusu Manaraya hücum etdi və möhkəmləndirilmiş mövqe olan Şeyx Abidi ələ keçirdi. Yerli israillilərin müqaviməti nəticə vermədi. Köməyə gəlmiş Karmeli alayı da ərəblər tərəfindən məğlub edildi. Alaydan 33 nəfər öldü, 40 nəfər yaralandı. Nəticədə Manara və Misqav ərəblər tərəfindən ələ keçirildi, İsrailin BMT-dəki etirazları da bunu dəyişdirmədi. 24 oktyabrda İMQ Hiram əməliyyatı ilə Cəlilə bölgəsinin bütünlüklə ələ keçirdi. Ərəb Azadlıq Ordusu və Livan hərbi birləşmələri Livana geri çəkilməyə məcbur oldular. İsrail həmçinin Suriya taborunu da pusquya düşürərək məhv edə bildi. Bu əməliyyatda 4 piyada taboru iştirak edirdi, bu taborlara komandanlığı isə Moşe Karmel edirdi. Cəmi 60 saat davam edən hücumda xeyli sayda ərəb kəndi ələ keçirildi. Ərəblər 400 nəfər itki verdilər, 550 nəfər İsrailə əsir düşdü. İsrailin itkisi isə az oldu.50,000 ərəb qaçqın Livana daxil oldu. Onların bəziləri israillilər tərəfindən evlərindən qovulmuş, bəziləri isə ərəb qüvvələri məğlub olduqca öz evlərindən çıxmışdılar. Öz evlərində qalan ərəblərə sonradan İsrail dövləti tərəfindən vətəndaşlıq verildi. İqrit və Birim kəndlərində yaşayan ərəbləri İsrail dövləti nümayəndələri inandırmışdılar ki, onlar kəndlərini tərk etsələr müharibə bitdikdən sonra onların geri dönmələrinə icazə veriləcək. Lakin İsrail dövləti bu vədinə əməl etmədi və öz evləri əvəzində qaçqınlara kompensasiya təklif etdi. Ərəblər isə bunu rədd etdilər.Ayın sonunda İMQ Cəlilənin tamamını ələ keçirdi. Bütün Livan qüvvələrini İsraildən qovdu, hətta 8 km Livan torpaqlarının içinə girərək Litani çayına çatdı. 13 Livan kəndi ələ keçirildi. Hula kəndində iki israilli zabit 35 ilə 58 arası ərəb əsiri "Hayfa neft emali qırğını"na qarşılıq olaraq qətlə yetirdi. Hər iki zabit sonradan əməllərinə görə həbs edildilər. İsrail sərhədlərini qorumaq və ərəbləri daha uzağa göndərmək üçün hücumlar edirdi. İordan çayının qərb sahilini ələ keçirmək İsrail üçün bəzi problemlər yarada bilərdi. Çünki bu torpaqların ələ keçirilməsi İsrail dövlətində yaşayan ərəblərin sayını xeyli artıracaqdı. Neqev səhrası bu baxımdan problemsiz idi. Buna görə də oktyabr ayının əvvəllərindən etibarən İsrailin hücumlarının əsas hədəfi Neqevə yönəlmişdi. İsrail əsasən, Misir ordusunu məğlub etmək və geri çəkilməyə məcbur etmək istəyirdi.15 oktyabrda İMQ hücuma keçdi. Əməliyyatın adı Yoav əməliyyatı idi. Neqevə İsrail qüvvələri səhranın şimal hissəsindən daxil oldu. Məqsəd Misir qüvvələrini buradan tamamilə atmaq, Beerşeba-Hebron-Yerusəlim yolunu ələ keçirmək və səhranı tamamilə özünə tabe etmək idi. İsrailin əsas narahatlığı Britaniya ilə bağlı idi. Çünki Britaniya diplomatları Neqevin Misir və İordaniyaya verilməsini müdafiə edirdi. Buna görə də Ben Qurion Neqevin tez bir zamanda ələ keçirilməsini istəyirdi.Yoav əməliyyatının komandanı Yigal Allon idi. O, ümumiyyətlə cənub cəbhəsinin komandanı idi. Əməliyyatı yerinə yetirəcək ordu 3 piyada diviziyasından və 1 zirehli alaydan ibarət idi. Ordunun birici tapşırığı Misir ordusunun müdafiə xəttinin yarılması idi. Çünki Misir müdafiəsinin dərinliyi çox zəif idi, yəni müdafiənin ön xətti keçildikdən sonra arxa xətlərdə o qədərdə müqavimət olmayacaqdı. Əməliyyat İsrail tərəfi üçün xeyli uğurlu bitdi. Nəticədə, Misir ordusu Neqevin şimal hissəsindən, Beerşebadan və Aşdoddan uzaqlaşdırıldı. "Fəluca mühasirəsi" deyilən hadisə zamanı Misir ordusu 4 ay bu kənddə mühasirədə qaldı. Atəşkəs razılaşmasından sonra isə bu kənd İsrail nəzarətinə keçdi. Əməliyyatlar zamanı İsrail 4 döyüş gəmisi aramsız olaraq Misir ordusunu bombardman edirdi və geri çəkilən Misir ordusu mənsublarını evakuasiya etmək üçün gələn Misir gəmilərinin sahilə yanaşmasına imkan vermirdi. 19 oktyabrda Ha-Har əməliyyatı Yerusəlim koridorunda başladı. Bu əməliyyat çərçivəsində Majdalda dəniz döyüşü baş verdi. 3 israil korveti hava qüvvəsi dəstəyi olan bir Misir korveti ilə qarşılaşdı. Döyüşdə İsrail bir dənizçisini və 2 gəmisini itirdi. Misir tərəfi isə təyyarısini itirsə də, gəmi qaça bildi. İsrail qüvvələri 17 oktyabda Majdalı, 21 oktyabrda isə Yerusəlimi bombardman etdi. Eyni gündə İMQ Berşebanı ələ keçirdi. Buradan 120 misirli hərbçi əsir götürüldü. 22 oktyabrda İsrail hərbi donanması Misirin bayraqdar gəmisi olan "Əmir Faruq"u zədələdi.9 noyabr 1948-ci ildə İMQ Şmone əməliyyatı çərçivəsində İraq Suvaydan kəndindəki Teqart qalasına hücum etdi. Bu qaladakı misirli hərbçilər daha əvvəl 8 İsrail hücumunu dəf edə bilmişdilər. Bu hücumlardan ikisi Yoav əməliyyatı zamanı gerçəkləşmişdi. İsraillilər qalaya artilleriya, piyada və hava qüvvələri ilə hücum edirdilər. Qalanın divarlarından biri uçurdulduqdan sonra qala İsrail qüvvələri tərəfindən tutuldu. Bu qalanın ələ keçirilməsindən sonra bölgədəki Misir qüvvələri hamısı geri çəkildi. Bu mövqelərə İsrailin dəfələrlə hücum edib ələ keçirə bilmədiyi təpəliklər də daxil idi. Şiddətli döyüşlərdən sonra İsrail İraq Suvaydan kəndini də ələ keçirdi.Dekabrın 5–7-nə qədər İMQ Assaf əməliyyatını həyata keçirdilər. Əməliyyatın məqsədi Neqev səhrasının qərbini ələ keçirmək idi. Əsas zərbə qüvvələri mexaniki birləşmələr idi. Qolani alayının piyadaları isə əsas zərbə qüvvələrini arxadan qorumalı idi. Misir əks-hücumu İsrail tərəfindən dəf edildi. Planlanan ikinci əks-hücum isə İsrail kəşfiyyat təyyarələri tərəfindən aşkarlandığına görə baş tutmadı. Misir ordusu 100 nəfər itirdi. 5 tank isə vuruldu. İsrail isə 5 nəfər itirdi. İsrail ordusundan 30 nəfər də yaralanmışdı. 22 dekabrda İMQ Horev əməliyyatına başladılar. Əməliyyatın məqsədi Neqevdəki bütün Misir qüvvələrini buradan qovmaq, Misir ordusunun döyüş qabiliyyətini məhv etmək və onu sülhə məcbur etmək idi. 5 günlük döyüşlərdən sonra israillilər qalib gəldilər və bütün Misir qüvvələri bölgədən qovuldu.İsrail qüvvələri Nitzana bölgəsini tutduqdan sonra 28 dekabrda Sinay yarımadasına daxil oldular. İMQ Umm Katef və Əbu Ageylani ələ keçirdi və Əl Arişdəki Misir qüvvələrini mühasirəyə almaq üçün Əl Arişin şimalına doğru hərəkətə başladı. Lakin Sinaydakı İsrail qüvvələri 2 yanvar 1949-cu ildə geri çəkilməyə məcbur oldu. Britaniya və ABŞ İsrailə diplomatik təzyiq edərək onu buna razı saldılar. Hətta Britaniya İsraili hərbi əməliyyatla təhdid edirdi. İMQ Qəzzə keçidi tərəfə cəmləşdi. Rəfaha olan hücum zamanı Misir qüvvələri mühasirəyə alındı. Bir neçə günlük toqquşmalardan sonra Misir atəşkəs razılaşmasını müzakirə etməyə razı oldu. Bunun ardınca İsrail öz qoşunlarını geri çəkdi. 28 dekabrda Aleksandroni alayı Fəllucanı tuta bilməsə də, İraq əl-Mənsiyəhi tutdu və müvəqqəti də olsa oranı özündə saxlaya bildi. Misirlilər əks hücuma keçsələr də məğlub oldular. İsrail tərəfi 87 nəfər itirdi.5 martda Uvda əməliyyatı başladı. Əməliyyatın həyata keçirilməsi üçün təxminən bir ay hazırlıq görülmüşdü. Hədəf Cənubi Neqevi İordaniya təhlükəsindən qorumaq idi. İMQ əraziyə daxil olduqdan sonra hər hansısa müqavimətlə qarşılaşmadılar. Yol və onun ətrafı BMT-nin bölünmə planına görə onsuzda İsrail ərazi hesab edilirdi. Ona görə bu əməliyyat işğaldan daha çox, öz suverenliyini təmin etmək üçün həyata keçirilmişdi. Əməliyyatda Qolani, Neqev və Alexandroni alayları ilə yanaşı bir sıra xırda donanma və birliklər də iştirak etmişdir. 10 martda İsrail qüvvələri Neqevin cənubunu mühafizə altına aldıqdan sonra Fələstinin cənub qurtaracağına – Qırmızı dənizin sahilindəki Umm Raşraşa çatdılar. Oranı döyüşsüz ələ keçirən İsrail əsgərləri məntəqədən əldə düzəldilmə İsrail bayrağı asdılar. 16:00 10 martda bayraq asılması müharibənin sonu hesab edilir. Britaniya–İsrail hava döyüşləri Müharibə davam etdikcə İsrail qüvvələri Sinaya daxil olurdular. Bu vaxtdan etibarən Böyük Britaniya hərbi hava qüvvələrinə məxsus təyyarələr demək olar ki, hər gün İsrail hərbi bazaları üzərindən kəşfiyyat uçuşları həyata keçirirdilər. Böyük Britaniya Kraliyyət Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Misir bazalarından havaya qalxır, bəzən isə elə Misir təyyarələri ilə birgə uçurdu. Yüksək uçuş qabiliyyətinə malik Britaniya təyyarələri israillilər tərəfindən "şuftikeyt" adlandırılırdı.20 noyabr 1948-ci ildə Böyük Britaniyaya məxsus silahsız kəşfiyyat təyyarəsi Cəlilədən Hatzor bazasına uçarkən İsrail təyyarəsi tərəfindən vuruldu. İsrail təyyarəsini idarə edən amerikalı könüllü Ueyn Piyk adlı pilot idi. Böyük Britaniya təyyarəsində olan iki hərbçinin ikisi də həlak oldu. 1949-cu ilin 7 yanvarında 4 Spitfire markalı Britaniya təyyarəsi hərəkət halında olan İsrail konvoyu üzərində kəşfiyyat uçuşları edirdi. Bu konvoy 15 dəqiqə əvvəl 5 Misir təyyarəsinin hücumuna məruz qalmışdı. Qalxan tüstünü görən britaniyalı pilotlar isə ora uçmuşdular. Yerdəki İsrail əsgərləri isə gələn Britaniya təyyarələrini yenidən hücuma keçən Misir təyyarələri zənn edərək 1-i vurmuşdular. Qaçmağa çalışan digər təyyarələr isə İsrail pilotları tərəfindən vurulmuşdu. Bu təyyarələri vuranlar isə amerikalı və kanadalı könüllülər olan Slik Qudlin və Con Makelroy idilər. Bu hücum zamanı 1 pilot öldü. Digər iki pilot isə Təl-Əvivə sorğu-sual edilmək üçün aparıldı və sonradan azad edildi. 1 pilot isə bədəvilərin əlinə keçdi və onlar onu Misir ordusuna təslim etdilər. Sonrakı gün Böyük Britaniya Kraliyyət Hərbi Hava Qüvvələrinin 4 təyyarəsi vurulan təyyarələri axtatarkən yenidən İsrail qüvvələri tərəfindən hücuma məruz qaldılar. Ezer Vaytsmanın rəhbərlik etdiyi İsrail qüvvələri Britaniya təyyarələrinə böyük ziyan vurdular və birini düşürə bildilər. Döyüş britaniyalıların daha da yaxşı tanınmaları üçün qanadlarını açmalarından sonra dayandı. Ezer Veizmann vəziyyətin ciddiliyini dərk etdi və geri çəkilmə əmri verdi. Beləliklə, İsrail hava qüvvələri Hatzor hava bazasına geri döndülər. Bu döyüşdən dərhal sonra İsrail baş naziri David Ben Qurion Britaniya döyüş təyyarələrinin qalıqlarını İsrail ərazisinə gətirilməsini və gizlədilməsini əmr etmişdi. Bundan sonra İsrail ordusu nümayəndələri döyüş yerini ziyarət etdilər və təyyarələrin qalıqlarını basdırdılar. Lakin onlar bunu edənə qədər artıq Britaniya kəşfiyyat təyyarələri təyyarə qalıqlarının fotolarını çəkmişdilər. Bu zaman ingilislər də döyüşdə itkin düşənlərin axtarılması üçün qrup göndərdi. Vurulan təyyarələrdən ikisi Misir ərazisində tapılsa da, döyüşdə öldürülən Tattersfildin təyyarəsi Nirimin 4 km şimalından, yəni İsrail sərhədlərindən 4 mil içəridən tapıldı. Yerli ərəblərlə söhbət zamanı da israillilərin bura gələrək qəza yerlərini təmizlədiyi və təyyarə qalıqlarını basdırdıqları bəlli oldu. Tattersfildin nəşi ilk öncə döyüş sahəsində dəfn edilmişdi, lakin sonradan oradan çıxarılaraq Ramladakı Böyük Britaniya Müharibə Qəbirstanlığında dəfn edildi. Cavab olaraq Kraliyyət Hava Qüvvələri (KHQ) İsrail Hərbi Hava Qüvvələrinə (İHHQ) hücum etmək üçün bütün hərbi hava qüvvələrini hazır vəziyyətə gətirdi. Orta Şərqdəki Britaniya orduları yüksək hazırlıq səviyyəsinə gətirildi, bütün məzuniyyətlər ləğv edildi və Britaniya vətəndaşlarına İsraili tərk etmək məsləhət görüldü. Hatzor hava bazasındakı pilotlar arasında ümumi fikir belə idi ki, Böyük Britaniya 5 təyyarəsinin vurulmasını və 2 pilotunun öldürülməsini sakit qarşılamayacaq. Həm də bunu düşünən hərbçilərin əksəriyyəti II Dünya müharibəsi zamanı KHQ-də döyüşmüş yəhudilər idi. Sübh tezdən Böyük Britaniyanın cavab hücumu edəcəyi gözlənilirdi, buna görə də Hatzor hava bazasındakı əksər zabitlər müqavimət göstərməmək qərarı vermişdilər və onlar sübh tezdən bazanı tərk etməyə başladılar. Bəziləri isə müqavimət göstərəcəklərini bildirirdilər. Lakin bütün gözlənilənlərin və döyüşdə iştirak etmiş birliklərin təzyiqinə baxmayaraq, Böyük Britaniya baş qərərgahı hücum etməmə barədə əmr verdi. Həmin günlərdə çıxan direktivlə KHQ-nə əmr edilirdi ki, İordaniya və Misir hava sərhədinə daxil olan İsrail təyyarələrini dərhal vursunlar, amma eyni zamanda İsrail sərhədinə yaxın yerlərdə fəaliyyət göstərmələri də qadağan edilirdi.Müharibənin sonlarında Britaniya Xarici İşlər Nazirliyi İsraildən öldürülmüş hərbçilərə və məhv edilmiş texnikaya görə kompensasiya tələb etdi. BMT-nin 194 nömrəli qətnaməsi 1948-ci ilin dekabrında BMT Baş Assambleyasında 194 saylı qətnamə qəbul edildi. Bu qətnamə BMT Uzlaşdırma Komissiyasını İsrail və ərəb dövlətləri arasında sülhə nail olmağa çağırırdı. Qətnamənin qərarları heç vaxt tam olaraq qüvvəyə minmədi, bəzi maddələr İsrail, bəziləri isə ərəblər tərəfindən rədd edildi və ya münaqişənin gedişatı fonunda unuduldu. Ərəb ölkələri İsrail ilə atəşkəs müqaviləsi imzalamış olsalar da, sülh müqaviləsi imzalamağa yanaşmamışdırlar. Qəti sülhün bərqərar olmaması isə gələcəkdəki müharibələrə əsas yaratmışdır. Atəşkəs müqavilələrinin bir digər nəticəsi isə, İsrailin BMT üzvlüyünə qəbul edilməsidir. BMT Baş Assambleyasının 11 may 1949-cu il tarixli və 273 saylı qərarı ilə İsrail BMT üzvlüyünə qəbul edilmişdir.Bu atəşkəs müqavilələri ilə Fələstin məsələsi həll edilmirdi, I Ərəb-İsrail müharibəsi isə sonlanırdı. Müharibədən qazanclı çıxan tərəf İsrail idi. İordaniya xaric, digər ərəb dövlətlərini döyüşdə məğlub edən İsrail bu müharibədən torpaqlarını daha da genişləndirərək çıxırdı. 29 noyabr 1947-ci il tarixli BMT-nin bölünmə qərarı ilə yəhudilərə verilən torpağın miqdarını göstərən rəqəmlər bir-birindən fərqlidir. Əksər mənbələrə görə, bu 5,6 kvadrat mil olmuşdur. Müharibədən sonra İsrail bu torpaqlara 2.500 kvadrat mil də əlavə etmişdir. Bəzi mənbələrə görə isə Fələstinin 10.000 kvadrat millik (26.000 km²) torpağından 6.000 kvadrat mili (15.500 km²) BMT qərarına əsasən İsrailə verilmişdir. Müharibədən sonra isə İsrail bu miqdarı 8.000 kvadrat milə (20.500 km²) qaldırmışdır. Bu isə bütün Fələstin torpaqlarının 77 faizi deməkdir.Fələstin Komissiyasında ərəblərin 29 avqust 1949-cu ildə irəli sürdükləri iddiaya görə, BMT-nin bölünmə qərarı yəhudilərə 14.700 km² torpaq vermişkən, yəhudilər bu miqdara müharibədən sonra 17.000 km² da əlavə etmişdirlər. Fələstindəki yəhudi sayı 1914-də 85000, 1943-də 539000, 1946-da 608000 ikən, bölünmə planı zamanı 650000 olmuş və atəşkəsin imzalandığı 1949-cu ilin sonunda 758.000-ə çatmışdır. Atəşkəs müqavilələri İsrail-Misir atəşkəs danışıqları 12 yanvar 1949-cu ildə Rodosda BMT nümayəndəsi Ralf Bunçenin təşkilatçılığı ilə başladı. 42 gün davam edən müzakirələrdən sonra 12 maddəlik İsrail-Misir ümumi atəşkəs müqaviləsi (ing. General Armistice Agreement) 24 fevral 1949-cu ildə imzalandı.Bu müqaviləyə görə tərəflər atəşkəs müddətində heç bir hərbi və siyasi üstünlük təmin etməyə çalışmayacaqlar, quruda, havada və dənizdə heç bir hücum hərəkəti etməyəcəkdilər. Həmçinin bu müqavilənin maddələri tərəflərin Fələstin məsələsinin həlli ilə bağlı mövqeyinə heç bir formada təsir etməyəcək, atəşkəs sərhədi də tərəflər arasındakı siyasi sərhəd və torpaq sərhədi olaraq bilinməyəcəkdi. Müqavilənin bu maddələri digər ərəb dövlətləri ilə imzalanan bütün atəşkəs razılaşmalarının mətnində də yer almışdır. Bu müqavilə ilə Qəzzə bölgəsi Misirə buraxılırdı. Bununla da, Qəzzə uzunluğu 25 mil, genişliyi 3,5–5,5 mil arasında dəyişən keçid formasına düşürdü. Misir 135 kvadrat mil ərazi qazanırdı. Lakin Qəzzənin bəzi kəndləri və bəzi kəndlərinin əkin sahələri İsrail tərəfində qalmışdı. Bu sərhədlərin yenidən çəkilməsi ilə birlikdə, Qəzzənin normalda təxminən 70.000 olan əhalisi Fələstinin digər yerlərindən gələn qaçqınların hesabına 200.000-ə qədər artdı. Misir bu qaçqınları öz əhalisindən ayrı tutmaq üçün Qəzzəyə yerləşdirmişdi. Bundan sonra müxtəlif ərəb dövlətləri fələstinli qaçqınları İsrailə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəkdir. Bu müqaviləyə görə Misir-İsrail sərhədindəki əl-Avca bölgəsi hərbsizləşdirilmiş bölgə elan edilirdi. Livan İsrail ilə müharibəyə istəkli olmadan qatılmışdı. Bunun da səbəbi Livanın müxtəlif din və məzhəb topluluqlarından meydana gəlməsi və bunların hər birinin Fələstin məsələsinə fərqli mövqedən baxması idi. Buna görə də, Livan müharibəyə kiçik qüvvə ilə qatılmış və 10 ölü, 20 yaralı ilə müharibəni sonlandırmışdı. Buna görə də Misirdən dərhal sonra İsrail ilə ikinci atışkəs müqaviləsni 23 mart 1949-cu ildə Ras Nakurada Livan imzaladı. Bu müqavilə ilə İsrail-Livan sərhədi əvvəlki kimi qalırdı. Yalnız bu sərhəd hərbsizləşdirilirdi və hər iki tərəf bu bölgədə 1500-dən çox əsgər saxlaya bilməzdi.Bu atəşkəs razılaşmasından əvvəl Qüdsdəki İsrail qüvvələri ilə İordaniyanın Ərəb legionu arasında 30 noyabr 1948-ci il tarixli atəşkəs razılaşması imzalanmışdı. 1 dekabrda isə 2000 fələstinli nümayəndənin qatıldığı Ceriço konqresi keçirildi. Bu konqresdə Fələstin torpaqlarının İordaniya ilə birləşdirilməsinə və Kral Abdullahın da bütün Fələstinin kralı elan edilməsi qərara alındı. İordaniya hökuməti bu qərarı 7 dekabrda, İordaniya parlamenti isə 13 dekabrda təsdiq etdi. 20 dekabrda Qüds müftiliyinə Hacı Əmin əl-Hüseyninin yerinə ona müxalif şəxslərdən biri təyin edildi. Kral Abdullah 20 dekabr günü Ammanda verdiyi müsahibədə isə Fələstin məsələsinin yəhudilərlə sülh şərtləri altında həll edilməsinin vaxtının gəlib çatdığını bildirdi.Digər tərəfən İordaniyanın əlinə keçən Fələstin torpaqlarının ilhaqına İordaniya parlamenti 24 aprel 1950-ci ildə qərar vermişdi. Bu hadisələrə görə İsrail-İordaniya atəşkəs danışıqları 2 mart 1949-cu ildə Rodosda başladı. Danışıqlar çətin gedirdi. Cənubda Araba vadisi ilə Ölü dənizin şimalındakı İsrail-İordaniya sərhədi başlıca mübahisə mövzusu oldu. Bu uyuşmazlıqlar İsrail XİN rəhbəri Reuven Şiloahla polkovnik Moşe Dayanın gizlicə İordaniyaya gedib kralla görüşməsindən sonra öz həllini tapdı. Kral İsrailin demək olar ki, bütün istəklərini qəbul etdi. Bircə Hebron bölgəsində ona kiçik güzəşt edildi. Bundan sonra, 3 aprel 1949-cu ildə müqavilə imzalandı.Bu razılaşma ilə İordaniya bu gün İsrailin nəzarətində olan və Qərbi Şəria deyilən 2.2000 kvadrat millik torpaq hissəsini nəzarətinə götürmüşdü. Müharibədən torpaq əldə etmək baxımından İsraildən sonra ən xeyirli çıxan tərəf İordaniya olmuşdu. Digər tərəfdən bu müqavilə ilə Qüds şəhəri şimal-şərq və cənub-qərb istiqmaətində xəttlə bölünürdü. Yeni Qüds (yəni Qərbi Qüds) İsrail tərəfində, Köhnə Qüds (yəni Şərqi Qüds) də İordaniya tərəfində qalırdı. Bu bölünmə ilə Qüdsün böyük bir hissəsi İsrailə, kiçik bir hissəsi isə İordaniyaya keçirdi. Lakin müqəddəs yerlərin böyük hissəsi İordaniya ərazisində qalmışdı. İsrail-Suriya atəşkəs müqaviləsi Suriyanın daxilində baş verən hadisələrə görə ən son imzalanan müqavilə olmuşdur. Suriyada 1943 və 1947-ci illər seçkilərini qazanan Milli Blok hökuməti İsrailə qarşı uğurlu müharibə apara bilməmişdi. Müharibədəki uğursuzluqlardan sonra Dəməşq, Hələb, Hüms və Həmada tələbə etirazları başladı. Buna iqtisadi sıxıntılar da əlavə edilincə 23 avqust 1948-ci ildə qurulan Cəmil Mardam hökuməti 1 dekabr 1948-ci ildə istefa verdi. Yeni kabinet Xalid əl-Azmin rəhbərliyi altında 17 dekabrda köhnə baş nazirlərdən və tərəfsiz dövlət xadimlərindən ibarət şəxslərdən quruldu. Yeni baş nazir 28 dekabrda parlamentdə etdiyi çıxışında Fələstinin qurtarılmasının əsas məqsəd olduğunu, Fələstinin bölünməsini və yəhudi dövlətinin qurulmasını qəbul etməyəcəklərini bildirdi.Lakin reallıqda işlər xeyli fərqli oldu. Xalid əl-Azm baş qərərgah rəisliyinə Osmanlı ordusunda yetişmiş polkovnik Hüsnü Zaimi gətirmişdi. Hüsnü Zaim xalqın özünə olan rəğbətindən istifadə edərək 30 mart 1949-cu hərbi çevriliş ilə hakimiyyəti ələ keçirdi. Buna görə İsrail-Suriya atəşkəs müqaviləsi üçün danışıqlar 12 aprel 1949-cu ildə başladı. Görüşmələr torpaq anlaşmazlığına görə 17 mayda kəsilsə də, 5 iyuldan yenidən başladı və 20 iyul 1949-cu ildə atəşkəs razılaşması imzalandı. Bu razılaşma ilə İsrail-Suriya sərhədi əvvəlki Fələstin-Suriya sərhədi oldu. Həmçinin sərhədin hər iki tərəfi hərbsizləşdirilmiş elan edildi. İsrailə müharibə elan edən İraq və Səudiyyə Ərəbistanı İsrail ilə sərhədləri olmadığına görə atəşkəs müqaviləsi imzalamadılar. Lakin Səudiyyə Ərəbistan BMT vasitəçisinin 30 yanvar 1949-cu ildə etdiyi atəşkəs müraciətindən sonra atəşkəsi qəbul etdiyini bildirdi. İraq isə digər ərəb dövlətlərinin imzalayacağı müqavilələri özünün də qəbul edəcəyini bildirdi. Müharibədə İsrail tərəfi 6373 nəfər itki vermişdi. Bu onun ümumi əhalisinin 1 faizini təşkil edirdi. Onlardan 4.000-i hərbçi, 2.000-i isə mülki əhali idi. Ölənlərin 2000 nəfərini Holokostdan xilas olanlar təşkil edirdi. Ərəb dövlətlərinin canlı qüvvə itkisinin dəqiq sayı bilinmir. Bəzi mənbələrə görə, ərəblər ümumi 7.000 nəfər itki vermişdilər. Onlardan 3.000-i fələstinli, 2.000-i misirli, 1.000 iordaniyalı və 1.000 suriyalı olmuşdur. 1958-ci ildə fələstinli tarixçi Arif əl-Arifə görə ərəb orduları ümumilikdə 3700 nəfər itki vermişdilər. Onlardan 1161-i misirlərdən, 562 nəfəri isə iordaniyalardan olmuşdur. Tarixçi Henri Laurensə görə isə ərəblər İsraildən 2 dəfə çox itki vermişdilər. Onun hesablamalarına görə ərəblər ümumilikdə 13 min itki vermişdilər. Henriyə görə bunlardan 1953 nəfər döyüş zamanı öldürülmüşdür. Yerdə qalanlarının isə kimlikləri hələ də dəqiq olaraq müəyyən edilməmişdir. O, həmçinin iddia etmişdir ki, ərəblər tərəfdən ölənlərin çoxunu mülki əhali təşkil edirdi və onlar israillilərin uğurlu hərbi əməliyyatları zamanı öz həyatlarını itirmişdirlər. Demoqrafik nəticələr Fələstin ərəbləri Fələstin hələ mandatlıqda olarkən baş vermiş toqquşmalara və I Ərəb-israil müharibəsinə görə təxminən 750000 fələstinli ərəb öz evlərindən ya qovulmuş, ya da özü qaçmışdı. Böyük Britaniya mandatlığı zamanı Fələstində təxminən 1.200.000 ərəb yaşayırdı. 1951-ci ildə BMT-nin Barışıq Komissiyasının hesabına görə təxminən 711000 fələstinli qaçqın var idi. Bura İsrail daxilində qalan, lakin evini tərk etməyə məcbur qalmış insanlar daxil deyildi. Müharibə zamanı, xüsusən 1948-ci ildəki döyüşlər nəticəsində 400-dən çox ərəb, təxminən 10 ədəd yəhudi kəndi boşaldılmışdı. Müharibədən əvvəlki (1947) əhalinin siyahıyaalınmasına görə Fələstində 1.143.336 ərəb yaşayırdı. Müharibə nəticəsində nə qədər fələstinlinin evini tərk etməsi hələ də tarixçilər arasında mübahisəlidir. Müharibədən sonra 156000 ərəb İsraildə qaldı və vətəndaş oldu. Evlərindən qovulmuş fələstinlilərə Fələstin qaçqınları deyilir və onların əksəriyyəti bütün ərəb dünyasına səpələnmiş formada qaçqın düşərgələrində yaşayırlar. BMT bu qaçqınlara yardım etmək üçün BMT Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyini (ing. United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East) qurmuşdur. Ərəb dövlətləri isə fələstinli qaçqınları tam olaraq mənimsəməmiş və onları xüsusi qaçqın düşərgələrində saxlamışdır. Hətta geri dönmək istəyənlərə icazə belə verilməmişdir.Qaçqın statusu onların övladlarına da keçir və İordaniya istisna olmaqla, heç bir ərəb dövlətində fələstinli qaçqınlara vətəndaş statusu verilmir.. Ərəb Liqası üzv dövlətlərə məsləhət görür ki, öz kimliklərini itirməmək və gələcəkdə öz yurdlarına dönmələri üçün fələstinlilərə vətəndaşlıq verilməsin. 1.4 milyondan çox fələstinli hələ də 58 qaçqın düşərgəsində yaşayır. 5 milyondan çox fələstinli isə İsraildən və Fələstin regionundan uzaqda yaşayır.Ərəb-İsrail münasibətlərində Fələstin qaçqınları məsələsi əsas problem və debat mövzularından biridir. Fələstinlilər və onların tərəfdarları hər il 15 mayda "Nəqba günü"nü nümayişlərlə və mitinqlərlə qeyd edirlər. Nəqba sözünün ərəbcədən tərcüməsi fəlakət deməkdir. Ərəblər İsrailin dövlət kimi elan edilməsini və ardıyca baş verən hadisələri fəlakət kimi qiymətləndirdiklərinə görə bu günə belə bir ad vermişdirlər. Bu günün qeyd edilməsinə qoşulan insan sayı müxtəlif vaxtlarda dəyişmişdir. 2000-ci il Kemp Devid sammitinin uğursuzluqla nəticələnməsindən sonra İkinci İntifada zamanı Nəqba günündə İsrail əleyhinə nümayişlər xeyli artmışdı. 1948-ci il döyüşləri zamanı keçmiş mandatlığın ərəblər üstün olan yerlərindən təxminən 10.000 yəhudi başqa yerə köçməyə məcbur qaldı. Lakin bundan 3 il sonra 1951-ci ildə İsraildə 700,000 yəhudi məskunlaşmışdı və onlar əsasən ərəblərlə sərhəd boyunca və ya ərəb torpaqlarında məkən salmışdılar. Buradakı yəhudilərin sayı təxminən 2 dəfə artmışdı. Yeni gələnlərin 300 mini Asiyadan və Şimali Afrika ölkələrindən gəlmişdi. Onlardan ən böyük qrup İraqdan gələn qrup idi. Onların sayı 100 mindən çox idi. 136.000–250.000 nəfər isə II Dünya müharibəsindən sonra qaçqın düşərgələrini və Almaniya, Avstriya və İtaliyadakı şəhərləri tərk edərək gəlmişdi. Şərqi Avropadan isə 270 min yəhudi qaçqını İsrailə gəlmişdi. Buradan ən çox qaçqın gələn ölkələr isə hərəsinə 100.000 nəfər göstərici ilə Rumıniya və Polşa idi. İsrail dövlətinin yaradılmasından sonra qarşıya qoyulmuş əsas məsələlərdən biri də Orta Şərqdən və Avropadan İsrailə yeni yəhudi köçlərini təmin etmək idi. Bu vəzifə Mossad Le Aliyah Betə tapşırılmışdı. David Ben Quriona görə İsrail dövlətinin əsas zəifliyi onda idi ki, o, yəhudilərdən yoxsun idi. Ərəb və müsəlman ölkələrindən yəhudilər bir neçə səbəbə görə köç etməyə məcbur oldular. Müharibə ərəb ölkələrindəki ərəblərin yəhudilərə qarşı olan düşmənliyini daha da artırmışdı. Yəhudilərin qələbə qazanması xəbəri Liviya və Yəməndə böyük narazılıqla qarşılanmışdı. Sionistlər isə bütün ölkələrdə yəhudilərin İsrailə köç etməsi ilə bağlı təbliğat aparırdılar. Onlara daha yaxşı iqtisadi şərait və təhlükəsizlik vəd olunurdu. Misir kimi bəzi ərəb dövlətləri isə yəhudiləri köç etməyə qoymadılar və əsir saxlamağa başladılar. Yəhudilərin İsrailə kütləvi şəkildə köçməsinin səbəbi ondan ibarət idi ki, onların yaşadıqları ərəb ölkələri iqtisadi baxımdan çox zəif, siyasi baxımdan isə çox qeyri-sabit idilər. Bütün bunların nəticəsində 3 onillik ərzində ərəb ölkələrindən 800.000–1.000.000 yəhudi köç etdi. Onların 680.000-i İsrailə köçdü. Yerdə qalanların əksəriyyəti isə Avropa (xüsusən Fransa) və ABŞ-də məskunlaşdı. İsrail başlanğıcda miqrant yəhudiləri Yəhudi Agentliyinin çadır düşərgələrində yerləşdirdi. 1950-ci ildə isə həmin qaçqınların vəziyyəti bir qədər yaxşılaşdırıldı. Onlar çadırlardan evlərə (Maabarot) köçürüldülər. 1950-ci illərin sonundan etibarən isə bu müvəqqəti evlərdə ləğv edilməyə başlandı. Sonun müvəqqəti ev düşərgəsi 1963-cü ildə ləğv edildi. Burada yaşayanlar isə yeni yaradılmış qəsəbələrə köçürüldülər.Salınan qəsəbələrin əksəriyyəti sonradan şəhərə çevrildilər. Bəzi yəhudi qaçqınlar Fələstini tərk etmiş fələstinlilərin evlərində yerləşdirilmişdilər. Ərəb və müsəlman ölkələrindən gələn bəzi yəhudilər İsraildə moşavim (korperativ fermer kəndləri) qurmaq istəyirdilər. Lakin bu təşəbbüs tam olaraq uğurlu olmadı. Çünki bəzi yəhudilərin ənənəvi peşəsi dülgərlik və tacirlik idi və onlar kənd təsərrüfatından heç nə anlamırdılar. Sonrakı hadisələr və təsirləri Ərəb–İsrail müharibəsi (1948) ərəblərlə İsrail arasında olan problemləri həll etmədi, əksinə mövcud problemlərin üstünə yeniləri də əlavə edildi. Artıq BMT-nin bölünmə planı əsasında Fələstin torpaqlarında Fələstin ərəb dövləti qurmaq mümkün deyildi. Çünki bunun üçün nəzərdə tutulmuş torpaqların böyük bir hissəsi İsrail tərəfindən ələ keçirilmişdi, yerdə qalan torpaqlar isə digər ərəb dövlətlərinin nəzarətinə keçmişdi. İsrail bəzən dövlət kimi ərəblər tərəfindən tanınmasından sonra ələ keçirdiyi torpaqları boşalda biləcəyini bildirsə də, onun bu təklifi ərəblər tərəfindən rədd edilmişdi. Beləliklə, bu müharibə gələcəkdə ərəblərlə İsrail arasında baş verəcək müharibələrin əsasını qoydu. Qaçqınlar məsələsi BMT Baş Assambleyasının İsraili üzvlüyı qəbul edərkən bəhs etdiyi 29 noyabr 1947 və 11 dekabr 1948 tarixli qərarların tətbiqində iki mühim məsələ qalırdı. Torpaq məsələsi atəşkəs razılaşmaları ilə müvəqqəti də olsa həll edilsə də, qaçqınlar və Qüds məsələləri hələ də həll edilməmiş qalırdı. Bu müharibə hal-hazırda da davam edən qaçqınlar və ya Fələstin qaçqınları məsələsini ortaya çıxardı. Bir tərəfdən müharibə ilə birlikdə yəhudilərin intiqamından qorxaraq qaçmaq surətilə, digər tərəfdən ərəb komandirlərin döyüş meydanlarını boşaltmalarını istəmələri səbəbilə 100 minlərlə Fələstin ərəbi yerlərini, yurdlarını tərk edərək ya qonşu ərəb ölkələrinə ya da ərəblərin çoxluq təşkil etdiyi Fələstin şəhərlərinə sığınmışdılar. Qaçqınların dəqiq sayı bilinmir, təxminən 500 min ilə 1 milyon arasında olduğu güman edilir. Yəhudilər isə Fələstini tərk edən ərəblərin sayını 627.000–633.000 olaraq göstərirlər. Vasitəçi Kont Bernadotte öldürülmədən iki gün əvvəl 16 sentyabr 1948-də göndərdiyi son hesabatında Fələstin qaçqınlarının sayını 360 min olaraq təxmin etmişsə də, özündən sonrakı vasitəçi Ralf Bunçe 18 oktyabr 1948 tarixli hesabatında bu sayın az olduğunu bildirirdi və son həftələrdə qaçqın sayının artaraq 500 minə çatmış olduğunu bildirirdi.Fələstin Barışıq Komissiyasının 22 iyun 1949 tarixli hesabatında Fələstin qaçqınlarının sayını 900.000–1.000.000 olaraq təxmin edərkən, 1949-cu ilin avqustunda etdiyi açıqlamada mütəxəsislərin etdiyi incələmərə dayanaraq bu sayı 711.600 olaraq vermişdir. Barışıq Komissiyası 1949 noyabrda qaçqınların sayını 757.000 civarında təxmin edirdi.Halbuki BMT tərəfindən qurulan Fələstin Qaçqınlarına Yardım Təşkilatı 1949-cu ilin noyabrında 940.000 ərəb qaçqına kömək etməkdə idi. Bu miqdarın ölkələr üzrə paylaşımı belə idi: Livan 127.000, Suriya 78.200, İordaniya 94.000, Fələstinin ərəb hissəsi 357.400, İsrail 37.600 və Qəzzə keçidi 245.000. Qaçqınlar məsələsi ilk olaraq 1948 avqustunda Təhlükəsizlik Şurasında müzakirə edildi. Bir neçə gün müzakirə edilsə də, heç bir qərar qəbul edilmədi. Ərəb ölkələri bu qaçqınların evlərinə və yurdlarına dönmələrinin təmin edilməsində israr edərkən, Sovet nümayəndəsi qaçqınlar məsələsinin yükünün ABŞ, İngiltərə və ərəb ölkələri tərəfindən paylaşılması gərəkdiyini, çünki Baş Assambleyanın 29 noyabr 1947-ci il tarixli bölünmə planını bu ölkələrin sabotaj etməyə çalışdığını dedi. Fələstin qaçqınları məsələsinin ciddiyətini ilk dəfə vasitəçi Bernadotte 16 sentyabr 1948-ci il tarixli hesabatında vurğulamış və Baş Assambleyadan təcili tədbir görülməsini, qaçqınlara yardım edilməsini və onların İsrail əlinə keçmiş torpaqlarına dönmələrinin təmin edilməsini istəmişdir.Bundan sonra Baş Assambleya qaçqınlar məsələsini 24 sentyabr 1948-ci il tarixli iclasında da müzakirə edərək məsələni Üçüncü Komitəyə həvalə etdi. Üçüncü Komitənin fəaliyyəti bir ay yarımdan çox davam etdi. Buradakı müzakirələrdə Sovet İttifaqı, Polşa və Belorusiya kimi dövlətlər qaçqınlar məsələsinin sadəcə insani və yardım baxımından müzakirəsinə qarşı çıxıb, məsələnin eyni zamanda siyasi çərçivədə də müzakirəsini istədilər. Nəticədə Üçüncü Komitənin hazırlamış olduğu qərar 19 noyabr 1948-ci ildə 212 saylı Baş Assambleya qərarı olaraq səs birliyi ilə qəbul edildi.Qərarda Fələstin qaçqınlarına 1 dekabr 1948-ci ildən 31 avqust 1949-cu ilə qədərki dövr üçün 29.500.000 dollarlıq yardım edilməsi nəzərdə tutulurdu. Bundan əlavə bütün üzv dövlətlərə, Dünya Səhiyyə Təşkilatı, Qida və Turizm Təşkilatı, Beynəlxalq Qaçqınlar Təşkilatı və UNİCEF kimi quruluşlar da yardıma çağırılırdı. Baş Assambleya 11 dekabr 1948-ci il tarixli və 194 saylı qətnaməsi ilə Fələstin Barışıq Komissiyasını qurarkən qərarın XI fəslində də vətənlərinə dönüb qonşuları ilə sülh içində yaşamaq istəyən qaçqınların yurdlarına dönmələrinin təmin edilməsini, dönmək istəməyənlərin də maddi itkilərinin hüquq çərçivəsində əlaqəli hökumətlər və ya şəxslər tərəfindən təmin edilməsini Barışıq Komissiyasına vəzifə olaraq verməkdə idi. Hələ İsrailin BMT üzvlüyü məsələsi Baş Assambleyada ad hoc komitədə müzakirə edildikdə Livan nümayəndəsi məsələnin müzakirəsinə keçməmişdən əvvəl İsrailin qaçqınların evlərinə dönmələrini qəbul etdiyini bildirməsini istədi. İsrail nümayəndəsi isə qaçqınlar məsələsinin ümumi sülh görüşmələrinin bir hissəsi olduğunu, ancaq o zaman müzakirə edilə biləcəyini bildirdi. Beləcə, İsrail qaçqınlar məsələsini ərəb ölkələrini sülhə məcbur etmək üçün istifadə etmək istəyirdi. Sonda komitə də Livanın təklifini rədd etdi. 1949-cu ilin may və iyul aylarında qaçqınlar məsələsi iki dəfə müzakirə edildi. İlk başlarda ərəblər geri dönmək istəyənlərin evlərinə yerləşməsinə İsrailin icazə verməyini istəyirdilərsə də, sonda fikir dəyişdirdilər. Onlar artıq ərəb qaçqınların yerləşməsi üçün Cəlilə bütünlüklə daxil olmaqla Neqevin onlara verilməsini və Fələstinin ərəb torpaqları ilə Hayfa limanı arasında koridor qurulmasını istədilər. İsrail isə cavabında bir qarış torpağı belə tərk etməyəcəyini bildirdi. İsrail isə başlanğıcda qaçqınlar məsələsinin həlli üçün əvvəlcə torpaq məsələsinin həllini, yəni sərhədlərin dəqiq olaraq müəyyən edilməsini şərt qoydu. Bu da ərəb ölkələrinin İsrail ilə sülh bağlamaları demək idi. Ərəblər bunu rədd etdi. Barışıq komissiyasının daha sonrakı iclaslarında İsrail geri qalan qaçqınları ərəb ölkələrinin qəbul etməsi şərti ilə 100.000 qaçqını qəbul edə biləcəyini, onsuz da torpaqlarında 160.000 ərəbin olduğunu, bununla da sərhədləri daxilindəki ərəb əhalinin 260.000-ə çıxacağını bildirdi. İsrailin digər şərti də beynəlxalq təşkilatların bu 100.000 qaçqının yerləşdirilməsinə yardım etməsi idi. Sonrakı müzakirələr zamanı İsrail yeni şərtlər də irəli sürdü. İsrailin şərtlərinə görə bu qaçqınlar İsrailin düşmənləri ilə təmas etməyəcəkdi və İsrailin inkişaf planlarına görə yerləşdiriləcəkdi. Ərəblər bu şərtlərin Baş Assambleyanın 11 dekabr 1948-ci il tarixli qətnaməsi ilə uyuşmadığını bildirdilər. İsrail həmçinin, Qəzzənin ona verilməsi şərtilə həm Qəzzənin öz əhalisini, həm də buradakı 250 min ərəb qaçqını İsrail vətəndaşlığına qəbul etməyi təklif etsə də, ərəblər bunu da rədd etdilər. Baş Assambleya 8 dekabr 1949-da 302 saylı qətnaməni qəbul etdi. Qətnamənin səsverməsi zamanı 47 ölkə lehinə vermiş, 6 ölkə isə bitərəf qalmışdı. Əleyhinə səs verən ölkə isə olmamışdı. Qətnamə 22 maddədən ibarət idi. Bu qərar ilə Fələstin qaçqınlarına 1 yanvar – 31 dekabr 1950-ci il tarixi üçün 33,700,000 dollarlıq yardım planlanarkən, İsrailə də qaçqınlar haqqındakı 11 dekabr 1948 tarixli qərarını xatırladırdı. İraq və Livanın istəyi ilə BMT Fələstin Qaçqınlarına Yardım Təşkilatı (ing. United Nations Relief and Works Agency for palestine Refugees) qurulurdu. Bu təşkilata kömək etmək üçün ABŞ, İngiltərə, Fransa və Türkiyə ilə qaçqınlara kömək edən iki ölkənin təmsilçilərindən meydana gələn Məsləhət Komissiyası (ing. Advisory Comission) qurulurdu. Bu arada ABŞ Senatı verdiyi qərarla prezident Trumenə Fələstin qaçqınlarına 16 milyon dollarlıq yardım etmə səlahiyyəti verdi. Həmçinin 1950-ci ildə təsdiqlənən xarici yardm proqramı ilə xarici ölkələrə verilməsi üçün nəzərdə tutulan 3.121.450.000 dollarlıq məbləğin 27.450.000 dolları Fələstin qaçqınları üçün nəzərdə tutulmuşdu. Komissiya üzvləri olan dövlətlər 1952-ci ilin iyununa qədər 66 milyon pul toplamışddı, yalnız bu pulun 41 milyonu Fələstin qaçqınlarına verilmişdi. 1951-ci ildə 881.991 nəfər, 1952-ci ildə isə 881.673 nəfər Fələstin qaçqını BMT yardımından istifadə edərdi. Baş Assambleyada 30 oktyabr 1952-dən 1953 30 iyuna qədərki dövr üçün 23 milyon dollarlıq yardım edilməsi ilə başlı qərar qəbul edildi. Maddi yardımlar barədə qərarlar verilsə də, bu yardımların heç biri Fələstin qaçqınlarının vətənlərinə dönmələrini təmin etmirdi. Qüds məsələsi Qüds şəhəri həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs şəhər idi. Buna görə də BMT-nin 29 noyabr 1947-ci il tarixli qərarının III hissəsi 14 maddədən ibarət olmaqla, Qüds məsələsinə həsr edilmişdi. Bu qərara görə Qüds üçün fərqli status planlaşdırılırdı. Qüds şəhəri beynəlxalq xüsusi rejim altından ayrıca varlıq – "corpus seperatum" olacaq və BMT tərəfindən idarə ediləcəkdi. Qərarda Qüds şəhərinin sərhədləri göstərildikdən sonra BMT-nin Vəsayət Şurasına 5 ay müddətində Qüdsün tabe olacağı ətraflı status hazırlama işi tapşırılır və bu statusun əsas prinsipləri də göstərilirdi. Şura 21 aprel 1948-ci ildə Qüds üçün 44 maddəlik status layihəsini qəbul etdi. Bu layihəyə görə Qüds hərbsizləşdirilmiş və tərəfsiz olub, ancaq daxili təhlükəsizliyi təmin etməyə yetəcək qədər polis qüvvəsi saxlaya biləcəkdi. Şəhər Şura tərəfindən təyin edilən canişin tərəfindən idarə ediləcəkdi. Canişin icraedici hakimiyyəti üzvləri özü tərəfindən seçilən İdarəetmə Şurası (ing. Council of administration) vasitəsilə yerinə yetirəcəkdi. Qanunverici hakimiyyət isə 40 nəəfərlik Qanunverici Şuraya veriləcəkdi. Şuranın 18 üzvü bu şəhərdə yaşayan ərəblərdən, 18 nəfəri yəhudilərdən seçiləcəkdi. 2 üzv isə nə yəhudi, nə də ərəb olacaqdı. Yerdə qalan 2 nəfər isə canişinin seçdiyi 6 nəfərdən 2-i olacaqdı. Bunları isə bütün Qüds əhalisi seçəcəkdi. Ərəbcə və ivritcə Qüdsdə rəsmi dil olacaqdı. Ərəb və yəhudi dövlətlərinin vətəndaşları Qüdsə sərbəst şəkildə girib-çıxa biləcəkdilər. Müqəddəs yerləri ziyarət də tamamən sərbəst olacaqdı. Bu layihənin qəbul edilməsindən 3 həftə sonra Ərəb-İsrail müharibəsi başladığı üçün layihə heç vaxt həyata keçirilmədi. BMT Qüds məsələsindən Fələstin üçün Barışıq Komissiyası quran Baş Assambleyanın 11 dekabr 1948 tarixli 194 saylı qətnaməsində bəhs etdi. Qətnamənin VII paraqrafı müqəddəs yerlərin sərbəstliyinə və qorunmasına aid idi. VIII paraqrafda Qüdsün sərhədlərini göstərdikdən sonra Barışıq Komissiyasına Qüdsün hərbsizləşdirilməsini və beynəlxalq hakimiyyətə verilməsini tapşırırdı. Barışıq Komissiyası 1949-cu il ərzində həm ərəblərlə, həm də İsraillə dəfələrlə görüşdü. Vəziyyəti çətinləşdirən isə Qüds şəhərinin ikiyə bölünməsi idi. Bu ərəbləri də iki yerə bölmüşdü. Çünki Qüdsün ərəblərə aid hissəsi İordaniyanın əlinə keçmişdi. Buna görə ərəb dövlətləri BMT-dəki Qüds müzakirələrində qaçqınlar məsələsinə üstünlük verirdilər. Barışıq Komissiyası 7 aprel 1949-da Təl-əvivdə İsrail baş naziri ilə keçirdiyi görüşdə Ben Qurion komissiyaya Qüdsdəki müqəddəs yerlərin beynəlxalq nəzarətə verə biləcəklərini bildirmişdi. Lakin bu müqəddəs yerlərə aid olmalı idi, bütün şəhərə isə bu aid edilmirdi. İordaniya kimi İsrail də Qüdsü əlindən çıxarmaq istəmirdi. 1949-cu ilin noyabr ayından sonra isə İsrail bu məsələdəki mövqeyini daha da sərtləşdirdi. Barışıq Komissiyası ərəb ölkələri və İsrail ilə bu görüşmələrindən sonra Qüds bölgəsi üçün Qalıcı Beynəlxalq Rejim (ing. Parmanent International Regime) layihəsi hazırladı və bu layihə 1 sentyabrda BMT-ə təqdim edildi. 25 maddəlik bu layihəyə görə Qüds bölgəsi yəhudi bölgəsi və ərəb bölgəsi deyə iki yerə ayrılır və bu xəritədə də göstərilirdi. Hər iki hissə də öz bələdiyyə xidmətlərini qurmaqda və icra etməkdə muxtariyyətə sahib olmaqla bərabər Qüds şəhərinin idarəsi BMT Baş Assambleyası tərəfindən seçilmiş Birləşmiş Millətlər Komissarına veriləcəkdi. Komissarın rəhbərliyində üzvləri ərəb və yəhudilərdən bərabər sayda seçilmiş və digər dinlərin də təmsil edildiyi ümumi şura ortaq məsələlərdə qərar verəcəkdi.Qüds şəhəri hərbsizləşdirilmiş və tərəfsiz hala gətirildiyi kimi Qüdsün hər iki tərəfinə olan köçlər də qadağan edilirdi. Barışıq Komissiyasının bu planı noyabrın sonu və dekabr ayında Baş Assambleyanın əvvəl ad hoc siyasi komitəsində, sonra da Baş Assambleyada müzakirə edildi. Lakin Qüdsün bölünməsini planladığı üçün heç də xoş qarşılanmadı. Müzakirədə İsrail nümayəndəsi İsrailin Qüdsdən çəkiləcəyi zaman bir çox xidmətlərin axsayacağını, beynəlxalq rejimin tətbiq etmənin qeyri-mümkün olduğunu və Baş Assambleyanın bu istiqamətdə qərar verəcəyi təqdirdə nəticənin rüsvayçı olacağını bildirdi. İordaniya nümayəndəsi də Qüdsün beynəlxalq rejim altına qoyulmasının ölkəsinin təhlükəsizliyinə, bütövlüyünə və mənfəətinə zərərli olacağını bildirərək bu plana qarşı çıxdı. İraq nümayəndəsi Qüdsün Fələstin Ərəb dövləti içində ərəb şəhəri olaraq qalmalı olduğunu bildirdi. Lakin faktiki vəziyyəti də nəzərə alaraq bu planı dətəklədiyini bildirdi. Suriya da bu planı dəstəklədi və Qüdsün İordaniya-İsrail hakimiyyətindən azad edilməsinin vacibliyini bildirdi. Barışıq Komissiyasının Qüds planı İngiltərə və ABŞ tərəfindən dəstəklənmişdi. Nəticədə Baş Assambleya komissiyanın təkliflərini bir kənara atdı və 9 dekabr 1949-cu ildə 330 saylı qətnaməni qəbul etdi. Bu qətnamə ilə "corpus separatum" prinsipini, yəni Qüdsə beynəlxalq status verilməsini mənimsədi və Vəsayət Şurasına 29 noyabr 1947-ci il tarixli bölünmə qərarında Qüds üçün planlanan statusu hazırlama tapşırığı verdi.Vəsayət Şurası bu tapşırıq üzərində işləməyə 13 dekabr 1949-da başladı. 19 dekabr tarixli qərarında da şura sədrindən Qüdsün planlanan statusu üçün hesabat hazırlamasını istədi. Vəsayət Şurası 20 dekabr 1949-da aldığı qərarda İsrailin bəzi hökumət orqan və dairələrini Qüdsə köçürməklə Qüdsün beynəlxalq statusunun tətbiqatını çətinləşdirildiyini bildirərək, İsrail hökumətindən bu tədbirləri geri almasını və Baş Assambleya qərarlarının tətbiqini çətinləşdirəcək hərəkətlərdən qaçınmağını istədi. Bu xəbərdarlığa baxmayaraq, 23 yanvar 1950-ci ildə İsrail parlamenti Qüdsdə toplanaraq Qüdsü İsrailin paytaxtı elan etdilər. Digər tərəfdən Vəsayət Şurası 4 aprel 1950-ci ildə aldığı qərarla daha əvvəl 21 aprel 1948-də hazırlamış olduğu status layihəsini bir-iki kiçik dəyişikliklə qəbul etdi. Lakin bütün bunlardan heç bir nəticə çıxmadı və Qüds mübahisələri bundan sonra da davam etdi. Tarixşünaslıq Müharibədən sonra 1948-ci il hadisələri ərəb və yəhudi tarixçilər tərəfindən müxtəlif cür təqdim edilmişdir. Əsas mübahisəli məsələlər orduların təchizat problemləri, sayları və Fələstin ərəblərinin qaçqınlığı ilə nəticələnən hadisələrdir. Lakin əsasən qəbul edilir ki, ərəblərin öz evlərini tərk etməsi ərəb komandanların təlimatları əsasında baş vermişdir.1980-ci ildən etibarən ərəb dövlətlərində və İsraildə dövlət arxivlərinin açılması müharibəylə bağlı yeni informasiyaların meydana çıxmasına səbəb oldu. Tarixçiləri əsas maraqlandıran hadisələr İordaniya kralı I Abdullahın müharibədəki rolu, ərəblərin müharibədəki məqsədi, Britaniya hokumətinin məqsədi və fələstinli ərəblərin qaçqınlığı məsələsidir. Bütün bunlar tarixçilər tərəfindən müxtəlif cür şərh edilir. Bu məsələlərdən bəziləri günümüzdə də bu məsələni araşdıran tarixçilərin və şərhçilərin əsas müzakirə mövzularıdır. Həmçinin bax Ərəb-İsrail müharibələri Altı günlük müharibə Yom Kippur müharibəsi George E. Kırk. The Middle East in the War (1939–1946). Nyu-York, "Oxford University Press", 1953. 511 səh. Fahir Armaoğlu. Filistin meselesi ve Arab-İsrail savaşları. İstanbul, "İş Bankası Kültür Yayınları", 1989. 580 səh. Michael J. Cohen. Palestine and the Great Powers, 1945–1948. Princeton, "Princeton University Press", 2016. 434 səh. Kenneth Ray Bain. The March to Zion. Texas, "A and M Press", 2000. 434 səh. Harry S. Truman. Years of Trial and Hope, 1946–1952. "Signet", 1956. 543 Benny Morris. The Birth of the Palestinian Refugee Problem Revisited. Kembric, "Cambridge University Press", 2004. 642 səh. Benny Morris. 1948: The First Arab-Israeli War. Nyu-Haven, "Yale University Press", 2008. 544 səh. United Nations. Yearbook of the United States, 1947–48. Nyu-York, "Office of Public Information United Nations". United Nations. Yearbook of the United States, 1948–49. Nyu-York, "Office of Public Information United Nations". Xarici keçidlər One of last surviving founders of IAF recalls mission that stopped Egypt from advancing on Tel Aviv. Pictorial History: Air Force Volunteers. Overview of The 1948 Israeli War of Independence (documentary) — YouTube Video footage of the Israeli Independence War — YouTube About the War of Independence United Nations: System on the Question of Palestine Arxivləşdirilib 2002-08-15 at the Wayback Machine Summary of Arab-Israeli wars History of Palestine, Israel and the Israeli-Palestinian Conflict Palestinian viewpoint concerning the context of the 1948 war at the Library of Congress Web Archives (archived 2002-09-13) The BBC on the UN Partition Plan The BBC on the Formation of Israel Israeli War of Independence: an autobiographical account by a South African participant Israel and the Arab Coalition in 1948 "I Have Returned". Time Magazine. 15 March 1948. 3 July 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2009. "War for Jerusalem Road". Time Magazine. 19 April 1948. 30 September 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2009.
https://az.wikipedia.org/w/index.php?curid=824081
Ərəb (Ağdaş)
Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır. Toponimikası Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi. 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. Tarixi abidələri Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var. Coğrafiyası və iqlimi Kənd Yuxarı Şirvan kanalının sahilində, düzənlik ərazidə, dəniz səviyyəsindən 80 metr yüksəklikdə, Ağdaş rayon mərkəzindən 15 km, Bakıdan 231 km məsafədə yerləşir. Kəndin yaxınlığında Qoşunarx kanalı axır. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır. İqtisadiyyatı Sovet dövründə kəndin yaxınlığında südçülük-əmtəə və qoyun fermaları yerləşirdi, kənddə səkkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi. İndi kənd məktəbi tam orta məktəbə çevrilib.
https://az.wikipedia.org/w/index.php?curid=50305
Ərəb (Laçın)
Ərəb — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin Bağırbəyli tayfasına mənsub ailələr Ərəbdüzü adlanan yerdə salmışlar. Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdü. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə Şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmışdi. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdı. Gələn ərəblərin əksəriyyəti İam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənd 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 30 nəfər olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=676282
Ərəb (Masallı)
Ərəb — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1106 nəfərdir. Toponimiyası Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdür. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmişdir. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdır. Gələn ərəblərin əksəriyyəti Şam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=86447
Ərəb (Xaçmaz)
Ərəb — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati-ərazi vahidində kənd. Əhalisi 969 (2009) nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Ərəb kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=110271
Ərəb (dəqiqləşdirmə)
Ərəb (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Ərəb (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Ərəb (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Ərəb (Laçın) — Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd.DigərƏrəb — Asiyada millət.
https://az.wikipedia.org/w/index.php?curid=54183
Ərəb Baharı
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur. Zaman cədvəli Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=265828
Ərəb Bank
Ərəb Bankı – 1930-cu ildə yaradılmış, may ayının 21-də qeydiyyatdan keçmiş təşkilat. Ərəb Bankı 1930-cu ildə Yerusəlimdə təsis edilib. Zamanla banklar şəbəkəsi ərəb ölkələrinin böyük hissəsini əhatə etmişdir. Bankın baş ofisi 1948-ci ildə İordaniyanın Amman şəhərinə köçürülmüşdür. Ərəb Bank 1962-ci ildə ərəb banklarının beynəlxalq maliyyə bazarında yayılmasının əsasını qoymuşdur. Hal-hazırda 7 şöbəsi, köməkçi bankları və filialları dünyanın əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir. Bankın 40-dan çox ölkədə 350-dən çox şöbəsi fəaliyyət göstərir. Bank öz tərkibində 30 dövləti birləşdirir. Ərəb Bank Əmman birja fondunda qeydiyyatdan keçmiş ictimai səhmdar təşkilatdır. Bank Yaxın Şərqdə və Şimali Afrikada ən iri iqtisadi mühərrik rolunu oynayır. Bank xidməti və kapital təklif edir. Bankın veb saytından əldə olunan materiala görə bank bazar kapitallşmasında birinci yeri tutur və Əmman birja fondunun 28%-ni təşkil edir. 2013-cü ildə Qlobal İnvestor təşkilatı tərəfindən Ərəb Bank "Yaxın Şərqdə nağd pulların ən yaxşı meneceri" adlandırılmışdır. Yevromani 6-cı il ardıcıl olaraq bu bankı "İordaniyanın ən yaxşı bankı" adına layiq görmüşdür. 2013-cü ildə Arabian Bizness bankı ilin regional bankı kimi tanımışdır. 2012-ci ildən 2013-cü ilə qədər Qlobal Faynəns (Qlobal Maliyyə) Ərəb Bankını 7 nominasiyada təltif etmişdir: Yaxın Şərqdə, İordaniya və Yəməndə maliyyə xidmətinin ən yaxşı təminatçısı, İordaniya və Yəmənin inkişaf etməkdə olan bazarları, Xarici Valyutanın ən yaxşı təminatçısı, İordaniyada ən yaxşı investisiya bankı.Əbdül Həmid Şoman Bankın təsisçisi və ilk rəhbəri olmuşdur. [[|left|thumb| Ərəb Bankın İordaniyadakı qərargahı Bankın əsas məqsədi aşağıdakılardan ibarətdir: Qeyri Ərəb Afrika dövlətlərinin iqtisadi inkişafına maliyyə yardımı göstərmək; Afrika dövlətlərinin inkişafı üçün zəruri texniki köməklik göstərmək; Afrika dövlətlərinin inkişafı üçün Ərəb ölkələrindən investisiya axınına maraq yaratmaq;Bu məqsədlə də bank öz fəaliyyətində aşağıdakı cəhətlərə üstünlük verir: Milli və regional sahədə fəaliyyət göstərən maliyyə institutlarına borc və təminat verir. Ərəb ölkələrinin yardımının bölgüsünü və əlaqələndirlməsini həyata keçirir.Bu bankdan 41 ölkənin köməklik almaq hüququ var. Bu köməklik hər hansı bir hökumətə, müəssisə və təşkilatlara, dövlət və xüsusi birliklərə, qarışıq Ərəb-Afrika birliklərinə göstərilir. Bank sənaye, sosial və digər böyük iqtisadi layihələrin maliyyələşdirilməsində iştirak etməklə hər bir ölkənin iqtisadi inkişaf planında iştirak etmiş olur. Bu bankın hər bir layihəyə qoyduğu vəsait layihənin dəyərinin 50%-indən artıq olmur. Layihənin dəyəri az olduqca 10 mln. Dollaradək, bank vəsaiti 80%-ə qədər də ola bilər. Bankın maliyyə vəsaiti ölkələrin qoyduğu ilkin kapitaldan və cəlb olunmuş borc vəsaitlərindən ibarətdir. 1973-cü ildə bank ilə neft ixrac edən ərəb ölkələrinin birlikdə Afrikaya köməklik fondu yaradılmışdır. Bu fond Ərəb Dövlətləri Liqası idarəçiliyinə verilmişdir. Lakin Afrikada olan Ərəb ölkələri bu fonddan köməklik almaq hüququna malik deyillər. İdarə Heyətinin üzvləri Mr. Sabih Taher Masri, Sədr H.E. Dr. Bassem Ibrahim Awadallah, Sədr müavini H.E. Mr. Samir Farhan Kawar, Üzv Maliyyə Nazirliyi, Səudiyyə Ərəbistanı, Üzv Mrs. Nazik A. A. Odah / Əl-Həriri, ÜzvSosial təhlükəsizlik Korpusunun üzvləri Mr. Mohammed Ahmad Həriri, Üzv Mr. Wahbe Abdullah Tamari, Üzv Abdul Hameed Shoman, Üzv Mr. Bassam Wael Kanaan, Üzv Mr. Abbas Farouq Zuaiter, Üzv Mr. Alaa Arif Batayneh, Üzv Həmçinin bax Ərəb Dövlətləri Liqası Ərəb Valyuta Fondu Xarici keçidlər "Arab Bank Receives Best Cash Manager Award in the Middle East at the Global Investor Summit"
https://az.wikipedia.org/w/index.php?curid=527972
Ərəb Birliyi
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. Təsis olunması ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur. Hərəkatın əsas məqsədi, bütün ərəb torpaqlarının bir dövlətdə birləşdirilməsi idi. ƏDL-in yaradılması bu məqsədin həyata keçirilməsində bir mərhələ idi. Yaxın Şərqdə mandat sisteminin ləğv olunmasından və müstəqil ərəb dövlətlərinin yaradılmasından sonra, mərkəzəqaçma tendensiyası güclənmişdir. Buna həm də Fələstin probleminin kəskinləşməsi şərait yaratmışdır. Əvvəlcə, birliyin təşəbbüskarları kimi Haşemitlərin nümayəndələri — İordaniya və İraqda hakimiyyətdə olan sülalələr çıxış edirdi, lakin onların planları digər ərəb dövlətləri tərəfindən rədd edildi. Məsələn, Suriya "Böyük Suriya" dövlətinin yaradılması niyyətində idi. Suriyanın planına əsasən federativ əsasda Böyük Suriyaya Livan, Fələstin, İordaniya birləşməli idi. Digər ərəb dövlətləri və eləcə də İsrail bu plana etirazlarını bildirdilər. Bu anda Misir təşəbbüsü öz üzərinə götürdü. 1944-cü ildə İskəndəriyyədə, təsis konfransı keçirildi və Ərəb Dövlətləri Liqasının yaradılmasını nəzərdə tutan İskəndəriyyə protokolu imzalandı. Liqanın Nizamnaməsi 1945-ci ilin mart ayının 22-də Misir, Suriya, İordaniya, İraq və Livan tərəfindən imzalanmışdır. 1945-ci ilin may ayında, Nizamnaməni Yəmən imzalamışdır. ƏDL-in sturukturuna aşağıdakı orqanlar daxildir: Baş Katiblik İstitutlar və təşkilatlar İqtisadi məsələlər üzrə Şura Birləşmiş müdafiə Şurası Daimi hərbi komissiyaƏDL Şurası – üzv dövlətlərin nümayəndələrindən ibarət ali orqandır. Şuranın iclasları müxtəlif səviyyələrdə keçrilir (dövlət və ya hökumət başçıları, xarici işlər nazirləri, səfirlər və daimi nümayəndələr). Şura ildə iki dəfə çağrılır. Hər hansı bir dövlətin istəyi ilə növbədənkənar iclaslar da çağrıla bilər. Şurada sədrlik, ərəb əlifbasına uyğun olaraq dövlətlərin baş hərfləri sırası ilə dəyişir. Hər dövlətin bir səsi var. Qərarlar, bir qayda olaraq, yekdilliklə qəbul edilir. Bu xüsusən dövlətlərin bir-birinə qarşı təcavüz aktı ilə bağlı qərardırsa, konsensus metodundan istifadə edilir. Komitələr – bütün üzv dövlərlər üçün açıqdır. Komitələrin fəaliyyətində həmçinin, Liqaya üzv olmayan, lakin ərəb dövləti olan istənilən dövlət iştirak edə bilər. Bu, ərəb dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə gətirib çıxarır. Baş Katiblik – Mənzil Qərargahı Yunisdə yerləşən Baş Katiblik, praktiki işi həyata keçirir. Baş Katiblik, Şura tərəfindən beş il müddətinə seçilən baş katib tərəfindən idarə olunur. O, Liqanın qərarlarını həyata keçirir. Baş Katib üzv dövlətlərin diqqətini mühüm məsələlər cəlb etmək hüququna malikdir. Məsələn, iki ərəb dövləti arasında münasibətləri mənfi nəticələrə çıxara biləcək problemlər və s. Baş Katib Şuranın iclaslarında iştirak edə bilər. Şuranın razılığı ilə Baş Katib öz müavinlərini təyin edir. İstitutlar və ixtisaslaşmış orqanlar – ƏDL tərəfindən təsis edilən xüsusi təşkilatlardır: Təhsil, mədəniyyət və elm üzrə Ərəb Təşkilatı; Ərəb Menecment Təşkilatı; Ərəb Əmək Təşkilatı; Ərəb İqtisadi Birliyi Şurası; İqtisadi və sosial inkişaf üzrə Ərəb Fondu; Afrikada iqtisadi inkişaf üzrə Ərəb Bankı; Ərəb Peyk rabitəsi İnsititutu; Ərəb Kənd Təsərrüfatı İnkişafı Təşkilatı; Ərəb Poçt İttifaqı; Ərəb Neft İnstitutu və s. Bu institutlar və ƏDL arasında münasibətlər müxtəlif xarakter daşıyır. ƏDL, bir qayda olaraq göstərilən institutlara maliyyə yardımı edir. ƏDL-ə üzv olan dövlətlərin bəziləri adları çəkilən ixtisaslaşmış qurumlara üzv deyillər. ƏDL-in digər bir orqanı isə, iqtisadiyyat nazirləri səviyyəsində keçirilən İqtisadi məsələlər üzrə Şuradır. Şura ƏDL-in ixtisaslaşmış orqanı kimi, üzv dövlətlərin əməkdaşlığın praktiki həlli ilə məşğul olur və mənzil qərargahı Ammanda yerləşir. Ərəb Dövlətləri Liqasının bir sıra ölkələrdə informasiya büroları var. ƏDL-in rəsmi dili ərəb dilidir. Ərəb Dövlətləri Liqasının nizamnaməsində qeyd olunduğu kimi, Liqanın fəaliyyətinin əsas prinsipləri: dövlətlər arasında münasibətlərin könüllülüyü, suverenlik və müstəqilliyə qarşılıqlı hörmət, dövlətlərin bərabərliyi, münaqişələrin həll edilməsi üçün güc tətbiq edilməsinə qadağa. 1950-ci ildə Liqa, BMT-də müşahidəçi statusu əldə etmişdir. Buna görə də Liqada Asiya və Afrika ölkələrinin vahid ərəb-asiya (sonralar afro-asiya) blokunda birləşməsinə nail olmuşdur. Ərəb Dövlətləri Liqasında fikir birliyi yoxdur. Bəzi ərəb ölkələri qərbyönlü siyasət yürüdür, digəriləri keçmiş kommunist ölkələrinə meyil edir, üçüncülər isə neytrallığı qoruyurlar. 1967-ci ildə ərəb-israil müharibəsində ərəblərin məğlub olmasından sonra, Liqanın üzvləri iki müxtəlif fikir cəbhəsinə bölündü. Məsələn, Misir və İordaniya ABŞ tərəfindən hazırlanmış və əməliyyatların dayandırılmasını nəzərdə tutan atəşkəs haqqında razılaşmanı imzalamışdır. 1970-ci illərdə sülh prosesinin başlanması Əlcəzair, İraq və Fələstin Azadlıq Təşkilatı tərəfindən kəskin tənqid edilmişdir. 1970-ci ildə İordaniya vətəndaş müharibəsi və 1975-ci ildə Livan vətəndaş müharibəsinə Suriyanın müdaxiləsi münasibətləri daha da kəskinləşdirmişdir. 1979-cu ildə Misirin İsrail ilə danışıqlara getməsi və sülh müqaviləsinin bağlanması nəticəsində Liqa üzvləri Misirə qarşı sanksiyalar tətbiq etmiş və onu Liqadan kənarlaşdırmışlar. Təşkilatın qərargahı Misirdən Tunisə köçrülmüşdür. 1989-cu ildə Misirin ƏDL-də üzvlüyü bətpa olunmuşdur. Ardınca qərargay yenidən Qahirə şəhərinə qaytarılmışdır. Üzvlər arasında iki cəbhəyə parçalanma Körfəz müharibələri zamanı da baş verdi. Eyni zamanda ƏDL-in qərarları üzv dövlətlər üçün məcburi xarakter daşımır. Başqa sözlə, Liqada dövlət suverenliyi prinsipi mütləqdir. Buna görə də ƏDL baş verən hadisələrə adekvat reaksiya verə bilmir. ƏDL BMT-də müşahidəçi statusu vasitəsilə aktiv fəaliyyət göstərir. ƏDL-in Baş Katibi BMT Baş Katibi ilə görüşlər keçirir. Belə görüşlərin birində Liqa rəhbəri ərəb dövlətləri adından terrorizmə qarşı mübarizəyə qoşulduğunu və BMT-nin bu sahədə fəaliyyətinin dəstəklədiyini vurğulamışdır. ƏDL tərəfindən həyata keçirilən mədəni layihələr çərçivəsində, Qahirədə yüksək ərəb araşdırmalar institutu təsis edilmişdir. Üzv dövlətləri
https://az.wikipedia.org/w/index.php?curid=107201
Ərəb Dövlətləri Liqası

https://az.wikipedia.org/w/index.php?curid=9859
Ərəb Liqası

https://az.wikipedia.org/w/index.php?curid=254354
Ərəb Qubalı
Ərəbqubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Tarixi abidələri Kənd ərazisində yerin altında yerləşən Şəhərgah adı verilən tarixi məkan var. Toponimikası Ərəb Qubalı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonim Ərəbkufeli adından təhrifdir. Mənşəcə VIII əsrdə İraqın Kufə mahalından Azərbaycana köçürülmüş ərəb ailələrinin bir hissəsi burada ərəbkufəli (Kufədən çıxmış ərəblər) adı ilə adlanmışdır. Yaşayış məntəqəsi bu ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlanır. 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 1412 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Kürdəmir rayonu Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=110129
Ərəb Qubalı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=358867
Ərəb Respublikalar Federasiyası
Ərəb Respublikalar Federasiyası (ərəb. اتحاد الجمهوريات العربية, bəzən ədəbiyyətdə — Ərəb Respublikaların İttifaqı) — formal 1972—1977 illər ərzində mövcud olan Misir, Liviya və Suriyanın birləşmiş konfedrativ dövləti.
https://az.wikipedia.org/w/index.php?curid=253778
Ərəb Sosialist Bəəs Partiyası – Suriya Regionu
Ərəb Sosialist Baas Partiyası – Suriya Regionu (ərəb. حزب البعث العربي الاشتراكي – قطر سوريا, Hizb əl-Bəəs əl-Ərəbi əl-İştiraki – Kutr Suriya), rəsmi olaraq Suriya Regional Şöbəsi (Suriya BƏƏS ideologiyasında ərəb millətinin "region"udur) — Mişel Əfləq, Salahəddin Bitar və Zəki Ərsuzinin ardıcılları tərəfindən 7 aprel 1947-ci ildə qurulmuş neobəəsçi təşkilatı. 1966-cı ildə orijinal Bəəs Partiyasının (1947–1966) regional qolu idi, lakin partiya daxilində baş tutan parçalanmadan sonra sədaqətini suriyalıların üstünlük təşkil etdiyi Bəəs hərəkatına (1966–hal-hazırda) doğru dəyişmişdir. Partiya 1963-cü ildə bəəsçiləri hakimiyyətə gətirən Suriyada dövlət çevrilişindən sonra Suriyanı davamlı olaraq idarə edir.
https://az.wikipedia.org/w/index.php?curid=772211
Ərəb Sosialist İttifaqı
Ərəb Sosialist İttifaqı — İraqın 1964-1968-ci illər tarixində rəsmi partiyası. Əsası 14 iyul 1964-cü ildə qoyulub.
https://az.wikipedia.org/w/index.php?curid=618082
Ərəb Universitetləri Assosiasiyası
Ərəb Universitetləri Assosiasiyası (ərəb. إتحاد الجامعات العربية) və ya Ərəb Universitetləri Birliyi (ərəb. تحاد الجامعات العربية), qısaca: AArU — Ərəb Dövlətləri Liqası çərçivəsində fəaliyyət göstərən ərəb ölkələri universitetlərinin birliyi. Bu qurum müstəqil hüquqi xarakter daşıyır qeyri-hökumət təşkilatıdır. Mənzil-qərargahı İordaniyanın paytaxtı Əmman şəhərində yerləşir. Bu təşkilat Ərəb Dövlətləri Liqası tərəfindən 1964-cü ildə yaradılmışdır. Həmin vaxt müvəqqəti Baş Katiblik Misirin paytaxtı Qahirə şəhərində təşkil edilmişdir. 1969-cu ildən isə təşkilata daimi Baş Katib təyin edilmişdir. Hazırda daimi mənzil-qərargahı 1984-cü ildən bəri İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində yerləşir. Başlıca orqanı Baş Assambleyadır. Baş katibi Sultan əbu-Orabi əl-Ədvandır. Təşkilatın əsas məqsədi ərəb dünyasında ali təhsili dəstəkləmək və müvafiq ölkələrin ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsidir. Üzvləri arasındakı ali məktəblərdən ikisi ərəb ölkələrinin təmsilçisi deyil: Danimarka Ərəb Akademiyası; Niderland Alhuraa Universiteti.Digər üzvlər ərəb ölkələrinin təmsilçisidir. Hələ 1964-cü ildə təşkilat yaradılarkən bütün ərəb ölkələrindəki ali məktəblərin sayı 20-dən az idi. Hazırda isə 22 ərəb ölkəsindən 280 ali məktəb Assosiasiyanın üzvüdür: Mavritaniya Səudiyyə Ərəbistanı Xarici keçidlər aaru.edu.jo — Ərəb Universitetləri Assosiasiyasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=415015
Ərəb Valyuta Fondu
Ərəb Valyuta Fondu - Regional maliyyə təşkilatı. 1976-cı il aprel ayının 27-də Mərakeşin mərkəzi Rabatda ərəb dövlətlərinin iştirakı ilə yaradılan təşkilat. Fondun yaradılması haqqında qərar 21 ərəb ölkəsinin təşkil etdiyi Ərəb Dövlətləri İqtisadi Konseyi tərəfindən 1976-cı il aprel ayının 27-də Mərakeşin mərkəzi Rabatda imzalanmışdır. Mərkəzi Əbu-Dabidə olan Ərəb Valyuta Fondunun üzvləri eyni zamanda Ərəb Birliyi üzvləridir. 1977-ci ildən 1982-ci ilə qədər Ərəb Valyuta Fondunun ilk prezidenti və direktoru Doktor Cavad Haşim olmuşdur. 1988-ci ildə Ərəb Valyuta Fondu ona qarşı mülki məsələ qaldırmış və təşkilata rəhbərlik etdiyi müddətdə aldığı vəsaiti geri qaytarmağı tələb etmişdir. Növbəti 20 il hüquqi müstəvidə Ərəb Valyuta Fondu ilə sabiq direktor arasında düşmənçiliklə müşahidə olunmuşdur.1982-ci ildə Ərəb Valyuta Fondu İnvestkorpun maliyyələşdirilməsinə və onun üzərində nəzarətə başlamışdır. 2014-cü ildə Səudiyyə Ərəbistan Mərkəzi Bankının sabiq rəhbəri Əbdülrəhman ibn Abdullah əl-həmidi Ərəb Valyuta Fondunun baş direktoru və idarə heyətinin sədri təyin edilmişdir.2015-ci ilin aprelində Dünya Bankı qrupu və Ərəb Valyuta Fondu MENA (Middle East & North Africa - Orta Şərq və Şimali Afrika) bölgəsində əməkdaşlığın genişləndirilməsinə dair sövdələşmə imzalamışdır.2017-ci ilin mayında Ərəb Valyuta Fondu Misir hökumətinə ölkədə turizm sahəsində enişi kompensasiya etmək məqsədi ilə 332 milyon dollar borc vermişdir. Ərəb Valyuta Fondunun qərargahı Əbu-Dabi şəhərində yerləşir. Təşkilatın 22 üzvü var: Ərəb Valyuta Fondunun başlıca məqsədləri aşağıdakılardır: Üzv ölkələrin tədiyə balansları üzərindən ortaya çıxa biləcək tarazsızlıqları aradan qaldırmaq; Üzv ölkələr arasında valyuta kurslarının sabit qalmasını və konvertabelliyini təmin etmək; Ərəb İqtisadi Birliyinin gücləndirmək; Üzv ölkələr tərəfindən xarici bazarlara yönələn investisiyalar mövzusunda tövsiyələr hazırlamaq; Vahid ərəb pulunun təşkili üçün gərəkli çalışmaları həyata keçirmək; Üzv ölkələrin beynəlxalq maliyyə və iqtisadi problemlərində yardımçı olmaq; Üzv ölkələrin ticarətini möhkəmləndirmək və ölkələr arasında ödəmələri nizamlamaq.Ərəb Valyuta Fondu üzv ölkələrə tədiyə balansı kəsirlərini örtmək üçün qısa və orta müddətli kreditlər verir. Bununla yanaşı üzv ölkələr arasında ticarətin inkişafını gücləndirmək məqsədilə bu ölkələrin fonddakı sərmayələrinin payları nisbətində kredit alma imkanı gerçəkləşdirir. Bununla yanaşı 4 növdə güzəştli şərtlərlə borc verir. 1. Birbaşa – borc 3 il müddətinə verilir. 2. Adi borc – 5 illiyi verilir. 3. Qarşılıqlı əvəzlənmə formasında borc 3 ilə verilir. 4. Daha genişmiqyaslı borc – 7 ilə verilir. Aydındır ki, borcu verilməsində sabitləşmə və iqtisadi islahatlar barədə proqramlar, borc alan dövlətlərin öhdəçilikləri, razılaşmalar əsas götürülür. Bu fondun maliyyələşdirmə mənbəyi – ilkin kapital, borc və kreditlər, ehtyat kapitalı və s. – dən ibarətdir. Həmçinin bax Dünya Bankı Ərəb Dövlətləri Liqası Xarici keçidlər "ARAB MONETARY FUND, Plaintiff/Appellee, v. Jafar HASHIM and Maryam Hashim, husband and wife, Defendants/Appellants" "Arab Monetary Fund and World Bank Group Join Efforts to Support Financial Sector Development in the Arab World"
https://az.wikipedia.org/w/index.php?curid=527958
Ərəb Xilafəti
Ərəb xilafəti (ərəb. خلافة xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsulu. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından 13-cü əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır. Xilafət anlayışı Xilafət düşüncəsi daha çox İslamın sünni qanadında qəbul edilmişdir. Şiə qanadı sünni qanadın qəbul etdiyi xilafət idarə üsulunu tanımır və ona əks olaraq imamət dini dövlətçilik düşüncəsini qəbul edir, baxmayaraq ki, belə bir dini dövlətçilik idarəsi tarixdə olmamışdır. Xəlifə ilk əvvəl seçki əsasında təyin edilsə də, Əməvilər hakimiyyətə gəldikdən sonra səltənət şəklini almışdır. Abbasilər sülaləsinin X əsrdə zəifləməsinə qədər dövlətə başçılıq edən xəlifələr daha sonra İslam dünyasında ruhani lider roluna malik olmuşlar. 632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb fəthləri genişləndi. Ərəblərin hərbi fəthlərinin uğurlarına səbəb olan amillər içərisində Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər iki tərəfin zəifləməsi, ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayının çoxluğu, əsasən də Bizans və İran əhalisinin ağır vergilərdən azad olmaq üçün daha ədalətli dövlətçilik və sosial siyasət yürüdən müsəlmanlara xilaskar kimi baxaraq, onların tərəfinə keçməsi tarixçilərin diqqətindən yayınmamışdır. Xəlifə Əbu Bəkr (632–634), Ömər (634–644), Osman (644–656) dövründə fütuhat müharibələri genişləndi. Birinci xəlifə və Məhəmməd peyğəmbərin varisi Əbu-Bəkrin dövründə Suriya və İranın fəthinə başlandı. Ömər Suriya, İraq və Misiriin fəthini başa çatdırdı. 636-cı ildə baş verən Yərmuq döyüşündə Bizans, 636-cı ildə Kadisiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 639-cu ildə Əmir ibn Asınrəhbərlik etdiyi ərəb qoşunu Misirə hücum etdilər 640-cı ilin yanvarında Pelusiya Fərama şəhəri və Fəyyum vadisi işğal edildi.642-ci ildə Misirin işğalı başa çatdırıldı.Xəlifə Ömərin dövründə islam dini İrana, Suriyaya, Misirə və Liviyanın tarixi vilayəti Benqaziyə yayıldı. Ömərin vaxtında təşəkkül tapmağa başlamış ərəb müsəlman imperiyasının bütün əsas inzibati-hüquqi təsisatları və ilk növbədə onun vergi-rüsum sistemi müəyyənləşdirilərək qanuniləşdirilmişdir. 638-ci ildə Qüds ilhaq edilərək müsəlman şəhərinə çevrildi. 642-ci ildə Nahavənd vuruşmasında müsəlmanlar Sasani imperiyasını çətin vəziyyətə saldılar. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı.644-645-ci illər arası Bəlucistanı işğal edərək oradan Hindistana keçdilər.Mədain (Ktesefon) 651-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu. Ərəb xilafətinin II dövrü 661–750-ci illəri əhatə edir. 661-ci ildə IV Raşidi xəlifəsi Əli ibn Əbu Talib Kufədə namaz qılarkən xəvaricilər tərəfindən öldürüldü. Daha sonra hakimiyyətə onun oğlu Həsən gəldi. Bir neçə səbəbə görə Həsən ibn Əli çox keçməmiş hakimiyyəti Müaviyə ibn əbu-Sufyana təhfil verdi. Bundan sonra xilafət idarə üsulunda seçki sistemi atadan oğula varislik sisteminə dəyişdi və Müaviyə hakimiyyətə oğlu I Yezid varis təyin etdi. Bu sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü. Əməvilər xilafəti Əməvilər dövründə müsəlman fəthləri daha da genişləndi. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. 711-ci ildə ərəb sərkərdəsi Tariq öz ordusu ilə Afrika və Avropa arasındakı boğazı keçib İspaniyaya daxil oldu. Buradakı Ost-Qot krallığını məğlub etdi. Bu boğaz Tariqin adı ilə Cəbəllütariq adlanır. Ərəblər 732-ci ildə Puatye şəhəri yaxınlığında franklara məğlub oldular və Avropanın mərkəzinə irəliləyə bilmədilər. İslam ordusu Qafqaz və Mərkəzi Asiyanı VIII əsrin əvvəlində tutdu, 712-ci ildə Çinə və Hind çayına gedib çıxdı. Beləliklə, VII əsr və VIII əsrin I yarısında Atlantik okeanından Hindistan və Çinə qədər uzanan geniş bir ərazini əhatə edən ərəb dövləti yarandı. Bu dövlət Xilafət adlanırdı. Ərəb xilafətinin ərazisi əmirliklərdən (vilayətlərdən) ibarət idi. Vilayətlərin idarə olunması əmirlərə (canişinlərə) tapşırılırdı. Dövlət dili ərəb dili idi. Xilafətdə gümüş dirhəm və qızıl dinarlarla alver etmək və vergi vermək olardı. Qanun qarşısında bütün müsəlmanlar bərabər idi. Ancaq varlılar çox, yoxsullar az vergi verirdilər. Ərəb xilafətində feodalizm quruluşunun meydana gəlməsinin xüsusiyyətləri aşağıdakılardır: torpaq dövlət mülkiyyəti idi, Xəlifə təyin etdiyi canişinlərə xidmətləri əvəzində iqta verirdi, asılı kəndlilər vergi ödəyirdilər. Bu vergi xəlifənin xəzinəsinə daxil olurdu. Ərəblər ayrı-ayrı şəxsləri, ailələri, bütöv tayfaları işğal etdikləri ərazilərə köçürürdülər. Burada onların məqsədləri: Dövlət təqaüd alan adamları buraya köçürməklə dövlət xəzinəsini bu adamlardan azad edirdilər. Özlərinə burada etnik dayaq yaradırdılar. Abbasilər xilafəti Ərəb xilafətinin Abbasilər dövrü 750–1258-ci illəri əhatə edir. Abbasilər 750-ci ildə Kufə məscidində Əməvilərin sonuncu nümayəndəsi Mərvanı qohumları ilə edam etdilər və hakimiyyətə gəldilər. Onlar 762-ci ildə Bağdad şəhərinin əsasını qoydular və paytaxtı Dəməşqdən Bağdada köçürdülər. Elə buna görə də bu dövlət Bağdad xilafəti adlanır. Artıq IX əsrin ortalarında Bağdad 4 min hektar sahəni əhatə edirdi, dünyanın ən böyük şəhəri idi. Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah tikildi və bu iqamətgah Samirə adlandı. Xilafətdə ticarət çox inkişaf etmişdi. Təkcə Dəməşqdə 40 bazar var idi. Bura Xilafətin ticarət mərkəzlərindən biri idi. Böyük ipək yolu yenidən canlandı. Hindistan və Şərqi Afrikadan gələn mallar Suveyşə, oradan da İsgəndəriyyəyə, daha sonra Avropaya aparılırdı. İşğal edilmiş ölkələrdə ərəb zülmü xalq üsyanlarına səbəb olurdu. Bu üsyanların səbəbləri bunlardır: İri feodallar olan canişinlərin (əmirlərin) müstəqilliyinin artması. Xalqların azadlıq mübarizəsi.VIII əsrin 70–80-ci illərində Mərkəzi Asiyada ərəb zülmünə və feodal əsarətinə qarşı Müqənnanın başçılığı altında üsyan baş verdi. Onun əsl adı Haşım İbn Hakim idi. Üsyan 783–785-ci illərdə yatırıldı. Müqənna ələ keçib alçalmamaq üçün özünü öldürdü. Babəkin başçılığı altında olan üsyan Ərəb xilafətini zəiflətdi. Ərəb ordusunda türklərin nüfuzu getdikcə artırdı. Bunun bir səbəbi xəlifə Mötəsimin (833–842) anasının türk qızı olması idi. O, gəncliyində Türküstanda olmuş və burada türklərin döyüş məharətinin şahidi olmuşdu. Görkəmli sərkərdə Afşin, Əbu Sac və başqaları türk idilər. Türklərin etibarlı olması onların nüfuzunu yüksəldirdi. Məsələn, Tulun sülaləsinin əsasını qoyan Tulun Buxarada vergi əvəzinə alınan bir döyüşçü idi. Onun oğlu Əhməd-İbn Tulun Misirdə əvvəl canişin köməkçisi, sonra canişin olmuşdu. Misir tarixçiləri onun dövrünü Misirin qızıl dövrü adlandırmışlar. VIII əsrdən başlayaraq Ərəb xilafəti tənəzzül etdi. VIII əsrin ortalarında(756) İspaniyada Kordova əmirliyi yarandı. Ərəb xilafəti parçalandı. Xəlifənin əlində qalan torpaqlar Bağdad xilafətinə daxil oldu. IX əsrdə Bağdad xilafəti dağıldı. Misir, Mərkəzi Asiya, İran və Əfqanıstan ondan ayrıldı. Bağdad xilafətinin tərkibində ancaq Mesopotamiya qaldı. Beləliklə, iri feodalların güclənməsi və xalq üsyanları nəticəsində Ərəb xilafəti süquta uğradı. Monqolların 1258-ci ildə Bağdadı ələ keçirmələrindən sonra, xilafətin mərkəzi Misirdə Məmlük sülaləsinin nəzarətinə keçmişdir. Xilafətdə iqtisadiyyat Abbasilərin hakimiyyətinin ilk illərində (8–9-cu əsrlər) İran və Orta Asiya feodalları xüsusi mövqeyə malik idilər. Ərəb zədəganları isə getdikcə öz mövqe və imtiyazlarını itirirdilər. Xilafətin əsas məhsuldar qüvvələri asılı kəndlilər, əsas istehsal sahəsi süni suvarmaya əsaslanan əkinçilik idi. Maldarlıq da mühüm əhəmiyyət kəsb edirdi. Xilafətdə əsas torpaq mülkiyyət forması mülk idi. Ərəb dilində "mülkiyyət" malikanə deməkdir. Mülk sahibi mərkəzi hökumət qarşısında icbari xidmət və ya mükəlləfiyyət daşımırdı. Mülk şərti torpaq da sayılmırdı. Buna görə də sərbəst olaraq satıla, girov qoyula, bağışlana və ya irsən keçə bilərdi. İqta torpaq sahibliyi də geniş yayılmışdı. Bu, xidmət müqabilində feodallara verilmiş şərti olaraq mülkiyyət idi. İqta torpaqları dövlət torpaqları hesab edilsə də, 9-cu yüzillikdə faktiki olaraq feodal şəxsi torpaq mülkiyyətinə çevrilmişdi. İqta torpaqlarında vergilərin toplanması və onların idarə olunması iqtadarların əlində toplanmışdı. İqta dövründə meydana gələn vəqf, ərəbcə dini və ya xeyriyyə məqsədi ilə dövlətin və yaxud ayrı-ayrı vətəndaşların könüllü bağışladığı daşınan və daşınmaz əmlaka deyilirdi. Vəqf olunmuş torpaq satıla və ya bağışlana bilməzdi. Torpaq vergisi olan xərac da geniş yayılmışdı. Xərac pul və ya natura şəklində toplanırdı. Xərac bəzən bütün torpaq vergilərinin cəmi olurdu. Cizyə vergisi də Xilafət dövründə yayılmışdı. Bu vergi qeyri-müsəlman əhalidən orduda xidmət etmədiklərinin müqabilindən onlardan alınan vergi növü idi. Cizyə ancaq kişilərdən alınırdı və əsasən pul ilə ödənilirdi. Bundan başqa Xilafətdə dini vergilər olan zəkat, xüms və titrə də alınırdı. Zəkat şəriət qanunu ilə əmlak və gəlir üzərinə qoyulan vergidir. Bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülürdü. Zəkatın adi məbləği illik gəlirin 2,5%-ni təşkil edir. Bunu ailə başçısı ödəyirdi. Xüms (və ya xums) müxtəlif mülkiyyət və qənimət növlərindən (qazancadan, dəfinələrdən, hərbi qənimətlərdən) xəzinəyə ödənilirdi. Fitrə isə ailənin hər bir yaşlı üzvündən ramazan ayında orucluq olan gün alınır və paylanırdı. Bu vergi növü ancaq varlı şəhərlilərdən alınırdı. Xilafətdə şəhər əhalisi xırda ticarətlə əlaqədar olan müxtəlif peşələrlə məşğul idi. Toxuculuq, bəzək və zərgərlik malları istehsalı, metal emalı yüksək dərəcədə inkişaf etmişdi. Sənətkarlıq və ticarətin genişlənməsi şəhərlərin inkişaf etməsinə kömək edirdi. Bağdad və Qahirə mühüm sənətkarlıq və mədəniyyət mərkəzləri idi. Xarici ticaarəti varlı tacirlər aparırdılar. 8-ci əsrin sonunda ərəb və İran dəniz səyyahları İndoneziya və Malayya dəniz sahillərinə, sonra isə Sinqapur boğazı ilə Sakit okeana çıxaraq, Çinlə ticarət edirdilər. Quanşjou (Kanton) şəhərində xilafətdən gələn müsəlman tacirlərinin məhəlləsi var idi. Şərqi Avropa xalqları ilə də daimi ticarət əlaqələri yaradılmışdı. Xilafətdə feodal cəmiyyətinin xarakterik cəhəti burada güclü quldarlıq-patriarxal qaydaların uzun müddət qalması idi. Qul əməyindən geniş istifadə olunurdu. Ərəb xilafətində torpaq sahibliyinin aşağıdakı formaları vardı: Xəlifə və dövlətə məxsus mülklər — buradan gələn gəlir xəzinəyə gedirdi. Mülk — yerli feodallara məxsus idi. İqta — xidmət əvəzinə verilən torpaqlar. Vəqf — dini müəssisələrə məxsus torpaqlar. İcma torpaqları — kəndlərin əkin yeri, otlaqlar, biçənəklər, qəbristanlıq və s.Xilafət dövründə aşağıdakı vergilər alınırdı: Xərac — torpaq vergisi (məhsulla torpağı olanlardan alınırdı). Cizyə — can vergisi. Qeyri-müsəlman kişilərdən alınırdı.Aşağıdakı dini vergilər alınırdı. Xüms — daşına bilən əmlakdan, adamların faydalandığı bütün şeylərdən alınırdı. Zəkat (sədəqə) — maldarlıqdan, ticarət və sənətkarlıqdan, əkin və meyvədən alınırdı. Şikəstlərin, əlacsızların ehtiyacı zəkatdan ödənilirdi. Xilafətdə mədəniyyət Əvvəllər mədəniyyətin inkişaf səviyyəsinə görə ərəblər əsarət altına alınmış xalqların əksəriyyətindən çox-çox aşağıda dururdular. Lakin ərəblər yavaş-yavaş bu xalqların elm və incəsənət sahəsindəki nailiyyətlərini mənimsədilər. Xilafətin tərkibində yüksək inkişaf etmiş qədim mədəniyyəti olan Misir, Suriya, Fələstin, Mesopotomiya, Orta Asiya kimi çox ölkələr daxil idi. Ərəb dili bu ölkələrdə geniş yayıldı. Məhkəmə işləri bu dildə aparılır, məktəblərdə bu dil öyrədilirdi. Ərəb dili ədəbiyyat və elm dilinə çevrilmişdi. Suriya, İran və Orta Asiyanın bir çox alim və yazıçıları öz əsərlərini bu dildə yazırdılar. Beləliklə, xilafətin mədəniyyətini təkcə ərəblər deyil, xilafətin tərkibinə daxil olan bütün xalqlar yaradırdılar. Təsərrüfat sahəsindəki uğurlar mədəniyyətin inkişafına kömək edirdi. Suvarılan torpaqlara arpa və buğda səpir, orada xurma və şəkər qamışı yetişdirirdilər. Asiyanın başqa ölkələrindən ərəblər pambıq və çəltik, portağal və limon gətirib əkdilər. Mahir sənətkarlar pambıq və yundan yüngül və davamlı parçalar toxuyurdular. İran öz xalçaları ilə məşhur idi. Suriyada ipək parçalar toxunur, şüşə qablar hazırlanırdı.Suriyanın silah ustaları bütün dünyada şöhrət qazanmışdılar. Dəməşq poladından hazırlanmış qılıncları və zirehli geyimləri bütün ölkələrin cəngavərləri yüksək qiymətləndirirdilər. Ərəb tacirləri çox geniş ərazidə ticarət edirdilər. Onlar bürkülü səhraları və uca dağları aşaraq Çindən ipək və qab-qacaq gətirirdilər. Dəniz yolu ilə Hindistandan müxtəlif parçalar və qiymətli daş-qaşlar gətirilirdi. Ərəb tacirləri tez-tez Avropaya da gedirdilər. Xilafətdə riyaziyyat, astronomiya, coğrafiya kimi elmlər uğurla inkişaf edirdi. Böyük şəhərlərdə ali məktəblər açılırdı. Bağdadda yunan alimlərinin əlyazılarından ibarət kitabxana açılmışdı. Bu kitabxananı "müdrüiklik xəzinəsi" adlandırırdılar. Evklidin həndəsəyə aid əsərləri, hind astronomları və riyaziyyatçılarının tədqiqatları ərəb riyaziyyatçılarına məlum idi. Onlar cəbr (ərəbcə "əlcəbr" – hesab) elminin əsasını qoydular, hind rəqəmlərindən istifadə etməyə başladılar. Sonrada bu rəqəmləri ərəblərdən avropalılar öyrəndilər. İndiyədək Avropada bu rəqəmləri "ərəb rəqəmləri" adlandırırlar. Bağdad və Dəməşq şəhərlərində rəsədxanalar açıldı. Astronomlar mürəkkəb alətlərdən istifadə edərək Yer kürəsinin təxmini böyüklüyünü hesablaya bildilər. Onlar səmada gözlə örünən ulduzların vəziyyətini təsvir edirdilər. Orta Asiya alimi Əl-Biruni Yerin Günəş ətrafında fırlanması ideyasını irəli sürmüşdü, o zaman üçün bu dahiyanə fərziyyə hesab olunurdu. Ərəblər coğrafiyaya böyük şərafət göstərirdilər. Bunu belə bir atalar sözü sübut edir "Kim elm naminə səyahətə çıxırsa, cənnət qapıları onun üzünə açıqdır." Coğrafiyaşünaslar yalnız başqa ölkələr haqqında kitablar oxumaqla kifayətlənmir, özləri həmin ölkələrdə olmağa can atır, həyatlarını təhlükə qarşısında qoyaraq uzaq ölkələrə səyahətə çıxırdılar. Ərəb səyyahları xilafət ölkələrini, Hindistanı, Çini təsvir etmiş, Afrikanın və Şərqi Avropanın lap içərilərinə gedib çıxmışdılar. Onlar özlərinə məlum olan ölkələrin və dənizlərin xəritələrini çəkmişdilər. Xilafətdə təbabət uğurla inkişaf edirdi. Orta Asiyada böyük alim İbn Sina (980–1037) yaşayırdı. Avropada onu Avisenna adlandırırdılar. İbn Sina təbib kimi xüsusilə böyük şöhrət qazanmışdı. O, özündən əvvəl heç kəsin ayırd edə bilmədiyi bir çox xəstəliklərin əlamətlərini təsvir etmişdi. Onu yüzdən çox elmi əsəri vardı. Şərqdə onu "alimlərin başçısı" adlandırırdılar. Xilafətdə ədəbiyyat Tacirlər və sarbanlar başqa ölkələrdən qiymətli mallar gətirməklə yanaşı, həmin ölkələr barədə qəribə nağıllar da danışırdılar. Bu nağıllar xəlifə və əyanların saraylarında, bazarlarda, küçələrdə, Bağdadın evlərində danışılırdı. VArlılar möcüzəli səyahətlər və macəralar barədə nağıllar dinləməyi xoşlayırdılar. Bu nağıllar əsasında sonralar bütün dünyada məşhur olan nağıl toplusu – Min bir gecə nağılları yaradıldı. Ərəb şairləri öz şerlərində köçərilərin məişətini və hərbi qəhrəmanlıq hünərlərini tərənnüm edirdilər. Poeziya sahəsində İranda və Orta Asiyada xüsusilə böyük uğurlar qazanılmışdı. Burada şairlər öz əsərlərini adıtın tacik-fars dillərində yazırdılar. Ən məşhur şairlərdən biri Firdovsi idi. O, Şahnamə poeması üzərində 30 ildən çox işləmişdi. Bu poemada İran xalqının işğalçılara qarşı mübarizəsi təsvir olunur, əfsanəvi qəhrəmanların igidlikləri tərənnüm edilirdi. Xilafətdə incəsənət Xilafətdə incəsənətin bütün növlərindən ən çox inkişaf edəni memarlıq idi. Memarlar xəlifələr üçün gözəl saraylar, türbələr və qalalar tikirdilər. Qranadada (İspaniya) yerləşən ərəb hakimlərinin sarayı Əlhambra bütün dünyada məşhurdur. Xilafət memarları həm də məscidlər tikirdilər. Məscid binası adətən dördkünc olur, üzərində günbəz ucalırdı. Məscidin hasarları içərisində böyük həyəti, həyətdə isə hovuzu olurdu. Hovuzun dövrəsində çoxlu sütunları olan eyvan, ona yapışıq isə böyük salon tikilirdi. Müsəlmanlar bu salona namaz üçün toplaşırlar. Məscidin yanında uca qüllə olan minarə ucaldılırdı. Bu minarədən dindarları namaza dəvət etmək üçün azan oxuyurlar. Xilafət dövründə tikililərdə daş özərində oyma naxışlarla, kaşı ilə, divarlarda və döşəmələrdə mozaikalar yaratmaqla zəngin bəzək vurulurdu. Binaların divarları isə mürəkkəb şəbəkə naxışlarla bəzədilirdi. Oyma şəbəkə naxış və əlvan təsvirlər elə hiss oyadırdı ki, sanki həmin divarlar ağır daşlardan hörülməmişdir. İslam dini insan və heyvanların şəklini çəkməyi qadağan edirdi. Buna görə də Xilafət ölkələrində Orta əsrlərin ilk yüzilliklərində heykəltaraşlıq və rəssamlıq, demək olar inkişaf etmədi. Sonralar isə kitablarda xalq həyatından götürülmüş səhnələri, xəlifə sarayındakı hadisələri, möcüzəli heyvanları və quşları olan uzaq ölkələri təsvir edən miniatürlər verilməyə başlandı.
https://az.wikipedia.org/w/index.php?curid=467423
Ərəb atı
Ərəb atı — insan tərəfindən yaradılan çox qədim at cinslərindən biridir. Ərəb atının vətəni Ərəbistan yarımadasıdır. Cins әrәb atı — әn qәdim minik atı cinslәrindәn biri. 7 әsrdә әrәb istilaları zamanı Ərәbistan y.-a.-nda yetişdirilmiş, Avropaya orta әsrlәrdә gәtirilmişdir. Qiymәtli minik (cins minik atı, Terek atı) vә löhrәm yerişli (Orlov löhrәmi) cinslәrinin yaradılmasında böyük rolu olmuşdur. Çox iri deyil (cidov hünd. 150-160 sm), zәrif skeletli (bilәk qucumu 18-20 sm) vә bәrk әzәlәlidir. Rәngi, әsasәn, kürәn, kәhәr, bozdur. Mәhsuldarlığı yüksәkdir. 3 yaşından müxtәlif at idmanı növlәrindә istifadә edilir. Hәrәkәti gözәldir. Az tәlәbkardır, uzun mәsafәlәrә (100–160 km) qaçışda dözümlüdür. Müasir Ərəb atının cәldliyi 1000 m-dә 1 dәq. 5,4 san, 10.000 m-dә 15 dәq. 25 san-dir. Damazlıq işi sürәtin vә 4 cinsdaxili tipin tәkmillәşmәsinә yönәldilmişdir. Ərəb atı Ümumdünya әrәb atıçılıq tәşkilatına (World Arabian Horse Orqanization) daxil olan 70 ölkәdә yetişdirilir. Bәzi ölkәlәrdә başqa minik atları cinslәrinin (Budyonnı atı, Don atı vә digәr) keyfiyyәtinin yaxşılaşdırılmasında Ərəb atından istifadә olunur. Asiya və Avropada müxtəlif at cinslərinin yaradılmasında Ərəb atının çox böyük rolu vardır. Xüsusən Orlov at cinsinin yaradılmasında xüsusi rolu olmuşdur. Çox təsadüf edilən rəngi boz, kəhər və qızılı-parlaq kürəndir. Ərəb atı orta boylu, enli və dərin gövdəli, quru ətraflara malik bir atdır. Ərəb atı yüksək iş qabiliyyətinə malikdir. Təmizqanli minik atı yaradılana qədər, o sürətinə görə dünyada birinci yeri tuturdu. Hazıra isə qısa məsafələrdə ikinci yer tutduğu halda, uzaq məsafələrdə yenə də birinciliyi özündə saxlayır. Qədim tarixi kitablarda Ərəb atının bizim eradan 1500 il əvvəl Ərəbistan yarımadasında yaradılması qeyd edilir. Xüsusiyyəti Ərəb atı gözəl xarici görünüşə malikdir. Onun əsas xüsusiyyətləri belədir: başı kiçik; profili düz və ya bir qədər batıq; gözləri iri və hərəkətli; burun dəlikləri enli; boynu orta uzunluqda və enli; cidovu orta; ayaqları nazik; beli enli, gödək; sağrısı enli, azca maili; qabaq ətrafı düzgün duruşlu; dal ətrafı bəzən azca qılıncvari; dırnağı kiçik və möhkəm; dərisi nazik, tükləri incə və parlaqdır.Cidov hündürlüyü ayğırlarda 150,8 sm, madyanlarda isə 148,9 sm-ə bərabərdir. Rekordçular iki yaşında 1200 metr məsafəni 1 dəqiqə 18 saniyəyə qət etmiĢdir. 3 yaşında isə 200 metr məsafəni 3dəqiqə 52 saniyəyə qət etmiĢdir. Ən yaxĢı sürəti 1600 metr məsafəyə 1 dəq. 50 san. (Skala), 300 metrə isə 3 dəq. 29,4 san-dir (Sputnik).Uzaq məsafəli yürüĢlərdə ərəb atı yüksək iĢ qabiliyyətli və davamlıdır. Bu atlar 644 km. məsafəni 5 sutkaya getmişdir. Azərbaycanda dilboz atı cinsinin yaradılmasında Ərəb at cinsinin ayğırlarından istifadə olunmuşdur. Həmçinin bax Xarici keçidlər Ərəb atçılıq zavodu üzrə beynəlxalq təşkilat Arabian Horse site (AR) Arxivləşdirilib 2015-05-31 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=105056
Ərəb baharı
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur. Zaman cədvəli Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=171269
Ərəb bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115007
Ərəb dili
Ərəb dili (ərəb. اللغة العربية, ərəb. عربي) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq). Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir. Ərəb dili tarixən üç inkişaf mərhələsi keçmişdir: qədim (V əsrədək), klassik (V–XVIII) və müasir (XIX əsrdən indiyədək) ərəb dili kimi təmsil edilmişdir. Qədim ərəblər haqqında ilk yazılı məlumata hələ eramızdan əvvəl Assuriya şahı Sarqonun (715-ci il) kitabəsində təsadüf edilmişdir. Qədim ərəb dili əsasən Suriya ərazisində tapılmış Lihyan, Əs-Səfa, Ən-Nəmarə, Zəbəd, Hərran və s. kitabələrdə əks olunmuşdur. Əvvəllər müxtəlif məhəlli dialektlərdən ibarət olmuş qədim dilin sonrakı inkişaf mərhələsində ədəbi dil kimi formalaşmasında Qureyş (Məkkə) dialekti mühüm rol oynamışdır. Həmin dil İslamdan bilavasitə qabaq, İslam alimlərinin cahiliyyə adlandırdıqları dövrdə yaranmış şifahi poeziya nümunələrində və habelə çox qiymətli abidə hesab olunan Quranda artıq sabitləşmiş qramatik quruluşa və zəngin söz ehtiyatına malik ilk klassik ərəb dili kimi təsbit edilir. Sonrakı inkişaf prosesində ərəb dili bir-birindən getdikcə daha çox fərqlənən ədəbi dilə və dialektlərə ayrılır. Ədəbi dil yaranmaqda olan ərəb imperiyasında yazı dili kimi hələ də işlədilməkdə olan arami və yunan dillərini sıxışdıraraq, ümumimperiya yazı dilinə çevrilir və beynəlxalq əhəmiyyət kəsb edir. Təqribən XIX əsrdən başlayaraq bu günədək klassik dil əsasında inkişaf etməkdə olan müasir ərəb dili öz sələfindən arxaizmlərin atılması hesabına lüğət tərkibinin xeyli məhdudlaşması, yeni məfhumları əks etdirən söz və ifadələrin yaranması, qramatik quruluşun daha da sabitləşməsi ilə fərqlənir. Ərəb dili filektiv dillərə mənsubdur. Hər bir ilk qramatik forma əksər halda üç, bəzən də dörd samitdən ibarət olan kökə istinad edir. Kökdən daxili fileksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir. (Məsələn: hkm kökündən-hakim, həkim, hökm, ehkam, hikmət, məhkum, təhkim, möhkəm, mühakimə, məhkəmə, hökumət və s.) İsim, sifət, say kimi ad qruplu sözlərin yalnız adlıq, yiyəlik və təsirlik halları, əsasən üçhallı və ikihallı olmaq üzrə iki növ hallanması, iki qramatik cinsi (müzəkkər və müənnəs) və üç qramatik sayı (tək, təsniyə və cəm) vardır. Ərəb dilində müxtəlif söz birləşmələri vardır. Bunların içərisində ərəb qrammatiklərinin izafət adlandırdıqları uzlaşmayan təyini söz birləşməsi ifadə etdiyi məna çalarlıqlarının çoxluğu və ərəb dilində geniş işlədilməsi ilə başqa söz birləşmələrindən xeyli fərqlənir. Burada xəbəri ad qruplu söz və söz birləşmələri ilə ifadə edilən ismi cümlələr də çox işlənir. Xəbəri mübtədadan əvvəl gələn cüttərkibli feli cümlələrdə xəbər daim təkdə olur. Dilin zənginliyi və Qurani Kərimin ərəb dili üzərində təsiri Ərəb dili söz ehtiyatının genişliyi cəhətdən dünyanın zəngin dillərindən hesab edilir. Burada sinonim sözlər çox geniş təmsil olunduğundan eyni məfhum çox vaxt ən azı bir neçə söz, bəzən isə onlarla, hətta yüzlərlə sözlə ifadə edilə bilir. Bununla belə, ərəb dilində bəzən bir-birindən ciddi şəkildə fərqlənən mənaları olan polisemantik (çoxmənalı) sözlər də az deyildir. Hətta tərkibində zidd mənalar olan sözlərə də çox təsadüf edilir. Sözlərin böyük əksəriyyəti əsl ərəb mənşəli olduğu halda alınma sözlər cüzi bir miqdar təşkil edir.Bəşəriyyətin inkişafı ilə paralel olaraq inkişaf edən ibrahimi dinlərin ən sonuncusu olan İslam dininin əsas qaynağı Qurani Kərimdir. O təmsilçilərinin qəlblərini fəth, həyat tərzlərini təyin edərək, nitqlərinə təsir etmiş ve onların həyat qaynağı olmuşdur. Belə ki, müsəlmanlar onu həyatlarının hər bir sahəsində öndər bilərək, qoyduğu və göstərdiyi qaydalara görə yaşamağa çalışmışdır. Təmsilçilərinin qəlblərini təsəvvür olunmayacaq dərəcədə fəth edən bu kitab, ərəb dili ilə nazil olmuşdur. Buna görə də ədəbiyyat tarixçiləri ilk növbədə, başlanğıc mərhələdə "furqan", "küfr", "iman", "işraq", "islam", "nifaq", "səvm"(oruc), "salət"(namaz), "zəkat", "ruku", "sücud"(səcdə) kimi kəlmələr üzərində sistemləşmişlər. Bütün bunlarla yanaşı ərəb dili müəyyən bir toplumun dili olmaqdan çıxaraq, bütün müsəlmanların ortaq ibadət dili halına gəlmişdir.İndi isə Qurani Kərimin ərəb dili üzərindəki təsirlərindən bəhs edəsi olsaq, onların bir neçəsi maddələr halında qısa şəkildə belə ifadə edilir: a.Dildə meydana gətirdiyi toplama Qurani Kərimin bu dil üzərindəki ən əsas təsirlərindən biri şübhə yoxdur ki, dildə təmin etdiyi birlikdir. O, bütün ərəbləri Qüreyş ləhcəsi üzərində toplayaraq Qüreyş ləhcəsini ərəb dilinin lideri halına gətirdi. Halbuki Qurani Kərim nazil olmağa başlamazdan əvvəl ərəb dili Qureyş ləhcəsi ətrafında birləşmə yolunda inkişaf edir və zirvəyə yüksəlirdi. Ancaq hələ də bütün ləhcələr toplanmamışdı.Qurani Kərimin enməsi ilə birlikdə Qureyş ləhcəsinin liderliyi tamamlanmışdır. Bununla da cahiliyyə dövründən başlayan sözdə birləşmə cəhdləri hədəfinə çataraq dildə toplama təmin edilmiş oldu. b.Yeni sözlər qazandırması Qurani Kərim ərəb dilinə bir çox yeni dini leksikon və terminlər qazandırmışdır. (Qeyd:Lakin "namaz" və "abdəst" kimi sözlər fars mənşəli olub, ərəb sözləri kimi düşünülməməlidir) c.Ərəb dilinin yayılmasındakı təsiri Ərəb dili, Quran nazil olmazdan əvvəl ərəb yarımadasında yaşayan müəyyən bir millətin dili idi. Ərəb yarımadasının çərçivəsində sıxılıb qalmışdı. Qurani Kərimin ərəb dili üzərə nazil olması onu səmavi bir dinin dilinə çevirmiş və ona ibadətin bir parçası vəsfini qazandırmışdı. Beləliklə hər bir müsəlman namaz, zikr, təkbir və təşəhhüd kimi ibadətlərində ərəb dilini istifadə edirdi. Fəthlər və xilafətin böyüməsi nəticəsində insanların qrup-qrup İslam Dininə yönəlməsi ilə yanaşı ərəb dili ərəb yarımadasının xaricinə çıxmağa başlayaraq müsəlmanların çata biləcəkləri qədər yayıldı. Nəticədə ərəb dili, İslamın yayılması ilə paralel olaraq yayılmağına davam edirdi. İslam Aləmində istifadə olunan dillər arasında birinci dil halına gəlmişdi. d.Yeni elmlərin ortaya çıxmasına səbəb olması. Quran ərəb dilinin ədəbiyyat sahəsində zirvəyə çatdığı bir dövrdə nazil olmağa başladı.Beləliklə Qurani Kərimin enməsi ilə yanaşı yeni elmlərin doğması üçün qapılar aralanmış oldu. Quranın icazını təyin edib, dərk etmə məqsədi ilə beyan, bədi və məani, səhv oxuma və təğyirdən qoruma məqsədi ilə sarf və nahv, qarib (mənası eşidilməyən alınma sözlər) sözlərini izah edərək mənasını başa düşmə məqsədi güdən lüğət və ədəbiyyat, insanların gündəlik həyatlarında tabe olmaları lazım olan qanun-qaydaları ondan istinbat edərək təyin etmək məqsədi ilə Hədis, Fiqh Üsulu və Fiqh kimi elmlər ortaya çıxmışdı. Qurani Kərim, kəlmələrin aid olduqları mənalarda yeni mənalar ifadə etmə qabiliyyəti verərək, onlara yeni məna üfüqləri açmışdı. Bundan başqa ərəb dilini müxtəlif dövrlərdə bəzi dövlətlərin rəsmi dili halına gətirmiş və müsəlmanların ona qarşı ehtiram göstərmələrinə səbəb olmuşdur. Əhməd Həsən əz-Zəyyad, Tarixul Ədəbil Arabi, s.90 Yusif 12/2, Şura 42/7, Zuxruf 43/3 Şevqi Dayf, Tarixul Ədəbil Arabi, II/32 Əhməd Həsən Zəyyad, Tarixul Ədəbil Arabi,s.204 Hüseyn Küçükqalay,Quran Dili Ərəbcə, s.162, Əhməd Həsən Zeyyad, a.k.ə., s.90 Şevqi Dayf, a.k.ə.,s.31 Şahməddin Özdəmir, Qurani Kərimdə ədatlarla işlənən fellər, s.16-20, İstanbul 1999, Ərəb dilində 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq, ərəb əlifbasında yalnız 28 hərf vardır. Qısa saitlər və habelə həmzə samiti əlifbada təmsil edilməmişdir. Əlifbada müxtəlif vəzifələr daşıyan hərflər də vardır. Qısa saitləri göstərən hərflər olmadığına görə yazıda sözlərin yalnız samitlərdən və uzun saitlərdən ibarət "skeleti" əks etdirilir. Yazını düzgün oxumaq üçün müvafiq qrammatik və leksik qaydaları qabaqcadan, həm də praktik şəkildə bilmək lazımdır. Ərəb hərfləri əsasən sağdan sola yazılır və oxunur. Bu istiqamətə uyğun olaraq kitab, məcmuə və qazetdə sağdan sola tərtib olunur və səhifələnir. Bununla belə, ərəb hərfləri üfqi, şaquli, maili, dairəvi və s. handəsi şəkillərdə də olduğu üçün bəzən sağdan sola deyil, yuxarıdan aşağıya və ya soldan sağa da yazılır. Latın və rus hərflərindən fərqli olaraq ərəb hərfləri təkcə əlyazmasında deyil, çapda da bir-birilə bitişdirici xətlər vasitəsilə birləşdirilir. Belə birləşmə nəticəsində hərflərin ilkin yazılışı (qrafikası) çox vaxt ciddi dəyişikliklərə uğradığı üçün hər hərf həqiqətdə müxtəlif şəkillərdə təzahür edir ki, bunlar əlifba cədvəlində, birləşməyən, soldan birləşən, sağdan və soldan birləşən və sağdan birləşən adları altında qruplaşdırılır. Ərəb hərflərinin altısının (ﻭ,ﺰ,ﺮ,ﺪ,ﺫ,ﺍ) iki, qalanlarının isə dörd şəkli vardır. İkişəkilli hərflər soldan birləşmədikləri üçün II və III şəkilləri yoxdur. Ərəb əlifbasında baş hərflər yoxdur. Ümumi adlardan fərqləndirmək üçün xüsusi isimləri bəzən dırnaq və ya mötərizə içərisində yazırlar. Hərf birləşməsində hərflərin qrafikası dəyişdiyi üçün ərəb əlifbasında sözün hissələri bir sətirdən digərinə keçirilə bilməz: sətrin sonuna sığmayan söz bütünlüklə sonrakı sətrə keçirilir, sətrin sonunda qalan boşluq irəlidəki gəlmənin bəzi hərflərinin üfqi hissəsini və ya bitişdirici xətlərini uzatmaq yolu ilə doldurulur. Miqdar sayları Vaḥid, İṭnən, Ṭələtə, ʿArba'a , Xamsə, Sittə, Səb'a, Ṭəməniyə, Tis'a, ʿAşara 20 — Işrûn 30 — Ṭəlâtun 40 -ʿArbaun 50 — Xámsun 60 — Sittun 70 — Sa'bun 80 — Ṭəmanun 90 — Tis'un 100 — miə 200 — miəteyn 500 — Xámsa miə 1000 — Əlf 2000 — Əlfeyn (yaxud Əlfən) 5000 — Xámsa elf 10,000 -ʿAshara elf 1,000,000 — Vaḥid milyun, əl-milyun, milyun Ərəb dilində saylar aid olduqları isimlərlə müxtəlif növ söz birləşmələri əmələ gətirir. Bu nöqteyi-nəzərdən miqdar sayları dörd qrupa bölünür: Birinci qrup (1–2): Bu qrup saylar təyin etdikləri isimdən sonra gəlir. Məsələn: Bir kitab-كتاب واحد İkinci qrup (3–10): Üç sayından etibarən miqdar sayları növlərindən asılı olmayaraq adətən sayılan isimlərdən əvvəl gəlir. İkinci növdə təkliklər sayılan isimlə əks qrammatik cinsdə olur. Həm də isim cəmdə qeyri-müəyyənlikdə olur. Məsələn: Altı gün-,ستة أيام on gün-عشر ساعات Üçüncü qrup (11–99): Bu mürəkkəb saylar tək və qeyri-müəyyənlikdə olan ismi təsirlik hal vasitəsilə idarə edir. Burada bir və ikini çıxmaq şərtilə təkliklər sayılan isimlə əks cinsdə olur. Bu qrup saylar 11–19 və 21–99 olmaq üzrə iki növə ayrılır. İkinci növdə (11–19) təkliklər sayılan isimlə əks qrammatik cinsdə olmaq şərtilə əvvəl, sonra isə onluq gəlir. Hər iki tərəfi daim [ə] saiti ilə bitir. Məsələn: on beş oğlan-خمسة عشر فتيان. İkinci növ mürəkkəb saylarda (21–99) təkliklər yenə də onluqlardan əvvəl gəlir, lakin aralarında و bağlayıcısı olur. Dördüncü qrup(100 və artıq): Bu qrup saylar isimlə uzlaşır ancaq isim təkdə olur. Ərəb dili və İslam Ərəb dili eyni zamanda Quran dilidir. Ərəb dili İslam dini ilə sıx bağlıdır, buna baxmayaraq Xristian və Yəhudi ərəblər bu dildə danışır. Dünya müsalmanlarının əksəriyyətinın ana dili ərəb dili deyil, ancaq onlar Quranı oxuya bilirlər. Əksər hallarda Ərəb olmayan müsəlmanlar Quranın tərcüməsindən istifadə edirlər. Bəzi müsəlmanlar isə ərəb dilini Allah tərəfindən seçilmiş müqəddəs dil hesab edirlər. Bəzi İslam alimlərinə görə ərəb dili cənnətin dilidir. Müasir ərəb dili faktiki müstəqil dil hesab edilə bilən 5 dialektdən ibarətdir. Danışıq ərəb dili Ərəb dünyasında istifadə ədəbi baxımdan köklü fərqlənən müxtəlif növ ərəb dillərinin birgə terminidir. Dialektlərin arasında fərq ən çox ərəb yarımadasından kənardadır. Ərəb istilasından sonra ləhcələrin sayı xüsusilə artmışdır. Ən böyük dialekt fərqi qeyri misirli Şimali Afrika dialektləri arasındadır. Dialektlərə təsir etmiş əsas faktorlardan biri də, əvvəllər həmin ərazilərdə başqa dillərdə danışılmasıdır. Bəzi ərazilərdə hətta söz sırasıda fərqlənir. Ərəb dilindəki əsas dialektlər aşağıdakılardır: Misir dialekti Masri dialekti kimi də tanınır. Misir dialekti Hami-Sami dillər ailəsinin Sami qoluna aiddir. Onun kökü paytaxt Qahirə ətrafında Nil deltasından gəlir. Dilə ən çox təsiri Kopt dili etmişdir. Daha sonralar türk, fransız və ingilis dillərinin də təsiri olmuşdur. Bütün Ərəb dünyası bu dialekti başa düşür. Misirdə 52 milyon insan bu dialektlə danışır. 24 milyon insanın isə ikinci dilidir. Livanlı müğənnilər öz mahnılarını bu dialektlə ifa edirlər. Misir dialektinin heç bir rəsmi statusu yoxdur. Klassik ərəb dili (Qurana əsaslanan ərəb dili) Misirdə rəsmi dildir. Məğrəbi dialekti Mərakeş, Əlcəzair, Saxara, Tunis və Liviyada 75 milyon insan bu dialektlə danışır. Yaxın Şərq ərəbləri çətinliklə bu dialekti başa düşürlər. Bu dialektə danışanlar öz dillərini ərəbcə dialekt mənasını verən Əddəricə adlandırırlar. Fransız müstəmləkəsi dövründə məktəblərdə başqa dil kimi tədris edilirdi. Fransız, ispan və italyan dillərinin bu dialektə təsirləri olmuşdur. Mesopotamiya dialekti Bu dialekt özü də iki yerə ayrılır. İraq dialekti və Şimali Mesopotamiya dialekti. İraq dialekti İraq ərazisində danışılan bu dialektə özü üç yerə ayrılır (Bağdad, Mosul və Bəsrə dialektləri). Vaxtilə burada ərəbcə danışan yəhudilərin də öz dialekti olub. İraqda eyni zamanda qeyri ərəblər — kürdlər, farslar, türkmənlər, assurlar yaşayır. Bunların da dialektin formalaşmasında əhəmiyyətli rolu olmuşdur. İraqda, şərqi Suriyada və qərbi İranda 29 milyona yaxın insan bu dialektdə danışır. Şimali Mesopotamiya dialekti Şimali Mesopotamiya dialekti: Bu dialekt əsasən Bağdadın şimalında, uzaq şərqi Suriyada və şərqi Türkiyənin bəzi vilayətlərində danışılır. Orta əsrlərin İraq dialektindən törəmişdir və yəhudi dialektinin bəzi xüsusiyyətlərinə malikdir. 7 milyona yaxın insan bu dialektdə danışır. Şami dialekti Şərq dialekti də adlanır. Şərqi Aralıq dənizinin 100 kilometrlik sahili bu 35 milyon insan bu dialektdə danışır. Şami dialekti 6 müxtəlif dialektlərə ayrılır. Körfəz dialekti İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Oman, Yəmən, Qətər və Bəhreyndə 4 milyon insan bu dialektdə danışır.
https://az.wikipedia.org/w/index.php?curid=9114
Ərəb dilinin Misir dialekti
Ərəb dilinin Misir dialekti (ərəb. اللهجة المصرية) və ya Misir ərəb dili (اللغه المصريه الحديثه; özünüadlandırma – مصرى, məsri) — Misir əhalisinin əksəriyyətinin danışdığı ərəb dilinin növlərindən biri. "Misir dialekti" və "Qahirə dialekti" terminləri elmi ədəbiyyatda bir-birini əvəz edən mənada istifadə olunur. Qahirə Misirin ən böyük şəhəridir, ölkənin və şəhərin danışıq dili Misir dialektində eyni yazılır və eyni şəkildə tələffüz olunur – "Məsr". Əlavə ədəbiyyat
https://az.wikipedia.org/w/index.php?curid=799297
Ərəb dilinin Nəcd dialekti
Ərəb dilinin Nəcd dialekti (ərəb. اللهجة النجدية; özünüadlandırma – nəcdi) — Səudiyyə Ərəbistanının mərkəzi hissəsi olan Nəcd sakinlərinin danışdığı ərəb dilinin növlərindən biri. Nəcdi dialekti qədim ərəb dialektlərinin nəslindəndir. Bu dialektdə 9 milyon 870 min insan danışır ki, bunun da 8 milyonu Səudiyyə Ərəbistanında, 900 mini İraqda, 500 mini Suriyada, 50 mini İordaniyada yaşayır.İslamdan əvvəlki dövrdə Nəcd ərazisində, Hicazın bəzi hissələrində və Bəsra körfəzi sahillərində qədim ərəb dilinin şərq dialekt qrupları geniş yayılmışdı. Ərəb filoloqları və əksər Qərb alimləri ərəb poetik dilinin mənşəyini Nəcdin bədəvi qəbilələri ilə əlaqələndirirlər. Ərəblərin islamdan əvvəlki poeziyası Nəcdin şərq dialektləri əsasında inkişaf etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=799337
Ərəb dilinin akademiyaları
Ərəb dilinin akademiyaları (ərəb. قالب:مجامع اللغة العربية) — ərəb dilini tədqiq edən və ərəb ədəbi dili normalarının tənzimləyiciləri rolunu oynayan elmi müəssisələr. Bu akademiyalar aşağıdakılardır: Dəməşqdəki Ərəb Dili Akademiyası (Suriya) — ərəb dilinin ən köhnə akademilarından biridir. 1918-ci ildə qurulub; İordaniya Ərəb Dili Akademiyası — 1924-cü ildə qurulub; İraq Elmlər Akademiyası — 1948-ci ildə qurulub, İraq müharibəsi zamanı 2003-cü ildə dağılıb.; Ərəb Dilinin İsrail Akademiyası (Hayfa, İsrail) — Knessetin qərarı ilə 2007-ci ildə qurulub; Livan Elmlər Akademiyası — 2007-ci ildə qurulub; Qahirədəki Ərəb Dili Akademiyası (Misir) — 1934-cü ildə qurulub; Xartumdakı Ərəb Dili Akademiyası (Sudan) — 1993-cü ildə qurulub; Mərakeş Kral Akademiyası — 1962-ci ildə qurulub; Ərəb Dili üzrə Əlcəzair Ali Şurası — 1996-cı ildə qurulub; Liviya Ərəb Dili Akademiyası — 1994-cü ildə qurulub; "Müdriklik evi" Fondu" (Tunis) — 1983-cü ildə qurulub. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=425704
Ərəb dilinin bədəvi dialektləri
Ərəb dilinin bədəvi dialektləri (ərəb. لهجات بدوية) — Ərəb dünyasında həm köçəri, həm də oturaq qruplar arasında yayılmış, tarixən bədəvi qəbilələri ilə əlaqəli ərəb dialektlərinin tipoloji qrupu. Dialektlər qrupu Nəcd və Hicazda yaşamış, X əsrdən indiki dövrə qədər yayılan ərəb tayfalarına əsaslanır. Bədəvi dialektləri regiona və qəbiləyə görə dəyişir, lakin onlar adətən onları hər regiondakı oturaq tipli dialektlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Termin qeyri-müəyyən ola bilər, çünki o, köçəri bədəvilərin dialektlərinə, bədəvi mənşəli əhalinin dialektlərinə və ya bədəvi dialektlərinin təsirinə məruz qalmış oturaq dialektlərə aid ola bilər. Odur ki, bədəvi dialektləri arasındakı oxşarlıqlar dil müxtəlifliyini tez bir zamanda ortadan qaldıran sürətli əhali hərəkətləri səbəbindən yaranmış bir-birləri ilə tarixi təmasları ilə bağlıdır.
https://az.wikipedia.org/w/index.php?curid=799335
Ərəb dilinin İran körfəzi dialekti
Ərəb dilinin İran körfəzi dialekti (ərəb. اللهجة الخليجية) — ərəb dilinin Ərəbistanın şərqində, İran körfəzi sahillərində danışılan, qarşılıqlı surətdə başa düşülən bir sıra növləri. Bu, Səudiyyə Ərəbistanının şərqində, Küveytdə (1 milyon, 2014), İraqda (40 min), Bəhreyndə (100 min, 1995) Birləşmiş Ərəb Əmirliklərində (2 milyon 880 min, 2014), Qətərdə (471 min, 2014), İranda (200 min, 1993), Yəməndə (10 min) və Omanın şimalında (441 min, 1995) danışılır. Əlavə ədəbiyyat Habaka J. Feghali. Gulf Arabic: The Dialects of Riyadh and Eastern Saudi Arabia: Grammar, Dialogues, and Lexicon. Dunwoody Press. 2004. ISBN 9781931546041. Clive Holes. Gulf Arabic. Psychology Press. 1990. ISBN 9780415021142. Hamdi A. Qafisheh. A short reference grammar of Gulf Arabic. University of Arizona Press. 1977. J. R. Smart, Frances Altorfer. Gulf Arabic. Hodder Education. 2003. ISBN 9780340868010.
https://az.wikipedia.org/w/index.php?curid=799365