!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Ərgebəm qalası
Bəm qalası — Bəm şəhərinin ətrafında, Kirman şəhərindən 200 km aralıda yerləşir. Ümumi sahəsi 6 kv. km-dir. Çiy kərpicdən tikilib. 150 il əvvəl yaşayış məskəni olduğu güman edilən Ərqebəm qalası təqribən 2000 il əvvəl tikilib və dəfələrlə təmir edilib. Xarici keçidlər Bəm və mədəni landşaftı (UNESCO Ümumdünya irsi)
https://az.wikipedia.org/w/index.php?curid=311232
Ərgül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
https://az.wikipedia.org/w/index.php?curid=365773
Ərgül Ovçu
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
https://az.wikipedia.org/w/index.php?curid=355966
Ərgün Pənbə
Ərgün Pənbə (17 may 1972, Zonquldak) — Türkiyə futbolçusu, futbol məşqçisi. Klub karyerası Ərgün Pənbə ilk dəfə "Kilimlispor" komandasının heyətində forma geyinib. 1992–1994-cü illərdə "Gənclərbirliyi" komandasında çıxış edib. 1994-cü ildə "Qalatasaray"a transfer olunub. "Gənclərbirliyi" komandasının heyətində 1 mart 1992 – 8 may 1994-cü illər arasında çıxış etdiyi 60 rəsmi oyunda 179 dəqiqə meydanda olub və 4 qol vurub. Bu komandada ilk rəsi oyununa Türkiyə futbol çempionatının 1991–1992-ci illər mövsümünündə oynanılan "Gənclərbirliyi"-"Altay" oyununda çıxıb. 2000-ci ildə UEFA kubokunun finalında "Arsenal"ın qapısına vurduğu penalti komandasının kuboku qazanmasında böyük rol oynayıb. Bütün peşəkar futbolçu karyerası boyu cəmi 1 dəfə qırmızı vərəq alıb – 1996-cı ildə "Trabzonspor"la qarşılaşmada üst-üstə 2 sarı vərəq aldığına görə meydandan qovulub. Qalatasarayla müqaviləsi bitdiyinə və yenilənmədiyinə görə bu komandanı tərk edərək "Qaziantepspor"da çıxış edib. Milli komanda karyerası Milli komanda formasını ilk dəfə Türkiyə Milli Futbol Komandası ilə Rusiya millisinin qarşılaşdığı oyunda geyinib (may, 1994). 2000-ci ilə qədər 48 dəfə milli komanda heyətində meydana çıxıb. Dünya çempionatının bürünc medalını qazanan Türkiyə millisinin heyətində yer alı. Milli komanda statistikası Baş məşqçi karyerası 2008–2009-cu illər mövsümündə Turkcell super liqasında "Hacettepe" komandasının baş məşqçisi olub. Baş məşqçi kimi hazərladığı komanda ilk oyununu "Beşiktaş" qarşı keçirmiş və 2–3 hesabıyla məğlub olmuşdur. 2009–2010-cu illər mövsümünün II yarısında Bank Asiya 1-ci liqasının komandalarından biri olan "Mərsin İdman Yurdu" komandasına baş məşqçilik edib. Xarici keçidlər ergunpenbe.com – Ərgün Pənbənin internet saytı TFF rəsmi internet saytında futbolçu Ərgün Pənbənin profili TFF rəsmi internet saytında məşqçi Ərgün Pənbənin profili
https://az.wikipedia.org/w/index.php?curid=180036
Ərgünə-xun
Tarixi əsərlərdə XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Talat Sait Halman isə mifoloji bir varlıq olan Bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə Bozqurtlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir Türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir. Digər görüşlərə görə isə Türklər və monqollar arasında bənzər olan əfsanələr vardır. Əfsanə bəzən də Novruz ilə əlaqələndirilir. Dastanın mənşəyi Ərgənəqon dastanı iki əsas hissədən ibarətdir: Bir Bozqurdun yardımı və müdafiəsi ilə soyun davam etməsi Dağlarla əhatə olunmuş vadiyə məskunlaşılması və sonra burdan çıxılmasıİlk hissədən üç ayrı Çin mənbəsində bəhs edilmişdir. İkinci hissə də Çin mənbələrində mövcuddur. Çin mənbələrində də Cəmi ət-Təvarix və Şəcərəyi Türk əsərlərində olduğu kimi əfsanənin baş verdiyi ərazi Ərgənəqondur. Lakin Çin mənbələrində əfsanənin qəhrəmanları monqollar yox, Türklərdir Fuad Köprülüyə görə, Çingiz xanın soyunda var olan kökü Türk olan ailə olduğu üçün bəhs edilən əfsanədəki monqollar əslində Oğuzlardır. Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin və Əbulqazi Bahadır xanın yazmış olduğu əsərlərlə Çin mənbələrindəki bənzərliyin səbəbi də budur. Dastanın məzmunu Monqol elində Oğuz xanın soyundan El Kağanın hökmdar olduğu zamanlarda tatarların hökmdarı Sevinc xan Monqol-Türk ölkəsinə müharibə elan etdi. Sevinc xan El Kağanın idarəsindəki orduyu qırğızların və digər boyların köməyi ilə məğlub etdi və El kağanın ölkəsindəki hər kəsi öldürdü. Sadəcə El Kağanın oğullarından Nüküzlə Qiyan və xanımları sağ qaldı. Onlar düşmənin onları tapa bilməyəcəyi bir yerə getməyə qərar verdilər Yabanı qoyunların yeridiyi bir yolu izləyərək yüksək bir dağdakı keçidə çatdılar. Bu keçiddən keçərək içində axarsular, çeşmələr, müxtəlif bitgilər, çəmənliklər, meyvə ağacları və müxtəlif ov heyvanları olan bir yerə gəldilər. Sonra Tanrıya şükür edib burada qalmağa qərar verdilər. Bu yerlərə "mədən yeri" mənasını daşıyan "Ergene kon" adını verdilər. Dörd yüz il sonra soyları o qədər çoxaldı ki, Ərgənəqona sığmaz oldu. Lakin atalarının gəldiyi keçidin yeri unudulmuşdu. Ərgənəqonun ətrafındakı dağlarda keçid axtardılar. Bir dəmirçi dağın dəmir olan hissəsi əridilə bilərsə oradan çıxıla biləcəyini dedi. Dəmirin olduğu yerə bir sıra odun, bir sıra da kömür qoydular. Yetmiş yerə qoyduqları yetmiş körüklə körüklədilər. Dəmir əridi və bir dəvənin yükü ilə keçə biləcəyi qədər yer açıldı. El Kağanın soyundan gələn Türklər əvvəlki güclərini bərpa etmiş halda əvvəlki yurdlarına qayıtdılar və atalarının intiqamını aldılar. Ərgənəqondan çıxdıqları gün olan 21 martda hər il bayram etdilər. Bu bayramda bir dəmir parçasını qıpqırmızı olana kimi qızdırdılar, sonra əvvlcə xaqan daha sonra bəylər dəmiri zindanın üstünə qoyaraq döydülər. Bu gün azadlıq və bahar bayramı kimi hələ də qeyd edilməkdədir.
https://az.wikipedia.org/w/index.php?curid=596076
Ərgünə (Həştrud)
Ərgünə (fars. رقنه) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 432 nəfər yaşayır (95 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=688278
Ərgünəş
Dolanlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dolanlar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 23 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dolanlar kəndi 23 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Toponimikası Kəndin keçmiş adı Arqyuneş (Arguneş) olmuşdur. Kənd 1828-ci ildən sonra Şimali Farsdan köçmüş erməni ailələri tərəfindən yaradılmışdır. Arqyuneş ərazidəki dağın adıdır. Dolanar XIII əsrdə monqol basqınlarında iştirak etmiş dolan tayfasının adını əks etdirən eyniadlı soyaddır. Bu tayfanın adı qırğız və özbəklər arasında da geniş yayılmışdır [3]. Tarixi abidələri Dolanlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Coğrafiyası və iqlimi İcma dağlıqdır, sahəsi 3085,1 ha, bunun 739,54 ha kənd təsərrüfatı, 2261,29 ha meşə torpaqlarıdır. Tarix və mədəniyyət abidələri Tarix-mədəniyyət abidələri: "Hənqət Eğtsi" kilsəsi (IX–X əsrlər), qəbiristanlıq (IX–X əsrlər), xaçkar (XII–XIII əsrlər). Kənddə 1 erməni məktəbi var Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=90409
Ərgünəş (dağ)
Ərgünəş, Argünəş — Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində dağ. Hündürlüyü 1468 m-dir. Oronim Ar və günəş sözlərindən düzəlmişdir. Toponimik ədəbiyyatlarda Ərgünəş şəklində təqdim olunan bu oronim belə izah olunur: "Yaxınlığındakı dağlardan hündürlüyü çox olmasına və günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşməsinə görə dağ belə adlanmışdır". Ar sözü "keşikçi, gözətçi"; "quru çay dərəsi" mənaları ilə yanaşı buryat, yakut və monqol dillərində "qərb, arxa tərəf, Şimal, dağın kölgə düşən hissəsi, quzey" mənalarını da ifadə edir. Qeyd etmək lazımdır ki, Quba rayonu ərazisindəki hal-hazırda Dolanlar adlanan dağın da əvvəlki adı Argünəş olmuşdur. Bu oronimin coğrafi mövqeyi ikinci izahla üst-üstə düşür. Dolanlar adına gəlincə, dolan qədim fars və tacik dillərində "dağ keçidi", monqol dilində (dalın) "arxa tərəf, yüksəklik, yol" deməkdir. Bu baxımdan Argünəş və Dolanlar oronimləri sinonim hesab oluna bilər. Qırğızıstanda Dolon, Tacikistanda Dolona, Dolonabulak yer adları bu oronimin türk dilləri üçün yad olmadığını sübut edir.
https://az.wikipedia.org/w/index.php?curid=407965
Ərgünəş dağı
Ərgünəş, Argünəş — Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində dağ. Hündürlüyü 1468 m-dir. Oronim Ar və günəş sözlərindən düzəlmişdir. Toponimik ədəbiyyatlarda Ərgünəş şəklində təqdim olunan bu oronim belə izah olunur: "Yaxınlığındakı dağlardan hündürlüyü çox olmasına və günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşməsinə görə dağ belə adlanmışdır". Ar sözü "keşikçi, gözətçi"; "quru çay dərəsi" mənaları ilə yanaşı buryat, yakut və monqol dillərində "qərb, arxa tərəf, Şimal, dağın kölgə düşən hissəsi, quzey" mənalarını da ifadə edir. Qeyd etmək lazımdır ki, Quba rayonu ərazisindəki hal-hazırda Dolanlar adlanan dağın da əvvəlki adı Argünəş olmuşdur. Bu oronimin coğrafi mövqeyi ikinci izahla üst-üstə düşür. Dolanlar adına gəlincə, dolan qədim fars və tacik dillərində "dağ keçidi", monqol dilində (dalın) "arxa tərəf, yüksəklik, yol" deməkdir. Bu baxımdan Argünəş və Dolanlar oronimləri sinonim hesab oluna bilər. Qırğızıstanda Dolon, Tacikistanda Dolona, Dolonabulak yer adları bu oronimin türk dilləri üçün yad olmadığını sübut edir.
https://az.wikipedia.org/w/index.php?curid=789396
Ərgənəqon Dastanı
Tarixi əsərlərdə XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Talat Sait Halman isə mifoloji bir varlıq olan Bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə Bozqurtlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir Türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir. Digər görüşlərə görə isə Türklər və monqollar arasında bənzər olan əfsanələr vardır. Əfsanə bəzən də Novruz ilə əlaqələndirilir. Dastanın mənşəyi Ərgənəqon dastanı iki əsas hissədən ibarətdir: Bir Bozqurdun yardımı və müdafiəsi ilə soyun davam etməsi Dağlarla əhatə olunmuş vadiyə məskunlaşılması və sonra burdan çıxılmasıİlk hissədən üç ayrı Çin mənbəsində bəhs edilmişdir. İkinci hissə də Çin mənbələrində mövcuddur. Çin mənbələrində də Cəmi ət-Təvarix və Şəcərəyi Türk əsərlərində olduğu kimi əfsanənin baş verdiyi ərazi Ərgənəqondur. Lakin Çin mənbələrində əfsanənin qəhrəmanları monqollar yox, Türklərdir Fuad Köprülüyə görə, Çingiz xanın soyunda var olan kökü Türk olan ailə olduğu üçün bəhs edilən əfsanədəki monqollar əslində Oğuzlardır. Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin və Əbulqazi Bahadır xanın yazmış olduğu əsərlərlə Çin mənbələrindəki bənzərliyin səbəbi də budur. Dastanın məzmunu Monqol elində Oğuz xanın soyundan El Kağanın hökmdar olduğu zamanlarda tatarların hökmdarı Sevinc xan Monqol-Türk ölkəsinə müharibə elan etdi. Sevinc xan El Kağanın idarəsindəki orduyu qırğızların və digər boyların köməyi ilə məğlub etdi və El kağanın ölkəsindəki hər kəsi öldürdü. Sadəcə El Kağanın oğullarından Nüküzlə Qiyan və xanımları sağ qaldı. Onlar düşmənin onları tapa bilməyəcəyi bir yerə getməyə qərar verdilər Yabanı qoyunların yeridiyi bir yolu izləyərək yüksək bir dağdakı keçidə çatdılar. Bu keçiddən keçərək içində axarsular, çeşmələr, müxtəlif bitgilər, çəmənliklər, meyvə ağacları və müxtəlif ov heyvanları olan bir yerə gəldilər. Sonra Tanrıya şükür edib burada qalmağa qərar verdilər. Bu yerlərə "mədən yeri" mənasını daşıyan "Ergene kon" adını verdilər. Dörd yüz il sonra soyları o qədər çoxaldı ki, Ərgənəqona sığmaz oldu. Lakin atalarının gəldiyi keçidin yeri unudulmuşdu. Ərgənəqonun ətrafındakı dağlarda keçid axtardılar. Bir dəmirçi dağın dəmir olan hissəsi əridilə bilərsə oradan çıxıla biləcəyini dedi. Dəmirin olduğu yerə bir sıra odun, bir sıra da kömür qoydular. Yetmiş yerə qoyduqları yetmiş körüklə körüklədilər. Dəmir əridi və bir dəvənin yükü ilə keçə biləcəyi qədər yer açıldı. El Kağanın soyundan gələn Türklər əvvəlki güclərini bərpa etmiş halda əvvəlki yurdlarına qayıtdılar və atalarının intiqamını aldılar. Ərgənəqondan çıxdıqları gün olan 21 martda hər il bayram etdilər. Bu bayramda bir dəmir parçasını qıpqırmızı olana kimi qızdırdılar, sonra əvvlcə xaqan daha sonra bəylər dəmiri zindanın üstünə qoyaraq döydülər. Bu gün azadlıq və bahar bayramı kimi hələ də qeyd edilməkdədir.
https://az.wikipedia.org/w/index.php?curid=361957
Ərgənəqon dastanı
Tarixi əsərlərdə XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Talat Sait Halman isə mifoloji bir varlıq olan Bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə Bozqurtlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir Türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir. Digər görüşlərə görə isə Türklər və monqollar arasında bənzər olan əfsanələr vardır. Əfsanə bəzən də Novruz ilə əlaqələndirilir. Dastanın mənşəyi Ərgənəqon dastanı iki əsas hissədən ibarətdir: Bir Bozqurdun yardımı və müdafiəsi ilə soyun davam etməsi Dağlarla əhatə olunmuş vadiyə məskunlaşılması və sonra burdan çıxılmasıİlk hissədən üç ayrı Çin mənbəsində bəhs edilmişdir. İkinci hissə də Çin mənbələrində mövcuddur. Çin mənbələrində də Cəmi ət-Təvarix və Şəcərəyi Türk əsərlərində olduğu kimi əfsanənin baş verdiyi ərazi Ərgənəqondur. Lakin Çin mənbələrində əfsanənin qəhrəmanları monqollar yox, Türklərdir Fuad Köprülüyə görə, Çingiz xanın soyunda var olan kökü Türk olan ailə olduğu üçün bəhs edilən əfsanədəki monqollar əslində Oğuzlardır. Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin və Əbulqazi Bahadır xanın yazmış olduğu əsərlərlə Çin mənbələrindəki bənzərliyin səbəbi də budur. Dastanın məzmunu Monqol elində Oğuz xanın soyundan El Kağanın hökmdar olduğu zamanlarda tatarların hökmdarı Sevinc xan Monqol-Türk ölkəsinə müharibə elan etdi. Sevinc xan El Kağanın idarəsindəki orduyu qırğızların və digər boyların köməyi ilə məğlub etdi və El kağanın ölkəsindəki hər kəsi öldürdü. Sadəcə El Kağanın oğullarından Nüküzlə Qiyan və xanımları sağ qaldı. Onlar düşmənin onları tapa bilməyəcəyi bir yerə getməyə qərar verdilər Yabanı qoyunların yeridiyi bir yolu izləyərək yüksək bir dağdakı keçidə çatdılar. Bu keçiddən keçərək içində axarsular, çeşmələr, müxtəlif bitgilər, çəmənliklər, meyvə ağacları və müxtəlif ov heyvanları olan bir yerə gəldilər. Sonra Tanrıya şükür edib burada qalmağa qərar verdilər. Bu yerlərə "mədən yeri" mənasını daşıyan "Ergene kon" adını verdilər. Dörd yüz il sonra soyları o qədər çoxaldı ki, Ərgənəqona sığmaz oldu. Lakin atalarının gəldiyi keçidin yeri unudulmuşdu. Ərgənəqonun ətrafındakı dağlarda keçid axtardılar. Bir dəmirçi dağın dəmir olan hissəsi əridilə bilərsə oradan çıxıla biləcəyini dedi. Dəmirin olduğu yerə bir sıra odun, bir sıra da kömür qoydular. Yetmiş yerə qoyduqları yetmiş körüklə körüklədilər. Dəmir əridi və bir dəvənin yükü ilə keçə biləcəyi qədər yer açıldı. El Kağanın soyundan gələn Türklər əvvəlki güclərini bərpa etmiş halda əvvəlki yurdlarına qayıtdılar və atalarının intiqamını aldılar. Ərgənəqondan çıxdıqları gün olan 21 martda hər il bayram etdilər. Bu bayramda bir dəmir parçasını qıpqırmızı olana kimi qızdırdılar, sonra əvvlcə xaqan daha sonra bəylər dəmiri zindanın üstünə qoyaraq döydülər. Bu gün azadlıq və bahar bayramı kimi hələ də qeyd edilməkdədir.
https://az.wikipedia.org/w/index.php?curid=568557
Ərgəz məscidi
Ərgəz məscidi — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd rayonunun (Yeğeqnadzor rayonu) Ərgəz kəndində məscid. Malışkə kəndindən 5 km şimal-şərqdə yerləşir. Məscid 629-630-cu illərdə tikilmişdir. Məscid 1857-ci ildə uçurulmuşdur. 1871-cı ildə yenidən bərpa edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=413586
Ərhan (Əbhər)
Ərhan (fars. ارهان) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,077 nəfər yaşayır (238 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=772948
Ərhan Afyoncu
Ərhan Afyoncu (türk. Erhan Afyoncu d.1967, Tokat, Türkiyə) — Türk tarixçisi, yazıçı, akademik, televiziya proqramçısı və köşə yazarı, Milli Müdafiə Universitetinin rektoru. Ərhan Afyoncu ibtidai və orta təhsilini doğulduğu yer olan Tokatda almışdır. Qazi Osman Paşa Liseyini bitirdikdən sonra 1984-cü ildə Mərmərə Universiteti Atatürk Pedaqoji fakültəsi Sosial Araşdırmalar Təhsil şöbəsinə daxil olmuş, 1988-ci ildə məzun olduqdan bir il sonra isə həmin şöbədə elmi işçi vəzifəsində işləməyə başlamışdır. Magistratura pilləsini Necati Əfəndi Krımın tarixi (Rus Sefaratname) tezisi ilə, Doktoranturanı isə 1997-ci ildə Osmanlı Dövlət Təşkilatında dəftərxana əmiri (XVI-XVIII əsrlər) tezisi ilə bitirmişdir. 2000-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə isə professora qədər yüksəlmişdir.2007-ci ildə 24 televeziya kanalında həftədə 1 dəfə verilən "Keçmiş zaman olur ki" adlı proqrama qatılan Ərhan Afyoncu daha sonra Xəbərtürk televeziyasında Murat Bardakçı və Pelin Batu ilə birlikdə "Tarixin arxa otağı" adlı tarix haqqında proqram hazırladı. Həmçinin ilk nömrəsi 30 may 2010-cu ildə çıxan və 2011-ci ilin 22 may tarixində yayımı dayandırılan "Xəbərtürk tarix" jurnalında köşə yazarı kimi fəaliyyət göstərmiş, eyni zamanda jurnalın akademik vəzifəsini icra etmişdir. 2011-ci ildə Show TV-də yayımlanan “Muhteşem Yüzyıl” ın ilk mövsümündə tarix məsləhətçisi vəzifəsində çalışsa da, serialın ikinci mövsümündə vəzifəsini tərk etmişdi. 11 noyabr 2012-ci il tarixində Türkiyənin o dövrki prezidenti Abdullah Gül tərəfindən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu idarə heyətinin üzvü olaraq gətirilmişdir."Bu gün" qəzetində 2008-ci ildən 2014-cü ilin aprel ayına qədər köşə yazıları yazan Ərhan Afyoncu 17-25 dekabr hadisələrindən sonra bu qəzetdən istefa etdi və 2016-cı ildə "Sabah" qəzetində köşə yazarlığına başladı.4 oktyabr 2016-cı ildə Ərhan Afyoncu prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyə Konstitusiyasının 130 və 669 saylı Qanununun 5-ci maddəsinə uyğun olaraq Milli Müdafiə Naziri Fikri İşıq və Baş nazir Binəli Yıldırım təklifi ilə Milli Müdafiə Universitetinin rektoru təyin edildi. Özəl həyatı Özü kimi tarixçi olan Fatma Afyoncu ilə evlənmiş, bu nigahdan 3 övladı dünyaya gəlmişdir. Das Osmanische Reich: Unverhüllt, çev. Nilüfer Çepeli, Yeditepe Yayınevi; Kıbrıs Meselesi, Tarih Ve Tabiat Vakfı Yayınları (TATAV) - Ali Ahmetbeyoğlu, Erhan Afyoncu; Ermeni Meselesi Üzerine Araştırmalar, Tarih Ve Tabiat Vakfı Yayınları (TATAV); Osmanlı'nın Hayaleti, Yeditepe Yayınevi; Ottoman Empire Unveiled, Yeditepe Yayınevi; Sorularla Osmanlı İmparatorluğu, Yeditepe Yayınevi; Osmanlı Tarihi Araştırma Rehberi, Yeditepe Yayınevi; Ermeni Meselesi Üzerine Araştırmalar, Tatav Yayınları; Fatih ve Fetih Albümü, Tatav Yayınları; Tanzimat Öncesi Osmanlı Tarihi Araştırma Rehberi, Yeditepe Yayınları; Osmanlı İmparatorluğu'nda Askeri İsyanlar ve Darbeler (Uğur Demir ve Ahmet Önal ile birlikte), Yeditepe Yayınevi, İstanbul 2010 ISBN 6054052202; Truvanın İntikamı, Yeditepe Yayınevi, İstanbul 2009, ISBN 978-605-4052-11-0; Yavuz’un Küpesi, Yeditepe Yayınevi ,Erhan Afyoncu , 2010, ISBN 978-605-4052-35-6; Muhteşem Süleyman, Yeditepe Yayınevi, İstanbul 2011. ISBN 9786054052554; Fransa'ya Osmanlı Tokadı, Yeditepe Yayınevi, İstanbul 2011; Kanuni ve Şehzade Mustafa, Yeditepe Yayınevi, İstanbul 2012; Venedik Elçilerinin Raporlarına Göre Kanuni ve Pargalı İbrahim Paşa, Yeditepe Yayınevi, İstanbul 2012; Sahte Mesih (Osmanlı Belgeleri Işığında Dönmeliğin Kurucusu Sabatay Sevi ve Yahudiler), İstanbul 2013; İstanbul'un Kapısı Sultanbeyli Tarihi, (Vahdettin Engin, İlber Ortaylı ve Mehmet Mazak ile birlikte), Yeditepe Yayınevi, İstanbul, 2013; Peçesi Düşen Osmanlı :Çince, Yeditepe Yayınevi, İstanbul, 2014; Son Dünya Düzeni, Yeditepe Yayınevi, İstanbul, 2014; Süleyman Şah Türbesi, Yeditepe Yayınevi, İstanbul, 2015, ISBN 605520077; Muhteşem Valide: Kösem Sultan, Yeditepe Yayınevi, İstanbul, 2015, ISBN 605978723; Turhan Sultan, Yeditepe Yayınevi, İstanbul, 2015, ISBN 6059787246 (Uğur Demir ile birlikte; Baltacı ve Katerina, Yeditepe Yayınevi, İstanbul, 2015, ISBN 6059787307 Möhtəşəm Süleyman 2011-ci ilin fevral ayında nəşr olunan Sultan Süleyman və Hürrəm Sultanın həyatını izah edən bu bioqrafiyanın baş redaktorluğuu Mustafa Qaragüllüoğluna, üz dizaynı isə Sercan Arslana aiddir. Troyanın intiqamı Yazıçının 2009-cu ilin may ayında nəşr olunan tarixi araşdırma kitabıdır. Kitabda Fateh Sultan Mehmetin Troya sivilizasiyası ilə əlaqəsi, onun şəxsiyyəti və İstanbulun Fəthi ilə əlaqədar bilinməyənlər haqqında maraqlı məlumatlar öz əksini tapmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=676581
Ərhan Güləryüz
Ərhan Güləryüz (türk. Erhan Güleryüz; 13 yanvar 1966, Böyükçəkməcə, İstanbul ili) — "Ayna" Qrupunun solisti, film rejissoru və aktyor. Ərhan Güləryüz ibtidai və orta məktəbi Böyükçəkməcədə oxuyub, burada yaşayıb. Musiqi ilə orta məktəb illərindən məşğul olmağa başlayıb, baraban çalıb. Doqquz Eylül Universitetinin İqtisadi və İdari Elmlər fakültəsində təhsil alıb. Filmoqrafiya
https://az.wikipedia.org/w/index.php?curid=444297
Ərhan Ufak
Erhan Ufak (5 may 1977) — Türkiyə aktyoru. Filmoqrafiya Xarici keçidlər Ərhan Ufak — IMDb səhifəsi Ərhan Ufak — Instagram səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=723175
Ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir. Ondan kompot, şirə, mürəbbə, cem, marmelad, pat, pastila, jele, povidlo, sukat, karamel üçün içlik və şərab hazırlanır, həmçinin qurudulur. Çəyirdəyi ilə birlikdə qurudulduqda uryuk, çəyirdəksiz bütöv qurudulduqda qaysı, iki yerə bölünüb qurudulduqda isə kuraqa adlanır. Qurudulmuş ərikdən tamlı qatqı kimi bir çox xörəklərin hazırlanmasında istifadə olunur. Çəyirdəyinin qabığından aktivləşdirilmiş kömür, budaqlarının ifraz etdiyi qətranlardan isə kley hazırlanır. Balverən bitki kimi az məşhurdur. Çünki çox qısa müddətdə çiçəkləyir. Yabanı ərik qiymətli calaq materialı hesab edilir. Mədəni sortların yetişdirilməsində onun böyük əhəmiyyəti vardır. Adi əriyin tərkibində 20%-ə qədər şəkər (əsasən saxaroza), 2,6% üzvi turşu (alma, limon və az miqdarda salisil, şərab), 1%-ə qədər pektin, karotin, B1 və B2 vitaminləri vardır. Çəyirdək ləpəsində 40%-ə qədər badam yağına oxşar qurumayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır. Yabanı halda bitən əriklərin çəyirdək ləpəsində 1-3% miqdarında acı amiqdalin qlükozidi olur. Ona görə də qida məqsədləri üçün işlədilmir. Əriyin mineral tərkibi (mq/100 q) aşağıdakı şəkildədir: Kalsium-20, Dəmir-0,2, Maqnezium-2, Kalium 28,3, Natrium az miqdarda. Əriyin vətəni Orta Asiya hesab olunur. Əfsanəyə görə, Babilistanı tərk edən sakinlər Qafqaz dağlarından aşaraq özləri ilə ərik ağacının tinglərini aparmış və onları yol boyu əkmiş və bundan sonra gözəl ərik bağı yaranmışdır. Bundan sonra yaxınlıqda yerləşən kəndlərin sakinləri gümrahlığı və uzunömürlülüyü, qızlar isə qeyri-adi gözəlliyi ilə fərqlənməyə başladı. Qədim Yaponiyadan bizə gəlmiş mövhumata əsasən, əriyin yumşaq əti və şirəsi həyatı uzadır və orqanizmi cavanlaşdırır. Xüsusiyyətləri Ərik qızılgülçiçəklilər (rosaceae) fəsiləsindən olub, Zaqafqaziyada və Orta Asiyada geniş yayılmışdır. Ana vətəni Çindən Böyük İsgəndərin Asiya yürüşlərində (m.ö. 330-323) İran və Qafqaz dağlarının üzərindən Anadoluya aparılan əriyin Azərbaycanda iki min ildən çox keçmişi var. Romalıların Anadolunu istilası zamanı yerli tacirlər tərəfindən əvvəlcə İtaliyaya, sonra isə Yunanıstana aparılan "Qızıl Alma" da adlandırılan meyvənin istehsalına bu ölkələrdə böyük əhəmiyyət verilmişdir. Ərik, İtaliya və Yunanıstandan 13-cü əsrdə İngiltərəyə, 17-ci əsrdə isə Fransa və Amerikaya aparılmışdır. Azərbaycanda bu bitki çoxdan bəri becərilir və onun bir sıra rayonlarda ildən-ilə becərilməsi genişləndirilir. Dərman məqsədilə meyvələrinin toxumlarından, eləcə də ərik ağacının gövdəsində və qol-budaqlarında da qonur-sarı rəngli yapışqan əmələ gəlir ki, bu da ilk vaxtda yumşaq olur, sonralar isə açıq havada quruduqda bərkiyir və qırmızı-qonur rəngə çevrilir. Ərik ağaclarının yapışqanı günəş qarşısında qurudulduqda ağ rəng alır. Ərik ağacı yapışqanı suda yaxşı həll olduğu üçün əczaçılıq təcrübəsində Ərəbistan kitrəsini əvəzedici kimi həb və tablet dərmanlarının tərkibində, eləcə də emulsiyaların hazırlanmasında istifadə olunur. Əriyin meyvələri son dərəcə faydalıdır. Meyvələrini yetişən vaxt toplayır, həm təbii, həm də konservləşdirilib yeyinti sənayesində istifadə edirlər. Bundan başqa konserv zavodlarında çox vaxt meyvələrin tumlarını ayırıb atırlar. Son illərə kimi ərik ağacının meyvələrinin tumları konserv zavodlarının tullantısı hesab olunurdu. Lakin hazırda əriyin toxumlarından əla keyfiyyətli tibb üçün yararlı, badam yağını əvəz edən piyli yağ istehsal olunur. Bu yağdan əczaçılıqda kamfora yağının [Olenm Camphorae] hazırlığında istifadə edilir. Ərik ağacının toxumlarında 60%-ə qədər əla keyfiyyətli piy yağı vardır. Bu yağ bütün xassəsilə badam və şaftalı yağlarına oxşayır. Ona görə də badam, şaftalı yağları kimi, ərik yağı da Dövlət Farmakopeyasına daxil edilmişdir. Toxumlarında piyli yağdan başqa 25%-ə qədər zülal maddələri və B15 vitamini (panqam turşusu) da vardır. Ərik ağacının şirin və acı tumlu sortları olur. Şirin sort ərik tumlarının ləpəsi yeməlidir, faydalıdır. Acı sortun tumlarında 50 – 60% piyli yağdan başqa 8, 43%-ə qədər amiqdalin qlikozidi olduğu üçün çox zəhərlidir. Odur ki, acı sort ərik ağacının tumlarını yemək olmaz. Ərik ağacının meyvələri çox xeyirlidir. Meyvələrinin lətli hissəsində bir sıra müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan: karotini, B1 qrupu vitaminləri, pektin və aşı maddələrini, şəkəri (4-5%) üzvi turşuları (alma və limon turşularını) (2,5%), kalsiumu, maqneziumu və fosfat duzlarını göstərmək olar. Ərik ağacının yapışqanı isə uşaqlarda tez-tez baş verən qarın ağrılarında müalicə məqsədilə işlənən emulsiyanın tərkibində emulqator kimi istifadə olunur. Meyvələrindən xalq təbabətində sinəyumşaldıcı və bəlğəmgətirici, tam yetişməmiş meyvələri isə qurdqovucu dərman kimi işlədilir. Tam yetişmiş meyvələri mədənin həzm olma prosesini yaxşılaşdırır, maddələr mübadiləsinə və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. pH-ı 3-4 arasında dəyişən təzə ərik, doqquz fərqli şəkər, on səkkiz sərbəst amin turşusu, zəngin A vitamini və betakaroten, yüksək miqdarda potasium və dəmir elementi ehtiva edən bir quruluşda yaradılmışdır. Hələ tam yetişməmiş dövrdə yüksək olan C vitamini (50–60 mg/kg), meyvənin yetişməsi ilə birlikdə azalmaqdadır (30–50 mg/kg). Yaş və quru ərikdə insan sağlamlığı üçün bir çox xüsusiyyət vardır. İnsan vücudunun günlük enerji və protein ehtiyacının qarşılanmasında çox az iştirakı olmasına baxmayaraq, yaş ərik, mineral maddələrdən potasium və betakaroten maddəsi baxımından çox zəngindir. A vitamininin ön maddəsi olan betakaroten; vücudu və orqanları əhatə edən epitel toxuması, göz sağlamlığı, sümük, diş inkişafı və endokrin bezlərinin çalışması üçün lazımdır. Bir qayısının rəngi nə qədər canlıdırsa, içindəki betakaroten nisbəti o qədər yüksəkdir. Qaysı, sağlamlığın taraz şəkildə davamına və xəstəlikləri önləməyə vəsilə olacaq mahiyyətdə yaradılmışdır. Ərikdə olan A vitamini, çoxalma və böyümədə; infeksiyalara qarşı müqavimətin artmasında əhəmiyyətli təsirə malikdir. Digər tərəfdən A vitamini, normal vücud hüceyrələrinin bədxassəli hüceyrəyə çevrilməsinin başlıca cavabdehi olan aktiv karsinogenlərdən təkli oksigen radikallarının meydana gəlməsinin və ya meydana gəldikdən sonra təsirsiz qalmasının qarşısını ala bilir. Bundan başqa A vitamini, hüceyrələrin müqavimətinin artmasına vəsilə olaraq xərçəngə qarşı qoruyucu vəzifəni yerinə yetirməkdədir. Beləliklə, sərbəst radikalların meydana gəlməsi və hüceyrə ölümünə səbəb olan protein və yağ turşularının pozulma reaksiyalarının dayandırılması təmin edilir. Ərikdə natrium az, potasium isə çox olduğuna görə, qəlb çatışmazlığı, böyrək xəstəlikləri, hepatit, siroz müalicəsində və qəlb əzələlərinin güclənərək düzgün işləməsində müsbət təsirinin olduğunu öyrənilmişdir. Bununla yanaşı, əriyin tərkibindəki maqnezium və kalsium qırtlaq yanmalarının qarşısını alır. Quru qayısıya rəngi getməsin deyə əlavə olunan sulfat dioksidin astma kimi allergiyalara xeyirli olduğu müəyyən edilmişdir. Quru qayısının qida və sağlamlıq baxımından digər önəmli xüsusiyyəti də lifli qida olmasıdır. Quru qayısının 100 qramında təqribən 24 qram lif var. Yeniyetmə bir insanın günlük lif ehtiyacı isə 25 qramdır. Dietlə qəbul edilən bu liflər, həzm sistemimizdə ifraz olunan fermentlər tərəfindən hidroliz edilə bilməyən polisaxarit və liqnin kimi birləşmələrdən ibarətdir. Bu lif; irritabl kolon sindromu, xroniki ürək xəstəlikləri, kolon xərçəngi, diş və şəkər xəstəliyi, apendisit, qəbzlik, hemoroid və kökəlmə kimi xəstəliklərin meydana çıxma riskini azaldır və bağırsaqların düzgün çalışmasına kömək edir. Sinonimləri Armeniaca vulgaris Lam. Amygdalus armeniaca (L.) Dumort. Həmçinin bax Abrikosovlar
https://az.wikipedia.org/w/index.php?curid=784754
Ərik povidlosu
Ərik povidlosu — ərik püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Səhər yeməyi zamanı yağ, pendir və qaymaqla birlikdə süfrəyə verilir. Tərkibi ərik, limon turşusu, şəkər tozundan ibarətdir. Həmçinin bax Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
https://az.wikipedia.org/w/index.php?curid=537321
Ərik qabıqyeyəni
Ərik qabıqyeyəni (lat. Scolytus fasciatus Rtt. azərb. Ərik qabıqyeyəni) — Buğumayaqlılar tipinin bir növüdür. Həyat tərzi Sürfə mərhələsində qışlayır. Ədəbiyyat məlumatlarına əsasən aprel ayında pup mərhələsində keçir, bizim tədqiqatlara görə, pup mərhələsinə əsasən may ayının birinci ongünlüyündə keçir. Böcəklərin təbiətdə uçuşu, iyunun əvvəlindən iyulun ortalarına qədər davam edir. Bu müddətdə dişi fərdlər ağacın qabıq hissəsini gəmirərək, iri deşiklər açır və oraya 60-dan 120-yə qədər yumurta qoyur. 6-8 gündən sonra yumurtalardan çıxan sürfələr qidalana-qidalana uzun yollar açaraq qabığın alt qatlarına, oduncağa qədər gedirlər. Sürfə mərhələsindən sonra oduncaq hissədə də puplaşırlar. İldə bir nəsil verir, bəzək bitkilərindən başqa digər meyvə ağaclarına da ciddi zərər vurur. Keçmiş SSRİ-nin Avropa hissəsində, Qafqazda, Sibirdə və Orta Asiyada, Azərbaycanda isə Şəki-Zaqatala, Quba-Xaçmaz, Şamaxı- Qobustan, Gəncə- Daşkəsən, Dağlıq Qarabağ, Naxçıvan MR, Lənkəran bölgəsində.
https://az.wikipedia.org/w/index.php?curid=489145
Ərik qaxı
Qaysı qurusu və ya ərik qaxı (uyğ. kurägä "qurudulmuş əriklər" və ya özb. quru) – ərik meyvələrinin qurudulması yolu ilə əldə olunan meyvə qaxacı. Qida sənayəsində mühüm yer tutan ərzaq növlərindən biridir.Ərik qaxı milli xörəklərin hazırlanmasında (xüsusən plov) əvəzolunmaz çərəzdir. Hazırlanması Günəşdə qurutma üsulu Çox qədimdən istifadə olunan və geniş yayılmış üsuldur. Əriklər tumlu halında təmiz pambığ və ya kətan parça üzərinə sərilir. Günəş şüaları altnda 3–4 gün saxlanıldıqdan sonra tumu çıxarılır. Yumşaq şəkildə tumu çıxarılarsa forması əzilmiş olur və tumla birgə ətli hissəsi də çıxır və istənilən nəticə əldə edilmir. Tumlar rahat çıxarıldıqdan sonra arzuolunan rəng alınana qədər 5–10 gün müddətində gün işığında saxlanılır. Sobada qurutma üsulu Birinci üsul – folqa üzərində ortadan kəsilmiş, iç tərfələri yuxarı olaraq, 60 dərəcədə 1 saat qurutmaq. Sonra sobanın qapısını açaraq əriyin soyumasının gözləmək və sonra daha bir saat eyni qaydada təkrar etmək və beləliklə tam quruyub, suyu artıq çıxmayana qədər 4–5 dəfə təkrarlamaq. İkinci üsul – kəsilmiş və tumdan təmizlənmiş ərikləri 10 dəqiqə ərzində qaynayan suyun üzərində süzgəcdə saxlamaq. Bu rəngi daha yaxşı saxlamaq üçündür. Sonra dəsmal üzərinə qoyaraq qurutmaq. Tavada folqa üzərinə sərərk sobada 70 dərəcədə 7–9 saat ərzində saxlamaq. Sonra qaxlar soyuyandan sonra onları taxta yeşiyə qoyaraq dərhal yeşiyin qapağını örtmək və tam quruyanadək 2–3 həftə ərzində orada saxlamaq. Sənayə üsulu Bİrinci mərhələdə yuyularaq meyvələr şırımdan ikiyə bölünür. Avtomatlaşdırılmış qurğular vasitəsi ilə tumlar xaric olunur, bölünmüş paylar yenidən yapışdırılır. Sonra 4-5 dəqiqə ərzində bişirilir, qaynadılır və sonra sıxılır və nəticədə meyvənin ətindəki liflər bir birinə yapışır. Sonra qurutma aparatlarında 70 °C istidə 15-24 saat ərzində qurudulur. Daha sonra nəmliyi normallaşdırmaq üçün altlıqlarda saxlanılır. Qurudulmuş meyvələrin xüsusi maddələrlə işlənilməsi məhz qaysı üçün tələb olunmasa da, bir sıra faktorlardan asılı olaraq qaysı qurusu da E220 (Sulphur Dioxide) konservantı ilə də işlənilir. Ərik qurusu insan üçün çoxlu faydaları vardır. Ərik qurusu ürək, qanın tərkibinə, bağırsaqların normal fəaliyyətinə, hamilə qadınlar üçün xüsusi faydaları var. Qaysı qurusu qaysı meyvəsindən daha faydalıdır. Qaysı qurusunun faydası tərkibində yüksək miqdarda insana lazım olan mikroelementlərin və vitaminlərin mövcudluğu ilə izah olunur. Qaysı qurusunun istifadəsinə əks göstərişlər mədə xorası, onikibarmaq bağırsaq xorası, şəkərli diabet və qalxanabənzər vəzinin xəstəlikləridir. Ayrıca qidaya qarşı dözümsüzlük, allergiya olduqda qaysı qurusunun istifadəsindən qaçınılması tövsiyə olunur.
https://az.wikipedia.org/w/index.php?curid=699801
Ərik sukatı
Ərik sukatı - Ərikdən hazırlanmış quru mürəbbə Həmçinin bax Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
https://az.wikipedia.org/w/index.php?curid=537384
Ərikgülü
Ərikgülü (lat. Tropaeolum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin ərikgülükimilər fəsiləsinə aid bitki cinsi.
https://az.wikipedia.org/w/index.php?curid=143968
Ərikgülükimilər
Ərikgülükimilər (lat. Tropaeolaceae) — kəvərçiçəklilər sırasına aid bitki fəsiləsi. Tropaeastrum Tropaeolum — Ərikgülü
https://az.wikipedia.org/w/index.php?curid=143967
Ərikli
Ərikli — Qərbi Azərbaycanın Qarakilsə (Sisyan) rayonunda yerləşən yaşayış məntəqəsi. Ərikli — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı inzibati ərazi vahidində kənd.
https://az.wikipedia.org/w/index.php?curid=394725
Ərikli (Laçın)
Ərikli — Azərbaycan Respublikasının Laçın rayonu Kürdhacı kənd inzibati ərazi dairəsində kənd. Etimologiyası Ərikli toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında yaşayış məntəqəsini qasımuşağı tayfasına mənsub ailələr keçmışdə ərik bağları olmuş Ərikli adlı yerdə saldıqları üçün belə adlandırıldığı qeyd edilmişdir. Aparılan araşdırmalardan məlum olur ki, kəndin adı Qarakilsə rayonunda olan Ərikli kəndinin, Qarakilsə rayonunu Ermənistandan ayıran silsilə Ərikli dağlarının və Ərikli çayının adından götürmüşdür. Ərikli sözünün leksik mənası ərənlər, igidlər yaşayan məkan mənasındadır. İbrahim Bayramovun Qərbi Azərbaycanın türk mənşəli toponimləri adlı kitabında apardığı tarixi araşdırmadan məlum olur ki, Ərikli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Qarakilsə (indiki Sisyan rayonu) ərazisində kənd olmuşdur. Bu kənd Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1873-cü ildən başlayaraq müxtəlif illərdə aparılmış siyahıya alma zamanı kənd sakinlərinin azərbaycanlılar olduğu qeyd edilmişdir. Nəhayət, 1917-18-cı illərdə azərbaycanlılar bu kənddən qırğınlarla deportasiya edilmiş, kənd dağıdılmış və bu günə qədərdə xarabalığa çevrilmiş şəkildə qalmaqdadır. Ərikli kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və işğalçılar tərəfindən bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmışdır. 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli müqaviləsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunub. Coğrafiyası Ərikli kəndi Qarabağ silsiləsinin yamacındadır. Bəzi mənbələrdə kənd əhalisinin kürd əsilli olması qeyd edilsə də aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır. Kənd sakinlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi. Kəndin binasını qoyan və sonralar da kənddə yaşayan əhali azərbaycan türkləri olmuşdur. Kənddə yaşayan əhali bir neçə tayfa və tirədən ibarətdir: Heydərli tayfası (tirələri: Bağıruşağı və Alıbəyuşağı), İbrahimuşağı tayfası, Əhməduşağı tayfası. Tanınmışları Həmçinin bax Araxış sövməsi
https://az.wikipedia.org/w/index.php?curid=83816
Ərikli (Sisyan)
Ərikli kəndi — Qərbi Azərbaycanın Qarakilsə rayonunda yerləşən, hal-hazırda tərk edilmiş yaşayış məskəni. Ərikli Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Etimologiyası Toponim ərik meyvə adına "-li" sözdüzəldici şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1849-cu ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan: Allahverdi Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğlu: Rzaqulu, Qardaşları: Həzrətqulu, Allahverən Bəylər Rəhim oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşı: Rüstəm Fərzəli Abdulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşları: Piri, Qənbər Məmmədbağır Əsədulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Məmmədcəfər (oğlu: Nəsir), Fərzalı İsmayıl Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğlu: Abdulla Vəli Əliməmməd oğlu — Cəbrayıl qəzasının Kərimbəyli obasından gəlib. Oğlu: Həsən İbrahim Namaz oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Mirzalı (oğlu: Seyidalı), Məsum, Qulu İsmayıl Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğulları: Abdulla, Əsədulla, ƏzizKənddə 1873-cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914-cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1917–18-ci illərdə azərbaycanlılar qırğınlarla deportasiya edilmiş və kənd dağıdılmışdır. İndi xarabalıq yerdir. Ənvər Çingizoğlu, "Ərikli kəndinin yaranması haqqında", "Soy" jurnalı. 12(32), Bakı, 2009. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=104965
Əriklidərə dağları
Əriklidərə dağları — Ordubad rayonu ərazisində tirə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində, Vənəndçay və Ciqandərəçayın suayırıcısında uzunluğu 6 km-dən artıq olan, şimal-qərbə əyilmiş silsilədir. Ən yüksək zirvəsinin hündürlüyü 2056,9 m-dir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin Zəngəzur qalxım zonası ilə təmas zolağında yerləşir. Qərb və şərq hissələri Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından, mərkəzi hissəsi isə Şərqi Ordubad dərinlik qırılma zonasının nəzarət etdiyi eyniyaşlı Ağrıdağ intruziyasının diorit və dioritli porfiritlərindən təşkil olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=498832
Ərimə nöqtəsi
Xüsusi ərimə istiliyi maddənin növündən asılıdır. M.Murquzov və b. Fizika. VII sinif üçün dərslik. Bakı, 2005.
https://az.wikipedia.org/w/index.php?curid=271842
Əriməna
Əriməna — e.ə. 635 və e.ə. 629 arası hökm sürmüş Urartu kralı. Həmçinin bax Urartu krallarının siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=582300
Ərinc
Ərinc — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda
https://az.wikipedia.org/w/index.php?curid=481385
Ərincək
Folivora (lat. Folivora) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin dişsiz məməlilər dəstəsinə aid heyvan yarımdəstəsi.
https://az.wikipedia.org/w/index.php?curid=147271
Ərincəklilər
Ərincəklilər (lat. Tardigrada) — heyvanlar aləminə aid heyvan tipi. Buğumayaqlılara çox bənzəyir. Dağlardan okean diblərinə qədər müxtəlif mühitlərdə 900-dən çox növü yaşayan mikroskopik canlıdır. Suda yaşayır, 8 ayağı olan mikroskopik, eukariot canlıdır. Su ayılarının genomu təxminən 75–800 DNT meqaəsas cütlüyündən ibarətdir. İlk dəfə 1773-cü ildə alman pastoru Johan August Ephraim Goeze tərəfindən kleiner Wasserbär (kiçik su ayısı) kimi təsnif edilmişdir. 1777-ci ildə italyan alim Ladzaro Spallanzani ona il tardigrado adını vermişdir, 1840-cı ildən isə latın dilində Tardigrada kimi bəhs edilir. Bu maraqlı canlılara verilən başqa bir ad olan "Su ayısı" isə hərəkətlərinin ayı yerişini xatırlatmasından qaynaqlanır. Su ayılarının ən böyükləri 1.5 mm uzunluğa çata bilər. Yumurtadan yeni çıxmış bir su ayısı sürfəsinin ölçüsü isə 0.05 mm-dən də kiçik ola bilər. Ərincəklilər metabolizmlərini müvəqqəti dayandırmaq və "cryptobiosis" ("kriptobioz" — bütün həyati funksiyalarını dayandırma) vəziyyətinə girə bilən bir canlıdır. İllərlə dehidrasiya (susuzlaşdırılmış) vəziyyətində sağ qalır. (Onlar əlverişsiz mühitdə bədənlərindəki süyun böyük hissəsini xaric edib büzüşürlər, əlverişli şəraitdə yenidən canlanırlar). Onların bu vəziyyətində metobolizm səviyyəsi normanın 0,01%-dən az, tərkibindəki su isə 1%-ə qədər enə bilir. Belə davamlılıq qabiliyyəti onların membranlarını qoruyan karbohidrat-treqalozanın (trehalose) yüksək səviyyəsindən asılıdır. Xüsusiyyəti Su ayılarının davam gətirə bildiyi ekstremal şərait: Temperatur — Su ayıları 151 °C-də (424 K) bir neçə dəqiqə ərzində yaşaya bilər. −200 °Cdə (70 K) günlərlə və ya −272 °C-də bir neçə dəqiqə soyuqda sağ qalır. Təzyiq – onlar çox aşağı təzyiqlərdə (vakuuma yaxın) və yüksək təzyiqlərə tab gətirirlər (1200 atmosfer təzyiqi, hətta okean dərinliklərində 6000 atmosfer təzyiqinə tab gətirirlər). Aşkar olunub ki, o, açıq kosmosun vakuum şəraitində ən azı 10 gün yaşaya bilər. Dehidrasiya – Su ayıları susuzlaşdırılmış şəraitdə təxminən on il yaşaya bilər. Radiasiya – Su ayıları 5000 Gy (qamma şüalar) dozaya qarşı tab gətirir (5–10 Gy insan üçün ölümcül ola bilər). Su ayıları 2007-ci il sentyabr ayında kosmosa göndərilən Avropa Kosmos Agentliyinin FOTON-M3 adlı kosmik gəmisinə yerləşdirildi və kosmosun sərt şəraitinin təsirinə məruz qoyuldu. Kosmik gəmi qayıtdıqdan sonra tədqiq edilən nümunələrin çoxunun həddindən artıq istilik və oksigensiz mühitdən zərər çəkmədikləri, bəzi fərdlərin isə ölümcül səviyyədəki ultrabənövşəyi şüalardın təsirindən sağ qaldıqları və törəməyə davam etdikləri aydınlaşdı. Mövzu haqqında araşdırmalarını nəşr etdirən Kristianstad Universitetində Dosent olan Ingemar Jönsson faktların arasında ən maraqlı olanının bu canlıların radiasiyaya olan müqaviməti olduğunu ifadə etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=110767
Ərindərə dağı
Ərindərə dağı – Ordubad rayonu ərazisində dağ (hünd.1360.0 m). Zəngəzur silsiləsinin cənub-qərb yamacındadır. Həmçinin bax: Zırnel dağı Cuğağıl dağı Əjdaha dağı
https://az.wikipedia.org/w/index.php?curid=508229
Ərinti
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir. Xəlitələr iki üsulla alınır: 1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu). Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir. Xəlitələr həm də →toz metallurgiyasının köməyi ilə hazırlana bilir. Digər üsul bir təşkiledicinin digəri ilə diffuziya yolu ilə doydurulmasıdır. Xəlitələrin strukturunu və xassələrini dəyişmək mümkündür. Müxtəlif növ emal üsullarının köməyi ilə deformasiya və digər təsirlərə məruz qalan xəlitə strukturlu materialda, tökmədən sonra yaranmış iri kristallar xırdalanır və daha narın tərkib əmələ gəlir. Bu zaman lifli strukturların yaranması da mümkündür. Termiki emal zamanı xəlitələrin fiziki mexaniki xassələri dəyişilir. Qızdırılıma temperaturu və soyudulma sürəti yeni xassələrin yaranmasında böyük rol oynayır. Xəlitələr tətbiq sahəsindən asılı olaraq sinifləşdirilirlər. Konstruksiya xəlitələri maşın hissələrinin, tikinti konstruksiyalarının və digər qurğuların hazırlanmasında tətbiq tapır. Bu xəlitələrin yüksək möhkəmliyi, zərbə özlülüyü, yorulmaya qarşı davamlığı, dinamik və zərbə yükləmələrinə qarşı davamlığı maşınların etibarlı və uzunömürlü işləməsi üçün əhəmiyyətli rol oynayır. Maşınqayırmada tətbiq olunan xəlitələrin əsasını polad və çuqun, aviasiya və avtomobilqayırmada alüminium və titan təşkil edirlər. Alət xəlitələrindən ölçmə alətləri və metalkəsən alətlər hazırlanır. Sürtünən səthlərdə yaranan yeyilməni və onun hissələrin uzunömürlülüyünə təsirini azaltmaq üçün tribotexniki xəlitələrdən istifadə olunur. Yeyilməyə qarşı işlənən xəlitələr çuqun və Pb, Sn, Yn və ya Al elementlərinin qarışığından ibarət olur. Son zamanlar Ti əsaslı forma yaddaşına malik xəlitələr də işlənib tətbiq olunmaqdadır. Bu xəlitələr dəfələrlə deformasiya olunmalarına baxmayaraq, qızdırıldıqda öz əvvəlki formasını alır. Sənayedə istifadə olunan xəlitələr Xəlitələr təyinatına görə bölünürlər: konstruksiya, alət və xüsusi. Konstruksiya xəlitələri: düralüminium Xüsusi xassəli konstruksiya xəlitələri: Yastıqların hazırlanmasında: Kəsici alətlərin hazırlanmasında: Texnikada 5000-dən çox xəlitə tətbiq olunur. Onları aşağıdakı əlamətlərə görə təsnif edirlər: komponentlərin sayına görə (ikili, üçlü və s.), quruluşuna görə (homogen və heterogen), xarakter xüsusiyyətlərinə görə (çətinəriyən, paslanmayan və s.), xəlitənin əsasını təşkil edən metala görə (qara, əlvan ) və s.
https://az.wikipedia.org/w/index.php?curid=554579
Əritməklə emal
Əritməklə emal qaynaq prosesi ilə oxşarlığı vardır. Prototiplərin sürətli hazırlanmasının tərkibi olan bu üsul bərk materialı əridərək təbəqə şəklində üst-üstə birləşdirii və beləliklə verilmiş modelin hazırlanmasına imkan yaradır. Prosesin adı da ele buradan yaranıb: Fused Deposition Modeling (FDM) – yəni əridilmiş qatın çəkilməsi ilə modellərin hazırlanması. Burada pəstah rolunu oynayan məftil xüsusi qızdırıcı başlığın köməyi ilə ərimə temperaturuna qədər qızdırılır. FDM üsulu ərimə temperaturu və istilikkeçirmə qabiliyyəti aşağı olan materialların məsələn, süni materialların və mumun tətbiqi üçün əlverişlidir. Metalların tətbiqi isə yüksək əmək tutumlu hazırlıq işlərinin aparılması nəticəsində müəyyən problemlər yaradır. Püskürtmə başlığı fəzada 3 istiqamətdə hərəkət etdirilə bildiyindən istənilən üçölçülü modelin hazırlanması mümkündür. Başlıqdan verilən ərimiş materialın artiq bərkimiş səth üzərində qat şəklində birləşməsini təmin etmək üçün, verilən material şırnağının en kəsiyi elə idarə edilir ki, o çevrə şəklində yox ellips şəklində olsun. Bu səbəbdən yeni çəkilmiş təbəqədə yaranmış gərginlik nəticəsində çəkilmiş qat sonradan formasını dəyişməyə can atır. Səthi gərginlik tarazlaşdıqdan sonra yeni qatla bərkimiş qat arasında kifayət qədər möhkəm birləşmə əmələ gəlir. Rezo Əliyev. Bertram Hentşel.Sürətli hazırlama texnologiyasının mütərəqqi üsulları. Bakı, Elm, 2005 Andreas Gebhardt: Rapid Prototyping - Werkzeuge für die schnelle Produktentstehung. 2. Auflage. Hanser Verlag, München 2000, ISBN 3-446-21242-6. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=55604
Əriyən ada (film)
Əriyən ada — Azərbaycan rejissoru Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azanfilm" studiyasında çəkdiyi sənədli film. Ekran əsərində hadisələr Neftçala rayonunun Kürdili kəndində cərəyan edir. Burada yaşayanlar müasir, rahat həyatdan bixəbər deyillər, istədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün buranı tərk edib gedə bilərlər, lakin onlar buranı sevirlər. Onların gəncliyi, xatirələri bu yerlə bağlıdır və ona görə də həyatlarını əriyən ada ilə birgə əritməyə qərarlıdırlar. Film "Azanfilm" studiyasında çəkilib.Sənədli filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı isə Rauf Əliyevdir. Festivallar “Əriyən ada” filmi 2013-cü il sentyabrın 15-dən 22-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək “Batumi İnternational Art House Film Festival” (BIAFF-2013) kinofestivalında da iştirak edəcək.2013-cü ildə "Əriyən ada" sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub. Xarici keçidlər Sevda İsmayıllı. "Azərbaycanda belə yer də varmış... Burada pul keçmir" ( (az.)). azadliq.org. 2013-09-30. 2015-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
https://az.wikipedia.org/w/index.php?curid=481568
Əriyən ada (film, 2013)
Əriyən ada — Azərbaycan rejissoru Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azanfilm" studiyasında çəkdiyi sənədli film. Ekran əsərində hadisələr Neftçala rayonunun Kürdili kəndində cərəyan edir. Burada yaşayanlar müasir, rahat həyatdan bixəbər deyillər, istədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün buranı tərk edib gedə bilərlər, lakin onlar buranı sevirlər. Onların gəncliyi, xatirələri bu yerlə bağlıdır və ona görə də həyatlarını əriyən ada ilə birgə əritməyə qərarlıdırlar. Film "Azanfilm" studiyasında çəkilib.Sənədli filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı isə Rauf Əliyevdir. Festivallar “Əriyən ada” filmi 2013-cü il sentyabrın 15-dən 22-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək “Batumi İnternational Art House Film Festival” (BIAFF-2013) kinofestivalında da iştirak edəcək.2013-cü ildə "Əriyən ada" sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub. Xarici keçidlər Sevda İsmayıllı. "Azərbaycanda belə yer də varmış... Burada pul keçmir" ( (az.)). azadliq.org. 2013-09-30. 2015-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
https://az.wikipedia.org/w/index.php?curid=446544
Ərizə
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.
https://az.wikipedia.org/w/index.php?curid=458653
Ərizə qalası
Ərizə qalası - Kəlbəcər rayonu ərazisində qala. Kəlbəcər ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış Ərizə qalası daha çox Qaçaq Nəbinin adı ilə bağlıdır. Çünki bu qalada şikayətlərə, ərizələrə baxıldığından ona görə də buranı Ərizə qalası kimi dillərdə yaşadıblar. Xarici keçidlər "Tarixi və mədəniyyət abidələri". yknews.az. 2021-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2021. "Tarixin yadigarları". genderi.org. İstifadə tarixi: 12 avqust 2021. Həmçinin bax Kəlbəcər rayonu Kəlbəcər memarlıq abidələri Kəlbəcər rayonunun abidələri
https://az.wikipedia.org/w/index.php?curid=715639
Əriş
Əriş — toxucu dəzgahına şaquli istiqamətdə (uzununa) çəkilən iplərdir (saplardır).Toxuma prosesində əvvəlcə əriş saplar arğac saplarının arasından keçirmək üçün ərişlənir. Toxunan materiallarda (əsasən də xalça toxuculuğunda) uzununa müvazi gedən əriş əsas iplərdən biridir. Əriş saplar yun, ipək, pambıq, eləcə də at quyruğu, çətənə, qadının baş tükü və s.-nin qarışığından istifadə edilməklə alına bilər. Müasir dövrdə süni (sintetik) saplara daha çox üstünlük verilir.
https://az.wikipedia.org/w/index.php?curid=271826
Əriştə
Əriştə — undan (məsələn, buğda, düyü və ya qarabaşaq unundan) hazırlanan әrzaq (xәmir mәhsulu). Əriştə hazırlamaqdan ötrü xәmiri kündәlәyir, oxlovla yuxayayanda nazik lavaş kimi yayıb, sonra üst-üstә qatlayıb zolaq (dilim) şәklindә kәsirlәr. Əriştə müxtəlif ölkələrin mətbəxlərinin (məsələn, Çin, İtaliya və s.) vacib hissəsidir. Azәrbaycanda əriştədәn müxtәlif xörәklәr: әriştәli isti duru xörәk, әriştәaşı, әriştәçilov, әriştәplov vә s. hazırlanır. Əriştәaşı bişirmәk üçün әvvәlcәdәn Əriştə kәsilib qurudulur vә sacda qovrulur, sonra qaynar suda bişirilib aşsüzәndәn keçirilir, yağ töküb dәmә qoyulur. Əriştәaşına müxtәlif xuruş da әlavә edilir. Anadoluda qışlıq yemək olaraq istehlak edilər. Şorbasından makaronuna qədər bir çox şəkildə istehlak edilər. Əriştənin yazılı mənbələrində ən erkən qeydi Şərqi Han dövrünə (b.e. 25-220) aiddir. Buğda xəmiridən hazırlanmış əriştə Han dövründə yaşayan camaat üçün vacib yemək olub. 2005-ci ildə areoloqlar Lacia arxeoloji qazıntılar məkanıda aşkar olunmuş bir gil fincanda 4000 illik əriştəni tapmışlar. Deyilənə görə, bu əriştə müasir lamian əriştəsinə oxşayırdı.
https://az.wikipedia.org/w/index.php?curid=90920
Ərk qalası
Ərk qalası (və ya Ərk-i Əlişah, Məscid-i Əlişah, Təbriz qalası, fars. ارگ تبريز) — Təbriz şəhərində yerləşən və XIV əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilən abidə. Günümüzdə şəhərin mərkəzində parkın üzərində yerdən 26 metr yüksəkliyə ucalan Ərk-i Əlişah qalası və ya köhnə adı ilə Məscid-i Əlişah Elxanilər dövrü memarlığının bir nümunəsidir. Son Elxani hökmdarı Əbu Səid Xanın (1316–1335) vəziri Əli şah tərəfindən tikdirilən abidə ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə baş verən şiddətli və tez-tez baş verən zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə (divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilmişdir. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılmışdır. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqəti özünə cəlb edirdi. Tacəddin Əli şah tərəfindən tikdiriilən və sonradan qalaya çevrilən bu binanın eni 30 metr, hündürlüyü 26 metr, qalınlığı isə 10 metrdir . Təəssüf ki, günümüzdə onun yalnız qurbangahı və yan divarları qalmaqdadır. Bundan başqa abidənin üzərində günümüzə qədər gəlib çatmış heç bir yazı yoxdur. 1931-ci ildə abidə Milli İrs siyahısına qeydə alınmışdır. Tacəddin Əlişah haqqında Elxanilər dövrünün məşhur şəxsiyyətlərindən biri olan Tacəddin Əlişah Gilani 1312-ci ildə vəzir olaraq təyin edilmişdir. Onun dəqiq doğum tarixi məlum deyil. Elxanilərin xidmətində çalışmazdan əvvəl zərgərliklə məşğul olan Tacəddin Əlişah bu peşənin onu saraya daxil edəcəyindən xəbərdar idi. Vəzir Tacəddin Bağdadda Firdovsi adlı iş yeri, Təbrizdəki məsciddən başqa Sultaniyyədə bazar yeri tikdirmişdir. Tacəddin Əlişah Olcaytu xanın rəğbətini qazanmaq üçün 1316-cı ildə məscidin planını şəxsən özü tərtib etmiş və inşaasına başlamışdır. Binanın məsciddən çox elm irfan mərkəzi kimi istifadə edilmək xüsusiyyəti də var. Binanın həyətində baxça və mərkəzində hovuz yerləşirdi. Bağçadaki ağaclar qruplar halında əkilmişdi. Abidənin yaşı 700 ildir. O 500 ildir ki, məscid 200 ildir qala olaraq fəaliyyət göstərir.Türkiyədə Səlçuqlar tarixindən bəhs edən ən əhəmiyyətli əsərlərdən biri sayılan Müsamərətül Əhbər adlı əsərdə yazıçı bu məscidin təməli haqqında məlumat verərək bildirir ki, Şam Əməvi məscidindən başqa dünyada bu məscidin bir bənzəri yoxdur.Məscidin xronologiyası aşağıdakı kimidir: İlkin tikinti 1316–1339-cu illər arasında, Elxanilər dövründə aparılmışdır. Tikinti zamanı əsas çəllək tonozu çökdü və daha sonra tikinti dayandırıldı. 1322-ci ildə bir qrup dövlət xadimi Qahirədən gələrək məscidi ziyarət etdi. Onlar məscidin mehrabının qotiq kəmər və minarələrin hər birinin 54 metr hündürlükdə olduğu barədə öz qeydlərində məlumat vermişdilər. 1323–1324-cü ildə tonozun çökməsi ilə tikinti yarımçıq qalır. 1324-cü ildə Tacəddin Əlişah vəfat edir və məscid kompleksi daxilində dəfn edilir. 1533–1536-cı ildə Sultan Süleymanın Səfəvi dövləti üzərinə yürüşləri zamanı Matraqçı Nasuh Təbrizin miniatürasında Əlişah Məscidini də təsvir etmişdir. 1641-ci ildə baş verən zəlzələ məscidə böyük zərərlər vurmuşdu. 1673-cü ildə Şarden məscidin vəziyyəti haqqında öz qeydlərində bəhs edərək bildirir:" Demək olar ki, tamamilə dağılan məscidin alt qismi bərpa edilmişdir. Xalq bu hissədə namaz qılıb ibadətlər edir. Məscidin çox hündür bir minarəsi var. İrəvandan gələrkən ilk bu məscid gözə çarpır." 1786-cı ildə Qacarların hakimiyyəti illərində abidə uzun illər dərviş və təkkələrin ibadət mərkəzinə çevrilir. Zənd xanədanlığının hakimiyyəti zamanı isə məscid qalaya çevrilərək ibadətə bağlanılır. Həmin illərdə qala taxıl və silah anbarı kimi fəaliyyət göstərirdi və ətrafı dəmir tellərlə hasarlanmışdı. 1804–1828-ci illər Rus-İran müharibələri zamanı məscid şəhərin qalasına çevrilmişdi. Bu dövrdə qalaya yeni əlavələr edilmişdi. Beləki quruluşa qarnizon daxması, silah və top tökmə zavodu, ordu qərargahı və kazarma əlavə edilərək məscid ordu bazasına çevrilmişdi. Rus əsilli Qacar generalı, Samson Makintsev (daha çox Samson Xan kimi tanınır) Gürcüstan şahzadəsi Aleksandrın qızı olan həyat yoldaşı ilə birlikdə uzun illər qala içərisində yaşamışdır. 1850-ci ilin iyul ayının 9-da özünü peyğəmbər elan edən Mirzə Əli Məhəmməd Ərk qalasından atılaraq edam edilmişdir. 1911-ci ildə rusların Təbrizi işğal etməsi nəticəsində qalanın divarları bombalandı. Şəhəri ələ keçirən rus ordusu buranı komanda mərkəzi kimi istifadə etdilər. İşğal zamanı ehtiyatsız davrandıqları üçün istifadə etdikləri artilleriya qurğuları qalanın bəzi hissələrini də yandırmışdır. 1925–1941-ci illərdə Rza şah Pəhləvinin hakimiyyəti dövründə binanın ətrafında bir neçə bağ salınmış və ona "Milli Bağ" adı verilmişdir. 1971-ci ildə aparılan arxeoloji qazıntılar zamanı Qacarlar sülaləsinə aid olan hərbi memarlıq qalıqları və qədim silahlar aşkar edildi. 1979-cu il İran İslam İnqilabından sonra bina yenidən cümə namazları üçün məscidə çevrildi. 1980-ci illərin əvvəllərində Müsəlman Xalq Cümhuriyyəti Partiyası tərəfdarlarının dini və dövləti qarışdıran, azərbaycanlı azlıqlara etinasızlıq göstərən yeni quruluşa qarşı üsyanı yatırıldıqdan sonra Müslüm Məlakuti Təbrizin Cümə məscidinə imam seçildi. O, Təbrizdə işlədiyi müddətdə Ərkin Qacar dövründən qalma əlavə divarını, mədəniyyət institutlarını və Ərk teatrını dağıdıb, onların yerinə cümə namazları üçün yeni məscid tikdirdi. Bəziləri hesab edir ki, yerli irsin bu şəkildə məhv edilməsi yerli azərbaycanlı kimliyinin sistematik şəkildə yox edilməsidir. 1990–2000-ci illərdə İran Mədəni İrs Təşkilatı tərəfindən reabilitasiya və yenilənmə layihəsi həyata keçirildi. Lakin bu reabilitasiya zamanı Qacar dövründən qalan bütün qalıqlar strukturdan çıxarılmışdır. Həmin dövrdə Ərk qalasının yanında yeni böyük məscid tikilmişdir. Yeni məscidin üst quruluşu Ərk qalasının memarlığına xələl gətirməkdədir. İran Mədəni İrs Təşkilatının qaydalarına və bir neçə məhkəmə qərarlarına baxmayaraq, yeni strukturun tikintisi tamamlanmışdır. Bu tikinti Ərkin yer altındaki qədimi əsaslarını da tamamilə məhv etdi. Beləliklə yeni İslam rejimi Ərkin əsaslarını aradan qaldırmaqla sonraki illərdə baş verə biləcək yenidən qurma fəaliyyətləri şansını da məhv etmiş oldu. Bundan başqa məscidin müqəddəs və toxunulmaz hesab edilən ibadətgahı da Quran qaydalarına zidd gedilərək dağıdılmış və avtomobil dayanacağına çevrilmişdir. Yeni dayancaq 700 illik məscidin əsas ibadət zalının qalıqları üzərində fəaliyyət göstərməkdədir. Abidənin memarlıq xüsusiyyətləri Binanın arxitekturası ilk zamanlar U formalı quruluşda olmuşdur. U formasının açıq hissəsi qurbangahın yerləşdiyi binanın cənub divarıdır. Şərq və qərb divarları cənub divarından daha qalın tikilmişdir. İlk dövrlərdə şərqdə mədrəsə tikililəri, qərbdə zaviyə, şimalda isə divarlarla əhatə olunmuş çox böyük həyət var idi. Mədrəsə və zaviyənin açıq həyəti və tək eyvanı var idi. Məscid kimi tikilən bu bina 1809-cu ildə qalaya çevrilib.Məşhur iranlı memar Ostad Pirnianın sözlərinə görə, bu bina Azərbaycan memarlığını təmsil edən üslubda tikilib. Şərq və qərb divarları dağıldıqdan sonra qalan hissələr bir-birinə simmetrikdir. Ehtimal olunur ki, bu hissədən sağ və sol tərəfdə mədrəsə və zaviyələrə keçidin təmin olunduğu böyük bir darvaza və ya keçidi varimiş. Əlişah məscidinin eni 30,15 metr, dərinliyi (giriş qapısı ilə mehrab arasında) 65 metr, divarlarının qalınlığı 10,4 metr, yerdən hündürlüyü 25 metrdir. Tacəddin Əli şahın tikdirdiyi bu bina Dəməşq, Rum, Təbriz və Bağdaddakı bütün binalardan yüksəkdir. Eyvan sərdabəsinin eni 30,5 metr, dərinliyi 48 metr və yerdən hündürlüyü 24 metr idi. Eyvan sərdabəsi tikildikdən bir qədər sonra dağılmışdır. Binanın 25 metr hündürlüyünün üzərinə əlavə edilən 35 metrlik gövdə ilə minarənin ümumi uzunluğu 60 metrə çatır. Divarların küncləri (bir fasaddan digərinə birləşdirən səthlər) yonulmuş, beləliklə daha hamar bir keçid təmin edilmişdir. Binanın minarəli fotoşəkili bu gün mövcud olmasa da, Matraqçı Nasuh Təbrizin təsvirində binanın minarə əsası kimi qəbul edilə bilən iki memarlıq elementini də təsvir etmişdir.Məscidin həyəti 285 x 225 metr ölçüdə idi. İsfahan Cümə Məscidi kimi onun da dörd eyvanı var idi və orta eyvanın eni təxminən 30 metr idi. Həyətdə mərmər dayaqlardan istifadə edilmişdir. Məscid transsendent ölçülərinə uyğun olaraq kifayət qədər böyük pəncərələrə malikdir. Məscidin pəncərələrinin eni 5.5 metr, uzunluğu isə 16 metridi. Mehrabın ölçüləri 9m x 30 m idi. Mehrabın nişləri isə 4 m olmuşdur. Məscidin divarlarının bu qədər hündür və qalın inşa edilməsinin səbəbləri aşağıdakılar ola bilər: Məscidi monqol istila və dağıntılarından qorumaq Olcaytu vəzirləri arasında memarlıq fəaliyyəti uğrunda rəqabət Köçəri həyat tərzindən yenicə oturaq həyata keçən Elxanilərin memarlıq sahəsində o qədər də peşəkar olmaması Abidənin ağır qübbəsini saxlaya bilmək üçün qalın divarlara olan ehtiyac Tacəddin Əlişahın öldürülməmiş yeganə İlxani vəziri olması faktı ilə dəstəklənən əzəmət aldanması belə bir quruluşa öz əksini tapmış olması ehtimalı Təbrizdə tez-tez baş verən zəlzələlər. 1273-cü ildə az qala bütün şəhəri yerlə-yeksan edən zəlzələ qorxusundan belə divar qalınlığına üstünlük verilməsi mümkündür. Məscidin dekorasiyaları Təbrizin simvolu sayılan Əlişah məscidində suvaq, mərmər və kirəmit bəzəkləri olmuşdur. Bu bəzəklərin heç biri günümüzə qədər gəlib çatmamışdır. Bu yaxınlarda bərpa edilmiş binada külli miqdarda gips və kafel materialları, həmçinin mərmər və ondan törəmə daş materialları aşkar edilmişdir. Lakin belə bir kafel tətbiqi binanın ilk tikintisindən qalma ehtimalı azdır.Əlişah məscidi nəhəng ölçülərinə baxmayaraq bəzək elementlərini qoruyub saxlaya bilməmişdir. Binanın qalıqlarının hamısı kərpic materialıdır. Kərpicin uzun və qısa tərəflərinin istifadəsi ilə üfiqi, əyri və şaquli düzülüşü binaya hərəkətlilik qazandırmışdır. Binada ümumilikdə 5 iti tağ vardır. Kərpiclər bu tağların yuxarısına sağ tərəfdə sağa meyilli, sol tərəfdə isə sola meyillik şəkildə düzülmüşdür. Mehrabda heç bir bəzək ünsürünə rast gəlinmir. Qiblə divarında müəyyən ardıcıllıqla düzülən pillələr düzbucaqlıdır. Mehrab haşiyəsində bu pillələr maili bucaq altında inşa edilmişdir. Mehrabı əhatə edən düzbucaqlı kameranın yuxarı kənarı ardıcıl boşluqlarla bəzədilib. Hərəkətlilik eyni kənarda taxta material ilə təmin edilir. Əlişah məscidinə cənubdan baxdıqda mehrab çıxıntısının kifayət qədər yüksək olduğu, ziyarətgahdan baxdıqda isə mehrab yuvasının göründüyü qədər dərin olmadığı görünür. Bu Səlçuqlu memarlıq elementlərinin binanın tikintisində istifadə edildiyini göstərir. Binanın ziyarətgah hissəsində şərq və qərb divarlarındakı iki pilləli panellərin düzbucaqlı və ya kvadrat formada inşa edilmişdir . Bu lövhələrin yuxarı kənarları ardıcıl boşluqlarla canlandırılmışdır. Əlişah Məscidinin cənub divarına kənardan baxdıqda qalanın görünüşünü dəstəkləyən bəzi memarlıq elementləri görünür. Mehrab çıxıntısının yuxarı hissəsində üç dairəvi tağlı pəncərə vardır. Bunların ortasından yağış suyu xaricə uzanan nov ilə axıdılırmış. Mehrabın yuxarı hissəsinin sağında və solunda daha dörd uclu tağlı pəncərə var idi. Bu pəncərələr arasında üç uzun, nazik düzbucaqlı arakəsmələr var. Çöldən baxanda məscidin şərq divarı ilə cənub divarının kəsişməsində başqa bir pəncərə var. Simmetrik olmalı olan pəncərə qərb fasadındadır və ön fasaddan görünmür. Qərb divarında üç uzun nazik düzbucaqlı arakəsmələrdən sonra iti uclu tağlı, düzbucaqlı pəncərə var. Yenə də binaya kənardan baxanda şərq divarında iti uclu tağlı üç pəncərə və onların arasında üç uzun, nazik dördbucaqlı arakəsmələr görünür. Ziyarətgahdan şərq və qərb divarlarının yuxarı hissələrinə baxdıqda onun simmetrik inşa olunduğu nəzərə çarpır. Qərb divarının yuxarı hissəsində görünən boşluğun qapı və ya pəncərə olması ehtimal edilir. Eyni memarlıq elementi şərq divarının yuxarı hissəsində mövcud olsa da, o, günümüzə qədər gəlib çıxmamışdır. Cronin, Stephanie, redaktor Iranian-Russian Encounters: Empires and Revolutions Since 1800. Routledge. 2013. ISBN 978-0415624336. Sheila S. Blair. Arg-i ʿAlī Shāh. 2008.Melville, Charles. "Historical Monuments and Earthquakes in Tabriz". Iran. Taylor & Francis. 19. 1981: 159–177. doi:10.2307/4299714. JSTOR 4299714. Beksaç, E., Çobanoğlu, A.V. İlhanlılar”. Diyanet İslam Ansiklopedisi (DİA). XXII. İstanbul. 2000. 105–108. M. Aksarayi. Müsameretü-l Ahbar (tərcümə Mürsəl Öztürk). Ankara. 2000. S,S. Blair. The Mongol Capital of Sultâniyya: The İmperial. Journal of Persian Studies. 1986. 139–151. J. Chardin. Chardin seyahatnamesi (tərcümə Ayşe Meral). Kitab yayınevi. 2014. S.Bülbül. İran İlhanlı Dönemi Mimari Süslemesi XIII.-XIV. yy. Van: Yüzüncü yıl Üniversitesi. 2012. S.Eyice. Cami. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 1993. 56–90. A.Karrenk. Asar ve Ebniyeye Tarihi Tebriz. Təbriz. 1968. H.S.Marandi. İlhanlıların İran’daki Siyasi Faaliyetleri ve Eserleri. Erzurum: Atatürk Üniversitesi. 2015. S.A. Mansuri və B.Ajarloo. Alişah Tebriz Erg’inin Yeniden Tanıtımı ve Uygulamaları. Hoberhaye Ziba Dergisi. 2004. Ş.Beyani. Din Ve Devlet Der Iran Akhd-ı Mogol. Merkez-ı Nesr-ı Danis Gahi. (Hukumet-i Ilhanli). Tehran. 1389.O.G. Özdügənli. Olcaytu Han. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 2007. 345–347.A.Kaşani. Tarih-e Padişah Said Gıyasedünya ve Din Olcaytu. Heftomin Numayişhgah Beynelmileli. Tehran. 1384. K.S.Yetkin. İslam Mimarisi. Ankara: Ankara Universitesi Basımevi. 1965.E.G.Browne. A Year Amongs The Persians: Adam and Charles Black. London. 1959. Həmçinin bax Bəzz qalası Güney Azərbaycan
https://az.wikipedia.org/w/index.php?curid=64717
Ərkil
Ərkil — İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. Mənbədə Arkel kimidir. 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı, 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. "Qara Abdal kəndinin yaxınlığında yerləşir". Ərk adından və qədim türkcə il (azərbaycanca el-"tayfa") cözündən ibarətdir. Erkən orta əsrlərdə Van gölündən şimal-qərbdə Tavrubəran əyalətində (Araz çayının yuxarı axını ilə Murad-Su və Bingöl-Su, yə'ni Mingəl-Su çayları arasında) Ark (Ərk) mahalındançıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XX əsrin 30-cu illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=740890
Ərkin (Əbhər)
Ərkin (fars. اركين) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (29 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=772307
Ərkit
Ərkit – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərkit kəndi «„Ərkit kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azәrbaycan türkləri və Tabasaranlılar. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 608 nəfər təşkil etmişdir. Xuçni kəndindən 6 km şərqdə yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=498532
Ərkivan
Ərkivan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan qəsəbəsi respublikanın qədim yaşayış məntəqələrindəndir. Burada aşkar edilmiş tunc və dəmir dövrünə aid tapıntılar da bunu sübut edir.1985-ci ildə AMEA Tarix instutunun Paleolit arxeoloji ekspedisiyası professor Əsədulla Cəfərovun rəhbərliyi altında ilk dəfə viləş çayının sağ sahilində yerləşən Ərkivan ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdır. Bu tədqiqat zamanı Ərkivan ərazisində üst paleolit dövrünə aid daş məmulatı tapılmışdır. Bu tapıntı bizə Ərkivan ərazisində qədim insanların məskən salmasını söyləməyə imkan verir. Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Talış dağlarının ətəyində, Lənkəran ovalığında yerləşir. Lənkəran ovalığı isə Talış sıra dağları ilə Xəzər dənizi arasında qərar tutub.Ərkivan qəsəbəsi Talış xanlığının 8 mahalından biri olan Dəştvənd mahalına daxil olmuşdur. Bu mahal qərbdən Talış dağları, şərqdən Xəzər dənizi və Muğan düzü, cənubdan bugünkü Boradigahın, şimaldan Göytəpənin ərazisini əhatə edən çox sərvətli bir məkan olub. Ərkivan isə bu mahalın mərkəzi, sanki üzük qaşı sayılıb. Bir sıra tədqiqatçılar isə ümumiyyətlə Dəştvənd və Ərkivanın eyni yer olduğunu bildirirlәr. S. Kazımbəyoğlunun fikrincə, "Talış xanlığının ən böyük mahallarından biri olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərqi isə düzənlik olan bir mahal olmuşdur. Şimaldan və şimal-şərqdən Şirvan vilayəti, şərqdən Xəzər dənizi, cənubdan Lənkəran və dağlıq mahalları, qərbdən Səfidəşt mahalı və İranla sərhəd olmuşdur." Bir sıra tarixçi alimlər Şeyx Səfinin (1252-1334) Ərkivanda olduğunu iddia edirlər. Rus dilində çap edilmiş "Azərbaycanın tarixi coğrafiyası" kitabında XVI əsrə aid tərtib edilmiş xəritədə Ərkivan toponiminə də rast gəlinir. Rus çarı I Pyotr (1672-1725) Ərkivan məntəqəsini Rusiya xadimlərindən "Kerç" ləqəbi ilə tanınan Bernard Aleksandroviçə hədiyyə etmişdi. Bu vaxta qədər Ərkivan paleotoponiminin mənşəyinə dair müxtəlif mülahizələr,rəvayətlər və xalq etimologiyası mövcuddur. Rəvayətlərin birində söylənilir ki,guya bu kəndin ilkin sakinləri çox ərkyana danışdıqlarına görə kəndə də Ərkivan deyilmişdir. "Ərkivan" - ərkyana,ərklilər,ərk edib söz danışanlar mənasındadır. Bir qrup dilçi alimlər Ərkivan toponimini "ağac", "kol bitkisi" adı ilə əlaqədar yaranmasını qeyd edirlər. Guya bu ərazidə "ərki" adlı ağac növü bitdiyindən kənd həmin ərazidə salınmasına görə Ərkivan adlandırılmışdır. "Ərk" Fars dilində "qala", "istinadgah", "i" birləşdirici səs, "van" isə yer deməkdir. Ərkivanın mənası qalanın yaxınlığında, istinadgah yerində salınmış kənd deməkdir. Ərkivan qalalı yer, qala yeri deməkdir. "Ərk" qala, "van" yer deməkdir. Başqa bir mənbədə – Vaqif Yusiflinin "Ərkivan və ərkivanlılar" kitabında isə göstərilir: Ərkivan, Ərkəvan, Ardjuvan və Akon kimi göstərilir. "Akon" Talış dilində "əkon" sözündəndir. "Ə" o, "kə" ev, "on" cəm şəkilçisidir. Bu toponimin talışca daha inandırıcı variantı "Arkon"dur, yəni ərklilər deməkdir. Dilçi alim, professor Ağamusa Axundova görə "Ərkivan" qala yeri deməkdir. V-VI əsrlərdə tikilən Ərkivan qalası həmişə hərbi strateji əhəmiyyətə malik olmuşdur. Aparılan elmi tədqiqatlar Ərkivan qalasının müdafiə məqsədilə tikildiyini və düşmənə qarşı mərdliklə döyüşmüş Ərkivan əhalisinin qəhrəmanlıq simvolu olduğunu göstәrir. Nadir şahın vəfatından sonra İranda mərkəzi hakimiyyət zəifləyir və Azərbaycanda ayrı-ayrı xanlıqlar, o cümlədən XVIII əsrin sonlarında Talış xanlığı meydana çıxır. Ərkivan qalası Talış xanlığının iqtisadi cəhətdən ən inkişaf etmiş ərazilərindən biri olmuşdur. 1812-ci il dekabrın 31-də 1813-ci ilin yanvarına keçən gecə Lənkəran şəhəri və Ərkivan tamamilə rusların əlinə keçir. Gülüstan müqaviləsindən sonra Ərkivan qalasında imarəti olan Mir Həsən xan burada hakimiyyət başına gəlir. Uzun illər indiki Masallı rayonunun mərkəzi, paytaxtı olmuş Dəştvənd-Ərkivan, 1930-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasında rayonlaşma aparılarkən mərkəz funksiyasını indiki Masallı şəhərinə vermişdir. Həmin vaxt kənddəki məşhur Qala bazarı da Masallıya köçürülmüşdür. Ərkivan qalası Arxeoloji qazıntılar zamanı tapılan (maddi mədəniyyət) nümunələrinin elmi təhlili Ərkivan qalasının V-VI əsirlərdə tikilməsini müəyyən etmişlər. Ulu babaların deməsinə görə 2000 il bundan əvvəl Ərkivan yaşayış məntəqəsi və Ərkivan qalası mövcud olmuşdur. Ərkivan qalası məmləkətimizin çoxəsrlik mədəniyyətinin ulu yurdunun qüdrətinin hazırda dünyada təsdiqləyən antik dövr mədəniyyətinin bir yadigarıdır. Ərkivan qalasının yaxınlığında antik şəhər yerinin xarabalıqları mövcuddur. Ərazidən aşkar olunmuş maddi-mədəniyyət abidələri qalıqları və qalanın müdafiə məqsədi daşıması burada qədim şəhərlərdən birinin ərazisində olmasına dəlalət edir (çox güman ki, həmin şəhər xarabalığı yerində Ərkivan şəhəri olmuşdur) . Antik şəhər xarabalığı ərazisi təqribən Ərkivan qəsəbəsinin qərb hissəsində relyef xüsusiyyətlərinə görə hündürlükləri əhatə edir. Çox ehtimal ki, bu şəhər xarabalığı keçmişdə mövcüd olmuş Ərkivan şəhəri adlanırmış. Ərkivan şəhərinin maddi mədəniyyət nümunələri torpağın altında qalmışdır. Bizə elə gəlir ki, şəhər xarabalığı ərazisində gələcəkdə xüsusi arxeoloji tədqiqatlar aparılacaq, bu şəhər yerində tapılan maddi mədəniyyət abidələrinə dair zəngin məlumatlar əldə etməyə imkan verəcəkdir. Ərkivan qalasında olan möhtəşəm qala qapısı çar Rusiyası tərəfindən 1880-90-cı illərdə Dərbənd şəhərinə aparılmış, şəhərin darvazası kimi istifadə edilmişdir. Deyilənlərə görə qapı xüsusi dəvə arabası ilə Dərbəndə aparılmışdır. Həmin vaxtdan el arasında Dərbənd şəhəri "Dəmir qapı Dərbənd" adlandırılır. Bu gün Ərkivan qalasının taleyi necədir? Ərkivanın Cəbili məhəlləsində yerləşən bu abidə qızıl həvəskarlarının və həvəskar arxeoloqların kortəbii qazıntıları nəticəsində insafsızcasına dağıdılıb. Yaşlı adamların bildirdiyinə görə, bəziləri dərin quyulardan qiymətli zinət əşyaları tapmışlar. Mədəniyyəti Ərkivan ərazisində aparılmış arxeoloji tədqiqat nəticəsində ibtidai icma dövrünə aid zəngin maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəklərində yerləşir Lənkəran ovalığı Xəzər dənizi ilə Talış dağları arasında yerləşir. Cənubda Astara çayınadək uzanır. Şimalda isə Salyan və Mil düzənliyinə qovuşur. Lənkəran ovalığının uzunluğu 110 km, eni şimalda 25–30 km, cənubda 7 km-ə çatır. Viləş çayının sağ sahilində yerləşən Ərkivan ərazisinin yuxarı hissəsində arxeoloji kəşfiyyat işləri bir neçə illər əvvəl aparılmışdır. Kəşfiyyat işləri zamanı Ərkivan ərazisindən üst paleolit dövrünə aid Daş məmulatı əldə edilmişdir. Bu, Ərkivan ərazisində qədim insanların 15-20 min il undan əvvəl yaşamağa başladığını söyləməyə imkan vermişdir. Xüsusilə Ərkivan ərazisinin Viləş çayı terraslarından tapılmış əmək alətlərindən texniki və tipoloji xüsusiyyətlərinə əsasən həmin alətlərin üst paleolit mədəniyyəti dövründə hazırlandığını söyləmək mümkün olmuşdur. Məlumat üçün bildirək ki, Üst paleolit mədəniyyəti Azərbaycanda 35 min il bundan əvvəl başlanmış və 12 min il əvvəl sona çatmışdır. Ərkivanda aparılan tədqiqatlar zamanı tunc dövrünə aid maddi-mədəniyyət nümunələri qeydə alınmışdır. Tunc dövrü bəşəriyyətin inkişafında mədəni, tarixi bir dövrdür. Bu dövr Azərbaycan ərazisində V minillikdən eneolit dövrünü əvəz etmiş və eramızdan əvvəl I minilliyin əvvəllərinədək davam etmişdir. Tuncun alınması və ondan əmək alətləri istehsalında əsas material kimi istifadə olunması dövrün əsas xüsusiyyətlərindən biridir. Bu dövrdə misə nisbətən üstün keyfiyyətləri olan tuncun istehsalının kəşfi təkmilləşmiş, daha möhkəm əmək alətlərinin meydana çıxmasına zəmin yaranmışdır. Bu isə oturaq əkinçi-maldar tayfalarının mədəni-tarixi inkişafında əhəmiyyətli rol oynamışdır. Ərkivan tuc dövründə Ərkivanın tunc dövrünə aid yaşayış məskənlərində maddi-mədəniyyət nümunələrinin aşkar olunması burada yaşayan sakinlərin əkinçiliklə məşğul olduqlarını göstərir. Tunc dövrünün əvvəllərində duluzçuluq özünün yüksək inkişaf mərhələsinə çatır. Artıq bu dövrdə qabların əl ilə, lakin simmetrik formada hazırlanmış nümunələrinə təsadüf olunur. Eyni zamanda qulplu qabların sayı artmağa başlayır. Aparılan elmi-tədqiqatlar zamanı ilk nehrələrin meydana çıxması müəyyən olmuşdur. Maraqlıdır ki, neolit dövründən, yəni IX minillikdən Ərkivanda başlamış gil qablar istehsalı bu gün də davam etdirilir. Gil qablar istehsalında mühüm yenilik duluz çarxının meydana çıxmasıdır. Duluz çarxı vasitəsi ilə daha mükəmməl qablar hazırlanmağa başlanmışdır. Duluz çarxının meydana çıxması gilin yaxşı yoğrulmasına səbəb olmuşdur. Bu da qabların keyfiyyətində və formasında dəyişiklik əmələ gətirmişdir. Xüsusən məişətdə işlənən qabların istehsal olunması kütləvi xarakter almışdır. Bu gün də Ərkivanın Bağlakücə məhəlləsində duluz çarxlarında qabların hazırlanması davam etdirilir. Aparılan arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan ərazisində və Ərkivanda tunc dövrünü üç inkişaf mərhələsi müəyyən olunmuşdur. Azərbaycanda III minilliyin sonunda ibtidai icma quruluşu dağılmış, dövlətlər meydana çıxmışdır. Aparılan arxeoloji tədqiqatlar və yazılı mənbələr göstərir ki, Ərkivan ərazisi qədim Manna və Atropeten dövlətlərinin ən mühüm ərazilərindən biri olmuşdur. Manna dövləti e.ə IX əsrin ikinci yarısında tarix səhnəsinə çıxmışdır. Manna dövləti özünün çiçəklənmə dövrünü e.ə VIII əsrin ikinci yarısında göstərmişdir. Bu dövrdə dövləti İranzu idarə etmişdir. İranzu özünün hakimiyyəti illərində ölkənin ərazisini genişləndirmək üçün yaranmış əlverişli şəraitindən bacarıqla istifadə etmişdir. Ərkivanda heyvandarlıq, eləc də atçılıq Mannanın vilayətlərində heyvandarlığın, xüsusən atçılığın inkişafı haqqında Assuriya MİXİ yazıları məlumat verir. Ərkivanda da I minilliyin ortalarında və xüsusən dəmir dövründə özünün yüksək mərhələsinə çatmışdır. Aparılan elmi-tədqiqatlar zamanı atın insanların fəaliyyətində mühüm yer tutması müəyyən olunmuşdur. Uzun müddət at insanların təsərrüfatında və məişətində aparıcı mövqe tutmuşdur. Bu gün də Ərkivanda atdan təsərrüfat işləri zamanı istifadə olunmaqdadır. Coğrafiyası Ərikivan qəsəbəsi coğrafi mövqeyinə görə cənub şərqdən Lürən kəndi, cənubdan Qızılavar və Kolatan kəndləri, şimal qərbdən Kosakül kəndi, Bambaşı və Yeyənkənd kəndləri, şərqdən İskəndərli kəndi, Masallı şəhəri, qərbdən Qəriblər kəndi və Qodman kəndləri ilə həmsərhəddir. Ərazisi 2294 kvm-dir. Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəklərində yerləşir Ərazidə rəsmi qeydiyyatda olan təsərrüfatların miqdarı 3802, əhalinin sayı isə 19.000 nəfərə yaxındır. Ərkivan qəsəbəsində ümumi torpaq sahəsi 2200 hektardır. Bunun 1263 hektarı əkinə yararlı torpaqlardir. Coğrafiyaşünas alim Mirnuh İsmayılovun dediklərinə istinad edərək, bilologiya elmləri doktoru, görkəmli filoloq tənqidçi alim Vaqif Yusifli "Ərkivan və ərkivanlılar" kitabında yazır: - "Zəngin və rəngarən təbiətə malik Ərkivan Azərbaycanın cənub bölgəsində ən böyük kəndlərdən biridir. Azərbaycanın digər əraziləri ilə müqayisədə Ərkivanın təbiəti təkraredilməzdir. Bura yarımrütubətli subtropik iqlimlərin olduqca əlverişli şəkildə görüşdüyü ərazidir" Qəsəbənin relyefi yarğan və çay dərələri ilə parçalanmış maili düzənlikdir. Viləş çayının min illər boyu səbrlə topladığı çöküntülərin əmələ gətirdiyi klassik formalı gətirmə konsunun üzərində formalışmışdır. Maili düzənlik şərqə doğru 10–12 m hündürlüyü olan terrasla birdənbirə dəniz çöküntülərindən ibarət olan hamar ovalığa keçir. Qəsəbənin özü birbaşa terrasın qaş hissəsindən formalaşmağa başlamışdır. Bura həm təbii şəraitinə, həm də ətraf ərazilərdən seçilən mənzərəsinə görə fərqlənir. Ərkivan qəsəbəsinin yerləşdiyi terrasın mütləq hündürlüyü dünya okeanının səviyyəsinə uyğun gəlir. Yəni, müasir deyimdə Ərkivan qəsəbəsi Xəzər dənizinin səviyyəsindən indiki halda 26,8 m hündürlükdə yerləşir. 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Ərkivan kəndində 155 evdə 572 nəfəri kişilər, 478 nəfəri isə qadınlar olmaqla 1.050 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Ərkivan kənd cəmiyyəti tərkibinə daxil olan Ərkivan kəndində 183 evdə şiə etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 1.507 nəfər (940 nəfəri kişilər, 567 nəfəri qadınlar) əhali yaşayırdı. Kəndin ərazisi 2.294 hektardan artıq olmaqla 13 məhəlləni, 3.765 ev təsərrüfatını əhatə edir. Əhalisinin sayı 19.000 nəfərdən artıq, torpağı məhsuldar və bərəkətlidir. Ərazidə 4 orta, 1 əsas məktəb, mədəniyyət evi, 4 kitabxana, sağlamlıq mərkəzi, 2 feldşer-mama məntəqəsi, poçt, uşaq bağçası, yanacaq və qaz doldurma məntəqələri, qaz paylayıcı stansiya, 4 kərpic, 5 çörəkbişirmə, 2 makaron, 1 şəkər, 1 mineral su qablaşdırma sexi, 2 un dəyirmanı, Seyid Sadıq ziyarətgahı, 9 məscid, 3 stadion, idman meydançaları, istirahət mərkəzləri, bir sözlə, qəsəbə statusunun verilməsi üçün bütün infrastruktur vardır. Kəndin əmək qabiliyyətli əhalisi kənd təsərrüfatının bütün sahələrində, habelə sənaye, ticarət, istehsal xidmətləri sahəsində, dövlət qurumlarında və təhsil ocaqlarında çalışırlar. Ərkivan yüksək ruhani təhsilə malik din xadimlərinin yurdu, respublika və dünya şöhrətli alimlər, ziyalılar məskənidir. Burada ruhaniyyətin ən yüksək zirvəsini fəth edən 5 nəfər müctəhid və 20 nəfərə yaxın, 25-30 il ruhani təhsilli Nəcəfil Əşrəf alimləri olmuşdur. Molla Hacı Məhəmmədəli Axund Məhəmməd oğlu, Molla Ağarza Axund Molla Fətəli oğlu, Şeyx Bəşir Axund Molla Hüseynəli oğlu, Seyid Qüdrət Axund Mikayıl oğlu, Ayətulla Şeyx Fazil Hacı Bəşir oğlu, Ayətulla Usman Şeyx Hacı Məhəmməd Fazil Lənkərani, Hacı Molla Əlihəsən Şeyx Bəşir oğlu və başqalarını misal göstərmək olar. Molla Hacı Məhəmmədəli Axund Məhəmməd oğlu Ərkivanın ilk məsçidinin mollası olmuşdur. Ərkivanın ilk məscidi olan Bağlakücədəki məscidin baş mollası kimi fəaliyyət göstərmiş, öz hesabına mədrəsə açıb, burada çoxlu tələbələr yetişdirmişdir. Həmin məscid Ərkivanın Bağlakücə, Qızılaküçə və Pələnküştə məhəllələri sakinlərinə məxsus olmuşdur. Şeyx Fazil Lənkərani Müçtəhidlik adını qazanmış ilk ərkivanlılardan biri 1884-cü ildə Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açmışdır. O, ruhaniyyət elminin ən yüksək pilləsinə yüksələrək 1940-cı ildə 56 yaşında müctəhidlik dərəcəsinə çatmış, 1971-ci ildə 87 yaşında İranın Qum şəhərində vəfat etmişdir. Məzarı Qum şəhərindədir. Ruhaniyyət elminin ən yüksək dərəcəsinə yüksələn ərkivanlı, 1987-ci ildə 21 yaşında müctəhidlik dərəcəsinə nail olmuş Məhəmməd Cavid Fazil Lənkərani Qum şəhərində Ayətulla-Uzma Fazil Lənkəraninin dəftərxanasının rəisi, "Məsum İmam"lar adına Beynəlxalq fiqhi mərkəzinin müdiridir. Ərkivanlı müctəhidlərdən sonra ənənə olaraq müxtəlif ölkələrdə ali ruhani təhsil alanların sayı daha da artmışdır. Xüsusilə Sovetlər qurluşunun süqutundan sonra dini-mənəvi dəyərlərə qayıdış yeni vüsət almışdır. Azərbaycanın müstəqilliyi dövründə ziyalılar məkanı sayılan Ərkivan qəsəbəsindən bir neçə gənc ümumi orta məktəbi uğurla başa vurmuş, sonra isə ali ruhani müəssisələrdə təhsillərini davam etdirirlər. Bu gün ali məktəblərdə tələbə kimi dini biliklərə yiyələnənlər yəqin ki, Ərkivanın keçmiş nüfuzlu alimlərinin, şəriət təbliğatçılarının, müctəhidlərinin şərəfli işini davam etdirəcək, xalqın mənəvi dəyərlərini qoruyacaqlar. Qəsəbədə 9 məscid vardır. "Göllü" məscidi, "Zeynoba" məscidi, "Şeyx Səfi" məscidi, "Qızlaküçə" məscidi və "Ramazanlı" məscidi dini icmaları fəaliyyət göstərir. Deyilənlərə görə, 19-cu əsrin sonlarında qəsəbədə yalnız bir nəfər Mirzə olmuşdur. 20-ci əsrin birinci onilliyində isə qəsəbənin Göllü məhəlləsindən Abasəli Baxış oğlu və Həsənəküçədən Qurbanəli Əliməmməd oğlu kənddə ana dilində məktəb açmağa cəhd etmişlər. 1920-ci ildə Əkbərxan Talışinskinin yaxından köməyi ilə Ərkivan kəndində ilk ibtidai məktəb açılmış, o zaman kənddə ictimai bina olmadığından ilk dəfə Abbaslı məhəlləsində, Molla Səfər İbrahim oğlunun evində fəaliyyətə başlamış və türk əlifbası ilə keçirilmişdir. Kənddə ilk Ali təhsilli şəxs Əkbərxan Mirqasım oğlu Talışinski olmuşdur. Kəndin ilk qadın müəllimi Qayda müəllimə olmuşdur. 1923-1926-cı illərdə Ərkivan kəndində gənclər oxumağa ciddi meyl göstərirdilər. Bunu nəzərə alaraq dövlət tərəfindən Ərkivan kəndində 1927-ci ild böyük bir məktəbin bünövrəsi qoyulmuş, məktəbin tikintisi 1928-ci ildə başa çatdırılmışdır. Həmin məktəb xarici görünüşünə görə "Ağ məktəb" adlandırılmışdır. "Ağ Məktəb" əvvəl 7-illik, sonra isə 1937-ci ildən orta məktəb kimi fəaliyyət göstərmişdir. 1931-1932-ci illərdə daha 3 məhəllədə -Bədirli, Həsənəkücə və Bağlakücə məhəllələrində ibtidai məktəblər yaradıldı. Bunlar 1933-cü ilə kimi Ərkivan 7 illik məktəbinin nəzdində olmuş, sonra isə müstəqil olaraq 7 illik məktəb kimi fəaliyyət göstərmişlər. Bu məktəblərdə ilk dəfə Vəkil Əbdüləli oğlu Bayramov (Pələnküştə) və Nüsrət Mirzəyev (Bədirli məhəlləsi) müəllim işləmişlər. Ərkivan kəndində 1978-ci ildə 624 yerlik (Abbaslı) yeni bir məktəb tikilməyə başlandı və 1980-cı ilin sentyabrında istifadəyə verilərək C.Cabbarlı adına orta məktəb kimi fəaliyyət göstərir. Bununla yanaşı Bədirli, Həsənəkücə və Bağlakücə 7 illik məktəblər də sonrakı illərdə orta məktəbə çevrilmişdir. Hazırda Ərkivan kəndində ilk orta məktəb olan "Ağ məktəbdən" başqa (Bu məktəb indi əsas məktəb kimi fəaliyyətdədir) daha 4 orta məktəb fəaliyyət göstərməkdədir. Bunlar C.Cabbarlı adına Ərkivan, Vəkil Bayramov adına Bağlakücə, Şəhid Əlvan Bağırov adına Həsənəkücə və Şəhid Zahir Nəcəfov adına Bədirli orta məktəbləridir. Bundan əlavə, 2013-cü ildən Allahyarlı kəndi Ərkivan qəsəbəsinə qatıldığından buradakı ibtidai məktəb də Ərkivan məktəblərindən sayılır. Hal-hazırda qəsəbənin AMEA-da (Azərbaycan Milli Elmlər Akademiyası) 11 elmlər doktoru, 30 fəlsəfə doktoru vardır. Onu da xatırladaq ki, elmlər doktorları və fəlsəfə doktorlarının 7 nəfəri Cəbili məhəlləsindən (2-si elmlər doktoru), 12 nəfəri Bədirli məhəlləsindən (4-ü elmlər doktoru), 5 nəfəri Ramazanlı məhəlləsində (2-si elmlər doktoru), 5 nəfəri Həsənəküçə məhəlləsində (2 elmlər doktoru), 5 nəfər Qızılaküçə məhəlləsində , 3 nəfəri Bağlaküçə məhəlləsinə (1-i elmlər doktoru), 2 nəfər Miyondi məhəlləsində, 1 nəfəri Abbaslı məhəlləsindəndir. Bu alimlərdən 5 nəfəri tibb, 3 nəfəri filologiya, 12 nəfəri fizika-riyaziyyat, 7 nəfəri iqtisadiyyat, 5 nəfəri geologiya-minerologiya və coğrafiya üzrə və başqa sahələrdə ailmlik adı qazanıblar. Məhəllələri Ərkivan qəsəbəsi əhalisinin sayına görə müstəqil Azərbaycan Respublikasında ən böyük qəsəbələrindən biridir. Toponimik hesablamalara görə Ərkivandakı coğrafi adların sayı 3 mindən artıqdır. Qəsəbədə aşağıdakı məhəllələr vardır. Abbaslı məhəlləsiMəhəlləyə ad orada məskunlaşan ilkin sakinlərin nəsil mənsubiyyətinə görə verilmişdir. Bu məhəllədə Abbas kişinin nəsli yaşayır. Bağlaküçə məhəlləsiBu yaşayış məntəqəsinin adının düzgün yazılışı Bağılarküçə məhəlləsi olmalıdır. Coğrafi adın tərkibindəki ”bağla” komponenti "kücə” isə Talış dilində "kənd”, "məhəllə”, "yaşayış yeri”, "yaşayış məskəni”mənasındadır. Məhəllədə Bağılar nəsli ilk dəfə məskən salmasına görə o, belə adlandırılırmışdır. Bağlakücə - bağılar nəsli yaşayan məhəllə deməkdir. Bədirli məhəlləsiYaşayış məntəqəsinin ilkin sakinlərinin Bədir nəslinin adını daşımasına görə belə adlandırılmışdır. Qızılaküçə məhəlləsiYaşayış məntəqəsinin ilk sakinlərinin Qızılavar kəndindən köçüb gəlməsi ehtimalı etmək mümkühdür. Çox ehtimal ki, "Qızla” komponenti "Qızıl-vo” sözündən təhrifdir. "Qızılvo” adındaki "vo” sözü talışca külək mənasındadır. Qızlakücə Qızılavar kəndindən köçüb gəlmiş əhalinin saldığı məhəllə deməkdi. Zeynoba məhəlləsiZeynoba toponimi Zeyni oba adından təhrifdir. Yaşayış məntəqəsi Zeyni obası adlı yerdə salınmasına görə belə adlandırılmışdır. Coğrafi adın düzgün yazılışı Zeynioba məhəlləsi olmalıdır. İsoba məhəlləsiYaşayış məntəqəsi adının İsoba yazılışı təhrifdir. Mənbələri araşdırdıqda aydın olur ki, coğrafi adın ilkin yazılış variantı İsa oba olmuşdur. Yerli əhalinin tələffüzü və elziya (səsdüşümü) nəticəsində "a” səsi düşmüş və coğrafi ad İsoba şəkilində yazılmışdır. Bu məhəllənin ilkin sakinləri İsa obasında mıskunlaşmasına görə məhəllə belə adlandırılmışdır. Göllü məhəlləsiMəhəllənin ilkin sakinləri çoxlu kiçik göl olan ərazidə məskunlaşmasına görə yaşayış məntəqəsi belə adlandırılmışdır. Miyondi məhəlləsiCoğrafi adın tərkibindəki komponentlərdən olan "miyon” ("miyona”) talışca dairəvi, orta, mərkəz, "di” isə kənd deməkdir. Burada məskunlaşmış əhalinin əksəriyyətinin milliyyətcə talışlardan olması da fikrimizi təsdiq edir. Pələnküştə məhəlləsiRespublikamızda bir qrup yaşayış məntəqələri yuxarıda qeyd etdiyimiz kimi baş vermiş müəyyən hadisəni əks etdirir. Belə coğrafi adlardan biri də Pələnküştə məhəlləsi adıdır. Toponimin tərkibindəki pələng – heyvan adıdır, küştə isə talışca öldürülən deməkdir. Məhəllə pələng öldürülən ərazidə salınmasına görə yaşayış məntəqəsi belə adlandırılmışdır. Deməli, Pələnküştə pələng öldürülən yer mənasındadır. Ramazanlı məhəlləsiYaşayış məntəqəsinə ad ilkin sakinlərinin nəsil mənsubiyyətinə (Ramazanlı nəslinin orada məskən salmasına) görə verilmişdir. Həsənəküçə məhəlləsiYaşayış məntəqəsi ilkin sakinlərinin başçısının (Həsənin) adını daşıyır. Həsənəküçə coğrafi adında "Həsən” şəxs adı, "ə” birləşdirici səs, "küçə” yaşayış yeri, kənd, məhəllə deməkdir. Cəbili məhəlləsiMəhəlləyə ad ilkin sakinlərinin nəsil mənsubiyyətinə (Cəbili nəslinin orada məskunlaşmasına) görə verilmişdir. Bu məhəllədə sırf Məşədi Cəbinin övladları yaşayır. 2013- cü ildən Allahyarlı kəndi də Ərkivanın məhəllələrindən biri hesab edilir. Memarlıq abidələri Ərkivan qalası – IX-X əsrlər Şahsəfi bulağı – XIII əsr Mehti bulağı – XIX əsr Göllü məscidi – XIX əsr (Göllü məhəlləsi) Məscidlər və bir neçə tikililər – XX əsr Mir Seyid Sadıq Ağa məqbərəsi – XXI əsr Şəhidlər bulağı - XXI əsr Şəhidlər parkı - 9 may 2007-ci il Ərkivanın iqlimi rütubətli subtropikdən quru subtropikə keçiddir Yayı quraq, qışı mülayim və yağıntılıdır. Yay aylarında havanın hərarəti 36-38 dərəcəyə çatır. İl ərzində atmosfer yağıntısının yalnız 8-10 faizi yaya düşür. Buna görə də yayda əkin sahələrinin suvarılması lazım gəlir. Yayın istisini axşamlar Talış dağlarından axıb gələn xəfif meh yumşaldır. Qışda havanın orta temperaturu müsbət 3 dərəcədən yuxarı müşahidə edilir. İl ərzində atmosfer yağıntılarının miqdarı 700–800 mm-ə çatır. Bunun da əsas hissəsi ilin soyuq dövründə düşür. Bəzi illər qış ayları kəskin soyuqlaşmalarla qeyd edilir. Belə hallarda havanın temperaturu mənfi 18 dərəcəyə qədər aşağı düşür. Mülayim qış şəraitinə uyğunlaşmış subtropik bağlar və plantasiyalar kəskin şaxtalı illərdə adətən xeyli ziyan çəkir. Təqribən 812 ildən bir Ərkivanda kəskin şaxtalı illər qeydə alınmışdır. Qış aylarında ara-sıra Talış dağlarının zirvələrini aşıb keçən isti tropik hava axınları temperatura xeyli yumşaldıcı təsir göstərir və kəskin şaxtaların əkinlərə vuracağı ziyanın qarşısını alır. Belə isti küləklərə coğrafi ədəbiyyatlarda "Fyon", Ərkivanın yerli coğrafi terminologiyasında isə "Gərmic" deyirlər. Bu küləklə bağlı Ərkivanda belə bir məsəl də dolaşmaqdadır: Ərkivan təbiətinin ən mühüm sərvətlərindən biri də onun yeraltı və yerüstü sularıdır. Yerüstü su hövzələrindən ən böyüyü Viləşçaydır. Talış dağlarından süzülüb gələn şirəli suları Viləş çayı Ərkivan qəsəbəsi yaxınlığnda düzənliyə çatdırır. Hazırda suvarma məqsədilə çayın düzənliyə qovuşduğu yerdə Talış bölgəsində ən böyük "Viləş çay" su anbarı yaradılmışdır. Bundan əlavə kəndin özündə bir neçə su anbarları vardır. Görkəmli şəxsləri Axundov Çingiz Qəni oğlu. Bakı Dövlət Universiteti, Fizika problemləri elmi tədqiqat inistitutu, fizika riyaziyyat elmləri namizədi dosent fizik. (Ramazanlı məhəlləsi), (Axundoba) Abdurrəhman Səmədov Qubad oğlu – Baytarlıq üzrə fəlsəfə doktoru, "Ərkivan salnaməsi ” kitabının müəllifi. Vəfat edib. (Qızılaküçə məhəlləsi) Bağır Bağırov – Geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü. (Bədirli məhəlləsi) Cavanşir Yusifli – Tənqidçi, ədəbiyyatşünas və tərcüməçi. (Həsənəkücə məhəlləsi) Cəbrayıl Cəbrayılov – Ağır atletika üzrə SSRİ çempionu. Beynəlxalq dərəcəli hakim. Azərbaycan Tibb Universitetinin müəllimi. (İsoba məhəlləsi) Əliməmməd Nuriyev – Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti. (Bağlakücə məhəlləsi) Əsədulla Cəfərov Qüdrət oğlu – Tarix elmləri doktoru, professor, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunda şöbə müdiri, beynəlxalq İNTAS-2000 proqramının qrant lauretı. (Bağlaküçə məhəlləsi) Əvəz Cəbiyev Abdulhəsən oğlu – Tibb elmləri doktoru, Azərbaycan Tibb Universititinin professoru. Masallı Rayon Mərkəzi Xəstəxanası onun adını daşıyır. Vəfat edib. (Cəbili məhəlləsi) Fərqanə Səmədova Vasif qızı – Siyasi elmlər üzrə fəlsəfə doktoru. ABŞ-də yaşayır. (Qızılaküçə məhəlləsi) Firudin Şiriyev Ağaxan oğlu – Biologiya üzrə fəlsəfə doktoru. (Pələnküçtə məhəlləsi) Gülağa Qəmbərov – Gülağa Tənha adı ilə tanınan Azərbaycanlı şair və iş adamı. (Miyondi məhəlləsi) Gülağa Salayev Azadxan oğlu – Hüquq üzrə fəlsəfə doktoru. Hazırda Belorusiya Respublikasında Arbitraj Məhkəməsinin hakimidir. (Həsənəküçə məhəlləsi) Həsənağa Qənbərov Məmi oğlu – Tibb üzrə fəlsəfə doktoru. Bakı xəstəxanalarında həkim işləyir. (Miyondi məhəlləsi) Qorxmaz Mikayılov Eyvaz oğlu – Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, ABŞ-də işləyir. (Bağlaküçə məhəlləsi) Qoşqar Şiriyev Ağaxan oğlu – İqtisadiyyat və tibb üzrə fəlsəfə doktoru. (Pələnküçtə məhəlləsi) Qubad Cəbrayılov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Dosenti. Əməkdar müəllim. (İsoba məhəlləsi ) Maarif Teymur – Ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Məhərrəməli Niftullayev Zülfüqar oğlu – Tibb elmləri doktoru. Azərbaycan Tibb Universitetində dərs deyir. (Bədirli məhəlləsi) Nadir Ağayev – Güləşçi, SSRİ çempionu SSRİ idman ustası, əməkdar məşqçi. (Bağlakücə məhəlləsi) Nadir Məmmədov – 1982-ci ildən BDU-da çalışır. Xarici ölkələrin iqtisadi–siyasi coğrafiyası və turizm kafedrasının professoru. Rəsmiyyə Sabir – İqtisad üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan, Rus, Türk, İngilis dillərində nəşr olunan 100 elmi əsərin müəllifi. (Miyondi məhəlləsi) Sabir Mirzəyev – Fizika-riyaziyyat elmləri doktoru, professor. (Bədirli məhəlləsi) Samirə Bağırova – Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. ABŞ-də işləyir. (Bədirli məhəlləsi) Şeyx Məhəmməd Fazil Lənkərani (ata, Ərkivan kəndi) – İslam dünyasının və Şiə məzhəbinin böyük alimi, İranda din xadimi, ayətullah, müctəhid və mərcəyi-təqlid. (atası - Göllü məhəlləsi) Tağı Cəbiyev – Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. (Cəbili məhəlləsi) Vaqif Yusifli – Filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət işçisi, "Azərbaycan" jurnalının baş redaktor müavini. Babayev Taleh Əkbər oglu—Karate üzre dünya ve avropa çempionu , prezident mükafatçısı (Bağlakücə məhəlləsi) Ələddin Məlikov — Fəlsəfə üzrə elmlər doktoru. AMEA Fəlsəfə və Sosiologiya İnstitutu. (Ramazanlı məhəlləsi) Şahin Yəhyayev Xanoğlan oğlu- AMEA Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi (Bədirli məhəlləsi). Yaqub Məmmədov – Güləşçi, SSRİ çempionu. Fateh Fətullayev — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSRİ əməkdar artisti. Əli Əliyev – Güləş üzrə Avropa çempionu, idman ustası. Niyam Salami – müğənni Nadir Rəsulov – AR Prezidentininin Sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif edilib. (Bağlakücə məhəlləsi) Ağayev Ələddin Bahaddin oğlu Bağırov Əlvan Ramazan oğlu Bədəlov Qalib Kitabəli oğlu Bədəlov Vüsal Həmdulla oğlu Binyatov Mahir Yadulla oğlu Cəfərov Əfruz Mahmud oğluƏhmədov Yavər Məmmədağa oğlu Əliyev Mircəlil Seyidağa oğlu Gözəlov Güləsgər Qafur oğlu İbrahimov Şirvan Oruc oğlu Qənbərov Səyyad Yavər oğlu Mirzəyev Əhməd Qədir oğlu Nəcəfov Rafiq Zabil oğlu Nəcəfov Zahir Zülfi oğlu Səfərov Elnur Şahbaz oğlu Talıbov Şaiq Tahir oğlu Teymurov Yavər Nəbi oğlu Anar Novruzov Gülverdi oğlu Əlizadə Famil Habil oğlu Fotoqalereya Xarici keçidlər 13 məhəlləsi, 14 min nəfər əhalisi olan min illərin Ərkivanı
https://az.wikipedia.org/w/index.php?curid=84292
Ərkliğ xan
Ərkliğ Xan - türk və altay mifologiyasında kosmos ilahı. Ulduzlardan, göy daşlarından və göy cisimlərindən məsuldur. Ərklik olaraq da deyilir. Adı planetlərdən birinə (Saturn və ya Venera) verilmişdir. Bir çox alimlər, (Erklik söyleyişi səbəbiylə) ad bənzərliyi üzündən yeraltı aləminin əfəndisi olan Erlik ilə qarışdırarlar. İslam əvvəli türklərin inancında Venera planetinin əfəndisidir. İnanışa görə səmada ulduz dəyişikliyinin məsulu da Ərkliğ Han'dır. Bunlara qızdırmalı ok deyilir. Erlik Xan ilə qarışdırılmamalıdır. Etimologiya (Ərk/Erk) kökündən törəmişdir. Ərkli (güclü, qüvvətli) deməkdir. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
https://az.wikipedia.org/w/index.php?curid=268286
Ərkvaz
Ərkvaz — İranın İlam ostanının şəhərlərindən və Məlikşahi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 14,225 nəfər və 2,771 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=334303
Ərküdə
Viteks (lat. Vitex) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Həmçinin bax Vitex ajugaeflora Viteks:The Plant List saytında takson barədə məlumat. (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=144135
Ərküyən (İcrud)
Ərküyən (fars. ارکوئين) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (75 ailə). Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=773776
Ərkə
Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir). Etimologiya (Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir. Bundan başqa ayartma mənası da daşıyır. Arzu, istək mənalarına gəlir. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
https://az.wikipedia.org/w/index.php?curid=268377
Ərkənek
Ərkənek - türk və tatar xalq inancında barmaq adam. Ərnek də deyilir. İrkenek (İrkeyel) olaraq da bilinər. Bəzən də Ərkecey (Ərkecel) şəklində deyilər. Barmaq boyunda bir insandır. Türklərdə ruh başparmakta tapılar. Digər dünyada insanlar çox kiçik boyludur. Türklər, insanların minlərlə ildir, boylarının və ömürlərinin kısaldığına inanarlar. Köhnədən insanlar çox iri və uzun, ayrıca daha uzun ömürlüymüş, minlərlə il yaşayarmış. Boyları və ömürləri qısalmış, bugünkü vəziyyətlərinə çatmışlar. Buna bağlı olaraq insanların kiçilərək bir cücə hətta barmaq qədər qalacağına inanılar. Avropa masallarındaki "Barmaq Uşaq" motivini ağıla gətirir. Lakin tamamilə xüsusi və fərqli bir varlıqdır. Etimologiya (Ər/Er/İr) kökündən törəmişdir. Kiçik adam deməkdir. Monqolcada Erhi/Erhiy (köhnə monqolcada Erekey/Herekey/Hereg) baş barmaq mənasını verər. Köhnə türkcədə Ernek/İrnek/İrgek barmaq və ya baş barmaq mənası daşıyır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
https://az.wikipedia.org/w/index.php?curid=269501
Ərkəvan
Ərkəvan (lat. Cercis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
https://az.wikipedia.org/w/index.php?curid=802519
Ərkəvin (Çaldıran)
Ərkəvin (fars. اركوين) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (18 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=571989
Ərmarmşəhədli (Germi)
Ərmarmşəhədli (fars. ارمارمشهدلو) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (17 ailə). Şablon:Gərmi şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=765907
Ərmet-Rəhim (İşembay)
Coğrafi yerləşməsi rayon mərkəzindən (İşembay): 42 km, kənd sovetliyindən (Petrovski): 7 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 39 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (95%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=563035
Ərminavan
Ərminavan — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Ərminavan kəndi Xankəndi və Şuşa şəhərlərinin arasında yerləşir. Şuşadan 2 km, Xankəndidən 560 metr aralıda yerləşirdi. Kərkicahan qəsəbəsi, Daşkənd kəndi ilə də həmsərhədd idi. Kənd haqqındakı ən qədim məlumatlar XII-XIII əsrlərə aiddir. Deyilənlərə görə Bərdə, Nuxa və digər böyük şəhərlərdən Qarabağ və Naxçıvana gedən tacirlər bu yerlərdə düşərgələr qurardılar, karvanlarını saxlardılar. "Ərmin" sözü qədim azəri dilində karvan(lar) mənasını, "avan" isə abad mənasını verir. Abad dedikdə yurd, məskən anlayışı başa düşülür. Daha sonralar ermənilər bu yerləri "Armenakan" kimi adlandırmışdır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Coğrafiyası və iqlimi Kənd dəniz səviyyəsindən 1500 metr hündürlükdədir. 2008-ci ildə kənd əhalisinin sayı 1.400 nəfərdən çox olmuşdur İqtisadiyyatı Kəndin yaxınlığından təbaşir, gil çıxdığı üçün burada zavodlar var idi. Həmçinin bax Xocalı soyqırımı
https://az.wikipedia.org/w/index.php?curid=332309
Ərmək (Hurand)
Ərmək (fars. ارمك) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=681859
Ərməki
Ərməki — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. Ərməki Quba rayonunun Amsar inzibati ərazi vahidində kənddir. Düzənlik ərazidə yerləşir. 1917-ci ildə Armaki şəklində qeydə alınan bu oykonim sonralar Ərmaki (1961), Ərməki (1986) kimi təqdim olunmuşdur. Belə ehtimal olunur ki, kəndin adı türk dillərindəki irmak (çay) sözündən və -i şəkilçisindən ibarət olub, "çaylı" mənasını ifadə edir. Armaki qədim türk dillərində "at bağlanan yer", "at tükündən toxunmuş kəndir" mənalarını da bildirmışdır. Toponimikası Ərməki oyk, düz. Quba r-nunun Amsar i.ə.v.-də kənd. Düzənlikdədir. Toponim türk dillərindəki irmak (çay) sözünə -i şək.-sini əlavə etməklə yaranmışdır. Kənd ərazisində "Qırmızı Qərənfil" İstirahət Mərkəzi yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 646 nəfər əhali yaşayır. Həmçinin bax Quba rayonu Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=17344
Ərməkiqışlaq
Ərməkiqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. Toponimikası Ərməkiqışlaq oyk, mür. Quba r-nunun Hacıhüseynli i.ə.v.-də kənd. Oykonim Ərməki (kənd adı) və qışlaq sözlərindən düzəlib, "Ərməki kəndinin qışlağı" deməkdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 481 nəfər əhali yaşayır. Həmçinin bax Quba rayonu Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=22161
Ərməmməd mağarası
Alməmməd mağarası — Culfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəkliyin yamacındadır. Mağaranın qeyri-karbonatlı süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Burada aşkar edilmiş mədəni qalıqlar onun arxeoloji abidə olduğunu göstərir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının mərkəzi struktur elementi olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir.Alməmməd mağarasının Culfa rayonunun yerli əhalisi arasında işlədilən adı Ərməmməd mağarasıdır. Həmçinin bax:
https://az.wikipedia.org/w/index.php?curid=496103
Ərməmməd piri
Ərməmməd piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndindən təqribən 4–5 km şərqində yüksək dağın qərb tərəfində ziyarətgah. Ərməmməd (Alməmməd) mağarası yaxınlığındadır. Ərməmməd mağarası Camaldın kəndi yaxınlığında yerləşən bu qədim mağara 1974-cü ildə qeydə alınmışdır. Təsadüfi tapıntılar nəticəsində daş əmək alətləri, Mustye mədəniyyəti üçün səciyyəvi olan müxtəlif lövhələr aşkar olunmuşdur. Tapıntıların təqribən 50-40 min il əvvəlki dövrə aid olduğu ehtimal edilir. Əhali tərəfindən bəzən Alməmməd piri adlandı rılan pir-ziyarətgah ətrafı böyük ağaclarla əhatə olunmuş bir binadan ibarətdir. Binanın girişi şimal tərəfdəndir. Giriş qapısının sol tərəfində qəbir vardır. Binanın içərisində başqa bir qəbir də vardır. Pirdə əsas ziyarət obyekti həmin qəbirdir. Ziyarətə gələn zəvvarlar hər iki qəbri ziyarət edirlər. Ancaq qəbirlərin üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün onların mənsubiyyəti və dövrü aydınlaşdırılmamışdır. Əhali arasında pir haqda müxtəlif rəvayətlər mövcuddur. Orta əsrlərdə Azərbaycanda geniş yayılan sufi təriqətlərinə mənsub bəzi adamlar insan lardan kənar yerlərdə, xüsusilə dağlarda, mağaralarda məskən salır, orada tərki-dünya həyat sürür, günlərini ibadət və zikrlə keçi rirdilər. Yaşayış məskənindən kənarda, eyni adlı mağaranın yaxınlığında yerləşməsi göstərir ki, burada hansı isə sufi təriqətinə mənsub dərviş, ya xud dərvişlər qrupu yaşamış və fəaliyyət göstər mişdir. Pirin içərisindəki qəbir isə həmin dərvişlərin şeyxlərinin qəbridir. Qəbir sonralar ziya rətgaha çevrilmişdir. Əhalinin fikrincə giriş qapısının qarşı sındakı qəbir pirin mücavirinə aiddir. Ziyarətgah-pir e.ə. III-I minilliklərə və orta əsrlərə aiddir. Səfərli H. Culfa bölgəsinin epiqrafik abidələri. Bakı, 2002; yenə onun, Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: 2003. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008, səh.114-115 (az.)
https://az.wikipedia.org/w/index.php?curid=428129
Ərmən yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür. Relyefi dalğavaridir. Bəzi ərazilərdə dağ arası düzənliklərə sahibdir. Yaylanın orta hündürlüyü 1500–2000 metrdir. Seysmik baxımından aktiv zonadır. İqlimi kəskin kontinentaldır. Yayı quru, qışı isə soyuq keçir. Yayda orta tempratur 18 °C, qışda isə –6 ; –12 °C arasında dəyişir. İllik yağıntının miqdarı isə 450–600 mm-dir. Qərbdən Kiçik Asiya yaylası, cənubdan Mesopotomiya ovalığı, cənub-şərqdən isə İran yaylası ilə əhatələnmişdir. Əsas zirvələri Yayla ərzisinə vulkanik konuslar, tənha sönmüş vulkanları müşahidə etmək mümkündür. Ağrı dağı (5165 m) Alagöz dağı (4090 m) Qapıcıq dağı (3905 m) Sistakar dağı (3826 m) Tondrak (3533 m) Vardenis (3520 m) Açkasar (3196 m) Nemrut (2948 m)Ermənistan yaylasında ümumilikdə 4000 zirvə və 500 silsiləyə sahibdir. Burada hündürlüyü 3000–4000 metr olan 1000, 4000–5000 arası 3 və 5000 metrdən yüksək isə bir zirvəyə sahibdir. Çay və gölləri Yaylada formalaşan çaylar Xəzər, Qara dənizləri və Fars körfəzi aiddir. Yaylada Kür, Fərat, Araz, Dəclə və Çorox kimi çayların yuxarı axarları yerləşir. İri çayları Fərat çayı (2736 km) Dəclə çayı (1850 km) Kür çayı (1515 km) Araz çayı (1072 km) Fərat çayı (722 km) Böyük Zab (473 km) Çorox çayı (438 km) Arpaçay (186 km) Tona (152 km) Zəngiçay (141 km) Arpa çayı (126 km) Bərgüşad çayı (119 km)Ermənistan yaylası ərazisində ümumilikdə 95 000 irili-xırdalı çay axır ki onunda 4000 ədədi 10 kilometrdən çoxdur. Yaylada yerləşən göllər Van, Göyçə, Urmiya, Çıldır, Ərçək, Nazik və s. Yaylada ümumulikdə 1,200 irili-xırdalı göl vardır. Flora və fauna Ermənistan yaylasına hər 1 km² əraziyə 100 növ düşür.Florası:
https://az.wikipedia.org/w/index.php?curid=634556
Ərməniyyə
Ərməniyyə (ərəb. إمارة أرمينيا, translit. imārat Arminiya) — Əməvilər sülaləsi dövründəki inzibati bölgü üzrə Xilafət sistemindəki IV əmirlik (canişinlik). "Azərbaycan tarixi: ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər" kitabında qeyd olunur:Yeni ərəb inzibati-bölgü sisteminə görə Cənubi Qafqazda ərəb işğal dairəsinə daxil edilmiş bütün torpaqları özündə birləşdirən “Ərminiyə” ərazisi vaxtilə Bizans imperatoru Yustinianın (527-565) “Qərbi Ermənistan”da həyata keçirdiyi inzibati islahata uyğun olaraq ənənəvi şəkildə I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünmüşdü. I və II Ərminiyə şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Aran adlandırdığı qədim Albaniya torpaqlarını özündə birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın özündən başqa 644-cü ildən müsəlmanların tabeliyində olan Tiflis və onun civarları, eləcə də dağlıların yaşadıqları ərazi də daxil edilmişdi. Ermənistan özü isə III-IV Ərminiyə bölgüsünə aid idi.Bu ərazi Cənubi Qafqaz ölkələrini də əhatə edirdi. Mərkəzi Dəbil (Dvin) şəhəri idi; bu şəhərin xarabalıqları indiki Ermənistan ərazisindədir. Abbasilər sülaləsi dövründə III əmirlik olub və 789-cu ildən paytaxtı Bərdə idi. Ərəb müəllifləri (əl-İstəxri, ibn Havqəl, əl-Müqəddəsi və s.) çox vaxt Azərbaycan (indiki Cənubi Azərbaycan), Arran (indiki Azərbaycan Respublikası) və Ermənistanı (indiki Şərqi Türkiyə) bir inzibati vahiddə birləşdirərək Ərməniyyə və ya Azərbaycan adlandırırlar. Məhəmməd ibn Mərvan (693 – 701, faktiki olaraq 699-cu ildən) Məsləmə ibn Əbd əl-Malik (709 – 715) Cərrah ibn Abdullah əl-Həkəmi (722 – 724) Məsləmə ibn Əbd əl-Malik (725-729) Cərrah ibn Abdullah əl-Həkəmi (729 – 730) Məsləmə ibn Əbd əl-Malik (731 – 732) Mərvan ibn Məhəmməd (Kar ləqəbli) (732 – 744) Musafir ibn Kusayr (745 – 750) Əbu Cəfər (750-754) Həsən ibn Kəhtəbə ət-Tayi (754 – 759) Mehdi (760-775) Həsən ibn Kəhtəbə ət-Tayi (771 – 775) Yəzid ibn Usayd əs-Sulami (752 – 754) (759 – 769) (775 – 780) Harun (780-786) Huzayma ibn Hazim ət-Təmimi (786 – 787) Yusuf ibn Rəşid əs-Sulami (787) Yəzid ibn Məzyəd əş-Şeybani (787 – 788) Ubəydullah ibn Mehdi (788-791) Fəzl ibn Yəhya ibn Xalid əl-Bərmaki (792-795) Məhəmməd əl-Əmin (795-809) Əhməd ibn Yəzid əs-Sulami (796 – 797) (811) Səyid ibn Səlm əl-Bahili (798 – 799) (799) Nəsr ibn Həbib əl-Mühəlləbi (799) Yəzid ibn Məzyəd əş-Şeybani (799 – 801) Əsəd ibn Yəzid əş-Şeybani (801 – 802) Məhəmməd ibn Yəzid əş-Şeybani (802 – 803) Huzayma ibn Hazim ət-Təmimi (803 – 806) Süleyman ibn Yəzid əl-Əmiri (806 – 807) Əyyub ibn Süleyman (807) Yəhya ibn Zufər (808) Əbdallah ibn Məhəmməd (809) Məhəmməd ibn Zühəyr əd-Dəbbi (809) Əsəd ibn Yəzid ibn Məzyəd (809 – 811) İshaq ibn Süleyman əl Həşimi (811 – 813) Əbu Əbdallah (814) Hatim ibn Hərsəmə ibn Əyun (815 – 818) Yəhya ibn Muad (818 – 819) Əhməd ibn Yəhya (819 – 820) İsa ibn Məhəmməd əl Məmuni (820 – 823) Məhəmməd ibn Əbdallah əl Kəlbi (823) Zurayk ibn Əli (824 – 825) Əhməd ibn Əbd əl-Əla (825 – 826) Əbd əl-Əla ibn İbrahim (826 – 827) Məhəmməd ibn Humayd ət-Tusi (827 – 828) Xalid ibn Yəzid əş-Şeybəni (829 – 832) Əl-Abbas ibn əl-Məmun (832-834) Əl-Əfşin Həydər ibn Kavus (835-840) Xalid ibn Yəzid əş-Şeybəni (841) Xalid ibn Yəzid ibn Məzyəd əş-Şeybəni (842-845) Məhəmməd ibn Xalid (845 – 849) Əbu Əbdallah əl-Mutazz Billah (849-862) Əl-Abbas ibn əl-Müstain (863 – 865) Əbdallah ibn əl-Mutazz (866 – 867) İsa ibn əş-Seyx əz-Zuhri əş-Seybani (870) Cəfər əl-Mufavvid (875 – 883) Həmçinin bax Ermənistan (tarixi ərazi) Çuxursəəd bəylərbəyliyi İrəvan xanlığı Erməni vilayəti İrəvan quberniyası Azərbaycan (tarixi ərazi)
https://az.wikipedia.org/w/index.php?curid=70815
Ərmənşahlar bəyliyi
Əhlatşahlar bəyliyi (1100-1207) — Əhlatda (Xilatda) XII əsrin əvvəllərində qurulmuş olan bir türk dövləti. Bu dövlətə Ərmənşahlar, Sökmənlilər də deyilir. Sultan Məlikşahın əmisi oğlu olan Qütbəddin İsmayıl 1080-ci ildə Azərbaycan ümumi valiliyinə təyin edilmişdi. Qütbəddin İsmayılın komandirlərindən olan Sökməyin Böyük Səlcuq Sultanı Məlikşahın əmisi Yakutinin oğlu olan Qütbəddin İsmayılın qulamı (köməkçi-xidmətlə) idi. Qısa zamanda özünü göstərmiş və sürətlə yüksələrək komandir olmuşdur. Ədalət və yaxşılığı ilə şöhrət qazanan Sökməyin Ahlatta dəvət edildi. Sökməyin əsgərləri ilə Əhlata gələrək şəhəri təslim aldı. Burada bir hökumət, yəni bəylik qurdu. Ailəyə də bundan sonra Ahlat Şahları (Ahlatşahlar) və Ərmənşahlar deyildi. I Sökmən əl-Qütbi (1100—1112) Zahirəddin İbrahim (1112—1127) Sultan Əhməd Sökmənli (1127—1128) II Nasirəddin Sökmən (1128—1185) Saifəddin Bəgtimur (1185—1193) Bədrəddin Ağsunqur (1193—1198) Məhəmməd əl-Mənsur (1198—1206) İzzəddin Balban (1206—1207) Həmçinin bax Anadolu bəylikləri
https://az.wikipedia.org/w/index.php?curid=74636
Ərmənət
Ərmənət (keçmiş adı Oğuzyeri) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Xalxal kəndinin şərqində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal inzibati ərazi dairəsinə daxildir. Kəndin əhalisi (749 nəfər) taxılçılıq, heyvandarlıq və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, 50 yerlik ATS, tibb məntəqəsi var. Qədim tarixi olan məşhur Qovurqala (Xaçmaz Qovurqalası) kəndin şimalındakı Qaladağın zirvəsindədir. Kənddə ticarət və iaşə obyektləri var. Ərmənətə Oğuz-Xalxal avtobus marşrutu ilə getmək olur. Toponimikası Ərmənət oyk, düz. Oğuz rayonunun Xalxal i.ə.v.-də kənd. Qaladağ dağının ətəyindədir. Keçmiş adı Oğuzyeri olmuşdur. Məşhur Oğuzlar qəbri bu ərazidə yerləşir. Kəndin əhalisi keçmiş Yazıqırağı kəndindən çıxmış ailələrdən ibarətdir. Oykonim, ehtimal ki, orman (meşə) sözünə -ət şəkilçisini əlavə etməklə yaranmışdır; mənasını isə "ormanat", yəni "ormanlıq", "meşəlik" kimi açıqlamaq olar. 1863-cü il Şəki qəzasının Xaçmaz sahəsinin kameral təsvirinə əsasən Ərmənət kəndində 124 təsərrüfatda 485 nəfər əhali yaşayırdı ki, onların da 283 nəfərini kişilər, 202 nəfərini qadınlar təşkil edirdi. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 571 nəfər əhali yaşayır. Həmçinin bax Oğuz rayonu Xarici keçidlər Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=86912
Ərməğanxanə
Ərməğanxanə və ya Armağanxana (keçmiş adı Məzrayə-i Qaradaş) — İranın Zəncan ostanının Zəncan şəhristanının Qarapüştəli bəxşində yerləşən şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1 581 nəfər və 376 ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Ərməğanxanə tarixini İslamdan öncə və İslamdan sonra olmaqla iki hissəyə bölmək mümkündür. Bu şəhər yaxınlığında Torpaqqala adı ilə tanınan bir neçə qədim təpə var. Bu təpələr milli indeksdə 7406 nömrə ilə Düseran təpələri adı ilə qeydə alınıblar. Bu xarabalıqlardakı tarixi araşdırmalar şəhərin tarixini bir neçə min il bundan öncəyə aparıb çıxarır. Kəndin ətrafında mövcüd olan qədim fəzaları nəzərə alan tarixçilər belə qənaətə gəlmişlər ki, tarixi şəhər bir zəlzələ nəticəsində dağılıb və sonralar onun xarabalıqlarının yaxınlığında şəhər tikilib. Təsdiq olunmamış bəzi iddialara görə Səfəvilər zamanında Zəncanın cənubundakı əfşar tayfalarından bir neçəsi bu şəhərdə yerləşib. Qacarlar və pəhləvilər dövründə bu şəhər və Qarapüştəlinin böyük bir hissəsi rusların və tüdəçilərin əlində olub. Ərməğanxana təkyəsinin matəm mərasimi və şəbih oxunması 400 il bundan əvvələ dayanır. Bu məşhur mərasim İranın adlım mərasimlərindən biridir. 1389-cu ildə İranın milli-mənəvi irsi kimi qəbul olunub. Şəbih oxuma mərasimi məhərrəmin birindən 14-nədək və ərbəindən səfərin iyirmisəkkizinci gününə kimi Azərbaycan türkcəsi dilində keçirilir. Bu təkkiyə şimal-qərbin adlım təkkiyələrindən birisidir. Rəhmətli ustad Mirzə Bağır İskəndəri, adlım şəbih oxuyan və məşhur direktorun sözlərinə görə, təxminən 400 il öncə Eyvaz adında bir kişi Həmədanın Dərgəzin bölgəsindən şəbihin nüsxələrini gətirib və sonralar rəhmətli Təvəkkəl xan onları yeniləndiribdir. Eyvazdan sonra oğlu Molla Ərəb, sonra onun oğlu İskəndər, ondan sonra oğlu Molla Nəcəf, sonra onun oğlu Molla Hüseyn, sonra oğlu Mirzə Bağır, sonra da onun oğlu Kərbəlayı Cavad İskəndəri bu təkkiyədə şəbih oxuyublar. Keçən neçə yüz ildə kifayət qədər tanınmış şəbih oxuyanlardan Mirzə Səmi Zöhrünlü, Molla Seyfəli, Mirzə Hüseyn Qalayçılı, Mirzə Əli Nəcəfi, Mirzə Məcid, Mirzə Cəmşid, Dusranlı Kərbəlayı Qulamhüseyn, Qənbər oğlu Mirzə Əli Bakılı, Hacı Müseyib Əsədi, Mirzə Bağır, Kərbəlayı Bahadur, Mirzə Qəhrəman, Məşhəd Rəzzaq, Hacı Firuz Rüstəmi, Kərbəlayı Cavad İskəndəridən ad aparmaq olar. Hamısından məşhur Molla Nəcəfdir. Onun rolu təziyə mərasiminin inkişafında danılmazdır. Deyilənlərə görə, oynadığı rollarda bir reallıq varmış ki, eləcə ki rol onu görmüş kimi. Onun səsi o qədər gözəl imiş ki neçə kilometr uzaqlıqdan eşidilərmiş. Bundan başqa, hazırda bu təkkiyədə təcrübəli və iş bacaran şəbih oxuyan mövcud olmamasına görə, bu tarixi və müqəddəs yerin adı və sanına layiq şəbih oxunmur. Təəssüf ki, hazırda, bəzilərin gözü darlığı ucbatına İskəndəri ailəsinin (Qarapuşluda (Qarapüştəlidə) təziyənin qurucuları) heç birisi bacarıqları ola-ola bu təkkiyədə şəbih oxumurlar.
https://az.wikipedia.org/w/index.php?curid=287418
Ərnan (Hurand)
Ərnan (fars. ارنان) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 774 nəfər yaşayır (169 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=681860
Ərnisa (Urmiya)
Ərnisa (fars. ارنسا) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (60 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=581239
Ərol Qatırcıoğlu
Ərol Qatırcıoğlu (türk. Erol Katırcıoğlu; 1951) — Türkiyə iqtisadiyyat professoru və siyasətçisi. O, XXVII çağırış HDP İstanbul millət vəkilidir. İngilis dilini yaxşı səviyyədə bilir. Evlidir.
https://az.wikipedia.org/w/index.php?curid=800372
Əroğlu (Təbriz)
Əroğlu (fars. اوغلي) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 738 nəfər yaşayır (199 ailə). Bunların 376 nəfəri kişi və 362 nəfəri isə qadındır.Kənddə əsasən Azərbaycan dilində danışılır. Xalqın çoxu İslam dininin Şiə məzhəbindəndir. Əroğlu kəndi Səhənd dağı yaxınlığında, dağlıq ərazidə yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=618659
Ərpi
Ərpi — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
https://az.wikipedia.org/w/index.php?curid=480891
Ərqebəm qalası
Bəm qalası — Bəm şəhərinin ətrafında, Kirman şəhərindən 200 km aralıda yerləşir. Ümumi sahəsi 6 kv. km-dir. Çiy kərpicdən tikilib. 150 il əvvəl yaşayış məskəni olduğu güman edilən Ərqebəm qalası təqribən 2000 il əvvəl tikilib və dəfələrlə təmir edilib. Xarici keçidlər Bəm və mədəni landşaftı (UNESCO Ümumdünya irsi)
https://az.wikipedia.org/w/index.php?curid=665058
Ərsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır. Həsən-Cəlal sülaləsinin idarə etdiyi Xaçın knyazlığı müxtəlif dövrlərdə Şəddadilər dövləti, Gürcüstan çarlığı, Azərbaycan Atabəyləri, Hülakülər, Ağqoyunlular və Səfəvilərdən vassal asılılığında olmuş, lakin varlığını XVI əsrə qədər davam etdirmişdir. Yerləşməsi və adı VII əsr mənbəsi olan Aşxaratsuytsa görə Arsak 12 əyalətə bölünürdü: Myus-Haband, Vaykunik, Berdadzor, Mets-Arank, Mets-Kvenk, Harçlank, Muxank, Piank, Parzkank, Sisakan-Voskan, Kust-i-Parnes və Kolt. Lakin, bu vilayətlərin dəqiq yerləşmə sərhədləri bəlli deyil, həmçinin, sonrakı dövrlərə aid mənbələrdə onların bir çoxunun adı çəkilmir. Bəzi mənbələrdə Arsakın vilayətlərinin sayı 13 və ya 14 olaraq qeyd edilir.Tarixi mənbələrdə Uti vilayəti ilə bağlı müxtəlif məlumatlar saxlanmışdır: Strabon — e.ə. I əsr - b.e. I əsri: Ptolemey — B.e. I-II əsrlər: Movses Xorenatsi — B.e. V-VI əsrlər: Moisey Kalankatlı — B.e. VII əsr: Geğarkunik mərzinin Aşağı Zağalı kəndindən aşkarlanmış II Sardurinin (e.ə. VIII əsr) mixi yazılı Urartu kitabəsində Geqam gölünün cənub-şərqində Urtexe və ya Urtexini adlı ölkənin yerləşməsi xatırlanır: "Tanrı Haldi öz silahı ilə yürüşə çıxaraq Arkukini ölkəsinə qalib gəldi. Sarduri deyir: hücum edərək Arkukini ölkəsini işğal etdim. Urtexini ölkəsinə kimi çatdım." Erməni tarixçilərinin fikrincə "Urtexini" adı, sonrakı dövrə aid yunan dilli mənbələrdə qeyd edilən "Orxistena" (yun. Ὀρχιστηνή) və qədim erməni dilli mənbələrdə qeyd edilən "Arsak" (erm. Արցախ) toponiminin prototipi ola bilər.Urartu mixi yazılarında Arsak ərazisində həm də Piruaini ölkəsi xatırlanır ki, tədqiqatçı A. Petrosyan bu ölkənin adını Het panteonundan az bilinən tanrılardan biri Pirva ilə əlaqələndirir. Qarakilsə şəhəri ərazisindən aşkarlanmış Urartu hökmdarı II Argişti (e.ə. VIII-VII əsrlər) dövrünə aid mixi yazılı kitabədə xatırlanan Amuşa şəhərini, italyan urartuşünas Mario Salvini müasir Xankəndi şəhərinin yeri ilə lokallaşdırır. Salvininin fikrincə, Qarakilsə kitabəsi Urartu sərhədlərinin müasir Qarabağ istiqamətinə genişləndiyini göstərir.E.ə. VI əsrdə ərazi Midiya dövlətinin daha sonra isə Əhəmənilər dövlətinin tərkibinə qatılmışdır. E.ə. VII-VI əsrlərdə Arsak ərazisi Qafqazda skif çarlığı - İşkuzanın tərkibinə qatılmışdır. Cənubi Qafqazda skiflərin məskunlaşdığı ərazilər cənub-şərqdə Midiya, cənubda Manna dövləti, qərbdə Urartu dövləti, şimalda isə, qədim mənbələrdə Çola kimi qeyd edilən, həmçinin qədim dövrlərdən "Qafqazın Qapısı" və ya Masqutlar ölkəsi adlandırılan ərazi ilə sərhədlənirdi. Tədqiqatçıların ortaq fikrinə görə İşkuza ərazisi cənubda Urmiya gölünün şimalından başlamış, şimalda kür çayına kimi uzanmış, ehtimal ki, Mil düzünü də əhatə etmişdir.R. Hyusenin fikrincə Arsakın yerli əhalisi qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. A. Petrosyanın fikrincə Arsakın ilkin əhalisi arasında həm də het və luvi dillərinə yaxın dillərdə danışan tayfalar ola bilərdi. E.ə. I əsrin sonları - b.e. I əsrin əvvəllərində əraziyə sakların axını baş verir.Movses Xorenatsi və Moisey Kalankatlının verdiyi məlumata görə, e.ə. I əsrdə Parfiya hökmdarı I Vologez Arranı Araz çayından Xunan qalasına kimi geniş ərazinin hökmdarı təyin edir. Arran Arranşahlar sülaləsinin əsasını qoyur və Alban Arşakilərindən I Vaçaqan hakimiyyətə gələnə kimi bu sülalənin 34 hökmdarı Qafqaz Albaniyasında hökm sürmüşdür.Əksər tarixçilərin fikrinə görə Böyük Ermənistanın şərq sərhədləri e.ə. II əsrdə hökmdar I Artaşesin yürüşləri zamanı Kür çayına qədər genişləndirilmişdir. Bu zaman I Artaşes Araz sahillərində ermənilərin yaşadığı əraazilər, həmçinin Kür sahillərində albanlar, utilər, qarqarlar, savdeylər, saklar və digər tayfaların yaşadığı əraziləri ələ keçirmişdir. Bəzi tədqiqatçılar qeyd edirlər ki, bu yürüşlərin həyata keçirildiyi zaman mərkəzləşdirilmiş alban dövləti mövcud deyildi və alban dövlətinin mərkəzləşdirilməsi e.ə. II əsrin sonları və ya e.ə. I əsrin ortalarına aid edilir. IV əsrin 50-ci illərində Hökmdar Urnayrın rəhbərliyi ilə albanlar Kür çayının sağ sahilində bir sıra vilayətlərdə hakimiyyəti yenidən özlərinə qaytarırlar. V əsrdə yaşamış erməni tarixçi Favstos Buzandın verdiyi məlumata görə, qısa müddət sonra Böyük Ermənistan sparapeti Muşeq Mamikonyan qaytarılmış yürüş edərək yenidən bu əraziləri Böytük Ermənistan hökmdarına tabe edir və "Kür çayını əvvəl olduğu kimi Albaniya və Ermənistan arasında sərhəd edir." 387-ci ildə Ermənistanın Sasanilər və Bizans imperiyaları arasında bölünməsi zamanı Uti və Arsak əyalətləri Sasanilərdən vassal asılılığında olan Qafqaz Albaniyasının tərkibinə qatılır. VII əsrə aid Aşxaratsuyts adlı erməni mənbəsində yazılır: "...albanlar ermənilərdən bu əyalətləri aldılar: Şikaşen, Qardman, Kolt, Zave və bunlardan başqa Araksın Kürə töküldüyü yerə qədər 20 əyalət". XIV əsrdən başlayaraq köçəri türk tayfalarının təsiri ilə Araz və Kür çayları arasındakı geniş dağlıq və düzənlik ərazilər mənbələrdə Qarabağ dalandırılmağa başlayır. Lakin, vassal vəziyyətində olsa da və hakimiyyətləri yalnız xristian əhaliyə aid edilsə də, Xaçın knyazları təxminən XVII əsrə kimi hakimiyyətlərini saxlaya bilirlər. XVII əsrdə Arsak ərazisində Xəmsə məliklikləri formalaşır. Hewsen, R. H. The Geography of Ananias of Širak: Ašxarhacʻoycʻ, the Long and the Short Recensions. Reichert. 1992. Alishan, Ghevond. Արցախ [Artsʻakh] (erməni). Tʻosunyan, G. B. tərəfindən tərcümə olunub. Yerevan State University Publishing House. 1993. 5–6. ISBN 5-8084-0221-2. Dowsett, C. J. F. The Albanian Chronicle of Mxit'ar Goš (Bulletin of the School of Oriental and African Studies, C. 21, № 1/3). 1958. səh. 472—490. Canard, M.; Cahen, Cl.; Deny, J. Arminiya (Encyclopaedia of Islam, I cild). Leiden: BRILL. 1986. səh. 634—650. Diakonoff, I. M. Media // Gershevitch, Ilya (redaktor ). The Cambridge History of Iran: Volume. 2. Kembric: Cambridge University Press. 1985. ISBN 978-0-521-20091-2. Həmçinin bax Dağlıq Qarabağ
https://az.wikipedia.org/w/index.php?curid=67875
Ərsan İlyasova
Ərsan İlyasova (Əsl adı: Arsen İlyasov; 15 may 1987, Əskişəhər) — Türk Milli Basketbol Komandasının oyunçusudur. Türkiyənin Eskişehir şəhərində dünyaya gələn idmançı, 2003-cü ildə Türkiyə vətəndaşlığına keçirildi. Krımdan Özbəkistana sürgün edilən Krım Tatarı bir ailənin övladıdır. Atası Ənvər İlyasov və anası İraliyə İlyasova Krıma qayıdış yasaqının qalxmasından sonra sürgündən Krıma dönmüşdür. Gənc yaşda qabiliyyəti kəşf edilərək Ülkerspor infrastrukturu tərəfindən yetişdirilməyə başlandı və Türkiyə Vətəndaşlığına keçirildi. Əsl adı Arsen İlyasov olan Ərsan İlyasova 2004–2005 mövsümündə qısa müddətli də olsa Ülkersporda forma geymə şansı qazandıqdan sonra 2005 NBA seçmələrində Milwaukee Bucks tərəfindən otuz altıncı sıradan seçildi. Bir çoxları tərəfindən bir il daha Türkiyə Basketbol Liqasında təcrübə qazanması lazım olduğu şərhi edilmiş olsa da 23 avqust 2005 günü Milwaukee Bucks ilə iki illik müqavilə imzaladı. Ancaq mövsüm başlamadan, təcrübə qazanması məqsədiylə, NBA komandalarının daha çox, gənc oyunçularını yetişdirmək üçün istifadə etdiyi, National Basketball Development League (d-Liqa) komandası Tulsa 66ersə göndərildi. Bu komandada bir mövsümdə oynadığı 46 matçda 12,5 say və 7,0 ribaund ortalamayla oynadı.
https://az.wikipedia.org/w/index.php?curid=89858
Ərsarılar
Ərsarılar (türkm. Ärsarylar) — türkmənlərin qolu. Türkmən boyları arasında sırasına və önəminə görə üçüncü sıranı Ərsarılar alırlar. XVI əsrdə Balxan və Manqışlaq çevrəsində oturan Salurlardan Kul Hacının Ərsarı bəy adlı oğlunun soyundan gəldiklərindən dolayı onlara belə bir adın verildiyi rəvayət edilir. Z. Ş. Novşiranov, daha IX əsrdə Türklər arasında "sarı" adını daşıyan boyların olduğunu və "sarı" adıyla Türk coğrafiyasında (Qafqaz və Türkmənistan) bir çox toponiminin olduğunu bildirir. R. G. Kuzeyev, "Ərsarı" adının "Sarı adam" anlamında olduğunu, T. A. Jdanko isə Qaraqalpaqlar arasında da kiçik bir Ərsarı uruğunun olduğunu bildirir. XIX əsrdə Ərsarılar, Türkmənlər arasında say baxımından çox, coğrafi olaraq da dağınıq bir hala sahib idilər. Ya. R. Vinnikovun hazırladığı bir şəcərəyə görə, bu dönəmdə Ərsarı boyları dörd qola ayrılmışdı: Ulutəpə, Günəş, Qara və Bəkəvül. Bunlardan Ulutəpə: Qurama, Qaraca, Surhı, Çatrak, Surh, Əsənmənli, Ağdəri, Acı, Qızılayaq, Müsürqarabagşılı, Ətbaş, Qabırdı, Danaçı oymaqlarına; Qabasaqqal, Çəkir, Süleyman, Çakır, Omar və Qurama; Gurayış, Bay, Çəkiç, İslam, Tagan, Yabanı, Kazan, Mamaş; Bəkəvül isə Sarılı, Lamma, Uşagon, Yərli, Gültak və Togaçı oymaqlarına ayrılmışdılar. Ərsarıların çox olaraq oturduqları bölgə Amudərya çayının orta qismləriydi. Bölgənin ən önəmli və mərkəzi torpaqları Pənd və Yolatan olaraq göstərilir. Ərsarıların böyük bir qisminin oturaq həyata sahib olduqları, torpaq işləriylə ilgiləndikləri, bununla bərabər at, qoyun kimi böyük sürülərə sahib olanları da köçəbə yaşamı sürdükləri bilinir. Bölgə, Rus işgalına qədər sıx-sıx Özbək xanlıqlarının hücumu altında olmuşdur. Ərsarılar arasında az saylı Özbək də yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=401353
Ərsax
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır. Həsən-Cəlal sülaləsinin idarə etdiyi Xaçın knyazlığı müxtəlif dövrlərdə Şəddadilər dövləti, Gürcüstan çarlığı, Azərbaycan Atabəyləri, Hülakülər, Ağqoyunlular və Səfəvilərdən vassal asılılığında olmuş, lakin varlığını XVI əsrə qədər davam etdirmişdir. Yerləşməsi və adı VII əsr mənbəsi olan Aşxaratsuytsa görə Arsak 12 əyalətə bölünürdü: Myus-Haband, Vaykunik, Berdadzor, Mets-Arank, Mets-Kvenk, Harçlank, Muxank, Piank, Parzkank, Sisakan-Voskan, Kust-i-Parnes və Kolt. Lakin, bu vilayətlərin dəqiq yerləşmə sərhədləri bəlli deyil, həmçinin, sonrakı dövrlərə aid mənbələrdə onların bir çoxunun adı çəkilmir. Bəzi mənbələrdə Arsakın vilayətlərinin sayı 13 və ya 14 olaraq qeyd edilir.Tarixi mənbələrdə Uti vilayəti ilə bağlı müxtəlif məlumatlar saxlanmışdır: Strabon — e.ə. I əsr - b.e. I əsri: Ptolemey — B.e. I-II əsrlər: Movses Xorenatsi — B.e. V-VI əsrlər: Moisey Kalankatlı — B.e. VII əsr: Geğarkunik mərzinin Aşağı Zağalı kəndindən aşkarlanmış II Sardurinin (e.ə. VIII əsr) mixi yazılı Urartu kitabəsində Geqam gölünün cənub-şərqində Urtexe və ya Urtexini adlı ölkənin yerləşməsi xatırlanır: "Tanrı Haldi öz silahı ilə yürüşə çıxaraq Arkukini ölkəsinə qalib gəldi. Sarduri deyir: hücum edərək Arkukini ölkəsini işğal etdim. Urtexini ölkəsinə kimi çatdım." Erməni tarixçilərinin fikrincə "Urtexini" adı, sonrakı dövrə aid yunan dilli mənbələrdə qeyd edilən "Orxistena" (yun. Ὀρχιστηνή) və qədim erməni dilli mənbələrdə qeyd edilən "Arsak" (erm. Արցախ) toponiminin prototipi ola bilər.Urartu mixi yazılarında Arsak ərazisində həm də Piruaini ölkəsi xatırlanır ki, tədqiqatçı A. Petrosyan bu ölkənin adını Het panteonundan az bilinən tanrılardan biri Pirva ilə əlaqələndirir. Qarakilsə şəhəri ərazisindən aşkarlanmış Urartu hökmdarı II Argişti (e.ə. VIII-VII əsrlər) dövrünə aid mixi yazılı kitabədə xatırlanan Amuşa şəhərini, italyan urartuşünas Mario Salvini müasir Xankəndi şəhərinin yeri ilə lokallaşdırır. Salvininin fikrincə, Qarakilsə kitabəsi Urartu sərhədlərinin müasir Qarabağ istiqamətinə genişləndiyini göstərir.E.ə. VI əsrdə ərazi Midiya dövlətinin daha sonra isə Əhəmənilər dövlətinin tərkibinə qatılmışdır. E.ə. VII-VI əsrlərdə Arsak ərazisi Qafqazda skif çarlığı - İşkuzanın tərkibinə qatılmışdır. Cənubi Qafqazda skiflərin məskunlaşdığı ərazilər cənub-şərqdə Midiya, cənubda Manna dövləti, qərbdə Urartu dövləti, şimalda isə, qədim mənbələrdə Çola kimi qeyd edilən, həmçinin qədim dövrlərdən "Qafqazın Qapısı" və ya Masqutlar ölkəsi adlandırılan ərazi ilə sərhədlənirdi. Tədqiqatçıların ortaq fikrinə görə İşkuza ərazisi cənubda Urmiya gölünün şimalından başlamış, şimalda kür çayına kimi uzanmış, ehtimal ki, Mil düzünü də əhatə etmişdir.R. Hyusenin fikrincə Arsakın yerli əhalisi qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. A. Petrosyanın fikrincə Arsakın ilkin əhalisi arasında həm də het və luvi dillərinə yaxın dillərdə danışan tayfalar ola bilərdi. E.ə. I əsrin sonları - b.e. I əsrin əvvəllərində əraziyə sakların axını baş verir.Movses Xorenatsi və Moisey Kalankatlının verdiyi məlumata görə, e.ə. I əsrdə Parfiya hökmdarı I Vologez Arranı Araz çayından Xunan qalasına kimi geniş ərazinin hökmdarı təyin edir. Arran Arranşahlar sülaləsinin əsasını qoyur və Alban Arşakilərindən I Vaçaqan hakimiyyətə gələnə kimi bu sülalənin 34 hökmdarı Qafqaz Albaniyasında hökm sürmüşdür.Əksər tarixçilərin fikrinə görə Böyük Ermənistanın şərq sərhədləri e.ə. II əsrdə hökmdar I Artaşesin yürüşləri zamanı Kür çayına qədər genişləndirilmişdir. Bu zaman I Artaşes Araz sahillərində ermənilərin yaşadığı əraazilər, həmçinin Kür sahillərində albanlar, utilər, qarqarlar, savdeylər, saklar və digər tayfaların yaşadığı əraziləri ələ keçirmişdir. Bəzi tədqiqatçılar qeyd edirlər ki, bu yürüşlərin həyata keçirildiyi zaman mərkəzləşdirilmiş alban dövləti mövcud deyildi və alban dövlətinin mərkəzləşdirilməsi e.ə. II əsrin sonları və ya e.ə. I əsrin ortalarına aid edilir. IV əsrin 50-ci illərində Hökmdar Urnayrın rəhbərliyi ilə albanlar Kür çayının sağ sahilində bir sıra vilayətlərdə hakimiyyəti yenidən özlərinə qaytarırlar. V əsrdə yaşamış erməni tarixçi Favstos Buzandın verdiyi məlumata görə, qısa müddət sonra Böyük Ermənistan sparapeti Muşeq Mamikonyan qaytarılmış yürüş edərək yenidən bu əraziləri Böytük Ermənistan hökmdarına tabe edir və "Kür çayını əvvəl olduğu kimi Albaniya və Ermənistan arasında sərhəd edir." 387-ci ildə Ermənistanın Sasanilər və Bizans imperiyaları arasında bölünməsi zamanı Uti və Arsak əyalətləri Sasanilərdən vassal asılılığında olan Qafqaz Albaniyasının tərkibinə qatılır. VII əsrə aid Aşxaratsuyts adlı erməni mənbəsində yazılır: "...albanlar ermənilərdən bu əyalətləri aldılar: Şikaşen, Qardman, Kolt, Zave və bunlardan başqa Araksın Kürə töküldüyü yerə qədər 20 əyalət". XIV əsrdən başlayaraq köçəri türk tayfalarının təsiri ilə Araz və Kür çayları arasındakı geniş dağlıq və düzənlik ərazilər mənbələrdə Qarabağ dalandırılmağa başlayır. Lakin, vassal vəziyyətində olsa da və hakimiyyətləri yalnız xristian əhaliyə aid edilsə də, Xaçın knyazları təxminən XVII əsrə kimi hakimiyyətlərini saxlaya bilirlər. XVII əsrdə Arsak ərazisində Xəmsə məliklikləri formalaşır. Hewsen, R. H. The Geography of Ananias of Širak: Ašxarhacʻoycʻ, the Long and the Short Recensions. Reichert. 1992. Alishan, Ghevond. Արցախ [Artsʻakh] (erməni). Tʻosunyan, G. B. tərəfindən tərcümə olunub. Yerevan State University Publishing House. 1993. 5–6. ISBN 5-8084-0221-2. Dowsett, C. J. F. The Albanian Chronicle of Mxit'ar Goš (Bulletin of the School of Oriental and African Studies, C. 21, № 1/3). 1958. səh. 472—490. Canard, M.; Cahen, Cl.; Deny, J. Arminiya (Encyclopaedia of Islam, I cild). Leiden: BRILL. 1986. səh. 634—650. Diakonoff, I. M. Media // Gershevitch, Ilya (redaktor ). The Cambridge History of Iran: Volume. 2. Kembric: Cambridge University Press. 1985. ISBN 978-0-521-20091-2. Həmçinin bax Dağlıq Qarabağ
https://az.wikipedia.org/w/index.php?curid=67876
Ərsilə
Ərsilə — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kəndi Ərus kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərsilə kənd Soveti yaradılmışdır. Toponimikası Tədqiqatçıların fikrincə, oykonim keçmışdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş ərus adlı icmanın adından və talış dilində kiçiltmə bildirən lə şəkilçisindən ibarətdir. S.Kazımbəy 1869-cu ildə qələmə aldığı "Cəvahirnameyi-Lənkəran" əsərində bu kəndin adını Ərsidə şəklində qeyd edir və kənd ərazisindəki məşhur ocaq haqqında geniş məlumat verir. Müəllif Ərsidədəki məşhur "Babül-Dərdə" ocağının dövlət başçıları tərəfindən "Uçtıq-Sufidəşt" adlandırıldığını qeyd edir. Çox güman ki, uçtıq sözü burada üç tuğ (üç bayraq) mənasındadır. Vaxtilə həmin ocaqda saxlanılan və dini mərasimlərdə - məhərrəm ayında gəzdirilən "üç ələm"ə işarədir. Ərsilə toponiminin ikinci komponentindəki –lə topoformantının talış dilindəki –lə kiçiltmə şəkilçisi ilə heç bir əlaqəsi yoxdur. Toponimin tərkibindəki –lə şəkilçi deyil, "dağ" mənasında işlənən monqol dilindəki "ula" sözüdür. XIX əsrin II yarısında bu leksem -idə/-də şəklində göstərilmişdir. Bu da qədim ta//da //dağ sözünə uyğundur. Çöx güman ki, etnotoponimin ilkin forması Ərusdağ olmuş, sonralar monqol zamanında toponim təhrif edilərək Ərusula və nəhayət Ərsilə şəklinə düşmüşdür. Ərusula/Ərsilə "ərus tayfalarına məxsus dağ" deməkdir. O.Süleymanov Q.Potaninə istinad edərək bildirir ki, Monqol rəvayətinə görə, dünya yarananda hər tərəf su idi və sudan iki Sumer ula dağı boylanırdı. Monqol dilində "ula"- dağ deməkdir. Coğrafiyası və iqlimi Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=108404
Ərsin
Ərsin — Xəmir işlərində kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən dəmir kürəkcik şəklində alət. Ərsini iki növü vardır: xəmir ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür.Ərsinin qulpunun en kəsiyi lentvarı, tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olur. Xəmir ərsininin qulpu qısa olsa da təndir ərsininin qulpu xeyli uzundur. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür. Xəmir ərsininin dəstəyi kiçik olur və onun ucuna asmaq üçün bəzən halqa salınır. Xəmiri yığmaq, kəsmək və s. məqsədlər üçün işlədildiyinə görə bu alətə xəmir ərsini deyilir. Hər iki ərsindən hal-hazırda da geniş istifadə olunur ki, bu da həmin alətlərin Azərbaycan xalqının məişətində uzun müddət işlədildiyini göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=306849
Ərsin Dastanoğlu
Ersin Destanoğlu (1 yanvar 2001, Qaziosmanpaşa, İstanbul ili) — Türkiyə Super Liqasında çıxış edən Beşiktaşın qapıçısı. Klub karyerası Ersin futbola 11 yaşında Bayrampaşa akademiyasında başlayıb. 1 mövsümdən sonra Beşiktaş gənclər akademiyasına gedib. 2013-2017-ci illərində "Beşiktaş"ın gənclər komandasında çıxış edən Ersin 8 sentyabr 2017-ci ildə "Beşiktaş"la peşəkar müqavilə imzalayıb. 2018-19 mövsümündə U-19 Elit İnkişaf Liqasında 18 oyun keçirən Destanoğlu, 2020-ci ilin iyununda Loris Karius'un komandadan ayrılmasından sonra komandanın əsas qapıçısı olub. Destanoğlu Beşiktaş'ın heyətində ilk peşəkar matçına 13 iyun 2020-ci ildə keçirilən "Antalyaspor" -"Beşiktaş" matçında çıxıb. Matç "Antalyaspor"un 2–1 hesablı qələbəsi ilə başa çatıb.O , 2020-21 mövsümündən bəri müntəzəm olaraq "Beşiktaş" da əsas heyətdə çıxış edir. Milli komanda karyerası Türkiyə U-16, Türkiyə U-17, Türkiyə U-18, Türkiyə U-19 və Türkiyə U-21 milli komandalarında toplam 23 matça çıxıb. Karyera statistikası 16 yanvar 2023 tarixində yenilənib1. ^ Türkiyə Kuboku daxildir. 2.^ UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası daxildir. 3.^ Türkiyə Superkuboku daxildir. Türkiyə Super Liqası Qalib (1): 2020/21 Türkiyə Kuboku Qalib (1): 2020/21 Türkiyə Superkuboku Qalib (1): 2021/22
https://az.wikipedia.org/w/index.php?curid=791205
Ərsin Sanər
Ərsan Sanər (Hamza Ərsan Sanər; 1966, Famaqusta) — Kiprli Türk siyasətçidir. Dekabr 2020-dən bəri Sanər Hökumətinin başçısı olarağ Şimali Kipr Türk Cumhuriyyətində baş nazir vəzifəsini yerinə yetirir.
https://az.wikipedia.org/w/index.php?curid=695302
Ərsin Tatar
Ersin Tatar (1960, Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir. İlk illəri və təhsili Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir. 1982-ci ildə Kembric Universitetinin İqtisadiyyat fakültəsindən məzun olmuşdur. Ailəlidir və 2 övladı var. İlk olaraq 1982–1986-cı illərdə Prays Vaterhaus şirkətinin İngiltərədəki mərkəzi ofisinda çalışmıdşır. Burada hesab mütəxəsisliyi təhsili almış və maliyyə müşaviri olmuşdur. Daha sonra Asil Nadirin Polli Pek şirkətində maliyyə rəhbəri olaraq çalışmışdır. Nadirin mətbuat sahəsinə girməsi ilə birlikdə, Ersin Tatar 1990-cı ildə Show TV və Cine5 kanallarının qurucu rəhbərliyini etmişdir. 1991–1992-cı illərdə Ankaradakı FMC-Nurol Müdafiə Sənayesi firmasında maliyyə rəhbəri olaraq çalışmışdır. 1992–2001-ci illər arasında İstanbulda Show TV-də baş kordinatorluq vəzifəsini icra etmişdir. 1996-cı ildə Şimali Kiprin ilk özəl televiziyası olan Kanal T-ni qurdu və idarə heyəti başqanlığını icra etdi. 1990-cı illərdə Doğan Harman və Hüseyn Macit Yusif ilə Kiprli jurnalını nəşr etdirdi. 2001–2003-cü illər arasında Yenicami Ağdələn klubunun rəhbərliyi etdi. 2000-ci illərdə "Xalqın Səsi" qəzetində həftəlik yazılar yazmağa başladı. Siyasi fəaliyyəti 5 may 2009-cu ildə Şimali Kiprin maliyyə naziri kimi çalışmağa başladı. Bu dövrdə MBP katibinin müavini olaraq da çalışırdı. 2013-cü ildə hökumətin səslərinin aşağı olmasına görə Tatarın kabinetdəki vəzifəsi də sonlandı. 2018-ci ilin 18 oktyabrında edilən MB partiyasının qurultayında birinci seçildi. 31 oktyabr 2018-ci ildə MBP Qurultay Divan Heyəti tərəfindən başqan elan edildi. 2020-ci ildə prezident seçkilərində 32.5 faiz səs toplayaraq ikinci tura keçdi. Tufan Erhürmanın baş nazirliyini etdiyi CTP-HP-TDP-DP koalisiya hökumətinin istefasından sonra 14 may 2019-cu ildə MBP rəhbəri olaraq hökuməti qurma tapşırıldı.22 mayda MBP-HP koalisiya hökumətinin qurulması ilə Şimali Kiprin baş Naziri oldu. 2020-ci il prezidentliyi seçkilərində Milli Birlik Partiyasından prezidentliyə namizəd oldu. 9 oktyabr 2020 tarixində keçirilən seçkilərin ilk turunda 32.34 faiz toplayaraq birinci oldu və o dövrki prezident olan Mustafa Akıncı ilə ikinci tura keçdi. 18 oktyabr 2020-ci ildə keçirilən ikinci turda 51.74 faiz səs toplayaraq prezident seçildi.
https://az.wikipedia.org/w/index.php?curid=684339
Ərsindimdik
Ərsindimdik (lat. Platalea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinə aid heyvan cinsi. Adi ərsindimdik (Platalea leucorodia) kiçik ərsindimdik (Platalea minor) Ağ ərsindimdik (Platalea alba) Kral ərsindimdiyi (Platalea regia) Sarıdimdik ərsindimdik (Platalea flavipes) Çəhrayı ərsindimdik (Platalea ajaja)
https://az.wikipedia.org/w/index.php?curid=177188
Ərsindimdiklər
Ərsindimdiklər (lat. Plataleinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin i̇bislər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
https://az.wikipedia.org/w/index.php?curid=177190
Ərsun (Xalxal)
Ərsun (fars. ارسون) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (35 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=753390
Ərsun Yanal
Ərsun Yanal (17 dekabr 1961, İzmir) — Tükiyəli futbolçu. Ərsun Yanal 17 dekabr 1961-ci ildə Türkiyənin Buca şəhərində anadan olub. Futbolçu kimi Dənizlispor, Saraykoyspor, Manisaspor və Nazilli Belediyyespor-da çıxış edib. Baş məşqçi kimi Dənizlispor, Yeni Sahilspor, Ankaragücü, Gənclərbirliyi, Manisaspor, Trabzonspor ve Fənərbaxçada işləyib. Həmçinin 2004–05 sezonunda Türkiyə millisindədə işləyib. 2003–04 sezonunda Gənclərbirliyi ile Uefa Avropa Liqasında 1/4 mərhələsinə qədər yüksəlib. 2014–15 sezonunda ise Fənərbaxça ilə Super liqa cempionu olub. 2018–19 sezonundan etibarən Fənərbaxça da baş məşqçlik edir. Türkiyə Super Liqası Çempion (1): 2014
https://az.wikipedia.org/w/index.php?curid=588063
Ərsədovgah
Ərsədovgah (fars. عرصه دوگاه) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (39 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=754050
Ərsəncan
Ərsəncan və ya Ərsincan (fars. ارسنجان) — İranın cənubunda, Fars ostanında şəhər. Ərsəncan şəhristanının inzibati mərkəzidir. Coğrafiyası Şəhər Fars ostanının şərq hissəsində, cənub-şərqi Zaqrosun dağlıq ərazisində, dəniz səviyyəsindən 1638 metr hündürlükdə, ostanın inzibati mərkəzi olan Şirazdan təxminən 80 kilometr şimal-şərqdə, ölkənin paytaxtı Tehrandan 660 kilometr cənub-şərqdə yerləşir. Şəhərətrafı ərazilərdə dənli bitkilər, meyvələr və xaşxaş becərilir. Xalçaçılıq inkişaf edib. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17642 nəfər və 4397 ailədən ibarət idi; milli tərkibinə görə şəhərdə farsdilli tayfa olan baserilər üstünlük təşkil edir.. Əhalinin əksəriyyəti şiə müsəlmanlardır.
https://az.wikipedia.org/w/index.php?curid=288628
Ərsəncan şəhristanı
Ərsəncan şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərsəncan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 40,916 nəfər və 9,800 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=288596
Ərtegin Salamzadə
Salamzadə Ərtegin Əbdül Vahab oğlu — Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (30.06.2014)., Azərbaycan Dizaynerlər İttifaqının üzvü. Ərtegin Salamzadə 1987-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Təsviri sənət tarixi və nəzəriyyəsi» bölməsini bitirmişdir. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışır. 1992-ci ildə Bakıda namizədlik, 2002-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. Sənətşünaslıq üzrə elmlər doktoru, professordur. 1996-2010-cu illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş, 2010-cu ildən İnstitutun direktorudur. 2010-cu ildən etibarən eyni zamanda İnstitutun «Təsviri və dekorativ-tətbiqi sənətləri» şöbəsinə rəhbərlik edir. 2010-cu ildən «İncəsənət və mədəniyyət problemləri» Beynəlxalq elmi jurnalının baş redaktorudur. 2009-cu ildə Memarlıq və İncəsənət üzrə Respublika Problem Şurasının sədri təyin edilmişdir. Hal-hazırda Azərbaycan Memarlıq-İnşaat Universitetinin «Dizayn» kafedrasının professorudur. Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Elmi fəaliyyəti Bakı, İstanbul, Daşkənd, Almatı, London, Budapeşt, Tunis, Moskva, Sankt-Peterburq və Krasnodar şəhərlərində nəşr olunmuş, Azərbaycan sənətşünaslığının tarixi və metodologiyasına, dizayn və heraldikanın vizual dilinin problemlərinə həsr olunmuş 160-ə yaxın elmi əsərin müəllifidir. Onlardan «Azərbaycan sənətşünaslığı. XX əsr» (2001), «Elçin Əlibəyli: rəssam və bədii ənənə» (2001), «Dizayn və informasiya» (2006), «İncəsənət və sənətşünaslıq» (2009) monoqrafiyaları, «Dizayn tarixi» (1995), «Vizual informasiya» (2003) ali məktəblər üçün tədris vəsaitləri, «Məlik Ağamalov. Boyakarlıq» (2000), «Tofiq Rəsulov. Şəbəkə» (2009) və «Akmal Nur. Boyakarlıq» (2011) kataloqları qeyd olunmalıdır. Türkoloji sənətşünaslıq sahəsində ixtisaslaşır. Moldovada keçirilmiş MDB ölkələri yaradıcılıq və elmi ziyalıların IV Forumunun, Rusiya, İtaliya və Tunisdə keçirilmiş bir sıra elmi konfransların iştirakçısıdır.
https://az.wikipedia.org/w/index.php?curid=379862
Ərtik
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. Toponimikası ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Art-Kol-Su və Art-Kol-kənd, Dağıstan əyalətinin Andi dairəsində Artluk, həmin əyalətin Kaytak-Tabasaran dairəsində Art-Uzun (çay adı) toponimləri ilə sıra təşkil edir. Rəsmi statistikaya görə hal-hazırda 15.000 nəfər əhalisi var. Həmçinin bax Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=100106
Ərtik (şəhər)
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. Toponimikası ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Art-Kol-Su və Art-Kol-kənd, Dağıstan əyalətinin Andi dairəsində Artluk, həmin əyalətin Kaytak-Tabasaran dairəsində Art-Uzun (çay adı) toponimləri ilə sıra təşkil edir. Rəsmi statistikaya görə hal-hazırda 15.000 nəfər əhalisi var. Həmçinin bax Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=404454
Ərtik rayonu
Ərtik rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Şörəyel mahalı ərazisində inzibati–ərazi vahidi. Rayon mərkəzi Ərtik şəhəridir. Ərtik rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 632 kv km-dir. Rayon mərkəzi respublika tabeli Ərtik şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir. Ərtik şəhəri yaxınlığında e.ə. XIV-XI əsrlərə aid katakombalar aşkar edilib. Alagöz dağının böyük bir hissəsi və ən hündür zirvəsi (h. 4095 m) Ərtik rayonunun, digər hissələri isə Düzkənd və Talin rayonu ərazisinə düşür. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Coğrafi mövqeyi Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası
https://az.wikipedia.org/w/index.php?curid=100105
Ərtoğrol Cavid
Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə (22 oktyabr 1919, Bakı – 14 noyabr 1943, Naxçıvan) — görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır. Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılmış "9 Variasiya"dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var. 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi. 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır. Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır. Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid. 12 cilddə, X c., Bakı: Çaşıoğlu, 2011, 304 s. Xarici keçidlər Ərtoğrul Cavid Iki Miniatür.Meşədə Arxivləşdirilib 2014-01-03 at the Wayback Machine Ərtoğrul Cavid, two miniatures
https://az.wikipedia.org/w/index.php?curid=514760
Ərtoğrul Bəy
Ərtoğrul Qazi və ya Ərtoğrul bəy (bilinmir, Əhlat – təq. 1281 və ya təq. 1280, Söğüt, Biləcik ili) — Oğuz türklərinin Qayı boyunun başçısı, Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası. Adının mənası belə təsvir edilir ki, türk dilində "ər" sözünün mənası "kişi, əsgər və ya qəhrəman", toğrul isə dirilişin simvolu olan nəhəng quruluşlu simurq quşudur. Beləliklə, Ərtoğrul adının mənası "Qəhrəman yırtıcı quş, toğrul" kimi təsvir edilə bilər. Ərtoğrul 1191-ci ildə anadan olmuş, 1281-ci ildə Anadoluda, Söğütdə vəfat etmişdir. Ərtoğrulun 24 tayfadan ibarət Oğuz türklərinin Qayı boyundan və bəy nəslindən olması, atasının və babalarının da bəy olması və onun sünniliyin hənəfi məzhəbindən olması təsdiqlənmiş məlumatdır.Ərtoğrulun varlığı atasının adının "Ərtoğrul" olaraq qeyd edildiyi oğlu Osmanın zərb etdiyi sikkələrlə tarixən sübuta yetirilsə də, onun həyatı və fəaliyyəti ilə bağlı bundan başqa heç nə dəqiqliklə bilinmir.Amma Osmanlı mənbələrinə əsasən Ərtoğrul Şərqi İrandan Anadoluya qaçan Oğuz türklərinin Qayı tayfasının başçısı Süleyman Şahın oğludur. Ərtoğrulun başqa bir fərziyyəyə əsasən, soy ağacı belədir: o, Gündüz alpın oğlu, Qaya alpın nəvəsi, Göyalpın nəticəsi, Sarkuk alpın kötücəsi və Qayı alpın bitikcəsi olaraq qeyd olunur, tayfa adını Qayı alpın adından almışdır.Osmanlı mənbələrinə görə, Ərtoğrul və tərəfdarları atasının ölümündən sonra Anadolu Səlcuqlu dövlətinə xidmət etməyə başladılar və o, Söğüt adlanan ərazi üzərində hökmranlıqla mükafatlandırıldı. O dövrdə, bu yer Bizans imperiyası ilə sərhəddə yerləşirdi. Bu, Osmanlı bəyliyinin qurulmasına səbəb olan bir sıra tarixi hadisələrə macal verdi.Ərtoğrul, oğlu Osman və onlardan sonra gələn övladlar tez-tez "Qazi" titulu ilə qeyd edilir, bu, İslamın şərəfini yüksəltmək üçün döyüşçü olan mücahidlərə verilən addır. Tarixi mənbələr Müasiri olan İslam və Bizans mənbələri Ərtoğruldan bəhs etmir, məsələn, Bizans tarixçisi Georgius Paximeres (təxminən 1242–1310) mənbələrində ondan bəhs etməmişdir. İbn Bətutə və Bizans imperatoru VI İoann Kantakuzin kimi şəxslər də ondan bəhs etməmişlər. VI İoann Kantakuzin 1335–1347-ci illərdə Bizans imperatoru kimi hökm sürmüş, sonra taxtdan salınmış və rahib kimi yaşamışdır. 15-ci əsrə aid ilk Osmanlı qeydlərində Ərtoğrulun həyatının yazılı təfərrüatları var, lakin, bəzi tarixçilərin fikrinə görə, bu, tarixi mənbədən çox mifik təəssürat oyadan bir sənəddir.Teymurilər dövlətinin banisi Əmir Teymur 1402-ci ildə Anadoluya hücum edərkən Osmanlı mənbələrini və sənədlərini yandırdı. Ona görə də, 1299–1402-ci illər arasında, yəni, Osmanlı imperiyasının quruluşundan Əmir Teymurun hücumuna qədər olan dövrə aid çox az sayda rəsmi tarixi sənədlər qorunub saxlanılmışdır. Ərtoğrulun adının ilk dəfə sultan İldırım Bəyazidin Əmir Teymura məktubunda qeyd edildiyi güman edilir. Daha sonra, Ərtoğrulun adı və atası olaraq qeyd olunan Gündüz alpın adı yazılmış I Osmanın dövrünə aid olan Osmanlı sikkələri kimi daha qədim mənbələr də aşkar edilmişdir. Sikkə İstanbul Arxeologiya Muzeyində saxlanılır. Sikkənin ön tərəfində "Ərtoğrul oğlu Osman", arxa tərəfində isə "Gündüz Alp oğlu Ərtoğrul oğlu Osman" sözləri həkk edilmişdir. Buna baxmayaraq, digər mənbələrə istinad edərək onun atasının Süleyman şah və ya Gündüz alp olması ilə bağlı tərəddüdlərin olduğunu, tarixçilər arasında mübahisə getdiyini və beləliklə, Ərtoğrulun atasının adının mübahisəli olduğunu görmək olar.Bu vaxta qədər Ərtoğrulla bağlı mövcud olan ən qədim mənbəyə gəlincə, bu, Söğütdə torpaqların "Ərtoğrulun canı üçün" verildiyini yazan Torpaq Reyestri sənədidir. Ərtoğrul bəy Qərbi Asiya düzənliklərindən Anadoluya köçən köçəri türk tayfalarından olan Qayı boyunun başçısı olan Süleyman Şahın oğlu idi. Atası öz obasını Anadoluya köçürmək istəyən zaman Fərat çayını keçməyə çalışarkən vəfat etmiş və indiki Türkiyənin Mardin şəhərindən 250 km cənub-qərbdə, Caber qalası yaxınlığında dəfn edilmişdir və məzarı hələ də orada, adına tikilmiş Süleyman Şah türbəsinin içindədir.Ərtoğrul Bizans imperiyası ilə və eləcə də, ona qarşı fəaliyyət göstərən tayfalar ilə bir çox döyüşlərdə iştirak etmiş və fərqlənmişdi. Bu döyüşlər Hicrətdən 7 əsr sonra baş vermişdi. Döyüşlərdən birində fərqlənən Ərtoğrul Anadolu Səlcuqlu dövlətinin sultanı I Əlaəddin Keyqubadla tanış oldu. Sultan I Əlaəddin Keyqubad Ərtoğrulun döyüşlərdə ona köməyini dəyərləndirərək ona bir neçə vilayət və şəhəri tabe etdi, qonşularla olan müharibələrdə o, Ərtoğrulun köməyindən asılı vəziyyətə düşdü. Əlaəddin hər qələbədən sonra yeni torpaqlar alıb ona külli miqdarda pul verir, sonra da hər zaman qoşunların başında olduğu və tam qələbə qazandığı üçün tayfasını "Sultanın cəbhəsi" adlandırırdı. Bu tayfanın siyasi həyatının ilk illəri sirrlə örtülmüşdür və ona aid olan məlumatlar faktlardan çox əfsanəyə istinad edir. Qayı boyuyla bağlı məlum olanlar bunlardır: Gündüz Alpın (Süleyman Şahın atası) dövründə tayfanın yaşadığı ərazi Dəclə və Fərat arasında olan torpaqlara və adı çəkilən 2 çayın adalarına qədər genişlənmişdir. Tayfanın əhalisi Şərqi Anadolu bölgəsində, Əhlət rayonu yaxınlığındakı otlaq ərazilərdə yaşamış və fəaliyyətlərinə davam etmişdir. Daha sonra Gündüz Alp öz qəbiləsinin Dəclə hövzəsinə köçürülməsindən 1 il sonra vəfat etdi, buna görə də tayfaya əvvəlcə oğlu Süleyman Şah, sonra nəvəsi Ərtoğrul başçılıq etdi. Qayı qəbiləsinin yaşadığı yerlərdə bu qəbilədən olan Osmanlı xanədanının əcdadlarının basdırıldığı çoxlu qəbirlər yerləşir. Ərtoğrul öz qəbiləsi ilə Rum sultanlığı ilə Xarəzmşahlar arasında döyüşlərə səhnə olan Ərzincan şəhərinə getdi və beləliklə, Konyanın sultanı I Əlaəddin Keyqubada xidmətə başladı.Mövcud məlumatlara görə, bu qəbilə Cəlaləddin Mənguberdinin müharibələri nəticəsində bölgənin şahid olduğu hərbi təzyiqlə bağlı təxminən 1229-cu ildə Əhləti tərk etmiş və Dəclə çayına doğru irəliləmişdir.Qayı tayfası kiçik olmasına baxmayaraq, monqolların istila etdiyi bölgələrdən, Anadolunun cənub və cənub-qərbində yerləşən güclü türkmən tayfalarının təsirindən uzaq olması və Bizans imperiyası ilə Monqol imperiyasını birləşdirən mühüm ticarət yollarının yaxınlığında yerləşməsi ilə seçilirdi. Qərbdə Bizans bölgələri ilə şərqdə monqolların nəzarətində olan bölgələrin olması bu tayfaya böyük təhlükə gətirirdi. Belə ki, bu tayfa iki güclü dövlətin arasında varlığını davam etdirən yeganə bəylik idi. Buna görə də, Qayı tayfasının ərazilərinə romalılar və monqollardan xilas olmağa çalışan türkmənlər, dərvişlər və fermerlər gəlirdi. Ərtoğrulun əcdadlarının Qayı boyuna başçılığı Ənənəvi rəvayətlərə görə, Ərtoğrulun əcdadları Anadolunun ilk fəthi zamanı Əhlətə köçmüş, Səlcuqlu sultanları Toğrul bəy və Alp Arslanın dövründə Anadolunun fəthində və bir sıra döyüşlərdə iştirak etmişlər. Sonralar Ərmənşahlar bəyliyi və Trabzon imperiyasına qarşı müharibələr etdilər. XIII əsrin əvvəllərində Əhlət Əyyubilərin hakimiyyəti altına keçdi.Monqolların qərbə doğru yayılması ilə birlikdə Ərtoğrulun əcdadları Əhlət bölgəsindən ayrılaraq Mardinə köçmüş və burada yenə Qayı tayfasına mənsub olan Artuqlu bəyliyi ilə ittifaq qurmuşlar. Monqollar Mardini də işğal edib yağmalamağa başlayanda Gündüz Alp türk qəbiləsi ilə birlikdə Anadoluya, xüsusilə Ərzurum bölgəsində yerləşən Pasinlər ərazisinə köçdü. Bir rəvayətə görə də, Pasinlərdə Gündüz Alpın (və ya Süleyman Şah) ölümündən sonra Ərtoğrul Qayı boyunun yeni rəisi olmuşdur. Monqolların istilası zamanı Anadolu bəyliklərindən olan Gərmiyanoğulları bəyliyi Malatyadan Kütahyaya köç etmişdir. Ərtoğrulun başçılığı ilə Qayı boyu 1227-ci ildə monqol hücumları səbəbindən Kiçik Asiyaya (Anadoluya) köç edən Oğuz türkmənlərinin Qayı tayfasının başçısı olan Ərtoğrulun 1191-ci ildə doğulduğunu nəzərə alsaq, bilmək olar ki, Ərtoğrul bəy Qayı boyunun başçısı olduğu zaman 36 yaşında olmuşdur. Onların Anadoluya gəlişi eramızın 1234–1235-ci illərinə təsadüf edir. Ərtoğrul Konyada Səlcuq sultanlarına tabe olan "sərhəd qubernatoru" mənasını verən "ucbəyi" oldu, ona həmçinin, "sərhəd şahzadəsi" titulu verildi və o, bu adla tanınan yerli hökmdarlardan biri oldu. Bu rütbənin verilməsi Səlcuqluların adət-ənənələrinə uyğun idi, yəni bir çox qələbələr qazanmış və hər kəsin əmrini yerinə yetirdiyi hər hansı qəbilə başçısına və ya ona bağlı olan bir sıra xırda tayfaların başçısına "ucbəyi" titulu verilirdi.Ərtoğrul monqollara qarşı Səlcuqlu müharibələrində iştirak etmiş, Bizans torpaqlarına hücumlar həyata keçirmişdir. Rum səlcuqlarına Bizansla müharibələrində göstərdiyi köməklik nəticəsində Ərtoğrul Səlcuqlu sultanı Əlaəddindən Ankara yaxınlığındakı dağlıq ərazidəki torpaqları aldı, beləliklə, bu torpağın verilməsi Ərtoğrulun işğalçı qüvvələri sıxışdırması, döyüşdən sonra gizli fəaliyyət göstərən Bizans əsgərləri və ya hər hansı qrup tərəfindən bölgədə baş verən üsyanın yatırılması müqabilində bir hədiyyə oldu. Bundan sonra Ərtoğrul bəy 1231-ci ildə Kütahyaya yaxın olan Biləcik vilayətinə bağlı olan Söğüt kəndini də nəzarət altına aldığı ərazilərə qataraq öz bəyliyini qurdu. Söğüt kəndi 1299-cu ildə Ərtoğrul bəyin oğlu sultan I Osmanın idarəsi altında qurulmuş olan Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. Ərtoğrul bəyin dövründə qəbilənin əhalisi 400 çadıra qədər olmuşdur. Əhalinin sayı qadınlar və uşaqlar da daxil olmaqla 4000-i keçməzdi. Bu insanlar dövlətin əsasını təşkil edənlər və sonradan dövlətin tabeliyinə daxil olanlar idilər. Ərtoğrul Qazinin yarım əsr boyunca fəth etdiyi torpaqlar genişləyəndə onun torpaqlarına təkcə türkmənlər köçməmişdir. Fəthlərin nəticəsi olaraq təbəəsi arasında romalı xristianlar da olmuşdur. Səlcuqlularla əlaqəsi Ənənəvi rəvayətlərə görə, Monqol hücumları Pasinlər bölgəsinə də çatdıqdan sonra Ərtoğrul bəy qardaşı Dündar bəy ilə qərbə doğru hərəkət etsələr də, qardaşları Sunqur Təkin və Gündoğdu bəy Əhlətə qayıtdılar. Ərtoğrul və qardaşı Dündar bəyin Sivas şəhərinin yaxınlığında Səlcuqluların yanında və monqollara qarşı yer alacaqları bir müharibə ilə qarşı qarşıya qaldıqları, müharibədə iştirak etdikləri və müharibədə zəfərlərinin səbəbi olan səlcuqluları dəstəklədiklərindən danışılır. Bu müharibələrdən bəhs edən tək mənbə Osmanlı tarixçisi Mehmet Nəşrinin "Cahannamə" ("Cihannüma") kitabıdır. Ancaq tarixçilərə görə müharibə Anadolu Səlcuqlu dövlətinin sultanı I Əlaəddin Keyqubad ilə Xarəzmşahlar arasında 1230-cu ildə baş vermiş Yassı Çəmən müharibəsi ola bilər. Tarixçilər onu təsdiqləyirlər ki, Sultan Əlaəddin 1230-cu ildə Ərtoğrulun tayfası ilə birlikdə yaşayacağı indiki Ankara şəhərinin yaxınlığında yerləşən Qaracadağ dağının ətəklərində yerləşən bir bölgəni Ərtoğrul bəyə tabe etmişdir. Ərtoğrul bəy Şərqi Anadolu regionunda yerləşən Qaracadağ dağının ətəklərində bir müddət qaldıqdan sonra oğlu Savcı bəyi yeni bir bölgədə istiqrar tələb etməsi üçün Sultan Əlaəddin Keyqubadın hüzuruna göndərdi. Osmanlı mənbələrinə görə Ərtoğrul bəy bu icazəni alaraq bəyliyinin əhalisi ilə birlikdə Sakarya yaxınlığında yerləşən Söğüt bölgəsinin ətrafına köçərək bura yerləşdi. Anadoluya və Söğütə yerləşdikdən sonra 1243-cü ildə Anadoluda Bizans imperiyası sərhədlərində yerləşən Anadolu Səlcuqlu dövlətinin dəniz sahillərində yerləşən bəyliklərində Kösədağ müharibəsindən sonra artan monqol təzyiqi nəticəsində türklərin sayı artdı. Bizans torpaqlarına axın da sürətləndi. Artan insan axını nəticəsində Bizans imperiyasının ələ keçirdiyi ərazilərdə ikinci qrup bəyliklər fəaliyyət göstərməyə başladı. XIII əsrin ikinci yarısında Anadoludakı bəyliklərin ən güclüsü olan Kütahya bölgəsindəki Gərmiyanoğulları Bəyliyi 1300-cü ildə Qərbi Anadolunu fəth edərək üçüncü qrup bəylikləri qurmuşdur. Ərtoğrul Qazi indiki Türkiyədə Əskişəhər şəhəri olaraq bilinən "Sultan Məzarı" bölgəsində ən inkişaf etmiş ərazi olan Söğütə yerləşən türklərin başında idi. Ərtoğrul Qazinin bu bölgəni nə vaxt və necə öz torpaqlarına qatması tam olaraq bilinməməklə birlikdə bu mövzuda fərqli fikirlər yürüdülməkdədir. Ruhi Çələbinin "Ruhi Tarixi" kitabında Ərtoğrul Qazi Osmanlı tarixçisi Ruhi Çələbinin "Ruhi Tarixi" kitabında yazılır ki, Ərtoğrul Qazinin və ya əcdadlarından birinin başçılığı altında 340 nəfərlik türk tayfası səlcuqlularla birlikdə Türküstandan ayrılaraq Anadoluya gəlmiş və Əngürü (indiki Ankara) yaxınlığında olan Qaracadağ dağının ətəklərinə yerləşmişlər. Ərtoğrul Qazi dördüncü Səlib yürüşü ərəfəsində Konstantinopolun latınlar tərəfindən ələ keçirilməsindən sonra Bizans imperiyasının ən güclənmiş vilayətlərindən olan İznik bölgəsinin komandanı (təkfuru) III İohann Dukas Vatatzes ilə Rum sultanlığının sultanı I Əlaəddin Keyqubad arasında olan münaqişədən xəbərdar idi. Ərtoğrul Qazi 1222–1230-cu illərdə Rum sultanlığı ordusunda xidmət etmək məqsədilə Bizans imperiyasına qarşı "Sultan Məzarı" və Əngürü (Ankara) istiqamətində həyata keçirilən hərbi əməliyyatlarda və döyüşlərdə vuruşmuş və Qaracahisar qalasının mühasirəsində iştirak etmişdir. Anadolu səlcuqlarının sultanı I Əlaəddin Keyqubad Ərtoğrul Qazinin döyüşlərdə iştirakını alqışladı və bunun müqabilində onu hücuma keçən döyüşçülərin başçısı təyin etdi. 1230-cu ildə Səlcuqlularla Xarəzmşahlar arasında baş verən Yassı Çəmən döyüşünün və Kösədağ döyüşünün nəticəsində səlcuqlularla monqollar arasında, habelə I Əlaəddin Keyqubad ilə III İohann Dukas Vatatzes arasında sülh quruldu.Qısa müddət sonra I Əlaəddin Keyqubad Ərtoğrul Qaziyə və onun bəyliyinə qışlaq olaraq Söğütü hədiyyə etdi. Çünki, ümumiyyətlə alçaqda yerləşən ərazi olan Söğüt qışda köçəri tayfalar və heyvanları üçün istilik mənbəyi idi. Sultan Ərtoğrul Qaziyə yaylaq olaraq Domaniç adlı bölgəni verdi. Ona görə ki, yüksək bir yerdə olan bu bölgə də qızmar yay günlərində sərin idi və köçəri tayfalar bu bölgədə asanlıqla maldarlıqla məşğul ola bilərdilər. Uzun müddət bu yerlərdə bəyliyini idarə edən Ərtoğrul Qazinin anası Hayimə Xatun burada vəfat etmiş və burada dəfn olunmuşdur. 1892-ci ildə Osmanlı sultanı II Əbdülhəmid orada bir türbə tikdirdi və bu türbə "Hayimə Xatun türbəsi" adlandırıldı. Həmçinin, Ərtoğrul Qazinin oğlu Saru Batu Savcı bəy də 1287-ci ildə Domaniçdə baş verən döyüşlərin birində şəhid olmuş və orada da dəfn edilmişdir. Ərtoğrul Qazi basqınlarını etməyə davam etdi, I Əlaəddin Keyqubad isə Qaracahisar qalasını tərk etdi. Ərtoğrul Qazi daha sonra həmin bölgədəki yerli qüvvələrlə sülh etdi. Ancaq başqa bir rəvayətə görə, Araz çayı sahillərindən və ya Əhlətdən köç edən Ərtoğrul Qazi və onun tayfası bir müddət indiki Türkiyənin şərqindəki Qaracadağ dağının ətəklərinə yerləşmişdi. Hər halda I Əlaəddin Keyqubad monqolların basqınlarının artdığı zaman Konyaya qayıtdıqdan sonra Ərtoğrul Qaziyə Söğütü qışlaq kimi, Domaniçi isə yaylaq kimi hədiyyə etdi. "Ruhi Tarixi" kitabında yer alan bu məlumatlar 1520-ci ildə vəfat edən Osmanlı tarixçisi Mövlanə Mehmed Nəşri tərəfindən nəql edilmişdir. Nəşri erkən dönəm Osmanlı tarixinin öndə gələn tarixçisidir. Misirdə bir müddət yaşamış və İstanbulun fəthinə şahidlik etmişdir. Ərtoğrulun strategiyası və qayıların yayılması Ərtoğrul Qazinin Söğütü və Domaniçi torpaqlarına qatması ilə bağlı bir rəvayət də tarixçilər tərəfindən bilinir. Rəvayətdə deyilir ki, Ərtoğrul Qazi Bizans imperiyasının sərhədlərinə qədər irəlilədikdən sonra ətrafdakı Bizans kəndlərini və qəsəbələrini torpaqlarına qatmışdı və oradakı əhalini mühafizə etmişdi. 1231-ci ildə I Əlaəddin Keyqubad dövlətinin qərb sərhədlərinin təhlükəsizliyinin təminatı üçün Bizansa qarşı hərbi əməliyyata başladı. Konyadan gələn Səlcuqlu ordusu Əskişəhərdə padşahı dəstəkləmək üçün Ərtoğrul bəy və onun ordusu ilə birləşdi. Səlcuqlular Ərtoğrul və döyüşçülərinin dəstəyi ilə Bizans imperatoru II Teodor Laskarisin qüvvələrini Bazaryeri adlı ərazidə baş verən döyüşdə məğlub etdi. Bundan sonra sultan I Əlaəddin Keyqubad Əskişəhəri mükafat olaraq Ərtoğrul Qaziyə təslim etdi. Bu zəfərdən sonra sultan I Əlaəddin Keyqubad Qaracahisar qalasını mühasirəyə aldı. Ancaq Elxanilər dövləti Anadolunu mühasirəyə aldığı üçün sultan Konyaya qayıdaraq hərəkatın başçılığını Ərtoğrul Qaziyə verdi. Uzun mücadilələrdən sonra Ərtoğrul bəy digər türk bəyləri və şahzadələri ilə birgə 1231–1232-ci illərdə mühasirəyə aldığı Qaracahisar qalasını fəth etdi. Döyüşdən əldə olunan böyük miqdarda döyüş qənimətləri Ərtoğrul bəy ilə sultan arasında bölüşdürüldü. Belə ki, xristian liderlərdən əldə edilən qənimət və əsirlərin beşdə birini sultan Əlaəddinə göndərdilər. Sonra isə Ərtoğrul bəy daha sonra Osmanlı imperiyasının ilk paytaxtı seçiləcək olan Söğüt bölgəsini torpaqlarına qatdı. Sultan Əlaəddin Söğüt torpaqlarının Ərtoğrula aid olduğunu rəsmən təsdiq etdi, beləliklə, Söğüt Ərtoğrulun bəyliyi üçün qışlaq, Domaniç isə yaylaq oldu.1231-ci ildə Ərzincandan qayıtdığı zaman Ərtoğrulun bəyliyinin ərazisi 1000–2000 kvadrat kilometr idi. 1281-ci ildə vəfat edən Ərtoğrul Qazi 1231-ci ildən keçən yarım əsr içərisində torpaqlarını təxminən 4800 kvadrat kilometrə qədər genişləndirdi. Ərtoğrul Qazi güclənir Zaman keçdikcə Ərtoğrul Qazi digər təcrübəli sərhəd döyüşçülərinə və cəbhə komandirlərinə qoşularaq "uc bəyi" adını aldı. Bu zaman onun ordusuna qoşulan və onunla birgə fəaliyyət göstərən komandirlərin sayı da artmışdı. Məsələn, Osmanlı imperiyasında ilk dəfə "çavuş" adını alan Samsa Çavuş Ərtoğrul Qazinin, oğlu Osman bəyin və nəvəsi Orxan bəyin dövründə onlara xidmət edərək onların ordusunda xidmət etmişdi. Aykut Alp, Qaratəkin və Akçakoca da Samsa Çavuş kimi Ərtoğrul Qazinin tabeliyi altında xidmət göstərirdi. Osmanlı imperiyası qurulduqdan qısa müddət sonra Osmanlı ordusuna komandirlik edən ilk döyüşçülərdən biri olan Qonur Alp da onların arasında idi. Nəticədə, oğuz tayfası yayıldı və gücləndi.Ərtoğrul Qazi Biləcik təkfurundan ("təkfur" Rum sultanlığının sonuna və Osmanlı imperiyasının başlanğıcına təsadüf edən dövrlərdə Bizans imperiyasının tabeliyində olan, Frakiya və Kiçik Asiya bölgələrini idarə edən müstəqil və ya yarımmüstəqil xristian komandirlərinə deyilir) belə ildə bir dəfə xərac alardı. O vaxt Ərtoğrul Qazinin ordusunda silah cəhətdən problemlər yaşandığından və qüvvələr süvarilərə bağlı olduğundan qalaların mühasirəsi gecikirdi.Ərtoğrul Qazi Bizans təkfurlarına qarşı döyüşməklə yanaşı, həm də Biləcik və Osmanəli təkfurları ilə sülh içində idi. O, Anadolu Səlcuqlu dövləti sultanlarına xidmət edən bir "uc bəyi" olaraq qaldı. Ənənəvi rəvayətlərə görə, Ərtoğrul Qazi I Əlaəddin Keyqubaddan sonrakı sultanlara da sədaqətlə xidmət etdi və 1279-cu ildə Bizans imperiyası ilə həmsərhəd olan qərb torpaqlarını ziyarət edən III Qiyasəddin Keyxosrova da biət edərək ona bol-bol hədiyyələr verdi. Ərtoğrul Qazi 90 yaşında vəfat etmiş və Söğütdə vaxtilə oğlu sultan I Osman tərəfindən tikilmiş Ərtoğrul Qazi türbəsində dəfn edilmişdir. Ərtoğrul Qazinin ölüm tarixinin müəyyən edilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur, məsələn, bəzi tarixçilər bildirirlər ki, o, Qayı tayfasının başçılığını oğlu Osman bəyə verdikdən bir neçə il sonra 1281 və ya 1282-ci ildə vəfat etmişdir. Bəzi mənbələr onun vəfat tarixini 1288 və ya 1289-cu il olaraq göstərirlər. Ərtoğrul Qazinin məzarı Söğüt ilçəsinin kənarında Ərtoğrul Qazinin dəfn olunduğu türbə var, ancaq üzərində heç bir qədim yazı yoxdur. Türbənin üzərindəki kitabənin oraya 1886–1887-ci illərdə sultan II Əbdülhəmid tərəfindən edilən son restavrasiya prosesində həkk olunduğu bildirilir. Türbənin tikilmə tarixi məlum olmasa da, XIII əsrdə olması ehtimal olunur. Türbə ilk dəfə sultan I Osman tərəfindən açıq türbə kimi tikilmişdir. Məzarın olduğu yerə daha sonra sultan I Mehmed tərəfindən tikili inşa edilmiş və həmin yer Ərtoğrul Qazinin məqbərəsinə çevrilmişdir. Sultan III Mustafa 1757-ci ildə məqbərəni yenidən tikdirmiş və ilkin tikilinin quruluşunu dəyişdirmişdir. Son olaraq türbə 1886-cı ildə sultan II Əbdülhəmid tərəfindən restavrasiya edilmiş və buraya dəstəmaz almaq üçün su çeşməsi əlavə olunmuşdur. Ərtoğrul Qazi türbəsi altıbucaqlı bir tikili formasındadır. Türbə günbəzlə örtülmüşdür. Türbəyə həm öndən, həm də arxadan hər iki tərəfdə iki pəncərəsi olan düzbucaqlı girişdən keçməklə daxil olmaq olar. Məqbərənin divarları iki cərgə kərpiclə örtülmüş, bir sıra daşlarla hörülmüşdür. Ziyarətgahın daxilində, qərb və cənub-şərq divarlarında düzbucaqlı pəncərələr açılmışdır. 360 dərəcə görmə texnologiyası ilə məqbərəyə onun içindən baxmaq mümkündür. Ərtoğrul Qazinin üç oğlu var idi: ilk oğlu Gündüz Alp, ortancıl oğlu Saru Batu Savcı bəy və sonbeşik oğlu, Osmanlı imperiyasının birinci sultanı Osman bəy. Ərtoğrul Qazi övladlarının təlim-tərbiyəsinə çox böyük önəm verirdi, buna görə də, oğlu Osman bəyi öyrətmək, ona təlim-tərbiyə vermək, ömür boyu ona rəhbərlik və bələdçilik etmək və mənəvi olaraq yetişdirməsi üçün onu dövrünün ilahiyyatçı alimi Şeyx Ədəbalıya əmanət etdi. Ona görə də, Osman həmişə şeyxinin yanına gedər, ondan məsləhət alar və dua etməsini istəyərdi. Ərtoğrul Qazinin oğlu Osmanın bəyliyin vəliəhdi olması ilə bağlı bütün bəylərin fikirləri birləşdi, nəticədə, Anadolu Səlcuqlu dövlətinin tənəzzülündən sonra qonşu türkmən qəbilələri bir-birləri ilə döyüşmək yerinə birləşərək Bizans imperiyasına qarşı mübarizəyə davam edərək Ərtoğrul Qazinin yarımçıq qalmış işlərini davam etdirdilər. Beləliklə, Osman bəyin dövründə bəyliyin ərazisi 4800 kvadrat kilometrdən 16000 kvadrat kilometrə qədər artdı. Osman bəy 1299-cu ildə Osmanlı bəyliyini qurdu, Söğütü dövlətin paytaxtı və mərkəzi elan etdi. İlk sikkə onun səltənəti zamanı zərb edilmişdir. Ərtoğrul Qazi oğlu Osmana xitabən uzun və dəyərli bir vəsiyyətnamə elan etmişdir. Vəsiyyətdə Şeyx Ədəbalını "alimlər arasında Allahın əzizi" adlandıran Ərtoğrul Qazi Osmanı şeyxə itaətsizlik etməməyə təşviq etmişdir. Bu vəsiyyətin kiçik bir qismi Ərtoğrul Qazi türbəsinin kitabəsinə həkk edilmişdir. Tarixçilər Ərtoğrul Qazinin nəslinin mənşəyi ilə bağlı o dövrə aid mənbələrə və məlumatlara görə fərqli fikirlər söyləmişlər. İlk Osmanlı qeydləri Ərtoğrul Qazinin Osman bəyin atası olduğunu və oğuzların Qayı boyundan olduğunu göstərir. Mənbələr də Ərtoğrulun şəcərəsinin Oğuz xana və Nuh peyğəmbərə qədər gedib çıxdığını bildirsə də, bunlar xalq əfsanəsindən başqa bir şey deyil və tarixçilər tərəfindən sübut edilməmişdir. Həmçinin, bu şəcərələr də bir-birindən fərqlənir.Əhmədi, Ənvəri və Qaramanlı Mehmed Paşa kimi erkən Osmanlı tarixçiləri Ərtoğrulun atasının Gündüz Alp olması ilə bağlı həmfikirdirlər. Həmçinin, Yazıçıoğlu Əlinin "Səlcuqnamə", Bitlisli İdrisin "Həşt Behişt" ("Səkkiz cənnət") və Şükrullahın "Behcət ət-Təvarix" kimi kitablarında da bu fikir təsdiq edilmişdir. Türkiyə Cümhuriyyəti dövrünün əvvəllərində fəaliyyət göstərən ən məşhur türk tarixçilərindən olan İsmail Haqqı Uzunçarşılı da Ərtoğrulun atasının Gündüz Alp olduğunu qeyd edir və Bizans tarixi mənbələri ilə də razılaşır. Ancaq digər mənbələrdə Ərtoğrul Qazinin atasının Anadolu Səlcuqlu dövlətinin qurucusu Süleyman Şah olduğu bildirilir, həmçinin bunu tarixçi Əhməd Cövdət Paşa da olmaqla bir çox tarixçilər təsdiq etmişlər.Bəzi tarixçilər Ərtoğrul Qazinin atasının Gündüz Alp olduğunu və onun Gündüz Alpın nəslinə mənsub olduğunu düşünürlər, çünki onlar Gündüz Alp ilə Süleyman Şahın eyni olduğunu söyləyən rəvayətlərin zəif və həqiqətə uyğun olmadığı qənaətindədirlər və inanırlar ki, Süleyman Şah sadəcə hansısa Anadolu fatehinin adından qalan bir xatirədir.Tarixçilər artıq təsdiqləmişlər ki, Ərtoğrul Qazinin atası Gündüz Alpdır, çünki tarixçi Ənvərinin "Düsturnaməyi-Ənvəri" və "Məhəmməd Tofiq Paşa Tarixi" kimi önəmli Osmanlı tarixi mənbələri bunu təsdiqləməkdədir və bu da belədir. Sultan Osman Qazi dönəmindən qalma sikkələr də bunu təsdiqləyirlər. Belə ki, Osman Qazinin adına zərb edilmiş sikkələrə "Gündüz Alp nəvəsi, Ərtoğrul oğlu Osman" sözləri həkk edilmişdir. Tanınmış erkən Osmanlı tarixçisi Yazıçıoğlu Əlinin 1436-cı ildə Fateh Sultan Mehmedin atası sultan II Muradın dövründə yazdığı "Səlcuqnamə" adlı kitabında bildirilir ki, Ərtoğrul Göyalpın oğlu idi, onun Dündar adlı bir qardaşı və Osman adlı bir oğlu var idi.Osmanlı tarixçilərindən olan Ənvəri "Düsturnaməyi-Ənvəri" kitabında bildirmişdir ki, Osman Qazi Ərtoğrul Qazinin oğlu, Gündüz Alpın nəvəsi, Şahməliyin nəticəsi, Süleyman Şahın kötücəsi və Qazanın bitikcəsidir. Həmçinin, kitabda Ərtoğrul Qazinin şəcərəsi ilə bağlı Gündüz Alpın Göyalp adlı bir qardaşının olmasını əlavə etmişdir.XV əsrdə Bursada yaşayıb yaratmış Osmanlı tarixçisi Şükrullah 1456–1459-cu illər arasında "Behcət-ət-Təvarix" kitabını yazmışdır. Bu kitab farsca yazılmış, 1530-cu ildə Qanuni Sultan Süleyman dövründə fars dilindən türkcəyə tərcümə edilmişdir. Kitab 13 bölmədən ibarətdir və kainatın və ilk insanın yaranmasından başlayır. Çinlilərdən, türklərdən, romalılardan və bəzi başqa millətlərdən də kitabda bəhs olunmuşdur. Kitabda Həzrəti Məhəmməd peyğəmbərə (s.ə.v) və onun müsəlman ümmətinə də geniş yer verilmişdir. Kitabın bir hissəsi isə yunan filosoflarına ayrılmışdır. Həmçinin, kitabda əsas dinlərdən, müsəlman hökmdarlarından, İran şahlarından və qeyri-müsəlman hökmdarlardan bəhs edilmiş, Əməvilər, Abbasilər, Ələvilər və Səlcuqlar haqqında geniş məlumat verilmişdir. Sonuncu fəsil Osmanlı imperiyası və onun xilafətinə həsr edilmişdir. Kitabın müəllifi olan Şükrullah 1488-ci ildə İstanbulda vəfat etmiş, Şeyx Vəfa məscidində dəfn edilmişdir. Kitabda Osman Qazi ilə bağlı yazılır ki, o, Ərtoğrul Qazinin oğlu, Süleyman Şahın nəvəsi, Qaya Alpın nəticəsi, Qızılbuğanın kötücəsi, Oğuz xan oğlu Göyalpın isə bitikcəsi olmuşdur. Ərtoğrulun şəcərə ağacına Bəyati Şeyx Mahmudun 1481-ci ildə yazdığı "Cami əl-Cəmain" kitabında da yer verilmişdir. Kitabda şəcərəyə başlanğıc verən şəxsin Qaya Alp olduğu bildirilmiş və Süleyman Şahın onun oğlu, Ərtoğrul Qazinin onun nəvəsi, Gündüz bəyin, Osman Qazinin və Saru Batu Savcı bəyin isə onun nəticələri olduğu əlavə edilmişdir.Fateh Sultan Mehmedin dövründə sədrəzəm olmuş Qaramanlı Mehmed Paşanın yazılarına əsasən müəyyən olunur ki, Oğuz xanın Qayıq Alp adlı övladı olmuşdur. Osman Qazi Qayıq Alpın bitikcəsi, Sarkuk Alpın kötücəsi, Göyalpın nəticəsi, Gündüz Alpın nəvəsi, Ərtoğrul Qazinin isə oğludur.Osmanlı tarixçilərindən olan Aşıqpaşazadə 1484-cü ildə yazdığı "Osmanlı sülaləsinin tarixi" kitabında Ərtoğrul Qazinin şəcərəsi daha ətraflı təsvir edilmişdir. Kitabda bildirilir ki, Ərtoğrul Qazi Süleyman Şahın övladı, Qaya Alpın nəvəsi, Basukun nəticəsi, Göyalpın kötücəsi, Oğuz xan oğlu Qayıq Alpın isə bitikcəsidir. Həmçinin, Saru Batu Savcı bəyin Bayxoca, Gündüz bəyin isə Aydoğdu adlı bir övladının olduğu da əlavə edilmişdir.Ərtoğrulun şəcərəsi ilə bağlı məlumatlar Osmanlı tarixçisi Mehmed Nəşrinin "Kitab-i Cahannüma" kitabında da qeyd edilmişdir. Kitabın 1480-ci illərin sonu və ya 1490-cı illərin əvvəlində yazıldığı güman olunur. Nəşri 1520-ci ildə vəfat etmişdir. Kitabın bəzi hissələrində Nəşri tarixçi Aşıqpaşazadənin "Osmanlı sülaləsinin tarixi" kitabına istinad edir. Kitabda Ərtoğrulun şəcərəsi ilə əlaqədar yeni məlumatlar ortaya çıxmışdır. Belə ki, şəcərə ağacına Süleyman Şahdan başlamasına rəğmən Nəşri Süleyman Şahın ailəsini daha ətraflı təsvir etmişdir. O, kitabında bildirmişdir ki, Süleyman Şahın Ərtoğrul Qazi ilə birlikdə 3 oğlu da olmuşdur: Sunqur Təkin, Gündoğdu bəy və Dündar bəy. Ərtoğrul Qazinin 3 oğlu olduğunu bir çox tarixçilər kimi Nəşri də kitabında qeyd etmişdir. Ərtoğrul xanəgah məscidi Osmanlı imperiyasının xəlifə və sultanı II Əbdülhəmidin göstərişi ilə 1887-ci ildə İstanbul şəhərində inşa edilmişdir. Məscid Ərtoğrul Qazinin şərəfinə adlandırılmışdır. Bu ad həm də Domaniç bölgəsindən olan türk əsgərlərinin xidmət etdiyi Osmanlı Padşah Sarayının Mühafizə Alayına aid olan Ərtoğrul Alayından və məscidin alayın istifadəsinə verilməsindən gəlir. Bu məscid İstanbulun Beşiktaş rayonunun Ulduz məhəlləsində yerləşir və Osmanlı imperiyasının son dövrlərində tikilmişdir. Məscid ibadətxananın özündən əlavə olaraq xanəgah, qonaq evi, türbə, fəvvarə və kitabxanadan ibarətdir. Kompleks əsasən Osmanlı imperiya və xilafətinin İslam dünyasındakı mövqeyini gücləndirmək məqsədilə müsəlman ölkələrdən İstanbula səfər edən müxtəlif şeyxlər və müsəlman alimləri üçün qonaq evi kimi tikilmişdir. Məscid və qonaq evi taxtadan tikilmişdir və Osmanlı imperiyasının son dövrünün klassik memarlığını təmsil edir. Qəbiristanlıq, kitabxana və fəvvarə modern üslubda tikilmişdir. Türbə 1905–1906-cı illərdə tikilmişdir. 1903-cü ildə vəfat edən Şeyx Həmzə Zəfir əl-Libinin məzarı orada yerləşir, daha sonra onun qardaşları da orada dəfn olunmuşdur. 1925-ci ildə xanəgah ləğv edildikdən sonra Ərtoğrul Qazi məscidi və xanəgahı bağlandı və qonaq evi binası ibtidai məktəbə çevrildi. 2008-ci ildə qonaq evindən başqa bütün binaların bərpasına başlanılmışdır. Daha sonra Türkiyə prezidenti Abdullah Gül 21 may 2010-cu ildə məscidi və xanəgahı yenidən xalqın istifadəsinə vermişdir. Məscid Türkmənistanda Osmanlı imperiyasının qurucusu Osman bəyin atası olan, türklərin və türkmənlərin ortaq atası olaraq qəbul edilən Ərtoğrul Qazinin şərəfinə inşa edilmişdir.Türkmənistan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra sovet dövründə məhv edilmiş islami kimliyini bərpa etmək üçün atılan addımlardan biri kimi bir neçə məscid tikməyə başladı. Aşqabad şəhərindəki Ərtoğrul Qazi məscidi tikilən ilk məscidlərdən biri olmuşdur və 1998-ci ildə istifadəyə verilmişdir. Məscidin dörd minarəsi və mərkəzi günbəzi var. Ağ mərmərdən tikilmiş məscidin forması İstanbuldakı Sultan Əhməd məscidinə bənzəyir, daxili dekorasiyası vitraj pəncərələri ilə dəbdəbəlidir və eyni vaxtda 5000 şəxsi qəbul edə bilir. Məscidin tikintisinə başlayanda Türkmənistan hökuməti verdiyi dəstəyə görə məscidə o vaxtkı Türkiyə prezidenti Süleyman Dəmirəlin adının verilməsini təklif etsə də, məsələ həm türklərin, həm də türkmənlərin ortaq atası sayılan Ərtoğrul Qazi adının seçilməsi ilə yekunlaşmışdır.Ərtoğrul Qazi Muzeyi 1299-cu ildə qurulan Osmanlı imperiyasının ilk paytaxtı olmuş indiki Türkiyənin Biləcik vilayətinin Söğüt rayonunda yerləşən muzeydir. Muzey Ərtoğrul Qazinin adını daşısa da, muzey binası qəbiristanlıqla eyni məhəllədə yerləşmir. Bina XX əsrin əvvəllərində dispanser və aptek kimi tikilmiş, sonra təmir edilərək 2001-ci ildə muzey kimi istifadəyə verilmişdir. Muzeydə Biləcik bölgəsində yaşamış Yörük tayfalarına aid çoxlu etnoqrafik əşyalar, köhnə paltarlar, xalçalar, tərəzilər, bayraqlar, silahlar və pul kisələri var. Bundan əlavə, muzeyin eksponatları arasında Roma imperiyası, Bizans imperiyası və Osmanlı imperiyasına aid sikkələr kimi antik əşyalar da var. Osmanlı freqatı Osmanlı sultanı Əbdüləziz 1854-cü ildə bir döyüş gəmisinin inşasını əmr etdi və o, İstanbulun Haliç sahil hövzəsində taxtadan tikildi. Gəminin 19 oktyabr 1863-cü ildə Osmanlı sultanının hüzurunda açılışı oldu və freqata Osmanlı İmperatorluğunun qurucusu I Osmanın atası Ərtoğrulun adı verildi, beləcə, Osmanlı freqatı "Ərtoğrul" fəaliyyətə başladı. 1889-cu il aprelin 6-da Hərbi Dəniz Qüvvələri Nazirliyi bir sıra xarici dillərdə danışdığı üçün general-mayor Əli Osman bəyi İstanbuldan Yaponiyaya gerçəkləşdiriləcək səfərdə freqat komandiri təyin etdi.Səfərin əhəmiyyəti Sultan II Əbdül Həmiddən tutmuş Yaponiya İmperatoruna qədər Osmanlı İmperiyasının ən yüksək mükafatı olan "Ali Şərəf Medalı" və hədiyyələr təqdim etmək üçün Yaponiyaya xoşməramlı səfər etmək idi. Səfərin digər məqsədi Hind okeanında Osmanlı İmperiyasının bayrağını göstərmək idi. "Ərtoğrul" freqatı 1888-ci ildə Osmanlı xilafətinin xidmətində olan zaman 25 il idi ki, istifadədə idi, buna görə də, Yaponiya səfəri başlamazdan əvvəl bərpa edildi, yeniləndi və gəminin gövdə taxtasının çox hissəsi təmir edildi.1890-cı ildə Yaponiyaya diplomatik səfəri başa çatan "Ərtoğrul" freqatı 15 sentyabr 1890-cı ildə Yokohama limanını tərk edərkən, mövsümi bir qasırğa səbəbilə qəza keçirdi. Ekipaj onu qorumaq üçün 4 günlük səy göstərdi və bundan sonra gecə yarısında freqat batdı, çünki, o, qayalara çırpılmışdı və onu idarə etmək mümkün deyildi. Friqat komandiri, general-mayor Əli Osman Paşa da daxil olmaqla 50 zabit və 533-ə yaxın dənizçi faciə zamanı həlak oldu. Qəzadan yalnız 6 zabit və 63 dənizçi sağ çıxdı. Yapon İmperator Donanması daha sonra onları "He Yay" və "Konqo" ilə İstanbula qaytardı, burada onlar sultan II Əbdülhəmid tərəfindən qəbul olundu. Bu hadisə Yaponiya imperiyası ilə Osmanlı imperiyası arasında möhkəm rəsmi dostluq əlaqələrinin başlanmasına səbəb oldu.Türkiyənin cənubunda yerləşən Mersin şəhərində və Yaponiyanın Koşimoto şəhərində bu hadisə ilə bağlı abidələr ucaldılıb. Faciənin xatirəsinə hər 5 ildən bir abidə ziyarət edilir və ziyarətdə Türkiyə və Yaponiyanın yüksək rütbəli rəsmiləri iştirak edirlər. 2008-ci ilin iyununda Türkiyə prezidenti Abdullah Gül qəzanın xatirəsinə ucaldılan abidəni və qurbanların dəfn edildiyi qəbiristanlığı ziyarət etmişdir.2007-ci il yanvarın 4-də "Ərtoğrul" freqatının qalıqlarının çıxarılması və Yaponiyanın Koşimoto şəhərindəki Ərtoğrul abidəsinin yanında və Türkiyənin İstanbul Dəniz Muzeyində nümayiş etdirilməsi üçün sualtı arxeoloji qazıntı layihəsi üzərində işlərə başlanılıb. 28 yanvar 2008-ci ildə sualtı tədqiqat qrupu "Ərtoğrul" freqatının sursat anbarına gəldi. Çoxlu toplar, dəniz minaları, top bombaları və güllələr aşkar edilərək Koşimoto limanına daşındı və bomba qrupları mütəxəssisləri, polis əməkdaşları tərəfindən araşdırıldı. Bütün bunlar Ərtoğrul Araşdırma İnstitutunda saxlanılır. Daha sonra iki Vinçester tüfəngi də oradan götürülmüşdür. Kinematoqrafiyada Türkiyə və Yaponiya nümayəndələri "Ərtoğrul" freqatının faciəsindən bəhs edən dramatik filmin çəkilişi ilə bağlı razılığa gəldilər. Film daha sonra freqatın faciəsini izah etmək üçün "Ərtoğrul 1890" adı ilə yayımlandı. Film ingilis dilinə "125 illik xatirə" adı ilə tərcümə edildi. Film 39-cu Yaponiya Akademiya Mükafatları müsabiqəsində "Ən yaxşı rejissor" və "Ən yaxşı səsyazma" nominasiyalarında mükafata layiq görüldü. Türkiyənin ilk telekanalı olan TRT 1 2014-cü ildən 2019-cu ilə qədər beş mövsüm ərzində Ərtoğrul Qazinin həyatından bəhs edən 150 serialıq "Diriliş: Ərtoğrul" adlı teleserial hazırlamışdır. Serialda hadisələr bizim eranın XIII əsrində baş verir və Osmanlı imperiyasının qurucusu Osman bəyin atası, oğuz türklərinin Qayı boyunun başçısı, Süleyman Şah oğlu Ərtoğrul Qazinin həyatından bəhs edir. Ərtoğrul Qazi rolunu türkiyəli aktyor Əngin Altan Düzyatan canlandırmışdır. Serialda Qayı boyunun hərəkətləri ilə bağlı bir çox ümumi tarixi faktlar var, lakin serialın təfərrüatlı hadisələrinin əksəriyyəti türk ssenaristi və prodüseri Mehmet Bozdağın təxəyyül və yaradıcılığına əsaslanan qeyri-tarixi və dramatik faktlardır. Serial Türkiyənin İstanbul şəhərinin Qara dəniz sahilində yerləşən ərazilərində çəkilmişdir. Serialın çəkilişində istifadə olunan 25 baş at üçün çəkiliş gedən ərazidə xüsusi ferma yaradılıb və onlara baytar həkim nəzarət edir. Çəkiliş məqsədilə qoyun, keçi, bülbül, kəklik kimi digər heyvanlar da mühafizə olunur. Aktyorlar Qazaxıstandan olan atçılıq və döyüş sənəti üzrə ən məşhur məşqçilərin nəzarəti altında 3 ay müddətində müntəzəm olaraq atçılıq, at sürmə, oxatma, və qılıncdan istifadə üzrə ixtisas və hazırlıq kurslarından keçiblər. Atlar xüsusi olaraq serial üçün alınmışdır, onların sayı 25-dir və onlar serial üçün xüsusi təlim keçmişdir. Serial çəkilən zaman Qazaxıstandan türk xalq döyüş rəqsləri üzrə ixtisaslaşmış köçərilər gətirilir və qonaq edilirdi, döyüşlərdə atları və xüsusi hərəkətlərdə aktyorları yetişdirirdilər. Döyüşçülər, çobanlar, qadınlar, səlibçilər, əsgərlər, Hələb ərəbləri, monqollar, bizanslılar və başqaları üçün demək olar ki, 1000 müxtəlif geyim tikilirdi. Serial üçün xüsusi olaraq minlərlə döyüş ləvazimatları hazırlanmışdır. Fotoqrafiyada istifadə edilən zinət əşyaları, bəzək əşyaları, misgərlər, qılınclar və qalxanlar Türkiyənin hər yerindən toplanmışdır. Serialda əl işindən də geniş istifadə edilmişdir. Serial "Ən yaxşı serial" nominasiyası üzrə "Qızıl Kəpənək" mükafatını qazansa da, sonradan yaranmış mübahisələr nəticəsində prodüser Mehmet Bozdağ mükafatı qəbul etmədiyini və geri qaytardığını bildirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bozdağı müdafiə edərək "Siz könüllərin mükafatını qazandınız" dedi. "Diriliş Ərtoğrul" serialının 64 milyona qədər izləyicisi, həftəlik və aylıq olaraq hər zaman yüksək səviyyəli tamaşaçı kütləsi vardır. Serial həmçinin baş qəhrəman Ərtoğrul Qazini tanıyan ərəb regionu ölkələrində də böyük təsir bağışladı. Türkiyənin dram və siyasi televiziya serialı olan "Qurdlar Vadisi" serialında "Kral Ərtoğrul" obrazı üçün "Ərtoğrul" adından simvolik olaraq istifadə edilmişdir. Serial Türkiyəni idarə edən kriminal şəxslər və Türkiyəni başqa ölkələrdən qoruyub saxlamağa çalışan seçilmiş qurum da daxil olmaqla bir çox siyasi və iqtisadi mövzuya toxunması ilə seçilmişdir. Daha sonra yeddinci, səkkizinci və doqquzuncu hissələrdə Suriya və İraq böhranına toxunmuşdur. Dünyaya rəhbərlik edən və Türkiyəni idarə etməyə, dünyanı onun vasitəsilə idarə etməyə çalışan ali güclərə də toxunmuşdur. "Qurdlar Vadisi" serialında bir uşağın canlandırdığı "Kral Ərtoğrul" obrazı da böyük əhəmiyyət kəsb edirdi. Heykəl və numizmatika Türkmənistan dövləti 2001-ci ildə müstəqilliyinin ildönümündə xatirə məqsədilə 500 türkmən manatı dəyərində gümüş metaldan hazırlanmış 1000 xatirə sikkəsini zərb etdi və sikkənin ön tərəfinə Ərtoğrul Qazinin şəklini və adını həkk etdi. Sikkənin arxa tərəfində Türkmənistanın paytaxtı Aşqabadın Müstəqillik Parkındakı Ərtoğrul Qazi heykəlinin şəkli və türkməncə "Böyük türkmən şəxsiyyətləri" yazısı həkk olunmuşdur. Türkmənistandakı Ərtoğrul Qazi heykəli 27 oktyabr 1991-ci ildə ölkənin müstəqilləşməsindən sonra tikilmişdir, "Müstəqillik" abidəsinin yanında yerləşir. Ərtoğrul Qazi heykəli ulduzlu hissələri ilə tünd rəngli, solunda qızıl bir qalxan tutan və altından aslan üzlü bir yazı həkk olunan, qızıl bir döyüş dəbilqəsi taxan dimdik bir döyüşçü şəklindədir. Ərtoğrul Qazi bu əsərdə əlində qızıl qınla və qının içindəki qızıl qılıncla təsvir edilmişdir.Türkmənistan hökuməti paytaxt Aşqabaddakı "Müstəqillik" parkında Osmanlı sülaləsinin banisi Ərtoğrul Qazinin abidəsini ucaltmışdır. Pakistanın Lahor şəhərindəki yaşayış kompleksinin sakinləri də izlədikləri "Diriliş: Ərtoğrul" teleserialından təsirlənərək Ərtoğrul Qaziyə heykəl ucaltmışlar. Əhmədi. "İsgəndərnamə" (hazırlayan İsmail Ünvər). — 1983. Qaramani Mehmed Paşa. "Osmanlı Sultanları Tarixi" — 1949, səh. 343. Şükrullah Çələbi. "Bəhcətüt-Təvarix" — 1949, səh. 51. Aşiqpaşazadə. "Tarix" — səh. 2–5. Xarici keçidlər 360 dərəcə görüntü ilə Ərtoğrul Qazi türbəsinə baxış. Ərtoğrul Qazinin məqbərəsi. Ərtoğrul və yoldaşlarının məzarları.
https://az.wikipedia.org/w/index.php?curid=676789
Ərtoğrul Cavid
Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə (22 oktyabr 1919, Bakı – 14 noyabr 1943, Naxçıvan) — görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır. Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılmış "9 Variasiya"dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var. 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi. 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır. Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır. Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid. 12 cilddə, X c., Bakı: Çaşıoğlu, 2011, 304 s. Xarici keçidlər Ərtoğrul Cavid Iki Miniatür.Meşədə Arxivləşdirilib 2014-01-03 at the Wayback Machine Ərtoğrul Cavid, two miniatures
https://az.wikipedia.org/w/index.php?curid=47406
Ərtoğrul Cavid Rasizadə
Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə (22 oktyabr 1919, Bakı – 14 noyabr 1943, Naxçıvan) — görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır. Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılmış "9 Variasiya"dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var. 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi. 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır. Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır. Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid. 12 cilddə, X c., Bakı: Çaşıoğlu, 2011, 304 s. Xarici keçidlər Ərtoğrul Cavid Iki Miniatür.Meşədə Arxivləşdirilib 2014-01-03 at the Wayback Machine Ərtoğrul Cavid, two miniatures
https://az.wikipedia.org/w/index.php?curid=625969
Ərtoğrul Gazi Konal
Ərtoğrul Gazi Konal (6 fevral 1987, Ştutqart) — şəhər planlayıcısı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ərtoğrul Gazi Konal 1987-ci ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. Karadeniz Universiteti Tədqiqat və Kadastr Bölməsindən, Ordu Universiteti İnşaat Texnologiyaları Bölməsindən və Anadolu Universiteti Biznes və İqtisadiyyat Bölməsindən məzun olub.Enerji sistemləri və şəhərsalma sahələrində çalışıb.2018-2022-ci illərdə MHP Giresul il şöbəsinin sədri olub.2023-cü ildə MHP namizədi olaraq Giresun ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Zonalaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
https://az.wikipedia.org/w/index.php?curid=831250
Ərtoğrul Günay
Ərtoğrul Günay (türk. Ertuğrul Günay; — 1 mart 1948, Ordu) — Türkiyəli hüquqşünas, siyasətçi, iki dəfə Türkiyə Böyük Millət Məclisinin üzvü, eyni zamanda 2007–2013-cü illərdə Türkiyənin Mədəniyyət və Turizm naziri. 1992–1994-cü illər arasında Cümhuriyyət Xalq Partiyasında baş katib vəzifəsini icra etmişdir. 2004-cü ildə CHP-dən qovulmuş və 2007-ci ildə Ədalət və İnkişaf Partiyasına keçmişdir. Elə həmin il keçirilən ümumi seçkilərdə bu partiyadan millət vəkili seçilib. Türkiyə Cümhuriyyətinin 60 və 61-ci Hökumətlərində Mədəniyyət və Turizm Naziri vəzifəsində çalışmışdır. 2013-cü ilin sonunda 17 dekabr istintaqında alınan bəzi qərarları əsas gətirərək Ədalət və İnkişaf Partiyasından istefa vermişdir. Ərtoğrul Günay 1 Mart 1948-ci ildə Ordu şəhərində anadan olub. 1969-cu ildə İstanbul Universiteti Hüquq Fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 1977-ci ildə ən gənc deputat olaraq Cümhuriyyət Xalq Partiyasından Böyük Millət Məclisinin üzvü seçilmişdir. CHP-nin ən solçu deputatlarından biri sayılan Günay, 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra "İnqilabçı Yol" radikal solçu hərəkatı ilə əlaqədə olmaq ittihamı ilə həbs olundu. Siyasi karyerası Həbsdən sonra Sosial Demokratik Xalq Partiyasında fəaliyyətini davam etdirdi, Ankarada başqan (1986–1987) və baş katib müavini (1990–1991) vəzifələrində çalışdı. 1992-ci ildə Cümhuriyyət Xalq Partiyası siyasi həyata qayıtdıqdan sonra CHP-yə qoşuldu. 9 sentyabr 1992-ci ildən 1994-cü ilin sonuna qədər CHP-nin Baş katibi vəzifəsində çalışdı. 1994-cü ildə yerli seçkilərdə CHP-dən İstanbul Böyükşəhər Bələdiyyə Başçılığına namizəd oldu. Lakin seçkilərdə Ərtoğrul Günay böyük fərqlə Rəcəb Tayyib Ərdoğana məğlub oldu. Ərtoğrul Günay 2004-cü ildə partiyanın lideri Dəniz Baykalla (1970-ci illərdə Bülənt Ecevitlə qarşıdurmada onu dəstəkləməmiş, hətta partiya sədrliyinə namizəd də olmuşdu.) qarşıdurmadan sonra partiyadan çıxarıldı. Keçmiş millət vəkili Məhəmməd Bekaroğlu ilə "sol-islamçı" ittifaqa girdi. Lakin bir müddət sonra Ədalət və İnkişaf Partiyasına qatıldı.2007-ci ildə Ədalət və İnkişaf Partiyasıdan İzmir təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin üzvü seçildi. 2011-ci ildə yenidən millət vəkili seçildi. Ərtoğrul Günay 29 Avqust 2007-ci ildə 60-cı Hökumətdə Mədəniyyət və Turizm Naziri vəzifəsini aldı. Ərtoğrul bəy 61-ci Hökumət də təşkil ediləndə bu postu tutdu. Lakin 2013-cü ilin yanvarında hökumət dəyişikliyindən sonra baş verən hakim partiyanı vuran korrupsiya qalmaqalına cavab olaraq, 27 dekabr 2013-cü ildə vəzifəsindən istefa verdi. Vətəndaş təşəbbüsləri və yazıları Bosniya üçün "İnsanlıq Təşəbbüsü", "Şərq Konfransı" və "Yeni Siyasət Təşəbbüsü" kimi vətəndaş təşəbbüslərinə öncürlük etmişdir. Günayın, "Bosniyadan Böyük Məqalələr" və "Qarşı Siyasət" adlı iki kitabı vardır. O, hüquq və siyasətlə bağlı çox sayda məqalə və reportaj yazmışdır. Ərtoğrul bəy müxtəlif qəzet və jurnallarla da əməkdaşlıq etmişdir. Şəxsi həyatı Ərtoğrul Günay evlidir, iki övladı var. Mükafatları 2009-cu ildə Günay Adıyaman Universitetində doktorluq dərəcəsinə layiq görülmüşdür. Macarıstan və Türkiyə arasındakı ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə görə Macarıstanın "Xidmətə görə" ordeni ilə mükafatlandırılmışdır. Həmçinin o, "Avstriya Respublikasındakı xidmətlərinə görə" fəxri nişanına da layiq görülmüşdür. 2012-ci ilin oktyabrında Belçikanın "II Leopold ordeni" ilə təltif edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=712376
Ərtoğrul Nadirli
Ərtoğrul Hümbət oğlu Nadirli (31 mart 1997; Sədərək rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Ərtoğrul Nadirli 1997-ci il martın 31-də Sədərək rayonunda anadan olub. 2004-2012-ci illərdə 1 nömrəli tam orta məktəbdə, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Hərbi xidməti Ərtoğrul Nadirli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" hərbi rütbəsində xidmət edirdi. Əvvəlcə Qazax rayonunda yerləşən "N" saylı hərhi hissədə, sonra isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərtoğrul Nadirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərtoğrul Nadirli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərtoğrul Nadirli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=682582