!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Ənvər Əlixanov
Ənvər Nəzər oğlu Əlixanov (17 (30) aprel 1917, Bakı – 31 iyul 1992, Bakı) — Azərbaycan SSR Nazirlər Sovetinin sədri, geologiya-mineralogiya elmləri doktoru, professor. Ənvər Nəzər oğlu Əlixanov 1917-ci il aprelin 14-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. O, 1924-cü ildə Bakı şəhəri 19 saylı natamam orta məktəbə get-miş, məktəbi müvəffəqiyyətlə bitirib 1931-ci ildə Bakı şəhəri Sabunçu qəsəbəsindəki texnikuma daxil olmuşdur. Ə. Əlixanov 1934-cü ildə texnikumu bitirib texnik-geoloq peşəsinə yiyələnir. O, gənc texnik-geoloq kimi Zığda neft mədənlərində əmək fəaliyyətinə başlayır, 1936-cı ilin sentyabrına kimi burada çalışır. 1936–1941-ci illərdə Ə. Əlixanov Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) kəşfiyyat-geologiya fakültəsinin tələbəsi olmuş, 1941-ci ilin mayında institutu bitirib mədən mühəndis-geoloqu ixtisasını almışdır. Ə. Əlixanov institutu bitirdikdən sonra Kaqanoviçneft trestinin 3-cü mədəninə geoloq göndərilir. Burada bir neçə ay işlədikdən sonra orduya çağırılır. 1941–1942-ci illərdə Böyük Vətən müharibəsində cəbhədə döyüşmüşdür. O, əvvəl Tbilisi şəhərindəki topçuluq məktəbində oxumuş və leytenant rütbəsi almışdır. O, gənc topçu zabit kimi Krım və Şimali Qafqaz cəbhələrində gedən döyüşlərdə iştirak etmişdir. Ə. Əlixanov neftçi olduğu üçün 1942-ci ilin oktyabrında Dövlət Müdafiə Komitəsinin əmri ilə ordudan tərxis olunub Bakıya qayıdır. 1942–1945-ci illərdə Ə. Əlixanov Leninneft trestinin 7-ci mədənində baş geoloq kimi çalışmışdır. İstehsalatda özünü yüksək səviyyəli və bacarıqlı, çalışqan mütəxəssis, fəal ictimaiyyətçi kimi göstərmiş Ə. Əlixanov irəli çəkilərək 1945–1947-ci illərdə Azərbaycan KP MK-nın neft şöbəsində təlimatçı, Bakı Komitəsində isə neft qazma şöbəsi müdirinin müavini vəzifələrində işləmişdir. rayon Partiya Komitəsinin əvvəlcə ikinci, sonra birinci katibi olmuşdur. O, bu vəzifələrdə mədən və idarələrdə ilk partiya təşkilatlarının möhkəmləndirilməsi, fəhlələr, mühəndis-texniki işçilər arasında siyasi işin yaxşılaşdırılması, bacarıqlı və hazırlıqlı mütəxəssislərlə təmin olunması, neftçilər arasında yarışların genişləndirilməsi sahəsində xeyli əmək sərf etmişdir. Onun gərgin fəaliyyəti nəticəsində Kaqanoviçneft tresti neft və qaz çıxarılması və emalı üzrə qabaqcıllar sırasına çıxmış, dövlət tapşırıqlarını vaxtında və artıqlaması ilə yerinə yetirmişdir. 1950–1951-ci illərdə Ə. Əlixanov Azərbaycan KP MK-nın əvvəlcə ağır sənaye şöbəsi müdirinin müavini, sonra isə müdiri olmuşdur. Azərbaycan KP MK neft sənayesini bacarıqlı mütəxəssislərlə möhkəmləndirmək məqsədi ilə onu neft sənayesinə rəhbər vəzifəyə göndərir. Ə. Əlixanov 1950–1951-ci illərdə Azərbaycan neft kəşfiyyatı birliyinin, 1951–1952-ci illərdə Azərdənizneft birliyinin rəisi, 1953–1954-cü illərdə Azərneft birliyi rəisinin əvvəlcə müavini, sonra isə birinci müavini, 1954–1955-ci illərdə Azərbaycan SSR neft sənayesi nazirinin müavini, 1955–1958-ci illərdə isə Azərbaycan SSR neft sənayesi nazirinin birinci müavini, 1958–1959-cu illərdə isə Azərbaycan SSR neft sənayesi naziri vəzifəsində işləmişdir. 1961-ci ildə bir qrup Azərbaycan neftçisi, o cümlədən Ə. Əlixanov Azərbaycanda dənizdə neft yataqları kompleksinin, əsasən Xəzərin dərinlik akvatoriyasının kəşf olunması və istismara verilməsi sahəsində əldə etdikləri nailiyyətlər üçün Lenin mükafatına layiq görülmüşdür. 1957-ci ildə "Abşeron vilayətinin şərq hissəsinin qırmakualtı dəstəsi və onun neft-qazlılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə isə "Xəzər dənizinin neft və qaz yataqları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1967-ci ildə professor rütbəsi almışdır. O, 1959–1961-ci illərdə Azərbaycan KP MK katibi vəzifəsini aparmışdır. Ə. Əlixanov 1961–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1970–1976-cı illərdə Ə. Əlixanov Azərbaycan EA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru olmuşdur. İnstitut bilavasitə onun rəhbərliyi altında faydalı qazıntı yataqlarının yeni proqnoz metodlarının işlədilməsi, respublikanın perspektivli rayonlarında mühüm faydalı qazıntı növlərinin axtarışı və kəşfiyyat işlərinin müəyyən edilməsi və s. problemlər sahəsində elmi-tədqiqat işləri aparmışdır. Ə. Əlixanov 1976–1990-cı illərdə Azərbaycan EA Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutundu dəniz geologiyası laboratoriyasına rəhbərlik etmiş, burada da öz əsas işini – Xəzərin neft-qazlı sahələrinin tədqiqini davam etdirmişdir. Ə. Əlixanov 1950–1970-ci illərdə dəfələrlə Azərbaycan KP MK və BK üzvlüyünə namizəd və üzvü, büro və rəyasət heyətinin üzvü, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin üzvü, plenum, konfrans və qurultayların nümayəndəsi, sessiyaların deputatı olmuşdur. Əlixanov Ə. N. 100-ə yaxın elmi işin, "Xəzər dənizinin neft-qazlılığı" və "Xəzər dənizinin geologiyası" adlı 2 monoqrafiyanın müəllifidir. O, iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla mükafatlandırılmışdır. Ənvər Əlixanov 31 iyul 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir. Musa Qasımlı, Cavid Hüseynov, "Azərbaycanın baş nazirləri"
https://az.wikipedia.org/w/index.php?curid=210294
Ənvər Əliyev
Ənvər Əliyev (leytenant) — Vətən Müharibəsi şəhidi, leytenant. Ənvər Əliyev (siyasətçi) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü.
https://az.wikipedia.org/w/index.php?curid=785218
Ənvər Əliyev (leytenant)
Ənvər Nizami oğlu Əliyev (4 iyun 1997; Şərur rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Ənvər Əliyev 1997-ci il iyunun 4-də Şərur rayonunun Axaməd kəndində anadan olub. 2003-2012-ci illərdə Şərur rayon Axaməd kənd tam orta məktəbində, 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015-2020-ci illərdə Türkiyədə Quru Qoşunlarının Hərbi Məktəbində təhsil alıb. Subay idi. Hərbi xidməti Ənvər Əliyev 2020-ci ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsilə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Ənvər Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ənvər Əliyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ənvər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ənvər Əliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2021) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=685743
Ənvər Əliyev (siyasətçi)
Ənvər Abbas oğlu Əliyev (25 yanvar 1951, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. Ənvər Abbas oğlu Əliyev 25 yanvar 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində doğulmuşdur. Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışdır.Ənvər Əliyev aqrar elmlər üzrə fəlsəfə doktoru və dosentdir. O, hal-hazırda AMEA Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsi daşımaqdadır. Siyasi fəaliyyəti Ənvər Əliyev Meydan Hərəkatının fəallarından və təşkilatçılarından biri olmuşdur.Ənvər Əliyev 26 sentyabr 1992-ci il tarixində yaradılan Vətəndaş Həmrəyliyi Partiyasının təsisçilərindən və partiya Ali Məclisinin ilk üzvlərindən biri olmuşdur. Ənvər Əliyev 2002-ci ildən üzvü kimi fəaliyyət göstərdiyi üçün partiya sıralarından istefa vermişdir. Mərkəzi Seçki Komissiyasında Ənvər Əliyev 28 iyun 2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir.Ənvər Əliyev 13 iyun 2003-cü il tarixində növbəti dəfə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir.Ənvər Əliyev 2005-ci il parlament seçkilərinin Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış yekun nəticə protokoluna imza atmamışdır və komissiyanın 15 üzvündən sadəcə 13-nün imzasıyla (Azərbaycan Xalq Cəbhəsi Partiyasının təmsilçisi Mənsum Bayramov da imzalamamışdır) bu protokol Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim olunmuşdur.Ənvər Əliyev 7 fevral 2006-cı ilədək Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur. Yeni tərkibdə Mərkəzi Seçki Komissiyası təşkil olunarkən Vətəndaş Həmrəyliyi Partiyası namizəd göstərməmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=785216
Ənvər Əsfəndiyarov
Bioqrafiyası 15 may 1934-cü ildə Başqırd MSSR Baymak rayonu, Çingiz kəndində anadan olmuşdur. Anası o hələ uşaq ikən vəfat etmişdir. Atası isə Voronej cəbhəsində itkin düşmüşdür. Ənvər Baymak rayonunda olan uşaq evində böyümək məcburiyyətində qalmışdır. 1953-cü ildə Ufa şəhəri № 9 orta məktəbdə təhsil almışdır. 1958-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1958—1965-ci ildə Ufa çəhər 1 saylı məktəb-internatında dərs demişdir. 1965-ci ilin yanvarından noyabra qədər Başqırdıstan Dövlət Tibb Universitetində dərs demişdir. 1965-ci ilin noyabrından 1968-ci ilin noyabrına qədər SSRİ Elmlər Akademiyasının Başqırd filialının Ufa Elmi Mərkəzində Tarix, Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alır. 1968—1974-ci illərdə SSRİ Elmlər Akademiyasının Başqırd filialının Ufa Elmi Mərkəzində Tarix, Dil və Ədəbiyyat İnstitutunda kiçik, böyük elmi işçi kimi çalışmışdır. 1974-cü ildən Başqırdıstan Dövlət Universiteti tarix fakültəsində baş müəllim, dosent, 1996-cı ildən isə Milli Tarix bölməsinin professoru olmuşdur. 4 fevral 2014-cü ildə Ufada vəfat etmişdir. Elmi fəaliyyət Professorun elmi tədqiqatlarının əsas istiqaməti XVIII-XIX əsrlərdə Başqırsıstan və Rusiyanın sosial-iqtisadi və mədəni inkişaf tarixi, Başqırdıstanda kanton sistemi, kənd və kəndlər mövzusu olmuşdur. Onun tərəfindən 320 elmi iş, 20 monoqrafiya yazılmışdır. «Başqırdıstanın qədim zamanlardan 1917-ci ilə qədər ki tarixi.» ali təhsil müəssisələri üçün dərs kitabının həm müəlliflərindən biridir. 1991-ci ildə orta məktəblərin 8-9 siniflər üçün "Başqırdıstan tarixi" dərsliyi, 1993-2007-ci illərdə isə "Başqırdıstan Respublikasının Tarix və Mədəniyyət Ensiklopedik Atlası" dərc etdirmişdir. Elmi işləri Mükafat və fəxri adlar Salavat Yulayev ordeni (2004); Xalqlar Dosluğu ordeni (2009); «Başqırdıstan MSSR əməkdar mədəniyyət işçisi» (1985); SSRİ ali məktəb əlaçısı (1984); Vladimir Biryukov adına Ural mükafatının laureatı - "Başqırddakı kənd və kəndlərin tarixi" əsərinə görə (1994); Başqırdıstan MSSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri diplomu (1983); Zaki Validi Beynəlxalq İctimai mükafatın laureatı.
https://az.wikipedia.org/w/index.php?curid=542302
Ənvər Əsgərov
Ənvər Əsgərov (1 may 1940, Qutqaşen – dekabr 2014) — Sovet və Azərbaycan rəssamı, 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sultan Məhəmməd mükafatı laureatı, Azərbaycanın əməkdar rəssamı, Azərbaycanda və xaricdə çoxsaylı sərgi iştirakçısı. Ənvər Əsgərovun əsərləri Azərbaycan və Rusiya muzeylərində, Azərbaycan, Rusiya, Böyük Britaniya, Türkiyə, İsveçrə və ABŞ-də şəxsi kolleksiyalarda saxlanılır. Ənvər Əsgərov 1 may 1940-cı ildə Qəbələdə anadan olmuşdur. İlk peşəkar təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində Barat Maratlı, Kamil Xanlarov və Lətif Feyzullayev kimi rəssamlardan almışdır. Daha sonra Sankt-Peterburqdakı V.Muxina adına Ali Sənaye Rəssamlığı İnstitutunu bitirmişdir. 1968-ci ildən Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1993-cü ildə Rəssamlar İttifaqı tərəfindən Sultan Məhəmməd mükafatına layiq görülüb. 2000-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür.Ənvər Əsgərovun yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olmuşdur. Lakin onun yaratdığı Bakının neftçıxarma şəhəri simaları o qədər lirik və zərif idilər ki, rəssamın əsərləri Azərbaycan paytaxtının vizit kartı kimi çıxış edirdilər. 1973-cü ildə onun “Abşeronun Orqanı” əsəri gənclər üçün “Smena” jurnalının aprel nəşrinin cildini bəzəmişdi. Post-sovet dövründə Ənvər Əsgərovun əsərlərində dəyişiklik baş verdi. Yaradıcılığında monumental sənaye kompozisiyalarına üstünlük verən rəssam kamera tipli həndəsi natürmortlar çəkməyə başlamış, az sonra isə formal baxımdan çox sadə olan bu əsərlər op-art üslubunda işlənmiş rəsmlərlə əvəz edilmişdir.Ənvər Əsgərovun 1995, 2003, 2010, 2015 və 2017-ci illərdə Bakıda fərdi sərgiləri təşkil ediliib. Onun əsərləri 1998-ci ildə Vaşinqtonda keçirilən “World bank art” adlı sərgidə nümayiş etdirilib və bir neçə əsəri ABŞ kolleksiyaçıları tərəfindən alınıb. 2009-cu ildə “Azerbaijan culturalscapes” layihəsi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsveçrənin Bazel şəhərində keçirilən “Baku Unlimited” adlı sərgidə Ənvər Əsgərovun əsərləri də nümayiş etdirilib. Əməkdar rəssamın əsərləri Rusiya Mədəniyyət Nazirliyinin fondunda, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında və bir çox xarici ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.Rəssam 2014-cü ilin dekabr ayında dünyasını dəyişib. 1985 — Faşist Almaniyası üzərində qələbənin 40 illiyinə həsr olunmuş ümumittifaq sərgisi 1994 — Qara dəniz ölkələrinin rəssamlıq üzrə beynəlxalq simpoziumu (İstanbul, Türkiyə) 1998 — Müasir Azərbaycan rəssamları (Vaşinqton, ABŞ) 2009 — "Baku Unlimited" müasir incəsənət sərgisi (Bazel, İsveçrə) 1995 — Səttar Bəhlulzadə adına sərgi salonu (Bakı) 2003 — Vəciyə Səmədova adına sərgi salonu (Bakı) 2010 — Muzey mərkəzi (Bakı) 2015 — Muzey Mərkəzi (Bakı) 2017 — Port Baku Mall Şəxsi həyatı Ənvər Əsgərov Elvira Əsgərova (Atayeva) ilə evli olub. Cütlüyün 3 uşağı var: bir oğlan və iki qız. Oğlu — Rövşən Əsgərov, "Nə? Harada? Nə zaman?" televiziya verilişinin məşhur oyunçusu və jurnalistdir. Qızları — Xumar və Səlimə. Həmçinin bax Rövşən Əsgərov
https://az.wikipedia.org/w/index.php?curid=489101
Ənvəri
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. Yaradıcılığı Mühəmməd Vakidi (740-823) xəlifə Ömərin zamanında, təqribən 638-639 – cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan “Düsturnamə” əsərində də yer almaqdadır . Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur. Ənvəri şer deyən adamdan soruşur: «Oxuduğun şerlər kimindir?». Cavab verir: «Ənvərinin». Şair bir daha soruşur: «Heç Ənvərini görmüsənmi?». O adam utanmadan söyləyir: «Ənvəri elə mən özüməm də!». Şair bu həyasızlıq qarşısında mat qalıb deyir: «Şer oğrusu görmüşdüm, amma şair oğrusu görməmişdim».
https://az.wikipedia.org/w/index.php?curid=272140
Ənzab-i Ülya (Ərdəbil)
Ənzab-i Ülya (fars. انزاب عليا) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,581 nəfər yaşayır (366 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=764922
Ənzəli
Ənzəli və ya Bəndər-i Ənzəli (fars. بندر انزلی)(Pəhləvilər sülaləsi dövründəki adı - Bəndər-i Pəhləvi) — İranın Gilan ostanında yerləşən şəhər, Bəndər Ənzəli şəhristanının inzibati mərkəzi. 2006-cı ildə aparılmış əhalinin siyahıya almasının açıqlanmış yekunlarına əsasən əhalisi 110643 nəfərdir Xarici keçidlər Encyclopaedia İranica :Anzali
https://az.wikipedia.org/w/index.php?curid=77873
Ənzəli (Rəqs)
Ənzəli — Azərbaycanın milli rəqsi. Təqriban 1880-1890-ci illərdə Bakıda yaranmış rəqs melodiyasıdır. İfa tərzi aram, süzgündür, melodiyasının səslənmə xarakterinə görə "qocayanadır". "Ənzəli" ənənəvi rəqsdir. Onu toyun əvvəlində oynayarlar. "Ənzəli"ni əsasən yaşlı adamlar oynayır, lakin onu cavanlar da ifa edə bilər.
https://az.wikipedia.org/w/index.php?curid=96191
Ənzəli (dəqiqləşdirmə)
Ənzəli (oyun) — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Ənzəli (rəqs) — Azərbaycanın milli rəqsi. Ənzəli (fars. بندر انزلی) — İranın Gilan ostanında yerləşən şəhər, Ənzəli şəhristanının inzibati mərkəzi. Ənzəli şəhristanı — İran İslam Respublikasının Gilan ostanında inzibati ərazi vahidi. Ənzəli əməliyyatı (1920) — 1920-ci ildə baş vermiş hərbi-dəniz əməliyyatı.
https://az.wikipedia.org/w/index.php?curid=104250
Ənzəli (oyun)
Ənzəli — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Oyunun quruluşu Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər (6 nəfər); hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər. Birdə — Ənzəli hay ənzəli.İkidə — Xan əkbəriÜçdə — Xoruz banladı: qu-qulu-qu!Dörddə — Yanbız əzərlər.Beşdə — Taxta çıxarlar. (Bu zaman oyunçu "yatan" oyunçunun belində oturur və soruşur: — Minim, ya düşüm?) Əyilən: -Min və ya düş! — deyir. Oyun yenə davam edir. Altıda — Əl, üst, baş dəyməsin.Yeddidə — Tayəl keçərlər,Səkkizdə — Papaq qoyarlar. Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə "yatan"ı əvəz etməli olur.
https://az.wikipedia.org/w/index.php?curid=104247
Ənzəli (rəqs)
Ənzəli — Azərbaycanın milli rəqsi. Təqriban 1880-1890-ci illərdə Bakıda yaranmış rəqs melodiyasıdır. İfa tərzi aram, süzgündür, melodiyasının səslənmə xarakterinə görə "qocayanadır". "Ənzəli" ənənəvi rəqsdir. Onu toyun əvvəlində oynayarlar. "Ənzəli"ni əsasən yaşlı adamlar oynayır, lakin onu cavanlar da ifa edə bilər.
https://az.wikipedia.org/w/index.php?curid=83922
Ənzəli rəqsi
Ənzəli — Azərbaycanın milli rəqsi. Təqriban 1880-1890-ci illərdə Bakıda yaranmış rəqs melodiyasıdır. İfa tərzi aram, süzgündür, melodiyasının səslənmə xarakterinə görə "qocayanadır". "Ənzəli" ənənəvi rəqsdir. Onu toyun əvvəlində oynayarlar. "Ənzəli"ni əsasən yaşlı adamlar oynayır, lakin onu cavanlar da ifa edə bilər.
https://az.wikipedia.org/w/index.php?curid=676220
Ənzəli şəhristanı
Ənzəli Şəhristanı — İran İslam Respublikasının Gilan ostanında inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Ənzəli şəhəridir. 2006-cı ildə aparılmış siyahıyaalmanın yekunlarına əsasən şəhristanda 133 134 nəfər əhali yaşayır. Əhalisi əsasən giləklərdən ibarətdir. Encyclopaedia İranica :Anzali
https://az.wikipedia.org/w/index.php?curid=77927
Ənzəli əməliyyatı (1920)
Ənzəli əməliyyatı—1920-ci ildə baş vermiş hərbi-dəniz əməliyyatı. Həmin hadisələri təsvir edərkən müxtəlif arxiv materialları ilə yanaşı, ilk növbədə hadisənin fəal iştirakçısı, ekspedisiyanın rəhbəri Fyodor Raskolnikovun ilk dəfə 1934-cü ildə nəşr olunmuş kitabına istinad edəcəyik. Həmin kitab müəllifin faciəvi taleyi ilə əlaqədar olaraq uzun illər SSRİ-də təkrar nəşr olunmayıb, ilk nəşr isə kitabxanalardan yığışdırılıb. Təkrar nəşr yalnız 1964-cü ildə reallaşdırılıb - həmin vaxt ki, Raskolnikov artıq bəraət almışdı. Bununla da, onun haqqında yazılan, habelə onun özünün yazdığı bir çox mətnlər yalnız 1980-cı illərin sonlarından başlayaraq işıq üzü görəcəkdi. Məsələn, Raskolnikovun 1938-ci ildə qələmə aldığı “Stalinə açıq məktub” yazısı, yaxud məşhur Sovet yazıçısı Varlam Şalamovun “Fyodor Raskolnikov” məqaləsi buna sübutdur. Kim idi Raskolnikov? İlk bolşeviklər pleyadasının parlaq nümayəndələrindən biri, atəşin marksist, diplomat, hərbçi, yazıçı və jurnalist Fyodor Raskolnikov (əsl soyadı - İlyin) 1892-ci ildə anadan olmuşdu. Beləliklə, Fyodor Raskolnikovun bioqrafiyası köhnə bolşeviklərin bir çoxunun həyat həkayətindən elə də fərqlənmir - gizli mübarizə, təqiblər, İnqilab, var-gücü ilə Sovet hakimiyyəti uğrunda mübarizə, sonunda isə 1930-cu illərin sonlarının repressiyaları... İranın şimalında, Gilan əyalətində yerləşən Ənzəli şəhəri İranın Xəzər dənizi sahilindəki ən iri limanı idi. Denikinin hərbi hissələri Bakıdan qaçarkən Xəzər donanmasının gəmilərini və texnikasını özləri ilə Ənzəli limanına daşımışdılar. Həmin vaxt limana ingilislər nəzarət edirdi. Ənzəli ekspedisiyasına hazırlığa Sovet hökuməti 1920-ci ilin martından başlamışdı. Həmin vaxt Lev Trotski Volqa-Xəzər donanmasının komandanı Raskolnikova yazmışdı: “Xəzərin ağqvardiyaçıların donanmasından təmizlənməsi nəyin bahasına olursa olsun həyata keçirilməlidir. Əgər desant tələb olunarsa, ona da gedilməlidir, çünki, Persiya ağqvardiyaçıların gəmilərini tərksilah etməkdə acizdir”. Lenin də öz növbəsində bu məktuba “Tamamilə razıyam” dərkənarı qoymuşdu. Ənzəli əməliyyatı lap əvvəlindən yalnız limandakı gəmiləri geri qaytarmaq yox, həm də Şərqdə inqilabın yayılması üçün platsdarm kimi düşünülmüşdü. Təsadüfi deyil ki, əməliyyatdan 2 ay əvvəl Raskolnikov İranda milli-azadlıq hərəkatının liderlərindən biri olan Mirzə Kiçik xanla (1880-1921) görüşmüş, Türküstan cəbhəsinin və Xəzər donanmasının kəşfiyyat şöbələri isə Ənzəliyə və Ərdəbilə öz agentlərini göndərmişdi. Həmin agentlərin müəyyən etdiyinə görə, Ərdəbildə ingilislərə qarşı çıxmağa hazır olan 300 kazak vardı, Ənzəli isə möhkəm qorunurdu - burada Ağ Ordunun qalıqlarından başqa, Böyük Britaniya ordusunun 6 min hərbçisi (əsasən hinduslar və qurkxlar) yerləşdirilmişdi. Ənzəlidən ekspedisiyanın başlanması ərəfəsində qayıtmış bolşeviklər Nəsirov və Abbasovun bilgilərinə görə, “Çoxsaylı quldurlar kim güclüdürsə, onun da tərəfinə keçəcəklər”. Üstəlik, 1920-ci ilin aprelində İranın şimalında Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə xalq üsyanı başlamışdı. Üsyançılar həm şah rejiminə, həm də onun qəyyumu olan ingilislərə qarşı çıxırdılar (Sentyabrda Təbrizdə üsyan məğlub ediləcəkdi). Mayın 16-dan 17-nə keçən gecə Voqla-Xəzər donanmasının gəmiləri Bakıdan Ənzəliyə yola çıxır. Raskolnikov kitabında xatırlayır: “Orconikidze və Nərimanovla sağollaşıb məni həyətdə gözləyən və Həştərxan qumlarında xeyli köhnəlmiş uzun, açıq avtomobilə minib hərbi limana yollandım. Enlikürək, sanki əzələlərdən toxunmuş mahir sürücü matros Astafyev məni zəif işıqlanan Bakı küçələrindən keçirib sahilə gətirdi. Dənizkənarı bulvardan keçib uzaqda qaralan dağlarla əhatələnmiş Bayıl burnuna istiqamət götürdük. Sağ tərəfimizdə nazik minarənin silueti görünüb yoxa çıxdı. Limana çatıb “Karl Libknext” mina gəmisinin göyərtəsinə qalxdım və lövbərdən ayrılmağı əmr etdim. Şəhər əhalisi artıq yatmışdı və eskadranın yola çıxması hər halda səhərə kimi naməlum qalacaqdı... Biz Nargin adasındakı mayakın gözvuran alovunun yaxınlığından üzüb keçərək neft dudası kimi qapqara Xəzər gecəsinin toranında həll olduq...” Raskolnikov yazır ki, Ənzəli əməliyyatının alternativ planı da varmış, ancaq sonunda məhz ekspedisiyanın dəniz yolu ilə həyata keçirilməsi qərarına gəlinir. Belə ki, əməliyyatdan bir neçə gün əvvəl hərbi müşavirə keçirilir, orada Raskolnikovdan, qərargah rəisi Vladimir Kukeldən (1885-1937) başqa, gəmi flaqmanları və kapitanları iştirak edirlər. Qarşıya qoyulan məsələ: Ənzəliyə yürüş etmək, ağqvardiyaçıların donanmasını ələ keçirmək, həmçinin Bakıdan və Petrovskdan aparılmış digər hərbi mülkiyyəti geri almaq. Bu, çətin və risqli əməliyyat idi, çünki, Ənzəlidə ingilis qoşunları yerləşirdi. Raskolnikov xatırlayır: “Desant dəstələrinin rəisi, arıq və əsəbi gənc adam olan İvan Kuzmiç Kojanov (O vaxt Kojanovun 23 yaşı vardı. 1937-ci ildə həbs olunur və güllələnir - Red.) öz dəstələrini quru yolu ilə Astaradan Ənzəliyə aparmağı israrla təklif edirdi və onun fikrincə, donanma yalnız cinahları bağlamalıydı. Mən bu planla razılaşmadım. Əməliyyatın uğuru tezlikdən və qəfillikdən asılıydı. Xəzər dənizinin sahili boyunca dəstələrin hərəkəti ağqvardiyaçılara qənimətlərini Persiyanın daxili ərazilərinə daşımaq, onların müttəfiqi olan ingilislərə isə Ənzəliyə əlavə qüvvələr çəkib gətirmək imkanı yaradardı. Odur ki, mən fərqli plan - Ənzəli şəhərinin lap yaxınlığına desant çıxarmağı təklif etdim. Əksəriyyət bununla razılaşdı...” “Mayın 18-i sübh çağı eskadramız gözlənilmədən Ənzəlinin yastı damlı evləri qarşısında peyda olanda farslar və ingilislər hələ yuxuda idi”, - Raskolnikov yazır... Fyodor Raskolnikov “Döyüş mövqeyində” kitabında xatırlayır: “...Nəhayət dəri çəkməli bir neçə matros əllərində çəkrayı silahlarını sıxaraq gümrah hərəkətlərlə qumlu sahilə sıçrayıb düşdü. Onların birinin əlində sanki nəhəng quşa bənzəyən oraq-çəkicli Qırmızı bayraq dalğalanırdı. Matroslar adətkərdə cəldliklə teleqraf sütunlarına dırmanıb xətləri kədilər. Ənzəlinin ətraf dünya ilə teleqraf əlaqəsi qırıldı. Sonra onlar Ənzəlidən Rəştə və Tehrana aparan şose yolunu tutdular”. Bunlar baş verən dəqiqələrdə Ənzəli hələ yuxudan oyanmamışdı və ingilis qarnizonunda qəfil hücumdan tamamilə xəbərsizdilər. İngilisləri qayğısız yuxudan oyatmaq üçün Raskolnikovun əmri ilə gəmilərdən bir neçə yaylım atəşi açılır. Kazarmadan çıxan qurkxlar (Britaniya ordusundakı əslən Nepaldan olan əsgərlər) komandirlərinin əmri ilə desntın üzərinə hərəkətə keçir, ancaq “Karl Libknext” gəmisindən atılan mərmilər onları qaçmağa vadar edir. Elə həmin dəqiqələrdə teleqrafçı Raskolnikova ingilislərin briqada generalı Çempeynin imzası ilə depeşanı gətirir. General Qızıl donanmanın səfərinin məqsədi ilə maraqlanırdı. Cavabında Raskolnikov ingilis qoşunlarına qarşı heç bir aqressiv niyyətlərinin olmadığını və buraya da denikinçilərin oğurladığı hərbi gəmiləri geri almaq üçün gəldiklərini açıqlayan teleqram göndərir. Radioyazışmada general onların kimin tapşırığı ilə buraya gəldiyini soruşduqda isə Raskolnikov yalana əl ataraq bildirir: “Sovet hökuməti mənə görə heç bir məsuliyyət daşımır. Mən Ənzəliyə öz təşəbbüsümlə gəlmişəm”. General ona Ənzəlini təhvil vemək üçün heç bir şəxsi hüququ olmadığını və məsləhət üçün Bağdadla, Mesopotimayanın Ali komissarı ser Persi Koksla əlaqə yaratmağın zəruriliyini yazır. Bu, Raskolnikov üçün də sərfəli idi: Bağdaddan cavab gələnə qədər yaranan atəşkəsdə o, bütün desantı sahilə çıxarmağa vaxt və şərait əldə etmiş olurdu. General Çempeyn danışıqlar üçün Raskolnikovun yanına leytenant Kraçleyi yollayır. Raskolnikov xatırlayır: “Mən ona əlimi uzatdım. Gənc leytenantın dodaqları titrəyirdi. Qorxulu bolşeviklərin gəmisinə gəlib düşdüyünə görə o, bərk həyəcan keçirirdi...” Eyni zamanda aydın idi ki, leytenant “Karl Libknext”in göyərtəsində qalacağı müddətdə ingilislər atəşkəsi qoruyub saxlayacaqdılar. Raskolnikov ona sual verir: “Düzünü deyin, bizim bugünkü səfərimiz sizlər üçün gözlənilməz oldu?” Leytenant da səmimi şəkildə cavab verir: “Tamamilə gözlənilməz oldu. Bolşeviklər Bakını ələ keçirəndən sonra biz həqiqətən də Qırmızı donanmanın buraya gələcəyini gözləyirdik. Ancaq 3 həftəlik sakitlikdən sonra qərara gəldik ki, siz daha gəlməyəcəksiz”. Leytenant hətta Raskolnikova xahişdə bulunur: Sən demə, o, Bakıda ailə qurub, həyat yoldaşı rusdur və Ənzəlidə rahat bir ev qurublar. Olarmı ki, ingilislər Ənzəlini tərk etməli olsalar, bolşeviklər ona evindəki royalı və vannanı özü ilə aparmaqda yardımçı olsunlar? Raskolnikov ona kömək edəcəyini vəd edir və səhərisi gün royalı da, vannanı da yük maşınına qoyub Rəştə göndərirlər. Xırda detaldır, ancaq diqqətəlayiqdir: Qarışıq dövrlərdə də insan məişəti və xərclədiyi pulu qoruyub saxlamağa meyllidir. Atəşkəs müddəti hələ bitməmiş general Çempeyndən teleqram gəlir: Teleqraf xətləri zədələndiyiindən o, Bağdadla əlaqə qura bilmir, ancaq ser Koksun razılığını almadan da onlar Ənzəlini bolşeviklərə təhvil verməyə razıdırlar. Bircə şərtləri var: qoşun hissələri şəhəri əllərində silahla tərk etmək istəyir. Texniki məsələləri nizama salmaq üçün isə general sahilə danışıqlar üçün nümayəndə göndərməyi rica edir. Bolşeviklərin planlarına ingilis qoşunları ilə müharibə daxil olmadığından, Raskolnikov razılaşır. Bununla da əməliyyatın məqsədinə nail olunur: İngilislər Rəşti tərk edirlər, denikinçilərin sahib çıxdığı gəmilər isə Sovet Azərbaycanına qaytarılır. Danışıqlar üçün sahilə İvan Kojanov göndərilir. Çempeynlə müzakirələr zamanı məlum olur ki, ağqvardiyaçılar gəmilərdəki bütün ağır silahların qıfıllarını çıxarıblar. Kojanov qıfılların qaytarılması tələb edir, general razılaşır və həqiqətən də bir neçə gündən sonra Ənzəliyə ingilislərin yük maşını gəlir və silahların qıfıllarını bolşeviklərə təhvil verir. Səhərisi gün ingilislər Ənzəlidən çıxıb gedirlər. General Çempeyn şəhəri 6 yerlik avtomobildə, zabitlər köhnə “ford”larda, qurkxlar piyada, ya da eşşəklərdə tərk edirlər, denikinçilər isə qayıqlarda qaçırlar. Xəzər donanmasının və Sovet dövlətinin ixtiyarına 10-larla döyüş və köməkçi gəmiləri, çoxlu silah, 10 minlərlə ton yanacaq keçir. Gəmilərin böyük hissəsi Bakıya dönür, reyddə isə daimi olaraq 1 eskadra mina gəmisi, köməkçi kreyser, sahil keşikçi gəmisi və “Manya” üzən zenit batareyası saxlanılır. Təbii ki, Tehran rəhbərliyi baş verənlərdən qətiyyən məmnun qalmır və Moskvaya, Xalq Komissarları Sovetinə etiraz yollayır. Cavabında Moskva bildirir ki, Raskolnikov və Kojanovun ekspedisiyasının onlara heç bir aidiyyatı yoxdur. Oxşar cavabı Xarici işlər naziri Georgi Çiçerin İngiltərə hökuməti üçün də təkrarlayır. Ənzəlidə nəzarət Sovet hərbçilərinin əlinə keçir, bir az sonra isə şəhərə üsyançıların rəhbəri Mirzə Küçük xan təşrif gətirir. Raskolnikov onun barəsində yazır: “Küçük xan ingilislərin qənimi idi. Yarıquldur, yarıinqilabçı, Persiyanın milli azadlığının tərəfdarı olan bu şəxs ingilis tacir və zabitlərini qorxu içində saxlayır, Qəzvinlə Tehran arasındakı dağ aşırımında cəsarətlə avtomobillərə hücum çəkib ingilis “ford”larını qayadan aşağı uçururdu. Eynilə əfsanəvi Robin Qud kimi, Küçük xan da varlıların sərvətini alıb kasıblara paylayırdı. Eynilə Robin Qud kimi, o da ələkeçməz idi. Kəndlilər onu yedizdirir, içizdirir, gizlədirdi... İndi də Ənzəli onun gəlişinin həyəcanını yaşayırdı. Küçük xan bir neçə il Ənzəlidə olmamışdı...” Kojanov isə Mirzə Küçük xanın gəlişi ilə bağlı Moskvaya yazırdı: “Mayın 23-ü səhər Küçük xan Ənzəliyə gəldi. Söhbət zamanı aydınlaşdı ki, o, Sovet şüarları ilə Persiyada inqilabi hərəkatı başlatmaq istəyir və bunun üçün Persiyada Sovet hökumətinin yaranmasını zəruri sayır. Əhali Küçük xanı təntənə ilə qarşıladı. Hamı dəyişiklik gözləyir. Düşünürəm ki, inqilabi hərəkatın başlanmasının qarşısını saxlamaq olmayacaq”. Və bu da Raskolnikovun təsviri: “Əvvəlcə gündən qaralmış, zil qara saçlı, tüfəng, tapança və xəncərlərlə silahlanmış bir dəstə kürd göründü. Bu, Küçük xanın şəxsi mühafizəsi idi. Onların ardından Küçük xanın özü gəldi. Hündürboy, dik qamətli, gözəl, düzgün üz cizgiləri olan bu şəxs camaatın önündən keçərək onlarla başı ilə salamlaşırdı...” Bununla əlaqədar Raskolnikovun desant dəstəsi ləğv olunur və onun üzvləri könüllülər qismində iyunun 6-da Rəşt şəhərinə göndərilir. Üstəlik, Kojanov və dəstənin komissarı Abukov Persiya vətəndaşlığını qəbul edir. Ancaq Rəştə yürüş xoşagəlməz insidentlə başlayır: Persiya Qızıl Ordusuna kömək üçün gəlmiş 7-ci Şirvan alayının hərbçiləri 5 minlik Persiya qoşunu ilə qarşılaşaraq döyüşü uduzur, 150 nəfər həlak olur və itkin düşür, alay isə Astaraya qayıdır. Üstəlik, üsyançılar arasında şəxsi ambisiyaların savaşı başlayır. Münaqişənin bir tərəfində Mirzə Küçük xan və əhatəsi, digər tərəfdə isə Ənzəliyə Bakıdan Sovet nəqliyyatı ilə gəlmiş İran Kommunist partiyasının rəhbərləri idilər. Sultanzadə və Persiya Qızıl Ordusuna “Şapur” ləqəbi ilə başçılıq edən keçmiş general Karqaleteli başda olmaqla kommunistlər inqilabı tez və sürətlə reallaşdırmağa çağırır, Küçük xanı isə general Kornilov, yaxud Kerenski ilə müqayisə edirdilər. Vəziyyət Raskolnikovun Persiyaya dönüşündən sonra daha da kəskinləşir - Raskolnikov həmişə Küçük xana hörmətlə yanaşılmasını xahiş edirdi, iyulda isə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin yeni yaranmış İran bürosunun Bakıda keçirilən konfransında çıxışında Budu Mdivani söyləyir: “Əgər Küçük iri inqilabi fiqura çevrilməzsə, onu aradan götürmək lazım gələcək və bu, yəqin ki tezliklə baş verəcək”. Küçük xan da öz növbəsində Moskvaya, birbaşa Vladimir İliç Leninə böyük həcmli məktub göndərərək yerli kommunistlər haqda mənfi ifadələr işlədir. O, məktubunda bir çox təkliflər sırasında həm də Sovet Azərbaycanının Persiyanın işinə qarışmamasını, Abukovun geri çağırılmasını və onun Sovet Persiyanın ehtiyaclarına həssaslıqla yanaşan Kojanovla əvəzlənməsini xahiş edir. İyunun əvvəlində Rəşti ələ keçirən Küçük xan orada Gilan Sovet Respublikasını elan edir, Xalq Komissarları Soveti və İnqilabi Hərbi Komitə təsis olunur. İndi də Küçük xan Tehrana hücuma hazırlaşır... Ancaq iyulun 31-nə keçən gecə Rəştdə çevriliş baş verir, Persiya Sovet Respublikasının hökumətində olan Küçük xan tərəfdarları oradan uzaqlaşdırılır, hakimiyyət isə formal olaraq onun keçmiş tərəfdarlarından birinə - radikal Sol mövqeli Ehsanulla xana tapşırılır. Bu hadisə Rəşt şəhərinə Qızıl Ordunun 800 hərbçisinin gəlişindən bir az sonra baş verir. Raskolnikov kitabında yazır: “Sonralar Mirzə Küçük xan inqilaba xəyanət etdi, ancaq Persiya şahına qarşı mübarizəsini davam etdirir. Bir şaxtalı qış gecəsində dağ yüksəkliyində çovğuna düşür. Hökumət qoşunları onun donmuş cəsədinə rast gəlirlər. Onlar Küçük xanın başını kəsir və qənimət kimi şaha çatdırırlar...” Bu hadisə 1921-ci il, yanvarın 28-də baş verir... Həmçinin bax Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=355496
Ənənə
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. Adət-ənənə anlayışının məzmunu Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır. Xüsusilə Avropada maarifçilik dövrü sonunda inkişaf edən Tarix anlayışı və Tarixiçilik perspektivi keçmişə bağlı (və günümüzdəki də) hər düşüncə, anlayış və rəftarın qaynağını digər dövrlərdə axtarmaq istiqamətində bir meylin inkişafına gətirib çıxarmışdır. Adət-ənənələr mədəniyyətin mühüm aspektidir. Adət geniş qəbul edilmiş bir məhfumdur, ənənə isə davranış tərzidir və müəyyən bir cəmiyyətə, məkana və s. aid ünsürləri davam etdirməkdir. Ənənələr ardıcıl olaraq nəsillərə ötürülür. Adətlər zaman keçdikcə dəyişərək nəsildən-nəslə ötürülən ənənələrə çevrilirlər. Dünyanın bütün mədəniyyətləri və cəmiyyətləri uzun müddət inkişaf edən özünəməxsus adət və ənənələrə malikdir. Hər bir cəmiyyət öz xalqı arasında əmin-amanlığı və asayişi qoruyub saxlamaq, həmçinin cəmiyyət üzvləri arasında qarşılıqlı əlaqə üçün yollar hazırlayır. İkincisi isə ənənənin özünün təşkil etdiyi zəngin və müqəddəs dəyərlər ehtiva edən köklü tərəfidir ki, bu mənada ənənə birincidən fərqli olaraq həm fenomenolojik, həm də ilahi bir istiqamət daşıyar. Bu ənənənin sosioloji və bəşəri mənasından çox daha fərqlidir. Üçüncüsü isə ənənənin postmodernist yanaşmalarla qaynaqlanan funksional istiqamətidir. Bəhs edilən istiqamət ənənənin sənət və ədəbiyyatdan təsirlənən tərəfidir. Adət-ənənənin xüsusiyyətləri Adət və ənənənin nə olduğunu başa düşmək üçün onun əsas xüsusiyyətlərinə nəzər salmaq lazımdır: • mənəvi-əxlaqi dəyərlərdən fərqli olaraq, adət-ənənə ictimai şüurda avtomatik olaraq daha dərin kök salır • kortəbii şəkildə ortaya çıxır • çoxsaylı təkrarlanmalar nəticəsində inkişaf edir • münasibətlərin konkret modelini təqdim edir • cəmiyyətin vərdişləri və rəyi ilə təmin olunur • geniş təsir dairəsinə malikdir. (əraziyə görə) Adət və ənənənin fərqi • Ənənələr və adət-ənənələr müəyyən bir müddət ərzində inkişaf etmiş inanc və təcrübələrdir. • Ənənə nəsildən-nəslə ötürülən və bir cəmiyyətin və ya mədəniyyətin əksər insanları tərəfindən riaət edilən bir təcrübədir, halbuki adət qısa ömürlü ola bilər və hətta ailə və ya fərdi səviyyədə müşahidə oluna bilər. • Həmçinin, bütün adət-ənənələr adət-ənənə kimi təsnif olunsa da, bütün adətlər adət-ənənəyə aid edilə bilməz. Adət sözünün dəqiq bir tərifi yoxdur, lakin, ənənə əlbəttə ki, nəsillər boyu keçən bir inanc və ya təcrübədir. Ezoterizmdə ənənə Ezoterizm sahəsində ənənə, “keçmişdə müxtəlif vasitələr və təmaslar vasitəsilə şifahi və yazılı formada bəşəriyyətə verilmiş və bu günə qədər dini, ezoterik, okkultoloji, mifoloji, folklor (nağıllar, rəqs və s.) formaları”. Ezoterizmdə ənənə, adət-ənənələr və ya mifologiya ilə sinonim hesab edilmir, lakin onlarda olan dərin bilikləri ehtiva edir.Termini bu mənada istifadə edən yazıçılardan ən tanınmışı ezoterizm haqqında bir çox əsəri olan Rene Guenondur. O, ənənəçiliyin öndərlərindən biri olaraq qəbul edilir. Abdullayev O. Sosial fəallıq və yeni adət-ənənələr. Bakı, Azərnəşr, 1987. Məmmədov Ə. Milli adət və ənənələr. Bakı, “Mars Print” nəşriyyatı, 2000.
https://az.wikipedia.org/w/index.php?curid=768525
Ənənəvi Myanma təqvimi
Myanma təqvimi (မြန်မာသက္ကရာဇ်) və ya Ənənəvi Myanma təqvimi — Myanmada istifadə edilən ənənəvi bir günəş təqvimidir. Myanma təqvimi Myanma xaricində Kambocada, Laosda da istifadə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=504597
Ənənəvi din
Ənənəvi din — əsasən post sovet ölkələrində işlədilən ifadədir. Ənənəvi hesab olunan dinlər: Xristianlıq
https://az.wikipedia.org/w/index.php?curid=77456
Ənənəvi dinlər
Ənənəvi din — əsasən post sovet ölkələrində işlədilən ifadədir. Ənənəvi hesab olunan dinlər: Xristianlıq
https://az.wikipedia.org/w/index.php?curid=77457
Ənənəvi satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir.Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər. Ellis, Bill, Raising the Devil: Satanism, New Religions and the Media (Lexington: University Press of Kentucky, 2000). Hertenştayn, Mayk; Con Trott, Selling Satan: The Evangelical Media and the Mike Warnke Scandal (Chicago: Cornerstone, 1993). Brann, Seh; Think you're the only one? (Barnes & Noble Books 2004) Meduey, Geret C.; The Lure of the Sinister: The Unnatural History of Satanism (New York and London: New York University Press, 2001). Mişelet, Culs, Satanism and Witchcraft: A Study in Medieval Superstition (English translation of 1862 French work). Palermo, Corc B.; Mişel C. Del Re: Satanism: Psychiatric and Legal Views (American Series in Behavioral Science and Law) . Charles C Thomas Pub Ltd (November 1999) Payk, Albert, Morals and Dogma of the Ancient and Accepted Scottish Rite of Freemasonry (1871) Riçardson, Ceyms T.; Coel Best; Devid Brumli, The Satanism Scare (New York: Aldine de Gruyter, 1991). Vera, Diana, Theistic Satanism: The new Satanisms of the era of the Internet Karlsson, Tomas. Qabalah, Qliphoth and Goetic Magic. February 2008. ISBN 0-9721820-1-2. Ford, Maykl. Luciferian Witchcraft. March 2005. ISBN 1-4116-2638-9. Baddeley, Gavin; Lucifer Rising, A Book of Sin, Devil Worship and Rock 'n' Roll (Plexus Publishing, November 1999) Uebb, Don. Uncle Setnakt's Essential Guide to the Left Hand Path. March 1999. ISBN 1-885972-10-5. Zaxariya, Gerhard. The Satanic Cult. 1980. ISBN 0-04-133008-0. Translated from the German Satanskult und Schwarze Messe by Christine Trollope. Xarici keçidlər "Articles and essays about theistic Satanism". Archived from the original on 2006-06-17. İstifadə tarixi: 2019-07-12. — about.com saytında. (ing.) "Theistic Satanism and Left Hand Path oriented links". — www.theisticsatanism.com saytında. (ing.) DMOZ-da Satanism Organizations
https://az.wikipedia.org/w/index.php?curid=596138
Ənənəvi Çin heroqrifləri
Ənənəvi Çin yazısı (Çincə: 繁体字; pinyin: fántǐ zì), Çin yazısının qədim dövrlərdən bəri Çində istifadə edilən bir növüdür. Ənənəvi Çin yazısı, 1960-cı illərdə Materik Çinində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır, ancaq gündəlik həyatda daxil olmaqla bir çox sahələrdə istifadə edilir. Hong Kong, Makao və Tayvanda isə Ənənəvi Çin yazısı hələ də rəsmi olaraq istifadə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=600791
Ənənəvi Çin yazısı
Ənənəvi Çin yazısı (Çincə: 繁体字; pinyin: fántǐ zì), Çin yazısının qədim dövrlərdən bəri Çində istifadə edilən bir növüdür. Ənənəvi Çin yazısı, 1960-cı illərdə Materik Çinində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır, ancaq gündəlik həyatda daxil olmaqla bir çox sahələrdə istifadə edilir. Hong Kong, Makao və Tayvanda isə Ənənəvi Çin yazısı hələ də rəsmi olaraq istifadə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=600806
Ənənəvi Çincə
Ənənəvi Çin yazısı (Çincə: 繁体字; pinyin: fántǐ zì), Çin yazısının qədim dövrlərdən bəri Çində istifadə edilən bir növüdür. Ənənəvi Çin yazısı, 1960-cı illərdə Materik Çinində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır, ancaq gündəlik həyatda daxil olmaqla bir çox sahələrdə istifadə edilir. Hong Kong, Makao və Tayvanda isə Ənənəvi Çin yazısı hələ də rəsmi olaraq istifadə edilir.
https://az.wikipedia.org/w/index.php?curid=603020
Ənəs bin Nadr
Ənəs bin Nadr (ərəb. ﺍﻧﺲ ﺑﻦ ﻧﻀﺮ; Mədinə – Mədinə) — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Bənu Adi ibn Nəccar qəbiləsindəndir və Ənəs ibn Malikin əmisidir. Uhud döyüşündə şəhid olmuşdur. İslam inancına görə onun şərəfli ölüm dərəcəsi sayılan şəhadət dərəcəsinə malik olması qəbul edilir. Quranda Əhzab surəsi 23-cü ayə Ənəs bin Nadr haqqında nazil olmuşdur. “Möminlər içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər”. Onun bədənində səksəndən çox olduğu yara olduğu görülmüşdür. Bu səbəbdən də Ənəsin bacısı Rübeyyi onu çətinliklə tanımışdır.
https://az.wikipedia.org/w/index.php?curid=737461
Ənəs ibn Malik
Ənəs ibn Malik (ərəb. أنس بن مالك) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Taifdəki sakif tayfasının başçısı. Mədinə qəbiləsindən olan Xəzrəcdəndir. Tanınmış hədis ravisidir. Bioqrafiyası Ənəsin anası Ümmü Süleym İslamı erkən qəbul edir. Bu səbəbdən əri ilə münaqişəsi yaranır və əri onu inancından döndərməyə cəhd göstərir. Əri Suriyaya gedir və bir müddət sonra orada dünyasını dəyişir. Ərinin vəfatından sonra Ümmü Süleym Təlhə ibn Ubeydullah ilə evlənir. Məhəmməd peyğəmbərin Mədinəyə hicrəti zamanı Ənəs ibn Malikin cəmi 10 yaşı var idi. Ümmü Saleym oğlunu Peyğəmbərin hüzuruna gətirərək və Ənəsi ona xidmətçi olaraq təklif edir. Peyğəmbərin xidmətçiyə ehtiyacı olmamasına baxmayaraq, onun imtinası ilə Ümmü Süleymanı incitmək istəmir. Peyğəmbər Ənəsi evinə qəbul edir və onunla oğlu kimi davranır. Məhəmməd peyğəmbərə xidmət edən Ənəs onun bütün əmrlərini diqqətlə yerinə yetirir və ondan dinin əsaslarını öyrənir. Ənəs çox gənc olduğu üçün müsəlmanların ilk döyüşlərində birbaşa iştirak etməmişdir. Bədr döyüşündə müsəlman döyüşçülərə xidmət etmişdir. Yetkinlik yaşına çatdıqdan sonra Xeybər və Hüneyn döyüşlərində iştirak etmişdir. Bundan əlavə, o, Məkkənin fəthi və Taif şəhərinin mühasirəsində də iştirak edir. Saleh xəlifə Əbu Bəkrin dövründə Ənəs Bəhreyn sakinlərindən vergi (zəkat) toplamaq üçün göndərilir. Xəlifənin vəfatından sonra Mədinəyə qayıtır. Xəlifə Ömərin dövründə Ənəs müsəlman hüququnun problemləri ilə məşğul olmağa başlayır və ölümünə qədər bu işi tərk etmir. Bir müddət sonra Ənəs ibn Malik Bəsrəyə köçür və burada şəhər sakinlərinə İslam inancının və hüququnun əsaslarını öyrədir. O, farslarla fəth müharibələrində iştirak etmiş, Tuştər şəhərini ələ keçirən müsəlman qoşunlarının tərkibində olmuşdur. Üçüncü xəlifə Osmanın dövründə Ənəs müəllimlik fəaliyyətini Bəsrədə davam etdirdi. İlk fitnə zamanı o, heç bir tərəfi dəstəkləmir. Ənəs ibn Malik cəmiyyətdəki zülm və ədalətsizliyə heç vaxt dözməmiş və Əməvilərin İraq valisi əl-Həccacın zülmünə açıq şəkildə qarşı çıxmaqdan çəkinməmişdir. Ənəs ibn Malikin şagirdləri arasında Həsən əl-Bəsri, Süleyman Təmri, Qatadə ibn Diam, Məhəmməd ibn Sirin, Səid ibn Cübeyr və başqaları kimi məşhur tabiinlər var idi. 709 ilə 712-ci il aralığında Bəsrədə vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=735236
Ənəviz
Ənəviz (fars. اناويز) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (61 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=753590
Əpsələm (Uçalı)
Coğrafi yerləşməsi rayon mərkəzindən (Uçalı): 58 km, kənd sovetliyindən (Abzak): 10 km. ən yaxın dəmiryol stansiyasından (Şartım stansiyası): 26 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=561421
Əptek (İşembay)
Coğrafi yerləşməsi rayon mərkəzindən (İşembay): 23 km, kənd sovetliyindən (Səlix): 5 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 50 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=563033
Əqan (Culfa)
Əqan (fars. اعقان) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (5 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=619074
Əqd
Əqd — mülki hüquq elminə görə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına yönələn birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradənin ifadəsi.Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; əqd hüquqauyğun hərəkətdir; əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir.Əqd fiziki və hüquqi şəxslərin mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir, qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ qazanır. Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qonşuya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir.
https://az.wikipedia.org/w/index.php?curid=412368
Əqda
Əqda - İranın Yəzd ostanının Ərdəkan şəhristanının Əqda bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,583 nəfər və 432 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=288181
Əqidə
Əqidə — insanın şəxsi müşahidə və düşüncələrinin köməyilə cisim və hadisələrin mahiyyətini müstəqil surətdə dərindən anlamaqla əldə etdiyi biliklərdən təcrübədə istifadə etməsi nəticəsində formalaşır və bu zaman insanın hiss və düşüncələri üzvi surətdə birləşib, şəxsiyyətin davranış və rəftarında daxili müəyyənlik yaradılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=84778
Əqidə Manizadə
Əqidə Manizadə — ABŞ-nin Vircinya ştatında yaşayan azərbaycanlı alim, Radford Universitetinin riyaziyyat və statistika fakültəsinin professoru, Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti, "Görkəmli professor" fəxri adının təltifçisi. Əqidə Manizadə 1992-ci ildə Bakı şəhəri 164 nömrəli orta məktəbi qızıl medalla, 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə isə Vilyam və Meri kollecində magistratura təhsilini tamamlayıb, 2006-cı ildə isə Virciniya Unversitetində doktor və alimlik dərəcəsini müdafiə edib. Əqidə Manizadə 2009-cu ildən indiyə kimi ABŞ-nin Radford Universitetində bakalavr və magistr pilləsində dərs deyir, elmi fəaliyyətlə məşğuldur.Virciniya Təhsil Nazirliyinin dəstəyi ilə Riyaziyyat Müəllimlərinin Təkmilləşdirmə Mərkəzinin yaradıcısı kimi NASA alimləri və universitet professorları ilə Radford Universitetində NASA-2 İnstitutu yaradaraq, bir çox böyük layihələrin reallaşdırılmasında birbaşa iştirak edib. "Virginia Mathematics Teacher" jurnalının baş redaktoru vəzifəsini icra edir. Rəhbərliyi altında dərc olunan jurnal 2018-ci ildə Riyaziyyat Müəllimləri Milli Şurası tərəfindən ölkənin ən yaxşı jurnalı mükafatına layiq görülüb.2021-ci ildə Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilərək, ştat üzrə bütün dövlət və özəl universitetlərinin professor heyəti üçün ali mükafatı qazanıb. 35 elmi məqalənin müəllifidir.Əqidə Manizadə 75-dən çox elmi konfransda riyaziyyat elminə dair məruzələrlə çıxışlar edib və bir sıra böyük layihələrin icraçısıdır. Mükafatları "Görkəmli professor" fəxri adı təltif edilib Radford Universitetində professor təqaüdü (2013) Radford Universitetinin "Milyonçuları dairəsi" mükafatı (2014) "Əməkdar Yaradıcı-Tədqiqatçı" mükafatı (2017) "Dalton Görkəmli Alim" mükafatı (2019)
https://az.wikipedia.org/w/index.php?curid=717430
Əqidə Ələkbərova
Ələkbərova Əqidə Məmməd qızı — sənətşünaslıq elmləri namizədi (1994), Azərbaycanın əməkdar incəsənət xadimi (1999), dosent (2001) Əqidə Ələkbərova 1955-ci il aprelin 25-də anadan olub. Köçəri yallısı. Etnomusiqi təhlili. AEA-nın Fizika İnstitutu. B., 1995 Yallıların musiqi yozumu. "Elm və həyat" jurnalı, №12, 1995 "Kitabi - Dədə Qorqud"un musiqi yozumuna dair. "Elmi əsərlər" e/m toplusu /xüsusi buraxılış/ Nax.DU, "Qeyrət", №2, 1998 Ərtoğrul Cavid –Azərbaycanın elm xadimidir. "Elmi əsərlər", Nax.DU, "Qeyrət", №4, 1999 Yallı sənəti və onun Gəmiqaya rəsmləri ilə bağlılığı. "Qobustan" jurnalı, №2, 1999 Heydər Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafında rolu. "Elmi əsərlər", Nax.DU, "Qeyrət", №7, 2000 Filmoqrafiya
https://az.wikipedia.org/w/index.php?curid=62493
Əqil Etimadi
Əqil Etimadi (23 aprel 1987, Tehran, İran) — Azərbaycan əsilli Niderland futbolçusu, qapıçısı. Etimadi 2011-ci ilin dekabr ayından Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Niderlandın Herenven II, Herenven, Emmen, Vindam və Qroningen klublarında ikinci, üçüncü və birinci qapıçı olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=268068
Əqil Kövsəri Ərdəbili
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. Həyatı və yaradıcılığı Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir.Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir. İstinadlar və Qeydlər Q. Beqdeli – Şərq Ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970 R. Azadə - Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XIII əsrlər) Bakı, Elm, 1975
https://az.wikipedia.org/w/index.php?curid=370967
Əqil Mehdiyev
Əqil Mehdiyev (20 iyul 1920, Nehrəm – 21 avqust 2011, Bakı) — Naxçıvan MR Səhiyyə Naziri (1995–2004), Naxçıvan MSSR və Azərbaycan SSR əməkdar həkimi. Mehdiyev Əqil Səftər oğlu 20 iyul 1920-ci ildə indiki Babək rayon Nehrəm kəndində anadan olub. 1939-cu ildə Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olub,Böyük Vətən müharibəsinin (1941–1945) başlanması iıə əlaqədar təhsili yarımçıq qoyub müharibəyə yollanmışdır. 1943–1952-ci illərdə Nehrəm kənd məktəbində müəllim və direktor işləmişdir. 1959-cu ildə Tibb İnstitutunu bitirdikdən sonra Babək rayon Qahab və Nehrəm kənd xəstəxanalarında baş həkim 1973–1984; 1993–1995-ci illərdə N.Nərimanov adına Respublika xəstəxanasının baş həkim, 1995–2004-cü illər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri vəzifəsində işləmişdir. Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkşafında böyük xidmətləri olmuşdur. Bu dövrdə kənd xəstəxanaları, doğum mərkəzi tikilib istifadəyə verilmiş, Naxçıvan Respublika xəstəxanasında naftalanla müalicə şöbəsi və cərrahiyə mərkəzi yaradılmışdır. Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (1-ci çağırış) deputatı seçilmişdir.1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ağsaqqalar şurasının sədri seçilmişdir. Əqil Mehdiyevin Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərinə görə 1973-cü ildə Səhiyyə əlaçısı,1974-cü ildə MSSR-nın, 1981-ci ildə isə Azərbaycan SSR əməkdar həkimi fəxri adlarına, "Şöhrət", "İstiqlal" ordenləri və medallarla təltif olunmuşdur. Cəlil Vəzirov Əqil Mehdiyevin həyat yolundan bəhs edən "Pəncərəmi açdım sabaha" adlı kitab yazmışdır. Əqil Mehdiyev 21 avqust 2011-ci ildə rəhmətə gedib və Bakı şəhərində dəfn edilib.
https://az.wikipedia.org/w/index.php?curid=669609
Əqil bin Əbi Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi. Xarici keçidlər Arxivləşdirilib 2012-07-16 at the Wayback Machine Arxivləşdirilib 2011-07-13 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=808359
Əqil ibn Əbu Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi. Xarici keçidlər Arxivləşdirilib 2012-07-16 at the Wayback Machine Arxivləşdirilib 2011-07-13 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=334409
Əqiq
Əqiq – SiO2 — Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Xalsedonun zolaqları və təbəqəcikləri müxtəlif rəngdə olan, konsentrik-zonal və zolaqlı növ müxtəlifliyidir. Çox vaxt əqiqin quruluşunda xalsedonla yanaşı silisium oksidi ailəsinin digər mineralları, habelə müxtəlif karbonatlar və seolitlər, hötit, seladonit və s. iştirak edir. Rəngi: müxtəlif çalarlı boz, tutqun-ağ, yaşıl, çəhrayı, göy, qara. Əqiqlər (Ə) təkcə rəng müxtəlifliyinə görə deyil, həm də aqreqatlarının morfologiyasına və dekorativ xüsusiyyətlərinə, şəffaflıq dərəcəsinə, başqa mineral möhtəvilərinin xarakterinə görə də fərqlənirlər. Göstərilən xüsusiyyətlərin müxtəlif tərkibdə uzlaşması əqiqin bir sıra növ müxtəlifliklərinin əmələ gəlməsinə səbəb olur: rənginə görə – oniks (paralel təbəqəli), farforovik (tutqun-ağ), əlvan rəngli, muar tipli, alovlu, göy və s.; aqreqatlarının formasına görə– jeodalar, badamcıq- və salxımvarı, ulduz- və boru şəkilli Ə və b.; şəklinə görə – qala (bürc) şəkilli, brekçiyalaşmış, nöqtəli, landşaft tipli, gözlüklü Ə; başqa mineral möhtəvilərinin formasına görə – dendritli, mamırlı, oolitli Ə və s. Tez-tez əqiqin başqa mineralların, əsasən, kalsit və anhidritin konkresiyaları üzrə, həmçinin müxtəlif üzvi qalıqlar – ağaclar (ağac və ya oduncaq Ə), mərcanlar (mərcan Ə), mollüskalar (şelf-əqiq) üzrə psevdomorfozlarına rast gəlinir. Arizonada (ABŞ) bütün dünyada məşhur olan Daşlaşmış meşə və Monqolustanda Qobi səhrasının cənubunda Ulugey-Xid ətrafında silisium oksidinin (xalsedon, o cümlədən əqiq və b.) ağaclar üzrə psevdomorfozaları geniş sahələrdə kütləvi şəkildə təzahür etmişdir. Bunlar vulkan fəaliyyəti ilə əlaqədar olaraq yaranmışdır. Enhidros əqiqin, yaxud xalsedonun badamcıqları və ya jeodaları qismən maye ilə dolmuş növ müxtəlifliyidir. Mənşəyi və yayılması Badamcıq, jeoda və damarcıq şəklində effuziv süxurlar, adətən, bazaltlar, nisbətən az andezitlər, bəzən riolitlər içərisində yerləşən mühüm əqiq kütlələri vulkanik proseslərin gec etaplarında əmələ gəlir. Əqiqə aşağı temperaturlu hidrotermal damarlarda və çökmə (əsasən karbonat və gilli-karbonat) süxurlarda nisbətən az rast gəlinir. Onun sənaye əhəmiyyətli bir çox iri yığınları səpintilərlə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: xalsedon, kvars, kvartsin, opal, kalsit, araqonit, dolomit, siderit, barit, anhidrit, qlaukonit, seladonit, seolitlər, pirolüzit, bəzən flüorit və b. Mineralın tapıldığı yerlər: Uruqvay; Braziliya; Dekan yaylası (Hindistan); Monqolustan; Kamçatkada Tevi burnu, Timan tirəsi (Rusiya); Axalsix rayonu (Gürcüstan); İdar-Oberşteyn (Almaniya); Arizona ştatında Daşlaşmış meşə (ABŞ) və b. Azərbaycanda əqiqin əsasən Kiçik Qafqazın şimal-şərq dağətəyi hissəsində yerləşən 20-dən artıq yataq və təzahürü məlumdur. Əqiq yataqları Göy-Göl (Hacıkənd, Todan, Yasamal), Gədəbəy (Morul), Qazax (Yaradullu), Qubadlı (Eyvazlı) rayonlarında yerləşir. Göstərilən rayonlardan əlavə bir sıra əqiq təzahürləri Şəmkir, Cəbrayıl rayonlarında və Dağlıq Qarabağda (Domu, Böyük Tağlar, Çıldıran) da məlumdur. Əqiq həmçinin Laçın, Kəlbəcər rayonlarında və bəzi digər məntəqələrdə də aşkar edilmişdir. Dəqiq cihazqayırmada və laboratoriya həvəngdəstələrinin hazırlanmasında geniş istifadə edilir. Zərgərlikdə və dekorativ-tətbiqi incəsənət sahəsində də istifadə olunur. Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004. Xarici keçidlər THE GEMSTONE AGATE
https://az.wikipedia.org/w/index.php?curid=440575
Əqli gerilik
Əqli gerilik (kəmağıllıq, oliqofreniya) — anadangəlmə və ya inkişaf dövründə qazanılmış, beyin patologiyası nəticəsində yaranan və sosial uyğunsuzluğa səbəb olan intellektin pozulması ilə özünü göstərən psixikanın ləngiməsi və ya natamam inkişafı. O, ilk növbədə ağılla, həm də emosiyalar, iradə, nitq və motorika bacarıqları ilə əlaqədar olaraq özünü göstərir. "Əqli gerilik" termini alman psixiatr Emil Krepelin tərəfindən təklif edilmişdir. Bir çox cəhətdən o, müasir əqli gerilik anlayışı ilə sinonimdir. Eyni zamanda, sonuncu anlayış bir qədər daha genişdir, çünki o, yalnız üzvi patologiyanın səbəb olduğu zehni geriliyi deyil, məsələn, sosial və pedaqoji laqeydliyi də əhatə edir və ilk növbədə intellektual inkişaf və sosial uyğunsuzluq dərəcəsinin müəyyən edilməsi əsasında diaqnoz qoyulur. Əqli gerilik demensiyanın nəticəsi kimi qazanılmış intellektual qüsurdan fərqlənir (lat. “eniş, tənəzzül, aşağı hərəkət” + kişi “ağıl, ağıl”). Qazanılmış intellekt qüsuru, inkişafı başa çatdıqdan sonra zəkanın normal (yaşa uyğun) səviyyədən aşağı düşməsidir və zehni geriləmə ilə yetkin insanın inkişafındakı zəka heç vaxt normal səviyyəyə çatmır. Əqli əlillik dərəcəsi standartlaşdırılmış psixometrik testlərə əsasən intellektual əmsalla kəmiyyətcə qiymətləndirilir. Bəzi alimlər zehni geriliyi “...müstəqil sosial uyğunlaşma qabiliyyəti olmayan fərd” kimi müəyyən edirlər.
https://az.wikipedia.org/w/index.php?curid=729651
Əqli keyfiyyət
Əqli keyfiyyət – şəxsiyyətin idrak obyektinə, məsələlərin həllinə yanaşma tərzini xarakterizə edən, nisbətən davamlı və mühüm xüsusiyyəti. Hər şəxsin fikri fəaliyyəti həm alınan nəticə, həm də məsələni həlletmə üsulunun səmərəliliyi ilə müəyyən edilir və ağılın keyfiyyəti, yaxud əqli keyfiyyətdə fərdi fərqlər adlanır. Əqli keyfiyyətə əqlin genişliyi, dərinliyi, çevikliyi, təfəkkürün müstəqilliyi və s. daxildir. R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s. Xarici keçidlər Intelligence quotient What is IQ? What is intelligence?
https://az.wikipedia.org/w/index.php?curid=497060
Əqli mülkiyyət
Əqli mülkiyyət – qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada vətəndaşın, yaxud hüquqi şəxsin intellektual yaradıcılığın nəticələrinə, yaxud ona bərabər tutulan məhsulların, yerinə yetirilən iş və xidmət növlərinə (firma adı, əmtəə nişanı, xidməti nişan və s.) müstəsna hüquqdur. Əqli mülkiyyət hüquqları – müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 146
https://az.wikipedia.org/w/index.php?curid=499606
Əqrəb
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır. Ümumi xarakteristika Əqrəblər orta və iri ölçülü xeliserlilər olub, adətən 5–10 sm, bəzən də 20 sm-ə qədər olurlar. Bədəninin üzəri xitinləşmiş kutikula qatı ilə örtülmüşdür. Xitin örtüyün tərkibində kalsium-korbonat vardır və ona görə də örtük çox möhkəmdir. Əqrəbin bədəni iki hissədən — baş-döş və qarıncıqdan ibarətdir. Baş—döş hissə bel tərəfdən karapaks zirehi ilə örtülmüşdür. Karapaks akron və baş-döş hissənin altı buğumunun terqitinin birləşməsindən əmələ gəlmişdir. Zireh bütövdür və bu hissədə bir cüt nisbətən iri mürəkkəb gözlər, 5 cütə qədər də kiçik gözcüklər vardır. Baş-döş hissədə stermum adlanan xitinləşmiş lövhə vardır. Baş-döş hissədə bir çox ətraflar vardır. Bu orqanlardan biri əqrəblərin aid olduğu yarımtipi səciyyələndirən xeliserin olmasıdır. Xeliser çox da iri olmayıb bir cütdür və ağız dəliyinin önündə yerləşmişdir. Xeliser üç buğumludur. Birinci buğum qısadır, qalan iki buğum isə qısqac əmələ gətirmişdir. Qısqacların biri hərəkətli, digəri isə hərəkətsizdir və daxili hissədən xitin dişciklərlə təchiz olunmuşdur. Odur ki, xeliser qidanın qoparılmasında, xırdalanmasında əsas rol oynayır. Baş-döş hissənin ikinci orqanı pedipalplar və ya çənə ayaqlarıdır. Pedipalplar bir cüt olub, yaxşı inkişaf etmişdir və qurtaracağında iri qısqacı vardır. Pedipalplar hissetmə orqanı olmaqla yanaşı, qidanın tutulmasında da iştirak edir. Əqrəbin baş-döş hissəsində dörd cüt yürüş ayaqları vardır. Yürüş ayaqları, demək olar ki, eyni tipli olub, müxtəlif ölçülü buğumların birləşməsindən əmələ gəlmişdir. Hər bir ayaq çanaq, burma, bud, baldır və pəncə adlanan hissələrdən ibarətdir. Pəncə üçbuğumludur və qurtaracağında caynaq vardır. Qarıncıq hissə 12 buğumdan və telsondan ibarətdir. Buğumlarının quruluşuna görə qarıncıq iki hissəyə — ön və arxa qarıncığa ayrılır. Ön qarıncıq enlidir, 7 buğumu vardır və mezosom adlanır. Arxa qarıncığın buğumları isə silindrşəkilli olub ensizdir, 5 buğumludur və metasom adlanır. Qarıncığın qurtaracağında şişmiş formada olan telson yerləşmişdir. Telsonda zəhər ifraz edən bir cüt vəzilər vardır. Zəhər telsonda olan neştər vasitəsilə şikarına yeridilir. Qarıncıq hissədə aydın görünən heç bir ətraf yoxdur. Bununla belə, elə orqanlar da vardır ki, onlar ətrafların şəkildəyişməsindən əmələ gəlmişdir. Bu orqanlara, xüsusilə cinsi qapaq, daraqşəkilli çıxıntı və ağciyər aiddir. Həyat tərzi Əqrəblər yırtıcı həyat tərzi keçirərək, isti ölkələrdə yayılmışdır. Gündüzlər yuvada, daşların, ağac qabıqlarının altında və s. yerlərdə gizlənərək, gecələr ova çıxırlar. Əqrəb zəhəri insanlar üçün qorxulu olmayıb, şiş əmələ gətirir və baş ağrıları verir. Azərbaycanda əqrəblər Azərbaycanda 4 növü məlumdur. Gecə yırtıcılarıdır. Daş və palçıq hasarların yarıqlarında, yaşayış evlərində, gəmirici yuvalarında, iri daşların altında məskən salır. Cücülərlə, hörümçəklərlə və çoxayaqlılarla qidalanır. Sancması insan üçün çox ağrılıdır, iri tropik Əqrəblərin sancması ölümlə nəticələnir. Əqrəblərin bir sıra növünün nəsli kəsilmək təhlükəsindədir. Azərbaycanda ən çox sarı Əqrəb (Mesobutus eupeus) növü yayılmışdır. Cütləşmə yayda, nəsilvermə isə növbəti ilin may-avqust aylarında olur; 35–70 bala verir. 4 yarımnövü əhatə edən qara əqrəb Azərbaycanda rast gəlinən ən iri əqrəbdir. Əqrəblərin zəhəri tibdə geniş istifadə edilir; bir çox bioloji proseslərin öyrənilməsi zamanı əvəz edilməz komponentdir. Meşələrdə, bataqlıqlarda, çəmənlərdə Əqrəblər olmur. Bothriuridae Qalınquyruq əqrəblər (Buthidae) Caraboctonidae Chaerilidae Diplocentridae Euscorpiidae Hadogenidae Hemiscorpiidae Heteroscorpionidae Ischnuridae Lisposomidae Microcharmidae Pseudochactidae Scorpionidae Superstitioniidae
https://az.wikipedia.org/w/index.php?curid=67577
Əqrəb (aerobatika eskadronu)
Əqrəb aerobatika komandası (pol. Grupa Akrobacyjna Skorpion) Polşa Quru Qoşunlarına məxsus aerobatika eskadronudur. 1999-cu ildə qurulmuşdur. Uçuşlar üçün 4 ədə Mi-24 helikopteri istifadə olunur. Bekutlardan başqa Mi-24 helikopterləri ilə uçun 2-ci aerobatika eskadronudur. Qrup ləğv olunmayıb amma hal-hazırda aviaşoularda iştirak etmir.
https://az.wikipedia.org/w/index.php?curid=761588
Əqrəb (astrologiya)
(lat. Scorpio) 23 oktyabr — 22 noyabr Ünsürü — su Rəmzi — əqrəb Rəngi — tünd qırmızı Himayəçi planeti — Pluton, Mars Aparıcı motivi — idarəetmə, hökmranlıq və nəzarət Rəmzi görkəmi — İnsan qəlbinin fatehi Müsbət xüsusiyyətləri — məğrur, ləyaqətli, ürəyiaçıq, xeyirxah, təmkinli və ehtiraslı, müstəqil, mübariz və dərin intuisiyalıdır, mistikaya meyillidir, amma hər hansı hadisədən baş çıxara bilir, məsuliyyətli, dözümlü, cəsarətli və rəhmdildir. Mənfi xüsusiyyətləri — xudbindir, şöhrətpərəst və hökmranlığa meyillidir, özbaşına, şıltaq, yeri gəldi-gəlmədi hər kəsdən ehtiram tələb edən, mərkəzci, amansız və qapalıdır.
https://az.wikipedia.org/w/index.php?curid=59438
Əqrəb (dəqiqləşdirmə)
Əqrəblər — hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəb (film, 1972) — "Mozalan" Satirik Kinojurnalı № 5, 3-cü süjet. Əqrəb (astrologiya) — 12 zodiak bürcündən biri. Əqrəb (bürc) — Süd Yolunda yerləşən ulduz toplusu. Əqrəb (saat) — Saat, kompas və s. öz oxu ətrafında fırlanan mil. "Əqrəb" xüsusi təyinatlı dəstə — Azərbaycan Respublikası Daxili Qoşunlarının dəstəsi Əqrəb (aerobatika eskadronu) — Polşa Quru Qoşunlarına məxsus aerobatika eskadronu Əqrəb X-1 — Aşkar edilən ilk ekstrasolyar rentgen mənbəyi
https://az.wikipedia.org/w/index.php?curid=178454
Əqrəb (hərbi birləşmə)
"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Yaradılması Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Qarabağ" ordenli mayor Ələsgər Muxtarovdur. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Xocavənd şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 6 nəfər şəhid olmuşdur. XTD Komandiri Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=699501
Əqrəb (jurnal)
"Əqrəb" — Bakıda nəşr edilmiş satirik jurnal. 8 səhifədən ibarət olan "Əqrəb" jurnalının 1923-cü ildə 6, 1924-cü ildə 2 nömrəsi çap edilmişdir. Jurnalda nəzm və nəsrlə həm satirik, həm də yumoristik yazılar, karikaturalar verilirdi. "Əqrəb" jurnalının redaktoru Həsən Rəhmanov, rəssamı Əzim Əzimzadə idi. "Əqrəb" imzalı baş məqaləsindən jurnalın bəzi əsas vəzifələri, dil, üslub xüsusiyyətləri etibarilə "Molla Nəsrəddin"dən öyrənməyə çalışdığı görünürdü. Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008. s'h.95
https://az.wikipedia.org/w/index.php?curid=371578
Əqrəb X-1
Əqrəb X-1 — Əqrəb bürcündə təxminən 9000 işıq ili məsafədə olan bir Rentgen şüalanma mənbəyidir. Əqrəb X-1 aşkar edilən ilk ekstrasolyar rentgen mənbəyidir və Günəşdən kənarda göydə rentgen şüalarının ən güclü görünən mənbəyidir. Rentgen şüalanması axını gündən-günə dəyişir və optik olaraq vizual bir ulduzla-Əqrəb V818 ilə əlaqələndirilir , 12-13 ulduz ölçüsü aralığında dəyişən bir qiymətə malikdir. Kəşfi və ilkin tədqiqatı Zəif rentgen şüalarının olması ehtimalı əvvəlcə MIT professoru Bruno Rossi və Massachusetts ştatının Cambridge şəhərində Amerika Elm və Mühəndislik İdarə heyətinin sədri Martin Annis, AS & E-nin prezidenti tərəfindən ireəli sürülmüşdür. Onun çağırışından sonra, şirkət ABŞ-nin Hava Qüvvələri ilə astronavtların peykə enməsindən əvvəl peykin səthini araşdırılması üçün müqavilə bağladı və təsadüfən qalaktik rentgen şüalarının mənbələrini aşkar etdilər. Sonradan, Əqrəb X-1, 1960-cı ildə Frank Paolini tərəfindən hazırlanmış yüksək həssas yumşaq rentgen detektorunu daşıyan Aerobee 150 meteoroloji raketini buraxan Riccardo Giacconin rəhbərlik etdiyi bir qrup tərəfindən aşkar edilmişdir. Raket traektoriyası bir qədər uzaqlaşdı, lakin hələ aydan gəlməyən zəif rentgen şüalarının əhəmiyyətli emissiyası aşkar edildi. Beləliklə, fortuitously, və ilk olaraq Frank Paolini tərəfindən göstərilən Əqrəb X-1, Günəş Sistemindən kənarda kəşf edilən ilk rentgen şüalanma mənbəyi oldu. Dedektorun açar qətnaməsi əvvəlcə Əqrəb X-1-in mövqeyini dəqiq müəyyənləşdirməyə imkan vermədi. Bu, mənbəyi Galaktik mərkəzin yaxınlığında yerləşdirilə biləcəyinə dair fikirlər gətirdi, lakin nəticədə bu Əqrəb bürcündə yerləşirdi. Əqrəb bürcündə ilk kəşfedilən rentgen mənbəyi olaraq, Əqrəb X-1 adını aldı. 1962-ci il iyunun 12-də fəaliyyətə başlayan Aerobee 150 raketi, göydə başqa bir mənbədən (Əqrəb X-1) gələn ilk rentgen şüalarını aşkar etdi. Əqrəb X-1 vizual qonşusu Əqrəb V818 ilə birlikdə kiçik kütləli qoşa rentgen mənbəyidir. Yuxarıda göstərilən məlumatda raket başlanmasının 12 iyun 1962-ci ildə olduğunu göstərdiyinə baxmayaraq, qeyd etmək lazımdır ki digər mənbələrdə bu raketin 19 iyun 1969-cu il saat 06:59:00 (UTC) atıldığı qeyd olunur.Tarixi qeyid: "Cihazlar aydan gələn rentgen şüaları müşahidə etmək cəhdi üçün nəzərdə tutulmuşdu və görünüşü dar bir şəkildə məhdudlaşdırmaq üçün collimation ilə təchiz olunmamışdır. Nəticədə, siqnal çox geniş idi və mənbənin ölçüsü və mövqeyi dəqiq bir şəkildə müəyyən edilə bilməzdi. Oxşar bir təcrübə, 1962-ci ilin oktyabrında qalaktik mərkəz üfüqün altında olduğunda və güclü mənbə mövcud olmadıqda təkrarlandı. Üçüncü cəhd 1963-cü ilin iyununda baş verdi və bu 1962-ci ilin iyununda uçuşların nəticələrini təsdiqlədi." Galaktik Mərkəz Əqrəb X-1-dən düzdoğuşu 20 ° və meyli 20 °Fəqlidir, iki rentgen mənbəyi 20 ° arc ilə ayrılır və 1962-ci ilin iyununda bu aşkarlanmamışdır .Əqrəb XR-1 J1950 RA 16h 15m Dekabr -15.2 ° da müşahidə edilmişdir. Xüsusiyyətləri. Bu rentgen şüalanmasının gücü 10 31 {\displaystyle 2,3\cdot 10^{31}} W-dır , Günəşin ümumi parlaqlığının təxminən 60,000 qatıdır. Əqrəb X-1, 18.9 saatlik period ilə, intensivliyində 1 bal gücündə müntəzəm varyasiyalar göstərir. Mənbənin optik dalğa uzunluğu da qeyrimüntəzəm olaraq dəyişir, lakin bu dəyişikliklər rentgen varyasiyaları ilə əlaqəli deyil. Əqrəb X-1 özü neytron ulduzdur, o güclü cazibə sahəsi ilə akressiya diskindən maddə cəzb edir, nəhayət bu səthə düşdükdə böyük miqdarda enerji şüalandırır. Bu ulduzlararası maddə Əqrəb X-1-in cazibə sahəsində sürətləndikcə rentgen şüaları yayılır. Əqrəb X-1 üçün ölçülmüş parlaqlıq, Eddington limitində maddə cəzb edən neytron ulduza uyğun gəlir.Bu sistem kiçik kütləli rentgen qoşa sistem kimi təsnif edilir; neytron ulduzun kütləsi təxminən 1.4 günəş kütləsi tərtibindədir, donor ulduz isə yalnız 0,42 günəş kütləsidir. İki ulduz yəqin ki, bir yerdə doğulmamışdı; son tədqiqatlar qoşa sistemlərin bir qlobal klasterin daxilində qapalı qarşılaşma ilə meydana gəldiyini göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=543047
Əqrəb mövsümü
Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. 12 seriya davam etmişdir. Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir. İstehsalçı heyət Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır. Seriya siyahısı Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır. Azər Aydəmir romanı bəyənərək 2017 və ya 2018-ci ildə yazıçı ilə əlaqə saxlayaraq roman əsasında iş çəkmək istədiyini bildirmişdir. Əvvəlcə film çəkilməsi planlaşdırılsa da, daha sonra serial çəkilməsinə qərar verilmişdir. Romanın ssenaristləşdirilməsi zamanı hekayədə xeyli dəyişikliklər edilmiş, kitabda olmayan personajlar əlavə edilmiş, kitabdakı bəzi personajlar da çıxarılmışdır. Məsələn, Kənan Orucov personajı romanda müstəqil xəfiyyə olsa da, serialda prokurorluğun müstəntiqi kimi təqdim olunmuşdur.Serialın çəkilişləri 2021-ci ilin yayında başa çatsa da, COVID-19 pandemiyası səbəbilə gec yayımlanmışdır. Ümumi büdcəsi isə 249.643 manat təşkil etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu serialın istehsalına təşkilati dəstək göstərmişdir. Azər Aydəmir ikinci mövsümün çəkilməsinin mümkünlüyünü qeyd etmişdir. Serialın açılış mahnısı DiHaj ilə İsfar Sarabskinin ifasında səslənən 2014-cü ildə təqdim olunmuş "I Break Again" mahnısıdır. Serialda həmçinin Eyyub Yaqubovun "Əzizim", L-Mirin "Qara Buludlar", Rapluvinin "Bəlkə", "Unutsan" və "Kimsən Sən" mahnılarından istifadə olunub. Serial yayımlandığı gündən etibarən sosial şəbəkə platformalarında müzakirələrə səbəb olmuş və bəyənilmişdir. Jurnalist Rəşad Məcid və kinoşünas Rəşad Qasımov serialın Azərbaycan kinosuna "yeni nəfəs" gətirdiyini bildirmişdirlər. Bəstəkar Elmir Mirzəyev serialın musiqisini bəyəndiyini ifadə etmişdir. Serialın populyarlığı C. Hidayətlinin "Əqrəb" romanının yenidən çap olunmasına səbəb olmuşdur.Serialın sonuncu seriyasındakı öpüşmə səhnəsi bəzi izləyicilər tərəfindən xoş qarşılanmayıb. Aktrisa Gülşad Baxşıyeva bu cür səhnələri qəbul etmədiyini bildirmişdir. Aktrisa Mehriban Xanlarova isə yerli izləyicilərin bu cür səhnələrə hazır olmadığı üçün belə reaksiya verdiklərini ifadə etmişdir.Serialın ssenarisinin və motivləri əsasında çəkildiyi romanın plagiat olduğu iddia edilib. Xarici keçidlər İctimai TV-də seriyaları
https://az.wikipedia.org/w/index.php?curid=783242
Əqrəb mövsümü (teleserial, 2022)
Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. 12 seriya davam etmişdir. Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir. İstehsalçı heyət Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır. Seriya siyahısı Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır. Azər Aydəmir romanı bəyənərək 2017 və ya 2018-ci ildə yazıçı ilə əlaqə saxlayaraq roman əsasında iş çəkmək istədiyini bildirmişdir. Əvvəlcə film çəkilməsi planlaşdırılsa da, daha sonra serial çəkilməsinə qərar verilmişdir. Romanın ssenaristləşdirilməsi zamanı hekayədə xeyli dəyişikliklər edilmiş, kitabda olmayan personajlar əlavə edilmiş, kitabdakı bəzi personajlar da çıxarılmışdır. Məsələn, Kənan Orucov personajı romanda müstəqil xəfiyyə olsa da, serialda prokurorluğun müstəntiqi kimi təqdim olunmuşdur.Serialın çəkilişləri 2021-ci ilin yayında başa çatsa da, COVID-19 pandemiyası səbəbilə gec yayımlanmışdır. Ümumi büdcəsi isə 249.643 manat təşkil etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu serialın istehsalına təşkilati dəstək göstərmişdir. Azər Aydəmir ikinci mövsümün çəkilməsinin mümkünlüyünü qeyd etmişdir. Serialın açılış mahnısı DiHaj ilə İsfar Sarabskinin ifasında səslənən 2014-cü ildə təqdim olunmuş "I Break Again" mahnısıdır. Serialda həmçinin Eyyub Yaqubovun "Əzizim", L-Mirin "Qara Buludlar", Rapluvinin "Bəlkə", "Unutsan" və "Kimsən Sən" mahnılarından istifadə olunub. Serial yayımlandığı gündən etibarən sosial şəbəkə platformalarında müzakirələrə səbəb olmuş və bəyənilmişdir. Jurnalist Rəşad Məcid və kinoşünas Rəşad Qasımov serialın Azərbaycan kinosuna "yeni nəfəs" gətirdiyini bildirmişdirlər. Bəstəkar Elmir Mirzəyev serialın musiqisini bəyəndiyini ifadə etmişdir. Serialın populyarlığı C. Hidayətlinin "Əqrəb" romanının yenidən çap olunmasına səbəb olmuşdur.Serialın sonuncu seriyasındakı öpüşmə səhnəsi bəzi izləyicilər tərəfindən xoş qarşılanmayıb. Aktrisa Gülşad Baxşıyeva bu cür səhnələri qəbul etmədiyini bildirmişdir. Aktrisa Mehriban Xanlarova isə yerli izləyicilərin bu cür səhnələrə hazır olmadığı üçün belə reaksiya verdiklərini ifadə etmişdir.Serialın ssenarisinin və motivləri əsasında çəkildiyi romanın plagiat olduğu iddia edilib. Xarici keçidlər İctimai TV-də seriyaları
https://az.wikipedia.org/w/index.php?curid=794666
Əqrəb mövsümü (teleserial, 2023)
Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. 12 seriya davam etmişdir. Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir. İstehsalçı heyət Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır. Seriya siyahısı Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır. Azər Aydəmir romanı bəyənərək 2017 və ya 2018-ci ildə yazıçı ilə əlaqə saxlayaraq roman əsasında iş çəkmək istədiyini bildirmişdir. Əvvəlcə film çəkilməsi planlaşdırılsa da, daha sonra serial çəkilməsinə qərar verilmişdir. Romanın ssenaristləşdirilməsi zamanı hekayədə xeyli dəyişikliklər edilmiş, kitabda olmayan personajlar əlavə edilmiş, kitabdakı bəzi personajlar da çıxarılmışdır. Məsələn, Kənan Orucov personajı romanda müstəqil xəfiyyə olsa da, serialda prokurorluğun müstəntiqi kimi təqdim olunmuşdur.Serialın çəkilişləri 2021-ci ilin yayında başa çatsa da, COVID-19 pandemiyası səbəbilə gec yayımlanmışdır. Ümumi büdcəsi isə 249.643 manat təşkil etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu serialın istehsalına təşkilati dəstək göstərmişdir. Azər Aydəmir ikinci mövsümün çəkilməsinin mümkünlüyünü qeyd etmişdir. Serialın açılış mahnısı DiHaj ilə İsfar Sarabskinin ifasında səslənən 2014-cü ildə təqdim olunmuş "I Break Again" mahnısıdır. Serialda həmçinin Eyyub Yaqubovun "Əzizim", L-Mirin "Qara Buludlar", Rapluvinin "Bəlkə", "Unutsan" və "Kimsən Sən" mahnılarından istifadə olunub. Serial yayımlandığı gündən etibarən sosial şəbəkə platformalarında müzakirələrə səbəb olmuş və bəyənilmişdir. Jurnalist Rəşad Məcid və kinoşünas Rəşad Qasımov serialın Azərbaycan kinosuna "yeni nəfəs" gətirdiyini bildirmişdirlər. Bəstəkar Elmir Mirzəyev serialın musiqisini bəyəndiyini ifadə etmişdir. Serialın populyarlığı C. Hidayətlinin "Əqrəb" romanının yenidən çap olunmasına səbəb olmuşdur.Serialın sonuncu seriyasındakı öpüşmə səhnəsi bəzi izləyicilər tərəfindən xoş qarşılanmayıb. Aktrisa Gülşad Baxşıyeva bu cür səhnələri qəbul etmədiyini bildirmişdir. Aktrisa Mehriban Xanlarova isə yerli izləyicilərin bu cür səhnələrə hazır olmadığı üçün belə reaksiya verdiklərini ifadə etmişdir.Serialın ssenarisinin və motivləri əsasında çəkildiyi romanın plagiat olduğu iddia edilib. Xarici keçidlər İctimai TV-də seriyaları
https://az.wikipedia.org/w/index.php?curid=821592
Əqrəb zərbəsi
Əqrəb zərbəsi — futbolda fiziki fənd. 1995-ci ildə Kolumbiya milli futbol komandasının qapıçısı Rene İquitanın imza atdığı qeyri-adi zərbə futbol tarixinin ən yaddaşlarda qalan məqamlarından hesab olunur.
https://az.wikipedia.org/w/index.php?curid=451432
Əqrəbkimilər
Əqrəbkimilər (lat. Scorpaeniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. 1300-ə yaxın növü var. Anoplopomatoidei yarımdəstəsi Cottoidei yarımdəstəsi Dactylopteroidei yarımdəstəsi Hexagrammoidei yarımdəstəsi Normanichthyiodei yarımdəstəsi Platycephaloidei yarımdəstəsi Scorpaenoidei yarımdəstəsi
https://az.wikipedia.org/w/index.php?curid=111461
Əqrəbli (Sayınqala)
Əqrəbli (fars. عقربلو) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=475272
Əqrəblər
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır. Ümumi xarakteristika Əqrəblər orta və iri ölçülü xeliserlilər olub, adətən 5–10 sm, bəzən də 20 sm-ə qədər olurlar. Bədəninin üzəri xitinləşmiş kutikula qatı ilə örtülmüşdür. Xitin örtüyün tərkibində kalsium-korbonat vardır və ona görə də örtük çox möhkəmdir. Əqrəbin bədəni iki hissədən — baş-döş və qarıncıqdan ibarətdir. Baş—döş hissə bel tərəfdən karapaks zirehi ilə örtülmüşdür. Karapaks akron və baş-döş hissənin altı buğumunun terqitinin birləşməsindən əmələ gəlmişdir. Zireh bütövdür və bu hissədə bir cüt nisbətən iri mürəkkəb gözlər, 5 cütə qədər də kiçik gözcüklər vardır. Baş-döş hissədə stermum adlanan xitinləşmiş lövhə vardır. Baş-döş hissədə bir çox ətraflar vardır. Bu orqanlardan biri əqrəblərin aid olduğu yarımtipi səciyyələndirən xeliserin olmasıdır. Xeliser çox da iri olmayıb bir cütdür və ağız dəliyinin önündə yerləşmişdir. Xeliser üç buğumludur. Birinci buğum qısadır, qalan iki buğum isə qısqac əmələ gətirmişdir. Qısqacların biri hərəkətli, digəri isə hərəkətsizdir və daxili hissədən xitin dişciklərlə təchiz olunmuşdur. Odur ki, xeliser qidanın qoparılmasında, xırdalanmasında əsas rol oynayır. Baş-döş hissənin ikinci orqanı pedipalplar və ya çənə ayaqlarıdır. Pedipalplar bir cüt olub, yaxşı inkişaf etmişdir və qurtaracağında iri qısqacı vardır. Pedipalplar hissetmə orqanı olmaqla yanaşı, qidanın tutulmasında da iştirak edir. Əqrəbin baş-döş hissəsində dörd cüt yürüş ayaqları vardır. Yürüş ayaqları, demək olar ki, eyni tipli olub, müxtəlif ölçülü buğumların birləşməsindən əmələ gəlmişdir. Hər bir ayaq çanaq, burma, bud, baldır və pəncə adlanan hissələrdən ibarətdir. Pəncə üçbuğumludur və qurtaracağında caynaq vardır. Qarıncıq hissə 12 buğumdan və telsondan ibarətdir. Buğumlarının quruluşuna görə qarıncıq iki hissəyə — ön və arxa qarıncığa ayrılır. Ön qarıncıq enlidir, 7 buğumu vardır və mezosom adlanır. Arxa qarıncığın buğumları isə silindrşəkilli olub ensizdir, 5 buğumludur və metasom adlanır. Qarıncığın qurtaracağında şişmiş formada olan telson yerləşmişdir. Telsonda zəhər ifraz edən bir cüt vəzilər vardır. Zəhər telsonda olan neştər vasitəsilə şikarına yeridilir. Qarıncıq hissədə aydın görünən heç bir ətraf yoxdur. Bununla belə, elə orqanlar da vardır ki, onlar ətrafların şəkildəyişməsindən əmələ gəlmişdir. Bu orqanlara, xüsusilə cinsi qapaq, daraqşəkilli çıxıntı və ağciyər aiddir. Həyat tərzi Əqrəblər yırtıcı həyat tərzi keçirərək, isti ölkələrdə yayılmışdır. Gündüzlər yuvada, daşların, ağac qabıqlarının altında və s. yerlərdə gizlənərək, gecələr ova çıxırlar. Əqrəb zəhəri insanlar üçün qorxulu olmayıb, şiş əmələ gətirir və baş ağrıları verir. Azərbaycanda əqrəblər Azərbaycanda 4 növü məlumdur. Gecə yırtıcılarıdır. Daş və palçıq hasarların yarıqlarında, yaşayış evlərində, gəmirici yuvalarında, iri daşların altında məskən salır. Cücülərlə, hörümçəklərlə və çoxayaqlılarla qidalanır. Sancması insan üçün çox ağrılıdır, iri tropik Əqrəblərin sancması ölümlə nəticələnir. Əqrəblərin bir sıra növünün nəsli kəsilmək təhlükəsindədir. Azərbaycanda ən çox sarı Əqrəb (Mesobutus eupeus) növü yayılmışdır. Cütləşmə yayda, nəsilvermə isə növbəti ilin may-avqust aylarında olur; 35–70 bala verir. 4 yarımnövü əhatə edən qara əqrəb Azərbaycanda rast gəlinən ən iri əqrəbdir. Əqrəblərin zəhəri tibdə geniş istifadə edilir; bir çox bioloji proseslərin öyrənilməsi zamanı əvəz edilməz komponentdir. Meşələrdə, bataqlıqlarda, çəmənlərdə Əqrəblər olmur. Bothriuridae Qalınquyruq əqrəblər (Buthidae) Caraboctonidae Chaerilidae Diplocentridae Euscorpiidae Hadogenidae Hemiscorpiidae Heteroscorpionidae Ischnuridae Lisposomidae Microcharmidae Pseudochactidae Scorpionidae Superstitioniidae
https://az.wikipedia.org/w/index.php?curid=160111
Əqrəblər (İraq)
Əqrəblər — İraqdakı işğal müqavimət qruplarından biridir. Əfqanıstandakı Taliban kimi, Əqrəblərin də Əl-Qaidə və İraq İslam Ordusu ilə əlaqəli olduğu düşünülür. Onun əsas düşmənləri; ABŞ, İngiltərə, NATO, ISAF və Koalisiya dəstəkli İraq hökumətidir. 2003-2004-cü illər arasında qurulub. Bu gün də aktivdir. Ayrıca konkret bir rəhbəri və ya komandir yoxdur. Baas Partiyasının hərbi üzvləri və generalları ABŞ və müttəfiqlərinin İraq ilə müharibəsində İraqın müharibəni itirəcəyini biləndə son ümid olaraq Mehdi Ordusuna alternativ kimi qurmuşdurlar. Lakin sonra təşkilat daha müstəqil bir quruluşa sahib idi. Bu, əsasən bir rəhbərinin olmaması ilə əlaqədardır, çünki Səddam Hüseyn və digər İraq siyasətçiləri ya edam edilmiş, ya da həbs edilmişdilər.
https://az.wikipedia.org/w/index.php?curid=631939
Əqrəbşəkilli milçəklər
Əqrəbşəkilli milçəklər (lat. Mecoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Ümumi məlumat Bu dəstənin nümayəndələrinin səciyyəvi xüsusiyyəti-zirvəsində kiçik gəmirici ağız aparatı olan aşağıya doğru xortum şəklində uzanmış baş kapsuludur. Yaşlı fərdlər kiçik (3–4 mm) və orta ölçülü (15–20 mm) olur. İki cüt qısa və ya tam reduksiya olunmuş, yaxud tor damarlı iri qanadları olur. Bığcıqları nazik, uzun və çoxbuğumludur. Gözləri iri, mürəkkəb və fasetlidir. Ayaqları nazik və dartılmışdır. Pəncələri 5 buğumludur. Qarıncığı uzun və ensizdir. Erkəklərdə son 3 buğumda yuxarı doğru əyilmiş genital kapsul vardır. Dişinin qarıncığında yumurtaqoyan var. Sürfələri uzunsovdur, üç cüt döş ayaqları vardır. Onlar adətən dağətəklərinin meşə talalarında, eləcə də aranda tuqay meşələrində yaşayırlar. Ölü və parçalanan maddələrlə qidalanırlar. Nektar, tozcuq, ləçək, yumşaq meyvə və mamırla qidalanma halları da az deyil. Apteropanorpidae Choristidae Eomeropidae Nannochoristidae Panorpodidae
https://az.wikipedia.org/w/index.php?curid=363849
Əqsa məscidi
Məscidül-Əqsa (yaxud Beytul-Müqəddəs) (ərəb. المسجد الأقصى), İslam dinində olanlar üçün müqəddəs yerlərdən biridir. Azərbaycanca "Ən uzaqdakı məscid" mənasını verir. Qüds şəhərində yerləşir. II xəlifə Ömərin dövründə kiçik bir məscid kimi olmasına baxmayaraq, Əməvilər sülaləsinin hakimiyyətdə olduğu dövrdə böyüdülüb, genişləndirilmiş və 705-ci ildə tamamlanmışdır. Daha sonralar müxtəlif səbəblərdən bir neçə dəfə dağıdılan məscid əvvəldən inşa edilmişdir. Bugünkü məscid 1033-cü ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Fatimilər tərəfindən tikilən variantdır. Sonralar bir çox hökmdarlar tərəfindən müxtəlif elementlərlrə bəzədilmişdir. Quranda deyilən İsra hadisəsi burada cərəyan etmiştir. Başqa bir adı Həram-uş-şərif (Əll-Həram əl-Qudsi əş-Şərif). İsra surəsinin birinci ayəsində adı çəkilir. Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur. Qurana görə, Məhəmməd peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı.Qeyri-müsəlmanların Əl-Əqsa məscidinə daxil olması qadağandır. Xarici keçidlər Üç büyük dinin kutsal şehri KUDÜS Arxivləşdirilib 2013-03-21 at the Wayback Machine (türk.)
https://az.wikipedia.org/w/index.php?curid=499654
Əqəbli
Əqəbli (ərəb. أقبلي) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Coğrafi mövqe Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,120 kilometr (700 mil) cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 12,7 mm-dir). Orta illik temperatur 26,7-dir °C . 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 10,171 nəfər idi. Əhalinin savadlılıq səviyyəsi 73,3 faiz təşkil etmişdir. Kişilər arasında savadlılıq səviyyəsi 83,2%, qadınlar arasında isə 63,4% təşkil etmişdir. Əqəbli əhalisinin 7,5%-i ali, 14,5%-i orta təhsilli idi.
https://az.wikipedia.org/w/index.php?curid=758215
Əqəbə beyəti
Əqəbə beyəti Əqəbə - məkkədə , məscidul-haramdan 3 km uzaqlıqda,mina hüdudları daxilində, ətrafı təpələlər əhatəli kiçik ve gizli bir vadidir. Həzrəti Peyğəmbər bu yerdə 620, 621 və 622-ci illərdə ardıcıl olaraq Həcc mövsümündə Mədinəlilərlə görüşüb. Bu görüşmələrdən birincisi sadəcə olaraq müsahibə, ikincisi ve üçüncüsü isə beyət şəklində həyata keçmişdir. Birinci Əqəbə beyəti Birinci əqəbə beyəti ki, ona Beyətun-nisa da deyilir, besətin 12-ci ilində (621) bağlanib. Buna ilkdəfə 620-ci ildə zəmin hazırlanıb. Övs və xəzrəcdən olan 6 nəfərlik bir dəstə Kəbənin yaxınlında peyğəmbərlə taniş olub ve İslamı qəbul etmişlər və növbəti il əqəbədə görüşmələri haqda hz.Peyğəmbərə söz verib ayrıldılar. Növböti il yəni 621-ci ildə biri qadın olmaqla 12 nəfərlik bir heyətlə əqəbəyə Peyğəmbərlə görüşmək üçün gəldilər. Burada müşrüklərdən gizlin Peyğəmbərə beyət etdilər. Təzə Müsəlman olmuş mədinəlilər geri qaydarkən Peyğəmbər onlarla Musab ibn Ümeyri göndərdi ki, bu təzə müsəlman olanlara Quran ve Hökümləri öyrətsin, həmçinin qeyri müsəlmanları da İslama dəvət etsin. Musab ibn Ümeyr, Əsəd ibn Zürarənin evində qaldı. Ümeyrin fəaliyyəti nəticəsində Övs qəbiləsinin 2-i ən böyük qəbilə başçısı olan Sad ibn Müaz və Üseydir ibn Hudeyrin aralarında olduğu çoxlu yəsribli və Əbdul Əşhəd oğullarının hamısı müsəlman oldular. İştirak edənlər Əsəd ib Zürarə Rafi ibn Malik Qütbə ibn Amir Məaz ibn Haris Ouvf ibn Haris Zəkavan ibn Əbduqeys Ubadə ibn Samit Əbu Əbdurrahman ibn Yezid Sələbə Əbbas ibn UbadəƏbul Heysəm Uveym ibn Saidə Əbul Heysəm Əqbə ibn Amir İkinci Əqəbə beyəti Besətin 13-cü ilində (622) Həcc mövsümündə 2-si qadın (Nəsibə binti Kəb və Əsma binti Əmr ibn Ədi) olmaqla 75 nəfər Mədinəli məkkəyə gəldilər. Bu gəlişdə əsas məqsəd hz.Peyğəmbərlə(ə) görüşmək idi. Məkkəyə çatdıqdan sonra gizli şəkildə Peyğəmbərə xəbər göndərdilər və gecə yarsından sonra əqəbədə olacaqlarını bildirdilər. hz.Peyğəmbər əmisi Əbbasla onların görüşünə getdi. Əqəbədə bir yerə yığıldıqdan sonra Peyğəmbərin əmisi Əbbas danışmağa başladı:Ey Xəzrəcilər bildiyiniz kimi hz.Muhəmməd bizdəndir. Biz onu qəbilələrmizin hücumundan qoruduq. O, öz qəbiləsi içində izzət və şərəflə yaşayır və öz yurdunda güvəndə yaşayır. O, bütün bunlardan üz çevirib sizə qatılmağa, sizinlə bərabər olmağa qərar verib. Siz verdiyiniz sözü tutub onu müxaliflərindən qoruya biləcəksiz? yoxsa onu düşmənlərinə təslim edəcəksiz, və köməksiz bıraxacaxsız? belədirsə indidən bu işdən əl çəkin. Mədinəlilərin sözçüsü Əbbasa dedi:Sənin dediklərini eşitdik ey Əbbas. Sonra Peyğəmbərə(ə)-a dönüb dedi:Ey Allahın Rəsulu, sən də daniş. Həzrət Peyğəmbər ilk öncə Qurani-Kərimdən ayələr oxuyub daha sonra buyurdu: Qadın və uşaqlarnızı qoruduğunuz kimi, məni də qoruyacağınız şərti ilə sizinlə beyətləşirm dedi. Daha sonra mədinəlilərlə beyələşdi. Sonralar bu beyət 2-ci əqəbə beyəti kimi, tanınmağa başlandı. Əqəbə beyətinin səbəbləri hz.Peyğəmbərin himayəçisi və həyat yoldşı olan xanım Xədicə (ə) və babasi Əbdul-Muttəlib və əmisi Əbu Talibin vəfatından sonra Peyğəmbərin himayəçisi qalmamışdı. Mədinədə İslamın yayılması üçün kifayət qədər yüksək əhvali-ruhiyyə var idi. Çünki mədinəlilər yəhudilərdən Allah, Peyğəmbər, Axirət və Qiyamət haqda bir çox şeylər eşitmişdilər. Mədinədə yəhudi və ərəblər arasında uzun müddət idi ki, müharibə gedirdi. Bunlar arasında sülh bağlamaq üçün 3-cü tərəfə ehtiyac var idi, buna görə də Peyğəmbərə bir xilaskar kimi baxırdılar. Müsəlmanlar müşrüklərin zülmündən azad oldular. Müsəlmanların sayı tez bir zamanda artmağa başladı. İslam dininin dünyaya yayılmasını tezləşdirdi. 630-cu ildə İslam Döləti yarandı. Beyət məscidi Müsəlmanlar əqəbə beyəti etdikləri yerdə bir məscid tikdilər ki, sonralar bu Beyət Məscidi olaraq tanındı. Bu məscid qəməri tarixi ilə 144-cü ildə Mənsur Əbbasi, 629-cü ildə isə Müstənsir billah tərəfindən təmir olunub. Həmçinin bax HZ.Muhəmməd və Ümumbəşəri dəvət,PROF,DR İBRAHİM Sarıçam.s.131,132. İslam Ansiklopedisi,DOÇ,DR Ahmet Ağırakça,cilt.2. s.209. İslam Tarihi,Prof,Dr Hasan İbrahim,C1,S.125,133. Doğuştan günmüze Büyük İslam Tarihi,Prof,Dr Hakkı DursunYıldız,C1,S.248,303. Fərəzhayi əz tarixi Peyəmbəre İslam,Ayetullah CƏFƏR SUBHANİ,S.181,189. HZ.Muhəmməd və həyatı,Ali Himmet Berki,S.163,165. İslam Tarihi,C1,S.33,34. Xarici keçidlər Birinci əqəbə beyəti Birinci əqəbə beyəti İlkinci əqəbə beyəti
https://az.wikipedia.org/w/index.php?curid=607552
Ər-Rahim
Ər-Rahim (ər. الرحيم) — Allahın adlarından biri. Rəhim isə, bağışlayan, axirətdə mərhəmətini, nemətini mömin bəndələrindən əsirgəməyən mənasındadır. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhim adı əsasən, axirət həyatı ilə bağlıdır. Rəhimdəki məna, əsasən, inananlarla əlaqədardır: "Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir" , "O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir!" . Rəhim ismi Qurani-Kərimdə 115 dəfə təkrarlanmışdır. Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: "Bismilləhir-rəhmanir-rəhim". Rəhim adı insanlara olduğu kimi verilə bilər. Çünki Rəhim sadəcə sifətdir. Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
https://az.wikipedia.org/w/index.php?curid=113887
Ər-Rahmən
Ər-rahim (ər. الرحمن) — Allahın adlarından biri. Rəhman dünyada yaxşı da olsa, pis də olsa, aralarında fərq qoymadan nemətini bütün bəndələrinə verən, hamısına qarşı sonsuz mərhəmətini göstərən anlamına gəlir. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhman adı daha çox bu dünya ilə bağlıdır. Rəhman - mömin ya, kafir olsun bütün insanlara Allahın mərhəmət göstərməsi deməkdir. Rəhman ismi Qurani-Kərimdə 57 dəfə təkrarlanmışdır. "İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur.Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: “Bismilləhir-rəhmanir-rəhim”. Rəhman Allahın həm ismi, həm də sifətidir. Buna görə də Rəhman adı Allahdan başqasına verilə bilməz. Bu ad insanlara verilərkən, mütləq qarşısına “əbdül” sözü əlavə edilməlidir. Bu - Əbdürrəhman “Rəhmanın qulu” mənasını verir və dini prinsiplərə zidd deyildir. Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
https://az.wikipedia.org/w/index.php?curid=113888
Ər-Razzəq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur. Su içmək üçün kilometrlərlə irəlidə olan bir qaynağa getməniz və oradan su daşımanız lazımdır. Siz belə bir dünyada doğulduğunuzda həyatınızı davam etdirə bilmək üçün həyatınız boyunca o acı otdan yeyərsiniz, su içmək üçün də hər gün kilometrlərlə gedərsiniz. Bu çətinliklərin hamısına da ölənə qədər dözərsiniz. Və bir gün belə "niyə bu torpaqdan sulu və gözəl qoxulu meyvələr, bir-birindən ləzzətli tərəvəzlər və növ-növ yemişlər çıxmır?" deməzsiniz. Çünki həyatınız boyunca qarşılaşmadığınız üçün torpağın belə məhsullar verə biləcəyini bilməzsiniz. Quluna qarşı çox şəfqətli və mərhəmətli olan Allah, insanları içində sayıla bilməyəcək qədər çox nemətlə dolu olan torpaqlarda yaşadar. Belə ki, insan torpağı əkib-biçmədən belə torpaq yamyaşıl məhsullar və sünbüllər yetişdirər. İçindən sarı, qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzlər çıxar. Gömgöy dənizlərin içi isə yenə minlərlə növ və ləzzətdə balıqlarla doludur. Bütün bunların yanında Allah insanlara həm yerdəki heyvanların ətini, həm də göydəki quşun ətini yedirər, heyvanların içindən tərtəmiz süd çıxarar, arılara bal düzəltdirər... Bütün bunları insanlara Allah bağışlayır. "Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?" Yaxud Allah diləsə torpaq məhsul verməz, yağış yağmaz, hər yer qupquru və quraq olar. Lakin Allah Rəhman və Rəhimdir, insanlara Qatından bağışladığı ruziləri sözlə ifadə etmək mümkün deyil. Qullarına saysız nemət bəxş edən Allah Quranda belə bildirir: Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də (haqdan) döndərilirsiniz! Allah yuxarıda sayılan bütün nemətləri insanlara dünya həyatında bağışlayar. Cənnətdə isə möminlər üçün çox daha gözəli vardır. Belə ki Quranda, "Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir." şəklində buyrularaq cənnətdəki nemətlərin üstünlüyünə diqqət çəkilmişdir. Cəhənnəmə girənlər isə boğazları parçalayan darı tikanıyla, zəqqum ağacıyla və qaynar suyla qarşılaşacaqlar. Sonsuza qədər də bunlardan başqa heç bir şey tapa bilməyəcəklər. Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub Cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! Ayələrdə belə xəbər verilir: De: "Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?" Onlar deyəcəklər: "Allah!" De: "Bəs (belə olduğu halda) (Allahdan) qorxmursunuz?" (Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. "Maddi və mənəvi hər cür rizqi (ruzini) və onlara möhtac olanları yaradan, ruh və bədənlərin qidasını təmin edən, canlıların ruzisini istədiyi kimi verən" deməkdir. "Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır)". Burada həm maddi, həm də mənəvi ruzilər nəzərdə tutulur. Ağıl düşünər, qulaq eşidər, dil danışar. Bunlar o vaxt nemət, ruzi sayılar ki, gözəl və xeyirli olsun. Dil doğru, gözəl söz söylərsə, qulaq qeybət dinləməkdən çəkinərsə, ağıl Allahın varlığını, böyüklüyünü dərk edərsə ruzi olar. Bunların əksi insana heç nə bəxş etməz, Allah qatında ona bir şey qazandırmaz.
https://az.wikipedia.org/w/index.php?curid=113892
Ər-Riyad
Ər-Riyad (ərəb. الرياض) — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi. Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir. Şəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir. Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir. Şəhərdə neft emalı, sement, yeyinti, toxuculuq, maşınqayırma sənaye müəssisələri, istilik və atom elektrik stansiyaları fəaliyyət göstərir. Ər-Riyadda bir neçə ali məktəb fəaliyyət göstərir. 1957-ci ildən fəaliyyət göstərən Ər-Riyad universiteti ölkənin ilk ali məktəbidir. Bu universitetdə təhsil ərəb və ingilis dillərindədir. Şəhərdə İslam universiteti də fəaliyyət göstərir. O da qeyd olunmalıdır ki, Səudiyyə Ərəbistanından olan gənclərin bir qismi Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar. Həmçinin bax Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı coğrafiyası Səudiyyə Ərəbistanın dövlət quruluşu Səudiyyə Ərəbistanında ali təhsil Səudiyyə Ərəbistanı şəhərləri Xarici keçidlər Şəhərin rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=180034
Ər-Rutba
Rutba — İraqın Anbar mühafazasında şəhər. 1941-ci ildə baş vermiş Anqlo-İraq müharibəsi burada cərəyan edib.
https://az.wikipedia.org/w/index.php?curid=614215
Ər-Rəhma məscidi
Ər-Rəhma ( ərəbcə:الرحمة - azərb: mərhəmət ) - Ukraynanın paytaxtdı Kiyev şəhərindəki ilk məsciddir. Ər-Rəhma məscidi Ukrayna müsəlmanları ruhani idarəsinin binasını, islam mədrəsəsi və minarəni əhatə edən İslam kompleksidir. Məscid Tatarka adlanan Kiyevin tarixi ərazisində yerləşir. Məscid 3 böyük salondan ibarətdir və içərisində 2 min nəfərədək insan ibadət edə bilər.
https://az.wikipedia.org/w/index.php?curid=686037
Ər-Rəqqə
Rəqqə (ərəb. الرقة) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur. Osmanlının vaxtında sancaq olan Rəqqəyə Mosul kimi indi İraq sərhədlərində olan şəhərlər də bağlıydı və Osmanlı dövlətinin təyin etdiyi və indiki Şanlıurfada yerləşən bir Osmanlı qubenatoru tərəfindən idarə edilirdi. Osmanlıların türkmənləri sürgün etdikləri Rəqqə bölgəsi haradır? Rəqqə əyaləti Bəydili və Avşar boyunun sürgün yeridir. Ruha əyaləti olaraq da tanınan Rəqqə bölgəsi 1516-cı ildə Osmanlı ölkəsinin tərkibinə qatıldı. Diyarbəkir ilə Hələb əyalətləri arasında qalan bölgə mərkəzi Urfa olmaq üzrə 6 sancaqdan ibarət olan Rəqqə bəylərbəyliyində 37 feod və 616 timar var idi. Osmanlı idarəetməsi bu bölgə üçün özəl məskən siyasəti tətbiq edərkən Bəydili və Bozulus türkmənlərini Fərat boyunca yerləşdirmə cəhdləri uğursuz oldu. Köçəri türkmənlərin nizamları da pozuldu. Türkmənlərə ərəb tayfaları qulduru hücumları da istiqrarı pozanda 18-ci əsrdə qarışıqlıqlar gedərək artdı. 19-cu əsrdə meydana gələn ayaqlanmalar ilə Misir xədivi İbrahim paşanın bölgəni alması nəticəsində türkmən tayfalar ətrafda az bir əhali qoyaraq dağılışdılar, 1840-cı ildə bölgə təkrar osmanlılara keçəndə Rəqqə əyaləti götürülərək Urfa, Hələb vilayətinə bağlı bir sancaq oldu. Əhməd Refiq Anadoludan türk tayfalarının 966-1559 ilə 1200-1786 müddətində Rəqqə çöllərinə və digər yerlər sürgünləri ilə bağlı yayımladığı Osmanlı sənədləri vardır. Demoqrafiya Monqol zəbtetməsiylə yerli xalq məhv edilmiş, sonraları Bədavi tayfaları daha sonra çeçen məskunlaşmalarına rastlanılmışdır. Şəhərdə 2008-ci il əhali "təxmin"lərinə görə 191.784 şəxs yaşayır.
https://az.wikipedia.org/w/index.php?curid=533207
Ər-Rəqqə mühafazası
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Coğrafiyası Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=496563
Ər-Rəqqə mühafazlığı
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Coğrafiyası Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=271355
Ər-Rəqqə mühafəzəsi
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Coğrafiyası Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=533251
Ər-Rəqqə əyaləti
Rakka əyaləti və ya Rakka bəylərbəyli — 1594-cü ildə III Murad dövründə qurulan Osmanlı imperiyası ərazisidir. Suriyanın 1516-cı ildə Yavuz Sultan Səlimin fəthindən sonra yaradılan vilayət Suriyanın şimal bölgələrini əhatə edən Hələb əyalətinə tabe idi. Rakka əyaləti 1594-cü ildə yaradılaraq mərkəzi Urfa olmaqla Hələb vilayətindən ayrılmışdı. Urfa, Ruha və ya Əl-Cəzirə adlandırıldı. Əyalət Türkiyənin Urfa, Suriyanın Rakka, Haseke və İraqın Ramadi bölgələrini əhatə edirdi. 9 bəylərbəylikdən ibarət olan əyalət, 1864-cü ildə yeni vilayət sisteminə keçildikdən sonra eyni torpaq əraziləri ilə Hələb vilayətinə qaytarılmışdır. XVII əsrdə Rakka əyalətində bəylərbəyliklər: Jemasa bəylərbəyliyi Kharpud bəylərbəyliyi Deir rahba bəylərbəyliyi Beni Rebia bəylərbəyliyi Suruç bəylərbəyliyi Harran bəylərbəyliyi Rakka bəylərbəyliyi Urfa bəylərbəyliyi
https://az.wikipedia.org/w/index.php?curid=533552
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
https://az.wikipedia.org/w/index.php?curid=785473
Ər-Rəstən döyüşü (may 2012)
Ər-Rəstən döyüşü — Suriyada vətəndaş müharibəsi zamanı Suriya hökumət qüvvələri ilə silahlı müxalifət qüvvələri arasında hərbi toqquşmalar. Döyüş BMT-nin elan etdiyi atəşkəs razılaşmasını pozmuş, 14 may 2012-ci ildə başlamışdır. Şəhər hökumət qoşunları tərəfindən bombalanmış və bu, şəhərdə yerləşən üsyançı qüvvələrə ciddi itkilər vermişdir. Öz növbəsində yaraqlılar hökumətyönümlü qüvvələrin daşındığı bir neçə piyada döyüş maşınını məhv etməyə müvəffəq olmuşdular. Nəticədə şəhər ASO yaraqlılarının nəzarətinə keçmiş və nizami ordunun bir hissəsi üsyançıların tərəfinə keçmişdir. Hüquq müdafiəçilərinin məlumatına görə, toqquşmalarda Suriya Silahlı Qüvvələrinin azı 23 üzvü, həmçinin yerli komandirlərindən biri Əhməd Əyyub da daxil olmaqla azı 9 üsyançı həlak olmuşdur. Ər-Rəstan yaxınlığındakı ərazi 2011-ci ilə qədər üsyançılarla Suriya ordusu arasında ilk və ən ciddi silahlı toqquşmalara səhnə olmuşdur. Suriya ordusu bir neçə dəfə şəhərə nəzarəti ələ keçirsə də, şəhər yenidən üsyançıların əlinə keçmişdir. Onun paytaxt Dəməşqi ölkənin şimalı ilə birləşdirən magistral yol boyunca strateji yerləşməsi və ərazi ayrı-ayrı bölmələrdən qaçanlara Suriya ordusunun kolonnoları, hərbi ləşfiyyat və hökumətyönlü milislər tərəfindən idarə olunan yol maneələrinə hücumlar qurmağa kömək etmişdir. Suriya İnsan Haqları Monitorinq mərkəzinin məlumatına görə, 14 mayda Rəstən şəhərində üsyançılarla şiddətli toqquşmalarda iyirmi üç suriyalı hərbçi həlak olmuş, onlar üç zirehli maşını məhv etmişdilər. "Reuters" xəbər vermişdir ki, daha əvvəl müxalifət mənbələri yerli üsyançı komandirin Suriya ordusunun Rəstəni atəşə tutması nəticəsində ölən onlarla yaraqlı arasında olduğunu bildirmişdir. Məlumata görə, atışma nəticəsində 9 mülki həlak olmuşdur. Bundan əlavə, 15 əsgərlə birlikdə daha iki hərbi zirehli transportyor üsyançılar tərəfindən əsir götürülmüşdür.
https://az.wikipedia.org/w/index.php?curid=785476
Ər-Rəzzaq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur. Su içmək üçün kilometrlərlə irəlidə olan bir qaynağa getməniz və oradan su daşımanız lazımdır. Siz belə bir dünyada doğulduğunuzda həyatınızı davam etdirə bilmək üçün həyatınız boyunca o acı otdan yeyərsiniz, su içmək üçün də hər gün kilometrlərlə gedərsiniz. Bu çətinliklərin hamısına da ölənə qədər dözərsiniz. Və bir gün belə "niyə bu torpaqdan sulu və gözəl qoxulu meyvələr, bir-birindən ləzzətli tərəvəzlər və növ-növ yemişlər çıxmır?" deməzsiniz. Çünki həyatınız boyunca qarşılaşmadığınız üçün torpağın belə məhsullar verə biləcəyini bilməzsiniz. Quluna qarşı çox şəfqətli və mərhəmətli olan Allah, insanları içində sayıla bilməyəcək qədər çox nemətlə dolu olan torpaqlarda yaşadar. Belə ki, insan torpağı əkib-biçmədən belə torpaq yamyaşıl məhsullar və sünbüllər yetişdirər. İçindən sarı, qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzlər çıxar. Gömgöy dənizlərin içi isə yenə minlərlə növ və ləzzətdə balıqlarla doludur. Bütün bunların yanında Allah insanlara həm yerdəki heyvanların ətini, həm də göydəki quşun ətini yedirər, heyvanların içindən tərtəmiz süd çıxarar, arılara bal düzəltdirər... Bütün bunları insanlara Allah bağışlayır. "Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?" Yaxud Allah diləsə torpaq məhsul verməz, yağış yağmaz, hər yer qupquru və quraq olar. Lakin Allah Rəhman və Rəhimdir, insanlara Qatından bağışladığı ruziləri sözlə ifadə etmək mümkün deyil. Qullarına saysız nemət bəxş edən Allah Quranda belə bildirir: Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də (haqdan) döndərilirsiniz! Allah yuxarıda sayılan bütün nemətləri insanlara dünya həyatında bağışlayar. Cənnətdə isə möminlər üçün çox daha gözəli vardır. Belə ki Quranda, "Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir." şəklində buyrularaq cənnətdəki nemətlərin üstünlüyünə diqqət çəkilmişdir. Cəhənnəmə girənlər isə boğazları parçalayan darı tikanıyla, zəqqum ağacıyla və qaynar suyla qarşılaşacaqlar. Sonsuza qədər də bunlardan başqa heç bir şey tapa bilməyəcəklər. Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub Cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! Ayələrdə belə xəbər verilir: De: "Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?" Onlar deyəcəklər: "Allah!" De: "Bəs (belə olduğu halda) (Allahdan) qorxmursunuz?" (Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. "Maddi və mənəvi hər cür rizqi (ruzini) və onlara möhtac olanları yaradan, ruh və bədənlərin qidasını təmin edən, canlıların ruzisini istədiyi kimi verən" deməkdir. "Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır)". Burada həm maddi, həm də mənəvi ruzilər nəzərdə tutulur. Ağıl düşünər, qulaq eşidər, dil danışar. Bunlar o vaxt nemət, ruzi sayılar ki, gözəl və xeyirli olsun. Dil doğru, gözəl söz söylərsə, qulaq qeybət dinləməkdən çəkinərsə, ağıl Allahın varlığını, böyüklüyünü dərk edərsə ruzi olar. Bunların əksi insana heç nə bəxş etməz, Allah qatında ona bir şey qazandırmaz.
https://az.wikipedia.org/w/index.php?curid=116267
Ər-Rаmаdi
Ramadi (ərəb. ٱلرَّمَادِي) — İraqın Anbar mühafəzasında yerləşən ən böyük şəhər. Paytaxt Bağdaddan təqribən 110 km qərbdə yerləşir. Şəhər 1879-cu ildə Osmanlı İmperiyası tərəfindən yaradılıb və 2011-ci ildə şəhərin əhalisi 375000 nəfər idi. 2015-ci il mayın 18-də İŞİD İraqın hökumət qüvvələri şəhər uğrunda aylarla çəkən döyüşlərdən sonra, şəhəri ələ keçirib. İŞİD qruplaşmasının nəzarətinə keçən şəhər xarabazara çevrilib, binaların böyük əksəriyyəti dağıdılıb. Hökumət qoşunlarının hücumlarının qarşısını almağa cəhd göstərən yaraqlılar Ramadidə bütün körpüləri partladıblar. 2015-ci ilin dekabr ayında İraqın hökumət qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumları ilə Ramadi şəhərini İŞİD adlandıran qruplaşmadan azad edib. Həmçinin bax Ramadi döyüşü (2014-15) Xarici keçidlər Iraq Image – Ramadi Satellite Observation Arxivləşdirilib 2013-01-03 at Archive.today
https://az.wikipedia.org/w/index.php?curid=614218
Ər və arvad (musiqili komediya)
Ər və arvad — Üzeyir bəy Hacıbəyovun ilk musiqili komediyası. Azərbaycanda musiqili komediyanın ilk nümunəsi. Musiqili komediya 3 pərdəlidir. Librettosu da bəstəkarındır. Bu əsərlə Üzeyir bəy Hacıbəyovun musiqili səhnə trilogiyasının (buraya "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları da daxildir) başlanğıcı qoyulmuşdur. Hər üç əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir. Əhvalatın süjet xəttinin adiliyi və sadəliyi, iştirakçıların azlığı "Ər və arvad"ı vodevilə yaxınlaşdırır. Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir. Əsərdə Minnətin məsləhətçisi və müttəfiqinə çevrilən namuslu, vicdanlı nökər obrazının böyük rəğbətlə yaradılması o dövr Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesinin təzahürü idi. "Ər və arvad"ın musiqisi manı-rəqs xarakterli olmaqla obrazların daha qabarıq açılmasına xidmət edir. Mərcan bəyin komik obrazı səhnə hadisələrinin əksinə olaraq lirik, səmimi xarakter daşıyaraq (1-ci və 2-ci pərdələrdəki mahnılar) onun mənfi xüsusiyyətlərini daha bariz nəzərə çarpdırır. Nökər Səfinin obrazı 2-ci pərdədəki lirik mahnı ilə açılır; burada Üzeyir bəy Hacıbəyov "Laçın" xalq mahnısından istifadə etmişdir. "Ər və arvad" musiqili komediyasında xor səhnələri tamaşanın mühüm, ümumiləşdirici məqamlarında yerləşdirilərək hadisələrin emosional atmosferini, eləcə də əsas qəhrəmanların davranışına münasibəti ifadə edir. Əsərin əsas qayəsini ifadə edən bu xorlar "müəllif sözü" kimi qavranılır. "Ər və arvad"dakı instrumental musiqi parçaları — müqəddimə və antraktlar çox canlı və şən səhnə əhvalatları atmosferi yaratmaqla əsəri xeyli zənginləşdirir. Hadisələrlə zəngin olan 2-ci pərdənin antraktında Üzeyir bəy Hacıbəyov ilk dəfə klassik polifoniya formasından — fugettadan istifadə etmişdir. Komediyanın ilk tamaşası 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilmişdir. Rollarda Sarabski (Mərcan bəy), Ə. Ağdamski (Minnət xanım), H. Terequlov (Səfi), M. Əliyev (Kərbəlayi Qubad) və başqaları çıxış etmişlər. "Ər və arvad" Azərbaycanın digər teatrlarının (Naxçıvan, Ağdam, Şəki və s.) da repertuarında olmuşdur. "Ər və arvad"
https://az.wikipedia.org/w/index.php?curid=103467
Ər və arvad (operetta)
"Ər və arvad" — şərqin ilk operettası olub,1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və ilk dəfə 1910-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. O vaxtdan, düz 100 il ərzində əsər heç bir teatrın səhnəsində nümayiş olunmayıb.Operettanın mövzusu ailədə və gündəlik həyatdakı, ailənin təzyiqi və cəmiyyətin təsir göstərdiyi azərbaycanlı qadın. Təqdimat 24 may 1910-cu ildə Bakıda, Nikitin qardaşlarının teatr-sirkasında keçirilmişdir. Hüseynqulu Sarabski (Marjan bəy), Əhməd Ağdamski (Minnat xanım), M.H.Terequlov (Safi) və Mirzağa Əliyev (Kerbelayi Gubad) aparıcı hissələrlə çıxış etmiş, Hüseyn Ərəblinski səhnə rejissoru idi Üzeyir Hacıbəyov isə dirijor idi. Ər və arvad operettası sonradan Naxçıvan, Ağdam və Şəki kimi digər teatrlarda səhnələşdirilmişdir.100 illik fasilədən sonra “Ər və arvad” operettasının ilk premyerası 2010-cu ildə olub.Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeyster Vaqif Məstanovdur. Rollarda xalq artistləri İlham Namiq Kamal, Yaşar Nuri, Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Əliməmməd Novruzov, Vüqar Hacıyev, Ülviyyə Əliyeva,Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili çıxış ediblər.
https://az.wikipedia.org/w/index.php?curid=517706
Ər və arvad (serial, 2016)
Ər və arvad — Elman Dadaşoğlu (2016) və Samirə Cəfərova (2017) rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı, komediya. Serial haqqında Serial 11 iyun 2016-cı ildə televiziya da yayımlanıb. Könül (Kəmalə Piriyeva) uşağı olmasını istəyir. Lakin Yaşar (Elcan Rəsulov) bunu istəmir. Könül və Yaşar arasında çox vaxt sözləri çəp gəlir. Yaşar pərdə mağazasında işləyir. Filmin heyəti Film üzərində işləyənlər Ssenarist : Ltlr(Türkiyə), Ələkbər Əliyev Rejissor : Elman Dadaşoğlu Operator : Tural Bağırov, Zamin Aslanov Rejissor köməkçisi : Diana Əliyeva Baş prodüser : Aqil M. Quliev İcraçı prodüser : İntizar Qasımov İkinci operator : Rasim Eyvazov Montaj : Əsgər Rəhimov Səs rejissorları : Sergey Natrunenko Səs operatoru : Sergey Natrunenko, Orxan Ağayev Qrafik animasiyas; : Dmitri Dyomin(Rusiya), Əsgər Rəhimov İşıqçılar : Hikmət Fikrətoğlu, Ramin İsmayılov, Şamil Rzayev Aranjiman : Islam Şirvani Qrim ustası : Nata Azəri, Zeynəb Sultanova Fotoqraf : Camal Abdullayev Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=451593
Ərak
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
https://az.wikipedia.org/w/index.php?curid=553096
Ərak (Tabasaran)
Ərak – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərak kəndi ""Ərak kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar və Tabasaranlılar. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 464 nəfər təşkil etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=498511
Ərak (dəqiqləşdirmə)
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
https://az.wikipedia.org/w/index.php?curid=498512
Ərak (İran)
Ərak (farsca: اراک) (keçmiş adı Sultanabad) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Əsasən fars dilli əhaliyə sahib olan Ərak şəhəri Mərkəzi ostanın inzibati mərkəzi olmaqla bərabər həmçinin ostandakı eyniadlı şəhristanın da inzibati mərkəzidir. Tarixən Soltanabad adı iləla məşhur olmuşdur.Ərak şəhəri ölkənin paytaxtı Tehran şəhərindən 284 km uzaqlıqda yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=285497
Ərak Hava limanı
Ərak Hava limanı (IATA: AJK, ICAO: OIHR) İranın Mərkəzi ostanının inzibati mərkəzi olan Ərak şəhərində yerləşən beynəlxalq hava limanıdır. İranın ən qədim hava limanlarından biri olub 1938-ci ildə istifadəyə verilmişdir. Hava limanı 1938-ci ildə İngiltərə tərəfindən yaradılmış və ona Sultanabad adı (Arakın keçmiş adı) verilmişdir. Şəhərin dənizdən və hava limanlarından və dəniz obyektlərindən uzaqda qurulmasının əsas səbəbi deyildi. Hava limanından Ziegler & Co. şirkəti üçün transfer və İsveçrə şirkətinin işçiləri, həmçinin şəhərdəki üç konsulluğun - Almaniya, İngiltərə və İsveçrənin üç konsulluğunun işçilərinin ailələrinin səyahət etməsi üçün istifadə edilmişdir. İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın 9 İyun 2013-cü il Bazar günü təyyarə gəmisinin gəlişi ilə yeni bir pist və apronla birlikdə Ərak hava limanı rəsmi olaraq açıldı. Uzunluğu 3700 metr və eni 75 metrdən çox olan pistdə bütün sinif təyyarələrin qalxması və eniş etməsi üçün hər cür şərait mövcuddur.
https://az.wikipedia.org/w/index.php?curid=677486
Ərak şəhristanı
Ərak şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərak şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 535,449 nəfər və 148,646 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=287392
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth. Ərazi kvadratmetrlə (m2) ölçülür, bundan əlavə digər ölçü vahidləri də istifadə oluna bilər:
https://az.wikipedia.org/w/index.php?curid=20846
Ərazi (film, 2005)
Ərazidə yaşayanlar qaranlığı sevirlər və heç biri başına papaq qoymur. Təkcə bir nəfər ərazinin qaydalarını pozub hamının əksinə çıxır. Yusif hər axşam ərazinin işıqlarını yandırır və başındakı papağı da heç vaxt çıxarmır. Sakinlər hamısı ona qarşı çıxırlar. İndi Yusif hamı ilə tək mübarizə aparmalıdır. Film haqqında Film Orxan Fikrətoğlunun kinoda rejissor kimi ilk işidir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Orxan Fikrətoğlu Quruluşçu rejissor: Orxan Fikrətoğlu Quruluşçu operator: Yuri Varnauskas Quruluşçu rəssam: Adil Azay Bəstəkar: Salman Qəmbərov Səs rejissoru: Bəkir Bəkirzadə Rejissor: Vaqif Azəryar Montaj: Hüseyn Quliyev Qrim ustası: Rəna Əliyeva Geyim rəssamı: Şahin Həsənli Geyim-rekvizit: Turi Lazareva Rejissor assistentləri: Aygün Rəhimova, Arzu Abdullayeva Vizual effektlər: Rasim Nağıyev, Natiq Ağayev Operator assistenti: Camal Atakişiyev Stedikam operatoru: Ziya Babayev Kran operatorları: Fərrux Həsənov, Əli Əliyev İşıq ustaları: Əli Əbilov, Adil Dadaşov Dekorçular: Musa Məmmədov, Yaşar Ağayev Musiqi yazılışı: Nazim Kərimov Səs texniki: Altay Hüseynov Səs effektləri: Əliqulu Səmədov, Eldəniz Rəsulov Musiqiçilər: Uran Seyidov (skripka), Vadim Sandler (skripka), Vaxtanq İmanov (alt), Miltıx Aleksey (violonçel), Gennadi Klinçev (kontrabas), Oqtay Rüstəmov (truba), Nicat Salmanov (fleyta), Olqa Bağırova (pikkolo fleyta), Nizami Zeynalov (bas klarnet), Oqtay Kərimov (zərb alətləri), Natiq Şirinov (nağara) Pirotexnik: Vaqif Qurbanov Fotoqraf: İlham Kişiyev İnzibati qrup: Vüqar Quliyev, Tərlan Babayev, İlqar Musayev, Ədalət Yunusov, Nigar Hüseynova Texniki qrup: Bədəl Bədəlov, Məmməd Hüseyn Sürücülər: Namiq Mirzəyev, Vahid Mirzəyev Prodüser: Əliağa Məmmədov Ənvər Həsənov – Yusif Rafiq Əliyev (II) – Müsəllim Ramiz Sərkərov Orxan İsmayılov Nurəddin Mehdixanlı Vidadi Əliyev Firəngiz Babayeva Gülzar Qurbanova Şamil Süleymanov Fərhad İsrafilov (Fərxad İsrafilov kimi) Sərvər Şahbəyli Ömür Nağıyev Tofiq Qarayev Murad Ağazadə Mübariz Əlixanlı İdris Rüstəmov Yasin Qarayev Rasim Qədirli Nəbi Qədirov Rüstəm Qədirov Mehriban Xanlarova Arif Kərimov Anar Quliyev Zahid Mehdiyev Ağaxan Salmanov Arzu Hüseynov Əlisurət Məmmədov Etibar Cəfərov Rasəf Mehdiyev Müşfiq Əliyev Aydın Əliyev Məhərrəm Qurbanov Samirə Şıxıyeva Gülnarə Abdullayeva Aybəniz Əhmədova Tofiq Hüseynov (Tofiq Hüseyn kimi) Həmzə Əhmədoğlu Mirzə Ağabəyli Zümrüd Qasımova – pozğun qadın Fatma Mahmudova Nigar Qarayeva Aleksey Saprıkin Rüfət Əsədov
https://az.wikipedia.org/w/index.php?curid=292319
Ərazi bütövlüyü
Ərazi bütövlüyü — dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Son zamanlar bu prinsiplə BMT Nizamanməsinin 73 (b) maddəsində qeyd olunmuş və "özünüidarəni inkişaf etdirmək, həmin xalqların siyasi səylərini lazımi qaydada nəzərə almaq və hər bir əraziyə və onun xalqlarına xas olan spesifik hallara və müxtəlif inkişaf səviyyələrinə uyğun olaraq, onlann azad siyasi institutlarının mütərəqqi inkişafına kömək etmək" kimi məqsədləri özündə ehtiva edən humanitar müdaxilə konsepsiyası arasında gərginlik yaranmışdır. Məlum olduğu kimi, tarixən müəyyən bir əraziyə iddia edən siyasi qurumlar olmuşdur. Bu ərazilərə sahiblənmək çox vaxt müharibə hesabına olurdu və adətən döyüşlə nəticələnirdi. Bəzən də eyni ərazidə mövcud bir neçə ali hakimiyyət qüvvəsi bir-biri ilə müharibə vəziyyətində olurdu. Qədim və orta əsrlərdə zadəganlar hələ də eyni kralı və ya imperatoru qəbul etsələr də, vətəndaş müharibələri baş verirdi. Məsələn, qədim Çində Şərqi Çjou sülaləsinin formal olaraq hakimiyyətdə olduğu dövrü əhatə edən Çunçyu dövrünü nümunə göstərmək olar. Eləcə də katolik monarxları eyni Papanın dini hakimiyyətini tanısalar da, tez-tez bir-biriləri ilə mübarizə aparırdılar. Vestfaliya beynəlxalq münasibətlər sistemi konsepsiyasının tərəfdarları belə hesab edirlər ki, ərazi bütövlüyünün müasir ideyası 1648-ci il Vestfaliya Sülhü ilə bərqərar olmuşdur. Bununla yanaşı, qədim Çin və Şimali Amerika və Avstraliyanın qədim yerli mədəniyyətləri, eləcə də digər mədəniyyətlər, regional bütövlüyü də əhatə edən müxtəlif ərazi anlayışlarını irəli sürürlər. Millətlər Liqası ərazi bütövlüyü və beynəlxalq hüququn digər prinsiplərini müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdu. Liqa İtaliyanın Efiopiyanı işğal etməsini qınamışdı. Liqa həmçinin Mancuriyada və Daxili Monqolustan Muxtar Rayonunun şərqində Mançjou-qonun yaradılmasına görə Çin Respublikasını açıq-aşkar dəstəkləmişdi. Tarixçilərin əksəriyyəti qeyd edirdi ki, Liqa bu qərarlarını effektiv şəkildə yerinə yetirə bilmədiyinə görə nüfuzunu itirmişdi. BMT-nin, sonralar isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (indiki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) yaradılması ilə ərazi bütövlüyü beynəlxalq qətnamələrin tərkib hissəsinə çevrildi. Helsinki Yekun Aktı, digər məsələlərlə yanaşı sərhədlərin toxunulmazlığına və dövlətlərin ərazi bütövlüyünə də toxunmuşdu. Müasir dövrdə Son dövrlərdə (II Dünya Müharibəsindən sonra) ərazi bütövlüyünün ciddi tətbiqi bir sıra problemlərin yaranmasına gətirib çıxardı və "yer üzündə" reallıqla qarşılaşdıqda ərazi bütövlüyü məsələsi çox süni bir quruluş kimi qəbul edilə bilər.Lixtenşteyn knyazı II Hans Adam, 25 yanvar 2001-ci ildə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda çıxış edərkən tarixi normalara uyğun olaraq ərazi bütövlüyünə daha çevik yanaşma tələb etmiş və qeyd eləmişdir ki, "Gəlin dövlətlərin, onları yaradan insanlara bənzər həyata sahib olduqlarını qəbul edək. Birləşmiş Millətlər Təşkilatının hər hansı bir üzv dövləti indiki sərhədləri daxilində beş nəsildən artıqdır ki mövcuddur. İnsan təkamülünü dondurmaq cəhdi keçmişdə mənasız məsuliyyətə səbəb olmuş və ehtimal ki, belə bir prosesə sülh yolu ilə nəzarət edilməsindən daha çox zorakılığa səbəb olmuşdur. Öz müqəddəratını təyin etməyə qoyulan məhdudiyyət təkcə demokratiyanın özünü deyil, həm də demokratiya quruluşunda qanunçuluq istəyən dövləti də təhdid edir."2005-ci il Dünya Samitində dünya dövlətləri "Qorumaq məsuliyyəti" məsələsində razılığa gəldi və humanitar müdaxilə hüququnu tanıdı. Bunun suverenlik və ərazi bütövlüyü konsepsiyalarının çevik tətbiqinə, ərazinin de-fakto statusuna ciddi riayət olunmasını asanlaşdırmaq və bu statusu nəzərə almaqla və hər bir hal üzrə işdə iştirak edən digər amillərin nəzərə alınacağına imkan verəcəyi iddia edilirdi. 28 aprel 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 1674 saylı qətnaməsi "2005-ci il Dünya Samitinin Yekun Sənədinin əhalini soyqırımdan, müharibə cinayətlərindən, etnik təmizləmədən və insanlığa qarşı cinayətlərdən qoruma məsuliyyəti ilə əlaqədar 138 və 139-cu bəndlərinin müddəalarını təsdiq edirdi".Bununla belə, "qorumaq məsuliyyəti" yalnız xarici qüvvələrin suverenliyi ləğv etmək imkanına aiddir və sərhədlərin dəyişməsini açıq şəkildə əks etdirmir. Həmçinin bax Aktiv separatçı hərəkatların siyahısı Təcavüz cinayəti Öz müqəddəratını təyin etmə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi (2014–indiyədək) Uti possidetis
https://az.wikipedia.org/w/index.php?curid=568467
Ərazi mübahisələri
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
https://az.wikipedia.org/w/index.php?curid=783893
Ərazi mübahisəsi
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
https://az.wikipedia.org/w/index.php?curid=478238
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (Azərbaycan)
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik — Azərbaycan Respublikası Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır.2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021 tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik ləğv edilib və agentliyin balansındakı əmlak ANAMA-nın balansına verilib. Direktorları Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə külli miqdarda maddi ziyanın vurulmasını, həmin ərazilərdə dinc əhalinin əmlaklarının talanmasının kütləvi xarakter daşıdığını və ölüm təhlükəsi nəticəsində ata-baba torpaqlarını tərk edən qaçqınlara gələcəkdə öz yerlərinə qayıtmaqları üçün normal şəraitin yaradılması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. Dövlət Komissiyası üzərinə düşən vəzifələrin yerinə yetrilməsində Azərbaycan Respublikasının Prezidenti qarşısında cavabdehdir və fəaliyyəti haqqında mütəmadi olaraq ona hesabat verir. Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, habelə bu Əsasnaməni rəhbər tutur. Dövlət Komissiyası öz fəaliyyətini müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqəli şəkildə həyata keçirir. Dövlət Komissiyasının əsas vəzifəsi hərbi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasını təşkil etməkdir. Dövlət Komissiyası, müharibə nəticəsində Azərbaycan Respublikasının torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi, dağılmış obyektlərin bərpa edilməsi və yenidən qurulması proqramlarının layihələrinin tərtib edilməsi üçün müvafiq orqanlara tapşırıq verir. Komissiya, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, habelə aidiyyatı olan ictimai birlikləri cəlb etməklə, işçi orqan tərəfindən hazırlanmış bərpa və yenidənqurma proqramlarının layihələrini müzakirə edir və onları təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədi ilə vəsait toplanması üçün beynəlxalq təşkilatlar, xarici dövlət və qeyri-dövlət qurumları ilə ardıcıl iş aparılır. Respublika büdcəsi və beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsait hesabına maliyyələşdirilən hüquqi şəxs statusuna malik olan işçi orqan yaradılır. Bu orqan Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq onun işlərinin sayının yuxarı həddini müəyyən edir və əsasnaməni təsdiq edir. Bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin layihələndirilməsində və inşa edilməsində icraçıları müəyyənləşdirmək üçün tender təşkil edilir. Görülən işlər barədə rübdə bir dəfədən az olmayaraq (dövri iclasların nəticələri əsasında) Azərbaycan Respublikası Prezidentinə hesabat verilir. Azərbaycan Respublikasının ərazisində bərpa və yenidənqurma işləri, məskunlaşma və beynəlxalq təşkilatların bu işdə rolu, xidməti və bununla bağlı digər məsələlər üzrə maraqlı olan tərəflərin iştirakı ilə seminarlar və elmi praktiki-konfranslar keçirilir. Bərpa və yenidənqurma proqramlarının yerinə yetirilməsi üçün müvafiq dəqiqləşdirilmiş tədbirlərin həyata keçirilməsi mexanizminin və müharibə nəticəsində zərər çəkmiş yaşayış məntəqələrinə dəymiş ziyanın müəyyənləşdirilməsi, onların bərpa edilməsi və yenidən qurulması haqqında təkif verilir. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin missiyası, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan Respublikası ərazilərinin bərpası və yenidən qurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir. Həmçinin bax Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Xarici keçidlər arra.az — Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik rəsmi saytı Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının ləğv edilməsi barədə Bərpa Agentliyi ulu öndərin xeyir-duası ilə yaradılmışdır Bərpa Agentliyi AÇIQ TENDER ELAN EDİR
https://az.wikipedia.org/w/index.php?curid=402749
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (Azərbaycan)
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir. ANAMA tərəfindən təklif olunan "Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə" proqramı, agentliyin qeyd olunan təhlükə altında yaşayan yerli əhali arasında partlayış nəticəsində meydana gələ biləcək təhlükələr barədə biliyi artırmaq üçün qayda və əsasnamələri müəyyənləşdirən strateji hədəflərindən biridir. Agentliyin təhsil proqramı 26-dan çox bölgədə və xüsusilə cəbhə bölgələrinə yaxın ərazilərdə həyata keçirilir. ANAMA-nın Bakı şəhərində yerləşən Baş Qərargahı, Füzulidə yerləşən Regional Bazası, Göygöldəki Regional Təlim Mərkəzi, Tərtər, Ağcabədi, Ağstafa və Bakıda yerləşən 4 əməliyyat mərkəzi mövcuddur. Azərbaycanda Mina Təhlükəsilə Mübarizə sahəsində 575 işçi, 6 Mexaniki Minatəmizləmə Maşını və 40 Minaaxtaran İt fəaliyyət göstərir. Beynəlxalq əməkdaşlıq ANAMA, Minatəmizləmə və Mina Qurbanlarına Kömək üzrə Beynəlxalq Etimad Fondu, Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Agentlik, həmçinin Xorvatiya və Sloveniyanın müvafiq dövlət təşkilatları ilə əməkdaşlıq edir. 25 yanvar 2013-cü ildə ANAMA Beynəlxalq Miqrasiya Təşkilatı ilə başqa bir müqavilə imzaladı. Bundan əlavə, Agentlik 1999-cu ildən bəri Birləşmiş Millətlər İnkişaf Proqramı ilə əməkdaşlıq edir. Həmçinin bax "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı Xarici keçidlər Rəsmi veb saytı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin NİZAMNAMƏSİ
https://az.wikipedia.org/w/index.php?curid=685473
Ərazisinə görə ABŞ-nin ştat və ərazilərinin siyahısı
Bu siyahıda ABŞ və ərazilərinin ümumi ərazisi, quru və su ərazisinə görə sıralanmışdır. Su sahəsinə daxili sular, sahil suları, Böyük göllər və məhəlli sular daxildir. Buzlaqlar və daimi olmayan sular quru ərazisi kimi hesablanmışdır.ABŞ-nin ən böyük ştatı olan Alyaska ümumi ərazisinə, quru ərazisinə və su ərazisinə görə birinci yerdə dayanır. Alyaskanın ümumi ABŞ ərazisinin 18%-ni, və qitə ərazisinin 21%-ini təşkil edir. İkinci böyük ştat olan Texas, Alyaskanın 40%-i qədər əraziyə malikdir. Su ərazisinə görə isə ikinci yerdə Miçiqan dayanır. Rod-Aylend ümumi və quru ərazisinə görə ən kiçik ştatdır. Su ərazisinə görə isə axırıncı yeri Qərbi Virciniya tutur. San Bernardino qraflığı kontinental ərazisində ən böyük qraflıqdır. Ümumi ərazisi 200.000 mil² (520.000 km²)-dən daha böyükdür. Ən kiçik doqquz ştatdan daha böyükdür və ən kiçik dörd ştatın ümumi ərazisindən də böyükdür. Hətta ərazisi 71 müstəqil ölkənin ərazisindən də böyükdür. Ərazisinə görə ştat/mülk Ərazisinə görə dairələr Aşağıdakı bütün dairələr ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilib. Ərazisinə görə rayonlar Aşağıdakı bütün rayonlar ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilib.
https://az.wikipedia.org/w/index.php?curid=450253
Ərazisinə görə ABŞ-ın ştat və mülklərinin siyahısı
Bu siyahıda ABŞ və ərazilərinin ümumi ərazisi, quru və su ərazisinə görə sıralanmışdır. Su sahəsinə daxili sular, sahil suları, Böyük göllər və məhəlli sular daxildir. Buzlaqlar və daimi olmayan sular quru ərazisi kimi hesablanmışdır.ABŞ-nin ən böyük ştatı olan Alyaska ümumi ərazisinə, quru ərazisinə və su ərazisinə görə birinci yerdə dayanır. Alyaskanın ümumi ABŞ ərazisinin 18%-ni, və qitə ərazisinin 21%-ini təşkil edir. İkinci böyük ştat olan Texas, Alyaskanın 40%-i qədər əraziyə malikdir. Su ərazisinə görə isə ikinci yerdə Miçiqan dayanır. Rod-Aylend ümumi və quru ərazisinə görə ən kiçik ştatdır. Su ərazisinə görə isə axırıncı yeri Qərbi Virciniya tutur. San Bernardino qraflığı kontinental ərazisində ən böyük qraflıqdır. Ümumi ərazisi 200.000 mil² (520.000 km²)-dən daha böyükdür. Ən kiçik doqquz ştatdan daha böyükdür və ən kiçik dörd ştatın ümumi ərazisindən də böyükdür. Hətta ərazisi 71 müstəqil ölkənin ərazisindən də böyükdür. Ərazisinə görə ştat/mülk Ərazisinə görə dairələr Aşağıdakı bütün dairələr ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilib. Ərazisinə görə rayonlar Aşağıdakı bütün rayonlar ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilib.
https://az.wikipedia.org/w/index.php?curid=577757
Ərazisinə görə ABŞ-ın ştat və ərazilərinin siyahısı
Bu siyahıda ABŞ və ərazilərinin ümumi ərazisi, quru və su ərazisinə görə sıralanmışdır. Su sahəsinə daxili sular, sahil suları, Böyük göllər və məhəlli sular daxildir. Buzlaqlar və daimi olmayan sular quru ərazisi kimi hesablanmışdır.ABŞ-nin ən böyük ştatı olan Alyaska ümumi ərazisinə, quru ərazisinə və su ərazisinə görə birinci yerdə dayanır. Alyaskanın ümumi ABŞ ərazisinin 18%-ni, və qitə ərazisinin 21%-ini təşkil edir. İkinci böyük ştat olan Texas, Alyaskanın 40%-i qədər əraziyə malikdir. Su ərazisinə görə isə ikinci yerdə Miçiqan dayanır. Rod-Aylend ümumi və quru ərazisinə görə ən kiçik ştatdır. Su ərazisinə görə isə axırıncı yeri Qərbi Virciniya tutur. San Bernardino qraflığı kontinental ərazisində ən böyük qraflıqdır. Ümumi ərazisi 200.000 mil² (520.000 km²)-dən daha böyükdür. Ən kiçik doqquz ştatdan daha böyükdür və ən kiçik dörd ştatın ümumi ərazisindən də böyükdür. Hətta ərazisi 71 müstəqil ölkənin ərazisindən də böyükdür. Ərazisinə görə ştat/mülk Ərazisinə görə dairələr Aşağıdakı bütün dairələr ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilib. Ərazisinə görə rayonlar Aşağıdakı bütün rayonlar ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilib.
https://az.wikipedia.org/w/index.php?curid=796267
Ərbab Cəmşid
Cəmşid Bəhmən Cəmşidiyan – (Ərbab Cəmşid ) İranda görkəmli zərdüştilərdən olmuşdur. Cəmşid Bəhman İranda müasir bank ideyasın təqdim etmişdir. İran parlamentində Zərdüşt icmasının ilk nümayəndəsi seçilmişdir.. Məşrutə inqilabında rolu Məşrutə inqilabında, məşrutəçilərə bir çox maliyyə köməkliyi etmişdir və öz bağını ,Səttar xan, Bağır xan və Şahsevənlərin ixtiyarına vermişdir. Xarici keçidlər Ərbab Cəmşid
https://az.wikipedia.org/w/index.php?curid=263131
Ərbabkəndi (Meşkinşəhr)
Ərbabkəndi (fars. ارباب كندي) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 903 nəfər yaşayır (209 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=763682
Ərbakan
Nəcməddin Ərbakan (türk. Necmettin Erbakan; 29 oktyabr 1926, Sinop – 27 fevral 2011[…], Ankara) — Türkiyənin 33-cü baş naziri (1996–1997) və keçmiş millət vəkili. 29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub olan Mehmet Səid Ərbakanın ailəsində dünyaya gəlmişdir. Nəcməddin Ərbakan ibtidai təhsilinə Kayseridə başlamışdı. 1937-ci ildə bu məktəbi əlaçı şagird kimi bitirmişdi. Həmin ildə İstanbul Oğlanlar Liseyində orta təhsilini davam etdirdi. Ərbakan həmin litseyi əlaçı tələbə kimi bitirdi. O zamanlar orta məktəbi əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəcməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki Universitetinin ikinci kursuna qəbul edlimişdir. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil aldı. Bu yoldaşlarından biri də Süleyman Dəmirəl olmuşdur. Ərbakan 1948-ci ilin yayında İTU Makina fakültəsini müvəffəqiyyətlə bitirmiş və elə həmin ildə – 1 iyunda Makina fakültəsinin "Motorlar" kursunda aspirant kimi işləməyə başlamışdır. 1948–1951-ci illər arasındakı 3 illik aspirantlıq dövründə o vaxtlar doktorluq disertasiyasını əvəz edən bir dissertasiya hazırladı. Kurslarda dərs vermək dosent və professorların səlahiyyətində olmasına baxmayaraq aspirant olduğu halda dərs verməsinə icazə verilmişdir. Dissertasiyasındakı müvəffəqiyyətinə görə universitet tərəfindən 1951-ci ildə Aaxen Texniki Universitetində elmi araşdırmalar aparmaq və bilik və təcrübəsini artırmaq üçün Almaniyaya göndərilən Ərbakan alman ordusu üçün araşdırma aparan DVL araşdırma mərkəzində çalışan Prof. Şmit ilə birlikdə müvəffəqiyyətli araşdırmalar apardı. Aaxen Texniki Universitetində il yarım ərzində biri doktorluq dissertasiyası olmaqla 3 dissertasiya hazırlayan Ərbakan alman universitetlərində etibarlı olan "DOKTOR-MÜHƏNDİS: Dr-İng" adını aldı. Almaniya İqtisadiyyat Nazirliyinin Rur ərazisindəki zavodlarda araşdırma aparan heyətə öz istəyi ilə qoşulmuş və 15 gün Rur ərazisindəki bütün ağır sənaye zavodlarını gəzib araşdırma aparmaq imkanı əldə etmişdir. 2010-cu ildə Səadət Partiyasında partiya sədri şeçimlərindən sonra Numan Kurtulmuşun istefasından sonra Erbakan yenidən partiya sədri şeçilib.Nəcməddin Ərbakan 2011-ci il fevralın 27-də saat 13.40-da ürək çatışmazlığından vəfat etmişdir. Həmçinin bax Nəcmeddin Ərbakan Universiteti Xarici keçidlər [2] Arxivləşdirilib 2010-08-05 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=168055