!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əniqoba | Əniqoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Əniq kənd inzibati-ərazi vahidi tərkibindəki Əniqoba kəndi Quxuroba kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Toponimikası Yaşayış məntəqəsinin vaxtı ilə Əniq kəndindən ayrılmış ailələr oba yerində saldığı üçün belə adlandırılmışdır. Coğrafiyası və iqlimi Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 672 nəfər əhali yaşayır. Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=87104 |
Ənis Behiç Koryürək | Ənis Behiç Koryürək (11 mart 1891, Konstantinopol – 18 oktyabr 1949, İstanbul) — Türkiyə şairi. İlk şeirlərini əruz vəzni ilə yazmağa başlamış, ərəbcə və farsca kəlmə və epitetlərə çox yer vermişdir. Sonralar Ziya Göyalpın təsiriylə heca vəzninə keçmişdir. Ənis Behiç Ziya Göyalpla tanış olmasını və əruzdan hecaya keçməsini 26 oktyabr 1934-cü ildə Ankara xalqevində verdiyi bir konfransda açıqlamışdır. Ənis Behiçin milli anlayışa keçməsində Ziya Göyalpdan sonra təsirində qaldığı bir başqa önəmli isim Müftüoğlu Əhməd Hikmətdir. Son illərində spirtizm ilə maraqlanaraq metafizik mövzulara meyl etmiş və ruh çağırma seansları ilə bir mövləvilik təriqətinə mənsub olan Süleyman Çələbinin ruhu ilə təmasa keçmiş, ondan aldığı ilhamları əruz vəznilə əski kəlmə və epitetlərlə dolu bir dil və üslubla nəzmə çəkmiş, sonra da bunları "Varidati-Süleyman" (1949) adlı kitabında toplamışdır. Digər şeir kitabları bunlardır: "Miras" (1927), "Günəşin ölümü" ("Miras"la birlikdə, 1951). Ənis Behiç şeirlərində ən çox eşq və qəhrəmanlıq mövzularına yer vermişdir. Şeirə canlılıq və hərəkət qazandırmaq üçün bəzi şeirlərində hecanın birdən artıq vəznini işlətmişdir. Beləcə, "Ədəbiyyati-cədidə"nin eyni şeirdə əruzun birdən artıq qəlibini işlədərək yeknəsəkliyi pozma səylərini o, heca vəznində sınaqdan keçirmişdir. Ənis Behiç heca ilə mənzum hekayə yazma gələnəyinin əsasını qoymuşdur. Bu mövzuda da ilk olma özəlliyinə sahibdir. Son şeirlərində təkrar əruza dönmüşdür. Həmçinin bax Türkiyə ədəbiyyatı | https://az.wikipedia.org/w/index.php?curid=201241 |
Ənizə | Ənizə (ərəb. عنزة, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=799448 |
Ənnablı (Xudafərin) | Ənnablı (fars. عنابلو) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (54 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=639965 |
Ənnabə | Ənnabə (ərəb. عنّابة ʿAnnāba; fransız müstəmləkəçiliyi dövründə: Bon) — Əlcəzairin şərqində şəhər. Aralıq dənizinin sahilində yerləşir. Ənnabə vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 257.359 nəfərdən ibarət olmuşdur. Ənnabə 1200-ci ildə finikiyalılar tərəfindən qoyumuşdur. Bir müddət Roma imperiyasından asılı olmuşdu; şəhər Hippon Regi adlanırdı. Məşhur şəxsiyyətləri Avqustin Avreli | https://az.wikipedia.org/w/index.php?curid=751750 |
Ənnabə vilayəti | Ənnabə vilayəti (ərəb. ولاية عنّابة) — Əlcəzairin 58 vilayətindən biri. İnzibati mərkəzi Ənnabə şəhəridir. Ənnabə vilayətinin ərazisi 1 439 km2-dır. Ənnabə vilayətinə 6 rayon daxilidir. 2008-ci ilə olan məlumatlara əsasən Ənnabə vilayətinin əhalisi 609 499 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir. | https://az.wikipedia.org/w/index.php?curid=751759 |
Ənnəkiqışlaq | Ərməkiqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. Toponimikası Ərməkiqışlaq oyk, mür. Quba r-nunun Hacıhüseynli i.ə.v.-də kənd. Oykonim Ərməki (kənd adı) və qışlaq sözlərindən düzəlib, "Ərməki kəndinin qışlağı" deməkdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 481 nəfər əhali yaşayır. Həmçinin bax Quba rayonu Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=316774 |
Ənquran (Mahnişan) | Ənquran (fars. انگوران) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,068 nəfər yaşayır (261 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=784874 |
Ənqurd (Germi) | Ənqurd (fars. انگورد) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (6 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=765906 |
Ənqurdlar-i Süfla (Germi) | Ənqurdlar-i Süfla (fars. انگورتلارسفلي) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 305 nəfər yaşayır (63 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=766113 |
Ənqəm Atnabayev | Bioqrafiyası Ənqəm Qasım oğlu Atnabayev 23 fevral 1928 tarixində, SSRİ-in respublikalarından biri olan Rusiya SFSR-in subyektlərindən biri olan Başqırd ASSR-in Birsk kantonunda yerləşən İske Kurcem kəndində anadan olmuşdur. Ənqəm 1951-1968-ci illərdə respublika qəzeti olan "Qızıl Tan" qəzetində birinci ədəbi işçi, daha sonra isə redaksiya şöbəsinin müdiri olaraq işləmişdir. Ənvər Atnabayev 1977-1980-ci illərdə "Hənək" (azərb. "Yaba") satirik jurnalının redaktor müavini vəzifəsində işləmişdir. Ənqəm Atnabayevin ədəbiyyatda debütü 1950-ci illərdə olmuşdur. 1958-ci ildə şairin ilk şeirlər toplusu olan "Qəlblə söhbət" nəşr olunmuşdur. Şair həmçinin "Gənclərlə görüş" (1961), "Mən sənə müraciət etdim" (1963), "Sevgim mənim, həsrətim mənim" (1968), "Ürəyin yolu" (1971), "Sən həmişə mənimləsən" (1972), "İllər mahnıları tərk edir" (1975), "Zəngin melodiyaları" (1978) daxil olmaqla 20-dən çox şeir və şeir kitabının müəllifidir. Ənqəm Atnabayev əsərlərini tatar dilində yazırdı, ancaq onlar başqırd dilində nəşr olunurdu. Mükafatlar və titullar Ənqəm Atnabayev yaradıcılığına görə Q. Sələm adına Respublika Mükafatına və Rusiya SFSR-in (1988) və Başqırd ASSR (1977) əməkdar incəsənət xadimi titullarına layiq görülmüşdür. Ənqəm Atnabayev 1997-ci ildə Başqırdıstan Respublikasının xalq şairi adına layiq görülmüşdür. Şair, 1999-cu ildə "Vətənə xidmət üçün" II dərəcəli mükafata layiq görülmüşdür. Nəşr olunan kitabları Başqırd dilində: Başqırd dramaturqları antopoloqiyası (başq.) Başqırd torpaqlarının yazıçıları / Məlumat kitabçası (Yazıçılar: R. N. Baymor, Q. N. Qareyeva, R. H. Timerqalina). Yenidən işlənmiş II nəşr. — Ufa: Kitab, 2015. — 672 səh. ISBN 978-5-295-06338-1 (rus.) Xarici keçidlər Ənqəm Atnabayev Başqırdıstan esiklopediyasında (rus.) Tatışlinski rayonunun tanınmış şəxsləri Arxivləşdirilib 2012-12-11 at the Wayback Machine (rus.) Qısa Ədəbiyyat Ensiklopediyası (rus.) Kürdımda şair Atnabayevin bir abidəsi tikiləcək (rus.) Başqırdıstan ensiklopediyasında məqalə (başq.) | https://az.wikipedia.org/w/index.php?curid=524341 |
Ənsar | Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar. | https://az.wikipedia.org/w/index.php?curid=768630 |
Ənsar (İslam) | Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar. | https://az.wikipedia.org/w/index.php?curid=417825 |
Ənsar xəlifə Qaradağlı | Ənsar xəlifə Qaradağlı — Qızılbaş sərkərdəsi, bəylərbəyi. Ənsar xəlifə Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Səfəviyyə ordeninin məşhur sufilərindən, həm də bu təriqətin xəlifəsi idi. Ənsar xəlifə tanınmış Qızılbaş sərkərdəsi idi. 1552-ci ildə Osmanlı ordusu üzərınə yürüş edən Qızılbaşlar ordusunun bir qoluna o başçılıq edirdi. Onun dəstəsi Bərgiri istiqamətində hücum edib xeyli əsir, qənimət gətirmişdi. Ənsar xəlifə 1567-ci ildən 1583-cü ilədək Qaradağ vilayətinin hakimi olmuşdu.1583-cü ildə şahın əmri ilə Şirvan əyalətinə Bəylərbəyi təyin edildi. Ənsar xəlifənin Söhrab bəy, Şahverdi bəy, Mürşüdqulu bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, «Şuşa» nəşriyatı, 2008. – 160 səh. Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh. Həmçinin bax Qaradağ vilayəti | https://az.wikipedia.org/w/index.php?curid=80802 |
Ənsar əd-Din | 2012-ci ilin yazında qrupun sayı 300 döyüşçü idi; digər mənbələrə görə 2012-ci ilin aprelində Ənsarəddinin sayı yüz nəfəri keçmədi . Qrup ilk olaraq 30 mart 2012-ci ildə özünü yüksək səslə elan etdi, Kidal (Mali) şəhərini ələ keçirdi və qərargahını orada qurdu ; 2 apreldə hərəkat Tombuktu şəhəri üzərində nəzarəti quraraq separatçıları oradan sıxışdırdı (Əzəvadın Azadlığı Uğrunda Milli Hərəkat). Qrupun liderlərindən biri Ömər Hamaxa, məqsədlərinin Əzəvadın ayrılması deyil, bütün Malidə bir şəriət dövləti yaratmaq olduğunu söylədi (digər mənbələrə görə, yalnız Malidə deyil, Cezayir, Nigerira və Mavritaniyada da) ). 2013-cü ilin yanvarında hərəkatın bölmələri Kona şəhəri uğrunda Fransa-Mali birlikləri ilə vuruşdu. 20 noyabr 2015-ci ildə bu qruplaşma xadimləri, Malinin paytaxtı Bamakoda Radisson Blu otelini ələ keçirdi. 6 Rusiya vətəndaşı da daxil olmaqla 19 nəfər öldürüldü. | https://az.wikipedia.org/w/index.php?curid=700314 |
Ənsar əl-İslam | Ənsarül-İslam və ya Ənsar əl-İslam (ərəb. أنصار الإسلام) — kürd islamçı yaraqlı və separatçı qrupdur. O, 2001-ci ildə Əfqanıstandan qayıdan keçmiş Taliban və keçmiş Əl-Qaidə üzvləri olan kürd islamçılar tərəfindən Kürdüstan bölgəsi ətrafında Şimali İraqda yaradılıb. Onun məqsədi Kürdüstan bölgəsi ətrafında İslam dövləti yaratmaq və kürdləri qorumaqdır.Rəhbəri Fərəc Əhməd Nəcməddindir. Təşkilat İslam Dövlətinin müttəfiqidir və Avropa kəşfiyyat orqanlarının məlumatına görə, Avropa İttifaqının bir çox ölkələrində öz hücrələri var. "Ənsarül-İslam" 2001-ci ildə İran sərhədinə yaxın Hələbcə şəhəri ətrafında 10-a yaxın kəndə nəzarət edirdi. 4 "Qrad" qurğusu və dörd 106 mm-lik silahla təchiz edilmiş 600–700 nəfərdən ibarət silahlı dəstələri vardı. 2001-ci ilin fevralında "Ənsarül-İslam" təxribatçıları Kürdüstan Demokratik Partiyasının rəhbər simalarından Franso Həririni öldürmüşdür. 23 sentyabr 2001-ci ildə "Ənsarül-İslam" Həmada bir kəndə girmiş, burada 25 peşmərgə döyüşçüsünü əsir götürmüş və onları edam etmişdir. Cəlal Talabaninin əmri ilə 12 min peşmərgə döyüşçüsü dərhal yaraqlılara qarşı göndərmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=765956 |
Ənsarilər | Nüseyrilər, ya da Nusayriyyə (ərəb. النصيرية - Al-Nusayrīyah, ya da ərəb. العلوية - Al-Alawīya) — Suriyanın Lazkiyə, Baniyas və Tartus bölgələriylə Türkiyənin Hatay, Adana və Mersin illərində yaşayan, ismaililik, duruzilik, xristianlıq ilə birlikdə Suriyadakı mövcud digər yerli inancların İslamiyətin şiəlik məzhəbinin damı altında yaşaması nəticəsində ortaya çıxmış olan dini inanc toplumu. Nusayrilik 883-cü ildə Məhəmməd bin Nusayri əl-Nəm tərəfindən yaradılmış və Suriyada geniş yayılmış batini şiə təriqətidir. Bəzi mənbələrdə Numeyrilər də adlanırlar. Batini xarakterli təriqət adlanmalarının səbəbi ikili (əslində, daha çox) inanc sisteminə malik olmaları ilə bağlıdır. Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir dini sistemə mənsubdurlar. Yaradıcısı, özünü şiə-imamiliyinin onuncu imamı Əli əl-Hakinin sağlığında onun tərəfindən göndərilmiş peyğəmbər olduğunu iddia edirdi. Bir rəvayətə görə də, IBM Nusayri, on birinci imam Həsən əl-Asgərinin (873) "atası olduğunu irəli sürmüş və onun vəfatıyla da oğlu Məhəmməd b. əl-Həsənın Mehdiliyini qəbul etmişdir".Yalnız Suriya bölgəsində yayilmiş olan nüseyrilər 903-cü ildə Suriyada hakimiyyəti ələ keçirdilər. Səlib yürüşləri zamanı xaç (xristian) ordularına yardım etmiş və müsəlmanların əleyhinə xristianlara dəstək olmuşdular. Buna görə Səlahəddin Əyyubi tərəfindən şiddətli şəkildə cəzalandırılmışdılar. Eyni şəkildə Məmluklar əleyhinə Moğollara yardım etdikləri üçün Məmluk Sultanı Aybarsdan da təzyiq görmüşdülər. Nüseyrilər, bölgədə ardıçıllıqla hökm sürən, Səlahəddin Əyyubi, xristianlar, ismaililər və moğollardan sonra Sultan Səlimin (1516-cı) Suriyanı ələ keçirməsindən sonra daha güclü təzyiqlərə məruz qalmalarına baxmayaraq varlıqlarını davam etdirə bilmişlər. Zaman-zaman Osmanlılara qarsı üsyan etmələrinə rəğmən II Əbdulhəmid onları rəsmi olaraq bir məzhəb kimi qəbul etmişdi. Bu gün Suriyanın müxtəlif bölgələrdə - Hatay, Tarsus, Adana, Firat boyları və Livanda geniş şəkildə yayılmış olan nüseyrilərin sayı təkcə Suriyada 5 milyon civarındadır Nusayrilər təriqət kimi dörd qola ayrılmışlar: Heydəriyyə, Simaliyyə (və ya Semsiyyə) Kilaziyyə (və ya Kameriyyə) və Gaybiyyə təriqətləri. Etiqadı fikirlərinə görə, qismən İslamdan qaynaqlanmış olsalar da, əsasən batini şərhlərə söykənən və hətta zaman-zaman Xristian mədəniyyətinin təsirindədirlər. Nusayrilərin dini düşüncələrinin təməlini Əlinin ilahiləşdırılması təşkil edir. Bu təriqətin bütün qollarına görə, Əli ibn-Əbutalib (IV islam xəlifəsi) Tanrıdır. Uca Allah üçün sayılan sifət və xüsusiyyətlər Əli üçün sayılmalıdır. O, nurun nurudur, ilahi şəxs etibarilə gizlidir. O mənadır. Görünüşcə imam olmasına baxmayaraq, batini cəhətiylə O, Allahdır. Buna görə onların Şəhadət sözü "Mən Əlidən başqa İlah olmadığıma şəhadet edərəm" formasındadır. Bu anlayışa görə Əli, tanrıdır. Öz ruhundan Məhəmmədi, O da Salmanı Farasısı yaratmışdır. Əli "məna", Məhəmməd "ad", Salman isə "rəb"dir. Bu üçlk A(aya), M (Mim) və S (Sin) simvollarıyla ifadə edilir. Bu üçlü simvollaşdırma sistemi Süleyman Hasbi tərəfindən Xristianlıqdakı "ata-oğul-müqəddəs ruh" sistemiylə açıqlanar. Ayrıca Salmandan sonra beş dənə də Eytam vardır ki, bunlar: Mikdad bin əl-Esvad (Təbiət hadisələri və zəlzələni həyata keçirən), Əbu Zerril-Gifari (Uldizlarin hərəkətini idarə edən), Abdullah bin- Rifaha (Canlıların həyatlarıyla məşğul olan), Osman bin- Mazmun (Ruzi və xəstəliklərlə məşğul olan) və Qəmbər bin- Qaban ət-Dövrü (Ruhları cəsədlərə qaytaran). Bu beş eytam, eyni zamanda beş böyük ulduzdur. Heydəriyyə təriqətinə görə Əli, göydədir. Günəş Məhəmmədi, ay da Salmanı təmsil edir. Əli günəşdə oturmuşdur. Kilazilərə görə isə Əlinin yeri Aydır. Buna görə də bu təriqətə "Qəmərilər" adı verilmişdir. Onlara görə şərab, üluhiyyətin simvoludur. Şərabı və şərabın əsli olan üzüm salxımlarını həddindən artıq uca tuturlar. Tənasüh (ruhun bir bədəndən başqasına keçməsinə) və ruh köçünə inanırlar. Onlara görə, insanlar ilk dəfə səmavi varlıqlar olaraq yaradılmışlar. Lakin enişlərinin nəticəsi olaraq bugünkü vəziyyətlərini qəbul etmək məcburiyyətində qalmışlar. Davamlı tənasüh və ruh köçü, insanların təkrar səmavi varlıqlara dönməsiylə sona çatacaq. Yenə Əlinın ulduzlarin şahzadəsi olduğuna, günəş və ay ilə cisimlənmiş oldığına biətlidirlər. Əliyə inanan Nusayrilərin ruhları, ulduzlara çevrilərək nurlar aləminə yüksələr. Nusayri olmayanların ruhları isə, heyvan bədənlərinə girər. Qadınların ruhları yoxdur. Şeytanlar insanların günahlarından, qadınlar da şeytanların günahlarından yaradılmışlar. Bu baxımdan qadınlara məzhəblərinin sirlərini açıqlamazlar. Müaviyəni, Yezidi və Həcc ziyarətini şeytanın simvolları adlandırır və lənətləyirlər. Islaman beş əsas şərtinə münasibət də müsəlmanlardan fərqlidir. Onlara görə dinlərinin beş şərti belə ifadə olunmalıdır: Şəhadət sözü deyildikdən sonra "Nüseyri dinindən, Cundebi görüsündən, Cunbulani təriqətindən, Hasbi əqidəsindən, Cinli inancından, Meymuni fiqhindən olduğuma Şəhadət verirəm" cümləsi təkrarlanır. Namaz yalnız duadır. "Əli, Məhəmməd və Salmanı ucaldarıq" - demək, namazı qılmaq deməkdir. Namazdan əvvəl dəstəmaz alınmaz. Namazın şərtləri beşdir: a) Məhəmməd, Fatimə, Həsən, Hüseyn və Möhsin olmaqla beş seçməni tanımaq; b) Gülmədən və danışmadan dua etmək; c) Namazı, Abbasi rəngi olduğu üçün qara əbasız qılmaq; d) İbadəti başqalarının görməməsi üçün gizli etmək. "Ey Uca, Böyük və Arıların Əfəndisi Əli, bizə mərhəmət et" deyərək namazı bitirmək lazımdır. Namaz qılarkən Məkkəyə sarı dönmək də şart deyil. Günortaya qədər günəşin doğuş istiqamətinə, günortadan sonra isə qərbə üz tutmaq gərəkdir. Oruc Rəsulullahın atası Abdullah ibn Əbdulmütəlimin səssizliyini təmsil edir. Buna görə Ramazan Abdullah, Qurban Məhəmməddir. Ramazan ayının günləri isə nüseyrilərin müqəddəslərini təmsil edir. Zəkatın mənası dini öyrənməkdir. Hər ailə maliyyə vəziyyətinə görə, şeyxə pul vermək məcburiyyətindədir. Bu zəkat vermək deməkdir. Ziyarət yerləri çox əhəmiyyətlidir.Onlar ya su kənarlarında, ya da ağaclıq yerlərdədir. Bu anlayışlar qədim Finikiyalılardan qalan bir inancdır.Nusayrilərdə, şeyxlərə böyük hörmət göstərilir və onlar dərəcələrinə görə dörd sinfə ayrılır: a) Böyük Şeyx. Əlinin yer üzündəki kölgəsi. Fövqəlbəşər gücünə inanılar. Vəzifəsi, şeyx və imamlığa namizədləri seçməkdir. b) Şeyx. Şeyxlərin sayları çoxdur və onların atalarının mələklər olduğuna inanılar. Mərasim və ziyarətləri idarə edib, xəstələrə dua edərlər, onlardan icazəsiz həkimə belə gedilməz. Şeyx ola bilmək üçün şeyx ailəsindən olmaq şərtdir. c) Nüvvab. Şeyx köməkçisi vəziyyətindədirlər, Şeyx ola bilmələri Böyük şeyxin qərarına bağlıdır, bunun üçün geniş bir təcrübədən keçməsi lazımlıdır. d) İmam. Aşağı təbəqəli din xadimləridirlər. Nusayriliyə giriş üç mərhələdə həyata keçirilir. Qadınlar bu məzhəbə girə bilməzlər. Kişilərin isə məzhəbə girmələrinin əsas şərti ata-ananın Nusayri olmasıdır. Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, məzhəbə ilk girəndən, ilk alınan söz, sirr saxlama xüsusiyyəti və bu qabiliyyətin yoxlanmasıdır. Birinci mərhələ: Məzhəbə girəcək uşağın atası, onu güvəndiyi bir nusayriyənin yanına aparar. O şəxs uşağın mənəvi atası kimi onu yaxşıca tanıyır və qəbul şərtlərini anladır. Uşağın vəziyyəti haqqında şeyxin hüzurunda təminat alınar, uşaq əgər sirr versə öldürülür. Müsəlmanların gözündə yaxşı bir müsəlman kimi görünmək üçün namaz qılıb, oruc tutmasına diqqət göstərməsi lazım bilinir. Sonda uşaq "Məşvərət Cəmiyyəti" adlı yığıncağa alınır ki, bu yığıncaq şeyxin evində keçirilir. Üluhiyyət simvolu olan bir qədəh şərabı içdikdən sonra, o, Nurun qulu adini alar. Bu vaxt ona a(ayin), m(mim), s(sin) hərfləri və mənaları izah edilmədən təkrar etdirilir. İkinci mərhələ: İlk mərhələdən qırx gün sonra uşaq "Məlik Cəmiyyəti"nə gətirilər. Uşağa təkrar bir qədəh içki təqdim edir və a(ayin), m(mim), s(sin) hərflərinin sirrini öyrədərək bunları hər gün 500 dəfə təkrar etməsini əmr edərlər. Bu vaxt "Kitabül-Mecmu"dan da bəzi hissələri öyrədirlər. Üçüncü mərhələ: İkincidən 7-9 ay sonra icra edilir. Geniş bir salonda keçirilən bu mərasimin bir xeyli qaydaları vardır. Salonda ortada böyük şeyxi təmsil edən imam oturur, sağında nakibə, solunda isə nəçim oturur. Bu forma A(ayin), M(mim), S(sin) hərflərini-yəni Əli, Məhəmməd və Səlman üçlüyünü təmsil edir. Nakibin sağında da həvariləri adlanan on iki adam oturur. Nəcibin solunda isə iyirmi dörd adam durmalıdır. Bu adamlar "Kitabül-Məcmun”un beş dəfə təkrar edilməsinə şahidlik edərlər. Mərasimdə imam təkrarən uşaqdan sirrləri saxlayacağına dair söz istəyir, həvarilər də onun sözünə şahidlik edərlər. Bu sırada on iki həvari önlərindəki on iki stəkandan bir qurtum içki içirlər, namizəd də içir və beləcə üluhiyyətə çatmış hesab olunur. Nusayrilərin müqəddəs bayram və mərasimlər bunlardır: Fitrə (Ramazan); Adha (Qurban); Gadir (Zilhiccə; Peyğəmbərin Əlini imam təyin etdiyinə inanılan gün); Mubahalə (Zilhiccə, Xristianlarla Məhəmməd arasındakı lənətlənmə hadisəsi); Firak (Zilhiccə; Peyğəmbərin Mədinəyə hicrət etdiyi gecədə Əlinin ONun yatağında yatması); Müddət (Məhərrəm; Nusayrilərə görə Hüseyn, Kərbəlada ölməmiş, Isa kimi göyə çəkilmişdir); Rəbiul əvvəl (Ömərin səhim edildiyi gün); Şum (Selmanın ölümü); Novruz bayramları 10. 24/25 dekabr gecəsi İsanın doğumu və "son yemək" ayini.Nusayrilik İslam dini təriqəti adlana bilməz. Burada köhnə dinlər və inanışlardan tutmuş Sabiilikdən, Atəşpərəstlikdən, Yəhudilikdən, Xristianlıqdan və primitiv inanışlardan olduqca çox böyük təsirləri müşahidə etmək mümkündür. Bu inanış forması eyni zamanda gizlilik pərdəsi ilə örtülərək təqdim edilmişdir. Sirlərini, başqalarına açma qorxusuyla qadınlara öyrətmədikləri kimi, qadınlar ayinlərə də qatılmırlar. Üzvlüyə qəbul mərasimi masonların üzvlüyə qəbul mərasimlərinə bənzəyir. 1920-ci ilin sentyabrında Fransız işğalçıları Nusayrililəri Əlinin adından istifadə etdiklərinə görə Şiə təriqəti adlandırmışdı. Bu onlara İslam dininə qarşı daha kəskin mübarizə üçün lazım idi. İrandakı Bəhabilər və Pakistandakı Kadiyanilər kimi Nusayrilər də imperialistlərin məqsədləri istiqamətində üzərlərinə düsən rolu layiqincə oynamışlar və bu gün Suriyada bu rollarını oynamaqda davam etməkdədirlər. Bu gün Suriya bu dindarlar tərəfindən idarə edilməkdədir. Tarix boyunca müsəlmanları davamlı şəkildə qətlə yetirmişlər. Təkcə, 1982-ci ildə Hama şəhərində baş vermiş qarşıdurmada otuz min insan şəhid olmuşdu. Məzhəb kimi görünməsinə baxmayaraq Nusayrilik, nə xristianlıqla, nə yəhudiliklə, nə də islam ilə əlaqəsi olmayan inanc və ibadət üsullarıyla ayrıca bir din kimi ortaya çıxmışdır. Onların kafir, müşrik, olmalarında bütün sünni və şiə üləmaları yekdil rəy vermişlər. 1971-ci ildən bəri ölkə rəhbərliyini ələ keçirmişlər. 30 ildən artıqdır ki, bütün ölkə diktator Hafiz Əsəd və oğlu Bəşər Əsəd tərəfindən təzyiq altında saxlanmaqdadır. | https://az.wikipedia.org/w/index.php?curid=302684 |
Ənsarül-İslam | Ənsarül-İslam və ya Ənsar əl-İslam (ərəb. أنصار الإسلام) — kürd islamçı yaraqlı və separatçı qrupdur. O, 2001-ci ildə Əfqanıstandan qayıdan keçmiş Taliban və keçmiş Əl-Qaidə üzvləri olan kürd islamçılar tərəfindən Kürdüstan bölgəsi ətrafında Şimali İraqda yaradılıb. Onun məqsədi Kürdüstan bölgəsi ətrafında İslam dövləti yaratmaq və kürdləri qorumaqdır.Rəhbəri Fərəc Əhməd Nəcməddindir. Təşkilat İslam Dövlətinin müttəfiqidir və Avropa kəşfiyyat orqanlarının məlumatına görə, Avropa İttifaqının bir çox ölkələrində öz hücrələri var. "Ənsarül-İslam" 2001-ci ildə İran sərhədinə yaxın Hələbcə şəhəri ətrafında 10-a yaxın kəndə nəzarət edirdi. 4 "Qrad" qurğusu və dörd 106 mm-lik silahla təchiz edilmiş 600–700 nəfərdən ibarət silahlı dəstələri vardı. 2001-ci ilin fevralında "Ənsarül-İslam" təxribatçıları Kürdüstan Demokratik Partiyasının rəhbər simalarından Franso Həririni öldürmüşdür. 23 sentyabr 2001-ci ildə "Ənsarül-İslam" Həmada bir kəndə girmiş, burada 25 peşmərgə döyüşçüsünü əsir götürmüş və onları edam etmişdir. Cəlal Talabaninin əmri ilə 12 min peşmərgə döyüşçüsü dərhal yaraqlılara qarşı göndərmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=765954 |
Ənsə payı | Ənsə payı – lat. lobus occipitalis çəpgənin dal şöbəsini tutur, öndən lat. sulcus paretooccipitalis və sulcus occipitalis transversus vasitəsilə təpə payından ayrılır. Ənsə payı ilə gicgah payı arasındakı hüdudu təpədaxili şırımın dal ucunu yan şırımın dal ucu ilə birləşdirən xəyali xətt təşkil edir. Ənsə payının yuxarı yan səthində olan şırımlar o qədər sabit deyildi; burada yuxarı və bayır ənsə şırımları – lat. sulci occipitalis superior et laterales və bunların arasında eyni adlı qırışıqlar – lat. gyri occipitalis superior et laterales vardır. Ənsə payının aşağı səthində xüsusi şırım və qırışıqlar yoxdur; buranı gicgah payında olan şırım və qırışıqlar işğal edir. Aid şəkillər Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Anatomy: Embryologie | https://az.wikipedia.org/w/index.php?curid=159435 |
Ənsərud (Üskü) | Ənsərud (fars. عنصرود) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.378 nəfər yaşayır (337 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=617574 |
Əntakiyə | Antakya və ya tarixi azərbaycancada Əntakiyə — Türkiyənin cənubunda, Suriya sərhədinin yaxınlığında olan Hatay ilində şəhər və onun inzibati mərkəzi. Əntakiyəni e.ə. 300-cü ildə Makedoniyalı İsgəndərin sərkərdəsi I Selevk Nikator salmış və atası Antioxun adını vermişdir. 1516-cı ildə türklər Əntakiyəni alandan sonra Əntakiyə adlandırılmışdır. Roma tikililərindən stadionun, yaşayış evlərinin, şəhərkənarı mozaikalı mülklərin, Asi çayı üzərindəki körpünün, 5 darvazalı Bizans divarlarının qalıqları saxlanılmışdır. Şəhərkənarı Dafnada teatr (2 əsr), qəbiristanlıq (381), Müqəddəs Pyotr mağara məbədi (4–5 əsrlər) qalmışdır. Əntakiyənin ətraf yerlərində erkən xristian xarabalıqlarından müqəddəs Semyon (541–565), Müqəddəs Varlaam (6 əsr) monastırları, islam abidələrindən Ulu Came (16 əsr), Həbib Nəcar məscidi saxlanılmışdır. Hatay arxeoloji muzeyi var. Əhalisi 352 min (2007). Asi çayı sahilindədir. Avtomobil yolları qovşağı. Yeyinti, toxuculuq sənayesi, müəssisələri var. Qardaş şəhərlər Aalen (1995-ci ildən) Xarici keçidlər Əntakiyə şəkilləri Əntakiyə Muzeyinin şəkilləri | https://az.wikipedia.org/w/index.php?curid=780265 |
Əntilyas | Əntilyas (ərəb. أَنْطِلْيَاس Anṭilyās) — Livanın Mətn qəzasında şəhər. Kilikiya erməni katolikosluğu Əntilyasda yerləşir. Məşhur şəxsiyyətləri Asi Rəhbani — bəstəkar Mənsur Rəhbani – bəstəkar | https://az.wikipedia.org/w/index.php?curid=747783 |
Əntiqə Qonaq | Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir. 1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir. İki oğlu var. Həsən Məcidov Türkiyənin Mersin Universitetinin Makina Mühəndisliyi fakültəsinin sonuncu kursunda təhsilini davam etdirir. Şəhriyar Məcidov əsgəri xidmət keçərkən aprel döyüşlərinin iştirakçısı olmuşdur. İdman sahəsi üzrə ixtisaslaşmışdır. Qarabağın dağlıq hissəsinə erməni quldurlarının təcavüzü başlayan gündən jurnalist kimi dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olmuş, torpaqlarımızı qoruyan könüllülərə, əsgər və zabitlərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışmışdır. Xocalının soyqırımdan əvvəlki vəziyyətində, Şuşada, Ağdamın Gülablı, Mərzili, Başqərvənd, Papravənd, Füzulinin Qacar, Xələfşə, Cuvarlı, Gövşatlı, Veysəlli, Arış, Hoğa kəndlərində və Məngələnata yüksəkliyində, Cəbrayılın Sur yüksəkliyində, Zəngilanın Novlu, Kollu, Rəzdərə, Yeməzli, Günqışlaq, Pirveyisli, Şərifan, Aşağı Göyəli, Nəcəflər, Ağbənd, Vejnəli, Qubadlının Çardaqlı, Əyin, Məlikəhmədli, Tarovlu, Yuxarı Cibikli, Aşağı Cibikli, Əliquluuşağı, Zor, Laşının Səfyan, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Türklər, Qazağın Barxudarlı, Sofulu, Qızılhacılı, Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Tovuzun Ağdam, Əlibəyli, Koxanəbi, Göyəbaxan, Böyükqışlaq, Ağdərədə, Tərtərin Dəmirçilər sovetliyinin Ağkənd, Cəmilli, Balakəngərli kəndlərində Leninavan, Yarımca, Seysulan, Marqoşevanda, Vəng yüksəkliyində, Kəlbəcərin Qılıclar, Hacıkənd, Kamo, Azad, Toğana, Dikyurd, Sarıyer, İstisu ərazilərində, Tərtərin…..Sarı olmuş və ön cəbhədə gedən döyüşlərin iştirakçılarından müxtəlif səpkili yazılar yazmışdır. Ümumiyyətlə, 1988-1994-cü illərdə Füzuli cəbhəsində 12, Ağdamda 8, Qubadlıda 4, Laçında 2, Zəngilanda 2, Şuşada 2, Cəbrayılda 1, Xocalıda 4, Ağdərədə 2, Kəlbəcərdə 1, Qazaxda 2, Tovuzda 2, Gədəbəydə 1 dəfə olmuş və burada şahidi olduğu hadisələr, canlı döyüş epizodları, döyüşçülərin vəziyyəti, qayğı və problemləri ilə bağlı yazılarla çalışdığı mətbu orqanında çıxışlar etmişdir. Bundan başqa mütəmadi olaraq xəstəxanalarda müalicə olunan yaralı əsgər və zabitlərimizə baş çəkmiş, şəhid ailələrinə maddi və mənəvi dayaq durmuşdur. Milli qəhrəmanlardan Əliyar Əliyev, Elman Hüseynov, Vəzir Orucov, Alı Mustafayev, Şirin Mirzəyev, Çingiz Mustafayevlə şəxsən görüşüb döyüş yolları barədə məqalələr hazırlamışdır. İctimai fəaliyyəti Respublikanın ictimai həyatında fəal iştirak edir. Respublika Qadınlar Cəmiyyətinin ictimai əsaslarla mətbuat xidmətinin rəhbəri kimi fəal qadınlarla bərabər dəfələrlə ön cəbhədə döyüşən hərbçilərimizə sovqat - ərzaq, geyim əşyaları, müxtəlif gündəlik tələbat malları aparmışlar. Onlarla şəhid ailəsini himayəyə götürərək onların problemlərini əlaqədar təşkilatlar qarşısında qaldırmış və həllinə nail olmuşdur. Bu günə qədər müharibənin ağrı-acısını qəlbində və həyatında daşıyan yüzlərlə insanla, onlarla ailəylə dostluq əlaqələrini davam etdirir, onların xeyir-şərində yanlarında olmağa çalışır. Respublikamızın bir qrup ictimaiyyətçi qadını ilə bərabər kimsəsizlər və qocalar evinə, internatlara, əqli zəif uşaqlara baş çəkərək onlara maddi və mənəvi dəstək olurlar. Məhz bu və ya digər xidmətlərimə görə BMT-nin Xoşməramlı Səfiri diplomuna layiq görülmüşdür. Yaradıcılığı 40 ilədək bir müddətdə müxtəlif mətbuat orqanlarında 1000-dən çox publisistik məqaləsi- reportaj, xəbər, oçerk, esse, hekayə, resenziya, tənqidi qeydləri, köşə yazıları dərc olunub. Qarabağ savaşının müxtəlif epizodlarını canlandıran, cəbhə bölgələrindən yazdığı məqalələrdən ibarət 780 səhifəlik "Vətən, səndən keçmək olmaz!", "Vətən II kitab", Milli Qəhrəman mayor Elman Hüseynovun döyüş şücaətlərindən bəhs edən "Ölməzlik", "O bir qərib savaşçı" kitablarının müəllifidir. Mükafatları Azərbaycan Jurnalistlər Birliyinin "Həsən Bəy Zərdabi" və "Salatın Əsgərova" mükafatlarının laureatı. "24 yaşdan asılmış ömür" öçerki Respublika Həmkarlar Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. "Bu günəş Türk üfüqlərində doğdu" məqaləsi Böyük Atatürk haqqında yazılmış ən gözəl yazı müsabiqəsinin qalibi olub. Onlarla Fəxri Fərman və müxtəlif diplomlarla təltif olunmuşdur. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür. Qarabağ Müharibəsi Veteranı, Prezident təqaüdçüsüdür. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatı laureatı Azərbaycan Jurnalistlər Birliyinin "Salatın Əsgərova" mükafatı laureatı Respublika Həmkarlar Komitəsinin fəxri fərmanı "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 27 sentyabr 2008-ci il Xarici keçidlər "Tanıdığımız və tanımadığımız Əntiqə Qonaq" - 525-ci qəzet "Jurnalistika vazkeçilməzimdir - ƏNTİQƏ QONAQ" - Mustaqil.az saytı "Analar və ölümsüzləşən oğullar…" - Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq yazır… | https://az.wikipedia.org/w/index.php?curid=634836 |
Əntərmeymunlar | Əntərmeymunlar (lat. Cercopithecidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin quruburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi. | https://az.wikipedia.org/w/index.php?curid=160859 |
Əntərə ibn Şəddad | Əntərə ibn Şəddad (525-608) — ərəb şairi. Şairin atası Şəddad Əbs qəbiləsinin başçısı idi. Anası həbəşistanlı bir kölə olduğundan Əntərə uzun müddət qəbilənin tam hüquqlu üzvü olmamış, onunla bir qul kimi rəftar edilmiş, onu ən ağır işlərə göndərmişlər. Əntərə böyüdükcə onda öz kölə vəziyyətinə olan etiraz da artır, o başa düşünür ki, atası onu bir oğul kimi qəbul etməyənədək bir qul olaraq qalacaq. Şairin mənsub olduğu Əbs qəbiləsi ərəb qəbilələri içərisində öz döyüşkənliyi və mübarizliyi ilə seçilirdi. Bu qəbilə uzun müddət Zübyan qəbiləsi ilə müharibə aparmışdır. Aramsız müharibələr Əntərənin də bir igid cəngavər kimi formalaşmasına gətirib çıxarır. Cəsur bir döyüşçü kimi tanındıqca Əntərənin azadlıq istəyi də artır və o, köləlikdən qurtarmaq üçün fürsət axtarır. Rəvayətə görə, bir gün Əbs qəbiləsinin kişiləri ovda olarkən, Tayy qəbiləsi hücum edib çoxlu mal-qara, sərvət ələ keçirir. Şəddad Əntərəyə düşməni təqib etməyi əmr etsə də, Əntərə bir kölə olduğu üçün və bu səbəbdən də əsas məşğuliyyətinin mal-qara otarmaq olduğunu bildirib bu yürüşdən imtina edir. Şəddad Əntərənin məqsədini anlayır və əgər bu döyüşdə şücaət göstərərsə, ona azadlıq vəd edir. Atasının vədindən daha da cəsurlaşan Əntərə böyük igidlik göstərir və arzusunda olduğu azadlığı qazanır. Çox keçmir ki, o, Əbs qəbiləsinin igid sərkərdəsinə çevrilir. Onun poeziyasının da əsas ruhunu döyüşkənlik, igidlik təşkil edir. O, "həmasə" (qəhrəmanlıq) janrının böyük ustası sayılır. Əntərənin, hətta, qocalanda da döyüşdən əl çəkmədiyi göstərilir. Uzun ömür sürmüş Əntərənin ölümü barədə iki fikir var. Bir məlumata görə, o, döyüş meydanında ölmüşdü. İkinci rəvayətdə, onun səhrada tufana düşüb öldüyü bildirilir. Ümumiyyətlə, o dövrdə qocaların döyüşdə iştirak etməsinin bəyənilmədiyini və səhralarda əsən səmum küləklərinin məhvedici gücünü nəzərə alsaq ikinci rəvayəti daha ağılabatan hesab etmək olar. Əntərə öz müəlləqəsini Əblə adlı əmisi qızına həsr edib. Şair kölə olduğundan Əbləyə olan sevgisini uzun müddət gizləmiş, ancaq azadlıq qazandıqdan sonra eşqini açmış və nəhayət Əblənin məhəbbətini qazanmışdır. Şair öz müəlləqəsində ilk növbədə öz igidlik və şücaəti ilə öyünür, özünü mədh edir. Fiziki və məvəvi gücünü misilsiz qəhrəmanlıq ruhunu tərənnüm edir. Onun hər bir misrasına orta əsr cəngavərinin psixologiyasına xas olan qürur və təkəbbür hakimdir. Şairi təkəbbürlü edən isə, hər şeydən əvvəl, uzun müddət təhqir və tənələrə məruz qalan bir kölənin özünü müdafiə instinkti idi. O, uzun müddət qəbilə üzvləri tərəfindən təhqir olunmuş, adamlar ona həqarətlə baxmış, onun kölə anasını, qara dərisini, qalın dodaqlarını ələ salmışlar. Ərəb qəbilə psixologiyası uzun müddət adamlara Əntərəni bir igid sərkərdə kimi tanımağa imkan vermişdir. Bu, onu sarsıdır, şair qəzəblənir, coşur və bu qəzəbini poetik kəlama çevirməklə öz rəqiblərindən intiqam alırdı. Əntərə öz müəlləqəsinin ilk beytini şikayətli, təəssüflü bir ahənglə başlayır. Lakin ilk beytdə şairin özünə olan inamı da hiss olunur. "Şairlər deyilməmiş söz qoyublarmı? Yaxud unutduğun obanı bir daha tanıya bilərsənmi?" Müəlləqəsini tərk edilmiş obanın təsviri ilə başlayan Əntərə keçmiş günlərindən narazılığını ifadə edir və sonra özü barədə mühakimələrə keçir. Əntərə şerində qılıncların səsi, atların kişnəməsi və dəvələrin nərəsi eşidilir. Əntərə döyüşdə qızğın şirə bənzəyir. Onun hər bir zərbəsi bir insan ömrünü aparır. Əntərə ilə rastlaşan hər bir döyüşçü qalib gəlmək fikrini bir tərəfə atıb ancaq xilas yolu axtarır. Əntərənin məhəbbət lirikası da əyilməzlikdir, yenilməzdir. O, sevgilisin qarşısında belə əyilmir. Şairə görə, Əblə belə bir igidin onu sevməsi ilə fəxr etməlidir. Buna görə də, onun sevgisinə cəngavərlik ruhu hakimdir. Əntərə müəlləqəsi başdan-ayağadək müharibə səhnəsinin təsviri, igid bir cəngavərin döyüş ruhunun tərənnümü ilə xarakterikdir. Əntərə müəlləqəsinə xas olan qəhrəmanlıq, yenilməzlik, eşqdə dözümlülük, məğrurluq kimi cəhətlər onun bütün poeziyasında özünə yer tapıb. Həmçinin bax Esat Ayyıldız, Abbasî Dönemine Kadar 'Uzrî Gazel, Yüksek Lisans Tezi, Ankara 2016. s.21. Esat Ayyıldız, Klasik Arap Şiirinde Emevî Dönemine Kadar Hiciv. Ankara: Gece Kitaplığı, 2020. s.120. Xarici keçidlər English translation of Antara's Hanged Poem another link to the same The Hanged Poem of Antara (Arabic) The Hanged Poem of Antara "another version" (Arabic) Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine Antara the Lion: Father of Heroes | https://az.wikipedia.org/w/index.php?curid=266491 |
Ənuşirvan bin Ləşkəri | Ənuşirvan bin Ləşkəri — II Əli Ləşkərinin oğlu və varisidir. 1049-cu ildə Gəncədə şəddadilərin yeddinci əmiri olub. Ənuşirvan üç qardaşı ilə birlikdə II Əli Ləşkərinin ilk arvadından idi. Ləşkəri Aranı 15 il idarə etmişdi, hansı ki, Osmanlı tarixçisi Münəccimbaşı tərəfindən əndişəli hakimiyyət dövrü olaraq təsvir edilirdi.Ləşkəri 1049-cu ildə öləndə Ənuşirvan taxta çıxdı. Ancaq onun yaşı az idi və buna görə də həqiqi hakimiyyət naib kimi xidmət edən hacib Əbu Mənsurda idi. Hal-hazırda itirilmiş olan yerli salnaməni cəmləyən Münəccimbaşı məlumat verir ki, Əbu Mənsur dərhal bir neçə sərhəd qalalarını kaxetiyalılara, gürcülərə və bizanslara verdi. Buna səbəb onların Arana tamah salmalarının qarşısını almaq idi. Bu qərar Şəmkirdə dabbağların başçısı əl-Həysəm ibn Maymun əl-Bəisin başçılığı altında bir üsyanın başlanmasına səbəb oldu. Vladimir Minorskiyə görə bu hərəkat şəhərin adlı-sanlı şəxslərinin aparıcı bürokratik təbəqəyə qarşı qiyamı idi. Şəmkirdə qalan Əbu Mənsur Əl-Həysəmi həbs etdirməyə çalışdı. Ancaq əl-Həysəm və xidmətkarları "öz xəncərlərini çəkdilər" və Ənuşirvanın atasının əmisi Dvin hakimi Əbüləşvarı hökmdar elan etdilər.Əbüləşvar Şəmkiri işğal etdi, buradakı əndişəli vəziyyəti nizamladı. Növbəti mərhələ paytaxt Gəncədəki iqəmətgahı ələ keçirmək idi. O, təqribən iki aydır hakimiyyətdə olan Ənuşirvan bin Ləşkərini, Əbu Mənsuru və onun yaxınlarını həbs etdi. Əbüləşvarın hakimiyyət dövrü (1049–67) Şəddadilər dövlətinin zenit nöqtəsi oldu. Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition. 2011. İstifadə tarixi: 14 March 2015. | https://az.wikipedia.org/w/index.php?curid=407281 |
Ənuşirvan xan | Ənuşirvan xan — 1344-cü ildən 1356-cı ilədək hakimiyyətdə olmuş xan. Heç bir sülalədən olmayıb. Məlik Əşrəf öz Nuşirəvan adlı qabcaçısı idi. Xan elan edilmişdi. Həmçinin bax Elxani hökmdarlarının siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=429590 |
Ənuşirəvan mirzə Qovanlı-Qacar | Ənuşirəvan mirzə Qovanlı-Qacar (d. 1833, Ərdəbil, Qacar imperiyası - ö. 1899, Təbriz, Qacar imperiyası) — Qacar şahzadəsi, diviziya generalı. Ziya əd-Dövlə və Əmir Tuman titullarına sahib olan Ənuşirəvan Mirzə həm siyasətçi olmuş, həm də qubernator vəzifələrində çalışmışdır. Ənuşirəvan Mirzə Qacar imperiyasının vəliəhdi olmuş Abbas Mirzənin nəvəsi, Bəhmən Mirzənin oğlu olmuşdur. Digər qardaşlarından fərqli olaraq, Azərbaycanda və ya Rusiya imperiyasında yox, Qacar torpaqlarında fəaliyyət göstərmişdir. Ənuşirəvan Mirzə 19 avqust 1833-cü il tarixində Ərdəbil bölgəsində dünyaya gəlmişdir. O, 23 oktyabr 1899-cu ildə Təbriz şəhərində apopleksiya və iflic xəstəlikləri nəticəsində vəfat etmişdir. Ənuşirəvan Abbas Mirzənin nəvəsi və şahzadə Bəhmən Mirzənin birinci oğludur. Bəhmən Mirzə Qacar Məhəmməd şah Qacar dövründə Azərbaycan vilayətinin valisi olmuşdur. Anası isə Bəhmən Mirzənin əsas arvadı və şahzadə Məhəmməd Tağı Mirzə Hassam əs-Səltənin qızı Malek Soltan Xanım idi. Bəhmən Mirzə Tehran sarayının gözündən düşməsindən sonra 1848-ci ildə Rusiya hakimiyyəti altında olan Qarabağa gəldi. Onun ardınca da Qacar torpaqlarındakı övladları və arvadları da onun yanına gəldi. Lakin bundan qısa müddət sonra, 1850-ci ildə Ənuşirəvan Mirzə Təbrizə geri döndü. Tehrandakı rus səfirlərindən olan Knyaz Dolqorukov 1851-ci ildə Qafqaz canişini Knyaz Vorontsova yazırdı ki, Nəsirəddin şahın anası onu öz qzlarından biri ilə evləndirmək fikrindədir. Şahın anasının bunda məqsədi oğlu ilə əmisi oğlunu barışdırmaq idi və Ənuşirəvan bunu sevinclə qarşılayırdı. 1852-ci ilin sentyabrında Şuşaya atasının yanına gəlmiş və gəldiyi zaman atasının Təbrizdə qalmış ailə üzvlərini də özü ilə gətirmişdi. Bir müddət keçdikdən sonra Bəhmən Mirzə onu yenidən Təbrizə yola saldı. 1854-cü ildə bəlli oldu ki, Ənuşirəvan Mirzəni şah ailəsindən nişanlısı ilə evləndirmək fikirləri yoxdur. Buna etiraz olaraq Tehrana gedən Ənuşirəvan Mirzə bəstə oturmuş, lakin sonda saray məmurlarının təlqinləri nəticəsində aldadılaraq bəsti sonlandırmışdır. Saray məmurları onu aldadaraq rus səfiriliyinə təhvil vermiş, onlar da Tiflisə yola salmışdılar. Tiflisə gələn Ənuşirəvan Mirzənin sərgərdan dolandığını eşidən atası digər oğlu Rzaqulu Mirzəni göndərib onu yanına gətirtdi. Bəhmən Mirzə onu hədələmişdi ki, əgər gəlməsə illik 2 min gümüş pulluq təqaüdünə son veriləcək. 31 martda Şuşaya gəlmiş, burada bir müdət qaldıqdan sonra yenidən Təbrizə yola salınmışdır. Ənuşirəvan Mirzənin əmisinin oğlu Nəsrəddin şah Qacar 1872-ci ildə Bəhmən Mirzəni əhv etdikdən sonra Ənuşirəvan Mirzəyə də yüksək vəzifələr verilməsinə başlanıldı. Ənuşirəvan Mirzə 1873-cü ildə Turşizin, 1878-ci ildə Talışın, 1881-1882-ci və 1884-1886-cı illərdə Təbrizin, 1898-1899-cu illərdə də Semnanın, Damğanın və Şadrudun hakimi vəzifələrini yerinə yetirdi. O, 1888-1889-cu illərdə Bürucird və Luristanın hakimi olmuş, 1891-ci ildə qüdrətli qubernator və dövrünün baş komandanı Həsən Əli Xan Qarrousinin “Əmir Nezam” adından Kirmanşah vilayətinin vəziri olmuşdur. O, bundan başqa Nəsrəddin şah tərəfindən Ziya əd-Dövlə titulunu qəbul etmiş, bir müddət keçdikdən sonra isə müasir mənasında general anlamına gələn Əmir Tümən rutbəsinə yüksəldilmişdir.Tomas Stevens 1887-ci ildə öz səyahət gündəliyi olan Around the World on a Bicycle da yazmışdı: İndi Simnan, Damğan və Şahrudun hakimi olan Şahzadə Ənuşirəvan Mirzə şahın əmisinin oğlu, şahın əmisi və Təbrizin keçmiş hakimi Bəhmən Mirzənin oğludur. Bəhmən Mirzənin ruslarla gizli planlar hazırladığı üzə çıxdıqdan sonra o, şahın intiqamından qorxaraq ölkəsindən qaçmış və ruslar arasında sığınacaq tapmışdır. O, indi əgər ölməyibsə, haradasa Qafqazda sürgündə yaşamaqdadır. Lakin atanın rüsvayçılığı şahın onun oğullarına qarşı yanaşmasına xələl gətirmədi, şahzadə Ənuşirvan və onun oğulları öz ölkələrinin dostunu və düşmənini ayırd etməyi, buna uyğun davranmağı bacaran adamlar kimi şah tərəfindən hörmət və etimad göstərmişdirlər. Hakimin sarayı şəhərin şimal qapısından o qədər də uzaqda deyil. İranda onsuz heç bir şeyin edilməyəcəyi adət edilmiş çay və qəlyan mərasimindən sonra, o, mənim ən yaxşı formada irəliləməyimi görmək üçün əsasıyla gözəl bir yola doğru yeridi. İran israfçılığının bir nümunəsi olaraq - çox yumşaq desək - hər yerdə olduğu kimi burada da qeyd etmək olar ki, Qubernator Şahrudda onun müavini vəzifəsini icra edən oğluna şəhərdən kənarda mənimlə bir neçə mil yol getdiyini teleqraf etdi!). Axşam saatlarında valinin oğullarından biri, Şahzadə Sultan Məcid Mirzə bir neçə qabaqcıl adamla bir saat söhbət etmək və siqaret çəkmək üçün içəri girdi. Bu gənc şahzadə ölkədə tanış olduğum ən ağıllı iranlılardan biri olduğunu sübut edir; O, əyalət iranlıları üçün çox məlumatlı olmaqla yanaşı, parlaq və çevikdir... Ənuşirəvan Mirzə 1850-ci ildə ilk evliliyini etmişdir. Onun birinci və əsas arvadı (o dövrün adlandırması ilə Gəlin Xanım) Badiye ül-Camal Xanım Məhəmmədhəsən xan İrəvaninin qızı idi. Anası olan Maxrusar Xanım Fəxr üd-Dövlə isə Ənuşirəvanın atası Bəhmən Mirzənin doğma bacısı idi. Ənuşirəvan Mirzə ikinci evliliyini Şahzadə Məhəmməd Tağı Mirzə Hessam əs-Səltənənin nəvəsi, Əmir Teymur Mirzə Hesaminin qızı ilə həyata keçirmişdir. Onun iki oğlu və iki qızı olmuşdur: 1. Şahzadə Sultan Əhməd Mirzə. Onun övladı olmuşdur: 1.1. Şahzadə Bənazir Xanım. 2. Şahzadə Sultan Məcid Mirzə "Dar ul-Mülk". 3. Şahzadə Malekzadə Xanım. O, Şahzadə Mirzə Bəhrami Sana əd-Dövlə ilə evlənmişdir. Onların bu övladı olmuşdur: 3.1. Şahzadə Münəvvəreh Xanım. Onun övladı olmuşdur: 3.2. Şahzadə Münirə Xanım. 4. Şahzadəm Malekə Afaq Xanım Bəhmən, (d. 1864, Təbriz, ö. 26 oktyabr 1917, Tehran), 1880-ci illərdə Mirzə Hüseyn Bəhmən ilə evlənmiş; 1898-ci ildə ikinci dəfə Əmənulla Xan Ziya əs-Solton (ö. 1931-ci ildə Hamburqda ölmüşdür). Əmənulla xan özü Xoy xanları nəslindən gəlməklə birlikdə Dünbili tayfasına mənsub idi. Onların bu evlilikdən üç oğlu və bir qızları olmuşdur: 4.1. Şahzadə Əli Əkbət Bəhmən Shahzadeh (1880-1964). Övladları bunlardır: 4.1.1. Mehr-e Cahan Xanım Bəhmən. 4.2. Əli Əsgər Bəhmən. Övladları bunlardır:: 4.2.1. Kir Bəhmən. 4.2.2. Talieh ül-Afaq Xanım Bəhmən. 4.2.3. Badie ul-Camal Xanım II Bəhmən. Zarrinnaal ailəsindən bir nəfərlə evlənmişdir. 4.3. Nüsrət ül-Mülk Xanım Bəhmən (1899-1972). Zarrinnaal ailəsindən bir nəfərlə evlənmiş və övladları olmuşdur: 4.3.1. Zərrin Rux Zarrinkafş-Bəhmən. 4.3.2. Əli Zərrinpur Zarrinkafş-Bəhmən. 4.3.3. Əbdülhsüseyn Əmir Keyvan Zarrinkafş-Bəhmən. 4.3.4. Əbülrza II Ənuşirəvan (ö. 1939). 4.4. Əbülqasım Bəhmən (1902-1956). Həmçinin Bax Abbas mirzə Qovanlı-Qacar Bəhmən mirzə Qovanlı-Qacar Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008. Bahmani-Ghajar. Neveshtar-e Bahman Mirza. Tehran. 1998. Bamdad, Mehdi. Sharh-e hal-e Rejal-e Iran. I. Tehran: Zavvar. 1999. Barjesteh van Waalwijk van Doorn (Khosrovani)/ Bahman Bayani, L.A. Ferydoun. The Fath Ali Shah Project. in: Qajar Studies. Journal of the International Qajar Studies Association, Volume IV. Rotterdam: Barjesteh van Waalwijk van Doorn. 2004. Ismayilov, Eldar. A Persian Prince of the Qajar Royal House in the Russian Empire. Moskva. 200. Çingiz Qacar. Qacarlar. Bakı. 2001. Stevens, Thomas. Around the World on a Bicycle. London. 1888. | https://az.wikipedia.org/w/index.php?curid=80505 |
Ənuşirəvan İbrahimi | Ənuşirəvan İbrahimi — 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin rəhbəri, Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin qardaşı. Ənuşirəvan Qəni oğlu İbrahimi 12 may 1926-cı ildə Astara da anadan olub. İbtidai təhsilini Astarada almağa başlasa da atası Nəhavəndə sürgün edildiyi üçün orada davam etdirib. Azərbaycanda 21 Azər hərəkatı qalib gəldikdən sonra burada Azərbaycan Milli Hökuməti qurulur. Ənuşirəvan İbrahimi də Təbrizə gələrək burada təsis edilmiş Polis akademiyasında təhsil almağa başlayır. Düşmən qüvvələri qarşısında dayanmaq onlarla mübarizə aparmaq üçün qardaşı Firudin İbrahimi ilə birgə gənc könüllülərdən ibarət "Babək" qrupunu təşkil edirlər. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah rejimi tərəfindən hərəkatçılar eləcə də onların tərəfdarları olan minlərlə insan həbs edilir, güllələnir və ya pis havalı cənub rayonlarına sürgün edilirdilər. Məhz bu təqiblərdən qurtulmaq üçün 16 min nəfərə yaxın firqəçi Sovet Azərbaycanına mühacirət edir. Ənuşirəvan İbrahimi də Bakıya mühacirət edir. Təhsilini öz siyasi fəaliyyəti ilə uyğunlaşdırmaq niyyəti ilə tarix ixtisası üzrə Bakı Dövlət Universitetində ali təhsil alır və eyni ixtisas üzrə də elmi-tədqiqat fəaliyyətini davam etdirir, Moskvada "İran Xalq Partiyasının (Tudə) 1944-1946-cı illərdə irticaya qarşı mübarizəsi (İXP-nin parlamentdə və hökumətin tərkibində fəaliyyəti timsalında)" adlı dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi də qazanır. Bir neçə xarici dildə sərbəst danışa bilən Ənuşirəvan İbrahimi Bakıda ingilis dili üzrə də ali təhsil alır. Mühacirətdə olduğu müddətdə həyatının əsas hissəsini onun siyasi fəaliyyəti təşkil edir. O, Azərbaycan Demokrat Firqəsinin (ADF) fəal və nüvuzlu üvlərindən birinə çevrilir. Burada fəaliyyətinə cavanlar təşkilatından başlayır və firqənin mərkəzi komitəsinin üzvlüyünə qədər yüksəlir. O dəfələrlə ADF-nin cavanlar təşkilatı adından dünya demokrat cavanlarının beynəlxalq konfrans və seminarlarında iştirak edir, dünya ölkələrində fəaliyyət göstərən digər sol və demokrat partiyaların nümayəndələri ilə tanış olur. 28 avqust 1953-cü il dövlət çevrilişindən sonra irtica rejiminin təhlükəzislik qüvvələri tərəfindən şiddətli basqılara məruz qalan İran Xalq Partiyası (Tudə) rəhbərləri və üzvləri də xaricə mühacirət edir və xüsusilə sosialist düşərgələri ölkələrinin Moskva, Sofiya, Praqa, Berlin (Şərqi Almaniya) kimi şəhərlərində məskunlaşırlar. 1960-cı il avqust ayının 1-2-də ADF və İXP MK üzvlərinin iştirakı ilə "Vəhdət konfransı" keçirilir və ADF öz adını və MK-sını saxlamaq şərtilə İXP-nin Azərbaycan Əyalət komitəsi kimi təsdiq olunur. Sözügedən konfransın müvafiq qərarları ilə Şərqi Almaniyada siyasi fəaliyyətlə məşğul olan Ə.Lahrudi Sovet Azərbaycanına qayıdır və onun yerinə Berlinə Ənuşirəvan İbrahimi göndərilir. O, 1978-1979-cu illər inqilabı baş verənə kimi İXP İcraiyyə Heyətinin üzvü olaraq bu partiyanın İranla qonşu olan Türkiyə, Hindistan və bu kimi bir neçə ölkədə olan təşkilatlarının işlərinə rəhbərlik edir. 1978-1979-cu illər inqilabı nəticəsində şahlıq rejimi devrildikdən sonra Ənuşirəvan İbrahimi də İXP rəhbərləri sırasında Şərqi Almaniyadan birbaşa İrana gəlib yerləşir. İXP-nin şəhər, vilayət və əyalət təşkilatları bütün ölkə üzrə fəaliyyətini bərpa edərək işə başlayır. Ənuşirəvan İbrahimi və onun rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsi və üzvlərinin fəaliyyəti 4 ildən artıq çəkmir. 1982-ci ilin əvvəllərində 3000-dən çox firqə üzvü, eləcə də Tehrana iş dalınca getmiş Ənuşirəvan mərkəzi komitənin digər üzvləri ilə birlikdə həbs olunurlar. Ənuşirəvan İbrahimi 13 sentyabr 1987-ci il tarixində Tehrandakı "Evin" zindanında edam edildi. Tehranın şərq hissəsində bu gün "Xavəran" adlanan keçmiş Misgərabad qəbristanlığında azad həyat uğrunda canlarını qurban vermiş minlərlə dostları və həmfikirləri arasında dəfn edilib. Ənuşirəvan İbrahiminin atası Qəni İbrahimi Türkmənistandan tutmuş Qafqazdakı şəhərlərə kimi İran malları göndərən və oradanda da İrana Rusiya mənşəli mallar gətirən təcrübəli tacirlərdən biri olub. Azərbaycan dilindən başqa fars, ərəb, rus və fransız dillərində sərbəst danışa, yaza və oxuya bilirdi. Qəni İbrahimi Rusiyada baş verən Oktyabr inqilabından sonra Astara və onun ətrafındakı əhali arasında təbliğat və təşviqat işi ilə məşğul olur, İranda "Ədalət" partiyasının təşkilindən sonranona qoşulur, 1920-ci ilin iyun ayında "Ədalət" partiyasının Ənzəli şəhərində keçirilən 1-ci qurultayında həmin partiyanın İran Kommunist Partiyasına çevrildiyi elan olunduqdan sonra bu partiyanın ən fəal üzvlərindən birinə çevrilir. 1925-ci ildə Rza xan İranda hakimiyyəti ələ aldıqdan sonra bütün ölkəni milli fəallara və kommunistlərə qarşı siyasi təzyiqlər dalğası bürüyür və bu dalğa Qəni İbrahimidən də yan keçmir. O da digər yoldaşları kimi həbs olunur, zindanda ağır işgəncələrə məruz qalır və ömrünün sonuna kimi Nəhavəndə sürgün edilir. Qardaşı Firudin İbrahimi Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, 1945 - 1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olub. Milli Hökumət süqut etdikdən sonra 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin Gülüstan bağında dar ağacından asılıb. Bakıda Rəfiqə xanım Axundova ilə ailə qurub. Bu evlilikdən Firudin, Fuad və Fəramərz adlarında üç oğlu dünyaya gəlib. Həmçinin bax Firudin İbrahimi Azərbaycan Milli Hökuməti Azərbaycan Demokrat Firqəsi | https://az.wikipedia.org/w/index.php?curid=688258 |
Ənuşə Ənsari | Ənuşə Ənsari ( fars. انوشه انصاری — Anušeh Ansâri, ing. Anousheh Ansari; 12 sentyabr 1966-cı il, Məşhəd, İran) — İran əsilli ABŞ vətəndaşı, alim. Prodea systems, Inc.( ABŞ ) şirkətinin yaradıcısı və rəhbəri. 18 sentyabr 2006-cı ildə ilk turist kosmonavt müsəlman qadın oldu. Ənuşə Ənsarinin kosmik bloqu Arxivləşdirilib 2006-10-04 at the Wayback Machine (ing.) | https://az.wikipedia.org/w/index.php?curid=289020 |
Ənviq (Vərziqan) | Ənviq (fars. انويق) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (16 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=622232 |
Ənvər | Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloqKəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=391547 |
Ənvər Abbasov (aktyor) | Ənvər Abbasov (2 iyun 1985, Ağdam rayonu) — rejissor, aktyor, ssenarist, redaktor. Ənvər Abbasov 2009-cu ildən fəaliyyət göstərən Bacanaqlar komediyasının ssenari müəlliflərindən biri olmuşdur. 2015-ci ildən isə filmdən ayrılmışdır, filmin ssenarisini Ramin Hacıyev, Tərlan-Nur Yaşar yazmışdır. İlk dəfə Emil Abdullayevin rejissorluq etdiyi My Name is İntiqam filmi 2014-cü ildə çəkilmişdir. Bu filmin ssenarisini Fariz Əliyev, Ənvər Abbasov, qələmə almışdır. 2015-ci ildə isə filmin 2 ci hissəsi çəkilmişdir. Bu filmi İlham Yaşaroğlu çəkmişdir. Bu filmdə ssenari 4 insanın qələmindən keçmişdir: İlham Yaşaroğlu, Fariz Əliyev, Ənvər Abbasov. 2015 ci ildə isə Kənan Mahmudovun rejissorluq etdiyi Ay Brilliant komediyasının ssenari müəllifi olmuşdur. 2014 cü ildə "Qız Atası" komediyasının redaktoru və ssenari müəllifidir. 2015-ci ildən "Qardaşlar" komediyasının aktyoru və ssenari müəllifidir.Sonra yenədə Bacanaqlar komediyasının baş redaktorudur. Bozbaş Pictures komediyasının ssenaristidir.Hal-hazırda isə komedixana,kadrlar şöbəsi kimi komediyaların ssenaristidir.Həm də burada aktyor kimi fəaliyyət göstərir. Filmoqrafiya Bacanaqlar (film, 2009) – senarist, aktyor, ssenarist 3 bacı (film, 2012-2014) – (bədii serial) (rol: polis) Xoxan (film, 2014) – ssenarist Qız atası (teleserial, 2014) – redaktor, ssenarist, My name is İntiqam (film, 2014) – aktyor, ssenarist Ay brilliant (film, 2015) – ssenarist Qardaşlar (teleserial, 2015) – aktyor My name is İntiqam 2: Moldova (film, 2015) – ssenarist, aktyor Axırıncı yol (film, 2016) – ssenarist Stalinin başı (film, 2016) – aktyor və Ssenarist Naxox (film, 2016) – ssenarist Nikolayın Evi – ssenarist, aktyor Kadrlar Şöbəsi – aktyor Komedixana – aktyor | https://az.wikipedia.org/w/index.php?curid=486164 |
Ənvər Abbasov (alim) | Ənvər Məhəmməd oğlu Abbasov (3 iyun 1951, Kövər, Yevlax rayonu) — Azərbaycanın pedaqoq alimi, əməkdar müəllim, pedaqoji elmlər namizədi (1988), dosent (1991). Ənvər Abbasov 1951-ci il iyunun 3-ü Yevlax rayonunun Kövər (Malbinəsi) kəndində anadan olmuşdur. 1957–65-ci illərdə Kövər kənd səkkizillik məktəbində oxumuşdur. 1965-ci ildə Nizami adına Malbinəsi kənd orta məktəbinin IX sinfinə qəbul olunmuş və 1967-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə həmin institutu başa vurub təyinatla Yevlax rayonuna göndərilmişdir. 1975-ci ilə qədər həmin rayonunun Kövər kənd və M.F.Axundov adına 1 nömrəli şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. Elə ilk məqalələrini ("Boyük sənətkar", "Yuxular və insanlar", "Aşıq Ələsgər novator sənətkardır") də bu dövrdə yazmış, müəllimi mərhum professor Məmmədhüseyn Təhmasibin müsbət rəyini qazanmışdır. 1975-ci ildə şagirdləri Respublika inşa yazı müsabiqəsində ikinci yer tutduğu üçün "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur. Ə.M.Abbasov 1975–77-ci illərdə Yevlax rayon və şəhər maarif şöbələrində (indiki Yevlax rayon təhsil şöbəsi) metodist vəzifəsində işləmişdir. Hələ o dövrdə maarif şöbəsində işləyə-işləyə həm məktəbdə müəllimlik fəaliyyətini davam etdirmiş, həm fəal təhsil işcisi kimi qabaqcıl təcrübənin öyrənilib yayılması ilə məşğul olaraq bülletenlər hazırlayıb çap etdirmiş, həmin bülletenlərə görə o dövrün pedaqoq alimlərinin müsbət rəyini qazanmışdır. Həm də ardıcıl olaraq respublika və rayon mətbuatında filoloji, elmi-metodik, publisistik məqalələrlə çıxışlar etmişdir. 1975-ci ildə "Koroğlu" dastanını tədris edərkən…" adda məqaləsini yazaraq ilk dəfə 1975-ci ildə həmin məqalə ilə "Azərbaycan müəllimi" qəzetində çıxış etmışdir. Ailəlidir, 2 övladı var. Yaradıcılığı Ənvər Abbasov 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunun Azərbaycan dilinin tədrisi metodikası şöbəsinə elmi işçi vəzifəsinə qəbul olunmuşdur. O, böyük dilci-alim, metodist, professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi bu şöbədə calışmış, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir. 1982-ci ildə dissertanturaya qəbul olunmuş, pedaqoji elmlər doktoru, professor Əziz Əfəndizadənin rəhbərliyi ilə "Rus məktəblərində Azərbaycan dili təlimi məzmununun linqvistik-didaktik problemləri" mövzusunda dissertasiya üzərində işləyərək onu 1988-ci ildə müdafiə etmiş, pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1990–2000-ci illərdə institutun elmi katibi vəzifəsində işləmiş, 1994-cü ildə professor Əziz Əfəndizadə dunyasını dəyişdikdən sonra institutun Azərbaycan dilinin tədris metodikası şöbəsinə rəhbərlik də ona həvalə olunmuşdur. 200-dən çox elmi-metodik və pedaqoji əsərin, o cümlədən 40-a qədər dərslik, kitab və kitabçanın müəllifi olan Ənvər Abbasov bu dövrdə Azərbaycan dilinin tədrisi metodikası ilə ardıcıl olaraq məşğul olmuş, Azərbaycan dili təlimi məzmununun, eləcə də prosesinin təkmilləşdirilməsi istiqamətində tədqiqatlara rəhbərlik etmiş və bilavasitə bir tədqiqatçı kimi araşdırmalar aparmışdır. Təlim Azərbaycan dilində olan məktəblərin V, X–XI, təlim rus dilində olan məktəblərin V, X, təlim gürcü dilində olan məktəblərin V–VI sinifləri üçün dərsliklərin müəllifləri olmuşdur. Eyni zamanda məktəbli üçün ilk "Azərbaycanca-rusca lüğət" (1985) kitabını (müəlliflər kollektiv ilə) hazırlamışdır. O, daim Azərbaycan dili müəllimlərini, eləcə də digər müəllimləri maraqlandıran aktual problemlərlə bağlı mətbuatda cıxışlar etmiş və ardıcıl olaraq onları istiqamətləndirmək üçün tövsiyələr vermişdir. Ənvər Abbasov 2000-ci ildə Təhsil Problemləri İnstitunda direktor müavini, 2004-cü ildən isə direktor müavini vəzifəsi ilə yanaşı, ölkəmizdə ilk dəfə yaranmış Kurikulum Mərkəzinin direktoru vəzifəsinə təyin olunur və Respublikada aparılan Təhsil İslahatlarının fəal iştirakçısı kimi çıxış edir. Azərbaycan Respublikası təhsil nazirinin "İşçı qruplarının yaradılması haqqında" 08.02.2006-cı il tarixli, 87 nömrəli əmri ilə qrupların səmərəli fəaliyyətinin təmin olunması, onların işinin əlaqələndirilməsi və tənzimlənməsi məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi və fənn kurikulumlarının hazırlanması işinin istiqamətləndirilməsinə rəhbərlik edən şəxslərdən biri kimi fəaliyyət göstərir. Onun rəhbərliyi ilə İnstitutda ölkəmizin təhsil tarixində ilk hadisə kimi nətcəyönümlü təhsil kurikulumlarının ("Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Mill Kurikulumu) və ümumi təhsil məktəbləri ücün 21 fənn üzrə standart və kurikulumlar hazırlanır. Onların hazırlanmasında 300-dən cox müəllim, məktəb rəhbəri və təhsil mütəxəssisi iştirak edir. Həmin sənədlər 2006, 2007, 2011-ci illərdə təsdiq olunaraq məktəblərin istifadəsinə verilir. "Kurikulum islahatı" alt-komponentinin koordinatoru Aydın Əhmədovla birgə çapa hazırladığı ibtidai siniflər üçün fənn kurikulumları ("Ümumtəhsil məktəblərinin I–IV sinifləri üçün fənn kurikulumları" adda) 2008-ci ildə "Təhsil" nəşriyyatında nəşr olunur. (Azərbaycan təhsilinin tarixində ilk dəfə hazırlanmış bu kurikulumlarda ilk təhsil standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri əhatə Edilmişdir.) O, "Kurikulumların hazırlanması və tətbiqi məsələləri" (Bakı, Kövsər nəşriyyatı, 2008), "Kurikulum islahatı: tətqiqatlar və nəticələr" (Bakı, Mütərcim nəşriyyatı, 2011), "Ümumi təhsilin fənn standartları I–XI siniflər" (Bakı, Mütərcim nəşriyyatı 2012), "Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri" (Bakı, Mütərcim nəşriyyatı, 2014), "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı(kurikulumu)" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2014), "Məktəb kurikulumları" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2015), "Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (V–XI siniflər)" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2015), "Kurikulum islahatı: biblioqrafik məlumat" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2016), "Standart və kurikulumlar: nəzəri və praktik məsələlər" (Bakı, 2016) adda tətqiqatların aparılmasına və nəşr olunmasına rəhbərlik edir. Ənvər Abbasov təhsil islahatları dövründə dünyanın inkişaf etmiş ölkələrində təhsil təcrübələrini öyrənmək məqsədi ilə səfərlərdə olmuşdur. Xüsusilə kurikulumların hazırlanması ilə bağlı ABŞ-nin (2001), Finlandiyanın (2003,2012), İsveçin (2003), Hollandiyanın (2005), Avstraliya nın (2006), Kanadanın (2007), Litvanın (2009), Braziliyanın (2010) kurikulumların hazırlanması sahəsindəki təcrübələrini öyrənmiş, Azərbaycanda məktəbəqədər təhsil və ümumi təhsil pillələrinin yeni məzmun və texnologiyalarının hazırlanması və tətbiqinə rəhbərlik etmiş ondan istifadə olunması üçün təkliflərlə cıxışlar etmişdir. Ənvər Abbasov 2010-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti vəzifəsində işləyir. Azərbaycan dilinin tədrisi metodikası fənnindən dərs deyir. O, Azərbaycan dilinin təliminin problemləri üzrə ardıcıl olaraq tədqiqatlar aparır. Azərbaycan dili təliminin həm Azərbaycan məktəblərində, həm də digər dillərdə olan məktəblərdə öyrədilməsi istiqamətində apardığı araşdırmaların nəticələrindən ümumtəhsil məktəblərində istifadə olunur. Xüsusilə Azərbaycan dili təlimi məzmununun xüsusiyyətləri ilə əlaqədar gəldiyi nəticələr, irəli sürülmüş təkliflər tətbiq edilir. Ə.M.Abbasovun hazırlamış olduğu "Azərbaycan dili" (Ümumtəhsil məktəblərinin V–XI sinifləri üçün proqram) (2002), Azərbaycan dilinin tədrisi metodikası (ali təhsilin bakalavr pilləsi ücün) (2003), Azərbaycan dili (təlim qeyri-dildə olan məktəblər üçün proqram)(2004) proqramlar onun təlimin məzmunu üzrə apardığı araşdırmalarının nəticəsi kimi meydana cıxır. İstər orta, istərsə də ali təhsil müəssisələri üçün hazırlanmış bu proqramlarda Azərbaycan dilinin müasir zamanda daha keyfiyyətli öyrədilməsi istiqamətində optimal məzmunun hazırlanmasını diqqət mərkəzində saxlanılmışdır. Ə.M.Abbasov Azərbaycan dili təlimi məzmunu ilə bağlı apardığı tədqiqatlarının nəticələrindən həm də müəllimlərin səmərəli pedaqoji fəaliyyətə yönəldilməsi işində də istifadə etmiş, vaxtaşırı Azərbaycan dili müəllimlərini istiqamətləndirmək üçün tövsiyələr hazırlayaraq çap etdirmişdir. Bu tövsiyələrin, əsasən, iki istiqamətdə olduğu müşahidə edilir. Onlardan birincisi, müvafiq məsələlərə aid olan metodiki məqalələrdir ki, bunlar bilavasitə müəllimin strateji fəaliyyətini dəstəkləmək, ona təlim texnologiyalarının seçilməsində yardım göstərmək məqsədi daşıyır. İkincisi isə nümunəvi planlaşdırmaların hazırlanmasından ibarətdir. Bu planlaşdırmalar müəllimlərin daha çox çətinlik çəkdikləri planlaşdırma fəaliyyəti ilə əlaqədardır ki, Ə.Abbasov bu məsələni də həmişə özünün elmi-metodik yaradıcılığında prioritet istiqamətə çevirmişdir. Ənvər Abbasovun elmi yaradıcılığının əsas istiqamətlərindən birini də Pedaqogika nəzəriyyəsinə aid olan didaktika üzrə apardığı tədqiqatlar təşkil edir. Bu tədqiqatlar daha cox müasir məktəbin tələbatları ilə bağlı araşdırmalardır. Xüsusilə ümumi təhsil sahəsində yeni siyasətin müəyyən olunması, yeni məzmunun yaradılması, yeni texnologiyaların hazırlanması istiqamətində aparılan tədqiqatlardır. Ənvər Abbasovun elmi-pedaqoji fəaliyyəti hökumətimiz tərəfindən dəyərləndirilmişdir. O, 2005-ci ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı və 2021-ci ildə III dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. Elmi yeniliklər Ümumi təhsilin milli kurikulumunun hazırlanması. Fənn kurikulumlarının hazırlanması. Ümumi təhsildə nəticəyönümlü məzmunun yaradılması.Ali pedaqoji universitetlər üçün "Azərbaycan dilinin tədrisi metodikası" fənninin yeni məzmununun (standart və kurikulumlarının) yaradılması Əmək fəaliyyəti 1971–1973-cü illərdə Yevlax rayon, Kövər kənd orta məktəbində dil-ədəbiyyat müəllimi; 1973–1975-ci illərdə Yevlax şəhər 1№-li məktəbdə dil-ədəbiyyat müəllimi ; 1975–1977-ci illərdə Yevlax Şəhər Maarif Şöbəsində metodist; 1977–1989-cu illərdə kiçik elmi işçi; 1989–1990-cı illərdə baş elmi işçi; 1990–2000-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitutunun elmi katibi, 1996–2000-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası şöbəsinin müdiri; 2001-ci ildən etibarən Təhsil Problemləri İnstitutunda direktor müavini, Kurikulum mərkəzinin direktorudur.2022 ci ildən Bakı Slavyan Universiteti -prorektor Apardığı dərslər Azərbaycan dilinin tədrisi metodikasi Linqvistik təhlilin elmi-metodik əsasları Ümumtəhsil kurikulumunun əsasları İctimai əsaslarla apadığı vəzifələr Fasiləsiz pedaqoji təhsil üzrə koordinasiya şurasında alt qrupun sədri "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin üzvü "Kurikulum" jurnalının redaksiya heyətinin üzvü "Azərbaycan dili və ədəbiyyat" tədrisi jurnalının redaksiya heyətinin üzvü Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı "Azərbaycan Respublikasında təhsil islahatı" konfransı. Bakı, 1995-ci il; "Ümumtəhsil məktəblərinin aktual problemləri" mövzusunda respublika ali məktəblərarası elmi- praktik konfransı. Bakı, 1996; Azərbaycan ETPEİ-də 1998-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi konfrans. Bakı, 1999; "Pedaqoji kadr hazırlığı, problemlər, vəzifələr" mövzusunda beynəlxalq simpozium. Naxçıvan, 2009; "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" mövzusunda respublika elmi-praktik konfrans. Bakı. "Mütərcim", 2010; "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfrans. (şərikli). Naxçıvan, 2011; "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfrans. Naxçıvan,2011; "Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda II respublika elmi metodiki konfrans. Bakı 2011; "Təhsil sistemində Monitorinq və Qiymətləndirmənin yeri" mövzusunda Respublika elmi-praktik konfrans. Bakı-2012; Respublika elmi konfransı. Bakı 2012; "Təhsil sistemində Monitorinq və Qiymətləndirmənin yeri" mövzusunda Respublika elmi-praktik konfrans. Bakı-2012; İlköğretim və Ortaöğretimde Eğitim Kalitesinin yükselttilmesi, Öğretmen Eğitiminde Yeni Eğilimler Uluslararası Sempozyumu- Öyes2013, 9–11 mayıs 2013, Hacettepe Üniversitesi, Eğitim Fakültesi Beytepe Kampüsü, Ankara/Türkiyə, səh.86; "Azerbaycan dili" ders kitablarının linguistik esasları, Ankara uluslararası bilimsel araştırmalar konqresi. 4–6 ekim 2019, Ankara seh. 1023–1028; Tədqiqat sahəsi Azərbaycan dilinin tədrisi metodikası Pedaqogika nəzəriyyəsi Seçilmiş əsərləri Rus məktəblərində Azərbaycan dili fənni üzrə kadr hazırlığı problemlərinin proqnozlarından biri haqqında. "Azərbaycan dili. Respublika elmi-metodik konfransının materialları". V.İ.Lenin adına APİ-nin nəşri. Bakı, 1984; Qeyri-Azərbaycan məktəbləri üçün türk dili dərsliklərinin nəzəri problemləri. "Azərbaycan Respublikasında təhsil islahatı" konfransı. Bakı, 27–28 yanvar, 1995-ci il; Təlim rus dilində olan məktəblərdə Azərbaycan dili tədrisinin tarixindən. "Pedaqoci tədqiqatlar: axtarışlar, tapıntılar" məc., Bakı, 1996; Ali məktəblərin rus qruplarında Azərbaycan dili təliminin problemləri."Ali pedaqoji məktəblərdə humanitar və ictimai elmlərin tədqiqi və tədrisi məsələləri" respublika elmi konfransının məruzə tezisləri, 16–17 yanvar, 1995-ci il, Bakı, 1996; Azərbaycan dili dərsliklərinin nəzəri problemləri. "Ümumtəhsil məktəblərinin aktual problemləri" mövzusunda respublika ali məktəb-lərarası elmi- praktik konfransının tezisləri". Bakı, 1996; Təhsil islahatı və kurikulumların hazırlanması problemi. "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri", Bakı, 2005, №1; Ümumi təhsilin məzmun islahatalrı: real standartlara doğru. "Azərbaycan məktəbi" jurnalı, Bakı, 2005, №4; Təhsil islahatı və kurikulum. "İbtidai məktəb və məktəbə qədər tərbiyə", 2005, №1 Təhsil Problemləri İnstitutunda Azərbaycan dilinin tədrisi ilə bağlı tədqiqatların tarixinə dair. "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri", Bakı, 2006, №1; Avstraliyada təhsil. "Azərbaycan məktəbi", Bakı, 2006, №4; Yeni fənn kurrikulumlarının səciyyəvi cəhətləri. "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri", Bakı, 2007, №1; İbtidai təhsilin fədaisi. "Azərbaycan məktəbi"jurnalı, Bakı, 2007, №3; Ümumtəhsil kurrikulumlarının növləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Elmi əsərlər 2008. №3; Şəxsiyyətyönümlü kurrikulumlar əsasında yaradılan dərsliklərin xüsusiyyətləri. "Kurikulum" jurnalı. 2008, №4; Ümumtəhsil kurikulumlarının hazırlanması üzrə tədqiqatların nəticələri barədə. TPİ-nin "Elmi əsərləri", 2009, № 1; Qloballaşma şəraitində ilkin müəllim hazırlığının başlıca istiqamətləri. "Pedaqoji kadr hazırlığı, problemlər, vəzifələr" mövzusunda beynəlxalq simpoziumun materialları. Naxçıvan, 2009; Kurikulum islahatı zamanın tələbidir. "Kurikulum"jurnalı, 2010, № 1; Müəllim-şagird münasibətlərinin yeni mərhələsi. "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" mövzusunda respublika elmi-praktik konfransın materialları. Bakı. "Mütərcim", 2010; Azərbaycan Respublikası ümumtəhsil məktəblərində kurikulum islahatının başlıca istiqamətləri. "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfransın Materialları. Şərikli, Naxçıvan, 2011; Müasir Azərbaycan dili dərsliklərinə verilən başlıca tələblər. "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfransın materiallari. Naxçıvan,2011; Məktəbəqədər Təhsilin Konseptual Problemləri. "Kurikulum" jurnalı, 2011, (şərikli); "Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəltməyin mühüm şərtləri. Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda II respublika elmi metodiki konfransın materialları, Bakı 2011, səh. 9–13; Kurikulum islahatının əsas istiqamətləri, "Azərbaycan məktəbi" jurnalı, №4, 2011, səh.21–32; Müasir dərsliklər: xüsusiyyətlər, tələblər, Elmi əsərlər, 2011, №4, səh. 65–71; Yeni dərs ili, yeni vəzifələr, (A.Mehrabovla birgə), "Azərbaycan məktəbi" jurnalı. 2011. №5, səh. 15–24, 2011; Qiymətləndirmə konsepsiyası-konseptual sənəd "Təhsil sistemində Monitorinq və Qiymətləndirmənin yeri" mövzusunda Respublika elmi-praktik konfransın materialları (27 aprel 2012-ci il), Bakı-2012, səh. 11–16; Azərbaycan dili dərsliklərinin hazırlanması prinsipləri. Respublika elmi konfransının materialları, 28 iyun 2012 , Bakı 2012, səh. 14–16; Müdriklik təbiətlə həmahəng olmalıdır, "Azərbaycan məktəbi" jurnalı, 2012, №2, səh. 108; Yeni dərs ili, yeni vəzifələr, (A.Mehrabovla birgə) "Azərbaycan məktəbi" jurnalı, №5, 2012, səh. 17–26; Təhsil standartlarının yaradılması mühüm pedaqoji problem kimi, "Azərbaycan məktəbi" jurnalı, 2012, №1, səh. 15–21; Müsair dərs: o necə olmalıdır? Kurikulum jurnalı, 2013, №3, səh. 54–57; Ümumi təhsildə inteqrasiya:müasir yanaşmalar. Kurikulum, 2013, №2, səh.14–21; Müəllimlərin sentyabr konfransında. Məktəbəqədər və ibtidai təhsil, 2013, № 3 səh.4–11. "Yaddaş məktəbi"ndən "düşüncə və təfəkkür məktəbii"nə. Kurikulum,2014, № 1, səh.15–23 Ümumi təhsilin stavdartları tarixilik və müasirlik müstəvisində. Kurikulum, 2014, № 4, səh.17–23 Təhsilin yeni məzmunu necə olmalıdır? "Təhsil kurikulumları: praktik tətbiqlər" mövzusunda kecirilmiş Respublika konfransının materialları (24 aprel 2015) Naxçıvan Müəllimlər İnstitutu "Məktəb" nəşriyyatı, Naxçıvan, 2015, səh. 97–99 Ümumi təhsil standartlarının psixopedaqoji xüsusiyyətlərinə dair. Azərbaycan məktəbi, 2014, № 4,səh.17–23 12 illik təhsilin bəzi pedaqoji problemləri. Kurikulum, 2016, № 4, səh. 5–10 Ümumi təhsil pedaqoji mülahizələr müstəvisində, Kurikulum, 2017, № 2, səh. 11–18 "Kurikulum" jurnalı: qısa tarixi xülasə. Kurikulum 2017, № 4, səh. 7–17 Ümumi təhsilin bəzi pedaqoji məsələlərinə dair" "Ümumtəhsil fənlərinin tədrisinə dair tədqiqlər" kitabı. Bakı, ARTİ, 2017 səh.286 Təhsil paradiqmasında ümumi təhsil. "Kurikulum" jurnalı, 2018, № 1 səh. 6–12 Azərbaycan dili dərsliklərinin funksiyaları. "Müəllim hazırlığıstrateji hədəflərdən biri kimi" mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı şəhəri,18 iyun 2018-ci il səh. 62–64 Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətində prioritetlər. "Kurikulum" jurnalı, 2018, № 2 səh. 14–22 Azərbaycan Respublikasının əməkdar müəllimi Asif Cahangirova açıq məktub. Azərbaycan Respublikasının Təhsil İnstitutu. Elmi əsərlər, 2018, № 6 səh.308–311 Azərbaycan təhsil standartları:təşəkkülü və inkişafı. Peşə təhsili və insan kapitalı, 2018,№3 səh.34–38 Elmi redaktordan məqalə "Fənn kurikulumlarının tətbiqi məsəslələri", Bakı, Mütərcim, 2018, 180 səh.səh.4 Ümumi təhsil standartlarının yaradılması və inkişafına dair. "Fənn kurikulumlarının tətbiqi məsəslələri", Bakı, Mütərcim, 2018, 180 səh. səh.5–15 İnnovativ pedaqoji texnologiyalar. "Kurikulum" jurnalı, 2018, № 4 səh.5–11. K.Quliyeva. Təlim prosesində mənimsəmə və onun mərhələləri. "Kurikulum" jurnalı, 2019, № 1 səh.5–12. Ana dili dərslikləri necə olmalıdır? "Məktəbəqədər və ibtidai təhsil", 2019, № 3 səh.15–19 Şagirdlərin Azərbaycan dili üzrə dinləyib-anlama bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi Əsərlər, cid 87, № 5, 2020, səh.63-68 Əməkdar elm xadimi,professor Fərrux Rüstəmova açıq məktub, Azərbaycan Respublikasının Təhsil İnstitutu,Elmi Əsərlər,cid 88, № 1, 2021, səh.153-157 Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafına onun təsiri,Azərbaycan Respublikasının Təhsil İnstitutu,Elmi Əsərlər, cild 88,№ 3,2021, səh.4-11 Pedaqoji tədqiqatlara yeni yanaşmalar. Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi Əsərlər, cild 87, № 1, 2020, səh.13-18. Ali təhsilin akademik perspektivliliyi. 8th INTERNATIONAL EDUCATION ANDINNOVATIVE SCIENCES CONGRESS November 24-26, 2023 / ANKARA səh. 349-353 Müəllimin ideya-siyasi və pedaqoji hazırlığı. (Şərikli) "Maarif", Bakı, 1981; Ə.R.Əfəndizadə. Bakı, 1994; Y.Ş.Kərimov. (Şərikli). Bakı, 1997; Y.Ş.Kərimov. Söz çələngi (Şərikli). Bakı, 1997; Görkəmli alim. "Y.Ş.Kərimov" kitabında. Bakı, 1997; Qayğısını əsirgəməyən insan "Zahid Qaralov dünyası" Bakı, 1999; Azərbaycan dili. (Şərikli), "Azərbaycan Respublikası məktəblərinin təhsil standartları". Bakı, 2000; Görkəmli pedaqoq – alim. Bakı, 2005; Pedaqoji texnologiyalar. (Şərikli) Bakı, "Mütərcim", 2006 Yeni fənn kurrikulumlarının səciyyəvi cəhətləri. "Azərbaycan məktəbi", Bakı, 2007; "Türkmənşəli sözlər lüğəti" kitab AF noliqraf, Bakı, 2017 360 səh.(İ.Məmmədov,H.Mirzəyev) Kurikulum bələdçisi(izahlar və tətbiqlər). Bakı,"Elm və təhsil" 2019, 320 səh. (İ.A.Cavadov, B.O.İbadova, K.R.Quliyeva və b.) Qısa izahlı pedaqoji terminlər lüğət. Bakı, "Elm və təhsil", 2019, 32 səh.(İ.A.Cavadov, B.O.İbadova, K.R.Quliyeva və b.) Orta məktəb üçün Respublikanın təlim erməni və gürcü dillərində olan məktəblərinin IV–X sinifləri üçün Azərbaycan dilindən proqram materiallarının təxmini planlaşdırılması (1982/83-cü dərs ili üçün) Bakı, 1982 Azərbaycan dili. Təlim rus dilindən olan məktəblərin II–X sinifləri üçün Bakı, 1983; Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin IV sinifləri üçün, (şərikli), Bakı, "Maarif", 1983; Respublikanın təlim erməni və gürcü dillərində olan məktəblərinin IV–X sinifləri üçün Azərbaycan dilindən proqram materiallarının planlaşdırılması (1984/85-ci dərs ili üçün). Bakı, 1984; Azərbaycan dili. Rus məktəbinin V sinfi üçün. (Şərikli), Bakı, 1985; Respublikanın təlim erməni və gürcü dillərində olan məktəblərinin IV–X sinifləri üçün Azərbaycan dilindən proqram materiallarının planlaşıdırlması (1985/86-cı dərs ili üçün). Bakı, 1985; Azərbaycanca-rusca lüğət. Orta məktəb şagirdləri üçün. Bakı, "Maarif" 1985; Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin III–XI sinifləri üçün. Bakı, 1986; Azərbaycan dili. Respublikanın təlim gürcü dilində olan məktəblərinin V–VI sinifləri üçün ,Bakı, 1988; Təlim rus dilində olan məktəblərdə Azərbaycan dili və ədəbiyyatın tədrisinə dair. Bakı, 1989; Ədəbiyyat. XI sinif üçün, Bakı, 1995 Azərbaycan dili Təlim rus dilində olan məktəblərin 10-cu sinfi üçün, XXI — YNE, Bakı, 2001; Ümumtəhsil məktəblərində seçmə fənlər. Bakı, "Nasir", 2001; Azərbaycan dili V sinif üçün, Bakı, "Təhsil", 2003; Azərbaycan dili. 10–11-ci siniflər üçün dərslik, "Təhsil" nəşriyyatı, Bakı, 2004 Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin 10-cu sinfi üçün dərslik, Bakı, 2004 Təlim qeyri-Azərbaycan dilində olan məktəblərin I–XI sinifləri üçün Azərbaycan dili, Bakı, 2004; Azərbaycan dili. (Şərikli), X–XI siniflər üçün, Bakı, "Təhsil", 2004; Azərbaycan dili. (Şərikli), V sinif üçün, Bakı, "Təhsil", 2004; Azərbaycan dili. V sinif üçün, Bakı, "Çaşıoğlu ", 2004; Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin X sinfi üçün. Bakı, 2005; "Azərbaycan dili — 5". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009; "Azərbaycan dili — 10". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009; Ümumi elmi təhsilin fənn standartları (I–II siniflər), Bakı Mütərcim 2012, 402 səh. A.Aydınov, İ.Cavadov, A.Əhmədovla birlikdə; Azərbaycan dili. 5-ci sinif üçün dərslik, "Təhsil" nəşriyyatı, Bakı, 2003 Azərbaycan dili. 10–11-ci siniflər üçün dərslik, "Təhsil" nəşriyyatı, Bakı, 2004 Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin 10-cu sinfi üçün dərslik, Bakı, 2004; "Azərbaycan dili — 5". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009; "Azərbaycan dili — 10". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009. Azərbaycan dilinin tədrisi metodikas.Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram ADPU-nun mətbəəsi, Bakı, 2018 29 səh. A. Balıyev Qabaqcıl maarif xadimi döş nişanı; Tərəqqi medalı. Fəxri adlar Əməkdar müəllim Həmçinin bax Abbas Hacıyev Aidə Şahbazova Xarici keçidlər Ənvər ABBASOV, Təhsil Problemləri İnstitutunun direktor müavini MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ YENİ PEDAQOJİ MÜSTƏVİDƏ "Standart və kurikulumlar: nəzəri və ptaktik məsələlər" kitabı | https://az.wikipedia.org/w/index.php?curid=703722 |
Ənvər Abbasov (pedaqoq) | Ənvər Məhəmməd oğlu Abbasov (3 iyun 1951, Kövər, Yevlax rayonu) — Azərbaycanın pedaqoq alimi, əməkdar müəllim, pedaqoji elmlər namizədi (1988), dosent (1991). Ənvər Abbasov 1951-ci il iyunun 3-ü Yevlax rayonunun Kövər (Malbinəsi) kəndində anadan olmuşdur. 1957–65-ci illərdə Kövər kənd səkkizillik məktəbində oxumuşdur. 1965-ci ildə Nizami adına Malbinəsi kənd orta məktəbinin IX sinfinə qəbul olunmuş və 1967-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə həmin institutu başa vurub təyinatla Yevlax rayonuna göndərilmişdir. 1975-ci ilə qədər həmin rayonunun Kövər kənd və M.F.Axundov adına 1 nömrəli şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. Elə ilk məqalələrini ("Boyük sənətkar", "Yuxular və insanlar", "Aşıq Ələsgər novator sənətkardır") də bu dövrdə yazmış, müəllimi mərhum professor Məmmədhüseyn Təhmasibin müsbət rəyini qazanmışdır. 1975-ci ildə şagirdləri Respublika inşa yazı müsabiqəsində ikinci yer tutduğu üçün "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur. Ə.M.Abbasov 1975–77-ci illərdə Yevlax rayon və şəhər maarif şöbələrində (indiki Yevlax rayon təhsil şöbəsi) metodist vəzifəsində işləmişdir. Hələ o dövrdə maarif şöbəsində işləyə-işləyə həm məktəbdə müəllimlik fəaliyyətini davam etdirmiş, həm fəal təhsil işcisi kimi qabaqcıl təcrübənin öyrənilib yayılması ilə məşğul olaraq bülletenlər hazırlayıb çap etdirmiş, həmin bülletenlərə görə o dövrün pedaqoq alimlərinin müsbət rəyini qazanmışdır. Həm də ardıcıl olaraq respublika və rayon mətbuatında filoloji, elmi-metodik, publisistik məqalələrlə çıxışlar etmişdir. 1975-ci ildə "Koroğlu" dastanını tədris edərkən…" adda məqaləsini yazaraq ilk dəfə 1975-ci ildə həmin məqalə ilə "Azərbaycan müəllimi" qəzetində çıxış etmışdir. Ailəlidir, 2 övladı var. Yaradıcılığı Ənvər Abbasov 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunun Azərbaycan dilinin tədrisi metodikası şöbəsinə elmi işçi vəzifəsinə qəbul olunmuşdur. O, böyük dilci-alim, metodist, professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi bu şöbədə calışmış, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir. 1982-ci ildə dissertanturaya qəbul olunmuş, pedaqoji elmlər doktoru, professor Əziz Əfəndizadənin rəhbərliyi ilə "Rus məktəblərində Azərbaycan dili təlimi məzmununun linqvistik-didaktik problemləri" mövzusunda dissertasiya üzərində işləyərək onu 1988-ci ildə müdafiə etmiş, pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1990–2000-ci illərdə institutun elmi katibi vəzifəsində işləmiş, 1994-cü ildə professor Əziz Əfəndizadə dunyasını dəyişdikdən sonra institutun Azərbaycan dilinin tədris metodikası şöbəsinə rəhbərlik də ona həvalə olunmuşdur. 200-dən çox elmi-metodik və pedaqoji əsərin, o cümlədən 40-a qədər dərslik, kitab və kitabçanın müəllifi olan Ənvər Abbasov bu dövrdə Azərbaycan dilinin tədrisi metodikası ilə ardıcıl olaraq məşğul olmuş, Azərbaycan dili təlimi məzmununun, eləcə də prosesinin təkmilləşdirilməsi istiqamətində tədqiqatlara rəhbərlik etmiş və bilavasitə bir tədqiqatçı kimi araşdırmalar aparmışdır. Təlim Azərbaycan dilində olan məktəblərin V, X–XI, təlim rus dilində olan məktəblərin V, X, təlim gürcü dilində olan məktəblərin V–VI sinifləri üçün dərsliklərin müəllifləri olmuşdur. Eyni zamanda məktəbli üçün ilk "Azərbaycanca-rusca lüğət" (1985) kitabını (müəlliflər kollektiv ilə) hazırlamışdır. O, daim Azərbaycan dili müəllimlərini, eləcə də digər müəllimləri maraqlandıran aktual problemlərlə bağlı mətbuatda cıxışlar etmiş və ardıcıl olaraq onları istiqamətləndirmək üçün tövsiyələr vermişdir. Ənvər Abbasov 2000-ci ildə Təhsil Problemləri İnstitunda direktor müavini, 2004-cü ildən isə direktor müavini vəzifəsi ilə yanaşı, ölkəmizdə ilk dəfə yaranmış Kurikulum Mərkəzinin direktoru vəzifəsinə təyin olunur və Respublikada aparılan Təhsil İslahatlarının fəal iştirakçısı kimi çıxış edir. Azərbaycan Respublikası təhsil nazirinin "İşçı qruplarının yaradılması haqqında" 08.02.2006-cı il tarixli, 87 nömrəli əmri ilə qrupların səmərəli fəaliyyətinin təmin olunması, onların işinin əlaqələndirilməsi və tənzimlənməsi məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi və fənn kurikulumlarının hazırlanması işinin istiqamətləndirilməsinə rəhbərlik edən şəxslərdən biri kimi fəaliyyət göstərir. Onun rəhbərliyi ilə İnstitutda ölkəmizin təhsil tarixində ilk hadisə kimi nətcəyönümlü təhsil kurikulumlarının ("Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Mill Kurikulumu) və ümumi təhsil məktəbləri ücün 21 fənn üzrə standart və kurikulumlar hazırlanır. Onların hazırlanmasında 300-dən cox müəllim, məktəb rəhbəri və təhsil mütəxəssisi iştirak edir. Həmin sənədlər 2006, 2007, 2011-ci illərdə təsdiq olunaraq məktəblərin istifadəsinə verilir. "Kurikulum islahatı" alt-komponentinin koordinatoru Aydın Əhmədovla birgə çapa hazırladığı ibtidai siniflər üçün fənn kurikulumları ("Ümumtəhsil məktəblərinin I–IV sinifləri üçün fənn kurikulumları" adda) 2008-ci ildə "Təhsil" nəşriyyatında nəşr olunur. (Azərbaycan təhsilinin tarixində ilk dəfə hazırlanmış bu kurikulumlarda ilk təhsil standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri əhatə Edilmişdir.) O, "Kurikulumların hazırlanması və tətbiqi məsələləri" (Bakı, Kövsər nəşriyyatı, 2008), "Kurikulum islahatı: tətqiqatlar və nəticələr" (Bakı, Mütərcim nəşriyyatı, 2011), "Ümumi təhsilin fənn standartları I–XI siniflər" (Bakı, Mütərcim nəşriyyatı 2012), "Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri" (Bakı, Mütərcim nəşriyyatı, 2014), "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı(kurikulumu)" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2014), "Məktəb kurikulumları" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2015), "Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (V–XI siniflər)" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2015), "Kurikulum islahatı: biblioqrafik məlumat" (Bakı, ARTPİ-nin TTM-nın nəşriyyatı, 2016), "Standart və kurikulumlar: nəzəri və praktik məsələlər" (Bakı, 2016) adda tətqiqatların aparılmasına və nəşr olunmasına rəhbərlik edir. Ənvər Abbasov təhsil islahatları dövründə dünyanın inkişaf etmiş ölkələrində təhsil təcrübələrini öyrənmək məqsədi ilə səfərlərdə olmuşdur. Xüsusilə kurikulumların hazırlanması ilə bağlı ABŞ-nin (2001), Finlandiyanın (2003,2012), İsveçin (2003), Hollandiyanın (2005), Avstraliya nın (2006), Kanadanın (2007), Litvanın (2009), Braziliyanın (2010) kurikulumların hazırlanması sahəsindəki təcrübələrini öyrənmiş, Azərbaycanda məktəbəqədər təhsil və ümumi təhsil pillələrinin yeni məzmun və texnologiyalarının hazırlanması və tətbiqinə rəhbərlik etmiş ondan istifadə olunması üçün təkliflərlə cıxışlar etmişdir. Ənvər Abbasov 2010-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti vəzifəsində işləyir. Azərbaycan dilinin tədrisi metodikası fənnindən dərs deyir. O, Azərbaycan dilinin təliminin problemləri üzrə ardıcıl olaraq tədqiqatlar aparır. Azərbaycan dili təliminin həm Azərbaycan məktəblərində, həm də digər dillərdə olan məktəblərdə öyrədilməsi istiqamətində apardığı araşdırmaların nəticələrindən ümumtəhsil məktəblərində istifadə olunur. Xüsusilə Azərbaycan dili təlimi məzmununun xüsusiyyətləri ilə əlaqədar gəldiyi nəticələr, irəli sürülmüş təkliflər tətbiq edilir. Ə.M.Abbasovun hazırlamış olduğu "Azərbaycan dili" (Ümumtəhsil məktəblərinin V–XI sinifləri üçün proqram) (2002), Azərbaycan dilinin tədrisi metodikası (ali təhsilin bakalavr pilləsi ücün) (2003), Azərbaycan dili (təlim qeyri-dildə olan məktəblər üçün proqram)(2004) proqramlar onun təlimin məzmunu üzrə apardığı araşdırmalarının nəticəsi kimi meydana cıxır. İstər orta, istərsə də ali təhsil müəssisələri üçün hazırlanmış bu proqramlarda Azərbaycan dilinin müasir zamanda daha keyfiyyətli öyrədilməsi istiqamətində optimal məzmunun hazırlanmasını diqqət mərkəzində saxlanılmışdır. Ə.M.Abbasov Azərbaycan dili təlimi məzmunu ilə bağlı apardığı tədqiqatlarının nəticələrindən həm də müəllimlərin səmərəli pedaqoji fəaliyyətə yönəldilməsi işində də istifadə etmiş, vaxtaşırı Azərbaycan dili müəllimlərini istiqamətləndirmək üçün tövsiyələr hazırlayaraq çap etdirmişdir. Bu tövsiyələrin, əsasən, iki istiqamətdə olduğu müşahidə edilir. Onlardan birincisi, müvafiq məsələlərə aid olan metodiki məqalələrdir ki, bunlar bilavasitə müəllimin strateji fəaliyyətini dəstəkləmək, ona təlim texnologiyalarının seçilməsində yardım göstərmək məqsədi daşıyır. İkincisi isə nümunəvi planlaşdırmaların hazırlanmasından ibarətdir. Bu planlaşdırmalar müəllimlərin daha çox çətinlik çəkdikləri planlaşdırma fəaliyyəti ilə əlaqədardır ki, Ə.Abbasov bu məsələni də həmişə özünün elmi-metodik yaradıcılığında prioritet istiqamətə çevirmişdir. Ənvər Abbasovun elmi yaradıcılığının əsas istiqamətlərindən birini də Pedaqogika nəzəriyyəsinə aid olan didaktika üzrə apardığı tədqiqatlar təşkil edir. Bu tədqiqatlar daha cox müasir məktəbin tələbatları ilə bağlı araşdırmalardır. Xüsusilə ümumi təhsil sahəsində yeni siyasətin müəyyən olunması, yeni məzmunun yaradılması, yeni texnologiyaların hazırlanması istiqamətində aparılan tədqiqatlardır. Ənvər Abbasovun elmi-pedaqoji fəaliyyəti hökumətimiz tərəfindən dəyərləndirilmişdir. O, 2005-ci ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı və 2021-ci ildə III dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. Elmi yeniliklər Ümumi təhsilin milli kurikulumunun hazırlanması. Fənn kurikulumlarının hazırlanması. Ümumi təhsildə nəticəyönümlü məzmunun yaradılması.Ali pedaqoji universitetlər üçün "Azərbaycan dilinin tədrisi metodikası" fənninin yeni məzmununun (standart və kurikulumlarının) yaradılması Əmək fəaliyyəti 1971–1973-cü illərdə Yevlax rayon, Kövər kənd orta məktəbində dil-ədəbiyyat müəllimi; 1973–1975-ci illərdə Yevlax şəhər 1№-li məktəbdə dil-ədəbiyyat müəllimi ; 1975–1977-ci illərdə Yevlax Şəhər Maarif Şöbəsində metodist; 1977–1989-cu illərdə kiçik elmi işçi; 1989–1990-cı illərdə baş elmi işçi; 1990–2000-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitutunun elmi katibi, 1996–2000-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası şöbəsinin müdiri; 2001-ci ildən etibarən Təhsil Problemləri İnstitutunda direktor müavini, Kurikulum mərkəzinin direktorudur.2022 ci ildən Bakı Slavyan Universiteti -prorektor Apardığı dərslər Azərbaycan dilinin tədrisi metodikasi Linqvistik təhlilin elmi-metodik əsasları Ümumtəhsil kurikulumunun əsasları İctimai əsaslarla apadığı vəzifələr Fasiləsiz pedaqoji təhsil üzrə koordinasiya şurasında alt qrupun sədri "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin üzvü "Kurikulum" jurnalının redaksiya heyətinin üzvü "Azərbaycan dili və ədəbiyyat" tədrisi jurnalının redaksiya heyətinin üzvü Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı "Azərbaycan Respublikasında təhsil islahatı" konfransı. Bakı, 1995-ci il; "Ümumtəhsil məktəblərinin aktual problemləri" mövzusunda respublika ali məktəblərarası elmi- praktik konfransı. Bakı, 1996; Azərbaycan ETPEİ-də 1998-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi konfrans. Bakı, 1999; "Pedaqoji kadr hazırlığı, problemlər, vəzifələr" mövzusunda beynəlxalq simpozium. Naxçıvan, 2009; "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" mövzusunda respublika elmi-praktik konfrans. Bakı. "Mütərcim", 2010; "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfrans. (şərikli). Naxçıvan, 2011; "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfrans. Naxçıvan,2011; "Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda II respublika elmi metodiki konfrans. Bakı 2011; "Təhsil sistemində Monitorinq və Qiymətləndirmənin yeri" mövzusunda Respublika elmi-praktik konfrans. Bakı-2012; Respublika elmi konfransı. Bakı 2012; "Təhsil sistemində Monitorinq və Qiymətləndirmənin yeri" mövzusunda Respublika elmi-praktik konfrans. Bakı-2012; İlköğretim və Ortaöğretimde Eğitim Kalitesinin yükselttilmesi, Öğretmen Eğitiminde Yeni Eğilimler Uluslararası Sempozyumu- Öyes2013, 9–11 mayıs 2013, Hacettepe Üniversitesi, Eğitim Fakültesi Beytepe Kampüsü, Ankara/Türkiyə, səh.86; "Azerbaycan dili" ders kitablarının linguistik esasları, Ankara uluslararası bilimsel araştırmalar konqresi. 4–6 ekim 2019, Ankara seh. 1023–1028; Tədqiqat sahəsi Azərbaycan dilinin tədrisi metodikası Pedaqogika nəzəriyyəsi Seçilmiş əsərləri Rus məktəblərində Azərbaycan dili fənni üzrə kadr hazırlığı problemlərinin proqnozlarından biri haqqında. "Azərbaycan dili. Respublika elmi-metodik konfransının materialları". V.İ.Lenin adına APİ-nin nəşri. Bakı, 1984; Qeyri-Azərbaycan məktəbləri üçün türk dili dərsliklərinin nəzəri problemləri. "Azərbaycan Respublikasında təhsil islahatı" konfransı. Bakı, 27–28 yanvar, 1995-ci il; Təlim rus dilində olan məktəblərdə Azərbaycan dili tədrisinin tarixindən. "Pedaqoci tədqiqatlar: axtarışlar, tapıntılar" məc., Bakı, 1996; Ali məktəblərin rus qruplarında Azərbaycan dili təliminin problemləri."Ali pedaqoji məktəblərdə humanitar və ictimai elmlərin tədqiqi və tədrisi məsələləri" respublika elmi konfransının məruzə tezisləri, 16–17 yanvar, 1995-ci il, Bakı, 1996; Azərbaycan dili dərsliklərinin nəzəri problemləri. "Ümumtəhsil məktəblərinin aktual problemləri" mövzusunda respublika ali məktəb-lərarası elmi- praktik konfransının tezisləri". Bakı, 1996; Təhsil islahatı və kurikulumların hazırlanması problemi. "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri", Bakı, 2005, №1; Ümumi təhsilin məzmun islahatalrı: real standartlara doğru. "Azərbaycan məktəbi" jurnalı, Bakı, 2005, №4; Təhsil islahatı və kurikulum. "İbtidai məktəb və məktəbə qədər tərbiyə", 2005, №1 Təhsil Problemləri İnstitutunda Azərbaycan dilinin tədrisi ilə bağlı tədqiqatların tarixinə dair. "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri", Bakı, 2006, №1; Avstraliyada təhsil. "Azərbaycan məktəbi", Bakı, 2006, №4; Yeni fənn kurrikulumlarının səciyyəvi cəhətləri. "Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Əsərləri", Bakı, 2007, №1; İbtidai təhsilin fədaisi. "Azərbaycan məktəbi"jurnalı, Bakı, 2007, №3; Ümumtəhsil kurrikulumlarının növləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Elmi əsərlər 2008. №3; Şəxsiyyətyönümlü kurrikulumlar əsasında yaradılan dərsliklərin xüsusiyyətləri. "Kurikulum" jurnalı. 2008, №4; Ümumtəhsil kurikulumlarının hazırlanması üzrə tədqiqatların nəticələri barədə. TPİ-nin "Elmi əsərləri", 2009, № 1; Qloballaşma şəraitində ilkin müəllim hazırlığının başlıca istiqamətləri. "Pedaqoji kadr hazırlığı, problemlər, vəzifələr" mövzusunda beynəlxalq simpoziumun materialları. Naxçıvan, 2009; Kurikulum islahatı zamanın tələbidir. "Kurikulum"jurnalı, 2010, № 1; Müəllim-şagird münasibətlərinin yeni mərhələsi. "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" mövzusunda respublika elmi-praktik konfransın materialları. Bakı. "Mütərcim", 2010; Azərbaycan Respublikası ümumtəhsil məktəblərində kurikulum islahatının başlıca istiqamətləri. "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfransın Materialları. Şərikli, Naxçıvan, 2011; Müasir Azərbaycan dili dərsliklərinə verilən başlıca tələblər. "Tədris Prosesinin Təkmilləşdirilməsinin Pedaqoji-Psixoloji Problemləri" mövzusunda beynəlxalq konfransın materiallari. Naxçıvan,2011; Məktəbəqədər Təhsilin Konseptual Problemləri. "Kurikulum" jurnalı, 2011, (şərikli); "Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəltməyin mühüm şərtləri. Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda II respublika elmi metodiki konfransın materialları, Bakı 2011, səh. 9–13; Kurikulum islahatının əsas istiqamətləri, "Azərbaycan məktəbi" jurnalı, №4, 2011, səh.21–32; Müasir dərsliklər: xüsusiyyətlər, tələblər, Elmi əsərlər, 2011, №4, səh. 65–71; Yeni dərs ili, yeni vəzifələr, (A.Mehrabovla birgə), "Azərbaycan məktəbi" jurnalı. 2011. №5, səh. 15–24, 2011; Qiymətləndirmə konsepsiyası-konseptual sənəd "Təhsil sistemində Monitorinq və Qiymətləndirmənin yeri" mövzusunda Respublika elmi-praktik konfransın materialları (27 aprel 2012-ci il), Bakı-2012, səh. 11–16; Azərbaycan dili dərsliklərinin hazırlanması prinsipləri. Respublika elmi konfransının materialları, 28 iyun 2012 , Bakı 2012, səh. 14–16; Müdriklik təbiətlə həmahəng olmalıdır, "Azərbaycan məktəbi" jurnalı, 2012, №2, səh. 108; Yeni dərs ili, yeni vəzifələr, (A.Mehrabovla birgə) "Azərbaycan məktəbi" jurnalı, №5, 2012, səh. 17–26; Təhsil standartlarının yaradılması mühüm pedaqoji problem kimi, "Azərbaycan məktəbi" jurnalı, 2012, №1, səh. 15–21; Müsair dərs: o necə olmalıdır? Kurikulum jurnalı, 2013, №3, səh. 54–57; Ümumi təhsildə inteqrasiya:müasir yanaşmalar. Kurikulum, 2013, №2, səh.14–21; Müəllimlərin sentyabr konfransında. Məktəbəqədər və ibtidai təhsil, 2013, № 3 səh.4–11. "Yaddaş məktəbi"ndən "düşüncə və təfəkkür məktəbii"nə. Kurikulum,2014, № 1, səh.15–23 Ümumi təhsilin stavdartları tarixilik və müasirlik müstəvisində. Kurikulum, 2014, № 4, səh.17–23 Təhsilin yeni məzmunu necə olmalıdır? "Təhsil kurikulumları: praktik tətbiqlər" mövzusunda kecirilmiş Respublika konfransının materialları (24 aprel 2015) Naxçıvan Müəllimlər İnstitutu "Məktəb" nəşriyyatı, Naxçıvan, 2015, səh. 97–99 Ümumi təhsil standartlarının psixopedaqoji xüsusiyyətlərinə dair. Azərbaycan məktəbi, 2014, № 4,səh.17–23 12 illik təhsilin bəzi pedaqoji problemləri. Kurikulum, 2016, № 4, səh. 5–10 Ümumi təhsil pedaqoji mülahizələr müstəvisində, Kurikulum, 2017, № 2, səh. 11–18 "Kurikulum" jurnalı: qısa tarixi xülasə. Kurikulum 2017, № 4, səh. 7–17 Ümumi təhsilin bəzi pedaqoji məsələlərinə dair" "Ümumtəhsil fənlərinin tədrisinə dair tədqiqlər" kitabı. Bakı, ARTİ, 2017 səh.286 Təhsil paradiqmasında ümumi təhsil. "Kurikulum" jurnalı, 2018, № 1 səh. 6–12 Azərbaycan dili dərsliklərinin funksiyaları. "Müəllim hazırlığıstrateji hədəflərdən biri kimi" mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı şəhəri,18 iyun 2018-ci il səh. 62–64 Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətində prioritetlər. "Kurikulum" jurnalı, 2018, № 2 səh. 14–22 Azərbaycan Respublikasının əməkdar müəllimi Asif Cahangirova açıq məktub. Azərbaycan Respublikasının Təhsil İnstitutu. Elmi əsərlər, 2018, № 6 səh.308–311 Azərbaycan təhsil standartları:təşəkkülü və inkişafı. Peşə təhsili və insan kapitalı, 2018,№3 səh.34–38 Elmi redaktordan məqalə "Fənn kurikulumlarının tətbiqi məsəslələri", Bakı, Mütərcim, 2018, 180 səh.səh.4 Ümumi təhsil standartlarının yaradılması və inkişafına dair. "Fənn kurikulumlarının tətbiqi məsəslələri", Bakı, Mütərcim, 2018, 180 səh. səh.5–15 İnnovativ pedaqoji texnologiyalar. "Kurikulum" jurnalı, 2018, № 4 səh.5–11. K.Quliyeva. Təlim prosesində mənimsəmə və onun mərhələləri. "Kurikulum" jurnalı, 2019, № 1 səh.5–12. Ana dili dərslikləri necə olmalıdır? "Məktəbəqədər və ibtidai təhsil", 2019, № 3 səh.15–19 Şagirdlərin Azərbaycan dili üzrə dinləyib-anlama bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi Əsərlər, cid 87, № 5, 2020, səh.63-68 Əməkdar elm xadimi,professor Fərrux Rüstəmova açıq məktub, Azərbaycan Respublikasının Təhsil İnstitutu,Elmi Əsərlər,cid 88, № 1, 2021, səh.153-157 Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafına onun təsiri,Azərbaycan Respublikasının Təhsil İnstitutu,Elmi Əsərlər, cild 88,№ 3,2021, səh.4-11 Pedaqoji tədqiqatlara yeni yanaşmalar. Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi Əsərlər, cild 87, № 1, 2020, səh.13-18. Ali təhsilin akademik perspektivliliyi. 8th INTERNATIONAL EDUCATION ANDINNOVATIVE SCIENCES CONGRESS November 24-26, 2023 / ANKARA səh. 349-353 Müəllimin ideya-siyasi və pedaqoji hazırlığı. (Şərikli) "Maarif", Bakı, 1981; Ə.R.Əfəndizadə. Bakı, 1994; Y.Ş.Kərimov. (Şərikli). Bakı, 1997; Y.Ş.Kərimov. Söz çələngi (Şərikli). Bakı, 1997; Görkəmli alim. "Y.Ş.Kərimov" kitabında. Bakı, 1997; Qayğısını əsirgəməyən insan "Zahid Qaralov dünyası" Bakı, 1999; Azərbaycan dili. (Şərikli), "Azərbaycan Respublikası məktəblərinin təhsil standartları". Bakı, 2000; Görkəmli pedaqoq – alim. Bakı, 2005; Pedaqoji texnologiyalar. (Şərikli) Bakı, "Mütərcim", 2006 Yeni fənn kurrikulumlarının səciyyəvi cəhətləri. "Azərbaycan məktəbi", Bakı, 2007; "Türkmənşəli sözlər lüğəti" kitab AF noliqraf, Bakı, 2017 360 səh.(İ.Məmmədov,H.Mirzəyev) Kurikulum bələdçisi(izahlar və tətbiqlər). Bakı,"Elm və təhsil" 2019, 320 səh. (İ.A.Cavadov, B.O.İbadova, K.R.Quliyeva və b.) Qısa izahlı pedaqoji terminlər lüğət. Bakı, "Elm və təhsil", 2019, 32 səh.(İ.A.Cavadov, B.O.İbadova, K.R.Quliyeva və b.) Orta məktəb üçün Respublikanın təlim erməni və gürcü dillərində olan məktəblərinin IV–X sinifləri üçün Azərbaycan dilindən proqram materiallarının təxmini planlaşdırılması (1982/83-cü dərs ili üçün) Bakı, 1982 Azərbaycan dili. Təlim rus dilindən olan məktəblərin II–X sinifləri üçün Bakı, 1983; Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin IV sinifləri üçün, (şərikli), Bakı, "Maarif", 1983; Respublikanın təlim erməni və gürcü dillərində olan məktəblərinin IV–X sinifləri üçün Azərbaycan dilindən proqram materiallarının planlaşdırılması (1984/85-ci dərs ili üçün). Bakı, 1984; Azərbaycan dili. Rus məktəbinin V sinfi üçün. (Şərikli), Bakı, 1985; Respublikanın təlim erməni və gürcü dillərində olan məktəblərinin IV–X sinifləri üçün Azərbaycan dilindən proqram materiallarının planlaşıdırlması (1985/86-cı dərs ili üçün). Bakı, 1985; Azərbaycanca-rusca lüğət. Orta məktəb şagirdləri üçün. Bakı, "Maarif" 1985; Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin III–XI sinifləri üçün. Bakı, 1986; Azərbaycan dili. Respublikanın təlim gürcü dilində olan məktəblərinin V–VI sinifləri üçün ,Bakı, 1988; Təlim rus dilində olan məktəblərdə Azərbaycan dili və ədəbiyyatın tədrisinə dair. Bakı, 1989; Ədəbiyyat. XI sinif üçün, Bakı, 1995 Azərbaycan dili Təlim rus dilində olan məktəblərin 10-cu sinfi üçün, XXI — YNE, Bakı, 2001; Ümumtəhsil məktəblərində seçmə fənlər. Bakı, "Nasir", 2001; Azərbaycan dili V sinif üçün, Bakı, "Təhsil", 2003; Azərbaycan dili. 10–11-ci siniflər üçün dərslik, "Təhsil" nəşriyyatı, Bakı, 2004 Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin 10-cu sinfi üçün dərslik, Bakı, 2004 Təlim qeyri-Azərbaycan dilində olan məktəblərin I–XI sinifləri üçün Azərbaycan dili, Bakı, 2004; Azərbaycan dili. (Şərikli), X–XI siniflər üçün, Bakı, "Təhsil", 2004; Azərbaycan dili. (Şərikli), V sinif üçün, Bakı, "Təhsil", 2004; Azərbaycan dili. V sinif üçün, Bakı, "Çaşıoğlu ", 2004; Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin X sinfi üçün. Bakı, 2005; "Azərbaycan dili — 5". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009; "Azərbaycan dili — 10". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009; Ümumi elmi təhsilin fənn standartları (I–II siniflər), Bakı Mütərcim 2012, 402 səh. A.Aydınov, İ.Cavadov, A.Əhmədovla birlikdə; Azərbaycan dili. 5-ci sinif üçün dərslik, "Təhsil" nəşriyyatı, Bakı, 2003 Azərbaycan dili. 10–11-ci siniflər üçün dərslik, "Təhsil" nəşriyyatı, Bakı, 2004 Azərbaycan dili. Təlim rus dilində olan məktəblərin 10-cu sinfi üçün dərslik, Bakı, 2004; "Azərbaycan dili — 5". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009; "Azərbaycan dili — 10". Təlim rus dilində olan məktəblər üçün dərslik. 2009. Azərbaycan dilinin tədrisi metodikas.Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram ADPU-nun mətbəəsi, Bakı, 2018 29 səh. A. Balıyev Qabaqcıl maarif xadimi döş nişanı; Tərəqqi medalı. Fəxri adlar Əməkdar müəllim Həmçinin bax Abbas Hacıyev Aidə Şahbazova Xarici keçidlər Ənvər ABBASOV, Təhsil Problemləri İnstitutunun direktor müavini MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ YENİ PEDAQOJİ MÜSTƏVİDƏ "Standart və kurikulumlar: nəzəri və ptaktik məsələlər" kitabı | https://az.wikipedia.org/w/index.php?curid=537280 |
Ənvər Abican | Ənvər Abican (Abicanov) (əsl adı Ənvərcan Obitcanov; 25 yanvar 1947, Fərqanə – 11 aprel 2020, Daşkənd) — Özbəkistan-sovet jurnalisti, şairi, fantastika yazıçısı. 1998-ci ildə Özbəkistanın xalq şairi adına layiq görülmüşdür. 2020-ci ildə vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=772322 |
Ənvər Almaszadə | Ənvər Hacağa oğlu Almaszadə (27 avqust 1918, Bakı – 6 mart 2007, Bakı) — Azərbaycanın teatr rəssamı, qrafik, Azərbaycan SSR əməkdar rəssamı (1964). Ənvər Almaszadə 27 avqust 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. 29 iyun 1964-cü ildə Azərbaycan SSR əməkdar rəssamı fəxri adı ilə təltif olunub. Ənvər Almaszadə 6 mart 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir. Həmçinin bax Qəmər Almaszadənin qardaşıdır. | https://az.wikipedia.org/w/index.php?curid=329935 |
Ənvər Altaylı | Ənvər Altaylı (1944 və ya 1 noyabr 1944, Ceyhan, Adana ili və ya Adana), sovetoloq və köhnə Türkiyə dövlət təhlükəsizlik orqanı işçisi. 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə yaranmış vəziyyətdə Orta Asiyada türk respublikalarının təşkil edilməsində iştirak etmişdir. Özbək kökənli siyasi mühacir Şakir Altaylı ilə, sovet əsarətindən 1920-ci ildə qaçmış özbək kökənli müfti Əbdürrəhman Kavunçunun qızı Mələk Altaylının ailəsində dünyaya gəlmişdir. 1958–1961-ci illərdə Bursa İşiqlar Hərbi liseyində təhsil almışdır. Lakin Tələt Aydəmirin dövlət çevrilişinə cəhdi zamanı 1439 hərbi kursantla birlikdə həbs edildi. Bundan sonra 1963–1967-ci illərdə Ankara Universitetində hüquq təhsili almışdır. Həmçinin, sonralar Linz Universitetinin Şərqi Avropa bölməsində dil kursları keçmiş, Şərqi Avropa Universitetində və Köln Universitetində hüquq təhsili almışdır. 1968-ci ildə MİT rəhbəri general Fuad Doğu tərəfindən MİT-ə sovetoloq olaraq işə götürülmüşdür. 1973-cü ilə qədər burada işləyən Ənvər Altaylı 1977–1980-ci illər arasında Hər Gün qəzetinin baş redaktoru olaraq çalışmışdır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Orta Asiyada yeni yaranan türk respublikalarının təşkil edilməsində mühüm rol oynamışdır. Turqut Özal və Süleyman Dəmirəlin köməkçisi olmuşdur. 1986-cı ildən həm də Almaniya vətəndaşı olan Ənvər Altaylı son dövrlərdə daha çox Belfastda yaşayırdı. Burada Hüquqi Mübahisə və Sülh İnistitutunda professor Maykl Semple ilə işləyirdi. Türkiyədə dövlət çevrilişinə cəhddən sonra kütləvi həbslər zamanı həbs edilənlərdən biri də Ənvər Altaylıdır.O, FETÖ-nun Orta Asiya qolunun rəhbəri Mustafa Özcan ilə əlaqədə olmaqda və ona FETÖ-nün Orta Asiyada təşkilatlanmasına kömək etməkdə ittiham olunurdu.İstintaq zamanı Mustafa Özcanla tanışlıqlarının olmasını qəbul etsə də, FETÖ ilə heç bir əlaqəsinin olmamasını və onların dövlət çevrilişinə cəhd edəcəyini düşünmədiyini bildirmişdir. Əsir Türk ellərində 90 gün Kommunist nəzəriyyələr və Sovet yayılma siyasətiHəmçinin onun haqqında da İrfan Ülkü tərəfindən kitab yazılmışdır: İrfan Ülkü, Böyük Oyundakı Türk: Ənvər Altaylı (İlgi nəşrləri, 2008) Xarici keçidlər 'Büyük Oyundaki Türk: Enver Altaylı' adlı kitabın websayfası EnverAltaylı.com Biyografi.net'de | https://az.wikipedia.org/w/index.php?curid=540235 |
Ənvər Arazov | Ənvər Talış oğlu Arazov (2 dekabr 1953, Kirovabad – 2 noyabr 1992, Sırxavənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1953-cü il 2 dekabrda Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı. Döyüşlərdə iştirakı Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının müdirinin II müavini olub. 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin olunub. Göstərdiyi şücaətlərə görə ona polkovnik rütbəsi verilib. Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olub. Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb. Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 36. | https://az.wikipedia.org/w/index.php?curid=50474 |
Ənvər Bariyev | Ənvər Rza oğlu Barıyev (2 oktyabr 1964, Əli-Bayramlı) 2 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının Əli Bayramlı (Şirvan) şəhərində anadan olmuşdur. O, 1985-ci ildə SSRİ DİN-in Lvovdakı yanğınsöndürmə üzrə texniki məktəbini əla qiymətlərlə bitirdikdən sonra Minskdə yanğından mühafizə şöbəsində mühəndis, daha sonra Belorusiya SSR DİN yanğından mühafizə İdarəsində mühəndis işləmişdir. Ənvər müəllim 1991-ci ildə keçmiş SSR DİN-in Ali Mühəndis Yanğınsöndürmə Texniki Məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1991-1996-cı illərdə Belorusiya DİN Hərbiləşdirilmiş Yanğın Xidməti Baş İdarəsinin Respublika Praktiki Mərkəzində baş elmi işçi, sonra rəis müavini işləmişdir. 1996-cı ildə ona böyük etimad göstərilir. Ə. Bariyev MDB üzrə Hərbiləşdirilmiş Yanğın Xidməti Baş İdarəsi rəisinin 1-ci müavini təyin olunur. 2000-ci ildə Belarus Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasını əla qiymətlərlə bitirən istedadlı həmyerlimiz Belorusiya Respublikası fövqəladə hallar nazirinin 1-ci müavini təyin edilir. O, 29 dekabr 2004-cü ildə isə fövqəladə hallar naziri vəzifəsini icra edir. Ə. Bariyev 22 mart 2005-ci ildən - 2011-ci ilə kimi Belorusiya fövqəladə hallar naziri işləmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=681510 |
Ənvər Bayramov | Ənvər Rza oğlu Bayramov (15 avqust 1939, Kiçik Məzrə, Basarkeçər rayonu – 30 mart 2015, Gəncə) — Azərbaycan Texnologiya Universiteti mexanika kafedrasının professoru. Ənvər Bayramov 15 avqust 1939-cu ildə Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Atası İsmayılov Rza Bayram oğlu 1941-ci ildə Boyük Vətən Müharibəsinə getmiş və 25 yaşında həlak olmuşdur. Anası İsmayılova Sura Hüseyn qızı 23 yaşında dul qalaraq iki övladını böyütmüş, 1980-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Ə. Bayramov 1947-ci ildə Basarkeçər rayon Balaməzrə kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1952-ci ildə Ə. Bayramovun ailəsi başqa qohum-əqrabaları ilə birlikdə Azərbaycan SSR-in Tərtər rayonuna deportasiya olunub və o təhsilini Tərtər rayon Cəmilli kənd orta məktəbində davam etdirib və 1957-ci ildə həmin məktəbi bitirib. 1958-ci ildə Ə. Bayramov Nuxa toxuculuq texnikumuna qəbul olunaraq həmin texnikumu 1961-ci ildə fərqlənmə diplomu ilə bitirib. Ə.Bayramov 1967-ci ildə Daşkənd Toxuculuq İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və Özbəkistan SSR Elmlər Akademiyasının Mexanika Institutunun aspiranturasına qəbul olunmuşdur. O, müxtəlif materialların sürtünmə qüvvəsini, eləcə də ilkin deformasiyaları təyin etmək metodikasını işləyərək müxtəlif ölçü cihazları layihələndirmişdir. Ənvər Bayramov vaxtından əvvəl “Sürtünmə qüvvəsinin və ilkin deformasiyanın təyin olunması üçün cihazların mexanizmlərinin nəzəri əsaslarının işlənməsi” mövzusundakı namizədlik dissertasiyasını müdafiə etmişdir. Ə.Bayramovun adı atom şüalarının materialların sürtünmə əmsalına təsirini tədqiqat yolu ilə öyrənən birinci alimlər cərgəsində olmuşdur. O ilk dəfə olaraq sürtünmə qüvvəsinin, eləcə də kontaktda olan materialların səthindəki ilkin deformasiyanın əsas kontakt amillərindən asılı olaraq təyin olunması metodikasını təklif etmişdir. 1971-ci ilin sentyabr ayından Ç.İldırım adına Politexnik İnstitutunun Kirovabad filialında fəaliyyətə başlamışdır. Gəncə şəhərində fəaliyyət göstərən toxuculuq kombinatı ilə bağlanan təsərrüfat müqaviləli işə görə darayıcı maşınlar üçün layihələndirilən yeni daraq mexanizmi istehsalata tətbiq olunaraq milyonlarla manat iqtisadi səmərə vermişdi. 1972-ci ildə ilk dəfə olaraq institutda elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş elmi konfransın təşkilatçısı olmuşdur. 1976-cı ildə dosent Ə.R.Bayramov mexanika-texnologiya fakültəsinə dekan müavini, 1979-cu ildə yenicə təşkil olunmuş mexanika fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. 1981, 1982-ci illərdə Ə.R.Bayramov tələbə qəbulu üzrə komissiyanın məsul katibi təyin olunmuşdur. 1984-1994-cü illərdə Ə.R.Bayramov SSRİ Təhsil üzrə Dövlət Komitəsində və Rusiya Federasiyasında materiallar müqaviməti, inşaat mexanikası və elastiqiyyət nəzəriyyəsi fənləri üzrə elmi-metodiki şuranın üzvü olmuşdur. 1992-ci ildən mexanika kafedrasının professoru olmuşdur. 1994-cü ildən YAP-ın fəal üzvü olmuşdür. 1996-cı ilin Ə.R.Bayramov oktyabr ayında yüngül sənayenin mexanika-texnologiyası fakültəsinə dekan vəzifəsinə seçmişdir. 1999-cu ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. 1991 və 1999-cu illərdə yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur. 2000-ci ildən başlayaraq Ənvər müəllim universitetdə təlim-tərbiyə işlərinin yaxşılaşdırılması üçün müxtəlif komissiyalara rəhbərlik etmiş və birləşmiş metod şuranın sədr müavini olmuşdur. Beş övlad atasıdır: Bayramova Sevda Ənvər qızı, Bayramov Eldəniz Ənvər oğlu, Bayramova Gülnarə Ənvər qızı, Bayramov Elçin Ənvər oğlu, Bayramov Elman Ənvər oğlu. Dərslikləri Ə.R.Bayramov. “Yastı kəsiyin həndəsi xarakteristikası”, 1977. Ə.R.Bayramov. “Sərbəst iş üçün praktiki materiallar müqaviməti kursu”, 1993. Elmi əsərləri “CR-322 Y tipli BEFAMA yundarayıcı maşınların tipik reduktorlarının yenidən layihələndirilməsi və tədqiqi”. Elmi hesabat № 4-91, AzTİ, 1993 il. “Fırlanma hərəkətində ilkin deformasiyanı nəzərə almaqla möhkəmliyə hesabat”. Azərbaycan Elmlər Akademiyasının 50 illiyinə həsr olunmuş elmi konfransın materialları, Gəncə,1995 il. “Fırlanma hərəkətində elastiki əsaslar üzərində yerləşən hissələrin kontakt amillərini nəzərə almaqla sürtünmə əmsalının təyini”. Az.Tİ-nin “Materiallar müqaviməti” kafedrasının 1995-ci il üçün illik elmi hesabatı. “Fırlanma hərəkətində kontakt səthlərindəki ilkin deformasiyanın enerji üsulu ilə təyini”. Az.Tİ-nin 15 illiyinə həsr olunmuş elmi-praktiki konfransın materialları, Gəncə, 1996 il. “Enerji üsulu ilə irəlıləmə hərəkətində ilkin deformasiyadan istifadə etməklə möhkəmliyə hesabat”. Az.Tİ-nin “Materiallar müqaviməti” kafedrasının 1996-cı il üçün illik elmi hesabatı. “Sürtünmə ilə ötürmədə ilkin deformasiyanın təyin olunmasının elmi əsasları”. Az.Tİ-nin professor-müəllim heyətinin XV elmi-praktiki konfransının məruzələrinin tezisləri, Gəncə,1997 il. “İlkin bucaq deformasiyasının kontakt təzyiqindən və bucaq sürətindən asılı olaraq təyini”. Azərbaycan Texnologiya İnstitutunun professor-müəllim heyətinin XVI elmi-praktiki məruzələrinin tezisləri, Gəncə,1998 il. “Kinematik cütlərdə kontakt amillərin ilkin deformasiyaya təsiri”. Beynəlxalq elmi-texniki konfransının materialları. AzTİ,Gəncə, 1999 il. “Kinematik cütlərdə kontakt amillərin ilkin deformasiyaya təsiri”. AzTU-nun “Tətbiqi mexanika” kafedrasının 1999-cu il üçün elmi hesabatı. “Mürəkkəb deformasiyaya məruz qalan sapların möhkəmliyə hesablanması”. XXVII Elmi Konfransının məruzələrinin tezisləri, Az.Tİ, Gəncə, 2000 il. “Elastiki sapların kinematikası və dinamikası”. AzTU-nun “Tətbiqi mexanika” kafedrasının 2001-ci il üçün elmi hesabatı. “Dahi rəhbər,tarixi xilaskar və cəsur insan”. “Heydər Əliyev milli dövlətçiliyimizin banisidir” mövzusunda Elmi-praktiki konfransının materialları, AzTU, Gəncə, 2003 il. “Toxucu dəzgahlarında sap və parçalarla bağlı mexaniki sistemlərə təsir edən amillər”. Yeyinti və yüngül sənaye istehsalının mütərəqqi texnnika və texnologiyası adlı elmi-praktiki konfrans, AzTU, Gəncə, 2003 il. “Əriş sapların eninə rəqsi hərəkətinə təsir edən əsas amillər”. AzTU-nun “Tətbiqi mexanika” kafedrasının 2003-ci il üçün elmi hesabatı. “Əriş saplarında eninə rəqsi hərəkətdən yaranan deforma-siyanın və gərginliyin təyini”. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəz, “Xəbərlər” məcmuəsi, №11, Gəncə, 2004 il. “Mürəkkəb deformasiyaya məruz qalan sapların möhkəmliyə hesablanması”. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəz, “Xəbərlər” məcmuəsi, №14, Gəncə, 2004 il. “Toxucu dəzgahlarında mexaniki sistemlərin tədqiqi”. Yeyinti və yüngül sənaye sahələrinin aktual problemləri, Respublika elmi-praktiki konfransının materialları, Gəncə, 2004 il. “Toxunma zamanı parçaya təsir edən qüvvələrin təyini”. AzTU-nun “Tətbiqi mexanika” kafedrasının 2004-cü il üçün elmi hesabatı. “Dəyişən gərilməli əriş sapların rəqsi hərəkətləri”. AzTU-nun elmi xəbərləri, №3-4,Gəncə,2005 il. “Toxunma zamanı parçaya təsir edən qüvvə amilləri və onların təsirindən yaranan gərilmələrin təyini”. Azərbay-can Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəz, “Xəbərlər məcmuəsi,” № 16, Gəncə, 2005 il. “Sürtünmə qüvvəsini nəzərə almaqla saplarda yaranan gərilmə və deformasiyanın təyini”. AzTU-nun “Mexani-ka” kafedrasının 2005-ci il üçün elmi hesabatı. “Elastiklik həddindən kənarda sapın gərilməsinin tədqiqi”. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəz, Xəbərlər məcmuəsi,” № 21, Gəncə, 2006 il. “Yüngül və toxuculuq sənaye sahələrinin maşın və avadanlıqlarının işlədikləri şərait və onların etibarlılığa təsir edən amilləri”. AzTU-nun “Mexanika” kafedrasının 2006-cı il üçün elmi hesabatı. “Silindr formalı detallarla kontaktda olan saplarda yaranan gərilmə qüvvələrinin təyini”. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəz, “Xəbərlər məcmuəsi”, № 28, Gəncə, 2007 il. “Yüngül və toxuculuq sənaye maşın və avadanlıqlarının işçi orqanlarının möhkəmliyinə gərilmə qüvvəsinin təsiri”. AzTU-nun “Mexanika” kafedrasının 2007-ci il üçün elmi hesabatı. “Hamar səthdə yerləşdirilən sapların müvazinəti”. Yeyinti, toxuculuq və yüngül sənaye sahələrinin aktual problemləri adlı Respublika elmi-praktiki konfransın materialları, Gən-cə, 2007 il. “Elastiklik həddindən kənarda saplarda yaranan qısalma-nın yükü azaltmaq üsulu ilə təyini”. Az.TU-nun elmi xəbərləri, №7-8, Gəncə, 2008 il. “Yüngül və toxuculuq sənayesinin və yeyinti istehsalının maşın və avadanlıqlarının mexaniki sistemlərində iştirak edən detalların möhkəmliyə hesabat metodikasının hazırlanması”. AzTU-nun “Mexanika” kafedrasının 2008-ci il üçün elmi hesabatı. “Elastiki bəndlərdə aparıcı qüvvənin təyini”. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəz,“Xəbərlər məcmuəsi,” №36, Gəncə, 2009 il. | https://az.wikipedia.org/w/index.php?curid=357078 |
Ənvər Behbudov | Ənvər Məcid oğlu Behbudov (20 mart 1912, Şuşa – 18 mart 1993, Moskva) — RSFSR xalq artisti (1965), rejissor, bədii rəhbər. Ənvər Məcid oğlu 20 mart 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirmiş (1942), Ulyanovsk (1944-1946), Xabarovsk (1946-1948), Novosibirsk (1948-1954) teatrlarında rejissor və bədii rəhbər olmuşdur. V. Kaçalov adına Böyük Dram Teatrında (Kazan, 1954-1959) və M.Qorki adına Dram Teatrında (Rostov, 1959-1964) baş rejissor işləmişdir. "Tüfəngli adam" (N. Poqodin), "Oyanmış torpaq" (M. Şoloxov), "Ölü canlar" (N. Qoqol), "Məhəbbət haqqında 104 səhifə" (E. Radzinski) və s. tamaşaların quruluşunu vermişdir. 1966-cı ildən Azərbaycan Opera və Balet Teatrında baş rejissor işləmiş, "Koroğlu" operasını tamaşaya qoymuşdur. 1969-cu ildən Azərbaycan Rus Dram Teatrının baş rejissoru olmuşdur; Ə. Behbudov burada "Altı iyul" (1970, M.Şatrov), "Kənar adam" (1972, M.Dvoretski), "Öz yolunla" (1973, R. İbrahimbəјov), "Sən yanmasan" (1974, N. Xəzri), "Ötən yay Çulimskdə" (1975, A. Vampilov), "Bir iflasın protokolu" (1976, A. Gelman) və s. əsərləri tamaşaya qoymuşdur. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri, həmçinin, medallarla təltif edilmişdir. Həmçinin bax Məcid Behbudov Rəşid Behbudov | https://az.wikipedia.org/w/index.php?curid=111937 |
Ənvər Bikçentayev | 4 oktyabr 1913-cü ildə Ufada anadan olmuşdur. 1921-ci ildə ailəsi Orenburqa köçmüşdür. 1928-1931-ci illərdə Orenburqda pedaqoji texnikumda təhsil almışdır. Texnikumu bitirdikdən sonra Arxangelskə tatarlarla işləməyə göndərilmişdir. 1931-1932-ci illərdə tatar məktəbində direktor müavini olmuşdur. 1935-1936-cı illərdə Qızıl Orduda xidmət etmişdir. 1941-ci ildə Başqırdıstan Pedaqoji İnstitutunu, 1956-cı ildə isə Moskvadakı Ali ədəbiyyat kurslarını bitirmişdir. 1942-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv kimi qəbul edilmişdir. 18 may 1989-cu ildə Ufada vəfat etmişdir. Yaradıcılığı Əsərləri 1933-cü ildən çap olunmağa başlamışdır. Rus və başqırd dillərində yazmışdır. "Qırmızı lalələr" (1944), "Rus əsgəri haqqında novellalar" (1946) hekayə toplularının müəllifidir; "Ölməzlik hüququ" (1950) povesti A.M. Matrosova həsr olunmuşdur. "Durnalar Uralda qalır" (1956), "Sənə cənnət vəd etmirəm" (1963) və s. sosial-psixoloji romanları, uşaqlar üçün əsərləri vardır. "Səfirin qızı" povesti Azərbaycan dilinə tərcümə olunmuşdur. Mükafatları "Qırmızı Bayraq" ordeni (1942) "Qırmızı Ulduz" ordeni (1943) Vətən Müharibəsi Ordeninin I dərəcəsi (1985) Vətən Müharibəsi Ordeninin II dərəcəsi (1945) "Oktyabr inqilabı" ordeni (1972) "Şərəf nişanı" ordeni (1963) RSFSR əməkdar mədəniyyət işçisi (1970) Salavat Yulayev adına Respublika mükafatı (1974) Q.Salyam adına mükafat (1967) Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=513900 |
Ənvər Fərəcov | Ənvər Fərəcov (28 iyun 1952, Sarov, Qasım İsmayılov rayonu – 11 sentyabr 1991, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirir və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır. 1981-ci ildə həyatını daxili işlər orqanları ilə bağlayır. 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir. Döyüşlərdə iştirakı 18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. 14 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Bu, Ənvər Fərəcovun son döyüşü idi. O, bu döyüşdə Todam milis bölməsinin daha 3 əməkdaşı — mayor Hümbətov Rizvan Məşədi oğlu, kapitan Əliyev Nəsrəddin Yunis oğlu, kapitan Kamandarov Mövsüm Qasım oğlu ilə bərabər qəhrəmancasına şəhid oldu. Goranboy rayonunun Sarov kəndində dəfn edilib, şəhərdə büstü qoyulub. Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülmüşdür. Goranboy rayonunda dəfn edilmişdir. Goranboy rayonunda büstü qoyulmuşdur. Haqqında Zamin Məmmədov "Vətənə dönənim" adlı film çəkmişdir. Film 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş olunmuşdur. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 101. | https://az.wikipedia.org/w/index.php?curid=119840 |
Ənvər Hacı Həkim oğlu Məmmədov | Ənvər Hacı Həkim oğlu Məmmədov (1914, Nuxa – 1969, Bakı) — Azərbaycan SSR dönəminin dövlət xadimi, iqtisadçı, Azərbaycan Xalq Bankının sədri. Ənvər Məmmədov 1914-cü ildə Şəki şəhərində, ziyalı ailəsində anadan olub. Atası Hacı Həkim, 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub, milliyətcə ərəb olub. 1898-ci ildə Şəki şəhərinə köçüb, Cənubi Qafqazda tanınmış həkim olub, burada taun və tif viruslarına qarşı mübarizə aparıb. Anası Zəhra Məmmədova milliyətcə azərbaycanlı olub. 3 yaşında Ənvər Məmmədovun atası vəfat edib. Bundan sonra o, bacısı Əzizə ilə birlikdə internat məktəbdə böyüyür. Burada anasının "Məmmədov" soyadını götürür. Daha sonradan Bakı şəhərinə köçür. 1931-ci ildə K. Marks adına Xalq Təsərrüfatı İnstitutunda (hazırkı İqtisad Universitetində) təhsil almağa başlayıb. 1936-cı ildə universitetin maliyyə-iqtisad fakültəsini bitirib. Ali təhsilini aldıqdan sonra Ənvər Məmmədov, Moskva və Bakı şəhərlərində, Dövlət Nəzarət Komissiyasında iqtisadçı kimi işləməyə başlayıb. Daha sonra Azərbaycan SSR Xalq Bankının (hazırkı Mərkəzi Bankın) şöbə rəhbəri vəzifəsinə çalışıb. 1950-ci ildə Ənvər Məmmədov Azərbaycan Xalq Bankının direktoru vəzifəsinə təyin edilib. Sonrakı illərdə, o, Dövlət İqtisad texnikumunin direktoru vəzifəsində çalışıb. Həyatının son illərində Oktyabr rayonunun (hazırkı Yasamal rayonunun) maliyyə komitəsində çalışıb. 1969-cu ildə Ənvər Məmmədov xərçəng xəstəliyindən vəfat edib. Yasamal rayon qəbirstanlığında dəfn olunub. Hacı Həkimin oğludur. Atası Hacı Həkim, anası Zəhra Məmmədova. Qardaşları Fərrux və Əhməd Məmmədovlar, bacıları Zəhra və Zərifə Məmmədovalar. 1944-cü ildə Nazan Nəcəfova (1917–2010) ilə ailə həyatı qurub. Nikahdan onun Natella (1945–2020) və Suella (1947–2008) adlı iki qızı olub. | https://az.wikipedia.org/w/index.php?curid=371854 |
Ənvər Hümbətov | Ənvər Oruc oğlu Hümbətov (1 yanvar 1950, Məscidli Görarxı, Marneuli rayonu – 4 iyul 1993, Abxaziya) — leytenant, Abxaziya müharibəsi iştirakçısı. "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə" "Vaxtanq Qorqasali" ordeni ilə təltif olunub. Ağır iqtisadi vəziyyət ucbatından Ənvər Hümbətovun ailəsi Rustavi şəhərinə köçüb. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi metallurgiya zavodunda çalışmağa başlamış, eyni zamanda da Gürcüstan Texniki Universitetinin Rustavı filialında metallurgiya bölməsində təhsilini davam etdirmişdir. Çalışdığı zavodda qısa müddət ərzində zavodun koks-kimya sexinin baş mexaniki vəzifəsinə yüksəlmişdir. Təhsilini başa vurduqdan sonra sovet ordusunun Polşadakı raketdən mühafizə birləşməsində xidmət etmiş, xidmətini bitirdikdən sonra leytenant rütbəsi ilə Gürcüstana geri dönmüşdür. Fatma Xasiyeva ilə ailə həyatı qurmuş və Ofeliya və Emil adlı övladları dünyaya gəlmişdir. Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda seperatçı çıxışlar baş qaldırdı. 1992-ci ilin sonlarında Abxaz separatçılarının fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavi hərbi komissarlığına müraciət edərək, könüllü hərbi xidmətə yollanmışdır. O, döyüşlərin ən qızğın olduğu — Oçamçira, Tkvarçeli, Labra və Şroma kimi bölgələrdə döyüşmüşdür. 1993-cü ilin, iyul ayının 4-də, hərbi tapşırığı uğurla yerinə yetirib, geri dönərkən pusquya düşərək, mühasirədə qalan dəstəni özünü fəda edərək xilas etmişdir. Təxmini hesablamalara görə, Ənvər Hümbətovun bu fədəkarlığı sayəsində 25-30 nəfər ölümdən xilas olmuşdur. Ənvər Hümbətov vəfat edərkən 43 yaşında idi, ailəsinin və özünün vəsiyyəti əsasında doğulduğu Məscidli Görarxı kəndində dəfn edilmişdir. Ölümündən sonra Ənvər Hümbətov 30 dekabr 1994-cü ildə Gürcüstan prezidentinin fərmanına əsasən "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə" "Vaxtanq Qorqasali" ordeni ilə təltif olunmuşdur. "Vaxtanq Qorqasali" ordeni Gürcüstanda hərbi şücaətə görə verilən ən yüksək ordendir. Gürcüstanın paytaxtı Tbilisiin mərkəzi meydanlarından olan "Qəhrəmanlar meydanın"da Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların şərəfinə ucaldılmış olan memorial abidə də Ənvər Oruc oğlu Hümbətovun da adı yazılmışdır. David Maysuradzenin gürcü dilində yazdığı və Azərbaycan-Gürcüstan dostluğundan bəhs edən "Vətən oğulları" kitabında Ənvər Hümbətovdan xüsusi bəhs etmişdir. O, bu kitabda 600-a qədər Gürcüstan azərbaycanlısının Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşdüyünü bildirir. Bunlardan 13 nəfəri "Vaxtanq Qorqasali" ordeni almışdır. | https://az.wikipedia.org/w/index.php?curid=534650 |
Ənvər Hüseynov | Ənvər Məhərrəm oğlu Hüseynov — Culfa Rayon Partiya Komitəsinin birinci katibi. Ənvər Hüseynov 28 avqust 1948-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Kükü kəndində anadan olmuşdur. Ənvər Hüseynov AR Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirmişdir. Sonradan Şahbuz rayon kommunist partiyasında 2-ci katib, Naxçıvan şəhər Komsomol komitəsində katib, Naxçıvan Peşə Təhsil Komitəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Naziri, Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri, Naxçıvan MR Həmkərlar İttifaqının sədri, Culfa Rayon Partiya Komitəsində 1-ci katib və başqa vəzifələrdə işləmişdir. Naxçıvan MR Ali Məclisinin deputatı olmuş, müxtəlif orden və medallarla təltif olunmuşdur. Ənvər Hüseynov 21 sentyabr 1993-cü ildə vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=441074 |
Ənvər Həmidov (geoloq) | Ənvər Məhəmməd oğlu Həmidov (17 fevral 1952, Ərəfsə, Sisian rayonu) — SOCAR-ın Geofizika və Geologiya İdarəsinin Mühəndis geologiya və geodeziya şöbəsində geoloq, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Ənvər Həmidov 1952-ci il fevralın 17-də Zəngəzur mahalında Sisian rayonunun Ərəfsə kəndində anadan olmuşdur. 0, Ərəfsə kəndində səkkizillik məktəbi 1967-ci ildə bitirdikdən sonra orta təhsilini Naxçıvan şəhərində Əkbər Ağayev adına internat məktəbində 1969-cu ildə başa vurmuşdur. Ənvər Həmidov 1975-ci ildə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək “mühəndis-geoloq” ixtisasına yeni iş yerləriələnmişdir. O, həm də 1988-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Sənaye istehsalının təşkilatçıları” fakültəsində “Sənaye istehsalı təşkilatçısı” ixtisasına yiyələnmişdir. Bundan sonra Ənvər Həmidov Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasını bitirmiş və dissertasiya işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi adını almışdır. O, bundan əlavə Moskva, Sankt-Peterburq və Voronej Dövlət Universitetlərində ixtisasartırma kursları da keçmişdir. Ənvər Həmidov ali təhsili başa vurduqdan sonra təyinatla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Geoloji-kəşfiyyat Ekspedisiyasına işə göndərilmişdir. O, baş texnik-geoloq kimi əmək fəaliyyətinə başlayaraq, tezliklə geoloq, böyük geoloq, baş geoloq və ekspedisiyanın baş mühəndisi vəzifələrində çalışmışdır. O, Naxçıvan Muxtar Respublikası ərazisində müxtəlif faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı işləri ilə məşğul olmuş, həmin işlərin yerinə yetirilməsinə başçılıq etmişdir. Ənvər Həmidov Naxçıvan dərinlik qırılması ətrafında yayılmış üçüncü dövr maqmatik əmələgəlmənin yayıldığı sahələrdə civə, sürmə və nadir elementləri öyrənmiş, Əylis-Qoruqlar sahəsində sürmə, Naxçıvan filizli dərinlik qırılmasının perspektivli sahələrində kompleks faydalı qazıntılar, Paradaş çökəkliyinin mərkəzi hissəsində polimetal, Naxçıvançayın yuxarı hissəsində yerləşən Batabat sahəsində qızıl və kompleks filiz yataqları, Sakkarsu və Nəsirvaz sahələrində mis-molibden yataqlarının axtarışında, geoloji-kəşfiyyat işlərinin aparılmasında yaxından iştirak etmişdir. Aparılan tədqiqatlar nəticəsində bir sıra perspektivli sahələrdə gələcəkdə geoloji-kəşfiyyat işlərinin aparılması qərara alınmışdır. Ənvər Həmidov Naxçıvan çökəkliyi hüdudlarında bir sıra qeyri-filiz yataqlarının axtarış və kəşfiyyat işlərini də yerinə yetirmişdir. Onun rəhbərliyi altında Kəngərli rayonu ərazisində Qabullu palıqorskitli gil yatağının ilkin və dəqiq kəşfiyyatı aparılmışdır. Həmin yataq sənayedə istifadə edilməsi üçün Dövlət Ehtiyatlar Komitəsinə təhvil vermişdir. Ənvər Həmidov 1984-cü ildə Moskva şəhərində keçirilmiş 27-ci Beynəlxalq Geologiya Konqresinin Qafqazın Devon süxurları kəsilişlərinin öyrənilməsi ekspedisiyasının təşkili komitəsinin, həmçinin Naxçıvan şəhərində keçirilmiş Karpat və Qafqazın geologiyası üzrə Ümumittifaq Konfransın təşkilat komitəsinin üzvü olmuşdur. Ənvər Həmidov Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Vayxır su anbarının tikintisinin davam etdirilməsi üçün onun tikintisi yarımçıq qalmış bəndinin cari vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə 2002-ci ildə Dövlət əhəmiyyətli tapşırığın yerinə yetirilməsində yaxından iştirak etmişdir. Su anbarı bəndinin tikintisinin davam etdirilməsi üçün tövsiyə verilmişdir. Ənvər Həmidov faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatında və onların proqnozlaşdırılmasında ən müasir informasiya texnologiyalarının (qeyri-səlis riyazi sistemin prinsipləri) tətbiq edilməsi üzrə dünyada ilkin olan tədqiqat işləri aparmış, nəticələri haqda məqalələr çap etdirmişdir. Bu işlər üzrə bir ixtiranın həmmüəllifidir (Patent İ 2004 0214). Ənvər Həmidov 2000-ci ildən Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika Elmi-tədqiqat İnstitutunda əvvəl elmi işçi, sonra isə elmi katib vəzifələrində çalışıb. O, 2006¬-cı ildən SOCAR-ın Geofizika və Geologiya İdarəsinin Mühəndis geologiya və geodeziya şöbəsində geoloq vəzifəsində işləyir. Əmək fəaliyyətində qazandığı nailiyyətlərinə görə Ənvər Həmidov 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Elmi ədəbiyyatda 15 məqalə çap etdirmiş, 5 elmi-tədqiqat və çoxsaylı elmi-texniki hesabatların müəllifi və həmmüəlifidir. Müxtəlif beynəlxalq konfrans və seminarlarda məruzələrlə çıxış etmişdir. Ənvər Həmidov iki övlad atasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=414810 |
Ənvər Həmidov (şair) | Ənvər Həmidoviç Həmidov Dağıstan MSSR-in Buynaksk rayonunun Teben Kazaniş kəndində varlı mülkədar ailəsində anadan olmuşdur. Atası Həmid Həmidov xalq arasında Bəy Həmid adı ilə tanınmışdır. Anası Pasihat Yəhyayevanın onun kiçik yaşlarından xalq ədəbiyyatına bağlanmasında böyük rolu olmuşdur. Böyük qardaşı Hacı Həmidov İkinci Dünya müharibəsində Leninqradın mühasirəsi zamanı həlak olmuşdur.Orta məktəbi doğulduğu kənddə oxumuş, daha sonra Çeçen-İnquş Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra müxtəlif dövrlərdə Teben Kazaniş kəndində direktor müavini, Buynaksk rayon maarif şöbəsinin müdiri, Apşin rayonu icra hakimiyyətinin müavini vəzifələrində işləmişdir. 1967–1971-ci illərdə Çeçen-İnquş MSSR-nin Malgobek rayonunun Psedax orta məktəbinin direktor müavini vəzifəsində çalışmışdır. Ömrünün son illərində rayon Ağsaqqallar Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. O, "Tenqlik" adlanan kumuk xalq hərəkatının təşkilatçılarından biri və rəhbəri olmuşdur. Şahidlərin bildirdiyinə görə, Ənvər Həmidovun xalq qarşısında alovlu çıxışları izdihamı coşdurmuş, "Ullubəy Buynakski dirildi" deyə ona yüksək dəyər vermişlər. Yaradıcılığı Ənvər Həmidov əsas etibarilə poeziya və tərcümə yaradıcılığı ilə məşğul olmuşdur. O, görkəmli rus şairi A. S. Puşkinin "Yevgeni Onegin" mənzum poemasını (İbrahim Bammatuli ilə) və yazıçı M. Qorkinin "Ana" romanını (M. Makaşaripovla) kumuk dilinə tərcümə etmişdir. Kumuk dilində yazdığı şeirlərindən ibarət müxtəlif kitabları nəşr olunmuşdur. Həmçinin şeirlərinin bir qismi antologiyalara daxil edilərək yayınlanmışdır. Yaradıcılıq uğurlarına görə onun bioqrafiyası Türkiyənin bəzi ensiklopediyalarına daxil edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=683188 |
Ənvər Həsənov | Həsənov Ənvər Cəfər oğlu (17 avqust 1950, Bakı) — Azərbaycan aktyoru, rejissor, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır. Ənvər Həsəov gənc yaşlarından kinolara çəkilməyə başlamışdır. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaratmışdır. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol almışdır. Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmini çəkmişdir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Filmoqrafiya Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=32392 |
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) | Yeddi oğuldan biri. Ənvər Həsənov (film, 2007): Film xalq artisti, kino aktyoru və rejissor Ənvər Həsənovun həyat və yaradıcılığına həsr edilmişdir. Filmdə aktyorun özü də çıxış edir. Film haqqında Yeddi oğuldan biri. Ənvər Həsənov (film, 2007): Film əməkdar artist, kino aktyoru və rejissor Ənvər Həsənovun həyat və yaradıcılığına həsr Filmdə "Torpaq dəniz od səma", "Uşaqlığın son gecəsi", "Dəli Kür", "Yeddi oğul istərəm...", "Bizim küçənin oğlanları", "Dədə Qorqud", "Dərviş Parisi partladır", "Arxadan vurulan zərbə", "Babək", "Qanlı zəmi" filmlərindəki kadrlardan istifadə edilmişdir. Yeddi oğuldan biri... Elçin Məmmədov (film, 2012) Yeddi oğuldan biri... Ənvər Həsənov (film, 2007) Yeddi oğuldan biri... Şahmar Ələkbərov (film, 2012) Filmin heyəti Film üzərində işləyənlər Müəllif: Sevda Ağazadə Rejissor: Elbrus Zeynalov Operator: Əlövsət Cəlilov Montaj: Arzu Qasımov, Samir Heydərov Qrafika: Rövşən Qarayev Rejissor assistenti: Mahmud Məmmədov Redaktor: Səyavuş Məmmədov Mətni oxuyan: Sevda Ağazadə (titrlərdə yoxdur) Filmdə iştirak edənlər Ramiz Novruz (xalq artisti) Sabir Rüstəmxanlı (xalq şairi) Rasim Balayev (xalq artisti) Kənan Məmmədov (kinooperator) Ənvər Həsənov (əməkdar artist) Amaliya Pənahova (xalq artisti) İlham Babayev (Ənvər Həsənovun dostu) Rafiq Nəsirov (xalq rəssamı) Arxiv kadrlarda iştirak edənlər Ənvər Həsənov ("Torpaq dəniz od səma", "Uşaqlığın son gecəsi", "Dəli Kür", "Yeddi oğul istərəm...", "Bizim küçənin oğlanları", "Dədə Qorqud", "Dərviş Parisi partladır", "Arxadan vurulan zərbə", "Babək", "Qanlı zəmi" filmlərindən) (titrlərdə yoxdur) Elçin Məmmədov ("Yeddi oğul istərəm...", "Dədə Qorqud" filmlərindən) (titrlərdə yoxdur) Kadir İnanır (şəkil) (titrlərdə yoxdur) Leyla Bədirbəyli (şəkil) (titrlərdə yoxdur) Rişi Kapur (şəkil) (titrlərdə yoxdur) Rasim Ocaqov (şəkil) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli (şəkil) (titrlərdə yoxdur) Fuad Poladov (şəkil) (titrlərdə yoxdur) Telman Adıgözəlov (şəkil) (titrlərdə yoxdur) Samir Qasımov (şəkil) (titrlərdə yoxdur) Mikayıl Mirzə (şəkil) (titrlərdə yoxdur) Ələsgər İbrahimov ("Torpaq dəniz od səma", "Yeddi oğul istərəm" filmlərindən) (titrlərdə yoxdur) İnsaf Məmmədova ("Uşaqlığın son gecəsi" filmindən) (titrlərdə yoxdur) Məmmədsadıq Nuriyev ("Uşaqlığın son gecəsi" filmindən) (titrlərdə yoxdur) Ceyhun Mirzəyev ("Dəli Kür" filmindən) (titrlərdə yoxdur) Fikrət Əliyev ("Dəli Kür" filmindən) (titrlərdə yoxdur) Həsən Məmmədov ("Yeddi Oğul İstərəm" filmindən) (titrlərdə yoxdur) Əbdül Mahmudov ("Yeddi Oğul İstərəm" filmindən) (titrlərdə yoxdur) İsmayıl Osmanlı ("Yeddi Oğul İstərəm" filmindən) (titrlərdə yoxdur) Həsənağa Turabov (şəkil və "Yeddi Oğul İstərəm" filmindən) (titrlərdə yoxdur) Səyavuş Şəfiyev (şəkil-"Uşaqlığın son gecəsi" filmindən) (titrlərdə yoxdur) Sədaqət Dadaşova ("Bizim Küçənin Oğlanları" filmindən) (titrlərdə yoxdur) Mömünat Qurbanova ("Dərviş Parisi Partladır" filmindən) (titrlərdə yoxdur) Rasim Balayev ("Dədə Qorqud", "Babək" filmlərindən) (titrlərdə yoxdur) Givi Toxadze ("Dədə Qorqud" filmindən) (titrlərdə yoxdur) Həşim Qadoyev ("Dədə Qorqud" filmindən) (titrlərdə yoxdur) Sergey Yurski ("Dərviş Parisi Partladır" filmindən) (titrlərdə yoxdur) Adil İsgəndərov ("Dərviş Parisi Partladır" filmindən) (titrlərdə yoxdur) Leyla Bədirbəyli ("Dərviş Parisi Partladır" filmindən) (titrlərdə yoxdur) Şahmar Ələkbərov ("Arxadan Vurulan Zərbə", "Babək" filmlərindən) (titrlərdə yoxdur) Nicat Bəkirzadə ("Arxadan Vurulan Zərbə" filmindən) (titrlərdə yoxdur) Amaliya Pənahova ("Arxadan Vurulan Zərbə", "Babək" filmlərindən) (titrlərdə yoxdur) Eldəniz Rəsulov ("Babək" filmindən) (titrlərdə yoxdur) Firəngiz Mütəllimova ("Qanlı Zəmi" filmindən) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli (şəkil) (titrlərdə yoxdur) Həsən Əbluc (şəkil) (titrlərdə yoxdur) Müxlis Cənizadə (şəkil) (titrlərdə yoxdur) Hamlet Xanızadə (şəkil) (titrlərdə yoxdur) Tofiq Tağızadə (şəkil) (titrlərdə yoxdur) Rafiz İsmayılov (şəkil) (titrlərdə yoxdur) Rasim İsmayılov (şəkil) (titrlərdə yoxdur) Rövşən Kərimduxt (titrlərdə yoxdur) Nurəddin Mehdixanlı (şəkil) (titrlərdə yoxdur) Sabir Rüstəmxanlı (şəkil) (titrlərdə yoxdur) Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçid | https://az.wikipedia.org/w/index.php?curid=617129 |
Ənvər Mansurov | Ənvər Mansurov (tarzən) — Azərbaycan tarzəni. Ənvər Mansurov (aktyor) — Azərbaycanlı aktyor və rejissor, Parni iz Baku üzvü Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=615288 |
Ənvər Mansurov (aktyor) | Ənvər Mansurov (tam adı: Ənvər Arif oğlu Mansurov; d. 30 oktyabr 1969, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru və rejissoru. Parni iz Baku komandasının iştirakçısıdır. Xarici keçidlər Möhtərəm cənab Prezident! | https://az.wikipedia.org/w/index.php?curid=618396 |
Ənvər Mansurov (tarzən) | Ənvər Mirzə Mansur oğlu Mansurov (19 dekabr 1917, Bakı – 1941, Brest) — Azərbaycan tarzəni. Ənvər Mansurov 1917-ci il dekabr ayının 19-da Bakıda musiqiçilər ailəsində doğulmuşdur. Ənvər Mansurov öz dövrünün ən mahir tarzənlərindən idi. Onun tarda ifası başqa tarzənlərdən yüksək texnika ilə fərqlənirdi. 1938-ci ildə Ənvər Mansurov Azərbaycan mədəniyyəti və incəsənətinin Moskva şəhərində keçirilən ongünlüyündə xalq çalğı alətləri orkestrinin tərkibində iştirak edir. Elə həmin günlərdə "Noginski" qrammafon valları istehsalı fabrikində "Çahargah" və "Segah" muğamlarını vala yazdırır. Sonralar, vala yazılmış bu iki muğam Ənvər Mansurovdan gələcək nəsillərə xatirə qalan yeganə səs yaddaşına çevrilir. Ongünlükdən bir il sonra Ənvər Mansurov ordu sıralarına çağırılır. O, əvvəlcə fin müharibəsində, sonra isə böyük vətən müharibəsində şücaətlə vuruşur. İkinci dünya müharibəsinin lap əvvəlində 1941-ci ildə Brest qalası uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşur və həlak olur. Onu da qeyd edək ki, Azərbaycanın ən yaxşı tarzənlərindən biri — Əhsən Dadaşov məhz Ənvər Mansurovun ən sevimli tələbəsi idi. Nəsil şəcərəsi Məşədi Məlik bəy Mansurovun nəvəsidir. Mirzə Mansur Mansurovun oğludur. Arif Mansurovun atasıdır. Həmçinin bax Mansurovlar | https://az.wikipedia.org/w/index.php?curid=57215 |
Ənvər Məlikov | Ənvər Soltan oğlu Məlikov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1978–1982), Azərbaycan SSR Ali Sovetinin IX və X çağırış deputatı. Ənvər Soltan oğlu Məlikov 1937-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Ümumittifaq Toxuculuq və Yüngül Sənaye İnstitutunu bitirmişdir.1956-cı ildən komvol kombinatı əyirici fabrikinin fəhləsi, növbə ustası, texniki nəzarət şöbəsinin rəisi, mühəndisi, sahə rəisi, fabrikin rəisi, kombinatın baş mühəndisi olmuşdur. Bakı zərif mahud kombinatının, sonra isə komvol kombinatının direktoru, Bakı Komvol-Mahud İstehsalat Birliyinin direktoru vəzifələrində işləmişdir. 1977-ci ildə Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, 1978-ci ildə isə yüngül sənaye naziri təyin edilmişdir.Ənvər Məlikov 1965-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin IX və X çağırış deputatı olmuşdur. Həmçinin bax Azərbaycan SSR hökuməti (1975–1980) Azərbaycan SSR hökuməti (1980–1985) | https://az.wikipedia.org/w/index.php?curid=753032 |
Ənvər Məmmədov | 1923-cü il 15 avqust tarixində Bakı şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. Atası, Məmmədov Nazim Rauf oğlu həbs edilmiş və 1949-cu ildə həbsxanada vəfat etmişdir. Ölümündən sonra bəraət almışdır. Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyirdi.Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır. Yeddinci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlamış, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunmuşdur. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunmuşdur. Bundan sonra Bakıya qayıtmış və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir.1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilmişdir. 1944–1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləmişdir. Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olmuşdur.1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir. 1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləmişdir. Həmin il XİN-ə qayıtmış, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləmişdir.1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini olmuşdur. 1961-ci ildə "Novosti" mətbuat agentliyi sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilmişdir. 1962–1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olmuşdur. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən "Baharın on yeddi anı" və "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmlərinin qadağan olunmasına mane olmuşdur. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə "Mayak" radiosunun yaradılmasında iştirak etmişdir. Bu radio SSRİ-də yayımlanan qərb radioları ilə rəqabət aparmaq üçün yaradılmışdı.1986–1992-ci illərdə "Novosti" mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləmişdir. 90 yaşı olmasına baxmayaraq, o, "RİA Novosti" agentliyində baş redaktorun məsləhətçisi kimi çalışırdı. İngilis, alman, italyan və fransız dillərini bilirdi. Ənvər Məmmədov 7 sentyabr 2023-cü ildə 100 yaşında vəfat etmişdir. 11 sentyabrda Troyekurov qəbiristanlığı'nda dəfn olunacaq. Mükafatları 7 orden və 10 medalla təltif olunmuşdur. Xarici keçidlər "Kultura" telekanalında Ənvər Məmmədovun 90 illiyinə həsr olunmuş reportaj — 15. avqust 2013 Arxivləşdirilib 2013-10-23 at the Wayback Machine (rus.) | https://az.wikipedia.org/w/index.php?curid=327278 |
Ənvər Məmmədov (iqtisadçı) | Ənvər Hacı Həkim oğlu Məmmədov (1914, Nuxa – 1969, Bakı) — Azərbaycan SSR dönəminin dövlət xadimi, iqtisadçı, Azərbaycan Xalq Bankının sədri. Ənvər Məmmədov 1914-cü ildə Şəki şəhərində, ziyalı ailəsində anadan olub. Atası Hacı Həkim, 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub, milliyətcə ərəb olub. 1898-ci ildə Şəki şəhərinə köçüb, Cənubi Qafqazda tanınmış həkim olub, burada taun və tif viruslarına qarşı mübarizə aparıb. Anası Zəhra Məmmədova milliyətcə azərbaycanlı olub. 3 yaşında Ənvər Məmmədovun atası vəfat edib. Bundan sonra o, bacısı Əzizə ilə birlikdə internat məktəbdə böyüyür. Burada anasının "Məmmədov" soyadını götürür. Daha sonradan Bakı şəhərinə köçür. 1931-ci ildə K. Marks adına Xalq Təsərrüfatı İnstitutunda (hazırkı İqtisad Universitetində) təhsil almağa başlayıb. 1936-cı ildə universitetin maliyyə-iqtisad fakültəsini bitirib. Ali təhsilini aldıqdan sonra Ənvər Məmmədov, Moskva və Bakı şəhərlərində, Dövlət Nəzarət Komissiyasında iqtisadçı kimi işləməyə başlayıb. Daha sonra Azərbaycan SSR Xalq Bankının (hazırkı Mərkəzi Bankın) şöbə rəhbəri vəzifəsinə çalışıb. 1950-ci ildə Ənvər Məmmədov Azərbaycan Xalq Bankının direktoru vəzifəsinə təyin edilib. Sonrakı illərdə, o, Dövlət İqtisad texnikumunin direktoru vəzifəsində çalışıb. Həyatının son illərində Oktyabr rayonunun (hazırkı Yasamal rayonunun) maliyyə komitəsində çalışıb. 1969-cu ildə Ənvər Məmmədov xərçəng xəstəliyindən vəfat edib. Yasamal rayon qəbirstanlığında dəfn olunub. Hacı Həkimin oğludur. Atası Hacı Həkim, anası Zəhra Məmmədova. Qardaşları Fərrux və Əhməd Məmmədovlar, bacıları Zəhra və Zərifə Məmmədovalar. 1944-cü ildə Nazan Nəcəfova (1917–2010) ilə ailə həyatı qurub. Nikahdan onun Natella (1945–2020) və Suella (1947–2008) adlı iki qızı olub. | https://az.wikipedia.org/w/index.php?curid=371841 |
Ənvər Məmmədxanlı | Ənvər Qafar oğlu Məmmədxanlı (15 (28) fevral 1913, Göyçay – 19 dekabr 1990, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinn üzvü, "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq yazıçısı (1987). Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır (1926–1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləmişdir (1931–1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934–1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936–1938), "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941–1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943–1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışmışdır (1944–1946). Ordudan tərxis ediləndən sonra "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur (1946–1964). Yaradıcılığı Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Şərqin səhəri" ([bədii ədəbiyyatın]) tematikasında,növ və janrında,üslubunda,həyatı inikas formasında bir sıra yeni,əsaslı dəyişikliklər əmələ gəldi. Dinc quruculuq illərində ədəbiyyatımızın əsas qəhrəmanı olan qurucu,yaradıcı insan öz yerini Vətəni yadelli işğalçıardan müdafiə edən qəhrəman döyüşçüyə verdi. Onun müharibə illərində qələmə aldığı hekayələrdə,ümumən,o dövr publisistikamızda olduğu kimi,zamanın,günün təxirəsalınmaz tələbləri,adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapırdı. Ədibin üslubunda təmkinli hekayəçiliklə,mübariz,döyüşkən,odlu publisistika vəhdət təşkil edirdi: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulmuşdur. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdür. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb. Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr etmişdir. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. İki dəfə "Şərəf nişanı" (1946–1949), "Qırmızı Əmək bayrağı" (1980–1983) və "İkinci dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunmuşdur. 1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur. Burulğan. Bakı: Azərnəşr, 1934, 119 səh. Bakı gecələri (hekayələr). Bakı: Azərnəşr, 1936, 214 səh. Ayna (kinossenari). Bakı: Uşaqgəncnəşr, 1939, 85 səh. Qərbə atəş. Bakı: Azərnəşr, 1943, 74 səh. Analar və yollar. Bakı: Azərnəşr, 1943, 126 səh. Dirilik çeşməsi. Bakı: Azərnəşr, 1944, 260 səh. 25 bahar (oçerk). Təbriz, 1945, 30 səh. And. Bakı: Azərnəşr, 1947, 319 səh. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1954, 128 səh. Balaca Nərgiz. Bakı: Uşaqgəncnəşr, 1955, 52 səh. Hekayələr. Bakı: Azərnəşr, 1956, 185 səh. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 489 səh. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 1985, 232 səh. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 1985, 323 səh. Qızıl qönçələr. Bakı: Gənclik, 1988, 88 səh.l Buz heykəl. Bakı: 1944 Tərcümələri M.Qorki. Özgə qapılarında. Bakı: Gənclik, 1981, 380 səh. M.Qorki. Uşaqlıq. Bakı: Gənclik, 1982, 240 səh. Filmoqrafiya Babək (film, 1979) Bəxtiyar (film, 1942) Cazibə qüvvəsi (film, 1964) Fətəli xan (film, 1947) İntizar (film, 1969) İran Azərbaycanının paytaxtında (film, 1945) Leyli və Məcnun (film, 1961) Sovqat (film, 1942) Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Müasir Azərbaycan ədəbiyyatı. İki cilddə, I cild, Bakı:BDU nəşri, 2007,502 s. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 874 Karvan dayanmadı HƏYATI AĞRIYAN ƏNVƏR MƏMMƏDXANLI Oralarda kimlər var: Ənvər Məmmədxanlı-100 Babək haqqında sonuncu roman | https://az.wikipedia.org/w/index.php?curid=33190 |
Ənvər Məmmədxanlı (Ucar) | Ənvər Məmmədxanlı, Kirovkənd (?–2008) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. 2008-ci ilə qədər kənd Kirovkənd adlanıb. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə kəndin adı dəyişdirilib Ənvər Məmmədxanlı qoyulmuşdur Əhalisinin sayı 254 nəfərdir. Həmçinin bax Ucar rayonu Şirvan düzü | https://az.wikipedia.org/w/index.php?curid=39886 |
Ənvər Məmmədyarov | Məmmədyarov Ənvər Əhməd oğlu (1 iyul 1942, Genlik, Zəngilan rayonu – 28 aprel 2019, Bakı) — dövlət xadimi, MTN Polkovniki, Azərbaycan Respublikası Milli Məclisin deputatı. Ənvər Məmmədyarov 1942-ci ildə Zəngilan rayonunun Genlık kəndində anadan olmuşdur. 1967- ci ildə ADU- nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Zəngilan rayonunda "Kənd həyatı" qəzetinin redaksiyasında işə başlamışdır. "Azəraycan gəncləri" qəzetində "110 yol ayrıcında", "Kəhrəba zəmi" və s. kimi oçerkləri dərc edilmişdir. 1967- ci il 27 Noyabırda Azərbaycan Respublikası DTK-nın sədri cənab Heydər Əliyev tərəfindən Zəngilan rayon şöbəsinə əməliyyat müvəkkili təyin edilmişdir, 1975- ci ildə Zəngilan-Qubadlı, 1978-1987-ci illərdə Şamaxı (Şamaxı, Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay, Zərdab və Ucar rayonlarını özündə birləşdirən regional şöbə), 1987-ci ildə Sabunçu, 1992-1993-cü illərdə Quba, Qusar rayon DTX şöbələrinin rəisi vəzifəsində işləmişdir. 1993-ci ildə MT orqanlarından təqaüdə çıxmışdır. İşlədiyi müddət ərzində MT orqanlarında çoxsaylı milli kadrlar hazirlamışdır. Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmiş, orden və medallarla təltif olunmuşdur: 1.Milli Təhlükəsizlik orqanları veteranı 2.Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı 3.SSRİ Silahlı Qüvvələri veteranı 4.DTK -nın 60 illiyi medalı 5.DTK- nın 70 illiyi medalı 6.MT orqanlarının 90 illiyi medalı 7.MT orqanlarının 100 illiyi medalı 8."Qüsursuz xidmətə ğörə" ordeni 1990-cı ildə Azərbaycan Respublikası Milli Məclisin deputatı seçilmişdir, 1990-1995-ci illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü olmuşdur. 1997-2003-cü illərdə Qaçqin və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsində şöbə müdiri işləmişdir. 2019-cu il aprel ayının 28- də Baki şəhərində vəfat etmişdir. 4 övladı, 8 nəvəsi var. | https://az.wikipedia.org/w/index.php?curid=678576 |
Ənvər Nəciyev | Ənvər Xosaxan oğlu Nəciyev (1974, Lerik rayonu – 1994, Tərtər) — Birinci Qarabağ döyüşlərində şəhid olmuşdur. 1974-cü ildə Lerik rayonunun Bırkandül kəndində anadan olub. 1980-ci ildə Bırkandül kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1988-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirib, təhsilinin yarım qalan hissəsini Vistən kənd orta məktəbində davam etdirib. Orta məktəbi bitirdikdən sonra Altay vilayətinə gedib, orada İnşaat İnsitutuna daxil olur. Qarabağ savaşı başlandığından təhsilini yarımçıq qoyaraq vətənə qayıdır və Milli ordu sıralarına qoşulur. Hərbi xidməti Ənvər Ağdam uğrunda gedən döyüşlərdə iştirak edir. Daha sonra 1994-cü ilin aprel ayının sonlarında Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olur. Onun cənazəsi əvvəlcə Ağdam rayonunun Xındırıstan kəndinə, 06 may 1994-cü ildə isə doğulduğu kəndə gətirilərək torpağa tapşırılır.Ölümündən sonra şəhidin adı əbədiləşdirilir, Vistən kənd orta məktəbinə Nəciyev Ənvər Xosaxan oğlunun adı verilir. | https://az.wikipedia.org/w/index.php?curid=789166 |
Ənvər Nəhmədov | Ənvər Nəhmədov (Nəhmədov Ənvər Pirverdi oğlu; d. 24.08.1959, Bakı şəhəri, Azərbaycan SSR) — Fizika elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017) Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. Elmi əsərləri 1. E. Nakhmedov, S. Mammadova, and O. Alekperov, “Topolojical superconductivity and the fractional Josephson effect in quasi-one dimensional üires on a plane”, JETP Lett. 103, 18 (2016). 2. V. M. Aliev, O. Alekperov, and E. Nakhmedov, “Superconducting and normal state properties of CdBa 2 Cu 3O 7-δ crystal” , Phys. Rev. B, 89, (2014). 3. E. Nakhmedov and O. Alekperov, “Zero-energy Majorana states in a one-dimensional quantum wire with charge density wave instability”, Phys. Rev. B, 89, 195445 (2014). 4. E. P. Nakhmedov , “Effects of correlations and randomness in strongly anisotropic low-dimensional solids“, book, Baku Publishing House „Şərq-Qərb“ 2013, 216 p; ISBN 978-9952-489-17-0. 5. E. Nakhmedov, O. Alekperov, and R. Oppermann, “Effects of randomness on the critical temperature in quasi-two-dimensional superconductors”, Phys. Rev. B 86, 214513 (2012). 6. E. Nakhmedov and O. Alekperov, “Interplay of Rashba- and Dresselhaus spin-orbit interactions in a quasi-two-dimensional electron gas of a finite thickness under in-plane magnetic field”, Eur. Phys. J. B 85, 298 (2012). 7. E. Nakhmedov and O. Alekperov, “Out-of-plane equilibrium spin current in a quasi-two-dimensional electron gas under in-plane magnetic field”, Phys. Rev. B 85, 153302 (2012). 8. E. P. Nakhmedov, R. Oppermann, and O. Alekperov, “Negative differential resistance in a finite thickness quasi-two-dimensional electron gas mediated by spin-orbit interactions”, Phys. Rev. B 83, 153416 (2011). 9. E. P. Nakhmedov, R. Oppermann, and O. Alekperov, “Spin-orbit interactions in a quasi-two-dimensional electron gas with finite thickness”, Jpn. J. Appl. Phys. 50, 05FE03 (2011). 10. E. P. Nakhmedov and R. Oppermann, “Critical disorder effects in Josephson-coupled quasi-one-dimensional superconductors”, JETP Lett. 91, 639 (2010). | https://az.wikipedia.org/w/index.php?curid=485927 |
Ənvər Paşa | Ənvər Paşa (türk. Enver Paşa) (əsl adı: İsmail Enver; 22 noyabr 1881[…], Konstantinopol – 4 avqust 1922[…], Buxara Xalq Sovet Respublikası) — Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim.Ənvər Paşa İttihad və Tərəqqi Cəmiyyətinin öndərlərindən biri olmuş, 1913-cü ildə "Babıali Basqını" adı verilən hərbi çevrilişlə bu partiyanın iqtidara gəlməsinə nail olmuşdur. 1914-cü ildəki Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin Birinci dünya müharibəsinə daxil olmasının təşəbbüskarlarından biri olmuşdur. Müharibə illərində Hərb naziri vəzifəsini yerinə yetirmişdir.Birinci dünya müharibəsinin məğlubiyyətlə nəticələnməsindən sonra Qafqazda və Mərkəzi Asiyada yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparmış, bu uğurda qoşulduğu bir qiyamda Tacikistanda rus ordusu tərəfindən öldürülmüşdür. 1914-cü ildə Sultan Əbdülməcidin nəvəsi (Şahzadə Süleymanın qızı) Naciyə Sultanla evlənərək Osmanlı ailəsinə kürəkən olmuşdur. Bu evlilikdən Türkan Mayatepek (ö. 1989) və Mahpeykər Ürgüp adlı qızları və Əli Ənvər Akoğlu (1921–1971) adlı bir oğlu vardır. Ənvər Paşa sabiq baş qərərgah rəisi Kazım Orbayın da qaynı idi. 1881-ci ildə İstanbulda Divanyolunda dünyaya gəlmişdir. Atası inşaat mühəndisi Hacı Əhməd paşa (həm də Malta sürgünlərindən olmuşdur), anası Aişə Dilarə xanımdır. Ata tərəfdən soyu Qaqauz türklərinə dayanır. Ailənin 5 övladından ən böyüyüdür. Əvvəllər Ümumi İşlər nazirliyində məmurluq edən, daha sonra Surre Emini (Surre-i Hümâyûn Alayı Emini) vəzifəsinə gətirilən və mülki paşalığa yüksələn Hacı Əhməd paşanın təyinatlarına görə uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir. Qardaş və bacıları Nuru paşa Killigil, Kamil Killigil, Mədiha (general Kazım Orbayın həyat yoldaşı) və Hasenəydir (Saloniki məkrəz komandanı Nazım bəyin həyat yoldaşı). Üç yaşında evlərinin yaxınlığındakı İbtidai məktəbə getmişdir. Daha sonra Fatif-i Məktəb-i İbtidaiyə qəbul olmuş, lakin ikinci sinifdə oxuyarkən atasının Monastr bölgəsinə təyin edilməsinə görə bu məktəbi buraxmağa məcbur qalmışdır. Yaşının az olmasına baxmayaraq, 1889-cu ildə Monastr Hərbi liseyinə qəbul olmağı bacarmış və oradan 1893-cü ildə məzun olmuşdur. Təhsilinə qəbul olduğu Monastr Hərbi Məktəbində davam etmiş və 1896-cı ildə məzun olmuşdur. Buradan Hərbi Akademiyaya keçmiş və buranı 1899-cu ildə piyada leytenantı olaraq bitirmişdir. Hərbi Akademiyada oxuyarkən onun kimi tələbə olan Xəlil paşa ilə birlikdə həbs edilmiş və Ulduz məhkəmələrində mühakimə edilmişdir. Məkhəmə sonunda sərbəst buraxılmışdır. Hərbi Akademiyanı II olaraq bitirmiş və 23 noyabr 1902-ci ildə qərərgah kapitanı olaraq III Ordunun əmrindəki Monastr XIII Topçu alayınnın I bölüyünə verilmişdir. Hərbi karyerası İlk dövrlər Monastr, Koçana və Üskübdə müxtəlif hərbi vəzifələrdə olduqdan sonra 1904-cü ildə kolağası, 30 avqust 1906-cı ildə mayor oldu. 1907-ci ilin oktyabrında Monastr ətrafındakı quldurları təqib etmək tapşırıldı. 1908-ci ilə qədər bu vəzifədə qalan Ənvər paşanın bu müddət ərzində bulqar quldur dəstələrinə qarşı apardığı mübarəzisi onda millətçilik hisslərinin baş qaldırmasına səbəb olmuşdur. Toqquşmalarda ayağından yaralanaraq bir ay xəstəxanada qalmış və bu vəzifədəki xidmətlərinə görə IV və III Məcidiyyə, IV Osmaniyyə nişanları və Qızıl Ləyaqət medalı ilə təltif edilmişdir. Hürriyət qəhrəmanı Əmisi kapitan Xəlil bəy ilə danışaraq, mərkəzi Parisdə olan Jön Türk hərəkatının Salonikidəki bir qolu olan Osmanlı Hürriyət Cəmiyyətinə (sonrakı adı ilə İttihad və Tərəqqi Cəmiyyəti) qatılmağı qəbul etdi. Təxminən 1906-cı ilin may ayında Bursalı Mehmed Tahir bəyin rəhbərlik etdiyi cəmiyyətə 12-ci üzv olaraq qatılmış və ona cəmiyyətin Monastr şöbəsini qurmaq tapşırılmışdır.İttihad və Tərəqqi Cəmiyyətinin başlatdığı çevriliş hərəkatlari içində olan Ənvər bəy, bacısı Hasenə xanımın həyat yoldaşı olan və sarayın adamı olaraq bilinən Saloniki mərkəz komandanı polkovnik-leytenant Nazim bəyi öldürmə planının təşkilatçılarından biri oldu. 11 iyun 1908-ci ildə reallaşan sui-qəsd cəhdi Nazim bəyin və onu öldürməli olan Mustafa Nəcib bəyin yaralanması ilə nəticələndikdən sonra Ənvər bəy Divan-i Hərbə göndərildi. Ancaq İstanbula getmək yerinə 12 iyun gecəsi dağa çıxıb çevriliş hazırlamaq üçün Monastra doğru yola çıxdı. Resnədə Resnəli Niyazi bəyin dağa çıxdığını öyrəndikdən sonra Monastr yerinə Tikveşə yönəldi və cəmiyyəti orada yaymağa başladı. Ohrili Eyüb Səbri bəy də onu izlədi. Bu hərəkat sultan tərəfindən II Məşrutiyyətin elan edilməsində önəmli rol oynamışdır. Dağa çıxan zabitlər arasında ən təcrübəli və mühüm fəaliyyətləri olduğu üçün Ənvər bəy bir anda hürriyət qəhrəmanı olaraq qəbul edildi. İttihad və Tərəqqi cəmiyyətinin hərbi qanadınınn ən mühüm şəxslərindən biri oldu. Məşrutiyyətin elannıdan sonra Makedoniya Ümumi müfəttişliyi və Berlin hərbi attaşeliyi kimi vəzifələrdə olmuşdu. Berlin hərbi attaşeliyi 5 mart 1909-cu ildə Berlin hərbi attaşesi olaraq təyin edilən Ənvər bəy, bu vəzifədə olduğu zaman Alman mədəniyyəti ilə tanışmış və çox təsirlənmişdir. İstanbulda 31 mart hadisələrinin olmasından sonra müvəqqəti olaraq vətəninə dönmüş və üsyanı yatırmaq üçün Salonikidən İstanbula gedən və komandanlığını Mahmud Şövkət paşanın etdiyi Hərəkat Ordusuna qatılmışdır. Bu əsnada hərəkatın qərərgah rəisliyini Kolağası Mustafa Kamal bəydən təhvil almışdır. Üsyan yatırıldıqdan sonra II Əbdülhəmid taxtdan endirilmiş, yerinə Mehmed Rəşad keçmişdir. Qurulan İbrahim Haqqı paşa kabinetində gözlənilənlərin əksinə olaraq Hərbi nazir vəzifəsi Ənvər paşaya deyil, Mahmud Şövkət paşaya verilmişdir. Üsyan yatırıldıqdan sonra Ənvər bəy, təkrar Berlinə geri dönmüşdür. 1911-ci ildə İstanbula geri dönmüş və Sultan Mehmed Rəşadın qardaşı qızı Naciyə Sultan ilə nişanlanmışdır. Albaniyada çıxan üsyandan sonra getdiyi İşkodrada üsyanın yatırılmasında əsas rol oynamışdır. Daha sonra Berlinə getsə də, İtaliyanın Trablusqarba hücumundan sonra yenidən vətəninə dönmüşdür. Trablusqarp müharibəsi Ənvər bəy, italyanlara qarşı gerilla müharibəsi aparılmasi fikrini İttihad və Tərəqqi Cəmiyyəti üzvlərinə qəbul etdirdikdən sonra kolağası Mustafa Kamal bəy və Paris hərbi attşesi polkovnik-leytenant Fəthi Okyar bəy kimi şəxslərlə bölgəyə getdi. İstanbuldan gəmi ilə 25 sentyabr 1911-ci ildə yola çıxmış, gizli tapşırıqda olduğu üçün əvvəlcə doktor, daha sonra da suriyalı tacir kimi özünü təqdim etmişdir. 15 oktyabr 1911-ci ildə İsgəndəriyyəyə çatmış, oradan da dəvə üstündə çox çətin səyahətdən sonra 22 oktyabr 1911-ci ildə Trablusqarba çatmışdır.Benqazi və Dərnədəki qüvvələrin rəhbərliyini ələ almış, xanədan kürəkəni olmasının da qazandırdığı hörmətlə 20 min nəfəri səfərbər etməyi bacarmışdır. Bu əsnada hətta adına pul da zərb etdirmişdir.Bir il davam edən mübarizənin sonunda Balkan müharibəsinin başlamasına görə digər türk zabitlərlə birgə İstanbula çağırılmışdır.İtaliya ilə uğurlu mübarizəyə görə polkovnik-leytenantlığa yüksəldilmişdir. Balkan müharibəsi və Bab-ı Ali hücumu Balkan müharibəsinə qatılmaq üçün digər könüllü zabitlərlə birlikdə Benqazidən ayrılan polkovnik-leytenant Ənvər bəy, düşmən qüvvələrinin Çatalcada durdurulmasında mühüm rol oynamışdır. I Balkan müharibəsi Osmanlı dövlətinin məğlubiyyəti ilə nəticələnmişdi. Kamil paşa hökuməti özlərinə London konfransında təklif edilən Midye-Enez sərhəddini qəbul etməyə razı idi. İttihadçıların öz aralarında etdiyi və Ənvər bəyin də qatıldığı iclaslarda qüvvə tədbiq edərək hökuməti devirmə qərarı qəbul edildi. 23 yanvar 1913-cü ildə Ənvər bəyin rəhbərlik etdiyi Bab-ı Ali basqını reallaşdı. Basqın zamanı Hərbi nazir Nazim paşa Yaqub Cəmil tərəfindən öldürüldü. Ənvər bəy, Mehmed Kamil paşaya istefasını imzalatdı və sultanı ziyarət edərək Mahmud Şövkət paşanın sədrəzəm olmasını təmin etdi. Beləcə İttihad və Tərəqqi hərbi çevriliş ilə iqtidarı ələ keçirmiş oldu. Bab-ı Ali basqınından sonra Ənvər bəy, bulqar ordusu başqa cəbhələrdə döyüşməkdə olduğundan, müqavimətlə qarşılaşmadan 22 iyul 1913-cü ildə Ədirnəyə girdi. Bu hadisədən sonra nüfuzu artan Ənvər bəy Ədirnə fatehi ünvanını aldı. Rütbəsi polkovnikliyə (18 dekabr 1913), qısa müddət sonra da generallığa (5 yanvar 1914) yüksəldildi. Bunun ardınca istefaya göndərilən Hərbi nazir Əhməd İzzət paşanın yerinə Hərbi nazir oldu. Bu arada, Sultan Mehmed Rəşadın qardaşı qızı Əminə Naciyə Sultan ilə Baltalılimandakı Damad Fərid Paşa villasında keçirilən toy ilə evlənərək "Damad-ı Şehriyari" oldu (5 mart 1914) Hərbi nazirliyi Hərbi nazir olduqdan sonra orduda bəzi islahatlar edən Ənvər paşa, mindən çox yaşlı zabiti ordudan xaric etdi, gənc zabitləri mühüm vəzifələrə gətirdi. Orduda fransız modeli yerinə alman modelini tədbiq etdi, bir çox alman zabiti türk ordusunda müşavir olaraq təyin edildi. Formalar dəyişdirildi, orduda oxuyub-yazma nisbətinin artırılmasına çalışıldı və bunun üçün ənvəriyyə yazısı deyilən əlifba tədbiq edildi.Mahmud Şövkət paşanın sui-qəsd nəticəsində öldürülməsindən sonra qurulan Səid Həlim paşa kabinetində və onun vəzifədən çəkilməsindən sonra 1917-ci ildə qurulan Tələt paşa kabinetində də davam etdiyi Hərbi nazirliyi 14 oktyabr 1918-ci ilə qədər davam etmişdir. Birinci Dünya müharibəsi Birinci Dünya müharibəsinə giriş Hərbi nazir Ənvər paşa, 2 avqust 1914-cü ildə Rusiyaya qarşı gizli Türk-Alman müqaviləsinin imzalanmasında mühüm rol oynamışdır. 10 avqustda İstanbul boğazlarından girməsinə icazə verilən iki alman gəmisinin 29 oktyabrda Rusiya çarlığı liman və gəmilərinə hücum etməsi üçün lazımı icazəni vermişdir. 14 noyabrda Fateh Məscidində oxunan Cihad-i Əkbər elanı ilə Osmanlı dövləti rəsmən I Dünya müharibəsinə girmişdir. Sarıqamış döyüşü Ənvər paşa, ölkəsi Birinci Dünya müharibəsinə girdikdən sonra Hərbi nazir olaraq hərbi hərəkatın idarəetməsini əlinə aldı. III Ordunun Şərq cəbhəsində ruslara qarşı girdiyi Sarıqamış hərəkatının komandanlığını öhtəsinə götürdü. 15 yanvar 1915-ci ildə başlanan döyüşlərdə türk qüvvələri tamamilə darmadağın edildi. Ənvər paşa, ordunun komandanlığını Hafiz Haqqı paşaya buraxıb İstanbula geri döndü və müharibə boyunca başqa heç bir cəbhədə komandanlıq etmədi.Uzun müddət İstanbul mətbuatında Sarıqamış hərəkatı haqqında hər hansısa bir xəbər və ya yayım edilməsinə icazə verilməmişdir.26 aprel 1915-ci ildə Hərbi nazirliklə yanaşı Baş Komandan vəkili olan Ənvər paşa, sentyabr ayında general-leytenant rütbəsi almışdır. Çanaqqala döyüşü Sarıqamış hərəkatı ilə Çanaqqala döyüşü arasında sadəcə 61 gün vardır Hər iksində də Hərbi nazir və Ərkan-i Hərbiyyə-i Umumiyyət (Baş Qərərgah Rəisi) Ənvər paşadır. Təhcir qanunu 1877–1878-ci ildəki müharibə zamanı yerli ermənilərin Osmanlıya qarşı rus ordularının yanında döyüşdüyünü və cəbhə gerisində üsyanlar çıxartdığını bilən Ənvər paşa, 2 may 1915-ci ildə Daxili İşlər naziri Tələt paşaya göndərdiyi gizli teleqraf ilə üsyançı ermənilərin bölgədən uzaqlaşdırılmasını istədi. Erməni təhciri deyə anılan uyqulama Tələt paşa tərəfindən başladıldı və 27 may Təhcir qanunu çıxardılaraq qüvvəyə mindi. 1917-ci ildə Qut-ül Amarə mühasirəsi zamanı ingilis generalı Carlz Tounshend in əsir alınması və Qafqaz cəbhəsində ruslara qarşı əldə edilən uğurlardan sonra Ənvər paşanin rütbəsi ordu generallığına yüksəldilmişdir. Birinci Dünya müharibəsindən sonra Ölkədən ayrılması Fələstin, İraq və Suriyada Osmanlı ordusunun ingilislər qarşısında davamlı olaraq məğlubiyyətə uğramasından sonra Osmanlı dövlətinin müharibədəki məğlubiyyəti dəqiqləşdi. 14 oktyabr 1918-ci ildə Tələt paşa kabineti atəşkəs razılaşmalarını asanlaşdırmaq üçün istefa etdiyi zaman Ənvər paşanın hərbi nazirliyi də başa çatdı. İngilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasından sonra Ənvər paşa dostları ilə birlikdə alman gəmisində vətənindən ayrılmışdır. Əvvəlcə Odessaya, oradan da Berlinə, daha sonra isə Rusiyaya keçmişdir. İstanbulda Divan-i Hərb rütbəsini geri almış və qiyabi olaraq haqqında ölüm hökmü çıxarmışdı. 1 yanvar 1919-cu ildə hökumət tərəfindən hərbçilikdən ixrac edilmişdir. İttihad və Tərəqqini yenidən təşkilatlandırma cəhdləri 1918–1919-cu illəri kimliyini gizlədərək Berlində keçirən Ənvər paşa, İttihad və Tərəqqini yenidən təşkilatlandırmaq üçün çalışmağa başlamışdı. Almaniyadakı inqilabçı üsyanlara qatılmaq üçün Berlində olan sovet siyasətçisi və jurnalist Karl Radek ilə görüşmüş, onun dəvətilə Moskvaya getmək üçün hazırlıqlara başlamışdı. Ancaq üçüncü cəhdindən sonra 1920-ci ildə Moskvaya getməyi bacarmış və orada Sovet XİN rəhbəri Çiçerinlə və Lenin və Məmməd Əmin Rəsulzadə ilə görüşmüşdür. 1–8 sentyabr tarixində Bakıda təşkil edilən Birinci Şərq Xalqları Qurultayına Liviya, Tunis, Əlcəzair və Mərakeşi təmsil etmək üçün qatılmışdır. Lakin qurultay istənilən nəticəni vermədi və Sovetlərin Türkiyə və başqa müsəlman ölkələrdəki millətçi hərəkatları əslində dəstəkləmədiyini düşünərək, 1920-ci ilin oktyabrında Berlinə geri dönmüşdür. 1921-ci ilin mart ayında Tələt paşanın öldürülməsindən sonra İttihad və Tərəqqinin başlıca rəhbəri olmuşdur. 1921-ci ildə təkrar Moskvaya gedən Ənvər paşa, Ankara hökumətinin Moskvaya göndərdiyi Bəkir Sami bəy rəhbərliyindəki türk nümayəndəliyi ilə görüşmüşdür. Anadoludakı Milli Mübarizə hərəkatına qatılmaq istəsə də, qəbul edilməmişdir. TBMM-də olan bəzi köhnə İttihadçılar onun Mustafa Kamal paşanın yerini almasını istəyirdilər. 1921-ci ilin iyulunda Batumidə İttihad və Tərəqqi konqresi topladı. 30 iyulda Ankaraya yunanların hücumu başlayınca Anadoluya qurtarıcı kimi girməyə ümid edən Ənvər paşanın bu ümidi sentyabr ayında Sakaryadakı meydan döyüşü ilə boşa çıxmışdır. İttihad-i İslamı qurma cəhdləri 1921-ci ilin oktyabr ayında Orta Asiya müsəlmanlarını ingilislərə qarşı birləşdirmə və İslam birliyi qurma niyyəti ilə Təşkilat-ı Məxsusanın köhnə rəhbərlərindən Quççubaşı Hacı Sami və digər İttihadçılarla birlikdə Batumdan Buxaraya getmişdir. Burada Rusiyaya qarşı Basmaçı hərəkatının genişlənməsində mühüm rol oynamışdır.1922-ci ilin fevral ayında komandanlığında topladığı Basmaçi birlikləri ilə Düşənbəni ələ keçirdi və oradakı Sovet qarnizonunu əsir aldı. Ardıyca Xorasan üzərinə yürüş edərək Qızıl Ordu birliklərinin Buxara və Xorasandan çəkilmələrini tələb etdi. 28 iyun 1922-ci ildəki Kafiran döyüşündə məğlub olduqdan sonra dağlara çəkildi. 4 avqust 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı Belçivan yaxınlığında Aqop Melkovyanın rəhbərlik etdiyi bolşevik ordusuna qarşı olan döyüşdə vəfat etmişdir. Çeğen kəndində dəfn edilmişdir. Nəşinin Türkiyəyə gətirilməsi Nəşinin Türkiyəyə gətirilməsi Türkiyə prezidenti Süleyman Dəmirəlin 1995-ci ildəki Tacikistan səfəri zamanı gündəmə gəldi. Məsul şəxslərin təmaslarından sonra paytaxt Düşənbənin təxminən 200 km şərqindəki Belçivan şəhərinə bağlı Obtar kəndində olan Ənvər paşanın məzarı, Prezidentin baş müşaviri Münif İslamoğlu rəhbərliyindəki mütəxəsislər və elm adamlarından ibarət 8 nəfərlik heyət tərəfindən 30 iyul 1996-cı ildə açıldı. Xarici quruluşundan Ənvər paşaya aid olduğu anlaşılan cənazə Tacikistandakı siyasi qarışıqlıqlara görə çətinliklə paytaxt Düşənbəyə gətirilmiş və burada Türk bayrağına sarılı tabuta qoyularaq İstanbuldakı rəsmi mərasim üçün hazırlanmışdır.3 avqust 1996-cı ildə İstanbula gətirilən nəşi gecə Gümüşsuyu Hərbi Xəstəxanasında saxlanılmışdır. Ölüm ildönümü olan 4 avqust 1996-cı ildə Şişli məscidində 8 imamın qıldırdığı cənazə namazının ardından Şişlidəki Abide-i Hürriyət təpəsində, İstanbul Böyükşəhər Bələdiyyəsi və Mədəniyyət Nazirliyi tərəfindən ortaq olaraq hazırlanan və Tələt paşanın yanında olan məzarda dəfn edilmişdir. Mərasimə o dövrün prezidenti Süleyman Dəmirəl, Milli Müdafiə naziri Turxan Tayan, Abdullah Gül, səhiyyə naziri İldırım Aktuna, Mədəniyyət naziri İsmayıl Qəhrəman, ANAP millətvəkili İlhan Kəsiçi və İstanbul valisi Rıdvan Yenişənlə Ənvər paşanın nəvəsi Mayatepeklə digər yaxınları da qatılmışdı. Həmçinin bax Birinci Dünya müharibəsi Osmanlı dövləti Şəhid Ənvər Paşa (roman) | https://az.wikipedia.org/w/index.php?curid=24348 |
Ənvər Qarayev | Ənvər Vahid oğlu Qarayev (18 fevral 1947, Nuxa – 29 yanvar 2011, Bakı) — Azərbaycanın dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). Həyat və yaradıcılığı Ənvər Qarayev 18 fevral 1947-ci ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqı olmuşdur. Müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri və katibi vəzifələrində, eyni zamanda 20 ildən artıq "Göyərçin" jurnalında çalışıb. Rəssam dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş, eləcə də batika sənətinə yiyələnmişdir. Onun əsərləri dünya muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Moskvadakı Şərq Muzeyində "Çovqan", Berlin Dekorativ İncəsənət Muzeyində "Cıdır", Antalya Rəssamlıq Qalereyasında "Türkün sözü" və başqa əsərləri sərgilənmişdir.Ənvər Qarayev 29 yanvar 2011-ci ildə vəfat etmiş, Bakıdakı köhnə qəbiristanlıqda dəfn olunmuşdur. Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 30 may 2002 | https://az.wikipedia.org/w/index.php?curid=619275 |
Ənvər Qasımov | Ənvər Mahmudoviç Qasımov (13 aprel 1933, Oş – 17 oktyabr 2020, Daşkənd) — Özbəkistan yazıçısı, türkoloqu, tarixçisi, tarix elmləri doktoru, professor. Ənvər Mahmudoviç Qasımov 13 aprel 1933-cü ildə Qırğızıstan SSR-nin Oş şəhərində anadan olub. 1958-ci ildə indiki Özbəkistan Milli Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1958–1962-ci illərdə aspiranturada təhsilini davam etdirib.1962–1965-ci illərdə Özbəkistan respublikasının EA-nın Şərqşünaslıq institutunun kiçik elmi işçisi olub. 1965–1968-ci illərdə Daşkənd Dövlət Universitetinin xarici tələbələr üçün hazırlıq fakültəsinin dekanı vəzifəsində çalışıb. 1968–1971-ci illərdə Özbəkistan SSR MK-də Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində işləyib. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=558862 |
Ənvər Qasımzadə | Ənvər Əli oğlu Qasımzadə (12 fevral 1912, Salyan, Cavad qəzası – 12 mart 1969, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967), Azərbaycan Politexnik İnstitutunun rektoru (1962–1968), Azərbaycan SSR əməkdar inşaatçısı (1960). Ənvər Qasımzadə 1912-ci il fevralın 12-də Bakı quberniyasının Salyan şəhərində tanınmış maarifçi, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə ilk müəllimlərdən olmuş Əli bəy Qasımovun ailəsində dünyaya göz açmışdır.Ənvər Qasımzadə ilk təhsilini Bakı Müəllimlər Seminariyasının nümunəvi məktəbində almışdır. 1930-cu ilin dekabrında N. Nərimanov adına Azərbaycan Sənaye Texnikumunun inşaat şöbəsini bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna göndərilmişdir. 1936-cı ildə burada ali təhsilini bitirmiş və mühəndis-memar ixtisasına yiyələnmişdir. 1942-ci ilin əvvəllərində könüllü zabitlər hazırlığı kurslarına daxil olmuş və aprel ayından İkinci Dünya müharibəsi iştirak etmişdir. Terek sahillərindən Berlinə qədər döyüş yolu keçmişdir. "Qırmızı Bayraq", "Qırmızı Ulduz", I və II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri ilə və altı medalla təltif edilmişdir. 1946-cı ilin iyununda Azərbaycan hökumətinin müraciəti əsasında hərbi xidmətdən geri çağrılmışdır. Hələ tələbəlik dövründən — 1934-cü ildən əmək fəaliyyətinə başlamış, "Azəridövlətlayihə" təşkilatında çalışmışdır. Həmin dövrdə həmçinin Bakı İnşaat Texnikumunda dərs demişdir. 1941-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Xalq Komissarlığı yanında Mənzil Kommunal Baş İdarəsinin rəisi və eyni zamanda, Bakı İnşaat Texnikumunun direktoru vəzifələrinə təyin edilmişdir.1947-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin Memarlıq İşləri üzrə İdarəsinin rəisi, 1951–1952-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin sədr müavini, 1952–1953-cü illərdə isə Bakı Vilayət Zəhmətkeş Deputatlar Sovetinin sədr müavini, 1953–1955-ci illərdə tikinti naziri, 1955–1957-ci illərdə Dövlət Tikinti Komitəsinin sədri, 1957–1959-cu illərdə nazir — Dövlət Plan Komitəsi sədrinin I müavini vəzifələrində çalışmışdır. Ənvər Qasımzadə dəfələrlə Bakı Şəhər Sovetinə və Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan Kommunist Partiyasının Bakı Şəhər Komitəsinə və Azərbaycan KP Mərkəzi Komitəsinə üzv seçilmişdir. Elmi fəaliyyəti Ə. Qasımzadə 1959-cu ildə Azərbaycan Memarlar İttifaqına rəhbərlik etmiş, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna rektor təyin olunmuşdur. Burada da onun böyük nailiyyətləri olmuşdur. İnstitutun genişlənməsi, yeni fakültələrin açılması üçün səylərini əsirgəməmişdir. Onun rektorluğu dövründə Azərbaycan Politexnik İnstitutunun Gəncə şəhərində filialı açılmış, avtomatika, sintetik materialların texnologiyası, metallurgiya və poliqrafiya fakültələri təşkil edilmişdir.Ənvər Qasımzadə 1964-cü ildə memarlıq doktoru olmuş, 1966-cı ildə professor, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Ənvər müəllim 60-dan çox elmi məqalənin və 7 monoqrafiyanın müəllifidir. Əsas layihələri O, "Əməkdar inşaatçı" fəxri adı ilə təltif olunmuşdur. Harada işləməsindən asılı olmayaraq Ənvər Qasımzadə daim yaradıcılıqla məşğul olmuşdır. Onun layihələri əsasında Bakıda, Gəncədə, Daşkəsəndə, Xankəndidə onlarca yaşayış evi və ictimai binalar ucaldılmışdır. Bunlardan Bakının Azərbaycan prospektindəki (keçmiş Hüsü Hacıyev küçəsi), İnşaatçılar prospektindəki, keçmiş Şimali Sovet meydanındakı, Ağa Nemətulla küçəsindəki evləri, hazırda Gömrük Komitəsi və Maliyyə Nazirliyinin inzibatı binalarını, Bakixanov küçəsindəki Azərbaycan Tibb Universitetinin əsas korpuslarını, metronun "Ulduz" stansiyasını və başqalarını yada salmaq kifayətdir. Ə. Qasımzadə 1969-cu il mart ayının 12-də 57 yaşında vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdır.Bakıda və Salyanda onun adına küçələr vardır. 100 illik yubileyi təntənə ilə ölkə səviyyəsində qeyd edilmişdir. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin atasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=254604 |
Ənvər Quliyev | Ənvər Quliyev (Quliyev Ənvər Məmmədqulu oğlu; 28 iyun 1943, Azərbaycan) — Tibb elmləri doktoru, professor. Çikaqo Reproduktiv Genetika İnstitutunun elmi direktoru. Quliyev Ənvər Məmmədqulu oğlu 1943-cü il iyunun 28-də Azərbaycan Respublikasında anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra həmin universitetin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb. 1977–1979-cu illərdə Tibb Elmləri Akademiyasının Tibbi Genetika İnstitutunun insanın sitogenetikası laboratoriyasının baş elmi işçisi olub. 1979–1980-ci illərdə Ə. Quliyev Ümumdünya Səhiyyə Təşkilatının (Cenevrə) qeyri-yoluxucu xəstəliklər şöbəsində məsləhətçi olub. 1980–1986-cı illərdə Ümumdünya Səhiyyə Təşkilatının irsi xəstəliklər proqramının rəhbəri olub. 1986–1990-cı illərdə SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Genetika İnstitutunun prenatal diaqnostika şöbəsinin müdiri olub. 1990-cı ildən bu günə qədər Çikaqo Reproduktiv Genetika İnstitutunun elmi işlər üzrə direktorudur. | https://az.wikipedia.org/w/index.php?curid=574946 |
Ənvər Rza | Rzayev Ənvər İsmayıl oğlu (Ənvər Rza; 3 mart 1939, Aşağı Ayrım, Kəlbəcər rayonu – 8 iyun 1987, Moskva) — Azərbaycan şairi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1969), dosent (1983). Ənvər Rza 1939-cu il martın 3-də Azərbaycanın Kəlbəcər rayonunun Aşağı Ayrım (Binə) kəndində anadan olmuşdur. Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil almışdır (1957–1962). M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında müəllim (1962–1967), baş müəllim (1967–1972), kafedra müdiri (1972–1979), Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili leksikası kafedrasında dosent (1979–1987) işləmişdir. 1987-ci il iyunun 8-də Moskvada vəfat etmiş, vəsiyyətinə əsasən, öz doğma kəndində dəfn olunmuşdur. Yaradıcılığı "Göz işığı" adlı ilk şeri "Ədəbiyyat və incəsənət" qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra bədii yaradıcılığa başlamışdır. Dövri mətbuatda şerləri və bədii tərcümələri ilə çıxış edir. Bayronun "Şilyon məhbusu", "Mazepa", "Parizina" poemalarını tərcümə etmişdir. "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ənvər Rza poetik şair və bacarıqlı tərcüməçi idi. V. Şeksprin, G. Bayronun poemalarını İngilis dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Bunlardan başqa, S. Vurğunun "Vaqif" dramını ingilis dilinə, G. Bayronun "Çayıld Haroldun Səyahəti" poemasını Azərbaycan dilinə tərcümə etmiş, vaxtsız ölüm imkan verməmişdir ki, onları tamamlasın. Sənsiz Bakı: Gənclik, 1969, 28 səh. Könlümə bahar düşüb. Bakı: Gənclik, 1970, 72 səh. Nə yaxşı görüşdük. Bakı: Yazıçı, 1985, 96 səh. Bəxtəvər dustaq (şeirlər və poemalar). Bakı: Azərnəşr, 1994, 172 s. Kəlbəcərə gedən yollar. Bakı:Azərnəşr,2010,410 səh. | https://az.wikipedia.org/w/index.php?curid=46805 |
Ənvər Rüstəmov (jurnalist) | Ənvər Rüstəmov (tam adı:Ənvər Cavad oğlu Rüstəmov d. 1 sentyabr, 1936. Şişqaya, Basarkeçər, Göyçə) — SSRİ Jurnalistlər İttifaqının üzvü, müəllim, jurnalist, mühəndis. Ənvər Rüstəmov 1936-cı il sentyabrın 1-də Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 1944-1954-cü illərdə Şişqaya kənd orta məktəbində oxuyub. 1954-cü ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub və 1959-cu ildə mexanika-riyaziyyat fakültəsini bitirib. 1974-cü ildə Bakı Ali Partiya Məktəbini bitirib. SSRİ Jurnalistlər İttifaqının üzvü olub. 1959-cu ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra doğma kəndinə qayıdıb və Şişqaya kənd orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb. Daha sonra müəllimliklə yanaşı tikinti sektorunda çalışıb, rayonlararası tikinti idarəsində iş icraçısı, plan-texniki şöbənin müdiri olub. 1980-ci illərdə bir neçə il Göysu kolxozunun sədri olub. 1989-cu ildən Azərbaycanın Şəmkir rayonunun Çənlibel kəndində yaşayır. 1990-cı illərdə bir neçə il 1 saylı Çənlibel kənd orta məktəbinin direktoru olub. Hazırda Çənlibel kəndində yaşayır. Yaradıcılığı Ənvər Rüstəmov gəncliyindən şeirlər yazır. Həmçinin tar və saz ifaçısıdır. Tələbəlik illərində Bakı Dövlət Universitetinin özfəaliyyət xalq çalğı alətləri ansamblının üzvü olub. 1970-ci ildən Basarkeçərdə çıxan "Bolluq uğrunda" qəzetində məsul katib kimi fəaliyyətə başlayıb. Daha sonra Bakı Ali Partiya Məktəbində təhsil alıb və təhsilini bitirdikdən sonra adı "Vardenis"ə dəyişilmiş rayon qəzetində yenidən fəaliyyətini davam etdirir. Arada müəyyən fasilə olsa da 1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dən deportasiya edilənə kimi həmin qəzetdə məsul katib, redaktor müavini kimi vəzifələrdə çalışıb. 2011-ci ildə Bakıda "Şişqaya" seirlər kitabı çapdan çıxıb. Qardaşı Salman Cavad oğlu İbrahimov 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində həlak olmuşdur. Qardaşı İbrahimov Əziz Cavad oğlu 1941-1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub və 1988-ci ilin dekabr ayında Göyçədən deportasiya zamanı həlak olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=334860 |
Ənvər Rüstəmov (zooloq) | Ənvər Göyüş oğlu Rüstəmov d. 17 dekabr, 1917, Aşqabad, Türkmənistan - 18 yanvar, 2005, Aşqabad) — Akademik, zooloq, Stalin mükafatı laureatı. Ənvər Göyüş oğlu 17 dekabr 1917-cı ildə Aşqabad şəhərində anadan olmuşdu. 1934-1938-cü illərdə pedaqoji institutda oxumuşdu. M.K. Laptevin başçılığı altında ekpedisiyalarda iştirak etmişdi. 30 ildən artıq İ.M. Kalinin adına Türkmənistan Kənd Təsərrüfatı institutunun rektoru olmuşdur (1960-cı ildən). Tədqiqatı, əsasən, səhra landşaftının qorunması və səmərəli istifadəsinə həsr edilmişdir. Səhra şəraitində müxtəlif heyvanlarda aşkar edilmiş eyni uyğunlaşmaların, əsasən, “səhra yaşayışı formalı” olduğunu ilk dəfə Ənvər Rüstəmov isbat etmişdir. “Qaraqum çölünün quşları” adlı iş yazaraq 32 yaşında doktor və professor olmuşdu. O, İsveçdə, İngiltərə, Fransa, Hindistan, Zair, Amerika Birləşmiş Ştatları və sair ölkələrdə keçirilən konqreslərdə məruzə ilə çıxış etmişdir. O, Türkməninstanın SSR Ali sovetinin (6-7-ci çağırış) deputatı, Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin on doqquzuncu Assambleyasının baş katibi (1978), Türkmənistan SSR Təbiəti Mühafizə Cəmiyətinin sədri olmuşdur. Ənvər Rüstəmov məşhur zooloqdur. Biologiya elmləri doktoru (1950), professor (1951), Türkmənistan SSR Elmlər Akademiyasının akademiki (1975, müxbir üzvü 1969), Türkmənistan SSR əməkdar elm xadimi idi. (1967) Ənvər Rüstəmov onlarla elmi məqalənin “Sovet ittifaqının quşları” (5-ci və 6-cı cild, 1958), “SSRİ-ninn suda-quruda yaşaysın və sürünən heyvanları” 1971, A.Q.Bannikov və İ.S. Dareviski üzə birlikdə), “Təbiətin qorunması” (1977, A.Q. Banninkkovla birgə), “SSRİ-nin quşları” (1981) və sair əsərlərin müəllifidir. Akademik Ənvər Rüstəmovun elmi kadrlar hazırlanmasında mühüm xidmətləri olmuşdur. O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və bir neçə medalla təltif edilmişdir. Ənvər Rüstəmov 18 yanvar 2005-ci ildə vəfat edib. Ənvər Rüstəmov Yelizaveta Aleksandrovna Yuxtovskaya ilə ailə qurmuşdu. İqor (1945), Eldar (1952) adlı oğlanları, Bella (1942) adlı qızı var. Ənvər Çingizoğlu, Rüstəmovlar, "Soy" elmi-kütləvi dərgi, 2009, №12, səh.51-54 | https://az.wikipedia.org/w/index.php?curid=480125 |
Ənvər Sadat | Məhəmməd Ənvər əs-Sadat (ərəb. محمد أنور السادات Muḥammad ʾAnwar as-Sādāt; 25 dekabr 1918[…], Mit Əbülkövm, əl-Minufiyyə mühafəzəsi[d], Misir sultanlığı[d] – 6 oktyabr 1981[…], Qahirə) — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981), marşal (1973). Nobel Sülh mükafatı laureatı (1978). 1978-ci ildə İsraillə Kemp-Devid sülh müqaviləsini imzalamış və ərəb dünyasında kəskin etirazlarla qarşılanmışdır. Ənvər Sadat 1918-ci il 25 dekabrda, əl-Minufiyyə şəhərinin Mit Əbülkövm kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi məktəbə daxil oldu. 1938-ci ildə Hərbi Akademiyanı bitirdi. Həmçinin bax Ənvər Sadatın öldürülməsi | https://az.wikipedia.org/w/index.php?curid=173499 |
Ənvər Sadatın qətli | 1973-cü ilin 6 oktyabrı Misirdə Qələbə günü sayılır. Dördüncü Ərəb-İsrail müharibəsi bu gündə başlamışdı. Qələbənin ildönümü həmişə Qahirənin ətrafındakı Mədinət-Nəsr meydanında hərbi rəsm-keçidlə qeyd olunurdu. Rəsm-keçidə tamaşa etmək üçün mərkəzi tribunada ölkənin prezidentindən başqa, dövlətin ali rütbəli məmurları, fəxri qonaqlar və xarici diplomatlar əyləşmişdilər. 1981-ci ilin 6 oktyabrında təşkil edilən tədbir əvvəlki rəsm-keçidlərdən bir o qədər də fərqlənmirdi. Həmişəki kimi, Misir ordusunun qüdrəti nümayiş etdiriləcəkdi. Amma bu dəfə hərbi nazir Əbu-Qəzəlin xüsusi göstərişi ilə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Ciddi surətdə göstəriş verilmişdi ki, rəsm-keçiddə iştirak edənlərin avtomat və pistoletlərində bir patron da olmamalıdır. Təhlükəsizlik orqanları bunun üçün məsuliyyət daşıyırdılar. Rəsm-keçidə bir gün qalmış əsgərlərə kazarmalardan çıxmaq qadağan olundu, hətta xəstələnən də buraxılmırdı. Mühafizəçilərin sayı da artırılmışdı. Rəsm-keçid zamanı heç bir maşın əsas tribunanın qarşısında dayanmamalı idi, əks təqdirdə mühafizə xəbərdarlıq etmədən atəş açacaqdı. Həmin gün prezident Ənvər Sadat baş tribunada birinci cərgənin ortasında oturmuşdu. Sağ tərəfində vitse-prezident Mübarək, solda da hərbi nazir Əbu-Qələz əyləşmişdi. Hava mülayim idi. Rəsm-keçid həmişəki kimi başladı. Ordu təlimlərdə əxz edib örəndiyini bacarıqla nümayiş etdirirdi. Diktor mərkəzi tribuna qarşısından keçən hissələr haqqında ərəb və ingilis dillərində reportaj aparırdı. Rəsm-keçid sona çatan radələrdə, saat 11.40-da, meydana 130 mm. topları dartıb aparan maşınlar daxil oldular. Onlar o qədər də diqqəti cəlb etmədilər, çünki diktor "Miraj" qırıcı - bombardmançı təyyarələrin meydan üzərindən uçacağını xəbər verdi. Prezident və onun ətrafında olanlar buludsuz səmaya baxdılar. "Misirə eşq olsun! İrəli!" qışqırıqları eşidilirdi. Səmada "Miraj"lar guruldayanda, top daşıyan maşınların biri mərkəzi tribunanın qarşısında nəqafil dayandı. Sürücünün yanında oturmuş zabit sürücüyə dayanmağı əmr edir. Onun çaşdığını görən zabitin özü əl əyləcini çəkir. Zabit artilleriya qurğusunun komandiri Əl-İslambuli idi, o, kabinədən çölə çıxanda maşının kuzovundan iki hərbçi də yerə atılır. Kənardan baxan yəqin düşünərdi ki, onlar yerindən tərpənməyən maşını itələyib bir yana çıxarmaq istəyir. Amma hərbi formalı bu adamların əllərində avtomat vardı. Onlar bir saniyə də vaxt itirmədən irəliyə yüyürüb tribunaya atəş açdılar. Güllələrin əsas hədəfi prezident idi... Qəsdçilər eyni zamanda tribunaya əl qumbaraları da tullayırdılar (onların bir neçəsi partlamadı). Tamaşaçılar arasında vahimə başladı... Baş leytenant paqonlarını daşıyan zabit tribunaya yaxınlaşanda hərbi nazirə qışqırdı: "Kənara çəkilin, mənə bu köpək lazımdır." Təhqiqat zamanı müəyyən edildi ki, sui-qəsdçilərin biri maşının kuzovunda olub və çox rahatlıqla dövlət başçısının özünü nişan alıb. Yəqin ki, onun atdığı güllələr də hədəfə dəyib. Sui-qəsdçilər üçün Ənvər Sadatı da vurmaq asan olub, deyilənə görə, o, qaçan hərbçiləri görəndə elə bilib ki, onlar onu salamlamaq üçün yaxınlaşır. Elə buna görə də ayağa qalxıb. Güllələr onun sinəsinə və qarın nahiyyəsinə dəymişdi. Cangüdən bədəni ilə prezidenti qorumaq istəyəndə artıq gec idi. Cangüdənin özü də ölümcül yaralananda ağır bədəni ilə prezidentin üzərinə yıxılır. İndi isə fikir verin ki, ancaq birinci güllənin açılmasından 45 saniyə sonra cangüdənlər cavab atəşi açıblar. Sui-qəsdçilərin bir neçəsi öldürülür, qalanları saxlanılır, rəsm-keçid isə dayandırılır. Qələbə rəsm-keçidindən veriliş aparılarkən, hər şey görünürdü, dağılmış oturacaqlar, qana bələnmiş fəxri qonaqlar, o yan - bu yana qaçışan mühafizəçilər... Ənvər Sadatın özü bir neçə ölümcül yara almışdı. Hərbi nazir Əbu-Qəzəl də həlak olmuşdu, onun ayağı altına düşmüş birinci qumbara partlamasa da, lap yanına düşən ikinci qumbara partlamışdı. Həlak olanlar arasında prezidentin kamerdineri Həsən Əldam, şəxsi fotoqrafı Məhəmməd Raşvan, kopt yepiskopu Samuel də vardı. Vitse-prezident Mübarək və prezidentin ən etibar etdiyi adam Sadey Marey də yaralanmışdı. Bunlardan başqa, Kuba və Belçikanın səfirləri, Astraliyanın diplomatik missiyasının katibi, ABŞ-nin üç hərbi müşaviri də yara almışdı. Bu üç amerikalı hərbçi birgə keçiriləcək hərbi təlimlər barəsində danışıqlar aparmaq üçün Qahirəyə dəvət olunmuşdu. Prezidentə sui-qəsd işi üzrə istintaq həmin saatda başlandı. Rəsmi məlumata görə, sui-qəsdi dörd nəfərdən ibarət qrup həyata keçirib: baş leytenant Əl-İslambuli və üç əsgər. Onların hamısı təməlçi islamçıların "Əl-təkfir vəl-Hicrə" təşkilatına mənsub olublar. Müəyyən edilmişdir ki, sui-qəsd bilavasitə Əl-İslambulinin başçılığı altında həyata keçirilib. O, tabeçiliyində olan əsgərləri istirahətə buraxandan sonra, terrora getməyə razılıq vermiş şəxsləri işə cəlb edib. İstirahətə buraxılmış əsgərlərin mundirləri, hətta silahları belə həmin adamlara verilib. Baş leytenant qrupu döyüş patronları, əl qumbaraları, tüstü buraxan şaşkalarla da təmin edib. Prezident Ənvər Sadatın ölümü ilə bağlı istintaq gedəndə qeyri-leqal sağ ekstermist dini təşkilat "Əl-təkfir vəl-Hicrə" haqqında faktlar üzə çıxdı. İslam təməlçiləri hələ 1977-ci ildə Ənvər Sadata meydan oxumağa başlamışdılar. Onlar prezidentin yaxın adamlarından biri, vəqf üzrə nazir şeyx Məhəmməd əl-Dəhəbi oğurlamışdılar. Onu əsl cani qanunlarına riayət etməklə öldürdülər: güllə onun sol gözündən dəyib beynini dağıtmşdı. Dövlətə, hakimiyyətə qarşı təhlükənin baş qaldırdığını Ənvər Sadat yaxşı görürdü. Payızın əvvəllərində prezidentin əmri ilə üsul-idarəyə müxalif olan 1536 nəfər həbs edildi. Onların içində qeyri-leqal təşkilatın 467 üzvü vardı. Ənvər Sadata sui-qəsddən sonra hakimiyyət orqanları "Əl-təkfir vəl-Hicrə"nin əlavə 533 üzvünü həbs etdi. Bir azdan bütün müttəhimlər məhkəmə salonunda dəmir barmaqlıqlar arxasında oturdular. Hökm çox sərt oldu... Elə bu da gözlənilirdi Hərbi paradın lap axırında növbəti keçidini edən hərbi hissədən ayrılan zirehli transportyor qəfildən dayanmış, onun içindən düşən leytenant Xalid əl-İslambuli prezidentin dayandığı tribunaya əl qumbarası atmış, sonradan desant formasında olan hərbçilər tribunanı atəşə tutmuşdular. Ənvər Sadat gizlənmək əvəzinə, "ola bilməz" deyə ayağa qalxmışdı və snayper onu sinəsindən və boynundan güllələmiş, prezident 20 saniyədən sonra ölmüşdü. Həmçinin bax Müsəlman qardaşlar | https://az.wikipedia.org/w/index.php?curid=173510 |
Ənvər Sadatın öldürülməsi | 1973-cü ilin 6 oktyabrı Misirdə Qələbə günü sayılır. Dördüncü Ərəb-İsrail müharibəsi bu gündə başlamışdı. Qələbənin ildönümü həmişə Qahirənin ətrafındakı Mədinət-Nəsr meydanında hərbi rəsm-keçidlə qeyd olunurdu. Rəsm-keçidə tamaşa etmək üçün mərkəzi tribunada ölkənin prezidentindən başqa, dövlətin ali rütbəli məmurları, fəxri qonaqlar və xarici diplomatlar əyləşmişdilər. 1981-ci ilin 6 oktyabrında təşkil edilən tədbir əvvəlki rəsm-keçidlərdən bir o qədər də fərqlənmirdi. Həmişəki kimi, Misir ordusunun qüdrəti nümayiş etdiriləcəkdi. Amma bu dəfə hərbi nazir Əbu-Qəzəlin xüsusi göstərişi ilə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Ciddi surətdə göstəriş verilmişdi ki, rəsm-keçiddə iştirak edənlərin avtomat və pistoletlərində bir patron da olmamalıdır. Təhlükəsizlik orqanları bunun üçün məsuliyyət daşıyırdılar. Rəsm-keçidə bir gün qalmış əsgərlərə kazarmalardan çıxmaq qadağan olundu, hətta xəstələnən də buraxılmırdı. Mühafizəçilərin sayı da artırılmışdı. Rəsm-keçid zamanı heç bir maşın əsas tribunanın qarşısında dayanmamalı idi, əks təqdirdə mühafizə xəbərdarlıq etmədən atəş açacaqdı. Həmin gün prezident Ənvər Sadat baş tribunada birinci cərgənin ortasında oturmuşdu. Sağ tərəfində vitse-prezident Mübarək, solda da hərbi nazir Əbu-Qələz əyləşmişdi. Hava mülayim idi. Rəsm-keçid həmişəki kimi başladı. Ordu təlimlərdə əxz edib örəndiyini bacarıqla nümayiş etdirirdi. Diktor mərkəzi tribuna qarşısından keçən hissələr haqqında ərəb və ingilis dillərində reportaj aparırdı. Rəsm-keçid sona çatan radələrdə, saat 11.40-da, meydana 130 mm. topları dartıb aparan maşınlar daxil oldular. Onlar o qədər də diqqəti cəlb etmədilər, çünki diktor "Miraj" qırıcı - bombardmançı təyyarələrin meydan üzərindən uçacağını xəbər verdi. Prezident və onun ətrafında olanlar buludsuz səmaya baxdılar. "Misirə eşq olsun! İrəli!" qışqırıqları eşidilirdi. Səmada "Miraj"lar guruldayanda, top daşıyan maşınların biri mərkəzi tribunanın qarşısında nəqafil dayandı. Sürücünün yanında oturmuş zabit sürücüyə dayanmağı əmr edir. Onun çaşdığını görən zabitin özü əl əyləcini çəkir. Zabit artilleriya qurğusunun komandiri Əl-İslambuli idi, o, kabinədən çölə çıxanda maşının kuzovundan iki hərbçi də yerə atılır. Kənardan baxan yəqin düşünərdi ki, onlar yerindən tərpənməyən maşını itələyib bir yana çıxarmaq istəyir. Amma hərbi formalı bu adamların əllərində avtomat vardı. Onlar bir saniyə də vaxt itirmədən irəliyə yüyürüb tribunaya atəş açdılar. Güllələrin əsas hədəfi prezident idi... Qəsdçilər eyni zamanda tribunaya əl qumbaraları da tullayırdılar (onların bir neçəsi partlamadı). Tamaşaçılar arasında vahimə başladı... Baş leytenant paqonlarını daşıyan zabit tribunaya yaxınlaşanda hərbi nazirə qışqırdı: "Kənara çəkilin, mənə bu köpək lazımdır." Təhqiqat zamanı müəyyən edildi ki, sui-qəsdçilərin biri maşının kuzovunda olub və çox rahatlıqla dövlət başçısının özünü nişan alıb. Yəqin ki, onun atdığı güllələr də hədəfə dəyib. Sui-qəsdçilər üçün Ənvər Sadatı da vurmaq asan olub, deyilənə görə, o, qaçan hərbçiləri görəndə elə bilib ki, onlar onu salamlamaq üçün yaxınlaşır. Elə buna görə də ayağa qalxıb. Güllələr onun sinəsinə və qarın nahiyyəsinə dəymişdi. Cangüdən bədəni ilə prezidenti qorumaq istəyəndə artıq gec idi. Cangüdənin özü də ölümcül yaralananda ağır bədəni ilə prezidentin üzərinə yıxılır. İndi isə fikir verin ki, ancaq birinci güllənin açılmasından 45 saniyə sonra cangüdənlər cavab atəşi açıblar. Sui-qəsdçilərin bir neçəsi öldürülür, qalanları saxlanılır, rəsm-keçid isə dayandırılır. Qələbə rəsm-keçidindən veriliş aparılarkən, hər şey görünürdü, dağılmış oturacaqlar, qana bələnmiş fəxri qonaqlar, o yan - bu yana qaçışan mühafizəçilər... Ənvər Sadatın özü bir neçə ölümcül yara almışdı. Hərbi nazir Əbu-Qəzəl də həlak olmuşdu, onun ayağı altına düşmüş birinci qumbara partlamasa da, lap yanına düşən ikinci qumbara partlamışdı. Həlak olanlar arasında prezidentin kamerdineri Həsən Əldam, şəxsi fotoqrafı Məhəmməd Raşvan, kopt yepiskopu Samuel də vardı. Vitse-prezident Mübarək və prezidentin ən etibar etdiyi adam Sadey Marey də yaralanmışdı. Bunlardan başqa, Kuba və Belçikanın səfirləri, Astraliyanın diplomatik missiyasının katibi, ABŞ-nin üç hərbi müşaviri də yara almışdı. Bu üç amerikalı hərbçi birgə keçiriləcək hərbi təlimlər barəsində danışıqlar aparmaq üçün Qahirəyə dəvət olunmuşdu. Prezidentə sui-qəsd işi üzrə istintaq həmin saatda başlandı. Rəsmi məlumata görə, sui-qəsdi dörd nəfərdən ibarət qrup həyata keçirib: baş leytenant Əl-İslambuli və üç əsgər. Onların hamısı təməlçi islamçıların "Əl-təkfir vəl-Hicrə" təşkilatına mənsub olublar. Müəyyən edilmişdir ki, sui-qəsd bilavasitə Əl-İslambulinin başçılığı altında həyata keçirilib. O, tabeçiliyində olan əsgərləri istirahətə buraxandan sonra, terrora getməyə razılıq vermiş şəxsləri işə cəlb edib. İstirahətə buraxılmış əsgərlərin mundirləri, hətta silahları belə həmin adamlara verilib. Baş leytenant qrupu döyüş patronları, əl qumbaraları, tüstü buraxan şaşkalarla da təmin edib. Prezident Ənvər Sadatın ölümü ilə bağlı istintaq gedəndə qeyri-leqal sağ ekstermist dini təşkilat "Əl-təkfir vəl-Hicrə" haqqında faktlar üzə çıxdı. İslam təməlçiləri hələ 1977-ci ildə Ənvər Sadata meydan oxumağa başlamışdılar. Onlar prezidentin yaxın adamlarından biri, vəqf üzrə nazir şeyx Məhəmməd əl-Dəhəbi oğurlamışdılar. Onu əsl cani qanunlarına riayət etməklə öldürdülər: güllə onun sol gözündən dəyib beynini dağıtmşdı. Dövlətə, hakimiyyətə qarşı təhlükənin baş qaldırdığını Ənvər Sadat yaxşı görürdü. Payızın əvvəllərində prezidentin əmri ilə üsul-idarəyə müxalif olan 1536 nəfər həbs edildi. Onların içində qeyri-leqal təşkilatın 467 üzvü vardı. Ənvər Sadata sui-qəsddən sonra hakimiyyət orqanları "Əl-təkfir vəl-Hicrə"nin əlavə 533 üzvünü həbs etdi. Bir azdan bütün müttəhimlər məhkəmə salonunda dəmir barmaqlıqlar arxasında oturdular. Hökm çox sərt oldu... Elə bu da gözlənilirdi Hərbi paradın lap axırında növbəti keçidini edən hərbi hissədən ayrılan zirehli transportyor qəfildən dayanmış, onun içindən düşən leytenant Xalid əl-İslambuli prezidentin dayandığı tribunaya əl qumbarası atmış, sonradan desant formasında olan hərbçilər tribunanı atəşə tutmuşdular. Ənvər Sadat gizlənmək əvəzinə, "ola bilməz" deyə ayağa qalxmışdı və snayper onu sinəsindən və boynundan güllələmiş, prezident 20 saniyədən sonra ölmüşdü. Həmçinin bax Müsəlman qardaşlar | https://az.wikipedia.org/w/index.php?curid=245845 |
Ənvər Sadıqov | Ənvər Hidayət oğlu Sadıqov (30 aprel 1966, Bakı, Azərbaycan SSR) — Azərbaycan musiqiçisi, qarmon ifaçısı. Azərbaycan Respublikasının xalq artisti (2014), "Qaytağı" instrumental ansamblının bədii rəhbəri. Ustad musiqiçi Ənvər Sadıqov bir çox fərqli musiqi janrlarında ifa edir; xalq musiqisi, muğam, klassik musiqi və caz ənənələrini məharətlə ifa edərək bu janrlar arasında gözəl körpü və sintez yaradır. Azərbaycanın görkəmli musiqiçisi, aranjimançı, virtuoz qarmon və akkordeon ifaçısı Ənvər Sadıqov 30 aprel 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ənvər erkən yaşlarından musiqiyə böyük həvəs göstərir, evdə fortepiano və qarmon çalmağa başlayır. 1978-ci ildə O "Bakı Fəhləsi" mədəniyyət evində "Azərbaycan qarmonu" sinfinə daxil olur, orada müəllimi Tağı Tağıyevdən qarmonun sirrlərini mənimsəyir, Azərbaycan xalq musiqisini, muğamlarını, rəqs və bəstəkar əsərlərini öyrənərək dərs alır. 1979-cu ildən başlayaraq, artıq bir çox özfəaliyyət musiqi kollektivlərində qarmon ifaçısı kimi fəaliyyət göstərir, solist, konsertmeystr kimi Azərbaycanın bir çox bölgələrində konsert proqramları ilə çıxış edir. Ənvər Sadıqov 1983-cü ildə 254 nömrəli orta məktəbi bitirdikdən sonra Hacı Zeynalabdin Tağıyev adına klubda "Azərbaycan qarmonu" dərnəyinin rəhbəri kimi fəaliyyətə başlayır. 1984-86 cı illəri hərbi xidmətdə keçirir. Qayıtdıqdan sonra yenə də həmin klubda müəllim kimi çalışır və musiqiyə 2 il fasilə verdiyinə baxmayaraq yenə də musiqiçi və aranjimançı kimi öz fəaliyyətini davam etdirir. Ənvər professional səhnədəki fəaliyyətini 1990-cı ildən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında başlamışdır. 1994-cü ildən 2006-cı ilə qədər xalq artisti Brilliant Dadaşovanın ansamlında musiqiçi və aranjimançı kimi fəaliyyət göstərir. 2000-ci ildən özünün rəhbərlik etdiyi "Qaytağı" instumental ansamblını yaradır. Solisti əməkdar artist Abbas Bağırov olan bu ansambl 2012-ci ildən Azərbaycan Dövlət Televiziyası və Radiosunun nəzdində bugünədək fəaliyyət göstərir. Bütün bu illər ərzində Ənvər Sadıqov bir sıra ölkələrdə Norveç, Böyük Britaniya, Rusiya, ABŞ, İsrail, Kipr, Fransa, Avstriya, İtaliya, Almaniya, Belçika, Türkiyə, Ukrayna, Mərakeş, Gürcüstan və Çinin müxtəlif konsert salonlarında musiqi proqramları ilə çıxış etmiş, dəfələrlə Heydər Əliyev Fondunun, UNESCO-nun və İSESKO-nun təşkilatçılığı ilə musiqi tədbirlərində və konsertlərində Azərbaycan musiqisini layiqincə təmsil etmişdir. Xarici səfərlərdən Norveçin Skruk xoru ilə Azərbaycanın bir çox musiqi xadimlərimlərinin 1996-97 ildə birgə baş tutan "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsi, 1998-ci ildə Moskvanın "Rossiya" konsert zalında, 1999-cu ildə Vaşinqtonda, 2000-ci ildə Nyu York şəhərində konsertlər, 2005-ci ildə Parisdə UNESCO-nun iqamətgahında Akademik Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr olunmuş konsert, 2006-cı ildə Parisdə UNESCO-nun iqamətgahında "Mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda" adı ilə təşkil olunmuş konsert, 2008-ci ildə UNESCO-nun baş qərargahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş konsert, 2011-ci ilin aprelində UNESCO-nun baş qərargahında “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı, 2011-ci ildə Vyanada Nar bayramı, 2011-ci il boyu Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş silsilə səfər konsertləri (Fransa, İtaliya, Almaniya, Türkiyə və s.), 2013-cü il Vyanada Azərbaycan Mədəniyyət mərkəzinin açılışı, 2014-cü ildə Parisdə Heydər Əliyev Fondu tərəfindən ilk dəfə təşkil olunmuş "Azərbaycan şəhərciyi"ndə solo konsert proqramı, 2015-ci ildə Azərbaycanda ilk Avropa oyunlarının keçirilməsi ilə əlaqədar xarici ölkələrdə silsilə təbliğat konsertləri (Yunanıstan, Almaniya, İtaliya, Türkiyə, Fransa və s.), 2015-ci ildə Fransanın Kann şəhərində Caz konsert, 2017-ci ildə Yunanıstanın paytaxtı Afinada "Athens Technopolis Jazz Festival", 2018-ci ildə İstanbulda "Grand Pera Emek Sahnesi"ndə Solo konserti, 2018-ci ildə Latviyanın paytaxtı Riqada konsert, 2018-ci ildə Çində Pekinin ən böyük konsert sarayı olan “İfaçılıq Sənəti Milli Mərkəzində” Azərbaycan-Çin dostluğu konserti və bir sıra proyekt, tədbir, konsertləri göstərmək olar. Ənvər Sadıqov 2001-cı ildə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının "Zirvə Mükafatı"na, 2006-cı ildə "Bakılı" Beynəxalq Mədəniyyət Cəmiyyətinin "HUMAY" mükafatına layiq görülmüşdür. 1999-cu ildən etibarən onun "Take Five", "2000-2010 seçmələri'", "2010-2015 seçmələri" və Təəssürat konserti kimi bir neçə albomları, 1997, 2003, 2004, 2005 və 2008-ci illərdə Take Five, Tanqo, Güllərim, Libertanqo və Vals kimi klipləri işıq üzü görüb. Bütün yaradıcılıq illəri ərzində Ənvər Azərbaycan qarmonunda özünəməxsus ifa tərzini, musiqidə özünün yeni dəsti-xəttini yaratmışdır. Təhsilinin davamı olaraq Ənvər Sadıqov 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinə daxil olur, oranı bitirdikdən sonra 2015-2017-ci illərdə Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri fakültəsində təhsilini davam etdirir və magistr dərəcəsini alır. 2017-ci ildən konservatoriyada müəllim vəzifəsində çalışır, 2019-cu ildən konservatoriyanın “İnstrumental-muğam" kafedrasında Azərbaycan qarmonu aləti üzrə ixtisas-muğam fənnindən baş müəllim kimi dərs deyir. 2001-ci ildən başlayaraq Ənvər, hələ lap gənc yaşlarından arzusunda olduğu yeni azərbaycan qarmonunun üzərində eksperimentlər apararaq çalışır və nəhayət 2007-ci ildə "ReneveR" adlı üç oktavalı və yeni registrli qarmonun yaranmasına nail olur. Alət 2013-cü ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiqlənmiş, 2018-ci ildə isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində ixtira kimi qeydiyyatdan keçərək patentləşdirilmişdir. Bu yeni qarmon səs diapazonunun geniş olduğundan əlavə, həm də daha bir səs registrinin olmasına görə Azərbaycan qarmon ifaçılığı üçün yeni imkanlar yaratmış və gənc ifaçilar arasında geniş yayılmaqdadır. 2016-cı ildə Bakı Beynəlxalq Muğam Mərkəzində baş tutan "Təəssürat" adlı iki günlük solo konserti Ənvər Sadıqovun ən gözəl çixişlarındandır. Eyni adlı proqramla 2017-ci ildə Qəbələ şəhərində H.Əliyev Konqres mərkəzində konsert vermişdir. 2017-ci ildə Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubiley konserti, 2018-ci ildə X Qəbələ Beynəlxalq Musiqi Festivalında konsert proqramı ilə çıxış etmişdir. Ənvər Sadıqov rəhbərlik etdiyi "Qaytağı" ansamblı ilə bərabər Azərbaycanın hüdudlarından kənarda olduğu kimi ölkəmizdə də mütəmadi olaraq mədəni tədbirlərdə, yaradıcılıq gecələrində, konsert proqramlarında çıxış edir,(Azərbaycan Dövlət Televiziya və Radiosunun yubiley konsertləri, Görkəmli bəstəkarlar; Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev, Ramiz Mirişli, Emin Sabitoğlu, Elza İbrahimova, Mobil Babayevin yubileylərinə həsr olunmuş konsertlər və s.). Ənvər Sadıqovun yaradıcılığı və fəaliyyəti Dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2014-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. Ənvər ailəlidir, bir qız bir oğlan övladı var. Tamilla Sadıqbəyli və Hidayət Sadıqbəyli. Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti — 17.09.2007 Azərbaycan Respublikasının xalq artisti — 18.12.2014 Diskoqrafiya Balamın bala balası (2006) Take Five (2000) 2000-2010 seçmələri (2010) 2010-2015 seçmələri (2015) Təəssürat konserti (2020) Take Five (1997) Tanqo (2003) Güllərim (2004) Libertanqo (2005) Vals (2008) Filmoqrafiya Məhəllə 2 Moskvada (film, 2004) Məşədi İbad-94 (film, 2005) Toya bir gün qalmış (tamaşa) Yoxlama (film, 2006) Bakı bağları. Buzovna (film, 2007) Halal pullar (film, 2008) | https://az.wikipedia.org/w/index.php?curid=35676 |
Ənvər Seyidov | Ənvər Seyidov (Seyidov Ənvər Cümşüd oğlu; 29 mart 1949, Vartaşen) — Azərbaycan hüquqşünası, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırda təqaüddə olan tanınmış hakimi, polkovnik, hüquq elmləri doktoru, professor. Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1964-cü ildən başlayan hüquqşünas səhiyyə və rabitə sahəsində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Azərbayvcan Ədliyyə Nazirliyi sistemində işə başlamaqla respublik VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir. 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. Hərbi polkovnikdir.1994–99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyasının üzvü, təftiş qrupunun rəhbəri olmuşdur. "Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" (2008) dərsliklərinin müəllifidir. Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru və Azərbaycan Pedoqoji Universitetinin professordur. Ə. Seyidov "Azərbaycan Teatr Xadimləri İttifaqı"nın, "Azərbaycan Jurnalistlər Birliyi"nin, "Azərbaycan Yazıçılar Birliyi"nin və Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür. Bədii yaradıcılığı 1997-ci ildən "Əsilzadələr Məclisinin" üzvüdür. "Ünvansız eşq" romanı və ssenarisinin müəllifidir. 2009-cu ildə ekranlara cıxan "Gürzə" filmi televiziya filmləri arasında 1-ci diploma layiq görülmüşdür. İlk bədii əsəri — "Təlatüm" romanı 2008-ci ildə Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə bağlı Milli Kulturoloji Mərkəz tərəfindən keçirilən VIII Kitab Bayramında xüsusi mükafatı qazanaraq "İlin Kitabı" elan olunmuşdur. Ə. Seyidov "Qızıl Qələm" və "Qızıl Qılınc" mükafatlarına layiq görülmüşdür. 2011-ci ildə yaradıcılıq uğurlarına görə "Rəsul Rza" mükafatı, 2018-ci ildə Türk Dünyası Beynəlxalq Araşdırmalar Elmlər Akademiyası tərəfindən Türk Dünyası elminə və mədəniyyətinə xidmətlərinə görə mükafalatlandırılmışdır. "Təlatüm", "Gürzə", "Ünvansız Eşq" və "Dələduzlar" romanları əsasında bədii televiziya filmləri çəkilmişdir. Filmoqrafiya Canavar balası Sonuncu şahid (film, 2004) Təlatüm (film, 2006) Gürzə (2008) Ünvansız eşq (film, 2011) Dələduzlar (film, 2014) "Gürzə". Ə. Seyidov. Bakı-2007 | https://az.wikipedia.org/w/index.php?curid=37356 |
Ənvər Seyidəliyev | Ənvər Seyidəliyev (1950, Pirhəsənli, Ağsu rayonu) — Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (2007–2019-cu illər). Seyidəliyev Ənvər Qasım oğlu 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirmişdir. 1975–1976-cı illərdə hərbi xidmətdə olmuşdur. 1977–1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1983–1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur. Ailəlidir, bir oğlu və üç nəvəsi var. Siyasi fəaliyyəti 1985–1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı, 1989–2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003–2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləmişdir. 2007–2019-cu illərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hazırda təqaüddədir. Yeni Azərbaycan Partiyasının üzvüdür. | https://az.wikipedia.org/w/index.php?curid=74015 |
Ənvər Sədat | Məhəmməd Ənvər əs-Sadat (ərəb. محمد أنور السادات Muḥammad ʾAnwar as-Sādāt; 25 dekabr 1918[…], Mit Əbülkövm, əl-Minufiyyə mühafəzəsi[d], Misir sultanlığı[d] – 6 oktyabr 1981[…], Qahirə) — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981), marşal (1973). Nobel Sülh mükafatı laureatı (1978). 1978-ci ildə İsraillə Kemp-Devid sülh müqaviləsini imzalamış və ərəb dünyasında kəskin etirazlarla qarşılanmışdır. Ənvər Sadat 1918-ci il 25 dekabrda, əl-Minufiyyə şəhərinin Mit Əbülkövm kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi məktəbə daxil oldu. 1938-ci ildə Hərbi Akademiyanı bitirdi. Həmçinin bax Ənvər Sadatın öldürülməsi | https://az.wikipedia.org/w/index.php?curid=632204 |
Ənvər Tutayuq | Ənvər Xaspolad qızı Tutayuq — repressiya qurbanı. Şuşanın Tutayuqlar nəslindəndir. O, 1910-cu ildə anadan olub. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. Bir müddət Şuşadakı "Nərimaniyyə" məktəbində dərs deyib. 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa Pedaqoji Texnikumunun müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndiriblər. Ərinin antisovet təşkilatının üzvü olduğu barədə çıxarılan hökmə görə Ənvər xanımı da xalq düşməninin arvadı kimi həbs edərək Bayıl həbsxanasına göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz il iş kəsilib və cəzasını çəkmək üçün Mordova Muxtar Sovet Sosialist Respublikasının Temnikov şəhər islah-əmək düşərgəsinə göndərilib. Ənvər Tutayuq tutulan vaxt hamilə olduğundan sürgün yerinə çatmazdan əvvəl - 1938-ci ilin may ayında Moskva vilayəti Potma rayonunun Yavaş qəsəbəsindəki 15 nömrəli həbs düşərgəsində saxlanılıb. Burada onun oğlu dünyaya gəlib. Lakin zalımlar iki aylıq körpəni onun əlindən alaraq uşaq evinə göndəriblər, özünü də sürgünə. Başına gələn bu haqsızlığa və zülmə dözə bilməyən Ənvər Tutayuqun 28 yaşında ürəyi partlayıb. | https://az.wikipedia.org/w/index.php?curid=546919 |
Ənvər Uzun | Ənvər Uzun (türk. Enver Uzun; 18 iyul 1958, Ağcaabad, Trabzon ili) — Türkiyə ədəbiyyatşünası, folklorçusu, tərcüməçi və publisisti. Filologiya üzrə elmlər doktoru 1997, Azərbaycan Yazıçılar Birliyinin üzvü 2005. Ənvər Uzun 18 iyul 1958-ci ildə Türkiyə Cümhuriyyətinin Akçaabat qəzasının Dumankaya kəndində anadan olmuşdur. 1969-cu ildə ibtidai məktəbi, 1972-ci ildə orta məktəbi, 1975-ci ildə litseyi bitirmişdir. 1992-ci ildə Əskişəhər Anadolu Universitetinin ədəbiyyat fakültəsini bitirmişdir. 1997-cı ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yaşar Qarayevin elmi rəhbərliyi ilə "Hüseyn Cavid və Türkiyə ədəbi muhiti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bir müddət Türkiyə Futbol Federasiyasında futbol hakimi vəzifəsində fəaliyyət göstərmişdir (1991–1996). Daha sonra Trabzon Bələdiyyəsi Kültür Kurulunun üzvü olmuşdur (2002-2007). Trabzon Yazarlar Birliyinin (1996), Anadolu Basın Birliyinin (2000), Dünya Gənc Türk Yazarlar Birliyinin (2002), Azərbaycan Yazıçılar Birliyinin (2005) üzvüdür. O, "Beynəlxalq Muzeylər Birliyinin Azərbaycan Milli Komitəsi" (Bakı, 1993) və Trabzon Valiliyi Yöresel Kültürə Katkı xüsusi ödülünü (Trabzon, 2009) almışdır. Ədəbi fəaliyyəti Orta məktəb illərində surətçıxarma üsulu ilə yayınlanan "Meşale" adlı şagird dərgisinin nəşrinə rəhbərlik etmişdir. İlk qələm təcrübələrini həmin dərginin səhifələrində sınaqdan çıxarmışdır. Daha sonra müxtəlif qəzet və dərgilərdə ədəbiyyat, sənət, tarix, folklor və idmanla əlaqəli yazılar yazmağa başlamışdır. "Koroğlu" (1997) adlı ilk elmi araşdırması ciddi uğur qazanmışdır. "Asistentlərin eşqi" (2003) romanı təfriqə şəklində yayınlanmışdır. Romanda insanın şüuraltında yaşayan duyğu anaforunda nəzarəti qeyb etməsi lirik tərzdə bədii ifadəsini tapmışdır. Xeyli sayda publisist, folklor və tarixi-coğrafi mövzulu yazıların müəllifidir. Ənvər Uzunun araşdırmaların Azərbaycanın Güneyində (İranda) yaranan ədəbiyyat, folklor, mətbuat və s. kimi mövzular aparıcı yer tutur. Müəllifin elmi tədqiqatlarının bir qismi Azərbaycanda və İranda yayınlanmışdır. Türkiyə, Azərbaycan və Avropa ölkələrində yayınlanan bir çox ədəbi dərgi və qəzetlərdə məqalələri dərc olunmuşdur. Dünyanın bir çox ölkələrində keçirilən konfrans, simpozium, forum və seminarlara qatılmış, Türkiyə və Azərbaycan mədəniyyəti və ədəbiyyatını layiqincə təmsil etmişdir. Köroğlu. "Eser Ofset", Trabzon: 1997 Zerdüşt ve Ateşperestlik. "Eser Ofset", Trabzon: 1998, 142 s Hüseyin Cavid ve Türkiye Edebiyatı. "Güneş Neşriyatı", Bakü: 1999. 168 s. İran Türk Edebiyatında Başkaldırı. " Şefak Matbaacılık", İstanbul: 1999 /2006, 108s. 100 Güney Azerbaycan Şairi. "Eser Ofset", Trabzon: 2000, 125 s. Güney Azerbaycan Basın Tarihi (1816-2002), "Trabzon Türkocağı Yayını", Trabzon: 2003, 192 s. Asistanların Aşkı (Roman). "Türksesi Yayıncılık", Trabzon: 2003, 200 s. Akçaabat Yer Adları. "Akçaabat Belediyesi Yayını", 2. Baskı,Trabzon: 2004 / 2005. 134 s. Ermenistan’ın Ortaya Çıkışı (tərcümə). Trabzon: 2005, 29 s. Trabzon’da Sinema Kültürü. "Eser Ofset", Trabzon: 2006, 123 s. İran Türk folkloru. "Eser Ofset", Trabzon: 2007, 125 s. Trabzon Yer Adları. "Çelepler Matbaaçılık", Trabzon: 2007, 440 s. Rus Hesabatlarında Trabzon (1916-1918). "Eser Ofset", Trabzon: 2009, 90 s. Köroğlu. "Nedaye Şems," Tebriz: 2009, 260 s. (Farsça). Hatıralarla Ali Rıza Yıldız. "Eser Ofset", Trabzon: 2009, 84 s. Mehmedlu Abbasi (Makaleler Mecmuası). "Eser Ofset", Trabzon: 2009, 130 s. Kur’anı Kerim ve Etnikler. "Eser Ofset", Trabzon: 2010, 116 s. Bir Ömrü Yazdım. "Gündüz Ofset", Trabzon: 2011, 218 s. İran İzlenimlerim. "Eser Ofset", Trabzon: 2011, 120 s. Trabzon Üzerine Notlar. "Eser Ofset", Trabzon: 2011, 178 s. Trabzon’a Adanmış Bir Ömür (R. Karaağaçlı). "Eser Ofset", Trabzon: 2012, 216 s. İran Türk Basının 200 Yılı (1814-2014). "Eser Ofset", Trabzon: 2014, 431 s. Dumankaya Monografyası. "Mortaka Yayınları", Ankara: 2014, 200 s. MirzeTağı Ref’et Han. "Eser Ofset", Trabzon: 2017, 134 s. İran Türklerinde Meydan Temaşaları-Halk Ritüelleri."Eser Ofset", Trabzon: 2020 Hatıralarda Ali Rıza Yıldız. "Trabzon Şairler ve Yazarlar Derneği yayını, No.1", Trabzon: 2009, 77 s. Tərcümələri Ali Şîr Nevai Hakkında Rivayetler. "Türk Dünyası Araştırmaları", İstanbul: 1998, 126 s. Rusya’nın Erzurum’daki Başkonsolosu Mayevski’nin Hatıraları, Trabzon: "Türkocağı Yayını", Trabzon: 2001, 35 s. Azerbaycan Muhaceret Edebiyatı (Aktarma). "Avrupa Yakası Yayınları", İstanbul: 2007, 224 s. Ruhun Ağrıları (Aktarma). "Avrupa Yakası Yayınları", İstanbul: 2009, 224 s. Güney Azerbaycan’ın Doğusundaki Yer Adları (Aktarma). İstanbul: 2010, 194 s. Xarici keçidlər Folklorşünaslıq məsələləri 2013 - XI buraxılış | https://az.wikipedia.org/w/index.php?curid=620061 |
Ənvər Vəliyev | Vəliyev Ənvər Əliyulla oglu (14 may 1945, Bakı – 23 may 2023) — Azərbaycan aktyoru, qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar müəllimi. Ənvər Vəliyev 14 may 1945-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş. 1951-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı orta məktəbə daxil olub 1960-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnistutuna Dram-Kino fakültəsi üzrə daxil olmuş və 1973-cü ildə həmin inisitutunu bitirmişdir. Elə həmin ildən uzun illər həmin universitetdə saxlanılaraq müəllim kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti idi. 2023-cü ilin mayında vəfat etmişdir. Filmoqrafiya Abşeron gizlinləri (film, 2008) (qısametrajlı sənədli film) (AzTV) Abşeron lövhələri (film, 2004) (qısametrajlı sənədli film) (AzTV) — mətni oxuyan Aləmdə qalan səs (film, 2001) Böhtan (film, 2008) Əlvida (film, 2007) Qafqaz (film, 2007) Oyun (film, 2003) Səbrli adamın fəryadı (film, 2002) Ulduzlar sönmür (film, 1971) Vaxtın o üzündə (film, 2002) | https://az.wikipedia.org/w/index.php?curid=34268 |
Ənvər Xoca | Ənvər Xəlil Xoca (alb. Enver Halil Hoxha; 16 oktyabr 1908, Girokastra[d] – 11 aprel 1985[…], Tirana) — alban siyasi xadimi, Albaniya Sosialist Xalq Respublikasnın 1944–1985-ci illərdə faktiki rəhbəri, Albaniya Əmək Partiyasının Birinci Katibi (1941–1985), Albaniya Nazirlər Şurasının Sədri (1946–1954), Albaniyanın xarici işlər naziri (1946–1953) və Albaniya Silahlı Qüvvələrinın Ali Baş Komandanı (1944–1985). Albaniyanın Xalq Qəhrəmanı. Ə. Xoca marksizmin "stalinizm-xocaizm" cərəyanının yaradıcısıdır. Cərəyan marksizm-leninizmin sovet "təftişçiliyi" ilə mübarizə aparırdı. | https://az.wikipedia.org/w/index.php?curid=286315 |
Ənvər Xudiyev | Ənvər Teymur oğlu Xudiyev (5 yanvar 1938, Qaryagin) — kimyaçı alim, kimya elmləri doktoru, professor. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı—193, xaricdə çıxmış elmi əsərlərinin sayı—89, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı—43 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı—22. Kadr hazırlığı: 9 fəlsəfə doktoru (elmlər namizədi) İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı şəh., Xocalı prospekti, 30 Ənvər Teymur oğlu Xudiyev 1938-ci ildə yanvarın 5-də Azərbaycan SSR Füzuli şəhərində müəllim ailəsində anadan olmuşdur. Əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Atası, Xudiyev Teymur Nəriman oğlu, 1910-cu ildə Füzuli şəhərində anadan olub, Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Füzuli şəhərində müəllim, sonra isə Füzuli Pedaqoji texnikumun direktoru vəzifəsində işləyib. Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yola düşüb, 1942-ci ildə Vətən uğrunda şəhid olub. Anası, Xudiyeva Tamara Hümbət qızı, 1912-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra müəllim işləyib, sonralar isə Füzuli şəhərində Pedaqoji texnikumda direktor vəzifəsində işləmişdir, əməkdar müəllim adına layiq görülmüşdür, fəxri təqaüdçü idi, 1985-ci ildə dünyasını dəyişib. Ailədə 4 uşaq: 3 bacı, 1 qardaş böyüyüblər, onların hamısı ali təhsil alıblar. Böyük bacısı Xudiyeva Elmira Teymur qızı (1935-ci il təvəllüdlü) həkimdir. Ortancıl bacısı Xudiyeva Elza Teymur qızı (1936-cı il təvəllüdlü) müəllim işləyib. Balaca bacısı Xudiyeva Svetlana Teymur qızı (1941-ci il təvəllüdlü) həkimdir. Ənvər Teymur oğlu Xudiyev 1946-cı ildə Füzuli şəhərdə S.M.Kirov adına rus məktəbinə qəbul olmuş, 1956-cı ildə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olmuş, 1961-ci ildə bitirmişdir (fizika ixtisası üzrə). Elə həmin ilin yanvar ayından Azərbaycan Neft Maşınqayırma İnstitutunda baş texnik vəzifəsində çalışmağa başlayıb, dekabr ayından isə həmin institutda ali təhsilli mühəndis vəzifəsinə keçirilib. 1962-ci ilin oktyabr ayından Azərbaycan SSR Elmlər Akademiyasının akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna böyük mühəndis vəzifəsinə işə qəbul olmuş, iki ay sonra Moskva şəhəri SSRİ Elmlər Akademiyasının akad. N.D.Zelinski adına Üzvü Kimya İnstitutuna Fiziki-kimya üzrə ixtisaslaşmaq üçün tədqiqatçı kimi göndərilərək, işini orada davam etdirmişdir. 1964-cü ildə Moskvada aspiranturaya qəbul olub, 1967-ci ilin dekabr ayında aspiranturanı bitirmiş və Bakıya qayıdaraq Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işə başlamışdır. 1968-ci ilin iyul ayından həmin institutda böyük elmi işçi, 1969-cu ildən 1995-ci ilə kimi Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya rəhbəri vəzifəsində çalışmışdır. May 1994-cü ildən İran İslam Respublikasının Təbriz şəhərindəki Səhənd adına Texnoloji Universitetin dəvətinə əsasən ezamiyyətə getmiş, May 2008-ci ilə kimi İranda işləmişdir. İran İslam Respublikasında işlədiyi zaman professor Ə.Xudiyev Azərbaycan elminin yüksək səviyyəsini nümayiş etdirib. Bir azərbaycanlı alim kimi onun haqqında İran qəzetində yazı dərc edilib və radioda veriliş həsr olunub. İran İslam Respublikasından qayıtdıqdan sonra yenidən Neft-Kimya Prosesləri İnstitutuna işə qəbul olmuşdur, hazırda Baş elmi işçi vəzifəsində çalışır. Evlidir, 4 qız atasıdır, bütün övladları ali təhsillidir. Həyat yoldaşı, Xələfova Solmaz Rəhim qızı, 1945-ci ildə anadan olub, həkimdir. Böyük qızı Sevda, 1971-ci il təvəllüdlü, həkimdir. 2-ci qızı İlhamə, 1973-cü il təvəllüdlü, iqtisadçıdır. Hazırda atası ilə bir institutda çalışır, elmi işçidir. 3-cü qizi Nərgiz, 1975-ci il təvəllüdlü, həkimdir. 4-cü qızı Leyla, 1979-cu il təvəllüdlü, həkimdir. Elmi fəaliyyəti Ənvər Xudiyev 1968-cı ilin əvvəlində Fiziki kimya ixtisası üzrə (ixtisas şifri— 02.00.04) "Mikrokalorimetrik üsuli ilə katalizatorlarda (seolitlərdə) adsorbsiyanın öyrənilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1968-ci il mart ayında SSRİ Ali Attestasiya Komissiyası tərəfindən kimya elmləri namizədi dərəcəsi təsdiq edilmişdir. 1970-ci il mart ayında həmin orqan tərəfindən Böyük elmi işçi adına (indiki dosent vəzifəsi) layiq görülmüşdür. 1989-cu ildə kimyəvi kinetika və kataliz ixtisası üzrə (ixtisas şifri— 02.00.15) "Seolittutumlu katalizatorların sintezi və alınma üsulunun işlənib hazırlanması və onların tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1989-cu ilin sentyabr ayında SSRİ Ali Attestasiya Komissiyası tərəfindən kimya elmləri doktorluq dərəcəsi təsdiq edilmişdir. 1990-cı il may ayında SSRİ Ali Attestasiya komissiyası tərəfindən professor adına layiq görülmüşdür. Professor Ə.Xudiyev hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda "Heteroqen kataliz laboratoriyası"nda Baş elmi işçi vəzifəsində çalışır. Apardığı elmi tədqiqatların nəticələri Ənvər Xudiyev tərəfindən ilk dəfə olaraq: Natrium kationunu polivalent kationla əvəz etdikdə fojazit tipli seolit katalizatorların turşu-əsasi reaksiyalarda aktivliyinin dəyişməsi nəzəri proqnozlaşdırılmışdır. Həmin iş 1970-ci ildə kataliz üzrə 4-cü Dünya konqresində mərüzə olunmuşdur və qəbul olunmuşdur. Alüminium-, maqnezium- və alümomaqnezium-silikat seolit-tərkibli katalizatorların sintez şəraitinin, fojazit və ZSM tipli seolitin və daşıyıcının təbiətinin katalizatorun aktivliyinə təsiri öyrənilmişdir. Müasir fiziki-kimyəvi üsullarlardan istifadə etməklə sintez edilmiş katalizatorların parametrləri öyrənilmiş və nəticədə krekinq prosesi üçün katalizatorların sintezinin elmi əsasları yaradılmışdır. Sintez olunmuş katalizatorlar təcrübi-sınaq qurğusunda ağır neft fraksiyalarının krekinq prosesində sınaqdan keçirilmiş və yüksək keyfiyyət göstərmişdir.Ənvər Xudiyev Təbrizdə işlədiyi dövrdə ilk dəfə olaraq: İranlı həmkarları ilə birgə apardıqları tədqiqatlarla müəyyən edilib ki, havanı zərərli karbon birləşmələrindən təmizləmək üçün ozon və katalizatordan/adsorbentdən birgə istifadə etdikdə çox yüksək nəticə alınır: proses aşağı temperaturda (25oC – 100oC) gedir və havanın zəhərli karbon birləşmələrindən təmizlənməsi 100 %-ə çatır. Bunu nəzərə alaraq professor Ə.T.Xudiyev təklif etmişdir ki, bu üsuldan maşınların və zavodların tullantı qazlarının təmizlənməsi üçün istifadə edilsin. Dissertantlara elmi rəhbərlik və opponentlik Professor Ənvər Teymur oğlu Xudiyevin rəhbərliyi ilə 9 fəlsəfə doktoru (o cümlədən bir nəfər İran alimi olmaqla) hazırlanmışdır. 15 fəlsəfə doktoru və 1 elmlər doktoru (Özbəkistanda) dissertasiysına opponentlik etmişdir. Pedoqoji fəaliyyəti Professor Ənvər Teymur oğlu Xudiyev 1994-2008-ci illər ərzində İran İslam Respublikası Təbriz şəhərindəki Səhənd Texnoloji Universitetində, Azad İslami Universitetində və Təbriz Universitetində “kimya” fənnini tədris etmişdir (Ə.Xudiyev həmin universitetlərin professorudur). Azərbaycan Respublikası və İran İslam Respublikası arasında elmi əlaqələrin yaradılması və inkişafında xidməti Azərbaycan elminin və alimlərinin dünyaya tanıtdırılması sahəsində prof. Ənvər Xudiyevin xidməti var. İranda işlədiyi dövrdən hazırkı vaxta kimi ölkələr arasında elm və təhsil əlaqələrinin yaranmasında və möhkəmləndirilməsində professor Ə.T. Xudiyevin böyük əməyi var. Onun təşəbbüsü ila AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu və İran İslam Respublikasının Azad İslami Universiteti arasında əlaqələr yaradılaraq akad. Y.H.Məmmədəliyevə həsr olunmuş birgə beynəlxalq konfrans keçirilmişdir. Professor Ə.T.Xudiyevin təşəbbüsü və bilavasitə iştirakı ilə AMEA-nın Fizika İnstitutu və İran universitetlərinin əməkdaşları tərəfindən akad. Ç.M.Cuvarlının xatirəsinə həsr edilmiş “Energetikanın fiziki-texniki problemləri” mövzüsunda birgə beynəlxalq konfrans təşkil olunub və indiyə kimi mütəmadi olaraq dünyanın yeddi müxtəlif ölkəsində tanınmış alimlərin iştirakı şəraitində keçirilir. Azərbaycan Respublikasındakı ali təhsil müəssisələri (o cümlədən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan İnşaat və Memarlıq Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti və s.) ilə İranın müvafiq mərkəzləri arasında elm və təhsil əlaqələrinin yaranmasına kömək edib. Hazırda professor Ə.T.Xudiyev AMEA və Təbriz Universiteti arasında elm və təhsil üzrə işlərin birgə aparılması üçün yaradılmış əlaqələndirici komissiyanın fəal üzvüdür. Müəlliflik şəhadətnamələri və patentləri Ənvər Xudiyevin ümumilikdə 22 müəlliflik şəhadətnaməsi və patentləri var. Onlardan yarısı digər ölkələrlə birgə gördüyü elmi işlərin nəticəsidir: Moskva Dövlət Universitetinin Kimya fakultəsi ilə həmkarlıq etmiş və nəticədə onlarla 3 ədəd SSRİ müəlliflik şəhadətnəməsi almışdır; Ümumiittifaq Olefinlər Elmi-tədqiqat İnstitutu ilə həmkarlıq nəticəsində 4 SSRİ müəlliflik şəhadətnəməsi almışdır; Moskva Polad və Qaynaq Elmi-tədqiqat İnstitutu və Azərbaycan Politexnik İnstitutu ilə 4 SSRİ müəlliflik şəhadətnəməsi almışdır.Bundan başqa, Azərbaycanın digər institutları ilə birgə elmi fəaliyyətinin nəticəsi olaraq: Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki kimya Elmi-tədqiqat İnstitutu ilə 1 SSRİ müəlliflik şəhadətnəməsi almışdır; Azərbaycan SSR EA Fizika Elmi-Tədqiqat İnstitutu və "Kaspmornefteqaz" Layihə İnstitutu ilə 1 SSRİ müəlliflik şəhadətnəməsi almışdır; Azərbaycan Su Problemləri Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Politexnik İnstitutu ilə 1 SSRİ müəlliflik şəhadətnəməsi almışdır.Digər müəlliflik şəhadətnəmələri bilavasitə işlədiyi İnstitutun işçiləri ilə bərabər alınıb. Ənvər Xudiyev 1 Azərbaycan Respublikası patentinə malikdir. Eləcə də mövcüd katalizator qurğusuna iki Səmərələşdirici təklifin müəllifidir. Digər fəaliyyəti 1947-ci ildə komsomol və 1974-cü ildə kommunist partiyası sıralarına daxil olmuş, lakin 1990-cı ildə 20 yanvar hadisələrindən sonra kommunist partiyası sıralarını tərk etmişdir. Ə.Xudiyev Azərbaycan Respublikası Ağsaqqallar şurasının və “ADƏM” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının üzvüdür. İran İslam Respublikasının Kimyaçı Texnoloqlar Cəmiyyətinin üzvüdür. İranda işlədiyi dövrdən hazırkı vaxta kimi Azərbaycan vətəndaşlarının İranda müalicə olunmaqlarına yardım göstərir. Təltif və mükafatları 31 İyul 1986-cı ildə SSRİ Ali Sovetinin Rəyasət heyəti tərəfindən “Əmək veteranı” medalı ilə təltif olunub. İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətində Elm üzrə keçirilən müsabiqədə birinci yeri tutduğuna görə professor Ə.T.Xudiyev Fəxri fərman və Qızıl sitgə ilə mükafatlandırılmışdır. Şərqi Azərbaycan Ustanı üzrə aparılan müsabiqədə 1-ci yeri tutduğuna görə mükafatlandırılıb və təqdirnamə verilib. Elmi əsərləri Ə.Xudiyev ümumilikdə 193 elmi əsərin (o cümlədən 89-u xarici elmi nəşriyyatda çap olunub) müəllifidir. Elmi əsərlərinin 43-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunub. Ə.Xudiyevin elmi fəaliyyətinin nəticələri 22 patent və müəlliflik şəhadətnamələri ilə təsbit olunub. Əsas kitabları və elmi məqalələri A.T.Khudiyev, M.Haghighi, V.Shaikh Hasani, A.Fazlollahi. Comparison of Performance Different Catalysts in Hydrocracking of iso-Octane. Proceedings of The 5th National Iranian and 4th International Chemical Engineering Congress of Iran, April 24-27, 2000, p. 7-35, University, Shiraz, Islamic Republic of Iran. A. Ebadi, J.S. S.Mohammadzadeh, A.T.Khudiyev. Adsorption of methyl tert-butyl ether on perfluorooctyl alumina adsorbents-High concentration range. “Chemical Engeneering Technologies”. 2007, 30(12), 1666-1673. A. Ebadi, J.S. S.Mohammadzadeh, A.T.Khudiyev. What is the correct from of BET isotherm for modelling liquid phase adsorption. Journal of Adsorption, 2009, 15, p. 65-73 A.T.Khudiyev, N.A.Mamedov. Removal of the harmful carbonic components from exhaust gases of transport vehicles. International Journal on “Technical and Physical Problems of Engeneering” (IJTPE), 2013, Issue 17, Volume 5, Number 4, Pages 139-142 Beynəlxalq konfranslarda iştirakı Ənvər Xudiyev Azərbaycanda, Rusiyada (Moskva, Sankt-Peterburq, Novosibirsk, Qroznı şəhərləri), İran İslam Respublikasında (Tehran, Təbriz, Şiraz, İsfahan, Məşhəd şəhərləri), Türkiyədə (İstanbul şəhəri), Çexoslovakiyada, Albaniyada keçirilən bir çox beynəlxalq konfranslarda iştirak edərək, elmi məqalə ilə çıxış edib. Bunların içərisində 10-dan çoxu tərifnamə ilə qeyd olunub və mükafatlandırılıb. Məqalələrdən bir neçəsi: A.T.Khudiyev, S.Rajabzadeh J.S.S.Mohammadzadeh, H.Jangali, S.Zahiri. Removal of VOC from Air by Ozone on Alumina. Proceedings of the Eighth International Congress on “Energy, Ecology, Economy”, Baku, 1-3 June, 2005, pp. 465–469. A.T.Khudiyev, S.Rajabzadeh J.S.S.Mohammadzadeh, H.Jangali, S.Zahiri. Removal of VOC from Air by Ozone on Alumina. Proceedings of theEighth International Congress on “Energy, Ecology, Economy”, Baku, 1-3 June, 2005, pp. 465–469. A.T.Khudiyev, N.M.Tabatabaei. Basic Requirements in Production and Development of Applied Sciences. Abstracts The First International Congress On Science Development, Software Movement and Free Thinking, 13-14 April 2005, pp. 141–142, Tehran, Islamic Republic of Iran. Xarici keçid | https://az.wikipedia.org/w/index.php?curid=539396 |
Ənvər Yusifoğlu | Ənvər Yusifoğlu (15 yanvar 1914, Yevlax, Cavanşir qəzası – 4 mart 1989, Bakı) — Azərbaycan yazıçısı. Ənvər Yusifoğlu (tam adı və soyadı Ənvər Yusif oğlu Qasımov) 15 yanvar 1914 ildə Yevlaxda anadan olmuşdur. Əslən Ordubaddandır. Ənvər Yusifoğlu Tiflis pedaqoji texnikumunda oxumuşdur. "Yeni kənd" (Tiflis), "Kommunist" (Bakı) qəzetlərində ədəbi işçi, Azərbaycan İncəsənət Muzeyində elmi işçi işləmişdir. Ənvər Yusifoğlu 1937 ildə həbs edilmiş, altı ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. 9 aydan sonra buraxılsa da, 1938 ildə yenidən həbs olunaraq, 10 il müddətinə Sibirə sürgün edilmişdir. Ənvər Yusifoğlu sürgündən qayıtdıqdan sonra Balakən taxta emalı zavodunda fəhlə (1950–1956), "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat") qəzetində, "Azərbaycan" jurnalında ədəbi işçi (1957–1965) vəzifələrində çalışmışdır. Ənvər Yusifoğlu 4 mart 1989 ildə Bakıda vəfat etmişdir. Yaradıcılığı Ənvər Yusifoğlu ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamışdır. "Cərrahlar" (1967), "Gənclik illərinə sayahət" (1976) povestlərinin, "Düşmənimin düşməni" (1978) romanının, hekayə toplularının müəllifidir. Sənətşünaslığa dair "Maral Rəhmanzadə" (Bakı, 1968) adlı kitabın müəllifidir. Naxçıvan ensiklopediyası. Bakı, 2002 | https://az.wikipedia.org/w/index.php?curid=368017 |
Ənvər paşa | Ənvər Paşa (türk. Enver Paşa) (əsl adı: İsmail Enver; 22 noyabr 1881[…], Konstantinopol – 4 avqust 1922[…], Buxara Xalq Sovet Respublikası) — Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim.Ənvər Paşa İttihad və Tərəqqi Cəmiyyətinin öndərlərindən biri olmuş, 1913-cü ildə "Babıali Basqını" adı verilən hərbi çevrilişlə bu partiyanın iqtidara gəlməsinə nail olmuşdur. 1914-cü ildəki Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin Birinci dünya müharibəsinə daxil olmasının təşəbbüskarlarından biri olmuşdur. Müharibə illərində Hərb naziri vəzifəsini yerinə yetirmişdir.Birinci dünya müharibəsinin məğlubiyyətlə nəticələnməsindən sonra Qafqazda və Mərkəzi Asiyada yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparmış, bu uğurda qoşulduğu bir qiyamda Tacikistanda rus ordusu tərəfindən öldürülmüşdür. 1914-cü ildə Sultan Əbdülməcidin nəvəsi (Şahzadə Süleymanın qızı) Naciyə Sultanla evlənərək Osmanlı ailəsinə kürəkən olmuşdur. Bu evlilikdən Türkan Mayatepek (ö. 1989) və Mahpeykər Ürgüp adlı qızları və Əli Ənvər Akoğlu (1921–1971) adlı bir oğlu vardır. Ənvər Paşa sabiq baş qərərgah rəisi Kazım Orbayın da qaynı idi. 1881-ci ildə İstanbulda Divanyolunda dünyaya gəlmişdir. Atası inşaat mühəndisi Hacı Əhməd paşa (həm də Malta sürgünlərindən olmuşdur), anası Aişə Dilarə xanımdır. Ata tərəfdən soyu Qaqauz türklərinə dayanır. Ailənin 5 övladından ən böyüyüdür. Əvvəllər Ümumi İşlər nazirliyində məmurluq edən, daha sonra Surre Emini (Surre-i Hümâyûn Alayı Emini) vəzifəsinə gətirilən və mülki paşalığa yüksələn Hacı Əhməd paşanın təyinatlarına görə uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir. Qardaş və bacıları Nuru paşa Killigil, Kamil Killigil, Mədiha (general Kazım Orbayın həyat yoldaşı) və Hasenəydir (Saloniki məkrəz komandanı Nazım bəyin həyat yoldaşı). Üç yaşında evlərinin yaxınlığındakı İbtidai məktəbə getmişdir. Daha sonra Fatif-i Məktəb-i İbtidaiyə qəbul olmuş, lakin ikinci sinifdə oxuyarkən atasının Monastr bölgəsinə təyin edilməsinə görə bu məktəbi buraxmağa məcbur qalmışdır. Yaşının az olmasına baxmayaraq, 1889-cu ildə Monastr Hərbi liseyinə qəbul olmağı bacarmış və oradan 1893-cü ildə məzun olmuşdur. Təhsilinə qəbul olduğu Monastr Hərbi Məktəbində davam etmiş və 1896-cı ildə məzun olmuşdur. Buradan Hərbi Akademiyaya keçmiş və buranı 1899-cu ildə piyada leytenantı olaraq bitirmişdir. Hərbi Akademiyada oxuyarkən onun kimi tələbə olan Xəlil paşa ilə birlikdə həbs edilmiş və Ulduz məhkəmələrində mühakimə edilmişdir. Məkhəmə sonunda sərbəst buraxılmışdır. Hərbi Akademiyanı II olaraq bitirmiş və 23 noyabr 1902-ci ildə qərərgah kapitanı olaraq III Ordunun əmrindəki Monastr XIII Topçu alayınnın I bölüyünə verilmişdir. Hərbi karyerası İlk dövrlər Monastr, Koçana və Üskübdə müxtəlif hərbi vəzifələrdə olduqdan sonra 1904-cü ildə kolağası, 30 avqust 1906-cı ildə mayor oldu. 1907-ci ilin oktyabrında Monastr ətrafındakı quldurları təqib etmək tapşırıldı. 1908-ci ilə qədər bu vəzifədə qalan Ənvər paşanın bu müddət ərzində bulqar quldur dəstələrinə qarşı apardığı mübarəzisi onda millətçilik hisslərinin baş qaldırmasına səbəb olmuşdur. Toqquşmalarda ayağından yaralanaraq bir ay xəstəxanada qalmış və bu vəzifədəki xidmətlərinə görə IV və III Məcidiyyə, IV Osmaniyyə nişanları və Qızıl Ləyaqət medalı ilə təltif edilmişdir. Hürriyət qəhrəmanı Əmisi kapitan Xəlil bəy ilə danışaraq, mərkəzi Parisdə olan Jön Türk hərəkatının Salonikidəki bir qolu olan Osmanlı Hürriyət Cəmiyyətinə (sonrakı adı ilə İttihad və Tərəqqi Cəmiyyəti) qatılmağı qəbul etdi. Təxminən 1906-cı ilin may ayında Bursalı Mehmed Tahir bəyin rəhbərlik etdiyi cəmiyyətə 12-ci üzv olaraq qatılmış və ona cəmiyyətin Monastr şöbəsini qurmaq tapşırılmışdır.İttihad və Tərəqqi Cəmiyyətinin başlatdığı çevriliş hərəkatlari içində olan Ənvər bəy, bacısı Hasenə xanımın həyat yoldaşı olan və sarayın adamı olaraq bilinən Saloniki mərkəz komandanı polkovnik-leytenant Nazim bəyi öldürmə planının təşkilatçılarından biri oldu. 11 iyun 1908-ci ildə reallaşan sui-qəsd cəhdi Nazim bəyin və onu öldürməli olan Mustafa Nəcib bəyin yaralanması ilə nəticələndikdən sonra Ənvər bəy Divan-i Hərbə göndərildi. Ancaq İstanbula getmək yerinə 12 iyun gecəsi dağa çıxıb çevriliş hazırlamaq üçün Monastra doğru yola çıxdı. Resnədə Resnəli Niyazi bəyin dağa çıxdığını öyrəndikdən sonra Monastr yerinə Tikveşə yönəldi və cəmiyyəti orada yaymağa başladı. Ohrili Eyüb Səbri bəy də onu izlədi. Bu hərəkat sultan tərəfindən II Məşrutiyyətin elan edilməsində önəmli rol oynamışdır. Dağa çıxan zabitlər arasında ən təcrübəli və mühüm fəaliyyətləri olduğu üçün Ənvər bəy bir anda hürriyət qəhrəmanı olaraq qəbul edildi. İttihad və Tərəqqi cəmiyyətinin hərbi qanadınınn ən mühüm şəxslərindən biri oldu. Məşrutiyyətin elannıdan sonra Makedoniya Ümumi müfəttişliyi və Berlin hərbi attaşeliyi kimi vəzifələrdə olmuşdu. Berlin hərbi attaşeliyi 5 mart 1909-cu ildə Berlin hərbi attaşesi olaraq təyin edilən Ənvər bəy, bu vəzifədə olduğu zaman Alman mədəniyyəti ilə tanışmış və çox təsirlənmişdir. İstanbulda 31 mart hadisələrinin olmasından sonra müvəqqəti olaraq vətəninə dönmüş və üsyanı yatırmaq üçün Salonikidən İstanbula gedən və komandanlığını Mahmud Şövkət paşanın etdiyi Hərəkat Ordusuna qatılmışdır. Bu əsnada hərəkatın qərərgah rəisliyini Kolağası Mustafa Kamal bəydən təhvil almışdır. Üsyan yatırıldıqdan sonra II Əbdülhəmid taxtdan endirilmiş, yerinə Mehmed Rəşad keçmişdir. Qurulan İbrahim Haqqı paşa kabinetində gözlənilənlərin əksinə olaraq Hərbi nazir vəzifəsi Ənvər paşaya deyil, Mahmud Şövkət paşaya verilmişdir. Üsyan yatırıldıqdan sonra Ənvər bəy, təkrar Berlinə geri dönmüşdür. 1911-ci ildə İstanbula geri dönmüş və Sultan Mehmed Rəşadın qardaşı qızı Naciyə Sultan ilə nişanlanmışdır. Albaniyada çıxan üsyandan sonra getdiyi İşkodrada üsyanın yatırılmasında əsas rol oynamışdır. Daha sonra Berlinə getsə də, İtaliyanın Trablusqarba hücumundan sonra yenidən vətəninə dönmüşdür. Trablusqarp müharibəsi Ənvər bəy, italyanlara qarşı gerilla müharibəsi aparılmasi fikrini İttihad və Tərəqqi Cəmiyyəti üzvlərinə qəbul etdirdikdən sonra kolağası Mustafa Kamal bəy və Paris hərbi attşesi polkovnik-leytenant Fəthi Okyar bəy kimi şəxslərlə bölgəyə getdi. İstanbuldan gəmi ilə 25 sentyabr 1911-ci ildə yola çıxmış, gizli tapşırıqda olduğu üçün əvvəlcə doktor, daha sonra da suriyalı tacir kimi özünü təqdim etmişdir. 15 oktyabr 1911-ci ildə İsgəndəriyyəyə çatmış, oradan da dəvə üstündə çox çətin səyahətdən sonra 22 oktyabr 1911-ci ildə Trablusqarba çatmışdır.Benqazi və Dərnədəki qüvvələrin rəhbərliyini ələ almış, xanədan kürəkəni olmasının da qazandırdığı hörmətlə 20 min nəfəri səfərbər etməyi bacarmışdır. Bu əsnada hətta adına pul da zərb etdirmişdir.Bir il davam edən mübarizənin sonunda Balkan müharibəsinin başlamasına görə digər türk zabitlərlə birgə İstanbula çağırılmışdır.İtaliya ilə uğurlu mübarizəyə görə polkovnik-leytenantlığa yüksəldilmişdir. Balkan müharibəsi və Bab-ı Ali hücumu Balkan müharibəsinə qatılmaq üçün digər könüllü zabitlərlə birlikdə Benqazidən ayrılan polkovnik-leytenant Ənvər bəy, düşmən qüvvələrinin Çatalcada durdurulmasında mühüm rol oynamışdır. I Balkan müharibəsi Osmanlı dövlətinin məğlubiyyəti ilə nəticələnmişdi. Kamil paşa hökuməti özlərinə London konfransında təklif edilən Midye-Enez sərhəddini qəbul etməyə razı idi. İttihadçıların öz aralarında etdiyi və Ənvər bəyin də qatıldığı iclaslarda qüvvə tədbiq edərək hökuməti devirmə qərarı qəbul edildi. 23 yanvar 1913-cü ildə Ənvər bəyin rəhbərlik etdiyi Bab-ı Ali basqını reallaşdı. Basqın zamanı Hərbi nazir Nazim paşa Yaqub Cəmil tərəfindən öldürüldü. Ənvər bəy, Mehmed Kamil paşaya istefasını imzalatdı və sultanı ziyarət edərək Mahmud Şövkət paşanın sədrəzəm olmasını təmin etdi. Beləcə İttihad və Tərəqqi hərbi çevriliş ilə iqtidarı ələ keçirmiş oldu. Bab-ı Ali basqınından sonra Ənvər bəy, bulqar ordusu başqa cəbhələrdə döyüşməkdə olduğundan, müqavimətlə qarşılaşmadan 22 iyul 1913-cü ildə Ədirnəyə girdi. Bu hadisədən sonra nüfuzu artan Ənvər bəy Ədirnə fatehi ünvanını aldı. Rütbəsi polkovnikliyə (18 dekabr 1913), qısa müddət sonra da generallığa (5 yanvar 1914) yüksəldildi. Bunun ardınca istefaya göndərilən Hərbi nazir Əhməd İzzət paşanın yerinə Hərbi nazir oldu. Bu arada, Sultan Mehmed Rəşadın qardaşı qızı Əminə Naciyə Sultan ilə Baltalılimandakı Damad Fərid Paşa villasında keçirilən toy ilə evlənərək "Damad-ı Şehriyari" oldu (5 mart 1914) Hərbi nazirliyi Hərbi nazir olduqdan sonra orduda bəzi islahatlar edən Ənvər paşa, mindən çox yaşlı zabiti ordudan xaric etdi, gənc zabitləri mühüm vəzifələrə gətirdi. Orduda fransız modeli yerinə alman modelini tədbiq etdi, bir çox alman zabiti türk ordusunda müşavir olaraq təyin edildi. Formalar dəyişdirildi, orduda oxuyub-yazma nisbətinin artırılmasına çalışıldı və bunun üçün ənvəriyyə yazısı deyilən əlifba tədbiq edildi.Mahmud Şövkət paşanın sui-qəsd nəticəsində öldürülməsindən sonra qurulan Səid Həlim paşa kabinetində və onun vəzifədən çəkilməsindən sonra 1917-ci ildə qurulan Tələt paşa kabinetində də davam etdiyi Hərbi nazirliyi 14 oktyabr 1918-ci ilə qədər davam etmişdir. Birinci Dünya müharibəsi Birinci Dünya müharibəsinə giriş Hərbi nazir Ənvər paşa, 2 avqust 1914-cü ildə Rusiyaya qarşı gizli Türk-Alman müqaviləsinin imzalanmasında mühüm rol oynamışdır. 10 avqustda İstanbul boğazlarından girməsinə icazə verilən iki alman gəmisinin 29 oktyabrda Rusiya çarlığı liman və gəmilərinə hücum etməsi üçün lazımı icazəni vermişdir. 14 noyabrda Fateh Məscidində oxunan Cihad-i Əkbər elanı ilə Osmanlı dövləti rəsmən I Dünya müharibəsinə girmişdir. Sarıqamış döyüşü Ənvər paşa, ölkəsi Birinci Dünya müharibəsinə girdikdən sonra Hərbi nazir olaraq hərbi hərəkatın idarəetməsini əlinə aldı. III Ordunun Şərq cəbhəsində ruslara qarşı girdiyi Sarıqamış hərəkatının komandanlığını öhtəsinə götürdü. 15 yanvar 1915-ci ildə başlanan döyüşlərdə türk qüvvələri tamamilə darmadağın edildi. Ənvər paşa, ordunun komandanlığını Hafiz Haqqı paşaya buraxıb İstanbula geri döndü və müharibə boyunca başqa heç bir cəbhədə komandanlıq etmədi.Uzun müddət İstanbul mətbuatında Sarıqamış hərəkatı haqqında hər hansısa bir xəbər və ya yayım edilməsinə icazə verilməmişdir.26 aprel 1915-ci ildə Hərbi nazirliklə yanaşı Baş Komandan vəkili olan Ənvər paşa, sentyabr ayında general-leytenant rütbəsi almışdır. Çanaqqala döyüşü Sarıqamış hərəkatı ilə Çanaqqala döyüşü arasında sadəcə 61 gün vardır Hər iksində də Hərbi nazir və Ərkan-i Hərbiyyə-i Umumiyyət (Baş Qərərgah Rəisi) Ənvər paşadır. Təhcir qanunu 1877–1878-ci ildəki müharibə zamanı yerli ermənilərin Osmanlıya qarşı rus ordularının yanında döyüşdüyünü və cəbhə gerisində üsyanlar çıxartdığını bilən Ənvər paşa, 2 may 1915-ci ildə Daxili İşlər naziri Tələt paşaya göndərdiyi gizli teleqraf ilə üsyançı ermənilərin bölgədən uzaqlaşdırılmasını istədi. Erməni təhciri deyə anılan uyqulama Tələt paşa tərəfindən başladıldı və 27 may Təhcir qanunu çıxardılaraq qüvvəyə mindi. 1917-ci ildə Qut-ül Amarə mühasirəsi zamanı ingilis generalı Carlz Tounshend in əsir alınması və Qafqaz cəbhəsində ruslara qarşı əldə edilən uğurlardan sonra Ənvər paşanin rütbəsi ordu generallığına yüksəldilmişdir. Birinci Dünya müharibəsindən sonra Ölkədən ayrılması Fələstin, İraq və Suriyada Osmanlı ordusunun ingilislər qarşısında davamlı olaraq məğlubiyyətə uğramasından sonra Osmanlı dövlətinin müharibədəki məğlubiyyəti dəqiqləşdi. 14 oktyabr 1918-ci ildə Tələt paşa kabineti atəşkəs razılaşmalarını asanlaşdırmaq üçün istefa etdiyi zaman Ənvər paşanın hərbi nazirliyi də başa çatdı. İngilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasından sonra Ənvər paşa dostları ilə birlikdə alman gəmisində vətənindən ayrılmışdır. Əvvəlcə Odessaya, oradan da Berlinə, daha sonra isə Rusiyaya keçmişdir. İstanbulda Divan-i Hərb rütbəsini geri almış və qiyabi olaraq haqqında ölüm hökmü çıxarmışdı. 1 yanvar 1919-cu ildə hökumət tərəfindən hərbçilikdən ixrac edilmişdir. İttihad və Tərəqqini yenidən təşkilatlandırma cəhdləri 1918–1919-cu illəri kimliyini gizlədərək Berlində keçirən Ənvər paşa, İttihad və Tərəqqini yenidən təşkilatlandırmaq üçün çalışmağa başlamışdı. Almaniyadakı inqilabçı üsyanlara qatılmaq üçün Berlində olan sovet siyasətçisi və jurnalist Karl Radek ilə görüşmüş, onun dəvətilə Moskvaya getmək üçün hazırlıqlara başlamışdı. Ancaq üçüncü cəhdindən sonra 1920-ci ildə Moskvaya getməyi bacarmış və orada Sovet XİN rəhbəri Çiçerinlə və Lenin və Məmməd Əmin Rəsulzadə ilə görüşmüşdür. 1–8 sentyabr tarixində Bakıda təşkil edilən Birinci Şərq Xalqları Qurultayına Liviya, Tunis, Əlcəzair və Mərakeşi təmsil etmək üçün qatılmışdır. Lakin qurultay istənilən nəticəni vermədi və Sovetlərin Türkiyə və başqa müsəlman ölkələrdəki millətçi hərəkatları əslində dəstəkləmədiyini düşünərək, 1920-ci ilin oktyabrında Berlinə geri dönmüşdür. 1921-ci ilin mart ayında Tələt paşanın öldürülməsindən sonra İttihad və Tərəqqinin başlıca rəhbəri olmuşdur. 1921-ci ildə təkrar Moskvaya gedən Ənvər paşa, Ankara hökumətinin Moskvaya göndərdiyi Bəkir Sami bəy rəhbərliyindəki türk nümayəndəliyi ilə görüşmüşdür. Anadoludakı Milli Mübarizə hərəkatına qatılmaq istəsə də, qəbul edilməmişdir. TBMM-də olan bəzi köhnə İttihadçılar onun Mustafa Kamal paşanın yerini almasını istəyirdilər. 1921-ci ilin iyulunda Batumidə İttihad və Tərəqqi konqresi topladı. 30 iyulda Ankaraya yunanların hücumu başlayınca Anadoluya qurtarıcı kimi girməyə ümid edən Ənvər paşanın bu ümidi sentyabr ayında Sakaryadakı meydan döyüşü ilə boşa çıxmışdır. İttihad-i İslamı qurma cəhdləri 1921-ci ilin oktyabr ayında Orta Asiya müsəlmanlarını ingilislərə qarşı birləşdirmə və İslam birliyi qurma niyyəti ilə Təşkilat-ı Məxsusanın köhnə rəhbərlərindən Quççubaşı Hacı Sami və digər İttihadçılarla birlikdə Batumdan Buxaraya getmişdir. Burada Rusiyaya qarşı Basmaçı hərəkatının genişlənməsində mühüm rol oynamışdır.1922-ci ilin fevral ayında komandanlığında topladığı Basmaçi birlikləri ilə Düşənbəni ələ keçirdi və oradakı Sovet qarnizonunu əsir aldı. Ardıyca Xorasan üzərinə yürüş edərək Qızıl Ordu birliklərinin Buxara və Xorasandan çəkilmələrini tələb etdi. 28 iyun 1922-ci ildəki Kafiran döyüşündə məğlub olduqdan sonra dağlara çəkildi. 4 avqust 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı Belçivan yaxınlığında Aqop Melkovyanın rəhbərlik etdiyi bolşevik ordusuna qarşı olan döyüşdə vəfat etmişdir. Çeğen kəndində dəfn edilmişdir. Nəşinin Türkiyəyə gətirilməsi Nəşinin Türkiyəyə gətirilməsi Türkiyə prezidenti Süleyman Dəmirəlin 1995-ci ildəki Tacikistan səfəri zamanı gündəmə gəldi. Məsul şəxslərin təmaslarından sonra paytaxt Düşənbənin təxminən 200 km şərqindəki Belçivan şəhərinə bağlı Obtar kəndində olan Ənvər paşanın məzarı, Prezidentin baş müşaviri Münif İslamoğlu rəhbərliyindəki mütəxəsislər və elm adamlarından ibarət 8 nəfərlik heyət tərəfindən 30 iyul 1996-cı ildə açıldı. Xarici quruluşundan Ənvər paşaya aid olduğu anlaşılan cənazə Tacikistandakı siyasi qarışıqlıqlara görə çətinliklə paytaxt Düşənbəyə gətirilmiş və burada Türk bayrağına sarılı tabuta qoyularaq İstanbuldakı rəsmi mərasim üçün hazırlanmışdır.3 avqust 1996-cı ildə İstanbula gətirilən nəşi gecə Gümüşsuyu Hərbi Xəstəxanasında saxlanılmışdır. Ölüm ildönümü olan 4 avqust 1996-cı ildə Şişli məscidində 8 imamın qıldırdığı cənazə namazının ardından Şişlidəki Abide-i Hürriyət təpəsində, İstanbul Böyükşəhər Bələdiyyəsi və Mədəniyyət Nazirliyi tərəfindən ortaq olaraq hazırlanan və Tələt paşanın yanında olan məzarda dəfn edilmişdir. Mərasimə o dövrün prezidenti Süleyman Dəmirəl, Milli Müdafiə naziri Turxan Tayan, Abdullah Gül, səhiyyə naziri İldırım Aktuna, Mədəniyyət naziri İsmayıl Qəhrəman, ANAP millətvəkili İlhan Kəsiçi və İstanbul valisi Rıdvan Yenişənlə Ənvər paşanın nəvəsi Mayatepeklə digər yaxınları da qatılmışdı. Həmçinin bax Birinci Dünya müharibəsi Osmanlı dövləti Şəhid Ənvər Paşa (roman) | https://az.wikipedia.org/w/index.php?curid=514105 |
Ənvər Çingizoğlu | Ənvər Çingiz oğlu Fərəcov və ya Ənvər Çingizoğlu (10 may 1962, Xudayarlı, Cəbrayıl rayonu – 10 iyul 2022, Bakı) — azərbaycanlı yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar (2007), Azərbaycan Jurnalistlər birliklərinin (1987), Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin üzvü (2003); "Qızıl qələm" mükafatı laureatı (2012), Əməkdar mədəniyyət işçisi (2019).; vikipediyaçı Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Araz Yağlıvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969–1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb (1977–1980). Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub (1980–1982). Ənvər Çingizoğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub (1985–1990). Ənvər Çingizoğlu 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb. Ənvər Çingizoğlu 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də "Soy" dərgisinin baş redaktorudur. Ənvər Çingizoğlu folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır. Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir. Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında "Avşarlar", Xurşidbanu Natəvan, Nəvvab, "Kəminə" adlı televiziya filmləri çəkilib. Ənvər Çingizoğlu mütəmadi olaraq Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir. Ənvər Çingizoğlu jurnalistika ilə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür. Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri, mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir. Ənvər Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycan, İran və Türkiyədə yaşayan Avşar elinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır. Onun müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən dəyərləndirilir. Ənvər Çingizoğlunun elmi-tədqiqat fəaliyyəti başlıca olaraq iki istiqamətdə aparılır: Azərbaycan xalqının soy-kökünün araşdırılması; Azərbaycan xanlıqları tarixinin tədqiqi.10 iyul 2022-ci ildə vəfat edib. Mükafatları "Qızıl qələm" mükafatı — 2012 Dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə ilin "Jurnalist-etnoqrafı" diplomuna layiq görülmüşdür. — 2017 Əməkdar mədəniyyət işçisi — 2019 Məhəmməd bəy Aşiqin şeirləri. Bakı: Şuşa, 2000, (tərtibatçı) Rzaqulu bəy Vəzirovun əsərləri. Bakı: "Şuşa", 2005, (tərtibatçı) Qarabağ 1918–1920-ci illərdə. Sumqayıt: "SDU-nun nəşriyyatı", 2010, (tərtibatçı) Ağaməhəmməd xan Qacarın ölümünə qədər baş vermiş əsas hadisələrin qısa xülasəsi ilə tərcümeyi-halı, Bakı: "Mütərcim", 2011, (tərtibatçı) Bayram xan Baharlı, Əsərləri, Bakı: "Mütərcim", 2013, (tərtibatçı) Aleksandr Sokolov, Gündəlik qeydlər, Bakı: "Mütərcim", 2013, (tərtibatçı) Pyotr Berje, A. P. Yermolovun İrana səfirliyi, Bakı: "Mütərcim", 2014, (tərtibatçı) Mahal Qacar-75, Bakı: "Mütərcim", 2014, (tərtibatçı) Abbas Ramazani, Fətəli şah Qacar, Bakı: "Mütərcim", 2015, (tərtibatçı) Məhəmməd Rəfi Ənsari, Dəstur ül-müluk, Bakı: "Mütərcim", 2015, (tərtibatçı) Mirzə Rza xan Ərfə, Xatirat, Bakı: "Mütərcim", 2017, (tərtibatçı) Müəllifi və həmmüəllifi olduğu kitablar Abbasilər dövründə türklər Abbasqulu xan Kəngərli Arazbar bölgəsinin mənəvi mədəniyyəti Cuvarlı və cuvarlılar (Rafiq Mahmudov ilə) Avşarlar (Aydın Avşar ilə) Cavanşir-Dizaq mahalı Cəfərqulu xan Sarıcalı-Cavanşir Əbdürrəhmanbəyli obası Ərdəbil xanlığı Hacı Rəhim xan Çələbiyanlı Qaradağlılar Maku xanlığı Tarixi ilu-Əfşar (Aydın Avşar ilə) Zəncan xanlığı Zülqədər eli (Nərminə Məmmədova ilə) Səfikürdlülər Sərab xanlığı Sultanlıq soydan gəlir Xalxal xanlığı Xosrov bəy Sultanov İqbalüssəltənə Murtuzaqulu xan Bayat Qacarlar dövrünün diplomatları (Mahal Qacar ilə) Qacarlar və Qacar kəndi Qarabağda sənət və sənətkarlar (Rizvan Qarabağlı ilə) Qarabağlı hərbçilər (Qasım Hacıyev ilə) Qarabağlı hüquqşünaslar Qaradağ xanlığı (Mahal Qacar ilə) Şuşa şəhəri (1750–1850) Hüseynqulu xan Qasımlı-Avşar Hüseynqulu xan Qovanlı-Qacar Şəmşəddil sultanlığı Verilişləri O kənd bizim kəndimizdir… Yurdumuzu gəzə-gəzə… Mənim dostlarım Dünya bizim evimizdir GünAzTv-də "Türk Elləri" verilişində Ənvər Çingizoğlu: I hissə, II hissə Filmoqrafiya Avşarlar (film, 1996) Xurşidbanu Natəvan (film, 2012) Zəngəzur qartalı (film, 2012) Ucalıq düsturu (film, 2012) Nəvvab (film, 2014) Sarı simin sızıltısı (film, 2016) Aydın Ziyadlı: Aydın və ziyalı (film, 2016) Cəsarətin anatomiyası (film, 2017) Kəminə (film, 2018) | https://az.wikipedia.org/w/index.php?curid=65429 |
Ənvər İbrahim | Ənvər İbrahim (10 avqust 1947[…], Çerok Tok Kun[d], Pinanq) — Malayziyanın keçmiş baş naziri və müxalifətinin lideri 1993-cü ildən 1998-ci ilə qədər baş nazir olub. Ənvər İbrahim Malayziya 1957-ci ildə müstəqillik qazandıqdan sonra iqtidarı əldən verməyən “Xalq Cəbhəsi” koalisiyasının əsas siyasi rəqibi hesab olunur. Ənvər İbrahim seks qalmaqallarında adı çəkilən siyasətçilərdəndir. 1998-ci ildə korrupsiya və homoseksual əlaqələr ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Homoseksual əlaqənin cinayət epizodu sayıldığı Malayziyada bəzi hüquq müdafiəçiləri bu ittihamların siyasi böhtan adlandırmışdılar. 2004-cü ildə məhkəmə bu ittihamları onun üzərindən götürdü. 2008-ci ildə növbəti parlament seçkiləri öncəsi o yenidən “homoseksual əlaqələrdə olma” ittihamı ilə məsuliyyətə cəlb olunur. İstintaq onu öz köməkçisi ilə əlaqədə ittiham edirdi. 2012-ci ilin iyununda məhkəmə keçmiş baş nazirə qarşı irəli sürülən ittihamları əsassız hesab edərək onu azad edir. Lakin 2014-cü ildə Malayziya apelyasiya məhkəməsi onu homoseksual münasibətlərdə təqsirkar bilərək 5 il müddətinə azadlıqdan məhrum edir. | https://az.wikipedia.org/w/index.php?curid=368513 |
Ənvər İbrahimov | Ənvər İbrahimov (15 iyul 1931; Xanlar rayonu, Azərbaycan SSR – ?) — azərbaycanlı üzümçü, Sosialist Əməyi Qəhrəmanı (1951). Ənvər İbrahimov 1931-ci il iyulun 15-də Azərbaycan SSR Xanlar rayonunun Şəmşədin kəndində anadan olub (hal-hazırda bu kənd yoxdur). 1944-cü ildən Xanlar rayonundakı Azərbaycan üzümçülük sovxozunda fəhlə, rəhbər və 1958-ci ildən yenidən fəhlə işləyib. 1950-ci ildə 6,3 hektar sahədən hər hektardan 166,6 sentner üzüm məhsulu alıb. SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 sentyabr 1951-ci il tarixli fərmanı ilə 1950-ci ildə yüksək üzüm məhsulu əldə etdiyinə görə İbrahimov Ənvər Qəmbər oğlu Lenin ordeni və "Oraq və Çəkic" medalı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ənvər İbrahimovun adına Qobu qəsəbəsində 2 №-li tam orta məktəb yerləşir. Həmçinin bax Sosialist Əməyi Qəhrəmanı "Lenin" ordeni | https://az.wikipedia.org/w/index.php?curid=821763 |
Ənvər İmanov | Ənvər Emil oğlu İmanov (11 yanvar 1999, Sumqayıt, Azərbaycan — 18 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ənvər İmanov 11 yanvar 1999-cu ildə Sumqayıt şəhərində zəhmətkeş ailədə dünyaya gəlib. 2005–2016-cı illərdə Sumqayıt şəhər 41 saylı tam orta məktəbdə təhsil alıb. 2020-ci il iyulun 20-də atası vəfat etmişdir. Nişanli idi. 2015-ci ildən AQGF-nın baş məşqiçisi, 10 qat Azərbaycan, 3 qat Avropa çempionu Zöhrab Məsimovun rəhbərliyi altında qol güləşi idman növü ilə məşğul olmağa başlayıb və Respublikada keçirilən yarışlarda iştirak edərək mükafatçı olub. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ənvər İmanov Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Ənvər İmanov 28 oktyabr 2020-ci ildə Hadrutun azad edilməsi zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ənvər İmanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ənvər İmanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Ənvər İmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=767513 |
Ənvər İsmayılov | Ənvər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti Komitəsi sədrinin birinci müavini Ənvər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=763982 |
Ənvər İsmayılov (memar) | Ənvər Ələkbər oğlu İsmayılov (10 aprel 1916, Tiflis – 25 aprel 1988, Bakı) — Azərbaycan-sovet memarı və dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsi sədrinin birinci müavini (1959–1988), müavini (1955, 1955–1957, 1958–1959), Azərbaycan SSR tikinti nazirinin müavini (1957–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin rəisi (1951–1953, 1953–1955), Azərbaycan SSR kommunal təsərrüfatı və mənzil-mülki tikinti nazirinin müavini (1953), SSRİ Arxitektorlar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan SSR əməkdar mühəndisi (1962), SSRİ Nazirlər Sovetinin mükafatı laureatı (1972). Ənvər Ələkbər oğlu İsmayılov 10 aprel 1916-cı ildə Tiflis şəhərində anadan olmuşdur. O, 1928–1933-cü illərdə texnikumda təhsil almış, 1933–1939-cu illərdə Azərbaycan Sənaye İnstitutunun memarlıq-tikinti fakültəsində təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra memar kimi əmək fəaliyyətinə "Azərdövlətlayihə" institutunda başlamışdır. Qısa müddət ərzində o, əvvəlcə layihə institutunun baş mühəndisi, sonra isə yaşayış-mülki binaların layihələndirilməsi şöbəsinin müdiri vəzifələrinə çalışmışdır.1942–1944-cü illərdə Ənvər İsmayılov Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığının idarə rəisi olmuşdur. 1944–1945-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yanında Arxitektura İşləri İdarəsinin yaşayış-mülki binalar və yaşayış məskənləri tikintisi şöbəsinin rəisi işləmişdir. Ənvər İsmayılov 1945-ci ildə "Azərdövlətarxitekturalayihə" institutuna qayıtmış, 1951-ci ilədək bu müəssisənin müdiri olmuşdur.Ənvər İsmayılov 1951–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin rəisi kimi fəaliyyət göstərmişdir. O, 1953-cü ilin iyunun 1-dən dekabrın 1-dək Azərbaycan SSR kommunal təsərrüfatı və yaşayış-mülki tikinti nazirinin müavini vəzifəsində çalışmış, 1 dekabr 1953 – 1 aprel 1955-ci illərdə yenidən Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin rəisi olmuşdur. O, 1 aprel 1955-ci ildən 14 oktyabr 1955-ci ilədək fəaliyyətini Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsi rəisinin müavini vəzifəsində davam etdirmişdir.Ənvər İsmayılov 14 oktyabr 1955-ci ildən 9 iyun 1957-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin müavini olmuş, 9 iyun 1957-ci ildən 15 yanvar 1958-ci ilədək Azərbaycan SSR tikinti nazirinin müavini vəzifəsində işləmişdir. 15 yanvar 1958-ci ildən 10 noyabr 1959-cu ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsi rəisi vəzifəsində çalışmış, 10 noyabr 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Tikinti və Arxitektura İşləri Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.Ənvər İsmayılova 1962-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir. O, 1966-cı ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülmüşdür. Dəfələrlə SSRİ Arxitektorlar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. 1941-ci ildən ÜİK(b)P (Sov. İKP) üzvü olmuşdur.Ənvər İsmayılov 25 aprel 1988-ci ildə vəfat etmişdir. Əsas işləri Memar Ənvər İsmayılov həyata keçirilmiş bir çox memarlıq layihələrinin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 1947–1950-ci illər arasında Bakının Moskva (hazırkı Heydər Əliyev) prospektində və Nizami küçəsində, eləcə də Gəncə və Sumqayıt şəhərlərində yaşayış evlərinin, Naxçıvan şəhərində dram teatrı binasının (1949–1952-ci illər), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin inzibati binasının (1951–1956-cı illər), Gəncədə Şəhər Partiya Komitəsinin və Şəhər İcraiyyə Komitəsinin inzibati binasının, Bakı Dövlət Sirki binasının (1958–1960-cı illər, memar Faina Leontyeva ilə birlikdə), "Neftçilər" metrostansiyasının (1965), Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin heykəlinin (1968), Bakıda Mirzə Ələkbər Sabirin heykəlinin (1958), şairə Xurşidbanu Natəvanın heykəlinin (1959) layihələri hazırlanmışdır. Şəxsi həyatı Ənvər İsmayılov çoxuşaqlı ailədə (6 qardaş) doğulmuşdur. Onun böyük qardaşı Heydər İsmayılov ədəbiyyatçı-alim, Üzeyir Hacıbəyovun "Koroğlu" operasının libretto müəllifi olmuşdur. Digər böyük qardaşı Həbib İsmayılov isə kinorejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi idi. Ailəli idi, bir qızı və bir oğlu olmuşdur. Elmi əsərləri Xarici keçidlər "Ənvər Ələkbər oğlu İsmayılov". Azərbaycan Memarlar İttifaqı. 8 fevral 2019. 1 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2022. | https://az.wikipedia.org/w/index.php?curid=763991 |
Ənvər İsmayılov (musiqiçi) | Ənvər İsmayılov 12 iyun 1955-ci il tarixində Özbəkistanın Fərqanə şəhərində anadan olmuşdur. Onun ailəsi Krım tatarlarının deportasiyası zamanı 1944-cü ildə Krımdan Özbəkistana deportasiya edilmişdir. Yerli bir incəsənət məktəbindən faqot sinfində məzun olduqdan sonra, o, müstəqil olaraq elektrogitaranı məsimsəməyə və ifa etməyə başlamışdır. 1980-ci illərdə o, «Sato» adlı bir caz-rok qrupunun üzvü olmuşdur.Ənvər İsmayılov 1990-cı illərdə Fontan adlı mənzərəli bir kəndə köçmüşdür (hal-hazırda Simferopol şəhərinin ətrafında yerləşən bir məhəllə). O, burada öz dədə-babalarının – Krım tatarlarının musiqi folklorunu öyrənməyə başlamışdır. Bu illərdə o, İqor Pupenko ilə birlikdə etnocaz sintezi ideyasını əks etdirən bir neçə fərdi proqram yazmışdır. Paralel olaraq, onlar 1995-ci ildə fleytaçalan Narket Ramazanov və təbilçi Rüstəm Bari tərəfindən təşkil olunan bir musiqi üçlüyünə rəhbərlik etmişdilər. Ənvər İsmayılov beynəlxalq festivallarda Türkiyə zərb aləti ifaçısı Burxan Öçal, Fransa pianoçusu Xavye Qarsiya və başqaları ilə birlikdə çıxış etmişdir.Riqa şəhərində nəşr olunan «Sovetskaya Molodej» (azərb. Sovet gəncləri) qəzetinin keçirdiyi sorğunun nəticələrinə görə Ənvər İzmaylov SSRİ-nin ən yaxşı gitaristləri arasında altıncı, "İlin musiqiçisi" kateqoriyasında beşinci, "Ən böyük məşhurluğa layiq olan musiqiçi" kateqoriyasında isə ikinci yeri tutmuşdur. Şəxsi həyatı Ənvər İsmayılov ailəlidir və bir qızı var. Ənvər İsmayılovun qızı – Ləniyə İsmayılova Krım tatarları arasında məşhur olan bir musiqiçidir. O, öz repertuarında xalq, caz və pop musiqilərinin elementlərini bir araya gətirir. Mükafatlar və təltiflər Ukrayna əməkdar artisti. Krım Muxtar Respublikasının əməkdar artisti. Ukrayna xalq artisti (2009). Diskoqrafiya «At Fergana Bazar». Fərqanə bazarında. Almaniya (1991); «Eastern Legend». Şərq əfsanəsi. Moskva (1993); «Black Sea». Qara Dəniz. İsveçrə (1993); «Dancing over the Moon». Ay üzərində rəqs etmək. Almaniya (1995); «Minaret». Minarə. Kiyev (1997); «Ultra-marin». Ultra-dənizçi. Bolqarıstan (2001); «Meganom». Meqanom. Ukrayna (2012) Xarici keçidlər enverizmaylov.com — Ənvər İsmayılovun rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=544487 |
Ənvər Şıxlinski | Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası – 1992) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsinin iqlim şöbəsinin rəisi, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitabçaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. Respublika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu "Azərbaycan SSR-in coğrafiya atlası"nda (1949) çap etdirmişdir. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaq-iqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır. Şıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. 1932-ci ildən Azərbaycan Hidrometeoroloji İdarəsində işləmiş, 1934–1947-ci illərdə iqlimşünaslıq şöbəsinin müdiri olmuşdur. 1947–54-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda şöbə müdiri və direktor işləmişdir. 1946–54-cü illərdə Bakının ali məktəblərində iqlimşünaslıq və fiziki coğrafiyadan dərs demişdir. Ölkəmizdə iqlimşünaslığın əsasını qoyanlardan biri olmuş, Azərbaycan və qonşu ərazilərin timsalında dağlıq ölkələrin iqliminə, həmçinin fiziki coğrafiyasına və landşaftının geofizikasına dair mühüm elmi tədqiqatlar aparmışdır. "Azərbaycan SSR iqliminin təsviri" (1937, rus dilində), "Azərbaycan SSR atlası" (1963, Azərbaycan və rus dillərində), "Azərbaycan SSR-in istilik balansı atlası" (1978, Azərbaycan və rus dillərində), "Azərbaycan SSR-in iqlim xəritəsi" (1977, Azərbaycan və rus dillərində), "Azərbaycanın istilik balansı" (1969) əsərlərinin müəllifi, "Sovet Azərbaycanı" (1958) və "Azərbaycan iqlimi" (1968) monoqrafiyalarının (hər ikisi rus dilində) əsas müəlliflərindən və elmi redaktorlarından biri olmuşdur. Onun rəhbərliyi altında onlarla elmi kadrlar hazırlanmışdır. Mükafatları 1969 və 1975-ci illərdə SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı, ikinci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Görkəmli iqlimşünas coğrafiyaçı alim olan Şıxlinski Azərbaycan Respublikasında yağıntıların paylanması, Azərbaycan iqlimi, iqlim xəritəsi, istilik balansı atlası kimi sanballı əsərlərin müəllifidir. İqlimə və landşaftşünaslığa dair nəzəri işləri ilə məşhurdur. | https://az.wikipedia.org/w/index.php?curid=74581 |
Ənvər Şıxlinski (coğrafiyaçı) | Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası – 1992) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsinin iqlim şöbəsinin rəisi, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitabçaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. Respublika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu "Azərbaycan SSR-in coğrafiya atlası"nda (1949) çap etdirmişdir. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaq-iqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır. Şıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. 1932-ci ildən Azərbaycan Hidrometeoroloji İdarəsində işləmiş, 1934–1947-ci illərdə iqlimşünaslıq şöbəsinin müdiri olmuşdur. 1947–54-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda şöbə müdiri və direktor işləmişdir. 1946–54-cü illərdə Bakının ali məktəblərində iqlimşünaslıq və fiziki coğrafiyadan dərs demişdir. Ölkəmizdə iqlimşünaslığın əsasını qoyanlardan biri olmuş, Azərbaycan və qonşu ərazilərin timsalında dağlıq ölkələrin iqliminə, həmçinin fiziki coğrafiyasına və landşaftının geofizikasına dair mühüm elmi tədqiqatlar aparmışdır. "Azərbaycan SSR iqliminin təsviri" (1937, rus dilində), "Azərbaycan SSR atlası" (1963, Azərbaycan və rus dillərində), "Azərbaycan SSR-in istilik balansı atlası" (1978, Azərbaycan və rus dillərində), "Azərbaycan SSR-in iqlim xəritəsi" (1977, Azərbaycan və rus dillərində), "Azərbaycanın istilik balansı" (1969) əsərlərinin müəllifi, "Sovet Azərbaycanı" (1958) və "Azərbaycan iqlimi" (1968) monoqrafiyalarının (hər ikisi rus dilində) əsas müəlliflərindən və elmi redaktorlarından biri olmuşdur. Onun rəhbərliyi altında onlarla elmi kadrlar hazırlanmışdır. Mükafatları 1969 və 1975-ci illərdə SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı, ikinci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Görkəmli iqlimşünas coğrafiyaçı alim olan Şıxlinski Azərbaycan Respublikasında yağıntıların paylanması, Azərbaycan iqlimi, iqlim xəritəsi, istilik balansı atlası kimi sanballı əsərlərin müəllifidir. İqlimə və landşaftşünaslığa dair nəzəri işləri ilə məşhurdur. | https://az.wikipedia.org/w/index.php?curid=711505 |
Ənvər Şıxəliyev | Ənvər Vadimoviç Şıxəliyev (24 fevral 2001; Xürəl, Qusar rayonu, Azərbaycan — 29 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ənvər Şıxəliyev 2001-ci il fevralın 24-də Qusar rayonunun Xürəl kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Ənvər Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ənvər Şıxəliyev oktyabrın 29-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ənvər Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ənvər Şıxəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ənvər Şıxəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (05.11.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=679811 |
Ənvər Şıxəlizadə | Ənvər Şıxəlizadə (18 dekabr 1915, Şamaxı – 22 fevral 1975, Bakı) — Azərbaycan neftçi alimi, texnika elmləri doktoru (1962), professor (1964). Şıxəlizadə Ənvər Əbdülrəhman oğlu 1915-ci il 18 dekabr tarixində Şamaxıda anadan olmuşdur. Atası, Şıxəlizadə Əbdülrəhman və anası Veyisova Əminə Hayı Veyis qızı olmuşlar. Aprel işğalı zamanı Şıxəlizadə ailəsi öz doğma yerlərini tərk etməyə məcbur olmuşdur. Bakıya köçən zaman valideynləri- Əbdülrəhman bəy və Əminə xanım həlak olurlar. Valideynlərini itirən Ənvər böyük qardaşlarının himayəsi altına düşür. 1922-ci ildə Ənvər Bakı şəhəri Oktyabr rayonu 136 saylı orta məktəbə daxil olmuşdur. Natamam orta təhsil alaraq 1932-ci ildə"Akni" işçi fakültəsinə daxil olur və 1934-cü ildə oranı bitirərək M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitunun neft-mexanika fakültəsində təhsil almağa başlayır. İnstitutda təhsil aldığı illər ərzində öz bitirdiyi 136 saylı məktəbdə əvvəlcə fizika-kimya laboratoriyasında laborant, daha sonra yuxarı siniflərin rəsmxət müəllimi kimi işləyir. 1940-ci ildə institutda tam ali təhsil kursunu bitirdikdən sonra Ali Attestasiya Komitəsi ona L. Şmidt adına zavoda təyinat verir və o burada 1941-ci ilə qədər texniki şöbənin mexaniki konstruktor mühəndisi vəzifəsində işləyir. 1941-ci ilin dekabrında Qırmızı ordu sıralarına çağırılmış, Şimali Qafqaz cəbhəsinin atıcı alay ştab rəisinin köməkçisi, 223-cü atıcı diviziyasının və 58, 44, 37-ci ştablarının zabiti rütbəsini daşımışdır. Şıxəlizadə Ənvər Əbdülrəhman oğlu bir çox medal və fərmanlarla təltif olunmuşdur ki, bunlar "Qafqazın müdafiəsinə görə", "Rəşadətinə görə", "1941–1945-ci il Böyük Vətən müharibəsində və Almaniya üzərindəki qələbəyə görə " medallarıdır. 29 avqust 1945-ci il Zaqafqaziya cəbhəsi qoşunlarının əmri ilə Qırmızı Ordu sıralarından geri çağırılmış və mühəndis- mexanik olaraq "Azneft" birliyinə təyinat almışdır. 1945-ci ilin sentyabrından 1949-cu ilin noyabrına kimi "Azneft" birliyinin baş mexaniki vəzifəsində işləmişdir. 1949-cu ilin dekabrından SSRİ Neft Sənaye nazirinin əmri ilə "Azneft" birliyinin Su təsərrüfatı İstismarı şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1951–1954-cü illərdə Azərbaycan BK KP(b) yanında Marksizm- Leninizm Universitində ikinci ali təhsil almışdır. 1945-ci il 3 noyabr SSRİ Silahlı Qüvvələrindən tərxis olunandan sonra Şövkət Hacı qızı ilə ailə həyatı qurmuşdur. 1947-ci ildə qızı Fəridə, 1953-cü ildə qızı Səidə anadan olmuşdur. 3 nəvəsi və 3 nəticəsi var. 1951-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1953-cü ildə Azərbaycan Politexniki İnstitutu hidravlika və hidravlik maşınlar kafedrasına müsabiqə yolu ilə keçmişdir. 1954-cü ilin sentyabrından Politexniki- Maşınqayırma ATM baş idarəsinin əmri ilə Azərbaycan Politexniki İnstitutu hidravlika və hidravlik maşınlar kafedrasının dosenti təyin olunur. 25 fevral 1956-ci ildə SSRİ Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hidravlika və hidravlik maşınlar kafedrasının dosenti elmi dərəcəsi təsdiq olunur. 2 dəfə Bakı şəhəri Voroşilov rayonunun III və IV çağırış deputatı seçilmişdir. Neft sənayesində misilsiz əməyinə görə SSRİ Ali Soveti Qərargahının əmri ilə 15 sentyabr 1956-ci il "Əməkdə fərqləndiyinə görə" və 7 noyabr 1957-ci ildə "Əməkdə şücaətinə görə" medalları ilə təltif olunmuşdur. 1955-ci ildə Azərbaycan Politexniki İnstitutunun hidravlika və hidravlik maşınlar kafedrasının müdiri seçilir. 1956-cı ilin avqustunda mexaniki fakültənin dekanı, 1960-cı ildə isə Azərbaycan Politexniki İnstitutunun axşam təhsili üzrə prorektoru seçilir. 1962-ci ildə texnoloji fakültənin yaranması ilə əlaqədar olaraq həmin fakültənin dekanı seçilir. AzSSRİ-nin Ali Soveti Qərargahının 31 yanvar 1962-cı il əmri ilə Şıxəlizadə Ə.A mütəxəssislərin hazırlanmasında və elmin inkişafında xidmətlərinə görə AzSSRİ-nin Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunur. Şıxəlizadə Ənvər Əbdülrəhman oğlu "Özlü maye, sənaye sınaqlarının nəticəsinin aradan qaldırılması üçün simli nasosun (ejektorun) tədqiqi", "Su nasoslarının eksperimental (təcrübi) tədqiqinin məsələsi ", "EJZ tipli su nasosunun laborator sınaqlarının nəticələrinin tədqiqi", "Palçıq nasoslarının hidromufta və hidrotransformator vasitəsilə işinin nəzarəti" və bunun kimi onlarca elmi- tədqiqat əsərlərinin müəllifidir. Şıxəlizadə Ə.Ə. Azərbaycan Politexniki İnstitutunun böyük və kiçik dissertasiya Şurasının üzvü olmuşdur. "Özlü maye, sənaye sınaqlarının nəticəsinin aradan qaldırılması üçün simli nasosun (ejektorun) tədqiqi" "Su nasoslarının eksperimental (təcrübi) tədqiqinin məsələsi " "EJZ tipli su nasosunun laborator sınaqlarının nəticələrinin tədqiqi" "Palçıq nasoslarının hidromufta və hidrotransformator vasitəsilə işinin nəzarəti" və bunun kimi onlarca elmi- tədqiqat əsərlərinin müəllifidir. Şamaxı Ensiklopediyası | https://az.wikipedia.org/w/index.php?curid=417982 |
Ənvər Əbluc | Ənvər Abbasqulu oğlu Əbluc (6 yanvar 1947, Jdanov) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi (2006), Prezident təqaüdçüsü (2018-ci ildən). Ənvər Əbluc 1947-ci ilin yanvar ayının 6-da Beyləqan (keçmiş Jdanov rayonu) İran Azərbaycanından olan siyasi mühacir ailəsində anadan olmuşdur. 1953-cü ildə məktəbə getmiş, 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1973-cü ildə isə Moskvada Ümumiittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirmişdir. 7 bədii, 18 sənədli filmə ekran həyatı vermişdir. Quruluş verdiyi "Qara gölün cəngavərləri" adlı bədii filmi 1985-ci ildə Minsk şəhərində keçirilən Ümumittifaq kinofestivlında xüsusi mükafata və diploma layiq görülmüş, Qarabağ müharibəsindən bəhs edən "Ağ atlı oğlan" filmi İran İslam Respublikasında Beynəlxalq Uşaq filmləri festivalında, "Məhəmməd Biriya" sənədli filmi İsveç Krallığında keçirilən Beynəlxalq kinofestivalında iştirak etmiş, "Tərsinə çevrilən dünya" bədii filmi isə 2012-ci ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Polis filmləri festivalında diploma layiq görülmüşdür. 1993-cü ildən Dövlət İncəsənət Gimnaziyasında rejissor sənətindən dərs deyir. Dublyaj sahəsində də xidmətləri var. Əməkdar incəsənət xadimidir (2006). 1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.Aktyor Həsən Əblucun qardaşıdır. Filmoqrafiya Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor Aktrisa (film, 2011) (tammetrajlı bədii film)-istehsalat üzrə məsləhətçi ATU və ya pa ATU nnan (film, 1971) Balaş və Mədinə (film, 2003) Bircəciyim (film, 1986) Buyruq və quyruq (film, 1972) Cavad Heyət varlığı (film, 2002) Dad (film, 1984) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dərd çox… (film, 1988) Doğma sahillər (film, 1989) Eldən soruş (film, 1980) Firəngiz (film, 1975) Həmişə təmizlikdə (film, 1985) Həsən Əbluc (film, 1999) Kommersiya (film, 1992) Kontor (film, 1978) Körpülər (film, 1976) Qara gölün cəngavərləri (film, 1984) Quba dastanı (film, 1992) Məsləhət (film, 1988) Odlu ürək (film, 1981) Pəncərə (film, 1991) Putyovka (film, 1975) Məhəmməd Hüseyn Şəhriyar (film 2006) Sizin düşməniniz (film, 1987) Tərsinə çevrilən dünya (film, 2011) Tikən də biz, sökən də (film, 1981) Tutuquşu (film, 1985) Ulu diyarın harayı (film, 1993) Yarımçıq təsərrüfatlar (film, 1988) Söhrab Tahir (film 2003) Məhəmməd Biriya (2004) Əli Tudə (film 2005) İsmayıl Hidayətzadə (film 2008) Həsən Seyidbəyli (film 2008) Bəstəkar Oqtay Rəcəbov (film 2009) Təbriz (film 2009) Yad et məni (film 2014) Fidan və Xuraman (film 2016) Mosart və Solyeri (teletamaşa 1969) Kukaraça (teletamaşa 1990) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. | https://az.wikipedia.org/w/index.php?curid=32672 |
Ənvər Əfəndiyev | Ənvər Zəkəriyyə oğlu Əfəndiyev (18 noyabr 1965, Qaşqaçay, Qax rayonu) — Azərbaycan ordusunun ehtiyata buraxılmış general-leytenantı, Birinci Qarabağ müharibəsinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı, və Quru Qoşunlarının keçmiş komandanı. Ənvər Əfəndiyev 18 noyabr 1965-ci ildə Qax rayonu Qaşqaçay kəndində anadan olub. 1983-cü ilə qədər Qax rayonu Qaşqaçay kənd orta məktəbində təhsil alıb. Elə həmin il Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olmuşdur. 1987-ci ildə hərbi təhsilini uğurla başa çatdıraraq Sovet Ordusunun tərkibində Kiyev hərbi dairəsində taqım komandiri vəzifəsinə təyinat almışdır. 1998–1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını, 1999–2000-ci illərdə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini bitirmişdir. Hərbi xidməti 1987–1989-cu illərdə Kiyev hərbi dairəsində taqım və bölük komandiri xidmət etdiyi müddətdə 1988-ci ildə üç aylıq müddətə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Çernobıl şəhərinə yollanıb. 1989–1992-ci illərdə Monqolustanda dislokasiya olunan Sovet qoşunlarının tərkibində bölük komandiri və taborun qərargah rəisinin müavini kimi xidmət edib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1992-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət edir. Azərbaycan Ordusunda xidmətə başladığı ilk vaxtlardan etibarən Birinci Qarabağ müharibəsində Ağdam-Ağdərə istiqamətində tabor komandiri, alay komandirinin müavini kimi döyüşlərdə birbaşa iştirak edib, Birinci Qarabağ müharibəsi veteranıdır. 2000–2003-cü illərdə birləşmə komandiri, 2003–2005-ci illərdə Şəmkir Korpusu komandirinin Maddi-Texniki Təminat üzrə müavini, 2005–2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində rəis müavini, 2009–2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tabor komandiri, 2013–2015-ci illərdə Bərdə Korpusunun Qərargah rəisi vəzifələrində xidmət etmişdir. 24 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.2015-ci ildən 2020-ci ilin iyun ayına qədər Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. 2020-ci ilin iyun ayından sentyabr ayına qədər Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra etmişdir.İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusunun 6-cı (ehtiyat) ordu korpusunun komandiri kimi döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülmüşdür.Azərbaycan Prezidenti İlham Əliyevin 23 iyul 2021-ci il tarixli sərəncamı ilə general-mayor Ənvər Əfəndiyev Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı təyin olunmuşdur.Azərbaycan Prezidenti İlham Əliyevin 23.11.2021-ci il tarixli sərəncamına əsasən General-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə "General-leytenant" ali hərbi rütbəsi verildi.Azərbaycan Prezidenti İlham Əliyevin 12.01.2024-cü il tarixli sərəncamına əsasən general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxılıb. "Vətən uğrunda" medalı "Qubadlının azad olunmasına görə" medalı "Kəlbəcərin azad olunmasına görə" medalı "Laçının azad olunmasına görə" medalı "Hərbi xidmətlərə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qarabağ" ordeni (07.11.2023) Həmçinin bax Birinci Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi | https://az.wikipedia.org/w/index.php?curid=681977 |
Ənvər Əhməd | Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu; 8 avqust 1943, Salmanbəyli, Ağcabədi rayonu – 17 fevral 2022, Ağcabədi rayonu) — şair, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), "Qızıl qələm" mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001). Həyatı və təhsili Ənvər Əhməd 1941-ci il avqustun 8-də Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulmuşdur. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirmişdir (1961).Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1963–1968)."M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir (1982). Hazırda AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlamışdır. Əmək fəaliyyəti "Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunmuşdur. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi işləmişdir (1961–1962). Sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968–1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976–1994) işləmişdir. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994–2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000–2002) olmuşdur. Sonuncu iş yeriAzərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilmişdir (1991). Bədii tərcümə ilə ciddi məşğul olur. Əsərləri (nəşr olunmuş kitabları) Nəslimiz (şeirlər). Bakı: Azərnəşr, 1968, 40 səh. Anamın izləri (şeirlər). Bakı: Azərnəşr, 1974, 45 səh. Sevgi yurdu. Bakı: Gənclik, 1979, 60 səh. Sevgi cavan qalır (şeirlər və poemalar). Bakı: Yazıçı, 1982, 80 səh. Oğullar və qartallar. Bakı: Gənclik, 1985, 100 səh. Sağlıq olsun (şeirlər və poemalar). Bakı: Yazıçı, 1987, 86 səh. Kəfənim qandan biçilər. Bakı: Qorqud, 1995, 90 səh. M. Ə. Sabir poetikasının bəzi cəhətləri. Bakı: Bilik, 1978, 50 səh. M. Ə. Sabirin poetikası. Bakı: ADPU-nun nəşri, 1996, 151 səh. Od qanı (şeirlər, poemalar və dram əsəri). Bakı: Qorqud, 1997, 357 səh. Qanlı torpaq. Bakı: Qorqud, 1998, Bu qılınc pas ata bilməz (şeirlər, poemalar). Bakı: Yazıçı, 2000, 296 səh. Söz cavan qalır, Bakı-"Gənclik",1982 Dünya əlimdən sürüşür, Bakı-"Qarabağ"-2007,527 səh. Salam, ay anası ölmüş oğullar, Bakı,"Vektor"-2008,235 səh. Seçilmiş əsərləri,"Avropa"-2014, I cild-284 səh, II cild-236 səh., III cild-243 səh., IV cild-568 səh. Daş qanı, Bakı,"Yazıçı"-2011,218 səh. Ədəbiyyat yolçusu, Bakı-"Yazıçı"-2012,178 səh. Qanlı torpaq,"Qorqud" nəşriyyatı,1998,365 səh. Oğullar Qartallar, Bakı-"Gənclik"-1985,104 səh. Həsən Küskün köç eylədi dünyadan, Bakı,"Yazıçı",210 səh. Kefenim kandan biçiliyor, Bakı-"Qorqud",1995,104 səh. "Dərdini içində dağ edən şair", Ulduz jurnalı, № 2, 2012. səh.63–68. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=49558 |
Ənvər Əlibəyli | Əlibəyli Ənvər Əliverdi oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əlibəyli 1 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, ali təhsilini əvvəl Tibb Texnikumunda, sonra ADU-nun Fəhlə fakültəsində, daha sonra isə ADPU-nUn Filologiya fakültəsində almışdır. 1939-cu ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir.İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya batareyasının komandiri olmuş, 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanmışdır. O, daha sonra döyüşdə iştirakını yazıçı-jurnalist kimi davam etdirmişdir. Yaradıcılığı Ənvər Əlibəyli həm də bir neçə poemanın müəllifidir. "Samur dastanı" poeması Samur çayının suyunu çəkən inşaatçıların əməyindən bəhs edir. Əsərdə lirizm ilə epos maraqlı şəkildə bir-birinə qovuşur. "Bacı", "Gözlər, ürəklər, əməllər" poemaları 1941–1945-ci illərin hadisələrindən, "Dalğalar arasında" poeması isə dəniz neftçilərinin şücaətindən, "Polad", "Dostluq körpüsü" yaxın keçmişin hadisələrindən bəhs edir. Ənvər Əlibəyli 7 may 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. Qaranquş (1947) Sənin adınla (1950) İlk məhəbbət (1956) Elə xoşbəxtəm ki… (1964) Gözlər, ürəklər, əməllər (1966) Nəğmələr (1968) Dostluq körpüsü İlan və qurbağa Filmoqrafiya Bəxtiyar (film, 1955) Əzizə Cəfərzadə (film, 1999) Qara daşlar (film, 1956) Qızmar günəş altında (film, 1957) Mahnı qanadlarında (film, 1959) Zəncirlənmiş adam (film, 1964) Mükafatları "Vətən müharibəsi" ordeni; "Qırmızı ulduz" ordeni; "Qafqazın müdafiəsinə görə" medalı; "Almaniya üzərində qələbəyə görə" medalı; Xarici keçidlər Ənvər Əlibəyli — 100 Nəğməkar şair Ənvər Əlibəylinin 100 illik yubileyi qeyd edilib Mahnılarda yaşayan poeziya | https://az.wikipedia.org/w/index.php?curid=33626 |
Ənvər Əlibəyov | Əlibəyli Ənvər Əliverdi oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əlibəyli 1 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, ali təhsilini əvvəl Tibb Texnikumunda, sonra ADU-nun Fəhlə fakültəsində, daha sonra isə ADPU-nUn Filologiya fakültəsində almışdır. 1939-cu ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir.İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya batareyasının komandiri olmuş, 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanmışdır. O, daha sonra döyüşdə iştirakını yazıçı-jurnalist kimi davam etdirmişdir. Yaradıcılığı Ənvər Əlibəyli həm də bir neçə poemanın müəllifidir. "Samur dastanı" poeması Samur çayının suyunu çəkən inşaatçıların əməyindən bəhs edir. Əsərdə lirizm ilə epos maraqlı şəkildə bir-birinə qovuşur. "Bacı", "Gözlər, ürəklər, əməllər" poemaları 1941–1945-ci illərin hadisələrindən, "Dalğalar arasında" poeması isə dəniz neftçilərinin şücaətindən, "Polad", "Dostluq körpüsü" yaxın keçmişin hadisələrindən bəhs edir. Ənvər Əlibəyli 7 may 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. Qaranquş (1947) Sənin adınla (1950) İlk məhəbbət (1956) Elə xoşbəxtəm ki… (1964) Gözlər, ürəklər, əməllər (1966) Nəğmələr (1968) Dostluq körpüsü İlan və qurbağa Filmoqrafiya Bəxtiyar (film, 1955) Əzizə Cəfərzadə (film, 1999) Qara daşlar (film, 1956) Qızmar günəş altında (film, 1957) Mahnı qanadlarında (film, 1959) Zəncirlənmiş adam (film, 1964) Mükafatları "Vətən müharibəsi" ordeni; "Qırmızı ulduz" ordeni; "Qafqazın müdafiəsinə görə" medalı; "Almaniya üzərində qələbəyə görə" medalı; Xarici keçidlər Ənvər Əlibəyli — 100 Nəğməkar şair Ənvər Əlibəylinin 100 illik yubileyi qeyd edilib Mahnılarda yaşayan poeziya | https://az.wikipedia.org/w/index.php?curid=57486 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.