!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əsbfüruşan (Sərab) | Əsbfüruşan (fars. اسبفروشان) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,075 nəfər yaşayır (832 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=685231 |
Əsbgəran (Ağmiyun dehistanı) | Əsbgəran (fars. اسبگران) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (77 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=684904 |
Əsbgəran (Razlıq dehistanı) | Əsbgəran (fars. اسبقران) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (53 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=685464 |
Əsbhar-i Süfla (Kəleybər) | Əsbhar-i Süfla (fars. اسبهارسفلي) və ya Aşağı Əsbhar - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (14 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=686936 |
Əsbhar-i Ülya (Kəleybər) | Əsbhar-i Ülya (fars. اسبهارعليا) və ya Yuxarı Əsbhar- İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 156 nəfər yaşayır (27 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=686316 |
Əsbiyyə | Əsbiyyə və ya Əl-Asaba Tripolidən təqribən 120 km məsafədə, qərb dağı sayılan Nafusa dağının ətəklərində şəhər. Qısa Tarixi Əl-Asaba kənd təsərrüfatı ilə məşhur olan Nafusa dağlarında (Qərbi Dağ) yerləşən, 2010-cu il siyahıyaalınmasında faktiki olaraq təxminən 27.600 nəfər məskunlaşan bir əhalisi olan bir bölgədir və Qaryan şəhərindən sonra bölgənin ən böyük şəhərlərindən biridir. 23 mart 1913-cü ildə Əl-Təvisin protektoratı olan Liviya mücahidləri və italyanlar arasında döyüş baş verdi və bu zərbə zamanı italyanlara ağır itki verildi. 2011-ci il fevral inqilabında, inqilabçılar 25 avqust 2011-ci ildə bir nərdivana girdilər və şəhər obyektlərində müstəqillik bayrağı qaldırıldı | https://az.wikipedia.org/w/index.php?curid=634997 |
Əsbqəlyan (Kəleybər) | Əsbqəlyan (fars. اسب قليان) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur. | https://az.wikipedia.org/w/index.php?curid=686357 |
Əsbu (Ərdəbil) | Əsbu (fars. اسبو) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 438 nəfər yaşayır (131 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=753701 |
Əsbxan (Heris) | Əsbxan (fars. اسبخان) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (24 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=685890 |
Əseyalan (İşembay) | Coğrafi yerləşməsi rayon mərkəzindən (İşembay): 40 km, kənd sovetliyindən (Urqe Etkol): 15 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 55 km. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=563037 |
Əsfistan (Qəzvin) | Əsfistan (fars. اسفستان) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 99 nəfər yaşayır (31 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=670817 |
Əsfistan (Sərab) | Əsfistan (fars. اسفستان) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,228 nəfər yaşayır (289 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=684905 |
Əsfərvərin | Əsfərvərin - İranın Qəzvin ostanının Takistan şəhristanının Əsfərvərin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,104 nəfər və 2,670 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=288013 |
Əsfərəncan (Ərdəbil) | Əsfərəncan (fars. اسفرنجان) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (16 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=754051 |
Əsginas | Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. Əsginaslarla banknotların fərqi Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. Xarici keçidlər Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. | https://az.wikipedia.org/w/index.php?curid=117930 |
Əsginaz | Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. Əsginaslarla banknotların fərqi Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. Xarici keçidlər Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. | https://az.wikipedia.org/w/index.php?curid=366834 |
Əsgəmor | Əsgəmor - 1727-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı Həmin mənbədə cəmi 2 Azərbaycanlı ailənin (Cəlil Sevdiməli oğlu və Xanməhəmməd Bayraməli oğlu) yaşadığı qeyd olunur . Türk dillərində aska "qayalı dağ" və ermənicə mor "bataqlıq" sözlərindən ibarətdir. Kutais quberniyasının SEnak qəzasında Asxi və Leçkum qəzasında Asxi dağ adları ilə mənaca eynidir. | https://az.wikipedia.org/w/index.php?curid=736408 |
Əsgər | Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər. Həmçinin bax Əsgər (rütbə) Hərbi rütbə | https://az.wikipedia.org/w/index.php?curid=36416 |
Əsgər (ad) | Əsgər — ən kiçik hərbi rütbə. Əsgər Abbasov — Əsgər Abdullayev — Əsgər Abdullayev (futbolçu) — Əsgər Abdullayev (mühəndis) — Əsgər Abdullayev (tarixçi) — Əsgər Abdullayev (general-leytenant) — Əsgər ağa Gorani — Əsgər Əhmədov — Əsgər Ələkbərov — Əsgər Əliyev — Əsgər Həsənov — Əsgər Hüseynov — Əsgər xan Xançobanlı — Əsgər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947) Əsgər Cəfər oğlu İsmayılov — Azərbaycan kinooperatoru və ssenaristi Əsgər Məmmədoğlu — Əsgər Rəhimov — Həmçinin bax Əsgər (dəqiqləşdirmə) | https://az.wikipedia.org/w/index.php?curid=728034 |
Əsgər (mafiya) | Əsgər (it. soldato, ing. soldier) — həm ABŞ mafiyasının, həm də Siciliya Mafiyasının rəsmi iyerarxiyasında və ya kadrında ilk rəsmi səviyyəsi. Bu, həmçinin "Ndrangeta" və "Kamorra" kimi digər İtaliya cinayət təşkilatlarında rütbə kimi istifadə olunur. Əsgər rütbəsinə yüksəlmə komandanlıq zəncirində köməkçi səviyyədən yüksəlişdir. Mafiyanın təşəbbüskar üzvü olmayan tərəfdaşı – təşəbbüskar bir "keçirilmiş adam" olmaq və buna görə də əsgər rütbəsinə yüksəlmək üçün ailəyə özünü sübut etməli, "Omerta" andını içməlidir. | https://az.wikipedia.org/w/index.php?curid=833115 |
Əsgər (qəzet) | "Əsgər" qəzeti — Azərbaycanda çap olunan ilk hərbi qəzetlərdən biri, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan qəzet. Daxili Qoşunların mətbuat orqanı olan "Əsgər" qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 16-da dərc olunmuşdur. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. "Əsgər" qəzeti yarandığı gündən bu günədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir. "Əsgər" qəzetinin ilk Baş redaktoru Rəfael Rzayev, Baş redaktorun müavini Təranə Məmmədova, məsul katibi Eldəniz Abbasov olmuşdur. Əsgər qəzeti | https://az.wikipedia.org/w/index.php?curid=368536 |
Əsgər (rütbə) | Əsgər — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə matros rütbəsidir. Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi leytenant verilir. | https://az.wikipedia.org/w/index.php?curid=68960 |
Əsgər Abbasov | Abbasov Əsgər Məmmədismayıl oğlu (28 aprel 1916 – 9 fevral 1970) — teatr rəssamı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1964). Əsgər Abbasov 28 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1933-cü ildən Azərbaqycan Milli Dram Teatrında dekorçu rəssam kimi çalışmağa başlamışdır. 1933-1936-cı illərdə Bakı Rəssaqmlıq Məktəbində təhsil almışdır. Təhsil aldığı müddət ərzində əmək fəaliyyətinə də ara verməmişdir. 1945-1949 və 1956-1969-cu illərdə Azərbaycan Musiqili Komediya Teatrında baş rəssam işləmişdir. Yaradacılığı Əsgər Abbasov Azərbaycan Milli Dram Teatrında işlədiyi dövrdə Mir Cəlalın "Mirzə Xəyal", Mixail Lermontovun "İki qardaş", K.Simonovun "Bizim şəhərli oğlan", Kondrat Krapivanın "Son gülən", S.Rəhmanın "Toy" pyeslərinin tamaşalarının quruluşçu rejissoru olmuşdur. Habelə, Səməd Vurğunun "Fərhad və Şirin" pyesində və Sabit Rəhmanın "Xoşbəxtlər" komediyasında geyim eskizlərinin müəllifi olmuşdur.Əsgər Abbasovun yaradıcılığının parlaq dövrü Musiqili Komediya Teatrına təsadüf edir. O, S.Ələsgərovun "Ulduz" (1957), Ü.Hacıbəyovun "Arşın mal alan" (1959) və "O olmasın, bu olsun" (1964), "Məşədi İbad", Z.Hacıbəyovun "Aşıq Qərib", S.Rüstəmov "Durna" (1965), Ş.Qurbanov və S.Ələsgərovun "Özümüz bilərik", M.Əlizadə və F.Əmirovun "Gözün aydın", İmre Kalmanın "Silva" (1960) və "Bayadera" tamaşalarının quruluşçu rəssamı olmuşdur. Əsgər Abbasov 9 fevral 1970-ci ildə Bakı şəhərində vəfat etmişdir. Mükafatları Əsgər Abbasov 1964-cü ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. | https://az.wikipedia.org/w/index.php?curid=329776 |
Əsgər Abdullayev | Əsgər Abdullayev (futbolçu) Əsgər Abdullayev (mühəndis) Əsgər Abdullayev (tarixçi) Əsgər Abdullayev (general-leytenant) Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=543012 |
Əsgər Abdullayev (alim) | Abdullayev Əsgər Ələkbər oğlu (1 yanvar 1927-ci il, Eyvazlı, Qubadlı rayonu, Azərbaycan SSR) — avtomatika sahəsində Azərbaycan alimi, mühəndis-elektrik.AMEA-nın müxbir üzvü (1969), SSRİ Dövlət Mükafatı laureatı (1969), Azərbaycan SSR əməkdar mühəndisi (1964)., texnika elmləri doktoru(1969), professor (1970), SSRİ Nazirlər Soveti Mükafatı laureatı (1988). Əsgər Abdullayev 1 yanvar 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olmuşdur. 1943-cü ildə Kəlbəcər şəhərində orta məktəbi bitirən Əsgər Abdullayev 1944-1949-cu illərdə Azərbaycan Neft və Sənaye İnstitutunun Energetika fakültəsində təhsil almışdır. İnstitutu bitirdikdən sonra Azərbaycan EA-nın Energetika İnstitutunun əyani aspiranturasına qəbul olan Abdullayev 1951-ci ildə SSRİ EA-nın Avtomatika və Telemexanika Elmi-Tədqiqat İnstitutunun (Moskva) aspiranturasına ezam edilmişdir. Əmək fəaliyyəti 1953-cü ildə kompressor quyularında neft hasilatının avtomatlaşdırılması mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və üç il (1951-1954) ATİ-da kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1953-cü ildən Sovet İttifaqı Kommunust partiyasının üzvü olmuşdur. 1954-cü ölkəyə qayıdan Əsgər Abdullayev Azərbaycan Neft Maşınqayırma Elmi-Tədqiqat İnstitutunda "Avtomatika və telemexanika" laboratoriyasını yaratmış və ona rəhbərlik etmişdir. 1956-cı ildən böyük elmi işçi vəzifəsində çalışmışdır. Abdullayeva 1957-ci ildə yaratdığı "Avtomatika və telemexanika" bölməsi əsasında Sumqayıtda neft və neftkimya sənaye sahələrinin kompleks avtomatlaşdırılması üzrə Elmi-Tədqiqat və Layihə İnstitutu (Neftkimyaavtomat ETLİ) yaratmaq həvalə olunmuş və 1959-cu ildə instituta direktor təyin edilmişdir. Əsgər Abdullayevin rəhbərliyi ilə hazırlanmış 500-dən artıq qurğu hal-hazırda Azərbaycan, Qərbi Sibir, Qazaxıstan, Türkmənistan, Başqırdıstan və Tatarıstanın neft mədənlərinin quyularında istifadə edilir. Əsgər Abdullayev avtomatik idarəetmə sistemi üzrə SSRİ Milli Komitəsi Bakı ərazi qrupunun, SSRİ Cihazqayırma Nazirliyinin İdarəetmə Sistemləri və Vasitələri Elmitexniki Şurasının, ASE Redaksiya Heyəti, Kimya Redaksiya Şurasının üzvü, Bilik Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri olmuşdur. 1985-ci ildə Bakı şəhərindəki Təcrübə zavodu və Şirvandakı iki zavod əsasında "Neftqazavtomat" Elmi İstehsalat Birliyi yaradılmış, Ə.Abdullayev orada əvvəlcə baş direktor, 1994-cü ildən isə baş məsləhətçi vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti Əsgər Abdullayev 1953-cü ildə "Ümumi qida magistralı ilə birləşmiş kompressor quyu qruplarının avtomatik tənzimlənməsi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1970-ci ildə dissertasiya müdafiə edərək elmlər doktoru adını almış və professor vəzifəsinə qədər yüksəlmişdir. O, 1969-cu ildə Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Əsgər Abdullayevin rəhbərliyi altında 200-dən artıq texnika elmləri doktoru və namizədi yetişmişdir. Alim 19 kitab, 200-dən çox elmi məqalənin, 70-dən artıq ixtiranın müəllifidir.Beynəlxalq konfranslarda, o cümlədən ABŞ-da (Boston - 1975, Alyaska - 1987), Hollandiya (Haaqa) - 1977, Macarıstanda (Budapeşt) - 1982-ci ildə keçirilən konfranslarda məruzələrlə iştirak etmişdir. SSRİ avtomatlaşdırma və idarəetmə sistemlərinin cihazqayırma nazirinin müavini E.B.Smirnovun sözlərinə görə, A.A.Abdullayevin əsərləri “neft-qaz sənayesində idarəetmənin avtomatlaşdırılması nəzəriyyəsi və praktikasını zənginləşdirmiş, sistemli və çoxsəviyyəli idarəetmənin əsasını qoymuş və neft sənayesinin avtomatlaşdırılmasına vahid texniki, informasiya və təşkilati dəstəyə əsaslanan çoxdövrəli yanaşma təklif etmişdir.”[9]V. A. Trapeznikov (akademik, İdarəetmə Problemləri İnstitutunun fəxri direktoru) və İ. V. Pranqişvili (GSSR Elmlər Akademiyasının akademiki, İdarəetmə Problemləri İnstitutunun direktoru) qeyd etmişlər ki, “o və onun elmi məktəbi tərəfindən karbohidrogen tərkibli xammalın emalı proseslərinin ümumi idarəetmə prinsiplərinin əsası qoyulmuş, yeni istiqamət olan texnoloji idarəetmə obyektlərinin modellərinin parametrlərinin qiymətləndirilməsində struktur uyğunlaşma inkişaf etdirilmişdir”; “neft hasilatı birlikləri və müəssisələri üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin qurulmasının nəzəri əsasları hazırlanmış, informasiya-nəzarət kompleksləri yaradılmışdır. Neft və neft məhsullarının daşınması və saxlanması obyektlərinin avtomatlaşdırılması və idarə edilməsinin nəzəri və praktiki əsasları işlənib hazırlanmışdır”. Elmi və pedaqoji fəaliyyət A.A.Abdullayev 40-dan çox texnika elmləri üzrə fəlsəfə doktoru və bir neçə elmlər doktoru hazırlamışdır. AzİNEFTEXİM-də mühazirə oxumuş, avtomatik idarəetmə nəzəriyyəsi üzrə dərslik (azərbaycan dilində) hazırlamışdır. Əsgər Abdullayev 1998-ci il 15 aprel tarixində Bakı şəhərində vəfat etmişdir. Mükafatları "Şərəf nişanı" ordeni "Oktyabr inqilabı" ordeni "Əmək igidliyinə görə" medalı "Qırmızı əmək bayrağı" ordeni "Azərbaycan SSR əməkdar mühəndisi" adı SSRİ Dövlət mükafatı laureatı (1969) SSRİ Nazirlər Sovetinin mükafatı (1988)2007-ci ilin sonunda A.A.Abdullayevin anadan olmasının 80 illiyi münasibətilə Bakının “Elm” nəşriyyatında “Azərbaycan elm və mədəniyyət xadimləri” böməsində “Əsgər Abdullayev – 80” biblioqrafik kitab nəşr edilmişdir. Ədəbiyyat siyahısı Avtomatik tənzimləmə:nəzəri əsasları: ali texniki məktəblər üçün dərs vəsaiti /Ə.Ə.Abdullayev; elmi red. T.Əliyev.-Bakı: Maarif, 1972.-471, [1] s. Əsgər Ələkbər oğlu Abdullayev: Biblioqrafiya /AMEA; elmi red.T.A.Əliyev; tərtibçi G.Ə.Abdullayeva.-Bakı: Elm, 2007.-184 s. | https://az.wikipedia.org/w/index.php?curid=703490 |
Əsgər Abdullayev (futbolçu) | Abdullayev Əsgər Məmməd oğlu (27 mart 1960, Bakı) — SSRİ və Azərbaycan futbolçusu, SSRİ idman ustası (1990). Müdafiəçi mövqeyində çıxış etmişdir. Klub karyerası Bütün futbol karyerasını Neftçi klubunda keçirib, lakin böyük qələbələr qazana bilməyib. "Neftçi"də 319, SSRİ Kubokunda 10, 1988-ci ildə "Neftçi"nin finala çıxdığı Federasiya Kubokunda 14 matç keçirmiş və SSRİ çempionatında 1 qol vurmuşdur. Azərbaycan çempionatında iki mövsüm keçirmişdir: 1992 və 1993/94. Məşqçi karyerası Məşqçilik karyerasına Vaqif Sadıqovun köməkçisi olaraq işlədiyi Şəfa klubunda başlamışdır. Sonra Avropa Gənclər Çempionatının seçmə qrupunda 5-ci yeri tutan Azərbaycan gənclər komandasını çalışdırmışdır. Həm də müvəqqəti olaraq Azərbaycan milli komandasına rəhbərlik etmişdir. 2002-ci ildə Vaqif Sadıqov Azərbaycan millisinə rəhbərlik etdi və Əsgər Abdullayevi də öz köməkçiləri arasına götürdü. 25 oktyabr 2002-ci ildə Vaqif Sadıqovun istefasından sonra Əsgər Abdullayev müvəqqəti olaraq millinin məşqçisi təyin edildi; bir neçə uğurlu matçdan sonra, 17 may 2003-cü ildə Əsgər Abdullayev rəsmi olaraq Azərbaycan milli komandasının baş məşqçisi olaraq təsdiqləndi. Əsgər Abdullayevin rəhbərliyi altında Azərbaycan milli komandası Serbiya yığması ilə səfərdə heç-heçə etdi, evdə isə Serbiya yığmasını məğlub etdi və buna görə komandanın baş məşqçisi "Serb Cəlladı" ləqəbini aldı". Braziliyalı Karlos Alberto Torres milli komandaya baş məşqçi təyin olunduqdan sonra onun köməkçisi işləmişdir. 2005-ci ildə Bakı klubuna baş məşqçi təyin edildi və ilk mövsümdə komanda ilə Azərbaycan kubokunu qazandı, lakin növbəti mövsüm çempionat autsayderi — Göyəzən klubu ilə heç-heçə etdikdən sonra istefa verdi. Elə həmin mövsüm "Bakı" ölkə çempionu oldu. 1 iyun 2006-cı ildə vəzifəsindən uzaqlaşdırılan Petar Kurçibiçin yerinə Olimpik-Şüvəlan klubunun baş məşqçisi təyin edildi. Klub autsayderini Azərbaycan futbolunun liderlərindən birinə çevirə bildi. 2008-ci ildə Olimpik ilə Azərbaycan çempionatında gümüş medal qazandı. Bu uğurdan sonra Azərbaycanda mövsümün ən yaxşı məşqçisi kimi tanındı. Nailiyyətlər Azərbaycan çempionu: 1992 Azərbaycan Kubokunun qalibi: 2005 Azərbaycanda ilin futbol məşqçisi: 2008 | https://az.wikipedia.org/w/index.php?curid=94034 |
Əsgər Abdullayev (general-leytenant) | Əsgər Həsən oğlu Abdullayev (general-leytenantı) (26 iyul 1963, Nehrəm, Babək rayonu, Naxçıvan Muxtar Respublikası) - Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin Sədrinin sabiq müavini, gömrük xidməti general-leytenantı. Əsgər Həsən oğlu Abdullayev, 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Əsgər Abdullayev 1980-cı ildə orta təhsilini Nehrəm kəndindəki məktəbdə alıb, həmin məktəbdən qızıl medal ilə məzun olmuşdur. O, ali təhsilini Kiyev İnşaat Mühəndisləri İnstitutunda alaraq, 1985-ci ildə buranı qızıl diplomla başa vurmuşdur. Əsgər Abdullayev gömrük orqanlarındakı fəaliyyətinə 1985-1996 –cı illər ərzində Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı olaraq başlayıb, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrinə qədər yüksəlməyə nail olmuşdur. Bundan sonra, 1996-2006-cı illər ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi və İdarə rəisi vəzifələrində çalışmışdır. 2006-cı il iyunun 21-də Prezident İlham Əliyəv in imzaladığı sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Əsgər Abdullayev, əlavə olaraq, 2011-ci il yanvarın 25-də Prezidentin sərəncamı ilə gömrük xidmətlərindəki üstün fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni [1] , 2013-cü il yanvarın 31-də 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni [2] və 2015-cı il yanvarın 28-də Prezidentin həmin adlı sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.[3] 2018-ci il aprelin 23-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin sədri Səfər Mehdiyevin sədrliyi ilə müavin vəzifəsini icra edib.[4] 2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilib.Ailəlidir və 2 övladı var. 1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 3. Dövlət Gömrük Komitəsinin əməkdaşları orden, medal və ali xüsusi rütbələrlə təltif edildi 4. Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib | https://az.wikipedia.org/w/index.php?curid=571084 |
Əsgər Abdullayev (mühəndis) | Abdullayev Əsgər Ələkbər oğlu (1 yanvar 1927-ci il, Eyvazlı, Qubadlı rayonu, Azərbaycan SSR) — avtomatika sahəsində Azərbaycan alimi, mühəndis-elektrik.AMEA-nın müxbir üzvü (1969), SSRİ Dövlət Mükafatı laureatı (1969), Azərbaycan SSR əməkdar mühəndisi (1964)., texnika elmləri doktoru(1969), professor (1970), SSRİ Nazirlər Soveti Mükafatı laureatı (1988). Əsgər Abdullayev 1 yanvar 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olmuşdur. 1943-cü ildə Kəlbəcər şəhərində orta məktəbi bitirən Əsgər Abdullayev 1944-1949-cu illərdə Azərbaycan Neft və Sənaye İnstitutunun Energetika fakültəsində təhsil almışdır. İnstitutu bitirdikdən sonra Azərbaycan EA-nın Energetika İnstitutunun əyani aspiranturasına qəbul olan Abdullayev 1951-ci ildə SSRİ EA-nın Avtomatika və Telemexanika Elmi-Tədqiqat İnstitutunun (Moskva) aspiranturasına ezam edilmişdir. Əmək fəaliyyəti 1953-cü ildə kompressor quyularında neft hasilatının avtomatlaşdırılması mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və üç il (1951-1954) ATİ-da kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1953-cü ildən Sovet İttifaqı Kommunust partiyasının üzvü olmuşdur. 1954-cü ölkəyə qayıdan Əsgər Abdullayev Azərbaycan Neft Maşınqayırma Elmi-Tədqiqat İnstitutunda "Avtomatika və telemexanika" laboratoriyasını yaratmış və ona rəhbərlik etmişdir. 1956-cı ildən böyük elmi işçi vəzifəsində çalışmışdır. Abdullayeva 1957-ci ildə yaratdığı "Avtomatika və telemexanika" bölməsi əsasında Sumqayıtda neft və neftkimya sənaye sahələrinin kompleks avtomatlaşdırılması üzrə Elmi-Tədqiqat və Layihə İnstitutu (Neftkimyaavtomat ETLİ) yaratmaq həvalə olunmuş və 1959-cu ildə instituta direktor təyin edilmişdir. Əsgər Abdullayevin rəhbərliyi ilə hazırlanmış 500-dən artıq qurğu hal-hazırda Azərbaycan, Qərbi Sibir, Qazaxıstan, Türkmənistan, Başqırdıstan və Tatarıstanın neft mədənlərinin quyularında istifadə edilir. Əsgər Abdullayev avtomatik idarəetmə sistemi üzrə SSRİ Milli Komitəsi Bakı ərazi qrupunun, SSRİ Cihazqayırma Nazirliyinin İdarəetmə Sistemləri və Vasitələri Elmitexniki Şurasının, ASE Redaksiya Heyəti, Kimya Redaksiya Şurasının üzvü, Bilik Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri olmuşdur. 1985-ci ildə Bakı şəhərindəki Təcrübə zavodu və Şirvandakı iki zavod əsasında "Neftqazavtomat" Elmi İstehsalat Birliyi yaradılmış, Ə.Abdullayev orada əvvəlcə baş direktor, 1994-cü ildən isə baş məsləhətçi vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti Əsgər Abdullayev 1953-cü ildə "Ümumi qida magistralı ilə birləşmiş kompressor quyu qruplarının avtomatik tənzimlənməsi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1970-ci ildə dissertasiya müdafiə edərək elmlər doktoru adını almış və professor vəzifəsinə qədər yüksəlmişdir. O, 1969-cu ildə Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Əsgər Abdullayevin rəhbərliyi altında 200-dən artıq texnika elmləri doktoru və namizədi yetişmişdir. Alim 19 kitab, 200-dən çox elmi məqalənin, 70-dən artıq ixtiranın müəllifidir.Beynəlxalq konfranslarda, o cümlədən ABŞ-da (Boston - 1975, Alyaska - 1987), Hollandiya (Haaqa) - 1977, Macarıstanda (Budapeşt) - 1982-ci ildə keçirilən konfranslarda məruzələrlə iştirak etmişdir. SSRİ avtomatlaşdırma və idarəetmə sistemlərinin cihazqayırma nazirinin müavini E.B.Smirnovun sözlərinə görə, A.A.Abdullayevin əsərləri “neft-qaz sənayesində idarəetmənin avtomatlaşdırılması nəzəriyyəsi və praktikasını zənginləşdirmiş, sistemli və çoxsəviyyəli idarəetmənin əsasını qoymuş və neft sənayesinin avtomatlaşdırılmasına vahid texniki, informasiya və təşkilati dəstəyə əsaslanan çoxdövrəli yanaşma təklif etmişdir.”[9]V. A. Trapeznikov (akademik, İdarəetmə Problemləri İnstitutunun fəxri direktoru) və İ. V. Pranqişvili (GSSR Elmlər Akademiyasının akademiki, İdarəetmə Problemləri İnstitutunun direktoru) qeyd etmişlər ki, “o və onun elmi məktəbi tərəfindən karbohidrogen tərkibli xammalın emalı proseslərinin ümumi idarəetmə prinsiplərinin əsası qoyulmuş, yeni istiqamət olan texnoloji idarəetmə obyektlərinin modellərinin parametrlərinin qiymətləndirilməsində struktur uyğunlaşma inkişaf etdirilmişdir”; “neft hasilatı birlikləri və müəssisələri üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin qurulmasının nəzəri əsasları hazırlanmış, informasiya-nəzarət kompleksləri yaradılmışdır. Neft və neft məhsullarının daşınması və saxlanması obyektlərinin avtomatlaşdırılması və idarə edilməsinin nəzəri və praktiki əsasları işlənib hazırlanmışdır”. Elmi və pedaqoji fəaliyyət A.A.Abdullayev 40-dan çox texnika elmləri üzrə fəlsəfə doktoru və bir neçə elmlər doktoru hazırlamışdır. AzİNEFTEXİM-də mühazirə oxumuş, avtomatik idarəetmə nəzəriyyəsi üzrə dərslik (azərbaycan dilində) hazırlamışdır. Əsgər Abdullayev 1998-ci il 15 aprel tarixində Bakı şəhərində vəfat etmişdir. Mükafatları "Şərəf nişanı" ordeni "Oktyabr inqilabı" ordeni "Əmək igidliyinə görə" medalı "Qırmızı əmək bayrağı" ordeni "Azərbaycan SSR əməkdar mühəndisi" adı SSRİ Dövlət mükafatı laureatı (1969) SSRİ Nazirlər Sovetinin mükafatı (1988)2007-ci ilin sonunda A.A.Abdullayevin anadan olmasının 80 illiyi münasibətilə Bakının “Elm” nəşriyyatında “Azərbaycan elm və mədəniyyət xadimləri” böməsində “Əsgər Abdullayev – 80” biblioqrafik kitab nəşr edilmişdir. Ədəbiyyat siyahısı Avtomatik tənzimləmə:nəzəri əsasları: ali texniki məktəblər üçün dərs vəsaiti /Ə.Ə.Abdullayev; elmi red. T.Əliyev.-Bakı: Maarif, 1972.-471, [1] s. Əsgər Ələkbər oğlu Abdullayev: Biblioqrafiya /AMEA; elmi red.T.A.Əliyev; tərtibçi G.Ə.Abdullayeva.-Bakı: Elm, 2007.-184 s. | https://az.wikipedia.org/w/index.php?curid=98093 |
Əsgər Abdullayev (tarixçi) | Əsgər Abdullayev (Abdullayev Əsgər İbrahim oğlu; 15 avqust 1928, Ağcabədi – 5 avqust 2021) — tarix elmləri doktoru, professor, "Əməkdar müəllim" Abdullayev Əsgər 1928-ci ildə Ağcabədi rayonunun Kəbirli kəndində doğulub. Orta təhsilini burada aldıqdan sonra 1951-ci ildə BDU-nun tarix fakültəsini bitirmişdir. Əmək fəaliyyəti 1951—1954-cü illərdə Ağdam Kənd təsərrüfatı Texnikumunda müəllim,1955—1957-ci illərdə AMEA Tarix İnstitutunda elmi işçi,1957—1961-ci ildə DİN Xüsusi orta məktəbində baş müəllim və əməliyyat müvəkkili,1961—1964-cü illərdə BDU-nun aspiranturasında təhsil almışdır. 1964—1966-cı illərdə Azərbaycan Dövlət Tarix Muzeyində elmi işçi,1966—1990-cı illərdə ADİU-da baş müəllim, dosent işləmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)“Beynəlxalq münasibətlər” kafedrasının professorudur. “Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı kadrların hazırlanmasındakı uzunmüddətli xidmətlərinə, elm və təhsilin inkişafına verdiyi töhfələrə görə” Fəxri Fərmanla təltif edilib Elmi əsərləri Azərbaycana qarşı erməni təcavüzü və xarici havadarlıq: Monoqrafiya /Əsgər, Abdullayev; Elmi red.: M.F.Cəlilov.- B.: İqtisad Universiteti, 2004 Azərbaycanlıların mart soyqırımı unudulmamalıdır : [monoqrafiya] /Ə.Abdullayev; elmi red. və ön söz. müəl. M.Cəlilov.- B.: İqtisad Universiteti, 2008 Dünya şöhrətli dövlət xadimi Heydər Əliyev /Əsgər Abdullayev; Elmi red: M.F.Cəlilov; Rəyçilər: B.M.Abdullayev və b.- B.: İqtisad Universiteti, 2005 Erməni təcavüzü: acı faktlar, fəlakətli nəticələr /Ə.İ.Abdullayev; Elmi red.: M.F.Cəlilov; Azərbaycan Dövlət İqtisad Universiteti.- B.: İqtisad Universitetinin nəşriyyatı, 2003 Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti : XIX əsrin axırı-XX əsr /Ə.İ. Abdullayev; Elmi red.: M.F. Cəlilov; Azərbaycan Dövlət İqtisad İnstitutu.- B.: Elm, 1998 Ermənistanın Azərbaycana qarşı təcavüzü tarixindən bəzi məqamlar monoqrafiya /Ə. İ. Abdullayev; elmi red. H. Cəfərov.-Bakı: İqtisad Universiteti, 2011 Müstəqil Azərbaycan və Fransa : monoqrafiya Ə.İ.Abdullayev; elmi red. M.F.Cəlilov.- Bakı, İqtisad Universiteti, 2007 “Qarabağ faciəsi” ,Bakı,.2016 | https://az.wikipedia.org/w/index.php?curid=542989 |
Əsgər Akayev | Askar Akayev (10 noyabr 1944, Qızıl Bayraq[d], Çuy vilayəti) — Qırğızıstan Respublikasının 1-ci Prezidenti (1990–2005). | https://az.wikipedia.org/w/index.php?curid=713282 |
Əsgər Broyan | Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir. Şiverê, Poem, Yerevan, 1966. Kulîlkên Çiya, Poem, Yerevan, 1975. Sinco keça xwe dide mêr, Play, Yerevan, 1980. Tîrênc, Poem, Yerevan, 1987. Mem û Zîn, Play, Roja Nû Publishers, Stockholm, 1989, ISBN 91-7672-026-8 18 Temmuz 2011 tarihinde Wayback Machine sitesinde arşivlendi.. Li Çiya, Short Story, Yerevan, 1991. Duaya Serê Sibê, Poem, 80 pp., Roja Nû Publishers, Sweden, 1997. Oda Çîrokan 1, Poems for Children, 104 pp., Roja nû Publishers, 1997, ISBN 91-7672-036-5. Kulîlkên Birîndar, Poem, 288 pp., Stockholm, 1998, ISBN 91-7672-043-8. Govenda Herfan, Poems for Children, Stockholm, 2002. | https://az.wikipedia.org/w/index.php?curid=783146 |
Əsgər Cəlilov | Əsgər Xəlil oğlu Cəlilov — Azərbaycanlı şəhid. Cəlilov Əsgər Xəlil oğlu 1936-cı ildə Gədəbəy rayonunun Mutudərə kəndində kolxozçu ailəsində anadan olmuşdur. Uşaqlıq illərini yoxsulluq içərisində keçirmişdir. Yaşının yetkinlik çağlarında kolxozda fəhləlik etmişdir. 1981-ci ildən Gədəbəy rayon rabitə qovşağının İsalı poçt şöbəsində poçtalyon işləmişdir. İşlədiyi müddətdə əhalinin dərin hörmətini qazanmışdır. Hərbi xidməti 1990-cı il 20 yanvar hadisələrindən on gün sonra xidməti vəzifəsini yerinə yetirərkən erməni quldurları tərəfindən faciəli surətdə 5 nəfər rabitə işçisi ilə birlikdə qətlə yetirilmişdir. Gədəbəy rayon qəbiristanlığında dəfn olunub. | https://az.wikipedia.org/w/index.php?curid=742598 |
Əsgər Fərhadi | Əsgər Fərhadi (fars. اصغر فرهادی, d. 1 yanvar 1972-ci il, Xomeynişəhr, İsfahan, İran) - İranlı senarist və rejissor. Teatr məzunudur. Rejissorluq etdiyi filmlər Xarici keçidlər Official website Everybody Knows (film) Əsgər Fərhadi — IMDb səhifəsi | https://az.wikipedia.org/w/index.php?curid=271252 |
Əsgər Fərəci | Əsgər Fədayəli oğlu Fərəci — 1937-ci ildə Kəbudər Ahəng şəhərində anadan olmuş azərbaycanlı şair. O, azərbaycan və fars dillərində şeirlər yazıb. 2004-ci ildə Kəbudər Ahəng şəhərində vəfat edib. Yaradıcılığı فصل بهار سير گلستانه گلميشم/Fəsli bahar seyri gülüstanə gəlmişəm عشق و صفايه باغيله بستانه گلميشم/Eşq o səfayə bağilə bostanə gəlmişəm باش قوزايور چمنده اگر سرخ لاله لر/Baş qozayır çəməndə əgər sorx lalələr گلبرگ سبز شاخه ي ريحانه گلميشم /Gülbərqi səbzi şaxeye reyhanə gəlmişəm گللر يواش يواش آچولور گلستانيده/Güllər yavaş yavaş açılır gülüstanidə ديدارناز غنچه ي خندانه گلميشم/Didare naze qunçayi xəndanə gəlmişəm ابر بهار سايه سالار ساعقه ورا/Əbri bahar sayə salar saiqə vurar نم نم شروع بارش بارانه گلميشم/Nəm nəmi şorui bareşi baranə gəlmişəm هر يان آخار خراميله سو جويباريدن/Hər yan axar xormilə su cuybaridən اما سراغ چشمه ي حيوانه گلميشم/Amma soraği çeşməye heyvanə gəlmişəm چه چه سسي قولاقه نيستانده چاتميور/Çəh çəh səsi qulağa neyistanda çatmiyor شور و نواي بلبل خوشخوانه گلميشم/Şur o nəvaye bülbüle xoşxanə gəlmişəm زيبا طبيعتي كه خدا لطف ايديب بيزه/Ziba təbiəti ki Xuda lütf edib bizə شكر و ثنايه در گه سبحانه گلميشم/Şükür və sənayə dərgəhe sübhanə gəlmişəm خادم آديله عشق واريمدور طبيعته/Xadim adıyla eşq varımdır təbiətə فصل بهار سير گلستانه گلميشم/Fəsli bahar seyre gülüstanə gəlmişəm Kəbudər Ahəngin tanınmış şəxsiyyətləri Arxivləşdirilib 2011-12-21 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=270967 |
Əsgər Gorani | Danyal bəy; Mikayıl bəy; "Petrovsk-Razumovsk" akademiyasını bitirdikdən sonra Ə.Gorani bir müddət Kutaysidə və Tiflisdə, 1905-ci ildən sonra isə Gəncədə ədliyyə və dövlət qulluqlarında işləmişdir. Nizami məqbərəsi ilk türbənin tikintisi XIII–XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir. Əsgər ağa Azərbaycan mədəniyyətinin görkəmli simalarından biridir. O, özünü müxtəlif fəaliyyət növlərində sınamışdır: Aktyor kimi Gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadan Həsən bəy Zərdabinin təklifi ilə hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib Mirzə Fətəli Axundovun göndərdiyi əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Beləliklə, milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir. H.Zərdabi "Həyat" qəzetində yazmışdı: Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı. Jurnalist kimi Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxuduğu zaman orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgərağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı: Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Qəzetin bütün şöbələrində onun məktublarına rast gəlmək mümkündür. Ə. Gorani qəzetdə təzə xəbərlər yazmağa çox meyl edirdi. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. O, öz xalqında maarif və mədəniyyətə rəğbəti özünə məxsus üsulla oyadırdı. Məzmunca bir-birindən gözəl olan xəbərlərindən biri də "Əkinçi"nin 1876-cı ildə çıxan birinci nömrəsində Ə. Goraninin Peterburq padşahlıq kitabxanasında bəhs edən məqaləsi olmuşdur. Müəllif göstərir ki, bu kitabxanda 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. Qiymətli nüsxələr şüşə altında nümayiş etdirilir. "Əkinçi" qəzetinin bütün nəşri boyu Ə.Gorani onun fəal müxbiri olmuşdur. Elm xəbərləri Elm xəbərləri şöbəsində Ə.Goraninin qəbristanlığa yaxın yerdə su quyularının qazılmasının zərərindən, mal-qaranı saxlamağın yeni üsullarından, Şərq xalqlarının elmsizliyinin səbəblərindən, telefonun və stenoqrafiyanın ixtirasından, tarix elminin inkişafı məsələlərindən bəhs edən maraqlı yazıları verilmişdir. Məktubat şöbəsində dərc etdirdiyi yazılarının birində (1875, № 8) Ə.Gorani Bakı–Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Başqa bir məktubunda isə Peterburq kənd təsərrüfatı muzeyindən danışır. Muzeyin şöbələri, eksponatları haqqında məlumat verir, belə mədəni ocaqların əhəmiyyətini göstərir. Tərcüməçi kimi Ə.Gorani rus dilində çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edib "Əkinçi"yə göndərirdi. Onun "Znaniye" jurnalından, "Texniçeski sbornik"dən tərcümələri məlumdur. Ə.Goraninin tərcümələrinə H.Zərdabi tələbkarlıqla yanaşırdı, bəzi məqalələri yenidən işləmək üçün özünə qaytarırdı. Məsələn, qəzetin 28 aprel 1876-cı il tarixli 8-ci nömrəsində çıxan bir məktubun maraqlı tarixçəsi vardır. Ə.Gorani hələ Peterburqd olarkən müxtəlif mənbələrdən istifadə edərək "Hollandiya vilayətində necə pendir qayırırlar" ünvanlı məktub hazırlayıb göndərmişdi. Müəllif özü tərcümənin zəif olduğunu başa düşüb H.Zərdabiyə yazmışdır: "O Sırodelii v Qollandi" məqaləsini "şorsuyu" tərcümə etmişəm. Bilmirəm, düzdürmü?" Əslində məktub maraqlı və məzmunlu idi. Lakin pendir hazırlamağın üsulları təsvir edilən yerlər oxucu üçün qaranlıq və anlaşılmaz olacaqdı. Bunu nəzərə alaraq H.Zərdabi müəllifin razılığı ilə məqaləni yenidən işləmiş, sadə bir dildə oxucuya çatdırmışdır. H.Zərdabi müəllifləri bu yolla sadə yazmağa təşviq edirdi. Onun M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Həmçinin M.Lermantovun "Yel gəmisi" balladasını da tərcümə etmişdir. Yazıçı kimi Əsgər ağa Gorani publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. Onun "Qara yel" romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub. Vəfatından sonra Əsgər ağa 9 mart 1910-cu ildə vəfat edib. Onun vəfatı ilə əlaqədar verilən nekroloqlarda bu cür səmimi sözlər vardır: Haqqında kitab Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının ictimai fikir tariximizin görkəmli nümayəndələrindən biri olan Əsgər ağa Adıgözəlov Goraniyə həsr olunmuş "Qaranlıqdan işığa. Əsgər ağa Gorani" adlı kitab yazmışdır.Araşdırmaçı-yazıçı, görməmli filoloq Kövsər Tarverdiyeva 1977-ci ildə "Əsgər Ağa Adıgözəlov Gorani" monoqrafiyası yazmışdır. Həmçinin bax Əkinçi (qəzet) Həsən bəy Zərdabi S.Ə.Şirvani. Əsərləri, II cild, Bakı, 1969, səh.123 RƏF, arxiv 3 Q-2(27) "Səda", 1910, № 57 "Həqiqət", 1910, № 56 N.N.Zeynalov; ADU-nun nəşriyyatı, Bakı-1973, səh.24–26 Xarici keçidlər Əsgər ağa Gorani yaradıcılığı — qaranlıqdan işığa Əsgər ağa Gorani yad edildi Həsən bəy Zərdabinin sağ əli-Əsgər ağa Gorani Əsgər ağa Adıgözəlov Gorani — teatrımızın yaradıcılarından biri Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857–1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa Arxivləşdirilib 2017-07-22 at the Wayback Machine Gəncəli jurnalistlər Əsgər ağa Goraninin qəbrini ziyarət etdilər Arxivləşdirilib 2018-05-13 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=476256 |
Əsgər Hacıyev | Əsgər Hacıyev (10 may 1938, Behrud, Ordubad rayonu – 1998, Ordubad, Naxçıvan Muxtar Respublikası) — istehsalat qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1976). Hacıyev Əsgər Bayraməli oğlu Ordubad rayonunun Behrud kəndində anadan olub. Əmək fəaliyyətinə 1955-ci ildə Sumqayıtdakı 1 saylı tikinti trestində başlamış, 1957 ildən Bakıda sənaye obyektlərinin tikintisində çalışmışdır. 1982-ci ildən orta texniki peşə məktəbində təlim ustası idi. 1981-ci ildə ona Gənclərin hami tərbiyəçisi fəxri adı verilmişdi. AKP 30-cu qurultayında (1981) MK üzvü seçilmişdir. İki dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. "Əsgər Hacıyev". Ordubadlı.Az. 2010-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20. | https://az.wikipedia.org/w/index.php?curid=94309 |
Əsgər Hüseyinov | Əsgər Vaqif oğlu Hüseynov (23 dekabr 1998; Kortala, Balakən rayonu — 25 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Əsgər Hüseynov 1998-ci il dekabrın 23-də tarixində Balakən rayonunun Kortala kəndində anadan olub.2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildən Zaqatala rayonunda Əliabad İslam Mədrəsəsində dini təhsil almağa başlayıb. Hərbi xidməti Əsgər Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əsgər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Hüseynov oktyabrın 25-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Vətən sevgisi Ailə üzvlərinin söylədiklərindən: "Əsgər hər kəslə yaxın münasibətlər qurardı, hər kəsin köməyinə çatardı. Böyük-kiçikli, hər kəsin sevimlisi idi. Evin tək oğlu idi. Hərbi xidmətə getmədən öncə, Vətənimizə, millətimizə qarşı olunan işgəncələrin, vəhşiliklərin, soyqırımların və Şəhid qardaşlarımızın qisasını alacağını, Vətən uğrunda, torpaq uğrunda Şəhid olacağını bildirirdi. Onun arzusu idi Şəhid olmaq..." Əsgərin döyüş yoldaşı, qazi Asif Məmmədovun dediklərindən: "Döyüş gedirdi. Mən qolumdan və ayağımdan yaralandım. Əsgər məni belinə alıb, döyüş meydanından çıxarib qoydu. Ayağımı və qolumu sarıdı, yanıma isə qumbara qoyaraq, aşağıdakıları söylədi: "Mən gedirəm 6-7 erməni qalıb, onları öldürməyə. Gəlib səni aparacam. Sənin övladların var, qoymaram ki sən Şəhid olasan. Əgər gələ bilməsəm, erməninin gəldiyini görsən, qumbaranı partlat, düşmənə əsir düşmə." Asif Məmmədov daha sonra bildirir ki, Əsgər tək məni yox, onlarla digər yaralı döyüş yoldaşımızı da xilas edib. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) Həmçinin bax Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi Toğrul Feyzizadə Samir Mehdiyev Məhəmmədəli Həsənzadə Rəşad Zeyniyev | https://az.wikipedia.org/w/index.php?curid=690404 |
Əsgər Hüseynov | Əsgər Vaqif oğlu Hüseynov (23 dekabr 1998; Kortala, Balakən rayonu — 25 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Əsgər Hüseynov 1998-ci il dekabrın 23-də tarixində Balakən rayonunun Kortala kəndində anadan olub.2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildən Zaqatala rayonunda Əliabad İslam Mədrəsəsində dini təhsil almağa başlayıb. Hərbi xidməti Əsgər Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əsgər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Hüseynov oktyabrın 25-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Vətən sevgisi Ailə üzvlərinin söylədiklərindən: "Əsgər hər kəslə yaxın münasibətlər qurardı, hər kəsin köməyinə çatardı. Böyük-kiçikli, hər kəsin sevimlisi idi. Evin tək oğlu idi. Hərbi xidmətə getmədən öncə, Vətənimizə, millətimizə qarşı olunan işgəncələrin, vəhşiliklərin, soyqırımların və Şəhid qardaşlarımızın qisasını alacağını, Vətən uğrunda, torpaq uğrunda Şəhid olacağını bildirirdi. Onun arzusu idi Şəhid olmaq..." Əsgərin döyüş yoldaşı, qazi Asif Məmmədovun dediklərindən: "Döyüş gedirdi. Mən qolumdan və ayağımdan yaralandım. Əsgər məni belinə alıb, döyüş meydanından çıxarib qoydu. Ayağımı və qolumu sarıdı, yanıma isə qumbara qoyaraq, aşağıdakıları söylədi: "Mən gedirəm 6-7 erməni qalıb, onları öldürməyə. Gəlib səni aparacam. Sənin övladların var, qoymaram ki sən Şəhid olasan. Əgər gələ bilməsəm, erməninin gəldiyini görsən, qumbaranı partlat, düşmənə əsir düşmə." Asif Məmmədov daha sonra bildirir ki, Əsgər tək məni yox, onlarla digər yaralı döyüş yoldaşımızı da xilas edib. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) Həmçinin bax Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi Toğrul Feyzizadə Samir Mehdiyev Məhəmmədəli Həsənzadə Rəşad Zeyniyev | https://az.wikipedia.org/w/index.php?curid=683940 |
Əsgər Kəngərli | Əsgər Kəngərli (azərb. Kəngərli Əsgər Aslan bəy oğlu; 9 may 1911, Naxçıvan – 7 mart 1998, Bakı) — nevropotoloq, tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi. Kəngərli Əsgər Aslan bəy oğlu 9 may 1911-ci ildə Naxçıvan şəhərində anadan olub. 7 mart 1998-ci ildə Bakı şəhərində vəfat edib. 1929-cu ildə Bakı Tibb Texnikumunu bitirib. 1931–1939-cu illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Tibbi fəaliyyəti Diş həkimi fəaliyyət başlayıb,sonralar isə rentgeneloq kimi ixtisaslaşmışdır. Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Qubada,Gəncədə və s.şəhərlərdə səhiyyə şöbələrinin müdiri işləmişdir. Böyük Vətən müharibəsində iştirak edərək,tibb xidməti polkovniki rütbəsi almışdır. Bakı şəhər əsəb xəstəlikləri və Azərbaycan SSR Səhiyyə Nazirliyinin ruhi xəstəliklər üzrə Tibbi Əmək Ekspert Komissiyasının sədri vəzifələrində işləmişdir. Yaradıcılığı Gəncliyində ədəbi fəaliyyət göstərmişdir. Qızıl qələmlər cəmiyyət Naxçıvan şöbəsinin üzvü olmuşdur,Əsgər Yılmaz təxəllüsü ilə şeirlər yazmışdır. Əsərləri Naxçıvan teatrında tamaşaya qoyulmuşdur. Ötən günləri vida Köçəri bəylər Fəlakətdən səadətə 1971 — SSRİ Azərbaycan SSRİ-nin əməkdar həkimi | https://az.wikipedia.org/w/index.php?curid=632564 |
Əsgər Leqari Pakistana qarşı | Əsgər Leqari Pakistana qarşı — işə 2015-ci ildə Lahor (Pəncab, Pakistan) Ali Məhkəməsində baxılmış, hökumətin 2012-ci ilin Milli İqlim dəyişikliyi siyasətini və İqlim Dəyişikliyi Siyasətinin İcra Çərçivəsini (2014–2030) müəyyən edilmiş məqsədlərə çatmadan pozduğuna qərar vermişdir. Buna cavab olaraq məhkəmə Pakistana ölkənin iqlim məqsədlərinə çatmasına kömək etmək üçün İqlim Dəyişikliyi Komissiyasının qurulmasını tələb edir. Öncəki vəziyyət Pakistanın Pəncab şəhərində hüquq fakültəsinin tələbəsi Əsgər Leqari, iqlim dəyişikliyi nəticəsində su qıtlığı və şiddətlənən fırtınalar səbəbindən məhsulun təhlükə altında olduğunu söyləyir. O, dövlətin iqlim dəyişikliyi siyasətinə etinasız yanaşması səbəbindən onun fundamental hüquqlarının pozulduğunu bildirərək ərizə təqdim edir.. O, hökumətin iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar qarşısında "hərəkətsizlik, süründürməçilik və qeyri-ciddilik" nümayiş etdirdiyini yazır. Leqari hesab edirdi ki, bu hərəkətsizlik millətin qida, su və enerji təhlükəsizliyini təhdid edir. Əvvəllər Pakistanda iqlim dəyişikliyi siyasəti ayrı-ayrı əyalətlərin ixtiyarına buraxılmışdı. Bununla belə, Lahor Universiteti və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən aparılan bir araşdırma, əyalətlərin heç birinin həqiqətən effektiv iqlim dəyişikliyi siyasətinin olmadığını müəyyən edir. Lahor Ali Məhkəməsi hökumətin 2012-ci il siyasətini tətbiq etməli olduğuna qərar verir. Hakim Səyid Mənsur Əli Şah bildirib ki, iqlim dəyişikliyi "Pakistanın üzləşdiyi ən ciddi təhlükəni təmsil edir". Hakim 31 dekabr 2015-ci il tarixinədək hər bir departamentdən siyasətin həyata keçirilməsini təmin etmək üçün şəxsi təyin etməyi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində "fəaliyyət nöqtələri" siyahısının qurulmasını xahiş edir. Məhkəmə qərarı həmçinin hökumətin iqlim dəyişikliyi ilə bağlı irəliləyişinə nəzarət etmək üçün QHT-ları, texniki ekspertlər və nazirlərin nümayəndələrindən ibarət İqlim Dəyişikliyi Komissiyası qurmağı nəzərdə tutur. | https://az.wikipedia.org/w/index.php?curid=746721 |
Əsgər Məmmədov | Əsgər Məmmədov (əsgər) — Vətən müharibəsi şəhidi. Əsgər Məmmədov (əsgər, 1972) — Birinci Qarabağ müharibəsi şəhidi. Əsgər Məmmədov (dövlət xadimi) — Azərbaycan baş nazirinin sabiq müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sabiq baş katibi, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Astara Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Goranboy Rayon Xalq Deputatları Məclisinin sədri, Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sabiq sədri. | https://az.wikipedia.org/w/index.php?curid=784868 |
Əsgər Məmmədov (dövlət xadimi) | Əsgər Talıb oğlu Məmmədov (1947, Kirəvud, Lerik rayonu – 28 yanvar 2023) — Azərbaycan baş nazirinin sabiq müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sabiq baş katibi, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Astara Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Goranboy Rayon Sovetinin sədri, Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sabiq sədri. Əsgər Məmmədov Azərbaycan Sovet Sosialist Respublikasının Lerik rayonunun Kirəvud kəndində doğulmuşdur.Əsgər Məmmədov 28 yanvar 2023-cü il tarixində uzun sürən xəstəliyin ardından ölmüşdür. Cənazə mərasimi Təzəpir məscidində keçirilmişdir. Siyasi fəaliyyəti Əsgər Məmmədov 1986–1991-ci illərdə Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Daha sonra o, Goranboy Rayon Sovetinin sədri seçilmişdir.Azərbaycan SSR Ali Sovetinə 1990-cı ildə keçirilən seçkilərdə Əsgər Məmmədov 222 saylı Borsunlu seçki dairəsindən deputat seçilmişdir. O, Azərbaycan Ali Sovetinin 8 fevral 1991-ci il tarixli qərarı ilə DQMV-də vəziyyəti normallaşdırmaq tədbirləri haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərar layihəsini hazırlamaq üçün yaradılmış Redaksiya komissiyasının üzvü seçilmişdir.Müstəqilliyin elanından sonra icra hakimiyyəti strukturları yaradılmış və Əsgər Məmmədov Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Əsgər Məmmədov Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 2 iyun 1992-ci il tarixli 815 nömrəli fərmanı ilə Azərbaycan baş nazirinin müavini təyin olunmuşdur. Əsgər Məmmədov Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 11 iyun 1992-ci il tarixli 832 nömrəli fərmanı ilə başqa işə keçdiyi üçün vəzifəsindən azad edilmişdir. Əsgər Məmmədov 16 oktyabr 1994-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 232 nömrəli fərmanı ilə baş nazirin müavini vəzifəsindən azad edilmişdir.Vəzifədən azad olunduqdan sonra Əsgər Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasına üzv olmuş və bir müddət partiyanın baş katibi vəzifəsini tutmuşdur. O, partiya üzvü olaraq deputatlığa namizəd də olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=784865 |
Əsgər Məmmədov (əsgər) | Əsgər Zaur oğlu Məmmədov (25 mart 2002; Edişə, Cəlilabad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əsgər Məmmədov 25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur Məmmədovun ailəsində anadan olmuşdur. 2008–2019-cu illərdə orta təhsil almışdır. Subay idi. Hərbi xidməti Əsgər Məmmədov 10 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Məmmədov 23 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=740585 |
Əsgər Məmmədov (əsgər, 1972) | Əsgər İsmayıl oğlu Məmmədov (8 yanvar 1972, Bərdə rayonu, İmirli – 26 aprel 1994, Ağdam)— Birinci Qarabağ döyüşlərində şəhidi olmuşdu. Əsgər Məmmədov 1972-ci il 08 yanvar tarixində, Bərdə rayonunun İmirli (Əmirli) kəndində anadan olub. 1979-cu ildə ilk təhsilini imirli kəndində almışdı. 1989-cu ildə təhsilini bitirmişdi. Hərbi xidməti 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. Moskvada Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 26 aprel 1994-cü ildə Ağdam Atçılıq Zavodu yaxınlığında bir neçə gün davam edən döyüşlərdə şəhid olub. | https://az.wikipedia.org/w/index.php?curid=811289 |
Əsgər Məmmədoğlu | Əsgər Məmmədoğlu, bəzən Ələsgər Məmmədoğlu kimi tanınır — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002). Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu "Azərbaycanın Çelentanosu" deyə çağırırdılar. Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri), Qazı ("Sizi deyib gəlmişəm" Anar), Səfər ("Əliqulu evlənir" Sabit Rəhman), Cəllad ("Maqbet" Uilyam Şekspir), Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev), Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil), Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin), Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə), Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov), Səlim ("Aydın" Cəfər Cabbarlı), Qasımlı ("Bu dünyanın adamları" Hidayət), Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz), Məzarçı ("Hamlet" Uilyam Şekspir), Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Kürən ("Xəcalət" Hüseynbala Mirələmov) Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov) Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev)Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V. Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K. Haldoni), Dəmir-qaya "Topal Teymur" H. Cavid), Narsatan ("Qatarda" İ. Məlikzadə), Gümrah ("Alov" M. Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub. Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir. 2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir. Sənətkar uzun müddət idi qaraciyər xərçənginə yaxalanmışdır. Həmçinin onda qan təzyiqi və öd kisəsində problem də var idi. Bir müddət müalicə almışdır. Amma 21 dekabr 2015-ci ildə sənətkarın vəziyyəti ağırlaşdı. Edilən tibbi yardımlara baxmayaraq, bu istedadlı aktyor axşam saatlarında vəfat etdi. Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə "Qurd qapısı" qəbiristanlığında anasının yanında dəfn edilmişdir. Filmoqrafiya Ömrün səhifələri (film, 1974)-Ələsgər Alma almaya bənzər (film, 1975)-doğum evində gözləyən adam Xoşbəxtlik qayğıları (film, 1976)-Əlövsət Qərib cinlər diyarında (film, 1977)-Cin Əsra Şir evdən getdi (film, 1977)-Yanğınsöndürən Mehmanxana sahibəsi (film, 1978)-Nökər Qəribə adam (film, 1979)-Xalid Axtaran tapar (film, 1980) Qızıl uçurum (film, 1980)-Neftçi Sarıköynəklə Valehin nağılı (film, 1980)-Musa Yol əhvalatı (film, 1980)-Aeroportdakı adam Qatarda (film, 1981)-Nar satan oğlan Tehran-43 (1981) Üzeyir ömrü (film, 1981)-Jurnalist Evləri köndələn yar (film, 1982)- şair Dağlaraşarlı Topal Teymur (film, 1983)-Dəmirqaya Musiqili xaş (film, 1984)-Məclisdəki adam 100 (film, 1985) (qısametrajlı bədii süjet – Mozalan № 100) Bəyin oğurlanması (film, 1985)-Pirotexnik Ələsgər Qəm pəncərəsi (film, 1986)-Kərbəlayi Zeynal Yaşıl eynəkli adam (film, 1987)-milis bölməsi işçisi Yaramaz (film, 1988)-Ələsgərin işçisi Canavar balası-Aşot Min birinci söz (film, 1997) "Qayınana" əməliyyatı (film, 1999)-Xəfiyyə Yaşıl eynəkli adam-2 (film, 1999)-polis bölməsi işçisi Güllələnmə təxirə salınır!... (film, 2002)-kisəçi Məhəllə (film, 2003)-Yol polisi işçisi Məşədi İbad-94 (film, 2005)-Hambal Toy (film, 2005)-Ələsgər əmi Kişiləri qoruyun (film, 2006)-Gülümsər Milçək (film, 2006)-Xəzinədar Bir dəfə Qafqazda (film, 2007)- rüşvət verən Evləri göydələn yar (film, 2010)- şair Dağlaraşarlı 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: ata) Xoxan (film, 2014) Əsgər Məmmədoğlu Xarici keçidlər Xalq artisti ola bilməyən aktyorun son arzusu… — FOTO | https://az.wikipedia.org/w/index.php?curid=32330 |
Əsgər Orucov | Əsgər Qasım oğlu Orucov (22 aprel 1907, Dondar Quşçu – 1986, Bakı) — Azərbaycan alimi və dövlət xadimi, kənd təsərrüfatı elmləri doktoru (1957), professor, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1962–1965) və müavini (1960–1962, 1965–1970), Azərbaycan SSR kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri (1962–1965). Əsgər Qasım oğlu Orucov 22 aprel 1907-ci ildə Qazax qəzasının (hazırkı Tovuz rayonunun) Dondar Quşçu kəndində anadan olmuşdur. 1928-ci ildə Gəncə Kənd Təsərrüfatı Texnikumunun Tarlaçılıq şöbəsini, 1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini, 1938-ci ildə isə Moskvada Timiryazyev adına Kənd Təsərrüfatı Akademiyasının aspiranturasını bitirmişdir.1928-ci ildə indiki Goranboy rayonunda aqrotexnik kimi əmək fəaliyyətinə başlayan Əsgər Orucov 1929-cu ildən Ağdaşda kəndli-gənclər məktəbinin direktoru olmuşdur. 1938-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almış və həmin ildən Kənd Təsərrüfatı İnstitutunun Əkinçilik kafedrasında dosent işləmişdir. 1941–1943-cü illərdə Ağstafada kolxoz sədri, Ağstafa Rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1943-cü ildən Azərbaycan SSR xalq yeyinti komissarının müavini olmuşdur.Əsgər Orucov 1948-ci ildən Gəncədəki Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru işləmişdir. 1957-ci ildə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsini almışdır. 1958-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Elmləri Akademiyasının yaranması ilə əlaqədar akademiyanın baş elmi katibi seçilmişdir. 1960-cı ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1962-ci ildən birinci müavini və paralel olaraq Azərbaycan SSR kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü naziri olmuşdur. 1965-ci ildə isə yenidən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmişdir.Əsgər Orucov 1970–1986-cı illərdə Meliorasiya və Hidrotexnika İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. O, 22 monoqrafiyanın müəllifi olmuş, 15 elmlər namizədinin, 12 elmlər doktorunun elmi rəhbəri olmuşdur. Bolqarıstan Kənd Təsərrüfatı Elmləri Akademiyasının üzvü, Çexoslovakiyanın (hazırda Çexiyanın) Brno şəhərinin fəxri vətəndaşı seçilmişdir.Əsgər Orucov 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin V–VII çağırış deputatı seçilmişdir. 1960-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və 1963–1964-cü illərdə paralel olaraq Mərkəzi Komitənin kənd təsərrüfatı bürosunun üzvü olmuşdur. 1966-cı ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.Əsgər Orucov 1986-cı ildə Bakıda vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=734349 |
Əsgər Poladzadə | Poladzadə Axund Hacı Əsgər Hacı Məhəmməd oğlu – Zaqafqaziya şeyxülislamı (1910); 1905-dən 1918-dək Tiflis 1-ci kişi gimnaziyasında türk dili müəllimi; Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü (1916); 1919-un yanvarından Gəncədə zabit namizədlər məktəbində türk tarixi, şəriət müəllimi; bu məktəb Bakıya köçəndən sonra Gəncə kişi müəllimlər seminariyasının şəriət, fars və ərəb dilləri müəıllimi (30.9.1919-dan; N.B. Yusifbəylinin əmriylə) [1] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=216732 |
Əsgər Rəhimov | Əsgər Rəhimov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2012). Əsgər Rəhimov 27 noyabr 1956-cı ildə Göyçay şəhərində anadan olub.1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləmiş, 2005-ci ildə yenidən S.Vurğun ad. Rus Dram teatrına qayıtmışdır. Bu illər ərzində teatr səhnəsində bir çox rol oynamışdır. Onun yaratdığı Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür. Əsgər Rəhimov 21 mart 2017-ci ildə vəfat etmişdir. Filmoqrafiya Şahid qız (film, 1990) Qız qalası (film, 2000) Sirat körpüsü (film, 2007) Ci-Mi (film, 2008) Qala (film, 2008) Yalançılar (film, 2008) Cavad xan (film, 2009) Vəkil hanı? (film, 2011) Sirr (serial, 2012) Sübhün səfiri (film, 2012) Qanlı Yanvar (film, 2015) Zaman adlı qatar (film) Xarici keçidlər "Sənətkarın taleyi"nin uğurlu səhnə həyatı | https://az.wikipedia.org/w/index.php?curid=38791 |
Əsgər Rəsulov | Əsgər Adil oğlu Rəsulov (3 mart 1954, Naxçıvan) — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi (2018-ci ildən). Əsgər Adil oğlu Rəsulov 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olub. O, 1960–1970-ci illərdə Naxçıvan şəhərində Əkbər Ağayev adına 1 nömrəli orta internat məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olub və 1971–1976-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər doktoru, professordur. Əsgər Rəsulov universiteti bitirdikdən sonra dörd il SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyə Cümhuriyyətində tərcüməçi işləyib.1980-ci ildən bu günə qədər BDU-də baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir. O, 1989–1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent vəzifəsində işləmişdir. Əsgər Rəsulov 1983-cü ildə "Türk ədəbiyyatında oçerk janrı" mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə isə Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları" mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Əsgər Adil oğlu Rəsulov 2012-ci ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəis müavini, 31 iyul 2018-ci il tarixində isə Azərbaycan Respublikası Prezidentinin 369 saylı Sərəncamı ilə Əsgər Adil oğlu Rəsulov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilib.Əsgər Adil oğlu Rəsulov respublikamızda ilk dəfə 1989-cu ildə nəşr olunmuş və bu günə qədər hər dəfə yenidən işlənib təkmilləşdirilərək müxtəlif illərdə dörd dəfə nəşr edilən ilk "Türk dili" dərsliyinin (prof. R. Rüstəmovla birgə), eləcə də" Türk sənədli-bədii nəsri", "Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili", "Türkcə-rusca-azərbaycanca dilçilik terminləri lüğəti", "Dilmanc" kimi 10-a yaxın kitabın, 15 fənn proqramının, Azərbaycanda və xaricdə nəşr edilmiş 100-dən artıq elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. O, 20-yə yaxın kitabın ixtisas və tərcümə redaktoru olmuşdur. Bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 2 mart 2024-cü il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Kitabları və monoqrafiyaları Azərbaycanca- türkcə-rusca dilçilik terminləri lüğəti. Bakı: 1988 Türk dili (həmmüəllif R. Ə. Rüstəmov). Bakı: 1989 Türk dili (həmmüəllif R. Ə. Rüstəmov). Bakı: 1991 Türkcə — Azərbaycanca – Rusca dilçilik terminləri lüğəti (həmmüəlliflər – R. Ə. Rüstəmov, C. R. Rüstəmova). Bakı: 2000 Türk sənədli-bədii nəsri. Bakı: 2004 Dilmanc (şeirlər və poemalar). Bakı: 2006 Türk dili (həmmüəllif R. Ə. Rüstəmov). Bakı: 2007 Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili. Bakı: 2007 Türk dili. (həmmüəllif R. Ə. Rüstəmov). Bakı: "Bakı Universiteti nəşriyyatı", 2012, 408 s. Tərcümə nəzəriyyəsi və təcrübəsi: dərs vəsaiti; elmi red. R. Rüstəmov. — Bakı: Elm və təhsil, 2015. — 159 s. İzahlı türkcə-azərbaycanca yalançı ekvivalentlər lüğəti. Bakı: Elm və təhsil, 2015, 128 s. Qohum dillərdə yalançı ekvivalentlər problemi // Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti. – Türk filologiyası, 2016. № 1, s. 3–12; | https://az.wikipedia.org/w/index.php?curid=456512 |
Əsgər Yevtıx | Əsgər Qədirbəyeviç Yevtıx 25 sentyabr 1915-ci ildə Kuban vilayətinin (indiki Adıgeya) Xatukay kəndində kəndli ailəsində anadan olmuşdur. O, 1938-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. Yevtıx 1939-cu ildən Böyük Vətən müharibəsi başlayana qədər Moskvada Dövlət Teatr İnstitutunda müəllim işləmişdir. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. Yevtıx 1941-ci ildən Qızıl Ordu sıralarında xidmət etmiş, 1942-ci ildən isə "Qələbə uğrunda" qəzetinin ədəbi əməkdaşı olmuşdur. O, 1943-cü ildən Qara Dəniz Donanmasının siyasi idarəsinin yazı qrupunun üzvü olmuş, Qafqaz, Odessa, Krım, Yassko-Kişinyov uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Yevtıx II dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=730532 |
Əsgər Zahidov | Zahidov Əsgər Sərdar oğlu (7 noyabr 1928 - 5 aprel 2000) — pedaqoji elmlər namizədi, professor, "Lenin ordeni" və "Qırmızı ulduz" mükafatları laureatı. Əsgər Zahidov 1928-ci ildə Masallı rayonu Xırmandalı kəndində dünyaya gəlmişdir. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1968-ci ilədək Xırmandalı və Həsənli kəndlərində məktəb direktoru, eyni zamanda Masallı Tarix-Ölkəşünaslıq Muzeyinin rəhbəri olmuşdur. 1968-ci ildən Həsənbəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Tarix fakültəsində baş müəllim, daha sonra professor kimi çalışmış, fakültə dekanı, kafedra müdiri olmuş, dəfələrlə qəbul komissiyasının sədri seçilmişdir. 100-dən çox metodik vəsaitin, "Haradasan Muğan" əsərinin, "Muğan şəhərinin tapıntısı" monoqrafik əsərinin müəllifi olmuşdur. 4 aprel 2000-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Azərbaycanın bəzi toponimləri. (1998) Xarici keçidlər Qədim Muğan Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=282041 |
Əsgər Zeynalov | Zeynalov Əsgər Məmməd oğlu (27 sentyabr 1951, Yuxarı Necili, Zəngibasar rayonu) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Azərbaycan Jurnalistlər Birliyinin (1997) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). Əsgər Zeynalov 1951-ci il sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar rayonun Yuxarı Necili kəndində anadan olmuşdur. 1974-cü ildə APXDİ-nin fransız dili fakültəsini bitirmiş. 1991-ci ildə "Azərbaycan bayatıları Qafqaz regionunda" mövzusunda (elmi rəhbərləri profesor M. Ə. Seyidov və professor T. Ə. Əhmədov) namizədlik, 2003-cü ildə "Fransız ədəbiyyatında Şərq mövzuları (Volterin yaradıcılığı üzrə)" doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən professordur. Azərbaycan ədəbiyyatşünaslığında yeganə tədqiqatçıdır ki, namizədliyi bir dillə, doktorluğu başqa bir dillə bağlı yazmışdır. O, erməni qaynaqlarında axtarışlar aparan sonuncu azərbaycanlı alimlərdən biridir. Tədqiqatçı İrəvan Əlyazmalar İnstitutu – Matenadaranda, İrəvan Xalq yaradıcılığı Evi, Ədəbiyyat və İncəsənət muzeyində axtarışlar apararaq, 550-dən artıq Azərbaycan bayatılarını həmin qaynaqlardan toplamış və sübut etməyə çalışmışdır ki, ermənilərdə bayatı olmamış, onlar uzun əsrlər boyu Azərbaycan bayatılarından istifadə etmişlər. Onun "Azərbaycan bayatıları Qafqaz regionunda" namizədlik dissertasiyası bu mövzuya həsr olunmuşdur. Alim "Fransız ədəbiyyatında Şərq mövzuları (Volterin yaradıcılığı üzrə)" doktorluq dissertasiyasında fransız mütəfəkkiri Volterin Şərq mövzusunda yazdığı üç faciə, bir roman və esseni tədqiqat obyekti kimi götürmüş, fransız qaynaqları əsasında filosof yazıçının Şərq mədəniyyətinə, türk aləminə, zərdüştliyə, Astiq əfsanəsinə, qədim Hindistana münasibətini araşdırmışdır. Tədqiqatçı tutarlı faktlarla fransız qaynaqları əsasında təsdiq etməyə çalışmışdır ki, Şərq elminin təsirilə Avropada elm, mədəniyyət inkişaf etmişdir. Azərbaycan, rus, erməni, fransız dillərində tədqiqat apara bilməsi onun yaradıcılığı üçün geniş imkan açmışdır. Araşdırmaları bir sıra Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Fransa və Türkiyə alimləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Tədqiqatçı 40-a yaxın kitabın, 400-dən artıq elmi-publisistik məqalənin müəllifidir. Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqında ilk monoqrafiylar da onun qələminə məxsusdur. 2000-ci ildə AMEA-nın Beynəlxalq Münasibətləri İnstitutunda "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş benəlxalq konfransda əsas məruzəçilərdən biri, 2001-ci ildə İrəvanda YUNESKO-nun xətti ilə keçirilən "Cənubi Qafqazda təhsil problemi" Beynəlxalq konfransın iştirakçısı, 2005-ci ildən Bakıda keçirilən "Tərcümə problemi ilə bağlı beynəlxalq konfransın" bölmə sədrlərindən biri, 2007-ci ildə Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanları Konqresinin IX qurultayında nümayəndə, həmin ilin avqust ayında bir aylıq Fransanın Bözanson şəhərinin Franş Konte Universitetinin Dil Vərdişləri Mərkəzində təkminləşmədə olmuş, 2009-cu ildə Türkiyənin Ankara şəhərinin Qazi Universitetində keçirilən Beynəlxalq konfransda geniş məruzə ilə çıxış etmişdir. 10-dan artıq kitabı xarici ölkələrdə nəşr olunmuşdur. "İrəvan ziyalıları" kitabı 2011-ci ildə Sankt-Peterburqda, 2013-cü ildə Moskvada rus dilində, 2016-cı ildə isə ABŞ-də ingilis dilində işıq üzü görmüşdür. 10-dan artıq məqaləsi İranda, Rusiyada, Türkiyədə, Serbiyada, Çində və ümumimiyyətlə 10-dan artıq kitabı isə ABŞ, Rusiya, Fransa, Almaniya, İngiltərə, Kanada, Hindistan və İsveçdə nəşr olunmuşdur. Fransının ən nüfuzlu qəzetlərindən biri "L'Est Republicain" qəzetində isə "Viktor Hüqonun azərbaycanlı mütəxəssisi Dil Vərdişləri Mərkəzində" adlı Azərbaycan alimi haqqında məqalə dərc edilmişdir (11 avqust 2007). 2013, 2014, 2015, 2016-cı illərdə Fransada Azərbaycan alimi haqqında məqalələr dərc olunmuşdur. Dünya şöhrətli rus və fransız alimləri Boris Starkov, Rudolf İvanov, Jan Lui Bakke Qrammon və Arno Laster Ə. Zeynalovun yaradıcılığına yüksək qiymət vermiş, onun haqqında məqalələr yazmışlar. 2017-ci il 1 iyul tarixində Bosnya Hersoqoviniyalı alim, Akademik Enes Karic "Preporod" qəzetində nər etdirdiyi "Viktor Hüqo Məməhhəd Peyğəmbər haqqında" məqaləsində prof. Əsgər Zeynalovun Londonda nəşr olunmuş "Hüqonun Şərq baxışı" əsərinə bir neçə dəfə istinad etmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. 1998–2012-ci illərdə Azərbaycan Dillər Universitetinin Praktik fransız dili kafedrasının müdiri, 2017-2020-ci illərdə ADU-nın Qafqazşünaslıq kafedrasının müdiri eyni zamanda, 2004-cü ildən ADU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, 2006-cı ildən ADU-nun ixtisaslaşmış doktorluq şurasının ilk üzvlərindən biridir. Hazırda ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, Təhsil-2 fakultəsi nəzdində Xarici Dillər kafedrasının professorudur. 2012, 2014, 2016, 2020 və 2022-ci illərdə Azərbaycan Respublikasının Dövlət Mükafatına namizəd olmuşdur. Eyni zamanda, 2014 və 2017-ci illərdə sənədlərini AMEA-nın müxbir üzvlüyünə təqdim etmişdir. Azərbaycan Jurnalistlər (1997) və Azərbaycan Yazıçılar Birliyinin (1998), Nyu York Elmlər Akademiyasının (2017) üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının Akademiki (2018), Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü (2019), Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının Akademiki (2019), Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmlər Akademiyasının Akademikidir. Ailəlidir. İki övladı var. Fransız ədəbiyyatında Şərq. Bakı. "Elm", 1996, 154 s. İrəvan ziyalıları. Bakı."Oğuz eli", 1999, 365 s. Fransız ədəbiyyatında Şərq (təkmilləşmiş nəşri). Bakı. "Oğuz eli",1999, 164 s. Şərq Volter yaradıcılığında. Bakı. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001, 160 s. Azərbaycan bayatıları Qafqaz regionunda. Bakı. Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı, 2001, 112 s. Viktor Hüqo. Bakı. "Mütərcim", 2001, 104 s. Altaydan Altaya. Bakı. "İqtisad Universiteti" 2002, 90 s. İllərin yol yoldaşı. Bakı. "İqtisadUniversiteti", 2004, 245 s. Orada, bir yurd var uzaqda. Bakı."AzərbaycanİqtisadUniversiteti", 2006, 285 s. Hara gedir bu qatar. Bakı ."AzərbaycanDillərUniversiteti", 2006, 88 s. Dil və ədəbiyyat tədrisinə dair düşüncələr. Bakı."Mütərçim", 2009, 113 s. O, bir əsr idi… Bakı."Mutəricim", 2010, 240 s. Manuel de français (ali məktəblər üçün dərslik) (şərikli), Bakı. "Mütəricim", 2010, 235 s. Magistr pilləsi üçün proqram. (dosent S. Nəcəfova ilə birlikdə) Bakı. "AzərbaycanDillərUniversiteti", 2010, 17 s. The Intelligentsia of Irevan. Baku. Mutarjim, 2011, 239 s. İrəvan məktəbləri. Bakı."Mütərcim", 2011 , 88 s. ([1]) Hüqo və Lui Araqon şeirlərinin tərcüməsi. Baku, "Mutarjim", 2012, 88 s. Hüqo. Bakı. "Mütərcim", 2014, 412 s. Hüqo, Baku. Mutarjim, 2014, 468 s. Milliardaire de la litterature française . Bakı."Mütərcim"2013, 88 s. Hugo — Milliardaire de la litterature française (Hüqo — fransız ədəbiyyatının milyarderi). Fransa, (2015) 1802 — Le siècle avait deux ans… Bakı. Mütərcim, 2015, 203 s. Hüqo- fransız ədəbiyyatının milyarderi (fransız dilində). Fransa. "Presses Academiques Francophone", 2015, 101 s. Hüqo (İngilis dilində) ABŞ. "LuLu" nəşriyyatı, 2016, 172 s. İrəvan ziyalıları (İngilis dilində) Almaniya. Scholars-Press, 2016, 250 s. Hüqo-fransız ədəbiyyatının milyarderi (fransız dilində) Almaniya. Scholars-Press, 2016, 201 s. İrəvan xanlığı… gerçəkliyin aydınlığı. Bakı."Mütərcim", 2016, 656 s. İrəvan xanlığı… gerçəkliyin aydınlığı (İngilis dilində) ABŞ. Şimali Karolina ."LuLu" nəşriyyatı, 2016, 600 s. Viktor Hüqonun Şərq baxışı (ingilis dilində) İngiltərə. London. Rossendale Books nəşriyyatı. 2016, 50 s. Volter və Hüqonun Şərq baxışı (ingilis dilində) . Kanada Viktoriya şəhəri, FİRST-CHOİCE BOOKS — 2016. 93 s. Şərq Volter yaradıcılığımda (ingilis dilində). Hindistan, Cinnamon Teal Publishing — 2017. 145s Volter və Hüqonun Şərq Dünyası (ingilis dilində). İsveç, Malmö şəhəti, Trusk Holmbergs nəşriyyatı, 2018, 271 s. Qaynaqlardan reallığa və yaxud hər şeydən bir az. Bakı, Mütərcim, 2018, 416 s. Qısa ömrün böyük fəaliyyəti. Bakı, M-C, 2021, 216 s. Xarici keçidlər Filologiya elmlər doktoru, professor Əsgər Zeynalovun Azərbaycan Dillər Universitetində keçirilmiş 60 illik yubileyi | https://az.wikipedia.org/w/index.php?curid=263480 |
Əsgər atası (film, 1964) | "Əsgər atası" (gürc. ჯარისკაცის მამა) — rejissor Rezo Çxeidzenin filmi. 1942-ci ilin yayı. Qoca gürcü kəndli Georgi Maxaraşvili (Serqo Zakariadze) öyrənir ki, tankçı oğlu müharibədə yaralanıb və hospitala düşüb. Bütün müharibə boyu gününü yaralı oğlunu tapmaq ümidi ilə keçirir. Bu fikirlə yola çıxan atanın başına yolda çox hadisələr gəlir. İş elə gətirir ki, oğul sağalır və yenidən cəbhəyə yola düşür. Bir müddət sonra Georgi özü də əsgər olur və döyüş yoldaşları ilə birlikdə Berlinə qədər gedib çıxır. Yalnız müharibənin sonlarında Georgi oğlu ilə qeyri-adi vəziyyətdə görüşə bilir. Oğul yaralı halda atasının qolları üstə həlak olur. Film haqqında Filmin rənglənmiş versiyasının ilk nümayişi Moskvada, ikinci nümayişi isə 2013-cü ildə Bakıda olmuşdu. 1965-ci ildə Ən yaxşı kişi roluna görə Moskvada Serqo Zakariadzeyə mükafat 1965-ci ildə aktyor Serqo Zakariadzeyə Lenin Komsomolu mükafatı 1966-cı ildə Serqo Zakariadzeyə Lenin mükafatı 1966-cı ildə rejissor Rezo Çxeidzeyə "Kapitol Yupiteri" mükafatı 1970-ci ildə rejissor Rezo Çxeidzeyə Gürcüstan SSR-in Lenin Komsomolu mükafatı Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Suliko Jqenti Quruluşçu rejissor: Rezo Çxeidze Operatorlar: Lev Suxov, Arçil Filipaşvili Rəssamlar: Zurab Medzmariaşvili, Nika Kazbegi Bəstəkar: Sulxan Sinsadze Səs operatoru: D.Lomidze İkinci rejissor: Temo Mikadze Montaj rejissoru: V.Dolenko Qrim rəssamı: T.İvaşşenko Geyim üzrə rəssam: N.Mancqaladze İkinci operator: L.Namqalaşvili Rejissor assistentləri: E.Jqenti, K.Areşidze, M.Magiriya Montaj üzrə assistent: N.Şoşitayşvili Operator assistentləri: Q.Caparidze, K.Qvasaliya, M.Avaliani Baş hərbi məsləhətçi: İ.Vladimirov (general-leytenant) Çalır: Gürcüstan radio və televiziyasının simfonik orkestri Dirijor: L.Kiladze Redaktorlar: A.Maxaradze, M.Saralidze Filmin direktoru: Şota Laperadze Serqo Zakariadze — Georgi Maxaraşvili Vladimir Privalsev — Nikiforov Aleksey Nazarov — Arkadi Yerşov Aleksandr Lebedev — Nikolay Nazarov Vladimir Kolokolsev — Qrişa Yura Drozdov — Borya İvan Kosıx — bayançalan Vitya Kosıx — Vasya Viktor Uralski — əlil matros Ketevan Boçorişvili — Mariya Vladimir Pisek — hospitalın qeydiyyatçısı Pyotr Lyubeşkin — general T.Sapojnikova — döyüşçü qız Nikolay Barmin — polkovnik İnna Vıxodseva — Vasyanın anası Romuald Vildan — cərrah Giya Kobaxidze — Qoderdzi Maxaraşvili İ.Kokraşvili Yelena Maksimova — ev sahibəsi Radner Muratov — leytenant İ.Nijaradze J.Kvitayşvili Aleksandra Denisova — müəllimə Xarici keçidlər Əsgər atası filmi — 10 ən yaxşı sovet filmindən biri | https://az.wikipedia.org/w/index.php?curid=216800 |
Əsgər ağa Cavanşir | Cavanşir Əsgər ağa Hümay ağa oğlu (1898-1945) - həkim. Əsgər ağa Hümay ağa oğlu 1898-ci ildə Şuşa qəzasının Hoğa (indiki Füzuli rayonunun Üçbulaq) kəndində doğulmuşdu. Qaryagin kənd məktəbini, sonra gimnaziyanı bitirmişdi. Odessa Universitetinə qəbul olmuşdu. Universitetin tibb fakültəsini tamamlamışdı. Qaryagin poliklinikasında dəri-zöhrəvi həkimi işləmişdi. II Dünya müharibəsinə yollanmış, əsgərlərin sağlamlığının keşiyində durmuşdu. Əsgər ağa 1 fevral 1945-ci ildə aldığı yara nəticəsində vəfat etmişdi. Əsgər ağa Qəmər xanım Əhməd bəy qızı Ağakişibəyli ilə ailə qurmuşdu. Tofiq ağa adlı oglu, Sona bəyim adlı qızı var. Həmçinin Bax Tofiq Abasquliyev | https://az.wikipedia.org/w/index.php?curid=84291 |
Əsgər ağa Gorani | Danyal bəy; Mikayıl bəy; "Petrovsk-Razumovsk" akademiyasını bitirdikdən sonra Ə.Gorani bir müddət Kutaysidə və Tiflisdə, 1905-ci ildən sonra isə Gəncədə ədliyyə və dövlət qulluqlarında işləmişdir. Nizami məqbərəsi ilk türbənin tikintisi XIII–XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir. Əsgər ağa Azərbaycan mədəniyyətinin görkəmli simalarından biridir. O, özünü müxtəlif fəaliyyət növlərində sınamışdır: Aktyor kimi Gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadan Həsən bəy Zərdabinin təklifi ilə hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib Mirzə Fətəli Axundovun göndərdiyi əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Beləliklə, milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir. H.Zərdabi "Həyat" qəzetində yazmışdı: Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı. Jurnalist kimi Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxuduğu zaman orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgərağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı: Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Qəzetin bütün şöbələrində onun məktublarına rast gəlmək mümkündür. Ə. Gorani qəzetdə təzə xəbərlər yazmağa çox meyl edirdi. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. O, öz xalqında maarif və mədəniyyətə rəğbəti özünə məxsus üsulla oyadırdı. Məzmunca bir-birindən gözəl olan xəbərlərindən biri də "Əkinçi"nin 1876-cı ildə çıxan birinci nömrəsində Ə. Goraninin Peterburq padşahlıq kitabxanasında bəhs edən məqaləsi olmuşdur. Müəllif göstərir ki, bu kitabxanda 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. Qiymətli nüsxələr şüşə altında nümayiş etdirilir. "Əkinçi" qəzetinin bütün nəşri boyu Ə.Gorani onun fəal müxbiri olmuşdur. Elm xəbərləri Elm xəbərləri şöbəsində Ə.Goraninin qəbristanlığa yaxın yerdə su quyularının qazılmasının zərərindən, mal-qaranı saxlamağın yeni üsullarından, Şərq xalqlarının elmsizliyinin səbəblərindən, telefonun və stenoqrafiyanın ixtirasından, tarix elminin inkişafı məsələlərindən bəhs edən maraqlı yazıları verilmişdir. Məktubat şöbəsində dərc etdirdiyi yazılarının birində (1875, № 8) Ə.Gorani Bakı–Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Başqa bir məktubunda isə Peterburq kənd təsərrüfatı muzeyindən danışır. Muzeyin şöbələri, eksponatları haqqında məlumat verir, belə mədəni ocaqların əhəmiyyətini göstərir. Tərcüməçi kimi Ə.Gorani rus dilində çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edib "Əkinçi"yə göndərirdi. Onun "Znaniye" jurnalından, "Texniçeski sbornik"dən tərcümələri məlumdur. Ə.Goraninin tərcümələrinə H.Zərdabi tələbkarlıqla yanaşırdı, bəzi məqalələri yenidən işləmək üçün özünə qaytarırdı. Məsələn, qəzetin 28 aprel 1876-cı il tarixli 8-ci nömrəsində çıxan bir məktubun maraqlı tarixçəsi vardır. Ə.Gorani hələ Peterburqd olarkən müxtəlif mənbələrdən istifadə edərək "Hollandiya vilayətində necə pendir qayırırlar" ünvanlı məktub hazırlayıb göndərmişdi. Müəllif özü tərcümənin zəif olduğunu başa düşüb H.Zərdabiyə yazmışdır: "O Sırodelii v Qollandi" məqaləsini "şorsuyu" tərcümə etmişəm. Bilmirəm, düzdürmü?" Əslində məktub maraqlı və məzmunlu idi. Lakin pendir hazırlamağın üsulları təsvir edilən yerlər oxucu üçün qaranlıq və anlaşılmaz olacaqdı. Bunu nəzərə alaraq H.Zərdabi müəllifin razılığı ilə məqaləni yenidən işləmiş, sadə bir dildə oxucuya çatdırmışdır. H.Zərdabi müəllifləri bu yolla sadə yazmağa təşviq edirdi. Onun M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Həmçinin M.Lermantovun "Yel gəmisi" balladasını da tərcümə etmişdir. Yazıçı kimi Əsgər ağa Gorani publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. Onun "Qara yel" romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub. Vəfatından sonra Əsgər ağa 9 mart 1910-cu ildə vəfat edib. Onun vəfatı ilə əlaqədar verilən nekroloqlarda bu cür səmimi sözlər vardır: Haqqında kitab Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının ictimai fikir tariximizin görkəmli nümayəndələrindən biri olan Əsgər ağa Adıgözəlov Goraniyə həsr olunmuş "Qaranlıqdan işığa. Əsgər ağa Gorani" adlı kitab yazmışdır.Araşdırmaçı-yazıçı, görməmli filoloq Kövsər Tarverdiyeva 1977-ci ildə "Əsgər Ağa Adıgözəlov Gorani" monoqrafiyası yazmışdır. Həmçinin bax Əkinçi (qəzet) Həsən bəy Zərdabi S.Ə.Şirvani. Əsərləri, II cild, Bakı, 1969, səh.123 RƏF, arxiv 3 Q-2(27) "Səda", 1910, № 57 "Həqiqət", 1910, № 56 N.N.Zeynalov; ADU-nun nəşriyyatı, Bakı-1973, səh.24–26 Xarici keçidlər Əsgər ağa Gorani yaradıcılığı — qaranlıqdan işığa Əsgər ağa Gorani yad edildi Həsən bəy Zərdabinin sağ əli-Əsgər ağa Gorani Əsgər ağa Adıgözəlov Gorani — teatrımızın yaradıcılarından biri Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857–1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa Arxivləşdirilib 2017-07-22 at the Wayback Machine Gəncəli jurnalistlər Əsgər ağa Goraninin qəbrini ziyarət etdilər Arxivləşdirilib 2018-05-13 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=79391 |
Əsgər haqqında ballada (film, 1959) | Böyük Vətən müharibəsi. Gənc əsgər Alyoşa Skvorsov cəbhə bölgəsində qəhrəmanlıq göstərir. O, düşmənin iki tankını məhv edir. Komandanlıq onu ordenə təqdim etmək barədə qərar qəbul edir, lakin Alyoşa xahiş edir ki, ordenin yerinə ona anası ilə görüşmək üçün məzuniyyət verilsin. Evə aparan yol isə çox uzun və çətinliklərlə dolu olur. Yol o qədər uzun olur ki, Alyoşanın evdə olmağa vaxtı qalmır. O, sadəcə olaraq anası ilə görüşür və təzədən cəbhəyə qayıdır. Yola çıxarkən o, anasına təkcə bu sözləri deyir: "Mən qayıdacağam, ana!" Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifləri: Valentin Yejov, Qriqori Çuxray Quruluşçu rejissor: Qriqori Çuxray Operatorlar: Vladimir Nikolayev, Era Savelyeva Rəssam: Boris Nemeçek Bəstəkar: Mixail Ziv Vladimir İvaşov – Alyoşa Skvorsov Janna Proxorenko – Şura Antonina Maksimova – Alyoşanın anası Nikolay Kryuçkov – general Yevgeni Urbanski – əlil Elza Lejdey – Vasyanın arvadı Mariya Kremnyeva Valentina Telegina Valentina Markova Yevgeni Teterin Vladimir Pokrovski Georgi Yumatov Gennadi Yuxtin Aleksandr Kuznesov Yevgeni Yevstiqneyev Valentin Brıleyev Lev Borisov Leonid Çubarov Vladimir Kaşpur Valentin Abramov Mixail Dadıko Semyon Svaşenko Nina Menşikova – teleqrafçı Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=173298 |
Əsgər imperatorları | Əsgər imperatorları — Qədim Romanın bəzi imperatorlarının ümumi adı. Tanınmayan nəsil nümayəndələrindən olaraq ordu tərəfindən təyin edilirdilər və tez-tez bir-birini əvəz edirdilər. Özlərini heç nədə göstərə bilmirdilər. Əsgər imperatorları kimi eramızdan əvvəl 235–285-ci illər nəzərdə tutulur. Həmin dövr imperatorlarının heç də hamısı ordu tərəfindən elan edilmirdi və Senat tərəfindən təyin edilənlər də olurdu. | https://az.wikipedia.org/w/index.php?curid=365217 |
Əsgər sinaqoqu (Rostov-na-Donu) | 1862-ci ildə təqaüdçü yəhudi əsgərlər Rostov-na-Donuda Yəhudi Dua Cəmiyyəti qurdular. 31 may 1862-ci ildə Dnepr hökuməti cəmiyyətə ibadət ayinləri üçün ayrıca bir otaq icarəyə verməyə icazə verdi. Sinaqoqunun layihəsi 4 iyun 1872-ci ildə Rosotov səlahiyyətliləri tərəfindən təsdiq edildi və həmin il bina tikildi. Bəzi məlumatlara görə, sinaqoqların inşası üçün pulu Rostov taciri İosif Markoviç Elitser bağışlamışdı. Sinaqoqun memarının Ernest Ernestoviç fon Şulman, tikinti podratçısısının isə Moisey Leontyeviç Qeronimus olduğu ehtimal edilir.Sinaqoqun binası bir neçə dəfə yenidən qurulmuşdur. 1881-ci ildə, şərq hissəsində üç mərtəbəli bir kərpic bina tikildi. 1891-ci ildə sinaqoqun cənub divarına iki mərtəbəli bir bina da qoşuldu. Bianın birinci mərtəbəsində kasıb əsgər uşaqları üçün məktəb, ikinci mərtəbədə isə dua məktəbi yerləşirdi. Sinaqoq 1905-ci ildə yəhudi əleyhinə poqrom zamanı vurulan atəş nəticəsində ciddi ziyan gördü.Bina yalnız 1913–1914-cü illərdə lazımi vəsait toplananda bərpa edildi. Yenidənqurma layihəsinin müəllifi Peterburq memarı Yakov Germanoviç Gevirts idi. Sinaqoqda ibadət Pasxa günü 29 Mart 1914-cü ildə bərpa edildi.1935-ci ildə sinaqoq ibadət üçün bağlandı.Binada kimya fabriki yerləşirdi. Müharibə illərində bu müəssisələr şəhərdən təxliyə edildi. 1943-cü ildə, Rostov-na-Donu sinaqoqu azad edildikdən sonra yenidən yəhudi icması tərəfindən alındı. Binanın yəhudi icması tərəfindən istifadəsinə rəsmi icazə 14 aprel 1945-ci ildə icazə verildi.2005-ci ildə sinaqoqun əsaslı təmiri həyata keçirildi. 1940-cı illərdə dağıdılmış, Davud ulduzları ilə bəzənmiş künc günbəzi bərpa edildi. Yenidənqurma işləri ilin sonunadək başa çatdı və sinaqoq 26 dekabrda açıldı. Əsgər Sinaqoqunun memarlığı Modern və Şərq üslubunun elementlərinə malikdir. Binada kompleks konfiqurasiya planı var. Şəbəkənin yuxarı hissəsindəki zəif açıqlıqlar naxışlı, qotik gül ilə bəzədilmişdir. Sinaqoqun girşi tağlarla bəzədilib. | https://az.wikipedia.org/w/index.php?curid=631079 |
Əsgər xan Xançobanlı | Əsgər xan Xançobanlı (1756-1820) — Sərkərlər ailəsindən Şirvan xanı. 1756-cı ildə Şamaxıda Məhəmmədsəid xan Xançobanının və Firəngiz xanımın (ö. 1776) övladı olaraq dünyaya göz açmışdı. Fətəli xan 1787-ci ildə Şirvanı işğal edəndə qardaşları ilə əvvəl Qarabağa sonra Osmanlıya qaçmışdılar. Abbasqulu ağa Bakıxanovun yazdıqlarına görə 1789-cu ildə Şəki xanı Məhəmmədhəsən xanın köməyi ilə Ağası xanın övladlarına qalib gələrək əvvəlcə Köhnə Şamaxıda, daha sonra isə Manaf Zərnəvaini öldürərək həm də Yeni Şamaxıda xan oldu. Şəki xanı Məhəmmədhəsən xan öz nümayəndəsi Manafın öldürülməsinin intiqamını almaq üçün Quba xanı Əhməd xanla birlikdə ona qarşı hücum etsə də, Əsgər xan 5000 tümən pul verərək Quba ordusundakı ləzgiləri öz tərəfinə çəkdi. Şirvan əyanları 6 aylıq hakimiyyətindən sonra Əsgər xanı devirdilər və qardaşı Qasım xanı hakimiyyətə gətirdilər. Nailə Bayramlının fikrincə Əsgər xanın Qasım xanla mübarizəsi Mustafa xan üçün hakimiyyətə gəlməyə münbit şərait yaratmışdı.Əsgər xan 1820-ci ildə vəfat etmişdir və Yeddi Gümbəz qəbristanlığında basdırılmışdır. 1800-cü ildə Nisa xanım Hacı Mərdi qızı ilə evlənərək 5 övladı olmuşdu: Ağa bəy (1802-1864) - 1848-ci ildə Məmməd qızı Nisə ilə evlənmişdir: Fərəcullah bəy (1851-?) - 1866-cı ildə Məhəmmədsəid xanın qardaşı Məhəmmədhüseyn bəyin nəticəsi Hacı Mehdi bəyin qızı Bilqız xanımla evlənmişdir. Şirin bəy (1853-?) Əsgər bəy (1859-?) Məmmədhəsən bəy (1805-1832) - 1827-ci ildə Şıxəli bəyin qızı Sultannisə xanımla (d. 1806) evlənmişdir. Murad bəy (1829-?) Şahpələng bəy (1832-?) - 1858-ci ildə Osmanlıya qaçmışdı. Əlihəsən bəy (1810-1862) - 1839-cu ildə qardaşının dul xanımı Sultannisə xanımla ilə evlənmişdir. Ziba xanım (1842-?) Məmmədəli bəy (1814 -?) - podpolkovnik rütbəsi var idi. 1858-ci ildə Qasım xanın nəticəsi Kafiyyə sultanla evlənmişdir. İsmət xanım (1819 -?) - Mustafa xanın oğlu Teymuraz bəy ilə evlənmişdi. | https://az.wikipedia.org/w/index.php?curid=316014 |
Əsgər xan Əbdülməliki-Avşar | Əsgər xan Mirzə Məhəmmədcəfər bəy oğlu Əbdülməliki-Avşar (?-1833) — XVIII əsrin sonu, XIX əsrin əvvəli Urmiya xanlığının sərkərdəsi, diplomat, ilk iranlı framason. Əsgər xan Mirzə Məhəmmədcəfər bəy oğlu Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Imamqulu xanın cilovdarı, sonra əmiraxuru olmuşdu. Döyüşdə yaralanan xanı çiynində qanlı meydandan çıxarıb, Urmiyaya çatdırmışdı. Əsgər xan sonra Məhəmmədqulu xan Qasımlı-Avşara xidmət etmişdi. Məhəmmədqulu xan onu əmiraxurluqdan eşikağasıbaşı vəzifəsinə yüksəltmişdi. Xan saray çəkişmələrini sevirdi. Bəzən günahı olmayan adamları ağır ittihamla suçlayıb, ölüm ayağına göndərirdi. Əsgər xan Əbdülməliki Məhəmmədqulu xanın bu siyasi gedişatından şübhəyə düşdü. Qardaşı Mirzə Əbülhəsənə xəlvətcə dedi ki, mən xanın işlərindən baş çıxara bilmirəm. Bu tezliklə biz də onun qəzəb oxuna tuş gələcəyik. Mirzə Əbülhəsən onu danladı ki, yerində sakit otur, xanın bizimlə işi yoxdur. Əsgər xan qayıtdı ki, qardaş, xanın sarayında baş verən hadisələr göstərir ki, ölümümüz yaxınlaşıb. Fikirləşib, bir qərara gəlirlər ki, heç vaxt ikisi bir yerdə xanın yanına getməsinlər. Elə bu arada Mirzə Əbülhəsəni xanın yanına çağırırlar. Vəkil saraya çatcaq xan əmr etdi ki, onu həbs etsinlər. Əsgər xan yaxınlarından iki nəfəri saraya göndərdi ki, təhqiq edib, vəziyyəti öyrənsinlər. Onlar xəbər gətirdilər ki, qardaşını həbs ediblər. Əsgər xan xəbəri eşitcək qaçıb, Salmasa sığındı. Orda möhkəm bir yerdə gizləndi. Məhəmmədqulu xan bu hadisəni eşidib, peşman oldu. Bildi ki, Əsgər xan mütləq bir fitnə törədəcək. Sərkərdələrindən Lütfulla bəy və Hadi bəy Ustaclıları onun ardınca göndərdi. Mirzə Əbülhəsən bəydən də Əsgər xana bir məktub aldılar ki, sakitlikdi, saraya qayıt. Lütfulla bəylə Hadi bəy ora-buranı gəzib, əliboş qayıtdılar. Məhəmmədqulu xan hiyləyə əl atdı. Qardaşı Mirzə Əbülhəsən bəyi zindandan çıxarıb, Sovməi-Bəradost bölgəsinə ezam etdi. Fikirləşdi ki, o da qaçıb, qardaşına qoşular, yerləri bəlli olar. Mirzə Əbülhəsən bəy məmuriyyətinə əncam çəkəndən sonra saraya qayıtdı. Məhəmmədqulu xanın umudu suya düşdü. Əsgər xanın tapılmadığını görüb, Mirzə Əbülhəsən bəyi yenidən həbs etdirdi. Ürəyi bununla soyumayıb, əmr verdi ki, Əbdülməliki tayfasının bütün ağsaqqallarını və nüfuzlu adamlarını zindana atsınlar. O cümlədən, tayfanın başbilənləri Piran bəy, Kəhran bəy, Qoca bəy, Əbdülməlik bəy tutulub öldürüldü. Onların meyitləri bazar meydanına atıldı ki, xalqa ibrət olsun. Sonra Əsgər xanın evləri uçuruldu. Mal-mülkü müsadirə olundu. Bu xəbəri eşidən Əsgər xanın tüstüsü təpəsindən çıxdı. Fikr-zikr içində gəzərkən yıxılıb, qıçını çıxartdı. Sabahı müdrik dostu Əhməd bəyi yanına çağırtdırdı. Qohumu (bəzi bilgilərə görə qardaşıoğlu) Əhməd bəy onun yanına gəlib, əhvalından mütəssir oldu. Çıxıqçı çağırtdırıb, Əsgər xanı müalicə etdirdi. Əsgər xan Əhməd bəyi Xoya göndərdi ki, eşikağası Ibrahim xanı tapıb, desin ki, dost dostu yaman gündə tanıyar. Yaman günüm indidir. Əhməd bəy Murtazaqulu bəy və Mehrab bəyi götürüb, Xoya yollandı. Ibrahim xanı tapıb, onun vasitəsilə qəziyyəni Hüseynqulu xana danışdı. Hüseynqulu xan Məhəmmədqulu xanın təsirindən çıxmaq üçün girəvə gəzirdi. Ona görə qoşun tərtibi üçün sərkərdələrinə göstəriş verdi. Bir neçə gün ərzində qoşun hazır oldu. Qardaşı Cəfərqulu xanı qoşun başçısı təyin etdi. Göstəriş verdi ki, Urmiyaya gedib, əvvəlcə xoşluqla Mirzə Əbülhəsən bəyi Məhəmmədqulu xandan istəsin. Əgər verməsə, zor işlədib, Urmiyanı dağıdıb, gəlin. Cəfərqulu xan qoşunla Salmasa daxil olur. Əsgər xan onları qarşıladı. Məhəmmədqulu xan bu hadisəni eşidib, qardaşı Qasım xanı qoşunla Salmas tərəfə yola saldı. Qoşunda sərkərdələrdən Tahir sultan Şəhriyar xan oğlu Gündüzlü, Allahyar bəy Araşlı, Lütfullah bəy Ustaclı iştirak edirdilər. Salmasın Ağziyarət məntəqəsində qoşunlar üzləşdilər. Savaş başlandı. Avşarlar Əsgər xana görə, cani-dildən vuruşmurdular. Ona görə də məğlub olub, geriyə qaçdılar. Cəfərqulu xanın qoşunu avşarları Urmiyanın ətrafındakı Qızqalasınadək izlədi. Bu vəziyyəti görən Məhəmmədqulu xan qalanın qapısını bağlatdırıb, içəridə gizləndi. Xoy qoşunu Urmiyanı mühasirəyə aldı. Avşar bəyləri Xoy qoşununun azğınlığını görüb, qaladan çıxdılar. Savaş əsnasında sərkərdə Hacı Ibrahim Xoylunun atı ürküb, avşarlara tərəf qaçdı. Onun ardınca da bir neçə nəfər sərkərdə getdi. Bu sərkərdələr Cahangir bəy, Ağası bəy, Əsəd bəy Dünbili idilər. Avşarlar onları tutub, öldürdülər. Avşar bəyləri onların başını Məhəmmədqulu xana apardılar. Məhəmmədqulu xan Məhəmmədhəsən bəy Mahmudlu və digər avşar bəylərinə xeyli ənam-ərmağan verdi. Əsgər xan bu savaşdan mütəssir oldu. Qardaş qırğınını dayandırmaq üçün el böyüklərinə məktub yazdı. Bildirdi ki, Urmiyaya qardaşı üçün gəlib. Mirzə Əbülhəsən bəyi alıb, qayıtmaq fikrindədi. Əfrasiyab sultan Zərza barışıq olduğunu görüb, məktubun xana yetişməsinə mane oldu. Avşar bəylərini növbədən götürüb, kürdlərlə əvəzlədi. Xana bildirdi ki, onlar Əsgər xana görə sənə xəyanət edəcəklər. Mühasirənin üçüncü günü Cəfərqulu xan Dünbili qala divarlarına yaxınlaşıb, bildirdi ki, Mirzə Əbülhəsən bəyi verin, qayıdıb, vilayətimizə gedək. Əfrasiyab sultan ətraf mahallardan yardım çağırdığından, Cəfərqulu xandan üç gün möhlət istədi. Üç gündən sonra ətrafdakı avşarlar və zərzalar gəlib yetişdilər. Məhəmmədqulu xanın qoşunu güclənib, savaşa hazır oldu. Şahməhəmməd bəy Kuhgiluyəli-Avşar qoşuna sərkərdə təyin olundu. Məhəmmədsəfi bəy Yorğanlı, Məhəmməd bəy və Hüseyn bəy Qarahəsənli avşar qoşunun başında savaş meydanına yollandılar. Bu zaman Əsgər xan Xoy qoşunundan aralanıb, avşar qoşununun önünə tək çıxdı. Onu görən avşarlar utanıb, başlarını aşağı tikdilər. Bayraqdar Məhəmmədsəfi bəy Yorğanlı bayrağını əlindən yerə saldı. Xoyun Heydəranlı tayfası bayrağın yerdə olmasını görüb, hücuma keçdi. Zərza cinahına girişib, oranı dağıtdı. Urmiya qoşunu məğlub olub, qalaya çəkildi. Mühasirənin 12-ci günü Cəfərqulu xanla Əsgər xan yenidən Məhəmmədqulu xana məktub göndərdilər. Əvvəlki şərtlərini təkrar etdilər. Məhəmmədqulu xan onlara bildirdi ki, siz qayıdıb, Xoya gedin, mən Mirzə Əbülhəsəni buraxacağam. Onlar çəkilib, Xoya getdilər. Onların getməyindən bir müddət keçməyinə baxmayaraq Məhəmmədqulu xan əhdinə vəfa etmədi. Xudadad xan Dünbilinin öyrətməsi ilə Mirzə Əbülhəsən bəyi öldürdü. Əsgər xan yenidən sarsıldı. Məhəmmədqulu xana qarşı mübarizəsini fəallaşdırdı. O dönəmdə Iranda güclənən Ağaməhəmməd xan Qovanlı-Qacar (1795-1797) birər-birər müstəqil xanlıqları məğlub edib, bir bayraq ətrafında birləşdirirdi. O, 1792-ci ildə (1206 hicri qəməri) Azərbaycana hücum etdi. Sərab xanlığının hakimi Sadıq xan Şəqaqi məğlub olub, Qarabağa, Ibrahimxəlil xanın yanına qaçdı. Ibrahimxəlil xan Ağaməhəmməd xanın qüdrətindən çəkinsə də, ona itaət etmədi. Əsgər xan Ağaməhəmməd xana məktub göndərib, Urmiyada baş verən hadisələri bildirdi. Ağaməhəmməd xan baş vəziri Mirzə Məhəmmədşəfiyə göstəriş verdi ki, Əsgər xanı Salmasdan yanına dəvət etsin. Ətraflı söhbət etsin. Mirzə Məhəmmədşəfi Qoşaçayda Əsgər xanla görüşdü. Bu görüşün sədası bütün Azərbaycana yayıldı. Bəzi Azərbaycan xanları Ağaməhəmməd xanla yaxından əlaqə qurmağa çalışdılar. O cümlədən, Urmiyadan Hüseynqulu xan Imamqulu xan oğlu Qasımlı-Avşar, Marağadan Əhməd xan Müqəddəm, Irəvandan Məhəmməd xan Ziyadlı-Avşar, Xoydan Hüseynqulu xan Dünbili və Naxçıvandan Kəlbəli xan Kəngərli Mirzə Məhəmmədşəfinin görüşünə gəldilər. Bu xanlar hamısı bir ağızdan Əsgər xana qahmar çıxıb, tərəfini tutdular. Mirzə Məhəmmədşəfi Ağaməhəmməd xanın tapşırığı ilə Məhəmməd xan Izzəddinli-Qacara göstəriş verdi ki, Məhəmmədqulu xanı Urmiya hakimliyindən azad edib, Hüseynqulu xanı vəzifəyə təyin etsinlər. Məhəmməd xan Izzəddinli-Qacar Hüseynqulu xan Qasımlı-Avşarı götürüb, Urmiyaya getdi. Sadıq xan Şəqaqi bu xəbəri Məhəmmədqulu xana çatdırdı. Məhəmmədqulu xan təşvişə düşüb, məşvərət topladı. Avşar elinin başçıları məsləhət verdilər ki, Ağaməhəmməd xana hədiyyə göndərib, itaətini bildirsin. Məhəmmədqulu xan qardaşı Qasım xanı Ağaməhəmməd xanın yanına göndərdi. Qasım xan Yam məntəqəsinə yetişəndə Əsgər xan bir nəfəri onun yanına göndərib, bildirdi ki, Məhəmmədqulu xan Ağaməhəmməd xan Qacarın yanında xain, günahkar bir hakim kimi tanınır. Hər nə göndərsə də, qəbul olmayacaq. Sən gətirdiyin hədiyyələri öz adına təqdim et. Biz də ondan xahiş edək ki, Urmiyanan hakimliyini sənə versin. Avşar ağsaqqalları da bu fikri bəyəndilər. Əsgər xana da razılıq məktubu göndərdilər. Əsgər xan sevinib, Qasım xanı və Avşar başçılarını çadırına dəvət etdi. Qasım xan Əsgər xanın rəhbərliyi ilə sovqatı baş vəzirə təqdim etdi. Baş vəzir pay-parçanı alıb, Qasım xanı Ağaməhəmməd xan Qacarın fərmanı ilə Urmiyanın hakimi təyin etdi. Qasım xan Urmiyanın vəkilliyini Mirzə Əbülhəsən bəyin oğlu Mirzə Məhəmmədnəbiyə verdi. Əsgər xan isə 1000 nəfərlik qoşun sərkərdəsi təyin edildi. Ağaməhəmməd şahın ordusu Qaradağdan Təbrizə gəldi. Xoyun hakimi Hüseynqulu xan Dünbilini Azərbaycanın valisi təyin etdi. Qasım xan şaha məktub yazıb, bildirdi ki, Üşnəviyyə hakimi Əfrasiyab sultan Zərza başqa kürd əşirətlərindən də qoşun toplayıb, Urmiya camaatına korluq verir. Ağaməhəmməd şah Əsgər xan Avşara göstəriş verdi ki, Urmiyaya gedib, Üşnəviyyə kürdlərinin qətl-qarətinin qarşısını alsın. Sovucbulağın hakimi Budaq xana da fərman göndərdi ki, Əsgər xana yardım etsin. Qasım xan Əsgər xanla birləşib, az miqdar qoşunla Üşnəviyyəyə hücuma keçdi. Zərzalar da balbaslarla ittifaq bağlayıb, müdafiəyəyə hazırlaşdılar. Mükrilər də xəlvətcə zərzalara xəbər göndərirlər ki, biz ilk həmlədə geri çəkiləcəyik. Mahmud xan Mükri öz tayfasının xəyanətini Qasım xana məlumat verdi. Qasım xan ona inanmadı. Elə bu vaxt balbasların hücumu başlandı. Mükrilər qaçmağa üz qoydular. Avşarların nizamı pozuldu. Qasım xan və Əsgər xan geri çəkildi. Bu savaşda Avşar və Dünbili ellərindən 1000 nəfər döyüşçü həlak oldu. Əsgər xan hərbi hiyləsini işə salıb, döyüşçüləri ölüm meydanından çıxardı. 1793-cü ildə Ağaməhəmməd şah Qacar qoşun yığıb, Lütfəli xan Zəndin üstünə hücum etdi. Qoşuna sərkərdə Əsgər xan Əbdülməlikini, Rəhim xan Qasımlı və Məhəmmədhəsən bəy Mahmudlunu təyin etdi. Şiraz ətrafında qoşun Lütfəli xanın gecə basqınına uğradı. Qoşun əhli sarsıldı. Ağaməhəmməd şah sərkərdələrinə tapşırdı ki, necə olursa olsun, basqının qarşısını almaq lazımdır. Lütfəli xan növbəti gecə yenə də basqın etdi. Avşar qoşunu sübhədək müqavimət göstərdi. Lütfəli xan Zənd basılıb, qaçdı. Əsgər xan qoşundan 200 nəfər seçib, Lütfəli xanı izlədi. Onlar Şirazı alıb, Lütfəli xanın əhli-əyalını Astarabada köçürdülər. Məhəmmədqulu xan da 1793-cü ildə Ağaməhəmməd şahın ordusunda Şiraza, Lütfəli xan Zəndin üstünə yollandı. Lütfəli xan Zəndin məğlubiyyətindən sonra Urmiyaya qayıtdı. Əsgər xan onun Urmiyaya dönüşünə etiraz etdi. Bilirdi ki, o, qalmaqalı sevir. Baş vəzir Rəhim xan Qasımlını Məhəmmədqulu xana naib təyin edib, Urmiyaya göndərdi. Rəhim xan öz ailəsini və Əsgər xanın əhli-əyalını Urmiyadan köçürüb, Quşçu qəsəbəsində yerləşdirdi. Məhəmmədqulu xan Urmiyaya yetişcək zülm bayrağını dalğalandırmağa başladı. Qaynı Əlirza xandan 4 min tümən pul alıb, özünü də zindana saldı. Onun fəaliyyətini izləyən Əsgər xan bu hadisəni baş vəzirə çatdırdı. Əlirza xanın azad olmasına çalışdı. Şahdan fərman alıb, Urmiyaya gəldi. Ənzəl mahalına çatanda qardaşıoğlu Əhməd bəyə əmr verdi ki, özü ilə 17 atlı götürüb, Urmiyaya getsin. Zindanın qapısını qırıb, Əlirza xanı azad etsin. Onlar da günün günorta çağı zindanın qapısını qırıb, Əlirza xanı Ənzələ gətirdilər. Əsgər xanın tərəfdarları Quşçuya köçdülər. Əsgər xan Quşçuda böyük bir qala tikdirmişdi. Hələ də o qalanın qalıqları durur. 1795-ci ildə Ağaməhəmməd xan Qarabağa, ordan da Gürcüstana yürüş etdi. Məhəmmədqulu xan və Əsgər xan da bu yürüşdə iştirak etdilər. Gəncə ətrafına çatanda Urmiya şikayətçiləri gəlib, yetişdilər. Onlarla pişnamaz Molla Məhəmmədhüseyn də vardı. O, Tiflis şəhərinin alınmasında iştirak etmişdi. Ağaməhəmməd xan fəthdən sonra avşar şikayətçiləri yanına çağırdı. Üzünü Molla Məhəmmədhüseyn Urməviyə tutub dedi: -Ağalar, bu fəth sizin dualarınızın sayəsində baş tutubdur. Istəyininz nəmənədir? Onlar Məhəmmədqulu xanın zülmkarlığından söhbət açdılar. Ağaməhəmməd xan hirslənib, fərman verdi: -Məhəmmədqulu xanın iki gözünə də mil çəkin! Pişnamaz və ağsaqqallar cəzanın ağırlığını görüb, şahdan onun bağışlanmasını istədilər. Daha yüngül cəza ilə əvəz etməsini xahiş etdilər. Onun hakimlikdən azad olunmasına çalışdılar. Şah kimi hakim istəyirsiniz, sualına, Əsgər xan kimi məsləhət bilsə onu,-deyə cavab verdilər. Məhəmmədqulu xan Tiflisdə baş verən hadisəni öyrənib, Əsgər xana yaxınlaşmağa başladı. Sonra Saraydakı tanışlarına peşkəş göndərib, şahın könlünü almağa girişdi. Əsgər xan bir şərtlə ona yaxınlaşdı ki, daha millətə zülm etməsin. Məhəmmədqulu xan and içib, söz verdi. Yenidən vali seçildi. Urmiyaya dönərkən 3 gün Quşçu qəsəbəsində Əsgər xanla Rəhim xan Qasımlıya qonaq oldu. Urmiyaya dönəndən sonra ədl-ədalətlə idarəçiliyə başladı. Əsgər xanın evlərinin yenidən qurulmasına əmr verdi. Qabil memarlar vasitəsilə evlər bərpa olundu. Bu evlər hələdə "Əsgər xan darvazası" məhəlləsində bərqərardır. (Bax: Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.276-280). Məhəmmədqulu xan kiçik bacısını Əsgər xanın oğluna verdi. 1797-ci ildə Ağaməhəmməd şah Qacar Qarabağa ikinci yürüş etdi. Urmiyaya çapar göndərib, Məhəmmədqulu xana əmr etdi ki, Avşar qoşununu Mahmud xan Mömün xan oğlu Qasımlının başçılığı ilə Qarabağa göndərsin. Əsgər xan Əbdülməlikiyə tapşırdı ki, Xoy dünbüli qoşununu kəm-kəsirsiz hazırlayıb, görüş yerinə gətirsin.Dünbililər Əsgər xanla dost olduğundan bir yerə yığışıb, savaşa getmədilər. Əsgər xan çarəsiz qalıb, Salmasa getdi. Şahın əmrini yerinə yetirmədiyindən qorxuya düşdü. Bir dərvişin məsləhətini dinləyib, kiçik bir dəstə ilə Qarabağa yollandı. Qarabağa çatanda Ağaməhəmməd şah artıq Şuşanı alıb, əyləşmişdi. O, Mahmud xan Qasımlının çadırına gəldi. Sadıq xan Şəqaqi onun gəldiyini eşidib, həmin çadıra təşrif gətirdi. Sadıq xan onu şahın yanına dəvət etdi. Əsgər xan görüşü sabaha saxladı. O gecəsi Ağaməhəmməd şah Şuşada öldürüldü. Əsgər xan şahın ölümündən sonra dəstəsi ilə Naxçıvan yolu ilə Urmiyaya qayıtdı. Yolda bir məruzə hazırlayıb, Məhəmmədəli bəy Bəgişli ilə Məhəmmədqulu xana göndərdi. Əsgər xan Ağaməhəmməd şahın ölümündən sonra üsyançı xanlara, Məhəmmədqulu xan Avşara, Cəfərqulu xan Dünbiliyə, Sadıq xan Şəqaqiyə meyl etdi. Sadıq xan Şəqaqi ilə birləşib, Təbrizdən Marağaya gəldi. Əhməd xan Müqəddəmin və Mahmud xan Qasımlı-Avşarın onlara qoşulacağını zənn edirdi. Gözlədiklərinin əksinə onlar üsyançılara qoşulmadılar. Əsgər xan və Sadıq xan Marağanı mühasirəyə aldılar. Marağa 12 gün mühasirədə qaldı.Fətəli şah ordusu Nikpey adlı yerə çatanda Cəfərqulu xan Dünbili Əsgər xanla Sadıq xanı öldürmək fikrinə düşdü. Əsgər xan bu qəsddən duyuq düşdü. Sadıq xanı da xəbərdar etdi. Hər ikisi qaçıb, şahın ordusuna qoşuldular. Sadıq xan Süleyman xan Etizaddövlə Qacarı araçı saldı ki, şah onları bağışlasın. Hər ikisi bağışlandı. Əsgər xan Fətəli şah Qovanlı-Qacar tərəfindən ordunun bir bölməsinə sərkərdə təyin edildi. Üsyançı Cəfərqulu xan Dünbiliyə qarşı vuruşdu. Məhəmmədqulu xanla danışıqlar apardı. Hüseynqulu xan Qasımlı yenidən fəallaşmışdı. Marağa yolu ilə Tehrana getmək fikrinə düşdü. Marağa şəhərində Əhməd xan Müqəddəm də onu isti-ilıq qarşıladı. Fətəli şah Qovanlı-Qacar (1797-1834) xanların üsyan xəbərini eşidib, Azərbaycana yola düşdü. Hüseynqulu xan yolda şah ordusuna qoşuldu. Fətəli şah onu hörmətlə qarşıladı. Qızıl əsbablı, yəhər-yüyənli at, qızıl qınlı xəncər bağışladı. Marağa hakimi Əhməd xan Müqəddəmə fərman verib, Sami soylu qulamların yüzbaşısı Məhəmmədəli xan Ərəb-Bəstamini də ona qoşub, Urmiyaya göndərdi ki, Məhəmmədqulu xanı oradan dəf etsin. Tapşırıq alan Əhməd xan Müqəddəm, Məhəmmədəli xan Ərəb və Hüseynqulu xan Qasımlı-Avşar Urmiyaya yollandılar. Fətəli şah da ordu ilə onların ardınca tərpəndi. Hüseynqulu xan Marağaya çatıb, qoşun toplamağa başladı. Ordan da Sovucbulağa getdi. Budaq xandan məsləhətlər aldı. Ismayıl bəy Xələci Balbas əşirətinin yanına göndərib, yardım üçün Sulduz çayının yaxasına dəvət etdi. Kürd əşirətinin rəisləri Mömənd ağa, Ibrahim sultan Məməş, Balık, Piran və Mənqur tayfalarından topladıqları qoşunla Sulduz çayının kənarında Hüseynqulu xana qoşuldular. Ordan Urmiyaya tərəf yollandılar. Məhəmmədqulu xan Hüseynqulu xanın Urmiyaya yürüşünü eşidib, 6 min nəfərlik qoşunla qarşısına çıxdı. Onlar Qaşqagədikdə qarşılaşdılar. Əsgər xan onları barışdırmağa tələsirdi. Qorxurdu ki, savaş başlayar, iş işdən keçər. Quşçu gədiyinə çatıb, onlara xəbər yolladı. Məktub şahın möhürü ilə möhrlənmişdi. Məhəmmədqulu xan məktubu alıb tanış oldu. Oxudu ki, şahın əmri ilə Əsgər xan hər işə məmurdur, Hüseynqulu xan söhbət aparmaqdan azaddır. Məhəmmədqulu xan savaşa girməyib, geri çəkildi. Əsgər xan Urmiyaya çatıb, Məhəmmədqulu xanı ora dəvət etdi. Hüseynqulu xan 6 gün Dolmalar məntəqəsində qalandan sonra, şəhərə gəldi. Əmilik hörmətini saxlayıb, divanxanaya getmədi. Rəhim xan Qasımlının Bazarbaşı məhəlləsindəki evində oturaq etdi. 1798-ci ildə Fətəli şah fərmanla Hüseynqulu xanı Məhəmmədqulu xanın əvəzinə Urmiyaya hakim təyin etdi. Tərgəvərin hakimi Ibrahim xan 30 yük atı ilə Urmiyaya gəlib, Məhəmmədqulu xanın ev əşyalarını Kürdüstana köçürmək istədi. Fətəli şahın yüzbaşısı Məhəmmədəli xan Ərəb ona imkan vermədi. Ona Məhəmmədqulu xanı tutmaq əmr olunmuşdu. Əsgər xan yenə araya girib, məsləhət verdi ki, hələlik Məhəmmədqulu xan onun evində otursun, şahdan nə əmr gəlsə, yerinə yetirsinlər. Divanxana boşaldı. Hüseynqulu xan ora köçdü. Əsgər xan Urmiyada Avşar tayfasından 8 min tümən pul toplayıb, Fətəli şaha yolladı. Şahın ona rəğbəti artdı. Əsgər xan Rus-İran savaşlarından əvvəl Qacar ordusunda, Avşar hissəsinin komandanı idi. Fətəli şah Əsgər xanı vəzifəsindən alıb, əvəzinə Mahmud xan Mömün xan oğlu Qasımlı-Avşarı təyin etdi. O, dəfələrlə işdən alınsa da hər dəfə də ləyaqətinə görə yenidən vəzifəsinə qayıtmışdı. Hüseynqulu xan onun işdən çıxarılmasına çox rahatsız olmuşdu. Əsgər xan onun dayağı idi. Urmiya əhli adından şaha müraciət edib, onu doğma şəhərinə dəvət etdi. Fətəli şah Əsgər xana ənam-ərmağan, böyük oğlu Fərəculla sultana xan ünvanı verib, Urmiyaya yol saldı. Onun əhli-əyalı Qəzvində girov saxlanılırdı. Onları azad edib, Əsgər xana qoşdu. Əsgər xan Təbrizə yetişib, Abbas mirzənin ziyarətinə getdi. Abbas mirzə Iran-rus savaşları başlandığından, Əsgər xanı Avşar qoşununun komandanı təyin etdi. Əsgər xan icazə alıb, bir neçə günlüyəUrmiyaya yola düşdü. Hüseynqulu xan Urmiya əhalisini Səidli kəndinə qədər Əsgər xanın önünə yolladı. Onun pişvazına çıxıb, dəbdəbə ilə Urmiyaya gətirdilər. Əsgər xan Irəvan, Pənbək savaşlarında iştirak etmişdi. Savaşlardan sonra Urmiyaya qayıtmışdı. Sisyanov Bakıya hücum edəndə oranın hakimi Fətəli şaha yardım üçün mürəciət etdi. Fətəli şah Urmiya hakimi Hüseynqulu xana əmr verdi ki, Avşar qoşunu ilə Bakı camaatına yardım etsin. Hüseynqulu xan qoşun toplayıb, Əsgər xanı sərkərdə təyin etdi. Əsgər xan qardaşı Əbdüssəməd xanı da yardımçı götürüb, Bakıya yollandı. Sisyanov Iran ordusunun işə qarışdığını görüb, sülh bağladı. Çox keçmədən Sisyanov Bakıda öldürüldü. Əsgər xan onun başını Məhəmmədhəsən bəy Mahmudlu vasitəsilə Ərdəbilə, Abbas mirzəyə göndərdi. Əsgər xan Hüseynqulu xanla birlikdə Tiflis səfərinə qatılmışdı. Bu qoşunun hərbi taktikası və strategiyası Əsgər xan və qardaşı Əbdüssəməd xan tərəfindən olurdu.Onlar qoşunu yoxlayıb, sahman yaratdılar. Avşar qoşunu irəli hücum edib, rus qoşunlarını darmadağın etdilər. Rus toplarını ələ keçirib, öncə Gəncəyə, Gəncədən Irəvana, ordan da Irana apardılar. Əsgər xan ruslara satılan Irəvan hakimi Məhəmməd xan Ziyadlı-Qacara öyüd-nəsihət verib, dövlət tərəfdən qarantiya alıb, geri qaytarmaq istədi. Məhəmməd xan ona inanıb, sovqat-sovrumla Abbasabada, Abbas mirzənin yanına getdi. Hüseynqulu xan qardaşı Həsən xan Sarı Aslanla bərabər Məhəmməd xanı tutub, əhli-ayalı ilə birlikdə Tehrana apardılar. Əsgər xan bu hadisəni görüb, məyus oldu. Çalışdı ki, həmişə saray işlərindən kənarda qalsın. Yam çəmənliyində Abbas mirzədən icazə alıb, Urmiyaya getdi. Əsgər xan qoşununu Imamqulu xan Hüseynqulu xan oğluna təhvil verib, guşənişin oldu. Üç nəfər onu tez-tez yoxlayırdı. Bunlar Baba bəy Ərəbli, Məhəmmədəli bəy Bəgişli və Məhəmmədhəsən bəy Mahmudlu idilər. Əsgər xan Fransaya elçi getmişdi. Dörd ay Parisdə yaşamışdı. Finkenşteyn müqaviləsini imzalandıqdan sonra Napoleonun yanına yollanmışdı. Əsgər xan Azərbaycanın ilk framasonçusudur. Doktor Nəvai bu məlumatın ardınca Əsgər xanın framosonçu təşkilata necə qovuşduğunu böyük alim və tarixçi Torinin (Thoru) gündəlik yaddaşları əsasında belə şərh edir: "O, masonçuluq təriqətinin nuruna qərq olub, qaranlıq bir aləmdən işıqlığa qədəm qoyduğu zaman dərhal tiyəsi abdar Dəməşq poladından olan cəvahirə tutulmuş qılıncını kəmərindən çıxarıb, Loj ustadının stolunun üzərinə qoyaraq bu sözləri söylədi:- Qardaşlar, sərvərlər və dostlar! Dostluq və yoldaşlıq, vəzifə borcunu başa düşmək və əmanət, əxlaq fəziləti və yenilikçilik xüsusiyyəti, səltənət məqamına vəfadarlıq – bunları hamısı mənim beynimdə özünə yer tutmuş və and içdiyim vəzifələrdir. Lakin icazə istəyirəm ki, iyirmi yeddi il müharibədə mənim vətənimin yolunda xidmət edən bu qılıncı girov kimi dostlar və qardaşlarıma təqdim edim və əgər bir gün lazım gəlsə, bu müqəddəs yolda fəxr ilə xidmətə qayıdıb, vətən və əlahəzrət şahın xatirinə vuruşduğum bu qılıncla döyüşə hazır olum. Hədsiz dərəcədə bu cəmiyyətin təsiri altına düşmüş bu səfir Fransada olduğu bütün müddət ərzində framasonçuluğa böyük maraq göstərdi və yaxınları olan ustad və böyüklərlə məşvərət etdikdən sonra Isfahanda onun bir lojasını təşkil etmək qərarına gəldi. Bu, bir nəfər görkəmli iranlı vasitəsi ilə framasonçuluq ayininin qəbul edilməsi haqqında birinci əsərdir ki, tarixdə səbt olunmuşdur. Əsgər xan İrana qayıtdıqdan sonra onun masonçuluq fəaliyyəti ingilis casuslarının faydalanıb-faydalanmadıqları haqqında əlimizdə dəqiq məlumat yoxdur. O, Fətəli şahın qəzəb və etinasızlığına düçar oldu (Əlbəttə, framasonçu olduğuna görə yox), İrana çağrıldı və öz doğulduğu Ərumiyə getdi". Əsgər xan 1833-cü ildə Urmiya şəhərində vəfat etmişdi. Əsgər xanın Fərəculla xan adlı oğlu vardı. 1- رجال ایران –مهدی بامداد .ح.های (2و6)- زوارتهران 2-تاریخ افشار – میرزا رشید ادیب الشعرا- شفق تبریز 1346 3-محمدقلیخان افشار اورمیه در تشکیل دولت فدرال ملی- علی خوشنویس افشار چاپ اول 1380-آذرکهن 4-سرزمین من زردتشت – علی دهقان – اسفند 1348-ابن سینا 5-تاریخ اجتماعی و سیاسی ایران – سعید نفیسی ج (1) بنیاد Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh. Həmçinin bax Finkenşteyn müqaviləsi | https://az.wikipedia.org/w/index.php?curid=102500 |
Əsgər İsayev | Əsgər Mustafa oğlu İsayev (20 dekabr 1935, Saral, Böyük Qarakilsə rayonu – 11 iyun 2021) — texniki elmlər doktoru (1983), professor (1984), Azərbaycan Respublikasının Əməkdar müəllimi (2006). Əsgər İsayev 1935-ci ilin dekabrın 20-də Saral kəndində anadan olmuşdur. 1942-ci ildə Saral kəndində orta məktəbin birinci sinfinə getmiş və 1952-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. O, 1952-ci Azərbaycan Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş və 1957-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir. Ə.M.İsayev 1957–1959-cu illərdə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda konstruktor vəzifəsində işləmişdir. 1959-cu ilin aprel ayından 1975-ci ilə qədər öz əmək fəaliyyətini institutun elmi-tədqiqat şöbəsində kiçik elmi işçi, 1961-ci ilin sentyabrından həmin institutun "İnşaat konstruksiyaları" sonra isə "Dəmir-beton konstruksiyaları" kafedralarında baş müəllim vəzifəsində çalışmışdır. 1964-cü ildə materiallar müqaviməti ixtisası üzrə texniki elmlər namizədi elmi dərəcəsi adını almışdır. 23 sentyabr 1983-cü ildə Moskva şəhərində Moskva İnşaat Mühəndisləri İnstitutunda elmi işini müvəffəqiyyətlə müdafiə edərək "deformasiya olunan bərk cisimlər mexanikası" üzrə texniki elmlər doktoru elmi dərəcəsini almışdır. Onun bütün elmi fəaliyyətləri nəzəri mexanika, materiallar müqaviməti, inşaat mexanikası və tətbiqi mexanika elmlərinin müxtəlif hissələrinə həsr olunmuşdur. İsayev Əsgər 1 fevral 1967-ci ildə dosent, 27 aprel 1984-cü ildə isə "İnşaat mexanikası" kafedrası üzrə professor elmi adlarını almışdır. Professor Ə.M.İsayev 1976-cı ilin oktyabr ayından "İnşaat mexanikası" və "Nəzəri mexanika" kafedraları birləşənə qədər – 07.11.2012-ci ilə qədər "İnşaat mexanikası" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Professor Ə.M.İsayevin elmi rəhbərliyi altında 23-dən çox aspirant müdafiə etmiş və onların bir hissəsi hal-hazırda İran İslam Respublikasında, Türkiyədə, İzraildə, Suriyada, Sudanda, Tunis Ərəb Respublikasında və Almaniyada müvəffəqiyyətlə öz ixtisasları üzrə çalışırlar. 1993-cü ildən 2000-ci ilə qədər Azərbaycan İnşaat Mühəndisləri Universitetində elm və texnika üzrə prorektor vəzifəsində çalışıb. Ə.M.İsayev 1985-ci ildən başlayaraq müxtəlif illərdə respublikanın texniki ali məktəblərinin Müdafiə Şuralarında üzv, sədv müavini, sədr, Ali Attestasiya Komitəsində ekspert şurasının üzvü və apponent olmuşdur. Professor Ə.M. İsayev işlədiyi müddətdə tədrisi istehsalatla əlaqələndirmənin tərəfdarı olmuşdur. O, bu dövr ərzində Respublika Dövlət Sənaye, Kolxozlar Arası, Aqrar sənaye Layihə, Neft-Qaz, Metrolayihə və s. institutlarda pedaqoji fəaliyyətinə paralel olaraq konstruktor vəzifəsində işləmişdir. Eyni zamanda respublikanın müxtəlif şəhərlərində tarixi abidələrin bərpasında konstruktor kimi çalışmışdır. Bakı Baş Tikinti İdarəsinin mərkəzi laboratoriyasının baş mühəndisi, 1 nömrəli Evtikmə Kombinatının xüsusi konstruktor bürosunda müxtəlif vəzifələrdə işləmişdir. Professor Əsgər İsayev işlədiyi müddətdə Bakı metrosunda, SSRİ-nin Dəqiq Cihazlar Sənayesinin müxtəlif obyektlərində, Ukraynanın Qara Dəniz Birliyində təsərrüfat hesablı elmi-tədqiqat işləri aparmış, Odessa Gəmiçilik İnstitutunun Bakı filialında, "Təfəkkür" Universitetində müxtəlif illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Professor Əsgər İsayevin 125-dən çox elmi məqalələri var, "daş konstruksiyalarına" və "inşaat mexanikasına" aid 3 dərslik, 20-dən çox elmi-metodiki göstəriş çap etdirib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi "Nəzəri və tətbiqi mexanika" jurnalının baş redaktoru, ASSR-inin Təhsil Nazirliyinin VEM şurasının "İnşaat" və "Mexanika" bölməsinin üzvü, AzMİU-nun metod şurasının və Tikintİ-İqtisad fakültəsinin elmi və metodiki şuralarının üzvüdür. Professor Ə.M.İsayev tələbəlik illərindən başlayaraq indiki dövrə qədər bütün fəaliyyətini tikinti sahəsinin praktikasına, təhsilinə, elminə və bu sahənin bütün mərhələsində kadr hazırlığına həsr etmişdir. Professor Ə.M.İsayevin yetişdirdiyi inşaatçı kadrlar bu gün keçmiş SSRİ ərazisində, Amerika qitəsində və yaxın Şərq ölkələrində uğurla işləyirlər. Ə.M.İsayev 12 iyun 2021-ci ildə Bakıda vəfat etmişdir. O, 2006-cı ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar müəllim Fəxri adı almışdır. | https://az.wikipedia.org/w/index.php?curid=631259 |
Əsgər İsmayılov | Əsgər Ələkbər oğlu İsmayılov — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947) Əsgər Cəfər oğlu İsmayılov — Azərbaycan kinooperatoru və ssenaristi Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=757710 |
Əsgər İsmayılov (həkim) | Əsgər Ələkbər oğlu İsmayılov (1898, Naxçıvan – 14 mart 1959) — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947), tibb elmləri namizədi (1935), dosent, Azərbaycan SSR əməkdar həkimi. Əsgər Ələkbər oğlu İsmayılov 1898-ci ildə Naxçıvan şəhərində kəndli ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirdikdən sonra o, fakültə terapiya klinikasının ordinatoru təyin edilmiş, 1929-cu ildən isə həmin klinikanın aspirantı olmuşdur. 1935-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin vaxtdan Böyük Vətən müharibəsi başlananadək Azərbaycan Dövlət Tibb İnstitutunda işləmiş və eyni zamanda Elmi-Tədqiqat Klinik İnstitutuna rəhbərlik etmişdir.Əsgər İsmayılov 1941-ci ildən 1947-ci ilədək Azərbaycan SSR xalq səhiyyə komissarı (1946-cı ildən naziri) işləmişdir. Həyatının son illərində Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu terapiya və daxili xəstəliklər prapedevtikası kafedrasında fəaliyyət göstərmiş, kənd əhalisinə tibbi yardım göstərən həkimlər briqadasının rəhbəri olmuşdur.Əsgər İsmayılov 1920-ci ildən RK(b)P (Sov.İKP) üzvü olmuşdur. "Azərbaycan SSR əməkdar həkimi" fəxri adına layiq görülmüş, "Qırmızı əmək bayrağı", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.Əsgər İsmayılov 14 mart 1959-cu ildə vəfat etmişdir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=757730 |
Əsgər İsmayılov (operator) | Əsgər Cəfər oğlu İsmayılov (1 aprel 1905, Tiflis – 13 noyabr 1983) — Azərbaycan kinooperatoru, ssenaristi, əməkdar incəsənət xadimi. Əsgər İsmayılov 1 aprel 1905-ci ildə Tiflisdə anadan olub. ÜDKİ-də təhsil alıb. Əməkdar incəsənət xadimi Əsgər İsmayılov 1983-cü ildə vəfat edib. Filmoqrafiya Almaz (film, 1936) Arazın sahillərində (film, 1953) Axırıncı namaz (film, 1963) Bakıdan Göy-gölədək (film, 1947) Bakının işıqları (film, 1950) Bəxtiyar (film, 1942) Bəxtiyar (film, 1955) Bir ailə (film, 1943) Direktiv bant (film, 1932) Əyri yolla qazanc (film, 1960) Xəzər neftçiləri (film, 1951) "Kazbek" qutusu (film, 1958) Kəndlilər (film, 1939) Kölgələr sürünür (film, 1958) Qara daşlar (film, 1956) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Zəfər bayramı (film, 1945) Qəribə əhvalat (film, 1960) Sabahın xeyir, Bakı! (film, 1964) Sabir (film, 1962) Sevil (film, 1929) Səbuhi (film, 1941) Səhər (film, 1960) Sən bunu bilməlisən (film, 1961) Sovqat (film, 1942) Əsgər İsmayilov M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 94. "Onun böyük mədəniyyəti filmlərində özünü göstərirdi" //Mədəniyyət.- 2011.- 4 may. Yeganə. Kinooperator Əsgər İsmayılovun xatirəsi yad edildi: [Dövlət Film Fondunda] //Mədəniyyət.- 2011.- 4 may.- S. 11. | https://az.wikipedia.org/w/index.php?curid=28533 |
Əsgər İsmayılzadə | Əsgər Bəxtiyar oğlu İsmayılzadə (22 yanvar 2002, Gülövşə, Yevlax, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əsgər İsmayılzadə 22 yanvar 2002-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdur. 2005-ci ildə Yevlax rayonu V. Mövsümov adına Gülövşə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Mingəçevir Turizm kollecinin "Nəqliyyatda daşımaların təşkili" fakültəsinə daxil olmuşdur. Hərbi xidmətləri Əsgər İsmayılzadə 2019-cu ildə kolleci bitirdikdən sonra O, vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedir. Hərbi xidmətini Cəlilabad rayonunda "N" saylı hərbi hissədə xidmət çəkən Əsgər, öz arzusu ilə xidmətini Xüsusi Təyinatlı Qüvvələr'de (XTQ) davam etdirib.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsgər İsmayılzadə Kəlbəcər, Füzulinin azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Şəhidimiz Yevlax rayon Gülövşə kənd qəbiristanlığında dəfn edilib..Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=767624 |
Əsgər Əhmədov | Əsgər Əhmədov (professor) — Rusiya alimi. Əsgər Əhmədov (baş çavuş) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsi şəhidi. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=704453 |
Əsgər Əhmədov (baş çavuş) | Əsgər Əhmədkişi oğlu Əhmədov (9 noyabr 1990, Bərqov, Quba rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Əsgər Əhmədov 1990-cı il noyabrın 9-da Quba rayonunun Bərqov kəndində anadan olub. Hərbi xidməti Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Əsgər Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əsgər Əhmədov oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər Əhmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=683420 |
Əsgər Əhmədov (professor) | Əsgər Cahangir oğlu Əhmədov (5 fevral 1963, Yaqublu, Dmanisi rayonu) — Texnika elmləri doktoru, professor. Volqoqrad Dövlət Aqrar Universitetinin yer quruluşu və kadastrlar kafedrası müdirinin müavini. Əhmədov Əsgər Cahangir oğlu 1963-cü il fevralın 5-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində çoxuşaqlı ailədə anadan olub. 1990-cı ildə Volqoqrad Dövlət Kənd Təsərrüfatı İnstitutunu bitirib. Diplom müdafiəsindən sonra Volqoqrad Dövlət Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatı hidrotexniki meliorasiya və geodeziya kafedrasında laboratoriya müdiri kimi əmək fəaliyyətinə başlayıb, eyni zamanda, aspiranturada qiyabi təhsil alıb. 1996-cı ildə Ə.Əhmədov Moskvada namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi olub, 2006-cı ildə isə texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Namizədlik və doktorluq dissertasiyaları ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin müxtəlif üsullarla suvarılması ilə məşğul olan sahə təsərrüfatları barədə silsilə işləri əsasında hazırlanıb.2012-ci ildə professor elmi adı alan Ə.Əhmədov meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatlarının ümdə istiqamətlərini riyazi planlaşdırma tətbiq etməklə torpaqdaxili və damcı üsulu ilə suvarma sistemlərinin mühüm parametrlərinin əsaslandırılması təşkil edir. Professor Ə.Əhmədovun bilavasitə iştirakı ilə Aşağı Volqaboyunun müxtəlif torpaq-iqlim şəraitində torpaqdaxili və damcılı suvarmanın inkişafı və nəzəriyyəsinin bir sıra mühüm istiqamətlərində nailiyyətlər əldə olunub. İlk növbədə, bu, hazırda müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə olunan torpaqdaxili və damcı üsulu ilə suvarmaya, həmçinin çiləmə üsulu ilə suvarmanın fərqli rejiminə aiddir. Araşdırmalar zamanı Ə.Əhmədov tərəfindən meliorasiya və suvarma sistemlərinin istismarı sahəsində orijinal nəticələr əldə edilib, torpağın köksalma qatında su rejiminin proqnozlaşdırılmasının torpaqdaxili və damcı ilə suvarma sistemləri xarakteristikasının əsas parametrləri ilə əsaslandırılmış riyazi modeli yaradılıb. İlk dəfə Volqa-Don çayarası yer şəraitində torpaqdaxili suvarmanın birtərəfli lokal quruluşu tədqiq olunub, Aşağı Volqaboyu şəraitində suvarma üsullarının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına, artımına və inkişafına təsiri, eləcə də kənd təsərrüfatı bitkilərinin müxtəlif suvarılma üsullarının səmərəliliyinin enerji-iqtisadi qiymətləndirilməsi öyrənilib. Ə.Əhmədov müxtəlif beynəlxalq konfrans, konqres və simpoziumlarda, sərgilərdə fəal iştirak edib. O, 300-dək elmi əsərin, o cümlədən 6 monoqrafiyanın və 8 dərs vəsaitinin müəllifi və həmmüəllifidir. “Şəhər mühitinin mühafizəsi və monitorinqi”, “Şəhər ərazilərinin idarə edilməsi”, “Təbiətin sahmana salınması investisiya layihələrində qiymətqoyma və smeta-maliyyə hesablamalar” dərs vəsaitləri ali aqrar təhsil müəssisələrinin yer quruluşu və kadastrlar istiqaməti və iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələri üçün dərslik kimi Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən buraxılıb. Son illər professor Ə.Əhmədov və onun tələbələri tərəfindən hazırlanmış 60 tədris-metodik və elmi-tədqiqat materialları Rusiyanın və xarici ölkələrin mərkəzi nəşriyyatlarında çap edilib. Fəal alim olan Ə.Əhmədov torpaqların mühafizəsi, rekultivasiyası və meliorasiyası istiqamətində doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvüdür. O, aspirantura çərçivəsində yüksək ixtisaslı kadr hazırlığı sahəsində böyük iş aparır. Aparılan araşdırmalar prosesində əldə edilən elmi nailiyyətlərin bir çox nəticələri tədris prosesində istifadə olunur. 1990-cı ildən indiyədək Volqoqrad Dövlət Aqrar Universitetində çalışan Ə.Əhmədov orada müxtəlif illərdə müxtəlif vəzifələrdə işləyib: Volqoqrad Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatı və geodeziya kafedrasının laboratoriya müdiri; Volqoqrad Dövlət Kənd Təsərrüfatı Akademiyasının təbiət quruluşu texnologiyaları kafedrasında assistent, dosent, professor; geodeziya və daşınmaz əmlak kadastrları kafedrasının professoru; yer quruluşu və torpaq kadastrı kafedrasının müdiri. Ə.Əhmədov hazırda ekologiya-meliorasiya fakültəsinin metodik şurasının sədri, fakültə elmi şurasının üzvüdür. Təltif və mükafatları Professor Ə.Əhmədov Moskvada “Qızıl payız” Rusiya aqrosənaye sərgisinin qızıl medalına (2008) və iki bürünc medalına (2010, 2014) layiq görülüb. “Volqoqrad Dövlət Kənd Təsərrüfatı Akademiyası qarşısında xidmətlərinə görə” 3-cü və 4-cü dərəcəli döş nişanları ilə təltif edilib. | https://az.wikipedia.org/w/index.php?curid=536558 |
Əsgər Əli Abiyev | Əsgər Əli Qulam oğlu Abiyev (28 iyun 1934, Bakı, Azərbaycan) — Azərbaycan alimi, fizika-riyaziyyat elmlər doktoru, professor. Əsgər Əli Qulam oğlu Abiyev 28 iyun 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Ə.Abiyev 1957-1961-ci illərdə təhsilini M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində davam etdirmiş, təhsilini bitirdikdən sonra Bakıya qayıtmış və 1961-1963-cü illər ərzində Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1963-cü ildə o, Moskvada İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda aspiranturaya daxil olmuş və 1966-cı ilədək orada nüvə tədqiqatı sahəsində islərini davam etdirmişdir. Ə. Abiyev 1966-cı ildə yenidən Bakıya – Elmlər Akademiyasının Fizika İnstitutuna qayıtmış və 1969-cu ilədək orada çalışmışdır. Prof. Ə. Abiyev 1969-cu ildən EA-nın Rəyasət Heyətinin nəzdində yeni təsis olunmuş Radiasiya Problemləri Bölməsində (indiki AMEA-nın Radiasiya Problemləri İnstitutu) kiçik elmi işçi, böyük elmi işçi, 1976-cı ildən 1993-cü ilədək isə həmin İnstitutunun “Yarımkeçiricilərin Radiasiya Fizikası” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Ə.Abiyev 1993-2007-ci illərdə Türkiyənin müxtəlif elm ocaqlarında: 1993-2000-ci illərdə Ankara şəhərində yerləşən Özel Yavuz Sultan Fən Liseyində, 2000-2007-ci illərdə isə Gaziantep şəhərinin Gaziantep Universitetinin riyaziyyat kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir. Əsgər Əli Abiyev 1970 və 1988-ci illərdə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə dissertasiyalar müdafiə edərək, muvafiq olaraq fizika-riyaziyyat elmləri namizədi və elmlər doktoru alimlik dərəcələrini, 1990-cı ildə isə göstərilən ixtisas üzrə professor adını almışdır. Əsas elmi nailiyyətləri İlk dəfə hazırlanmış xüsusi qurğu vasitəsiylə impulsla işləyən elektron sürətləndiricisində şüalanmış bəzi yarımkeçiricilərdə radiasiya qüsurlarının yaranması və onların yoxolma kinetikasını tədqiq etmiş və yarımkeçirici cihazların texnologiyasında ionlaşdırıcı şüaların tətbiqi üsullarını müəyyən etmişdir. 1996-cı ildə Ə.Abiyev istənilən dərəcəli və istənilən ədədlərdən, eləcədə simvollardan ibarət Tarazlı (sehrli) kvadratlar və kublar yazmaq üçün alqoritm kəşf etmiş, onların elm və texnikada tətbiq olunma imkankarını araşdırmışdır. Bu alqoritm optimal problemlərdə, kriptologiyada, gen mühəndisliyində, informasiya texnologiyasında və digər sahələrdə geniş perspektivlər aça bilər. Eyni zamanda Ə.Abiyev, alqoritmi vasitəsilə D.Mendeleyevin kimyəvi elementlərin dövrü sistemi cədvəlində, elementlərin düzülüşünün qanunauyğunluğunu kəşf etmiş, bu cədvəldə yerləşən sonuncu elementin sıra sayını da təyin etmişdir. Ə.Abiyev 115-dən cox elmi məqalənin, 5 müəlliflik şəhadətnaməsinin və patentlərin, o cümlədən “The Natural Code of Numbered Magic Squares” (Ankara, 1996) adlı kitabın müəllifidir. 2009-cu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun “Elektron sürətləndiricisi” elmi-təcrübi şöbəsinin rəisi vəzifəsini icra edir. Ə.Abiyev müxtəlif vaxtlarda Bakı (Azərbaycan), Ankara, Antalya, Gaziantep, Sakarya, Van (Turkiyə), Barselona (İspaniya), Visbaden (Almaniya), Kazan (Rusiya), Ballarat (Avstraliya), Praqa (Çexiya), Porto (Portuqaliya) və başqa şəhərlərdə keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir. Əsas elmi əsərləri Abiyev A.A. at all. Investigation of center of mass by using magic squares and its possible enginearing applications, Robotics and Autonomous Systems, 49, 2004,219-226. Abiyev A.A. The correlation Adiyev's balanced squares with Periodic Law, Proceedings of the 2nd International Conference on Applied Informatics and Computing Theory (AICT'11) Prague, Czech Republic, September, 26-28, 2011, pp. 33-38. Təltif və mükafatları Azərbaycan Respublikası, Avropa Mətbu Nəşr Evinin "Qızıl Medalı" Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim (2014) | https://az.wikipedia.org/w/index.php?curid=494035 |
Əsgər Əliyev | Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu. Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ləj kənd qəbiristanlığında dəfn edilmişdir. Lənkəran rayonunda adına Dostluq parkı var. Büstü qoyulmuş, xatirə lövhəsi vurulmuşdur. Haftoni qəsəbə orta məktəbində "Xatirə guşəsi" yaradılmışdır. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 83. | https://az.wikipedia.org/w/index.php?curid=120088 |
Əsgər Ələkbərov | Əsgər Ələkbər oğlu Ələkbərov (16 iyul 1954, Rəncbər, Zəngibasar rayonu) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1995–2014), polis general-leytenantı. Əsgər Ələkbərov 1954-cü ildə Ermənistan SSR-in Masis rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1988-ci ildə SSRİ DİN-in Milis Akademiyasını bitirmişdir. 1988–1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmiş, nazir vəzifəsini icra etmişdir. 1993–1994-cü illərdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Qərargah rəisi, Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifələrində, 1994–2002-ci illərdə Daxili İşlər Nazirinin müavini — Kadrlar İdarəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 772 №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Prezidentin 31 dekabr 1995-ci il tarixli 3178 №li Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 646 №li Fərmanı ilə isə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Xidmət etdiyi müddətdə cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində, habelə kadr hazırlığı sahəsində, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 №li Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2014-cü il tarixli №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsindən azad edilmişdir. Ailəlidir. 5 övladı var. | https://az.wikipedia.org/w/index.php?curid=265633 |
Əsgər Əsgərov | Əsgər Əsgərov (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərov (jurnalist) — SSRİ Jurnalistlər Birliyinin üzvü (1967), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986), “Təbib” nəşriyyatının baş redaktoru (2009) | https://az.wikipedia.org/w/index.php?curid=409787 |
Əsgər Əsgərov (jurnalist) | Əsgər Fərhad oğlu Əsgərov (14 mart 1936, Qaraçanta, Amasiya rayonu) — SSRİ Jurnalistlər Birliyinin üzvü (1967), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986), "Təbib" nəşriyyatının baş redaktoru (2009) Əsgər Əsgərov 14 mart 1936-cı ildə Ağbaba-Şörəyel mahalının (Amasiya rayonu) Qaraçanta (sonradan Əzizbəyov) kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə rayon mərkəzində almışdır. 1955-ci ildə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə tarix-filologiya fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra Amasiyada Yeniyol kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi (1960), "Kolxozçu tribunası" rayon qəzetində ədəbi işçi, yerli radio verilişlərində təşkilatçı-redaktor (1960–1963), Amasiya orta məktəbində müəllim (1963–1965) işləmişdir. 1965-ci ildə Amasiya rayon Komsomol Komitəsinin birinci katibi seçilmişdir. 1967-ci ilin fevralında İrəvanda "Sovet Ermənistanı" respublika qəzetində şöbə müdiri, 1978-ci ildən isə qəzetdə məsul katib işləmişdir. Sov.İKP MK yanında Moskva İctimai Elmlər Akademiyasının məzunudur (1978). 1986-cı ildən Bakı şəhərinə köçmüş və Abşeron rayonunda rəhbər vəzifələrdə çalışmış (1986–1993), Abşeron rayon Dövlət arxivinin müdiri olmuşdur (1993–2008). 2009-cu ildən Azərbaycan Tibb Universiteti "Təbib" nəşriyyatının baş redaktorudur. 1967-ci ildən SSRİ Jurnalistlər Birliyinin üzvü, 1986-cı ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Əsgər Əsgərovun vaxtaşırı respublika mətbuatında, dövrü nəşrlərdə məqalələri, oçerkləri çap olunur. O, həmçinin dil, üslub, tərcümə məsələləri ilə bağlı sanballı yazıların müəllifidir. Məqalələri əsasən "Sovet Ermənistanı", "Kommunist", "Xalq qəzeti", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Abşeron" və s. dövrü mətbuatda çap olunmuşdur. "Bir ünvan itirmişəm…", Xalq qəzeti. — 2010. — 23 fevral. — Səh. 7. "Yaxşı oxuyursan, amma…". "Laçın yurdu" jurnalı, № 1(4), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012., səh. 65–73. Həmçinin bax "Təbib" nəşriyyatı | https://az.wikipedia.org/w/index.php?curid=283298 |
Əsgər Əsgərov (rəssam) | Əsgər Əsgərov (1948 – 14 avqust 2017) — Azərbaycan rəssamı. 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1975–1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil almışdır. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində iştirak etmişdir. 1973-cü ildə Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak etmişdir.Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sәrgilәrdә nümayiş etdirilmişdir. Bakı Rəssamlıq Gimnaziyasında müəllim kimi çalışmışdır. 14 avqust 2017-ci ildə vəfat etmişdir. Xarici keçidlər [1] Arxivləşdirilib 2008-07-05 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=70714 |
Əsgər Əyyubov | Əsgər Əyyubov Cabbar oğlu (1926, Nuxa – 2000, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Coğrafiya Cəmiyyətinin Litge adına Qızıl medal laureatı. Ə.C.Əyyubov Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1951-ci ildə BDU-nu bitirib, SSRİ EA Coğrafiya institutunun aspiranturasına qəbul olunmuşdur. 1954-cü ildə həmin isntitutda iqlimşünaslıq ixtisası üzrə "Azərbaycanın kurortları və istirahət yerlərinin iqliminin müqayisəli təhlili" mövzusunda namizədlik, 1971-ci ildə isə "Azərbaycanın iqlim ehtiyatları və onlardan əkinçilikdə istifadə olunması" mövzusunda doktorluq dissertasiyasını (Bakı şəhəri) müdafiə etmişdir.Əsgər Əyyubov istedadlı və işgüzar iqlimşünas alim olmaqla yanaşı həm də, aqroiqlim və kurort iqlimi elmi istiqamətlərinin, bitki və insan biometeorologiyası üzrə elmi məktəbin banisi və inkişaf etdiricisidir. Həmmüəlliflərlə birlikdə "Azərbaycanın iqlimi" monoqrafiyasına görə Respublika Dövlət mükafatına, "Azərbaycan SSR iqliminin bonitirofkası" əsərinə görə SSRİ EA Coğrafiya cəmiyyətinin F.P.Litke adına qızıl medalına, "Azərbaycanın aqroiqlim rayonlaşdırılması" divar xəritəsinə görə SSRİ XTNS-nın bürünc medalına, "Azərbaycan Respublikasının aqroiqlim atlası"na görə Respublika "Təhsil" cəmiyyətinin birinci mükafatına layiq görülmüşdür. Elmi fəaliyyəti Ə.C.Əyyubov 1955-ci ildə coğrafiya elmləri namizədi kimi Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi, sonralar baş elmi işçi olmuş. 1973-cü ildən 2000-ci ilədək "Təbiəti mühafizə", "Meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı", "İqlimşünaslıq" şöbələrinin müdiri vəzifələrində işləmişdir. 1970–1990-cı illərdə YUNESKO-nun "İnsan və biosfer" (MAB) proqramı üzrə işçi qrupunun və ABƏŞ-də işçi qrrupunun rəhbəri idi.Respublika radiosunda 20 il müddətində "Təbiət" jurnalının aparıcısı olmuş, Bakı ali məktəblərində pedaqoji fəaliyyət göstərmiş, bir neçə elmi-texniki və müdafiə şuralarının üzvü, respublika prezidenti yanında Ali Attestasiya komissiyasının eksperti, bir çox monoqrafik əsərlərin redaktoru, EA "Xəbərlər" jurnalının (Yer Elmləri bölməsi üzrə) baş redaktorunun müavini olmuşdur Elmi əsərləri 200-dən artıq elmi əsər və 7 monoqrafiya çap etdirmişdir. Onlardan "Azərbaycanın iqlimi haqqında oçerklər" (1962), "İstisu kurortu" (Həmmüəlliflə) (1965), "İqlim və hava (1967)", "Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması (1968)", "Azərbaycan SSR iqliminin bonitirovkası (1975)", "Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi" (1987), "Azərbaycanın iqlimi" (həmmüəlliflərlə), "Azərbaycan SSR-in iqlim ehtiyatları" (1984) və s. qeyd etmək olar. Həmçinin bax Ənvər Şıxlinski Xarici keçidlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI | https://az.wikipedia.org/w/index.php?curid=74583 |
Əsgərabad | Əsgərabad (Biləsuvar) Əsgərabad (Xoy) Əsgərabad (Qoşaçay) Əsgərabad (Sərab) Əskərabad (Astara, İran) | https://az.wikipedia.org/w/index.php?curid=474958 |
Əsgərabad-i Kuh (Urmiya) | Əsgərabad-i Kuh (fars. عسگرابادكوه) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 880 nəfər yaşayır (211 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=581240 |
Əsgərabad (Biləsuvar) | Əsgərabad — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Əsgərabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Əskərabad kəndi Aşağı Cürəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əskərabad kənd Soveti yaradılmışdır. Toponimikası Yaşayış məntəqəsi 1920-ci ildə Cənubi Azərbaycandan gəlmiş bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Güman edilir ki, bu ailələin başçısı Əsgər adlı şəxs olmuşdur. XX əsrin əvvəllərində Cənubi Azərbaycandan köçüb gələn bir qrup ailə Əsgərabad kəndinin əsasını qoymuşdur. Bu ailələrin başçısı el arasında hörməti olan, nüfuzuna görə sayılıb-seçilən Hacı Əsgər idi. Cənubi Azərbaycanın Biləsuvar əyalətində yaşayan Hacı Əsgər öz qohum-əqrabasıyla var dövlətini toplayıb Şimali Azərbaycanın Biləsuvar rayonuna pənah gətirir. Onlar qızıl pulla Biləsuvarda bir neçə yaşayış məntəqəsi alıb abadlaşdırırlar. Bunlara misal olaraq Biləsuvar rayonunun indiki Həzi Aslanov (Əsgərabad küçəsi, rayon qəbirstanlığı yerləşən ərazi) küçəsini, Biləsuvar rayonunun Amankənd kəndində yerləşən bir ərazini göstərmək olar. Bu ailələr adı çəkilən iki ərazidə az yaşayıblar, sonda Əsgərabad kəndinin ərazisini alıb abadlaşdırıblar. Kənddə Hacı Əsgərin nəvə-nəticələri indi də yaşayırlar. Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Coğrafiyası və iqlimi Kənd Bolqarçayın sahilində, Muğan düzündə, rayonun cənub-şərqində yerləşir. Bəydili, Aşağı Cürəli, Ağalıkənd kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir. Kəndin iqlimi isti və quru iqlimdir. İyul ayında orta temperatur +35 °C olur. Qışı mülayim keçir. Yanvar ayının orta temperaturu +7 °C. Yağıntıların miqdarı ildə 220–275 mm təşkil edir. Abıyev İlkin İslam oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Bayramov Elmin Elməddin oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Turan Sulduz oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynli Fariz Dadaş oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Rüstəmli Kənan Yalçın oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. İqtisadiyyatı Kənddə 1018 təsərrüfat var. "Modul" tipli sudurulducü qurğu fəaliyyət göstərir. Kənd əhalisinin əksəriyyəti kənd təsərrüfatı işlərilə məşğuldur. Kənddə həmçinin sənaye tipli AVA mebel fabriki də fəaliyyətdədir. 7 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Əsgərabad-Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır. Mədəniyyəti Kənddə Əsgərabad kənd kitabxana filialı, Əsgərabad kənd Mədəniyyət Evi, Əsgərabad Poçt Şöbəsi (AZ1316) və Əsgərabad EATS fəaliyyət göstərir. Kənddə Əsgərabad kənd tam orta məktəbi fəaliyyət göstərir.Bundan başqa kənddə Əsgərabad kənd uşaq bağçası fəaliyyətdədir. Kənddə bünövrəsi 1968-ci ildə qoyulmuş və 1995-ci ildə kənd sakinlərinin təşəbbüsü ilə tikintisi tamamlanmış Əsgərabad kənd məscidi yerləşir. Məsciddə 21 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-416 olan Əsgərabad kəndi "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. Kənddə Əsgərabad kənd həkim məntəqəsi yerləşir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=107765 |
Əsgərabad (Qoşaçay) | Əsgərabad (fars. عسگراباد) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (28 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=474910 |
Əsgərabad (Sərab) | Əsgərabad (fars. مشهدي كندي) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 313 nəfər yaşayır (65 ailə) | https://az.wikipedia.org/w/index.php?curid=477571 |
Əsgərabad (Xoy) | Əsgərabad (fars. عسگراباد) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 328 nəfər yaşayır (58 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=473653 |
Əsgərabad bələdiyyəsi | Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=115911 |
Əsgərabad təpə (Urmiya) | Əsgərabad təpə (fars. عباس اباد) və ya Əsgərabad — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 712 nəfər yaşayır (199 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=474444 |
Əsgəran | Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbə.Əsgəran qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Azərbaycan türkcəsində Əski Aran yəni köhnə, qədim Aran və ya Arran anlamına gələn Əsgəran qəsəbəsi Xocalı rayonununda qəsəbədir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin (Pənahəli xan və ya Mehrəli bəy) tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilmişdir. Yerin adı isə qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, "Köhnə Aran, Qədim Aran) mənalarını özündə daşıyır. "Alban tarixi" əsərində bu yerin adı Mets Aran (Böyük Aran) kimi qeyd edilmişdir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Əsgəran şəhərinin əhalisinin faktiki sayı 1057 nəfər, qeydiyyatdakı əhalinin sayı 1067 nəfər təşkil edirdi. Həmçinin bax Əsgəran qalası Xocalı rayonu | https://az.wikipedia.org/w/index.php?curid=75512 |
Əsgəran (dəqiqləşdirmə) | Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində şəhər. Əsgəran rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Əsgəran (İran) — İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Kərun bəxşində şəhər və bu bəxşin mərkəzi. | https://az.wikipedia.org/w/index.php?curid=445500 |
Əsgəran (İran) | Əsgəran— İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Kərun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,037 nəfər və 1,109 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=289526 |
Əsgəran döyüşü | Əsgəran döyüşü (1920) — Azərbaycan ordusu hissələrinin 1920-ci ilin mart-aprelində erməni qoşunlarına qarşı apardığı hərbi əməliyyatın tərkib hissəsi. Hadisələrin gedişatı Bu məntəqə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H. Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi. Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament Mühafizə Dəstəsi və partizan dəstələri iştirak edirdilər. Süvari qüvvələrə isə 1-ci Azərbaycan süvari alayının bölmələri cəlb olunmuşdu. Döyüşün gedişində Xramort (indiki Pirlər) kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirildi və qüvvələr Xanabad kəndinə xeyli yaxılaşdılar. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli olduqları halda, daha irəliyə getməyə can atırdılar. Nəticədə, Əsgərandan əlavə kömək alan erməni-daşnak dəstələri Azərbaycan qüvvələrinin qarşısını saxlayıb, hətta geri çəkilməyə məcbur etdilər. Bununla da ilk hücumda Əsgəranı azad etmək mümkün olmadı. Döyüşün aparılmasında partizanlara deyil, nizami hərbi hissələrə daha böyük yer verilməsi üçün Zaqatala Piyada Alayının, 7-ci Şirvan Alayının, 1-ci Azərbaycan Süvari Alayının, bir Dağ topçu batareyasının Ağdama gətirilməsi qərara alındı. Bu qüvvələrin Ağdama yetişməsi ilə Əsgəran üzərinə növbəti hücum təşkil edildi. Hücum 1920-ci il aprelin 3-də başladı. Dəqiq planlaşdırılan döyüş Azərbaycan ordusu hissələrinin qələbəsi ilə nəticələndi. İlk hücumdakı marşrut üzrə irəliləyən Azərbaycan qüvvələri daşnakların bütün müqavimətini qıraraq, əvvəlcə Əsgəranı, sonra isə Xocalını erməni silahlı dəstələrindən təmizlədi. Azərbaycanın qoşun bölmələri gün ərzində Ağdam-Əsgəran yolunun kənarında yerləşən Kətik, Aranzəmin və Naxçıvanik (indiki Xocalı rayonundan ərazisindəki Naxçıvanlı kəndinin üzərindəki yüksəklik) kimi möhkəmləndirilmiş məntəqələri erməni silahh dəstələrindən azad etdilər. Əsgəran döyüşünün uğurla başa çatması Azərbaycan ordusu hissələrinin tezliklə Şuşaya daxil olmasına zəmin yaratdı. Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998. Həmçinin bax Bakı döyüşü Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları | https://az.wikipedia.org/w/index.php?curid=333558 |
Əsgəran qalası | Əsgəran qalası — Azərbaycanda cəmiyyətdə "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi. Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbacan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilmişdir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş, ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafıə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilmişdir. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir. Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar vardır. Aşağı həyət şərq tərəfdən açılmışdır, belə ki, hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafızə olunub. Yuxarıdakı kvadrat biçimli istehkam, görünür, müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edirdi və elə inşa olunmuşdu ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə də burada mübarizəni davam etdirmək mümkün olsun. Hündürlüyü 9 m, qalınlığı 2 m-dən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırır.Ermənistanın azərbaycan torpaqlarına təcavüzü nəticəsində bir çox abidələr kimi Əsgəran qalası da düşmən əlinə keçib. Lakin Əsgəran qalasının təcavüzə məruz qalması hərbi münaqişədən əvvəl baş verib. Azərbaycan abidələrinə erməni təcavüzü bir neçə yolla həyata keçirilir: 1. Erməniləşdirilmə – qonşu xalqların abidələrini mənimsəyərək öz abidələri kimi təqdim etmək. 2. Mədəniyyət və arxeoloji abidələrə qarşı terrorizm – abidələrin dağıdılması və məhv edilməsi. Qalanın tikilmə tarixindən söz açan erməni müəllif onun 1778–1779-cu illərdə müdafiə məqsədilə tikildiyini bildirsə də, qalanın kimin tərəfdən inşa olunduğunu qeyd etməyi lüzum görmür. Qeyd etmək lazımdır ki, müəllif qalanın tikilmə tarixini də yanlış göstərir. Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlıın, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və Ibrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsərində müəllif qeyd edir: "Mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır. Bu qalaları hicri 1203, miladi 1786-cı ildə tikdirmişdir. (Əslində Əsgəran qalaları 1783–1784-cü illərdə tikilmişdir — qeyd Nazim Axundovdandır.). Bu qalalar Şuşa qalasının üç ağaclığında, Qarqar çayının keçidi olan iki dağın arasında yerləşmişdir. Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənahəli xan Qarabağlı ilə düşmən olduqlarından ehtiyat üçün böyük oğlu Ibrahim xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar. Oradan Şuşa qalasına 8 verstə qədər məsafə vardır. Düşmən oradan keçib qalaya gələ bilməz. Bu qalaların ətrafı möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük səhralardır. Düşmənçilik zamanı elat xalqı və başqaları orada sığınacaq edərlər. Qalalarda tüfəngçilər qoyarlarsa düşmən oradan keçib, zülm və talan etmək fıkri ilə əlini uzadıb xalqın mal-qarasını qarət və talan edə bilməz. Mərhum İbrahim xan həmin vəsiyyətə görə hər iki qalanı birini Şərq, o birini isə Qərb tərəfdə daş və əhənglə tikdirib, möhkəm bürc və barı çəkdirdi". Mirzə Vəli bəy Baharlının "Əhvalati-Qarabağ" əsərində qalanın salınması Pənah xanın adı bağlanır:"…Pənah xan qalanı tamam edib və Pənahabad adı qoyub, sonra yenə fıkrə düşüb ki, qaladan bir neçə ağac aşağa bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmin Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çaymın o tərəfində və birisi digər tərəfdə təmir olub, həmin qalaçaları təmir elədib və bir cəm qoşun həmişə qalalarda durarmışlar". XIX əsr Azərbaycan tarixçisi Əhməd bəy Cavanşir "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair" adlı əsərində yazırdı: "Mehrəli xan Qarabağ xanlığının idarəsini ələ aldıqdan sonra, atasının vəsiyyətinə əsasən xanlığın daxili işləri ilə məşğul olur; Şuşanın möhkəmləndirilməsini başa çatdırır, o zamanlar köçəri tayfaların qışladığı Şuşa ətrafındakı yerlərə basqın edən quldur dəstələrinin yolunu kəsmək üçün Əsgəran və Ağoğlan qalalarını tikdirir". Bu faktı Y. A. Paxomov da təsdiqləyir: "Qala İbrahim xanın qardaşı və Pənah xanın oğlu Mehrəli xan tərəfindən hicri təqvimi ilə təqribən 1172–1174-cü illərdə (miladi 1750–1760) tikilmişdir". Qalanın müəllifi və tikilmə tarixi nisbətən mübahisəli olsa da çox güman ki, qalanın inşasının əsası Mehrəli xan Qarabağlı tərəfindən qoyulmuş, İbrahim xan tərəfindən isə davam etdirilərək başa çatdırılmışdır. Qalanı tikdirənin adını çəkməməsi məlumdur ki, erməni müəllifinin maraqlarından kənardır. Şaqen Mkrtçyan qalanı siyasi təbliğat üçün istifadə etməyi də unutmur: "1805-ci ilin iyununda 40 minlik İran ordusu onlarla erməni kənd və monastırlarını qarət edib, yandıraraq Şuşa qalasını ələ keçirmək və orada yerləşən rus qarnizonunu məhv etmək məqsədilə Qarqar dərəsinə soxuldular. Şuşaya köməyə gələn mayor Karyaginin 400 nəfərlik dəstəsi Əsgəran yaxınlığında Xramort kəndi ərazisində mühasirəyə düşdü. Rus ordusunu qaçılmaz ölümdən xilas etmək üçün başda məliklər Vani və Akop Yüzbaşı Atabekyanlar olmaqla Qarabağ könüllüləri həyatlarını təhlükə altına ataraq rus döyüşçülərini mühasirədən çıxartdılar. Kusapat və Moxratax əhalisi isə öz qida ehtiyatlarını rus əsgərləri ilə bölərək onları aclıqdan xilas etdi". Rus ordusunun köməyinə gələn ermənilər barədə həqiqətən əsərində kifayət qədər saxtakarlıq və təhriflərə yol verən V. Pottonun yazdığına görə o zaman Vani adlı erməni Qarabağda ruslara kömək edir: "Şuşada mühasirədə olan Lisaneviçə köməyə gələn Karyagin iyunun 24-ü tezdən çaydan keçərək Şah Bulağa doğru irəlilədi. Lakin İran qoşunları tərəfindən mühasirəyə düşdü. İran süvarilərinə zərbələr endirərək dəstə artıq Əsgəran dərəsinə yaxınlaşdı, lakin birdən onların qarşısını Pirqulu xanın əsas qüvvələri kəsdi. Aydın idi ki, farslar artıq Əsgəran qalasında möhkəmləniblər və Şuşaya gedən yol bağlanıb. Vəziyyət çox təhlükəli idi. Yalnız bir yol qalmışdı – müdafiə üçün daha etibarlı yer tapmaq. Xoşbəxtlikdən Karyaginin dəstəsində bütün ətraf ərazini çox yaxşı tanıyan Vani-yüzbaşı adlı bir gənc erməni vardı və o, Qara-Hacı-Baba adı ilə tanınan böyük müsəlman qəbirstanlığının yaxınlığındakı təpəni göstərdi və orada müdafıə olunmağı təklif etdi. Yer həqiqətən əlverişli idi və Karyagin bu məzarlığa çataraq orada möhkəmləndi". Fəridə Aslanova (AMEA Tarix İnstitutu). Əsgəran qalası. Azərbaycan arxeologiyası jurnalı, 2003. tom 5, nömrə 1–4. Həmçinin bax Qarabağ xanlığı | https://az.wikipedia.org/w/index.php?curid=64696 |
Əsgəran rayonu | Əsgəran rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilmişdir. Rayon 1930-cu ilin avqustunda yaradılanda Stepanakert rayonu kimi yaradılıb. 1978-ci ildə isə adı dəyişdirilərək Əsgəran rayonu adlanıb. | https://az.wikipedia.org/w/index.php?curid=291258 |
Əsgəran toqquşması | Əsgəran toqquşması — 1988-ci il fevralın 22-23-də Əsgəran şəhərində baş vermiş toqquşma Birinci Qarabağ müharibəsinin başlanmasına səbəb olan başlanğıc nöqtələrindən biri olmuşdur. Əsgəran toqquşmasının ardınca Sumqayıt hadisələri baş verir. 1988-ci il fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu daşıyan Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul edirlər. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayonunun azərbaycanlı sakinləri dinc nümayiş keçirirlər. Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci — Əli Hacıyev və Bəxtiyar Quliyevi qətlə yetirirlər. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin baş prokrorunun birinci müavini F. Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqləyir.Bu toqquşmaların xəbəri fevralın 27-də Sumqayıt şəhərinin erməni sakinlərinə qarşı Sumqayıt talanına səbəb olur. | https://az.wikipedia.org/w/index.php?curid=727595 |
Əsgərağa Gorani | Danyal bəy; Mikayıl bəy; "Petrovsk-Razumovsk" akademiyasını bitirdikdən sonra Ə.Gorani bir müddət Kutaysidə və Tiflisdə, 1905-ci ildən sonra isə Gəncədə ədliyyə və dövlət qulluqlarında işləmişdir. Nizami məqbərəsi ilk türbənin tikintisi XIII–XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir. Əsgər ağa Azərbaycan mədəniyyətinin görkəmli simalarından biridir. O, özünü müxtəlif fəaliyyət növlərində sınamışdır: Aktyor kimi Gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadan Həsən bəy Zərdabinin təklifi ilə hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib Mirzə Fətəli Axundovun göndərdiyi əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Beləliklə, milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir. H.Zərdabi "Həyat" qəzetində yazmışdı: Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı. Jurnalist kimi Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxuduğu zaman orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgərağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı: Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Qəzetin bütün şöbələrində onun məktublarına rast gəlmək mümkündür. Ə. Gorani qəzetdə təzə xəbərlər yazmağa çox meyl edirdi. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. O, öz xalqında maarif və mədəniyyətə rəğbəti özünə məxsus üsulla oyadırdı. Məzmunca bir-birindən gözəl olan xəbərlərindən biri də "Əkinçi"nin 1876-cı ildə çıxan birinci nömrəsində Ə. Goraninin Peterburq padşahlıq kitabxanasında bəhs edən məqaləsi olmuşdur. Müəllif göstərir ki, bu kitabxanda 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. Qiymətli nüsxələr şüşə altında nümayiş etdirilir. "Əkinçi" qəzetinin bütün nəşri boyu Ə.Gorani onun fəal müxbiri olmuşdur. Elm xəbərləri Elm xəbərləri şöbəsində Ə.Goraninin qəbristanlığa yaxın yerdə su quyularının qazılmasının zərərindən, mal-qaranı saxlamağın yeni üsullarından, Şərq xalqlarının elmsizliyinin səbəblərindən, telefonun və stenoqrafiyanın ixtirasından, tarix elminin inkişafı məsələlərindən bəhs edən maraqlı yazıları verilmişdir. Məktubat şöbəsində dərc etdirdiyi yazılarının birində (1875, № 8) Ə.Gorani Bakı–Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Başqa bir məktubunda isə Peterburq kənd təsərrüfatı muzeyindən danışır. Muzeyin şöbələri, eksponatları haqqında məlumat verir, belə mədəni ocaqların əhəmiyyətini göstərir. Tərcüməçi kimi Ə.Gorani rus dilində çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edib "Əkinçi"yə göndərirdi. Onun "Znaniye" jurnalından, "Texniçeski sbornik"dən tərcümələri məlumdur. Ə.Goraninin tərcümələrinə H.Zərdabi tələbkarlıqla yanaşırdı, bəzi məqalələri yenidən işləmək üçün özünə qaytarırdı. Məsələn, qəzetin 28 aprel 1876-cı il tarixli 8-ci nömrəsində çıxan bir məktubun maraqlı tarixçəsi vardır. Ə.Gorani hələ Peterburqd olarkən müxtəlif mənbələrdən istifadə edərək "Hollandiya vilayətində necə pendir qayırırlar" ünvanlı məktub hazırlayıb göndərmişdi. Müəllif özü tərcümənin zəif olduğunu başa düşüb H.Zərdabiyə yazmışdır: "O Sırodelii v Qollandi" məqaləsini "şorsuyu" tərcümə etmişəm. Bilmirəm, düzdürmü?" Əslində məktub maraqlı və məzmunlu idi. Lakin pendir hazırlamağın üsulları təsvir edilən yerlər oxucu üçün qaranlıq və anlaşılmaz olacaqdı. Bunu nəzərə alaraq H.Zərdabi müəllifin razılığı ilə məqaləni yenidən işləmiş, sadə bir dildə oxucuya çatdırmışdır. H.Zərdabi müəllifləri bu yolla sadə yazmağa təşviq edirdi. Onun M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Həmçinin M.Lermantovun "Yel gəmisi" balladasını da tərcümə etmişdir. Yazıçı kimi Əsgər ağa Gorani publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. Onun "Qara yel" romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub. Vəfatından sonra Əsgər ağa 9 mart 1910-cu ildə vəfat edib. Onun vəfatı ilə əlaqədar verilən nekroloqlarda bu cür səmimi sözlər vardır: Haqqında kitab Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının ictimai fikir tariximizin görkəmli nümayəndələrindən biri olan Əsgər ağa Adıgözəlov Goraniyə həsr olunmuş "Qaranlıqdan işığa. Əsgər ağa Gorani" adlı kitab yazmışdır.Araşdırmaçı-yazıçı, görməmli filoloq Kövsər Tarverdiyeva 1977-ci ildə "Əsgər Ağa Adıgözəlov Gorani" monoqrafiyası yazmışdır. Həmçinin bax Əkinçi (qəzet) Həsən bəy Zərdabi S.Ə.Şirvani. Əsərləri, II cild, Bakı, 1969, səh.123 RƏF, arxiv 3 Q-2(27) "Səda", 1910, № 57 "Həqiqət", 1910, № 56 N.N.Zeynalov; ADU-nun nəşriyyatı, Bakı-1973, səh.24–26 Xarici keçidlər Əsgər ağa Gorani yaradıcılığı — qaranlıqdan işığa Əsgər ağa Gorani yad edildi Həsən bəy Zərdabinin sağ əli-Əsgər ağa Gorani Əsgər ağa Adıgözəlov Gorani — teatrımızın yaradıcılarından biri Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857–1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa Arxivləşdirilib 2017-07-22 at the Wayback Machine Gəncəli jurnalistlər Əsgər ağa Goraninin qəbrini ziyarət etdilər Arxivləşdirilib 2018-05-13 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=440799 |
Əsgərbəyli | Əsgərbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Kənddə tam orta məktəb yerləşir. Məktəb şəhid Murad Hüseynovun adını daşıyır. Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir. | https://az.wikipedia.org/w/index.php?curid=108035 |
Əsgəre Böyük | Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir. Şiverê, Poem, Yerevan, 1966. Kulîlkên Çiya, Poem, Yerevan, 1975. Sinco keça xwe dide mêr, Play, Yerevan, 1980. Tîrênc, Poem, Yerevan, 1987. Mem û Zîn, Play, Roja Nû Publishers, Stockholm, 1989, ISBN 91-7672-026-8 18 Temmuz 2011 tarihinde Wayback Machine sitesinde arşivlendi.. Li Çiya, Short Story, Yerevan, 1991. Duaya Serê Sibê, Poem, 80 pp., Roja Nû Publishers, Sweden, 1997. Oda Çîrokan 1, Poems for Children, 104 pp., Roja nû Publishers, 1997, ISBN 91-7672-036-5. Kulîlkên Birîndar, Poem, 288 pp., Stockholm, 1998, ISBN 91-7672-043-8. Govenda Herfan, Poems for Children, Stockholm, 2002. | https://az.wikipedia.org/w/index.php?curid=783148 |
Əsgəri | Ordu - hərbiyyə ilə əlaqədar olan termin İmam Əsgəri - On iki imam şiəliyindəki İmam, İmam Mehdi əleyhissalamın atasıdır. Əsgəri Məhəmməd - Türk divan şairi | https://az.wikipedia.org/w/index.php?curid=634616 |
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun | Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun — Azərbaycan Xalq Cümhuriyyətində orduya çağırış və hərbi səfərbərlik işini tənzimləyən hüquqi sənəd. Qanunun qəbul edilməsi Azərbaycan Hökuməti tərəfindən 1918-ci il oktyabrın 11-də qəbul edilmişdir. Azərbaycan Hökumətinin hərbi qanunvericilik sahəsində qəbul etdiyi ilk mühüm sənədlərdən biri idi. Həmin qanuna görə 17 yaşına çatmış hər bir gənc hərbi mükəlləfiyyətli hesab edilirdi. 18 və 19 yaşlarında olanlar xidmətqabağı 2-ci dərəcəli ehtiyatda sayılırdılar. Bu gənclər yalnız müharibə vaxtı xidmətə cəlb olunurdular. 20 yaşlı gənclər zərurətdən asılı olaraq ya tam, ya da qismən xidmətə çağırılırdılar. Hərbi xidmət müddəti piyada və nəqliyyat qoşunlarında 2 il, digər qoşun növlərində isə 3 il idi. Hərbi xidməti başa vurduqdan sonra keçmiş əsgərlərin 1-ci dərəcəli ehtiyatda xidməti piyadalar üçün 40 yaşına, digər qoşun növlərində olanlar üçün isə 38 yaşınadək davam edirdi. Müvəqqəti qanunun böyük hissəsi çağırışdan möhlətə və güzəştlərə həsr edilmişdi. Ailə vəziyyətinə, səhhətinə, tutduğu vəzifələrə görə kimlərə möhlət və güzəştlər verildiyi konkret göstərilirdi. Çağırışa Əxzi-əsgər idarəsi rəhbərlik bu qanunun yerlərdə izahı və təbliğ olunması, xidmət yaşı çatanların toplanılaraq qəza əsgər idarələrinə göndərilməsi, əsgərlikdən yayınanların və fərarilərin axtarılıb tapılması qəza qayməqamlarına (rəislərinə) həvalə olunurdu. Müvəqqəti qanuna əsasən Əxzi-əsgər şöbələrinin nəzdində həkim-müayinə komissiyaları yaradılmışdı. Çağırışçıların qoşun növləri üzrə bölüşdürülməsi həkim komissiyasının qərarına əsasən həyata keçirilirdi. Ləğv edilməsi Türk hərbi qüvvələrinin Azərbaycanda olduğu vaxt qəbul edilmiş bir sıra hüquqi sənədlər, o cümlədən Müvəqqəti qanun natamam və yerli şəraitə uyğun olmadığı üçün hərbi nazir Səməd bəy Mehmandarovun 1919-cu il 5 fevral tarixli əmri ilə ləğv edildi. Azərbaycan Hökuməti tərəfindən yeni qanun layihəsi hazırlanana qədər çağırış işi çar Rusiyası dövründə qəbul edilmiş hüquqi sənədlər əsasında tənzimlənirdi. Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998. | https://az.wikipedia.org/w/index.php?curid=546296 |
Əsgərin Ulduzu (film, 2006) | Əsgərin ulduzu — 2006-cı ildə çəkilmiş bədii filmdir. Filmin premyerası 5 sentyabr 2006-cı ildə çəkilib. Film Əfqan müharibəsi zamanı baş verən real hadisələrə əsaslanır. Filmin baş qəhrəmanının prototipi — Badaberdə mühacirlər düşərgəsində sovet hərbi əsirlərinin üsyanı zamanı qəhrəmancasına həlak olmuş kiçik serjant Samin Nikolay Qriqoryeviçdir. Filmin çəkilişləri Əfqanıstanda və Rusiyada həyata keçirilib. Sovet əsgəri Nikolay ona yeni ad- Əhməd adı verildiyi Əhməd Şah Məsudun əfqan əsarətinə düşür. Əhməd Şah Məsud Əfqanıstan səhra komandiri, Əfqanıstanın müdafiə naziri (1992—1996) olub "Pəncşir aslanı" ləqəbi ilə tanınırdı. Fransız jurnalist Kristofun vasitəçiliyi ilə əfqan mücahidləri onu buraxmağa icazə verirlər. Əfqanlar fransızlara əsiri sərhəddən keçirməyi həvalə edirlər. Onlar ikilikdə Pakistan sərhəddini keçirlər. Sərhəddi keçərkən Kristofu Fransa vətəndaşı kimi buraxsalar da, Sovet əsgərini güllələyirlər. Mükafatları Qardanda payız festivalında münsiflərin fikrincə «Film festivalının ən yaxşısı». Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=610227 |
Əsgərli (Hurand) | Əsgərli (fars. عسگرلو) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (18 ailə) | https://az.wikipedia.org/w/index.php?curid=477583 |
Əsgərlər | Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər. Həmçinin bax Əsgər (rütbə) Hərbi rütbə | https://az.wikipedia.org/w/index.php?curid=490237 |
Əsgərlər unudulanda ölürlər | Əsgərlər unudulanda ölürlər — 2018-ci ildə Azərbaycanda istehsal olunmuş tammetrajlı sənədli film. Texniki məsələlər Jurnalist Arif Əliyevin "Yalama" povesti əsasında ekranlaşdırılmış bu film Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. Film ARB televiziya kanalının "Aranfilm" Kino Mərkəzində hazırlanmışdır. Filmin çəkilişləri dörd ay davam etmişdir. Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılmışdır. Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir. Bəstəkar Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib. Belə ki, filmdə istifadə olunan mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunmuşdur. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Arif Əliyev Rejissor: Rövşən Almuradlı Baş operator: Rafiq Əliyev Bəstəkar: Vaqif Gərayzadə Montaj və qrafika: Pərviz Səlimov İcraçı direktor: Nicat Məmmədov Prodüser: Arif Əliyev 20 noyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir. Təqdimatla bağlı ən üzücü hadisə 2019-cu ilin 2 aprel tarixində olmuşdur. Belə ki, həmin gün səhər saatlarında şəhərin Sülh küçəsində Qubaya rejissoru olduğu "Əsgərlər unudulanda ölürlər" filminin təqdimatına getməyə hazırlaşan Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşir. Əraziyə dərhal təcili tibbi yardım çağırılır. Lakin o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişir. Xarici keçidlər "ayna.az" "YouTube" kanalının "Əsgərlər unudulanda ölürlər" adlı verilişinin videosu (az.) Filmin Sumqayıtda təqdimatı (az.) "Bakı Press Klub" "YouTube" kanalında "Əsgərlər unudulanda ölürlər" filmi (az.) | https://az.wikipedia.org/w/index.php?curid=569709 |
Əsgərlər unudulanda ölürlər (film, 2018) | Əsgərlər unudulanda ölürlər — 2018-ci ildə Azərbaycanda istehsal olunmuş tammetrajlı sənədli film. Texniki məsələlər Jurnalist Arif Əliyevin "Yalama" povesti əsasında ekranlaşdırılmış bu film Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. Film ARB televiziya kanalının "Aranfilm" Kino Mərkəzində hazırlanmışdır. Filmin çəkilişləri dörd ay davam etmişdir. Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılmışdır. Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir. Bəstəkar Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib. Belə ki, filmdə istifadə olunan mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunmuşdur. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Arif Əliyev Rejissor: Rövşən Almuradlı Baş operator: Rafiq Əliyev Bəstəkar: Vaqif Gərayzadə Montaj və qrafika: Pərviz Səlimov İcraçı direktor: Nicat Məmmədov Prodüser: Arif Əliyev 20 noyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir. Təqdimatla bağlı ən üzücü hadisə 2019-cu ilin 2 aprel tarixində olmuşdur. Belə ki, həmin gün səhər saatlarında şəhərin Sülh küçəsində Qubaya rejissoru olduğu "Əsgərlər unudulanda ölürlər" filminin təqdimatına getməyə hazırlaşan Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşir. Əraziyə dərhal təcili tibbi yardım çağırılır. Lakin o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişir. Xarici keçidlər "ayna.az" "YouTube" kanalının "Əsgərlər unudulanda ölürlər" adlı verilişinin videosu (az.) Filmin Sumqayıtda təqdimatı (az.) "Bakı Press Klub" "YouTube" kanalında "Əsgərlər unudulanda ölürlər" filmi (az.) | https://az.wikipedia.org/w/index.php?curid=809529 |
Subsets and Splits