!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əmr Musa | Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əmr Musa Misir prezidentliyinə namizədliyini irəli sürmək haqda düşünür. "Russia Today" telekanalının verdiyi məlumata görə, bunu Əmr Musa özü etiraf edib. O, bu haqda düşündüyünü, lakin hələ yekun qərar vermədiyini söyləyib. İndiki mərhələdə isə ƏDL rəhbəri vətəndaşı olduğu Misirdə vəziyyətin qaydaya salınması üçün səylərin birləşdirilməsini vacib sayır.Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Musa Misirdə prezident seçkisində iştiraka hazır olduğunu bildirib. Əmr Musa misirlidir. 1936-cı ildə Qahirədə doğulub "Media forum" saytı xəbər verir ki, Əmr Musa prezident Hüsnü Mübarəkin 2011-ci ilin sentyabrında keçiriləcək seçkiyə qədər hakimiyyətdə qalacağına əmin olduğunu bildirib. Amma siyasətçi Mübarəkin qeyri-adi hadisələri və xaosu nəzərə alaraq başqa qərar verəcəyini də istisna etməyib. Liqa baş katibi indiki vəziyyətdə prezident seçkisini təcili təşkil etməyin mümkün olmadığını vurğulayıb və ona görə də özünün də Misirin keçid hökumətində iştirakını istisna etməyib: "Misirin keçid hökumətinin tərkibində hökmən "Müsəlman qardaşlar" kimi nəhəng müxalifət qurumu təmsil olunmalıdır. "Müsəlman qardaşlar"ın lideri Məhəmməd Badi Hüsnü Mübarəkin istefasından sonra keçid hökumətində iştirakla bağlı danışıqlara hazır olduğunu bildirib. Prezident postuna daha bir real namizəd isə Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq baş direktoru Məhəmməd əl-Baradeyidir".Misirdə Hüsnü Mübarəkin istefasından sonra gözlər prezident kürsüsünə kimin keçəcəyinə çevrilib. Prezidentlik üçün müxtəlif şəxslərin adları çəkilir. Ərəb Birliyinin baş katibi Əmr Musanın vəzifəsindən istefası isə diqqətləri onun üzərinə çəkib. Siyasi müşahidəçilər Qərblə yaxşı münasibətləri olan Əmr Musanın prezidentliyə namizəd olması ehtimalının yüksək olduğunu bildirirlər. Qeyd edək ki, Əmr Musa keçən həftə Təhrir meydanındakı aksiyalara qatılmış və dinc mitinqləri davam etdirmək çağırışı etmişdi. | https://az.wikipedia.org/w/index.php?curid=173958 |
Əmr cümləsi | Əmr cümləsi – əmr, xahiş, təkid, tələb, məsləhət, nəsihət, çağırış və s. bildirən cümlələrə deyilir. Cümlənin bu növü danışan şəxsin fikirlərini, arzu və istəyini, işə, hərəkətə münasibətini müxtəlif çalarda ifadə edir; məs.: İlahi, yandıq! Yaratdıqlarına rəhmin gəlsin! (Ə.Haqverdiyev) Çəkil get, dinməz otur yerində. Get öz mənzilində otur. Get, bala, ağlını başına cəm elə və otur yerində. (Ə.Haqverdiyev) Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə. (F.Kərimzadə) Dayı, mənim də bir məsləhətimə qulaq asın də. Qoy Əbu-Səid Arazı keçsin. (F.Kərimzadə) Göründüyü kimi, bu cür cümlələrdə əksərən xitabların iştirakı vacib olur. Şübhəsiz, əmr cümləsini formalaşdıran əsas vasitə intonasiyadır. Lakin burada digər vasitələrin – felin əmr formasının, əmr ədatlarının və əmr hökmündə işlədilən digər fel formalarının da rolu vardır. Əmr cümlələrinin xəbəri əksərən felin əmr formasında olur; məs.: Çalış artıq söz danışma, Müşərrəf. Sualıma cavab ver. (İ.Hüseynov) Xahiş eləyək, köhnə, təcrübəli tədris mütəxəssisi kimi izah eləsin, başa salsın səni. (İ.Hüseynov) İcazə ver, sənnən elqızı kimi danışım, Məleykə bacı... Get burdan! Bir də ayağın dəyməsin Qonaqlıya. (İ.Hüseynov) Əsməsin hicranın qara yelləri, Çəkin Qarabağdan qara əlləri! (N.Xəzri) Qoy günəş dünyada ümidlə yansın. (N.Xəzri) Qorusun qoy bəşər öz qürurunu! (N.Xəzri) Baxsın gələcəyə hər nurlu düha, Qoy uçsun insanlıq məğrur sabaha. (N.Xəzri) Digər feil formalarının əmr çalarında işlənməsi ilə də əmr cümlələri yaranır. Məs: Əmiyin evinə getməməlisən sən. Yaxşı olar ki, burdan birbaş gedəsən bizim Məsimgilə. Amma, dediyim kimi, əvvəlcə Məsimgilə gedəsən gərək. Dözümlü olmalısan bu gün. Çox dözümlü! (İ.Hüseynov) Əmr cümləsi fe"lin əmr forması ilə əmr ədatlarının birgə işlənməsi yolu ilə daha çox formalaşır: Qoy qızların üzü gün kimi gülsün, Kişinin üzündən mərdlik tökülsün. (S.Vurğun) Di ver cavabını, nə durmusan, din! (S.Vurğun) Qoy açılsın min bir çiçək, Qızıl güldən ətir çəkək. (S.Vurğun) Di gəl durnalara bir şer deyək. (S. Vurğun) Bu ədatlar müstəqil əmr cümlələri yarada bilməsə də, müxtəlif məna incəliklərinin – təkid, tələb, xahiş, təəssüf və sairin güclənməsinə səbəb olur. Əmr cümlələri məsdərlərin köməyi ilə də formalaşır; məs.: Qaçaqmalçıları həbs etmək! Heç kəsi sərhədi keçməyə qoymamaq! "Əmr cümləsi" termini şərti bir termindir. Belə ki, əmr cümlələri yalnız təkid, tələb, həqiqi əmr məzmunu ilə məhdudlaşmır, məsləhət, nəsihət, çağırış, arzu, istək, təklif və s. kimi rəngarəng mənalar ifadə edir. Felin əmr formasının ifadə edə bildiyi bütün mənalar əmr cümlələrində də mövcuddur. İntonasiya və əmr ədatları onun məzmununu daha da genişləndirir. Xəbər əmr formasının birinci şəxs təkində olduqda əmr cümlələri daha çox arzu, istək bildirir; məs.: - Nə gəzirsən burda?.. Yəni sən belə hesab eləyirsən ki, təzədən əmi olacaqsan ona?- Olacam, Qurban. Gəlmişəm evə aparım. Xahiş eləyirəm, qarışma. (İ.Hüseynov) Gedim bir az da dincəlim. Əmr cümləsinin ifadə etiyi məna mətn daxilində daha aydın başa düşülür. Gəlmişəm evə aparım – cümləsinin asılı komponentindən – budaq cümləsindən (evə aparım) danışanın üzüntülü, yalvarış çalarlı istəyi, arzusu hiss olunur. Xəbəri əmr formasının birinci şəxs cəmində olan cümlələrdə təklif, arzu, istək, məsləhət, çağırış, səfərbərlik mənaları daha çox nəzərə çarpır: Gedək, dostlar, gedək hey axın-axın, Düşməni Təbrizə qoymayaq yaxın! Vaxtdır, qədəhləri qaldıraq, dostlar, İçək təzə ilin şərəfinə biz! Xəbəri əmr formasının II şəxs təkində olan cümlələrin məna çalarları daha zəngindir. Həqiqi əmr, təkid, tələb mənası bu cür cümlələrdə daha çox müşahidə edilir. Məntiqi cəhətdən də doğrudur ki, danışan şəxs özü özünə və ya özü də daxil olmaqla birinci şəxsin cəmini təmsil edənlərə və ya haqqında danışılanlara deyil, bilavasitə qarşıdakına, dinləyənə tə"kid və tələblə müraciət edir; Bu hal, şübhəsiz, dövlətçilik, idarəçilik siyasəti ilə bağlı olduğu kimi, müxtəlif hadisələrlə, insanların şəxsi münasibətləri, mənəvi-psixoloji keyfiyyətləri ilə də bağlıdır; məs.: Belə getmə! Aman günüdü, belə getmə, dərdin alım! Bədbəxt eləmə məni, belə getmə... Əmini də, özünü də, bizi də qana salma, dərdin alım, aman günüdü! Çıx get Bakıya, dərdin alım, çıx get! (İ.Hüseynov) Cavab ver sözümə, düzünü danış, Cəzanı artırar hər bir aldanış! (S.Vurğun) Baş aparma, dur! Qızmağın sonunda fəlakət olur.(S.Vurğun) Xəbəri əmr formasının II şəxs cəmində olan cümlələrin də məna imkanları zəngindir: Davaya gəlməmişəm mən. Qorxmayın, söz tutsun diliniz, sağ söz deyin mənə! (İ.Hüseynov) Əylənin. Gözüm seçmir dünyanı. Gözləyin bir az. (İ.Hüseynov) Yekəxana danışmayın! Alim zəhmətinə qiymət vermək sizin xörəyiniz deyil. (V.Babanlı) Gəlin bu kefli İskəndərin sözlərini yaxşıca düşünün və nəsihətini qəbul edin... Gəlin bu kefli İskəndərin sözünü eşidin və necə ki yatıbsınız, yatın...(C.Məmmədquluzadə) Baxın! Baxın! Yaxşı baxın! Diqqətlə baxın! (C.Məmmədquluzadə) Əmr cümlələrinin xəbəri III şəxsin təkində və cəmində olduqda cümlə yalnız ayrı-ayrı şəxsləri deyil, başqa canlı və cansız varlıqları da əhatə edir; məs.: Qoy baxsınlar! Əmi ilə qardaşoğlunun münasibətini görsünlər! Ölsünlər! (İ.Hüseynov) Qılınc Qurban insafa gəlsin, qılıncını qına qoysun, çax-çuxunu əlindən almasın Xeyrənin. (İ.Hüseynov) Partiya ancaq ideoloji işlə məşğul olmalıdır, təsərrüfata, plana, iqtisadiyyata qarışmamalıdır. (İ.Hüseynov) Mənim qonşum Hacını, gözlər olsun, görməsin! (Ə.Haqverdiyev) Oxucular məni bağışlasınlar (Ə.Haqverdiyev) Bu Vinokurov camaatı dağıtdı. Allah onun evini yıxsın. Balaları düzdə qalıb dilənsinlər! (Ə.Haqverdiyev) Bu misallarda qəti əmrlə yanaşı, alqış, qəzəb, etiraz, şübhə, məsləhət və s. kimi mənalar da vardır. Əmri, təkidi, arzu olunanı yerinə yetirməli olan şəxs bilavasitə söhbətdə iştirak etmir, lakin iştirak edə də bilər. Ayrı-ayrı şəxslər üzrə əmr cümlələrinin məna incəlikləri zəngin olsa da, xəbər I şəxs tək və cəmdə olduqda arzu, istək, çağırış, II şəxs tək və cəmdə olduqda əmr, təkid, III şəxsdə məsləhət, nəsihət, təklif mənaları daha aydın nəzərə çarpır. Əmr cümlələrində əmr, təkid, tələb mənaları olduqda cümlə nisbətən yüksək tonla, xahiş, məsləhət, nəsihət mənaları olduqda aşağı tonla tələffüz edilir. | https://az.wikipedia.org/w/index.php?curid=109707 |
Əmr ibn As | Həzrəti Əmr ibn As (Məkkə – 664, Misir) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Misir valisi (640–656;661–663) Əmr ibn As Məkkə şəhərində dünyaya gəlmişdir. Məkkənin müsəlmanlar tərəfindən tutulmasından 6 ay əvvəl, 629-cu ildə İslam dinini qəbul edərək, müsəlman olmuşdur. Məhəmməd onu Zatus-səlasil döyüşündə orduya komandan təyin etmişdir. Döyüşü qalibiyyətlə başa vurmuşdur. Misirin müsəlmanlar tərəfindən tutulmasına rəhbərlik etmişdir. 640-cı ildə o zaman xəlifə olan Ömər ibn Xəttab tərəfindən Misir valisi təyin edilmişdir. 657-ci ilin may-iyun aylarında o zamanlar xəlifə olan Əli ilə o zamanlar faktiki Şam valisi olan I Muaviyə arasında baş verən Siffeyn döyüşündə I Muaviyə tərəfdə savaşmışdır. Hakim hadisəsində I Muaviyənin nümayəndəsi kimi iştirak etmiş və I Muaviyəni xəlifə təyin etdiyini açıqlamışdır. 658-ci ildə Şamda xəlifəliyini elan etmiş I Muaviyə tərəfindən yenidən faktiki Misir valisi təyin olunmuşdur. H. Q. 43-cü ildə vəfat etmişdir. Altay Cəmil, "Rəbbim Allahdır" deyənlər, Bakı, Şərq-Qərb, 2009, səh. 126–127 Muhammad ibn Jarir al-Tabari: Tarih ar-Rusul ve el Muluk (ed. Ehsan Yar-Shater çev. David Stephan Powers) (1989–2007) The History of al-Ţabarī 40 Cilt, Albany: State University of New York Press ISBN 0-88706-563-5 (Cilt 24) (ing.) La Chronique Volume II, Mohammed le sceau des prophètes, Actes-Sud. ISBN 2-7427-3318-3 (fr.) Xarici keçidlər shiaofahlubait. "Aişe: "Allah Amr b. As'a lanet etsin."" (türk). nasibiler.wordpress.com. 2014-02-18. İstifadə tarixi: 2014-02-18. | https://az.wikipedia.org/w/index.php?curid=346081 |
Əmr ibn Əbəsə | Əmr ibn Əbəsə (ərəb. عمرو بن عبسة) — səhabələrdən və hədis rəvayətçilərindən biri. Tərcümeyi-hal Özünün dediyinə görə, Əmr ibn Əbəsə peyğəmbərliyinin ilk günlərində Məkkədə Məhəmmədlə görüşdü və ondan soruşdu: “Sən nəsən?”. “Mən Peyğəmbərəm” deyə cavab verdi. Əmr: “Peyğəmbər nədir?” deyə soruşdu. Cavab verdi: “Mən Allah tərəfindən göndərilmişəm”. "Allah səni nə ilə göndərdi?" – deyə Əmr soruşdu. “Bütləri məhv etmək və qohum-əqrəba ilə yaxşı rəftar etmək, bir Allaha iman gətirmək və heç kəsi Ona şərik qoşmamaq əmri ilə” deyə Məhəmməd cavab verdi. O, Hümsdə vəfat etmiş və orada dəfn edilmişdir. Onun Abdullah adlı bir oğlu var idi. | https://az.wikipedia.org/w/index.php?curid=809794 |
Əmr sətiri | Əmr sətiri və ya Terminal – əməliyyat sistemində kompüterə əmrlər verilməsi üçün istifadə olunan proqram. Əmr sətirində qrafiki istifadəçi interfeysi olmadığından əmr sətri yalnız mətnlərdən ibarət olur. Əmr sətiri daha çox Unix bənzəri əməliyyat sistemlərində əlverişlidir. MS DOS-da isə çox az, demək olar ki, istifadə olunmur. Əmr sətiri sistemdən-sistemə dəyişiklik göstərə bilər. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=399952 |
Əmrah (müğənni) | Əmrah İpək (1 yanvar 1971, Ergani, Diyarbəkir ili) — Türkiyə müğənnisi, aktyor və bəstəkar. Elyasa Ərdoğan və Aytən Ərdoğanın yeganə övladı olan Əmrah 1 yanvar 1971-ci ildə Diyarbəkir ilinin Ərqani ilçəsində anadan olmuşdur. Türkiyənin Sabah qəzetinin köşə yazarlarında Fərhad Ünlünün istinad gətirmədən etdiyi iddiasına görə Əmrah İpək etnik mənşə etibarı ilə kürd deyil və kako adlanan xalqa mənsubdur. Əmrah hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişmişdi. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ ilinin Gülaman ilçəsinə köçmüşlər və balaca Əmrah ibtidai təhsilini burada alsa da orta təhsilini Diyarbakırda davam etdirir. Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyə şou-biznes tarixində rekor sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. xanımlarla isti münasibətləri olsa da ailə həyatı qurmayıb. Əmrahın Ebru Çolakdan Tayfun adında bir oğlu var. Mahnı albomları Ağam Ağam (1984) Gülom(1984) Yaralı (1985) Boynu Bükükler (1986) Ayrılamam (1987) Selam Sevdiklerime (1988) Sevdim(1989) Es Deli Rüzgar-Neşeliyim (1990) Hoşgeldin Gülüm (1991) Sen Gülünce (1992) Haydi Şimdi (1993) Sevdimmi tam severim (1994) Narin Yarim (1996) Dura Dura (1998) Ya Hey (2000) Artı (2002) Kusursuzsun (2004) Adın ne senin (Single) (2006) Best Of Emrah (2007) Yelpaze (2008) Terzinin Oğlu (2011) Oynadığı filmlər (1984) Zavallılar (1984) Yaralı (1985) Acıların Çocuğu (1985) Boynu Bükükler (1986) Öksüzler (1986) Acı Lokma (1986) Merhamet (1986) Ayrılamam (1987) Sefiller (1987) Vurmayın (1987) Can Evimden Vurdular (1988) Es Deli Rüzgar (1988) Seninle İlk Defa (1989) Sevdim (1991) Hoşgeldin Gülüm (1991) İbret (1991) Ölesiye Sevmek (1993) Yasak Sokaklar (1995) Yalnız Güneş Şahitti (1996) Sensiz Olmaz (2013) Gelmeyen Bahar (Senarist-Yönetmen-Müzik) Mükafatları 1986 Tercüman Gazetesi Yılın Erkek Sanatçısı Ödülü 1987 Müzik Magazin Dergisi Yılın Arabesk Yılın Erkek Sanatçısı Ödülü 1988 HürriyetAltın Kelebek Ödülü 1988 Müzik Magazin Dergisi Arabesk Yılın Şarkısı Ödülü 1988 MGD Altın Objektif Ödülleri 1989 Hürriyet Altın Kelebek Ödülü 1989 En Başarılı Arabesk Erkek Sanatçı Ödülü 1989 Tan Gazetesi Arabesk Müzik Yılın En Başarılı Sanatçısı Ödülü 1990 Tan Gazetesi Yılın Arabesk Müzik Erkek S anatçısı Ödülü 1991 Oya Dergisi Yılın Arabesk Müzik Erkek Sanatçısı ödülü 1992- 1993 Alo Bilgi 1. Altın Telefon Ödülü 1992 MGD Altın Objektif Arabesk Müzik Ödülü 1993 MGD Altın Objektif Arabesk Müzik Ödülü 1993 Haydi Şimdi Gel Albümü Altın kaset ödülü 1994 Radyo Jest 1. Altın Ferekans Yıllın En İyileri Ödülü 1996 Altın Objektif Arabesk- Fantezi Yılın Sanatçısı ödülü 1997 Televizyon Yıldızları En İyileri Ödülü 1997 Arabesk ‘in Prensi ödülü 1997 Hürriyet Televizyon Yıldızları En İyi Fantezi Müzik Ödülü 1998 Antalya Gazeteciler Cemiyeti Yılın En Başarılı Sanatçısı Ödülü 1998 Yakın Doğu Üniversitesi Arabesk– Fantezi Erkek Sanatçı Ödülü 1998 İstanbul Fm Geleneksel 5.İFAYılın Sanatçısı Ödülü 1998-2000 İstanbul Fm Geleneksel 6.İFA Altın Ödülü 1998 Müzik Magazin Yılın Müzik Yıldızı Oskarları Ödülü Altın Kelebek En İyi Fantezi Müzik Erkek Solist Ödülü 2002 Zemin Yıldızları (Özbekistan ) Yılın Sanatçısı Ödülü 2002 Yakın Doğu Üniversitesi Arabesk– Fantezi Erkek Sanatçı Ödülü 2002 Doğan Koleji Yılın Sanatçısı Ödülü 2003 Türkiye Müzik Endüstrisi (MÜYAP) Albüm satış Başarısı Ödülü 2004 İstanbul FM Yılın sanatçısı Ödülü 2004 MGD Yılın En İyi Fantezi Müzik Ödülü 2004 Tan Okulları Yılın En İyi Erkek Oyuncusu ödülü 2009 MGD Yaşam Boyu Onur Meslek Ödülü 2010 Altın Kelebek Yılın Olay Şarkısı Ödülü-Götür Beni Gittiğin Yere 2011 MGD Yaşam Boyu Başarı Ödülü 2012 MGD 30.Sanat Yılı Özel Ödülü 2012 MGD Yaşam Boyu Meslek Onur Ödülü 2012 Kazakistan 8.Eurasia Film Festivali Onur Ödülü 2014 MAGAZİNCİ.COM Sosyal Sorumluluk Ödülü (Kadına ve aile içi şiddeti beyaz perdeye taşıdığı için)(Gelmeyen Bahar filim) 2014 MOONLİFE DERGİSİ YILIN EN İYİ SOSYAL SORUMLULUK ÖDÜLÜ 2014 MOONLİFE DERGİSİ YAŞAM BOYU MESLEK ONUR ÖDÜLÜ | https://az.wikipedia.org/w/index.php?curid=256163 |
Əmrah Abışov | Əmrah Səyyab oğlu Abışov (15 noyabr 1999; Kürdlər, Ağcabədi rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Abışov 15 noyabr 1999-cu ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Akif Sultanov adına Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbində təhsil almışdır. Hərbi xidməti Əmrah Abışov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini tərxis olunduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmrah Abışov 30 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Abışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Əmrah Abışov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=714902 |
Əmrah Aslanov | Əmrah Aslanov (1 iyun 1920 — 19 aprel 1982) — "Qızıl Ordu"nun baş serjantı, 28-ci qvardiya süvari alayının istehkamçısı (mina təmizləyən). Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir. Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri olub. Əmrah Aslanov 1 iyun 1920-ci ildə Gürcüstanın Marneuli rayonunun Təzəkənd kəndində kəndli ailəsində anadan olmuşdur. O, 3 sinif bitirmişdi və kolxozda briqadir işləyirdi.1939-cu ildə "Qızıl Ordu"nun sıralarına qoşulub. 102-ci atıcı alayda xidmət edib. 1941-ci ilin iyun ayından Böyük Vətən müharibəsində iştirak edib. Döyüş yolu Moskvadan Berlinədək davam etmişdir.20 mart 1944-cü ildə Vitebsk şəhərindən cənubda 18 ədəd minanı təmizləmiş və tankları minalanmış sahədən keçirtmişdir. Sonradan, Hitlerçilərin mövqeləri ələ keçirildikdən sonra isə 40 ədəd mina quraşdırmış və bununla da düşmənlərin ləngiməsinə səbəb olmuşdur.20 may 1944-cü ildə, döyüş zamanı göstərdiyi igidliyə görə 199-cu atıcı diviziya komandirinin əmri ilə "3-cü Dərəcəli Şöhrət Ordeni"ilə təltif edilmişdir.1945-ci il yanvarın 22-də 28-ci qvardiya süvari alayının istehkamçısı Əmrah Aslanov Allenştayn şəhəri (indiki Olştın, Polşa) yaxınlığında gedən döyüşlərdə düşmənin 4 əsgərini məhv edir və üç nəfərini əsir götürür. Yolun minalardan təmizlənməsi zamanı isə 8 ədəd tank əleyhinə olan minanı zərərsizləşdirir.Əmrah Aslanov 6 mart 1945-ci ildə "2-ci Dərəcəli Şöhrət Ordeni" ilə təltif edilmişdir.27 aprel 1945-ci ildə Angermyunde yaşayış məntəqəsinin şimal qərbində döyüşən Əmrah Aslanov öz döyüş yoldaşları ilə birlikdə düşmənin 3 ədəd tank əleyhinə olan qurğusunu və 6 ədəd meşə pusqusunu sıradan çıxarır, şəxsən 33 mərmini zərərsizləşdirir.SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1945-ci il 29 iyun tarixli qərarına əsasən Əmrah Qara oğlu Aslanov göstərdiyi igidliklərə görə "1-ci Dərəcəli Şöhrət Ordeni"nə layiq görülür.Baş serjant Əmrah Aslanov 1946-cı ildə ordu sıralarından ayrılaraq vətəninə dönmüşdur. Burada o, südçülük və tərəvəzçilik kolxozunda mühafizə rəisi vəzifəsində çalışmışdır.Əmrah Aslanov 19 aprel 1982-ci ildə vəfat etmişdir. Təzəkənd orta məktəbinə onun adı verilmişdir. A.A. Hüseynov. (2000 nüs.). Bakı. 2014. səh. 8-11. Xarici keçidlər Əmrah Aslanov Rusiya Federasiyasının müdafiə nazirliyinin saytında Arxivləşdirilib 2020-09-23 at the Wayback Machine (rus.) | https://az.wikipedia.org/w/index.php?curid=490099 |
Əmrah Bayramov | Əmrah Hüseyn oğlu Bayramov (18 yanvar 2001, Neftçala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. Əmrah Bayramov 18 yanvar 2001-ci ildə Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur. Əmrah 2007-ci ildə Əbülfəz Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. 2008-ci ildən başlayaraq 9-cu sinifə qədər təhsilini Neftçala şəhər Samid İmanov adına 1 saylı orta məktəbində davam etdirmişdir və həmin məktəbin məzunu olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə Aşpazlıq ixtisası üzrə 3 nömrəli Sumqayıt Peşə liseyinə qəbul olmuşdur. Uşaq yaşlarından musiqiyə həvəsi olduğu üçün təhsilini davam etdirərkən özü replər yazar və səsləndirərdi. Hərbi Xidməti Əmrah Bayramov 22 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətinə Bakının Pirəkəşkül qəsəbəsində başlamış, 2019-cu il sentyabr ayından başlayaraq 769 nömrəli hərbi hissədə hərbi xidmətini davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrdə heyət nəfəri atıcı vəzifəsində iştirak etmişdir. Oktyabrın 4-də Cəbrayıl uğrunda gedən döyüşlərdə və 13-cü postun alınmasında qəhrəmancasına döyüşmüşdür. Əmrah Bayramov oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Əmrah Bayramov oktyabrın 30-da Neftçala rayonunda dəfn olunmuşdur. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra). (25.12.2020) — "Fizulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsür döyüşçü" medalı (ölümündən sonra). | https://az.wikipedia.org/w/index.php?curid=712146 |
Əmrah Cəfərli | Əmrah Yusif oğlu Cəfərli (22 yanvar 1997; Şirinsu, Lənkəran, Azərbaycan — 15 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Cəfərli 22 yanvar, 1997-ci ildə Lənkəran rayonunun Şirinquyu kəndində dünyaya gəlib. Əmrah ailəsinin ikinci övladı olub. O, Hərbi Komissarlığın nəzdindəki sürücülük məktəbini bitirmişdi. Yük maşını sürücüsü idi. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əmrah Cəfərli Hadrutun azad edilməsində savaşıb. 15 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində qəlpə yarasından həlak olmuşdur. Lənkəranda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=766077 |
Əmrah Dadaşov | Əmrah Nemət oğlu Dadaşov - Tarix elmləri doktoru, dekan müavini, Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru. 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olmuşdur.Qəsəbədəki 204 saylı orta məktəbi bitirmişdir 1960-1963-cü illərdə ordu sıralarında hərbi xidmət etmişdir 1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) bitirib Namizədlik dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı». 1986-cı il. Doktorluq dissertasiyası – «Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı». 2004-cü il Əmək fəaliyyəti 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyir Kafedranın professorudur Qədim Şərq və Antik tarix fənlərini tədris edir Magistraturada 2 problem üzrə kurs oxuyur 100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir Rektorluğun tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür almışdır Tədqiqat sahəsi Paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI Azərbaycan Milli Elmlər Akademiyasında, Sankt-Peterburqda, Kiyevdə, Vülnüsdə, Tbilisidə və sairə yerlərdə keçirilən Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir. Seçilmiş əsərləri Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı». Bakı, 2008 Xarici keçidlər Tarixçi-Alimlərimiz professor Əmrah Dadaşov | https://az.wikipedia.org/w/index.php?curid=295896 |
Əmrah Hüseynli | Əmrah Hüseynli (12 oktyabr 1994, Cəlilabad – 26 oktyabr 2020, Çanaqçı) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Hüseynli 1994-cü il oktyabrın 12-də Cəlilabad şəhərində anadan olub. 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.2017-ci ildə hərbi məktəbi "Taktiki kəşfiyyat qoşunları komandiri" ixtisası üzrə leytenant hərbi rütbəsində bitirib. Xüsusi Təyinatlı Qüvvələrin təməl komando kurslarını keçmiş və xüsusi təyinatlı qüvvələrdə xidmətə başlamışdır. Hərbi xidməti Əmrah Hüseynli 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Əmrah Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah Hüseynli oktyabrın 26-da Çanaqçı istiqamətində şəhid olub. Cəlilabad şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Hüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06..2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Hüseynli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Hüseynli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — Xocavəndin azad olunmasına görə medalı (24.06.2021) — Cəbrayılın azad olunmasına görə medalı (24.06.2021) — İgidliyə görə medalı (24.06.2021) — Qubadlının azad olunmasına görə medalı | https://az.wikipedia.org/w/index.php?curid=681798 |
Əmrah Həmidov | Əmrah Firavan oğlu Həmidov (12 yanvar 1997; Kürsəngi, Salyan, Azərbaycan — 5 oktyabr 2020; Gəncə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Həmidov 1997-ci il yanvarın 12-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Ailəli idi. Hərbi xidməti Əmrah Həmidov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Əmrah Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əmrah Həmidov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı ağır yaralanıb, oktyabrın 5-də isə Gəncə şəhərində Hərbi Hospitalda şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=686428 |
Əmrah Mamedov | Əmrah Qaraş oğlu Mamedov (20 may 1998; Poladlı, Ağcabədi rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Mamedov 1998-ci il mayın 20-də Ağcabədi rayonunun Poladlı kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Poladlı kənd tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra bir müddət Dağıstanda mülki fəaliyyət göstərmiş, bir sıra sahələrdə çalışmışdır. Subay idi. Hərbi xidməti Əmrah Mamedov 2016-2018-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "kiçik çavuş" rütbəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tərtər rayonunda Suqovuşan kəndi istiqamətində, Azərbaycan-Ermənistan təmas xəttində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əmrah Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı və kəşfiyyatçı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qarşı tərəfdən hərbi məlumatların və sirrlərin öyrənilməsində fərqlənmişdir. Əmrah Mamedov 27 sentyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Poladlı kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Mamedov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Mamedov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=697881 |
Əmrah Rüstəmli | Əmrah Natiq oğlu Rüstəmli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şəhid Əmrah Rüstəmov 2001-ci ilin iyulun 5-də dünyaya gəlib. O, orta məktəbi bitirdikdən sonra 2019-cu il iyulun 22-də hərbi xidmətə yollanıb. Hərbi xidmətləri 2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda silaha sarılan Əmrah Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Füzulinin Alıxanlı kəndində döyüş əməliyyatını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) Xarici keçidlər Şehid Emrah Rüstemov 🇦🇿 | 2020 Şehidimiz🥀 (Sumqayit şehidi) | https://az.wikipedia.org/w/index.php?curid=754528 |
Əmrah Rəcəbov | Əmrah Rəcəbov (11 dekabr 2000, Gəncə – 8 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Rəcəbov 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmişdir. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilmişdir. Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır. Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir. Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılmış və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Rəcəbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=680477 |
Əmrah Səfərli | Əmrah Çingiz oğlu Səfərli (2 aprel 1998, Göbəktala, İmişli rayonu – 4 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Səfərli 2 aprel 1998-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. İmişli rayon Yalavac kənd tam orta məktəbdə təhsil almışdır. Hərbi xidməti Əmrah Səfərli bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdi. Hərbi xidmətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdi. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmrah Səfərli 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=725854 |
Əmrah Xəlilzadə | Əmrah İnqilab oğlu Xəlilzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Xəlilzadə 1997-ci il avqustun 1-də Biləsuvar şəhərində anadan olub. 2005-2016-cı illərdə N. Nərimanov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. Hərbi xidməti Əmrah Xəlilzadə 2016-cı ildə Biləsuvar Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2018-ci ilin aprelində hərbi xidmətini başa vurduğdan sonra bir müddət ofisiant olaraq çalışıb. 2020-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Xəlilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah Xəlilzadə oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Noyabrın 29-da Biləsuvar şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Xəlilzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Xəlilzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Xəlilzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Xəlilzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=684883 |
Əmrah Çəlikəl | Əmrah Çəlikəl (türk: Emrah Işık Çelikel) — "Qarabağ" futbol klubunun direktoru. Əmrah Çəlikəl 1976-cı ildə Ankarada anadan olub. Ərciyəs Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib. Evlidir. 2 övladı var. 2004-cü ildən "Qarabağ" futbol klubunun direktorudur. | https://az.wikipedia.org/w/index.php?curid=94062 |
Əmrah İpək | Əmrah İpək (1 yanvar 1971, Ergani, Diyarbəkir ili) — Türkiyə müğənnisi, aktyor və bəstəkar. Elyasa Ərdoğan və Aytən Ərdoğanın yeganə övladı olan Əmrah 1 yanvar 1971-ci ildə Diyarbəkir ilinin Ərqani ilçəsində anadan olmuşdur. Türkiyənin Sabah qəzetinin köşə yazarlarında Fərhad Ünlünün istinad gətirmədən etdiyi iddiasına görə Əmrah İpək etnik mənşə etibarı ilə kürd deyil və kako adlanan xalqa mənsubdur. Əmrah hələ 1 yaş 6 aylıq ikən atası dünyasını dəyişmişdi. Sonradan anasının işi ilə əlaqədar onlar Elazığ ilinin Gülaman ilçəsinə köçmüşlər və balaca Əmrah ibtidai təhsilini burada alsa da orta təhsilini Diyarbakırda davam etdirir. Müğənni kimi səhnə fəaliyyətinə 1984-cü ildə buraxdığı "Ağam-Ağam" mahnı albomu ilə qədəm qoyur. 1986-cı ildə çıxardığı "Boynu büküklər" albomu 1,5 milyon ədəd CD, 1987-ci ildə çıxardığı "Ayrılamam" albomu 2,5 milyon ədəd CD, 1993-cü ildə çıxardığı "Haydı şimdi gel" albomu 3,5 milyon ədəd CD və 1996-ci ildə çıxardığı "Narin yarim" albomu 2,2 milyon ədəd CD satılaraq o zaman Türkiyə şou-biznes tarixində rekor sayılır. Əmrah XX əsin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Türkiyənin ən məşhur müğənnilərindən birinə çevrilir. Ebru Çolak, Seren Serengil, Əsra Dop, Ebru Yaşar, Selin Boronkay, Ebru Destan, Demet Akalın, Nur Sevda, Dilek Sayğı, Arzu Yanardağ, Didəm Dəmir, Reyhan Karaca, Asuman Krause, Zeynep Mansur və s. xanımlarla isti münasibətləri olsa da ailə həyatı qurmayıb. Əmrahın Ebru Çolakdan Tayfun adında bir oğlu var. Mahnı albomları Ağam Ağam (1984) Gülom(1984) Yaralı (1985) Boynu Bükükler (1986) Ayrılamam (1987) Selam Sevdiklerime (1988) Sevdim(1989) Es Deli Rüzgar-Neşeliyim (1990) Hoşgeldin Gülüm (1991) Sen Gülünce (1992) Haydi Şimdi (1993) Sevdimmi tam severim (1994) Narin Yarim (1996) Dura Dura (1998) Ya Hey (2000) Artı (2002) Kusursuzsun (2004) Adın ne senin (Single) (2006) Best Of Emrah (2007) Yelpaze (2008) Terzinin Oğlu (2011) Oynadığı filmlər (1984) Zavallılar (1984) Yaralı (1985) Acıların Çocuğu (1985) Boynu Bükükler (1986) Öksüzler (1986) Acı Lokma (1986) Merhamet (1986) Ayrılamam (1987) Sefiller (1987) Vurmayın (1987) Can Evimden Vurdular (1988) Es Deli Rüzgar (1988) Seninle İlk Defa (1989) Sevdim (1991) Hoşgeldin Gülüm (1991) İbret (1991) Ölesiye Sevmek (1993) Yasak Sokaklar (1995) Yalnız Güneş Şahitti (1996) Sensiz Olmaz (2013) Gelmeyen Bahar (Senarist-Yönetmen-Müzik) Mükafatları 1986 Tercüman Gazetesi Yılın Erkek Sanatçısı Ödülü 1987 Müzik Magazin Dergisi Yılın Arabesk Yılın Erkek Sanatçısı Ödülü 1988 HürriyetAltın Kelebek Ödülü 1988 Müzik Magazin Dergisi Arabesk Yılın Şarkısı Ödülü 1988 MGD Altın Objektif Ödülleri 1989 Hürriyet Altın Kelebek Ödülü 1989 En Başarılı Arabesk Erkek Sanatçı Ödülü 1989 Tan Gazetesi Arabesk Müzik Yılın En Başarılı Sanatçısı Ödülü 1990 Tan Gazetesi Yılın Arabesk Müzik Erkek S anatçısı Ödülü 1991 Oya Dergisi Yılın Arabesk Müzik Erkek Sanatçısı ödülü 1992- 1993 Alo Bilgi 1. Altın Telefon Ödülü 1992 MGD Altın Objektif Arabesk Müzik Ödülü 1993 MGD Altın Objektif Arabesk Müzik Ödülü 1993 Haydi Şimdi Gel Albümü Altın kaset ödülü 1994 Radyo Jest 1. Altın Ferekans Yıllın En İyileri Ödülü 1996 Altın Objektif Arabesk- Fantezi Yılın Sanatçısı ödülü 1997 Televizyon Yıldızları En İyileri Ödülü 1997 Arabesk ‘in Prensi ödülü 1997 Hürriyet Televizyon Yıldızları En İyi Fantezi Müzik Ödülü 1998 Antalya Gazeteciler Cemiyeti Yılın En Başarılı Sanatçısı Ödülü 1998 Yakın Doğu Üniversitesi Arabesk– Fantezi Erkek Sanatçı Ödülü 1998 İstanbul Fm Geleneksel 5.İFAYılın Sanatçısı Ödülü 1998-2000 İstanbul Fm Geleneksel 6.İFA Altın Ödülü 1998 Müzik Magazin Yılın Müzik Yıldızı Oskarları Ödülü Altın Kelebek En İyi Fantezi Müzik Erkek Solist Ödülü 2002 Zemin Yıldızları (Özbekistan ) Yılın Sanatçısı Ödülü 2002 Yakın Doğu Üniversitesi Arabesk– Fantezi Erkek Sanatçı Ödülü 2002 Doğan Koleji Yılın Sanatçısı Ödülü 2003 Türkiye Müzik Endüstrisi (MÜYAP) Albüm satış Başarısı Ödülü 2004 İstanbul FM Yılın sanatçısı Ödülü 2004 MGD Yılın En İyi Fantezi Müzik Ödülü 2004 Tan Okulları Yılın En İyi Erkek Oyuncusu ödülü 2009 MGD Yaşam Boyu Onur Meslek Ödülü 2010 Altın Kelebek Yılın Olay Şarkısı Ödülü-Götür Beni Gittiğin Yere 2011 MGD Yaşam Boyu Başarı Ödülü 2012 MGD 30.Sanat Yılı Özel Ödülü 2012 MGD Yaşam Boyu Meslek Onur Ödülü 2012 Kazakistan 8.Eurasia Film Festivali Onur Ödülü 2014 MAGAZİNCİ.COM Sosyal Sorumluluk Ödülü (Kadına ve aile içi şiddeti beyaz perdeye taşıdığı için)(Gelmeyen Bahar filim) 2014 MOONLİFE DERGİSİ YILIN EN İYİ SOSYAL SORUMLULUK ÖDÜLÜ 2014 MOONLİFE DERGİSİ YAŞAM BOYU MESLEK ONUR ÖDÜLÜ | https://az.wikipedia.org/w/index.php?curid=804760 |
Əmrah İsmayılov | Əmrah Xudaverdi oğlu İsmayılov (10 noyabr 1994, Cəlilkənd, Naxçıvan Muxtar Respublikası – 1 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah İsmayılov 1994-cü il noyabrın 10-da Şərur rayonunun Cəlil kəndində anadan olub. Hərbi xidməti Azərbaycan Ordusunun baş giziri olan Əmrah İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah İsmayılov noyabrın 1-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah İsmayılov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=683431 |
Əmrah Əkbərov | Əmrah Şahid oğlu Əkbərov (21 fevral 1998, Livədirqə, Lerik rayonu – 12 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, Vətən Müharibəsinin şəhidi, "Azərbaycan Bayrağı" ordeni laureatı. Əmrah Əkbərov 1998-ci il Fevralın 21-də Lerik rayonunun Livədirqə kəndində anadan olub. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinifinə gedir. 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta maktəbdə davam etdirir. O, 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.2016-cı ildə həmin liseyi bitirmişdir. Hərbi xidməti Əmrah Əkbərov 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşdur.2020-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq baş kəşfiyyatçı kimi xidmət etməyə başlamışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Əmrah Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əmrah Əkbərov oktyabr 12-də Hadrut döyüşləri zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əkbərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əkbərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Əkbərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=684572 |
Əmrah Əliyev | Əmrah Ürfət oğlu Əliyev (4 iyul 1997; Tovuz rayonu, Azərbaycan — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Əliyev 1997-ci il iyulun 4-də Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Hərbi xidməti Azərbaycan Ordusunun çavuşu olan Əmrah Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah Əliyev noyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Dondar Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=687078 |
Əmrah Əmrahov | Əmrah Bala oğlu Əmrahov (1923, Kürdəxanı – 18 noyabr 1988, Bakı) — jurnalist, "Azərbaycan pioneri" qəzetinin baş redaktoru. 1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olub. Kürdəxanı kənd məktəbinin 1-ci sinfində bir neçə ay oxuduqdan sonra göz həkimləri ona oxumağı qadağan ediblər. Beş il müalicə olunduqdan sonra 1936-cı ildə yenidən məktəbə gedir. 1944-cü ildə 9-cu sinfi bitirərək Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olub. 1945-ci ildə ADU-nin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Eyni zamanda "Azərbaycan pioneri" qəzeti redaksiyasında xüsusi müxbir işləyib. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və həyatını həmişəlik "Azərbaycan pioneri" qəzeti ilə bağlayıb. Əmrah müəllim ömrünün sonuna kimi, 38-il bu qəzetdə çalışıb. Əbədi işçi, şöbə müdiri, məsul katib, nəhayət qəzetin redaktoru. Onun sayəsində "Azərbaycan pioneri" o dövrdə nəinki məktəblilərin, hətta böyüklərin də ən sevimli qəzetinə çevrilib. Əmrah Əmrahov əbədi fəaliyyətə şeirlə başlayıb. İlk şeirləri 1938-ci ildə "Azərbaycan pioneri", "Abşeron kolxozçusu" qəzetlərində çap olunub. Sonra oçerk və hekayələri dövrü mətbuatda dərc olunub. Bədii tərcümə ilə də məşğul olub. "Ürək Vətən üçün döyünəndə", "Əbədi şöhrət", "Zastavaya gedən yol", "Sənin həyatının qanunu", "Ulduzlar gecə parlar", "Ölməzlər", "Dağ bənövşəsi","Gizli aləmlər", "Lalələr apreldə açır", "Tapılmış kitab", "Yaxşıların dünyası" kimi əsərlərində yazıçı-jurnalist illərlə ürəyində gəzdirdiyi, beynində yaşatdığı düşüncələri, vətənpərvərlik duyğularını oxucuya çatdırmağa çalışıb. Ə. Əmrahov Azərbaycan LKGİ-nin bütün qurultaylarında komsomolun Mərkəzi komitəsinin üzvü seçilib. 1960-cı ildən ömrünün sonuna kimi respublika pioneri Mərkəzi Şurasının üzvü olub. Əmrah Əmrahov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 1988-ci il noyabrın 18-də Bakıda vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=80285 |
Əmrahbank | Amrahbank - Azərbaycanda 1993-cü ildə təsis edilmişdir. 2020-ci ildə müflis olaraq ləğv edilib. Ümümi məlumat Amrahbank aktivlərin (ROA) və kapitalın gəlirliliyi (ROE) göstəriciləri üzrə ölkənin ən gəlirli banklarından biri olmuşdur. Amrahbank fəal tərzdə müfəssəl inkişaf strategiyasının həyata keçirilməsi işini aparır və bu işin tərkib hissələrindən biri Azərbaycanın bir çox bölgələrində filial şəbəkəsinin yaradılması və genişləndirilməsindən ibarətdir. Hazırda filialların sayına görə Amrahbank Azərbaycan bankları arasında on birinci yeri tutur. Bankın 26 filial və bölməsi var və bunlardan 19-u paytaxt Bakı şəhərində yerləşmişdir. Bankın 18000 müştərisinə 300 peşəkar və bacarıqlı əməkdaşı xidmət göstərir. 2008-ci ildə Bankın səhmlərinin strateji investor olan Bəhreyndə yerləşən "Beynəlxalq İnvestisiya Bankı"na ("BİB") 49% pay ilə satılması, Bankın tarixində mühüm bir mərhələ kimi qeyd olunur. Yaxın gələcək üçün Bankın strateji planları sırasına İslam və Şəriət prinsiplərinə uyğun gələn bankçılıq məhsullarını təqdim etməklə, bu sahədə Azərbaycan və ətraf ölkələrdəki geniş imkanlardan fayda görmək, Abu Dabi və Londonda nümayəndəliklər açmaq, beynəlxalq reytinq agentliklərindən reytinq almaq daxildir. Amrahbank bir sıra ixtisaslaşmış təşkilatların da üzvüdür ki, bunların sırasına aşağıda qeyd olunanlar da daxildir: - Azərbaycan Banklar Assosiasiyası - Bakı Banklararası Valyuta Birjası - VISA İnternational - MasterCard - Azericard - WesternUnion - Sahibkarlığa Kömək Milli Fondu - Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu və s. "Moody International " beynəlxalq şirkəti tərəfindən İSO-9001:2000 standartları üzrə aparılmış sertifikatlaşdırma aparılıb. Amrahbank ölkə daxilində kartların prosessinqi ilə məşğul olan Millikart Səhmdar Cəmiyyətinin təsisçilərindən biridir. Ləğv olunması 2020-ci ilin əvvəlində Mərkəzi Bank tərəfindən Amrahbankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, bu bank ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitalını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. "Amrah Bank"ın kapitalının mənfi 77 milyon manat olduğu üzə çıxıb.Bankın səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməmişlər. Amrahbank və digər müflis olan bank Atabankın bank sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir. Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Amrahbank”a müvəqqəti inzibatçılar təyin olunub. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-i tarixli qərarına əsasən Amrahbankın lisenziyası həmin tarixdən etibarən ləğv edilib. Nəticədə bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Təşkilati struktur Fiziki şəxslər – 54.16 %Beynəlxalq İnvestisiya Bankı – 45.84 % Xarici Keçidlər Rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=237577 |
Əmrahlı (Germi) | Əmrahlı (fars. امراهلو) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (53 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=766004 |
Əmral Xəmmədov | Əmral Zaur oğlu Xəmmədov (2 oktyabr 2001; Çaxırlı, İmişli rayonu, Azərbaycan — 15 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmral Xəmmədov 2 oktyabr 2001-ci ildə İmişli rayonunun Çaxırlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Çaxırlı kənd tam orta məktəbində almışdır. Hərbi xidməti Əmral Xəmmədov Xüsusi Təyinatlı Dəstələrin əsgəri olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əmral Xəmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağ və Cəbrayıl döyüşlərində vuruşmuşdur. Cəbrayılın girişində bayraq dalğalandırmışdır. Əmral Xəmmədov 15 oktyabr 2020-ci ildə Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra) (05.11.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=693804 |
Əmrulla Saleh | Əmrulla Saleh (dəri və puşt. امرالله صالح; 15 oktyabr, 1972-ci il, Pəncşir vilayəti) — Əfqanıstan dövlət xadimi, siyasətçi, Əfqanıstanın Birinci Vitse-prezidenti (2020-2021), Əfqanıstan Daxili İşlər Naziri (2018-2019), Milli Təhlükəsizlik İdarəsinin rəisi (2004-2010). 17 Avqust 2021-ci ildə keçmiş prezident Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əmrulla Saleh özünü prezident vəzifəsini icra edən elan etdi və Taliban yaraqlılarına müqavimət göstərməyə çağırdı. Əhməd Məsudla birlikdə Pəncşir Müqavimətini təşkil etmişdir. Əmrulla Saleh 15 oktyabr 1972-ci ildə Pəncşir vilayətidə anadan olub. Milliyətcə tacikdir. Siyasətçinin uşaqlıq və gənclik illəri haqqında demək olar ki, heç nə məlum deyil. 1980-ci illərdə Pakistanda yaşamış və təhsil almışdır. 1990-cı ildə Əfqanıstan müxalif qüvvələrinə qoşulmuş, Pakistanda hərbi təlim keçmişdir. O, Mücahidlərin səhra komandiri Əhməd Şah Məsudun başçılığı ilə müharibələrdə iştirak etmişdir. Şimal İttifaqının üzvü olaraq Əmrulla Saleh onun liderliyinə namizəd olmuşdur. 1990-cı illərin ikinci yarısında Saleh, Əfqanıstan diasporası ilə birlikdə Rusiyada nəşr olunan "Haft Ruz" həftəlik qəzetində çalışdığı Moskvada yaşamışdır. 1997-ci ildə Əhməd Şah Məsud Salehi Tacikistanın Düşənbədəki Əfqanıstan səfirliyində Şimali İttifaqın beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin etdi. Orada qeyri-hökumət (humanitar) təşkilatların koordinatoru və xarici kəşfiyyat xidmətləri ilə əlaqələrdə ortaq olaraq çalışdı. Şimal Alyansının liderinin xarici nümayəndələrlə danışıqlarında şəxsi tərcüməçisi kimi çıxış etdi. 1999 cu ildə Saleh Miçiqan Klear Universitetində (Cleary Universiteti, Michigan, ABŞ) təhsil almağa başladı. ABŞ-də 11 sentyabr 2001-ci il terror hücumlarından sonra, Şimal İttifaqının Taliban terror hərəkatına qarşı kəşfiyyat əməliyyatında iştirak etdi. 2001-2002-ci illərdə Hindistan-Pakistan münaqişəsi zamanı Pakistanda qeyri-hökumət təşkilatında tərcüməçi olaraq çalışmışdır. 2004-cü ildə Əfqanıstan Prezidenti Həmid Kərzai onu Milli Təhlükəsizlik İdarəsinin rəisi təyin etdi. Əmrulla Saleh vəzifədə olarkən bir sıra struktur islahatları etdi və Əfqanıstan kəşfiyyatını yenidən qurdu. Qərb ölkələri onu Nazirlər Kabinetinin ən səlahiyyətli nümayəndələrindən biri hesab edirdilər. 2010-cu ilin iyununda vəzifəsindən azad edildi. 2010-cu ilin sonunda demokratik və Taliban əleyhinə Milli Hərəkat yaratdı. Həmid Kərzainin Talibanla bağlı siyasətini tənqid edirdi. 2017-ci ilin mart ayında Əfqanıstan Prezidenti Əşrəf Qəni Əmrulla Salehi təhlükəsizlik sektoru islahatları naziri təyin etdi, lakin 3 ay sonra ölkədəki təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən yaranan siyasi böhran fonunda istefa verdi. 2018 -ci ilin dekabrında Əmrulla Saleh daxili işlər naziri vəzifəsini icra etdi, lakin 2019-cu ilin yanvarında Əşrəf Qəninin birinci müavini olaraq prezident seçkisi kampaniyasına qatılmaq üçün istefa verdi. 2020-ci ilin aprelindən Əfqanıstanın Birinci vitse-prezidenti vəzifəsində çalışıb. Talibana müqavimət 2021-ci ilin iyulunda Əfqanıstandakı Amerika qoşunlarının geri çəkilməsi fonunda hökumət qüvvələri ilə Taliban silahlılar arasında qarşıdurma yenidən başladı. Taliban ölkənin çox hissəsini ələ keçirdi. 15 avqust 2021-ci ildə Kabilə girərək Prezident Sarayını nəzarətə götürdülər. Kabil Taliban nəzarətinə keçdikdən sonra, 13 avqust 2021-ci ildə Salehin ofisi, davam edən Taliban hücumu zamanı Tacikistanda gizləndiyi barədə şayiələri təkzib etdi. 15 avqustda Salehin, prezident Əşrəf Qəni ilə birlikdə ölkəni təyyarə ilə tərk edənlər arasında olduğu bildirildi. Daha sonra Saleh öz Twitter səhifəsində "heç vaxt Talibanla eyni tavanda olmayacağını" bildirdi. Pakistanı bu qrupu dəstəkləməkdə günahlandırdı.17 avqust 2021-ci ildə Saleh, Əfqanıstan Konstitusiyasının 60-cı və 67-ci maddələrinə uyğun olaraq prezidentin ölümü, ölkəni tərk etməsi və ya vəzifəsini içra edə bilməməsi şəraitində özünü Əfqanıstanın müvəqqəti prezidenti elan etdi. Bundan əvvəl o, Twitter hesabında ABŞ prezidenti Co Bayden və NATO -nu da tənqid edərək, - "Əfqanıstanda @POTUS ilə mübahisə etməyin heç bir faydası yoxdur. Qoy onu həzm etsin. Sübut etməliyik ki, Əfqanıstan Vyetnam deyil və Taliban hətta Vietnam Kongu kimi deyil. ABŞ / NATO -dan fərqli olaraq ruhumuzu itirmirik və qarşıda böyük imkanlar görürük. Yararsız xəbərdarlıqlar bitdi. Müqavimətə qoşulun" -demişdir.Saleh Taliban üçün ən əhəmiyyətli rəqiblərdən biri hesab olunur. Onun həyatına bir neçə sui-qəsdlər təşkil edilmişdir. Sonuncu sui-qəsd 9 sentyabr 2020-ci ildə baş vermişdir. Şəxsi həyatı Əmrulla Saleh evlidir və beş övladı var. Dari, Puştu və İngilis dillərini mükəmməl bilir. ABŞ vətəndaşlığı var. Xarici keçidlər Gall, Carlotta. "Afghan Leader Removes Chief Of Intelligence". The New York Times. 5 February 2004. İstifadə tarixi: 29 January 2010. Schroen, Gary C. Afterward // First In: An Insider's Account of How the CIA Spearheaded the War on Terror in Afghanistan. Random House, Inc. 2005. ISBN 0-89141-872-5. | https://az.wikipedia.org/w/index.php?curid=717104 |
Əmrullah (Bostanabad) | Əmrullah (fars. امرالله) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 389 nəfər yaşayır (63 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=687343 |
Əmrə Aydın | Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb. Xarici keçidlər Rəsmi sayt Arxivləşdirilib 2009-09-18 at the Wayback Machine Əmrə Aydın Fan Forum (İngiliscə) Arxivləşdirilib 2010-08-01 at the Wayback Machine Official Emre Aydın Myspace Emre Aydin - ShowCaseYourMusic.com Arxivləşdirilib 2008-06-12 at the Wayback Machine Əmrə Aydın İnternational Arxivləşdirilib 2009-01-17 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=94495 |
Əmrə Bəlözoğlu | İnter Milan klubunda uğur qazana bilməsə də, 2004-cü ildə əfsanəvi braziliyalı futbolçu Pelenin tərtib etdiyi "Dünyanın ən böyük 125 futbolçusu" siyahısında yer almışdır.2005-ci ildə İngiltərənin Nyukasl Yunayted FK klubuna transfer olunmuşdur. Bu klubda da uğur qazana bilməyib və 30 may 2008-ci ildə yenidən Fənərbaxçaya geri dönüb. Müvəffəqiyyətləri Qalatasaray UEFA Süper Kuboku: 1 (2000) UEFA Kuboku: 1 (2000) 1. Liqa Çempionluğu: 4 (1996–97, 1997–98, 1998–99, 1999–2000) Türkiye Kuboku: 3 (1996, 1999, 2000) 2002 FİFA Dünya Kuboku: 3.lük Futbol üzrə Avropa çempionatı 2008: 3.lük İnter Milan İtaliya Kuboku: 1 UEFA İntertoto Kuboku: 1 (2006) Fənərbaxça 1. Liqa Çempionluğu: 2 (2010_2011, 2013–2014) Türkiye Kuboku: 2 (2012, 2013) Xarici keçidlər UEFA.com (ing.) 123 Football Stats Arxivləşdirilib 2008-02-25 at the Wayback Machine (ing.) | https://az.wikipedia.org/w/index.php?curid=50411 |
Əmrə Daşdəmir | Emre Taşdemir (8 avqust 1995, Yeniməhəllə ilçəsi) — sol cinah müdafiəçisi kimi çıxış edən türk milli futbolçu. Superliqa komandalarından olan "Qalatasaray"-dan icarə əsasında "Giresunspor"-da çıxış edir. | https://az.wikipedia.org/w/index.php?curid=599865 |
Əmrə Mor | Əmrə Mor (d. 24 iyul 1997, Brøsøj, Danimarka) — Türkiyəli futbolçu. Mövqeyi yarımmüdafiəçi olan Əmrə Mor, Türkiyə Super Liqasında çıxış edən Fatih Karagümrük klubunda forma geyinir. Əmrə Mor 2016-cı ildən Türkiyə yığmasının uğurları üçün çalışır. Türkiyə yığmasında 8 oyunda meydana daxil olan Əmrə Mor, 2016-cı ildə Fransada baş tutan UEFA Avropa Çempionatında da mübarizə apardı. Əmrə Mor 24 iyul 1997-ci ildə Danimarkanın Brøsøj şəhərində immiqrant ailəsində anadan olub. Atası əslən Türk, anası isə əslən Makedoniyalıdır.Atası əslən Türkiyənin Uşak vilayəti,Sivaslı mahalı,Tatar qəsəbəsindəndir. Komanda karyerası Norşellann FK 28 noyabr 2015-ci il tarixində Əmrə Mor "Ranners FK" ilə baş tutan Danimarka Liqası oyununun 84-cü dəqiqədə meydana daxil olaraq, birinci oyununa çıxdı. 28 fevral 2016-cı ildə "Viborg FF" ilə keçiriən oyunda Əmrə Mor karyerasında birinci qolunu atdı. 2015/2016 mövsümündə 13 oyunda meydana daxil olan Əmrə Mor 2 qol atdı və 2 qolun ötürməsini verdi. Borussiya Dortmund Əmrə Mor 7 iyun 2016-cı il tarixində 16 milyon (€) avroya Almaniya Bundesliqasında mübarizə aparan "Borussiya Dortmund" komandasına transfer olundu. Müqaviləyə əsasən Əmrə Mor 5 il müddətində Dortmund təmsilçisinin heyətində çıxış edəcək.Borussia Dortmund klubunda ilk qolunu 17 sentyabrda Darmstadt klubuna atdı. Son yenilənmə tarixi: 23 iyun 2016 Türkiyə yığması karyerası 2016-cı ilin may ayında Əmrə Mor, Fatih Terim tərəfindən Fransada baş tutacaq UEFA Avro 2016-nın heyətinə çağırıldı. 29 may 2016-cı ildə Monteneqroya qarşı baş tutan yoldaşlıq oyununda meydana daxil olaraq Türkiyə yığmasında debüt etdi. 12 iyun 2016-cı ildə Xorvatiya ilə keçirilən oyunun 69-cu dəqiqəsində Cenk Tosunun əvəzinə meydana daxil olaraq Türkiyə yığmasının UEFA Avropa Çempionatları tarixində meydana daxil olna ən gənc futbolçudu oldu (18 yaş və 323 gün). 21 iyun 2016-cı ildə Çex Respublikasına qarşı keçirilən oyunda Burak Yılmaza birinci qolun ötürməsini verdi. Bununla da Əmrə Mor UEFA Avropa Çempionatları tarixində qol ötürməsi verən ən gənc futbolçu oldu. Xarici keçidlər Əmrə Morun UEFA profili Əmrə Morun Türkiyə Futbol Federasiyasında profili | https://az.wikipedia.org/w/index.php?curid=451658 |
Əmrəkar | Əmrəkar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda olmuş kənd. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indiki Meğri rayonunda kənd. Rayon mərkəzindən 9–10 km şimal-qərbdə yerləşirdi. Kənddə 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 67 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1940-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Əmir şəxs adı ilə türk dilində «sıldırım», «qaya», «sıldırımlı qaya» mənasında işlənən kayır //kair, «sıldırım qaya» mənasında işlənən kar sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. İsrafil Məmmədov (tarixçi) bu kənddə doğulmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=505493 |
Əmsal | Əmsal (lat. co (cum) — "birgə" və lat. efficients — "edən") — dəyişənin qarşısında duran və dəyişənə vurulan ədəd (və ya hərf). Məsələn: 5a, 2d, 6t və s. Burada 5, 2, 6 əmsallardır. Başqa bir nümunə: x 2 {\displaystyle ax^{2}+bx+c} -kvadrat tənlik forması {\displaystyle a,b} {\displaystyle x} dəyişən, {\displaystyle c} isə sərbəst həddir. | https://az.wikipedia.org/w/index.php?curid=345993 |
Əmsal (Ərəb Atalar Sözləri) | Əmsal (ərəb. أَمْثَال) və ya təkdə Məsel (ərəb. مَثَل), əslində ərəb dilində atalar sözlərini təsvir etmək üçün istifadə olunan ədəbi termindir. Ərəb ədəbiyyatında bu atalar sözlərinin toplandığı Kitâbu'l-Əmsal adlı əsərlər yazılmışdır. Bu səbəbdən də ilkin cəm söz olan əmsal termininin terminologiya kimi işləndiyi müşahidə edilir. Qədim ərəb ədəbiyyatında atalar sözü və idiom anlayışlarını fərqləndirmək üçün konkret meyarlar müəyyən edilməmişdir. Buna görə də məsəl termini qədim zamanlarda həm atalar sözləri, həm də idiomlar üçün işlədilirdi. Türk Dilindən Ərəb Dilinə Köçürülmüş Atalar Sözləri Hesab olunur ki, mədəniyyətlərarası qarşılıqlı əlaqə nəticəsində türk dilinə xas olan bəzi atalar sözləri ərəb xalq şivələrinə keçib. Məsələn; "Ayağını yorğanına görə uzat" türk atalar sözü ərəb xalq ləhcələrinə "على قد لحافك مد رجليك" kimi keçmiş ola bilər. Əslində sözügedən atalar sözü qədim türkcədə belə işlənir: Yogurkanda artuk aḍak kösülse üşiyür. [Yorğandan kənara çıxan ayaq soyuyur.] Eyni atalar sözünə qazax kimi türk dillərində, monqol kimi Asiya dillərində də rast gəlmək olar. Həmçinin bax Esat Ayyıldız. "Arapça, Türkçe ve Kazak Dillerindeki Ortak Atasözleri Üzerine Karşılaştırmalı Bir Çalışma". International Congress of Kazakhs History, Culture and Language: Full Texts Book. ed. Osman Kabadayı. Ankara: IKSAD Global Publishing House, 2021), 54–70. Ebrar Ayyıldız, Arap Dilinde Doğum ve Ölümle İlgili Deyimler. Ankara: Sonçağ Akademi, 2021. | https://az.wikipedia.org/w/index.php?curid=734783 |
Əmsar | Amsar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. XIX əsrin birinci yarısında Quba xanlığına daxil idi. Məşhur tarixçi, alim, şair, yazıçı, pedaqoq və ictimai xadim Abbasqulu ağa Bakıxanov gənclik illərində və hərbi qulluqdan istefaya çıxdıqdan sonra burada yaşamışdır. Toponimikası Amsar/Əmsar oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənddir . Amsar əslində Əmsər sözündəndir . Abbasqulu bəy Bakıxanovun əsərlərində əmsər deyə anlandırılır . ƏMSƏR SÖZÜ ƏM Ərəb dilində bulaq Sər Tat dilində baş deməkdir . Bulaq başı deməkdir . RU Mədəniyyəti Kənddə Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi, bir mədəniyyət evi, iki orta məktəb, bir uşaq bağçası vardır. Coğrafiyası və iqlimi Kəndin ərazisinnən Ağçay çayı keçır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2629 nəfər əhali yaşayır. İqtisadiyyatı Amsar kəndi ərazisində olan Balbulaq və Əmrəlibulaq turizm obyektləri xidmət göstərir. Həmçinin bax Quba rayonu Amsar kənd tam orta məktəbi Quba rayonu Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=44646 |
Əmtə çayı | Əmtə çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Əmtə çayı Don çayının hövzəsinə daxil olan Curyuk-Sal çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 39 km, hövzəsinin sahəsi isə 570 km² təşkil edir. Çayın mailliliyi 1.4 m/km təşkil edir. Çay üzərində balıqların ovlanması məqsədi ilə kiçik su tutarları hazırlamışlar. Mənbəyinin hündürlüyü 110 metr, mənsəbinin hündürlüyü isə 56 metrdir. Çay sistemi: Əmtə → Curak-Sal → Sal → Don. Rostov vilayətində Böyük Əmtə adlı axar vardır. Bu axar Malaya Kuberle çayının sol qolunu təşkil edir«Rostov vilayətinin təbiəti» adlə dərgidə 1940-ci ildə Yamta çayı olaraq adlandırılır. Çay başlanğıcını Erqeniya ərazisindən götürür. İki axarın birləşmədindən meydana gəlir:Oboroçnaya və Obruşina. Bütün axarı boyunca qərb-şimal-qərb istiqamətində axır. Aşağı axarlarda iri yaşayış məntəqəsi olan Zavetnoedən axır. Sal çayına sol istiqamətdən tökülür. Mənsəbinə yaxın ərazidəFrunze xutoru yerləşir. Çay Rostov vilayətinin Zavetinski rayonu ərazisindən axır. Praktiki olaraq Əmtə çayının bürün hövzəsi Rostov vilayətinin Zavetinski rayonu ərazisində yerləşir. Az bir qismi isə Kalmıkiya ərazisində yerləşir. Oboroçnaya axarı (Obroçnaya) — (sol) Obruşina axarı — (sağ) Bakşin-Sala — (sağ) Dunda axarı — (sağ) Rassıpnaya axarı — (sol) Qusarka — (sağ) Ternovaya axarı — (sağ) Anxara axarı — (sağ) Babina axarı — (sağ) Yaşayış məntəqələri Andreev xutoru. Kiçkino kəndi. Zavetnoe kəndi. | https://az.wikipedia.org/w/index.php?curid=484874 |
Əmtəə | Əmtəə — İqtisadi nəzəriyyədə müştərilərin istəklərini qarşılayan və faydalılıq təmin edən məhsul və xidmətlərdir. Əsasən əmtəələr və xidmətlər fərqləndirilir. İqtisadi nəzəriyyədə bütün əmtəələr maddi hesab edilsə də, həqiqətdə informasiya (və ya Məlumat) kimi əmtəələr qeyri-maddi əmtəələrdir. Misal üçün, digər əmtəələr arasında Alma maddi obyekt olsa da, xəbər qeyri-maddi sinif əmtəələrə aiddir və yalnız Kompüter, Mətbəə kimi alətlər vasitəsilə qavranıla bilir. Əmtəələrin faydalılıq xarakteristikası Əmtəələr öz faydalılığını artıra və azalda bilər və ya marjinal faydalı əmtəə kimi təsvir edilə bilər. Atmosfer kimi bəzi şeylər faydalıdır amma iqtisadi dəyəri yoxdur. Bunlar "pulsuz əmtəələr"ə daxildirlər. İqtisadi nəzəriyyədə pis yaxşının əksidir. Belə ki, hər hansı bir obyektin yaxşı və ya pis olması onun fərdi istehlakçısından asılıdır və buna görə də bütün əmtəələrin hər zaman yaxşı olmadığını anlamaq önəmlidir. Əmtəələrin növləri Əmtəələr fərqli xarakteristikalarına görə maddilik və ya nisbi elastiklik kimi müxtəlif kateqoriyalara bölünürlər. Alma kimi maddi əmtəə informasiya kimi qeyr-maddi əmtəədən insanın ikincini fiziki tuta bilməsinin qeyri-mümkünlüyü baxımından fərqlənir, halbuki, birinci müəyyən fiziki sahəni tutur. Qeyri-maddi əmtəələr xidmətlərdən o baxımdan fərqlənir ki, qeyri-maddi əmtəələr ötürülə və satılıb-alına bilinir. Qiymət elastikliyi də əmtəələrin növlərini fərqləndirir. Elastik əmtəə qiymətdəki kiçik dəyişiklik səbəbiylə kəmiyyətdəki böyük dəyişikliklərin olduğu əmtəədir və buna görə də, əvəzedici əmtəələr ailəsinə aiddir; məsələn, qələmin qiyməti qalxan kimi istehlakçılar karandaş almağa üstünlük verəcəklər. Qeyri-maddi əmtəə az və əvəzedicisi olmayan, yarış biletləri, rəssamın orijinal əsəri və insulin kimi tibbi təlimat kimi əmtəədir. Tamamlayıcı əmtəələr əvəzedicisi olan əmtəələrdən daha qeyri-elastikdir. Hansı əmtəənin əvəzedici, hansının tamamlaycı olduğu digər əmtəələrlə əlaqəsindən asılıdır. Aşağıdakı qrafik əmtəələrin ekslyuzivliyinə və rəqabətliliyinə görə sinifləşdirilməsini göstərir. Bannock, Graham et al. (1997). Dictionary of Economics, Penguin Books. Milgate.Murray (1987), "goods and commodities," The New Palgrave: A Dictionary of Economics, v. 2, pp. 546–48. | https://az.wikipedia.org/w/index.php?curid=171561 |
Əmtəə birjası | Əmtəə birjası — müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilatdır. Birja onunla əlamətdardır ki, burada ticarət müntəzəm təşkil edilir, malın keyfiyyətinə, şəraitinə və tədarük vaxtına olan tələblər eyniləşdirilmiş (unifikasiya olunmuş) olur, alıcıların və satıcıların qarşılıqlı təkliflərinə, sonradan sazişlər bağlanmasına əsaslanır. Birjalar xüsusi adamların assosiasiyası kimi təşkil olunur, çox vaxt korparasiya kimi birləşmiş olur və məqsəd isə, ticarəti rahatlaşdırmaq və ucuzlaşdırmaqdır. Xarici keçidlər e-qanun.az saytı | https://az.wikipedia.org/w/index.php?curid=344592 |
Əmtəə fetişizmi | Əmtəə fetişizmi – əmtəə istehsalı şəraitində istehsal münasibətlərinin insanlar arasında maddiləşməsi(fransızca fétiche-fetiş, pərəstişgah; portuqalca feitico-sehirbazlıq, tilsim deməkdir). Bu anlayışın özü tamamilə Karl Marksa məxsusdur. Əmtəə fetişizminin mahiyyəti insanlar arasındakı münasibətlərin əşyalaşmasında, əşya-əmtəənin onlar üzərində hakimiyyətidir. Burada insanlar üzərində hakim isehsal münasibətlərnin kortəbiiliyi zahirən onların üzərində müəyyən şeylərin hakimliyi təzahür edir. Əmtəə istehsalçısı özünün hər günki təcrübəsində əmin olur ki, onun maddi rifah halı əmtəənin bazarda "özünü aparmasından", onların satılıb-satılmamasından, baha və ya ucuz satılmasından asılıdır. Beləliklə, əmtəəyə çevrilmiş əşyalar sanki "canlı ruha" malik olurlar, yəni əmtəə forması almış əmək məhzulları insanın taleyini idarə edirlər. Buradan da əmtəəyə fövqəltəbii qüvvə kimi mistik münasibət əmələ gəlir. Əmtəə fetişizmi tarixi hadisə olub , obyektiv xarakter daşıyır və [kapitalizm|Kapitalizm] dövründə ən yüksək inkişafa çatır. İnsanlar arasında iqtisadi münasibətlərin maddiləşməsi şeylərin təbii xassələri ilə deyil, ictimai istehsalın təşkili xüsusiyyətləri ilə müəyyən olunur([K. Marks|Karl Marks], Kapital, c.1, səh. 83). K. Marksın fikrincə, yalnız əmtəə(bazar) təsərrüfatını məhv etməklə əmtəə fetişizmindən qurtulmaq olar. | https://az.wikipedia.org/w/index.php?curid=101167 |
Əmtəə istehsalı | Əmtəə istehsalı — bütün məhsulların satış üçün yaradıldığı bir təşkilat növüdür. İctimai əmək bölgüsü səbəbindən yaranır və iqtisadi cəhətdən təcrid olunmuş istehsalçılar tərəfindən həyata keçirilir. Sadə əmtəə istehsalı müstəqil özəl istehsalçı-kəndli və sənətkarlar arasında mübadilə üçün məhsul istehsalıdır. Onun əsas xüsusiyyətləri aşağıdakılardır: İctimai əmək bölgüsü əmtəə istehsalının mövcudluğunun maddi şərti kimi. İstehsal vasitələrinə və əmək məhsullarına xüsusi mülkiyyət. Mülkiyyətçinin istehsal vasitələri və ictimai ehtiyacların ödənilməsi üçün şəxsi əməyi əmək məhsullarının alqı-satqısı yolu ilə həyata keçirilir. İnsanlar arasında iqtisadi əlaqə bazar vasitəsilə həyata keçirilir, yəni sosial xarakter daşıyır.İnkişaf etmiş əmtəə istehsalı ilə təkcə bütün əmək məhsulları deyil, həm də istehsal amilləri, o cümlədən əmək əmtəəyə çevrilir. Bazar münasibətləri universal xarakter alır. Əşyalar arasında münasibətlər kimi çıxış edən bütün iqtisadi münasibətlər sisteminin refikasiyası baş verir və əmtəə fetişizmi yaranır. Yeni gücündə əmtəə istehsalı kapitalın ibtidai yığılması prosesində kapitalın tarixdən əvvəlki dövrünü təşkil edən və iki tərəfi özündə birləşdirən kapitalist istehsal üsulunun qurulması ilə əlaqələndirilir: İstehsalçılar kütləsinin şəxsən azad, lakin eyni zamanda hər hansı istehsal vasitələrindən məhrum olan insanlara çevrilməsi, eyni vaxtda "yeni məhsulun" — əməyin (kəndlilərin məcburi şəkildə əldən çıxarılması) meydana çıxması ilə. Pul sərvətlərinin və istehsal vasitələrinin azlıqların əlində cəmləşməsi (müstəmləkə sistemləri, dövlət kredit sistemləri, vergi sistemləri, proteksionist sistemlər vasitəsilə ilk kapitalistlərin meydana çıxması). Mübadilənin əsası kimi izafi məhsulların formalaşmasına səbəb olan ictimai əmək bölgüsü Əsas iqtisadi qərarların istehsalçılar və istehlakçılar tərəfindən müstəqil qəbul edildiyi zaman təsərrüfat subyektlərinin iqtisadi təcrid edilməsi İstehsal azad rəqabət şəraitində həyata keçirilir Satış üçün məhsul istehsal etmək Malların mübadiləsində ekvivalentlik İstehsal və istehlak arasında dolayı, dolayı əlaqələr, məhsulun hərəkəti mərhələlərlə həyata keçirildikdə: istehsal — bölgü — mübadilə — istehlak. | https://az.wikipedia.org/w/index.php?curid=826820 |
Əmtəə nişanı | Əmtəə nişanı – hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir, başqa sözlə müəyyən firmanın əmtəələrinin digər firmanın məlumatlarından fərqləndirmək üçün xidmət göstərən müəyyən edilmiş qaydada qeydiyyatdan keçən nişandır (işarədir, əlamətdir). Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması. Ticarət markasını (bəzən onu firma nişanı adlandırırlar) – malın (əmtəənin) hazırlayanı göstərən, məhsulu onu hazırlayanla və satıcısı ilə eyniləşdirən simvol işarəsi (nişanı), müəssisələrin adı, termin, şəkil, emblem və s. Bu zaman buraxılan məhsula yox, onu buraxan firmaya aid olan ticarət adını fərqləndirmək olar. Əmtəə nişanı geraldika işarələrini, coğrafi adları və s. ehtiva etmir, çünki onlar müstəsna mülkiyyət obyekti ola bilməzlər. Əmtəə nişanında istifadə hüquqlarına aiddir: o, hallanmır (təsir altına düşmür). Həmişə mətndə eyni üsulla fərqləndirilir (böyük hərflə, dırnaq işarəsi ilə, kursivlə, üslublaşmış şriftlə və s.); qeydiyyatdan keçmiş əmtəə nişanı xüsusi nişanla C (kopirayt) təchiz olunur (əmtəənin, yaxud malın olduğu ölkədə qəbul edilən). Əmtəə nişanının sahibi eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir. Əmtəə nişanı istehsalçıya bir hüquqi və ya fiziki şəxs tərəfindən təklif edilən əmtəə və xidmətlərin digər şəxslərin yekcins əmtəə və xidmətlərin fərqlənməsinə imkan verir, onların dəyərinə təsir edir, rəqabət qabiliyyətinin yüksəldilməsinə səbəb olur. Dünya bazarında markalanmış əmtəələr adətən markalanmamış əmtəələrə nisbətən 15-20% bahadır. Əmtəə nişanı qanunla qorunur və digər şəxslər, məsələn, lisenziya sazişləri əsasında öz qiyməti ilə başqasına verilə (satıla) bilər. Əmtəə nişanından beynəlxalq təcrübədə istifadə edilməsi bir sıra sazişlərlə tənzimlənir: Sənaye mülkiyyətinin qorunması üzrə Paris konvensiyası ilə, Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı haqqında beynəlxalq konvensiya ilə, Nişanların qeydiyyatı üçün məlumatların və xidmətlərin beynəlxalq təsnifatı haqqında sazişlə və s. Mülki-hüquqi təsnifata görə əmtəə nişanı hüquqi müstəsna hüquqlara aiddir. Qanunla müəyyən edilir ki, əmtəə nişanı sahibi əmtəə nişanından istifadə etməyə görə, ondan sərəncamlıq etməyə görə eləcə də digər şəxslər tərəfindən əmtəə nişanından istifadə edilməsinə qadağan qoymağa görə müstəsna hüquqa malikdir. Əmtəələr üçün əmtəə nişanının qeydiyyatdan keçmədiyi əmtəələrdə və əmtəə nişanı məxsus olmayan şəxs tərəfindən və ya əmtəə nişanından istifadə edilməsi üçün müəyyən edilmiş qaydada lisenziya (icazə) almayan şəxs tərəfindən onların qablaşmasında əmtəə nişanının icazə verilmədən tətbiq olunması onun (əmtəə nişanının) sahibinin hüquqlarının pozulması kimi qəbul olunur. Bununla belə "istifadə" sözü geniş mənada dərk olunur: onun reklamda, nəşrlərdə, rəsmi blanklarda, lövhələrdə, eksponatların nümayiş etdirilməsi zamanı sərgilərdə, yarmarkalarda və s.-də istifadə edilməsi kimi. Yalnız əmtəə nişanı ondan istifadə edilməsi üçün firmaya müstəsna hüququ təmin edir və firmanı "oxşarları çaşdıran" nişanların rəqiblər tərəfindən tətbiqini qoruyur. Məşhur firmalar firma adını və ya nişanını çox zaman görünən yerdə yerləşdirirlər. Bu xüsusilə dəbdə olan paltarda, avtomobillərdə qəbul olunmuşdur. Dilerlərin, topdansatış və pərakəndə ticarət firmalarının markaları çox zaman malın qabında (qablaşmasında) yerləşdirilir. Geniş miqyasda məşhur olan və bazarda möhkəm nüfuza malik olan digər firmanın əmtəə nişanından istifadə etməyi arzu edən firma yalnız müqavilə lisenziya ayırmalarına görə bu marka üçün patentin sahibinin icazəsi ilə bunu edə bilər. Əmtəə nişanının güzəştləri və ondan istifadə edilməsi üçün lisenziyaya verilməsi mümkündür. Lisenziya müqaviləsində lisenziya üzrə aparılan əmtəələrin (malların) keyfiyyəti sahibin əmtəələrinin (mallarının) keyfiyyətindən az olmayan şərt ehtiva olunmalıdır. Əmtəə nişanının işlənib hazırlanması kommersiya sirri sayılır. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 146 | https://az.wikipedia.org/w/index.php?curid=136383 |
Əmtəə və xidmətlər | Mallar və xidmətlər (ing. goods and services) — istehsalın, iqtisadi fəaliyyətin nəticəsini xarakterizə edən termin. Müəyyən bir müddət ərzində ayrı bir müəssisənin (təşkilatın), sənayenin, kənd təsərrüfatının və ya ölkənin və ya bütün dünyanın bütün xalq təsərrüfatının istehsalı nəticəsində yaranan məhsullar məcmusudur. Məhsulun planlaşdırılması və uçotu Məhsulların bütün dəsti ümumiyyətlə istehsal vasitələri (əmək vasitələri və əmək obyektləri) və istehlak malları (qida və qeyri-ərzaq məhsulları) bölünür . Planlaşdırma və mühasibat məqsədləri üçün məhsullar fiziki (fiziki vahidlər) və dəyər (pul vahidləri ilə) ölçülə bilər. Ənənəvi şəklində istehsal həcminin ölçüləri bunlardır: fiziki vahidlər (ton, kiloqram , metr (elektrik, fiber optik kabel), kvadrat metr (üzlüklü plitələr, parket) və digərləri); şərti təbii vahidlər (minlərlə (aşağıya baxın) şərti bankalar, şərti şifer təbəqələr, şərti parçalar, rulonlarda, rulonlarda və digərləri). sayma çəkisi — çox sayda kiçik homojen tarazlıq məhsulunun (yarı bitmiş məhsullar, (mini) aqreqatlar, qoz-fındıqlar, yuyucular, boltlar, toplar, düymələr və s.) sürətli sayılması üçün; hesablanmış çəkidə əhəmiyyətli (bilinməyən) məhsul sayı müəyyən nisbətdə eyni ölçülü (məlum olmayan) kiçik (məlum) sayı ilə tarazlaşdırılır (ölçüsüz - 10: 1, 100: 1, 1000: 1); Hesablanmış ağırlıq fabriklərdə, anbarlarda, qida fabriklərində və bənzərlərində istifadə olunur. İstehsalın dəyər ifadəsində həcmi müxtəlif göstəricilərlə müəyyən edilir. hazır məhsullar — hazırkı standartlara və ya təsdiq olunmuş spesifikasiyalara cavab verən, tamamən işlənmiş (pərçimlənmiş) bir məhsul olan müştəri və ya təşkilatın anbarı tərəfindən qəbul edilmiş öz istehsalımızın məhsulları və yarımfabrikatları. kommersiya məhsulları - satış üçün nəzərdə tutulmuş məhsulların qiymətləndirilməsi (hazır məhsullar, yarımfabrikatlar, istehsal xarakterli işlər və xidmətlər); ümumi məhsul (ümumi məhsul və məhsulların payı (ümumi məhsulun ümumi həcmində)) müəssisə tərəfindən istehsal olunan bütün növ məhsulların maya dəyəri və satışa təqdim olunan məhsulları təşkil edən elementlərə əlavə olaraq müvafiq dövr üçün bitməmiş istehsalın dəyişməsi, xammal dəyəri və müştəri materialları və bəzi digər elementlər; xalis istehsal — müəssisənin müəyyən bir dövr üçün iqtisadi fəaliyyəti nəticəsində yeni yaradılan dəyər. Ümumi istehsal həcmindən və amortizasiya ayırmaları məbləğindən maddi xərclərin çıxılması ilə müəyyən edilir; satılan məhsullar, müvafiq dövr üçün xarici və ödənişli (ödənişli) məhsulların maya dəyəridir. Keyfiyyət idarəetmə sistemindəki məhsullar Bir keyfiyyət idarəetmə sistemi nöqteyi-nəzərindən məhsul bir-biri ilə əlaqəli və ya qarşılıqlı fəaliyyətin məcmusu kimi bir prosesin nəticəsidir (GOST R ISO 9000-2008 ). Keyfiyyət idarəetmə sistemində dörd ümumi məhsul kateqoriyası vardır: xidmətlər (məsələn, nəqliyyat); proqram təminatı (məsələn, kompüter proqramı, lüğət); hardware (məsələn, mühərrik yığımı); təkrar emal edilə bilən materiallar (məs. yağ).Məhsullar müxtəlif ümumi məhsul kateqoriyalarına aid əşyalardan ibarət ola bilər. Məsələn, bir avtomobil kimi məhsullara texniki avadanlıqlar (mühərrik, transmissiya, təkərlər və bir çox digər texniki avadanlıq elementləri), təkrar emal edilə bilən materiallar (benzin, sürtkü, soyuducu və digərləri), proqram təminatı (mühərrik proqram təminatı nəzarəti, sürücü təlimatı) və xidmətlər ( bir avtomobil sürməyin izahı, satış sonrası (zəmanət) xidmət) | https://az.wikipedia.org/w/index.php?curid=681280 |
Əmtəə yağları | Əmtəə neft yağları — müxtəlif özlülüklü baza yağların və aşqarların qarışdırılması (kompaund edilməsi) nəticəsində alınan yağlardır, lakin bəzi əmtəə yağlarının tərkibində aşqar olmaya də bilər, bu da istisna hal kimi qiymətləndirilir. Tətbiq sahəsi Əmtəə yağları tətbiq sahəsinə görə sürtkü və qeyri sürtkü yağlara bölünür: Sürtkü yağları: Motor yağları Transmissiya yağları İndustrial yağlar Aviasiya yağları Energetik yağlar Qeyri sürtkü yağları: Texnoloji yağlar Tibbi yağlar Parfumeriya yağları Elektroizolyasiya yağları PlastifikatorlarƏmtəə sürtkü yağlarına motor, transmissiya və xüsusi təyinatlı yağlar aiddir. Əmtəə qeyri sürtkü yağlarına – texnoloji, elektroizolyasiya, tibbi, parfumeriya yağları və plastifikatorlar aiddir. Əmtəə sürtkü yağları Əmtəə sürtkü yağları – maşın və mexanizmlərdə hərəkətdə olan hissələrin bərk səthlərinin arasında olan sürtünmənin azalmasını təmin edir və bu hissələrin köhnəlməsinin qarşısını alır. Əmtəə yağları təyinat, özlülük və istismar hassələrinə görə müxtəlif cür təsnifatlanır. Rusiya Federasiyasının standartlarına görə, yağlar sinflərə bölünür və sinif adının birinci hərfi ilə markalanır. Məsələn, Motor yağları "M" hərfi ilə; İndustrial yağlar – "İ" hərfi ilə; Transmissiya yağları – "T" hərfi ilə və s. | https://az.wikipedia.org/w/index.php?curid=537091 |
Əmud | Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. Hazırlanması Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. Digər dillərdə Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Digər növləri Əmudun altı üzlü olanlarına isə "şeşpər" deyilirdi. Xarici keçidlər Gürz və əmud (Rus dilində) | https://az.wikipedia.org/w/index.php?curid=167438 |
Əmunilər | Əmunilər, həmçinin Əmmun xalqı, əmmunlular, Ammon övladları və ya ammonlular (əmn.: 𐤏𐤌𐤍 ʻAmān; ivr. עַמּוֹן ʻAmmōn; ərəb. عمّون) İordan çayının şərqində, indiki İordaniyada yaşamış qədim samidilli xalq. Qeyd edilmiş bir neçə əmuni adları arasında hər ikiis Bibliyadan götürülmüş Nahaş və Hanun mövcuddur. Əmuni dilinin Kənan ailəsinə aid olduğuna inanılır, ivrit və Moav dilləri ilə sıx bağlıdır. Əmuni dili müəyyən arami təsirləri özündə birləşdirmiş olması ehtimal edilir. Əmuni dilində müxtəlif kitabələr məlumdur. Əmunilərin dini haqqında az şey məlumdur. Bu haqda mənbələr əsasən Yəhudi Bibliyası və maddi sübutlardır. Onların dinləri Levant dinləri üçün olduqca tipik idi. Əlavə ədəbiyyat Tyson, Craig W. The Ammonites: Elites, Empires, and Sociopolitical Change (1000–500 BCE). A&C Black. 2014. ISBN 978-0-567-65544-8. Younker, Randall W. Ammonites in the World of Israel // Keimer, Kyle H.; Pierce, George A. (redaktorlar ). The Ancient Israelite World. Taylor & Francis. 2022. 600–618. ISBN 978-1-000-77324-8. Xarici keçidlər Vikianbarda Əmunilər ilə əlaqəli mediafayllar var. Hertz J.H. (1936) The Pentateuch and Haftoras. "Deuteronomy." Oxford University Press, London. Ammon on Bruce Gordon's Regnal Chronologies (also at [1]) | https://az.wikipedia.org/w/index.php?curid=796798 |
Əmzik | Əmzik xüsusilə ağlayan körpələri sakitləşdirmək üçün istifadə edilən bir vasitədir. Mənşə etibarı ilə Azərbaycan dilindəki əmmək/əmizdirmək felindən yaradılmış isimdir. Min illər əvvəl Misirdə daxili bal ilə doldurulmuş kiçik gil fiqurlar körpələri sakitləşdirmək üçün istifadə olunurdu. Bu fiqurlar bu gün istifadə edilən əmzik və butulkaların əcdadları hesab edilir. Baş barmağı əmmə çənə strukturunu poza biləcəyi üçün 1949-cu ildə ortodont Vilhelm Balters və diş həkimi Adolf Müller çənə strukturuna müvafiq gələn ilk təbii əmzik istehsal etmişdirlər. Əmzik döş giləsini təqlid edən bir struktura malikdir. Bu gün silikon və rezindən hazırlanan əmziklər damaqlı və damaqsız olmaq etibarı ilə iki növdə olurlar. Silikon əmziklər xüsusilə diş çıxarmayan körpələr üçün tövsiyə olunurlar, çünki onlar diş təsirinə davamlı deyildirlər. Silikon əmziklər asanlıqla qırılmırlar. Diş zərbələrinə davamlı olan rezin əmziklər isə ağız suyunu özünə çəkdiyi üçün bir müddət sonra deformasiyaya uğrayırlar. Əmzik adı əmziyin əsasını körpənin əmziyi udmasına mane olan hissəsinə verilən addır. Bu plastik hissə burun dəliklərini bağlamayacaq şəkildə hazırlanır və havanın keçməsi üçün deşiklərə malikdir. Damaqsız əmziklər məmə formasına oxşayırlar. Körpənin təbii əmmə instinktini təmin edir və ona təhlükəsizlik hissi verir. Əmmə hərəkəti körpə üçün məmnunluq mənbəyidir, çünki doğuşdan sonrakı həftələrdə körpənin reflekslərindən bir də əmmə refleksidir. Əmzik sayəsində gərginliyi aradan qalxır, sakitləşir və daha asan yuxuya gedir. Bəzi ekspertlər əmziklərin körpənin əlləri ilə bəzi bacarıqlarını inkişaf etdirməsinə də kömək etdiyi fikrini irəli sürürlər. Körpə əmziyi ağızından salıb itirərkən, onu beşiyinin və ya çarpayısının ətrafında əlləri ilə axtarıb tapır və yenidən ağzına qoyur ki, bu da körpələrdə müəyyən instinklərin formalaşmasına səbəb olur. Əlavə effektləri Damaqsız əmziklər damağa təzyiq göstərərək damağın strukturunu pozduğundan dişlərin əyri çıxmasına səbəb olur. Əmzikdən uzun müddət istifadə qulaqda infeksiyaya və diş strukturunun pozulmasına səbəb ola bilər. Çatlamış dodaqlar da əlavə effektlərdən ola bilər. | https://az.wikipedia.org/w/index.php?curid=749873 |
Əmzə (Auırqazı) | Coğrafi yerləşməsi rayon mərkəzindən (Talbazı): 21 km, kənd sovetliyindən (Naumkin): 4 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 35 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə çuvaşlar (59%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=696435 |
Əmzə (Avurğazı) | Coğrafi yerləşməsi rayon mərkəzindən (Talbazı): 21 km, kənd sovetliyindən (Naumkin): 4 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 35 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə çuvaşlar (59%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=519748 |
Əməgen | Əməgən - türk, altay, qafqaz və nart əfsanələrində nəhəng. İmegen də deyilir. Çirkin, zaman-zaman birdən çox başı olan nəhəng varlıqlar olaraq təsvir edilər. Nart əfsanələrində ədədləri olduqca çoxdur və hər üç ayda bir ad etdikləri deyilər. Hər doğumda görə çox uşaq dünyaya gətirirlər. Nart qəhrəmanları davamlı emegenlerle vuruşub və gücləriylə, zəkalarıyla onları hər vaxt yenmeyi bacararlar. Lakin onlardan çox qorxar və çəkinirlər. Çünki Əməgenlər, tutduqları zaman insanları yerlər. Nart destanlarına görə dünyadakı bütün pisliklərin qaynağı Əməgenlerdir. Əgər onlar olmasaydı dünyada heç bir pislik olmazdı. Tanrılar, yer üzünü onların pisliyindən qorumaq üçün Nartları yaratmışdır və onlar da davamlı döyüşüb dayanmaqdadırlar. Əməgenlərin iştirak etmədiyi heç bir Nart dastanı yoxdur. Etimologiya (Em/Əm) kökündən törəmişdir. Əmək (biryerde olmaq, güc istehlak etmək, iş etmək) feli əlaqəlidir. "Əmən" ruh, can deməkdir, həmçinin ağac tikmək üçün açılan çuxuru da ifadə edir. Kafkasyadaki digər xalqların dilləri ilə də əlaqəsi olduğu şübhəsizdir. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=268670 |
Əmək | Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Ümumi anlayış Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır. Bu hal insan zəhmətini canlıların instinktik fəaliyyətindən fərqləndirir. Bu baxımdan filosoflar Karl Marks və Fridrix Engels insanın və cəmiyyətin yaranmasında ilk növbədə "əmək faktoru" görürlər. Əmək iqtisadi kateqoriya kimi Əmək əksər hallarda əmək haqqı hesabına həyata keçirilir. Əmək haqqının artması görülən işin həcminin və cəmiyyətin maddi imkanının artması hesabına arta bilir. Onun artımının müxtəlif səbəbləri olsa da onların hamısı mükəmməl sayılmır. Görülən işi tamamilə nəzərə lan ümumi prinsip indiyə qədər yoxdur. Burada subyektiv faktor və ya əməyin qiymıətləndirilməsində heç də bütün amillərin nəzərə alınmamasıdır.Emek aletlerinin cemiyyetin inkisafinda rolu haqqinda esse Xarici keçidlər Ageing workers EU-OSHA The Labour Economics Gateway Arxivləşdirilib 2008-02-17 at the Wayback Machine - Collection of Internet sites that are of interest to labour economists Labour & Worklife Program at Harvard Law School, Changing Labour Markets Project W.E. Upjohn Institute & Anindya N Bakrie for Employment Research Arxivləşdirilib 2010-07-09 at the Wayback Machine ILO: Key Indicators of the Labour Market (KILM). 5. ed. Sept. 2007 LabourFair Resources Arxivləşdirilib 2017-06-30 at the Wayback Machine - Link to Fair Labour Practices Labour Research Network Arxivləşdirilib 2013-08-05 at the Wayback Machine - Labour research programme treating various fields | https://az.wikipedia.org/w/index.php?curid=127016 |
Əmək, Əlillər və Sosial Məsələlər Nazirliyi (Vyetnam) | Əmək, Əlillər və Sosial Məsələlər Nazirliyi (vyet. Bộ Lao động – Thương binh và Xã hội) — Vyetnamda əmək, məşğulluq, əməyin mühafizəsi, sosial sığorta və peşə hazırlığı, müharibə əlilləri, şəhidlər və ölkəyə xüsusi xidmətləri olan şəxslər üçün siyasətlər, sosial müdafiə və sosial bəlaların qarşısının alınması, uşaqlara qulluq və gender bərabərliyi üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik. Nazirliyin tərkibində olan qurumlar bunlardır: Əmək və Əmək Haqqı Departamenti Sosial Sığorta Departamenti Gender bərabərliyi Departamenti Hüquqi İşlər Departamenti Planlaşdırma və maliyyə Departamenti Beynəlxalq əməkdaşlıq Departamenti Təşkilat və kadrlar Departamenti Nazirliyin Müfəttişliyi Nazirliyin Aparatı Peşə Təhsili Ümumi Bürosu Məşğulluq Bürosu Sosial Yardım Bürosu Xarici Əmək Bürosu Əməyin Təhlükəsizliyi Bürosu Sosial Şərlərin Qarşısının Alınması və Mübarizə Bürosu Milli Fədailər Bürosu Uşaq Baxımı və Müdafiəsi Bürosu Xarici keçidlər (VN) və (EN) Rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=809450 |
Əmək Məcəlləsi | Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. | https://az.wikipedia.org/w/index.php?curid=284793 |
Əmək Partiyası (Türkiyə) | Əmək Partiyası (türk. Emek Partisi, EMEP) — Türkiyədə kommunist partiyası. Onun sədri Səlma Gürkandır. Partiya 1996-cı ildə Əmək Partiyası adı ilə təsis edilmişdir. Konstitusiya Məhkəməsi tərəfindən qadağan olunduğu üçün həmin il yenidən Əməyin Partiyası adı ilə yaradılmışdır. 2005-ci ildə "Emek Partisi" adı yenidən qurulduqdan sonra Avropa İnsan Haqları Məhkəməsi qadağanı Avropa İnsan Haqları Konvensiyasının 11-ci maddəsini pozduğuna qərar vermişdir.Onun ideoloji mövqeyi MLPTBK xəttinə uyğundur. EMEP öz proqramında məqsədini "Müstəqil və Demokratik Türkiyə" yaratmaq kimi müəyyən edir. Partiya gündəlik "Evrensel" (hərf. Universal) gündəlik publikasiyasını nəşr edir. Partiya 2012-ci ildə Xalqların Demokratik Partiyasının (HDP) yaradılmasında mühüm rol oynayan siyasi təşəbbüs olan Xalqların Demokratik Konqresinin iştirakçılarından biridir Türkiyədə 1915-ci il ermənilərin deportasiyasını soyqırımı kimi tanıyan azsaylı siyasi partiyalardan biridir. Xarici keçidlər Labour Party Official website The Working Class Movement in Turkey and The Party of Labour Presentation at the official website (March 2006) Evrensel Daily Newspaper (in Turkish) Evrensel Daily Newspaper Europe Edition (Some pages in German) | https://az.wikipedia.org/w/index.php?curid=826393 |
Əmək bazarı | Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsi Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Əmək bazarının xüsusiyyəti Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır. Əmək bazarının inkişafı yeni məşğulluq növlərinin, müvəqqəti işlərin, natamam iş günü ərzində müxtəlif rejimli işlərin, müəyyən haqq müqabilində görülən sərbəst qrafikli işlərin, evdə görülən işlərin, müəyyən müqavilə əsasında görülən işlərin və sairə meydana gəlməsinə səbəb olur. Göstərilən xidmətlərin dəyişməsi ilə əlaqədar işçi qüvvəsinə olan tələb də dəyişir. Bu səbəbdən müəssisələrdə yaranan müvəqqəti işlər sonradan daimi işə çevrilmək imkanı yarana da bilər. Yüksək peşəkarlıq, təşəbbüskarlıq, aktivlik. yaradıcılıq, özü haqqında tam təəssürat yaratmaq bacarığı, öz qüvvəsinə arxayın olmaq - bütün bunlar əmək bazarında müvəffəqiyyətə nail olmaq üçün başlıca xüsusiyyətlərdəndir. Həmçinin bax Əmək ehtiyatları | https://az.wikipedia.org/w/index.php?curid=83247 |
Əmək bölgüsü | Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması. Həmçinin bax Beynəlxalq əmək bölgüsü | https://az.wikipedia.org/w/index.php?curid=342306 |
Əmək ehtiyatları | Əmək ehtiyatları — əmək bazarında işçi qüvvələrin ehtiyatları. Əmək bazarı Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanda əmək ehtiyatları Respublikamızın bəzi rayonlarında əmək ehtiyatlarının çatışmazlığı, digərlərin isə artıqlığı müşahidə olunur. Əmək ehtiyatlarına demoqrafik vəziyyətin güclü təsiri mövcuddur. Respublikamızda ötən illər ərzində əhalinin artım sürəti azalmışdır. Bu prosesin səbəblərini əsasən Ermənistanın Azərbaycana hərbi təcavüzü, eləcə də gənclərin respublikadan miqrasiyası ilə izah etmək olur. Daxili və xarici miqrasiyalar respublika üzrə əmək ehtiyatlarının paylanmasında mütənasiblik prinsiplərinin pozulmasına təsir göstərir. 1989-cu ildən başlayaraq respublikada miqrasiya daha intensiv inkişaf etməyə başlamışdır. Buna bir tərəfdən məlum hadisələr zəminində baş vermiş milli münaqişələr, digər tərəfdən isə daha da ağırlaşmış sosial problemlərin təsiri altında dolanışıq məqsədilə əsasən Rusiyaya və keçmiş SSRİ-nin digər respublikalarına, habelə xarici ölkələrə gedənlərin sayının sürətlə artması böyük təsir göstərmişdir. Bu səbəbdən, respublikanın şəhər və kəndlərində əmək ehtiyatlarının sayı azalmışdır. Bölgələrdə bəzən bəlli bir layihələr həyata keçirilərkən, inşaat, emal və ya istənilən digər sahələr üzrə kifayət qədər mütəxəssis tapmaq qeyri-mümkün olur. Bakı şəhəri daha çox inkişaf etdiyindən daxili miqrasiya şəraitində bacarıqlı kadr ehtiyatları paytaxta toplanıb. Kəndlərdə əmək ehtiyatlarının səviyyəsinin aşağı düşməsinə işçilər üçün iş və istirahət şəraitinin yaradılmaması, yeni texnologiyaların tətbiq edilməməsi, əməyin mühafizəsinin norma və qaydalarına riayət olunmaması, peşəyönümü istiqamətində daha məqsədəuyğun tədbirlərin hazırlanmaması və ən başlıcası yeni iş yerlərinin yaradılmasının lazımi səviyyədə olmamasıdır. Gələcəkdə yeni iş yerlərinin yaradılması üçün sənaye müəssisələrini, onların filiallarını və sexlərini kiçik şəhərlərdə, şəhər tipli qəsəbələrdə, əhalisi çox olan kəndlərdə təşkil etmək daha məqsədəuyğun olardı və bu kənd yerlərindən gedənlərin axınının qarşısının alınmasına öz müsbət təsirini göstərə bilər. Mütəxəssislər cəmiyyətin potensial göstəricisidir. Dövlət məşğulluq siyasətinin mərkəzində məhz bu amil — hazırlıqlı kadr yetişdirmək vəzifəsi dayanmaqdadır. Əmək ehtiyatlarından daha dolğun istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006–2015-ci illər)" təsdiq olunmuş, Məşğulluq Strategiyasının reallaşdırılmasını təmin edən Dövlət Proqramı hazırlanmış və bu sənəd respublika Prezidentinin 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilmişdir. Kadr hazırlığı heç vaxt rəqabət qabiliyyətini itirmir, əksinə, getdikcə daha da artırır. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, dünya bazarında gedən rəqabət prosesində yalnız yüksək səviyyəli kadrlara malik olan ölkələr qalib gəlirlər. İnsana kapital qoyuluşu, yəni onun mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyalar dünya təcrübəsində ən çox gəlir gətirən investisiya sahəsi kimi dəyərləndirilir. İxtisaslı və peşəkar kadrlar hər hansı müəssisə və ya təşkilatın dəyərli resurslarından biri sayılır. | https://az.wikipedia.org/w/index.php?curid=83245 |
Əmək günü (ABŞ) | Əmək günü (ing. Labor day) — ABŞ-də qeyd edilən milli bayramdır, Sentyabr ayının birinci Bazar ertəsində qeyd edilir.. Bu bayram ilk dəfə Nyu-York ştatında 1882-c ildə "Cəngavərlər əməyi"nin (ing. Knights of Labor) təşəbbüsü ilə qeyd edilmişdir. 1894-cü ildə ABŞ Konqresi bu bayramı milli bayram kimi bütün ştatlara elan etdi. Həmin ildən etibarən "Əmək günü" bayramı təntənə ilə ABŞ-nin 50 ştatında qeyd edilir. | https://az.wikipedia.org/w/index.php?curid=282334 |
Əmək hüququ | Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. Əmək hüququ anlayışı Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir. Bu cür münasibətlərə əmək münasibətləri ilə sıxsürətdə bağlı olan digər münasibətlər deyilir. Əmək münasibətlərində 2 tərəf iştirak edir: işçi və işəgötürən. Onlar arasında olan münasibətlər əvəzlidir. Əmək münasibətlərinin obyekti rolunda iş çıxış edir. Əmək münasibətlərinin məzmunu subyektlərin bu hüquq münasibətlərin yarandığ andan əldə etikləri konkret hüquq və vəzifələr təşkil edir. Əmək münasibətləri ilə bilavasitə bağlı olan digər münasibətlər əmək munsb+dən asılı olub, onlardan törəyir. Bunalara əmək münsb+dən törəmə münasibətlər deyilir. Əmək hüququnun mənbələri Əmək münasibətləri, bu münasibətlərdən törəyən digər münasibətlər əmək hüquq normaları ilə tənzimlənir. Həmin normalar müxtəlif normativ hüquqi aktlarla nəzərdə tutulur və müəyyənləşdirilir. Bu aktlar əmək hüququnun mənbəyi adlanır. Azərbaycan Respublikasının Konstitusiyası əmək hüququnun əsas mənbəyidir. Burada əmək hüququ baxımından prinsipial əhəmiyyətə malik olan bir sıra normalar(35ci maddə) nəzərdə tutulmuşdur. Konst-da əməyin tənzimlənməsinin başlica və əsas prinsipləri müəyyən edilmişdir. Konstdan sonra əmək hüququ mənbələri sitemində Azərb. Resp-in Əmək Məcəlləsi (ƏM) mühüm yer tutur. Əmək məcəlləsi sistemləşdirilmiş normativ aktdır. 1999-cu ilin fevralın 1-də qəbul olunan bu akt 1999-cu il iyulun 1-də qüvvəyə minmişdir. Bu kollektiv müqavilə, əmək müqaviləsi, iş və istiraahət vaxtı, əməyin ödənilməsi, əmək intizamı, maddi məsuliyyət, əməyin mühafizəsi və digər məsələri tənzimləyir. Kollektiv müqavilə və saziş Əmək münasibətlərində iştirak edən tərəflər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində müqavilə metodu böyük rol oynayir, üstünlük təşkil edir. Müasir dövrdə müqavilə metodunun vacib hüququi forması kollektiv müqavilə və saziş hesab olunur. Kollektiv müqavilə dedikdə, işəgötürənin, əmək kollektivinin və ya həmkərlar ittifaqları təşkilatlarının arasında yazılı formada bağlanan elə bir müqavilə başa düşülür ki, bu müqavilə əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyir. Bazar münasibətlərinə keçid şəraitində kollektiv müqavilələr əmək şəraitini və ya əmək şəraiti ilə bağlı olan digər şəraiti tənzimləyən əsas hüququ sənəd hesab olunur. Kollektiv müqavilələr bağlanmamışdan öncə kolletiv danışıqlar aparılır. Bu təşəbbüsə əsasən həmkarlar ittifaqı təşkilatları, əmək kollektivləri və işəgötürənlər malikdirlər. Kollektiv müqavilə 2 tərəf arasında bağlanılır. Bunlardan biri işəgötürən, digər tərəf isə həmkarlar ittifaqı təşkilatıdır. Müəsisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda kollektiv müqavilənin digər tərəfi əmək kollektivi hesab olunur. Kollektiv müqavilənin layihəsini müvafiq komissiya (işçi qrupu) hazırlayır. Bu komissiya tərəflərin bərabər sayda nümayəndələrindən ibarətdir. Onun hazırladığı layihə iclasda iştşrak edənlərin səs çoxluğu ilə qəbul olunur. Kollektiv müqavələ təsdiq edildikdən sonra tərəflər onu 3 gün ərzində imzalayırlar. Əmək müqaviləsinin anlayışı Əmək müqaviləsi (kontraktı) dedikdə, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanılan, əmək münasibətlərinin əsas şərtlərini müəyyən edən yazılı sənəd başa düşülür. Əmək müqaviləsinin elementləri dedikdə, onun tərkib hissələri başa düşülür. Subyekt tərkibi əmək müqaviləsinin əsas elementlərindən biridir. Əmək müqaviləsinin subyekt tərkibi müqaviləni bağlayan tərəflərdən ibarətdir. Əmək müqaviləsində 2 tərəf iştirak edir:işçi; işəgötürən. Işçiləri işə qəbul etmək, işçilərə iş vermək və onlarla əmək müqaviləsi bağlamaq hüququna malik olan şəxslərə işəgötürən deyilir. Bu rolda həm təşkilatlar, həm də sahibkar statusu olan fiziki şəxslər çıxış edə bilər. Əmək müqaviləsinin digər tərəflərindən biri isə işçidir. Işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan şəxs başa düşülür. Işçi rolunda yalnız fiziki şəxslər çıxış edə bilərlər. Işçi kimi əmək müqaviləsi bağlayan şəxsin 15 yaşına çatması tələb olunur. Əmək müqaviləsinin məzmunu onun elementlərindən ibarətdir. Tərəflərin razılığa gəldikləri müqavilə şərtləri əmək müqaviləsinin məzmununu təşkil edir. Bu şərtlərdə tərəflərin hüquq və vəzifələri nəzərdə tutulur. Müqavilə şərtləri 2 cür olur: Əsas müqavilə şərtləri odur ki, onların olması əmək müqaviləsini bağlanmış hesab etmək üçün kifəyətdir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanan zaman onlarin valideynlərindən birinin hökmən razılıq verməsi tələb olunur. Razılıq yazılı formada olmalıdır. Əmək müqaviləsi imzalandığı gündən qüvvəyə minir. İş vaxtının anlayışı və növləri Işcilərin əmək fəaliyyəti vaxt anlayışı ilə sıx sürətdə bağlıdır. İş vaxtı əmək prosesində işçinin işəgötürənin sərəncamının və öz əmək vəzifələrinin yerinə yetirilməsinə sərf etdiyi vaxtdır. Bu işəgötürənin bütün sərəncamlarına deyil, yalnız əmək müqaviləsi və daxili əmək nizam qaydlarına uyğun surətdə verilən sərəncamlarına aiddir. Iş vaxti bir qayda olaraq qanunla müəyyən edilir. Bununla belə, iş vaxtının qanun əsasında da müəyyənləşdirilməsi mümkündür. Tam iş vaxtı dedikdə, müddəti qanunla müəyyən tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin öz əmək funk+i yerinə yetirməsi üçün müəyyən edilmiş zaman başa düşülür. Buna normal iş vaxtı deyilir. Qanun iş vaxtənın 2normasıni müəyyən edir:gündəlik və həftəlik iş norması. Gündəlik iş vaxti norması 8 saatdan ibarətdir. Həftəlik iş vaxtı norması 40 saatdan çox ola bilməz. Həm 5 günlük, həm də 6günlük iş həftəsi müəyyən edilə bilər. Qisaldılmış iş vaxtı odur ki, o, normal iş vaxtına nisbətən “qısadır”. İş vaxtının bu növü həftəlik və günlük iş vaxtının azaldılması deməkdir. Qeyd etmək lazəmdər ki, iş vaxtının qısaldılması əmək haqqına qəti təsir göstərmir. İstirahət vaxtının anlayışı və növləri İstirahət vaxtı odur ki, həmin vaxt ərzində işçi öz əmək funksiyasını yerinə yetirməkdən azad olur və ondan istədiyi kimi istifadə edir. İstirahət vaxtə şəxsin istirahət hüququ ilə bağlıdır. Konstitusiyanın 36-cı maddəsi vətəndaşın istirahət hüququnu təsbit edir: hər kəsin istirahət hüququ vardır. Qüvvədə olan əmək qanunvericiliyi, o cümlədən əmək hüquq elmi istirahət vaxtının əsasən 4 növünü fərqləndirir. · Fasilə · İstirahət günləri · Bayram günləri · Məzuniyyət İstirahət günlərində iş qadağandır. Bundan əlavə, həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır. Ümumi istirahət günü bazar günüdür. 5 günlük iş həftəsində 2, 6 günlük iş həftəsində 1 gün istirahət günü verilir. Bayram günləri iş günü hesab edilən və edilməyən olmaqla 2 qrupa bölünür. İstirahət vaxtı iş günü hesab edilən bayram günlərini əhatə edir. Bunlar adətən ictimai əhəmiyyətli əlamətdar hadisələrə, ənənəvi tarixə həsr edilir (1 ve 2 yanvar, 8 mart, 9 may, 28 may, 15 iyun, 26 iyun, 31 dekabr, 5 gün Novruz bayramı, 2 gün Qurban bayramı, 2 gün Ramazan bayramı). Iş günü hesab edilməyən günlər bunlardır: 18 oktaybr, 12 noyabr, 17 noyabr. Həftələrarası istirahət və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bayram günləri yalnız istehsalat-texniki şəraitinə görə dayandırılması mümkün olmayan işlərə, habelə əhaliyə xidmətlə əlaqədar işlərə yol verilir. | https://az.wikipedia.org/w/index.php?curid=313676 |
Əmək iqtisadiyyatı | Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. Əmək bazarının tənzimlənməsi Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. Əmək bazarının xüsusiyyəti Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır. Əmək bazarının inkişafı yeni məşğulluq növlərinin, müvəqqəti işlərin, natamam iş günü ərzində müxtəlif rejimli işlərin, müəyyən haqq müqabilində görülən sərbəst qrafikli işlərin, evdə görülən işlərin, müəyyən müqavilə əsasında görülən işlərin və sairə meydana gəlməsinə səbəb olur. Göstərilən xidmətlərin dəyişməsi ilə əlaqədar işçi qüvvəsinə olan tələb də dəyişir. Bu səbəbdən müəssisələrdə yaranan müvəqqəti işlər sonradan daimi işə çevrilmək imkanı yarana da bilər. Yüksək peşəkarlıq, təşəbbüskarlıq, aktivlik. yaradıcılıq, özü haqqında tam təəssürat yaratmaq bacarığı, öz qüvvəsinə arxayın olmaq - bütün bunlar əmək bazarında müvəffəqiyyətə nail olmaq üçün başlıca xüsusiyyətlərdəndir. Həmçinin bax Əmək ehtiyatları | https://az.wikipedia.org/w/index.php?curid=329319 |
Əmək kitabçası | Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. Kitabcanın forması Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər. Əmək kitabçasının düzgün yazılması Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır. Əmək kitabçası və ondakı qeydlər ölkənin dövlət dilində aparılmalıdır. Əmək kitabçasında işçinin soyadı, adı, atasının adı (bütöv şəkildə), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış təhsil), peşəsi və ixtisası haqqında məlumatlar səhvsiz və ixtisar olunmadan göstərilməlidir. Bu məlumatlar əmək kitabçasına təsdiqedici sənədlər əsasında daxil edilir. Əmək kitabçasının tərtib olunmasında "İş haqqında məlumat" bölməsi xüsusi diqqətlə doldurulmalıdır. İşəgötürən və ya onun bu sahə üzrə səlahiyyətli nümayəndəsi işçinin işə qəbul və ya azad olunması bağlı qeydlərin sonuna imza qoyur və möhürlə təsdiq edir. Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar əmək kitabçasındakı qeydləri imzası ilə təsdiq edir. Müəssisənin adı dəyişdikdə, yaxud işçinin peşəsinin və ya vəzifəsinin adı dəyişdikdə, eləcə də işçi müəssisə daxilində digər işə keçdikdə "İş haqqında məlumat" bölməsində müvafiq qeydlər edilməlidir. Əmək kitabçasında düzəlişlər edilərkən təsdiqedici sənədlərdən istifadə edilməlidir. Şahid ifadələri əsasında əmək kitabçasına düzəlişlər etmək olmaz. Əmək kitabçası dolduqda ona əlavə içlik qoyulur və əmək kitabçasının son səhifəsində içliyin seriya nömrəsi göstərilməklə onun əlavə edilməsinə dair qeyd aparılır. Ümumi qaydalar Əmək kitabçası itdikdə qaydalara uyğun olaraq işçiyə əmək kitabçasının dublikatı verilir. Əmək kitabçasında pensiyanın təyin edilməsi haqqıhda da qeydlər aparılır. Əmək kitabçası 5 gündən artıq işləyən bütün işçilər üçün alınmalıdır, və ya təqdim olunan əmək kitabçasında müvafiq qeydlər edilməlidir. İşçi ilə əmək müqaviləsinə xitam verildikdə, əmək müqaviləsinə xitam verilən gün əmək kitabçası zəruri qeydlər aparılmaqlə işçiyə verilməlidir. Əmək kitabçasının işdən çıxan işçiyə poçt vasitəsilə göndərilməsinə yalnız işçinin razılığı ilə yol verilir. Vəfat etmiş işçinin əmək kitabçası onun ailəsinə verilir. Əmək kitabçasını əldə etmək üçün hər bir işəgötürən Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Baş Məşğulluq İdarəsinə və ya onun yerli orqanlarına yazılı müraciət etməli və əmək kitabçalarının miqdarına uyğun olaraq onun haqqını ödəməlidir. | https://az.wikipedia.org/w/index.php?curid=83243 |
Əmək müfəttişliyi (Azərbaycan Xalq Cümhuriyyəti) | Əmək müfəttişliyi (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə əməyin mühafizəsi, əmək haqqının dərəcələrini və əmək münaqişələrini tənzimləyən hökumət qurumu. 1919-cu il avqustun 5-də yaradılmışdı. Əmək Nazirliyi bundan əvvəl Ticarət və Sənaye Nazirliyi nəzdindəki fabrik müfəttişliyinin xidmətindən istifadə edirdi. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi; onun nəzarət funksiyası Azərbaycan Xalq Cümhuriyyətinin bütün ərazisinə şamil olunurdu. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı və onlar Azərbaycan Xalq Cümhuriyyəti əmək müfəttişliyinin tabeliyində fəaliyyət göstərirdilər. Mürəkkəb münaqişələr yarandıqda tətilləri dayandırmaq, kollektiv müqavilələr hazırlamaq və əmək haqqının ödənilməsi dərəcələrini müəyyən etmək üçün razılaşdırıcı komissiyalar çağırılması kimi tədbirlər həyata keçirilirdi. | https://az.wikipedia.org/w/index.php?curid=680636 |
Əmək mühaciri | "Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. Dünya ölkələrində mühacir işçilər Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır. 2012-ci ildə verilmiş hesabat görə ölkədə 167 milyon əmək mühaciri olduğu bildirilir. Son onilliklər ərzində Banqladeş və Nepaldan iş axtarmaq üçün mühacirlərin kütləvi axını olmuşdur. Xarici İnkişaf İnstitutunun tədqiqatçıları bildirir ki, bu mühacirlər səyahət zamanı və ya evlərinə qayıdarkən təcavüzə, zorakılığa və ayrı-seçkiliyə məruz qalırlar. Banqladeşli qadınlar belə hərəkətlərə daha çox məruz qalırlar. Taylanda mühacirlər, əsasən, Burma, Laos və Cambodia kimi qonşu ölkələrdən gəlirlər. Bu mühacirlər qida olmaması, sui-istifadə və aşağı əmək haqqı kimi bir çox çətinliklərlə qarşılaşırlar. Banqkokda əmək mühacirlərinin əksəriyyəti tay, burmese, ingilis dillərini, kompüter və fotoqrafiya kimi digər fənləri öyrənmək məqsədilə "Əziz Burma" məktəbində iştirak edirlər. 1970-ci ildən Sinqapur Cənub-Şərqi Asiyada mühacirlərin ən çox axın etdiyi ölkədir. 2000-ci ildə ölkədə 612.200 xarici işçi var idi ki, bu da ölkə ərazisindəki işçi qüvvəsinin 29,2%-ni təşkil edir. Bu göstərici Asiyada xarici işçi qüvvəsinin ən yuxarı göstəricisidir. Bu işçilərin 500.000-i ixtisassız və ya aşağı ixtisaslı işçilər siyahısındadır. Hazırda Sinqapurda 135,000 kişi mühacir tikinti işçisi kimi, 150,000 qadın mühacir isə daxili işçi kimi işləyir. Onlar Banqladeş, Hindistan, İndoneziya, Şri-Lanka, Filippin və Tailand kimi müxtəlif ölkələrdən gələn mühacirlərdir. | https://az.wikipedia.org/w/index.php?curid=347167 |
Əmək müqaviləsi | Müxtәlif ölkәlәrdə əmək müqaviləsinin tәrkibi vә bölmәlәri fәrqlidir. Mәsələn Almaniyada uzun illәr əmək müqaviləsinin әsas bölmәlәrinә: әmәk fәaliyyәti; gәlirlәr (o cümlәdәn әmәkhaqqı); müdafiә tәdbirlәri (müvәqqәti әmәkqabiliyyәtsizliyi, әlillik, ölüm hallarında); mәzuniyyәt; 5) әlavә işlәrin görülmәsi qaydası; istehsal vә kommersiya sirlәrini saxlamaq öhdәliyi; ixtiraların rәsmilәşdirilmәsi vә ödәnilmәsi şәrtlәri; müqavilәnin qüvvәdә olduğu müddәt vә onu lәğv etmәk qaydası aid edilirdi.Əmək müqaviləsinin xüsusi növü işçilәr vә administrasiya arasında bağlanmış әmәk sazişidir. Bu sazişdә әmәk münasibәtlәri vә digәr münasibәtlәr, hәmçinin tәrәflәrin hüquq vә vәzifәlәri göstәrilir. Əmək münasibətlərinin tərəfləri Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Bildiriş qeydiyyata alındıqdan sonra bu barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra həmin əmək müqaviləsi hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi qaydası Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilən əsaslar aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Vergilər Nazirliyi | https://az.wikipedia.org/w/index.php?curid=590458 |
Əmək məhsuldarlığı | Əmək məhsuldarlığı — əməyin səmərəliliyini xarakterizə edən göstərici. Əmək məhsuldarlığı bir işçinin vaxt vahidində istehsal etdiyi məhsulların sayı ilə ölçülür. Tərs dəyər — əmək intensivliyi — istehsal vahidinə sərf olunan vaxtın miqdarı ilə ölçülür. Tipik olaraq, iqtisadi statistikada əmək məhsuldarlığı faktiki əmək məhsuldarlığına aiddir, lakin iqtisadi kibernetikada, xüsusən də Stefford Birin həyat qabiliyyətli sistemlər modelində faktiki və potensial əmək məhsuldarlığı anlayışları təqdim olunur. Müəssisədə dövriyyə vəsaitlərinin istifadəsinin ən mühüm göstəriciləri dövriyyə vəsaitlərinin dövriyyəsi və bir dövriyyənin vaxtı ilə bağlı normativlərdir. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi şirkətin dövriyyə vəsaitlərinin dövriyyədən azad edilməsinə gətirib çıxarır. Əksinə, dövriyyənin ləngiməsi müəssisənin dövriyyə vəsaitlərinə tələbatının artmasına səbəb olur. Dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsinə aşağıdakı amillərdən istifadə etməklə nail olmaq olar: dövriyyə vəsaitlərinin artım tempi ilə müqayisədə satış həcmlərinin daha sürətli artım tempi; təchizat və satış sisteminin təkmilləşdirilməsi; məhsulların material və enerji intensivliyinin azaldılması; məhsulun keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi; istehsal tsiklinin müddətinin azaldılması və s.Əmək məhsuldarlığının yüksəldilməsi məhsul vahidinin istehsalına və ya vaxt vahidinə əlavə istehsal edilmiş məhsulun miqdarına əmək məsrəflərinə (iş vaxtına) qənaət deməkdir ki, bu da əmək məhsuldarlığının artmasına birbaşa təsir göstərir. istehsalın səmərəliliyi, çünki bir halda cari istehsal xərcləri “Əsas istehsalat işçilərinin əmək haqqı” maddəsi üzrə azaldılmış istehsal vahidləri, digərində isə vaxt vahidi üçün daha çox məhsul istehsal olunur. Faktiki əmək məhsuldarlığı Faktiki əmək məhsuldarlığı (məhsuldarlığı) əmək intensivliyi ilə tərs mütənasibdir və düsturdan istifadə edərək birbaşa müşahidə olunan məlumatlar əsasında müəyyən edilir: P f a c t Q f a c t t f a c t Q f a c t {\displaystyle Q_{fact}} — verilmiş məhsul növünün ölçü vahidlərində faktiki çıxışdır, t f a c t {\displaystyle t_{fact}} — zaman vahidlərində canlı əməyin faktiki dəyəridir. Mövcud əmək məhsuldarlığı Mövcud əmək məhsuldarlığı — bütün dayanma müddətləri və gecikmələr sıfıra endirildikdə, mövcud şəraitdə (məsələn, mövcud materiallardan mövcud avadanlıqda) nə qədər məhsul istehsal oluna biləcəyini göstərən hesablanmış dəyərdir. Mövcud əmək məhsuldarlığı düsturla müəyyən edilir: P c a p Q c a p t c a p Q c a p {\displaystyle Q_{cap}} — cari şəraitdə verilmiş məhsul növünün ölçü vahidlərində əldə edilə bilən maksimum istehsal məhsuludur (pul çıxışı), t c a p {\displaystyle t_{cap}} — cari şəraitdə minimum tələb olunan yaşayış xərcləri vaxt vahidlərində əmək (pul əmək intensivliyi). | https://az.wikipedia.org/w/index.php?curid=826901 |
Əmək məzuniyyəti | Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 1999-cu ildə qüvvəyə minmiş Əmək Məcəlləsinə görə, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. O, müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Əmək məzuniyyətlərinin müddətlərinə gəlincə, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, məsul vəzifələrdə (vəzifənin məsulluğunu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən müəyyən edir) çalışan dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, xüsusi rejimli tədris müəssisələri istisna olmaqla tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə, tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə və əczaçılara əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər də var. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Qanunvericilik əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydasını da müəyyən edir. Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də əlavə məzuniyyət hüququ var. Bəzi kateqoriyadan olan işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. Onların içində illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan tədris müəssisələrinin rəhbər işçiləri, tərbiyəçiləri, təlimatçıları, dərnək və musiqi rəhbərləri, konsertmeysterlər, xormeysterlər, bütün ixtisas və adlardan olan müəllimlər, hərbi rəhbərlər və s. var. Uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara; metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına; məktəbyanı internatların tərbiyəçilərinə; məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə, məşqçi müəllimlərə, elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər namizədi elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti azı 42 təqvim günüdür. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, "İstiqlal" ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Teatr-tamaşa müəssisələri, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətləri 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilər isə 35 təqvim günü müddətində məzuniyyətə çıxmalıdır. Əmək Məcəlləsinə görə, işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək məzuniyyəti: kim nə qədər istirahət edə bilər | https://az.wikipedia.org/w/index.php?curid=88242 |
Əmək nəğmələri | Əmək nəğmələri — əsas etibarilə bədii estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə sığmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: hana nəğmələri, sağın nəğmələri, gümçü-ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s. Əmək nəğmələri şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhvali-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh. Xarici keçidlər Savalan Fərəcov. Xalq poeziyası: əmək nəğmələri | https://az.wikipedia.org/w/index.php?curid=50529 |
Əmək ordeni (Azərbaycan) | "Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. Taxılma qaydası Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur. Səkkizguşəli ulduzun üzərində həkk olunmuş naxışlar relyeflidir. Səkkizguşəli ulduzun üz səthi qabarıqdır. Ordenin qalınlığı 4 mm-dir. Ordenin arxa tərəfi Ordenin arxa tərəfi hamar səthlidir, səkkizguşəli ulduzun mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur. Ordenin elementləri Orden paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissəsi 30 mm x 3,5 mm ölçüdə metal lövhədən, orta hissəsi 25 mm x 45 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lent Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolağa bölünmüşdür. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 25 mm x 9 mm ölçüdə qəlib əlavə edilir. Qəlibin üzərinə hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz şəklində kiçik metal lövhə bərkidilir. "Əmək" ordeninin dərəcələri Azərbaycan Respublikasının "Əmək" ordeninin üç dərəcəsi vardır. Azərbaycan Respublikasının 1-ci dərəcəli "Əmək" ordeni ən yüksək dərəcəlidir. Azərbaycan Respublikasının "Əmək" ordeninin dərəcələri ardıcıllıqla verilir. İlk laureat İlk dəfə Cocuq Mərcanlı sakini Oqtay Həziyev bu mükafatla təltif edilib. Azərbaycanın "Əmək" ordeni ilə təltif edilənlərin siyahısı Həmçinin bax Şablon:I dərəcəli "Əmək" ordeni Şablon:II dərəcəli "Əmək" ordeni Şablon:III dərəcəli "Əmək" ordeni | https://az.wikipedia.org/w/index.php?curid=476917 |
Əmək qabiliyyətsizliyi | Əməkqabiliyyətsizliyi – işçinin xәstәliyә, istehsalatda vә ya mәişәtdә baş verәn bәdbәxt hadisәyә vә digәr sәbәblәrә görә әmәk funksiyalarını yerinә yetirmәk qabiliyyәtindәn müvәqqәti vә ya daimi mәhrum olması; sosial risk növlәrindәn biri. Müvәqqәti əməkqabiliyyətsizliyi dönәn xarakter daşıyır, insanın sağalması ilә onun әmәk qabiliyyәti bәrpa olunur vә o, işә çıxa bilir. Bu hal tibbi ekspertizaya әsasәn müәyyәn olunur vә әmәk qabiliyyәtinin olmaması vәrәqәsi vә ya arayışla tәsdiqlәnir. İnsanın әmәk qabiliyyәtinin bәrpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur vә hәmin şәxs әlil sayılır, bәzәn hәkimin mәslәhәtilә başqa rejimdә, yaxud başqa işdә işlәmәk imkanı olan qismәn әmәkqabiliyyәtli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarәlәrindә hәyat fәaliyyәtinin (o cümlәdәn әmәk qabiliyyәtinin) mәhdudlaşması strukturunun vә dәrәcәsinin qiymәtlәndirilmәsi әsasında әlillik qrupu vә reabilitasiya daxil olmaqla sosial müdafiә tәdbirlәri müәyyәnlәşdirilir. Müvәqqәti əməkqabiliyyətsizliyi mәlumatlarının tәhlili işçi tәrәfindәn onunla әlaqәdar sosial imtiyazlardan sui-istifadәni, yaxud Ə. yüksәk olan müәssisәlәrdә әmәk şәraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etmәyә imkan yaradır. Çox ölkәlәrdә əməkqabiliyyətsizliyi göstәricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müәyyәn edir, yәni əməkqabiliyyətsizliyi göstәricisi yüksәk olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox әhәmiyyәtlidir vә o, sahibkarlarla (onlar buna görә әmәk şәraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin sәbәb vә nәticәlәrini öyrәnmәk üçün işәdüzәltmә agentliklәrindә müstәqil tibbi müayinә institutu yaradılır vә bu, hәmin agentliklәrin hәkimlәrinә iş axtaran şәxsin zәrәrli vәrdişlәri (siqaretçәkmә, alkoqoldan sui-istifadә) dә daxil olmaqla, tam sağlamlıq vәziyyәti haqqında mәlumat tәqdim etmәyә imkan verir. Hәkimlәr bu işçinin әvvәlki iş yerindәki əməkqabiliyyətsizliyi üzrә mәlumat bazası nәzәrә alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müәyyәnlәşdirirlәr. 1990-cı illәrin әvvәllәrindәn Ümumdünya Sәhiyyә Tәşkilatı vaxtından әvvәl ölüm vә ya əməkqabiliyyətsizliyi sәbәbindәn itirilәn hәyatın potensial il kәmiyyәtini göstәrәn xüsusi DALY (Disability-Adjusted Life Year) әmsalını hesablamağa başlamışdır. Bu göstәrici əməkqabiliyyətsizliyinin әn çox yayılmış sәbәblәrini әks etdirir (mәs., 20 әsrin sonlarında əməkqabiliyyətsizliyindә psixi vә nevroloji amillәr 28% olmuşdur). İşçinin əməkqabiliyyətsizliyi ilә onun digәr sәbәblәrdәn işdәn hüquqi azad olmasını (hamilәliyә vә doğuma görә mәzuniyyәt, ailә üzvlәrindәn olan xәstәyә qulluq, karantindә qalma vә s.) fәrqlәndirmәk lazımdır. Əməkqabiliyyətsizliyi işçiyә hәm işdәn azad olmaq, hәmçinin istehsalatda bәdbәxt hadisә vә ya peşә xәstәliklәri zamanı sosial sığorta vәsaitinin sәviyyәsi hәcmindә müavinәt almaq haqqı verir. Bu zaman müavinәtin hesablanması vә ödәnilmәsi Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrarı ilә tәsdiq edilmiş “Mәcburi dövlәt sosial sığortası üzrә ödәmәlәrin vә әmәk qabiliyyәtini müvәqqәti itirmiş işçilәrә işәgötürәnin vәsaiti hesabına ödәnilәn müavinәtin hesablanması vә ödәnilmәsi haqqında әsasnamә” ilә tәnzimlәnir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | https://az.wikipedia.org/w/index.php?curid=590457 |
Əmək sosiologiyası | Əmək sosiologiyası — insanın işə münasibətində, onun ictimai fəaliyyətində, istehsal komandalarındakı insanlar və sosial qruplar arasındakı münasibətdə öz ifadəsini tapan sosial tipik prosesləri öyrənən sosiologiyanın bir bölümü. Dar mənada əmək sosiologiyası işəgötürənlərin və işçilərin iqtisadi və sosial təşviqlərə cavab olaraq davranışlarını araşdırır. Əmək sosiologiyası makro və mikroiqtisadiyyat, müəssisə iqtisadiyyatı, statistika, istehsalın təşkili və sahə sosioloji fənləri — təşkilatlar sosiologiyası, idarəetmə sosiologiyası, iqtisadi sosiologiya kimi iqtisadi elmlərlə sıx əlaqəlidir. XIX əsrin əvvəllərində əməyin öyrənilməsinə dair empirik xarakterli ilk elmi əsərlər meydana çıxdı. XIX əsrin ikinci yarısında əməyin öyrənilməsinə dair ilk sistematik iş ortaya çıxdı. Amerikalı mühəndis Fredrik Teylor tərəfindən başladılan bu cür tədqiqatın məqsədi əvvəlcə istehsal əməliyyatlarının rasional icrası üçün metodlar tapmaq idi. Sonradan, "əməyin elmi təşkili" adını alan elmi bir istiqamət ortaya çıxdı. Bu elmi istiqamət çərçivəsində "əmək norması", "əmək haqqı", "peşə seçimi" və s. anlayışları meydana gəldi. Mərkəzi Əmək İnstitutunun rəhbəri Aleksey Qastev rus əmək sosiologiyasının inkişafına böyük töhfə verdi.Sonradan əmək sosiologiyasının formalaşmasına iqtisadiyyat, riyaziyyat, statistika, fiziologiya və insan psixologiyası, hüquqşünaslıq və s. kimi elmlər böyük təsir göstərmişdir. Əmək sosiologiyası anlayışları Əməyin sosiologiyasında əməyin məzmunu və əməyin təbiəti kimi anlayışlar ayrılır. Əməyin məzmununun tərifi texnoloji, texnologiya, istehsalın təşkili və işçinin bacarıqları ilə şərtləndirilən əmək funksiyalarının müəyyən bir müəyyənliyində müəyyənləşdirmə kimi başa düşülür. Əməyin təbiəti istehsalçının istehsal vasitələri ilə əlaqələndirilməsi üsulu kimi başa düşülür. Sosiologiyanın bu sahəsinin əsas konsepsiyalarına iş və iş məmnuniyyəti anlayışı daxildir. Əmək subyektin məhsuldar funksiyaların sosial bölgüsü sistemindəki ehtiyaclarının gözlənilən şəkildə ödənilməsinə yönəlmiş fəaliyyətidir. İşdən məmnunluq — fərdin ictimai əmək bölgüsü sistemindəki öz mövqeyini qiymətləndirməsi | https://az.wikipedia.org/w/index.php?curid=693394 |
Əmək tutumu | Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu - sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur. | https://az.wikipedia.org/w/index.php?curid=534994 |
Əmək veteranı medalı | “Əmək veteranı” medalı -- SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 yanvar 1974-cü il tarixli fərmanı ilə uzun illər vicdanlı əməyə görə fəhlə, kolxozçu və qulluqçuları təltif etmək üçün təsis edilmiş Sovet İttifaqının dövlət mükafatıdır . Medal SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 yanvar 1974-cü il tarixli fərmanı ilə “Əmək veteranı” medalı haqqında Əsasnamə” ilə təsis edilmişdir. 1974-cü il mayın 20-də “Əmək veteranı” medalının təltif edilməsinə təqdim edilməsi və bu medalın təqdim edilməsi qaydası haqqında Təlimat” təsis edilmişdir. 1976-cı il oktyabrın 26-da mükafata namizəd ola biləcək şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı göstərişlərə dəyişikliklər edildi. 1974-cü il sentyabrın 25-də hüquq-mühafizə orqanlarının əməkdaşlarının, 8 iyul 1977-ci ildən isə daxili işlər orqanlarının sıravi və komandan heyətinin təltiflərə təqdim edilməsi haqqında fərman verildi. Medal reqlamentinin sonuncu nəşri 12 avqust 1983-cü ildə təqdim edilmişdir. 30 iyun 2006-cı il tarixdə fərmana dəyişikliklər edildi, ona əsasən Rusiya Federasiyası ərazisində bu medalın verilməsi rəsmi olaraq dayandırıldı. Medal layihəsinin müəllifi qoznak rəssamı Sergey Akimoviç Pomanskidir. Ümumilikdə təxminən 39.197.100 mükafat verildi. Medal gümüşü üzlənmiş tombakdan hazırlanıb və diametri 34 mm olan müntəzəm dairəvi formada olub. Medalın üz tərəfində bir-birindən ayrılan şüalar fonunda yuxarı qaldırılmış “SSRİ” yazısı, dəfnə budağının relyef təsviri, oraq və çəkic təsvir edilmişdir. Medalın aşağı hissəsində lentin kontur təsvirinin çevrəsi boyunca “Əmək veteranı” yazısı vardı. Medalın ön tərəfi oksidləşib. Medalın arxa tərəfində tutqun açıq fonda dörd sətirdə “Uzun illər vicdanlı əməyə görə” relyef yazısı vardı. Medal bir tərəfdən çərçivəyə salınıb. Bir göz qapağı və üzükdən istifadə edərək medal 24 mm enində bir uzununa tünd boz, bir açıq boz zolaq və ağ və qırmızı rəngli üç ensiz bir-birini əvəz edən uzununa zolaqları olan 24 mm enində ipək muare lentlə örtülmüş beşbucaqlı bloka birləşdirildi. Tünd boz zolağın eni 7 mm, açıq boz zolağın eni 8 mm olub. Lent dar ağ zolaqlarla haşiyələnmişdi. Blokda medalı paltara taxmaq üçün qurğu var idi. Dairəvi qulaq tamamilə tikişli idi. Bunun üzərində, bir qayda olaraq, arxa tərəfdə üç kiçik möhürlənmiş hərf şəklində Leninqrad Sikkəxanasının işarəsi var idi - "LMD". Bəzi medallar hər iki tərəfdə nişanlı və ya işarəsiz hazırlanmışdır. Əvvəlcə medal üz tərəfinin qaralması və gümüşü ilə örtülməsi ilə hazırlanırdısa, son illərdə onlarsız buraxılıb. Bu, çox güman ki, qaralmanın və gümüşün baha olması ilə əlaqədar idi. | https://az.wikipedia.org/w/index.php?curid=436898 |
Əmək və Sosial Müdafiə Nazirliyi (Türkiyə) | Əmək və Sosial Müdafiə Nazirliyi (türk. Çalışma ve Sosyal Güvenlik Bakanlığı) — Türkiyə Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi, Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı yanında fəaliyyət göstərən və əmək və sosial təminatla bağlı işlərdən məsul olan nazirlikdir. Nazirliyə Vedat Bilgin rəhbərlik edir. 27 may 1934-cü il tarixli 2450 nömrəli İqtisadiyyat Nazirliyinin Təşkilat və Vəzifələri haqqında Qanunla ilk dəfə olaraq nazirliyin tərkibində Müəssisələr və İşçilər Bürosu olaraq əsası qoyulmuşdur. Əmək Nazirliyi 7 iyun 1945-ci ildə dövlət idarələrinin nazirliklərə bölünməsi ilə yaradılmışdır. 22 iyun 1945-ci ildə Əmək Nazirliyinin yaradılması və vəzifələri haqqında 4763 saylı Qanun qüvvəyə minmişdir. Sosial Müdafiə Nazirliyi 1974-cü ildə yaradılıb. Sosial Sığorta Təşkilatı və Bağ-Kur bu Nazirliyə tabedir. Prezident idarəetmə sisteminə keçid prosesi çərçivəsində 2018-ci ildə Ailə və Sosial Siyasətlər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilərək Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi yaradılıb. Prezidentin 21 aprel 2021-ci il tarixli fərmanı ilə Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin bölünməsi nəticəsində Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi ilə birlikdə yaranan iki nazirlikdən biridir. Tabeliyində olanlar qurumlar Avropa Birliyi və Maliyyə Yardımı Departamenti Mətbuat və İctimaiyyətlə Əlaqələr Məsləhətçiliyi İnformasiya Texnologiyaları Baş İdarəsi Əmək Ümumi Müdirliyi Dəstək Xidmətləri Departamenti Xarici Əlaqələr Baş İdarəsi Hüquq Xidmətləri Ümumi Müdirliyi Daxili Audit Departamentinin rəhbəri İş Sağlamlığı və Təhlükəsizliyi Ümumi Müdirliyi Şəxsi katiblik Kadrlar şöbəsi Rəhbərlik və Təftiş şöbəsi Adana Rəhbərlik və Təftiş Qrup Başçılığı Ankara Rəhbərlik və Təftiş Qrupu Başçılığı Bursa Rəhbərlik və Təftiş Qrup Başçılığı İstanbul Rəhbərlik və Təftiş Qrupu Başçılığı İzmir Rəhbərlik və Təftiş Qrup Başçılığı Strategiya İnkişafı Departamenti Beynəlxalq İşçi Gücü Baş Müdirliyi Əmək və Sosial Təminat Təhsil və Araşdırma Mərkəzi Ereğli Kömür Hövzəsi Əmək qənaət və Yardım Fondu Əlaqədar təşkilatlar Peşə ixtisası institutu Türkiyə Respublikası Sosial Müdafiə Təşkilatı Türkiyə Məşğulluq Agentliyi Həmçinin bax Daxili İşlər Nazirliyi (Türkiyə) Türkiyə Silahlı Qüvvələri Türkiyə Xarici İşlər Nazirliyi Xarici keçidlər T.C. Çalışma ve Sosyal Güvenlik Bakanlığı(twitter) T.C. Çalışma ve Sosyal Güvenlik Bakanlığı rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=749203 |
Əmək və qızılgül | Əmək və qızılgül — Rejissor Tofiq Tağızadənin filmi. Film SSRİ xalq artisti, görkəmli rəqqas Mahmud Esambayevin həyat və yaradıcılığına həsr olunmuşdur. İncəsənət aləmində onu "rəqs şairi" adlandırırdılar. Məşhur rəqqas balet ustası olana qədər çətin bir həyat yolu keçmişdir. Filmdə rəqqasın yaradıcılığından söhbət getməklə yanaşı, çeçen-inquş xalqının həyatı da öz əksini tapmışdır. Film haqqında Film aktyor Rafiq Əzimovun kinoda ilk işidir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: İdris Bazorkin, Tofiq Tağızadə Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Yusif Bağırov Geyim rəssamı: Cəbrayıl Əzimov Montaj edən: Yevgeniya Abdirkina Operator: Əlihüseyn Hüseynov Qrim rəssamı: V.Qrajdankin Redaktor: Ədhəm Qulubəyov Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Baş Baletmeyster: R.Zaxarov Baletmeyster: L.Yakobson, L.Qrikurova, C.Baqrationi, Qəmər Almaszadə, Q.Davidaşvili, R.Gerbek Rejissor assistenti: Ramiz Əliyev, Tələt Rəhmanov, L.Berladir Operator assistenti: Maqsud Əliyev, V.Həsənov, Valeri Kərimov Rəssam Assistenti: T.Məlikzadə Montaj üzrə assistent: Tahirə Babayeva Filmin direktoru: A. Dudiyev Dirijor: Nazim Rzayev Rejissor Köməkçisi: Oqtay Mirqasımov (titrlərdə yoxdur) Mahmud Esambayev (Mahmud Esembayev kimi) — Mahmud Vladimir Txapsayev — Əlisultan Leyla Abaşidze — Doqmara Münəvvər Kələntərli — Sonu Hökümə Qurbanova — Bikətu Alvi Deniyev — Abdulla Konstantin Bartaşeviç — Pavlov Olqa Jizneva — Vera Pavlovna Adil İsgəndərov — klub müdiri A.Dudetskaya — Jenya M.Tumanişvili — Vadik İsmayıl Əfəndiyev — həkim Gündüz Abbasov — Müsit Tələt Rəhmanov — inzibatçı İbrahim Əliyev — Mahmud (uşaq) Narine Surbnşanyan — Doğmara (uşaq) Ş.Levaşova — Jenya (uşaq) S.Kirşbaum — Vadik (uşaq) N.Məmmədzadə — Müsit (uşaq) R. Vəlibəyov — Şəpi Ç.Babayev — Səfər (uşaq) Məlik Dadaşov — Mahmudu qarşılayan Adil İsmayılov — Mahmudu qarşılayan Mustafa Mərdanov — poçtalyon Nikolay Barmin — Nikolay Marqarita Şamxoryan — Alla Vladimir Otradinski — Müdir Sona Hacıyeva — qarderobçu Süsən Məcidova — Sürəyya Ələkbər Hüseynzadə — çeçen Rafiq Əzimov Əfrasiyab Məmmədov — çeçen Sona Aslanova Ramiz Əzizbəyli — qaraçı oğlan Əminə Dilbazi — rəqqasə Cabbar Əliyev — çörək bişirən İbrahim Azəri — Yerli sakin Bikəxanım Rzazadə — Yeri sakin Məmməd Zəki — Səfərin atası Tariyel Qasımov — Yerli tamaşaçı Filmi səsləndirənlər Əli Zeynalov — Mahmud (Mahmud Esambayev) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Əlisultan (Vladimir Txapsayev) (titrlərdə yoxdur) Leyla Bədirbəyli — Doqmara (Leyla Abaşidze) (titrlərdə yoxdur) Yusif Vəliyev — Abdulla (Alvi Deniyev) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Pavlov (Konstantin Bartaşeviç) (titrlərdə yoxdur) Kamil Qubuşov — klub müdürü (Adil İsgəndərov); Müdir (Vladimir Otradinski) (titrlərdə yoxdur) Əfrasiyab Məmmədov - Müsit (Gündüz Abbasov) (titrlərdə yoxdur) Bahadur Əliyev — qonaq (titrlərdə yoxdur) Məmməd Sadıqov — çeçen (Ələkbər Hüseynzadə) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Poçtalyon(Mustafa Mərdanov); çörək bişirən(Cabbar Əliyev )(titrlərdə yoxdur) Həsənağa Salayev — Nikolay (Nikolay Barmin) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — inzibatçı (Tələt Rəhmanov) (titrlərdə yoxdur) Həsənağa Turabov — milis işçisi; münsif (titrlərdə yoxdur) Hökumə Qasımova — çörəkçi qadın (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 139; 144. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=15364 |
Əmək və qızılgül (film, 1962) | Əmək və qızılgül — Rejissor Tofiq Tağızadənin filmi. Film SSRİ xalq artisti, görkəmli rəqqas Mahmud Esambayevin həyat və yaradıcılığına həsr olunmuşdur. İncəsənət aləmində onu "rəqs şairi" adlandırırdılar. Məşhur rəqqas balet ustası olana qədər çətin bir həyat yolu keçmişdir. Filmdə rəqqasın yaradıcılığından söhbət getməklə yanaşı, çeçen-inquş xalqının həyatı da öz əksini tapmışdır. Film haqqında Film aktyor Rafiq Əzimovun kinoda ilk işidir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: İdris Bazorkin, Tofiq Tağızadə Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Yusif Bağırov Geyim rəssamı: Cəbrayıl Əzimov Montaj edən: Yevgeniya Abdirkina Operator: Əlihüseyn Hüseynov Qrim rəssamı: V.Qrajdankin Redaktor: Ədhəm Qulubəyov Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Baş Baletmeyster: R.Zaxarov Baletmeyster: L.Yakobson, L.Qrikurova, C.Baqrationi, Qəmər Almaszadə, Q.Davidaşvili, R.Gerbek Rejissor assistenti: Ramiz Əliyev, Tələt Rəhmanov, L.Berladir Operator assistenti: Maqsud Əliyev, V.Həsənov, Valeri Kərimov Rəssam Assistenti: T.Məlikzadə Montaj üzrə assistent: Tahirə Babayeva Filmin direktoru: A. Dudiyev Dirijor: Nazim Rzayev Rejissor Köməkçisi: Oqtay Mirqasımov (titrlərdə yoxdur) Mahmud Esambayev (Mahmud Esembayev kimi) — Mahmud Vladimir Txapsayev — Əlisultan Leyla Abaşidze — Doqmara Münəvvər Kələntərli — Sonu Hökümə Qurbanova — Bikətu Alvi Deniyev — Abdulla Konstantin Bartaşeviç — Pavlov Olqa Jizneva — Vera Pavlovna Adil İsgəndərov — klub müdiri A.Dudetskaya — Jenya M.Tumanişvili — Vadik İsmayıl Əfəndiyev — həkim Gündüz Abbasov — Müsit Tələt Rəhmanov — inzibatçı İbrahim Əliyev — Mahmud (uşaq) Narine Surbnşanyan — Doğmara (uşaq) Ş.Levaşova — Jenya (uşaq) S.Kirşbaum — Vadik (uşaq) N.Məmmədzadə — Müsit (uşaq) R. Vəlibəyov — Şəpi Ç.Babayev — Səfər (uşaq) Məlik Dadaşov — Mahmudu qarşılayan Adil İsmayılov — Mahmudu qarşılayan Mustafa Mərdanov — poçtalyon Nikolay Barmin — Nikolay Marqarita Şamxoryan — Alla Vladimir Otradinski — Müdir Sona Hacıyeva — qarderobçu Süsən Məcidova — Sürəyya Ələkbər Hüseynzadə — çeçen Rafiq Əzimov Əfrasiyab Məmmədov — çeçen Sona Aslanova Ramiz Əzizbəyli — qaraçı oğlan Əminə Dilbazi — rəqqasə Cabbar Əliyev — çörək bişirən İbrahim Azəri — Yerli sakin Bikəxanım Rzazadə — Yeri sakin Məmməd Zəki — Səfərin atası Tariyel Qasımov — Yerli tamaşaçı Filmi səsləndirənlər Əli Zeynalov — Mahmud (Mahmud Esambayev) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Əlisultan (Vladimir Txapsayev) (titrlərdə yoxdur) Leyla Bədirbəyli — Doqmara (Leyla Abaşidze) (titrlərdə yoxdur) Yusif Vəliyev — Abdulla (Alvi Deniyev) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Pavlov (Konstantin Bartaşeviç) (titrlərdə yoxdur) Kamil Qubuşov — klub müdürü (Adil İsgəndərov); Müdir (Vladimir Otradinski) (titrlərdə yoxdur) Əfrasiyab Məmmədov - Müsit (Gündüz Abbasov) (titrlərdə yoxdur) Bahadur Əliyev — qonaq (titrlərdə yoxdur) Məmməd Sadıqov — çeçen (Ələkbər Hüseynzadə) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Poçtalyon(Mustafa Mərdanov); çörək bişirən(Cabbar Əliyev )(titrlərdə yoxdur) Həsənağa Salayev — Nikolay (Nikolay Barmin) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — inzibatçı (Tələt Rəhmanov) (titrlərdə yoxdur) Həsənağa Turabov — milis işçisi; münsif (titrlərdə yoxdur) Hökumə Qasımova — çörəkçi qadın (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 139; 144. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=810879 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1918-ci ilin 26 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayıb və bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur. İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi. Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E. P. Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu. Yakov Zevin komissar təyin olundu. Az sonra Bakı Sovetini əvəz edən Bakı Xalq Komissarları Sovetində də Xalq Əmək Komissarı yenə Yakov Zevin oldu. Xalq Komissarları Soveti iyulun 31-dək, 3 aylıq fəaliyyəti ərzində 200-dən çox şəxsi neft mədənini, 299 sənaye müəssisəsini milliləşdirməklə yanaşı, fəhlə və qulluqçuların əmək hüquqlarının müdafiəsi, işçilərin əməyinin mühafizəsinin təşkili və s. ilə bağlı bir sıra sosial tədbirlər də həyata keçirmişdir. 1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq İstiqlal Bəyannaməsi elan olundu və 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edildi. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi ``Hümmət`` partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olundu. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunmuşdu ki, onlardan 10-u sosial sahəyə aid idi. Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi ki, onlardan biri 28 avqust 1918-ci il tarixli "Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında" qərar idi. Qərarda istefaya çıxan şəxslərə xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi. Bakı Əmək Birjası 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılmışdı. 26 dekabr 1918-ci ildə isə 14 nəfərdən ibarət üçüncü koalisiyon hökumət təşkil edildi. Bu hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Aslan bəy Səfikürdski təyin olundu. Üçüncü hökumət parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti Hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olundu. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirdi. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə, fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alındı. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişiklik edilməsi barədə qərar verdi. 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabineti təşkil edildi və Aslan bəy Səfikürdski Ədliyyə və Əmək naziri təyin edildi. Bu zaman inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi. 1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilmiş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkəməyə göndərilmiş, 456-sı isə həll olunmamış qalmışdır. ADR parlamentinin 7 dekabr 1918-ci il tarixli "Fəhlə məsələsi haqqında" qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə pensiya məsələləri üzrə ikinci qərar 27 avqust 1919-cu ildə qəbul edilmiş "Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında" qərar olmuşdur. 1919-cu il dekabrin 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik etmişdir. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlamış və bununla bağlı məlumat yaymışdır. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əmək haqqının qaldırılması məsələləri nəzərdə tutulmuşdur. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını pozaraq, silahlı qüvvələrini Azərbaycana yeritdi və Azərbaycanın dövlət müstəqilliyinə son qoydu.1920-ci il aprelin 28-də hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin əlinə keçdi. Mayın 3-də Azərbaycan İnqilab Komitəsinin 2-ci iclasında hökumətin tərkibində Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yaradıldı. Seyidcəfər Yaqubov Azərbaycan SSR Xalq Əmək Komissarı təyin olundu. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Soveti işçi qüvvəsindən səmərəli istifadə etmək, fəhlələri öz ixtisaslarına görə yerləşdirmək, işçilərin həyatını, sağlamlığını və əməyini mühafizə etmək məqsədilə Xalq Əmək Komissarlığının nəzdində Əməyin Mühafizəsi Müfəttişliyini təsis etdi. Bu təşkilatın vəzifəsi zəhmətkeşlərin əməyinin mühafizəsi və mənafeyi ilə bağlı zəruri tədbirlər görmək idi. 1920-ci ildə neft sənayesi müəssisələrində əməyin mühafizəsi üzrə 150 komissiya yaradılmışdır. Sovet hakimiyyətinin bərqərar olmasından sonra fəhlə və qulluqçuların sosial təminatı ilə əlaqədar bir sıra qərarlar qəbul olunmuşdur. "Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında" 15 noyabr 1921-ci il tarixli Dekret muzdlu əməklə məşğul olan bütün şəxslərə və əmək qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirildiyi bütün hallara, işsizliyə, eləcə də ölüm hallarına şamil edilirdi. 9 dekabr 1921-ci il tarixli "Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında" və "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında" dekretlərlə ailə başçısının itirilməsi ilə əlaqədar pensiya təminatı həll olunmuşdur. Bundan başqa, 8 dekabr 1921-ci il tarixli "Əlillərin sosial təminatı haqqında", 19 dekabr 1921-ci il tarixli "Xəstəliyin sığortası haqqında" və 28 dekabr 1921-ci il tarixli "İşsizliyə görə sosial təminat haqqında" Dek-retlər də qəbul olunmuşdur. 1922-ci il oktyabarın 30-da ZSFSR MİK-nin 9-cu çağırış 4-cü sessiyasında "Əmək haqqında qanunlar məcəlləsi" qəbul edildi. Bu Məcəllə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin "Əmək haqqında qanunlar məcəlləsini qüvvəyə mindirmək haqqında" 30 dekabr 1922-ci il tarixli qərarı ilə əmək məsələlərinin tənzimlənməsində hüquqi baza olmuşdur. Məcəllə 1971-ci ilə qədər, yəni Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin qəbul edildiyi tarixədək qüvvədə olmuşdur. 1922–27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm quruculuğu dövrü olduğundan İctimai Təminat Komissarlığının vəzifələrini Azərbaycan Xalq Komissarları Soveti və ayrı-ayrı şuralar yerinə yetirirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyun 1927-ci il tarixli qərarı ilə Xalq İctimai Təminat Komissarlığının fəaliyyəti bərpa edildi və M. Hacıyev komissar təyin olundu. 1927-ci ilin avqust ayında Bakıda əlillərin problemləri ilə məşğul olmaq üçün "Əlillər korporasiyası" yaradılmış, İctimai Təminat Komissarlığı sisteminə daxil olan 25 arteldə müxtəlif ixtisaslar üzrə yüzlərlə əlil işlə təmin edilmişdir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin "Dövlət ictimai sığortası üzrə pensiyaların təyin edilməsi barədə" 1937-ci il 9 may tarixli 2891 nömrəli qərarı ilə AHİŞ-da, dəmir yolları, dəniz nəqliyyatı və çay nəqliyyatı fəhlələri həmkarlar ittifaqlarında bütün növ pensiyaların təyin olunması dayandırılaraq, bu işin həyata keçirilməsi səlahiyyəti Xalq İctimai Təminat Komissarlığına verildi. Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1958-ci il tarixli qərarı ilə İctimai Təminat Nazirliyi tərəfindən 1960-cı ilin yanvarın 1-dən başlayaraq, çoxuşaqlı və tək analara hər ay dövlət yardımı verilməsinə başlanıldı. Həmçinin həmin il sovet pensiya sistemində müavinətlərin yeni növləri tətbiq edildi. Müstəqillik dövrü Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb. Əmək, sosial müdafiə, pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində dövlət siyasətini hazırlamaq və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək; əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaratmaq, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasını təmin etmək; işsizliyin səviyyəsinin azaldılmasına, əmək bazarında zəif rəqabətli əhali qruplarının, xüsusilə gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin, şərbəstləşdirilmiş işçilərin məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək; müvafiq icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət müəssisələri ilə birgə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini təkmilləşdirmək; əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədi ilə təkliflər hazırlayıb müvafiq orqanlara təqdim etmək; əhalinin aztəminatlı təbəqələrinə dövlət yardımının tənzimlənməsi üzrə təkliflər hazırlamaq, tənha ahıl vətəndaşlara və əlillərə sosial-məişət xidmətini təşkil etmək; demoqrafiya, əmək və sosial müdafiə məsələləri üzrə elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək; tibbi-sosial ekspertizanı, əlillərin reabilitasiyasını təşkil etmək, əlillərin protez-ortopedik vasitələrlə təmin olunmasına köməklik göstərmək; mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi, əmək şəraiti, əməyin ödənilməsi, əmək münasibətləri, əməyin gigiyenası, əhalinin məşğulluğu, miqrasiya sahəsində qanunvericilik aktlarının icrasının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək. Tabeliyindəki qurumlar Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Dövlət Sosial Müdafiə Fondu Dövlət Məşğulluq Agentliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Sosial Xidmətlər Agentliyi DOST İş Mərkəzi Əməyin Mühafizəsi Mərkəzi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Beynəlxalq əlaqələr Nazirliyin fəaliyyət dairəsinə aid bütün istiqamətlər üzrə islahatların aparılmasında beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən BƏT, BMT İP, BMT QAK, Dünya Bankı, TACİS və BQXK ilə sıx əməkdaşlığın xüsusi əhəmiyyəti olmuşdur. Yuxarıda qeyd olunduğu kimi əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə bu təşkilatlarla birgə layihələr həyata keçirilmişdir ki, bu da ölkədə həmin sahələrin inkişafına əhəmiyyətli təsir göstərmişdir. 1996-cı ilin sentyabr ayından 1998-ci ilin avqust ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında məşğulluq xidmətində islahatların aparılması və inkişaf etdirilməsinə kömək göstərmək" layihəsini həyata keçirmişdir. 1997-ci ilin yanvar ayından 1998-ci ilin fevral ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Təhsil və özünüməşğulluğun inkişaf proqramı" layihəsini həyata keçirmişdir. Layihə Naxçıvan MR və Ağdam rayonu ərazisində həyata keçirilirdi. 1998-ci ilin fevral ayından 1999-cu ilin avqust ayınadək və 2000-ci ilin yanvar-noyabr aylarında Nazirlik BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığı və BMT-nin İnkişaf Proqramı ilə birgə "Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerlərdə məskunlaşması" layihələrini həyata keçirmişdir. 1999-cu ilin avqust ayından 2001-ci ilin iyun ayınadək Nazirlik Dünya Bankı ilə birgə "Azərbaycan Respublikasında pensiya və sosial yardım islahatı" layihəsini həyata keçirmişdir. Bu layihə Yaponiya hökumətinin Azərbaycan Respublikasının hökuməti üçün ayrılmış qrant hesabına həyata keçirilmişdir. 2000-ci ilin noyabr ayından 2002-ci ilin sentyabr ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında Sosial Müdafiə və Pensiya islahatı" layihəsi həyata keçirmişdir. 2002-ci ilin sentyabr ayından 2003-cü ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Reabilitasiya mərkəzlərində reabilitasiya avadanlıqlarının təkmilləşdirilməsi" layihəsini həyata keçirmişdir. Yaponiya hökumətinin qrantı hesabına maliyyələşdirilən layihənin məqsədi Respublika Əlillərin Bərpa Mərkəzinin, Bakı Uşaq Bərpa Mərkəzinin və Əlillər üçün müalicə Pansionatının tibbi və bərpa avadanlığı ilə təchiz olunması və Yaponiya mütəxəssislərini Azərbaycana göndərməklə mühazirələr və praktiki məşğələlər vasitəsi ilə reabilitasiya sahəsində Azərbaycan mütəxəssislərinin ixtisaslarının artırılması və onların Yaponiyada təlim keçməsinin təşkili idi. 2000-ci ilin aprel ayından 2002-ci ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Sakinliyi Fondu ilə "Əhali Sakinliyinin inkişafının əsas təmayülü və bu inkişafın planlaşdırılmasında gender problemləri, geyri-hökumət təşkilatlarının dəstəyinin səfərbərliyi" layihəsini həyata keçirmişdir. 2002-ci ilin iyun ayından başlayaraq Azərbaycan Respublikasının hökuməti BMT-nin İnkişaf Proqramı ilə birlikdə "Azərbaycan Respublikasında sosial müdafiə sisteminin inkişafı" layihəsini həyata keçirildi. 2005-ci ilin yanvar ayından "Pensiya və sosial təminat layihəsi" fəaliyyətə başlamışdır. Beynəlxalq İnkişaf Asossiasiyasının (Dünya Bankı) krediti ilə həyata keçirilən layihə sosial təminat sahəsində Azərbaycan Respublikası hökuməti tərəfindən aparılan islahatlara yönəlmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə respublikada protez-ortopedik xidmətin inkişafı sahəsində 1994-cü ildən başlayaraq bu günədək əməkdaşlıq edilir və görülən işlər sırasında ən əhəmiyyətlisi Gəncə şəhərində Protez-Ortopedik Bərpa Mərkəzinin filialının yaradılması, Naxçıvan şəhərində Protez emalatxanasının genişləndirilməsidir. Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində 2003-cü ilin oktyabr ayında istifadəyə verilmiş Uşaq Bərpa Mərkəzinin mebel və məişət avadanlıqları ilə təminatı həyata keçirilmişdir. Həmçinin bax Xarici keçidlər sosial.gov.az — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=106712 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Azərbaycan) | Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1918-ci ilin 26 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayıb və bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur. İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi. Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E. P. Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu. Yakov Zevin komissar təyin olundu. Az sonra Bakı Sovetini əvəz edən Bakı Xalq Komissarları Sovetində də Xalq Əmək Komissarı yenə Yakov Zevin oldu. Xalq Komissarları Soveti iyulun 31-dək, 3 aylıq fəaliyyəti ərzində 200-dən çox şəxsi neft mədənini, 299 sənaye müəssisəsini milliləşdirməklə yanaşı, fəhlə və qulluqçuların əmək hüquqlarının müdafiəsi, işçilərin əməyinin mühafizəsinin təşkili və s. ilə bağlı bir sıra sosial tədbirlər də həyata keçirmişdir. 1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq İstiqlal Bəyannaməsi elan olundu və 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edildi. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi ``Hümmət`` partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olundu. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunmuşdu ki, onlardan 10-u sosial sahəyə aid idi. Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi ki, onlardan biri 28 avqust 1918-ci il tarixli "Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında" qərar idi. Qərarda istefaya çıxan şəxslərə xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi. Bakı Əmək Birjası 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılmışdı. 26 dekabr 1918-ci ildə isə 14 nəfərdən ibarət üçüncü koalisiyon hökumət təşkil edildi. Bu hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Aslan bəy Səfikürdski təyin olundu. Üçüncü hökumət parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti Hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olundu. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirdi. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə, fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alındı. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişiklik edilməsi barədə qərar verdi. 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabineti təşkil edildi və Aslan bəy Səfikürdski Ədliyyə və Əmək naziri təyin edildi. Bu zaman inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi. 1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilmiş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkəməyə göndərilmiş, 456-sı isə həll olunmamış qalmışdır. ADR parlamentinin 7 dekabr 1918-ci il tarixli "Fəhlə məsələsi haqqında" qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə pensiya məsələləri üzrə ikinci qərar 27 avqust 1919-cu ildə qəbul edilmiş "Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında" qərar olmuşdur. 1919-cu il dekabrin 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik etmişdir. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlamış və bununla bağlı məlumat yaymışdır. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əmək haqqının qaldırılması məsələləri nəzərdə tutulmuşdur. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını pozaraq, silahlı qüvvələrini Azərbaycana yeritdi və Azərbaycanın dövlət müstəqilliyinə son qoydu.1920-ci il aprelin 28-də hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin əlinə keçdi. Mayın 3-də Azərbaycan İnqilab Komitəsinin 2-ci iclasında hökumətin tərkibində Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yaradıldı. Seyidcəfər Yaqubov Azərbaycan SSR Xalq Əmək Komissarı təyin olundu. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Soveti işçi qüvvəsindən səmərəli istifadə etmək, fəhlələri öz ixtisaslarına görə yerləşdirmək, işçilərin həyatını, sağlamlığını və əməyini mühafizə etmək məqsədilə Xalq Əmək Komissarlığının nəzdində Əməyin Mühafizəsi Müfəttişliyini təsis etdi. Bu təşkilatın vəzifəsi zəhmətkeşlərin əməyinin mühafizəsi və mənafeyi ilə bağlı zəruri tədbirlər görmək idi. 1920-ci ildə neft sənayesi müəssisələrində əməyin mühafizəsi üzrə 150 komissiya yaradılmışdır. Sovet hakimiyyətinin bərqərar olmasından sonra fəhlə və qulluqçuların sosial təminatı ilə əlaqədar bir sıra qərarlar qəbul olunmuşdur. "Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında" 15 noyabr 1921-ci il tarixli Dekret muzdlu əməklə məşğul olan bütün şəxslərə və əmək qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirildiyi bütün hallara, işsizliyə, eləcə də ölüm hallarına şamil edilirdi. 9 dekabr 1921-ci il tarixli "Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında" və "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında" dekretlərlə ailə başçısının itirilməsi ilə əlaqədar pensiya təminatı həll olunmuşdur. Bundan başqa, 8 dekabr 1921-ci il tarixli "Əlillərin sosial təminatı haqqında", 19 dekabr 1921-ci il tarixli "Xəstəliyin sığortası haqqında" və 28 dekabr 1921-ci il tarixli "İşsizliyə görə sosial təminat haqqında" Dek-retlər də qəbul olunmuşdur. 1922-ci il oktyabarın 30-da ZSFSR MİK-nin 9-cu çağırış 4-cü sessiyasında "Əmək haqqında qanunlar məcəlləsi" qəbul edildi. Bu Məcəllə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin "Əmək haqqında qanunlar məcəlləsini qüvvəyə mindirmək haqqında" 30 dekabr 1922-ci il tarixli qərarı ilə əmək məsələlərinin tənzimlənməsində hüquqi baza olmuşdur. Məcəllə 1971-ci ilə qədər, yəni Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin qəbul edildiyi tarixədək qüvvədə olmuşdur. 1922–27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm quruculuğu dövrü olduğundan İctimai Təminat Komissarlığının vəzifələrini Azərbaycan Xalq Komissarları Soveti və ayrı-ayrı şuralar yerinə yetirirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyun 1927-ci il tarixli qərarı ilə Xalq İctimai Təminat Komissarlığının fəaliyyəti bərpa edildi və M. Hacıyev komissar təyin olundu. 1927-ci ilin avqust ayında Bakıda əlillərin problemləri ilə məşğul olmaq üçün "Əlillər korporasiyası" yaradılmış, İctimai Təminat Komissarlığı sisteminə daxil olan 25 arteldə müxtəlif ixtisaslar üzrə yüzlərlə əlil işlə təmin edilmişdir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin "Dövlət ictimai sığortası üzrə pensiyaların təyin edilməsi barədə" 1937-ci il 9 may tarixli 2891 nömrəli qərarı ilə AHİŞ-da, dəmir yolları, dəniz nəqliyyatı və çay nəqliyyatı fəhlələri həmkarlar ittifaqlarında bütün növ pensiyaların təyin olunması dayandırılaraq, bu işin həyata keçirilməsi səlahiyyəti Xalq İctimai Təminat Komissarlığına verildi. Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1958-ci il tarixli qərarı ilə İctimai Təminat Nazirliyi tərəfindən 1960-cı ilin yanvarın 1-dən başlayaraq, çoxuşaqlı və tək analara hər ay dövlət yardımı verilməsinə başlanıldı. Həmçinin həmin il sovet pensiya sistemində müavinətlərin yeni növləri tətbiq edildi. Müstəqillik dövrü Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb. Əmək, sosial müdafiə, pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində dövlət siyasətini hazırlamaq və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək; əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaratmaq, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasını təmin etmək; işsizliyin səviyyəsinin azaldılmasına, əmək bazarında zəif rəqabətli əhali qruplarının, xüsusilə gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin, şərbəstləşdirilmiş işçilərin məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək; müvafiq icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət müəssisələri ilə birgə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini təkmilləşdirmək; əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədi ilə təkliflər hazırlayıb müvafiq orqanlara təqdim etmək; əhalinin aztəminatlı təbəqələrinə dövlət yardımının tənzimlənməsi üzrə təkliflər hazırlamaq, tənha ahıl vətəndaşlara və əlillərə sosial-məişət xidmətini təşkil etmək; demoqrafiya, əmək və sosial müdafiə məsələləri üzrə elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək; tibbi-sosial ekspertizanı, əlillərin reabilitasiyasını təşkil etmək, əlillərin protez-ortopedik vasitələrlə təmin olunmasına köməklik göstərmək; mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi, əmək şəraiti, əməyin ödənilməsi, əmək münasibətləri, əməyin gigiyenası, əhalinin məşğulluğu, miqrasiya sahəsində qanunvericilik aktlarının icrasının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək. Tabeliyindəki qurumlar Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Dövlət Sosial Müdafiə Fondu Dövlət Məşğulluq Agentliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Sosial Xidmətlər Agentliyi DOST İş Mərkəzi Əməyin Mühafizəsi Mərkəzi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Beynəlxalq əlaqələr Nazirliyin fəaliyyət dairəsinə aid bütün istiqamətlər üzrə islahatların aparılmasında beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən BƏT, BMT İP, BMT QAK, Dünya Bankı, TACİS və BQXK ilə sıx əməkdaşlığın xüsusi əhəmiyyəti olmuşdur. Yuxarıda qeyd olunduğu kimi əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə bu təşkilatlarla birgə layihələr həyata keçirilmişdir ki, bu da ölkədə həmin sahələrin inkişafına əhəmiyyətli təsir göstərmişdir. 1996-cı ilin sentyabr ayından 1998-ci ilin avqust ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında məşğulluq xidmətində islahatların aparılması və inkişaf etdirilməsinə kömək göstərmək" layihəsini həyata keçirmişdir. 1997-ci ilin yanvar ayından 1998-ci ilin fevral ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Təhsil və özünüməşğulluğun inkişaf proqramı" layihəsini həyata keçirmişdir. Layihə Naxçıvan MR və Ağdam rayonu ərazisində həyata keçirilirdi. 1998-ci ilin fevral ayından 1999-cu ilin avqust ayınadək və 2000-ci ilin yanvar-noyabr aylarında Nazirlik BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığı və BMT-nin İnkişaf Proqramı ilə birgə "Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerlərdə məskunlaşması" layihələrini həyata keçirmişdir. 1999-cu ilin avqust ayından 2001-ci ilin iyun ayınadək Nazirlik Dünya Bankı ilə birgə "Azərbaycan Respublikasında pensiya və sosial yardım islahatı" layihəsini həyata keçirmişdir. Bu layihə Yaponiya hökumətinin Azərbaycan Respublikasının hökuməti üçün ayrılmış qrant hesabına həyata keçirilmişdir. 2000-ci ilin noyabr ayından 2002-ci ilin sentyabr ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında Sosial Müdafiə və Pensiya islahatı" layihəsi həyata keçirmişdir. 2002-ci ilin sentyabr ayından 2003-cü ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Reabilitasiya mərkəzlərində reabilitasiya avadanlıqlarının təkmilləşdirilməsi" layihəsini həyata keçirmişdir. Yaponiya hökumətinin qrantı hesabına maliyyələşdirilən layihənin məqsədi Respublika Əlillərin Bərpa Mərkəzinin, Bakı Uşaq Bərpa Mərkəzinin və Əlillər üçün müalicə Pansionatının tibbi və bərpa avadanlığı ilə təchiz olunması və Yaponiya mütəxəssislərini Azərbaycana göndərməklə mühazirələr və praktiki məşğələlər vasitəsi ilə reabilitasiya sahəsində Azərbaycan mütəxəssislərinin ixtisaslarının artırılması və onların Yaponiyada təlim keçməsinin təşkili idi. 2000-ci ilin aprel ayından 2002-ci ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Sakinliyi Fondu ilə "Əhali Sakinliyinin inkişafının əsas təmayülü və bu inkişafın planlaşdırılmasında gender problemləri, geyri-hökumət təşkilatlarının dəstəyinin səfərbərliyi" layihəsini həyata keçirmişdir. 2002-ci ilin iyun ayından başlayaraq Azərbaycan Respublikasının hökuməti BMT-nin İnkişaf Proqramı ilə birlikdə "Azərbaycan Respublikasında sosial müdafiə sisteminin inkişafı" layihəsini həyata keçirildi. 2005-ci ilin yanvar ayından "Pensiya və sosial təminat layihəsi" fəaliyyətə başlamışdır. Beynəlxalq İnkişaf Asossiasiyasının (Dünya Bankı) krediti ilə həyata keçirilən layihə sosial təminat sahəsində Azərbaycan Respublikası hökuməti tərəfindən aparılan islahatlara yönəlmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə respublikada protez-ortopedik xidmətin inkişafı sahəsində 1994-cü ildən başlayaraq bu günədək əməkdaşlıq edilir və görülən işlər sırasında ən əhəmiyyətlisi Gəncə şəhərində Protez-Ortopedik Bərpa Mərkəzinin filialının yaradılması, Naxçıvan şəhərində Protez emalatxanasının genişləndirilməsidir. Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində 2003-cü ilin oktyabr ayında istifadəyə verilmiş Uşaq Bərpa Mərkəzinin mebel və məişət avadanlıqları ilə təminatı həyata keçirilmişdir. Həmçinin bax Xarici keçidlər sosial.gov.az — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=829809 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Moldova) | Moldova Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (rum. Ministerul Muncii și Protecției Sociale al Republicii Moldova) — Moldova hökumətinin on dörd nazirliyindən biridir. Nazirliyin tarixi İlk dəfə olaraq nazirlik 1990-cı il mayın 31-də Moldova Respublikasının suverenliyinin elan edilməsindən qısa müddət sonra yaradılıb. Qanunvericiliklə nazirliyin yaradılması 31 may 1990-cı il tarixli № 64-XII saylı Hökumət haqqında Qanunun 24-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin vaxt nazirliyin rəsmi adı Moldova Respublikasının Səhiyyə və Sosial Müdafiə Nazirliyi idi. 2006-cı ildə 1990-cı ildə yaradılmış nazirlik bölünür və nəticədə iki yeni nazirlik formalaşır: Moldova Respublikasının Səhiyyə Nazirliyi Moldova Respublikasının Sosial Müdafiə, Ailə və Uşaq Nazirliyi2017-ci ildə Moldovada hökumətin islahatları çərçivəsində Əmək, Əhalinin Sosial Müdafiəsi və Ailə Nazirliyi Səhiyyə Nazirliyinin də daxil olduğu Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlandırıldı və onların varisi oldu. Nazir – Aleksey Buzu Baş katib – Aleksandru Yakub Sosial yardım sahəsində dövlət katibi – Vasile Kuşka Əmək üzrə Dövlət Katibi – Felicia Bechtoldt Əmək hesabatları və sosial sığorta sahəsində dövlət katibi – Corina Ajder Nazirliyin məqsədləri Hökumətin 14 mart 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əhalinin Sosial Müdafiəsi, Ailə və Uşaq Nazirliyinin fəaliyyətinin təşkili və fəaliyyəti haqqında Əsasnaməyə uyğun olaraq Nazirliyin missiyası əhalinin sosial müdafiəsini təmin etmək və həyat səviyyəsini yüksəltmək məqsədi ilə sosial müdafiə, ailə və uşaq sahəsində dövlət siyasətinin hazırlanması, təşviqi və həyata keçirilməsi ilə bağlı hökumətin konstitusiya səlahiyyətlərinin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Nazirlərinin siyahısı Xarici keçidlər mmpsf.gov.md — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=796858 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Qazaxıstan) | Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — əmək, təhlükəsizlik və əməyin mühafizəsi, məşğulluq, pensiya və sosial təminat, məcburi sosial sığorta, əhali miqrasiyası, ehtiyaclı vətəndaş kateqoriyası üçün sosial dəstək sahələrində idarəetmə və sektorlararası koordinasiyanı həyata keçirən Qazaxıstan Respublikası Hökuməti bürosu və uşaqlı ailələr, habelə əlilliyinə görə dövlət sosial müavinətinin təyin edilməsi və ödənilməsi məsələləri, ailəsini və yaşını itirməsi halında, xüsusi dövlət müavinəti, yeraltı və açıq mədən işləyən şəxslər üçün dövlət xüsusi müavinəti, xüsusilə zərərli və xüsusilə ağır iş şəraiti olan iş, vətəndaşlara, Semipalatinsk nüvə poliqonunda nüvə sınaqlarının qurbanlarına, siyasi repressiya qurbanlarına birdəfəlik pul təzminatı. 1996-cı ilin noyabrında Qazaxıstan Əmək Nazirliyi və Qazaxıstan Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşməsi ilə yaradıldı. Nazirlik, Qazaxıstan Respublikası Prezidentinin 06.08.2014-cü il tarixli 875 nömrəli fərmanına əsasən ləğv edildi, Nazirliyin funksiyaları və səlahiyyətləri qurulmuş Qazaxıstan Respublikası Səhiyyə və Sosial İnkişaf Nazirliyinə verildi. Qazaxıstan Respublikası Prezidentinin 25 yanvar 2017-ci il tarixli fərmanı ilə Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyi Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bölünərək yenidən təşkil edildi. Qazaxıstan Respublikasının əhalisi. Nazirliyin tərkibində: Əmək, Sosial Müdafiə və Miqrasiya Komitəsi (əvvəlki 2 Komitə, Miqrasiya Komitəsi və Nəzarət və Sosial Müdafiə Komitəsi) Maliyyə şöbəsi, Beynəlxalq Əməkdaşlıq və İnteqrasiya Departamenti, Milli Kvalifikasiya və Proqnozlaşdırma Sisteminin İnkişafı Departamenti, Dövlət xidmətlərinin təhlili və inkişafı şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi, Strateji Planlaşdırma və Analiz şöbəsi, Rəqəmsallaşma şöbəsi, Daxili Audit Departamenti, İnzibati iş şöbəsi, Hüquq şöbəsi, İnformasiya Təhlükəsizliyi Şöbəsi, İnsan resurslarının idarə edilməsi, Sosial Sığorta Siyasəti, Əsas Sosial Müdafiə və Pensiya Təhlükəsizliyi Şöbəsi, Sosial Yardım Siyasəti İnkişaf İdarəsi, Sosial xidmətlər siyasətinin inkişafı şöbəsi, Əmək və Sosial Tərəfdaşlıq Departamenti, Məşğulluq şöbəsi | https://az.wikipedia.org/w/index.php?curid=710834 |
Əməkdar artist | Əməkdar artist — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında və Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir. Azərbaycan SSR əməkdar artisti / Azərbaycan Respublikasının əməkdar artisti Ermənistan SSR əməkdar artisti / Ermənistan Respublikasının əməkdar artisti Gürcüstan SSR əməkdar artisti / Gürcüstan Respublikasının əməkdar artisti Özbəkistan SSR əməkdar artisti / Özbəkistan Respublikasının əməkdar artisti Naxçıvan MSSR əməkdar artisti / Naxçıvan Respublikasının əməkdar artisti Qazaxıstan SSR əməkdar artisti / Qazaxıstan Respublikasının əməkdar artisti Qırğızıstan SSR əməkdar artisti / Qırğızıstan Respublikasının əməkdar artisti RSFSR əməkdar artisti / Rusiya Federasiyasının əməkdar artisti Tacikistan SSR əməkdar artisti / Tacikistan Respublikasının əməkdar artisti Türkmənistan SSR əməkdar artisti / Türkmənistan Respublikasının əməkdar artisti Ukrayna SSR əməkdar artisti / Ukrayna Respublikasının əməkdar artisti | https://az.wikipedia.org/w/index.php?curid=318262 |
Əməkdar bədən tərbiyəsi və idman xadimi | Əməkdar bədən tərbiyəsi və idman xadimi — fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin elmi-tədqiqat və müalicə-sağlamlaşdırma işində, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə verilir. | https://az.wikipedia.org/w/index.php?curid=614917 |
Əməkdar dövlət qulluqçusu | Əməkdar dövlət qulluqçusu — fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir. | https://az.wikipedia.org/w/index.php?curid=614918 |
Əməkdar elm xadimi | Azərbaycan Respublikasının əməkdar elm xadimi — elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərinə, elmi-praktik işçilərinə verilən fəxri ad. "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı ilk dəfə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 12 may 1991-ci il tarixli Fərmanına əsasən təqdim olunub. Həmin fərmanla fəxri ad birinci dəfə professorlar Fikrət Mirsəlimov və Niyazi Mütəllibova verilib. 1991–1993-cü illərdə fəxri adın verilməsi davam etdirilib, amma Ulu Öndər Heydər Əliyev hüquqi əsası olmayan bu praktikaya son qoyaraq, onun verilməsini dayandırıb. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunub və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlayır."Əməkdar elm xadimi" fəxri adının döş nişanı hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanının diametri 40 mm, qalınlığı 3 mm-dir. Fəxri adın döş nişanı üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən hazırlanır. Döş nişanının üz tərəfinin mərkəzində, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunub. Təsvirlər qabarıqdır. Döş nişanının arxa tərəfi hamardır, ortasında relyefli metal dairənin üstündə "ƏMƏKDAR ELM XADİMİ" sözləri həkk olunub. Həmçinin bax Azərbaycan Respublikasının əməkdar elm xadimlərinin siyahısı Azərbaycan Respublikasının dövlət təltifləri | https://az.wikipedia.org/w/index.php?curid=551945 |
Əməkdar hüquqşünas | Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər. | https://az.wikipedia.org/w/index.php?curid=614928 |
Əməkdar həkim | Azərbaycan Respublikası əməkdar həkimi — səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriya-kurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilən fəxri ad. | https://az.wikipedia.org/w/index.php?curid=585536 |
Əməkdar incəsənət xadimi | Azərbaycan SSR əməkdar incəsənət xadimi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi RSFSR əməkdar incəsənət xadimi Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Həmçinin bax Xalq artisti Xalq rəssamı Əməkdar artist Əməkdar rəssam | https://az.wikipedia.org/w/index.php?curid=572925 |
Əməkdar jurnalist | Azərbaycan Respublikasının əməkdar jurnalisti — uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilən fəxri ad. Həmçinin bax Azərbaycan Respublikasının əməkdar jurnalistlərinin siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=586859 |
Əməkdar kənd təsərrüfatı işçisi | Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi — Həmçinin bax Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçilərinin siyahısı Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçilərinin siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=614920 |
Əməkdar memar | Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad. | https://az.wikipedia.org/w/index.php?curid=614638 |
Əməkdar mühəndis | Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir. | https://az.wikipedia.org/w/index.php?curid=614927 |
Əməkdar müəllim | Azərbaycan Respublikasının əməkdar müəllimi Azərbaycan SSR-in əməkdar müəllimi Gürcüstan SSR-in əməkdar müəllimi Ermənistan SSR-in əməkdar müəllimi Ukraynanın əməkdar müəllimi | https://az.wikipedia.org/w/index.php?curid=614637 |
Əməkdar mədəniyyət işçisi | Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=614919 |
Əməkdar pilot | Azərbaycan Respublikasının əməkdar pilotu — yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan, ixtisası üzrə azı 25 il işləyən və ən azı 10000 saat uçuş yerinə yetirən Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin üzvlərinə verilən fəxri ad. | https://az.wikipedia.org/w/index.php?curid=614926 |
Əməkdar rəssam | Əməkdar rəssam — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında incəsənət sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad. Azərbaycan SSR əməkdar rəssamı / Azərbaycan Respublikasının əməkdar rəssamı Həmçinin bax Xalq rəssamı | https://az.wikipedia.org/w/index.php?curid=452806 |
Əməkdar tibb işçisi | Azərbaycan Respublikasının əməkdar tibb işçisi — yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. | https://az.wikipedia.org/w/index.php?curid=614925 |
Əməkdaş | Əməkdaş — İşəgötürən tərəfindən əmək müqaviləsi ilə işləyən işçi. Onun hüququ statusu əmək müqaviləsi, kollektiv əmək müqaviləsi və əmk hüququ üzrə normativ aktlarla tənzimlənir. İş yoldaşı ilə əməkdaş arasında yaxınlıq olsa da incə fərqlərlə bir - birindən ayrılır . İş yoldaşı eyni müəssisədə çalışan heyyəti əhatə edir . Əməkdaş isə yox . Məsələn həmin müəssisədə mühafizə xidməti fəaliyyət göstərirsə , işçi heyyəti ilə iş yoldaşı sayıla bilər . Amma müəssisənin işçiləri ilə əməkdaş deyil . | https://az.wikipedia.org/w/index.php?curid=167712 |
Əməkdaşlıq | Əməkdaşlıq — başqaları ilə işləməyi bacarmaq, kömək istəmək və kömək etməkdən çəkinməmək, işin və fikrin bölüşdürməsinə can atmaq, birgə fəaliyyətdə həmrəylik, müzakirə və təhlillər aparmağı, bir-birini qiymətləndirməyi bacarmaq.. Elmi əməkdaşlıq Birgə layihələrdir. Bu qrup layihələr alimlər və könüllülər tərəfindən birgə işlənilir və könüllülərin müəyyən hissəsi layihənin bütün və ya əksər mərhələlərində iştirak edir. Barneqat körfəzi və Nyu-Cersi-də molyuskların yetişdirilməsi üçün yaşayış mühitinin monitorinqinə və idarə edilməsinə könüllülərin cəlb olunması "Körfəz reklamı" (ReClam the Bay) layihəsi buna misaldır [34]. Məqsəd suyun keyfiyyəti haqqında biliklərin və molyuskların ekologiyasının öyrənilməsi, molyuskların bərpası ilə suyun keyfiyyətinin yaxşılaşdırılması tədbirləridir. Layihə 2005-ci ildə başlamışdır. Keçirilən intensiv təlim kursları molyuskların biologiyası, ekologiyası və praktiki yetişdirilməsini əhatə edir. Körfəz haqqında məlumatların yayılması prosesinə məktəblərdən 4700-ə yaxın həvəskar iştirakçı cəlb olunmuşdur. İştirakçılar arasında keçirilmiş başlanğıc və son testlər biliklərin əldə olunmasında nailiyyətləri, iştirakçının molyuskların yaşayış mühitinin idarə edilməsi məqsədlərinə nail olmaq bacarığını, eləcə də idarəetmə və təhsildə birliyi nümayiş etdirmişdir. Son zamanlar bəzi müəlliflər tərəfindən vətəndaş elmi layihələrinin könüllülərin iştirakına görə təsnifatına yüksək intellektli vətəndaşların ekspert qiymətləndir-mələrində iştirak etdiyi 4-cü "Ekspert" səviyyəsi də əlavə olunur. Onu da qeyd edək ki, vətəndaş elmi layihələrində iştirakçıların fəaliyyətinin mürəkkəbliyi artdıqca, səviyyələrin piramidial bölgüsündə (şəkil 4) aşağıdan yuxarı səviyyəyə doğru onların, həmçinin layihələrin sayı da azalır. Bu azalma eyni zamanda layihələrin xarakterindən də asılıdır. Yuxarıda qeyd etdiyimiz kimi vətəndaş elmi geniş məkan və zaman ölçüləri ilə xarakterizə olunur. Bu istiqamətdə aparılmış araşdırmaların nəticələri aşağıdakılara əsas verir: Siyasət perspektivi baxımından, vətəndaş elmi layihələrinin coğrafi miqyaslarına görə yerli, şəhər, regional, ölkə və qitə (qlobal) səviyyələrində araşdırmaq maraq doğurur; Vətəndaş elmi onu dəstəkləyə bilən müvafiq təşkilati strukturların mövcudluğu sayəsində, xüsusən, yerli, şəhər və milli səviyyələrdə effektlidir; Son texnoloji dəyişikliklər vətəndaş elmi iştirakçılarının məşğul olduqları yeni fəaliyyət sahələrini dəstəkləməklə bərabər, artıq mövcud olanların da miqyasını genişləndirməyə imkan yaradır.Vətəndaş elminin tarixi ilə əlaqədar yuxarıda verilmiş məlumatlara bir daha nəzər salsaq, onun formalaşması mərhələləri haqqında aşağıdakıları demək olar. Məqsəd aydınlığı Yaxşı kommunikasiya Dolğun e-informasiya resursları Vətəndaşların məsuliyyəti Etibarlı verilənlər Elmi əməkdaşlıq töhfəsiMəlumdur ki, elmi-tədqiqat fəaliyyətinin əsas elementləri tədqiqatçı (tədqiqatçılar qrupu), tədqiqat obyekti və tədqiqat vasitələridir. Elmin təkamülü: a) informasiyanın toplanması (qeydiyyatı); b) yadda saxlanması; c) informasiyanın emalı (məntiq və hesablama vasitələri) və d) ötürülməsi (əldə olunmuş biliklərin uzaq məsafəyə yayılması) kimi problemlərin həlli vasitələri və yollarının təkmilləşdirilməsi və inkişafı ilə sırf bağlıdır. Elmin tarixi insan sivilizasiyasının yaranması ilə başlamış və məhz qeyd olunmuş problemlərin həllindən asılı olaraq bu günə kimi müxtəlif mərhələlərdən keçmişdir. Hazırkı mərhələ e-elmlə xarakterizə olunur və vətəndaş elmi də onun bir istiqaməti sayılır. XXI əsrlə müqayisədə sivilizasiyanın keçdiyi formasiyalarda bu problemlərə nəzər salsaq, müasir texnologiyaların yaratdığı imkanlar nəticəsində elmi fəaliyyətdə köklü dəyişiklərin şahidi oluruq. Beləliklə, elmin keçdiyi inkişaf mərhələləri ilə yanaşı vətəndaş elmi də inkişaf etmiş və hazırda qlobal problemlərin həllində aparıcı mövqeyə malikdir. R. Əliquliyev, T. Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s. Xarici keçidlər [1] [2] Arxivləşdirilib 2018-11-21 at the Wayback Machine [3] Əməkdaşlığa nümunələr Kooperasiya Pirinq şəbəkələr Sosial şəbəkə (internet) CouchSurfing Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=254263 |
Əməkqabiliyyətsizliyi | Əməkqabiliyyətsizliyi – işçinin xәstәliyә, istehsalatda vә ya mәişәtdә baş verәn bәdbәxt hadisәyә vә digәr sәbәblәrә görә әmәk funksiyalarını yerinә yetirmәk qabiliyyәtindәn müvәqqәti vә ya daimi mәhrum olması; sosial risk növlәrindәn biri. Müvәqqәti əməkqabiliyyətsizliyi dönәn xarakter daşıyır, insanın sağalması ilә onun әmәk qabiliyyәti bәrpa olunur vә o, işә çıxa bilir. Bu hal tibbi ekspertizaya әsasәn müәyyәn olunur vә әmәk qabiliyyәtinin olmaması vәrәqәsi vә ya arayışla tәsdiqlәnir. İnsanın әmәk qabiliyyәtinin bәrpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur vә hәmin şәxs әlil sayılır, bәzәn hәkimin mәslәhәtilә başqa rejimdә, yaxud başqa işdә işlәmәk imkanı olan qismәn әmәkqabiliyyәtli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarәlәrindә hәyat fәaliyyәtinin (o cümlәdәn әmәk qabiliyyәtinin) mәhdudlaşması strukturunun vә dәrәcәsinin qiymәtlәndirilmәsi әsasında әlillik qrupu vә reabilitasiya daxil olmaqla sosial müdafiә tәdbirlәri müәyyәnlәşdirilir. Müvәqqәti əməkqabiliyyətsizliyi mәlumatlarının tәhlili işçi tәrәfindәn onunla әlaqәdar sosial imtiyazlardan sui-istifadәni, yaxud Ə. yüksәk olan müәssisәlәrdә әmәk şәraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etmәyә imkan yaradır. Çox ölkәlәrdә əməkqabiliyyətsizliyi göstәricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müәyyәn edir, yәni əməkqabiliyyətsizliyi göstәricisi yüksәk olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox әhәmiyyәtlidir vә o, sahibkarlarla (onlar buna görә әmәk şәraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin sәbәb vә nәticәlәrini öyrәnmәk üçün işәdüzәltmә agentliklәrindә müstәqil tibbi müayinә institutu yaradılır vә bu, hәmin agentliklәrin hәkimlәrinә iş axtaran şәxsin zәrәrli vәrdişlәri (siqaretçәkmә, alkoqoldan sui-istifadә) dә daxil olmaqla, tam sağlamlıq vәziyyәti haqqında mәlumat tәqdim etmәyә imkan verir. Hәkimlәr bu işçinin әvvәlki iş yerindәki əməkqabiliyyətsizliyi üzrә mәlumat bazası nәzәrә alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müәyyәnlәşdirirlәr. 1990-cı illәrin әvvәllәrindәn Ümumdünya Sәhiyyә Tәşkilatı vaxtından әvvәl ölüm vә ya əməkqabiliyyətsizliyi sәbәbindәn itirilәn hәyatın potensial il kәmiyyәtini göstәrәn xüsusi DALY (Disability-Adjusted Life Year) әmsalını hesablamağa başlamışdır. Bu göstәrici əməkqabiliyyətsizliyinin әn çox yayılmış sәbәblәrini әks etdirir (mәs., 20 әsrin sonlarında əməkqabiliyyətsizliyindә psixi vә nevroloji amillәr 28% olmuşdur). İşçinin əməkqabiliyyətsizliyi ilә onun digәr sәbәblәrdәn işdәn hüquqi azad olmasını (hamilәliyә vә doğuma görә mәzuniyyәt, ailә üzvlәrindәn olan xәstәyә qulluq, karantindә qalma vә s.) fәrqlәndirmәk lazımdır. Əməkqabiliyyətsizliyi işçiyә hәm işdәn azad olmaq, hәmçinin istehsalatda bәdbәxt hadisә vә ya peşә xәstәliklәri zamanı sosial sığorta vәsaitinin sәviyyәsi hәcmindә müavinәt almaq haqqı verir. Bu zaman müavinәtin hesablanması vә ödәnilmәsi Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrarı ilә tәsdiq edilmiş “Mәcburi dövlәt sosial sığortası üzrә ödәmәlәrin vә әmәk qabiliyyәtini müvәqqәti itirmiş işçilәrә işәgötürәnin vәsaiti hesabına ödәnilәn müavinәtin hesablanması vә ödәnilmәsi haqqında әsasnamә” ilә tәnzimlәnir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | https://az.wikipedia.org/w/index.php?curid=624600 |
Əməkçilərin Müstəqil Federasiyası | Əməkçilərin Müstəqil Federasiyası (ing. Federation of Free Workers) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Manila şəhərində yerləşir. XX əsrin ortalarında Filippində hüquqlarının müdafiə olunmasına ehtiyac duyan bir qrup gənc idealist ölkənin əmək qanunvericiliyi əsasında öz hüquqlarını qorumaq üçün birləşir. Səbəbsiz işdən ixtisar olunma, əməkhaqqının yaşayış minimumuna cavab verməməsi, sosial təminatın mövcud olmaması, iş yerlərində ayrı-seçkiliyin hökm sürməsi işçiləri onları müdafiə edə biləcək bir qüvvənin yaradılmasına gətirib çıxardır. Nəticədə 19 iyun 1950-ci ildə Əməkçilərin Müstəqil Federasiyası fəaliyyətə başlayır. Qurumun ilk prezidenti vəzifəsinə Ramon Maqsaysay seçilir. Mövcud vəziyyəti Hazırda ƏMF Filippinin ən iri təşkilatlarından biridir. Federasiya aparılan üçtərəfli danışıqlarda aktiv və aparıcı rol oynayır. Sosial və əmək dialoqlarının gedişində prinsipial mövqe tutur, ölkə həmkarlar ittifaqını milli, regional və beynəlxalq səviyyədə təmsil edir. Bundan əlavə, federasiya geniş iş şəbəkəsinə malikdir. Bu şəbəkə xüsusən ölkədə layiqli əməyin təmin edilməsi və müasir əmək standartlarının reallaşması məqsədi ilə yaradılıb.Federasiya sosial-demokrat hərəkatının da fəal iştirakçısıdır. Onu Filippində Milli Həmkarlar İttifaqları Mərkəzi kimi də tanıyırlar. Ümumilikdə federasiyanın 200 min üzvü var. Təşkilat özündə həm formal, həm də qeyri-formal iqtisadiyyatın işçilərini cəmləşdirir. Qurum bütün təşkilatlar üzrə 80 min kollektiv müqavilə bağlayıb. Bu müqavilələr əsasən bank, təhsil ocaqları, əczaçılıqla məşğul olan şirkətlər, avtomobil sənayesinin işçilərini əhatə edir. Xarici əlaqələri Federasiya Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Həmçinin, Beynəlxalq Əmək Təşkilatının layihələrində də yaxından iştirak edir. Federasiyanın hazırkı prezidenti Joze Soni Matuladır. International Centre for Trade Union Rights et al.,, redaktor Trade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7. Xarici keçidlər ffw.org.ph — Əməkçilərin Müstəqil Federasiyasının rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=408292 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.