!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əmirabad (Çaroymaq)
Əmirabad (fars. اميراباد) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (13 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=614937
Əmirabad (Üşnəviyyə)
Əmirabad (fars. اميراباد) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.478 nəfər yaşayır (318 ailə). Əhalisi əsasən kürdlərdən ibarətdir.
https://az.wikipedia.org/w/index.php?curid=475184
Əmirabad (Şeyxdarabad dehistanı)
Əmirabad (fars. اميراباد) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=690427
Əmirabad (Əbhər)
Əmirabad (fars. اميراباد) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (6 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=772571
Əmirabad (Ənquran)
Əmirabad (fars. اميراباد) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=784871
Əmirabad (Ərdəbil)
Əmirabad (fars. اميراباد) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (7 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=764829
Əmirallar
Əmirallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Xarici keçidlər Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu
https://az.wikipedia.org/w/index.php?curid=87318
Əmiralılar
Əmiranlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Əmiranlar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əmiranlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri mütəmadi olaraq müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulur.19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Toponimikası Əmirallar kənd adının əsli Əmiralılar olmuşdur. Yaşayış məntəqəsini əmiralı nəslinə mənsub olan ailələr saldığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə toponimi "əmir alanlar" kimi izah edirlər. Deyilənə görə, bura çatdırılan əmirlər, fərmanlar ərazidə elan olunur, həm də onun icrasına nəzarət edilirmiş. Bu səbəbdən kənd əmir alanlar, yaxud azacıq təhriflə əmrallar adlanıb. Əmiralılar (eymuralılar) etnonimdir. Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Coğrafiyası və iqlimi Kənd Xocavənd rayonunun mərkəzi olan Xocavənd şəhərindən 3 kilometr şimal-şərqdə, Ağdam-Füzuli şose yolu (Bəzirgan) kənarında, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd əhalisinin sayı 700 nəfərdir. Kənddə əmirallar, bəhrəmlilər, avşarlar, avdallar və s. adlı tayfa, tirə və nəsillər vardır. Balakişiyev Cəmil Xanalı oğlu 1954-1992 Zeynalov Aydın Xandəmir oğlu 1947-1988 Bayramov Tağı Hüseyn oğlu 1965-1991 Bəhrəmov Vaqif Cəlil oğlu 1955-1991 Bədirov Yunis Nərçə oğlu 1973-1993 Həsənov Asif Ağamirzə oğlu 1960-1991 İbrahimov Şahmar Yelmar oğlu 1962-1992 İmanov Şükür Şəfa oğlu 1971-1993 Nəsibov Müseyib Qaraca oğlu 1948-1992 Rəhmanov Yasin Şahmar oğlu 1954-1992 Rüstəmov Nəsib Qərib oğlu 1957- 1992 Məmmədov Habil Sovet oglu 1971-1992 İqtisadiyyatı Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, baramaçılıq, bostançılıq, bağçılıq və üzümçülüklə məşğul olur. Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=675577
Əmiranlar

https://az.wikipedia.org/w/index.php?curid=90399
Əmirarx
Əmirarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əmirarx Ağdaş rayonunun Güvəkənd inzibati ərazi vahidində kənd. Kənd XIX əsrin sonlarında Əmirarx adlı arxın kənarında bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Arxın adı Şirvan düzündə yaşamış türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Kəndin əsası XIX əsrin sonunda qoyulub. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Ləki kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Güvəkənd kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Əmirarx kəndi Azərbaycan SSR Ağdaş rayonunun Güvəkənd kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Güvəkənd bələdiyyəsi təsis edilmişdir. Coğrafiyası Əmirarx kəndi Türyançayın yaxınlığında yerləşir. Kənd Ağdaş rayon mərkəzindən 15 km, Bakıdan 247 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır. Kənd dəniz səviyyəsindən 17 metr yüksəklikdə yerləşir. 1886-cı ildə kənddə 343 nəfər yaşayırdı. 1999-cu il üçün əhalisi 1100 nəfərdir.[mənbə göstərin] Kənddə havanın orta illik temperaturu +15,1 C-dir. Kənddə semiarid iqlimi mövcuddur. İnfrastruktur 8 oktyabr 2013-cü il tarixində kəndə təbii qaz tədarükünə başlanmışdır. Kənddə orta məktəb yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=127124
Əmirarx bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115034
Əmiraslan Xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi. 11-ci ordunun Bakını 1920-ci ilin 27 aprel işğalı ərəfəsində Ə. Xoyski Quba qəzasının rəisi vəzifəsində idi. Ə. Xoyski sovet hakimiyyətinə qarşı 1920-ci il mayın 24 — iyunun 4-də Gəncədə baş vermiş üsyanda fəal iştirak etmişdi.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir xan Xoyski həbs və təqibdən yaxa qurtarmaq üçün Türkiyəyə qaçmışdı. Sovet quruluşu dövründə, ömür boyu Azərbaycana qayıtmaq həsrəti ilə yaşayan, lakin bu imkandan məhrum olan Əmir xan Xoyski 1954-cü ildə Ankarada vəfat etmişdir. Əmir xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı. O, Cənubi Azərbaycandakı Maku xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin qaçmasından bir neçə ay sonra vəfat edir. Əmir xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar. Bu zavallılar da böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz familiyalarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular. Azərbaycan Xalq Cümhuriyyəti, II cild, Bakı,2005
https://az.wikipedia.org/w/index.php?curid=82947
Əmiraslan Xeyirbəyov
Əmiraslan Xəlil oğlu Xeyirbəyov (d. 10 dekabr 1996; Qusar, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Əmiraslan Xeyirbəyov 1996-cı ilin 10 dekabr günündə Qusar rayonunun Caqarqışlaq kəndində milliyətcə ləzgi ailəsində anadan olub. Hərbi xidməti Əsgər Əmiraslan Xeyirbəyov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Əmiraslan Xeyirbəyov doğulduğu Qusar rayonunun Caqarqışlaq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Xeyirbəyov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Əmiraslan Xeyirbəyov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
https://az.wikipedia.org/w/index.php?curid=474154
Əmiraslan ovdanı
]Əmiraslan ovdanı — XIX əsrdə Maştağada tikilmiş ovdan. Ovdanın əsas hissəsi torpağın altındadır. Pilləkənlər lay daşlardan yonulub, su mənbəyinə qədər enir. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir. Ovdan hazırda baxımsız vəziyyətdədir. Həmçinin bax Balaxanı ovdanı Şirvanşahlar ovdanı Xarici keçidlər Əmiraslan ovdanı / Ancient Ruins Of Azerbaijan
https://az.wikipedia.org/w/index.php?curid=672902
Əmiraslan xan Avşar
Doktor Əmiraslan xan Avşar Qasımlı - Doktor Əmiraslan xan Avşar Qasımlı (Canməhəmməd oğlu), 1919-cu ildə Marağada dünyaya gəlibdir..O, İranda ibtidai təhsil almışdır, təhsilin davam etmək üçün xaricə getmişdi.Almaniya, Avstriya və İsveçrədə təhsil alandan sonra, doktorluqun almışdır.1947-ci ildə İrana qayıdıb və bir müddət xarici işlər nazirliyində işlədi.Sonra bir müddətdə Haaqada İran səfirliyinin üçüncü katibi idi. Sonra İrana gəldi və 1949-cu ildə Məhəmməd Saidin qızı ilə evləndi. Bu evlilik ilə önemli işlərə nail oldu.1956-cı ildə,XIX Milli Məclisinin seçkiləri zamanı, Marağa şəhərindən nümayəndə oldu.Milli Məclisin XX dövründə, yenədə Marağanın nümayəndəsi idi. 1967-ci ildə İranın Avstriyadaki səfiri oldu. 1969-cu ilin oktyabr ayından, 1973-cü ilin mart ayına qədər İranın Amerikada ki səfiri oldu. 1974-cü ildən, 4-il müddətində İranın Almaniyadaki səfiri oldu.1978-ci ildə İrana qayıdıb və 1979-cu il İran inqilabına qədər sarayın mərasim başçısı idi. Əmiraslan xan Avşar Xarici keçidlər Rasexun saytı
https://az.wikipedia.org/w/index.php?curid=271744
Əmiraslan xan Dünbili
Əmiraslan xan Əhməd xan oğlu Dünbili (?-1838) — Xoy xanlığının sərkərdəsi, hakim, vali. Əmiraslan xan Dünbili əmirlərindən Əmir Əhməd xanın oğludur. Təbriz hakimi olan Əmiraslan xan, İran hökumətinin vəliəhdi Abbas mirzə Qovanlı-Qacarın yaxınlarından idi. H.l 240 (M. 1824)-cı ildə Xoy hakimi oldu. Məhəmməd şah Qacar zamanında Xəmsə və Zəncan valisi vəzifəsində xidmət edirdi. Daha sonra Qaradağ naibliyi vəzifəzinə təyin edildi. Fəzilətli bir şəxsiyyətə sahib olan Əmiraslan xan, hədis sahəsində yetkin bir alim idi. Ömrünün son zamanlarında sofulann yoluna girdi. İran şahı Osmanlı dövləti arasındaki savaşda Bayazidə hakim təyin edildi. Rus və Osmanlı hökmdarlannm yanında sayğın bir yer almışdı. Əmiraslan xan h. 1254 (M. 1838) –cü ildə vəfat etdi. Əmiraslan xan Qaradağ hakimi Seyfülmülk mirzə Qacarın müavini vəzifəsində çalışarkən şair Məzlumla sözləri çəpləşir. Xan biçarə Məzluma göz verir, işıq vermir. Axırda Məzlum Kirmanşah əyalətinə qaçır. Əmiraslan xana bir həcv yazır: Əmiraslan xanın Əsədulla xan adlı oğlu vardı. Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2013 Həmçinin bax Əhməd xan Dünbili Xarici keçidlər Arxivləşdirilib 2014-01-06 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=314248
Əmiraslan xan Məcdüddövlə
Əmiraslan xan Məhəmmədqasım xan oğlu Məcdüddövlə — İranın dövlət xadimi, Fətəli şah Qacarın kürəkəni. Əmiraslan xan Təbriz şəhərində şahzadə Məhəmməd mirzənin sarayında pişxidmətbaşı vəzifəsində çalışırdı. 1847-ci ildə şahzadə Nasirəddin mirzə Bəhmən mirzənin yerinə Azərbaycan valisi təyin edilir. Əmiraslan xan şahzadənin sarayında eşikağasıbaşı olur. Əmiraslan xan Məcdüddövlə Babın zühuru zamanı Zəncan əyalətinin valisi idi. Molla Məhəmmədəli Zəncani də bu əyalətdə qiyam qaldırdı. Tehrandan əmr gəldi ki, Molla Qurbanəlini qandallayıb, paytaxta göndərsin. Lakin tərəfdarların ayağa qalxması nəticəsində bu əməl həyata keçmədi. Səs-səda Tehrana çatan kimi vəziri-əzəm Mirzə Tağı xan Əmir Kəbir Məhəmməd xan bəylərbəyini və Həsənəli xan Gərrusini köməyə göndərdi. Onlar qiyamı yatırdılar. Əmiraslan xan Məcdüddövlə 1856-cı ildə Gilana vali təyin edildi. Ona Əmidülmülk ləqəbi verildi. 1859-cu ildə isə Məcdüddövlə ləqəbinə layiq görüldü. 1860-cı ildə valiliyi başa çatdı. Həmin il Siracülmülk Çıraqəli xan Zəngəninin yerinə yenidən Zəncan əyalətinə vali göndərildi. 1866-cı ilədək bu vəzifədə qaldı. Onu vəzifədən çıxarıb, yerinə Məhəmmədrəhim xan Əlaüddövlə nəsəqçibaşını təyin etdilər. Onu isə Məhəmmədnasir xan Zəhirüddövlənin yerinə saraya eşikağasıbaşı göndərdilər. 1869-cu ildə Qasım xan Valinin əvəzinə Gilan valisi təyin etdilər. Az müddətdən sonra onu çıxarıb, yerinə Mirzə Səid xan Ənsari-Gərmərudini təyin etdilər. 1869-cu ildə şahzadə Zillisultanı İsfahan əyalətinə vali göndərdilər. Əmiraslan xan Məcdüddövləni isə ona pişkar, işlər idarəsinin rəisi vəzifəsinə təyin etdilər. 1870-ci ildə onu saraya əmiraxur vəzifəsinə gətirdilər. 1871-ci ildə onu Darülşuraya (Nazirlər şurasına) məsləhətçi vəzifəsinə təyin etdilər. O, bu şuraya nəzarət edirdi. Elə həmin ilin sonunda onu Xuzistan və Burucird əyalətlərinə vali göndərdilər. Əmiraslan xan Məcdüddövlə bu təyinat əsnasında vəfat etdi. Əmiraslan xan əvvəlcə Zinətüddövlə Mahrüxsar xanım Fətəli şah qızı ilə, onu boşayandan sonra Nimtac xanım Mirzə Nəbi xan Qəzvinin qızı ilə, İftixarüssəltənə Mahnuş xanım Fətəli şah qızı ilə ailə qurmuşdu. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh. Həmçinin bax Məhəmmədqasım xan Qovanlı-Qacar
https://az.wikipedia.org/w/index.php?curid=480577
Əmiraslan xan Qırxlı-Avşar
Əmiraslan xan Qırxlı-Avşar (1738-1748) — Azərbaycan hakimi , Əfşarlar sülaləsi dönəmində sərkərdə, ordu generalı. Qırxlı oymağının səsli əmirlərindən biri də Əmiraslan xandır. Əmiraslan xan Nadirqulu xanın bibisioğlu idi və ona xidmət etmişdi. Nadirqulu xan şah olandan sonra Əmiraslan xanı ölmüş qardaşının, İbrahim xan Zəhirüddövlənin yerinə, 1738-ci ildə Azərbaycana sərdar (ordu generalı) təyin etmişdi. Əmiraslan xan Qırxlı-Avşar Nadir şahın ölümündən sonra qoşunla Ərdəbilə yürüş edib, Sam mirzəni tutdu. Edam edib, Təbrizə gəldi. Məhəmmədkazım xan Qaradağlını özünə həmfikir edib, şahlıq eşqinə düşdü. İran şahlıq taxtının iddiaçılarında şübhə doğurmamaq üçün, ehtiyatlı hərəkət edərək öz adından deyil, İmam Rza adından sikkə kəsdirməyə başladı. Əli şah adı ilə taxta çıxan Əliqulu xan Qırxlı-Avşar (1747-1748) Əmiraslan xana elçi göndərib, onu şah kimi tanımağı təklif etdi. Əmiraslan xan Əli şahın elçisini öldürdü və asılılığını bildirmədi. Onun ən yaxın silahdaşı Məhəmmədkazım xan idi. Qaradağ qoşunundan istifadə edib, qonşu hakimləri tələb-təhdidlə, savaşla özündan asılı biçimə saldı. Sonra Muğan və Ərdəbil vilayətlərini ələ keçirdi. Şahsevənlərin gücündən bəhrələndi. Rzaqulu xanı Gilana Rəşt şəhərini zəbt etməyə göndərdi. Qarabağ xanı Pənahəli bəyə öncə sultan, sonra xan ünvanı verib öz tərəfinə çəkdi. 1748-ci ilin sonunda qardaşı Əli şahı taxtdan salıb, gözlərinə mil çəkən İbrahim mirzə özünü şah elan etdi. İbrahim şah ilk növbədə qorxulu rəqib saydığı Əmiraslan xana qarşı mübarizəyə başladı. Əmiraslan xan ilk döyüşdə məğlub olub həmfikiri Məhəmmədkazım xanla Qaradağa qaçdı. Məhəmmədkazım xan İbrahim şahın intiqamından çəkinib, Əmiraslan xanı tutuqlu biçimdə Təbrizə yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və hakimlik fərmanı göndərdi. Tarixçi Məhəmmədhüseyn Quddusi bu olay haqqında yazır: «Əmiraslan xanın qoşunları məğlub olub dağılmışdı, özü də dostu Məhəmmədkazım xan Qaradağlı ilə Qaradağa qaçdı. Amma Məhəmmədkazım xan bəhanə ilə onu tutdu. İbrahim xanın əmrilə onu və qardaşı Sarı xanla birlikdə Təbrizdə öldürdülər.Əmiraslan xanın qardaşı Sarıaslan xan İbrahim şahdan qardaşının əhf etməsini istədi. Yalvarıb, bağışlanmasını xahiş etdi. Əmiraslan xan təbiətən cəsur, qəyyur bir adam idi. Qardaşının hərəkətindən, yalvarışlarından rahatsız olub, dedi: -Bir abırlı ölü, yüz diri abırsızdan yaxşıdı. İbrahim şah Əmiraslan xanla üzbəüz gələndə rişxəndlə dilləndi: -Sən də şahlıq eşqinə düşmüşdün? Əmiraslan xan şaha üz tutub qayıtdı: -Get, Qara Mehdi Avşarın canına dua elə ki, başının üstündə durub, can-başla hökmünü yerinə yetirir, mənim kimi aslanı sənin kimi tülküyə söz yeri eləyib. Beş günlük dünyada nə qədər ki, uğur səninlədi, get kefini çək. İndi bu başı vur, hökm sənindir! Əmiraslan xan 1748-ci ildə öldürüldü. Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, Həmçinin bax Avşarlar sülaləsi
https://az.wikipedia.org/w/index.php?curid=397686
Əmiraslan xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi. 11-ci ordunun Bakını 1920-ci ilin 27 aprel işğalı ərəfəsində Ə. Xoyski Quba qəzasının rəisi vəzifəsində idi. Ə. Xoyski sovet hakimiyyətinə qarşı 1920-ci il mayın 24 — iyunun 4-də Gəncədə baş vermiş üsyanda fəal iştirak etmişdi.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir xan Xoyski həbs və təqibdən yaxa qurtarmaq üçün Türkiyəyə qaçmışdı. Sovet quruluşu dövründə, ömür boyu Azərbaycana qayıtmaq həsrəti ilə yaşayan, lakin bu imkandan məhrum olan Əmir xan Xoyski 1954-cü ildə Ankarada vəfat etmişdir. Əmir xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı. O, Cənubi Azərbaycandakı Maku xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin qaçmasından bir neçə ay sonra vəfat edir. Əmir xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar. Bu zavallılar da böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz familiyalarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular. Azərbaycan Xalq Cümhuriyyəti, II cild, Bakı,2005
https://az.wikipedia.org/w/index.php?curid=491736
Əmiraslan xan Xoyski.

https://az.wikipedia.org/w/index.php?curid=491733
Əmiraslan İsgəndərov
Əmiraslan Əlixan oğlu İsgəndərov (1976) — Bakıda sələfi qrupunun rəhbəri.1999-cu ildən 2003-cü ilə qədər o, Əfqanıstan təlim düşərgələrində iştirak edib və gənc qadın mücahidlərin fəaliyyətə cəlb edilməsini həyata keçirib. Həbs olunduğu zaman trotil, qumbara və detonatorlar ələ keçirilib.Milli Təhlükəsizlik Nazirliyi mətbuata açıqlamasında İsgəndərovun "anti-Azərbaycan kampaniyası apardığını" iddia edib. Qurumun açıqlamlarına görə o etnik azlıqların nümayəndələri arasında kin və Azərbaycana nifrət aşılayırdı. O ölkə ərazisində "Camaat" və ya ordu yaratmaq cəhdində ittiham edilirdi . Qapalı keçirilən prosesdən sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsi İsgəndərov və qruplaşmasının daha 5 iştirakçısı — Əlirza Məcid oğlu Babayev (1965-ci il təvəllüdlü), Zaur Əliyeviç Əliyev (1984-cü il təvəllüdlü), Abdulla Məhəmmədoviç Məhəmmədov (1986-cı il təvəllüdlü), Sumqayıt şəhəri Hidayət Pirivey (d. 1971) və Rizvan Əbdülqədirov. İsgəndərov və Babayevin hər biri 28.214.2.1 maddəsi ilə qanunsuz partlayıcı maddə və döyüş sursatı saxlama maddəsi ilə 14 il, Abdulla və Əlivey isə 228.2.1 maddəsi ilə 5 il, Abdulqədirov isə 228.1 maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
https://az.wikipedia.org/w/index.php?curid=818269
Əmiraslan Əliyev
Əmiraslan Rza oğlu Əliyev (30 avqust 1960, Naxçıvan – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. Əmiraslan Əliyev 30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Ü. Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Naxçıvan Şərabçılıq Zavodunda fəhlə işləmişdir. 1979–1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna respublikasında, sonra Polşada hərbi xidmətini davam etdirmişdir. 1981–1982-ci illərdə Naxçıvan şüşə Qablar Zavodunda, 1982–1992-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə içləmişdir. İstehsalda çalışmaqla yanaşı, o, təhsilini də davam etdirməyi unutmamışdır. 1982–1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-filologiya fakültəsində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında hərbi xidmətə çağırılmışdır. Baş leytenant Əmiraslan Əliyev xidmət etdiyi hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü ildə Fəxri fərmanla təltif edilmişdir. Əmiraslan Əliyev 17 mart 1995-ci ildə Mart hadisələri zamanı Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınmasında XTPD-nin komandiri Rövşən Cavadovu yaralayaraq sonra həlak olmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb. Milli Qəhrəman Azərbaycan Resrublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əliyev Əmiraslan Rza oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. "N" saylı sərhəd zastavasında qəhrəmanın xatirə otağı açılmış və büstü qoyulmuşdur. "N" saylı sərhəd məntəqəsinə Ə. Əliyevin adı verilmişdir. MİLLİ QƏHRƏMANLARIMIZ Arxivləşdirilib 2008-01-24 at the Wayback Machine Əmiraslan Əliyev Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 82. Xarici keçidlər Milli Qəhrəmanlar
https://az.wikipedia.org/w/index.php?curid=52107
Əmiraslanlı
Əmiraslanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Əmiraslanlı kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Toponimikası Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Emir kəndindən çıxmış cinaboy nəslindən olan Əmiraslan adlı şəxs salmışdır. Oykonim Əmiraslan (şəxs adı) və -lı (mənsubluq bildirir) komponentlərindən düzəlib, "Əmiraslana məxsus kənd" mənasındadır. Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 619 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=97020
Əmiraslanov
Əmiraslanov — Azərbaycanda daha çox işlədilən soyad. Azər Əmiraslanov — Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri. Əhliman Əmiraslanov — cərrah–onkoloq, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü. Əli Əmiraslanov — geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın müxbir üzvü. Tapdıq Əmiraslanov — Əməkdar müəllim. Tahir Əmiraslanov — Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti, "Kulina" jurnalının baş redaktoru . Möhbalı Əmiraslanov — Azərbaycan SSR Nazirlər Sovetinin 1-ci müavini (1951–1954) Sərdar Əmiraslanov — Azərbaycan respublikasının fəxri mədəniyyət işçisi Fərid Əmiraslanov — Mədəniyyət sahəsi üzrə tədqiqatçı, Musiqiçi, Müəllim, araşdırmaçı Jurnalist Emin Əmiraslanov — futbolçu. Abdulla Əmiraslanov — Rəssam Tarıqulu Əmiraslanov Həmçinin bax Əmiraslanlı
https://az.wikipedia.org/w/index.php?curid=403899
Əmirağa Ağayev
Əmirağa Mahir oğlu Ağayev (29 may 2002, Surra, Dəvəçi rayonu – 11 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmirağa Ağayev 29 may 2002-ci ildə Şabran rayonu Surra kəndində dünyaya göz açmışdır. Hərbi xidməti Orta məktəbi bitirdikdən sonra Əmirağa 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əmirağa Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 11 oktyabr tarixində əlaqə saxlayan Əmirağa Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmirağa Ağayevin nəşi 10 fevral 2021-ci ildə tapılmış və 11 fevral tarixində Şabran Şəhidlər Xiyabanında dəfn edilmişdir. Onun dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=691143
Əmirbostaq (Əbhər)
Əmirbostaq (fars. اميربستاق) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 233 nəfər yaşayır (49 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=772462
Əmirbəy (Xoy)
Əmirbəy (fars. اميربيگ) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (17 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=570299
Əmircan
Əmircan (Qax) — Azərbaycanın Qax rayonunda kənd Əmircan (Suraxanı) — Bakının Suraxanı rayonunda qəsəbə.
https://az.wikipedia.org/w/index.php?curid=20423
Əmircan (Bakı)
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. Coğrafi mövqeyi Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi. Əhali sayı 1842-ci ildə 759 nəfər idi və Bakı kəndləri arasında bu, saya görə 9-cu olsada, sonrakı illərdə daha sürətlə artmışdır. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndlərdən olub, əhali sayına görə 8-ci yerdə idi. XIX əsrin sonunda kənddə quruculuq abadlıq işlərinin aparılması məskunlaşmanı sürətləndirmiş, həmçinin 1926–1939-cu illərdə əhalinin sürətli artımı olmuşdur. Əhali sayı 1959-cu ildə 12,2 min, 2009-cu ildə 30,3 min və 2016-ci ildə 31,5 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 60 min nəfərə yaxındır. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı 25 minə yaxındır. Neft-mədən ərazilərinin böyük hissəsi daimi yaşayış yerlərinə çevrilmişlər. Qəsəbənin şərqində Rəng zavodu ərazisi tamamilə məskunlaşmış, hətta Şor gölünün bir hissəsi qurudularaq, maklerlərin tikdiyi evlər formasında əhaliyə satılır. İnfrastrukturu Qəsəbədə mineral hidrogen-kükürd tərkibli sularla müalicə edən Bərpa-müalicə mərkəzi vardır. Bura revmatizm, dəri, dayaq-hərəkət, artrit və d. xəstəliklərin müalicəsində istifadə edilir. Qəsəbədə Suraxanı rayon İH binası, H.Əliyev mərkəzi, istirahət parkları, idman kompleksi, stadion fəaliyyət göstərir. Tofiq İsmayılov adına qəsəbə stadionunda və ya Azərsun Arenada futbol üzrə yerli və beynəlxalq oyunlar keçirilir. Stadion Qarabağ futbol klubunun ev stadionudur. Əmircanda S. Bəhlulzadənin ev muzeyi, Atəşgah qoruğ muzeyi, 2 poliklinika, özəl tibb müəssisəsi, internat, musiqi məktəbi, 1 ATS, mədəniyyət və gənclər evi, poçt məntəqəsi, 2 kitabxana və digər sosial binalar vardır. Burada 6 məktəbdə 5676 şagird təhsil alır və 6 uşaq bağçasında 472 uşaq tərbiyə alır(2011). İstehsalat müəssisələrindən Suraxanı Neft və Qazçıxarma İdarəsi, Suraxanı neft maşınqayırma, Neft-Mədən avadanlığı zavodu, Dalma avadanlığı və quyuların istismarı və hərbi maşınqayırma zavodları, Polad-armatur ASC, Gilan Holdinq Sənaye MMC, Sement istehsal müəssisəsi, Sement-Beton və kiçik müəssisələr fəaliyyət göstərir. Transformator zavodunun yeni korpusları fəaliyyətə başlamışdır. Əmircanda məhəllə sistemi əsasən XIX əsrdə formalaşmağa başlamışdır. Buradakı 5 məhəllə-Naxır bulağı, Meydan yeri, Soltanabadlılar, Əsədli, Bünyadlılar məhəlləsi adı ilə tanınan kiçik məhəllə ümumiyyətlə, Əmircanda 4 məscid fəaliyyət göstərmişdir. Nizaməddin məscidi XIV əsrə, digər üç məscid: Muxtarov, Bünyadlılar və Tutağacı məscidi isə XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid edilir. Əmircan kəndinin şəhərsalma strukturunda türbələrin və ovdanların da özünəməxsus rolu var. "Əmirhac", "Şıx Nəcəfəli", "Göyçək", "Səkinə" türbələri etiqad olunan dini ocaq kimi əmircanlılar arasında məşhurdur. Etimologiya Əmircan Bakının qədim kəndlərindən sayılır. A. Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazmışdır. Tədqiqatçılar bu fikrə istinad edərək Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir Hac" deyilişini kəndin adına şamil ediblər. "Əmir hac" ərəb sözü olub, tərcüməsi "Hacılar əmiri" deməkdir. Əmir sözünün lüğəti mənası "böyük, başçı, bəy" deməkdir. Doğrudur, yerli əhali kəndi Xilə adlandırır. Xilə kəndinin ərəb xilafəti zamanı sahibi, böyük mülkədar Əmir Nizamətdin XIV əsrdə Bakı mahalında çox məşhur və hörmətli şəxs olub. Vaxtilə Əmircan xalçaları dünyada məşhur olubdur. Üləmaların, ruhanilərin, məşhur söz-sənət ustalarının ana yurdu sayılan Əmircan öz abidələri, məscid və minarələri ilə də tanınır. Kəndin qədim adı Xilə olub, sonradan isə dəyişdirilib Əmircan qoyulub. Rəvayətlərə görə, çox qədim zamanlarda burada Hillə qəbiləsi yaşayıb (bəzi mənbələrdə onlara Xilə tayfaları deyilir), kəndin əvvəlki adı da buradan götürülərək Xilə adlandırılıb. Tarixçi Sara Aşurbəyli "Şirvanşahlar dövləti" kitabında Xilənin qədim adının yaranması haqqında belə bir məlumat verir: "On üç əsr ərzində dəyişikliyə uğramadan dövrümüzədək qalmış Xilə adının tarixi Azərbaycanın ərəblər tərəfindən istilasına gedib çıxır. İraqda müstəqil əmirliyə malik olduqları Hillədən buraya köçüb gəlmiş rəbiə tayfaları kompakt halda Bərdədə, Şamaxıda və Şirvanın digər yerlərində məskən salıblar. Ehtimal ki, Abşerondakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırılıb. Belə ki, burada məhz həmin yerdən gəlmiş və sonradan türklərlə qaynayıb qarışmış ərəblər məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri deyildilər. Abşerondakı Xilənin qədim əhalisi haqqında burada skiflərin yaşadıqlarını təsdiq edən arxeoloji tapıntılar xəbər verir". Azərbaycanın bir çox bölgəsində "Xilə" adlı kənd var. Tarixçi Fəridə Bünyadova bunlar arasında Abşerondakı Xilə kəndinin daha qədim olduğunu deyir: "Bu kəndlərdə nə qədər arxeoloji qazıntılar aparılıb deyə bilmərəm, lakin eramızıdan əvvəl V əsrə aid tapılmış kişi büstü əsas verir ki, Abşerondakı Xilə kəndi digər bölgələrimizdəki Xilələrdən ən qədimidir". Kənddə qədim məscid, ovdan və hamamlar, mavzoley, atəşgah var. Nizamətdin məscidi (Moltan piri) XIV əsrə aiddir. Məscid dəfələrlə müxtəlif dövrlərdə bərpa edilib. Məscidin qapısının üstündə ərəbcə yazılıb: "Bu məscidi Əmir Nizamətdin – "Əmir həc" böyük mülkədar Fəxrəddin Qutluqşah oğlu tikdirib". Azərbaycan yazıçısı və diplomat Abbasqulu ağa Bakıxanov və onun atası, babası Əmircanda Nizamətdin mülkündə yaşayıblar. Məscidin ətrafında qədim kəndin yerində bir neçə qədim nəslə malik evlər indi də qalmaqdadır. Nizamətdin məscidinin yanında Abbasqulu ağa Bakıxanovun yaşadığı mülkün bir hissəsi qalır. XVII–XVIII əsrlərdə kənddə bir neçə məscid tikilib. Bunlardan Binyətdilər məscidini göstərmək olar. Bu məscid 1904-cü ildə Binyətin özü tərəfindən şəxsi vəsaiti hesabına tikilib və məscid onların nəslinin adı ilə adlandırılıb. Bu məscidlər mədəniyyət abidəsi kimi qorunur. 1908-ci ildə milyonçu Murtuza Muxtarovun vəsaiti hesabına kənddə başqa bir məscid inşa olunub. Əmircanda digər Bakı milyonçusu Şəmsi Əsədullayev də məscid tikdirib, amma həmin məscid sonralar dağıdılıb. Kənddə XIV əsrə aid "Göyçək pir"i və "Əmir-həc mavzoleyi" də tarixi abidə kimi mühafizə olunur. Əmircanın qədim tikililərindən danışarkən ovdanlardan da söz açmaq lazımdır. Ovdan yağış, suxur və kəhriz sularını toplamaq üçün qədimlərdə tikilən su təchizatı qurğusudur. Xilə yolu üstündə bir neçə ovdan olub. Bakıxanov dağı üstündə hal-hazırda dörd su ovdanı var. Əmircanın şərq hissəsində qədimdə içində kəhrizlər olan ovdanlar olub. Kəndin yuxarı hissəsində, 232 saylı məktəbin yaxınlığında qədim bir ovdan qalmaqdadır. Bu ovdana "Bakirə qız ovdanı" deyirlər. Rəvayətə görə qız nişanlı olan zaman adaxlısı ölür. Qız adaxlısının xatirəsini əbədiləşdirmək üçün birinci dəfə görüşdükləri və ona su verdiyi yerdə ovdan tikdirib. Kəndin ərazisində 15-ə yaxın qədim qəbristanlıq var. 1932-ci ildə kəndin mərkəzində qədim bir qəbristanlıq sökülüb. Söküntü zamanı qəbiristanlığın yeddi mərtəbədən ibarət olduğu aşkarlanıb. Qəbirstanlığın dörd üst mərtəbəsində islamaqədər dövrdə basdırılan insanların qalıqları aşkarlanıb. Alt qatlarda isə atəşpərəstlik və ondan əvvəlki dövrdə basdırılan insanların qalıqları olub. Lap alt qatlarda bir qəbirdə iki skelet aşkarlanıb. Qədim Əmircanda atəşpərəstlik mövcud olub, oda sitayiş edilib. Yerli sakinlərin danışdıqları rəvayətə görə Makedoniyalı İsgəndərin Azərbaycana yürüşü zamanı Əmircan ərazisindəki Atəşgah dağıdılıb. İrandan qovulmuş atəşpərəstlər 636-cı ildə Atəşgahı bərpa ediblər. 7 il sonra ərəb xilafəti zamanı məbəd yenidən dağıdılıb. Sonralar yenə də atəşpərəst hind tacirləri Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olublar. Təbiəti, coğrafiyası Kənddə bir neçə bulaq var. Bu bulaqların bəziləri şirin və kəmşirin, bəziləri isə şorsuludur. Bulaqların müalicəvi əhəmiyyəti də var. Əmircanda "Qızlar hamamı" və "Məşədi Xəlil hamamı" vaxtilə sakinlərə xidmət edib. XVII əsrdə indiki Bakıxanov küçəsində kükürdlü isti su çıxırmış. Burada "Qızlar hamamı" tikilib. İndi də hamamın xarabalıqları qalmaqdadır. Su isə tibbi-müalicəvi yer kimi 1962-ci ildən fəaliyyət göstərir. Əmircanın Suraxanı küçəsindəki həyətlərdə çoxlu şirin su quyuları qalır. XIX–XX əsrin əvvəllərində salınmış neft mədənlərinə və sənaye obyektlərinə, Sabunçu, Ramana, Suraxanıya Əmircandan arabalarla şirin su daşınırmış. Kəndin ərazisindən iki qədim yol keçir. Dərxilə karvan və araba yolu qədim tarixin izi olaraq bu gün də qalmaqdadır. Keçmişdə insanlar bu yolu Abşeron yarımadasının ortasından salıblar. Bu yol Pirallahıdan Bakıya qədər XIX əsrə qədər yeganə yol olub. Əmircan kəndinin hər məhəlləsində bəqərə dəyirmanı olub. XIX əsrin ikinci yarısında kənddə buxar maşını ilə işləyən dəyirman varmış. 1896-cı ildə isə mühərrikli dəyirman işə salınıb. Əmircan kəndinin ərazisi olan Bakıxanov dağının altında bir mağara var. Buraya 200-dən çox adam sığırmış. Rəvayətə görə, rus işğalçı qulduru vaxtilə Bakıya soxulanda öz banditlərilə bir müddət həmin mağarada saxlanıb. Sonradan bu yer uzun illər onun adı ilə bağlı olub. [mənbə göstərin]Əmircanda neft quyuları qazılarkən çox dərin qatlarda nəsli kəsilmiş heyvan sümükləri tapılıb. Burada mağara şiri, mağara ayısı, kərkədan, canavar, tülkü, at, öküz, dəvə və maral sümüklərindən ibarət bütöv bir qəbristanlıq aşkar edilib. Bu qədər böyük sümük yığını qədimdə burada ehtimal ki, göl olduğunu və müxtəlif heyvanların su içmək üçün buraya gəldiyini göstərir. Əmircanda Şor adlanan böyük göl var. Bu göl Bülbülədən Əmircanın bütün hissəsi ilə Zığ dağının ətəyinə qədər uzanır. Şor ərazisində ağ və göy gilabı çıxırmış. Bu sabunu əvəz edirdi. Şəhər əhalisi ağ və göy gilabdan sabun yerinə paltar, palaz, xalçə yumaq üçün istifadə edirmiş. 1935-ci ildən sonra Şorda suyun səviyyəsi qalxıb və bura böyük gölə çevrilib. XX əsrin əvvəllərinə qədər bu göldən məişətdə istifadə edilən duz yığırmışlar. Hər ilin iyul ayı duz yığımı mövsümü imiş. Abşeronun bir çox kəndlərindən duzu toplamaq üçün buraya gələrmişlər. Sonradan həmin duzu gəmilərə yükləyib Rusiya, Həştərxan, Türkmənistan, İran və başqa ölkələrə göndərirmişlər. XX əsrin 20-ci illərindən sonra duzun keyfiyyəti pisləşib, ondan daha istifadə etməyiblər. Əmircanda əhali həmişə təsərrüfatla məşğul olub. Həyətlərdə təsərrüfat işləri görülərkən, quyular qazılan zaman çoxlu qədim məişət əşyaları, sümüklər, küplər, zinyət əşyaları, pullar, silahlar hətta heykəllər də tapılıb. Vaxtilə Əmircanda böyük taxıl sahələri mövcud olub. Kəndin varlı nəsillərindən olan Hacı Hacıbaba, Hacı Bəbir, Hacı Yusifin geniş əkin yerləri olub. Kənddə suvarma sistemi olmadığı üçün dəmyə taxıl əkilirmiş. Əmircan əhalisi həm də bağçılıq və bostançılıqla məşğul olub. Kəndin Şor tərəfi deyilən hissəsində böyük bağlar varmış. Burada əncir, üzüm, nar, püstə, heyva, ərik və s. meyvə ağacları olub. Bostançılıqda qarpız, yemiş və digər tərəvəz bitkiləri yetişdirilib. Bu kənddə ən qiymətli bitkilərdən olan zəfəran da yetişdirilib. Sonralar tədricən əhalinin bu məşğuliyyət sahələri tənəzzülə uğrayıb. 1843-cü ildən başlayaraq Əmircanın əkin yerlərində neft mədənləri salmağa başlayıblar. Ancaq hazırda qismən də olsa kənddə təsərrüfatla məşğul olanlar var. Deyilənə görə kəndin varlı adamları Hacı Hacıbaba və Hacı Bəbirin dəvələrinin sayı minə yaxın imiş. Onların böyük taxıl zəmiləri var imiş. Dəvə karvanları ilə bu taxılı Kərbəla, Nəcəf və Məkkəyə aparırmışlar. Əmircanda bir neçə xalça karxanası və dabbaqxanalar var. Burada toxucular, papaqçılar, dulusçular, dərzilər fəaliyyət göstərib. Əmircan xalçaları "Xilə Buta" və "Xilə əfşan" dünyanın hər yerində məşhurdur və dünyanın bir çox muzeylərində saxlanılır (Məsələn, Moskva Dövlət Tarix Muzeyində). Əmircan oz qutablari ilə də çox məşhurdur (Xilə qutabı). XIX əsrin axırı XX əsrin əvvəllərində kənddə 2 bazar olub. Onlardan biri Əmircanın mərkəzində "Meydan yeri" idi. Bu, gündəlik bazar idi. Bu bazarda ərzaq malları, göyərti, yerli bağların meyvəsi, yerli sənətkarların hazırladıqları məhsullar bir-biri ilə dəyişdirilirmiş. İkinci bazar Əmircan yolu üstündə indiki Suraxanı küçəsində yerləşən "Həftə bazar" idi. Bu bazarda həftədə bir gün böyük alver olurmuş. İndi də bu bazar Bakının yeddi kəndini birləşdirən bazar olaraq qalır. XIX əsrin sonları XX əsrin əvvəllərində Abşeronda Əmircan "xozeyinlər" kəndi kimi məşhur olub. Neftçıxarmada işləyənlərin də çoxu əmircanlılar olub. Bu ərazi daim ağ nefti ilə tanınıb. O dövrdə yerli sahibkar Cavad ağa Əmircanın yuxarı hissəsində 1859-cu ildə ağ neft zavodu tikdirib. Beləliklə, kənd əhalisinin həyatında dəyişikliklər əmələ gəlib. Neft quyuları qazılır, yollar çəkilir, müxtəlif texniki avadanlıqlar emalatxanaları meydana gəlir, buxarxanalar, yaşayış evləri, kazarmalar tikilməyə başlayırdı. Bu, həmin dövr idi ki, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov kimi varlı adamlar meydana gəlmişdi. Neftçıxarma sahəsində dərinlik nasoslarının tətbiqi əmircanlı ustalara XIX əsrin 80-ci illərindən məlumdur. Həmin dövrdə Abşeronun bütün kəndlərində Əmircanın qocaman neft ustaları böyük şöhrət qazanmışdılar (Hacı Heybətqulu, Cəbrayıl Əyyuboğlu, Əlimədət Muradəlioğlu, Həmzəli Fətəlioğlu). 1866-cı ildə sahibkar Mirzəyev Atəşgah yanında qüvvətli ağ neft zavodu tikdirib. Bu zavodda hər birinin 100 pud tutumu olan qazanlar quraşdırılıb. Neft sənayesinin inkişafı ilə əlaqədar kəndin kənarında Hümbət adlı sahibkarın mədən avadanlığı, alətlər və onları təmir edən emalatxanası olub. Həmin emalatxana 1920-ci ilə qədər işləyib, inqilabdan sonra fabrik-zavod məktəbinə çevrilib. Hazırda orada geofizika zavodu fəaliyyət göstərir. Tanınmış əmircanlılar Murtuza Muxtarov Səttar Bəhlulzadə Tofiq Bakıxanov Xalid Əliyev Ələkbər Muradov Tofiq Bayram Ramiz Rövşən Ağaxan Abdullayev Qəyyur Yunus Albert Aqarunov Şəmsi Əsədullayev
https://az.wikipedia.org/w/index.php?curid=85173
Əmircan (Qax)
Əmircan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Toponimikası Əmircan oyk, sadə. 1. Bakı şəhəri Suraxanı r-nunda ştq. Abşeron yarımadasındadır. Yaşayış məntəqəsi XX əsrin əvvəllərinə qədər Xilə adlandırılmışdır. Tədqiqatçılar bu oykonimi ərəb işğalları dövründə İraqın Xilə əmirliyindən Azərbaycana köçürülmüş ərəb tayfasının adı ilə bağlayırlar. Əmircan oykonimini isə tədqiqatçılar orta əsrlərdə Şirvan dövlətində yüksək vəzifələrdən biri olan əmirhacla əlaqələndirirlər. Qəsəbədə XIV əsrə aid abidələrdən biri olan Nizaməddin məscidinin kitabəsində Şirvan dövlətində yüksək mənsəb sahibi olmuş Əmir Nizaməddin Əmirhac adlı şəxs haqqında məlumat verilir. Dövlət tərəfindən təsdiq olunan əmirhac vəzifəsinin sahibi Məkkəyə ziyarətə gedənlərə başçılıq edərmiş; 2. Qax r-nunun Muğal i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrə aid mənbələrdə Əmircanlı variantında qeydə alınmışdır. Yaşayış məntəqəsi XVIII əsrdə İlisu və Sarıbaş kəndlərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Əmircanlı orada məskunlaşmış bir nəslin adıdır. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Əmircan (mənbədə "Əmircalı") kəndində milli tərkibi ləzgilərdən, muğallardan və bəylərdən ibarət 78 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Kənd əhalisini əsasən azərbaycanlılar, az bir qismini isə saxurlar təşkil edir. 13–22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ləkit kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2603 nəfər (1274 nəfəri kişilər, 1329 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Əmircan kəndində 151 təsərrüfatda hər iki cinsdən toplam 561 nəfər əhali yaşamaqdadır. Əhali əsasən maldarlıq və fındıqçılıqla məşğul olur. Həmçinin bax Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin
https://az.wikipedia.org/w/index.php?curid=63353
Əmircan (Suraxanı)
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. Coğrafi mövqeyi Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi. Əhali sayı 1842-ci ildə 759 nəfər idi və Bakı kəndləri arasında bu, saya görə 9-cu olsada, sonrakı illərdə daha sürətlə artmışdır. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndlərdən olub, əhali sayına görə 8-ci yerdə idi. XIX əsrin sonunda kənddə quruculuq abadlıq işlərinin aparılması məskunlaşmanı sürətləndirmiş, həmçinin 1926–1939-cu illərdə əhalinin sürətli artımı olmuşdur. Əhali sayı 1959-cu ildə 12,2 min, 2009-cu ildə 30,3 min və 2016-ci ildə 31,5 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 60 min nəfərə yaxındır. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı 25 minə yaxındır. Neft-mədən ərazilərinin böyük hissəsi daimi yaşayış yerlərinə çevrilmişlər. Qəsəbənin şərqində Rəng zavodu ərazisi tamamilə məskunlaşmış, hətta Şor gölünün bir hissəsi qurudularaq, maklerlərin tikdiyi evlər formasında əhaliyə satılır. İnfrastrukturu Qəsəbədə mineral hidrogen-kükürd tərkibli sularla müalicə edən Bərpa-müalicə mərkəzi vardır. Bura revmatizm, dəri, dayaq-hərəkət, artrit və d. xəstəliklərin müalicəsində istifadə edilir. Qəsəbədə Suraxanı rayon İH binası, H.Əliyev mərkəzi, istirahət parkları, idman kompleksi, stadion fəaliyyət göstərir. Tofiq İsmayılov adına qəsəbə stadionunda və ya Azərsun Arenada futbol üzrə yerli və beynəlxalq oyunlar keçirilir. Stadion Qarabağ futbol klubunun ev stadionudur. Əmircanda S. Bəhlulzadənin ev muzeyi, Atəşgah qoruğ muzeyi, 2 poliklinika, özəl tibb müəssisəsi, internat, musiqi məktəbi, 1 ATS, mədəniyyət və gənclər evi, poçt məntəqəsi, 2 kitabxana və digər sosial binalar vardır. Burada 6 məktəbdə 5676 şagird təhsil alır və 6 uşaq bağçasında 472 uşaq tərbiyə alır(2011). İstehsalat müəssisələrindən Suraxanı Neft və Qazçıxarma İdarəsi, Suraxanı neft maşınqayırma, Neft-Mədən avadanlığı zavodu, Dalma avadanlığı və quyuların istismarı və hərbi maşınqayırma zavodları, Polad-armatur ASC, Gilan Holdinq Sənaye MMC, Sement istehsal müəssisəsi, Sement-Beton və kiçik müəssisələr fəaliyyət göstərir. Transformator zavodunun yeni korpusları fəaliyyətə başlamışdır. Əmircanda məhəllə sistemi əsasən XIX əsrdə formalaşmağa başlamışdır. Buradakı 5 məhəllə-Naxır bulağı, Meydan yeri, Soltanabadlılar, Əsədli, Bünyadlılar məhəlləsi adı ilə tanınan kiçik məhəllə ümumiyyətlə, Əmircanda 4 məscid fəaliyyət göstərmişdir. Nizaməddin məscidi XIV əsrə, digər üç məscid: Muxtarov, Bünyadlılar və Tutağacı məscidi isə XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid edilir. Əmircan kəndinin şəhərsalma strukturunda türbələrin və ovdanların da özünəməxsus rolu var. "Əmirhac", "Şıx Nəcəfəli", "Göyçək", "Səkinə" türbələri etiqad olunan dini ocaq kimi əmircanlılar arasında məşhurdur. Etimologiya Əmircan Bakının qədim kəndlərindən sayılır. A. Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazmışdır. Tədqiqatçılar bu fikrə istinad edərək Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir Hac" deyilişini kəndin adına şamil ediblər. "Əmir hac" ərəb sözü olub, tərcüməsi "Hacılar əmiri" deməkdir. Əmir sözünün lüğəti mənası "böyük, başçı, bəy" deməkdir. Doğrudur, yerli əhali kəndi Xilə adlandırır. Xilə kəndinin ərəb xilafəti zamanı sahibi, böyük mülkədar Əmir Nizamətdin XIV əsrdə Bakı mahalında çox məşhur və hörmətli şəxs olub. Vaxtilə Əmircan xalçaları dünyada məşhur olubdur. Üləmaların, ruhanilərin, məşhur söz-sənət ustalarının ana yurdu sayılan Əmircan öz abidələri, məscid və minarələri ilə də tanınır. Kəndin qədim adı Xilə olub, sonradan isə dəyişdirilib Əmircan qoyulub. Rəvayətlərə görə, çox qədim zamanlarda burada Hillə qəbiləsi yaşayıb (bəzi mənbələrdə onlara Xilə tayfaları deyilir), kəndin əvvəlki adı da buradan götürülərək Xilə adlandırılıb. Tarixçi Sara Aşurbəyli "Şirvanşahlar dövləti" kitabında Xilənin qədim adının yaranması haqqında belə bir məlumat verir: "On üç əsr ərzində dəyişikliyə uğramadan dövrümüzədək qalmış Xilə adının tarixi Azərbaycanın ərəblər tərəfindən istilasına gedib çıxır. İraqda müstəqil əmirliyə malik olduqları Hillədən buraya köçüb gəlmiş rəbiə tayfaları kompakt halda Bərdədə, Şamaxıda və Şirvanın digər yerlərində məskən salıblar. Ehtimal ki, Abşerondakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırılıb. Belə ki, burada məhz həmin yerdən gəlmiş və sonradan türklərlə qaynayıb qarışmış ərəblər məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri deyildilər. Abşerondakı Xilənin qədim əhalisi haqqında burada skiflərin yaşadıqlarını təsdiq edən arxeoloji tapıntılar xəbər verir". Azərbaycanın bir çox bölgəsində "Xilə" adlı kənd var. Tarixçi Fəridə Bünyadova bunlar arasında Abşerondakı Xilə kəndinin daha qədim olduğunu deyir: "Bu kəndlərdə nə qədər arxeoloji qazıntılar aparılıb deyə bilmərəm, lakin eramızıdan əvvəl V əsrə aid tapılmış kişi büstü əsas verir ki, Abşerondakı Xilə kəndi digər bölgələrimizdəki Xilələrdən ən qədimidir". Kənddə qədim məscid, ovdan və hamamlar, mavzoley, atəşgah var. Nizamətdin məscidi (Moltan piri) XIV əsrə aiddir. Məscid dəfələrlə müxtəlif dövrlərdə bərpa edilib. Məscidin qapısının üstündə ərəbcə yazılıb: "Bu məscidi Əmir Nizamətdin – "Əmir həc" böyük mülkədar Fəxrəddin Qutluqşah oğlu tikdirib". Azərbaycan yazıçısı və diplomat Abbasqulu ağa Bakıxanov və onun atası, babası Əmircanda Nizamətdin mülkündə yaşayıblar. Məscidin ətrafında qədim kəndin yerində bir neçə qədim nəslə malik evlər indi də qalmaqdadır. Nizamətdin məscidinin yanında Abbasqulu ağa Bakıxanovun yaşadığı mülkün bir hissəsi qalır. XVII–XVIII əsrlərdə kənddə bir neçə məscid tikilib. Bunlardan Binyətdilər məscidini göstərmək olar. Bu məscid 1904-cü ildə Binyətin özü tərəfindən şəxsi vəsaiti hesabına tikilib və məscid onların nəslinin adı ilə adlandırılıb. Bu məscidlər mədəniyyət abidəsi kimi qorunur. 1908-ci ildə milyonçu Murtuza Muxtarovun vəsaiti hesabına kənddə başqa bir məscid inşa olunub. Əmircanda digər Bakı milyonçusu Şəmsi Əsədullayev də məscid tikdirib, amma həmin məscid sonralar dağıdılıb. Kənddə XIV əsrə aid "Göyçək pir"i və "Əmir-həc mavzoleyi" də tarixi abidə kimi mühafizə olunur. Əmircanın qədim tikililərindən danışarkən ovdanlardan da söz açmaq lazımdır. Ovdan yağış, suxur və kəhriz sularını toplamaq üçün qədimlərdə tikilən su təchizatı qurğusudur. Xilə yolu üstündə bir neçə ovdan olub. Bakıxanov dağı üstündə hal-hazırda dörd su ovdanı var. Əmircanın şərq hissəsində qədimdə içində kəhrizlər olan ovdanlar olub. Kəndin yuxarı hissəsində, 232 saylı məktəbin yaxınlığında qədim bir ovdan qalmaqdadır. Bu ovdana "Bakirə qız ovdanı" deyirlər. Rəvayətə görə qız nişanlı olan zaman adaxlısı ölür. Qız adaxlısının xatirəsini əbədiləşdirmək üçün birinci dəfə görüşdükləri və ona su verdiyi yerdə ovdan tikdirib. Kəndin ərazisində 15-ə yaxın qədim qəbristanlıq var. 1932-ci ildə kəndin mərkəzində qədim bir qəbristanlıq sökülüb. Söküntü zamanı qəbiristanlığın yeddi mərtəbədən ibarət olduğu aşkarlanıb. Qəbirstanlığın dörd üst mərtəbəsində islamaqədər dövrdə basdırılan insanların qalıqları aşkarlanıb. Alt qatlarda isə atəşpərəstlik və ondan əvvəlki dövrdə basdırılan insanların qalıqları olub. Lap alt qatlarda bir qəbirdə iki skelet aşkarlanıb. Qədim Əmircanda atəşpərəstlik mövcud olub, oda sitayiş edilib. Yerli sakinlərin danışdıqları rəvayətə görə Makedoniyalı İsgəndərin Azərbaycana yürüşü zamanı Əmircan ərazisindəki Atəşgah dağıdılıb. İrandan qovulmuş atəşpərəstlər 636-cı ildə Atəşgahı bərpa ediblər. 7 il sonra ərəb xilafəti zamanı məbəd yenidən dağıdılıb. Sonralar yenə də atəşpərəst hind tacirləri Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olublar. Təbiəti, coğrafiyası Kənddə bir neçə bulaq var. Bu bulaqların bəziləri şirin və kəmşirin, bəziləri isə şorsuludur. Bulaqların müalicəvi əhəmiyyəti də var. Əmircanda "Qızlar hamamı" və "Məşədi Xəlil hamamı" vaxtilə sakinlərə xidmət edib. XVII əsrdə indiki Bakıxanov küçəsində kükürdlü isti su çıxırmış. Burada "Qızlar hamamı" tikilib. İndi də hamamın xarabalıqları qalmaqdadır. Su isə tibbi-müalicəvi yer kimi 1962-ci ildən fəaliyyət göstərir. Əmircanın Suraxanı küçəsindəki həyətlərdə çoxlu şirin su quyuları qalır. XIX–XX əsrin əvvəllərində salınmış neft mədənlərinə və sənaye obyektlərinə, Sabunçu, Ramana, Suraxanıya Əmircandan arabalarla şirin su daşınırmış. Kəndin ərazisindən iki qədim yol keçir. Dərxilə karvan və araba yolu qədim tarixin izi olaraq bu gün də qalmaqdadır. Keçmişdə insanlar bu yolu Abşeron yarımadasının ortasından salıblar. Bu yol Pirallahıdan Bakıya qədər XIX əsrə qədər yeganə yol olub. Əmircan kəndinin hər məhəlləsində bəqərə dəyirmanı olub. XIX əsrin ikinci yarısında kənddə buxar maşını ilə işləyən dəyirman varmış. 1896-cı ildə isə mühərrikli dəyirman işə salınıb. Əmircan kəndinin ərazisi olan Bakıxanov dağının altında bir mağara var. Buraya 200-dən çox adam sığırmış. Rəvayətə görə, rus işğalçı qulduru vaxtilə Bakıya soxulanda öz banditlərilə bir müddət həmin mağarada saxlanıb. Sonradan bu yer uzun illər onun adı ilə bağlı olub. [mənbə göstərin]Əmircanda neft quyuları qazılarkən çox dərin qatlarda nəsli kəsilmiş heyvan sümükləri tapılıb. Burada mağara şiri, mağara ayısı, kərkədan, canavar, tülkü, at, öküz, dəvə və maral sümüklərindən ibarət bütöv bir qəbristanlıq aşkar edilib. Bu qədər böyük sümük yığını qədimdə burada ehtimal ki, göl olduğunu və müxtəlif heyvanların su içmək üçün buraya gəldiyini göstərir. Əmircanda Şor adlanan böyük göl var. Bu göl Bülbülədən Əmircanın bütün hissəsi ilə Zığ dağının ətəyinə qədər uzanır. Şor ərazisində ağ və göy gilabı çıxırmış. Bu sabunu əvəz edirdi. Şəhər əhalisi ağ və göy gilabdan sabun yerinə paltar, palaz, xalçə yumaq üçün istifadə edirmiş. 1935-ci ildən sonra Şorda suyun səviyyəsi qalxıb və bura böyük gölə çevrilib. XX əsrin əvvəllərinə qədər bu göldən məişətdə istifadə edilən duz yığırmışlar. Hər ilin iyul ayı duz yığımı mövsümü imiş. Abşeronun bir çox kəndlərindən duzu toplamaq üçün buraya gələrmişlər. Sonradan həmin duzu gəmilərə yükləyib Rusiya, Həştərxan, Türkmənistan, İran və başqa ölkələrə göndərirmişlər. XX əsrin 20-ci illərindən sonra duzun keyfiyyəti pisləşib, ondan daha istifadə etməyiblər. Əmircanda əhali həmişə təsərrüfatla məşğul olub. Həyətlərdə təsərrüfat işləri görülərkən, quyular qazılan zaman çoxlu qədim məişət əşyaları, sümüklər, küplər, zinyət əşyaları, pullar, silahlar hətta heykəllər də tapılıb. Vaxtilə Əmircanda böyük taxıl sahələri mövcud olub. Kəndin varlı nəsillərindən olan Hacı Hacıbaba, Hacı Bəbir, Hacı Yusifin geniş əkin yerləri olub. Kənddə suvarma sistemi olmadığı üçün dəmyə taxıl əkilirmiş. Əmircan əhalisi həm də bağçılıq və bostançılıqla məşğul olub. Kəndin Şor tərəfi deyilən hissəsində böyük bağlar varmış. Burada əncir, üzüm, nar, püstə, heyva, ərik və s. meyvə ağacları olub. Bostançılıqda qarpız, yemiş və digər tərəvəz bitkiləri yetişdirilib. Bu kənddə ən qiymətli bitkilərdən olan zəfəran da yetişdirilib. Sonralar tədricən əhalinin bu məşğuliyyət sahələri tənəzzülə uğrayıb. 1843-cü ildən başlayaraq Əmircanın əkin yerlərində neft mədənləri salmağa başlayıblar. Ancaq hazırda qismən də olsa kənddə təsərrüfatla məşğul olanlar var. Deyilənə görə kəndin varlı adamları Hacı Hacıbaba və Hacı Bəbirin dəvələrinin sayı minə yaxın imiş. Onların böyük taxıl zəmiləri var imiş. Dəvə karvanları ilə bu taxılı Kərbəla, Nəcəf və Məkkəyə aparırmışlar. Əmircanda bir neçə xalça karxanası və dabbaqxanalar var. Burada toxucular, papaqçılar, dulusçular, dərzilər fəaliyyət göstərib. Əmircan xalçaları "Xilə Buta" və "Xilə əfşan" dünyanın hər yerində məşhurdur və dünyanın bir çox muzeylərində saxlanılır (Məsələn, Moskva Dövlət Tarix Muzeyində). Əmircan oz qutablari ilə də çox məşhurdur (Xilə qutabı). XIX əsrin axırı XX əsrin əvvəllərində kənddə 2 bazar olub. Onlardan biri Əmircanın mərkəzində "Meydan yeri" idi. Bu, gündəlik bazar idi. Bu bazarda ərzaq malları, göyərti, yerli bağların meyvəsi, yerli sənətkarların hazırladıqları məhsullar bir-biri ilə dəyişdirilirmiş. İkinci bazar Əmircan yolu üstündə indiki Suraxanı küçəsində yerləşən "Həftə bazar" idi. Bu bazarda həftədə bir gün böyük alver olurmuş. İndi də bu bazar Bakının yeddi kəndini birləşdirən bazar olaraq qalır. XIX əsrin sonları XX əsrin əvvəllərində Abşeronda Əmircan "xozeyinlər" kəndi kimi məşhur olub. Neftçıxarmada işləyənlərin də çoxu əmircanlılar olub. Bu ərazi daim ağ nefti ilə tanınıb. O dövrdə yerli sahibkar Cavad ağa Əmircanın yuxarı hissəsində 1859-cu ildə ağ neft zavodu tikdirib. Beləliklə, kənd əhalisinin həyatında dəyişikliklər əmələ gəlib. Neft quyuları qazılır, yollar çəkilir, müxtəlif texniki avadanlıqlar emalatxanaları meydana gəlir, buxarxanalar, yaşayış evləri, kazarmalar tikilməyə başlayırdı. Bu, həmin dövr idi ki, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov kimi varlı adamlar meydana gəlmişdi. Neftçıxarma sahəsində dərinlik nasoslarının tətbiqi əmircanlı ustalara XIX əsrin 80-ci illərindən məlumdur. Həmin dövrdə Abşeronun bütün kəndlərində Əmircanın qocaman neft ustaları böyük şöhrət qazanmışdılar (Hacı Heybətqulu, Cəbrayıl Əyyuboğlu, Əlimədət Muradəlioğlu, Həmzəli Fətəlioğlu). 1866-cı ildə sahibkar Mirzəyev Atəşgah yanında qüvvətli ağ neft zavodu tikdirib. Bu zavodda hər birinin 100 pud tutumu olan qazanlar quraşdırılıb. Neft sənayesinin inkişafı ilə əlaqədar kəndin kənarında Hümbət adlı sahibkarın mədən avadanlığı, alətlər və onları təmir edən emalatxanası olub. Həmin emalatxana 1920-ci ilə qədər işləyib, inqilabdan sonra fabrik-zavod məktəbinə çevrilib. Hazırda orada geofizika zavodu fəaliyyət göstərir. Tanınmış əmircanlılar Murtuza Muxtarov Səttar Bəhlulzadə Tofiq Bakıxanov Xalid Əliyev Ələkbər Muradov Tofiq Bayram Ramiz Rövşən Ağaxan Abdullayev Qəyyur Yunus Albert Aqarunov Şəmsi Əsədullayev
https://az.wikipedia.org/w/index.php?curid=63354
Əmircan bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=116203
Əmircan bələdiyyəsi (Suraxanı)
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. Binəqədi rayonu Xətai rayonu Xəzər rayonu Qaradağ rayonu Nərimanov rayonu Nəsimi rayonu Nizami rayonu Pirallahı rayonu Sabunçu rayonu Səbail rayonu Suraxanı rayonu Yasamal rayonu "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=114686
Əmircan qəsəbəsi

https://az.wikipedia.org/w/index.php?curid=114893
Əmircan Əmircanov
Əmircan Yunus oğlu Əmircanov (31 may 1938, Qaçağan, Marneuli rayonu – 12 mart 1996, Bakı) — Azərbaycan Respublikası dövlət xadimi, İqtisadiyyat Nazirinin səlahiyyətlərini icra edən. 1994-1996-cı illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 1-ci müavini. Azərbaycan Respublikasının "Əməkdar iqtisadçısı". Əmircan Yunus oğlu Əmircanov 31 may 1938-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Qaçağan kəndində ziyalı ailəsində anadan olmuşdur. Qaçağan kənd 1 saylı orta məktəbini "Qızıl medal"la bitirdikdən sonra 1957-1960-cı illərdə Ə.Əmircanov SSRİ Hərbi Dəniz Donanmasının Sevastopol şəhərində yerləşən hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Bundan sonra o, 1960-1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alaraq "Xalq təsərrüfatının planlaşdırılması" ixtisasını fərqlənmə diplomu ilə, 1987-ci ildə isə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasının İxtisasartırma İnstitutununda "Müasir idarəetmə metodları, istehsalın təşkili və planlaşdırılması" ixtisası üzrə tam kursu da müvəffəqiyyətlə bitirmişdir. Dövlət xadimi Ə.Əmircanov əmək fəaliyyətinə 1964-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamış, 1964-1969-cu illərdə isə Azərbaycan SSR Ali Partiya Məktəbinin İqtisadiyyat kafedrasında kabinet müdiri vəzifəsində çalışmışdır. 1969-cu ildən başlayaraq ömrünün sonuna qədər Ə.Əmircanov Azərbaycan SSR Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Belə ki, Ə.Əmircanov Azərbaycan SSR Dövlət Plan Komitəsinin nəzdində olan Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun 1969-1971-ci ilərdə Elmi katibi, 1971-1973-cü illərdə Uzunmüddətli planlaşdırma və iqtisadi proqnozlaşdırmanın ümumi problemləri və metodologiyası şöbəsinin müdir müavini, 1973-1978-ci ilərdə isə həmin şöbənin müdiri vəzifələrində isləmişdir. Bundan sonra o, Dövlət Plan Komitəsinin mərkəzi aparatına dəvət edilərək daha yüksək vəzifələrdə ölkəsinə layiqincə xidmət etmişdir. Ə.Əmircanov 1978-1980-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Xalq təsərrüfatı və ərazi planlaşdırılması şöbəsinin müdir müavini, 1980-1991-ci llərdə həmin şöbənin müdiri, 1991-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Ümumi iqtisadi və struktur siyasətinin icmal şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Əmircan Əmircanov Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 297 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin İqtisadiyyat Nazirliyinə çevrilməsi ilə əlaqədar 17.06.1994-cü ildən ömrünün sonunadək Ə.Əmircanov həmin nazirlikdə nazirin birinci müavini vəzifəsində çalışmışdır. Əmircan Əmircanov Səhərgül Səməd qızı Bayramova ilə ailə qurmuşdur. Əmircan Əmircanovun üç övladı dünayay gəlmişdir. Böyük övladı Teymur Əmircan oğlu 1973-cü ildə dünaya gəlmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş, və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləmişdir. Kiçik oğlu Rəşad Əmircan oğlu Əmircanov 1977-ci ildə Bakı şəhərində doğulub, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işləmişdir. Əmircan Əmircanovun qızı ailəlidir və Bakı şəhərində yaşayır. Mükafatları Ə.Əmircanov çalışdığı bütün sahələrdə həmişə prinsipial mövqe və inadkarlıq göstərərək ona tapşırılmış işlərin öhdəsində şərəflə gəlmişdir. Onun Vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir və o, SSRİ Ali Soveti Prezidiumunun qərarı ilə 08.08.1986-cı ildə "Rəşadətli əməyə görə" və 24.11.1989-cu ildə "Əmək veteranı" medalları ilə təltıf olunmuşdur. Ə.Əmircanov 31.01.1991-ci ildə Azərbaycan SSR Prezidentinin Fərmanı ilə "Əməkdar iqtisadçı" Fəxri adına layiq görülmüşdür. Xarici keçid Yaddaşlara köçən ömür yolu (Əmican Əmircanov) Respublikanın plan, statistika və maliyyə orqanları işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında
https://az.wikipedia.org/w/index.php?curid=413589
Əmirdizac (Azərşəhr)
Əmirdizac (fars. ميرديزج) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,018 nəfər yaşayır (188 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=617146
Əmirgunə xan Ağcaqoyunlu-Qacar
Əmirgunə xan Gülabi xan oğlu Ağcaqoyunlu-Qacar — Çuxursəəd bəylərbəyi. Əmirgunə xan Gülabi xan oğlu Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili aimışdı.1605-ci ildən, Qızılbaşların İrəvanı osmanlılardan geri almağı tarixindən Çuxur Səəd bəylərbəyi təyin olunmuşdu. Səfəvi-Osmanlı savaşlarında iştirak etmişdi. Əmirgunə xan Ağcaqoyunlu-Qacar1625-ci ildə vəfat edib. Əmirgunə xanın Təhmasibqulu xan, Abbasqulu xan adlı oğulları vardı. Əmirgunə xanq urucu, xeyriyəçi bir şəxs idi. Tarixçi Zəkəriyyə yazır: "Əmirgunə xan İrəvana sahib olan kimi quruculuq işlərinə başladı, şenlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldırdı, arxlar çəkdirib, şəhərin suyunu artırdı. Onun hakimiyyət illəri Çuxur Səədin çiçəkləndiyi dövr olmuşdu.Tarixçi Kanakersi də yazır: "Şah Abbas İrəvanı alandan sonra Əmirgunə xanı ora hakim təyin edir. O, hakimiyyətə başlayan təki xeyirxah əməllərlə məşğul olur, tikinti-abadlıq işləri aparır, vergiləri azaldır, kisə-kisə çörək bişirtdirib, İrəvanın inşasında çalışanlara paylayır, beləcə yaşayıb, şəhər və kəndləri abadlaşdırır". Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=77722
Əmirgunə xan Zəfəranlı
Əmirgunə xan Zəfəranlı (?-?) — Zəfəranlı elinin elbəyi, Fətəli şah Qacarın sərkərdəsi, Xəbuşan valisi. Əmirgunə xan Xorasan əyalətinin Xəbuşan vilayətinin Zəfəranlı elinin Həsənvənd obasında anadan olmuşdu. Atasından sonra elbəyi təyin edilmişdi. Əmirgunə xan Fətəli şah Qacarın hakimiyyətinin ilk illərində Xəbuşanın valisi idi. Ənvər Çingizoğlu, Zəfəranlı eli, "Soy" dərgisi, 9 (41), 2010, səh. 31–33. Həmçinin bax Zəfəranlı eli
https://az.wikipedia.org/w/index.php?curid=344940
Əmirhüseyn Məcidov
Əmir Hüseyn Elşən Ağaqulu oğlu Məcidov (30 noyabr 1937, Xızı rayonu – 25 mart 2006) — Azərbaycan rejissoru. Əmirhüseyn Məcidov 1937-ci il noyabr ayının 30-da Xızı-Bərmək mahalının Tudar kəndində dünyaya göz acıb. Ailəsi ilə Bakıya köçən Əmirhüseyin əvvəl Kitabxanaçılıq Texnikumuna daxil olub. 1962-ci ildə isə İncəsənət İnstitutunun musiqili teatr aktyoru şöbəsinə qəbul olunub (Mehdi Məmmədovun kursu). Sənətin incəliklərini Soltan Dadaşovdan öyrənib. Əmək fəaliyyətinə isə hələ tələbəlik dövründə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında başlayıb. Əlisəttar Atakişiyevin yanında işləyib. Sonra Azərbaycan Televiziyasına gələn Əmirhüseyin Məcidov ömrünü televiziyaya bağlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor Arif Babayevin çalışdığı redaksiyada rejissor köməkçisi kimi əmək fəaliyyətinə başlayıb (1963). 1967-ci ildən sərbəst rejissorluq fəaliyyətini davam etdirib. O, "Təbliğat və sovet həyat tərzi" baş redaksiyasında "Evrika", "Sağlamlıq", "Odlar diyarı", "Şimşək", "Səadət qadınlar klubu" və başqa verilişlər hazırlayıb. 1970-ci ildə "Ədəbi dram" verilişləri baş redaksiyasına keçib. Şifahi xalq ədəbiyyatına sevgi Əmirhüseyn Məcidovun qanında, canında idi. Onun araya-ərsəyə gətirdiyi, ilk rejissoru olduğu "Ozan" verilişi bu baxımdan xarakterikdir. Milli dəyərlərimizi, aşıq-ozan sənətimizi, adət-ənənəmizi ekranda canlandıran həmin veriliş tamaşaçılar tərəfindən çox maraqla qarşılanardı. "Ozan"ın 7-ci sayı ekranda göstəriləndə onu dövlət mükafatına təqdim etdilər. Əmirhüseyn Məcidov 1994-cü ildə televiziyadan çıxaraq Vahid studiyasının direktoru olub. Daha sonra "Azersun Holding"də mətbuat müşaviri işləyib. Onun rejissorluq fəaliyyətindən 200-dən artıq bədii-publisist verilişlər, telefilmlər saxlanılır. Bütün əsərlərində Əmir Hüseyn Elşən imzası vardır. Əmir Hüseyn Elşən "Ozan ocağı" şirkətinin prezidentidir. O, 1998-ci ildə "Ensklopedik toplu" tərtib etmişdir. Burada ölkəmizin görkəmli şəxsləri haqqında məlumatlar vardır. 2003-cü ildə nəşr etirdiyi "Sənət yollarında tanınan izlər" əsərində görkəmli sənət adamları haqqında dəyərli yazılar çox maraqlıdır. Filmoqrafiya Həyat, sən kiminsən? (film, 1972) Evrika (veriliş) Odlar Diyarı (veriliş) Ozan (veriliş) Sağlamlıq (veriliş) Səadət Qadınlar Klubu (veriliş) Şimşək (veriliş)
https://az.wikipedia.org/w/index.php?curid=61319
Əmiri-Gur
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
https://az.wikipedia.org/w/index.php?curid=246209
Əmiriyyə
Əmiriyyə — İranın Simnan ostanının Damğan şəhristanının Əmiriyyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,541 nəfər və 455 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=288510
Əmiriyə
Əmiriyyə — İranın Simnan ostanının Damğan şəhristanının Əmiriyyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,541 nəfər və 455 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=431661
Əmirkola
Əmirkola və ya Əmir şəhr — İranın Mazandaran ostanının Babül şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,186 nəfər və 6,923 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=594702
Əmirküla
Əmirkola və ya Əmir şəhr — İranın Mazandaran ostanının Babül şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,186 nəfər və 6,923 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=287516
Əmirkəbir
Əmirkəbir (fars. شهر جدید امیرکبیر) — İranın Mərkəzi ostanında və Ərak şəhərinin 41 km şərqində yerləşən yeni şəhər. Əmirkəbir yeni şəhərinin ətraflı planı Arxivləşdirilib 2013-09-19 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=298966
Əmirkəndi (Meşkinşəhr)
Əmirkəndi (fars. اميركندي) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (13 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=763147
Əmirli (Bərdə)
Əmirli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Əmirli kəndi Xanərəb kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əmirli kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi 1948-ci ildə dağıdılmışdı. 1951–1952-ci illərdə Ermənistandan qanunsuz olaraq köçürülmüş azərbaycanlı ailələri orada məskunlaşdıqdan sonra dağılmış kəndin adı yeni yaşayış məntəqəsinə verilmişdi. Əmirli əfşar tayfasının bir qolu olan eymurların adının yerli tələffüzə uyğunlaşmış formasıdır. Coğrafiyası və iqlimi Kənd Qarabağ düzündə yerləşir. Kəndin əhalisi əsasən Göyçə mahalının Aşağı Qaranlıq rayonunun Mollalı kəndindəndirlər. İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda olan Sallı və Çivə kəndindən SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə kəndin azərbaycanlı sakinləri zorla Azərbaycanın Salyan rayonuna köçürülmüşdür. Burada əhalinin bir hissəsi Bərdənin Əmirli kəndinə gəlmiş, oradan da bəziləri yenidən Sallıya — ata-baba yurdlarına qayıtmışdır. Tanınmış şəxsləri Rasim Məhəmməd oğlu Əliquliyev — AMEA-nın həqiqi üzvü (akademik), texnika elmləri doktoru, professor, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Ramiz Məhəmməd oğlu Alıquliyev — AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri
https://az.wikipedia.org/w/index.php?curid=87234
Əmirli (Xudabəndə)
Əmirli (fars. اميرلو) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 547 nəfər yaşayır (97 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=780391
Əmirli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Xarici əlaqələri Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115694
Əmirmahmud
Əmirmahmud — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əmirmahmud Ağdaş rayonunun İəmsabad inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi XVIII əsrdə Əmirmahmud adlı Şəxs tərəfindən salınmışdır. Həşimov Əliyəddin Yusif oğlu (1973-1994) Abbasov Qüdrət Abbas oğlu (1974-1997) Əmirmahmud kəndi
https://az.wikipedia.org/w/index.php?curid=87248
Əmirov Valentin Allahyaroviç
Əmirov Valentin Allahiyaroviç (4 (17) dekabr, 1914, Rusiya İmperiyası, Dağıstan vilayəti, Samur rayonu, Axtı kəndi - 10 sentyabr 1942, Mozdok şəhəri yaxınlığında) Sovet döyüş təyyarəsi pilotu, Sovet İttifaqı Qəhrəmanı (1942, ölümündən sonra), Böyük Vətən Müharibəsi iştirakçısı, Zaqafqaziya Cəbhəsi 4 -cü Hava Ordusunun 219 -cu bombardmançı aviasiya diviziyasının 926 -cı qırıcı aviasiya alayının komandiri, kapitan. 4 (17) 1914 -cü ildə Rusiya İmperatorluğunun Dağıstan vilayətinin Samur rayonunun Axtı kəndində (indiki Rusiya, Dağıstanın Axtı rayonu) fəhlə ailəsində anadan olmuşdur. Milliyyətcə ləzgidir. Aviasiya Texnikumunda oxuyub. Taqanroqda aeroklubu bitirib. 1935 -ci ildə Qırmızı Orduya çağırıldı. 1939 -cu ildə Stalinqrad Hərbi Aviasiya Məktəbini bitirdi. 1939-1940-cı illərdə Sovet-Finlandiya müharibəsində iştirak etmişdir. 1940 -cı ildə Sov.İKP üzvü oldu. Mahaçqalada Oktyabrskaya küçəsi 105 -də yaşayırdı. 1941 -ci ilin iyunundan Böyük Vətən Müharibəsi cəbhələrində 36 -cı Döyüş Aviasiya Alayında bir eskadrala komandanlıq etdi. Hücuma keçdiyi döyüşlərin birində təyyarəsinin kokpitində zenit mərmi partladı. Ağır yaralanmasına baxmayaraq, Əmirov təyyarəni öz hava limanına endirdi. Sağalandan sonra kapitan Əmirov vəzifəyə qayıtdı və 1942 -ci ilin iyulunda 926 -cı qırıcı aviasiya alayının komandiri təyin edildi. Hərbi əməliyyatlar zamanı (1942 -ci ilin sentyabrına qədər) 170 növ uçuş həyata keçirdi, hava döyüşlərində düşmənin 7 təyyarəsini şəxsən vurdu. 10 sentyabr 1942 -ci ildə, Mozdok şəhərindəki bombardmançıları müşayiət edərək, 6 düşmən döyüşçüsü ilə döyüşə girdi, birini vurdu, amma özü vuruldu, buna görə də döyüşə davam edə bilmədiyi üçün canı bahasına yanan təyyarəsi ilə başqa bir düşmən təyyarəsini vurdu. Komandirlərindən birinin dediyinə görə, kapitan Əmirov aslan kimi döyüşdü. İki faşist döyüşçünü vurdu, amma özü də qəhrəmancasına öldü. Balaşevo bölgəsindəki Açaluk yaxınlığında qəbiristanlıqda hörmətlə dəfn edildi. Dekabr ayında ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Həyat yoldaşı Bragina Iraida Fedorovnadır. SSRİ Ali Soveti Rəyasət Heyətinin 13 dekabr 1942 -ci il tarixli fərmanı ilə komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirdiyinə və eyni zamanda göstərdiyi qəhrəmanlıq və cəsarətə görə kapitan Valentin Allahiyaroviç Əmirov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Həmçinin Lenin ordeni, iki Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=722533
Əmirov Əliağa Güləli oğlu
Əliağa Güləli oğlu Əmirov (10 avqust 1922, Corat, Bakı qəzası – 1984, Corat, Sumqayıt) — Böyük Vətən müharibəsi veteranı, azərbaycanlı Polkovnik Həyatı və gənclik illəri Əliağa Əmirov 1922-ci il, 15 avqust tarixində Bakının Corat kəndində anadan olmuşdur. II Dünya Müharibəsi başlayan zaman tələbə idi. O, cəbhəyə könüllü getmişdir. 6 ay Orconikidze adına hərbi piyadalar məktəbində oxuyub. Hərbi məktəbdə xüsusi fərqlənən Əliağa Əmirov Leytenant rütbəsi aldıqdan sonra 416-cı diviziyanın 1368-ci polkunda 6 ay gənc əsgərlərin təlimi ilə məşğul olub. İkinci Dünya Müharibəsi Əliağa Əmirov Mozdokdan Qafqaz dağlarınadək 15 çətin döyüş əməliyyatında xüsusi fərqlənmə ilə iştirak etmişdir. O, Qafqaz döyüşü (həmçinin Qafqaz uğrunda döyüş) və ya Don əməliyyatı adlandırılan və İkinci Dünya müharibəsinin şərq cəbhəsində, Qafqaz regionunda, xüsusilə də Don çayı və Böyük Qafqaz dağları arasındakı bölgədə baş verən xüsusi əhəmiyyət kəsb edən döyüşdə verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. O, eyni zamanda II Dünya Müharibəsində həlledici döyüşlərdən hesab edilən Berlin döyüşündə iştirak etmişdir. Əliağa Əmirov məhz bu döyüşdə piyada əleyhinə minaya düşmüşdür. Nəticədə onun bir ayağı amputasiya edilmiş və əlil olmuşdur. Mükafatları Polkovnik Əliağa Əmirov müharibədən sonra "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş və "Sovet İttifaqı Qəhrəmanı" elan edilmişdir. 1-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı, "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı və başqa medal və ordenlərlə təltif olunmuşdur. Əliağa Əmirov 1984-cü il, 31 mart tarixində 62 yaşında, Corat qəsəbəsində vəfat etmişdir. Xanım Əlabbas qızı. Corat — Tarixin bir parçası (tarixi ədəbiyyat) "Səda" nəşriyyatı, 2009. (259 s. səh 95–96, səh 102)
https://az.wikipedia.org/w/index.php?curid=741635
Əmirovlar (dəqiqləşdirmə)
Əmirovlar — Əmir Malıbəyli-Cavanşirin nəsli Əmirovlar (II) — Kərbəlayı Aslan Qarabağinin nəsli Əmirovlar (III) — Mirzə Həsən bəyin soyu
https://az.wikipedia.org/w/index.php?curid=103567
Əmirqayıb (Məlikan)
Əmirqayıb (fars. ميرغايب) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır (81 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=615677
Əmirsüleymanilər
Əmirsüleymanilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Soyun yaranması Süleyman xanın törəmələri Əmirsüleymani soyadını daşıyırlar. Soyun məşhur nümayəndələri Əlirza xan Qovanlı-Qacar — Qacarlar dövlətinin ədliyyə naziri. Hacı Mehdiqulu xan Əmirsüleymani — Nasirəddin şahın yaxını, vali, Qacar elinin elxanı. Cəfərqulu xan Əmirsüleymani — Nasirəddin şahın yaxını, saray naziri. Mustafaqulu xan Əmirsüleymani — İran siyasətçisi. Süleyman xan Əmirqasımi — fars musiqi cihazlarını və farsca oxuma sirrlərini əlabilən müğənni. Turan xanım Əmirsüleymani — Rza şahın üçüncü xanımı. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh. Həmçinin bax Süleyman xan Qovanlı-Qacar
https://az.wikipedia.org/w/index.php?curid=276042
Əmirtürbə
Əmirtürbə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 378 nəfərdir. Toponimiyası Kənd Əmir türbəsi adlı türbənin yaxınlığında yerləşdiyi üçün belə adlandırılmışdır. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=86566
Əmirulla Məmmədov
Əmirulla Məmmədəli oğlu Məmmədov (24 iyul 1946, Fatmayı) — fizika-riyaziyyat elmləri doktoru (1986), professor (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1988), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2016), Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin Emeritus Professoru və Baş Elmi İşçisi, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin üzvü. Məmmədov Əmirulla 24 iyul 1946-cı ildə Azərbaycanın Bakı şəhərinin Fatmayı kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı 44 nömrəli orta məktəbində təhsilinə başlamışdır. Orta məktəbi 1963-cü ilində bitirmişdir. Daha sonra Ali təhsilini 1968-ci ilində tamamlamışdır. 1968-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirəndən sonra Sovet Ordusu sıralarına çağrılmışdır. Hərbi xidmətdən tərxis olduqdan sonra 1991-ci ilinə qədər Bakı Dövlət Universitetinin Yarımkeçiricilər Fizikası Elmi Tədqiqat Mərkəzində işləmişdir. 1973-cü ildə fizika riyaziyyat elmləri namizədi (bərk cisimlər fizikası ixtisası üzrə) dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə bərk cisimlər fizikası ixtisası üzrə baş elmi işçi alimlik ünvanını və sonrasında da Dosent alimlik ünvanını almışdır. 1982-ci ildən Elmi Mərkəzin Qeyri-xətti Optika Bölümünün müdiri olaraq işinə davam etmişdir. 1986-cı ildə fizika riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. Dissertasiya Optika ixtisası üzrə müdafiə edilmişdir. 1988-ci ildə Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatını almışdır. Ə. Məmmədovun Azərbaycan və bir sıra xarici ölkələrdə Ferroelektriklər Fizikası, Vakuum Ultra-Bənövşəyi Spektroskopi, Qeyri-xətti Optika və Nanotexnologiya ixtisas və sahələrində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olmuşdur. Məmmədov Əmirulla Azərbaycan və Türkiyədə bu sahələrdə apardığı elmi tədqiqatlarında böyük nailiyyətlər əldə etmiş və bu sahədə həm Azərbaycanda həm də Türkiyədə elmi məktəblərin təməllərini qoymuş və inkişaf etdirmişdir. Bu sahədə 30-dan çox elmlər namizədi, elmlər doktoru və professor yetişdirmişdir. Dünyanın fərqli ölkələrində elm adamları tərəfindən ən çox oxunan və qəbul görmüş elmi jurnallarında 350-nin üstündə elmi məqalələri çap olunmuşdur. 50-dən çox Beynəlxalq Konfranslarda davətli məruzəçi olaraq çıxış etmşdir. İctimai fəaliyyətləri Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin Üzvü. Elmi pedaqoji fəaliyyəti Kiçik Elmi İşçi (Müsafir), S. İ. Vavilov adına Dövlət Optik İnstitutu, St. Peterburg Rusya Elmi İşçi, Baş Elmi İşçi, Dosent, Professor, Bakı Dövlət Universiteti Bakı, Azərbaycan Müsafir Baş Elmi İşçi, University of Nebraska-Lincoln. NE, USA Müsafir Baş Elmi İşçi, Naval Air Warfare Weapon Center, China Lake; CA, USA Müsafir Baş Elmi İşçi, SLAC Stanford University, CA, USA Müsafir Baş Elmi İşçi, California Institute of Technology, Pasadena, CA USA Müsafir Baş Elmi İşçi, Tsukubo Scientific Center, Japan Müsafir Professor, Department of the Electrical and Electronics Engineering, University "La Sapienza" (First Rome University), Rome, Italy Professor, Department of the Physics, Cukurova University 1991–2011, Adana, Turkey Elmi Məsləhətçi, ASELSAN AŞ Mikroelektronik, İzləmə və Elektrooptik Qrupu (ASELSAN, Inc.), Ankara, Türkiyə, 1992–2002 Elmi Məsləhətçi, Türkiyə Elm və Texnoloqiya Komitəsinin Müdafiə Texnoloqiya Qrupu, (TÜBITAK) və Milli Müdafiə Nazirliyi Elmi-Tədqiqat Şöbəsi, 2004–2010 Emeritus Professor- Baş Elmi İşçi, Bilkənt Universiteti Nanotexnologiya Elmi-Tədqiqat Mərkəzi, Ankara Türkiyə, 2011 — davam etməkdədir. Əsas elmi nailiyyətləri Ferroelektriklərin Optik Xassələrinin Sinxrotron Radiasiyası ilə tədqiqi Qeyri Xətti Kristalların Elektronik Xassələrinin Sıxlıq Funksiyası Nəzəriyyəsi ilə hesablanması Ferroelektrik təməlli Optik və Akustik Metamaterialların Nanotexnologiya sistemlərində tətbiqatları. Fotonik və Fononik kristallarla hərbi axtarış və izləmə sistemleri sahəsində tədqiqatlar. Süni Zəka və Biotibbi modelləmə Mükafatları Elm sahəsində Azərbaycan SSR dövlət mükafatı — 1988 "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1 iyun 2016
https://az.wikipedia.org/w/index.php?curid=628347
Əmirulla Əliyev
Əmirulla Vahid oğlu Əliyev (7 oktyabr 1996; Şamaxı, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Əmirulla Əliyev 1996-cı il oktyabrın 7-də Şamaxı şəhərində anadan olub. 2003-2011-ci illərdə Sabunçu rayonunun 67 nömrəli tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Hərbi xidməti Əmirulla Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Əmirulla Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmirulla Əliyev sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirulla Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirulla Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=679654
Əmirvan
Əmirvan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. B.e.ə ikinci əsrdə kənd əvvəllər albanların yasayış məskəni olmuşdur. Hazırda da qədim yaşayışın nümunələri ilə rastlaşmaq mümkündür. Daha sonralar burada ermənilər kompakt şəklində məskunlaşmışlar. XIX əsrin sonları XX əsrin əvvələrində qoyunçuluqla məşğul olan bir qrup Leqlər (Indiki Dağıstan-lı Ləzgilər) Böyük Qafqaz dağlarını aşaraq buralara qədər gəlmişlər. Yaşamaq üçün əlverişli şəraitin olmasından dolayı Əmirvanda az bir müddətlik yaşamağa qərar verirlər. Lakin müəyyən vaxtdan sonra sərhədlərin müəyyənləşməsi nəticəsində Əmirvanda məskunlaşırlar. Ləzgilər burada yaşayan zaman ermənilərində yaşayışı davam edirdi. Amma sonra ermənilər Azərbaycan ərazisini tərk etdiklərinə görə indi kəndin əhalisini bütünlüklə ləzgilər təşkil edir. Toponimikası Əmirvan oyk, mür. Qəbələ rayonunun Məlikli inzibati ərazi vahidindədə kənd. Qaraçay və Göyçay çaylarının sahilindədir. Oykonim Əmir (ş.a.) və van (burada "səs, yer" mənasındadır) komponentlərindən düzəlib, "Əmirin səsi" deməkdir. Bir digər fərziyyə də odur ki, "-van" sözü qədim Albaniya dövlətindən işlədilmiş sözdür hansı ki, "-stan" sözü ilə oxşar mənalıdır.Azərbaycanın bir neçə kənd,şəhər adlarında "-van" sözünə rast gəlmək olar, misal üçün: Naxçı-van,İrə-van,Əmir-van,Qəmər-van. Coğrafiyası və iqlimi Əmirvan kəndi təxminən dəniz səviyəsindən 712 metr yüksəklikdə yerləşir. Əmirvan kəndi İsmayıllı rayonunu Vəng kəndindən ayıran, sərhəd rolunu oynayan Göyçay çayının sağ sahilində yerləşir. Əsasən meşəlik və dağlıq ərazidən ibarət olan Əmirvan kəndi gözəl və zəngin təbiətə malikdir. Meşələrində müxtəlif növde ağaclar (Qoz, fındıq, zoğal, vələs, palıd ve s.) heyvanlar aləmi də müxtəlifliyi ilə zəngindir (ayı, canavar, qaban, vaşaq, cuhur, dovşan və s.). Əsasən küləksiz, mülayim hava şəraitinə malikdir.Lakin axır vaxtlar meşənin ərazisi kiçilmişdir 1863-cü il Şəki qəzasının Qəbələ sahəsinin kameral təsvirinə əsasən Əmirvan kəndində 101 təsərrüfatda 741 nəfər əhali yaşayırdı ki, onların da 398 nəfərini kişilər, 343 nəfərini isə qadınlar təşkil edirdi.Hazırda əhalisi 1600 nəfərdir. Kəndin əhalisi ləzgidir,Dağıstanın quruş kəndindən köçmüşdür. Əhalinin məşğuliyyəti Əmirvan kəndinin əhalisi heyvandarlıqla məşğul olur(qoyun,inək,keçi). Heyvandarlıqla yanaşı Əmirvan kəndinin əhalisi əkinçiliklə də məşğul olur(buğda,vələmir,kartof,dəmyə soğan). Əmirvan kəndində iki məktəb hal-hazırda bir ibtidai və bir 11 illik Yadigar Veliyev adina orta məktəb fəaliyyət göstərir. Şeşber baba piri, Məscid, qedim Alban qəbiristanlığı və kəndin sağ yamacında sıldırım qayaların arasında gizlənmək üçün nəzərdə tutulmuş mağara tipli oyuqlar var. Həmçinin bax Qəbələ rayonu Xarici keçidlər Qəbələ rayonu İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=87122
Əmirvan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=359511
Əmirvar
Əmirvar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Oykonim "Əmir" (şəxsi ad) və "var" (yer) sözlərindən düzəlib, "Əmirdə var" mənasındadır. Belə güman edilir ki, kəndin ərazisində əvvəllər Əmir adlı şəxsin buğda dəyirmanı varmış, ətraf yerlərdən buğda lazım olanlara "Əmirdə buğda var- Əmirdə var- Əmirvar" olarlaq təkmilləşib. sonralar isə daimi yaşayış məntəqəsinə çevrilmişdir. Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Coğrafiyası və iqlimi Kənd Qabaqtəpəçayın sahilində, dağətəyi ərazidə yerləşir. Hafiz Kazım oğlu Qasımov İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Mədəniyyəti Kənddə Əmirvar kənd kitabxana filialı, Əmirvar kənd Mədəniyyət Evi, Əmirvar kənd klubu fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Əmirvar kənd H. Qasımov adına tam orta məktəb və Əmirvar -Əhmədli kənd ümumi orta məktəbləri fəaliyyət göstərir. 2013-cü ildə ərazidə fəaliyyət göstərən məktəblərin hər ikisi yeni tikilərək istifadəyə verilib. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Əmirvar kənd tibb məntəqəsi yerləşir. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=98419
Əmirvar bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=351054
Əmirvar mərmər yatağı
Əmirvar mərmər yatağı — Şəmkirçayla Qoşqarçayın suayrıcının qərb yamacında, Əmirvarçayın sağ qolu olan Ağdaşınçayın sağ yamacında 1707,0 m. yüksəkliyindən 4,5 km. cənub-qərbdə yerləşən yataq. Yatağın B+C1 kateqoriyası üzrə ehtiyatı 3,092 mln. ton hesablamışdır.
https://az.wikipedia.org/w/index.php?curid=526896
Əmirvarlı
Əmirvarlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Əmirvarlı kəndi Sarıcalı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Toponimikası Yaşayış məntəqəsinin keçmiş adı Hüseynbəyli olmuşdur. Kənd əmirvarlı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Tanınmış şəxsləri Novruz Quliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini. İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, ipəkçilik və üzümçülük təşkil edib.
https://az.wikipedia.org/w/index.php?curid=105436
Əmirxan Babayev
Əmirxan Mirilham oğlu Babayev (28 noyabr 1998, Yeni Suraxanı – 18 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmirxan Babayev Mirilham Oğlu 28 noyabr 1998-ci ildə Bakı şəhəri Yeni Suraxanı qəsəbəsində dünyaya göz açmışdır. İlk təhsilini Suraxanı Rayon 89 nömrəli tam orta məktəbdə almışdır. Hərbi xidməti 18 yaşında həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmətini başa vurub. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Fəallığına görə fərqlənən Əmirxan, 18 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) -"Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) - "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=699635
Əmirxan Xəlilov
Əmirxan Xəlilov — professor. 23 fevral 1937-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) şəhərində anadan olmuşdur. Orta məktəbi Marneuli (Sarvan) şəhərində bitirmiş, 1956-1961-ci illərdə BDU-da təhsil almışdır Təhsili elmi dərəcə və adları 1961-ci ildə BDU-nu bitirmişdir 1968-ci ildə “Cəfər Cabbarlının ədəbi-tənqidi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildə “Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri (1920-1980)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir 1971-ci ildən dosent, 1988-ci ildən etibarən professor elmi adlarını almışdır Əmək fəaliyyəti 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş və 1968-ci ildə bitirmiş, elmi işçi vəzifəsində işləmişdir. 1970-ci ildən BDU-da “Rus ədəbiyyatı tarixi”, “Türk və şərqi slavyan xalqları ədəbiyyatı”, “Dünya ədəbiyyatı” kafedralarında çalışmışdır “Rus ədəbiyyatı” və “dünya ədəbiyyatı” fənlərindən mühazirələr oxuyur. 170-dən artıq məqalə, 5 monoqrafiya, 8 kitab müəllifidir. 3 elmlər namizədi yetişdirmişdir. Məmməd Araz adına “İti qələm” mükafatı laureatı adını almışdır. Tədqiqat sahəsi Filologiya, tənqid və ədəbiyyatşünaslıq Beynəlxalq seminar və simpoziumlarda iştirakı Riqa və Daşkənddə (1975-1976-cı illər) ədəbi-elmi konfranslarda məruzə ilə çıxış etmişdir Seçilmiş əsərləri "Məmməd Araz və çağdaş Azərbaycan poeziyası" "Sergey Yesenin şərq-qərb kontekstində" "Əliağa Kürçaylının poetik tərcümələri" "Asif Asimanın söz asimanı" "Şair Zəlimxan Yaqub və müasir Azərbaycan poeziyası" "Cəfər Cabbarlı: sənət və sənətkarlıq". Bakı. 1974, "Rus sovet ədəbiyyatı tarixi".(Müəlliflərdən biri), Bakı. 1976, "Sergey Yesenin və Azərbaycan". Bakı. 1977, "Aleksandr Blok və Azərbaycan poeziyası". Bakı 1980, "Ədəbi üfüqlər". Bakı 1985, "Poeziya, həyat və mənəviyyat". Bakı 1990, "Sənət həyata bələdçidir". Bakı 1992, "XX əsr rus ədəbiyyatı tarixi". Bakı 1995, "Sergey Yesenin: Mərdəkanın qızıl payızı və yazı". Bakı 1996, "Günəşi içirik, günəşlənirik (tənqidçi Əli Nazim)". Bakı 2000, "Məmməd Araz dühası". Bakı 2002, "Şair Əliağa Kürçaylı". Bakı 2003 "Olimpə gedən yol (Xalq şairi Zəlimxan Yaqub)". Bakı 2005, Əmirxan Xəlilov Arxivləşdirilib 2011-04-27 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=295999
Əmirxan türbəsi
Culfa rayonun Xanəgah kəndində zəmanəmizədək gəlib çatan memarlıq abidələrindən biri də Əmirxan türbəsidir. Coğrafi mövqeyi Əlincəqalanın yerləşdiyi Əlincə dağının şərq yamacında XV yüzillikdə inşa edilmiş türbə zaman keçdikcə yağış və qar sularının yuyub gətirdiyi lillə dolmuş və demək olar ki, torpağın altında qalmışdı. Abidə 1978-ci ildə ərazidə təsərrüfat işləri aparılarkən təsadüfən aşkar olunmuş, içərisi və ətrafı torpaqdan təmizlənmişdir. Abidə kiçik istisnalar nəzərə alınmazsa demək olar ki, tamamilə salamat vəziyyətdə qalmışdır. Memarlıq quruluşu Bina planda dördbucaqlı formasındadır. Üstü iri həcmli günbəzlə örtülmüşdür. Elə abidənin əhəmiyyətli hissəsi də qırmızımtıl rəngli bişmiş kərpicdən inşa edilmiş bu günbəzli örtmədir. Azərbaycan memarlığının Naxçıvan məktəbinə mənsub usta tərəfindən inşa edilmiş abidənin kvadrat əsasdan günbəzə keçid sistemi çox yüksək səviyyədə həll olunmuş, bu zaman memarın yüksək sənətkarlığı və məharəti özünü qabarıq şəkildə göstərmişdir. Memar bunu künc trompları vasitəsilə həll etməklə, bu adi künc trompların daxili quruluşunun mükəmməl formasına nail ola bilmişdir. Trompları birləşdirən yelkənlər müəllif tərəfindən olduqca orijinal halda – stalaktitə bənzər həll olunmuşdur. Abidəni memarlıq baxımından tədqiq edən akademik Ə. Salamzadə və sənətşünaslıq doktoru K. Məmmədzadə onu dərvişlərin yaşayış binası — təkyə adlandırmış və XIV əsrdə inşa edilməsi qənaətinə gəlmişlər. Kompleksin ətrafı təmizlənərkən türbənin inşası haqqında məlumat verən və tarixi baxımdan çox qiymətli olan bir ədəd kitabə (83x41x7 sm) də aşkar olunmuşdur. Ancaq kitabə əvvəlki yerinə, yəni giriş qapısının baş tərəfinə qoyulmamış, türbənin içərisində saxlanılmışdır. Bozumtul rəngli daşa həkk edilən kitabə nisbətən yaxşı vəziyyətdə qalmışdır. Ancaq aşağı hissədə müəyyən dağıntılar olduğu üçün kitabənin axırıncı sətrini tam oxumaq mümkün olmamışdır. Süls elementli nəsx xətti ilə həkk edilmiş kitabənin salamat qalan hissəsinin mətninin tərcüməsi belədir: "Bu şərəfli günbəzin bina olunmasına mərhum, xoşbəxt şəhid, Əmir Seyyid Əhməd əl-Oğulşaminin oğlu, sahib əl-əzəm Hacı Məhəmməd vəfat etmiş oğlu Əmirxan üçün ən böyük sultan, Sultan Cahanşah Bahadur xan zamanında — Allah onun hökmranlığını əbədi etsin — əmr etmişdir. Adı qeyd edilən bani (günbəzi tikdirən Hacı Məhəmməd — H. S.) dəvət edən məqbərəyə üç vəqf etmişdir: əkilmiş yer … bu dəfn yeri olan günbəzə ildə …" Tarixi dövrləşdirilməsi Kitabənin tarix yazılan hissəsi sınıb itdiyi üçün onun nə vaxt yazıldığını və abidənin inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Ancaq mətndə əks olunan faktlara əsasən onun dövrünü təxmini də olsa müəyyənləşdirmək mümkündür. Kitabədən aydın olur ki, günbəz "ən böyük sultan, Sultan Cahanşah Bahadur xan zamanında" inşa edilmişdir. Məlurndur ki, Qaraqoyunlu hökmdarı, "Həqiqi" təxəllüsü ilə şeirlər yazan Cahanşah 1435–1467-ci illərdə hakimiyyətdə olmuşdur. Deməli günbəz onun hakimiyyəti zamanı, qeyd olunan illər arasında inşa edilmişdir. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
https://az.wikipedia.org/w/index.php?curid=501579
Əmirxanlı
Əmirxanlı — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Əmirxanlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Əmirxanlı (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Əmirxanlı (Pərsabad) Həmçinin bax Əmirxanlı bələdiyyəsi
https://az.wikipedia.org/w/index.php?curid=108967
Əmirxanlı (Pərsabad)
Əmirxanlı (fars. اميرخانلو) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (25 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=693721
Əmirxanlı (Zəngilan)
Əmirxanlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Əmirxanlı kəndinin keçmış adı Püşənli olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Püşənli tayfasına mənsub Əmirxan adlı bir nəfər salmışdır. Əslində, əmirxanlı Şahsevən tayfa ittifaqına daxil olan tayfalardan birinin adı olub. Dəvəçi rayonu ərazisində də bu ad qeydə alınmışdır. Etnotoponimdir.
https://az.wikipedia.org/w/index.php?curid=108724
Əmirxanlı (Şabran)
Əmirxanlı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Baş Əmirxanlı Dəvəçi rayonu-nun Əmirxanlı (keçmiş Şıxlı) inzibati ərazi vahidində kənd. Əmirxanlı çayının sahilində, Yan silsiləsinin Şimal ətəyindədir. Etnotoponimdir. Oykonim "yuxarı Əmirxanlı kəndi" deməkdir. Kəndin əhalisi 1.382 (2009) nəfər təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=108997
Əmirxanlı bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=351454
Əmirxeyir
Əmirxeyir (1991-ci ildən Kalavan) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.İrəvan xanlığının Göycə mahalında kənd adı Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kəndin adı Əmir şəxs adından və türk dillərində kair "vadinin suvarılan hissəsi" sözlərindən ibarətdir. XIX əsrin II yarısında Qayax qəzasında Amirxeyir kənd adı Əmirxeyir kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. Görkəmli şəxsiyyətləri Alıyev Alı Qələndər oğlu-1948-ci ildə Pantürkist kimi sibirə sürgün edilmiş represiya qurbanı. Qələndərov Qələndər Alı oğlu-Fizika elmləri namizədi Ağamalıyev Əmrulla Qulu oğlu (fizik) — Bakı Dövlət Universiteti-Fizika elmləri namizədi, dosent Sabir Əliyev (həkim) — Azərbaycan Tibb Universiteti-nin tədris işləri üzrə prorektoru , tibb elmləri doktoru, professor. Qara Namazov — tənqidçi-ədəbiyyatşünas. Babək Göyüş — nasir, 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Məmmədov Rəis Niftalı oğlu — tarixçi, filosof Mustafa Əliyev — Coğrafiya elmləri namizədi, dosent Bəhram Şükürov — hakim Abbas Səmədov-Filologiya Elmləri doktoru
https://az.wikipedia.org/w/index.php?curid=217008
Əmirxiz
Əmirxiz məhəlləsi və ya Əmrəqız məhəlləsi—Təbriz şəhərinin şimal-qərbində böyük məhəllələrindən biri. Səttar xanın ailəsi öz doğma kəndindən qovulduqdan sonra, Təbrizə, Əmirxizdə yaşayan dayısı Kərbəlayi Xəlilin evinə pənah gətirmişdilər. Məşrutə inqilabı 1905-1911 vaxtı burada, Səttarxanın başçılıq etdiyi "Əncüməni-həqiqət" inqilabı klubu yerləşirdi. Bəzi bilgilərə görə məhəllənin banisi Təbriz bəylərbəyi Əmir xan Türkman olub. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=537149
Əmirxiz məhəlləsi
Əmirxiz məhəlləsi və ya Əmrəqız məhəlləsi—Təbriz şəhərinin şimal-qərbində böyük məhəllələrindən biri. Səttar xanın ailəsi öz doğma kəndindən qovulduqdan sonra, Təbrizə, Əmirxizdə yaşayan dayısı Kərbəlayi Xəlilin evinə pənah gətirmişdilər. Məşrutə inqilabı 1905-1911 vaxtı burada, Səttarxanın başçılıq etdiyi "Əncüməni-həqiqət" inqilabı klubu yerləşirdi. Bəzi bilgilərə görə məhəllənin banisi Təbriz bəylərbəyi Əmir xan Türkman olub. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=196445
Əmirzeydli bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115489
Əmirzeyidli
Əmirzeyidli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Əmirzeydli kəndi Birinci Şahsevən kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əmirzeydli kənd Soveti yaradılmışdır. Toponimikası Əsl adı Əmirseyidlidir. Toponim kəndin əsasını qoymuş əmirseyidli nəslinin adı ilə bağlıdır. Etnotoponimdir. Coğrafiyası və iqlimi Kənd Füzuli rayonu ərazisində yerləşir, lakin Beyləqan rayonuna daxildir.
https://az.wikipedia.org/w/index.php?curid=89396
Əmirçoban Ağayev
Əmirçoban Nəsir oğlu Ağayev (10 oktyabr 1940 – 26 oktyabr 2016) — kimyaçı alim, professor, texnika üzrə elmlər doktoru. Əmirçoban Ağayev 1940-cı il oktyabrın 10–da Xaçmaz rayonunun Ağyazı kəndində anadan olub. 1957-ci ildə Xaçmaz şəhər orta məktəbini bitirdikdən sonra, 1960-cı ilə kimi Ağyazı-buduq kənd kitabxanasının müdiri, sonra isə kolxozda hesabçı vəzifəsində çalışmış dı. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsinə daxil olmuş və 1965-ci ildə oranı fərglənmə diploma ilə bitirmiş, Kimya fakultəsi Elmi şurasının qərarı ilə üzvi kimya kafedrasında təhsilini davam etdirmək üçün Universitetdə saxlanılmışdır. O, öz fəaliyyətinə 1965-ci ildə BDU-nun üzvi kimya fakultəsinin aspirant kimi başlamış, dissertasiya işini akademik Ə. Quliyevin rəhbərliyi altında Aşqaqrlar Kimyası İnstitutunda yerinə yetirmişdir. 1968-ci ildə aspiranturada təhsilini bitirdikdən sonra Aşqaqrlar Kimyası İnstitutunda "Sulfonat aşqarları və yağlayıcı-soyuducu mayelər" laboratoriyasına (indiki "Motor yağlarına yuyucu-dispersləşdirici aşqarlar" laboratoriyası) böyük mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 1971–1974-cü illər həmin laboratoriyada kiçik elmi işçi. 1974–1988-ci illər böyük elmi işçi vəzifəsində çalışmış, 1988-ci ildən 26 oktyabr 2016-cı ilə kimi – ömrünün sonunadək həmin laboratoriyaya rəhbərlik etmişdir. 1971-ci ildə "Neft kimyası" ixtisası üzrə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyaları müdafiə edərək kimya elmıəri namizədi və texnika elmləri doktoru alimlik dərəcələrini, 2010-cu ildə isə "Neft kimyası" ixtisası üzrə professor elmi adını almışdır.Əmirçoban Ağayev 2016-cı ildə vəfat etmişdir. Elmi fəaliyyəti Əmirçoban Ağayevin elmi tədqiqatlarının əsas istiqamətini mühərrik yağlarına sulfonat tipli yuyucu-dispersləşdirici aşqarların sintezi, onların istehsal texnologiyalarının işlənib hazırlanması və tətbiqi sahəsində geniş tədqiqatlar təşkil etmişdir. Onun rəhbərliyi ilə mineral yağlar, sintetik alkilaromatik birləşmələr və yarısintetik xammallar əsasında xarıcı analoqlardan geri qalmayan, yüksək təsir effektinə malik bir sıra aşqarların istehsal texnologiyaları və onlardan istifadə etməklə müxtəlif təinatlı mühərriklər üçün bir sıra yağ kompozisiyaları işlənib hazırlanmışdır. Elmi əsərləri Əmirçoban Ağayev 230 elmi əsərin, o cümlədən 1 monoqrafiya, 29 müəlliflik şəhadətnaməsi, 19 patent, 95 məqalə və 87 tezisın müəllifidir. Elmi məqalələri Ağayev.Ə.N.,Fərzəliyev.V.M.,Zeynalova.N.N.,Güləliyev.İ.C.Bisalkilfenollarin sulfometilləşməsi məhsulları əsasında kalsium sulfonatların sintezi və onların sürtkü yağlarında çoxfunksiyalı aşqar kimi tədqiqi. // "AMEA Məruzələr"jurnalı. 2008. LXİV. № 5, s. 44–50 Müəllif şəhadətnamələri Yağlayıcı kompozisiya.// Azərbaycan Respublikası Patenti №İ00171996, Sadıxov K.İ, Ağayev Ə.N., Cavadova H.A., Quliyeva M.Q., Güləliyev İ.C. Sürkü yağlarına sulfonat aşqarının alınma üsulu.// Azərbaycan Respublikası Patenti № İ 2009 0205, Fərzəliyev V.M, Ağayev Ə.N., Vəliyeva S.M, Güləliyev İ.C, Zeynalova N N, Şiriyeva İ.Ə Konservasiya yağlarına inhibirləşmə komponentin alınma üsulu.// Azərbaycan Respublikası Patenti № İ 2012 0103, Sadıxov K.İ, Güləliyev İ.C, Ağayeva Z.R, Zeynalova N N, Soltanova Z.Q, Şiriyeva İ.Ə Beynəlxalq konfranslarda iştirakı Dissertantlara elmi rəhbərlik və opponent Əmirçoban Ağayevin yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsindədə xidmətləri olub. Onun rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanmışdır. AMEA-nın rəsmi saytında professor Əmirçoban Ağayev haqqında məlumat A.Məhərrəmov, M.Allahverdiyev, R.Əliyeva "Azərbaycan kimyaçıları", "Azərbaycan" nəşriyyatı, 1998. A.Məhərrəmov "Azərbayucan kimyaçıları", "Bakı Universiteti", 2017.
https://az.wikipedia.org/w/index.php?curid=495414
Əmirülüməra
Əmir əl-üməra — yəni, "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi. İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi. Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əlüməra vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən aydın olur ki, hicri 937 (1532-1533)-ci ildə I Şah Təhmasib əmir əlüməra vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər. Onlar hər ikisi Şah İsmayılın bacısı oğlanları idilər. Həmdə Abdulla xan Ustaclı sonralarŞirvan hakimi olmuşdu. Daha sonra, hicri 975 (1567-1568)-ci ildə əmir əl üməra və Azərbaycan sərhədlərinin hakimi kimi qeyd olunan Şahqulu sultan Ustaclı məsul elçi kimi türk sultanı II Səlimin yanına göndəriləndə bu vəzifənin adı çəkilir. Həmçinin bax Div sultan Rumlu Çuxa sultan Təkəli Hüseyn xan Şamlı
https://az.wikipedia.org/w/index.php?curid=385115
Əmirşah Əmirli
Əmirşah Səttar oğlu Əmirli (8 mart 2002; Binəqədi rayonu, Bakı, Azərbaycan — 28 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmirşah Əmirli 8 mart 2002-ci ildə Binəqədi rayonunda anadan olmuşdur. 2008-ci ildə Bakı şəhər 306 saylı tam orta məktəbdə təhsil almış, 7-ci sinifdə təhsilini dini kollecdə davam etdirmişdir. Subay idi. Hərbi xidməti Əmirşah Əmirli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.Azərbaycan Ordusunun əsgəri olan Əmirşah Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmirşah Əmirli 28 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirlii ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=733223
Əmirəddin Məsud Naxçıvani
Əmirəddin Məsud Naxçıvani (XII əsr) — memar. Naxçıvan memarlıq məktəbinin nümayəndələrindəndir. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 111.
https://az.wikipedia.org/w/index.php?curid=155865
Əmirəli Lahrudi
Əmirəli Lahrudi (1924 – 2014) — Cənubi Azərbaycan Milli hökumətinin nümayəndəsi, tərcüməçi. Əmirəli Lahrudi Əhmədoğlu 1924-ci ildə Meşkin mahalının Lahrud kəndində anadan olub. 1943-cü ildə Hizi Tudeyi İran təşkilatına üzv olub. 1944-ci ildə partiyanın şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışıb. Əmirəli Lahrudi 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin(ADF) üzvü və Meşkin mahal komitəsinin sədr müavini seçilib. 1946-ci ilin oktyabr ayında Təbrizdə hüquq və siyasi məktəbin tələbəsi olub. Cənubi Azərbaycanda qurulmuş Milli Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdiib. 1960-ci ildə Azərbaican Demokrat Firqəsi Hizbi Tudeyi İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə komitəsinin üzvü seçilib. Əmirəli Lahrudi 1960-dan 1968-ci ilə qədər Almaniyanin Leyipsik şəhərində yerləşən partiyanın mərkəzidə işləmiş,1968-ci ildə Azərbaycana qayıtmış və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində öz fəaliyyətini davam etdirmişdir.Hizbi Tudeyi İranın 16-cı plenumunda (1979-cu il) icraiyyə heyətinin üzvü seçilmişdir. Əmirəli Lahrudi eyni zamanda «Azərbaycan» jurnalının redaktoru vəzifəsində çalışıb,1979-cu ildən bu günə qədər ADF-nin sədridir. Yaradıcılığı Əmirəli Lahrudi Məsud Behnudun "İn se zən" əsərini "Bu üç qadın" adı ilə fars dilindən Azərbaycan dilinə tərcümə edib. Xarici keçidlər Əmirəli Lahrudi: “Kəndimiz, Savalanın ətəyindəki sular yadımdan çıxmır”
https://az.wikipedia.org/w/index.php?curid=415093
Əmirəli Tahircallı
Əmirəli Tahircallı (1790, Quba xanlığı — 1846, Həcc) — XIX əsr ləzgi əsilli Azərbaycan şairi . Əmirəli 1790-cı ildə ləzgi kəndi Tahircalda anadan olub. Gəncliyində oradan Kürə rayonuna köçmüş və Yuxarı-Yaraq kəndində mədrəsəsində Məhəmməd Əfəndi Yaraqi müəllimdən elmlər öyrənmiş, sonra onunla birlikdə Avaristana qaçmış və ona xidmət edərək öz payını almışdır. Aşkar və məxfi elmlər baxımından faydalar əldə etmiş, həmçinin qardaşı Məhəmməd Əfəndinin Meymunat adlı qızı ilə evlənmiş və ondan bir oğlu olmuşdur. 1835-ci ildə şair dostu Abdulla ilə birlikdə Quba qəzasının Amsar kəndinə Abbasquli ağa Bakıxanovun yanına gəlir. Sonuncu dostlarının məsləhəti ilə Gülüstan ədəbi dərnəyini təşkil edir və Əmirəli də bu dərnəyin işində iştirak edir . Sonralar Əmirəli oradan Kyurinski rayonuna qayıdıb ailəsini Yuxarı-Yaraq kəndində məskunlaşdırdı və özü də Məkkəyə həcc ziyarətinə getdi və 1846-cı ildə bu səfərdə vəfat etdi . Yaradıcılığı Əmirəli Tahircallı poetik irsi iki dövrə bölünür: sürgünə qədərki və sürgündə yazılmış əsərlər. Şair sürgünə qədər əsasən sevgi şeirləri yazıb. Onun sevgi lirikalarına "Sevdiyim", "Aman günüdür", "Deyilmi" ("Elə deyilmi") kimi əsərləri daxildir . Lirik qəhrəman Əmirəlinin daxili aləmi əks hisslərlə doludur: kədər, lirik qəhrəmanın özünün halını üzə çıxarmaq, sevgilisini təsvir edərkən meydana çıxan sevinc. Bu hisslərin təzadlılığı şairin lirikasının əsas motivini – qarşılıqsız sevgini müəyyən edir . Əmirəlinin poetik dünyasının təkamülü hisslərin dəyişməsi ilə müşayiət olunur. Optimist, sevgi dolu hisslər tədricən real həyatla bağlı pessimist əhvali-ruhiyyə ilə əvəzlənir. Belə ki, məsələn, "Oldu" ("Oldu") qoşmasında lirik qəhrəman xoşbəxtlikdən sevinir. Səbəb sevgili ilə görüş və onun razılığıdır : Dedim: mən gəlmişəm bir iltimasa, Dedi: muradını istə nə isə, O şəkər ləbindən bir dadlı büsə, Hər gün aramızda bir adət oldu.Ancaq başqa əsərlərdə, məsələn, "Deyilmi" ("Elə deyilmi") əsərində qəhrəmanın əhvali-ruhiyyəsi sıxılır və qıza əzab verməkdə günahlandırır, "Sevdiyim" də isə artıq sevgi yuxuya çevrilmiş bir xatirə və vətəndən ayrılıq ön plana çıxır . Əmirəli yaradıcılığında dünya haqqında beytlər-fikirlər var. Şairin fəlsəfi lirikasında kədər, həzinlik, həyatdan narazılıq ifadə olunur. O, dünya nizamı, həyatın mənası haqqında düşünür. Həmişə eyni sualla qarşılaşır: niyə bu dünyada həqiqət və ədalət yoxdur. Şair uzun müddətdir ki, bu suala cavab axtarır. Və beləliklə, o, belə bir nəticəyə gəlir: insanın həyatında anlaşılmaz, gözlənilməz bir şey cazibədar olur. İnsana öz iradəsini diktə edir . Şairin fəlsəfi lirikasının əsas problemlərindən biri də dünyanın zəifliyi, insan həyatının keçiciliyi problemidir. İnsanın qarşısına hansı hüdudsuz məkan yayılırsa, o zamanla məhduddur. Ona görə də öz təntənəli "mən" ini təsdiq etmək üçün insan mənəvi sərhədləri keçməməli və onu əhatə edən reallıqla tarazlıq tapmalıdır . Şəri doğuran problemlər şairin fəlsəfi düşüncələrinin fonunu, əsasını təşkil edir. Bunun fonunda o, dünya düzəni və oradakı insanın yeri haqqında düşünür. Şair bilir ki, dünya öz qanunları ilə hərəkət edir və insan bu qanunları dəyişmək iqtidarında deyil. "Ey könül" adlı bir şeirində ruhunu nəzərdə tutaraq yazır : Hər xəstə davasın bulacaq deyil, Hər yara məlhəm olacaq deyil, Heç kəs qalmayıb, gələcək deyil, Dünya qayğısına düşmə, ey könül. Əmirəli vətən həsrətini ifadə etdiyi çoxlu şeirlər yazır. Vətən onun poetik mahiyyətini müəyyən edən o müqəddəs məfhumlardan biridir. Və buna görə də bütün varlığı ilə ondan ayrılığı hiss edir . Vətən anlayışı bütöv bir şey kimi poetik şüurda onun tərkib hissələrinə — xalqa və təbiətə bölünür. Onları ayrı-ayrılıqda tərənnüm etməklə şair vətənin vahid obrazını yaradır .
https://az.wikipedia.org/w/index.php?curid=743050
Əmistican (Şəbüstər)
Əmistican (fars. امستجان) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 368 nəfər yaşayır (118 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=618590
Əmlak
Əmlak — hər hansı bir fiziki şəxsə, hüquqi şəxsə və ya ictimai hüquq subyektinə məxsus olan əşyalar (pul və qiymətli kağızlar daxil olmaqla), habelə sahiblərinə hər hansı bir fayda gətirən digər şəxslərdən əşyalar və ya əmlak məmnuniyyəti almaq üçün mülkiyyət hüquqları. ... Mülkiyyətindən asılı olaraq sahibinin istehlak etmək, dəyişdirmək, bölmək, yenidən qeydiyyatdan keçirmək, icarəyə götürmək, girov qoymaq, satmaq, dəyişdirmək, köçürmək, bağışlamaq və ya məhv etmək, habelə başqalarını bu proseslərdən kənarlaşdırmaq hüququ vardır , və bəlkə də onu tərk et. Mülkiyyətin təbiətindən asılı olmayaraq, mülkiyyətçi ondan düzgün istifadə etmək və ya ən azı yalnız saxlamaq hüququna malikdir. Mülkiyyət tez-tez maddi və qeyri-maddi olaraq bölünür. Əmlak aşağıdakıları ifadə etmək üçün işlədilən termin: müəyyən şəxsin sahibliyində olan əşyaların və maddi sərvətlərin məcmusu (bu mənada "əmlak" terminindən qanunvericilikdə daha çox istifadə olunur); başqa şəxsdən əldə edilən əşyaların və əmlak hüquqlarının məcmusu; sahibinin əmlak vəziyyətini səciyyələndirən əşyaların, əmlak hüquq və vəzifələrinin məcmusu. Daşınmaz və daşınar əmlak Daşınar əmlak — qanunla daşınmaz əmlak kimi təsnif edilməyən hər hansı bir şey (pul və qiymətli kağızlar daxil olmaqla). Daşınmaz əmlaka torpaqla möhkəm bağlı olan hər şey, yəni məqsədlərinə nisbətsiz ziyan dəymədən hərəkəti mümkün olmayan obyektlər (binalar, tikililər və s.) Daxildir. Rusiya qanunvericiliyi daşınmaz əmlaka da aiddir: təyyarə və dəniz gəmiləri, daxili naviqasiya gəmiləri və kosmik obyektlər. Əşyaları daşınan (və ya daşınmaz) kateqoriyasına aid edərkən iki kriteriyadan istifadə olunur: maddi (əşyaların ərazi ilə əlaqəsi dərəcəsi) və qanuni (torpaqla əlaqəsindən asılı olmayaraq əşyaları daşınmaz kateqoriyasına aid etmək). Maddi meyara görə, daşınan bir şey torpaqla möhkəm bir əlaqəsi olmayan bir şeydir və qanuni meyara görə - məqsədinə nisbətsiz ziyan vurmadan köçürülməsi mümkün olan bir şey, habelə qanunla daşınmaz əmlak olaraq birbaşa müəyyənləşdirilməmiş bir şeydir. Bir şeyi daşınar kimi təsnif etmək üçün hər iki meyara cavab verməlidir, əks halda belə bir şey daşınmaz sayılacaqdır. Bir qayda olaraq, daşınan əşyalara hüquqların qeydiyyatı tələb olunmur. Daşınmaz əmlakın qiymətləndirilməsi ən geniş yayılmış qiymətləndirmə fəaliyyət növlərindən biridir və bir obyektin dəyərinin müəyyənləşdirilməsini əhatə edir. Eyni zamanda, bir neçə dəyər növü müəyyən edilir, praktikada ən çox yayılmışdır: bazar, ləğv, bərpa, dəyişdirmə və s. Əşyaların daşınar və daşınmaz əşyalara bölünməsi klassik dövrdəki Roma mülki qanunlarında da (e.ə. III əsr - e.ə. III əsr) məlumdur. Daşınan əşyalar məkan baxımından daşınan əşyalardı və daşınmaz əşyalar - torpaq sahələri və üzərində yaradılan hər şey, əlavə olaraq - yeraltı, yer üzündə yer. Səth üzərində edilənlərin səthi izlədiyinə inanılırdı. Daşınmaz əmlak icarəyə verilə bilər. Daşınmaz əmlak girovunun və daşınmaz əmlakla təmin edilmiş kreditin alınmasına ümumiyyətlə ipoteka deyilir. Roma qanunlarında, daşınmaz əmlakın mülkiyyətinin köçürülməsi, hər hansı bir köçürmə formasından məhrum, sadə bir və ya ipoteka təsis edilməklə - bir şəxslə digər şəxs arasında üçüncü tərəflərə məlum olmayan sadə bir razılaşma yolu ilə həyata keçirilə bilər. Alman adət qanununa görə, torpağın əldən ələ ötürülməsi müxtəlif kifayət qədər mürəkkəb rəsmiyyətlərlə (torpağın simvolik olaraq köçürülməsi, sərmayə qoyuluşu, Auflassung) çərçivələnmişdi. Mobil daşınmaz əmlak anlayışı da vardır. Mobil evlər fikri özü yeni deyil, lakin ABŞ-də 2008-ci il ipoteka böhranı ilə əlaqədar olaraq yenidən aktuallaşdı: il ərzində onların istehsalı 19% artdı və bu cür "daşınmaz əmlak" istehsal edən şirkətlərin müştəriləri həkimlər, hüquqşünaslar və təqaüdçülər idi. Bundan əlavə, səyyar ev məhkəmə qərarları və icra qərarları ilə ələ keçirilə bilməz və bu tip evlərin tikintisinə xərclənən vəsait 2-3 ay ərzində qaytarılır (20 illik bank kredit faizlərində zərər əvəzinə). Digər bir artı da öz torpaq sahənizdə və kirayədə bir ev qoya biləcəyinizdir. Səyyar evlər müasir texnologiyalardan istifadə edilərək mümkün qədər rahatdır, nisbətən ucuzdur və bir çox tikinti materialına ehtiyac yoxdur. Mobil evin dəyəri onun ölçüsündən asılıdır - 50.000 ilə 90.000 dollar arasında. Əlaqəli anlayışlar
https://az.wikipedia.org/w/index.php?curid=414865
Əmlak Məsələləri Dövlət Komitəsi
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında qəbul edilmiş Əsasnamə ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir: müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək; müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək; dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək; dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən dövlət əmlakının inventar siyahılarının tərtib olunmasını təşkil etmək, əmlakdan istifadə barədə hesabatlar əsasında dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil etmək, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq vermək; Dövlət Əmlakının Registrinin aparılmasını təşkil etmək, bu məqsədlə dövlət orqanlarından (qurumlarından) zəruri məlumatların alınmasını həyata keçirmək; Xidmətin strukturuna aşağıdakı qurumlar tabedir: Strukturuna daxil olan qurumlar: Xidmətin Aparatı Bakı ərazi şöbəsi Sumqayıt ərazi şöbəsi Abşeron ərazi şöbəsi Gəncə ərazi şöbəsi Şirvan ərazi şöbəsi Mingəçevir ərazi şöbəsi Lənkəran ərazi şöbəsi Bərdə ərazi şöbəsi Ucar ərazi şöbəsi Qazax ərazi şöbəsi Xaçmaz ərazi şöbəsi Beyləqan ərazi şöbəsi Cəlilabad ərazi şöbəsi Şamaxı ərazi şöbəsi Şəki ərazi şöbəsi Qəbələ ərazi şöbəsi Şərqi Zəngəzur ərazi şöbəsiStrukturuna daxil olmayan tabeliyindəki qurumlar: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxs "Hərracların Təşkili Mərkəzi" Publik Hüquqi Şəxs "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" Publik Hüquqi Şəxs
https://az.wikipedia.org/w/index.php?curid=187755
Əmlak Məsələləri Dövlət Xidməti (Azərbaycan)

https://az.wikipedia.org/w/index.php?curid=107942
Əmlak vergisi
Əmlak vergisi — təşkilatların və ya şəxslərin əmlakına qoyulan birbaşa vergi. Əmlak vergisi Roma İmperiyasında artıq məlum idi. Avropada orta əsrlərin sonlarına qədər vergitutmanın əsas formalarından biri olmuşdur. O, torpaq və pul üzərində mülkiyyətə məruz qalırdı. Fransada müasir formada əmlak vergisi 1982-ci ildən mövcuddur. 2012-ci ilin payızından etibarən Fransua Ollandın sosialist hökuməti dərəcəsi xeyli artırdı və yuxarı həddini qaldırdı. İndi vergi 1.300.000 avrodan yuxarı olan əmlakdan 0.5%-dən (ilk 800.000 avroda) 1.5%-ə qədər mütərəqqi dərəcə ilə tutulur. Almaniyada əmlak vergisi vergi ödəyicisinin müəyyən bir gündə sahib olduğu əmlakın məbləğindən (xalis, yəni borc hesablanmış) asılı idi. 1995-ci ildə daşınmaz əmlakın qiymətləndirilməsi metodunun konstitusiyaya zidd olduğu müəyyən olundu və buna görə də 1997-ci ildə vergi ləğv edildi. Korporativ əmlak vergisi regional vergidir. Bu o deməkdir ki, vergi dərəcəsi Rusiya Federasiyasının təsis qurumlarının qanunları ilə müəyyən edilir, lakin 2,2% -dən çox ola bilməz (Vergi Məcəlləsi ilə müəyyən edilmiş həddi). Vergitutma obyekti müəssisənin balansında əsas vəsaitlər kimi qalıq dəyəri ilə (ilkin dəyərdən yığılmış amortizasiya çıxılmaqla) 01 №-li hesab - 02 No-li mühasibat uçotu hesabında olan təşkilatın əmlakıdır. 01.01.2015-ci il tarixindən etibarən əmlak vergisi dərəcəsi qalıq dəyərdən deyil, kadastr dəyərindən müəyyən edilir. Azərbaycanda Vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri vergitutma obyekti sayılır. Dövlət Vergi Xidmətinin "195" Çağrı Mərkəzinin əməkdaşı Hüseyn Hacıyev “vergiler.az” saytına bildirib ki, vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq, yəni müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki il üzrə qalıq dəyərindən həmin il üçün hesablanan amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərinin toplanıb 2-yə bölünməsi ilə müəyyən edilir. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi Vergi Məcəllənin 14.3.4-cü maddəsinə əsasən, yəni bazar qiyməti kimi müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Vergi Məcəlləsinin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.
https://az.wikipedia.org/w/index.php?curid=753477
Əmləş şəhristanı
Əmləş şəhristanı (Farsca: شهرستان املش) — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. Şəhristan 1997-ci ildə Rudsər şəhristanının hesabına yaradılıb. Şəhristanın ərazisi 410 km²-dir. 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 46,108 nəfərdir . Milli tərkib Əmləş şəhərinin əhalisi giləklərdən ibarətdir və onlar giləkçənin Əmləşə xas olan xüsusi dialektində danışırlar. Mərkəzi (Əmləş) bəxşiəhali : 29,716 nəfər (2006 s.a.)şəhər əhalisi : 15,047 nəfər (2006 s.a.) kənd əhalisi : 14,669 nəfər (2006 s.a.)Rənkuh bəxşiəhali : 16,392 nəfər (2006 s.a.)şəhər əhalisi : 956 nəfər (2006 s.a.) kənd əhalisi : 15,436 nəfər (2006 s.a.) Mərkəzi (Amlaş) bəxşində :Əmləş şəhəriƏhalisi : 15,047 nəfər (2006 s.a.)Rənkuh bəxşində :Rənkuh şəhəriƏhalisi : 956 nəfər (2006 s.a.) Dehestanlar Şimali Əmləş Cənubi Əmləş Rustalar (kəndlər) Şəhristanda 147 kənd vardır, ancaq onlardan 13-ündə əhali yaşamır. Xarici keçidlər AmlashCity.com Arxivləşdirilib 2012-05-29 at the Wayback Machine (farsca) AmlashNews.com (farsca) guilan.irib.ir : Amlash city (farsca) Census of the Islamic Republic of Iran, 1385 (2006) (Excel)
https://az.wikipedia.org/w/index.php?curid=284436
Əmmamə
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir. Həmçinin bax Azərbaycan milli geyimləri
https://az.wikipedia.org/w/index.php?curid=124083
Əmman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur. Müasir şəhər Roma tikililərinin qalıqlarını (teatr, forum, odeon, nimfeya) əhatə edən təpələrdə yerləşir. Qala yerləşən təpədə bir neçə sərdaba, divar fraqmenti (e.ə. 9-cu və ya 8-ci əsr), Herkules məbədinin (2-ci əsr), Bizans bazilikasının, Basman və Raqdan saraylarının (19-cu əsr) xarabalıqları, həmçinin əl-Hüseyn məscidi (1924), Kral Abdullahın mavzoleyi (1952) saxlanılmışdır. Ümumi məlumat Beynəlxalq aeroportu, nəqliyyat qovşağı var. Şəhər ölkənin mühüm ticarət, sənaye, elm və mədəniyyət mərkəzidir. Neft emalı, yeyinti sənayesi, toxuculuq, tütün, elektronika, gön-dəri, sement, metal emalı, inşaat materialları istehsalı müəssisələri, istilik-elektrik stansiyaları, İslam Sivilizasiyası Tədqiqatı Kral Akademiyası (1980), İslam EA (1986), İordaniya Universiteti (1962), Açıq Universitet (1985), Britaniya Şurası kitabxanası (1950), kütləvi (1958) və universitet kitabxanaları, arxeologiya muzeyi (1951), İslam muzeyi, Xalq sənəti və geyim (1972) muzeyi, mozaika qalereyası (1972) var. Turizm inkişaf etmişdir. Qardaş şəhərlər Maskat, Oman (1986) Bakı, Azərbaycan Ciddə, Səudiyyə Ərəbistanı (1988) Qahirə, Misir (1988) Rabat, Mərakeş (1988) İslamabad, Pakistan (1989) Bağdad, İraq (1989) Sana, Yəmən (1989) Pekin, Çin (1990) Ankara, Türkiyə (1992) Xartum, Sudan (1993) Nalçik, Rusiya (1994) Mayami, ABŞ (1995) Doxa, Qətər (1995) Ankara, Türkiyə (1997) San-Paulo, Braziliya, (1997) Əlcəzair, Əlcəzair (1998) Buxarest, Rumıniya (1999) Nuakşot, Mavritaniya (1999) Tunis, Tunis (1999) Sofiya, Bolqarıstan (2000) Beyrut, Livan (2000) Pretoriya, Cənubi Afrika Respublikası (2002) Tequsiqalpa, Honduras (2002) Çikaqo, ABŞ (2004) Cenevrə, İsveçrə (2005) Milan, İtaliya (2005) Kaıabriya, İtaliya (2005) Sarayevo, Bosniya və Herseqovina (2005) Moskva, Rusiya (2005) , Bəhreyn (2006) Bişkek, Qırğızıstan (2006) Həmçinin bax İordaniya Universiteti Xarici keçidlər Amman — Jordan Tourism Board Amman — Lonely Planet Amman Capital City of Jordan — YouTube
https://az.wikipedia.org/w/index.php?curid=187568
Əmmar: Cin təriqəti
Əmmar: Cin təriqəti rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 119.850 nəfər tərəfindən seyr edilib. Fəridə ilə sevgilisi Fəridənin ev dostu və onunla arasını düzəltmək istədikləri Barkını həftəsonu tətili üçün bir dağ evinə dəvət edir. Dəvətsiz qonaq Cananın da daxil olması ilə gərgin başlayan səyahət bir-biri ardınca yaranan qorxulu hadisələr nəticəsində içindən çıxılması qeyri-mümkün bir hal alır. Ozan Akbaba Eylül Su Sapan Dilşah Dəmir Duyqu Paracıkoğlu Halil Sezai Burak Sarımola Səlim Ərdoğan Yunus Əmrə Dənizoğlu Berke Hürcan Nəzahat Oynar Turan Özdəmir
https://az.wikipedia.org/w/index.php?curid=503388
Əmmar: Cin təriqəti (film, 2014)
Əmmar: Cin təriqəti rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 119.850 nəfər tərəfindən seyr edilib. Fəridə ilə sevgilisi Fəridənin ev dostu və onunla arasını düzəltmək istədikləri Barkını həftəsonu tətili üçün bir dağ evinə dəvət edir. Dəvətsiz qonaq Cananın da daxil olması ilə gərgin başlayan səyahət bir-biri ardınca yaranan qorxulu hadisələr nəticəsində içindən çıxılması qeyri-mümkün bir hal alır. Ozan Akbaba Eylül Su Sapan Dilşah Dəmir Duyqu Paracıkoğlu Halil Sezai Burak Sarımola Səlim Ərdoğan Yunus Əmrə Dənizoğlu Berke Hürcan Nəzahat Oynar Turan Özdəmir
https://az.wikipedia.org/w/index.php?curid=807848
Əmmar Nəqşəvani
Seyid Əmmar Nəqşəvani olaraq tanınan Seyid Dr. Əmmar əl-Nəqşəvani (ərəb. عمار النقشواني) Britaniya-İraq əsilli intellektual elm adamı, müəllif və natiq.Nəqşəvani 2014-cü ildə 500 ən nüfuzlu müsəlman siyahısına daxil edilmişdir. Kolumbiya Universitetinin Orta Şərq İnstitutu və Kembric Universitetinin İslam Araşdırmaları Mərkəzində ziyarətçi elm adamı olmuşdur. Daha əvvəl Hartford Seminariyasında İslam hüququ məktəbləri və Şiə araşdırmaları, dialoquna aid olan İmam Əli kürsüsünü icra etmişdir. Həyatı və təhsili Nəqşəvani böyük Ayətullah Əbu əl-Qasim əl-Xoyinin Kufədəki nümayəndəsi olaraq vəzifəsini yerinə yetirən Höccətülislam Mürtəza Nəqşəvaninin (vəf.1990-cı il) oğlu Emad Nəqşəvaninin ailəsində anadan olub. Anası mərhum şeyx Məhəmməd-Təqi əl-İrəvaninin qızıdır. Ata tərəfdən etnik azərbaycanlı olaraq yeddinci şiə imamı Musa əl-Kazım vasitəsilə Məhəmmədin nəslindən olduğunu iddia edir. Dayısı Baqir əl-İrəvani Nəcəfin İslam seminariyasında bir fəqih və müəllimdir. 1987-ci ildə ailəsi İngiltərəyə, Birləşmiş Krallığa köçmüşdür. Nəqşəvani London Universitet Kollecində təhsil aldı və 2003-cü ildə psixologiya və hüquq ixtisası üzrə lisenziyasını aldı, eyni zamanda London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində bir illik diplom kursu üzrə təhsil aldı. Ondan sonra magistr dərəcəsini Tehrandakı Şəhid Beheşti Universitetindən və doktorluq dərəcəsini Ekseter Universitetindən almışdır. Quran perspektivi ilə İslam və insan haqları, İslam və plüralizm, cinsiyyət araşdırmaları mövzularına aid dərslər keçirmişdir. Təşəbbüslər Nəqşəvani Amerika Ümumdünya Müsəlman Birliyi (UMAA) üçün Birləşmiş Millətlər Təşkilatında xüsusi nümayəndəsi olaraq xidmət edir. Bu rolda qadın hüquqları təşəbbüslərini, sosial inkişafı və dini tolerantlığı təbliğ edir. Nəqşəvani bu mövqedən mədəni irsin, tarixi sənət və memarlığın, qədim ədəbiyyatın qorunması üçün istifadə edir. UMAA-ya qoşulmazdan əvvəl Nəqşəvani İngiltərədəki Kembric Universitetində İslam tədqiqatlarının ziyarətçi alimi kimi çalışmışdır. Bu vəzifədə, bir sıra akademik forumlarda müzakirə etdiyi qədim İslam mətnlərinə dair geniş araşdırma və akademik təhlillər aparmışdır. 2014-cü ildə Nəqşəvani "Təbliğçilər və Ruhani Rəhbərlər" təbəqəsindəki 500 Ən Nüfuzlu Müsəlman (ilk dəfə 2009-cu ildə yayımlanan illik bir nəşr olan The Muslim 500 olaraq da bilinir) siyahısına daxil edildi. Kembric Universiteti Nəqşəvani İslam tədqiqatlarında ziyarətçi alim olaraq çalışmış və şiə tarixi mətnlərinin qabaqcıl araşdırmaları və akademik təhlillərini aparmışdır. Hartford seminariyası Nəqşəvani Hartford Seminariyasındakı şiə araşdırmalarında İmam Əli açılış kürsüsünün sədri oldu. Kolumbiya Universiteti 2016-cı ildə Kolumbiya Universiteti doktor Nəqşəvaninin ziyarətçi alim olaraq xidmət edəcəyini açıqladı. Harvard Universiteti Doktor Nəqşəvani Harvard Kennedi Məktəbinin Belfer Elm və Beynəlxalq Əlaqələr Mərkəzində İran layihəsinin əlaqələndiricisidir. Diqqəti İslam siyasətinə, eləcə də Orta Şərqdə münaqişə və sülh quruculuğuna yönəlib. Peşəkar əlaqələr Şimali Amerika İslam və Müsəlman Araşdırmaları Birliyi (NAAIMS) Britaniya İslam Araşdırmaları Birliyi (BRAIS) Amerika Tarix Dərnəyi Orta Şərq Araşdırmaları Dərnəyi (MESA) Amerika Din Akademiyası Hujr Ibn Adi: A Victim of Terror. Birmingham: Sun Behind the Cloud Publications. 14 June 2013. ASIN B00KNAX64E.Suriyadakı əhəmiyyətli bir ziyarətgah dağıldıqdan sonra Nəqşəvani yuxarıdakı kitabında "Hucr ibni Adi əl-Kindi (vəf.660-cı il) Məhəmmədin səhabəsi idi. Əməvi xəlifəsi I Müaviyə tərəfindən sarsılmaz olduğuna və şiələrin ilk imamı olan Əlini dəstək və tərifinə görə edama məhkum edildi. " Islam : liberté, égalité, fraternité [Islam : Liberty, Equality, Fraternity] (French). Translated by Malécka Nassor. Beyrouth: Albouraq. 31 August 2013. ISBN 9782841619764. Ramadan Sermons: A Compilation of Speeches and Lectures. Birmingham: Sun Behind the Cloud Publications. 24 April 2014. ISBN 9781908110039. The Fourteen Infallibles: A Compilation of Speeches and Lectures. Birmingham: Sun Behind the Cloud Publications. 24 April 2014. ISBN 1908110058. The Ten Granted Paradise. Universal Muslim Association of America. 20 May 2014. ASIN B00KHBEWVU. Xarici keçidlər Video Mühazirələr Depozitariyası Arxivləşdirilib 2019-07-20 at the Wayback Machine Mühazirələr Depozitariyası imamhussein3.tv-də video mühazirələr (Dr Seyid Əmmar Nəqşəvani ilə Londonda canlı proqram) Video mühazirələr
https://az.wikipedia.org/w/index.php?curid=670527
Əmmar bin Yasir
Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر; 570, Məkkə – 22 iyul 657) - Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar. Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi. O, ata-anasının cəlladlar əlində şəhadətə yetməsinə şahid oldu. Öz əzizlərini müdafiə etmək gücündə olmayan Əmmar dərin iztirab keçirirdi. Əmmar işgəncələr altında müşriklərin istədiyi sözü deməyə məcbur oldu. Amma onun qəlbi Allaha iman və eşqlə dolu idi. Onu küframiz sözlər deməyə məcbur etdilər. O, Peyğəmbərdən (s) xəcalət çəkirdi. Amma ayə nazil oldu və bu ayə Əmmarın imanına şahid duraraq, onun təqiyyəsini bəyəndi. Siffeyn döyüşündə Əlinin qoşununda vuruşan Əmmar Müaviyənin qoşunu tərəfindən 94 yaşında şəhid oldu. Əmmarın fəzilətləri Əmmar Həbəşəyə mühacirət edənlərdən biri idi. Bu dəstə Qüreyş müşriklərindən canlarını qorumaqla yanaşı, hicrət etdikləri yerdə İslamın təbliğilə də məşğul olmaqla vəzifələndirilmişdilər. Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra o da mühacirlərlə birliklə Peyğəmbərə (s) qoşuldu. Mədinə məscidinin tikintisində Əmmar iki nəfərin işini görür, ağır daşlar daşıyırdı. Peyğəmbər (s) ona dedi: — Əmmar! Özünü bu qədər zəhmətə salma. Əmmar dedi: — Bu məscidin tikintisində daha artıq işləmək istəyirəm. Peyğəmbər (s) əlini Əmmarın çiyninə qoyub dedi: —Sən behişt əhlisən, bir dəstə zalım səni qətlə yetirər.Səxavət, isar da Əmmarın digər fəzilətlərindəndir. Cabir ibn Əbdüllah Ənsari belə nəql edir: Bir gün əsr namazından sonra Peyğəmbər məsciddə oturmuşdu və onun ətrafında səhabələr toplanmışdı. Məscidin bir küncündə pal-paltarı cırıq-yırtıq, arıq bir kişi oturmuşdu. Həzrət Peyğəmbər (s) ona müraciətlə buyurdu: - "Əgər bir istəyin varsa, de yerinə yetirək." Qoca kişi dedi: - "Ya Rəsulilah! Bir müddətdir acam… Ailəmin yanına qayıtmaq üçün də yol pulum yoxdur." Həzrət buyurdu: - "Mənim yanımda sənə verməyə bir şey yoxdur, amma səni bir evə göndərəcəyəm, nə istəsən verəcəklər." Sonra həzrət Peyğəmbər (s) onu Bilala qoşub həzrət Zəhranın (s) evinə göndərdi. Onlar evin qapısına çatdıqları vaxt qoca kişi dedi: - "Salam olsun sizə, ey peyğəmbər Əhli-beyti! Sizin eviniz vəhyin nazil olduğu və mələklərin gəldiyi yerdir." Qocanın səsini eşidən Zəhra buyurdu: - "Salam olsun sənə! Haradan gəlmisən və nə istəyirsən?" - "Ehtiyaclarımın ödənməsi üçün atanız məni buraya göndərdi." Həzrət Zəhra özü də bir müddət idi ki, ac idi. Evə baxdı və Həsənlə (ə) Hüseynin (ə) altındakı qoyun dərisini gördü. Uşaqlar onun üstündə yatmışdılar. Həzrət Zəhra (s) dərini qocaya vermək istədi. Amma qoca dedi: - "Mən acam, qoyun dərisinə ehtiyacım yoxdur!" Nəhayət, həzrət Zəhra öz boyunbağısını çıxarıb kişiyə verdi. Qoca boyunbağını götürüb, həzrət Peyğəmbərin yanına gəldi və əhvalatı ona danışdı. Həmin vaxt Səlman, Əbuzər və Miqdad da orada idi. Əmmar həzrət Peyğəmbərdən icazə istədi ki, dəyərini ödəyib, qocadan boyunbağını alsın. Həzrət (s) buyurdu: - "Ey Əmmar, boyunbağını al. Hər kəs bu boyunbağının alınmasına şərik olsa, Allah onu oda və əzaba düçar etməz." Əmmar boyunbağının müqabilində 20 dinar 200 dirhəm pul, geyim və çörək verdi, Xeybər döyüşündə payına düşmüş qənimətdən kişi üçün yol azuqəsi tədarük etdi. Əmmarın səxavəti kişini heyrətə gətirmişdi. Bütün hazırlıqlardan sonra qoca Peyğəmbərin yanına gəlib, ona təşəkkürünü bildirdi. Peyğəmbər (s) başını qaldırıb, həzrət Zəhraya (s) dua etdi. Sonra o, Səlmana, Əmmara və Miqdada Həzrət Əli və xanım Zəhranın, Həsənlə Hüseynin bəzi fəzilətləri haqqında söhbətlər etdi. Əmmar evə qayıdıb, boyunbağını qiymətli bir parçaya bükdü və ətirlədi. Onu Xeybər döyüşündə payına düşmüş kənizlə birlikdə Peyğəmbərə (s) hədiyyə göndərdi. Peyğəmbər (s) hədiyyələri qəbul edib, qızı Fatimənin (s) ixtiyarına verdi. Kəniz əhvalatı həzrət Fatiməyə danışdıqdan sonra xanım Fatimə onu Allah yolunda azad etdi. Kənizin gülümsədiyini görən Fatimə (s) bu gülüşün səbəbini soruşdu. Kəniz belə cavab verdi: - "Bu boyunbağıya gülürəm. Bir boyunbağı acı doyurdu, yoxsulu geyindirdi, möhtacın ehtiyacını aradan qaldırdı, bir qulu azad etdi, nəhayətdə isə öz sahibinə qayıtdı." Müaviyənin siyasi hiyləgərliyinə cavab Əmmar Yasir, Peyğəmbərin(s) böyük görkəmli səhabələrindən biri idi. O, həmişə Peyğəmbərdən(s) sonra da həqiqi İslam yolunda olaraq, Əli əleyhissalama tabe idi. Nəhayət Siffeyn müharibəsində şəhadət şərbətini nuş etdi. Peyğəmbər(s) onun barəsində buyurmuşdur. - "Təqtulukəl fiətul bağiyəh." ("Zalım qövm səni qətlə yetirəcəkdir.") Müsəlmanlar bu sözü eşitmişdilər və Peyğəmbərin(s) Əmmarın barəsində bu cür buyurduğunu həmişə yadlarında saxlayırdılar. Bu hadisədən uzun illər ötüb, keçdi. Nəhayət İmam Əli əleyhissalamın xilafəti dövründə, Müaviyənin ordusu ilə Həzrət Əli əleyhissalamın ordusu arasında Siffeyn müharibəsi baş verdi. Bu müharibədə Əmmar Yasir İmam Əli əleyhissalamın tərəfində döyüşürdü. Nəhayət çoxlu rəşadətlər göstərdikdən sonra, Müaviyənin əsgərləri tərəfindən öldürüldü. Müaviyə və ya Əli əleyhissəlamın, hansı birisinin haqq olduğunda şəkk edənlər, bu hadisədən başa düşdülər ki, Peyğəmbərin buyurduğuna əsasən Müaviyənin ordusu zalımdır. Çünki onlar Əmmarı qətlə yetirmişlər. Deməli Müaviyə batildir. Burada Müaviyə gördü ki, həmin hadisə onun ordusunun ruhiyyə zəifliyinə səbəb olur, dərhal camaatı aldadaraq belə dedi: - "Əmmar Yasiri Əli öldürdü, mən yox. Çünki əgər Əli, onu mənimlə müharibəyə göndərməsəydi heç vaxt öldürülməzdi." Bununla da bəzilərini aldada bildi. İmam Əli əleyhissalam onun bu yalançı sözləri müqabilində dərhal cavab verdi: - "Əgər Müaviyənin sözü düz olsa, onda demək lazımdır ki, Ühüd müharibəsində həzrəti Həmzəni müşriklər deyil, Peyğəmbər(s) öldürmüşdür. Çünki onu müharibəyə Peyğəmbər(s) göndərmişdir." Əmr Asın oğlu Əbdullah, bu cavabı Müaviyəyə çatdırdıqda, Müaviyə o qədər narahat olub, qəzəbləndi ki, onun atası Əmr Asa (Müaviyənin ən hiyləgər və xüsusi müşaviri) dedi: - "Öz axmaq oğlunu bu məclisdən çıxart." Bu da öz növbəsində düşməni məğlubiyyətə uğradan bir elmi mübahisə idi. Kufə valisi Əmmar Ömər bin Xəttabın xəlifəliyi dövründə Kufəyə vali təyin olunur. İbn Məsud da bir Quran müəllimi və xəzinədar kimi onu müşayiət edir. Xəlifənin onlara aid olan hökmündə belə yazılmışdı: "Bu iki şəxs Məhəmmədin (s) ən üstün və seçilmiş köməkçilərindəndirlər. Onları dinləyin və onlara iqtida edin." Peyğəmbərdən tərbiyə almış Əmmar üçün ixlas, təvazö və təqva hər şeydən uca idi. Onun Kufədə qısa müddətə hakim oldu. Onun hakimiyyəti altında olan xalqın əksəriyyətinin Əli tərəfdarları idi. Onun ədalətli və dinə müvafiq rəftarı bəzilərini razı salmadı və onlar xəlifəyə böhtan dolu məlumatlar olan məktub ünvanladılar. Bununla da Əmmarın valilikdən kənarlaşdırıldı. Əmmar yenidən Mədinəyə qayıtdı. bu vaxt ondan soruşdular ki, işdən uzaqlaşdırılmağın səni narahat etmirmi? Əmmar belə cavab verdi: "Mənə bu iş həvalə olunanda sevinməmişdim ki, kənarlaşdırılanda da narahat olam!" Həmçinin bax Xarici keçidlər Cavad Mühəddisi. "Əmmar Yasir kimdir?" ( (az.)). islamazeri.com. 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25. Mərvan Xəlifat. "Tarixi aydınlatma: Osman Əmmarı vurur, Əmmar isə onu təhqir edir!" ( (az.)). 313news.net. 2018-03-09. 2019-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
https://az.wikipedia.org/w/index.php?curid=410542
Əmmar ibn Yasir

https://az.wikipedia.org/w/index.php?curid=273573
Əmmun
Əmunilər, həmçinin Əmmun xalqı, əmmunlular, Ammon övladları və ya ammonlular (əmn.: 𐤏𐤌𐤍 ʻAmān; ivr. עַמּוֹן ʻAmmōn; ərəb. عمّون) İordan çayının şərqində, indiki İordaniyada yaşamış qədim samidilli xalq. Qeyd edilmiş bir neçə əmuni adları arasında hər ikiis Bibliyadan götürülmüş Nahaş və Hanun mövcuddur. Əmuni dilinin Kənan ailəsinə aid olduğuna inanılır, ivrit və Moav dilləri ilə sıx bağlıdır. Əmuni dili müəyyən arami təsirləri özündə birləşdirmiş olması ehtimal edilir. Əmuni dilində müxtəlif kitabələr məlumdur. Əmunilərin dini haqqında az şey məlumdur. Bu haqda mənbələr əsasən Yəhudi Bibliyası və maddi sübutlardır. Onların dinləri Levant dinləri üçün olduqca tipik idi. Əlavə ədəbiyyat Tyson, Craig W. The Ammonites: Elites, Empires, and Sociopolitical Change (1000–500 BCE). A&C Black. 2014. ISBN 978-0-567-65544-8. Younker, Randall W. Ammonites in the World of Israel // Keimer, Kyle H.; Pierce, George A. (redaktorlar ). The Ancient Israelite World. Taylor & Francis. 2022. 600–618. ISBN 978-1-000-77324-8. Xarici keçidlər Vikianbarda Əmunilər ilə əlaqəli mediafayllar var. Hertz J.H. (1936) The Pentateuch and Haftoras. "Deuteronomy." Oxford University Press, London. Ammon on Bruce Gordon's Regnal Chronologies (also at [1])
https://az.wikipedia.org/w/index.php?curid=796799
Əmmunlular

https://az.wikipedia.org/w/index.php?curid=796802
Əmr
Sərəncam — hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun, təsdiq olunsun və s. şəklində şərh edilir. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=795261
Əmr Diab
Əmr Diab(ərəb. عمرو دياب, tam adı — Əmr Əbdül Basset Əbdül əl-Əziz Diab, ərəb. عمرو عبد الباسط عبد العزيز دياب; doğ. 11 oktyabr 1961, Port-Səid, Misir) — Misir müğənnisi və bəstəkarı. Əmr Diab 11 oktyabr 1961-ci ildə Port-Səiddə, Misir respublikasında doğulub. Diskoqrafiya 2014 — Shoft El Ayam 2013 — El Leila (Tonight) 2011 — Banadeek Taala 2010 — Aslaha Btefre' (Promo Single) 2009 — Wayah (With Her) — Onunla 2007 — El Leila De (This Night) — Bu gecə 2005 — Kammel Kalamak (Keep Talking) 2005 — Greatest Hits (1996–2003) 2004 — Leily Nahary (Cd-Single) 2004 — Leily Nahary (My Day, My Night) — Mənim günüm, Mənim gecəm 2004 — Greatest Hits (1986–1995) 2003 — Allem Alby (Teach My Heart) — Qəlbimi öyrədin 2001 — Aktar Wahed (The Most One) — Tək ulduz 2000 — Tamally Maak (Always With You) — Həmişə səninlə 1999 — Amarein (Two Moons) — İki ay 1999 — The Best Of Amr Diab 1998 — Awedoony (They Got Me Used To) — İstifadə etdilər 1996 — Nour El-Ain (Light Of The Eye — Habibi) — Gözümün nuru 1995 — Ragaeen (We’ll Be Back) — Biz qayıdacağıq 1994 — Zekrayat (Memories) — Xatirə 1994 — W Ylomoony (And They Blame Me) — Onlar məni suçlayırlar 1993 — Ya Omrena (Our Life) — Bizim həyat 1992 — Ice Cream Fi Gleam (Ice Cream In Gleam) — Ice Cream Fi Gleam 1992 — Ayamna (Our Days) — Bizim günlər 1991 — Habibi (My Love) — Məhəbbətim 1990 — Matkhafeesh (Don’t Worry) — Narahat olmayın 1989 — Shawaana (Missing You) — Darıxıram 1988 — Mayyal (In Love) — Vurulmuş 1988 — Ya Helwa (Hey Pretty) — Ey bəsdir 1987 — Khalseen (We’re Even) — Bəlkə biz də 1986 — Hala Hala (Welcome, Welcome) — Xoş gəldin, xoş gəldin 1985 — We Mneen Ageeb Nas (To whom I Complain?) — Kimə şikayət edim? 1984 — Ghanny Men Albak (Sing From Your Heart) — Qəlbinizdən oxuyun 1983 — Ya Tareea (O Road) — Ey yol
https://az.wikipedia.org/w/index.php?curid=413458