!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əmir Bəhlul
Əmir Şeyx Bəhlul Dərbəndi — Şirvanşah şahzadəsi, Sultan Məhəmməd Dərbəndinin oğlu, I İbrahimin qardaşı, Şirvan ordusunun baş komandanı. Bəhlulun doğum tarixi məlum deyil. Uşaqlığı atası və qardaşı ilə Şəkidə gizlənərək keçmişdir. Qardaşı I İbrahimin dövründə Şirvan ordusunun baş komandanı təyin olunmuşdur. Çalağan döyüşündə Şirvan ordularına başçılıq etmiş, məğlub olduqdan sonra 200 tümən can bahası tələb olunmuşdu. Bəhlulun ölüm tarixi məlum deyil. Oğlu Əmir Təhmuras daha sonralar onun kimi sərkərdə olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=387000
Əmir Dəmirdaş Sulduz
Əmir Dəmirdaş Sulduz və ya Əmir Teymurtaş Çobanlı (d.1298-ö. 1328) — Çobanlılar sülaləsindən Elxanlı əmiri, sərkərdə Əmir Çoban Sulduzun ikinci oğlu. Anadolu valisi olaraq çalışarkən atasını öldürdən Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xanın qəzəbindən qaçaraq Misir Məmluklü sultanı Məhəmməd bin Kalavuna sığındı. Misir sarayında öncə yaxşı qarşılandısa da, sonradan pula görə elxanla anlaşan sultanın adamları tərəfindən öldürüldü. Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010. Həmçinin bax Məlik Əşrəf Sulduz Xarici keçidlər İlhanlı Devletinin Anadolu Genel Valisi Temürtaş’ın Siyasi, Askeri ve Sosyal Hayatı Anadolu’da Bir İlhanlı Valisi: Demirtaş Noyan
https://az.wikipedia.org/w/index.php?curid=246129
Əmir Eldəgəz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az-əbcəd. شمس الدین الدڭیز, fars. اتابک شمس‌الدین ایلدگز; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi.Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir.Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir. Həmin gündən Şəmsəddin Eldəniz "Böyük Atabəy" adlanır. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin böyüyü (əmir hacib), kiçik oğlu Qızıl Arslan isə, ordunun ali baş komandanı təyin edilir. Eldəniz özünün bütün əmirlərini mühüm dövlət vəzifələrinə təyin etdirir. Eldənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə Eldənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər.Şəmsəddin Eldəniz fəal mərkəzləşdirmə siyasəti aparmış və bu siyasətin nəticəsində bütün İraq Səlcuq Sultanlığındakı Səlcuqlu şahzadələrini və onların atabəylərini özünə tabe edə bilmişdir. Hakimiyyətinin ilk illərində Marağa, Rey və Mosul kimi yerlərin atabəyləri Bağdad xəlifəsinin istəyilə ona tabe olmaq istəməsələr də, Şəmsəddin Eldənizin uğurlu hərbi əməliyyatlarından sonra mərkəzi hakimiyyətə tabe olmuşdurlar. Mərkəzdənqaçma siyasəti yürüdən bəzi əmirlərin mülkləri isə müsadirə edilərək birbaşa özünə tabe etdirilmişdi. Şəmsəddin Eldənizin fəal xarici siyasəti nəticəsində Gürcüstandan Azərbaycan ərazisinə olan aramsız talançı yürüşlərin qarşısı alınmışdır. Qısa müddət sonra gürcülərin belə yürüşləri yenidən bərpa edilsə də, Şəmsəddin Eldəniz güclü ordu təşkil etmiş və Gürcüstanın daxili bölgələrinə qədər uğurlu hərbi əməliyyat keçirmişdir. Bu dövrdə Atabəylər dövləti ilə rəqabət aparan digər dövlət isə Xarəzmşahlar dövləti idi. Bu rəqabətin sonunda Xarəzmşah İl-Arslan məğlub edilmiş və Nişapur atabəyi Ay-Aba Şəmsəddin Eldənizin hakimiyyətini qəbul etmişdi. Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddaratının həlledicisi və əsl hakimi idi.Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir və xütbə oxunurdu. Əvvəllər ona tabe bütün ərazilərə tam nəzarət etməsə də, güclü dövlət hakimiyyətinin varlığı ilk növbədə iri əyalətlərin hakimlərini və Səlcuqilərin rəqibi Bağdad xəlifəsini qane etmirdi. Azərbaycan Atabəyləri dövlətinin hakimiyyət dövrü mədəni həyatın yüksəlməsi ilə səciyyələnir. Bu zaman dünya mədəniyyətinə görkəmli dahilər bəxş etmiş Azərbaycan poetik məktəbi yaranır və ən yüksək çiçəklənmə dövrünə çatır. Parlaq poetik məktəbin inkişafı, şübhəsiz, ümumi mədəni yüksəlişlə əlaqədar idi. Bu baxımdan haqqında danışdığımız dövrü Azərbaycan intibahı (renessansı) adlandırmaq olar. Şəmsəddin Eldəniz 1175-cı ildə həyat yoldaşı Möminə Xatunun ölümündən sonra onun adına türbə inşa etdirilməsi barədə əmr vermiş, lakin özü də qısa müddət sonra vəfat etdiyinə görə türbə oğlu Məhəmməd Cahan Pəhləvanın hakimiyyət illəri zamanı hazır olmuşdur. Yusif ibn Küseyir abidəsi də onun hakimiyyət illərində hazırlanmışdır. Ümumiyyətlə Şəmsəddin Eldənizin hakimiyyəti illərində mədəniyyətin və elmin bütün sahələrində inkişaf olmuşdur. Naxçıvan-Marağa memarlıq məktəbi güclü inkişaf etmiş, bu memarlıq məktəbinin nümayəndəsi Əcəmi Naxçıvani bir çox memarlıq abidələri inşa etmişdir.Onun dövründə Ərdəbil, Naxçıvan, Təbriz, Beyləqan və Gəncə şəhərləri yüksək inkişaf etmişdi. Eldənizlərin sikkə sarayında adına bir çox dirhəmlər zərb olunmuşdur. Dirhəmlərdən bir neçəsi Azərbaycan Tarix Muzeyində yerləşir. 1175-ci ilin oktyabr-noyabr aylarında Şəmsəddin Eldəniz və dekabr-yanvar aylarında isə Arslan şah vəfat etdi. Ondan sonra hakimiyyətə böyük oğlu Məhəmməd Cahan Pəhləvan keçmişdir. Erkən illəri Orta əsr mənbələrinin çoxu Şəmsəddin Eldənizin gənclik illərinə aid yalnız cüzi məlumatlar verir, həm də bu məlumatlar bir-birinin eynidir. Yalnız daha sonrakı müəlliflərlərdən Mirxond (1433–1498) "Rövzət əs-səfa" və onun nəvəsi Xondəmir (1475–1536) "Həbib əs-siyar" əsərində Eldənizin gəncliyi haqqında bir qədər ətraflı məlumat vermişlər.Mirxond yazır: Mirxondun rəvayətinə görə, İraqda bu qulları sultanın vəziri Əbu Hamid Əli ibn Əhməd əs-Sümeyrəmi tacirdən satın alır. Ancaq Eldənizi almaqdan imtina edir. Eldəniz ağlayır və vəzirdən xahiş edir ki, onu da götürsün. Vəzir razılaşır, Eldəniz diribaşlığı və fərasəti ilə tezliklə ağasının rəğbətini qazanır. Hicri 516-cı ilin səfər ayında (may, 1122) İsmaililər vəzir Sümeyrəmini Həmədanda öldürürlər. Onun bütün var-dövlətini sultan müsadirə etdirir. Eldəniz də sultanın xidmətinə keçir. Sultan onun bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Bir müddətdən sonra Eldəniz heç bir sahədə öz tay-tuşlarından geridə qalmırdı, əksinə, at çapmaqda, ox atmaqda onlan arxada qoyurdu. Tezliklə onu sultan mətbəxinə başçı (əlhivan salar) qoydular. Burada Eldəniz öz qabiliyyətini və iş aparmaq bacarığını göstərdi. O, bu vəzifəsində ikən Sultan Mahmud vəfat etdi. Atabəy olması Sultan II Toğrulun hakimiyyəti dövründə (1132–1135) Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi və o, vəzifə pillələrində sürətlə irəli getdi. Sultanın bütün ömrü boyu məsləhətçisinə çevrilən qadını Mömünə xatun ona xüsusi iltifat göstərirdi. Eldəniz onun göstərişlərinə əməl edərək heç bir vaxt saray münaqişələrinə qarışmır və bir-birilə kəskin ədavət aparan əmirlərin hər hansı bir dəstəsinin tərəfini saxlamırdı. Sultan, Eldənizin sadiqliyini qiymətləndirdi və onu əmir rütbəsinədək qaldırdı. Bir qədər keçməmiş sultan II Toğrul Eldənizi azyaşlı oğlu Arslan şaha atabəy təyin etdi. Cüzcani bu hadisəni belə təsvir edir: Mömünə xatunla evlənməsi Sultan II Toğrul öləndə isə yeni Sultan Məsud (1135–1152) Şəmsəddin Eldənizi II Toğrulun dul qadını ilə evləndirdi. Mömünə xatundan onun iki oğlu – Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Osman Qızıl Arslan və bir qızı oldu. Qızının adı və taleyi məlum deyildir. Hakimiyyəti Canişinliyi Azərbaycana canişin təyin edildikdən sonra Arranın müsəlmanlar yaşayan əksər ərazisi ona tabe idi. Mxitar Qoşun yazdığına görə Şəmsəddin Eldəniz ilk əvvəllər Gəncənin hakimiyyətini əlinə keçirənə qədər yalnız Naxçıvanın idarəçiliyi ilə məşğul olmuşdur. Dövrün mənbələrində də Eldənizlər ailəsinin bu zaman mərkəzinin Naxçıvan olduğu göstərilmişdir. Həyatının bu illərində Şəmsəddin Eldənizin əsas vəzifəsi Araz-Axhuren koridorunun yuxarıdakı Ani şəhərinə qədər təhlükəsizliyini təmin etmək, həmçinin də, Kür çayı boyunca Beyləqandan Şəmkirə qədərki ərazilərdə olan qalalara nəzarət edərək bu torpaqları gürcülərdən qorumaq olmuşdur. Bu illərdə öz ərazisinin müdafiəsini təşkil etməklə yanaşı, İraq Səlcuq Sultanlığı mərkəzi hakimiyyətinin nəzəriə çarpmadan öz ərazilərini genişlətməyə çalışırdı. o Azərbaycanın xeyli hissəsi üzərində hakimiyyətini yalnız Sultan Məsudun sevimli canişini Kass bəy Arslanın 1153-cü ildəki ölümündən sonra təmin edə bildi. Sultan Məsudun ölümündən əvvəl belə Şəmsəddin Eldəniz saray münaqişələrinə qarışmışdı. O, Suleymanşah ibn Məhəmmədi Sultan Məhəmməd ibn Mahmuda qarşı dəstəkləyən koalisiyaya qoşulmuşdu. Uğursuzluğa düçar olduqdan sonra belə o, Sultan Məhəmməd ibn Mahmuda qarşı mübarizə aparmış və zərb etdirdiyi sikkələrdə yalnız Böyük Səlcuq imperatoru Sultan Səncərin adını qeyd etdirmişdir. 1154–1155-ci illərdə yenidən oğulluğu Arslanın atabəyi təyin edilmiş və bundan sonra zərb etdirdiyi sikkələrə özünün Atabəy titulunu da əlavə etdirmişdir. Şəmsəddin Eldənizin istəkləri İraq Səlcuq Sultanları Süleyman şah və Məhəmməd şahın ölümündən sonra reallaşdı. Süleyman şahın onun əmri ilə öldürülməsi ehtimalı da vardır. Sultanın ölümündən qısa müddət sonra bir qrup əmir Şəmsəddin Eldənizi Həmədana dəvət etdi. Beləliklə, 1169–1161-ci ildə Şəmsəddin Eldəniz oğulluğu Arslan şahı İraq Səlcuq Sultanlığının hökmdarı elan etdi. İraq Səlcuq Sultanlığı uğrunda mübarizə Şəmsəddin Eldəniz İraq Səlcuq Sultanlığı taxtı uğrunda gedən mübarizə nəticəsində baş verən çoxlu ara müharibələrində iştirak edirdi. Azərbaycana göndəriləndən sonra isə o, taxt-tacın hər hansı bir iddiaçısının fəal tərəfdarı olmamışdır. Mxitar Qoş onun haqqında ayzırdı: Bu mürəkkəb dövrü qələmə alan naməlum erməni müəllifi qeyd edir ki, tarixin bu dövrü "qorxunc və müharibələrdə qələbə çalan, çox dolaşıq qəsdlərin mahir bilicisi, onların rəhmsiz peyğəmbəri böyük xəlifə Eldənizin" hakimiyyəti ilə əlamətdardır: Sultan Məsudun ölümündən sonra onun varisləri arasında hakimiyyət uğrunda mübarizə qızışır. Hakimiyyətə gəlmiş Sultan Məhəmməd müttəfiqlərinin böyük ordusu ilə birgə qəflətən Azərbaycan üzərinə hücuma keçir. Şəms əd-Din onu Araz vadisində qarşılayır. Bir neçə gün davam edən döyüş Eldənizin məğlubiyyəti ilə başa çatır. O, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla kifayətlənməli olur. Yalnız bir neçə il sonra, zəif iradəli Sultan Süleymanın dövründə Eldəniz yenidən Azərbaycana sahib ola bilir. Əmirlərin çıxışları nəticəsində Süleyman şah taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslan şahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin. Bu barədə məktubla müraciət edən əmirlərin ittifaqının başında qüdrətli və nüfuzlu Şərafəddin Müvəffəq Qord-Boz dururdu. O və Eldəniz hələ sultan Məsudun məmlükü olduğu vaxtlardan yaxın dost idilər və hər ikisinin nisbəsi əl-Məsudi idi. Hicri 555-ci ilin zülqədə ayında (noyabr, 1160) atabəy Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana gəldi. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslan şaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu. Bu gündən Şəmsəddin Eldəniz " Böyük atabəy" (atabəy əl-əzəm) adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nüsrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu', ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipəhsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bürün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən on un bütün vassalları Sultan Arslan şaha və Böyük atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə, xalq "haqq — ədalət və sakitlik içərisində yaşamağa başladı".Dövlətin faktiki hakimi Şəmsəddin Eldəniz idi, sultanın yalnız quru adı var idi və onun adına xütbələr oxunurdu.Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. O, həm də qardaşı oğulları Əbu Bəkrin və Özbəyin atabəyi idi. İqamətgahı Təbrizdə idi. Daxili siyasəti Şəmsəddin Eldənizin öz oğulluğunu İraq Səlcuq Sultanlığının taxtına oturtması bəzi Səlcuq şahzadələrinə atabəylik edən hərbi əyanları narazı salmışdı. Bağdad xəlifəsinin də onları dəstəkləməsi və Şəmsəddin Eldənizin oğulluğu Arslan şahın adına xütbə oxutdurmaması onları daha da ürəkləndirirdi. Səlcuqlu əmirləri ilə mübarizə Elə ki Arslan şah sultan taxtına çıxarıldı, bundan sonra Eldəniz Bağdada elçi heyəti göndərib, xəlifə Müstənciddən orada yeni sultanın adına xütbə oxunmasını tələb etdi. Ancaq Xəlifə Arslan şahı sultan kimi tanımaqdan imtina edib, yeni mübarizənin qızışdırılması üçün əlverişli vaxtı gözləməyə başladı. Belə ki, Səlcuqilər arasında Sultan taxtına Reyin nüfuzlu əmiri İnancın başçılığı altında bir qrup əmirin müdafiə etdiyi başqa iddiaçılar da var idi. Xəlifənin vəziri İbn Hübeyrə narazı hakimlərə müraciət edib, onlan Sultan Arslan şaha və Böyük atabəy Eldənizə qarşı çıxmağa təhrik edirdi. O, Rey hakimi İnanca, Marağa hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur Əhmədiliyə (1133–1174), Fars hakimi atabəy Sunqur ibn Mədud Salquriyə (1148–1161), Qum hakimi Sökmən ibn Qaymaza, Ərdəbil hakimi Ağ Quşa, Qəzvin hakimi Alp Arquna bu cür çağırışla məktub göndərdi. Sultan taxtına iddiaçılardan biri – Mahmud şah, Məhəmməd ibn Mahmudun oğlu , Marağada, oranın hakiminin yanında olurdu, başqa bir iddiaçı isə — o da, Mahmud şah adlanırdı, ancaq Məlik şah ibn Mahmudun oğlu idi, Fars hakiminin yanında İstəxrdə yaşayırdı. İbn Hübeyrə hər iki əmirə təklif etdi ki, xütbəni öz qəyyumluqlarında olan iddiaçıların adına oxutdursunlar və Eldənizin üzərində qələbə çaldıqdan sonra Bağdadda da yeni sultanın adına xütbə oxutduracağına söz verdi. Nüsrətəddin Arslan-Aba və Sunqur da qəyyumluqlarında olan iddiaçıların şərəfinə beş dəfə sultan növbəsi çaldırıb, onlann adına xütbə oxutdurmağa başladılar.Əmirlər birləşənə kimi Eldəniz onların hiylələrini başa düşdü. İlk növbədə hicri 556-cı il şaban ayının 9-da (3. avqust 1161) şahzadə Mahmud şah ibn Məhəmmədin tərəfdarları Həmədan yaxınlığında darmadağın edildi. Eldəniz Reyi tutdu və oranı Cahan Pəhləvana iqta kimi verdi. Rey hakimi İnanc, Sultan Arslan şahdan vassal asılılığını qəbul etməyə və öz qızı İnanc xatını Cahan Pəhləvana ərə verməyə məcbur oldu. Bunun ardınca Qum və Ərdəbil hakimləri sultanın tərəfinə keçdilər. Dövrün tarixçiləri əl-Hüseyni və əl-Bundari hadisələri belə təsvir edir: Bundan sonra Qəzvin hakimi Alp Arqun məğlub edildi və Qəzvin sultanın mülklərinə qatıldı. Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: "Sultan mənim yanımda yaşayır!" Onda atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Marağa hakimi Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Xilat hakimi şah-ərmən Seyfəddin Bək-Teymur ibn II Sökmənə (1128–1183) müraciət etdi və o da ordusunu köməyə göndərdi.Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan uduzdu və Həmədana qaçdı. Eldəniz və onun xələflərinin Marağa hakimi ilə münasibətləri uzun illər gərgin qalmış, yalnız Qızıl Arslan Marağa hakimini özünə tabe etdirə bilmişdi. Burası da qeyd edilməlidir ki, Marağa hakimi yalnız və yalnız vassal asılılığını qəbul etməklə öz borcunu bitmiş hesab edirdi.Eldənizin bir düşməni də — Fars hakimi Sunqur ibn Mədud qalırdı. Eldəniz İraq sultanlarının bir vassalı kimi ondan tələb etdi ki, Sultan Arslan şahın adına pul kəsilsin və xütbə oxunsun. Sunqur bu tələbi yerinə yetirməkdən imtina etdi və bildirdi: Eldəniz Farsın üzərinə yürümək üçün artıq qoşuna əmr vermişdi, ancaq 1161-ci ildə Sunqur ibn Mədud vəfat etdi və qardaşı Zəngi ibn Mədud (1162–1175) onun yerinə Fars əyalətinin hakimi oldu. Müəlliflərdən birində Zəngi ibn Mədudun sultandan və atabəy Eldənizdən vassal asılılığı qəbul etməsinin ətraflı təsviri qalmışdır: Fars əyalətinin hakimi əvvəllərdə olduğu kimi, vergini ödəməyi davam etdirdi, Sultan Arslan şahın və atabəy Eldənizin adı ilə pul kəsdirməyə başladı.Çox çəkmədi ki, Ərdəbil hakimi Nüsrətəddin Ağ Quş öldü. Eldəniz onun oğlu Məhəmməddən Ərdəbili və onun ətraf əyalətlərini aldı, onları öz vəliəhdi Cahan Pəhləvanın mülklərinə qatdı, Məhəmməd ibn Ağ Quşa onun əvəzində Həmədanın Bərucird əyaləti verildi. Atabəylər dövlətinin ən böyük tədqiqatçılarından olan Ziya Bünyadova görə, bu addım Atabəylər dövlətinin Azərbaycana verdiyi dəyərin göstəricisidir. Belə ki, Azərbaycanda bir bölgənin birbaşa özlərinə tabe olması üçün paytaxtın bir bölgəsini vassala vermişdilər.1167-ci ildə atabəy Eldəniz Mosula elçi göndərib, sultanın adına xütbə oxutdurmağı, pul kəsdirməyi, əvvəllər Səlcuq sultanlarına nə göndərilirdisə, onları sultana göndərməyi tələb etdi. Onlar tabe olduqlarını bildirdilər: Hicri 563 (17.10.1167–4.10.1168)-cü ildə Kirmanın hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Toğrul şahın ortancıl oğlu II Arslan şah qaçıb Həmədana -Sultan Arslan şah və atabəy Eldənizin qulluğuna gəldi. Onlar onun xahişini qəbul etdilər. Bu haqda əl-Hüseyni belə yazır: Beləliklə, atabəy Şəmsəddin Eldəniz Qafqaz dağlarından İran körfəzinə qədər uzanan nəhəng bir ərazini öz hakimiyyətinə tabe etdirdi. İbn əl-Əsir onun hökm etdiyi torpaqları belə ifadə edirdi: Mosul, Kirman və Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzənər-Rum və Marağa hakimləri Eldənizin adına (xəlifə və sultanın adından sonra) pul kəsdirib, xütbə oxutduran vassallar idilər. Əl-Hüseyni belə yazır: Şəmsəddin Eldənizin adları çəkilən nüfuzlu şəxslərdən, o cümlədən atabəylərin üzərində sultandan sonra ikinci siyasi hakimiyyət mövqeyi onun fəxri "Böyük atabəy" (atabəy əl-əzəm) adında da öz əksini tapmışdı. Beləliklə, öyrənilən dövrün ən böyük dövlət xadimi atabəy Eldənizin fəaliyyəti, birliyi, nisbi də olsa, ara mübarizələrinin zəiflədilməsi yalnız atabəyin sərəncamındakı hərbi qüdrətə, ehtiyat mənbələrinə və onun nüfuzuna görə əldə edilə bilən dövlətin – İraq sultanlığının mərkəzi hakimiyyətinin möhkəmlənməsinə imkan yaratdı. Eldəniz bir növ ikili hakimiyyətin yaradıcısı oldu: hicri 555 (1160)-ci ildə o, İraq Səlcuq Sultanlığında hakimiyyəti öz əlinə aldığı vaxtdan etibarən Sultan dövlət başçısı rolunu formal ifa etməklə səlahiyyəti bitmiş bir şəxsə çevrildi. Qoşunların başçısı, vəsaitlərin sərəncamçısı, nəhayət, vassalların əsil süzerini Atabəy idi. Xarici siyasəti Gürcüstanla münasibətlər Eldənizin yaratdığı dövlətin ən güclü rəqibləri monqol hücumlarınadək Azərbaycan hökmdarı ilə daim münaqişədə olan gürcü hökmdarları idilər. Şəmsəddin Eldəniz o zaman xeyli qüvvətlənən və tez-tez Azərbaycanın sərhədlərini pozan Gürcüstana qarşı dəfələriə hərbi yürüşlərə çıxdı. Onun hakimiyyətinin ük iiiərində baş vermiş zəlzələdən sonra gürcü çarı I Demetre Gəncəyə basqın edərək şəhəri qarət etmiş, məşhur Gəncə qapılarını hərbi qənimət kimi Gürcüstana aparmışdı.Hicri 556-cı ilin şaban ayında (avqust, 1161) gürcü qoşunları çar III Georginin (1156–1184) başçılığı altında Azərbaycana hücum edib, "Arran ölkəsindəki Ani şəhərini tutaraq, burada çoxlu əhali qırdılar. Sultanın vassalı – Xilatın hakimi şah-ərman Seyfəddin Bəy-Teymur mühasirəyə alınmış şəhərə kömək göstərmək istədi, ancaq gürcülər tərəfindən məğlub edildi və güc-bəla ilə əsir düşməkdən yaxasını qurtardı'. Gürcülər "o qədər düşmən qoşununu qılıncdan keçirtdilər ki, onun sayını kimsə müəyyənləşdirə bilmədi, əsir alınanlar isə 41 min idi."Şaban ayında 30 minlik gürcü qoşunu "yenidən islam ölkəsinə soxuldu və Dvini tutdu, bu, Azərbaycan ölkəsinin ucqarında, Rum ölkəsi yaxınlığında bir şəhərdir. Onlar 10 minə yaxın sakini qarət edib öldürdülər, çoxlu qadın və uşağı soyundurub, çılpaq və ayaq-yalın qovub əsir apardılar. Ancaq öz ölkələrinə qayıdanda, gürcü qadınları onların müsəlman qadınları ilə davranışlarına qarşı çıxdılar və öz döyüşçülərinə dedilər: "Siz müsəlmanları məcbur edirsiniz ki, sizin onların qadınları ilə etdiyiniz rəftarı onlar da bizimlə etsinlər. " Yalnız bundan sonra qadınların paltarlarını özlərinə qaytardılar.Bir müddətdən sonra gürcü qoşunları yenidən Azərbaycana soxuldu, Gəncə şəhərini tutdular, onu talan etdilər, əhalidən çoxlu əsir ahb, çoxlu hərbi qənimətlə birlikdə apardılar. Bundan xəbər tutan atabəy Eldəniz öz qoşunlarını gürcü feodallarına qarşı yürüşə hazırladı. Xilatın hakimi Seyfəddin Bəy-Teymur, Marağa hakimi Nüsrətəddin Arslan-Aba, Ərzən ər-Rum hakimi Fəxrəddin, əmir Səltuq və başqa əmirlər də öz qoşunları ilə ona qoşuldular. Eldənizin qoşununun sayı 50 minə çatdı və 558-ci ilin səfər ayında (yanvar, 1163) əmirlərin birləşmiş qüwələri Gürcüstana hücum etdi. Eldənizin qoşunları ilə gürcü ordulan arasında hərbi əməliyyat bir ay uzandı. Hicri 558-ci ilin şabanında (iyul, 1163) müsəlman əmirlərinin birləşmiş qüvvələri Eldənizin başçılığı altında yenidən gürcülərə qarşı yürüşə başladı. Eldəniz yandırılmış (kül edilmiş) Dvini gürcülərdən geri aldı və III Georgini ağır məğlubiyyətə uğratdı. Bu yürüşdə iştirak edən ibn əl-Əzraq əl-Fariqi yazır: Belə bir məğlubiyyətə baxmayaraq, gürcü qoşunu hicri 559-cu il cumadi ələla ayında (aprel, 1164) yenidən Ani şəhərinə basqın etdilər və onu taladılar. Özünü yetirən atabəy Eldəniz onları şəhərdən qovdu və düşməni izləməyi Sürməri hakimi İbrahimə həvalə etdi. Eldəniz özü isə şəhərin bərpası haqqında göstəriş verdi və hicri 559 I (1164)-cu ilin sonunda Anini əmirlərdən Şəddad və Fəzlunun qardaşı Əmir Şahənşaha (1164–1174) verdi. 561 (1166)-ci ildə böyük bir gürcü qoşunu Azərbaycana soxuldu. Gəncəyədək gəlib çatdı, orada qətlə və talanlara başladı.Hicri 569-cu ilədək nə gürcülər, nə də atabəy Eldəniz heç bir fəal fəaliyyət göstərmədi. 569-cu il qışın ortalarında (yanvar, 1174) Atabəyin qadını Mömünə xatın Naxçıvandan Həmədana gəlib, gürcü qoşununun yeni hücumu haqqında xəbər gətirdi. Baharın gəlişi ərəfəsində, Atabəy və onun oğulları başda olmaqla ordu Naxçıvana yollandı, Qurban bayramı günü (yanvar, 1174) yürüş üçün hər şey hazır idi. Bir neçə gündən sonra ordu "torpaqları Naxçıvandan üç mənzil məsafədə olan" gürcülərə qarşı hücuma keçdi. Ancaq baş qaldıran taun xəstəliyi Atabəyin ordusuna böyük tələfat verdi: Atabəyin qoşunu Ağşəhər qalasını tutdu və ətraf nahiyələri talayıb Naxçıvana qayıtdı.Hicri tarixi ilə 570-ci il rəbiüləvvəl ayında (oktyabr, 1174) gürcü qoşunları bir neçə gün içində Anini mühasirəyə aldılar, şəhəri ələ keçirib taladılar və oraya öz canişinlərini təyin etdilər 7 . Atabəy Eldəniz öz qoşunlarını Aninin hakimi Şahənşahın köməyinə göndərdi, ancaq "böyük döyüşdən" sonra gürcülər tərəfindən məğlub oldu. Bir müddətdən sonra Eldəniz yeni qüvvə toplayaraq bir daha gürcülərə qarşı çıxdı. Düşmən tərəflər Dvin yaxınlığındakı düzdə qarşılaşdılar, ancaq döyüş baş vermədi, Eldəniz qoşunlarını Naxçıvana qaytardı.Hicri 571-ci il məhərrəm ayında (avqust, 1175) atabəy Eldəniz, Sultan Arslan şah, Xilat hakimi Şahərman və Diyarbəkir hakiminin qoşunu Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş təşkil etdilər. İbn Kalanisi bu hadisəni belə təsvir edir: Atabəy Eldəniz və onun xələfləri Gürcüstan ilə arasıkəsilməz mübarizədə Azərbaycan və qonşu vilayətlərin xristian əhalisini öz tərəflərinə çəkməyə ümid bəsləyirdilər. Azərbaycan Atabəyləri bu məqsədlə yerli ruhaniləri himayə edirdilər. Erməni salnaməçisinin məlumatına görə, atabəy Eldəniz "xristianları sevir və ölkənin abadlığına qayğı göstərirdi" və "xeyirxah xasiyyəti və sülhsevərliyi ilə fərqlənirdi. Onun hakimiyyəti illərində çox ölkələrdə əminamanlıq hökm sürürdü". Xarəzmşahlarla münasibətlər Sultan Arslan şahın və atabəy Eldənizin torpaqlarının uzaq şərqində Nişapur hakimi Müəyyid Ay-Aba onların vassalı idi. Böyük Sultan Səncərin ölümündən sonra, 1157-ci ildə Ay-Aba güclənməkdə olan Xarəzmşah İl-Arslan (1156–1172) tərəfindən gözlənilən təhlükənin qarşısını almaqda Şəmsəddin Eldənizin dəstəyini ala bilmək üçün Sultan Arslan şahın adına xütbə oxutdurdu. Atabəyin köməyinə arxalanan Ay-Aba hicri 558 (1163)-ci ildə Kumis vilayətinə hücum etdi, Bistam və Dəmqan şəhərlərini tutdu, vilayətə öz canişini Tengizi təyin etdi, o isə Mazandaran şahı Rüstəmlə münaqişəyə girdi. 1163-cü ilin oktyabrında Rüstəm şahın ordusu əzildi və onun torpaqları Ay-Aba torpaqlarına birləşdirildi. Sultan Arslan şah və atabəy Eldəniz Ay-Abaya fəxri geyim, bayraq və hədiyyələr göndərdilər və onun İraq sultanlığının şərqində canişinlik rütbəsini təsdiqlədilər. Atabəyin təklifi ilə Ay-Aba hakimiyyəti altında olan bütün torpaqlarda Sultan Arslan şahın adına xütbə oxutdurmağa başladı.Hicri 562 (28.10.1166–16.10.1167)-ci ildə Ay-Aba Həmədana gəldi və atabəy Eldənizə bildirdi ki, Xarəzmşah İl-Arslan öz qoşunlarını Nişapuru tutmağa yönəltmişdir. O, Atabəyi qabaqcadan xəbərdar etdi: Atabəy Eldənizin məktubu Xarəzmşahı qəzəbləndirdi və o öz qoşununu Nişapurun mühasirəsinə yönəltdi. Şəhərin mühasirəsi iki ay sürdü, ancaq Nişapur dayanıb tab gətirdi. Xarəzmşah Eldənizin qoşunlarının Bistama hücumunu eşidəndə, öz qoşununu Nişapurdan geri çəkdi və Bistamın divarları önündə Atabəylə üz-üzə gəldi. Onların arasındakı döyüş bir nəticə vermədi, ancaq yaxın bir vaxtda Müəyyid Ay-Aba özü Xarəzmşahın tərəfinə keçdiyindən, Nişapur İraq səlcuqiləri üçün itirilmiş oldu.564 (05.10.1168–24.09.1169)-cü ildə atabəy Eldəniz Rey şəhərini və nahiyəsini yenidən ələ keçirtdi. Buna səbəb Rey hakimi Əmir İnancın dövlət xəzinəsinə illik vergini ödəməkdən boyun qaçırması idi. Eldəniz vergini almağa öz adamlarını göndərəndə, İnanc rəsmən imtina etdi. Bu zaman Atabəy İraqdan bir məktub aldı. Ona sadiq adamlar bildirirdilər ki, Əmir İnanc İl-Arslanla sazişə gəlib, Atabəydən imtina etmək və Reyi ətrafı ilə birlikdə Xarəzmşahın hakimiyyətinə vermək qərarına gəlmişdir. Xarəzmşah da Reyi öz torpaqlarına birləşdirdikdən sonra, daha qərbə doğru hərəkət etməyə ümid bəsləyərək, İnancın köməyinə böyük bir ordu ayırdı. Xarəzmşah qoşunları ilə Eldəniz arasındakı döyüş Xarəzmilərin və Rey qalasında gizlənən İnancın məğlubiyyəti ilə başa çatdı. İnanc yenidən Eldənizlə sülh bağlamağa çalışdı və vəziri Sədəddin Aşallanı Atabəylə danışığa göndərdi. Danışıqlar zamanı Atabəy Sədəddinə aşağıdakıları bildirdi: Vəzirin özünə isə dedi: Vəzir qərara gəldi ki, ən yaxşısı Eldənizin təklifıni qəbul etməkdir. Onun hiyləsi ilə üç qulam İnancı öldürdü və atabəy Eldəniz bunun müqabilində Sədəddini "şəhərin hakimi və Pəhləvanın demək olar ki, bütün işləri üzrə müvəkkil" qoymaqla mükafatlandırdı. Sultan Arslan şahla münasibətləri Sultan Arslan şah İraq Səlcuq Sultanlığının qanuni hökmdarı olsa da, dövləti onun adından faktiki olaraq Atabəy Eldəniz idarə edirdi. Arslan şahın adı, bir sultan kimi, yalnız xütbələrdə çəkilir, pullarda həkk olunurdu. Salnaməçi Sədrəddin əl-Hüseyni dövlətdə sultanın asılı vəziyyətini, atabəy Eldənizin tam hökmranlığını və sultanın anası Mömünə xatunun mövqeyini aydın təsvir etmişdir. O yazırdı: Arslan şahla Atabəy Eldəniz arasında heç vaxt açıq münaqişə yaşanmamışdır. Sədrəddin əl-Hüseyninin məlumatlarına görə Sultan Arslan şah Atabəy Eldənizin ölümündən təxminən bir ay sonra vəfat etmişdir. Böyük atabəy Şəmsəddin Eldəniz öz arvadından bir ay sonra 571-ci ilin rəbiəssani ayında (19.10.-16.11.1175) öldü. Bu, onun ölümünün daha dəqiq tarixidir və rəsmi saray dairələrinə daxil olan Ravəndinin məlumatlarına əsaslanır. Ravəndi yazır ki, Sultan Arslan şah 571-ci il cumadəssani ayının ortalarında (17. dekabr 1175 – 14. yanvar 1176) öldü və əl-Hüseyni də bunu təsdiq edir. O yazır ki, sultan "Atabəy Eldənizin ölümündən iki ay sonra" öldü. 571-ci il Nişapuri, əl-Bundari, Yəzidi və Rəşidəddinin əsərlərində də Atabəy Eldənizin ölüm ili kimi qeyd edilmişdir. Vardan isə atabəyin ölüm tarixi kimi 1174-cü ili göstərir. İbn Xəllikan yazır ki, Atabəyin 570-ci il rəbiəssani ayının sonunda (noyabr, 1174) vəfat etdiyini yazmışdır. Fəaliyyətləri İqtisadi fəaliyyəti Şəmsəddin Eldənizin hakimiyyətə gəlməsinə qədər Azərbaycan şəhərləri və iqtisadiyyatı ara müharibələrindən və gürcülərin talançı yürüşlərindən xeyli ziyan görmüşdü. Böyük Səlcuq imperiyasının, ondan sonra isə İraq Səlcuq Sultanlığının zəifləməsi qonşu ölkələrə talançı yürüşlər etmək üçün əlverişli şərait yaratmışdı. Azərbaycanda Atabəylər dövlətinin yaranması ərəfəsində maliyyə işlərində, gümüş böhranına görə, bütün Şərqdə sikkə-pul sistemi misə əsaslanırdı, yəni əsas tədiyyə vasitəsi kimi mis sikkələr kəsilir və işlənilirdi. Ümumi alıcılıq vasitəsi kimi isə qızıl tətbiq edilirdi. Şəmsəddin Eldəniz hakimiyyətə gəldikdən sonra sikkə zərbi məsələsinə dəqiqik və qayda-qanun gətirdi. Tapılan numizmatik materiallar da sübut edir ki, Eldənizlərlə digər ölkələrin sikkə zərbində fərqlər var idi. Şəmsəddin Eldəniz torpaq mülkiyyət məsələsində özündən əvvəlki torpaq mülkiyyət formasını olduğu kimi saxlamışdı. Lakin torpaq mülkiyyət formalarının sayını və fərqlərini qəti olaraq müəyyən etmək hələ də münkün olmamışdır. Bunun əsas səbəbi bu çatışmazlığın əsas səbəbi yazılı mənbələrdəki materialların müxtəlifliyində, rəqəmi məlumatların, yer adları siyahısının və s. olmamasındadır. Bu dövrdə ən çox yayılmış torpaq mülkiyyət formaları İqta, Xass, Mülk, Vəqf, İcma torpaqları olmuşdur.Şəmsəddin Eldəniz ölkənin vergi sistemini də özündən əvvəlki sitemi əsasən saxlayaraq formalaşdırmışdı. Vergilərin dəqiq sayı və yığılma forması, həcmi tam olaraq məlum deyildir. Saray tarixçisi Ravəndi bu barədə bəzi məlumatlar versə də, tam dolğun məlumat vermir. Dövrün tarixçilərinin məlumatına əsasən, Şəmsəddin Eldənizin hakimiyyəti illərindən başlayaraq Qızıl Arslanın ölümünə qədərki dövrdə vergi yığımı sahəsində ümumi sabitlik olsa da, 1191-ci ildən özbaşınalıq başlamışdır. Ən əsas vergilər isə Xərac, Uşr, Aləf, Nuzl, Məunə, İnam, Mənəl, Təyyarət və s. idi.Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan gərqin ən inkişaf etmiş əkinçilik ölkələrindən biri idi. Şəmsəddin Eldənizin hakimiyyəti illərində dölkənin əsas kənd təsərrüfatı sahəsi taxılçılıq idi. Buğda və arpa bütün ölkə vilayətlərində becərilirdi. Onun hakimiyyəti illərində Azərbaycan demək olar ki, bütün Sultanlığın taxıl anbarına çevrilmişdi. Şəki, Naxçıvan, Muğan, Təbriz, Xoy, Əhər, Urmiya, Beyləqan və digər iri şəhərlər taxılçılıq vilayətləri idi.Şəmsəddin Eldənizin əsas dayağı köçəri maldar tayfalar olmuşdur. Buna görə də, Şəmsəddin Eldəniz hakimiyyəti boyunca onu dəstəkləyən tayfalara və hərbi başçılara iri otlaq sahələrini iqta olaraq vermişdir. Bunun nəticəsində də bu dövrdə təsərrüfatda mühüm yerlərdən birini də maldarlıq, ilk növbədə, qoyunçuluq, sonra isə iri buynuzlu mal-qara saxlanılması və atçılıq tuturdu. Şəmsəddin Eldənizin hakimiyyət dövrü ölkədə şəhər həyatının çiçəklənməsi əsridir. Bu dövrdə Azərbaycanın bir çox şəhərləri orta əsr sənətlərinin bütün növlərini özündə toplamış iri yaşayış məntəqələri idi. Şəhərlər həm daxili, həm də xarici ticarətin mərkəzi rolunu oynayırdı. Əgər Naxçıvan, Beyləqan, Təbriz və Şamaxıda 100 min və daha artıq, Gəncədə isə yarım milyona qədər əhali yaşadığını nəzərə alsaq, onda aydındır ki, bu inkişaf kənd yerlərindən şəhərlərə əhali axınını tələb edən yüksək inkişaf etmiş çoxsahəli kustar sənayedə çalışan adamların sayının artması hesabına yaranırdı. Bunun kənd təsərrüfatının inkişafına nə dərəcədə təsir etdiyi haqqında əlimizdə məlumat çox azdır. Bu dövrün ən iri şəhəri təkcə Qafqaz miqyasında deyil, həmçinin bütün Yaxın və Orta Şərqdə ən mühüm ticarət-sənət mərkəzi olan Gəncə idi.Gəncə əvvəlcə Səlcuq sultanlarının canişinlərinin paytaxtı, Atabəy Eldənizin hakimiyyəti dövründə isə Eldənizlərin paytaxtlarından biri olmuşdur. Əhalisinin sayına görə Gəncə o dövr Şərqinin bir çox şəhərlərini ötüb keçmiş və onun şöhrəti bir çox ölkələrə yayılmışdı. Şəmsəddin Eldənizin hakimiyyəti dövründə Gəncə həmçinin Arran əyalətinin paytaxtı taxtı idi. Şəmsəddin Eldənizin dövründə Azərbaycanın ən möhkəmləndirilmiş şəhərlərindən biri Naxçıvan idi. Ətrafında möhkəm divar çəkilmiş bu şəhər hərbi istehkama malik idi. Şəhər atabəy Şəmsəddin Eldənizin hakimiyyəti dövründə, Azərbaycan Atabəyləri dövlətinin paytaxtlarından biri olarkən, özünün ən böyük çiçəklənmə dövrünə çatmışdı. Naxçıvan meyvələri və məhsulları isə orta əsrlərdə hər yerdə şöhrət qazanmışdı.Azərbaycanın ən iri şəhərlərindən biri – Beyləqan ticarət və hərbi-strateji yolların kəsişdiyi yerdə yerləşmişdi. Bu şəhərin orta əsr tarixi "nəinki orta əsr Azərbaycan şəhərinin, həmçinin, ümumiyyətlə, feodal Şərqi şəhərinin tarixi problemlərini öyrənərkən bir çox baxımdan etalon ola bilər.Təbriz möhkəmləndirilmiş şəhər idi və demək olar ki, Azərbaycanın başqa şəhərlərinə nisbətən daha güclü müdafıə sisteminə malik idi. XIII əsrin naməlum müəllifı yazır: Şəmsəddin Eldənizin hakimiyyəti illərində çiçəklənmə dövrünü keçirən şəhərlərə misal olaraq Ərdəbil, Urmiya, Uşnu, Sürməri, Xoy və Marağanı göstərmək olar. Ümumiyyətlə Şəmsəddin Eldənizin mərkəzi hakimiyyəti gücləndirməsi ölkənin iqtisadi potensialının artmasına və şəhər həyatının dirçəlməsinə səbəb olmuşdu. Mədəni fəaliyyəti Azərbaycan Atabəyləri dövlətinin hakimiyyət dövrü mədəni həyatın yüksəlməsi ilə səciyyələnir. Bu zaman dünya mədəniyyətinə görkəmli dahilər bəxş etmiş Azərbaycan poetik məktəbi yaranır və ən yüksək çiçəklənmə dövrünə çatır. Parlaq poetik məktəbin inkişafı, şübhəsiz, əlamətləri hələ də lazımi səviyyədə öyrənilməmiş ümumi mədəni yüksəlişlə əlaqədar idi. Bu baxımdan haqqında danışdığımız dövrü Azərbaycan intibahı (renessansı) adlandırmaq olar. Naxçıvan – Marağa memarlıq məktəbi daha əvvəllər yaransa da, Şəmsəddin Eldənizin hakimiyyəti illərində daha da inkişaf etmiş, bu məktəbin üzvləri Şəmsəddin Eldənizin qayğısı nəticəsində xeyli memarlıq nümunələri ərsəyə gətirmişdirlər. Naxçıvan – Marağa memarlıq məktəbinin üslub xüsusiyyətlərinin müəyyənləşməsində və nüfuzunun artmasında XII əsrdə Azərbaycanın mədəni həyatındakı ümumi yüksəliş, yerli dövlət hakimiyyətinin möhkəmlənməsi, şəhərlərin iqtisadi vəziyyətinin yaxşılaşması, ölkədə ədəbiyyatın və fəlsəfi fikrin inkişafı, humanizm ideyalarının yayılması mühüm rol oynamışdır. Bütün bu proseslərin inkişafına Atabəy Şəmsəddin Eldənizin danılmaz rolu olmuşdur.O dövrün ən böyük memarlıq komplekslərindən biri Atabəylər Memarlıq Kompleksidir. Bu kompleksinin əsası Atabəy Şəmsəddin Eldənizin hakimiyyəti illərində qoyulmuşdur. Kompleksə Atabəy hökmdarlarının sarayı, Divanxana, Naxçıvan Cümə Məscidi, Mömünə Xatun türbəsi, Mədrəsə, giriş baştağı və digər yardımçı binalar daxil olmuşdur. Dövrümüzə kompleksdən yalnız Mömünə Xatun türbəsi çatmışdır.1175-ci ildə Eldənizlər dövlətinin I böyük atabəyi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə Xatunun ölümündən sonra Eldəniz Möminə Xatunun şərəfinə bir türbə tikdirməyi qərara alır. Lakin Şəmsəddin Eldənizin 1175-ci ilin oktyabr-noyabr aylarında vəfatından sonra onun bu istəyi yarımçıq qalır. Məhəmməd Cahan Pəhləvan bu istək üzərinə Eldəniz dövrünün memarlığına daxil olan, ən böyük mədəniyyət nümunələrindən biri, Əcəmi Əbubəkr oğlu tərəfindən 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində ucaldılan Mömünə Xatun türbəsini inşa etdirir.Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində bu yazı həkk olunmuşdur: Memar türbənin şimal üzünə baştağ kompozisiyası vermiş, onda yerüstü qülləyə giriş qapısı yerləşdirmişdir. Qapı gözü daha dərin tağça içərisinə salınıb üstü böyük kitabə lövhəsi ilə bəzədilmişdir. Ayrıntıları, biçimləri daha incə işləməklə memar bu üzü heykəl kimi hər yandan baxılan tutumun baş elementinə çevirmişdir. Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla – keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin saya, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları,bol kölgə — işıq effektləri abidənin koloritini daha da zənginləşdirir. Yusif Küseyir oğlu türbəsinin kürsülüyündən 7,2 m hündürlükdə, xarici perimetr üzrə düzəldilmiş frizdəki yazılarda abidənin kim tərəfindən tikilməsi haqqında məlumat vardır. Yazının hərfləri 20 x 20 x 4 sm ölçülü kərpiclərdən düzəldilərək, onun fonunu əmələ gətirən friz müstəvisindən 2 sm irəli çıxır. Frizin əsas müstəvisini isə kiçik ölçülü kərpiclər təşkil edir. Bu kərpiclərin şaquli tikişləri ensiz, üfüqi tikişləri isə enlidir. Cümə məscidi və ya Atabəylər məscidi – Naxçıvandakı Atabəylər memarlıq ansamblının ən monumental tikililərindən biridir. XX əsrin əvvəllərində uçularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır. Abidənin dəqiq olaraq nə vaxt tikilməsi bəlli olmasa da, ümumi qəbul edilmiş fikrə görə abidənin tikilməsinə Atabəy Eldənizin hakimiyyəti illərində başlanmışdır. Mərənd və Urmiya məscidləri kimi Naxçıvan cümə məscidinin də günbəzlə örtülən kubvari gövdəsinin güney üzündən başqa, qalan üzlərinin hər birində iki sivri açırım olmuşdur. Bu fakt göstərir ki, Mərkəzi Azərbaycanda XII əsrdə yerli monumental cümə məscidi tipi işlənib hazırlanmışdı. Foto sənədlərə əsasən Naxçıvan cümə məscidinin məqsurəsinin üç yandan yerləşgələrlə dövrələndiyi bəlli olur. Ancaq bu yerləşgələrin necəliyini daydınlaşdıran dəlillər yox dərəcəsindədir. Bu baxımdan V. A. Engelqardın XIX yüzildəki məlumatı maraq doğurur. Onun yazdığına görə: "Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı sə uçmaq təhlükəsindədir. Ondan 50 sajen (təqribən 107 m) aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen ( təqribən 42 m) ucalıqda qoşa minarəli qapı var. Məscidlə qapı arasındakı məkanı əvvəllər məscidə aid olan yardımçı tikililər tutrmuş, indi isə bu tikililər artıq olmayanda elə təsəvvür yaranır ki, qapı ona çox yaxın olan xüsusi qülləyə (Mömünəxatun türbəsi) məxsusdur."Bu yazılı təsvirə əsasən qoşa minarəli baştağın müxtəlif tikililərlə, yəqin ki, mədrəsə hücrələri və sütunlu qalereyalarla, cümə məscidinə birləşdiyini və bu baştağın məscid həyətinə açıldığını güman etmək olar. Tarixi mənbələrdən Atabəylər Memarlıq Kompleksinə mədrəsənin daxil olması bəllidir. Şübhəsiz ki, həmin mədrəsə cümə məscidi ilə birbaşa bağlı imiş. Qoşa minarəli baştağın Atabəylər kompleksi tərkibindəki dini-xatirə tikililərinin (məscid, türbə, mədrəsə) toplandığı iri həyətin alaqapısı olması ehtimal edilir. Atabəylər memarlıq kompleksinin ilk tikililəri saray binası və dövlətxana olmuşsa, son tikilisi dövrümüzə ancaq təsvirləri çatmış giriş baştağı olmuşdur. Şərqşünas N. Xanıkov XIX yüzildə bu baştağı görmüş və qapısı üstündəki kitabədən onun "1187-ci ildə Azərbaycan Atabəylər dövlətinin atlı qoşununun başçısı və vergi yığanı əmir Nurəddin" tərəfindən tikdirildiyini oxumuşdur. Həmin kitabə "memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli" ifadəsi ilə bitirmiş. İri giriş tağı yanlardan dayaz və uca tağçalarla, yuxarıdan yazı qurşağı ilə qapanan mütənasib biçimli baştağın künclərindən silindrik gövdəli minarələr ucalırmış. İslam memarlığı tarixində belə quruluşlu ilk baştağlardan biri olan bu Naxçıvan abidəsi Azərbaycan dini memarlığının orta XI–XII əsrlərdə necə yüksək mərhələyə çatdığının göstərgəsidir. Belə baştağ kompozisiyası sonrakı yüzillərdə İslam ölkələrinin çoxunda aparıcı bədii memarlıq fəndinə çevrildi. Mənbələr Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycandan çıxmış çoxlu alimin adını mühafizə edib saxlamışdır. Həmin alimlər nəinki Azərbaycan şəhərlərində, bugünkü təbirlə desək, Bağdadda, Qahirədə, Dəməşqdə və başqa şəhərlərdə də fəaliyyət göstərmişlər. Adlarını müəyyənləşdirmək bizə nəsib olan bir neçə alim haqqında məlumat verərək qeyd edək ki, mənbələr əsasən ilahiyyat, hüquq və ənənə mütəxəssislərinin adlarını çəkir. Belə alimlərin sayı çox olsa da, biz fəaliyyət illəri Şəmsəddin Eldənizin hakimiyyət illəri ilə üst-üstə düşən alimlərin bəziləri haqqında yazacağıq. Fəxrəddin Əbülfəzl İs mayıl ibn əl-Müsənna ət-Təbrizi Bağdadın "ən-Nizamiyyə" mədrəsəsində mühazirələr oxumuşdur. O, "Azərbaycan tarixi" əsərinin müəllifidir. Lakin çox təəssüf ki, bu əsər bizə qədər gəlib çatmamışdır. İbn əl-Müsənna hicri 580 (1185)-ci ildə Təbrizdə vəfat etmişdir. Görkəmli şəxsiyyətlərin kartotekasını tərtib edən İbn əl-Fuvati yazır: Əbu Həfs Ömər ibn Osman ibn Şüəyb əl-Cənzi – ədəbiyyatçı alim olmuşdur. Bağdadda "ən-Nizamiyyə" mədrəsəsində Əbül Müzəffər əl-Əbivərdiyə mühazirələr oxumuşdur. Həmədanda və dövlətin başlıca şəhərlərində müəllimlik etmişdir. Hicri 555 (1160)-ci ildə Mərvdə vəfat etmişdir. Şəmsəddin Eldənizin hakimiyyəti dövründə ölkədə bir çox görkəmli həkimlər fəaliyyət göstərirdi. Bunların bəziləri barəsində mənbələr çox maraqlı məlumatlar mühafızə edib saxlamışdır. Onlardan biri, islam dinini qəbul etmiş Samuil ibn Yəhya ibn Abbas əl-Məqribi əl-Əndəlusidir. onu o dövrün tarixçisi əl-Kifti belə təsvir edir: Müəllif Samuil ibn Yəhya ibn Abbas əl-Məqribi əl-Əndəlusinin Məhəmməd Cahan Pəhləvanın sarayında xidmət göstərməsini qeyd etsə də, ölüm tarixinə əsasən demək olar ki, o, Şəmsəddin Eldənizin hakimiyyəti illərində fəaliyyət göstərmişdir.Nizami Gəncəvi, Xaqani Şirvani kimi dahi şairlərin yaradıcılıq dövrünün bir qismi Şəmsəddin Eldənizin hakimiyyət illəri ilə üst-üstə düşür. Şəmsəddin Eldənizin sarayında Seyyid Zülfüqar Şirvani, Qivami Mütərrizi, Fərrux Şirvani, Cövhəri, Yusif Füzuli, Kəmaləddin Naxçıvani, Seyyid İzzədin əl-Ələvi və başqa bu kimi şairlər yaşayırdı ki, onlar haqqında da hələlik heç bir məlumat yoxdur. Şəmsəddin Eldənizin həyat yoldaşının adı Möminə Xatun olmuşdur. Möminə Xatun Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Eldənizin Möminə Xatunun ikinci evlilikdən iki oğlu – Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan və Fulana adlı qızı olmuşdur. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" ("Səlcuqilə dövləti haqqında məlumat") əsərində Möminə Xatun haqqında qeyd edirdi: Möminə Xatun 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır.Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Şəmsəddin Eldənizdən sonra Atabəylər dövlətinin hökmdarları olmuşdurlar. Qızı Fulana isə Marağa hakimi ilə evlənmişdir. Filmoqrafiya Atabəylər: Şəmsəddin Eldəniz (film, 2022) Həmçinin bax Azərbaycan Atabəylər dövləti Məhəmməd Cahan Pəhləvan Möminə Xatun türbəsi
https://az.wikipedia.org/w/index.php?curid=67138
Əmir Hacıyev
Hacıyev Əmir Səhliəli oğlu (5 (17) may 1899, Şuşa – 21 avqust 1972, Bakı) — Azərbaycan qrafik rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Əmir Hacıyev 17 may 1899-cu ildə Şuşada anadan olmuşdur. Yaradıcılığa 1918-ci ildə Şuşada afişa və portretlər yaratmaqla başlamış, 1923-cü ildə isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1920-ci illərin ikinci yarısından Əmir Hacıyev "Azərbaycan Qadını (jurnal)", "Həmkarlar İttifaqı" kimi jurnallara illüstrasiyalar çəkir, əməkdaşlıq və digər mövzularda plakatlar yaratmağa başlayır. Eyni zamanda o, Bakıda pedoqoji fəaliyyətlə məşğul idi. Tələbələrindən biri olan Kazım Kazımzadənin də tanınmış rəssam kimi formalaşmasında Əmir Hacıyevin rolu əvəzsizdir. Bu dövrdən başlayaraq rəssam tanınmış yazıçıların əsərlərinə illüstrasiyalar yaradır. "Xavər" (Mehdi Hüseyn) (1930), "Nəhənglər Ölkəsi" (Mirzə İbrahimov) (1932), "Leyli və Məcnun" (Füzuli) (1953) "Poçt Qutusu" (Mirzə Cəlil) (1960) bu əsərlərə nümunədir.Hacıyevin ən yaxşı kitab təsvirləri Süleyman Sani Axundovun "Qaraca qız" (1924), Əbülhəsən Ələkbərzadənin "Yüksəliş" (1931), Yusif Vəzir Çəmənzəminlinin "Qızlar Bulağı" (1934), Mirzə Fətəli Axundzadənin "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər" (1938), Nizami Gəncəvinin "Yeddi gözəl" (1941), Füzulinin "Leyli və Məcnun" (1953) əsərlərinə çəkilmiş illüstrasiyaları hesab olunur.1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə təbliğat afişaları yaratmağa başlayır. Hacıyev eyni zamanda bir sıra bəzək və süjet xalçalar üçün eskizlər vermiş, miniatür silsilələrə ("Azərbaycan", 1961; "Şuşa", "Şamaxı", "Bakı", 1964) müəlliflik etmişdir.1943-cü ildə rəssama Azərbaycan SSR əməkdar incəsənət xadimi adı verilmişdir. 1945-ci ildən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Görkəmli rəssam 21 avqust 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=606119
Əmir Heşmət Nisari
Əmir Heşmət Nisari (Əbülhəsən xan Hacı Məhəmmədəli bəy oğlu Nisari, 1259 Hicri şəmsi-?) — İran Məşrutə hərakatının fəal üzvü. Əbülhəsən xan Hacı Məhəmmədəli bəy oğlu Qaradağ vilayətinin Qərbi Dizmar mahalının Üştibin kəndində anadan olmuşdu. Əslən İrəvan çuxurundandır.Əmir Heşmət Nisari Səttar xanın sağ əli idi. O, ağır savaşlarda həmişə öndə olardı. Bilikli bacarıqlı və işbilən olduğundan əyalət Əncüməninin qərarı ilə Xoyun, Səlmasın valisi təyin edilmişdi. 1909-cu ildə Səttar xanın əmri ilə Urmiyəyə vali dəyişilmişdi. Məhəmməd Əmin Rəsulzadə onun Urmiyada işlədiyi dönəmdə yazır: "Urmiyə inqilab vaxtında əncümən qurub beydəqi-hürriyyət ucaltmış İran şəhərlərindən biridir. Bura əhalisi inqilabın o müdhiş fəlakətlərindən bir o qədər əziyyət görməmişlər. Bunlar nə biri-birləri ilə, nə də hökumət qoşunu ilə bir o qədər müdafiə və mücahidədə bulunmamışlar. Bunların bir çox müdafiə və mücahidləri vəhşi kürd əqvamının talanına, qarətinə qarşı olmuşdur ki, bu qarətgərlərin müdafiələrinin birində öldürülmüş bir erməni fədaisinin təntənəli dəfni hənuz əhalinin xatirindən çıxmamışdır. Şəhərin daxilində müxtəsər bir şuluq olmuş, inqilabiyyun tərəfindən təyin edilmiş Səidülməmalikin əleyhinə cəmaət tərəfindən bir qiyam olmuş ki, o qiyam və nümayiş məzkuri şəhərdən çıxmağa məcbur etmişdir. Səidülməmalik xanlardan pul alıyormuş. Bir iki seyyidi döydürmüş və üçüncüsünü hətta öldürülmüş, alış-verişçilərdən tövcü almağa başlamış imiş. Bu zatın məqasidi səqim*[1] olmuyub, müstəqim olsa da, tərzi-hərəkəti xeyli nabəca*[2] və dürüşt*[3] olduğundan və nəhayət, şəhəri qoyub getməyə məcbur olmuşdur. Məlum olduğu üzrə Səidülməmalikin getməsinə nail olan cəmaət ümidsizliyində osmanlı şahbəndərliyinin köməyinə təvəssül özlərinin mühafizəsini istəmişlər. Urmiyədə osmanlı şahbəndəri hesab olunan Petros əfəndinin köməyi və məscidlərdə elədikləri nümayişləri ilə onu – Səidi o yerə yetirmişlər ki, məzkur gecə ikən şəhərdən çıxıb getmişdir. Petros əfəndinin iqrarına görə əgər Səidülməmalik şəhərdən çıxmayacaq olurmuşsa, böyük bir fitnə südur edib onu öldürəcəkmişlər. Səidülməmaliki bu surətlə şəhərdən çıxardarlar, müvəqqəti hakimlik mənsəbinə vali Müntəzəmüddövlə çıxar. Bu adam Urmiyə şəhərində daimi bir naibül-hökümədir. Hansı bir hakim çıxarılar, yainki, gedərsə, bu adam tazə bir hakim gələnə kimi hökumət yerini dolandırarmış. Bu dəfə dəxi haman vəzifəsini icra ilə "təxti niyabətə culus" etmişlərdir. Fəqət özünün təbiddə*[4] Osmanlı əlinin mühüm bir rol oynadığını görən Səidülməmalik o osmanlı düşməni kəsilir. Buradan gedib Dilmaqanda*[5] dayanar. Orada bir nəfər osmanlını casus deyə tutdurar. Osmanlı şahbəndərinin israrına baxmayaraq, tutduğu adamı buraxmaz. O xaxt Xoy hakimi olan Heydərxan cənablarını dəxi osmanlı şahbəndəri Samibəyi həbs edər. Məzkur: "mən şəhər hakimiyəm, sənin ixtiyarın yoxdur ki, məni həbs edəsən", – deyirsə də şahbəndər: "sən hakim deyil, yabani bir quldursan", – deyə qulaq asmaz. Nəhayət, Səidülməmalik casus deyə tutduğu türkü şahbəndərdə Heydərxanı mübadilə olaraq azad edirlər. Bir həftə bundan iləri Səidülməmalik bir iş daha törətmiş oluyor. Xətti-hərəkətində müvazinə gözləməyən bu adamın adamları şəhər kənarındakı bir kəndə getmiş olan osmanlı şahbəndəri və atlılarını axşam olduğundan şəhərə buraxmaq istəməzlər. Şahbəndər adamları ilə fədailər arasında söyüş başlanar. Bədə söyüş atışmaya müncər olub, yeddi nəfər osmanlı əsgəri tələf oluyor. Biləxərə şahbəndər şəhərə daxil oluyor. Səidülməmalikin böylə bir hərəkətindən həyəcana gələn əhali isə şuriş ediyor. Səidülməmalik öz adamlarını götürüb şəhərdən qaçıyor. İndi garda olduğu, nə yerdə gəzdiyi məlum deyil. Şəhərin hökuməti isə müvəqqətən şahbəndər əlində olub, Səidülməmalikin adamlarını axtarmaqdadırlar. Şəhərə gəlincə, osmanlı əsgərinin keçdiyi və bu tərəflərin osmanlı əlinə düşdüyü barəsində dağıdılan xəbərlər mübaliğəlidir. Urmiyə və ətrafında üz yüzdən artıq osmanlı qoşunu yoxdur. Şəhərin öz içində isə 40 nəfərdən ziyadə əsgər olduğu yalandır. Osmanlıların buralara gəlməsi haman rusların Təbrizə gəlmələri qəbilindədir. Burada şəhər əhalisi və bir çox ətrafdakı sünni kəndləri və surilər bir qədər də şiə kəndləri kürdlərin talanı qorxusundan osmanlı təhti-əmanətsinə qalmış və bura istilahınca "dəxalət" verilmişdir. Bu "dəxalət" sözü yerli əhalicə bütün-bütünə osmanlı təbəəsi olmaq mənasına anlaşılırsa da böylə deyildir. Bu "dəxalət" haman məmləkətdə asayiş bərdəvam oluncaya qədər təhti-əmanda qalmaqdan başqa bir şey deyildir. Zatən osmanlı nümayəndəsi Petros əfəndi dəxi burasını, müxbiriniz ilə elədiyi müshibəsində bəyan etdi. Osmanlı qoşunu, İran hökuməti rəsmən asayiş bərdəvam oldu, daha əmniyyət hasil oldu – deyincəyə qədər İran toprağında qalacaqmış. İşğal etmək, zəbt etmək fikr və xəbərləri isə büsbütün qayırmadır. Osmanlı nümayəndəsi ilə rus konsulu arasında bir gərginlik müşahidə olunmaqdadır. Bu gərginliyə səbəb iki dövlətin rəqəbətindən artıq nümayəndələrin öz şəxsi əlaqələri səbəb oluyor".1914-cü ilin dekabr ayında Əmir Heşmət, Nurulla xan Yekani, Hacı Mirzə Ağa Billuri və başqa görkəmli inqilabçılarla birlikdə 200 nəfərə yaxın mücahid Türkiyədən Azərbaycana qayıtdı. Onlar 1911-ci il dekabr ayında çar qoşunlarına qarşı Təbrizdə vuruşduqdan sonra Osmanlı dövlətinə getmişdilər. 1914-cü ilin axırlarında Urmiya şəhərinin tutulmasında türk qoşunu başçıları ilə həmin mücahidlər arasında baş vermiş ixtilafla əlaqədar olaraq mücahidlərin bir dəstəsi Əmir Heşmətin başçılığı ilə Kirmanşaha və ordan Tehrana gəldilər.Səidülməmalik ləqəbli Əmir Heşmət inqilabdan sonra da yüksək vəzifələrdə çalışmışdır. Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "Ozan", 1998, 192 səh. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh. Həmçinin bax Təbriz şəhərinin başçıları Xarici keçidlər Əmir Heşmət Nisarinin qiyamı (fars.)
https://az.wikipedia.org/w/index.php?curid=258372
Əmir Hüseyn Sadiqi
Əmir Hüseyn Sadiqi (6 sentyabr 1981, Tehran) — İran futbolçusu, müdafiəçi. Sadiqi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Mis-i Kirman, Tehranın İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=211024
Əmir Hüseynov
Əmir Hüseynov (25 may 1914; Zəngəzur, Meğri, Rusiya imperiyası — 6 avqust 1998) — Azərbaycan alimi, biologiya elmləri namizədi (1954). Əmir Hüseynov 1914-cü il may ayının 25-də Zəngəzur mahalının Mehri rayonu Lök (Vartanizor) kəndində anadan olmuşdur. 1932-ci ildə İrəvan Pedaqoji Texnikumunu bitirmişdir. 1932–1935-ci illərdə Mehri rayonunun Nüvədi kəndində 7 illik məktəbdə müəllim və direktor vəzifələrində işləmişdir. 1935-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsinə daxil olmuş və 1940-cı ildə onu fərqlənmə ilə bitirmişdir. 1940-cı ilin oktyabr ayından – 1941-ci ilin iyun ayınadək Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun torpaq şöbəsində baş aqronom vəzifəsində çalışmışdır. 4 iyul 1941-ci–24 avqust 1945-ci illərdə Böyük Vətən Müharibəsinin Şimali Qafqaz, 3-cü və 4-cü Ukrayna cəbhələrində bölüm, rota və eşelon komandiri vəzifələrində rəşadətlə vuruşmuşdu. 1944-cü il iyulun 4-də Moldovada ağır yaralanaraq II dərəcəli əlil olmuşdur. 1946-cı ildən Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun "Pambığın seleksiyası" şöbəsində baş elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 15 may 1953-cü il tarixində "Barbadenze pambıq formalarının xüsusiyyətləri və onların seleksiyada istifadəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası 17 mart 1954-cü il tarixli qərarı ilə biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1955–1960-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Ağstafa Təcrübə Məntəqəsinə rəhbərlik edərək tezyetişən, qısa veqetasiya müddəti olan pambıq sortlarının seleksiyası ilə məşqul olmuşdur. 1960-cı ildən Gəncəyə qayıdaraq ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun Seleksiya şöbəsində pambığın seleksiyasını müvəffəqiyyətlə və yüksək səviyyədə davam etdirmişdir. Bir sıra tezyetişən və məhsuldar pambıq sortları yaratmışdır (bunlardan 3038, 3312, AzETPI-55 və s. Dövlət Sort Sınağına verilmişdir). Onun yaratdığı 3038 pambıq sortu 1976-cı ildən Azərbaycanda rayonlaşdırılaraq 1983-cü ildə demək olar, ki bütün respublikada 230,000 hektar sahədə əkilmişdi. Hazırda da bu sort Azərbaycanda becərilir. Əmir Hüseynovun rəhbərliyi altında 6 nəfər elmlər namizədi alimlik dərəcəsi almışdır. Hüseynov Ə. M. Azərbaycan Genetika və Seleksiyaçılar Cəmiyyətinin idarə heyətinin üzvü, Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya Institutunun Əlaqələndirmə Şurasının üzvü olmuşdur. 1965-ci ildə o Qahirə universitetində pambıq bitkisinin Genetika və Seleksiyasından mühazirələr oxumuşdur. O dəfələrlə kənd təsərrüfatı sərgilərinin mükafatçısı, bir sıra beynəlxalq seleksiyaçılar qurultaylarının iştirakçısı olmuşdur. Onun 51 elmi əsəri və 3038, 3312 pambıq sortlarının aqrotexnikasına aid təlimatları çap olunmuşdur. Müharibədə rəşadətinə görə 1944-cü ildə Hüseynov Ə. M. 1-ci dərəcəli Vətən Müharibəsi Ordeni ilə və bir sıra hərbi medallarla təltif edilmişdir. Elmi nailiyyətlərinə görə Hüseynov Ə. M. 1977-ci ildə "Əməkdar elm xadimi" fəxri adina layiq görülmüş, 1978-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. 3038 pambıq sortunun yaradılması və Azərbaycanın kənd təsərrüfatına tətbiqinə görə Hüseynov Ə. M. 1980-ci ildə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. 1998-ci il avqust ayının 6-da 84 yaşında dünayasını dəyişmişdir. Xarici keçidlər Ə. Hüseynov haqqında sənədli film
https://az.wikipedia.org/w/index.php?curid=76642
Əmir Həbibzadə
Əmir Şamil oğlu Həbibzadə — fizika-riyaziyyat elmləri doktoru, professor 23 yanvar 1916-cı ildə anadan olmuşdur. 1941-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1944-1947-ci illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olmuşdur. 1948-ci ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1948-ci ildən Bakı Dövlət Universitetində baş müəllim, dosent, professor vəzifələrini tutmuş, 1965-1992-ci illərdə isə funksiyalar nəzəriyyəsi və Funksional analiz kafedrasına rəhbərlik etmişdir. Onun rəhbərliyi altında 54 nəfər elmlər namizədi elmi dərəcəsi almışdır. Onlardan bir çoxu Özbəkistan, Türkmənistan, Dağıstan, Misir, Kuba vətəndaşlarıdır. Sonralar 7 yetirməsi elmlər doktoru olmuşdur. Funksional analiz və kompleks analiz üzrə mütəxəssisdir. Xətti normallaşmış fəzalarda operator sinqulyar inteqral tənliklərin tədqiqi sahəsində mühüm nəticələr almışdır. Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
https://az.wikipedia.org/w/index.php?curid=407563
Əmir Həmzə
Usmi Əmir Həmzə (d. 1751 – ö. 1788) — XVIII əsrdə Qaytağın (cənub qumuqlarının) ən siyasi fəal usmisi, Ulu Əhməd xan usminin oğlu Əmir Həmzə idi. Onu haqlı olaraq Qaytağın, sonuncu nüfuzlu usmisi hesab etmək olar. "Qaytaq usmiləri şəcərəsinə" görə Əhmədxanın ölümündən sonra onun oğlu Xan Məhəmməd yox, nəvəsi, Xan Məhəmmədin oğlu Əmir Həmzə usmi oldu. A.A. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: "…Usmi Əhməd xan tezliklə öldü. Onun nəvəsi, Xan Məhəmmədin oğlu , tədbirli və cəsur adam Əmir Həmzə oldu. Əmir Həmzə haqqında ən erkən məlumat, Osmanlı sultanının, Dərbənd xanı, Qumuq Şamxalı Xaspoladın, Quba xanı Hüseyn Əlinin və usmi Əmir Həmzənin, onun təbəəliyinə hansı şərtlərlə daxil olmalarını aydınlaşdırmaq üçün, onlar "xeyli hədiyyə" göndərdiyi 1751-ci ilə aiddir. Əmir Həmzənin dönəmində Qaytaqın xarici siyasəti xeyli fəallaşdı.
https://az.wikipedia.org/w/index.php?curid=366494
Əmir Həsən Sulduz
Əmir Həsən Sulduz(1297-1327)— Əmir Çoban Sulduzun oğlu (7 oğlundan yaşda ən böyüyü), Çobanlılar sülaləsindən sərkərdə, Xorasan və Mazandaranın naibi. O, Əmir Çobanın çoxsaylı oğullarından biri idi. Əmir Həsənin 3 oğlu vardı: Əmir Talış Sulduz— İsfahan, Fars və Kirman naibi (1324-1329), yaşda ən böyüyü idi. Qoç Hüseyn Sulduz Hacı bəy Sulduz Çobanlılar hakimiyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idi. Əmir Çoban Sulduz Sultan Əbu Səid Bahadur xanın gözündən düşəndən sonra atası ilə birlikdə öldürüldü. İsmail Hakkı Uzunçarşılı. "Emir Çoban Soldoz ve Demirtaş", Belleten XXXI/124 (1967), sayfa 601-646. Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010. Həmçinin bax Çobanlılar sülaləsi
https://az.wikipedia.org/w/index.php?curid=246133
Əmir Kazım mirzə Qovanlı-Qacar
Əmir Kazım mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1 may 1853, Şuşa – 1920, Gəncə) — general-mayor. Əmir Kazım mirzə Bəhmən mirzə oğlu 1853-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İlk təhsilini Tiflis gimnaziyasında almış, 20 yaşında isə Peterburqdakı Nikolayev süvari məktəbini bitirmişdir. 1873-ildə kornet-zabit rütbəsində Əmir Kazım hərbi xidmət üçün Qafqaz Əlahiddə ordusunun ordusunun 44-cü Nijeqorod alayına göndərilmişdir. Ən yaxşı süvari zabitləri sırasinda mayor Əmir Kazım mirzə 1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak etmişdi. Süvari podpolkovniki Əmir Kazım mirzə 1895-ci ildə eskadronun komandiri təyin olunur. XX yüzilin ikinci ilində alay komandirinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilən polkovnik Əmir Kazım mirzə 1910-cu ildə general mayor rütbəsinə ucaldılmışdı. Əmir Kazım Mirzə Gövhər xanımla ailə qurmuşdu. Darab mirzə, Davud mirzə adlı oğulları, Mənicə xanım, Ziba xanım, Leyla xanım və Aliyə xanım adlı qızları vardı. Mədəni fəaliyyəti Əmir Kazım Mirzə təkcə hərbçi deyildi. O, xalqımızın maariflənməsində də yaxından iştirak etmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi cəhətdən kömək göstərmiş və kasıb balalarını öz xərcinə oxutmuşdur. 1910-cu ildən Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin fəxri üzvü olmuşdur. Onun həyat yoldaşı Gövhər xanım Ağa Ələkbər qızı İsmayılova-Qacar (1862–1927) 1905-ci ildə yaradılmış xeyriyyə cəmiyyətin sədri idi. Onun ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan dram cəmiyyətinin təsisi və tamaşa binasinin açılmasinda yaxından iştirak olmuşdur. 1911-ci ildə dramuturq M.F. Axundovun yüzillik yubileyi də general-mayor Əmir Kazım mirzə Qovanlı-Qacarın sədrliyi ilə keçmişdi. 1913-cü ildə "Molla Nəsrəddin" jurnalı daha bir məhkəməyə çəkiləndə, onun müdafiəsinə qalxanlar arasında Əmir Kazım Mirzə Qacar da vardı. Mükafatları 25 il 44-cü Nijeqorod alayında qüsursuz xidmət edən Əmir Kazım imperiyanın yüksək orden və medalları ilə təltif olunmuşdu.1877–78-ci illərdə olan Rus-Osmanlı müharibəsində onun dördüncü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə mükafatlandırılmışdi. 1895-ci ildə o, Buxara əmirliyinin üçüncü dərəcəli "Parlayan ulduz" ordeni ilə mükafatlandırılır. XIX yüzilin 70-ci illərindən hərbi xidmətə sürətlə irəliləyən igid zabit Əmir Kazım mirzəni hökumət səxavətlə təltif etmişdir. O, 1879-cu ildə üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav" (qilincla birgə) , 1881-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", altı il sonra üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir" 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur "Şiri-Xorşid" ordenləri ilə mükafatlandırılmışdır. Əmir Kazım mirzə 25 il orduda qüsursuz xidmət etdiyinə görə, üstündə tuncdan tökülmüş atlı fiquru olan stolüstü saatla mükafatlandırılıb. Saatın üstündə "Əmir Kazım mirzəyə əla xidmətinə görə" sözləri yazilib. 44-cü Nijeqorod alayinin marşını çalan saat indidə işləyir. Bu qiymətli hədiyyə general Əmir Kazım mirzəyə 1898-ci il, dekabrin 16-da verilmişdi. Cumhuriyyət illərində fəaliyyəti Cümhuriyyət qurulandan bir az sonra – 1918-ci il dekabrın 1-də Əmir Kazım Mirzə hərbi nazir Səməd bəy Mehmandarova bir raport yazır. Şəmistan Nəzirlinin bildirdiyinə görə, həmin raport Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində saxlanılır. O, raportda döyüş xidmətlərini sadalayır. 34 il hərbi xidmətdə olduğunu, az müddət istefada olsa da, hərbi işi yadırğamadığını, müasir hərbi ədəbiyyatı daim izlədiyini, "hərbi qulluğun müasir tələblərinə uyğun olaraq xidmət borclarını icra etmək bacarığına və gərəkli fiziki qüvvəyə malik olduğunu" yazır. Azərbaycanın hər hansı bir hərbi idarəsində iş istəyir: "Zati-aliləri, bu, Vətənin keçdiyi bu ağır vaxtda öz xalqıma xeyir verər, həm də ailəmin zəifləmiş iqtisadi vəziyyətini yaxşılaşdırardı". Onu ordu quruculuğuna cəlb edirlər. Səməd bəy Mehmandarovun əmri ilə Əmir Kazım Mirzə Gəncənin komendantı təyin olunur. Aprel çevrilişindən sonra Əmir Kazım Mirzə Qacar Gəncə üsyanında fəal iştirak edir, əsir düşür və 1920-cu ildə fövqəladə komissar Tixarelinin əmri ilə Gəncə şəhərində öldürülür. Onun kürəkəni Cahangir Qayıbov (Qafqaz müftisi Mirzə Hüseyn Qayıbovun oğlu) da 1937-ci ildə Tiflis fövqəladə komissiyasının əmri ilə güllələnmişdir.Ölümündən sonra Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində Əmir Kazım Mirzə Qacarı da xatırlayır və onu "istiqlal şəhidi" adlandırır. Həmçinin bax Məhəmməd Mirzə Qacar Feyzulla mirzə Qovanlı-Qacar
https://az.wikipedia.org/w/index.php?curid=78028
Əmir Kazımov
Əmir İlham oğlu Kazımov (29 yanvar 1998; Şağan, Xəzər rayonu, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmir Kazımov 29 yanvar 1998-ci ildə Xəzər rayonunun Şağan qəsəbəsində anadan olmuşdur. Əvvəlcə, Şağan qəsəbəsində yerləşən 124 nömrəli, sonra 230 nömrəli tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra bərbər olaraq çalışmışdır. Subay idi. Hərbi xidməti Əmir Kazımov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Əmir Kazımov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ruslan İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmir Kazımov 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 26 noyabr 2020-ci ildə doğulduğu Xəzər rayonunun Şağan qəsəbəsində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmir Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmir Kazımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmir Kazımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əmir Kazımov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=737324
Əmir Kır
Əmir Kır (17 oktyabr 1968, Şarlerua, Eno) — Türk əsilli belçikalı siyasətçi, Brüsselin 19 bələdiyyəsindən biri olan Sen-Joss-ten-Nodenin bələdiyyə sədri. Həyat və faliyyəti 2000-ci ildə Brüsselin Sen-Joss-ten-Node bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmişdir. Təhsil sahəsində əsasən əcnəbilərin dil öyrənməsinə əsaslanan işlər görmüşdür. 2003-cü ildə federal seçkilərə qatılmış, lakin, 220 səs fərqi ilə federal parlamentə seçilməmişdir. 13 iyul 2004-cü ildə keçirilən bölgə seçkilərinə qatılmış və Brüssel Bölgəsindən 7409 səs toplayaraq partiyasının ən çox səs toplayan ikinci namizədi kimi bölgə məclisinə seçilmişdir. 6 partiyalı koalisiyada frankofonların (Fransızca danışanların) qurduğu Sosialist Partiyanın tutacağı iki nazir mandatından biri Əmir Kıra verilmişdir. 2012-ci ilin oktyabrında keçirilən bələdiyyə seçkilərində Brüssel Hökuməti Dövlət Naziri və Sen-Joss-ten-Node bələdiyyə sədrliyinə namizəd olmuş və o dövrdə sədr olan Yan Demannezi keçmişdir. Əmir Kır 1916 səs toplarkən, Demannəz yalnız 1215 səs toplaya bilmişdir. Bu nəticə daha öncə bələdiyyə sədri ilə əldə edilən razılığa əsasən 2013-cü ildə Əmir Kırın bələdiyyə sədri kimi vəzifəsinin icrasına başlamağa şərait yaratmışdır. Xarici keçidlər Əmir Kır rəsmi facebook səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=591096
Əmir Kəbir
Mirzə Tağı xan Kərbəlayı Qurban oğlu Əmir Kəbir (təq. 1807 və ya 9 yanvar 1807 – 9 yanvar 1852 və ya 10 yanvar 1852, Kaşan, İsfahan ostanı) — Nəsrəddin şah Qacarın (1848–1896) dövründə İranın baş naziri (1847–1851), dövlət xadimi O adlı-sanlı nəsildən deyildi. Atası, Kərbəlayı Mahmud Qurban, İraq Əcəmin hakimi Mirzə İsa xan Fərəhaninin ailəsinin aşpazı, Mirzə İsa xan Fərəhaninin vəliəhd Abbas mirzənin yanında qayem-məqam vəzifəsinə təyin olunması ilə əlaqədar Təbrizə köçür. Sonralar Mahmud Qurban Fərəhaninin evində inzibatçı olur. Məhəmməd Tağının doğum tarixi naməlumdur. Onun 1795–1800-cü illər arasında doğulduğu ehtimal edilir, bəzi tətqiqatçılar isə, məsələn A. Bağban bir şeirin mətnini deşifrə edərək bu tarixi 1807/08-ci il hesab edir.Məhəmməd Tağı qayemməqamın uşaqları ilə birlikdə tərbiyə alırdı. Uşaqlıqdan Abbas mirzənin və Fərəhani kimi, dövlətin istənilən məsələsini ən yuxarı səviyədə müzakirə edən adamların evində böyüməsi, onun savadına və siyasi səriştəsinə çox böyük təsir etmişdir. Çox guman ki Məhəmməd Tağı, Xosrov-Mirzənin Peterburqa, Qriboyedovun öldürülməsi üzrhahlığı məqsədi ilə göndərilən, səfirliyində də iştirak etmişdir.1829-cu ildə Rusiyaya göndərilən diplomatik missiyada iştirak etmişdi. Mirzə Tağı xan Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829–1848) dəqiq elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərmişdir. Mirzə Tağı baş nazir olduğu illərdə yeni elmlərə aid müxtəlif kitabların çap olunub, yayılmasına böyük rəğbət göstərmiş, bir çox kitablar onun fərmanı ilə yazılıb çap edilmişdi. 1848-ci ildə vəliəhd Nasirəddin mirzənin şah taxtına oturmasından sonra Təbrizdən özü ilə gətirdiyi vəzir Mirzə Tağı Xanı (Əmir Kəbiri) sədr-əzəm təyin etməsindən sonra da islahatlara cəhd oldu. Əmir Kəbir şahın dəsdəyi ilə mərkəzi hökumətin hakimiyyətini gücləndirmək, dövlət aparatını və ordunu yenidən qurmaq istiqamətində islahatlara başladı. Bununla yanaşı maliyyə sisteminin gücləndirilməsi, sabit vergi normalarının qoyulması və vergi yığımını qaydaya salmaq, sənaye və ticarətin inkişafına yardım etmək və s. sahələrdə islahatlar nəzərdə tutulurdu.Mirzə Tağı xan Əmir Kəbir 1849-cu ildən 1851-ci ilədək İranın Xarici İşlər vəziri olmuşdu. İranda ilk rəsmi qəzet Mirzə Tağı xanın təşəbüsü və Nəsrəddin şahın "İran xalqının mədəniyyətinin inkişafı, daxili və xarici xəbərlərdən məlumatlandırılmasına" göstərdiyi sayğı sayəsində 1851-ci ildə işıq üzü görmüşdür. Cənubi Azərbaycanda teleqrafın təsis olunması da həmin ilə təsadüf edir. Dövlət siyasətini təbliğ edən bu qəzet "Ruznameyi-Vaqeyi-İttifaqiyyə" adlanırdı və oradakı siyasi məqalələri Mirzə Tağı Əmir Kəbir hazırlayırdı. Qəzetin redaktoru isə Xoylu Mirzə Cabbar Təzkirəçi idi. Mirzə Tağı xan Əmir Kəbir 1851-ci ildə Tehranda Darülfünun təsis etmişdi. Hakimiyyətə gələn Nəsrəddin şah özüylə Təbrizdən yeni türk və türk tərbiyəsilə yetişmiş kadrlar gətirdi ki, bunlardan biri sonralar Əmir Kəbir adıyla tarixə düşən aşpaz oğlu Mirzə Tağı xan Fərahani idi. Əmir Kəbirin Azərbaycandan gələn dövlət adamları içində ən seçilən və ən bacarıqlılarından biri olduğu göstərilir: Nəsrəddin şah onu Sədarətə (hökumət başçısı, Sədrəzəm) təyin etmək üçün gətirmişdi. Əmir-Kəbir demək olar ki, bütün ictimai sahələrdə islahatlar aparmağa başladı. Mirzə Tağı xan Əmir Kəbir 1851-ci ildə Tehranda Darülfünun təsis etmişdi. Divanın xərcləri kəsildi və dövlət əmlakının idarə edilməsi nizamlandı. Dövlət idarələri islah olundu və mərkəzi nəzarət gücləndirildi. İranın daxili işlərinə xarici müdaxilələr azaldı, lakin beynəlxalq ticarət inkişaf etdi. Xəzinə gəlirləri artırıldı, lüzumsuz xərclər ixtisar edildi. İngiltərə fars bölgələrində hər cür nifaq və qarışıq salmaq üçün əlindən gələni əsirgəmədi. Fars din adamlarından bir neçəsi müxtəlif zamanlarda "İmami Zaman" iddiasında oldular. Amma bunlar hakimiyyəti sarsıda bilmirdi. Lakin Əmir Kəbirin sağlamlaşdırma siyasəti Nəsrəddin şahın qohum-əqrəbəsini bərk narahat edirdi. Soysuz aşpaz oğlunun nüfuzunun artması, xəzinəni üfürən saysız şah kənizinin, arvad-uşağının ləyaqətini alçaldırdı. Sonda, islahatçı Kaşana sürgün edildi və sui-qəsdçilərin satın aldığı bərbər tərəfindən qətlə yetirildi. Fəaliyyəti dövründə baş vermiş mühüm hadisələr BabilikMirzə Tağı xan İran tarixinin son yüzilliklərinin ən böyük xadimi idi. Yeni elmləri sövq etmək məqsədi ilə Əmir Kəbir Dar ül Funun yaradır və orada tibb, farmokoloqiya, mühəndis işi, qeoloqiya, həmçin hərbi işləri tədris etmək üçün fransız, italyan, avrstriyalı, müəllimlər dəvət edir. Bu xarici müəllimlər Əmir Kəbirin işdən çıxarılmasından bir gün sonra Tehrana gəlirlər. 1850/51 illərdə Əmir Kəbir "Vaqiye İttifaqiye" qəzetini neşr etdirməyə başladı. Buradakı mövzulardan Əmir Kəbirin hansı dünyagörüşünə malik olmasını görmək olar…Onun hakimiyətdə olmasının bir ili ərzində qəzetdə aşağıdakı məqalələr çap olunmuşdur: "Avropa dövlətlərinin məşvərət assambleyaları(parlamentlər) barədə"," Görkəmli italyan xadimi Madzini və italyan inqilabçılarının və azadpərvər xadimlərin dünyagörüşləri və onların Avstriya ilə mübarizəsi", "Suveyş kanalının qazılması planı və onun tarixi","Dəmir yollarının inşası", " Hindistanın içtimai vəziyəti", "Astronomiya sahəsində tətqiqtlar və Saturn planetinin üzükləri barədə","Zəlzələlərin geoloji səbəbləri","Amerikanın əski mədəniyəti","Yeni Qitənin(Amerikanın) qazıntıları","Amerikada qızıl hasilatı və bunun İngiltərədə qızılın qiymətinə təsiri","Mançester fabrikaları", "Nil vadisinin münbitliyi"," Amerikan pambığının İranda əkinləri"," Hava kürəsinin ixtirası","İngiltərə əhalisinin siyahıyaalınması","İçməli suyun təmizlənməsi və bunun sanitar əhəmiyəti","Borneo adasının kaniballarının vəziyəti" Həmçinin bax İranın baş nazirlərı
https://az.wikipedia.org/w/index.php?curid=303423
Əmir Kəbirin islahatları
Əmir Kəbirin islahatları — İranın birinci naziri (atabəyi) olmuş Mirzə Tağı xan Əmir Kəbirin dövlətin modernləşdirilməsi yolunda başladığı islahat. İslahatlara ehtiyac XVIII-ci əsrin 40-cı illərin sonuna doğru daxili siyasi vəziyət gərgin olaraq qalırdı. Tamamilə xəstə və fəaliyətsiz Məhəmməd şah Qacar dövlət işləri ilə məşğul ola bilmirdi. Dövlətdə hərc-mərclik artırdı. Xanların separatizmi artırdı. Ticarət və sənətkar zümrələr İranın köhnə idarə üsulundan narazı idi. İran getdikcə İngiltərə ilə Rusiyanın Yaxın və Orta Şərq uğrunda mübarizələrində oyuncağa çevrilirdi. Ölkənin şimalı sayılan Azərbaycan, Gilan, Mazandaran - daha çox Avropa bazarları ilə əlaqəli olduğuna görə dəyişikliklərdə ehtiyac buralarda daha çox duyulurdu. Bu əyalətlərdə vəziyət getdikcə gərginləşirdi. Bir neçə quraq il, vəba və taun epidemiyaları, Təbrizin və onun ətraf rayonlarının çörək ticarətində əks olunan osmanlılarla çoxillik müharibələr, bir çox tayfaların özbaşınalığı, yollarda quldurluq və elatın törətdiyi yağmalar, eləcə də Azərbaycanın daxili işinə ingilis və rusların üzrsüz müdaxilələri və bununla bərabər Qərbin vəli-əhdin sarayına iqtisadi və siyasi təsirləri, tənzimat keçirən osmanlılarla daha sıx əlaqələr, vəli-əhdin Abbas mirzə kimi sərt siyasət aparmaq bacarığında olmaması, vəli-əhdin əvəz olunması - bütün bu amillər əhaliyə ağır təsir bağışlayırdı, Təbrizdə və başqa şəhərlərdə üsyanlara gətirirdi, kafirlərə və gavurlara müqavimət göstərə bilməyən şah hökumətinə qarşı olan şiə ruhanilərini fəallaşdırırdı. Qacarlara marifçilik bazasında olan müxalifət ilk dəfə XIX-cu əsrin ortalarında formalaşmağa başlayır. Qeyd etmək lazımdır ki, bu marifçilik və yenilənmə ideyaları hakim zümrələr arasında yayılmağa başlayır. İslahatların ən fəal tərəfdarı, Azərbaycandakı vəli-əhdin qoşunlarının hərbi naziri(vəzir nizam), sonra isə baş komandan(əmir nizam) və nəhayət Nasirəddin şah Qacarın sədr-əzəmi olmuş Mirzə Tağı xan Fərəhani idi. Mirzə Tağı xan Əmir Kəbir Vəli-əhdinin hərbi nazirliyin katibi olaraq, Mirzə Tağı hərbi işlər barədə dolğun məlumatlar almışdır. Vaqiye İttifaqiye qəzetinin buraxılması
https://az.wikipedia.org/w/index.php?curid=330596
Əmir Mahmud Xandəmir
Əmir Mahmud Xandəmir — Əmir Mahmud ibn-Xandəmir XVI əsrin əvvəllərində, yəni teymurilər dövrünün sonlarında Heratda dünyaya gəlmişdir. Əcdadları elm və hikmət sahibləri olduqları kimi, o da elm və təhsilə böyük maraq göstərmiş, Qiyasəddin Xandəmir kimi məşhur atanın və nəslinin tarix və başqa elm sahələrində şöhrət tapmış digər nümayəndələrinin təlim-tərbiyəsi altında yetişmişdir. Əmir Mahmud Xandəmir Təkəli tayfa başçılarından olan səfəvilərin Herat hakimi Məhəmməd xan Şərəfəddinoğlunun dəstəyi ilə 953-cü (1546/1547) ildə Zeyli-tarixi-"Həbibüs-siyər" ("Şah İsmayıl və Şah Təhmasibin tarixi")əsərini yazmağa başlamış, dörd ildən sonra, yəni 957-ci (1550/1551) ildə əsəri sona çatdırmışdır. Bu tarixi əsər h. VIII əsrin sonlarından (XV əsrin sonları) h. X əsrin (XVI əsr) ikinci yarısının əvvəllərinə qədər Azərbaycan Səfəvi dövlətində, xüsusilə bu dövlətin strateji vilayətlərindən biri olan Xorasanın şərqində baş vermiş hadisələrdən bəhs edir. Müəllif əsərində Şah İsmayılın hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən və Şah Təhmasib Səfəvinin hakimiyyətinin 957-ci (1550/1551) ilinə qədər davam edən bir dövrü əhatə edən bu əsərdə, həmçinin səfəvi sülaləsinin, xüsusilə Şeyx Səfiəddinin tərcümeyi-halı və kəramətləri haqqında məlumat verilmişdir. Əsərin müəllifi teymurilərin süqutundan sonra səfəvilərin hakimiyyətə gəldiyi ilk dövrlərdən başlayaraq əsasən Xorasan və onun mərkəzi Herat darüssəltənəsəində baş verən hadisələri təsvir etməyə çalışmışdır. Digər tərəfdən Əmir Mahmudun əsəri X (XVI) əsrin əvvəllərində, Azərbaycan Səfəvi dövlətinin yarandığı dövrdə baş verən mühüm hadisələri əks etdirir, səfəvi dövləti ilə Mavərənnəhrin teymuri və türkmən şahzədələri arasındakı siyasi problemlərdən bəhs edir. Kitabda həm də Şah İsmayılın Herat darüssəltənəsini tutması və bundan sonra səfəvilərin Xorasan ərazisindəki daxili və xarici siyasəti ilə bağlı mövzulara xüsusi yer ayrıllmışdır. Bu təsvirlərdə Səfəvi dövləti ilə bölgənin özbək hücumları qarşısında dayanmış əyanları arasındakı qarşılıqlı münasibətlər özünün hərtərəfli əksini tapır.
https://az.wikipedia.org/w/index.php?curid=346453
Əmir Mustafayev
Əmir Mustafayev Gülbala oğlu (12 mart 1936, Qusar, Xuluq — 27 iyul, 2007, Bakı) ― Prezident təqaüdçüsü, yazıçı-jurnalist. Əmir Mustafayev 12 mart 1936-cı ildə Qusar rayonunun Xuluq kəndində anadan olmuşdur. Rayonda Maksim Qorki adına 4 saylı beynəlmiləl orta məktəbi bitirmişdir. Daha sonra 1953-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1958-ci ildə universiteti bitirən Əmir Mustafayev Moskva Mərkəzi Komsomol Məktəbində təhsilini davam etdirmişdir. Daha sonra Bakı Ali Partiya Məktəbində təhsil almışdır. Yaradıcılığı Əmir Mustafayevin 1954-cü ildə, universitetin ikinci kursunda oxuyarkən "Azərbaycan gəncləri" qəzetində "O gəldi" adlı ilk hekayəsi çap olunmuşdur. Həmin vaxtdan mətbuatda müntəzəm çıxış edən yazıçının "Xəcalətli baxışlar", "Qonşu", "Sonuncu kürsü" və başqa hekayələri ölkənin nüfuzlu mətbu orqanlarında işıq üzü görmüşdür. Gənc yazıçı bundan sonra Əmir Qaraçəmənli təxəllüsü ilə hekayə, oçerk və publisistik yazıları ilə dövri mətbuatda çıxış etmişdir. 1957-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan "Zolaqlı adam" hekayəsi Əmir Mustafayevi ədəbi aləmdə daha çox tanınmasına səbəb olmuşdur.Yazıçı "Qurd ürəyi", "Ürəkdən asılan yük", "Qara zolaq" kimi romanların müəllifidir. "Qurd ürəyi" kitabında eyni adlı roman, povest və hekayələr cəmləşib. Bu hekayələrdə 1937-ci ilin repressiya qurbanlarından, onların taleyindən bəhs olunur. Habelə Əmir Mustafayev 20 povestin, 200 hekayənin və 500-dən artıq publisistik yazının və müxtəlif səpkili məqalələrin müəllifidir. Ədibin povest və hekayələri Türkiyədə, İranda, İraqda və Rusiyada çap edilmişdir. Əmək fəaliyyəti Əmir Mustaayev həm də peşəkar jurnalist idi. O, universitetin dördüncü kursunda oxuyarkən, 1957-ci ildə "Azərbaycan pioneri" qəzetinə dəvət alır və 1969-cu ilə qədər həmin mətbu orqanda ədəbi işçi və şöbə müdiri kimi fəaliyət göstərir. Daha sonra 1971-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib vəzifəsini yerinə yetirir.1976-1979-cu illərdə isə Azərbaycan Yazıçıları İttifaqının orqanı olan "Azərbaycan" jurnalında məsul katib kimi çalışmışdır. Eyni zamanda jurnalist bir il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenarist kimi çalışmış, lakin daha sonra yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasına qayıtmışdır.Əmir Mustafayev 1985-1989-cu illərdə "Azərnəşr"də bədii ədəbiyyat şöbəsində müdir, 1989- 1990-cı illərdə "Karvan" kitablar seriyası redaksiyasında məsul katib kimi çalışmışdır. Yazıçı-jurnalist 1990- 1991-ci illərdə "Respublika" qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərmişdir. Habelə o, 1991-1993-cü illərdə "Həyat" qəzetində mədəniyyət şöbəsinin müdiri, 1993- 2002-ci illərdə "Azərbaycan" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. Prezident təqaüdçüsü idi. Əmir Mustafayev 27 iyul 2007-ci ildə Bakı şəhərində vəfat etmiş, Qusar rayonunda dəfn edilmişdir. Mükafatları "Tərəqqi" medalı (1996); "Araz" ali ədəbi mükafatı; "Ustad" media mükafatı; "Kamil sənətkar" ali jurnalist mükafatı; Xarici keçidlər Bizim Əmir müəllim
https://az.wikipedia.org/w/index.php?curid=701565
Əmir Nacib
Əmir Nacib 1899-cu ildə Qazaxıstanın keçmiş Semey vilayətinin Baktı kəndində anadan olub. Öncə kənd axundundan, sonra isə Çinin Şaueşek qəsəbəsində Rusiya konsulluğunun nəzdindəki məktəbdə ilk təhsilini alıb. O, daha sonra Semeydəki Müəllimlər məktəbində təhsilini davam etdirib. Ə.Nacib dünya dillərinin sirlərinə yiyələnərək rus, ərəb və fars dillərini öyrənib. 20-dən çox türk dil və ləhcəsində sərbəst danışıb yazan Ə.Nacib filologiya elmləri doktoru, professor, Sovet Türkoloqlar Komitəsinin və Türk Dil Qurumunun üzvü olub. Əmir Nacib 1991-ci ildə vəfat edib. Xarici keçidlər Bioqrafiya Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (tat.)
https://az.wikipedia.org/w/index.php?curid=602515
Əmir Nizam
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi (1820-1900), (حسنعلی خان امیر نظام گروسی) — Əmir Nizam, dövlət xadimi, ədib, xəttat, dilçi. Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi 1820-ci ildə Urmiya vilayəti Gərrus şəhərində anadan olmuşdu. Kəbudvənd tayfasındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. 1871-ci ildə İstanbulda səfir, Sonra Kürdüstanda vali, 1883-cü ildən 1892-ci ilədək Cənubi Azərbaycanın valisi olmuşdu. Mirzə Fətəli Axundovla tanış idi. Gözəl xətti vardı. Xəttatlıq sənətinin genişlənməsinə çalışırdı. Həsənəli xan Gərrusi 1900-cü ildə vəfat edib. Pəndnaməyi-Yəhyəviyyə 1-Ahmad Ali Khan Vaziri Kermani, "History of Kerman," 2-"Amir Nezam in Embassies of France and England," Ahmad Sohali Khonsari, 3-Mohammed Jafar Mahjoub, "A Research on Thoughts, Works, and Poems of Iraj Mirza, His Family and His Ancestors." Tehran 1963 4-Amir Nezam Garrousi, "Yahyavieh" 5-Iran Religion, Politics, and Society, Collected Essays, Nikki Keddie, Frank Cass 6-Homa Katousian, "The Political Economy of Modern Iran 1926-1979," N.Y. University Press, N.Y. and London, 1981 7-Doust Ali Khan Moayer Saltaneh, " Political Elites of Iran" 8-George Nathaniel Curzon "Persia and the Problem of Persia" 9-Doust Ali Moayer El Mamalek, "Persia’s Statesmen" 10-Mohammed Hassan Khan Etemad Saltaneh, "Daily Memoirs of Etemad Saltaneh" 11-Lord George Nathaniel Curzon, " Persia and the Problem of Persia" 12-Mirzə Fətəli Axundov, Seçilmiş əsərləri, II cild, Bakı, "Elm", 1988. Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh. Xarici keçidlər HASSAN ALI KHAN GARROUSI
https://az.wikipedia.org/w/index.php?curid=180513
Əmir Nizam Evi
Əmir Nizam evi və ya Qacar muzeyi — Qacar sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində tikilmiş tarixi binalardan biri. Bina Nəsirəddin şah Qacarın dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Binada hazırda Qacar muzeyi fəaliyyət göstərir. Bina Nəsirəddin şah Qacarın hakimiyyəti dövründə Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Tarixi mənbələrə əsasən bina tikildiyi dövrdən Qacarlar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir. Uzun müddət təmir olunan bina təmirdən sonra Qacar muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. Qacar muzeyinin Təbrizdə açılmasına səbəb Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır. Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi. Binanın ərazisi 1500 m.²-dir və iki mərtəbələdiri. İçərisində hovuzlar və fəvvarələr olan iki iç və xarici həyətə malikdir. Binanın eyvanını 16 sütun saxlayır. Muzey qalereyaları Birinci mərtəbənin qalereyaları; pul, tikiş, çini, şüşə, metallar və musiqi qalereyaları. Yeraltı mərtəbənin qalereyaları; daş, silah, sərkərdələr və paşalar və memarlıq və şəhərsalma qalereyaları. Həmçinin bax Məşrutə Evi Xarici keçidlər Qacarlar muzeyi haqqında
https://az.wikipedia.org/w/index.php?curid=87800
Əmir Nizam evi
Əmir Nizam evi və ya Qacar muzeyi — Qacar sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində tikilmiş tarixi binalardan biri. Bina Nəsirəddin şah Qacarın dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Binada hazırda Qacar muzeyi fəaliyyət göstərir. Bina Nəsirəddin şah Qacarın hakimiyyəti dövründə Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Tarixi mənbələrə əsasən bina tikildiyi dövrdən Qacarlar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir. Uzun müddət təmir olunan bina təmirdən sonra Qacar muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. Qacar muzeyinin Təbrizdə açılmasına səbəb Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır. Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi. Binanın ərazisi 1500 m.²-dir və iki mərtəbələdiri. İçərisində hovuzlar və fəvvarələr olan iki iç və xarici həyətə malikdir. Binanın eyvanını 16 sütun saxlayır. Muzey qalereyaları Birinci mərtəbənin qalereyaları; pul, tikiş, çini, şüşə, metallar və musiqi qalereyaları. Yeraltı mərtəbənin qalereyaları; daş, silah, sərkərdələr və paşalar və memarlıq və şəhərsalma qalereyaları. Həmçinin bax Məşrutə Evi Xarici keçidlər Qacarlar muzeyi haqqında
https://az.wikipedia.org/w/index.php?curid=83938
Əmir Nüsrətullah Balaxanlı
Əmir Nüsrətullah Balaxanlı (1917 - 20 may 2007)—İran siyasətçisi. Əmir Nüsrətullah Məhəmmədhüseyn xan oğlu Balaxanlı 1917-ci ildə Tehran şəhərində anadan olmuşdu.Atası Talış bölgəsinin hərbi hakimi olmuşdu. Ana babası Mirzə Mahmud xan Ehtişamüssəltənədir. Əmir Nüsrətullah Balaxanlı 1950-ci ildən 1960-cı ilədək Həmədan şəhərinin meri olmuşdu. Əmir Nüsrətullah Balaxanlı İran Milli Məclisinin üzvü idi. Əmir Nüsrətullah Balaxanlı 20 may 2007-ci ildə vəfat edib. Əmir Nüsrətullah Balaxanlı Firiştə xanım Abbaspur ilə ailə qurmuşdu. Xarici keçidlər Funeral Coverage on Hegmataneh Newspaper Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine IRNA Article Arxivləşdirilib 2007-09-26 at the Wayback Machine Hamedan News Arxivləşdirilib 2010-10-17 at the Wayback Machine FarsNews Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=437235
Əmir Ohana
Əmir Ohana (ivr. אָמִיר אוֹחָנָה; 15 mart 1976, Beer-Şeva) — İsrailli hüquqşünas, keçmiş Şin Betin rəsmisi və hal-hazırda Likud üçün Knesset üzvü və İctimai Təhlükəsizlik Naziri olaraq çalışan siyasətçidir. Əvvəllər Ədliyyə naziri vəzifəsini tuturdu. Knessetin ilk açıq gey sağçı üzvü və Likuddan Knessetdə xidmət edən ilk açıq gey adamdır. O, eyni zamanda İsrail hökumətində nazir təyin edilən ilk açıq gey şəxsdir.
https://az.wikipedia.org/w/index.php?curid=646944
Əmir Pazevari
Əmir Pazivari — Mazandaranlı şairdir ki ehtimal olunur XVII əsridə yaşayıb və Mazandaran dilində şer yazıbdır. Onun çoxlu şerləri İmam Əli mədhi və həmdi dir.Bu gün, Pazivarinin şerləri bir növ oxuma formasında ki Əmiri mahnısi adlanır Mazandaran xalqı arasında yayılmışdır.Onun şerlərinin çoxu kuplet(dörd misrali) şəklindədir və "Əmir gote(Əmir deyib)" ibarəsi ilə başlanır və çox hallarda şerlər sual-cavab şəklində dir. Həmçinin bax Mazandaran dili Mazandaranlılar
https://az.wikipedia.org/w/index.php?curid=355709
Əmir Pazivari
Əmir Pazivari — Mazandaranlı şairdir ki ehtimal olunur XVII əsridə yaşayıb və Mazandaran dilində şer yazıbdır. Onun çoxlu şerləri İmam Əli mədhi və həmdi dir.Bu gün, Pazivarinin şerləri bir növ oxuma formasında ki Əmiri mahnısi adlanır Mazandaran xalqı arasında yayılmışdır.Onun şerlərinin çoxu kuplet(dörd misrali) şəklindədir və "Əmir gote(Əmir deyib)" ibarəsi ilə başlanır və çox hallarda şerlər sual-cavab şəklində dir. Həmçinin bax Mazandaran dili Mazandaranlılar
https://az.wikipedia.org/w/index.php?curid=256852
Əmir Peretz
Əmir Peretz (ivr. עָמִיר פֶּרֶץ) — hazırda İşçi Partiyasının lideri və partiyanın Knesset üzvü olaraq çalışan bir İsrail siyasətçisidir. Hal hazırda İsrailin İqtisadiyyat Naziri vəzifəsini icra edir. 1988-ci ildən bəri demək olar ki, fasiləsiz Knesset üzvü olmaqla yanaşı, Müdafiə naziri və Ətraf Mühitin Mühafizəsi Naziri vəzifələrini icra etdi, 1995-2006-cı illər arasında Histadrut həmkarlar ittifaqı federasiyasına rəhbərlik etdi. 1999-cu ildə 2004-cü ildə yenidən İşə birləşdirilməyə qədər rəhbərlik etdiyi öz partiyası olan Bir Millət qurmaq üçün Əməkdən ayrıldı.
https://az.wikipedia.org/w/index.php?curid=653118
Əmir Pəhləvan
Əmir Pəhləvan — Azərbaycan dramaturqu, Qazaxıstan və Qırğızıstan Respublikalarının Dövlət Mükafatları Laureatı. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan (Hacılı Əmir Pəhlivan oğlu) 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Cəlil Məmmədquluzadə adına Şahbuz rayon orta məktəbini bitirib (1976), Rusiyanin Novosibirsk vilayətində əsgəri xidmətdə olub (1977-1979), Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1980-1985). Eyni zamanda Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında "Gəncliyin səsi" proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb (1981), "Baku", "Bakı" axşam qəzetlərində (1985-1988), "Azərbaycan müəllimi" qəzetində (1988-1990) müxbir işləyib, "İlham" qəzetinin təsisçisi və baş redaktoru olub (1990). 1985-ci ildə Əmir ali məktəbin sonuncu kursunu bitirməmiş "Bakı", "Baku" axşam qəzetlərinə müxbir kimi işə götürülür. Buradan o, "Azərbaycan müəllimi" qəzetinə dəvət olunur. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınan Əmir Pəhləvanın "O ay bir də doğmayacaq" adlı ilk kitabı çapdan çıxır. 1990-cı ildə "İlham" mədəniyyət qəzetini təsis edərək baş redaktoru olur. Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə Əmirin bütün yazılarında xalqın sərt və dönümsüz "alın yazısı", "qisməti" diqqət mərkəzinə çəkilir. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq qismətə boyun əyməkdən qaçırlar. O, bütün bunları, sadəcə, təsvir eləmir, çəkilən əzablara, iztirablara, məşəqqətə qoşulur, inanır ki, qismətdən "yuxarı" ulu bir varlıq var! Belə bir qismət publicist, yazıçı - şair Əmir Pəhləvanı zamanın axarı ilə kinoya gətirir. Daha doğrusu, o, qəzetdə "deyə bilmədiklərini" ekran dili ilə dünyaya çatdırır. "Step LTD" kinoşirkətini təsis edir (1995), şirkətin xəttilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Svilizasiya beşiyi – Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru olur. O, bu filmlərində tariximizin, taleyimizin maraqlı səhifələrini canlandırmışdır. Əmir Pəhləvan qərbləşməyə Paris dəbi kimi baxanların içində mədəni köləliyi "Fransız" adlı filmi ilə damğalayır. Növbəti "Qarabağ şikəstəsi" filmi ilə o, Azərbaycanın acı taleyini, qismətinə qaçqınlıq düşmüş insanların vətən nisgilini incə bir yumorla ekrana gətirir. Bu filmlər yeniləşən Azərbaycanda sovet kino incəsənətinin standart stereotiplərini və şablonçuluğunu dağıdaraq milli kinomuza, dramaturgiyamıza yenilik gətirir. Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallara çıxmış və ölkənin kino sənətini bu və digər dərəcədə təmsil etmişdir. 1998-ci ildə ABŞ-nin Kaliforniya ştatında milli atributlarımızdan olan Bayrağımıza həsr etdiyi "Spasibo" adlı bədii filmi Hollivud sənədli filmlər festivalında mükafata layiq görülmüş və Los-Ancelesin 18 telekanalında yayımlanmışdır. "Bakı nefti və Nobellər" adlı üçhissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən "Üç qitə" kinofestivalında 2 medala layiq görülmüşdür. Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanmışdır. 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabi keçmiş possovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunub. "Bakılı Nobel", "Neft taleli Nobel",“Ayrılıq”, “Səfir” "İsa, Məryəm və Sona" sənədli romanları, "Bakı nefti və Nobellər" üçhissəli sənədli filmi DVD formasında Almaniyada işıq üzü görərək, yüksək tirajla dünya oxucularına və tamaşaçılarına təqdim edilib. BU GÜN AMERIKADA NƏŞR OLUNAN ƏN NÜFUZLU ƏDƏBİ-BƏDİİ MƏTBUAT DƏRGİSİ - "DÜNYA ƏDƏBİYYATI BU GÜN" JURNALI POSTSOVET MƏKANDA 42 YAZIÇININ ƏSƏRLƏRİNI TƏBLİĞ VƏ TƏQDİR EDİR.ONLARDAN BİRİ DƏ MƏHZ ƏMİR PƏHLƏVANDIR. Azərbaycanda ən çox oxunan kitabları: “Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlər”, “Türklüyün yol xəritəsi”, “O Ay bir də doğmayacaq”, “Yaşamağı bacarmaq lazımdır”, “Vətən dahiləri” ( l – ll hissə ) "İnsan və İblis" pyesi Bakı Bələdiyyə Teatrında (1999), "İstədiyim yar idi…" librettosu Musiqili Komediya Teatrında (2009) səhnələşdirilib. Qırğızıstan, Qazaxıstan və Quzey Kibriz Türk Cümhuriyyətlərinin Dövlət mükafatları Laureatidır. Qırğızıstan Respublikasının “Manas” mükafatçısıdır. Filmoqrafiya "Fransız" (bədii film, 1995) Qarabağ şikəstəsi (bədii film, 1996) Spasibo (bədii film, 1998) Qız qalası (bədii film, 2000) "Bakı nefti və Nobellər" (3 hissəli sənədli film, 1999) "Avtoritet" (sənədli film, 2003) "Göyçay yəhudiləri" (sənədli film, 2003) "Tahirə" (sənədli film, 2000) "Svilizasiya beşiyi Çin" (sənədli film, 1998) "Şəhriyar" (reklam çarxı filmi, 2000) "Ayka" (sənədli film, 2000) Teatr tamaşaları "İnsan və İblis" - Pyesi - Bakı Bələdiyyə Teatrı, Bakı - 1999. "İstədiyim yar idi" - Librettosu - Musiqili Komediya, Teatrı, Bakı - 2011. "Henrix və Leyla" - Librettosu - Opera Balet Teatrı, Berlin (Almaniya) - 2018. "Sevənlərindi dünya" - Librettosu - Akademik Müsiqili Teatr, Bakı - 2022.
https://az.wikipedia.org/w/index.php?curid=34475
Əmir Qalanoyi
Əmir (Ərdəşir) Qalanoyi (fars. امیر (اردشیر) قلعه‌نویی; 9 iyul 1964, Tehran, İran) — İranın tanınmış futbol məşqçisi. O keçmişdə İran milli futbol komandasının və Tehranın İstiqlal klubunun yarımmüdafiəçisi olmuşdur. Peşəkar futbolçu karyerasını bitirdikdən sonra İran milli futbol komandasının, İstiqlal, Sepahan klublarının baş məşqçi olmuşdur. Hazırda Təbrizin Traktor Sazi klubunun baş məşqçisidir. İran futbol çempionatının ən ünlü baş məşqçilərindəndir. Qalanoyi İstiqlal ilə uğur qazandıqdan sonra, Sepahan klubunu da iki dəfə ardıcıl olaraq çempion etmişdir. Qalanoyinın Traktor Saziyə gəlməsi Traktor Sazi klubu 2009-cu ildə İran futbol çempionatının yüksək liqasına qayıdan sonra iki il Fəraz Kəmalvəndin məşqçiliyi ilə 7-ci və 5-ci yerləri tutmuşdur. İkinci il klubun Asiya klublararası çempionata düşə bilməməsi azarkeşlərin narazılığına səbəb oldu. Bu vaxt Traktor Sazi artıq İranın ən çox azarkeşi olan futbol klubu idi. Digər tərəfdən Əmir Qalanoyi də azarkeş kütləsi çox olan klublara baş məşqçilik etmişdi və həm də o arada Sepahan ilə maliyyə razılığı əldə olunmamışdı. Bu arada İran Futbol Federasiyası da Fəraz Kəmalvəndə Təbriz klubunda fəaliyyətini davam etdirməyə icazə vermədi. Bunun nəticəsi olaraq Traktor Sazi Əmir Qalanoyi 800 milyon tümən (800 000 ABŞ dolları) həcmində razılaşma imzaladı. Bu qərar Təbrizdə böyük coşğu ilə qarşılandı və on minlərlə Traktor Sazi azarkeşi Əmir Qalanoyi öz şəhərlərində qarşılamağa çıxdılar. Əmir Qalanoyi Təbriz klubu haqqında bunları deyir: "Traktor Sazidə məşqçilik böyük fəxrdir. Azərbaycanda olmağımdan məmnunluq duyuram. Traktor Sazi azarkeşlərinin təkcə İranda deyil, bəlkə də bütün dünyada tayı-bərabəri yoxdur. Mən hava limanında gözəl səhnələr gördüm və özümü gənc hiss etdim. Traktor Sazidən daha bir güclü komanda düzətməliyik."
https://az.wikipedia.org/w/index.php?curid=200829
Əmir Qurbanov
Əmir Qurbanov 23 dekabr 1909-cu ildə Rusiya İmperiyasının Dağıstan vilayəti, Teymurxanşura uyezdi, Teben Cenqutay aulunda yoxsul kəndli ailəsində doğulmuşdur. Milliyyətcə qumuq türküdür. 1916-cı ildə, yeddi yaşında olarkən anası Daqibatı itirmişdir. Bir qədər sonra Denikin ordusuna qarşı vətəndaş müharibəsinə qoşulan atası Abakar ağır yaralanmış və 1920-ci ildə vəfat etmişdir. Beləliklə, ailənin iki oğul və beş bacıdan ibarət yeddi üzvü yetim qalmışdır. 1921-ci ildə Əmir Teben Dequtay aulundakı uşaq evinə sığınmış, iki ildən sonra onu Buynaks uşaq evinə köçürmüşlər. 1925-ci ildə o, Buynaksk Pedaqoşi Məktəbinə daxil olmuş, az sonra Buynaksk Teatr Texnikumuna dəyişilmiş və 1930-cu ildə həmin məktəbi bitirmişdir. Daha sonra Leninqrad İncəsənət Akademiyasının nəzdində fəhlə bölməsini bitirmiş,məzun olduqdan sonra 1932-1937-ci illərdə Qumuq Musiqili Dram Teatrında rejissor kimi fəaliyyət göstərmişdir. Əmir Qurbanov 1937-ci ilin oktyabr ayında NKVD tərəfindən həbs edilərək repressiyaya məruz qalmış və Sibirə sürgün edilmişdir. 1944-cü ilin əvvəlində sürgündən azad edilərək vətənə dönmüşdür. 1947-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir. Bu dövrdə o artıq kifayət qədər tanınmış dramaturq, nasir və aktyor idi. Ömrünün sonuna qədər teatr fəaliyyətindən uzaqlaşmamışdır. Həyat yoldaşı Uşkiyat Surxay qızı Səfərəliyeva Qumuq Musiqili Dram Teatrının aktrisası olmuşdur. Daha çox komik rolların ifaçısı kimi tanınmışdır. Əmir Qurbanov 1937-ci ildə həbs edildikdən sonra Uşkiyat xanım ərinin azad edilməsi ilə bağlı gərgin mübarizə aparmış, Kremlə çoxlu sayda şikayət məktubları yazmış, Moskvaya gedərək SSRİ Ali Sovetinin sədri Mixail Kalininlə görüşmüşdür. Bu işdə ona görkəmli qumuq müğənnisi Tatam Muradov dəstək olmuşdur. Uşkiyat Səfərəliyeva 1960-cı ildə Dağıstan MSSR-in Xalq artisti adına layiq görülmüşdür. Əmir Qurbanov həyatının son illəri özünü xəstə, yorğun, əsəbi hiss etmiş, bu isə onun yaradıcılıq fəaliyyətinə təsirsiz qalmamışdır. 12 iyul 1966-ci ildə Mahaçqaladakı mənzilində müəmmalı şəkildə dünyasını dəyişmişdir. Bəziləri onun elektrik vurmasından, bəziləri isə bilinməyən hansısa qəsd hadisəsindən öldüyünü təxmin edirlər. Yaradıcılığı Əmir Qurbanov bədii yaradıcılığa 1929-cu ildə başlamışdır. O, kumık və Dağıstan teatrının yaradıcılığarından və təşkilatçılarından biridir. Əmir Qurbanov Qafqazda sosialist inqilabinın problemlərə, vətəndaş müharibəsinə və kolxoz quruculuğuna həsr olunmuş otuzdan çox tamaşanın müəllifidir. Onun pyesləri Alim Paşa Salavatov adına Qumuq Musiqili Dram Teatrında, həmçinin bir sıra Dağıstan teatrlarında və Şimali Qafqaz teatrlarında səhnəyə qoyulmuşdur. Əmir Qurbanov, eyni zamanda, 1960-cı ildə nəşr olunan ilk "Dağıstan dramaturqlarının pyesləri" toplusunun tərtibçisidir. O, həmçinin, tamaşaçıların diqqətini əsasən personajın daxili dünyasına yönəldən, qəhrəmanı canlı şəkildə ifadə etməyə çalışan güclü obrazlar yaratmış, istedadlı, olduqca yaradıcı bir teatr aktyorudur. Bir aktyor kimi, Dağıstan, rus və Qərb klassiklərinin əsərlərindəki obrazların unudulmaz səhnə həyatını yarad bilmişdir. Bunların içərisində Nadirşah (M. Xurşilov, "Andalal"), Bolat (A. Salavatov, "Qırmızı partizanlar"), Barxudar (A. Şirvanzadə, "Namus"), Musa (M.Lermontov, "İspanlar"), Otello (Şekspir, "Otello"), Jevakin (N.V. Qoqol, "Evlilik"), Alıpkaç (Mətn Rüstəmovun, musiqisi Həsənovun “Ağacın altında” əsəri), Hacı Murad (L.M. Tolstoy, “Hacı Murad”) və b. obrazlar daha çox diqqəti çəkir. Müəllifin bir neçə nəsr əsəri, xüsusilə “Dağ ətəyində” (1963) povesti ona uğur gətirmişdir. Mükafatları Birinci respublika mükafatı (1934) Qırmızı Əmək Bayrağı ordeni Dağıstan MSSR-in Əməkdar İncəsənət xadimi (1955) Dağıstan MSSR-in Xalq artisti (1959) Dağıstan MSSR-in Ali Sovetinin Fəxri-fərmanı
https://az.wikipedia.org/w/index.php?curid=683769
Əmir Qəmərəddin Duqlat
Əmir Qəmərəddin Duqlat(fars. قمر الدین) — Moğolustanın hakimi. Əmir Qəmərəddin Moğolustanda məşhur olan Duqlat tayfasındandır. 1364-cü ildə təsirli nüfuza malik olmuşdu. 1366-cı ildə Şərqi Cığatay hakimi, Tuğluqteymurlu sülaləsindən İlyas xocanı devirib, öldürdü. 1375-ci ildə Əmir Teymurla vuruşub, Əndicanın ətrafını taladı. Nə Əmir Qəmərəddin Duqlat Əmir Teymur Barlası, nə də Əmir Teymur Əmir Qəmərəddini darmadağın edə bilirdi. Əmir Qəmərəddin onun sonuna çıxmaq üçün Qızıl Orda hakimi Toxtamışla əlaqəyə girmişdi. Əmir Teymur 1390-cı ildə Əmir Qəmərəddin Duqlatı döyüşdə məğlub etdi. Əmir Qəmərəddin Duqlat İrtış ətrafına qaçdı. Həmin çağdan onun haqqında bir tarixi məlumat yoxdur.
https://az.wikipedia.org/w/index.php?curid=442891
Əmir Rrəhmani
Əmir Rrəhmani (24 fevral 1994, Priştina) — Kosovalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Kosovo milli futbol komandasının mərkəz müdafiəçisi və Kosovo milli futbol komandasının kapitanı. Əmir Rrahmani futbolçu karyerasına Kosovo Superliqasında çıxış edən "Drenica" klubunda başlayıb. Buradakı gözəl oyunundan sonra bir sıra Alban klubları onunla maraqlanıb, nəticədə Rrahmani 2013-cü ilin iyulunda Tirananın "Partizani" klubu ilə müqavilə imzalayıb. 2014–2015 mövsümundə "Albaniya Superliqası"nda mövsümun istedadlı oyunçusu seçilir.Albaniyada 2 mövsüm oynadıqdan sonra Rrahmani 2015-ci ilin yayında Xorvatiyanın "Split" klubuna keçdi.2016-cı ildə futbolçu Xorvatiyanın digər klubu "Dinamo Zaqreb" klubuna keçir. "Dinamo Zaqreb"in bu transfer üçun 1,6 milyon avro transfer haqqı ödədiyi bildirilir. "Dinamo Zaqreb"ə transfer olunduqdan səkkiz gün sonra Rrahmani bir mövsümlük icarə əsasında Xorvatiyanın Birinci Futbol Liqasının digər komandası "Lokomotiva" klubuna qoşuldu.26 iyun 2019-cu ildə Rrahmani, 2 milyon avroya, dörd illik müqavilə əsasında İtaliyanın "Hellas Verona" komandasına qoşuldu.20 yanvar 2020-ci ildə Rrahmani 14 milyon avroya "Napoli"yə transfer olunur. Karyera statistikası Sonuncu dəfə 29 yanvar 2023 tarixində yeniləndi
https://az.wikipedia.org/w/index.php?curid=783853
Əmir Rüstəmov
Əmir Məmməd oğlu Rüstəmov (10 (23) dekabr 1909, Şuşa – 13 aprel 1979, Bakı)—general-mayor. Əmir Məmməd oğlu Rüstəmov 5 dekabr 1909-cu ildə Şuşa şəhərində doğulmuşdu. Kiçik yaşlarından ailəsi ilə birlikdə Aşqabada köçmüşdü. İnşaat texnikumunu bitirdikdən sonra (1931) SSRİ Baş Pambıqçılıq Komitəsinin Tacikistan SSR tikinti trestində mühəndis işləmişdir. 1932-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1937-ci ilə qədər Orta Asiyada müxtəlif hərbi dəstələrin tərkibində basmaçıların qalıqlarına qarşı mübarizə aparmışdır. 1941-ci ildə V. V. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasını bitirmişdir. 1942–1943-cü illərdə Rostov altında, Qafqaz uğrunda gedən vuruşlarda fəal iştirak etmişdir. Böyük Vətən müharibəsindən sonra Quru qoşunların mühəndis xidməti qərargahı əməliyyat söbəsinin rəisi təyin olunmuşdur. 1952-ci ildə K. J. Voroşilov adına Hərbi Akademiyanı bitirmişdir. Almaniyada Sovet qoşunları qrupunun tərkibində ordu mühəndis qoşunlarının rəisi (1952–56), Sibir Hərbi Dairənin mühəndis qoşunlarının rəisi (1956–66), V. V. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasında kafedra rəisi (1966–69) işləmişdir. 1969-cu ildə ehtiyata buraxılmışdır. Mükafatları Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur. Ənvər Çingizoğlu, Rüstəmovlar, "Soy" elmi-kütləvi dərgi, 2009, № 12, səh.51–54
https://az.wikipedia.org/w/index.php?curid=480165
Əmir Saltuq qübbəsi
Əmir Saltuq qübbəsi — Ərzurumda, Çiftə minarəli mədrsənin arxasında, Üç qübbə adlanan tarixi abidənin ən böyüyü və ən əhəmiyyətlisidir. Tikilmə tarixi və kimin tikdirdiyi dəqiq müəyyən deyil. Amma Saltuqlu hökmdarı Əmir Saltuqa aid olduğu və XII əsrin sonlarında inşa edirildiyi qəbul edilir. Bir oturtmalı bünövrə üstündə yüksələn birbaşa zəmindən başlayan səkkizbucaqlı prizma formasındadır. Uzunluğu 4,75 metri aşan səkkizbucaqlı kənarı, yuxarıda üçbucaq bir alınlıqla bitir. Bu alınlıqlar qübbə ətraflı dolanan qırıqlığı bir xətt meydana gətirər. Bunların üstündə 45 sm qədər geri çəkilmiş olaraq silindrik bir blok yüksəlir. Külah konisi altda daha dik bir əymə ilə başlayırsa da, yüksəkliyinin yarısında daha ikisini bir hal alır. Bu keçid birdən olmadığı üçün ortaya bir qırıqlıq çıxmamış, papaq quruluşlu bir qübbə görünüşü almışdır. Hər gövdə divarının tam ortasında, çoxbucaqlı bir sütunla ayrılmış bir pəncərə cütlükləri vardır. Bu ikili pəncərələrin üstləri də iki kəmərlə keçilmişdir. Kəmərləri dolanıb söyən boyunca iki tərəfdən aşağıya enən bir silmə, pəncərələrin döşəmə xəttinə çatdıqda üfüqi olur və bütün quruluşu dolanır. Pəncərələrdən ara istiqamətlərə baxan dörd dənəsi tamamilə kardır; ana istiqamətlərə baxan dörd dənəsinin içində isə mazgal dəliyi formasında bir yarıq var, qübbə içi bunlarla işıqlanır. Şimal üzündəki pəncərə cütünün altında qapı vardır. Qapının dərhal arxasındakı kiçik bir nərdivanla cənazəliyə enirlər. Bu Anadoluda başqa heç bir qübbədə görünməyən bir xüsusiyyətdir. Cənazəlik qatı təxminən 4,5 m x 5,5 m ölçüsündədir və bir beşik tonozla örtülüdür. Üst qat, quruluşun xarici kimi səkkizbucaqlı formalıdır. İçəridə mehrab yoxdur. 6 metrdən hündür olan bir yüksəklikdə divarları ətraflı dolanan üfüqi bir silmədən sonra, künclərdəki dilimli kiçik tromplarla qübbəyə keçilər.
https://az.wikipedia.org/w/index.php?curid=456687
Əmir Sultan məscidi
Əmr Sultan məscidi (türk. Emir Sultan Camii) — Türkiyənin Bursa şəhərində yerləşən məscid. İlk dəfə 14-cü əsrdə inşa edilən məscid Osmanlı sultanı III Səlimin göstərişi ilə 1804-cü ildə bərpa edilmişdır. Əsil adı Şəmsəddin Mehmed Əli əl-Hüseyin əl Buxari olan Əmir Sultan Buxaralı dərviş və alim, eyni zamanda Osmanlı sultanı Sultan I Bəyazidin müşaviri və kürəkəni idi.Məscid ilk dəfə inşa edilərkən tək günbəzli olmuş, 1507-ci ildə məscidə həyət ve üç qübbəli portik əlavə edilmişdir. Əmir Sultanın adını daşıyan və Bursanın eyniadlı səmtində yerləşən indiki məscid 14-cü əsr aid orijinal abidənin 1766-cı il zəlzələsində dağılmasından sonra inşa edilmişdir. Abidənin orijinal material və yeri olduğu kimi saxlanılsa da, yeni məscid 19-cu əsrdə Osmanlı imperiyasında dəbə girmiş barokko üslubunda tikilmişdir. 1855 -ci il Bursa zəlzələsindən sonra zərər görən məscid və türbə 1868 -ci ildə (hicri 1285) sultan Əbdüləziz tərəfindən yenidən qurulmuşdur. Məscid və məqbərə girişində böyük hovuz olan böyük bir həyətin əks tərəflərində yerləşir. Həyətin girişləri şərqdə və qərbdədir və məscid və məqbərəyə həyətdən daxil olmaq mümkündür. Həyəti sivri tağları olan taxtadan çardaq əhatə edir və tikililərə aparan hissədə qalxaraq hər iki tərəfdə hündür qübbəli portal yaradır. Məscid şimal künclərində iki minarəsi var. Əmir Sultan və ailəsinin məzarlarını ehtiva edən türbə isə mərkəzdəki qübbəli otaqdan və onun yan tərəfindəki kiçik otaqlardan ibarətdir. Həyətin şimal küncündəki digər otaqlar imamların istifadəsinə verilmişdir. Təpənin aşağı tərəfini köhnə bir qəbiristanlıq əhatə edir. Əmir Sultanın həyat yoldaşı və I Bəyazidin qızı Hundi Xarun məscidin cənubunda hamam tikdirmişdir. Kompleksin ətrafında çoxsaylı tarixi çeşmə var və onlardan ən qədimi 1743-cü ilə aiddir. İznik və Bursada düzbucaqlı pəncərələri çoxsaylı müqarna və Rumi motivləri ilə bəzədilən Əmir Sultan məscidinin mehrabı XVII əsrdə İznik çiniləri ilə tikilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=714215
Əmir Surğan Sulduz
Əmir Surğan Sulduz (1310-1344), Elxanlı əmiri, Əmir Çoban Sulduz və Sultan Satıbəy xatunun oğlu. Azərbaycan tarixində səhifə açmış şəxsiyyətlərdən biri də Əmir Çoban Sulduz (?-1328) idi. Əmir Çobanın doqquz oğlu vardı. Bunlardan biri Əmir Surğan ana tərəfdən Çingizoğulları uruğuna bağlı idi. Onun anası Satıbəy xatun Sultan Məhəmməd Xudabəndə Olcaytu xan Elxanın (1304–1316) qızıydı. Əmir Surğanın adı ilkin mənbələrdə Suyurqan kimi də yazılır. Əmir Surqan Sulduzun anası Satıbəy xatın 1339-cu ildən 1340-cı ilədək Azərbaycanın hakimi olmuşdu. Qardaş-qohumları isə elxanlılar dövlətinin ictimai-siyasi yaşamında mühüm rol oynamışdılar. Sulduz elinin, Çobanlı soyunun tarixi haqqında tariximizdə kifayət qədər bilgi olduğundan ətraflı söhbətdən yan keçib, Əmir Surğanın tarixçəsi ilə kifayətlənəcəyik. 1334-cü ildə Qarabağ hakimi Məhəmməd bəy Quşçu bir sıra əmirlərə ittifaqa girib Sultaniyyədə Əbu Səidə qarşı iğtişaş qaldırdı və son nəticədə tutularaq həbs olundu. Qarabağın idarəsi əmir Surğan Sulduza tapşırıldı. 1335-ci il Qarabağ tarixində əlamətdar ilə çevirildi. Qızıl Orda qoşunlarının növbəti hücumunun qarşısını almaq və düşmənə ciddi zərbə endirmək məqsədi il Əbu Səid Bağdad, Diyarbəkr və s. vilayətlərin qoşun hissələrini Arrana topladı və özü də dövlət əyanları ilə Qarabağa gəldi. Lakin, o, feodal ara çəkişmələrinin qurbanı olur və zəhərlənərək öldürüldü. Fövqəladə vəziyyətlə əlaqədar vəzir Qiyasəddin Rəşidinin başçılığı ilə Əkrənc (Öyrənc bəy Uyqur), Artuqşah bin Ələğu, Surğan və s. əmirlər və dövlət əyanları Qarabağda təcili olaraq Arpa Kavunu padşah elan edirlər. Arpa xan Özbəyin hücumunun qaşısını aldı və Qarabağda məskən saldı. Həmin ildə o, qoşunla Qarabağdan Marağaya getdi və Musa xana qarşı mübarizə apardı. Əmir Surğanın anası elxan Arpa Kavunla evləndiyindən işi daha da irəlilədi. Sultan Əbu Səidin ölümündən sonra mərkəzi dövlətin tənəzülə uğraması, parçalanması və nəhayət, süqutu Qarabağa da öz təsrini göstərmişdi. Qarabağ hakimi əmir Surğan və anası Satıbəy xatun Hülakular dövlətində şiddətlənən feodal ara müharibələrinin fəal iştirakçılarına çevrilirlər və demək olar ki, ən mühüm məsələlərdə həlledici mövqe tuturdular. Bu, ilk növbədə, Sultan Olcaytunun qızı, Əbu Səidin bacısı Satıbəy xatunun Hülakular dövlətinin hüquqi sahibi və taxt-tacın yeganə varisi olması ilə bağlı idi. Əmir Surğan Musa xanın dayağı olan Əli Padşah Oyrota qarşı bir neçə dəfə vuruşmuşdu. Tarixçi Həmdullah Mustovfi Qəzvini yazır: "Vəzir öz dövlətilç qürrələnib Arpa Kavunu əmir Çobanın oğlu əmir Surğan və başqa əmirlərlə birlikdə çoxlu qoşunla Arran Qarabağından onların döyüşünə getməyə şirnikləndirdi. Onlar təcili olaraq (yola düşdülər) və Marağa vilayətində Cağatu çayının yanında onlara (Əli Padişahın qoşununa) çatdılar, (vəzir) güclü düşməni aciz sandı. 736-cı ilin ramazan ayının 17-də çərşənbə günü (24.IV.1336), vəzirin tale ulduzu sayılan Müştəridin alovlandığı bir gündə vuruşmağa başladılar. Vəzir dalbadal səhv etdi, (belə) ki, o, vuruşma zamanı Arpa Kavunu mərkəz cəbhədə qoyub özü sol cinahda dayandı. Arpa Kavunun və bəxtiyar vəzirin tərəfində çoxlu, saysız-hesabsız, təlim görmuş qoşun hissələri olmasına baxmayaraq, Allahın nəzəri və asimanın nüsrəti (icazəsi) o tərəfə idi". Əmir Surğan Sulduz bu savaşda məğlub olub Gürcüstana çəkilmişdi. Əmir Surğan Məhəmməd xan və onun himayədarı olan Şeyx Həsən Cəlair ilə ittifaq bağlayıb Musa xana qarşı mübarizə apardı və qələbə əldə olunduqdan sonra yenidən Qarabağın idarəsi ona tapşırıldı. Tarixçi Həmdullah Mustovfi Qəzvini yazır: "Ilk döyüşdə əmir Ukrənc, Mahmud Əsən Qutluq və başqaları Musa xana və əmir Əli Padşaha nifrət etdiklərindən onlardan üz döndərdilər və onları çətin vəziyyətə qoydular. Surğan, Hacı Tuğay və başqaları əmir Əli Padişah və Oyrat qəbiləsi ilə vuruşmağa başladılar, onları öz yerlərindən çıxartdılar, Əli Padişahı və o qəbilədən bir çoxlarını öldürdülər. Musa xan başqa Oyrat əmirləri ilə qaçdı".Əmir Surğan bu savaşdan sonra anasını da götürüb Muğana getmiş, ordan da Qarabağa adlamışdı. Əmir Şeyx Həsən Cəlair eyş-işrətə qurşandığından Azərbaycanın adlı-sanlı əmirləri ondan üz döndərmişdilər. Etdiklərindən peşman olan Cəlair əmiri hara gedəcəyini bilməyib sonda pənah yeri kimi Qarabağa üz tutmuşdu. Onunla Satıbəy xatun və Əmir Surğan arasında əhd-əlaqələr yenilənmiş, dostluq müqaviləsi bağlanmışdı. Həmin arada Əmir Surğanın etibarı çoxalmışdı. Toğay Teymur xan onunla ittifaq bağlamışdı. O, Hacı Toğay Sutaylı ilə Musa xanın üstünə yürüş edib qalasından çıxarmış, əsir tutub Şeyx Həsən Cəlairə vermişdi. 1338-ci ildən hakimiyyət uğrunda mübarizə aparan feodal qrupları, ilk növbədə, çobanlılarla cəlairlər arasında bağlanan müqaviləyə əsasən, Qarabağ, Arranın tərkib hissəsi kimi, Satıbəy xatun və əmir Surğanın sərancamında qalır. Çox keçmədən, Qarabağ hakimi Sultan Satıbəy xatun Şeyx Həsən Çobanlının təşəbbüsü ilə Hülakular dövlətinin padşahı hesab olunur. Bu dövrdən başlayaraq Qarabağ uzun müddət çobanlıların və onların davamçıları olan əşrəfilərin fəaliyyəti ilə bağlı tarixi hadisələrin mərkəzində durmuşdu. 1339-cu ildə Şeyx Həsən Cəlair Cahan Teymur xanı (1339–1340) elxan elan edərək Satıbəy xatundan aralandı. Şeyx Həsən Çobanlı da Süleyman xanı (1340–1344) elxan taxtına əyləşdirib zorla Satıbəy xatunu ona ərə verdi. Çobanlılarla cəlairlərin mübarizəsi kəskinləşdi. 1340-cı ildə çobanlılar cəlairlərlə məsələni həll etmək qərarına gəldilər. Toplantı yeri Ucanı seçdilər. Tarixçi Həmdullah Mustovfi Qəzvini yazır: "Hicri 740-cı ilin şəvval ayına (31. III-28. IV 1340) bərabər olan xanı ilin 39-cu baharında əmir Şeyx Həsən Çobani Sultaniyyədən Ucana gəldi. Əmir Pir Hüseyn Çobani Şirazdan, xalq (arasında baş vermiş) çaxnaşmadan qaçıb gəldi və ona qoşuldu. Süleyman xan Təbrizdən, Əmir Surğan isə Qarabağdan gəlib çatdılar. Ucana çoxlu adam toplaşdı. O tərəfdən Əmir Şeyx Həsən Ulcatay Cahan Teymur xanın xidmətindlə Bağdad qoşunu ilə birlikdə onlarla (Çobanilərlə) vuruşmaq məqsədilə Azərbaycana yürüş etmişdi və Təğtu çayına qədər gəlmişdi. Bu adamlar da Ucandan onların üstünə getdilər. 740-cı ilin zilhiccə ayının son çərşənbə günü (21. IV. 1340) Təğtu ətrafında tərəflər üzləşdilər və vuruşmağa başladılar. Əmir Pir Hüseyn Çobanlı bu vuruşmada böyük igidlik göstərdi və kiçik bir dəstə ilə bağdadlıların mərkəz cəbhəsinə hücüm etdi. Onun qəhrəmanlığından şücaətlənən Çobanilərin sol cihanındakı əmirlər-İbrahimşah Sutayi, Ordu Buğa Turini, Hacı Yaqubşah Sulamişi və Mahmud Zəkəriyyə bağdadlıların sağ cinahında vuruşan Məhəmməd Isən Qutluğa, Inaq Müsafirə və başqalarına qalib gəldilər. Inaq Müsafir bu vuruşmada öldürüldü. Cahan Teymur xan, əmir Şeyx Həsən Ulcatay və Bağdad qoşunu qorxaraq geri çəkildi. Əmir Şeyx Həsən Çobani bir gün onların dalınca getdi, lakin onları tapmadığı üçün öz geri qayıtdı və qardaşı əmir Məlik Əşrəfi bir dəstə bahadırla onların ardınca göndərdi. Onlar Kənqur hüduduna kimi getdilər, (lakin) heç bir adamı tapa bilmədilər və geri döndülər. Əmir Şeyx Həsən Çobani Təlbar yolu ilə Nohəmadan şəhərinə getdi və oradan Suqurluq yolu ilə 741-ci ilin səfər ayında (27.VII.1340) Təbrizə daxil oldu. Fərmana əsasən əmir Surğanı Iraq-i Əcəm əmarətinə təyin etdilər". Əmir Surğan qardaşı Məlik Əşrəf tərəfindən tutularaq zindana salındı. Əmir Surğan Qarabağa 1343-cü ildə qayıtdı. Qardaşı Əmir Yağı Basdı ilə birləşib digər qardaşı Məlik Əşrəfə qarşı çıxdı. Məlik Əşrəf onların üstünə yürüş etdi. Şəmkir ətrafında qarşılaşdılar. Əmir Surğan və Yağı Basdı məğlub olub qaçdılar. Əmir Surğanın Qarabağda hakimiyyəti başa çatdı. 1344-cü ildə Təbrizdən qaçıb Diyarbəkirə getdi. Orda yerli hakim Əmir İlkan Cəlayır tərəfindən öldürüldü. Ənvər Çingizoğlu. Qarabağ hakimi Əmir Surğan Sulduz. "Soy" dərgisi, 9(17), 2008, səh.79-83. Ənvər Çingizoğlu. Sulduz eli. "Soy" dərgisi, Bakı, 2010. Həmçinin bax Elxanlılar dövləti Əmir Çoban Sulduz
https://az.wikipedia.org/w/index.php?curid=80759
Əmir Süleyman
Süleyman Çələbi və ya Əmir Süleyman (1377, Kütahya – 17 fevral 1411, Konstansa, Silistrə əyaləti) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri. Şahzadə Süleyman Çələbi 1377-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər.Bu mərasimin ardından babasının əmriylə Rumeliyə keçən Süleyman Çələbi sədrəzəm Çandarlı Əli Paşanın idarəsindəki Osmanlı ordusuyla indiki Bolqarıstanın şimal torpaqlarının fəthində iştirak etdi. Çox keçmədən 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Aydınoğulları bəyliyinin torpaqları Aydın sancaqbəyliyinə çevrildi və Süleyman Çələbi bölgənin idarəsinə gətirildi. Niqbolu döyüşündə (1396) iştirakının ardından 1398-ci ilin yayında Sivasa göndərilən Süleyman Çələbi burada Ağqoyunlu bəyi Qarayuluq Osman bəyi məğlub edərək bölgəni ələ keçirdi. Bu qələbəsinin ardından 1400-cü ildə Manisa və Aydın sancaqbəyliyinə gətirildi. Ankara döyüşünə də (1402) məhz bu əyalətlərdən topladığı əsgərlərlə qatılmışdır. Səltənət illəri Hakimiyyəti ələ alması Bəzi rəvayətlərə görə, Ankara döyüşündən öncə, Süleyman Çələbi atası İldırım Bəyazidə digər qardaşlarıyla birlikdə Teymurilərə ani bir basqın tərtibləməyi təklif etmiş, ancaq onun bu təklifi qəbul edilməmişdir. Döyüş zamanı Osmanlı ordusunun geri çəkildiyi əsnada sədrəzəm Çandarlı Əli Paşa, yeniçəri ağası Həsən ağa, Qara Timurtaş Paşa və Evrenos bəy kimi mühüm ordu mənsubları tərəfindən döyüş meydanından uzaqlaşdırılan Süleyman Çələbi Bursaya qaçdı. Ancaq Əmir Teymurun nəvəsi Əbubəkr Mirzənin onu təqib etdiyini anladıqdan sonra azyaşlı qardaşı Qasım Çələbi, bacısı Fatma Sultan və xəzinədən götürə bildiyi qədərini alaraq 20 avqust 1402-ci ildə Anadolu torpaqlarını tərk etdi və Gəliboluya sığındı. Burada bir müddət Əmir Teymurun Anadoludakı fəaliyyətlərini izləyən Süleyman Çələbi 1404-cü ilin əvvəllərinə qədər Anadoluya keçə bilmədi. Rumelidəki fəaliyyətləri Bu əsnada Ankara döyüşündəki məğlubiyyətdən istifadə edən Valaxiya knyazı Mirka Dunay çayı sahili boyunca bütün torpaqlarını geri almış, Moreya despotu Teodor Paloloq isə Osmanlılara aid 2 qalanı zəbt etmişdi. Süleyman Çələbi Balkanlardakı hakimiyyətini qorumaq məqsədilə Bizans, Venesiya və Genuya ilə sülhməramlı siyasət yürütdü. 20 sentyabr 1402-ci ildə Bizans imperatoru II Manuillə sülh müqaviləsi imzalayan Süleyman Çələbi Saloniki və ətraf bölgələrini Bizanslılara verməyə məcbur qaldı. Yenə həmin ilin oktyabrında Valaxiya knyazı Mirkayla bağlanan sülhə əsasən, Dunay çayı boyunca işğal edilən torpaqlar Valaxiyaya geri verildi və qarşılığında knyaz Osmanlılara illik vergi verməyə öhdəliyinə götürdü. Beləcə, şimal sərhəddində sülhü təmin edən Süleyman Çələbi bir neçə həftə sonra Serbiya despotu Stefan Lazareviç üzərinə, Evrenos bəy isə Bodonitsa bölgəsinə hücumlar tərtiblədi. Bununla Balkanlardakı Osmanlı nüfuzunu yenidən gücləndirməyi hədəfləsə də, sülhməramlı siyasətini davam etdirdi. 1403-cü ilin fevralında Bizansla sülh müqaviləsi yeniləndi. Üstəlik budəfəki sülhə Serbiya despotu Stefan Lazareviç, Rodos cəngavərləri, Genuya və Venesiya da daxil edilmişdi. Bu sülhlə Bizans imperiyası daha öncə Osmanlılara ödədikləri bütün vergilərdən azad edildi, bütün Bizans əsirləri azad edildi. Stefan Lazareviç Bizans dönəmində sahib olduğu torpaqlarını qorudu ancaq Osmanlılara əsgər təmin etməyi və illik vergi ödəməyi davam etdirdilər. Genuyalılar Qara dənizdəki ticarət koloniyaları üçün Osmanlılara ödədikləri ticarət vergisindən azad edildilər. Bu sülh müqaviləsi Süleyman Çələbinin öldüyü 1411 tarixinədək qüvvədə qaldı. Buna baxmayaraq bəzi vaxtlar Venesiya ilə münasibətlər gərginləşdi və Egey dənizindəki adalarda müxtəlif siyasi çaxnaşmalar baş verdi. Bu iğtişaşların ardından 1409-cu ilin iyununda Venesiya ilə yeni bir sülh bağlandı. Anadoludakı fəaliyyətləri Osmanlı dövlətinin Anadolu yarımadasındakı torpaqları üzərində Əmir Teymurun hakimiyyətini qəbul edən Süleyman Çələbi, o əsnada İzmir şəhərinin mühasirəsini (2 dekabr 1402 - 5 yanvar 1403) davam etdirən Əmir Teymurun göndərdiyi yarlıqla Rumelinin sultanı elan olundu. 1403 tarixli sülh müqaviləsiylə Balkanlarda müvəqqəti sülhü təmin edən Süleyman Çələbi Anadoludakı vəziyyətlə məşğul olmağa başladı. Kiçik qardaşı Mehmed Çələbi Ankara döyüşündən sonrakı ilk illərdə onun səltənətini qəbul etmiş, ancaq digər qardaşı İsa Çələbiylə Anadoluda mübarizəyə girişmişdi. İsa Çələbi isə 1402-ci ilin noyabrından etibarən Mərmərə dənizinin Anadolu sahillərində hakimiyyətini qoruyurdu. Əmir Teymurun 1403-cü ilin əvvəllərində Anadoludan geri çəkilməsinin ardından İsa Çələbiylə Mehmed Çələbi arasındakı mübarizə alovlandı. Mehmed Çələbi Ulubat yaxınlığında qardaşını məğlub edərək Bursa və İzmiti ələ keçirdi, ardından Sarıxan və Aydın bəylikləri üzərinə səfərə çıxdı. Bizans imperatoruna sığınan İsa Çələbi isə qardaşı Süleyman Çələbinin istəyilə azadlığa buraxıldı və ölümünədək Anadoludakı mübarizəsini davam etdirdi. Qardaşı Mehmed Çələbinin Bursanı ələ keçirməsinin ardından Anadoluya keçən Süleyman Çələbi 1404-cü ilin martında Bursanı hakimiyyəti altına aldı. 22 mart 1404-cü ildə Trabzona səyahət edən ispan bir səyyahın xatirələrində yazdığına görə, o əsnada Qara dəniz sahilləri və Samsun, eləcə də Ankara Süleyman Çələbinin idarəsində idi. Qısa zamanda Anadolunun böyük bir qismini hakimiyyəti altına alan Süleyman Çələbiyə qarşı müqavimət göstərə bilməyən Mehmed Çələbi ona hədiyyələr göndərərək hakimiyyətini tanımağa məcbur oldu. Ardından Anadoludakı hakimiyyətini təminat altına almaq məqsədilə azyaşlı qardaşı Qasım Çələbi və bacısı Fatma Sultanı Bizans imperatoruna girov olaraq göndərən Süleyman Çələbi Rumeliyə qayıtdı. Onun Anadoluya ikinci gəlişi isə 1405-ci ilin yayına təsadüf edir. Qardaşı Musa Çələbinin hərbi fəaliyyətləri səbəbilə Rumeliyə qayıtmağa məcbur olduğu 1410-cu ilədək təxminən 5 il Anadoluda qaldı. 1405-ci ildə Anadoluya qayıdan Süleyman Çələbi Bursada dövlət işlərindən uzaq rahat bir həyat yaşamağa başladı. Evrenos bəy idarəsindəki ordunu Qaramanoğulları üzərinə göndərdikdən sonra, o əsnada Qaramanda olan qardaşı Musa Çələbi Rumeliyə qaçdı. İlk başda bunu önəmsəməyərək Bursada qalmağa davam edən Süleyman Çələbi, qardaşının Balkanlarda nüfuz qazanmasının ardından Rumeliyə keçməyə məcbur oldu. Ədirnəyə gəldiyi əsnada Qaramanoğlu Nəsrəddin Mehmed bəyin Sivrihisar və ətraf bölgələrini ələ keçirdiyi xəbərini aldı. Qardaşı Mehmed Çələbi isə Ankara və Bursanı ələ keçirərək səltənətini elan etdi və öz adına qızıl sikkə kəsdirdi.Süleyman Çələbi 13 fevral 1410-cu ildə Yanboluda qardaşı Musa Çələbiyə məğlub olsa da, daha sonrakı toqquşmalarda 2 dəfə qalib gəldi. Ancaq Musa Çələbinin 17 fevral 1411-ci ildə Ədirnəyə tərtiblədiyi ani basqın zamanı şəhərdən qaçmağa məcbur oldu. İstanbula doğru hərəkət etdiyi əsnada Düğüncü kəndi yaxınlığında xidmətkarının xəyanətiylə kimliyi üzə çıxmış, Musa Çələbidən mükafat almaq məqsədilə kənd sakinləri tərəfindən amansızca qətlə yetirilmişdir. Ənənəyə görə, xanədan mənsublarının qanı tökülməməlidir. Bu səbəblə qardaşının amansızca qətlə yetirildiyi bu kənd Musa Çələbinin əmriylə tamamilə qılıncdan keçirildi. Ardından Süleyman Çələbinin cənazəsi Bursaya göndərilərək babası Sultan Murad Hüdavəndigarın türbəsinə dəfn edildi. … — Bizans imperatoru II Manuilin illeqal qızı Zambiya Paloloqun böyük qızıdır. 1396-cı ildə evlənmişdir. … — Bizans imperatoru V İohannın oğlu Moreya despotu Teodor Paleoloqun qızıdır. 1402-ci ilin oktyabrında evlənmişdir. Orxan Çələbi (d. 1395 - ö. 1429) — Atasının öldürülməsinin ardından bacısı ilə birlikdə Bizans imperatoruna sığındı. Ancaq daha sonra 1420-ci ildə Yenişəhər yaxınlığında ələ keçirilərək gözləriniə mil çəkildi və Bursaya göndərildi. 1429-cu ildə Bursada yayılan vəba epidemiyası səbəbilə vəfat etmişdir. Süleyman Çələbi (d. 1422, Bursa - ö. 1437, Qahirə) Fatma Hundi Xatun (d. 1424, Bursa - ö. iyul 1455, Qahirə) — 1437-ci ildə Məmlük sultanı Əşrəf Barsbayla evləndirildi. Onun ölümündən sonra digər Məmlük sultanı Seyfəddin Çaxmaqla evləndi və 4 oğlu dünyaya gəldi. Ancaq övladlarının hər biri yayılan vəba epidemiyası səbəbilə 26 mart 1449-cu ildə vəfat etdi. 1450-ci ildə boşandı və Məmlük əmirlərindən Barsbay Bucaşiylə (ö. 1455) evləndi. Xədicə Xatun — 1440-cı ildə sancaqbəylərindən biriylə evləndirilmişdir. Paşamələk Xatun (d. 1405) — qardaşı Orxan Çələbiylə birlikdə Bizans imperatoruna sığınmış, daha sonra Bursaya göndərilmişdir. 1420-ci ildə Bursada sancaqbəylərindən biriylə evləndirilmişdir. Mehmedşah Çələbi (d. 1408 - ö. 30 dekabr 1421) — Əmisi oğlu Sultan Muradın əmriylə edam edilmişdir. Ahmedî, Dâstân ve Tevârîh-i Mülûk-i Âl-i Osmân (nşr. Çiftçioğlu N. Atsız, Osmanlı Tarihleri I içinde), İstanbul 1949, s. 23-25. Fatih Devri Kaynaklarından Düstûrnâme-i Enverî: Osmanlı Tarihi Kısmı (1299-1466) (haz. Necdet Öztürk), İstanbul 2003, s. 42, ayrıca bk. hazırlayanın girişi, s. LXIV. R. G. de Clavijo, Anadolu, Orta Asya ve Timur (trc. Ömer Rıza Doğrul, s.nşr. Kâmil Doruk), İstanbul 1993, s. 29-67. J. Schiltberger, Türkler ve Tatarlar Arasında: 1394-1427 (trc. Turgut Akpınar), İstanbul 1997, s. 52-59. Dukas, Istoria turco-bizantina (ed. V. Grecu), Bucereşti 1958, s. 115-127. G. Sphrantzes, Memorii: 1401-1477, în anexa, Pseudo-Phrantzes, Macarie Melissenos Cronica 1258-1481 (ed. V. Grecu), Bucereşti 1966, s. 4, 206. Âşıkpaşazâde, Târih (Giese), s. 59-72. L. Chalkokondyles, Historiarum Demonstrationes (ed. E. Darkó), Budapestini 1922, I, 159-163. Oruç b. Âdil, Tevârîh-i Âl-i Osmân, s. 37-38. Anonim Tevârîh-i Âl-i Osman (nşr. F. Giese, haz. Nihat Azamat), İstanbul 1992, s. 37-40. Bihiştî Ahmed Sinan Çelebi, Tevârîh-i Âl-i Osmân, British Museum, Add, Or., ms. 7869 (bundan çekilmiş bir nüsha için bk. Süleymaniye Ktp., Mikrofilm Arşivi, nr. 2764, vr. 55a-b). Anonim Osmanlı Kroniği: 1299-1512 (haz. Necdet Öztürk), İstanbul 2000, s. 42-57. 16. Asırda Yazılmış Grekçe Anonim Osmanlı Tarihi: 1373-1512 (haz. Şerif Baştav), Ankara 1973, s. 107-109. Neşrî, Cihannümâ (Unat), I, 321, 323-365; II, 422-487. Hadîdî, Tevârîh-i Âl-i Osman: 1299-1523 (haz. Necdet Öztürk), İstanbul 1991, s. 115-123. İbn Kemal, Tevârîh-i Âl-i Osmân, IV, 187, 436-437. Rûhî Târîhi (TTK Belgeler, XIV/18 [1992] içinde, tıpkıbasımı ile birlikte nşr. Yaşar Yücel – Halil Erdoğan Cengiz), s. 359-472, ayrıca bk. metin. Belîğ, Güldeste, s. 40. P. Schreiner, Die Byzantinischen Kleinchroniken, Wien 1975, I, 113-114, 634. D. Balfour, Politico-Historical Work of Symeon Achibishop of Thessalonica (1416/17 to 1429), Wien 1979, s. 44. P. Wittek, Menteşe Beyliği (trc. Orhan Şaik Gökyay), Ankara 1986, s. 82-83. a.mlf. – F. Taeschner, “Die Vezirfamilie der Gandarlyzade (14./15. Jhdt) und ihre Denkmäler”, Isl., XVIII (1929), s. 89-90. N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, s. 253-278. Şevkiye İnalcık, “İbn Hacer’de Osmanlılara Dair Haberler”, DTCFD, VI/3 (1948), s. 193. E. A. Zachariadou, “Ertugrul Bey il sovrano di Teologo (Efeso)”, Atti della Società ligure di storia patria, LXXIX, Genova 1965, s. 157, 161. a.mlf., “Süleyman Çelebi in Rumeli and the Ottoman Choronicles”, Isl., LX (1983), s. 271-296. M. T. Gökbilgin, “Süleyman Çelebi”, İA, XI, 179-181.
https://az.wikipedia.org/w/index.php?curid=384246
Əmir Sərxoş
Əmir Sərxoş (ing. Amir Sarkhosh) (30 may 1991-ci il təvəllüdlü) İranlı Snuker oyunçusudur. Eyni zamanda İran milli snooker komandasının kapitanıdır. 1991-ci ildə Karajda anadan olub, 2001-ci ildə 10 yaşında, ilk dəfə ilk bilyard klubuna və inqilabdan sonra başlayan üçüncü kluba yazıldı və yeni başlayanlarla eyni klubda snooker idman növünü öyrəndi. Tehran çempionatına qatıldı və parlaqlığına görə İran yığmasına qatıldı; Hal hazırda İran milli komandasının kapitanıdır. Peşəkar həyat Amir Sarkhosh ilk komanda qızıl və bürünc medalını 2013-cü ildə Livan və Qərbi Asiyada aldı.Sarkhosh, 1/4 finalda mübarizədən kənarlaşdırılan 2017-ci il Qızıl Top 6 (IBSF) Çempionatına qatıldı.2017-ci ildə Bağlı Asiya Çempionatında uğursuz iştirakından sonra Sərxoş həvəskarlar bölməsində Dünya çempionatının finalına çıxmağı bacardı və son mərhələdə hindistanlı rəqibi Pankaj Avranini məğlub etdi.2018 Asiya Çempionatında yenidən finala vəsiqə qazandı və finalda rəqibi Əli Qarquzlunu məğlub edərək dünya çempionu oldu. Oynadığı komandalar Pakistanın Karaçi şəhərində AFC 6 Fərdi Top Snooker Çempionatı BƏƏ-nin Füceyrə şəhərində 2016-cı ilin ilk bilyard turniri İranın Təbriz şəhərində böyüklər arasında Asiya çempionu 2019-cu ildə Qətərin Doha şəhərində ilk 6 toplu Dünya Kubokunun qızıl medalı 2016-cı ildə Soheil Vahedi Asiya Çempionatı ilə Snooker Qızıl Medalı 2016 Misirdə Snooker Qızıl Medalı 2017-ci ildə Hossein Vafaei və Soheil Vahedi ilə Türkmənistanda keçirilən Asiya Oyunlarının qızıl medalı İran karvanının 2013-cü ildə Cənubi Koreyada keçirilən Incheon Bağlı Oyunlarında ilk medalı, 2013, gümüş medal Qətər Asiya 2019-da 6 toplu snooker qızıl medal Çempionatlar Xarici keçid Əmir Sərxoş — IMDb səhifəsi Əmir Sərxoş Arxivləşdirilib 2020-09-16 at the Wayback Machine (ing.) Snooker Database Əmir Sərxoş (ing.) CueTracker Əmir Sərxoş (ing.) Snooker.org
https://az.wikipedia.org/w/index.php?curid=672781
Əmir Teymur
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…], Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Adı və şəxsiyyəti Teymurun adı Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی) titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdi. Teymurun şəxsiyyəti Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri ardıcılları tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi qüdrətində əsas təməl rolunu oynayıblar. Teymur Çingiz xan kimi şəxsən bütün hərbi qüvvə təşkilatlarının təfərrüatları ilə maraqlanırdı, rəqib və onların torpaqları barədə ətraflı məlumatlar toplayırdı, öz ordusunda yüksək olan şəxsi nüfuza malik idi və tamamilə öz silahdaşlarına güvənirdi. Fərq Teymurun uğursuz şəkildə seçib vətəndaş idarəetməsinə qoyduğu insanlarda idi (Səmərqənd, Herat, Şiraz və Təbriz şəhərlərində çoxlu sayda yüksək rütbəli məmur rüşvətxorluğa görə cəzalandırılmışdı). Teymur alimlər ilə söhbət etməyi xüsusən də tarixi əsərləri dinləməyi çox sevirdi. Teymurun özünün tarixi bilikləri ilə orta əsrlər tarixçisi, filosofu və mütəfəkkiri olan İbn Xəldunu çox təəccübləndirmişdir. Teymur tarixi və əfsanəvi qəhrəmanların cəsurluqlarından danışaraq öz döyüşçülərini ruhlandırırdı. Teymur özündən sonra çoxlu sayda əzəmətli memarlıq tikililəri saxlayıb. Bunlardan bir çoxu dünya mədəniyyətinin xəzinələrinə daxildir. Teymurun tikililəri, hansıların ki, yaradılmasında şəxsən özünün fəal iştirakı olub, Teymurun bədii zövqünü nümayiş etdirib. Teymur başlıca olaraq özünün doğma şəhəri Mavəraünnəhrin çiçəklənməsi və paytaxt Səmərqəndin şöhrətlənməsi üçün böyük qayğı göstərirdi. Teymur ələ keçirdiyi bütün ölkələrdən ustaları, memarları, zərgərləri və inşaatçıları imperiyasının paytaxtı Səmərqənd, atasının vətəni Keş (Şaxrisabz), Buxara və sərhədyanı şəhər Türkistanı yenidən qurmaq üçün sözügedən yerlərə göndərirdi. Teymurun Səmərqəndə olan qayğısı onun bu məşhur cümləsində öz əksini tapıb: "Səmərqəndin üzərində həmişə mavi səma və qızıl ulduzlar olacaq". Bu insanları ancaq həyatlarının son illərində daha çox sərhədyanı bölgələrdə yerləşən şəhərlərə işləmək üçün göndərirdilər (1398-ci ildə Əfqanıstanda yeni suvarma kanalı çəkilir, 1401-ci ildə isə Cənubi Qafqazda və s.). Uşaqlıq və gənclik Teymur 1336-cı ilin 9 aprel tarixində, Mərkəzi Asiyada Keş (hal-hazırda Şaxrisabz, Özbəkistan) şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlib. Onun uşaqlıq və gənclik illəri Keşi dağlarında keçib. Gənc olarkən Teymur ov etməyi, at çapmağı, nizə tullamağı, ox atmağı və qılınc oynatmağı çox sevirdi. O, hələ uşaq olarkən hərbi oyunlara böyük maraq göstərirdi. Tarağayın yanında qulluq edən atəbəylər 10 yaşından etibarən Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayıblar. Onlar Teymura idman oyunlarını və hərb sənətinin sirlərini dərindən öyrədiblər. Teymur çox cəsur və təmkinli insan olub. Ayıq mühakimə yürütmək keyfiyyətinə malik olan Teymur ən çətin anlarda ən düzgün qərarları qəbul etməyi bacarıb. Xasiyyətinin bu xüsusiyyətləri insanları ona cəlb edirdi. Teymur barədə mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən onun siyasi fəalliyyətə başlaması ilə meydana gəlib. Hakimiyyəti Əmir Teymur 1336-cı ildə Səmərqənd yaxınlığında yerləşən Keş şəhərində anadan olub. Bu bölgə 1300-cü illərdə monqol hakimiyyəti altında idi. Həmin dövrdə türklərlə monqolların birlikdə yaşadığı və qaynayıb qarışdığı sosial mühit mövcud idi. Bu quruluşun bir təzahürü olaraq onsuz da türk mədəniyyətindən çox təsirlənmiş olan monqollar bölgədəki mənəvi mühitin də təsiri ilə İslamı qəbul etməyə başlamışdılar. Teymurun mənsub olduğu tayfa da bu mühitdən təsirlənmişdi. İlk illəri və Mavəraünnəhrin tabe edilməsi Teymur gənc yaşlarında olarkən Şərqi Türkistanda hökm sürən İli monqollarının hökmdarı Tuğluq Teymurun 1360-cı ildə Mavəraünnəhrə gəldiyi dövrlərdə burada olan bəzi bəylərin bölgəni tərk etməsinə baxmayaraq özü getməmiş və Tuğluq Teymura tabe olduğunu bildirmişdi. Qarşılığında isə atalarının mülkü olan Keş şəhəri və ətrafı ona verilmişdi. Tuğluq Teymur Mavəraünnəhrin idarəsini oğlu İlyas Xocaya vermiş, Teymuru da onun xidmətinə təyin etmişdi. İlyas Xocanın yanındakı əmirlərin pis rəftarına görə Teymur Əmir Qazağanın nəvəsi Əmir Hüseynin yanına getdi. Birlikdə Xorasana qaçarkən türkmənlər tərəfindən tutuldular və Mahanda 60 gün zindanda qaldıqdan sonra azadlığa çıxıb, Səncəri qəbiləsinin başçısı Mübarəkşahdan kömək gördükdən sonra yenidən görüşmək şərtilə ayrıldılar. Ancaq düşmən qarşısında çətin vəziyyətə düşən Sistan hakimi Məlik Fəxrəddinin onları köməyə çağırmasından sonra min nəfərlik qüvvə ilə köməyə getdilər. Məlik Fəxrəddin vədlərini yerinə yetirmədiyi üçün buradan ayrılmaq istədiklərində Sistanlılar yollarını kəsdi. Burada baş verən toqquşmada Teymur sağ əlindən ox yarası aldı. Ehtimal olunur ki, Teymurun ayağının zədələnməsi də bu döyüşdə olmuşdur.Yaraları sağaldıqdan sonra Teymur Hüseynlə birlikdə yenidən Mavəraünnəhrə gələrək Tirmiz, Bəlx və Keş şəhərlərini İlyas Xocanın adamlarının əlindən alıb özünü də məğlub etdikdən sonra qurultay toplayıb Tuva xanın nəvələrindən Qabilşah Oğlanı xan elan etdilər. Teymur Hüseynlə birlikdə uzun çəkən mübarizədən sonra Mavəraünnəhrə hakim oldular. Bu iki dost arasında Hüseynin bacısı Ulcay Türkan ağanın Teymurla evlənməsi səbəbindən qohumluq əlaqələri də yaranmışdı. Ancaq 1365-ci ildən sonra araları getdikcə soyumağa başladı. Teymurla Hüseyn arasında Mavəraünnəhrdə hakimiyyət qurmaq uğrunda mübarizə gedirdi. Əmir Hüseyn Adil xanın adına hərəkət edirdi. Teymur da buna qarşılıq olaraq Çingizlilər nəslindən Suyurqatmış xanı taxta çıxararaq Əmir Hüseynin üstünə getdi. 1370-ci ildə Bəlx şəhərində müharisəyə alınan Əmir Hüseyn tutuldu və Xutallan hakimi Əmir Keyxosrovun qardaşını öldürdüyünə görə öldürüldü. Bundan sonra Teymur bütün Mavəraünnəhrə hakim oldu. Əmir Hüseynin hərəmxanası və xəzinələri Teymurun əlinə keçdi. Əmir Hüseynin hərəmxanasından özünə seçdiyi xanımlar arasında Qazan Sultanın qızı Saray Mülk xanım da vardı. Məhz bu evlilikdən sonra Saray Mülk xanım xan qızı olduğuna görə Teymur özünə xan ailəsinin kürəkəni olduğunu bildirən Gürkan titulunu götürmüşdü. Əmir Teymurun Xarəzmə yürüşü Şimal və Qərbi Xarəzm Cuçi ulusuna, Qat və Xivə isə Çağatay ulusuna aid idi. Əmir Teymur da Çingizlilər soyundan gələn Suyurqatmış xanı taxta çıxardıqdan sonra dövləti Çağatay xanədanının adından idarə edirdi. Əmir Teymuru Konqurat oymağından Tenqüdeyin oğullarının əlində olan Xarəzm bölgəsinin ən böyük şəhərləri, Qat və Xivə maraqlandırırdı. Əmir Teymur oraya nəzarət edən Hüseyn Sufiyə elçi göndərərək bu iki şəhərin Çağatay xana aid olduğunu və bu səbəbdən oraların təhvil verilməsini istədi. Hüseyn Sufi isə cavabında bu yerləri qılıncla aldığını və kiminsə ondan bu yerləri ancaq qılıncla geri ala biləcəyini bildirdi. Bundan sonra Əmir Teymur bölgəyə qoşun yeritdi. Qat ələ keçirildi və ətraf ərazilər qarət olundu. Xarəzm mühasirəyə alındı, amma Hüseyn Sufinin mühasirə zamanı öldüyü və yerinə qardaşı Yusif Sufinin keçməsi xəbərindən sonra sülh əldə olundu.Özbək xanın soyundan olan və Xanzadə ləqəbi ilə tanınan Süyün Bek xanımla Əmir Teymurun böyük oğlu Cahangir Mirzənin evləndirilməsi qərarlaşdırıldı. Əmir Teymur 1373-cü ildə yenidən Xarəzmə hücum etdi. Bu yürüşün səbəbi Yusif Sufinin sözünü yerinə yetirməməsi və Qat vilayətinə əsgər göndərərək oranı dağıdıb əhalisini pis vəziyyətdə qoyması idi. Əmir Teymurun Xarəzm istiqamətində irəlilədiyini öyrənən Yusif Sufi narahat olmuş və sülh üçün Xanzadənin tezliklə göndərilməsini qəbul edərək toy hazırlıqlarına başlamışdı. Bu evlilik nəticəsində Əmir Teymurun böyük oğlu Cahangir Mirzə də xan nəslinə kürəkən olmuşdu. Cahangir Mirzə və Xanzadədən daha sonra Əmir Teymur tərəfindən Teymuri taxtına varis təyin olunacaq Pir Məhəmməd anadan olmuşdur.1379-cu ildə Xarəzm məsələsi yenidən alovlandı. Xarəzm hakimi Yusif Sufi Əmir Teymurun şərqdə məşğul olmağından yararlanmaq istəmiş, Buxara və ətrafına əsgər göndərmişdi. Əmir Teymur elçi göndərsə də Yusif Sufi bu elçini tutdurmuşdu. Bundan sonra Əmir Teymur hücum edərək Yusif Sufini üç ay mühasirədə saxladı. Yusif Sufinin xəstələnib ölməsi nəticəsində yerinə Süleyman Sufinin keçməsindən sonra razılıq əldə olundu və yürüş başa çatdı. Beləliklə Xarəzm bölgəsi Teymurilər dövlətinə tabe oldu, amma bir müddət sonra Toxtamışın təsiri ilə Sufi ailəsi yenidən Əmir Teymura qarşı çıxdı. Sufi ailəsinin də mənsub olduğu Konqurat boyu Xarəzmdə hakimdi. Bu boy Qızıl Ordaya yaxınlığı ilə seçilirdi. Qızıl Orda xanı Toxtamışın anası da bu boydandı. Bu boya mənsub olan əmirlərin Qızıl Ordada nüfuzu böyükdü. Hətta Əli bəy Konqurat Toxtamışın baş bəyi idi. Əmir Teymur 1371–1379-cu illərdə Xarəzmə etdiyi dörd yürüşlə bu bölgəni Teymurilər dövlətinə tabe etsə də, Sufi ailəsini və Konquratları tam şəkildə tabe etdiyini demək doğru olmazdı. Konquratlar Toxtamış xan Qızıl Orda dövlətini dirçəltdikdən sonra ona meyil etdilər və Əmir Teymur 1388-ci ildə yenidən Xarəzmə yürüş edərək bu dəfə tam olaraq Xarəzmi dağıtdı və özünə tabe etdi. Əmir Teymurun Xorasana yürüşü Əmir Teymur Xarəzm məsələsi həll olunduqdan sonra hücum istiqamətini parçalanmış vəziyyətdə olan İrana çevirdi. O dövrdə Amudərya çayından qərbə doğru bu dövlətlər mövcuddu. Mərkəzi Herat olmaqla Xorasanda Kertlər (1245–1383); mərkəzi Səbzivar olmaqla Xorasanın qərbində Sərbədarlılar; mərkəzi Gürgan olmaqla Astrabad; Bəstam, Damğan və Simnanda Toğa Teymurlular; mərkəzi Şiraz olmaqla Fars və Kirman ətrafında Müzəffərilər (1294–1393); mərkəzi Bağdad olmaqla Ərəb İraqı, Əcəm İraqı və Azərbaycan bölgələrində isə Cəlairilər dövləti hökmranlıq edirdi. Əmir Teymur Kert dövlətindən başlayaraq bütün bu bölgələri Teymurilər dövlətinə birləşdirdi. Əmir Teymur 1380-ci ildə Kertlərin hakimiyyətində olan Heratı ələ keçirdi. Daha sonra Xorasanın qərbinə irəliləyərək Sərbədarlıların mərkəzi olan Səbzivarı tutdu. 1381-ci ildə isə Əmir Vəlinin hakimiyyəti altında olan Toğa Teymurluların üstünə hücum etdi və İsfərayeni ələ keçirərək Astrabada qədər irəlilədi. Əmir Teymur geri çəkildikdən sonra Əmir Vəli yenidən ölkəsinə hakim oldu, amma 1384-cü ildə Əmir Teymurun ordusu yenidən gəldikdən sonra Azərbaycan istiqamətində qaçdı və ölkəsinin torpaqları tamamilə Teymurilər dövlətinin tərkibinə qatıldı. Əmir Teymurun üç illik yürüşü Əmir Teymur Xorasan yürüşü müddətində İranın vəziyyəti ilə daha yaxından tanış olduqdan sonra 1386-cı ildə buranı tamamilə ələ keçirməyi qərarlaşdıraraq Səmərqənddən hərəkətə başladı. Həcc ziyarətinə gedən karvanlara hücum etdiyini bəhanə edərək Luristan hakimi Məlik İzzəddin və oğullarını ələ keçirib Səmərqəndə göndərdi. Buradan Azərbaycan istiqamətində irəlilədi. Əmir Teymur Bağdad hakimi Sultan Əhməd Cəlayırın Təbriz istiqamətində irəlilədiyi xəbərini almışdı, amma Sultan Əhməd Cəlayır Əmir Teymurun onun üstünə gəldiyi xəbərini aldıqdan sonra Bağdada geri döndü. Bu səbəbdən Təbriz Əmir Teymur tərəfindən rahatlıqla ələ keçirildi. Yayı Təbrizdə keçirən Əmir Teymur sonra qəzavat məqsədilə gürcülər üzərinə hücuma keçdi. Sürməli və Qars qalalarını tutaraq dağıtdı. Naxçıvan və Qars ətrafını nəzarətə aldıqdan sonra isə Tiflisə daxil oldu. Əmir Teymur Gürcüstana etdiyi hücum zamanı müsəlman olan gürcülərə toxunmamış və hərəkətlərinə görə onları mükafatlandırmışdı. Bunu nəzərə alaraq Gürcüstana qəzavat məqsədilə gəlməsində səmimi olduğunu düşünmək olar. Əmir Teymur Tiflisi ələ keçirdikdən sonra Şirvan ətrafı əraziləri də özünə tabe edib qışı keçirmək üçün Qarabağa getdi. Əmir Teymur 1387-ci ildə İsfahana daxil oldu. İsfahanda əvvəlcə şəhərin önəmli şəxsləri, seyidlər, alimlər Əmir Teymuru qarşılamağa çıxdı və şəhərə aman verilməsi qarşılığında mal verilməsi razılaşdırıldı. Malı almaq üçün şəhərə daxil olan əsgərlərə bir qrup adam hücum elədi və hamısını öldürdülər. İsfahanlıların üsyan qaldırması səbəbindən Əmir Teymur geri döndü və üsyan yatırıldı.Əmir Teymur İsfahanı ələ keçirdikdən sonra Şiraz istiqamətində irəlilədi. Əmir Teymur Şirazda olarkən ona Toxtamışın müxaliflik edərək əsgər göndərdiyi və Səmərqənd ətrafında qarışıqlıq çıxdığı xəbəri çatdı. Bu səbəbdən o, Səmərqəndə geri döndü. Şirazın tam olaraq alınması isə Məhəmməd Müzəffər və oğullarının öldürülməsindən sonra Şirazın Əmirzadə Ömər Şeyxə soyurqal kimi verilməsi ilə başa çatdı. Əmir Teymurun Dəşt-i Qıpçaq üzərinə yürüşü Əmir Teymur Xarəzmə yürüş edərkən onun yoxluğunu fürsət bilən monqollar Mavəraünnəhrə hücum edərək qarət etməyə başlamışdılar. Əmir Teymur 1375-ci ilin sonunda Duğlat əmiri Kəmərədin üstünə hücuma keçdi, amma qış sərt keçdiyindən Səmərqəndə geri döndü. 1377-ci ildə yenidən hücuma başladı və monqol əmiri məğlub olaraq qaçdı.Çingiz xanın oğlu Cuçi xanın soyundan gələn Toxtamışın atası Ağ Orda hökmdarı Urus xan tərəfindən öldürüldükdən sonra Toxtamış 1376-cı ildə Səmərqəndə gələrək Əmir Teymura sığınmışdı. Əmir Teymurdan dəstək aldıqdan sonra Toxtamış 1377-ci ildən başlayaraq Şərqi Dəşt-i Qıpçağa yiyələndi və 1380-ci ildə Qızıl Orda dövlətində hakimiyyəti ələ keçirdi. Bu mövqeyə yüksəldikdən sonra Əmir Teymurun ona etdiyi köməkləri unutdu və onu kiçik hesab etməyə başladı. Uğur qazandıqdan sonra Qızıl Orda dövlətini keçmiş sərhədlərinə çatdırmaq üçün Əmir Teymurdan Xarəzmi geri istədi. Bu istək Əmir Teymurla münasibətlərinin gərginləşməsinə səbəb oldu. Toxtamış 1386-cı ildə qarət məqsədilə Əmir Teymurun hakimiyyəti altında olan Azərbaycana hücum etməkdən çəkinmədi və həmin il Əmir Teymurun yürüşdə olmasından istifadə edərək onun oğlu Ömər Şeyxi məğlub edib Mavəraünnəhri qarət etdi. Əmir Teymur Toxtamışın üstünə hücum etməzdən əvvəl Xarəzm istiqamətinə irəlilədi. 1388-ci ildə beşinci dəfə Xarəzmə daxil olan Əmir Teymur Toxtamışın ən önəmli dəstəkçilərindən olan Konquratlara ağır zərbə vurdu və önəmli bir müxalifini yox etdi. O, Ürgənc şəhərini ələ keçirdi və əhalisini Səmərqəndə köçürdü. Ürgənci dağıtdı və yerinə arpa əkilməsi göstərişini verdi. Bu şəhər 1391-ci ildə Əmir Teymurun Qıpçaq üzərinə yürüş etməsinə qədər dağılmış şəkildə qaldı. Qıpçaq yürüşü müddətində bərpa olunmasına göstəriş verildi.1390-cı ildə Əmir Teymur Dəşt-i Qıpçaq üzərinə irəliləmək üçün Səmərqənddən yürüşə başladı. Otrar yaxınlığındakı Qaraasman bölgəsinə çatanda Toxtamışın elçiləri gəldi. Bu görüşdə elçilər Toxtamışın üzr istədiyini çatdırdılar. Əmir Teymur isə cavabında Toxtamışdan xoş davranış görmədiyini və ona güvənmədiyini bildirdi. Əmir Teymur təhlükəsizlik məqsədilə elçiləri tutdurduqdan sonra 22 fevral 1391-ci ildə hərəkətə başladı. O, böyük məsafə qət edərək 20 iyun 1391-ci ildə Toxtamışın ordusu ilə qarşılaşmışdı. Bu müddət ərzində ordusunda baş qaldıran ciddi aclıq və susuzluq problemlərinin də öhdəsindən gəlmişdi. Əmir Teymur ordusunu ənənəvi olaraq üç yerə bölmək əvəzinə yeddi yerə bölmüşdü. Ağır keçən döyüşdən sonra Əmir Teymur qalib gəlmiş, Toxtamış isə qaçmağı bacarmışdı. Toxtamışın Əmir Teymuru ordusu ilə birlikdə Dəşt-i Qıpçağın dərinliklərinə doğru çəkib məhv etmək planı baş tutmamışdı. Əmir Teymurun beş illik yürüşü Dəşt-i Qıpçaq yürüşü müddətində İrandakı bəzi yerli hakimlər Əmir Teymurun yoxluğundan istifadə edərək ona qarşı çıxdılar. Əmir Teymur adamlarını ora göndərərək əsgər yığmalarını və döyüşə hazırlaşmaqlarını istədi. Özü isə 1392-ci ilin iyun ayında Buxaraya gəldi. Buradan Amudərya çayını keçərək Mazandarana irəlilədi və buranın qarşı çıxan hakimlərini tabe etdi. Buradan Cənubi İrana, Fars bölgəsinə irəliləyərək Müzəffərilərin üstünə hücum etdi. Şah Mənsur Əmir Teymurun hakimiyyətini tanımayaraq Şiraza çəkildi. Əmir Teymur 1393-cü ilin mart ayında ora hücuma keçdi. Şah Mənsur ağır şəkildə məğlubiyyətə uğradı və ələ keçirilib bütün xanədan üzvləri ilə birlikdə öldürüldü. Torpaqları isə Ömər Şeyxə soyurqal olaraq verildi. Mazandaran və Fars bölgələri zəbt edildikdən sonra Əmir Teymur 1393-cü ilin avqustunda Bağdad istiqamətində irəlilədi. Bağdadda Cəlairilərin sonuncu nümayəndəsi olan Sultan Əhməd Cəlayıra dəyərli hədiyyələr göndərərək tabe olmasını istədi. Əmir Teymurdan qorxan Sultan Əhməd Cəlayır bunu qəbul etdi, lakin ona qarşı gücü olmadığından Şama qaçaraq Məmlük dövlətinə sığındı. Bu səbəbdən Əmir Teymur əvvəlcə Bağdada irəlilədi. Bağdadı ələ keçirdikdən sonra Ərzincan əmiri, Qaraqoyunlu və Ağqoyunlu bəyləri və Sivas-Kayseri bölgəsinin hakimi Qazi Bürhanəddinə elçilər göndərərək tabe olmalarını bildirdi. Eyni zamanda Məmlük dövlətinə də elçi heyəti göndərmişdi. Ancaq elçilərin cavabını gözləmədən irəliləməyinə davam edərək Mosul, Mardin və Diyarbəkiri zəbt edərək Van gölünün şimalındakı Aladağa gəlmişdi. Burada olarkən Ərzincan əmiri Taharten yanına gələrək tabe olduğunu bildirmişdi. Məmlük sultanı isə Əmir Teymurun elçi heyətini öldürmüşdü. Əmir Teymur bu səbəbdən Suriya istiqamətində irəliləmək qərarını qəbul etdi, amma Qazi Bürhanəddinin səyləri nəticəsində İldırım Bəyazid, Sultan Berqoq, Toxtamış və Qazi Bürhanəddin arasında ittifaq qurulmuşdu. Ərzuruma qədər irəliləyən Əmir Teymur cənubdan Məmlüklər, şimaldan isə Toxtamışın qüvvələri arasında qalacağını düşünərək geri dönüb Toxtamışın üzərinə hücuma başladı. Geri dönərkən ilk olaraq Gürcüstanın fəth olunması ilə məşğul oldu. Bunun səbəbi isə Kral Baqratın Əmir Teymura bağlılıqdan imtina edib üsyan etməsi idi. Baqratın xəyanətindən sonra Əmir Teymur Tiflisə daxil olaraq oranı qarət etdi və bütün Kartli ilə Kaxetiya arasındakı bölgəni dağıtdı. Xristian din xadimləri və abidələrinə hücum edildi. Qırğın və qarət üst Kartlinin bütün vadilərində həyata keçirildi. 1391-ci ildə Qunduzca döyüşündə məğlub olmasına baxmayaraq Dəşt-i Qıpçaqdakı gücünü qoruyan Toxtamış Məmlük sultanı Berqoqa elçilər göndərərək Əmir Teymura qarşı onunla ittifaq qurmuşdu. Qisas almaq üçün Əmir Teymur Mardin və Diyarbəkirdə olduğu vaxt hücum edərək Dərbənddən keçmiş və Şirvanı talan eləmişdi. Gürcüstanı nəzarətə alan Əmir Teymur hazırlıqlarını tamamladıqdan sonra 1395-ci ilin fevral ayında Toxtamışın üstünə hücuma başladı. Toxtamışı birdəfəlik məğlub etmək məqsədilə irəliləyən Əmir Teymur 1395-ci ildə Terek çayı sahilində onunla qarşılaşdı. Əmir Teymur bir mühasirə həlqəsi əmələ gətirdi və bu həlqə daraldıqca ordusuna üstünlük və ruh yüksəkliyi qazandı. Əmir Teymur ordusundakı qadınlara əsgər paltarı geydirərək Terek çayı boyunca üç gün yuxarı-aşağı hərəkət etdirdi. Özü isə əsgərləri ilə birlikdə digər tərəfdən çayı keçərək Toxtamışın əsgərlərini ağır şəkildə məğlubiyyətə uğratdı. Əmir Teymur Toxtamışı məğlub etsə də onu ələ keçirə bilmədi. Toxtamışın yenidən qüvvə toplayaraq ona qarşı gəlməsinin qarşısını almaq üçün Dnepr çayı istiqamətində irəliləyərək Toxtamışa dəstək olan qəbilələri qarət etmiş, onları Balkan yarımadasına sürgün etmişdi. Əmir Teymur irəliləməyə davam edərək Həştərxan və Saray Bərkəni ciddi müqavimətlə qarşılaşmadan ələ keçirmişdi. Bu yürüşlə Qızıl Orda dövlətinə böyük zərbə vuran Əmir Teymur Qızıl Ordanın bütün gücünü demək olar ki, yox etmişdi. Əmir Teymurun Hindistan yürüşü Əmir Teymur 1398-ci ilin mart ayında Hindistan yürüşünə başladı. Bu yürüşün zahiri səbəbi kafirlərlə cihad olaraq göstərilsə də, Əmir Teymurun bu yürüşlə qazanacağı sərvətdən sonrakı yürüşlərini maliyyələşdirməsi üçün istifadə edəcəyini düşünüb hərəkətə başladığı ehtimalı güclüdür. Əmir Teymur ordusu ilə Hind və İfasis çaylarını keçdikdən sonra Pəncab və Sind bölgələrinin də mərkəzi olan Dehli istiqamətində irəlilədi. Pəncab və Sindin mərkəzi olan Dehliyə Tuğluq sülaləsindən olan II Mahmud xan hökmranlıq edirdi. Əmir Teymuru müşayət edən münəccimlər ilk dəfə uğursuzluq olacağını dedilər, amma Əmir Teymur onlara qulaq asmadı. Quran açıldı, zəfər və fəth vəd edən bir ayə çıxdı. Dehli yaxınlarında II Mahmud xanın ordusu ilə qarşılaşan Əmir Teymur Dehli sultanının ordusunu ağır məğlubiyyətə uğratdı. II Mahmud xan qaçmaqla xilas oldu. Əmir Teymurun ordusu Dehliyə daxil oldu və şəhər qarət olundu. Əmir Teymurun əlinə keçən qənimətin miqdarı o qədər çox idi ki, 90 fillə geri daşınmışdı.Sənətkar, memar və rəssamlar əsərlərini Teymurilər dövlətinin paytaxtında meydana gətirməsi üçün Səmərqəndə gətirildi. Bunlar arasında divarçılar, daşyonanlar yürüşün uğurla tamamlanmasına görə Səmərqənddə tikiləcək olan Kəbir məscidinin inşa olunmasında işləmək üçün Əmir Teymurun komandanları arasında bölüşdürüldü. Bu abidənin inşa olunmasında istifadə olunması üçün naxışlarla bəzədilmiş daşlar və hindu məbədlərindəki əşyalar Səmərqəndə daşındı.Əmir Teymur atəşpərəst hinduları Qanq çayına kimi təqib etdi. Atəşpərəstlər Qanq çayı sahilində öldürüldükdən sonra çayın qırmızı rəngdə axdığı rəvayət olunur. On iki ay davam edən yürüşdən sonra Səmərqəndə çatan Əmir Teymur bir müddət burada qaldıqdan sonra yenidən qərb istiqamətində yürüşə başladı. Əmir Teymurun yeddi illik yürüşü Əmir Teymurun 1399-cu ildə yenidən qərb istiqamətində yürüşə başlamasının səbəbi Azərbaycan tərəfdən, xüsusən də Miranşahla bağlı xoş olmayan xəbərlərin gəlməsi idi. Xorasan hakimi olduqdan sonra 1393-cü ildə Hülakü xanın taxtına təyin olunan, Azərbaycan və ətraf ərazilərin hakimliyinə gətirilən Miranşah Hindistan yürüşündə iştirak etməmişdi. Əmir Teymura isə İran və Azərbaycanda hakimiyyət boşluğu və dövlətin malının sağa-sola xərclənməsi xəbərləri çatmışdı və üstəlik görkəmli tarixçi Fəzlullah Rəşidəddinin türbəsini uçuraraq onun sümüklərini yəhudi qəbiristanlığında basdırtmışdıBu səbəbdən Əmir Teymur Hindistan yürüşündən dörd aydır ki, geri dönməsinə baxmayaraq yeni bir yürüşə başladı. Yeddi illik yürüş olaraq adlandırılsa da bu yürüş beş il davam etmişdi və Əmir Teymurun ən uzun müddət davam edən yürüşü idi. Əmir Teymur 1399–1400-cü ilin qışını Qarabağda keçirdi. Sonra Azərbaycan, Gürcüstan və İraqda nəzarəti möhkəmlətdikdən sonra Bingölə gəldi. Bundan sonra Əmir Teymurun önündə Suriya və Anadolunu ələ keçirmək üçün maneə qalmamışdı. Sivasın Əmir Teymur tərəfindən fəth olunması Əmir Teymurla İldırım Bəyazid arasındakı başlıca problemlərdən biri Ərzincan hakimi Taharten məsələsi idi. Taharten Əmir Teymurun daha əvvəlki yürüşündə onun hakimiyyətini tanımışdı. İldırım Bəyazid 1399-cu ildə başda Malatya olmaqla Kahte, Divriği və Darende qalalarını torpaqlarına daxil eləmişdi. Beləliklə Fərat çayına qədər olan torpaqlar Osmanlıların əlinə keçmişdi. Anadoludakı siyasi birliyin təmin olunması üçün növbə Fərat çayından qərbdə yerləşən Harput, Diyarbəkir, Ərzincan və Ərzuruma gəlmişdi. İldırım Bəyazid Ərzincan əmirinə ona tabe olmasını bildirmişdi. Taharten İldırım Bəyazidə vergi verməyi qəbul etmiş, amma Kemahı Osmanlılara verməyəcəyini demişdi. Bunun isə sadəcə vaxtı uzatmaq üçün edildiyi məlumdur. Taharten hakimiyyətini tanıdığı Əmir Teymura İldırım Bəyazidin istəklərini bildirmiş və onu şikayət etmişdi. Taharten onun qəbuluna gəldikdən 2 gün sonra Əmir Teymur Sivas şəhərinə gəldi. Əmir Teymurun ordusuna Ağqoyunlu bəyi Qara Yuluq Osman bəy və Taharten başçılıq edirdi. Sivas şəhəri yüksək qala divarları ilə əhatə olunmuşdu. Cənub tərəfdən su xəndəyi vardı. Qalanı bu tərəfdən aşmaq mümkün olmasa da, qərb tərəf bu iş üçün uyğun hesab edilmiş və mühasirə başlamışdı. Şəhərin altına tunel qazılmış və şəhər əhalisi bundan gec xəbər tutmuşdu. Osmanlı tarixçisi İbn Kamal yazır ki, Əmir Teymurun əsgərləri heç dayanmadan, sanki heç yeyib-içmədən səhərdən axşama qədər işləyirdi. Tunel qazmaq nəticə vermiş və şəhərdəkilər müqavimətin mənasız olduğunu gördükdən sonra qalabəyi Mustafa şəhəri təhvil verməyə məcbur olmuşdu. Əmir Teymur Sivası qan tökmədən alacağına söz vermişdi. Sivas alınandan sonra 3–4 min ermənini qazdırdığı böyük çuxura basdırır və sözünü tutduğunu, qan tökmədiyini bildirir. Cüzam xəstəliyi Türkistanda məlum olmadığından Əmir Teymurun göstərişi ilə xəstəlik əsgərlərinə yoluxmasın deyə cüzam xəstələri öldürülmüşdü. Sivası qoruyan İldırım Bəyazidin oğlu bir neçə gün qorunduqdan sonra öldürüldü.Əmir Teymur Sivası ələ keçirdikdən sonra çox irəliləmədi və Suriya istiqamətinə yönəldi. Sivası tutmasına baxmayaraq Malatya hələ də Osmanlıların nəzarətində idi. Özündən geridə nəzarətində olmayan yer saxlamaq istəmədiyindən geri dönərək Malatyanı almış, sonra cənuba irəliləməyə davam etmişdi. Əmir Teymurun Sivas və Malatyanı tutmaqla İldırım Bəyazidə göz dağı verdiyini düşünmək olar. Belə ki, Əmir Teymur Sivası ələ keçirdikdən sonra İldırım Bəyazidə göndərdiyi məktubunda Sivas hadisələrindən nəticə çıxarmağı, özünün Elxanilər nəslindən gəldiyini və kiçiyin böyüyə itaət göstərməsinin vacib olduğunu yazmışdı.Əmir Teymurla İldırım Bəyazid arasındakı mübarizədə Sivasın alınması önəmli bir mərhələdir. Beləliklə Əmir Teymur ilk dəfə Osmanlılara tabe olan bir bölgəni ələ keçirmişdi. Sivasın zəbt olunması xəbəri İldırım Bəyazidə çatdıqdan sonra o, Konstantinopolun mühasirəsini dayandırıb Anadoluya keçdi. İldırım Bəyazidin Əmir Teymurun Anadoluya doğru irəliləyəcəyini düşünmüş olduğunu güman etmək olar. Belə ki, İldırım Bəyazid Kayseriyə gələrək burada Əmir Teymuru gözləməyə başlamışdı. Məmlüklərlə döyüş Əmir Teymur Sivası ələ keçirdikdən sonra cənuba, Məmlük dövləti üzərinə irəliləməyə başladı. Əmir Teymur Məmlük Sultanı Berqoqun ölümündən sonra Məmlük dövlətində daxili vəziyyətin qarışıq olduğundan xəbərdardı və İldırım Bəyazidlə qarşılaşmazdan əvvəl bu vəziyyətdən faydalanmaq istəyirdi. Əmir Teymur Bağdadı fəth etdiyi zaman Sultan Berqoqa göndərdiyi elçi öldürülmüşdü və Qara Yusif tərəfindən həbs olunan Avnik hakimi Atlamış da Qahirəyə göndərilmişdi. Bu səbəbdən Əmir Teymur yeni taxta çıxan Sultan Fərəcə elçilər göndərib Atlamışı azad etməsini istədi, amma elçilər Hələbə çatan kimi həbs olundular. Həmin vaxt Malatyada olan Əmir Teymur Behisni və Antepi ələ keçirərək Hələbə yaxınlaşdı. Hələbə çatdığı zaman Məmlük ordusu ilə qarşılaşdı. Əmir Teymur döyüşməyə qərar verdi və ordusunda olan fillərin də verdiyi üstünlüklə qalib gəldi. Əmir Teymurun əsgərləri Hələbi asanlıqla ələ keçirdi. Şəhərdə qarət və qırğın oldu. Hələb, Həma və Xümsü bir-birinin ardınca ələ keçirən Əmir Teymur 1401-ci ilin yanvar ayında Şama yaxınlaşdı. Məmlük ordusu məğlub oldu. Sultan Fərəc şəhəri tərk edib Qahirəyə qaçdı. Sağ qalanlar isə Şam qalasına sığındılar. Şam mühasirədə olarkən Əmir Teymurun yanına şəhərə aman verməsi üçün bir heyət gəldi. İbn Xəldun da bu heyətin tərkibində idi. Əmir Teymur İbn Xəldunu xoş rəftarla qarşıladı. Əmir Teymurla aralarında Məğribin vəziyyəti, tarix və digər mövzularda söhbət oldu. Əmir Teymur İbn Xəlduna hörmət göstərmiş, hətta Misirə geri qayıtmasına icazə vermişdi.Qızıl Orda dövlətinin ardınca Məmlük dövləti də sıradan çıxdıqdan sonra Teymurilər dövlətinin güclü rəqibi kimi yanlız Osmanlılar qalırdı. Əmir Teymur və İldırım Bəyazid Əmir Teymur 1401-ci ilin iyul ayında 40 gün davam edən mühasirədən sonra Bağdadı ələ keçirmişdi. Əmir Teymur Şam, Hələb və Bağdadı tutduqdan sonra Qara Yusif və Sultan Əhməd Cəlayır İldırım Bəyazidə sığındı. Bu İldırım Bəyazidlə Əmir Teymurun münasibətlərinin daha da gərginləşməsinə səbəb oldu. Əmir Teymurla İldırım Bəyazidin döyüş meydanında qarşılaşmazdan əvvəl məktublaşdıqları məlumdur, amma bu məktublaşmalar döyüşün qarşısını ala bilmədi. Əmir Teymur Qara Yusiflə Sultan Əhməd Cəlayırın İldırım Bəyazid tərəfindən qəbul olunmamasını, onların tutulub ailələri ilə birlikdə ona göndərilməsini və ya ölkədən xaric olunmasını istəyirdi. İldırım Bəyazid isə bunları əmr hesab edərək ağır cavab yollamışdır. Əmir Teymuru Osmanlı dövləti ilə döyüşməyə təhrik edənlər Ərzincan əmiri, Ağqoyunlu bəyi və başda Qaraman bəyliyi olmaqla digər Anadolu bəylikləri idi. Bundan başqa Genuya, Fransa, Kastiliya və Bizans kimi dövlətlər də bu toqquşmanın olmasında maraqlı idi. Konstantinopolun İldırım Bəyazid tərəfindən mühasirəsi zamanı İmperator II Manuel Əmir Teymura tabe olub xərac verəcəyini bildirmişdi. Bundan əlavə Əmir Teymur Anadoludakı tatar birliklərinə adam göndərərək onların dəstəyini əldə etməyə çalışırdı. Əmir Teymur Qarabağ qışlağında olarkən gələn Osmanlı elçisinə Osmanlılar həmişə firənglərlə qəza döyüşləri etdiyindən onlarla döyüşmək firənglərin qüvvələrinin artmasına səbəb olar və bu səbəbdən Rum diyarına irəliləmək tərəfdarı deyiləm şəklində cavab vermişdi. Buna baxmayaraq Əmir Teymur İldırım Bəyazidin Qara Yusifi himəyə etməsini ona qarşı gəlmək kimi başa düşürdü. Əmir Teymur sonuncu dəfə Qara Yusifin edam olunması və ya ölkədən xaric olunmasını təklif etdi. Əgər bu qəbul olunarsa ata-oğul olarıq və qəza döyüşlərində bir-birimizə kömək edərik dedi. Əmir Teymur 12 mart 1402-ci ildə Qarabağdan Anadolu istiqamətində irəliləməyə başladı. İldırım Bəyazidə xəbər göndərib şərtlərini təkrar etdi. İldırım Bəyazid də Əmir Teymura elçi göndərdi. Sivasda Əmir Teymurun ordusu Osmanlı elçilərinin qarşısında rəsmi keçid etdi və yenidən sülh təklif olundu. Əmir Teymura İldırım Bəyazidin böyük bir ordu ilə ona qarşı irəlilədiyi xəbəri çatdı. Əmir Teymur irəliləyərək Ankarada mövqe tutdu. İldırım Bəyazid mövqe cəhətdən pis vəziyyətə düşdü və geri çəkilərək yorğun əsgərləri ilə əlverişsiz Çubuq düzündə mövqe tutdu. Bunun əksinə olaraq Əmir Teymurun mövqeyi əlverişli idi. Döyüş Əmir Teymurun hücumu ilə başladı və Osmanlı ordusunun sol cinahı ağır zərbə aldı. Osmanlı ordusundakı tatarlar və Anadolu bəyliklərinin əsgərlərinin də Əmir Teymurun tərəfinə keçməsi və Əmir Teymurun ordusunda fillərin olması səbəbindən İldırım Bəyazidin ordusu məğlub oldu. İldırım Bəyazid Əmir Teymurun sadiq adamı olan Mahmud xan tərəfindən əsir alındı. Əmir Teymurun Ankara döyüşündən sonra Anadoludakı fəaliyyətləri Ankara döyüşündə qələbə qazandıqdan sonra Əmir Teymur Əmirzadə Məhəmmədi İldırım Bəyazidin oğlu Süleyman Çələbini təqib edərək Osmanlının paytaxtı Bursaya daxil olmağa və Osmanlıların xəzinəsini ələ keçirməyə göndərdi. Əmir Teymurun ordusu Bursaya Süleyman Çələbi oradan ayrıldıqdan sonra çatdı və şəhər qarət olundu. Əmir Teymur Anadoluda Osmanlılar tərəfindən ləğv olunmuş bəylikləri bərpa etdi. İldırım Bəyazid tərəfindən ləğv olunan böyüklü kiçikli bütün xanədanlara yarlıqlar yazaraq onları himayəsinə qəbul etdi.Əmir Teymur XIV əsrin ortalarından türklərin əlindən çıxmış olan İzmir şəhərini fəth edərək İldırım Bəyazidin bacara bilmədiyini etməyi qərara aldı. İki həftə mühasirədən sonra İzmir şəhəri fəth olundu. Əmir Teymur Genuyanın əlində olan Foça qalasını fəth etmək üçün Məhəmməd Sultanı göndərdi. Qaladakılar aman istəyərək xərac verməyi qəbul etdilər. 8 mart 1403-cü ildə İldırım Bəyazid öldü. Bu xəbər Əmir Teymura çatdıqdan sonra İldırım Bəyazidə tabe olan bütün ölkələrin və yerlərin onun hökmranlığına keçdiyini elan etdi. Əmir Teymur İldırım Bəyazidin cənazəsini onun oğlu olan Musa Çələbiyə verərək dəfn etməsi üçün Bursaya yola saldı. İldırım Bəyaziddən bir neçə gün sonra Əmir Teymurun varis elan etdiyi nəvəsi Məhəmməd Sultan 13 mart 1403-cü ildə öldü. Formal şəkildə xan hesab olunan və Əmir Teymurun həmişə özü ilə yürüşlərinə apardığı Mahmud xan da 11 mart 1403-cü ildə ölmüşdü.Əmir Teymur Ankara döyüşündən sonra 8 ay da Anadoluda qaldıqdan sonra 1403-cü ilin iyul ayında Gürcüstana gəldi və oradan qışı keçirmək üçün Qarabağa yönəldi. Qışı Qarabağda keçirdikdən sonra 1404-cü ilin mart ayında Qarabağdan Səmərqənd istiqamətində hərəkətə başladı. Ərdəbil şəhərinə çatdıqda əvvəlcədən planlaşdırdığı kimi yığıncaq topladı. Hülakü xanın taxtı, Azərbaycan, Anadolu, Əcəm İraqı, Aran, Muğan, indiki Ermənistan və Gürcüstan bölgələri idarə etməsi üçün Miranşahın oğlu Mirzə Ömərə verildi. Əmir Teymur 1404-cü ilin iyul ayında Səmərqəndə çatdı.Ankara döyüşündən sonra Əmir Teymurun güclü rəqiblərindən olan Osmanlı sıradan çıxarıldı, Osmanlı dövlətində "Fətrət dövrü" adlanan səltənət boşluğu meydana gəldi, Konstantinopolun fəthi və Avropada irəliləmək yarımçıq qaldı. Teymurun xarici görünüşü APA TV-nin "Səsli Tarix" verilişinə qatılan tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, əməkdar müəllim Kərəm Məmmədov deyir: "Qazıntı işlərinə arxeoloqlarla yanaşı, antropoloq Gerasimov da dəvət edilmişdi. Ötən il Gerasimovun qazıntılar zamanı yazdığı qeydləri əldə etdim. O qeydlərə əsasən, Teymur haqda başqa mifləri də dağıtmaq mümkündür. Məsələn, Teymurun xarici görünüş məsələsini. Əmir Teymuru çox zaman necə təsvir edirlər? Monqol gözlü, enli sifətli, lakin Əmir Teymurun skeletini bərpa edən Gerasimov özü etiraf edir ki, bu belə deyil. Kəllə sümüyünü bərpa edərkən – antropologiyada belə bir qayda var ki, əvvəlcə sifətin bir hissəsi təmir edilir, sonra o biri hissə digərinə simmetrik olaraq düzəldilir, mumla işlənir. Əmir Teymurun sifəti hazır formaya gələndə Gerasimov özü də heyrətlənir ki, bu, avropoid irqinə, ağ irqə aiddir. Bu isə bir daha sübut edir ki, nəinki, Əmir Teymur, eləcə də ondan əvvəlki qədim türklərin əksəriyyəti, iddia edildiyi kimi, monqoloid irqinə məxsus olmayıblar. Hətta Gerasimov İbn Ərəbşahın bir yalanını da üzə çıxarır. Guya Əmir Teymur qanı sevdiyinə görə, sifətinə qırmızı xınadan qan qoyurmuş, lakin benakulyar tədqiqat zamanı, yəni tükün tədqiqatı zamanı Gerasimov deyir ki, burada heç bir rəngdən istifadə olunmayıb, bu, Teymurun öz sifətidir. Əmir Teymurun saqqalı ilə yanaşı, uzun, yanlara sallanan bığları olub. Hansı ki, sonradan bu formaya "qızılbaş bığları" deyilib. Gözləri isə mavi rəngdə olub, amma çox təəssüf ki, Əmir Teymuru çox zaman belə təsvir etmirlər." "Qazıntı işlərinə arxeoloqlarla yanaşı, antropoloq Gerasimov da dəvət edilmişdi. Ötən il Gerasimovun qazıntılar zamanı yazdığı qeydləri əldə etdim. O qeydlərə əsasən, Teymur haqda başqa mifləri də dağıtmaq mümkündür. Məsələn, Teymurun xarici görünüş məsələsini. Əmir Teymuru çox zaman necə təsvir edirlər? Monqol gözlü, enli sifətli, lakin Əmir Teymurun skeletini bərpa edən Gerasimov özü etiraf edir ki, bu belə deyil. Kəllə sümüyünü bərpa edərkən – antropologiyada belə bir qayda var ki, əvvəlcə sifətin bir hissəsi təmir edilir, sonra o biri hissə digərinə simmetrik olaraq düzəldilir, mumla işlənir. Əmir Teymurun sifəti hazır formaya gələndə Gerasimov özü də heyrətlənir ki, bu, avropoid irqinə, ağ irqə aiddir. Bu isə bir daha sübut edir ki, nəinki, Əmir Teymur, eləcə də ondan əvvəlki qədim türklərin əksəriyyəti, iddia edildiyi kimi, monqoloid irqinə məxsus olmayıblar. Hətta Gerasimov İbn Ərəbşahın bir yalanını da üzə çıxarır. Guya Əmir Teymur qanı sevdiyinə görə, sifətinə qırmızı xınadan qan qoyurmuş, lakin benakulyar tədqiqat zamanı, yəni tükün tədqiqatı zamanı Gerasimov deyir ki, burada heç bir rəngdən istifadə olunmayıb, bu, Teymurun öz sifətidir. Əmir Teymurun saqqalı ilə yanaşı, uzun, yanlara sallanan bığları olub. Hansı ki, sonradan bu formaya "qızılbaş bığları" deyilib. Gözləri isə mavi rəngdə olub, amma çox təəssüf ki, Əmir Teymuru çox zaman belə təsvir etmirlərdi Teymurun yaşının çox olmasına baxmayaraq (69 yaş) onun kəllə sümüyü və skeletində açıq nəzərə çarpan qocalıq cizgiləri yox idi. Əmir Teymur 18 fevral 1405 tarixində, Çinə səfərə gedərkən Otrar'da 69 yaşında öldü. Dərhal, Səmərqəndə gətirilərək nəvəsi Xəlil Sultan tərəfindən, daha əvvəl ölmüş olan nəvəsi Məhəmməd Sultanın Ruh Abâd yaxınlarındakı mədrəsəsinə dəfn edildi. Teymur, nəvəsi Məhəmməd Sultanı taxtının varisi kimi görürdü. Ancaq Məhəmməd Sultanın 1404-cü ildə, gözlənilməz şəkildə gənc yaşında ölümünün ardından Teymur bu çox sevdiyi və ardılı olaraq gördüyü nəvəsi üçün Səmərqəndin seçmə bir təpəsində adına yaraşar bir böyük mozeleum inşasını əmr etmiş Məhəmməd Sultan bura dəfn edilmişdi. Mozeleum, abidə məzar, məscidi və mədrəsə strukturlarından meydana gəlirdi. Teymur da ölümünün ardından çox sevdiyi nəvəsinin yanına dəfn edildi. O zamandan sonra Gur Əmr, bütün Teymur xanədanın birlikdə yatdığı abidə məzar vəziyyətinə gətirildi. Teymurun ölümündən sonra oğlu Şahruh, digər oğlu Miranşah və nəvəsi Uluqbəy bura dəfn edildi. Gur Emir Mavzoleyi yeddi hissədən ibarət idi: Sağda müsəlmanların dua etdiyi hanaka, solda mədrəsə və mərkəzdə mosoleum, iki tərəfində abidəsi tamamlayan iki minarə. Mədrəsə və hanaka günümüzə çata bilməmişdir. Abidənin yüksək qübbəsinin altında üç sıra halında yan-yana yatan on qədər mərmər məzar daşı olmaqla birlikdə Yalnız Teymurun mezartaşı qara rəngdə nephritis daşıdır ancaq bura simvolik məzardır. Gerçək məzar bu salonun altındakı salonda var və ziyarətə açıq değildir. Teymurun bədəni, daş lahdinin içində yatmaqdadır. İslam ənənəsi ilə başı Məkkədəki Kəbəyə istiqamətlidir. Orta Asiya ənənəsində müqəddəs ölülərin məzarlarına qoyulan at quyruğunun burada da olduğu mozelenin təmiri əsnasında ortaya çıxarılmışdır. Qazaxıstanda vəfat etmişdir. Deyilənə görə Əmir Teymur deyib ki, kim onun qəbrini açsa, onun başına bəla gələcək.1939-cu ildə onun qəbri açıldı, və 2 saat sonra II Dünya müharibəsi başladı.
https://az.wikipedia.org/w/index.php?curid=25102
Əmir Teymur Muzeyi
Teymurilər Tarixi Dövlət Muzeyi (özb. Temuriylar tarixi davlat muzeyi), Əmir Teymur Muzeyi və ya Teymur Muzeyi — Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində yerləşən bir muzeydir. Muzey 1996-cı ildə açılmışdır. Teymurilər dövlətinin qurucusu Əmir Teymura həsr edilmişdir. Özbəkistan 1991-ci ildə müstəqillik qazandıqdan sonra millətin mənəvi və mədəni irsinin canlandırılmasına, o cümlədən dünya sivilizasiyasında mühüm rol oynamış tarixi şəxsiyyətlərin tanıdılmasına çox diqqət yetirdi. Onların arasında komandir, siyasətçi, islahatçı, alim, ticarət, mədəniyyət və sənətkarlıq bacarığı olan Əmir Teymur da var idi. Əmir Teymur böyük bir mərkəzi dövlət qurduqdan sonra gücünü artıraraq bir çox millət və xalqı birləşdirmişdi. O, elm, təhsil, mədəniyyət, memarlıq, təsviri sənət, musiqi və poeziyanı dəstəkləyərək Teymur İntibah dövrünün əsasını qoymuşdu. Keçmiş prezident İslam Kərimov Teymurilər dövlətinin hökmdarının uğurlarını prezidentin öz idarəetmə tərzi ilə əlaqələndirərək Teymurun uğurlarını təşviq edirdi. Kərimov 1996-cı ili "Əmir Teymur ili" elan edərək anadan olmasının 660 illik yubileyi Özbəkistanda dövlət səviyyəsində qeyd olundu və sonra Daşkəndin mərkəzində Teymurun tarixini izah edən bir dövlət muzeyi tikmək qərarına gəldi. Dairəvi muzey quruluşunun açılışı 18 oktyabr 1996-cı ildə Özbək xalqının və xarici qonaqların iştirakı ilə keçirilmişdir. Muzeyin dizaynı Muzeyin mavi günbəzi Səmərqənddəki Əmiri-Gur türbəsinə bənzəyir. Muzey orta əsr memarlıq ənənələrinə uyğun qurulsa da, müasir tələblərə cavab verir. Muzey kolleksiyasında 5000-dən çox əsər var, onların 2000-dən çoxu muzeyin sərgi salonlarında nümayiş olunur. Muzey xüsusilə Əmir Teymurun şəcərəsinə, hakimiyyətə gəlməsinə, Sahibkıranın hərbi ekspedisiyalarına, diplomatik və ticarət əlaqələrinə, sənətkarlıq, şəhər inkişafı və abadlıq və elm və təhsilin inkişafına diqqət yetirir. Xəritələr, silahlar, mis və gümüş sikkələr, miniatürlər, nadir əlyazmalar, dulusçuluq və zərgərlik əsərləri də Temuriylər sülaləsinin nümayəndələri haqqında sərgilənir. Ziyarətçiləri Muzey hər il 2 milyondan çox ziyarətçi cəlb edir. Xarici dövlət adamlarının və rəsmi nümayəndə heyətlərinin ziyarət etdiyi muzeydə bu ziyarətlərin 800-dən çox qeydləri muzeyin qonaq kitabında qeyd edilmişdir. Təhsil və tədqiqat Muzey, irsə, tarixə və tarixi şəxsiyyətlərə hörmət və sevgi aşılayaraq gənclərlə maarifləndirici tədbirlər keçirir. Bu məqsədlə muzey məktəblər, kolleclər və liseylərlə əməkdaşlıqda mənəvi maarifləndirmə işləri təşkil edir. Beynəlxalq əlaqələri Teymurilər Tarixi Dövlət Muzeyi beynəlxalq sərgilərdə iştirak etməklə maddi və mənəvi irsini dünyada tanıtmışdır. Xüsusilə, Fransadakı "Timurid İntibahı"; Almaniyanın Hannover şəhərində keçirilən Expo 2000-də; Avstraliyanın Sidney şəhərindəki Poverhouse Muzeyində "Parlaq rənglər: Orta Asiyadan parçalar və keramika" kimi sərgilərdə iştirak etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=802066
Əmir Teymurtaş Çobanlı
Əmir Dəmirdaş Sulduz və ya Əmir Teymurtaş Çobanlı (d.1298-ö. 1328) — Çobanlılar sülaləsindən Elxanlı əmiri, sərkərdə Əmir Çoban Sulduzun ikinci oğlu. Anadolu valisi olaraq çalışarkən atasını öldürdən Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xanın qəzəbindən qaçaraq Misir Məmluklü sultanı Məhəmməd bin Kalavuna sığındı. Misir sarayında öncə yaxşı qarşılandısa da, sonradan pula görə elxanla anlaşan sultanın adamları tərəfindən öldürüldü. Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010. Həmçinin bax Məlik Əşrəf Sulduz Xarici keçidlər İlhanlı Devletinin Anadolu Genel Valisi Temürtaş’ın Siyasi, Askeri ve Sosyal Hayatı Anadolu’da Bir İlhanlı Valisi: Demirtaş Noyan
https://az.wikipedia.org/w/index.php?curid=807607
Əmir Teymurun Gürcüstanı ələ keçirməsi
Gürcüstan krallığı 1386-1403-cü illər arasında imperiyası Orta Asiyadan Anadoluya qədər uzanan Teymurun orduları tərəfindən bir neçə dəfə hücuma məruz qaldı. Bu hücumlar Qızıl Ordanın xanı Toxtamışla Əmir Teymur arasındakı rəqabətlə sıx bağlı idi.Teymur səkkiz hücumundan ilkində Gürcüstanın paytaxtı Tiflisi yağmaladı və 1386-cı ildə Kral V Baqratı ələ keçirdi. Gürcülərin müqaviməti türk ordusunun yendən hücum etməsinə səbəb oldu. Baqratın oğlu və xələfi VII Georg sərt müqavimət göstərdi və hakimiyyətinin çoxunu (1395-1405) Teymurun işğalları ilə döyüşməyə məcbur oldu. Teymur ona qarşı olmuş hücumların bir çoxuna rəhbərlik etmişdir. Gürcüstan üzərində möhkəm hakimiyyət qura bilməsə də, ölkəyə heç bir zaman unudulmayacaq zərbələr vurmağı bacardı. Teymurun Qafqazdakı ilk ortaya çıxışı Toxtamışın 1385-ci ildə Qafqazdan Şimali İrana girərkən etdiyi yağmaçılığa cavab idi. Bu iki hökmdar arasında düşmənlik var idi. Teymur inkişaf etməkdə olan imperiyanın qərb sərhədi ilə Toxtamışın xanlığı arasında qalan kiçik sərhəd ölkələrinə tam miqyaslı hücum başladaraq cavab verdi. Teymur Azəbaycan və Qarsı ələ keçirdikdən sonra Gürcüstana daxil oldu. Səltənətinin rəsmi tarixi olan Zəfərnamə Gürcüstandakı bu müharibəni cihad olaraq təmsil etməkdədir. Teymur Qarsdan yola çıxdı və 1386-cı ildə Gürcüstan krallığının ən cənubdakı knyazlıyı olan Samtsxeyə hücum etdi. Oradan gürcü kralı V Baqratın gücləndirdiyi Tiflisə yürüş etdi. Şəhər 21 noyabr 1386-cı ildə ələ keçdi və kral islamı qəbul etməyə məcbur edildi. Gürcü salnamələri onun bu hərəkətini Teymurun güvənini qazanmaq üçün yalandan etdiyini iddia edirlər. Baqratın və oğlu Georgun tabe olmasından sonra Teymur geri döndü, lakin onların ona yenidən qarçı çıxmasından sonra geri dönsə də, Toxtamışın yeni hücumunun başlaması onu geri dönməyə məcbur etdi. Qızıl Ordanı məğlub etdikdən sonra Teymur yenidən Gürcüstana geri döndü. 1394-cü ildə Samtsxe əyalətinə 4 sərkərdəylə ordu göndərdi. Elə həmin ildəcə Araqvi vilayətindəki dağlı gürcüləri cəzalandırdı. Toxtamışın yeni hücumu başladığına görə Tiflisdən Şəkiyə geri döndü.1395-ci ildə çarəsiz gürcülər şəkili Seyid Əli ilə ittifaq qurdular və Əlincəni mühasirəyə alan Teymurun oğlu Miranşahın işğalçı ordularını məğlubiyyətə uğratdılar. Bu hadisə 1399-cu ildə Teymurun intiqam almaq üçün böyük ordu ilə geri dönməsinə səbəb oldu. Teymur Şəkini ələ keçirdi və qonşu Kaxetiyanı yağmaladı.1400-ci ilin yazında Teymur gürcü dövlətini yox etmək üçün geri döndü. VII Georgdan Cəlairi şahzadəsi Tahiri təslim etməsini istədi. VII Georg Teymuru rədd etdi və Aşağı Kartlidəki Sagim çayında qarşılaşdılar, gürcülər məğlub oldular və Teymru tərəfindən təqib olunan Georg ölkənin içlərinə çəkildi. Teymur Tiflisi yenidən yağmaladı, orada qarnizon yerləşdirdi və Georgun sığındığı Qori şəhərini mühasirəyə aldı. Kral qərbə doğru hücuma keçsə də, məğlub oldu və qərbi Gürcüstanın çətin keçilən meşələrində gizləndi. Onu ələ keçirə bilməyib qəzəblənən Teymur ölkənin yerdə qalan hissəsini mərhəmətsizcə yağmaladı. Bu yağmalama Teymurun ordularının sistematik olaraq əyalətdən əyalətə keçməsiylə bir neçə ay davam etdi. Demək olar ki, bütün şəhər və qəsəbələr dağıdıldı. Minlərlə insan qul edildi və onunla birlikdə aparıldı. Əkin sahələri yandırıldı. 1401-ci ilin sonlarında Teymur Qafqazı bir kəs daha işğal etdi. VII Georg sülh üçün müraciət etməyə məcbur oldu və qardaşını tələb edilən xəracla göndərdi. Teymur Osmanlı dövləti ilə böyük müharibəyə hazırlaşırdı və bu münaqişə baş verib bitənə qədər Gürcüstandakı vəziyyətin olduğu kimi qalmasına razı idi. Beləcə, Gürcüstan kralının ona döyüşçü verməsi və müsəlmanlara xüsusi imtiyazlar tanıması ilə Georg ilə sülh imzaladı. O, yenə də önləyici tədbirlər gördü və Tortuminin gürcü qarnizonuna hücum edərək qalanı dağıtdı və ətrafdakı əraziləri yağmaladı.1402-ci ildə Ərzuruma dönən Teymur Osmanlını məğlub etdikdən sonra onun zəfərini təbrik etməyə gəlməyən Gürcüstan kralını buna görə cəzalandırmağa qərar verdi. VII Georg ilə münasibəti pis olan qardaşı Konstantin, kralla arası yaxşı olmayan Samtsxe knyazı İvane Caqeli hədiyyələrlə gəlmişdilər. Georg hədiyyələr göndərsə də, Teymur bunları rədd etdi və Georgu öz hüzuruna çağırdı. Bu əsnada kiçik gürcü qarnizonu tərəfindən müdafiə ediıən Birtvisi qalasını özü də mühasirəyə aldı. 1403-cü ilin avqustunda qalanı ələ keçirən Teymur ordusunu Gürcüstanın sərhəd bölgələrini yağmalamaq və təmizləmək üçün göndərdi və geri çəkiləm VII Georgun arxasıyca Abxaziyaya qədər onu izlədi. Teymurun tarixçisi bu əsnada 700 yaşayış məskəninin yandırıldığını və əhalisinin məhv edildiyini yazır.Teymur ordusunu ancaq ülama və müftinin Gürcüstan kralına aman vermənin mümkün olmasını bildirdikdən sonra hücumu dayandırdı. VII Georg Teymura böyük miqdarda vergi verməyə məcbur oldu. Teymur geri dönərkən yolu üstündəki bütün kilsə və monastrları yandırdı. 1404-cü ildə Beyləqana çatdı. Beyləqandan Trabzona qədərki bütün bölgələr nəvəsi Xəlil Mirzəyə mülk olaraq verildi. O, Qafqazı tərk edib Orta Asiyaya geri döndü və 1495-ci ildə vəfat etdi. Həmçinin bax Monqolların Gürcüstanı ələ keçirməsi
https://az.wikipedia.org/w/index.php?curid=679432
Əmir Teymurun Toxtamış xanla müharibəsi
Əmir Teymurun Toxtamış xanla müharibəsi (1380 - 1390) – rus knyazlıqları üzərində monqol təsirinin azaldılmasında mühüm yeri olan XIV əsr hərbi münaqişəsi. Döyüş əməliyatları Mərkəzi Asiya, Qafqaz və Volqaboyunda aparılırdı. 1359-1380-ci illər ərzində Qızıl Orda taxtı 25 xan dəyişdi, xanlığın bir çox əyaləti mərkəzi hakimiyəti tanımırdı. 1370-ci ildə Sırdərya ulusundan olan Urus xan yüksəldi. Bu vaxt ərzində Çığatay ulusunda hakimiyətə gəlmiş əmir Teymur Urus xanın güclənməsindən ehtiyat edərək onun rəqibi Toxtamışı dəstəklədi. Urus bir neçə dəfə Toxtamışı məğlub etsə də, Toxtamış hər dəfə, yenə ona qoşun verərək yola salan Teymurun yanına qaçdı. Lakin Urus qəflətən ölür və Kulikovo döyüşündən sonra Teymurun yardımı ilə Toxtamış nəhayət ki Qızıl Ordanın taxtına yiyələnir. 1382-ci ildə Toxtamış Rusiyanı yağmalayır və özünü keçmiş himayədarı Teymura qarşı çıxmaq gücündə olduğunu sanmağa başladı. Teymurun Qızıl Ordaya birinci yürüşü 1380-ci ildə Teymur İranın fəthinə yollandı. Teymurun qışlaqda olmasından yararlanan Toxtamış, o zaman dünyanın ən böyük və zəngin şəhərlərindən biri olan Təbrizi tutdu və taladı. Bu Teymura açıq çağırış idi, çünki Azərbaycan əvvəllər Qızıl Ordanın təkibində deyildi. Buna cavab olaraq Teymur Cənubi Qafqazı işğal etdi və onu öz dövlətinə qatdı. Teymur yenə İrana dönəndə, 1388-ci ildə Toxtamış onun mülklərinin düz mərkəzinə, Mavəraünnəhrə zərbə endirdi və Buxaranı mühasirəyə aldı. Vəziyətdən yararlanaraq Teymurun Moğolustandakı köhnə rəqibləri, o cümlədən Xarəzm hakimi baş qaldırdı. 1388-ci ilin payızında Səmərqəndə qayıdan Teymur ilk olaraq qiyamçıları cəzalandırdı. Ürgənc yer üzündən silindi, ərazisi isə arpa ilə əkildi. Lakin qoşunlar evə buraxılarkən, Toxtamış yenə Mavəraünnəhrə hücum etdi. Cavabında Teymur məsləhətçilərin cənuba çəkilmək barədə məsləhətlərini rədd edərək, Səmərqənd və Şəhrisəbzdə ordusunu yığaraq şimala hərəkət etdi. Teymurun ordusu Toxtamışın avanqardını qarşıladı və onu Sırdəryanın o tayına atdı, lakin qarlı boran sonrakı döyüş əməliyatlarını imkansız etdi. 1389-cu ilin yazında Teymur əvvəlcə Xorasanda qiyam yatırmalı oldu, sonra isə şərqdə, Xızır-Xocanın başçılığı altında Toxtamışa yardım etmək istəyən catları sıxışdırdı. Sonra Teymurun doğulduğu Şəhrisəbzdə qurultay yığıldı və burada bütün qoşunları yığmaq barədə əmr olundu. Toxtamışdan ehtiyat edən Teymur qoşunların sayını 200 minə çatdırdı. 1390-cı ildə ordu yığıldı v qışlamaq üçün şimala Daşkəndə keçirildi. Vəziyəti təhlil edərək Teymur qabaqlayıcı zərbə endirmək qərarına gəldi. Teymurun ordusu 1391-ci ilin soyuq yanvarında yürüşə başladı. Vaxt udmaq üçün Toxtamış elçi göndərdi, lakin Teymur onları qəbul etmədi. Onun ordusu Yası və Tabranı ötərək Yalavac çölüdən keçdi və aprelə, Sarı-Su çayını keçərək, Alatau (Aladağ) dağlarına çıxdı, burada Teymur “nəsillərə örnək obelisk” inşa etdirdi. Toxtamışın ordusu isə, bu arada, döyüşdən sovuşurdu, Teymurun azuqəsi isə bitməkdə idi. Onda Teymur bütün ordunun iştirakı ilə böyük pusqulu ov təşkil etdi, sonra isə Sibirin qərbinə hərəkət etdi. Mayın 11-i Teymurun ordusu Ural çayına çatdı. Bələdçilərin onu pusquya gətirəcəyindən ehtiyat edərək, Teymur çayın adi dayaz yerlərindən yararlanmadı, ama çətin yerlərdən keçməyə əmr etdi. Bir həftə sonra onun ordusu Samara çayının sahillərinə yaxınlaşdı, burada kəşfiyatçılar rəqibin yaxında olduğunu bildirdilər. Lakin qızılordalılar, “yağmalanmış ərazi” taktikasını işə salıb şimala çəkilirdilər, ordunu yedirtmək üçün Teymur yenə “böyük ov” təşkil etdi. Nəticədə Toxtamış 18 iyunda Kondurça çayında döyüşə girməyə məcbur oldu. Toxtamış darmadağın edildi, lakin qaçaraq canını qurtardı. Şirvanşahla Teymurun ittifaqı Teymur Toxtamışa qarşı çoxtərəfli strateji müharibə aparırdı. Onun Qərbdə, xüsusi ilə İldırım Bəyazidə qarşı apardığı müharibəsində Şirvan xüsusi ilə vacib idi. Olduqca vacib strateji məntəqə olan Dərbənd keçidinə nəzarət edən Şirvanşahlar Teymur üçün əvəzedilməz müttəfiq idi. Teymur Qərbdə (Yaxın Şərqdə) apardığı müharibələri zamanı Toxtamışın ona arxadan zərbə endirməsi ehtimalı olduqca yüksək idi. Eyni zamanda Teymur Qızıl Ordaya Xəzər dənizinin şərq tərəfindən yürüş edərkən Toxtamış Dərbənd keçidi vasitəsi ilə onun Azərbaycandakı və İrandakı mülklərinə zərbə endirə bilərdi, necəki Təbrizi tutaraq etdi də. Buna görə xüsusi amansızlığı ilə tanınan Teymur Şirvana basqından çəkinirdi. Çünki, zəif Şirvan Toxtamışın Dərbənd keçidinə nəzarət etmək niyyətinə qarşı çıxa bilməzdi. Teymurla I İbrahimin ittifaqı bununla bağlı idi. Teymurun Qızıl Ordaya ikinci yürüşü 1394-cü ildə Teymur öyrəndi ki Toxtamış yenə ordu yığıb və ona qarşı Misirin sultanı Bərküklə ittifaq bağlayıb. Qızıl Orda qıpçaqları Gürcüstan vasitəsi ilə cənuba Teymurun imperiyasının sərhədlərinə basqın etdilər. Onlara qarşı ordu göndərildi, lakin onlar, şimala, çölə çəkildilər. Teymur qərara gəldi ki Toxtamışı birdəfəlik məhv etmək lazımdı. 1395-ci ildə Teymur Xəzər dənizi sahillərində öz qoşununa baxış keçirdi. Yəzdinin məlumatına görə, Teymurun sol cinahının avanqardı Əlburz dağının ətəyində, sağ cinah isə - Xəzər dənizi sahilində idi. Xəzər dənizini ötərək, Teymur əvvəlcə qərbə getdi, sonra geniş dairə vuraraq şimala döndü. Teymur Dəryal keçididən keçərək Çeçenistan ərazisinə çıxdı. Terek çayı sahilindəki döyüşdə Qızıl Orda qoşunları darmadağın edildi. Toxtamış yenidən ordu yığmasın deyə Teymur şimala getdi və Qızıl Ordanın böyük şəhərlərini tamamilə dağıtdı. Ürgənc, Saray Bərkə və Tana məhv ediləndən sonra, Böyük İpək yolunun şimal qolu daha mövcüd deyildi, və Toxtamış gəlirlərdən məhrum oldu. Karvanlar, Teymurun ərazisindən, cənub marşrutu ilə hərəkət etməyə başladılar, və əvvəl Toxtamışa çatan var dövlət indi Teymura qalırdı. Toxtamış yoxsul və yalavac ölkədə qaldı və tezliklə taxtını itirdi. Bundan başqa Teymur Qızıl Ordanı zəiflətməklə Moskva knyazlığına misilsiz bir xidmət göstərdi.
https://az.wikipedia.org/w/index.php?curid=370878
Əmir Təhmuras
Əmir Təhmuras Dərbəndi (v. 4 mart 1459) — Şirvanşah şahzadəsi, Şirvanşahların sərkərdəsi. Əmir Bəhlulun oğludur. I Xəlilullah dövründə Şirvan ordusunun komandanı təyin edilmişdir. Şeyx Cüneydə qarşı döyüşdə həlak olmuşdur. Qəbri Şirvanşahlar saray kompleksi ərazisindədir. Qəbirüstü kitabəsində yazılmışdır: Bu nurlu qəbir və təmizləyici məhşər, pərəstiş edilən məqbərə rəhmətlik Şeyx Bəhlulun oğlu, mərhum, günahları bagışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli, ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi dünya əmirlərinin başçısı əmir Təhmurəsindir. Hicri 863-cü il cümadiyül-axir ayı.
https://az.wikipedia.org/w/index.php?curid=387002
Əmir Tətəlu
Əmirhüseyn Maqsudlu (az-əbcəd. امیر حسین ماقسودلو; fars. امیرحسین مقصودلو) və ya Əmir Tətəlu (az-əbcəd. امیر تاتالو; fars. امیر تتلو) — İran azərbaycanlılarından olan müğənni, repper və mahnı müəllifi. O, İran anderqraund hip hop səhnəsinin ilk generasiyasının bir hissəsidir və ilk farsdilli R&B müğənnilərindən biridir. 2011-ci ildə "Zira Hamkaf" adlı debüt albomu çıxdı. O vaxtdan bəri 16 albom buraxdı. Tətəlu İranda yaşadığı dövrdə İslam Respublikası səlahiyyətliləri tərəfindən bir neçə dəfə həbs edilmişdir. O, 2021-ci ildə "Universal Music Group" vasitəsilə "Fereshteh" albomunu buraxmışdır. Tətəlu "Universal Music Group" ilə əməkdaşlıq edən ilk iranlıdır. Erkən həyatı Səhnə adı Əmir Tətəlu olan Əmirhüseyn Maqsudlu İranda, Tehranın Məcidiyyə adlı hissəsində anadan olmuşdur. Ailəsi İran azərbaycanlılarıdır və 4 bacısı var. Atasının işi ilə əlaqədar Əmir ibtidai məktəb illərini Rəştdə keçirmişdir. Bir neçə ildən sonra yenidən Tehrana köçmüşdür. Ailəsinin maddi vəziyyətinə görə o, eyni vaxtda işləmək və oxumaq qərarına gəlmişdir. 14–16 yaşları arasında dülgər emalatxanasında, 16-dan 18-ə qədər isə ərzaq mağazasında işləmişdir. Orta məktəbi bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır. Karyerasının başlanğıcı farsdilli anderqraund musiqisinin digər tanınmış musiqiçiləri ilə təxminən eyni vaxtda başlamışdır. Diskoqrafiya Zire Hamkaf (2011) Tatality (2013) Shomareh 6 (2015) Mamnoo'e (2015) Shomareh 7 (2016) Ghahreman (2017) Amir (2017) Sayeh (2018) Jahanam (2018) Barzakh (2019) Sheytan(2021) Fereshteh (2021) Sahm (2022) Boht (2022) Cosmos (2022) Xarici keçidlər Vikianbarda Əmir Tətəlu ilə əlaqəli mediafayllar var. amirtataloo.me — Əmir Tətəlunun rəsmi saytı Əmir Tətəlu kanalı — YouTube Amir Tataloo — Twitter səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=794409
Əmir Vəli
Əmir Vəli (v. 1386) — Astarabad hakimi. Əmir Vəli 1374-cü ildən 1376-cı ilədək Astarabad hakimi olmuşdu. 1386-cı ilin baharında Əmir Teymur İrana yürüş edir. Təbriz hakimi Əmir Vəli Azərbaycan, Fars və İraq qoşunlarını səfərbərliyə alaraq öz ətrafında birləşdirib Teymura qarşı çıxmaq istəsə də, onun cəhdi baş tutmadı. Teymurun qoşunları Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhərə daxil oldu. Sultan Əhmədin Bağdaddan Təbrizə göndərdiyi qoşun da məğlub oldu, lakin Əmir Teymur burada çox qalmayaraq Orta Asiyaya – Səmərqəndə qayıdır və özü ilə çoxlu sənətkarları öz paytaxtına aparır. Tarixçi Zeynəddin Qəzvini yazır: "Əmir Vəli Təbrizə çatan kimi Mahmud Xalxalinin yanına adam göndərib onu özü ilə müttəfiq etdi".Azərbaycan xalqı Əmir Teymurun hücumundan özünə gəlməmiş 1386-cı ilin qışında Qızıl Orda xanı Toxtamış 90 minlik qoşunla (Bəy Poladın sərkərdərliyi ilə) Dərbəndi keçərək Azərbaycana yürüş etdi. Şirvanşah I İbrahim Şamaxının müdafiəsini təşkil etsə də, heç bir nəticə əldə edə bilmədi. Toxtamış Şirvanı keçərək Təbrizə yaxınıaşdı və orada ciddi müqavimətə rast gəldi. Toxtamış Şənbi Qazanda yerləşərək 8 gün Təbriz qalası ətrafında dövrə vurdular, lakin şəhərə girə bilmədilər. Bunu görən Toxtamış Əmir Vəli ilə danışıqlara girdi və 250 tümən qızıl alaraq, guya geri qayıtmağa başladılar. Arxayın olan şəhər əhalisi silahı yerə qoydular. Bunu görən Toxtamış xəyanət edərək şəhəri ələ keçirdi. Şəhər əhalisi 8 gün ərzində qarət olundular.
https://az.wikipedia.org/w/index.php?curid=304890
Əmir Xan
Əmir Hüseyn Xan (14 mart 1965, Bombey) — Hindistan aktyoru, rejissoru və prodüseri. Filmoqrafiya Yerdəki ulduzlar (film, 2007) Qacini (film, 2008)
https://az.wikipedia.org/w/index.php?curid=290541
Əmir Xosrov Darai
Əmir Xosrov mirzə Xəlilulla mirzə oğlu Darai (1892, Zəncan – 1945) — İran şahzadəsi, şair Əmir Xosrov mirzə 1892-ci ildə Zəncan əyalətinin Binarud kəndində anadan olmuşdu. O, hələ 15-16 yaşlarında ədəbiyyatla maraqlanmış və Raci, Sərraf, Hidəci kimi şairlərin əsərlərini mütaliə etmişdir. Darai öz şeirlərində mədəniyyət, elm və tərəqqini tərənnüm edərək, xalqı işığa çağırmışdır. O, qadın azadlığı haqqında birinci qəzəlini cəhalətin hökm sürdüyü dövrdə yazmışdır. Şair hələ cavan ikən azadlıq hərəkatında iştirak etmişdir. O, 1940-cı illərdə Sovet-İran cəmiyyətinə başçılıq etmişdi. Darainin beş min beytdən çox çap olunmamış divanı qalıb. Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh. Xarici keçidlər Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=79215
Əmir Xosrov Dehləvi
Əmir Xosrov Dəhləvi (1253 – 27 sentyabr 1325, Dehli) — Hindistanın türk əsilli böyük şair və musiqiçisi. Dəhləvi özündən sonra çox zəngin bir irs qoyub getmişdir. XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi təzkirələrinin birində Əmir Xosrov haqqında bilgi verərkən Xosrov Dəhləvi divanının 4 - 5 yüz min beyt arasında olduğunu qeyd edir. Əmir Xosrov dühasına dəlalət edən faktlardan biri də onun, nəzm və nəsr nümunələrini eyni ustalıqla yaratmasıyla bərabər, elmi əsərlər də qələmə almasıdır. Üstəlik, böyük musiqiçi və musiqişünas da olmuşdur. O, musiqinin həm nəzəri, həm də təcrübəi aspektləri ilə bilavasitə məşğul olmuşdur. Haqqında çap edilən kitablar 4 aprel 2023-cü ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Əmir Xosrov Dəhləvi” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, “Ön söz”ünün müəllifi və məsul redaktor filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır. Həmçinin bax Dəhləvi Əmir Xosrov. Şirin və Xosrov / Tərcümə ed., ön sözün və şərhlərin müəl. A. Sarovlu.- B.: Avrasiya Press, 2006.- 248 s.
https://az.wikipedia.org/w/index.php?curid=384273
Əmir Xosrov Dəhləvi
Əmir Xosrov Dəhləvi (1253 – 27 sentyabr 1325, Dehli) — Hindistanın türk əsilli böyük şair və musiqiçisi. Dəhləvi özündən sonra çox zəngin bir irs qoyub getmişdir. XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi təzkirələrinin birində Əmir Xosrov haqqında bilgi verərkən Xosrov Dəhləvi divanının 4 - 5 yüz min beyt arasında olduğunu qeyd edir. Əmir Xosrov dühasına dəlalət edən faktlardan biri də onun, nəzm və nəsr nümunələrini eyni ustalıqla yaratmasıyla bərabər, elmi əsərlər də qələmə almasıdır. Üstəlik, böyük musiqiçi və musiqişünas da olmuşdur. O, musiqinin həm nəzəri, həm də təcrübəi aspektləri ilə bilavasitə məşğul olmuşdur. Haqqında çap edilən kitablar 4 aprel 2023-cü ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Əmir Xosrov Dəhləvi” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, “Ön söz”ünün müəllifi və məsul redaktor filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır. Həmçinin bax Dəhləvi Əmir Xosrov. Şirin və Xosrov / Tərcümə ed., ön sözün və şərhlərin müəl. A. Sarovlu.- B.: Avrasiya Press, 2006.- 248 s.
https://az.wikipedia.org/w/index.php?curid=9955
Əmir Xosrov xan Qasımlı-Avşar
Əmir Xosrov xan Qasımlı-Avşar (1919-1999) — İran diplomatı, Xarici işlər vəziri. Əmir Xosrov xan Ələkbər xan oğlu 1919-cu ildə Tehran şəhərində doğulmuşdu. Anası Mirzə Rza Mustovfinin qızı idi. O, Tehran şəhərində orta təhsilini tamamlayandan sonra Avropaya yollandı. Cenevrə Universitetində sosial elmlər fakültəsində ali təhsil aldı. 1942-ci ildə İrana döndü. İran Xarici İşlər nazirliyində çalışmağa başladı. Əmir Xosrov xan Qasımlı-Avşar İranın AFR-də və Fransada səfirləri olmuşdu. Əmir Xosrov xan Qasımlı-Avşar 27 avqust 1978-ci ildən 1979-cu ilədək İranın Xarici İşlər vəziri olmuşdu. Ənvər Çingizoğlu, Aydın Avşar, Məşhur avşarlar, Bakı, "Mütərcim", 2014, 324 səh. Həmçinin bax Ələkbər xan Avşar İran Xarici İşlər nazirləri Xarici keçidlər Avşar ailəsi
https://az.wikipedia.org/w/index.php?curid=442400
Əmir Xələf Sistani
Vəlüddövlə Əmir Xələf bin Əbu Cəfər Əhməd Sistani (Farsca: خلف بن احمد doğ.noyabr, 937 - öl.mart,1009) — 963-1003-cü illərdə Sistanın Səfərilər sülaləsindən hakimi. Xələf bin Əbu Cəfər Əhməd bin Əbu Leys Məhəmməd bin Xələf bin Leys bin Fərhad bin Səlim bin Mahan Sistan əmirlərindən idi. O, Samanilərin vassalı olaraq hər il xərac ödəyirdi. Müstəqillik ümidində olan Əmir Xələf bir neçə dəfə üsyan qaldırdı. Əmir Xələf bin Əhməd hac ziyarətinə yollanmaq fikrinə düşmüşdü. Sistandan ayrılırkən, yerinə vəkil olaraq Tahir bin əl-Hüseyn adındaki bir şəxsi təyin etmişdi. Xələf bin Əhmədin yoxluğundan istifadə eden Tahir, tamaha düşərək ona isyan etdi. Hacdan dönən Xələf, Buxaraya keçərək Əmir I Mənsura durumu anlatmış və onu Sistana göndərməsini istemişdi. Bu istəyi qəbul edilən Xələf, Buxaradan aldığı yardımçı qüvvələrlə Sistan üzərinə yürümüş, onun geldiyini xəbər alan Tahir də buradan ayrılmış və beləcə əyalət təkrar Xələfin hakimiyətinə keçmişdi. Ancaq Tahir geri dönərək Sistanı təkrar hakimiyətinə daxil etdi. Çarəni Buxarada arayan Xələf, Əmir I Mənsurdan aldığı yeni yardımlarla Sistan üzerinə yönəldi. Buradakı hakimiyətini təkrar quran Xələf, hər il Buxaraya göndərməsi gərəkənxələt, hədiyə, xidmətçi və xəracı göndərməmeyə başladı. Buna görə Əmir, Tahirin oğlu Hüseyn başçılığındakı bir ordunu Sistana göndərdi (965). Tahir bin Hüseyn, Xələfi Ərk qalasında mühasirə altına aldıysa da, Əmir I Mənsur zamanında bu mühasirədən bir nəticə əldə olunmadı və bu hadisə Əmir II Nuh dönəmində də davam etdi. Əmir Mənsurun dəstəyiylə, Hüseyn bin Tahir tərəfidən Sistana təkrar hakim olan Əmir Xələfin Buxaraya xərac göndərməməsi və mərkəzdən müstəqil hərəkət etməsinə görə Hüseyn bin Tahir başçılığında Samani qüvvələrinin Sistana hərəkət etdiyini və Xələfi Ərk qalasında mühasirə altında tutduqlarını daha öncədən bilinir. Yeddi il boyunca davam edən bu məsələnin həll edilməsi üçün Əmir II Nuh o sırada Kuhistanda olan Əbülhəsənə xəbər göndərərək Sistana getməsini əmr etdi. Sistana çatan Əbülhəsən, köhnə dostu Xələflə məktublaşaraq onu Ərk qalasından ayrılmağa razı saldı. Buradan ayrılan Xələf, Tak qalasına keçdi. Əbülhəsən boşalan Ərk qalasını ələ keçirdi,xütbəni Əmir II Nuh adına oxutdu və yerinə, Hüseyn bin Tahiri təyin edərək Xorasana yönəldi. Ancaq, Əbülhəsənin dönüşündən sonra bölgədə olaylar yenidən başladı. Buna görə bu dəfə Əbülhəsənin yerinə Əbu Əli buraya göndərildi. Sistanda Xələfi məğlub edən Əbu Əliyə bu uğurundan dolayı Buşəncin idarəsi verildi. Əmir Xələf ümidlə Tak qalasında əyləşmişdi. Bu 393 1002-cü ildə baş vermişdi.Sultan Mahmud Qəznəvi 1002-ci ildə Əmir Xələfi devirərək Səffarilər dövlətinə son qoydu. Əmir Xələf Sistani 1009-cu ildə öldü. Həmçinin bax Səfərilər sülaləsi
https://az.wikipedia.org/w/index.php?curid=351414
Əmir Xəttab
Əmir Xəttab (Samir Salih Abdullah Suvailem) - Əfqanıstan və Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri, "Milli Qəhrəman". Ərəb Körfəzində varlı və mədəni bir ailənin uşağı olaraq doğuldu. Çox cəsur , qüvvətli və qorxmaz bir gənc olaraq yetişən Xəttab Ingiliscə təhsil aldıqdan sonra 1987-ci ildə bir Amerikan Liseyində oxuma haqqı qazandı. Eyni il işğalçı Rus ordusuna qarşı Əfqanıstan müharibəsinin ən sıx dövrlərində idi. Dünyanın dörd bir tərəfindən müsəlman gənclər Şeyx Abdullah Azzam (1989 da sui-qəsd nəticəsində şəhid oldu), Şeyx Tamım Adnanı (vəfat 1988) və Usama min Ladin kimi İslami şəxsiyyəti ilə önə çıxmış kəslərin Cihad çağırışlarına razılıq edərək Əfqanıstana axın etməkdə idilər. Dünyanın Super Güc olaraq qəbul etdiyi Rusiyaya qarşı edilən mübarizə və göstərilən fövqəladə qəhrəmanlıqlar müsəlmanlar arasında yayılırdı. Amerikada təhsilinə davam edəcəyi zaman gəldiyində Xəttab bir çox yoldaşlarının və qohumlarının etdiyi kimi Əfqanıstana qısa bir ziyarətə getməyə qərar verdi. 1987-ci ildə ailəsi ilə vidalaşıb evindən ayrılan Xəttab o gündən sonra bir daha evinə, ailəsinin yanına dönmədi. Xəttab təhsilini tamamladıqdan sonra cəbhəyə getdi. Sonrakı altı ildə, artıq Xəttab 20-ci yüzilliyin gördüğü en cəsur və çətin Mücahid Komandanları arasına girmişdir. Düşmən hücumu ve atəşidən qaçmaması və yaralandığında acısını gizləməsi ilə tanınır. Həm normal həm də özəl Sovet güclərinə qarşı birçox əməliyyatlarda, hücumlarda iştirak etmiş və 1988–1993 illərdə arasında Cəlalabad, Host və Kabilin ələ keçirilməsində Əfqanıstandakı bütün önəmli əməliyyatlarına qatılmıştır. Sovet ordusu Əfqanıstanı tərk etmək məcburiyyətində qaldığı zaman, Xəttab və bir qrup yoldaşı bu səfər Tacikistanda eyni düşmənə qarşı bir döyüşün xəbərini aldılar. Buna görə əşyalarını yığaraq bu qrupla 1993-cü ildə Tacikistana getdilər. Tacikistanda 2 il boyunca qarlı dağlıq ərazidə sursat və sursat əskikliyi içində mübarizə etdilər. Tacikistanda keçən vuruşmadan 2 il sonra, Xəttab 1995-ci ildə başındakı kiçik qrupu ilə Əfqanıstana döndü. O zamanlar, islami rəftar və dayanıqlılıqları ilə hər kəsi çaşdıran Çeçenlərin Ruslara qarşı döyüşü yeni yeni başlayırdı. Xəttab bir axşam peyk televiziyasında gördüyü Çeçenistan xəbəri görünüşləri üzərinə hiss etdiklərini belə açıqlayır: "Üzərində ‘La ilahə illəllah' yazılı saç bantları taxan və təkbir gətirən Çeçenləri gördüyüm zaman Çeçenistanda bir cihad olduğuna və oraya getməm lazım olduğuna qərar verdim. " Xəttab, 1995-ci ilin baharında Əfqanıstandan 8 mücahid yoldaşı ilə birlikdə Çeçenistana keçdi. Əfqanıstan və Tacikistanda yaşananlar, Çeçenistanda 4 ildə yaşanan qəhrəmanlıqlar yanında uşaq oyuncağı kimi qaldı. Rəsmi Rus qaynaqlarına görə 3 illik Çeçen Rus döyüşündə öldürülən Rus əsgəri sayı Əfqanıstandakı 10 illik itkinlərindən çox idi. Xəttab və yoldaşları Əfqanıstandan gəldiklərində bölgələrdəki Çeçenlərə döyüş və islami təhsil verməklə işə başladılar. Çeçenistanda (Khartoshoi 1995, Şatoy 1996, Yashmardy 1996) və Rusiya içində (Dağıstan 1997 və indi) çox əhəmiyyətli əməliyyatlara qatıldılar. 22 dekabr 1997-ci ildə tabeliyində olan 100 Çeçen və Xarici Mücahiddən ibarət qrupu ilə Rusiya ərazisinə 100 km girərək 136-cı Briqadasının mərkəzinə hücum etmişdilər. Bu basqında 300 Rus əsgəri öldürülmüşdür, iki mücahid bu basqında şəhid olmuşdur. 1996-cı ilin payızında Rusiyanın Çeçenistandan çəkilməsindən sonra Xəttab Çeçenistanda Milli Qəhrəman elan edildi. Şamil Basayev və Salman Raduyev kimi Çeçenistanın ən böyük komandirlərinin də qatıldığı bir mərasimlə özünə Üstün Cəsarət Medalı təqdim edilib ayrıca Çeçen Hökuməti tərəfindən General rütbəsi ilə şərəflənildi. Cövhər Dudayev şəhidliyindən əvvəl hal və davranışlarıyla Xəttabı hər vaxt təqdir etdiyini göstərmişdir. Xəttab cihadın Mediaya daşınması lazım olduğuna bildirirdi. "Allah bizlərə inanmayanların silahları ilə döyüşməmizi əmr edir. Onlar media və təbliğat yolunu istifadə edirlər, elə isə bizdə öz mediamızla onlara qarşı döyüşməliyik" demişdir. Buna görə bütün əməliyyatlarının filmlərinin yazılmasına diqqət göstərərdi. Əfqanıstan, Tacikistan və Çeçenistandaki döyüş görünüşlərini ehtiva edən 100-lərlə tərəfindən video kasetinin olduğu bilinməkdədir. Düşmən mediasının yalan, səhv iddialarına cavab olaraq yalnız sözlərin çatmayacağını və video görünüşlərinin də cavabda iştirak etməsi lazım olduğunu müdafiə etməkdəyidi. Əmir Xəttab zəkalı, cəsur və güclü bir şəxsiyyət olmuşdur. Əsgərləri tərəfındən çox sevilən Xəttab, onların yaxından maraqlanır, onların bütün problemlerini həllində yardımcı olur, onlara alışveriş eləmələri üçün pul verirdi. Hərbiri illərlə özünün yerini ala biləcək qədər yaxşı yetişmiş bir komandan kadrosu vardır. Əmir Xəttab, Ruslar Qafqazdan Orta Asiyaya qədər bütün müsəlman torpaqlarını tamamilə tərk edib gedənə qədər onlarla döyüşməyə əzm etmişdir. "Rusları və taktikalarını bilirik. Zəif istiqamətlərini də bildiyimiz Rus Ordusuna qarşı döyüşmək bizim üçün başqa bir orduyla döyüşməkdən daha asan." demişdir. Əmir Xəttab 19-mart 2002-ci il gecəsi özünə verilən zəhərli bir məktubla şəhid edilmişdir. Şəhidliyi mücahidləri zəiflətməmiş tam əksinə daha da motivasiya etmişdir və bu gün Rusiya hələ "bir ovuc" dediyi çeçenlər və onlara dəstək olan müsəlmanlarla məşğul ola bilməməkdədir!..
https://az.wikipedia.org/w/index.php?curid=308402
Əmir Yağıbasdı Sulduz
Əmir Yağıbasdı Sulduz'(?-1344)— Əmir Çoban Sulduzun oğlu, Çobanlılar sülaləsindən sərkərdə, Xorasan və Mazandaranın naibi. O, Əmir Çobanın çoxsaylı oğullarından biri idi. Çobanlılar hakimiyyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idi. Məlik Əşrəf Sulduz tərəfindən öldürüldü. Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010. Həmçinin bax Çobanlılar sülaləsi Xarici keçidlər Encyclopædia Iranica - Chobanids
https://az.wikipedia.org/w/index.php?curid=266311
Əmir bəy Armani
Əmir bəy Armani — 17-ci əsrdə Səfəvilərdə olan erməni mənşəli qulam. I Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) şahlıq etdiyi dövrdə xidmət etmiş və bir neçə il şah somelyesi (şirehçi başı), habelə Qaskar bəylərbəyi (1633-1643) kimi fəaliyyət göstərmişdir. Əmir bəy Armani sələfi Mənuçöhr xan bir müddət əvvəl taxt-taca çıxan şah Səfinin təmizlənmə siyasətinin qurbanı olandan sonra Qaskar bəylərbəyliyinə təyin olundu. Şirehçi başı kimi onun yerinə gələn Səfiqulu adlı bir oğlu var idi. Baghdiantz-McCabe, Ina. Caucasian Elites and Modern State-Building in Safavid Iran // Chaudhury, Shushil; Kévonian, Kéram (redaktorlar ). Les Arméniens dans le commerce asiatique au début de l'ère moderne. Maison des Sciences de l'Homme. 2008. səh. 99. ISBN 978-2735112043. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. səh. 188. ISBN 978-1933823232. Matthee, Rudolph P. The Politics of Trade in Safavid Iran: Silk for Silver, 1600-1730. Cambridge: Cambridge University Press. 1999. səh. 120. ISBN 978-0521641319. Matthee, Rudolph P. The Pursuit of Pleasure: Drugs and Stimulants in Iranian History, 1500-1900. Princeton University Press. 2005. səh. 57. ISBN 978-0691118550. Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2012. 43, 258. ISBN 978-1845117450.
https://az.wikipedia.org/w/index.php?curid=606890
Əmir bəy Aslanov
Əmir bəy Aslanov (1892, Şuşa-10.06.1942, Bakı) — həkim, tibb elmləri namizədi. 1896-1900-də Bakıda türk məktəbində oxuyub; 1910-da Bakı real məktəbini bitirib; 1916-da Kiyev Universitetinin tibb fakültəsini başa vurub, dəri-zöhrəvi həkimidir. AJ DİN Bakı qradonaçalnikliyinin həkimi (AR, 551); sovet dönəmində bir çox mühüm vəztfələrdə, o sıradan ASSR Səhiyyə Nazirliyi Klinik İnstitutunun direktoru (1930-1933) olub. 1938-dən ömrünün sonunadək ATİ-də dəri-zöhrəvi xəstəliklər kavedrasında assistent işləyib. Nigar xanım Aslanova-Vəlibəyovanın əridir. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=200462
Əmir bəy Ağayev
Əmir bəy Ağayev — maarif xadimi, müəllim. Həyatı və fəaliyyəti Əmir bəy Ağayev 1886-cı ildə Gəncədə anadan olmuşdur. Atası Məşədi Əlibala ticarətlə məşğul olmuş, Gəncədə indiki Cavadxan və Mirəli Qaşqay küçələrinin kəsişdiyi yerdə parça dükanları vardı. Məşədi Əlibala 1879-cu ildə Nərgiz xanımla evlənmiş, onun Həcər, Kübra, Zəki, Abdulla, Əmir adlı övladları olmuşdur. Əmir bəy Ağayevin böyük qardaşı Abdulla bəy Gəncənin ilk əczaçılarından biri olmuş, 1917-ci ildə Xarkov Universitetinin tibb fakültəsinin əczacılıq şöbəsini bitirərək Gəncəyə qayıtmışdır. Burada atasının dükanlarından birini özünə aptek edərək ixtisası üzrə işləmişdir. Abdulla bəy Ağayevin əmisi oğlu Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından Həsən bəy Ağayev Gəncənin ilk azərbaycanlı general-qubernatoru olmuş Xudadat bəy Rəfibəylilə birlikdə Yelizovetpol Tibb Cəmiyyətini yaradaraq imkansız insanlara dərman yazdıqda reseptə işarə qoyarmışlar. Xəstələri Abdulla bəy Ağayevin aptekinə göndərər, o da reseptəki işarəyə görə dərmanı pulsuz verərmiş. Həkimlər dərmanın dəyərini sonra özləri ödəyərmişlər. Abdulla bəy Ağayev XI qızıl ordu tərəfindən öldürülmüşdür. Əmir bəy Ağayev iki yaşında olarkən atası vəfat etmiş, qohumlarının maddi köməyi ilə Gəncədə Molla Məhəmməd Pişnamazzadənin məktəbini, gimnaziyanı, sonra da 1911-ci ildə müəllimlər seminariyasını bitirmişdir. Bir neçə il müəllimlik etdikdən sonra təhsilini davam etdirmək üçün anası Nərgiz xanımla Bakıya gəlmişdir. Burada Hacı Zeynalabdin Tağıyevin himayəsində yaşamış, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil-Ədəbiyyat fakültəsinə daxil olmuş, təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Həmin fakültədə dil-ədəbiyyat fənnindən dərs deyən Əmir bəy Ağayev kafedra müdiri vəzifəsində çalışmışdır. Ədəbiyyata olan həvəsi Əmir bəy Ağayevi böyük mütəfəkkir, ədəbiyyatşünas Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşviq, Abdulla Şaiq və başqaları ilə yaxınlaşdırır, onlarla əməkdaşlıq edir. Əmir bəy Ağayev əmisi oğlu, böyük ictimai-siyasi xadim Həsən bəy Ağayevin yaxın silahdaşı olub, ona dövlət işlərində kömək etmişdir. Azərbaycan alimi, professor Ədalət Tahirzadənin Həsən bəy Ağayev haqqında bir məqaləsində bu parlaq şəkildə göstərilmişdir. Əmir bəy Ağayev 1937-ci repressiya məruz qalmış, həbs edilərək Arxangelskə sürgün edilmişdir. Burada həbs düşərgəsində meşə sındırmağa məhkum edilmişdir. Əmir bəy Ağayev həbsdə olarkən SSRİ Baş prokuroruna çatdırmaq üçün ailəsinə iki məktub göndərmişdir. Əmir bəy Ağayevin ikinci məktubunda yazılmışdır: "Həbs olunmam barədə hökm çıxarılmasına əsas verən səbəblər mənə məlum deyildir, mənə yalnız məhkumluq müddətini bildirmişlər. İstintaqın gedişindən və müstəqin mənə verdiyi suallardan çıxardığım nəticələrə görə Müsavat partiyasına üzv olmağıma və Bakı şəhər fəhlə fakultəsində bir yerdə işlədiyimiz Türkiyə konsulluğunun katibi Ruhi ilə tanış olmağıma görə günahkar hesab edilirəm". Şikayət məktubu bu sözlərlə bitirilmişdir: "Mənim 27 illik müəllimlik fəaliyyətimi, Sovet hakimiyyətinə sədaqətliyimi nəzərə alaraq, xahiş edirəm həbsimlə əlaqədar olan sənədləri yoxlayıb, məni azad edib, sevimli peşəmə və körpə övladlarıma qaytarasınız". Əmir bəy Ağayevin birinci məktubu Bakı vağzalından göndərilmişdi. Həyat yoldaşı Tuqra xanım məktubu alan kimi dərhal yerinə çatdırdıqda, başına nə müsibət gətirmişdilərsə, dəniz kənarındakı binadan çıxanda nəinki evinin ünvanını, öz adını da unutmuşdu. Buna görə ikinci məktubu göndərilməmişdi. 30 iyun 1940-cı ildə sürgündə vəfat edən görkəmli pedaqoq 1956-cı ildə bütün repressiya qurbanları kimi bəraət almışdır. Əmir bəy Ağayevin oğlu Azər Ağayev 1928-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun adını Hüseyn Cavid qoymuşdur. Bu münasibətlə hazırlanan məclisə başçılıq edən Hüseyn Cavid valideynlərə müraciətlə demişdir: Əmir əfəndi, Tuqra xanım, bu yavrunun adını mən qoydum Azər! Atəşkənələr, furtunalar yavrusu Azər! Əmir bəy Ağayev həbs ediləndə Azər Ağayevin 9 yaşı olmuşdu. O, gənclik illərindən atasını axtarmaq fikri ilə Sibirə səfərlər edir, Əmir bəy Ağayevin nəşini gətirdib vətənində dəfn etmək istəsə də, arzusuna çata bilmir. 2007-ci ildə Azər Ağayev dünyasını dəyişmişdir. Doğmaları onun arzusunu yerinə yetirərək Hüseyn Cavidin adqoyma günündə dediyi sözləri, atasının rəsmini məzar daşının üzərində həkk etdirirlər.. Əmir bəy Ağayevin ikinci övladı Solmaz Əmir bəy qızı 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Solmaz Ağayeva 1945–1955 illərdə Bakı şəhərindəki 132 saylı məktəbdə təhsil almışdır. 1955-ci ildə Gəncə şəhərində Kənd Təsərrüfatı İnstitutunun Üzümçülük meyvə-tərəvəzçilik fakültəsinə daxil olub, 1960-cı ildə həmin fakültəni bitirmişdir. 1962–1967 illərdə Bakıda Elmi-tədqiqat Tərəvəzçilik İnstitutunda elmi işçi vəzifəsində işləmiş, 1970-ci ildə aspiranturaya daxil olub, 30-dan artıq pomidor sortlarının şaxtaya və xəstəliklərə davamlılığını, məhsuldarlığını sınaqdan keçirərək namizədlik dissertasiyasını müdafiə etmişdir. Solmaz Ağayeva bir monoqrafiyanın, bir çox məqalənin müəllifidir. Solmaz Ağayeva 1956-cı ildə Surxay Tağızadə ilə evlənmişdir. Onların Namiq, İmran, Aytən adlı üç övladı var. Namiq Tağızadə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi metodik və texniki-kriminalistika şöbəsinin rəisi, ədliyyə müşaviri vəzifəsində çalışmışdır.Kiçik oğlu İmran Tağızadə də hüquqşünasdır. Aytən Tağızadə isə musiqi sahəsində fəaliyyət göstərir, mayestro Niyazi haqqında ilk tədqiqat əsərinin müəllifidir.Əmir bəy Ağayev haqqında Azərbaycan dövlət radiosunda "37-nin qurbanları" proqramında 10 dekabr 1997-ci ildə veriliş verilmişdir. Verilişdə Azər Ağayev və Solmaz Ağayeva-Tağızadə çıxış etmişlər.. Həmçinin bax Həsən bəy Ağayev Surxay Tağızadə
https://az.wikipedia.org/w/index.php?curid=363717
Əmir bəy Mosullu
Əmir bəy Mosullu — Səfəvilər dövlətində hərbi və siyasi xadim. I Təhmasibin lələsi, əmir, Xorasanın bəylərbəyi. Əmir bəy türkmanların mosullu tayfasındandır. Onun atası və babası Ağqoyunlular dövlətində yüksək vəzifələr tutublar. 1505-ci ildə Əlvənd Mirzə öldükdən sonra Diyarbəkir hakimi olub. Sonradan Dulqədiroğulları bəyliyi hökmdarı Əlaüddövlə Bozqurd bəyin qızı Diyarbəkir qalasını ələ keçirir. 1507-ci ildə Şah ismayıl Xətai Əlbistanı aldıqdan sonra Əmir bəy Diyarbəkirin açarını və bir çox zinət əşyalarını şaha gətirərək tayfasından olan əksəriyyət kimi o da, Səfəvilər dövlətinin xidmətinə keçir. Səfəvilər dövlətində tezliklə yüksəklərə doğru irəliləyir. Əvvəlcə o mərkəzi idarəetmədə möhrdar vəzifəsini tutur. 1510-cu ildə Xorasanı özbəklərdən almış orduya komandan təyin edilir. 1513-cü ildə isə Bəlx şəhərini tutmaq üçün göndərilir. 1516-cı ildə o, Şah İsmayılın ilk övladı I Təhmasibin lələsi və Xorasanın bəylərbəyi təyin edilir. Şahzadənin 2 yaşı olduğu üçün Əmir bəy həm taxtın varisini, həm də Səfəvilər dövlətinin əsas bölgələrindən birini idarə edirdi. Lakin müəyyən müddətdən sonra o, öz məqsədlərini güdməyə başlayır. Heratdan olan salnaməçi Qiyasəddin Xondəmirə görə Əmir bəy xalqı vergilərlə yükləyərək saraya getməkdən imtina edirdi. Eyni zamanda o, Xorasanda idarəetmə və maliyyə işlərində ən yüksək vəzifəyə təyin olunmuş heratlı məşhur ailənin üzvü olan Qiyasəddin Məhəmmədlə rəqabət aparmağa başlayır.Qiyasəddin Məhəmmədin hakimiyyətinə qarşı etinasızlığı göstərən bir sıra ictimai hərəkətlərdən sonra, Əmir bəy 1521-ci ildə onu həbs edərək satqınlıqda ittiham edib edam edir. Bu hərəkətindən sonra o şahın etimadını itirir. Şah İsmayıl onu vəzifəsindən azad edərək Təhmasiblə birlikdə saraya gəlməsini əmr edir. Lakin yolda Əmir bəy ciddi xəstəlik tutur. İsmayıl ona tabe olan xidmətçiləri cəzalandırır. Lakin Əmir sarayda cəzaya məhkum edilməmiş 1522-ci ilin iyul ayında dünyasını dəyişir. Onun ölümündən sonra ona tabe olan xidmətçilər də bağışlanırlar. Tufan Gündüz. Son Kızılbaş: Şah İsmail. İstanbul: Yeditepe Yayinevi. 2010. 175. ISBN 978-605-4052-49-3.
https://az.wikipedia.org/w/index.php?curid=756171
Əmir bəy Nərimanbəyov
Əmir bəy Nərimanbəyov (1871, Şuşa) — Bakı quberniyasının qubernatoru, Araz Türk Cümhuriyyəti Nazirlər Şurasının sədri. Əmir bəy Nərimanbəyov 1871-ci ildə Şuşada anadan olmuşdur. Xarkov Universitetinin Hüquq fakültəsini bitirmişdir. Siyasi fəaliyyəti Əmir bəy Nərimanbəyov 3 noyabr 1918-ci il tarixindən 1919-cu ilin yaz fəslinədək Araz Türk Cümhuriyyəti Nazirlər Şurasının sədri olmuşdur. Bəzi mənbələrdə Araz Türk Cümhuriyyəti Nazirlər Şurası sədrinin adl Əmir bəy Nərimanbəyov kimi göstərilmiş, bəzilərində isə onun soyadı Vəzirov, Zamanbəyov və Ələkbərov kimi müxtəlif formalarda işlənmişdir. Lakin, Mirzə Bağır Əliyev xatirələrində müstəqillik aktında bu postun hərbi diktator adlandırdıldığını qeyd edib. Həmçinin hərbi diktator postunun da Əmir bəy Nərimanbəyov tərəfindən tutulduğunu yazmışdır. Azərbaycan hökumətinin 25 avqust 1919-cu il tarixli qərarına əsasən Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsinin işlər idarəsinin rəisi Əmir bəy Nərimanbəyov Bakı qubernatoru təyin olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=491710
Əmir ibn Fuheyrə
Əmir ibn Fuheyrə (586, Məkkə – 625, ərəb. أبو عمرو عامر بن فهيرة التيمي) — Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrindən biri. 622-ci ildə Məhəmməd və Əbu Bəkr əs-Siddiqin gizli şəkildə Mədinəyə köçməsinə kömək etmiş şəxsdir. Əmir ibn Fuheyrə Afrika əsilli idi. Azdit tayfasının ixtiyarında qul kimi doğulmuşdu. Sonralar bu qəbilədən olan Əbu Bəkrin ögey oğlu ət-Tufeyl ibn əl-Harisə məxsus idi. O, Məkkədə yaşamış və Məhəmməd peyğəmbərin in təbliğ fəaliyyətinə başladıqdan sonra İslamı qəbul etmişdir. 614-cü ildən sonra o, bir çox Məkkə müsəlmanları kimi təqiblərə məruz qalır; onu inancından dönməyə məcbur etmək məqsədilə işgəncələrə məruz qoyulur. Onun təqibçisinin adı açıqlanmır; lakin Əbu Bəkr onu Tufeyldən fidyə alıb azad etdikdən sonra zülm dayanır. Əmir Əbu Bəkrin xidmətində qalır. O, südverən qoyunları otarmaqla məşğul olurdu. 622-ci ildə Məhəmməd peyğəmbər (s.a.v) və Əbu Bəkr Məkkədən Mədinəyə hicrət edəndə Əmir gündüzlər Əbu Bəkrin sürülərini otarır, axşam isə onları Məhəmməd və Əbu Bəkrin gizləndikləri mağaraya gətirir (güman edilir ki, bunu qoyunlar izlərini örtsünlər deyə edir.). Onlara süd və yemək də gətirdi. Onlar Mədinəyə getmək üçün mağaradan çıxanda Əmir də onları müşayiət edir. O, bir dəri parçasının üzərinə Surak ibn Malikə bir qeyd yazaraq müsəlmanlara ona heç bir zərər verməməyi tapşırır. Bu Əmirin yazıb-oxumağı bildiyini, yazmağı bacardığını deməyə əsas verir. Əmir Mədinəyə çatdıqdan az sonra əvvəlcə Səd ibn Heytəmə ilə qalır, lakin sonra Əbu Bəkrin evinə qayıdır. Məhəmməd peyğəmbər Əmir və əl-Haris ibn Aus ibn Muaz arasında qardaşlıq müqaviləsi bağlayır. Mədinəyə gəldikdən sonra Əmir, Əbu Bəkr və Bilal Mədinə qızdırmasına tutulur. Əmir Bədr və Uhud döyüşlərində döyüşür. 625-ci ilin iyul/avqust aylarında Bir-Maun döyüşündə Kəlbit qəbiləsindən Cabbar ibn Sülmə onu bıçaq və ya nizə ilə yaralayanda o, deyir: "Vallah, mən uğur qazandım!". Döyüşdə ilk ölənlərdən biri idi. Urvə ibn əl-Zübeyr rəvayət edir ki, onun cəsədi heç vaxt tapılmır, çünki "mələklər onu dəfn etdilər" və o, birbaşa Cənnətə aparıldı. Cabbar daha sonra Əmirin "mən qazandım" deyərkən nəyi nəzərdə tutduğunu soruşur. Əmirin cənnəti tapdığını deyəndə Cabbar da müsəlman olur.
https://az.wikipedia.org/w/index.php?curid=827604
Əmir nizam evi
Əmir Nizam evi və ya Qacar muzeyi — Qacar sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində tikilmiş tarixi binalardan biri. Bina Nəsirəddin şah Qacarın dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Binada hazırda Qacar muzeyi fəaliyyət göstərir. Bina Nəsirəddin şah Qacarın hakimiyyəti dövründə Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Tarixi mənbələrə əsasən bina tikildiyi dövrdən Qacarlar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir. Uzun müddət təmir olunan bina təmirdən sonra Qacar muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. Qacar muzeyinin Təbrizdə açılmasına səbəb Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır. Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi. Binanın ərazisi 1500 m.²-dir və iki mərtəbələdiri. İçərisində hovuzlar və fəvvarələr olan iki iç və xarici həyətə malikdir. Binanın eyvanını 16 sütun saxlayır. Muzey qalereyaları Birinci mərtəbənin qalereyaları; pul, tikiş, çini, şüşə, metallar və musiqi qalereyaları. Yeraltı mərtəbənin qalereyaları; daş, silah, sərkərdələr və paşalar və memarlıq və şəhərsalma qalereyaları. Həmçinin bax Məşrutə Evi Xarici keçidlər Qacarlar muzeyi haqqında
https://az.wikipedia.org/w/index.php?curid=87799
Əmir xan Mosullu-Türkman
Əmir xan Türkman (?-1586) — XVI yüzillik, qızılbaş sərkərdəsi, Təbrizin bəylərbəyi. Ənvər Çingizoğlu, Mosullu oymağı, “Soy” dərgisi, 7 (15), 2008. səh.47-56. Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.[1] Həmçinin bax Səfəvilər dövləti Təbriz bəylərbəyliyi Mosullu oymağı
https://az.wikipedia.org/w/index.php?curid=99654
Əmir xan Qəzvini
Əmir xan Hacı Ələkbər xan oğlu Qəzvini (1876–1961) — həkim və pedaqoq. Əmir xan Hacı Ələkbər xan oğlu 1876-cı ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra atasının yanında, Bağdadda orta təhsilə yiyələnmişdi. Sonra Beyruta yollanmış, fransızların açdığı Tibb Universitetində oxumuşdu. 1900-cü ildə Fransaya getmiş, təhsilini artırmışdı.1904-cü ildə Lionda təhsilini tamamlamışdı. Əmir xan Qəzvini II çağırış İran Milli məclisinə üzv seçilmişdi. Əmir xan Qəzvini İranın Səhiyyə vəziri olmuşdu. Əmir xan Qəzvini 1861-ci ildə vəfat edib.
https://az.wikipedia.org/w/index.php?curid=329077
Əmir xan Türkman
Əmir xan Türkman (?-1586) — XVI yüzillik, qızılbaş sərkərdəsi, Təbrizin bəylərbəyi. Ənvər Çingizoğlu, Mosullu oymağı, “Soy” dərgisi, 7 (15), 2008. səh.47-56. Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.[1] Həmçinin bax Səfəvilər dövləti Təbriz bəylərbəyliyi Mosullu oymağı
https://az.wikipedia.org/w/index.php?curid=492704
Əmir xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi. 11-ci ordunun Bakını 1920-ci ilin 27 aprel işğalı ərəfəsində Ə. Xoyski Quba qəzasının rəisi vəzifəsində idi. Ə. Xoyski sovet hakimiyyətinə qarşı 1920-ci il mayın 24 — iyunun 4-də Gəncədə baş vermiş üsyanda fəal iştirak etmişdi.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir xan Xoyski həbs və təqibdən yaxa qurtarmaq üçün Türkiyəyə qaçmışdı. Sovet quruluşu dövründə, ömür boyu Azərbaycana qayıtmaq həsrəti ilə yaşayan, lakin bu imkandan məhrum olan Əmir xan Xoyski 1954-cü ildə Ankarada vəfat etmişdir. Əmir xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı. O, Cənubi Azərbaycandakı Maku xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin qaçmasından bir neçə ay sonra vəfat edir. Əmir xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar. Bu zavallılar da böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz familiyalarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular. Azərbaycan Xalq Cümhuriyyəti, II cild, Bakı,2005
https://az.wikipedia.org/w/index.php?curid=491737
Əmir xan Yağləvəndli-Cavanşir
Əmir xan Yağləvəndli-Cavanşir — Kəşmir hakimi. Əmir xan Səfi xan oğlu 1732-ci ildə Cavanşir elinin Yağləvənd oymağında anadan olmuşdu. Uşaq yaşlarında valideynləri ilə birlikdə Xorasanın Sərəxs bölgəsinə sürgün olunmuşdu. 1747-ci ildə Cavanşir elinin bəzi oymaqları vətənə dönməmiş Əfqanıstanda qalıb Əhməd şah Dürraniyə xidmət etmişdi. Əmir xan oymağı ilə Kəşmiri ələ keçirmiş, 1770-ci ildən 1775-ci ilədək oranı idarə etmişdi. O, Teymur şah Dürraniyə tabe olmurdu. 1773-cü ildə Əfqanıstanın şahı Teymur şah Dürraniylə ilə münaqişəyə girərək muharibə apardı. Öncə qalib gəlsə də, sonradan, 1775-ci ildə bəllucların satqınlığı nəticəsində əsir düşdü. Britaniyalı müəllif ser Volter Lourens özünün 1895-ci ildə yazdığı "Kəşmir vadisi" kitabında Əmir xan Cavanşir barədə aşağıdakıları qeyd edir:
https://az.wikipedia.org/w/index.php?curid=79392
Əmir Çalbaş
Həyatının erkən dövrü Krım tatarı olan kasıb ailədə 1918-ci ilin əvvəllərində anadan olmuşdur. Ailənin maddi vəziyyətinə görə erkən yaşlarından kənd təsərrüfatı sahəsində işləməyə başlamışdır. O, həyatının bu dövründə 6 kilometr uzaqlıqda olan Aluşta şəhərinə süd qutuları daşımaqla məşğul olmuşdur. O, 2 il davam etməli olan ibtidai məktəbini uğurla daha tez müddətə bitirmişdir. 4 il yerli məktəbdə təhsil aldıqdan sonra 7 il internat məktəbində təhsil almışdır. 1933-cü il aclığı zamanı o, qısa müddətlik məktəbdən ayılıb aşpaz kimi çalışsa da, müəlliminin danlağından sonra məktəbə geri dönmüşdür. Daha sonra o, Simferopoldakı nəqliyyat məktəbinə yollandı və daha sonra donanma gəmilərində elektrik kimi çalışdı. Orada o, məşhur test pilotu Vladimir Kokkinaki ilə tanış olmuşdur. Burada çalışarkən Çalbaşda havada uçuşarkən gördüyü hərbi təyyarələrə olan maraq daha da artır. Kokkinakinin məsləhəti ilə o, Kerç aeroklubuna Komsomol bileti ilə daxil olmuşdur. 1938-ci ildə daxil olduğu məktəbdən 1939-cu ildə məzun olmuşdur. Daha sonra Kaça Hərbi Aviasiya Pilotları Məktəbinə daxil olmuş və orada gələcəyin iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış Əhmədxan Sultanla tanış olmuşdur. 1940-cı ilin martında Çalbaş bu məktəbdə uçuş müəllimi olmuşdur. İkinci Dünya müharibəsi Sovet İttifaqının Almaniyanın hücumuna məruz qalmasından sonra Kaça Məktəbi 1941-ci ildə Saratov əyalətinə köçürüldü. Müharibənin başlanğıcında Çalbaş və digər çox saylı yoldaşları cəbhəyə göndərilmələri üçün müraciət etdilər. 1941-ci ilin dekabrında o, cəbhəyə göndərildi. O, 627-ci Qarışıq Aviasiya Alayı ilə uçuşlar həyata keçirirdi. Bu 1943-cü ilin fevralına qədər davam etdi. O, bu zaman ərzində I-16 və LaGG-33-dən istifadə etmişdir. O, ilk uçuş qələbəsini 1942-ci ilin 31 yanvarında Ju-88-lə toplu döyüş nəticəsində əldə etdi. Onun ilk solo qələbəsi 1943-cü ilin 6 mayında baş verdi və o, FV-190-ı vurmağı bacardı. Onun ilk mükafatı Moskvanın müdafiəsinə görə verilən medal olmuşdur. İlin sonunda isə "Qırmızı Ulduz" Ordeni ilə mükafatlandırıldı. Mükafat verilən zaman o, 627-ci alayın komandanının müavini idi, lakin 1943-cü ilin fevralında 49-cu Döyüş Aviasiyası Alayına transfer edildi. Bu alayda o, hava toqquşmalarının əksəriyyətini qazandı, lakin sentyabrda Moskvadakı Lyubertski Ali Aviasiya Məktəbində müəllimlik etmək üçün cəbhədən geri çağırıldı. O ana qədər, o, artıq kapitan rütbəsinə yüksəlmiş, squadronun komandanı olmuş və döyüşdə iki dəfə yaralanmışdı. Moskvada olarkən, o, 1944 və 1945-ci illər may paradlarında çıxış etmişdir.Aviasiya tarixçisi Mixail Bixov bildirir ki, Çalbaş 8 solo və 4 birgə hava qələbəsinə malikdir. Lakin bəzi mənbələr iddia edir ki, o, 11 solo və 6 birgə hava qələbəsinə malikdir. Müharibədən sonra Müharibədən sonra Çalbaşa Almaniyada qalıb alay komandanı olmaq və ya Uzaq Şərqdə alay komandanının müavini olmaq seçimi etmək təklif edildi. O, Uzaq Şərqə getməyi üstün tutdu və burada polkovnik rütbəsinə yüksəldi və sonda hücum təyyarələrindən ibarət alayın komandanı oldu. O, ümumilikdə 3000 saatdan çox uçuş həyata keçirmişdi, lakin 1959-cu ildə tibbi səbəblərə görə ona uçmaq qadağan edildi və beləliklə, hərbi sahədən ayrıldı. Təqaüdə ayrıldıqdan sonra dəfələrlə vətəni Krıma geri dönməyə cəhd etdi. Sovet qanunlarına görə, təqaüdə ayrılmış hərbçilərin qeydiyyatda olduqları yerə geri dönməyə və ev qeydiyyatına düşməyə haqları var idi. Lakin bu hərəkətləri xüsusi sürgün düşərgələri istisna olmaqla digər yerlərdə hərəkət etmələri məhdudlaşdırılan Krım tatarlarına aid deyildi.Onlara hətta xüsusi düşərgələrdə qalma qadağası ləğv edildikdən sonra belə Krıma daxil olmağa çox nadir hallarda icazə verirdilər. Çalbaşın xüsusi düşərgədə olmamasına baxmayaraq, ona da, Krıma geri dönməyə icazə verilmirdi. Krım tatarlarına doğma vətənlərinə geri dönməyə icazə verildikdən sonra - 1992-ci ildə Krıma gələn Çalbaş üçün ev tapmaq inanılmaz dərəcədə çətin oldu. O, burada evi yalnız 10 il sonra ala bildi və bura köçdükdən qısa müddət sonra vəfat etdi. O, bu doğma vətənində qəhrəmanlar məzarlığında dəfn edildi. Həmçinin bax Əhmədxan Sultan
https://az.wikipedia.org/w/index.php?curid=681395
Əmir Çoban
Əmir Çoban noyon Məlik noyon oğlu Sulduz (1260-cı illər – noyabr 1327, Herat) — Elxani əmiri, sərkərdə. Əmir Çoban Sulduz Elxanilər dövrünün önəmli sərkərdələrindən biri idi. Arqun xanın hakimiyyəti dönəmində fəaliyyətə başlamışdı. Qazan xanın yürüşlərində iştirak etmişdi. Sultan Məhəmməd Olcaytunun (1304-1316) dövründə hakimiyyət de-fakto Əmir Çobanın əlinə keçdi. Çoban türk-monqol mənşəli Sulduz elinə mənsub idi və bu el orta əsrlərdə Urmiya vilayəti ətrafında məskunlaşmışdı. Əbu Səid Bahadur xan (1316-1335) dövründə Əmir Çoban dövlətə qarşı bütün üsyanları yatırtdı. Qızıl Orda qoşununu məğlub etdi. Əmir Çobanın nüfuzundan qorxuya düşən Əbu Səid 1328-ci ildə onu oğlanları ilə birlikdə öldürtdü. Əmir Çoban Sulduz Sultan Satıbəy xatunla ailə qurmuşdu. Əmir Dəmirdaş Sulduz Əmir Cilovxan Sulduz Əmir Həsən Sulduz Əmir Surğan Sulduz Dəməşq Xacə Sulduz Əmir Yağıbasdı Sulduz Əmir Mahmud SulduzQızları Bağdad xatun Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=100277
Əmir Çoban Sulduz
Əmir Çoban noyon Məlik noyon oğlu Sulduz (1260-cı illər – noyabr 1327, Herat) — Elxani əmiri, sərkərdə. Əmir Çoban Sulduz Elxanilər dövrünün önəmli sərkərdələrindən biri idi. Arqun xanın hakimiyyəti dönəmində fəaliyyətə başlamışdı. Qazan xanın yürüşlərində iştirak etmişdi. Sultan Məhəmməd Olcaytunun (1304-1316) dövründə hakimiyyət de-fakto Əmir Çobanın əlinə keçdi. Çoban türk-monqol mənşəli Sulduz elinə mənsub idi və bu el orta əsrlərdə Urmiya vilayəti ətrafında məskunlaşmışdı. Əbu Səid Bahadur xan (1316-1335) dövründə Əmir Çoban dövlətə qarşı bütün üsyanları yatırtdı. Qızıl Orda qoşununu məğlub etdi. Əmir Çobanın nüfuzundan qorxuya düşən Əbu Səid 1328-ci ildə onu oğlanları ilə birlikdə öldürtdü. Əmir Çoban Sulduz Sultan Satıbəy xatunla ailə qurmuşdu. Əmir Dəmirdaş Sulduz Əmir Cilovxan Sulduz Əmir Həsən Sulduz Əmir Surğan Sulduz Dəməşq Xacə Sulduz Əmir Yağıbasdı Sulduz Əmir Mahmud SulduzQızları Bağdad xatun Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=678178
Əmir İsfahan
Əmir İsfahan — Qara Yusifin Pirbudaqdan sonra 2-ci oğludur, Qara İsgəndərin anabir qardaşıdır. 1433–1445-ci illərdə Bağdad hakimi olmuşdur. 1410-cu ildə Sultan Əhməd Cəlayır ilə döyüşdə iştirak etmiş və Qaraqoyunlu ordusunun sol qoluna başçılıq etmişdir. 1420-ci ildə Qara Yusif Teymuri sultan Şahruxu qarşılamaq üçün Təbrizdən hərəkətə başlayanda, Əmir İsfahan Ədilcəvazda hakim idi, lakin atasına qoşunla yardım göstərmədi. Qara Yusifin ölümündən sonra əvvəlcə Naxçıvana sonra Çuxursəədə çəkildi. Burada Səəd tayfası onu hakimiyyət üçün namizəd elan etdilər və Qara Yusifin xəzinəsi də Əmir İsfahanın əlinə keçdi.Şahrux tərəfindən əmr verildi ki, Mirzə İbrahim sultan və Əmir Şahməlik 20 min süvari ilə Əmir İsfahanın ələ keçirilməsi üçün Naxçıvan və Səlmatu tərəfə hərəkət etdilər. O əsnada İsfahanın elçiləri Şahruxun düşərgəsinə gəlib tabelik bildirdilər. Bundan sonra Şahrux onların üzərinə hücumu dayandırdı.Qardaşı İsgəndərin Qaraqoyunlu torpaqlarındakı hakimiyyəti yenidən bərpa etməsi Şahruxun Azərbaycana yeni yürüşünə gətirib çıxardı. 1421-ci ildə baş vermiş Alaşkerd döyüşündə Əmir İsfahan Qaraqoyunlu qoşununun sol cinahına başçılıq edirdi. Döyüşdə Qaraqoyunlu ordusu məğlubiyyətə uğradı. Qara İsgəndərdən ayrılan Əmir İsfahan Şahruxun Xorasana dönməsindən istifadə edərək, Naxçıvan və Təbrizi ələ keçirdi və müstəqil hakimiyyətə başladı. İraq hakimliyi dövrü İsfahan Azərbaycanda olarkən Qara İsgəndər Tovuq və Kərkükdə idi. O, bu xəbəri eşitdikdə Təbriz tərəfə hərəkət etdi. Əmir İsfahan qardaşına müqavimət göstərməkdən çəkinərək Ərzuruma və Avnik qalasına çəkildi. 1433-cü-cu ildə Hilləyə hərəkət edərək şəhəri tutdu və şəhər hakimi Əhməd Cəlayırın qardaşı Sultan Hüseyni öldürdü. Şahməhəmmədlə mübarizəsi Qara Yusif 1420-ci ildə Teymuri Şahruxun yürüşünü qarşılamaq üçün səfərdə ikən vəfat etdi. Şahməhəmməd atasının ölüm xəbərini eşitdikdən sonra Naxçıvana yollandı, güman edilirdi ki, o, özünü yaxınlaşan taxt mübarizəsi üçün hazırlayırdı. Lakin gözlənilənlərin əksinə o, bu iddiadan imtina etdi və atasının çadırını yağmalayan, cəsədini hörmətsizlik edən əmirləri qəbul etməkdən imtina etdi. Qara yusifin ölümü zamanı onun qardaşları Əmir İsfahan və İsgəndər uyğun olaraq Kərkük və Adilcəvazda idi. Şahməhəmməd öz oğlu Şahəlinin üsyanına görə geri dönməyə məcbur oldu. Eyni zamanda 1421-ci ildə Əmir İsfahan da Ərəb İraqının işğalına başlamışdı. Maraqlıdır ki, Şahməhəmməd qardaşına elə də müqavimət göstərmədi və Bağdadın ona kifayət etdiyini bildirdi. Əmir İsfahan onu Bağdaddan da çıxarsa da, Cəlairi Üveysə məğlub oldu, sonda isə Şahməhəmməd şəhəri geri qaytarmağı bacardı. Bir müddətliyinə iki qardaş Bağdadı birlikdə idarə etdilər, lakin qardaşının vecsizliyindən bezən Əmir İsfahan Bağdadın şimalımdakı Doceylə yollandı. Şahməhəmməd qardaşı ilə ortaq idarəetmədən razı olsa da, oğlu Şahəli bunu qəbul etmirdi. O, 1432-ci ildə atasının icazəsi olmadan Əmir İsfahanın üzərinə hücub edib, uğursuz oldu. Sonda 1432-1433-cü illərdə Əmir İsfahan Şahməhəmmədi Bağdaddan uzaqlaşdırdı və onnu Bağdad hakimliyi sona çatdı.Şaməhəmmədin son günləri və ya ayları yaxşı qeyd edilməmişdir. Gheyasi iddia edir ki, o, Bağdad ətrafında ordusunu yenidən qruplaşdırmağa çalışmış, uğursuz olduqdan sonra isə gəmi ilə Fərat çayının qərb sahilinə keçmişdir. O, oğlu Şahbudağın və bir hambalın müşayiəti ilə VII imam Musa Kazımın məzarını ziyarət etmiş, burada Seyid Covsaki adlı şəxs ona heyvanlar verdikdən sonra Duceylə, oradan da Hadithaya yollanmışdır. Burada müəyyən ordu topladıqdan sonra Mosul və Ərbili yenidən ələ keçirmiş və diqqətini Bağdada yönəltmişdir. O. Bakubəni ələ keçirmiş və yağmalamışdır. Lakin o, Əmir İsfahanın xəstə olmasına baxmayaraq, Bağdadı ələ keçirə bilməmişdir. Son olaraq, Əmir İsfahan ona hücum etmiş və Bağdaddan uzaqlaşdırmışdır. Gyesainin bildirdiyinə görə, Şahməhəmməd və ətrafı Şekan adlı qalanı ələ keçirməyə çalışarkən öldürülmüşdülər. Muḥaddis̲in yazdığına görə isə, oğlu Şahəlinin Qara İsgəndərin yanına qaçmasından sonra Şahməhəmməd Baba Hacı Həmadani tərəfindən öldürüldü. Həmədani Gaverudun hakimi idi. Sonrakı fəaliyyəti 1435-ci ildə Qara İsgəndərin ölümündən sonra oğullarının və qızlarının bir hissəsi əmiləri İsfahan bəyə sığındılar. Onlara oğullarından Əlvənd, Məlik-Qasım, Əsəd, Rüstəm, Tərxan, Məlik-Məhəmməd və qızlarından Arayiş, Şahsaray bəyimlər daxil idilər. Həmin il Əmir İsfahana sığınan qardaşı Şahməhəmmədin oğlu Şahəli əmisindən üz döndərib Şahruxa sığındı.Əmir İsfahan Ağqoyunluların daxilindəki ara müharibələrindən istifadə edərək sərhədlərini genişləndirmək istəyirdi. Həmzə bəy Bayandur 1437-ci ilin yazında İsfahan bəyi məğlub etdi. O, böyük ordu toplayaraq Qaraqoyunlu qüvvələrini Diyar-i Rəbiyyədən və Şimali Cəzirədən çıxardı.1445-ci ilin martın 8-də Əmir İsfahan vəfat etdi. Əyanlar İsfahan mirzənin oğlunu səltənətə əyləşdirdilər. Xəbər Cahanşaha çatdıqda Azərbaycandan böyük ordu ilə Bağdad tərəfə hərəkətə başladı. 1446-cı ildə İraqda Əmir İsfahan dövründən qalmış bütün müstəqil qüvvələr Təbrizdəki mərkəzi hakimiyyətə tabe edildi. Prof. Dr. Faruk Sümer. Kara Koyunlular (Başlangıçtan Cihan-Şah’a kadar). I. cilt Türk Tarih Kurumu Basım Evi — Ankara — 1967 Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı, "Azərbaycan" nəşriyyatı. 1993–48 s. Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s. Ebû Bekr-i Tihrânî. Kitâb-ı Diyârbekriyye, C. I–II, ner. N. Lugal, F. Sümer, Ankara, 1993, çev. Mürsel Öztürk, Ankara, 2001. Evrim Binbaş. The Jalayirid Hidden King and the Unbelief of Shāh Mohammad Qara Qoyunlu. Journal of Persianate Studies. 12 (2). 2019. ISBN 1874-7094. Həmçinin bax Qaraqoyunlular Ağqoyunlular
https://az.wikipedia.org/w/index.php?curid=512293
Əmir Şahi Səbzəvari
Əmir Şahi Səbzəvari (v. 1453) — Teymurilər dövlətində yaşamış farsdilli Azərbaycan şairi. Səbzəvar sərbədarilərinin nəslindən idi.Səbzəvari Hafiz Şirazinin "Divan"ının açılış qəzəlinə cavab bəstələmişdir. O, Astarabadda (indiki Gürgan) vəfat etmiş, Səbzəvardakı ailə ziyarətgahında dəfn edilmişdir. Xarici keçidlər Vikianbarda Əmir Şahi Səbzəvari ilə əlaqəli mediafayllar var.
https://az.wikipedia.org/w/index.php?curid=753071
Əmir Şərifəddin
Əmir Şərifəddin (ind. Amir Sjarifuddin Harahap, Amir Sjarifoeddin Harahap, 27 aprel 1907, Medan — 19 dekabr 1948, Surakarta) — İndoneziya siyasi xadimi. 30-cu illərdə Hollandiya müstəmləkə jandarmeriyasının Yavada, Sumatrada və İndoneziyanın başqa adalarındakı hər bir şö'bəsinin seyfində belə və ya buna oxşar anget tapmaq olardı... Hollandiya hakimiyyət orqanları 20-ci illərin ortalarında İndoneziya gənclərini tə'sir altına almaq məqsədilə İndoneziyalı tələbələri Haaqa və Amsterdamın ali məktəblərində oxumağa geniş cəlb edirdilər. Lakin İndoneziya gənclərinin əksəriyyəti və ən yaxşı hissəsi həmişəki kimi Hollandiya hakimiyyətini əslində olduğu kimi müstəmləkəçi və zalim hesab edirdi. 1928-ci ildə Hollandiyadan qayıdan Şərifəddin ölkənin ictimai həyatında, vətənin azadlığı uğrunda mübarizədə fəal iştirak edir. Müxtəlif milli təşkilatlarda işləyən Şərifəddin Hollandiya müstəmləkəçiliyinə qəti və barışmaz düşmən olduğunu göstərmişdi. Qorxmazlıq, energiya, vətənin azadlığı işinə sədaqət xalq arasında Əmir adlandırılan Şərifəddinə ümumi hörmət və məhəbbət qazandırmışdı. Təbiidir ki, milli istiqlaliyyət uğrunda, xalqın səadəti uğrunda mübarizə Şərifəddini kommunistlərlə yaxınlaşdırmışdı. Həmin dövr kommunist partiyası qüvvələrinin möhkəmləndiyi, xalq arasında onun nüfuzunun artdığı dövr idi və partiyanın qeyri-leqal vəziyyətdə olması da buna maneçilik törətmirdi. İKP MK Şərifəddinin şöhrət və nüfuzunu nəzərə alıb ondan leqal işdə istifadə etmək qərarına gəldi. Əmir ölkənin bütün əsas milli təşkilatlarının müstəmləkəçiliyə qarşı, istiqlaliyyət uğrunda vahid mübarizə cəbhəsinə cəlb olunmasını müdafiə edən Qerindo (İndoneziya xalq hərəkatı) təşkilatının yaranmasında fəal iştirak edir. 1939-cu ilin mayında İndoneziyanın 8 siyasi partiyası və təşkilatı İndoneziya siyasi ittifaqını (İSİ) yaradırlar. İndoneziyaya öz müqəddəratını tə'yin etmək hüququ verilməsi «siyasi, iqtisadi və ictimai demokratiya» əsasında milli birlik yaradılması, demokratik yolla seçilmiş İndoneziya parlamenti yaradılması ittifaqın proqramına daxil idi. Əmir Şərifəddin bu ittifaqın rəhbərlərindən biri olur. 1939-cu ilin dekabrında İSİ İndoneziya Xalq konqresini çağırır. Konqresdə 90 müxtəlif milli partiya və təşkilatın nümayəndələri iştirak edirlər. Konqres ölkənin milli qüvvələrinin xalqa dərhal demokratik hüquqlar verilməsi şüarı altında birləşməsində böyük rol oynadı. Konqresin işində, onun qərarlarının həyata keçirilməsində isə Əmir Şərifəddin böyük rol oynamışdır. Konqres İndoneziya dilinin ümumxalq dili elan edilməsi qərarını, «Böyük İndoneziya» mahnısının–milli himnin mətnini və musiqisini bəyəndi. Qəbul edilmiş qətnamədə deyilirdi ki, ikinci dünya müharibəsinin başlanması İndoneziya üçün də qorxu təşkil edir. Qətnamə Hollandiya və İndoneziya xalqlarını yapon militarizminə qarşı mübarizədə həmkarlığa çağırırdı. O vaxtın əsas problemini–Hollandiyanı təhdid edən alman faşizminə qarşı və İndoneziyanı təhdid edən yapon militarizminə qarşı mübarizə problemini nəzərə alan İndoneziyanın siyasi partiya və təşkilatları Hollandiya hakimiyyət orqanlarından tələb etdilər ki, indoneziyalılara Hollandiya konstitusiyası çərçivəsində muxtariyyat verilsin. Lakin Hollandiya hakimiyyət orqanları Hollandiya təslim olduqdan və İndoneziya ərazisi yapon qoşunları tərəfindən işğal edildikdən sonra da İndoneziya xalqına hər hansı siyasi müstəqillik verməkdən imtina etdilər. Hollandiya müstəmləkəçilərinin belə mövqeyi Yaponiyanın İndoneziya xalqına «azadlıq» gətirməsi haqqında yaponların yaydıqları əfsanəyə İndoneziyanın bir sıra millətçi rəhbərlərinin inanmasına, şübhəsiz, kömək göstərdi. Təkcə İndoneziya Kommunist Partiyası qətiyyətlə yalançı yapon təbliğatına qarşı çıxır, xalqı işğalçılara müqavimət göstərməyə çağırırdı. Yaponiya işğal orqanları ilk vaxtlarda İndoneziya milli hərəkatı rəhbərlərinin qılığına girməyə çalışırdılar. Onlar «Asiya asiyalılar üçündür» şovinist şüarını təbliğ etməklə, həmin rəhbərlərin nüfuzundan istifadə edib öz mövqelərini möhkəmləndirməyə və cənub-şərqi Asiyada ekspansiyanı genişləndirməyə çalışırdılar. Hələ İndoneziya işğal edilməmişdən əvvəl ölkənin milli hərəkat rəhbərləri arasında Əmir Şərifəddinin böyük nüfuza malik olduğunu nəzərə alan yapon agentləri onu dəfələrlə pulla öz tərəflərinə çəkməyə çalışmışdılar. Yaponiya təbliğatına qarşı Şərifəddinin gündəlik, ardıcıl mübarizəsi və Yaponiya basqınına qarşı müqavimətin təşkili yapon agentlərinə onun cavabı idi; Əmir bütün qüvvəsini bu mübarizəyə sərf edirdi. Yapon qoşunu İndoneziyanı işğal etdi. Yapon kəşfiyyatı Şərifəddini axtarırdı. Şərifəddin isə İKP-nin tapşırığını yerinə yetirərək həyatını hər saat risq qarşısında qoymaqla sövdəgar tərzində ölkəni gəzir, adamları işğalçılara qarşı müqavimət hərəkatına cəlb edirdi. Onun tə'qib olunması hər an davam edirdi. Lakin xalqın hifz edib saxladığı Şərifəddin ələ keçmirdi. Yapon kəşfiyyatı nəhayət 1943-cü ildə Şərifəddini tutmağa müvəffəq olur. Ona on gün ərzində işgəncə verirlər. Heç bir nəticə əldə edə bilməyən yapon hakimiyyət orqapları Əmiri ölüm cəzasına məhkum edir. Bu xəbər həbsxanadan kənara çıxdı. İndoneziyalıların hiddət və qəzəbi o qədər qüvvətli idi ki, yapon cəlladları ölüm hökmünü ömürlük həbs cəzası ilə əvəz etməli oldu. Əmir iki il həbsxanalar küncündə qaldı. İndoneziya vətənpərvərlərinin Əmiri həbsxanadan qaçıracağından qorxan yapon hakimiyyət orqanları onu bir həbsxanadan digərinə köçürürdü. Ancaq İndoneziyanın müstəqilliyi elan olunandan sonra, özü də bundan ancaq ay yarım keçmiş Əmir yaxasını həbsxanadan qurtarmağa müvəffəq olur. İstiqlaliyyət elan olunduqdan bir gün sbnra, 1945-ci il avqustun 18-də gənc respublikanın ilk konstitutusiyası qəbul edildi və Sukarno onun birinci prezidenti seçildi. Əmir Şərifəddin qiyabi surətdə məlumat naziri təyin edilmişdi. Həmin vaxtdan ta 1948-ci ilin əvvəlinə qədər Əmir İndoneziya hökumətinin bütün hey'ətlərinə daxil olmuşdur, müdafiə naziri, sonra isə baş nazir vəzifələrində işləmişdir. 1945-ci ildə o, tezliklə ölkədə ən nüfuzlu siyasi partiyalardan birinə çevrilmiş İndoneziya Sosialist Partiyasının rəhbərlərindən biri olur. Bu milli azadlıq inqilabının son dərəcə yüksəliş dövrü idi. İndoneziyanın Mərkəzi milli komitəsi (İMMK) avqustun 29-dan fəaliyyətə başladı, sonralar o, respublikanın müvəqqəti parlamentinə çevrildi və ölkənin müxtəlif siyasi partiyalarını və təşkilatlarını birləşdirdi. Kommunist partiyasının təşəbbüsü ilə İMMK-da sol partiyaların və təşkilatların qüdrətli bloku yarandı, kommunist, sosialist və fəhlə partiyaları, həmçinin bir çox başqa demokratik təşkilatlar həmin bloka daxil oldular. Respublikanın müstəmləkəçiləri tamamilə qovana qədər milli azadlıq mübarizəsini davam etdirməyi qarşısına məqsəd qoymuş bütün tərəqqipərvər və milli vətənpərvər qüvvələri, rəhbərlərindən biri Əmir Şərifəddin olan blokun ətrafında sıx birləşməyə başladılar. İndoneziya xalqının vətəni müdafiə etməsinə mane olan Hollandiya hakimiyyət orqanları nəyin bahasına olursa-olsun yaponların varisi olmağa çalışırdılar. Onlar özlərinin ən zəngin müstəmləkələrinin istiqlaliyyət elan etməsinə mane ola bilmədilər, lakin bu, o demək deyildi ki, öz iqtisadi mövqelərini itirməklə razılaşacaqdılar. 1945-ci il sentyabrın 29-da İngiltərə–Hollandiya qoşunlarının ilk dəstələri Yavaya çıxarıldı. Həmişə olduğu kimi bu dəfə də ingilis müstəmləkəçilərinin müdaxilə etmək üçün bəhanələri var idi. Leyborist Ettli hökuməti elan etmişdi ki, qoşunlarını təslim olan yapon ordusunun silahlarını qəbul etmək üçün göndərmişdir. Lakin həmin silahlar İndoneziya partizanlarının əlində idi və onu qanlı döyüşlər nəticəsində yapon işğalçılarından «qəbul» etmişdilər. Surabaya şəhərindəki ingilis qoşunlarının komandanı Menserd 1945-ci il sentyabrın 9-da silahı təhvil verməyi İndoneziyalılardan tələb etdi və qəti rədd cavabı aldı. Gənc respublikanın başının üstünü ölüm təhlükəsi aldığı həmin günlərdə İndoneziya xalqının silahlı qüvvələrinin başında müdafiə naziri tə'yin edilmiş Əmir Şərifəddnn dururdu. İndoneziya ordusunun döyüş qabiliyyətinin möhkəmləndirilməsi bütün milli-vətənpərvər qüvvələrin mərkəzi hökumət ətrafında birləşməsi ilə, imperialistlər tərəfindən şirnikləndirilən təfriqə hərəkatının ləğv olunması ilə möhkəm surətdə əlaqədar idi. 1946-cı ilin yazında Sumatrada adanın Yavadan ayrılması uğrunda hərəkat başlandıqda bir qrup siyasi xadim Əmir Şərifəddinin rəhbərliyi altında oraya yola düşdü. O, Sumatra təfriqəçilərinə tutduqları mövqelərin təhlükəli olduğunu səbir və tə'kidlə izah edir, onların şüarlarının milli qüvvələri parçalayıb xırdalamağa və onların birliyini yox etməyə çalışan imperializmin məqsədlərinə obyektiv xidmət etdiyindən danışırdı. Getdikləri hər yerdə–Medan, Bukitinqi və başqa şəhərlərdə–Şərifəddinin dəstəsi müvəffəqiyyət qazanırdı. Hollandiya müstəmləkəçilərinin İndoneziyada itirdikləri öz siyasi mövqelərini silah gücü ilə geri qaytarmaq cəhdləri bütün İndoneziya xalqının qəti müqavimətinə rast gəldi. Hollandiyalılar hərbi əməliyyata ara vermədən başqa çıxış yolları axtarmağa başladılar. Bütün şantaj və təzyiq vasitələrindən istifadə edən Hollandiya, İndoneziya hökumətini danışıqlara güzəştə getməyə və Linqacat müqaviləsini imzalamağa məcbur etdi. Müqavilə 1946-cı ilin noyabrında paraflandı. Həmin müqaviləyə görə respublika Yava, Madora və Sumatra adalarının ərazisində ancaq defakto hakimiyyəti kimi e'tiraf olunurdu. Vahid, mərkəzləşdirilmiş dövlət əvəzinə zorla federasiya qəbul etdirildi. Respublikadan başqa Hollandiyalıların Kalimantan adasında və İndoneziya arxipelaqının şərq hissəsində yaratdıqları oyuncaq dövlətlər də federasiyaya tam hüquqlu üzvlər kimi daxil olmalı idilər. Müqavilə Hollandiya hakimiyyətinin himayəsi altında Niderland–İndoneziya ittifaqı yaradılmasını nəzərdə tuturdu. Lakin bütün bunlar Hollandiya müstəmləkəçiləri üçün azlıq edirdi. Linqacat müqaviləsi 1947-ci ilinmartında rəsmi imzalandıqdan sonra onlar gənc respublikaya təzyiq göstərməyi davam etdirirdilər.1947-ci il mayın 27-də Hollandiya öz nəzarəti altında yeni İndoneziya hökuməti yaradılması tələbi ilə Sutan Şərir hökumətinə ultimatum verdi. Hökumətin polisi, xarici ticarəti və maliyyə işləri Hollandiya hakimiyyətinə tabe olmalı idi. Sağ sosialist bu tələbləri ğəbul etməyə hazır idi. Lakin İndoneziya xalqının iradəsini ifadə edən Şərifəddin qətiyyətlə Şəririn təslim olmaq siyasətinə qarşı çıxdı. Şərir hökuməti əfkari-ümumiyyənin təzyiqi altında iste'fa verdİ. Hokumət təşkili Əmir Şərifəddinə tapşırılmışdı. Yeni kabinetin yaradılması holland qoşunlarının bütün cəbhə boyu hücuma keçməsi ilə bir vaxta düşdü. Hücum cərəyanında onlar Cakarta, Semaranq, Surabaya şəhərləri də daxil olmaqla Yava ərazisinin üçdə ikisini işğal etməyə müvəffəq oldular. Ölkənin ancaq kiçik bir hissəsi respublika hökumətinin əlində qalmışdı. Müstəqil İndoneziyanın başının üstünü ölüm təhlükəsi almışdı. Yeni hökumətin ilk addımı Hollandiya ultimatumunu qəbul etməkdən boyun qaçırmaq oldu. Şərifəddin 1942-ci il iyulun 16-da Cokyakarta radiosundakı çıxışında hökumətin adından demişdi: «İndoneziya respublikası hökuməti öz məs'uliyyətini tamamilə başa düşərək Hollandiyanın tələblərini rədd etdi... Biz sülh və ədalət tərəfdarıyıq. Biz siyasi problemləri dinc vasitələrlə həll etməyə çalışdıq, lakin bu problemlərin həllini nəzərdə tutmayan Hollandiya tələbləri siyasətimizin yerinə yetirilməsinə mane oldu». Əmir respublikanın silahlı qüvvələrinə xitabən demişdir: «Biz milli vəhdəti və nizam–intizamı hər vasitə ilə möhkəmləndirməliyik. Ola bilsin ki, hollandiyalılar bundan sonra da provokasiyalar edəcəklər. Mə'lumdur ki, holland komandanlığı daim provokasiyalar düzəltmişdir və barışıq şərtlərini pozmuşdur. Buna görə də biz holland irticasının manevrlərinə Respublika vahid cəbhəsini möhkəmləndirməklə cavab verməliyik». Hollandiya qoşunlarının gənc respublikaya qarşı yeni hücumu öz azadlıq və istiqlaliyyətini müdafiə etmək əzmində olan İndoneziya xalqının qəzəb və hiddətinə səbəb oldu. İndoneziyanın bütün gənclər təşkilatlarını birləşdirən Gənclər konqresi 1947-ci il noyabrın 15-də bütün dünyanın demokratik gənclərinə çağırışla müraciət etdi. Çağırışda deyilirdi: «Söhbət azadlıq və istiqlaliyyət uğrunda, Hollandiya təcavüzkarlarına qarşı, müstəmləkəçilik müharibəsinə qarşı axıra qədər mübarizə etmək qərarına gəlmiş İndoneziya gənclərinin ölüm-dirim məsələsindən gedir. İndoneziya gəncləri bu şiddətli mübarizənin ön sıralarında gedirlər». Konqres bütün dünya gənclərini İndoneziya xalqının haqq işinin müdafiəsinə qalxmağa çağırırdı. İndoneziya sosialist gənclər konfransı respublikanın müdafiəsini möhkəmləndirmək, ölkənin holland təcavüzkarlarından ümumxalq müdafiəsini təşkil etmək haqqında, Şərifəddin hökumətinə hərtərəfli kömək göstərmək haqqında qərar qəbul etdi. Hollandiyalıların respublikaya qarşı yenidən geniş hücuma keçmək təhdidinə cavab olaraq İndoneziya həmkarlar ittifaqlarının rəhbəri Xartono demişdi ki, bütün fəhlələr möhkəm dayanacaqlar. Mütərəqqi İndoneziya Şərifəddinin ətrafında sıx birləşmişdi. Onun təşəbbüsü ilə müxtəlif partiyaların və təşkilatların çoxlu silahlı dəstələri qısa müddətdə İndoneziya milli ordusunun vahid komandanlığı altında birləşdi. İndoneziya ordusunun yeni hissələri təşkil edilir və cəbhəyə göndərilirdi. Şərifəddin əfkari-ümumiyyəni respublikanın müdafiəsinə səfərbər etməklə saysız-hesabsız mətbuat konfransları düzəldir və mütərəqqi bəşəriyyətə müraciət edirdi: «Xalqımız istiqlaliyyət uğrunda mübarizədə böyük qətiyyətə malikdir. Qarşıda bizi bir çox çətinliklər, qan tökülməsi və yeni qurbanlar gözlədiyini qabaqcadan görürük. Lakin bütün bunlara davam gətirmək üçün qüvvəmiz vardır. Bilirik ki, bu mübarizədə biz tək deyilik. Bütün dünyada milyonlarla namuslu adam bizim hərəkata rəğbət bəsləyir. Cənab jurnalistlər, öz qəzetlərinizdə bunlardan yazmağınızı xahiş edirəm...» İndoneziya xalqının öz istiqlaliyyəti uğrunda mübarizəsi bir çox ölkələrin zəhmətkeşlərinin dərin rəğbətinə səbəb oldu. Hindistanda, Hind–Çində, Malayyada, Avstraliyada, ərəb ölkələrində, ABŞ-da, Hollandiyada–hər yerdə demokratik ictimai təşkilatlar İndoneziya xalqının müdafiəsinə qalxır, ona kömək göstərirdilər. İngilis qoşunları tərkibində İndoneziyada olan bir çox hind əsgərləri qoşun getdikdən sonra orada qaldılar və könüllü korpus hüququnda İndoneziya respublika ordusunun sıralarına daxil oldular. Hindistan ictimai təşkilatları dəfələrlə İndoneziyaya həkimlər dəstəsi və dava-dərman göndərmişdi. Avstraliya həmkarlar təşkilatları 1947-ci ilin sentyabrında İndoneziyaya gedən Hollandiya gəmilərini boykot etmək qərarına gəldilər və Avstraliya hökumətindən tələb etdilər ki, Avstraliyadakı bütün Hollandiya bazalarını bağlasın. Ranqunda birmalı müsəlmanların Hollandiya təcavüzkarlığını pisləyən mitinqi oldu. Mitinq iştirakçıları İndoneziya xalqına kömək göstərməyi və'd etdilər. Malayya demokratik gənclər ittifaqı Hollandiya gəmilərinə boykot elan etdi və onların Sinqapura daxil olmasını qadağan etməyi hökumət orqanlarından tələb etdi. 1948-ci il dekabrın 19-da gecədən xeyli keçmiş Yava adasının şərqində yerləşən Nqaliyan kəndinə qoşun dəstələri gəldi. Bu, kənd sakinləri üçün adi bir hal idi: «madiun hadisələri» zamanı Xatta hökumətinin cəza dəstələri tez-tez bu rayonu kommunistlərdən və vətənpərvərlərdən təmizləyirdilər. Lakin həmin gecənin hadisəsi bütün İndoneziya və dünya əfkari-ümumiyyəsini sarsıtdı. Həmin gecə–dekabrın 19-dan 20-nə keçən gecə Hattanın əmri ilə başda MK siyasi bürosunun üzvü, İndoneziya respublikasının sabiq baş naziri Əmir Şərifəddin olmaqla İndoneziya Kommunist Partiyasının 11 görkəmli xadimi vəhşicəsinə öldürüldü. Siyasi büronun üzvləri Suripno, Xaryono, Sarcono, Darusman və başqaları onunla birlikdə həlak oldular... Mübarizəyə həsr edilmiş ömür. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı–1967, səh. 123-127. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=260753
Əmir Əbdülqadir
Əbdülqadir İbn Muhyiddin İbn Mustafa Əl-Həsəni Əl-Əlcəzairi (6 sentyabr 1808[…], Qitəna[d] – 26 may 1883[…], Dəməşq) — Əlcəzair xalqının Fransa boyundurluğuna qarşı mübarizəsinə (1840–1846) öndərlik edən və Əlcəzair dövlətinin təməlini atan din adamı və əsgər. 1832-ci ildə Maskura əmiri olmuşdur, sufi, şair, islam alimi. Əbdülqadir hərbi sahədə göstərdiyi qəhrəmanlıqlardan öncə belə yaraşıqlılığı və üstün zəkasıyla xalqın gözdəsi halına gəlmişdi. Qara saqqallı düzgün bir üzü, incə və qıvraq bir bədəni olan orta boylu bir kişiydi. Davranışları son dərəcə kibar, yaşamı da eyni ölçüdə sadəydi. Şairliyi və təsirli söz söyləmə gücüylə dindaşlarını asanca həyəcana gətirə bilən dindar və aydın bir şəxs olaraq tanınırdı. Fransız işğalı və dirəniş Əlcəzair, Fransız ordusunun 1830-cu ildə ölkəni işğalınadək, Osmanlı dövlətinə bağlı bir əyalət idi. Ölkənin idarəsi Türk Yeniçərilər və onların seçdiyi bir Dayının (vali) əlində idi. Türk-Əlcəzairli qarışımı bir kökənə sahib olan Kuloğlu topluluğu ilə bəlirli ayrıcalıqlı qəbilələrdən dəstək görən bu hakimlər, eyni dindən gəlmənin onlara sağladığı üstünlüklə Əlcəzairi çox sıkı bir dənətim altında tuturdular. Bununla birlikdə bu yönəticilərdən nifrət edən Əlcəzairlilər, XIX əsrin başlarında sürəkli ayaklanma halındaydılar. Ölkə xalqı, bu nədənlə xristian istilacılara qarşı koyamayacak qədər bölünmüş durumdaydı. Ölkənin qərbində yaşayan qəbilələr Oranı kuşatma altına aldılar. Okul öğrətmənlərinin və özəlliklə dinsəl tarikat üyələrinin bəsləyip güçləndirdiği ortak İslam dindaşlık duyguları çəvrəsində birləşən bu qəbilələr, örgütsəl bir yapı kurmaya çalıştılar. Bir təriqət öndəri və Maskura yakınlarındaki bir zaviyənin yönətcisi olan Muhyiddin, Oran və Mostaqanemdəki Fransız birliklərinə qarşı yapılacak yıpratma savaşının başına gəçməyə çağrıldı. Yaşı bir hayli ilərləmiş olan Muhyiddin, noyabr 1832-ci ildə onun yerinə gənc oğlu Əbdülqadirin səçilməsini sağladı. Dinə bağlılığı və əsgəri alandaki gözüpəkliğiylə ün salmış olan Əbdülqadir, yıpratma savaşının komutanlığını üstləndi. Bu savaş sonunda 1834-cü ildə imzalanan Dəsmichəls Antlaşması ilə müminlərin komutanı unvanı altında Oranın iç kəsiminin yönətimini tümüylə ələ gəçirdi. Sahip olduğu yəni toprakları birləştirməyə yönələn Əmir Əbdülqadir, antlaşmanın sağladığı olanaklardan yararlanarak Səliftə yaşayan bütün qəbilələrə yönətimini kabul əttirdi. Milianayı və ardından Médéayı işgal ətti. Maktada Gənəral Camille Trézeli yənilgiyə uğratdı. Bərtrand Clauzəl və T.R. Bugəaud adlı gənərallər tarafından sıkıştırılmasına karşın, Fransızların başvurduğu şiddətə təpki duyan Əlcəzairlilərin dətəğini kazanmayı başardı. Görüşmələr sonunda Gənəral Bugəaudu Tafna Antlaşmasını (1837) imzalamaya ikna ətti. Fransızları birkaç limanla yətinmək zorunda bırakan bu antlaşmayla topraklarını daha da gənişlətərək Oran və Tittərinin bütün iç kəsimlərinin yönəticisi oldu. Əmir Əbdülqadir iki yıl içində gərçək anlamda bir dövlət qurdu. Paytaxt olaraq bəzən Maskuranı, bazən də Tihərt Kaləsini (bu gün Tagdəmpt) kullandı. Mahzən dənən savaşçı qəbilələrin ayrıcalıklarını kaldırarak və bütün uyruklara əşit vərgi yükü gətirərək xalq toplulukları arasında tüzəl bir əşitlik kurdu. Günəydəki vahaları hakimiyəti altında tutan ət-Tijini ilə savaşıp çöl kavimlərini ona karşı birləştirərək , nüfuzunu Büyük Sahra Çölü yönündə gənişlətti. Ardından Səlif Vadisi ilə Tittəriyə, Konstantin Bəyi Hac Ahmədin dirənişiylə karşılaştığı doğu əyaləti sınırlarına kadar uzandı. Ayrıca Fransızlara katılmış olan Zuatna Kuloğullarını ağır cəzalara çarptırdı. 1838 kışına gəlindiğində ətki alanı Bərbəri Kıbayl qəbiləsinin sınırlarını aşmış və günəydə Biskra Vahasından Fas sınırına kadar uzanmış bulunuyordu. Ət-Tijininin gücünü kırmak amacıyla başkənti Ayn Məhdiyi altı ay sürən bir kuşatma altında tutarak yyıktı. Bu arada bütün Sahra qəbilələri də kəndisinə bağlılık andı içdi. Əbdülqadir Əlcəzairi çəvrəsindəki iləri gələnlərin öğütlərinə pək səyrək olarak başvuran və yətkiyi bütünüylə əlində tutan bir öndərdi. Başlıca dayanağı, yurttaşlarını bir araya toplayıp istilacıya karşı birləştirəbiləcək biricik güç olan din duygusuydu. Ama bu, çağdaş bir dəvlət kurma çalışmalarında kəndisinə yardımcı olabiləcək çəşitli uluslardan yətənəkli kişiləri Yəhudi yə da xristian olmalarına baxmayaraq çevrsində toplanmasına əngəl olmadı. Bu Avrupalı uzmanların ən tanınmışı sonradan diplomatlık da yapan Léon Rochəstur; gəçirdiği sərüvənləri Trəntə dəux ans a travərs lIslam (İslam Dünyasında 32 Yıl) adlı kitapta anlatmıştır. Əbdülqadir, qəbilələrin donatımını sağladığı əsgərlər ya da gönüllülər tarafından dəstəklənən və yaklaşık 2,000 kişidən oluşan düzənli bir ordu kurdu. Fransız işgali altındaki topraklara yakın kasabalar saldırılara çok açık olacağından iç kəsimdəki Səbdou, Saida, Tihert, Taza və Boghar gibi yərləşim birimlərini tahkim ətti. Buralarda əsgəri donatım fabrikaları, ambarlar və atölyələr açtı, başta İngiltərədən olmak üzərə dışardan yapılan silah alımlarını karşılamak üzərə satılacak fazla ürünləri buralarda dəpoladı. Bəlirlənmiş ücrət alan görəvlilərə dayalı yəni bir yönətim sistəmi oluşturdu. Əğitimi yaygınlaştırarak, bağımsızlık və milliyət kavramalrının xalq arasında güçlənməsini sağladı. Orléans dükünün öncü kolları Dəmir Gəçidini aşınca, Əmir Əbdülqadir bunu Tafna Antlaşması ilə kəndisinə vərilən topraklara yönəlik bir saldırı saydı. Örgütlənmə çalışmalarını hənüz tamamlamamış olmasına karşın, bəklənmədik bir saldırıyan gəçərək Mitica Ovasındaki Fransız koloni birimlərini yok ətti. Bu olay üzərinə savaş şiddətini yitirdi. Bu durum, bütün Əlcəzairi ələ gəçirmək için gərəkli donanım və silahı alma konusunda Fransız hükümətini ikna ədən Gənəral Bugəaudun 1840-cı ildə gənəl vali olarak atanmasına dəğin sürdü. Bu atamayla birliktə yədi yıllık sərt və acımasız bir savaş başladı. Büyük çaplı çarpışmalardan kaçınan Əbdülqadir, gərəkli darbəyi indirir indirməz gəri çəkiləbilən tüfəkli süvarilər kullandığı ardı arkası kəsilməyən küçük çarpışmaları tərcih ətti. Ancaq, karşısında Bugəaud tarafından son dərəcə harakətli kollar halində düzənlənmiş piyadələrdən oluşan bir Fransız ordusu bulunuyordu. Ayrıca, Bugəaud və yardımcılarının, açlık çəkən insanları öndərlərini tərkə zorlamak amacıyla oyguladıkları yıkımla baş ətmək zorunda kalmıştı. 1841-ci ildə Fransızlar Əlcəzairlilərin müstahkəm məvkilərini yıkınca, Əbdülqadir zorunlu olarak Oranın iç kəsimlərində göçəbə yaşamı sürməyə başladı. Ərtəsi yıl Tləmsənin əlindən çıkmasıyla Mərakeşli müttəfikləriylə bağlantısnı sürdürməsi güçləşti. Daha başka tərsliklərə və Fransız birliklərinin günəydəki ilərləməsinə karşın, Fasa ulaşmayı başardı. Bugəaud karşısında Islyda yənilgiyə uğrayan Mərakeş sultanı, Əbdülqadiri ölkəsinin orta kəsimlərində alıkoymak zorunda kaldı. Əbdülqadir, Dahrada patlak vərən bir ayaklanmadan yararlanarak yənidən Əlcəzairə girdi. Sidi İbrahim iləri karakolunu ələ gəçirdi və kəndisini izləyən Fransız birliklərindən sürəkli kaçarak ülkənin iç kəsimlərinə doğru çəkildi. Fransızlara təslim oluşu və sürgün həyatı Əbdülqadir, iyul 1846-cı ildə, gəri kalan bir avuç adamıyla birliktə yənidən mərakeşə sığındı. Ancaq kəndisini bir yük olarak görən Fas sultanının dəstəğini yitirincə Əlcəzairə dönmək zorunda kaldı. Doğuya göndəriləcəğinə söz vərilməsi üzərinə, Gənəral Christophə də Lamoriciérə ilə Bugəaudun yərini almış olan Kral Louis-Philippəın oğlu Aumalə dükünə onurlu bir biçimdə təslim oldu. Ancaq Louis-Philippə oğlunun vərdiği sözü yərinə gətirməktən kaçındı. Əbdülqadir bir sürə Fransadaki Chatəau də Pauda tutuklu kaldı. Ardından Amboisədə hapsədildi. Öncə cumhurbaşkanı, ardından imparator olan Louis-Napoléon 1852də Əbdülqadirin Bursaya gitməsinə izin verdi. Oradan Şama gəçən Əbdülqadir örnək bir yaşantı sürərək Zikrul-Akil və Tənbihul-Gafil (Akıllılara Çağrı, Aldırışsızlara Uyarı) adlı bir kitab yazdı. Fransız hökuməti kəndisinə yüklü bir əməkli aylığı bağladı və Kıbayl qəbiləsindən gəlmə bir muhafız birliği vərdi. Hətta Osmanlı dənətimindən çıkarmak istədikləri Misir ilə Anadolu arasında bir yərlərdə hükümdar olması yönündə girişimdə bulundu. Əbdülqadir, 1871 Əlcəzair ayaklanması sırasında Konstantinin günəyindəki qəbilələri ayaklandırmaya çalışan oğullarından birini övladlıqdan çıxardı. Əmir Əbdülqadir 1883-cü ildə Dəməşqdə öldü. Günümüzdə Əlcəzairlilər onu ən böyük xalq qəhrəmanlarından biri olaraq görməkdədirlər. Ahmed Bouyerdene, Emir Abd el-Kader: Hero and Saint of Islam, trans. Gustavo Polit, World Wisdom 2012, ISBN 978-1936597178 John W. Kiser, Commander of the Faithful: The Life and Times of Emir Abd El-Kader, Archetype 2008, ISBN 978-1901383317 Elsa Marston, The Compassionate Warrior: Abd El-Kader of Algeria, Wisdom Tales 2013, ISBN 978-1937786106 Charles Henry Churchill, Life of Abd el-Kader: Ex-Sultan of the Arabs of Algeria: written and compiled from his own dictation from other Authentic Sources, Nabu Press 2014, ISBN 978-1294672289, Reprint from Chapman and Hall 1867 Danziger, Raphael. Abd al-Qadir and the Algerians: Resistance to the French and Internal Consolidation. New York: Holmes & Meier, 1977. Étienne, Bruno. Abdelkader. Paris: Hachette Littérature, 2003. Kiser, John W. Commander of the Faithful: The Life and Times of Emir Abd el-Kader (1808–1883). Rhineburg: Monkfish, 2008. Jennifer Pitts, trans. and ed. Writings on Empire and Slavery by Alexis de Tocqueville. Baltimore: Johns Hopkins University Press, 2000.
https://az.wikipedia.org/w/index.php?curid=471328
Əmir Əbdürrəhman xan
Əbdürrəhman xan (1844, Kabil – 1 oktyabr 1901, Kabil) — Barakzay sülaləsinən əfqan əmiri (1880–1901). Əbdürrəhman xanın uşaqlığı Kabildə keçmişdir. 1850-ci ildə atası Bəlx valisi təyin olunandan sonra o atası ilə birlikdə Bəlxə köçmüş və gəncliyini əfqan Türküstanında yaşamışdır. Babası Əmir Dostməhəmməd xanın Bədaxşan, Kataqan, Dərvaz və Pamir bölgələrini də hakimiyyətinin sərhədləri içinə alan hərəkatında o da iştirak etmişdir. 1863-cü ildə babası öləndən sonra əmisi vəliəhd Şirəli xan əfqan taxtına çıxmışdır. Amma atası Əfdal xan ilə digər əmisi Azam xan, Şirəli xanı əmir olaraq tanımamışlar. Onların bu mövqeyi Əfqanıstanda 1868-ci ilə qədər davam edən qanlı vətəndaş müharibəsinin başlamasına səbəb olmuşdur. O, bu müharibədə əmisi Şirəli xana qarşı vuruşmuş, hətta Kabili işğal edərək atası Əfdal xanın əmirliyini elan etməsinə zəmin hazırlamışdır. Amma 1867-ci ilin oktyabrında atası vəfat edəndən sonra əmisinin əmirliyini qəbul etmək məcburiyyətində qalmışdır. Bir müddət sonra isə Şirəli xanın qüvvələrinə məğlub olaraq əvvəlcə İrana, oradan da Türküstana qaçmışdır. Bundan sonra o, ruslardan yardım istəmiş, amma onun bu müraciəti cavabsız qalmışdır; ona sadəcə Səmərqənddə yaşamağa icazə verilmişdir. Bu ərəfədə Şirəli xanın ingilislərlə arasının dəyməsi və ruslara meyllənməyə başlaması, Əbdürrəhman xanın ruslardan yardım alma ümidlərini puça çıxarmışdır. Ancaq bir müddət sonra hadisələrin gedişi onun xeyrinə dəyişməyə başlamışdır. Osmanlı hökumətinin vasitəçi olmasına baxmayaraq ikinci əfqan-ingilis müharibəsi başlamış və ingilislərə qarşı çıxa bilməyən Şirəli xan, Əfqanıstandan qaçaraq ruslara sığınmaq məcburiyyətində qalmışdır; bir müddət sonra o da vəfat etmişdir. İngilislər onların istədikləri siyasəti yürüdəcəyi şərti ilə Əbdürrəhman xanın əmirliyini qəbul edərək Əfqanıstanı ona tapşırmaq qərarına gəlmişlər. 11 avqust 1880-ci ildə Səmərqənddən əfqan Türküstanına dönən Əbdürrəhman xan ilə ingilislər arasında razılaşma imzalanmışdır. Bu razılaşmaya görə Əbdürrəhman xan əfqan əmiri olacaqdı, ancaq xarici siyasətini ingilislərin istəklərinə uyğun şəkildə yürüdəcəkdi. Bunun əvəzində ingilislər Əfqanıstanı tərk edəcək, amma Hindistanın müdafiəsi üçün böyük strateji əhəmiyyətə malik Xeybər keçidi, Kurram vadisi və Kuvatta kimi mövqeləri əllərində saxlayacaqdılar. Hakimiyyətə yiyələnən Əbdürrəhman xanın ilk işi ordu quruculuğu olmuşdur. Bundan sonra o, ölkədə üsyana qalxan türk əsilli gilzaylar (Gılzay) ilə İshaq xanı və həzarələri özünə tabe etdirərək Əfqanıstana nəzarəti tam ələ almışdır. O, hərbi islahatlarla yanaşı ölkə idarəçiliyində də dəyişikliklər etmişdir; ali məşvərət şurası və ümumi məclis qurmuşdur. Amma Əbdürrəhman xanın ölkənin mütləq hakimi olmaq istəyi bir müddət sonra məclisin öz funksiyalarını itirməsi ilə nəticələnmişdir. İngilislər bu yolla Əfqanistanda hakimiyyəti tamamilə öz əlinə alan Əbdürrəhman xanın ölkənin cənubunda və cənub-şərqində yaşayan qəbilələri onların üzərinə qaldırdığını iddia edərək ondan hind-əfqan sərhəddinin müəyyənləşdirilməsini istəmişlər. Əbdürrəhman xan əvvəlcə ingilislərin təklifini rədd etsə də, güclü təzyiqlər nəticəsində müzakirələrə başlamaq məcburiyyətində qalmışdır. İngilislərin Kabilə gələn nümayəndəsi Ser Mortimar Durand ilə 12 noyabr 1893-cü ildə imzalanan və Durand razılaşması kimi tanınan razılaşma ilə bugünkü Əfqanıstanın cənub və cənub-şərq sərhərləri müəyyənləşdirilmişdir. Əbdürrəhman xan daha sonra Əfqanıstanın "Kafiristan" adlandırılan bölgəsində hərəkat başlatmış və orada yaşayan əhalini müsəlmanlaşdırmışdır. O bu hərəkatın ardınca "Nuristan" adını alan bölgənin əhalisinin bir hissəsini ölkənin digər yerlərinə köçürmüşdür. Əbdürrəhman xan iyirmi il hakimiyyətdə olmuş, 1901-ci ilin may ayında qəflətən xəstələnmişdir; sağ tərəfi iflic olduğu üçün hakimiyyətini sürdürə bilməmiş, 28 sentyabr 1901-ci ildə dövlətin digər yüksək vəzifəli şəxsləri qarşısında əmirliyi böyük oğlu Həbibullah xana təhvil vermişdir. Bundan cəmi üç gün sonra — əlli altı yaşında vəfat etmişdir. Əbdürrəhman xan daxili çəkişmələrin və xarici müdaxilələrin viran qoyduğu Əfqanistanı, bir-birinə düşmən kəsilərək üz-üzə duran əfqanları öz nəzarət altına almağı bacarmışdır. Onun Əfqanistanın idarə edilməsi ilə bağlı oğluna verdiyi məsləhətlər uzun illər ölkənin daxili və xarici siyasətinin əsaslarını təşkil etmişdir. Həmçinin bax Barakzay sülaləsi
https://az.wikipedia.org/w/index.php?curid=401184
Əmir Əbülafiya
Əmir Əbülafiya (ivr. אמיר אבולעפיה; 13 may 1968, Tiberiya, İsrail şimal dairəsi) — İsrail hərbçisi, İsrail Müdafiə Qüvvələrinin aluf (general-mayor) rütbəsi olan ehtiyatda olan zabiti. Planlaşdırma Müdirliyinin rəisi, Polad dəstəsinin komandiri, Planlaşdırma Müdirliyində Planlama Şöbəsinin rəisi, İdan dəstəsinin komandiri və Nahal briqadasının komandiri vəzifələrində çalışmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=827419
Əmir Əli Sərdari İrəvani
Əmir Əli Sərdari İrəvani (13 avqust 1974, Tehran) — Bəhmən xan Sərdari İrəvaninin oğlu və 7-ci nəsildə İrəvan Hüseynəli xanının nəsli və 6-cı nəsil İrəvanın Məhəmməd xandır. İrəvan xanlığının varisi Sardari İravani ailəsinin əcdadları 1755–1805-ci illər arasında İrəvan xanlığını idarə etmişlər. İrəvanın Məhəmməd xan Qacar padşahına itaət etmədiyi üçün 1805-ci ildə Fətəli şah Qacar tərəfindən tutuldu və Tehrana sürgün edildi. Məhəmməd xanın nəsilləri İranda yaşayırdılar. Bundan sonra onun nəsilləri və kral Qacar ailəsi arasında çox sayda çarpaz nikahlar olmuşdur. Oğlu Məhəmmədhəsən xan Sərdar İrəvani Abbas Mirzənin qızı və Məhəmməd şah Qacarın bacısı ilə evləndi. Məhəmməd xanın nəsilləri çox nüfuzlu və güclü şəxslər idi və Qacar dövlətinin böyük hissələrini yerli qubernator kimi idarə edirdilər. Əhməd xan Müşir Hüzür Məhəmmədhəsən xan Sərdar İrəvaninin nəvəsi idi. Babasının titulunu seçdi və ailəsinə "Sərdari İrəvani" soyadını verdi. Əmir Əli Sərdari İrəvani Əhməd xanın büyük nəvəsi və Sərdari İrəvaninin sülaləsinin hazırkı rəhbəridir. Sərdari İrəvani sülaləsinin Cənubi Qafqazda və Qacar İranda mühüm tarixi vardır. Əmir Əli Sərdari İrəvani 1974-cü ildə Tehranda anadan olmuşdur.1996-cı ildə İranda ailə həyatı qurmuşdur. Ailəlidir, bir qız övladı var. Əmir Əli Sardari İravani 2003-cü ildən bəri Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində çalışan bir mühəndisdir. Bir neçə müsahibəsində araşdırmalarının dinc xarakter daşıdığını vurğulamışdır. Tədqiqat sahəsində tanınmış bir şəxsdir və müxtəlif tarixi əsərlərə töhfə vermişdir. XVIII–XIX əsrlərdə Oğuz türk tayfaları tərəfindən idarə olunan müstəqil bir dövlət olan İrəvan xanlığının varisi və nümayəndəsidir. XIX və XX əsrdə Sovet İttifaqı və Ermənistan tərəfindən etnik təmizlənmə yolu ilə İrəvandan və ətraf ərazilərdən (indiki Ermənistan) qovulmuş qaçqınlar üçün kampaniya aparmışdır. Həmçinin bax İrəvan xanlığı Məhəmməd xan
https://az.wikipedia.org/w/index.php?curid=669626
Əmir Əli oğlu Əbdüləzim
Əmir Əli oğlu Əbdüləzim və ya Əbdüləzim Sərkar (az-əbcəd. ابدولزیم سرکار) — XVII əsr Azərbaycan memarı. Əmir Əli oğlu Əbdüləzim 1663-cü və ya 1664-cü ildə inşa edilmiş Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır. Yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eynitipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=786166
Əmir Əliyev
Əmir Əliyev (coğrafiyaçı) — Coğrafiya elmləri doktoru. Əmir Əliyev (hüquqşünas) — Hüquq elmləri doktoru, professor. Həmçinin bax Əmirxan Əliyev
https://az.wikipedia.org/w/index.php?curid=377838
Əmir Əliyev (alim)
Əmir Soltan oglu Əliyev (1950, Balaca Həmyə, Siyəzən rayonu) — coğrafiya elmləri doktoru. Əmir Əliyev 1950-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olmuşdur. Şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nin fizika fakültəsinə daxil olmuş və 1958-ci ildə oranı bitirmişdir. Sonra isə SSR-i Elimlər Akademiyasının Atmosfer Fizikasi və Okeanologiya İnistitunun aspiranturasini bitirmiş və orada disertasiyanı müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almishdir. 15 il Dovlət Hidrometrologiya və Ekologiya Komitəsinin Xəzər Dənizi uzrə Mərkəzinin Rəhbəri vəzifəsində işləmişdir. 2004-cü ildə Cografiya Elimləri Doktoru elmi dərəcəsi uzrə disertasiya mudafiə etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyası Gəminin Dəniz Coğrafiyası və Hidrotexniki Qurğular kafedrasının müdiri vəzifəsində calishir. 3 kitabin və 120-dən cox elmi məqalənin muəllifidir.
https://az.wikipedia.org/w/index.php?curid=703494
Əmir Əliyev (coğrafiyaçı)
Əmir Soltan oglu Əliyev (1950, Balaca Həmyə, Siyəzən rayonu) — coğrafiya elmləri doktoru. Əmir Əliyev 1950-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olmuşdur. Şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nin fizika fakültəsinə daxil olmuş və 1958-ci ildə oranı bitirmişdir. Sonra isə SSR-i Elimlər Akademiyasının Atmosfer Fizikasi və Okeanologiya İnistitunun aspiranturasini bitirmiş və orada disertasiyanı müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almishdir. 15 il Dovlət Hidrometrologiya və Ekologiya Komitəsinin Xəzər Dənizi uzrə Mərkəzinin Rəhbəri vəzifəsində işləmişdir. 2004-cü ildə Cografiya Elimləri Doktoru elmi dərəcəsi uzrə disertasiya mudafiə etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyası Gəminin Dəniz Coğrafiyası və Hidrotexniki Qurğular kafedrasının müdiri vəzifəsində calishir. 3 kitabin və 120-dən cox elmi məqalənin muəllifidir.
https://az.wikipedia.org/w/index.php?curid=263770
Əmir Əliyev (hüquqşünas)
Əmir İbrahim oğlu Əliyev (4 aprel 1973, Nüvədi, Meğri rayonu) — professor (2009), hüquq elmləri doktoru (2007), Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı. Əmir Əliyev 1973-cü il aprel ayının 4-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1979–1989-cu illərdə Meğri rayonunun Nüvədi kənd orta məktəbində oxumuş, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1995-ci ildə BDU-da "Beynəlxalq hüquq" ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1997-ci ildən hal-hazıra qədər BDU-da əvvəlcə müəllim, baş müəllim, dosent və professor vəzifəsində çalışır. Ailəlidir, üç övladı var. Pedaqoji fəaliyyəti 1997-ci ildən 2006-cı ilə kimi BDU-nun "Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ" kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində işləmişdir. 2006-cı ildən yeni yaranan "Beynəlxalq xüsusi hüquq və Avropa hüququ" kafedrasının dosenti, 2009-cu ildən isə professoru vəzifəsində çalışır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Hüquq" elmləri üzrə Ekspert Şurasının üzvüdür. Eyni zamanda, Vəkillər üzrə Respublika İxtisas Komissiyasının üzvüdür. BDU tərəfindən buraxılan "Beynəlxalq hüquq və inteqrasiya problemləri" adlı elmi-analitik və praktiki jurnalın baş redaktor müavinidir. Əmir Əliyev "Beynəlxalq ümumi hüquq", "İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi", "Beynəlxalq gömrük hüququ", "Avropa hüququ" fənlərini tədris edir. Elmi fəaliyyəti 2003-cü ildə "Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq" mövzusunda namizədlik dissertasiya işini müdafiə etmiş, hüquq elmləri namizədi alimlik dərəcəsi, 2007-ci ildə isə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika" mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır. Əmir Əliyev "Beynəlxalq hüquq", "İnsan hüquqları" və "Avropa hüququ" sahələri üzrə tədqiqat aparır. Beynəlxalq ümumi hüquq. Metodik vəsait. Bakı, 2005. Beynəlxalq xüsusi hüquq. Dərslik. Tərcümə. Bakı, 2007. Beynəlxalq turizm hüququ. Monoqrafiya. Bakı, 2007. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi. Monoqrafiya. Bakı, 2007. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri. Dərslik. Bakı, 2007. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Dərslik. Bakı, 2009 İnsan hüquqları. Dərslik. Bakı, 2013.
https://az.wikipedia.org/w/index.php?curid=377840
Əmir Əliyev (professor)
Əmir İbrahim oğlu Əliyev (4 aprel 1973, Nüvədi, Meğri rayonu) — professor (2009), hüquq elmləri doktoru (2007), Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı. Əmir Əliyev 1973-cü il aprel ayının 4-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1979–1989-cu illərdə Meğri rayonunun Nüvədi kənd orta məktəbində oxumuş, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1995-ci ildə BDU-da "Beynəlxalq hüquq" ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1997-ci ildən hal-hazıra qədər BDU-da əvvəlcə müəllim, baş müəllim, dosent və professor vəzifəsində çalışır. Ailəlidir, üç övladı var. Pedaqoji fəaliyyəti 1997-ci ildən 2006-cı ilə kimi BDU-nun "Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ" kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində işləmişdir. 2006-cı ildən yeni yaranan "Beynəlxalq xüsusi hüquq və Avropa hüququ" kafedrasının dosenti, 2009-cu ildən isə professoru vəzifəsində çalışır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Hüquq" elmləri üzrə Ekspert Şurasının üzvüdür. Eyni zamanda, Vəkillər üzrə Respublika İxtisas Komissiyasının üzvüdür. BDU tərəfindən buraxılan "Beynəlxalq hüquq və inteqrasiya problemləri" adlı elmi-analitik və praktiki jurnalın baş redaktor müavinidir. Əmir Əliyev "Beynəlxalq ümumi hüquq", "İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi", "Beynəlxalq gömrük hüququ", "Avropa hüququ" fənlərini tədris edir. Elmi fəaliyyəti 2003-cü ildə "Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq" mövzusunda namizədlik dissertasiya işini müdafiə etmiş, hüquq elmləri namizədi alimlik dərəcəsi, 2007-ci ildə isə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika" mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır. Əmir Əliyev "Beynəlxalq hüquq", "İnsan hüquqları" və "Avropa hüququ" sahələri üzrə tədqiqat aparır. Beynəlxalq ümumi hüquq. Metodik vəsait. Bakı, 2005. Beynəlxalq xüsusi hüquq. Dərslik. Tərcümə. Bakı, 2007. Beynəlxalq turizm hüququ. Monoqrafiya. Bakı, 2007. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi. Monoqrafiya. Bakı, 2007. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri. Dərslik. Bakı, 2007. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Dərslik. Bakı, 2009 İnsan hüquqları. Dərslik. Bakı, 2013.
https://az.wikipedia.org/w/index.php?curid=703496
Əmir Əmiran Ömər
Əmir Əmiran Ömər — Eldəniz şəhzadəsi Məhəmməd Cahan Pəhləvan və İnanc xatunun oğlu. Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idadəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.Oğulları Qutluq İnancın və Əmir Əmiran Ömər hakimiyyətə gəlməsini istəyən İnanc xatunun narazılığına baxmayaraq, əmirlərin əksəriyyəti belə bir nəticəyə gəldilər ki, Cahan Pəhləvanın varisi məhz Qızıl Arslan olmalıdır. 1186-cı ildə Onlar sədaqətlərini Qızıl Arslana bildirərək, ondan Həmədana gəlməyi və dövlətin idarəsini öhdəsinə götürməyi xahiş edirlər. Sultan III Toğrul da Qızıl Arslanı özünün atabəyi təyin etməyə məcbur oldu.Bir qədər sonra narazı III Toğrulla Qızıl Arslan arasında mübarizə başlandı. III Toğrul 1190-cı ilin oktyabrında Qızıl Arslanın üzərinə hücuma keçdi. Qızıl Arslan digər rəqibi İnanc xatunun oğulları ilə barışıq imzaladı, onları öz yanında xidmətə götürdü və nəhayət mərhum qardaşının dul qalmış arvadı İnanc xatunla evləndi. Beləliklə yalnız bu tədbirlərdən sonra 1191-ci ildə III Toğrulla qarşılaşan Qızıl Arslan Sultanı məğlub edərək həbsə atdı. 1191-ci ildə Sultan Qızıl Arslanın ölümündən sonra taxt müharibələri yenidən başladı. Bu müharibələrdə Cahan Pəhləvanın oğulları, Əbu Bəkr, Əmir Əmiran Ömər və Qutluq İnanc əsas rol oynayırdılar.Azərbaycan Əbu Bəkr, Həmədan və ətraf vilayətləri isə Cahan Pəhləvanın İnanc xatundan olan oğlanları Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər zəbt etdilər. İnanc xatunun özü Reydə qaldı. 1193-cü ildə qardaşlar birləşərək Təbrizi ələ keçirdilər və digər qardaşları Əbu Bəkrin üzərinə hücuma hazırlaşmağa başladılar. 1193-ci ilin axırlarında Təbriz yaxınlığında baş verən döyüşdə Əbu Bəkr qalib gəldi. Qutluq İnanc Zəncana, Ömər isə Şirvana qaçdı.Şirvanşah I Axsitana sığınan Əmir Əmiran Ömərə I Axsitan tərəfindən hərbi qüvvə ilə yardım göstərildi. 1203-cü ildə Həmçinin Gürcü çariçası Tamardan da hərbi dəstək alan Ömər, birləşmiş qoşunlarla Şəmkir və Beylaqan döyüşlərində Əbu Bəkri ağır məğlubiyyətə uğratdı. Əmir Əmiran və gürcülərin hərbi qüvvələri Gəncəyə hücum etdilər. Gəncə əhalisi "kafirlərlə" gəldiyinə görə təslim olmayacaqlarını bildirdilər. Əmir Əmiran Ömər Gəncəni ilə ələ keçirdi. Gürcü qoşunları Gəncəni tərk etdikdən sonra isə əhali tərəfindən hücuma məruz qalan Əmir Əmiran öldürüldü. Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər). Bakı: Qanun, 2010 Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı. "Elm". 2007. 608 səh. - 24 səh. Nuriyeva İradə Tofiq qızı. Azərbaycan dövlətləri intibah dövründə. Bakı: Mütərcim, 2015. – 32 səh. Süleyman Əliyarlı. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, "Çıraq", 2007. 400 səh. Həmçinin bax Şirvanşahlar dövləti
https://az.wikipedia.org/w/index.php?curid=511347
Əmir Ərşad
Əmir Ərşad (tam adı:Sam xan Rüstəm xan oğlu Hacıəlili; 1866 – 1922, Salmas, Qərbi Azərbaycan ostanı) — sərkərdə. Sam xan Rüstəm xan oğlu XIX yüzilin sonlarında Qaradağ vilayətinin Üzümdil mahalının Ovxara kəndində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyasi almışdı. Atası Rüstəm xan Qaradağın böyük maliklərindən, Hacıəlili elinin başçısı idi. Onun vəfatından sonra elə böyük oğlu Məhəmmədhüseyn xan Sərdar Əşair rəhbərlik etdi. Əmir Ərşad da onun sərkərdəsi idi. Cənubi Azərbaycan valisi Nizamülmülk qardaşları Təbrizə çağırıb hökumətə xidmət etməyə dəvət edir. Onlara şan-şöhrətli ləqəblər verib Qaradağa yola salır. Əmir Ərşad Qaradağın dağınıq xanlarını birləşdirməyə çalışırdı. İpə-sapa yatmayan Hacı Rəhim xan Çələbiyanlı ilə dəfələrlə vuruşub, onu Qaradağdan kənarlaşdırmağa müvəffəq olmuşdu. 1920-ci ildə İrana mühacırət edən ünlü yazıçı Cəlil Məmmədquluzadə və onun xanımı Həmidə xanım Məmmədquluzadə bir müddət Əmir Ərşadın qonağı olmuşdu. Əmir Qaradağda "Molla Nəsrəddin" jurnalına mətbəə açacağını boyun olmuşdu. C. Məmmədquluzadə Təbrizə getmək istədiyini bildirib bu təklifdən boyun qaçırmışdı. 1922-ci ildə Azərbaycan kəndlərinə hücum edən, xalqın ev-eşiyini dağıdan Şəkkak əşirətinin başçısı İsmayıl ağa Simitqoya qarşı müdafiəyə qalxan Əmir Ərşad vurub onu Azərbaycandan bayıra atmışdı. Döyüşlərin birində qəfil güllədən dünyasını dəyişmişdi. Əmir Ərşad Hacıyə İsmət xanımla ailə qurmuşdu.Nüsrətulla xan adlı oğlu vardı. Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "Ozan", 1998, 192 səh. (az.) Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh. (az.)
https://az.wikipedia.org/w/index.php?curid=78034
Əmir əl-Möminin
Əmir əl-Möminin (ərəb. امیر المؤمنین) — "əmir" ərəb dilində başçı, lider, sultan və sərkərdə mənasındadır. İslam peyğəmbərindən sonra Məhəmməd tərəfindən ordu başçılığına seçilirdilər.onlara əmir deyilirdi. Amma Əmir əl-Möminin ləqəbi yanlız müsəlmanların və tüm qüvvələrin başçısına deyilir. Əmir əl-Möminin Əmir əl-Möminin (Başçı mənasında) öz siyasi və dini məzmunu ilə müsəlmanlar arasında xəlifə və ya imamlara deyilirdi. Bu ləqəb Əli bin Əbu Talibin (ə) ən məşhur ləqəbidir. Sünni baxışı Sünni müsəlmanlar bu ləqəbi xülafәyi raşidinin hamısı, Әməvilərə, Abbasilərə və Osmanlılara deyirlər. Əmir əl-Möminin islam peyğəmbərinin canişini və vəsisinin, İmamlardan ilk imam, Əli bin Əbu Talibin (ə) ləqəbidir. Əli bin Əbu Talibin(ə) Əmir əl-Möminin olması, imamətinə və peyğəmbərin arasız canişin və vəsi olmasına etiqad və inanmaq vacibdir bəlkə imanın rüknlərindəndir. Azanda Əmir əl-Möminin Şiə müsəlmanlar azanda Məhəmməd Rəsullulahın peyğəmbərliyinə şəhadət verdikdən sonra Əli bin Əbu Talibin (ə) Əmir əl-Mömininliyinə şəhadət verib və etiraf edirlər. bunun səbəbləri şiələrə görə: Azanın vəhy vasitəsi ilə nazil olunub Şiə mənbələrində azanın necə deyilib və qanunlaşması vəhy yoluyla olub. necə ki İmam Cəfəri Sadiq (ə) deyir: قال الصادق علیه السلام: لما هبط جبرئیل بالاذان علی رسول الله کان راسه فی حجر علی علیه السلام فاذن جبرئیل و اقام فلما انتبه رسول الله صلی الله علیه و آله قال: یا علی سمعت؟ قال: نعم قال: حفظت؟ قال نعم قال ادع لی بلالا تعلمه فدعا علی علیه السلام بلالاً فعلمه O, zamanki Cəbrayıl mələk əzanı peyğəmbərə gətirdi peyğəmbərin başı Əlinin ətəyindəydi, Cəbrayıl azanı peyğəmbərə öyrətdi, bitdikdən sonra peyğəmbər başını qaldırıb Əlidən soruşdu: Cəbrayılın səsini eşitdin? dedi:Hə. Peyğəmbər birdə soruşdu:Onu xatırladınmı? dedi: Hə. Peyğəmbər dedi: Bilalı çağır və azan və iqaməni ona öyrət. Əli isə bilalı çağırıb azanı ona öyrətdi. اشهد أن علیا ولی الله-a görə iki nəzər var. 1- Bəziləri onun deməyini müstəhəb bilirlər. namazda qunut kimi. 2- Bəziləridə onu müstəhəb bilirlər amma azanın bir bölməsi olmaqdan görməyərək. yəni bir müstəhəb işdir ki azanın özü və məzmunundan deyil. 4- Əgər birisi bunu azanın bir parçası olaraq görüb deyərsə əram iş görmüşdür. Əli bin Əbu Talibə (ə) məxsusluğu Ad aparılan ləqəb yanlız ilk məsum İmam Əli bin Əbu Talibə (ə) məxsusdur və başqalarının hətta obiri imamlarıda bu ləqəbnən çağırmaq düzgün deyil. Həmçinin bax On dörd Məsum
https://az.wikipedia.org/w/index.php?curid=380867
Əmir əl-Səffar
Əmir əl-Səffar — əslən iraqlı Amerika cazmeni Əmir əl-Səffar əslən iraqlıdır. 1977-ci ildə Çikaqonun yaxınlığında, ABŞ-nin İllinoys ştatında anadan olub. Məktəb illərindən musiqi ilə məşğul olub, Çikaqonun De Paul Universitetində təhsil alıb. Sonra Nyu-Yorkda yaşayıb, cazı sevib. Truba alətində məşhur Daniel Barenboym və Sesil Teylorla konsertlər verib. Caz kompozisiyaları bəstələyib. Bacısı Dina əl-Səffar və onun həyat yoldaşı Tim Murla birlikdə "Salam" muğam üçlüyünü yaradıb. ABŞ dövlətinin ayırdığı qrantla Azərbaycan Milli Konservatoriyasında 3 ay muğam sənətini öyrənib.
https://az.wikipedia.org/w/index.php?curid=103186
Əmir əl-möminin
Əmir əl-Möminin (ərəb. امیر المؤمنین) — "əmir" ərəb dilində başçı, lider, sultan və sərkərdə mənasındadır. İslam peyğəmbərindən sonra Məhəmməd tərəfindən ordu başçılığına seçilirdilər.onlara əmir deyilirdi. Amma Əmir əl-Möminin ləqəbi yanlız müsəlmanların və tüm qüvvələrin başçısına deyilir. Əmir əl-Möminin Əmir əl-Möminin (Başçı mənasında) öz siyasi və dini məzmunu ilə müsəlmanlar arasında xəlifə və ya imamlara deyilirdi. Bu ləqəb Əli bin Əbu Talibin (ə) ən məşhur ləqəbidir. Sünni baxışı Sünni müsəlmanlar bu ləqəbi xülafәyi raşidinin hamısı, Әməvilərə, Abbasilərə və Osmanlılara deyirlər. Əmir əl-Möminin islam peyğəmbərinin canişini və vəsisinin, İmamlardan ilk imam, Əli bin Əbu Talibin (ə) ləqəbidir. Əli bin Əbu Talibin(ə) Əmir əl-Möminin olması, imamətinə və peyğəmbərin arasız canişin və vəsi olmasına etiqad və inanmaq vacibdir bəlkə imanın rüknlərindəndir. Azanda Əmir əl-Möminin Şiə müsəlmanlar azanda Məhəmməd Rəsullulahın peyğəmbərliyinə şəhadət verdikdən sonra Əli bin Əbu Talibin (ə) Əmir əl-Mömininliyinə şəhadət verib və etiraf edirlər. bunun səbəbləri şiələrə görə: Azanın vəhy vasitəsi ilə nazil olunub Şiə mənbələrində azanın necə deyilib və qanunlaşması vəhy yoluyla olub. necə ki İmam Cəfəri Sadiq (ə) deyir: قال الصادق علیه السلام: لما هبط جبرئیل بالاذان علی رسول الله کان راسه فی حجر علی علیه السلام فاذن جبرئیل و اقام فلما انتبه رسول الله صلی الله علیه و آله قال: یا علی سمعت؟ قال: نعم قال: حفظت؟ قال نعم قال ادع لی بلالا تعلمه فدعا علی علیه السلام بلالاً فعلمه O, zamanki Cəbrayıl mələk əzanı peyğəmbərə gətirdi peyğəmbərin başı Əlinin ətəyindəydi, Cəbrayıl azanı peyğəmbərə öyrətdi, bitdikdən sonra peyğəmbər başını qaldırıb Əlidən soruşdu: Cəbrayılın səsini eşitdin? dedi:Hə. Peyğəmbər birdə soruşdu:Onu xatırladınmı? dedi: Hə. Peyğəmbər dedi: Bilalı çağır və azan və iqaməni ona öyrət. Əli isə bilalı çağırıb azanı ona öyrətdi. اشهد أن علیا ولی الله-a görə iki nəzər var. 1- Bəziləri onun deməyini müstəhəb bilirlər. namazda qunut kimi. 2- Bəziləridə onu müstəhəb bilirlər amma azanın bir bölməsi olmaqdan görməyərək. yəni bir müstəhəb işdir ki azanın özü və məzmunundan deyil. 4- Əgər birisi bunu azanın bir parçası olaraq görüb deyərsə əram iş görmüşdür. Əli bin Əbu Talibə (ə) məxsusluğu Ad aparılan ləqəb yanlız ilk məsum İmam Əli bin Əbu Talibə (ə) məxsusdur və başqalarının hətta obiri imamlarıda bu ləqəbnən çağırmaq düzgün deyil. Həmçinin bax On dörd Məsum
https://az.wikipedia.org/w/index.php?curid=277757
Əmir əl-üməra
Əmir əl-üməra — yəni, "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi. İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi. Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əlüməra vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən aydın olur ki, hicri 937 (1532-1533)-ci ildə I Şah Təhmasib əmir əlüməra vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər. Onlar hər ikisi Şah İsmayılın bacısı oğlanları idilər. Həmdə Abdulla xan Ustaclı sonralarŞirvan hakimi olmuşdu. Daha sonra, hicri 975 (1567-1568)-ci ildə əmir əl üməra və Azərbaycan sərhədlərinin hakimi kimi qeyd olunan Şahqulu sultan Ustaclı məsul elçi kimi türk sultanı II Səlimin yanına göndəriləndə bu vəzifənin adı çəkilir. Həmçinin bax Div sultan Rumlu Çuxa sultan Təkəli Hüseyn xan Şamlı
https://az.wikipedia.org/w/index.php?curid=104801
Əmirabad
Əmirabad (Qoşaçay) Əmirabad (Urmiya) Əmirabad (Üşnəviyyə) Əmirabad (Bukan) Əmirabad (Mərənd) Əmirabad (Miyanə) Əmirabad (Kəleybər) Əmirabad (Kövsər) Əmirabad (Çaroymaq) Əmirabad (Şeyxdarabad dehistanı) Əmirabad (Ərdəbil) Əmirabad (Bicar) Əmirabad (Əbhər) Əmirabad (Sultaniyə) Əmirabad (Mahnişan)
https://az.wikipedia.org/w/index.php?curid=476155
Əmirabad (Bicar)
Əmirabad (fars. امير آباد) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 143 nəfər yaşayır (37 ailə). Əhalisini kürdlər təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=769178
Əmirabad (Bukan)
Əmirabad (fars. اميراباد) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=477060
Əmirabad (Kövsər)
Əmirabad (fars. اميراباد) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (23 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=754160
Əmirabad (Kəleybər)
Əmirabad (fars. اميراباد) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 535 nəfər yaşayır (18 ailə)
https://az.wikipedia.org/w/index.php?curid=477990
Əmirabad (Mahnişan)
Əmirabad (fars. اميراباد) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (63 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=784563
Əmirabad (Miyanə)
Əmirabad (fars. اميراباد) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (35 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=689242
Əmirabad (Mərənd)
Əmirabad (fars. اميراباد) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (28 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=477533
Əmirabad (Qoşaçay)
Əmirabad (fars. اميراباد) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (9 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=474768
Əmirabad (Qəzvin)
Əmirabad (fars. اميراباد) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 48 nəfər yaşayır (8 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=670952
Əmirabad (Sultaniyə)
Əmirabad (fars. اميراباد) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə kəndddə yaşayış yoxdur. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=774504
Əmirabad (Urmiya)
Əmirabad (fars. اميراباد) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə əhali yaşamır.
https://az.wikipedia.org/w/index.php?curid=474117
Əmirabad (Vərziqan)
Əmirabad (fars. اميراباد) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (22 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=621326