!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Ələkbərbəy Nəzərli | Ələkbərbəy Nəzərli (azərb. Ələkbərbəy Cavad oğlu Nəzərli; 30 aprel 1882, Sayadlı, Xızı rayonu – 13 noyabr 1951, Bakı) — xeyriyyəçi, Azərbaycanın Kor Əhəddən sonra ilk qarmon ifaçısı. XIX-XX əsrin tanınmış simalarından olan Bakının kiçik milyonçusu-xeyriyyəçi, musiqişünas, öz dövrünün pedaqoqu Ələkbərbəy Cavad oğlu Nəzərli Xızı qəsəbəsinin Sayadlı kəndində anadan olmuşdur. İstedadlı qarmon ifaçısı olaraq Üzeyir Hacıbəylinin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının premyerasının ilk müşayətçisi olmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrının Üzeyirbəy orkestrinin aparıcı solisti olan Ələkbərbəy Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında öz xidmətləri ilə müəyyən töhfələrini vermişdir. Ələkbərbəy Nəzərli Azərbaycanın ilk qarmon ifaçısı kimi, dünyanın ən nadir qarmon alətlərini toplayan kolleksiyasının XIX-XX əsrdə Azərbaycanda ilk və yeganə sahibi olmuşdur. Milli qarmonlarla bərabər "fizi qarmon" (ayaq hərəkəti ilə işləyən), piano "Şreyder" (alman istehsalı), "Ağ və qırmızı" royallar, "Karpuşkin", "Aziatskiy", "Nəfəs ilə idarə olunan qarmon" və s. Ələkbərbəy Nəzərlinin 17 övladının dünyaya gəlməsinə baxmayaraq 2 qız övladı və 1 qız övladından dünyaya gələn 9 nəvəsi Ələkbərbəyin varisləri olmuşlar. Hazırda, varisi olan yeganə oğul nəvəsi Ələkbər, babası Ələkbərbəy Nəzərlinin adını daşıyır. Ələkbərbəy Nəzərlinin nəvəsi və yeganə davamçısı Respublikanın Əməkdar artisti - xanəndə Ədilə Əflaki Nəzərli babasının davamçısı olaraq, milli musiqi mədəniyyətinə xidmət edir. Sənət və fəaliyyəti Ələkbərbəy Nəzərlinin Bakının mərkəzində yerləşən və qeyri-adi yaşıllığı ilə hər kəsi heyran edən, mülkünə valeh olan Üzeyir Hacıbəyli və Cabbar Qaryağdıoğlunun "İsa bulağı" adı verdikləri mülkə, Ələkbərbəy Nəzərli 1925-1930-cu illərdə Qarabağın və Zaqafqaziyanın sayılıb-seçilən musiqişünas və muğam ustadlarını öz şəxsi mülkünə dəvət edərək, Ələkbərbəy Nəzərli Bakıda ilk dəfə "Məclisi-üns" Muğam-musiqi, xeyriyyə məclisinin ilk yaradıcısı olmuşdur. Ələkbərbəy Nəzərli Bakı, Qarabağ və Zaqafqaziyadan dəvət etdiyi xanəndələri və musiqişünasları öz şəxsi mülkündə qəbul edirdi. Ələkbərbəy Nəzərli su olmayan rayonda yaşadığı 1686 kv.m. ərazi sahəsi olan şəxsi mülkünə ilk olaraq su və qaz təchizatı çəkdirərək "İsa bulağı" adlı mülkündə ehtiyat "Su anbarı" inşa etdirərək, Dağlı məhəlləsi və ətraf rayonların sakinlərini su ilə təmin edən xeyriyyəçi şəxsiyyət idi. Bakının kiçik milyonçusunun Azərbaycan xalqına göstərdiyi bu və digər xeyriyyə işləri barədə o vaxtın Bakı şəhər İcra Komitəsinin məsul işçisi olan Aleksandr Novikov adlı deputat tərəfindən yazdığı 4 avqust 1926-cı ildə "Bakinskiy raboçiy" qəzetindəki "Muzıkant-Blaqatvaritel" başlıqlı məqaləsi, 1924-cü ildə "Yeni yol" qəzetindəki "Xeyriyyə üçün doğulan insan", 1941-1945-ci il müharibəsi zamanı "Kaspi" qəzetində dövlətə yardımlar etməsi barədə dərc olunan "Xeyriyyəçi" başlıqlı və bu kimi məqalələri, Ələkbərbəy Nəzərlinin şəxsi qazancını xalqı ilə bölüşdüyünü və Azərbaycan xalqına – millətinə hədsiz sevgisini və milli-mənəvi dəyərlərinin qorunmasında əvəzsiz xidmətləri olduğunu kifayət qədər göstərərək bir daha təsdiq etmişdir. Nazirlər Soveti sədri tərəfindən dövlət sərəncamı ilə Ələkbərbəy Cavad oğlu Nəzərlinin şəxsi mülkünün qapısında "barelyef-lövhəsi" vurulan bir musiqişünas – xeyriyyəçi idi. 1926-cı ildə Bakı şəhər İcra Komitəsinin məsul işçisi Aleksandr Novikov adlı deputatın Bakinskiy raboçiy qəzetində "Qarmonist sadovod" adlı məqaləsində Ələkbərbəy Nəzərlinin musiqişünas, təbiətsevər və xeyriyyəçiliyi barədə məqaləsi getmişdir. 1960-1970-ci illərdə Azərbaycan Dövlət Televiziyasında Xalq artisti Əfrasiyab Bədəlbəyli, sonralar Firudun Şuşinskinin apardıqları müəllifləri olduqları "Azərbayacanın Opera Musiqi tarixi" adlı proqramlarında korifey musiqişünas Ələkbərbəy Nəzərli haqqında verilişlərində məlumatlar verərək işıqlandırmışlar. Azərbaycanın incəsənət xadimi Firudin Şuşinskinin "Opera Musiqi sənəti" adlı yazdığı kitabında, Xalq artisti bəstəkar Eldar Mansurov, Xalq artisti Bəhram Mansurov haqqında yazdığı kitabında, pedaqoq Fərəh Əliyevanın XX əsr musiqişünasları adlı və pedaqoq Əhsən Rəhmanlının "Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi" adlı, müəllifləri olduqları kitablarında musiqişünaslar Ələkbərbəy və Mehdibəy Nəzərli qardaşlarının Dövlət Opera Musiqi sənəti sahəsinə verdikləri töhfələri- xidmətləri barədə geniş məlumatlar vermişlər. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra isə; "Xalq qəzeti"ndə "Ötən illərin sehirli melodiyası" başlıqlı (Ələkbərbəy Nəzərli - 125 il, Koroğlu operası - 70 il) Ələkbərbəy Nəzərli haqqında böyük həcmli məqaləsi getmişdir; Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə nəşr olunan Dövlət "Muğam" Ensiklopediyasının səh.17; və 154-155 səhifələrində Ələkbərbəy Nəzərlinin həyat və yaradıcılığı işıqlandırılmış və yenilənən Dövlət Milli Ensiklopediyasında Ələkbərbəy Nəzərli və onun davamçılarına səhifələr ayrılmışdır; "Space" telekanalında 14 mart 2012-ci ildə "Mədəniyyət saatı" Xəbərləri proqramı Ələkbərbəy Nəzərlinin anadan olmasının "130" ilini; "Lider" telekanalında 2 aprel 2012-ci ildə "Səda" İnformasiya xəbərlər proqramı BMM (Beynəlxalq Muğam Mərkəzindən çəkiliş) Ələkbərbəy Nəzərlinin anadan olmasının "130" ili və Koroğlu operası "85 il"; "ATV" telekanalında (30 aprel 2017-ci il) Ələkbərbəy Nəzərlinin anadan olmasının "135" ili və həyat yaradıcılığı "ATV informasiya xəbərləri" proqramında sujet və verilişlərində işıqlandırılmışdır; "Sirdaş" qəzetində Ələkbərbəy Nəzərli haqqında gedən "Barmaqların sehri" adlı məqaləsi; (20 aprel 2004-cü il); "Yurddaş" qəzetində (dekabr 2007-ci il) "Azərbaycan Dövlət M.F.Axundov adına Akademik Opera və Balet Teatrının solisti, musiqişünas, xeyriyyəçi, korifey sənətkar Ələkbərbəy Cavad oğlu Nəzərli haqqında" başlıqlı məqalələri dövri mətbuatda gedən digər çoxsaylı dövlət qəzetlərində də Ələkbərbəy Nəzərlinin Opera musiqi sənəti sahəsinə verdiyi töhfələri, xeyriyyəçiliyi və həyat, yaradıcılığı geniş işıqlandırılmışdır.Hazırda Ələkbərbəy Nəzərlinin həyat – yaradıcılığı və "Qarmon sənəti" adlı kitabda olan metodikasından 5 musiqi təhsil ocaqlarında istifadə olunaraq musiqi təhsilində tədris olunur: Üzeyir Hacıbəyov adına Musiqi Akademiyası Azərbaycan Milli Konservatoriyası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci Bakı Humanitar Kollecində (əvvəlki Mədəni Maarif texnikumu) və s.Korifey musiqişünas Ələkbərbəy Cavad oğlu Nəzərlinin arxiv materiallarının qorunub saxlanıldığı dövlət arxivləri: Üzeyir Hacıbəyovun ev muzeyi - arxivin daimi mühafizəsi üçün qəbuletmə aktı № 18, 6 noyabr 2006-cı il. Cəfər Cabbarlı adına teatr muzeyi - arxivin daimi mühafizəsi üçün qəbuletmə aktı № 1, 3 noyabr 2006-cı il. Azərbaycan musiqi mədəniyyəti dövlət muzeyi - arxivin daimi mühafizəsi üçün qəbuletmə akt № 7, 6 noyabr 2006-cı il. Ələkbər bəy Cavad oğlu Nəzərlinin şəxsi arxivinin əsli: Ələkbər bəyin nəvəsi - davamçısı, Respublikanın əməkdar artisti, Ədilə Əflakinin (Nəzərli) şəxsi ev arxivində qorunub saxlanılır. Ələkbərbəy Nəzərli 13 noyabr 1951-ci ildə 69 yaşında öz şəxsi mülkündə dünyasını dəyişmiş və Yasamal qəbirstanlığında dəfn olunmuşdur. Həmçinin bax Cabbar Qaryağdıoğlu Xan Şuşinski | https://az.wikipedia.org/w/index.php?curid=574531 |
Ələki Bahadır | Ələki Bahadır (–v.1351) — XIV əsrin 40-cı illərində Naxçıvan hakimi Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbü əl-Əhəri və İran tarixçisi Zeynəddin Qəzvini XIV əsrin 2-ci yarısında İranda və Azərbaycanda baş vermiş hadisələrdən bəhs edərkən Ələki Bahadır haqqında məlumat vermiş, onun böyük qüdrət sahibi olduğunu qeyd etmişdir. Çobani əmiri Teymurtaşın qulamlarından olan Ələki Bahadır Çobani Məlik Əşrəf və Yağı Basdının 1343-cü il Təbriz yürüşündə fəal iştirak edib. 1346-cı ildə Məlik Əşrəf tərəfindən zindana salınmış,sonra azad edilərək başqa dövlət işinə cəlb olumuşdur. 1351-ci ildə Qarabağda iğtişaş qaldırmış Dəli Bəyazidin üzərinə göndərilən Ələki Bahadır onunla ittifaqa girmiş və az sonra öldürülmüşdür. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 124-125. ISBN 5-8066-1468-9. | https://az.wikipedia.org/w/index.php?curid=634182 |
Ələki karvansarası | Ələki karvansarası — Güney Azərbaycanda yerləşir. Bu Kərvansaray Mərəndin quzeyində Ələki düzündə Mərənd-Cülfa yolunun 23 kilometrliyindədir. Karvansarayın 702-ci ildə tikilməsi guman edilir. Bir neçə il öncəyə kimi karvansarayın giriş qapısından başlayaraq hündürlüyü 9 metrə kimi olan divarlar ucalırdı. Lakin baxımsızlıqdan divarlar uçmuş və abidə tanınmaz hala düşmüşdür. 2013-cü ildə abidənin bərpası üçün hazırlıqlar gedir. | https://az.wikipedia.org/w/index.php?curid=338789 |
Ələki karvansarayı | Ələki karvansarası — Güney Azərbaycanda yerləşir. Bu Kərvansaray Mərəndin quzeyində Ələki düzündə Mərənd-Cülfa yolunun 23 kilometrliyindədir. Karvansarayın 702-ci ildə tikilməsi guman edilir. Bir neçə il öncəyə kimi karvansarayın giriş qapısından başlayaraq hündürlüyü 9 metrə kimi olan divarlar ucalırdı. Lakin baxımsızlıqdan divarlar uçmuş və abidə tanınmaz hala düşmüşdür. 2013-cü ildə abidənin bərpası üçün hazırlıqlar gedir. | https://az.wikipedia.org/w/index.php?curid=764324 |
Ələkli | Ələkli (əvvəlki adı: Əlikli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Əlikli kəndi Ələkli kəndi adlandırılmışdır. Əhalisi 1318 nəfərdir.(2009 - cu il) | https://az.wikipedia.org/w/index.php?curid=110560 |
Ələkrəm Hümbətov | Ələkrəm Ələkbər oğlu Hümbətov (28 oktyabr 1948, Lerik – 22 dekabr 2022, Niderland) — 1992–1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini. 1993-cü ildən qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti və Talış-Muğan böhranının əsas səbəbkarı. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılmışdır. Ələkrəm Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləmişdir. Azərbaycan Xalq Cəbhəsı Partiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə AXCP-nin Lənkəran şöbəsi, talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırmışdır. 1990-cı ildə Azərbaycanda anti-Sovet iğtişaşları zamanı yanvar ayında Lənkəranda 10 gün şəhərin başında qalmışdır. 1990-cı ilin avqustundan 1991-ci ilin dekabrına kimi Azərbaycan Sosial Demokrat Partiyasının üzvü olub. Ələkrəm Hümmətov 1993-cü ilin avqustunda ölkədə mövcud olan gərginlikdən sui-istifadə edərək Cənubda yerləşdirilmiş hərbi hissələri, icra aparatlarını və hüquq-mühafizə orqanlarına tabeliyi ələ keçirib. Daha sonra Azərbaycanın tərkibində "Talış-Muğan Respublikası"nın yaradıldığını elan edib və mərkəzi hakimiyyətlə güc mövqeyindən dialoq aparmağa cəhd göstərib. 1993-cü il 17 avqust tarixində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərarda deyilir ki, Ələkrəm Hümmətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisini təzyiq altında saxlayıb, onlara qarşı qanunsuz hərəkətlərə yol verib. Bununla kifayətlənməyərək dövlət orqanlarına hədə-qorxu gəlib, onları özünə tabe olmağa məcbur edib.Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 1996-cı il tarixli hökmü ilə məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2004-cü il tarixli 119 nömrəli Fərmanı ilə əfv olunmuşdur. 2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılıb. 2013-cü il sentyabrın 24-də İrəvana Talış-Muğan Respublikasının prezidenti kimi səfər edərək İrəvan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını edib və daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər edərək Xankəndində yerləşən universitetlərin birində çıxış edib. 22 dekabr 2022-ci ildə Hollandiyada xəstəlik səbəbindən vəfat edib. Şəxsi həyatı Ailəli idi və iki oğlu var idi. Həyat yoldaşı Südabə Rəsulovanın dediklərinə görə nə özü, nə də oğulları talış dilində bilmədiyi üçün ailədə Azərbaycan dilində danışılıb. | https://az.wikipedia.org/w/index.php?curid=48342 |
Ələkçi | Ələkçi — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Ələkçi toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında Ələkçi kəndinin XIX əsrdə qasımuşağı tayfasının oturaqlaşması nəticəsində yarandığı qeyd edilir. Toponimin qasımuşağı tayfasına məxsus olan ələkçi nəslinin adı ilə bağlı olması deyilir. Əslində isə Ələkçi kəndində qasımuşağı tayfasının nə “ələkçi nəsli (tirəsi)”, nə də bu ərazilərdə vaxtilə məskunlaşan digər belə bir tayfa yaşamamışdır. Ələkçi kəndinin ərazisi hələ 1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərkibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti oba, kənd, qışlaq və məzrələri siyahıya alan zaman kəndin adını Ələhi kimi qeyd edib. Bu toponim nə xalq, nə tayfa (tirə), nə də peşə, sənət sözlərindən düzəlməmişdir. Sadəcə olaraq bu ad uzun illər ərzində öz ilkin formasını qismən dəyişmiş, coğrafi mövqeyi ifadə edən qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır. Ələkçi kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və işğalçılar tərəfindən bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmışdır. 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli müqaviləsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunub. Coğrafiyası Ələkçi kəndi dağətəyi ərazidədir. Kənd Laçın rayon mərkəzindən 75 km şimal qərbdə yerləşir Bəzi mənbələrdə kənd əhalisinin kürd əsilli olması qeyd edilsə də aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır. Kənd sakinlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi. Kəndin binasını qoyan və sonralar da kənddə yaşayan əhali azərbaycan türkləri olmuşdur. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 554 nəfər, 2009-cu il dekabr ayına olan məlumata əsasən, kənddə əhalinin sayı 623 nəfər olmuşdur (140 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=92185 |
Ələkçilər (Kurbe) | “Ələkçilər” (fr. Les Cribleuses de blé) — 1853 cü ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə realizm üslubunda çəkmiş olduğu rəsm əsəri. Nant İncəsənət muzeyində sərgilənən bu tablonun ölçüləri 131 × 167 sm-dir. Tablo Qüstav Kurbenin Ornan kənd həyatından bəhs edən silsilə əsərlərindəndir. Kurbe əsərdə çətin kənd həyatını təsvir etməyə çalışmışdir. Digər tərəfdən isə o, çalışmışdır ki, təsvir olunan qadın əməyini bir o qədər də yorucu göstərməsin. Kurbe kənd qızının öz işinə həvəslə yanaşmasını lirik bir əhval ruhiyyədə təsvir etmişdir. O, məhdud qammalı rənglərdən istifadə edərək, mərkəzi fiquru isə qırmızı rəngli paltarda təsvir etmişdir. Kurbe bu əsərindəki personajları təsvir etmək üçün öz bacıları: Zoya (xəlbirli qız) və Jülyettadan ( yerdə oturaraq bğda arıtdayan) model kimi istifadə etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=393688 |
Ələm (xalça) | Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır. | https://az.wikipedia.org/w/index.php?curid=285445 |
Ələm Hüseynov | Ələm Hüseynov (3 yanvar 1996, Saatlı rayonu – 31 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələm Hüseynov 3 yanvar 1996-cı ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Hərbi xidməti 31 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. | https://az.wikipedia.org/w/index.php?curid=747451 |
Ələmdar | Ələmdar — kişi adı. Polad ƏləmdarBu adı olan tanınmış şəxslərƏləmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professorYaşayış məntəqələriƏləmdar — Hadişəhrin digər adı. Ələmdar (Meşkinşəhr) Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=292972 |
Ələmdar-Gərgər | Hadişəhr, Ələmdar, Gərgər və ya Ələmdar-Gərgər — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,842 nəfər və 7,552 ailədən ibarət idi.Əhalisi tamamilə azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Həmçinin bax Gərgər (Hadişəhr) | https://az.wikipedia.org/w/index.php?curid=309503 |
Ələmdar (Bayraqdar) | Ələmdar - Ələm ərəbcə “bayraq”, dar isə farsca “-cı” deməkdir. Sözün mənası bayraqçı (bayraqdar) kimi başa düşülə bilər.Ələmdar isə təntənəli bayram günlərində ələm gəzdirirdi. 1555-ci ildə şahzadə Sultan İbrahim Mirzəni seyidlər,xadimlər,əmirlər və vəzirlər tam hörmətlə qarşıladılar.Ələmdarlar bu vaxt ələmləri qaldırdılar. Carçı-şah, vali hakim tərəfindən bir xəbəri, yaxud mətləbi küçədə, bazarda, şəhər meydanında və ya xalq arasında uca səslə elan edirdi. Əlyazmalarda hətta I Şah Təhmasibin oğlanlarından Musa Mirzənin carçı olduğu göstərilir. Mənbələrdə adı çəkilən monhinin də vəzifəsi carçıya bənzəyirdi. 1531-ci ildə monhilər (hərbi xəbərləri verən carçılar) və təvaçilər şahzadə Əlqas Mirzənin 4000 nəfərlik qoşunla köməyə gəldiyini I Şah Təhmasibə xəbər verdilər. Jean-Louis Bacque-Qrammont. Padişah ve Şah. 16. Yüzyıl Başında İyi Bilinmeyen Diplomatik Oyunlar Hakkında. Ondokuz Mayıs Üniversitesi Eğitim Fakültesi Dergisi. 1987. Afaq Qasımova. Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi. Bakı: Nurlan. 2006. | https://az.wikipedia.org/w/index.php?curid=837870 |
Ələmdar (Meşkinşəhr) | Ələmdar (fars. علمدار) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (41 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=762749 |
Ələmdar Abdullayev | Ələmdar Abdulla oğlu Abdullayev- Birinci Qarabağ Şəhidi. Abdullayev Ələmdar Abdulla oğlu 25 iyul 1955-ci ildə Qərbi Azərbaycanın Kilsə kəndində anadan olmuşdur. Kilsə kənd orta məktəbini bitirdikdən sonra 1973-1975-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti O, hərbidən qayıtdıqdan sonra yaşadığı kənddə təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. Azğın ermənilər Murov və Çaykənd bölgəsində at oynadanda o, haqsızlıqlara dözə bilməyib könüllü surətdə cəbhəyə getmiş, 709 saylı hərbi hissənin tərkibində vuruşmuşdur. Buzluq, Mənəş, Todan, Çaykənd döyüşlərində böyük hünər göstərmişdir. Sonradan onu bir neçə nəfər bacarıqlı döyüş yoldaşları ilə birlikdə Ağdam və Tərtər rayonlarının müdafiəsinə yollamışlar. Ələmdar Abdullayev 13 avqust 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=804885 |
Ələmdar Cabbarlı | Ələmdar Cabbarlı (tam adı: Bayramov Ələmdar Qəmbər oğlu; 4 avqust 1980, Ağcakənd, Kəlbəcər rayonu) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003). 15 sentyabr 2020-ci il tarixindən 2022-ci ilin yanvar ayınadək BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi olmuşdur. 11 yanvar 2022-ci il tarixindən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıdır. Ələmdar Cabbarlı 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. 1987-ci ildə Ağcakənd orta məktəbinə getmiş, 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil almışdır. 2001–2003-cü illərdə BDU-da magistr təhsili almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur. 2006–2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. 2012-ci ildə "Səməd Vurğun şeirinin obrazlar sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri görkəmli ədəbiyyatşünas alim, professor Şirindil Alışanlıdır. Hazırda prof. Şirindil Alışanlının elmi məsləhətçiliyi ilə "Bəxtiyar Vahabzadə yaradıcılığında janrların təkamülü və poetikası" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 2005-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosentidir. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 2014–2019-cu illərdə AYB-nin Gənclər Şurasının üzvü olub. 2008-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2009-cu ildən Məclis üzvü, 2014-cü ildən isə Məsləhətçilər Şurasının üzvüdür. 2009-cu ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvüdür. 2018-ci ildən Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) üzvüdür. 2009–2013-cü illərdə Bizim söz qəzetinin baş redaktoru olmuşdur. "Ulduz" jurnalı redaksiya heyətinin üzvüdür. 1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 4 fənn proqramının, 70-dən çox elmi, 350-dən çox ədəbi-publisistik məqalənin müəllifidir. 40-a qədər kitabın redaktoru, rəyçisi və ön söz müəllifidir. Bir neçə Beynəlxalq konfransda iştirak etmişdir. 2013-cü ildə Türkiyədə keçirilən "Beynəlxalq Poeziya Festivalı"nda Azərbaycanı təmsil etmişdir. 2010-cu ilin noyabr ayında müqəddəs Həcc ziyarətində olmuşdur. Mükafatları 2013-cü ildə AYB-nin Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi ilə birgə təşkil etdiyi "Ən yaxşı şeir müsabiqəsi"nin qaliblərindən biri olub.2015-ci ildə yeni kitabının çıxması münasibətilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin "Dədə Şəmşir" diplomuna layiq görülmüşdür. Yaradcılığı Ələmdar Cabbarlı erkən yaşlarından bədii yaradıcılıqla məşğuldur.Şerləri, hekayə və povestləri müxtəlif almanax, jurnal və qəzetlərdə dərc edilib. "Azərbaycanım mənim", 2000. "Özümlə bir ətək daş gəzdirirəm", Bakı, Azərnəşr, 2002. "…Və bir gün", 2006. "Yaşasan çoxdu bu ömür", Bakı, "Elm və təhsil", 2011. 100 səh., 1000 tiraj. "Kəlbəcərsiz 19 il…", Bakı, 2012. "Nəşriyyat işinin təşkili və idarə edilməsi", (dərs vəsaiti) Bakı: Mütərcim, 2014.. "Günahı olan qorxmasın", Bakı, 2015. "Səməd Vurğunun obrazlar aləmi" (monoqrafiya). Bakı, Mütərcim, 2017, 168 s. "Qızıl", Bakı, Mütərcim, 2018, 120 s. Xarici keçidlər Bizim Söz Qəzeti: BAŞ REDAKTORDAN — bizimsoz.wordpress.com saytı. Elnur Məmmədzadə. "Ələmdar Cabbarlı: Şairlik həvəs deyil... (müsahibə)" (az.). informator.az. 07.05.2015. İstifadə tarixi: 2015-07-10. BDU-nun gənc dosenti Türkiyədə beynəlxalq konfransda sədrlik edib BDU-nun dosenti Türkiyədə beynəlxalq simpoziumda iştirak edib Arxivləşdirilib 2019-08-02 at the Wayback Machine Türkiyədə Aşıq Şəmşirin yaradıcılığı haqqında məruzə edildi ƏLƏMDAR CABBARLININ KİTABININ TƏQDİMATI KEÇİRİLDİ "Hər kəs əlindəki daşları ilk növbədə öz içindəki şeytana atmalıdır" — Ələmdar Cabbarlı Arxivləşdirilib 2019-08-02 at the Wayback Machine Ələmdar Cabbarlının imza günü keçirildi Arxivləşdirilib 2019-08-02 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=85768 |
Ələmdar Mahir | Ələmdar Mahir (26 may 1950, Nardaran – 21 fevral 2014, Bakı) — Azərbaycanın görkəmli qəzəlxan-şairi, Füzulişünas-alim, tədqiqatçı Ələmdar Mahir 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açmışdır. Burada boya-başa çatmış, məktəbdə oxumuşdur. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləmiş, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzmüşdür. Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşmüş, axtarıb tapmış, səbir və dözümlə onlardan da öyrənməyə səy etmişdir. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır. Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır. 1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutmuşdur və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılmışdır. Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutmuş və Əliağa Vahid adına baş mükafatı almışdır. De gəlsin verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak etmişdir. Hacı Ələmdar Mahir doğma kəndi Nardaranda yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahının həyətində olan qəbirstanlıqda dəfn olunmuşdur. Səadət intizarında — Bakı: 1998 Mənim tanıdığım Füzuli — Bakı: Nurlan — 2009 Külliyyat (Əsərləri) — Bakı: Nurlan — 2009 Söz və musiqi beşiyi — Nardaran — Bakı: Adiloğlu 2009 | https://az.wikipedia.org/w/index.php?curid=43410 |
Ələmdar Mustafa Paşa | Aləmdar Mustafa Paşa (türk. Alemdar Mustafa Paşa; 1755, Xotin – 15 noyabr 1808, Konstantinopol) — 1808-ci ildə üç ay on səkkiz gün sədrəzəmlik eləmiş Osmanlı dövlət adamı. 1755-ci ildə Hotində doğulub. 14 noyabr 1808-ci ildə İstanbulda vəfat edib. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.11–12. | https://az.wikipedia.org/w/index.php?curid=449296 |
Ələmdar Quluzadə | Ələmdar Quluzadə - Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1952-ci ildə Qarabağın Xocalı kəndində anadan olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra 1973-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialında Azərbaycan dili və ədəbiyyat fakultəsini bitirib. 1988-ci ilin sentyabr ayına qədər Xankəndində yaşayıb və bu müddətdə keçmiş, DQMV radio verilişləri komitəsinin Azərbaycan verilişləri redaksiyasında müxbir vəzifəsində çalışmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığa gənc yaşlarında başlayan şairin şeirləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində və “Ulduz” jurnallarında dərc edilmişdir. Ələmdar Quluzadənin ilk kitabı “Dağların yaddaşı” adlanır. Sonralar Ələmdar müəllimin bir-birindən maraqlı kitabları dərc edilmişdir. O, “Tumurcuqlar”, “Beş qitənin uşaqları”, “Şəhid şəhər”, “Alay komandiri”, “Ömür-gün qabaqdadır”, “İsti ocaq”, “Mənə söz verin”, “Məhləmin uşaqları”, “Məni yoldan eləmə”, “Qürbətə düşən daş”, “Dilotu”, “Ürəyindən keçəydim”, “Ətirşah ətri”, “Boğça”, “Qadan mənə Qarabağ” kitablarının müəllifidir. Şairin kitablarını kiçiklərlə yanaşı, böyüklər də sevərək oxuyur. Ələmdar Quluzadənin çoxsahəli yaradıcılığında uşaq ədəbiyyatının özünəməxsus yeri var. Təbiətə, folklora, xalq yaradıcılığına, insanların psixologiyasına yaxından bələd olması şairin uşaqlar üçün qələmə aldığı şeir və nağıllarda da özünü aydın şəkildə göstərir. Ələmdar müəllimin “Qürbətə düşən daş” kitabında vətənə, xalqa, əməyə, anaya, dosta sevgi mövzularında yazılmış nağıllar (“Papaqçı”, “Dəmirçi Daşdəmir”, “Bar ağacı”, “Bənövşə”, “Yuva”, “Kiçik qardaş”, “Nökər alim”, “Göyərçin”) geniş yer almışdır. Bu kitabda müəllif özünü nəsrdə sınamış, həm də uşaqlara haqq-ədalət, vətənpərvərlik, mərdlik, qorxmazlıq, cəsurluq, barədə düşüncələrini çatdırmışdır. Yazıçı-şair Ələmdar Quluzadənin nağılları ilə yanaşı, onun şeirləri,poemaları, pyesləri də bütün yaş oxucularda maraq doğurmaqla yanaşı, onları vətənpərvər ruhda tərbiyə edir. Azərbaycan uşaq seirinin maraqlı nümunələrini yaratmışdır. Alay komandiri.- B.: Ozan, 1999.- 80s. Beş qitənin uşaqları. B.: Gənclik, 1991. – 96 s. Dağların yaddaşı.-B.: Azərnəşr, 1976.-38 s İsti ocaq.- B.: Yazıçı, 1985.- 143 s. Qarabağ oyunu.-B.: Azərnəşr, 1993.- 48 s. Məhləmizin uşaqları.-B.: Şirvannəşr, 2004.- 80 s. Mənə söz verin.- B.: Ozan, 2001.- 248 s. Məni yoldan elemə.-B.: Ozan, 2005.- 255 s. Ömür-gün qabaqdadır.- B.: Yazıçı, 1980.-83 s. Şəhid şəhər.- B.: Ozan, 1998.- 67 s. Tumurcuqlar.- B.:Gənclik, 1985.- 28 s. | https://az.wikipedia.org/w/index.php?curid=327317 |
Ələmdar Əlbəndov | Ələmdar Aslan oğlu Əlbəndov (8 yanvar 1940, Kəlbəcər rayonu) — Azərbaycan Texnologiya Universiteti, kimya mühəhdisliyi kafedrasının müdiri, professor. Ələmdar Əlbəndov 08 yanvar 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Ələmdar Əlbəndov 1958-ci ildə Kəlbəcər orta məktəbini bütün fənlərdən əla qiymətlərlə başa vuraraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) kimya-biologiya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu “Lenin təqaüdü” ilə bitirmişdir. Tələbəlik illərində fakültənin “Kimya-biologiya bülleteni”nin və “İti gözlər” satirik divar qəzetinin redaktoru, institut komsomol bürosunun üzvü kimi müxtəlif ictimai vəzifələrdə fəaliyyət göstərməklə yanaşı, görkəmli alim prof. Allahverdi Verdizadənin rəhbərliyi ilə “Sirkoniumun mikroperyodatometrik təyini” mövzusunda elmi iş aparmışdır. Apardığı tədqiqatın nəticələri “Azərbaycan kimya jurnalında” dərc olunmuşdur. Tələbəlik illərində təhsildə, ictimai və elmi-tədqiqat işlərində qazandığı müvəffəqiyyətlər barəsində institutun “Gənc müəlim”, ”Azərbaycan gəncləri” qazetlərində və “Uçitelskaya qazeta”da məqalələr dərc olunmuşdur. 1963-cü ildə institutu bitirən Ələmdar Əlbəndovun təyinatını Kəlbəcərə verirlər. Tələbəlik illərində Ələmdar Əlbəndovun təhsil sahəsində əldə etdiyi uğurları, eləcə də istedad və qabilliyyətini rəhbər tutaraq pedaqoji stajının olmamasına baxmayaraq rayon maarif şöbəsi yüksəik etimad göstərərək onu öz doğma kəndində orta məktəbə direktor təyin edir. Ələmdar Əlbəndov 01 janvar 1965-cü il tarixdən etibarən Azərbaycan SSR EA-nın “Qeyri-üzvi və Fiziki kimya İnstitutu”nun əyani aspiranturasına qəbul olunur. 1968-ci ildə “Platinin Reyneke duzu ilə sürətli və dəqiq təyini” mövzusunda dissertasiya işi müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi adını alır. O, platinin dəqiq və sürətli təyininin yeni qravimetrik, potensiometrik və fotometrik metodlarını işləyib hazırlayır və bu metodlar təbii obyektlərdə, müxtəlif ərintilərdə, anod şlamında platinin miqdari təyininə tətbiq edilərək yüksək qiymətləndirilir. SSRİ-nin görkəmli alimləri: Latviya SSR EA-nın Qeyri-üzvi Kimya İnstitutunun kristallokimya laboratoriyasının müdiri akademik A.F.İevınşa və həmin institutun daxili komoleks birləşmələr laboratoriyasının müdiri prof. Y.A.Bankovski, Rostov Dövlət Universitetinin analitik kimya kafedrasının müdiri, əməkdar elm xadimi, prof. P.N.Kovalenko və başqaları Ələmdar Əlbəndovun dissertasiya işini yüksək qiymətləndirmişlər. Ələmdar Əlbəndov 1974-cü ildən dosent, 2010-cu ildən isə Azərbaycan Texnologiya Universitetinin professorudur. O, həmçinin Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının həqiqi üzvü (akademiki), Nyu-York Elmlər Akademiyasının isə üzvüdür. 1970-ci ildən etibarən Ələmdar müəllim fəaliyyətini ali təhsillə bağlayır. O, əvvəlcə müsabiqə yolu ilə Neft və Kimya İnstitutunun Analitik kimya kafedrasına dosent vəzifəsinə seçilir. 1 sentyabr 1971-ci ildən etibarən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə 1970-ci ildən bünövrəsi qoyulmuş Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə ) filialında əmək fəaliyyətinə başlayır. Kimya fənlərinin tədrisi və onların maddi-texniki bazasının yaradılması işlərinə rəhbərlik Ə.Əlbəndova həvalə olunur. O, kimya kafedrasını təşkil edib ona rəhbərlik edir. Onun rəhbərliyi altinda filialda müasir kimya laboratoriyaları təşkil olunur. Hazirada göstərilən filialın bazasında yaradılmış Azərbaycan Texnologiya Universitetinin (1981) kimya mühəndisliyi kafedrasının müdiri işləyən Ələmdar Əlbəndov uzun müddət kimya, qeyri-üzvi və analitik kimya kafedralarına rəhbərlik etməklə tədrisinin kefiyyətcə yenidən qurulmasında və fənlərin maddi-texniki bazasının müasir laboratoriyalarla təchiz olunmasında böyük xidmətlər göstərmışdir. O, həmkarlar təşkilatının sədri, fakültə partiya komitəsinin katibi, institut elmi şurasının və partiya bürosunun üzvü, müsabiqə komissiyasının sədri, universitet elmi şurasının üzvü, universitet elmi şura nəzdində yaradılmış “Elm və tədris” komissiyasının sədri kimi müxtəlif ictimasi vəzifələrdə çalışmaqla universitetin ictimai-siyasi həyatında, kadr hazırlığında və təhsildə aparılan islahatların həyata keçirilməsində yüksək rol oynamışdır. Ələmdar Əlbəndov respublikanın müvafiq ali məktəblərində müəllim və tələbələr tərəfindən geniş istifadə olunan Respublika Təhsil Nazirliyinin təsdiq etdiyi və “Elm” nəşriyyatı tərəfindən nəşr olunmuş iri həcmli üç fundamental dərsliyin (“Analitik kimya”, “Ümumi kimya”, “Ümumi və qeyri-üzvi kimya” ) müəllifidir. Ə.Əlbəndovun “Analitik kimya” kitabı respublikada analitik kimya kursu üzrə nəşr olunan ilk dərslikdir. Onun kimyanın ən fundamental nəzəri hissələri üzrə yazdığı “Atomun quruluşu və kimyəvi rabitə”, “Kimyəvi termodinamika və kinetikanın əsasları”, “Ümumi və qeyri-üzvi kimya praktikumu” və s. dərs vəsaitləri kimyanın tədrisində tələbələr tərəfindən geniş istifadə olunan əsas tədris vəsaitlərindəndir. O, həmçinin bir çox metodik göstərişlərin, fənn proqramlarının və elmi-kütləvi əsərlərin də müəllifidir. Ələmdar Əlbəndov təhsillə yanaşı, elm sahəsində də böyük uğurlar əldə etmişdir. O, Azərbaycan SSR EA-nın redaksiya-nəşriyyat şurasının qərarı ilə nəşr olunmuş “Tiokarbamidmetalreynekeatların nəcib və əlvan metalların analitik kimyasına tətbiqi” adlı monoqrafiyanın, 140-dan çox elmi əsərin müəllifidir. Ə.Əlbəndovun 53 illik elmi-pedaqoji fəaliyyətinin 47 ili Azərbaycan Texnologiya Universiteti ilə bağlıdır. Təhsilin maddi-texniki bazasının təşkilində, təhsildə aparılan islahatların həyata keçirilməsində, yüksək ixtisaslı kadr hazırlığında böyük xidmətləri vardır. Ali təhsil sistemində səmərəli xidmətlərinə görə Ə.Əlbəndov SSRİ Təhsil Nazirliyinin “Ali təhsildə əla xidmətlərinə görə”, Respublika Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanları və fəxri fərmanları ilə təltif olunmuşdur. Ələmdar Əlbəndov ailəlidir. İki oğlu, dörd nəvəsi vardır. Dərslikləri Analitik kimya. Bakı, “Elm”, 2008.- 628 s. Ümumi kimya. Bakı “Elm”, 2011. - 616 s. Ümumi və qeyri-üzvi kimya. Bakı, “Elm”, 661s. Dərs vəsaitləri Ümumi və qeyri-üzvi kimya praktikumu. Gəncə, 2004 Atomun quruluşu və kimyəvi rabitə. Kirovabad, 1987 Kimyəvi termodinamika və kinetikanın əsasları. Kirovabad, 1988 Atmosfer və ekokogiya. Gəncə, 1977 Ətraf mühit və ekoloji vəziyyət. Gəncə, 2007 Monoqrafiyası Elmi məqalələri Ağ çaxırda Fe(III)-ün təyini. H.Ə.Əliyevin doğum gününə həsr olunmuş Respublika elmi-praktiki konfransın materialları. Gəncə, ATU, 2009 Qida məhsullarında Pd(II)-nin fotometrik təyini. “Üzvi reagentlərin analitik kimyaya tətbiqi” Respublika elmi konfransınımn. materialları. Bakı, 2009 Reyneke duzunun platinin analitik kimyasına tətbiqi. “Üzvi reagentlərin analitik kimyaya tətbiqi Respublika elmi konf. materialları. Bakı, 2009 Qənnadi istehsalında reduksiyaedici şəkərlərin təyini. “Üzvi reagentlər analitik kimyada” II Respublika elmi konfransının materialları. Bakı. 2014 Qurğuşunun yeyinti məhsullarının külündə təyini. “Üzvi reagentlər analitik kimyada” II Respublika elmi konfransının materialları. Bakı. 2014 Reyneke duzunun platinin vəsfi təinuini tətbiqi. “Davamlı inkişaf vətexnoloji innovasiyalar” Benəlxalq elmi-prak. konf.marerrialları II his., Gəncə, 2014 və s. | https://az.wikipedia.org/w/index.php?curid=406157 |
Ələmut | Ələmut qalası (fars. الموت) — İranın Qəzvin ostanında, Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. Həmdullah Qəzvininin qeydlərinə görə 840-cı ildə, başqa versiyaya görə isə 859-cu ildə tikilmişdir. Qala Tehrandan 100 km uzaqda, Şahrud və Ələmut çayları arasındakı Rudbar vadisində 200 metr yüksəklikdəki qayanın üzərində yerləşir. Qalanın adı tərcümədə "Qartal yuvası" mənasını verir.1090–1256-cı illərdə Ələmut qalası Həsən Sabbah tərəfindən əsası qoyulan Nizarilər dövlətinin paytaxtı olmuşdur. Monqol işğalı 1256-cı ildə Monqol dövlətinin böyük xanı Möngkenin əmri ilə Hülaku xanın qoşunları İran və Yaxın Şərqdə tam hakimiyyəti ələ keçirmək üçün yürüşə başladı. Həmin ilin iyununda Ələmut qalası mühasirəyə alındı. Noyabrın 19-da Nizari imamı Rüknəddin Xurşah istilaçıların mərhəmət göstərəcəyi ümidi ilə Meymundizdəki iqamətgahının qapılarını onların üzünə açdı. Hülaku xanın tələbi ilə o öz dövlətinin bütün hakimlərinə məktub göndərərək təslim olmalarını əmr etdi. 40-a yaxın qala bu əmrə tabe olsa da, Ələmut və Lamasar müqaviməti davam etdirdilər. 15 dekabrda Ələmut üzərinə başlayan hücum ayın 19-da uğurla nəticələnir və alınmaz hesab olunan qala monqollara təslim olur. Hülaku xanı səfərdə müşayiət edən tarixçi Ata Malik Cüveyni qalanın zəngin kitabxanasını dağıdılmaqdan xilas etdi. Burada o, naməlum 10-cu əsr müəllifinə aid olan "Gilan və Deyləmin tarixi" kitabını və sonradan özünün "Tarix-i cahanguşa" əsərində istifadə edəcəyi Həsən Sabbahın həyatından bəhs edən "Sərgüzəşti seyidna" əlyazmasını tapmışdır. Buradakı əsərlərlə tanış olduqdan sonra o, İsmaili təriqətini təbliğ edən əsərləri yandırmışdır. Sonrakı dövr Səfəvilərin hakimiyyəti dövründə Ələmut siyasi rəqiblərin sürgün yeri kimi istifadə edilirdi. Qacarların dövründə isə Rudbar vadisindəki digər qalalarla birlikdə Ələmut da dəfinə ovçuları tərəfindən yağmalanmışdı. Müasir dövr 2004-cü ildə İranda baş verən zəlzələdən sonra qalanın qalıqları daha da böyük dağıntılara məruz qalıb. Hazırda İran Mədəni irsi qoruma və turizm təşkilatının rəhbərliyi altında Rudbar vadisində "Ələmut" mədəni və tarixi layihəsi həyata keçirilir. Qala İranın mədəniyyət abidələri reyestrinə daxil edilib. Həmçinin bax Həsən Sabbah Əlamut (Vladimir Bartol) Xarici keçidlər "Alamut Cultural Heritage Base — Official Website" | https://az.wikipedia.org/w/index.php?curid=678258 |
Ələmut qalası | Ələmut qalası (fars. الموت) — İranın Qəzvin ostanında, Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. Həmdullah Qəzvininin qeydlərinə görə 840-cı ildə, başqa versiyaya görə isə 859-cu ildə tikilmişdir. Qala Tehrandan 100 km uzaqda, Şahrud və Ələmut çayları arasındakı Rudbar vadisində 200 metr yüksəklikdəki qayanın üzərində yerləşir. Qalanın adı tərcümədə "Qartal yuvası" mənasını verir.1090–1256-cı illərdə Ələmut qalası Həsən Sabbah tərəfindən əsası qoyulan Nizarilər dövlətinin paytaxtı olmuşdur. Monqol işğalı 1256-cı ildə Monqol dövlətinin böyük xanı Möngkenin əmri ilə Hülaku xanın qoşunları İran və Yaxın Şərqdə tam hakimiyyəti ələ keçirmək üçün yürüşə başladı. Həmin ilin iyununda Ələmut qalası mühasirəyə alındı. Noyabrın 19-da Nizari imamı Rüknəddin Xurşah istilaçıların mərhəmət göstərəcəyi ümidi ilə Meymundizdəki iqamətgahının qapılarını onların üzünə açdı. Hülaku xanın tələbi ilə o öz dövlətinin bütün hakimlərinə məktub göndərərək təslim olmalarını əmr etdi. 40-a yaxın qala bu əmrə tabe olsa da, Ələmut və Lamasar müqaviməti davam etdirdilər. 15 dekabrda Ələmut üzərinə başlayan hücum ayın 19-da uğurla nəticələnir və alınmaz hesab olunan qala monqollara təslim olur. Hülaku xanı səfərdə müşayiət edən tarixçi Ata Malik Cüveyni qalanın zəngin kitabxanasını dağıdılmaqdan xilas etdi. Burada o, naməlum 10-cu əsr müəllifinə aid olan "Gilan və Deyləmin tarixi" kitabını və sonradan özünün "Tarix-i cahanguşa" əsərində istifadə edəcəyi Həsən Sabbahın həyatından bəhs edən "Sərgüzəşti seyidna" əlyazmasını tapmışdır. Buradakı əsərlərlə tanış olduqdan sonra o, İsmaili təriqətini təbliğ edən əsərləri yandırmışdır. Sonrakı dövr Səfəvilərin hakimiyyəti dövründə Ələmut siyasi rəqiblərin sürgün yeri kimi istifadə edilirdi. Qacarların dövründə isə Rudbar vadisindəki digər qalalarla birlikdə Ələmut da dəfinə ovçuları tərəfindən yağmalanmışdı. Müasir dövr 2004-cü ildə İranda baş verən zəlzələdən sonra qalanın qalıqları daha da böyük dağıntılara məruz qalıb. Hazırda İran Mədəni irsi qoruma və turizm təşkilatının rəhbərliyi altında Rudbar vadisində "Ələmut" mədəni və tarixi layihəsi həyata keçirilir. Qala İranın mədəniyyət abidələri reyestrinə daxil edilib. Həmçinin bax Həsən Sabbah Əlamut (Vladimir Bartol) Xarici keçidlər "Alamut Cultural Heritage Base — Official Website" | https://az.wikipedia.org/w/index.php?curid=273546 |
Ələmşah Məmmədov | Ələmşah Əli oğlu Məmmədov (10 mart 1950, Şahvəllər, Bərdə rayonu – 19 yanvar 2009) — Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmiş "Azadlıq" batalyonunun komandiri, döyüşçü. Ələmşah Məmmədov 10 mart 1950-ci ildə 10 uşaqlı ailənin ilk övladı olaraq Bərdə rayonunun Şahvəlilər kəndində dünyaya gəlmişdir. 1972-ci ildə, Gəncə şəhərində yerləşən Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra, 1975-ci ildən etibarən, Ələmşah Məmmədov Bərdə və Tərtər rayonlarında yerləşən məktəblərdə tarix müəllimi olaraq fəaliyyət göstərmişdir. Dağlıq Qarabağda müharibənin ilk günlərindən etibarən yaxın ətrafı ilə birlikdə sayları 300-400 nəfərə çatan silahlı özünümüdafiə dəstəsi - "Azadlıq" batalyanunu təşkil etmiş və onun komandirliyi vəzifəsini öhdəliyinə götürmüşdür. Bu müddət ərzində Azərbaycan Ordusunun nizamlı hərbi birləşmələri ilə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin may ayında, Milli Məclisdəki çıxışı zamanı dövrün Müdafiə Naziri Rəhim Qazıyev o cümlədən digər hökumət və dövlət rəhbərlərini tənqid etdikdən sonra ona qarşı münasibət dəyişmiş və bir müddət sonra batalyonun bir çox üzvü kimi o da həbs edilmişdir. Barəsində konkret ittihamlar olmamasına baxmayaraq, 1 il həbsdə saxlanılan Ələmşah Məmmədov Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin qərarı ilə bəraət alaraq azadlığa çıxmışdır. 19 yanvar 2009-cu ildə vəfat etmişdir. 2017-ci ildə ARB telekanlı Ələmşah Məmmədov haqqında sənədli film hazırlamışdır. 2017-ci ildə Ələmşah Məmmədovun həyat və döyüş yolundan bəhs edən "Azadlıq" Xalq Ordusu" kitabı (müəllif: Əkbər Mirzəzadə) nəşr edilmişdir. Ələmşah Məmmədovun Milli Məclisdəki çıxışından sonra spiker Yaqub Məmmədov onunla razılaşdığını bildirərək sonradan məşhur frazaya çevriləcək olan "Biz böyük oyunun kiçik peşkalarıyıq" sözlərini demişdir. | https://az.wikipedia.org/w/index.php?curid=629732 |
Ələngəzdağı | Ələngəzdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2369,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) ayrılan Ağdağ qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayırıcısında, Nəsirvaz kəndindən 1,2 km şimalda zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında Zəngəzur qalxım zonası ilə təmas zolağında müşahidə edilən eyniadlı sinklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində Kələki lay dəstəsinin süxurlarını yaran andezitli porfirit tərkibli kiçik subvulkanik kütlə müşahidə edilir. Cənub-şərq yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.ALANGÖZDAĞ – Ordubad rayonu ərazisində Ələngəz dağının (hünd. 2369,9 m) yerli əhali arasında işlədilən başqa adı. Həmçinin bax: Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad) | https://az.wikipedia.org/w/index.php?curid=498606 |
Ələq Surəsi | əl-Ələq (Laxtalanmış qan) surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir). Surə adını 2-ci ayədə işlənən və laxtalanmış qan mənasını verən ələq sözündən götürmüşdür. İlk nazil olan surədir.[mənbə göstərin] | https://az.wikipedia.org/w/index.php?curid=89947 |
Ələq surəsi | əl-Ələq (Laxtalanmış qan) surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir). Surə adını 2-ci ayədə işlənən və laxtalanmış qan mənasını verən ələq sözündən götürmüşdür. İlk nazil olan surədir.[mənbə göstərin] | https://az.wikipedia.org/w/index.php?curid=22115 |
Ələs Rüstəmov | Ələs Rüstəmov (tam adı: Ələs Vidadi oğlu Rüstəmov; 24 noyabr 1998; Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələs Rüstəmov 1998-ci il noyabrın 24-ü Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbini bitirmişdir. Subay idi. Hərbi xidməti Ələs Rüstəmov 2016-2017-ci illərdə Bakıda hərbi xidmət keçmiş, 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətdən keçən hərbi qulluqçu olaraq işə başlamışdır. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin ələ keçirilməsində iştirak etmişdir. 2020-ci il oktyabrın 2-si şəhid olmuş, doğulduğu tarixdə - noyabrın 24-ü dəfn edilmişdir. Bir yaralı əsgər yoldaşı onun haqqında söyləyir: “Ələs çox hörmət qazanmışdı. Komandirin sağ qolu idi. Bir gün komandir demişdi ki, mənə nəsə olsa, mən şəhid olsam bu taqım Ələsə əmanətdir. Elə də oldu. Komandir şəhid oldu. Tağıma Ələs başçılıq edirdi, əmrləri o verirdi. Xeyli irəliləmişdik. Sonra bir gün nə oldusa, hər yer toz-dumana qərq oldu. Ələsi görə bilmədik”. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə əsgər Rüstəmov Ələs Vidadi oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "İgidliyə görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=683080 |
Ələsgər | Ələsgər — Azərbaycanda ən çox istifadə edilən kişi adı. Aşıq Ələsgər — Azərbaycan aşığı.Ələsgər ƏləkbərovƏləsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti Ələsgər Ələkbərov (arxeoloq) — arxeoloq, etnoqraf, ölkəşünasƏləsgər MəmmədovƏləsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas.Ələsgər Əliyev — Azərbaycan jurnalisti. Ələsgər İbrahimov — azərbaycanlı aktyor. Ələsgər Məmmədoğlu — Azərbaycan teatr və kino aktyoru Ələsgər Muradxanlı — aktyor. Ələsgər Novruzov — Azərbaycanın Milli QəhrəmanıYaşayış məntəqələriƏləsgər (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=446840 |
Ələsgər (Zaqatala) | Ələsgər — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi əsasən Saxurladan ibarətdir.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. | https://az.wikipedia.org/w/index.php?curid=108845 |
Ələsgər Abdullayev | Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub.Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib.1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır. Ələsgər Abdullayev 1913–1914-cü illərdə "Sport-Rekord" və "Ekstrafon" səhmdarlar cəmiyyətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuşdur. O, tarzənlərdən Qurban Pirimovun, Tevosun, kamançada isə Saşa Oqanezaşvili və Moses Quliyansın müşayiətləri ilə "Çahargah", "Rast", "Mahur–Hindi", "Zabul-Segah", "Rahab", "Şüştər", "Hasar" və s. muğamları, bir sıra Azərbaycan, gürcü və erməni mahnılarını vala yazdırır. Uzun illər tarzən Şirin Axundovun müşayiəti ilə çıxış etmişdir. Ələsgər "Rahab" oxumaqda xüsusilə məşhur idi. Azərbaycan musiqi tarixində xanəndə Dəli İsmayıldan sonra Ələsgər "Rahab" oxumaqda birinci sayılırdı. Ə. Abdullayev Cabbar Qaryağdıoğlu ilə birlikdə həkim İoanesyanın təşkil etdiyi birinci Şərq orkestrinin tərkibində Bakı zəhmətkeşləri qarşısında çıxış etmişdi. Bundan əlavə o, tarzən Qurban Pirimov və kamançaçı Armenak Şuşinski ilə birlikdə Bakının yay klublarında, "Şərq musiqisi gecələri"-ndə ifa edib. Xanəndə Azərbaycan radiosunun musiqi verilişlərində də yaxından iştirak etmişdi. Şəkili Ələsgər 1 aprel 1929-cu ildə Bakıda vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=199829 |
Ələsgər Cabbarov | Ələsgər Müzəffər oğlu Cabbarov — jurnalist. 1933-cü il may ayının 16-da Qəbələ rayonunda anadan olub. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyasını) bitirib. Həmin illərdə Azərbaycan radiosunda çalışıb. 1959-1961-ci illərdə "Azərbaycan gəncləri" qəzetində işləyib. 1961-ci ildə "Elm və həyat" jurnalında şöbə müdiri kimi fəaliyyətə başlayıb. 1966-cı ildə Azərbaycan Sovet Ensiklopediyasında texniki redaksiyanın müdiri vəzifəsinə təyin olunub. 1992-ci ildən sonra "Xalq qəzeti"ndə kommersiya direktoru və bölgə müxbiri vəzifələrində çalışıb. Ə.Cabbarov indinin özündə də dövri mətbuatda maraqlı yazıları ilə çıxış etməkdədir. | https://az.wikipedia.org/w/index.php?curid=330043 |
Ələsgər Cavadov | Ələsgər Elxan oğlu Cavadov (29 oktyabr 2000; Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələsgər Cavadov 29 oktyabr 2000-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olmuşdur. 2006-2017-ci illərdə Bakı şəhər 179 saylı tam orta məktəbdə təhsil almışdır. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Ələsgər Cavadov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ələsgər Cavadov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Ələsgər Cavadov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra). (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=714876 |
Ələsgər Gəngərlinski | Ələsgər Gəngərlinski — praporsik, Azərbaycan səfirliyinin hərbi attaşesi vəzifəsində çalışıb. ADR-in Gürcüstanda hərbi attaşesi yanında tapşırıqlar üzrə sabiq ober-zabit, 1921-ci ilin iyul ayından isə Azərbaycanın Türkiyədəki hərbi attaşesi Ələsgər Əsgərov Azərbaycan Xalq Cümhuriyyətinin tərəfdarı olub, sovetləri sevməyib. Onun Türkiyədən Bakıya göndərilməsi tələb olunub, məqsəd də həbs etmək imiş. 1922 Samsun şəhərind yoxsa şıxmışdır. «Azərbaycan faciəsi» əsəri 1922 Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=751212 |
Ələsgər Hüseynov | Ələsgər Nurəli oğlu Hüseynov (10 yanvar 1928, Bakı – 3 may 1976, Bakı) — Azərbaycan memarı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı. Ələsgər Nurəli oğlu Hüseynov 1928-ci il yanvar ayının 10-da anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, 1953–1967-ci illərdə "Azərdövlətlayihə" institutunda və Sənaye Tikintisi Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 1968–1971-ci illərdə Bakının Baş rəssamı, 1971–1975-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədr müavini, 1975–1976-cı illərdə isə Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Hənifə Ələsgərovla) və s. tikililərin layihələrini vermişdir.Xidmətlərinə görə keçmiş SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları, "Oktyabr inqilabı" ordeni və medallarla təltif edilmişdir.Hüseynov Ələsgər 1976-cı il may ayının 3-də vəfat etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=545477 |
Ələsgər Həsənzadə | Ələsgər Həsənzadə - "Ginnesin rekordlar kitabı"na düşmüş azərbaycanlı Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə dünyada ilk azyaşlı "Ginnesin rekordlar kitabı"na düşən şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enib. Qeyd edək ki, onun adı rekordçuların siyahısına 7 yaşı olanda düşüb. "Ginnesin Rekordlar Kitabına" düşən azərbaycanlılar Arxivləşdirilib 2008-12-02 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=95710 |
Ələsgər Muradxanlı | Muradxanlı Ələsgər Cəlal oğlu — azərbaycanlı aktyor. Ələsgər Muradxanlı 10 iyul 1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. 1993-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında truppa müdiri vəzifəsində çalışır. 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir. Filmoqrafiya Şirin bülbül (film, 2000) Mən sənin dayınam (film, 2001) Yeni həyat (2005) Yoxlama (film, 2006) | https://az.wikipedia.org/w/index.php?curid=39093 |
Ələsgər Muxtarov | Ələsgər Faiq oğlu Muxtarov — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. Hərbi xidməti Mayor Ələsgər Muxtarov Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. Vətən müharibəsi Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Ələsgər Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. | https://az.wikipedia.org/w/index.php?curid=699524 |
Ələsgər Məmmədli | Məmmədli Ələsgər Əhməd oğlu (24 may 1968, Quzanlı, Ağdam rayonu) — Azərbaycanlı hüquqşünas. Ələsgər Məmmədli 1968-ci ilin may ayının 24-də Ağdam rayonunun Quzanlı kəndində müəllim ailəsində anadan olub. 1985-ci ildə Ağdam rayonu Quzanlı kənd orta məkdəbini, 1996-cı ildə Türkiyə Cümhuriyyətində İstanbul Universitetinin hüquq fakültəsini bitirib və İstanbulda vəkillik fəaliyyəti ilə məşğul olub. 2001-ci ildə Türkiyənin Ankara şəhərində Türkiyə və Orta Doğu Amme İdaresi Enstitüsü Kamu Yönetimi bölümündə magistraturanı bitirib və hüquq və idarəetmə üzrə ekspert ixtisası əldə edib alıb. İstanbul Barosunda (Vəkillər Kollegiyasında) vəkillik ixtisası üzrə bir illik xüsusi təlim keçib. ABŞ-nin İnternyus və İREX təşkilatlarında hüquqşünas kimi fəaliyyət göstərib. Media hüququ, seçki hüququ, yerli özünüidarəetmə hüququ, informasiya əldə etmək hüququ, konstitusiya hüququ və insan hüquq və azadlıqları sahəsini əhatə edən onlarla kitab, broşür müəllifidir. Çoxsaylı elmi məqalələri yerli və xarici nəşrlərdə çap edilib. Hüquqşünaslar və jurnalistlər üçün yüzlərlə təlimlərin aparıcısıdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın hüquqi tənzimlənməsi istiqamətində dərs deyir. | https://az.wikipedia.org/w/index.php?curid=88983 |
Ələsgər Məmmədov | Ələsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas. Həmçinin bax Əsgər Məmmədov | https://az.wikipedia.org/w/index.php?curid=128547 |
Ələsgər Məmmədov (şərqşünas) | Ələsgər Cəfər oğlu Məmmədov və ya Əli Əsgər Cəfər oğlu Məmmədov (10 oktyabr 1919, Bakı və ya Keşlə – 29 yanvar 2000, Bakı) — azərbaycanlı şərqşünas alim, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycanda müasir ərəbşünaslığın banisi, alman və ərəb dilləri üzrə mütəxəssis, Nürnberq prosesində tərcüməçi. Ələsgər Məmmədov ərəb dilinin tədris metodikasına gətirdiyi yeniliklərlə tanınır. Uşaqlıq illəri və təhsil həyatı Ələsgər Məmmədov 10 oktyabr 1919-cu ildə Bakının Keşlə qəsəbəsində anadan olub. Erkən yaşlarında valideynlərini itirən Məmmədov əmisinin himayəsində böyüyüb.Yeddi illik orta məktəbi bitirdikdən sonra 1933–1937-ci illərdə Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunda, 1937–1941-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun alman dili şöbəsində təhsil alan Ələsgər Məmmədov eyni zamanda həmin illərdə yenicə yaradılmış Bakı Ali Hərbi Dənizçilik Məktəbində alman dilindən dərs demişdir. 1941-ci ilin iyulunda Məmmədov Azərbaycan, Gürcüstan və Ermənistandan olan nümayəndələrlə birlikdə Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilmiş və 1944-cü ildə Moskva Şərqşünaslıq İnstitutunun ərəb dili üzrə hərbi şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Nürnberq prosesi 1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində baş referent kimi əmək fəaliyyətinə başlayan Məmmədov həmin ilin dekabr ayından 1946-cı ilin fevral ayına qədər alman dili mütəxəssisi kimi Nürnberq prosesinə tərcüməçi qismində cəlb edilmişdir. O, Ənvər Məmmədovla birlikdə hərbi tribunalda iştirak edən iki azərbaycanlıdan biri idi. Ələsgər Məmmədov nazirlikdə işlədiyi 2 il yarım ərzində Almaniya Xarici İşlər Nazirliyinin ələ keçirilmiş diplomatik sənədlərinin böyük bir qismini, təxminən 30-dan artıq sənədi alman dilindən rus dilinə tərcümə etmişdi. 26 yaşlı Ələsgər Məmmədov Nürnberq prosesində iştirak etmək məqsədilə alman dilindən imtahan verərkən imtahanı qəbul edən alman dili mütəxəssisi Qrabor-Passak ondan razı qalmış və gənc Ələsgərin tribunalda alman dili tərcüməçisi kimi çıxış etməsini məsləhət görmüşdür.Sonralar Ələsgər Məmmədov Nürnberq Tribunalı ilə bağlı müsahibələrində aşağıdakı xatirələrini qeyd etmişdi: Elmi-pedaqoji fəaliyyəti Ərəbşünaslığa verdiyi töhfələr 1958-ci ilin sentyabrında Məmmədovun təşəbbüsü ilə ilk dəfə Azərbaycan Radiosu nəzdində ərəb redaksiyası yaradıldı və onun ilk redaktoru özü oldu. O, 1969-cu ildən etibarən həm də SSRİ Semitoloqlar Kollegiyasının üzvü idi.Vasim Məmmədəliyev, Aida İmanquliyeva, Gövhər Baxşəliyeva, Malik Mahmudov və İmamverdi Həmidov kimi Azərbaycanın tanınmış ərəbşünasları Məmmədovun yetirmələri hesab olunurlar. Ələsgər Məmmədovu "Azərbaycan ərəbşünaslıq elminin patriarxı" adlandıran ərəbşünas alim Nəriman Qasımoğlu yazırdı ki, "əgər Türkiyədə ərəbcəni 10–15 ilə mükəmməl öyrənmək mümkündürsə, Bakıda Ələsgər müəllimin üslubu ilə bu, 4–5 il müddətində başa gələ bilir." Ələsgər Məmmədov məktəbinin nümayəndələri ərəb ölkələrində, əsasən də İraq, Suriya, Sudan, İordaniya, Küveyt, Yəmən, Ədən, Misir, Liviya, Tunis və Əlcəzairdə tərcüməçi və diplomat kimi də fəaliyyət göstərmişlər.Ələsgər Məmmədov 1963-cü ilin mart ayında sovet maarif işçilərinin nümayəndə heyətinin sədri kimi Misirə ezam olunmuşdu. 1973-cü ildə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri ilə birlikdə Bakı və Bəsrə şəhərləri arasında qardaşlıq müqaviləsi bağlamaq məqsədilə İraqa səfər etmişdi. İraqın rəsmi nümayəndələri "azərbaycanlı ərəb" adlandırdıqları Məmmədovu Kərbəla ziyarətinə apararaq ona qızıl suyuna çəkilmiş "Qurani Kərim" kitabını bağışlamışdılar. Misir, İraq və İordaniyanın bir sıra qəzet və jurnallarında alimin fəaliyyəti barədə geniş materiallar dərc edilmişdir. Ələsgər Məmmədov 29 yanvar 2000-ci ildə dünyasını dəyişmişdir. O, vəfatına yaxın M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Aztelefilm" Yaradıcılıq Birliyi tərəfindən Rəfiqə Məsudun ssenarisi əsasında Ələsgər Məmmədovun həyatından bəhs edən "Ömürdən qalan izlər" adlı tammetrajlı film çəkilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=128006 |
Ələsgər Məmmədoğlu | Əsgər Məmmədoğlu, bəzən Ələsgər Məmmədoğlu kimi tanınır — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002). Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu "Azərbaycanın Çelentanosu" deyə çağırırdılar. Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri), Qazı ("Sizi deyib gəlmişəm" Anar), Səfər ("Əliqulu evlənir" Sabit Rəhman), Cəllad ("Maqbet" Uilyam Şekspir), Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev), Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil), Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin), Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə), Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov), Səlim ("Aydın" Cəfər Cabbarlı), Qasımlı ("Bu dünyanın adamları" Hidayət), Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz), Məzarçı ("Hamlet" Uilyam Şekspir), Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Kürən ("Xəcalət" Hüseynbala Mirələmov) Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov) Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev)Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V. Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K. Haldoni), Dəmir-qaya "Topal Teymur" H. Cavid), Narsatan ("Qatarda" İ. Məlikzadə), Gümrah ("Alov" M. Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub. Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir. 2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir. Sənətkar uzun müddət idi qaraciyər xərçənginə yaxalanmışdır. Həmçinin onda qan təzyiqi və öd kisəsində problem də var idi. Bir müddət müalicə almışdır. Amma 21 dekabr 2015-ci ildə sənətkarın vəziyyəti ağırlaşdı. Edilən tibbi yardımlara baxmayaraq, bu istedadlı aktyor axşam saatlarında vəfat etdi. Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə "Qurd qapısı" qəbiristanlığında anasının yanında dəfn edilmişdir. Filmoqrafiya Ömrün səhifələri (film, 1974)-Ələsgər Alma almaya bənzər (film, 1975)-doğum evində gözləyən adam Xoşbəxtlik qayğıları (film, 1976)-Əlövsət Qərib cinlər diyarında (film, 1977)-Cin Əsra Şir evdən getdi (film, 1977)-Yanğınsöndürən Mehmanxana sahibəsi (film, 1978)-Nökər Qəribə adam (film, 1979)-Xalid Axtaran tapar (film, 1980) Qızıl uçurum (film, 1980)-Neftçi Sarıköynəklə Valehin nağılı (film, 1980)-Musa Yol əhvalatı (film, 1980)-Aeroportdakı adam Qatarda (film, 1981)-Nar satan oğlan Tehran-43 (1981) Üzeyir ömrü (film, 1981)-Jurnalist Evləri köndələn yar (film, 1982)- şair Dağlaraşarlı Topal Teymur (film, 1983)-Dəmirqaya Musiqili xaş (film, 1984)-Məclisdəki adam 100 (film, 1985) (qısametrajlı bədii süjet – Mozalan № 100) Bəyin oğurlanması (film, 1985)-Pirotexnik Ələsgər Qəm pəncərəsi (film, 1986)-Kərbəlayi Zeynal Yaşıl eynəkli adam (film, 1987)-milis bölməsi işçisi Yaramaz (film, 1988)-Ələsgərin işçisi Canavar balası-Aşot Min birinci söz (film, 1997) "Qayınana" əməliyyatı (film, 1999)-Xəfiyyə Yaşıl eynəkli adam-2 (film, 1999)-polis bölməsi işçisi Güllələnmə təxirə salınır!... (film, 2002)-kisəçi Məhəllə (film, 2003)-Yol polisi işçisi Məşədi İbad-94 (film, 2005)-Hambal Toy (film, 2005)-Ələsgər əmi Kişiləri qoruyun (film, 2006)-Gülümsər Milçək (film, 2006)-Xəzinədar Bir dəfə Qafqazda (film, 2007)- rüşvət verən Evləri göydələn yar (film, 2010)- şair Dağlaraşarlı 3 bacı (film, 2012–2014) (bədii serial) (rol: ata) Xoxan (film, 2014) Əsgər Məmmədoğlu Xarici keçidlər Xalq artisti ola bilməyən aktyorun son arzusu… — FOTO | https://az.wikipedia.org/w/index.php?curid=487313 |
Ələsgər Novruzov | Ələsgər Xanlar oğlu Novruzov (1 avqust 1949, Kürdhacı, Laçın rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Ələsgər Novruzov 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə. Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirmişdir. 1968–1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanmıdır. Əmək fəaliyyətinə başladığı ilk günlərdən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma işləri aparmış, uşaq və gənclərin idmana marağını artırmışdır. Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, yaxşı müəllim olmaqla yanaşı kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən şəhid olana qədər Xocalı RTŞ-nin təsərrüfat bürosunun müdiri işləmişdir. Döyüşlərdə iştirakı Ələsgər Novruzov məsuliyyətli bir işçi olmaqla bərabər Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, gözəl idmançı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanıtmışdır. Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır. 1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30–40 nəfər igid Xocalı oğlanlarından biri də Ə. Novruzov oldu. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirdi, onlarla ermənini məhv etdi və erməni quldurlarının geri oturdulmasında yaxından iştirak etdi. Həmin günlərdə Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ə. Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndiyə girib qızları, qadınları xilas etmişdir. Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ə. Novruzov rəhbərlik etmiş, qeyri-rəsmi komandir kimi tanınırdı. Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətinin, silahlardan istifadə etmək bacarığını öyrədirdi. Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirakçı olmuşdur. 1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücüm edərkən Ə. Novruzov döyüş yoldaşı M. Şükürovla birlikdə ermənilərə arxadan hücüm etmiş, atəşi öz uzərlərində götürərək döyüşə girmişlər. Ermənilər qəfil hücümdan özlərini itirmiş, onlarla itki vermişlər. Ə. Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxmış, Daşbulaq kəndindən olan 300 nəfərə qədər əhalini sağ-salamat qurtarmışlar. 1990-cı ildə İrəvandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ə. Novruzov döyüş yoldaşlarından R. Həsənovla birlikdə uçuş zolağını parıldadıb xeyli müddət təyyarələrin enməsinin qarşısını almışdır. 1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olmuş Ə. Novruzov dəmir yolunu dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında Xankəndi-Norağuğ yolunda 2 maşın 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak etmiş, misilsiz qəhrəmanlıq göstərmişdir. 25 fevral 1992-ci il tarixində Ə. Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirdi ki, döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, havayı güllə atıb mövqeyimizi bildirməmək lazımdır. Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə. Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdi. Ə. Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etdi. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur oldular. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə. Novruzov ağır güllə yarası almışdır. O son gülləsinə qədər döyüşmüş sonra huşsuz qalmışdır. Ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər (Bu haqda Respublika Prokurorluğunun istintaq qrupunda izahat və məlumatlar vardır). Ailəli idi, üç övladı yadigar qalıb. Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Ölümündən sonra "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür. Ələsgər Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirilib alınmışdır. Laçın rayonunda, doğma kəndi Kürdhacıda dəfn edilib. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 232. Şahin Aydəmir, "Milli Qəhrəman adına layiq görülmüş müəllim", "Azad hüquqşünas" qəzeti, 18–27 may 2011-ci il. Niftalı Manafov, "Milli qəhrəman Ələsgər Novruzov", "Laçın yurdu" jurnalı. 2012-ci il. Xarici keçidlər Novruzov Ələsgər Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine Ələsgər Novruzov Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları. Bakı. Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2005. 251 səh. (az.) | https://az.wikipedia.org/w/index.php?curid=81936 |
Ələsgər Qasımov | Qasımov Ələsgər Ramazan oğlu (d.23.01.1901, Bulqan kəndi, Babək rayonu) — iqtisadçı. İqtisadi elmlər namizədi (1948), professor(1961), 1948-ci ildə Moskvada "Sosializm yarışı və onun əmək məhsuldarlığının yüksəldilməsində əqli əməklə fiziki əmək arasındakı əksliyin aradan qaldırılmasında rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi fəaliyyəti 1929-cu ildə Tiblisidə Zaqafqaziya Kommunist Universitetini və 1932-ci ildə onun aspiranturasını bitirmiş, ali məktəblərdə dərs demişdir. Qırmızı Professura İnstitunun (Moskva) iqtisadiyyat şöbəsini bitirdikdən sonra Moskva və Bakının ali məktəblərində işləmiş, 1937-ci ilin fevral və avqust aylarında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tədris işləri üzrə prorektoru, həmin vaxtdan Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki APU), 1940-cı ildən isə Ali Kənd Təsərrüfatı Məktəbinin siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1942-ci ildə könüllü surətdə cəbhəyə getmişdir. 223-cü Azərbaycan Atıcı divizyası siyasi şöbəsi rəisinin müavini olmuşdur. Müharibədən sonra Moskva İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ələsgər Qasımov uzun müddət respublikanın ali məktəblərində müəllim, 1966-cı ildən isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu siyasi iqtisadi kafedrasının müdiri işləmişdir. Siyasi iqtisad problemlərinə dair tədqiqatların, dərs vəsaitlərinin müəlifidir. Keçmiş ümumittifaq "Voprosı ekonomiki" (Moskva) jurnalı redaksiya heyətinin, respublikanın bir sıra ali məktəbləri elmi şuralarının üzvü olmuşdur. Qırmızı Əmək Bayrağı, I dərəcəli Vətən müharibəsi ordeni və medallarla təltif edilmişdir. Məhsuldar elmi-tədqiqat fəaliyyətinə, iqtisadçı kadrların hazırlanmasındakı xidmətlərinə görə Ələsgər Qasımov 1963-cü ildə doktorluq dissertasiyasını müdafiə etmədən professor elmi adına layiq görülmüşdür.Hərbçi, komsomol və partiya işçisi, ali məktəb müəllimi kimi zəngin həyat məktəbi keçməsi onun dünyagörüşündə, insanlara, qarşılaşdığı problemlərə prinsipial münasibətində özünü büruzə verirdi. Onun rəhbərliyi və müəllifliyi ilə iki cildlik "Siyasi iqtisad " dərsliyi hazırlanmış və nəşr olunmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisad fakültəsinin dekanı olmuş, 1966-cı ildən təqaüdə çıxanadək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Siyasi iqtisad" kafedrasına rəhbərlik etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=548514 |
Ələsgər Qayıbov | Ələsgər Qayıbov (tam adı: Ələsgər Yusif oğlu Qayıbov; 15 mart 1966, Yormuğanlı, Saqareco rayonu, Kaxetiya, Gürcüstan SSR, SSRİ – 21 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. 1966-cı il martın 15-də Gürcüstan SSR Qaraçöp mahalının Yormuğanlı kəndində anadan olmuşdur. Şəhid olduğu ərəfədə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi.Subay idi. Qanlı Yanvar faciəsi Həmin gecə xeyli yaralıya kömək etmişdir. «Gənclik» metrosunun yanından neçə dəfə 5 nömrəli xəstəxanaya gedib-qayıtmışdı. Lenin adına Mərkəzi Stadionun yaxınlığında digər yaralıya kömək etmək istəyərkən yaralanmış, güllə sol qolunu qıraraq qarnını yaralamışdır. Üzərində 3 mürəkkəb cərrahiyyə əməliyyatı aparılsa da, aldığı xəsarətdən yanvarın 21-də səhər saat 7-də vəfat etmişdir. Şəhidlər xiyabanında dəfn edilmişdir. Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar | https://az.wikipedia.org/w/index.php?curid=336530 |
Ələsgər Qurbanəliyev | Ələsgər Novruzəli oğlu Qurbanəliyev (23 mart 1948, Qobu – 21 aprel 2021) — aktyor. Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. Aktyor 21 aprel 2020-ci ildə 73 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. Əsas rolları Sergey Yeruxin — ("Kiçik torpaqda üç gün" Şamil Fərzəliyev) Qulu — ("Azad çoban" Məmmədyə) Ozan — ("Toxmaq Əhməd" Rauf İçərişəhərli) Təlkəng — ("Sirli dəyirman" Firuz Mustafa) Məşədi Yarməmməd — ("Danabaş kəndinin məktəbi" Cəlil Məmmədquluzadə) Nəcəf — ("Sabah çoxdan başlanıb" Rəhman Əlizadə) Komendant — ("Şəhidlər" Bəxtiyar Vahabzadə) Jandarm — ("Kiçik təpə" Nəbi Xəzri) Molla Orucəli — ("Qonşu qonşu olsa kor qız ərə gedər", Rəşid Bəy Əfəndiyev) Zırı — ("Qarışqa şıllaq atdı", Qılman İlkin) Polis — ("Pul dəlisi", Əhməd Orucoğlu) Baləmi — ("O da mənəm, bu da", Dadaş Mehdi) Xidmətçi — ("Danışan gəlincik", Abdulla Şaiq) Şah — ("Nəsrəddin", Yusif Əzimzadə) Qoca — ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu) Saymaz — ("Qaraca qız", Süleyman Sani Axundov, Abdulla Şaiq) Qaragünə — ("Dədəm Qorqud", Əbdüləzəl Dəmirçizadə) Kələntər — ("Ölüm hökmü", Elçin) Qaymaq Hafis — ("Mustafa", Orxan Asena) Ohan — ("Hacı Qara", Mirzə Fətəli Axundov) Keçəl kişi — ("Olmuş əhvalat", Aqşin Babayev) Ağahüseyn əmi — ("Ağ dəvə", Elçin) Molla Səfi, Ağsaqqal kişi, Əbdürrəhim, Sərvinaz xanım, Məzlum kişi — ("Yağış, yağmur və daldan atılan daş", Nəcəf Bəy Vəzirov) Şeyx Əbülləhyə — ("Şeyx Sənan", H.Cavid) Kərbəlayı İsmayıl — ("Məkkəyə gedən yol", C.Məmmədquluzadə) Mühafizəçi — ("Romeo və Cülyetta", U.Şekspir) Kitabxanaçı Nəcəf — ("Buzovna kəndinin əhvalatları", Elçin) Molla Həmid — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundzadə) Xəlil yüzbaşı — ("Hacı Qara", M.F.Axundzadə) Nuhun qövmü — ("Əlincə qalası", Dilsuz) Şəhərli — ("Buratinonun macəraları", A.Tolstoy) Filmoqrafiya Yaşa, qızıl balıq (film, 1988) Nakəs (film, 1991) Dolu (film, 2012) | https://az.wikipedia.org/w/index.php?curid=373791 |
Ələsgər Rizvan | Ələsgər Rizvan – Təbriz teatrının aparıcı səhnə ustalarından olub. Bəzi mətbuat səhifələrində soyadı "Rizvani" kimi yazılıb. "Təbai" təxəllüsü ilə də çıxış edib. Ələsgər Rizvan 1909-cu ildə Qarabağın Şuşa şəhərində doğulub. Üç-dörd yaşlarında ailəsi Ağdama köçüb. İbtidai təhsilini Ağdamda alıb. Onun ürəyəyatımlı, muğam ifaçılığına uyğun gələn səsi və güclü yumor bacarığı olub. Səhnə sənətinə marağı orta məktəbdə oxuyanda başlayıb. Şaqraq və cingiltili səsini eşidən Qaflan Muradov onu özünün aktyor işlədiyi Ağdam mədəniyyət klubunun dram dərnəyinə dəvət edib. Səhnəyə ilk dəfə Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasında qız rolunda çıxıb. Sonra başqa opera və operettalarda da qız rolları oynayıb. Ələsgər Rizvan 1923-cü ildə Ağdam şəhərinə qastrola gəlmiş məşhur opera ustası Hüseynqulu Sarabskinin hazırladığı "Leyli və Məcnun" operasında Leyli rolunu ifa edib. Məcnun rolunda isə səhnəyə Sarabski çıxıb. Operanın göstərilməsi tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanıb. Elə həmin gündən 1929-cu ilə qədər Ağdam teatrında opera artisti kimi səmərəli fəaliyyət göstərib. Müğənni-aktyor "Əsli və Kərəm", "Leyli və Məcnun", "Şah İsmayıl" (Müslüm Maqomayev) operalarında Kərəmin, Məcnunun və Şah İsmayılın partiyalarını ifa edib. 1930-cu illərin əvvəllərində Bakıdakı Azərbaycan Dövlət Filarmoniyasında məşhur sənətkarlarla birgə konsertlər verib. Muğam və təsnifləri, xalq mahnılarını ecazkar ifada oxuyub. Ələsgər Rizvan 1930-cu illərin ikinci yarısında İrana köçüb. Tezliklə Təbrizdəki "Ariyen" dram dəstəsinin heyətinə daxil olub. Böyük sənət təcrübəsi olan Ələsgər Rizvan az müddət ərzində Təbriz teatrında opera və operetta rollarının mahir ifaçılarından sayılıb. O, öz sənətini həvəs və səylə gənclərə də öyrədib. Aktyor həm ayrı-ayrı teatr dəstələrində və həm də Dövlət Dram Teatrında Məcnun, Kərəm, Şah Abbas, Əsgər, Sərvər ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Aşıq Qərib ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov) rollarının mahir ifaçısı kimi ad çıxarıb və şöhrət qazanıb. Ələsgər Rizvan teatrda işləməklə yanaşı, Təbriz dövlət xalq çalğı alətləri orkestrinin solisti idi. Bu orkestrlə Üzeyir bəy Hacıbəyovun "Koroğlu", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında Koroğlunun və Şah İsmayılın mürəkkəb partiyalarını şövqlə oxuyub. İfa etdiyi Cahangir Cahangirovun "Təbrizim" mahnısı (sözləri M.Etimadındır) Cənubi Azərbaycanda milli himn kimi şöhrət qazanıb. Onun Leyla Möhsünpurla oxuduqları duetlər konsert proqramlarının bəzəyi kimi qiymətləndirilib. Aktyorun yaradıcılıq salnaməsində Çoban Qəmbər ("Anamın kitabı", Cəlil Məmmədquluzadə), Sağdış ("Namus", Aleksandr Şirvanzadə), İbad ("Eşq və intiqam", Süleyman Sani Axundov), Dönməz ("Od gəlini", Cəfər Cabbarlı) kimi dramatik rollar da var. İlham Rəhimli. Təbriz Azərbaycan Teatrı. Bakı: Çaşıoğlu, 2005, səh. 147–148. | https://az.wikipedia.org/w/index.php?curid=88499 |
Ələsgər Sadiqov | Ələsgər Həsən oğlu Sadıqov (Sadıxov) (23 sentyabr 1946, Naxçıvan) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2001), Naxçıvan MR meliorasiya və su təsərrüfatı naziri (1990–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1989–1990), Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin sədri (1983–1988). Ələsgər Həsən oğlu Sadıqov 23 sentyabr 1946-cı ildə Naxçıvan MSSR-in Naxçıvan şəhərində anadan olmuşdur. 1962-ci ildə Naxçıvan şəhər 2 №-li orta məktəbi bitirmiş, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq 1967-ci ildə həmin institutu mühəndis-hidrotexnik ixtisası üzrə başa vurmuşdur.Əmək fəaliyyətinə fəhləliklə başlamış, 1968-ci ildən 6 saylı Tikinti-Quraşdırma İdarəsində usta, iş icraçısı, baş mühəndis, idarənin rəisi olmuşdur. 1977–1983-cü illərdə Naxçıvan MSSR Su Təsərrüfatı İdarəsinin rəisi və Naxçıvan MSSR meliorasiya və su təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir.Ələsgər Sadıqov 1983-cü ildə Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1988-ci ildən Naxçıvan "Aqrartikinti" trestinin rəisi, 1989-cu ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1990-cı ildən Naxçıvan Muxtar Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifələrində çalışmışdır. 1991–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı seçilmişdir.Ailəlidir, 3 övladı var. | https://az.wikipedia.org/w/index.php?curid=814503 |
Ələsgər Sadıqov | Ələsgər Həsən oğlu Sadıqov (Sadıxov) (23 sentyabr 1946, Naxçıvan) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2001), Naxçıvan MR meliorasiya və su təsərrüfatı naziri (1990–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1989–1990), Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin sədri (1983–1988). Ələsgər Həsən oğlu Sadıqov 23 sentyabr 1946-cı ildə Naxçıvan MSSR-in Naxçıvan şəhərində anadan olmuşdur. 1962-ci ildə Naxçıvan şəhər 2 №-li orta məktəbi bitirmiş, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq 1967-ci ildə həmin institutu mühəndis-hidrotexnik ixtisası üzrə başa vurmuşdur.Əmək fəaliyyətinə fəhləliklə başlamış, 1968-ci ildən 6 saylı Tikinti-Quraşdırma İdarəsində usta, iş icraçısı, baş mühəndis, idarənin rəisi olmuşdur. 1977–1983-cü illərdə Naxçıvan MSSR Su Təsərrüfatı İdarəsinin rəisi və Naxçıvan MSSR meliorasiya və su təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir.Ələsgər Sadıqov 1983-cü ildə Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1988-ci ildən Naxçıvan "Aqrartikinti" trestinin rəisi, 1989-cu ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1990-cı ildən Naxçıvan Muxtar Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifələrində çalışmışdır. 1991–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı seçilmişdir.Ailəlidir, 3 övladı var. | https://az.wikipedia.org/w/index.php?curid=810176 |
Ələsgər Sadıxov | Ələsgər Həsən oğlu Sadıqov (Sadıxov) (23 sentyabr 1946, Naxçıvan) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2001), Naxçıvan MR meliorasiya və su təsərrüfatı naziri (1990–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1989–1990), Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin sədri (1983–1988). Ələsgər Həsən oğlu Sadıqov 23 sentyabr 1946-cı ildə Naxçıvan MSSR-in Naxçıvan şəhərində anadan olmuşdur. 1962-ci ildə Naxçıvan şəhər 2 №-li orta məktəbi bitirmiş, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq 1967-ci ildə həmin institutu mühəndis-hidrotexnik ixtisası üzrə başa vurmuşdur.Əmək fəaliyyətinə fəhləliklə başlamış, 1968-ci ildən 6 saylı Tikinti-Quraşdırma İdarəsində usta, iş icraçısı, baş mühəndis, idarənin rəisi olmuşdur. 1977–1983-cü illərdə Naxçıvan MSSR Su Təsərrüfatı İdarəsinin rəisi və Naxçıvan MSSR meliorasiya və su təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir.Ələsgər Sadıqov 1983-cü ildə Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1988-ci ildən Naxçıvan "Aqrartikinti" trestinin rəisi, 1989-cu ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1990-cı ildən Naxçıvan Muxtar Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifələrində çalışmışdır. 1991–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı seçilmişdir.Ailəlidir, 3 övladı var. | https://az.wikipedia.org/w/index.php?curid=814504 |
Ələsgər Talıboğlu | Ələsgər Talıboğlu — şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz mükafatı lauratı. Həyatı və yaradıcılığı Şair–publisist Ələsgər Talıboğlu 20 iyun 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərimbəyli kəndində doğulub. Uşaqlıq illəri Dərələyəz mahalının Çivə kəndində keçib. Hətta birinci və ikinci sinifləri o kənddə oxuyub. Sonra ata yurdu olan Şərur rayonunun Kərimbəyli kəndinə qayıdıb və təhsilini orada davam etdirib. 1970-ci ildən ailəsi ilə birgə taleyini ana kəndi olan Axaməd kəndinə bağlayıb. 1975-ci ildə doğulduğu Kərimbəyli kəndində orta təhsilini başa vurub. Sovxozda fəhlə işləməyə başlayıb. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1980–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. Eyni zamanda sovxozda azad komsomol təşkilat katibi, səkkiz illik məktəbdə pioner baş dəstə rəhbəri, universiteti bitirdikdən sonra isə ayrı-ayrı məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. İlk şeirlərini 1974-cü ildən yazmağa başlayıb. 1976-cı ildən bədii və publisistik yazıları ilə mətbuatda çıxış etməyə başlayıb. İlk şeiri 1977-ci ildə Şərur rayonunda çıxan "İşıqlı yol" və Muxtar Respublikanın ali orqanı olan "Şərq qapısı" qəzetlərində işıq üzü görüb. 1977-ci ildə "Araz sahilində bir kənd var" və "Arpaçayın Sarvanı" adlı oçerkləri Azərbaycan radiosunun dalğalarında səsləndirilib. 80-ci illərdən etibarən respublikanın ayrı-ayrı qəzet və jurnallarında dərc olunur. 1983-cü ildən isə publisistik yaradıcılığını davam etdirsə də, şeir sahəsində durğunluq əmələ gəlib. Hətta o dövrə qədər yazdığı şeirləri belə doğru-dürüst qoruyub saxlaya bilməyib. Nəhayət 2011-ci ilin son günlərindən yenidən poeziya aləminə atılıb. Ustad şairimiz Adil Mirseyidin təbirincə desək "Ələsgər Talıboğlu otuz ildən sonra vulkan kimi püskürdü". Bu yeddi il yarımlıq yaradıcılıq dövründə hər şairə nəsib olmayan bir yaradıcılıq yolu keçib. Sərbəst şeirlə bərabər, iki hecadan tutmuş on altı heca da daxil olmaqla heca vəzninin müxtəlif formalarında şeirlər yaradıb. Aşıq şeirimizə daha yaxından bağlı olub. Bayatı, cinas bayatı, gəraylı, qoşma, dodaqdəyməz gəraylı, dodaqdəyməz qoşma, təcnis, cığalı təcnis, ustadnamə, deyişmə kimi Aşıq şeirimizin ayrı-ayrı çeşidlərində qələmini uğurla sınayıb. Aşıq Tanrıverdi və sənətkar Mikayıl Əzablıdan sonra gəraylı üstündə, yəni gəraylı qafiyə formasında iki, üç, dörd və beş hecalı şeirlər yazmışdır. Hətta bu formada altı hecalı şeir qələmə almışdır ki, bu da ədəbiyyatımızda ilk uğurlardan sayıla bilər. Ələsgər Talıboğlu 2013-cü ildə atalığına ithaf etdiyi "Əsl insan haqqında elegiya" adlı şeiri ilə Azərbaycan ədəbiyyatında müsbət atalıq obrazının əsasını qoyub. Şair eyni zamanda, uşaq şeiri sahəsində də qələmini sınaqdan keçirib. Uşaq ədəbiyyatımıza zənginlik qata biləcək uşaq şeirləri, laylalar, nazlama və oxşamalar, yanıltmaclar, sevməcələr, tapmacalar, öcəşmə və sataşmalar yarada bilmişdir. "Ömrün 60 yarpağı" adlı məqalələr toplusunun müəllifidir. Min iki yüzdən artıq şeiri və üç poeması isə hələlik işıq üzü gözləyir. Şeirləri fransız, gürcü, rus, alman, ingilis dillərinə tərcümə olunmuş və özbək türkcəsinə uyğunlaşdırılmışdır. Ələsgər Talıboğlu "Qəm karvanı"(2013) "Vətən nəğmələri"(2014) "Bir kəhər kişnəyir yuxularımda"(2015) "O yurd mənim yurdum idi"(2018) "Şeir göyərçin dənidi"(2019) Xarici keçidlər "Şair və yazıçı tribunası" adlı sosial layihə davam edir Ələsgər Talıboğlunun şeirləri | https://az.wikipedia.org/w/index.php?curid=592892 |
Ələsgər Tağıyev | Tağıyev Ələsgər Soltan oğlu 1958-ci il iyulun 1-də Bakıda həkim ailəsində anadan olub. 1975-ci ildə Bakıda 134 saylı rus orta məktəbini, 1980-ci ildə “hüquqşünaslıq” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirdikdən sonra Ə.Tağıyev təyinatla Azərbaycan Respublikasının ədliyyə orqanlarında işə göndərilib. 1980-1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi aparatında Məhkəmə Orqanları İdarəsində baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri işləyib. 1987-ci ildə Sov.İKP MK-nın qərarı ilə Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında rəhbər kadrların hazırlanması ilə bağlı Ə.Tağıyev SSRİ Ədliyyə Nazirliyinin mərkəzi aparatına işləməyə göndərilib. 1987-1991-ci illərdə SSRİ Ədliyyə Nazirliyinin mərkəzi aparatında hüquqi təbliğat şöbəsi rəisinin müavini, sonra SSRİ Ədliyyə Nazirliyinin İctimai Təşkilatların işləri üzrə İdarəsi rəisinin müavini vəzifəsində çalışıb. 1992-ci ildən bu günə qədər Ə.Tağıyev Beynəlxalq Hüquqşünaslar İttifaqında (SSRİ Hüquqşünaslar İttifaqının hüquqi varisi) çalışır. Əvvəlcə sədrin müşaviri olub, sonra - 1998-ci ildən Beynəlxalq Hüquqşünaslar İttifaqı sədrinin müavini seçilib. 2009-cu ildən Ə.Tağıyev Beynəlxalq Hüquqşünaslar İttifaqı sədrinin birinci müavinidir. Bu ittifaq postsovet məkanında və uzaq xaricin bir çox ölkələrində hüquqşünasların ictimai təşkilatlarını birləşdirir. Beynəlxalq Hüquqşünaslar İttifaqında çalışdığı dövrdə Ə.Tağıyev fəal hüquqi təcrübəni müəllimlik və elmi tədqiqat fəaliyyəti ilə birləşdirib. Bundan başqa, dövlət orqanları və məhkəmələrdə əqli mülkiyyət, əmtəə nişanı, əmlak və qeyri-əmlak məsələləri ilə bağlı mübahisələrdə xarici şirkətlərin – Almaniyanın “Bayer AG”, kommersiya banklarının (“Vneşekonombank”, “Evrofinans-MosnarBank”), neft və qaz şirkətlərinin (“LUKoyl”, “İtera”, “Rospan International”) və s. maraqlarını təmsil edib. 1991-ci ildə Ə.Tağıyev “dövlət və hüquq nəzəriyyəsi” ixtisası üzrə hüquqi dövlətin formalaşması şəraitində hüquqi təlimin sosial funksiyalarına həsr olunan namizədlik dissertasiyası müdafiə edib (SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu). 2001-ci ilin noyabrında o, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu Akademiyasında doktoranturanı bitirdikdən sonra “İqtisadi münasibətlər sahəsində qanunilik: nəzəri-hüquqi təhlil” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Ə.Tağıyev dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq, mülki-prosessual, arbitrajprosessual və hüququn digər sahələrində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olub. Onun ən mühüm elmi əsərindən biri Rusiya Federasiyasının iqtisadiyyat sahəsində qanunilik probleminə həsr olunub. Bu əsərdə hazırkı mərhələdə Rusiya Federasiyasında iqtisadiyyat sahəsində qanuniliyin və hüquqpozmaların vəziyyəti müfəssəl təhlil edilib, ölkədə qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsinin, iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin, qanuniliyin və hüquq qaydasının təmin edilməsinin əsas istiqamətləri müəyyən edilib. Ə.Tağıyevin “Sahibkarların məhkəmə müdafiəsi” kitabında mülki-hüquqi münasibət iştirakçılarının qanuni maraqlarının məhkəmədə effektiv müdafiəsinin təmininə, Rusiya Federasiyası arbitraj-prosessual qanunvericiliyin və arbitraj məhkəmələri sisteminin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Müəllifin əsərlərində irəli sürdüyü bir çox ideya və təkliflər sonrakı mülki, arbitraj-prosessual qanunvericilik, arbitraj məhkəmə icraatı qanunvericiliyində öz əksini tapıb. Ümumilikdə Ə.Tağıyev 30-dan çox elmi əsər və 2 monoqrafiyanın müəllifidir. O, Dünya Hüquqşünaslar Assosiasiyasının I dərəcəli ədliyyə ordeni, “Moskvanın 850 illiyinə xatirə” medalı, Rusiya Federasiyası Federal Vəkillər Palatasının “Vətəndaşların hüquq və azadlıqlarının qorunmasında xidmətlərinə görə” medalı və digər mükafatlarla təltif edilib. 2011-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə Ə.Tağıyevə “Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası” fəxri adı verilib. Uzun illər boyu və bu gün də Ə.Tağıyev Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dissertasiya şurasının üzvüdür. Ə.Tağıyev yarandığı vaxtdan bu günədək Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidentidir. Xarici keçidlər Rusiya Federasiyasında Azərbaycan diasporunun nümayəndələrinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | https://az.wikipedia.org/w/index.php?curid=527940 |
Ələsgər Vəliyev (jurnalist) | Ələsgər Vəliyev — jurnalist, televiziya işçisi. Ələsgər Vəliyev 13 iyul 1978-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlib. 1996-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 2002-ci ildə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aspirantı olub. 1997-2000-ci illərdə Bakı Dövlət Universitetinin hərbi kafedrasında nəzarətçi, 2000-2001-ci illərdə "7 gün", 2002-2005-cü illərdə "Həftə içi" qəzetlərində, 2005-2006-cı illərdə İctimai radionun İnformasiya Departamentində redaktor, 2006-2011-cı illərdə İctimai Televiziyanın İnformasiya Departamentində böyük redaktor vəzifələrində çalışıb. 2012-2016-cı illərdə həmin departamentdə şərhçi vəzifəsində işləyib. 2016-2017-ci illərdə İTV İnformasiya departamentinin direktor müavini olub. 2017-ci ildən 2020-ci ilin dekabr ayınadək İTV İnformasiya Departamentinin direktoru işləyib. 2021-ci ilin yanvarından İTV Mərkəzi Aparat Rəhbərinin müavinidir. Evlidir, iki övladı var. Filmoqrafiya Azərbaycan həftəsi (veriliş, 2007) | https://az.wikipedia.org/w/index.php?curid=49224 |
Ələsgər bəy Mahmudbəyov | Əli Əsgər bəy Mahmudbəyov (Mahmudbəyov Hacı İbrahimxəlil bəy oğlu Ələsgər bəy; 1875, Şamaxı — 1968, Qahirə) — mühəndis, Azərbaycan Milli Şurasının üzvü. İstiqlal Bəyannaməsini imzalamış Azərbaycanın Milli Şurasının nümayəndəsi. Həyat və fəaliyyəti Əli Əsgər bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov Bakı real məktəbini, daha sonra Peterburq Politexnik İnstitutunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində çalışmış, 1908-ci ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir. Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvündən biri idi. 1918-ci ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, ömrünü orada başa vurmuşdur. Həbib bəy Mahmudbəyovun qardaşıdır. Həmçinin bax Azərbaycan mühəndisləri Azərbaycan Xalq Cümhuriyyəti | https://az.wikipedia.org/w/index.php?curid=383420 |
Ələsgər İbrahimov | Ələsgər İbrahimov (30 yanvar 1943, Bakı – 10 mart 1983) — azərbaycanlı aktyor. Ələsgər İbrahimov 1943-cü ilin 30 yanvar tarixində Bakıda anadan olub. İndiki Dövlət Neft Akademiyasında təhsil alıb. Oranı bitirdikdən sonra maddi çətinlikləri olan ailəni dolandırmaqdan ötrü müxtəlif yerlərdə çalışıb. Ən çox sevdiyi iş yerlərindən biri mühəndis kimi çalışdığı kinostudiyanın mexanika sexi idi. Kinoya gəlişi isə təsadüfən olmuşdu. İçərişəhərdəki evlərində görkəmli kinorejissor Arif Babayevlə qonşu idilər. Ələsgər İbrahimovun yaraşıqlı siması vardı. Hündür boyu, enli kürəyi, gözəl sifət cizgiləri ona daha da yaraşıq verirdi. Çox vaxt onu məşhur fransız aktyoru Jan Mareyə bənzədirdilər. Bütün bu cəhətlər rejissor Arif Babayevi cəlb etmişdi. Və nəyin bahasına olursa-olsun, o, bu gənci mütləq filmə çəkəcəkdi. Çox keçmir ki, rejissor fikirləşdiklərini həyata keçirir. Kinostudiyaya gəlir və ilk filminin — "İnsan məskən salır"ın çəkilişlərinə başlayır. Və məhz Ramiz Allahverdiyev rolu ilə də Ələsgər kinoya debüt edir. Kinostudiyada mühəndis işləyə-işləyə Adil İsgəndərovun axşamlar açdığı kinoaktyor kursuna getməyə başlayır. Amma əcəl macal vermir. Ələsgər İbrahimov 40 yaşında tutulduğu çənə xərçəngi xəstəliyindən dünyasını dəyişir. Filmoqrafiya Arxadan vurulan zərbə (film, 1977) Bizi dağlarda axtarın (film, 1976) Dvorjakın melodiyası (film, 1979) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) İnsan məskən salır (film, 1967) Ömrün ilk saatı (film, 1973) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Yeddi oğul istərəm... (film, 1970) | https://az.wikipedia.org/w/index.php?curid=33023 |
Ələsgər Şahbazov | Şahbazov Ələsgər Abbas oğlu (1898, Bakı – 9 may 1973, Bakı) — Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü, Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Kommunist (bolşevik) Partiyasının müxtəlif bölgələrdə məsul katibi, 1930–1932-ci illərdə Azərbaycan SSR-in Xalq Təsərrüfatı Ali Sovetinin sədri, 1932-ci ildə Azərbaycan SSR-in Yüngül sənaye üzrə xalq komissarı, 1933-cü ildə Kirovabad (Gəncə) iplik və toxuculuq kombinatının direktoru, 1933-1935-ci illərdə Azərbaycan SSR-in Maşın Traktor Stansiyasının Siyasi bölməsinin rəisi, Yardımlı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Tağı Şahbazinin qardaşı. 1898-ci ildə anadan olub. 1937-ci ilin avqust ayında həbs edilir, 1939-cu ildə 10 illiyə azadlıqdan və 5 il də hüquqlarından məhrum etmə cəzasına məhkum edilib. 1941-ci ilin fevralında cəzası 8 ilə qədər azaldılıb. 1945-ci ilin avqustunda azad edilib. 1948-ci ildə yenidən həbs edilib. 1949-ci ilin yanvarında yenidən 10 il azadlıqdan məhrum edilib, 1955-ci ildə azadlığa çıxıb. 1967-ci ildə təqaüdə çıxıb. 1973-cü il may ayının 9-da vəfat edib. Təşkilati fəaliyyəti 1917-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü olub. 1919–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli ordusunda xidmət edib. 1920-ci ildə Fəhlə-Kəndli Qırmızı Ordusunda siyasi işə cəlb olunub və həmin ildən də Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin üzvü olub. 1923-cü ilin aprelindən Azərbaycan Kommunist (bolşevik) Partiyasının Göyçay qəza komitəsinin məsul katibi olur. 1925-ci ildə isə Azərbaycan Kommunist (bolşevik) Partiyasının Naxçıvan diyarı komitəsinin məsul katibi seçilir. 1929-cu ilin iyunundan 1930-cu ilə qədər Azərbaycan Kommunist (bolşevik) Partiyasının Qarabağ dairə komitəsinin məsul katibi və Ümumittifaq Kommunist (b) Parityasının Zaqafqaziya diyar nəzarət komissiyasının üzvü, 1930-cu ildə isə Azərbaycanın Sənaye kooperasiyası idarəçiliyinin sədri olur. 1930–1932-ci illərdə Azərbaycan SSR-in Xalq Təsərrüfatı Ali Sovetinin sədri, 1932-ci ildə Azərbaycan SSRin Yüngül sənaye üzrə xalq komissarı, 1933-cü ildə Kirovabad (Gəncə) iplik və toxuculuq kombinatının direktoru, 1933-1935-ci illərdə Azərbaycan SSR-in Maşın Traktor Stansiyasının Siyasi bölməsinin rəisi, 1935-ci ildə Yardımlı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1937-ci ildə Azərbaycan K(b)P-nin Zuvand rayon komitəsinin, həmin ilin iyunundan isə Lənkəran rayon komitəsinin 1-ci katibi olub, iyundan avqust ayına kimi həm də Azərbaycan Dövlət Kooperativini idarə edib. Uzun müddət həbsxana həyatından sonra 1956-cı ilin yanvarın 10-da yenidən Sovet İttifaqı Kommunist Partiyasına bərpa edilib. Naxçıvan Kommunist Partiyasının diyar — vilayət — respublika komitəsi | https://az.wikipedia.org/w/index.php?curid=500075 |
Ələsgər Şərifov | Ələsgər Məmmədtağı oğlu Şərifov (25 dekabr 1909, Şamaxı – 9 sentyabr 1982, Bakı) — Azərbaycan rejissoru və aktyoru, Azərbaycan SSR xalq artisti (1960). Azərbaycan teatrının tanınmış rejissorlarından olan Ələsgər Məmmədtağı oğlu Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə doğulub. Onun altı yaşı olanda ailəsi Bakıya köçüb və Ələsgər burada təhsil məktəbinə gedib. Həmin illərdə Bakı teatrının ən görkəmli simalarından biri, aktyor və rejissor, təşkilatçı Abbasmirzə Şərifzadə Ələsgərin əmisi oğlu idi. Təbii ki, bu, onun qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb. Ələsgər Şərifov Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının, Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram dərnəyində "İblis" (Hüseyn Cavid), "Aydın", "Sevil", "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Qaçaqlar" (Şiller), "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarında baş rolları oynayıb. Həmçinin Akademik teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan Ələsgər Şərifov imtahanları vaxtından əvvəl verərək Moskvaya ali təhsil almağa gedib. Ancaq orada oxumaq ona iki il sonra nəsib olub. Buna görə Bakıya qayıdaraq aktyor işləyib. Moskvada Teatr Sənəti İnstitutunun eksperimental teatr emalatxanasında islahatçı rejissor Vsevolod Meyerxoldun kursunda iki il təhsil alıb. Ali rejissor diplomu ilə Bakıya gələndə Akademik Milli Dram Teatrının yaradıcı heyətinə qəbul olunub. Az sonra Azərbaycanın kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltınək məqsədilə Bakıda kolxoz-sovxoz Teatrı yaranıb və oranın bədii rəhbərliyi Ələsgər Şərifova tapşırılıb. Səyyar fəaliyyət göstərən kollektiv ilin üç-dörd ayını Bakıda olub tamaşalar hazırlayır, sonra həmin repertuarla rayonlara gedib tamaşalar göstərirdi. Gənc rejissor həmin teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun", Sabit Rəhmanın təbdil etdiyi "Varlı gəlin", Cəfər Cabbarlının "Almaz", "Sevil", "Yaşar" pyeslərinə quruluşlar verib. İlin müxtəlif aylarında boş qalan Ələsgər Şərifov 1932-ci ildə Akademik teatrda Rza Darablı, Rza Təhmasib, İsmayıl Hidayətzadə ilə birgə Hüseyn Cavidin "Şeyx Sənan" faciəsinə rejissorluq edib. Müəyyən təcrübə toplayan Ələsgər Şərifov 1934-cü il iyun ayının 11-də Milli Dram Teatrına rejissor götürülüb. 1935-ci ildə bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin "Qızıl çeşmə" dramına quruluş verib. Teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (1938, 1940, 1948, 1957), İmran Qasımovun "Arzu" (1938), Məmmədhüseyn Təhmasibin "Bahar" (1940), "Aslan yatağı" (1942), Cəfər Cabbarlının "Oqtay Eloğlu" (1940), "Sevil" (1944), "Od gəlini" (1951 və 1961), Abdulla Şaiqin "Nüşabə" (1946), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (1948), Cabbar Məcnunbəyovun "Məhəbbətin hökmü" (1962), Hüseyn Cavidin "Səyavuş" (1963), Qeybulla Rəsulovun "Söz yarası" (1966), Mirzə İbrahimovun "Közərən ocaqlar" (1967), Seyfəddin Dağlının "Mənziliniz mübarək!" (1971) pyeslərinin quruluşçu rejissoru olub. Ələsgər Şərifovun tamaşaya hazırladığı pyeslər içərisində tərcümə əsərləri ayrıca yer tutur: Aleksandr Ostrovskinin "Cehizsiz qız" (1939, 1945 və 1979. Tərcüməçi Ənvər Məmmədxanlı), "Tufan" (1943. Tərcüməçi Ənvər Məmmədxanlı), "Günahsız müqəssirlər" (1948. Tərcüməçi Rza Təhmasib), Aleksey Kapler və Zlotoqorovanın "Lenin" (1940. Tərcüməçi Nigar Rəfibəyli), Tur qardaşları və Lev Şeyninin "Gizli döyüş" (1944. Tərcüməçi Mikayıl Rəfili), Boris Çirsikovun "Qaliblər" (1947. Tərcüməçi Rza Təhmasib), Anatoli Boryanovun "O tayda" (1949. Tərcüməçi Ənvər Məmmədxanlı), Georgi Mdivaninin "Kimdir müqəssir?" (1949. Tərcüməçi Sabit Rəhman), Abdulla Qəhharın "İpək naxışlar" (1952. Tərcüməçi Cabbar Məcnunbəyov), Vilyam Şekspirin "Qış nağılı" (1955. Tərcüməçi Tələt Əyyubov), Aleksandr Şteynin "Şəxsi iş" (1956. Tərcüməçi Ənvər Məmmədxanlı), Aleksey Kaplerin "Tufanlı il" (1959 və 1967. Tərcüməçi Tələt Əyyubov), Anton Çexovun "Vanya dayı" (1959. Tərcüməçi Nigar Rəfibəyli), Fridrix Şillerin "Orlean qızı" (1965. Tərcüməçi Tələt Əyyubov), "Məkr və məhəbbət" (1973. Tərcüməçi Nigar Rəfibəyli), Öz tərcüməsində Nikolay Poqodinin "Zamanın hökmü" (1970), "Kreml saatı" (1975), Avksenti Saqarelinin "Xanuma" (1975. Tərcüməçi Tələt Əyyubov), Nazim Hikmətin "Məhəbbət əfsanəsi" (1977. Tərcüməçi İslam İbrahimov).Bu tamaşalara verdiyi quruluşlar böyük bir aktyor nəslinin yaradıcılığında mühüm əhəmiyyət daşıyıb. Ələsgər Şərifov uzun illər Milli Dram Teatrının baş rejissoru olmuş Ədil İsgəndərovla birgə Rəsul Rzanın "Vəfa" (1943), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (1945), Hüseyn Cavidin "Şeyx Sənan" (1956), Cabbar Məcnunbəyovun "İliç buxtası" (1958), Tofiq Kazımovla isə yuqoslav dramaturqu Branislav Nuşiçin "Nazirin xanımı" (1970. Tərcüməçi Tofiq Kazımov) tamaşalarını hazırlayıb. Arkadi Arkanov və Qriqori Qorinin "Görünməmiş toy" ("Bütün Avropanı gəzən toy"), Taufiq əl Hakiminin "Karıxmış Sultan" dramları Ələsgər Şərifovun tərcüməsində, Məmmədkamal Kazımovun və Tofiq Kazımovun quruluşlarında Milli Dram Teatrında oynanılıb. 1960-cı ildə böyük dramaturqun xatirə gününə hazırlanmış Adil Babayevin "Cəfər Cabbarlı qəhrəmanları arasında" kompozisiyasının rejissorları Ədil İsgəndərov, Əliheydər Ələkbərov və Ələsgər Şərifov olublar. O, 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 1982-ci il sentyabrın 9-da Bakıda vəfat edib. Ələsgər Şərifov klassik üslub-formada tamaşalar hazırlamağa üstünlük verən rejissor idi. Ələsgər Şərifov formalaşmış milli klassik ənənələrdən kənara çıxmağa çalışırdı. Ələsgər Şərifov istər monumental-romantik, istərsə də realist formalı quruluşlarında, əsasən, aktyor tamaşası yaratmağa səy göstərirdi. Onun quruluşlarında rejissor işi (fantaziya, yeniliklər, poetika prinsipləri, estetik çalar və sairə) ikinci planda qalır, öndə bilavasitə baş rolların ifaçıları görünürdülər. Ələsgər Şərifov Azərbaycan teatr səhnəsinə Lenin mövzusu gətirən ilk və bu istiqamətdə daha çox tamaşa hazırlamış rejissordur. Ələsgər Şərifov klassik və müasir rus dramaturqlarının şöhrətli əsərlərinə daha çox müraciət edən, bu sahədə müəyyən səmərəli işlər görən rejissor idi. Ələsgər Şərifov janr axtarışları baxımından teatrın ənənələrindən kənara çıxmağa səy göstərməyib, ancaq mövzu, problem, xarakterlər müxtəlifliklərinə cəsarətlə girişib. Onun "Pəri cadu" faciəsinə dörd, "Cehizsiz qız" dramına üç dəfə müraciət etməsinin kökündə janr axtarışlarına cəhd deyil, məhz eyni mövzunu başqa-başqa ictimai, sosial mühitdə müxtəlif istiqamətlərdə qabartmaq niyyəti durub. Bir rejissor kimi Ələsgər Şərifov daha çox istedadlarını sübut etmiş, təcrübəli aktyorlarla işləməyə üstünlük verirdi. Gənc aktyoru sınaqdan çıxarmağa risk göstərməsə də, müəyyən məqamlarda onlara mürəkkəb rol tapşırırdı. Ələsgər Şərifov "Səbuhi" filmində görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin roluna çəkilib. Gənc Tamaşaçılar Teatrında Mirmehdi Seyidzadənin "Qızıl quş" pyesini tamaşaya hazırlayıb. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Səməd Vurğunun "Xanlar" (1940) və Nikoİay Poqodinin "Kreml saatı" (1941) əsərlərinə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" (1958) faciəsinə əlvan və parlaq quruluşlar verib. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı”, iki “Şərəf nişanı” ordeni və bir neçə medallarla təltif edilmişdir. Filmoqrafiya Səbuhi (film, 1941) - Mirzə Şəfi Vazeh Bəxtiyar (film, 1942) - serjant | https://az.wikipedia.org/w/index.php?curid=38663 |
Ələsgər Əliyev | Ələsgər Əliyev (azərb. Ələsgər Abdulla oğlu Əliyev ; d.1883- ö.1938 )— Azərbaycan jurnalisti. Ələsgər Əliyev 1883-cü ildə anadan olmuşdur. 1898-ci ildə Bakıda rus-tatar məktəbini bitirmişdir. Ələsgər Əliyev məktəbi bitirdikdən sonra "Kaspi" mətbəəsində mürəttib şagirdi işləyib. O, Bakıdakı inqilabi hərakatda yaxından iştirak etmişdi. Bakı sosial-demokratlarına qatılan Ə.Əliyev 1902–1903-cü illərdə bolşeviklərin bir sıra intibahnamələrinin çap olunmasında fəallıq göstərmiş, əqidəcə sosial-demokrat kimi formalaşmışdı. 1903-cü ildə Bakıda keçirilən məşhur iyul tətilinin iştirakçılarından biri də odur. 1904-cü ildən başlayaraq Əliyev Bakıda və onun ətraf rayonlarında müəllimliklə məşğul olmuşdur. Müəllimlik fəaliyyəti dövründə bir sıra qəzet və jurnallarda məqalələrlə çıxış etmişdir. O dövrdə Peterburqda çıxan "Ülfət" qəzetində, Kazanda çıxan "Vaxt" qəzetində onun bir sıra yazıları, publisistik qeydləri işıq üzü görmüşdür. "Bəhlul" jurnalında fəaliyyəti Ələsgər Əliyev 19 may 1907-ci ildə Bakıda nəşrə başlayan "Bəhlul" satirik jurnalının redaktoru olmuşdur. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. Mirzə Ələkbər Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub. 1907-ci ildən sonrakı fəaliyyəti 1908-ci ildə inqilabi fəaliyyətinə görə, bolşevizmi yaydığına görə Əliyev həbs edilib Həştərxana göndərilmişdir. Həştərxanda da o, jurnalistlik fəaliyyətin davam etdirmiş, yerli mətbuatda çıxış etmişdir. 1917-ci ildə Moskvada partiyaya daxil olmuş, 1917-1918-ci illərdə ağqvardiyaçılara qarşı Qızıl Ordu sıralarında vuruşmuşdur. 1918-ci ildə Həştərxana qayıdaraq Dadaş Bünyadzadənin redaktlorluğu ilə çıxan "Tartış" qəzetində (tatar dilində çıxan partiya qəzeti) əməkdaşlıq etmişdir. Həmin il inqilabi fəaliyyət zamanında ingilis müdaxiləçiləri tərəfindən tutulmuş və Azərbaycanda Sovet hakimiyyəti qurulan günədək Bakıda həbsxanada qalmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o, bir sıra partiya və sovet təşkilatlarında dövlət işi ilə məşğul olmuşdur. Ələsgər Əliyev 1938-ci ildə vəfat etmişdir. Həmçinin bax Molla Nəsrəddin (jurnal) Rəhbər (jurnal) Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875-1920), Bakı "Elm və Təhsil", 2009, 172 səh. Xarici keçidlər O taylı - bu taylı tariximiz ; Xronoqraf Arxivləşdirilib 2018-01-18 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=332864 |
Ələsgər Əlizadə | Ələsgər İsmayıl oğlu Əlizadə (29 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 2016) — Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi olmuş, Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatı. 1929-cu il noyabrın 29-da Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1948-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Ələsgər Əlizadə Azərbaycan Dövlət Univcrsitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1952-ci ildə, hələ Universitetin 4-cü kursunda oxuyarkən, o, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Caparidze Rayon Komitəsinin 2-ci katibi, sonra isə 1-ci katibi seçilir. 1954-cü ildən komsomolun Bakı Komitəsinin katibi vəzifəsində çalışır, 1955-ci ildə Moskvaya Mərkəzi Komsomol məktəbinə oxumağa göndərilir, həmin ilin dekabrında isə Azorbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin katibi seçilir. 1957-ci ildə Ələsgər Əlizadə VII Ümumidünya Gənclər festivalında Azərbaycan nümayəndələrinin rəhbəri kimi iştirak etmişdir. 1960-cı ilin yanvarında Ələsgər Əlizadə Azərbaycan Kommunist Partiyasının Kirovabad (Gəncə) Şəhər Komitəsinin 2-ci katibi seçilir. 1962–1966-cı illərdə o Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri, 1966–1970-ci illərdə isə şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsində çalışır. 1960–1970-ci illərdə Ələsgər Əlizadənin rəhbərliyi altında Gəncədə geniş quruculuq və abadlıq işləri aparıhr, yeni parklar, meydanlar və küçələr salınır, bir çox yaşayış və məişət binaları tikilir, şəhər partiya və icraiyyə komitəsinin binası, Gəncə mehmanxanası tikilib istifadəyə verilir. | https://az.wikipedia.org/w/index.php?curid=200034 |
Ələsgər Ələkbərov | Ələsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti Ələsgər Ələkbərov (arxeoloq) — arxeoloq, etnoqraf, ölkəşünas Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=385844 |
Ələsgər Ələkbərov, arxeoloq | Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. Həyat və fəaliyyəti Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi. Azərbaycan arxeologiyasında Küp qəbirləri mədəniyyətinin öyrənilməsi işi Ələsgər Ələkbərovun adı ilə bağlıdır; o, bu mövzuda 2-ci Beynəlxalq İran incəsənəti konqresində (Moskva, 1935) çıxış etmişdi. O dövrlərdə Azərbaycanda bir çox muzeylərin yaradılmasında, müxtəlif sərgilərin təşkilində, bir sıra konfrans və əlamətdar günlərin keçirilməsində Ələsgər Ələkbərovun az və ya çox dərəcədə xidməti vardı. O, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Ümumittifaq türkoloji qurultayda məsul katibin köməkçisi, 1926–1928-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində mərkəzi şuranın katibi, 1927-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundakı Yafətideoloji dərnəyin üzvü, – orada paleontologiya magiya və din məsələləri mövzusunda mühazirələrlə çıxış edirdi, – 1929-cu ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi əməkdaşı, 1931-ci ildən arxeologiya şöbəsinin, 1933-cü ildən isə SSRİ EA Azərbaycan filialının Tarix, arxeologiya və etnoqrafiya institutundakı Maddi mədəniyyət tarixi bölməsinin rəhbəri olmuşdu. Ələsgər Ələkbərov Azərbaycanda yaşayan ayrımların və kürdlərin məişət, təsərrüfat və maddi mədəniyyət məsələlərini də tədqiq etmişdi. Azərbaycanın ilk etnoqrafik xəritəsinin (xəritəyə 5 mindən çox yaşayış yerinin adı salınmışdır) tərtibçisi idi. Moskvada çıxan "Sovetskaya etnoqrafiya"(ru) jurnalı redaksiya heyətinin üzvü olmuşdu. O, azərbaycan xalq teatrına dair materiallar da toplayırdı, – yazdığı "Azərbaycanda kukla teatrı və oyunlar" məqaləsi, onu həm də folklorşünas kimi tanıdır. 1934-cü ildə Şərqin böyük şairi və mütəfəkkiri Firdovsinin 1000 illiyi münasibətilə Bakıda keçirilən geniş tədbirlərin təşkilində yaxından iştirak etmişdir. 1935-ci ildə Ə. Ələsgərzadə Azərbaycan ərazisində keçirilən bir çox etnoqrafik ekspedisiyasına həvəslə qoşulan rus rəssamı İvan Şeblıkinlə birlikdə islamqədərki inancları öyrənmək məqsədilə Qubanın Digah, Yerfi, Zizik kəndlərində etnoqrafik tədqiqatlar apararaq yerli pirlər haqqında maraqlı elmi məlumatlar toplamışdı. Azərbaycanlı etnoqrafın ölkəmizin bir sıra bölgərərində aparılan etnoqrafik ekspedisiyalar zamanı əldə etdiyi zəngin material "Azərbaycan arxeologiya və etnoqrafiyasına dair tədqiqatlar" adlı məqalələr məcmusunda əksini tapdı. Yazıların müəllifi ötən əsrin 20–30-cu illərində məişətdə qorunub saxlanılan qədim inanclar, pirlər, mövcud olan islam təriqətləridin xadimlərinin fəaliyyəti və bir çox digər məsələlər sovet ideologiyası nöqteyi-nəzərindən araşdırılmışdır. Yeri gəlmişkən qeyd etməliyik ki, o, qadın hüquqları uğrunda mübarizəyə fəal qoşulmuşdur. Azərbaycan qadınının ailə-məişət münasibətlərində kölə vəziyyətində olduğunu, cəmiyyətdə hökm sürən mövhumat və ətalətli adətlər səbəbindən ictimai həyatdan təcrid edildiyini kəskin qınayaraq yazırdı: "Əgər yaşmaq qadının ağzını bağlayırsa, bu həmişə onu yada salır ki, qadın kişi ilə söhbət etməməlidir, sifəti və bədəni örtən çadra isə qadının kişiyə görünə bilməməsi haqqında şəriət qaydalarını daim xatırladır" 1933-cü ildə isə SSRİ EA Azərbaycan filialının Tarix, arxeologiya və etnoqrafiya institutundakı Maddi mədəniyyət tarixi bölməsinin rəhbəri vəzifəsini tutmuşdur. 1936-cı ildə isə namizədlik dissertasiyası müdafiə etmədən etnoqrafiya bölməsi üzrə ictimai elmlər namizədi elmi dərəcəsi almışdı.1937-ci ildə Ə.Ələkbərova SSRI EA-nın Azərbaycan filialının tarix, dil və ədəbiyyat institutunda "Maddi mədəniyyət bölməsi"nə başçılıq etmək həvalə olunmuşdur. Lakin artıq xəbər verdiyimiz kimi, fitri istedadlı alim yaradıcılığının ən məhsuldar çağında sevimli işindən zorla uzaqlaşdırılmışdır. Respublikamızın özündə və onun sərhədlərdən kənarda da böyük alimə qarşı iftiralar, təqiblər başlamışdı. Lakin Ələsgər Ələkbərov Böyük terror dövründə — 1937-ci il dekabrın 30-da, "xalq düşməni" adı ilə həbs edildi və cəmi bir il sonra, 1938-ci ildə həbsxanada dünyasını dəyişdi. 1960-cı ildə, Azərbaycan SSR EA-sı Ələsgər Ələkbərovun məqalələrini kitab şəklində çap etdirdi. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Ələsgər Ələkbərovun iştirak etdiyi elmi ekspedisiyalar zamanı hasil olunan əyani illüstrativ material mühafizə edilir. Söhbət onun Şəmkir, Qarabağ, Lənkəran, Şəki, Gəncə, Zaqatala, Şuşa, Şamaxı, o zaman "Qırmızı Kürdüstan" adlandırılan Laçin-Kəlbəcər bölgələrinə tədqiqat səfərləri zamanı çəkdiyi arxeoloji və etnoqrafik məzmunlu fotoşəkillər albomundur. Çap olunmuş məqalələri Çap olunmuş kitabı ASE, IV cild, 1980, səh. 163. Arxeoloji turizm portalı. Xarici keçidlər Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). –Bakı: Elm, 2007, 239 s.. [Mehriban Əliyeva Arxeoloq-etnoqraf Ələsgər Ələkbərovun fotoşəkillər albomu etnoqrafik mənbə kimi] | https://az.wikipedia.org/w/index.php?curid=385843 |
Ələsgər Ələkbərov (aktyor) | Ələsgər Ələkbərov (26 mart 1910, Bakı – 31 yanvar 1963, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940), SSRİ xalq artisti (1961), SSRİ Ali Sovetinin VI çağırış deputatı. Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb. Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb. 31 yanvar 1963-cü ildə vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub. Yaradıcılığı Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz — Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. Təltif və mükafatları "SSRİ xalq artisti" fəxri adı — 28 fevral 1961 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 dekabr 1938 "Lenin" ordeni — 22 iyul 1949 "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946; 9 iyun 1959 "Şərəf nişanı" ordeni — 27 aprel 1940 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı Teatr səhnəsindəki rolları Makduf (Makbet, Uilyam Şekspir) Vaqif (Vaqif, Səməd Vurğun) Fərhad (Fərhad və Şirin, S. Vurğun) Otello (Otello, V. Şekspir) Xanlar (Xanlar, S. Vurğun) Minnətov (Vəfa, Rəsul Rza) Alxan (Bahar suları, İlyas Əfəndiyev) Yusif (Məhəbbət, Mirzə İbrahimov) Filmoqrafiya Ağasadıq Gəraybəyli (film, 1974) Aktrisanın təbəssümü (film, 1974) Almaz (film, 1936) (tammetrajlı bədii film)-rol: Fuad Altıncı hiss (film, 1935) — mühəndis Heydər Bizim küçə (film, 1961) Böyük dayaq (film, 1962) Fətəli xan (film, 1947) Kəndlilər (film, 1939) Kölgələr sürünür (film, 1958) Qara daşlar (film, 1956) Qızmar günəş altında (film, 1957) Qüdsi (film, 2007) Lətif (film, 1930) — Kolxoz sədri Leyli və Məcnun (film, 1961) Ögey ana (film, 1958) Səhər (film, 1960) Sovqat (film, 1942) Uzaq sahillərdə (film, 1958) Vulkan üzərində ev (film, 1929) Yeni horizont (film, 1940) Matteo Falkone (film, 1960) — filmi səsləndirən: Matteo Falkone — (Nodar Şaşıqoğlu) ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust. Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 22 avqust. "Səhnəmizin Vaqifi, kinomuzun Rüstəm kişisi" //Kaspi.- 2011.- 4 iyun. Xarici keçidlər İzlə sayt YouTube"Ölümlərlə" ölməzlik qazanan aktyorO, səhnədə daim canlı və cazibəli idi Arxivləşdirilib 2007-09-28 at the Wayback MachineƏləsgər Ələkbərov | https://az.wikipedia.org/w/index.php?curid=93085 |
Ələsgər Ələkbərov (arxeoloq) | Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. Həyat və fəaliyyəti Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi. Azərbaycan arxeologiyasında Küp qəbirləri mədəniyyətinin öyrənilməsi işi Ələsgər Ələkbərovun adı ilə bağlıdır; o, bu mövzuda 2-ci Beynəlxalq İran incəsənəti konqresində (Moskva, 1935) çıxış etmişdi. O dövrlərdə Azərbaycanda bir çox muzeylərin yaradılmasında, müxtəlif sərgilərin təşkilində, bir sıra konfrans və əlamətdar günlərin keçirilməsində Ələsgər Ələkbərovun az və ya çox dərəcədə xidməti vardı. O, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Ümumittifaq türkoloji qurultayda məsul katibin köməkçisi, 1926–1928-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində mərkəzi şuranın katibi, 1927-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundakı Yafətideoloji dərnəyin üzvü, – orada paleontologiya magiya və din məsələləri mövzusunda mühazirələrlə çıxış edirdi, – 1929-cu ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi əməkdaşı, 1931-ci ildən arxeologiya şöbəsinin, 1933-cü ildən isə SSRİ EA Azərbaycan filialının Tarix, arxeologiya və etnoqrafiya institutundakı Maddi mədəniyyət tarixi bölməsinin rəhbəri olmuşdu. Ələsgər Ələkbərov Azərbaycanda yaşayan ayrımların və kürdlərin məişət, təsərrüfat və maddi mədəniyyət məsələlərini də tədqiq etmişdi. Azərbaycanın ilk etnoqrafik xəritəsinin (xəritəyə 5 mindən çox yaşayış yerinin adı salınmışdır) tərtibçisi idi. Moskvada çıxan "Sovetskaya etnoqrafiya"(ru) jurnalı redaksiya heyətinin üzvü olmuşdu. O, azərbaycan xalq teatrına dair materiallar da toplayırdı, – yazdığı "Azərbaycanda kukla teatrı və oyunlar" məqaləsi, onu həm də folklorşünas kimi tanıdır. 1934-cü ildə Şərqin böyük şairi və mütəfəkkiri Firdovsinin 1000 illiyi münasibətilə Bakıda keçirilən geniş tədbirlərin təşkilində yaxından iştirak etmişdir. 1935-ci ildə Ə. Ələsgərzadə Azərbaycan ərazisində keçirilən bir çox etnoqrafik ekspedisiyasına həvəslə qoşulan rus rəssamı İvan Şeblıkinlə birlikdə islamqədərki inancları öyrənmək məqsədilə Qubanın Digah, Yerfi, Zizik kəndlərində etnoqrafik tədqiqatlar apararaq yerli pirlər haqqında maraqlı elmi məlumatlar toplamışdı. Azərbaycanlı etnoqrafın ölkəmizin bir sıra bölgərərində aparılan etnoqrafik ekspedisiyalar zamanı əldə etdiyi zəngin material "Azərbaycan arxeologiya və etnoqrafiyasına dair tədqiqatlar" adlı məqalələr məcmusunda əksini tapdı. Yazıların müəllifi ötən əsrin 20–30-cu illərində məişətdə qorunub saxlanılan qədim inanclar, pirlər, mövcud olan islam təriqətləridin xadimlərinin fəaliyyəti və bir çox digər məsələlər sovet ideologiyası nöqteyi-nəzərindən araşdırılmışdır. Yeri gəlmişkən qeyd etməliyik ki, o, qadın hüquqları uğrunda mübarizəyə fəal qoşulmuşdur. Azərbaycan qadınının ailə-məişət münasibətlərində kölə vəziyyətində olduğunu, cəmiyyətdə hökm sürən mövhumat və ətalətli adətlər səbəbindən ictimai həyatdan təcrid edildiyini kəskin qınayaraq yazırdı: "Əgər yaşmaq qadının ağzını bağlayırsa, bu həmişə onu yada salır ki, qadın kişi ilə söhbət etməməlidir, sifəti və bədəni örtən çadra isə qadının kişiyə görünə bilməməsi haqqında şəriət qaydalarını daim xatırladır" 1933-cü ildə isə SSRİ EA Azərbaycan filialının Tarix, arxeologiya və etnoqrafiya institutundakı Maddi mədəniyyət tarixi bölməsinin rəhbəri vəzifəsini tutmuşdur. 1936-cı ildə isə namizədlik dissertasiyası müdafiə etmədən etnoqrafiya bölməsi üzrə ictimai elmlər namizədi elmi dərəcəsi almışdı.1937-ci ildə Ə.Ələkbərova SSRI EA-nın Azərbaycan filialının tarix, dil və ədəbiyyat institutunda "Maddi mədəniyyət bölməsi"nə başçılıq etmək həvalə olunmuşdur. Lakin artıq xəbər verdiyimiz kimi, fitri istedadlı alim yaradıcılığının ən məhsuldar çağında sevimli işindən zorla uzaqlaşdırılmışdır. Respublikamızın özündə və onun sərhədlərdən kənarda da böyük alimə qarşı iftiralar, təqiblər başlamışdı. Lakin Ələsgər Ələkbərov Böyük terror dövründə — 1937-ci il dekabrın 30-da, "xalq düşməni" adı ilə həbs edildi və cəmi bir il sonra, 1938-ci ildə həbsxanada dünyasını dəyişdi. 1960-cı ildə, Azərbaycan SSR EA-sı Ələsgər Ələkbərovun məqalələrini kitab şəklində çap etdirdi. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Ələsgər Ələkbərovun iştirak etdiyi elmi ekspedisiyalar zamanı hasil olunan əyani illüstrativ material mühafizə edilir. Söhbət onun Şəmkir, Qarabağ, Lənkəran, Şəki, Gəncə, Zaqatala, Şuşa, Şamaxı, o zaman "Qırmızı Kürdüstan" adlandırılan Laçin-Kəlbəcər bölgələrinə tədqiqat səfərləri zamanı çəkdiyi arxeoloji və etnoqrafik məzmunlu fotoşəkillər albomundur. Çap olunmuş məqalələri Çap olunmuş kitabı ASE, IV cild, 1980, səh. 163. Arxeoloji turizm portalı. Xarici keçidlər Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). –Bakı: Elm, 2007, 239 s.. [Mehriban Əliyeva Arxeoloq-etnoqraf Ələsgər Ələkbərovun fotoşəkillər albomu etnoqrafik mənbə kimi] | https://az.wikipedia.org/w/index.php?curid=385836 |
Ələsgər Ələsgərli | Ələsgər Ələsgərli (1968, Quba) — "XXI əsr Türkiyə İnstitutu"nun Rusiya-Slavyan Araşdırmaları Mərkəzinin rəhbəri, Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor Ələskər Ələskərli 1968-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. 1986-1993-cü illərdə Azərbaycan Texniki Universitetində, 1993-1997-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 2000-ci ildə Mərmərə Universitetində ümumi dövlət hüququ sahəsində magistr dərəcəsinə yiyələnib. 2006-cı ildə Ankara Universitetində "Postsovet ölkələrində siyasi rejim dəyişmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1987-89-cu illərdə Cənubi Qafqaz (Zaqafqaziya) Hərbi Dairəsində hərbi xidmətdə olub. 1992-ci ildə Qarabağdakı döyüş əməliyyatlarında iştirak edib. Rusiya, Mərkəzi Asiya, Qafqaz, habelə türk dünyası ilə bağlı araşdırma və məqalələri Türkiyənin elmi və strateji analiz məcmuələrində dərc edilir. 2021-ci ildə professor adına layiq görülüb. Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir. EKSPERT: "PROSES NORMAL ŞƏRTLƏRDƏ DAVAM ETSƏ, AKP TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK" istifadə tarixi 03.08.2021 | https://az.wikipedia.org/w/index.php?curid=197077 |
Ələsgərli | Ələsgərli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Almaz Ələsgərli — Azərbaycan müğənnisi. Nüşabə Ələsgərli — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti. Müşfiq Ələsgərli — Jurnalistlərin Həmkarlar İttifaqının sədri Ələsgər Ələsgərli — “XXI əsr Türkiyə İnstitutu”nun Rusiya-Slavyan Araşdırmaları Mərkəzinin rəhbəri.Kəndlər Ələsgərli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Ələsgərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Ələsgərli (Füzuli) — Azərbaycanın Füzuli rayonunun inzibat ərazi vahidində kənd. Həmçinin bax Ələsgərli bələdiyyəsi | https://az.wikipedia.org/w/index.php?curid=119693 |
Ələsgərli (Füzuli) | Ələsgərli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabr ayının 9-u Ələsgərli kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Toponimikası Ələsgərli kəndi dağətəyi ərazidədir. Toponim "Ələsgərin nəslindən olanlar" mənasındadır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub. Həmçinin bax Füzuli rayonu Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=85727 |
Ələsgərli (Tərtər) | Ələsgərli (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tərtər rayonunun Səhlabad kənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Ələsgərli kəndi adlandırılmışdır. Qarabağ müharibəsi illərində döyüşlər zamanı canlarını fəda etmiş altı şəhid,sağlamlıqlarını itirmiş üç əlil və qaziləri vardır. İqtisadiyyatı Tərtər rayonunun Ələsgərli kəndi respublikamızda meyvə tinglərinin yetişdirildiyi məkan kimi tanınır . Bu kəndin əhalisinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilik təsərrüfatıdır. Ələsgərli və ətraf kəndlər keçmiş Sovet İttifaqı dövründə narçılıq sovxozu olub . Bu kəndin əhalisi elə o dövrdən meyvə tingçiliyi ilə məşğuldur . Ölkəmizin meyvə tinginə olan tələbatının 70 faizindən çoxunu ödəyən kənddə hər il bir milyondan artıq ting yetişdirilir . Kənddə respublikamızda mövcud olan milli genefonda uyğun yerli ağac cinslərinin əksəriyyəti yetişdirilir. Narın "Qırmızı mələz", "Azərbaycan güleyşəsi", "Qırmızı nazikqabıq", "Bala Mürsəl", "Bahar", alçanın "Göyçə Soltan", "İstanbul", "Hibrit-Rəcəbi-Kəhrəba ", "Qələbə", gilasın "Öküzürəyi", "Napoleon", "Ağ Krım", əriyin "Mayovka", "Qırmızıyanaq", "Ordubadi", "İrəvan", "Badamı", almanın "Qəndil-sinab", "Simerenko", "Qolden", "Qırmızı palmet", "Keyxura", "Şafran", "Qızıləhmədi", "Aydarid", şəftəlinin "Qızıl yubiley", "Fədai", "Zəfəran", armudun "Yerli düşes", "Gürcü düşesi", "Yaylıq Vilyams", "Bildirçinbud", "Meşə gözəli", "Lətifə", "Məleykə", "Pas armud", "Abbasbəyi", Şərq xirniyinin "Sidles", "Xiyakume", "Jiro", "Komo-kuro", "Karolyok", "Xaçiya", gavalının "Qara Albuxarı", "Sarı Albuxarı", "Vengerka", "Armudu", "Anna-Şpetta", "Yapon gavalısı", "Hibrit gavalı", üzümün "Ağ Hüseyni", "Ağadayı", "Rikasitella", "Rişi Baba", "Xəlili", "Mədrəsə", "Təbrizi", "İzabella", "Xatunbarmağı", "Kişmişi", tutun bir neçə növü və s. calanır. Burada meyvə və giləmeyvələrdən başqa, həm də dekorativ ağac və kollar da - palma, Amerika tuyası, konusvaris, şəms, oleandır, leylandır, ionimes, liqustur, xan çinarı, eldar şamı, küknar, qızıl gülün bir neçə növü becərilir. Mədəniyyəti Kənddə fəaliyyəti SSRİ-nin süqutuyla dayandırlmış Tərtər Konserv Zavodu, bir məktəb, bir klub, bir tibb məntəqəsi, bir kitabxana , kənd qəbirstanlığı, şəhidlər xiyabanı, bələdiyyə binası, iki mağaza, iki çay evi, bir iaşə obyekti vardır. Qaz , işıq , telefon xətləri , yenicə istifadəyə verilmiş avtomobil yolu, əkinə yararlı torpaq sahələrinin suvarılması eyni zamanda içməli su ehtiyacının ödənilməsi üçün on subartezian quyusu vardır. | https://az.wikipedia.org/w/index.php?curid=108881 |
Ələsgərli (Şəmkir) | Ələsgərli (1990-cı ilədək Badakənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Şəmkir rayonun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının sahilində, Kicik Qafqaz silsiləsinin ətəyindədir. Keçmış adı Badakənd ("samanlıqda olan kənd") olmuşdur. 1990-cı ildə kəndin adı Aşıq Ələsgərin Şərəfinə Ələsgərli adlandırılmışdır. Memorial toponimdir. Əvvəlki adı Badakənd olan bu kənd Badaçayın (Zəyəmin qolu) sahilində, Kicik Qafqazın ətəyindədir. Oykonim bada və kənd sözlərindən düzəlib, "su arxının kənarında; çay kənarında olan kənd" deməkdir. Bəzi ədəbiyyatlarda səhv olaraq Badəkənd variantında verilmişdır. 1920-ci ilədək Zəngəzur mahalında Badabar adlı yaşayış məntəqəsi olmuşdur. Qaraqalpaq Respublikasında Amudərya çayının sahilində Sultanuizdaq silsiləsinin ətəyində Badaytuqay adlı qoruğun olduğu da məlumdur. Kəndin əhalisi 816 nəfər təşkil edir ki, onun da 486 nəfəri kişi, 330 nəfəri isə qadındır. İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. | https://az.wikipedia.org/w/index.php?curid=119801 |
Ələsgərli bələdiyyəsi | Ələsgərli bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə. Ələsgərli bələdiyyəsi (Tərtər) — Tərtər rayonunda bələdiyyə. | https://az.wikipedia.org/w/index.php?curid=372475 |
Ələsgərli bələdiyyəsi (Şəmkir) | Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Yeni Azərbaycan Partiyası "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=354323 |
Ələsgərov | Ələsgərov — Azərbaycan soyadı. Arif Ələsgərov (d. 1944) — Azərbaycan rəngkarı. Cəbrayıl Ələsgərov (1877—1937) — dövlət xadimi. Ələkbər Ələsgərov (1998—2020) — Vətən müharibəsi şəhidi. Əli Ələsgərov (d. 1953) — həkim. Fuad ƏləsgərovFuad Ələsgərov (rektor) (?—2020) — Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru. Fuad Ələsgərov (riyaziyyatçı) (d. 1951) — Azərbaycan alimi. Fuad Ələsgərov (siyasətçi) (d. 1959) — dövlət xadimi.Hənifə Ələsgərov (1912—1991) — memar. Həsrət Ələsgərov (2001—2020) — Vətən müharibəsi şəhidi. Xalis Ələsgərov (d. 1948) — dövlət xadimi. Murtuz Ələsgərov (1928—2012) — dövlət xadimi. Namiq Ələsgərov (d. 1995) — futbolçu. Nicat Ələsgərov (d. 1990) — Azərbaycan kinorejissoru, ssenarist. Niyaməddin Ələsgərov (1999—2020) — Vətən müharibəsi şəhidi. Pərviz Ələsgərov (1984—2020) — Vətən müharibəsi şəhidi. Sabir Ələsgərov (1936—2020) — Azərbaycan diktoru. Samir Ələsgərov (d. 1972) — Aktyor, Rejissor. Seymur Ələsgərov (1992—2020) — Vətən müharibəsi şəhidi. Sədrəddin Ələsgərov (1929—2019) — Sosialist Əməyi Qəhrəmanı. Süleyman ƏləsgərovSüleyman Ələsgərov (aktyor) (1915—1998) — aktyor. Süleyman Ələsgərov (bəstəkar) (1924—2000) — bəstəkar.Vadim Ələsgərov (1993—2020) — Vətən müharibəsi şəhidi. Valeh Ələsgərov (d. 1946) — dövlət xadimi. Yusif Ələsgərov (1996—2020) — Vətən müharibəsi şəhidi. Zaur Ələsgərov (1969—1990) — 20 yanvar şəhidi. | https://az.wikipedia.org/w/index.php?curid=780257 |
Ələskərli | Ələsgərli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabr ayının 9-u Ələsgərli kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Toponimikası Ələsgərli kəndi dağətəyi ərazidədir. Toponim "Ələsgərin nəslindən olanlar" mənasındadır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub. Həmçinin bax Füzuli rayonu Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=614296 |
Ələt | Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir. Etimologiyası Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir. Xəzər dənizinin sahilində yerləşir. Toponimikaya aid əsərlərdə Ələt adının türk-monqol mənşəli "oyrat" tayfasının Ələt//olet qolunun adından alındığı söylənilir.Heredotun məlumatına görə, Ələt Midiya çarlarından birinin adıdır. Ələt Midiyadan qaçmış skifləri müdafiə etdiyinə görə onun adı yerli tayfalar arasında geniş yayılmışdır.Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində, Ələtli kəndi və Dağıstanda eyni adlı su obyekti olmuşdur. Fəzlullah Rəşidəddin Monqolustan ərazisində Ələt yaşayış məntəqəsi haqqında məlumat vermişdir. Mənbələrdən aldığımız məlumatlara görə XVIII əsrin sonu XIX əsrin əvvəllərində Volqa boyunda Alat, Özbəkistan və digər Orta Asiya ölkələrində Ələt adlı oykonimlər olmuş və olmaqdadır. Özü də maraqlıdır ki, həmin onomastik vahidlərin hamısı türk xalqlarında mövcuddur. Hal-hazırda isə Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərdə Ələt, Ələtli, Baş Ələt və s. yaşayış məntəqələri mövcuddur. İqtisadiyyatı 2014-cü ildə Ələtdə Bakı Limanının bərə terminalı tikilmişdir. Oktyabr ayından etibarən Bakı-Türkmənbaşı Bərə Keçidi Türkmənistana tərəf fəaliyyətə başlamışdır. 2017-ci ilin mart ayından Qazaxıstana Xəzər dənizi vasitəsilə "Ələt-Aktau limanı" bərə keçidi işə başlayıb.2018-ci ildə qəsəbədə Yeni Bakı Limanı açıldı. 2018-ci ilin mayında Prezident İlham Əliyev Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib. Bu kompleks Rusiya ərazisindən yan keçən "İpək Yolu" (Ukrayna — Gürcüstan — Azərbaycan — Qazaxıstan — Çin) Beynəlxalq layihəsinin bir hissəsidir. | https://az.wikipedia.org/w/index.php?curid=110842 |
Ələt-Culfa dəmir yolu | Ələt-Culfa dəmiryolu — Bakı ilə Azərbaycanın cənub-qərb bölgələrini birləşdirən dəmir yolu xətti. Yaranması ideyası Culfa istiqamətində dəmir yolu çəkilməsi təklifini ilk dəfə 1898-ci ildə rus sahibkarları F. Y. Yenakiyev və A. M. Qoryainov irəli sürmüşdü. Onların tapşırığı ilə 1900-cü ildə Hacıqabuldan Araz çayı boyunca Culfaya qədər ərazidə texniki-kəşfıyyat işlərinə başlandı. Rus sənayeçiləri həmin dəmir yolu xəttini gələcəkdə İrana və Türkiyəyə doğru uzatmaq niyyətində idilər. Tərtib olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti"nin rəhbərlərindən olan S. Podqurskiyə verildi. Culfa-Hacıqabul dəmir yolu xəttinin çəkilməsinin zəruriliyi "Birinci Dünya müharibəsi" (1914–1918) başlandıqdan dərhal sonra özünü göstərdi. Rusiya Qafqaz cəbhəsindəki qoşunlarını ərzaq və döyüş sursatı ilə təchiz etməkdə ciddi çətinliklərlə üzləşdi. 1914–1916-cı illərdə Qafqazın cənubuna doğru daşınan yüklərin həcmi 2 dəfədən çox artmışdı və Aleksandropol-Culfa xətti bu qədər yükü daşımağa qadir deyildi. Bu vəziyyət Qafqazdakı rus ordusunun komandanı və Qafqaz canişini Nikolay Nikolayeviçi Culfanın "Cənubi Qafqaz" dəmir yolunun şərq hissəsindəki stansiyalardan biri ilə birləşdirilməsini təklif edən layihələrə ciddi diqqət yetirməyə məcbur etdi. İnşası tarixindən 1918-ci ilin əvvəlində Ələtdən "Bəhmənli" stansiyasına qədər 165 verstlik sahədə rels döşənməsi işi, əsasən, başa çatdırılmış, işçi qatarların hərəkəti başlanmışdı, lakin 1917-ci ilin sonu — 1918-ci ilin əvvəlində Rusiyada və Qafqazda baş verən siyasi hadisələr tikinti işlərini davam etdirməyə imkan verməmişdi. 1918-ci il mayın sonunda isə o zaman Naxçıvana gəlmiş Osmanlı qoşununun Culfa-Bakı istiqamətində irəliləməsinin qarşısını almaq üçün, "Bakı Xalq Komissarları Soveti"nin daşnak-bolşevik rəhbərliyinin göstərişi ilə artıq dəmir yolu xətti çəkilmiş sahələrdə relslər sökülmüş, digər dəmir yolu əmlakı ilə birlikdə başqa yerə daşınmışdı. Sonralar bu sahədən sökülmüş relslərin çoxundan Bakı-Tiflis dəmir yolu xəttinin təmirində istifadə edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti çox ağır iqtisadi və maliyyə böhranı keçirməsinə baxmayaraq, Ələt-Culfa dəmir yolunun inşasını davam etdirməyə xüsusi diqqət yetirirdi. 1919-cu ilin büdcə layihəsində bu məqsəd üçün 100 026 000 çervon vəsait ayrılması bunu sübut edir, lakin o zaman tikinti işlərini canlandırmaq mümkün olmadı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yalnız Ələtlə Zubovka (indiki Şirvan) arasındakı dəmir yolu xətti (48 verst uzunluğunda) normal işləyirdi. Sovet hakimiyyəti qurulduqdan sonra Culfa istiqamətində dəmir yolu xəttinin inşasını davam etdirmək qərara alındı. Bununla əlaqədar, Nəriman Nərimanov 1921-ci il avqustun 30-da RSFSR Xalq Komissarları Sovetinə teleqram vuraraq, "Cənubi Qafqaz" dəmir yolunun Azərbaycan sahəsindən 117 verst uzunluğunda ikinci yolun sökülmüş relslərinin respublikadan kənara çıxarılmasının dayandırılmasını tələb etmişdi. Azərbaycan rəhbərliyi bu relslərdən Ələt-Culfa dəmir yolunun inşasında istifadə etməyi nəzərdə tuturdu. 1921-ci ilin payızında bu dəmir yolunun çəkilməsinə yenidən başlansa da, yalnız '"Böyük Vətən Müharibəsi" başlandıqdan sonra bütövlüklə istifadəyə verildi. Həmçinin bax Culfa-Bakı yolu (film, 1924) | https://az.wikipedia.org/w/index.php?curid=501390 |
Ələt-Culfa dəmiryolu | Ələt-Culfa dəmiryolu — Bakı ilə Azərbaycanın cənub-qərb bölgələrini birləşdirən dəmir yolu xətti. Yaranması ideyası Culfa istiqamətində dəmir yolu çəkilməsi təklifini ilk dəfə 1898-ci ildə rus sahibkarları F. Y. Yenakiyev və A. M. Qoryainov irəli sürmüşdü. Onların tapşırığı ilə 1900-cü ildə Hacıqabuldan Araz çayı boyunca Culfaya qədər ərazidə texniki-kəşfıyyat işlərinə başlandı. Rus sənayeçiləri həmin dəmir yolu xəttini gələcəkdə İrana və Türkiyəyə doğru uzatmaq niyyətində idilər. Tərtib olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti"nin rəhbərlərindən olan S. Podqurskiyə verildi. Culfa-Hacıqabul dəmir yolu xəttinin çəkilməsinin zəruriliyi "Birinci Dünya müharibəsi" (1914–1918) başlandıqdan dərhal sonra özünü göstərdi. Rusiya Qafqaz cəbhəsindəki qoşunlarını ərzaq və döyüş sursatı ilə təchiz etməkdə ciddi çətinliklərlə üzləşdi. 1914–1916-cı illərdə Qafqazın cənubuna doğru daşınan yüklərin həcmi 2 dəfədən çox artmışdı və Aleksandropol-Culfa xətti bu qədər yükü daşımağa qadir deyildi. Bu vəziyyət Qafqazdakı rus ordusunun komandanı və Qafqaz canişini Nikolay Nikolayeviçi Culfanın "Cənubi Qafqaz" dəmir yolunun şərq hissəsindəki stansiyalardan biri ilə birləşdirilməsini təklif edən layihələrə ciddi diqqət yetirməyə məcbur etdi. İnşası tarixindən 1918-ci ilin əvvəlində Ələtdən "Bəhmənli" stansiyasına qədər 165 verstlik sahədə rels döşənməsi işi, əsasən, başa çatdırılmış, işçi qatarların hərəkəti başlanmışdı, lakin 1917-ci ilin sonu — 1918-ci ilin əvvəlində Rusiyada və Qafqazda baş verən siyasi hadisələr tikinti işlərini davam etdirməyə imkan verməmişdi. 1918-ci il mayın sonunda isə o zaman Naxçıvana gəlmiş Osmanlı qoşununun Culfa-Bakı istiqamətində irəliləməsinin qarşısını almaq üçün, "Bakı Xalq Komissarları Soveti"nin daşnak-bolşevik rəhbərliyinin göstərişi ilə artıq dəmir yolu xətti çəkilmiş sahələrdə relslər sökülmüş, digər dəmir yolu əmlakı ilə birlikdə başqa yerə daşınmışdı. Sonralar bu sahədən sökülmüş relslərin çoxundan Bakı-Tiflis dəmir yolu xəttinin təmirində istifadə edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti çox ağır iqtisadi və maliyyə böhranı keçirməsinə baxmayaraq, Ələt-Culfa dəmir yolunun inşasını davam etdirməyə xüsusi diqqət yetirirdi. 1919-cu ilin büdcə layihəsində bu məqsəd üçün 100 026 000 çervon vəsait ayrılması bunu sübut edir, lakin o zaman tikinti işlərini canlandırmaq mümkün olmadı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yalnız Ələtlə Zubovka (indiki Şirvan) arasındakı dəmir yolu xətti (48 verst uzunluğunda) normal işləyirdi. Sovet hakimiyyəti qurulduqdan sonra Culfa istiqamətində dəmir yolu xəttinin inşasını davam etdirmək qərara alındı. Bununla əlaqədar, Nəriman Nərimanov 1921-ci il avqustun 30-da RSFSR Xalq Komissarları Sovetinə teleqram vuraraq, "Cənubi Qafqaz" dəmir yolunun Azərbaycan sahəsindən 117 verst uzunluğunda ikinci yolun sökülmüş relslərinin respublikadan kənara çıxarılmasının dayandırılmasını tələb etmişdi. Azərbaycan rəhbərliyi bu relslərdən Ələt-Culfa dəmir yolunun inşasında istifadə etməyi nəzərdə tuturdu. 1921-ci ilin payızında bu dəmir yolunun çəkilməsinə yenidən başlansa da, yalnız '"Böyük Vətən Müharibəsi" başlandıqdan sonra bütövlüklə istifadəyə verildi. Həmçinin bax Culfa-Bakı yolu (film, 1924) | https://az.wikipedia.org/w/index.php?curid=716543 |
Ələt Azad İqtisadi Zonası | Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (abr. BDTL; ing. Port of Baku) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. 1998-ci ildə Bakı şəhərində qədim ticarət marşrutunu yenidən bərpa etmək və cəlb olunan ölkələr ilə gələcək əməkdaşlıq imkanlarının əsaslarını qoymaq üçün "Qədim İpək Yolu" adlı beynəlxalq konfransı keçirilmişdir. Qədim İpək Yolundan istifadə edən tacirlərin Avropa ilə Asiya arasında səyahəti aylar və bəzən illər boyu davam edirdi və Mərkəzi Avrasiya mərkəzləri kritik regional logistika və paylama mərkəzləri rolunu oynayırdı. Bunların hər birində tacirlərin mal və fikirləri mübadilə etdikləri, müxtəlif mədəniyyətdən olan insanların görüşmək imkanı qazandıqları bir neçə karvansara olurdu. Bu cür ticarət mərkəzləri Avrasiya və Yaxın Şərqdən keçən geniş ticarət dəhlizləri şəbəkəsi vasitəsilə digər regional qovşaq və böyük şəhərlərlə əlaqəli idi. 1994-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir. 2015-ci ildə Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. Yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın "Van Oord" şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir.Limanın ərazisinin quru hissəsinin tikintiyə hazırlanması və Bakı-Ələt magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsini və tikintisini, avadanlıqların təchizatı və quraşdırılmasını "EvrAsKon" şirkəti reallaşdırıb. Birinci mərhələnin davamı olaraq inşa edilən quru yük terminalı və Ro-Ro körpüsünün 2016-cı ildə istismara verilməsi nəzərdə tutulmuşdur.Bərə körpüsünün ümumi tikinti sahəsi 17 hektar ərazini əhatə edir. Burada eyni vaxtda 2 bərəni qəbul edə bilən, uzunluğu 175 metr, eni 12,5 metr olan əsas yanalama körpüsü inşa edilib. Dəniz səviyyəsindən 4,25 metr hündürlükdə tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin dəyişməsindən asılı olmayaraq gəmilərin yanalmasına imkan yaradır. Bərə körpüsünə xidmət üçün hər birinin uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici 2 körpü və uzunluğu 809 metr olan bir xidməti körpü inşa edilib. Beş dəmir yolu xəttindən ibarət çeşidləmə parkı, müasir naviqasiya-rabitə sistemləri, avtomobil yolu, tunel, həmçinin digər infrastruktur və kommunikasiya obyektləri və qurğuları da istismara hazırdır. Limandakı böyük həcmli tikinti işlərinə əsasən yerli işçilər olmaqla 2000 nəfərlik heyət və 500-dən çox texnika cəlb edilib. Birinci mərhələ çərçivəsində indiyə qədər 6 milyon kubmetr həcmində torpaq, 300 min kubmetr həcmində beton, 1874 dəmir-beton svay işləri görülüb. Birinci mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün bir körpü və 4 körpüdən ibarət universal quru yük və konteyner terminalının inşası davam edir. Bundan başqa təmir bazası, gözləmə salonları, anbarlar, sərhəd və gömrük xidməti məntəqələri və digər obyektlərin tikintisi və quraşdırma işləri vüsət götürür.Birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacağı olanlaşdırılmışdır. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.Azərbaycan Respublikasının Prezident İlham Əliyev 22 sentyabr 2014-cü ildə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışında iştirak etmişdir.Hal-hazırda, Bakı Limanı Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı olmaq istiqamətində irəliləyir. Terminallar Yeni Bakı Limanı və terminallar: Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı və Bərə terminalı Əsas Yük terminalı Dübəndi Neft terminalı Ələt Limanı Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı ölkəni qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycanın rayonlarına yaxın ərazidə yerləşməsi əlverişli qovşaq kimi bu limanın regionlar ilə əlaqə qurmaq imkanını artırır və beləliklə daşınan yüklərin həcmi artır. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz Ələtdə kəsişir: Bakıdan Rusiyaya keçərək şimal-qərbə doğru uzanan dəmiryolu xətti Gürcüstan, Qara dəniz sahilləri və Türkiyədən keçərək qərbə doğru uzanan dəmiryolu xətti. Cənuba və İran sərhədinə doğru uzanan dəmiryolu xətti. Bərə terminalı Əsas Yük Terminalı Bakı Limanının hazırkı Əsas Yük Terminalı (ƏYT) Bakı şəhərinin mərkəzində yerləşir. Orada ümumi uzunluğu 545 metr olan üç tərsanə var. Bu tərsanələrdən biri Bakı ilə Türkmənistan arasında sərnişin və avtomobilləri müntəzəm nəql edən Ro-Ro gəmiləri ilə iş üçün istifadə edilə bilər. Sahil divarında dərinlik Xəzər dənizi səviyyəsindən 7 metr yüksəkdir. Tərsanələr qaldırma imkanları qırx tonadək olan on dörd hərəkətli kranla təchiz edilmişdir. Tutumları 1.5–10 ton olan avtokarlar və tutumları otuz səkkiz ton olan konteyner yükləmə dəstləri ümumi və konteyner yükləri ilə iş üçün səmərəli istifadə olunur. Terminal 2013–2014-cü illərdə sement, klinker və armatur da daxil olmaqla, daim bir milyondan artıq ümumi, qalaq və konteyner yüklərinin işlənməsinə imkan vermişdir. Bir gün ərzində tutumları 150 vaqon və 100 avtomobilədək olan cəmi üç gəmi ilə eyni vaxtda işləmək mümkündür. Dəmir yolunun ümumi uzunluğu limanda 400 metr hissəsinə çıxış imkanı ilə səkkiz kilometrdir. Bu dəmir yolu vaqonlarına çıxış imkanı ilə yükün hamar boşaldılması və yüklənməsinə imkan verir. Şuntlamanı iki dizel lokomotivi yerinə yetirir. Terminal yükün limana asan çatdırılmasına imkan verən dəmir yolu və avtomobil çəkiləri ilə təchiz edilmişdir. Açıq meydançanın ümumi sahəsi təxminən 19,000 m² -dir və qorunan anbar ərazisi təxminən 6,000 m²-dir. Dübəndi Neft Terminalı Dübəndi Neft Terminalı Bakı Limanında ticarətin 35%-in daşınmasını həyata keçirir. Bu terminal Abşeron Yarımadasının ən böyük Neft Terminalı olmaqla 8 milyon tona kimi xam neftin daşınmasını həyata keçirə bilir. Terminalda 2 pirs var ki, bu da 4 5,000–13,000 DWT tutumuna malik tankerlərin eyni zamanda boşaltmağa imkan verir. Yük daşımaların demək olar ki, hamısı Qazaxıstan və Türkmənistandan (2010-cu ildə 97%) xam neftin tranzitini təşkil edir. 2010-cu ildə terminalda 2 milyon ton xam neft, o cümlədən tonlarla Qazax nefti (37%) və 1.2 milyon ton Türkmən nefti (60%) daşınıb. Limanın Neft terminalında 2018-ci ilin ilk 9 ay, yanvar-sentyabr aylarında 389.5 min ton xam neft və neft məhsulları aşırılmışdır. Bakı Limanı 2018-ci ili konteyner aşırılmasında 49% artımla başa vurmuşdur. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC həmişə olduğu kimi 2018-ci ili də uğurla başa vurmuşdur. Yükaşırma göstəricilərinin əksəriyyətində artım tendensiyası qeydə alınmış və ümumi yükaşırmanın həcmi 3.8 milyon tona yaxın olmuşdur. Aşırılmış 3.8 milyon ton yükün 3.2 milyon tonu və ya 84,2%-i tranzit yüklərin payına düşmüşdür. Xüsusi ilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınmışdır. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2018-ci ilin yanvar-dekabr ayları ərzində 22 887 ədəd konteyner (TEU ekvivalentində) aşırılmışdır ki, bu da keçən illə müqayisədə 49,0% artım deməkdir (2017-ci ildə 15 337 TEU). Cari ildə Yeni Bakı Limanının Bərə terminalında vaqon aşırılması 42 999 ədədə çatmışdır. Bunlardan 24 034 vaqon (55,9%) Bakı-Kurik-Bakı istiqamətində, 18 735 (43,6%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 230 vaqon isə (0,5%) Bakı-Aktau-Bakı istiqamətində hərəkət etmişdir. Cari ilin yanvar-dekabr ayları ərzində iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 21 401 ədəd olmuşdur. Belə ki, bunlardan 3 289 ədədi (15,4%) Bakı-Aktau-Bakı, 15 506 ədədi (72,5%) Bakı-Türkmənbaşı-Bakı, 2 606 ədədi isə (12,1%) Bakı-Kurik-Bakı istiqamətində hərəkət etmişdir. 2018-ci ildə sərnişin dövriyyəsi rekord həcmdə olmuş və hər iki istiqamət (Qazaxıstan və Türkmənistan) üzrə keçən ilin müvafiq dövrü ilə müqayisədə 44,0% artım qeydə alınaraq 47 736 nəfər təşkil etmişdir. Azad İqtisadi Zona (AİZ) Yeni Bakı Limanının (Ələt qəsəbəsi) da daxil olduğu AİZ ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazidə yerləşəcəkdir. Burada əlavə dəyər yaradan istehsal və xidmətlərin yaradılması nəzərdə tutulub. Misal üçün, neft-kimya, əczaçılıq, kənd təsərrüfatı, mebel istehsalı və s. sahələr üzrə istehsalat sahələrinin qurulması nəzərdə tutulub. Ümumiyyətlə, AİZ-nin regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır. 2040-cı ilə qədər ölkə iqtisadiyyatının ÜDM-na kumulyativ təsiri (Cumulative impact to GDP) 57 milyard dollar səviyyəsində hesablanıb. Liman Avropa və Asiya bazarlarına xidmət göstərərək, eləcə də, Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Xəzər dənizi regionunda əsas logistika qovşağı kimi çıxış edəcək. AİZ xüsusi iqtisadi zonanın bir hissəsi kimi Yük Avtomobilləri Dayanacağı, Beynəlxalq Logistika Mərkəzi və Yerli Logistika Mərkəzi kimi bir sıra komponentləri əhatə edir. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=720503 |
Ələt FK | Ələt FK — Azərbaycanın Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsini təmsil edən futbol klubudur. Futbol klubu 1997-ci il tarixində "Ələt" adı ilə yaradılmışdır. Ələt Futbol Klubu 1997-ci ildən bəri bir çox Bakı kənd və qəsəbə çempionatlarında iştirak etmiş və yaxşı nəticələr əldə etmişdir. Klubun yaranma tarixi 1996–1997-ci illərə təsadüf edir, ancaq rəsmi olaraq 16 mart 2017-ci il tarixində Ayaz Məmmədzadə tərəfindən təsis edilərək dövlət qeydiyyatından keçirilmişdir. Komandanın yaranmasında Zaur Mehdiyev, Coşqun Qarayev, Xudat İsrafilov, Cəfər Həşimov, Mirağa Zamanov və Zaur Kərimov yaxından iştirak etmişdir. Ələt Futbol Klubunun ənənəvi forması ağ və tünd göydür. Gənclər klubu Futbol klubunun gənclər bölməsi 4 iyun 2017-ci il tarixində yaradılmışdır. U 10–15 və U 17 yaş qrupları üzrə təlimlər keçirilir. Uşaq futbolunda məşqçi vəzifəsində Xudat İsrafilov fəaliyyət göstərir. Ölkədaxili turnirlər Banişevski turniriBanişevski Kuboku — 2018Bakı Kənd və Qəsəbələr liqası Finalçı — 2015/2016 4-cü yer — 2016/2017 1-ci yer — 2017/2018 Yenilənib 20.04.2018 Xarici keçidlər ink361.com/app/users/ig-4859050209/elet_fk.resmi_sehifesi/photos — "Ələt" Futbol Klubunun rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=532782 |
Ələt burnu | Ələt burnu — inzibati cəhətdən Qaradağ rayonu Ələt qəsəbəsi ərazisinə daxildir. Burundan cənub-şərqdə Ələt qəsəbəsi yerləşir. Burun Xəzər dənizinin içərilərinə doğru irəliləmiş formadadır. Onun şərqində Bahar palçıq vulkanı yerləşir. Burnun əmələ gəlməsi vulkanın fəailyyəti ilə bağlıdır. Burundan cənubda Ələt buxtası yerləşir. Ələt burnundan cənubda Gil adası, şərqdə isə Daş adalar qövsü və Xərə Zirə adaları yerləşir. Həmçinin bax Səngəçal burnu | https://az.wikipedia.org/w/index.php?curid=429055 |
Ələt buxtası | Ələt buxtası — inzibati cəhətdən Bakı şəhərı Qaradağ rayonun Ələt qəsəbəsi ərazisinə daxildir. Körfəzə yaxın yaşayış məntəqəsi Ələt qəsəbəsidir. Buxtanın daxili hissəsində, sahildən 3,5 km-lik məsafədə Gil adası yerləşir. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır. Ada yasaqlıq elan edilmişdir bu səbəbdən burada çoxlu sayda su quşları yumurta qoyur. Körfəz iqtisadi baxımdan əlverişli bölgədə yerləşir. Körfəzin sahilindən Ələt-Astara avtomobil yolu, Biləcəri-Ağstafa dəmir yolu keçir. Üstəlik mühüm neft və qaz kəmərlərinə yaxındır. Buxta şimaldan Ələt burnu, cənubdan isə Pirsaat burnu ilə əhatələnir. Ələt buxtasında Ələt burnu ərazisində Ələt dəniz limanı inşa edilmişdir. Bu liman gələcəkdə şərq-qərb dəhlizində mühün rol oynuya bilər. | https://az.wikipedia.org/w/index.php?curid=429135 |
Ələt bələdiyyəsi | Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. Binəqədi rayonu Xətai rayonu Xəzər rayonu Qaradağ rayonu Nərimanov rayonu Nəsimi rayonu Nizami rayonu Pirallahı rayonu Sabunçu rayonu Səbail rayonu Suraxanı rayonu Yasamal rayonu "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=114638 |
Ələt qəsəbəsi | Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir.Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir. Etimologiyası Ələt – Qaradağ rayonunda (Bakı) şəhər tipli qəsəbədir. Xəzər dənizinin sahilində yerləşir. Toponimikaya aid əsərlərdə Ələt adının türk-monqol mənşəli "oyrat" tayfasının Ələt//olet qolunun adından alındığı söylənilir.Heredotun məlumatına görə, Ələt Midiya çarlarından birinin adıdır. Ələt Midiyadan qaçmış skifləri müdafiə etdiyinə görə onun adı yerli tayfalar arasında geniş yayılmışdır.Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində, Ələtli kəndi və Dağıstanda eyni adlı su obyekti olmuşdur. Fəzlullah Rəşidəddin Monqolustan ərazisində Ələt yaşayış məntəqəsi haqqında məlumat vermişdir. Mənbələrdən aldığımız məlumatlara görə XVIII əsrin sonu XIX əsrin əvvəllərində Volqa boyunda Alat, Özbəkistan və digər Orta Asiya ölkələrində Ələt adlı oykonimlər olmuş və olmaqdadır. Özü də maraqlıdır ki, həmin onomastik vahidlərin hamısı türk xalqlarında mövcuddur. Hal-hazırda isə Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərdə Ələt, Ələtli, Baş Ələt və s. yaşayış məntəqələri mövcuddur. İqtisadiyyatı 2014-cü ildə Ələtdə Bakı Limanının bərə terminalı tikilmişdir. Oktyabr ayından etibarən Bakı-Türkmənbaşı Bərə Keçidi Türkmənistana tərəf fəaliyyətə başlamışdır. 2017-ci ilin mart ayından Qazaxıstana Xəzər dənizi vasitəsilə "Ələt-Aktau limanı" bərə keçidi işə başlayıb.2018-ci ildə qəsəbədə Yeni Bakı Limanı açıldı. 2018-ci ilin mayında Prezident İlham Əliyev Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib. Bu kompleks Rusiya ərazisindən yan keçən "İpək Yolu" (Ukrayna — Gürcüstan — Azərbaycan — Qazaxıstan — Çin) Beynəlxalq layihəsinin bir hissəsidir. | https://az.wikipedia.org/w/index.php?curid=597942 |
Ələt silsiləsi | Ələt silsiləsi — Azərbaycanın şərqində nəhəng antiklinal ərazi. Qobustandan cənub-qərbə 40 km məsafədə uzanır. Yaxınlığında neft ehtiyatları zəngindir. Alyat silsiləsi Azərbaycanda ən böyük vulkanlardan olan Torağay, Böyük Kənizdağ, Daşğil, Koturdağ, Ayrantökan və s. kimi çox sayda palçıq vulkanları ilə zəngindir. Həmçinin bax Azərbaycan coğrafiyası Azərbaycan geologiyası Xarici keçidlər Azərbaycan. Relyef. | https://az.wikipedia.org/w/index.php?curid=517535 |
Ələtli | Ələtli — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Ələtli oyk, düz. Hacıqabul r-nun eyniadlı i.ə.v-də kənd. Kəndin ilk sakinləri Ələt qəsəbəsindən köçüb gəlmələrdir. Oykonim "Ələtdən olanlar, Ələtdən gələnlər" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 415 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Hacıqabul rayonu Xarici keçidlər Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=89829 |
Ələtli (kənd) | Ələtli - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı . Mənbədə Aletlu kimidir. XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumat görə kəndin əhalisi ermənilər idi. XVIII əsrin əvvəllərindən mə'lumdur. XIII əsrdə monqolların tərkibində gəlmiş türkmənşəli Oyrat tayfasının Olet qolunun adını əks etdirir. Azərbaycanda Ələt (Qaradağ rayonu), Ələtli (Sabirabad rayonu), Gürcüstanda XIX əsrdə Siqnax qəzasında Alet-KariTürkmənistanda Alat, Dağıstanda Ələtlər, XVIII əsrdə Türkiyənin şərqində Aletlu kənd adları ilə mənşəcə eynidir. | https://az.wikipedia.org/w/index.php?curid=739790 |
Ələtli bələdiyyəsi | Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=344010 |
Ələvi | Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. İyerarxiya nərdivanı Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş. Xüsusi gizli mərasimləri olardı. Tək məbəddə yaşayar, bığlarını, saç və saqqallarını qırxar, fərqləndirici nişan olaraq sağ qulaqlarında mis ya gümüş sırğa olardı (qələndərilər kimi). Xəlifə – Çələbinin müavini. Regional təkyənin rəhbəri olardı. Ataların içərisindən seçilər və Dədə-baba tərəfindən imzalanan xüsusi icazənamə al/götürərdi. Bu icazənaməyə hakimiyyət simvolu kimi lampa, ələm, süfrə və s. əlavə olunardı. Bəktaşilik Osmanlı mədəniyyətində Bəktaşilik Osmanlı mədəniyyətində mühüm rol oynayıb. Qədim türklərdə qam-ozanların oxuduğu nəğmələrə bənzəyən bəktaşi nəfəsləri orta əsrlərdə əhali içərisində geniş yayılmışdı. Şəriətdə düz sayılmasa da, bəktaşilikdə rəsm sənətinin də işləkliyinin və inkişaf etdirildiyinin şahidi oluruq. Bəktaşi rəssamlar tərəfindən on iki imam, həzrət Əli, əhli-beyt, Hacı Vəli Bəktaşinin təsvirləri yaradılardı. Hürufiliyin təsiri ilə hərflərdən ibarət şəkillər çəkilməsi də yayılmışdı. Sonun əvvəli On səkkizinci əsrdən etibarən yeniçəri qazarmalarında tez-tez aclıq aksiyaları və qiyamlar olardı. Bunun nəticəsi olaraq yeniçəri dəstələrini ləğv etmək fikiri yetişməyə başladı. 1826-cı ildə yeniçəri ordusu məğlub ediləndən sonra ləğv edildi. Kırşehirdə Hacı Bəktaşın dəfn olunduğu məbəd isə bəktaşilərdən alınıb nəqşbəndilərə verildi. Bundan sonra bəktaşilər gizli fəaliyyət göstərməyə məcbur oldular. Ayrı-ayrı dönəmlərdə təşkilat zəifləyəndə bəktaşilər istehza predmetinə çevrilərdi. «Bəktaşi» sözü yolunu azmış və əhlikef mənasına yaxınlaşmışdı. Onlar haqqında lətifələr gəzər və bunların bir çoxunda bəktaşilər allahsız kimi hədəfə tutulardı: «Bir bəktaşi gəmi ilə gedirmiş. Birdən tufan qopur və gəmini atıb-tutmağa başlayır. Bəktaşi bərk qorxur. Ona deyirlər: «Qorxma, Allah rəhmlidir». Bəktaşi dəyər: «Elə mən də ondan qorxuram ki, Allahın ac balıqlara yazığı gələ və bizi onlara yem edə». Və ya: «Bir bəktaşi yol ilə gedən bir ağa görər. Ağanın ardınca yaxşı geyinmiş möhkəm nökərləri gedirmiş. Bəktaşi üzünü göyə tutub dəyər: «Ya Allah, bu ağaya bax, Sən də qullarını belə saxla». İyirminci əsrdə Birinci dünya müharibəsi zamanı Türkiyənin başı üzərini təhlükə sahədə bəktaşi Vəliəddin Çələbi yeddi minlik bəktaşi qoşunu yığıb əlindən gələni elədi. Mustafa Kamal Atatürk ilk zamanlar ruhani təşkilatlara dözümlülük göstərdiyindən, Vəliəddin hətta Millət Məclisinə deputat da seçilə bilmişdi. Onun ölümündən sonra təşkilata rəhbərlik qardaşı Cəmaləddinə keçdi. Cəmaləddin Çələbi vətənə və recimə sədaqətlə xidmət etməyə söz versə də, bəktaşiliyin taleyi artıq həll edilmişdi. 1925-ci ildə təkyələr yenidən bağlandı. 1928-ci ildə isə dinin dövlətdən ayrılması haqda fərmandan sonra fəaliyyətləri tamamilə söykəndirildi. Bundan sonra bəktaşilərin bir qismi Albaniyaya köçdü. Ələvilikdə əhəmiyyətli şəxsiyyətlər İmam Hüseyn Cəfər Sadiq Şah İsmayıl Xətai Pir Sultan Abdal Hacı Bəktaş Vəli Nizami Gəncəvi Məhəmməd Füzuli İmadəddin Nəsimi Ələvilik nə deməkdir?www.alevikonseyi.com Arxivləşdirilib 2017-06-02 at the Wayback Machine World Culture Encyclopedia : Kurds : Religion and Expressive Culture Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=303047 |
Ələvi Ocaqları | Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. Strukturlaşdırma Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir.Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır. Buna ən məşhur nümunə Şücaəddin Vəli ocağıdır. | https://az.wikipedia.org/w/index.php?curid=775394 |
Ələvicə | Ələvicə — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,692 nəfər və 1,696 ailədən ibarət idi. | https://az.wikipedia.org/w/index.php?curid=289525 |
Ələvilik | Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. İyerarxiya nərdivanı Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş. Xüsusi gizli mərasimləri olardı. Tək məbəddə yaşayar, bığlarını, saç və saqqallarını qırxar, fərqləndirici nişan olaraq sağ qulaqlarında mis ya gümüş sırğa olardı (qələndərilər kimi). Xəlifə – Çələbinin müavini. Regional təkyənin rəhbəri olardı. Ataların içərisindən seçilər və Dədə-baba tərəfindən imzalanan xüsusi icazənamə al/götürərdi. Bu icazənaməyə hakimiyyət simvolu kimi lampa, ələm, süfrə və s. əlavə olunardı. Bəktaşilik Osmanlı mədəniyyətində Bəktaşilik Osmanlı mədəniyyətində mühüm rol oynayıb. Qədim türklərdə qam-ozanların oxuduğu nəğmələrə bənzəyən bəktaşi nəfəsləri orta əsrlərdə əhali içərisində geniş yayılmışdı. Şəriətdə düz sayılmasa da, bəktaşilikdə rəsm sənətinin də işləkliyinin və inkişaf etdirildiyinin şahidi oluruq. Bəktaşi rəssamlar tərəfindən on iki imam, həzrət Əli, əhli-beyt, Hacı Vəli Bəktaşinin təsvirləri yaradılardı. Hürufiliyin təsiri ilə hərflərdən ibarət şəkillər çəkilməsi də yayılmışdı. Sonun əvvəli On səkkizinci əsrdən etibarən yeniçəri qazarmalarında tez-tez aclıq aksiyaları və qiyamlar olardı. Bunun nəticəsi olaraq yeniçəri dəstələrini ləğv etmək fikiri yetişməyə başladı. 1826-cı ildə yeniçəri ordusu məğlub ediləndən sonra ləğv edildi. Kırşehirdə Hacı Bəktaşın dəfn olunduğu məbəd isə bəktaşilərdən alınıb nəqşbəndilərə verildi. Bundan sonra bəktaşilər gizli fəaliyyət göstərməyə məcbur oldular. Ayrı-ayrı dönəmlərdə təşkilat zəifləyəndə bəktaşilər istehza predmetinə çevrilərdi. «Bəktaşi» sözü yolunu azmış və əhlikef mənasına yaxınlaşmışdı. Onlar haqqında lətifələr gəzər və bunların bir çoxunda bəktaşilər allahsız kimi hədəfə tutulardı: «Bir bəktaşi gəmi ilə gedirmiş. Birdən tufan qopur və gəmini atıb-tutmağa başlayır. Bəktaşi bərk qorxur. Ona deyirlər: «Qorxma, Allah rəhmlidir». Bəktaşi dəyər: «Elə mən də ondan qorxuram ki, Allahın ac balıqlara yazığı gələ və bizi onlara yem edə». Və ya: «Bir bəktaşi yol ilə gedən bir ağa görər. Ağanın ardınca yaxşı geyinmiş möhkəm nökərləri gedirmiş. Bəktaşi üzünü göyə tutub dəyər: «Ya Allah, bu ağaya bax, Sən də qullarını belə saxla». İyirminci əsrdə Birinci dünya müharibəsi zamanı Türkiyənin başı üzərini təhlükə sahədə bəktaşi Vəliəddin Çələbi yeddi minlik bəktaşi qoşunu yığıb əlindən gələni elədi. Mustafa Kamal Atatürk ilk zamanlar ruhani təşkilatlara dözümlülük göstərdiyindən, Vəliəddin hətta Millət Məclisinə deputat da seçilə bilmişdi. Onun ölümündən sonra təşkilata rəhbərlik qardaşı Cəmaləddinə keçdi. Cəmaləddin Çələbi vətənə və recimə sədaqətlə xidmət etməyə söz versə də, bəktaşiliyin taleyi artıq həll edilmişdi. 1925-ci ildə təkyələr yenidən bağlandı. 1928-ci ildə isə dinin dövlətdən ayrılması haqda fərmandan sonra fəaliyyətləri tamamilə söykəndirildi. Bundan sonra bəktaşilərin bir qismi Albaniyaya köçdü. Ələvilikdə əhəmiyyətli şəxsiyyətlər İmam Hüseyn Cəfər Sadiq Şah İsmayıl Xətai Pir Sultan Abdal Hacı Bəktaş Vəli Nizami Gəncəvi Məhəmməd Füzuli İmadəddin Nəsimi Ələvilik nə deməkdir?www.alevikonseyi.com Arxivləşdirilib 2017-06-02 at the Wayback Machine World Culture Encyclopedia : Kurds : Religion and Expressive Culture Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=45919 |
Ələvilər | Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. İyerarxiya nərdivanı Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş. Xüsusi gizli mərasimləri olardı. Tək məbəddə yaşayar, bığlarını, saç və saqqallarını qırxar, fərqləndirici nişan olaraq sağ qulaqlarında mis ya gümüş sırğa olardı (qələndərilər kimi). Xəlifə – Çələbinin müavini. Regional təkyənin rəhbəri olardı. Ataların içərisindən seçilər və Dədə-baba tərəfindən imzalanan xüsusi icazənamə al/götürərdi. Bu icazənaməyə hakimiyyət simvolu kimi lampa, ələm, süfrə və s. əlavə olunardı. Bəktaşilik Osmanlı mədəniyyətində Bəktaşilik Osmanlı mədəniyyətində mühüm rol oynayıb. Qədim türklərdə qam-ozanların oxuduğu nəğmələrə bənzəyən bəktaşi nəfəsləri orta əsrlərdə əhali içərisində geniş yayılmışdı. Şəriətdə düz sayılmasa da, bəktaşilikdə rəsm sənətinin də işləkliyinin və inkişaf etdirildiyinin şahidi oluruq. Bəktaşi rəssamlar tərəfindən on iki imam, həzrət Əli, əhli-beyt, Hacı Vəli Bəktaşinin təsvirləri yaradılardı. Hürufiliyin təsiri ilə hərflərdən ibarət şəkillər çəkilməsi də yayılmışdı. Sonun əvvəli On səkkizinci əsrdən etibarən yeniçəri qazarmalarında tez-tez aclıq aksiyaları və qiyamlar olardı. Bunun nəticəsi olaraq yeniçəri dəstələrini ləğv etmək fikiri yetişməyə başladı. 1826-cı ildə yeniçəri ordusu məğlub ediləndən sonra ləğv edildi. Kırşehirdə Hacı Bəktaşın dəfn olunduğu məbəd isə bəktaşilərdən alınıb nəqşbəndilərə verildi. Bundan sonra bəktaşilər gizli fəaliyyət göstərməyə məcbur oldular. Ayrı-ayrı dönəmlərdə təşkilat zəifləyəndə bəktaşilər istehza predmetinə çevrilərdi. «Bəktaşi» sözü yolunu azmış və əhlikef mənasına yaxınlaşmışdı. Onlar haqqında lətifələr gəzər və bunların bir çoxunda bəktaşilər allahsız kimi hədəfə tutulardı: «Bir bəktaşi gəmi ilə gedirmiş. Birdən tufan qopur və gəmini atıb-tutmağa başlayır. Bəktaşi bərk qorxur. Ona deyirlər: «Qorxma, Allah rəhmlidir». Bəktaşi dəyər: «Elə mən də ondan qorxuram ki, Allahın ac balıqlara yazığı gələ və bizi onlara yem edə». Və ya: «Bir bəktaşi yol ilə gedən bir ağa görər. Ağanın ardınca yaxşı geyinmiş möhkəm nökərləri gedirmiş. Bəktaşi üzünü göyə tutub dəyər: «Ya Allah, bu ağaya bax, Sən də qullarını belə saxla». İyirminci əsrdə Birinci dünya müharibəsi zamanı Türkiyənin başı üzərini təhlükə sahədə bəktaşi Vəliəddin Çələbi yeddi minlik bəktaşi qoşunu yığıb əlindən gələni elədi. Mustafa Kamal Atatürk ilk zamanlar ruhani təşkilatlara dözümlülük göstərdiyindən, Vəliəddin hətta Millət Məclisinə deputat da seçilə bilmişdi. Onun ölümündən sonra təşkilata rəhbərlik qardaşı Cəmaləddinə keçdi. Cəmaləddin Çələbi vətənə və recimə sədaqətlə xidmət etməyə söz versə də, bəktaşiliyin taleyi artıq həll edilmişdi. 1925-ci ildə təkyələr yenidən bağlandı. 1928-ci ildə isə dinin dövlətdən ayrılması haqda fərmandan sonra fəaliyyətləri tamamilə söykəndirildi. Bundan sonra bəktaşilərin bir qismi Albaniyaya köçdü. Ələvilikdə əhəmiyyətli şəxsiyyətlər İmam Hüseyn Cəfər Sadiq Şah İsmayıl Xətai Pir Sultan Abdal Hacı Bəktaş Vəli Nizami Gəncəvi Məhəmməd Füzuli İmadəddin Nəsimi Ələvilik nə deməkdir?www.alevikonseyi.com Arxivləşdirilib 2017-06-02 at the Wayback Machine World Culture Encyclopedia : Kurds : Religion and Expressive Culture Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=60220 |
Ələvilər (Suriya) | Nüseyrilər, ya da Nusayriyyə (ərəb. النصيرية - Al-Nusayrīyah, ya da ərəb. العلوية - Al-Alawīya) — Suriyanın Lazkiyə, Baniyas və Tartus bölgələriylə Türkiyənin Hatay, Adana və Mersin illərində yaşayan, ismaililik, duruzilik, xristianlıq ilə birlikdə Suriyadakı mövcud digər yerli inancların İslamiyətin şiəlik məzhəbinin damı altında yaşaması nəticəsində ortaya çıxmış olan dini inanc toplumu. Nusayrilik 883-cü ildə Məhəmməd bin Nusayri əl-Nəm tərəfindən yaradılmış və Suriyada geniş yayılmış batini şiə təriqətidir. Bəzi mənbələrdə Numeyrilər də adlanırlar. Batini xarakterli təriqət adlanmalarının səbəbi ikili (əslində, daha çox) inanc sisteminə malik olmaları ilə bağlıdır. Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir dini sistemə mənsubdurlar. Yaradıcısı, özünü şiə-imamiliyinin onuncu imamı Əli əl-Hakinin sağlığında onun tərəfindən göndərilmiş peyğəmbər olduğunu iddia edirdi. Bir rəvayətə görə də, IBM Nusayri, on birinci imam Həsən əl-Asgərinin (873) "atası olduğunu irəli sürmüş və onun vəfatıyla da oğlu Məhəmməd b. əl-Həsənın Mehdiliyini qəbul etmişdir".Yalnız Suriya bölgəsində yayilmiş olan nüseyrilər 903-cü ildə Suriyada hakimiyyəti ələ keçirdilər. Səlib yürüşləri zamanı xaç (xristian) ordularına yardım etmiş və müsəlmanların əleyhinə xristianlara dəstək olmuşdular. Buna görə Səlahəddin Əyyubi tərəfindən şiddətli şəkildə cəzalandırılmışdılar. Eyni şəkildə Məmluklar əleyhinə Moğollara yardım etdikləri üçün Məmluk Sultanı Aybarsdan da təzyiq görmüşdülər. Nüseyrilər, bölgədə ardıçıllıqla hökm sürən, Səlahəddin Əyyubi, xristianlar, ismaililər və moğollardan sonra Sultan Səlimin (1516-cı) Suriyanı ələ keçirməsindən sonra daha güclü təzyiqlərə məruz qalmalarına baxmayaraq varlıqlarını davam etdirə bilmişlər. Zaman-zaman Osmanlılara qarsı üsyan etmələrinə rəğmən II Əbdulhəmid onları rəsmi olaraq bir məzhəb kimi qəbul etmişdi. Bu gün Suriyanın müxtəlif bölgələrdə - Hatay, Tarsus, Adana, Firat boyları və Livanda geniş şəkildə yayılmış olan nüseyrilərin sayı təkcə Suriyada 5 milyon civarındadır Nusayrilər təriqət kimi dörd qola ayrılmışlar: Heydəriyyə, Simaliyyə (və ya Semsiyyə) Kilaziyyə (və ya Kameriyyə) və Gaybiyyə təriqətləri. Etiqadı fikirlərinə görə, qismən İslamdan qaynaqlanmış olsalar da, əsasən batini şərhlərə söykənən və hətta zaman-zaman Xristian mədəniyyətinin təsirindədirlər. Nusayrilərin dini düşüncələrinin təməlini Əlinin ilahiləşdırılması təşkil edir. Bu təriqətin bütün qollarına görə, Əli ibn-Əbutalib (IV islam xəlifəsi) Tanrıdır. Uca Allah üçün sayılan sifət və xüsusiyyətlər Əli üçün sayılmalıdır. O, nurun nurudur, ilahi şəxs etibarilə gizlidir. O mənadır. Görünüşcə imam olmasına baxmayaraq, batini cəhətiylə O, Allahdır. Buna görə onların Şəhadət sözü "Mən Əlidən başqa İlah olmadığıma şəhadet edərəm" formasındadır. Bu anlayışa görə Əli, tanrıdır. Öz ruhundan Məhəmmədi, O da Salmanı Farasısı yaratmışdır. Əli "məna", Məhəmməd "ad", Salman isə "rəb"dir. Bu üçlk A(aya), M (Mim) və S (Sin) simvollarıyla ifadə edilir. Bu üçlü simvollaşdırma sistemi Süleyman Hasbi tərəfindən Xristianlıqdakı "ata-oğul-müqəddəs ruh" sistemiylə açıqlanar. Ayrıca Salmandan sonra beş dənə də Eytam vardır ki, bunlar: Mikdad bin əl-Esvad (Təbiət hadisələri və zəlzələni həyata keçirən), Əbu Zerril-Gifari (Uldizlarin hərəkətini idarə edən), Abdullah bin- Rifaha (Canlıların həyatlarıyla məşğul olan), Osman bin- Mazmun (Ruzi və xəstəliklərlə məşğul olan) və Qəmbər bin- Qaban ət-Dövrü (Ruhları cəsədlərə qaytaran). Bu beş eytam, eyni zamanda beş böyük ulduzdur. Heydəriyyə təriqətinə görə Əli, göydədir. Günəş Məhəmmədi, ay da Salmanı təmsil edir. Əli günəşdə oturmuşdur. Kilazilərə görə isə Əlinin yeri Aydır. Buna görə də bu təriqətə "Qəmərilər" adı verilmişdir. Onlara görə şərab, üluhiyyətin simvoludur. Şərabı və şərabın əsli olan üzüm salxımlarını həddindən artıq uca tuturlar. Tənasüh (ruhun bir bədəndən başqasına keçməsinə) və ruh köçünə inanırlar. Onlara görə, insanlar ilk dəfə səmavi varlıqlar olaraq yaradılmışlar. Lakin enişlərinin nəticəsi olaraq bugünkü vəziyyətlərini qəbul etmək məcburiyyətində qalmışlar. Davamlı tənasüh və ruh köçü, insanların təkrar səmavi varlıqlara dönməsiylə sona çatacaq. Yenə Əlinın ulduzlarin şahzadəsi olduğuna, günəş və ay ilə cisimlənmiş oldığına biətlidirlər. Əliyə inanan Nusayrilərin ruhları, ulduzlara çevrilərək nurlar aləminə yüksələr. Nusayri olmayanların ruhları isə, heyvan bədənlərinə girər. Qadınların ruhları yoxdur. Şeytanlar insanların günahlarından, qadınlar da şeytanların günahlarından yaradılmışlar. Bu baxımdan qadınlara məzhəblərinin sirlərini açıqlamazlar. Müaviyəni, Yezidi və Həcc ziyarətini şeytanın simvolları adlandırır və lənətləyirlər. Islaman beş əsas şərtinə münasibət də müsəlmanlardan fərqlidir. Onlara görə dinlərinin beş şərti belə ifadə olunmalıdır: Şəhadət sözü deyildikdən sonra "Nüseyri dinindən, Cundebi görüsündən, Cunbulani təriqətindən, Hasbi əqidəsindən, Cinli inancından, Meymuni fiqhindən olduğuma Şəhadət verirəm" cümləsi təkrarlanır. Namaz yalnız duadır. "Əli, Məhəmməd və Salmanı ucaldarıq" - demək, namazı qılmaq deməkdir. Namazdan əvvəl dəstəmaz alınmaz. Namazın şərtləri beşdir: a) Məhəmməd, Fatimə, Həsən, Hüseyn və Möhsin olmaqla beş seçməni tanımaq; b) Gülmədən və danışmadan dua etmək; c) Namazı, Abbasi rəngi olduğu üçün qara əbasız qılmaq; d) İbadəti başqalarının görməməsi üçün gizli etmək. "Ey Uca, Böyük və Arıların Əfəndisi Əli, bizə mərhəmət et" deyərək namazı bitirmək lazımdır. Namaz qılarkən Məkkəyə sarı dönmək də şart deyil. Günortaya qədər günəşin doğuş istiqamətinə, günortadan sonra isə qərbə üz tutmaq gərəkdir. Oruc Rəsulullahın atası Abdullah ibn Əbdulmütəlimin səssizliyini təmsil edir. Buna görə Ramazan Abdullah, Qurban Məhəmməddir. Ramazan ayının günləri isə nüseyrilərin müqəddəslərini təmsil edir. Zəkatın mənası dini öyrənməkdir. Hər ailə maliyyə vəziyyətinə görə, şeyxə pul vermək məcburiyyətindədir. Bu zəkat vermək deməkdir. Ziyarət yerləri çox əhəmiyyətlidir.Onlar ya su kənarlarında, ya da ağaclıq yerlərdədir. Bu anlayışlar qədim Finikiyalılardan qalan bir inancdır.Nusayrilərdə, şeyxlərə böyük hörmət göstərilir və onlar dərəcələrinə görə dörd sinfə ayrılır: a) Böyük Şeyx. Əlinin yer üzündəki kölgəsi. Fövqəlbəşər gücünə inanılar. Vəzifəsi, şeyx və imamlığa namizədləri seçməkdir. b) Şeyx. Şeyxlərin sayları çoxdur və onların atalarının mələklər olduğuna inanılar. Mərasim və ziyarətləri idarə edib, xəstələrə dua edərlər, onlardan icazəsiz həkimə belə gedilməz. Şeyx ola bilmək üçün şeyx ailəsindən olmaq şərtdir. c) Nüvvab. Şeyx köməkçisi vəziyyətindədirlər, Şeyx ola bilmələri Böyük şeyxin qərarına bağlıdır, bunun üçün geniş bir təcrübədən keçməsi lazımlıdır. d) İmam. Aşağı təbəqəli din xadimləridirlər. Nusayriliyə giriş üç mərhələdə həyata keçirilir. Qadınlar bu məzhəbə girə bilməzlər. Kişilərin isə məzhəbə girmələrinin əsas şərti ata-ananın Nusayri olmasıdır. Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, məzhəbə ilk girəndən, ilk alınan söz, sirr saxlama xüsusiyyəti və bu qabiliyyətin yoxlanmasıdır. Birinci mərhələ: Məzhəbə girəcək uşağın atası, onu güvəndiyi bir nusayriyənin yanına aparar. O şəxs uşağın mənəvi atası kimi onu yaxşıca tanıyır və qəbul şərtlərini anladır. Uşağın vəziyyəti haqqında şeyxin hüzurunda təminat alınar, uşaq əgər sirr versə öldürülür. Müsəlmanların gözündə yaxşı bir müsəlman kimi görünmək üçün namaz qılıb, oruc tutmasına diqqət göstərməsi lazım bilinir. Sonda uşaq "Məşvərət Cəmiyyəti" adlı yığıncağa alınır ki, bu yığıncaq şeyxin evində keçirilir. Üluhiyyət simvolu olan bir qədəh şərabı içdikdən sonra, o, Nurun qulu adini alar. Bu vaxt ona a(ayin), m(mim), s(sin) hərfləri və mənaları izah edilmədən təkrar etdirilir. İkinci mərhələ: İlk mərhələdən qırx gün sonra uşaq "Məlik Cəmiyyəti"nə gətirilər. Uşağa təkrar bir qədəh içki təqdim edir və a(ayin), m(mim), s(sin) hərflərinin sirrini öyrədərək bunları hər gün 500 dəfə təkrar etməsini əmr edərlər. Bu vaxt "Kitabül-Mecmu"dan da bəzi hissələri öyrədirlər. Üçüncü mərhələ: İkincidən 7-9 ay sonra icra edilir. Geniş bir salonda keçirilən bu mərasimin bir xeyli qaydaları vardır. Salonda ortada böyük şeyxi təmsil edən imam oturur, sağında nakibə, solunda isə nəçim oturur. Bu forma A(ayin), M(mim), S(sin) hərflərini-yəni Əli, Məhəmməd və Səlman üçlüyünü təmsil edir. Nakibin sağında da həvariləri adlanan on iki adam oturur. Nəcibin solunda isə iyirmi dörd adam durmalıdır. Bu adamlar "Kitabül-Məcmun”un beş dəfə təkrar edilməsinə şahidlik edərlər. Mərasimdə imam təkrarən uşaqdan sirrləri saxlayacağına dair söz istəyir, həvarilər də onun sözünə şahidlik edərlər. Bu sırada on iki həvari önlərindəki on iki stəkandan bir qurtum içki içirlər, namizəd də içir və beləcə üluhiyyətə çatmış hesab olunur. Nusayrilərin müqəddəs bayram və mərasimlər bunlardır: Fitrə (Ramazan); Adha (Qurban); Gadir (Zilhiccə; Peyğəmbərin Əlini imam təyin etdiyinə inanılan gün); Mubahalə (Zilhiccə, Xristianlarla Məhəmməd arasındakı lənətlənmə hadisəsi); Firak (Zilhiccə; Peyğəmbərin Mədinəyə hicrət etdiyi gecədə Əlinin ONun yatağında yatması); Müddət (Məhərrəm; Nusayrilərə görə Hüseyn, Kərbəlada ölməmiş, Isa kimi göyə çəkilmişdir); Rəbiul əvvəl (Ömərin səhim edildiyi gün); Şum (Selmanın ölümü); Novruz bayramları 10. 24/25 dekabr gecəsi İsanın doğumu və "son yemək" ayini.Nusayrilik İslam dini təriqəti adlana bilməz. Burada köhnə dinlər və inanışlardan tutmuş Sabiilikdən, Atəşpərəstlikdən, Yəhudilikdən, Xristianlıqdan və primitiv inanışlardan olduqca çox böyük təsirləri müşahidə etmək mümkündür. Bu inanış forması eyni zamanda gizlilik pərdəsi ilə örtülərək təqdim edilmişdir. Sirlərini, başqalarına açma qorxusuyla qadınlara öyrətmədikləri kimi, qadınlar ayinlərə də qatılmırlar. Üzvlüyə qəbul mərasimi masonların üzvlüyə qəbul mərasimlərinə bənzəyir. 1920-ci ilin sentyabrında Fransız işğalçıları Nusayrililəri Əlinin adından istifadə etdiklərinə görə Şiə təriqəti adlandırmışdı. Bu onlara İslam dininə qarşı daha kəskin mübarizə üçün lazım idi. İrandakı Bəhabilər və Pakistandakı Kadiyanilər kimi Nusayrilər də imperialistlərin məqsədləri istiqamətində üzərlərinə düsən rolu layiqincə oynamışlar və bu gün Suriyada bu rollarını oynamaqda davam etməkdədirlər. Bu gün Suriya bu dindarlar tərəfindən idarə edilməkdədir. Tarix boyunca müsəlmanları davamlı şəkildə qətlə yetirmişlər. Təkcə, 1982-ci ildə Hama şəhərində baş vermiş qarşıdurmada otuz min insan şəhid olmuşdu. Məzhəb kimi görünməsinə baxmayaraq Nusayrilik, nə xristianlıqla, nə yəhudiliklə, nə də islam ilə əlaqəsi olmayan inanc və ibadət üsullarıyla ayrıca bir din kimi ortaya çıxmışdır. Onların kafir, müşrik, olmalarında bütün sünni və şiə üləmaları yekdil rəy vermişlər. 1971-ci ildən bəri ölkə rəhbərliyini ələ keçirmişlər. 30 ildən artıqdır ki, bütün ölkə diktator Hafiz Əsəd və oğlu Bəşər Əsəd tərəfindən təzyiq altında saxlanmaqdadır. | https://az.wikipedia.org/w/index.php?curid=302683 |
Ələvilər (Təbəristan) | Təbəristan Ələviləri (maz. تبرستون علویون ərəb. علويون طبرستان) — həmçinin Zeydilər kimi də tanınan İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Zeydi Şiə əmirliyi idi. Onlar üçüncü Şiə İmamın (İmam Həsən ibn Əli)nəslindən idilər və İslamı Xəzərin cənubi regionuna yaydılar.Həsən ibn Zeyd, Daie Kəbir ləqəbiylə Təbəristan Ələviləri silsiləsinin təsisçisidir.Paytaxtları Amul şəhəri idi. Ələvilər əmirlərinin siyahısı Həsən ibn Zeyd Həsəni (864–884) Məhəmməd ibn Zeyd (884–900) Həsən ibn Əli Hüseyni (913–916) Həsən ibn Qasım Həsəni (916–928) Əhməd ibn Həsən (916–923) Cəfər ibn Həsən (916–924) Məhəmməd ibn Əhməd (924–927) Həsən ibn Əhməd (927) Təbəristan Ələviləri, yazıçı:Əli İbrahimi Baqirəlülum Tədqiqat Mərkəzi Xarici keçidlər Təbəristan Ələviləri dövləti Rasexun saytı Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=286409 |
Ələvilər Məscidi | Ələvilər məscidi — İranın Həmədan ostanının mərkəzi Həmədan şəhərində yerləşən və Səlcuqlu memarlığının ən gözəl nümunələrindən sayılan məscid. Məscid dəfələrlə bərpa olunmuş və hər bərpa zamanı abidəyə dövrün memarlıq ənənələrinə uyğun dəyişikliklər edilmişdir. Ələvilər məscidi və ya Ələvilər günbədini Qəzvinin Səlcuqlu dövrünə aid məscidləri ilə yaşıd hesab edirlər. İlkin çağında bir səlcuq məscidi olan bu abidə sonralar ələvilərin xanəgahı, namaz və ibadət yeri edildiyindən abidə daha çox Ələvilər məscidi adı ilə tanınmışdır. XIX əsrin əvvəllərində aparılan yenidənqurma işləri zamanı məsciddə zəngin gəc bəzək işləri aparılmış, içərisində yeraltı sərdabə quraşdırılmışdır. Ona görə də bu abidəni bəzi mənbələr türbə kimi də təqdim edir. Başqa səlcuqlular dövrü məscidləri kimi Ələvilər məscidinin də plan biçiminin kvadrat olmasına baxmayaraq yan üzlərdə açırımın olması ilə onlardan seçilir. Abidəyə yalnız şimal tərəfdən bir qapı gözü açılmışdır. Belə məkan qapalılığına ola bilsin ki, XIX əsrin dəyişmələri müəyyən təsir göstərmişdir. Ələvilər məscidini onunla çağdaş olan məscidlərdən fərqləndirən başqa bir cəhət onun bayır künclərində ulduzvarı planlı qülləciklərin olmasıdır. Təəssüf ki, günbəz kimi bu qüllələrin üstü də uçulmuş və mütəxəssislər onların necə tamamlandığını aydınlaşdırmaqda çətinlik çəkmişlər. Bu ayrıntıları artırmaqla memar abidənin məkan quruluşuna böyük plastiklik gətirmiş və xeyli sonra yaranmış dördqülləli, dördminarəli memarlıq kompozisiyalarının da bir növ əsasını qoymuşdur. Məscidin mehrab tağçası içəridə çox dərin götürülmüş, bayıra düzbucaqlı tutum şəklində çıxarılmışdır. Məscidin iri baştağ şəklində işlənmiş baş fasadının incə nisbətli biçimləri başdan başa bol və bitkin quruluşlu naxışlarla örtülmüşdür. Bütün bina kimi, bu naxışların çoxu da ağımtıl və işıqlı məşhur Həmədan kərpicindən yaradılmışdır. Ələvilər məscidinin iç səthləri (salonun ölçüləri 8,0 X 8,0) daha zəngin süslənmişdir. Əsasən Elxanilər çağının əsərləri olan bu bəzəklər içərisində iri mehrabın bəzək kompozisiyası mürəkkəbliyi, yüksək bədiiliyi ilə seçilir. | https://az.wikipedia.org/w/index.php?curid=266283 |
Ələvilər məscidi | Ələvilər məscidi — İranın Həmədan ostanının mərkəzi Həmədan şəhərində yerləşən və Səlcuqlu memarlığının ən gözəl nümunələrindən sayılan məscid. Məscid dəfələrlə bərpa olunmuş və hər bərpa zamanı abidəyə dövrün memarlıq ənənələrinə uyğun dəyişikliklər edilmişdir. Ələvilər məscidi və ya Ələvilər günbədini Qəzvinin Səlcuqlu dövrünə aid məscidləri ilə yaşıd hesab edirlər. İlkin çağında bir səlcuq məscidi olan bu abidə sonralar ələvilərin xanəgahı, namaz və ibadət yeri edildiyindən abidə daha çox Ələvilər məscidi adı ilə tanınmışdır. XIX əsrin əvvəllərində aparılan yenidənqurma işləri zamanı məsciddə zəngin gəc bəzək işləri aparılmış, içərisində yeraltı sərdabə quraşdırılmışdır. Ona görə də bu abidəni bəzi mənbələr türbə kimi də təqdim edir. Başqa səlcuqlular dövrü məscidləri kimi Ələvilər məscidinin də plan biçiminin kvadrat olmasına baxmayaraq yan üzlərdə açırımın olması ilə onlardan seçilir. Abidəyə yalnız şimal tərəfdən bir qapı gözü açılmışdır. Belə məkan qapalılığına ola bilsin ki, XIX əsrin dəyişmələri müəyyən təsir göstərmişdir. Ələvilər məscidini onunla çağdaş olan məscidlərdən fərqləndirən başqa bir cəhət onun bayır künclərində ulduzvarı planlı qülləciklərin olmasıdır. Təəssüf ki, günbəz kimi bu qüllələrin üstü də uçulmuş və mütəxəssislər onların necə tamamlandığını aydınlaşdırmaqda çətinlik çəkmişlər. Bu ayrıntıları artırmaqla memar abidənin məkan quruluşuna böyük plastiklik gətirmiş və xeyli sonra yaranmış dördqülləli, dördminarəli memarlıq kompozisiyalarının da bir növ əsasını qoymuşdur. Məscidin mehrab tağçası içəridə çox dərin götürülmüş, bayıra düzbucaqlı tutum şəklində çıxarılmışdır. Məscidin iri baştağ şəklində işlənmiş baş fasadının incə nisbətli biçimləri başdan başa bol və bitkin quruluşlu naxışlarla örtülmüşdür. Bütün bina kimi, bu naxışların çoxu da ağımtıl və işıqlı məşhur Həmədan kərpicindən yaradılmışdır. Ələvilər məscidinin iç səthləri (salonun ölçüləri 8,0 X 8,0) daha zəngin süslənmişdir. Əsasən Elxanilər çağının əsərləri olan bu bəzəklər içərisində iri mehrabın bəzək kompozisiyası mürəkkəbliyi, yüksək bədiiliyi ilə seçilir. | https://az.wikipedia.org/w/index.php?curid=131458 |
Ələvilər sülaləsi | Ələvilər sülaləsi (ərəb. سلالة العلويين الفيلاليين) — Mərakeşin hakim sülaləsi. XVII əsrdən Sultan, 1957-ci ildən kral titulu daşıyırlar. Həmçinin Filialid və ya Filial şərifləri kimi də tanınır. Ələvilər sülaləsinin tarixi Səədi sultanlığının hakim sülaləsinin devrilməsindən sonra başlayır. Səədi sultanlığının hakimiyyəti dövründə dəniz quldurları Sale dəniz limanında bir növ muxtar respublika yaradırlar. Mərakeş tədricən Qərbi Afrikadakı qızıl mədənlərinə nəzarəti itirdi. XVII əsrin ortalarında Mərakeşdə hakimiyyət hələ də ölkədə iqtidarda olan Ələvilər sülaləsinə keçdi. Ələvilər sülaləsi Tafilaltdan Sigilmas şəhərindən gəlmişdilər. Onlar Məhəmməd Peyğəmbərin nəvəsi Həsənin soykökündən olan şerif ailəsinə mənsub idilər. Onun varisi Mulay Rəşid ibn Şerif 1666-cı ildə Fesdə möhkəmləndi, sonra isə 1668-ci ildə Mərakeşi ələ keçirdi. Mulay İsmayılın dövründə paytaxt Meknes şəhəri idi. Sultan titulun krala dəyişdirilməsi V Məhəmmədin adı ilə bağlıdır. Ənənəvi müsəlman tərbiyyəsi ilə yanaşı o, Avropada təhsil almışdır. Bu da dövlətdə və cəmiyyətdə gələcək dəyişikliklərin əsası olmuşdur. 1957-ci ildə Mərakeş krallıq elan olundu və V Məhəmməd özü isə Mərakeş kralı adını aldı. Ələvilər sülaləsindən olan Mərakeş hökmdarları 1664–1672: Mulay Rəşid ibn Şerif (1666-cı ildə Sultan) 1672-1727: Mulay İsmayıl İbn Şerif 1727-1728: Mulay Əhməd ibn İsmayıl (1-ci hakimiyyət dövrü) 1728-1728: Abd əl-Malik 1728-1729: Mulay Əhməd ibn İsmayıl (2-ci hakimiyyət dövrü) 1729-1735: II Abdulla (1-ci hakimiyyət dövrü) 1735-1736: Mulay Əli 1736-1736: II Abdulla (2-ci hakimiyyət dövrü) 1736-1738: II Məhəmməd 1738-1740: Əl Mustadi 1740-1745: III Abdulla 1745-1745: Zin əl-Abidin 1745-1757: IV Abdulla 1757-1790: III Məhəmməd bin Abdulla 1790-1792: əl-Yəzid bin Məhəmməd 1792-1822: Mulay Süleyman bin Məhəmməd 1822-1859: Mulay Abd əl-Rəhman 1859-1873: IV Məhəmməd 1873-1894: I Mulay Həsən 1894-1908: Mulay Abd əl-Əziz 1908-1912: Əbd əl-Hafid 1912-1927: Mulay Yusif 1927-1953: V Məhəmməd V (1-ci hakimiyyət dövrü) 1953-1955: VI Məhəmməd bin Araf 1955-1961: V Məhəmməd (2-ci hakimiyyət dövrü; 1957-ci ildə kral adını aldı) 1961-1999: II Həsən 1999 - hazırkı dövrə qədər: VI MəhəmmədVəliəhd Şahzadə: Mulay Həsən Sülalə haqqında maraqlı bir faktlar Bu sülalədə ən çox yayılmış evlilik növü sülalə daxilidir. Nümunələr: Mulay Abd əl-Rəhmanın nəvəsi Şahzadə Məhəmməd ibn İsmayıl ibn Abbas əmisi qızı Məhəmməd ibn Arafanın qızi Həlimə bint Məhəmmədlə evlənmişdir; Şahzadə Tahirin qızı və I Həsənin nəvəsi Xaniyə bint Tahir, əmisi Məhəmməd İbn Arafla nigaha girmişdir; Tahir Ablanın digər qızı V Məhəmməd ilə evlənmişdir; Mulay Yusifin oğlu Şahzadə İdris, əmisi qızı I Həsənin qızı Cəmilə bint Mustafa ilə nigaha girmişdir; Onların oğlu Əli əmisi qızı, V Məhəmmədin qızlarından biri ilə evlənmişdir. Xarici keçidlər en:Waterbury, John. Commander of the Faithful Morocco Alaoui dynasty | https://az.wikipedia.org/w/index.php?curid=610121 |
Ələviq (Kəleybər) | Ələviq (fars. علويق) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (7 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=686353 |
Ələviq (Vərziqan) | Ələviq (fars. علويق) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,125 nəfər yaşayır (247 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=621568 |
Ələviyan (Marağa) | Ələviyan (fars. علويان) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,238 nəfər yaşayır (579 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=612694 |
Ələviyyə Babayeva | Babayeva Ələviyyə Hənifə qızı (12 may 1921 və ya 12 avqust 1921, Bakı – 23 sentyabr 2014, Bakı) — nasir, tərcüməçi, ssenari müəllifi; 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Prezident təqaüdçüsü. Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A. Qaydarın "Uzaq ölkələr" (1950), V. Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K. Paustovskinin "Oğru pişik" (1951), V. Q. Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y. Sotnikin "Əcaib quş" (1964), V. Astafyevin "Ulduz xəzanı" (1970), Y. Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951–1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973–1976), sonra baş redaktor (1976–1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur. 23 sentyabr 2014-cü ildə vəfat etmişdir. Mükafatları Azərbaycan SSR əməkdar mədəniyyət işçisi— 30.07.1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 Mənim müəlliməm. Bakı: Uşaqgəncnəşr, 1950, 28 səh. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1951, 16 səh. Tək ağac. Bakı: Uşaqgəncnəşr, 1957, 44 səh. Kənd yolları. Bakı: Uşaqgəncnəşr, 1958, 63 səh. Payızda. Bakı: Uşaqgəncnəşr, 1960, 68 səh. Mən tək deyiləm. Bakı: Uşaqgəncnəşr, 1961, 96 səh. Mən tək deyiləm. Bakı: Uşaqgəncnəşr, 1962, 191 səh. Kənd yollarında səyahət. Bakı: Uşaqgəncnəşr, 1962, 76 səh. Yenə bahardı. Bakı: Uşaqgəncnəşr, 1963, 79 səh. Kölgə. Bakı: Azərnəşr, 1964, 104 səh. Tut ağacı. Bakı: Gənclik, 1967, 95 səh. Süsənsünbül. Bakı: Gənclik, 1968, 98 səh. Hörüklər. Bakı: Gənclik, 1968, 126 səh. Povestlər. Bakı: Gənclik, 1969, 260 səh. Adamlar və talelər. I cild. Bakı: Gənclik, 1973, 273 səh. Adamlar və talelər. Bakı: Gənclik, 1970, 432 səh. Adamlar və talelər. Bakı: Gənclik, 1971, 400 səh. Böyürtkən mürəbbəsi. Bakı: Gənclik, 1971, 270 səh. Sehrli pillələr. Bakı: Gənclik, 1974, 166 səh. Hardasan dost, harda. Bakı: Gənclik, 1977, 408 səh. Səni axtarıram. Bakı: 1985, 368 səh. Küləyin tərkində. Bakı: 1983, 355 səh. Yanar su. Bakı: Gənclik, 1986, 351 səh. Anadil ağlayırdı. Bakı: Gənclik, 1987, 357 səh. Açar. Bakı: Yazıçı, 1991, 401 səh. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 384 səh. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 335 səh. Darıxıram, a dağlar (povestlər). Bakı: Gənclik, 287 səh. Əlvida (roman). Bakı: Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, 1994, 341 səh. Bəlkə sabah olmadı (roman). Bakı: Şur, 1996, 245 səh. Rəngbərəng yuxular (publisist povest). Bakı: 2000, 231 səh. Son döngə (roman). Bakı: Azərnəşr, 2000, 430 səh. Dəli Sona (roman). Bakı: Şirvan, 1998, 419 səh. Cırtdan şəhərdən qaçıb (povest və hekayələr). Bakı: Turan, 2001, 110 səh. Filmoqrafiya Dınqıl, sazım, dınqıl (film, 1976) Sehrlənmiş küpə (film, 1979) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53. XX əsr Azərbaycan yazıçıları, Ensiklopedik məlumat kitabı. Bakı,2011 | https://az.wikipedia.org/w/index.php?curid=41340 |
Ələyəz | Ələyəz (Dərələyəz) — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı. Alagöz rayonu — | https://az.wikipedia.org/w/index.php?curid=129535 |
Ələyəz (Dərələyəz) | Ələyəz, Alagöz — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ Fikrimizcə, Kəndin ilkin və əsil adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr vardır. Kəndin adı V əsrdən xatırlanır. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci illərdə 32 nəfər, 1873 - cü ildə 223 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 412 nəfər, 1904 - cü ildə 524 nəfər, 1914 - cü ildə 576 nəfər, 1916-cı ildə 322 nəfər, 1919 - cu ildə 97 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-19 - cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri doğma evlərinə dönmüşdür. Burada 1922-ci ildə 180 nəfər azərbaycanlı, 91 erməni, 1926-cı ildə 267 nəfər, 1931-ci ildə 353 nəfər, 1959 - cu ildə 499, 1970-ci ildə 884 nəfər, 1979 - cu ildə 963 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. Əxi Təvəkkül zaviyəsi | https://az.wikipedia.org/w/index.php?curid=480880 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.