!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əlli üç
Əlli üç — say sistemində ədədlərdən biridir. Əlli ikidən sonra, əlli dörddən əvvəl gəlir. Riyaziyyatda Əsas hesablamalarda Əlli üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir. Say sistemində İnam və etiqadlarda Digər sahələrdə Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=175783
Əllincilər
Əllincilər (ing. Pentecostalism) — Protestant xristian məzhəbi. XIX əsrin sonu, XX əsrin əvvəllərində ABŞ-də protestant icmaları arasında erkən xristianlığa qayıdış, onun mənəvi cəhətdən dirçəldilməsi kimi ideyaların geniş yayılması əllincilərin meydana gəlməsinə səbəb olmuşdur. Xristianlığın protestant qolu sayılan əllincilər cərəyanının əsası metodist kilsəsinin keçmiş pastoru Çarlz Parem tərəfindən qoyulmuşdur. 1901-ci ildə Yeni il ərəfəsində Parem və onun tələbələri protestant aləmində din və imanın zəifləməsinin səbəblərini müzakirə edərkən, belə nəticəyə gəlmişlər ki, bu sualın cavabı Əhdi-Cədidin Həvvarilərin işləri bölümündə gizlənmişdir. Burada Əllinci gün bayramı zamanı (İudaizmdə Musaya Toranın verilməsi ilə bağlı keçirilən şənlik) Məsihin şagirdlərinə Allah tərəfindən bilmədikləri dillərdə danışma qabiliyyətinin verilməsindən, həvarilərin yad xalqların yanlarına gedərək onlara İsa Məsih təlimini təbliğ etmələrindən danışılır. İncilə görə, həmin hadisə İsanın göyə yüksəlməsinin onuncu günündə baş vermişdir. Parem və tələbələrinin fikrincə, həvarilərin "bilmədikləri dillərdə danışma" vergisi sadə xristianlar tərəfindən itirildiyi üçün xristian dünyası ateist, inkarcı düşüncələrin, sekulyar ideyaların təsiri altına düşmüşdür. Onlara görə, saf imana qayıtmağın yalnız bir yolu var: itirilmiş vergini dua vasitəsi ilə geri qaytarmaq. Odur ki, Parem dua mərasimində vəcd halındakı qızın başına əlini qoymuş və bundan sonra guya qız bilmədiyi dildə danışmağa başlamışdır. İtirilmiş verginin geri qayıtdığına sevinən ordakı dindarlar bundan cuşa gəlmiş, həmin dini praktikanı təkrarlamış, dua zamanı anlaşılmayan səslər çıxararaq bilmədikləri dillərdə danışdıqlarını düşünmüş, bunu Tanrının vergisi kimi qəbul etmişlər. Həmin hadisə Əllinci gün bayramı vaxtı baş verdiyindən yeni dini cərəyanın nümayəndələri əllincilər adı ilə tanınmışlar. Get-gedə əhali arasında rəğbət qazanan əllincilər saylarını artırmaq, dini dünyagörüşlərini yaymaq məqsədi ilə təbliğat fəaliyyətinə keçmişlər. Bu işdə Uilyam Seymur, Devid Dyu Plessi adlı şəxslər xüsusilə seçilmişlər. Qısa müddət ərzində əllincilik ideologiyası ABŞ-nin müxtəlif şəhərlərində yayılaraq, ölkənin hüdudlarından kənara çıxmışdır. Metodist kilsəsinin keçmiş pastoru Tomas Balla Baratın səyi ilə əllincilərin sayı Avropada, o cümlədən Skandinaviya və Pribaltika ölkələrində artmışdır. Dini təlimi Əllincilərin dini təlimi özünəməxsus xüsusiyyətləri ilə seçilir. Onlar digər protestant məzhəbləri kimi Bibliyanı imanın əsası kimi qəbul etsələr də Müqəddəs Kitabı fərqli şəkildə başa düşürlər. Bilinməyən dillərdə danışmaq vergisi, yaxud qlossolali (yunanca dildə danışmaq deməkdir) olaraq tanınan sözügedən dini ayin əllincilik ideologiyasının sütunudur. Onların inancına görə, xaç suyuna salındıqdan sonra Müqəddəs Ruh mömin şəxsə xəstələri sağaltmaq, gələcəyi görmək və bilinməyən dillərdə danışmaq vergisi verir. Beləliklə, hər bir əllincinin bu verginin daşıyıcısı olduğu iddia olunur. Əllincilər dünyanın sonu, İsa Məsihin ikinci zühuru və onun minillik hakimiyyəti aspektinə böyük önəm verirlər. Onlar Bibliyanın "öldürmə" ehkamını hərfi mənada başa düşür və əsgəri xidmətə mənfi münasibət bəsləyirlər. Əllincilər dini cərəyanı yekdil deyil və müxtəlif, fərqli icmalarla təmsil olunmuşdur. Elmi ədəbiyyatda bu hərəkat ardıcılları əsasən ənənəvi (klassik) və xarizmatlar (xarizma- xristian ilahiyyatında Müqəddəs Ruh tərəfindən dindara verilən vergini ifadə edən termin) olmaqla iki qrupa bölünmüşdür. Xarizmatları yeni əllinci kimi adlandıranlar da var. Missionerlik işinin təşkili və dini ayinlərin keçirilmə şəkli məsələsi ənənəvi və yenilər arasında fikirayrılığının yaranmasına gətirib çıxarmışdır. Əllincilik dini cərəyanı yarandığı gündən müxtəlif Xristian məzhəbləri tərəfindən tənqid edilmiş və birmənalı qarşılanmamışdır. Onların yığıncaqlarında baş verən ekstaz halları, cin qovalama ayinləri, vəcd halında qışqırıqlar başqa xristianların narazılığına səbəb olmuşdur. Əllincilik hərəkatına qarşı ən güclü etiraz Almaniyada olmuşdur. Odur ki, uzun müddət bu ölkənin qapıları əllincilərin üzünə bağlı idi. Belə ki, ənənəvilərin xarizmat təlimində ən çox tənqid etdikləri məqam "inkişaf teologiyası"dır. Bu təlimdə dindarın şəxsi inkişafı, dünya həyatında tərəqqisi, firavan yaşaması, sağlam olması və zənginləşməsi aspektinə böyük önəm verilir. Xarizmatlara görə, Tanrının sevdiyi insan varlı, nüfuzlu və fiziki cəhətdən sağlam olan şəxsdir. Onların təlimində kapitalist düşüncə tərzini sezmək çətin deyil. Xarizmatların yaxşı dindar tipi müasir uğurlu insan obrazını xatırladır. Beləliklə, xarizmatlarda dünyəvilik ön plana çəkilir. Bu isə klassik əllincilərin ciddi narazılığına səbəb olur. Klassik əllincilərin tənqid etdikləri digər məqam isə xarizmatların dini ayin zamanı həddən artıq emosiyalara, qışqırıqlara, enerjili hərəkətlərə yer vermələri, dini təbliğ edərkən son texnoloji nailiyyətlərdən, caz, pop kimi müasir musiqi janrlarından, kütləvi mədəniyyətdən geniş şəkildə istifadə etmələridir. Xarizmatların "gələcəyi görmə" teleşouları da digər xristian məzhəbləri tərəfindən ciddi tənqid atəşinə tutulmuş və böyük qalmaqallara səbəb olmuşdur. Xüsusilə ABŞ-də geniş yayılmış belə teleşoularda pastor dini verilişə gəlmiş tamaşaçılardan birini səhnəyə çağırır, onu narahat edən problemləri guya qabaqcadan görür, keçmiş günahlarını "tapır", insanı Tanrı qarşısında əvvəlki səhvlərini boynuna almağa sövq edərək, "günahkarın" ağlayıb tövbə etməsinə nail olur. Bu cür dini televerilişlərdə fırıldaqçılığın yer aldığı aşkara çıxmış, əslində pastorlarda heç bir bəsirət qabiliyyəti olmadığı, səhnəyə dəvət ediləcək şəxs barədə əvvəlcədən məlumat toplanıldığı və bu informasiyanın canlı yayında müasir texnologiya vasitəsi ilə ötürüldüyü məlum olmuşdur. Qeyd etmək lazımdır ki, xarizmatlar ən sürətlə inkişaf edən, tərəfdar toplayan protestant cərəyanı sayılır. Cənub-Şərqi Asiya ölkələrində onların sayı günbəgün artmaqdadır. Artıq Cənubi Koreya, Çin, İndoneziya, Tayvan, Filippin, Birma, Hindistan, Tayland, Nepal, Sinqapur kimi ölkələrdə xarizmatlar önəmli dini qüvvəyə çevrilmişlər. Təkcə onu qeyd etmək kifayətdir ki, protestantların, xüsusilə xarizmatların Filippində son illərdə sayı təqribən 5 mln. nəfərə çatmışdır. Bu isə ölkə əhalisinin səkkiz faizi deməkdir. Xarizmatlar özlərini Qərb dəyərlərinin daşıyıcısı kimi qələmə verdiklərindən və "demokratik prinsipləri" yaymağa, dövlətin siyasi həyatında aktiv iştirak etməyə çalışdıqlarından Çin, Vyetnam, Hindistan və digər ölkələrdə ciddi təqiblərə məruz qalır, həbsxanalara salınır, onların dua evləri qapadılır. Xarizmatların missionerliklə məğul olduqları ölkələrin dillərində çoxsaylı, yüksək tirajlı kitablar buraxmaları, dini dünyagörüşlərini yerli xalqların adət-ənənə, musiqi və inanclarına uyğunlaşdırmaları, müasirliklə öz dini ideyalarını sintezləşdirmələri Uzaq Asiya dövlətlərində yeni əllincilərin böyük uğur əldə etməsinə gətirib çıxarmışdır. Məsələn, Hindistanın Kerala ştatında missionerliklə məşğul olan xarizmat pastorları hind müqəddəsi Mata Amritanandamaya həsr edilmiş şənliklərə fəal qatılaraq, yeni əllinciləri bu yerli kulta "kainatın canlı anası simvolu" qismində pərəstiş etməyə çağırmışlar. Bu isə, öz növbəsində hindistanlılarda xarizmatlara qarşı rəğbətin yaranmasına gətirib çıxarmışdır. Xarizmatların missionerlik toruna müalicəsi olmayan xəstəliyə tutulmuş, həkimdən əlini üzmüş şəxslər də düşür və onların təbliğat qurbanına çevrilirlər. Xarizmatların icmalarında gələnlərə dua vasitəsi ilə bütün dərd-sərdən qurtulacaqlarına ümid verilir, hər bir xarizmatın şəfa vermək iqtidarında olduğu və müasir tibbin heç bir işə yaramadığı bildirilir. Xarizmat icmalarında "müalicə seansları" adi hal almışdır. Bu seanslarda belə mənzərəni müşahidə etmək mümkündür: pastor, yaxud digər rəhbərlər xəstə adama yaxınlaşır, əlini onun başının üzərinə qoyur, Tanrıya dua edir, "cini qovalayan" sözləri deyir, anlaşılmaz səslər çıxarır və xəstəyə sağaldığını təlqin edirlər. Xarizmatlar müxtəlif xeyriyyə işlərində iştirak etməyi sevirlər. Onlar qocalar və uşaqlar evinə yardım göstərir, narkomaniya, QİÇS əleyhinə yönəldilmiş layihələrin həyata keçirilməsində fəal iş görür, Qırmızı Xaç kimi nüfuzlu xeyriyyə təşkilatlarının hesabına külli miqdarda pul köçürürlər. Təbii ki, bu təsadüfən, xeyirxahlıq naminə atılmış addım deyil, fərqli millətlər arasında xarizmatların saylarının artırılması məqsədini güdən iri missioner layihənin tərkib hissəsidir. Həm Qərb, həm də digər ölkələrin mətbu orqanlarında xarizmatların fəaliyyəti birmənalı qarşılanmır. Çoxsaylı məqalə və televiziya verilişlərində xarizmat icmalarının totalitar səciyyə daşıdığı, pastor və digər rəhbərlərin mütləq hakimiyyətə malik olduğu və sadə icma üzvlərinin şəxsi həyatlarına müdaxilə edildiyi, zombiləşdirildikləri vurğulanır. Azərbaycanda fəaliyyəti Azərbaycana ilk gələnlər ənənəvi əllincilər olmuşdur. Çar Rusiyasının son dövründə, daha doğrusu XX əsrin başlanğıcında Azərbaycana gəlmiş əllincilər əcnəbilərin çox olduğu Bakı şəhərində məskunlaşmış və təbliğat hədəfi kimi qeyri-müsəlmanları seçmişlər. Buna baxmayaraq, onların etiqadları yerli xristianlar arasında belə rəğbət qazanmamış, burada özlərinə tərəfdar toplaya bilməmişlər. Müəllif: Anar Əlizadə, "Cəmiyyət və din" qəzeti
https://az.wikipedia.org/w/index.php?curid=142667
Əlliüçüncü ilin soyuq yayı (film, 1987)
Filmdəki hadisələr 1953-cü ildə, Lavrenti Beriyanın tezliklə həbs olunmasından sonra baş verir. Filmin baş qəhrəmanları «Luzqa» adlandırılan Sergey Basargin (Valeri Priyomıxov) və «Kopalıç» adlandırılan Nikolay Straboqatovdur (Anatoli Papanov). Luzqa müharibə illərində kəşfiyyat polkunun kapitanı olmuş, alman mühasirəsinə düşmüş, lakin oradan qaçdıqdan sonra ona "vətən xaini" adı verilmişdir. Keçmiş baş mühəndis Kopalıça isə "ingilis casusu" damğası vurulmuşdur. Bir gün 6 nəfər həbsxanadan qaçmış quldur onların kəndinə soxulur. Onların yaşadığı kəndin Mankov adlı bir polisin PPŞ avtomatı olsa da, o, quldurlar tərəfindən öldürülür. Həmin quldurların öhdəsindən isə "vətən xaini" Luzqa gəlir... Film haqqında Film aktyor Anatoli Papanovun kinoda son işidir. Film SSRİ dövlət mükafatına layiq görülmüşdür. Film 1989-cu ildə "Nika" mükafatı ilə təltif olunmuşdur. Filmə 1988-ci ildə 41,8 milyon izləyici baxmışdır. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi — Eqdar Dubrovski Rejissor — Aleksandr Proşkin Operator — Boris Brojovski Səs operatoru — Aleksandr Sıqankov Rəssam — Valeri Filippov Montaj — Yelena Mixaylova Bəstəkar — Vladimir Martınov Dirijor — Vladimir Ponkin Valeri Priyomıxov — Sergey Basargin («Luzqa») Anatoli Papanov — Nikolay Staroboqatov («Kopalıç») Yuri Kuznetsov — İvan Zotov Vladimir Kapşur — Fadeiç Nina Ustaova — Lidiya Matveyevna Viktor Stepanov— Mankov Zoya Buryak — Şura Vladimir Qolovin — Baron Aleksey Kolesnik — Kryuk Andrey Dudarenko — Mixalıç Viktor Kosıx — Muxa Sergey Blasov— Vityok Yelizaveta Solodova — Kopalıçın arvadı Boris Plotnikov — Kopalıçın oğlu Epizodlarda Darya Kaprova — qoca Kirill Labutin Tatyana Lebedkova Mükafatları SSRİ dövlət mükafatı (1989) "Nika" mükafatı — ən yaxşı oynanılmış filmə görə (1989) Beynəlxalq kinofestival prizi, Xixone, İspaniya (1989) "İlin ən yaxşı filmi" (1988) Valeri Priyomıxova ən yaxşı aktyor prizi (1988) Anatoli Papanova SSRİ dövlət mükafatı (1989). Xarici keçidlər «Əlliüçüncü ilin soyuq yayı...» — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=460432
Əllə çəkilmiş karikatura
Əllə çəkilmiş animasiya və ya Ənənəvi animasiya hər bir kadrın, ölçülü rəsmlərin kadr-kadr çəkilişinə əsaslanan animasiya texnikası. XIX əsrin sonu - XX əsrin əvvəllərində yaranmışdır. Bu üsul kompüter animasiyasının yaranmasına qədər kinoda dominant olmuş animasiya forması olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=767318
Əllənən purpura
Əllənən purpura (palpabl purpura) – dəri vaskulitinin ən çox rast gələn əlamətidir, tipik yeri aşağı ətraflardır, güclə əllənən purpur ləkələrdən ibarətdir. Mərkəzində nekrotik toxuma olur.
https://az.wikipedia.org/w/index.php?curid=827892
Əllər
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır. Həmçinin bax Yad əl sindromu Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=757785
Əllər və rənglər (film, 1974)
Filmin süjeti təzadlar üzərində qurulmuşdur. Burada rəssam Toğrul Nərimanbəyovun "Xoşbəxtlik", "Həyat Naminə" rəngkarlıq əsərləri gözlərimiz önündə canlanır. Onu xalça toxuyan qızın əlləri əvəz edir. Heykəltəraşın yeni əsər üzərində necə həvəslə işlədiyini görürük. Bu vaxt ekranda xronikal kadrlar nümayiş etdirilir. Hitlerçilər minlərlə günahsız insanları güllələyir, asırlar. Onların əlləri qana batır. Yenidən ekranda rəssamlarımızdan Kamil Nəcəfzadənin "Analıq", Toğrul Nərimanbəyovun "Şəhər Bazarı", R.Babayevin "Çayçı" əsərləri nümayiş etdirilir. Bu gözəl əsərləri birdən-birə Vyetnam müharibəsi əvəz edir. Göydən yerə bombalar yağış kimi yağdırılır, kəndlər yandırılır, qadınlar, uşaqlar, qocalar məhv edilir, qan su yerinə axıdılır. Bunları da insanlar törədir. Yenidən ekranda ürəkaçan əsərlər görünür. Tahir Salahovun "Neftçi Portreti", "Növbəyə", "Bəstəkar Qara Qarayev" əsərləri bizə zövq verir, bu həyatda insan kimi yaşayıb yaratmağın nə qədər gözəl olduğunu bir daha tamaşaçılara xatırladır Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Ramiz Axundov Ssenari müəllifi: Elçin
https://az.wikipedia.org/w/index.php?curid=54591
Əlləz Vəliyev
Əlləz Nəbi oğlu Vəliyev (13 fevral 1952, Ormeşən, Dmanisi rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, (2020-2021) Prezident təqaüdçüsü. Əlləz Ormeşənli 13 fevral 1952-ci ildə Ulu Borçalıda, qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Ormeşən kəndində anadan olub. 1966-ci ildə Ormeşən 8 illik məktəbi, 1968-ci ildə Darvaz orta məktəbini, 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunun meşəçilik fakültəsini bitirib. 1971-1973-cü ildə hərbi xidmətdə olmuş. 1974-1975-ci ildə Qomareti meşəçiliyində sahə rəisinin köməkçisi, sonralar isə uzun müddət Ormeşən meşəçiliyində müxtəlif vəzifələrdə işləmiş. İşlədiyi müddətdə doğma elinə, təbiətə, o yerlərin insanlarına daha çox bağlanmış. Bu məhəbbətin təzahürü olaraq “Borçalıda qədim Ormeşən eli” kitabını yazıb. Bu kitaba görə “Qızıl qələm” mükafatı laureatı adına layiq görülmüş. Ormeşən kəndi haqqında yazmış olduğu kitab XIX əsrdən müasir dövrümüzə qədər olan dövrü əhatə edir. Burada Ormeşən kəndinin ağsaqqalları, ağbircəkləri, ziyalıları, iş adamları, İkinci Dünya müharibəsinin iştirakcıları, zabitləri, əzəli torpağımız olan Qarabağ uğrunda döyüşən oğullarmız haqqında məlumatlar geniş və əhatəli göstərilmişdir. Həmdə kitabda bu unudulmaz kəndin füsunkar gözəllikləri, yamyaşıl ormanları, sıx meşələri, Şır-şır axan bulaqları, dərələri, dağları gözəl təsvir olunub. İkinci kitab “Xalqa – elə məhəbbətin bəhrəsi” kitabıdır. Bu kitabda isə müəllifin həyatı boyu gördüyü və bildiyi həqiqətləri; 1958- 1966-cı illərdə Ormeşən 8-illik məktəbində, 1966-1968-ci illərdə Darvaz orta məktəbində; məktəb yoldaşları və müəllimləri; 1968-1971-ci illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda oxuyan zaman, tələbə və dərs deyən müəllimlər; bununla bərabər 27 mart 2011-ci ildə “Nərgiz” nəşriyyatı tərəfindən buraxılmış “Borçalıda qədim Ormeşən eli” kitabı haqqında ziyalıların və bir sıra qələm sahiblərinin yazmış olduğu rəy və xoş sözləri kitabda yerləşdirilmişdir. Meşəçilər haqqında yazmış olduğu “Təbiətdə izi qalan meşəçilər” kitabı üçüncü kitabıdır. “Təbiətdə izi qalan meşəçilər” kitabı AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Kitabında Azərbaycan Respublikasının tanınmış təbiətşünasları, meşə təsərrüfatı işinin görkəmli təşkilatçıları, meşəçi alimlər, meşələrin qorunmasında xüsusi əməyi olan meşəçilər, meşə gözətçiləri və onların sayəsində salınmış və qorunub bu günümüzə ərmağan edilmiş gözoxşayan meşəliklər haqqında məlumatlar yer almışdır. Geniş oxucu kütləsi, təbiətsevərlər və ziyalılar tərəfindən bu kitab maraqla qarşılanmışdır. “Meşə Təsərrüfatının görkəmli təşkilatçısı və dövlət xadimi Mehdi Mustafayev-100” kitabı isə onun dördüncü kitabıdır. Bu kitab meşə təsərrüfatının görkəmli təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Həsən oğlu Mustafayevin anadan olmasının 100 illik yubleyi ilə əlaqədar olaraq tərtib edib hazırladığı bu kitabda Mehdi Mustafayevin təbiətə, xüsusilə meşələrə vurğunluğu, respublikada meşəçilik sahəsində böyük uğurları, hərtərəfli dünyagörüşü, Vətənə, xalqa bağlılığı, cəmiyyətdə qazandığı nüfuz, hörmət və ehtiram, nəcib insan keyfiyyətləri haqqında məlumat verilmişdir. Eyni zamanda Mehdi Mustafayevi yaxından tanıyan, onunla ünsüyyətdə olan respublikanın tanınmış ziyalıları və elm adamlarının bu görkəmli şəxsiyyət haqqında səmimi duyğuları, ürək sözləri və yaxın qohumları haqqında məlumatlar təqdim edilmişdir. Meşə təsərrüfatının görkəmli təşkilatçısı və dövlət xadimi, meşəçilərin yaxın dostu olmuş Mehdi Mustafayevin həyat və əmək yolu tarixcəsini əks etdirən bu kitabın geniş oxucu kütləsi, təbiətsevərlər və meşəcilər tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir."Əlləz Vəliyev(Ormeşənli-70" kitabı isə müəllifin beşinci kitabıdır.Bu kitab Əlləz Vəliyevin anadan olmasının 70 illik yubleyi ilə əlaqədar olaraq tərtib edilmişdir. Bu kitabda Əlləz Vəliyevin uğurları, hərtərəfli dünyagörüşü, Vətənə, xalqa bağlılığı, cəmiyyətdə qazandığı nüfuz, eyni zamanda Əlləz Vəliyevin yazmış olduğu məqalələr, yaxından tanıyan, onunla ünsüyyətdə olan respublikanın tanınmış ziyalıları və elm adamlarının bu şəxsiyyət haqqında səmimi duyğuları, ürək sözləri və yaxın qohumları haqqında məlumatlar təqdim edilmişdir. Ailəlidir, 3 oğlu, 6 nəvəsi var. Həyat yoldaşı Fəridə Məmmədova, oğulları: Elçin Vəliyev, Anar Vəliyev, Nizami Vəliyev. Nəvələri: Murad Elçin oğlu, Rəşad Anar oğlu, Aysun Elçin qızı. Sunay Anar qızı, Fəridə Nizami qızı, Anastasiya Nizami qızı.
https://az.wikipedia.org/w/index.php?curid=732754
Əlmohadlar
Əlmüvəhhidilər (ərəb. əl-müvahhidun) — Əlmürabiləri sıxışdıraraq Məğribdə (Şimali Afrika) hakimiyyətə yiyələnən berber tayfaları. Əlmüvəhhidilərin tarix səhnəsinə çıxmaları Məhəmməd bin Əbdullah bin Tumərtin adı ilə bağlıdır. İbn Tumərt təkallahlılığ ideyasının qatı tərəfdarı idi; buna görə də onun davamçıları əl-müvəhhidun (təkallahlılar) deyilirdi. İbn Tumərt gəncliyində Şərqə gedir(1107) və orada müsəlman dininin bütün incəliklərinə yiyələnir. 1118-ci ildə Məğribə qayıdaraq o, Əlmürabilərin dini praktikalarına qarşı çıxaraq onlara qarşı düşmən mövqe sərgiləməyə başlayır. 1124-cü ildə o, Əlmürabi süvariləri üçün əlçatmaz olan Atlas dağlarında (Tinmaldaki Nafis vadisi) dağlılardan, əsasən məsmuda tayfasından ibarət icma yaradır. İcmanın yeniliyi onun dini səciyyəsində idi: bu ilahi birlik idi (əl-müvahhidun). Keçmiş qarşılıqlı münasibətlərindən asılı olmayaraq, bu şüar altında, müxtəlif milliyətlərdən olan ayrı -ayrı insanlar və bütöv qruplar birləşirdi. Onlar Mehdi İbn Tumərtin və onun yaratdığı strukturu, yeri gəlmişkən tayfa quruluşu bu struktura yad deyildi; müxtəlif tayfalar onu qəbul edirdilər, tanıdılar. Bundan başqa icmada ciddi iyerarxiya vardi. Bu şilx cəmiyyətinin daxilində çox ciddi islahatlar idi. Beləliklə İbn Tumərtin yaratdığı icma sadəcə tayfa quruluşu çərçivəsindən kənara çıxırdı, eyni zamanda tayfa strukturunun bəzi cəhətlərini özündə ehtiva edərək. Buradan İbn Tumərt hər tərəfə öz təbliğatını yaymağa başladı. Əlmürabilər onu öldürmək istəyirdilər. Onlar İbn Tumərtin icmasını dağlara sıxışdırdılar və Mərakeş vadisinə yollunu bağladılar. Əvvəlcə İbn Tumərt cənuba Atlas dağlarına bitişik Böyük Səhraya doğru hərəkət etdi, lakin qurtuluş burada deyildi. Buna görə bir çox dağlı tayfalarını öz ətrafında birləşdirən İbn Tumərt Mərakeşə qarşı hücuma keçir(1130), lakin məğlub olur. Çox keçməmiş İbn Tumərt ölür. Tafna rayonundan olan bərbər Əbd əl-Mömin bin Əli onun varisi olur. Tinmal vadisinə sıxışdırılan Əlmüvəhhidilar Atlas dağlarının daxili massivində, Sus və Dra vadilərində, öz hakimiyyətlərini yaymaqla məşğul olurlar. Nəhayət onlar 1141-ci ildə özlərini, hücum üçün yetərincə güclü hiss edirlər, lakin 1130-cu ilin məğlubiyyətini unutmayaraq onlar düzənliyə enməyə tələsmirlər və asanlıqla dağları tabe etməyi davam edərək, Mərkəzi, Orta Atlası və Rifi özlərinə tabe edirlər. Ancaq Tlemsen -Oran rayonunda 1145-ci ildə onlar Əlmürabilərə qarşı açıq hücum etmək qərarına gəlirlər. İki il ərzində onlar dağlıq Mərakeşə yiyələnərək, düzənlik Mərakeşini ələ keçirməkdə çətinlik çəkirlər və ancaq 1149-cu ildə Mərakeşi tamamilə ələ keçirirlər. Genişlənməsi Şərqə hərəkəti davam edərək Əbd əl-Mömin burada, İfriqiyənin sahil şəhərlərini ələ keçirən, II Rocer Siciliyalının normanları ilə qarşılaşır. 1152-ci ildə o, yürüş təşkil edir, ehtimal ki, bu məsmuda tayfasına qarşı olan neqativ münasibəti, xarici düşmənə qarşı yönəltmək məqsədi güdürdü, eyni zamanda Əbd əl-Möminin ətraf əraziləri tabe etmək niyyəti də var idi. Əlcəzair, Buji və Qabil massivi asanlıqla ələ keçirildi, lakin Əlmüvəhhidilər bununla kifayətlənmədilər, onlar qüvvələrini darmadağın etdikləri Həmmadilər dövlətinin bütün ərazisini yiyələnmək niyyətində idilər. Qalat bəni Həmadı və Konstantinanı işğal edib, burada ərəb tayfaları ilə qarşılaşırlar. Ərəblər məğlub oldular. Məğlub olmuş ərəb tayfalarının bir neçəsini Əbd əl-Mömin Mərakeş ərazisinə köçürtdü. Burada əvvəllər breaqvata tayfasının geniş sahələri vardı. Əbd əl-Mömin onları burada İspaniyaya gələcək mümkün yürüşlər üçün yerləşdirirdi, oradan əski rəqiblərin — xristianların — təhdidi vardı. 1150-ci ildə bu ərəb tayfaları Əlmüvəhhidi dövlətinin yaranmasında rol oynadılar. Bununla Əbd əl-Mömin bərbər ənənəsinə qarşı gedirdi. Və bəzi bərbər tayfaları buna qarşı çıxış etdilər. Əbd əl-Mömin buna cavab olaraq öz oğullarını dövlətin əsas şəhərlərinə vali təyin etdi. Normanlarla qarşıdurma Eyni zamanda İfriqiyə hələ də müstəqil olaraq qalırdı, və burada əsas təhdid kimi bədəvi-ərəblərdən başqa siciliyalı normanlar da çıxış edirdilər. 1154-cü ildən sonra sahilboyunun bir çox şəhərləri xristian-normanların kralı I Vilhelm Siciliyalıya qarşı çıxdılar. 1158-ci ildə Zəvilə müsəlmanları Əlmüvəhhidilərdan kömək istədilər. 1159-cu ildə Tunisə Əlmüvəhhidilərin qoşunları gəlir, buradan hərəkət edərək, onlar, siciliyalı-normanların əldə saxladıqları Mehdiyyəni mühasirəyə alırlar, onların başqa dəstələri Tunisin və Tripolitaniyanın başqa ərazilərində müqavimətlə qarşılaşmırlar. Təminatsız qalan normannlar 21 yanvar 1160-cı ildə təslim olurlar. Beləliklə 1160-cı ilə qədər bütün Şimali Afrika Əlmüvəhhidilərə tabe olur. Əlmüvəhhidilər İspaniyada Uzun mühasirədən sonra Əlmüvəhhidilər Fes şəhərini, 1147 ilin aprelində isə Mərakeşi alırlar və Əlmürabilərin hakimiyətinə son qoyurlar. 1151 ildə Əbd əl-Mömin Əlmürabilərin mirası üzərində yaranan kiçik əmirlikləri darmadağın etdi. Sonrakı doqquz il ərzində o Tunisin və Mavritaniyanın ağası oldu və rəsmi olaraq Əmir-əl-üməra titulunu qəbul etdi və beləliklə onun Abbasi xəlifələrinin vassallığı qurtardı. Əlmürabilərdən sonra müsəlman İspaniyası yenə daxili müharibələrə qərq oldu. Ləmtuna tayfa birliyi ilə yaşamaq istəməyən feodallar didişməyə başladı. Bu arada Lissabon birdəfəlik xristianların əlinə keçdi, kastiliyalıların qoşunları düz Kordovanın özünə yaxınlaşdılar, Barselona qrafları Tortosu və Leridanı aldılar. Artıq 1145 ildə Əlmüvəhhidilərin Pireney yarımadasında dayaqları vardı. Sonrakı il onlar Qədisi aldılar, 10 ilə onlar İspaniyanın cənubuna, o cümlədən Qranadaya nəzarət edirdilər. Almeriyanı xristianlardan geri aldılar. İspaniyada onlar Sevilyanı özlərinə paytaxt etdilər. Əbd əl-Mömin 1162 ildə indiki Rabat şəhərində öldü. Onun ölümündən sonra hakimiyyətin irsən keçməsi prinsipi bərqərar oldu. Əlmüvəhhidilərin yuxarı təbəqələri sürətlə feodallaşdı; başqa dinlərə mənsub olanların təqibi gücləndi. Əlmüvəhhidilər Rekonkistaya qarşı Əlmüvəhhidilərin Las Navas de Tolosa döyüşündəki strateji məğlubiyətindən sonra müsəlmanların İspaniyada mövqeləri sarsıldı, lakin onlar bundan sonra hələ uzun müddət xristianların təzyiqinə davam gətirə bildilər. Əlmüvəhhidilərin Qranadadan başqa İspaniyadakı bütün ərazilərini itirdi. Şərq əyatləri də bir-birinin ardınca Əlmüvəhhidilər dövlətindən ayrıldı. 1269 ildə Marinilər sülaləsinin əmirləri Mərakeşi işğal etdi və Əlmüvəhhidilər sülaləsinə son qoyuldu. Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1980. 4-cü cild. Səh. 184.
https://az.wikipedia.org/w/index.php?curid=470289
Əlmoravilər
Əlmürabilər, əl-Mürabilər (1090-1147; əl-Murabitun, yaxud "yaşmananlar" - ləmtuna) — 150 ilə yaxın zaman ərzində Məğribin və İspaniyanın böyük hissəsinə hökmranlıq etmiş sülalə. Sonralar Əlmüvəhhidilər tərəfindən sıxışdılımışlar. Abdulla ibn Yasinin başçılığı ilə bərbər tayfalarının hərəkatı nəticəsində yaranmışdı. Əlmürabilər Mərakeşdə 1060-cı ildə cənubdan şimala hərəkət edərək Atlas dağlarından keçib Məğribdə 1070-ci ildə Mərakeşin əsasını qoyan bərbər tayfaları. Söhbət bərbərlərdən - müasir Mavritaniyada və Rio-de-Oro rayonlarında yaşayan köçəri maldarlardan gedir. Onların hərəkatın mərkəzi indiki Mavritaniya ərazisi idi. Burada Abdulla ibn Yasinin ribatı (xanəgahı) yerləşmişdir. Onun ardıcılları əlmürabitun ("ribatda yaşayanlar") adlanırdı. Onlar gəzərgi həyat tərzi keçirməli və din düşmənləri ilə mübarizə üçün hərb sənətini öyrənməli idilər. Hərbi rəhbərlik Ləmtun tayfası əmirlərinin (Əlmürabilərin ikinci adı - Ləmtun da buradandır) əlində idi. 11 əsrin ortalarına yaxın Əlmürabilər Cənubi Mərakeşi özünə tabe etdilər. Sonrakı işğal dövründə Əlmürabilər "kafir" və "dönükləri" məhv edir, ədalətsiz hakimlərə və "qanunsuz vergilərə" qarşı mübarizə aparırdılar. 1090 ildə Əlmürabilər özlərinə müsəlman İspaniyasını tabe ediblər. Dövlətin tərkibinə Mərakeş, Qərbi Əlcəzair, müsəlman İspaniyası və Balear adaları daxil idi. Əlmürabilər Mərakeşdə sonrakı işğalları üçün baza yaratdılar. Burada ərəblərlə Əlmürabilərin hərəkətlərində fərqlər də maraqlıdır: əgər birincilər burada heç bir şəhər yaratmadılarsa, və hətta Kayravanda bəzən dağıntılar da törədirdilər, ikincilər - bərbərlər - burada daimi baza yaratmaq ehtiyacı duyurdular. Bu baza Mərakeş oldu. Sonralar XII əsrdə Əlmürabi dövləti yarananda Mərakeş böyük şəhərə çevrildi. Əlmürabi Yusuf İbn Təşvin iki əvvəllər düşmənçilik edən şəhəri birləşdirərək Fes şəhərini yaratdı. Bu şəhər Əlmürabilərin Pireney yarımadasına yürüşlərinin bazası oldu. Şərqdə onlar Əlcəzairə qədər nüfuzlarını yaydılar. Lakin onların fəaliyyətlərinin mühüm hissəsi həm də Ərəb İspaniyası ilə bağlıdır. Əlmürabilər İspaniyada İspaniya müsəlmanları Kastiliya kralı VI Alfons tərəfindən sıxışdırılırdılar və onlar Əlmürabilərdən kömək istədilər. Əlmürabilər, həmişə belə hallarda olduğu kimi, müsəlman həmrəyliyində və neofit təəsübkeşliyində bulunurdular. Yusuf unutmurdu ki, Əlmürabilər Mərakeşə, dinin müdafiəsi bayrağı altında gəlmişdilər. Hər halda Əlcəzair ərazisini tutandan sonra, onlar Rekonkistaçıların əl-ayağını yığmaq üçün İspaniyaya yollandılar(1086). Onların əvvəldən İspaniyada qalmağa düşünürdülər, yoxsa onları hadisələrin gedişi aparırdı? Dürüst ancaq o məlumdur ki, ispan xristian krallıqları bir-biri ilə düşmənçilik edirdilər və düşmən qarşısında birləşə bilməməkləri onları asan şikara çevirirdi. Uzun sözün qısası Badaxos ərazisindəki Zəlləq döyüşündən 10 il sonra Yusuf, ancaq müstəqilliyini saxladığı Saraqosadan başqa, bütün İspaniyanın hakimi oldu. Mədəniyyət və elm X-cu əsrdə Qərbi Böyük Səhranın bəzi şəhərlərində və cənubdan Böyük Səhraya bitişik Sahil sahəsində islam möhkəmlənir, burada "dini məktəblər" yaranmağa başlayır. Əl-Bəkrinin yazdığına görə, Böyük Səhranın qərbində, belə şəhər-vahələrdən biri də, bərbər müsəlmanların məskunlaşdığı, Audaqost olur. Bütün çoxsaylı məsçidlərdə "Quranı təbliğ edənlər vardı". Şimali Afrikanın ən böyük islam mədəniyyəti mərkəzinə, öz kəlam alimləri və qanunvericiləri ilə məşhur Kayravan(Kayruan)şəhəri çevrilir. Alimlər Malkusa şəhərində də yaşayırdılar. Qoddala qəbilələrinin başçısı Yəhya ibn Yasin burada, gələcək Əlmürabilər hərəkatının başçısı Abdullah ibn Yasini tapır. O, Cənubi Mərakeşdə, islam təbliğatını aparmaq üçün, qoddala bərbərləri arasında məskunlaşır. 1039-cu ildə Böyük Səhraya gəlməsindən, bir az sonra Abdullahın artıq 60 şagirdi olur.[2] 12 əsrin əvvəllərindən Əlmürabilər dövləti tədricən tənəzzülə uğrayır. Dözülməz dini məhdudiyyətlər, ağır vergilər, ordunun və hakimlərin özbaşınalığına qarşı genişlənən narazılıq dövləti zəiflətdi və nəticədə Əlmürabilər Əlmüvəhhidilərə müqavimət göstərə bilmədi. Bununla da 1146-cı ildə Əlmürabilər dövləti süqut etdi. [3] Azərbaycan Sovet Ensiklopediyası. 4-cü cild. Bakı, 1980. Səh. 185. Xarici keçidlər Həmçinin bax Əlmüvvəhidilər Zəlləq döyüşü Abdullah ibn Yasin
https://az.wikipedia.org/w/index.php?curid=470286
Əlmürabilər

https://az.wikipedia.org/w/index.php?curid=328775
Əlmüvəhhidilər
Əlmüvəhhidilər (ərəb. əl-müvahhidun) — Əlmürabiləri sıxışdıraraq Məğribdə (Şimali Afrika) hakimiyyətə yiyələnən berber tayfaları. Əlmüvəhhidilərin tarix səhnəsinə çıxmaları Məhəmməd bin Əbdullah bin Tumərtin adı ilə bağlıdır. İbn Tumərt təkallahlılığ ideyasının qatı tərəfdarı idi; buna görə də onun davamçıları əl-müvəhhidun (təkallahlılar) deyilirdi. İbn Tumərt gəncliyində Şərqə gedir(1107) və orada müsəlman dininin bütün incəliklərinə yiyələnir. 1118-ci ildə Məğribə qayıdaraq o, Əlmürabilərin dini praktikalarına qarşı çıxaraq onlara qarşı düşmən mövqe sərgiləməyə başlayır. 1124-cü ildə o, Əlmürabi süvariləri üçün əlçatmaz olan Atlas dağlarında (Tinmaldaki Nafis vadisi) dağlılardan, əsasən məsmuda tayfasından ibarət icma yaradır. İcmanın yeniliyi onun dini səciyyəsində idi: bu ilahi birlik idi (əl-müvahhidun). Keçmiş qarşılıqlı münasibətlərindən asılı olmayaraq, bu şüar altında, müxtəlif milliyətlərdən olan ayrı -ayrı insanlar və bütöv qruplar birləşirdi. Onlar Mehdi İbn Tumərtin və onun yaratdığı strukturu, yeri gəlmişkən tayfa quruluşu bu struktura yad deyildi; müxtəlif tayfalar onu qəbul edirdilər, tanıdılar. Bundan başqa icmada ciddi iyerarxiya vardi. Bu şilx cəmiyyətinin daxilində çox ciddi islahatlar idi. Beləliklə İbn Tumərtin yaratdığı icma sadəcə tayfa quruluşu çərçivəsindən kənara çıxırdı, eyni zamanda tayfa strukturunun bəzi cəhətlərini özündə ehtiva edərək. Buradan İbn Tumərt hər tərəfə öz təbliğatını yaymağa başladı. Əlmürabilər onu öldürmək istəyirdilər. Onlar İbn Tumərtin icmasını dağlara sıxışdırdılar və Mərakeş vadisinə yollunu bağladılar. Əvvəlcə İbn Tumərt cənuba Atlas dağlarına bitişik Böyük Səhraya doğru hərəkət etdi, lakin qurtuluş burada deyildi. Buna görə bir çox dağlı tayfalarını öz ətrafında birləşdirən İbn Tumərt Mərakeşə qarşı hücuma keçir(1130), lakin məğlub olur. Çox keçməmiş İbn Tumərt ölür. Tafna rayonundan olan bərbər Əbd əl-Mömin bin Əli onun varisi olur. Tinmal vadisinə sıxışdırılan Əlmüvəhhidilar Atlas dağlarının daxili massivində, Sus və Dra vadilərində, öz hakimiyyətlərini yaymaqla məşğul olurlar. Nəhayət onlar 1141-ci ildə özlərini, hücum üçün yetərincə güclü hiss edirlər, lakin 1130-cu ilin məğlubiyyətini unutmayaraq onlar düzənliyə enməyə tələsmirlər və asanlıqla dağları tabe etməyi davam edərək, Mərkəzi, Orta Atlası və Rifi özlərinə tabe edirlər. Ancaq Tlemsen -Oran rayonunda 1145-ci ildə onlar Əlmürabilərə qarşı açıq hücum etmək qərarına gəlirlər. İki il ərzində onlar dağlıq Mərakeşə yiyələnərək, düzənlik Mərakeşini ələ keçirməkdə çətinlik çəkirlər və ancaq 1149-cu ildə Mərakeşi tamamilə ələ keçirirlər. Genişlənməsi Şərqə hərəkəti davam edərək Əbd əl-Mömin burada, İfriqiyənin sahil şəhərlərini ələ keçirən, II Rocer Siciliyalının normanları ilə qarşılaşır. 1152-ci ildə o, yürüş təşkil edir, ehtimal ki, bu məsmuda tayfasına qarşı olan neqativ münasibəti, xarici düşmənə qarşı yönəltmək məqsədi güdürdü, eyni zamanda Əbd əl-Möminin ətraf əraziləri tabe etmək niyyəti də var idi. Əlcəzair, Buji və Qabil massivi asanlıqla ələ keçirildi, lakin Əlmüvəhhidilər bununla kifayətlənmədilər, onlar qüvvələrini darmadağın etdikləri Həmmadilər dövlətinin bütün ərazisini yiyələnmək niyyətində idilər. Qalat bəni Həmadı və Konstantinanı işğal edib, burada ərəb tayfaları ilə qarşılaşırlar. Ərəblər məğlub oldular. Məğlub olmuş ərəb tayfalarının bir neçəsini Əbd əl-Mömin Mərakeş ərazisinə köçürtdü. Burada əvvəllər breaqvata tayfasının geniş sahələri vardı. Əbd əl-Mömin onları burada İspaniyaya gələcək mümkün yürüşlər üçün yerləşdirirdi, oradan əski rəqiblərin — xristianların — təhdidi vardı. 1150-ci ildə bu ərəb tayfaları Əlmüvəhhidi dövlətinin yaranmasında rol oynadılar. Bununla Əbd əl-Mömin bərbər ənənəsinə qarşı gedirdi. Və bəzi bərbər tayfaları buna qarşı çıxış etdilər. Əbd əl-Mömin buna cavab olaraq öz oğullarını dövlətin əsas şəhərlərinə vali təyin etdi. Normanlarla qarşıdurma Eyni zamanda İfriqiyə hələ də müstəqil olaraq qalırdı, və burada əsas təhdid kimi bədəvi-ərəblərdən başqa siciliyalı normanlar da çıxış edirdilər. 1154-cü ildən sonra sahilboyunun bir çox şəhərləri xristian-normanların kralı I Vilhelm Siciliyalıya qarşı çıxdılar. 1158-ci ildə Zəvilə müsəlmanları Əlmüvəhhidilərdan kömək istədilər. 1159-cu ildə Tunisə Əlmüvəhhidilərin qoşunları gəlir, buradan hərəkət edərək, onlar, siciliyalı-normanların əldə saxladıqları Mehdiyyəni mühasirəyə alırlar, onların başqa dəstələri Tunisin və Tripolitaniyanın başqa ərazilərində müqavimətlə qarşılaşmırlar. Təminatsız qalan normannlar 21 yanvar 1160-cı ildə təslim olurlar. Beləliklə 1160-cı ilə qədər bütün Şimali Afrika Əlmüvəhhidilərə tabe olur. Əlmüvəhhidilər İspaniyada Uzun mühasirədən sonra Əlmüvəhhidilər Fes şəhərini, 1147 ilin aprelində isə Mərakeşi alırlar və Əlmürabilərin hakimiyətinə son qoyurlar. 1151 ildə Əbd əl-Mömin Əlmürabilərin mirası üzərində yaranan kiçik əmirlikləri darmadağın etdi. Sonrakı doqquz il ərzində o Tunisin və Mavritaniyanın ağası oldu və rəsmi olaraq Əmir-əl-üməra titulunu qəbul etdi və beləliklə onun Abbasi xəlifələrinin vassallığı qurtardı. Əlmürabilərdən sonra müsəlman İspaniyası yenə daxili müharibələrə qərq oldu. Ləmtuna tayfa birliyi ilə yaşamaq istəməyən feodallar didişməyə başladı. Bu arada Lissabon birdəfəlik xristianların əlinə keçdi, kastiliyalıların qoşunları düz Kordovanın özünə yaxınlaşdılar, Barselona qrafları Tortosu və Leridanı aldılar. Artıq 1145 ildə Əlmüvəhhidilərin Pireney yarımadasında dayaqları vardı. Sonrakı il onlar Qədisi aldılar, 10 ilə onlar İspaniyanın cənubuna, o cümlədən Qranadaya nəzarət edirdilər. Almeriyanı xristianlardan geri aldılar. İspaniyada onlar Sevilyanı özlərinə paytaxt etdilər. Əbd əl-Mömin 1162 ildə indiki Rabat şəhərində öldü. Onun ölümündən sonra hakimiyyətin irsən keçməsi prinsipi bərqərar oldu. Əlmüvəhhidilərin yuxarı təbəqələri sürətlə feodallaşdı; başqa dinlərə mənsub olanların təqibi gücləndi. Əlmüvəhhidilər Rekonkistaya qarşı Əlmüvəhhidilərin Las Navas de Tolosa döyüşündəki strateji məğlubiyətindən sonra müsəlmanların İspaniyada mövqeləri sarsıldı, lakin onlar bundan sonra hələ uzun müddət xristianların təzyiqinə davam gətirə bildilər. Əlmüvəhhidilərin Qranadadan başqa İspaniyadakı bütün ərazilərini itirdi. Şərq əyatləri də bir-birinin ardınca Əlmüvəhhidilər dövlətindən ayrıldı. 1269 ildə Marinilər sülaləsinin əmirləri Mərakeşi işğal etdi və Əlmüvəhhidilər sülaləsinə son qoyuldu. Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1980. 4-cü cild. Səh. 184.
https://az.wikipedia.org/w/index.php?curid=328782
Əlməki (Sultaniyə)
Əlməki (fars. المكي) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 420 nəfər yaşayır (98 ailə). Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=774503
Əlməkolu
Əlməkolu — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Kənddə cəmi 4 nəfər yaşaayır. Adının mənası Siyəzən rayonunun Dağ Quşçu i.ə.v.-də kənd. Əlməkolu dağının ətəyindədir. Oykonim əlməkolu bitkisinin adındandır. Həmçinin bax Siyəzən rayonu
https://az.wikipedia.org/w/index.php?curid=16724
Əlmərdan xan Şamlı
Əlmərdan xan Şamlı (?-?)-Nadir şahın səfiri, sərkərdə Nadir şah Əfşar qüdrətli sərkərdə olmaqla yanası həm də diplomat idi və bu sahədə fəaliyyət gostərən Əlimərdan xan Samlını və basqalarını da bu missiyanı yerinə yetirməyə hazırlamışdı. Əlimərdan xan Samlı Səfərvilər və əfsarlar hakimiyyətləri dovrunun gorkəmli səxsiyyətlərindəndir. O, Luristan hakimi olmuşdu. Nadir şah 1145-ci (1732) ildə II Təhmasibi hakimiyyətdən saldıqdan sonra dövlətin siyasətini xarici dövlətlərə bildirmək sahəsində işə başladı. Nadir şah Qırxlı-Avşar Fars valisi Məhəmmədəli xan Qullarağasını diplomatik numayəndə kimi Hindistana, Məhəmməd şah sarayına göndərdi. Məqsəd bu idi ki, Hindistan şahı Nadir şahın hakimiyyətini tanısın və əfqanlara öz torpağında sığınacaq verməsin. Sahcahanabad sarayında, Dehlidə, Nadir şahın bu tələblərinə əməl olunmadı. Beləliklə, Məhəmmədəli xan ona tapşırılan işi yerinə yetirə bilmədi. Nadir şah hələ Muğan qurultayı günlərində Əlimərdan xanı əfqanlarla bağlı məsələyə aydınlıq gətirmək üçün Hindistana göndərdi. Əlimərdan xan Şamlı Nadirin şahlıq taxtına çıxması xəbərini Hindistan padşahına çatdırmaqla bərabər, ondan əfqanların bu ölkənin daxilində sığınacaq tapmasına yol verməməsini də xahiş etməli idi. Həmin xahiş Nadir şahın hind padşahına ünvanladığı məktubunda da öz əksini tapmışdı. Əlimərdan xan Samlı 1738-ci ildə İstanbula Osmanlı dövləti sarayına elçi kimi getmişdi. Nadir şah iranlı zəvvarların Nəcəf yolu ilə Məkkəyə göndərilməsinə razı oldu. Bir şərtlə ki, Bağdad iranlı zəvvarlar karvanlarının mühafizəsinə və ehtiyaclarının ödənməsinə öz köməyini əsirgəməsin. Cəfəri məzhəbinin tanınması və Kəbədə 5-ci mehrabın açılması Nadir şah üçün əhəmiyyət kəsb edən məsələlərdən biri idi. Ona görə bu məsələlərin Osmanlı sarayı tərəfindən qəbul edilməsinə bir də cəhd göstərdi və Luristan bəylərbəyi Əlimərdan xanı öz elçisi kimi Osmanlı nümayəndə heyəti ilə birlikdə yenidən Osmanlı sarayına göndərdi. Osmanlı sarayına olan xoş münasibətini nümayiş etdirmək üçün Nadir şah Osmanlı elçilərinə isti qonaqpərvərlik göstərdi, nümayəndə heyətinin üzvlərinə bahalı hədiyyələr bağışladı və onları ehtiramla yola Nadir şah yenidən Hindistana bir numayəndə göndərməli oldu. O, bu dəfə Kabildən Əlimərdan xan Şamlını göndərdi və tapşırdı ki, əvvəlki numayəndə ilə, yəni Hindistanda qalmış Məhəmmədəli xanla görüşsün və bu məsələni birlikdə muzakirə etsinlər. Sonra İran şahının təkliflərini bildirsinlər. Əlimərdan xan Hindistana getdikdən sonra orada fəaliyyətini davam etdirdi və danısıqlardan bir nəticə hasil olmadıqda, Nadir şah özü Kabilin bir necə əyan və əşrafını yığaraq, Məhəmməd şahın sarayına yola düşdü. O, bu hərəkəti ilə açıq-aşkar demək istəyirdi ki, Hindistan şahının göstərdiyi bu cür rəftarın özü elə iki millət və iki dövlət arasında dostluğa dəlalət edir. Böyük siyasətçi olan Nadir şahın qosunları 1739-cu ilin 24 fevralında Boyuk Moğollar sülaləsindən olan Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutdu. Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009.səh.32-35. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=155832
Əlmət Dövlət Neft İnstitutu
Əlmət Dövlət Neft İnstitutu (ƏDNİ) — neft sənayesi üçün kadr hazırlayan Əlmət şəhərində regional ali təhsil müəssisəsi. Təsisçisi Tatarıstan Respublikasının Təhsil və Elm Nazirliyidir. Böyük Vətən Müharibəsi dövründə, ölkənin Qafqazda neft istehsalı və neft emalı sahələrini itirdiyi zaman, TASSR ərazisində neft yataqlarının kəşfiyyatı və geoloji kəşfiyyatı başladı. 40-cı illərin sonunda Tatarıstanda Cümhuriyyətin cənub-şərqinin görünüşünü kökündən dəyişdirən və bütün respublikanın həyatına böyük təsir göstərən bir hadisə baş verdi: məşhur Romaşkinskoye yatağı kəşf edildi və onun inkişafı və sənaye inkişafı başladı . Yeni neft bölgəsinə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarusiya və Sovet İttifaqının digər bölgələrindən mütəxəssislər gəldi. Ancaq yeni sahəyə gələn fəhlə və mühəndis kadrları genişlənən istehsalın, ilk növbədə ali təhsilli mütəxəssislərin ehtiyaclarını ödəyə bilmədi. Bu şərtlər altında mütəxəssislərin hazırlanmasının optimal forması bölgənin neft müəssisələrinin işçiləri arasından hazırlanması kimi qəbul edildi. Moskva Neft İnstitutu 1956-cı ilin sentyabrında Əlmət şəhərində qiyabi fakültənin bir təhsil və məsləhət mərkəzi (CPM) açan Qubkin. SSRİ Ali və Orta Təhsil Nazirinin 03/01/1959 tarixli 16 nömrəli əmri ilə MING-in qiyabi fakültəsinin filialı əsasında Tatar Axşam Fakültəsi (TVF) təşkil edildi. Fakültə mövcud olduğu müddətdə 33 məzuniyyəti tamamladı və beş ixtisas üzrə neft və qaz sənayesi üçün təxminən 3000 neft mühəndisi yetişdirdi. Tatarıstan Respublikası Nazirlər Kabinetinin 28.07.1992-ci il tarixli 415 nömrəli qərarı ilə “Dövlət Neft və Qaz Akademiyasının Tatar axşam fakültəsinin köçürülməsi haqqında Qubkin Tatarıstan Respublikası hökumət orqanlarının yurisdiksiyasına” TVF, 2003-cü ildə Əlmət Dövlət Neft İnstitutu (ƏDNİ) olaraq dəyişdirilən Əlmət Neft İnstitutu yaradıldı. Əlmət Neft İnstitutunun ilk rektoru V.N.Matveyev idi. 1999-cu ilin oktyabrından 2016-cı ilin martına qədər Aleksandr Aleksandrroviç Emekeyev rektor idi. 2016-cı ildən 2020-ci ilədək instituta Robert Zaqitoviç Nurqaliyev, 2020-ci ilin martından oktyabr ayınadək Aleksey Fedoroviç İvanov rəhbərlik etdi. 12 oktyabr 2020-ci il tarixindən Aleksandr Anatolyevich Dyakonov, Əlmət Dövlət Neft İnstitutunun rektoru vəzifəsinə təyin edildi. Hal-hazırda 3 fakültədə və 14 kafedrada 167 müəllim çalışır. 23 elmlər doktoru, 89 elmlər namizədi. ƏDNİ-də 2100-dən çox lisenziya və aspirant tələbəsi təhsil alır. Tələbələrin 5% -dən çoxu 8 MDB ölkəsindən gələn xarici tələbələrdir. 1956 - 2019-cu illərdə institutu 19 mindən çox mütəxəssis bitirib. ƏDNİ əyani şöbəsinin məzunlarının qəbulu və işə qəbul coğrafiyası. Hər il MDB ölkələrindən başqa, Rusiya Federasiyasının müxtəlif təsis qurumlarından olan tələbələr ƏDNİ-yə daxil olurlar: 2018-ci ildə Rusiya Federasiyasının və 8 MDB ölkəsinin 32 təşkilatının tələbələri təhsil aldılar. Eyni zamanda, birinci kurs tələbələrinin təxminən 25% -i Əlmət bələdiyyə dairəsinin sakinləri, 35% -dən çoxu Tatarıstan Respublikasının digər bölgələrinin sakinləri, təxminən 39% -i Rusiya Federasiyasının digər təsis qurumlarının sakinləridir, təqribən 1% MDB ölkələrinin sakinləridir. Hər il məzunların təqribən 65-75% -i öz fəaliyyətlərini Tatarıstan müəssisələri ilə əlaqələndirirlər. Tatarıstanın əsas məşğulluq şirkətləri: PJSC TATNEFT, LLC TagraS, ASC ALNAS, LLC Gazprom transgaz Kazan və başqaları. Məzunların təqribən 15-20% -i Rusiya Federasiyasının 25-dən çox quruluşunda (Tatarıstan Respublikası xaricində) neft və qaz müəssisələrində işləyirlər: Başqırdıstan Respublikası, Permsk diyarı, Xantı-Mansi Muxtar Dairəsi, Respublika Komi, Moskva və Moskva Bölgəsi və s. Magistraturada təhsilə davam edin (aspirantura) - məzunların təxminən 10%.
https://az.wikipedia.org/w/index.php?curid=713853
Əlmət rayonu
Coğrafiyası Rayonun ərazisi 2542.93 km² -dir. Şimaldan Sarman, Zəy və Aşağı Kama, qərbdən Yeni Şimçə və Çirmeşən ilə, cənubdan Leninoqorsk və Buqulma ilə, şərqdə Aznakay rayonları ilə həmsərhəddir. Ərazisinin orta hündürlüyü 200-300 m-dir. Kiçu, Stepnoy Zai və Ursalbaş çayları axır. 1920-ci ilə qədər rayonun ərazisi Samara əyalətinin Buqulma mahalına, 1930-cu ilə qədər isə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Buqulma kantonuna aid idi. Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. Rayonun sərhədləri dəfələrlə dəyişdirilmişdir. 1959-cu ildə rayonun ərazisinə ləğv edilmiş Aktaş rayonunun bir hissəsi daxil olur. 1963-cü ildə Əlmət rayonu Aznakaey, Zəy, Yeni Çimşə və Pervomaysk rayonlarının bir hissəsinə çevrilir. UrbanizasiyaŞəhər şəraitində (Əlmət ş. və Aşağı Matkan q.) rayon əhalisinin 80,47 % yaşayır. İnzibati ərazi bölgüsü Əlmət rayonuna 2 şəhər və 35 kənd inzibati vahidliyi, həmçinin 98 yaşayış məntəqəsi daxildir. İqtisadiyyat Rayon respublikanın sənaye istehsalının təxminən 30% -ni (Kazan 16% təşkil edir) təşkil edir. Neft sənayesinin (Almətneft, Yamaşneft, Elxovneft və s.) və emal sənayesinin (Əlmət rayonu Boru Zavodu, Əlmət Beton Məhsulları Zavodu, Əlmət Radio avadanlığı Zavopdu, Alnas, Bauluyks və s.) böyük müəssisələri vardır. Əsas yollar: R-239 Kazan - Əlmət - Orenburq - Qazaxıstan sərhədi, 16A-0003 Yar Çallı - Əlmət, 16K-0077 Əlmət- Aznakay, 16K-0131 Kuzaykino (R-239) - Nurlat, 16K-0334 Əlmət - Muslim. Rayonun cənubundan Qərbi Avropa - Qərbi Çin nəqliyyat dəhlizinin inşası davam edən avtomobil yolu keçir. Əlmət - Aşağı Maktamaya qədər bir filialı olan Əgerce - Yar Çalnı - Akbaş dəmir yolu xətti var. Bölgədəki stansiyalar və dayanacaqları (şimaldan cənuba): OP 95 km, Aktaş, OP 85 km, Əlmət, OP 74 km, Kulşaripovo, Minnibayevo, OP 54 km, Kerley, OP 48 km.
https://az.wikipedia.org/w/index.php?curid=634095
Əlnur Gülalıyev
Əlnur Seymur oğlu Gülalıyev (25 dekabr 1997; Xəlfəli, İmişli rayonu, Azərbaycan — 3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlnur Gülalıyev 25 dekabr 1997-ci ildə İmişli rayonunun Xəlfəli kəndində dünyaya göz açmışdır. Orta təhsilini şəhid Qabil Mərdalıyev adına İmişli rayon Xəlfəli kənd tam orta məktəbində almışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman sentyabrın 21-də könüllü olaraq adını hərbi sıralara yazdırır. 27 sentyabrda döyüşlər başlayanda Füzuli rayon Qaraxanbəyli kəndi istiqamətində döyüşlərə qatılır. Xeyli erməni hərbçisini məhv edir. Döyüşdüyü müddətdə Füzulinin, Xocavəndin, Cəbrayılın, Hadrutun və Zəngilanın azad olunmasında iştirak edir. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuşdur. Subay idi. Doğulduğu İmişli rayon Xəlfəli kəndində dəfn olunmuşdur. Şəkli Xəlfəli kənd şəhidlər abidəsində əks olunmuşdur. Ölümündən sonra 8 medalla təltif olunmuşdur. Hərbi xidməti Əlnur Gülalıyev orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun əsgəri olan Əlnur Gülalıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əlnur Gülalıyev 3 oktyabr 2020-ci ildə Füzulidə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlnur Gülalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlnur Gülalıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Zəngilanın azad olunmasına görə" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (18.12.2020) — "İgidliyə görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=693521
Əlqas Mirzə
Əlqas Mirzə (15 mart 1516, Qarabağ – 9 aprel 1550, Qəhqəhə qalası, Ərdəbil ostanı) — Səfəvi şahzadəsi, Şirvan vilayətinin bəylərbəyi, Şah təhmasibə qarşı üsyanın başçısı. Əlqas Mirzə Şah İsmayılın sağ qalmış dörd oğlundan biridir. Səfəvi imperiyasının qurucusu I İsmayılın oğlu olan Əlqas Mirzə ilk öncə Astrabad bəylərbəyi olmuş, Şirvan tamamilə Səfəvi imperiyasına tabe etdirildikdən sonra isə oranın bəylərbəyi təyin edilmişdir. Daha sonra böyük qardaşı I Təhmasibə qarşı üsyan qaldırmış, üsyanı yatırıldıqdan sonra da Osmanlı imperiyasına sığınmışdır. Həyatının erkən dönəmi 1516-cı ildə Şah İsmayılın oğlu olaraq dünyaya gəlmişdir. Güman edilir ki, o, Sam Mirzə ilə doğma, Təhmasib və Bəhram Mirzələr ilə atabir qardaş olmuşdur. Astarabad bəylərbəyiliyi dövrü Əlqas Mirzə hərbi karyerasına erkən başlamış, artıq 12 yaşında özbəklərlə olmuş Cəm döyüşündə yaxşı mənada fərqlənmişdir. O, 1532-ci ildə Astarabad bəylərbəyi təyin edilmiş, qızılbaş sərkərdələrindən biri olan Bədr xan Ustaclı onun lələsi təyin edilmişdir. Bundan sonrakı iki il ərzində o, qardaşı Təhmasibi hərbi yürüşlərdə müşayiət etmiş, vətəndaş müharibəsinə qarışmış, 1534-cü ildə qardaşı tərəfindən Azərbaycana və İraqa hücum edən Osmanlı ordusuna qarşı qızılbaş ordusuna rəhbər təyin edilmişdir. 1537-ci ildə Təhmasib həm qızılbaşların müqaviməti, həm də qardaşı Sam Mirzənin üsyanı ilə mübarizə aparmaqda idi. Sam Mirzə dönük qızılbaş Qazı xan Təkəlinin təklifi əsasında Osmanlı sultanı Süleyman tərəfindən vassal kimi tanınmışdı. Bu hadisələr zamanı qaynaqlarda Əlqas Mirzədən Astarabad hakimi kimi yox, Şirvan bəylərbəyi kimi bəhs edilir. Şirvan bəylərbəyiliyi dövrü 1538-ci ildə Təhmasib Əlqası və onun lələsi Bədr xan Ustaclını üsyan başlatmış Şirvanşahın üzərinə göndərdi. Şirvanşah məğlub edildi və Əlqas Mirzə Şirvan bəylərbəyi olaraq təyinat aldı. O, burada 8 il bəylərbiylik etdi. Üsyan qaldırması Birinci üsyanı Əlqas Mirzənin 1546-cı ildə üsyan başlatmasının səbəbi qeyri-müəyyən olaraq qalmaqdadır. Qazı Əhməd bildirir ki, Təhmasib Bəyoğlu Ustaclı adlı kiməsə Əlqasın anası ilə evlənməyə icazə vermiş, Əlqas da həmin şəxsi öldürmüşdür. Məmun bəyə görə, Əlqas Mirzəni üsyan qaldırmağa Qazı xan Təkəlinin adamları təşviq etmişdir. Belə ki, Qazi xan Təkəli Osmanlılara sığındıqdan sonra yenidən Təhmasibin yanına geri dönmüş, lakin 1543/1544-cü ildə Təhmasibin əmri ilə Əlqas Mirzə tərəfindən öldürülmüşdür.6 il sonra — 1547-ci ilin qışında Şah Təhmasib Gürcüstana, Kaxetiya çarlığının üzərinə yeni yürüşə başladı. Görünüşə görə, bu qərarın verilməsində Şah Təhmasibin ögəy qardaşı Əlqas Mirzənin üsyan qaldırması və Osmanlının üçüncü yürüşündə iştirak etməsi faktı önəmli rol oynamışdır. Əlqas Mirzənin üsyan qaldırması xəbəri 1546-cı ildə şah Qəzvində olduğu zaman ona çatdı. Şahın elçisi Əli ağa qapıçıbaşı onu razı salmaq məqsədi ilə Alkasın iqamətgahı olan Şirvana göndərildi. Elçinin cəhdləri nəticəsiz qaldı. Bundan sonra Şah Təhmasib ordunun başında özü olmaqla birlikdə Şirvana yürüşə çıxma qərarı verdi. Şahın ordu ilə gəlməsini eşidən Əlqas Mirzə təhlükəni hiss edərək anasını və oğlu ƏhmədMirzəni şah sarayına göndərərək bağışlanmasını istədi. Şah təklifi qəbul etdi və özünün yüksəl rütbəli məmurları olan Şahqulu Xəlifə Möhürdarı, Sevindik bəy Qorçubaşını və Bədr xan Ustaclını Əlqas Mirzənin birdə üsyan qalxmayacağı barədə Quranın üzərinə and içməsini təşkil etmək üçün Şirvana göndərdi. Əlqas Mirzə gəlinən razılığa görə ildə şahın xəzinəsinə ildə min tümən vergi verəcəyini, müharibə halında min nəfər döyüşçü göndərəcəyini və taxta ölənə qədər sadiq qalacağına and içdi. Bütün bu olanlardan Şah Təhmasib o qədər də razı qalmasa da, şimala doğru yürüşünü davam etdirərək Səhənddən Təbrizə gəldi. İkinci üsyanı Əlqas Təhmasibin əmirlərinin qarşısında Qurana and içdikdən və Təhmasib Gürcüstan yürüşünə çıxdıqdan sonra, ona da çərkəzlərə hücum etmək əmr edilir. Çərkəzlər tərəfindən məğlub edildikdən sonra o, Dərbənd hakimi təyin edilir. Burada o, açıq şəkildə üsyana başladı. Öz adına xütbə oxutdurub, sikkə zərb etdirməyə başladı. Bu xəbəri alan Təhmasib Şirvana qızılbaşlardan ibnarət ordu göndərdi. Əlqas Dərbəndi tərk etdi və öz ailəsini qalada buraxdı. Çox gümanki Əlaqas Mirzənin tabe olmağa razılıq verməsi sadəcə vaxt qazanmaq üçün edilən bir taktiki gedişat idi. Çünki and içməsindən qısa müddət sonra öz andından imtina etdi, öz adına sikkə zərb etdirməyə, xütbə oxutmağa başladı. Bununla o, yəqinki Osmanlı sultanının yardım edəcəyini dəqiqləşdirmək üçün vaxt qazanmaq istəyirdi. Bundan sonra Əlqas Mirzə Şamaxıya, oradan da Dərbəndə getdi. Samur çayını keçdikdən sonra onun dəstələri Şahverdi Sulan Ziyadoğlu-Qacar, Məhəmməd bəy Türkman, Süleyman bəy Çələbi və Məhəmməd bəy Şirbəxt oğlu Talışın komandanlığı altındakı qızılbaş dəstəsi ilə toqquşdular və məğlub edildilər. Onların növbəti toqquşması isə Şahqulu Xəlifənin komandanlıq etdiyi qızılbaş ordusu ilə oldu və yenə məğlub edildilər. Qızılbaşları məğlub edə bilməyəcəyini görən və döyüşdən qaçan Əlqas Mirzə Osmanlı torpalarına gedərək Sultan Süleymana sığınmaq qərarına gəldi.Əlqas Mirzə ilk tabelik nişanələri göstərdiyi zamandan etibarən qızılbaşların əsas ordusu Təbriz şəhərində idi və döyüş üçün tam hazır vəziyyətdə idi. Əlqas tabe olacağını bildirdikdən və vergi, qoşun göndərəcəyinə and içdikdən sonra Təbrizdə hazır vəziyyətdə olan ordu ilə Kaxetiya üzərinə hücuma keçilməsi barədə qərar qəbul edildi. Lakin Şah Təhmasib öz xatirələrində Əlqas Mirzənin yenidən üsyan qaldırdığı xəbərini alan zaman artıq Gürcüstana Ləvəntin ardıyca getdiyini yazmaqdadır. Beləliklə, şah Gürcüstan üzərinə yürüş etmə qərarını hər bir halda Əlqasın bağışlanması ilə yenidən üsyan qaldırması arasında etdiyi ortaya çıxır. Şah Təhmasib qoşunları ilə 1547-ci ilin qışında Ağşəhərə çatdı. Gürcü qoşunlarının məğlubiyyəti və bölgənin viran qalması ilə nəticələnən şiddətli döyüş baş verdi. Sonra qoşun Ağşəhərdən Təbdiyə yola düşdü, Levənd-bək və onun rəqibi Baş Açıq öz sədaqətlərini ifadə edərək şahın düşərgəsinə çatdılar. Şah onları yaxşı qarşıladı və onlara fəxri paltarlar verdi. Tezliklə onlar öz mülklərinə qayıtdılar. Bu zaman ordu Gəncəyə doğru yürüş edərək Bulaq yaxınlığında müvəqqəti düşərgə saldı. Osmanlı himayəsi altında Həbs edilməsindən 6 ay sonra Əlqas Qəhqəhə qalasından atılaraq öldürüldü. Onun öldürülməsində Təhmasibin razılığının olub-olmaması bilinməməkdədir. Belə ki, Təhmasibin səssiz razılığı ilə vaxtı ilə ataları Əlqas Mirzə tərəfindən öldürülən bir neçə adam bu qətli həyata keçirə bilərdi. Bəzi qaynaqlarda onun qatili kimi Bəyoğlu Həsən bəyin adı keçməkdədir. Gümanki bu şəxs Həsən bəy Yüzbaşı ilə eyni şəxsdir. İncəsənətə marağı Sadıq bəy Əfşar Əlqas Mirzədən "məşhur bir rübai"ni yazır və onun "poetik temperamentə" sahib olduğunu yazır. Onun vizual sənətə olan marağı, ehtimal ki, Şirvanda onun üçün tamamlanan iki əla əlyazma ilə təsdiqlənir. Əlqasın əsas mədəni irsi Osmanlı imperiyasında qalmışdır. Onun Səfəvi torpaqlarından yağmaladığı mədəniyyət nümunələri İstanbula göndərilmiş və buradakı saray sənətkarları üçün nümunə təşkil etmişdir. İstanbula göndərilmiş mədəniyyət nümunələri hələ də Topqapı sarayında nümayiş etdirilməkdədir. Əlqas ilə birlikdə İstanbula getmiş, daha sonradan isə elə orada buraxılmış Fətullah Arif Çələbi bir müddət keçdikdən sonra Sultan Süleyman tərəfindən Osmanlı sarayının ilk şahnaməçisi təyin edilmişdi. Onu bu vəzifədə Əlqasın saray şairi və kitabxanaçısı olmuş Əflatun Şirvani əvəz etmişdi. Ədəbi və rəssamlıq olaraq şahnaməçilik və ya şahnaməguy ənənəsi Əlqasdan qalan şəxslərlər tərəfindən yaradılmış, XVI əsrin sonlarında Seyid Loqman Urməvinin "Hünərnamə" əsəri ilə özünün zirvəsinə çatmışdır. Əlqas Mirzə Xədicəsultan xanım ilə evli idi. Xədicəsultan xanım 1559-cu ildə vəfat etmişdir. Övladları: Sultan Əhməd Mirzə — 1568-ci ilin yanvarında Qəhqəhə qalasında öldürülmüşdür. Sultan Fərrux Mirzə — 1568-ci ilin yanvarında Qəhqəhə qalasında öldürülmüşdür. Həmçinin bax Səfəvi sülaləsi Cornell Fleischer. ALQĀS MĪRZA. İranika ensiklopediyası. 1989. M. B. Dickson. Shāh Ṭahmāsb and the Ūzbeks (The Duel for Khurāsān with ʿUbayd Khān: 930-946/1524-1540), Ph.D. dissertation. Princeton University. 1958. M. F. Kĭrẓĭoğlu. Osmanḷĭlar’in Kafkas-Elleri’ni Fethi (1451-J590). Ankara. 1976. J. R. Walsh. The Revolt of Alqās Mirza. 1976. Fedhi Ethem Karatay. Topkapĭ Sarayĭ Müzesi Kütüphanesi Farsca Yazmalar Kataloğu. İstanbul. 1961. B. W. Robinson. A Descriptive Catalogue of the Persian Paintings in the Bodleian Library. Oxford. 1958. Z. V. Togan, , Istanbul, 1963,. On the Miniatures in Istanbul Libraries. İstanbul: Istanbul University Press. 1963. Babinger, Franz. Die Geschichtsschreiber der Osmanen und ihre Werke. Leipzig : Harrassowitz: Harrassowitz. 1927. Hani Khafipour. The Foundations of Safavid State: fealty, patronage, and ideals of authority (1501-1576). Chicago: The University of Chicago. 2013. 254.
https://az.wikipedia.org/w/index.php?curid=178391
Əlqas mirzə Səfəvi

https://az.wikipedia.org/w/index.php?curid=419905
Əlqul
Əlqul — Persey bürcünün β ulduzudur. Əlqul ulduzu ilk və ən yaxşı bilinən tutulan qoşa ulduzdur. β Persey üç ulduzlu sistemdir, Aa1, Aa2 və Ab ibarət olan böyük və əsas parlaq β Persey Aa1 ulduzu nizamlı olaraq zəif parlaqlı β Persey Aa2 ulduzu tərəfindən tutulur. Onun parlaqlığı periodik olaraq artıb azalır. Beləliklə, Əlqul ulduzunun ulduz ölçüsü adətən 2,1 ətrafında sabit qalır, ancaq təxminən 10 saat davam edən qismən tutulmalar zamanı hər 2,86 gündə (2 gun, 20 saat 49 dəqiqə) 3,4 qiymətinə enir. Əlqul ulduzu tutulan dəyişən ulduz sinfinə aid edilir və Əlqul dəyişənləri kimi tanınır. Müşahidə tarixi. Əlqulun dəyişkənliyi İtalyan astronomu Geminiano Montanari tərəfindən 1667 ci ildə qeyd edildi, ancaq parlaqlıqdakı dəyişmələrin periodik təbiəti, bir əsrdən sonra, İngilis amatör astronom John Goodricke tərəfindən ulduzun dəyişənliyi qeydə alındı. 1783-cü ilin may ayında o, tapıntılarını Kral Cəmiyyətinə təqdim etdi və dövrü dəyişkənliyə ulduzun qarşısında keçən bir qaranlıq cisimin (və ya ulduzun dövrü olaraq Yer üzünə doğru döndüyü daha qaranlıq bir bölgəyə sahib olması) səbəb olduğu fikri irəli sürürdü. Bu məlumata görə Copley Medalına layiq görüldü. Yerin baxış nöqtəsindən Əlqul Aa1 və Əlqul Aa2 tutulan qoşa formasında görünür, çünki onların orbital müstəvisi Yerin baxış şüası istiqamətində yönəlir. Daha dəqiq olmaq olmaq üçün Əlqul üçlü ulduz sistemidir: tutulan qoşa cütlük bir-birindən yalnız 0.062 a.v. (astronomik vahid) ayrılmışdır, sistemdə üçüncü ulduz isə cütlükdən orta hesabla 2.69 a.v. məsafədə olur və bu üçlüyün qarşılıqlı orbital dövrü isə 681 Yer günüdür. Sistemin ümümi kütləsi təxminən 5.8 Günəş kütləsidir və Aa1, Aa2 və Ab-nin kütlə nisbətləri təxminən 4.5 ilə 1 və 2 arasındadır. Parlaq üçlü ulduzun üç komponenti əvvəllər β perseyin A, B və C ulduzları olaraq adlandırılırdi, bəzən indi də istifadə edilir. Washington Qoşa Ulduz Kataloqu (Double Star Catalog) bunları Aa1, Aa2 və An kimi,iki çox zəif ulduz B Və C təxminən bir dəqiqə uzaqlıqda siyahılaşdırdı. Ayrıca beş ədəd nəfəs ulduz da yoldaş olaraq siyahıya alınmışdır. Bundan başqa beş zəif ulduz da komponent kimi siyahılaşdırılmışdır. Alqolun tətqiqatları təkamül nəzəriyyəsində Alqol paradoksuna gətirib çıxardır, baxmayaraq ki, qoşa ulduzun komponentləri eyni zamanda yaranır və kütləli ulduzlar daha az kütləli ulduzlardan daha sürətlə inkişaf edərkən, daha böyük kütləli komponent olan Əlqul A hələ də baş ardıcılıqda olaraq qaldığı halda, daha az kütləli Əlqul B isə sonrakı təkamül mərhələsində subnəhəng ulduz kimi inkişaf edir. Paradoks, kütlə köçürülməsi ilə həll edilə bilər: daha böyük kütləli ulduz subnəhəng halına gəldiyində, Roş boşlugu doldurdu və kütlənin böyük qisimi baş ardıcılıqda olan digər ulduza köçürüldü. Əlqula bənzər bəzi qoşa ulduzlarda qaz axını görülə bilər. Bu sistem də eyni zamanda Rengen şüası (X-ray) və radio dalğa alovları müşahidə olunur. Əlqul Günəşdən təxminən 92.8 işıq ili, ancaq təxminən 7.3 milion il əvvəl o, Günəş sistemini 9.8 işıq ili ərzində keçib və görünən ulduz ölçüsü Sirius ulduzundan daha parlaq olub təxminən 2.5 ulduz ölçüsünə bərabərdir. Tarixi Məlumat Əlqul ingilis dilində bir başa tərcümədə Şeytan Ulduzu adlandırılır. Bu ulduzun belə adlandırılmasına səbəb onun parlaqlığının dəyişməsi ilə əlaqədardır. Tarixi olaraq, ulduz müxtəlif mədəniyyətlər arasında qanlı şiddətlərə məruz qalaraq güclu bir birliyə qəbul edilmişdir. Tetrabiblosda İsgəndərli astronom Ptolemeyin 2-ci əsrin astroloji mətnində Əlqul ulduzu " Perseyin Gorgonu" olaraq adlandırılır və başqalarına görə ölümlə əlaqələndirilirdi. Astroloji olaraq Əlqul səmanın ən uğursuz ulduzlarından biri sayılır və Behenian ulduzlardan biri kimi siyahıya alınmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=64728
Əlqənab (Germi)
Əlqənab (fars. القناب) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (27 ailə). Şablon:Gərmi şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=766003
Əlsafa Zeynalov
Əlsafa Elşad oğlu Zeynalov (6 aprel 1994; Qara Nuru, Saatlı, Azərbaycan — 5 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlisafa Zeynalov 1994-cü il aprelin 6-da Saatlı rayonu Qaranuru kəndində anadan olub. Saatlı rayonu, Qaranuru kəndi, Cavanşir Sadıqov adına orta məktəbdə təhsil alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olmuşdur. Daha sonra yenidən Orduda xidmətə başlamışdır. Evli və bir övladı var idi. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlisəfa Zeynalov Suqovuşan, Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı başından ağır qəlpə yarası alıb və 05 oktyabr 2020-ci il tarixdə şəhid olub. Saatlıda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlsafa Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlsafa Zeynalov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlsafa Zeynalov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=776217
Əlsiz adamlar (film, 1932)
Film tədris müəssisələrinin politexnikləşdirilməsi kimi aktual məsələyə toxunur. Çünki məktəbi yenicə bitirib müstəqil həyata başlayan gənclərdə əmək vərdişləri olmur. Ona görə də belələrini "əlsiz adamlar" adlandırırlar. Film haqqında Film rejissor İqor Savçenkonun kinoda ilk müstəqil işidir. Filmin heyəti Filmin üzərində işləyənlər Ssenari müəllifi: İqor Savçenko Quruluşçu rejissor: İqor Savçenko Quruluşçu operator: Mixail Fridolin Quruluşçu rəssam: Viktor Aden Rejissor assistenti: Qəmər Salamzadə Hüseyn Seyidzadə — fəhlə Ağarza Quliyev — Şərif Aliyə Terequlova S. Koretskaya Zəhra Seyidzadə Ruqiyyə Seyidzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.
https://az.wikipedia.org/w/index.php?curid=28706
Əltair
Əltair — Qartal Bürcünün α ulduzu Alpha Aquila (α Aquila, qısaldılmış Alpha Aql, α Aql) olaraq da adlandırılan Əltair (/ æltɛər, -taɪər, æltɛər, -taɪər /) Qartal bürcünün ən parlaq ulduzu və gecə səmasının 12-ci parlaq ulduzudur. Əltairin adı da, çoxu parlaq ulduz kimi ərəb dilindən gəlir. "El Tayr" Ərəb dilində quş mənasını verər və qərb dillərinə Əltair olaraq keçmişdir. Bizdəki "Təyyar" adı da, eyni kökdendir (tay) və "uçan, uçucu" kimi mənalara gəlir. Eyni şəkildə təyyarə üçün köhnədən istifadə "Təyyar" sözü də Əltair adı ilə əlaqəlidir. Hal-hazırda G- buludu yaxınlığında ulduzlararası bulud kimi taninan qaz toz yığımından ibarətdir. Əltair A spektral sinfin baş ardıcıllıq ulduzudur, görünən ulduz ölçüsü 0,77-dir və Yay Üçbucağı bürcünün təpə nöqtəsindən biridir (digər ikisi isə Deneb və Vega-dır). Günəşdən 16.7 işıq ili (5.13 parsek) məsafədədir və gözlə görünən ən yaxın ulduzlardan biridir.Əltair ulduzu ekvatorda təxminən 286 km/s sürətlə fırlanır. Palomar Testbed Interferometer ilə edilən bir işdə, Əltairin sferik olmadığı, ancaq yüksək fırlanma sürətinə görə qütblərdə yastı olduğu ortaya çıxmışdır. Terminalogiya Α Aquila (Alfa Aquilae'ye Latinized) ulduzun Bayer adıdır. Ənənəvi Əltair adı orta əsrlərdən bəri istifadə edilməkdədir. Ərəb dilində ifadə olan النسر الطائر, al-nəsr əl-ṭā'ir'in ("uçan qartal") mənasıdır. 2016-ci ildə Beynəlxalq Astronomiya İttifaqı, ulduzların adlarını kataloqlaşdırılması və Standartlaşdırma üçün Ulduz adları üzərinə bir Əmək Qrupu (WGSN) təşkil etdi. WGSN'nin İyul 2016'daki ilk bülletenində WGSN tərəfindən təsdiqləndi və IAU Ulduz adları kataloquna daxil oldu. Xüsusiyyətləri Beta Aquila və Gamma Aquilae'nin yanaşı Əltair, bəzən Aquila ailəsi və ya Aquila'nın Diski kimi bilinən tanınmış ulduz xəttini təşkil edir. Əltair A spektar sinifli baş ardıcıllıq ulduzu olub, kütləsi və işıqlığı təxminən 1,8 M๏ və 11 L๏ -nə bərabərdir. Əltair ulduzu yüksək fırlanma sürətinə malikdir; təxminən 9 saatlıq bir fırlanma perioduna malikdir. Müqayisə üçün Günəş ekvatorunun tam fırlanması üçün tələb olunan 25 gündən az müddət tələb edir. Bu sürətli fırlanma qüvvələri onun ekvatorial diametrinin qütb diametrindən 20% çox olduğunu təyin edir. Müstəvisi və səth temperaturu. Altair'in bucaq diametri, 1960-cı illərdə Narrabri Rəsədxanasında R. HANBURY Brown və yoldaşları tərəfindən interferometrik ölçmələr vasitəsilə hesablanmışdır. Bucaq diametri 3 milli san olaraq tapıldı. Nəzəriyyə görə, Əltairin sürətli fırlanması nəticəsində ekvatorda səthin ağırlıq qüvvəsinin təcili və effektiv temperatur daha aşağı olmasına, ekvatorun qütblərə nəzərən daha az parlaq olmasına səbəb olur. Əltair birbaşa görüntünün əldə edildiyi bir neçə ulduzdan biridir. 2006 və 2007-ci ildə J.D. Monnieri və yoldaşları, CHARA dizi interferometrində MIRC aləti ilə edilən 2006 infraqırmızı müşahidələrdən Əltair səthinin bir görünüşünü istehsal etdilər; Günəşdən başqa hər hansı bir ana ulduzunun səthi ilk dəfə göstərildi. Saxta rəng görüntüsü 2007-ci ildə nəşr olundu. Ulduzun ekvatorial radiusunun 2.03 Günəş radiusuna və qütb radiusu 1.63 Günəş radiusu olduğu-ulduzun radiusu qütbdən ekvatora qədər 25% artır. Qütb oxu Yerdən baxış şüasına qədər 60° meyl əmələ gətirir. Bu sürət səbəbiylə ulduzun ekvatoru olduqca qabarıqdır və yüngülcə yumurtaya bənzər bir sferik quruluşdadır. Yəni, diametrini ekvatorda ölçəndə 2 Günəş diametri taparkən, qütblərdən ölçdükdə 1.6 Günəş diametri olduğunu görərsiniz. Ulduzun nə üçün bu qədər sürətli fırlandığını bilinməməklə birlikdə, bu yumurta formalı şəkli ulduzun həyatını əhəmiyyətli şəkildə təsir edir. Elə ki, ulduzun ekvator bölgəsindəki səth istiliyi (yayılmadan ötəri) qütblərindən təxminən min dərəcə daha aşağıdır. Eyni zamanda bu fırlanma sürəti ulduzun həyat müddətinə də ciddi sürətdə təsir edir. Mərkəzi təcilin təsiri ilə xaricə doğru sovrulan ulduzun layları, nüvənin üzərindəki təzyiqin azalmasına və ulduzun nüvəsində nüvə reaksiyalarının daha yavaş reallaşmasına səbəb olur. Bu da, ulduzun özüylə eyni kütlədəki digər ulduzlardan daha uzun yaşayacağı mənasını verir. Əltair, Günəş kimi təkli bir ulduzdur və bilinən bir həyat yoldaşı yoxdur. Bu kütlədəki A spektarl sinifli bir ulduzun anakol mərhələsində keçirə biləcəyi müddət təxminən 1.5 milyard ildir və Əltair bu müddətin təxminən 1 milyard ilini onsuz yaşayıb bitirmiş vəziyyətdədir. Ancaq, yuxarıda izah etdiyimiz sürətli fırlanması səbəbiylə, təxminən 1 milyard il daha həmin mərhələdə qalması gözlənilir.
https://az.wikipedia.org/w/index.php?curid=64152
Əltopu
Həndbol ('ing. handball; hand — əl, ball — top) və ya əltopu — əllə oynanılan idman oyunu. Handball adlandırılan bu idman növü XIX əsrin sonlarında Hollandiyada yaranmışdır. Çox qısa vaxt ərzində həndbol maraqlı və emosional idman növü kimi bütün dünyaya yayıldı. Bir komandanın 6-sı sahə, 1-i qapıda olan 7 oyunçu ilə iki komanda oynadığı bir idman növüdür. Oyun müddəti 30 dəqiqəlik iki dövrədən ibarətdir. İlk illərində böyük stadionlarda 11 nəfər ibarət komandalar halında oynanan həndbol, 1950-ci illərdən sonra bir salon idmanı olmuş və açıq sahədə həndbol gedərək məşhurluğunu itirərək itmişdir. İndiki vaxtda Həndbol, xüsusilə Avropa qitəsində böyük diqqəti cəlb etməkdədir. İspaniyada ASOBAL Liga, Almaniyada Handball Bundesliga, İsveçdə Handbol ElitSerien, Danimarkada TDC Ligaen idmanın ən yuxarı səviyyədə oynandığı yerli liqalar olaraq xarakterizə edilməkdədir. Müasir həndbolda dünya və olimpiada çempionluğunu Avropa Qitəsi xaricinə çıxara bilən tək komanda Koreya olmuşdur. Həm kişilərdə, həm də qadınlarda Asiya qitəsinin ən yaxşısı olan Koreyalılar, Avropanın nəhəngləri İsveç, Almaniya, İspaniya, Rusiya, Danimarka, Norveç və Fransaya baş ağrısı vermişdi. Afrikada futboldan sonra ən çox diqqəti cəlb edən ikinci komanda idmanı olan həndbol, son illərdə Quru Qitədə böyük irəlləyiş etmişdir. Misirdə 1999-da təşkil edilən Dünya Kişilər Həndbol Çempiyonanatında ev sahibi ölkə 4-cü olarkən, 2005-ci ildə də Tunis öz ölkəsindəki çempiyonanatda ilk dördə girmə müvəffəqiyyəti göstərmişdir. Sahə içi paylanma (Mövqelər) Sağ oyun qurucu Sol oyun qurucu Orta Oyun qurucu Sağ qanad oyunçusu Sol qanad oyunçusu PivotDünyada ən böyükhesablı həndbol qələbəsi 21 sentyabr 2014-cü ildə Yaponiya - Maldiv adaları (79:0) oyununda baş vermişdir. Həndbol stadionunun ölçüləri 40×20 m, qapısının ölçüləri isə 2×3 m-dir.
https://az.wikipedia.org/w/index.php?curid=800898
Əlvan
Əlvan— İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Əlvan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,100 nəfər və 1,081 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
https://az.wikipedia.org/w/index.php?curid=290351
Əlvan (Culfa)
Əlvan (fars. لوان) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (24 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=619005
Əlvan Hüseynov
Əlvan Qafar oğlu Hüseynov (14 noyabr 1994; Dnepropetrovsk, Ukrayna – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Əlvan Hüseynov 14 noyabr 1994-cü ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində anadan olub. Hərbi xidməti Gizir Əlvan Hüseynov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Əlvan Hüseynov Füzuli rayonunun Zobcuq qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Hüseynov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Əlvan Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
https://az.wikipedia.org/w/index.php?curid=474782
Əlvan Kəbirli
Əlvan Mədət oğlu Əliyev (Əlvan Kəbirli) (25 iyul 1947, Salmanbəyli, Ağcabədi rayonu – 3 mart 2014) — Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı (1991 – 1993-cü illər), Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.1968-ci ildə dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. 1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974–1977-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. 5 fevral 1975-ci ildə ailə həyatı qurub, 3 övladı var. 1982-ci ilin sentyabrından 1983-cü ilin fevralınadək Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb. Əmək fəaliyyəti 1968-ci ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) "Fəlsəfə və elmi kommunizm" kafedrasında (indiki "Sosial fənlər" kafedrası) müəllim kimi əmək fəaliyyətinə başlayıb 1987-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışıb 1983 – 1989-cu illərdə institut partiya komitəsi katibinin müavini və Xalq Nəzarəti Qrupunun sədri vəzifəsində çalışıb 1990-cı ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib 1991 – 1993-cü illərdə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülüb 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub 2012-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı ilə təltif edilib Bir kitabın, 42 elmi məqalənin və yüzlərlə elmi – populyar məqalənin müəllifidir İctimai-siyasi fəaliyyəti Əlvan Kəbirli elmi-pedaqoji fəaliyyətlə bərabər 1980-ci illərin sonlarında vüsət almış milli-azadlıq hərəkatının də ön sıralarında mübarizə aparıb. 1989-cu ilin dekabr ayında Moskvadan olan göstərişə əsasən Respublika Dövlət Təhlükəsizliyi Komitəsinin Sabirabad rayonunda keçirilən regional müşavirəsində dərhal həbs olunması tələb olunan milli-azadlıq hərəkatının 100 nəfərdən ibarət ən fəal iştirakçısının adları qeyd olunmuş siyahıda Əlvan Kəbirlinin adı xüsusi olaraq vurğulanmışdı. Əlvan Kəbirlinin 1990-cı ilin qanlı yanvar hadisələrinin Gəncədə baş verməsinin qarşısının alınmasında, həmçinin Gəncənin tarixi adının bərpasında müstəsna rolu olmuşdur. 2000-ci il parlament seçkilərində Əlvan Əliyev Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 25-ci sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4.85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Əlvan Əliyev deputat seçilə bilməmişdir. Elmi-publisist fəaliyyəti 1975-ci ildən qəzet və jurnallarda elmi, elmi-publisist və publisist yazılarla çıxış edib. 1988-ci ilin fevralından etibarən bu sahədə fəaliyyəti daha intensiv şəkil alıb. "Mərhəmət", "İnsan və qanun" və "Ruzigar" jurnallarının, "Gəncənin səsi", "Novosti Qyandji", "Gəncəbasar" və "Ruzigar" qəzetlərinin redaksiya heyətinin üzvü olub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. "Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Siyasət naşıları sevmir. Bakı , "Elm" nəşriyyatı, 2008, 375 s.
https://az.wikipedia.org/w/index.php?curid=357660
Əlvan ağacdələn
Əlvan ağacdələn (lat. Dendrocopos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinə aid heyvan cinsi.
https://az.wikipedia.org/w/index.php?curid=213228
Əlvan eliya
Əlvan eliya (lat. Aelia virgata Klug.) — buğumayaqlılar tipinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. Xarici quruluşu Bu növ digər Aelia növlərindən əsasən qarnının altında olan 6 cərgə düzülmüş dördbucaqlı tünd ləkələrin olması ilə fərqlənir. Ortadakı iki cərgədə ləkələr kiçikdir. ətraf ləkələr bəzən birləşib tünd zolaq əmələ gətirir. Bu növə tək – tək təsadüf edilir. Əlvan eliya Talışda yüksək dağlıq hissədə, kiçik Qafqazda isə Gəncə zonası rayonlarında geniş yayılmışdır. Bu növün kütləvi çoxalmasına təsadüf ediməmişdir. Bioloji xüsusiyyətləri şişbaşlı eliyankına oxşardır.
https://az.wikipedia.org/w/index.php?curid=489175
Əlvan naxışlı Şahtaxtı küpü
Əlvan naxışlı Şahtaxtı küpü — 1936-cı ildə arxeoloq-etnoqraf Ələsgər Ələkbərov tərəfindən Naxçıvanda, Şahtaxtı nekropolundan tapılmış polixrom rəsmli küp. 1936-cı ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən Naxçıvan MSSR-a ekspedisiya təşkil edilib. Ekspedisiyanın sayca üçüncü tədqiqat apardığı yer Şərurda yerləşən Şahtaxtı kəndi ətrafı olub. Qəbirlər olan sahənin ərazisində Gavurqalanın şimal şərqində arxeoloqlar 2 sıra plitələrlə ( uzunluğu 1 2 metr eni 1 metr) örtülmüş qəbirə rast gəlirlər. Qəbir plitələrlə örtülü olduğu üçün toxunulmaz qalmışdı. Bundan başqa qəbirin ətrafı 7.7 metr diametrdə daşlarla əhatələnib. Qəbirin qərb hissəsində sol yanı üzərində uzadılmış at skeleti onun üzərində isə 30 gil qab tapılıb. 30 qabdan yalnız biri naxışlı olmaqla rəngli idi. Sənətşünas Leonid Bretanitski və Boris Veynmarna görə bu küp eramızdan əvvəl II minilliyin ortalarına aiddir. Digər sənətşünas Vladimir Şleev isə küpü eramızdan əvvəl II minilliyin sonlarına aid edir. Arxeoloq və şərqşünas Boris Piotrovskiy küpün tapıldığı qəbiri eramızdan əvvəl II minilliyin sonuna aid edir. Arxeoloq Osman Həbibullayev isə Şahtaxtıda tapılmış polixrom boyalı küpləri eramızdan əvvəl XIII–XII əsrlərə, sənətşünas Nasir Rzayev küpü eramızdan əvvəl XVIII–XVII əsrlərə aid edir. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=702845
Əlvan qalınalın
Əlvan qalınalın (lat. Hypophthalmichthys nobilis) — Sümüklü balıqlar sinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. Sürü halında yaşayan bu balıqlar əsasən Asiya qitəsində təbii arealda yayılmışdır. Bu növ 146 sm uzunluğa, 40 kq çəkiyə sahib ola bilir. Uzaq Şərqin Sakit okeana tökülən çaylarında yayılmışdır. 1960-cı illərin əvvəllərində Ağ amur, Əlvan qalınalın, və Ağ qalınalın iqlimləşdirmək məqsədilə Amur çayı hövzəsindən gətirilərək Azərbaycanın su hövzələrinə buraxılmışdır. Keçmiş Sovetlər birliyi ölkələrinə daxil olan Avropada yerləşən respublikaların sularına da buraxılmışdır. Bununla da bu balıqlar, Aral, Xəzər, Azov və Qara dənizin akvatoriyasına daxil olan iri çaylara yayılmışdır (Sırdərya, Amudərya, Terek, Kuban, Dnestr, Prut). Azərbaycanda daha böyük kütləyə malik əmtəə balıq növü kimi süni şəraitdə yetişdirilir.
https://az.wikipedia.org/w/index.php?curid=583280
Əlvan tinamu
Əlvan tinamu (lat. Crypturellus variegatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
https://az.wikipedia.org/w/index.php?curid=146853
Əlvan vaxtsızçiçək
Əlvan vaxtsızçiçək (lat. Colchicum variegatum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü.
https://az.wikipedia.org/w/index.php?curid=140912
Əlvan və nadir metallar
Əlvan və nadir metallar — Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılmış və əsasən Balakən-Zaqatala, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir. Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir.Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və təzahürlərdə cəmləşmişdir.Respublikada sənaye ehtiyatları təsdiq edilmiş bir mis-porfir yatağı (Qaradağ mis-porfir yatağı) vardır ki, bu da ümumi filiz ehtiyatlarının 4,7%-ni təşkil edir. Balakən-Zaqatala filiz rayonunda üç kolçedan-polimetal yatağında-nəhəng Filizçay, orta miqyaslı Kasdağ və Katex yataqlarında misin sənaye ehtiyatları təsdiq edilmiş və faydalı qazıntı yataqlarının dövlət balansında qeydə alınmışdır. Saqator mis-sink, Mazımçay mis-kolçedan və Aşağı Karabçay kolçedan-polimetal yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmış və proqnoz ehtiyatları hesablanmışdır. Kiçik Qafqazda misin sənaye ehtiyatları Qaradağ mis-porfir yatağı ilə yanaşı Qarabağ filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolçedan yatağında və cüzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir. Qarabağ filiz rayonunda Dəmirli mis-porfir, Gədəbəy filiz rayonunda Gədəbəy mis-kolçedan yataqlarının ehtiyatları qiymətləndirilmiş və proqnoz ehtiyatları hesablanmışdır.Naxçıvan qırışıqlıq zonasında Göydağ, Diaxçay, Misdağ-Şəlalə mis-porfir, Ağyurd qızıl, Nəsirvaz-Ağdərə polimetal yataqlarında misin ehtiyatları qiymətləndirilərək sahə balansında qeyd edilmiş və proqnoz ehtiyatları hesablanmışdır. Naxçıvan qırışıqlıq zonasında Göydağ, Diaxçay, Misdağ-Şəlalə mis-porfir, Ağyurd qızıl, Nəsirvaz-Ağdərə polimetal yataqlarında misin ehtiyatları qiymətləndirilərək sahə balansında qeyd edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.Kiçik Qafqazın mis yataqları əsasən Gədəbəy filiz rayonunda cəmlənmişdir. Bu regionda əsasən mis-porfir, qismən mis-kolçedan yataqları inkişaf tapmışdır. Gədəbəy rayonunda Qaradağ mis-porfir yataqlarının mərkəzi hissəsinin ilkin kəsfiyyatı aparılmış və ehtiyatları sahə balansına götürülmüşdür.Gədəbəy filiz rayonu geoloji-struktur quruluşuna, geofiziki və geokimyəvi anomaliyaların intensivliyinə görə mis-porfir, mis-kolçedan, mis-qızıl filizlərinə ən perspektiv rayonlardan biridir. Mis minerallaşmasına Kiçik Qafqazın Qarabağ filiz rayonunun da perspektivliyi yüksəkdir. Bu filiz rayonunda əsasən mis-porfir, qızıl-mis-kolçedan və digər geoloji-sənaye tipli filizləşmə növləri geniş yayılmışdır. Qızılbulaq qızıl-mis-kolçedan yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları Dövlət balansına götürülmüşdür. Yataq Ağdərə rayonunda yerləşir. Misin orta miqdarı 1,38% təşkil edir. Daşkəsən filiz rayonunda mis-porfir və mis-kolçedan filizlərinə perspektivli sahələr — Qoşqarçay və Qoşqardağ sahələri aşkar olunmuşdur.Naxçıvan MR ərazisində — Ordubad filiz rayonunda ehtiyatları təsdiq olunmuş Parağaçay mis-molibden yatağı əsasında eyniadlı filiz-saflaşdırma mədəni fəaliyyət göstərirdi. Son illərdə müəssisənin təlabatı kasıb filizlər hesabına ödənilirdi və Ermənistan tərəfindən blokada şəraitinə düşəndən sonra fəaliyyəti tam dayandırılmışdır. Mədənin etibarlı xammalla təchiz edilməsi üçün, istismar kəşfiyyatının və yatağın ətrafında planlı şəkildə axtarış işlərinin davam etdirilməsi zəruri hesab olunur. Naxçıvan qırışıqlıq vilayətində sənaye əhəmiyyətli mis yataqlarının aşkar edilməsi üçün Misxana-Zəngəzur metallogenik xanasında yerləşən Ordubad filiz rayonu yüksək perspektivli hesab edilir. Son illərdə aparılmış axtarış işləri nəticəsində bu ərazidə Parağaçay, Misdağ, Göydağ, Göygöl, Şəlalə, Diaxçay, Kotam-Kilit filiz sahələrində çoxsaylı mis-molibden təzahürləri aşkar edilmişdir. Bunlardan əlavə, Culfa rayonunun Xanağa-Ordubad filizləşmə sahəsində eosen yaşlı vulkan-plutonik kompleksi daxilində, hidrotermal dəyişilmiş süxurlarda xeyli miqdarında proqnoz resursları gözlənilir. Qurğuşun və sink Ehtiyatları təsdiq edilmiş polimetal filiz yataqları aşağıdakılardır: Filizçay, Kasdağ, Katex, Mehmana və Gümüşlük. Kiçik Qafqazın Qazax filiz rayonunda Şəkərbəy, Naxçıvanın Ordubad filiz rayonunda Nəsirvaz-Ağdərə polimetal filiz yataqlarının qurğuşun ehtiyatları qiymətləndirilmiş və proqnoz resursları hesablanmışdır. Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri yataqları sırasına daxil olan Filizçay kolçedan-polimetal yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları təsdiq edilmişdir. Yataq yeganə kompakt filiz kütləsindən ibarət olmaqla 95 mln. ton miqdarında filiz ehtiyatına malikdir.Filizdə əsas qiymətli komponentlər mis (filizdə orta miqdarı 0,59%), sink (3,63%), qurğuşun (1,43%), gümüş (44,2 q/t), bismut, kadmium, kobalt, selen, tellur, indium və s. ibarətdir ki, onların da sənaye ehtiyatları hesablanmışdır.Filizlərin texnoloji xüsusiyyətləri 34 laborator (çəkisi 7 tona qədər) və 2 yarımsənaye (çəkisi 1–3,6 min ton) sınaqları üzərində öyrənilmiş və filizsaflaşdırma fabrikində qurğuşun-sink, mis və pirit konsentratlarının alınması və onların metalloji emalı nəticəsində son məhsulun-metalların alınması tövsiyə edilmişdir. Filizçay yatağının ehtiyatları dağ–mədən müəssisəsinin yüksək rentabelli fəaliyyətini 60 ildən artıq müddətə təmin edə bilər. Yatağın istismarı yeraltı üsulla nəzərdə tutulur. Filizçay yatağının həndəvərində, miqyaslarına görə nisbətən kiçik olan, dəqiq kəşfiyyat işləri aparılmış, sənaye ehtiyatları təsdiq edilmiş və qiymətləndirilmiş Kasdağ və Katex polimetal, Saqator mis-sink və Mazımçay mis-kolçedan filiz yataqları yerləşir. Bu yataqlar nəzərdə tutulan mədən-metallurgiya kompleksinin əlavə xammal bazası kimi nəzərdə tutulur. Zaqatala qoruğunun mühafizəsi zərurəti Filizçay yatağının istismarı ilə əlaqədar kompleks ekoloji problemlərin həlli, bütünlüklə ətraf mühitin təhlükəsizliyi məsələləri gündəlikdən çıxarılmamalı, birinci növbədə daha mütərəqqi emal texnologiyasının tətbiqi, istifadə olunacaq texniki avadanlıq, enerji daşıyıcılarının, material və xidmətlərin mövcud dünya bazarı qiymətləri əsasında texniki-iqtisadi əsaslandırmanın (TIƏ) yenidən tərtib edilməsi zəruri sayılır.Kiçik Qafqaz ərazisində qurğuşun və sink filizləşməsi əsasən damar tipli kütlələr şəklində yayılmışdır və çox da böyük yataqlar əmələ gətirmir. Belə yataqlardan biri Qarabağ filiz rayonunda, rayon mərkəzi Ağdərə şəhərindən 25 km cənub-qərbdə aşkar olunmuş Mehmana yatağıdır. Yatağın əsas ehtiyatları (80%-ə qədəri) 3 əsas damarda toplanmışdır. Onların uzunluğu 100 m-dən 1500 m-ə qədər, qalınlıqları isə 0,4 m-dən 0,85 m-ə qədər, filizdə qurğuşunun orta miqdarı-6,87%; sink-2,9% təşkil edir. Qeyd olunan elementlərlə yanaşı filizdə gümüş, kadmium, qızıl, selen və tellurun yüksək miqdarı qeyd olunmuşdur. Naxçıvan MR ərazisində sənaye ehtiyatları təsdiq edilmiş qurğuşun-sink yataqları Şərur və Ordubad rayonlarında yerləşirlər. 1952-ci ildən Şərur rayonunda gündəlik gücü 50 ton filiz olan Gümüşlük mədəni fəaliyyət göstərirdi. Yataq üzrə əsas faydalı komponentlər qurğuşun və sink, yanaşı komponentlər kadmium, qallium, gümüşdür. Yatağın I, II, III sahələrində sənaye əhəmiyyətli ehtiyatlar tam istismar edilmiş, son illərdə mədəndə kasıb filizlər çıxarılırdı. Balakən-Zaqatala filiz rayonunda — Saqator mis-sink yatağında, Naxçıvan MR-da — Nəsirvaz-Ağdərə polimetal yataqlarında sinkin ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz ehtiyatları hesablanmışdır. Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz rayonunda — "Hamamçay" və "Dəmir" dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda — Filizçay kolçedan-polimetal yatağında cəmləşmişdir.Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır. Kobaltın dəmir filizlərindən çıxarılmamasının və tullantı kimi yığılmasının səbəbi mövcud texnologiyanın olmaması kimi əsaslandırılsa da, əsas səbəbi dəmir filizinin SSRI Əlvan metallurgiya Nazirliyinin Qara metallurgiya idarəsinə, kobalt filizinin isə Əlvan metallurgiya Idarəsinə məxsus olmasından ibarət olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2-ci Dünya müharibəsi dövründə az bir müddətdə Şimali Daşkəsən kobalt yatağının istismarı məsələsi həll olunmuş və müharibə vaxtı SSRI-nin kobalta olan ehtiyatının 40–45%-ə qədərini bu yataq ödəmişdir. Kiçik Qafqaz regionunda ehtiyatları hesablanmış kobalt yataqları ancaq Daşkəsən filiz rayonundadır. Bunlar "Cənubi Daşkəsən", "Hamamçay" və "Dəmir" yataqlarıdır. Bunlardan əlavə Daşkəsən filiz sahəsində "Şimali Daşkəsən" kobalt yatağının ehtiyatları tam istismar olunmamışdır. "Hamamçay" yatağında kobalt minerallaşması 2 formada — məxsusi kobalt mineralı-kobaltın, qlaukodat mineralları formasında və maqnetit filizi tərkibində kobaltlı piritin möhtəvi və damarcıqları şəklində qeyd olunur. "Dəmir" yatağında da kobalt kobaltlı pirit formasında maqnetit filizlərinin tərkibində yerləşir. "Cənubi Daşkəsən" dəmir filizi yatağında sərbəst kobalt mineralları ilə əlaqədar olan kobaltın miqdarı 0,139%-təşkil edir. Kobaltlı piritlə bağlı olan hissəsinin orta miqdarı 0,025% təşkil edir. Maqnetit filizi ilə bağlı olan kobalt ehtiyatları ancaq bu sahələrdə dəmir filizi istismar olunan vaxt götürülə bilər.Ordubad filiz rayonunda əvvəllər aparılmış geoloji-axtarış işləri nəticəsində bir sıra mis-kobalt təzahürləri aşkar edilmişdir ki, onlardan da ən böyük maraq doğuranı Kotam və Kilit təzahürləridir. Kotam mis-kobalt təzahürü Kotam kəndindən 2,5 km şimal-şərqdə yerləşir. Yer səthində qalınlığı 20–80 m olan filizləşmə zonası 2,5 km məsafədə izlənilir. Filizləşmə damarcıq-möhtəvi teksturaya malik olub, xalkopirit-pirit tərkiblidir. Filizləşmə daxilində kobaltın miqdarı 0,06–0,3%, nikel-0,1%, mis-0,3–1,12% arasında dəyişir. Kilit mis-kobalt təzahürü Kotam filiz rayonu daxilində yerləşməklə, kobalt, nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-möhtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur. Filizləşmə zonaları 3–8,6 m qalınlıqla 20 m-dən 1000 m-ə qədər izlənilir. Elementlərin orta miqdarı: kobalt-0,028–0,115%, mis-0,07–0,43%-dir. Respublikada yüksək keyfiyyətli polad istehsalı xammalı bazasının yaradılması zərurəti gələcəkdə kobalt filizinə geoloji-kəşfiyyat işlərinin aparılmasını zəruri edir. 1993-cü ildən əvvəllər ehtiyatları qismən istismar edilmiş "Şimali Daşkəsən" kobalt yatağının cinahlarında aparılmış axtarış işləri nəticəsində burada intişar tapmış zonaların parametrləri müəyyənləşdirilmiş və ilk dəfə olaraq bu zonalar üzrə kobaltın yüksək miqdarı təyin edilmişdir (4 m qalınlığında 0,41%, 1,25 m qalınlığında 0,37%). Molibdenin dövlət balansında qeydə alınmış ehtiyatları Ordubad filiz rayonunda Parağaçay (Qapıcıq sahəsi ilə birgə) yatağında cəmləşir. Naxçıvan qırışıqlıq zonasının Ordubad filiz rayonunda Göydağ, Diaxçay, Misdağ-Şəlalə və Kiçik Qafqazın Qarabağ filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır. Alüminium xammalı Respublika ərazisində əvvəllər aparılmış geoloji-kəşfiyyat işləri ilə Zəylik alunit filizləri yatağı aşkar edilmiş və kəşfiyyatı aparılmışdır. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Alunit filizləri üst yura yaşlı tufogen çöküntülərdə intişar tapmışlar və lay formalı iki filiz qatı ilə təmsil olunurlar. Filizlər əsasən alunitdən və kvarsdan ibarətdir. Alunitin miqdarı 10–80% arasında dəyişməklə, yataq üzrə orta miqdarı-53%-dir.Alunit filizləri Respublika üzrə ümumi filiz ehtiyatlarının 29,7% -ni təşkil edir. Zəylik alunit yatağı Gəncə gil-torpaq kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur. Hər il alunitdən 200 min ton gil-topraq, 385 min ton sulfat turşusu, 78 min ton kalium gübrəsi alınırdı və o illərdə əsasən Krasnoyarsk və Irkutsk alüminium zavodlarına göndərilirdi. Bu yatağın ən cəlbedici amillərindən biri də odur ki, alunit filizlərinin tərkibində nüvə reaktorlarında, təyyarə və raket texnikasında, ərinti birləşmələrində istifadə edilən vanadium və qallium metalları vardır. Sənaye ehtiyatları dövlət balansında qeydə alınmış civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağınin (Ağyataq) ehtiyatları istismar nəticəsində tükənmişdir. Bu yataqlardan başqa, Kiçik Qafqazın Kəlbəcər filiz rayonunda Narzanlı, Sarıbulaq, Çilgəzçay, Qamışlı və Şorbulaq civə yataqlarının ehtiyatları qiymətləndirilərək sahə balansında qeydə alınmış, proqnoz resursları hesablanmışdır. Levçay civə yatağı — Kəlbəcər rayonunun Lev kəndindən 15–20 km şimal-qərbdə yerləşir. Filiz kütlələri kiçik linzalar şəklində təbaşir yaşlı karbonat süxurlar içərisində yerləşir. Filiz kütlələrinin uzunluğu 20 m-dən 70 m-ə qədər, qalınlıqları isə 2,5 m-dən 6,5 m-ə qədərdir. Filizdə civənin orta miqdarı 0,261–0,497% arasında dəyişir. Ağyataq civə yatağı — Kəlbəcər şəhərindən 12–15 km şərqdə, cənub-şərqdə yerləşir. Yataq 1984-cü ilə kimi Şorbulaq dağ-mədən müəssisəsi tərəfindən istismar olunmuşdur. Filizdə civənin orta miqdarı 0,3%-dir. Çilgəzçay yatağı — Laçın rayonunun Ələkçi kəndi yaxınlığındadır. Civə minerallaşması əzilmiş, kvarslaşmış santon yaşlı süxurlar içərisində yerləşir. Civənin əsas mineralı olan kinovar ayrı-ayrı yuvacıqlar, möhtəvilər və damarcıqlar şəklində filizdaşıyan süxurlar içərisində qeyri-bərabər paylanmışdır. Narzanlı yatağı — Laçın rayonunun Kalafalıq kəndi yaxınlığındadır. Civənin əsas mineralı kinovar ayrı-ayrı linzalar, yuvacıqlar və damarcıqlar şəklində əhəngdaşları içərisində yerləşir. Həmçinin bax Xarici keçidlər Koreya Kolumbiyada nadir metallar axtarır
https://az.wikipedia.org/w/index.php?curid=569717
Əlvan yapalaqca
Əlvan yapalaqca (lat. Strix varia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
https://az.wikipedia.org/w/index.php?curid=150316
Əlvan yulğun
Əlvan yulğun (lat. Tamarix florida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Təbii yayılması Botaniki təsviri Ekologiyası Torpağa tələbkar deyildir. İstiyə soyuğa davamlıdır. Rütubətli yerlərdə yaxşı bitir. Azərbaycanda yayılması Yaşıllaşdırmada rast gəlinmir. Yamacların bərkidilməsində istifadəsi məqsədyönlüdür.
https://az.wikipedia.org/w/index.php?curid=593162
Əlvan Əliyev
Əlvan Mədət oğlu Əliyev (Əlvan Kəbirli) (25 iyul 1947, Salmanbəyli, Ağcabədi rayonu – 3 mart 2014) — Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı (1991 – 1993-cü illər), Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.1968-ci ildə dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. 1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974–1977-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. 5 fevral 1975-ci ildə ailə həyatı qurub, 3 övladı var. 1982-ci ilin sentyabrından 1983-cü ilin fevralınadək Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb. Əmək fəaliyyəti 1968-ci ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) "Fəlsəfə və elmi kommunizm" kafedrasında (indiki "Sosial fənlər" kafedrası) müəllim kimi əmək fəaliyyətinə başlayıb 1987-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışıb 1983 – 1989-cu illərdə institut partiya komitəsi katibinin müavini və Xalq Nəzarəti Qrupunun sədri vəzifəsində çalışıb 1990-cı ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib 1991 – 1993-cü illərdə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülüb 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub 2012-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı ilə təltif edilib Bir kitabın, 42 elmi məqalənin və yüzlərlə elmi – populyar məqalənin müəllifidir İctimai-siyasi fəaliyyəti Əlvan Kəbirli elmi-pedaqoji fəaliyyətlə bərabər 1980-ci illərin sonlarında vüsət almış milli-azadlıq hərəkatının də ön sıralarında mübarizə aparıb. 1989-cu ilin dekabr ayında Moskvadan olan göstərişə əsasən Respublika Dövlət Təhlükəsizliyi Komitəsinin Sabirabad rayonunda keçirilən regional müşavirəsində dərhal həbs olunması tələb olunan milli-azadlıq hərəkatının 100 nəfərdən ibarət ən fəal iştirakçısının adları qeyd olunmuş siyahıda Əlvan Kəbirlinin adı xüsusi olaraq vurğulanmışdı. Əlvan Kəbirlinin 1990-cı ilin qanlı yanvar hadisələrinin Gəncədə baş verməsinin qarşısının alınmasında, həmçinin Gəncənin tarixi adının bərpasında müstəsna rolu olmuşdur. 2000-ci il parlament seçkilərində Əlvan Əliyev Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 25-ci sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4.85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Əlvan Əliyev deputat seçilə bilməmişdir. Elmi-publisist fəaliyyəti 1975-ci ildən qəzet və jurnallarda elmi, elmi-publisist və publisist yazılarla çıxış edib. 1988-ci ilin fevralından etibarən bu sahədə fəaliyyəti daha intensiv şəkil alıb. "Mərhəmət", "İnsan və qanun" və "Ruzigar" jurnallarının, "Gəncənin səsi", "Novosti Qyandji", "Gəncəbasar" və "Ruzigar" qəzetlərinin redaksiya heyətinin üzvü olub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. "Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Siyasət naşıları sevmir. Bakı , "Elm" nəşriyyatı, 2008, 375 s.
https://az.wikipedia.org/w/index.php?curid=357670
Əlvan Əliyev (Kəbirli)

https://az.wikipedia.org/w/index.php?curid=509360
Əlvanburun kəkilli susüpürən
Əlvanburun kəkilli susüpürən (lat. Thalasseus sandvicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
https://az.wikipedia.org/w/index.php?curid=160908
Əlvaniyyə
Əlvaniyyə (fars. علوانیه) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 19 ailədə 45 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 89 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
https://az.wikipedia.org/w/index.php?curid=429945
Əlvida, Bafana
Əlvida, Bafana (ing. Goodbye Bafana) — Nelson Mandelanın həbsxana həyatından bəhs edən 2007-ci ilin dram filmidir. Film Mandelanın həbsxana şefi olan Ceyms Qreqorinin "Əlvida Bafana: Nelson Mandela, mənim dustağım, mənim dostum" adlı kitabı əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri 2006-cı ilin ortalarında Cənubi Afrikada aparılmışdır. Filmin rejissoru danimarkalı Bil Oqast, Nelson Mandela rolunun ifaçısı Denis Heysbert, Ceyms Qreqori rolunun ifaçısı isə Cozef Faynesdir. Film siyasi xadim Nelson Mandelanın 20 illik həbsxana həyatını və buradakı həbsxana şefi Ceyms Qreqori ilə dostluq münasibətlərini əks etdirir. Dennis Heysbert — Nelson Mandela Cosef Faynes — Ceyms Qreqori Dayan Kryuqer — Qloriya Qreqori Norman Ensti — Cimmi Kryuger
https://az.wikipedia.org/w/index.php?curid=53681
Əlvida, Bafana (film, 2007)
Əlvida, Bafana (ing. Goodbye Bafana) — Nelson Mandelanın həbsxana həyatından bəhs edən 2007-ci ilin dram filmidir. Film Mandelanın həbsxana şefi olan Ceyms Qreqorinin "Əlvida Bafana: Nelson Mandela, mənim dustağım, mənim dostum" adlı kitabı əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri 2006-cı ilin ortalarında Cənubi Afrikada aparılmışdır. Filmin rejissoru danimarkalı Bil Oqast, Nelson Mandela rolunun ifaçısı Denis Heysbert, Ceyms Qreqori rolunun ifaçısı isə Cozef Faynesdir. Film siyasi xadim Nelson Mandelanın 20 illik həbsxana həyatını və buradakı həbsxana şefi Ceyms Qreqori ilə dostluq münasibətlərini əks etdirir. Dennis Heysbert — Nelson Mandela Cosef Faynes — Ceyms Qreqori Dayan Kryuqer — Qloriya Qreqori Norman Ensti — Cimmi Kryuger
https://az.wikipedia.org/w/index.php?curid=824307
Əlvida, Cənub Şəhəri (2006)
Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini – bir yay ərzində baş vermiş hadisələri əhatə edir. "Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı – Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır. Daha sonra titrlərin köməyilə hadisələrin 1988-ci il Bakısında cərəyan etdiyi aydın olur. İçərişəhər həyətlərinin biri... Ümumi həyətə, ümumi pilləkənə bir neçə qonşunun qapısı açılır. Alikin də yaşadığı bu həyətin sakinləri çoxdanın qonşularıdır. Tək bir nəfərdən başqa. Fariz ailəsi ilə bura yenicə köçüb. Odur ki, şəhər həyatına alışmayan 7-8 yaşlı oğlu hər gün özünü eyvanın başından milis işçisi qonşunun həyətdə duran maşınının üstünə "yüngülləşdirir". Hər dəfə də maşının sirenalarının səsi məhəlləni başına götürür. Maşın sahibi, qonşular narazılıqlarını bildirsələr də, vəzifə sahibi olan Farizdən çəkindikləri üçün "dərinə" getmirlər. Alik isə məhəllənin müdafiəçisi kimi tanınır. Məlum səbəblərdən rusların, ermənilərin Bakını tərk etdiyi qarışıq bir dövrdə Alik tanıdığı adamların dadına çatır. Qarşı tərəfi hədələməkdə isə ona cibində gəzdirdiyi tapança yardımçı olur. Nəhayət, yaxınlıqdakı zirzəminin boşaldılması məqamı da yetişir. Caz qrupunun məşq etdiyi zirzəmidə Fariz restoran açmaq fikrindədir. Qrup üzvləri isə caz festivalına hazırlaşdıqlarından zirzəmini tərk etmək istəmirlər. Alikin sevdiyi qız – Maya (Mehriban Zəki) da qrupun solistidir. Odur ki, gənc oğlan yenidən tapançasını çıxararaq, musiqiçilərin müdafiəsinə qalxır. Növbəti günlərin birində qonşular həyətdə süfrə arxasına toplaşaraq, həyətləri haqqında videokamerası ilə film çəkən və buna görə də Farizin qəzəbinə tuş gələn yeniyetmə oğlanın "kişi olmasını" qeyd edirlər. Bu məqamda yeni qonşu həyətə girir və pilləkənlərlə evinə qalxır. Qonşular onu içməyə dəvət etsələr də, Fariz ikrah hissi ilə təklifi rədd edir, "Sizin kimilərlə içmərəm, hamınızın axırına çıxacağam" deyir. Alik isə ona edilən hədəyə dözməyib pilləkənlərlə qalxır və Farizə möhkəm bir şillə çəkir. Bu hadisədən sonra Alik milis idarəsinə çağırılır. Onun gəzdirdiyi tapançanın adi alışqan olmasına baxmayaraq, törətmədiyi cinayətlərdə təqsirli bilinir və həbs edilir. Filmin sonunda hadisələr yenə də 2000-ci ilə qayıdır. Dəniz kənarında Rza Alikə bir daha Farizi öldürməyi təklif edir. Alik isə "yox" cavabı verərək, Azərbaycanı tərk edəcəyini deyir. Vaxtilə neft quyusunda birgə işlədiyi, tənbəlliyi üzündən yalnız Alikin özünə ortaq götürdüyü Rza isə cibindən bıçaq çıxardıb, ona bir neçə zərbə endirir. Alik qan içində yerə yıxılır. Film Bakının gecə panoramı, caz musiqisinin sədaları altında bitir. Festivallar və mükafatlar 1)2006-cı ildə V milli "Qızıl Çıraq" Mükafatı Film ən yaxşı tammetrajlı bədii film nominasiyasında Mükafat almışdır. Film ən yaxşı ssenari nominasiyasında Mükafat almışdır. Aktyor Teymur Bədəlbəyli ən yaxşı kişi rolu nominasiyasında Mükafat almışdır.2)2007-ci ildə Moskvada "Moskovskaya Premyera" IV Kinofestivalı Film "Art-Xətt" proqramının ən yaxşı filmi nominasiyasında tamaşaçı rəğbəti Mükafatı almışdır. Film haqqında Film adından da göründüyü kimi, "Bir Cənub Şəhərində" filminin məntiqi davamı kimi düşünülmüşdür. Film Rüstəm İbrahimbəyovun "Təbəssümlə Oyanaraq" əsəri əsasında çəkilmişdir. Film 2007-ci ilin fevralında Berlin Film Festivalında, iyulunda Çexiyanın Uherske-Hradişte şəhərində keçirilən beynəlxalq film festivalında, sentyabrında isə Qazaxıstanda IV beynəlxalq "Avrasiya" kinofestivalında nümayiş etdirilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi : Rüstəm İbrahimbəyov Quruluşçu rejissor : Oleq Səfərəliyev Quruluşçu operator : Murad Əliyev Quruluşçu rəssam : Mayis Ağabəyov, Əziz Məmmədov Bəstəkar : Səyavuş Kərimi Səs rejissoru : Əsəd Əsədov Geyim rəssamı : Məlahət Hümbətova Qrim rəssamı : Elbrus Vahidov Montaj edən : Gülşən Səlimova Rejissor : Çingiz Həsənov Rejissor qrupu : Arzu Abdullayeva, Rövşən Ağayev (II), Elman Qasımov, Etibar Hüseynov Operator qrupu : Nizami Abbasov, Tərlan Babayev, Pərvin Cavadov, Sancar İrmaqanbetov Prodüser : Rüstəm İbrahimbəyov Qrim : Polina Tkaçenko Pirotexnik : Vaqif Qurbanov Səs texnikləri : Dmitri Mazulevski, Elmira Səmədova İşıqçılar : Oruc Şahməmmədov, Adil Dadaşov, Akif Rəhimov Redaktorlar : Ramiz Rövşən, Rafiq Əliyev (II) Dirijor : Teymur Göyçayev Vokal : Sevda Ələkbərzadə İcraçı prodüser : Adil Qulami İnzibatçılar : Akif Əliyev, Tofiq Musayev, İlqar Musayev (II), Fəxri İbrahimov Mühasiblər : Yevgeniya Bosmanova, Yelena Jarkova Sürücülər : Yuri Neçayev, Rafiq Səfərov, Oqtay Əliyev, Ələkbər Əbdülov, Şamil Həsənov, Kərim Məmmədov, Rövşən Babayev Musiqilərindən İstifadə edilən Bəstəkar : Qara Qarayev, Mehriban Zəki Mahnı İfa edən : Sevda Ələkbərzadə, Mehriban Zəki("Yağış Yuyur, Gün Qurudur" mahnısı)(2-ci şəxs titrlərdə yoxdur) Mahnı Mətninin Müəllifi : Ramiz Rövşən("Yağış Yuyur, Gün Qurudur" mahnısı)(titrlərdə yoxdur) Teymur Bədəlbəyli — Alik Mehriban Zəki — Maya Fuad Poladov — Fariz Fəxrəddin Manafov — Rza Rafiq Əliyev (II) — Nazim Kamal Xudaverdiyev — İsmayıl dayı Sənubər İsgəndərli — bacı Elmira Şabanova — Xanımana Şamil Süleymanov — inspektor Hacı İsmayılov — MİS müdiri Tofiq Mirzəyev — baba Sadıq Əhmədov — polis işçisi Həsən Seyidbəyli (II) — bacıoğlu "Qaya" Vokal Kvarteti Teymur Mirzəyev Arif Hacıyev Rauf Babayev Cavan Zeynallı Şahin Növrəsli — fortepiano ifaçısı Natiq Şirinov — nağara ifaçısı Y. Eyvazov — ud ifaçısı V. Vasilçenko Aleksandra Anikuşina-Lusya Yana Nikitina Naibə Allahverdiyeva S. Ağaəliyev Elbrus Vahidov Arif Kərimov Tofiq Hüseynov Manaf Dadaşov A. Mikayılova İntiqam Soltan Məhərrəm Musayev E. Şirəliyev Arif Qasımov Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=164069
Əlvida, Gülsarı (povest)
Əlvida, Gülsarı — 1966-cı ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. Ötən payız Tanabay kolxoza gəlir, briqadir isə ona deyir: “Sizin üçün at seçmişik. Bir az yaşlıdı, amma sizin iş üçün yarayar.” Tanabay atı gördü, onun ürəyi bərk sıxıldı. “Belə çıxır ki, yenidən görüşdük.”- ata müraciət elədi. İlk dəfə o Gülsarı ilə müharibədən sonra görüşmüşdü. Müharibədən azad olan Tanabay əvvəlcə dəmirçixanada işləyridi, sonra dostu Çoronun təkidi ilə dağlara ilxıçı işləməyə yollandı. Məhz orada o gözəl Gülsarını gördü. Keçmiş ilxıçı ona “əvvəllər belə ata görə baş kəsərlər” demişdi. Payız da keçdi qış da. Gülsarı böyüyərək möhkəm ata çevrildi. Qaçmaq ehtirası onu günü-gündən bürüyürdü. Onun şöhrəti hər yana yayılmışdı. İnsanlar arasında Gülsarı haqqda deyərdilər: “Su dolu vedrə qoysan, bir damcı belə su tökülməz.” Heç zaman Tanabay öz atının üzərinə kiminsə oturmasına izin verməzdi, hətta həmin o qadına da. May gecələrində onların gecə həyatı başlamışdı. Səhər sürü ilə məşğul olandan sonra o, Gülsarının üzərində Bübücangilə gedərdi. Gün çıxanda isə onlar yenidən ilxıda olan atların yanına qayıdardılar. Bir gecə dəhşətli qasırğa oldu və Gülsarı ilə Tanabay ilxıya çata bilmədilər. Tanabayın xanımı isə gecədən qonşulara köməyə getmişdi. İlxı tapıldı, Tanabay isə evə sonradan gəlib çıxdı. O gün xanımı ona dedi: “Uşaqlar birazdan böyüyəcək, sən isə hələ də..” Xanımı və qonşular dağılışdılar. Tanabay isə yerə yıxıldı. O üzü aşağı uzanıb, hönkür-hönkür ağlayırdı. O, utanc hissindən ağlayırdı. Həmin ilin qışında Çoro kolxozu tərk etdi və onun yerinə yeni sədr gəldi. Yeni sədr Gülsarını özü minmək istəyirdi. Gülsarını itirindən sonra Tanabay da ilxını buraxdı. O heç cür özünə gələ bilmirdi. Bir gün Tanabay yenidən ilxının içində Gülsarını gördü. Çox güman qaçmışdı. O, ilxıya can atırdı. Lakin bir az sonra iki nəfər Gülsarının dalınca gələrək yenidən onu apardılar. Üçüncü dəfə Gülsarı qaçanda Tanabay ata görə narahat olmağa başladı. Bir dəfə kolxoz sədrinin yanına gedərkən ürəyi dözmədi və Gülsarıya baxdı. Onun qorxduğu başına gəlmişdi. Gülsarının arxa ayaqlarını yerə dayamışdılar. O, hərəkət edə bilmirdi. Tək- tənha, hərəkətsiz qalmışdı. Həmin ilin payızında Tanabayın taleyi qəfil dəyişdi. Çoro ona çoban olmağı tapşırdı. Balalama vaxtı yaxınlaşırdı. Sürü balalama üçün xüsusi yerə aparıldı. Tanabayın qarşılaşdığı mənzərə onu “heyrətə gətirdi”. O, yaxşı şərait gözləməsə də, damsız, qapısızı tövlələr, yemsiz kisələri gözləmirdi. Bu cür axı mümkün deyil! Hamı yorulmaq bilmədən işləyirdi. Ən çətini tövləni təmizləmək idi. Və bir gün tövlədən çıxan Tanabay quzunun qışqırtısını eşitdi. Deməli artıq başlamışdı. Tanabay fəlakətin yaxınlaşdığını hiss edirdi. İlk dölləmə vaxtı artıq başlamışdı. Ana quzuların isə südləri yox idi. Ac quzular bir-birlərinin yununu yeməyə başlamışdılar. Bu zaman sədrlər bu tərəflərə gəldilər. Onlardan biri Çoro, digəri isə rayon prokuroru-Seqizbayev idi. Tanabay ondan bu şəraitdə hələ plan haqqda da soruşduqlarından çox qəzəbləndi. Tanabay əsəblərini cilovlaya bilmirdi. O, əlində beli alaraq prokuronun üzərinə cumdu. Onları bir təhər ayırdılar. Üç gündən sonra Tanabayın partiyadan qovulması haqqda qərar qəbul edildi. Partiyaya biletini təhvil verərək oradan çıxdı. Tanabay Gülsarının boynunu quacaqlayıb ona öz dərdini danışdı... Bütün bunları Tanabay ocaq başında illər sonra yada salırdı. Onun yanında Gülsarı halsız şəkildə uzanmışdı. Həyat Gülsarını tərk edirdi. “Sən əla at idin, Gülsarı. Sən mənim dostum idin, Gülsarı. Sən özünlə mənim həyatımın ən yaxşı illərini aparırsan, Gülsarı.” Səhər düşdü. Ocağın başında qoca kişi oturmuşdu, Gülsarı isə səmalarda idi. Tanabay səki ilə gedirdi. Göz yaşları yanağından süzülürdü. O göz yaşlarını silmirdi, çünki bu göz yaşları Gülsarıya görə idi.
https://az.wikipedia.org/w/index.php?curid=405690
Əlvida, cənub şəhəri (film, 2006)
Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini – bir yay ərzində baş vermiş hadisələri əhatə edir. "Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı – Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır. Daha sonra titrlərin köməyilə hadisələrin 1988-ci il Bakısında cərəyan etdiyi aydın olur. İçərişəhər həyətlərinin biri... Ümumi həyətə, ümumi pilləkənə bir neçə qonşunun qapısı açılır. Alikin də yaşadığı bu həyətin sakinləri çoxdanın qonşularıdır. Tək bir nəfərdən başqa. Fariz ailəsi ilə bura yenicə köçüb. Odur ki, şəhər həyatına alışmayan 7-8 yaşlı oğlu hər gün özünü eyvanın başından milis işçisi qonşunun həyətdə duran maşınının üstünə "yüngülləşdirir". Hər dəfə də maşının sirenalarının səsi məhəlləni başına götürür. Maşın sahibi, qonşular narazılıqlarını bildirsələr də, vəzifə sahibi olan Farizdən çəkindikləri üçün "dərinə" getmirlər. Alik isə məhəllənin müdafiəçisi kimi tanınır. Məlum səbəblərdən rusların, ermənilərin Bakını tərk etdiyi qarışıq bir dövrdə Alik tanıdığı adamların dadına çatır. Qarşı tərəfi hədələməkdə isə ona cibində gəzdirdiyi tapança yardımçı olur. Nəhayət, yaxınlıqdakı zirzəminin boşaldılması məqamı da yetişir. Caz qrupunun məşq etdiyi zirzəmidə Fariz restoran açmaq fikrindədir. Qrup üzvləri isə caz festivalına hazırlaşdıqlarından zirzəmini tərk etmək istəmirlər. Alikin sevdiyi qız – Maya (Mehriban Zəki) da qrupun solistidir. Odur ki, gənc oğlan yenidən tapançasını çıxararaq, musiqiçilərin müdafiəsinə qalxır. Növbəti günlərin birində qonşular həyətdə süfrə arxasına toplaşaraq, həyətləri haqqında videokamerası ilə film çəkən və buna görə də Farizin qəzəbinə tuş gələn yeniyetmə oğlanın "kişi olmasını" qeyd edirlər. Bu məqamda yeni qonşu həyətə girir və pilləkənlərlə evinə qalxır. Qonşular onu içməyə dəvət etsələr də, Fariz ikrah hissi ilə təklifi rədd edir, "Sizin kimilərlə içmərəm, hamınızın axırına çıxacağam" deyir. Alik isə ona edilən hədəyə dözməyib pilləkənlərlə qalxır və Farizə möhkəm bir şillə çəkir. Bu hadisədən sonra Alik milis idarəsinə çağırılır. Onun gəzdirdiyi tapançanın adi alışqan olmasına baxmayaraq, törətmədiyi cinayətlərdə təqsirli bilinir və həbs edilir. Filmin sonunda hadisələr yenə də 2000-ci ilə qayıdır. Dəniz kənarında Rza Alikə bir daha Farizi öldürməyi təklif edir. Alik isə "yox" cavabı verərək, Azərbaycanı tərk edəcəyini deyir. Vaxtilə neft quyusunda birgə işlədiyi, tənbəlliyi üzündən yalnız Alikin özünə ortaq götürdüyü Rza isə cibindən bıçaq çıxardıb, ona bir neçə zərbə endirir. Alik qan içində yerə yıxılır. Film Bakının gecə panoramı, caz musiqisinin sədaları altında bitir. Festivallar və mükafatlar 1)2006-cı ildə V milli "Qızıl Çıraq" Mükafatı Film ən yaxşı tammetrajlı bədii film nominasiyasında Mükafat almışdır. Film ən yaxşı ssenari nominasiyasında Mükafat almışdır. Aktyor Teymur Bədəlbəyli ən yaxşı kişi rolu nominasiyasında Mükafat almışdır.2)2007-ci ildə Moskvada "Moskovskaya Premyera" IV Kinofestivalı Film "Art-Xətt" proqramının ən yaxşı filmi nominasiyasında tamaşaçı rəğbəti Mükafatı almışdır. Film haqqında Film adından da göründüyü kimi, "Bir Cənub Şəhərində" filminin məntiqi davamı kimi düşünülmüşdür. Film Rüstəm İbrahimbəyovun "Təbəssümlə Oyanaraq" əsəri əsasında çəkilmişdir. Film 2007-ci ilin fevralında Berlin Film Festivalında, iyulunda Çexiyanın Uherske-Hradişte şəhərində keçirilən beynəlxalq film festivalında, sentyabrında isə Qazaxıstanda IV beynəlxalq "Avrasiya" kinofestivalında nümayiş etdirilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi : Rüstəm İbrahimbəyov Quruluşçu rejissor : Oleq Səfərəliyev Quruluşçu operator : Murad Əliyev Quruluşçu rəssam : Mayis Ağabəyov, Əziz Məmmədov Bəstəkar : Səyavuş Kərimi Səs rejissoru : Əsəd Əsədov Geyim rəssamı : Məlahət Hümbətova Qrim rəssamı : Elbrus Vahidov Montaj edən : Gülşən Səlimova Rejissor : Çingiz Həsənov Rejissor qrupu : Arzu Abdullayeva, Rövşən Ağayev (II), Elman Qasımov, Etibar Hüseynov Operator qrupu : Nizami Abbasov, Tərlan Babayev, Pərvin Cavadov, Sancar İrmaqanbetov Prodüser : Rüstəm İbrahimbəyov Qrim : Polina Tkaçenko Pirotexnik : Vaqif Qurbanov Səs texnikləri : Dmitri Mazulevski, Elmira Səmədova İşıqçılar : Oruc Şahməmmədov, Adil Dadaşov, Akif Rəhimov Redaktorlar : Ramiz Rövşən, Rafiq Əliyev (II) Dirijor : Teymur Göyçayev Vokal : Sevda Ələkbərzadə İcraçı prodüser : Adil Qulami İnzibatçılar : Akif Əliyev, Tofiq Musayev, İlqar Musayev (II), Fəxri İbrahimov Mühasiblər : Yevgeniya Bosmanova, Yelena Jarkova Sürücülər : Yuri Neçayev, Rafiq Səfərov, Oqtay Əliyev, Ələkbər Əbdülov, Şamil Həsənov, Kərim Məmmədov, Rövşən Babayev Musiqilərindən İstifadə edilən Bəstəkar : Qara Qarayev, Mehriban Zəki Mahnı İfa edən : Sevda Ələkbərzadə, Mehriban Zəki("Yağış Yuyur, Gün Qurudur" mahnısı)(2-ci şəxs titrlərdə yoxdur) Mahnı Mətninin Müəllifi : Ramiz Rövşən("Yağış Yuyur, Gün Qurudur" mahnısı)(titrlərdə yoxdur) Teymur Bədəlbəyli — Alik Mehriban Zəki — Maya Fuad Poladov — Fariz Fəxrəddin Manafov — Rza Rafiq Əliyev (II) — Nazim Kamal Xudaverdiyev — İsmayıl dayı Sənubər İsgəndərli — bacı Elmira Şabanova — Xanımana Şamil Süleymanov — inspektor Hacı İsmayılov — MİS müdiri Tofiq Mirzəyev — baba Sadıq Əhmədov — polis işçisi Həsən Seyidbəyli (II) — bacıoğlu "Qaya" Vokal Kvarteti Teymur Mirzəyev Arif Hacıyev Rauf Babayev Cavan Zeynallı Şahin Növrəsli — fortepiano ifaçısı Natiq Şirinov — nağara ifaçısı Y. Eyvazov — ud ifaçısı V. Vasilçenko Aleksandra Anikuşina-Lusya Yana Nikitina Naibə Allahverdiyeva S. Ağaəliyev Elbrus Vahidov Arif Kərimov Tofiq Hüseynov Manaf Dadaşov A. Mikayılova İntiqam Soltan Məhərrəm Musayev E. Şirəliyev Arif Qasımov Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=30733
Əlvida, silah! (roman)
Əlvida, silah! və ya Silahlara əlvida — Ernest Heminqueyin romanı. Əsərdə müharibə bütün gerçəklikləri və dəhşətləri ilə təsvir olunur. Döyüşün törətdiyi qorxu ucbatından əsgərlər özlərinə qəsdən xələl yetirirlər. Belə ki, onlar ön cəbhədə olmamaq üçün özlərini qəsdən yaralayır, arxa cəbhəyə can atır, xəstəxanalarda daha çox qalmaq istəyirdilər. Nəşr və tərcümə Roman Hacı Hacıyev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə Uşaqgəncnəşrdə 1961-ci ildə 345 səhifədə, 2-ci dəfə 1986-cı ildə 264 səhifədə təkrar nəşr edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda 320 səhifədə, 100 tirajla çap edilib. Həmçinin bax İtirilmiş nəsil Xarici keçidlər "Əlvida, silah! (roman)" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
https://az.wikipedia.org/w/index.php?curid=637686
Əlvida, Şmidt! (film, 2019)
Əlvida, Şmidt! — Rejissor Əli-Səttar Quliyev tərəfindən 2019-cı ildə çəkilən Azərbaycan tammetrajlı tragikomediya janrlı filmi. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında tragikomediya janrında çəkilən film etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi : Rüstəm Babazadə Quruluşçu rejissor : Əli-Səttar Quliyev Quruluşçu operator : Nadir Mehdiyev Quruluşçu rəssam : Əziz Məmmədov Rejissor : Akif Rüstəmov Səs rejissoru : – Seymur Əliyev Səs operatoru: Sergey Netrunenko Rəssam: Arif Niftiyev Qrim rəssamı: İradə Gülbabayeva Montaj rejissoru: Elşad Rəhimov İkinci operator: Nurlan Ələkbərov Xətt prodüseri: Arif Səfərov Trailer rejissoru:Rüfət Kərimzadə Dizayner: Pərviz Babayev, Gözəl Əliyeva Geyim rəssamı: Aygün Maxmudova Rejissor köməkçisi: Xədicə Qarayeva Döyüş səhnələrinin qurluşu: Murad Abdullayev İnzibatçılar: Fəhri Kərimoğlu, Allahverdi Cahangirov, Orxan Həsənəlizadə Grafist: Ülvi Babayev Soundtrek: Roman Şulqa Fotoqraf: Səməd Ağayev Bədii rəhbər: Lalə Kazımova Redaktor: İlqar Fəhmi Maliyyə meneceri: Sevda Həsənova Co-prodüser: Cəfər Axundzadə İçraçı prodüser : Tərlan Babayev Prodüser : Əli-Səttar Quliyev Azər Aydəmir – Emil Şmidt (aşpaz) Rasim Cəfər — Rasim (taksi şoferi) Mariam Kitia– Nana (fotoqraf) Əlixan Rəcəbov – Tərlan (müdir) Günel Məmmədova – Emil Şmidtin həyat yoldaşı (tərcüməçi) Qurban İsmayılov – Famil dayı Rasim Balayev – Polis mayoru Rafiq Əliyev – Həkim Yeganə Hüseynli — Emil Şmidtin xanımı Kamilla Quliyeva — Emil Şmidtin qızı Xarici keçidlər "Əlvida, Şmidt!" — Tam Film (2019) Əlvida, Şmidt! – 26 sentyabrdan kinoteatrlarda! (Treyler) Əlvida, Şmidt! filminin qala gecəsi. 26 sentabr kinoteatrlarda "Əlvida Şmidt!" — Teaser
https://az.wikipedia.org/w/index.php?curid=600109
Əlvida (film, 2007)
Film bir-birini sevən iki insanın həyatından, əsl insani hisslərdən bəhs edir Film haqqında Film müğənni Mətanət İsgəndərlinin aktrisa kimi kinoda ilk işidir. Film rejissor Elxan Cəfərovun bədii kinoda quruluşçu rejissor kimi ilk işidir. Film aktrisa Xuraman Hacıyevanın kinoda son işidir. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Sərvər Şahbəyli Quruluşçu rejissor: Elxan Cəfərov Quruluşçu operator: İsrafil Ağazadə Quruluşçu rəssam: Fikrət Ələkbərov Geyim rəssamı: Şahin Həsənli (rəssam) Prodüser: Asif Kərimov Mətanət İsgəndərli — Qəmər Əminə Babayeva -Ana Əhməd Salahov Qurban Məsimov Tofiq Qarayev Ənvər Vəliyev Xuraman Hacıyeva Mahirə Yaqubova — Solmaz Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=22859
Əlvida (mahnı)
Əlvida — Azərbaycan musiqiçisi Qara Dərvişin sözləri və musiqisi özünə aid olan mahnısı. Mahnı haqqında Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir. Mahnı sözləri Həmçinin bax Qara Dərviş
https://az.wikipedia.org/w/index.php?curid=573860
Əlvida Cəfərov
Cəfərov Əlvida Məhərrəm oğlu (17 fevral 1947, Cəbrayıl rayonu) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Əlvida Cəfərov 17 fevral 1947-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Əsas rolları Akademik Milli Dram Teatrındakı rolları: Şöhrət və ya unudulan adam (N.Hikmət) — idmançı Kəllə (N.Hikmət) — gözətçi İnsan (Səməd Vurğun) — alman zabiti Knyaz (Hüseyn Cavid) — xəfiyyə Əmir Teymur (Hüseyn Cavid) — Nazimağa Əks səda (Nəbi Xəzri) — fəhlə Torpağa sancılan qılınc (Nəbi Xəzri) — Odoğlu Adamın adamı (Anar) — iştirakçı Əliqulu evlənir (Sabit Rəhman) — Kamal və qarmon çalan Atabəylər (N.Həsənzadə) — Aydoğdu Qətibə İnanc (Məmməd Səid Ordubadi) — saray əyanı Xurşidbanu Natəvan (İlyas Əfəndiyev) — Şahmar Mahnı dağlarda qaldı (İlyas Əfəndiyev) — gözətçi Bizim qəribə taleyimiz (İlyas Əfəndiyev) — Cümü Ölülər (Cəlil Məmmədquluzadə) — Hacı Kərim, Cəlal və şikayətçi Hərənin öz payı (X.Qoca) — müxalifətçi Sokratı anma gecəsi (Çingiz Aytmatov və Muxtar Şaxanov) — Bekan Kral Lir (Vilyam Şekspir) — zadəgan Xanuma (A.Saqareli) — polis Eşq və intiqam (Süleyman Sani Axundov) — Cəbi Dirilən adam (M.Cəlal) — İsmayıl Eloğlu (A.Şaiq) — Qəhrəman Müfəttiş (Nikolay Qoqol) — Osip Filmoqrafiya Bir anın həqiqəti (film, 2003) Sarıköynəklə Valehin nağılı (film, 1980) Son arzu (film, 2003) Təlatüm (film, 2006) Ürək yaman şeydir... (film, 1992) Sirr (serial, 2012) Sübhün səfiri (film, 2012) Tək olanda qorxma... (teleserial, 2013)
https://az.wikipedia.org/w/index.php?curid=38407
Əlvən Mirzə
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. Hakimiyyəti Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı. O da, Şirazdan İsfahana gəlib 1499-cu ildə Məhəmmədi tutdu və Təbrizə sürgün etdi. Əlvənd Mirzə və Murad Əbhərdə sülh bağladı və bunun nəticəsində Diyarbəkir (Şərqi Anadolu) ilə Azərbaycan Əlvənd Mirzəyə, İraqi-Ərəb, İraqi-Əcəm və Fars da Sultan Murada qaldı. Səfəvilərlə mübarizə Əlvənd Mirzə Şah İsmayılın Şirvanşahları məğlub etməsi xəbərini alan kimi böyük bir ordu ilə Təbrizdən Naxçıvana gəldi. O, qızılbaşların Kür çayını keçməsini əngəlləmək üçün hərbi rəisi Məhəmməd Qaracanı Gəncə və Qarabağa yolladı. Qızılbaşlar Kür çayını keçib Əlvəndin göndərdiyi ordunu məhv etdilər. Əlvənd Şah İsmayıla Şirvana qayıtmaq tələbi ilə məktub göndərsə də, rədd cavabı aldəqdan sonra, döyüşmək üçün nəzərdə tutduğu Şərur düzünə yollandı. Lakin 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə məğlubiyyətə uğradı. 1501-ci ildə İsmayıl Təbrizə daxil olub özünü şah elan edir. Bununla da paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsası qoyuldu. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi. Həmçinin bax Ağqoyunlu hökmdarlarının siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=429051
Əlvənd
Əlvənd — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz. Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir. Tarixi mənbələrdə qədim "İpək yolu"nun Əlvəndin ərazisindən keçdiyi qeyd olunur. Əlvəndin yaşlı sakinləri kəndin bir məhəlləsini bu yaxınlara qədər Biləqanlı adlandırırdılar. Mütəxəssislər bunu XIII əsrdə monqolların məhv etdiyi qədim Beyləqan (xarabalıqları Mil düzündədir, Örənqala adlanır) şəhərindən köçüb gələnlərin nəsilləri hesab edirlər. XVIII əsrə aid sənədlərdə Əlvənddən ipəkçilikdə, ticarət və gəmiçilikdə müəyyən rolu olan yer kimi danışılır. Mənbələrdə yazılır ki, həmin vaxtlar burada ipək emalı müəssisəsi, gəmi dayanacağı, çoxlu karvansara, ticarət binaları, Qarabağa gediş-gəliş üçün bərə vardı. Əlvənd bazarına hər şənbə Ağcabədidən, Zərdabdan, Göyçaydan, Ucardan, İmişlidən alverə gəlirdilər. Bu yerlərin kənd təsərrüfatı məhsulları Əlvənddə toplanır və gəmilərlə uzaqlara daşınırdı. İndi də Qarabağ ərazisində "Əlvənd yolu" deyilən qədim bir yol var. Həsən bəy Zərdabi 1893-cü ildə yazırdı ki, XIX əsrin 60-cı illərində Moskvada yaşayan Şamaxı sakinləri Qədir ağa və Hacı Abdulrəhman qardaşları hər biri yüz vedrəyə qədər su tutan 30-a yaxın çuqun qazan alıb gətirib onları Əlvənd kəndində qurdurublar və biyan kökü şirəsi istehsal etməyə başlayıblar. Sonralar bir nəfər alman və erməni Martiros Ucar yaxınlığındakı Qarabörk kəndində biyan kökü şirəsi hazırlamağa başlayır. Təbii çoxalan biyan Zərdabın demək olar bütün sututar ərazisində yetişirdi. Əvvəllər biyandan ancaq mal-qara üçün qaba yem kimi, oduncağından isə ocaqda yandırmaq üçün istifadə edirdilər. Biyan kökü şəkər istehsalı üçün əvəzsiz xammal kimi kəşf edildikdən sonra onun sənayedə istifadə olunması zərurəti meydana çıxdı və biyan kökü tədarük etmək zərdablılar üçün yeni bir istehsal fəaliyyəti növünə çevrildi. Kür çayı boyunca yabanı halda yetişən biyanın şöhrəti sonralar dünyanın bir çox ölkələrinə yayılmışdı. Kür vadisindəki biyan kökü və ondan alınan şirə Avropaya, Amerikaya yollanırdı. Bu zavodlarda emal edilən biyan kökünün tədarükçüləri arasında zərdablılar çox idi. Dəmiryolu yükün daşınması üçün yaxşı imkan yaratdığına görə zavodlar əsasən dəmiryol stansiyaları yaxınlığında tikilirdi. Məhsul isə zavodların yaxınlığındakı qonşu rayonlardan daşınırdı. 1887-ci ilə aid bir sənəddə Əlvənd adının yanında "Böyük kənd" sözü də yazılmışdır. Əlvəndə bir zamanlar Kürdəmirin Sovla kəndindən də köçüb gəlmişlər. XX yüzilliyin 40-cı illərində isə Ermənistanın Abaran rayonunun Kirəşli kəndindən zorla çıxarılan 35 azərbaycanlı ailəsi Əlvəndə deportasiya edilmişdir. Qəribədir ki, ikinci dünya müharibəsi zamanı – 1941-ci il avqustun 25-də alman təyyarəsi Əlvənd üzərində uçmuş, bu kəndə bomba atmışdır. Həmin yandırıcı bomba taxıl zəmisinə düşmüş, partlamamışdır və bu gün də Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.
https://az.wikipedia.org/w/index.php?curid=560720
Əlvənd (Zərdab)

https://az.wikipedia.org/w/index.php?curid=15343
Əlvənd (şəhər)
Əlvənd- İranın Qəzvin ostanının şəhərlərindən və Əlburz şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,333 nəfər və 18,004 ailədən ibarət idi.Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
https://az.wikipedia.org/w/index.php?curid=288053
Əlvənd Mirzə
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. Hakimiyyəti Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı. O da, Şirazdan İsfahana gəlib 1499-cu ildə Məhəmmədi tutdu və Təbrizə sürgün etdi. Əlvənd Mirzə və Murad Əbhərdə sülh bağladı və bunun nəticəsində Diyarbəkir (Şərqi Anadolu) ilə Azərbaycan Əlvənd Mirzəyə, İraqi-Ərəb, İraqi-Əcəm və Fars da Sultan Murada qaldı. Səfəvilərlə mübarizə Əlvənd Mirzə Şah İsmayılın Şirvanşahları məğlub etməsi xəbərini alan kimi böyük bir ordu ilə Təbrizdən Naxçıvana gəldi. O, qızılbaşların Kür çayını keçməsini əngəlləmək üçün hərbi rəisi Məhəmməd Qaracanı Gəncə və Qarabağa yolladı. Qızılbaşlar Kür çayını keçib Əlvəndin göndərdiyi ordunu məhv etdilər. Əlvənd Şah İsmayıla Şirvana qayıtmaq tələbi ilə məktub göndərsə də, rədd cavabı aldəqdan sonra, döyüşmək üçün nəzərdə tutduğu Şərur düzünə yollandı. Lakin 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə məğlubiyyətə uğradı. 1501-ci ildə İsmayıl Təbrizə daxil olub özünü şah elan edir. Bununla da paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsası qoyuldu. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi. Həmçinin bax Ağqoyunlu hökmdarlarının siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=577442
Əlvənd Mirzə (Qaraqoyunlu)
Əlvənd Mirzə — Qaraqoyunlu sülaləsinin üzvü, Qara İsgəndərin oğlu, Mosul, Diyarbəkir və Əsədabad hakimi. Onun oğlu Pirqulu bəy ilə əmisi Cahanşahın Yusif Mirzədən olma nəvəsi Xədicə Bəyimin evliliyindən olan şəxslər Qaraqoyunlu sülaləsinin Hindistan qolunun əsasını qoymuşdurlar. Həyatının erkən dövrü Əlvənd Mirzə əmisi Cahanşahın hakimiyyəti dövründə Mosul hakimi təyin edilmişdir. Lakin bir müddət sonra Əlvənd Mirzə əmisinə qarşı üsyan qaldırmış, məğlub olduqdan sonra isə Ağqoyunlu hökmdarı Cahangir bəyin yanına qaçmışdır. Cahanşah üsyançı qohumunun ona verilməsini tələb etsə də, Cahangir bəy bundan imtina etmişdir. Buna cavab olaraq Cahanşah Ərzincanı ələ keçirmiş və qardaşının nəvəsi Rüstəm bəyi Cahangir bəyin üzərinə göndərmişdir. Ümidsiz vəziyyətə düşən Cahangir bəy Məmlük sultanının yanına anası Sara Xatunu göndərmişdir. Cahanşah isə ona qarşı ögəy qardaşı Şeyx Həsəni dəstəkləməyə başlamışdır. Şeyx Həsən bir digər qardaşları Uzun Həsən tərəfindən öldürülmüş, Cahanşah isə ağqoyunlulara ona tabe olmaları qarşılığında sülh təklif etmişdir. Cahangir bəy bunu qəbul etmiş və qızını Cahanşahın oğlu Mirzə Məhəmmədlə evləndirmişdir. Teymurilərin xidmətində Ağqoyunluların Qaraqoyunlulara tabe olmasından sonra Əlvənd Mirzə oğlu Pirqulu bəy ilə birlikdə Şiraza yola düşdü. Onun məqsədi oradakı Teymuri hökmdarı Baburun xidmətinə girmək idi. O, Teymuri ordusunda komandanlardan birinə çevrildi və 1454-cü ildə Səmərqəndin mühasirəsi zamanı Babura qatıldı. O, Babur tərəfindən Sistan və Kirmanı ələ keçirmək üçün göndərildi və bu yürüş zamanı Cahanşahın Əmir Bəyazid və Şahsevər bəy adlı sərkərdələrini, bir qədər sonra isə Cahanşahın oğlu Yusif Mirzəni məğlub etdi. Bu iki qüvvə arasındakı toqquşmalar 25 mart 1457-ci ildə Baburun ölümündən sonra Cahanşahın Xorasanı fəth etməsindən sonra sona çatdı. Yenidən Cahanşahın xidmətində Heratın Cahanşah tərəfindən ələ keçirilməsindən sonra Əlvənd yenidən əmisinin xidmətinə girdi. O, ümid edirdi ki, əmisi onu Kirman hakimi təyin edəcək. Lakin Cahanşah ona yalnız Əsədabadın hakimliyini verdi. Yusif Mirzənin qızı Xədicə Bəyim Əlvəndin oğlu Pirqulu bəy ilə evləndirildi. Kirman, beləliklə, Əlvənd tərəfindən Cahanşahın sərkərdəsi Mansur bəy Türkmana verildi. Əlvənd Mirzə iki il Əsədabadda yaşadıqdan sonra burada da vəfat etdi. Onun vəfatından sonra bu onun yerinə oğlu Pirqulu bəy gəldi. Onun iki oğlu olmuşdur - Pirqulu bəy və Allahqulu bəy. Pirqulu bəy Cahanşahın nəvəsi Xədicə Bəyim ilə evlənmişdi. Bu evliliklə əsası qoyulan Qaraqoyunlu ailəsinin tirəsi sülalənin gələcəkdəki Hindistan qolunu təşkil etmişdir. Bu ailənin soyundan gələn şəxslər XVI əsrdə Hindistana köçmüş, orada Qütbşahlar dövlətini yaratmışdırlar. Sülalənin qurucusu olan Sultanqulu bəy Baranlı Həmədan vilayətində dünyaya gəlmişdi. O, Qaraqoyunlu sülaləsinə mənsub olan bir Türkman idi və Qara Yusifin soyundan gəlirdi. XVI əsrdə o, dayısı Allahqulu, bəzi dostları və ailəsi ilə birlikdə Dehliyə mühacirət etdi. Daha sonra o, cənubda yerləşən Dəkkənə yollandı və orada müsəlmanlardan II Mahmud şah Bəhməniyə xidmət etməyə başladı. Səfdər Cəngin ölümündən sonra yerinə oğlu Şüca əd-Dövlə və ya Cəlaləddin Mirzə Heydər xan keçmişdir. Həmçinin bax V. Minorsky. The Qara-qoyunlu and the Qutb-shāhs (Turkmenica, 10). Bulletin of the School of Oriental and African Studies, University of London. Cambridge University Press 17 (1). 1955. 50–73. Masud Husain Khan. Mohammad Quli Qutb Shah. Sahitya Akademi. 1996. ISBN 9788126002337. Yaaminey Mubayi. Water and Historic Settlements:The Making of a Cultural Landscape. 2022. ISBN 9781000641639. George Michell, Mark Zebrowski. Architecture and Art of the Deccan Sultanates. Cambridge University Press. 1999. Parveen, Zareena,, Lāthir, Kanvar Samīr. Tārīkh-i Sulṭān Muḥammad Quṭb Shāh, Sultan of Golkunda. 2015. Mehmet Ali ÇAKMAK. Fights Between Akkoyunlu and Karakoyunlu. Gazi Üniversitesi Gazi Eğitim Fakültesi Dergisi 25 (3). 2014.
https://az.wikipedia.org/w/index.php?curid=578453
Əlvənd dağı
Əlvənd yaxud Əlvənd kuh (fars: الوند) İranda Zaqrosun zirvələrindən biri. Bu dağ sisliləsi Həmədan yaxınlığında yerləşir. Bu 3570 m zirvə əsasən intruziv süxurlardan (qranit, qranitoid və diorit) ibarətdir. Əlvənd və Dəmavənd İranda müqəddəs hesab edilirdilər. Qalağ-Lanəh, Daəm -Barf və Qızıl Arslan dağları Əlvənd dağının qərb tərəfində yerləşir. Sözün etimoloqiyası Əlvənd - Alvand - Alband - Alban - Alpan - Alp uca, müqəddəs, yüksək, hündür, yuxarı. Həmədan şəhərindən 10 km cənubda yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=369795
Əlvənd kənd məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. Rus-Azərbaycan məktəbləri 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır.Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır. Rus-Azərbaycan məktəbinin açılışı ilə "Əkinçi"dən sonra Bakıda azərbaycanlıların ikinci ictimai qurumu yaradılmışdır. Məktəblərin sayı artdıqca Qori, İrəvan seminariyalarında, ali pedaqoji institutlarda və gimnaziyalarda təhsil alan gənclərin Bakıya toplaşması üçün geniş imkanlar yaranmış, 19 əsrin 90-cı illərində azərbaycanlılara məxsus "Müsəlman ziyalılarının özəyi" adlı ilk ictimai təşkilat təsis olunmuş, əyalət şəhərlərində, kənd və qəsəbələrdə milli-mədəni həyat dirçəlmişdi. Rus-Azərbaycan məktəbi müəllimlərinin təşəbbüsü ilə Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Tiflisdə, İrəvanda və s. şəhərlərdə ilk teatr truppaları təşkil olunmuş, səhnə vasitəsilə maarifçilik ideyaları təbliğ olunmuşdur. 19 əsrin sonu, 20 əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəaliyyət göstərənlər, əsasən, rus-Azərbaycan məktəbi müəllimlərindən və məzunlarından ibarət olmuşdur. Rus-müsəlman məktəbləri pedaqoji heyətinin Sultan Məcid Qənizadə, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla şaiq, Abdulla bəy Divanbəyoğlu, Əlisgəndər Cəfərzadə, Qafur Rəşad (Mirzəzadə), Fərhad Ağazadə (şərqli) və başqalarının istedadı sayəsində milli realist və romantik ədəbiyyat rövnəq tapmış, ilk dərsliklər yaradılmış, ilk uşaq jurnalları nəşr edilmiş və yüksək bədii təsir gücünə malik sağlam mündəricəli uşaq ədəbiyyatı təşəkkül tapmışdır.Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və fəaliyyətində rus-Azərbaycan məktəbinin xidmətləri xüsusilə əlamətdardır. Həmin məktəblərin məzunları 20 əsrin əvvəllərində siyasi mübarizədə, siyasi partiyaların təşkilində iştirak etmişlər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Milli şurasının sədri, Məmməd Yusif Cəfərov onun fəal liderlərindən biri olmuşdur. Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Seyid Hüseyn, Cəfər Cabbarlı və b. milli dövlet quruculuğunda fəal iştirak etmişlər. Rus-Azərbaycan məktəbinin müəllimlərindən Sultan-məcid Qənizadə və Mustafa Mahmudov Azərbaycanın parla-mentinin üzvü olmuşlar. Məktəbin direktoru Əhməd bəy Abbasov olmuşdur. Zəkəriyyə bəy Aslanov məktəbin müəllimi olmuşdur. Məzunları sırasında Qaflan Muradov, Bəhram bəy Kazımbəyov, Kərim bəy Yusifbəyov, Mahmud bəy Yusifbəyov, İbrahim bəy Yusifbəyov, Murtuza bəy Yusifbəyov kimi şəxslər olmuşdur. Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri də 25 oktyabr 1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. Süleyman Qayıbov müdürü olmuşdur. Birsinifli üçüncü dərəcəli xüsusi rus-tatar məktəbi. 1887-ci il oktyabrın 20 də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular. 1891-ci il sentyabrın 23-də açıldı.35 şagird qəbul edildi.1914-cü ildə Həbib bəy Mahmudbəyovun məktəbinin fəaliyyətinin 25 illik yubileyi qeyd olunmuş, bu münasibətlə o, çar hökuməti tərəfindən təşəkkürnamə ilə də təltif edilmişdir. Haşım bəy Vəzirov bu münasibətlə "Bakıdakı rusi-müsəlmani məktəblərin iyirmi beş illik yubileyi münasibətilə" adlı kitabçasını nəşr etdirmişdir. Burada əvvəl 42 nəfər şagird vardı.Məktəbdə ana dili, fars dili ilə yanaşı rus dili də təlim olunurdu. Buna görə də məktəb "Rus-tatar məktəbi" adlanırdı. Fars dili ona görə keçilirdi ki, ticarətlə əlaqədar bütün müəssisələrdə yazı-pozu fars dilində aparılırdı. Azərbaycanda və bütün Zaqafqaziyada şöhrət qazanan "rus-Azərbaycan" məktəbi keçmiş Spasski küçəsi ilə Kolyubakin küçələrinin tinində Hacı ağa Dadaşovun ayı 35 manata kirayə edilmiş xüsusi evində yerləşirdi. İlk illərdə məktəb təhsil haqqından toplanan vəsaitlə (ildə hər şagirddən 3 man.) idarə olunurdu. "Rus-Azərbaycan" məktəbinin rəsmən birsinifli (tədris müddəti 2 il) tədris ocağı kimi fəaliyyətə başlamasına baxmayaraq, sonralar 2 sinifli (tədris müddəti 4 il) oldu və təlimin məzmunu nisbətən genişləndirildi.Müdürləri müxtəlif illərdə Həbib bəy Mahmudbəyov və Mustafa Mahmudov olmuşdur. Müəllimləri Sultan Məcid Qənizadə, İbrahim bəy Musabəyov (1911), Abdulla Şaiq (1906), Mustafa Mahmudov, Abbas bəy Minasazov, Mehdi bəy Hacıbababəyov (1901), Məhəmməd Tağı Atakişiyev olmuşdur. Məzunları sırasında Tağı Şahbazi Simurğ (1912), Əbülqasım Hüseynzadə, Seyid Hüseyn, Mirpaşa Sadıqov kimi şəxslər olmuşdur. 1887-ci il oktyabrın 20-də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular.. Sultan Məcid Qənizadə müdürü olmuşdur. Məhəmməd Əmin Rəsulzadə və Mirzəağa Əliyev məzunlarından olmuşdur. Xalqın təkidi ilə hökumət tərəfindən üçüncü və dördüncü "rus-tatar" məktəbləri açılır. Mahmud bəy Mahmudbəyov müdürü olmuşdur. Müəllimləri sırasında Həbib bəy Mahmudbəyov və Mustafa Mahmudov da olmuşdur. Məktəbin məzunları sırasında Hüseyn Ərəblinski də olmuşdur. Süleyman Sani Axundov və Zəkəriyyə bəy Aslanov (1912–1915) kimi müəllimləri olmuşdur. 2 oktyabr 1898-ci ildən "5 nömrəli Rus-tatar məktəbi" kimi fəaliyyətə başlamışdır. Məktəb neft milyonçusu Murtuza Muxtarov tərəfindən iqtisadi məqsədlə tikilmiş binada yerləşmişdir. 1905–1907-ci illərdə Üzeyir Hacıbəyov Qori seminariyasını bitirdikdən sonra burada müəllim işləmiş, rus dili, riyaziyyat, musiqi və təbiət fənlərindən dərs demişdir. Hazırda 51 nömrəli tam orta məktəb olaraq fəaliyyət göstərir... Həbib bəy Mahmudbəyov müdürü olmuşdur. Məzunları sırasında Şirəli Məmmədov da olmuşdur. Süleyman Sani Axundov məktəbin müdürü olmuşdur. Müəllimləri sırasında Ağa Əli bəy Həsənov, Abdulla Şaiq , Əliməmməd bəy Mustafayev (1906–1920), Rəhim bəy Şıxlinski kimi şəxslər olmuşdur. Məzunları sırasında isə Süleyman Rüstəm, Hacıməmməd Qafqazlı, Cəfər Cabbarlı (1908) və Mirzə Bala Məmmədzadə kimi şəxslər kimi olmuşdur. Əbdüləli bəy Vəlibəyov məktəbin müdiri olmuşdur. Rəhim bəy Vəkilov (1916–1917) və Mirzə Muxtar Məhəmmədov bu məktəbdə müəllim olaraq fəaliyət göstərmişdir. XIX əsrin sonlarında Bərdə ərazisində üç rus məktəbi açılıb. Məktəblərdən biri Ləmbəran rus-tatar məktəbi, ikincisi Alpoud kəndində, üçüncüsü isə indiki Bərdə şəhərində fəaliyyət göstərib. Məktəb 25 oktyabr 1883-cü il dən fəaliyyət göstərməyə başlamışdır. Sərəncam Tiflis şəhərində verilib. İlk müəllimləri Qori Müəllimlər Seminariyasının məzunları olub. O vaxt qızları məktəbə götürmədiklərinə görə, bu məktəbin ilk şagirdləri 7 oğlan olub. Direktorlardan Pakizə Muxtarova bildirir ki, bu məktəbin açılmasında Nəcəf Bəy Vəzirovun böyük xidmətləri olub. Bütün metodik materiallar həmin dövrlərdə Bakıda ikinci rus qız gimnaziyasının müdiri olan Nəcəf bəyin qızı Sara xanım tərəfindən göndərilib. Məktəb əvvəlcə Rus-Tatar məktəbi, ötən əsrin yetmişinci illərində beynəlmiləl məktəb, sonralar yenidən rus məktəbi adlandırılıb.İndiki Nizami Gəncəvi adına 2 saylı tam orta məktəb. Məktəb 1883-cü il dən fəaliyyət göstərməyə başlamışdır. Rəsul bəy Tahirov müdüri olmuşdur. 1902-ci ildə əsası qoyulmuş rus-tatar məktəbi Dərbənd qazısı Hacı Molla Məmməd Sadıq Pişnamazın şəhər məclisinə göndərildiyi xahişnaməyə əsasən açılmışdı. O, xahişnaməsində göstərirdi ki, Dərbənddə başqa şəhərlərdə olan yaxşı təhciz edilmiş, müsəlman gənclərin əqli-mənəvi inkişafına imkan verən məktəblər yoxdur. Ona görə də Dərbənd şəhərinin müsəlman ictimaiyyəti şəhərdə rus-müsəlman məktəbinin açılmasını xahiş edir. Şəhər idarəsi müsəlmanların xahişini nəzərə alıb, Bakı quberniyasının və Dağıstan vilayətinin xalq məktəbləri direktorluqlarının razılığını aldı və 1902-ci ildə sentyabrın 1-də rus-tatar məktəbi fəaliyyətə başladı. Xalq məktəbləri direktoru məktəbin açılmasına razılıq verərkən şəhər başçısına bildirmişdi ki, məktəbin şagirdləri Çar hökumətinin bayramlarını və müsəlmanlar üçün əlamətdar olan aşağıdakı günləri qeyd etməlidirlər. Bunlar Novruz bayramı (19–21 mart), Məhərrəmlik ayı (3 gün), Səfər ayı (2 gün), Ramazan bayramı (1 gün), 1–3 Şəvval, 10, 11 və 18 Zilhiccə. 1902-ci ildə qoyulmuş rus-Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki, burada 72 oğlan təhsil alırdı. 10 müsəlman məktəbi var ki, bunlarda cəmi 284 şagird təhsil alırdı. Şagirdlərin 253-ü oğlan, 31-i qız idi. 1904-cü ildə realnı məktəbin şagirdləri üçün şəhərin meri Qasım bəy Heydərovun adına 150 manat məbləğində təqaüd təyin edilmişdi. Bu təqaüdü ilk dəfə 1904-cü ildə 3-cü sinif şagirdi Mehdi bəy Məmmədbəyov almışdı. 1905-ci ildə şəhər ictimaiyyəti idarəsi tərəfindən I Pyotr adına 3 mükafat müəyyən edildi. Realnı məktəbin şagird Cavad bəy Zeynalov və Qız gimnaziyasının şagirdi A.Aslanova bu mükafatı ilk dəfə alanlardan idi. Novruzəli bəyin açdığı dördsinifli rus-tatar məktəbidir. Şirin bəy Nuriyev məzunlarından olmuşdur. 1899-cı ilin oktyabrında Gəncə ziyalılarının təşəbbüsü ilə iki sinifdən ibarət rus-tatar məktəbi açılmışdı..Müəllimləri sırasında Mirzə Abbas Abbaszadə, Hacı Kərim Sanılı (1902–1904), məzunları sırasında isə Cahangir Nağıyev, Əli Nəzmi, Əli Razi Şəmçizadə, Əbülfət bəy Məşədi Süleyman oğlu kimi şəxslər olmuşdur. 1885-ci ildən fəaliyyət göstərmişdir.Firudin Şuşinski yazır ki, bu məktəb Əbdürrəhim bəy Haqverdiyev tərəfindən inşa olunumuşdur və həmin məktəbdə rus dili dərsini də özü demişdi. Bu məktəbə əksər bölgələrdən təhsil almağa gələrmişlər. 1920-ci ildə məktəb Ağdam şəhərinə köçürülmüşdür. Sonralar isə məktəb Ağdam 2 saylı beynəlmiləl şəhər məktəbi kimi fəaliyyət göstərmişdir. Son illər məktəbin direktoru Sadıqov Əlövsət olmuşdur.. Əbdülkərim bəy Vəlibəyov isə 1896–1904-cü illərdə məktəbin müdürü olmuşdur. Müəllimləri sırasında isə Əbdürrəhimbəy Haqverdiyev və Zəkəriyyə bəy Aslanov kimi şəxslər də olmuşdur. 1896-cı il oktyabrın 21-də İrəvanda rus-tatar (Azərbaycan) məktəbi açmışdır. İlk dəfə məktəbə nəzərdə tutulan 70 şagird əvəzinə 110 şagird qəbul edilmişdi. Rusiya Xalq Maarif Nazirliyi tərəfindən təsdiq edilən Məktəbin tədris planına Azərbaycan, rus, fars, ərəb dilləri, şəriət və hesab daxil idi. Ana dili səs üsulu ilə A.Çernyayevsakinin "Vətən dili", fars dili Sədi Şirazinin "Gülüstan", rus dili M.Volperin "Rus dili", hesab Yevtuşevskinin "Məsələlər kitabı", şəriət dərsləri isə Firudin bəy Köçərlinin tərtib etdiyi kitab üzrə tədris edilirdi. Rus-tatar (Azərbaycan) məktəbini təsis edən komissiyanın tərkibinə Abbasqulu xan İrəvanski (sədr), İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov və başqaları daxil idi. İrəvan ziyalıları məktəbə tez-tez kömək edirdilər.1909-cu ilin "Kavkazski kalendar" məcmuəsində Haşım bəy Nərimanbəyovun Rus-tatar məktəbinin müəllimi oldugu göstərilir.Məcmuənin 1904 cü il nömrəsində isə İrəvan rus-tatar məktəbində Abbasqulu xan İrəvanski fəxri nəzarətçi olmuşdur. Və o dövürdə 106 şagir təhsil alırdı Məcmuənnin 1906-ci il nömrəsində İrəvan rus-tatar məktəbinin həyətinin genişləndiyi aydınlaşir. Buradan bəlli olur ki, 1906–1907 ci il tədris ilində İrəvan rus-tatar məktəbində Haşım bəy Nərimanov nəzarətçi, Həmid bəy Şaxtaxtinski və Rəcəbov müəllim, Axund Abdulla bəy Qazıyev şəriət müəllimi, Məmməd Vəli Qəmərlinski Azərbaycan dili müəllimi işləmişdir. 1882-ci ildə Qubadlıda yaradılıb. Həmin məktəbin əsası Həsən bəy Sultanov tərəfindən qoyulmuşdur.Qubadlı məktəbi iki sinifli, dörd illik olduğu üçün 1-ci və 3-cü sinif şagirdlərini bir sinif otağına, 2-ci və 4-cü sinif şagirdlərini isə başqa bir sinif otağına yığıb bir yerdə dərs keçərmişlər. Belə çətinlik uzun müddət davam edib. Qubadlı məktəbi ilk dəfə Xanlar bəyin atasına məxsus evdə təşkil edilib. Sonra məktəb Həşim bəyin daha yaxşı şəraitli evinə köçürülüb. Sonra Teymur bəyin oğlu Həsən bəy Sultanovun təşəbbüsü və yerli hökumətin köməkliyi ilə qarşı tərəfdə üç otaqlı yeni məktəb binası tikilir.1883-cü ildən müdürü Rəhim bəy Novruzov olmuşdur. Müəllimləri sırasında Üzeyir Hacıbəyov, Həşim bəy Nərimanbəyov, Mehdi bəy Məlik-Aslanov kimi şəxslər olmuşdur. Məzunları arasında Çingiz İldırım, Cabbar bəy Sultanov, Abbas bəy Sultanov, Hüseynqulu Babayev, Həsən bəy Sultanov, İsmayıl Abışov və Qulam Sultanov kimi şəxslər olmuşdur. Taixitdin Mamleyev tərəfindən Qazax qəzasının Salahlı kəndində (1875-ci il) rus-tatar məktəbi açılmışdır. Səməd Vurğun bu məktəbin məzunu olmuşdur. Məmmədov X., ilk "Rus-müsəlman" məktəbi və onun tarixi rolu, "Azərbaycan məktəbi" jurnalı, 1964, № 5; Vəzirov H., "Rus-müsəlman" məktəblərinin iyirmi beş illik yubileyi münasibətilə. "Kefim gələndə" kitabında, B., 2001. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 220–229.
https://az.wikipedia.org/w/index.php?curid=540812
Əlvənd mirzə
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. Hakimiyyəti Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı. O da, Şirazdan İsfahana gəlib 1499-cu ildə Məhəmmədi tutdu və Təbrizə sürgün etdi. Əlvənd Mirzə və Murad Əbhərdə sülh bağladı və bunun nəticəsində Diyarbəkir (Şərqi Anadolu) ilə Azərbaycan Əlvənd Mirzəyə, İraqi-Ərəb, İraqi-Əcəm və Fars da Sultan Murada qaldı. Səfəvilərlə mübarizə Əlvənd Mirzə Şah İsmayılın Şirvanşahları məğlub etməsi xəbərini alan kimi böyük bir ordu ilə Təbrizdən Naxçıvana gəldi. O, qızılbaşların Kür çayını keçməsini əngəlləmək üçün hərbi rəisi Məhəmməd Qaracanı Gəncə və Qarabağa yolladı. Qızılbaşlar Kür çayını keçib Əlvəndin göndərdiyi ordunu məhv etdilər. Əlvənd Şah İsmayıla Şirvana qayıtmaq tələbi ilə məktub göndərsə də, rədd cavabı aldəqdan sonra, döyüşmək üçün nəzərdə tutduğu Şərur düzünə yollandı. Lakin 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə məğlubiyyətə uğradı. 1501-ci ildə İsmayıl Təbrizə daxil olub özünü şah elan edir. Bununla da paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsası qoyuldu. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi. Həmçinin bax Ağqoyunlu hökmdarlarının siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=417055
Əlvənd mirzə (Qaraqoyunlu)
Əlvənd Mirzə — Qaraqoyunlu sülaləsinin üzvü, Qara İsgəndərin oğlu, Mosul, Diyarbəkir və Əsədabad hakimi. Onun oğlu Pirqulu bəy ilə əmisi Cahanşahın Yusif Mirzədən olma nəvəsi Xədicə Bəyimin evliliyindən olan şəxslər Qaraqoyunlu sülaləsinin Hindistan qolunun əsasını qoymuşdurlar. Həyatının erkən dövrü Əlvənd Mirzə əmisi Cahanşahın hakimiyyəti dövründə Mosul hakimi təyin edilmişdir. Lakin bir müddət sonra Əlvənd Mirzə əmisinə qarşı üsyan qaldırmış, məğlub olduqdan sonra isə Ağqoyunlu hökmdarı Cahangir bəyin yanına qaçmışdır. Cahanşah üsyançı qohumunun ona verilməsini tələb etsə də, Cahangir bəy bundan imtina etmişdir. Buna cavab olaraq Cahanşah Ərzincanı ələ keçirmiş və qardaşının nəvəsi Rüstəm bəyi Cahangir bəyin üzərinə göndərmişdir. Ümidsiz vəziyyətə düşən Cahangir bəy Məmlük sultanının yanına anası Sara Xatunu göndərmişdir. Cahanşah isə ona qarşı ögəy qardaşı Şeyx Həsəni dəstəkləməyə başlamışdır. Şeyx Həsən bir digər qardaşları Uzun Həsən tərəfindən öldürülmüş, Cahanşah isə ağqoyunlulara ona tabe olmaları qarşılığında sülh təklif etmişdir. Cahangir bəy bunu qəbul etmiş və qızını Cahanşahın oğlu Mirzə Məhəmmədlə evləndirmişdir. Teymurilərin xidmətində Ağqoyunluların Qaraqoyunlulara tabe olmasından sonra Əlvənd Mirzə oğlu Pirqulu bəy ilə birlikdə Şiraza yola düşdü. Onun məqsədi oradakı Teymuri hökmdarı Baburun xidmətinə girmək idi. O, Teymuri ordusunda komandanlardan birinə çevrildi və 1454-cü ildə Səmərqəndin mühasirəsi zamanı Babura qatıldı. O, Babur tərəfindən Sistan və Kirmanı ələ keçirmək üçün göndərildi və bu yürüş zamanı Cahanşahın Əmir Bəyazid və Şahsevər bəy adlı sərkərdələrini, bir qədər sonra isə Cahanşahın oğlu Yusif Mirzəni məğlub etdi. Bu iki qüvvə arasındakı toqquşmalar 25 mart 1457-ci ildə Baburun ölümündən sonra Cahanşahın Xorasanı fəth etməsindən sonra sona çatdı. Yenidən Cahanşahın xidmətində Heratın Cahanşah tərəfindən ələ keçirilməsindən sonra Əlvənd yenidən əmisinin xidmətinə girdi. O, ümid edirdi ki, əmisi onu Kirman hakimi təyin edəcək. Lakin Cahanşah ona yalnız Əsədabadın hakimliyini verdi. Yusif Mirzənin qızı Xədicə Bəyim Əlvəndin oğlu Pirqulu bəy ilə evləndirildi. Kirman, beləliklə, Əlvənd tərəfindən Cahanşahın sərkərdəsi Mansur bəy Türkmana verildi. Əlvənd Mirzə iki il Əsədabadda yaşadıqdan sonra burada da vəfat etdi. Onun vəfatından sonra bu onun yerinə oğlu Pirqulu bəy gəldi. Onun iki oğlu olmuşdur - Pirqulu bəy və Allahqulu bəy. Pirqulu bəy Cahanşahın nəvəsi Xədicə Bəyim ilə evlənmişdi. Bu evliliklə əsası qoyulan Qaraqoyunlu ailəsinin tirəsi sülalənin gələcəkdəki Hindistan qolunu təşkil etmişdir. Bu ailənin soyundan gələn şəxslər XVI əsrdə Hindistana köçmüş, orada Qütbşahlar dövlətini yaratmışdırlar. Sülalənin qurucusu olan Sultanqulu bəy Baranlı Həmədan vilayətində dünyaya gəlmişdi. O, Qaraqoyunlu sülaləsinə mənsub olan bir Türkman idi və Qara Yusifin soyundan gəlirdi. XVI əsrdə o, dayısı Allahqulu, bəzi dostları və ailəsi ilə birlikdə Dehliyə mühacirət etdi. Daha sonra o, cənubda yerləşən Dəkkənə yollandı və orada müsəlmanlardan II Mahmud şah Bəhməniyə xidmət etməyə başladı. Səfdər Cəngin ölümündən sonra yerinə oğlu Şüca əd-Dövlə və ya Cəlaləddin Mirzə Heydər xan keçmişdir. Həmçinin bax V. Minorsky. The Qara-qoyunlu and the Qutb-shāhs (Turkmenica, 10). Bulletin of the School of Oriental and African Studies, University of London. Cambridge University Press 17 (1). 1955. 50–73. Masud Husain Khan. Mohammad Quli Qutb Shah. Sahitya Akademi. 1996. ISBN 9788126002337. Yaaminey Mubayi. Water and Historic Settlements:The Making of a Cultural Landscape. 2022. ISBN 9781000641639. George Michell, Mark Zebrowski. Architecture and Art of the Deccan Sultanates. Cambridge University Press. 1999. Parveen, Zareena,, Lāthir, Kanvar Samīr. Tārīkh-i Sulṭān Muḥammad Quṭb Shāh, Sultan of Golkunda. 2015. Mehmet Ali ÇAKMAK. Fights Between Akkoyunlu and Karakoyunlu. Gazi Üniversitesi Gazi Eğitim Fakültesi Dergisi 25 (3). 2014.
https://az.wikipedia.org/w/index.php?curid=489462
Əlvənd rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. Rus-Azərbaycan məktəbləri 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır.Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır. Rus-Azərbaycan məktəbinin açılışı ilə "Əkinçi"dən sonra Bakıda azərbaycanlıların ikinci ictimai qurumu yaradılmışdır. Məktəblərin sayı artdıqca Qori, İrəvan seminariyalarında, ali pedaqoji institutlarda və gimnaziyalarda təhsil alan gənclərin Bakıya toplaşması üçün geniş imkanlar yaranmış, 19 əsrin 90-cı illərində azərbaycanlılara məxsus "Müsəlman ziyalılarının özəyi" adlı ilk ictimai təşkilat təsis olunmuş, əyalət şəhərlərində, kənd və qəsəbələrdə milli-mədəni həyat dirçəlmişdi. Rus-Azərbaycan məktəbi müəllimlərinin təşəbbüsü ilə Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Tiflisdə, İrəvanda və s. şəhərlərdə ilk teatr truppaları təşkil olunmuş, səhnə vasitəsilə maarifçilik ideyaları təbliğ olunmuşdur. 19 əsrin sonu, 20 əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəaliyyət göstərənlər, əsasən, rus-Azərbaycan məktəbi müəllimlərindən və məzunlarından ibarət olmuşdur. Rus-müsəlman məktəbləri pedaqoji heyətinin Sultan Məcid Qənizadə, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla şaiq, Abdulla bəy Divanbəyoğlu, Əlisgəndər Cəfərzadə, Qafur Rəşad (Mirzəzadə), Fərhad Ağazadə (şərqli) və başqalarının istedadı sayəsində milli realist və romantik ədəbiyyat rövnəq tapmış, ilk dərsliklər yaradılmış, ilk uşaq jurnalları nəşr edilmiş və yüksək bədii təsir gücünə malik sağlam mündəricəli uşaq ədəbiyyatı təşəkkül tapmışdır.Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və fəaliyyətində rus-Azərbaycan məktəbinin xidmətləri xüsusilə əlamətdardır. Həmin məktəblərin məzunları 20 əsrin əvvəllərində siyasi mübarizədə, siyasi partiyaların təşkilində iştirak etmişlər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Milli şurasının sədri, Məmməd Yusif Cəfərov onun fəal liderlərindən biri olmuşdur. Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Seyid Hüseyn, Cəfər Cabbarlı və b. milli dövlet quruculuğunda fəal iştirak etmişlər. Rus-Azərbaycan məktəbinin müəllimlərindən Sultan-məcid Qənizadə və Mustafa Mahmudov Azərbaycanın parla-mentinin üzvü olmuşlar. Məktəbin direktoru Əhməd bəy Abbasov olmuşdur. Zəkəriyyə bəy Aslanov məktəbin müəllimi olmuşdur. Məzunları sırasında Qaflan Muradov, Bəhram bəy Kazımbəyov, Kərim bəy Yusifbəyov, Mahmud bəy Yusifbəyov, İbrahim bəy Yusifbəyov, Murtuza bəy Yusifbəyov kimi şəxslər olmuşdur. Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri də 25 oktyabr 1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. Süleyman Qayıbov müdürü olmuşdur. Birsinifli üçüncü dərəcəli xüsusi rus-tatar məktəbi. 1887-ci il oktyabrın 20 də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular. 1891-ci il sentyabrın 23-də açıldı.35 şagird qəbul edildi.1914-cü ildə Həbib bəy Mahmudbəyovun məktəbinin fəaliyyətinin 25 illik yubileyi qeyd olunmuş, bu münasibətlə o, çar hökuməti tərəfindən təşəkkürnamə ilə də təltif edilmişdir. Haşım bəy Vəzirov bu münasibətlə "Bakıdakı rusi-müsəlmani məktəblərin iyirmi beş illik yubileyi münasibətilə" adlı kitabçasını nəşr etdirmişdir. Burada əvvəl 42 nəfər şagird vardı.Məktəbdə ana dili, fars dili ilə yanaşı rus dili də təlim olunurdu. Buna görə də məktəb "Rus-tatar məktəbi" adlanırdı. Fars dili ona görə keçilirdi ki, ticarətlə əlaqədar bütün müəssisələrdə yazı-pozu fars dilində aparılırdı. Azərbaycanda və bütün Zaqafqaziyada şöhrət qazanan "rus-Azərbaycan" məktəbi keçmiş Spasski küçəsi ilə Kolyubakin küçələrinin tinində Hacı ağa Dadaşovun ayı 35 manata kirayə edilmiş xüsusi evində yerləşirdi. İlk illərdə məktəb təhsil haqqından toplanan vəsaitlə (ildə hər şagirddən 3 man.) idarə olunurdu. "Rus-Azərbaycan" məktəbinin rəsmən birsinifli (tədris müddəti 2 il) tədris ocağı kimi fəaliyyətə başlamasına baxmayaraq, sonralar 2 sinifli (tədris müddəti 4 il) oldu və təlimin məzmunu nisbətən genişləndirildi.Müdürləri müxtəlif illərdə Həbib bəy Mahmudbəyov və Mustafa Mahmudov olmuşdur. Müəllimləri Sultan Məcid Qənizadə, İbrahim bəy Musabəyov (1911), Abdulla Şaiq (1906), Mustafa Mahmudov, Abbas bəy Minasazov, Mehdi bəy Hacıbababəyov (1901), Məhəmməd Tağı Atakişiyev olmuşdur. Məzunları sırasında Tağı Şahbazi Simurğ (1912), Əbülqasım Hüseynzadə, Seyid Hüseyn, Mirpaşa Sadıqov kimi şəxslər olmuşdur. 1887-ci il oktyabrın 20-də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular.. Sultan Məcid Qənizadə müdürü olmuşdur. Məhəmməd Əmin Rəsulzadə və Mirzəağa Əliyev məzunlarından olmuşdur. Xalqın təkidi ilə hökumət tərəfindən üçüncü və dördüncü "rus-tatar" məktəbləri açılır. Mahmud bəy Mahmudbəyov müdürü olmuşdur. Müəllimləri sırasında Həbib bəy Mahmudbəyov və Mustafa Mahmudov da olmuşdur. Məktəbin məzunları sırasında Hüseyn Ərəblinski də olmuşdur. Süleyman Sani Axundov və Zəkəriyyə bəy Aslanov (1912–1915) kimi müəllimləri olmuşdur. 2 oktyabr 1898-ci ildən "5 nömrəli Rus-tatar məktəbi" kimi fəaliyyətə başlamışdır. Məktəb neft milyonçusu Murtuza Muxtarov tərəfindən iqtisadi məqsədlə tikilmiş binada yerləşmişdir. 1905–1907-ci illərdə Üzeyir Hacıbəyov Qori seminariyasını bitirdikdən sonra burada müəllim işləmiş, rus dili, riyaziyyat, musiqi və təbiət fənlərindən dərs demişdir. Hazırda 51 nömrəli tam orta məktəb olaraq fəaliyyət göstərir... Həbib bəy Mahmudbəyov müdürü olmuşdur. Məzunları sırasında Şirəli Məmmədov da olmuşdur. Süleyman Sani Axundov məktəbin müdürü olmuşdur. Müəllimləri sırasında Ağa Əli bəy Həsənov, Abdulla Şaiq , Əliməmməd bəy Mustafayev (1906–1920), Rəhim bəy Şıxlinski kimi şəxslər olmuşdur. Məzunları sırasında isə Süleyman Rüstəm, Hacıməmməd Qafqazlı, Cəfər Cabbarlı (1908) və Mirzə Bala Məmmədzadə kimi şəxslər kimi olmuşdur. Əbdüləli bəy Vəlibəyov məktəbin müdiri olmuşdur. Rəhim bəy Vəkilov (1916–1917) və Mirzə Muxtar Məhəmmədov bu məktəbdə müəllim olaraq fəaliyət göstərmişdir. XIX əsrin sonlarında Bərdə ərazisində üç rus məktəbi açılıb. Məktəblərdən biri Ləmbəran rus-tatar məktəbi, ikincisi Alpoud kəndində, üçüncüsü isə indiki Bərdə şəhərində fəaliyyət göstərib. Məktəb 25 oktyabr 1883-cü il dən fəaliyyət göstərməyə başlamışdır. Sərəncam Tiflis şəhərində verilib. İlk müəllimləri Qori Müəllimlər Seminariyasının məzunları olub. O vaxt qızları məktəbə götürmədiklərinə görə, bu məktəbin ilk şagirdləri 7 oğlan olub. Direktorlardan Pakizə Muxtarova bildirir ki, bu məktəbin açılmasında Nəcəf Bəy Vəzirovun böyük xidmətləri olub. Bütün metodik materiallar həmin dövrlərdə Bakıda ikinci rus qız gimnaziyasının müdiri olan Nəcəf bəyin qızı Sara xanım tərəfindən göndərilib. Məktəb əvvəlcə Rus-Tatar məktəbi, ötən əsrin yetmişinci illərində beynəlmiləl məktəb, sonralar yenidən rus məktəbi adlandırılıb.İndiki Nizami Gəncəvi adına 2 saylı tam orta məktəb. Məktəb 1883-cü il dən fəaliyyət göstərməyə başlamışdır. Rəsul bəy Tahirov müdüri olmuşdur. 1902-ci ildə əsası qoyulmuş rus-tatar məktəbi Dərbənd qazısı Hacı Molla Məmməd Sadıq Pişnamazın şəhər məclisinə göndərildiyi xahişnaməyə əsasən açılmışdı. O, xahişnaməsində göstərirdi ki, Dərbənddə başqa şəhərlərdə olan yaxşı təhciz edilmiş, müsəlman gənclərin əqli-mənəvi inkişafına imkan verən məktəblər yoxdur. Ona görə də Dərbənd şəhərinin müsəlman ictimaiyyəti şəhərdə rus-müsəlman məktəbinin açılmasını xahiş edir. Şəhər idarəsi müsəlmanların xahişini nəzərə alıb, Bakı quberniyasının və Dağıstan vilayətinin xalq məktəbləri direktorluqlarının razılığını aldı və 1902-ci ildə sentyabrın 1-də rus-tatar məktəbi fəaliyyətə başladı. Xalq məktəbləri direktoru məktəbin açılmasına razılıq verərkən şəhər başçısına bildirmişdi ki, məktəbin şagirdləri Çar hökumətinin bayramlarını və müsəlmanlar üçün əlamətdar olan aşağıdakı günləri qeyd etməlidirlər. Bunlar Novruz bayramı (19–21 mart), Məhərrəmlik ayı (3 gün), Səfər ayı (2 gün), Ramazan bayramı (1 gün), 1–3 Şəvval, 10, 11 və 18 Zilhiccə. 1902-ci ildə qoyulmuş rus-Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki, burada 72 oğlan təhsil alırdı. 10 müsəlman məktəbi var ki, bunlarda cəmi 284 şagird təhsil alırdı. Şagirdlərin 253-ü oğlan, 31-i qız idi. 1904-cü ildə realnı məktəbin şagirdləri üçün şəhərin meri Qasım bəy Heydərovun adına 150 manat məbləğində təqaüd təyin edilmişdi. Bu təqaüdü ilk dəfə 1904-cü ildə 3-cü sinif şagirdi Mehdi bəy Məmmədbəyov almışdı. 1905-ci ildə şəhər ictimaiyyəti idarəsi tərəfindən I Pyotr adına 3 mükafat müəyyən edildi. Realnı məktəbin şagird Cavad bəy Zeynalov və Qız gimnaziyasının şagirdi A.Aslanova bu mükafatı ilk dəfə alanlardan idi. Novruzəli bəyin açdığı dördsinifli rus-tatar məktəbidir. Şirin bəy Nuriyev məzunlarından olmuşdur. 1899-cı ilin oktyabrında Gəncə ziyalılarının təşəbbüsü ilə iki sinifdən ibarət rus-tatar məktəbi açılmışdı..Müəllimləri sırasında Mirzə Abbas Abbaszadə, Hacı Kərim Sanılı (1902–1904), məzunları sırasında isə Cahangir Nağıyev, Əli Nəzmi, Əli Razi Şəmçizadə, Əbülfət bəy Məşədi Süleyman oğlu kimi şəxslər olmuşdur. 1885-ci ildən fəaliyyət göstərmişdir.Firudin Şuşinski yazır ki, bu məktəb Əbdürrəhim bəy Haqverdiyev tərəfindən inşa olunumuşdur və həmin məktəbdə rus dili dərsini də özü demişdi. Bu məktəbə əksər bölgələrdən təhsil almağa gələrmişlər. 1920-ci ildə məktəb Ağdam şəhərinə köçürülmüşdür. Sonralar isə məktəb Ağdam 2 saylı beynəlmiləl şəhər məktəbi kimi fəaliyyət göstərmişdir. Son illər məktəbin direktoru Sadıqov Əlövsət olmuşdur.. Əbdülkərim bəy Vəlibəyov isə 1896–1904-cü illərdə məktəbin müdürü olmuşdur. Müəllimləri sırasında isə Əbdürrəhimbəy Haqverdiyev və Zəkəriyyə bəy Aslanov kimi şəxslər də olmuşdur. 1896-cı il oktyabrın 21-də İrəvanda rus-tatar (Azərbaycan) məktəbi açmışdır. İlk dəfə məktəbə nəzərdə tutulan 70 şagird əvəzinə 110 şagird qəbul edilmişdi. Rusiya Xalq Maarif Nazirliyi tərəfindən təsdiq edilən Məktəbin tədris planına Azərbaycan, rus, fars, ərəb dilləri, şəriət və hesab daxil idi. Ana dili səs üsulu ilə A.Çernyayevsakinin "Vətən dili", fars dili Sədi Şirazinin "Gülüstan", rus dili M.Volperin "Rus dili", hesab Yevtuşevskinin "Məsələlər kitabı", şəriət dərsləri isə Firudin bəy Köçərlinin tərtib etdiyi kitab üzrə tədris edilirdi. Rus-tatar (Azərbaycan) məktəbini təsis edən komissiyanın tərkibinə Abbasqulu xan İrəvanski (sədr), İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov və başqaları daxil idi. İrəvan ziyalıları məktəbə tez-tez kömək edirdilər.1909-cu ilin "Kavkazski kalendar" məcmuəsində Haşım bəy Nərimanbəyovun Rus-tatar məktəbinin müəllimi oldugu göstərilir.Məcmuənin 1904 cü il nömrəsində isə İrəvan rus-tatar məktəbində Abbasqulu xan İrəvanski fəxri nəzarətçi olmuşdur. Və o dövürdə 106 şagir təhsil alırdı Məcmuənnin 1906-ci il nömrəsində İrəvan rus-tatar məktəbinin həyətinin genişləndiyi aydınlaşir. Buradan bəlli olur ki, 1906–1907 ci il tədris ilində İrəvan rus-tatar məktəbində Haşım bəy Nərimanov nəzarətçi, Həmid bəy Şaxtaxtinski və Rəcəbov müəllim, Axund Abdulla bəy Qazıyev şəriət müəllimi, Məmməd Vəli Qəmərlinski Azərbaycan dili müəllimi işləmişdir. 1882-ci ildə Qubadlıda yaradılıb. Həmin məktəbin əsası Həsən bəy Sultanov tərəfindən qoyulmuşdur.Qubadlı məktəbi iki sinifli, dörd illik olduğu üçün 1-ci və 3-cü sinif şagirdlərini bir sinif otağına, 2-ci və 4-cü sinif şagirdlərini isə başqa bir sinif otağına yığıb bir yerdə dərs keçərmişlər. Belə çətinlik uzun müddət davam edib. Qubadlı məktəbi ilk dəfə Xanlar bəyin atasına məxsus evdə təşkil edilib. Sonra məktəb Həşim bəyin daha yaxşı şəraitli evinə köçürülüb. Sonra Teymur bəyin oğlu Həsən bəy Sultanovun təşəbbüsü və yerli hökumətin köməkliyi ilə qarşı tərəfdə üç otaqlı yeni məktəb binası tikilir.1883-cü ildən müdürü Rəhim bəy Novruzov olmuşdur. Müəllimləri sırasında Üzeyir Hacıbəyov, Həşim bəy Nərimanbəyov, Mehdi bəy Məlik-Aslanov kimi şəxslər olmuşdur. Məzunları arasında Çingiz İldırım, Cabbar bəy Sultanov, Abbas bəy Sultanov, Hüseynqulu Babayev, Həsən bəy Sultanov, İsmayıl Abışov və Qulam Sultanov kimi şəxslər olmuşdur. Taixitdin Mamleyev tərəfindən Qazax qəzasının Salahlı kəndində (1875-ci il) rus-tatar məktəbi açılmışdır. Səməd Vurğun bu məktəbin məzunu olmuşdur. Məmmədov X., ilk "Rus-müsəlman" məktəbi və onun tarixi rolu, "Azərbaycan məktəbi" jurnalı, 1964, № 5; Vəzirov H., "Rus-müsəlman" məktəblərinin iyirmi beş illik yubileyi münasibətilə. "Kefim gələndə" kitabında, B., 2001. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 220–229.
https://az.wikipedia.org/w/index.php?curid=540811
Əlvəndi (Bostanabad)
Əlvəndi (fars. الوندي) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (12 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687210
Əlvəndi (Qəzvin)
Əlvəndi (fars. الوندی) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 70 nəfər yaşayır (16 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=670819
Əlvəndqulu (Bicar)
Əlvəndqulu (fars. الوندقلي) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 117 nəfər yaşayır (26 ailə). Əhalisini kürdlər təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=768277
Əlvənəq (Azərşəhr)
Əlvənəq (fars. الوانق) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 555 nəfər yaşayır (173 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=617297
Əlxələc (Bostanabad)
Əlxələc (fars. الخلج) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2.373 nəfər yaşayır (544 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687463
Əlyar Alimirzəyev
Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021). Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Yaradıcılığı Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır.2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür. Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur. Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=810637
Əlyar Qarabağlı
Əlyar Məmməd oğlu Qarabağlı (1901, Borçalı qəzası – 1969) — Azərbaycan pedaqoqu, jurnalisti. Əlyar Qarabağlı 1901-ci ildə anadan olmuşdu. Borçalının Ləcbəddin kəndindəndir. Kənddə müəllim işləmiş, Bakıda elmi-tədqiqat pedaqoji elmlər institutunun şöbə müdiri, «Azərbaycan məktəbi» jurnalının məsul katibi, redaktor müavini vəzifələrində çalışmış, dövlət universitetində mühazirələr oxumuşdu. Ədəbiyyatımızın tədrisi metodikası sahəsində sanballı dərsliyin müəllifi kimi şöhrət qazanmışdı. Əlyar Qarabağlı 1969-cu ildə vəfat edib. Xarici keçidlər Qarabağlı Əliyar Məmməd oğlu
https://az.wikipedia.org/w/index.php?curid=429191
Əlyar kəndi (Qoşaçay)
Əlyar kəndi (fars. علي ياركندي) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (74 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=474767
Əlyazma
Əlyazma — əl ilə yazılmış mətn, kitab və s. Məsələn, əlyazmaları fondu — əlyazmaları toplayan, saxlayan, bərpa edən yer, idarə, şöbə. Antik və orta əsrlər əlyazmaları manuskript də adlanır Həmçinin bax Xarici keçidlər Nəşriyyat haqqında qanun AZƏRBAYCANDA KİTABXANALARIN FƏALİYYƏTİNİN YAXŞILAŞDIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
https://az.wikipedia.org/w/index.php?curid=93824
Əlyazmalar Fondu
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondu ümummilli lider H.Əliyevin 07 avqust 2002-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılmış, 08 aprel 2005-ci ildə fəaliyyətə başlamışdır. Fəaliyyət istiqamətləri Naxçıvan əlyazmalarının toplanması, sistemə salınması, kataloqlaşdıdırlması, qorunması, tədqiqi, nəşri və təbliğidir. Əlyazmaların toplanması şöbəsi. Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsi. Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası laboratoriyası. Əsas elmi nəticələr Naxçıvanın tarix və mədəniyyətinə aid yeni məlumatların əldə olunması və təbliği istiqamətində: Məhəmməd Həsən Ordubadinin “Astronomiya” əsərinin tərcüməsi və tədqiqi, Mirzə Məhəmməd Haşim ibn Museyib Naxçıvaninin “Həqaiqiət-Tarix” əsəri haqqında ilk məlumat, Suli Fəqihin “Yusif və Züleyxa” əsərinin tərcümə və tekstaloji tədqiqi, Məhəmməd Naxçıvaninin “Səhabəd Dumu” əsərinin mətn xüsusiyyətlərinin təhlili, Hatif İsfəhaninin “Tibbinamə” əsərinin aşkarlanması və ilk tədqiqi, Fazil Naxçivaninin “Tibbinamə” əsərinin ilkin araşdırılması, tib¬binamələrin mətn xüsusiyyətləri və tərcüməsi, Əliqulu Mirzayi Naxçıvaninin “Əqaide-fəlsəfə” əsərinin ilk tədqiqi, Naxçıvanı tədqiq və Tətəbbö Cəmiyyətinin ərəb əlifbası ilə yazılan 41 iclas protokolunun əlyazma mətnlərinin araşdırılması və təhlili.
https://az.wikipedia.org/w/index.php?curid=819391
Əlyazmalar İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılmışdır. 1945-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutu binasında xüsusi bir otaq vardı ki, qapısında "Əlyazmalar şöbəsi" yazılan lövhə vurulmuşdu. Otağın rəflərində iki minə yaxın fars, ərəb, Azərbaycan dillərində kitab, bir neçə şairin, ədibin arxivi düzülmüşdü. 1950-ci ildə bu balaca şöbə Məmmədağa Sultanovun səyi nəticəsində müstəqil Respublika Əlyazmalar fonduna çevrilib. Əlyazmaların respublikamızda toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanmışdır. 1924-cü ilin 21–24 sentyabrında Bakıda Birinci Ümumazərbaycan diyarşünaslar qurultayı keçirildi. Burada mədəni quruculuqla əlaqədar başqa məsələlərlə yanaşı Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyəti nəzdində xüsusi əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxana təşkili məsələsinə də baxıldı. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsinin əsasında yaradılmışdır. Ötən əsrin 80-ci illərində Respublika Əlyazmalar Fondu (RƏF) öz fəaliyyətində Akademiyanın institutlarından geri qalmır, akademik elmi-tədqiqat institutu kimi işləyirdi. Bunu nəzərə alan Akademiya və fondun rəhbərliyi RƏF-in instituta çevrilməsinə çalışır, "yenidənqurma" adı altında respublikalardakı ayrı-ayrı müəssisələri ləğv etməyi, birləşdirməyi üstün tutan Moskva isə buna razı olmurdu. Yalnız bir neçə illik mübarizədən sonra, 1986-cı ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev cənablarının yaxından iştirakı və köməyi sayəsində SSRİ Nazirlər Sovetinin 28 oktyabr tarixli 2162 №-li sərəncamı, bir müddət sonra Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-cı il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir. Əlyazmalar İnstitutunun kimin adını daşıması da mübahisəli məsələ olaraq qalırdı. Bir sıra şəxslərin adları təklif edilir, hər kəs öz seçimində təkid edirdi. Sonralar hamı Heydər Əliyevin qərarının nə qədər məntiqli olduğunu dərk etdi. İndi hamı üçün aydındır ki, əgər Ədəbiyyat İnstitutumuz Nizami Gəncəvinin, Dilçilik İnstitutumuz İmadəddin Nəsiminin adını daşıyırsa, Əlyazmalar İnstitutu da Məhəmməd Füzulinin adını daşımalıdır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrini tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyasını əhatə edən Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. İndi Əlyazmalar İnstitutunda 40 mindən artıq material vardır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır ki, IX-XX əsrlərdə yazılmış və ya üzü köçürülmüşdür. Bundan başqa, institutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir. Əlyazmalar İnstitutunda saxlanan ən qədim əlyazma IX əsrə aid edilən dəri üzərində yazılmış Quranın "Ən-Nisa" surəsinin bir hissəsidir. Əbu Əli ibn Sinanın "Tibb qanunları", Əbdül-Qasim əz-Zəhravinin "Cərrahiyyə və cərrahi alətlər haqqında" və "Otuzuncu traktat", Rüstəm Cürcaninin "Nizamşahın azuqələri", Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz", Nəsiminin "Divan", Sədinin "Bustan" və s. bu kimi əsərlərin XII-XV əsrlərdə köçürülmüş nüsxələri Əlyazmalar İnstitutunda saxlanılan ən qədim əlyazmalardır. 2005-ci ildə YUNESKO-nun "Dünya yaddaşı" proqramının reyestrinə daxil edilən bu əlyazmalardan bir neçəsi unikallığı ilə seçilir. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Universitetinin nəzdində yaradılmış Beynəlxalq İslam Əlyazmaları Assosiasiyasının (TİMA) üzvüdür.[1] Binasının tarixi İstiqlaliyyət küçəsində yerləşən Azərbaycan Əlyazmalar İnstitutunun binası dünyada ilk dəfə olaraq müsəlman qızlar üçün tikilmiş lisey idi, onun tikintisi üç görkəmli şəxsiyyətin adı ilə bağlıdır. Onlardan birincisi Bakı neft milyonçusu və şəhərin ən böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev (1823–1924) olmuşdur. Məktəbin yerində daha əvvəl Cümə məscidi tikilməli imiş, lakin müxtəlif maneələrə görə bu iş baş tutmur. Məscidin yeri 5 noyabr 1896-cı ildə H. Z. Tağıyevə Qızlar məktəbini tikdirməsi üçün verilir. Binanın layihəsi 1896-cı ildə hazır olsa da, təsdiq edilməsi təməl qoyma mərasiminə qədər ləngiyir. O, binanın tikilməsi üçün Rus imperatoruna müraciət etmiş razılıq aldıqdan sonra onun xərclərini maliyyələşdirmişdir. Bu məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilməsinə 4 il vaxt sərf olunmuşdur. İkinci şəxs isə Azərbaycanın ilk maarifçi ziyalısı və jurnalisti Həsən bəy Zərdabi idi (1837–1907). O hələ lisey açılmazdan çox əvvəl qızlar və oğlanlar üçün dünyəvi təhsilin təbliğatçılarından biri olmuşdur. Üçüncü şəxs gənc polyak mühəndis İosif Vikentiyevic Qoslavski(1865–1904) idi. O, çox istedadlı şəxs idi və o Bakının baş memarı təyin ediləndə cəmi 27 yaşı var idi. O, H. Z. Tağıyevin tikdirdiyi bütün binaların layihəçisi və mühəndisi olmuşdur. Hacı Zeynalabdin Tağıyev məktəbin binasının layihələşdirilməsi və tikilməsini də Qoslavskiyə həvalə edir. Orta əsrlər Şərq memarlığının ən gözəl elementlərini özündə əks etdirən bina 1898–1901-ci illərdə inşa edilib. 1915-ci ilin sentyabrından binada ikiillik pedaqoji kurslar fəaliyyətə başlayıb. Lakin 1917-ci ilin Fevral inqilabı iqtisadi vəziyyəti ağırlaşdırır və məktəbin müdiriyyəti həmin ilin aprelində təhsil prosesini dayandırmağa məcbur olub. 1918-ci il dekabrın 7-də Tağıyevin Qızlar məktəbinin binasında İslam Şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli açılış mərasimi olub. Həmin ilin 24 iyun tarixində Cümhuriyyətin ilk bayrağı da məhz bu binada qəbul edilib. Beləliklə, milli maarifçiliyə xidmət məqsədilə inşa olunan bina Cümhuriyyətimizin qanunverici orqanının yerləşdiyi strateji əhəmiyyətli obyektə çevrilib. 27 aprel 1920-ci il tarixinədək – Cümhuriyyətin süqutuna kimi binada parlamentin ümumilikdə 145 iclası keçirilib. Cümhuriyyət dövründə ilk dəfə təşkil olunan İstiqlal Muzeyi də burada fəaliyyət göstərib. Ölkəmizdə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Ali Soveti bu binada yerləşib. 1920–1937-ci illərdə görkəmli mütəfəkkir şair-dramaturq Hüseyn Cavid binanın üçüncü mərtəbəsində yaşayıb. 1982-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu buraya köçürülüb. Hazırda binanın böyük hissəsində M. Füzuli adına Əlyazmalar İnstitutu yerləşir. Üçüncü mərtəbənin mərkəzi hissəsində Hüseyn Cavidin ev-muzeyi, kənar hissəsində isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası fəaliyyət göstərir. Binanın quruluşu at nalı şəklindədir və içəri həyətinin cənub hissəsi qala divarlarına söykənir. Binanın simmetrik baş fasadı italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubdadır. Tikintiyə 1898-ci ildə başlanmış 1901-ci ildə başa çatdırılmışdır .1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndən sonra Milli hökumətin parlamentinin ilk iclası bu binada açılmış, onun sədri Məhəmməd Əmin Rəsulzadə ilk iclasda geniş çıxış etmişdir.1920-ci il 28 aprelədək, islam şərqinin ilk parlamenti fəaliyyətinə son qoyulanadək işlədi. Daha sonralar Azərbaycan SSR Ali Soveti bu binada yerləşmişdir. Əlyazmalar fondu orta əsrlər Şərq yazılı abidələrinin toplanması mühafizəsi və nəşri üzrə vahid bir mərkəz idi. Beynəlxalq əlaqələri Elmi-tədqiqat şöbələri: Türkdilli əlyazmaların tədqiqi şöbəsi Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi Farsdilli əlyazmaların tədqiqi şöbəsi Şəxsi arxivlərin tədqiqi şöbəsi Kitabxanaşünaslıq və biblioqrafiya şöbəsi Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsi Kitabxana və elmi informasiya şöbəsi Beynəlxalq əlaqələr şöbəsi Elektron resurslar şöbəsi Elmi fondlar şöbəsiElmi-tədqiqat laboratoriyası: Əlyazmaların gigiyenası və bərpası şöbəsiİnzibati şöbələr: Təhsil şöbəsi İctimaiyyətlə əlaqələr şöbəsi Mühasibatlıq şöbəsi Kadrlar şöbəsi İnstitutun baş direktoru: Akademik Teymur Kərimliİnstitutun icraçı direktoru: Filologiya elmləri doktoru Paşa KərimovElmi işlər üzrə direktor müavini: Filologiya elmləri doktoru Aybəniz Əliyeva KəngərliElmi katib:[2] Filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov Fəaliyyət istiqamətləri İnstitut əlyazmaların toplanması, sistemləşdirilməsi,katoloqlaşdırılması, tədqiqi, tərcüməsi, nəşri, mühafizəsi və bərpası ilə məşğuldur. İnstitutun təşəbbüsü ilə əlyazmalar kataloqunun ilk cildləri, biblioqrafik məlumat kitabları, klassiklərin əsərlərinin elmi-tənqidi mətnləri, bir sıra alim və ədiblərin yaradıcılıq nümunələri, elmi-nəzəri monoqrafiyalar, tarixi-arxeoqrafik sənədlər nəşr edilmiş, elmi-tədqiqat işlərinin problematikası genişləndirilmişdir. Fotoqalereya Həmçinin bax Azərbaycan Milli Elmlər Akademiyası Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları (AMEA Əlyazmalar İnstitutu) Xarici keçidlər Əlyazmalar İnstitutunun rəsmi saytı Əlyazmalar İnstitutunun saytı Arxivləşdirilib 2010-12-06 at the Wayback Machine AMEA Əlyazmalar İnstitutu drondan çəkilişi.
https://az.wikipedia.org/w/index.php?curid=403863
Əlzaman Rəhimov
Əlzaman Rəhimov (Əlzaman Sabir oğlu Rəhimov; d. 22.10.1958, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan diasporunun nümayəndəsi, Azərbaycanın "Tərəqqi" medalı və Rusiyanın "Dostluq" ordeni laureatı. İqtisad elmləri namizədi. Əlzaman Rəhimov 1958-ci il oktyabrın 22-də Saatlı rayonunda anadan olub.Əlzaman Rəhimov 1981-1985-ci illərdə Saatlı rayonu Varxankənd məktəbində biologiya və coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir. 1985-1989-cu illərdə Moskva vilayətində Domodedovo şəhər zavodunda fəhlə kimi çalışmışdır.1990 -1991ci illərdə Moskvada "Sevpuxovskaya rastava", "Nərgiz" kooperativlərinin sahibkarı olmuşdur. 1992-ci ildə "Günay" tikinti kommersiya şirkətinin baş direktoru olmuşdur. Mükafatları "Za slujbu Rossii" ordeni, "İvan Kolita" ordeninə layiq görülmüşdür. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.28 dekabr 2016-cı il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib20 oktyabr 2015-ci ildə Rusiyanın "Dostluq" ordeni ilə təltif olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=381208
Əlzin
Əlzin (az-əbcəd. الزین, fars. الزین) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 398 nəfər yaşayır (124 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=773469
Əlçatmazlıq qütbü (Antarktika stansiyası)
Əlçatmazlıq qütbü — fəaliyyət göstərməyən SSRİ Antarktika stansiyası. Stansiya Mirnı stansiyasından 2100 km aralı yerləşib. Bu stansiya 1958-ci ilin dekabrında fəaliyyət göstərmiş və Ümumdünya Meteorologiya Təşkilatının razılığı ilə 89550 koduna malik idi. Stansiya öz adını yerləşmə özəlliyinə görə almış. Məhz stansiya Antarktida sahillərindən ən uzaqda yerləşən nöqtə - Əlçatmazlıq qütbündədir. Yaranma tarixi Stansiya 14 dekabr 1958-ci ildə üçüncü Sovet Antarktika ekspedisiyası zamanı yaradılmışdı. Stansiyanım rəhbəri V.K. Babarıkin olmuş. Açılış zamanı stansıyada Leninin büstü qoyulmuşdur. 17 dekabr 1958-ci ildə hazırlanmış uçuş-eniş zolağına Li-2 təyyarəsi eniş etmiş və müxtəlif yük və təbrik teleqramları gətirmiş. 26 dekabrda stansiya konservləşdirilmiş, gələcək ekspedisiyalar üçün ehtiyat azuqə saxlanılaraq tərk edilmişdir. Mövqeyi və şəraiti Stansiya Enderbi Torpağının cənubunda düz səthə malik buz yaylasında yerləşmiş. Cənub qütbünə - 878 km, Sovet Antarktika stansiyasına - 600 km məsafə var. Dəniz səviyyəsindən olan hündürlük 3718 metrdir. Buz qatının qalınlığı 2980 metrdir. Təbii şəraiti Vostok stansiyasına oxşardır. Orta illik temperatur -57.8 °C-dir. Bu Vostok stansiyasından 0.5 dərəcə aşağıdır. Bu ərazidə daima müşahidələrin olmamasından Vostok stansiyası Soyuqluq qütbü hesab olunur. Bağlandıqdan sonra 2007-ci ilin yanvarında üç ingilis (Rpri Suit, Pupert Lonqsdon, Henri Kukson) və kanadalı Pol Lendri tarixdə ilk dəfə xizəklə, çərpələngin dartı qüvvəsindən istifadə edərək Əlçatmazlıq qütbünə yetişdilər. Onlar 1756 km məsafəni 49 günə qət etmiş və bu nəticə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Səyyahların dediklərinə görə Leninin bütü hələdə yerindədir. Henri Kukson stansiya qapısı önündəki qarı təmizləmiş və istəmiş ki, qonaq kitabına öz qeydlərini yazsın. Ancaq qapı bağlı olduğundan bunu həyata keçirə bilməyib.. 27 dekabr 2011-ci ildə Əlçatmazlıq qütbünə başqa bir ekspedisiya çatmış, hansı ki, tərkibində məşhur amerikan fotoqrafı və səyyahı Sebastian Kouplend də olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=466057
Əlçi bəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir. Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək) Seyidlərdən ibarət olan (bu səbəbdən də onların adına "Seyid" və "Mir" dini titulları artırılıb) ata tərəfi Cənubi Azərbaycandandır. İlkin ulu babaları kökcə Şah İsmayıl Səfəvinin sələflərindən olan Şeyx Sədrəddin Musanın (1305–1392) uruqlarındandır. Bəzi qaynaqlarda Şeyx Sədrəddinə Şeyx Xoca Əli də deyildiyi bildirilir, bəzi qaynaqlarda isə Şeyx Xoca Əlinin onun oğlu olduğu göstərilir. Bu fikirlərdən hansının doğruluğundan asılı olmayaraq Əbülfəz Elçibəyin nəsli məhz həmin Şeyx Xoca Əlidən (Şeyx Əli Xoca da adlanıb) başlanır. Ancaq bunu da demək gərəkdir ki, Şeyx Əli Xocanın törəmələrinin bu qolunda şeyxlik olmayıb. Əbülfəz Elçibəyin özündə olan soyağacında nəslin davamçıları olan 30-dan artıq adamın adı sadalanır. Atası 1896-cı ildə doğulub, 1944-cü ildə müharibədə itkin düşmüş Əliyev Qədirqulu Mərdan oğludur. Elmi fəaliyyəti Klassik və müasir ərəb dilini, islam dininin əsaslarını, şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər"ində, EA-nın "Xəbərlər"ində, "Əlyazmalar xəzinəsində" toplusunda və b. nəşrlərdə çıxan "Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması" (1967), "Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair" (1968), "9–10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında" (1971), "Tulunilər dövləti və Qərmətilər" (1971), "Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair" (1971), "9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət" (1972), "Hənəfilik və onun əsas qaydaları" (1986), "Əhməd Tantarani Maraği və onun "Tantaraniyyə" qəsidəsi" (1987) və b. bir çox digər tədqiqatlarını göstərmək olar. Alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: "Tolunoğulları dövləti (868–905)" (İstanbul, 1997) və "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir. Siyasi fəaliyyəti Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 oktyabr 1991). 7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz Elçibəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında olan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi. Prezidentliyi dövrü Əbülfəz Elçibəyin prezidentliyi dövründə, bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı. Ə. Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü). Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı. Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Lakin bu layihə sonralar qəbul olunmamış qaldı. Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi. Ə. Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı. İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o sıradan dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi. Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı. Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kəndlərdə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı. Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Hazırlanan müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi. Elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı. Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır. Azərbaycanın yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin içində orta məktəbdə keçilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 60-a yaxın adda tam yeni dərslik yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın adda yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə tanış olurdu. Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat — "Öyrətmən" yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı. Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı. Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi. Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Məlum fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi. Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident fondundan maliyyə yardımı aldı. Onlara radio və televiziyadan istifadə etmək imkanı yaradıldı. Elçibəy bir sıra xarici səfərlərdə oldu. İstanbul sammitində iştirak edərək (24–27.6.1992) Qara Dəniz İşbirliyi Sazişini və "Bosfor bəyanatı"nı (25. iyun 1992), ATƏM-in (indiki ATƏT) ikinci zirvə toplantısına qatılaraq (7–11.7.1992) Helsinki Müşavirəsi-nin Yekun aktını (8.7) və "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə"ni (10.7), Rusiyaya rəsmi səfərə gedərək (12–13.10.1992) Boris Yeltsinlə birgə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə"ni (12.10), Ankarada Türk cümhuriyyətləri başçılarının zirvə toplantısında (30–31.10.1992) sammitin Yekun Bəyannaməsini imzaladı (31.10). O, Türkiyəyə rəsmi səfərində (1–5.11.1992) prezident Turqut Özalla bir sıra müqavilələrə imza atdı (1.11), Ankarada açılan Azərbaycan Səfirliyinin lentini kəsdi (2.11), Ukraynaya rəsmi səfərində (9–10.12.1992) prezident Leonid Kravçukla "Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında müqavilə"yə qol çəkdi (9.12). Prezident Elçibəy, Bakıda Marqaret Tetçeri (7. sentyabr 1992), Tatarıstanın baş naziri Filza Həmidullini (24. sentyabr 1992), Rusiya baş nazirinin əvəzi Yeqor Qaydarı (30. sentyabr 1992), Moldovanın baş naziri Andrey Sangelini (17. oktyabr 1992), Moskvanın meri Yuri Lujkovu (26.10), İslam Konfransı Təşkilatının baş katibi Həmid əl-Cabidi (13. noyabr 1992) və ölkəyə qonaq gəlmiş bir çox başqa nümayəndə heyətlərini, Bakıdakı bütün xarici ölkə səfirlərini qəbul etdi. BMT-də, ATƏT-də, İslam Konfransı Təşkilatında, regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə Azərbaycan bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başladı. BMT-nin Bakıda nümayəndəliyi açıldı. Qonşu dövlətlərlə: Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın əsasları qoyuldu. Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalandı. Belçika, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Misir, Pakistan, İngiltərə ilə sıx əlaqələrə möhkəm zəmin yaradıldı. Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlərlə dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlandı. Türkiyə ilə münasibətlər imzalanmış sazişlər nəticəsində yeni mərhələyə daxil oldu. Amerika Birləşmiş Ştatları və Qərbi Avropa ölkələri ilə münasibətlər xarici siyasətin başlıca istiqamətlərindən biri oldu. Avropa və Amerikanın transmilli şirkətləri əlverişli iqtisadi məkan kimi Azərbaycana üz tutmağa başladı. AMOKO, BP, Yunokal, Statoyl, Pennzoyl və başqa böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlandı. Neftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd imzalandı. Bu planların gerçəkləşməsi Azərbaycanın inkişafı üçün böyük perspektivlər açırdı. Ölkəyə güclü investisiya axını başlayacaqdı. Bütün bunlar Qərbin və Amerika Birləşmiş Ştatlarının Azərbaycana siyasi münasibətində də əsaslı təkamülün səbəblərindəndir. Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 11 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi. Prezidentlikdən sonrakı fəaliyyəti Elçibəy iqtidarının apardığı müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz xalqını labüd faciələrdən qurtarmaq istəyən prezident Əbülfəz Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi. Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz Elçibəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə. Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi (1997). Çağdaş Azərbaycan ictimai-siyasi şüuruna yön verən və gerçək milli lider kimi qəbul edilən Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri "Bu mənim taleyimdir" (Bakı, 1992), "Deyirdim ki, bu quruluş dağılacaq" (Bakı, 1992), "Demokratiya və azadlıq" (İstanbul, 1992), "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998), "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!" (Bakı, 2002), "Elçi düşüncələri" (Bakı, 2002) kitablarında əksini tapıb. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy" (İstanbul, 1992), A. Səmədoğlunun "Elçibəy və Azərbaycan" (İstanbul, 1994), Fazil Qəzənfəroğlunun "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə" (İstanbul, 1995), Ədalət Tahirzadənin "Elçi Bəy" (Bakı, 1999), "Elçibəylə 13 saat üz-üzə" (Bakı, 1999; İstanbul, 2001), "Prezident Elçibəy" (Bakı, 2001), O. Məmmədovun "Elçibəy ilə birlikdə otuz il" (İstanbul, 1999) və b. kitablar oxucuların marağına səbəb oldu. Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadə yolunu yaradıcılıqla davam etdirirdi. O, böyük öndərin müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsiylə zənginləşdirmiş, milli ideologiyamızın "Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!" ülküsünü irəli sürmüşdür. Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 62 yaşındaykən Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu. Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparmışdır. Müəllifi olduğu kitablar "Tolunoğulları Devleti", İstanbul, 1997. Ebülfez Elçibey, ISBN 9754372152 "Bütöv Azərbaycan yolunda", İstanbul, 1998; Bakı, 2004 [1] "Müstəqillik: ikinci cəhd", Bakı, 2001 "Siz xalqın sevgisilə haqqa çatacaqsınız", Bakı, 2001 Azərbaycanda Elçibəy İnstitutu Azərbaycanda Elçibəy İnstitutu 17 noyabr 2020-ci ildə Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsa Qəmbər, İsmayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov, Pənah Hüseyn tərəfindən yaranıb. İnistitunun məqsəd Azərbaycan Milli Azadlıq və Demokratik hərəkatının lideri, 1992-ci ildə demokratik yolla Azərbaycan prezidenti seçilmiş Əbülfəz Elçibəyin elmi- nəzəri –ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etməkdir. Elçibəy İnstitutu Azərbaycan Respublikası qanunvericiliyində yol verilən qayda, forma və vasitələrdən (o cümlədən kitablar, xüsusi buraxılışlar və s. nəşr etmək, elm və digər yaradıcılıq sahələri üzrə müsabiqələr elan etmək, mühazirələr, seminarlar təşkil etmək, kurslar açmaq, dinləmələr və s. tədbirlər keçirmək) istifadə edilməklə fəaliyyət göstərir. "Qurumun fəaliyyətinə ümumi rəhbərliyi Məsləhət Şurası tərəfindən həyata keçiriləcək. "Elçibəy İnstitutu"nun direktoru Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından biri olmuş Oqtay Qasımovdur. Haqqında yazılan kitablar Azərbaycan dilində "Əbülfəz Elçibəy: "Bu, mənim taleyimdir"", Bakı, 1992. Tərtibçilər: Becan İbrahimoğlu, Ədalət Tahirzadə "Deyirdim ki, bu quruluş dağılacaq", Bakı, 1992. Tərtibçi: Ədalət Tahirzadə "Demokratiya və azadlıq", İstanbul, 1992. "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy", İstanbul, 1992. Kamil Vəli Nərimanoğlu "Elçibəy və Azərbaycan", İstanbul, 1994, Akın Səmədoğlu. "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə", İstanbul, 1995, Fazil Qəzənfəroğlu. "Elçi Bəy", Bakı, 1999, Ədalət Tahirzadə. "Elçibəy ilə birlikdə otuz il", İstanbul, 1999, Oqtay Məmmədov. "Savalanda görüşənədək, Bəy!" Bakı, 2000. Tərtibçi: Ədalət Tahirzadə "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999; İstanbul, 2001. Ədalət Tahirzadə "Prezident Elçibəy", Bakı, 2001. Ədalət Tahirzadə "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!", Bakı, 2002. Tərtibçi: Ədalət Tahirzadə "Elçi düşüncələri", Bakı, 2002. Tərtibçilər: Ədalət Tahirzadə, Mircəlal Yusifli "Qurtuluş və bütövlük yolu" (Elçibəylə 6 söhbət). Bakı, 2003. Ədalət Tahirzadə "Elçi Bəy" Bakı, "Nurlar"NPM, 2005, səh.64, 500 nüs. Bayram Təbrizli-Marağalı "Elçi Bəy haqqında" Bakı, "Şirvannəşr", 2008. Mehriban Vəzir "Qardaşım Elçibəy haqqında xatirələrim", Bakı 2012, Murad Əliyev "Elçibəy belə deyirdi", 2018 "Elçibəyin sirri". Bakı, 2023, 260 səh. Türk dilində "Elçibey'le 13 Saat", Turan Yayıncılık, Adalet Tahirzade, 2001, ISBN 9757893307. "Elçibey Dönemi Azerbaycan Dış Politikası (Haziran 1992-Haziran 1993) Bir Bağımsızlık Mücadelesinin Diplomatik Öyküsü", Asam, Nazim Cafersoy, 2001, ISBN 9756769254. "Elçibey", Ötüken Neşriyat, Uğur Güler, 2006, ISBN 975437547X. "Elçibey'in Düşünceleri ve Kanun Devleti", Berikan Yayınevi, Şeyda Kemaloğlu-Muhammet Kemaloğlu, 2007, ISBN 9752671911. "Elçibey Azerbaycan'ın Unutulmaz Lideri", Türk Edebiyatı Vakfı, Yavuz Bülent Bakiler, 2009, ISBN 9756186428. Həmçinin bax Elçibəyçilik Xarici keçidlər Əbülfəz Elçibəyin bioqrafiyası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Abulfaz Elchibey — britannica.com Zahir Ezemet. "Elçibəyin ORT-yə ŞOK MÜSAHİBƏSİ (1992)" (az.). youtube.com/ORT. 1992/2013-08-17. İstifadə tarixi: 2014-09-28. Ölümündən 24 saat əvvəl — Əbülfəz Elçibəy Təmiz söhbət — Əbülfəz Elçibəy Əbülfəz Elçibəyin and içmə mərasimi Əbülfəz Elçibəyin Kələkidən Bakıya qayıdışı Əbülfəz Elçibəy: Böyük ömrün anları… Arxivləşdirilib 2019-04-21 at the Wayback Machine Əbülfəz Elçibəy haqqında indiyə kimi bilmədiyimiz faktlar MÜSAHİBƏ Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine Mərhum Prezident Elçibəy FOTOLARDA
https://az.wikipedia.org/w/index.php?curid=799525
Əlçibəy

https://az.wikipedia.org/w/index.php?curid=799230
Əlçibəy Əliyev

https://az.wikipedia.org/w/index.php?curid=799231
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
https://az.wikipedia.org/w/index.php?curid=285488
Əlçək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
https://az.wikipedia.org/w/index.php?curid=285490
Əlövsət Abdullayev
Əlövsət Abdullayev (17 fevral 1920, Şamaxı rayonu – 28 may 1993, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1963), professor (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). Əlövsət Zakir oğlu Abdullayev 1920-ci il fevral ayının 17-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxının Məlikçobanı və Ucarın Yuxarı Şilyan kənd məktəblərində almışdır. 1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olub, 1939-cu ildə həmin müəssisədə təhsilini əla qiymətlərlə başa vurmuş, bir il kənddə müəllim işləmiş, sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsi başlananda Əlövsət müəllim təhsilini yarımçıq qoyaraq çəbhəyə yola düşmüş, döyüşlərdə iştirak etmiş, yaralandığı üçün ordudan tərxis olunmuşdur. 1943–1946-cı illərdə Məlikçobanı kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Faşist Almaniyası məğlub edildikdən sonra yenidən universitetə qayıtmış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Yüksək hazırlığını və elmə olan dərin marağını nəzərə alaraq onu aspiranturaya qəbul etmişlər. Ə. Z. Abdullayev 1954-cü ildə "Müasir Azərbaycan dilində xüsusiləşmələr" mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin ən qaranlıq, ən az tədqiq olunmuş sahəsindən-tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə etmişdir. Əlövsət müəllimin 50 illik əmək fəaliyyətinin təxminən 40 ili universitetlə bağlıdır, burada tələbəlikdən professorluğadək şərəfli bir həyat yolu keçmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı (1962–1967), prorektoru (1972–1976), Azərbaycan dilçiliyi kafedrasının müdiri (1967–1985) olmuşdur. Tədqiqatları Azərbaycan dilinin sintaksisinə aiddir. Beynəlxalq türkologiya konqres və konfranslarında məruzələrlə çıxış etmişdir. 1993-cü ildə may ayının 28-də Bakıda vəfat etmişdir. Elmi yaradıcılığı Alimin elmi maraq dairəsi olduqca geniş olmuşdur. O, dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələrilə məşğul olmuşdur. Əlövsət Abdullayev Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsərin, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir (bunlardan bəziləri ortaqlı yazılmışdır). Xüsusiləşmə və əlavə kateqoriyaları, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli murəkkəb cümlələrin tərkib hissələrinin transformasiya hadisəsinə uğraması və digər məsələlər ilk dəfə Ə. Abdullayev tərəfindən işlənmiş və ali məktəb proqramlarına daxil edilmişdir. Onun etimologiya üzrə işləri keçmişə, tarixin yaddaşına əsl səyahət kimi yenilik ruhu, arqumentlərinin əhatəliliyi, əsaslılığı ilə bu sahədə əvvəllər aparılmış tədqiqatlardan fərqlənir. Məsələn, "ki" bağlayıcısının genezisi, "elə", "belə" sözlərinin etimologiyası, yönlük halın mənşəyi, qədim instrumental hal və müasir dilimizdə onun qalıqlarından bəhs edən əsərlər xüsusilə dəyərlidir. Ə. Abdullayevin "Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr" monoqrafiyası uzun və gərgin axtarışların nəticəsidir. Bu qiymətli əsər ölkə türkoloqları tərəfindən böyük maraqla qarşılanmışdır. Bunlardan başqa, alim iki böyük akademik nəşrin ("Azərbaycan dilinin qrammatikası" və "Müasir Azərbaycan dili") və 4 cildlik "Müasir Azərbaycan dili" dərsliyinin müəlliflərindən biri olmuşdur. Sonuncu fundamental əsərə görə o, 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Ə. Abdullayev 1992-ci ildən isə Əməkdar Elm Xadimidir. İctimai fəaliyyəti Professor Ə. Abdullayev həm də böyük ictimai iş aparmışdır. O, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun və Universitetin elmi şuralarının, Azərbaycan Ensiklopediyasının redaksiya şurasının, Respublikada Azərbaycan Dilinin Tətbiqi və Əlifba komissiyalarının üzvü olmuşdur. Eyni zamanda BDU-nun "Elmi əsərləri"nin Dil və ədəbiyyat seriyasının baş redaktoru, universitetin ümumi, humanitar elmlər, filologiya elmləri doktoru və namizədi dərəcələri verən şuralarının, Azərbaycan Elmlər Akademiyası Dilçilik İnstitutunun, Respublika Elmlər Akademiyası Rəyasət Heyəti yanında dilçilik üzrə əlaqələndirmə şuralarının, Azərbaycan Təhsil Nazirliyinin tədris metodika şurasının üzvü olmuşdur. Ə. Abdullayevin adı yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da məşhurdur. O, bir sıra Ümumittifaq və beynəlxalq məclislərdə Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmişdir. Görkəmli dilçi alim müxtəlif illərdə Bakıda, Moskvada, Sankt-Peterburqda, Səmərqənddə, Kazanda, Tiflisdə keçirilmiş elmi konfranslarda, Berlində, Ankarada, İstanbulda, Daşkənddə toplanmış beynəlxalq qurultay və konqreslərdə iştirak etmiş, məruzələr oxumuşdur. O, dilçilərin Səmərqənd konfransında (1966) sintaksis bölməsinə rəhbərlik etmişdir. 1969-cu ildə Berlində Beynəlxalq altayşunaslar konqresində (PİAK) "Türk dillərində yönluk halın mənşəyi haqqında"kı məruzəsi yaxşı qarşılanmış və orada nəşr edilmişdir. 1972-ci ildə Ə. Abdullayev Türk Dil Qurumunun dəvətilə Ankarada I türk dili qurultayında iştirak etmişdir. Orada Mahmud Kaşqari bölməsini açmaq və birinci iclası idarə etmək şərəfi Azərbaycan aliminə qismət olmuşdur. Əlövsət müəllimin acılışdakı nitqi və oxuduğu məruzə Ankarada həmin qurultayın materiallarında çap edilmişdir. 1986-cı il PİAK-ın Daşkənddə keçirilmiş konqresində Ə. Abdullayev "Azərbaycan-monqol dil əlaqələri" adlı məruzə ilə iştirak etmişdir. Əlövsət müəllimin həyatında ən əlamətdar hadisələrdən biri türkologiya qarşısında böyük xidmətlərinə görə onun 1983-cü ildə Türkiyədə Türk Dil Qurumunun müxbir üzvü, 1984-cü ildə həqiqi üzv seçilməsidir. Ə. Abdullayev Türk Dil Qurumuna müxbir üzv seçilmiş üçüncü azərbaycanlı alim olmuşdur. Ölümündən üç il sonra, Türk Dil Qurumu onun 1996-cı ildə Ankarada "Türk dillərinin tarixi inkişafı məsələləri" adlı kitabını nəşr etmişdir. Həmin monoqrafiya elm aləmində yüksək dəyərləndirildiyindən 2007-ci ildə təkrar çap olunmuşdur. Onun rəhbərliyi altında 23 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə edilmişdir. O cümlədən, müdafiə edənlərdən 3 nəfər qaraçay-balkar, 1 nəfər qumuq dili üzrədir. Mükafatları "Azərbaycan SSR Dövlət Mükafatı" — (26 aprel 1974) Əməkdar Elm Xadimi fəxri adı — (1992) "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — (9 may 1945) Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin "Fəxri Fəman"ı — (31 oktyabr 1969) SSRİ Ali Sovetinin Rəyasət heyəti "Əmək igidliyinə görə" medalı — (7 aprel 1970), Böyük Vətən müharibəsinin 7 yubiley medalı. Müəllifi olduğu monoqrafiya və dərsliklər Müasir Azərbaycan dilində sintaktik əlaqələr (uzlaşma, idarə, yanaşma). ADU, 1956 Köməkçi nitq hissələri. ADU , 1958 Müasir Azərbaycan dili, sintaksis. ADU, 1959, həmmüəllif Müasir Azərbaycan dili, sintaksis, II kitab, Azərtədrisnəşr, 1962, həmmüəllif Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr, Azərtədrisnəşr, 1964 Azərbaycan dili (ali məktəblər üçün dərslik), Azərtədrisnəşr, 1964, həmmüəllif Müasir Azərbaycan dili, IV kitab, "Maarif", 1972, həmmüəllif Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr, 2-ci nəşr, "Maarif", 1974 Sintaksisin aktual məsələləri, Bakı, 1987 Müasir Azərbaycan dili, IY c., Sintaksis, Bakı: "Şərq-Qərb", 2007 Azərbaycan dili məsələləri, Bakı: BU nəşriyyatı, 1992 Türk dillerinin tarixsel gelişme sorunları. Atatürk kültür, dil ve tarih yüksek kurumu, Ankara, 1996 Xarici dillərdə ASE-nın ayrıca cildi üçün yazılmış məqalələr Haqqında yazılanlar Xarici keçidlər Əlövsət Zakir oğlu Abdullayev Azərbaycan dilçiliyi kafedrası Görkəmli alimlər və məzunlar
https://az.wikipedia.org/w/index.php?curid=479972
Əlövsət Ağalarov
Əlövsət İbrahim oğlu Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Əlövsət Ibrahim oğlu Ağalarov 1954-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində dünyaya gəlmişdir. Qılınclı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsine daxil olmuş, sonra Univertsitet rəhbərliyi tərəfindən Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilmiş, ali təhsilini bu universitetdə başa vurmuş və təyinatla Azərbaycan Dövlət Nəşriyyatına redaktor vəzifəsinə təyin olunmuşdur. Bu nəşriyyatda iki il işlədikdən sonra Azərbaycan Dövlətnəşrkomunda Tərcümə Ədəbiyyatı Idarəsində redaktor vəzifəsinə təyin edilmişdir. 4 il bu vəzifədə çalışdıqdan sonra yenidən Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasına şöbə müdiri vəzifesinə göndərilmişdir. Sonralar Baş redaktorun müavini 1992-ci ildən bu günədək isə Nəşriyyatın Baş redaktoru vəzifəsində çalışır. 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir. SSRI Jurnalistlər Ittifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20-dən çox kitabı Azərbaycan dilinə tərcümə etmişdir (Turgenevin povestlerini, N. Nosovun trilogiyasini, A. Kuleşovun povestlərini, O. Şestinskinin hekayələrini, M. Paviçin "Xəzər lüğəti" tarixi əsərini, Əhmədxan Əbu Bəkirin povestini və s.). 500-dən çox kitabin redaktoru, iki yüzdən çox elmi-publisistik məqalə müəllifi. Ə. İ. Ağalarova "Əməkdar jurnalist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əlövsət İbrahim oğlu Ağalarova "Əməkdar jurnalist" fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 fevral 2018-ci il. Evlidir, iki övladi var. 2.
https://az.wikipedia.org/w/index.php?curid=311458
Əlövsət Baxışov
Əlövsət Məmmədşah oğlu Baxışov (3 mart 1923, Amsar, Quba rayonu – 3 iyun 2013) — tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Əlövsət Baxışov 1923-cü il martın 3-də Quba rayonunun Amsar kəndində anadan olub. 1942-ci ildə orta məktəbi və müəllimlik kurslarını bitirdikdən sonra bir müddət Qubanın Xanəgah kənd məktəbində dərs deyib. O, 1943-cü ildə hərbi xidmətə çağırılıb, İkinci Dünya müharibəsindən sonra 1950-ci ilin mart ayınadək ordu sıralarında qulluq edib. Əlövsət Baxışov 1952-ci ildə Müəllimlər İnstitutunun tarix fakültəsini, 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, 1958-ci ildə Bakı Ali Partiya Məktəbini, 1978-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Ordudan tərxis olunduqdan sonra Əlövsət Baxışov 1950–1951-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində çalışıb. 1951–1952-ci illərdə Quba Rayon Komsomol Komitəsinin birinci katibi olub. Sonrakı dövrlərdə o, partiya və sovet orqanlarında müxtəlif vəzifələr tutub. 1952–1953-cü illərdə Quba Rayon Partiya Komitəsinin katibi, 1953–1954-cü illərdə Quba Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı və məsul təşkilatçısı olub. O, 1959–1979-cu illərdə Dəvəçi, Şamaxı, Masallı və Gədəbəydə Rayon Partiya Komitəsinin birinci katibi seçilib. 1979-cu ildən etibarən kənd təsərrüfatı sahəsində çalışmağa başlayan Əlövsət Baxışov 1992-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində baş idarə rəisi vəzifəsində işləyib. 1992-ci ildən etibarən Əlövsət Baxışov Azərbaycan Respublikası Veteranlar Şurası daxilində ayrı-ayrı vəzifələri tutmuş, o cümlədən daimi komissiya sədri, məsul katib və sədrin birinci müavini kimi çalışıb, 2008-ci ildə isə həmin təşkilatın IV qurultayında Şuranın sədri vəzifəsinə seçilib. Əlövsət Baxışov dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Əlövsət Baxışov 2 dəfə "Lenin" ordeni və 14 medalla təltif edilib, "Şöhrət" ordeninə layiq görülüb. Əlövsət Məmmədşah oğlu Baxışov 2013-cü il iyun ayının 3-də vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=330286
Əlövsət Baxşıyev
Əlövsət Qəzənfər oğlu Baxşıyev (22 iyun 1956, Kərimbəyli, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikasının Baş naziri. (2000–2020) Əlövsət Qəzənfər oğlu Baxşıyev 1956-cı il iyun ayının 22-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. 1963-cü ildə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1973-cü ildə orta məktəbi bitirmişdir. Həmin il D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakultəsinə daxil olmuş və 1977-ci ildə institutu iqtisadçı ixtisası üzrə bitirmişdir. Ə.Baxşıyev əmək fəaliyyətinə 1977-ci ildə İliç rayon Kommunal Təsərrüfatı Şöbəsində mühasib köməkçisi kimi başlamışdır. 1977–1979-cu illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1979-cu ildən 1986-cı ilə kimi Şərur rayonundakı "Naxçıvan MSSR-nin 50 illiyi" adına üzümçülük sovxozunda hüquq məsləhətçisi, iqtisadçı, baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışmışdır. 1986-cı ildə İliç Rayon Aqrar Sənaye Biriyində aparıcı iqtisadçı-maliyyəçi, 1992-ci ilin yanvar ayınadək İliç Rayon Xalq Deputatları Sovetində sədr müavini, 1992–1994-cü illərdə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsində sədrin birinci müavini və sədr vəzifələrində işləmişdir. 1994-cü ilin avqust ayından 1998-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, 1998-ci ildən 2000-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə-iqtisadiyyat naziri vəzifələrini icra etmişdir. 2000-ci il fevralın 11-dən 2020-ci ilədək Naxçıvan Muxtar Respublikasının Baş naziri olmuşdur. 1990–1995, 1995–2000-ci illərdə iki çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar dövlət qulluqçusu fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2013-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2016-cı ildə "Şöhrət" ordeni (Azərbaycan) ilə təltif olunmuşdur. Ailəlidir, 3 övladı var. Biografiya Əlövsət Baxşıyev (rus)
https://az.wikipedia.org/w/index.php?curid=57608
Əlövsət Məmmədov
Əlövsət Əli oğlu Məmmədov (28 fevral 1988; Goranboy rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Əlövsət Məmmədov 1988-ci il fevralın 28-də Goranboy rayonunun Muzdurlar kəndində anadan olub. Ailəli idi, üç övladı yadigar qaldı. Hərbi xidməti Əlövsət Məmmədov 2009-cu ildə Hərbi Akademiyanın məzunu olub. Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsil aldıqdan sonra hərbi vəzifəsinə başlayıb. Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2013-cü ildən Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Əlövsət Məmmədov rabitə rəisinin köməkçisi kimi döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Rabitə rəisi vəzifəsinə təyin olunan Əlövsət Məmmədov 2020-ci ildə "mayor" rütbəsinə yüksəldi. Azərbaycan Ordusunun mayoru olan Əlövsət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlövsət Məmmədov noyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Goranboy rayonunun Muzdurlar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlövsət Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlövsət Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlövsət Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2018) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=681958
Əlövsət Osmanlı
Əlövsət Cəlal oğlu Osmanlı (9 iyun 1956, Dəmirli, Bolnisi rayonu – 7 sentyabr 2013, Bakı) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan SSRnin Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsilin məzmunu ilə bağlı geniş tədqiqat işləri aparıb. 7 sentyabr 2013-cü ildə Bakıda Milli Parkda gəzişərkən anidən ürək tutması nəticəsində vəfat etmişdir. Bakıda - Hövsan yaxınlığındakı qəbirstanlıqda dəfn olunmuşdur. Ailəli idi. 1 oğlu və 1 qızı var. Riyaziyyatdan qəbul imtahanlarında təklif olunmuş məsələlər. I hissə. Bakı: Maarif, 1989. Riyaziyyatdan qəbul imtahanlarında təklif olunmuş məsələlər. II hissə. Bakı: Elm, 1990. Kiçik riyaziyyatın böyük bəlaları. Bakı: Elm, 1998. 1-ci sinifdə riyaziyyat. Bakı: Elm, 2000. İbtidai sinif müəlliminin stolüstü kitabı. Bakı: Pedaqogika, 2001. Qaralov Z. Riyaziyyat-2. Çalışmaların həllinə kömək: müəllimlər və şagirdlər üçün /Zahid Qaralov, Ə.C.Osmanlı, V.F.Məmmədov; elmi red. A.Adıgözəlov, F.Həmzəyev.- B.: Pedaqoqika, 2001.- 160 s. Riyaziyyatdan test kitabçası (1-ci sinif). Bakı, Pedaqogika, 2001-2007. Riyaziyyatdan test kitabçası (2-ci sinif). Bakı: Pedaqogika, 2001-2008. Riyaziyyatdan test kitabçası (3-cü sinif). Bakı: Pedaqogika, 2001-2009. Riyaziyyatdan test kitabçası (4-cü sinif). Bakı: Pedaqogika, 2001-2009. Qaralov Z. Riyaziyyat: ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün dərslik /Zahid Qaralov, Ə.Osmanlı, V.Məmmədov; məsul red. İ.Akifqızı.-B.: Pedaqogika, 2005. - 128 s. Riyaziyyat-2 (dərslik). Bakı: Pedaqogika, 2001-2008. Riyaziyyat-3 (dərslik). Bakı: Pedaqogika, 2001-2009. Qaralov, Z. Riyaziyyat: ümumtəhsil məktəblərinin 4-cü sinfi üçün dərslik /Zahid Qaralov, Ə.Osmanlı, V.Məmmədov; məsul red. İ.Akifqızı.- B.: Pedaqogika, 2006.- 208 s. Qaralov, Z. Riyaziyyat: ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün dərslik-dəftər: 2 hissədə /Z.Qaralov, Ə.Osmanlı, V.Məmmədov; red. İ.Akifqızı; rəyçilər Ə.Əlizadə, N.Kərimov, M.Bayramoğlu, S.Qulubəyova.- B.: Osmanlı yayınları, 2006.- I hissə: 1-62-ci dərslər.- 128 s. Qaralov, Z. Riyaziyyat: ümumtəhsil məktəblərinin 1-cı sinfi üçün dərslik-dəftər: 2 hissədə /Zahid Qaralov, Ə.Osmanlı, V.Məmmədov; red. İ.Akifqızı; rəyçilər Ə.Əlizadə, N.Kərimov, M.Bayramoğlu, S.Qulubəyova.- B.: Osmanlı yayınları, 2006.- II hissə: 63-124-cü dərslər.- 128 s. Həyat bilgisi: 1-ci sinif. Z.Qaralov, Ə.Osmanlı, F.Süleymanlı, V.Məmmədov; elmi red. Y.Kərimov; rəyçilər A.Mehrabov, Ə.Əlizadə, Ə. Ağayev [və b.].- B.: Osmanlı yayınları, 2006.- 104 s. Həyat bilgisi: 2-cü sinif /Z.Qaralov, Ə.Osmanlı, F.Süleymanoğlu [və b.]; elmi red. Y.Kərimov; rəyçilər Ə.Əlizadə, Ç.Bədəlov, Ə.Hüseynov [və b.].- B.: Pedaqogika, 2005.- 104 s. Həyat bilgisi: 3-cü sinif üçün dərslik/Z.Qaralov, Ə.Hüseynov, Ə.Osmanlı [və b.]; elmi red. Y.Kərimov; rəyçilər A.Mehrabov, Ə.Əlizadə, V.Xəlilov [və b.].- B.: Osmanlı yayınları, 2006.- 128 s. Həyat bilgisi: 4-cü sinif üçün dərslik/Z.Qaralov, Ə.Hüseynov, Ə.Osmanlı [və b.]; elmi red. Y.Kərimov; rəyçilər A.Mehrabov, Ə.Əlizadə, V.Xəlilov [və b.].- B.: Osmanlı yayınları, 2006. -128 s. Mərdanova məktublar. Bakı: Qanun, 2010, 240 səh. Təhsil tariximizin qara ləkələri. 1-ci kitab. Bakı: Qanun, 2010, 400 səh. Təhsilimiz hara gedir? 2-ci kitab. Bakı: Qanun, 2011. 448 səh. Təhsilimiz bu gün. 3-cü kitab. Bakı: Qanun, 2011, 400 səh. Fənn kurikulumlarının monitorinqi. Bakı: 2010. 80 səh. Təhsilimizin faciəsi: "Riyaziyyat-1". Bakı: 2012. 32 səh. Qloballaşma və Azərbaycan təhsili. Bakı: 2013. 16 səh. Həmçinin bax Xarici keçidlər "Nəbz": Ə.Osmanlı ilə müsahibə Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine "Bizim yol": Ə.Osmanlı ilə dərc etməyə macal tapmadığımız müsahibə
https://az.wikipedia.org/w/index.php?curid=91062
Əlövsət Quliyev
Əlövsət Quliyev (Əlövsət Gülüş oğlu Quliyev) (10 iyul 1947, Sisian rayonu) — AMEA-nın müxbir üzvü (2017), aqrar elmlər üzrə elmlər doktoru, professor, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru. Elmi nailiyyətləri Azərbaycanın suvarılan torpaqlarında təkrar şorlaşma və onlara qarşı mübarizə yolları, şoran torpaqların yuyulması, irriqasiya eroziyası, meliorativ hidrogeologiya, torpaqların ekomeliorativ qiymətləndirilməsi sahəsində eksperimental tədqiqatlar apararaq torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına nail olmuşdur. O, Naxçıvan Muxtar Respublikasının mürəkkəb geoloji quruluşa malik Duzdağ və Böyük düz torpaqlarında təkrar şorlaşmaya məruz qalmış torpaqların qısa müddətdə zərərli duzlardan azad edilməsi və yenidən əkin dövriyyəsinə qatılması yollarını ilk dəfə olaraq təcrübi yolla sübut etmiş, torpaqlarda su-duz balansı elementlərinin təyin edərək, təkrar şorlaşmanı doğuran səbəbləri və onların qarşısının alınması yollarını işləmişdir. Muxtar Respublikada torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi və mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi işlərini yerinə yetirmişdir.İlk dəfə olaraq Azərbaycanda qədim su mənbələri-kəhriz sistemləri, onların konstruktiv elementləri, iş prinsipi, plana alınması, sərflərinin ölçülməsi, morfometrik ölçülərinin təyini və coğrafi yayılması işlərini elmi prinsipdə tədqiq etmişdir. Eyni zamanda quyu və kəhrizlər sistemləri üzərində olan qədim memarlıq abidələrin (qırxpilələrin) qeydiyyata alınması və bərpasının həlli yollarını elmi əsaslarla işləmişdir.Böyük İpək Yolu üzrə vaxtı ilə istifadə edilmiş qədim su sistemləri, kəhriz, ovdan, quyu və karvansaraylar sahəsində maraqlı tədqiqatlar aparmış, 2014-cü ilin noyabr ayında UNESCO-nun İranın Yəzd şəhərində keçirdiyi 6-cı dövlətlərarası idarə heyətinin konqresində diqqətin bu sahəyə istiqamətləndirilməsinə dair məruzə etmişdir.2010-cu ildə Qazaxıstan EA-nın dəvəti ilə Cənubi Qazaxıstanın Tür-küstan şəhəri ətrafında yerləşən Sav-ran ( Sauran), Karatobe, Otrar qala şə-hərciklərin su sistemlərinin tədqiqi ilə məşğul olmuşdur. Daha sonra Türkmənistanda 2011 -2012-ci illərdə “Böyük İpək Yolu” üzrə qədim şəhərsalma və su sistem-ləri sahəsində tədqiqat işləri aparmış-dır. 2013-cü ildə Qırğızıstanda keçiri-lən Beynəlxalq konqresdə “Orta Asiya torpaqlarının ekoloji vəziyyəti və deq-radasiya prosesləri” mövzusundakı məruzəsinə görə “Manas” mükafatına layiq görülmüşdür. Böyük İpək Yolu üzrə vaxtı ilə istifadə edilmiş qədim su sistemləri, kəhriz, ovdan, quyu və karvan saray¬lar sahəsində maraqlı tədqiqatlar apar¬mışdır. Özbəkistanda 2014-cü ildə Beynəlxalq ekspedisiyanın tərkibində qədim su mənbələrinin tədqiqində iş-tirak etmişdir. Buxara, Nəvai vilayət-lərində qədim kəhriz sistemləri üzrə tədqiqatlar aparılmışdır. Xüsusilə 2 min il öncə Makedoniyalı İsgəndərin Nurata şəhərində inşa etdirdiyi kəh-rizlər öyrənilmiş və onların bərpası üçün təkliflər irəli sürülmüşdür. Bir sıra Beynəlxalq təşkilatlarla su layihələrinin yerinə yetirilməsində məsləhətçi alim kimi iştirak etmişdir. İlk dəfə olaraq “Kəhriz harayı”, “İçməli su” filmi BMQT-nin maddi köməyi ilə çəkilmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Pre¬zi¬denti yanında Elmin İnkişafı Fondun Grant № EIF-2011-1(3)-82/43/2 layihəsinin qalibi olmuşdur. Ə.G.Quliyev 140-dan çox elmi- meto¬diki əsərin, (o cümlədən 35-i xaricdə), 11 kitabın (o cümlədən 4 monoqrafiya), 2 dərsliyin və dörd sənədli filmin ssenari müəllifidir.Onun elmi əlaqələrinin coğrafiyası genişdir: Türkiyə (İstanbul, Samsun, Kars, Iqdır, Kağızman, İzmir), Rusiya (Sankt-Peterburq, Perm,Moskva), İran, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Mərakeş, Oman. 2011-ci ildən (2013, 2014) YUNESCO-nun “Qədim hidravlik sistemlər-kəhrizlər (qanat)" üzrə 4, 5, 6-cı dövlətlərarası idarə heyətinin üzvüdür. 2014-cü ilin noyabr ayında İranın Yəzd şəhərində UNESCO-nun keçirdiyi 6-cı dövlətlərarası idarə heyətinin Konqresində Orta Asiyada baş verən ekoloji problemlərin aradan qaldırılması və kəhriz sistemlərin bərpasına dair məsələ qaldırmışdır. ABŞ-da dərc olunan "Journal of Environmental Science and Tech-nology" A (ISSN 2162-5298) jurnalın redaksiyasının rəsmi dəvəti ilə əməkdaşlıq edir . Mərakeşdə keçi¬rilən Beynəlxalq Su Assosiasiyasının I Kon¬¬qresin”də Dünya Su Assosiasiya¬sına (IWA) üzv seçilmişdir. ABŞ-da dərc olunan “Geoloji ehtiyyatlar və mühəndislik” (Journal Geological Re¬source and Engineering (ISSN 2328-2193 David Publishing Company) jurnalının redaksiya heyə-tinin üzvüdür. 2014-cü ildə Beynəlxalq Ekolo-giya, İnsan və Həyat Fəaliyyə¬tininn Təhlükəsizliyi Akademiyasının "Eko¬logiya" üzrə həqiqi üzvü (aka¬demiki) seçilmişdir. 2014-cü il tarixindən "Earth Science and Engineering" (ISSN 2159-581X), a professional journal published across the United States by David Publishing Company, Chicago, IL, USA. ) jurnalının redaksiya heyə¬ti¬nin üzvüdür. Ə.G.Quliyev Azərbaycan Respub-likası Prezidenti yanında Terminologiya Komissiyasının üzvüdür. Həmçinin o, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dövrü əsərlər nəşrinin redaksiya heyətinin üzvü və baş redaktorudur. Xarici keçidlər Quliyev Əlövsət Gülüş oğlu
https://az.wikipedia.org/w/index.php?curid=452170
Əlövsət Sadıqov
Əlövsət Sadıqov (30 mart 1941, Fəxralı, Qasım İsmayılov rayonu – 25 dekabr 2020, Bakı) — tanınmış tutçu, genetik, seleksiyaçı, biologiya elmləri üzrə fəlsəfə doktoru, baş elmi işçi, yüzdən artıq elmi əsərin və yeni yaradılmış Baxça-tut sortunun müəllifi. Əlövsət Sadıxov səmərəli elmi və ictimai fəaliyyətinə görə 1974 və 1978-ci illərin "Sosializm yarışının qalibi", "X və XI beşillklərin zərbəçisi" döş nişanları, anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirinin Fəxri fərmanına layiq görülüb. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Ailəli idi. 3 oğlu, 7 nəvəsi vardır.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış Əlövsət Sadıqov 2020-ci il dekabr ayının 25-də Bakı şəhərində vəfat etmişdir. 26 dekabr 2020-ci tarixində Goranboy rayonunun Fəxralı kəndində dəfn edilmişdir. Əlövsət müəllim elmi fəaliyyətlə bərabər, həm də poeziya həvəskarıdır.Yüzlərlə şeirin müəllifidir. Nəsil şəcərəsi Əlövsət müəllimin doğulub-yaşadığı Faxralı (indiki Fəxralı) kəndi qədim kənddir. Tarixi dəqiq araşdırılmayıb. Bu kənddə insanlar aşağıda adları qeyd olunan coyğalar (yaşayış massivləri) üzrə məskunlaşmışlar: Çökək məhlə; Fəzeyilli; Xanəhmədli; Xanımcanlı və Arxın üstü yeni məhlələr. Qeyd olunan coyğalarda müxtəlif nəsillər yaşamışlar. Əlövsət müəllimin məxsus olduğu Göyçəlilər (Sadıqlılar) nəslinin yaşadığı Xanəhmədli cöyğasında yaşayan nəsillər aşağıdakılardır: - Yarəhməd; -Xanəhməd; -Məhəmmədlilər (Nəvil övladları); - Göyçəlilər (Sadıqlılar); - Göyçaylılar. Əlövsət müəllimin nəsil şəcərəsi - Göyçəlilər (Sadıqlılar): Sadıq övladlar: Məhəmməd; Qara. Məhəmməd övladlar: Qiyas; Hasan; Səlman; Sara. Hasan övladlar: Əlövsət; Solmaz; Xalidə; Fərmayıl; Arif; Semnarə; Tamilla; Rəfiqə.. Həyat yoldaşı Musayeva Tamzarə Qara qızı (d.27 iyul, 1949) Qasım İsmayəlov (indiki Goranboy) rayonunun Faxralı (indiki Fəxralı) kəndində anadan olub, Faxralı (indiki Fəxralı) kənd orta məktəbini (1966) və Nəsrəddin Tusi adına Azərbaycan Pedoqoji İnstitutunu (1968-1972) "İbtidai təhsilin pedoqoqikası və metodikası" ixtisası üzrə bitirmişdir. 1968-ci ildən etibarən pedoqoji fəaliyyətə başlayıb, -sinif müəllimi, təşkilatçı müavini, məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini vəzifələrində işləmişdir. 1985-ci ildə "Metodis müəllim" adına layiq görülmüşdür. Əlövsət müəllimin 3 oğlu, 7 nəvəsi var. oğlanları– Fərman; Elxan; Sərxan. Mükafatları Əlövsət Sadıqov səmərəli elmi və ictimai fəaliyyətinə görə 1974 və 1978-ci illərin "Sosializm yarışının qalibi", "X və XI beşillklərin zərbəçisi" döş nişanları, anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirinin Fəxri fərmanına layiq görülüb. "Azərbaycan yemlik seleksiya tut sortları", 2008-ci il "İlyas Abdullayev-biblioqrafiya", 2013-cü il "Azərbaycan rayonlaşdırılmış və perspektivli tut sortlarının məlumat kitabı" (azərbaycan, rus, ingilis dillərində), 2014-cü il "Azərbaycanda tut bitkisinin tədqiqatçıları"
https://az.wikipedia.org/w/index.php?curid=571178
Əlövsət Vəliyev
Əlövsət Cəfərxan oğlu Vəliyev — Qarabağ müharibəsi Əlövsət Cəfərxan oğlu Vəliyev 1968-ci il dekabrın 15-i Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olur. 1987-ci ildə hərbi xidmətə yola düşən Əlövsət vətənə dönəndə ermənilərin torpaq iddiaları artıq başlamışdı. 1992-ci ilin may ayında milli ordu sıralarına daxil olan Əlövsət ilk gündən özünün təcrübəli tankçı kimi göstərir. Əlövsət Vəliyevin həm də qorxmaz və cəsarətli bir igid olması döyüş yoldaşlarına onu bir daha sevdirdi. Bu cəsarətli insanın təkcə özünü deyil, hətta onun tankını belə Qubadlının bütün sərhəd kəndlərində çox gözəl tanıyırdılar. Onun tankı sonralar Zəngilan, Laçın, Cəbrayıl və Füzuli rayonlarına qədər gedib çıxdı. Bu bölgələrdə uğurlu döyüş əməliyyatları keçirən Əlövsət Vəliyevi bir müddət sonra tankçılar arasında komandir kimi qəbul edənlər günü-gündən çoxalırdı. 1993-cü il may ayının 26-sında Əlövsət Cəfərxan oğlu Vəliyev 706 saylı hərbi hissənin 3-cü taborunun taqım komandiri təyin edildi. 706 saylı hərbi hissəsinin kəşfiyyat rotasından Əlövsət Vəliyev haqqında verilən arayışda yazılır: “1992-ci il may ayında Laçın işğal olunandan sonra Aşağı və Yuxarı Cicimli, Səfiyan, Aşağı və Yuxarı Fərcan, Suarası, Mazutlu kəndlərinin müdafiəsində Əlövsət öz tankı ilə bütün döyüşlərə birinci atılmış, düşmənin 25-30 may hücumları zamanı onun 30-a qədər canlı qüvvəsini, bir PDM-I məhv edib.“ 1993-cü il 15 avqust tarixində Qubadlı rayonu ağır günlərini keçirir. Yerli qüvvələrlə birlikdə Əlövsət Vəliyevin tankçıları gecə-gündüz ara vermədən döyüşlər aparır, düşmən hücumlarının qarşısını almağa çalışırdılar. Erməni qoşun birləşmələrinin irimiqyaslı hücumları isə daim davam edir. Bu döyüşlər zamanı cəsur tankçı Əlövsət Vəliyev misilsiz qəhrəmanlıqlar göstərir. Düşmənin bir neçə texnikasını məhv edən bu igid qəhrəman mərmi bitdikdən sonra öz tankını tərk etmir. Tankı erməni quldurlarının üzərinə yönəldir, son məqamda o, öz tankını düşmən tankına çırparaq hər iki texnikanı hərəkətsiz hala salır. Onun sonrakı taleyi isə indiyədək məlum deyil.
https://az.wikipedia.org/w/index.php?curid=443808
Əlövsət İbrahimov
Əlövsət Seyidxan oğlu İbrahimov (21 aprel 1995; Şamaxı, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlövsət İbrahimov 1995-ci il aprelin 21-də Şamaxı şəhərində anadan olub. Hərbi xidməti Əlövsət İbrahimov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Əlövsət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əlövsət İbrahimov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=680624
Əlövsət Əbdülrəhimov
Əlövsət İbrahim oğlu Əbdülrəhimov (dekabr 1912, Salyan, Cavad qəzası – dekabr 1986) — Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, inşaatçı-mühəndis və dövlət xadimi. Əlövsət Əbdülrəhimov 1912-ci ildə fəhlə ailəsində olmuşdur. Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1934–1940-cı illərdə Azərneft Birliyinin mədənlərində, Azərbaycan Neft Layihə Trestində, Azərneft kombinatının tikinti şöbəsində mühəndis və baş mühəndis işləmişdir. 1940–1952-ci illərdə Azərbaycan Neft-Qaz Layihə Trestinin, Neft-Qaz Qurğuları Tikintisi Trestinin, Neft Layihə Trestinin, Neft Zavodları Tikintisi Trestinin müdiri, Azərneft Birliyinin rəis müavini olmuşdur. Əlövsət Əbdülrəhimov 1955–1960-cı illərdə Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Trestində rəhbər vəzifədə çalışmış, Xalq Təsərrüfatı Şurası Tikinti İdarəsi 4 nömrəli trestinin müdiri olmuşdur. 1961-ci ildən isə Bakı Tunel Tikinti İdarəsinin rəisi olmuşdur. Siyasi fəaliyyəti Əlövsət Əbdülrəhimov 1952–1954-cü illərdə Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, sonra isə sədri vəzifələrində çalışmışdır. O, III, IV, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=748339
Əlşəy rayonu
Rayonun inzibati mərkəzi Raevski kəndidir. Coğrafi yerləşməsi Başqırdıstanın cənub-qərbində yerləşir. Dyoma çayının orta axarında qərarlaşır. Rayonun ərazisi 2415 km² təşkil edir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir. Əlşəy rayonu 31 yanvar 1935-ci ildə təşkil edilmişdir. Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Əlşəy rayonu ərazisin milli tərkibi: başqırdlar — 39,3 %, tatarlar — 32,4%, ruslar — 22,7 %, ukraynalılar — 2,5 %, çuvaşlar — 1,6 %, digər millər — 1,8 %. İnzibati-ətazi vahidləri Əlşəy rayonunda 3 şəhər tipli qəsəbə (Raevski, Aksiyanovo, Şafranovo) və 122 kənd var. 2005-ci ildən rayonda 20 kənd inzivati vahidliyinə 104 yaşayış məntəqəsi daxildir İqtisadiyyat Əlşəy rayonu əsasən sənaye-aqrar rayondur. Ərazisindən neft çıxarılır. Bu işi «Aksakovneft» İB həyata keçirir. Burada Süd, Yem, Şəkər, Tərəvəz konservi, Yerli Tikinti materialları, Dəmirbeton zavodları fəaliyyət göstərir. 5 kalxoz, 6 sovxoz, 37 fermer təsərrüfatına sahibdir. Kənd təsərrüfatının atçılıq və arıçılıq sahərəri inkişaf etmişdir. Sosial sfera Rayon ərazisində 62 ümumtəhsil mərkəzi, 22 orta məktəb; Əlşəy Kənd Təsərrüfatı Teknikumu, Raevskoe və Şafranovskoe peşəkar Uçilişi, 33 kütləvi kitabxana, 43 klub, 6 xəstəxana, A. P. Çexov adına və «Şafronova» müalicəvi mərkəzi fəaliyyət göstərir. Burada tatar, rus və başqırd dillərində «Pobeda» «Alışeevski xəbərləri» qəzet buraxılır. Əlşəy rayonu administrasiyası
https://az.wikipedia.org/w/index.php?curid=513098
Ələddin
Ələddin (ərəb. علاء الدين, ʻAlāʼ ad-Dīn) - Min bir gecə əsərinin qəhrəmanlarından biridir. Bəzi alimlər "Ələddin" personajının kitaba daxil olmadığını və qərb mədəniyyətindən gəldiyini iddia edirlər. Fransız tərcüməçisi Antuan Qallan "Min bir gecə" əsərini tərcümə edən zaman "Ələddinin sehrli çırağı" əhvalatı haqqında məlumat vermişdir.Ələddin və sehrli çırağı haqqında bir çox film və cizgi filmlər mövcuddur.
https://az.wikipedia.org/w/index.php?curid=301785
Ələddin (ad)
Ələddin — Kişi adı. Ələddin Abbasov — Azərbaycan teatr və kino aktyoru. Ələddin Allahverdiyev — Azərbaycan, Rusiya və SSRİ alimi. Ələddin Əhmədov — Texnika elmləri doktoru, Professor Ələddin Əsədov — Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini Ələddin Əsgərov — professor. Ələddin İncəli — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələddin Paşa — sədrəzəmlik etmiş Osmanlı dövlət adamı Ələddin Süleymanov — Qarabağ müharibəsinin iştirakçısı, şəhid. Ələddin Səidov — Vətən müharibəsinin iştirakçısı, şəhid. Ələddin Cüveyni — fars tarixçisi və dövlət xadimi. Həmçinin bax Ələddin (dəqiqləşdirmə)
https://az.wikipedia.org/w/index.php?curid=491582
Ələddin (cizgi filmi, 1992)
Ələddin (ing. Aladdin) - 1992-ci ildə Walt Disney Pictures şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Cizgi filminin motivləri əsasında kompüter oyunları və cizgi serialı istehsal edilmişdi. Hovard Eşmen "Ələddin" cizgi filminin baş mahnısının ssenarisini "Disney" studiyasının prezidenti Ceffri Katsenberqə təklif etmiş və müvəffəqiyyət əldə etmişdir. Hovard Eşmenin 1991-ci ildə ölümündən sonra mahnıya musiqini Alan Menken bəstələmişdir. Cizgi filmində personajları Skott Ueyncer, Bred Keyn, Linda Larkin, Robin Vilyams, Conatan Friman, Frenk Uelker, Hilbert Qottfrid və başqaları səsləndirmişdir. Bu cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 31-ci qısametrajlı filmidir. "Ələddin" cizgi filminin süjet xətti və bir çox personajları 1940-cı ildə Böyük Britaniyanın "London Films" studiyası tərəfindən çəkilən Bağdad oğrusu (ing. The Thief of Bagdad) filminin əsasında hazırlanmışdır. Film Min bir gecə adlı nağıllar toplusunun əsasında hazırlanmış və filmdəki hadisələr Bağdad şəhərində baş verir. Lakin "Ələddin" cizgi filmində göstərilən hadisələr uydurulmuş "Aqrabah" (ing. Agrabah) şəhərində baş verir. "Ələddin" cizgi filmi ilk dəfə olaraq 25 noyabr 1992-ci il tarixində göstərilmiş və tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Cizgi filmi $28 milyon dollarlıq büdcə ilə ABŞ-da $217 milyon dollar, dünyada ümumi hesabla isə $504 milyon dollardan artıq gəlir əldə etmişdir. Bununla bərabər cizgi filmi bir çox mükafatlara layiq görülmüşdür. 2011-ci ildə bu cizgi filminin əsasında "Ələddin" başlığı altında müzikl çəkilmişdir. Cizgi filminin əvvəli tacirin "Sehirli çıraq" haqqında mahnı oxuması ilə başlayır. Sultanın Aqrabah vəziri Cəfər çoxdan köhnə artefaktı axtarır. Bu artefakt "Sehirli çıraq" adlanır. Onun daxilində isə bütün arzuları yerinə yetirən Cin yaşayır. Onu "Sehirli çıraq"dan azad etmək üçün yalnız bir adam "Nahamar almaz" xilas edə bilər. Həmin adamın adı Aqraba küçəsində oğru olan Ələddindir. Ələddin mahir oğrudur. Bu sənətlə yeniyetmə yaşından məşğul olur. Dostu isə meymun Abudur. Ələddin və Abu birlikdə tacirlərdən malları oğurlayır. Bu müddətdə Sultanın qızı Jasmin qanuna görə həm yeniyetmə, həm də şahzadə olan şəxsə ərə getməlidir. Jasmin isə sevmədiyi şəxsə ərə getmək istəmir. Bu səbəbdən Jasmin qəsrdən qaçmağa hazırlaşır. Jasmin qaçmamışdan əvvəl sevimli pələngi Racca ilə vidalaşır. Jasmin qəsrdən qaçdıqdan sonra küçədə ac qalan uşağa tacirin bazarda qoyduğu meyvə verir. Bunun üzündən meyvələri satan tacir ilə rastlaşır. Tacir Jasminin oğurluq etməsi səbəbindən onu həbs etdirir. Amma tacir bilmirki həmin qadın Sultanın qızıdır. Həbs edildikdə onun əllərinin kəsilməsinə əmr verilir. Lakin Ələddin buna imkan vermir. Ələddin ilə Jasmin qaçırlar. Lakin yolda gözətçilər tərəfindən yaxalanırlar. Bu səbəbdən Jasmin özünü Sultanın qızı olaraq təqdim edir və bunu sübut edir. Jasmin saraya, Ələddin və Abu isə həbs edilərək, zindanxanaya göndərilir. Gecə vaxtı Cəfər qoca kişi cildinə girərək zindana gedir. Cəfər qulluq əvvəzində onları mağaraya apardığını deyir. Əgər Ələddin onu mağaraya apararsa, onda onlara çoxlu almazlar verəcəkdir. Cəfər əlindəki almazları Ələddinə göstərərək, onu çaşdırır. Almazlara ram olan Ələddin Cəfər ilə razılaşır. Ələddin zindandan qoca kişi ilə birlikdə buradan qaçırlar. Lakin Ələddin həmin adamın Sultanın vəziri olduğunu bilmir. Vəzir Cəfər onları mağaraya aparır. Həmçinin, Cəfər xəbər verir ki, Ələddin artıq edam edilmişdir. Jasmində çox qısa müddətə həmin oğlana qarşı simpatiya yaranmışdır. Bu mağarada "Sehirli çıraq" yerləşir. Ələddin həmin çırağı çox çətinliklə tapır. Bu işdə Ələddinə Sehirli Xalça kömək edir. Ələddin çırağı tapan kimi qoca kişiyə verir. Lakin qoca kişi gözlənilmədən Ələddin və Abunu vulkanın içinə tullayır. Bu zaman arxa hissəsi daşlar altında qalmış Sehirli Xalça azad olur və onları xilas edir. Abunun sayəsində "Sehirli çıraq" onların yanında qalır. Ələddin "Sehirli çıraq"ı əlləri ilə səhvən ovuşdurur. Bu zaman gözlənilmədən onun içindən iki əlində tək zəncir olan Cin peyda olur. Cin ona 3 arzusunu yerinə yetirəcəyinə etiraf edir. Lakin Cinin şərtləri vardır: mən heç kəsi sevməyə məcbur edə bilmərəm; mən heç kəsi öldürə bilmərəm; mən heç kəsi qəbirdən dirildə bilmərəm. Ələddin Cinin bütün şərtlərini dinlədikdən sonra Şahzadə olmağa qərara gəlir. Bu məqsədlə Ələddin Jasminin qəlbini ələ alacaqdır. "Sehirli çıraq"dan çıxan Cin onun verdiyi əmri yerinə yetirir. Sultanın qızı Jasmin üçün Şahzadə Əli adında varlı bir adamın gəldiyini görür. Bu zaman musiqi səslənir. Sultan onun qızının Şahzadə Əlinin almasına razı olur. Jasmin Şahzadə Əlini görən andan onu tanıyır. Onlar gecə vaxtı görüşürlər. Ələddin və Jasmin birlikdə Sehirli Xalça üzərinə hərəkət edərək musiqi oxuyurlar. Bu müddətdə Sultanın Vəziri Cəfər Əlddin üçün tələ hazırlayır. Cəfər Ələddini okeana atır. Lakin Əlddini Cin xilas edir. Bu Əlddinin ikinci arzusu olur. Cəfərin tutuquşusu Yaqo Sehirli çırağı Ələddindən oğurlayır və sahibinin yanına gətirir. Artıq Cin ilə Cəfər idarə edir. Cəfər ona iki arzusunu deyir: Sultan olmaq və dünyanın ən güclü maqı olmaq. Bundan sonra Cəfər Ələddin, Abu və Sehirli Xalçanı qarlı yerə verir. Ələddin Sehirli Xalçanın köməyi ilə Aqrabaha yenidən geri dönür. Bu müddətdə Cəfər Jasmini və Sultanı qula döndərir. Ələddin artıq saraya daxil olmuşdur. Jasmin onu görən zaman Cəfərin başını qatışdırır ki, "Sehirli çıraq" Ələddinə çatsın. Lakin Tutuquşu Yaqo buna mane olur. Sonradan Cəfər ilə Ələddin arasında ciddi mübarizə başlayır. Cəfər Jasmini qum saatının içinə bağlatdırır və Böyük Kobra İlanına dönür. Buna baxmayaraq Ələddin onunla qətiyyətlə mübarizə apararaq ona qalib gəlir. Jasmin və Sultan azad olurlar. Ələddin verdiyi sözə əməl edir. Bu zaman Ələddin Cinin iki əlində olan zəncirdən azad edir. Sultan isə qızı üçün yaratdığı qanunu dəyişdirir. Bu qanuna görə artıq Jasmin kimə istəsə ona da gedə bilər. Bu hadisələrdən sonra Ələddin və Jasmin şənlik edirlər və nişan gününə hazırlaşırlar. Film musiqisi "Ələddin" cizgi filminin ilk saundtrek albomu 31 oktyabr 1992-ci il tarixində hazırlanmışdır. Saundtrek sözlərinin müəlifləri Hovard Eşmen və Tim Raysdır. Mahnıların bəstəkarı isə Alan Menkendir. Albomun yeni sözləri ilə buraxılan mahnıları 2001-ci ildə buraxılmışdır. Albomda olan mahnıların yeni versiyaları 2004-cü ildə xüsusi buraxılmışdır. Burada mahnıların müxtəlif demo versiyaları vardır. Albom Alan Menken tərəfindən hazırlanmışdır. Alan Menken alboma görə müxtəlif mükafatlar qazanmışdır. Xüsusilə, albomda Tim Rays tərəfindən yazılan «A Whole New World» mahnısı seçilir. Bəstəkar Alan Menken işinə görə müxtəlif nominasiya və mükafatlar, o cümlədən Oskar, Qızıl Qlobus mükafatı, Qremmi mükafatı və BAFTA mükafatlarına sahib olmuşdur. (*) gec buraxılışına görə mahnıların sözləri bir az dəyişdirilmişdir. (**) Audio-kasset versiyalarından (1992-ci il) özündə alternativ məqalələr saxlayır. Xarici keçidlər Ələddin — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=276440
Ələddin (cizgi filmi, 2019)
Ələddin (ing. Aladdin) — Qay Ritçi tərəfindən rejissorluq edilən, ssenarisi Con Avqust tərəfindən yazılan və Walt Disney Pictures tərəfindən istehsal olunan Amerikan musiqili fantaziya filmi. Disneyin 1992-ci ildəki eyni adlı bir animasiya filminin canlandırılmış halıdır. Bu film, öz növbəsində, 1001 gecədən gələn epik ərəb folkloruna əsaslanır. Rollarda Mena Məsud, Vill Smit, Naomi Skot, Marvan Kenzari, Navid Neqaban, Nasim Pedrad və Bill Maqnussen iştirak edir. Filmin mövzusu Ələddin oğurluqla məşğul olan cavan oğlandır. Həyat tərzinə baxmayaraq, onun qəlbi təmizdir, mərhəmətli və mehribandır. Ələddini həyatı atası tərəfindən zorla evləndirilmək istənilən bir qızla tanış olandan sonra dəyişir. Bu qız sultanın qızı şahzadə Casmin idi. Kral sarayına Casmini görmək üçün gizlicə girən Ələddin sultanın məsləhətçisi Cəfər tərəfindən tutulur. Ələddinin macərası Cəfərlə rastlaşandan sonra başlayır. Cəfər ondan möcüzələr mağarasındakı lampanı gətirməsini istəyir və mağaradakı ləl-cəvahirata əl vurmaması üçün tənbehləyir. Əvəzində isə Ələddinə böyük sərvət vəd edir Ələddin orada çox qəribə başqa bir şey — uçan xalça da tapır. Xalçanın üzərindəki ağır qayanı götürəndən sonra xalça ilə həmişəlik dostlaşır. Ələddin lampanı götürərkən meymunu Abu dayana bilmir və dəyərli daşlardan birini götürür. Bu zaman mağaraya lavalar axmağa başlayır və mağara çökür. Amma Ələddin lampanı götürə bilir. Lampa sehrlidir və içindəki cin Ələddinə 3 arzu şansı verir. Ələddinin birinci arzusu mağaradan çıxmaq, ikincisi isə sultan olmaq olur. Filmin sonrakı gedişatında Cəfər lampanı oğurlayır. Cəfərin ilk diləyi sultan olmaq olur. Ancaq Casmin əsgərlərə sədaqətlərini xatırladaraq onları Cəfərə qarsı qaldırır. Cəfərin ikinci arzusu dünyanın ən güclü sehirbazı olmaq olur. O, bu gücüylə Ələddini və Abunu soyuq ölkəyə göndərir və Casmini onunla evlənməyə məcbur edir. Ancaq cin Ələddini geri gətirir. Ələddin Cəfəri cindən zəif olduğu üçün ələ salır. Buna görə də Cəfər kainatda ən güclü varlıq olmağı arzu edir. Beləliklə, Cəfər cin kimi lampaya həbs edilir. Sonda Ələddinin üçüncü istəyi cinin azad olması olur. Cin insan olaraq Casminin xidmətçisi ilə, Ələddin isə Casminlə evlənir.
https://az.wikipedia.org/w/index.php?curid=586985
Ələddin (cizgi serial)
Ələddin (ing. Aladdin) — 5 sentyabr 1994 və 4 noyabr 1995-ci illər ərzində Disney Channel-də yayımlanan cizgi serialdır. Xarici keçidlər Ələddin — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=736303