!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əliosman Qədimbəyli
Əliosman Qədimbəyli (azərb. Əliosman Elbəniz oğlu Qədimbəyli; d. 1984, Şəki) — Neyrocərrah, Tibb Elmləri Doktoru. 1984-cü ildə Şəki şəhərində doğulmuşdur. Şəki şəhər 2 saylı orta məktəbi bitirmişdir. İxtisası Neyrocərrahdır. Baş beyin, onurğa sütunu və periferik sinirlər üzrə cərrahi əməliyyatları icra etməkdədir. Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakultəsini 2006-cı ildə bitirmişdir. Bundan sonra ixtisasının təkmilləşməsi üçün Türkiyədə Ege Universitetində təhsil alaraq müasir neyrocərrahiyyənin ən son nəaliyyətlərini əldə etmişdir. Türkiyədə ixtisasını təkmilləşdirib tamamladıqdan sonra Avropanın bəzi ölkələrində Almaniyada, Praqada müxtəlif kurslarda iştirak etmişdir. İlk dəfə olaraq Azərbaycanda fransız üsulu olan discogelin tətbiqi ilə disk yırtıqlarının (qrijalarının) əməliyyatsız olaraq müalicəsini həyata keçirməkdədir. Eyni zamanda bel və boyun disk yırtıqlarının qansız, ağrısız (Amerikanın Medtronik Medfix şirkətinin tubular retractor və mikrocərrahi sistemi ilə) minimal invaziv mikrocərrahiyyəsini (miss) 15 dəqiqə ərzində (Almaniyanın Zeiss Opmio vario 700 mikroskopu ilə) risksiz olaraq həyata keçirməkdədir. Üç kitab müəllifidir: Bel ağrılarında 100 tövsiyə-kitabı, Boyun ağrıları-kitabı, Uşaqlarda təmizlik gigiyenası-kitabı. Xarici dövlətlərdə ixtisas təkminləşdirilməsi: "Türkiyə Respublikası İzmir şəhəri Ege Universiteti 2009-2010 "Spinal Cərrahiyyə kursu", "Türkiyə Respublikası Aydın Adnan Menderes Universitesi, "Metastatik onurğa tumorları" 2014 kongresi, Türkiyə Respublikası Kocaeli şəhəri "Pediatrik Nörosirurji" kursu 2015, Türkiyə Respublikasi Kuşadası "Periferik və spinal cerrahi" kursu 2016, Türkiyə Antalya "Mininimal invaziv onurga cərrahiyyəsi kongresi" 2017, Türkiyə Bodrum "servikal ve torakal degenerative onurga cerrahiyyesi kongresi" 2018. Məşğul olduğu xəstəliklər: baş beyin şişləri (meningioma, qlial toreme, osteoma astrositoma və.s.), hipofizin şişləri (trasnazal burundan xaric edilməsi), kəllə beyin travmaları, onurğa sutunu və onurğa beyni şişləri (ependimoma, meningioma,nevrinoma (şvannoma), hemangeoma və.s), skolyozlar, bel, boyun, döş fəqərə disk yırtıqları (qrijaları), bel fəqərə sürüşməsi (listezis), onurğa kanal darlığı (lumbar stenoz), osteoporoz nəticəsində fəqərə sınıqları (vertebroplastika, kifoplastika), onurğa sütunu, fəqərə travmatik sınıqları, siringomieliya, siringohidromieliya, boyun fəqərə kanal darlığı (servikal spondilotik myelopatiya).Hal hazırda Onurğa Cərrahiyyə Mərkəzinin direktoru olaraq fəaliyyət gostərməkdədir.
https://az.wikipedia.org/w/index.php?curid=640196
Əlipaşa Səbur Hüseynzadə
Əlipaşa Səbur və ya Əli Səbur (tam adı: Hüseynzadə Əlipaşa Fərəculla oğlu; 1885, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan şairi. "Yeni füyuzat" jurnalının naşiri və məsul redaktoru. Əlipaşa Hüseynzadə 1885-ci ildə Bakıda anadan olmuşdur. Atası Həbibulla Hüseynzadə dənizçi idi. İlk təhsilini Mirzə Həsib Qüdsinin və Molla Qafurun məktəbində almışdır. Sonra isə yeni üsulla açılan rus-müsəlman məktəbində oxumuşdur. 1899-cu ildə Həbib bəy Mahmudbəyovun məktəbini bitirib, Sultan Məcid Qənizadənin altı sinifli məktəbinə daxil olmuşdur. Maddi cəhətdən vəziyyətləri ağır olduğundan 17 yaşlı Əlipaşa 1902-ci ildə məktəbi buraxıb Hacıbaba Haşımovun kantorunda işləmişdir. Elmə, təhsilə sonsuz marağı olan Ə.Səbur hər cür çətinliklərə dözərək oxuyur, savad və bilik sahibi olur. O, yazıları ilə dövri mətbuatda çıxış edir, imzası qəzet və jurnal səhifələrində görünməyə başlayır. İlk məqaləsi 1904-cü ildə "Şərqi-rus" qəzetində (№ 239, 30 noyabr 1904) çap olunmuşdur. Əlipaşa Səbur kiçik yaşlarından şeir yazmış və ömrü şeirdən ayrılmamışdır. O, "Ə", "P", "Nasir", "Nüsrət", "Səbur", "Giryan" imzaları ilə "Şərqi-rus", "İqbal", "Həqiqəti-əfkar" kimi qəzet və jurnallarda şeirləri çap edilmişdir.Əlipaşa Hüseynzadə 1910-cu ildə "Yeni füyüzat" adlı bir məcmuə nəşr etməyə başlayır. 1911-ci ildə martın 19-da jandarm tərəfindən mənzili axtarılı, yazıları müsadirə olunur, özü də Bayıl həbsxanasına göndərilir. Sentyabr ayında 3 il müddətinə Qafqazdan sürgün edilir. çar məmurları tərəfindən həbsə alınmış, sonra Həştərxana sürgünə göndərilmişdir. 1914-cü ildə sürgündən qayıdıb, təkrar Haşımovun kantorunda işə girir. 1920-ci ildən 1931-ci ilə qədər müəllimlik etmişdir. 1934-cü ildə istedadlı qələm sahibi Əlipaşa Hüseynzadə vəfat etmişdir.İki hadisə — 1911-ci ildə çar jandarmları tərəfindən yazılarının müsadirəsi, 1918-ci ilin mart hadisəsi ilə əlaqədər olaraq İrana getməsi Ə.Səburun şeirlərinin xeyli hissəsinin itib-batmasına səbəb olmuşdur. Zümzümə. Əşar məcmuəsi. Bakı, 1914; Düşüncə yarpağı. Əşar məcmuəsi. Bakı, 1915; Əlipaşa Səbur. Şeirlər (səh. 213–219). // Deyilən söz yadigardır. Şeirlər. (Toplayanı və tərtib edəni Cəfər Rəmzi İsmayılzadə). Bakı: Yazıçı, 1981; Əlipaşa Səbur. Şeirlər (səh. 100–102). // Deyilən söz yadigardır. Şeirlər. (Toplayanı və tərtib edəni Cəfər Rəmzi İsmayılzadə). Bakı: Yazıçı, 1987; Zümzümə, düşüncə yarpağı (çapa hazırlayanı və ön sözün müəllifi Hüseyn Həşimli). Bakı: Nurlan, 2004, 72 səh. Aydın Hüseynzadə. Romantik şair Əlipaşa Səbur: həyat və yaradıcılığı. Bakı: Boz Oğuz, 2000; Xeyrulla Məmmədov. Məslək məhbusu şair Əlipaşa Səbur. "XXI əsr" qəzeti, 30 may 2002, səh. 3-4; Hüseyn Haşimli. Ön söz // Zümzümə, düşüncə yarpağı. Bakı: Nurlan, 2004; Hüseyn Haşimli. Əlipaşa Səbur Hüseynzadənin poeziyası "Yeni füyuzat" jurnalının səhifələrində. "Filologiya məsələləri" jurnalı, 2014 № 6, səh. 271-277.
https://az.wikipedia.org/w/index.php?curid=247401
Əlipənah Abbasov
Əlipənah Abbasov — (tam adı: Əlipənah Bəhmən oğlu Abbasov; d.20 mart 1954; Cəlilabad, Üçtəpə — ö.21 fevral 1997, Bakı) – Azərbaycan geoloqpaleontoloqu, geologiya-mineralogiya elmlər doktoru (1993). Əlipənah Abbasov 1954-cü ildə mart ayının 20-də Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1997-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir. Tədqiqatları Tədqiqatları, əsasən, Azərbaycanın Təbaşir yaşlı çöküntülərinin radiolariya faunasının və radiolariyaların filogenetik inkişaf mərhələlərinin öyrənilməsinə həsr olunmuşdur. Azərbaycanda radiolariyalara görə Təbaşir çöküntülərinin ayrı-ayrı rayonnlar üzrə strati qrafik bölgüsünü işləyib hazırlamış, silisiumlu vulkanogen süxurların yaşını dəqiqləşdirmiş və Kiçik Qafqazda silisium oksidinin toplanma sxemini tərtib etmişdir. 40-dan çox elmi əsərin müəllifidir. Həmçinin bax Elmira Vəliyeva Nizami Cəfərov (geoloq) Şamil Əzizbəyov
https://az.wikipedia.org/w/index.php?curid=538625
Əlipənah Bayramov
Əlipənah Bayramov (azərb. Əlipənah Gülbala oğlu Bayramov; 13 dekabr 1946, Kürsəngi, Salyan — 17 dekabr 2022, Bakı) — Azərbaycanlı jurnalist, "Xalq qəzeti"nin keçmiş şöbə müdiri, "Əməkdar mədəniyyət işçisi" (2005). Əlipənah Gülbala oğlu Bayramov 1946-cı il dekabrın 13-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Səkkizillik məktəbi doğma kəndində, orta məktəbi qonşu Xalac kəndində bitirib. Orta məktəb illərindən dövri mətbuatda müxtəlif mövzularda yazdığı məqalələrlə çıxış edib. Yeniyetməlik illərində də mətbuatda çıxışlar edən Əlipənah Bayramov taleyini birdəfəlik jurnalistika ilə bağlayıb. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olmuş, 1973-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdi. Tanınmış jurnalist 2022-ci ildə, 76 yaşında Bakı şəhərində dünyasını dəyişib. O, ömrünün son illərində də jurnalist axtarışlarını davam etdirirdi. Altmış ilə yaxın yaradıcılıq fəaliyyəti dövrünün maraqlı fakt və hadisələri barədə düşüncələrini qələmə alırdı. Evli idi. 4 övladı var. 1972–1974-cü illərdə məşhur "İdman" qəzeti redaksiyasında işə başlayıb. 1974–1979-cu illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəşr edilən "Neft kadrları uğrunda" çox-tirajlı qəzetinin redaktoru olub. 1979-cu ilin sentyabrından "Xalq qəzeti" (keçmiş "Kommunist" qəzeti) redaksiyasında çalışıb. Bu illər ərzində redaksiya heyətinin üzvü olaraq müxbir, baş müxbir, şöbə müdiri (sənaye, məktublar və iqtisadiyyat şöbələri üzrə) çalışıb. "Xalq qəzeti"ndə çap olunmuş və "Həyatım və mühitim" toplusuna daxil edilmiş görkəmli ziyalılarımız barədə yazılar silsiləsi jurnalistə layiqli nüfuz qazandırmışdı. Yetkin jurnalist olaraq Əlipənah Bayramov ölkənin nüfuzlu jurnalist mükafatlarına öncüllər sırasında layiq görülmüşdür. 1983-cü ildə "Beşilliyin qəhrəmanları" seriyasından Sosialist Əməyi Qəhrəmanı, maşinist Qəzənfər Əliyevə həsr olunmuş ilk kitabı çapdan çıxıb. 2016-cı ildə görkəmli jurnalistin "Həyatım, mühitim" adlı kitabı çapdan çıxmışdır. "Həyatım, mühitim" Kitabda yazıçının Nəsibə Zeynalova, Mirvarid Dilbazi, Sarvan Salmanov, Ziya Bünyadov, Arif Məlikov, Alim Qasımov, Fərman Salmanov kimi tanınmış şəxslərlə apardığı müsahibələri, xatirələri və düşüncələri yer alır. Həmçinin kitabda yer alan Kürsəngi kəndinin tarixi haqqında bəzi araşdırmalar: Atamın sağlığında nəsil şəcərəmizi tərtib etmədiyimə görə özümü bağışlaya bilmirəm. İndi yaddaşıma nə qədər güc versəm də babalarımın sayı səkkizi keçmir: Ağca,… Qubad, Piri, Haşım, Bədir, Qasım, Bayram və Kərim. Atam deyərdi ki, bizim nəsil bineyi-qədimdən tərəkəmə olub. Yayda yaylaqda, qışda qışlaqda qoyun sürüləri bəsləmişik. Dədə-baba örüşlərimiz yaylaqda Şamaxının Çalov kəndinin, qışlaqda isə Salyanın Kürsəngi kəndinin əraziləri olub. Aralarındakı kəsə məsafə, təxminən, yüz kilometrdir. Yeri gəlmişkən onu da deyim ki, Kürsəngi dağı palçıq vulkanın püskürməsi nəticəsində yaranıb. Azərbaycan Sovet Ensiklopediyasında yazılıb: "Kürsəngi (dağı) Kür-Araz ovalığında ən iri palçıq vulkanlarından biridir. Hündürlüyü 77 metr, ümumi sahəsi 170 hektardır". Dağın ərazisi orta əsrlər dövrünə aid yaşayış yeridir. 23x23x5 santimetr ölçüdə qırmızı və açıq-sarı rəngli bişmiş kərpicdən tikilmiş qala divarlarının qalıqları keçmişdə Kürsənginin zirvəsində qala olduğunu sübut edir. Yaşayış yerindən çoxlu keramika, şüşə bilərzik parçaları və qədim muncuqlar tapılmışdır. Alimlərin qənaətinə görə, bu tapıntılar abidənin IX–XIII əsrlərə aid olduğunu göstərir. Camaatımız tərəkəmə olsa da onların əsas yaşayış yeri Çalov kəndi olmuşdur. Kəndin tarixini, buradakı əqrəbaların şəcərəsini yorulmadan və səbrlə araşdıran Əlifağa Osmanov "Azərbaycan Milli Ensiklopediyası"na göndərdiyi məqalədə yazır: "Yaşıların dediklərinə görə, kəndin hazırkı sakinlərinin ulu babaları təxminən 1710–1720-ci illərdə burada məskən salmışlar. Kənd məscidi 1873-cü ildə Hacı Cahangir tərəfindən tikilmişdir. 1918-ci ildə bu tarixi bina erməni daşnakları tərəfindən yandırılmış, 1930-cu ildə bərpa olunaraq əvvəl ibtidai məktəb, sonra isə kitabxana kimi fəaliyyət göstərmişdir". Ata nənəmin dayısı Tapdıq baba 100 ildən çox yaşadı. Onu mən də görmüşdüm. Gözləri göy, sarışın bənizli nurani qoca idi. Atamın "dayı" deyə xüsusi bir istəklə müraciət etdiyi bu kişi Çalovdan Kürsəngiyə gələndə evimizin ən əziz qonağı olardı. O da yadımdadır ki, uşaqdan-böyüyə, bütün qohum-qonşu Tapdıq babanın ətrafına toplaşıb onun maraqlı söhbətlərinə saatlarla qulaq asardılar. Kiçik olduğum üçün indi o söhbətlərin heç birini xatır- laya bilmirəm. Ancaq atamın kəndimizin tarixi ilə bağlı Tapdıq babadan eşitdiyi bu söhbəti olduğu kimi nəzərinizə çatdırmaq istəyirəm: …Çalovun binəsini üç kişi qoyub- Şamxal, Ağca və Piri. Şamxal hansı səbəbdənsə Cənubi Azərbaycandan gəlib və Çalovda ilk binə salıb. Ağca ilə Piri qardaş olublar, əsilləri Şamaxıdan. Sarıtorpaqdandır. Uzun illər kənd məktəbinin direktoru işləmiş Abdulla Rəcəbov Çalovun tarixi, maddi mədəniyyət abidələri ilə bağlı araşdırmalar aparmış, mətbuat səhifələrində maraqlı yazılarla çıxış etmişdir. Onun imzası ilə "Yeni Şirvan" qəzetinin 22 may 1982-ci il tarixli nömrəsində dərc olunmuş məqalədə oxuyuruq: "Çalov kəndinin əhalisi, əsasən, Şamaxı rayonunun ətraf kəndlərindən və respublikamızın digər rayonlarından köçüb gəlmişdir. XVIII əsrin əvvəllərində bu kənd 12 qəbilə (əqrəba) və 5 ata uşağından ibarət olub." Oxucular üçün maraqlı olacağını və gələcəkdə axtaranların çətinlik çəkməmələri üçün həmin qəbilələrin və ata uşaqlarının siyahısını təqdim edirəm. QƏBİLƏLƏR: Nərlilər (əsilləri Cənubi Azərbaycandan gəlmədir), Ağcalar (Şamaxı, Sarıtorpaq), Keçəllər (Cənubi Azərbaycan, Germi vilayəti, Keçəllər kəndi), Muradlılar, Carolar (Şamaxı, Sarıtorpaq), Pəncililər (Göyçaydan gəliblər), Mərəşlilər (Qubadan gəliblər), Darğalı (Cənubi Azərbaycandan gəliblər), Kürkətli (Nabur kəndindən gəliblər), Coranlı (Sündü kəndindən gəliblər), Topgüllülər (Şabrandan gəliblər), Tulunclu (Şəkidən Cəyirli kəndinə, oradan da Çalova köçüblər). ATA UŞAQLARI isə bunlardır: Yaqubuşağı, Abıluşağı, Keçəluşağı, Dəmiruşağı və Söylənuşağı. XX əsrin 30–40-cı illərində ata uşağılarının siyahısına əsilləri Ağcalar qəbiləsindən olan Bayramuşağı da əlavə olunub. Ancaq Çalovun tarixini son məskunlaşma ilə məhdudlaşdırmaq düzgün olmazdı. Kəndin ərazisində aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət abidələri və arxeoloji materiallar onun tarixinin daha qədim olduğunu göstərir. Məmmədəli Baxışovun və Əlifağa Osmanovun evlərinin bünövrəsi qazılarkən tapılan gümüş sikkələr isə bu tarixi köklərin eramızdan əvvəl II əsrə gedib çıxdığını göstərir. Tarix elmləri doktoru, professor Aləm Nuriyev "Bakı" qəzetinin 15 may 1982-ci il tarixli nömrəsində yazır: "Şamaxı rayonunun Çalov kəndində aparılan axtarışlar zamanı xeyli maddi mədəniyyət nümunəsi aşkara çıxarılmışdır. Həmin materiallar əsasən təsərrüfatda və məişətdə işlədilmiş kasalardan, boşqab tipli qablardan ibarətdir. Əldə olunan maddi mədəniyyət nümunələrini öz xüsusiyyətlərinə görə iki dövrə eramızdan əvvəlki II əsrə və eramızın III əsrinə, habelə eramızın IV və XIII yüzilliklərinə aid etmək mümkündür. Yaşıl, ağ, bənövşəyi və qəhvəyi rəngli şirli məişət qabları diqqəti daha çox cəlb edir. Maraqlıdır ki, onlar Şamaxının Şabran, Gülüstan qalası və arxeoloji abidələrində aşkara çıxarılmış şirli qablara çox oxşayır. Çalovda aşkar etdiyimiz üç gümüş pul xüsusi əhəmiyyətə malikdir. Bu pullardan biri eramızın 40–51-ci illərində Parfiya hökmdarı olmuş Qotarsın adından kəsilmişdir. Onun səthində hökmdarın şəkli təsvir olunmuşdur. Arxa və ön tərəflərində ay və ulduzların şəkli verilmişdir. İkinci pul Yuli Sezarın adından Makedoniyada kəsilmişdir. Üzərində Yuli Sezarın başı təsvir olunmuş, başın arxa tərəfində isə onun adı yazılmışdır. Üçüncü gümüş pul Kappadokiyada (Kiçik Asiyanın şərq hissəsindəki qədim vilayət) kəsilmişdir. Onun eramızdan əvvəl II əsrə aid olduğu müəyyən edilmişdir. Tapıntılar sübüt edir ki, bu yerlərin sakinlərinin antik dünya ilə sıx iqtisadi, mədəni əlaqələri olmuşdur. Abidə ərazisində axtarışlar nəticəsində müəyyənləşdirilmişdir ki, Çalov şəhər tipli yaşayış yeri olmuşdur." Görünür, sonralar bu yaşayış məskəni hansı səbəbdənsə dağıdılmış, yerində meşəlik və sıx kolluq yaranmışdır. Qədim Çalovun niyə və nə vaxt dağıdılması hələlik sirr olaraq qalır. Bu sirri, heç şübhəsiz, tarixçi alimlər, arxeoloji ekspedisiyalar aça bilərlər. Təəssüf ki, ötən əsrin 70–80-ci illərindən burada aparılan axtarışlar tamam dayandırılıb. Çalov kəndi ərazisində isə xalqımızın keçmişinə aydınlıq gətirəcək tarixi obyektlər, maddi mədəniyyət abidələri kifayət qədərdir. Buradakı ilk insanların yaşayış məskəni güman edilən daş mağara, iki qədim qala yeri və İslamın Qafqaza yayıldığı ilkin illərdən soraq verən qəbirüstü yazılar böyük intizarla öz tədqiqatçılarını gözləyir… Tərəkəmə üçün örüş yerinin nə demək olduğunu təsəvvür etmək elə də çətin deyil. Atam deyərdi ki, Çalov camaatının istər qışlaqda, istərsə də yaylaqda xam otlaq sahələri vardı. Sovet hakimiyyətindən əvvəl camaatın 1600 dəvəsi, 30–40 mindən çox qoyunu, mal naxırı və at ilxısı payızda Kürsəngi kəndi yaxınlığındakı Təpəli, Axunlu, Yolqırağı, Ocaqqullu, Alyar, bir az kənardakı Ozağı qışlaqlarına enir, yazda isə Çalov kəndinin Taxta yaylağı, Yəhərcə və Dovşan təpəsi yaylaqlarına qalxardı. Sovet hökuməti qurulandan və kollektivləşmə prosesi başa çatandan sonra malı-mülkü əlindən alınan Çalov camaatının bir hissəsi yaylaqda — Çalov kəndində, bir hissəsi də aranda — Kürsəngidə oturaq həyata keçib. Mükafatları Jurnalist respublika Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. "H. B. Zərdabi" və "Qızıl qələm" (1982) mükafatları laureatıdır. Əlipənah Bayramov 2005-ci ildə ölkə başçısının sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Həmçinin bax idman qəzeti Xalq qəzeti "Qızıl qələm" mükafatı "Qızıl qələm" mükafatı laureatları "Əməkdar mədəniyyət işçisi"
https://az.wikipedia.org/w/index.php?curid=788438
Əliqandu (Maku)
Əliqandu (fars. علي قندو) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (31 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=572689
Əliqara Hüseynov
Əliqara Alıhüseynov Əliaslan oğlu — 20 yanvar şəhidi. 1949-cu ildə Todan kəndində anadan olmuşdur. Todan kənd məktəbində müəllim, son zamanlar isə Todan kəndinin daxil olduğu Xanlar adına kolxozun sədri işləmişdir. 4 övladı vardı. Böyük övladının 16, kiçik övladının isə 10 yaşı var idi. Yanvarın 12-də erməni ekstremistləri birinci dəfə kəndə basqın etmiş, bu ərazidə heç vaxt görünməmiş döyüşlər olmuşdur. Həmin gün həlak olan dörd nəfərin sırasında kolxoz sədri Əliqara Alıhüseynov da olub. Todan kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin kənddə yaşamışdır. Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
https://az.wikipedia.org/w/index.php?curid=475829
Əliqasımlı
Əliqasımlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Toponimikası Əliqasımlı oykonimdir.[mənbə göstərin] Coğrafiyası İncəçayın sağ sahilindən 4 km. aralı, Burovar silsiləsinin Şm.-Ģ. ətəyindədir. Etnonim əsasında formalaşmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2576 nəfər əhali yaşayır. Tanınmış şəxsləri Arif Qubadov–Azərbaycanın Milli Qəhrəmanı. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır. Həmçinin bax Cəlilabad rayonu Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=109729
Əliqasımlı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=350036
Əliqismət Lalayev
Əliqismət Hümmət oğlu Lalayev (4 iyul 1956, Salyan, Salyan rayonu ) — Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1986), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2016) sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Xoreoqrafiya Akademiyasının pedaqoqu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru (2008-ci ildən). Əliqismət Hümmət oğlu Lalayev 1956-cı il iyul ayının 4-də anadan olub. Əmək fəaliyyətinə 1972-ci ildə başlayan Ə.Lalayev ilk müstəqil addımlarını mədəniyyət sahəsində atmış, əvvəl klub müdiri işləmiş, daha sonra isə Salyan rayon "Qələbə" qəzetində korrektor vəzifəsində çalışmışdır. Əliqismət Lalayev 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakultəsinə daxil olmuş və 1980-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilmişdir. Bir müddət Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinində çalışan Ə.Lalayev ordu sıralarına həqiqi hərbi xidmətə cağırılmışdır. 1982-ci ildə ordudan tərxis olunan Ə.Lalayev 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirmişdir. 1988-ci ildə Salyan şəhərinə qayıdan Ə.Lalayev müxtəlif illərdə "Qələbə" qəzeti redaksiyasında məsul katib, rayon mədəniyyət şöbəsinin müdürü vəzifələrində calışmış, 1993-cü ilin sentyabrında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilmişdir. O, 1995-ci ilin aprelindən 2006-cı ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baş İncəsənət İdarəsinin rəisi, 2006-cı ilin yanvar ayından isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunmuşdur. Yaradıcılığı Əliqismət Lalayev 1968-ci ildən dövrü mətbuatda çıxış edir. Yüzlərlə məqalə, oçerk və zarisovkanın müəllifidir. Yazılarında əsasən mədəniyyətin müxtəlif sahələrini işıqlandırır, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığından bəhs edir. O, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə 1986-cı ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət xadimi və 2016-cı ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür. 2013-cu ildə Azərbaycan Respublikası Sabitklik və İnkişaf Mərkəzinin təsis etdiyi "Ədəbi Lider" qızıl döş nişanı ilə təltif edilib. 2016-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" adına və döş nişanına layiq görülüb. 2019-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı ilə təltif edilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosentdir. Ə.H.Lalayev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət departmentinin direktorudur. 2022-ci ildə Müdafiə sənayesi naziri Mədət Quliyevin müvafiq əmri ilə “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Ə.H.Lalayev 1995–2008-ci illərdə Mədəniyyət Nazirliyində (daha sonralar Mədəniyyət və Turizm Nazirliyində) işləyərkən Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına və Sərəncamlarına əsasən respublikada keçirilən irimiqyaslı, dövlət səviyyəli tədbirlərin, ictimai və siyasi xadimlərin, elm, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin, milli mədəniyyətimizin təbliği məqsədi ilə Rusiyada, Türkiyədə, Almaniyada, Fransada, Amerikada, Avstriyada, Misirdə, Səudiyyə Ərəbistanı Krallığında, Birləşmiş Ərəb Əmirliyində, Ukraynada, Belarusiyada, Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin təşkilatçısı və çoxsaylı Beynəlxalq Festivalların iştirakçısı olub. Rəhbərlik etdiyi Baş idarə (daha sonra şöbə) bütün ölkə teatrlarının, dövlət musiqi kollektivlərinin, sərgi sallonlarının yüksək səviyyədə fəaliyyətinə cavabdehlik daşıyıb. Həmin illərdə ölkədə teatr, musiqi və təsviri sənət sahəsindəki böyük uğurlarda bu idarənin (şöbənin) böyük xidmətləri olub. 1995-ci ildən başlayaraq Ümumili Liderimiz Heydər Əliyevin və 2003-cü ildən sonra cənab İ.Əliyevin iştirakı ilə keçirilən bütün yüksək səviyyəli dövlət tədbirləri, seçkilərilə bağlı ölkədə təşkil olunan mədəni-kütləvi tədbirlər, Prezident inaqurasiyaları, çoxsaylı Beynəlxalq mədəniyyət layihələri bilavasitə onun başçılıq etdiyi Baş idarənin (şöbənin) rəhbərliyi ilə hazırlanıb və bu tədbirlər zamanı böyük məsuliyyət hər zaman bu idarənin (şöbənin) əməkdaşlarının və şübhəsiz ki, onun üzərinə düşüb. Əliqismət Lalayevin milli teatr sahəsindəki fəaliyyəti daha çox diqqəti cəlb edir. İstər Naxçıvandakı uzun illər teatr yaradıcılığı, istər incəsənət Baş İdarəsinin rəisi və sonralar incəsənət şöbəsinin müdiri vəzifələrində işləyərkən teatrlarımızın inkişafı, yaradıcılığıq fəaliyyətinin istiqamətləndirilməsi sahəsində onun xidmətləri xüsusi qeyd edilməlidir. Hələ Naxçıvan teatrında quruluşcu rejissor vəzifəsində çalışarkən gənc, istedadlı aktyor və rejissor elə ilk tamaşalarından teatr ictimaiyyətinin diqqətini cəlb etmiş və mütəxəssislər hər zaman onu bacarıqlı, ümidverici bir yaradıcı şəxs kimi qiymətləndirmişlər. Onun hazırladığı əsərlər ideya-bədii düşüncə tərzi, səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənmiş, bu tamaşalar və oynadığı müxtəlif rollar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi mükafatlarını almışdır. O, bu gün də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyətində diqqəti cəlb edən uğurlu tamaşaların hazırlanmasına rəhbərlik edir. Onun layihələri əsasında və bədii rəhbərliyi ilə teatrda hazırlanan əsərlər bu gün Akademik Musiqili Teatrının yaradıcılığında əsl dönüş yaratmışdır. Teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan və dövlət teatrları tarixində ilk antrepriz tamaşa kimi yadda qalan N.Qoqolun "Evlənmə" (2011) tamaşası məhz Əliqismət Lalayevin rəhbərlik etdiyi dövrdə ən yaxşı səhnə əsəri kimi Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülmüşdür.Mədəniyyət Nazirliyinin daha bir "Zirvə" mükafatı isə Əliqismət Lalayevin rəhbərliyi ilə hazırlanan Ü.Hacıbəyovun "O olmasın bu olsun" komediyasına verilmişdir. Milli teatr sənəti sahəsindəki uğurlarına görə 2012-ci ilin may ayında "Yaxşıların yaxşısı" Milli Mükafatına layiq görülmüş Əliqismət Lalayev, teatrın vətənimizin hüdudlarından kənarda tanınması üçün də böyük layihələr həyata keçirmişdir. Belə ki, onun rəhbərliyi dövründə teatrın kollektivi bir çox Beynəlxalq Festivallarda iştirak etmiş, Rusiya (Moskva, Novosibirsk, Yekaterinburq), Gürcüstan (Tiflis, Marneuli, Bolnisi), Türkiyə (Bayburt),İran(Təbriz,Tehran),Albaniya (Elbasan) dövlətlərində qastrollarda olmuş, həmçinin Azərbaycan teatrının tarixində ilk dəfə olaraq okeanın o tayına – Amerikaya səfər etmişdir. Xarici keçidlər Arxivləşdirilib 2019-11-12 at the Wayback Machine Arxivləşdirilib 2019-11-06 at the Wayback Machine Arxivləşdirilib 2019-11-12 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=381680
Əliqismət Yaqublu
Əliqismət Mükafat oğlu Yaqublu (18 aprel 1992; Lerik rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Baş Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Əliqismət Yaqublu 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Lerik şəhər 3 saylı orta məktəbində oxuyub. 2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseyinə daxil olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Evli idi. İki az yaşlı Əliəsgər və Məhəmməd adlı övladları var. Hərbi xidməti Təlim Tədris Mərkəzində hərbi biliklərini inkişaf etdirən Əliqismət Yaqublu 2015-ci ildə leytenant rütbəsi ilə Qobustanda yerləşən "N" saylı hərbi hissəyə təyinat alır, amma elə həmin ildə komandanlığa ərizə yazaraq ön cəbhədə xidmət etmək istədiyini bildirir. Gənc leytenantın arzusunu nəzərə alan rəhbərlik onu Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərir. 2016-cı il "Aprel döyüşləri"ndə xüsusi qəhrəmanlıq göstərən Əliqismət Yaqublu "Aprel döyüşləri"ndən sonra Qobustana təyinat alır. 2017-ci ildə yenidən öz istəyi ilə cəbhə bölgəsinə, Ağcabədiyə göndərilir. 2018-ci ildən baş leytenanta Xüsusi Təyinatlı Qüvvələrin Kimya Xidmət rəisi kimi mühüm vəzifə tapşırılır. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin zabiti kimi ön cəbhəyə göndərilir. Əliqismət Yaqublu Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçının bir neçə kəndlərinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək sıradan çıxarır. Baş Leytenant Əliqismət Yaqublu noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltı kəndində qəhrəmancasına şəhid olub. Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi, atasına etdiyi vəsiyyətə görə, Lerik rayonunun Kələxan kəndində babası Elşad Yaqubovun məzarının yanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliqismət Yaqublu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı zabiti, Baş Leytenant Əliqismət Yaqublu Mükafat oğlu (ölümündən sonra) Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)“Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra) ”Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) (24.12.2020)- “Şücaətə görə” medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=681112
Əliqudərz
Əligudərz - İranın Luristan ostanınında şəhər və Əligudərz şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 78,690 nəfər və ya 18,115 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar. Tanınmış şəxsiyyətləri Mehdi Kərrubi
https://az.wikipedia.org/w/index.php?curid=289681
Əliqudərz şəhristanı
Əligudərz şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əligudərz şəhəridir. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 164,802 nəfər və 30,668 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=289570
Əliqullar
Əliqulular — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. 3201 nəfərdir.[mənbə göstərin] Şəxsiyyətləri Qəşəm Nəcəfzadə - şair. Kəramət Böyükçöl - yazıçı Valeh Bahaduroğlu - şair, yazıçı Simarə İmanova - xanəndə, Azərbaycan Respublikasının xalq artisti Sərvaz Hüseynoğlu - şair, yazıçı, ədəbiyyat müəllimi. Əsəd Cahangir - şair yazıçı, tənqidçi, ədəbiyyatçı. Cavid Səfərli - Vətən müharibəsi şəhidi Rəcəb İsmayılov - Vətən müharibəsi şəhidi
https://az.wikipedia.org/w/index.php?curid=356972
Əliqulu
Alıqulu — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. Laçın rayonunun Pircahan inzibati ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Etnotoponimdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Mədəniyyəti Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, qarışıq mallar mağazası, feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan əlavə Alıqulu kəndinin ətrafında "Yalkənd" adlanan dağın üstündə kiçik həcmli televizor ötürücü stansiyası fəaliyyət göstərirdi. Kəndin idarə və müəsisələri, 50-ə yaxın fərdi yaşayış evi telefonlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il qərarı ilə Alıqulu kənd mədəniyyət evinə şəhid Sədrəddin Nurəddin oğlu Allahverdiyevin adı verilmişdir. Coğrafiyası və iqlimi Alıqulu kəndi rayon mərkəzinin şimal-qərbində yerləşir. Rayon mərkəzindən 36 km məsafədədir. Ərazisi 834 ha-dır (Meşəli ərazilər daxil deyildir). Kənd Pircahan kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Dəniz səviyyəsindən 1500-1600 mr yüksəklikdədir. Laçın-Kəlbəcər, Laçın-Şəlvə-Qorçu magistral yolunun üstündədir. Pircahan, Aşağı Qaraçanlı, Yuxarı Qaraçanlı, Bülövlük yaşayış məntəqələri ilə həmsərhəddir. Kəndin ətrafında "Mirəyal" dağ meşələri, Yalkənd dağı və Şeştaxta adlanan düzənlik, Qızdırma bulağı, Daş bulaq və s. yerləşir. Erməni işğalınadək kənd əhalisi əsasən Azərbaycan türklərindən ibarət idi. Lakin assimlyasiya olunmuş kürdlər də yaşayırdılar. Belə ki, Məmmədsəfilər deyilən nəslin əsli 19-cu əsrin əvvəlində İrandan gəlmiş kürd idi. Erməni işğalında qədər kənddə evlərin sayı 86, əhalinin sayı 369 nəfər olmuşdur. Tanınmış şəxsiyyətlər Novruz Əzimov - Bakı futbol klubunun baş məşqçisi.Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən fatehlər Allahyarov İlqar Nurəddin oğlu - 10 yanvar 1994-cü ildə Füzuli rayonunda şəhid olub. İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi. Xarici keçidlər Laçının zəngin təbii ehtiyatları 17 ildir düşmən işğalı altındadır Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=126554
Əliqulu Ağalarov
Ağalarov Əliqulu Behbud bəy oğlu (23 mart 1923, Ordubad, Naxçıvan MSSR – 23 iyun 1982, Bakı) — Azərbaycan alimi, neyrocərrahı, Azərbaycan SSR əməkdar elm xadimi (1971), tibb elmləri doktoru (1967), professor (1970). Əliqulu Ağalarov 1923-cü il mart ayının 23-də Ordubad şəhərində doğulmuşdur. Orta təhsilini Ordubad şəhərində almışdır. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Bakı ŞHK-ndan orduya çağırılmışdır (1941). İkinci dünya müharibəsinin son günlərinədək hərbi təx. xəstəxanasında cərrahlıq etmiş, gənc tibb mütəxəssisi kimi təcrübə dərsi keçmiş, sənətini daha da kamilləşdirmişdir. Neçə-neçə döyüşçünü ölümün pəncəsindən alıb yenidən döyüşən orduya göndərmiş, faşizm üzərində qabaqcıl bəşəriyyətin tarixi Qələbəsini öz xeyirxah nəcib işi ilə yaxınlaşdırmağa çalışmışdır. Ağalarov bu Qələbəni Avstriyanın paytaxtı Vyana şəhərində cərrahiyyə vzvodunun komandiri kimi tibb xidməti podpolkovniki (1945) rütbəsində qarşılaşmışdır. Ordudan tərxis olunduqdan sonra keçmiş Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun kiçik elmi əməkdaşı N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun təxliyə cərrahiyyəsi kafedrasının assistenti olmuşdur. Ağalarov 1954-cü ildə qastroenterologiya sahəsində tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Mədə-bağırsaq cərrahiyyəsi üzrə ixtisaslaşma niyyətində olan Ağalarov qardaşı İsrafilin qəflətən beyin xərçəngi xəstəliyindən ölümündən sonra düz 13 il ərzində ixtisasını dəyişərək "Böyük beyin qatındakı şişlərin götürülməsindən sonra beyinin sağalma histologiyası" mövzusunda doktorluq dissertasiyasını da Moskva şəhərində müvəffəqiyyətlə müdafiə etmişdir. Onun elmi rəhbərləri keçmiş SSRİ TEA-nın görkəmli alimlərindən akademiklər B. Y. Yeqorov (eynisoyadlı kosmonavtın atası) və A. P. Avtsın Ağalarovun bu çox önəmli tədqiqat işindən rəğbətlə təcrübi və elmi əsaslarla ümumittifaq mərkəzi qəzetlərdə dərc etdirdikləri sanballı məqalələr müvafiq tibb müəssisələri rəhbərlərinin diqqətini cəlb etmiş və Ağalarov öz institut və klinikalarında müdafiə etdiyi çox aktual və önəmli bu mövzu ilə birbaşa bilavasitə bağlı vəzifələrə irəli çəkmişlər. Beləliklə də, doktorluq dissertasiyasını uğurla başa vuran Ağalarov bir müddət Moskva şəhərində keçmiş SSRİ Tibb Elmləri Akademiyası (TEA) Neyrocərrahiyyə İnstitutunda və Burdenko adına Neyrocərrahiyyə Klinikasında işləmişdir. 1971-ci ildə keçmiş Azərbaycan SSR-də tibbin səhiyyənin müasir tələblərlə yenidən qurulmasında əvəzsiz xidmətləri olan Azərbaycan hökumət başçısı H. Ə. Əliyevin şəxsi təşəbbüsü və dəvəti ilə Ağalarov respublikaya qayıtmışdı. 1971-ci ildən ömrünün son günlərinədək N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun neyrocərrahiyyə kafedrasının müdiri kimi fəaliyyət göstərmiş neçə-neçə elmi kadrlar yetişdirmişdir. Azərbaycan Respublikasında Zaqafqaziyada ilk dəfə olaraq Ağalarovun səyləri sayəsində neyrocərrahiyyə mərkəzi yaradılmışdı. Ağalarov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin neyrocərrahiyyə üzrə baş mütəxəssisi, keçmiş SSRİ-nin Ümumittifaq Neyrocərrahiyyə İdarəsinin aparıcı mütəxəssislərindən biri, idarə heyətinin üzvü kimi respublikamızı və sovet elmini ümumittifaq və beynəlxalq simpoziumlarda və konfraslarda ləyaqətlə təmsil etmişdir. Mükafatları Ağalarov ön və arxa cəbhələrdə böyük xidmətlərinə görə Vətən müdafiəsi ordenləri, hətta Qırmızı Ulduz ordeni, habelə saysız-hesabsız medallarla təltif edilmişdir. Həmçinin bax Neyrocərrahiyyə
https://az.wikipedia.org/w/index.php?curid=56191
Əliqulu Cabbadar
Əliqulu Cabbadar (fa. علی قلی جبه‌دار; gür. ალი-ყული ჯაბადარი) və ya tam adı ilə Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar - gürcü əsilli İran rəssamı. XVII-XVIII əsrlərdə yaşamışdır. Qərb tərzində rəsm əsərlərini ilk çəkənlərdən biridir. Xüsusən Səfəvi sarayının həyatı ilə bağlı çəkdiyi rəsmlərlə tanınır. O, rəsmdəkilərin fiziki quruluşu və geyim detallarını diqqətlə ifa etməsi ilə seçilməkdədir. Onun adına hal-hazırda dördü Rusiyada Ermitajda, dördü də ABŞ-nin Metropolitan İncəsənət Muzeyində saxlanılan rəsm əsərlərində rast gəlmək mümkündür. Rəsm əsərlərində o özündən Frank deyə bəhs etməkdədir. Çox gümanki, o, bununla özünün gürcü və ya xristian köklərini bildirmək istəməkdədir. Bundan başqa, onun iki rəsm əsərində gürcü hərfləri də vardır. Onun özünü digər təqdim etmə şəkilləri belədir: ghulāmzāda-i qadimi ("keçmiş qul"), beg ("bəy"), naqqaş-başı ("nəqqaşların rəhbəri") and cabbadār ("sursatxana gözətçisi"). Göründüyü kimi, o, Səfəvi sarayına qul kimi daxil olmuş və yüksəlmişdir.Şirazlı şair Lütfəli Bəy Ədhar "Ateşkede" adlı əsərində Əliqulu Cabbadarın "Əli Firəngi" adıyla tanındığını yazmışdır. Eyni mənbənin məlumatına görə Əliqulu İsfahanda xristian məhəlləsində anadan olmuşdur. Mənbəyə görə Əliqulu Cabbadar II Təhmasib və Nadir şah Əfşar dövründə "nəqqaş başı" olaraq işləmiş, daha sonra gözləri artıq əvvəlki kimi olmamağa başladıqdan sonra 1750-ci ildə Mazandarana gedərək orada ölmüşdür. Əliqulu Cabbadan rəsm çəkməyə 1660-cı illərdə Süleyman şah Səfəvi dövründə başlamışdır. Səfəvi təsvir incəsənətinə Avropa tərzi, mövzuları gətirmişdir. Məhəmməd Zamanla birlikdə XVII-XVIII əsrlərdə Səfəvi incəsənətinə Avropa incəsənətinin stlini gətirmişdir. Günümüzə qədər çatan rəsm əsərləri 1660-1717 illərinə aidir. Toxunduğu mövzular da müxtəlifdir. Əsərləri arasında Süleyman şaha həsr olunmuş rəsm əsərləri ilə birlikdə "Yatan Nemf" (1673), "Rus səfirinin portreti" (1717) kimi əsərlər də var. Həmçinin bax Farangi-Sazi Jonathan M. Bloom və Sheila S. Blair. ‘Aliquli Jabbadar. The Grove encyclopedia of Islamic art and architecture - Oxford University Press. 2009. ISBN 0-19-530991-X. P. P. Soucek. ʿALĪ-QOLĪ JOBBA-DĀR. I. Encyclopaedia Iranica. 1985. 872–874.
https://az.wikipedia.org/w/index.php?curid=388463
Əliqulu Fərəcov
Əliqulu Səttar oğlu Fərəcov (15 mart 1898, Ordubad, Naxçıvan qəzası – 20 yanvar 1981, Bakı) — iqtisadçı, iqtisad elmləri namizədi, professor (1939), Azərbaycan SSR əməkdar iqtisadçısı (1967). Fərəcov Əliqulu Səttar oğlu, 15 mart 1898-ci il tarixində Ordubadda anadan olmuşdur. O, 1915-ci ildə Tiflis ticarət kurslarını, 1927-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Fərəcov, Azərbaycanda uçotun qurulmasında mühüm rol oynamış və bir növ banisi kimi tanınmışdır. O, bir çox sahibkar şirkət və firmalarda mühasib kimi işləmiş və 1917–1920-ci illərdə hesabdar-mühasiblər kursları (o vaxtlar Əliqulu Fərəcov kursu adlanırdı) açaraq onu o dövrün tələblərinə uyğun təşkil etmək üçün rus alim-mütəxəssislərini Azərbaycana dəvət edərək, onların təcrübəsindən istifadə etmişdir. Mühasibat uçotu ixtisası üzrə mütəxəssisləri daha təkmil formada hazırlamaq üçün Əliqulu Fərəcov kadr hazırlığının daha müasir orta ixtisas və ali təhsil sistemini seçməyə üstünlük vermiş, demək olar ki, ona nail olaraq bu kadrları hazırlayan "Statistika", "Kommersiya" texnikumlarının, Azərbaycan Dövlət Sənaye İnstitutunun nəzdində iqtisad fakültəsinin və sonradan bu fakültənin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun açılmasında və fəaliyyət göstərməsində iştirak etmişdir. Uzun müddət respublikanın ali məktəblərində dərs demişdir. Elmi-pedaqoji fəaliyyətilə yanaşı, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) prorektoru (1943–1944), Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) rektoru (1944–1950), bir sıra kafedraların, o cümlədən ADU-nun mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi kafedrasının (1959–1960) müdiri, ADU-nun (1962–1966) və AXTİ-nin məsləhətçi professoru (1966-cı ildən) olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsində (indiki İqtisadiyyat İnstitutu) baş elmi işçi, şöbə müdiri (1951–1958) işləmişdir. Fərəcov, Azərbaycanda iqtisadi təhsilin təşkilatçılarından idi. O, Azərbaycan dilində mühasibat uçotunun nəzəri və əməli məsələlərinə dair dərsliklər yazmış, konkret iqtisadiyyata dair elmi terminlər işləyib hazırlamış, mühasibat uçotunun nəzəri, texniki və tarixi məsələlərinə, k.t. iqtisadiyyatına, x. T. Və iqtisadi fikir tarixinə dair tədqiqatlar aparmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Əliqulu Fərəcov, 20 yanvar 1981-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Sənayedə qənaət və yığcamlıq haqqında, Bakı 1954; Nizami Gəncəvinin iqtisadi görüşləri haqqında, Bakı 1956;
https://az.wikipedia.org/w/index.php?curid=247465
Əliqulu Həsənoğlu
Əliqulu Həsənoğlu (d. 1944 – ö. 3 yanvar 2016) — Yunan-Roma güləşi üzrə SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi. Əliqulu Həsənoğlu 3 yanvar 2016-cı ildə vəfat etmişdir. Azərbaycan idmançısı, olimpiya çempionu Fərid Mansurovun məşqçisi olmuşdur.Yeniyetmələri arasında Arif Niftullauev, Avdışev kimi tanınmış gənclər də var. Mükafatları "Şöhrət" ordeni — SSRİ-nin əməkdar məşqçisi — Azərbaycan Respublikasının əməkdar məşqçisi — Xarici keçidlər Yeni Suraxanı Qəsəbənin Fəxri Əliqulu Həsənoğlu Vəfat Etmişdir.Allah Rəhmət Eləsin
https://az.wikipedia.org/w/index.php?curid=436391
Əliqulu Nəcəfov
Əliqulu Qəmküsar (doğum adı: Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir. Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir. Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə edir: Qurtarmadımı ağlamağın mövsimi, yarəb? Hər gündə münacat olunur məscidimizdə. Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər, Bu mərsiyəxanlar nə görüblər biləmizdə. 1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır. 1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. "Molla Nəsrəddin" və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. "Ölülər" komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tifiisdə çıxan "Al bayraq", sonra "Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir. Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilmişdir. Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Yaradıcılığı Həmçinin bax Əliqulu Qəmküsarın bioqrafiyası - www.adam.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Qəzənfər Kazımov. "Qəmküsar yadigarı" Arxivləşdirilib 2007-03-04 at the Wayback Machine Kamal Camalov. "Əliqulu Qəmküsarın Azərbaycan məktəb və pedaqoji fikir tarixinin inkişaf etməsində xidmətləri çoxdur" Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.
https://az.wikipedia.org/w/index.php?curid=266513
Əliqulu Nəcəfov-Qəmküsar
Əliqulu Qəmküsar (doğum adı: Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir. Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir. Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə edir: Qurtarmadımı ağlamağın mövsimi, yarəb? Hər gündə münacat olunur məscidimizdə. Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər, Bu mərsiyəxanlar nə görüblər biləmizdə. 1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır. 1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. "Molla Nəsrəddin" və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. "Ölülər" komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tifiisdə çıxan "Al bayraq", sonra "Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir. Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilmişdir. Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Yaradıcılığı Həmçinin bax Əliqulu Qəmküsarın bioqrafiyası - www.adam.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Qəzənfər Kazımov. "Qəmküsar yadigarı" Arxivləşdirilib 2007-03-04 at the Wayback Machine Kamal Camalov. "Əliqulu Qəmküsarın Azərbaycan məktəb və pedaqoji fikir tarixinin inkişaf etməsində xidmətləri çoxdur" Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.
https://az.wikipedia.org/w/index.php?curid=265513
Əliqulu Quliyev
Əliqulu Quliyev (Quliyev Əliqulu Umud oğlu; d. 15 iyul 1939, İmişli) — fizika riyaziyyat elmləri namizədi, riyazi analiz kafedrasının fəxri professor. Həyat və fəaliyyəti 15 iyul 1939-cü ildə İmişli rayonunda anadan olmuşdur. 1947–1957-ci illərdə orta məktəbdə oxumuşdur. 1959–1964–cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutu, fizika-riyaziyyat müəllimliyində təhsil almışdır. 1965–1967-ci illərdə aspirant olmuşdur. 1967-ci ildən GDU-da çalışır. Təhsili və elmi dərəcə 1964-cü ildə KDPİ-nu bitirib. "Polinomial əmsallı adi diferensial (məxsusiyyəti olan) tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli" (namizədlik dissertasiyası), 1974-cü il. Əmək fəaliyyəti "Riyaziyyat tarixi", "Riyazi məntiq" fənlərini tədris edir. 56-dan çox məqalənin və 6 dərsliyin müəllifidir. Tədqiqat sahəsi Ümumiləşmiş funksiyalar fəzasında diferensial tənliklərin həlli Seçilmiş əsərləri Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi. Bakı, Maarif 1996 (monoqrafiya) Riyaziyyat tarixi, Bakı, Maarif, 2000, dərs vəsaiti Bul funksiyalar və alqoritmlər nəzəriyyəsi. Bakı "Maarif" 2000- dərs vəsaiti Riyaziyyat tarixindən oçerklər. Bakı 2004, dərs vəsaiti Riyaziyyatdan məsələ və misallar (həlli ilə) Bakı 2006 -dərs vəsaiti Riyazi məntiq.Çoxluqlar nəzəriyyəsinin aksiomatik qurulması. Gəncə 2011 dərs vəsaiti Riyazi məntiq (çapda) 2015. dərs vəsaiti.
https://az.wikipedia.org/w/index.php?curid=569143
Əliqulu Qəmküsar
Əliqulu Qəmküsar (doğum adı: Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir. Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir. Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə edir: Qurtarmadımı ağlamağın mövsimi, yarəb? Hər gündə münacat olunur məscidimizdə. Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər, Bu mərsiyəxanlar nə görüblər biləmizdə. 1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır. 1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. "Molla Nəsrəddin" və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə "Molla Nəsrəddin" jurnalında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. "Ölülər" komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tifiisdə çıxan "Al bayraq", sonra "Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir. Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilmişdir. Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Yaradıcılığı Həmçinin bax Əliqulu Qəmküsarın bioqrafiyası - www.adam.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Qəzənfər Kazımov. "Qəmküsar yadigarı" Arxivləşdirilib 2007-03-04 at the Wayback Machine Kamal Camalov. "Əliqulu Qəmküsarın Azərbaycan məktəb və pedaqoji fikir tarixinin inkişaf etməsində xidmətləri çoxdur" Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.
https://az.wikipedia.org/w/index.php?curid=43503
Əliqulu Səmədov
Əliqulu Qüdrət oğlu Səmədov (19 avqust 1953, Astara, Azərbaycan SSR) — azərbaycanlı aktyor və rejissor. Həyatı və Fəaliyyəti Əliqulu Qüdrət oğlu Səmədov (Əliqulu Qüdrətoğlu) Astarada anadan olub. Bakı Rabitə Texnikumunda (1970-1975), Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (Yevgeni Matveyevin kursu). 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsinə qəbul olunub, hazırda fəaliyyətini kinostudiyada davam etdirir. Bir çox filmlərin ikinci rejissoru, dublyaj rejissoru, kastinq rejissoru kimi çalışıb və sinxron səs effektlərinin yazılışında iştirak edib. t2012-2021-ci illərdə Bakı Uşaq və Gənclər Teatrında çalışıb. Xarici film istehsalçılarının “Bizi gənclik yaşadır...” (1986, rejissor Yevgeni Şerstobitov) serialında Stepanov rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində, ““Alfa” layihəsi” (1990, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində şturman rolunda, “Qara qış” (1991 / İran) filmində, “Sıçrayış” (1991, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində kapitan rolunda, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında, “Onlar da insandır” (Türkiyə) serialında, “57 saylı qatar” (Türkiyə) serialında çəkilib, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filminin ikinci rejissoru olub. Azərbaycan Kinematorafçılar İttifaqının üzvüdür (1991). Əməkdar artistdir (2011). Filmoqrafiya 1. Qəribə adam (1979, tammetrajlı bədii film) – aktyor 2. Yol əhvalatı (1980, tammetrajlı bədii film) – aktyor (alıcı) 3. Qorxma, mən səninləyəm (1981, tammetrajlı bədii film) – aktyor 4. Nizami (III) (1982, tammetrajlı bədii film) – aktyor (Osmanın oğlu) 5. Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – aktyor (musiqiçi) 6. Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – aktyor (Səməd) 7. Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (Əliqulu) 8. Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (İran zabiti) 9. Bircəciyim (1986, tammetrajlı bədii film) – aktyor (sürücü) 10. Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – aktyor (sürücü) 11. Şəhərli biçinçilər (1986, tammetrajlı bədii film) – aktyor (biçinçi) 12. Afroditanın qolları (1987, qısametrajlı bədii film) – aktyor (yanğınsöndürən idarəsinin işçisi) 13. Araqarışdıran (1987, tammetrajlı bədii film) – aktyor (komsomol katibi) 14. Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – aktyor (qocanın cavanlığı) 15. Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor 16. Təxribat (1989, tammetrajlı bədii film) – aktyor (milis işçisi) 17. Mateo-Falkone (1989, qısametrajlı bədii film) – aktyor (qaçqın) 18. Alfa proyekti (1990, bədii film) – aktyor (şturman Səmədov) 19. Qətl günü (1990, tammetrajlı bədii film) – aktyor (natiq) 20. “Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – aktyor (zabit) 21. Qəzəlxan (1991, tammetrajlı bədii film) – aktyor (məclisdəki qonaq) 22. Qisas (1991, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (sürücü Əjdər) 23. Tələ (1991, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor 24. Cəhd (1992, bədii film) – aktyor (kapitan Səmədov) 25. 777 №-li iş (1992, tammetrajlı bədii film) – aktyor 26. Qara qış (1992) – (İRAN) – ikinci rejissor 27. Onlar da insandır – (1993, Türkiyə) – ikinci rejissor 28. Həm ziyarət, həm ticarət... (1995, tammetrajlı bədii film) – aktyor (türk satıcı) 29. Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (elçi gələn qonaq) 30. “Dirsə xan oğlu Buğac” boyu (2000, tammetrajlı film-tamaşa) – ikinci rejissor, aktyor (dördüncü igid) 31. Kişilər də ağlayır (2000, Türkiyə) – ikinci rejissor 32. Nekroloq (2001, tammetrajlı film-tamaşa) – ikinci rejissor, aktyor (jurnalist) 33. Salur Qazanın evi talandığı boy (2001, tammetrajlı film-tamaşa) – ikinci rejissor, səs effekti 34. Cavanşir (2002, animasiya filmi) – filmi səsləndirən 35. Dəvətnamə (II) (2002, tammetrajlı film-tamaşa) – ikinci rejissor, səs effektləri 36. Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – xüsusi səs effekt mütəxəssisi 37. Qeybdən gələn səs (2002, tammetrajlı film-tamaşa) – aktyor (zaldakı adam) 38. Bəyaz gecələr (2003, bədii serial) – aktyor (hakim) 39. Bir anın həqiqəti (2003, bədii serial) – sinxron səs mütəxəssisi 40. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003, animasiya filmi) – sinxron səs effektçisi, filmi səsləndirən (aşbaz) 41. Yaşıl eynəkli adam (2003, televiziya filmi) – ikinci rejissor 42. Yumurta (2003, tammetrajlı film-tamaşa) – ikinci rejissor, səs effektləri 43. Sui-qəsd (2004, Rusiya) – ikinci rejissor 44. SSRİ-də doğulmuşlar (2004, Rusiya) – ikinci rejissor 45. Yanmış körpülər (2003-2007, bədii serial) – aktyor (Sahib ağanın adamı) 46. Ərazi (2005, qısametrajlı bədii film) – səs effekti 47. Mükafat (2005, televiziya filmi) – ikinci rejissor 48. Qarğa balası və özgə yuvası (2005, animasiya filmi) – filmi səsləndirən 49. Lal çinar (2005, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (mayor) 50. Məşədi İbad 94 (2005, tammetrajlı bədii film) – sinxron səsləndirmə 51. İnterpapa (2006, tammetrajlı bədii film) – səs effektləri 52. Kişiləri qoruyun (2006, tammetrajlı bədii film) – aktyor (həkim) 53. Yalan (2006, tammetrajlı bədii film) – sinxron səslər 54. Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – aktyor (əsgər) 55. Cavid ömrü (2007, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (Daxili işlər işçisi) 56. Məhkumlar (2007, tammetrajlı bədii film) – səs-küy səsləndiricisi 57. Siçan və pişik (2007, animasiya filmi) – filmi səsləndirən 58. Cavad xan (2008, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (Murad) 59. Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – koordinator 60. Halal pullar (2008, tammetrajlı bədii film) – səs effektlərinin yazılışı 61. Seçilən (2008, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (Beydulla Fətəliyev) 62. Cəsur təyyarə (2009, animasiya filmi) – kastinq, filmi səsləndirən 63. Qaydasız döyüş (2009, bədii serial) – aktyor (bina növbətçisi) 64. Niyyət (2009, tammetrajlı bədii film) – ikinci rejissor 65. Əlavə təsir (2010, tammetrajlı bədii film) – ikinci rejissor, sinxron səslər, aktyor 66. İstanbul reysi (2010, tammetrajlı bədii film) – aktyor 67. Ondan yaxşı qardaş yox idi (2010, tammetrajlı bədii film) – aktyor (pinəçi) 68. Susmuş vicdan (2011, bədii tele serial) – aktyor (iranlı) 69. Çölçü (2012, tammetrajlı bədii film) – sinxron səslər 70. Dolu (2012, tammetrajlı bədii film) – ikinci rejissor, sinxron səslər, aktyor (Səhiyyə nazirinin müavini) 71. Xoca (2012, tammetrajlı bədii film) – aktyor (ağsaqqal), aktyorlarla iş üzrə rejissor 72. Ləkə (2012, bədii tele serial) – aktyor (Fidanın atası) 73. Sübhün səfiri (2012, tammetrajlı bədii film) – sinxron səs effektləri 74. Ağ-qara gecələr (2013, tammetrajlı bədii film) – sinxron səslərin yazılışı 75. Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – sinxron səs efektləri 76. Çaqqal nəfəsi (2013, bədii serial) – aktyor 77. Qaynana (2013, bədii serial) – aktyor (Qəşəm müəllim) 78. Sənə inanıram (2013, bədii serial) – aktyor (Rasim) 79. Həyat sən nə qəribəsən (2013-2016, bədii serial) – aktyor (Həsən) 80. Axırıncı dayanacaq (2014, tammetrajlı bədii film) – sinxron səslər 81. İkinci bahar (2014, bədii serial) – aktyor (Süleyman) 82. Fədakar (2014, bədii film) – aktyor (dekan) 83. 5+ (2014-2015, bədii serial) – aktyor (baba) 84. Boyunbağı (2015, bədii serial) – aktyor (həkim) 85. 4.1 Şəhər motivləri – Qonşu qadın (2015, tammetrajlı bədii film, kinoalmanax) – ikinci rejissor 86. 4.1 Şəhər motivləri – Kədərim (2015, tammetrajlı bədii film, kinoalmanax) – ikinci rejissor 87. 4.1 Şəhər motivləri – Dmitrov küçəsi 86 (2015, tammetrajlı bədii film, kinoalmanax) – ikinci rejissor 88. Dərs (2015, tammetrajlı bədii film) – sinxron səslərin yazılışı 89. Fədakar (2015, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (dekan) 90. Qara bağ (2015, qısametrajlı bədii film) – sinxron səsin yazılışı 91. Hədiyyə (2016, qısametrajlı bədii film) – sinxron səsin yazılışı 92. Cehizsiz gəlinlər (2016, bədii serial) – aktyor (Dadaş) 93. Kimsən? (2016, bədii serial) – aktyor (dərzi) 94. Şirin xəyallar (2017, bədii serial) – ikinci rejissor 95. Son nəfəsədək (2017, tammetrajlı bədii film) – aktyor (kolxoz sədri) 96. Mübarizə (2018, bədii serial) – aktyor (bank işçisi) 97. Cümhuriyyətin 9 şəkli (2018, qısametrajlı sənədli film) – ikinci rejissor, aktyor (Məhəmmədhəsən Hacınski) 98. Ata ocağı (2020-, bədii serial) – aktyor 99. Tənha veteran (2021, qısametrajlı bədii film) – aktyor (veteran) 100. Zəng (2022, qısametrajlı bədii film) – aktyor (ata) 101. Namərd (2022, qısametrajlı bədii film) – aktyor (ata) 102. Kaş ki… (2022, qısametrajlı bədii film) – aktyor (ata) 103. Qonaq (2023, qısametrajlı bədii film) – aktyor (Əli dayı) Mətbuatdan linklər 1. 3. 4. 5.
https://az.wikipedia.org/w/index.php?curid=32411
Əliqulu Uşağı
Əliquluuşağı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Əliquluuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Əliquluuşağı kəndi Məlikəhmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliquluuşağı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Toponimikası Keçmiş adı Qarabaşlı olmuşdur. Kənd əvvəllər bir qədər aralıda yerləşirdi. Sonralar Qarabaşlı kəndindən Aliquluuşağı nəslinə mənsub ailələr indiki ərazidə kəndin bünövrəsini qoymuşlar. Kənd həmin nəslin adını daşıyır. Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 118 evdə 222 tatar (sonralar azərbaycanlı) yaşayırdı. Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=109512
Əliqulu mirzə Qovanlı-Qacar
Əliqulu mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (d. 2 may 1854, Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası - ö. 1905, Çita, Zabaykalski vilayəti, Rusiya imperiyası) — Qacar sülaləsinə mənsub olan şahzadə, Abbas Mirzənin nəvəsi, Bəhmən Mirzənin oğlu. Rusiya İmperator Ordusunda hərbi komandan olmuş, polkovnik-leytenant rütbəsində xidmət etmişdir.Bəhməni ailəsinin üzvü olan Əliqulu Mirzə Qacar Rus-Yapon müharibəsi zamanı aldığı yaradan xəstəxanada vəfat etmişdir. Həyatının erkən dövrü Əliqulu Mirzə 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Atası Bəhmən Mirzə Qacar, anası isə atasının beşinci arvadı Kiçik Bərdə Xanım olmuşdur. Əliqulu Mirzə ailənin 13-cü oğlan övladıdır. O, Şuşada ailə evində böyümüş, bir müddət keçdikdən sonra isə Tiflis Kadet Korpusuna hərbi təhsil almağa göndərilmişdir. Tiflis Kadet Korpusunu bitirdikdən sonra, 24 mart 1875-ci ildə hərbi xidmətə başlamış və Qafqaz ordusuna daxil olan hərbi birliyə süvari kimi təyinat almışdır. 27 oktyabr 1875-ci ildə 164-cü Zaqatala Piyada Alayına təyin edilmişdir. Hərbi fəaliyyəti 1877-1878 Rus-Osmanlı müharibəsi Əliqulu Mirzə 1877-1878-ci illərdə baş vermiş Rus-Osmanlı müharibəsinə qatılmış və Qafqaz cəbhəsində müxtəlif döyüşlərdə iştirak etmişdir. 12 aprel tarixində onun alayı Çoloki çayını keçmiş və növbəti gün alayı ilə birlikdə Muxa döyüşündə iştirak etmişdir. 29 apreldə o, Xutsubanini ələ keçirmək üçün edilən hücuma qatılmış, 16 may tarixində Sameba təpələrinin ələ keçirilməsinə qatılmış və Zeniti kəndi yaxınlığındakı döyüşdə iştirak etmişdir. 29 may tarixində o, Tsixisdziri istehkamlarına artilleriya batareyalarının yerləşdirilməsinə rəhbərlik etmişdir.18 yanvar 1878-ci ildə o, Tsixisdziriyə təşkil ediləm ikinci hücuma da qatılmışdır. Lakin bu hücum zamanı sol əlindən yaralanmış və bir qədər sonra da IV dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. Orden fərqlənməni göstərmək üçün "Cəsurluğa görə" yazısı ilə birlikdə 10 fevral 1878-ci ildə təqdim edilmişdir. Aprelin 25 1878-ci ildə isə Əliqulu Mirzə leytenant rütbəsinə yüksəldilmişdir. Severski polkunda Əliqulu Mirzə ilk başlarda Qafqaz ordusuna tabe olsa da, sonradan Severskaya Süvari Alayına transfer edildi. Bu təyinat 29 iyun 1878-ci ildə edilmiş, 1 iyul 1878-ci ildə Russki İnvalid qəzetində bu barədə məlumat verilmişdir. 23 sentyabr 1878-ci ildə o, yeni xidmət yerinə gəlib çatmışdır.10 avqust 1885-ci ildə o, atış yarışmasına qatılmış və qalib gələrək 74 rubl pulla mükafatlandırılmışdır. 6 mart 1886-cı ildə hazırlanmış “Qafqaz Hərbi Dairəsinin qoşunlarında xidmət edən fars şahzadələrinin siyahısı və şəhadətnaməsi” sənədinə əsasən Əliqulu Mirzə yüksək əxlaqi dəyərlərə sahib, alicənab, xidmətdə peşəkar şəxs kimi dəyərləndirilmişdir.1886-cı il 12 oktyabrdan 4 noyabra qədər və 26 dekabrdan 1887-ci il 22 fevrala qədər o, müvəqqəti olaraq dördüncü squadron alayının komandiri vəzifəsini icra etmişdir. 2 iyuldan 24 iyul 1887-ci ilə qədər isə, o, altıncı squadron alayının komandanı vəzifəsini icra etmişdir. 23 dekabr 1887-ci ildə o, Qafqaz Ehtiyyat Süvari Alayının üçüncü departamentinə göndərilmiş və 11 sentyabr 1888-ci ildə alaya göndərilmişdir.1888-ci il 20 noyabrdan 20 yanvar 1889-cu ilə qədər o, dördüncü squadron alayının komandiri vəzifəsini icra etmişdir. 1 sentyabr 1889-cu ildə o, alayın atıcı komandasının komandiri təyin edilmiş və 27 yanvar 1890-cı ildə alayın təlim komandasının komandiri olmuşdur.4 noyabr 1890-cı ildə o, alayın zabitlər cəmiyyəti məhkəməsinin üzvlüyünə namizəd seçilmiş və 18 noyabr 1890-cı ildə o, yenidən təlim komandasının komandiri təyin edilmişdir.30 avqust 1891-ci ildə o, bir illiyinə Qafqaz Ehtiyyat Süvari Alayının üçüncü dakrlar departamentinə göndərilmiş və eyni gündə də təlim komandasının komandiri təyin edilmişdir. 1 sentyabr 1891-ci ildə departamentinin yerinə çatmış və 3 sentyabrda alaya geri göndərilmişdir.12 noyabr 1892-ci ildə o, alayın zabitlər cəmiyyəti məhkəməsinin üzvü seçilmişdir. 1893-cü il 10 iyundan 5 sentyabra qıədər üçüncü squadron alayına komandanlıq etmişdir. 1893-cü ilin 26 sentyabr tarixindən Süvari Zabitləri Məktəbinə göndərilmişdir. O, burada olduğu zaman kapitan rütbəsinə yüksəldilmişdir. 15 avqust 1895-ci ildə eskadron və istehkam komandirləri şöbəsində Zabit Süvari Məktəbi kursunu “uğurlu” qiymətlə bitirdi və 1 sentyabr 1895-ci ildə gəldiyi alayına geri qaytarıldı. Çerniqov polkunda 18 sentyabr 1896-cı ildə o, Oryol şəhərind yerləşən 51-ci Çerniqov Süvari Alayına təyinat almışdır. 20 noyabr 1896-cı ildən 20 may 1897-ci ilə qədər o, bu polkun zabit məhkəməsinin üzvü olaraq da çalışmışdır.1898-ci ilin 3 iyul tarixindən 3 sentyabrına qədər o, Qafqaz Mineral Suları bölgəsinə göndərilmişdir. 6 oktyabr 1898-ci ildən 7 yanvar 1899-cu ilə qədər o, zabit məhkəməsinin üzvü olaraq da çalışmışdır. 1899-cu ilin 13 mayından Riqa-Oryol dəmiryolunun Bejitsa stansiyasına göndərilmişdir. 1899-cu ilin 3 sentyabrından 7 dekabrına qədər, 1901-ci ilin 20 avqustundan 10 aprelinə qədər, 1 1902-ci ilin 1 aprelindən 1 noyabrına qədər o, alay məhkəməsinin üzvü olmuşdur.Çerniqov alayının Oryol şəhərindəki bölməsində xidmət edərkən Əliqulu Mirzə tez-tez alayın atıcılıq və süvarilik yarışmalarında qalib gəlmiş və müxtəlif mükafatlarla mükafatllandırılmışdır.Orada o, 1903-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir. Bundan sonra o, Yeletsdə yerləşən 51-ci Nejinski Alayına təyinat almış və burada vəzifə baxımından yüksəldilmişdir. Nejinski polkunda 2 mart 1903-cü ildə o, köhnə alayını təhvil vermiş və 14 iyun 1903-cü ildə ikinci komandan olaraq 52-ci Nejinski Süvari Alayına təyin edilmişdir. 16 iyun 1903-cü ildə o, yeni xidmət yerinə çatmış və 25 iyun 1903-cü ildə alayın döyüşən birlikləri üzrə alay komandirinin köməkçisi təyin edilmişdir. İmperator əmri ilə 26 iyul 1903-cü ildə polkovnik-leytenant Əliqulu Mirzə 51-ci Çerniqov Draqon Alayınından 52-ci Çerniqov Draqon Alayına təyinat almışdır.Şahzadə Əliqulu Mirzə 1904-1905-ci illəri əhatə edən Rus-Yapon müharibəsində də iştirak etmişdir. Əliqulu Mirzənin oğlu Şəmsəddin Mirzə öz xatirələrində onun bu zaman ürək xəstəliyinə görə müalicə almaqda olduöunu bildirmişdir. Arvadının ürək xəstəliyinə görə təqaüdə çıxmasını istəyən məktubuna Əliqulu Mirzə o zaman on yaşlı olan oğlu Şəmsəddinin başına sığal çəkərək bu cavabı vermişdi: İndi belə söhbətlərin yeri deyil, xəstə adam çoxdan pensiyaya çıxmalı idi. İndi geri çəkilsəm, deyəcəklər ki, döyüşə getməkdən qorxdum...Mənim yerimə evdə belə bir kişi [oğlunu nəzərdə tutaraq] qalır. Yaponiya ilə müharibə Əliqulu Mirzənin son hərbi xidməti oldu. O, Port-Arturun müdafiəsi zamanı ciddi şəkildə yaralandı və Çitada bir hərbi xəstəxanada vəfat etdi. Onun nəşi Çitadakı xəstəxanadan Qafqaza aparıldı. Bu hadisə ilə əlaqədar Tərcüman qəzetində bu sözlər yazılmışdı: Qızıl Xaç Cəmiyyətinin himayədarı Əlahəzrət İmperator Mariya Fedorovna mərhum polkovnik-leytenant Şahzadə Əliqulu Mirzə Qacarın cənazəsinin Qızıl Xaç Cəmiyyətinin vəsaiti hesabına Qafqaza Yevlax stansiyasına çatdırılmasını zəruri hesab etmişdir. Əliqulu Mirzə Bərdədə yerləşən İmamzadə türbəsinin ailəsinə məxsus olan Bəhmən Mirzə Xəzinəsi adlı yerində, atasının məzarının yanında dəfn edildi.Rusiya Dövlət Hərbi Tarixi Arxivində Əliqulu Mirzə barədə 5 mart 1886-cı il və 1903-cü ildə hazırlanmış iki arxiv qovluğu saxlanılmaqdadır.. Mükafatları Əliqulu Mirzə Qacarın 1886-cı ildəki xidmət kitabçasında 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin xatirəsinə “İgidliyə görə” yazısı olan IV dərəcəli Müqəddəs Anna ordeni və bürünc medalı olduğu qeyd edilmişdir. Bundan başqa, dövrümüzə qədər gəlib çatmış fotoşəkillərdən aydın olur ki, Əliqulu Mirzənin II və III dərəcəli Müqəddəs Stanislav ordeni, III dərəcəli Müqəddəs Anna ordeni, IV dərəcəli Müqəddəs Vladimir ordeni, İranın "Şiri-Xurşid" ordeni və Buxaranın Qızıl Günəş ordeni də olmuşdur. Ailəsi və soyu Əliqulu mirzənin soyu Qacarlar sülaləsindən gəlməkdədir. Onun atası olan Bəhmən Mirzə (1810-1883) Qacar imperiyasında müxtəlif vəzifələrdə çalışmış, eyni zamanda da ədəbi və elmi fəaliyyətlə məşğul olmuşdur. Bəhmən Mirzə məşhur Qacar vəliəhd-şahzadəsi Abbas Mirzə Qacarın dördüncü oğlu idi. Bəhmən Mirzə 1841-1847-ci illərdə Azərbaycan vilayətinin hakimi ikən xəstə Qacar şahı Məhəmməd şaha qarşı Xorasanda sülalənin bir digər üzvləri olan Allahyar xan Dəvəli-Qacar və onun oğlu Həsən xan Salar üsyan qaldırırlar. İddia edilir ki, onlar hakim sülalənin yan tirəsi olduqları üçün şahı endirib yerinə Bəhmən Mirzəni gətirmək istəyirlər. Bu qəsddə Bəhmən Mirzənin həqiqətən əlinin olub-olmaması bəlli deyil. Məhəmməd şah hər ehtimala qarşı Bəhmən Mirzəni öz yanına, yəni saraya gətirir və sığınacaq verir. Lakin ona qarşı saray intiriqalarına və baş vəzir Hacı Mirzə Ağası İrəvaninin ona qarşı planlarına görə 1847-ci ildə ruslara sığınır. Ruslar isə onu Qafqaza gətirib, Şuşa şəhərində yerləşdirirlər. Bəhmən Mirzə 1883-cü ildə Şuşada ölənə qədər Şimali Azərbaycanda yaşadı. Onun bu müddət ərzində 100-dən çox övladı və nəvəsi dünyaya gəldi. Onların bir çoxu yüksək vəzifələrə sahiplənmiş, Rusiya İmperiyasında və Azərbaycan Xalq Cümhuriyyətində xidmət etmişdirlər. Onlardan biri də Əliqulu Mirzə Qacar idi. Əliqulu Mirzənin həyat yoldaşı olan Sitarə Bəyim məşhur tacir Ağaəli Ələsgər İsmayılovun qızı idi. Avropa nümunəsində təhsil almış olan Sitarə Bəyim Azərbaycan, Fransız, Rus və Fars dillərini mükəmməl bilmiş, eyni zamanda bu dillərin tədrisi ilə də məşğul olmuşdur. Cütlüyün 3 oğlu və 1 qızları olmuşdur. 1905-cı ildə, yəni Əliqulu Mirzənin ölməsindən bir il sonra Sitarə Bəyim Sankt-Peterburqda öz övladları olan Şəxsi və Üveysi, eyni zamanda da öz qardaşı oğlu Tofiqi böyütməkdə idi.. Oğlanları: Şəmsəddin və ya Şəmsi Mirzə (d. 23 iyul 1894 - ö. 1979) - İmperial Hüquq Məktəbində təhsil alıb, fərqlənmə ilə oranı bitirdikdən sonra (1917-ci il) Peterburqdan Tiflisə qayıtmış və ölənə qədər orada yaşayıb işləmişdir. 1951-ci ildə öz atası barədə "O, geri dönəcəkdir" adlı xatirə əsəri yazmışdır. Əsər 1990-cı ildə aylıq ədəbiyyat və incəsənət jurnalı olan "Azərbaycan ədəbiyyatı"nda dərc edilmişdir.Şəmsəddin Mirzənin yeganə qızı və Əliqulu Mirzənin nəvəsi olan İzzət 1924-cü ildə Tiflisdə dünyaya gəlmişdir. Atası kimi o da, Tiflisdə yaşamış və həkim olaraq çalışmışdır. Soltan Üveys Mirzə (d. 22 dekabr 1896 - ö. 14 aprel 1931, Bakı) - o da, qardaşı kimi İmperial Hüquq Məktəbində bir müddət təhsil almış, daha sonra moskva Politexnik İnistitutuna transfer edilmişdir. Təhsilini bitirdikdən sonra Bakıya köçmüş və burada Kommunist qəzetinin mətbəəsində radio mühəndisi olaraq çalışmışdır. 1931-ci ildə xəstəlikdən vəfat etmişdir.Çingiz Qacar - Üveys Mirzənin oğlu olmuş və fizik, "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi, AMEA-nın akademiki və Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərmişdir. 2021-ci ilin 12 iyununda Bakı şəhərində vəfat etmişdir. Əliqulu Mirzənin qızı olan İzzət Xanım 7 yaşında ikən vəfat etmişdir. Əliqulu Mirzənin bir digər oğlu olan Murad Mirzə 5 yaşında ikən vəfat etmişdir.Əliqulu Mirzənin özü və arvadı müsəlman idilər. hər ikisinin rus və fransız dillərini bilməsinə baxmayaraq, ailədə öz doğma dilləri olan Azərbaycan türkcəsində danışmışdırlar. Əliqulu Mirzə peşəkar hərbi fəaliyyət ilə yanaşı həvəskar fotoqrafda olmuşdur. O, ciddi formada müxtəlif incəsənət sahələri ilə məşğul olmuş, bunlardan birinci yeri isə fotoqrafiya tutmuşdur. Əliqulu Mirzənin oğlu Şəmsəddin Mirzənin öz xatirələrinin giriş qismində yazdığına görə, bir çox müəlliflər şahzadəni Rusiya imperiyasında ilk azərbaycanlı fotoqraflardan biri kimi qəbul edirmişlər. Əliqulu Mirzə Qacar Tiflis, Bakı və Sankt-Peterburq arxivlərində saxlanılan Bəhmən Mirzə Qacar və ya Bəhməni ailəsinin üzvlərinin bir sıra fotoşəkillərinin müəllifidir. Bu fotoşəkillər həm Əliqulu Mirzənin, həm də digər bəzi Qacar ailəsi üzvlərinin həyatını öyrənmək üçün məlumatları özündə ehtiva edir. Həmçinin bax Bəhməni ailəsi Ənvər Çingizoğlu, , Bakı, "Şuşa", 2008, 334 səh. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008. 334. Nəzirli Ş. Cumhuriyyət generalları. Bakı: Hərbi nəşriyyat. 1995. 212. Nava'i, A. Bahman Mīrzā. Encyclopædia Iranica - London and New York: Routledge & Kegan Paul. In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Volume III/5. 1988. ISBN 978-0-71009-117-8. Calmard, Jean. Moḥammad Shah Qājār. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. In Yarshater, Ehsan (ed.). 2004.
https://az.wikipedia.org/w/index.php?curid=78032
Əliqulu xan
Əliqulu xan — Kişi adı. Əliqulu xan Qacar — Əliqulu xan Ustaclı — Əliqulu xan Şahsevən — Əliqulu xan Püsyan — Əliqulu xan Şamlı — Əliqulu xan (Bican bəy Saakadzenin oğlu) Əliqulu xan Valeh Dağıstani Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=503902
Əliqulu xan (Bican bəy Saakadzenin oğlu)
Əliqulu xan (vəfatı 1667) — Səfəvi məmuru, qulam və ardıcıl üç Səfəvi şahı olan I Şah Səfi (1629-1642), II Şah Abbas (1642-1666) və Şah Süleyman Səfəvinin (1666-1694) dövründə xidmət etmiş gürcü mənşəli yüksək dərəcəli hərbi komandir. Saakadze nəslinin nümayəndəsi olan Bican bəy Saakadzenin oğlu, Rüstəm xan (vəfatı 1644) və İsa xanın (vəfatı 1654) qardaşı idi. Əlli il sürən "əlamətdar karyerası" ilə tanınan Əliqulu bəy gələcəkdə xan, kansler / baş ədliyyə (divanbəyi), baş komandan (sepahsalar) və Təbriz bəylərbəyliyinin bəylərbəyi kimi yüksək vəzifələri tutdu. 1654-cü ildə Əliqulu xan o zamankı şah II Abbasın lehinə dəstək oldu. Babası I Şah Abbasdan (1588-1629) sonra ən bacarıqlı Səfəvi hökmdarı olduğu bilinən II Abbas Səfinin hakimiyyətindən sonra ortaya çıxan bir çox məsələdə, o cümlədən hərbi idarədə təsiri oldu. Əsgərlərin şikayətlərindən sonra Əliqulu xanın davranışı II Abbas tərəfindən araşdırıldı,nəticədə o, vəzifəsindən uzaqlaşdırıldı. Sonralar II Abbasın oğlu və varisi Süleyman I hakimiyyəti dövründə Əliqulu xanın fəaliyyəti bərpa edildi, Süleyman isə onu sepahsalar olaraq təyin etdi. Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. 18, 21, 209. ISBN 978-1568591353. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. səh. 156. ISBN 978-1933823232. Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica (32). 2003: 1–278. Matthee, Rudi. GEORGIA vii. Georgians in the Safavid Administration // Encyclopaedia Iranica, Vol. X, Fasc. 5. 2001. 493–496.
https://az.wikipedia.org/w/index.php?curid=702929
Əliqulu xan (gürcü)
Əliqulu xan (vəfatı 1667) — Səfəvi məmuru, qulam və ardıcıl üç Səfəvi şahı olan I Şah Səfi (1629-1642), II Şah Abbas (1642-1666) və Şah Süleyman Səfəvinin (1666-1694) dövründə xidmət etmiş gürcü mənşəli yüksək dərəcəli hərbi komandir. Saakadze nəslinin nümayəndəsi olan Bican bəy Saakadzenin oğlu, Rüstəm xan (vəfatı 1644) və İsa xanın (vəfatı 1654) qardaşı idi. Əlli il sürən "əlamətdar karyerası" ilə tanınan Əliqulu bəy gələcəkdə xan, kansler / baş ədliyyə (divanbəyi), baş komandan (sepahsalar) və Təbriz bəylərbəyliyinin bəylərbəyi kimi yüksək vəzifələri tutdu. 1654-cü ildə Əliqulu xan o zamankı şah II Abbasın lehinə dəstək oldu. Babası I Şah Abbasdan (1588-1629) sonra ən bacarıqlı Səfəvi hökmdarı olduğu bilinən II Abbas Səfinin hakimiyyətindən sonra ortaya çıxan bir çox məsələdə, o cümlədən hərbi idarədə təsiri oldu. Əsgərlərin şikayətlərindən sonra Əliqulu xanın davranışı II Abbas tərəfindən araşdırıldı,nəticədə o, vəzifəsindən uzaqlaşdırıldı. Sonralar II Abbasın oğlu və varisi Süleyman I hakimiyyəti dövründə Əliqulu xanın fəaliyyəti bərpa edildi, Süleyman isə onu sepahsalar olaraq təyin etdi. Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. 18, 21, 209. ISBN 978-1568591353. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. səh. 156. ISBN 978-1933823232. Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica (32). 2003: 1–278. Matthee, Rudi. GEORGIA vii. Georgians in the Safavid Administration // Encyclopaedia Iranica, Vol. X, Fasc. 5. 2001. 493–496.
https://az.wikipedia.org/w/index.php?curid=606830
Əliqulu xan Kəngərli
Əliqulu xan Kəngərli (v. 1773) — Naxçıvan xanı. 1770-ci ildə Kərim xan Zəndin köməyilə Naxçıvanda hakimiyyətə gəlmiş Əliqulu xan da öz növbəsində üç ildən sonra Vəliqulu xan Kəngərli tərəfindən devrildi. O, Heydərqulu xanın qardaşı idi. Həmçinin bax Naxçıvan xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=724090
Əliqulu xan Püsyan
Əliqulu xan Püsyan (1890-1916) azadlıq mücahidi, İran ordusunun mayoru. Əliqulu xan Həmzə xan oğlu 1890-cı ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Əslən Qarabağın Püsyan (indiki Qubadlı rayonundan) mahalındandır. O, təhsilini Təbriz şəhərində almışdı. 1913-cü ildə Tehranda jandarm zabitlik məktəbini bitirdikdən sonra, kapitan dərəcəsilə jandarm qüvvələri sırasına qəbul olmuşdu. 1914-cü ilin ortalarında Fars əyalətinə göndərilmiş Əliqulu xan əvvəlcə Borazcan, Kazerun jandarm, qüvvələrinin komandiri vəzifəsində çalışmış, sonra 1915-ci ilin əvvələrində Şiraza çağırılmış, isveçli zabitlər Şirazdan getdikdən sonra Əliqulu xan mayor dərəcəsilə Şirazdan, sonra da bütün Fars əyalətinin jandarm qüvvələrinin komandiri vəzifəsinə qədər yüksəlmişdi. Mayor Əliqulu xan 1915-ci ilin əvvəlindən İngiltərə təcavüzkarlarına nifrət bəsləmiş və ölkənin istiqlalını qorumaq üçün daim çarə yolları axtarmışdı. Mayor Əliqulu xan Borazcandan Şiraza getdikdən sonra İDP-nin fəal bir üzvü kimi ilk partiya təşkilatlarının güclənməsində var qüvvəsilə çalışmışdı. Mayor Əliqulu xan ölkənin xarici dövlətlər tərəfindən işğal edilməsini, onun müstəmləkəyə çevrilməsinin qarşısını almıq məqsədilə Fars əyalətində mütərəqqi və mübariz qüvvələri birləşdirməkdə, xüsüsilə jandarm zabitlərini, onun sıravi nəfərlərini vətəni müdafiə uğrunda mübarizə sıralarına sövq etdirməkdə fəaliyyət göstərmişdir. 1915-ci il noyabrın 10-da Şirazda başlanmış silahi üsyana, 1916-cı ilin aprelin 10-adək Şirazda yaranmış xalq hakimiyyətinin rəhbər orqanı olan vahid komitəyə mayor Əliqulu xan başçılıq etmişdir. Rüknzadə Adəmiyyət birinci dünya müharibəsi dövründə "Farsın müstəqil bir əyalət kimi qorunub saxlanması, İranın istiqlalı üçün bu əyalətdən bir istinadgah kimi istifadə edilməsi" fikrinin ilk dəfə mayor Əliqulu xan tərəfindən irəli sürülməsini öz əsərində dəfələrlə qeyd etmişdir. Mayor Əliqulu xan Püsyan 1916-cı ildə düşmənlərin əlinə düşməmək üçün özünü öldürmüşdü. Ənvər Çingizoğlu. Püsyan eli. Bakı: Elm, 2010. Həmçinin bax Həmzə xan Püsyan
https://az.wikipedia.org/w/index.php?curid=79864
Əliqulu xan Qacar
Əliqulu xan Qacar — 1796-cı ildə noyabrın 6-da Ağa Məhəmməd xan Qacar İrəvan və Naxçıvan xanlarını hüzuruna çağıraraq Tehranda həbs etdirdi.Ağa Məhəmməd şahın əmrinə əsasən onun qardaşı Əliqulu xan Qacar İrəvanda hakim təyin edildi. Lakin Ağa Məhəmməd şahın 1797-ci ildəki qətlindən sonra İrəvan əhalisi vergilərin çoxluğu səbəbindən Əliqulu xana üsyan edərək onu qovdular. Qacarlar dövlətinə sədaqətini saxlaması şərtilə, Məhəmməd xanı həbsdən azad edib İrəvana göndərdi. Səməd Sərdariniya. "İrəvan müsəlman sakinli vilayət olmuşdur". Bakı, "Zərdabi" nəşriyyatı, 2014, 202səh. ISBN 978-9952-8010-1-9 Fuad Əliyev, Urfan Həsənov. "İrəvan xanlığı". Bakı, "Şərq- Qərb", 2007,144 səh. ISBN 978-9952-34-166-9 Elçin Teymur oğlu Qarayev. "Azərbaycanın İrəvan bölgəsinin tarixindən(XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında)". – Bakı: Mütərcim, 2016. – 544 səh. Həmçinin bax İrəvan xanlığı
https://az.wikipedia.org/w/index.php?curid=503767
Əliqulu xan Ustaclı
Əliqulu xan Fəthoğlu-Ustaclı (?-?) — Ustaclı elinin Fəthoğlu oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi. 1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub, Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustaclı və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq, özləri yiyələndilər. Əmir xan Türkman zindanda öldürüldü. Şahzadə Həmzə mirzə həmpiyaləsi Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb, saraya gətirdi. Hüseynqulu sultan Fəthoğlunu Güney Azərbaycana bəylərbəyi təyin etdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırdı. Osman paşa güclü həmlə ilə Təbrizi aldı. Pir Qeyb xan və Hüseynqulu sultan şəhərdən çəkilib, Qaradağda, Üzümdil mahalında şaha qoşuldular. Əliqulu xan Fəthoğlu şahzadənin beynini doldurdu ki, qorçubaşı Məhəmmədqulu xan Avşar Məhəmməd xan Türkmanla bərabər ananı öldürülməsində iştirak etmişdi. Həmzə mirzə qorçubaşını hədələməyə başladı. Məhəmmədqulu xan qardaşıoğlundan bu xəbəri duyub, qaçdı. Təbriz ətrafında osmanlılara qoşuldu. Məhəmməd xan Mosullu-Türkman isə Təkəli və Zülqədər ellərini də başına yığıb, qiyama başladı. Qiyamçılar dövlət qoşunundan çox idilər. Üsyançıların irəli sürülən tələbi bu idi ki, Əmir xanın qatilləri, ilk növbədə Əliqulu xan Fəthoğlu onlara verilsin, ustaclı və şamlı əmirləri vəzifədən çıxarılsın. Şahzadə ustaclı və şamlı əmirlərinə döyüş əmri verdi. Qiyamçılar tələblərini yumşaltdılar. Həmzə mirzə onların mülayim tələbini də rədd etdi. Sarayda olan Zülqədər, Avşar və Qacar ellərinin nümayəndələri şahzadənin tərsliyindən narazı olduqlarını bildirdilər. Orduya birlik gərək idi. Həmzə mirzənin güzəştə getməsini dilədilər. Həmin ellərin nümayəndələri olan qorçular, qvardiyaçılar Əliqulu xanın Təbrizdəki evini yağmaladılar. Harda ustaclı evi vardısa viran qaldı. Qiyamçılar hətta Əmir xanın sarayında yerləşən şah hərəmxanasına da basqın etdilər. Həmzə mirzənin kiçik qardaşı Təhmasib mirzəni oğurlayıb, özləri ilə apardılar. Onlar Həmzə mirzəni öldürüb, əvəzinə Təhmasib mirzəni vəliəhd etmək istəyirdilər. Həmzə mirzə atasından da şübhələnməyə başladı. Şahın anası Sultanım xanım Türkman tayfasından idi. Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh. Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh. Həmçinin bax Ustaclı eli
https://az.wikipedia.org/w/index.php?curid=256720
Əliqulu xan Valeh Dağıstani
Əliqulu xan Valeh Dağıstani (1712–1756) — şair. Əliqulu xan Fətəli xan oğlu 1712-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əslən Qumuqdur. Mədrəsə təhsili almışdı. 1734-cü ildə Hindistana getmişdi. Əliqulu xan Valeh Dağıstani 1756-cı ildə vəfat edib. Yaradıcılığı Əliqulu xan Valeh Dağıstani "Riyazüş-şüəra" adlı təzkirəsində Təqi Əvhədinin (973–1039 / 1565–1620) "Ərəfatül-aşiqin" adlı təzkirəsinə istinad edərək Məğribinin doğulduğu yeri Nain, qəbrinin isə İstihbanati-farsda olduğunu qeyd edir. O, eyni zamanda Əmir Kəmaləddin Hüseynin "Məjalisül-üşşaq" əsərinə əsasən şairin məzarının Təbrizin Surxab məhəlləsində Baba Məzidin məzarının baş səmtində olmasını, vəfat tarixini isə 807 / 1404, "Nəfəhatül-üns"ə görə isə 809 / 1406-cı il göstərəndən sonra şeirlərindən nümunələr gətirir. Onu da qeyd etmək gərəkdir ki, bir çox müəlliflərin səhvlərini təkrar edən Valeh Dağistani "Məjalisül-üşşaq" əsərinin müəllifini Sultan Hüseyn Bayqara kimi göstərir. Başqa bir tərəfdən belə güman etmək olar ki, Rzaqulu xan Hidayət də irəlidə göstərilən kimi Məğribinin Naində doğulmasını və İstihbanati-farsda dəfn olunması faktını Təqi Əvhədinin "Ərəfatül-aşiqin" əsərindən götürmüşdür.
https://az.wikipedia.org/w/index.php?curid=387563
Əliqulu xan Şahsevən
Əliqulu xan Şahsevən (əvvəl Əliqulu bəy Şahsevən) — Şahsevən elinin, Muğan mahalının başçısı. Tarixdə ziddiyətli, lakin sərt, bacarıqlı bir şəxsiyyət kimi tanınmış Əliqulu xan Şahsevən elinin "Sarıxanbəyli oymağı"ndandır. 1727-ci ildə ruslar Astaranı, bir qədər sonra Lənkəranı da ilhaq etdilər. 1724-cü il müqaviləsinə görə, Azərbaycanın Kür çayından cənubda rus işğal zonasına daxil olmuş Xəzəryanı əyalətlərin hakimlərinin əksəriyyəti rus ordusunun üstün qüvvələrinə müqavimətin qeyri-mümkünlüyünü başa düşürdülər. Bu səbəbdən, öz hakimiyyətlərini saxlamaq üçün Muğanın mahal, nahiyə və el başçıları Dolqorukinin yanına gəldilər və rus təbəəliyini qəbul etməyə razı olduqlarını elan etdilər. Muğanlı Ramazan sultan, onun naibi Əliqulu bəy, Salyanlı Naib Əli bəy, eyni zamanda ətraf oba və kəndlərin kədxudaları, yüzbaşıları və digər nümayəndələri Rusiya dövlətinə sədaqət andı içdilər. General-feldmarşal V. Dolqoruki Ucarud mahalına Şahsevən Məhəmmədcəfər sultanı, Məzariq nahiyəsinə Ramazan sultanı başçı təyin etmişdi. Ramazan sultanın Əliqulu bəy adlı naibi vardı. Ramazan sultan osmanlılara meyl edəndən sonra ruslar Əliqulu bəyi xan ünvanı ilə Muğana və Şahsevən elinə başçı təyin etdilər. Əliqulu bəy ruslara məruzə etmişdi ki, Ramazan sultan draqunlara vəd etdiyi 200 atı vermək istəmir. Ona görə də onunla bizim yollarımız ayrılır. Əliqulu bəy Ramazan sultanı izləmək üçün güdükçü qoymuşdu. Bu güdükçü tezliklə Ramazan sultanın məktubunu ələ keçirdi. Məktub ruslara verildi. Rus zabitləri tərəddüdü buraxıb Ramazan sultanı həbs etdilər. Salyan naibi Gərdəli bəyin köhnə naib Məhəmmədhüseyn bəyə göndərdiyi məktub ruslar tərəfindən ələ keçirildi. Aydınlaşdı ki, artıq ruslara qarşı qiyam hazırlanır. 1727-ci ildə apreldən iyun ayınadək istintaq aparıldı. Ramazan sultanın və Gərdəli bəyin xəyanəti üzə çıxdı. Beləliklə Əliqulu xan Muğanın hakimi təyin olundu. Şahsevən eli və Məzariq çölü də ona tabe idi. O, Salyan qəsəbəsində əyləşirdi. Əliqulu xanın Musa xan adlı naibi vardı. Şil kəndinin kədxudası Güləhməd isə Salyan naibi oldu. Osmanlı tərəfi rusların Azərbaycanda möhkəmlənməsini istəmirdilər. Onlar rus işğal zonasına hücum planı hazırlayırdılar. Rusiya hökuməti qabaqcadan əks tədbirlər görmək planı üzərində işləyirdilər. Bu vaxt artıq məxfi Şuranın üzvü olmuş V.Dolqoruki 1729-cu il mayın 11-də Osmanlı qoşunlarının rus zonasına soxulması təqdirində yerli əhalini onlara qarşı qaldırmaq üçün 3-4 yüz əsgəri, həmçinin muğanlı Əliqulu xanı öz döyüşçüləri ilə Qarabağa göndərməyi təklif edirdi. Onun fikrincə, bu, osmanlıların arxasında çaxnaşma törədər və onlar Gəncəni müdafiə etmək üçün qoşunlarını geri göndərməyə məcbur olar. Xəzəryanı bölgələrdə rus qoşunlarının komandanı general Rumyantsev Dolqorukinin təklifinə etiraz etdiyinə görə təklif, Ali Məxfi Şurada qəbul olunmadı. Rumyantsev öz etirazını, birincisi, Qarabağa gödərəriləcək rus dəstəsini ərzaqla təmin etməyin çətinliyi, ikincisi, münaqişə olarsa, Muğanı mümkün hücumlardan qorumaq üçün Əliqulu xanın Muğanda qalmasının zəruriliyi ilə əsaslandırırdı. Əliqulu xan 1730-cu ildə Moskovaya göndərdiyi oğlu Məhəmmədnəbi bəy və qardaşı Nəcəfqulu bəy vasitəsilə ona Lənkəran və sair mahallar üzərində hakimiyyət verilməsini, oğlunun Salyan xanı, qardaşının isə naib təyin olunmasını xahiş etmişdi. Bundan əlavə Muğan, Salyan və Şahsevən kədxudaları ilə birlikdə Gərdəli bəyin və Ramazan sultanın azad olunmalarını istəmişdi. Moskvada Əliqulu xanın admalarını çox mehriban qaşılamışdılar. Əliqulu xanın xahişi ilə əlaqədar Xaric işlər kollegiyası Rumyantsevə Salyanda Əliqulu xanın oğlunun xan təyin olunmasından ordakı əhalinin razı qalıb, yaxud xoşlana bilməyəcəyindən xəbər tutub, kollegiyaya öz fikrini yazmağı tapşırmışdı. Rumyantsev sultan Ramazanın və Gərdəli bəyin azad olunub-olunmaması məsələsini də özü həll etməli və əgər bu arzuolunmaz olardısa onda məxfi surətdə hər ikisini Həştərxana göndərməli idi. 1730-cu ildə Şahsevən elinin və Muğan çölünün hakimi Əliqulu xan Rusiyaya iki məktub göndərib Lənkəran, Dəştivənd, Ucarud, Ərus, Əngərçilay, Kənari-Kür, Qızılağac bölgələrini istəyirdi. Əlavə xahiş edirdi ki, onu Salyan xanı təyin etsinlər.Əliqulu xanın Salyan torpağında bircə rəqibi qalmışdı. O da naib Güləhməd idi. Əliqulu xan tezliklə Güləhmədin də "torbasını tikdi". Dolqorukiyə məlumat verdi ki, Güləhməd keçmiş Salyan naibi Məhəmmədhüseyn bəylə yazışır, hətta bacısını ona ərə verib. Bundan əlavə Güləhmədin əhalidən toplanan vergilərin miqdarını özbaşına artırıb, artığını mənimsədiyi məlum oldu. Salyan mahalının 16 kədxudası Dolqorukiyə Güləhmədin "nəinki yoxsul təbəqəni soyduğunu, həm də dövlət gəlirlərini mnimsədiyini" qeyzlə xəbər verdilər. Onlar mahalın idarəsini Əliqulu xana verilməsini xahiş etdilər. Rus komandanlığı Salyanın idarəsini 1732-ci ildə Əliqulu xana tapşırdı. Rumyantsev Əliqulu xana Osmanlı tərəfinə keçməyə cəhd edən Qızılağac hakimi Becan sultanı tutub, edam etməyi əmr etmişdi. Rus komandirinin bu əmrini yerinə yetirən kapitan Kozlov və Əliqulu xan Becan sultanın yüz nəfərdən bir az çox olan dəstəsini darmadağın etmişdilər. Becan sultan isə qaçıb qurtarmış və meşədə gizlənmişdi. Becan sultan düzməcə, yalançı şahzadə İsmayıl mirzəyə qoşulmuşdu. İsmayıl mirzə iki min tərəfdarı ilə rus işğal zonasına daxil olmuşdu. Rumyantsev 600 əsgər və kazakdan ibarət olan qoşunla Əliqulu xana kömək etmişdi. Əliqulu xan bu qoşunla birləşmiş, yalançı şahzadəni məğlub etmişdi. 1730-cu ilin sentyabr ayında Nadirqulu xan Qırxlı-Avşar Təbrizi osmanlılardan təmizlədi. Ərdəbil və Muğan yürüşünə hazırlaşmağa başladı. Səfiqulu xan Şahsevən gəlib onlara qoşuldu. II Şah Təhmasib Muğandakı Şahsevən elinin oymaq başçılarına, Murtuzaqulu bəyə, naib Musa yüzbaşıya, İbrahim bəyə, Mirzəli bəyə, Bədirxan bəyə və İsfahan bəyə məktublar göndərib, yürüş haqqında bilgi verdi və onlara qoşulmalarını tövsiyə etdi. Bəzi oymaq başçıları elçiləri tutub, məktubu Əliqulu xana çatdırdılar. Əliqulu xan elçinin məktublarını general Rumyantsevə təqdim etdi və bildirdi ki, dustaqla necə rəftar etmək barədə onun göstərişini gözləyir. 1730-cu ildə Əliqulu xan, onun naibi Musa yüzbaşı və 47 ağsaqqal yenidən Rusiyaya sədaqət andı içdilər. Əliqulu xan sonadək ruslara sədaqətli qaldı. General Rumyantsev 1730-cu ildə Xarici işlər kollegiyasına Əliqulu xanı hərtərəfli yoxladığını, onda Rusiyaya münasibətdə qəti bir dəyişiklik hiss olmadığını yazırdı.Bəzi mənbələrə görə Nadirqulu xan Əliqulu xanı oymağı ilə bərabər Herata sürgün etdi. 1734-cü ildə Nadirqulu xan Əliqulu xanı Herata göndərəndən sonra Muğan və şahsevənləri idarə etmək üçün Məhəmməd xan adlı bir hakim təyin etdi. Ənvər Çingizoğlu, Şahsevən eli, "Soy" dərgisi, Ⅶ 4 (12), Bakı, 2008. Ənvər Çingizoğlu, Əliqulu xan Şahsevən, "Soy" dərgisi, Ⅶ 2 (34), Bakı, 2010. Həmçinin bax Şahsevən eli
https://az.wikipedia.org/w/index.php?curid=258100
Əliqulu xan Şamlı
Əliqulu xan Şamlı (?-1581) — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Şah Təhmasib Səfəvinin kürəkəni. II Şah İsmayıl Səfəvi tərəfindən paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza tədbirləri genişləndi. Bu xəbər əyalətlərdə ustaclı nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki, mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda (Heratda) Avşar eliin digər tayfalarla birlikdə qiyamı baş verdi. Bunun nəticəsində Xorasan hakimi Şahqulu sultan Yegan öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın əmir əl-ümərası təyin etdi. II Şah İsmayıl şamlı tayfasının əmiri Əliqulu xanı Heratı hakimi təyin etmişdi. Şah Məhəmməd Xudabəndə onu bu vəzifədə təsdiq edərək öz oğlu Abbas mirzənin (gələcək I Şah Abbasın) lələsi etmişdi. Abbas mirzə Xorasanın nominal canişini sayılırdı, lakin bütün işləri Əliqulu xan Şamlı idarə edirdi. 1578-ci ildə Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə birlikdə sarayda onun həyatı üçün "təhlükə olduğunu" bəhanə edərək, Məhdi Ülyaya oğlu Abbası verməkdən imtina etdilər. Əslində isə onlar, taxt-tacın varisini öz yanlarında saxlayıb idarə işlərini Abbasın adından icra etməklə özlərini daha müstəqil aparmaq niyyətində idilər. Əliqulu xan Şamlının güclənməsi, Xorasan üzərində öz nəzarətini yaratmağa cəhd göstərən Məşhəd hakimi Murtuizaqulu xan Türkmana təhlükəli göründü. Şamlı və ustaclı tayfasından olan Xorasan əmirlərinin əksəriyyəti, tərkibində türkman və təkəli tayfalarından olan əmirlərin böyük rol oynadığı Qəzvindəki mərkəzi hökuməti tanımamaq barədə öz aralarında saziş bağladı. Onlar Əliqulu xan Şamlını "xanlar xanı" elan edərək özlərinə başçı seçdilər. Beləliklə, Xorasanda əmirlərin bir-biri ilə düşmənçilik edən iki – Herat və Məşhəd dəstəsi yarandı. Qızılbaş əmirlərinin qüvvəsini zəiflətmək, onların arasına təfriqə, düşmənçilik salmaq üçün Məhdi Ülyanın və Mirzə Salmanın şəxsində mərkəzi hökumətin həyata keçirdiyi tədbirlər, istilaçıları dəf etməkdən ötrü qüvvələri birləşdirməyə mane olurdu. Məsələn, qərara alındı ki, bir çox Xorasan əmirləri öz mülklərindən (tiyulat) məhrum edilsinlər və onların torpaqları Osmanlı basqını nəticəsində Şirvanda öz tiyullarını itirmiş, indi isə sarayda yaşayan əmirlərə verilsin. Yenicə mülk almış və keçmiş mülk sahiblərinin çox vaxt eyni tayfadan olması tayfadaxili müharibələr təhlükəsini gücləndirirdi. Bu vəziyyət, mərkəzin təzyiqinə qarşı dura bilmək üçün Xorasan əmirlərini Əliqulu xan Şamlının ətrafında daha çox birləşməyə məcbur edirdi. Əliqulu xan müttəfiqi olan əmirlərlə, öncə Murtuzaqulu xana qarşı Məşhəd üzərinə yeridi. Rəqib qoşunları darmadağın edildi, lakin Əliqulu xan Məşhədi tuta bilmədi. Şah sarayına müsbət münasibətini saxlayan Məşhəd hakimi əleyhinə olan bu yürüş, Herat hakimlərinin aşkar şəkildə mərkəzi hökumətlə əlaqələrini kəsməsi demək idi. Xorasanda tayfalararası müharibə, Əliqulu xanın və Mürşüdqulu xanın yürüşü, onların Məşhədi mühasirəyə alması xəbəri şah sarayının yerləşdiyi Təbrizə gəlib çatdı. Əmir xan Türkman və türkman tayfasından olan əmirlər yubanmadan bu xəbərdən istifadə etdilər, şamlı və ustaclı tayfalarını dövlət əleyhinə qiyamda təqsirləndirməyə başladılar. Onlar sarayda bu tayfalardan olan əmirləri Xorasan qiyamçıları ilə əlaqələr saxlamaqda təqsirləndirərək, şahın qarşısında onlara etimad göstərməmək məsələsini qaldırdılar. Türkman tayfasının əmirləri saraydakı şamlı əmirlərinin yüksək vəzifələrindən sıxışdırılıb çıxarılmasına və onların yerinə öz həmtayfalarından olanları keçirməyə nail oldular. Bu yüksək və gəlirli dövlət vəzifələri uğrunda qızılbaş tayfa əyanları arasında gedən əski mübarizə üsulu idi. İskəndər bəy Münşinin göstərdiyi kimi, sarayda şamlı tayfasından olan əsas əyanlar bunlar idi: Həmzə Mirzənin doğma anası kimi münasibət bəslədiyi Əliqulu xanın anası Xanixan xanım; onun qardaşı və Həmzə mirzənin vəziri olan Hüseyn bəy; şahzadənin yanında xidmətdə olan Vəli Xəlifə Şamlının oğlu İsmayılqulu bəy (şahzadə ona özünün xüsusi rəğbətini bildirməsi əlaməti kimi onu "yoldaşbaşı" fəxri adı ilə təltif etmişdi); mötəbər eşikağasıbaşı Hüseynqulu sultanın oğlu Mehdiqulu bəy; əmiraxurbaşı vəzifəsini tutan Fulad bəyin oğlu Əbülfəth bəy; Qorxmaz xanın oğlu Təhmasibqulu bəy və b. Adları çəkilmiş şəxslər "şahın yaxın adamlarından" olduqları üçün sarayda böyük nüfuz sahibləri idilər. Həmzə Mirzənin vəziri Mirzə Hüseyn bəy Şamlının sarayda tutduğu yüksək mövqeyindən xoşu gəlməyən vəzir Mirzə Salman, şamlı əmirlərinin paxıllığını çəkən türkman əmirlərini müdafiə Əliqulu xanın anası Xanixan xanım Həmzə mirzənin tərbiyəçisi olmuş və Məhdi Ülya öldürüldükdən sonra, əslində ona anasını əvəz etmişdi. İndi isə Əmir xan Türkman və onun həmfikirləri Əliqulu xanın qiyamına, separatçı hərəkətlərinə əsaslanaraq bildirirdilər ki, qiyamçının anası bundan sonra sarayda yaşaya bilməz. Onlar hərəmxana binasına soxuldular və "günahsız qadını" boğub öldürdülər. Sonra isə Əliqulu xanın atası Sultan Hüseyn xanın izinə düşdülər. Kiçik yaşdaki Abbas mirzənin Herat valiliyi ismən və şəklən idi. Heratın gerçək hakimi Şamlı elinin rəisi Əliqulu xan Şamlı idi. Heratda kiçik şahzadəni böyüdən hətta əmzdirən Əliqulu xan Şamlının anası Xan Ağa xanım (Xanixan xanım) idi. O, şahzadəni altı yaşında ikən mərhaməti və ilgisi sayəsində ölümdən belə qurtarmışdı. Ayrıca Əliqulu xan Şamlı və həyat yoldaşı Can Ağa xanım, Abbas mirzə ilə yaxından ilgilənmiş və onu şəfqətli bir ana-ata kimi böyütmüşdülər.Mürşüdqulu xan, Səfəvi şahzadəsini yanına aldırdıqdan sonra Məşhəddə Abbas mirzəni Xorasan hökmdarı elan edib adına pul kəsdirdi və özünü də vəkil olaraq açıqladı. Bunun qarşılığında öç almağı istəyən Herat bəylərbəyi Əliqulu xan Şamlı, Özbəkləri Xorasana dəvət etdi. Əslındə bundan məqsədi onların dəstəyi ilə paytaxt Qəzvini ələ keçirmək idi. Fəqət bir gün gəlib işlərin dəyişib, özünü Özbəklər tərəfindən qətl ediləcəyini əlbəttə təxmin edə bilməmişdi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=178044
Əliqulukənd
Əliquluşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda Rayon mərkəzindən 7 km şərqdə, Gorus - Cəlaloğlu (Stepanavan) avtomobil yolunun sağ tərəfində yerləşir. Kəndin başqa adı Əliqulukənd, Aşağı Əliqulu, Əliqulu uşağı olmuşdur. Kənd Əliqulu adlı şəxs tərəfindən salandığı üçün Əliquluşen// Əliqulukənd adlanmışdır. Toponimin birinci komponenti Əliqulu şəxs adından, ikinci komponenti türk dilində «tikinti, Əliqulu şəxs adından, ikinci komponenti türk dilində «tikinti, kənd, oba, yurd» mənasında işlənən şen sözündən ibarətdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Azadaşen qoyulmuşdur. Qara Murtuza bəy - Tatev mahalının naibi.
https://az.wikipedia.org/w/index.php?curid=414756
Əliqulular
Əliqulular — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. 3201 nəfərdir.[mənbə göstərin] Şəxsiyyətləri Qəşəm Nəcəfzadə - şair. Kəramət Böyükçöl - yazıçı Valeh Bahaduroğlu - şair, yazıçı Simarə İmanova - xanəndə, Azərbaycan Respublikasının xalq artisti Sərvaz Hüseynoğlu - şair, yazıçı, ədəbiyyat müəllimi. Əsəd Cahangir - şair yazıçı, tənqidçi, ədəbiyyatçı. Cavid Səfərli - Vətən müharibəsi şəhidi Rəcəb İsmayılov - Vətən müharibəsi şəhidi
https://az.wikipedia.org/w/index.php?curid=101328
Əliqulular bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=357971
Əliquluuşağı
Əliquluuşağı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Əliquluuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Əliquluuşağı kəndi Məlikəhmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliquluuşağı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Toponimikası Keçmiş adı Qarabaşlı olmuşdur. Kənd əvvəllər bir qədər aralıda yerləşirdi. Sonralar Qarabaşlı kəndindən Aliquluuşağı nəslinə mənsub ailələr indiki ərazidə kəndin bünövrəsini qoymuşlar. Kənd həmin nəslin adını daşıyır. Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 118 evdə 222 tatar (sonralar azərbaycanlı) yaşayırdı. Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=88845
Əliquluuşağı kəndi
Əliquluuşağı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Əliquluuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Əliquluuşağı kəndi Məlikəhmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliquluuşağı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Toponimikası Keçmiş adı Qarabaşlı olmuşdur. Kənd əvvəllər bir qədər aralıda yerləşirdi. Sonralar Qarabaşlı kəndindən Aliquluuşağı nəslinə mənsub ailələr indiki ərazidə kəndin bünövrəsini qoymuşlar. Kənd həmin nəslin adını daşıyır. Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 118 evdə 222 tatar (sonralar azərbaycanlı) yaşayırdı. Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=684614
Əliquluşen
Əliquluşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda Rayon mərkəzindən 7 km şərqdə, Gorus - Cəlaloğlu (Stepanavan) avtomobil yolunun sağ tərəfində yerləşir. Kəndin başqa adı Əliqulukənd, Aşağı Əliqulu, Əliqulu uşağı olmuşdur. Kənd Əliqulu adlı şəxs tərəfindən salandığı üçün Əliquluşen// Əliqulukənd adlanmışdır. Toponimin birinci komponenti Əliqulu şəxs adından, ikinci komponenti türk dilində «tikinti, Əliqulu şəxs adından, ikinci komponenti türk dilində «tikinti, kənd, oba, yurd» mənasında işlənən şen sözündən ibarətdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Azadaşen qoyulmuşdur. Qara Murtuza bəy - Tatev mahalının naibi.
https://az.wikipedia.org/w/index.php?curid=678527
Əliqırıq
Əliqırıq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Qəmərli rayonuna daxil olan Böyük Gilanlar kəndindən 10 km cənub-qərbdə, Əliqırıq bulağının yanında, Pirdağı dağının ətəyində yerləşir. 1930-cu ilin əvvəllərində Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Erməni mənbələrində Əliqrağı, Əlikrık formalarında qeyd edilir. Kəndin adı XX əsrin 30-cu illərində Əliqoıx kimi rəsmiləşdirilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Blraşen qoyulmuşdur. Toponim əfşar türk tayfasına məxsus qırıqlı etnonimi əsasında formalaşıb, «Qırıqlı tayfasından olan Əliyə məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873-cü ildə 110 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 251 nəfər, 1904-cü ildə 202 nəfər, 1914-cü ildə 253 nəfər, 1916-cı ildə 355 nəfər, 1918-ci ilin yanvarında 202 nəfər yalnız azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1918-ci ilin fevralında ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 55 nəfər azərbaycanlı yaşamışdır. 1929-30-cu illərdə xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1931-ci ildə 46 nəfər azərbaycanlı, 79 erməni, 1959-cu ildə 90, 1962-cı ildə 62 nəfər əhali (əksəriyyətini azərbaycanlılar təşkil etmişdir) yaşamışdır. 1962-cı ildən sonra azərbaycanlılar kənddən köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir. Xarici keçidlər Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
https://az.wikipedia.org/w/index.php?curid=127636
Əliqırıx (Göyçə)
Ağqıraq, Astğadzor — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Ağqıraq kəndi rayon mərkəzindən 55,5 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Kəndin qədim adı Ağqıraq olsa da sonralar erməni mənbələrində Əliqırıq, Əliqrağı, Əliqraq kəndi kimi sabitləşmişdir. XX əsrin ortalarında kənd Əliqoıx adlandırılmışdır. Qafqazın 5 verstlik xəritəsində Əlikrıx kimi qeyd edilmişdir. 1897-ci ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı yaşamışdır. Sonradan onlar kənddən deportasiya edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra Ağqıraq kəndinə ermənilər 1829-1930-cu illərdə Türkiyənin Alaşkert və Van bölgəsindən köçürülmüş azərbaycanlılar deportasiya olunmuşdur. Kəndin ərazisində türklərlə bağlı VIII-IX əsrlərə aid tarixi abidələr vardır. Toponim qədim türk dilində «kiçik, balaca», ərazicə çox da geniş olmayan mənasında işlənən ağ sözü ilə, «sahil» mənasında işlənən qiraq sözü əsasında formalaşmışdır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Astğadzor qoyulmuşdur. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Əhmədov T.M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985, 88 səh.
https://az.wikipedia.org/w/index.php?curid=447265
Əliqızıl
Yuxarıtorpaqlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd.. Kəndin adı 1928-ci il qeydlərində Yuxarı Əliqızıl kimi qeyd olunur. Coğrafiyası Kənd İğdır şəhər mərkəzinə 36 km, Aralıq qəsəbə mərkəzindən 9 km məsafədədir.
https://az.wikipedia.org/w/index.php?curid=814517
Əliqışlağı
Əliqışlağı (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Əliqışlağı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
https://az.wikipedia.org/w/index.php?curid=764850
Əliqışlağı (Miyanə)
Əliqışlağı (fars. علي قشلاقي) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (13 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=689112
Əliqışlağı (Ərdəbil)
Əliqışlağı (fars. علي قشلاقي) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 314 nəfər yaşayır (68 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=764827
Əliramiz Axundov
Əliramiz Axundov (tam adı: Əliramiz Əhməd oğlu Axundov; 15 noyabr 1928 – 16 may 1998) — ortoped-travmatoloq, cərrah, tibb elmləri doktoru, professor. Həyatı və təhsili Axundov Əliramiz Əhməd oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən 25 saylı məktəbdə alıb. 1953-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 3 il Masallı rayonunda həkim işləyib. 1956-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Henri Turner adına Uşaq Travmatalogiyası və Ortopediya insitutunun ordinatura və aspiranturasına daxil olub, orada təhsilini tamamladıqdan sonra həmin instututa kiçik elmi işçı kimi işə dəvət olunub. Əliramiz Axundov 16 may 1998-ci ildə Bakı şəhərində vəfat edib. Elmi fəaliyyəti Tibb sahəsi üzrə müdafiə etdiyi elmlər namizədliyi və elmlər doktorluğu dissertatsiyaları 1960-70-ci illərdə SSRİ–nin səhiyyə sistemində böyük marağa səbəb olrmuşdur. O 1972-ci ildən Henri Turner adına İnstitutunun travmatalogiya və cərrahiyyə bölməsinə rəhbərlik edib. Eyni zamanda Rusiya Sovet Federativ Respublikasının uşaq travmatalogiya və ortopediya üzrə Baş həkimi, həmçinin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən travmatologiya problemləri üzrə komissiyasının sədri idi. 1980-ci ildən başlayaraq Azərbaycan Dövlət Tibb institutunun ortopediya, travmatologiya və hərbi-səhra cərrahlığı kafedrasının müdiri, bir neçə müddətdən sonra Bakı şəhərinin Baş travmatoloqu vəzifəsində çalışıb. Azərbaycan Dövlət Tibb institutunun kafedra müdiri işlədiyi müddətdə pedaqoji fəaliyyətə xüsusi diqqət ayırıb və tələbələrinin peşəkarlağının artırılmasına böyük qayğı ilə yanaşıb. Yüzdən çox elmi işin, məqalənin və üç monoqrafiyanın müəllifidir. Travmatoloq-cərrah kimi tibb sahəsində göstərdiyi nailiyyətlərə görə SSRİ Səhiyyə Nazirliyi tərəfindən “Fərqlənmə nişanı” ilə təltif edilib. Xarici keçidlər Az.TOA haqqında
https://az.wikipedia.org/w/index.php?curid=630946
Əlireza Fəqani
Əlireza Fəqani 21 Mart 1978-ci ildə İranda doğulub. 2008-ci ildən etibarən FİFA-nın Beynəlxalq dərəcələi futbol hakimidir. Fəqani 2015-ci il Asiya Çempionlar Liqası Finalı, 2015 Asiya Kuboku Finalı, 2015 FİFA Klublararası dünya Çempionatının finalını, 2016 Olimpiyadanın finalını idarə edib. Həmçinin 2017-ci ildə FİFA Konfederasiyalar Kuboku və 2018-ci ildə Rusiyada keçirilən FİFA Dünya Kubokunda oyunlara təyin edildi. 1978-ci il martın 21-də İranın Məşhəd şəhəri yaxınlığında yerləşən Keşmar şəhərində anadan olmuşdur. Onun ləqəbi Behrooz (بهروز) idi. Atası Məhəmməd Fəqani (محمد فغانی) də futbol hakimi idi. Fəqani əvvəllər özünü futbolçu kimi çalışdırsa da sonda hakim olacağı qərarına gəlmişdir. FİFA Referesi karyerası Fəqani 2008-ci ildə FİFA referesi olub. Yalnız bir illik beynəlxalq təcrübədən sonra Faqani 2009-cu ildə AFF prezidenti Kuboku finalında oyunu idarə etmək əmri aldı. Bu turnirdə "Regar-TadAZ Tursunzoda" və "Dordoi-Dinamo Naryn" (2-0) arasında keçirilən oyunda əsas söz sahibi olan Fəqani özünü göstərə bildi. Braziliya və Xorvatiya arasında 2014 FİFA Dünya Kubokunun açılış matçına dördüncü hakim təyin edildi. Əl-Hilal və Qərb Sidney Wanderers arasında 2014 AFC Çempionlar Liqası Finalı oyununa təyin edildi. O, həmçinin 2015-ci ildə AFC Asiya Kubokunun B qrupunda ilk matçını idarə etmişdi. O, 2015-ci ildə Cənubi Koreya və Avstraliya yığmaları arasında baş tutan AFC Asiya Kuboku Finalına hakim təyin edildi. Fəqani, River Pleyt və FC Barselona arasında 2015 FİFA Klublararası Dünya Kuboku Finalında söz sahibi idi. Bəlkə də əsas hakimi olduğu ən əhəmiyyətli matç, Braziliya və Almaniya arasında keçirilən 2016 Olimpiya oyunlarının final matçı idi. 2017-ci ildə Rusiyanın FİFA Konfederasiyalar Kubokunun iki matçında baş hakim kimi funksiyalarını yerinə yetirib. İranda ilin ən yaxşı futbol hakimi: 2014, 2017 Asiyada ilin ən yaxşı futbol hakimi: 2016
https://az.wikipedia.org/w/index.php?curid=553112
Əlirza Abbasi
Əlirza Təbrizi və ya Əli Rza Təbrizi (XVI əsr, Təbriz – 1628) — daha çox nəstəliq və nəsxisüls xətlərinin ustası kimi tanınmış,lakin yeddi xəttdə məharətlə yazmağı bacaran XVI əsr Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi,məşhur xəttatdır. XVI əsrin sonlarına doğru az qala bütün Azərbaycan Osmanlı türklərinin əsarəti altında idi. Məşhur Təbriz kitabxanası, oradakı bütün emalatxanalarla birlikdə talan edilmişdi. Burada çalışan bütün rəssamlar, xəttatlar, miniatürçülər, əlyazmalar hazırlanması və tərtibatı ustaları əvvəlcə Qəzvinə, sonra isə Səfəvilər dövlətinin paytaxtının köçürülməsi ilə əlaqədar İsfahana qaçmaq məcburiyyətində qalmışdılar. Belə qaçqınlardan biri də istedadlı xəttat, miniatürçü rəssam, nəqqaş və şair Nizam əd-Din Əli Rza Təbrizi idi. O, yeddi xətlə məharətlə işləsə də, nəstəliq və nəsxisüls xətlərinin öyrənilməsində böyük uğurlar qazanmışdı. Sənətkar haqqında tərcümeyi-hal səciyyəli məlumatlar olduqca azdır. Bircə o məlumdur ki, Əli Rza Təbrizi gəncliyini Təbrizdə keçirmiş, burada nəsxisüls xəttini Əla əd-Din Məhəmməd Təbrizidən, nəstəliqi isə Məhəmməd Hüseyndən öyrənmişdir. Məhəmməd Hüseyn Əli Rza üçün bədii yazı növlərinin əhəmiyyəti haqqında şer də yazmışdı: Osmanlı türkləri 1585-ci ildə Təbrizi tutduqdan sonra Əli Rza Qəzvinə köçərək, orada məskunlaşır. O, burada tikilməkdə olan Qəzvin cümə məscidinin tərtibatında iştirak edir, yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsini köçürür, tədris işi ilə məşğul olur. Az sonra Əli Rza Xorasan sərdarı Əbül Mənsur Fərhad xan Qaramanlının yanında qulluğa girir. İstedadlı ustanın qabiliyyətləri haqqında xəbər tezliklə saraya çatır və şah Abbas Əli Rzanı öz yanına qulluğa götürür. Əli Rzanın I Şah Abbasın sarayındakı xidməti barədə müasirlərindən biri yazırdı: "… İndi onlar paytaxt şəhəri Qəzvində dünyanın şahı, Allah-təalanın yer üzündəki kölgəsi, qibleyi-aləmin sarayında yaşayırlar. Onlar burada yorulmadan çalışır və əhəmiyyətli üstünlüklər qazanmaqdan ötrü can qoyurlar. Əyanlar siyahısına daxil olduqdan sonra onlar daim şərəf yiyəsinin yaxınlığında qərar tuturlar. Onlar şahın səxavətindən bəhrələnən, onun mərhəmətindən faydalanan, qiymətli hədiyyələrindən və qayğısından barınan, şan-şöhrət yiyəsi olan ən yaxın adamların sırasındadırlar. Ümid edirlər ki, bütün uğurları qazanacaq və bütün yüksək mərtəbələrə ucalacaqlar." Əli Rza yalnız xəttatlıq sənətində deyil, həmçinin saray diplomatiyası və mədhiyyə söyləmək sahəsində də uğur qazanır. Bu sahədə müvəffəqiyyətləri o dərəcədədir ki, ona "Abbasi" ləqəbi verilir. Əli Rza Təbrizi mədhiyyələr yazır və özünə "Şah Nəvaz" təxəllüsünü götürür. Əli Rzanı şah kitabxanasının müdiri qoyurlar. Bu vəzifəni şah Məhəmməd Xudabəndənin zamanından məşhur şair və rəssam Sadiq bəy Əfşar tuturdu. Həmin vəzifəyə keçən kimi Əli Rza şah Abbasın tapşırığı ilə dövrün ən gözəl xəttatlıq nümunələrindən və ən məşhur miniatürçü rəssamların əsərlərindən ibarət albom hazırlayır. 1602–1604-cü illərdə Əli Rza Məşhədə gedərək, səkkizinci şiə imamı İmam Rizanın məqbərəsinin yazılarını və naxışlarını hazırlayır. Bu iş elə yüksək səviyyədə başa çatdırılır ki, şah Abbas bundan sonra İsfahan məscidlərinin və inzibati binalarının tərtibatı kimi məsul işləri ona tapşırır. Sənətkar sonralar Maqsud bəyin, Şeyx Lütfullahın və Şah Abbasın özünün adını daşıyan məscidlərin qapılarında iri süls xətti ilə yazılar həkk edib. Hal-hazırda Əli Rza tərəfindən işləndiyi bilinən bir çox əlyazmalar mövcuddur. Tədqiqatçı A. Qaziyev özünün orta əsrlər Azərbaycanında yaradılmış əlyazmalarından bəhs edən kitabında həmin işlərdən bir neçəsinin adını çəkir: Hatifinin 1568-ci ildə üzü köçürülmüş "Teymurnamə"si, I şah Təhmasibin türk sultanı I Süleymanın səfirləri ilə söhbətləri (bunların üzü 1601–1602-ci illərdə nəstəliq xətti ilə köçürülüb), Əbdürrəhman Caminin 1613-cü ildə köçürülmüş "Söhbətül-əbrar" əsəri, müxtəlif şerlərdən tərtib edilmiş toplu, "Mehri-şəfai"nin 1616 -cı il nüsxəsi və s. Bunlardan başqa Əli Rza digər ustalar və astronomlarla birlikdə Marağa rəsədxanasının yenidənqurma planının layihələşdirilməsində iştirak etmiş və öz gücünü miniatürçülükdə, habelə poeziyada sınamışdır. Təzkirəçilərdən biri, Mirzə Sənklaxın yazdağına görə, Əli Rza 125 il ömür sürmüş və daha bir rütbəyə -"şeyxül-xəttatin" ("xəttatların şeyxi") adına layiq görülmüşdür. Əli Rza Təbrizinin oğlu Bədi üz-Zaman atasının yanında yaxşı məktəb keçmiş və istedadlı xəttat kimi şöhrət qazanmışdı. O, nəstəliq xəttini gözəl mənimsədiyi üçün "Niknigar" ("Gözəl xətt ustası") təxəllüsünü qazanmışdır. Bədi Azərbaycan türkcəsini, fars və ərəb dillərini yaxşı bildiyi üçün alimlər arasında böyük nüfuz sahibi olub. O, həmçinin yaxşı şair sayılırdı. AMEA-nın Əlyazmalar institutunda Bədinin şerlərindən birinin fraqmenti saxlanır ki, bu da sənətkarın özü tərəfindən ayrıca vərəqdə bədii yazı ilə işlənmişdir. Məşhəddə və İsfahanda olarkən mütləq həmin şəhərlərdəki məscid və məqbərələrə baş çəkin, bu binaları bəzəyən nəqqaşlıq işləri ilə tanış olun və böyük soydaşımız Əli Rza Təbrizinin xatirəsinə dua oxuyun. Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she.
https://az.wikipedia.org/w/index.php?curid=274888
Əlirza Amanbəyli
Əlirza Məhəmməd Rəhim oğlu Amanbəyli (21 mart 1966, Təbriz – 9 noyabr 2019) — Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini, Cənubi Azərbaycan əsilli Azərbaycan ictimai xadimi. Əlirza Amanbəyli Məhəmməd Rəhim oğlu 21 mart 1966-cı ildə İranın Təbriz şəhərində anadan olub, orta təhsilini həmin şəhərdə bitirdikdən sonra 1986–1988-ci ildə hərbi xidmətdə (İran-İraq) muharibəsində olub. O, İranın Təhlükəsizlik Xidməti tərəfindən dəfələrlə həbs edilərək işgəncə və təzyiqlərə məruz qalıb. İran İnqilab Məhkəməsi onu Azərbaycan və Türkiyə Dövlətinə casusluqda ittihamları verərək ona qarşı ittihamlar irəli sürülüb, lakin həmin ittihamları sübut edən tutarlı faktlar olamdıqından sonuncu dəfə Əlirza Amanbəyli 1993-cü ilin sonlarında yekun məhkəməyə qədər mülki girov muqavilində müvəqqəti azadlıqa buraxılsada yenədə təqib və təziqlərə məruz qalığı üçün Azərbaycan Respublikasına qaçmışdır. 1993-cü il Bakı Musiqi Akademiyasının Muğam fakültəsinə daxil olub 2000-ci ildə ali təhsilini bitirib. Musiqi fəaliyyətində 2000-ci il muğam musabiqəsinin laureatı, 2003-cü il sərhəd qoşunlarının marşını yazdıqına görə Fəxri fərmana layiq görünüb. Əlirza Amanbəylinin babası Hacı Məhəməd Rəhim Amanbəy Qafanda doğulub sonradan Zəngilana köçməyə məcbur olmuşdur. 1922-ci ildə Güney Azərbaycanın Üştibin vilayətinə köçüb. Əlirza Amanbəyli 2007-ci ildə evlənmişdir, 2 övladı var. Siyasi fəaliyyəti Əlirza Amanbəyli 1989-cu ildən 1993-cü ilə qədər dəfələrlə qaçaq olaraq Azərbaycan Respublikasında olub orada gedən proseslərdə yaxından iştirak edib. Qarabağ muharibəsi zamanı Güney Azərbaycandan Qarabağda yaralananlar üçün tibbi yardımlar və dərmanlar təşkil edərək döyüş bölgələrinə və Bakıdaki hərbi xəstəxanalara çatdırıb. Qrabağ döyüşlərində yaralanan 200 nəfərə yaxın əsgərlərin Təbriz və Tehran xəstəxanalarında Doktor Cavad Heyətin nəzarəti altında müalicələrini təşkil etmişdir. 1990–1991-ci illərdə Naxcıvan Rus və Erməni silahlıları tərəfindən hərbi və iqtisadi blakadaya alınan zaman təbrizdə Naxcıvana istilik sobaları və yanacaq yərdımları təşkil edərək qaçaq yola keçirmişdir. Əlirza Amanbəyli 1983-cü ildən Güney Azərbaycan Qurtuluş Təşkilatı Mərkəzi Komitəsinin üzvü, Qanlı yanvardan sonra bakıda Fərəc Quliyevin təşəbüsü ilə yaradılmış Qisas Təşkilatının üzvü, 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsinin Güney Azərbaycan üzrə kordinatoru, 1997-ci ildən Əbülfəz Elçibəy rəhbərliyində qurulan Bütöv Azərbaycan Birliyinin Rəyasət Heyətinin üzvü, 2002-ci ildən Güney Azərbaycan Milli Oyanış Hərəkatı Mərkəzi Komitəsinin üzvü və Quzey Azərbaycan bürosunun aparıcı üzvlərindən biri olmuşdur. Əlirza Amanbəyli 2006-cı ildən 2011-cilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqresi Mətbuat Xidmətinin və www.dak.az saytının rəhbəri olmuşdur. Əlirza Amanbəyli 2011-ci oktyabr ayından Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini və Güney Azərbaycan departamentinin sədri, www.davam.az xəbər portalının kordinatoru vəzifəsində çalışmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=280523
Əlirza Atayev
Atayev Əlirza Əsgər oğlu (1898, Yelizavetpol – 1962, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru (1919-1920), görkəmli elm təşkilatçısı, həkim (mama-ginekoloq), tibb elmləri doktoru (1930), professor (1936). Atayev Əlirza Əsgər oğlu 1898-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə rus-tatar (Azərbaycan) gimnaziyasında təhsil almış, 1917-ci ildə Tiflis ali kurslarının tələbəsi olmuşdur. Təhsilini davam etdirmək üçün 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci Moskva Dövlət Universitetinin tibb fakültesinə göndərilmişdir. Hələ 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru olmuşdur.Universiteti bitirdikdən sonra 3-cü Moskva Dövlət Universitetinin kafedrasında bir il ordinator işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya klinikasında çalışmışdır. 1925-ci ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir. Atayev 1936-ci ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri təyin olunmuşdur. 1937-ci ildə repressiyaya məruz qalmış, 8 il müddətinə Sibirə (Maqadan) sürgün olunmuşdur. Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir. 1948-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən Penza vilayət xəstəxanasına məsləhətçi göndərilən Atayev tezliklə Penza vilayətinin baş mama-ginekoloqu seçilir və burada onun təşəbbüsü ilə Ümumittifaq mamalıq və ginekoloqlar elmi cəmiyyətinin filialı yaradılır. 1956-ci ildə Atayevə bəraət verilmiş, lakin o, ağır xəstəliyə tutulduğundan elmi fəaliyyətini dayandırmalı olmuşdur. Əlirza Atayevin Oqtay və Rəna adlı iki övladı olmuşdur. Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
https://az.wikipedia.org/w/index.php?curid=162427
Əlirza Bayramzadə
Əlirza Baxşəli oğlu Bayramzadə (18 mart 1911, Bakı – 1 avqust 1963, Bakı) — Azərbaycan-sovet energetiki, dövlət xadimi, Azərbaycan SSR naziri (1962–1963), Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Energetika və Elektrikləşdirmə İdarəsinin rəisi. Əlirza Baxşəli oğlu Bayramzadə 1911-ci il mart ayının 18-də Bakının Binə kəndində anadan olub. 1920-ci ildə kənd məktəbinə, 1927-ci ildə Bakı Sənaye Texnikumuna daxil olub və 1932-ci ildə həmin texnikumu bitirib. Elektrik quraşdırma sexində əmək fəaliyyətinə başlayıb. 1932–1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra mədənlərdə elektrotexnik, dispetçer, "Azenerji"də mühəndis işləyib. Əlirza Bayramzadə 1941-ci ildə "Qırmızı Ulduz" Dövlət Rayon Elektrik Stansiyasının (1 saylı "Bakı" İstilik Elektrik Mərkəzi) baş mühəndisi təyin olunmuşdur. 1958-ci ildə "Azenerji"nin rəisi olub. O, "Şimal" Dövlət Rayon Elektrik Stansiyası, "Mingəçevir" Su Elektrik Stansiyası, "Sumqayıt" İstilik Elektrik Stansiyası və "Əli Bayramlı" Dövlət Rayon Elektrik Stansiyasının tikintisində iştirak etmişdir. 1955-ci ildə texniki elmlər alim adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1963-cü ildə professor elmi adı almışdır. Bu illərdə o ixtiraçı və təkmilləşdirici, respublikanın əməkdar mühəndisi kimi fəxri adlara layiq görülmüşdür Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəllim işləmişdir.Əlirza Bayramzadə 1962-ci ildə Azərbaycan SSR naziri təyin edilmişdir. Ölümünədək bu vəzifədə işləmişdir. Mükafatları 1950-ci illərin sonunda Əməkdar mühəndis adını almışdır. Lenin ordeni və 2 dəfə Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür. Qırmızı Ulduz istilik mərkəzinə adı verilmiş və heykəli qoyulmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=602733
Əlirza Fərşi
Əlirza Fərşi (az-əbcəd. الیرزا فرشی; 17 oktyabr 1978, Mərənd şəhristanı, Şərqi Azərbaycan ostanı) ― azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu. 2014-cü ilin fevral ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Sonradan məhkəmənin qərarı ilə 15 il həbs və Xuzistan vilayətinin Bağ Məlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib. Fəaliyyətində heç bir cinayət tərkibi olmadığı üçün, eləcə də insan haqları və ana dili haqlarını müdafiə etdiyi üçün Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib və bir sıra başqa təşkilat və qurumlarla birlikdə dərhal azad edilməsi tələb edilib. O, həm də Cənubi Azərbaycanda müxtəlif bölgə və kəndlərə uşaqlar üçün kitab toplayıb onların çatdırılmasını təşkil edən Kəndimiz Fondunun qurucusudur. Həyatı və fəaliyyəti Əlirza Fərşi 1979-cu ildə Mərəndin Dizəc Yekan kəndində anadan olub. Atası İran-İraq müharibəsində dünyasını dəyişib. 1998-ci ildə Şərif Texnologiya Universitetinə daxil olub.Burada kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. Daha sonra Tehran Universitetində magistr təhsili alıb. Universitetdə təhsil aldığı dövrdə Tehran Universitetində Azərbaycan türkcəsində yayımlanan "Yol" jurnalının redaksiyasında fəaliyyət göstərib. Təhsilini bitirdikdən sonra bir il Təbrizdə yaşayıb. Sonradan Culfa şəhərində yerləşən Azad Universitetində dərs keçməyə başlayıb. Müəllimlik fəaliyyəti ilə yanaşı Cənubi Azərbaycanda müxtəlif bölgə və kəndlərə uşaqlar üçün kitab toplayıb onların çatdırılmasını təşkil edən Kəndimiz Vəqfini qurub. Və şəxsən özü kitabların çatdırılmasında iştirak edib. Kəndimiz Vəqfi fəaliyyət göstərdiyi illər ərzində onlarla yaşayış məntəqəsində minlərlə kitabı orada yaşayan uşaqlara hədiyyə edib. Həbs edilməsi və sonrakı fəaliyyəti 2009-cu ilin may ayında Təbrizdə El gölü meydanında ana dilində təhsil üçün keçirilmiş etiraz aksiyasında həyat yoldaşı Sima Didar ilə birlikdə həbs edilib. Məhkəmə onları bir il müddətinə həbsə məhkum etsə də ikinci instansiya məhkəməsi həbsin müddətini 6 aya endirib. 2010-cu ildə Culfa şəhərində yerləşən "Azad" Üniversitindən müəllimlikdən azad edilib. Təbriz həbsxanasına köçürüldükdən sonra vəsiqə qarşılığında müvəqqəti azad olunur. 2011-ci ildə yenidən həbs edilərək Təbriz həbsxanasına köçürülüb. 2014-cü ildə Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün Əkbər Azad, Behnam Şeyxi, Həmid Mənafi Nadarlı, Mahmud Ocaqlı, Rüstəm Kazımpur, Mənsur Fəthi və Əziz Fərşi ilə birlikdə həbs edilib. Sonradan məhkəmənin qərarı ilə 15 il həbs və Xuzistan vilayətinin Bağ Məlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib. Tehranın Evin zindanında saxlanan fəallar Əkbər Azad və Əlirza Fərşini həbslərindən 2 ay keçdikdən sonra həbsxananın daha sərt korpusu olan 305-ci korpusa köçürüblər. 2021-ci il sentyabrın 22-də Əlirza Fərşi İran İslam Respublikasının məhkəmələrində olan hakimlərin qəddar və ədalətsiz hökmlərinə və həmçinin məktəblərdə türklərin ana dilində təhsildən məhrum edilmələrinə etiraz olaraq 3 gün müddətinə aclıq aksiyası keçirəcəyini bildirib. Sonradan siyasi məhbus Abbas Lisani və başqa 7 məhbus da Əlirza Fərşiyə dəstək olmaq məqsədilə həmin aksiyaya qatılıb. 2021-ci ilin noyabr ayında məzuniyyət hüququndan məhrum olunması ilə əlaqədar məhkəmə rəsmilərinə açıq məktub yazıb. O, məktubunda xəstəliklərinin ağırlaşması, göz əməliyyatına ehtiyacının zəruriliyini və 2-ci tip şəkərli diabet xəstəliyinə tutulmasını izah edərək, məzuniyyətə buraxılmasını və həbsxanadan kənarda müalicə olunmasını tələb edib. Həmçinin məktubunda 20 ay həbs müddəti ərzində sadəcə 3 günlük məzuniyyətə buraxıldığını qeyd edərək Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil edilən mərasimdə iştirak etmək və qanun çərçivəsində türk dili və etniklərin hüquqları mövzusunda göstərdiyi fəaliyyətə görə həbsə məhkum edilməsini tənqid edib. 2021-ci il dekabrın 12-də Böyük Tehran Həbsxanasında cəza çəkən Əlirza Fərşi 3 günlük aclıq aksiyasına başlayıb. Həbsxanadan göndərdiyi açıq məktubda bu aclığı ətraf mühitin çirkləndirilməsi, o cümlədən Urmiya gölünün quruması, Araz çayına tullantıların tökülməsi, fəhlə və müəllim sinfinin dolanışıq vəziyyəti, Azərbaycan bölgəsində olan işsizlik problemi, habelə azərbaycanlı milli fəallara qarşı qeyri-qanuni təzyiqlərə etiraz olaraq etdiyini qeyd edib. Tutulmasına qarşı etirazlar Fəaliyyətində heç bir cinayət tərkibi olmadığı üçün, eləcə də insan haqları və ana dili haqlarını müdafiə etdiyi üçün Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib və dərhal azad edilməsi tələb olunub. 2021-ci ilin may ayında "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti "Azərbaycanlı mədəni məhbusların vəziyyətinin monitorinqi" başlığı altında BMT-yə məktub ünvanlayıblar. Bu məktubda onlar Əlirza Fərşinin vəziyyətindən narahat olduqlarını qeyd ediblər. Əlirza Fərşi həbsdə olduğu müddətdə şəkər xəstəliyinə tutulub və müalicə imkanları olmadığı üçün vəziyyəti daha da ağırlaşıb. Bundan başqa görmə qabiliyyəti zəifləsə də, gözlərinin əməliyyata ehtiyacı olsa da onun müalicə və əməliyyatı üçün heç bir şərait yaradılmayıb. 2021-ci iyulun 5-də milli mədəni fəallar siyasi məhbus Əlirza Fərşiyənin azadlıq tələbi ilə Təbriz küçələrində vərəqələr paylayıblar. Fəallar üzərində "Əlirza Fərşi, insan azadlığa məhkumdur", "Azərbaycan türk millətinin milli qəhrəmanı ata Babəkin doğum günü qutlu olsun" şüarlar yazılmış afişa və vərəqələri Təbrizin əksər bölgələrində divarlara yapışdırıb, əhali arasında paylayıblar. Bununla yanaşı iyulun 5-də Mərənd şəhərində də Əlirza Fərşiyə dəstək və ona qarşı haqsızlıqlara qarşı aksiya keçirilib. Mərənd şəhərinin milli-mədəni fəalları "Əlirza Fərşinin həyatı təhlükədədir", "azərbaycanlı siyasi dustaqlar bizim qırmızı xəttimizdir" məzmunlu afişalar yayıb, şəhərin körpüsü üzərində baner asıblar. 2021-ci il iyul ayının 16-da 18 insan haqları qrupu birlikdə Əlirza Fərşiyə dəstək bəyanatı yayımlayıblar. Onlar öz bəyanatlarında Əlirza Fərşinin həbsxanada qəddar, qeyri-insani və aşağılayıcı rəftara məruz qaldığını, ehtiyacı olduğu tibbi yardımı almamasını qeyd ediblər. Bu baş verən hadisələrə görə onlar İran İslam Respublikası rəsmilərini Əlirza Fərşinin həyatı və sağlamlığını qorumaq üçün lazımi addımları atmağa və ehtiyacı olan ixtisaslaşdırılmış tibbi yardımı təmin etməyə çağırıblar. Bundan başqa Əlirza Fərşinin dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını, habelə ona qarşı qanunsuz ittihamlar irəli sürən və pis rəftar tətbiq edənlərin mühakimə olunmasını tələb ediblər. 2021-ci ilin avqust ayında BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda baş verən hüquq pozuntuları ilə bağlı növbəti hesabatını BMT-nin Baş Assambleyasına təqdim edib. O, təqdim etdiyi 25 səhifəlik hesabatda İran Azərbaycanında fəaliyyət göstərən Abbas Lisani və Əlirza Fərşi kimi türk vətəndaş cəmiyyəti fəallarının azlıqların hüquqlarını müdafiə etdikləri üçün hədəf alındıqlarını, həbsxanada Əlirza Fərşinin fiziki zorakılıq və pis rəftara məruz qaldığını qeyd edib2021-ci ilin oktyabr ayında milli mədəni fəallar Təbriz küçələrində üzərində "Azadlıq", "Əlirza Fərşi", "insan azadlığa məhkumdur", "Ver əlini əlimə, uçmağından qovulmuş həsrətində yanıram — 43 ildir uzaqda qara yerdə yatıram" şüarları yazılmış banerlər asıblar. Həmçinin bax Abbas Lisani Səid Mətinpur Xarici keçidlər Fərşi ədalətsiz məhkəmə iclasına etiraz edib Əlirza Fərşi haqqında çəkilmiş "Ana dilim" filmi Əlirza Fərşi: Ana dilimizin unutdurulmasını istəmirik İranda Əlirza Fərşinin həbs cəzası 50 ay artırıldı / Azadlıq Radiosu Əlirza Fərşi haqqında / Günaz TV VOA: Əli Rza Fərşi ilə müsahibə / Amerikanın səsi Tanınmış milli fəal Əlirza Fərşi 3 günlük aclıq aksiyasına başlayıb / Günaz TV Əlirza Fərşinin azadlığı tələbi ilə Mərənddə asılmış baner Əlirza Fərşi: İran hökuməti yardım səylərini əngəlləyir [Audio] / Amerikanın səsi GünAz TV| Ana dili günü və Əlirza Fərşi sənədli film
https://az.wikipedia.org/w/index.php?curid=732741
Əlirza Nabdil Oxtay
Əlirza Əli oğlu Nabdil 1943-cü ildə Təbrizdə anadan olub. Orta təhsilini Təbrizdə aldıqdan sonra Tehran Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra isə Xoy şəhərinə köçüb və burada müəllimlik edib. Dostları ilə birlikdə Təbrizdə İran "Xalq Fədai Çerikləri" təşkilatını yaradıb. Yaradıcılığı Xoyda müəllim işlədiyi illərdə o, Cənubi Azərbaycanın mütərəqqi fikirli, tərəqqipərvər ziyalılarından olan yazıçı-müəllim Səməd Behrəngi (1940–1969) ilə tanış olur. S. Behrəngi Ə. Nabdilin duyğu, düşüncə və məramına bələd olduqdan sonra onu milli ruhlu ziyalılardan olan Əmir Pərviz Puyanla tanış edir. Çox keçmir ki, Ə. Nabdil şahlıq rejiminə qraşı müxalif olan gənc qüvvələrin dərin rəğbətini qazanır. Az sonra o, əqidə dostalarından olan Bəhruz Dehqani və Manaf İmani ilə birgə "İran Xalq Fədai Partizanları" təşkilatının Təbriz qanadının mərkəzi özəyini yaratmağa müvəffəq olur. Bu təşkilatın əsas məqsədi İran ərazisində yaşayan xalqları, o cümlədən hamıdan artıq ayrı-seçkiliyə, təqib və məhrumiyyətlərə məruz qalan Azərbaycan türklərini şahlıq rejiminə qarşı mübarizəyə hazırlamaqdan və gəlcəkdə İranda yaşayan xalqların milli, mənəvi və hüquqi bərabərliyini təmin etməkdən ibarət idi. Bu təşkilatın əməli fəaliyyəti nəticəsində 1970-ci ildə şahlıq rejiminə qarşı "Siyahkəl silahlı üsyanı" adı ilə məşhur olan xalq hərəkatı baş vermişdi. Əfsuslar olsun ki, beynəlxalq demokratik qüvvələr tərəfindən yetərincə himayə olunmayan bu xalq hərəkatı silah gücünə amansızcasına yatırıldı və təşkilatın qərarı ilə onun üzvləri İranın müxtəlif yerlərinə səpələnərək gizli fəaliyyətə keçdilər. 1971-ci ilin baharında (şəmsi tarixi ilə 1350-ci ilin fərvərdin ayı) Tehranın Paminar rayonunun xəfiyyələri tərəfindən izlənilən Ə. Nabdil hökumətə qarşı silahlı mübarizəni təbliğ edərkən dövlət məmurlarının atəşinə məruz qalaraq ağır yaralandı və huşsuz halda ələ keçirildi. SAVAK-ın məşhur cəlladları Niktəb, Pərviz Sabiti və onların əlaltıları tərəfindən ağır işkəncələrə məruz qalsa da, yoldaşları və təşkilat barədə ondan heç bir məlumat ala bilmədilər. Polis nəzarəti altında olan xəstəxanada müalicə olunarkən imkan tapan kimi xəstəxananın üçüncü mərtəbəsindən tullanaraq qaçmaq istəyən Ə. Nabdil ələ keçməsin deyə, yenicə sağalmağa başlayan yarasını yırtaraq bağırsaqlarını əlinə dolayıb intihara cəhd etsə də, buna müvəffəq olmur. Polis tərəfindən yaxalanan, yenidən zindan küncünə atılan şair on bir ay ağır işkəncələrə dözür. Uzun sürən məhkəmələr ona altı dəfə ölüm hökmü çıxarsa da, hökmün icrasına onun dilindən söz ala bilmədiklərinə görə cəsarət etmirlər. Nəhayət, 1350-ci ilin isfənd ayının 22-də (1972-ci il martın 13-də) Ə. Nabdil Manaf Fələki və digər səkkiz məsləkdaşı ilə birlikdə vəhşicəsinə edam edildi. Ə. Nabdilin vəfatından 7 il sonra Həbib Sahir məqalələrinin birində şair haqqında yazırdı: "Oxtayın şeirləri nə o taylıların, nə də bu taylıların şeirinə bənzəmir. Oxtayın əlhanında yalnız gözəllik deyil, dərin bir duyğu və fərqli bir ahəng var idi. Şübhəsiz, Oxtay müstəsna istedada malik bir gənc idi, lakin əfsus, o parlaq cəvahir qara torpaq altında çürüyüb fənaya getdi". Şeirlərini "Oxtay" təxəllüsü ilə yazan Ə. Nabdilin belə bir təxəllüs götürməsi təsadüfi deyil. Şairin təxəllüsünün izahı ilə bağlı qeydlərindən anlaşıldlğı kimi, təxəllüsün anlamı "oxa tay, ox kimi, oxa bənzər" mənalarını verir. Ə. Nabdilin ölümündən sonra dostları onun şeirlərini toplayaraq "İşıq" adlı bir kitabda nəşr etdirmişlər. Topluda çap olunmuş şeirlərin 33-ü və şair Məftun Əminindən edilmiş 2 tərcümə 1963–1967-ci illərə aiddir. Şairin S. Behrənginin olümü münasibəti ilə yazdığı "Səməd könlümdədir" şeiri isə "Arəş" qəzetindən alınaraq kitaba daxil edilmişdir. "Rüfət" nəşriyyatının yerini və ilini göstərməməklə çap etdiyi kitabın həcmi 116 səhifədən ibarətdir. Nəşriyyat tərəfindən farsca yazılmış 1 səhifəlik ön sözdən sonra 106-cı səhifə də daxil olmaqla şairin öz şeirləri, 107–116-cı səhifələrdə isə şeirlərini əsasən farsca yazan Azərbaycan şairi Y. Məftundan tərcümə etdiyi "İnsan və soruşucu", "Yeli səsləyirik" adlı iki şeiri verilmişdir. Ə. Nabdilin əlimizə gəlib çatan digər kitabı "Tülkü kitabı" adlanır. XIX əsrdə yaşamış Azərbaycan şairi M. Xalxalinin "Sələbiyyə" məsnəvisinin motivləri əsasında yazılmış bu əsəri müəllif 1970-ci ildə tamamlamış, kitab onun ölümündən 10 il sonra, 1980-ci ildə Təbrizin "Ehya" nəşriyyatında çap olunmuşdur. 62 səhifədən ibarət olan bu kitabı M. Xalxalinin "Sələbiyyə"sinin sadələşdirilmiş variantı və ya qısaldılmış forması adlandırmaq doğru olmazdı. Bizcə, Ə. Nabdil Cənubi Azərbaycanda yazılı ədəbiyyatda anadilli uşaq ədəbiyyatı nümunələrinin yox dərəcəsində olduğunu nəzərə alaraq, zəmanənin ruhuna uyğun yeni bir "Tülkü kitabı" ("Tülkünamə") yaratmışdır. Bunlardan başqa, Ə. Nabdildən farsca yazdığı bir neçə məqalə və bir xatirə yadigar qalmışdır ki, bunların tərcümə edilərək oxuculara çatdırılması həlli vacib olan məsələlərdəndir. Şairin əlimizə gəlib çatan irsi ilə tanış olduqda, həqiqətən də onun əsərlərinin bir ox kimi Pəhləvi rejiminin bağrına sancılmaq üçün yazıldığı qətiyyən şübhə doğurmur. Həcmcə kiçik, lakin məna və mündəricə baxımından kiçik ölçülərə sığmayan kitabçadakı şeirlərin hər biri məslək və məramı uğrunda məşəl kimi yanan həqiqi, ilhamlı bir şairin hiss və həyəcanlarının bədii təcəssümüdür. 1970-ci ildə yazdığı "Azərbaycan və milli məsələ" adlı məqaləsində məlumat verərək yazır: "Bir qrup gənc 1960-cı illərin əvvələrində Azərbaycan ədəbiyyatının keçmiş və müasir əsərlərini oxumağa, öyrənməyə başladılar. Onlar rejimin ağır basqılarına baxmayaraq, öz ana dillərinin ədəbiyyatı ilə tanış olub, onu bacardıqca mənimsəyib davam etdirmək istəyirdilər. 1932-ci ildən 60-cı illərin əvvəllərinə qədər keyfiyyəti aşağı olan (təbii ki, 1941–1946-cı illər istisna edilməlidir – İ. Q) "Hüseyn Kürdü", "Əmir Arslan", bir neçə növhə kitabı və bir də Şəhriyarın "Heydərbabaya salam"ından başqa Azərbaycan türkcəsində ayrı bir önəmli əsərə nəşr imkanı tapılmamışdır". Şübhəsiz, Ə. Nabdil də haqqında danışdığı "bir neçə gəncdən" biri olmuş və bütün ömrü boyu ənənəsinə sadiq qalaraq doğma dilində yazmağı özünə şərəf işi hesab etmişdir. Ə. Nabdil Oxtayın "Tozlu piano", "İşıq", "Yurd", "Səttarxanın atlıları" və s. kimi əsərləri "adi əhvalatlarda böyük həqiqətlər"in çox ustalıqla verilməsi, əsas ideyanın açılmasına xidmət edən orijinal deyim tərzi ilə diqqəti cəlb edir. Əlirza Nabdil hökumət əleyhinə silahlı mübarizənin vacibliyini təbliğ edərkən 1971-ci ilin yazında Tehranın Paminar rayonunda xəfiyyələr onu həbs etmək istəyib. O, müqavimət göstərib. Xüsusi xidmət orqanlarının əməkdaşları onu həbs etmək üçün atəş açıb və gənc şairi ağır yaralayıblar. Həbsxanada onun əməliyyat edilməsinə tanınmış cərrah Cavat Heyət dəvət edilib. Əməliyyat uğurla keçsə də, Oxtay işgəncələrə dözməyərək mübarizə yoldaşlarının adını çəkə biləcəyindən ehtiyatlanaraq intihara cəhd edib. Özünü həbsxana xəstəxanasının üçüncü qatından atarkən yarasının tikişləri sökülüb. O, yerə tökülən bağırsaqlarını əlinə dolayaraq qırmaqla ölümünü sürətləndirmək istəyib, lakin özünü yetirən həbsxana işçiləri Oxtayın intihar etməsinə mane olublar. 11 aylıq ağır işgəncədən sonra 1972-ci il martın 13-də, sübh çağı Əlirza Nabdil Oxtay 8 məsləkdaşı ilə birlikdə edam edilib. Onu Tehrandakı Behişti Zəhra qəbiristanlığında dəfn ediblər.
https://az.wikipedia.org/w/index.php?curid=49573
Əlirza Rasizadə
Əlirza Abdulla oğlu Rasizadə (28 sentyabr 1884, Naxçıvan – 30 noyabr 1923, Bakı) — Azərbaycanlı maarifçi, həcvyazan, marksist inqilabçı və Zaqafqaziyada sovetləşmə prosesinin fəallarından biri, Naxçıvan MSSR-in yaradıcılarından biri, Azərbaycan SSR siyasi və dövlət xadimi. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qardaşı. Müqəddəs Stanislav ordeni kavaleri. Erkən illəri Əlirza Rasizadə 1884-cü ildə Naxçıvan şəhərində din xadimi hacı-molla Abdulla Rasizadənin (bu soyadın ilk daşıyıcısı) ailəsində anadan olub. 1877-ci ildə hacı-molla Abdulla doğma kəndi Şahtaxtıdan Naxçıvan şəhərinə köçüb və orada onun üç oğlu doğulub: Məhəmməd (1878), Hüseyn (1882) və Əlirza (1884) Rasizadələr. Azərbaycan ədəbiyyatında Rasizadə qardaşları milli mədəniyyətin təkamülündə üç cərəyan ilə və həmçinin ictimai-siyasi fikrin üç istiqaməti ilə eyniləşdirilirldi, çünki Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) Istanbulda türk, Əlirza isə Qori seminariyasında rus təhsilini alıb, müvafiq (islam, türk və rus) təsirinin təbliğçisi olublar. Demək olar ki, bu üç qardaş arasında mürəkkəb münasibətlər XX əsrin Azərbaycan cəmiyyətindəki üç sinfi ideologiyalara uyqun olaraq özünü müvafiq təmsil edib.Naxçıvan şəhərində Əlirzanın müəllimi (bu sözün birbaşa və məcazi mənasında) görkəmli satirik Cəlil Məmmədquluzadə idi. O, ətraf gerçəkliyin konkret misallardarında, o zamanın azərbaycan cəmiyyətində hökm sürən müsəlman ənənələrini və həyat tərzini tənqidi yolla qəbul etmək üsulunu ona öyrətmişdir. Nəticədə, Məmmədquluzadənin təsiri altında, Əlirza bütün həyatı boyu müsəlmançılığı ifşa edirdi. Məmmədquluzadənin məsləhəti ilə (o özü 1887-ci ildə oranı bitirmişdir) Əlirza 1900-cü ildə Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olub, 1905-ci ildə onu bitirdi. Orada o, 1920-ci illərin Zaqafqaziyada Bolşevik İnqilabının bir çox iştirakçısı və yerli Sovet hakimiyyətinin gələcək rəhbər kadrları ilə tanış oldu. Seminariyanı bitirdikdən sonra Əlirza doğma Naxçıvan şəhərinə qayıdır və orada rus dili və ədəbiyyatı üzrə məktəb müəllimi vəzifəsində işləyir. Oradaca o, 1915-ci ildə 15-yaşlı Səkinə Məmmədovaya evləndi və gələn il onların oğlu Şamil anadan oldu. Əlirza maarif sahəsində kifayət qədər sürətli karyera edib, İrəvan quberniyasının Naxçıvan qəzası xalq təhsili departamentinin rəisi vəzifəsinə yüksəldi. Müsəlman əhalisi arasında rus dili və mədəniyyətinin yayılmasında uğurlarına görə Əlirza Rasizadə 1912-cü ildə Müqəddəs Stanislav ordeni ilə təltif edilib, 1913-cü ildə isə Romanovlar evinin 300-illik səltənəti ilə əlaqədar xatirə medalı ilə qeyd olunmuşdur.Birinci dünya müharibəsində Rusiyanın məğlubiyyətindən və Zaqafqaziyada müstəqil respublikaların təhsilindən sonra Ermənistan və Azərbaycan arasında amansız bir müharibə başlayır. 1918-ci ilin yayında Naxçıvan şəhərinin erməni generalı Andranik tərəfindən işğalı nəticəsində Əlirza ailəsi ilə Bakıya qaçmağa məcbur olur və Buynak (indi Şeyx Şamil) küçəsində məskunlaşır. Burada o, Azərbaycan parlamentinin dəftərxanasında stenoqrafist vəzifəsində çalışır. 28 aprel 1920 ildə XI Qızıl Ordu Bakıya daxil oldu və bütün hakimiyyət Azrevkomun əlinə keçdi. Azrevkomun üzvləri arasında Əlirzanın Qori seminariyasındaki yoldaşlarıda var idi—onlar onu dərhal dəvət edib Sovet hakimiyyətini qurmaq üçün Naxçıvana göndərdilər.1920-ci il iyulun 28-də Naxçıvanda XI Qızıl Ordusunun Hərbi İnqilab Şurası Ermənistandan müstəqil Naxçıvan Sovet Respublikasını elan etdi və eyni zamanda Naxrevkom şəklində Naxçıvanda Sovet hakimiyyətinin ali (və yeganə) orqanını yaratdı. Tezliklə Naxrevkom Naxçıvan SSR Xalq Komissarları Şurasına çevrildi və Əlirza Rasizadə onun tərkibində xalq maarifi komissarı vəzifəsinə təyin olundu. Naxçıvanın sovetləşdirməsində xidmətlərinə görə Əlirza Rasizadə 1922-ci ildə Azərbaycan SSR Əmək ordeni ilə təltif edildi. O, yerli ziyalıların bir çox təmsilçilərini qırmızı terrordan xilas edib, onlara yeni Sovet hökumətində iş verdi. (Amma, 1925-ci ildə Mircəfər Bağırovun Naxçıvan reydi nəticəsində, onların hamısı repressiya edildi). 1921-ci il Sovet-Türkiyə müqavilələri nəticəsində Naxçıvan Sovet Respublikası Azərbaycanın himayəsi altında muxtariyyət statusunu aldı və Əlirza Rasizadə Bakıya Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsinin tərkibinə nümayəndə göndərildi.Mərkəzi İcrayyə Komitəsinin tərkibində Əlirza o dövrün görkəmli dövlət xadimləri Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, Sergey Kirov, Qəzənfər Musabəyov, Sultanməcid Əfəndiyev, Nəriman Nərimanov, Ruhulla Axundov və başqaları ilə yanaşı işləmişdir. Rusdilli ziyalı olaraq, Əlirza Azərbaycanın 30 dekabr 1922-ci ildə Sovet İttifaqına daxil olmasını hərarətlə dəstəklədi. O, belə hesab edirdi ki, SSRİ-nin tərkibində və Sovet hökumətinin sənaye inkişafı nəticəsində Azərbaycan müsəlman geriliyi və cəhalətpərəstliyindən ayırıb, daha qabaqcıl Avropa mədəniyyətinə doğru gedəcəkdir, həyat səviyyəsi isə Rusiyaya qədər yüksələcək. Yerlərdə yeni iqtisadi siyasətin aparılması üçün 1923-cü ilin noyabrında Əlirza kənd rayonlarına ezamiyyətə göndərilmişdir. Bir dağ çayından keçəndə, suya yıxılıb ağ ciyərinə su doldu və nəfəs ala bilmədiyindən vəfat etdi. Bakı şəhər Çəmbərəkənd qəbiristanlığında onu dəfn etdilər. Sovet hakimiyyətinə görkəmli xidmətlərinə görə Əlirza Rasizadə ölümündən sonra 1923-cü ildə Azərbaycan SSR Qırmızı bayraq ordeni ilə təltif olundu. Yaradıcılığı Əlirza Rasizadənin publisistikası iki dövrə bölünür: Azərbaycanda 28 aprel 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından əvvəl və sonra. İnqilabdan əvvəlki dövrdə o, öz pamfletlərini və felyetonlarını Kantor ləqəbi ilə imzalayırdı—o zamanlar, islam cəhalətpərəstlərinin təqibindən qaçmaq üçün, müəlliflərin əksəriyyəti belə edirdilər. Bu xüsusilə Əlirzaya aid idi, çünki o, müsəlman fanatizmini amansızla istehza edirdi, milli adətləri məhvedici satiraya qoyurdu, Azərbaycan cəmiyyətinin həm aşağı, həm də yuxarı təbəqələrinin cəhalətini hər cür təhqir edirdi. Əlirza (Kantor) həmçinin qələm yoldaşları ilə xüsusi kinayə ilə polemika aparırdı. Sovet hakimiyyəti qurulduqdan sonra (və hökumət üzvü olaraq) Əlirza eyni şeyləri artıq öz adı altında yazırdı, çünki onun sosialist ideologiyası hakim mövqe qazanmışdır.Əlirzanın satirasında ən şiddətli üsul Redyard Kiplinqin məşhur "ağ adamın yükü" ifadəsini müsəlmançılığın əleyhinə istifadə edilməsi idi. Bu isə ona qarşı çox sayda sarsıntılara və fiziki təhdidlərə səbəb olurdu, halbuki həmin dövrün böyük azərbaycan satirikləri Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir eyni fikirləri söyləyirdilər: "Çöldə canavar görəndə qorxmuram, harda müsəlman görürəm qorxuram". Məsələn, Əlirzanın pamfletlərindən birində deyilir: "Nədənsə şəriət qanunlarından zövq almaq əvəzinə, müsəlmanlar öz zalımlarından ağ adamın himayəsinə qaçırlar". İndiki zəmanədə bu fikir çox aktual səslənir. Digər felyetonda Əlirza kinayə ilə şaxsey-vaxsey özünə işgəncə vermə ritual yürüşünü hər il keçirilən ekzotik bir festivala çevirib turistlərdən pul qazanmağı təklif edirdi.İnqilabdan sonra Əlirzanın jurnalistliyi daha müsbət hala gəlir. İndi o, yalnız müsəlmançılığın qalıqlarını deyil, eləcə də yeni sovet nomenklaturasının dəhşətli instinktlərini ifşa edirdi. Onun məqalələrinin ardından hakimiyyət orqanları korrupsiya, qanunsuzluq, nepotizm, zülm, inqilabçı həddlər və hökumət səlahiyyətlərindən sui-istifadə faktlarını araşdırdırlar. Misal üçün, bir sıra məqalədə Əlirza yaradıcı və texniki ziyalıların mənzillərini təzəcə vəzifə almış şəxslər tərəfindən zəbt edilməsinin bir sıra faktlarını ifşa etmişdir. Əlirza Rasizadə çox erkən vəfat etmişdir ki, Azərbaycan cəmiyyətində və tarixində daha bir önəmli yer tutsun. Digər tərəfdən isə o, Bağırovun 1930-cu illərdə Azərbaycan SSR rəhbərliyinin böyük terrorla təmizlənməsinə qədər yaşamış olsaydı, şübhəsiz ki, çox qeyri-adi və düşünən bir şəxsiyyət kimi ilk sırada repressiya olmalı idi. Yalnız indi, həmin dövrün tarixini dərin araşdırma nəticəsində, Əlirza Rasizadənin sosialist inqilabında əsl rolu və vaxtından əvvəl söylənilən fikirləri unutqanlıq qaranlığından üzə çıxıb bütün əzəməti ilə parladı. F.Kazemzadeh. The Struggle for Transcaucasia (1917–1921). Philosophical Library (publisher), New York, 1951, 356 pages. R.G.Suny. The Baku Commune (1917–1918): Class and nationality in the Russian Revolution. Princeton University Press, Princeton, 1972, 442 pages. T.Swietochowski. Russian Azerbaijan (1905–1920): The shaping of a national identity in a Muslim community. Cambridge University Press, Boston, 1985, 272 pages. T.Swietochowski. Russia and Azerbaijan: A borderland in transition. Columbia University Press, New York, 1995, 289 pages. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=497160
Əlirza Rzayev
Əlirza Mehman oğlu Rzayev (29 sentyabr 2000; Salyan, Azərbaycan — 29 sentyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlirza Rzayev 29 sentyabr 2000-ci il tarixdə Salyan şəhərində anadan olub. Atası Mehman Rzayev 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Əlirza Rzayev 10-cu sinfə qədər şəhid Azər Səfərov adına Salyan internat məktəbində təhsil alıb. 10 və 11 sinifləri Salyan şəhər 4 saylı məktəbdə oxuyaraq 2017-ci ildə orta təhsilini başa vurub. O, 2018-ci ildə Qərb Universitetinin nəzdində olan Qərbi Kaspi Kollecinə daxil olub, vergi və vergitutma ixtisası üzrə əyani təhsil almağa başlayıb. Hərbi xidmətləri 2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə gedib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlirza Rzayev Murovdağ və Madagizin azad edilməsində savaşıb. Əlirza topçu kimi Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə iştirak edib. O, 2020-ci il 29 sentyabr tarixində, 20 yaşı tamam olan gün Goranboy rayonu Tapqaraqoyunlu kəndi, istiqamətində düşmənin atdığı mərmi nəticəsində aldığı qəlpə xəsarətlərindən dünyasını dəyişib.. Salyanda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlirza Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əlirza Rzayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlirza Rzayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=772364
Əlirza Sabahifard
Əlirza Sabahifard (farsca: علیرضا صباحی‌فرد) (21 mart 1963, Qum) — hal-hazırda İranın nizami ordusu olan Arteshin Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbəri olan İranlı Briqada generalı rütbəli hərbçi. 29 may 2018-ci ildə Ayətullah Əli Xamenei tərəfindən vəzifəyə bu təyin edilmişdir. 1984-2008-ci illər arasında İran Hərbi Hava Qüvvələrində, 2008-ci ildən isə İran Hava Hücumundan Müdafiə Qüvvələrində işləyir.
https://az.wikipedia.org/w/index.php?curid=613230
Əlirza Saçar Zərif
Əlirza Saçar Zərif - Güney Azərbaycanlı baletmeyster, rəqqas, incəsənət professoru, pedaqoq. Əlirzanın valideynləri 1937-ci il repressiyasından qurtulmaq üçün sovet Azərbaycanından İrana köçüblər. Daha sonra ailə Kanadada məskunlaşıb. İranda doğulub boya-başa çatan Əlirza Kanadada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Saçarın valideynləri yenidən Bakıya qayıdıb bir müddət burada yaşayıblar. Əlirza Bakıda çox olduğunu deyir. Kanadada ali tibb təhsili alan azərbaycanlı daha sonra bir xoreoqraf kimi də musiqi sahəsində təkmilləşib. Bakıya, valideynlərinin yanına qayıdanda ailəsi ilə dostluq edən bir sıra sənət ustaları ilə görüşüb, incəsənətə, musiqiyə, rəqsə meylindən danışıb. Əlirza rəqs kursuna gedib, Azərbaycan xalq rəqslərini öyrənib. Tanınmış sənətçilərlə ünsiyyət qurub, onlardan dərs alıb. Bir ildən sonra Kanadaya qayıdan həvəskar rəqqas Toronto Universitetinin incəsənət fakültəsinin rəqs şöbəsinə daxil olub, bakalavr, magistratura və doktorantura təhsili alıb. Əlirza Saçar Zərif hazırda həmin universitetdə Mərkəzi Asiya xalqlarının rəqslərini tədris edir. 2004-cü ildən rəqs hərəkətlərinə muğam üzərindən quruluş verməyə başlayan xoreoqraf yenə Bakıya üz tutub. O, muğamın yalnız səhnə musiqisi deyil, canlı bir məşq olduğunu düşünür: "Muğam həyatın bir parçasıdır. Fikir əruzla, məzmun musiqi ilə gəlib. Əməl isə rəqsdə özünü göstərir. Bu, üçlük ansamblıdır. Musiqi ilə şeiri canlandıran rəqsdir. Çünki musiqi və şeir hiss və fikirdir, rəqs isə həm də məkandır. Rəqs daxildəki yaddaşı oyada bilirsə, yaşantıdır. Dırnaqüstü, akrobatik hərəkətlər müvəqqəti, keçicidir". "Millətlərarası mədəniyyət səfiri" mükafatı - Kanada hökuməti tərəfindən "Rəqs ustası" - Özbəkistan Milli Xoreoqrafik İnstitutu tərəfindən Xarici keçidlər "Rəqsin dili" verilişi - Əlirza Zərif Alim Qasımov və Əlirza Zərif - Rast rəqsi Əlirza Zərifin rəsmi saytı Arxivləşdirilib 2013-02-17 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=321789
Əlirza Seidov
Əlirza Seidov (15 yanvar 1932 – 1978) — Ləzgi şairi, şeirlər və balladalar müəllifi. "Samur melodiyaları" (1959), "Parlaq ulduzum" (1964), "Gümüş tellər" (1973), "On ikinci kitab" (1975), "Qızıl vadi" (1979) və s. şeirlər toplusunu yazmışdır. Bioqrafiyası Əlirza Uzairoviç Səidov 1932-ci il yanvarın 15 -də Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Axtı rayonunun Qdınk kəndində anadan olmuşdur. 1959-cu ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Yaradıcılığı Əlirza Uzairoviç Saidov "Znamya Sosializm" qəzetinin ədəbi işçisi, "Dağıstan qadını" jurnalının məsul katibi və respublika "Kommunist" qəzetinin mədəniyyət şöbəsinin müdiri işləmişdir. 1970-ci ildən şeir məsləhətçisi və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin katibidir. 1959-cu ildə Əlirza Səidovun şeirləri ilk dəfə "Znamya Sosializm" qəzetinin səhifələrində çap olunur. Elə həmin il "Molodaya Qvardiya" nəşriyyatı rus dilinə tərcümə edilmiş "Səninlə, Samur", Dağıstan kitab nəşriyyatı isə "Samur melodiyaları" şeirlər toplusunu ləzgi dilində ilk şeirlər toplusunu nəşr ediri. Səidovun şeirləri tez-tez mərkəzi və respublika mətbuatının səhifələrində dərc edilir. Bunların arasında "Sovetski Dağıstan", "Dağıstan qadını", "Drujba Narodov", "Yunost", "Smena", "Oktyabr" və digər jurnallarda "Literaturnaya qazeta", həftəlik "Literaturnaya Rossiya" vardır. Səidovun bir çox şeirləri Şimali Qafqaz xalqlarının, qonşu ölkələrin dillərinə, eləcə də dünyanın ingilis, polyak, bolqar və digər dillərinə tərcümə edilmişdir. Əlirza Səidov Aleksandr Puşkin, Mixail Lermontov, Maksim Qorki, Taras Şevçenko, Vladimir Mayakovski, Sergey Yesenin, Aleksandr Tvardovski, Rəsul Həmzətov, Korney Çukovski və digər şairlərin əsərlərini ləzgi dilinə tərcümə etmişdir. Dağıstan bəstəkarları Səidovun şeirlərinə musiqi bəstələmiş və bir çoxları məşhur ləzgi mahnıları olmuşdur. Mükafatları 1977-ci ildə Əlirza Uzairoviç Səidov Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Süleyman Stalski adına Respublika Mükafatının laureatı olur ("Canlı işıqlar" şeirlər kitabına görə). O, Dağıstan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə də təltif edilmişdir. Əlirza Seidovun şeirləri
https://az.wikipedia.org/w/index.php?curid=724184
Əlirza Təbrizi
Əlirza Təbrizi və ya Əli Rza Təbrizi (XVI əsr, Təbriz – 1628) — daha çox nəstəliq və nəsxisüls xətlərinin ustası kimi tanınmış,lakin yeddi xəttdə məharətlə yazmağı bacaran XVI əsr Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi,məşhur xəttatdır. XVI əsrin sonlarına doğru az qala bütün Azərbaycan Osmanlı türklərinin əsarəti altında idi. Məşhur Təbriz kitabxanası, oradakı bütün emalatxanalarla birlikdə talan edilmişdi. Burada çalışan bütün rəssamlar, xəttatlar, miniatürçülər, əlyazmalar hazırlanması və tərtibatı ustaları əvvəlcə Qəzvinə, sonra isə Səfəvilər dövlətinin paytaxtının köçürülməsi ilə əlaqədar İsfahana qaçmaq məcburiyyətində qalmışdılar. Belə qaçqınlardan biri də istedadlı xəttat, miniatürçü rəssam, nəqqaş və şair Nizam əd-Din Əli Rza Təbrizi idi. O, yeddi xətlə məharətlə işləsə də, nəstəliq və nəsxisüls xətlərinin öyrənilməsində böyük uğurlar qazanmışdı. Sənətkar haqqında tərcümeyi-hal səciyyəli məlumatlar olduqca azdır. Bircə o məlumdur ki, Əli Rza Təbrizi gəncliyini Təbrizdə keçirmiş, burada nəsxisüls xəttini Əla əd-Din Məhəmməd Təbrizidən, nəstəliqi isə Məhəmməd Hüseyndən öyrənmişdir. Məhəmməd Hüseyn Əli Rza üçün bədii yazı növlərinin əhəmiyyəti haqqında şer də yazmışdı: Osmanlı türkləri 1585-ci ildə Təbrizi tutduqdan sonra Əli Rza Qəzvinə köçərək, orada məskunlaşır. O, burada tikilməkdə olan Qəzvin cümə məscidinin tərtibatında iştirak edir, yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsini köçürür, tədris işi ilə məşğul olur. Az sonra Əli Rza Xorasan sərdarı Əbül Mənsur Fərhad xan Qaramanlının yanında qulluğa girir. İstedadlı ustanın qabiliyyətləri haqqında xəbər tezliklə saraya çatır və şah Abbas Əli Rzanı öz yanına qulluğa götürür. Əli Rzanın I Şah Abbasın sarayındakı xidməti barədə müasirlərindən biri yazırdı: "… İndi onlar paytaxt şəhəri Qəzvində dünyanın şahı, Allah-təalanın yer üzündəki kölgəsi, qibleyi-aləmin sarayında yaşayırlar. Onlar burada yorulmadan çalışır və əhəmiyyətli üstünlüklər qazanmaqdan ötrü can qoyurlar. Əyanlar siyahısına daxil olduqdan sonra onlar daim şərəf yiyəsinin yaxınlığında qərar tuturlar. Onlar şahın səxavətindən bəhrələnən, onun mərhəmətindən faydalanan, qiymətli hədiyyələrindən və qayğısından barınan, şan-şöhrət yiyəsi olan ən yaxın adamların sırasındadırlar. Ümid edirlər ki, bütün uğurları qazanacaq və bütün yüksək mərtəbələrə ucalacaqlar." Əli Rza yalnız xəttatlıq sənətində deyil, həmçinin saray diplomatiyası və mədhiyyə söyləmək sahəsində də uğur qazanır. Bu sahədə müvəffəqiyyətləri o dərəcədədir ki, ona "Abbasi" ləqəbi verilir. Əli Rza Təbrizi mədhiyyələr yazır və özünə "Şah Nəvaz" təxəllüsünü götürür. Əli Rzanı şah kitabxanasının müdiri qoyurlar. Bu vəzifəni şah Məhəmməd Xudabəndənin zamanından məşhur şair və rəssam Sadiq bəy Əfşar tuturdu. Həmin vəzifəyə keçən kimi Əli Rza şah Abbasın tapşırığı ilə dövrün ən gözəl xəttatlıq nümunələrindən və ən məşhur miniatürçü rəssamların əsərlərindən ibarət albom hazırlayır. 1602–1604-cü illərdə Əli Rza Məşhədə gedərək, səkkizinci şiə imamı İmam Rizanın məqbərəsinin yazılarını və naxışlarını hazırlayır. Bu iş elə yüksək səviyyədə başa çatdırılır ki, şah Abbas bundan sonra İsfahan məscidlərinin və inzibati binalarının tərtibatı kimi məsul işləri ona tapşırır. Sənətkar sonralar Maqsud bəyin, Şeyx Lütfullahın və Şah Abbasın özünün adını daşıyan məscidlərin qapılarında iri süls xətti ilə yazılar həkk edib. Hal-hazırda Əli Rza tərəfindən işləndiyi bilinən bir çox əlyazmalar mövcuddur. Tədqiqatçı A. Qaziyev özünün orta əsrlər Azərbaycanında yaradılmış əlyazmalarından bəhs edən kitabında həmin işlərdən bir neçəsinin adını çəkir: Hatifinin 1568-ci ildə üzü köçürülmüş "Teymurnamə"si, I şah Təhmasibin türk sultanı I Süleymanın səfirləri ilə söhbətləri (bunların üzü 1601–1602-ci illərdə nəstəliq xətti ilə köçürülüb), Əbdürrəhman Caminin 1613-cü ildə köçürülmüş "Söhbətül-əbrar" əsəri, müxtəlif şerlərdən tərtib edilmiş toplu, "Mehri-şəfai"nin 1616 -cı il nüsxəsi və s. Bunlardan başqa Əli Rza digər ustalar və astronomlarla birlikdə Marağa rəsədxanasının yenidənqurma planının layihələşdirilməsində iştirak etmiş və öz gücünü miniatürçülükdə, habelə poeziyada sınamışdır. Təzkirəçilərdən biri, Mirzə Sənklaxın yazdağına görə, Əli Rza 125 il ömür sürmüş və daha bir rütbəyə -"şeyxül-xəttatin" ("xəttatların şeyxi") adına layiq görülmüşdür. Əli Rza Təbrizinin oğlu Bədi üz-Zaman atasının yanında yaxşı məktəb keçmiş və istedadlı xəttat kimi şöhrət qazanmışdı. O, nəstəliq xəttini gözəl mənimsədiyi üçün "Niknigar" ("Gözəl xətt ustası") təxəllüsünü qazanmışdır. Bədi Azərbaycan türkcəsini, fars və ərəb dillərini yaxşı bildiyi üçün alimlər arasında böyük nüfuz sahibi olub. O, həmçinin yaxşı şair sayılırdı. AMEA-nın Əlyazmalar institutunda Bədinin şerlərindən birinin fraqmenti saxlanır ki, bu da sənətkarın özü tərəfindən ayrıca vərəqdə bədii yazı ilə işlənmişdir. Məşhəddə və İsfahanda olarkən mütləq həmin şəhərlərdəki məscid və məqbərələrə baş çəkin, bu binaları bəzəyən nəqqaşlıq işləri ilə tanış olun və böyük soydaşımız Əli Rza Təbrizinin xatirəsinə dua oxuyun. Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she.
https://az.wikipedia.org/w/index.php?curid=87754
Əlirza Vəziri
Əlirza xan Vəziri-(1891, Tehran, İran - ?) — İran hərbçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi. Ənvər Çingizoğlu, Vəzirilər, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №5, səh.3-13; Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=329553
Əlirza Xələfli
Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu; 1953, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan şairi və yazıçısı, "Kredo" qəzetinin baş redaktoru. Əli Rza Xələfli 1953-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, doğulduğu rayonun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür. 1980-ci illərin əvvəlindən mətbuatda çalişir. 1980–1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə çalışdı. "Xudafərin", "Qoşa qanad", "Qarabağ" və "Həyat" qəzetlərində xüsusi müxbir, şöbə müxbir, şöbə müdiri və redaktor əvəzi vəzifələrin işləmişdir. Ə.Xələflinin ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə "Qızıl qələm" medalı mükafatına, 2003-cü ildə "Məmməd Araz"ali ədəbi mükafatına, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliq Bürosunun "Qılınc və qələm" yaddaş mükafatı, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2002-ci ildə Əli Rza müəllim Azərbaycan Yazıçıları və 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1980-ci ildən Qabaqcıl maarif xadimi, 2010-cu ildə isə Prezident təqaüdçüsüdür. 1999-cu ildən Kredo qəzetinin baş redaktorudur. Ailəlidir. İki oğlu, bir qızı var. "Karvan körpüdən keçir" (1997), "Baş daşımın yazıları" (1998), "Yurdun övladları" (Elçin Kamal birlikdə, 2000) ədəbi-bədii publisistik, "Sözə doğru" (2003) ədəbi-tənqidi, "Ocağımın işığı" (2001), "Həsrət körpüsü" (2006), müəllifi, "Dünyanın söz üzü" (2007), "Adı Şadiman olanın…" (2009),ədəbi-tənqid "Axtala əfsanəsi" (2010),ədəbi-tənqid "Qırmızı həqiqətlər"(2011),ədəbi-tənqid "Od" (2012) "Həyatın Dastanı: ədəbi-fəlsəfi düşüncələr. Hamlet İsaxanlı nın "Ziyarət" poemasının motivləri əsasında", "Xəzər Universitəsi Nəşriyyatı" (2012) Redaktoru və tərtibçi müəllifi olduğu kitablar "Mənəviyyatın ekologiyası" (2005) "Fənayənin sualları" (2006) "Yana-yana qaşadim" (2006), "Koroğlu hoydu dəlilərim, hoydu" (şair İslam Sadıqla birlikdə, (2006) "Yağış damlasıyam" (2007) "Zal ağacı" (2007) Xarici keçidlər Dünyaya, insana, tanrıya sevginin qaynağı – Əli Rza Xələfli poeziyası Azərbaycan Yazıçılar Birliyi. Əli Rza Xələfli – 60 Çağdaş ədəbiyyat cəfakeşi — Əli Rza Xələfli "Qarabağ dünən, bu gün və sabah" 5-ci elmi-əməli konfransının MATERİALLARI (2006-cı il). Mərziyyə Nəcəfova — Vətən ruhuna hakim kəsilən şerlər Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=435019
Əlirza Zihaqq
Əlirza Zihaqq — azərbaycanlı yazıçı, romançı, nağıl yazıçısı, ədəbiyyatşünas, şair və tərcüməçi. Əlirza Zihaqq 1959-cu ildə Xoyda anadan olub. Əsərlərini Azərbaycan və fars dillərində yazır. 1980-1983-cü illərdə Təbrizdə nəşr olunan "Dədə Qorqud dərgisi"nin, həmçinin Xoyda nəşr olunan "Əvrin dərgisi"nin redaktoru olub. Fars dilində yazılan bir çox əsərləri Azərbaycan dilinə çevirib. Hazırda internetdə "Maral" dərgisini nəşr etdirir. Səadətnamə (Neçə çağdaş iranlı yazıçının əsərlərinin Azərbaycan dilinə tərcüməsi toplumu) Quran nağılları (Azərbaycan dilində) Həmid Arəş Azadın şeiri və həyatı haqqında (Azərbaycan dilində məqalə) Urmu gölü (Minu Nüsrətin Dəryaçə şeirinin Azərbaycan dilinə tərcüməsi) Ahular və Yahular kitabı(Nağıl toplumu,Azərbaycan dilində) Başı bəlali dilimiz kitabı(Nağıl toplumu,Azərbaycan dilində) Ana (Nağıl ,Azərbaycan dilində) Barış və Sevgi (Nağıl,Azərbaycan dilində) Şahi Xanım (Azərbaycan xalq nağılı, Fars dilində) Naxçıvan gəlini (Roman, Fars dilində) Bakıda sevgi elanı (Roman, Fars dilində) Xarici keçidlər Əlirza Zihaqq Əlirza Zihaqq Əlirza Zihaqqın bloqu Arxivləşdirilib 2012-01-03 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=269780
Əlirza bəy İsmayılbəyzadə
Əli Rza Ataman və ya Kağızmanlı Əli Rza bəy (1884, Kağızman, Qafqaz diyarı – 26 iyun 1955) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Kağızman qaymakamı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti daxili işlər naziri. Əli Rza Ataman 1884-cü ildə Kağızmanda anadan olmuşdur. İdadi məzunudur. 1914-cü ildə qardaşları Məmməd bəy, Ömər bəy İsmayılbəyzadələrlə birgə tutularaq Qars həbsxanasında həbs olunmuş, 1917-ci ildə azadlığa çıxmışdır.25 iyun 1955-ci ildə vəfat etmişdir. Siyasi fəaliyyəti Difai Partiyasının üzvü və Nəşri-Maarrifin təmsilçisi olmuşdur.5 noyabrda Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.26 noyabr 1918-ci ildə Qarsda yerli Milli İslam Şurasının sancak şöbəsini yaratmışdır.7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldıdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olurdan Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad,Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Hökuməti elan olunmuşdur. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir. 25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. Əli Rza bəy bu hökumətdə daxili işlər naziri təyin olunmuşdur. 13 apreldə ingilis işğalından sonra Əli Rza Ataman Qarsa köçmüşdür. Əli Rza bəy 1921-ci ildə Türkiyə Böyük Millət Məclisinin I çağırışına Qarsdan millət vəkili seçilmək üçün seçkilərə qatılmış, 21 namizəd arasından 91 səs alaraq 2-ci olmuş və Qarsın 3 millət vəkilindən biri seçilmişdir.O, həmçinin Kağızman qaymakamı da olmuşdur. Kağızmandakı evinin yerləşdiyi küçə Ali Ataman prospekti adlanmaqdadır.
https://az.wikipedia.org/w/index.php?curid=717034
Əlirza xan Qaragözlü
Əlirza xan Əliqulu xan Qaragözlü (1884–1954) — Şamlı elinin Qaragözlü oymağından olan İranın maliyyə və ədliyyə naziri. Əlirza xan Əliqulu xan oğlu Qaragözlü 1884-cü ildə Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı. Əlirza xan Qaragözlü Bəhaülmülk ləqəbini daşıyırdı. Əlirza xan Milli Məclisin 3-cü çağrışında Həmədan əhalisi tərəfindən nümayəndə olmuşdu. 1922-ci ildə Həsən Mustovfinin təşkil etdiyi hökumətdə İranın maliyə naziri vəzifəsində çalışmışdı. 1942-ci ildə Əhməd Qəvamın hökumətində ədliyyə naziri olmuşdu. Mirzə Yəhya xanın qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi. Həmçinin bax Qaragözlü oymağı
https://az.wikipedia.org/w/index.php?curid=326408
Əlirza xan Qovanlı-Qacar
Əlirza xan Qovanlı-Qacar (5 mart 1822, Tehran – 22 sentyabr 1910, Tehran) — Qacarlar dövlətinin ədliyyə naziri. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax Mustafaqulu xan Əmirsüleymani Xarici keçidlər Cyrus Ghani: Iran and the rise of Reza Shah. I.B.Tauris, 1998, S. 11.
https://az.wikipedia.org/w/index.php?curid=78525
Əlirza xan Vəziri
Əlirza xan Vəziri-(1891, Tehran, İran - ?) — İran hərbçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi. Ənvər Çingizoğlu, Vəzirilər, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №5, səh.3-13; Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=329550
Əlirzalı
Əlirzalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Əlirzalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlirzalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Toponimikası Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xanın darğası, Ağdam rayonunun Sarıcalı kənd sakini Alırzanın Güllücə kəndindən gətirdiyi ailələrin məskunlaşması nəticəsində yarandığı üçün həmin darğanın adı ilə adlandırılmışdır. Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1078 nəfər əhali yaşayır. Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=106074
Əlirzalı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=353576
Əlirızaçay (Əhər)
Əlirıza (fars. عليرضاچاين) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (41 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=519256
Əlisa Cabbarov
Əli İsa Cabbarov (20 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru, ssenari müəllifi, prodüser. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi. Əli İsa Cabbarov 20 sentyabr 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun kino və televiziya filmləri rejissorluğu fakültəsində təhsil alıb (1996). 1994-cü ildən "Azərbaycantelefilm"də çalışır. 2005-ci ildə Aynur Mustafayeva ilə birlikdə Dərviş Prodüser Mərkəzini, Asif Rüstəmov və Fehruz Şamıyev ilə birlikdə Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasını (AGFİA) təsis edib. 2005-ci ildən Dərviş Prodüser Mərkəzinin direktoru və Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri vəzifəsində çalışır. Əli İsa Cabbarov Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir. 2008-ci ildən "Fokus" analitik kino jurnalının naşirlərindən biridir. 2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Filmoqrafiya Altay Məmmədov (film, 2002) Ana duasından başlanan yol (film, 2001) Arxası qibləyə (film, 2009) Arpaçay (film, 2006) Bir ana tanıyıram (film, 2002) Borçalı elləri. Qaraçöp (film, 1999) Çalış, nəfəs alma (film, 2006) Çiçi xalçaları (film, 2002) Dədəgünəş (film, 2000) Dünya şöhrətli məzun (film, 2003) Düyün (film, 2008) Ev (film, 2007) Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003) İz… Qala (film, 2010) Meşənin nağılı (film, 2001) Molokanlar. Saf ruh (film, 2004) Muzey (film, 1996) Neftlə çəkilən portret (film, 2011) Ölüm haqqında şəhadətnamə və ya Quranı oxuyarkən (film) Qanadlarıma sığal çək (film, 2008) Tanrıya tapınan Kiş (film, 2001) Teatr (film, 2004) Teatral həyat (film, 2009) Təzadlar (film) Yalançılar (film, 2008) Yaxşı adam haqqında (film, 2004) Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002) Zaqatala qoruğu (film, 2001) Zirvədən boylanan Xınalıq (film, 1999) "Sarı gəlin"in sorağında Xarici keçidlər "Mənim tanıdığım Vaqif". Premyera "Mənim tanıdığım Vaqif" filminin təqdimatı keçirilib
https://az.wikipedia.org/w/index.php?curid=39956
Əlisa Fərəcov
Əlisa Yusif oğlu Fərəcov (17 mart 1961, Ucar şəhərində, Azərbaycan SSR) — Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, istefada olan polkovnik-leytenant, 1-ci Qarabağ müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin üzvü. nın 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən]] Həyat və fəaliyyəti 1989–2011-ci illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (hazırkı Dövlət Təhlükəsizliyi Xidməti) müxtəlif ərazi strukturlarında xidmət etmiş, əməliyyat müvəkkilindən şöbə rəisinin müavini vəzifəsinədək yüksəlmişdir. 2011-ci ildə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin "b" bəndinə(yaşa görə) uyğun olaraq polkovnik-leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 2015-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətini davam etdirir. Ailəlidir, 3 övladı və 1 nəvəsi vardır. Xarici keçidlər 1. "Qüsursuz xidmətə görə" medalın 1-ci dərəcəsi 2. "Qüsursuz xidmətə görə" medalın 2-ci dərəcəsi 3. "Qüsursuz xidmətə görə" medalın 3-cü dərəcəsi 4. "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı 5. "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı
https://az.wikipedia.org/w/index.php?curid=761621
Əlisa Nicat
Hüseynov Əlisa Qulam oğlu (Lerik rayonu,Zuvand mahalı,Yuxarı Gədik)— Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi. Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib. 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 1967–1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib. 1973–1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983–1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993–1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib. Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb. 1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib. Bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa çox sayda tərcümələri, şeirləri, esseləri, povestləri var. Gəncəli müdrik (1990) Nağıllara dönən tarix (1993) Ruhların söhbəti (1994) Dünya sərkərdələri (1995) Dünya filosofları (1996) Kədər şərabı (1997) Dünya tarixçiləri (1998) 100 böyük azərbaycanlı (1999) Karvan (2000) Tarixin qürubu (2009) Sasanilərin sonu Ehram (roman) Sarsılmaz Mir Cəfər Mələklər və İblislər Qızılbaşlar Satrap və demokrat Artakserks və Midya türkləri Əsrin mənzərəsi Sirli xəzinə Müdriklik məbədi (2018) Bülbül və gül (povest) Qızıl fəlsəfə Tiranlar və kölələr Kafka və mən Vətənpərvər 2012–2019-cu illərdə 55cildlik əsərlərinin indiyə qədər 26 cildi çapdan çıxmışdır. Xarici keçidlər 80 yaşlı Əlisa Nicat: "İnsanlar min illərlə gerçəkdən uçublar, indi ancaq yuxularda uçurlar" "Müdriklik məbədi"nin sakinləri olaq Facebook: Əlisa Nicat WordPress: Əlisa Nicat
https://az.wikipedia.org/w/index.php?curid=266667
Əlisa Əliyev
Əlisa Arif oğlu Əliyev (8 yanvar 2000, Qızılağac, Masallı rayonu – 6 noyabr 2020, Şuşikənd, Xocalı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlisa Əliyev 8 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində dünyaya göz açmışdır. 2006-2017-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Masallıda yerləşən "Dostluq" MMC-də çalışmışdır. Hərbi xidməti Əlisa Əliyev 2018-ci ildə həqiqi hərbi xidmətə yollanmış, «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdur.Azərbaycan Ordusunun əsgəri olan Əlisa Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əlisa Əliyev Şuşanın azad edilməsinin gedişatında 6 noyabr 2020-ci ildə Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaatan mərmisinin dəyməsi nəticəsində həlak olmuşdur. Əlisa Əliyev Qızılağac kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əlisa Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=692903
Əlisaab Babayev
Babayev Əlisaab Baba oğlu — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı Əlisaab Baba oğlu Babayev 1927-ci ilin mart ayının 10-da Ucar rayonunun Müsüslü kəndində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini doğma kəndində aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olunmuşdu. 4 qız, 1 oğul övladı vardır. 1947-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir. Fəaliyyəti haqqında 1951-ci ildən 1953-cü ilə kimi Müsüslü kənd məktəbində müəllim işləmişdir. 1953–1954-cü illərdə Ucar rayon Komsomol Komitəsinin ikinci katibi işləmişdir. Ə. B. Babayev 1954-cü ildə partiya işinə keçirilmişdir. Ucar rayonundakı Müsüslü MTS partiya təşkilatının katibi, Azərbaycan KP Ucar rayon Komitəsinin təlimatçısı, katibi və ikinci katibi olmuşdur. 1963-cü ildə Ucar rayon Xalq Deputatları Soveti İcraiyyə komitəsinin sədri seçilmişdir. 1966-cı İlə kimi həmin vəzifədə çalışmışdır. 1966-cı ildə Sov. İKP. MK yanında Moskva Ali Partiya məktəbində oxumağa göndərilmiş, 1968-ci ildə həmin məktəbi bitirmişdir. 1968-ci ilin sentyabrından 1982-ci ilin mart ayına kimi Azərbaycan Kommunist Partiyası Saatlı rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. 8-ci və 9-cu Çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan SSR Alin Sovetinin Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd olmuşdur. Ə. Babayevin xidmətləri iki Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı ordenləri ilə qeyd edilmişdir. Ucar rayonunun küçələrindən biri Əlsaab Babayevin adını daşıyır. Ə. Babayev 1994-cü ildə may ayının 26-da Bakı şəhərində vəfat etmiş, doğulduğu Ucar rayonunun Müsüslü kəndində dəfn edilmişdir
https://az.wikipedia.org/w/index.php?curid=545563
Əlisaab Orucov
Əlisaab (Əlisahib) Səftər oğlu Orucov (24 yanvar 1946, Göyçay) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycanın ədliyyə naziri (1985–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992). Əlisaab Səftər oğlu Orucov 24 yanvar 1946-cı ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1953–1964-cü illərdə Göyçay şəhər 3 saylı orta məktəbdə, 1966–1971-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani bölməsində təhsil almışdır.1971-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində Məhkəmə Orqanları İdarəsində məsləhətçi kimi işə başlamış, 1973-cü ilin fevral–iyun aylarında Bakı şəhər Nəsimi rayon xalq məhkəməsində xalq hakimi kimi təcrübə keçmişdir. Elə həmin ilin iyunundan 1977-ci ilin dekabrınadək Kirovabad (Gəncə) şəhərində xalq hakimi işləmiş, 1977-ci ilin dekabrından 1980-ci ilin martınadək isə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1980-ci ilin mart ayında Əlisaab Orucov Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini, iki il sonra isə birinci müavini seçilmişdir.Əlisaab Orucov 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziridir) olmuşdur. 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi işləmiş, Qarabağda gedən müharibə zamanı ön cəbhədə olmuşdur.Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləmişdir.Əlisaab Orucov 1973-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 11-ci (1985–1990) və 12-ci (1990–1991) çağırış deputatı seçilmişdir. Həmçinin bax Azərbaycan ədliyyə nazirlərinin siyahısı I Azərbaycan hökuməti
https://az.wikipedia.org/w/index.php?curid=738651
Əlisahib Orucov
Əlisaab (Əlisahib) Səftər oğlu Orucov (24 yanvar 1946, Göyçay) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycanın ədliyyə naziri (1985–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992). Əlisaab Səftər oğlu Orucov 24 yanvar 1946-cı ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1953–1964-cü illərdə Göyçay şəhər 3 saylı orta məktəbdə, 1966–1971-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani bölməsində təhsil almışdır.1971-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində Məhkəmə Orqanları İdarəsində məsləhətçi kimi işə başlamış, 1973-cü ilin fevral–iyun aylarında Bakı şəhər Nəsimi rayon xalq məhkəməsində xalq hakimi kimi təcrübə keçmişdir. Elə həmin ilin iyunundan 1977-ci ilin dekabrınadək Kirovabad (Gəncə) şəhərində xalq hakimi işləmiş, 1977-ci ilin dekabrından 1980-ci ilin martınadək isə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1980-ci ilin mart ayında Əlisaab Orucov Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini, iki il sonra isə birinci müavini seçilmişdir.Əlisaab Orucov 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziridir) olmuşdur. 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi işləmiş, Qarabağda gedən müharibə zamanı ön cəbhədə olmuşdur.Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləmişdir.Əlisaab Orucov 1973-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 11-ci (1985–1990) və 12-ci (1990–1991) çağırış deputatı seçilmişdir. Həmçinin bax Azərbaycan ədliyyə nazirlərinin siyahısı I Azərbaycan hökuməti
https://az.wikipedia.org/w/index.php?curid=509314
Əlisahib Ələkbərov
Əlisahib Selman oğlu Ələkbərov (15 yanvar 1994; Salyan rayonu, Azərbaycan — 1 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Əlisahib Ələkbərov 1994-cü il yanvarın 15-də Salyan rayonunun Piratman-Gəncəli kəndində anadan olub. Hərbi xidməti Azərbaycan Ordusunun baş leytenantı olan Əlisahib Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Əlisahib Ələkbərov noyabrın 1-də şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisahib Ələkbərov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisahib Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisahib Ələkbərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. (09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=678745
Əlisahib Əroğul
Əlisahib Əroğul (tam adı: Əlisahib İsrafilzadə Qiyas oğlu; d.10 sentyabr 1948, Dağ Tumas, Cəbrayıl, Azərbaycan) — nasir, publisist, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. 1948-ci il sentyabr ayının 10-da Qarabağda, Cəbrayıl bölgəsinin Dağtumas kəndində anadan olub. Burada kənd səkkizillik məktəbini bitirdikdən sonra 1963-1966-cı illərdə Bakı şəhərindəki 56 saylı axşam fəhlə-gənclər məktəbində, 1967-ci ildə Bakı politexnikumunun Hidromeliorasiya şöbəsində təhsilini davam etdirmişdir. 1966-1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil almışdır. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. Məcburi köckün kimi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi ev 4, mənzil 24-də məskunlaşmışdır. Ailəlidir, 3 övladı, 7 nəvəsi var. Əmək və İctimai fəaliyyəti Əmək fəaliyyətinə Bakıda inşaatçı fəhlə kimi başlamışdır. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləmişdir. Belə ki, 1971-1972-ci illərdə “Neftkimavtomat” ETLI-da elmi işci, 1972-1973-cü illərdə müəllim, 1973-1976-ci illərdə məktəb direktoru, 1976-1980-cı illərdə Cəbrayıl rayon partiya komitəsinin təşkilat şöbəsində təlimatçı, 1980-1989-cu illərdə Cəbrayıl rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1989-92-ci illərdə Cəbrayıl rayon XDS İK-nin katibi, 1992-1993-cü illərdə “Günbəz” tikinti-təmir kooperativinin sədri işləmişdir. Erməni-daşnak faşistləri tərəfindən 23 avqust 1993-cü ildə Cəbrayıl şəhəri işğal olunarkən ev-eşiyindən didərgin salınmışdı. Həmən il Gəncə şəhərində məskunlaşmışdır. Gəncə şəhərində 1993-1996-cu illərdə Azərbaycan Aqrar Ekologiya İnstitutunda prorektor, baş müəllim, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında böyük mühəndis, 1996-2000-ci illərdə Gəncə Gil-Torpaq İB-də iqtisadçı-mühəndis vəzifələrində çalışmışdır. 1994-2006-cı illərdə ictimai əsaslarla "Ekologiya" nəşriyyatının direktoru olmuşdur. 2006-cı ildən Cəbrayıl rayonu 19 saylı orta məktəbdə müəllim işləmişdir. 2000-ci ildən QHT-də çalışır. Azərbaycan Qaçqın Yazarlar İctimai Birliyinin vitse-prezidentidir. Yaradıcılığı Əlisahib Əroğul 1993-cü ildən AYB-nin üzvüdür. O, bir sıra roman, povest, hekayə və publisistik yazıları ilə respublika mətbuatında çıxış edir. Əroğul bədii yaradıcılığa XX əsrin 80-ci illərindən başlamışdır. "Osmanoğlu" adlı ilk mətbu hekayəsi 1989-cu ildə "Ulduz" jurnalında dərc edilmişdir. 1990-cı ildə "Karvan" jurnalında "Dəli Salatın" povesti, 1991-ci ildə "Ulduz" jurnalında "Ovçu Cəbrayılın tulaları" hekayəsi çap edilmişdir. 1991-ci ildə "Gənclik" nəşriyyatının buraxdığı "Mənim fikrim" kitabında "Göz görür, ağıl kəsirsə" publisist yazısı dərc olunmuşdur. Dövrü mətbuatında publisistik məqalələrlə vaxtaşırı çıxış edir. 1991-1993-cü illərdə "Həqiqət", "And", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq etmişdir. 24 kitab müəllifidir. 2007-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində ("Ufuk Ötesi Yayınları") türk dilində “Kemik dökülen Dere” adlı kitabı işığ üzü görmüşdür. "Böyük Nazar" romanı Sumqayıt şəhər bələdiyyəsinin, "Erməni-daşnaq-faşizmi və Azərbaycan" kitabı isə VIII Bakı Kitab bayramının mükafatına layiq görülmüşdür. 1. Əlisahib İsrafilzadə. “At oğrusu” (povest və hekayələr). Bakı, “Gənclik”, 1992-ci il. 88 səh., tirajı 4000; 2. Əlisahib İsrafilzadə. “Sızıntıların və sızıltılarım” (bədii publisistika). Bakı, “Ekologiya”, 1996-ci il. 148 səh., tirajı 1000; 3. Əlisahib İsrafilzadə. “Leyləklər yuvasına qayıdacaqmı” (Qarabağ hekayələri). Bakı, “Ekologiya”, 1996 –cı il. 128 səh., tirajı 1000; 4. Əlisahib İsrafilzadə. “Boğanaq” (povest və hekayələr). Bakı, “Ekologiya”, 1997 –cı il. 151 səh., tirajı 500; 5. Əlisahib İsrafilzadə. “Gürzə gözü” (roman). Bakı, “Ekologiya”, 1998-ci il. 232 səh.,tirajı 1000; 6. Əlisahib ƏROĞUL. “Torpaq ətirli insan” (bədii publisistika). Bakı, “Ekologiya”, 2002-ci il. 192 səh., tirajı 200; 7. Əlisahib ƏROĞUL. “Yəhya Çələbi-haq dünyamızın işiğı” (bədii publisistika). Bakı, “Ekologiya”, 2002-ci il. 164 səh., tirajı 500; 8. Əlisahib ƏROĞUL. “Tiqana” (hekayələr toplusu). Bakı, “Ekologiya”, 2002-ci il. 392 səh., tirajı 300; 9. Əlisahib ƏROĞUL. “İki gövhər-iki inci” (bədii publisistika). Bakı, “Ekologiya”, 2003-ci il. 488 səh., tirajı 1000; 10. Əlisahib ƏROĞUL. “Böyük Nazar” (roman). Bakı, “Ekologiya”, 2005-ci il. 307 səh., tirajı 300; 11. Əlisahib ƏROĞUL. “Cəbrayılım-müqəddəs torpaq” (bədii publisistika). Bakı, “Ekologiya”, 2006-ci il. 412 səh., tirajı 300; 12. Əlisahib ƏROĞUL. “Erməni-daşnaq faşizmi və Azərbaycan” (bədii publisistika). Bakı, “Təhsil”, 2007-ci il. 410 səh., tirajı 500; 13. Ali Sahip EROĞUL. “Kemik dökülen Dere” (Karabag hikayeleri). İstanbul, Ufuk Ötesi Yayınları, 2007-ci il. 242 səh., tirajı 1000; 14. Əlisahib ƏROĞUL. "Boz Adam" (Seçilmiş əsərlər toplusu). Bakı, "Təknur", 2008-ci il. 535 səh., tiraj 500; 15. Əlisahib ƏROĞUL. "Cəbrayıl ziyarətgahları". Bakı, "Təknur", 2009-cu il. 260 səh., tiraj 500; 16. Əlisahib ƏROĞUL. "Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası". Bakı, "Təknur", 2009-cu il. 193 səh., tiraj 500; 17. Əlisahib ƏROĞUL. "Qazanxan yurdu-Qazanzəmi". Bakı, "Təknur", 2009-cu il. 100 səh., tiraj 500; 18. Əlisahib ƏROĞUL. "Əmir Teymurun fəryadı". Bakı, "Təknur", 2009-cu il. 200 səh., tiraj 500; 19. Əlisahib ƏROĞUL. "Şeirlər, haqlar, andlar, dua və xitablar". Bakı, “Ekologiya”, 2010-cu il. 140 səh., tirajı 300; 20. Əlisahib ƏROĞUL. "Qeyrətin harayı". Bakı, "Təknur", 2010-cu il. 192 səh., tiraj 300; 21. Əlisahib ƏROĞUL. "Oğullar ər doğulanda". Bakı, "Təknur", 2010-cu il. 328 səh., tiraj 200; 22. Əlisahib ƏROĞUL. "Tumas və tumaslılar". Bakı, "Təknur", 2010-cu il. 340 səh., tiraj 200; 22. Əlisahib ƏROĞUL. "Halə". Bakı, "Təknur", 2011-ci il. 208 səh., tiraj 200; 23. Əlisahib ƏROĞUL. "Cəbrayılın qadın səlnaməsi", Bakı, "Təknur", 2011-ci il. 304 səh., tiraj 300; 24. Əlisahib ƏROĞUL. "Qeri-türk müəlliflər erməniləri ittiham edir", Bakı, "Təknur", 2011-ci il. 320 səh., tiraj 500; 25. Əlisahib ƏROĞUL. "Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası". (II buraxılış) Bakı, "Təknur", 2011-cu il. 320 səh., tiraj 500; 26. Əlisahib ƏROĞUL. "Halə" (hekayələr). Bakı, "Təknur", 2011-ci il. 608 səh., tiraj 500; 27. Əlisahib ƏROĞUL. "İslama gəlin ey insanlar". Bakı, "Təknur", 2012-ci il. 320 səh., tiraj 1000; 28. Əlisahib ƏROĞUL. "Aşıq Pəri. Həyatı, mühiti və sənəti . Bakı, "Şərq-Qərb", 2014-cü il. 200 səh., tiraj 500; 29. Əlisahib ƏROĞUL. "Müsəlmanın əxlaq kodeksi". Bakı, "Təknur", 2015-ci il. 210 səh., tiraj 2000; 30. Əlisahib ƏROĞUL. "Aşıq Pəri". Bakı, "Yeni Poliqraf"MMC, 2016-cı il. 200 səh., tiraj 500; 31. Əlisahib ƏROĞUL. "Tumas Ata və Tumaslılar". Bakı, "Yeni Poliqraf"MMC, 2016-cı il. 300 səh., tiraj 500; 32. Əlisahib ƏROĞUL. "Gəncliyimizin portreti - Famil Balayev. Bakı, "Mütərcim", 2016-cü il. 204 səh., tiraj 100; 33. Əlisahib ƏROĞUL. "Şiştəpəli polkovnikin əfsanəsi". Bakı, "Mütərcim", 2017-ci il. 230 səh., tiraj 300; 34. Əlisahib ƏROĞUL. "Salam Türkiyə" (şeirlər). Bakı, "Yeni Poliqraf"MMC, 2017-ci il. 200 səh., tiraj 300; 35. Əlisahib ƏROĞUL. "Seyid Nigari" (roman). Bakı, "Papirus NP", 2018-ci il. 400 səh., tiraj 1000; 36. Əlisahib ƏROĞUL. "ABŞ-da balta əhvalatı". Bakı, "Təknur", 2018-ci il. 350 səh., tiraj 400; 37. Əlisahib ƏROĞUL. "Özlü söz -Sözün doğrusu. Müfəssəl Asərbaycan tarixi". Bakı, "Təknur", 2018-ci il. 300 səh., tiraj 500; 38. Əlisahib ƏROĞUL. "Asərbaycan tarixi dünya çapında". Bakı, "Adiloğlu", 2019-cu il. 350 səh., tiraj 500; [ Arxivləşdirilib 2013-08-11 at the Wayback Machine Əlisahib Əroğul (Həyatı)
https://az.wikipedia.org/w/index.php?curid=296071
Əlisgəndər Cəfərzadə
Əlisgəndər Cəfərzadə (tam adı: Əlisgəndər Hacibaba oglu Cəfərzadə; 14 oktyabr 1875, Bakı – 28 yanvar 1941, Bakı) — görkəmli ictimai və maarif xadimi, naşir, mühərrir. Əlisgəndər Cəfərzadə 1875-ci ilin oktyabr ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1887–90-cı illərdə Bakıda məhəllə və ilk xüsusi rus-müsəlman məktəbində oxumuşdur. 1897-ci ildə İmperator III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək Azərbaycan dili müəllimi hüququ almışdır. Əlisgəndər Cəfərzadə Məmməd Yusif Cəfərovun böyük qardaşıdir. 1895–1898-ci illərdə Nəriman Nərimanovun Bakida Ə.Cəfərzadənin evində təşkil etdiyi qiraətxanada müdir, 1897–1920-ci illərdə ikinci rus-müsəlman məktəbində Aleksey ali ibtidai məktəbində müəllim, 1906–1918-ci illərdə "Nəsri-maarif" cəmiyyətində katib, 1920–1924 Azərbaycan SSR Xalq Maarif Komissarlığında nəşriyyat şöbəsinin, "Azərnəşr"də uşaq ədəbiyyatı bölməsinin müdiri, istehsalat şöbəsinin müdir müavini, 1924–1932-ci illərdə texniki redaktor, 1932–1938-ci illərdə isə "Azərneft"də kadr şöbəsinin rəisi işləmişdir. Cəfərzadə xalq maarifinin milli zəmində inkişafı sahəsində böyük xidmətlər göstərmiş, "Nəsri-maarif" cəmiyyətinin Bakı və onun kəndlərində açdığı ibtidai məktəblərin müəllim kadrları, dərslik və metodik vəsaitlərlə təmin olunması işinə rəhbərlik etmişdir. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Cəfərzadənin adı ilə bağlıdır. O 1906–1908-ci illərdə "Dəbistan" adlı ilk pedaqoji jurnalın naşiri və mühərriridir. Qarşısına "türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərmək", onların "əql, zehin, əxlaqi-həsənə və hissiyyatlarını oyandırıb" inkişaf etdirməklə "zəhmətkeş, xadimi-din, millətpərəst və vətənpərəst cavanlar" yetirmək vəzifəsi qoyan Cəfərzadə əsrin görkəmli yazıçılarını ətrafına toplayaraq jurnalda mükəmməl proqram əsasında zəngin bədii və elmi-kütləvi ədəbiyyat nümunələri dərc etmişdir. O 1922-ci ildə "Maarif" adlı ilk Azərbaycan sovet uşaq jurnalının da üç redaktorundan biri olmuşdur. Cəfərzadə Azərbaycan dövri mətbuatı və kitab nəşrinin inkişafına, xüsusilə onun mürəttiblik kimi ağır sahəsinin dirçəlişinə böyük əmək sərf etmişdir. 1905–1906-ci illərdə "Həyat" qəzetinin baş mürəttibi, Rəşid bəy Əfəndiyevin 1902-ci ildə "Bəsirə-tül-ətfal" müntəxabatının, 1921-ci ildə "Füqəra füyuzatı" jurnalının, 1922-ci ildə M.Ə.Sabirin "Hophopnamə"sinin naşiri olmuşdur.Cəfərzadə həmçinin bədii və elmi yaradıcılıqla da məşğul olmuşdur. Görkəmli adamların həyatına dair; "Əkbər şah" "Hacı Seyid Əzim Şirvani" "Müəllim Naci" "Əlişir Nəvai" "Əli bəy Hüseynzadə" "Həsən bəy Məlikov"texnikaya və memarlığa dair isə məqalələri bunlar olmuşdur. "Tac-Mahal, yaxud Mümtaz Mahal" "Məşhur böyük binalar" Aşağıdakı hekayələri uşaqların fikri və mənəvi inkişafında böyük rol oynamışdır. "Balaca Firidun" "Ata və oğul" "Mərhəmətli Fatma" "Cəmilənin sərgüzəşti" 1900-cü ildə Sultanməcid Qənizadə ilə birgə aşağıdakı dərsliyin müəllifidir. "Kilidi-ədəbiyyat" Elmi əsərləri "Müsləhəddin Sədi Şirazinin tərcümeyi-halı ilə bərabər onun "Gülüstan" kitabına bir nəzər" adlı elmi əsərin müəllifidir. Həmçinin bax Məmməd Yusif Cəfərov Xarici keçidlər Əlisgəndər Cəfərzadə CƏFƏRZADƏ Əlisgəndər Hacıbaba oğlu (14.10.1875
https://az.wikipedia.org/w/index.php?curid=162468
Əlisgəndər Yaqubov
Əlisgəndər Yaqubov — alim-aqronom. Hacı Əlisgəndər Əhməd oğlu Yaqubov 25 sentyabr 1937-ci ildə Masallı Rayonun Yeddioymaq kəndində anadan olub. 1941-ci ildə 4 yaşında atasını itirən Əlisgəndər Yaqubovun uşaqlıq illəri ağrılı keçib. İkinci dünya müharibəsi iki qardaşını ondan alıb. Çətinliklərə baxmayaraq, kənd orta məktəbini yüksək qiymətlərlə bitirdiyindən, imtahan vermədən Lənkəran Kənd Təsərrüfatı Texnikumuna qəbul edilib. Vətənə hərbi borcunu 3il Gurcustanda Sovet Ordusunda xidmətdən sonra leytenant kimi başa vuran Əlisgəndər Yaqubov, ali təhsili bundan sonra ala bilib. Ordu sıralarında xidməti zamanı nizam-intizamı ilə fərqlənən leytenant Yaqubov həmin illərdə Sov.İKP üzvlüyünə də qəbul olunub. Sovxozda normalaşdırıcı texnikdən baş aqronom vəzifəsinə qədər yüksəlib. 1964-cü ildə ilk Partiya Təşkilatının katibi seçilib.1969-cu ildə Ümumittifaq Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində qiyabi təhsilini iki il sonra o vaxtki Leninqrad vilayətinin Velikie Luki şəhərindəki Kənd Təsərrüfatı İnstitutunda başa vurub. Vətənə 1975-ci ildə alim-aqronom kimi qayıdıb. Bundan sonra vəzifə pillələrində uğurla irəliləyən Əlisgəndər Yaqubov 1975-ci ildə Krupskaya adına Tərəvəzçilik-Südçülük sovxozuna direktor təyin olunub.Onun rəhbərliyi dovründə qabaqcıl təsərrüfatlardan birinə çevrilən sovxoz dəfələrlə Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin, Ali Sovetin, Həmkarlar İttifaqı Mərkəzi Şurasının, Respublika Komsomolunun keçici qırmızı bayraqlarını qazanıb. Masallı Rayon Partiya Komitəsinin plenum üzvü, Rayon Sovetinin deputatı seçilən alim-aqronom direktoru olduğu dövrdə geridə qalan "Təzəkənd" sovxozunu da dirçəldib, onu qabaqcıl müəsissələr sırasına çıxardıb. 1980-ci ildə Masallı Rayon Aqrar-Sənaye Birliyinin baş direktorunun müavini təyin edilib. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Sov. İKP üzvlüyündən imtina edən təcrübəli alimin sonuncu vəzifəsi 1997-ci ilədək Aqrar-Sənaye Birliyində şöbə müdiri vəzifəsi olub. Həmin vəzifədən təqaüdə çıxan Əlisgəndər Yaqubov 5 oğul,3 qız atasıdır. Əlisgəndər Yaqubovun 70 ilik yubileyində onun həyatını əks etdirən "Bir Ömrün İşiğı" kitabı çap olunub. Hal-hazırda dərin həyat təcrübəsini nəvələrinin tərbiyəsinə sərf edir. 17 nəvənin, 2 nəticənin babasıdır. Masallı rayon İşıq İdarəsində Enerji Satişi Şobəsinin Rəisi Famil Yaqubovun atasıdır Müdafiə Nazirliyinin Mənzil-İstismar hissəsinin rəisi Elçin Yaqubovun atasıdır Ukrayna Respublikasında "VİLƏŞ" Firmasının təsisçisi və Baş Direktoru Çingiz Yaqubovun atasıdir Azərbaycan Televiziya və Radiosu QSC-nin Mədəniyyət kanalının Direktor müavini Əməkdar mədəniyyət işçisi Hikmət Yaqubovun atasıdır Bakı Şəhəri Binəqədi rayon 4-cü Polis bölməsinin rəis müavini polis mayoru Yalçın Yaqubovun atasıdır Mükafatlar, təltiflər, fəxri adlar "Sosializm yarışının qalibi" döş nişanı "Əməkdə fərqlənməyə görə" medalı 1973-cü il "Qırmızı əmək bayrağı" ordeni 1977-ci il "Oktyabr İnqlabı" ordeni 2010-cu il 2 noyabr Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 1171 nömrəli sərəncamına əsasən "Əməkdar Kənd Təsərrüfatı" işçisi
https://az.wikipedia.org/w/index.php?curid=468033
Əlisoltan Quliyev
Əlisoltan Yarəli oğlu Quliyev - Azərbaycan SSR Ali Məhkəməsinin sədri, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi. 12 iyul 1939-cu ildən 16 avqust 1941-ci ilə qədər Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Əlisoltan Yarəli oğlu Quliyev 1901-ci ildə Quba rayonunun Digah kəndində anadan olmuşdur. 1925-1926-cı illərdə Digah kənd sovetində katib vəzifəsində işləmişdir. 1926-1929-cu illərdə Respublika Partiya Məktəbinin və 1929-1931-ci illərdə Zaqafqaziya Kommunist Universitetinin tələbəsi olmuşdur. Təhsilini başa vurduqdan sonra Bakı Partiya Məktəbinə müəllim təyin olunmuş və 1932-1933-cü illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1933-1934-cü illərdə Bakı şəhərində Marks-Engels-Lenin İnstitutunun (MELİ) tələbəsi olmuşdur. Quba rayonunun Xalq Təhsili şöbəsinin müdiri vəzifəsinə təyin olunması ilə əlaqədar Əlisoltan Quliyev 1934-cü ildə MELİ-də təhsilini yarımçıq qoymuş və 1934-1935-ci illərdə həmin vəzifədə işləmişdir. 1935-1937-ci illərdə o, Bakı şəhərində MELİ-də təhsilini davam etdirmişdir. Əlisoltan Quliyev 1937-ci ildə partiya işinə irəli çəkilərək Qusar rayon partiya komitəsinə I katib vəzifəsinə təyin olunmuş və 1937-1938-ci illərdə həmin vəzifədə çalışmışdır. 1940-cı ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş və 1942-ci ildə ekstern yolu ilə həmin fakültəni bitirmişdir. Əlisoltan Quliyev 5 iyul 1939-cu ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş 16 avqust 1941-ci ilədək həmin vəzifədə işləmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin sədrliyindən azad olunduqdan sonra, 1941-1942-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında idarə rəisi olmuşdur. Böyük Vətən müharibəsi dövründə – 1942-ci ildə o, yenidən partiya işinə irəli çəkilmiş və Azərbaycan K(b)P Şamxor rayon komitəsinə katib təyin olunmuşdur. 1948-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxumuşdur. Aspiranturada oxuyarkən 1950-ci ildə Respublika «Başqənd» trestinin müdiri təyin olunmuş və 1952-ci ilin əvvəllərinədək həmin vəzifədə işləmişdir. 1952-ci ildən Azərbaycan Dövlət Universitetinin marksizm-leninizm kafedrasında müəllim işləmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=736673
Əlisoltanlı
Əlisoltanlı — Azərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Araz çayının sağ sahilində, Muğan düzündədir. Kəndin adının Əlibəy Sultanın (İlisusultanı) adı ilə bağlı olması ehtimal edilir. Potubəyli və Bəylər kəndləri ilə həmsərhəddir. Əlisoltanlı kəndlərində e. ə. II–III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır. Mədəniyyəti Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbi Saatlı rayonu üzrə ən yaxşı məktəbdir. 2015-ci ildə məktəb respublikanın ən yaxşı 50 məktəbi sırasında yer aldı və "İlin məktəbi" seçildi. Məktəbin 2003-cü ildə 100 illiyi keçirilmişdir.[mənbə göstərin]Ərazidə həmçinin tikintisi 2014-cü ildə bitmiş məscid də yerləşir. Həmçinin kəndin ərazisində Mirzə Ələkbər Sabirin büstü və II Dünya müharibəsi iştirakçılarının xatirəsinə qoyulmuş heykəl yerləşir. Coğrafiyası və iqlimi Əlisoltanlı kəndinin ərazisindən Sabir adına suvarma kanalı keçir. Ərazi, əsasən, yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə malikdir. Boz-çəmən, çəmən-boz, şorakət, bataqlıq-çəmən, torpaqları yayılmışdır. Ərazinin florası bir neçə bitki formasiyalarına malikdir. Rütubətin yüksək olduğu yerlərdə, əsasən, adi qamış, qarğı , cil kimi çəmən- bataqlıq bitkiləri geniş yayılmışdır. Araz çayının daşmasının qarşısını almaq üçün böyük bəndlər çəkilmişdir. Araz çayının daşması nəticəsində əvvəllər böyük meşə ərazisi su altında qalıb bəzi bəndlər suya davam gətirməmişdir.[mənbə göstərin] Bakı Dövlət Universitetinin rektoru (1992-1993) hüquq elmləri doktoru, professor Firudin Səməndərov bu kənddə anadan olmuşdur. Əhali sayı 1643 nəfərdir. 2020-ci ildə əhalinin siyahıya alınmasından sonra Əlisoltanlı əhalisinin sayı 1643-dən 2667-ə artımı kimi qeyd edilib.[mənbə göstərin] İqtisadiyyatı Əvvəllər Qıraqlı kəndində fəaliyyət göstərən “ÇTS-Aqro” MMC-nin pambıq emalı zavodunun avadanlığı hazırda Əlisoltanlı kəndində yerləşən sapəyirici fabrikinin ərazisinə köçürülmüşdür. Fabrikin ərazisindəki binalar və qurğularda pambıq emalı üzrə maşın və mexanizmlər yerləşdirilərək pambığın qəbuluna və emalına başlanılmışdır. Dərslər çox yaxşı keçirilir. Məktəbin şagirdləri xəmsə intellektual yarışlarına hər zaman qatılır. Şagirdləri xəmsə intellektual yarışlarına aparan məktəbin riyaziyyat müəllimi Vüqar Namazovdur. Nəticədə bu il məktəbimiz ölkə üzrə xəmsə intelluktual yarışlarında qazanmışdır.[mənbə göstərin] Həmçinin bax Saatlı rayonu
https://az.wikipedia.org/w/index.php?curid=108514
Əlisultan Quliyev
Əlisoltan Yarəli oğlu Quliyev - Azərbaycan SSR Ali Məhkəməsinin sədri, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi. 12 iyul 1939-cu ildən 16 avqust 1941-ci ilə qədər Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Əlisoltan Yarəli oğlu Quliyev 1901-ci ildə Quba rayonunun Digah kəndində anadan olmuşdur. 1925-1926-cı illərdə Digah kənd sovetində katib vəzifəsində işləmişdir. 1926-1929-cu illərdə Respublika Partiya Məktəbinin və 1929-1931-ci illərdə Zaqafqaziya Kommunist Universitetinin tələbəsi olmuşdur. Təhsilini başa vurduqdan sonra Bakı Partiya Məktəbinə müəllim təyin olunmuş və 1932-1933-cü illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1933-1934-cü illərdə Bakı şəhərində Marks-Engels-Lenin İnstitutunun (MELİ) tələbəsi olmuşdur. Quba rayonunun Xalq Təhsili şöbəsinin müdiri vəzifəsinə təyin olunması ilə əlaqədar Əlisoltan Quliyev 1934-cü ildə MELİ-də təhsilini yarımçıq qoymuş və 1934-1935-ci illərdə həmin vəzifədə işləmişdir. 1935-1937-ci illərdə o, Bakı şəhərində MELİ-də təhsilini davam etdirmişdir. Əlisoltan Quliyev 1937-ci ildə partiya işinə irəli çəkilərək Qusar rayon partiya komitəsinə I katib vəzifəsinə təyin olunmuş və 1937-1938-ci illərdə həmin vəzifədə çalışmışdır. 1940-cı ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş və 1942-ci ildə ekstern yolu ilə həmin fakültəni bitirmişdir. Əlisoltan Quliyev 5 iyul 1939-cu ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş 16 avqust 1941-ci ilədək həmin vəzifədə işləmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin sədrliyindən azad olunduqdan sonra, 1941-1942-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında idarə rəisi olmuşdur. Böyük Vətən müharibəsi dövründə – 1942-ci ildə o, yenidən partiya işinə irəli çəkilmiş və Azərbaycan K(b)P Şamxor rayon komitəsinə katib təyin olunmuşdur. 1948-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxumuşdur. Aspiranturada oxuyarkən 1950-ci ildə Respublika «Başqənd» trestinin müdiri təyin olunmuş və 1952-ci ilin əvvəllərinədək həmin vəzifədə işləmişdir. 1952-ci ildən Azərbaycan Dövlət Universitetinin marksizm-leninizm kafedrasında müəllim işləmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=513937
Əlisöhbət Sumbatzadə
Sumbatzadə Əlisöhbət Sumbat oğlu (8 (21) yanvar 1907, Bakı – 28 yanvar 1992, Bakı) — tarix elmləri doktoru (1948), professor (1954), AMEA-nın müxbir üzvü (1954), həqiqi üzvü (1958), Azərbaycan SSR-nin (5-ci çağırış) deputatı və Rəyasət heyətinin üzvü (1959–1963), görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi. Əlisöhbət Sumbatzadə 21 yanvar 1907-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. O, 1921–1926-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində, 1926–1930-cu illərdə isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsində təhsil almışdır. Əmək fəaliyyəti Əlisöhbət Sumbatzadə 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Yaxın və Orta Şərq ölkələrində milli azadlıq və fəhlə hərəkatı" probleminin rəhbəri, 1959–1963-cü illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1957–1959-cu illərdə Azərbaycan SSR EA-nın vitse prezidenti olmuşdur. 1959–1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin (V çağırış) deputatı və Rəyasət Heyətinin üzvü seçilmiş, 12 cildlik "SSRİ tarixi"nin baş redaksiya heyətinin, ASE elmi redaksiya şurasını üzvü olmuşdur.Sumbatzadə 1963–1969-cu illərdə Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunun direktoru, 1970–1972-ci illərdə EA-nın Tarix İnstitutunun direktoru vəzifəsini yerinə yetirmişdir. O, 1970–1981-ci illərdə AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, 1982–1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifələrində işləmişdir. Elmi fəaliyyəti Əlisöhbət Sumbatzadə 1930-cu ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1954-cü ildə professor elmi rütbəsini almışdır. Həmin ildə Azərbaycan SSR EA-nin müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.Əlisöhbət Sumbatzadə 1964-cü ildə "XIX əsrdə Azərbaycan sənayesi" əsəri ilə tarixşünaslıqda yeni bir elmi istiqamətin – iqtisadi tarixin əsasını qoymuşdur. O, həmçinin Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsinə təşəbbüs göstərmiş və uzun illərdən bəri apardığı tədqiqatları ümumiləşdirərək, 1990-cı ildə "Azərbaycanlılar – etnogenez və xalqın formalaşması" adlı son dərəcə vacib monoqrafiyanı yazmış və elmdə mənşəyimiz haqqında yeni konsepsiyanın əsasını qoymuşdur.Əlisöhbət Sumbatzadə 1980-ci ildə çap olunmuş "Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı", "Sovet tarix elmi 1975–1979-cu illərdə" və 1988-ci ildə nəşr olunmuş "Azərbaycan xalqının etnogenezi" və s. kollektiv əsərlərin müəlliflərindən və redaktorlarından olmuşdur. Professor ölkə və beynəlxalq miqyaslı simpozium, konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.1957–1982-ci illərdə Əlisöhbət Sumbatzadə elmi rəhbərliyi altında aparılan tədqiqatlar Azərbaycan xalqının milli tarixi, arxeologiyası, etnoqrafiyası, memarlığı, incəsənəti, dili, ədəbiyyatı, iqtisadiyyatı, fəlsəfi fikri və şərqşünaslığının ən ümdə problemlərinin araşdırılmasına yönəldilmişdir. Tarixi və iqtisad elmləri sahəsində yüzlərlə yüksəkixtisaslı alim-tədqiqatçıların hazırlanmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur. Əlisöhbət Sumbatzadə 28 yanvar 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir. Mükafatları 1958-ci ildə Azərbaycan SSR-in "Əməkdar elm xadimi" fəxri adı; 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı; 1977-ci ildə "Qırmızı əmək bayrağı" ordeni; 1987-ci ildə "Xalqlar Dostluğu" ordeni; Biblioqrafiya "XIX əsrdə Azərbaycan Sənayesi" (Bakı, 1964, "Elm" nəşriyyatı) "SSRİ tarixi" 4 cild. (Moskva, 1967) "Zaqafqaziyada Sovet Hakimiyyətinin qələbəsi" (Tbilisi, 1971) "Böyük Oktyabrın tarixi təcrübəsi" (Moskva, 1975) "Qeyri-kapitalist inkişaf yolu və müasirlik" (Ulan-Bator, 1977) "Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı" (Bakı, 1980) "Sovet tarix elmi 1975–1979-cu illərdə" (Moskva, 1980) Azərbaycan Sovet Ensiklopediyası, 9. cild. səh. 75–76 (Bakı, 1986) Səmədzadə, Z. Əlisöhbət Sumbat oğlu Sumbatzadə//Səmədzadə Z. İqtisadi tərəqqiyə həsr edilən ömürlər: Azərbaycanın iqtisadçı alimləri: AMEAnın həqiqi və müxbir üzvləri, professorlar, iqtisad elmləri doktorları /elmi red.: S. Səfərov, T. Hüseynov.- Bakı, 2002.-S. 28–37. Əlisöhbət Sumbat oğlu Sumbatzadə //A. A. Bakıxanov adına Tarix İnstitutu /elmi red. Y. Mahmudov; tərt. G. N. Məmmədova; red. C. Ə. Bəhramov, E. Ə. Məhərrəmov; AMEA.-Bakı, 2005.- S.10.
https://az.wikipedia.org/w/index.php?curid=168674
Əlisədr Mağarası
Əli Sədr ya Əlisəddi mağarası — İranın Həmədan əyalətində yerləşən böyük mağara. Əlisədr mağarası Kəbudər Ahəng şəhristanının (Kəbutərahəng adına farslaşmışdır) Gül Təpə bəxşinin Əlisədr kəndində yerləşir. Əlisədr mağarası dünyanın, içində su axan ən böyük mağarasıdır. Əlisədr kəndinin Sarı Qaya dağında yerləşən mağara gündəlik, 5000 min nəfər turisti özünə cəlb edir. Sarı Qaya dağında, 7 və 11 km-lik, Subaşı və Sarab adında, iki başqa böyük böyük mağara da vardır və Əlisədrin suyunun Subaşı mağarasından qaynaqlandığı deyilir. 2001-ci ildə Alman və İngilis araşdırma qruplarının tədqiqatına görə, Əlisədr mağarasının uzunluğu 11 km-dir və içindəki ən böyük dalan 100m x 50m genişliyində və 40 m hündürlüyündədir.
https://az.wikipedia.org/w/index.php?curid=213945
Əlisədr mağarası
Əli Sədr ya Əlisəddi mağarası — İranın Həmədan əyalətində yerləşən böyük mağara. Əlisədr mağarası Kəbudər Ahəng şəhristanının (Kəbutərahəng adına farslaşmışdır) Gül Təpə bəxşinin Əlisədr kəndində yerləşir. Əlisədr mağarası dünyanın, içində su axan ən böyük mağarasıdır. Əlisədr kəndinin Sarı Qaya dağında yerləşən mağara gündəlik, 5000 min nəfər turisti özünə cəlb edir. Sarı Qaya dağında, 7 və 11 km-lik, Subaşı və Sarab adında, iki başqa böyük böyük mağara da vardır və Əlisədrin suyunun Subaşı mağarasından qaynaqlandığı deyilir. 2001-ci ildə Alman və İngilis araşdırma qruplarının tədqiqatına görə, Əlisədr mağarasının uzunluğu 11 km-dir və içindəki ən böyük dalan 100m x 50m genişliyində və 40 m hündürlüyündədir.
https://az.wikipedia.org/w/index.php?curid=213711
Əlisəfa Azayev
Azayev Əlisəfa Soltan oğlu — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1993). Əlisəfa Azayev 1 iyul 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. O, Qaramahmudlu kəndində ibtidai, Mollakənd kəndində isə orta məktəbi bitirib. Bir il kolxozda işlədikdən sonra 1968–1970-ci illərdə M. Ə. Sabir adına Şamaxı Pedaqoji Məktəbində təhsil alıb. 1971–1973-cü illərdə Kürdəmir rayon Şüşün kənd səkkizillik məktəbində müəllim kimi fəaliyyət göstərib. Daha sonra hərbi ximəti yollanıb.Əlisəfa Azayev 1973–1979-cu illərdə ordudan tərxis olunub Ərəbxana kənd orta məktəbində müəllim kimi çalışıb. O, qiyabi yolla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979–1982-ci illərdə Bilik Cəmiyyətinin Kürdəmir Rayon Təşkilatının məsul katibi vəzifəsini icra edib. 1982–1995-ci illərdə orada Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Təşkilat şöbəsinin müdiri işləyib. Ədliyyə orqanlarında çalışıb. Həmçinin 1992–1996 Bakı Dövlət Universitetində Konstitusiya hüququ üzrə aspiranturada təhsilini davam etdirib. Əlisəfa Azayev 1995–2016-cı illərdə Siyəzən Rayon Dövlət Notariat Kontorunun dövlət notariusu vəzifəsində çalışıb. Ədliyyə Müşaviridir. Mükafatları Əlisəfa Azayev 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyinin və PEN klubun birgə təsis etdiyi İsmayıl bəy Qutqaşınlı adına mükafat almışdır. O, həmçinin 2016-cı ildə yaxşı xidmətlərinə görə Ədliyyə Nazirliyinin Ədliyyə döş nişanı ilə mükafatlandırılmışdır. Xarici keçidlər ƏLİSƏFA AZAYEV – 65 Yazıçı-publisist Əlisəfa Azayev kürdəmirli oxucularla görüşüb Yazıçı Əlisəfa Azayev Kürdəmirdə oxucularla görüşüb
https://az.wikipedia.org/w/index.php?curid=580363
Əlisəfdər Hüseynov
Əlisəfdər Mürsəl oğlu Hüseynov (1 iyul 1959, Göyçay) — jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2016). "Qızıl qələm" mükafatı laureatı, ehtiyatda olan polkovnik- leytenant Əlisəfdər Hüseynov 1 iyul 1959-cu ildə Göyçay şəhərində anadan olub. BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Bakı", "Yeni fikir", "Müstəqil qəzet", "Ülfət" qəzetlərində, Dövlət Teleradio Verilişləri Şirkətində işləyib. 1993–2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi jurnalistika sahəsində fəaliyyət göstərib. "Azərbaycan ordusu" qəzetinin və "Hərbi Nəşriyyat"ın baş redaktoru vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. "Qüsursuz xidmətə görə" III dərəcəli medal, "Silahlı Qüvvələrin 10 illiyi", "Silahlı Qüvvələrin 90 illiyi","Silahlı Qüvvələrin 95 illiyi","Silahlı Qüvvələrin 100 illiyi" yubiley medalları ilə təltif olunub. Elmi fəaliyyəti Dövri mətbuatda ötən əsrin 80-ci illərinin əvvəllərindən mediada bədii-publisistik və elmi-nəzəri yazılarla çıxış edir. İlk kitabı — "Həsən Məmmədov" 1990-cı ildə çap olunub. 1996-cı ildə "Döyüş havası", 1998-ci "Kino: yuxudan reallığa", 2000-ci ildə "Kino və poeziya", 2009-cu ildə "Tanış mövzuda variasiyalar" və 2012-ci ildə "Səhnədən o yana, yaxud sözün şəkli", 2015-ci ildə "Kinomuzda Anar fenomeni" və "Kino terminlətinin izahlı lüğəti", 2019-cu ildə i"Kinonun fəlsəfəsi" , 2021-ci ildə isə " Sevgimizdən usanmayaq" və " Vaqif Mustafayev: baxın, gülün və düşünün", 2022-ci ildə " 5 zirvə" və " Bu kino ki var…", 2023-cü ildə "Sadəcə Niyazi", 2024 -cü ildə " Xəyalım dolanar, gəzər..." adlı kitabları işıq üzü görüb. Ekran sənətinin estetik problemlərinin tədqiqi ilə ardıcıl məşğul olur. Kinonun estetikası, başqa sənət sahələri, xüsusilə poeziya ilə əlaqələri, ekran təhkiyəsinin strukturu və s. mövzularda yazdığı "Kino haqqında iki paradoks", "Söz… səs… təsvir", "Nəsrin ekran imkanları", "Qoy sözümü şeir desin…", "Misra və kadr", "Şeir obrazlarından ekran obrazlarına", "Bir dəqiqədən əbədiyyətə qədər", "Təsvirsiz kliplər", "Poetik mətnlərin ekran interpretasiyası", "Tutuşdu qəm oduna…", "Tanış mövzuda variasiyalar" , "Ömür sonsuz bir yoldur", "Mətnin gizlinləri" və s. məqalələr "Ulduz", "Qobustan" jurnallarında, "Kino +" qəzetində və digər mətbuat orqanlarında çap olunub, oxucular və mütəxəssislər tərəfindən maraqla qarşılanıb. "Kino və poeziya" monoqrafiyasında Azərbaycan ədəbi-tənqidi fikrində ilk dəfə poetik mətnlərlə ekran mətnlərinin müqayisəli analizini aparıb, sintaktik və semantik quruluş baxımından poeziya ilə ekran sənətinin əlaqələrini hərtərəfli şəkildə araşdırıb, ekran dilinin zənginləşməsində, montaj təfəkkürünün formalaşmasında poeziyanın nailiyyətlərinin önəmli rol oynamasını elmi əsaslarla sübut edib. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Kino sahəsində ən yaxşı tədqiqat əsəri və tənqidi məqalə" müsabiqəsinin qalibi olub. "Qızıl qələm" mükafatı laureatıdır. Rumın mənşəli fransız dramaturqu E. İoneskonun "Borc qurbanları" pyesini, X. Kortasarın, A. Hiçkokun hekayələrini Azərbaycan dilinə tərcümə edib. Elmi axtarışlarının nəticəsi olaraq 2007-ci ildə dissertasiya müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Mükafatları 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 31 iyul 2019-cu il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir. "Qızıl qəıəm" mükafatı lauretıdır. Həsən Məmmədov. (1990) Döyüş havası. (1996) Kino: yuxudan reallığa. (1998) Kino və poeziya. (2000) Tanış mövzuda variasiyalar. (2009) Səhnədən o yana, yaxud sözün şəkli.(2012) Kino terminlərinin izahlı lüğəti. (2015) Kinomuzda Anar fenomeni.(2015) Kinonun fəlsəfəsi (2019) Sevgimizdən usanmayaq (2021) Vaqif Mustafayev: baxın, gülün və düşünün (2021) 5 zirvə (2022) Bu kino ki var…(2022) Sadəcə Niyazi (2023) Xəyalım dolanar, gəzər...(2024) Xarici keçidlər "Kinomuzun yeniləşməyə ehtiyacı var"
https://az.wikipedia.org/w/index.php?curid=84192
Əlisəftər Hüseynov
Əlisəfdər Mürsəl oğlu Hüseynov (1 iyul 1959, Göyçay) — jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2016). "Qızıl qələm" mükafatı laureatı, ehtiyatda olan polkovnik- leytenant Əlisəfdər Hüseynov 1 iyul 1959-cu ildə Göyçay şəhərində anadan olub. BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Bakı", "Yeni fikir", "Müstəqil qəzet", "Ülfət" qəzetlərində, Dövlət Teleradio Verilişləri Şirkətində işləyib. 1993–2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi jurnalistika sahəsində fəaliyyət göstərib. "Azərbaycan ordusu" qəzetinin və "Hərbi Nəşriyyat"ın baş redaktoru vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. "Qüsursuz xidmətə görə" III dərəcəli medal, "Silahlı Qüvvələrin 10 illiyi", "Silahlı Qüvvələrin 90 illiyi","Silahlı Qüvvələrin 95 illiyi","Silahlı Qüvvələrin 100 illiyi" yubiley medalları ilə təltif olunub. Elmi fəaliyyəti Dövri mətbuatda ötən əsrin 80-ci illərinin əvvəllərindən mediada bədii-publisistik və elmi-nəzəri yazılarla çıxış edir. İlk kitabı — "Həsən Məmmədov" 1990-cı ildə çap olunub. 1996-cı ildə "Döyüş havası", 1998-ci "Kino: yuxudan reallığa", 2000-ci ildə "Kino və poeziya", 2009-cu ildə "Tanış mövzuda variasiyalar" və 2012-ci ildə "Səhnədən o yana, yaxud sözün şəkli", 2015-ci ildə "Kinomuzda Anar fenomeni" və "Kino terminlətinin izahlı lüğəti", 2019-cu ildə i"Kinonun fəlsəfəsi" , 2021-ci ildə isə " Sevgimizdən usanmayaq" və " Vaqif Mustafayev: baxın, gülün və düşünün", 2022-ci ildə " 5 zirvə" və " Bu kino ki var…", 2023-cü ildə "Sadəcə Niyazi", 2024 -cü ildə " Xəyalım dolanar, gəzər..." adlı kitabları işıq üzü görüb. Ekran sənətinin estetik problemlərinin tədqiqi ilə ardıcıl məşğul olur. Kinonun estetikası, başqa sənət sahələri, xüsusilə poeziya ilə əlaqələri, ekran təhkiyəsinin strukturu və s. mövzularda yazdığı "Kino haqqında iki paradoks", "Söz… səs… təsvir", "Nəsrin ekran imkanları", "Qoy sözümü şeir desin…", "Misra və kadr", "Şeir obrazlarından ekran obrazlarına", "Bir dəqiqədən əbədiyyətə qədər", "Təsvirsiz kliplər", "Poetik mətnlərin ekran interpretasiyası", "Tutuşdu qəm oduna…", "Tanış mövzuda variasiyalar" , "Ömür sonsuz bir yoldur", "Mətnin gizlinləri" və s. məqalələr "Ulduz", "Qobustan" jurnallarında, "Kino +" qəzetində və digər mətbuat orqanlarında çap olunub, oxucular və mütəxəssislər tərəfindən maraqla qarşılanıb. "Kino və poeziya" monoqrafiyasında Azərbaycan ədəbi-tənqidi fikrində ilk dəfə poetik mətnlərlə ekran mətnlərinin müqayisəli analizini aparıb, sintaktik və semantik quruluş baxımından poeziya ilə ekran sənətinin əlaqələrini hərtərəfli şəkildə araşdırıb, ekran dilinin zənginləşməsində, montaj təfəkkürünün formalaşmasında poeziyanın nailiyyətlərinin önəmli rol oynamasını elmi əsaslarla sübut edib. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Kino sahəsində ən yaxşı tədqiqat əsəri və tənqidi məqalə" müsabiqəsinin qalibi olub. "Qızıl qələm" mükafatı laureatıdır. Rumın mənşəli fransız dramaturqu E. İoneskonun "Borc qurbanları" pyesini, X. Kortasarın, A. Hiçkokun hekayələrini Azərbaycan dilinə tərcümə edib. Elmi axtarışlarının nəticəsi olaraq 2007-ci ildə dissertasiya müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Mükafatları 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 31 iyul 2019-cu il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir. "Qızıl qəıəm" mükafatı lauretıdır. Həsən Məmmədov. (1990) Döyüş havası. (1996) Kino: yuxudan reallığa. (1998) Kino və poeziya. (2000) Tanış mövzuda variasiyalar. (2009) Səhnədən o yana, yaxud sözün şəkli.(2012) Kino terminlərinin izahlı lüğəti. (2015) Kinomuzda Anar fenomeni.(2015) Kinonun fəlsəfəsi (2019) Sevgimizdən usanmayaq (2021) Vaqif Mustafayev: baxın, gülün və düşünün (2021) 5 zirvə (2022) Bu kino ki var…(2022) Sadəcə Niyazi (2023) Xəyalım dolanar, gəzər...(2024) Xarici keçidlər "Kinomuzun yeniləşməyə ehtiyacı var"
https://az.wikipedia.org/w/index.php?curid=460685
Əlisəmid Kür
Əlisəmid Kür — Azərbaycan şairi. Əlisəmid Kür 2 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibidir. Aktyor Qorqud Cəfərlinin atasıdır 1. "Rəngli kölgələr", Bakı, "Yazıçı" - 1989 2. "Əlisəmid və qırx tanış üz", "İşıq"- 1991 3. "Kentavr", Bakı,"Sabah" - 1995 4. "Çaylar məcrasından çıxanda", Bakı, "Vektor", 2004 5. "Sonuncu dua", Təbriz, "Dənizçin", 2013 Ədəbi mükafatları 1. "Qızıl çələng" poeziya mükafatı, Türkiyə, Antaliya, 1992 2. "Vektor" Beynəlxalq Elmi Mərkəzinin poeziya mükafatı, 2003 3. Beynəlxalq Rəsul Rza mükafatı laureatı, 2004 4. "Türk ədəbiyyatına xidmətlərinə görə" ədəbiyyat ödülü, Ankara, 2014 Həmçinin bax Xarici keçidlər Əlisəmid KÜR Arxivləşdirilib 2011-09-23 at the Wayback Machine Əlisəmid Kür - XəzərJurnalı.az
https://az.wikipedia.org/w/index.php?curid=43532
Əlisəttar Atakişiyev
Əlisəttar Ələsgər oğlu Atakişiyev (25 dekabr 1906 – 7 noyabr 1990) — operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), uşaq-fantastika janrlarının məharətli rejissoru. Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olmuşdur. Əlisəttar Atakişiyev 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb. Estoniyanın ilk rəngli filmini çəkib. Kino-operatoru, rejissor və rəssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olmuşdur. Əlisəttar Atakişiyev Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir. Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi.Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat etmişdir. Filmoqrafiya Arşın mal alan (film, 1945)— Quruluşçu Operator Azərbaycanın müalicə ocaqları (film, 1951)— Quruluşçu Rejissor və Quruluşçu Operator Bakılılar (film, 1938)— Operator Bir ailə (film, 1943)— Quruluşçu Operator Bir qalanın sirri (film, 1959)— Quruluşçu Rejissor Bizim küçə (film, 1961)— Quruluşçu Rejissor Doğma xalqıma (film, 1954)— Quruluşçu Operator Fətəli xan (film, 1947)— Quruluşçu Operator İstintaq davam edir (film, 1966)— Quruluşçu Rejissor Xalq Yaradıcılığı Festivalı (film, 1937)— Quruluşçu Rejissor və Quruluşçu Operator Qərib cinlər diyarında (film, 1977)— Quruluşçu Rejissor Mahnı belə yaranır (film, 1957)— Geyim Rəssamı Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015) - Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib. O olmasın, bu olsun (film, 1956)— Quruluşçu Operator Sehrli xalat (film, 1964)— Quruluşçu Rejissor, Ssenari müəllifi Səhər nəğməsi (film, 1950)— Quruluşçu Operator Sovet Azərbaycanı (film, 1950)— Quruluşçu Operator Sovqat (film, 1942)— Quruluşçu Rəssam Sualtı qayıq "T-9" (film, 1943)— Quruluşçu Operator Şöhrət, yaxud unudulan adam (film, 2003)— Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib. Uzaq sahillərdə (film, 1958)— Quruluşçu Operator ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Atakişiyev, Ə. "Məhəbbətimi tapmışam" [İstedadlı kino ustası, rejissor, operator, ssenarist və… rəssam haqqında] //Bakı.- 1969.- 3 sentyabr. Atakişiyev, Ə. "Uşaq filmlərinin çəkilməsi" //Ədəbiyyat və incəsənət.- 1975.- 5 aprel.- səh. 14. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813. Xarici keçidlər "O olmasın, bu olsun" filminin operatorunun amansız taleyi Kinorejissor Əlisəttar Atakişiyevin doğum günüdür
https://az.wikipedia.org/w/index.php?curid=33031
Əlisəttar Məlikov
Əlisəttar Muradəli oğlu Məlikov (15 mart 1892, Bakı – 26 mart 1971) — aktyor, rejissor, Azərbaycan SSR əməkdar artisti (1943). Əlisəttar Muradəli oğlu Məlikov 15 mart 1892-ci ildə Bakıda anadan olmuşdur.Uzun ömür sürmüş, 79 il yaşamış Ə. Məlikovun böyük ailəsi var idi; ailədə dörd uşaq olub — üç oğlan, bir qız. Oğlu Murad kinostudiyada rejissor assistenti işləyirdi, həm də filmlərə çəkilirdi. O, artıq dünyasını dəyişmişdir. Digər oğlu Dadaş təqaüdçüdür. Əlisəttar Məlikov 26 mart 1971-ci ildə vəfat etmişdir. Əlisəttar Məlikov əmək fəaliyyətinə 20-ci illərdə Türk İşçi Teatrında başlamışdır. Bu teatrın səhnəsində Azərbaycan və xarici ölkə dramaturqlarının klassik və müasir əsərlərində müxtəlif səpgili rollar ifa etmiş, o cümlədən "Paris Notr-Dam kilsəsi" tamaşasında təlxəyin, "Bürünc büt"də polkovnik Olbiricin, "Balta haqqında poema"da Yevdokimin, "Tufan"da poruçik Yalavoyun, "Yanğın"da kolxoz sədri Tərxanın, "Hind qızı"nda Diksonun obrazlarını yaratmışdır. Aktyor Ə. Məlikovun kinoya gəlişinin tarixçəsi də maraqlıdır. 30-cu illərin əvvəllərində "Azərfilm" kinostudiyasında 26 Bakı komissarı haqqında bədii filmi çəkmək üçün Gürcüstandan tanınmış rejissor Nikolay Şengelaya dəvət olunur. O, filmə aktyorları seçərkən, Türk İşçi Teatrında gənc aktyor Əlisəttar Məlikovun iştirak etdiyi tamaşaya baxır və ona bolşevik rolunu tapşırır. "26 komissar" filminin çəkilişləri, kinostudiyada olan işgüzar ab-hava Ə. Məlikovun o qədər xoşuna gəlir ki, o, həmişəlik "Azərfilm" studiyasında işləməyə qərar verir. Beləliklə, ilk film, ilk rol onun həyatını bütünlüklə kinematoqrafiyaya bağlayır. Bundan sonra Ə. Məlikov kinoda iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət kinoaktyor, ikinci istiqamət rejissor assistenti, ikinci rejissor kimi. Kinoaktyor kimi o, 1933-cü ildə "Neft simfoniyası" sənədli filmində çəkilmişdir. Filmdə göstərilir ki, Bakının yaxınlığında, Lökbatanda iri neft yatağı aşkar edilir. Bununla əlaqədar buruq qazılır və neftçilərin səbirsizliklə gözlədikləri gün gəlib çatır, neft fontan vurur. Neftçilər sevinir, bir-birlərini təbrik edirlər. Neftçilərdən birinin rolunu Ə. Məlikov oynayır. Bundan sonra o, rejissor Mikayıl Mikayılovun "İsmət" filmində (1934) bortmexanik Məmmədov rolunda çəkilir. Aktyorun yaratdığı surət insanları yeni həyat quruculuğuna səsləyir. O, yeniliyin simvolu kimi yadda qalır. Böyük dramaturqumuz Cəfər Cabbarlı eyniadlı əsəri əsasında yazdığı "Almaz" ssenarisini bir rejissor kimi ekranlaşdırmağı öz üzərinə götürmüşdü. Buna görə də o, əvvəlcədən naturanı seçmiş, hətta rolları da aktyorlar arasında özü bölüşdürmüş, Barat roluna Əlisəttar Məlikovu təsdiq etmişdi. C. Cabbarlının qəfil vəfatı filmin çəkilişini ləngitsə də, rejissorlardan Ağarza Quliyev və Q. Bakinski bu işi başa çatdırdılar. Biz ekranda Ə. Məlikovu Barat rolunda gördük. Rejissor V. Turinin 1938-ci ildə lentə aldığı "Bakılılar" tarixi-inqilabi kinoepopeyadır. Filmdə Əlisəttar Məlikov Cəfərin dostu, bolşevik rolunda çəkilmişdir. Digər tarixi-inqilabi ekran əsərini — "Kəndlilər" filmini Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanov çəkmişdir. Filmin baş qəhrəmanı aşıq Göydəmirin silahdaşı Rəhimin surətini aktyor Ə. Məlikov yaratmış, Rəhimə xas olan nikbin əhval-ruhiyyəni, xarakterindəki insani keyfiyyətləri incə ştrixlərlə göstərə bilmişdir. "Bakılılar" və "Kəndlilər"dən fərqli olaraq "Yeni horizont" bədii filmi müasir mövzudadır. Rejissorlardan Ağarza Quliyev və Q. Braginskinin 1940-cı ildə çəkdikləri film Bakı neftçilərinin həyatından, onların yeni neft yataqları kəşf etmələrindən danışır. Bu ekran əsərində Ə. Məlikov öz müasiri olan Rüstəm Abbasov rolunda çəkilmişdir. Böyük Vətən müharibəsi illərində film qıtlığı olmasına baxmayaraq, Ə. Məlikov bir aktyor kimi üç filmdə çəkilmişdir. "Vətən oğlu" filmində arxa cəbhədə gecə-gündüz çalışıb cəbhəyə daha çox neft verməyə çalışan neftçi, "Bəxtiyar" filmində (1942) poçtalyon və "Bir ailə" kinoalmanaxında dalğıc Məmməd rollarını oynamışdır. Müharibədən sonra, 1947-ci ildə rejissor Yefim Dziqan lentə aldığı "Fətəli xan" tarixi-bioqrafik filmində Ə. Məlikova ən gözəl obrazlardan birini — Hüseyn xan obrazını tapşırdı. Əlisəttar Məlikov bu obrazı elə çılğınlıqla, elə ehtirasla ifa edir ki, fikirləşirsən ki, o, aktyor yox, elə Hüseyn xanın özüdür. Gözlərinə baxanda hiss edirsən ki, fürsət düşən kimi o, Fətəli xandan intiqam alacaqdır. Bəli, Ə. Məlikovun ifasında Hüseyn xan çox yaddaqalan və maraqlı obrazlardan biri kimi Azərbaycan kino tarixinə düşmüşdür. Aktyoru digər respublikalara da çəkilişlərə dəvət edirdilər. O, "Türkmənfilm" kinostudiyasının istehsal etdiyi "Mən qayıdacağam" bədii filmində Qurban rolunda oynamışdır. "Mosnauçfilm" (Moskva) kinostudiyasının çəkdiyi "Qazma rejimi" elmi-kütləvi filmində qazma ustası rolunda çıxış etmişdir. Aktyor Ə. Məlikov Bakı kinostudiyasında filmlərə çəkilməklə yanaşı, 1948-ci ildən rejissor assistenti kimi də fəaliyyət göstərirdi.Əlisəttar müəllim "Doğma xalqımıza" bədii-sənədli filmindən başqa, "Almaz" (1936), "Kəndlilər" (1939), "Bəxtiyar" (1942), "Sualtı qayıq T-9" (1943), "Arşın mal alan" (1945), "O olmasın, bu olsun" (1956), "Mahnı belə yaranır" (1957), "Kölgələr sürünür" (1958), "Böyük dayaq" (1962) kimi bədii və bir neçə sənədli filmdə rejissor assistenti, "Bir qalanın sirri" film-nağılında (1959) II rejissor işləmiş, Azərbaycan kinosunun inkişafı naminə əlindən gələni əsirgəməmişdir. Teatr səhnəsindəki rolları "Paris Notr-Dam kilsəsi" — təlxək "Bürünc büt" — polkovnik Olbiric "Balta haqqında poema" — Yevdokim "Tufan" — poruçik Yalavoy "Yanğın" — kolxoz sədri Tərxan "Hind qızı" — Dikson Filmoqrafiya Aktyor kimi 26 komissar (film, 1932) (tammetrajlı bədii film) (rol: bolşevik) Dostlar (film, 1934) (qısametrajlı bədii film) İsmət (film, 1934) (tammetrajlı bədii film) (rol: Məmməd) Almaz (film, 1936) (tammetrajlı bədii film) (rol: Barat) Bakılılar (film, 1938) (tammetrajlı bədii film) (rol: Cəfərin dostu) Kəndlilər (film, 1939) (tammetrajlı bədii film) (rol: Rəhim) Yeni horizont (film, 1940) (tammetrajlı bədii film) (rol: Rüstəm Abbasov) Vətən oğlu (film, 1941) (qısametrajlı bədii film) (rol: neftçi) Bir ailə (film, 1943) (tammetrajlı bədii film) (rol: Məmməd) Fətəli xan (film, 1947) (tammetrajlı bədii film) (rol: Hüseyn xan)Rejissor assistenti kimi Almaz (film, 1936) (tammetrajlı bədii film) Bakılılar (film, 1938) (tammetrajlı bədii film) Kəndlilər (film, 1939) (tammetrajlı bədii film) Bəxtiyar (film, 1942) (qısametrajlı bədii film) Sualtı qayıq "T-9" (film, 1943) (tammetrajlı bədii film) Arşın mal alan (film, 1945) (tammetrajlı bədii film) Axşam konserti (film, 1948) (qısametrajlı sənədli film) Mingəçevir (film, 1949) (qısametrajlı sənədli film) Bakının işıqları (film, 1950) (tammetrajlı bədii film) Səhər nəğməsi (film, 1950) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1950) (qısametrajlı sənədli film) Azərbaycanın müalicə ocaqları (film, 1951) (qısametrajlı sənədli film) Doğma xalqıma (film, 1954) (tammetrajlı bədii-sənədli film) Bəxtiyar (film, 1955) (tammetrajlı bədii film) O olmasın, bu olsun (film, 1956) (tammetrajlı bədii film) Mahnı belə yaranır (film, 1957) (tammetrajlı bədii film) Kölgələr sürünür (film, 1958) (tammetrajlı bədii film) Həyat öyrədir (film, 1961) (qısametrajlı bədii film) Böyük dayaq (film, 1962) (tammetrajlı bədii film) Əzim Əzimzadə (film, 1967) (qısametrajlı sənədli film)İkinci rejissor kimi Bir qalanın sirri (film, 1959) (tammetrajlı bədii film)
https://az.wikipedia.org/w/index.php?curid=29148
Əliuşağı
Alıuşağı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Əliuşağı kəndi Zazalı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliuşağı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Toponimikası Yerli əhali kəndin adını Alıuşağı kimi tələffüz edir və həmin formada da işlədir. Oykonim alıuşağı nəslinin adını əks etdirir, etnotoponimdir. Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 1799 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=362273
Əliverdi xan
Əliverdi xanın atası Şahqulu xan Mirzə Məhəmməd Mədəni, anası nəvvab Aqil xan Avşarın qızı idi. Avşar elindən çıxmışdılar. Onun əsl adı Mirzə Məhəmmədəli idi. Ailələri şiə məzhəbində idilər. Atası Övrəngzebin oğlu Əzəmşaha xidmət edirdi. Əzəmşah qardaşlarına da orduda rütbə vermişdi. Atalarının vəfatından sonra çox kasıbladılar. Mirzə Məhəmmədəli və qardaşı Mirzə Əhməd Orissanın söbədarı Şücaəddinin yanında xidmətə daxil oldular. Şücaəddin nəvvab postunu tutandan sonra qardaşların vəziyyəti düzəldi. 1728-ci ildə Şücaəddin Mirzə Məhəmmədəlini Racmahalın föücdarı təyin etdi. Həmin vaxtdan sonra Mirzə Məhəmmədəli Əliverdi xan adlandı. 1733-cü ildə Biharın naib nazimi, naib köməkçisi təyin olundu. 1734-cü ildə Məhəbbət-Cəng ləqəbi aldı. Vəzifə və ləqəbləri artdıqca könlündən hökmüranlıq keçdi. 10 aprel 1740-cı ildə Giriya yaxınlığındakı döyüşdə vəlineməti Şücaəddinin vəliəhdi Sərfraz xanı öldürdü. Beləliklə Bihar və Benqalı nəzarətə götürdü. 3 mart 1741-ci ildə Orissanın naib nazimi və Sərfraz xanın qohumu, bacısının əri Rüstəm-Cəngə qalib gəldi. Orissa da onun hökmranlığı altına keçdi. Həmçinin bax Xarici keçidlər Əliverdi xan Arxivləşdirilib 2011-07-01 at the Wayback Machine Banqlapediyada
https://az.wikipedia.org/w/index.php?curid=312458
Əliverdibəyovlar
Əliverdibəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Soyun yaranması Bu soy öz başlanğıcını Əliverdi bəy Hüseyn bəy oğlu Kəbirlidən götürür. Əliverdi bəy Kəbirli mahalının Pərioğlular obasında yaşam sürmüşdü. İbrahimxəlil xan Cavanşirə xidmət etmişdi.Onun törəmələri 1870-ci ildə Əliverdibəyov soyadını qəbul etdilər. Soyun tanınmış nümayəndələri Əliverdi bəy Hüseyn bəy oğlu — Mehdiqulu xanın Ağdam üzrə darğası. Ağalar bəy Əliverdibəyov (1880-1953) — musiqişünas. Nazim Əliverdibəyovun atası. Qara bəy Əliverdilər (1879-1929) — ictimai-siyasi xadim, Azərbaycan Parlamentinin üzvü. Nazim Əliverdibəyov (1926-1985) — Azərbaycan bəstəkarı. Kazım Əliverdibəyov (1934) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978). Kərim Əliverdizadə (1911-1996) — Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Əməkdar mühəndisi, görkəmli alim, texnika elmləri doktoru. Ənvər Çingizoğlu, Əli bəy Kəbirlinin törəmələri, "Soy" dərgisi, Bakı. 2010. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=82068
Əliverdili (Germi)
Əliverdili (fars. علي ورديلو) və ya Allahverdili — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (8 ailə). Şablon:Gərmi şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=767468
Əliverdiuşağı (Xudafərin)
Əliverdiuşağı (fars. عليوردي اوشاقي) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 720 nəfər yaşayır (160 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=622253
Əlix
Əlix — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlix kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Toponimikası 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 86 nəfər əhali yaşayır. Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=359916