!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əlikoma dağı | Əlikoma dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1630 m). Zəngəzur silsiləsinin cənub-qərb yamacındadır. Həmçinin bax Ağdaban dağı Xarxat dağı Bərdidaş dağı | https://az.wikipedia.org/w/index.php?curid=508228 |
Əlikram Bayramov | Əlikram Bayramov (22 dekabr 1968, Puşkin rayonu) — Azərbaycan müğənnisi, nəğməkar şair. Əlikram Urşan oğlu Bayramov 1968-ci il dekabrın 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olmuşdur. Körpə yaşlarından atasını itirir. "Əsrin gözəli" adlı mahnısı ona böyük uğur qazandırır. Evlidir. 1 övladı, 4 nəvəsi vardır. Cavan yaşlarından başlayaraq, musiqi qrupu yaradır və uzun illər Biləsuvar rayon Mədəniyyət Evinin müdiri vəzifəsində çalışır. Peşəkar səhnəyə 1997-ci ildə başlayaraq, xalq qarşısında ilk dəfə Zemfira Əlişqızının yaradıcılıq konsertində çıxış edir. Əsrin gözəli, Gözləyəcəm, Yaz çiçəyi, Yaşayıram sənin üçün, Dəniz arzularım kimi bir çox mahnıların müəllifi və bəstəkarıdır. Xarici keçidlər alikram.az — Əlikram Bayramov rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=453254 |
Əlikram Hümbətov | Ələkrəm Ələkbər oğlu Hümbətov (28 oktyabr 1948, Lerik – 22 dekabr 2022, Niderland) — 1992–1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini. 1993-cü ildən qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti və Talış-Muğan böhranının əsas səbəbkarı. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılmışdır. Ələkrəm Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləmişdir. Azərbaycan Xalq Cəbhəsı Partiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə AXCP-nin Lənkəran şöbəsi, talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırmışdır. 1990-cı ildə Azərbaycanda anti-Sovet iğtişaşları zamanı yanvar ayında Lənkəranda 10 gün şəhərin başında qalmışdır. 1990-cı ilin avqustundan 1991-ci ilin dekabrına kimi Azərbaycan Sosial Demokrat Partiyasının üzvü olub. Ələkrəm Hümmətov 1993-cü ilin avqustunda ölkədə mövcud olan gərginlikdən sui-istifadə edərək Cənubda yerləşdirilmiş hərbi hissələri, icra aparatlarını və hüquq-mühafizə orqanlarına tabeliyi ələ keçirib. Daha sonra Azərbaycanın tərkibində "Talış-Muğan Respublikası"nın yaradıldığını elan edib və mərkəzi hakimiyyətlə güc mövqeyindən dialoq aparmağa cəhd göstərib. 1993-cü il 17 avqust tarixində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərarda deyilir ki, Ələkrəm Hümmətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisini təzyiq altında saxlayıb, onlara qarşı qanunsuz hərəkətlərə yol verib. Bununla kifayətlənməyərək dövlət orqanlarına hədə-qorxu gəlib, onları özünə tabe olmağa məcbur edib.Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 1996-cı il tarixli hökmü ilə məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2004-cü il tarixli 119 nömrəli Fərmanı ilə əfv olunmuşdur. 2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılıb. 2013-cü il sentyabrın 24-də İrəvana Talış-Muğan Respublikasının prezidenti kimi səfər edərək İrəvan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını edib və daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər edərək Xankəndində yerləşən universitetlərin birində çıxış edib. 22 dekabr 2022-ci ildə Hollandiyada xəstəlik səbəbindən vəfat edib. Şəxsi həyatı Ailəli idi və iki oğlu var idi. Həyat yoldaşı Südabə Rəsulovanın dediklərinə görə nə özü, nə də oğulları talış dilində bilmədiyi üçün ailədə Azərbaycan dilində danışılıb. | https://az.wikipedia.org/w/index.php?curid=294216 |
Əlikram Hüseynov | Əlikram Həsən oğlu Hüseynov (20 aprel 1926, Bakı – 18 avqust 2006, Bakı) — Azərbaycan tarzəni, orkestrin solisti; Azərbaycan Respublikasının əməkdar artisti (1991) Əlikram Hüseynov 20 aprel 1926-cı ildə Bakıda doğulub. 1942–1946-cı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuşdur. Oxuduğu müddətdə Əhməd Bakıxanov və Adil Gəraydan dərs almışdır. 1947-ci ildə Üzeyir Hacıbəyov və Cəfər Cəfərovun iştirakı ilə keçirilən musiqi müsabiqəsində Orta Mahuru çalmış, birinci yerə çıxmışdır. 1947-ci ildə həmçinin Praqada keçirilən Festivalda da orta mahuru çalmışdır. 1959, 1960, 1961-ci illərdə konsert və tədbirlərdə Azərbaycan opera müğənnisi Bülbülü müşayət etmişdir. Əlikram Hüseynovun ilk təyinatı Şəkiyə verilmişdir. 1957-ci ildən 2006-cı ilə qədər isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmışdır. Rübabə Muradova, Zeynəb Xanlarova, Rəsmiyyə Zeynalova, Arif Babayev, Baba Mahmudoğlu, Mənsum İbrahimov kimi sənətkarlarla çalışmışdır. Milli opera sənətinin inciləri olan "Leyli və Məcnun"da, "Əsli və Kərəm"də, "Şah İsmayıl"da və "Aşıq Qərib"də ifa etdiyi muğamlar onu bir tarzən kimi tamaşaçılara sevdirmişdir. 2006-cı il aprelin 19-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.18 avqust 2006-cı ildə 80 yaşında Bakıda vəfat edib. Köhnə Yasamal qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikasının əməkdar artisti — 19.09.1991 Əlikram Hüseynov Sürayə xanımla ailə həyatı qurmuş, Məxfirət adlı qızı və Yaşar adlı oğlu olmuşdur. Hüseynov Əlikram. Oxu tar /Əlikram Hüseynov; Toplayıb tərtib edən: S.Q.Quliyeva.- B.: Günəş, 2005, 112 səh. | https://az.wikipedia.org/w/index.php?curid=741088 |
Əlikram Tağıyev | Əlikram Mirhəsən oğlu Tağıyev — (d.01.07.1945-ö.17.01.2022) tarixdə İmişli rayonunda anadan olub. M.F.Axundov adına APDİ-də ingilis və Azərbaycan dili ixtisası üzrə təhsil alıb. Fəlsəfə elmləri doktoru, professordur. Əsas elmi nailiyyətləri Fəlsəfə, politologiya, sosiologiya və kulturologiya sahəsində ixtisaslaşmış, müəyyən əhəmiyyət kəsb edən elmi araşdırmalar aparmışdır. Namizədlik və doktorluq işləri milli-etnik problemlər sahəsindədir. Milli ideya ve milli ideologiya problemləri ilə məşğul olur.Azərbaycan Texniki Universitetində və Azərbaycan Müəllimlər İnstitutunda professorurdur. Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Politologiya" şöbəsinin müdirdir. Əsas elmi əsərlərin adları Milli ideya ve milli ideologiya: problemlər və onların şərhi. Bakı. 2000, 11 ç, v. Etnopolitologiya. Bakı. 2000, 10 ç.v. Orta əsrlərin fəlsəfi və sosial-siyasi fikri (qərbi Avropa və Azərbaycan). Bakı. 1999, 18 ç. v. Ruslar və türklər. Bakı. 2000, 10 ç v. Fəlsəfədən siyasətə, Bakı. 2001, 8 ç.v. Həmçinin bax Azerbaycan Elmlər Akademiyası Arxivləşdirilib 2005-05-12 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=9370 |
Əlikram Xanışov | Əlikram Qabil oğlu Xanışov (8 fevral 2000; Göytəpə, Cəlilabad, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. Əlikram Xanışov 8 fevral 2000-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2018-ci ildə V. Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbi bitirib. Hərbi xidmətləri Əlikram 2018-ci ildə əsgərlik borcunu Goranboy rayonunda N saylı hərbi hissədə yerinə yetirdikdən sonra 2020-ci il aprel ayında evə qayıtmışdı. O, 20 gündən sonra müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə yollanmışdı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlikram Xanışov Talış Madagizin azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb. 30 noyabr 2020-ci ildə Cəlilabadda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=767392 |
Əlikram Şahbazlı | Əlikram Novruz oğlu Şahbazlı (1 oktyabr 2001; Borbor, Şabran rayonu, Azərbaycan — 6 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlikram Şahbazlı 1 oktyabr 2001-ci ildə Şabran rayonunun Borbor kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinə qəbul olsa da, təhsilini yarımçıq saxlayaraq 7 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Əlikram Şahbazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=701614 |
Əlikram Əliyev | Əliyev Əlikram Hacıağa oğlu (Əlikram Əliyev) (d. 1963, Bakı, Azərbaycan SSR) — "Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi"nin SABİQ rəisi - "Bakı Folklor Teatrı"nın SABİQ Bədii rəhbəri. Əlikram Əliyev 1963-cü ildə Bakıda doğulmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasını bitirib. Ailəlidir, iki övladı var. Xarici keçidlər [1] Arxivləşdirilib 2019-07-26 at the Wayback Machine (az.) | https://az.wikipedia.org/w/index.php?curid=313400 |
Əliköməktəpə | Əliköməktəpə — Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndi yaxınlığında yerləşən eneolit dövrünə aid yaşayış yeri. Qazıntılar zamanı aşkarlanmış at sümüklərinə əsasən, güman edilir ki, at əhliləşdirilməsi məhz bu eneolit dövründə (daha dəqiq e.ə. V minillikdə) başlayıb, bununla da Əliköməktəpə abidəsi Qafqaz və Ön Asiyada atın əhliləşdirildiyi yer kimi tanınır. Fərman Mahmudovun araşdırmalarına görə, qazıntılar zamanı tapılmış çoxsaylı gil qablar abidənin ərazisində ikinci ən böyük tapıntıdı. Qazıntılar zamanı rənglə örtülmüş 300-dən artıq gil qab nümunələri aşkar olunmuşdur. Tapıntıların bir çoxu monoxrom rəsmlərlə bəzədilmişdir. Qəhvəyi və qırmızı rəsmlərin böyük hissəsi üçbucaqlar, romblar, düz və əyri xəttlərdən ibarətdilər. Həmçinin yaşayış yerində Enolit dövrünə xas olan dini inanc abidəsi sayılan dairəvi otaq aşkarlanmışdır. Tarix elmləri doktoru Rəşid Göyüşovun fikrinə görə, otağın yerləşdiyi bina ovsun mərasimlərinin keçirilməsi üçün istifadə olunurdu, bunun sübutu bina və otağın memarlıq quruluşundadı: binalar çiy kərpiclə dördkünc formada hörülmüşdür, otağın divarları isə gillə suvanmış, üstündə isə ağ gillə şirələnmişdir, həm də hamar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir. Azərbaycan Sovet Ensiklopediyası, IV cild, B.,1980 Mahmudov F.R. Əliköməktəpəsində arxeoloji qazıntılann ilkin yekunlan // Azərbaycanda daş dövrü və eneolit, Bakı, 1984. Rəşid Göyüşov. Azərbaycan arxeologiyası. B., 1986 Yusif Səfərov. Qədim Azərbaycan: nə bilirik. B., 1989 Azərbaycan tarixi, I cild, B., 1994 M. Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B., 2014 | https://az.wikipedia.org/w/index.php?curid=766016 |
Əliköməktəpə yaşayış yeri | Əliköməktəpə — Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndi yaxınlığında yerləşən eneolit dövrünə aid yaşayış yeri. Qazıntılar zamanı aşkarlanmış at sümüklərinə əsasən, güman edilir ki, at əhliləşdirilməsi məhz bu eneolit dövründə (daha dəqiq e.ə. V minillikdə) başlayıb, bununla da Əliköməktəpə abidəsi Qafqaz və Ön Asiyada atın əhliləşdirildiyi yer kimi tanınır. Fərman Mahmudovun araşdırmalarına görə, qazıntılar zamanı tapılmış çoxsaylı gil qablar abidənin ərazisində ikinci ən böyük tapıntıdı. Qazıntılar zamanı rənglə örtülmüş 300-dən artıq gil qab nümunələri aşkar olunmuşdur. Tapıntıların bir çoxu monoxrom rəsmlərlə bəzədilmişdir. Qəhvəyi və qırmızı rəsmlərin böyük hissəsi üçbucaqlar, romblar, düz və əyri xəttlərdən ibarətdilər. Həmçinin yaşayış yerində Enolit dövrünə xas olan dini inanc abidəsi sayılan dairəvi otaq aşkarlanmışdır. Tarix elmləri doktoru Rəşid Göyüşovun fikrinə görə, otağın yerləşdiyi bina ovsun mərasimlərinin keçirilməsi üçün istifadə olunurdu, bunun sübutu bina və otağın memarlıq quruluşundadı: binalar çiy kərpiclə dördkünc formada hörülmüşdür, otağın divarları isə gillə suvanmış, üstündə isə ağ gillə şirələnmişdir, həm də hamar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir. Azərbaycan Sovet Ensiklopediyası, IV cild, B.,1980 Mahmudov F.R. Əliköməktəpəsində arxeoloji qazıntılann ilkin yekunlan // Azərbaycanda daş dövrü və eneolit, Bakı, 1984. Rəşid Göyüşov. Azərbaycan arxeologiyası. B., 1986 Yusif Səfərov. Qədim Azərbaycan: nə bilirik. B., 1989 Azərbaycan tarixi, I cild, B., 1994 M. Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B., 2014 | https://az.wikipedia.org/w/index.php?curid=482036 |
Əlikösə (Duzluca) | Əlikösə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Əlikosa kimi qeyd olunur. Ermənilər 13 avqust 1919-cu ildə kəndin kişilərini ayıraraq əksəriyyətini qətlə yetirmişdilər. Noyabrın 11-dən 12-nə keçən gecə XI Diviziya komandanlığı ermənilərə qarşı hücuma keçmiş və Türkiyə bayrağı İğdır bələdiyyəsinin binasına sancılmışdır. Bu hadisələrdən sonra 14 noyabrda ermənilər XV korpus komandiri Kazım Qarabəkir paşanın komandanlığı ilə Türkiyə ordusu tərəfindən Araz çayının şimalına doğru dəf edilmişdir. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafının Türkiyə ərazisi olduğu təsdiqlənmişdir. Coğrafiyası Kənd İğdır şəhər mərkəzinə 62 km, Duzluca şəhər mərkəzindən 26 km məsafədədir. | https://az.wikipedia.org/w/index.php?curid=814528 |
Əlikəhrizi | Əlikəhrizi (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Əlikəhrizi (Muradlı) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. | https://az.wikipedia.org/w/index.php?curid=763887 |
Əlikəhrizi (Meşkinşəhr) | Əlikəhrizi (fars. عالي كهريزي) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (24 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=763492 |
Əlikəhrizi (Muradlı) | Əlikəhrizi (fars. علي كهريزي) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (35 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=763871 |
Əlikəlbi (Kəleybər) | Əlikəlbi (fars. علي كلبي) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (7 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=686934 |
Əlikəmər (Nəmin) | Əlikəmər (fars. علي كمر) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (13 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=759312 |
Əlikənd | Əlikənd (Ucar) — Azərbaycanın Ucar rayonunun Qazıqumlaq inzibati ərazi vahidində kənd. Əlikənd (Göyçay) — Azərbaycanın Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Əlikənd (Bukan) — Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=603710 |
Əlikənd (Bukan) | Əlikənd (fars. آلي كند) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (27 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=477058 |
Əlikənd (Göyçay) | Alıkənd, Əlikənd — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Göyçay rayonunun Mırtı inzibati ərazi vahidində kənd. Göyçay rayonunun mərkəzində, Mırtı, Şəkər, Veysəlli kəndlərə yaxın, Şirvan düzündə yerləşir. Toponimikası Alıkənd oykonimi “Alı” (antr.) və “kənd” (yaşayış məntəqəsi termini) sözlərindən düzəldilib, “Alıya məxsusu kənd” deməkdir. 1933-cü ildə Göyçay rayonunun Ramal və Şəkər inzibati ərazi vahidlərində iki Alıkənd kəndi qeydə alınmışdır. Əhalisinin sayı 547 (2009) nəfərdir Tanınmışları Asif Bəkirli — SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi. Abil İslam - Şair , Jurnalist , Azərbaycan Yazıçılar Birliyi - nin və Azərbaycan Jurnalistlər Birliyi - nin üzvü Piri Məmmədov—Azərbaycan Respublikasının əməkdar jurnalisti Həmçinin bax Kürd (Göyçay) | https://az.wikipedia.org/w/index.php?curid=605231 |
Əlikənd (Ucar) | Əlikənd — Azərbaycan Respublikasının Ucar rayonunun Qazıqumlaq inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 815 nəfərdir. Əlikənd Ucar rayonunun eyniadlı və Qazıqumlaq inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonim "Əliyə məxsus kənd, Əlinin kəndi" mənasındadır. Həmçinin bax Ucar rayonu Şirvan düzü | https://az.wikipedia.org/w/index.php?curid=18770 |
Əlikəndi | Əli kəndi (Şot) Əlikəndi (Şövt) Əlikəndi (Qaraqoyun) Əlikəndi (Urmiya) Əlikəndi (Çaroymaq) Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=603713 |
Əlikəndi (Qaraqoyun) | Əlikəndi (fars. علي كندي) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 198 nəfər yaşayır (48 ailə) | https://az.wikipedia.org/w/index.php?curid=475727 |
Əlikəndi (Urmiya) | Əlikəndi (fars. علي كندي) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (44 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=581234 |
Əlikəndi (Çaroymaq) | Əlikəndi (fars. علي كندي) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=613371 |
Əlikəndi (Şövt) | Əlikəndi (fars. علي كندي) — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (8 ailə) | https://az.wikipedia.org/w/index.php?curid=475673 |
Əlikəran (Meşkinşəhr) | Əlikəran (fars. علي كران) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (15 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=763146 |
Əlil | Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur. Əlilliyin hansı növləri var? Əlillik növlərinə insanın gündəlik ehtiyaclarını və fəaliyyətlərini yerinə yetirmək qabiliyyətinə mane olan və ya azaldan fiziki və əqli qüsurlar daxildir. Bu tip engelli pozğunluqları əlilliyi olan şəxsin gündəlik işlərini yerinə yetirə bilməməsi adlandırmaq olar. Əlillik növləri 8 əsas qrupda araşdırılır və geniş bir alt kateqoriyaya malikdir. Görmə məhdudiyyəti olan şəxslər Dil və Nitq Deaktivdir Əqli və Duygusal Əlilliyi olan şəxs Eşitmə məhdudiyyəti ola şəxslər Əqli Əlilliyi olan şəxslər Xroniki (Xroniki) Xəstəlikləri olanlar Ortopedik Əlilliyi olan şəxslər Diqqət çatışmazlığı hiperaktivlik pozğunluğuƏlillik insanın orqanlarına və ya bədən hissələrinə daimi ziyan vura bilər və insanın həyatına birbaşa təsir göstərə bilər. Ümumilikdə üç əsas əlillik qrupu var; Bədən quruluşu və funksiyası Ətraf Mühit faktorları Həyatda iştirak və fəaliyyətlər Xarici keçidlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) rəsmi saytı. | https://az.wikipedia.org/w/index.php?curid=809654 |
Əlil arabası | Əlil arabası — fiziki narahatçılığı olan və ya hansısa maneə səbəbi ilə yeriyə bilməyən və ya asanlıqla hərəkət edə bilməyən insanların mobilizasyası üçün istifadə edilən vasitədir. Təkərləri müxtəlif ölçülərdə olur. Ümumiyyətlə əl ilə istifadə edilir amma xüsusi ehtiyaclara görə bədənin demək olar hər yeri ilə istifadə edilə biləcək çeşidləri də var. Hərəkət baxımından avtomatik və mexanik olaraq iki növü olur. Hər ölçüyə və hər cür ehtiyaca görə xüsusi olaraq hazırlanırlar. Fiziki məhdudiyyətli şəxslərdən əlavə bu arabanın müşayiətçisi üçün də digər variantlar mövcuddur. İstifadəçilər ehtiyaclarına görə böyüklük və güc seçimində istədiklərin seçə bilərlər. Darısqal məkanlarda istifadə ediləcəksə yığcam quruluşda olması bəzən üstün tutulur, hava şərtlərinə görə istifadə ediləcəksə gücü və davamlılığı ön plana çıxmaqdadır. Əlil arabası ilə edilən onlarla idman növü var və hər idman sahəsinin ehtiyacları istiqamətində fərqli dizayn və xüsusiyyətlərdə əlil arabası modelləri inkişaf etdirilib. Mexaniki əlil arabası Standart əlil arabası (poladdan) Uşaq əlil arabası Alüminium əlil arabası Aktiv & adaptiv əlil arabası İdmançı əlil arabası (basketbol, tennis və s.) Müşayiətçi tərəfindən istifadə olan əlil arabası Avtomatik əlil arabası (batareyalı) | https://az.wikipedia.org/w/index.php?curid=474564 |
Əlili | Əlili, Salvard — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kəngərli türk tayfasına mənsub əlili etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Salvard qoyulmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=414914 |
Əlillik | Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur. Əlilliyin hansı növləri var? Əlillik növlərinə insanın gündəlik ehtiyaclarını və fəaliyyətlərini yerinə yetirmək qabiliyyətinə mane olan və ya azaldan fiziki və əqli qüsurlar daxildir. Bu tip engelli pozğunluqları əlilliyi olan şəxsin gündəlik işlərini yerinə yetirə bilməməsi adlandırmaq olar. Əlillik növləri 8 əsas qrupda araşdırılır və geniş bir alt kateqoriyaya malikdir. Görmə məhdudiyyəti olan şəxslər Dil və Nitq Deaktivdir Əqli və Duygusal Əlilliyi olan şəxs Eşitmə məhdudiyyəti ola şəxslər Əqli Əlilliyi olan şəxslər Xroniki (Xroniki) Xəstəlikləri olanlar Ortopedik Əlilliyi olan şəxslər Diqqət çatışmazlığı hiperaktivlik pozğunluğuƏlillik insanın orqanlarına və ya bədən hissələrinə daimi ziyan vura bilər və insanın həyatına birbaşa təsir göstərə bilər. Ümumilikdə üç əsas əlillik qrupu var; Bədən quruluşu və funksiyası Ətraf Mühit faktorları Həyatda iştirak və fəaliyyətlər Xarici keçidlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) rəsmi saytı. | https://az.wikipedia.org/w/index.php?curid=372340 |
Əlillər Evi (Paris) | Əlillər Evi və ya Milli Əlillər Evi (fr. L'hôtel national des Invalides), ya da sadəcə Əlillər (fr. Les Invalides) Parisin memarlıq abidələrindən biri olub, 24 fevral, 1670-ci ildə XIV Lüdovikin əmrinə əsasən hərbi əlillərin (müharibə əlillərinin) şərəfinə inşa edilmişdir. Avropada tikilən ilk əlillər evidir. Bugünkü gündə də əlilləri qəbul etməkdədir. Burada eyni zamanda bir neçə muzey yerləşməkdədir. Xarici keçidlər Rəsmi saytı Mark Sartan Əlillər Evi | https://az.wikipedia.org/w/index.php?curid=116814 |
Əlillər binası (Novoçerkassk) | Əlillər binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yerləşən bina. Bina 1812-ci il Napoleon müharibəsində yaralanmış əsgərlərin xatirəsinə inşa edilmişdir. Hazırda binada Cənub Federal Universitetinin Geologiya və Neftqaz işləri üzrə fakültə yerləşir. Bina 1913-cü ildə arxitektor Sergey İvanoviç Boldırevin layihəsi əsasında inşa edilmişdir. Əlillər binası Novoçekassk şəhərinin Boqdan Xmelinski və Troyski küçələrinin küncündə qərarlaşır. Bina 1812-ci il Napoleon müharibəsindəki qələbənin yük illiyinə inşa edilmişdir. 1812-ci il Napoleon müharibəsindəki Don kazakları ataman Matvey İvanoviç Platovun rəhbərliyi altında fransız ordusuna qarşı müharibədə böyük hünər göstərmişdir. Bu səbəbdən Don kazakları üçün Novoçekasskdə 25 nəfərlik əlillər evinin inşası qərara alınmışdır. Bu illərdə bütün Rusiya ərazisində müharibə veteranları üçün çoxlu sayda bu tip binalar inşa edilmişdi. Novoçekassk şəhərində isə bu ilk olmuşdur. Binanın inşası üçün kütləvi şəkildə ianə toplanırdı. Burada E hərfinə bənzər bina inşa edilirdi. Bina layihəsinin müəllifi Sergey İvanoviç Boldırev olmuşdur. 1919-cu ildə Don Kazak qoşunlarının əmri ilə Andrey Avsenteviç Lobov Əlillər binasının himayəçisi olmuşdur. Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. Bir müddət sonra burada Novoçekassk Politexnik İnstitutu yerləşirdi. Burada metallurgiya və metalloqrafiya kafedrası, laboratoriya və tədris emalatxanası yerləşirdi. Hazırda binada Cənub Federal Universitetinin Geologiya və Neftqaz işləri üzrə fakültə yerləşir Arxitektur xüsusiyyətləri Əlillər binası kərpiçdən inşa edilmişdir. Bina üzərində iki tarix yazılmışdır. Bu isə 1812-ci il Napoleon müharibəsi münasibəti il əlaqədardır. | https://az.wikipedia.org/w/index.php?curid=485430 |
Əlillərin hüquqları haqqında Konvensiya | Əlillərin hüquqları haqqında Konvensiya — 13 dekabr 2006-cı il tarixində BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 3 may 2008-ci il tarixində qüvvəyə minmiş (iyirmi dövlət tərəfindən qoşulma və ya təsdiqlənmənin otuzuncu günü). Konvensiya ilə paralel olaraq, ona Fakultativ Protokol qəbul edildi və qüvvəyə mindi. 2019-cu ilin noyabr ayından etibarən Konvensiyada 181 dövlət və Avropa Birliyi, Fakultativ ilə bağlı Protokolda 96 dövlət iştirak edir. Konvensiyanın qüvvəyə minməsi ilə Əlillərin Hüquqları Komitəsi yaradıldı (əvvəlcə - 80 nəfərin iştirakçısı olan ölkələrin sayının 18 nəfərə çatması ilə əlaqədar olaraq 12 mütəxəssisdən ibarət idi) — Konvensiyanın iştirakçı dövlətlərinin hesabatlarını nəzərdən keçirmək, onlara dair təkliflər və ümumi tövsiyələr vermək, habelə Protokolun iştirakçısı olan dövlətlər tərəfindən Konvensiyanın pozulması barədə hesabatları nəzərdən keçirmək səlahiyyətinə malik olan Konvensiyanın icrasına nəzarət edən bir qurum. Mətn Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 13 dekabr 2006-cı ildə qəbul edilmiş və 30 mart 2007-ci ildə imzalanmağa açılmışdır. 20-ci tərəf tərəfindən təsdiqləndikdən sonra 3 may 2008-ci ildə qüvvəyə minmişdir. 2020-ci il iyul ayından etibarən 163 nəfər və 182 nəfər tərəfindən imzalanmışdır. partiyalar, 181 əyalət və Avropa Birliyi (23 dekabr 2010-cu ildə təsdiqlədi). Konvensiya Əlilliyi olan Şəxslərin Hüquqları Komitəsi tərəfindən nəzarət olunur və bunun üçün CRPD-yə üzv dövlətlərin illik konfranslarında 2008-ci ildən bəri təlimatlar müəyyən edilmişdir. İştirakçı Dövlətlərin On üçüncü Konfransı 2020-ci ilin iyun ayında Nyu-Yorkda keçirilməli idi və daha sonra təxirə salınaraq təxirə salındı. COVID-19 böhranı səbəbindən 2020-ci ilin dekabrında görüşəcəklər. Əlillərin Hüquqları Komitəsi Əlillərin Hüquqları Komitəsi, Konvensiyanın icrasına nəzarət etmək həvalə edilmiş bir insan hüquqları mütəxəssisi qrupudur. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Cenevrədəki Ofisi tərəfindən dəstəklənən on müqavilə qurumundan biridir. Əvvəlcə yarısı iki illik, yarısı dörd il müddətinə seçilən 12 müstəqil insan hüquqları ekspertindən ibarət idi. Bundan sonra üzvlər dörd il müddətinə seçildi, üzvlərin yarısı iki ildən bir seçildi. Konvensiyanı 80 nəfər təsdiqlədiyindən, Komitə 2011-ci ildə 18 üzvə qədər genişləndi. 25 iyul 2020 tarixindən etibarən 2020 və ya 2022 sonuna qədər fəaliyyət göstərən mütəxəssislər: Xarici keçidlər Text of the Convention (HTML) Text of the Convention (accessible PDF) List of parties Arxivləşdirilib 2012-08-19 at the Wayback Machine Committee on the Rights of Persons with Disabilities - Official monitoring body Procedural history note and audiovisual material on the Convention on the Rights of Persons with Disabilities in the Historic Archives of the United Nations Audiovisual Library of International Law | https://az.wikipedia.org/w/index.php?curid=699695 |
Əlilə (Germi) | Əlilə (fars. اليله) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 430 nəfər yaşayır (90 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=765525 |
Əliləmbəyli | Əliləmbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=108034 |
Əliləmbəyli bələdiyyəsi | Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=549739 |
Əliləsər (Germi) | Əliləsər (fars. اليله سر) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 169 nəfər yaşayır (32 ailə). Şablon:Gərmi şəhristanı | https://az.wikipedia.org/w/index.php?curid=765526 |
Əlimran Şirvanski | Dəmirov (Şirvanski) Əlimran Müslüm oğlu — rejissor, aktyor, Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978). 1918 ildən Bakı teatr truppalarında həvəskar aktyor kimi çıxış etmiş, dram dərnəklərinə rəhbərlik etmişdir. 1924-cü ildə Ə. Bayramov adına qadınlar klubunda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" tamaşasında rejissor köməkçisi, həmçinin Vəli rolunun ifaçısı olmuşdur. 1939-1948-ci illərdə Azərbaycan Musiqili Komediya Teatrında aktyor və rejissor vəzifələrində çalışarkən Üseyir bəy Hacıbəyovun bir sıra əsərlərinin quruluşunu vermiş və bu tamaşalarda aktyor kimi iştirak etmişdir. Qoçu Əsgər, Həsənqulu bəy, Rza bəy və s. yadda qalan obrazlar yaratmışdır.Əli İmran Şirvanski Fəhlə-Gənclər Dram Dərnəyinin rəhbəri idi. | https://az.wikipedia.org/w/index.php?curid=492021 |
Əlimurad hamamı | Əlimurad hamamı — Abşeron rayonu Görədil qəsəbəsində, Novxanı-Pirşağı yolundan 600 m cənubda, Görədil kəndinin daxilinə gedən yolun sağ tərəfində yerləşir. Dörd bucaqlı formaya malik hamamın iki hissədən girişi vardır (cənub və şərq). İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Hər gümbəzdə iki pəncərə vardır. Girişdə yerləşən hücrənin üzərində olan gümbəzdəki pəncərələrdən biri şərq, digəri isə cənub istiqamətdə yerləşdirilmişdir. İkinci gümbəzdəki pəncərələr isə cənub-qərb və cənub-şərq istiqamətdədir. Görünür bu hamamın daxilinə günəş işığının düşməsi və dəniz istiqamətdən əsən xəzri küləyinin gətirdiyi soyuq havanın və ya dəniz qumunun hamamın daxilinə daxil olmaması məqsədini güdür. Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir. Həmçinin bax Hacı Səfəralı hamamı | https://az.wikipedia.org/w/index.php?curid=602345 |
Əlimurad xan Zənd | Əlimurad xan Zənd (?-18.1.1785) — Zəndlər sülaləsindən Fars, İsfahan hakimi. Həmçinin bax Kərim xan Zənd Xarici keçidlər Rulers of Iran | https://az.wikipedia.org/w/index.php?curid=186790 |
Əlimuxtar Hüseynzadə | Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə (5 fevral 1925, Bakı – 14 sentyabr 2007, Bakı) — əməkdar inşaatçı. Azərbaycanın Kənd Tikinti Naziri (1974–1978). Hüseynzadə Əlimuxtar Ağaqulu oğlu 5 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 1942-ci ildə Dəmiryolu Texnikumuna qəbul olmuşdur. Texnikumu bitirdikdən sonra 1945-ci ildə Bakıda filialı açılan Tbilisi Dəmiryolu İnstitutun tikinti şöbəsinə daxil olmuş və 1950-ci ildə təhsilini başa vurmuşdur. Hüseynzadənin gənc yaşları müharibənin qızğın illərinə təsadüf edir. Bununla əlaqədar orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra məcburiyyət qarşısında qalaraq Bakı Dəmiryolu Texnikumuna daxil olur. Təhsilini davam etdirərək, eyni zamanda Bakı şəhərinin Sabunçu rayonunda dəmiryolu sahəsində baş fəhlə və texnik vəzifəsində çalışır. 1945-ci ildə Bakıda filialı açılan Tbilisi Dəmiryolu İnstitutunun tikinti şöbəsinə daxil olur (sonralar bu filial Azərbaycan Sənaye İnstitutunun Nəqliyyat fakültəsinə çevrilir) və 1950-ci ildə institutun birinci məzunlarından biri olur. Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1950–1953-cü illərdə Kür-Araz Su Tikinti İdarəsinin Salyan bölməsində usta vəzifəsindən başlamışdır. 1953-cü ildə Bakıya qayıdaraq 1956-cı ilə kimi Neft Nazirliyinin tabeliçiliyində fəaliyyət göstərən Azərbaycan Ərazi Tikinti Trestində usta, iş icraçısı, 1956–1962-ci illərdə Bakı Baş Tikinti İdarəsinin 3 nömrəli Tikinti İdarəsində iş icraçısı, müdir, 1962–1966-cı illərdə yeni yaradılmış 1 nömrəli "Bakışəhərtikinti" Trestinin müdiri, 1966–1974-cü illərdə "Xəzərdəniztikinti" ("Azərnəqliyyattikinti") Trestinin müdiri, 1974–1978-ci illərdə Azərbaycan Respublikasının Kənd Tikinti Naziri, 1979–1984-cü illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində tikinti məsələləri üzrə nazir müavini vəzifələrində çalışmışdır. Böyük Vətən müharibəsindən sonra ölkədə quruculuq işləri böyük vüsət almışdır. Neft sənayesi üzrə "Kür-Araz Su Tikinti" Baş İdarəsi, "Metrotikinti" İdarəsi, eyni zamanda o vaxt Ermənistandan köçüb gələn azərbaycanlıları yerləşdirmək üçün yaşayış evləri tikən "Köçürmətikinti" ("Azpereselenstroy") və s. çoxsaylı tikinti təşkilatları yaradılmışdır. Tikinti – quraşdırma işləri nəinki Bakı şəhərində, eləcə də Sumqayıt, Mingəçevir və digər rayonlarda aparılırdı. Demək olardı ki, tikintinin qaynar bulaq kimi coşub çağladığı bir vaxtda bu sahədə işləmək o zaman hər bir insanın arzusu idi və bu böyük şərəf sayılırdı. Belə bir zamanda, 1950-ci ildə Əlimuxtar müəllim gənc mütəxəssis kimi Kür-Araz Su Tikinti İdarəsinin Salyan rayonunun Şorsulu kəndində olan tikinti idarəsinə göndərilir və burada 1953-cü ilə gədər ağır şəraitin olmasına baxmayaraq çox həvəs və coşqunluqla işləyən su təsərrüfatı obyektlərinin, yaşayış evlərinin, elektrik yarımstansiyalarının tikintisində müvəfəqiyyıtlə çalışır və böyük təcrübə qazanır. 1953-cü ildə Əlimuxtar Hüseynzadə Bakı şəhərinə qayıdır və o zaman keçmiş Sovet İttifaqı Neft Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Ərazi Tikinti Trestində fəaliyyət göstərir. Burada o, bir neçə mürəkkəb tikintinin icrasına rəhbərlik edir, o cümlədən Gəmi Təmiri Zavodunun tikintisinin başa çatdırılmasında fəal iştirak edir. Burada gənc mütəxəssis böyük təcrübə toplayır, sınaqdan keçir, tikintinin incəliklərini mənimsəyir və hər-hansı bir tikintinin texniki mürəkkəbliyindən asılı olmayaraq müstəqil və səmərəli qərarlar qəbul etməyə nail olur. 1956-cı ildə Bakı Baş Tikinti İdarəsi yaradılır və Əlimuxtar müəllimin çalışdığı idarə Bakı Baş Tikinti İdarəsinin tabeliyinə verilərək 3 nömrəli Tikinti İdarəsi yaradılır. Öz fəaliyyətini Bakı Baş Tikinti İdarəsinin 3 nömrəli Tikinti İdarəsində iş icraçısı vəzifəsində davam etdirərək 1958-ci ildə idarənin rəisi təyin olunur. 1962-ci ildə isə yeni yaradılan 1 nömrəli Bakı Şəhər Tikinti Trestinin müdiri vəzifəsinə təyin edilir. Beləliklə, bu idarəyə usta kimi işə qəbul olunan Əlimuxtar Ağaqulu oğlu 9 il ərzində öz zəhməti və biliyi nəticəsində ustalıqdan böyük bir trestin müdiri vəzifəsinə ucalmışdır. Bu illər ərzində Əlimuxtar müəllimin rəhbərliyi altında Bakı Televiziya Mərkəzi, Nərimanov prospektində (indiki Cavid prospekti), 522, 528, 535 nömrəli məhəllələrdə yerləşən yaraşıqlı "Stalinka" deyilən beşmərtəbəli binalar, 8 nömrəli internatın yenidən qurulması, "Cəfər Cabbarlı" və "Sevil" kinoteatrları, "Yaşıl" teatrı, Elmlər Akademiyasının yeni binası və onun kimya və fizika innstitutlarının binalarını, Azərbaycan Dövlət Universitetinin binasını, Politexnik İnstitutunun yeni korpusları, Sirkin binası və Azərbaycanfilm Kinostudiyası, Azqiprovodxoz İnstitutunun binası (indiki Vergilər Nazirliyinin binası), Aktyorlar evi, "Bakı" mehmanxanası, Respublika xəstaxanasının iki əsas korpusu, Ə. Qarayev adına Mərkəzi Uşaq Xəstəxanası, M. Topçubaşov adına Eksperimental Xəstəxana, Onkologiya İnstitutu, Qanköçürmə və Taun Əleyhinə stansiyalar, 5 nömrəli xəstəxana, çoxsaylı məktəb, uşaq bağçası və s. obyektlər tikilib istifadəyə verilmişdir. Hüseynzadə 1966-cı ilin iyun ayında respublika rəhbərliyinin təklifi ilə keçmiş Sovet İttifaqı dövrləri zamanı mərkəzin tabeliyində olan SSRİ Nəqliyyat Tikinti Nazirliyinin "Xəzərdəniztikinti" Trestinin müdiri vəzifəsinə təyin olunmuşdur. Bu trest Rusiya Federasiyası, Azərbaycan, Türkmənistan və Qazaxıstan Respublikalarının ərazisi sayılan Xəzər dənizində və dəniz kənarı hidrotexniki qurğuların, portların, paromların, aerodromların, bəndlərin, körpülərin, dəmir yolların, bu nazirliklərin işçiləri üçün yaşayış evlərin və digər sosial – mədəni obyektlərin tikintisi ilə məşğul idi. Bu trestdə çalışdığı dövr ərzində Əlimuxtar müəllim öz peşəkarlığını, səriştəsini və böyük idarəçilik qabiliyyətinə malik olan təşkilatçığını göstərmişdir. Trestin apardığı tikinti-quraşdırma işlərinin həcmi 8 ildə 5 dəfədən çox artmışdır. Bu illər ərzində Zabrat – Pirşağı dəmir yolu, Sumqayıt – Yalama və Bakı – Dərbənd yollarının elektrikləşdirilməsi, Dübəndidə neftdoldurma bazası, Bakıda Dəniz vağzalı, Kömrükxana binası, 16 mərtəbəli İnturist ("Azərbaycan") mehmanxanası, İçəri Şəhərdə Ensiklopediya binası, Kibernetika institutunun çoxmərtəbəli korpusu, maşınqayıranlar üçün sınaq zavodu, Dövlət Təhlükəsizlik Komitəsini yeni inzibati binası və işçiləri üçün Bilgədə dənizkənarı istirahət zonası, Əhmədlidə dəniz gəmiçiliyi üçün ağac məmulatı qəbul edən liman, Qaradağda sement zavodunun işçiləri üçün qəsəbə, Əhmədlidə və Hövsanda çoxlu yaşayış binaları, Alacada dəniz limanı, Çələkənddə türkmən neftçiləri üçün, Zığda və Dübəndidə azərbaycan neftçiləri üçün, Hövsanda və Port – İliçdə balıqçılar üçün, Bayılda dəniz həbiçiləri üçün yeni bazalar, körpülər, yaşayış evləri, məktəblər, idarə binaları və sair sənaye və kommunal obyektləri tikilmişdr. Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə 1971-ci ilin fevralında İttifaq Hökumətinin qərarı ilə bu trestin adı dəyişdirilərək Azərbaycan Nəqliyyat Tikinti Tresti ("Azərnəqliyyattikinti") adlandırıldı və beləliklə, bütün dəmiryolu obyektlərinin inşası bu trestə tapşırıldı. Qeyd etmək lazımdır ki, bu trestin tikdiyi obyektlər Ulu Öndər Heydər Əliyevin həmişə nəzarəti altında olmuşdur. Ulu Öndər bu trestin tikdiyi obyektlərdə olaraq onların keyfiyyətini yüksək qiymətləndirərdi. 1974-cü ildə Azərbaycan KP MK-nin qərarı ilə Əlimuxtar Hüseynzadə Kənd Tikinti naziri təyin edilmişdir. Belə bir təyinat Əlimuxtar Hüseynzadəyə Ulu Öndərin böyük etimad göstərilməsinin təzahürüdür. Keçən əsrin 60-cı illərində ölkənin kənd təsərrüfatının inkişafında böyük gerilik yaranmışdır. Bununla əlaqədar 70-ci illərin əvvəlində kənd təsərrüfatının əsas sahələri üzrə — pambıqçılığı, üzümçülüyü, heyvandarlığı, meyvə və tərəvəzçiliyi inkişaf etdirmək üçün Kənd Tikinti Nazirliyi gərgin işləməklə bərabər texniki tərəqqinin tələblərinə cavab verən özünün maddi – texniki bazanı möhkəmləndirməli idi. Əlimuxtar Hüseynzadə 1974-cü ilin axırlarında respublikanın Kənd Tikinti naziri təyin edildiyi zaman nazirliyin qarşısında daha mühüm vəzifələr dururdu, kənddə tikintinin maddi – texniki bazasını və kənd tikinti təşkilatlarının fəaliyyət dairəsini bir qədər də genişləndirilməsi tələb olunurdu. Qeyd etmək lazımdır ki, yaxın bir zamanda Qazaxda 7 nömrəli trest və onun ətraf rayonlarında üç tikinti idarəsi yaranmışdır. Füzuli – Qubadlı zonasında tikinti – quraşdırma işləri aparmaq üçün Füzuli şəhərində 6 nömrəli, Sabirabad – İmişli zonasında isə Sabirabadda 8 nömrəli trestlər təşkil olunmuşdur. Xüsusi quraşdırma işləri aparmaq üçün (santexnika və elektrik işləri) trest yaradılmış və bu trestlər üçün Biləcəridə və Keşlədə müəyyən baza qurulmuşdur. Görülmüş tədbirlər nəticəsində 3–4 il ərzində nazirlik üzrə tikinti işlərinin həcmi iki dəfədən çox artmışdır, yeni heyvandarlıq, quşçuluq kompleksləri, şərab zavodları və s. obyektlər istifadəyə verilmişlər. Respublikanın şəhərlərində və digər rayonlarında – Astarada, Zaqatalada, Lənkəranda, Yevlaxda, Beylaqanda, Sabirabadda və digər rayonlarında kənd təsərrüfatı məhsulları emal edən müəssisələr tikilib vaxtında istifadəyə verilmişdir. Əfsuslar olsun ki, kənd tikinti işlərində yeni nailiyyətlər, müsbət dəyişikliklər əldə edildiyi zaman və işin gərgin vaxtında 1978-ci ilin əvvələrində Əlimuxtar müəllimin səhhətində problemlər yaranmışdır. Bununla əlaqədar 1978-ci ildə o, Aərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin məsləhəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tikinti məsələləri üzrə nazirin müavini təyin olunmuşdur. 1978–1985-ci illərdə burada Əlimuxtar müəllim böyük əmək sərf edir, səhiyyənin bazasının genişləndirilməsində və inkişafında nazir müavini kimi bütün gücünü sərf edir. 1985-ci ilin fevralında 60 yaşında xəstəliyi ilə əlaqədar Əlimuxtar Hüseynzadənin təqaüdə çıxmaq barədə xahiş müraciəti qəbul olunur. Əlimuxtar müəllimə ittifaq əhəmiyyətli fərdi təqaüd təyin edilir. Eyni zamanda 60 illik yubileyi münasibətilə Əlimuxtar Hüseynzadə Ali Sovetin fəxri fərmanı ilə təltif olunur. 2007-ci ilin sentyabr ayında 82 yaşında Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə öz dünyasını dəyişmişdi. Əlimuxtar müəllim ziyalı, nurlu bir insan idi. O mədəniyyətimizi, ədəbiyyatımızı dərindən bilən el ağsaqqalı idi. Əlimuxtar müəllim gözəl və nümunəvi ailə başçısı olmuşdur. Onun övladları onun yolunu müvəffəqiyyətlə davam etdirirlər. Bütün ömrünü tikinti kompleksinin inkişafina həsr etmiş Əlimuxtar müəllimin yanında məktəb keçmiş çoxsaylı inşaatçı kadrlar bu gün də tikintidə rəhbər işlərdə çalışırlar. Ömür boyu insansevər, hamıya mehriban münasibət saxlamağa, ünsiyyət qurmağa çalışan və bacaran, imkanı çərçivəsində insanlara kömək əli uzadan və bundan zövq alan Əlimuxtar müəllim eyni zamanda zəhmətkeş, tələbkar və dövlətçiliyimizə sadiq bir insan olmuşdur. 1958-ci ildə "Şərəf nişanı", 1966-cı və 1971-ci illərdə isə "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif olunmuşdur. 1962-ci ildə tikinti kompleksində xidmətlərinə görə respublikanın "Əməkdar inşaatçısı" fəxri adına və 1978-ci ildə SSRİ Nazirlər Sovetinin laureatı mükafatına layiq görülmüşdür. 1974-cü və 1985-ci illərdə Ali Sovetin fəxri fərmanları ilə təltif olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=538991 |
Əlimuxtar Həsənov | Həsənov Əlimuxtar (tam adı: Həsənov Əlimuxtar Yaqub oğlu, d.1896, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il, 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. Xarici keçidlər Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. Bakı: Lider nəşriyyatı, 2004 Həmçinin bax Cümhuriyyət tələbələri | https://az.wikipedia.org/w/index.php?curid=144407 |
Əlimuxtar hüseynzadə | Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə (5 fevral 1925, Bakı – 14 sentyabr 2007, Bakı) — əməkdar inşaatçı. Azərbaycanın Kənd Tikinti Naziri (1974–1978). Hüseynzadə Əlimuxtar Ağaqulu oğlu 5 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 1942-ci ildə Dəmiryolu Texnikumuna qəbul olmuşdur. Texnikumu bitirdikdən sonra 1945-ci ildə Bakıda filialı açılan Tbilisi Dəmiryolu İnstitutun tikinti şöbəsinə daxil olmuş və 1950-ci ildə təhsilini başa vurmuşdur. Hüseynzadənin gənc yaşları müharibənin qızğın illərinə təsadüf edir. Bununla əlaqədar orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra məcburiyyət qarşısında qalaraq Bakı Dəmiryolu Texnikumuna daxil olur. Təhsilini davam etdirərək, eyni zamanda Bakı şəhərinin Sabunçu rayonunda dəmiryolu sahəsində baş fəhlə və texnik vəzifəsində çalışır. 1945-ci ildə Bakıda filialı açılan Tbilisi Dəmiryolu İnstitutunun tikinti şöbəsinə daxil olur (sonralar bu filial Azərbaycan Sənaye İnstitutunun Nəqliyyat fakültəsinə çevrilir) və 1950-ci ildə institutun birinci məzunlarından biri olur. Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1950–1953-cü illərdə Kür-Araz Su Tikinti İdarəsinin Salyan bölməsində usta vəzifəsindən başlamışdır. 1953-cü ildə Bakıya qayıdaraq 1956-cı ilə kimi Neft Nazirliyinin tabeliçiliyində fəaliyyət göstərən Azərbaycan Ərazi Tikinti Trestində usta, iş icraçısı, 1956–1962-ci illərdə Bakı Baş Tikinti İdarəsinin 3 nömrəli Tikinti İdarəsində iş icraçısı, müdir, 1962–1966-cı illərdə yeni yaradılmış 1 nömrəli "Bakışəhərtikinti" Trestinin müdiri, 1966–1974-cü illərdə "Xəzərdəniztikinti" ("Azərnəqliyyattikinti") Trestinin müdiri, 1974–1978-ci illərdə Azərbaycan Respublikasının Kənd Tikinti Naziri, 1979–1984-cü illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində tikinti məsələləri üzrə nazir müavini vəzifələrində çalışmışdır. Böyük Vətən müharibəsindən sonra ölkədə quruculuq işləri böyük vüsət almışdır. Neft sənayesi üzrə "Kür-Araz Su Tikinti" Baş İdarəsi, "Metrotikinti" İdarəsi, eyni zamanda o vaxt Ermənistandan köçüb gələn azərbaycanlıları yerləşdirmək üçün yaşayış evləri tikən "Köçürmətikinti" ("Azpereselenstroy") və s. çoxsaylı tikinti təşkilatları yaradılmışdır. Tikinti – quraşdırma işləri nəinki Bakı şəhərində, eləcə də Sumqayıt, Mingəçevir və digər rayonlarda aparılırdı. Demək olardı ki, tikintinin qaynar bulaq kimi coşub çağladığı bir vaxtda bu sahədə işləmək o zaman hər bir insanın arzusu idi və bu böyük şərəf sayılırdı. Belə bir zamanda, 1950-ci ildə Əlimuxtar müəllim gənc mütəxəssis kimi Kür-Araz Su Tikinti İdarəsinin Salyan rayonunun Şorsulu kəndində olan tikinti idarəsinə göndərilir və burada 1953-cü ilə gədər ağır şəraitin olmasına baxmayaraq çox həvəs və coşqunluqla işləyən su təsərrüfatı obyektlərinin, yaşayış evlərinin, elektrik yarımstansiyalarının tikintisində müvəfəqiyyıtlə çalışır və böyük təcrübə qazanır. 1953-cü ildə Əlimuxtar Hüseynzadə Bakı şəhərinə qayıdır və o zaman keçmiş Sovet İttifaqı Neft Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Ərazi Tikinti Trestində fəaliyyət göstərir. Burada o, bir neçə mürəkkəb tikintinin icrasına rəhbərlik edir, o cümlədən Gəmi Təmiri Zavodunun tikintisinin başa çatdırılmasında fəal iştirak edir. Burada gənc mütəxəssis böyük təcrübə toplayır, sınaqdan keçir, tikintinin incəliklərini mənimsəyir və hər-hansı bir tikintinin texniki mürəkkəbliyindən asılı olmayaraq müstəqil və səmərəli qərarlar qəbul etməyə nail olur. 1956-cı ildə Bakı Baş Tikinti İdarəsi yaradılır və Əlimuxtar müəllimin çalışdığı idarə Bakı Baş Tikinti İdarəsinin tabeliyinə verilərək 3 nömrəli Tikinti İdarəsi yaradılır. Öz fəaliyyətini Bakı Baş Tikinti İdarəsinin 3 nömrəli Tikinti İdarəsində iş icraçısı vəzifəsində davam etdirərək 1958-ci ildə idarənin rəisi təyin olunur. 1962-ci ildə isə yeni yaradılan 1 nömrəli Bakı Şəhər Tikinti Trestinin müdiri vəzifəsinə təyin edilir. Beləliklə, bu idarəyə usta kimi işə qəbul olunan Əlimuxtar Ağaqulu oğlu 9 il ərzində öz zəhməti və biliyi nəticəsində ustalıqdan böyük bir trestin müdiri vəzifəsinə ucalmışdır. Bu illər ərzində Əlimuxtar müəllimin rəhbərliyi altında Bakı Televiziya Mərkəzi, Nərimanov prospektində (indiki Cavid prospekti), 522, 528, 535 nömrəli məhəllələrdə yerləşən yaraşıqlı "Stalinka" deyilən beşmərtəbəli binalar, 8 nömrəli internatın yenidən qurulması, "Cəfər Cabbarlı" və "Sevil" kinoteatrları, "Yaşıl" teatrı, Elmlər Akademiyasının yeni binası və onun kimya və fizika innstitutlarının binalarını, Azərbaycan Dövlət Universitetinin binasını, Politexnik İnstitutunun yeni korpusları, Sirkin binası və Azərbaycanfilm Kinostudiyası, Azqiprovodxoz İnstitutunun binası (indiki Vergilər Nazirliyinin binası), Aktyorlar evi, "Bakı" mehmanxanası, Respublika xəstaxanasının iki əsas korpusu, Ə. Qarayev adına Mərkəzi Uşaq Xəstəxanası, M. Topçubaşov adına Eksperimental Xəstəxana, Onkologiya İnstitutu, Qanköçürmə və Taun Əleyhinə stansiyalar, 5 nömrəli xəstəxana, çoxsaylı məktəb, uşaq bağçası və s. obyektlər tikilib istifadəyə verilmişdir. Hüseynzadə 1966-cı ilin iyun ayında respublika rəhbərliyinin təklifi ilə keçmiş Sovet İttifaqı dövrləri zamanı mərkəzin tabeliyində olan SSRİ Nəqliyyat Tikinti Nazirliyinin "Xəzərdəniztikinti" Trestinin müdiri vəzifəsinə təyin olunmuşdur. Bu trest Rusiya Federasiyası, Azərbaycan, Türkmənistan və Qazaxıstan Respublikalarının ərazisi sayılan Xəzər dənizində və dəniz kənarı hidrotexniki qurğuların, portların, paromların, aerodromların, bəndlərin, körpülərin, dəmir yolların, bu nazirliklərin işçiləri üçün yaşayış evlərin və digər sosial – mədəni obyektlərin tikintisi ilə məşğul idi. Bu trestdə çalışdığı dövr ərzində Əlimuxtar müəllim öz peşəkarlığını, səriştəsini və böyük idarəçilik qabiliyyətinə malik olan təşkilatçığını göstərmişdir. Trestin apardığı tikinti-quraşdırma işlərinin həcmi 8 ildə 5 dəfədən çox artmışdır. Bu illər ərzində Zabrat – Pirşağı dəmir yolu, Sumqayıt – Yalama və Bakı – Dərbənd yollarının elektrikləşdirilməsi, Dübəndidə neftdoldurma bazası, Bakıda Dəniz vağzalı, Kömrükxana binası, 16 mərtəbəli İnturist ("Azərbaycan") mehmanxanası, İçəri Şəhərdə Ensiklopediya binası, Kibernetika institutunun çoxmərtəbəli korpusu, maşınqayıranlar üçün sınaq zavodu, Dövlət Təhlükəsizlik Komitəsini yeni inzibati binası və işçiləri üçün Bilgədə dənizkənarı istirahət zonası, Əhmədlidə dəniz gəmiçiliyi üçün ağac məmulatı qəbul edən liman, Qaradağda sement zavodunun işçiləri üçün qəsəbə, Əhmədlidə və Hövsanda çoxlu yaşayış binaları, Alacada dəniz limanı, Çələkənddə türkmən neftçiləri üçün, Zığda və Dübəndidə azərbaycan neftçiləri üçün, Hövsanda və Port – İliçdə balıqçılar üçün, Bayılda dəniz həbiçiləri üçün yeni bazalar, körpülər, yaşayış evləri, məktəblər, idarə binaları və sair sənaye və kommunal obyektləri tikilmişdr. Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə 1971-ci ilin fevralında İttifaq Hökumətinin qərarı ilə bu trestin adı dəyişdirilərək Azərbaycan Nəqliyyat Tikinti Tresti ("Azərnəqliyyattikinti") adlandırıldı və beləliklə, bütün dəmiryolu obyektlərinin inşası bu trestə tapşırıldı. Qeyd etmək lazımdır ki, bu trestin tikdiyi obyektlər Ulu Öndər Heydər Əliyevin həmişə nəzarəti altında olmuşdur. Ulu Öndər bu trestin tikdiyi obyektlərdə olaraq onların keyfiyyətini yüksək qiymətləndirərdi. 1974-cü ildə Azərbaycan KP MK-nin qərarı ilə Əlimuxtar Hüseynzadə Kənd Tikinti naziri təyin edilmişdir. Belə bir təyinat Əlimuxtar Hüseynzadəyə Ulu Öndərin böyük etimad göstərilməsinin təzahürüdür. Keçən əsrin 60-cı illərində ölkənin kənd təsərrüfatının inkişafında böyük gerilik yaranmışdır. Bununla əlaqədar 70-ci illərin əvvəlində kənd təsərrüfatının əsas sahələri üzrə — pambıqçılığı, üzümçülüyü, heyvandarlığı, meyvə və tərəvəzçiliyi inkişaf etdirmək üçün Kənd Tikinti Nazirliyi gərgin işləməklə bərabər texniki tərəqqinin tələblərinə cavab verən özünün maddi – texniki bazanı möhkəmləndirməli idi. Əlimuxtar Hüseynzadə 1974-cü ilin axırlarında respublikanın Kənd Tikinti naziri təyin edildiyi zaman nazirliyin qarşısında daha mühüm vəzifələr dururdu, kənddə tikintinin maddi – texniki bazasını və kənd tikinti təşkilatlarının fəaliyyət dairəsini bir qədər də genişləndirilməsi tələb olunurdu. Qeyd etmək lazımdır ki, yaxın bir zamanda Qazaxda 7 nömrəli trest və onun ətraf rayonlarında üç tikinti idarəsi yaranmışdır. Füzuli – Qubadlı zonasında tikinti – quraşdırma işləri aparmaq üçün Füzuli şəhərində 6 nömrəli, Sabirabad – İmişli zonasında isə Sabirabadda 8 nömrəli trestlər təşkil olunmuşdur. Xüsusi quraşdırma işləri aparmaq üçün (santexnika və elektrik işləri) trest yaradılmış və bu trestlər üçün Biləcəridə və Keşlədə müəyyən baza qurulmuşdur. Görülmüş tədbirlər nəticəsində 3–4 il ərzində nazirlik üzrə tikinti işlərinin həcmi iki dəfədən çox artmışdır, yeni heyvandarlıq, quşçuluq kompleksləri, şərab zavodları və s. obyektlər istifadəyə verilmişlər. Respublikanın şəhərlərində və digər rayonlarında – Astarada, Zaqatalada, Lənkəranda, Yevlaxda, Beylaqanda, Sabirabadda və digər rayonlarında kənd təsərrüfatı məhsulları emal edən müəssisələr tikilib vaxtında istifadəyə verilmişdir. Əfsuslar olsun ki, kənd tikinti işlərində yeni nailiyyətlər, müsbət dəyişikliklər əldə edildiyi zaman və işin gərgin vaxtında 1978-ci ilin əvvələrində Əlimuxtar müəllimin səhhətində problemlər yaranmışdır. Bununla əlaqədar 1978-ci ildə o, Aərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin məsləhəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tikinti məsələləri üzrə nazirin müavini təyin olunmuşdur. 1978–1985-ci illərdə burada Əlimuxtar müəllim böyük əmək sərf edir, səhiyyənin bazasının genişləndirilməsində və inkişafında nazir müavini kimi bütün gücünü sərf edir. 1985-ci ilin fevralında 60 yaşında xəstəliyi ilə əlaqədar Əlimuxtar Hüseynzadənin təqaüdə çıxmaq barədə xahiş müraciəti qəbul olunur. Əlimuxtar müəllimə ittifaq əhəmiyyətli fərdi təqaüd təyin edilir. Eyni zamanda 60 illik yubileyi münasibətilə Əlimuxtar Hüseynzadə Ali Sovetin fəxri fərmanı ilə təltif olunur. 2007-ci ilin sentyabr ayında 82 yaşında Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə öz dünyasını dəyişmişdi. Əlimuxtar müəllim ziyalı, nurlu bir insan idi. O mədəniyyətimizi, ədəbiyyatımızı dərindən bilən el ağsaqqalı idi. Əlimuxtar müəllim gözəl və nümunəvi ailə başçısı olmuşdur. Onun övladları onun yolunu müvəffəqiyyətlə davam etdirirlər. Bütün ömrünü tikinti kompleksinin inkişafina həsr etmiş Əlimuxtar müəllimin yanında məktəb keçmiş çoxsaylı inşaatçı kadrlar bu gün də tikintidə rəhbər işlərdə çalışırlar. Ömür boyu insansevər, hamıya mehriban münasibət saxlamağa, ünsiyyət qurmağa çalışan və bacaran, imkanı çərçivəsində insanlara kömək əli uzadan və bundan zövq alan Əlimuxtar müəllim eyni zamanda zəhmətkeş, tələbkar və dövlətçiliyimizə sadiq bir insan olmuşdur. 1958-ci ildə "Şərəf nişanı", 1966-cı və 1971-ci illərdə isə "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif olunmuşdur. 1962-ci ildə tikinti kompleksində xidmətlərinə görə respublikanın "Əməkdar inşaatçısı" fəxri adına və 1978-ci ildə SSRİ Nazirlər Sovetinin laureatı mükafatına layiq görülmüşdür. 1974-cü və 1985-ci illərdə Ali Sovetin fəxri fərmanları ilə təltif olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=538993 |
Əlimuxtar Əliyev | Əlimuxtar Ağakişi oğlu Əliyev (Mirzə Muxtar) — XX əsrin əvvəllərində fəaliyyət göstərən ilk azərbaycanlı həkimlərdən biri. Əlimuxtar Əliyev 1884-cü ildə Bakıda anadan olmuşdur. Tiflis şəhərində gimnaziyanı bitirən Əlimuxtar Kiyev Tibb İnstitutuna daxil olur və oranı 1914-cü ildə terapevt kimi bitirir. İnstitutu bitirən kimi gənc həkim Ə. Əliyev Birinci dünya müharibəsinə göndərilir. Müharibədə göstərdiyi xidmətlərinə görə Əlimuxtar Əliyev Georgi xaçı ordeni ilə təltif edilir. Georgi xaçı ilə, əsasən, general və zabit heyəti, həmçinin hərbi hissələr təltif olunurdu. Azərbaycanlı hərbçilərdən Ə. Şıxlinski, S. Mehmandarov, Ə. Əlibəyov Georgi xaçı ordeni ilə təltif olunmuşlar. Əlimuxtar Əliyev yeganə azərbaycanlı həkimdir ki, çar Rusiyasının ən yüksək ordeni olan Georgi xaçı ilə təltif olunmuşdur. Müharibədə olarkən Ə.Əliyev artilleriyanın atası, həmyerlimiz general Əliağa Şıxlinski ilə tanış olur. 1917-ci ildə müharibədən qayıdan Əliyev Bakada həkimliklə məşğul olmağa başlayır, 1921-ci ildə keçmiş Mixaylovsk xəstəxanasına baş hakim təyin olunur və 1937-ci ilə qədər bu müalicə ocağına başçılıq edir. Gözəl insan, həqiqi həkim Mirzə Muxtar – xalq onu belə adlandırırdı – Bakıda və onun qəsəbələrində məşhurlaşır, Mirzə Muxtarı nəinki azərbaycanlılar, başqa millətlərdə də sevir, hörmətini saxlayırdılar. Mirzə Muxtar bu xalq məhəbbətini öz səxavəti, həkimlik bacarığı, insanpərvərliyi sayəsində qazanmışdır. Mirzə Muxtarın aptekdə müəyyən miqdar pulu olardı. Əgər kasıb xəstənin dərmana verməyə pulu olmazdısa, müəyyən işarə qoyulmuş reseptlə xəstə aptekdən pulsuz dərman alardı. Ya da Mirzə Muxtar kasıb xəstəyə baxıb, müxtəlif üsullarla ona dərman pulu verərdi. Xalqın Mirzə Muxtara olan məhəbbəti və onun belə şöhrət qazanması bəzi millət “qəhramanlarının” gözündən yayınmadı və bu gözəl sənətkar 1937-ci ildə Sibirə sürgün olundu. 1940-cı ildə Mirzə Muxtar azad edildi. Bakıya qayıdıb yenidən həkimliyə başladı. Xalqın sevimlisi, həqiqi xalq həkimi Mirzə Muxtar 1963-cü ildə vəfat etdi. Ənvər Həmidov. Loğmanlar yurdu. – Bakı. – İşıq. – 1991 – s. 79–81. Ənvər Mete. Loğmanlar. – Bakı. – Nurlan. – 2008 – s. 81–82. | https://az.wikipedia.org/w/index.php?curid=504681 |
Əlimədədli | Əlimədədli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Əlimədədli (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. | https://az.wikipedia.org/w/index.php?curid=447374 |
Əlimədədli (Ağdam) | Əlimədətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-ci il iyunun 15-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. 1930-cu ilə qədər Əlimədətli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Əlimədədli kəndi rayon mərkəzindən 32 km. şimal-qərbdə, Xaçın çayının sol sahilindən 2 km. aralı, Kiçik Qafqaz dağlarına aid olan Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir; Ağdam rayonunun Əliağalı kəndiylə qonşudur. Əlimədədli kəndi 15 iyun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikasının Göygöl rayonunda da Əlimədədli kəndi var. Mədəniyyəti İşğala qədərki dövrdə Əlimədədli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, xəstəxana, texniki-peşə məktəbi, uşaq bağçası, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi; Xaçınçay su anbarı da bu kəndin ərazisindədir. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Əlimədədli kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər. 2006-cı ilin siyahıya alınma məlumatına görə, Əlimədədli kəndinin əhalisi 1069 nəfərdir. İşğala qədərki dövrdə əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və bağçılıq olub. Əslən Əlimədədli kəndindən olan xalq yazıçısı Bayram Bayramov özünün “Yarpaqlar” romanında Əlimədədli camaatının məişətini, adət-ənələrini, həyat tərzini özünəməxsus ustalıqla təsvir edib. Əlimədədlilər erməni işğalçılarına qarşı mübarizədə daim ön sırada olublar, igidlik nümunəsi göstəriblər. Görkəmli şəxsləri Bayram Bayramov – yazıçı, Azərbaycan Xalq Yazıçısı; Bayramov Əkbər Salman oğlu, Əməkdar Elm Xadimi, psixoloq-professor; Rəhimova Nuriyyə Mədət qızı, Ali Sovetin deputatı, məktəb direktoru, ictimai xadim; Bayramov Fərman Salman oğlu, məktəb direktoru, Xalq soveti deputatı, el ağsaqqalı; Qaraşov İsa Tapdıq oğlu, dövlət xadimi, Ali Sovetin deputatı; Bayramov Qurban Fərman oğlu, tənqidçi-ədəbiyyatşünas, doktor-professor; Quliyev Sabir Nuru oğlu, kimyaçı-pedaqoq, dosent; Qaraşov Hüseyn Tapdıq oğlu, professor, rektor; Yelmar Edilov – Milli Qəhrəman; Nəzakət Teymurova – müğənni, Xalq Artisti. Edilov Yelmar Şahmar oğlu, Edilov Elşən Baxşalı oğlu, İsgəndərov Səməndər Qəni oğlu, Qafarov Zülfüqar Baxşalı oğlu, Qənbərov Bəylər Surxay oğlu, Məmmədov Atamoğlan Əli oğlu, Məmmədov Fərman Umud oğlu, Şirinov Qədir Aslan oğlu, Məmmədov Şirin Muxtar oğlu. İstifadə olunan ədəbiyyat Baxşeyiş Abbasoğlu “Ağdam ağrıları”, 2003; Azərbaycan Sovet Ensiklopediyası – 1978-ci il, IV cild, Bayram Bayramov “Yarpaqlar” romanı. Sərraf Şiruyə, "İgid ölər, adı qalar", Gəncə, "Gəncə" nəşriyyatı, 2002, 304 səh. (75 yara və ya Dəmir Yelmar) | https://az.wikipedia.org/w/index.php?curid=688453 |
Əlimədədli (Göygöl) | Əlimədədli — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Əlimədədli oyk, sadə. Ağdam r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir; Göygöl r-nunun Quşqara i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqələri kolanı tayfasına mənsub əlimədədli obasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 358 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Göygöl rayonu Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=356056 |
Əlimədədli bələdiyyəsi | Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=356026 |
Əlimədətli | Əlimədədli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Əlimədədli (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. | https://az.wikipedia.org/w/index.php?curid=688455 |
Əlimədətli (Ağdam) | Əlimədətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-ci il iyunun 15-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. 1930-cu ilə qədər Əlimədətli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Əlimədədli kəndi rayon mərkəzindən 32 km. şimal-qərbdə, Xaçın çayının sol sahilindən 2 km. aralı, Kiçik Qafqaz dağlarına aid olan Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir; Ağdam rayonunun Əliağalı kəndiylə qonşudur. Əlimədədli kəndi 15 iyun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikasının Göygöl rayonunda da Əlimədədli kəndi var. Mədəniyyəti İşğala qədərki dövrdə Əlimədədli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, xəstəxana, texniki-peşə məktəbi, uşaq bağçası, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi; Xaçınçay su anbarı da bu kəndin ərazisindədir. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Əlimədədli kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər. 2006-cı ilin siyahıya alınma məlumatına görə, Əlimədədli kəndinin əhalisi 1069 nəfərdir. İşğala qədərki dövrdə əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq və bağçılıq olub. Əslən Əlimədədli kəndindən olan xalq yazıçısı Bayram Bayramov özünün “Yarpaqlar” romanında Əlimədədli camaatının məişətini, adət-ənələrini, həyat tərzini özünəməxsus ustalıqla təsvir edib. Əlimədədlilər erməni işğalçılarına qarşı mübarizədə daim ön sırada olublar, igidlik nümunəsi göstəriblər. Görkəmli şəxsləri Bayram Bayramov – yazıçı, Azərbaycan Xalq Yazıçısı; Bayramov Əkbər Salman oğlu, Əməkdar Elm Xadimi, psixoloq-professor; Rəhimova Nuriyyə Mədət qızı, Ali Sovetin deputatı, məktəb direktoru, ictimai xadim; Bayramov Fərman Salman oğlu, məktəb direktoru, Xalq soveti deputatı, el ağsaqqalı; Qaraşov İsa Tapdıq oğlu, dövlət xadimi, Ali Sovetin deputatı; Bayramov Qurban Fərman oğlu, tənqidçi-ədəbiyyatşünas, doktor-professor; Quliyev Sabir Nuru oğlu, kimyaçı-pedaqoq, dosent; Qaraşov Hüseyn Tapdıq oğlu, professor, rektor; Yelmar Edilov – Milli Qəhrəman; Nəzakət Teymurova – müğənni, Xalq Artisti. Edilov Yelmar Şahmar oğlu, Edilov Elşən Baxşalı oğlu, İsgəndərov Səməndər Qəni oğlu, Qafarov Zülfüqar Baxşalı oğlu, Qənbərov Bəylər Surxay oğlu, Məmmədov Atamoğlan Əli oğlu, Məmmədov Fərman Umud oğlu, Şirinov Qədir Aslan oğlu, Məmmədov Şirin Muxtar oğlu. İstifadə olunan ədəbiyyat Baxşeyiş Abbasoğlu “Ağdam ağrıları”, 2003; Azərbaycan Sovet Ensiklopediyası – 1978-ci il, IV cild, Bayram Bayramov “Yarpaqlar” romanı. Sərraf Şiruyə, "İgid ölər, adı qalar", Gəncə, "Gəncə" nəşriyyatı, 2002, 304 səh. (75 yara və ya Dəmir Yelmar) | https://az.wikipedia.org/w/index.php?curid=49675 |
Əliməhəmmədli (Meşkinşəhr) | Əliməhəmmədli (fars. علي محمدلو) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (6 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=762363 |
Əliməmməd Atayev | Əliməmməd İbadulla oğlu Atayev (1899, Bakı – 1963, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Əliməmməd (Əli Məmməd) Atayev 1899-cu ildə Bakıda anadan olmuşdur. 1934-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppasına qəbul olunmuş və burada müxtəlif rollar ifa etmişdir.Aktyor 1963-cü ildə Bakıda vəfat etmişdir. Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 İfa etdiyi əsas rollar İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7. | https://az.wikipedia.org/w/index.php?curid=693502 |
Əliməmməd Nuriyev | Əliməmməd Mali oğlu Nuriyev (1 mart 1964, Ərkivan, Masallı rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti. 1964-cü il martın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989–1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. 1992–1993-cü illərdə Prezident Aparatında çalışıb. 1994–2001-ci illərdə BDU-da hüquq fakültəsində müəllim işləyib. Rus və fransız dillərini bilir. Evlidir, 2 övladı var. Siyasi fəaliyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 2001-ci il yanvarın 7-də 7 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2005-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından istefa vermişdir. | https://az.wikipedia.org/w/index.php?curid=311380 |
Əliməmmədoba | Əliməmmədoba — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. Toponimikası Əliməmmədoba oyk, mür. Quba r-nunun Hacıhüseynli i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Küsnət kəndindən olan Əliməmməd adlı şəxsə məxsus oba yerində salınmışdır. Oykonim "Əliməmmədə məxsus oba" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 946 nəfər əhali yaşayır. Həmçinin bax Quba rayonu Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=17621 |
Əlimərdan | KəndlərƏlimərdan (Vedibasar) Əlimərdan (Çaldıran) Əlimərdan bəy Topçubaşov Əlimərdan xan Zığ Əlimərdan bəy Təklə Əlimərdan bəy Abdallı-Qacar Əlimərdan Hüseynov Əlimərdan xan Bəxtiyari Əlimərdan xan Teymuri Əlimərdan Bağışov Əlimərdan xan Zəndi | https://az.wikipedia.org/w/index.php?curid=508672 |
Əlimərdan (Vedibasar) | Əlimərdan — İrəvan xanlığının Vedibasar mahalında kənd adı. Əlimərdan kəndi İrəvan xanlığının Vedibasar kəndində azərbaycanlıların məskunlaşdıqları yaşayış məntəqələrindən biri olmuşdur. 1828–1832-ci illərdə İrandan və Türkiyədən köçürülən ermənilərin bir hissəsi çar Rusiyası tərəfindən bu kənddə yerləşdirilmişdir. 1946-cı ildə kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Karadzor adlandırılmışdır. Kənddə yaşayan azərbaycanlılar 1949-cu ildə Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Bir sıra mənbələrə əsasən kəndin əsl adı "El Mərdin", yəni "Mərdin eli" olmuşdur. Tədqiqatçıların fikrincə, kənd "Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən Mərdin qalasından gələnlər tərəfindən yaradılmışdır. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı,1998. | https://az.wikipedia.org/w/index.php?curid=414078 |
Əlimərdan (Xudabəndə) | Əlimərdan (fars. علي مردان) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (20 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=778199 |
Əlimərdan (Çaldıran) | Əlimərdan (fars. علي مردان) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (15 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=474083 |
Əlimərdan Bağışov | Bağışov Əlimərdan Aşur oğlu (9 aprel 1958) — ATU-nun Urologiya kafedrasının professoru, tibb elmləri doktorudur. 09 aprel 1958-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. 1975-ci ildə bu kənddə orta məktəbi bitirmişdir. 1976–1978-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. İş təcrübəsi 1986-cı ildə Azərbaycan Tibb İnstitunun (hazırkı Universitetin) müalicə-profilaktika fakültəsini adlı təqaüdlə bitirmiş və Urologiya kafedrasında elmi işçi kimi saxlanmışdır. 1992-ci ildə bu kafedranın nəznində aspiranturanı bitirərək "Mamalıq və ginekoloji praktikada sidik yolları zədələnmələrinin operativ müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Rusiya AAK-nın qərarı ilə Tibb Elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə urologiya kafedrasının assistenti, 1997-ci ildə dosent, 2017-ci ildə kafedranın professoru təyin olunmuşdur. 2008-ci ildə "Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı (sidiyin stress inkontinensiyası) — etiopatogenez, diaqnostika və müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi tədqiqat işlərini Rusiya Hərbi Tibb Akademiyasının Urologiya kafedrası və klinikasında aparmışdır. 2009-cu ildə tibb üzrə elmlər doktoru adını almışdır. Elmi-praktik fəaliyyəti Elmi-praktik fəaliyyəti operativ urologiya və uroginekologiyanın müxtəlif problemlərini əhatə edir. Ə. Bağışovun apardığı elmi işlərin nəticəsi olaraq Azərbaycanda ilk dəfə qadınlarda sidiyin stress saxlanmazlığı zamanı daha yeni və effektli sayılan əməliyyat növü — TVT əməliyyatı həyata keçirilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Şurasının qərarı ilə onun "Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı" adlı geniş həcmli monoqrafiyası çap olunmuşdur. Bu əsər Sidik saxlanmazlığı problemləri üzrə Beynəlxalq Təşkilatın saytına daxil edilmişdir. 2014-cü ildə kitab təkrar nəşr olunmuşdur. Rusiya Hərbi Tibb Akademiyasında apardığı elmi axtarışlar dövrü ərzində Avropa Uroloqlar Assosiasiyasının "Qadınlarda sidik saxlanmazlığına dair tövsiyələr" kitabını Azərbaycan dilinə uyğunlaşdırılmış şəkildə tərcümə etmişdir. Elmi praktiki fəaliyyəti urologiya və uroginekologiyanın müxtəlif sahələrini əhatə edir. Bağışov ən mürəkkəb uroloji əməliyyatları — böyrəyin mərcanvari daşlarının anatrofik yolla xaric edilməsi, böyrəklərin və böyrəküstü vəzilərin xəstəlikləri zamanı orqansaxlayıcı və radikal əməliyyatlar, sidik axarlarında, sidiklikdə və kişi cinsiyyət üzvlərində müasir əməliyyatları uğurla icra edir. O uroloji praktikada çox tətbiq edilən, endouretral müdaxilələr zamanı intrasponqioz anesteziya metodunu, sidik-cinsiyyət fistulları zamanı yeni fistuloqrafiya üsulunu təklif etmişdir. Sidik yollarının mamalıq və ginekoloji praktikada zədələnmələrinin cərrahi müalicəsində praktiki və elmi işləri diqqətə layiqdir. Avropa Uroloqlar Assosiasiyasının və Sidik Saxlanmazlığı problemləri üzrə Beynəlxalq Cəmiyyətin üzvüdür. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın ATU nəzdində fəaliyyət göstərən Cərrahiyyə üzrə müdafiə Şurasının üzvü, həmin şuranın nəzdindəki "Urologiya" ixtisası üzrə Elmi seminarın sədri, Universitet Problem komissiyasının və II Müalicə Profilaktika fakültəsi Elmi Şurasının üzvüdür. Beynəlxalq simpozium və konqreslərdə requlyar iştirak edir. Ailə həyatı Ailəlidir, qızı filoloq, oğlu stomatoloqdur. Ömrünü bəzəyən 2 nəvəsi də vardır. Elmi işləri Hamı üçün Urologiya. Bakı, Azərnəşr 1992,48s. Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı. Monoqrafiya Bakı, 2007. 354 s. Kliniki Uroginekologiya. Həkimlər üçün rəhbərlik. Bakı, 2016, 415s. Ə. A. Bağışov. Mamalıq-ginekoloji praktikada sidik yolları zədələnmələrinin cərrahi müalicəsi. Monoqrafiya. Bakı,2022, 246s. Metodik tövsiyələr Bağışov Ə. A. Qadınlarda sidik-cinsiyyət fistulaları. Bakı,1998, Metodik vəsait,31səh. (İmamverdiyev S. B.) Qadınlarda fiziki gərginlik zamanı sidiyin saxlanmaması. Bakı, 2004, 35s. (İmamverdiyev S. B) Avropa Uroloqlar Assosiasiyasının sidik saxlanmazlığının diaqnostikası və müalicəsinə dair tövsiyələri. 22 səhifə. Tərjümə, Bakı, 2005. Fiziki gərginlik zamanı sidik saxlanmazlığı (stress inkontinensiyası) olan qadınlarda aşağı sidik yollarının urodinamikası. Metodik vəsait. Bakı, 2005, 47s. Qadın sidik kanalının xəstəlikləri və onların müalicə üsulları. Bakı, 2016. (İmamverdiyev S. B) Çap olunmuş məqalələri 6. İmamverdiyev S. B., Bağışov Ə. A. Qadınlarda sidiyin saxlanmamasının müalicəsi. M. Topçubaşovun 100 illiyinə həsr edilmiş konfransın mat. Bakı,1995.s27. 7. İmamverdiyev S. B., Bağışov Ə. A. Qadınlarda gərginlik zamanı sidiyin saxlanmamasının diaqnostikası və müalicəsi //Azərb. Tibb jurnalı, 1997, № 3s. 61–64. 8. İmamverdiyev S. B., Bağışov Ə. A., Qədiməliyev F. G. Məişət travmasından sonra sidik axarı -bağırsaq fistulası / Az. Tibb jurn. 1997, № 4, 134–135. 9. İmamverdiyev S. B., Bağışov Ə. A. Qadınlarda sidik cinsiyyət fistulaları. Bakı,1998, Metodik vəsait,31səh. 10. Bağışov Ə. A. Prostat vəzinin nadir xoşxassəli hiperplaziyası/ Az.med.curn.1999,№ 3, s. 95–96. 11. İmamverdiyev S. B., Bağışov Ə. A., Qədiməliyev F. G. Kəskin priapizmin cərrahi müalicəsi/ Tibb və Səhiyyə, ATU,35–40. 12. Bağışov Ə. A. Prostat vəzinin nəhəng adenoması /Azərb. Səh. Elmi və praktik təb. nailiyyət. 2000, I c.., s.307–310. 13. Bağışov Ə. A. Endouretral müdaxilələr zamanı yeni anesteziya metodu/ Az. tibb. curn, 2000, № 3, s.5–7. 14. İmamverdiyev S. B., Bağışov Ə. A., Məmmədov R. N. Sidik axarlarının birincili şişlərinin diaqnostikası və müalicəsi. Azərb. Səh. Elmi və praktik təb. nailiyyət. 2000, T.3, s.89–97. 15. İmamverdiyev S. B., Bağışov Ə. A., Ağakişiyev C. A. Residiv varikoselenin səbəbləri və müalicəsi /Azərb. Səh. Elmi və praktik təb. nailiyyət.,2000, I c.,78–84. 18. İmamverdiyev S. B., Bağışov Ə. A. Birinjili parasistitlərin kliniki gedişinin xüsusiyyətləri/Azərb. Səh. Elmi və praktik təb. nailiyyət. 2001, c. II, s.529–535. 19. İmamverdiyev S. B., Bağışov Ə. A. Kalkulyoz pionefroz zamanı, spontan açıq böyrək-bağırsaq fistulası /Azərb. Tibb Curn.,2002,№, s.68–69. 20. Bağışov Ə. A. Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığının jərrahi müalicəsində qasıqüstü operasiyalar. Az.tibb curnalı, 2004, № 3, s. 8–11. 22. İmamverdiyev S. B, Bağışov Ə. A. Sidik axarlarının yatrogen zədələnmələrinin operativ müalijəsi. // Az. Tibb Cur., 2004, № 2, s.15–19. 23. İmamverdiyev S. B., Petrov S. B., Bağışov Ə. A., Kurenkov A. V.. Stress inkontinensiyası zamanı sərbəst sintetik ilgəyin implantasiyası (TVT əməliyyatı).//Reproduktiv sağlamlıq və perinotologiya, 2005, № 3, s. 81–83. 24. İmamverdiyev S. B., Petrov S. B., Bağışov Ə. A., Kurenkov A. V.. Fiziki gərginlik zamanı sidik saxlanmazlığı olan xəstələrdə urodinamik parametrlərin xüsusiyyətləri / Azərbayjanda Tibbi Elmi və Praktik səhiyyənin müasir nailiyyətləri, 2005, I jild, s.18–27. 25. İmamverdiyev S. B., Petrov S. B., Bağışov Ə. A.. Həcməmələgətirən maddələrin parauretral inyeksiyası. /Azərbayjanda Tibbi Elmi və Praktik səhiyyənin müasir nailiyyətləri, 2005, № 2, s.78–83. 26. Bağışov Ə. A.. Stress inkontinensiyasının medikamentoz müalicəsi. /Azərbaycanda Tibbi Elmi və Praktik səhiyyənin müasir nailiyyətləri, 2005, № 2, s 73–76. 27. İmamverdiyev S. B., Ə. A. Baxışov. Qadınlarda stress inkontinensiyası zamanı IVS slinqi ilə sərbəst suburetral slinqoplastika. Türk Cümhuriyyətləri androloci konfederasiyasının I simpoziumu. Bakı, 2006, s. 45–47. 28. Bağışov Ə. A.. Stress inkontinensiyası zamanı "DAM+" un parauretral inyeksiyasının nəticələri. Türk jümhuriyyətləri androloci konfederasiyasının I simpoziumu. Bakı, 2006, s. s.100–103. 29. Bağışov Ə. A. Qadınlarda stress inkontinensiyası ilə müşayiət olunan sisto-uretroselenin operativ korreksiya üsulları. Azərbayjanda Tibbi Elmi və Praktik səhiyyənin müasir nailiyyətləri, 2006, № 1, s. 227–233 30. İmamverdiyev S. B., Ə. A. Baxışov. Menopauza dövründə qadınlarda müşahidə edilən fiziki gərginlik zamanı sidik saxlanmazlığının estrogenrlə müalijəsi/ J. Metabolizm, 2006, №, s. 28–31. 31. Bağışov Ə. A., Fiziki gərginlik zamanı sidik saxlanmazlığının konservativ müalicəsində davranış terapiyasının rolu /Az.tibb curnalı, 2006, № 2, s. 33–35. 32. İmamverdiyev S. B., Ə. A. Bağışov, Petrov S. B. TVT əməliyyatı zamanı yeni slinq-Linteks Uroslinqin tətbiqi / C. Sağlamlıq, 2006, № 6, s.48–51. 33. İmamverdiyev S. B., Ə. A. Bağışov Qadınlarda sidiyin stress inkontinensiyasının diaqnostikasında Q-tip testin rolu / C. Sağlamlıq, 2006, № 9, s.192–194. 34. Bağışov Ə. A. Qadınlarda "sidiksaxlayıcı" əməliyyatların proqnozlaşdırılmasında rentgen və urodinamik müayinə metodlarının rolu /Az.tibb jurnalı. 2006,№ 3, s.14–16 35. Bağışov Ə. A. Qadınlarda sidiyin stersslə əlaqədar inkontinensiyasının diaqnostikasında maqnit rezonans tomoqrafiya metodu /Az.tibb curnalı, 2006, № 4, s. 23–25. 36. Bağışov Ə. A. Qadınlarda hiperaktiv sidikliyin müalijəsi /Az.tibb curnalı, 2007, № 2, 12–14. 37. Bağışov Ə. A. Qadınlarda sərbəst sintetik ilgəyin suburetral implantasiyasının nətijələri //Azərbayjan Təbabətinin Müasir Nailiyyətləri, 2007, № 3, , s. 2002–2004. 38. İmamverdiyev S. B.,. Bağışov Ə. A. Qadınlarda antiinkontinensial əməliyyatlardan sonra infravezikal obstruksiyalar / Jərrahiyə № 3, s 7.-11. 39. Bağışov Ə. A. Sidik saxlanmazlığı olan qadınların plastik əməliyyata hazırlanması / C. Sağlamlıq, 2007, № 9, s. 181–185. 40. Bağışov A. A. Qadınlarda sidiyin stress inkontinensiyasının diaqnostikası və müalicəsinə dair müasir təsəvvürlər /Az.tibb curnalı, 2007, № 4, s. 38–41. 41. İmamverdiyev S. B. , Bağışov Ə. A., Petrov S. B. Transobturator slinqlə qadınlarda stress inkontinensiyasının korreksiyası //Azərbaycan Təbabətinin müasir nailiyyətləri, 2007, № 4, s. 99–102. 44. Bağışov Ə. A. Qadınlarda stress inkontinensiyasının cərrahi müalicəsində ilgəkli əməliyyatlar /C. Sağlamlıq, 2008, № 3, s. 45–50 46. Ə. A. Bağışov, S. B. İmamverdiyev. Sidiklik-uşaqlıq yolu fistullarının cərrahi müalicəsi üzrə təcrübəmiz/ Azərbaycan Tibb Jurnalı, 2011, № 3, s. 106–110. 48. Sidiklik-uşaqlıq fistulalarının diaqnostikası və cərrahi müalicəsi. Azərbaycan Tibb Jurnalı. Bakı 2012. № 3. səh. 139–142. S. B. İmamverdiyev 50. Ə. A. Bağışov, M. Ə. Məmmədov. Mamalıq və ginekoloji praktikada sidik axarı zədələnmələrinin cərrahi müalicəsi/ Təbabətin aktual problemləri. ATU əməkdaşlarının elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş konfransın materialları. Bakı, 2014, səh. 67–69. 51. S. B. İmamverdiyev, Ə. A. Bağışov, V. Y. Abdürrəhimova. Sidiklik-uşaqlıq yolu fistulalarının cərrahi müalicəsində taktikamız/ Azərbaycan mama-ginekoloqların IV qurultayının məqalələr toplusu. Bakı 2014, səh. 322–326 52. Ə. A. Bağışov, A. F. Əhədov, M. Ə. Məmmədov. İrinli paranefritin açılma yolları. / Az. Tibb jurnalı, 2014, № 1, s. 117–119 53. Ə. A. Bağışov, S. B. İmamverdiyev. Qadınlarda urogenital prolaps zamanı sidik ifrazı pozğunluqlarının cərrahi müalicəsi / Az. Tibb jurnalı, 2014 № 2, s.19–23. 55. Ə. A. Bağışov, S. B. İmamverdiyev, M. S. Xəlilov. Mamalıq və ginekoloji praktikada yatrogen kəskin böyrək çatışmazlığının cərrahi müalicəsi / Az. Tibb jurnalı, 2015 № 2, s.111–117 56. Ə. A. Bağışov. Hamiləlik vaxtı böyrəyin və sidik yollarının şişləri olan xəstələrin müalicə taktikasının seçilməsi / Az. Tibb jurnalı, 2016 № 1, s.132–136 58. S. B. İmamverdiyev, Ə. B. Bağışov, A. F. Süleymanov, M. Ə. Məmmədov. Hamiləlik zamanı sidik daşı xəstəliyinin müalicə taktikasının seçilməsi / Az. Tibb jurnalı, 2017 № 1, s.147–151 59. Ə. A. Bağışov. Sidiklik – uşaqlıq yolu fistullarının cərrahi müalicəsinin müasir aspektləri //Urologiya və reproduktiv təbabət jurnalı, 2018 , № 1, səh. 15–21. 60. Bağışov. Sidiklik –cinsiyyət fistullarının cərrahi müalicəsi zamanı taktikamız //Urologiya və reproduktiv təbabət jurnalı, 2018, № 2, s. 50–51 61. Ə. A. Bağışov. Sidik kanalının karunkulu xroniki travmanın nəticəsi kimi // Urologiya və reproduktiv təbabət jurnalı, 2018,№ 3, s. 26–29. 62. Ə. A. Bağışov, S. B. İmamverdiyev, A. F. Süleymanov. Nala bənzər böyrəyin nəhəng törəməsi //Azərb. TibbJur. 2018, № 4, s. 90–92. 63. Ə. A. Bağışov. Sidik-cinsiyyət fistulu olan qadınlarda hamiləlik/ATU-nun 90 illiyinə həsr olunmuş " Təbabətin aktual problemləri". Beynəlxalq elmi-praktiki konfrans mater. 19–20 dekabr 2020, 120–121. 64. Ə. Bağışov. Retrokaval sidik axarının cərrahi müalicəsi / Azərb. TibbJur.2022, № 2, s.141–144. 65. Ə. A. Bağışov, E. T. Məmmədov. Mamalıq və ginekoloji praktikada sidik axarlarının zədələnmələrinin cərrahi mualicəsi /ATU, "Təbabətin aktual problemləri", Beynəlxalq elmi-praktiki konfrans mater. 24–25 may 2022, Bakı. səh.24–25. Xarici keçidlər Bağışov Əlimərdan ATU — Urologiya kafedrası Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Bağışov Əlimərdan — ATU Cərrahiyə Klinikası Arxivləşdirilib 2017-02-09 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=401612 |
Əlimərdan Hüseynov | Əlimərdan Hüseynov (azərb. Hüseynov Əlimərdan Əbil oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. 1962-ci il yanvarın, 14-də Biləsuvar rayonunda anadan olub. 1983-cü ildən Azərelektroterm elm-istehsal birliyində elektrik montyoru işləmişdir. 19-dan 20-nə keçən gecə Salyan qazarmasının yanında olmuşdur. Qohum-qardaşının hadisə ilə bağlı geniş məlumatı yoxdur. Yanvarın 21-də morqdan tapılmışdır. Güllələr ona qolundan və sinəsindən dəymişdir. Sifətinin sağ tərəfində ağır zərbə izləri olub. Həkimin dediyinə görə o, güllə yarasından deyil, yaralı halda döyüldüyünə görə ölmüşdür. Biləsuvar rayonundakı Fioletovka kənd qəbiristanlığında dəfn edilib. İki ay idi ki, nişanlanmışdı. Bakı — 116, 7-ci mikrorayon, yataqxana 2, otaq 133. Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18. | https://az.wikipedia.org/w/index.php?curid=475975 |
Əlimərdan Quluzadə | Əlimərdan Fəttah oğlu Quluzadə (14 fevral 1993; Masallı rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Əlimərdan Quluzadə 1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. Hərbi xidməti O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2011-ci ildə isə Heydər Əliyev adına hərbi akademiyaya daxil olmuşdur. 2015-ci ildə leytenant, 2018-ci ildə baş leytenant hərbi rütbəsini almışdır. 2016-cı il Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Əlimərdan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlimərdan Quluzadə oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Birinci Yeddioymaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. (2013) — "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı (2018) — "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24. dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=678015 |
Əlimərdan Topçubaşov | Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az-əbcəd. علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru. Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur. Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimi olmuşdur.1919-cu ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunmuşdur. Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy işğalla bağlı 1 həftə sonra məlumat ala bilmişdir. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir. Əlimərdan bəy Topçubaşov 1863-cü ilin may ayının 4-də Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Onun doğum tarixi ilə bağlı müəyyən mübahisələr olsa da, Rusiya Dövlət Arxivində saxlanılan doğum şəhadətnaməsində 1863-cü il göstərilib. O, ilk təhsilini müsəlman mədrəsəsində almışdır. Daha sonra Tiflis birinci klassik gimnaziyasında təhsil almışdır. Bu səbəbdən ona Qafqaz təqaüdü verilmişdir. 1868-ci ildə atası vəfat etmiş, ardınca da anası vəfat etmişdir. Bu səbəbdən o, nənəsinin himayəsində yaşamışdır. 1885-ci ildə gimnaziyanı bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur, lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmişdir. 1887-ci ildə 3-cü kursda oxuyarkən gizli tələbə təşkilatlarındakı iştirakına görə universitetdən xaric edilsə də, professorların müdaxiləsi ilə məhkəmənin qərarı karser cəzası ilə əvəzlənmiş və o, ali məktəbə bərpa olunmuşdur. Əlimərdan bəy universiteti bitirən il dissertasiya müdafiə etmiş və hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Əlimərdan bəy Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir, lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov isə provaslavlığı qəbul etməkdən imtina etdi.Əlimərdan bəy Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək Dairə Məhkəməsində çalışmışdır. O, əvvəlcə Tiflis Dairə Məhkəməsi sədrinin göstərişi ilə 2 sentyabr 1889-cu ildə Tiflis şəhəri Barışıq Məhkəməsində hakim köməkçi vəzifəsinə təyin olunmuş, 8 may 1890-cı ilə qədər bu vəzifədə çalışmışdır. Həmin sədrin göstərişi ilə 16 may 1899-cu ildən Məhkəmədə Mülkü Kollegiyanın katibi vəzifəsinə, Senatın Məlumat Yayım Departamentinin 20 dekabr 1891-il tarixli göstərişi ilə isə kollegiya katibi vəzifəsinə təyin edilmiş və katibliyin rəhbərliyi ona tapşırılmışdır. Senatın 22 iyun 1893-cü il № 87 saylı göstərişi ilə stajı nəzərə alınaraq titulyar müşavir təyin olunur və müşavirliyin rəhbərliyi ona tapşırılır. Senatın Məlumat Yayım Departamentinin № 28 saylı 1895-ci il tarixli göstərişi ilə isə kollegiya assessoru vəzifəsinə təyin olunur və burada da rəhbərlik ona həvalə edilir. Mülki işlərə dair 1895-ci il tarixli 17 saylı əmrə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq işdən azad edilir.Əlimərdan bəy 1893-cü ildə Həsən bəy Zərdabinin qızı Pəri xanım Topçubaşova ilə ailə həyatı qurmuşdur. Həsən bəy Zərdabi qızı üçün Əlimərdan bəy Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi, amma onun bu qədər pulu yox idi. Elə buna görə də Əlimərdan və Pəri toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar. Əlimərdan bəy 1896-cı ildə ailəsi ilə birgə Bakıya köçmüşdür. 1918-ci ildən bəri Azərbaycan Nümayəndə Heyətinin sədri olaraq xaricdə fəaliyyət göstərən Əlimərdan bəy 1919-cu ilin başlanğıcından Parisdə yaşamağa başlamışdır. Aprel işğalından sonra Fransada mühacir həyatına davam edən Əlimərdan bəy orada çətin günlər yaşamışdır. İşğaldan əvvəl Əlimərdan bəy Nümayəndə Heyətinin maddi problemləri ilə bağlı 1920-ci ilin yanvarın 29-da Ceyhun Hacıbəyliyə məktub yazmışdır: İşğaldan sonra maddi vəziyyəti çətinləşən Əlimərdan bəy bu barədə Ceyhun Hacıbəyliyə məktublarında məlumat vermişdir. Ceyhun Hacıbəyli 1928-ci ilin 30 iyulunda yazdığı bir məktubda onda və Nümayəndə Heyətinin kassasında pul olmadığını bildirmişdir. Əlimərdan bəy Topçubaşov isə 1931-ci ilin 17 aprelində yazdığı məktubda mənzillə bağlı dəhşətli məsələnin hələ həll edilmədiyini, ödəmək üçün "əjdaha" tələblər qoyulduğunu və onun bu tələbləri qarşılaya bilmədiyini qeyd etmişdir.Əlimərdan bəyin 1926-cı ildə 25 yaşlı oğlu Rəşid bəy Topçubaşov vərəm xəstəliyindən vəfat etdi. Yaxın dostu Xəlil bəy Xasməmmədova 1931-ci ilin aprelin 2-də yazdığı məktubda bu o, bu haqda belə demişdir: Əlimərdan bəy 1932-ci ilin aprelin 2-də yazdığı məktubda Heydər Bammata telefon etmək və yaxud onun yanına getmək imkanın və maliyyəsinin olmadığını, evdən çıxa bilmədiyini qeyd etmişdir. 1932-ci ilin 14 mayında yazdığı məktubda isə son günlərdə baş verən hadisələrlə bağlı əhvalının ikrahedici olduğunu, borcların üstələdiyini, soyuq olduğunu və ehtiyatlarının tam tükəndiyini yazmışdır. Əlimərdan bəy Topçubaşov Ceyhun Hacıbəylinin oğlunun məktəbdə təhsilinin davam etdirilməsi ilə bağlı 1932-ci ilin fevralın 26-da direktora xahiş məktubu da yazmışdır: Əlimərdan bəy 8 noyabr 1934-cü ildə Paris ətrafında, vəfat etmişdir. Məzarı Sen Klu şəhər qəbirstanlığında yerləşir. Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və Rusiya imperiyasının dağılmasından sonra yaranan bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak etmişdir. Onlar Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış etmişdir.Məzarı başında çıxış edən Məhəmməd Əmin Rəsulzadə demişdir: Daha sonra Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşovun xatirəsinə "Qurtuluş" jurnalında yazmışdır: Siyasi-ictimai fəaliyyəti Rusiya imperiyası və keçid dövrü Qəzet fəaliyyəti 1896-cı ildə Bakıya gələn Əlimərdan bəy Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra məhkəmə proseslərini qazanmışdır. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırmışdır. Əlimərdan bəy 1888-ci ildən "Bakinski torqovo–promışlennı listok"un redaktoru olmuşdur. 1897-ci ildə Nikolay Sokalinskinin ölümündən sonra "Kaspi" qəzetinin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski küçəsindəki binaya köçürür. 1898-ci ildə Əlimərdan bəy Topçubaşov Hacı Zeynalabdin Tağıyevin aldığı "Kaspi" qəzetində baş redaktorluq etməyə başladı. Əlimərdan bəy Topçubaşov 1898-ci ilin iyunun 24-dən 1907-ci ilin oktyabr ayının 20-nə qədər "Kaspi" qəzetinin baş redaktorluğunu etdi. Onun redaktoru olduğu dövrdə "Kaspi"də Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Firidun bəy Köçərli, Haşım bəy Vəzirov kimi şəxslər yazılarla çıxış edirdi. Bu dövrdə onun "Müsəlmanlar azadlıq hərəkatında", "Müsəlmanların dirçəliş dövrü", "Milli qırğına nə vaxt son qoyulacaq?" məqalələri "Kaspi" qəzetində nəşr olunmuşdur Əlimərdan bəyin 1905-ci ilə qədər "Kaspi" qəzatində 25 məqaləsi işıq üzü görmüşdür. Əlimərdan bəyin "Kaspi" qəzetinin baş redaktoru olması ilə qəzet daha çox ictimai maraq kəsb etməyə başladı. "Qafqaz təqvimi"ndə verilən məlumata görə 1899-cu ildə "Kaspi" qəzeti 2500 tirajla, 1900–1902-ci illərdə 3500 tirajla, 1904-cü ildə 5100 tirajla, 1906-cı ildə isə 10 000 tirajla nəşr edilirdi. Əlimərdan bəy həmçinin "Bakı" və "Həyat" qəzetlərinin də redaktoru olmuşdur. Bakı general-qubernatoru Dimitri Odintsov polis departamentinə 1901-ci il 14 noyabr tarixində göndərdiyi tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, xüsusən də İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Dimitri Odintsov bir qrup azərbaycanlının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi. Bakı Şəhər Dumasında Əlimərdan bəy Topçubaşov 1897-ci ilin oktyabr ayının 14-də Bakı Şəhər Dumasına keçirilən seçkilərdə 154 səs yığaraq Dumaya üzv seçilmişdir. Əlimərdan bəy Həbib bəy Mahmudbəyov və Fərrux bəy Vəzirovla birgə Bakı Şəhər Dumasına üzv seçilmiş ilk müsəlman şəxslər oldular. 1901-ci ilin oktyabr ayının 29-u və noyabr ayının 18-də yeni qaydalar əsasında dörd il müddətinə Bakı Şəhər Dumasına keçirilən seçkilərdə Əlimərdan bəy yenidən üzv seçilmiş, seçkinin nəticələri 1902-ci ilin fevralın 25-də Tiflisdə Qafqazın Mülki Hissəsinin baş rəisi tərəfindən təsdiqləndikdən sonra o, Bakı Şəhər İdarəsinin sədri kimi fəaliyyətə başlamışdır. 1901-ci ildə İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin açılışı baş tutur. Açılışda məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşov da tədbirdə iclasda iştirak edərək təbrik məktubu oxumuşdur. Duma fəaliyyəti boyunca o, Şəhər Məktəb Komissiyasının üzvü, Mariya qadın gimnaziyasının, Bakı Kommersiya Məktəbinin və İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin Qəyyumlar Şurasının üzvü olmuşdur.Bakı Kommersiya Məktəbinin Qəyyumlar Şurasının üzvü olmuş Əlimərdan bəy Topçubaşov təhsil alan kontingentin milli və dini xüsusiyyətlərini nəzərə almağın zəruriliyi məsələsini irəli sürürdü. Rusiyanın Şərqlə ticarət əlaqələrinin genişlənəcəyini nəzərə alan Əlimərdan bəy Topçubaşov məktəbdə təhsil alanlara Şərq dillərini, həmçinin Qafqaz ölkələri ilə qonşu ölkələrin iqtisadi coğrafiyasını öyrənməyi lazım bilirdi.Əlimərdan bəy 1905-ci ildə yaradılan Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvü seçilmişdir. 1905-ci ilin iyununda fəhlə etirazları zamanı burjuaziyanın təşəbbüsü ilə "Barışıq Komitəsi" yaradıldı. Bakı Şəhər Duması tərəfindən komitəyə 28 üzv seçildi. Onların sırasında Kərbəlayı İsrafil Hacıyev, Hacı Aslan Aşurov, Kərbəlayı Abdulla Zərbəliyev, İsa bəy Hacınski, Mirzə Əsədullayev, İsmayıl bəy Səfərəliyev, Abdulla Səlimxanov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev də var idi. I Dövlət Dumasında 1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Əlimərdan bəy Topçubaşov da olmuşdur. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış və Əlimərdan bəy Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə etmişdir. Çar 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Azərbaycandan Rusiya imperiyası I Dövlət Dumasına Bakı quberniyasından Əsədulla bəy Muradxanov, Məmmədtağı Əliyev, Əlimərdan bəy Topçubaşov, Yelizavetpol quberniyasından isə Əbdürrəhim bəy Haqverdiyev və İsmayıl xan Ziyadxanov deputat seçilmişdir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Birinici Dövlət Dumasında ümumilikdə 25 müsəlman deputat fəaliyyət göstərmişdir. 1906-cı ilin iyunun 21-də Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Dumada Müsəlman fraksiyası yaradıldı. O, həmçinin Dumadakı Xalq Azadlığı fraksiyasının sol qanadına qatılmış və Xalq Azadlığı Partiyasının üzvü olmuşdur.Əlimərdan bəy Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olmuşdur. Müsəlman fraksiyanın, eləcə də onun daxil olduğu Muxtariyyətçilər Birliyinin parlament qrupunun fəaliyyəti çar hakimiyyətini narahat edirdi. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 1906-cı ilin iyulun 8-də Duma buraxıldı və kadetlər deputatlara Peterburqdan bir qədər kənarda – Vıborqda toplaşmağı təklif etdilər. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9–10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Həmin sənəddə Dumanın müdafiəsi üçün vergidən imtina, hərbi xidmətdən yayınma formalarından istifadə əsaslandırılırdı. Həmin Vıborq çağırışını 6 deputatla birgə Əlimərdan bəy Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay müddətinə həbsdə saxlanılmışdı. Bu zaman o, "Kaspi" qəzetindəki işindən və Bakı Şəhər Dumasının üzvlüyündən xaric edilmişdir.Bu dövrdə Əlimərdan bəy Qacar dövləti tərəfindən ədliyyə nazirliyindəki departamentlərin birinə rəhbərlik etməyə dəvət edilmişdir, lakin o, bu dəvəti qəbul etməmişdir. Ümumrusiya müsəlmanları qurultaylarında 1905-ci il avqustun 15-də Nijni Novqorodda yarmarka zamanı icazəsiz keçirilən Ümumrusiya müsəlmanlarının I qurultayında sədr İsmayıl bəy Qaspıralı, Əlimərdan bəy Topçubaşov, Rəşid İbrahimov və Əbülsüqut Axtyamov isə onun müavinləri seçildilər. Qurultayı Əlimərdan bəy Topçubaşov açmışdır. Qurultayda müzakirə edilən əsas məsələlərdən biri siyasi və mədəni sahədə bütün Rusiya müsəlmanlarını birləşdirməyə qabil müsəlman siyasi partiyasının yaradılması məsələsi idi. Müzakirələrdən sonra "İttifaqi-müslimin"in yaradılması qərara alındı.1906-cı il yanvarın 13–23-də Peterburqda gizli şəraitdə, rəsmi icazə olmadan keçirilən Ümumrusiya müsəlmanlarının II qurultayında Azərbaycandan Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov və Əsədulla Axundov iştirak etmişdir. Qurultayda Əlimərdan bəy Topçubaşov tərəfindən hazırlanmış "İttifaq"ın proqram və nizamnamə layihələri, Rusiya imperiyası I Dövlət Dumasına seçkilərdə taktikası müzakirə olunmuşdu. 23 bənddən ibarət nizamnamə və müvəqqəti proqram layihəsi qəbul edilmiş, növbəti qurultaya qədər çatışmazlıqların aradan qaldırılması tövsiyə olunmuşdu. Qurultay Duma seçkilərində kadetlərlə birlikdə hərəkət etməyi qərara almışdı. 1906-cı il avqustun 15–21-də yenə də Nijni Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında Əlimərdan bəy Topçubaşov sədr seçildi. Qurultay hər biri 15 nəfərdən ibarət iki komissiya (təhsil və dini işlər üzrə) yaratdı. Komissiya sədrlərinin məruzələri əsasında 33 maddəlik "Məktəb islahatı" və 13 maddədən ibarət dini siyasətin təkmilləşdirilməsi haqqında qərar qəbul edildi. Qurultayda həmçinin "İttifaqi-Müslimin"in Əlimərdan bəy Topçubaşov tərəfındən hazırlanan 11 bölmə və 79 maddədən ibarət proqramı qəbul edildi. Proqramda konstitusiyalı monarxiya ideyası irəli sürülürdü. "İttifaqi-Müslimin"in 15 nəfərdən ibarət Mərkəzi Komitəsi və onun nəzdində 3 nəfərlik daimi büro seçilmişdi. Əlimərdan bəy Topçubaşov Mərkəzi Komitənin və büronun üzvü seçilmişdi. O həmçinin partiyanın və hüquq komissiyasının sədri də seçilmişdir.1914-cü ilin iyun ayının 15–25-də Rusiyanın müsəlman vilayətlərindən olan 6 nəfər Duma deputatı və 34 nəfər tanınmış ictimai-siyasi, nüfuzlu ruhani Peterburqda toplaşıb müşavirə keçirdi. Müşavirəyə sədrlik edən IV Dumada müsəlman fraksiyasının rəhbəri K. M. Tevkelevin təklifi ilə bu toplantı IV Müsəlman qurultayı hesab edildi. Bu müşavirə-qurultayda Əlimərdan bəy Topçubaşov Əbülsüqut Axtyamovla birlikdə sədrin müavinləri seçildilər. Ümumrusiya müsəlmanarının icazəli IV qurultayı 15 avqustun Rusiya müsəlmanlarının həmrəyliyi günü kimi bayram edilməsini qərara almışdı. Qurultay "Ruhani yığıncaqları" və müsəlman dini məktəblərinin islahatı məsələlərinə həsr olunmuşdu. Qurultayın 8 may tarixli iclasında Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndələri adından növbədənkənar çıxış edərək Azərbaycan xalqını gözləyən milli qırğın təhlükəsi haqqında Rusiya müsəlmanlarını, həm də müvəqqəti hökuməti xəbərdar etmişdi. Bu məsələ ilə bağlı qurultay Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Peterburqa nümayəndə heyəti göndərilməsi haqqında qərar qəbul etdi.Fevral inqilabından sonra qurultay sayları sıfırlanmışdır. 1–11 may 1917-ci il tarixində milyonçu Şəmsi Əsədullayevin Moskvadakı evində Rusiya müsəlmanlarının qurultayı keçirildi. Əlimərdan bəy qurultayın idarə heyətinə üzv seçilmişdir. Qurultayda idarə etmə, milli-mədəni muxtariyyət məsələsi ətrafında müzakirələr başlamış və böyümüş, nəticədə nümayəndələr Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında bir daha onun müzakirəsinə başlamışdır. Nümayəndələrə müraciət edən Topçubaşov idarə üsulu məsələsinin çox mühüm və böyük bir siyasi problem olduğunu və bunun onlar üçün bir imtahan məqamı olduğunu qeyd etmişdir. O, həmçinin belə bir fikir də səsləndirmişdir: 1914–1917-ci illərdə Əlimərdan bəy Topçubaşov 1914-cü ildə Bakıda 45 nəfərdən ibarət "Məşvərət Məclisi" təşkil etmiş, müsəlmanların "Tələblər paketi"ni hazırlayaraq, çar hakimiyyəti orqanlarına göndərmişdir. 1915-ci ildə Bakıda Nicat Cəmiyyətinin rəhbər postlarına seçkilər keçirildi. Əlimərdan bəy seçkilərdə cəmiyyətin sədri seçildi. Baxmayaraq ki, cəmiyyətin sədri de-fakto İsa bəy Aşurbəyov idi, lakin müxtəlif dövrlərdə müxtəlif şəxslər cəmiyyətə de-yure sədrlik etmişdir. Əlimərdan bəy isə bu vəzifədə 1916-cı ilədək çalışmışdır.Fevral inqilabından sonra, 1917-ci ilin aprelin 15–20-də Bakıda Qafqaz Müsəlmanları Qurultayının keçirildi. Həmin qurultaya sədrliyi Əlimərdan bəy Topçubaşov etdi. Qurultayın açılışında o, dedi: O həmçinin Qafqazda milli zəmində baş verən toqquşmalara işarə edərək bildirdi: Qurultayda Rəyasət Heyəti adından çıxış edən Əlimərdan bəy Topçubaşov mayın 7-də keçirilən altıncı iclasa da sədrlik etmişdi. 1917-ci il avqustun 12–15-də Moskvada dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə arasında Əlimərdan bəy Topçubaşov da var idi. Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Əlimərdan bəy Topçubaşova tapşırdı. Əlimərdan bəy Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər. İctimai Təşkilatlarının Şurasında 1917-ci il martın 5-də Bakıda Müsəlman İctimai Təşkilatları Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ. Frolov, İbrahim bəy Heydərov və başqaları ilə yanaşı Əlimərdan bəy Topçubaşov da Komitənin tərkibinə daxil oldu. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov və başqaları seçildi. 17 iyul 1917-ci il tarixində isə 33 nəfərdən ibarət yeni icraiyyə komitəsi təşkil olundu. Əlimərdan bəy Topçubaşov yeni İcraiyyə Komitənin sədri seçildi. Bakı Müsəlman İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da Kornilov əksinqilabi qiyamını qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini bildirdi. 1917-ci il sentyabrın 5–6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Əlimərdan bəy Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi.1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti, Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarma-qarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıxış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara etiraz edirdilər. Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini Prokofi Caparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə iştirak edən Məhəmməd Əmin Rəsulzadə şəhərdə qarma-qarışıqlıq olmasın deyə, 5 nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul edilən qətnamədə göstərilirdi ki, özbaşına axtarışların aparılmasına və silahların müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlman milisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş qərarları həyata keçirmək üçün Hərbi İnqilabi Komitəsi ilə birgə 5 nəfərdən ibarət komissiyanın yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir. Bu yığıncaqda Əlimərdan bəy Topçubaşov, Bəşir bəy Aşurbəyov, Məhəmməd Əmin Rəsulzadə, İbrahim bəy Heydərov və Məmmədhəsən Hacınski iştirak edirdi.Buna baxmayaraq 31 mart tarixində kütləvi soyqırım həyata keçirildi. Bakı Şəhər İnqilabi Müdafiə Komitəsi (İMK) 1918-ci il aprelin 1-də müsəlman təşkilatlarına ultimatum vermişdi. Ultimatumun tələblərin yerinə yetirilməsi müddəti 1 aprel 1918, gündüz saat 3-ə təyin olunmuşdu. Danışıqlar axşam saat 5-də başlamışdı. Sülh danışıqlarında inqilabi müdafiə komitəsindən Çaparidze, Saakyan, Zevin, Fioletov və Dudin, Müsavat partiyasından Kazımzadə, Rusiyada Müsəlmançılıq partiyasından Tağıyev, şəhərin rəisi İlyuşkin, Zaqafqaziya Milli Komitəsinin üzvü Topçubaşov, Molla Hacı Mir Mirmöhsün və Hacı Hüseyn Tağıyev, Erməni Milli Şurasından L. Atabekyan və Ter-Mikaelyan, görkəmli müsəlman və erməni ictimai xadimləri, İranın konsulu Həbibulla xan və başqaları iştirak etmişdi. Azərbaycan nümayəndə heyətinin üzvləri tələbləri yerinə yetirməyə razı olduqlarını bildirdilər və cavab sənədinə imza atdılar. Müsavat Partiyasının 1917-ci ilin oktyabrında keçirilən Birinci Qurultayında Müsəlman Milli Komitəsinin sədri Əlimərdan bəy Topçubaşov çıxışında bəyan etdi ki, Milli Komitənin arzu və məqsədləri Müsavatın arzu və məqsədləri ilə tamamilə uyğun gəlir. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə Müsavat Partiyasının proqramları üst-üstə düşdüyündən onlar 1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına seçkilərə vahid siyahı ilə gedirdilər. Oktyabr-noyabr aylarında Əlimərdan bəy Topçubaşov ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etmiş və Bakı Şəhər Dumasına üzv seçilmişdir.1917-ci ilin noyabrın 26-dan 28-nə qədər Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirildi. Müsavat Partiyası və Müsəlman Milli Komitələri seçkilərdə vahid 10 nömrəli siyahı ilə iştirak etdi. Bu siyahıda birinci sırada Xüsusi Zaqafqaziya Komitəsinin üzvü Məmməd Yusif Cəfərov, ikinci sırada isə Əlimərdan bəy Topçubaşovun adı yazılmışdı. Müsavat Partiyası və Müsəlman Milli Komitələrinin vahid 10 nömrəli siyahısı Zaqafqaziya seçki bölgəsində 615 816 (25.08%) səs toplayaraq əsasən Gürcüstan əhalisinin səs verdiyi menşeviklərdən sonra seçkini ikinci tamamladı. Bu, həmçinin 10 nömrəli siyahıya müsəlmanlarının 63 faizinin səs verdiyi mənasına gəlirdi.Əlimərdan bəy Topçubaşov bu seçkilərdəki qələbədən sonra, 1917-ci ilin dekabr ayında Cənubi Qafqaz Müsəlman Komitəsinin rəhbərliyindən istefa verdi, lakin Rusiyada hakimiyyətə gələn bolşeviklər 1918-ci ilin yanvarın 5-də fəaliyyətə başlayan Ümumrusiya Müəssislər Məclisinin yanvarın 6-da buraxılması haqqında dekret verdilər. Zaqafqaziya Seymində Bu hadisədən sonra 1918-ci ilin yanvarında Tiflisdə Zaqafqaziyadan Müəsisslər Məclisinə seçilən nümayəndələr regional qanunverici orqan olan Zaqafqaziya Seyminin yaradılması qərarına gəldilər və Seymin ilk iclası 1918-ci ilin fevralın 23-də keçirildi. Əlimərdan bəy Topçubaşov da Seymin üzvü olmuşdur. Seymdə müsəlman üzvlər Müsəlman fraksiyasını təsis etdilər. Əlimərdan bəy Topçubaşov "Müsəlman və demokratik bitərəflər qrupu"nun üzvü olaraq bu fraksiyaya daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrü 1918-ci ilin mart hadisələrindən sonra aprel ayının 3-də Əlimərdan bəy Topçubaşov erməni əsgərləri tərəfindən həbs edilib bir ay saxlanıldı. Sonradan Hümmət təşkilatının zaminliyinə verilib azad olunsa da, ermənilərin tələbi ilə yenidən tutulub Bayıl həbsxanasına göndərildi. Həbsxanadakı ağır şəraitdən sonra nəzarət altında xəstəxanaya yerləşdirilən Topçubaşov yenidən zaminə verilərək azadlığa buraxıldı.28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini imzaladığı vaxtda Əlimərdan bəy Bakıda həbsdə idi. Bu səbəbdən o, ilk hökumət olan I Xoyski hökumətində post tuta bilməmişdir. Əlimərdan bəy Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin 17 iyunu tarixində təşkil etdiyi II Xoyski hökumətində portfelsiz nazir təyin olunmuşdur. 6 oktyabr tarixində kabinə daxili dəyişikliklər zamanı Topçubaşov xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. Hökumət Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Əlimərdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. 1918-ci ilin avqustunda Nazirlər Şurasının sədri Fətəli xan Xoyski bu məzmunda 1144 saylı qərar verdi və bununla bağlı İstanbuldakı Azərbaycan Sülh Nümayəndə Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə teleqram göndərdi: 1918-ci il avqustun 23-də Gəncədən yola düşən Əlimərdan bəy Topçubaşov əvvəlcə Tiflisdə qalaraq bir sıra görüşlər keçirmişdir. Burada o, Gürcüstan hökumətinin rəhbərləri və Osmanlı nümayəndəsi Əbdül Kərim Paşa ilə görüşlər keçirmiş, daha sonra isə Batum marşrutu ilə hərəkət etmişdir. Əlimərdan bəy Topçubaşov fövqəladə nümayəndə və səlahiyyətli nazir kimi 1918-ci il sentyabrın 28-də İstanbula gəldi və bir neçə gün sonra rəsmi görüşlərə başladı.Əlimərdan bəy Topçubaşovun ilk görüşünü Osmanlı imperiyasının sədrəzəmi Tələt Paşa ilə keçirmişdir. Tələt Paşa həmin görüşdə Berlinə olan səfəri haqqında məlumat verdi və orada Azərbaycanın maraqlarından çıxış etdiyini söylədi. O, Avstriya-Macarıstanın və Almaniyanın hələlik Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmədiyini söylədi. Tələt Paşa Rusiyanın mövqeyini açıqlayan səfir İoffenin "Müsəlmanlar Qafqazda Türkiyənin təzyiqi ilə müstəqil dövlətlərini yaradırlar" fikrini qeyd etdi. Əlimərdan bəy Topçubaşov isə belə demişdir: Tələt Paşa öz növbəsində demişdi ki, bizim yalnız bir arzumuz, yəni Rusiya imperiyasının dağılması yerinə yetmişdir. Bu, həm bizim, həm sizin, həm də ki, bütün Qafqaz və Rusiya xalqları üçün yaxşı nəticədir. Bundan səmərəli istifadə etmək üçün azərbaycanlılar, ermənilər və gürcülər öz aralarında olan kiçik ziddiyyət və narazılıqları unudub, səmimi əlaqələr yaratmalıdırlar. Əlimərdan bəy Topçubaşov Bakının azad olunmasında göstərilən köməyə görə Türkiyə hökumətinə öz təşəkkürünü bildirdi.Əlimərdan bəy Topçubaşov oktyabrın 2-də eyni gündə Osmanlı xarici işlər naziri Əhməd Nəsimi ilə də görüş keçirdi. Bu görüşdə də Əhməd bəy Əlimərdan bəyə Osmanlı imperiyasının Azərbaycana kömək etməyə hər zaman hazır olduğunu qeyd etdi və ölkənin erməni və gürcülərlə sərhədləri məsələsinə toxundu. Osmanlı xarici işlər naziri Əhməd Nəsim bəy Qafqaz respublikalarının öz aralarında olan ixtilafları aradan qaldırmağın, qarşılıqlı razılıq əsasında sərhədləri müəyyənləşdirməyin zəruriliyini qeyd etmişdir. Əlimərdan bəy Topçubaşov isə ermənilərlə bir yerdə işləməyin qeyri-mümkünlüyünü əsaslandırmış və demişdi ki, ermənilərin iştahı çox böyükdür. Bu iştahı onlar özgələrin, ilk növbədə bizim hesabımıza doyurmaq istəyirlər. Onlar demək olar ki, bütün ölkələrin paytaxtlarında əks-təbliğat aparıb bizim millətin öz dövlət həyatını qurmağa qadir olmadığını və qonşu xalqlarla sülh şəraitində yaşamağı bacarmadığına dair saxta məlumatlar yayıb Azərbaycanın mənafeyinə ziyan vururlar. Buna görə də Avropa paytaxtlarında nümayəndəliyimizin olması bizim üçün zəruridir. Əlimərdan bəy oktyabrın 2-də Osmanlı sultanı VI Mehmed Vahidəddinin qəbulunda olmuşdur. Əlimərdan bəy danışıqlar zamanı qeyd etmişdi ki, azərbaycanlıları çoxlu istəməyənlər vardır, lakin azərbaycanlılar heç vaxt düşmənlərdən qorxmamışlar, çünki bilirlər ki, onların böyük dostu vardır. "Dost yox, qardaş!", -deyə Sultan söhbətə başlamış və bildirmişdi ki, bütün türklər azərbaycanlıların qardaşıdır və bu qardaşlıq əbədi olmalıdır.Əlimərdan bəy İstanbulda bu xronologiya ilə görüşlər keçirmişdir: 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:40-da Osmanlı imperiyasının ədliyyə naziri Xəlil bəylə (Menteşe) görüş; 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:50-də Osmanlı imperiyasının hərb naziri Ənvər Paşa ilə görüş; 1918-ci il 21 oktyabr, birinci gün, saat 14:15-də Osmanlı imperiyasının yeni sədrəzəmi Əhməd İzzət Paşa ilə görüş; 1918-ci il 27 oktyabr, bazar günü, saat 12-də Osmanlı imperiyasının yeni xarici işlər naziri Mehmed Nəbi bəylə görüş; 1918-ci il 28 oktyabr, birinci gün, saat 12:15-də Osmanlı imperiyasının xalq maarif nazirinin müavini ilə görüş; 1918-ci il 28 oktyabr, birinci gün, Osmanlı imperiyasının yeni şeyxülislamı Ömər Hulusi əfəndi ilə görüş; 1918-ci il 3 noyabr, saat 21:30-da Osmanlı imperiyasının dəniz (bəhriyyə) naziri və Osmanlının Batum və Trapezund konfransındakı nümayəndə heyətinin sədri Rauf bəylə görüş; 1918-ci il 4 noyabr, saat 12:10-da Osmanlı imperiyasının xarici işlər nazirinin müavini Rəşad Hikmət bəylə görüş; 1918-ci il 5 noyabr, saat 11:20 — də Osmanlı imperiyasının Xarici İşlər Nazirliyində Mehmed Nəbi bəylə görüş; 1918-ci il 8 noyabr, saat 14-də, Osmanlı imperiyasının maliyyə naziri Mehmed Cavid bəylə görüşHərbi nazir Ənvər Paşa ilə danışıqlar zamanı Azərbaycan ordusu üçün hərbi kadrların hazırlanması, silah və hərbi sursat təchizatı ilə bağlı məsələlər, xalq maarifi nazirinin müavini ilə görüşdə azərbaycanlı gənclərin Türkiyəyə oxumağa göndərilməsi məsələsi müzakirə edilmişdi. Əlimərdan bəy şeyxülislamla Ömər Hulusi əfəndi ilə görüşündə yüzillik rus müstəmləkəçiliyinin Azərbaycan mənəviyyatına vurduğu zərbəni qeyd edərək sünni-şiə ədavətinin qızışdırılmasının ənənəvi rus siyasəti olduğunu göstərmiş və Rusiya imperatoru I Pyotrun vəsiyyətlərini misal gətirmişdi. Mudros müqaviləsi 1918-ci ilin payızında Almaniya, Osmanlı, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu Dördlər İttifaqı Birinci Dünya müharibəsində məğlubiyyətə uğramışdı. Oktyabrın 30-da Osmanlı imperiyası Mudros müqaviləsinin ağır şərtlərinə imza atmağa məcbur olmuşdu. Həmin sazişin 11-ci maddəsinə görə, türk ordusu tezliklə Azərbaycan və Zaqafqaziyanı tərk etməli, Azərbaycanda olan Osmanlı dəstələri bir həftədən gec olmayaraq Bakıdan, bir aydan gec olmayaraq bütün Azərbaycandan çıxmalı idi. 15-ci maddəyə görə, Türkiyə Zaqafqaziya dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi. Noyabrın 4-də Əlimərdan bəy Mudros müqaviləsinin Azərbaycana aid hissəsi ilə bağlı Osmanlı hökumətinin xarici işlər nazirinin müavini Rəşad Hikmət bəyə etiraz notası verdi. O, Bakı şəhəri haqqında maddənin Mudros müqaviləsinə daxil edilməsinin beynəlxalq hüquqa zidd olmasını, Azərbaycanın ingilislər tərəfindən işğal edilməsinin asanlaşmasına xidmət etdiyini bildirdi. Osmanlı Xarici İşlər Nazirliyi isə cavab notasında bildirirdi ki, Antanta ilə barışıq şərtlərini yerinə yetirərkən sultan hökuməti ingilis qoşunlarının Bakını tutması ilə bağlı yarana biləcək münaqişədən kənarda qalmaq istəyir.Mudros müqaviləsinə əsasən Azərbaycan ərazisi ingilis qoşunlarının işğal zonasına daxil edilmişdi. Əlimərdan bəy oktyabrın 31-də İstanbuldan baş nazir Fətəli xan Xoyskiyə yazdığı məktubunda təcili surətdə Rəşt və Ənzəlidə olan ingilislərlə danışığa girməyi və Milli Şuranın çağırılmasını məsləhət görmüşdü. Bu çağırışa cavab olaraq Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu və Musa bəy Rəfiyevdən ibarət nümayəndə heyəti noyabrın əvvəlində Böyük Britaniyanın Şimali İran ordusunun komandanlığı ilə görüşmək üçün Ənzəliyə yola düşmüşdü. Azərbaycan hökumətinin nümayəndələri hələ 1918-ci ilin noyabrında Ənzəlidə Müttəfiq qoşunların baş komandanı general Vilyam Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirak edəcəyinə təminat almışdılar. Topçubaşov erməni və gürcü nümayəndələri ilə təmasda olub əlaqələri möhkəmləndirməyi və Azərbaycanın konfransa hazırlaşmasını zəruri hesab edirdi. 1918-ci il noyabrın 17-də general Vilyam Tomsonun başçılığı ilə ingilis qoşunları Bakıya daxil oldu. Həmin vaxt İstanbulda Antanta, Fransa, İngiltərə, Amerika, İtaliya, Yunanıstan və Yaponiya diplomatik nümayəndələrinə təqdim edilmiş memorandumun müəllifi olan Topçubaşov Azərbaycan hökuməti adından əsrlər boyu qonşuluq etmiş erməni və gürcü xalqları ilə daha da yaxınlaşmağın, bu xalqların bir konfederasiyada birləşməsinin mümkün hesab edildiyini bildirdi. Əlimərdan bəy Topçubaşov İstanbulda Ukraynanın Osmanlıdakı təmsilçisi Sukovkin, Qacar dövlətinin Osmanlıdakı təmsilçisi Mirzə Mahmud xan, ingilis polkovniki Tamp, Rusiya müvəqqəti hökumətinin sabiq xarici işlər naziri Pavel Milyukov, Amerika rəsmisi, prezident Vilsonla yaxınlığı ilə seçilən cənab Braun, İtaliya Krallığının Osmanlıdakı nümayəndəliyinin katibi qraf Sfort, İsveçin Osmanlı təmsilçisi Ankarxberd, Rusiya imperiyasının keçmiş xarici işlər naziri Sergey Sazonov, Amerikanın Osmanlıdakı diplomatik təmsilçisi Heyk, Qacar dövlətinin xarici işlər naziri Muşavərəl Məmalək xan, Hollandiyanın Osmanlıdakı təmsilçisi Van Der Does de Villebua, Ukraynanın Bolqarıstan təmsilçisi A. Sulqin, Erməni Milli Şurasının sədri və Erməni nümayəndələrinin Paris Sülh Konfransındakı başçısı Avetis Aqaronyan ilə də görüşlər keçirmişdir. Əlimərdan bəy Topçubaşov bu görüşlərdə həmin ölkə təmsilçilərinə Azərbaycanla bağlı məlumatlar verir, onların münasibət və yanaşmalarını öyrənirdi. Bu görüşlərdə Topçubaşov onlara Mudros müqaviləsi ilə bağlı Azərbaycanın etiraz notasını təqdim etmişdir. Amerika diplomatik nümayəndəsi Naesk ilə görüşündə Amerika Birləşmiş Ştatları pezidenti Vudro Vilsonun "on dörd sülh prinsipi"nin Azərbaycana şamil edilməsini, respublikanın istiqlaliyyətinin Amerika Birləşmiş Ştatları tərəfindən tanınmasına köməklik göstərməsini xahiş etmişdi. Eyni zamanda, ağqvardiyaçı Kolçak və Denikin hökumətinin nümayəndəsi, Sergey Sazonovla görüşündə Azərbaycanın Rusiya əsarətindən qurtarıb müstəqil respublika yaratdığını və Rusiyanın daxili işlərinə qarışmayacağını əsaslandırdı. Topçubaşovun Qacar dövlətinin xarici işlər naziri Əliqulu xan Ənsari ilə danışığından sonra İran tərəfinin düşmənçilik mövqeyini bir qədər yumşaltmaq mümkün oldu. İngilis polkovniki Tampla görüşdən sonra o, Admiral Londondan Rusiya imperiyasından ayrılmış dövlətlərin təmsilçilərini qəbul etməmək haqqında formal tapşırıq aldığını yazırdı.Rusiya imperiyasının keçmiş xarici işlər naziri Sergey Sazonovla keçirilən bir görüşdə isə o, Qafqaz müsəlmanlarının ruslara çox yaxın olduğunu və Rusiyadan ayrılmaq istəmədiyini Əlimərdan bəy Topçubaşova çatdırdı. Əlimərdan bəy Topçubaşovun keçirdiyi digər görüşdə Qacar dövlətinin xarici işlər naziri Muavərəl Məmalək Əli Qulu xan "Bu da doğrudur ki, Azərbaycan bizim şahların hakimiyyətinə tabe olmuşdu." deyə fikir bildirmişdi.7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı keçirildi və mövcud II Xoyski hökuməti istefa verdi. Yenə Fətəli xan Xoyski rəhbərliyində qurulan III Xoyski hökumətində isə Əlimərdan bəy Topçubaşov nazir təyin olunmadı. 1918-ci ilin dekabrın 16-da Əlimərdan bəy Topçubaşov Azərbaycanın müstəqil dövlət olaraq tanınmasında yarana biləcək problemlə bağlı Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə məktub yazdı və Paris Sülh Konfransında iştirak üçün bütün Zaqafqaziya Respublikalarının təmsilçilərindən Ümumi Nümayəndə Heyəti formalaşdırmağı təklif etdi: 1918-ci ilin 23 dekabrında Əlimərdan bəy Topçubaşovun Fransa Respublikasının Osmanlıdakı diplomatik təmsilçisinə, Fransa hökumətinə memorandumun çatdırılması ilə bağlı məktubu təqdim olundu. Həmin məktub Amerika Birləşmiş Ştatlarının və İtaliyanın Osmanlıdakı təmsilçilərinə də çatdırıldı. Bu məktubda o, əlavə olunmuş memorandum haqqında məlumat verirdi. Qeyd edirdi ki, memorandumda Qafqaz Azərbaycanı ilə bağlı, onun bolşeviklərə qarşı apardığı mübarizə, müstəqil Azərbaycan Respublikası, əhalisi, ərazisi, gələcək quruluşu haqqında məlumatlar vardır. Əlimərdan bəy Topçubaşov məktubunda Fransa Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyacağına ümid etdiyini qeyd edirdi. Parlamentdə 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti təsis olundu. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. O, sədr postuna Əlimərdan bəy Topçubaşovu namizəd göstərdi. İstanbulda olmasına baxmayaraq səsvermə zamanı həm sosialistlər, həm ittihadçılar, həm də müsavatçılar tərəfindən Əlimərdan bəy dəstəklənərək yekdilliklə sədr seçildi, lakin o, səfərdə olduğu üçün parlamentin fəaliyyətinə əvvəlcə Həsən bəy Ağayev, daha sonra isə Məmməd Yusif Cəfərov rəhbərlik etdi. Əlimərdan bəy parlamentdə heç bir fraksiyanın üzvü olmamışdır.1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu. Parlament komissiyalarının və sədarətin tərkibi bir il tamam olduqdan sonra (7 dekabr 1919) yenilənməli idi, lakin üzvlərin təklifi ilə yeni daxili seçkilər təxirə salınmışdır. Parlamentin 29 dekabr 1919 tarixli sayca yüz on birinci iclasında sədarət üçün səsvermə keçirilir. Sədrliyə Əlimərdan bəy Topçubaşov Məhəmməd Əmin Rəsulzadə tərəfindən yenidən namizəd göstərilir. Qapalı səsvermə (ağ-qara şarlarla) yolu ilə Əlimərdan bəy Topçubaşov lehinə 67 şar (ağ), əleyhinə 8 şar (qara) istifadə olunur. Beləliklə Əlimərdan bəy Topçubaşov yenidən 1 illik müddətə yenidən sədr seçilir. Nümayəndə Heyətində 1919-cu il yanvarın 20-də Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan Nümayəndə Heyəti İstanbula gəldi, lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Azərbaycan Nümayəndə Heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Əlimərdan bəy Topçubaşovun 1919-cu ilin 22 fevralında göndərdiyi teleqramda yazılırdı: Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. Əlimərdan bəy Topçubaşovun Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə yazdığı 17 mart 1919-cu il tarixli məktubundan məlum olur ki, müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəticəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətinin yalnız 2 və ya 3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilirdi. İngilis nümayəndəliyi Əlimərdan bəy Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri 3 nəfərin Parisə getməyinə razılaşırdı. Parisə Azərbaycan nümayəndələri ilə yanaşı Don, Kuban, Dağlılar Respublikası, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Əlimərdan bəy Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər, lakin gözlənilmədən Amerika Birləşmiş Ştatları prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alınaraq nümayəndələrin Parisə getməsinə icazə verildi. 1919-cu il aprelin 22-də Azərbaycan Nümayəndə Heyəti Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan Nümayəndə Heyəti üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Ceyhun Hacıbəyli tərəfindən "Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu" adlı sənəd hazırlanaraq fransız və ingilis dillərində nəşr olundu. Sənəddə qeyd olunurdu ki, "bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlını indiyə qədər heç kim tanımır, onların etnoqrafiyası: tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər dərin tədqiqatın predmeti olmayıb. Azərbaycanda hakimiyyəti yüz il davam edən rus rejimi devrilmişdir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı." Heyət həmçinin "Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi", "Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti" adlı sənədlər də hazırlamışdır.1919-cu ilin may ayı ərzində Azərbaycan Nümayəndə Heyəti Polşa, Gürcüstan, İran, Ermənistan və Dağlılar Respublikasının nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Azərbaycan Nümayəndə Heyəti bu dövrdə 12 informasiya bülleteni də nəşr etmişdir.Bu dövrdə Bakıda I Yusifbəyli hökumətinin 1919-cu il 26 may tarixli qərarı ilə həmin il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasının 1-ci ildönümü günü kimi qeyd edilmişdi. Bayram günü bütün qəzetlərin, xüsusilə Azərbaycan və rus dillərində nəşr olunan hökumət qəzeti "Azərbaycan"ın bir nömrəsi başdan-başa İstiqlaliyyətin ildönümünə həsr edilmişdi. 6 səhifədə çıxan "Azərbaycan" qəzetinin bütün səhifələrində aşağıdakı şüarlar manşetə çıxarılmışdı: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti", "Yaşasın Cahan Demokratiyası!", "Yaşasın təyini müqəddərat hüququ!", "Yaşasın türk milləti!", "Yaşasın millətlərin qardaşlığı!", "Yaşasın Hürriyyət və İstiqlal, qəhr olsun düşmənlər!". Həmin nömrədə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Səməd bəy Mehmandarovun portretləri dərc olunmuşdu. Vahid Rusiya problemi Müttəfiqlərin Kolçak hökumətini ümumrusiya hökuməti kimi tanımaqlarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq, Azərbaycan Nümayəndə Heyəti etiraz etdi. Bu barədə Dördlər Şurasının iclasları qapalı keçirilsə də, may ayının axırlarında Paris mətbuatı artıq ümumi əhval-ruhiyyəni əks etdirirdi. İnformasiya vasitələrinin məlumatları yaxın vaxtlarda ağqvardiyaçı hökumətlərin müttəfiqlər tərəfindən tanınacağını fikirləşməyə əsas verirdi. Ona görə hələ may ayının 31-də Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov nümayəndəlik adından bəyanat verib bildirdi ki, admiral Aleksandr Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyü barədə Paris mətbuatının xəbərləri, keçmiş Rusiya ərazisindən ayrılmış yeni respublikalarla yanaşı, Qafqaz Azərbaycanının da ən ciddi şəkildə həyati mənafeyinə toxunur. Müstəqillik uğrunda on minlərlə qurbanlar vermiş Azərbaycan xalqının Rusiyada hər hansı ad altında bərpa edilən və fəaliyyət göstərən hökuməti tanımayacağı bildirilməklə yanaşı, qeyd edilirdi ki, Qafqaz Azərbaycanının ərazisi gələcək Rusiya dövlətinin ərazisinə daxil edilməməlidir.Kolçak hökumətinin tanınması Parisə gəlmiş yeni dövlətlərin nümayəndələrini narahat edirdi. Bu səbəbdən Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belarus və Ukrayna nümayəndələri ortaq bəyannamə imzalamağı qərara aldılar. Bəyannamənin mətni müzakirə edildikdən sonra onu Azərbaycan Nümayəndə Heyəti adından Əlimərdan bəy Topçubaşov, Estoniya nümayəndələri adından İ. Poska, Gürcüstan nümayəndələri adından Nikolay Çxeidze, Latviya nümayəndələri adından Z. Meerovits, Şimali Qafqaz nümayəndələri adından Tapa Çermoyev, Belorusiya nümayəndələri adından A. Leşkeviç və Ukrayna nümayəndələri adından Q. Sidorenko imzaladılar. Bəyanatda deyilirdi: Bəyanatda irəli sürülən bir sıra fikirlər Azərbaycan Nümayəndə Heyətinin iyun ayının 5-də Paris Sülh Konfransının sədrinin və Müttəfiq Dövlətlərinin baş nazirlərinin adına göndərilmiş etiraz notasında öz əksini tapdı. Notada Omsk hökumətinin keçmiş Rusiya imperiyasının hüdudlarında tanınmasına etiraz edilir və Azərbaycanın imperiyadan birdəfəlik ayrıldığı təsdiq edilirdi. Notada göstərilirdi ki, Azərbaycan hökuməti öz ərazisini bolşeviklərdən təmizləmək üçün yarım il mübarizə aparmış, mübarizənin gedişində çoxlu qurbanlar vermiş, maddi itkilərə məruz qalmışdır. Orada qeyd edilirdi ki, yüz ilə yaxın tərkibində olduğu Rusiya hökuməti Azərbaycan xalqına yad bir rejim idi və bu rejim xalqın taleyində çox ağır izlər qoymuşdur. Notanın axırında Azərbaycan Nümayəndə Heyəti bildirirdi: İyun ayının 23-də Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikaları adından yeddi maddədən ibarət olan üçüncü etiraz notası Paris Sülh Konfransının sədrinə göndərildi. Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəyin imzaladığı əvvəlki iki sənəddən bu notanın fərqi onda idi ki, burada Qafqaz respublikaları Rusiyada gedən proseslərə öz taleləri baxımından yanaşır, Kolçakla bərabər Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı etiraz edilirdi. Notada göstərilirdi ki, böyük dövlətlər Qafqaz respublikalarına müstəqil siyasi qurumlar kimi baxmalıdırlar və yalnız belə olduqda Rusiya ilə bu ərazilərin gələcək siyasi quruluşu barədə saziş bağlamaq olar. Sənədə imza atan respublikaların nümayəndələri admiral Kolçakla yazışmalarda xatırladılan Millətlər Cəmiyyətinin Rusiya hökumətinin tərkibində bu respublikaların muxtariyyətinin tanınması məsələsinə etiraz edir və Qafqaz dövlətlərinin müstəqilliyinin siyasim cəhətdən tanınmasını Rusiya ilə hər hansı əlaqənin mühüm şərti kimi göstərirdilər.Bütün bu cəhdlərə baxmayaraq Qafqaz ölkələrinin nümayəndələrinin bəyanat və etiraz notalarına o qədər də əhəmiyyət verilmədi. Bu haqda Əlimərdan bəy Topçubaşov yazırdı: O, həmçinin İtaliyanın və Fransanın vahid Rusiya yaratmaq istədiyini, İngiltərə və Amerikanın isə bu fikri guya dəstəkləyirmiş kimi davrandığını yazmışdır. Azərbaycan Nazirlər Şurasının sədrinə respublikanın Parisdəki nümayəndələrinin yazdığı hesabatda qeyd edilirdi: Amerika Birləşmiş Ştatları ilə əlaqələr May ayının 2-də Vudro Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə edildi. Vudro Vilson bildirdi ki, Azərbaycan nümayəndələri Paris Sülh Konfransına buraxılsınlar və Əlimərdan bəy Topçubaşov Azərbaycan Nümayəndə Heyətinin başçısı kimi tanınmalıdır.Amerika Birləşmiş Ştatları Prezidenti Vudro Vilson 1919-cu ilin mayın 28-də günün ikinci yarısında Azərbaycan Nümayəndə Heyətini qəbul etdi. Qəbul zamanı Əlimərdan bəy Topçubaşov Amerika Birləşmiş Ştatları Prezidentinə müraciət edərək dedi: Əlimərdan bəy Topçubaşov çıxışından sonra Azərbaycan Nümayəndə Heyətinin memorandumunu Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim etmişdi. Vudro Vilsonla görüşdə Azərbaycan Nümayəndə Heyətinin altı bənddən ibarət olan tələbləri Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim olundu: Azərbaycanın müstəqilliyi tanınsın; Vilson prinsipləri Azərbaycana da şamil edilsin; Azərbaycan nümayəndələri Paris Sülh Konfransına buraxılsın; Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin; Amerika Birləşmiş Ştatlarının Hərbi Departamentliyi Azərbaycana hərbi yardım göstərsin; Vudro Vilsonun Azərbaycan haqqında məlumatının azlığını nəzərə alaraq Əlimərdan bəy Topçubaşov Azərbaycanın müstəqilliyi haqqında memorandumu, sərhədlər göstərilən iqtisadi xəritəni, Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti haqqında diaqramları, etnoqrafik xəritə ilə birlikdə Azərbaycan əhalisinin milli-etnik tərkibi haqqında memorandumu ona göndərdi. 1919-cu ilin sentyabr ayında Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Valter Çandlerlə iki müqavilə imzalamışdı. Birinci müqaviləyə görə, Valter Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan Nümayəndə Heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətinə Azərbaycan mənafeyini və müstəqilliyini qorumağı öz öhdəsinə götürürdü. Azərbaycan tərəfi isə bu xidmətin müqabilində Valter Çandlerə 5 min Amerika dolları həcmində zəhmət haqqı verməli idi. Bu məbləğin yarısı müqavilə imzalanan kimi, qalan yarısı isə 1919-cu ilin dekabr ayının 1-dən gec olmayaraq ödənilməli idi. Qarşılıqlı razılığa əsasən müqavilə imzalandığı andan qüvvəyə minirdi. Valter Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il oktyabrın 4-də başlamalı idi. Daha sonra 2-ci müqavilə imzalandı. İmzalanmış müqavilənin şərtlərinə görə, yuxarıda qeyd edilən vəzifəni yerinə yetirmək üçün Əlimərdan bəy Topçubaşov Valter Çandler ilə Amerika Birləşmiş Ştatları Azərbaycanın tam müstəqilliyini de-fakto tanıyan kimi əlli min dollar zəhmət haqqı verməli idi. Müqavilədə göstərilirdi ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi. Bu müqavilələr daha sonra Topçubaşov-Çandler kontraktı adlandırdıldı. Öz növbəsində Gürcüstan Respublikası da Valter Çandler ilə təxminən bu məzmunda bir saziş imzalamışdı. Valter Çandlerlə imzalanmış müqavilə barədə Əlimərdan bəy Topçubaşov Azərbaycan hökumətinə yazırdı: Əlimərdan bəy Topçubaşov, 1919-cu ilin sentyabrın 26-da Çandler vasitəsilə Vudro Vilsona məktub və Azərbaycanın iqtisadi, maliyyə vəziyyətinə dair material və xəritələr göndərmişdi. Valter Çandler 1919-cu il oktyabrın 18-də Amerikadan Əlimərdan bəyə birinci məktubunu göndərmişdi. Məktubda o, Amerikada ermənilərin Azərbaycan əleyhinə geniş təbliğat aparmasından bəhs edir, noyabrın 1-də yazdığı növbəti məktubda isə ABŞ-də ermənilərə münasibətdə xristian həmrəyliyinin xeyli qüvvətləndiyini qeyd edirdi. Çandlerin 1919-cu il 10 noyabr tarixli məktubunda Valter Çandler yeni respublikaların müstəqilliyinin tanınması ilə bağlı Amerika Birləşmiş Ştatları Dövlət Departamentinə sorğu ilə müraciət etmiş və aldığı cavabda Departamentdə yeni yaranmış respublikaların xeyrinə rəyin dəyişməkdə olduğunu bildirmişdi. Valter Çandler qeyd edirdi ki, kiçik xalqlar öz müstəqilliklərinin tanınmasını bir necə ay, yəni çar generallarının tam məğlubiyyətinədək gözləməli olacaqlar.Valter Çandler Amerika Birləşmiş Ştatlarına yola düşdükdən sonra Əlimərdan bəy Topçubaşov Parisdə olan və Vaşinqtona yola düşmək ərəfəsində olan Amerika Nümayəndə Heyətinin üzvü Henri Morqentau ilə görüşüb xahiş etdi ki, Azərbaycanın Amerika Birləşmiş Ştatlarında müvəkkili olan Valter Çandlerə köməklik göstərsin. Henri Morqentau buna razılıq verərək məsləhət gördü ki, "Amerika Birləşmiş Ştatlarının Azərbaycanın öz nümayəndəliyi olsa, daha yaxşı olar." Morqentau bildirdi: Əlimərdan bəy Topçubaşov Valter Çandlerə yazdığı cavab məktubunda konfransda Qafqaz barədə cərəyan edən hadisələr, konfransda Azərbaycana münasibət, Denikinlə və digər məsələlərlə bağlı ətraflı məlumat vermişdi. O, Parisdə Amerika nümayəndə heyətinin üzvü və Henri Morqentaunun onunla tanış etdiyi Mark Buklerlə görüşmüş və Qafqazda cərəyan edən hadisələrlə bağlı Buklerin çoxlu suallarına cavab vermişdi. Xüsusən, Qafqazda ermənilərlə bağlı eşitdikləri Mark Bukler üçün yenilik olmuşdu.Noyabr ayının 1-də yazdığı məktubda Valter Çandler Amerika Birləşmiş Ştatlarında ermənilərə münasibətdə xristian həmrəyliyinin xeyli qüvvətləndiyini qeyd edirdi. O, göstərirdi ki, qarşılaşdığım hər hansı senator və deputat bu fikirdədir ki, guya azərbaycanlılara çox diqqət yetirmək lazım deyil, ona görə ki, onlar türk, tatar və müsəlmandırlar. Mən onları başa salıram ki, "Azərbaycan xristian ölkəsi olan Gürcüstanla tam həmrəydir, azərbaycanlılar və xristian gürcülər bu yaxında müdafiə paktı imzalamışlar və siyasi cəhətdən müttəfiqdirlər, onlar erməniləri də bu pakta dəvət etmişlər." Valter Çandlerin bu məktubuna cavab olaraq, Parisdə olan Azərbaycan və Gürcüstan nümayəndələri yazıb xahiş etdilər ki, "ermənilərlə heç bir mübahisəyə girmədən orada bizim xeyrimizə xüsusi təbliğat komitəsi yaratsın." Valter Çandlerin noyabr ayının 10-da Əlimərdan bəy Topçubaşova göndərdiyi məktubda daha qabarıq şəkildə açılır. O, rəsmi şəkildə Azərbaycanın müstəqilliyinin tanınmasını Dövlət Departamenti qarşısında qaldıranda aydın olur ki, Birləşmiş Ştatlar Kolçak, Denikin və Yudeniçin aqibətinin nə ilə qurtaracağını gözləyir. Əlimərdan bəy Topçubaşovun 1919-cu ilin 6–10 noyabr tarixli Azərbaycan Nazirlər Şurasının sədrinə göndərdiyi məktubda yazılmışdı: İtaliya ilə əlaqələr Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. 1919-cu ilin may ayının 10-da İngiltərə Ali Hərbi Şurası ingilis qoşunlarının Bakıdakı hissələrinə oranı tərk etmək əmri verdi. General Tomson öz hökumətinin qərarını qeyd edildiyi kimi, may ayının 10-da Azərbaycan hökumətinə çatdırdı və eyni zamanda həmin məlumatda xatırlatdı ki, Azərbaycanı tərk edən ingilis ordusu İtaliya ordusu ilə əvəz ediləcəkdir. Paris Sülh Konfransı adından general Tomson Azərbaycan hökumətinə göndərdiyi teleqramda yazırdı: Söhbət zamanı aydın oldu ki, italyanlar Qafqaza daxil olmaq üçün bu respublikaların ya dəvətini, ya da razılığını almaq arzusundadırlar. Belə bir arzu İtaliya hökumətinin italyan xalqı və parlamenti qarşısında özünə bəraət qazandırması zərurətindən irəli gəlirdi, lakin vəziyyət qeyri-müəyyən olduğu üçün, bu görüş keçirilən zaman ingilislər isə hələlik Qafqazdan çıxacaqlarını Sülh Konfransına rəsmi şəkildə bildirmədikləri üçün Əlimərdan bəy Topçubaşov İtaliya nümayəndəsinə aydın cavab vermədi. İyun ayının axırlarında Əlimərdan bəy Topçubaşov və İ. Q. Sereteli İngiltərə nümayəndə heyətinin rəhbərlərindən biri L. Malletlə görüşdülər. O, ingilislərin Qafqazdan çıxmaq haqqında qərarını təsdiq edərək bildirdi ki, Qafqazda olan ordu indi onlara başqa yerdə lazımdır. İyun ayının 28-də Əlimərdan bəy Topçubaşovla yeni görüşündə İtaliya nümayəndəsi Valeri Nitti hökumətinin Qafqaz məsələsində tərəddüd etdiyini təsdiq etdi, lakin bununla belə o, İtaliyanın Qafqazda güclü iqtisadi marağının olduğunu göstərdi. İyul ayının 7-də Azərbaycan, gürcü və dağlı nümayəndələri İtaliyanın Parisdəki hərbi attaşesi Sadino ilə görüşdülər. Bu məsələlər müzakirə edilən zaman Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi tərəfindən Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə. Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə. Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Əlimərdan bəy Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Əlimərdan bəy Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Əlimərdan Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Nitti hökumətinin avqustun 5-də Qafqaza ordu göndərməkdən imtina etməsi oriyentasiya məsələsini yenidən kəskin şəkildə meydana çıxardı. Avqust ayının 6-da Azərbaycan, Gürcüstan və Dağlılar respublikaları nümayəndələrinin birgə iclasında oriyentasiya məsələsi geniş şəkildə müzakirə edildi. İclasa sədrlik edən Əlimərdan bəy Topçubaşov qeyd etdi ki, indiki vaxtda bizim dövlətlərimizin müstəqil olmaları hər birimizin ən böyük arzusu olmasına baxmayaraq, müəyyən bir dövrdə yaxın vaxtlar üçün kənardan siyasi kömək və hərbi yardım almadan keçinə bilmərik. Avqust ayının axırlarında ingilislər Qafqazı tərk etdilər. Azərbaycan hökumətinin Parisdə olan nümayəndələrinə Xarici İşlər Nazirliyi tərəfindən respublikanın beynəlxalq vəziyyəti ilə bağlı gürcü nümayəndəsi Qambaşidzedan göndərilən hesabatda göstərilirdi ki, avqust ayının axırlarında sonuncu ingilis hərbi dəstələri Azərbaycan ərazisindən çıxmışdır. Azərbaycandan çıxmaq ərəfəsində, avqust ayının 23-də Müttəfiq qoşunlarının komandanlığı adından ingilis generalı Şatelvort Bakı əhalisinə vida çağırışı ilə müraciət etmişdi. Əlimərdan bəy Topçubaşovun ingilis nümayəndələri ilə görüşündə aydın oldu ki, Britaniya hökuməti tərəfindən qoşunların geri çağırılması artıq həll edilmişdir. O, yazırdı: İranla əlaqələr 1919-cu ilin oktyabr ayında iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını hazırlamaq üçün Parisdə Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası yaradıldı. Komissiyanın tərkibinə Azərbaycandan Mir Yaqub Mehdiyev və Ceyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi. 29 oktyabr 1919 tarixində komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmişdi. 1919-cu il noyabrın 1-də Parisdə Azərbaycanla İran arasında Azərbaycanın müstəqilliyinin tanınması haqqında müqavilə bağlandı və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq əldə edildi. Əlimərdan bəy Topçubaşovun Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin təqdim etdiyi saziş layihəsini qəbul etmişdi. Azərbaycanın tanınması 1920-ci ilin yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı və burada Cənubi Qafqaz respublikalarının məsələsi geniş müzakirə olundu. Yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə belə bir qərar qəbul etdi: "Müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar".Yanvarın 15-də isə Azərbaycan nümayəndələri Əlimərdan bəy Topçubaşov və Məhəmməd Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ. Sereteli və Z. Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Topçubaşova Paris Sülh Konfransının rəsmi sənədini təqdim etdi. O, bunun üçün təşəkkürünü və Azərbaycan Respublikasının de-yure tanınmasını gözlədiklərini bildirdi.Əlimərdan bəy Topçubaşov Parisdən baş nazir Nəsib bəy Yusifbəyova yazırdı: Yanvarın 19-da İngiltərə, Fransa, İtaliya və digər dövlətlərin hökumət başçılarının iştirakı ilə Paris Sülh Konfransı Ali Şurasının iclasında Cənubi Qafqaz respublikalarının vəziyyəti müzakirə olundu. Lloyd Corcun Azərbaycanın silahlı qüvvələri haqqında sorğusuna cavab verən Azərbaycan Nümayəndə Heyətinin müşaviri Məhəmməd Məhərrəmov zəruri silah-sursatın olacağı təqdirdə Azərbaycanın qısa müddətdə 100 min nəfəri orduya səfərbər edə biləcəyini bildirdi. Əlimərdan bəy Topçubaşov Ənzəlidəki ingilis donanmasının Bakının müdafıəsinə mühüm yardım göstərə biləcəyini nəzərə çatdırdı. O, həmçinin sovet Rusiyası ilə Cənubi Qafqaz respublikaları arasında bufer rolu oynayan Dağlılar Respublikasınm müttəfıqlər tərəfindən de-fakto tanınmasını təklif etdi. İclasa yekun vuran Lloyd Corc Cənubi Qafqaza ordu göndərilməsinin qeyri mümkünlüyünü, yardımın yalnız silah-sursat formasında olmasının vacibliyini bildirdi. O, açıq bəyan etdi ki, bu respublikalar hərbi qüvvələrini möhkəmləndirmək üçün özləri ciddi tədbirlər görməlidirlər.Azərbaycan Nümayəndə Heyəti Azərbaycanın qərb dövlətləri tərəfindən de-yure tanınmasına çalışsalar da, bu cəhdlər nəticəsiz qaldı. Cümhuriyyət tələbələri Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən sayca yetmişinci iclasında yüz nəfər azərbaycanlı gəncin hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı. Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındılar. Tələbələrin Batuma getmələri üçün xüsusi vaqon ayrılmışdı. 1920-ci il fevralın 11-də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında iştirak edən Azərbaycan Nümayəndə Heyəti tərəfindən hərarətlə qarşılandı. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında böyük nitq söylədi. Bundan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yollandılar. Mühacir fəaliyyəti 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Həmin dövrdə – mayın əvvəlində Azərbaycan Nümayəndə Heyəti San-Remo konfransından Parisə yenicə qayıtmışdı. Mayın 3-də Əlimərdan bəy Topçubaşov fransız hökumətindən baş verən hadisələri öyrənmək üçün Azərbaycan hökumətinə teleqram göndərməyi xahiş etdi. O, yalnız mayın ikinci yarısında Tiflisdə olan Azərbaycan hökuməti rəhbərliyi ilə əlaqə saxlaya bildi. 1920-ci ilin iyunun 30-da Topçubaşov Londonda bolşevik ticarət nümayəndəsi L. Krasinlə sənəd imzalayan Antanta Ali Şurasının Sədri Klemansoya nota göndərdi İyulun 4-də Əlimərdan bəy Topçubaşov Belçikanın Spa şəhərində keçirilən Sülh Konfransının sədri, İngiltərənin baş naziri Lloyd Corca xüsusi nota göndərdi. Həmin notada o, Azərbaycan xalqının bolşevizmdən xilas olmasının əhəmiyyətini vurğulayırdı. Əlimərdan bəy Topçubaşov 1920-ci ilin 15 iyulunda Belçikanın Spa şəhərindən Ceyhun Hacıbəyliyə göndərdiyi məktubda nota verdiklərini, İtaliyanın, Belçikanın, Polşanın xarici işlər nazirləri ilə görüşdüklərini yazırdı.1920-ci ilin oktyabrın 8-də Əlimərdan bəy Topçubaşov Fransa Nazirlər Şurasının sədri və xarici işlər naziri Klemansoya da nota göndərdi. O, bu notada əsas diqqəti Azərbaycanın zəngin təbiətinə, Xəzərin neftinə yönəldir və Parisin Azərbaycandakı müqavimət hərəkatına silahla kömək edəcəyi təqdirdə bu ölkənin Fransa üçün əhəmiyyətli bazar rolunu oynaya biləcəyini nəzərə çatdırırdı. Əlimərdan bəy Topçubaşov göndərdiyi notalara əhəmiyyət verilmədiyini görüb, oktyabrın 9-da Fransa Xarici İşlər Nazirliyinin baş katibi Filip Berteloya, ona Azərbaycanda yaranmış vəziyyəti izah etmək üçün şərait yaradılması xahişi ilə müraciət etdi. Bu müraciət əsasında Bertelo özü yox, Xarici İşlər Nazirliyinin siyasi və iqtisadiyyat departamentinin direktor müavini Laroş onunla görüşdü. Əlimərdan bəy Topçubaşov görüşdə Qafqaza xüsusi hərbi missiyanın göndərilməsini, Azərbaycanda silahlı üsyanın hazırlanmasında rol oynamağı və bunun müqabilində Fransaya Azərbaycanın neft müəssisələrinin müəyyən payının verilməsini vəd etdi. Oktyabrın 27-də Fransa Xarici İşlər Nazirliyində olan Əlimərdan bəy Topçubaşov Dağıstanda və Azərbaycandakı üsyançılara Parisdən silah göndərilməsi vacibliyini bildirdi. 1921-ci ilin aprel ayının 29-dan may ayının 5-dək keçirilən ikinci London konfransında Əlimərdan bəy Topçubaşov başda olmaqla mühacirətdə olan Azərbaycan Nümayəndə Heyəti də iştirak edirdi.Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də Qafqaz ölkələrinin nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin Parisdəki nümayəndəliyinə toplaşaraq, Qafqaz Konfederasiyası fikrini yenidən müzakirə etdilər. 1921-ci ilin iyunun 10-da Topçubaşovun sədrliyi ilə keçirilən ilk iclasda Əlimərdan bəy Topçubaşov, Akaki Çxenkeli, Avetis Aqaronyan və Tapa Çermoyev Qafqaz Respublikaları İttifaqının yaradılması ilə bağlı bəyannamə imzalamışdılar. 1921-ci il iyulun 7-də Qafqaz respublikaları və Rusiya nümayəndələrinin ilk birgə iclası keçirildi. Mühacirlər Fransa hökumətinə müraciət etdilər. Qafqaz və Rusiya mühacirlərinin vahid antibolşevik cəbhədə birləşməsinə meyilli olan Fransa hökuməti 1922-ci ilin əvvəllərində Qafqaz respublikalarının səlahiyyətli təmsilçilərinə maddi yardım göstərməyi qərara aldı. İclasda ilk çıxış edən Əlimərdan bəy Topçubaşovun Qafqaz Konfederasiyası ideyasına Türkiyənin də müsbət münasibət bəslədiyini bildirərək bu dövləti müdafiə etməsi və müttəfiq dövlətlərə tutduğu iradlar Fransa hökuməti və ermənilər tərəfindən narazılıqla qarşılandı. 1925-ci ilin iyulun 26-da Parisdə Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ukrayna nümayəndələri arasında Qafqaz-Ukrayna əlaqələrinin möhkəmləndirilməsi və inkişafı ilə bağlı bəyannamə imzalandı. Sənəddə Sovet Rusiyasının həmin bölgələri işğal etməsi ilə bağlı ümumiləşmələr qeyd edildi. Sənəddə bu ölkələrin təmsilçiləri ərazilərinin bütünlüklə azad edilməsinə qədər siyasi və iqtisadi sahədə bir-birlərinə dəstək olacaqları qeyd olunurdu. Həmin sənədi Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov, Dağlılar Respublikası nümayəndə heyətinin müvəqqəti sədri Heydər Bammat, Gürcüstanın daxili işlər naziri Noe Ramişvili, Ukrayna xalq təhsili naziri V. Prokopoviç imzalamışdılar.Əlimərdan bəy Topçubaşov 1925-ci ilin aprelində İstanbula Məhəmməd Əmin Rəsulzadəyə yazdığı məktubda, xüsusən, Lozanna Sülh Konfransından sonra Avropa dövlətlərinin Azərbaycana qarşı münasibətlərinin dəyişdiyini qeyd edirdi. Əlimərdan bəy Xosrov bəy Sultanova yazdığı 1925-ci il 2 yanvar və 1925-ci il 31 avqust tarixli məktublarında da fəaliyyət üçün maddi vəsaitin yoxluğunu bildirmişdi. 1926-cı ilin 18 martında Parisdə Qafqaz Respublikası Şurasının iclası keçirildi. İclasda Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Xosrov bəy Sultanov, A. Mgerman, Heydər Bammat, Seid Şamil, Akaki Çxenkeli, S. Amiredjibi, Noe Ramişvili, Q. Qvazava iştirak edirdilər. İclasa sədrlik Əlimərdan bəy Topçubaşov tərəfindən aparılırdı. İclasda 3 Qafqaz Respublikası Şurası ilə Müstəqil Qafqaz Komitəsinin münasibətləri müzakirə edildi.Əlimərdan bəy Topçubaşovun 1933-cü ilin 27 martında Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi məktubda yazılırdı: 1920-ci ildə Rusiya bolşeviklərinin Azərbaycanı işğal etməsinə etiraz əlaməti olaraq Əlimərdan bəy (Paris Sülh Konfransının digər azərbaycanlı üzvləri ilə birlikdə) soyadındakı "ov" sonluğundan imtina edərək Topçubaşi soyadını qəbul etmişdir. Əlimərdan bəy Topçubaşov mühacirətdə olarkən Məhəmməd Əmin Rəsulzadə ilə məktublaşmışdır. Əlimərdan bəy 19, Məhəmməd Əmin bəy isə 16 belə məktub yazmışdır. Partiya fəaliyyəti Əlimərdan bəy Topçubaşov Xalq Azadlıq Partiyasının (kadetlər) üzvü olmuşdur. 1906-cı il avqustun 15–21-də yenə də Nijni Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında Əlimərdan bəy Topçubaşov yeni yaradılmış İttifaqi-Müslimin Partiyasının sədri seçilmişdir. Lakin daha sonra İttifaqi-Müsliminin ləğv olmuş, Əlimərdan bəy Topçubaşov isə ömrünün sonunadək bitərəf, partiyasız siyasətçi olaraq fəaliyyət göstərmişdir. Əlimərdan bəyin nəsli əslən Gəncədəndir. Ulu babalarından biri Tiflisə, digəri isə İrəvana köçüb orada yaşamışdır. Topçubaşov soyadı onun ulu babası Əliəkbər bəyə topçuluq peşəsini dərindən bildiyinə görə II Irakli tərəfindən verilmişdir. Ulu babası Əlimərdan bəy Əliəkbər bəy oğlu Topçubaşı — sonuncu gürcü kralı yanında hərbi işdə Tiflis Qalabəyisi kimi mövqe qazanmışdır. Babası Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov — pedaqoq, şair, şərqşünas alim. Sankt-Peterburq universitetinin professoru. Atası Ələkbər bəy Mirzə Cəfər oğlu Topçubaşov — podporuçik, Zaqafqaziya müsəlman atlı süvari alayının taqım komandiri. Anası Sevər xanım Məmmədhəsən bəy qızı Vəkilova — Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundan idi. Dayısı Mirzə Xudadat bəy Vəkilov — Rusiya İmperator Ordusunun polkovniki, Məmmədrza ağa Vəkilovun əmisi oğlu. Xanımı Pəri xanım Həsən bəy qızı Topçubaşova — Azərbaycanın birinci xanımı, 1893-cü ildə Əlimərdan bəy Topçubaşov ilə ailə həyatı qurmuşdur. Qaynatası Həsən bəy Səlim bəy oğlu Zərdabi — Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi. Qaynanası Hənifə Məlikova-Abayeva — Azərbaycanın ilk maarifçi qadınlarından biri.Qaynı Səfvət bəy Həsən bəy oğlu Məlik-Zərdabi — Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri. Qaynı Midhət bəy Həsən bəy oğlu Zərdabi — Bakı real məktəbi məzunu; Kölndə Böyük Hersoq Politexnik Texnikumunun elektrik mühəndisi ixtisası məzunu. Baldızı Qəribsoltan Həsən bəy qızı Məlikova — Azərbaycan SSR əməkdar müəllimi (1948). Oğlu Rəşid bəy Əlimərdan bəy oğlu Topçubaşov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Paris Sülh Konfransına göndərilmiş Azərbaycan Hökuməti Nümayəndə heyətinin sədrinin şəxsi katibi. Vərəm xəstəliyi səbəbindən gənc yaşında vəfat etmişdir. Oğlu Ələkbər bəy Əlimərdan bəy oğlu Topçubaşov Oğlu Ənvər bəy Əlimərdan bəy oğlu Topçubaşov Qızı Sara xanım Əlimərdan bəy qızı Topçubaşi (Kürdəmir) Yeznəsi Əşrəf bəy Sultanov (Kürdəmir) Qızı Sevər xanım Əlimərdan bəy qızı Topçubaşova Azərbaycanda Bakının Nəsimi rayonunda "Əlimərdan bəy Topçubaşov" adlı küçə var. Bu küçə "İbrahim Əbilov" küçəsindən "Həzi Aslanov" küçəsinədək davam edir. Küçənin sırası ilə "Əlövsət Quliyev", "Bəşir Səfəroğlu", "Vidadi", "Dilarə Əliyeva", "Mirzəağa Əliyev", "Şəmsi Bədəlbəyli", "Süleyman Rəhimov", "Şamil Əzizbəyov" küçələri, "Cəlil Məmmədquluzadə" döngəsi, "Salatın Əsgərova", "Əli bəy Hüseynzadə", "Balababa Məcidov" küçələri ilə kəsişməsi mövcuddur. 1998-ci ildə Əlimərdan bəy Topçubaşovun hökumətə ünvanlanmış rəsmi məlumatları toplanmışdır. Həmin məlumatlar Azərbaycan dilində ilk dəfə 1998-ci ildə "Paris məktubları" adlı kitabda çap olunmuşdur. 2013-cü ildə ADA Universitetində professor Cəmil Həsənlinin Əlimərdan bəy Topçubaşova həsr olunmuş "Tarixi şəxsiyyətin tarixi" kitabı çap olunmuşdur. 25 fevral 2013 tarixində Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. 19 aprel 2013-cü ildə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş poçt markası çap olunmuşdur. Qiyməti 20 qəpik, ölçüsü 40x28, tirajı isə 100 min olmuşdur. 2015-ci ildə Əlimərdan bəy Topçubaşov haqqında "Qərib məzarlar" adlı filmin Baku Media Center tərəfindən çəkilişlərinə başlandığı elan olundu. 2016-cı ildə rejissor Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film olan Əbədi ezamiyyət filmi Azərbaycan Nümayəndə Heyətinin üzvlərinə həsr olunmuşdur. Əlimərdan bəy Topçubaşovu aktyor Kamran İsrafilov canlandırmışdır. 2016-cı ildə araşdırmacı-tarixçi Dilqəm Əhməd tərəfindən yazılmış Fərqlilər kitabında Əlimərdan bəy Topçubaşov haqqında məlumatlar, şəkillər və məktublar da yer tapmışdır. Vəfatı ilə bağlı Şimali Qafqaz, Prometey və Qurtuluş jurnallarının üz qabığında şəkli dərc olunaraq məlumat nəşr olunmuşdur. Professor, diplomat Ramiz Abutalıbov tərəfindən Əlimərdan bəyin məzarı aşkar olunaraq təmir edilmişdir. 1993-cü ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev Fransaya ilk səfərində Sen-Klu qəbiristanlığına baş çəkmiş və həmin tarixdə Heydər Əliyev Əlimərdan bəyin yubileyinin keçirilməsi ilə də bağlı sərəncam imzalayıb. 2014-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində Əlimərdan bəy Topçubaşovun şərəfinə büst qoyulmuşdur. 2014-cü ildə Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Poznan şəhərindəki İqnaçı Paderevski adına Musiqi Akademiyasında 1918–1920-ci illərdə bu ölkənin baş naziri olmuş İqnaçı Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun barelyefi açılıb. Fransada yaşadığı evin önünə xatirə lövhəsi vurulmuşdur. 2018-ci ildə Sen Klu şəhərinin meri Erik Berdoati Sen Kluda Əlimərdan bəy Topçubaşova büst qoyulacağını bildirmişdir. 2019-cu ildə tarix elmləri doktoru Cəmil Həsənlinin Londonda Routledge nəşriyyatında Əlimərdan bəy Topçubaşovun həyatına həsr olunan "Azərbaycanda liderlik və millətçilik" adlı kitabı ingilis dilində nəşr olunub. Azərbaycanın təşəkkülü. İstanbul. 1918; "Müsəlmanlar azadlıq hərəkatında" — "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi. "Müsəlmanların dirçəliş dövrü" — "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi. "Milli qırğına nə vaxt son qoyulacaq?"— "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi. "Azərbaycanın yol göstərəni" — qaynatası Həsən bəy Zərdabi haqqında 1925-ci ildə dərc olunmuş məqalə "Qafqazlılar arasında" — Parisdə 1926-cı ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasının 8-ci ildönümünün qeydi təsvir olunur. Xarici keçidlər Alimardan Topchubashov in Azerbaijan International Vurğunu Topçubaşov və Behbudovla nə bağlayır — Foto | https://az.wikipedia.org/w/index.php?curid=42360 |
Əlimərdan bəy Abdallı-Qacar | Əlimərdan bəy Abdallı-Qacar — Qarabağ bəylərindən Qızılbaş ordusunda yüzbaşı. Əlimərdan bəy Vərəndə nahiyəsinin Qacar obasında anadan olub. Mədrəsə təhsili almışdı. Yüzbaşı kimi Qızılbaş ordusunda xidmət etmişdi. Ordudan tərxis olduqdan sonra doğma kəndlərinə qayıtmış, şahın ona tiyul kimi verdiyi mülkləri idarə etmişdi. Qarabağın nüfuzlu bəylərindən idi. 1650-ci ildə II Şah Abbas Səfəvi onun şahidliyi əsasında Məlik Şahnəzəri Vərəndə nahiyəsinə məlik təyin etmişdi. Əlimərdan bəyin Əliabbas bəy adlı oğlu vardı. Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh. Həmçinin bax Dağlıq Qarabağ | https://az.wikipedia.org/w/index.php?curid=77541 |
Əlimərdan bəy Topçubaşov | Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az-əbcəd. علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru. Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur. Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimi olmuşdur.1919-cu ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunmuşdur. Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy işğalla bağlı 1 həftə sonra məlumat ala bilmişdir. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir. Əlimərdan bəy Topçubaşov 1863-cü ilin may ayının 4-də Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Onun doğum tarixi ilə bağlı müəyyən mübahisələr olsa da, Rusiya Dövlət Arxivində saxlanılan doğum şəhadətnaməsində 1863-cü il göstərilib. O, ilk təhsilini müsəlman mədrəsəsində almışdır. Daha sonra Tiflis birinci klassik gimnaziyasında təhsil almışdır. Bu səbəbdən ona Qafqaz təqaüdü verilmişdir. 1868-ci ildə atası vəfat etmiş, ardınca da anası vəfat etmişdir. Bu səbəbdən o, nənəsinin himayəsində yaşamışdır. 1885-ci ildə gimnaziyanı bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur, lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmişdir. 1887-ci ildə 3-cü kursda oxuyarkən gizli tələbə təşkilatlarındakı iştirakına görə universitetdən xaric edilsə də, professorların müdaxiləsi ilə məhkəmənin qərarı karser cəzası ilə əvəzlənmiş və o, ali məktəbə bərpa olunmuşdur. Əlimərdan bəy universiteti bitirən il dissertasiya müdafiə etmiş və hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Əlimərdan bəy Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir, lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov isə provaslavlığı qəbul etməkdən imtina etdi.Əlimərdan bəy Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək Dairə Məhkəməsində çalışmışdır. O, əvvəlcə Tiflis Dairə Məhkəməsi sədrinin göstərişi ilə 2 sentyabr 1889-cu ildə Tiflis şəhəri Barışıq Məhkəməsində hakim köməkçi vəzifəsinə təyin olunmuş, 8 may 1890-cı ilə qədər bu vəzifədə çalışmışdır. Həmin sədrin göstərişi ilə 16 may 1899-cu ildən Məhkəmədə Mülkü Kollegiyanın katibi vəzifəsinə, Senatın Məlumat Yayım Departamentinin 20 dekabr 1891-il tarixli göstərişi ilə isə kollegiya katibi vəzifəsinə təyin edilmiş və katibliyin rəhbərliyi ona tapşırılmışdır. Senatın 22 iyun 1893-cü il № 87 saylı göstərişi ilə stajı nəzərə alınaraq titulyar müşavir təyin olunur və müşavirliyin rəhbərliyi ona tapşırılır. Senatın Məlumat Yayım Departamentinin № 28 saylı 1895-ci il tarixli göstərişi ilə isə kollegiya assessoru vəzifəsinə təyin olunur və burada da rəhbərlik ona həvalə edilir. Mülki işlərə dair 1895-ci il tarixli 17 saylı əmrə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq işdən azad edilir.Əlimərdan bəy 1893-cü ildə Həsən bəy Zərdabinin qızı Pəri xanım Topçubaşova ilə ailə həyatı qurmuşdur. Həsən bəy Zərdabi qızı üçün Əlimərdan bəy Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi, amma onun bu qədər pulu yox idi. Elə buna görə də Əlimərdan və Pəri toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar. Əlimərdan bəy 1896-cı ildə ailəsi ilə birgə Bakıya köçmüşdür. 1918-ci ildən bəri Azərbaycan Nümayəndə Heyətinin sədri olaraq xaricdə fəaliyyət göstərən Əlimərdan bəy 1919-cu ilin başlanğıcından Parisdə yaşamağa başlamışdır. Aprel işğalından sonra Fransada mühacir həyatına davam edən Əlimərdan bəy orada çətin günlər yaşamışdır. İşğaldan əvvəl Əlimərdan bəy Nümayəndə Heyətinin maddi problemləri ilə bağlı 1920-ci ilin yanvarın 29-da Ceyhun Hacıbəyliyə məktub yazmışdır: İşğaldan sonra maddi vəziyyəti çətinləşən Əlimərdan bəy bu barədə Ceyhun Hacıbəyliyə məktublarında məlumat vermişdir. Ceyhun Hacıbəyli 1928-ci ilin 30 iyulunda yazdığı bir məktubda onda və Nümayəndə Heyətinin kassasında pul olmadığını bildirmişdir. Əlimərdan bəy Topçubaşov isə 1931-ci ilin 17 aprelində yazdığı məktubda mənzillə bağlı dəhşətli məsələnin hələ həll edilmədiyini, ödəmək üçün "əjdaha" tələblər qoyulduğunu və onun bu tələbləri qarşılaya bilmədiyini qeyd etmişdir.Əlimərdan bəyin 1926-cı ildə 25 yaşlı oğlu Rəşid bəy Topçubaşov vərəm xəstəliyindən vəfat etdi. Yaxın dostu Xəlil bəy Xasməmmədova 1931-ci ilin aprelin 2-də yazdığı məktubda bu o, bu haqda belə demişdir: Əlimərdan bəy 1932-ci ilin aprelin 2-də yazdığı məktubda Heydər Bammata telefon etmək və yaxud onun yanına getmək imkanın və maliyyəsinin olmadığını, evdən çıxa bilmədiyini qeyd etmişdir. 1932-ci ilin 14 mayında yazdığı məktubda isə son günlərdə baş verən hadisələrlə bağlı əhvalının ikrahedici olduğunu, borcların üstələdiyini, soyuq olduğunu və ehtiyatlarının tam tükəndiyini yazmışdır. Əlimərdan bəy Topçubaşov Ceyhun Hacıbəylinin oğlunun məktəbdə təhsilinin davam etdirilməsi ilə bağlı 1932-ci ilin fevralın 26-da direktora xahiş məktubu da yazmışdır: Əlimərdan bəy 8 noyabr 1934-cü ildə Paris ətrafında, vəfat etmişdir. Məzarı Sen Klu şəhər qəbirstanlığında yerləşir. Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və Rusiya imperiyasının dağılmasından sonra yaranan bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak etmişdir. Onlar Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış etmişdir.Məzarı başında çıxış edən Məhəmməd Əmin Rəsulzadə demişdir: Daha sonra Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşovun xatirəsinə "Qurtuluş" jurnalında yazmışdır: Siyasi-ictimai fəaliyyəti Rusiya imperiyası və keçid dövrü Qəzet fəaliyyəti 1896-cı ildə Bakıya gələn Əlimərdan bəy Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra məhkəmə proseslərini qazanmışdır. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırmışdır. Əlimərdan bəy 1888-ci ildən "Bakinski torqovo–promışlennı listok"un redaktoru olmuşdur. 1897-ci ildə Nikolay Sokalinskinin ölümündən sonra "Kaspi" qəzetinin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski küçəsindəki binaya köçürür. 1898-ci ildə Əlimərdan bəy Topçubaşov Hacı Zeynalabdin Tağıyevin aldığı "Kaspi" qəzetində baş redaktorluq etməyə başladı. Əlimərdan bəy Topçubaşov 1898-ci ilin iyunun 24-dən 1907-ci ilin oktyabr ayının 20-nə qədər "Kaspi" qəzetinin baş redaktorluğunu etdi. Onun redaktoru olduğu dövrdə "Kaspi"də Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Firidun bəy Köçərli, Haşım bəy Vəzirov kimi şəxslər yazılarla çıxış edirdi. Bu dövrdə onun "Müsəlmanlar azadlıq hərəkatında", "Müsəlmanların dirçəliş dövrü", "Milli qırğına nə vaxt son qoyulacaq?" məqalələri "Kaspi" qəzetində nəşr olunmuşdur Əlimərdan bəyin 1905-ci ilə qədər "Kaspi" qəzatində 25 məqaləsi işıq üzü görmüşdür. Əlimərdan bəyin "Kaspi" qəzetinin baş redaktoru olması ilə qəzet daha çox ictimai maraq kəsb etməyə başladı. "Qafqaz təqvimi"ndə verilən məlumata görə 1899-cu ildə "Kaspi" qəzeti 2500 tirajla, 1900–1902-ci illərdə 3500 tirajla, 1904-cü ildə 5100 tirajla, 1906-cı ildə isə 10 000 tirajla nəşr edilirdi. Əlimərdan bəy həmçinin "Bakı" və "Həyat" qəzetlərinin də redaktoru olmuşdur. Bakı general-qubernatoru Dimitri Odintsov polis departamentinə 1901-ci il 14 noyabr tarixində göndərdiyi tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, xüsusən də İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Dimitri Odintsov bir qrup azərbaycanlının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi. Bakı Şəhər Dumasında Əlimərdan bəy Topçubaşov 1897-ci ilin oktyabr ayının 14-də Bakı Şəhər Dumasına keçirilən seçkilərdə 154 səs yığaraq Dumaya üzv seçilmişdir. Əlimərdan bəy Həbib bəy Mahmudbəyov və Fərrux bəy Vəzirovla birgə Bakı Şəhər Dumasına üzv seçilmiş ilk müsəlman şəxslər oldular. 1901-ci ilin oktyabr ayının 29-u və noyabr ayının 18-də yeni qaydalar əsasında dörd il müddətinə Bakı Şəhər Dumasına keçirilən seçkilərdə Əlimərdan bəy yenidən üzv seçilmiş, seçkinin nəticələri 1902-ci ilin fevralın 25-də Tiflisdə Qafqazın Mülki Hissəsinin baş rəisi tərəfindən təsdiqləndikdən sonra o, Bakı Şəhər İdarəsinin sədri kimi fəaliyyətə başlamışdır. 1901-ci ildə İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin açılışı baş tutur. Açılışda məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşov da tədbirdə iclasda iştirak edərək təbrik məktubu oxumuşdur. Duma fəaliyyəti boyunca o, Şəhər Məktəb Komissiyasının üzvü, Mariya qadın gimnaziyasının, Bakı Kommersiya Məktəbinin və İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin Qəyyumlar Şurasının üzvü olmuşdur.Bakı Kommersiya Məktəbinin Qəyyumlar Şurasının üzvü olmuş Əlimərdan bəy Topçubaşov təhsil alan kontingentin milli və dini xüsusiyyətlərini nəzərə almağın zəruriliyi məsələsini irəli sürürdü. Rusiyanın Şərqlə ticarət əlaqələrinin genişlənəcəyini nəzərə alan Əlimərdan bəy Topçubaşov məktəbdə təhsil alanlara Şərq dillərini, həmçinin Qafqaz ölkələri ilə qonşu ölkələrin iqtisadi coğrafiyasını öyrənməyi lazım bilirdi.Əlimərdan bəy 1905-ci ildə yaradılan Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvü seçilmişdir. 1905-ci ilin iyununda fəhlə etirazları zamanı burjuaziyanın təşəbbüsü ilə "Barışıq Komitəsi" yaradıldı. Bakı Şəhər Duması tərəfindən komitəyə 28 üzv seçildi. Onların sırasında Kərbəlayı İsrafil Hacıyev, Hacı Aslan Aşurov, Kərbəlayı Abdulla Zərbəliyev, İsa bəy Hacınski, Mirzə Əsədullayev, İsmayıl bəy Səfərəliyev, Abdulla Səlimxanov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev də var idi. I Dövlət Dumasında 1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Əlimərdan bəy Topçubaşov da olmuşdur. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış və Əlimərdan bəy Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə etmişdir. Çar 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Azərbaycandan Rusiya imperiyası I Dövlət Dumasına Bakı quberniyasından Əsədulla bəy Muradxanov, Məmmədtağı Əliyev, Əlimərdan bəy Topçubaşov, Yelizavetpol quberniyasından isə Əbdürrəhim bəy Haqverdiyev və İsmayıl xan Ziyadxanov deputat seçilmişdir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Birinici Dövlət Dumasında ümumilikdə 25 müsəlman deputat fəaliyyət göstərmişdir. 1906-cı ilin iyunun 21-də Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Dumada Müsəlman fraksiyası yaradıldı. O, həmçinin Dumadakı Xalq Azadlığı fraksiyasının sol qanadına qatılmış və Xalq Azadlığı Partiyasının üzvü olmuşdur.Əlimərdan bəy Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olmuşdur. Müsəlman fraksiyanın, eləcə də onun daxil olduğu Muxtariyyətçilər Birliyinin parlament qrupunun fəaliyyəti çar hakimiyyətini narahat edirdi. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 1906-cı ilin iyulun 8-də Duma buraxıldı və kadetlər deputatlara Peterburqdan bir qədər kənarda – Vıborqda toplaşmağı təklif etdilər. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9–10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Həmin sənəddə Dumanın müdafiəsi üçün vergidən imtina, hərbi xidmətdən yayınma formalarından istifadə əsaslandırılırdı. Həmin Vıborq çağırışını 6 deputatla birgə Əlimərdan bəy Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay müddətinə həbsdə saxlanılmışdı. Bu zaman o, "Kaspi" qəzetindəki işindən və Bakı Şəhər Dumasının üzvlüyündən xaric edilmişdir.Bu dövrdə Əlimərdan bəy Qacar dövləti tərəfindən ədliyyə nazirliyindəki departamentlərin birinə rəhbərlik etməyə dəvət edilmişdir, lakin o, bu dəvəti qəbul etməmişdir. Ümumrusiya müsəlmanları qurultaylarında 1905-ci il avqustun 15-də Nijni Novqorodda yarmarka zamanı icazəsiz keçirilən Ümumrusiya müsəlmanlarının I qurultayında sədr İsmayıl bəy Qaspıralı, Əlimərdan bəy Topçubaşov, Rəşid İbrahimov və Əbülsüqut Axtyamov isə onun müavinləri seçildilər. Qurultayı Əlimərdan bəy Topçubaşov açmışdır. Qurultayda müzakirə edilən əsas məsələlərdən biri siyasi və mədəni sahədə bütün Rusiya müsəlmanlarını birləşdirməyə qabil müsəlman siyasi partiyasının yaradılması məsələsi idi. Müzakirələrdən sonra "İttifaqi-müslimin"in yaradılması qərara alındı.1906-cı il yanvarın 13–23-də Peterburqda gizli şəraitdə, rəsmi icazə olmadan keçirilən Ümumrusiya müsəlmanlarının II qurultayında Azərbaycandan Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov və Əsədulla Axundov iştirak etmişdir. Qurultayda Əlimərdan bəy Topçubaşov tərəfindən hazırlanmış "İttifaq"ın proqram və nizamnamə layihələri, Rusiya imperiyası I Dövlət Dumasına seçkilərdə taktikası müzakirə olunmuşdu. 23 bənddən ibarət nizamnamə və müvəqqəti proqram layihəsi qəbul edilmiş, növbəti qurultaya qədər çatışmazlıqların aradan qaldırılması tövsiyə olunmuşdu. Qurultay Duma seçkilərində kadetlərlə birlikdə hərəkət etməyi qərara almışdı. 1906-cı il avqustun 15–21-də yenə də Nijni Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında Əlimərdan bəy Topçubaşov sədr seçildi. Qurultay hər biri 15 nəfərdən ibarət iki komissiya (təhsil və dini işlər üzrə) yaratdı. Komissiya sədrlərinin məruzələri əsasında 33 maddəlik "Məktəb islahatı" və 13 maddədən ibarət dini siyasətin təkmilləşdirilməsi haqqında qərar qəbul edildi. Qurultayda həmçinin "İttifaqi-Müslimin"in Əlimərdan bəy Topçubaşov tərəfındən hazırlanan 11 bölmə və 79 maddədən ibarət proqramı qəbul edildi. Proqramda konstitusiyalı monarxiya ideyası irəli sürülürdü. "İttifaqi-Müslimin"in 15 nəfərdən ibarət Mərkəzi Komitəsi və onun nəzdində 3 nəfərlik daimi büro seçilmişdi. Əlimərdan bəy Topçubaşov Mərkəzi Komitənin və büronun üzvü seçilmişdi. O həmçinin partiyanın və hüquq komissiyasının sədri də seçilmişdir.1914-cü ilin iyun ayının 15–25-də Rusiyanın müsəlman vilayətlərindən olan 6 nəfər Duma deputatı və 34 nəfər tanınmış ictimai-siyasi, nüfuzlu ruhani Peterburqda toplaşıb müşavirə keçirdi. Müşavirəyə sədrlik edən IV Dumada müsəlman fraksiyasının rəhbəri K. M. Tevkelevin təklifi ilə bu toplantı IV Müsəlman qurultayı hesab edildi. Bu müşavirə-qurultayda Əlimərdan bəy Topçubaşov Əbülsüqut Axtyamovla birlikdə sədrin müavinləri seçildilər. Ümumrusiya müsəlmanarının icazəli IV qurultayı 15 avqustun Rusiya müsəlmanlarının həmrəyliyi günü kimi bayram edilməsini qərara almışdı. Qurultay "Ruhani yığıncaqları" və müsəlman dini məktəblərinin islahatı məsələlərinə həsr olunmuşdu. Qurultayın 8 may tarixli iclasında Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndələri adından növbədənkənar çıxış edərək Azərbaycan xalqını gözləyən milli qırğın təhlükəsi haqqında Rusiya müsəlmanlarını, həm də müvəqqəti hökuməti xəbərdar etmişdi. Bu məsələ ilə bağlı qurultay Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Peterburqa nümayəndə heyəti göndərilməsi haqqında qərar qəbul etdi.Fevral inqilabından sonra qurultay sayları sıfırlanmışdır. 1–11 may 1917-ci il tarixində milyonçu Şəmsi Əsədullayevin Moskvadakı evində Rusiya müsəlmanlarının qurultayı keçirildi. Əlimərdan bəy qurultayın idarə heyətinə üzv seçilmişdir. Qurultayda idarə etmə, milli-mədəni muxtariyyət məsələsi ətrafında müzakirələr başlamış və böyümüş, nəticədə nümayəndələr Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında bir daha onun müzakirəsinə başlamışdır. Nümayəndələrə müraciət edən Topçubaşov idarə üsulu məsələsinin çox mühüm və böyük bir siyasi problem olduğunu və bunun onlar üçün bir imtahan məqamı olduğunu qeyd etmişdir. O, həmçinin belə bir fikir də səsləndirmişdir: 1914–1917-ci illərdə Əlimərdan bəy Topçubaşov 1914-cü ildə Bakıda 45 nəfərdən ibarət "Məşvərət Məclisi" təşkil etmiş, müsəlmanların "Tələblər paketi"ni hazırlayaraq, çar hakimiyyəti orqanlarına göndərmişdir. 1915-ci ildə Bakıda Nicat Cəmiyyətinin rəhbər postlarına seçkilər keçirildi. Əlimərdan bəy seçkilərdə cəmiyyətin sədri seçildi. Baxmayaraq ki, cəmiyyətin sədri de-fakto İsa bəy Aşurbəyov idi, lakin müxtəlif dövrlərdə müxtəlif şəxslər cəmiyyətə de-yure sədrlik etmişdir. Əlimərdan bəy isə bu vəzifədə 1916-cı ilədək çalışmışdır.Fevral inqilabından sonra, 1917-ci ilin aprelin 15–20-də Bakıda Qafqaz Müsəlmanları Qurultayının keçirildi. Həmin qurultaya sədrliyi Əlimərdan bəy Topçubaşov etdi. Qurultayın açılışında o, dedi: O həmçinin Qafqazda milli zəmində baş verən toqquşmalara işarə edərək bildirdi: Qurultayda Rəyasət Heyəti adından çıxış edən Əlimərdan bəy Topçubaşov mayın 7-də keçirilən altıncı iclasa da sədrlik etmişdi. 1917-ci il avqustun 12–15-də Moskvada dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə arasında Əlimərdan bəy Topçubaşov da var idi. Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Əlimərdan bəy Topçubaşova tapşırdı. Əlimərdan bəy Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər. İctimai Təşkilatlarının Şurasında 1917-ci il martın 5-də Bakıda Müsəlman İctimai Təşkilatları Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ. Frolov, İbrahim bəy Heydərov və başqaları ilə yanaşı Əlimərdan bəy Topçubaşov da Komitənin tərkibinə daxil oldu. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov və başqaları seçildi. 17 iyul 1917-ci il tarixində isə 33 nəfərdən ibarət yeni icraiyyə komitəsi təşkil olundu. Əlimərdan bəy Topçubaşov yeni İcraiyyə Komitənin sədri seçildi. Bakı Müsəlman İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da Kornilov əksinqilabi qiyamını qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini bildirdi. 1917-ci il sentyabrın 5–6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Əlimərdan bəy Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi.1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti, Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarma-qarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıxış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara etiraz edirdilər. Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini Prokofi Caparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə iştirak edən Məhəmməd Əmin Rəsulzadə şəhərdə qarma-qarışıqlıq olmasın deyə, 5 nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul edilən qətnamədə göstərilirdi ki, özbaşına axtarışların aparılmasına və silahların müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlman milisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş qərarları həyata keçirmək üçün Hərbi İnqilabi Komitəsi ilə birgə 5 nəfərdən ibarət komissiyanın yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir. Bu yığıncaqda Əlimərdan bəy Topçubaşov, Bəşir bəy Aşurbəyov, Məhəmməd Əmin Rəsulzadə, İbrahim bəy Heydərov və Məmmədhəsən Hacınski iştirak edirdi.Buna baxmayaraq 31 mart tarixində kütləvi soyqırım həyata keçirildi. Bakı Şəhər İnqilabi Müdafiə Komitəsi (İMK) 1918-ci il aprelin 1-də müsəlman təşkilatlarına ultimatum vermişdi. Ultimatumun tələblərin yerinə yetirilməsi müddəti 1 aprel 1918, gündüz saat 3-ə təyin olunmuşdu. Danışıqlar axşam saat 5-də başlamışdı. Sülh danışıqlarında inqilabi müdafiə komitəsindən Çaparidze, Saakyan, Zevin, Fioletov və Dudin, Müsavat partiyasından Kazımzadə, Rusiyada Müsəlmançılıq partiyasından Tağıyev, şəhərin rəisi İlyuşkin, Zaqafqaziya Milli Komitəsinin üzvü Topçubaşov, Molla Hacı Mir Mirmöhsün və Hacı Hüseyn Tağıyev, Erməni Milli Şurasından L. Atabekyan və Ter-Mikaelyan, görkəmli müsəlman və erməni ictimai xadimləri, İranın konsulu Həbibulla xan və başqaları iştirak etmişdi. Azərbaycan nümayəndə heyətinin üzvləri tələbləri yerinə yetirməyə razı olduqlarını bildirdilər və cavab sənədinə imza atdılar. Müsavat Partiyasının 1917-ci ilin oktyabrında keçirilən Birinci Qurultayında Müsəlman Milli Komitəsinin sədri Əlimərdan bəy Topçubaşov çıxışında bəyan etdi ki, Milli Komitənin arzu və məqsədləri Müsavatın arzu və məqsədləri ilə tamamilə uyğun gəlir. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə Müsavat Partiyasının proqramları üst-üstə düşdüyündən onlar 1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına seçkilərə vahid siyahı ilə gedirdilər. Oktyabr-noyabr aylarında Əlimərdan bəy Topçubaşov ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etmiş və Bakı Şəhər Dumasına üzv seçilmişdir.1917-ci ilin noyabrın 26-dan 28-nə qədər Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirildi. Müsavat Partiyası və Müsəlman Milli Komitələri seçkilərdə vahid 10 nömrəli siyahı ilə iştirak etdi. Bu siyahıda birinci sırada Xüsusi Zaqafqaziya Komitəsinin üzvü Məmməd Yusif Cəfərov, ikinci sırada isə Əlimərdan bəy Topçubaşovun adı yazılmışdı. Müsavat Partiyası və Müsəlman Milli Komitələrinin vahid 10 nömrəli siyahısı Zaqafqaziya seçki bölgəsində 615 816 (25.08%) səs toplayaraq əsasən Gürcüstan əhalisinin səs verdiyi menşeviklərdən sonra seçkini ikinci tamamladı. Bu, həmçinin 10 nömrəli siyahıya müsəlmanlarının 63 faizinin səs verdiyi mənasına gəlirdi.Əlimərdan bəy Topçubaşov bu seçkilərdəki qələbədən sonra, 1917-ci ilin dekabr ayında Cənubi Qafqaz Müsəlman Komitəsinin rəhbərliyindən istefa verdi, lakin Rusiyada hakimiyyətə gələn bolşeviklər 1918-ci ilin yanvarın 5-də fəaliyyətə başlayan Ümumrusiya Müəssislər Məclisinin yanvarın 6-da buraxılması haqqında dekret verdilər. Zaqafqaziya Seymində Bu hadisədən sonra 1918-ci ilin yanvarında Tiflisdə Zaqafqaziyadan Müəsisslər Məclisinə seçilən nümayəndələr regional qanunverici orqan olan Zaqafqaziya Seyminin yaradılması qərarına gəldilər və Seymin ilk iclası 1918-ci ilin fevralın 23-də keçirildi. Əlimərdan bəy Topçubaşov da Seymin üzvü olmuşdur. Seymdə müsəlman üzvlər Müsəlman fraksiyasını təsis etdilər. Əlimərdan bəy Topçubaşov "Müsəlman və demokratik bitərəflər qrupu"nun üzvü olaraq bu fraksiyaya daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrü 1918-ci ilin mart hadisələrindən sonra aprel ayının 3-də Əlimərdan bəy Topçubaşov erməni əsgərləri tərəfindən həbs edilib bir ay saxlanıldı. Sonradan Hümmət təşkilatının zaminliyinə verilib azad olunsa da, ermənilərin tələbi ilə yenidən tutulub Bayıl həbsxanasına göndərildi. Həbsxanadakı ağır şəraitdən sonra nəzarət altında xəstəxanaya yerləşdirilən Topçubaşov yenidən zaminə verilərək azadlığa buraxıldı.28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini imzaladığı vaxtda Əlimərdan bəy Bakıda həbsdə idi. Bu səbəbdən o, ilk hökumət olan I Xoyski hökumətində post tuta bilməmişdir. Əlimərdan bəy Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin 17 iyunu tarixində təşkil etdiyi II Xoyski hökumətində portfelsiz nazir təyin olunmuşdur. 6 oktyabr tarixində kabinə daxili dəyişikliklər zamanı Topçubaşov xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. Hökumət Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Əlimərdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. 1918-ci ilin avqustunda Nazirlər Şurasının sədri Fətəli xan Xoyski bu məzmunda 1144 saylı qərar verdi və bununla bağlı İstanbuldakı Azərbaycan Sülh Nümayəndə Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə teleqram göndərdi: 1918-ci il avqustun 23-də Gəncədən yola düşən Əlimərdan bəy Topçubaşov əvvəlcə Tiflisdə qalaraq bir sıra görüşlər keçirmişdir. Burada o, Gürcüstan hökumətinin rəhbərləri və Osmanlı nümayəndəsi Əbdül Kərim Paşa ilə görüşlər keçirmiş, daha sonra isə Batum marşrutu ilə hərəkət etmişdir. Əlimərdan bəy Topçubaşov fövqəladə nümayəndə və səlahiyyətli nazir kimi 1918-ci il sentyabrın 28-də İstanbula gəldi və bir neçə gün sonra rəsmi görüşlərə başladı.Əlimərdan bəy Topçubaşovun ilk görüşünü Osmanlı imperiyasının sədrəzəmi Tələt Paşa ilə keçirmişdir. Tələt Paşa həmin görüşdə Berlinə olan səfəri haqqında məlumat verdi və orada Azərbaycanın maraqlarından çıxış etdiyini söylədi. O, Avstriya-Macarıstanın və Almaniyanın hələlik Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmədiyini söylədi. Tələt Paşa Rusiyanın mövqeyini açıqlayan səfir İoffenin "Müsəlmanlar Qafqazda Türkiyənin təzyiqi ilə müstəqil dövlətlərini yaradırlar" fikrini qeyd etdi. Əlimərdan bəy Topçubaşov isə belə demişdir: Tələt Paşa öz növbəsində demişdi ki, bizim yalnız bir arzumuz, yəni Rusiya imperiyasının dağılması yerinə yetmişdir. Bu, həm bizim, həm sizin, həm də ki, bütün Qafqaz və Rusiya xalqları üçün yaxşı nəticədir. Bundan səmərəli istifadə etmək üçün azərbaycanlılar, ermənilər və gürcülər öz aralarında olan kiçik ziddiyyət və narazılıqları unudub, səmimi əlaqələr yaratmalıdırlar. Əlimərdan bəy Topçubaşov Bakının azad olunmasında göstərilən köməyə görə Türkiyə hökumətinə öz təşəkkürünü bildirdi.Əlimərdan bəy Topçubaşov oktyabrın 2-də eyni gündə Osmanlı xarici işlər naziri Əhməd Nəsimi ilə də görüş keçirdi. Bu görüşdə də Əhməd bəy Əlimərdan bəyə Osmanlı imperiyasının Azərbaycana kömək etməyə hər zaman hazır olduğunu qeyd etdi və ölkənin erməni və gürcülərlə sərhədləri məsələsinə toxundu. Osmanlı xarici işlər naziri Əhməd Nəsim bəy Qafqaz respublikalarının öz aralarında olan ixtilafları aradan qaldırmağın, qarşılıqlı razılıq əsasında sərhədləri müəyyənləşdirməyin zəruriliyini qeyd etmişdir. Əlimərdan bəy Topçubaşov isə ermənilərlə bir yerdə işləməyin qeyri-mümkünlüyünü əsaslandırmış və demişdi ki, ermənilərin iştahı çox böyükdür. Bu iştahı onlar özgələrin, ilk növbədə bizim hesabımıza doyurmaq istəyirlər. Onlar demək olar ki, bütün ölkələrin paytaxtlarında əks-təbliğat aparıb bizim millətin öz dövlət həyatını qurmağa qadir olmadığını və qonşu xalqlarla sülh şəraitində yaşamağı bacarmadığına dair saxta məlumatlar yayıb Azərbaycanın mənafeyinə ziyan vururlar. Buna görə də Avropa paytaxtlarında nümayəndəliyimizin olması bizim üçün zəruridir. Əlimərdan bəy oktyabrın 2-də Osmanlı sultanı VI Mehmed Vahidəddinin qəbulunda olmuşdur. Əlimərdan bəy danışıqlar zamanı qeyd etmişdi ki, azərbaycanlıları çoxlu istəməyənlər vardır, lakin azərbaycanlılar heç vaxt düşmənlərdən qorxmamışlar, çünki bilirlər ki, onların böyük dostu vardır. "Dost yox, qardaş!", -deyə Sultan söhbətə başlamış və bildirmişdi ki, bütün türklər azərbaycanlıların qardaşıdır və bu qardaşlıq əbədi olmalıdır.Əlimərdan bəy İstanbulda bu xronologiya ilə görüşlər keçirmişdir: 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:40-da Osmanlı imperiyasının ədliyyə naziri Xəlil bəylə (Menteşe) görüş; 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:50-də Osmanlı imperiyasının hərb naziri Ənvər Paşa ilə görüş; 1918-ci il 21 oktyabr, birinci gün, saat 14:15-də Osmanlı imperiyasının yeni sədrəzəmi Əhməd İzzət Paşa ilə görüş; 1918-ci il 27 oktyabr, bazar günü, saat 12-də Osmanlı imperiyasının yeni xarici işlər naziri Mehmed Nəbi bəylə görüş; 1918-ci il 28 oktyabr, birinci gün, saat 12:15-də Osmanlı imperiyasının xalq maarif nazirinin müavini ilə görüş; 1918-ci il 28 oktyabr, birinci gün, Osmanlı imperiyasının yeni şeyxülislamı Ömər Hulusi əfəndi ilə görüş; 1918-ci il 3 noyabr, saat 21:30-da Osmanlı imperiyasının dəniz (bəhriyyə) naziri və Osmanlının Batum və Trapezund konfransındakı nümayəndə heyətinin sədri Rauf bəylə görüş; 1918-ci il 4 noyabr, saat 12:10-da Osmanlı imperiyasının xarici işlər nazirinin müavini Rəşad Hikmət bəylə görüş; 1918-ci il 5 noyabr, saat 11:20 — də Osmanlı imperiyasının Xarici İşlər Nazirliyində Mehmed Nəbi bəylə görüş; 1918-ci il 8 noyabr, saat 14-də, Osmanlı imperiyasının maliyyə naziri Mehmed Cavid bəylə görüşHərbi nazir Ənvər Paşa ilə danışıqlar zamanı Azərbaycan ordusu üçün hərbi kadrların hazırlanması, silah və hərbi sursat təchizatı ilə bağlı məsələlər, xalq maarifi nazirinin müavini ilə görüşdə azərbaycanlı gənclərin Türkiyəyə oxumağa göndərilməsi məsələsi müzakirə edilmişdi. Əlimərdan bəy şeyxülislamla Ömər Hulusi əfəndi ilə görüşündə yüzillik rus müstəmləkəçiliyinin Azərbaycan mənəviyyatına vurduğu zərbəni qeyd edərək sünni-şiə ədavətinin qızışdırılmasının ənənəvi rus siyasəti olduğunu göstərmiş və Rusiya imperatoru I Pyotrun vəsiyyətlərini misal gətirmişdi. Mudros müqaviləsi 1918-ci ilin payızında Almaniya, Osmanlı, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu Dördlər İttifaqı Birinci Dünya müharibəsində məğlubiyyətə uğramışdı. Oktyabrın 30-da Osmanlı imperiyası Mudros müqaviləsinin ağır şərtlərinə imza atmağa məcbur olmuşdu. Həmin sazişin 11-ci maddəsinə görə, türk ordusu tezliklə Azərbaycan və Zaqafqaziyanı tərk etməli, Azərbaycanda olan Osmanlı dəstələri bir həftədən gec olmayaraq Bakıdan, bir aydan gec olmayaraq bütün Azərbaycandan çıxmalı idi. 15-ci maddəyə görə, Türkiyə Zaqafqaziya dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi. Noyabrın 4-də Əlimərdan bəy Mudros müqaviləsinin Azərbaycana aid hissəsi ilə bağlı Osmanlı hökumətinin xarici işlər nazirinin müavini Rəşad Hikmət bəyə etiraz notası verdi. O, Bakı şəhəri haqqında maddənin Mudros müqaviləsinə daxil edilməsinin beynəlxalq hüquqa zidd olmasını, Azərbaycanın ingilislər tərəfindən işğal edilməsinin asanlaşmasına xidmət etdiyini bildirdi. Osmanlı Xarici İşlər Nazirliyi isə cavab notasında bildirirdi ki, Antanta ilə barışıq şərtlərini yerinə yetirərkən sultan hökuməti ingilis qoşunlarının Bakını tutması ilə bağlı yarana biləcək münaqişədən kənarda qalmaq istəyir.Mudros müqaviləsinə əsasən Azərbaycan ərazisi ingilis qoşunlarının işğal zonasına daxil edilmişdi. Əlimərdan bəy oktyabrın 31-də İstanbuldan baş nazir Fətəli xan Xoyskiyə yazdığı məktubunda təcili surətdə Rəşt və Ənzəlidə olan ingilislərlə danışığa girməyi və Milli Şuranın çağırılmasını məsləhət görmüşdü. Bu çağırışa cavab olaraq Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu və Musa bəy Rəfiyevdən ibarət nümayəndə heyəti noyabrın əvvəlində Böyük Britaniyanın Şimali İran ordusunun komandanlığı ilə görüşmək üçün Ənzəliyə yola düşmüşdü. Azərbaycan hökumətinin nümayəndələri hələ 1918-ci ilin noyabrında Ənzəlidə Müttəfiq qoşunların baş komandanı general Vilyam Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirak edəcəyinə təminat almışdılar. Topçubaşov erməni və gürcü nümayəndələri ilə təmasda olub əlaqələri möhkəmləndirməyi və Azərbaycanın konfransa hazırlaşmasını zəruri hesab edirdi. 1918-ci il noyabrın 17-də general Vilyam Tomsonun başçılığı ilə ingilis qoşunları Bakıya daxil oldu. Həmin vaxt İstanbulda Antanta, Fransa, İngiltərə, Amerika, İtaliya, Yunanıstan və Yaponiya diplomatik nümayəndələrinə təqdim edilmiş memorandumun müəllifi olan Topçubaşov Azərbaycan hökuməti adından əsrlər boyu qonşuluq etmiş erməni və gürcü xalqları ilə daha da yaxınlaşmağın, bu xalqların bir konfederasiyada birləşməsinin mümkün hesab edildiyini bildirdi. Əlimərdan bəy Topçubaşov İstanbulda Ukraynanın Osmanlıdakı təmsilçisi Sukovkin, Qacar dövlətinin Osmanlıdakı təmsilçisi Mirzə Mahmud xan, ingilis polkovniki Tamp, Rusiya müvəqqəti hökumətinin sabiq xarici işlər naziri Pavel Milyukov, Amerika rəsmisi, prezident Vilsonla yaxınlığı ilə seçilən cənab Braun, İtaliya Krallığının Osmanlıdakı nümayəndəliyinin katibi qraf Sfort, İsveçin Osmanlı təmsilçisi Ankarxberd, Rusiya imperiyasının keçmiş xarici işlər naziri Sergey Sazonov, Amerikanın Osmanlıdakı diplomatik təmsilçisi Heyk, Qacar dövlətinin xarici işlər naziri Muşavərəl Məmalək xan, Hollandiyanın Osmanlıdakı təmsilçisi Van Der Does de Villebua, Ukraynanın Bolqarıstan təmsilçisi A. Sulqin, Erməni Milli Şurasının sədri və Erməni nümayəndələrinin Paris Sülh Konfransındakı başçısı Avetis Aqaronyan ilə də görüşlər keçirmişdir. Əlimərdan bəy Topçubaşov bu görüşlərdə həmin ölkə təmsilçilərinə Azərbaycanla bağlı məlumatlar verir, onların münasibət və yanaşmalarını öyrənirdi. Bu görüşlərdə Topçubaşov onlara Mudros müqaviləsi ilə bağlı Azərbaycanın etiraz notasını təqdim etmişdir. Amerika diplomatik nümayəndəsi Naesk ilə görüşündə Amerika Birləşmiş Ştatları pezidenti Vudro Vilsonun "on dörd sülh prinsipi"nin Azərbaycana şamil edilməsini, respublikanın istiqlaliyyətinin Amerika Birləşmiş Ştatları tərəfindən tanınmasına köməklik göstərməsini xahiş etmişdi. Eyni zamanda, ağqvardiyaçı Kolçak və Denikin hökumətinin nümayəndəsi, Sergey Sazonovla görüşündə Azərbaycanın Rusiya əsarətindən qurtarıb müstəqil respublika yaratdığını və Rusiyanın daxili işlərinə qarışmayacağını əsaslandırdı. Topçubaşovun Qacar dövlətinin xarici işlər naziri Əliqulu xan Ənsari ilə danışığından sonra İran tərəfinin düşmənçilik mövqeyini bir qədər yumşaltmaq mümkün oldu. İngilis polkovniki Tampla görüşdən sonra o, Admiral Londondan Rusiya imperiyasından ayrılmış dövlətlərin təmsilçilərini qəbul etməmək haqqında formal tapşırıq aldığını yazırdı.Rusiya imperiyasının keçmiş xarici işlər naziri Sergey Sazonovla keçirilən bir görüşdə isə o, Qafqaz müsəlmanlarının ruslara çox yaxın olduğunu və Rusiyadan ayrılmaq istəmədiyini Əlimərdan bəy Topçubaşova çatdırdı. Əlimərdan bəy Topçubaşovun keçirdiyi digər görüşdə Qacar dövlətinin xarici işlər naziri Muavərəl Məmalək Əli Qulu xan "Bu da doğrudur ki, Azərbaycan bizim şahların hakimiyyətinə tabe olmuşdu." deyə fikir bildirmişdi.7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı keçirildi və mövcud II Xoyski hökuməti istefa verdi. Yenə Fətəli xan Xoyski rəhbərliyində qurulan III Xoyski hökumətində isə Əlimərdan bəy Topçubaşov nazir təyin olunmadı. 1918-ci ilin dekabrın 16-da Əlimərdan bəy Topçubaşov Azərbaycanın müstəqil dövlət olaraq tanınmasında yarana biləcək problemlə bağlı Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə məktub yazdı və Paris Sülh Konfransında iştirak üçün bütün Zaqafqaziya Respublikalarının təmsilçilərindən Ümumi Nümayəndə Heyəti formalaşdırmağı təklif etdi: 1918-ci ilin 23 dekabrında Əlimərdan bəy Topçubaşovun Fransa Respublikasının Osmanlıdakı diplomatik təmsilçisinə, Fransa hökumətinə memorandumun çatdırılması ilə bağlı məktubu təqdim olundu. Həmin məktub Amerika Birləşmiş Ştatlarının və İtaliyanın Osmanlıdakı təmsilçilərinə də çatdırıldı. Bu məktubda o, əlavə olunmuş memorandum haqqında məlumat verirdi. Qeyd edirdi ki, memorandumda Qafqaz Azərbaycanı ilə bağlı, onun bolşeviklərə qarşı apardığı mübarizə, müstəqil Azərbaycan Respublikası, əhalisi, ərazisi, gələcək quruluşu haqqında məlumatlar vardır. Əlimərdan bəy Topçubaşov məktubunda Fransa Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyacağına ümid etdiyini qeyd edirdi. Parlamentdə 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti təsis olundu. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. O, sədr postuna Əlimərdan bəy Topçubaşovu namizəd göstərdi. İstanbulda olmasına baxmayaraq səsvermə zamanı həm sosialistlər, həm ittihadçılar, həm də müsavatçılar tərəfindən Əlimərdan bəy dəstəklənərək yekdilliklə sədr seçildi, lakin o, səfərdə olduğu üçün parlamentin fəaliyyətinə əvvəlcə Həsən bəy Ağayev, daha sonra isə Məmməd Yusif Cəfərov rəhbərlik etdi. Əlimərdan bəy parlamentdə heç bir fraksiyanın üzvü olmamışdır.1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu. Parlament komissiyalarının və sədarətin tərkibi bir il tamam olduqdan sonra (7 dekabr 1919) yenilənməli idi, lakin üzvlərin təklifi ilə yeni daxili seçkilər təxirə salınmışdır. Parlamentin 29 dekabr 1919 tarixli sayca yüz on birinci iclasında sədarət üçün səsvermə keçirilir. Sədrliyə Əlimərdan bəy Topçubaşov Məhəmməd Əmin Rəsulzadə tərəfindən yenidən namizəd göstərilir. Qapalı səsvermə (ağ-qara şarlarla) yolu ilə Əlimərdan bəy Topçubaşov lehinə 67 şar (ağ), əleyhinə 8 şar (qara) istifadə olunur. Beləliklə Əlimərdan bəy Topçubaşov yenidən 1 illik müddətə yenidən sədr seçilir. Nümayəndə Heyətində 1919-cu il yanvarın 20-də Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan Nümayəndə Heyəti İstanbula gəldi, lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Azərbaycan Nümayəndə Heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Əlimərdan bəy Topçubaşovun 1919-cu ilin 22 fevralında göndərdiyi teleqramda yazılırdı: Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. Əlimərdan bəy Topçubaşovun Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə yazdığı 17 mart 1919-cu il tarixli məktubundan məlum olur ki, müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəticəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətinin yalnız 2 və ya 3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilirdi. İngilis nümayəndəliyi Əlimərdan bəy Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri 3 nəfərin Parisə getməyinə razılaşırdı. Parisə Azərbaycan nümayəndələri ilə yanaşı Don, Kuban, Dağlılar Respublikası, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Əlimərdan bəy Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər, lakin gözlənilmədən Amerika Birləşmiş Ştatları prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alınaraq nümayəndələrin Parisə getməsinə icazə verildi. 1919-cu il aprelin 22-də Azərbaycan Nümayəndə Heyəti Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan Nümayəndə Heyəti üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Ceyhun Hacıbəyli tərəfindən "Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu" adlı sənəd hazırlanaraq fransız və ingilis dillərində nəşr olundu. Sənəddə qeyd olunurdu ki, "bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlını indiyə qədər heç kim tanımır, onların etnoqrafiyası: tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər dərin tədqiqatın predmeti olmayıb. Azərbaycanda hakimiyyəti yüz il davam edən rus rejimi devrilmişdir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı." Heyət həmçinin "Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi", "Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti" adlı sənədlər də hazırlamışdır.1919-cu ilin may ayı ərzində Azərbaycan Nümayəndə Heyəti Polşa, Gürcüstan, İran, Ermənistan və Dağlılar Respublikasının nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Azərbaycan Nümayəndə Heyəti bu dövrdə 12 informasiya bülleteni də nəşr etmişdir.Bu dövrdə Bakıda I Yusifbəyli hökumətinin 1919-cu il 26 may tarixli qərarı ilə həmin il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasının 1-ci ildönümü günü kimi qeyd edilmişdi. Bayram günü bütün qəzetlərin, xüsusilə Azərbaycan və rus dillərində nəşr olunan hökumət qəzeti "Azərbaycan"ın bir nömrəsi başdan-başa İstiqlaliyyətin ildönümünə həsr edilmişdi. 6 səhifədə çıxan "Azərbaycan" qəzetinin bütün səhifələrində aşağıdakı şüarlar manşetə çıxarılmışdı: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti", "Yaşasın Cahan Demokratiyası!", "Yaşasın təyini müqəddərat hüququ!", "Yaşasın türk milləti!", "Yaşasın millətlərin qardaşlığı!", "Yaşasın Hürriyyət və İstiqlal, qəhr olsun düşmənlər!". Həmin nömrədə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Səməd bəy Mehmandarovun portretləri dərc olunmuşdu. Vahid Rusiya problemi Müttəfiqlərin Kolçak hökumətini ümumrusiya hökuməti kimi tanımaqlarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq, Azərbaycan Nümayəndə Heyəti etiraz etdi. Bu barədə Dördlər Şurasının iclasları qapalı keçirilsə də, may ayının axırlarında Paris mətbuatı artıq ümumi əhval-ruhiyyəni əks etdirirdi. İnformasiya vasitələrinin məlumatları yaxın vaxtlarda ağqvardiyaçı hökumətlərin müttəfiqlər tərəfindən tanınacağını fikirləşməyə əsas verirdi. Ona görə hələ may ayının 31-də Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov nümayəndəlik adından bəyanat verib bildirdi ki, admiral Aleksandr Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyü barədə Paris mətbuatının xəbərləri, keçmiş Rusiya ərazisindən ayrılmış yeni respublikalarla yanaşı, Qafqaz Azərbaycanının da ən ciddi şəkildə həyati mənafeyinə toxunur. Müstəqillik uğrunda on minlərlə qurbanlar vermiş Azərbaycan xalqının Rusiyada hər hansı ad altında bərpa edilən və fəaliyyət göstərən hökuməti tanımayacağı bildirilməklə yanaşı, qeyd edilirdi ki, Qafqaz Azərbaycanının ərazisi gələcək Rusiya dövlətinin ərazisinə daxil edilməməlidir.Kolçak hökumətinin tanınması Parisə gəlmiş yeni dövlətlərin nümayəndələrini narahat edirdi. Bu səbəbdən Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belarus və Ukrayna nümayəndələri ortaq bəyannamə imzalamağı qərara aldılar. Bəyannamənin mətni müzakirə edildikdən sonra onu Azərbaycan Nümayəndə Heyəti adından Əlimərdan bəy Topçubaşov, Estoniya nümayəndələri adından İ. Poska, Gürcüstan nümayəndələri adından Nikolay Çxeidze, Latviya nümayəndələri adından Z. Meerovits, Şimali Qafqaz nümayəndələri adından Tapa Çermoyev, Belorusiya nümayəndələri adından A. Leşkeviç və Ukrayna nümayəndələri adından Q. Sidorenko imzaladılar. Bəyanatda deyilirdi: Bəyanatda irəli sürülən bir sıra fikirlər Azərbaycan Nümayəndə Heyətinin iyun ayının 5-də Paris Sülh Konfransının sədrinin və Müttəfiq Dövlətlərinin baş nazirlərinin adına göndərilmiş etiraz notasında öz əksini tapdı. Notada Omsk hökumətinin keçmiş Rusiya imperiyasının hüdudlarında tanınmasına etiraz edilir və Azərbaycanın imperiyadan birdəfəlik ayrıldığı təsdiq edilirdi. Notada göstərilirdi ki, Azərbaycan hökuməti öz ərazisini bolşeviklərdən təmizləmək üçün yarım il mübarizə aparmış, mübarizənin gedişində çoxlu qurbanlar vermiş, maddi itkilərə məruz qalmışdır. Orada qeyd edilirdi ki, yüz ilə yaxın tərkibində olduğu Rusiya hökuməti Azərbaycan xalqına yad bir rejim idi və bu rejim xalqın taleyində çox ağır izlər qoymuşdur. Notanın axırında Azərbaycan Nümayəndə Heyəti bildirirdi: İyun ayının 23-də Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikaları adından yeddi maddədən ibarət olan üçüncü etiraz notası Paris Sülh Konfransının sədrinə göndərildi. Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəyin imzaladığı əvvəlki iki sənəddən bu notanın fərqi onda idi ki, burada Qafqaz respublikaları Rusiyada gedən proseslərə öz taleləri baxımından yanaşır, Kolçakla bərabər Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı etiraz edilirdi. Notada göstərilirdi ki, böyük dövlətlər Qafqaz respublikalarına müstəqil siyasi qurumlar kimi baxmalıdırlar və yalnız belə olduqda Rusiya ilə bu ərazilərin gələcək siyasi quruluşu barədə saziş bağlamaq olar. Sənədə imza atan respublikaların nümayəndələri admiral Kolçakla yazışmalarda xatırladılan Millətlər Cəmiyyətinin Rusiya hökumətinin tərkibində bu respublikaların muxtariyyətinin tanınması məsələsinə etiraz edir və Qafqaz dövlətlərinin müstəqilliyinin siyasim cəhətdən tanınmasını Rusiya ilə hər hansı əlaqənin mühüm şərti kimi göstərirdilər.Bütün bu cəhdlərə baxmayaraq Qafqaz ölkələrinin nümayəndələrinin bəyanat və etiraz notalarına o qədər də əhəmiyyət verilmədi. Bu haqda Əlimərdan bəy Topçubaşov yazırdı: O, həmçinin İtaliyanın və Fransanın vahid Rusiya yaratmaq istədiyini, İngiltərə və Amerikanın isə bu fikri guya dəstəkləyirmiş kimi davrandığını yazmışdır. Azərbaycan Nazirlər Şurasının sədrinə respublikanın Parisdəki nümayəndələrinin yazdığı hesabatda qeyd edilirdi: Amerika Birləşmiş Ştatları ilə əlaqələr May ayının 2-də Vudro Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə edildi. Vudro Vilson bildirdi ki, Azərbaycan nümayəndələri Paris Sülh Konfransına buraxılsınlar və Əlimərdan bəy Topçubaşov Azərbaycan Nümayəndə Heyətinin başçısı kimi tanınmalıdır.Amerika Birləşmiş Ştatları Prezidenti Vudro Vilson 1919-cu ilin mayın 28-də günün ikinci yarısında Azərbaycan Nümayəndə Heyətini qəbul etdi. Qəbul zamanı Əlimərdan bəy Topçubaşov Amerika Birləşmiş Ştatları Prezidentinə müraciət edərək dedi: Əlimərdan bəy Topçubaşov çıxışından sonra Azərbaycan Nümayəndə Heyətinin memorandumunu Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim etmişdi. Vudro Vilsonla görüşdə Azərbaycan Nümayəndə Heyətinin altı bənddən ibarət olan tələbləri Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim olundu: Azərbaycanın müstəqilliyi tanınsın; Vilson prinsipləri Azərbaycana da şamil edilsin; Azərbaycan nümayəndələri Paris Sülh Konfransına buraxılsın; Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin; Amerika Birləşmiş Ştatlarının Hərbi Departamentliyi Azərbaycana hərbi yardım göstərsin; Vudro Vilsonun Azərbaycan haqqında məlumatının azlığını nəzərə alaraq Əlimərdan bəy Topçubaşov Azərbaycanın müstəqilliyi haqqında memorandumu, sərhədlər göstərilən iqtisadi xəritəni, Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti haqqında diaqramları, etnoqrafik xəritə ilə birlikdə Azərbaycan əhalisinin milli-etnik tərkibi haqqında memorandumu ona göndərdi. 1919-cu ilin sentyabr ayında Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Valter Çandlerlə iki müqavilə imzalamışdı. Birinci müqaviləyə görə, Valter Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan Nümayəndə Heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətinə Azərbaycan mənafeyini və müstəqilliyini qorumağı öz öhdəsinə götürürdü. Azərbaycan tərəfi isə bu xidmətin müqabilində Valter Çandlerə 5 min Amerika dolları həcmində zəhmət haqqı verməli idi. Bu məbləğin yarısı müqavilə imzalanan kimi, qalan yarısı isə 1919-cu ilin dekabr ayının 1-dən gec olmayaraq ödənilməli idi. Qarşılıqlı razılığa əsasən müqavilə imzalandığı andan qüvvəyə minirdi. Valter Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il oktyabrın 4-də başlamalı idi. Daha sonra 2-ci müqavilə imzalandı. İmzalanmış müqavilənin şərtlərinə görə, yuxarıda qeyd edilən vəzifəni yerinə yetirmək üçün Əlimərdan bəy Topçubaşov Valter Çandler ilə Amerika Birləşmiş Ştatları Azərbaycanın tam müstəqilliyini de-fakto tanıyan kimi əlli min dollar zəhmət haqqı verməli idi. Müqavilədə göstərilirdi ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi. Bu müqavilələr daha sonra Topçubaşov-Çandler kontraktı adlandırdıldı. Öz növbəsində Gürcüstan Respublikası da Valter Çandler ilə təxminən bu məzmunda bir saziş imzalamışdı. Valter Çandlerlə imzalanmış müqavilə barədə Əlimərdan bəy Topçubaşov Azərbaycan hökumətinə yazırdı: Əlimərdan bəy Topçubaşov, 1919-cu ilin sentyabrın 26-da Çandler vasitəsilə Vudro Vilsona məktub və Azərbaycanın iqtisadi, maliyyə vəziyyətinə dair material və xəritələr göndərmişdi. Valter Çandler 1919-cu il oktyabrın 18-də Amerikadan Əlimərdan bəyə birinci məktubunu göndərmişdi. Məktubda o, Amerikada ermənilərin Azərbaycan əleyhinə geniş təbliğat aparmasından bəhs edir, noyabrın 1-də yazdığı növbəti məktubda isə ABŞ-də ermənilərə münasibətdə xristian həmrəyliyinin xeyli qüvvətləndiyini qeyd edirdi. Çandlerin 1919-cu il 10 noyabr tarixli məktubunda Valter Çandler yeni respublikaların müstəqilliyinin tanınması ilə bağlı Amerika Birləşmiş Ştatları Dövlət Departamentinə sorğu ilə müraciət etmiş və aldığı cavabda Departamentdə yeni yaranmış respublikaların xeyrinə rəyin dəyişməkdə olduğunu bildirmişdi. Valter Çandler qeyd edirdi ki, kiçik xalqlar öz müstəqilliklərinin tanınmasını bir necə ay, yəni çar generallarının tam məğlubiyyətinədək gözləməli olacaqlar.Valter Çandler Amerika Birləşmiş Ştatlarına yola düşdükdən sonra Əlimərdan bəy Topçubaşov Parisdə olan və Vaşinqtona yola düşmək ərəfəsində olan Amerika Nümayəndə Heyətinin üzvü Henri Morqentau ilə görüşüb xahiş etdi ki, Azərbaycanın Amerika Birləşmiş Ştatlarında müvəkkili olan Valter Çandlerə köməklik göstərsin. Henri Morqentau buna razılıq verərək məsləhət gördü ki, "Amerika Birləşmiş Ştatlarının Azərbaycanın öz nümayəndəliyi olsa, daha yaxşı olar." Morqentau bildirdi: Əlimərdan bəy Topçubaşov Valter Çandlerə yazdığı cavab məktubunda konfransda Qafqaz barədə cərəyan edən hadisələr, konfransda Azərbaycana münasibət, Denikinlə və digər məsələlərlə bağlı ətraflı məlumat vermişdi. O, Parisdə Amerika nümayəndə heyətinin üzvü və Henri Morqentaunun onunla tanış etdiyi Mark Buklerlə görüşmüş və Qafqazda cərəyan edən hadisələrlə bağlı Buklerin çoxlu suallarına cavab vermişdi. Xüsusən, Qafqazda ermənilərlə bağlı eşitdikləri Mark Bukler üçün yenilik olmuşdu.Noyabr ayının 1-də yazdığı məktubda Valter Çandler Amerika Birləşmiş Ştatlarında ermənilərə münasibətdə xristian həmrəyliyinin xeyli qüvvətləndiyini qeyd edirdi. O, göstərirdi ki, qarşılaşdığım hər hansı senator və deputat bu fikirdədir ki, guya azərbaycanlılara çox diqqət yetirmək lazım deyil, ona görə ki, onlar türk, tatar və müsəlmandırlar. Mən onları başa salıram ki, "Azərbaycan xristian ölkəsi olan Gürcüstanla tam həmrəydir, azərbaycanlılar və xristian gürcülər bu yaxında müdafiə paktı imzalamışlar və siyasi cəhətdən müttəfiqdirlər, onlar erməniləri də bu pakta dəvət etmişlər." Valter Çandlerin bu məktubuna cavab olaraq, Parisdə olan Azərbaycan və Gürcüstan nümayəndələri yazıb xahiş etdilər ki, "ermənilərlə heç bir mübahisəyə girmədən orada bizim xeyrimizə xüsusi təbliğat komitəsi yaratsın." Valter Çandlerin noyabr ayının 10-da Əlimərdan bəy Topçubaşova göndərdiyi məktubda daha qabarıq şəkildə açılır. O, rəsmi şəkildə Azərbaycanın müstəqilliyinin tanınmasını Dövlət Departamenti qarşısında qaldıranda aydın olur ki, Birləşmiş Ştatlar Kolçak, Denikin və Yudeniçin aqibətinin nə ilə qurtaracağını gözləyir. Əlimərdan bəy Topçubaşovun 1919-cu ilin 6–10 noyabr tarixli Azərbaycan Nazirlər Şurasının sədrinə göndərdiyi məktubda yazılmışdı: İtaliya ilə əlaqələr Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. 1919-cu ilin may ayının 10-da İngiltərə Ali Hərbi Şurası ingilis qoşunlarının Bakıdakı hissələrinə oranı tərk etmək əmri verdi. General Tomson öz hökumətinin qərarını qeyd edildiyi kimi, may ayının 10-da Azərbaycan hökumətinə çatdırdı və eyni zamanda həmin məlumatda xatırlatdı ki, Azərbaycanı tərk edən ingilis ordusu İtaliya ordusu ilə əvəz ediləcəkdir. Paris Sülh Konfransı adından general Tomson Azərbaycan hökumətinə göndərdiyi teleqramda yazırdı: Söhbət zamanı aydın oldu ki, italyanlar Qafqaza daxil olmaq üçün bu respublikaların ya dəvətini, ya da razılığını almaq arzusundadırlar. Belə bir arzu İtaliya hökumətinin italyan xalqı və parlamenti qarşısında özünə bəraət qazandırması zərurətindən irəli gəlirdi, lakin vəziyyət qeyri-müəyyən olduğu üçün, bu görüş keçirilən zaman ingilislər isə hələlik Qafqazdan çıxacaqlarını Sülh Konfransına rəsmi şəkildə bildirmədikləri üçün Əlimərdan bəy Topçubaşov İtaliya nümayəndəsinə aydın cavab vermədi. İyun ayının axırlarında Əlimərdan bəy Topçubaşov və İ. Q. Sereteli İngiltərə nümayəndə heyətinin rəhbərlərindən biri L. Malletlə görüşdülər. O, ingilislərin Qafqazdan çıxmaq haqqında qərarını təsdiq edərək bildirdi ki, Qafqazda olan ordu indi onlara başqa yerdə lazımdır. İyun ayının 28-də Əlimərdan bəy Topçubaşovla yeni görüşündə İtaliya nümayəndəsi Valeri Nitti hökumətinin Qafqaz məsələsində tərəddüd etdiyini təsdiq etdi, lakin bununla belə o, İtaliyanın Qafqazda güclü iqtisadi marağının olduğunu göstərdi. İyul ayının 7-də Azərbaycan, gürcü və dağlı nümayəndələri İtaliyanın Parisdəki hərbi attaşesi Sadino ilə görüşdülər. Bu məsələlər müzakirə edilən zaman Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi tərəfindən Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə. Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə. Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Əlimərdan bəy Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Əlimərdan bəy Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Əlimərdan Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Nitti hökumətinin avqustun 5-də Qafqaza ordu göndərməkdən imtina etməsi oriyentasiya məsələsini yenidən kəskin şəkildə meydana çıxardı. Avqust ayının 6-da Azərbaycan, Gürcüstan və Dağlılar respublikaları nümayəndələrinin birgə iclasında oriyentasiya məsələsi geniş şəkildə müzakirə edildi. İclasa sədrlik edən Əlimərdan bəy Topçubaşov qeyd etdi ki, indiki vaxtda bizim dövlətlərimizin müstəqil olmaları hər birimizin ən böyük arzusu olmasına baxmayaraq, müəyyən bir dövrdə yaxın vaxtlar üçün kənardan siyasi kömək və hərbi yardım almadan keçinə bilmərik. Avqust ayının axırlarında ingilislər Qafqazı tərk etdilər. Azərbaycan hökumətinin Parisdə olan nümayəndələrinə Xarici İşlər Nazirliyi tərəfindən respublikanın beynəlxalq vəziyyəti ilə bağlı gürcü nümayəndəsi Qambaşidzedan göndərilən hesabatda göstərilirdi ki, avqust ayının axırlarında sonuncu ingilis hərbi dəstələri Azərbaycan ərazisindən çıxmışdır. Azərbaycandan çıxmaq ərəfəsində, avqust ayının 23-də Müttəfiq qoşunlarının komandanlığı adından ingilis generalı Şatelvort Bakı əhalisinə vida çağırışı ilə müraciət etmişdi. Əlimərdan bəy Topçubaşovun ingilis nümayəndələri ilə görüşündə aydın oldu ki, Britaniya hökuməti tərəfindən qoşunların geri çağırılması artıq həll edilmişdir. O, yazırdı: İranla əlaqələr 1919-cu ilin oktyabr ayında iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını hazırlamaq üçün Parisdə Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası yaradıldı. Komissiyanın tərkibinə Azərbaycandan Mir Yaqub Mehdiyev və Ceyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi. 29 oktyabr 1919 tarixində komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmişdi. 1919-cu il noyabrın 1-də Parisdə Azərbaycanla İran arasında Azərbaycanın müstəqilliyinin tanınması haqqında müqavilə bağlandı və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq əldə edildi. Əlimərdan bəy Topçubaşovun Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin təqdim etdiyi saziş layihəsini qəbul etmişdi. Azərbaycanın tanınması 1920-ci ilin yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı və burada Cənubi Qafqaz respublikalarının məsələsi geniş müzakirə olundu. Yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə belə bir qərar qəbul etdi: "Müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar".Yanvarın 15-də isə Azərbaycan nümayəndələri Əlimərdan bəy Topçubaşov və Məhəmməd Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ. Sereteli və Z. Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Topçubaşova Paris Sülh Konfransının rəsmi sənədini təqdim etdi. O, bunun üçün təşəkkürünü və Azərbaycan Respublikasının de-yure tanınmasını gözlədiklərini bildirdi.Əlimərdan bəy Topçubaşov Parisdən baş nazir Nəsib bəy Yusifbəyova yazırdı: Yanvarın 19-da İngiltərə, Fransa, İtaliya və digər dövlətlərin hökumət başçılarının iştirakı ilə Paris Sülh Konfransı Ali Şurasının iclasında Cənubi Qafqaz respublikalarının vəziyyəti müzakirə olundu. Lloyd Corcun Azərbaycanın silahlı qüvvələri haqqında sorğusuna cavab verən Azərbaycan Nümayəndə Heyətinin müşaviri Məhəmməd Məhərrəmov zəruri silah-sursatın olacağı təqdirdə Azərbaycanın qısa müddətdə 100 min nəfəri orduya səfərbər edə biləcəyini bildirdi. Əlimərdan bəy Topçubaşov Ənzəlidəki ingilis donanmasının Bakının müdafıəsinə mühüm yardım göstərə biləcəyini nəzərə çatdırdı. O, həmçinin sovet Rusiyası ilə Cənubi Qafqaz respublikaları arasında bufer rolu oynayan Dağlılar Respublikasınm müttəfıqlər tərəfindən de-fakto tanınmasını təklif etdi. İclasa yekun vuran Lloyd Corc Cənubi Qafqaza ordu göndərilməsinin qeyri mümkünlüyünü, yardımın yalnız silah-sursat formasında olmasının vacibliyini bildirdi. O, açıq bəyan etdi ki, bu respublikalar hərbi qüvvələrini möhkəmləndirmək üçün özləri ciddi tədbirlər görməlidirlər.Azərbaycan Nümayəndə Heyəti Azərbaycanın qərb dövlətləri tərəfindən de-yure tanınmasına çalışsalar da, bu cəhdlər nəticəsiz qaldı. Cümhuriyyət tələbələri Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən sayca yetmişinci iclasında yüz nəfər azərbaycanlı gəncin hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı. Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındılar. Tələbələrin Batuma getmələri üçün xüsusi vaqon ayrılmışdı. 1920-ci il fevralın 11-də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında iştirak edən Azərbaycan Nümayəndə Heyəti tərəfindən hərarətlə qarşılandı. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında böyük nitq söylədi. Bundan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yollandılar. Mühacir fəaliyyəti 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Həmin dövrdə – mayın əvvəlində Azərbaycan Nümayəndə Heyəti San-Remo konfransından Parisə yenicə qayıtmışdı. Mayın 3-də Əlimərdan bəy Topçubaşov fransız hökumətindən baş verən hadisələri öyrənmək üçün Azərbaycan hökumətinə teleqram göndərməyi xahiş etdi. O, yalnız mayın ikinci yarısında Tiflisdə olan Azərbaycan hökuməti rəhbərliyi ilə əlaqə saxlaya bildi. 1920-ci ilin iyunun 30-da Topçubaşov Londonda bolşevik ticarət nümayəndəsi L. Krasinlə sənəd imzalayan Antanta Ali Şurasının Sədri Klemansoya nota göndərdi İyulun 4-də Əlimərdan bəy Topçubaşov Belçikanın Spa şəhərində keçirilən Sülh Konfransının sədri, İngiltərənin baş naziri Lloyd Corca xüsusi nota göndərdi. Həmin notada o, Azərbaycan xalqının bolşevizmdən xilas olmasının əhəmiyyətini vurğulayırdı. Əlimərdan bəy Topçubaşov 1920-ci ilin 15 iyulunda Belçikanın Spa şəhərindən Ceyhun Hacıbəyliyə göndərdiyi məktubda nota verdiklərini, İtaliyanın, Belçikanın, Polşanın xarici işlər nazirləri ilə görüşdüklərini yazırdı.1920-ci ilin oktyabrın 8-də Əlimərdan bəy Topçubaşov Fransa Nazirlər Şurasının sədri və xarici işlər naziri Klemansoya da nota göndərdi. O, bu notada əsas diqqəti Azərbaycanın zəngin təbiətinə, Xəzərin neftinə yönəldir və Parisin Azərbaycandakı müqavimət hərəkatına silahla kömək edəcəyi təqdirdə bu ölkənin Fransa üçün əhəmiyyətli bazar rolunu oynaya biləcəyini nəzərə çatdırırdı. Əlimərdan bəy Topçubaşov göndərdiyi notalara əhəmiyyət verilmədiyini görüb, oktyabrın 9-da Fransa Xarici İşlər Nazirliyinin baş katibi Filip Berteloya, ona Azərbaycanda yaranmış vəziyyəti izah etmək üçün şərait yaradılması xahişi ilə müraciət etdi. Bu müraciət əsasında Bertelo özü yox, Xarici İşlər Nazirliyinin siyasi və iqtisadiyyat departamentinin direktor müavini Laroş onunla görüşdü. Əlimərdan bəy Topçubaşov görüşdə Qafqaza xüsusi hərbi missiyanın göndərilməsini, Azərbaycanda silahlı üsyanın hazırlanmasında rol oynamağı və bunun müqabilində Fransaya Azərbaycanın neft müəssisələrinin müəyyən payının verilməsini vəd etdi. Oktyabrın 27-də Fransa Xarici İşlər Nazirliyində olan Əlimərdan bəy Topçubaşov Dağıstanda və Azərbaycandakı üsyançılara Parisdən silah göndərilməsi vacibliyini bildirdi. 1921-ci ilin aprel ayının 29-dan may ayının 5-dək keçirilən ikinci London konfransında Əlimərdan bəy Topçubaşov başda olmaqla mühacirətdə olan Azərbaycan Nümayəndə Heyəti də iştirak edirdi.Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də Qafqaz ölkələrinin nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin Parisdəki nümayəndəliyinə toplaşaraq, Qafqaz Konfederasiyası fikrini yenidən müzakirə etdilər. 1921-ci ilin iyunun 10-da Topçubaşovun sədrliyi ilə keçirilən ilk iclasda Əlimərdan bəy Topçubaşov, Akaki Çxenkeli, Avetis Aqaronyan və Tapa Çermoyev Qafqaz Respublikaları İttifaqının yaradılması ilə bağlı bəyannamə imzalamışdılar. 1921-ci il iyulun 7-də Qafqaz respublikaları və Rusiya nümayəndələrinin ilk birgə iclası keçirildi. Mühacirlər Fransa hökumətinə müraciət etdilər. Qafqaz və Rusiya mühacirlərinin vahid antibolşevik cəbhədə birləşməsinə meyilli olan Fransa hökuməti 1922-ci ilin əvvəllərində Qafqaz respublikalarının səlahiyyətli təmsilçilərinə maddi yardım göstərməyi qərara aldı. İclasda ilk çıxış edən Əlimərdan bəy Topçubaşovun Qafqaz Konfederasiyası ideyasına Türkiyənin də müsbət münasibət bəslədiyini bildirərək bu dövləti müdafiə etməsi və müttəfiq dövlətlərə tutduğu iradlar Fransa hökuməti və ermənilər tərəfindən narazılıqla qarşılandı. 1925-ci ilin iyulun 26-da Parisdə Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ukrayna nümayəndələri arasında Qafqaz-Ukrayna əlaqələrinin möhkəmləndirilməsi və inkişafı ilə bağlı bəyannamə imzalandı. Sənəddə Sovet Rusiyasının həmin bölgələri işğal etməsi ilə bağlı ümumiləşmələr qeyd edildi. Sənəddə bu ölkələrin təmsilçiləri ərazilərinin bütünlüklə azad edilməsinə qədər siyasi və iqtisadi sahədə bir-birlərinə dəstək olacaqları qeyd olunurdu. Həmin sənədi Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov, Dağlılar Respublikası nümayəndə heyətinin müvəqqəti sədri Heydər Bammat, Gürcüstanın daxili işlər naziri Noe Ramişvili, Ukrayna xalq təhsili naziri V. Prokopoviç imzalamışdılar.Əlimərdan bəy Topçubaşov 1925-ci ilin aprelində İstanbula Məhəmməd Əmin Rəsulzadəyə yazdığı məktubda, xüsusən, Lozanna Sülh Konfransından sonra Avropa dövlətlərinin Azərbaycana qarşı münasibətlərinin dəyişdiyini qeyd edirdi. Əlimərdan bəy Xosrov bəy Sultanova yazdığı 1925-ci il 2 yanvar və 1925-ci il 31 avqust tarixli məktublarında da fəaliyyət üçün maddi vəsaitin yoxluğunu bildirmişdi. 1926-cı ilin 18 martında Parisdə Qafqaz Respublikası Şurasının iclası keçirildi. İclasda Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Xosrov bəy Sultanov, A. Mgerman, Heydər Bammat, Seid Şamil, Akaki Çxenkeli, S. Amiredjibi, Noe Ramişvili, Q. Qvazava iştirak edirdilər. İclasa sədrlik Əlimərdan bəy Topçubaşov tərəfindən aparılırdı. İclasda 3 Qafqaz Respublikası Şurası ilə Müstəqil Qafqaz Komitəsinin münasibətləri müzakirə edildi.Əlimərdan bəy Topçubaşovun 1933-cü ilin 27 martında Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi məktubda yazılırdı: 1920-ci ildə Rusiya bolşeviklərinin Azərbaycanı işğal etməsinə etiraz əlaməti olaraq Əlimərdan bəy (Paris Sülh Konfransının digər azərbaycanlı üzvləri ilə birlikdə) soyadındakı "ov" sonluğundan imtina edərək Topçubaşi soyadını qəbul etmişdir. Əlimərdan bəy Topçubaşov mühacirətdə olarkən Məhəmməd Əmin Rəsulzadə ilə məktublaşmışdır. Əlimərdan bəy 19, Məhəmməd Əmin bəy isə 16 belə məktub yazmışdır. Partiya fəaliyyəti Əlimərdan bəy Topçubaşov Xalq Azadlıq Partiyasının (kadetlər) üzvü olmuşdur. 1906-cı il avqustun 15–21-də yenə də Nijni Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının III qurultayında Əlimərdan bəy Topçubaşov yeni yaradılmış İttifaqi-Müslimin Partiyasının sədri seçilmişdir. Lakin daha sonra İttifaqi-Müsliminin ləğv olmuş, Əlimərdan bəy Topçubaşov isə ömrünün sonunadək bitərəf, partiyasız siyasətçi olaraq fəaliyyət göstərmişdir. Əlimərdan bəyin nəsli əslən Gəncədəndir. Ulu babalarından biri Tiflisə, digəri isə İrəvana köçüb orada yaşamışdır. Topçubaşov soyadı onun ulu babası Əliəkbər bəyə topçuluq peşəsini dərindən bildiyinə görə II Irakli tərəfindən verilmişdir. Ulu babası Əlimərdan bəy Əliəkbər bəy oğlu Topçubaşı — sonuncu gürcü kralı yanında hərbi işdə Tiflis Qalabəyisi kimi mövqe qazanmışdır. Babası Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov — pedaqoq, şair, şərqşünas alim. Sankt-Peterburq universitetinin professoru. Atası Ələkbər bəy Mirzə Cəfər oğlu Topçubaşov — podporuçik, Zaqafqaziya müsəlman atlı süvari alayının taqım komandiri. Anası Sevər xanım Məmmədhəsən bəy qızı Vəkilova — Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundan idi. Dayısı Mirzə Xudadat bəy Vəkilov — Rusiya İmperator Ordusunun polkovniki, Məmmədrza ağa Vəkilovun əmisi oğlu. Xanımı Pəri xanım Həsən bəy qızı Topçubaşova — Azərbaycanın birinci xanımı, 1893-cü ildə Əlimərdan bəy Topçubaşov ilə ailə həyatı qurmuşdur. Qaynatası Həsən bəy Səlim bəy oğlu Zərdabi — Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi. Qaynanası Hənifə Məlikova-Abayeva — Azərbaycanın ilk maarifçi qadınlarından biri.Qaynı Səfvət bəy Həsən bəy oğlu Məlik-Zərdabi — Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri. Qaynı Midhət bəy Həsən bəy oğlu Zərdabi — Bakı real məktəbi məzunu; Kölndə Böyük Hersoq Politexnik Texnikumunun elektrik mühəndisi ixtisası məzunu. Baldızı Qəribsoltan Həsən bəy qızı Məlikova — Azərbaycan SSR əməkdar müəllimi (1948). Oğlu Rəşid bəy Əlimərdan bəy oğlu Topçubaşov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Paris Sülh Konfransına göndərilmiş Azərbaycan Hökuməti Nümayəndə heyətinin sədrinin şəxsi katibi. Vərəm xəstəliyi səbəbindən gənc yaşında vəfat etmişdir. Oğlu Ələkbər bəy Əlimərdan bəy oğlu Topçubaşov Oğlu Ənvər bəy Əlimərdan bəy oğlu Topçubaşov Qızı Sara xanım Əlimərdan bəy qızı Topçubaşi (Kürdəmir) Yeznəsi Əşrəf bəy Sultanov (Kürdəmir) Qızı Sevər xanım Əlimərdan bəy qızı Topçubaşova Azərbaycanda Bakının Nəsimi rayonunda "Əlimərdan bəy Topçubaşov" adlı küçə var. Bu küçə "İbrahim Əbilov" küçəsindən "Həzi Aslanov" küçəsinədək davam edir. Küçənin sırası ilə "Əlövsət Quliyev", "Bəşir Səfəroğlu", "Vidadi", "Dilarə Əliyeva", "Mirzəağa Əliyev", "Şəmsi Bədəlbəyli", "Süleyman Rəhimov", "Şamil Əzizbəyov" küçələri, "Cəlil Məmmədquluzadə" döngəsi, "Salatın Əsgərova", "Əli bəy Hüseynzadə", "Balababa Məcidov" küçələri ilə kəsişməsi mövcuddur. 1998-ci ildə Əlimərdan bəy Topçubaşovun hökumətə ünvanlanmış rəsmi məlumatları toplanmışdır. Həmin məlumatlar Azərbaycan dilində ilk dəfə 1998-ci ildə "Paris məktubları" adlı kitabda çap olunmuşdur. 2013-cü ildə ADA Universitetində professor Cəmil Həsənlinin Əlimərdan bəy Topçubaşova həsr olunmuş "Tarixi şəxsiyyətin tarixi" kitabı çap olunmuşdur. 25 fevral 2013 tarixində Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. 19 aprel 2013-cü ildə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş poçt markası çap olunmuşdur. Qiyməti 20 qəpik, ölçüsü 40x28, tirajı isə 100 min olmuşdur. 2015-ci ildə Əlimərdan bəy Topçubaşov haqqında "Qərib məzarlar" adlı filmin Baku Media Center tərəfindən çəkilişlərinə başlandığı elan olundu. 2016-cı ildə rejissor Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film olan Əbədi ezamiyyət filmi Azərbaycan Nümayəndə Heyətinin üzvlərinə həsr olunmuşdur. Əlimərdan bəy Topçubaşovu aktyor Kamran İsrafilov canlandırmışdır. 2016-cı ildə araşdırmacı-tarixçi Dilqəm Əhməd tərəfindən yazılmış Fərqlilər kitabında Əlimərdan bəy Topçubaşov haqqında məlumatlar, şəkillər və məktublar da yer tapmışdır. Vəfatı ilə bağlı Şimali Qafqaz, Prometey və Qurtuluş jurnallarının üz qabığında şəkli dərc olunaraq məlumat nəşr olunmuşdur. Professor, diplomat Ramiz Abutalıbov tərəfindən Əlimərdan bəyin məzarı aşkar olunaraq təmir edilmişdir. 1993-cü ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev Fransaya ilk səfərində Sen-Klu qəbiristanlığına baş çəkmiş və həmin tarixdə Heydər Əliyev Əlimərdan bəyin yubileyinin keçirilməsi ilə də bağlı sərəncam imzalayıb. 2014-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində Əlimərdan bəy Topçubaşovun şərəfinə büst qoyulmuşdur. 2014-cü ildə Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Poznan şəhərindəki İqnaçı Paderevski adına Musiqi Akademiyasında 1918–1920-ci illərdə bu ölkənin baş naziri olmuş İqnaçı Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun barelyefi açılıb. Fransada yaşadığı evin önünə xatirə lövhəsi vurulmuşdur. 2018-ci ildə Sen Klu şəhərinin meri Erik Berdoati Sen Kluda Əlimərdan bəy Topçubaşova büst qoyulacağını bildirmişdir. 2019-cu ildə tarix elmləri doktoru Cəmil Həsənlinin Londonda Routledge nəşriyyatında Əlimərdan bəy Topçubaşovun həyatına həsr olunan "Azərbaycanda liderlik və millətçilik" adlı kitabı ingilis dilində nəşr olunub. Azərbaycanın təşəkkülü. İstanbul. 1918; "Müsəlmanlar azadlıq hərəkatında" — "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi. "Müsəlmanların dirçəliş dövrü" — "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi. "Milli qırğına nə vaxt son qoyulacaq?"— "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi. "Azərbaycanın yol göstərəni" — qaynatası Həsən bəy Zərdabi haqqında 1925-ci ildə dərc olunmuş məqalə "Qafqazlılar arasında" — Parisdə 1926-cı ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasının 8-ci ildönümünün qeydi təsvir olunur. Xarici keçidlər Alimardan Topchubashov in Azerbaijan International Vurğunu Topçubaşov və Behbudovla nə bağlayır — Foto | https://az.wikipedia.org/w/index.php?curid=42349 |
Əlimərdan bəy Təklə | Əlimərdan bəy Təklə (1762- ?) — Qarabağ bəylərindən, mahal naibi. III Əlimərdan bəyin törəmələri Əlimərdanbəyov soyadını daşıyırdılar. Əlimərdan bəyin Məhəmmədəmin bəy, Potu bəy, Məmmədəli bəy, Ramazan bəy, Haqnəzər bəy, Ağarza bəy adlı oğulları vardı. Həmçinin bax Qarabağ xanlığı Dəmirçihəsənli mahalı | https://az.wikipedia.org/w/index.php?curid=368117 |
Əlimərdan xan Bəxtiyari | Əlimərdan xan Bəxtiyari (1685, Çahar-Mahal və Bəxtiyari ostanı – 1754, Əfşarlar imperiyası) — Bəxtiyari elinin Çaharləng oymağının başçısı. Beləliklə, Nadir şah Əfşarın vəfatından sonra bu qüvvələr arasında İranın faktiki olaraq hər yerində hakimiyyət uğrunda mübarizə genişlənmişdi. Belə ki, bu qüvvələr bir-birlərinə qarşı mübarizə aparırdılar, həm də bu mübarizə də özünə müqabil qruplaşmalarda da birləşirdilər. Bu onların həmin mübarizədə təkcə hərbi vasitələrdən deyil, həmçinin siyasi vasitələrdən də istifadə etmələrinin məqsədəuyğunluğunu əsaslandırırdı. Belə bir vəziyyətdə Mərkəzi İranda bəxtiyar tayfası olan Çaharləngin başçısı Əlimərdan xan da mərkəzi hakimiyyətin olmamasından istifadə edərək, bəxtiyarilərin hakimiyyət uğrunda mübarizəsinə başçılıq etdi. Bu mübarizədə onların başlıca rəqibi o qədər də güclü olmayan zənd tayfası idi. Tərəflər arasındakı toqquşmada bəxtiyarilər məğlub oldu. Bəxtiyariyə qaçan Əlimərdan xan burada əsas rəqibi olan Kərim xan Zəndlə hərbi ittifaq bağladı. O ilk öncə Gülpayigan və Xansar şəhərlərini ələ keçirdi və 1750-ci ilin mayında Əlimərdan xan İsfahanın qapılarına vardı. İsfahan valisi Əbülfəth xan Bəxtiyari və şəhərin böyükləri qalanı qorumaq üçün toplaşdılar, lakin Əlimərdanın təkliflərindən sonra onlarla əməkdaşlıq etməyə razı oldular və İsfahan qapılarını Əlimərdan xan ordusuna açdılar.Əlimərdan xan, Əbülfəth xan və Kərim xanla birlikdə Səfəvi sülaləsini bərpa etmək məqsədiylə İranın qərbində bir ittifaq qurdular və 17 yaşlı Səfəvi şahzadəsi Əbu Torabi nayib olaraq hökmdar təyin edildi - 1750-ci ilin 29 iyununda Əbu Torab şah elan edildi və ona sülalə adı olaraq III İsmayıl ünvanı verildi. İsfahanın fəthindən sonra Əlimərdan xan özünü Vəkil-ü dəvlət ("dövlətin müavini" və ya regent) adı verdi və dövlət idarəçiliyin başçılığını əlinə aldı, Əbülfəth xan isə İsfahanın qubernatoru vəzifəsini qorudu, Kərim xan isə ölkənin baş sərdarı (Ali Baş Komandan) təyin edildi və hərbi hakim olaraq ona bölgə xanlıqları fəth etmək vəzifəsi verildi. O Həmədan, Qəzvin və Kermanşahın işğal edilməsi Kərim xan Zəndə tapşırıldı. Bununla belə Əlimərdan xan hərbi əməliyyatlardan geri qalmadı. Kifayət qədər böyük ordu ilə Farsa hücum edən Əlimərdan xan Şiraz hakimi Saleh xan Bayatı məğlub edərək şəhəri tutdu.Ancaq bir neçə ay sonra Kərim xan Kürdüstanda bir səfərdə olarkən Əlimərdan xan İsfahan sakinlərinə vəd etdiyi şərtləri pozmağa başladı. Daha sonra Əbülfəth xanı öldürməklə qurulan əhdləri pozdu və Kərim xanla məşvərət etmədən əmisini şəhərin yeni hakimi təyin etdi və Şiraz şəhərinə tərəf getdi və Fars əyalətini qarət etməyə başladı.Şirazın tutulması ilə bütün Farsa və Cənub Şərqi İrana nəzarəti ələ keçirən Əlimərdan xan İsfahanı paytaxt elan etdi. Eyni zamanda Kərim xan da Həmədan, Qəzvin və Tehranı tutdu. Aparılan hərbi əməliyyatlar zamanı qazanılan uğurlar istər Kərim xanı, istərsə də Əlimərdan xanı İranda mərkəzləşdirilmiş dövlətin yaradılmasına və İranda təkhakimiyyətliliyi bərqərar etməyə sövq edirdi. Əlimərdan xan, müavinlərini əvəz etməyə başladı, ordusunu lazımi təchizatla təmin etmək üçün əhalidən ağır vergi aldı. Bu, ətrafındakı yaxınların və məmurların ondan uzaqlaşmasına səbəb oldu, Əlimərdan xanın əmriylə onların bir çoxunun gözü çıxarıldı. O, Kazerunu talan etdikdən sonra İsfahana yola düşdü, lakin Xişt kəndinin başçısı olan Muzari Ali Xişti rəhbərliyindəki yerli partizanlar tərəfindən Kutal-e Duxtərın keçidində pusquya düşdü. Onlar Əli Mərdanın mallarını talan etdilər və çoxlu qənimət ələ keçirdilər və 300 nəfəri öldürdülər. Qışa qədər Əli Mərdanın qüvvələri onun bəzi adamlarının tərk etməsi səbəbindən daha da azalmışdı. hökmranlıq üzərində Kərim xan Zəndlə müharibə Kərim xan 1751-ci ilin yanvarında İsfahana qayıtdıqdan və şəhərdə əmniyəti bərqərar etdi və bu Əlimərdan xan üçün vəziyyət daha da pisləşdi. Qısa müddətdən sona Loristanda Kuhrəng bölgəsində aralarında bir döyüş baş verdi. Döyüş heynində III İsmayıl və Zəkəriyyə xan (Əlimərdan xanın vəziri) bir neçə zabitlə birlikdə Əlimərdan xanı tərk etdilər. Nəticədə qalib gələn Kərim xan Əli Mərdanı və ordusunu geri çəkilməyə məcbur etdi. Adamlarının qalanları, Loristan valisi İsmayıl xan Feyli ilə birlikdə Xuzistana geri çəkildilər. Orada Əlimərdan xan, əsgərlərini gücləndirmək üçün Xuzistan valisi Şeyx Sə'd ilə ittifaq qurdu. 1752-ci ilin baharının sonlarında Əlimərdan xan, İsmayıl xan Feyli ilə birlikdə Kirmanşaha yürüş etdi. Kirmanşahı öz təsərrüfündə tutan Əbduləli xan və Mirza məhəmməd, Kərim xanın güclənməsindən və şəhərlərinə hücum etməsindən qorxurdular, ona görə Əlimərdan xandan kömək istədilər. Kərim xanın qüvvələri, qısa müddətdə onların düşərgəsinə hücum etdilər, amma məğlub olaraq geri çəkildilər. Daha sonra Əlimərdan xan Zəndlərin torpaqlarına ayaq basdı, Nəhavənd yaxınlığında Kərim xanla üzüzə gəldi. Ancaq Əlimərdan xan bir daha məğlub oldu və Osmanlı İmperyasının Bağdad şəhərinə qaçdı.Orada 1746-cı ildə Nadir şahın Osmanlılarla Kürdan müqaviləsini bağlamaq üçün Bağdada göndərilən keçmiş diplomatı Mustafa xan Bəydili Şamlu ilə ilgiyə keçdi. Birdə 1725-ci ildə Mir Mahmud Hotaki tərəfindən Səfəvi ailəsini qırğınında İsfahandan qaçmağı bacaran keçmiş Səfəvi şahı II Təhmasibın oğlu (1729-1732) də Bağdad şəhərindəydi. Bu, Əlimərdan xan, İsmayıl xan Feyli və Mustafa xanın Səfəvilər sülaləsini bərpa etmək üçün şahzadənin İrana qayıtması bəhanəsiylə özlərinində qayıtması üçün əsas fürsət yaratdı. Bir il sonra, 1753-cü ilin başlarında, Lurestanda bir ordu qurmağa başladılar ve Azad xan Əfqanın dəstəyini qazandılar. Bir neçə ay sonra Kərim xanın sərhədlərinə yürüş etdilər, amma Səfəvi şahı kimi elan edilən II Təhmasibın oğlu II Sultan Hüseyn yararsız bir namizəd kimi özünü göstərməyə başladı və bu onların gedişini zəiflədib çoxlarının qaçmasıyla nəticələndi. Bu hadisədən sonra, Əli Mərdan və yandaşları II Sultan Hüseynin sülalə mənşəyini hərtərəfli yoxladıqdan sonra, onun həqiqi kimliyini ifşa etdilər və onun əslində Səfəvi nəslindən deyil, bir azərbaycanlı kişinin və bir erməni qadının oğlu olduğunu bildilər.Əlimərdan xanın Kirmanşahdakı adamları, iki il Zand qüvvələri tərəfindən mühasirəyə alındıqdan sonra təslim oldular və qüvvələr Kərim Xan tərəfindən pozuldu, Zəndlər Əlimərdan xanla qısa bir müddət sonra yenidən toqquşdular, ikinci dəfədə məğlub oldular və Kərim Xan Mustafa xanı əsir tutdu. Əlimərdan xan, II Sultan Hüseyni ilə birlikdə qaçmağı bacardı, ama çox keçmədən onun işə gəlmədiyini görən Əlimərdan xan, onun gözlərini kor edib İraqa göndərdi.1754-cü ilin yazında Əlimərdan xan Kərim xanın iki qohumları, Məhəmməd xan Zənd və Şeyx Əli xan Zəndi əsir tutdu. Sonra onları Kirmanşah yaxınlığında bir düşərgəyə apardı və onlarla bir ittifaq qurmağa cəhd etdi, amma nəticəsiz qaldı. İki Zand rəisi, uyğun bir siqnalla birdən Əlimərdan xana hücum edərək onu öz xəncəriylə öldürdülər və sonra onun adamlarının atəşi altında at üstündə ordan qaçdılar. Həmçinin bax Bəxtiyarilər | https://az.wikipedia.org/w/index.php?curid=635092 |
Əlimərdan xan Teymuri | Əlimərdan xan Teymuri Nüsrətülmülk ləqəbi ilə Dostməhəmməd xan Teymurinin oğlu və Məhəmmədrza xan Teymurinin qardaşı,Teymuri elinin başçısı və Məhəmmədibrahim Əmir Teymurun atası idi. Həmçinin bax Teymuri eli Məhəmmədibrahim Əmir Teymur | https://az.wikipedia.org/w/index.php?curid=315720 |
Əlimərdan xan Zığ | Əlimərdan xan Gəncəli xan oğlu Zığ (?- aprel, 1657) —kürd mənşəli Səfəvi sərkərdəsi, Kəşmirin sövbədarı. Əlimərdan xan Gəncəli xan oğlu Kirmanda anadan olmuşdu. Böyük Moğol hökmdarı Şah Cahan (1628–1658 dövründə Səfəvi-Moğol dövlətləri arasında Qəndəhar üstündə çəkişmələr yenidən qızışır və Səfəvilərin bu məntəqədəki bəylərbəyi Əlimərdan xan Qəndəharı Moğollara təslim (1638) edir. Səfəvi Moğol dövlətləri arasında Qəndəhar üstündə baş vermiş yeni münaqişələr və bu məntəqənin idarə quruluşu haqqında "Abbasnamə" müfəssəl məlumat verir. Qaynaqda qeyd edilir ki, Gəncəli xanın oğlu Əlimərdan xan I Şah Səfinin dövründə Qəndəhar əmir əl-ümərası və hakimi idi. O, Şah Səfidən üz döndərib Hindistan şahına məktub yazmış və onu Qəndəhara dəvət etmişdi. Hind şahı isə Səfdər (Səid) xanın başçılığı altında Qəndəhara hərbi dəstə göndərib oranı öz hakimiyyətinə tabe etmişdi. Əlimərdan xanın İbrahim xan adlı oğlu vardı. Həmçinin bax Gəncəli xan Zığ | https://az.wikipedia.org/w/index.php?curid=352139 |
Əlimərdanlı | Əlimərdanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Oykonim əlimərdanlı nəslinin adını əks etdirir. Etnotoponimdir. Əlimərdanlı kəndi öz adını təqribən 1680-ci ildə Şəmsəddin mahalının Əmirli obasında anadan olan Əlimərdan adlı şəxsin adından götürmüşdür. Əlimərdanın Pənah, onun da Məhəmmədəli adlı oğlu olmuşdur. Məhəmmədəlinin İbrahim və Qara Əlimərdan adlı oğullarının adları məlumdur. İbrahimin Pənah və İsmayıl adlı oğlanlarının adları məlumdur. Pənahın Hüseyn, Həsən, Ələkbər, Ələsgər adlı oğulları və bir neçə qızı olub. Hüseynin Alı, Abbas, Qəhrəman adlı oğulları və bir neçə qızı olub. Məşhur el sənətkarı Aşıq Nəcəf Əlimərdanlı Alının oğludur. Aşıq Nəcəfin davamçısı onun böyük oğlu Şahniyarın oğlu Şair Məzahir Alıyevdir. Qara Əlimərdandan olanlar Murad, Xəlil, Murğuzalıdır. Muraddan olanlar Murad və Rəhimdir. Muraddan olanlar Nəsir və Bəşirdir. Rəhimdən olan Əlimərdan, ondan olan Paşa, Paşadan olan Muradov Qurbandır. Xəlilin nəvəsi Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevdir. Murğuzalının nəvəsi əmək qəhrəmanı Məhərrəm Tağıyevdir. Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Coğrafiyası və iqlimi Kənd Tovuzçayın sahilində, Xunan düzündə yerləşir. 1925-ci ildə Səmədbəy, 1939-cu ildə isə Mansurlu kəndlərinin əhalisi bu kəndə köçürülmüşdür. Tanınmış şəxsləri Aşıq Nəcəf Əlimərdanlı — aşıq, ifaçı. Mərdan Musayev — Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı. İqtisadiyyatı Kənddə bir vaxtlar konyak zavodu fəaliyyət göstərmişdir. Mədəniyyəti Kənddə Əlimərdanlı kənd kitabxana filialı, Əlimərdanlı kənd Mədəniyyət Evi, Əlimərdanlı poçt şöbəsi (AZ6027) fəaliyyət göstərir. Kənddə Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbi fəaliyyət göstərir.Bundan başqa kənddə Əlimərdanlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir. Kənddə 02 fevral 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A1-197 olan Əlimərdanlı kəndi "Həzrəti Fatimeyi-Zəhra" məscidi dini icması fəaliyyət göstərir. Kənddə Əlimərdanlı həkim məntəqəsi yerləşir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=17127 |
Əlinasir İmanlı | Əlinasir Fərzulla oğlu İmanlı (19 yanvar 1962, Xıllı, Salyan rayonu) — Azərbaycan publisist və rejissoru. Əlinasir İmanlı 1961-ci ildə Neftçala rayonunun Xıllı kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə "Azərbaycan" qəzetində başlayıb. 1991-ci ilədək burda çalışıb. 1991-ci ildən Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetinə baş redaktor təyin olunub. 2000-ci ilə qədər bu redaksiyada fəaliyyət göstərib. Əlinasir İmanlı 1995-ci ildə AMEA-nın Milli Münasibətlər institutunun aspranturasını bitirib. İnstututda qalaraq elmi işçi kimi çalışıb. Azərbaycan ekologiyası və ətraf mühitin mühafizəsi (1969–1999-cu illər), Bakı, 1999, 300 səh. Üç kəndin bir tarixi, Bakı, "Nasir", 1996, 200 səh. İman İşığında. Bakı. 2006. 200 səh. Filmoqrafiya Fermerlərin dostu "EMA" (sənədli film. 2007) Qars müqaviləsi və Tağı bəy səfiyev (sənədli film. 2011) Naxçıvan Soyqırımı (sənədli film. 2009) Zəngəzur qartalı (sənədli film, 2012) Ucalıq düsturu (sənədli film, 2012) Burdan bir atlı keçdi (sənədli film. 2012) Kürün mənsəbində soyqırım (sənədli film. 2012) Təbiətin sehri (sənədli film, 2014) Vətən keçilməz (sənədli film. 2014) Şiralı adlı Şirxan (sənədli film. 2015) İlhamlı günlərimiz (sənədli film. 2015) Güllələrin yazdığı avtoqraf (sənədli film, 2015) Bu Vaqif Şadlinskidir (sənədli film, 2015) Sarı simin sızıltısı (sənədli film, 2016) İlahi nurun pərvanələri (sənədli film. 2016) Gedənlər qayıdır (sənədli film. 2016) Son zəngin ritmləri (sənədli film. 2017) | https://az.wikipedia.org/w/index.php?curid=447783 |
Əlinağı Vəziri | Polkovnik Əlinağı Vəziri-(1887, Tehran, İran - 9 Sentyabr 1979) Tarzən, bəstəkar, musiqişünas və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi. Ənvər Çingizoğlu, Vəzirilər, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №5, səh.3-13; Həmçinin bax Xarici keçidlər Əlinağı Vəzirinin bioqrafiyası | https://az.wikipedia.org/w/index.php?curid=285513 |
Əlinağı mirzə Qovanlı-Qacar | Əlinağı mirzə Qovanlı-Qacar-İran şahzadəsi, Vali, Fətəli şahın oğlu Abbas mirzə Qəzvində onun qonağı olmuşdu. Tarixçi Əminə Pakrəvan yazır: "Ancaq Qəzvində böyük bir istiqbal törəni gerçəkləşdi. Qəzvinin elbayı (valisi-Ə.Ç.) Əlinağı mirzə böyük bir törənlə böyük qardaşının istiqbalına vardı. İki qardaşın görüş zamanı bir-birlərinə göstərdikləri ilgi onların qarşılıqlı səmimiyətlərini ortaya qoymaqda idi". Abbas mirzə Qovanlı-Qacar Əlinağı mirzənin xətrini çoz istəyirdi. Tarixçi Əminə Pakrəvan daha sonra yazır: "Abbas mirzə kiçik qardaşlarından biri olan Əlinağı mirzəni öz yanında bulundurmaqda idi. Abbas mirzə bu qardaşı ilə çox yaxın idi və ona bir çox mövzular haqqında danışır, danışdıqca da özünü rahat hiss edirdi. Asəfəddövlə Əlinağı mirzənin da onların yanında olmasını şahdan istəmiş, Şah da izin vermişdi. Şübhəsiz ki, Əlinağı mirzə gizlincə şaha bilgilər ötürürdü". Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=80476 |
Əlinağı xan Müfaxxarülməmalik | Əlinağı xan Sadıq xan oğlu Müfaxxarülməmalik (?-1909) — Xoy, Salmas və Tehranın hakimi. Əlinağı xan Sadıq xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Atası bu şəhərin darğası vəzifəsində çalışmışdı. Müzəffərəddin şah Qacar yaxınlarından sayılırdı. Əlinağı xan mükəmməl mədrəsə təhsili almışdı. Təbrizdə vəliəhd Məhəmmədəli mirzənin diqqətini cəlb etmişdi. Müfaxxarülməmalik ləqəbini almışdı. 1906-cı ildə Xoy və Salmasın hakimi təyin edilmişdi. Ona ciddi tapşırılmışdı ki, məşrutəpərəstləri göz açmağa imkan verməsin. Tapşırılan işlərin öhdəsindən lazımınca gəlmişdi. 1908-ci ildə Mirzə Əhməd xan Müşirəssəltənənin təşkil etdiyi kabinədə ticarət naziri vəzifəsini daşımışdı. Sonra Tehranın hakimi vəzifəsinə göndərilmişdi. Məşrutəçilər tərəfində Tehran fəth olunduqdan sonra təğyiri-libas olub qaçmışdı. Mazandaran-Bakı yolunda, Ləkən çayının kənarında tutulmuşdu. 1909-cu ildə inqilabi məhkəmənin hökmü ilə güllələnmişdi. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=270789 |
Əlinağı xan Qasımlı-Avşar | Əlinağı xan Hacı Məhəmməd xan oğlu Qasımlı-Avşar - elbəyi, şah ordusunun polkovniki. Əlinağı xan Hacı Məhəmməd xan oğlu Tikab şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Yəminülləşkər ləqəbini daşıyırdı. Əlinağı xan Kiçik xanım Mövləvi ilə ailə qurmuşdu. Zəhra Sultan xanım adlı qızı vardı. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: Şuşa, 2008, 298 səh. Həmçinin bax Hacı Məhəmməd xan Qasımlı-Avşar Yəhya xan Qasımlı-Avşar | https://az.wikipedia.org/w/index.php?curid=442398 |
Əlinağılar | Əlinağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Əlinağılar oyk. Gədəbəy rayonunun Çaldaş i.ə.v.-də kənd. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Sadıqlı (indi ki Ağstafa rayonunda) kəndindən gəlmiş Əlinağı adlı şəxs salmışdır. Oykonim "Əlinağıya məxsus kənd" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 959 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Gədəbəy rayonu Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti | https://az.wikipedia.org/w/index.php?curid=97016 |
Əlincə | Əlincə qalası — Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi. Əlincə (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Əlincə (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Əlincə (Əsədabad) Əlincə (cəmiyyət) Əlincə dağı | https://az.wikipedia.org/w/index.php?curid=781051 |
Əlincə (Culfa) | Əlincə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xangah kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlincə adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əhalisi 694 nəfərdir. | https://az.wikipedia.org/w/index.php?curid=109435 |
Əlincə (Xudabəndə) | Əlincə (fars. النچه) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 371 nəfər yaşayır (72 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=781022 |
Əlincə (cəmiyyət) | Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. Yaradılmasında məqsəd Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. Cəmiyyətin strukturu "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 127. ISBN 5-8066-1468-9. | https://az.wikipedia.org/w/index.php?curid=706184 |
Əlincə (Əsədabad) | Əlincə (fars. النجه) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 117 nəfər yaşayır (41 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=685343 |
Əlincə Cəmiyyəti | Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. Yaradılmasında məqsəd Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. Cəmiyyətin strukturu "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 127. ISBN 5-8066-1468-9. | https://az.wikipedia.org/w/index.php?curid=749948 |
Əlincə FK | Əlincə FK və ya rəsmi adı ilə Əlincə Futbol Klubu — Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yer alan, Azərbaycan futbol klubudur. Klubun tarixi 2010-cu ildən başlayır. Əlincə klubu hazırda Azərbaycan Region Liqasıın Naxçıvan zonasında çıxış edir. "Əlincə" futbol klubu 2010-cu il aprelin 5-də "Bağçalı Evlər" MTK-nın rəhbəri Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilib. Adının mənası Naxçıvandakı Əlincə qalası ilə bağlıdır. Klubun akademiyası Masazır kəndi, Novxanı şossesi ərazisində yerləşir. Rəhbərliyin diqqət və qayğısı nəticəsində klubun bazası genişləndirilmiş, AFFA-nın bayrağı altında keçirilən çempionatlarda iştirak üçün lisenziya almışdır. Yarandığı ilk günlərdə 12 futbolçu ilə fəaliyyət göstərən klub, tədricən futbolçu və məşqçi heyətinin çoxaldılması ilə əlaqədar yeni stadionlar inşa etmişdir. Həmçinin futbolçular, məşqçilər heyətinin daimi yaşaması üçün ən müasir standartlara cavab verən baza tikilmişdir. 2011–2012, 2012–2013 və 2013–2014-cü il mövsümlərində AFFA-nın bayrağı altında keçirilən müvafiq çempionatlarda U-14, U-15 və U-16 komandaları iştirak etmişdir. Klub debüt ilində çempionatda 16 komanda arasında 4-cü, 2-ci mövsümdə 16 komanda arasında 2-ci, 3-cü mövsümdə 16 komanda arasında 3-cü yeri qazanmışdır. 2011-ci ildən artıq klub tərkibində 1998–1999 və 2000–2001-ci il doğumlu futbolçulardan ibarət iki komanda yaradılmışdır. 2000–2001-ci il doğumlu futbolçular isə U-13, U-14 çempionatlarında iştirak etmiş və ardıcıl iki mövsüm çempionatın bombardiri adını "Əlincə" futbol klubunun üzvü 2001-ci il doğumlu Turan Vəlizadə qazanmışdır. 2013-cü ildən isə artıq klub nəzdində üç komanda yer alıb. Belə ki, 2013–2014-cü il mövsümündən "Əlincə" U-11 komandasıyla da təmsil olunur. Həmçinin klubun bir neçə futbolçusu milli komandalarla birgə xarici ölkələrdə keçirilən təlim-məşq toplanışlarında iştirak ediblər. Klub o futbolçuların sayının artırılması üçün daha yüksək səylə çalışıtiğini vurğulayıb. Həmçinin qey etmək lazımdır ki, klubun futbolçularının milli komandalara dəvət alıb. Bu siyahıda 1998-ci il doğumlu Qara Qarayev, Ramazan Məmmədli, Murad İslamov, 2000-ci il doğumlu Tahir Zeynalov və Turan Vəlizadəni göstərmək olar. Komandanın yetirməsi olan və öz yaş qrupu üzrə yığma komandanın kapitanı olan Qara Qarayev AFFA-nın bayrağı altında keçirilən turnirlərdə fərqləndiyinə görə bir çox mükafatlara layiq görülüb. Yaranmasından cəmi bir il sonra 2011-ci ilin noyabr ayında 5000 nəfərlik stadion istifadəyə verilmiş, müxtəlif səviyyəli turnirlər və çempionatlar məhz bu stadionda keçirilib. 2011-ci ilin dekabr ayında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş, təşkilatçısı "Əlincə" futbol klubu olan turnir də bu stadionda baş tutub. Bu yarışda da komanda uğurlu çıxış sərgiləyərək fəxri kuboku başı üzərinə qaldırıb. Elə həmin ildə qızlar arasında keçirilən çempionatın və 2013–2014 mövsümünün U-14 liqasının yekun oyunu "Bakı" – "Neftçi" qarşılaşması da "Əlincə"nin stadionunda baş tutub. Klub həmçinin yarandığı gündən bəri bir çox xarici ölkələrdə təlim-məşq toplanışlarına yollanmış və bu müddətdə müxtəlif beynəlxalq turnirlərə qatılıb. Buna misal olaraq, 2013-cü ilin yanvar ayında "Əlincə" klubu Sankt-Peterburqda keçirilən "Peterburq CUP" turnirində 2001-ci il doğumlu futbolçularla təmsil olunub və 1-ci yeri tutub. Üstəlik, 2013-cü ildə Batumidə keçirilən "DİNAMO BATUMİ İNTERNATİONAL TOURNAMENT"də 2000-ci il doğumlu futbolçularla iştirak etmiş və bu turnirdə də komanda 1-ci yeri əldə etmişdir. Hal-hazırda "Əlincə"idman klubu tərkibində futboldan əlavə digər idman növləri də var ki, bunlara misal olaraq, voleybol, karate, üzgüçülük və s göstərmək olar. Texniki şərait olaraq "Əlincə" idman klubu 2 üstüörtülü, 4 üstüaçıq süni örtüklü, 2 təbii örtüklü və bir futzal olmaqla 9 stadiona sahibdir. Əlavə olaraq futbolçuların daimi yaşaması üçün iki mehmanxana, yeməkxana, restoran, trenajor zalı, üzgüçülük hovuzu, sauna fəaliyyət göstərir. "Əlincə" İdman Akademiyasının tərkibinə 4 kiçik yardımçı stadion, 5000 nəfərlik süni örtüklü və Masazır qəsəbəsinin "Qurtuluş 93" yaşayış kompleksində yerləşən 13 min yerlik təbii ot örtüklü stadion daxildir. Hazırda Şabran rayonunda böyük futbol məktəbi və 4 təbii ot örtüklü müasir standartlara cavab verən stadion tikilməkdədir. Eyni zamanda futbolçuların və qonaqların qalması üçün koteclər və 7 mərtəbəli otel inşa olunub. Ve digər mövsümlərdə uğurla çıxış etsede rəhbərlik səbəbsiz yere maliyyə desteyini cekmesi neticesinde klub 2019 cu ilde fəaliyyətini dayandırmışdir. Loqoların Anlamı Xarici keçidlər Rəsmi saytı Arxivləşdirilib 2015-08-01 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=407297 |
Əlincə Xeyriyyə Cəmiyyəti | Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. Yaradılmasında məqsəd Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. Cəmiyyətin strukturu "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 127. ISBN 5-8066-1468-9. | https://az.wikipedia.org/w/index.php?curid=631586 |
Əlincə dağı | Əlincə — Azərbaycanda yerləşən dağ zirvəsidir (hündürlüyü 1821,4 m). Naxçıvanın Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin şərq yamacında zirvədir. Hündürlüyü 1810 m-dən 1821,4 m-ə qədər dəyişir. Dağın cənub-şərq yamacında Xanəgah kəndi var, dağın zirvəsində isə orta əsrlərə aid Əlincə qalası yerləşir. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi ellipsvari sıldırım yamaclı yüksəklikdir. Çay yatağına nisbətən 380 m yüksəkdə qərar tutmuşdur və təkrarolunmaz sıldırımlı qayalıq landşaft əmələ gətirir. Dağ lakkolitlərdən ibarətdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzində izlənilən eyniadlı antiklinalın maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir. Həmçinin bax Böyükdüz dağı Cuğağıl dağı | https://az.wikipedia.org/w/index.php?curid=482325 |
Əlincə ekstruzivi | Əlincə ekstruzivi İlandağ ekstruzivindən 5,5 km şimal-qərbdə, Əlincə çayının sağ sahilində, Xanagah kəndinin yaxınlığında çay yatağına nisbətən 380 m (mütləq hündürlüyü 1811,9 m) yüksəkdə qərar tutmuşdur. O özlüyündə aralarında milli qəhrəman Babəkin istehkam məntəqələrindən biri sayılan qədim Əlincə və ya Ərəncik qalasının (Ərlər, yəni qəhrəmanlar qalası) yerləşdiyi üç ayrı-ayrı zirvəli dik konusdan ibarətdir. Submeridional istiqamətli ellips formalı bu ekstruziv günbəzin bünövrəsinin sahəsi 1,3 kv.km-ə çatır. Orta eosen çöküntü qatını yaran bu ekstruziv günbəz cəhrayı-boz rəngli andezit-dasitlərdən təşkil olunmuşdur. Həmçinin bax Azərbaycanın palçıq vulkanları Vulkanik gümbəzlər "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 '' | https://az.wikipedia.org/w/index.php?curid=494507 |
Əlincə nahiyəsi | XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan sancağının tərkibinə daxil olan nahiyələrdən biri də Əlincə nahiyəsi idi. Nahiyənin mərkəzi Əlincə qalasında yerləşmişdir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bir çox müəlliflərin XIV əsrin sonundan etibarən Əlincə qalasının öz əvvəlki əhəmiyyətini itirməsi fikri ilə razılaşmaq olmaz. Çünki hələ Sultan Süleymanın Qızılbaş dövləti ərazilərinə 1534-cü ildə gerçəkləşmiş yürüşü zamanı Osmanlı ordusuna rəhbərlik edən iki qüdrətli sərkərdədən biri olan Xosrov paşa məhz çoxminlik Osmanlı qoşunu ilə Əlincə qalası üzərinə göndərilmişdir . Əlincə nahiyəsi şimal-qərbdən Dərəşahbuz, şimal-şərqdən Sisyan, şərqdən Azadciran, cənubdan Dərəşam, qərbdən Naxçıvan nahiyəsi ilə həmsərhəd olmuşdur. Ərazisi, təqribən, 703 kvadratkilometr olmuşdur. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 85 Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=500773 |
Əlincə qalası | Əlincəqala, Əlincə-qala və ya Əlincə qalası — Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir. Qala Əlincə dağının zirvəsində yerləşir.XVII əsr türk səyyahı Övliya Çələbi Əlincə qalasından bəhs edərək onun Qütbəddin tərəfindən inşa edildiyini göstərir. Ehtimal ki, müəllif burada rum-səlcuq hökmdarlarından biri və 1188–1192-ci illərdə hakimiyyətdə olmuş Qütbəddin II Məlikşahı nəzərdə tutmuşdur. Professor Mehmed Fuad Köprülü Əlincə qalasının Səlcuqlar dövrünə aid olduğunu qeyd edir. Bu fikirlə, eyni zamanda, "Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış" adlı məqalənin müəllifi Faruk Sümər də razılaşır. Lakin müasir türk tədqiqatçılarından biri olan Fəxrəddin Kırzıoğlu "köhnə və sərt" bir istehkam olaraq adlandırdığı Əlincə qalasının Əşkanilər dövründə Erancaq adı ilə məşhur olduğunu göstərir. Ümumiyyətlə, mənbələrdən məlum olur ki, qala VIII əsrdən əvvəl mövcud olmuşdur. Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının istər hərbi-strateji, istərsə də iqtisadi və siyasi mövqeyi xeyli artmışdı. Atabəy Özbək Xarəzmşah Cəlaləddin Mənguberdinin yürüşləri zamanı Əlincə qalasına sığınmış, burada da vəfat etmişdir. Əmir Teymurun Azərbaycana yürüşü zamanı Teymuri qoşunlarının hücumu Əlincə qalasından yan keçməmişdir. Qala 14 il Xacə Cövhər və Əmir Altunun rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuşdur. 14 illik mübarizədən sonra Əlincə qalasının tutulması müxtəlif mənbələrdə qeyd edilmişdir. Əmir Teymurun vəfatından sonra qala Qaraqoyunluların hakimiyyəti altına keçmiş, bir dövr Teymuri-Qaraqoyunlu müharibəsi başlamışdır. Əlincə qalası müəyyən müddət Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında olmuşdur. Azərbaycanda orta əsrlər dövründə baş verən feodal çəkişmələri və müharibələri nəticəsində Əlincə qalası dağılmış və siyasi hadisələrdəki mövqeyini itirmişdir. Qala ilk öncə özünün qeyri-adi görünüşü ilə heyrətləndirici dərəcədə görünür. Əlincə qalasının divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş kərpicdən istifadə olunmuşdur. Divarların bünövrəsinə adətən iri yonulmuş daşlar qoyulmuşdur. Əlincə qalasının təsviri ilə bağlı müxtəlif məlumatlar verilmişdir. Qalanın bəzən iki, bəzən isə üç qapısı olması ilə bağlı fikirlər mövcuddur. Lakin şimal divarlardakı ehtimal olunan keçid tamamilə dağıldığından burada giriş olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. Ehtimal ki, bu istiqamətdən də giriş olmuşdur. Çünki qala divarlarının xaricində bir neçə yerdə qalada qazılmış, əsgərlərin yerləşdiyi səkilərə rast gəlmək mümkündür. Dağın ən uca yerində Əlincə qalasının iç qalası yerləşir. Bu içqalanı yerli əhali "Şahtaxtı içqalası" adlandırır. Buranın Şahtaxtı olaraq adlandırılması təsadüfi deyildir. Tədqiqatçılar hökmdarların qalanın məhz bu hissəsində yerləşdiyini qeyd etmişlər. Şahtaxtı içqalası dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Mərkəzi hissədən içqalaya yalnız sıldırım qayalıqsan keçərək getmək mümkündür. Vaxtilə keçidi asanlaşdırmaq üçün qayada eni 30–40 sm olan dar cığır yonulmuşdu. Hazırda bu cığır təbii aşınmaya məruz qalaraq dağıdılmışdır. Hakimlərin, o cümlədən Eldənizlər dövləti hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşmişdir. Əlincə qalasının divarları və qalanın daxilində yerləşən tikililərdə yüksək tikinti mədəniyyəti, qala tikintisi üçün qeyri-adi sayılan incə işlənmiş daş ayrıntılar görünür. Adın etimologiyası Tədqiqatçılar "Əlincə" sözünü müxtəlif cür izah etmişlər. Qalanın adı orta əsr yazılı mənbələrində Əlincə, Əlincəm, Alənca, Alançuq, Alanca, Alançik, Yerənçaq və digər şəkillərdə işlədilmişdir. Bəzi mənbələrdə Əlincə qalasının adı Erinca şəklində mövcuddur. Bəzi tarixçilər qeydlərində iddia edirlər ki, Əlincə qalası öz adını zəngin xəzinəsini və ölkədən yığdığı külli miqdarda mədaxilini gizlətmək məqsədi ilə həmin qalanı inşa etmiş Erincak adlı bir feodal qadının adından götürülmüşdür.Mənbələrdə "alan" kəlməsinin "aran" şəkli V–VII əsrlərdə işlədilmişdir. Çünki orta əsr ərəb və başqa mənbələrdə xüsusi yer adı olaraq "Aran", "Arran" və "Alran" kəlmələrinə təsadüf edilir. XIII əsrdə yaşamış məşhur ərəb tarixçisi Yaqut əl-Həməvi "Mücəl əl-büldan" əsərində "Arran" kəlməsinin ərəb sözü olmayıb, yerli məna daşıdığını qeyd edir. Bu söz türk dillərindən götürülmüşdür. Qalaya belə bir adın verilməsi heç təsadüfi deyil. Çünki, "alan" – qədim türk dilində "düzənlik", "meydan" mənasını verir. Bu, qalanın yuxarı hissəsinin düz bir sahədən ibarət olması ilə bağlı olmuşdur. Bununla belə, "aran", "alan" kəlmələrinin "Əlincə" sözünə çevrilməsinə alimlər şübhə ilə yanaşırlar."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"ndə Əlincə qalası adının izahı bir neçə variantda verilmişdir: "…VII əsrə aid mənbələrdə qalanın adı Erincak, XIII əsrə aid mənbələrdə isə Alınca variantlarında çəkilir… Bəzi tədqiqatçılar dağın adının monqolların yürüşündə iştirak etmiş elcihin tayfasının adı ilə bağlı olduğunu yazırlar. Bir qrup alimlərin fikirlərinə görə, toponim türk dillərində olan alançil (meydança, düzənlik) kəlməsindəndir. Oronimi alan tayfa adı ilə də bağlayırlar." Toponimikaya həsr olunmuş lüğətdə də "Əlincə" kəlməsin etimologiyası barədə dəqiq fikir söylənilmir."Əlincə" kəlməsinin "alan" tayfasının adı ilə bağlıdır. "Azərbaycan tarixi" əsərinin akademik nəşrinin I cildində "alan" tayfalarının eramızın 72-ci ilində Dəryal keçidi vasitəsi ilə Cənubi Qafqaz, o cümlədən Qafqaz Albaniyası istiqamətində yürüş etməsi fikri müdafiə olunmuşdur. İosif Flaviyə görə alanlar skif tayfalarındandır. Bir sıra antik müəlliflərin, eləcə də İosif Flavinin məlumatları alanların Şimali Qafqaz keçidləri vasitəsilə baş verməsi haqqında irəli sürülən elmi fikri təsdiq etmir. Bəzi tədqiqatçıların fikirlərinə görə, "Əlincə" toponimi qədim türk mənşəli alan (meydan, düzənlik) coğrafi termini ilə əlaqədardır. "Alan" sözü iki mənada işlədilmiş, lakin heç biri elmi cəhətdən təsdiqini tapmamışdır.Bəzi orta əsr mənbələrində Əlincə qalasından "Yeröncək" kimi bəhs edilsə də, ehtimat edilir ki, "Yeröncək" kəlməsi Əlincə qalası ilə bağlı ad deyildir. Naxçıvan qalalarından bəhs edən professor Mirəli Seyidov qalanın ilkin adının "Ermcaq" olduğunu yazmışdır. Ermcaq iki tərkibdən yaranmış mürəkkəb söz-addır. "Eriq" əksər türk dillərində çox mənalı sözdür. Sözün möhkəm, qüvvətli, hakimiyyət mənaları vardır. "Caq" kəlməsi isə Azərbaycan dilində "yer", "məkan" bildirən şəkilçidir. Beləliklə "Ermcaq" möhkəm, qüvvətli, dövləti, hakimiyyəti olan yer deməkdir. Xalq etimologiyasına görə "Əlincə" kəlməsinin izahı "əlini çək", bəzi tədqiqatçılara görə "Alancik" mənasını verir.Naxçıvan Ölkəşünaslıq Muzeyinin əməkdaşı Mir Bağır Mirheydərzadə xalq rəvayətlərinə əsaslanaraq qeyd edir ki, "Əlincə qalasının adı monqolların ulu babası Əlincə xanın adı ilə bağlıdır." Mehmed Fuad Köprülünün fikrinə görə, bu, həqiqi bir xalq rəvayəti olmayıb, türk-monqol tarixinə aid yazılı mənbələrə bələd olan bir şəxs tərəfindən uydurulmuş, heç bir elmi əsası olmayan zahiri bir bənzətmədən başqa bir şey deyildir.Yaxın Şərq coğrafiyasının tanınmış tədqiqatçılarından biri olan K. Streyc qalanın əsl adının "Alancik" olduğunu qeyd edir. Tədqiqatçıların bəzilərinin fikrincə, qalanın adının bu şəkildə işlədilməsi həqiqətə daha uyğundur. Qala öz adını qədim Azərbaycan sözü olan "Alan" kəlməsindən götürmüşdür. Bu kəlmə qədim türk dillərində "düzənlik", "meydan" mənasını verir. Azərbaycan Ensiklopediyasında da qalanın adı "Alancik" kəlməsi ilə bağlı izah edilir. Mahmud Kaşğarinin XI əsrə aid "Divanü Lüğat-it-Türk" kitabında "alan" kəlməsi "düz", "açıq yer" kimi şərh olunur. Mehmed Fuad Köprülü "Alancuk" kəlməsinin səlcuq türklərinə aid olub, "kiçik meydan" mənasını verdiyini qeyd edir. "Alan" kəlməsi təkcə səlcuqlara məxsus olmayıb, həmçinin bir sıra türk tayfalarının dilində də işlədilmişdir. Müasir Azərbaycan dilində "düzənlik" mənasında "alan" kəlməsi yox, "aran" kəlməsi işlədilir. "1" hərfinin "r" hərfinə çevrilməsi türk dilləri qrupu üçün xas olduğundan "alan" kəlməsi də zamanla "aran" sözünə çevrilmişdir.Müasir türk ədəbiyyatında qalanın adı "Alınca qalası" şəklində yazılır. Azərbaycan ərazisində orta əsrlər dövründə Əlincə adlı başqa qalalar da mövcud olmuşdur. Həmdullah Qəzvini "Nüzhət əl-qülub" əsərində Təbriz şəhərinin yaxınlığında Əlincə adlı qala olduğunu qeyd edir.Akademik Ağamusa Axundovun fikrincə, Əlincə qalasının adı monqolların yürüşlərində iştirak edən, əslən türk tayfaları olan əlcihinlərlə bağlıdır. Əlincə toponiminin metateza və eliziya fonetik hadisələri nəticəsində əlcihin etnonimindən yaranması mümkündür. Tədqiqatçı N. Məmmədov da Əlincə dağ adının eramızın ilk əsrlərindən mövcud olmasını qeyd etməklə, Əlincə adının türk tayfalarından olan əlcihin tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmasını bildirir. Monqolların Azərbaycana, eləcə də Naxçıvana yürüşü XIII əsrdə olmuşdur, bu zaman Əlincə adlı qala artıq mövcud idi və bu cür adlanırdı. Bu xronologiya əsas götürüləndə, bu məlumatlar əsassız olaraq qalır. İlhami Cəfərsoylu Əlincə qalasının monqollarla əlaqəsindən bəhs edərkən qeyd edir ki, "Əlincək boyunun bəzi qulları monqollara qoşulmuş, Hülakülər dövlətində müəyyən vəzifələr tutmuşlar. Onlardan biri Almcak noyon idi. Fəzlullah Rəşidəddinin yazdığına görə, həmin boydan Əmir Novruz Almcak adlı bir əmir çıxıb."Azərbaycanın Əlincək boyunda qoşun başçıları ilə yanaşı, alim və şairlərdə dünyaya gəlib. Əlişir Nəvai öz dövrünün tanınmış alim və şairlərindən bəhs edərkəb Mövlana Xələf Təbrizi Şeyx Ələncək haqqında da məlumat verir.AMEA-nın müxbir üzvü Adil Bağırov Əlincə adını Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə əlaqələndirmiş və qeyd etmişdir ki, "bu söz canlı danışıq dilində tədricən Əlincə şəklinə düşmüşdür." Oğuz dastanında Alınca xan Nuh peyğəmbərin yeddinci oğlu kimi təqdim edilir. O, Yafəsin və Türkün nəslindəndir. Əbulqazi Bahadır xanın qələmə aldığı "Türklərin soy ağacı" əsərinin – "Şəcəreyi-Türk" hissəsində iki dəfə onun adı çəkilir.Azərbaycan xalqının həyatını, məişətini, adət ənənələrini, yüzlərlə yer adlarını öz əks etdirən, ən qədim yazılı mənbələrdən biri olan "Kitabi Dədə Qorqud" dastanlarında da Əlincə kəlməsi işlədilir. Dastandakı "Uşun qoca oğlu Segrək boyu"nda Əgrəyin Əlincə qalasında əsir düşməsi və qardaşı Segrəyin onu xilas etməsi göstərilir. Əlincə kəlməsi "Kitabi Dədə Qorqud" dastanlarında qala kimi xatırlanır. Naxçıvanda "Əlincə" sözü Əlincə qalasında, Əlincəçayda və kənd adında istifadə olunur."Naxçıvan sancağının müfəssəl dəftəri"ndə "Əlincə" kəlməsi nahiyyə və qala kimi qeyd edilir. Bu ərazilərin sakinlərinin azərbaycanlılar olduğu göstərilir.Bir sıra tədqiqatçılar Əlincə toponiminin yayılma arealının çox geniş olduğunu qeyd etmişdilər. Əlincə adlı yaşayış yerləri Göyçə, Ərzurum, Təbriz, Ağbaba ərazilərində, mesxeti türklərinin yaşadığı ərazi olan Axısqa şəhəri yaxınlığında da mövcud olmuşdur.Azərbaycan dilçiliyində Əlincə qalasının adı yer adı kimi izah edilib. O, türk boylarından birinin adı olub, Azərbaycanın bir çox yer adlarında əks olunub. Məlumdur ki, yer adlarının böyük əksəriyyəti həmin ərazidə yaşayan tayfa və qəbilələr, boylar tərəfindən verilib. Bu toponimlər öz mənşəyini "Ərincə" adlı tayfanın adından almışdır. Mahmud Kaşğarinin əsərində də erincə-ərincə formasında leksik vahid qeyd edilmişdir.Ərincə və ya Əlincə adı qədim mənbələrdə Alıncak, Alancıq, sonrakı yazılarda isə Əlincək və Əlincə kimi göstərilib. Həmdullah Qəzvini onun adını Alancik kimi istifadə etmişdir. 1225-ci ildə baş verən hadisələrdən bəhs edən Mirxond Əlincə qalasının adını Əlincək kimi qeyd etmişdir.Əlincək boyu ilk orta əsrlərdə, təqribən III–V əsrlərdə Araz çayından şimalda – Sünik torpaqlarında özünə yurd salmışdır. Onlar burada öz daxili müstəqilliyini saxlamaqla vilayətin hakim nəslinə tabe idilər.Əslən Urbat türklərindən olan xristianlaşmış Stepan Orbeliani yazır ki, "Sünik 12 əyalətdən ibarətdir. Onlardan biri Erincakdır." Sonrakı tarixi mənbələrdə Əlincək tayfasının Araz çayının cənub hissəsinə köçdüyünü və Təbrizlə Naxçıvan arasında yerləşdiyi məlum olur. Məhəmmədəli Tərbiyətin verdiyi məlumatdan görünür ki, Alancık Cənubi Azərbaycanın mahallarından biridir. Yerli əhalinin Alança dediyi Əlincə kəndi Təbriz şəhərinin 40 km şimal-qərbində yerləşir.Əlincək tayfası Cənubi Qafqazda, eləcə də Araz çayının hər iki sahilində yaşayarkən sıldırım qayaların başında tikdikləri qalaya – Əlincə qalasında məskən salıblar. İnşa edilməsi Əlincə qalasının tarixi haqqında orta əsr ərəb, fars, Azərbaycan, türk, gürcü və Qərbi Avropa mənbələrində kifayət qədər məlumatlar təsadüf edilir. Lakin Əlincə qalasının salınma tarixi dəqiq müəyyənləşdirilməmişdir. Qalanın adı çəkilən ən qədim mənbələrdən biri "Kitabi Dədə Qorqud" dastanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatının qiymətli əsərlərindən biri olan "Kitabi Dədə Qorqud" dastanlarının "Uşun qoca oğlu Segrək" boyunda Əlincə qalası möhkəm və etibarlı bir istehkam kimi təsvir olunur. Bu dastana görə, Əlincə qalası Qara Tekui adlı bir şəxsə məxsusdur və o, qaladan zindan kimi istifadə edərək oğuzlardan aldığı əsirləri burada saxlamışdır. "Kitabi Dədə Qorqud" dastanı Əlincə qalasından bəhs edən ilk məlum olan yazılı mənbədir. Professor Əbdüləzəl Dəmirçizadə dastanlarda XI əsrdən əvvəlki dövrə aid olan hadisələrdən bəhs edildiyini qeyd edir. Tədqiqatçı Viktor Jirmunski "Kitabi Dədə Qorqud" haqda nəşr olunan əsərləri təhlil edərək, boyların IX–X əsrlərdə meydana çıxdığını göstərir. Bu boylardan bəziləri V–VI əsrlərə gedib çıxır.Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir.X əsrdə yaşamış bəzi salnaməçilər müasiri olduğu hadisələrdən bəhs edərkən Əlincə qalasının yerli feodallara məxsus əsas sığınacaq yeri olduğunu göstərirlər. Onların yazdığı qeydlərdən məlum olur ki, qalada hakim və zadəgan ailələri feodal hərbi toqquşmalar və müharibələr zamanı mühafizə olunmuşdur.XVII əsr türk səyyahı Övliya Çələbi Əlincə qalasından bəhs edərək onun Qutbəddin tərəfindən inşa edildiyini göstərir. Ehtimal ki, müəllif burada rum-səlcuq hökmdarlarından biri və 1188–1192-ci illərdə hakimiyyətdə olmuş Qütbəddin II Məlikşahı nəzərdə tutmuşdur. Professor Mehmed Fuad Köprülü Əlincə qalasının Səlcuqlar dövrünə aid olduğunu qeyd edir. Bu fikirlə, eyni zamanda, "Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış" adlı məqalənin müəllifi Faruk Sümər də razılaşır. Lakin müasir türk tədqiqatçılarından biri olan Fəxrəddin Kırzıoğlu "köhnə və sərt" bir istehkam olaraq adlandırdığı Əlincə qalasının Əşkanilər dövründə Erancaq adı ilə məşhur olduğunu göstərir.Bu baxımdan Azərbaycan tədqiqatçılarından biri olan, arxeoloq və etnoqraf Ələsgər Ələkbərovun qaladakı hovuzların birində əşkani, yaxud sasani barelyefinin olduğu ehtimalını irəli sürməsi qalanın tarixi haqqındakı fikirlərin dəyişməsinə səbəb olmuşdur.Əlincə qalasının adı İran səlcuqlarının son sultanı Toğrul bəy ilə əmirləri arasında baş vermiş iğtişaşlardan bəhs edilərkən qeyd edilir. Ümumiyyətlə, mənbələrdən məlum olur ki, qala VIII əsrdən əvvəl mövcud olmuşdur. "Kitabi Dədə Qorqud" dastanında Əlincə qalasının adının çəkildiyi məlum olan ən qədim mənbə "Kitabi Dədə Qorqud" dastanıdır. Dastanın "Uşun qoca oğlu Segrək boyunu bəyan edər" boyunda Əlincə qalası güclü və etibarlı istehkam kimi təsvir olunur. Bu boyda Əlincə qalasının adı üç dəfə xatırlanır. Boyun məlumatına görə, Uşun qocanın oğlu Əgrək Şərukun ucundan Göyçə dənizinə təkin el çarpmış, yolunun bir qismini Əlincə qalasında keçirmişdi. Burada o, Qara Təkurun adamları tərəfindən tutulmuş və Əlincə qalasında zindana salınmışdı. Bir öksüz oğlanın Əgrəyin qardaşı Segrəyə "Hünərin var isə qardaşın Əlincə qalasında əsirdir, onu xilas et!" deməsindən sonra qardaşı olduğunu bilən Segrək Qaraqoç atına minərək üç gün yol gəlmiş, Dərəşam ucundan keçmiş, qardaşı həbs edilən qalaya gəlmiş və onu əsirlikdən qurtarmışdır. Lakin boyun digər yerlərində Əlincə qalasının adı olduğu kimi deyil, sadəcə "qala" kimi işlənilmişdir.Dastanın məlumatından aydın olur ki, hadisələr baş verən vaxt Əlincə qalası Qara Təkurun əlində olmuş, qaladan həm müdafiə qalası, həm də zindan kimi istifadə olunmuşdur. Dastanda qeyd olunduğuna görə Segrək Qara Təkurun onun üstünə göndərdiyi adamları qalaya həbs etmiş, qalanın zindanında saxlanılan Əgrək azad edildikdən sonra isə onunla birlikdə Qara Təkurun adamlarını basmış, döyüşmüş və qalada həbs etmişdir. Dastanda qeyd edilir ki, "Bundan sonra Dərəşam suyunu dəlüb keçmiş, …Oğuzun sərhəddinə yetişmişdilər."Dərəşam yer adından bəhs edərək professor Pənah Xəlilov qeyd edir ki, "böyük qardaş Əgrəklə kiçik qardaş Segrəyin marşrutu İç Oğuz hüdudları haqqında parlaq təsəvvür yaradır. Böyük qardaş Qazan bəydən icazə alıb Şirəküvəz ucundan Əlincə qalasına kimi gedir və İç Oğuzun şimal sərhəddi boyu gəzir, sonra Göyçə gölündən cənuba getmək istəyəndə Əlincə qalasında əsir olur. Kiçik qardaş onu azad edəndə yolunu cənuba salır. Dərəşam suyunu keçir və Araz çayı boyu geri dönüb yurduna qayıdır. Dərəşam Culfa rayonundakı Dərəşam stansiyası yaxınlığındakı mineral bulaq sularının adıdır." AMEA-nın müxbir üzvü Səfərəli Babayev isə yazır ki, "Dərəşam Culfa rayonu ərazisində, Araz çayının sol sahilində qədim kənd olmuşdur. Onun yaxınlığında Dərəşam mineral bulaqları yerləşir. Bundan başqa, bu oykonimlə üzbəüz Cənubi Azərbaycanda, Araz çayının sağ sahilində də Dərəşam kəndi mövcud olmuşdur. Bizim fikrimizcə, dastanda adı çəkilən Dərəşam Araz çayının sol sahilindəki, Naxçıvan Muxtar Respublikası ərazisindəki Dərəşamdır. … Qardaşların Əlincə qalasından qayıdarkən üzüb keçdikləri Dərəşam suyu – Araz çayıdır."Dastanın məlumatları təsdiq edir ki, Əlincə qalasından yarandığı andan zindan kimi istifadə olunmuşdur. Əlincə qalasından olan zindandan sonralar da istifadə olunmuş, Azərbaycan feodal dövlətlərinin hökmdarları ən əhəmiyyətli dustaqları orada saxlamışlar."Kitabi Dədə Qorqud" dastanı Əlincə qalasının adı çəkilən, elmə məlum olan ən qədim mənbədir. Orada qala ilə əlaqədar verilən məlumatlar Əlincə qalasının tarixi haqqında ilk məlumat kimi çox qiymətlidie. 1300 illik tarixə malik olan "Kitabi Dədə Qorqud" dastanında qalanın adının xatırlanması təsdiq edir ki, Əlincə qalası VII əsrdə mövcud olmuşdur. Bu mənbəyə əsaslanan tədqiqatçılar qalanın əsasının VII əsrdən əvvəl qoyulduğunu qeyd edirlər. Orta əsrlər siyasi tarixi Yazılı mənbələrdə Əlincə qalasının erkən orta əsrlər tarixinə dair məlumata çox az təsadüf edilir. Əbu Bəkr Tehrani "Kitabi Diyarbəkriyyə" əsərində göstərir ki, Abbasi xəlifələrindən Hadi (785–786) və Harun ər-Rəşidin (786–809) hakimiyyəti dövründə Qıpçaq xan gürcülərin əlində olan Əlincə qalasını ələ keçirmişdir. Lakin XII əsrdən başlayaraq tarixi mənbələrdə Əlincə qalasının adı tez-tez çəkilir. Əldə edilmiş materiallarda göstərilir ki, Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının istər hərbi-strateji, istərsə də iqtisadi və siyasi mövqeyi xeyli artmışdı. Həmin qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün bir sığınacaq yeri kimi istifadə olunmuşdur. Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı, Naxçıvan hakimi Zahidə xatunun əsas iqamətgahı həmin dövrdə Əlincə qalasında yerləşirdi və Eldənizlər dövlətinin xəzinəsi burada mühafizə olunurdu. XIII əsrdə Atabəy Müzəffərəddin Özbək Mərkəzi Asiya hökmdarı Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü zamanı müqavimət göstərə bilməyəcəyini başa düşərək bu qalaya sığınmışdır. O, bu qaladan düşmənə qarşı mübarizə aparmaq niyyətində olmuşdur. Lakin Atabəy Özbək 1225-ci ildə Cəlaləddinin işğalçı qoşun dəstələrinə qarşı apardığı döyüş zamanı həlak olmuşdur. Qala haqqında orta əsr tarixçisi Şəhabəddin Məhəmməd ən-Nəsəvinin "Sirat əs-Sultan Cəlaləddin Mənkburnu" adlı əsərində geniş məlumat verilir.Sıldırım dağların başında yerləşən Əlincə qalası alınmaz qala sayılırdı. Hülakülər, Çobanilər və Cəlairilərin basqınları nəticəsində ələ keçirilən saysız xəzinələrin zamanla Əlincə qalasında saxlanılması bununla bağlı idi. Əmir Teymurun qoşunları Əlincə qalasında kəskin müqavimətə rast gəlmişdi. Teymurun qoşunları 1386-cı ildə Azərbaycan torpaqlarına daxil olduğu vaxt Təbrizi tərk etmiş Cəlair əmirlərinin bir qismi Əlincə qalasına toplaşmışdır. Cəlairilər bu qalanın strateji əhəmiyyətini nəzərə alaraq onu həmişə möhkəmləndirməyə çalışırdılar. Cəlairilər dövlətinin xəzinəsi qalada gizlədildiyi üçün Sultan Əhməd Əlincə qalasının müdafiəsini oğlu Məlik Tahirə və sərkərdə Əmir Altuna həvalə etmişdi.Orta əsr tarixçilərindən olan Şərafəddin Əli Yəzdi, Əbdürrəzzaq Səmərqəndi, Həmdullah Mustovfi Qəzvini və başqaları orta əsr siyasi hadisələrində Əlincə qalasının rolundan geniş bəhs etmişdilər.14 illik mübarizədən sonra Əlincə qalasının tutulması müxtəlif mənbələrdə qeyd edilmişdir. Xüsusilə İbn Ərəbşah məlumatlarında qeyd edir ki, "Əlincə qalasının müdafiəsinə təyin olunmuş Əmir Altun ilə Sultan Əhmədin oğlu Məlik Tahirin arasında düşmənçilik baş verir. Nəticədə Əmir Altunun dəstəsi dağılır, özü isə xaincəsinə öldürülür. İstedadlı sərkərdə Əmir Altunun həlak olması və qaladakı iğtişaşlar onun müdafiəçilərinə də mənfi təsir göstərir. Əmirin və əsgərlərin bir hissəsi Məlik Tahirdən üz döndərib qalanı tərk edir. Məlik Tahir isə xəzinəni də yığışdırıb qohumları və yaxın əyanları ilə birlikdə Bağdada qaçır. Teymurilər dövlətinin qoşunları heç bir müqavimətə rast gəlmədən Əlincə qalasına daxil olurlar."Əlincə qalası orta əsrlər dövründə xüsusi hərbi-strateji əhəmiyyətə malik olmuşdur. 1405-ci ildə Əmir Teymur vəfat etdikdən sonra qala təkrarən Cəlairilərin və Qaraqoyunluların əlinə keçmişdir. Teymurun oğlu Sultan Şahruxun silahlı qüvvələrinə qarşı döyüşdə məğlub olmuş və qardaşları tərəfindən xəyanətə uğrayan Qaraqoyunlu İsgəndər öz ailəsi ilə Əlincə qalasında gizlənməyə məcbur olmuşdur. İsgəndər burada öldürülmüş və Cahanşah Əlincə qalasını ələ keçirmişdir.Əlincə qalası müəyyən müddət Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında olmuşdur. Azərbaycanda orta əsrlər dövründə baş verən feodal çəkişmələri və müharibələri nəticəsində Əlincə qalası dağılmış və siyasi hadisələrdəki mövqeyini itirmişdir. Teymurilərin, Ağqoyunluların və Qaraqoyunluların hakimiyyəti dövrü XIV əsrin 80-ci illərində Azərbaycan şəhərləri daha ciddi bir təhlükəyə məruz qaldı. Mərkəzi Asiya əmiri Teymur 1385-ci ildə İranı və Azərbaycanı istila etmək məqsədi ilə böyük yürüşə başladı. O, Təbrizi, Sultaniyyəni ələ keçirdi. Cəlairi hökmdarı Sultan Əhməd bütün əmlakını Təbrizdə qoyaraq qaçmağa məcbur oldu. Həmin il Naxçıvanın yaxınlığında Teymurun əmirlərindən İlyas Xoca ilə Sultan Əhmədin qoşunları arasında kəskin döyüş baş verdi. İlyas Xocanın bu döyüşdə təsadüfən yaralanması Sultanı Əhmədi məğlubiyyətdən xilas etdi. Mərkəzi Asiyada xalq iğtişaşları baş verdiyindən Teymur oraya qayıtmalı oldu. 1386-cı ilin əvvələrində Qızıl Orda hökmdarı Toxtamış xanın 90 min nəfərlik qoşunu Bəy Poladın sərkərdəliyi altında Azərbaycan ərazisinə yürüş etdi. İşğalçılar Naxçıvanı, Təbrizi, Mərəndi, Marağanı ələ keçirərək qarət etdilər. Foma Metsopski həmin hadisədən bəhs edərək yazır ki, "onlar əhalinin bir çoxunu qılıncdan keçirmiş və bir çoxunu əsir etmişdilər." Zeynəddin ibn Həmdullah Qəzvininin verdiyi məlumata görə, Naxçıvan bu dövrdə də yenidən rəhmsizcəsinə dağıldı. Bu vaxt Zaqafqaziya şəhərlərində sürgün və qul edilənlərin sayı 200 minə çatırdı. Lakin yerli əhalinin inadlı mübarizəsi və Teymur qoşunlarının Qızıl Orda malikanələrinə hücumu ilə əlaqədar olaraq, Toxtamış xan Azərbaycan şəhərlərində, o cümlədən Naxçıvanda çox qala bilmədi, gəldiyi yol ilə geri qayıtmağa məcbur oldu. Bu hadisədən az bir müddət sonra 1387-ci ildə Teymurləngin qoşunları Azərbaycanın cənub torpaqlarının çox hissəsini tutaraq, Naxçıvan şəhəri üzərinə hücuma keçdi. Teymurun ordularına onun əmirlərindən İlyas Xoca adlı bir feodal sərkərdəlik edirdi. O, Naxçıvanı ələ keçirsə də şəhərin yaxınlığında möhkəm qala olan Əlincə qalasını tuta bilmədi.1387-ci ildə Əlincə qalası Teymurləngin qoşunları tərəfindən mühasirəyə alındı. Teymuri qoşunlarının hücumları müvəffəqiyyətsizliklə nəticələndi. Cəlairilər bu qalanın strateji əhəmiyyətini nəzər alaraq, onu həmişə möhkəmləndirməyə çalışırdılar. İndi isə Teymuri qoşunlarının hücumu qarşısında qala daha da möhkəmləndirilmişdi. Sultan Əhməd Əlincə qalasının müdafiəsini oğlu Məlik Tahirə həvalə etmişdi. Qalanın qutvalı Əmir Altun idi. Onun sərəncamında üç yüzə yaxın qorçu vardı. Azərbaycanın ayrı-ayrı feodal hakimləri və Gürcüstan dövləti Teymuri qoşunlarına zərbə vurmaq, onun irəliləməsinə imkan verməmək məqsədi ilə, Əlincə qalasının müdafiəçilərinə yaxından köməklik göstərdilər.Şəki hakimi Sidi Əli Orlat 1397–1398-ci ilin qış ayında gürcü qüvvələri ilə ittifaqda Əlincə qalasının müdafiəçilərinin köməyinə gəldi. Qalanın qarşısında Teymuri qoşunları ilə döyüş baş verdi. Vəziyyətin getdikcə kəskinləşdiyini hiss edən Teymuri qoşunlarının başçıları Əmir Teymurun oğlu Miranşaha müraciət edərək ondan kömək istədilər. Miranşah Əlincə qalasının mühasirəsini möhkəmləndirmək məqsədi ilə Xorasandan xüsusi qoşununu gətirərək öz oğlu Əbubəkr Mirzənin sərkərdəliyi altında Əlincə qalasına göndərdi. Şərafəddin Əli Yəzdi və Əbdürrəzzaq Səmərqəndinin yazdıqlarına görə, Əlincə qalası qarşısında hər iki tərəf arasında şiddətli döyüşlər getmişdir. Günlərlə davam edən əlbəyaxa döyüşlər müttəfiqlərin qələbəsi ilə nəticələnmişdir. Əbubəkr Mirzə öz qoşun hissələri ilə geri çəkilməyə məcbur oldu. Əlincə qalası Teymuri qoşunlarının mühasirəsindən xilas oldu.Mənbələr Sidi Əli Orlatın Əlincə qalasının qəhrəmancasına müdafiəsində həlak olduğunu göstərirlər. Əlincə qalasının müdafiəçiləri bir çox çətinliklərə tab gətirərək, müəyyən fasilərlə on dörd il – 1387-ci ildən 1401-ci ilədək mühasirə şəraitində Teymuri qoşunlarına qarşı mübarizə apardılar. Onlar ayrı-ayrı hallarda Teymuri qoşunlarına ağır zərbələr vura bildilər. Teymur Əlincə qalasını tutmaq məqsədi ilə yeni-yeni qüvvələr göndərsə də, heç bir müvəffəqiyyət əldə edə bilmədi.Əlincə qalasındakı qələbə Cənubi Qafqaz ölkələrində böyük ruh yüksəkliyinə səbəb olmuşdu. Azərbaycanın və Gürcüstanın feodal hakimləri öz qüvvələrini cəmləşdirərək mübarizəni davam etdirdilər. Cənubi Qafqaz feodal hakimlərinin vahid cəbhə təşkil etmək cəhdləri Teymuru çəkindirdiyi üçün, o, Əlincə qalasının ətrafında müəyyən miqdarda qoşun saxlayaraq, özünün əsas qüvvələri ilə Ermənistan və Gürcüstan üzərinə hücuma keçdi. 1401-ci ildə Əlincə qalası fəth edildikdən sonra Əmir Teymur öz möhkəmliyi ilə onu heyrətə salan bu qalanı xüsusi ziyarət etmişdi. Başqa şəhərlər kimi bu dövrdə Naxçıvan da Teymurun qoşunları tərəfindən dağıdılmışdı.Teymurilərə qarşı mübarizədə hürufilik təriqətinin banisi Fəzlüllah Nəimi də 1394-cü ildə Naxçıvanda Teymurun oğlu Miranşah tərəfindən öldürüldü. Bu zaman Naxçıvanda Nəiminin tərəfdarları olan hürufilər çox idi. Onları çəkindirmək məqsədi ilə Miranşah Nəimini həbs etdirirək Naxçıvan mahalına gətirmiş və məhz burada qətlinə fərman vermişdi. Hürufilər Miranşaha xüsusi nifrət bəsləyir və ona "Maranşah" deyirdilər. Miranşahın əmri ilə şəhərdəki dini binalardan başqa yerdə qalan tikintilərin çoxu məhv edilmişdi. Naxçıvanın yaxınlığında yerləşən Əlincə qalası uzun müddət Cəlairilərin və Teymurilərin istinadgahı olmuşdu. 1406-cı ilin may ayında Təbriz qazisi İmadəddin hücum edərək Əlincə qalasını dağıtmışdır. Cəlairilər hələ xarici hücumlar olmayanda Naxçıvan əhalisini itaət altında saxlamaq, vergilər toplamaq üçün bir cəza yeri kimi Əlincə qalasından istifadə edirdilər, orada böyük xərclə daim 300 nəfərlik qoşun dəstəsi saxlayırdılar. Onlar hər üç aydan bir maaş və ərzaq alırdılar. Qalanın saxlanılmasına sərf edilən məvacib ağır bir yük kimi rəiyyətin üzərinə düşürdü. 1406-cı il iyul ayının sonlarında Cəlair Sultan Əhməd Təbriz şəhərini aldıqdan sonra, Təbriz qazisi İmadəddin də Sultan Əhmədin tərəfinə keçdi və soyurqal olaraq bütün Naxçıvan mahalını hakimiyyəti altına aldı. Sultan Əhməd Əlincə qalasının möhkəmliyini nəzərə alaraq onun bərpa edilməsi haqqında fərman verdi və bütün xərci ətrafda yaşayan rəiyyətin üzərinə qoydu. 1412-ci ilin sonlarına yaxın Naxçıvan Qaraqoyunlu dövlətinin tərkibinə daxil oldu. Həmin il noyabr ayında Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları ilə Şirvanşah I İbrahim qoşunları arasında Kür çayı sahilində baş vermiş döyüşdə Naxçıvan vilayətinin qeyri-nizami qüvvələri Qara Yusifin tərəfində iştirak etmişdilər. Naxçıvan feodalları bu dövrdə, əsasən, Qaraqoyunlu dövlətinin tərəfində idilər. Lakin Qara Yusifin oğlu Qara İsgəndərin qoşunu Teymurun oğlu Sultan Şahrux (1406–1447) tərəfindən məğlub edildikdən sonra 1429-cu ilin oktyabr ayında Naxçıvan və Əlincə qalası yenidən Teymurilər dövlətinin əlinə keçdi. 1435-ci ilin sonlarında Sultan Şahrux Azərbaycanı tərk etdiyi zaman Əlincə qalası Qara İsgəndərin oğlu Şah Qubadın ixtiyarına keçdi. Həmin il Qara İsgəndər hakimiyyəti geri qaytarmaq üçün qardaşı Cahanşaha qarşı döyüşə qalxdı və məğlub olaraq oğlunun ixtiyarında olan Əlincə qalasına sığınmağa məcbur oldu. Əlincə qalası Qaraqoyunlu Cahanşahın qoşunu tərəfindən mühasirəyə alındı. Bu vaxt İsgəndər oğlu Şah Qubad tərəfindən Əlincə qalasında öldürüldü. Əlincə qalası daha sonra Ağqoyunlularla Qaraqoyunlular arasında gedən mübarizə meydanlarından birinə çevrildi.Əlincə qalasının mühasirəsindən bəhs edən Şərafəddin Əli Yəzdi qeyd edir ki, "Qaraqoyunlu hökmdarların bu qüvvətli qalasını ələ keçirmək üçün Teymurun göndərdiyi qüvvələr əvvəlcə Qara Məhəmmədi, sonra Qara Yusifi orada mühasirəyə salır. Bir ara Əhməd Cəlairin oğlu da buraya pənah gətirir. Atasının adından Azərbaycanı idarə edən Miranşah mühasirəni şiddətləndirərək qalanın xaric ilə əlaqəsini kəsməyə çalışsa da buna nail ola bilmir. Cəlair şahzadəsi gürcülərin köməkliyi ilə qaladan çıxır. Nəhayət bir çox şahzadələrin və böyük əmirlərin komandanlığı altında gətirilən ordu qarşısında on ildən bəri, mühasirə altında olan və pərişan hala gələn qala xalqı, qutval, yəni qalanın mühafizəsinə rəhbərlik edən Seydi Əhməd üsyan edərək təslim olur."1468-ci ildən etibarən Qaraqoyunlular sülaləsi süqut etdikdən sonra, Naxçıvan və eləcə də Əlincə qalası Ağqoyunluların hökmranlıq etdiyi ərazilərə daxil oldu. 1491-ci ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun oğlu Sultan Baysunqur (1490–1492) rəqiblərinə qalib gəldikdən sonra əmirlər tərəfindən hökmdarlığa namizəd göstərilmiş Uzun Həsənin nəvəsi Maqsud bəyin oğlu – Rüstəm Mirzəni Əlincə qalasında zindana saldırdı. Lakin o, 1492-ci ildə həmin qaladan xilas edildi.1496-cı ilin axırlarında Naxçıvan yaxınlığında Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin oğlu Gödək Əhmədin əsas qüvvəsi ilə Rüstəm Mirzənin qoşun dəstələri arasında kəskin və inadlı döyüş baş verdi. Bu döyüşdə Rüstəm Mirzənin hərbi qüvvələri dağıdıldı və özü də əsir götürüldü. Naxçıvan şəhəri və eləcə də Əlincə qalası XV əsrin axırlarına qədər Ağqoyunlu sultanlarının hakimiyyəti altına daxil olmuşdur. Səfəvilər İmperiyasının hakimiyyəti dövrü Əlincə qalası Səfəvilər İmperiyası dövründə də öz əhəmiyyətini qoruyub saxlamışdır. Səfəvilər dövlətinin yaranması ilə ölkədə sabitlik və əmin-amanlıq gücləndi. Əlincə qalasında daha çox müdafiə xarakterli olduğundan onun əhəmiyyəti ölkəyə xarici hücumlar və ölkədaxili müxalif qüvvələrin qarşıdurmaları zamanı artırdı. Səfəvilər dövləti mövcud olduğu dövrdə həmişə sabitlik olmamış bölgə ərazisi dəfələrlə Osmanlı-Səfəvi qoşunlarının döyüş meydanına çevrilmişdir. Bu zaman qala hərbi qüvvələrin əsas qərargah yeri olmuşdur. Əvvəlki əsrlərdə olduğu kimi yenə də hücum edən tərəflər qalanın fəth edilməsinə xüsusi önəm vermişdilər. Osmanlılarla Səfəvilərin ilk böyük müharibəsi – 23 avqust 1514-cü ildə baş verən Çaldıran döyüşü zamanı Osmanlılar Təbrizi tutduqdan sonra geri dönərkən Naxçıvan bölgəsini də ələ keçirmişlər. Həmin vaxt onlar Əlincə qalasını da tutmuşdular. Osmanlı mənbələrindən olan "Çaldıran ruznaməsi" əsərində Osmanlı qoşunlarının Naxçıvan tutması belə təsvir edilmişdi: "29 rəcəb (20 sentyabr 1514-cü il) çərşənbə günü Araz çayını keçib, Əlincə qalasının yuxarı tərəfində Kəsikgümbəzə çatdılar. 30 rəcəb, cümə axşamı günündə Naxçıvan şəhəri tutdu."1534-cü ilin yayında baş vəzir və qoşun başçısı İbrahim Paşanın rəhbərliyi ilə Səfəvilər üzərinə hücum edən Osmanlı qoşunu Təbrizi ələ keçirdikdən sonra Əlincə qalasını tutmaq üçün Xosrov Paşanı Naxçıvana göndərdi. Bu zaman Səfəvi torpaqlarını ələ keçirən baş vəzirin qeydlərindən aydın olur ki, onların hücumları zamanı Azərbaycan ərazisində üç yerdə daha çox mübarizə aparmalı olmuşdular ki, bunlar Araz çayının solundakı Əlincə, Urmiya gölünün şimal-qərbindəki Göyərçinlik və Urmiya gölünün cənub-şərqindəki Sarıkurqan qalaları olmuşdur. O, Əlincəçay üzərində yerləşən qalanın çox sərt olduğunu və alınmazlığı ilə tanındığını xüsusi olaraq vurğulamışdır. Səfəvi mənbələrindən Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əsərində də Azərbaycanın strateji baxımdan əhəmiyyətli qalalarından bəhs edilərkən Gülüstan, Gələrsən-Görərsən və digər qalaların sırasında Əlincə qalasının da xüsusi əhəmiyyət kəsb etdiyi göstərilmişdir. Səfəvilərin müdaxiləsində Əlincə qalasının xüsusi yeri olmuşdur.Sözügedən dövrdə Səfəvilər dövlətinin zindanlarından biri də Əlincə qalasında yerləşirdi. Belə ki, 1534-cü ildə divanın yüksək vəzifəli məmurlarından sayılan Əhməd bəy Nur Kamal vəzifəsindən kənarlaşdırıldıqdan sonra, əmlakı müsadirə olundu, qardaşları ilə birlikdə Əlincə qalasına salındı. Yüksək vəzifəli məmurun Əlincə qalasında dustaq edilməsi həmin vaxt qalada həm də etibarlı dustaqxananın yerləşdiyini göstərir. Qalalarda, o cümlədən də Əlincə qalasında zindanların olması hələ əvvəlki əsrlərdə də mövcud olmuşdur. Belə ki, 1491-ci ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun oğlu Sultan Baysunqur lələsi Sufi Xəlilin köməyi ilə rəqibləri Məsih Mirzə və Mahmuda qalib gəldikdən sonra, əmirlər tərəfindən padişahlığa namizəd göstərilmiş Rüstəm Mirzəni Əlincə qalasında zindana salınmışdı.1583-cü ilin avqust ayında Osmanlıların Şərq yürüşünün yeni hərbi rəhbəri Fərhad Paşa 70–80 min nəfərlik qoşunla Azərbaycana hücum edərkən Osmanlıların üstün qüvvələrini görən Çuxursəəd bəylərbəyi Məhəmmədi xan Toxmaq Ustaclı Osmanlı ordusuna qarşı durmağı öz qüvvələrinin imkanı xaricində olduğunu görüb, İrəvanı tərk edərək, Naxçıvana çəkildi. İsgəndər bəy Münşi göstərir ki, o Naxçıvana gəldiyi zaman qazilərin arvad-uşaqlarını Əlincə qalasında yerləşdirdi. 1578–1590-cı illər Osmanlı-Səfəvilər müharibəsi zamanı da Əlincə qalası öz müdafiə xarakterini davam etdirirdi.XVI əsrin sonu XVII əsrin əvvələrində – 1588–1603-cü illərdə digər Azərbaycan bölgələri kimi Naxçıvan da Osmanlı idarəçiliyində olmuşdur. Osmanlı inzibati ərazi bölgüsünə görə qala İrəvan əyalətinə tabe olan Naxçıvan sancağının Əlincə nahiyəsinin tərkibinə daxil olmuşdur. 1603-cü ildə Şah I Abbas Təbrizi Osmanlılardan geri aldıqdan sonra hərbi və iqtisadı baxımdan əhəmiyyətli olan Naxçıvan üzərinə hərəkət etmişdir. Bu zaman Culfa və Əlincə qalası azad edildikdən sonra Səfəvi qoşunları Naxçıvan şəhərinə doğru hərəkət etmişlər. Sonrakı döyüşlərdə Əmirgünə xan Qacar öz qoşunu ilə qalada yerləşərək buradan hələ yolda olan Osmanlılara qarşı hərbi əməliyyatlar həyata keçirilmişdir.Səfəvilərin son dövründə Əlincə qalası yenə Osmanlı idarəçiliyində olmuşdur. Belə ki, 1724-cü ildə Azərbaycan torpaqlarını tutan Osmanlı dövləti burada yenidən öz inzibati-idarə üsulunu qurmuşdur. Qala əvvəlki kimi yenə də yaradılan Naxçıvan sancağının Əlincə nahiyəsinin tərkibində olmuşdur. Bu zaman qala və ətrafındakı torpaqlardan geniş şəkildə istifadə olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndən aydın olur ki, yerli əhali burada əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul olmuşdur.Ümumiyyətlə, Səfəvilər dövründə Əlincə qalası yenə də əvvəlki kimi müdafiə baxımından çox əhəmiyyətli olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, "burada olan bir sıra memarlıq nümunələri – müdafiə tikililəri, qapılar və s. Səfəvilər dövründə inşa edilmişdir." Bu isə əvvəlki əsrlərdən fərqli olaraq Səfəvilər dövründə qalaya daha çox önəm verildiyini göstərir. Memarlıq xüsusiyyətləri Daxili-xarici memarlığı və müdafiə sistemləri Qala ilk öncə özünün qeyri-adi görünüşü ilə heyrətləndirici dərəcədə görünür. Əlincə qalasının divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş kərpicdən istifadə olunmuşdur. Divarların bünövrəsinə adətən iri yonulmuş daşlar qoyulmuşdur. Əlincə qalasının təsviri ilə bağlı müxtəlif məlumatlar verilmişdir. Qalanın bəzən iki, bəzən isə üç qapısı olması ilə bağlı fikirlər mövcuddur. Lakin şimal divarlardakı ehtimal olunan keçid tamamilə dağıldığından burada giriş olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. Ehtimal ki, bu istiqamətdən də giriş olmuşdur. Çünki qala divarlarının xaricində bir neçə yerdə qalada qazılmış, əsgərlərin yerləşdiyi səkilərə rast gəlmək mümkündür.Şərq və qərb girişlər kifayət qədər yaxşı saxlanılmışdır. Qalanın şərq qapısı Xanəgah kəndi ərazisindədir. Ehtimal ki, bu qapı qalanın əsas girişi olmuşdur. Çünki bu istiqamətdə Əlincə dağının ətəyində böyük yaşayış yeri mövcud olmuşdur. Şübhəsiz ki, qalanın müdafiəçilərinin bu yaşayış yeri ilə sıx əlaqəsi olmuşdur. Burada dördkünc formalı yaşayış binalarının qalıqları indi də qalmaqdadır. Bu hissədə səkkiz müdafiə istehkamının qalıqları indi də mövcuddur. Qalanın əsas su mənbələrindən biri olan üç quyulu böyük kəhriz də məhz buradadır.Yamac boyunca səpələnən daş yığınları müdafiə divarlarının daha çox olduğunu nümayiş etdirmişdir. Bunu Mirheydərzadənin XX əsrin 30-cu illərində verdiyi məlumatda təsdiq etmişdir. Mir Bağır Mirheydərzadə verdiyi məlumatda qeyd edir ki, "hər 20–25 addımdan bir müdafiə divarlarının qalıqlarına rast gəlinir. Əlincə dağının ətəyində yerləşən yaşayış yerini əhatə edən müdafiə divarının qalıqları hazırda qalmaqdadır. Eni 2,5 metr olan divarlar bəzi yerlərdə 2–3 metr hündürlükdə qalmışdır." Tədqiqatçılar belə hesab edirlər ki, bu divar Əlincə qalasının ilk müdafiə istehkamı olmuşdur. İri və orta həcmli daşlardan inşa olunan divarın möhkəmləndirilməsi üçün düz bucaqlı çıxıntılardan istifadə olunmuşdur. Bu tip memarlıq üslubu qalanın, demək olar ki, əksər divarlarında mövcuddur.Qakanın zirvəsinə doğru iki tərəfdən sıldırım qayalarla qorunan dərə dağıldığından müdafiə divarlarının uzunluğu azalmışdır. Dərə boyunca bir birinin ardınca inşa olunan möhkəm divarlar vardır. Divarlar başlıca olaraq Əlincə dağının öz daşlarından inşa olunmuş, bərkidici məhlul olaraq əhəng məhlulundan istifadə olunmuşdur. Divarların çox aşınmaya məruz qalmasına baxmayaraq bəzi hissələrdə saxlanan memarlıq elementləri müdafiə divarlarının estetik görüntüsü haqqında təsəvvür yaradır. Bu qalıqlara əsasən tədqiqatçılar qeyd edirlər ki, divarlar inşa edildikdən sonra yaxşı yonulmuş daşlarla üzlənmişdir. Üzləmə məqsədi ilə daha çox müxtəlif həcmli kvadrat formalı daşlar seçilmişdir. Amma bəzən iri həcmli yonulmuş daşlardan da istifadə olunmuşdur. Bu hissədə olan divarlar başlıca olaraq düz, bəzən isə düzbucaqlı ziqzaq şəkilli əyilmələrdən ibarətdir.Bu istiqamətlə qalxarkən dağın şimal-şərq hissəsində qalanın müdafiəsi üçün təhlükə olan yerə əlavə müdafiə divarı çəkilmişdir. Burada yarımdairəvi bürclərin qalıqları da vardır. Ümumiyyətlə, Əlincə qalasının müdafiə divarlarında yarımdairəvi bürclər çox azdır. Qalanın bu hissəsi bir birinin 2,5 metr yaxınlığında olan iki divarla möhkəmləndirilmiş, divarların arası yaşayış sahəsi kimi istifadə olunmuşdur. Bu tikintilərin yaxınlığında həmçinin su hovuzlarının da qalıqları qalmaqdadır. Araşdırmalar göstərir ki, qalanın müdafiəsinin etibarlı olmasını təmin etmək məqsədi ilə müdafiə divarları ilə yanaşı müdafiəçilərin su, ərzaq və sursatla təminatına da xüsusi fikir verilmişdir.Qalanın şərq tərəfdə çəkilən sonuncu divarı giriş qapısının ətrafındadır. Bu divar sərt qayada açılmış oyuqlara söykənən, relyefə uyğun inşa edilən və heç bir memarlıq elementi olmayan düz divardan ibarətdir. Bu müdafiə divarı boyunca dördkünc formalı binalar inşa olunmuşdur. Binalar qalanın şərq qapısının müdafiəçiləri üçün nəzərdə tutulmuşdur. Müdafiə istehkamının yaxınlığında iki böyük su hovuzunun olması da bu qapının mühüm strateji əhəmiyyətə malik olduğunu təsdiq edir. Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Əlincə qalası əsasən üç geniş sahədən ibarət olmuşdur. Təsvir edilən sahə qalanın üç hissəsindən biri olmaqla yanaşı yalnız müdafiə məqsədi daşımış və əsgərlərin yerləşdiyi sahələrdən biri olmuşdur. Buradan qalanın mərkəzi hissəsinə yenmək üçün ayaq yerləri və pillələr düzəldilmişdir.Qalanın kiçik şəhərciyi xatırladan mərkəzi hissəsində bişmiş kərpic və daşdan tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Qalanın ən böyük sahəsi olan bu hissədə yaşayış binaları və ictimai binaların qalıqları daha çoxdur. Təmir-bərpa işləri zamanı binaların bəzilərində axur qalıqlarının aşkar olunması binalardan bir qisminin heyvanların saxlanılması məqsədilə istifadə olunduğunu göstərir. Binalarda təndir qalıqları, əl dəyirmanları da aşkar olunmuşdur. Qaladakı su hovuzlarının böyük qismi məhz bu hissədədir. Bu da mərkəzi hissədə əhalinin daha çox məskunlaşdığını göstərir. Mərkəzi hissəyə həmçinin qərb tərəfdə, Xanəgah-Qazançı yolu istiqamətindən qalxmaq mümkün olduğu üçün bu hissə də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Bu hissədə üç müdafiə divarının qalığı qeydə alınmışdır. Ehtimal ki, əvvəlki dövrlərdə müdafiə istehkamlarının sayı daha çox olmuşdur.Divarlar başlıca olaraq qaya parçalarından inşa olunmuş və yonulmuş daşlarla üzlənmişdir. Qalın divarlara yığışan suyun kənara çıxması üçün divarların müxtəlif hissəsində dördkünc formalı oyuqlar qoyulmuşdur ki, bunlar həm də divarların memarlıq bəzəyinə çevrilmişdir.Qalanın qərb girişi dördkünc formalı bürclər və ziqzaq çıxıntılarla möhkəmləndirilmişdir. Divarlar başlıca olaraq daşdan, girişin yan tərəfləri isə bişmiş kərpicdən inşa olunmuşdur. Bu hissədə müdafiəni möhkəmləndirmək üçün həmçinin labirintlərdən istifadə olunmuşdur. Bu hissədə qalanın üç müdafiə divarı olmuşdur.Əlincə qalası Azərbaycanın və Yaxın Şərqin yüzillər boyu müxtəlif hakim sülalələrinin hakimiyyəti altında olsa da tarixi mənbələrdə daha çox Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı Əlincə qalasında olmuşdur. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu zamanı Eldənizlər hökmdarı atabəy Özbək (1210–1225) Əlincə qalasına sığınmış və burada vəfat etmişdir. Əlincə qalasında olan saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə bərpa edilmişdir. Hazırkı dövrdə qalıqları qalan Əlincə qalasında uzun müddətli hücumlara dözüm üçün hərbi-strateji və maddi-iqtisadi imkanlar mövcud olmuşdur.El içində qaladan Əlincəçaya gizli yolun olması da söylənilir. Bu haqda Mehmed Fuad Köprülünün də əsərində məlumat verilir. Araşdırmalar göstərir ki, Əlincə qalasının özünəməxsus müdafiə sistemi bütün mövsümlərdə burada yaşamağa imkan vermişdir.Əlincə qalasındakı memarlıq üslubu Naxçıvanda qədim dövrdən məlum olmaqla, Qazançı qalası, Vayxır qalası və Oğlan qalasında geniş tətbiq edilmişdir. Bu memarlıq üslubu, Erkən Orta əsrlərə aid Dərbənd və Bayburt qalalarında da müşahidə olunur. Əlincə qalasının memarlıq xüsusiyyətləri Xanəgah kəndi istiqamətində inşa olunan divarlarda da görünməkdədir. Bu memarlıq üslubunun bənzərlərinə Cənubi Azərbaycan ərazisində rast gəlinmişdir.Əlincə qalası barədə XV əsrdə yaşamış İspaniya səfiri Ryu Qonzales dö Klavixo öz gündəliyində belə yazmışdır: "Əlincə qalası yüksək və sıldırım bir dağ üzərində yerləşərək divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində dağ yamaclarının aşağı hissəsində üzümlüklər, bağlar, tarlalar, otlaqlar, bulaqlar və hovuzlar var idi. Qəsr və qalaça dağın başında yerləşir. Əlincə qalasının əzəmətli hasarı dağın ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun "kiçik bir şəhərciyi" xatırladan zirvəsini tamamilə əhatə edir. Qala üç geniş sahədən ibarətdir. Birinci sahədən ikinci və üçüncü sahələrə qalxmaq üçün daş pillələr vardır. Burada olan feodallara məxsus gözəl saray və tikintilərin qalıqları XIX əsrdə də təsvir olunmuşdur."Rus alimi İ. Şeblık XX əsrin 30–40-cı illərində burada apardığı müşahiədələr nəticəsində belə fikrə gəlmişdir ki, "qaladakı binalar dəfələrlə dağıdılmış və yenidən bərpa olunmuşdur." Şahtaxtı içqalası Dağın ən uca yerində Əlincə qalasının iç qalası yerləşir. Bu içqalanı yerli əhali "Şahtaxtı içqalası" adlandırır. Buranın Şahtaxtı olaraq adlandırılması təsadüfi deyildir. Tədqiqatçılar hökmdarların qalanın məhz bu hissəsində yerləşdiyini qeyd etmişlər. Şahtaxtı içqalası dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Mərkəzi hissədən içqalaya yalnız sıldırım qayalıqsan keçərək getmək mümkündür. Vaxtilə keçidi asanlaşdırmaq üçün qayada eni 30–40 sm olan dar cığır yonulmuşdu. Hazırda bu cığır təbii aşınmaya məruz qalaraq dağıdılmışdır. Hakimlərin, o cümlədən Eldənizlər dövləti hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşmişdir. Əlincə qalasının divarları və qalanın daxilində yerləşən tikililərdə yüksək tikinti mədəniyyəti, qala tikintisi üçün qeyri-adi sayılan incə işlənmiş daş ayrıntılar görünür.Şahtaxtı içqalasını şimaldan müdafiə etmək üçün üç müdafiə istehkamı inşa edilmişdir. Birinci müdafiə istehkamı, şimalda, Qazançı kəndi istiqamətindədir. Daşdan inşa edilən divarlar başlıca olaraq əhəng məhlulu, bəzən isə palçıqla möhkəmləndirilmişdir. Divarların hündürlüyü bəzi yerlərdə 4–5 metrə çatır. Divarın qərb qurtaracağı dördkünc formalı bürc həmçinin əsgərlərin yaşayış sahəsi kimi istifadə olunmuşdur. Qala divarının xaricində əsgərlərin durması üçün səkilər düzəldilmişdir. Bu divardan içqalaya doğru, sərt qayaların üzəri ilə, ensiz yol düzəldilmişdir.İkinci müdafiə sistemi şimal-şərqdə, Xanəgah kəndi istiqamətindədir. Burada qalaya qalxmaq çox çətin olsa da, qalanın müdafiəçiləri ehtiyatı əldən verməyərək buranı divarla möhkəmləndirmişlər. Divarların hörgüsündə yenə də daş və əhəng məhlulu istifadə olunmuşdur. Bu divar yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir.Üçüncü divar Şahtaxtı içqalasının binalarını əhatə etmiş, binalarla su hovuzunun arasında inşa olunmuşdur. İçqalada dörd böyük hovuza rast gəlinmişdir. Bu hovuzların biri öz həcminə görə Əlincə qalasının ən böyük hovuzu hesab olunur. Onun uzunluğu 25 metrdir. İçqaladakı binaların tikintisində bişmiş kərpicdən daha çox istifadə olunmuşdur. Buradakı böyük və kiçik otaqlar dar keçid vasitəsilə bir-biri ilə əlaqələndirilmişdir. Hidrotexniki qurğular Naxçıvan Muxtar Respublikasının əlverişli təbii-coğrafi mövqeyi və iqlimi qədim dövrlərdən bu ərazinin məskunlaşmasına, müxtəlif yaşayış yerlərinin və süni suvarma qurğularının inşa olunmasına imkan yaratmışdır. Qədim əkinçilik mədəniyyətlərinin formalaşmasında hidrotexnik qurğuların böyük əhəmiyyəti olmuşdur. Məlum olduğu kimi, hələ Eneolit dövrü və Erkən Tunc dövründə Naxçıvanın qədim sakinləri dağ ç1aylarının qarşısını kəsərək onları ətraf ərazilərə çıxarmış və əkinləri suvarmışlar. Əmək alətlərinin inkişafı və məhsuldar torpaqların mənimsənilməsinə ehtiyac süni suvarmaya tələbatı daha da artırmış, insanları yeni su mənbələri kəşf etməyə məcbur etmiş, daha mürəkkəb hidrotexniki qurğuların inşasına təkan vermişdir. Belə qurğulardan biri də dağ çaylarının suyunun məhsuldar torpaqlara çıxaran kanallar idi. Onlar hamısı indiyədək qalmışdır.Hal-hazırkı dövrə qədər yaxşı qalan hidrotexniki qurğuların bir hissəsi Əlincə qalasında mövcuddur. Əlincə qalasının hidrotexniki qurğuları iki qrupa bölünür. Birinci qrup qurğular qayada çapılmış su hovuzlarından ibarətdir. Bu hovuzlara su qayada çapılmış kanallar vasitəsilə gətirilmişdir. Qayada relyefə uyğun olaraq qazılan kiçik kanallar yağan yağış sularının toplanmasına imkan verir. Həcmcə olduqca böyük olan su hovuzları qala sakinlərinin uzun müddət suya olan tələbatını ödəmişdir.Su hovuzları başlıca olaraq Narınqalada inşa edilmişdir. Lakin bəzi hallarda Narınqaladan kənarda olan su hovuzlarına da rast gəlmək mümkündür. Hovuzların başlıca olaraq Narınqalada inşa edilməsi, şübhəsiz ki, həm su mənbələrinin qorunmasını, həm də onların idarə orqanlarının nəzarətində qalmasını təmin etmişdir. Su hovuzları başlıca olaraq dördkünc formalıdır. Lakin hovuzların biri dairəvi formalıdır. Hovuzlar həcmcə müxtəlifdir. Yağış sularını daha çox toplamaq mümkün olan hissələrdə, xüsusilə hündür qayaların ətəyində hovuzlar daha böyük olmuşdur.Hovuzların qazılma texnikası demək olar ki, eynidir. Əvvəlcə hovuzlar üçün insanların gedə biləcəyi əlverişli mövqelər seçilmişdir. Daha sonra qayanın çapılması yolu ilə inşa edilmişdir. Dördkünc formalı hovuzların daha çox üç hissəsi qayada çapılmış, ön tərəf isə bir qədər dərinləşdirildikdən sonra bəndlə möhkəmləndirilmişdir. Bu cür inşaat relyeflə bağlı olmuş, hovuzlara əmək sərfini bir qədər azaltmış və onların inşasını səmərəli etmişdir. Bəzi hovuzlar bütövlükdə qayanın içərisində qazılmışdır. Hovuzların qazılması üçün başlıca olaraq dəmir külünglərdən istifadə edilmişdir. Üçbucaq formalı bu tip külünglər 2014–2015-ci illərin bərpa və təmir işləri zamanı Əlincə qalasından aşkar olunmuşdur. Araşdırmalar göstərir ki, sərt materialların, xüsusilə daşın işlənməsi və formaya salınmasında dəmir baltalar da mühüm yer tutmuşdur. Belə baltalardan Oğlan qalasının qala divarlarının daşlarını işləmək üçün istifadə olunmuşdur. Su hovuzlarının ideal şəkildə hamarlanmış divarları göstərir ki, onların inşasında daş baltalardan istifadə də əsas yer tutmuşdur. Şübhəsiz ki, qazılmış süxurların hovuzdan çıxarılması və daşınması üçün kəndir, keçə bel qarmaq, ağac vedrələrdən istifadə olunmuşdur.Narınqalada mövcud olan su hovuzları başlıca olaraq iki yerdə – "Şahtaxtı" adlanan yuxarı hissədə və ondan aşağıdakı səkidə inşa edilmişdir. Şahtaxtı hissəsində olan hovuzların biri xüsusilə böyükdür. Onun uzunluğu 25 metr, eni 5 metr, dərinliyi 2–3 metr arasındadır. Hovuzun ön tərəfi əhəng məhlulu ilə bərkidilən daşlardan inşa olunmuş divarla möhkəmləndirilmişdir. Bu tikinti texnikası digər hovuzlar üçün də xarakterikdir. Şahtaxtı hissəsində mövcud olan digər hovuzlar kiçik həcmlidir. Bu hissədə natamam hovuzlara da rast gəlinir.Narınqalanın mərkəzi hissəsində tikinti çox olduğu kimi, su hovuzları da çoxdur. Narınqalaya sığınan əhali, xüsusilə əsgərlərin böyük bir hissəsi bu hissədə yaşamışdır. Əsgərlərə lazım olan yük və minik heyvanları da bu hissədə saxlandığı üçün suya tələbat çox olmuşdur. Su hovuzları daha çox bu hissədə qazılmışdır. Abidənin bu hissəsində də natamam qalan hovuzlara rast gəlmək mümkündür. Mövcud hovuzlar suya tələbatı ödəmədiyi üçün yeni hovuzların tikilməsinə ehtiyac olmuşdur. Bu hissədə mövcud olan su hovuzlarından birinin uzunluğu 23 metr, eni 4 metr, dərinliyi 3–4 metr arasındadır.Hovuzlara su qayada qazılmış kanallar vasitəsilə gətirilmişdir. Bu kanalların eni 20–25 sm, dərinliyi 15–20 sm arasındadır. Kanallar elə qazılmışdır ki, yağış zamanı su itkisinin qarşısı maksimum alınmışdır. Vəli Baxşəliyev ehtimal edir ki, "bu isə qala müdafiəçilərinin hər damla suya ehtiyacları olduğunu göstərən faktlardan biridir." Bir hovuz iki, yaxud üç kanal vasitəsilə su ilə təmin edilmişdir. Bir hovuzu təmin edən su kanallarının uzunluğu bəzən 200 metrə çatır.Əhalinin suya tələbatını ödəmək məqsədilə inşa olunan hidrotexniki qurğulardan biri də kəhrizlərdir. Çünki, qala sakinləri nə qədər cəhd etsələr də yağış zamanı su itkisinin qarşısını tamamilə ala bilməmişdilər. Buna görə də yeraltına gedən suları da toplamağa ehtiyac yaranmışdır. Onlar bunu kəhriz sistemi vasitəsilə həyata keçirmişlər. Əlincə qalasında indiyə qədər iki kəhriz aşkar olunmuşdur. Kəhrizlərin hər iksi Narınqaladan kənarda yerləşir.Birinci kəhriz Qazançı yolundan qalaya daxil olan qərb girişi yaxınlığındadır. Təbii eroziya zamanı ehtimal olunan quyular tamamilə örtüldüyü üçün onların yerini müəyyən etmək mümkün olmamışdır. Bu kəhrizin yalnız çıxışı aşkar olunmuşdur. Kəhrizin girişi sal daşlardan dördkünc formada inşa olunmuş, suyun axması üçün eni 60 sm, uzunluğu 2 metr olan kanal düzəldilmişdir. Uçqunun qarşısını almaq məqsədilə çıxışın ətrafı nalşəkilli formada dəstək divarı ilə əhatə olunmuşdu. Hal-hazırda bu kəhrizin girişi bərpa edilərək daha da abadlaşdırılmışdır. Yaz vaxtı kiçik dağ çayına bənzəyən bu kəhriz əhalinin tələbatını tamamilə ödəmişdir. Quraqlıq olanda, xüsusilə yay fəslinin isti günlərində bu kəhriz quruyur.İkinci kəhriz qalanın şərq girişi istiqamətində, Əlincə qalasının yerləşdiyi dağın ətəyindədir. Bu kəhrizin suyundan hazırda istifadə olunur və xalq arasında "yuxarı çeşmə" adlanır. Birinci kəhrizdən fərqli olaraq bu kəhrizin quyuları da aşkar olunmuşdur. Naxçıvanda rast gəlinən orta əsr kəhrizlərinin quyuları dairəvi formalı olduğu halda, bu kəhrizin quyularının üst qismi otaq şəklindədir. Bu, quyuların istifadəsi ilə bağlı olmuşdur. Kəhrizin üç quyusunun olduğu müəyyən olmuşdur. Şaquli qazılan orta əsr kəhriz quyularından fərqli olaraq bu kəhrizin baş quyusu təxminən 45 dərəcə bucaq altında qazılmışdır. Quyu 8 metr dərinlikdən sonra uzunluğu 9–10 metr olan qayaaltı boşluğa daxil olur. Bu boşluqda 3–4 nəfər rahat yerləşə bilərdi. Boşluğun baş tərəfində qaya çapılaraq 0,6 metr dərinliyə salınmış, hovuz düzəldilmişdir ki, yeraltı sular buraya toplansın. Bu hovuz yeraltı suları bir yerə toplamağa imkan vermişdir. Toplanan su saxsıdan düzəldilmiş kiçik novlar və saxsı borular vasitəsilə aşağıya ötürülmüşdür. Sonuncu quyunun divarında su səviyyəsinə enən pillələr yaradılmışdır. Bu pillələrlə quyuya yenən adam quyuda qoyulmuş sutoplayıcının qarşısına sipər qoymaqla suyu sağa, sola və aşağıya buraxa bilmişdir. Üç istiqamətli paylayıcının olması kəhrizin üç çıxışının olmasına işarə edir. Hal-hazırda yalnız bir çıxışdan istifadə edilir.Kəhriz sularının çıxışı yaşayış məntəqəsinə aid evlərinin içərisində yerləşdiyi üçün Əlincə qalasını mühasirə edən düşmənin qala ətəyində su mənbəyi olmasından xəbəri olmamışdır. 2006-cı ildə qalada aparılan araşdırmalarda dağın bu hissəsinin də qala divarı ilə əhatə olunduğu göstərilmişdir. Qala divarı boyunca və onun içərisində yaşayış binalarının qalıqları var idi. Araşdırmalara əsasən qeyd edilmişdir ki, düşmən hücumu zamanı ətrafda yaşayan əhali qalanın bu hissəsində sığınacaq tapmışdır. Şübhəsiz ki, bu kəhrizin suyundan mülki əhali də istifadə etmişdir. Digər tərəfdən dağın ətəyində yerləşdiyi üçün bu kəhrizin suyu daha gec quruyur, yağıntı bol olduqda isə su kəsilir. Bu səbəbdən qalada qıtlıq olduqda gecələr qaladan yenən əsgərlər kəhriz suyunu tuluqlara dolduraraq apardılar.Əlincə qalası ətrafında aparılan araşdırmalar zamanı yaşayış məntəqələrinin su ilə təmin olunması məqsədi ilə su kanallarından və bəndlərdən də geniş istifadə olunmuşdur. 2008-ci ildə aparılan araşdırmalar zamanı Culfa rayonunun Dizə kəndi yaxınlığında qədim su kanallarının qalıqları aşkar edilmişdir. Su kanalları Cərəcür çayının suyunun Dizə kəndi ətrafındakı torpaqlara çıxarmaq üçün çəkilmişdir. Çayın qabağı kəsilərək su torpaqda qazılmış kanala yönəldilmişdir. Kanalın suyunun dağın ətəyindən keçirmək üçün mürəkkəb hidrotexniki qurğu inşa olunmuşdur. Qurğu çayın və sel suyunun qarşısını almaq üçün qaya parçalarından hörülən hündür divardan ibarətdir. Divarın hündürlüyü bəzi yerlərdə 4 metrdən artıq olmuşdur. Aparılan araşdırmalar zamanı sel sularının axması üçün divarda xüsusi novdanların qoyulduğu aşkar edilmişdir. Araşdırmalar zamanı kanalın ətrafında salınan mövsümi yaşayış yerindən eramızın ilk əsrlərinə aid çəhrayı rəngdə hazırlanmış, qırmızı cilalı keramika nümunələri tapılmışdır. Keramika nümunələrinin bir qismi isə orta əsrlər dövrünə aiddir. Demək olar ki, su kanalı eramızın əvvələrindən orta əsrlərədək istifadə edilmişdir. Hazırda su kanalı yerli əhali tərəfindən bərpa edilərək yenidən istifadəyə verilmişdir.Araşdırmalar göstərir ki, Naxçıvanın, o cümlədən Əlincə qalası və onun ətrafında yaşayan əhali qədim dövrlərdən başlayaraq süni suvarmaya ehtiyac hiss etmiş və bəndlər, su kanalları inşa etmişdir. Bu da bölgənin iqtisadi inkişafında önəmli rol oynamışdır. Əlincə qalasının su sistemi isə qalanın uzun müddət mühasirədə qalmasını təmin edən əsas şərtlərdən biri olmuşdur. Qalanın rəisləri Əlincə qalasının Əmir Teymur qoşunları tərəfindən 14 illik mühasirəsi zamanı qalanın müdafiəsinə bir-birinin ardınca bir neçə qala rəisi rəhbərlik etmişdir. Bu sərkərdələrdən birincisi mühasirənin başlandığı 1387-ci ildən 1390-cı ilin sonlarına qədər müdafiəyə rəhbərlik edən Xacə Cövhərdir. Orta əsr mənbələrində bəzən Cövhər ağa, Cövhər xadim kimi xatırlanan Xacə Cövhər Əmir Teymur qoşunlarının Əlincə qalasını mühasirəyə aldığı vaxt qalanın kutvalı olmuşdur. O, özünün qəhrəmanlığı və şücaəti ilə seçilmiş və qala əhalisi arasında hörmət qazanmışdır. Teymuri qoşunlarının Əlincə qalasını mühasirəyə aldığı ilk vaxtlarda qala Xacə Cövhərin rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuşdur.Azərbaycanın feodal hakimləri Teymurilər dövləti qoşunlarının təhlükəsini düzgün qiymətləndirərək ona zərbə vurmaq və irəliləməsinə imkan verməmək məqsədi ilə Əlincə qalasının müdafiəsinə yaxından kömək edirdilər. Teymuri qoşunları ilə qala müdafiəçiləri arasında 1388–1389-cu illərin qışında baş verən döyüşdə Teymuri qoşunları qalanın aşağı səngərlərini ələ keçirsələr də, qala müdafiəçiləri Xacə Cövhərin rəhbərliyi ilə qalanın yuxarı hissəsinə çəkilərək müdafiəni davam etdirmişlər. Lakin bu zaman qalada su ehtiyatı qurtardığı üçün Əmir Teymurla danışığa başlamağa məcbur olmuşlar. Əmir Teymur qalanın təslim olacağını fikirləşib qoşunu qalanın ətəklərinə endirmişdir. Lakin bu zaman yağan güclü leysan qalanın bütün hovuzlarını su ilə doldurmuşdur. Bunu görən Xacə Cövhər qalanın təslim edilməsi fikrindən əl çəkmiş və müdafiəni davam etdirməyə başlamışfır. Teymur qalanın mühasirəsini daha da gücləndirsə də, müttəfiqlərin zərbəsi ilə geri çəkilməyə məcbur olmuşdur. Sərkərdə 11 noyabr 1390-cı il tarixində, Ramazan bayramı günündə taun xəstəliyindən vəfat etmiş və Əmir Altun onun canişini olmuşdur.Xacə Cövhər vəfat etdikdən sonra Əlincə qalasının kutvalı Əmir Altun olmuş və qalanın Teymuri qoşunlarından müdafiəsinə rəhbərlik etmişdir. Əmir Altun Xacə Cövhərin ən yaxın silahdaşlarından biri kimi onun tapşırığı ilə bir sıra yürüşlərə rəhbərlik etmişdir. Əməliyyatlara uğurla rəhbərlik edən Əmir Altun qəhrəmanlığı ilə sərkərdə kimi qala müdafiəçiləri arasında nüfuz və hörmət qazanmışdır. Bəzi mənbələrdə onun Xacə Cövhərlə birlikdə Əlincə qalasının müdafiəsinə rəhbərlik etməsi qeyd olunur. Mənbələrin məlumatlarından məlum olur ki, Əmir Altunun qalanın kutvalı olmasından əvvəl Əlincə qalasının işləri qaydaya salınmış, Xacə Cövhərin zamanında olan rəvacı daha da artırmışdı. Əmir Altun Əlincə qalasının kutvalı olarkən qalada, təxminən, 300 nəfər qorçu var idi.Teymuri qoşunlarının qala üzərinə hücumları Əmir Altunun rəhbərliyi ilə dəf edilmişdi. Əlincə qalasının strateji-coğrafi mövqeyinə, gizli yollarına bələd olan Əmir Altun dəfələrlə qalanın müdafiəsi üçün döyüşlərdə iştirak etmişdir. Lakin Əmir Altunla Sultan Məlik Tahir arasında ciddi ziddiyət yaranmışdı. Belə bir şəraitdə Teymurun sərkərdələrindən Məhəmməd Dərviş Bərlas 40 min nəfərlik nizami ordu ilə qala üzərinə güclü hücuma keçmişdir. Bu zaman Əmir Altun qala müdafiəçilərinin bir hissəsi ilə ərzaq axtarışında olduğu üçün qalanı tərk etmişdi. Onlar qalaya qayıdarkən qala qapılarının Teymuri qoşunları tərəfindən tutulduğunu, mürəkkəb bir vəziyyətin yarandığını görmüşdülər. Vəziyyəti düzgün qiymətləndirən Əmir Altun arxadan Teymuri qoşunlarına hücum etmiş və onlara ağır zərbə vurmuşdur. Döyüşdə Teymuri qoşunları çoxlu itki vermiş, dörd tümən əmirinin iksi məhv edilmişdir. Mənbələrdə Sultan Məlik Tahirin əmri ilə qala qapılarını öz dəstəsi ilə qalaya daxil olmaq istəyən Əmir Altuna açmadığını və onun qalaya buraxılmadığı qeyd olunmuşdur. Əmir Altun qalada olmadığı zaman Sultan Məlik Tahir onun qardaşını qətlə yetirmiş, özünün isə qalaya buraxılmaması haqda əmr vermişdi. Bu səbəbdən də Əmir Altun Mərənd şəhərinə getməyə məcbur olmuşdur. Lakin Mərənd hakimi Əmir Teymurla əlaqələrini gücləndirmək məqsədi ilə onu həbs etdirmiş və qətlə yetirmişdir. Başını isə Əmir Teymura göndərdi. Bu xəbər Əmir Teymura çatdıqda o, belə bir qəhrəmanı öldürdüyü üçün Mərənd hakimini qətlə yetirdi və əmlakını müsadirə etdirdi. Mənbələrin yazdığına görə, "bu hadisələr qalanın müdafiəçilərinə ciddi təsir edir və onların bir qismi Məlik Tahirdən üz döndərərək qalanı tərk edirlər. Nəticədə, qalanın müdafiə qabiliyyəti zəifləyir."Qala əhli və ətraf kəndlərin əhalisi arasında böyük hörmət və nüfuzu olan Əmir Altun haqqında rəvayətlər də yaranmışdır. Əlincəçay mahalı əhalisi arasında həmin rəvayətlər – "Altunla Zeynəb" və "Zeynəb gölü" indi də mövcuddur.Əmir Altunun qətlə yetirilməsindən sonra qalanın kutvalı Əmir Seyyid Əhməd Oğulşami olur. Orta əsr mənbələrində və epiqrafik abidələrdə Əmir Seyyid Əhməd Oğulşami haqqında müəyyən məlumatlar gəlib çatmışdır. Belə mənbələrdən biri Əlincə qalasının şərq ətəyində yerləşən və Xanəgah kəndinin əhalisi tərəfindən məscid kimi istifadə edilən türbədə saxlanılan kitabədir. Kitabənin mətnindən məlum olur ki, türbə Qaraqoyunlular dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti dövründə (1435–1467) Əmir Seyid Əhməd Oğulşaminin oğlu, Sahib əl-Əzəm Hacı Məhəmməd tərəfindən oğlu Əmirxanın şərəfinə inşa etdirilmişdir.Orta əsr müəllifi, Əmir Teymurun tarixçisi Şərafəddin Əli Yəzdinin Əmir Teymurun həyatına, fəaliyyətinə və yürüşlərinə həsr etdiyi "Zəfərnamə" əsərində də Əmir Seyyid Əhməd Oğulşami haqqında müəyyən məlumatlar mövcuddur. Əsərdə qeyd olunur ki, "Şəki hakimi Sidi Əli Orlat mühasirədən cana gəlmiş və sümüyünə bıçaq dirəmiş Sultan Məlik Tahiri xilas etmək məqsədi ilə Əlincə qalasına gətirilmişdir. Onlar Əlincə divarlarına çatanda Sultan Məlik Tahir qaladan enmiş və onlara qoşularaq çıxıb getmişdir. Bundan sonra qalanın müdafiəsinə Əmir Seyid Əhməd Oğulşami rəhbərlik etmişdir."Tarixçinin verdiyi bu məlumatdan aydın olur ki, kitabədə adı qeyd olunan Əmir Seyid Əhməd Oğulşami Əlincə qalasının müdafiəsində iştirak edən, bir müddət isə müdafiəyə rəhbərlik edən sərkərdələrdən biri olmuşdur. Buna görə də o, orta əsrlər dövründə qoşun başçılarına və sərkərdələrə verilən "əmir" titulu daşımışdır.Mənbədə bu şəxsiyyətin aqibəti haqqında da dəqiq məlumat verilir. Orada qeyd olunur ki, "Teymuri ordusu Sivas və Şam şəhəri tərəfə üz tutanda Əmirzadə Miranşahın qoşunundan Şeyx Məhəmməd Daruğa və Əmirzadə Şahruxun ləşkərindən Firuzşah göstərişə əsasən Əlincə qalasına getmiş və qalanın mühasirəsini davam etdirmişlər. Həmin vaxt qalada az adam qalmışdı. Bütün çətinliklərə baxmayaraq, qalanın kutvalı, yəni rəisi – Əmir Seyid Əhməd Oğulşami son ana qədər müqavimət göstərsə də, qala tutulmuş, onun müdafiəsinə rəhbərlik edən Əmir Seyid Əhməd Oğulşami isə əsir götürülərək Əmir Teymurun hüzuruna göndərilmişdir. Həmin vaxt Bağdadda olan Seyid Əhməd Oğulşami buraya gətirilikdən sonra onun qətlinə fərman vermişdir." Beləliklə, Əmir Seyyid Əhməd Oğulşami Bağdadda edam edilmişdir. Əlincə qalasının süqutu 1401-ci ildə olduğundan ehtimal etmək olar ki, Əmir Seyid Əhməd Oğulşami həmin ildə qətlə yetirilmişdir.Əmir Seyid Əhməd Oğulşaminin Əlincə qalasının Teymur qoşunları tərəfindən mühasirəsi zamanı qalanın müdafiəsində iştirakına, bir müddət müdafiəyə rəhbərlik etməsinə, oğlu, Qaraqoyunlu dövlət aparatında vəzir vəzifəsini tutan, Əmir Seyid Əhməd Oğulşaminin nəvəsi Əzəm Hacı Məhəmmədin oğlu Əmirxanın Əlincə qalasının şərq ətəyində, Xanəgah kəndində dəfn edilməsinə və onun qəbri üzərində atası tərəfindən türbə inşa etdirməsinə əsasən ehtimal etmək olar ki, onlar əslən Culfa rayonunun Xanəgah kəndindən olmuşlar. Əlincə qalası ilk dəfə tam şəkildə Naxçıvan Ölkəşünaslıq Muzeyinin əməkdaşı, etnoqraf Mir Bağır Mirheydərzadə tərəfindən tədqiq edilmişdir. Mirheydərzadə 1930-cu ildə Əlincə qalasının tədqiqi ilə bağlı verdiyi məlumatda qalanın müdafiə istehkamlarını və divarlarını, bürclərini, qapılarını tədqiq etmişdir.Mirheydərzadə XX əsrin 30-cu illərində verdiyi məlumatda yamac boyunca səpələnən daş yığınları müdafiə divarlarının daha çox olduğunu nümayiş etdirdiyini təsdiq etmişdir. Mir Bağır Mirheydərzadə verdiyi məlumatda qeyd edir ki, "hər 20–25 addımdan bir müdafiə divarlarının qalıqlarına rast gəlinir. Əlincə dağının ətəyində yerləşən yaşayış yerini əhatə edən müdafiə divarının qalıqları hazırda qalmaqdadır. Eni 2,5 metr olan divarlar bəzi yerlərdə 2–3 metr hündürlükdə qalmışdır." Tədqiqatçı belə hesab edirdi ki, bu divar Əlincə qalasının ilk müdafiə istehkamı olmuşdur. İri və orta həcmli daşlardan inşa olunan divarın möhkəmləndirilməsi üçün düz bucaqlı çıxıntılardan istifadə olunmuşdur. Mirheydərzadə bu tip memarlıq üslubun qalanın, demək olar ki, əksər divarlarında mövcud olduğunu qeyd etmişdir.Orta əsr memarlıq abidələri, o cümlədən qalalar, onların təyinatı, sifarişçisi, inşa tarixi, memarı və s. haqqında ən dəqiq və obyektiv məlumatları onların üzərində olan epiqrafik kitabələr verirlər. Bu abidələrin bir hissəsinin üzərində olan kitabələr inşa olunduqları vaxtdan keçən müddət ərzində təbii qüvvələrin təsirindən və digər səbəblərdən aşınaraq sıradan çıxmış, məhv olmuşlar.Əlincə qalasının indiki dövrə qədər hər hansı bir yerində kitabə qalmamışdır. Lakin XX əsrin birinci hissəsinə aid ədəbiyyat materiallarında qalada kitabə olması barədə məlumat mövcuddur. Bu kitabə haqqında ilk dəfə və yeganə olaraq Mir Bağır Mirheydərzadə məlumat vermişdir. "Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin elmi katibi olan Mir Bağır Mirheydərzadə 1930-cu ildə Əlincə qalasını tədqiq edərkən bu kitabəni görmüş və verdiyi xəbərdə qeyd etmişdir ki, "Qalanın üstündə nəsb edilmiş bir yazılı daş da mövcuddur." Lakin o, kitabənin mətni və məzmunu haqqında heç bir məlumat verməmişdir. Əlincə qalası haqqında ən dolğun məlumatı verə biləcək bu kitabə daha sonra itmişdir.Rus alimi İ. Şeblık XX əsrin 30–40-cı illərində Əlincə qalasında tədqiqatlar aparmışdır. Alim apardığı müşahidələr nəticəsində belə qənaətə gəlmişdir ki, "qaladakı binalar dəfələrlə dağıdılmış və yenidən bərpa olunmuşdur." Numizmatika materialları Əlincə qalası XIII əsrin ikinci yarısı və XIV əsrin birinci yarısında sikkə zərb edilən əsas mərkəzlərdən biri olmuşdur. Azərbaycanın numizmatik abidələri haqqında yazılan bəzi əcnəbi və yerli mütəxxəsislərin əsərlərində Əlincə qalasında zərb edilən sikkələr barədə məlumatlar vardır. Belə məlumatlardan biri Rusiyada şərq numizmatika elminin əsasını yaradan alimlərdən biri olan Aleksey Konstantinoviç Markovun "Cəlairi sikkələrinin kataloqu" adlı monoqrafik əsərində qeyd olunmuşdur. Əsərdə 45 zərbxanın adı çəkilir. Onlardan biri də Əlincə qalasıdır. Əlincə qalasında zərb edilən sikkələr yalnız bir neçə ədəddir.Əlincə qalası Eldənizlər dövlətinin əsas istinad mərkəzlərindən biri və onların xəzinəsinin saxlandığı yer olmuşdur. Eldənizlər xəzinəsinin ümumi kütləsi barədə Həmdullah Qəzvini "Tarixi Qozidə" əsərində məlumat verir. O yazır ki, "Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə dövlətin xəzinəsinə bir ildə Azərbaycandan, Arrandan, Muğandan gələn 2300 tümən gəlir daxil olurdu. Müqayisə üçün onu demək olar ki, bütün Elxanilər dövlətindən il ərzində xəzinəyə 2100 tümən daxil olurdu."Orta əsr müəlliflərindən Sədrəddin Əbül Həsən adlı mütəfəkkir bu haqda məlumat vermişdi. M. Ə. Seyfəddini adı çəkilən müəllifə istinadən "Azərbaycan numizmatikası" adlı çoxcildliyin ikinci cildində qeyd edir ki, "Əbül Həsənin əsərində Naxçıvan şəhərinin yaxınlığında güclü müdafiə sisteminə malik olan Əlincə qalasında Atabəylərin xəzinəsinin əsas, önəmli hissəsi, qalanı isə "Sirr cahan" adlanan yerdəki qalada saxlanılır. İkinci qala Məhəmməd Cahan Pəhləvanın birinci xanımı, Əmir İnancın qızı İnanc xatuna aiddir." Ehtimal ki, Eldəniz hökmdarlarının adından kəsilən sikkələrin bir qismi Əlincə qalasında kəsilmişdir. 1983-cü ildə indiki Kəngərli rayonunun Yurdçu kəndində Eldəniz hökmdarları Cahan Pəhləvan, Əbu Bəkr və Müzəffərəddin Özbəyin adına kəsilən sikkələrdən ibarət dəfinə aşkar olunmuşdur. Lakin bir çox sikkələrin üzərində kəsilmə yeri göstərilmədiyindən onların zərb edildiyi məkanı müəyyənləşdirmək mümkün olmamışdır. Eldənizlər dövlətinin sikkələri başlıca olaraq Təbriz, Naxçıvan, Ərdəbil, Gəncə, Beyləqan və digər şəhərlərdə kəsilmişdir. Eldənizlər dövrünə aid çoxsaylı pul dəfinələri tapılsa da, onların qızıl sikkələri indiki dövrə qədər aşkar olunmamışdır. Tədqiqatçılar qeyd edirlər ki, "Eldəniz hökmdarları qızıl sikkə kəsmək hüququna malik olmamışlar. Bu hüquq yalnız Səlcuq hökmdarlarına məxsus olmuşdur."Atabəy Əbu Bəkrin hakimiyyəti dövründə Əlincə qalasında Azərbaycan və İraqdan yığılan vergilər və gəlirlər, o cümlədən dəyərli hədiyyələrin burada yerləşməsi barədə mənbələrdə məlumatlar vardır.Tədqiqatçıların bir çoxu Əlincə qalasının çiçəklənmə dövrünü Eldənizlərin zamanına aid etsələr də "Əlincə" monoqramı ilə kəsilən sikkələr Elxanilər dövründə də mövcud idi. Əlincə qalasında yalnız mis dirhəmlər zərb edilmişdir. Yerli hökmdarların mis dirhəmlər kəsmək hüquqları var idi. Bu sikkələr tədiyyə vasitəsi kimi işlədilirdi. Bu baxımdan 1897-ci ildə A. K. Markov tərəfindən nəşr olunan sikkədə məlumat vardır. Sikkənin avers, yəni üz hissəsində "..zərb….qale…Alince", revers, yəni tərs üzündə "v…rəsul…. Əbu Bəkr…" sözləri yazılmışdır. Sikkələrin dövrü və tarixi haqqında məlumat olmadığı üçün, onların forması və kəsilmə texnikasına əsasən Əlincə zərbxanası XIII–XIV əsrlərə aid edilmişdir.Yaxın Şərqdə dövrünün ən güclü dövlətlərindən hesab edilən Atabəylər – Eldənizlərin müəyyən döyüşlər, müharibələr, münaqişələr, daxili üsyanlar, çaxnaşmalar zamanı ehtimal ki, Əlincə qalasında sikkə zərbi işinə də yerinə yetirmişlər.Son tədqiqatlar zamanı Əlincə qalasında VII əsrə aid gümüş sikkə tapılmışdır. Həmin sikkənin üzərində soğd əlifbası ilə "Çaç" sözü və hökmdarın adı yazılmışdır. Hökmdarın adı mütəxəssislər tərəfindən müəyyən edilə bilməmişdir. "Çaç" sözü Daşkəndin qədim adı olmuşdur. Sikkənin VII əsrdə kəsilməsi qalanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri olan qala şəhər olduğunu təsdiq etmişdir. Bərpa edilməsi Orta əsrlər Mənbələrin və tədqiqatların verdiyi məlumatlarda Əlincə qalasının ilk bərpasının Eldənizlər dövrünə təsadüf etdiyi ehtimalı irəli sürülür. Məlumdur ki, Azərbaycan Atabəyləri dönəmində mühüm müdafiə tikilisi olan Əlincə qalasının əhəmiyyəti xüsusilə artmış, bura Eldəniz hökmdarlarının ailə üzvlərinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdir. Əlincə qalasının Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni "Əxbar əd-dövlət əs-Səlcuqiyyə" əsərində də qeyd etmişdir. Qalanın müdafiə sistemi o dərəcədə möhkəm olmuşdur ki, bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz Naxçıvana sığınmağa çalışmışlar. Ehtimal ki, Naxçıvanı dövlətin mərkəzinə çevirən Şəmsəddin Eldəniz qalanın möhkəmləndirilməsi ilə bağlı müəyyən işlər həyata keçirmişdir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev yazır ki, "Əlincə qalasında mövcud olan saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır. Atabəylər dövründə Naxçıvan hakimi Zahidə xatının iqamətgahının Əlincə qalasında yerləşdiyi dövrdə də, ehtimal ki, qalada müəyyən tikinti və təmir işləri aparılmışdır."Hülakülər və Teymurilər dövlətlərinin dövründə Əlincə qalası ciddi hücumlara və dağıntılara məruz qalmış, Əmir Teymura qarşı qala müdafiəçiləri 14 il müqavimət göstərmişdir. Əmir Teymurun və digər Teymuri sərkərdələrinin hücumları zamanı ciddi dağıntılara məruz qalan Əlincə qalasının tarixində ən böyük dağıntılardan biri 1406-cı ilə təsadüf edir. Tarix üzrə fəlsəfə doktoru Rauf Məmmədovun yazdığına görə, "həmin ildə Təbriz qazisi İmadəddin Əlincə qalasına hücum edərək qalanı dağıtmışdı. Həmin ilin iyul ayında Cəlairi Sultan Əhməd Təbrizi ələ keçirdikdən sonra Naxçıvan ərazisini Təbriz qazisi İmadəddinə soyurqal olaraq vermişdir." Əlincə qalasının bərpası ilə bağlı məlum olan ilk fərman da bu dövrə aiddir. Sultan Əhməd Əlincə qalasının möhkəmliyini nəzərə alaraq onun bərpa edilməsi haqqında fərman vermiş və bütün bərpa xərclərini ətrafda yaşayan əhalinin üzərinə qoymuşdur.Bəzi tədqiqatçılar qalada olan bir sıra memarlıq nümunələrinin – müdafiə tikililərinin, qapıların və digər qurğuların Səfəvilər dövründə inşa edilməsi fikrini irəli sürmüşlər. Culfa rayonu Səfəvilər üçün xüsusi əhəmiyyət kəsb etmiş, I Şah İsmayılın dövründə Culfa ərazisi həm də qış paytaxtı rolunu oynamış və gürcü hakimləri Şah İsmayıl Səfəvidən asılılığı məhz burda qəbul etmişdilər. O zaman Səfəvilər dövründə də qalada müəyyən bərpa işlərinin aparılması ehtimalı güclənmişdir. Tədqiqatçılar qeyd edirlər ki, "Səfəvilər dövründən sonra Əlincə qalası ciddi dağıntılara uğrasa da, qala XIX əsrdə öz funksiyasını yerinə yetirmişdir. 1826-cı ildə Lala bəy adlı qalabəyi Əlincə qalasında yarım ildən artıq düşmənlə vuruşmuşdur." Müasir dövr 11 fevral 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən "Culfa rayonundakı "Əlincə qalası" tarixi abidəsinin bərpa edilməsi haqqında" sərəncam imzalamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin sərəncamından sonra Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA Naxçıvan Bölməsi qalanın elmi-bərpa layihəsini hazırlamışdır.Özünəməxsus memarlığı olan qalanın iki əsas girişi olmuşdur. Bu girişlərdən biri Culfa-Qazançı yolunun sağ tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanması məqsədəuyğun hesab edilmiş və Əlincə dağının müəyyən hissəsinə qədər, qala istehkamlarına qədər torpaq yol çəkilmişdir. Dağın müəyyən hissəsinə yol çəkilsə də, bərpa üçün zəruri olan tikinti materialları qalaya əllə və yük heyvanları vasitəsilə qaldırılmışdır. Qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmışdır. İri qaya parçalarından inşa edilən qala divarlarının bərkidilməsi üçün, əsasən, əhəng məhlulundan istifadə edilmişdir. Qalanın üzərində yerləşən binaların təmizlənməsi nəticəsində onların ilkin forması müəyyənləşdirilmişdir. Bərpa və təmizləmə işlərindən sonra məlum olmuşdur ki, qalanın yuxarı səki hissəsindəki binaların bir qismi yaşayış sahəsi kimi, bir qismi isə ictimai bina kimi istifadə olunmuşdur. Burada süvarilərin atlarını saxladığı tövlələr, ərzaq anbarları və çörək bişirmək üçün təndirlər aşkar edilmişdir. Evlərin qızdırılmasında kiçik təndirlərdən və buxarılardan istifadə olunmuşdur. Bir-birinin yaxınlığında yerləşən mənzillər, başlıca olaraq bir otaqlıdır. Bəzi otaqların arxa divarlarında dördkünc formalı taxçalar, evlərin içərisində isə kiçik təndirlər, həvənglər, əl dəyirmanları aşkar olunmuşdur. Təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini üzə çıxaran xeyli faktlar aşkar olunmuşdur. Bərpa işləri zamanı torpaq altında qalan xeyli bina aşkar olunaraq təmizlənmişdir. Ümumiyyətlə, ilkin işlər qalada yaşayış sahəsinin çox böyük olduğunu göstərir. Mənbələrin məlumatına görə, qalada altı yüz döyüşçünün sığınması üçün şərait olmuşdur. Böyük ictimai binalar ərzaq ehtiyatı saxlamağa imkan vermişdir. Suya olan tələbatı ödəmək üçün isə su hovuzlarından və kəhrizlərdən istifadə olunmuşdur. Hovuzlarda suyu toplamaq üçün sərt qayaların üzəri ilə kiçik kanallar açılmışdır. Hovuzlardan bəzilərinin uzunluğu 20 metr, eni 5 metrə yaxındır. Bəzi hovuzların dərinliyi 3 metrdir. Son illər aparılan araşdırmalar zamanı Əlincə qalasının şərq tərəfində kəhrizlər aşkar olunmuşdur. Bu kəhrizlər indi də əhali tərəfindən istifadə olunur.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" Sərəncamının icrası ilə əlaqədar olaraq muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincə qalası haqqında da məlumatlar toplanmış və bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. "Əlincə qalası" tarixi abidəsinin bərpa edilməsi haqqında" Sərəncamdan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA Naxçıvan Bölməsi abidənin elmi-bərpa layihəsini hazırlamış, Əlincə qalası tarixi memarlıq üslubu ənənələri saxlanılmaqla bərpa edilmiş, burada "Əlincə qalası muzeyi" yaradılmışdır. Zeynəddin bin Həmdullah Qəzvini. Zeyl-e tarix-e qozide. Bakı: Elm. 1990. 212 səh. Mirheydərzadə Mir Bağır. Əbrəqunus dairəsi, məşhur Əlincəçay sahilində bir neçə kəndin və Əlincə qalasının tədqiqi. Azərbaycanın öyrənmə yolu. № 4-5. Bakı. 1930. Naxçıvan Muxtar Respublikası. Əlincəqala. Məqalələr toplusu (Azərbaycan, rus və ingilis dillərinə). Naxçıvan: Əcəmi. 2016. 304 səh. Həmid Araslı. Kitabi Dədə Qorqud. Bakı: Gənclik. 1977. 184 səh. Ağamusa Axundov. Torpağın köksündə tarixin izləri. Bakı: Gənclik. 1983. 136 səh. Xarici keçidlər "Əlincə Qalası öz dağıntıları altında hansı sirləri qoruyur?". Naxçıvan (az.). azadliq.org. 28 aprel 2012. İstifadə tarixi: 2019-09-2. "Əmir Teymurun 14 il ərzində ələ keçirə bilmədəyi qala – ƏLİNCƏ QALASI" (az.). travelnews.az. 2018. İstifadə tarixi: 2019-09-02. Həmçinin bax Əlincə dağı Əlincəçay xanəgahı | https://az.wikipedia.org/w/index.php?curid=66761 |
Əlincə zərbxanası | Əlincə zərbxanası — Naxçıvan Muxtar Respublikası Culfa rayonunda orta əsrlərə aid zərbxana. Culfa rayonunun Xanəgah kəndinin şərqində, Əlincəçayın sağ sahilində yerləşən Əlincə qalasında fəaliyyət göstərən zərbxana. Güclü müdafiə qabiliyyətinə malik olduğundan müharibələr zamanı hökmdar ailələrinin siğındığı, dövlət xəzinələrinin saxlanıldığı Əlincəqalada həm də müxtəlif dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr kəsilmişdir. XIV-XVI əsrin əvvəllərində Əlincə zərbxanasnıda Elxanilərin və Teymurilərin adından gümüş dirhəmlər kəsildiyi məlumdur. Tapılmış sikkə nümunələri sübut edir ki, burada Cəlairi sultanlarının adından da müxtəlif nominallı sikkələr zərb olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=582491 |
Əlincədağ | Əlincə — Azərbaycanda yerləşən dağ zirvəsidir (hündürlüyü 1821,4 m). Naxçıvanın Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin şərq yamacında zirvədir. Hündürlüyü 1810 m-dən 1821,4 m-ə qədər dəyişir. Dağın cənub-şərq yamacında Xanəgah kəndi var, dağın zirvəsində isə orta əsrlərə aid Əlincə qalası yerləşir. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi ellipsvari sıldırım yamaclı yüksəklikdir. Çay yatağına nisbətən 380 m yüksəkdə qərar tutmuşdur və təkrarolunmaz sıldırımlı qayalıq landşaft əmələ gətirir. Dağ lakkolitlərdən ibarətdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzində izlənilən eyniadlı antiklinalın maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir. Həmçinin bax Böyükdüz dağı Cuğağıl dağı | https://az.wikipedia.org/w/index.php?curid=482326 |
Əlincək (Əcəbşir) | Əlincək (fars. الينجق) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (123 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=616948 |
Əlincəqala | Əlincəqala, Əlincə-qala və ya Əlincə qalası — Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir. Qala Əlincə dağının zirvəsində yerləşir.XVII əsr türk səyyahı Övliya Çələbi Əlincə qalasından bəhs edərək onun Qütbəddin tərəfindən inşa edildiyini göstərir. Ehtimal ki, müəllif burada rum-səlcuq hökmdarlarından biri və 1188–1192-ci illərdə hakimiyyətdə olmuş Qütbəddin II Məlikşahı nəzərdə tutmuşdur. Professor Mehmed Fuad Köprülü Əlincə qalasının Səlcuqlar dövrünə aid olduğunu qeyd edir. Bu fikirlə, eyni zamanda, "Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış" adlı məqalənin müəllifi Faruk Sümər də razılaşır. Lakin müasir türk tədqiqatçılarından biri olan Fəxrəddin Kırzıoğlu "köhnə və sərt" bir istehkam olaraq adlandırdığı Əlincə qalasının Əşkanilər dövründə Erancaq adı ilə məşhur olduğunu göstərir. Ümumiyyətlə, mənbələrdən məlum olur ki, qala VIII əsrdən əvvəl mövcud olmuşdur. Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının istər hərbi-strateji, istərsə də iqtisadi və siyasi mövqeyi xeyli artmışdı. Atabəy Özbək Xarəzmşah Cəlaləddin Mənguberdinin yürüşləri zamanı Əlincə qalasına sığınmış, burada da vəfat etmişdir. Əmir Teymurun Azərbaycana yürüşü zamanı Teymuri qoşunlarının hücumu Əlincə qalasından yan keçməmişdir. Qala 14 il Xacə Cövhər və Əmir Altunun rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuşdur. 14 illik mübarizədən sonra Əlincə qalasının tutulması müxtəlif mənbələrdə qeyd edilmişdir. Əmir Teymurun vəfatından sonra qala Qaraqoyunluların hakimiyyəti altına keçmiş, bir dövr Teymuri-Qaraqoyunlu müharibəsi başlamışdır. Əlincə qalası müəyyən müddət Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında olmuşdur. Azərbaycanda orta əsrlər dövründə baş verən feodal çəkişmələri və müharibələri nəticəsində Əlincə qalası dağılmış və siyasi hadisələrdəki mövqeyini itirmişdir. Qala ilk öncə özünün qeyri-adi görünüşü ilə heyrətləndirici dərəcədə görünür. Əlincə qalasının divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş kərpicdən istifadə olunmuşdur. Divarların bünövrəsinə adətən iri yonulmuş daşlar qoyulmuşdur. Əlincə qalasının təsviri ilə bağlı müxtəlif məlumatlar verilmişdir. Qalanın bəzən iki, bəzən isə üç qapısı olması ilə bağlı fikirlər mövcuddur. Lakin şimal divarlardakı ehtimal olunan keçid tamamilə dağıldığından burada giriş olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. Ehtimal ki, bu istiqamətdən də giriş olmuşdur. Çünki qala divarlarının xaricində bir neçə yerdə qalada qazılmış, əsgərlərin yerləşdiyi səkilərə rast gəlmək mümkündür. Dağın ən uca yerində Əlincə qalasının iç qalası yerləşir. Bu içqalanı yerli əhali "Şahtaxtı içqalası" adlandırır. Buranın Şahtaxtı olaraq adlandırılması təsadüfi deyildir. Tədqiqatçılar hökmdarların qalanın məhz bu hissəsində yerləşdiyini qeyd etmişlər. Şahtaxtı içqalası dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Mərkəzi hissədən içqalaya yalnız sıldırım qayalıqsan keçərək getmək mümkündür. Vaxtilə keçidi asanlaşdırmaq üçün qayada eni 30–40 sm olan dar cığır yonulmuşdu. Hazırda bu cığır təbii aşınmaya məruz qalaraq dağıdılmışdır. Hakimlərin, o cümlədən Eldənizlər dövləti hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşmişdir. Əlincə qalasının divarları və qalanın daxilində yerləşən tikililərdə yüksək tikinti mədəniyyəti, qala tikintisi üçün qeyri-adi sayılan incə işlənmiş daş ayrıntılar görünür. Adın etimologiyası Tədqiqatçılar "Əlincə" sözünü müxtəlif cür izah etmişlər. Qalanın adı orta əsr yazılı mənbələrində Əlincə, Əlincəm, Alənca, Alançuq, Alanca, Alançik, Yerənçaq və digər şəkillərdə işlədilmişdir. Bəzi mənbələrdə Əlincə qalasının adı Erinca şəklində mövcuddur. Bəzi tarixçilər qeydlərində iddia edirlər ki, Əlincə qalası öz adını zəngin xəzinəsini və ölkədən yığdığı külli miqdarda mədaxilini gizlətmək məqsədi ilə həmin qalanı inşa etmiş Erincak adlı bir feodal qadının adından götürülmüşdür.Mənbələrdə "alan" kəlməsinin "aran" şəkli V–VII əsrlərdə işlədilmişdir. Çünki orta əsr ərəb və başqa mənbələrdə xüsusi yer adı olaraq "Aran", "Arran" və "Alran" kəlmələrinə təsadüf edilir. XIII əsrdə yaşamış məşhur ərəb tarixçisi Yaqut əl-Həməvi "Mücəl əl-büldan" əsərində "Arran" kəlməsinin ərəb sözü olmayıb, yerli məna daşıdığını qeyd edir. Bu söz türk dillərindən götürülmüşdür. Qalaya belə bir adın verilməsi heç təsadüfi deyil. Çünki, "alan" – qədim türk dilində "düzənlik", "meydan" mənasını verir. Bu, qalanın yuxarı hissəsinin düz bir sahədən ibarət olması ilə bağlı olmuşdur. Bununla belə, "aran", "alan" kəlmələrinin "Əlincə" sözünə çevrilməsinə alimlər şübhə ilə yanaşırlar."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"ndə Əlincə qalası adının izahı bir neçə variantda verilmişdir: "…VII əsrə aid mənbələrdə qalanın adı Erincak, XIII əsrə aid mənbələrdə isə Alınca variantlarında çəkilir… Bəzi tədqiqatçılar dağın adının monqolların yürüşündə iştirak etmiş elcihin tayfasının adı ilə bağlı olduğunu yazırlar. Bir qrup alimlərin fikirlərinə görə, toponim türk dillərində olan alançil (meydança, düzənlik) kəlməsindəndir. Oronimi alan tayfa adı ilə də bağlayırlar." Toponimikaya həsr olunmuş lüğətdə də "Əlincə" kəlməsin etimologiyası barədə dəqiq fikir söylənilmir."Əlincə" kəlməsinin "alan" tayfasının adı ilə bağlıdır. "Azərbaycan tarixi" əsərinin akademik nəşrinin I cildində "alan" tayfalarının eramızın 72-ci ilində Dəryal keçidi vasitəsi ilə Cənubi Qafqaz, o cümlədən Qafqaz Albaniyası istiqamətində yürüş etməsi fikri müdafiə olunmuşdur. İosif Flaviyə görə alanlar skif tayfalarındandır. Bir sıra antik müəlliflərin, eləcə də İosif Flavinin məlumatları alanların Şimali Qafqaz keçidləri vasitəsilə baş verməsi haqqında irəli sürülən elmi fikri təsdiq etmir. Bəzi tədqiqatçıların fikirlərinə görə, "Əlincə" toponimi qədim türk mənşəli alan (meydan, düzənlik) coğrafi termini ilə əlaqədardır. "Alan" sözü iki mənada işlədilmiş, lakin heç biri elmi cəhətdən təsdiqini tapmamışdır.Bəzi orta əsr mənbələrində Əlincə qalasından "Yeröncək" kimi bəhs edilsə də, ehtimat edilir ki, "Yeröncək" kəlməsi Əlincə qalası ilə bağlı ad deyildir. Naxçıvan qalalarından bəhs edən professor Mirəli Seyidov qalanın ilkin adının "Ermcaq" olduğunu yazmışdır. Ermcaq iki tərkibdən yaranmış mürəkkəb söz-addır. "Eriq" əksər türk dillərində çox mənalı sözdür. Sözün möhkəm, qüvvətli, hakimiyyət mənaları vardır. "Caq" kəlməsi isə Azərbaycan dilində "yer", "məkan" bildirən şəkilçidir. Beləliklə "Ermcaq" möhkəm, qüvvətli, dövləti, hakimiyyəti olan yer deməkdir. Xalq etimologiyasına görə "Əlincə" kəlməsinin izahı "əlini çək", bəzi tədqiqatçılara görə "Alancik" mənasını verir.Naxçıvan Ölkəşünaslıq Muzeyinin əməkdaşı Mir Bağır Mirheydərzadə xalq rəvayətlərinə əsaslanaraq qeyd edir ki, "Əlincə qalasının adı monqolların ulu babası Əlincə xanın adı ilə bağlıdır." Mehmed Fuad Köprülünün fikrinə görə, bu, həqiqi bir xalq rəvayəti olmayıb, türk-monqol tarixinə aid yazılı mənbələrə bələd olan bir şəxs tərəfindən uydurulmuş, heç bir elmi əsası olmayan zahiri bir bənzətmədən başqa bir şey deyildir.Yaxın Şərq coğrafiyasının tanınmış tədqiqatçılarından biri olan K. Streyc qalanın əsl adının "Alancik" olduğunu qeyd edir. Tədqiqatçıların bəzilərinin fikrincə, qalanın adının bu şəkildə işlədilməsi həqiqətə daha uyğundur. Qala öz adını qədim Azərbaycan sözü olan "Alan" kəlməsindən götürmüşdür. Bu kəlmə qədim türk dillərində "düzənlik", "meydan" mənasını verir. Azərbaycan Ensiklopediyasında da qalanın adı "Alancik" kəlməsi ilə bağlı izah edilir. Mahmud Kaşğarinin XI əsrə aid "Divanü Lüğat-it-Türk" kitabında "alan" kəlməsi "düz", "açıq yer" kimi şərh olunur. Mehmed Fuad Köprülü "Alancuk" kəlməsinin səlcuq türklərinə aid olub, "kiçik meydan" mənasını verdiyini qeyd edir. "Alan" kəlməsi təkcə səlcuqlara məxsus olmayıb, həmçinin bir sıra türk tayfalarının dilində də işlədilmişdir. Müasir Azərbaycan dilində "düzənlik" mənasında "alan" kəlməsi yox, "aran" kəlməsi işlədilir. "1" hərfinin "r" hərfinə çevrilməsi türk dilləri qrupu üçün xas olduğundan "alan" kəlməsi də zamanla "aran" sözünə çevrilmişdir.Müasir türk ədəbiyyatında qalanın adı "Alınca qalası" şəklində yazılır. Azərbaycan ərazisində orta əsrlər dövründə Əlincə adlı başqa qalalar da mövcud olmuşdur. Həmdullah Qəzvini "Nüzhət əl-qülub" əsərində Təbriz şəhərinin yaxınlığında Əlincə adlı qala olduğunu qeyd edir.Akademik Ağamusa Axundovun fikrincə, Əlincə qalasının adı monqolların yürüşlərində iştirak edən, əslən türk tayfaları olan əlcihinlərlə bağlıdır. Əlincə toponiminin metateza və eliziya fonetik hadisələri nəticəsində əlcihin etnonimindən yaranması mümkündür. Tədqiqatçı N. Məmmədov da Əlincə dağ adının eramızın ilk əsrlərindən mövcud olmasını qeyd etməklə, Əlincə adının türk tayfalarından olan əlcihin tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmasını bildirir. Monqolların Azərbaycana, eləcə də Naxçıvana yürüşü XIII əsrdə olmuşdur, bu zaman Əlincə adlı qala artıq mövcud idi və bu cür adlanırdı. Bu xronologiya əsas götürüləndə, bu məlumatlar əsassız olaraq qalır. İlhami Cəfərsoylu Əlincə qalasının monqollarla əlaqəsindən bəhs edərkən qeyd edir ki, "Əlincək boyunun bəzi qulları monqollara qoşulmuş, Hülakülər dövlətində müəyyən vəzifələr tutmuşlar. Onlardan biri Almcak noyon idi. Fəzlullah Rəşidəddinin yazdığına görə, həmin boydan Əmir Novruz Almcak adlı bir əmir çıxıb."Azərbaycanın Əlincək boyunda qoşun başçıları ilə yanaşı, alim və şairlərdə dünyaya gəlib. Əlişir Nəvai öz dövrünün tanınmış alim və şairlərindən bəhs edərkəb Mövlana Xələf Təbrizi Şeyx Ələncək haqqında da məlumat verir.AMEA-nın müxbir üzvü Adil Bağırov Əlincə adını Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə əlaqələndirmiş və qeyd etmişdir ki, "bu söz canlı danışıq dilində tədricən Əlincə şəklinə düşmüşdür." Oğuz dastanında Alınca xan Nuh peyğəmbərin yeddinci oğlu kimi təqdim edilir. O, Yafəsin və Türkün nəslindəndir. Əbulqazi Bahadır xanın qələmə aldığı "Türklərin soy ağacı" əsərinin – "Şəcəreyi-Türk" hissəsində iki dəfə onun adı çəkilir.Azərbaycan xalqının həyatını, məişətini, adət ənənələrini, yüzlərlə yer adlarını öz əks etdirən, ən qədim yazılı mənbələrdən biri olan "Kitabi Dədə Qorqud" dastanlarında da Əlincə kəlməsi işlədilir. Dastandakı "Uşun qoca oğlu Segrək boyu"nda Əgrəyin Əlincə qalasında əsir düşməsi və qardaşı Segrəyin onu xilas etməsi göstərilir. Əlincə kəlməsi "Kitabi Dədə Qorqud" dastanlarında qala kimi xatırlanır. Naxçıvanda "Əlincə" sözü Əlincə qalasında, Əlincəçayda və kənd adında istifadə olunur."Naxçıvan sancağının müfəssəl dəftəri"ndə "Əlincə" kəlməsi nahiyyə və qala kimi qeyd edilir. Bu ərazilərin sakinlərinin azərbaycanlılar olduğu göstərilir.Bir sıra tədqiqatçılar Əlincə toponiminin yayılma arealının çox geniş olduğunu qeyd etmişdilər. Əlincə adlı yaşayış yerləri Göyçə, Ərzurum, Təbriz, Ağbaba ərazilərində, mesxeti türklərinin yaşadığı ərazi olan Axısqa şəhəri yaxınlığında da mövcud olmuşdur.Azərbaycan dilçiliyində Əlincə qalasının adı yer adı kimi izah edilib. O, türk boylarından birinin adı olub, Azərbaycanın bir çox yer adlarında əks olunub. Məlumdur ki, yer adlarının böyük əksəriyyəti həmin ərazidə yaşayan tayfa və qəbilələr, boylar tərəfindən verilib. Bu toponimlər öz mənşəyini "Ərincə" adlı tayfanın adından almışdır. Mahmud Kaşğarinin əsərində də erincə-ərincə formasında leksik vahid qeyd edilmişdir.Ərincə və ya Əlincə adı qədim mənbələrdə Alıncak, Alancıq, sonrakı yazılarda isə Əlincək və Əlincə kimi göstərilib. Həmdullah Qəzvini onun adını Alancik kimi istifadə etmişdir. 1225-ci ildə baş verən hadisələrdən bəhs edən Mirxond Əlincə qalasının adını Əlincək kimi qeyd etmişdir.Əlincək boyu ilk orta əsrlərdə, təqribən III–V əsrlərdə Araz çayından şimalda – Sünik torpaqlarında özünə yurd salmışdır. Onlar burada öz daxili müstəqilliyini saxlamaqla vilayətin hakim nəslinə tabe idilər.Əslən Urbat türklərindən olan xristianlaşmış Stepan Orbeliani yazır ki, "Sünik 12 əyalətdən ibarətdir. Onlardan biri Erincakdır." Sonrakı tarixi mənbələrdə Əlincək tayfasının Araz çayının cənub hissəsinə köçdüyünü və Təbrizlə Naxçıvan arasında yerləşdiyi məlum olur. Məhəmmədəli Tərbiyətin verdiyi məlumatdan görünür ki, Alancık Cənubi Azərbaycanın mahallarından biridir. Yerli əhalinin Alança dediyi Əlincə kəndi Təbriz şəhərinin 40 km şimal-qərbində yerləşir.Əlincək tayfası Cənubi Qafqazda, eləcə də Araz çayının hər iki sahilində yaşayarkən sıldırım qayaların başında tikdikləri qalaya – Əlincə qalasında məskən salıblar. İnşa edilməsi Əlincə qalasının tarixi haqqında orta əsr ərəb, fars, Azərbaycan, türk, gürcü və Qərbi Avropa mənbələrində kifayət qədər məlumatlar təsadüf edilir. Lakin Əlincə qalasının salınma tarixi dəqiq müəyyənləşdirilməmişdir. Qalanın adı çəkilən ən qədim mənbələrdən biri "Kitabi Dədə Qorqud" dastanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatının qiymətli əsərlərindən biri olan "Kitabi Dədə Qorqud" dastanlarının "Uşun qoca oğlu Segrək" boyunda Əlincə qalası möhkəm və etibarlı bir istehkam kimi təsvir olunur. Bu dastana görə, Əlincə qalası Qara Tekui adlı bir şəxsə məxsusdur və o, qaladan zindan kimi istifadə edərək oğuzlardan aldığı əsirləri burada saxlamışdır. "Kitabi Dədə Qorqud" dastanı Əlincə qalasından bəhs edən ilk məlum olan yazılı mənbədir. Professor Əbdüləzəl Dəmirçizadə dastanlarda XI əsrdən əvvəlki dövrə aid olan hadisələrdən bəhs edildiyini qeyd edir. Tədqiqatçı Viktor Jirmunski "Kitabi Dədə Qorqud" haqda nəşr olunan əsərləri təhlil edərək, boyların IX–X əsrlərdə meydana çıxdığını göstərir. Bu boylardan bəziləri V–VI əsrlərə gedib çıxır.Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir.X əsrdə yaşamış bəzi salnaməçilər müasiri olduğu hadisələrdən bəhs edərkən Əlincə qalasının yerli feodallara məxsus əsas sığınacaq yeri olduğunu göstərirlər. Onların yazdığı qeydlərdən məlum olur ki, qalada hakim və zadəgan ailələri feodal hərbi toqquşmalar və müharibələr zamanı mühafizə olunmuşdur.XVII əsr türk səyyahı Övliya Çələbi Əlincə qalasından bəhs edərək onun Qutbəddin tərəfindən inşa edildiyini göstərir. Ehtimal ki, müəllif burada rum-səlcuq hökmdarlarından biri və 1188–1192-ci illərdə hakimiyyətdə olmuş Qütbəddin II Məlikşahı nəzərdə tutmuşdur. Professor Mehmed Fuad Köprülü Əlincə qalasının Səlcuqlar dövrünə aid olduğunu qeyd edir. Bu fikirlə, eyni zamanda, "Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış" adlı məqalənin müəllifi Faruk Sümər də razılaşır. Lakin müasir türk tədqiqatçılarından biri olan Fəxrəddin Kırzıoğlu "köhnə və sərt" bir istehkam olaraq adlandırdığı Əlincə qalasının Əşkanilər dövründə Erancaq adı ilə məşhur olduğunu göstərir.Bu baxımdan Azərbaycan tədqiqatçılarından biri olan, arxeoloq və etnoqraf Ələsgər Ələkbərovun qaladakı hovuzların birində əşkani, yaxud sasani barelyefinin olduğu ehtimalını irəli sürməsi qalanın tarixi haqqındakı fikirlərin dəyişməsinə səbəb olmuşdur.Əlincə qalasının adı İran səlcuqlarının son sultanı Toğrul bəy ilə əmirləri arasında baş vermiş iğtişaşlardan bəhs edilərkən qeyd edilir. Ümumiyyətlə, mənbələrdən məlum olur ki, qala VIII əsrdən əvvəl mövcud olmuşdur. "Kitabi Dədə Qorqud" dastanında Əlincə qalasının adının çəkildiyi məlum olan ən qədim mənbə "Kitabi Dədə Qorqud" dastanıdır. Dastanın "Uşun qoca oğlu Segrək boyunu bəyan edər" boyunda Əlincə qalası güclü və etibarlı istehkam kimi təsvir olunur. Bu boyda Əlincə qalasının adı üç dəfə xatırlanır. Boyun məlumatına görə, Uşun qocanın oğlu Əgrək Şərukun ucundan Göyçə dənizinə təkin el çarpmış, yolunun bir qismini Əlincə qalasında keçirmişdi. Burada o, Qara Təkurun adamları tərəfindən tutulmuş və Əlincə qalasında zindana salınmışdı. Bir öksüz oğlanın Əgrəyin qardaşı Segrəyə "Hünərin var isə qardaşın Əlincə qalasında əsirdir, onu xilas et!" deməsindən sonra qardaşı olduğunu bilən Segrək Qaraqoç atına minərək üç gün yol gəlmiş, Dərəşam ucundan keçmiş, qardaşı həbs edilən qalaya gəlmiş və onu əsirlikdən qurtarmışdır. Lakin boyun digər yerlərində Əlincə qalasının adı olduğu kimi deyil, sadəcə "qala" kimi işlənilmişdir.Dastanın məlumatından aydın olur ki, hadisələr baş verən vaxt Əlincə qalası Qara Təkurun əlində olmuş, qaladan həm müdafiə qalası, həm də zindan kimi istifadə olunmuşdur. Dastanda qeyd olunduğuna görə Segrək Qara Təkurun onun üstünə göndərdiyi adamları qalaya həbs etmiş, qalanın zindanında saxlanılan Əgrək azad edildikdən sonra isə onunla birlikdə Qara Təkurun adamlarını basmış, döyüşmüş və qalada həbs etmişdir. Dastanda qeyd edilir ki, "Bundan sonra Dərəşam suyunu dəlüb keçmiş, …Oğuzun sərhəddinə yetişmişdilər."Dərəşam yer adından bəhs edərək professor Pənah Xəlilov qeyd edir ki, "böyük qardaş Əgrəklə kiçik qardaş Segrəyin marşrutu İç Oğuz hüdudları haqqında parlaq təsəvvür yaradır. Böyük qardaş Qazan bəydən icazə alıb Şirəküvəz ucundan Əlincə qalasına kimi gedir və İç Oğuzun şimal sərhəddi boyu gəzir, sonra Göyçə gölündən cənuba getmək istəyəndə Əlincə qalasında əsir olur. Kiçik qardaş onu azad edəndə yolunu cənuba salır. Dərəşam suyunu keçir və Araz çayı boyu geri dönüb yurduna qayıdır. Dərəşam Culfa rayonundakı Dərəşam stansiyası yaxınlığındakı mineral bulaq sularının adıdır." AMEA-nın müxbir üzvü Səfərəli Babayev isə yazır ki, "Dərəşam Culfa rayonu ərazisində, Araz çayının sol sahilində qədim kənd olmuşdur. Onun yaxınlığında Dərəşam mineral bulaqları yerləşir. Bundan başqa, bu oykonimlə üzbəüz Cənubi Azərbaycanda, Araz çayının sağ sahilində də Dərəşam kəndi mövcud olmuşdur. Bizim fikrimizcə, dastanda adı çəkilən Dərəşam Araz çayının sol sahilindəki, Naxçıvan Muxtar Respublikası ərazisindəki Dərəşamdır. … Qardaşların Əlincə qalasından qayıdarkən üzüb keçdikləri Dərəşam suyu – Araz çayıdır."Dastanın məlumatları təsdiq edir ki, Əlincə qalasından yarandığı andan zindan kimi istifadə olunmuşdur. Əlincə qalasından olan zindandan sonralar da istifadə olunmuş, Azərbaycan feodal dövlətlərinin hökmdarları ən əhəmiyyətli dustaqları orada saxlamışlar."Kitabi Dədə Qorqud" dastanı Əlincə qalasının adı çəkilən, elmə məlum olan ən qədim mənbədir. Orada qala ilə əlaqədar verilən məlumatlar Əlincə qalasının tarixi haqqında ilk məlumat kimi çox qiymətlidie. 1300 illik tarixə malik olan "Kitabi Dədə Qorqud" dastanında qalanın adının xatırlanması təsdiq edir ki, Əlincə qalası VII əsrdə mövcud olmuşdur. Bu mənbəyə əsaslanan tədqiqatçılar qalanın əsasının VII əsrdən əvvəl qoyulduğunu qeyd edirlər. Orta əsrlər siyasi tarixi Yazılı mənbələrdə Əlincə qalasının erkən orta əsrlər tarixinə dair məlumata çox az təsadüf edilir. Əbu Bəkr Tehrani "Kitabi Diyarbəkriyyə" əsərində göstərir ki, Abbasi xəlifələrindən Hadi (785–786) və Harun ər-Rəşidin (786–809) hakimiyyəti dövründə Qıpçaq xan gürcülərin əlində olan Əlincə qalasını ələ keçirmişdir. Lakin XII əsrdən başlayaraq tarixi mənbələrdə Əlincə qalasının adı tez-tez çəkilir. Əldə edilmiş materiallarda göstərilir ki, Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının istər hərbi-strateji, istərsə də iqtisadi və siyasi mövqeyi xeyli artmışdı. Həmin qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün bir sığınacaq yeri kimi istifadə olunmuşdur. Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı, Naxçıvan hakimi Zahidə xatunun əsas iqamətgahı həmin dövrdə Əlincə qalasında yerləşirdi və Eldənizlər dövlətinin xəzinəsi burada mühafizə olunurdu. XIII əsrdə Atabəy Müzəffərəddin Özbək Mərkəzi Asiya hökmdarı Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü zamanı müqavimət göstərə bilməyəcəyini başa düşərək bu qalaya sığınmışdır. O, bu qaladan düşmənə qarşı mübarizə aparmaq niyyətində olmuşdur. Lakin Atabəy Özbək 1225-ci ildə Cəlaləddinin işğalçı qoşun dəstələrinə qarşı apardığı döyüş zamanı həlak olmuşdur. Qala haqqında orta əsr tarixçisi Şəhabəddin Məhəmməd ən-Nəsəvinin "Sirat əs-Sultan Cəlaləddin Mənkburnu" adlı əsərində geniş məlumat verilir.Sıldırım dağların başında yerləşən Əlincə qalası alınmaz qala sayılırdı. Hülakülər, Çobanilər və Cəlairilərin basqınları nəticəsində ələ keçirilən saysız xəzinələrin zamanla Əlincə qalasında saxlanılması bununla bağlı idi. Əmir Teymurun qoşunları Əlincə qalasında kəskin müqavimətə rast gəlmişdi. Teymurun qoşunları 1386-cı ildə Azərbaycan torpaqlarına daxil olduğu vaxt Təbrizi tərk etmiş Cəlair əmirlərinin bir qismi Əlincə qalasına toplaşmışdır. Cəlairilər bu qalanın strateji əhəmiyyətini nəzərə alaraq onu həmişə möhkəmləndirməyə çalışırdılar. Cəlairilər dövlətinin xəzinəsi qalada gizlədildiyi üçün Sultan Əhməd Əlincə qalasının müdafiəsini oğlu Məlik Tahirə və sərkərdə Əmir Altuna həvalə etmişdi.Orta əsr tarixçilərindən olan Şərafəddin Əli Yəzdi, Əbdürrəzzaq Səmərqəndi, Həmdullah Mustovfi Qəzvini və başqaları orta əsr siyasi hadisələrində Əlincə qalasının rolundan geniş bəhs etmişdilər.14 illik mübarizədən sonra Əlincə qalasının tutulması müxtəlif mənbələrdə qeyd edilmişdir. Xüsusilə İbn Ərəbşah məlumatlarında qeyd edir ki, "Əlincə qalasının müdafiəsinə təyin olunmuş Əmir Altun ilə Sultan Əhmədin oğlu Məlik Tahirin arasında düşmənçilik baş verir. Nəticədə Əmir Altunun dəstəsi dağılır, özü isə xaincəsinə öldürülür. İstedadlı sərkərdə Əmir Altunun həlak olması və qaladakı iğtişaşlar onun müdafiəçilərinə də mənfi təsir göstərir. Əmirin və əsgərlərin bir hissəsi Məlik Tahirdən üz döndərib qalanı tərk edir. Məlik Tahir isə xəzinəni də yığışdırıb qohumları və yaxın əyanları ilə birlikdə Bağdada qaçır. Teymurilər dövlətinin qoşunları heç bir müqavimətə rast gəlmədən Əlincə qalasına daxil olurlar."Əlincə qalası orta əsrlər dövründə xüsusi hərbi-strateji əhəmiyyətə malik olmuşdur. 1405-ci ildə Əmir Teymur vəfat etdikdən sonra qala təkrarən Cəlairilərin və Qaraqoyunluların əlinə keçmişdir. Teymurun oğlu Sultan Şahruxun silahlı qüvvələrinə qarşı döyüşdə məğlub olmuş və qardaşları tərəfindən xəyanətə uğrayan Qaraqoyunlu İsgəndər öz ailəsi ilə Əlincə qalasında gizlənməyə məcbur olmuşdur. İsgəndər burada öldürülmüş və Cahanşah Əlincə qalasını ələ keçirmişdir.Əlincə qalası müəyyən müddət Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında olmuşdur. Azərbaycanda orta əsrlər dövründə baş verən feodal çəkişmələri və müharibələri nəticəsində Əlincə qalası dağılmış və siyasi hadisələrdəki mövqeyini itirmişdir. Teymurilərin, Ağqoyunluların və Qaraqoyunluların hakimiyyəti dövrü XIV əsrin 80-ci illərində Azərbaycan şəhərləri daha ciddi bir təhlükəyə məruz qaldı. Mərkəzi Asiya əmiri Teymur 1385-ci ildə İranı və Azərbaycanı istila etmək məqsədi ilə böyük yürüşə başladı. O, Təbrizi, Sultaniyyəni ələ keçirdi. Cəlairi hökmdarı Sultan Əhməd bütün əmlakını Təbrizdə qoyaraq qaçmağa məcbur oldu. Həmin il Naxçıvanın yaxınlığında Teymurun əmirlərindən İlyas Xoca ilə Sultan Əhmədin qoşunları arasında kəskin döyüş baş verdi. İlyas Xocanın bu döyüşdə təsadüfən yaralanması Sultanı Əhmədi məğlubiyyətdən xilas etdi. Mərkəzi Asiyada xalq iğtişaşları baş verdiyindən Teymur oraya qayıtmalı oldu. 1386-cı ilin əvvələrində Qızıl Orda hökmdarı Toxtamış xanın 90 min nəfərlik qoşunu Bəy Poladın sərkərdəliyi altında Azərbaycan ərazisinə yürüş etdi. İşğalçılar Naxçıvanı, Təbrizi, Mərəndi, Marağanı ələ keçirərək qarət etdilər. Foma Metsopski həmin hadisədən bəhs edərək yazır ki, "onlar əhalinin bir çoxunu qılıncdan keçirmiş və bir çoxunu əsir etmişdilər." Zeynəddin ibn Həmdullah Qəzvininin verdiyi məlumata görə, Naxçıvan bu dövrdə də yenidən rəhmsizcəsinə dağıldı. Bu vaxt Zaqafqaziya şəhərlərində sürgün və qul edilənlərin sayı 200 minə çatırdı. Lakin yerli əhalinin inadlı mübarizəsi və Teymur qoşunlarının Qızıl Orda malikanələrinə hücumu ilə əlaqədar olaraq, Toxtamış xan Azərbaycan şəhərlərində, o cümlədən Naxçıvanda çox qala bilmədi, gəldiyi yol ilə geri qayıtmağa məcbur oldu. Bu hadisədən az bir müddət sonra 1387-ci ildə Teymurləngin qoşunları Azərbaycanın cənub torpaqlarının çox hissəsini tutaraq, Naxçıvan şəhəri üzərinə hücuma keçdi. Teymurun ordularına onun əmirlərindən İlyas Xoca adlı bir feodal sərkərdəlik edirdi. O, Naxçıvanı ələ keçirsə də şəhərin yaxınlığında möhkəm qala olan Əlincə qalasını tuta bilmədi.1387-ci ildə Əlincə qalası Teymurləngin qoşunları tərəfindən mühasirəyə alındı. Teymuri qoşunlarının hücumları müvəffəqiyyətsizliklə nəticələndi. Cəlairilər bu qalanın strateji əhəmiyyətini nəzər alaraq, onu həmişə möhkəmləndirməyə çalışırdılar. İndi isə Teymuri qoşunlarının hücumu qarşısında qala daha da möhkəmləndirilmişdi. Sultan Əhməd Əlincə qalasının müdafiəsini oğlu Məlik Tahirə həvalə etmişdi. Qalanın qutvalı Əmir Altun idi. Onun sərəncamında üç yüzə yaxın qorçu vardı. Azərbaycanın ayrı-ayrı feodal hakimləri və Gürcüstan dövləti Teymuri qoşunlarına zərbə vurmaq, onun irəliləməsinə imkan verməmək məqsədi ilə, Əlincə qalasının müdafiəçilərinə yaxından köməklik göstərdilər.Şəki hakimi Sidi Əli Orlat 1397–1398-ci ilin qış ayında gürcü qüvvələri ilə ittifaqda Əlincə qalasının müdafiəçilərinin köməyinə gəldi. Qalanın qarşısında Teymuri qoşunları ilə döyüş baş verdi. Vəziyyətin getdikcə kəskinləşdiyini hiss edən Teymuri qoşunlarının başçıları Əmir Teymurun oğlu Miranşaha müraciət edərək ondan kömək istədilər. Miranşah Əlincə qalasının mühasirəsini möhkəmləndirmək məqsədi ilə Xorasandan xüsusi qoşununu gətirərək öz oğlu Əbubəkr Mirzənin sərkərdəliyi altında Əlincə qalasına göndərdi. Şərafəddin Əli Yəzdi və Əbdürrəzzaq Səmərqəndinin yazdıqlarına görə, Əlincə qalası qarşısında hər iki tərəf arasında şiddətli döyüşlər getmişdir. Günlərlə davam edən əlbəyaxa döyüşlər müttəfiqlərin qələbəsi ilə nəticələnmişdir. Əbubəkr Mirzə öz qoşun hissələri ilə geri çəkilməyə məcbur oldu. Əlincə qalası Teymuri qoşunlarının mühasirəsindən xilas oldu.Mənbələr Sidi Əli Orlatın Əlincə qalasının qəhrəmancasına müdafiəsində həlak olduğunu göstərirlər. Əlincə qalasının müdafiəçiləri bir çox çətinliklərə tab gətirərək, müəyyən fasilərlə on dörd il – 1387-ci ildən 1401-ci ilədək mühasirə şəraitində Teymuri qoşunlarına qarşı mübarizə apardılar. Onlar ayrı-ayrı hallarda Teymuri qoşunlarına ağır zərbələr vura bildilər. Teymur Əlincə qalasını tutmaq məqsədi ilə yeni-yeni qüvvələr göndərsə də, heç bir müvəffəqiyyət əldə edə bilmədi.Əlincə qalasındakı qələbə Cənubi Qafqaz ölkələrində böyük ruh yüksəkliyinə səbəb olmuşdu. Azərbaycanın və Gürcüstanın feodal hakimləri öz qüvvələrini cəmləşdirərək mübarizəni davam etdirdilər. Cənubi Qafqaz feodal hakimlərinin vahid cəbhə təşkil etmək cəhdləri Teymuru çəkindirdiyi üçün, o, Əlincə qalasının ətrafında müəyyən miqdarda qoşun saxlayaraq, özünün əsas qüvvələri ilə Ermənistan və Gürcüstan üzərinə hücuma keçdi. 1401-ci ildə Əlincə qalası fəth edildikdən sonra Əmir Teymur öz möhkəmliyi ilə onu heyrətə salan bu qalanı xüsusi ziyarət etmişdi. Başqa şəhərlər kimi bu dövrdə Naxçıvan da Teymurun qoşunları tərəfindən dağıdılmışdı.Teymurilərə qarşı mübarizədə hürufilik təriqətinin banisi Fəzlüllah Nəimi də 1394-cü ildə Naxçıvanda Teymurun oğlu Miranşah tərəfindən öldürüldü. Bu zaman Naxçıvanda Nəiminin tərəfdarları olan hürufilər çox idi. Onları çəkindirmək məqsədi ilə Miranşah Nəimini həbs etdirirək Naxçıvan mahalına gətirmiş və məhz burada qətlinə fərman vermişdi. Hürufilər Miranşaha xüsusi nifrət bəsləyir və ona "Maranşah" deyirdilər. Miranşahın əmri ilə şəhərdəki dini binalardan başqa yerdə qalan tikintilərin çoxu məhv edilmişdi. Naxçıvanın yaxınlığında yerləşən Əlincə qalası uzun müddət Cəlairilərin və Teymurilərin istinadgahı olmuşdu. 1406-cı ilin may ayında Təbriz qazisi İmadəddin hücum edərək Əlincə qalasını dağıtmışdır. Cəlairilər hələ xarici hücumlar olmayanda Naxçıvan əhalisini itaət altında saxlamaq, vergilər toplamaq üçün bir cəza yeri kimi Əlincə qalasından istifadə edirdilər, orada böyük xərclə daim 300 nəfərlik qoşun dəstəsi saxlayırdılar. Onlar hər üç aydan bir maaş və ərzaq alırdılar. Qalanın saxlanılmasına sərf edilən məvacib ağır bir yük kimi rəiyyətin üzərinə düşürdü. 1406-cı il iyul ayının sonlarında Cəlair Sultan Əhməd Təbriz şəhərini aldıqdan sonra, Təbriz qazisi İmadəddin də Sultan Əhmədin tərəfinə keçdi və soyurqal olaraq bütün Naxçıvan mahalını hakimiyyəti altına aldı. Sultan Əhməd Əlincə qalasının möhkəmliyini nəzərə alaraq onun bərpa edilməsi haqqında fərman verdi və bütün xərci ətrafda yaşayan rəiyyətin üzərinə qoydu. 1412-ci ilin sonlarına yaxın Naxçıvan Qaraqoyunlu dövlətinin tərkibinə daxil oldu. Həmin il noyabr ayında Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları ilə Şirvanşah I İbrahim qoşunları arasında Kür çayı sahilində baş vermiş döyüşdə Naxçıvan vilayətinin qeyri-nizami qüvvələri Qara Yusifin tərəfində iştirak etmişdilər. Naxçıvan feodalları bu dövrdə, əsasən, Qaraqoyunlu dövlətinin tərəfində idilər. Lakin Qara Yusifin oğlu Qara İsgəndərin qoşunu Teymurun oğlu Sultan Şahrux (1406–1447) tərəfindən məğlub edildikdən sonra 1429-cu ilin oktyabr ayında Naxçıvan və Əlincə qalası yenidən Teymurilər dövlətinin əlinə keçdi. 1435-ci ilin sonlarında Sultan Şahrux Azərbaycanı tərk etdiyi zaman Əlincə qalası Qara İsgəndərin oğlu Şah Qubadın ixtiyarına keçdi. Həmin il Qara İsgəndər hakimiyyəti geri qaytarmaq üçün qardaşı Cahanşaha qarşı döyüşə qalxdı və məğlub olaraq oğlunun ixtiyarında olan Əlincə qalasına sığınmağa məcbur oldu. Əlincə qalası Qaraqoyunlu Cahanşahın qoşunu tərəfindən mühasirəyə alındı. Bu vaxt İsgəndər oğlu Şah Qubad tərəfindən Əlincə qalasında öldürüldü. Əlincə qalası daha sonra Ağqoyunlularla Qaraqoyunlular arasında gedən mübarizə meydanlarından birinə çevrildi.Əlincə qalasının mühasirəsindən bəhs edən Şərafəddin Əli Yəzdi qeyd edir ki, "Qaraqoyunlu hökmdarların bu qüvvətli qalasını ələ keçirmək üçün Teymurun göndərdiyi qüvvələr əvvəlcə Qara Məhəmmədi, sonra Qara Yusifi orada mühasirəyə salır. Bir ara Əhməd Cəlairin oğlu da buraya pənah gətirir. Atasının adından Azərbaycanı idarə edən Miranşah mühasirəni şiddətləndirərək qalanın xaric ilə əlaqəsini kəsməyə çalışsa da buna nail ola bilmir. Cəlair şahzadəsi gürcülərin köməkliyi ilə qaladan çıxır. Nəhayət bir çox şahzadələrin və böyük əmirlərin komandanlığı altında gətirilən ordu qarşısında on ildən bəri, mühasirə altında olan və pərişan hala gələn qala xalqı, qutval, yəni qalanın mühafizəsinə rəhbərlik edən Seydi Əhməd üsyan edərək təslim olur."1468-ci ildən etibarən Qaraqoyunlular sülaləsi süqut etdikdən sonra, Naxçıvan və eləcə də Əlincə qalası Ağqoyunluların hökmranlıq etdiyi ərazilərə daxil oldu. 1491-ci ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun oğlu Sultan Baysunqur (1490–1492) rəqiblərinə qalib gəldikdən sonra əmirlər tərəfindən hökmdarlığa namizəd göstərilmiş Uzun Həsənin nəvəsi Maqsud bəyin oğlu – Rüstəm Mirzəni Əlincə qalasında zindana saldırdı. Lakin o, 1492-ci ildə həmin qaladan xilas edildi.1496-cı ilin axırlarında Naxçıvan yaxınlığında Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin oğlu Gödək Əhmədin əsas qüvvəsi ilə Rüstəm Mirzənin qoşun dəstələri arasında kəskin və inadlı döyüş baş verdi. Bu döyüşdə Rüstəm Mirzənin hərbi qüvvələri dağıdıldı və özü də əsir götürüldü. Naxçıvan şəhəri və eləcə də Əlincə qalası XV əsrin axırlarına qədər Ağqoyunlu sultanlarının hakimiyyəti altına daxil olmuşdur. Səfəvilər İmperiyasının hakimiyyəti dövrü Əlincə qalası Səfəvilər İmperiyası dövründə də öz əhəmiyyətini qoruyub saxlamışdır. Səfəvilər dövlətinin yaranması ilə ölkədə sabitlik və əmin-amanlıq gücləndi. Əlincə qalasında daha çox müdafiə xarakterli olduğundan onun əhəmiyyəti ölkəyə xarici hücumlar və ölkədaxili müxalif qüvvələrin qarşıdurmaları zamanı artırdı. Səfəvilər dövləti mövcud olduğu dövrdə həmişə sabitlik olmamış bölgə ərazisi dəfələrlə Osmanlı-Səfəvi qoşunlarının döyüş meydanına çevrilmişdir. Bu zaman qala hərbi qüvvələrin əsas qərargah yeri olmuşdur. Əvvəlki əsrlərdə olduğu kimi yenə də hücum edən tərəflər qalanın fəth edilməsinə xüsusi önəm vermişdilər. Osmanlılarla Səfəvilərin ilk böyük müharibəsi – 23 avqust 1514-cü ildə baş verən Çaldıran döyüşü zamanı Osmanlılar Təbrizi tutduqdan sonra geri dönərkən Naxçıvan bölgəsini də ələ keçirmişlər. Həmin vaxt onlar Əlincə qalasını da tutmuşdular. Osmanlı mənbələrindən olan "Çaldıran ruznaməsi" əsərində Osmanlı qoşunlarının Naxçıvan tutması belə təsvir edilmişdi: "29 rəcəb (20 sentyabr 1514-cü il) çərşənbə günü Araz çayını keçib, Əlincə qalasının yuxarı tərəfində Kəsikgümbəzə çatdılar. 30 rəcəb, cümə axşamı günündə Naxçıvan şəhəri tutdu."1534-cü ilin yayında baş vəzir və qoşun başçısı İbrahim Paşanın rəhbərliyi ilə Səfəvilər üzərinə hücum edən Osmanlı qoşunu Təbrizi ələ keçirdikdən sonra Əlincə qalasını tutmaq üçün Xosrov Paşanı Naxçıvana göndərdi. Bu zaman Səfəvi torpaqlarını ələ keçirən baş vəzirin qeydlərindən aydın olur ki, onların hücumları zamanı Azərbaycan ərazisində üç yerdə daha çox mübarizə aparmalı olmuşdular ki, bunlar Araz çayının solundakı Əlincə, Urmiya gölünün şimal-qərbindəki Göyərçinlik və Urmiya gölünün cənub-şərqindəki Sarıkurqan qalaları olmuşdur. O, Əlincəçay üzərində yerləşən qalanın çox sərt olduğunu və alınmazlığı ilə tanındığını xüsusi olaraq vurğulamışdır. Səfəvi mənbələrindən Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əsərində də Azərbaycanın strateji baxımdan əhəmiyyətli qalalarından bəhs edilərkən Gülüstan, Gələrsən-Görərsən və digər qalaların sırasında Əlincə qalasının da xüsusi əhəmiyyət kəsb etdiyi göstərilmişdir. Səfəvilərin müdaxiləsində Əlincə qalasının xüsusi yeri olmuşdur.Sözügedən dövrdə Səfəvilər dövlətinin zindanlarından biri də Əlincə qalasında yerləşirdi. Belə ki, 1534-cü ildə divanın yüksək vəzifəli məmurlarından sayılan Əhməd bəy Nur Kamal vəzifəsindən kənarlaşdırıldıqdan sonra, əmlakı müsadirə olundu, qardaşları ilə birlikdə Əlincə qalasına salındı. Yüksək vəzifəli məmurun Əlincə qalasında dustaq edilməsi həmin vaxt qalada həm də etibarlı dustaqxananın yerləşdiyini göstərir. Qalalarda, o cümlədən də Əlincə qalasında zindanların olması hələ əvvəlki əsrlərdə də mövcud olmuşdur. Belə ki, 1491-ci ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun oğlu Sultan Baysunqur lələsi Sufi Xəlilin köməyi ilə rəqibləri Məsih Mirzə və Mahmuda qalib gəldikdən sonra, əmirlər tərəfindən padişahlığa namizəd göstərilmiş Rüstəm Mirzəni Əlincə qalasında zindana salınmışdı.1583-cü ilin avqust ayında Osmanlıların Şərq yürüşünün yeni hərbi rəhbəri Fərhad Paşa 70–80 min nəfərlik qoşunla Azərbaycana hücum edərkən Osmanlıların üstün qüvvələrini görən Çuxursəəd bəylərbəyi Məhəmmədi xan Toxmaq Ustaclı Osmanlı ordusuna qarşı durmağı öz qüvvələrinin imkanı xaricində olduğunu görüb, İrəvanı tərk edərək, Naxçıvana çəkildi. İsgəndər bəy Münşi göstərir ki, o Naxçıvana gəldiyi zaman qazilərin arvad-uşaqlarını Əlincə qalasında yerləşdirdi. 1578–1590-cı illər Osmanlı-Səfəvilər müharibəsi zamanı da Əlincə qalası öz müdafiə xarakterini davam etdirirdi.XVI əsrin sonu XVII əsrin əvvələrində – 1588–1603-cü illərdə digər Azərbaycan bölgələri kimi Naxçıvan da Osmanlı idarəçiliyində olmuşdur. Osmanlı inzibati ərazi bölgüsünə görə qala İrəvan əyalətinə tabe olan Naxçıvan sancağının Əlincə nahiyəsinin tərkibinə daxil olmuşdur. 1603-cü ildə Şah I Abbas Təbrizi Osmanlılardan geri aldıqdan sonra hərbi və iqtisadı baxımdan əhəmiyyətli olan Naxçıvan üzərinə hərəkət etmişdir. Bu zaman Culfa və Əlincə qalası azad edildikdən sonra Səfəvi qoşunları Naxçıvan şəhərinə doğru hərəkət etmişlər. Sonrakı döyüşlərdə Əmirgünə xan Qacar öz qoşunu ilə qalada yerləşərək buradan hələ yolda olan Osmanlılara qarşı hərbi əməliyyatlar həyata keçirilmişdir.Səfəvilərin son dövründə Əlincə qalası yenə Osmanlı idarəçiliyində olmuşdur. Belə ki, 1724-cü ildə Azərbaycan torpaqlarını tutan Osmanlı dövləti burada yenidən öz inzibati-idarə üsulunu qurmuşdur. Qala əvvəlki kimi yenə də yaradılan Naxçıvan sancağının Əlincə nahiyəsinin tərkibində olmuşdur. Bu zaman qala və ətrafındakı torpaqlardan geniş şəkildə istifadə olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndən aydın olur ki, yerli əhali burada əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul olmuşdur.Ümumiyyətlə, Səfəvilər dövründə Əlincə qalası yenə də əvvəlki kimi müdafiə baxımından çox əhəmiyyətli olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, "burada olan bir sıra memarlıq nümunələri – müdafiə tikililəri, qapılar və s. Səfəvilər dövründə inşa edilmişdir." Bu isə əvvəlki əsrlərdən fərqli olaraq Səfəvilər dövründə qalaya daha çox önəm verildiyini göstərir. Memarlıq xüsusiyyətləri Daxili-xarici memarlığı və müdafiə sistemləri Qala ilk öncə özünün qeyri-adi görünüşü ilə heyrətləndirici dərəcədə görünür. Əlincə qalasının divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş kərpicdən istifadə olunmuşdur. Divarların bünövrəsinə adətən iri yonulmuş daşlar qoyulmuşdur. Əlincə qalasının təsviri ilə bağlı müxtəlif məlumatlar verilmişdir. Qalanın bəzən iki, bəzən isə üç qapısı olması ilə bağlı fikirlər mövcuddur. Lakin şimal divarlardakı ehtimal olunan keçid tamamilə dağıldığından burada giriş olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. Ehtimal ki, bu istiqamətdən də giriş olmuşdur. Çünki qala divarlarının xaricində bir neçə yerdə qalada qazılmış, əsgərlərin yerləşdiyi səkilərə rast gəlmək mümkündür.Şərq və qərb girişlər kifayət qədər yaxşı saxlanılmışdır. Qalanın şərq qapısı Xanəgah kəndi ərazisindədir. Ehtimal ki, bu qapı qalanın əsas girişi olmuşdur. Çünki bu istiqamətdə Əlincə dağının ətəyində böyük yaşayış yeri mövcud olmuşdur. Şübhəsiz ki, qalanın müdafiəçilərinin bu yaşayış yeri ilə sıx əlaqəsi olmuşdur. Burada dördkünc formalı yaşayış binalarının qalıqları indi də qalmaqdadır. Bu hissədə səkkiz müdafiə istehkamının qalıqları indi də mövcuddur. Qalanın əsas su mənbələrindən biri olan üç quyulu böyük kəhriz də məhz buradadır.Yamac boyunca səpələnən daş yığınları müdafiə divarlarının daha çox olduğunu nümayiş etdirmişdir. Bunu Mirheydərzadənin XX əsrin 30-cu illərində verdiyi məlumatda təsdiq etmişdir. Mir Bağır Mirheydərzadə verdiyi məlumatda qeyd edir ki, "hər 20–25 addımdan bir müdafiə divarlarının qalıqlarına rast gəlinir. Əlincə dağının ətəyində yerləşən yaşayış yerini əhatə edən müdafiə divarının qalıqları hazırda qalmaqdadır. Eni 2,5 metr olan divarlar bəzi yerlərdə 2–3 metr hündürlükdə qalmışdır." Tədqiqatçılar belə hesab edirlər ki, bu divar Əlincə qalasının ilk müdafiə istehkamı olmuşdur. İri və orta həcmli daşlardan inşa olunan divarın möhkəmləndirilməsi üçün düz bucaqlı çıxıntılardan istifadə olunmuşdur. Bu tip memarlıq üslubu qalanın, demək olar ki, əksər divarlarında mövcuddur.Qakanın zirvəsinə doğru iki tərəfdən sıldırım qayalarla qorunan dərə dağıldığından müdafiə divarlarının uzunluğu azalmışdır. Dərə boyunca bir birinin ardınca inşa olunan möhkəm divarlar vardır. Divarlar başlıca olaraq Əlincə dağının öz daşlarından inşa olunmuş, bərkidici məhlul olaraq əhəng məhlulundan istifadə olunmuşdur. Divarların çox aşınmaya məruz qalmasına baxmayaraq bəzi hissələrdə saxlanan memarlıq elementləri müdafiə divarlarının estetik görüntüsü haqqında təsəvvür yaradır. Bu qalıqlara əsasən tədqiqatçılar qeyd edirlər ki, divarlar inşa edildikdən sonra yaxşı yonulmuş daşlarla üzlənmişdir. Üzləmə məqsədi ilə daha çox müxtəlif həcmli kvadrat formalı daşlar seçilmişdir. Amma bəzən iri həcmli yonulmuş daşlardan da istifadə olunmuşdur. Bu hissədə olan divarlar başlıca olaraq düz, bəzən isə düzbucaqlı ziqzaq şəkilli əyilmələrdən ibarətdir.Bu istiqamətlə qalxarkən dağın şimal-şərq hissəsində qalanın müdafiəsi üçün təhlükə olan yerə əlavə müdafiə divarı çəkilmişdir. Burada yarımdairəvi bürclərin qalıqları da vardır. Ümumiyyətlə, Əlincə qalasının müdafiə divarlarında yarımdairəvi bürclər çox azdır. Qalanın bu hissəsi bir birinin 2,5 metr yaxınlığında olan iki divarla möhkəmləndirilmiş, divarların arası yaşayış sahəsi kimi istifadə olunmuşdur. Bu tikintilərin yaxınlığında həmçinin su hovuzlarının da qalıqları qalmaqdadır. Araşdırmalar göstərir ki, qalanın müdafiəsinin etibarlı olmasını təmin etmək məqsədi ilə müdafiə divarları ilə yanaşı müdafiəçilərin su, ərzaq və sursatla təminatına da xüsusi fikir verilmişdir.Qalanın şərq tərəfdə çəkilən sonuncu divarı giriş qapısının ətrafındadır. Bu divar sərt qayada açılmış oyuqlara söykənən, relyefə uyğun inşa edilən və heç bir memarlıq elementi olmayan düz divardan ibarətdir. Bu müdafiə divarı boyunca dördkünc formalı binalar inşa olunmuşdur. Binalar qalanın şərq qapısının müdafiəçiləri üçün nəzərdə tutulmuşdur. Müdafiə istehkamının yaxınlığında iki böyük su hovuzunun olması da bu qapının mühüm strateji əhəmiyyətə malik olduğunu təsdiq edir. Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Əlincə qalası əsasən üç geniş sahədən ibarət olmuşdur. Təsvir edilən sahə qalanın üç hissəsindən biri olmaqla yanaşı yalnız müdafiə məqsədi daşımış və əsgərlərin yerləşdiyi sahələrdən biri olmuşdur. Buradan qalanın mərkəzi hissəsinə yenmək üçün ayaq yerləri və pillələr düzəldilmişdir.Qalanın kiçik şəhərciyi xatırladan mərkəzi hissəsində bişmiş kərpic və daşdan tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Qalanın ən böyük sahəsi olan bu hissədə yaşayış binaları və ictimai binaların qalıqları daha çoxdur. Təmir-bərpa işləri zamanı binaların bəzilərində axur qalıqlarının aşkar olunması binalardan bir qisminin heyvanların saxlanılması məqsədilə istifadə olunduğunu göstərir. Binalarda təndir qalıqları, əl dəyirmanları da aşkar olunmuşdur. Qaladakı su hovuzlarının böyük qismi məhz bu hissədədir. Bu da mərkəzi hissədə əhalinin daha çox məskunlaşdığını göstərir. Mərkəzi hissəyə həmçinin qərb tərəfdə, Xanəgah-Qazançı yolu istiqamətindən qalxmaq mümkün olduğu üçün bu hissə də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Bu hissədə üç müdafiə divarının qalığı qeydə alınmışdır. Ehtimal ki, əvvəlki dövrlərdə müdafiə istehkamlarının sayı daha çox olmuşdur.Divarlar başlıca olaraq qaya parçalarından inşa olunmuş və yonulmuş daşlarla üzlənmişdir. Qalın divarlara yığışan suyun kənara çıxması üçün divarların müxtəlif hissəsində dördkünc formalı oyuqlar qoyulmuşdur ki, bunlar həm də divarların memarlıq bəzəyinə çevrilmişdir.Qalanın qərb girişi dördkünc formalı bürclər və ziqzaq çıxıntılarla möhkəmləndirilmişdir. Divarlar başlıca olaraq daşdan, girişin yan tərəfləri isə bişmiş kərpicdən inşa olunmuşdur. Bu hissədə müdafiəni möhkəmləndirmək üçün həmçinin labirintlərdən istifadə olunmuşdur. Bu hissədə qalanın üç müdafiə divarı olmuşdur.Əlincə qalası Azərbaycanın və Yaxın Şərqin yüzillər boyu müxtəlif hakim sülalələrinin hakimiyyəti altında olsa da tarixi mənbələrdə daha çox Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincə qalasının əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı Əlincə qalasında olmuşdur. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu zamanı Eldənizlər hökmdarı atabəy Özbək (1210–1225) Əlincə qalasına sığınmış və burada vəfat etmişdir. Əlincə qalasında olan saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə bərpa edilmişdir. Hazırkı dövrdə qalıqları qalan Əlincə qalasında uzun müddətli hücumlara dözüm üçün hərbi-strateji və maddi-iqtisadi imkanlar mövcud olmuşdur.El içində qaladan Əlincəçaya gizli yolun olması da söylənilir. Bu haqda Mehmed Fuad Köprülünün də əsərində məlumat verilir. Araşdırmalar göstərir ki, Əlincə qalasının özünəməxsus müdafiə sistemi bütün mövsümlərdə burada yaşamağa imkan vermişdir.Əlincə qalasındakı memarlıq üslubu Naxçıvanda qədim dövrdən məlum olmaqla, Qazançı qalası, Vayxır qalası və Oğlan qalasında geniş tətbiq edilmişdir. Bu memarlıq üslubu, Erkən Orta əsrlərə aid Dərbənd və Bayburt qalalarında da müşahidə olunur. Əlincə qalasının memarlıq xüsusiyyətləri Xanəgah kəndi istiqamətində inşa olunan divarlarda da görünməkdədir. Bu memarlıq üslubunun bənzərlərinə Cənubi Azərbaycan ərazisində rast gəlinmişdir.Əlincə qalası barədə XV əsrdə yaşamış İspaniya səfiri Ryu Qonzales dö Klavixo öz gündəliyində belə yazmışdır: "Əlincə qalası yüksək və sıldırım bir dağ üzərində yerləşərək divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində dağ yamaclarının aşağı hissəsində üzümlüklər, bağlar, tarlalar, otlaqlar, bulaqlar və hovuzlar var idi. Qəsr və qalaça dağın başında yerləşir. Əlincə qalasının əzəmətli hasarı dağın ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun "kiçik bir şəhərciyi" xatırladan zirvəsini tamamilə əhatə edir. Qala üç geniş sahədən ibarətdir. Birinci sahədən ikinci və üçüncü sahələrə qalxmaq üçün daş pillələr vardır. Burada olan feodallara məxsus gözəl saray və tikintilərin qalıqları XIX əsrdə də təsvir olunmuşdur."Rus alimi İ. Şeblık XX əsrin 30–40-cı illərində burada apardığı müşahiədələr nəticəsində belə fikrə gəlmişdir ki, "qaladakı binalar dəfələrlə dağıdılmış və yenidən bərpa olunmuşdur." Şahtaxtı içqalası Dağın ən uca yerində Əlincə qalasının iç qalası yerləşir. Bu içqalanı yerli əhali "Şahtaxtı içqalası" adlandırır. Buranın Şahtaxtı olaraq adlandırılması təsadüfi deyildir. Tədqiqatçılar hökmdarların qalanın məhz bu hissəsində yerləşdiyini qeyd etmişlər. Şahtaxtı içqalası dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Mərkəzi hissədən içqalaya yalnız sıldırım qayalıqsan keçərək getmək mümkündür. Vaxtilə keçidi asanlaşdırmaq üçün qayada eni 30–40 sm olan dar cığır yonulmuşdu. Hazırda bu cığır təbii aşınmaya məruz qalaraq dağıdılmışdır. Hakimlərin, o cümlədən Eldənizlər dövləti hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşmişdir. Əlincə qalasının divarları və qalanın daxilində yerləşən tikililərdə yüksək tikinti mədəniyyəti, qala tikintisi üçün qeyri-adi sayılan incə işlənmiş daş ayrıntılar görünür.Şahtaxtı içqalasını şimaldan müdafiə etmək üçün üç müdafiə istehkamı inşa edilmişdir. Birinci müdafiə istehkamı, şimalda, Qazançı kəndi istiqamətindədir. Daşdan inşa edilən divarlar başlıca olaraq əhəng məhlulu, bəzən isə palçıqla möhkəmləndirilmişdir. Divarların hündürlüyü bəzi yerlərdə 4–5 metrə çatır. Divarın qərb qurtaracağı dördkünc formalı bürc həmçinin əsgərlərin yaşayış sahəsi kimi istifadə olunmuşdur. Qala divarının xaricində əsgərlərin durması üçün səkilər düzəldilmişdir. Bu divardan içqalaya doğru, sərt qayaların üzəri ilə, ensiz yol düzəldilmişdir.İkinci müdafiə sistemi şimal-şərqdə, Xanəgah kəndi istiqamətindədir. Burada qalaya qalxmaq çox çətin olsa da, qalanın müdafiəçiləri ehtiyatı əldən verməyərək buranı divarla möhkəmləndirmişlər. Divarların hörgüsündə yenə də daş və əhəng məhlulu istifadə olunmuşdur. Bu divar yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir.Üçüncü divar Şahtaxtı içqalasının binalarını əhatə etmiş, binalarla su hovuzunun arasında inşa olunmuşdur. İçqalada dörd böyük hovuza rast gəlinmişdir. Bu hovuzların biri öz həcminə görə Əlincə qalasının ən böyük hovuzu hesab olunur. Onun uzunluğu 25 metrdir. İçqaladakı binaların tikintisində bişmiş kərpicdən daha çox istifadə olunmuşdur. Buradakı böyük və kiçik otaqlar dar keçid vasitəsilə bir-biri ilə əlaqələndirilmişdir. Hidrotexniki qurğular Naxçıvan Muxtar Respublikasının əlverişli təbii-coğrafi mövqeyi və iqlimi qədim dövrlərdən bu ərazinin məskunlaşmasına, müxtəlif yaşayış yerlərinin və süni suvarma qurğularının inşa olunmasına imkan yaratmışdır. Qədim əkinçilik mədəniyyətlərinin formalaşmasında hidrotexnik qurğuların böyük əhəmiyyəti olmuşdur. Məlum olduğu kimi, hələ Eneolit dövrü və Erkən Tunc dövründə Naxçıvanın qədim sakinləri dağ ç1aylarının qarşısını kəsərək onları ətraf ərazilərə çıxarmış və əkinləri suvarmışlar. Əmək alətlərinin inkişafı və məhsuldar torpaqların mənimsənilməsinə ehtiyac süni suvarmaya tələbatı daha da artırmış, insanları yeni su mənbələri kəşf etməyə məcbur etmiş, daha mürəkkəb hidrotexniki qurğuların inşasına təkan vermişdir. Belə qurğulardan biri də dağ çaylarının suyunun məhsuldar torpaqlara çıxaran kanallar idi. Onlar hamısı indiyədək qalmışdır.Hal-hazırkı dövrə qədər yaxşı qalan hidrotexniki qurğuların bir hissəsi Əlincə qalasında mövcuddur. Əlincə qalasının hidrotexniki qurğuları iki qrupa bölünür. Birinci qrup qurğular qayada çapılmış su hovuzlarından ibarətdir. Bu hovuzlara su qayada çapılmış kanallar vasitəsilə gətirilmişdir. Qayada relyefə uyğun olaraq qazılan kiçik kanallar yağan yağış sularının toplanmasına imkan verir. Həcmcə olduqca böyük olan su hovuzları qala sakinlərinin uzun müddət suya olan tələbatını ödəmişdir.Su hovuzları başlıca olaraq Narınqalada inşa edilmişdir. Lakin bəzi hallarda Narınqaladan kənarda olan su hovuzlarına da rast gəlmək mümkündür. Hovuzların başlıca olaraq Narınqalada inşa edilməsi, şübhəsiz ki, həm su mənbələrinin qorunmasını, həm də onların idarə orqanlarının nəzarətində qalmasını təmin etmişdir. Su hovuzları başlıca olaraq dördkünc formalıdır. Lakin hovuzların biri dairəvi formalıdır. Hovuzlar həcmcə müxtəlifdir. Yağış sularını daha çox toplamaq mümkün olan hissələrdə, xüsusilə hündür qayaların ətəyində hovuzlar daha böyük olmuşdur.Hovuzların qazılma texnikası demək olar ki, eynidir. Əvvəlcə hovuzlar üçün insanların gedə biləcəyi əlverişli mövqelər seçilmişdir. Daha sonra qayanın çapılması yolu ilə inşa edilmişdir. Dördkünc formalı hovuzların daha çox üç hissəsi qayada çapılmış, ön tərəf isə bir qədər dərinləşdirildikdən sonra bəndlə möhkəmləndirilmişdir. Bu cür inşaat relyeflə bağlı olmuş, hovuzlara əmək sərfini bir qədər azaltmış və onların inşasını səmərəli etmişdir. Bəzi hovuzlar bütövlükdə qayanın içərisində qazılmışdır. Hovuzların qazılması üçün başlıca olaraq dəmir külünglərdən istifadə edilmişdir. Üçbucaq formalı bu tip külünglər 2014–2015-ci illərin bərpa və təmir işləri zamanı Əlincə qalasından aşkar olunmuşdur. Araşdırmalar göstərir ki, sərt materialların, xüsusilə daşın işlənməsi və formaya salınmasında dəmir baltalar da mühüm yer tutmuşdur. Belə baltalardan Oğlan qalasının qala divarlarının daşlarını işləmək üçün istifadə olunmuşdur. Su hovuzlarının ideal şəkildə hamarlanmış divarları göstərir ki, onların inşasında daş baltalardan istifadə də əsas yer tutmuşdur. Şübhəsiz ki, qazılmış süxurların hovuzdan çıxarılması və daşınması üçün kəndir, keçə bel qarmaq, ağac vedrələrdən istifadə olunmuşdur.Narınqalada mövcud olan su hovuzları başlıca olaraq iki yerdə – "Şahtaxtı" adlanan yuxarı hissədə və ondan aşağıdakı səkidə inşa edilmişdir. Şahtaxtı hissəsində olan hovuzların biri xüsusilə böyükdür. Onun uzunluğu 25 metr, eni 5 metr, dərinliyi 2–3 metr arasındadır. Hovuzun ön tərəfi əhəng məhlulu ilə bərkidilən daşlardan inşa olunmuş divarla möhkəmləndirilmişdir. Bu tikinti texnikası digər hovuzlar üçün də xarakterikdir. Şahtaxtı hissəsində mövcud olan digər hovuzlar kiçik həcmlidir. Bu hissədə natamam hovuzlara da rast gəlinir.Narınqalanın mərkəzi hissəsində tikinti çox olduğu kimi, su hovuzları da çoxdur. Narınqalaya sığınan əhali, xüsusilə əsgərlərin böyük bir hissəsi bu hissədə yaşamışdır. Əsgərlərə lazım olan yük və minik heyvanları da bu hissədə saxlandığı üçün suya tələbat çox olmuşdur. Su hovuzları daha çox bu hissədə qazılmışdır. Abidənin bu hissəsində də natamam qalan hovuzlara rast gəlmək mümkündür. Mövcud hovuzlar suya tələbatı ödəmədiyi üçün yeni hovuzların tikilməsinə ehtiyac olmuşdur. Bu hissədə mövcud olan su hovuzlarından birinin uzunluğu 23 metr, eni 4 metr, dərinliyi 3–4 metr arasındadır.Hovuzlara su qayada qazılmış kanallar vasitəsilə gətirilmişdir. Bu kanalların eni 20–25 sm, dərinliyi 15–20 sm arasındadır. Kanallar elə qazılmışdır ki, yağış zamanı su itkisinin qarşısı maksimum alınmışdır. Vəli Baxşəliyev ehtimal edir ki, "bu isə qala müdafiəçilərinin hər damla suya ehtiyacları olduğunu göstərən faktlardan biridir." Bir hovuz iki, yaxud üç kanal vasitəsilə su ilə təmin edilmişdir. Bir hovuzu təmin edən su kanallarının uzunluğu bəzən 200 metrə çatır.Əhalinin suya tələbatını ödəmək məqsədilə inşa olunan hidrotexniki qurğulardan biri də kəhrizlərdir. Çünki, qala sakinləri nə qədər cəhd etsələr də yağış zamanı su itkisinin qarşısını tamamilə ala bilməmişdilər. Buna görə də yeraltına gedən suları da toplamağa ehtiyac yaranmışdır. Onlar bunu kəhriz sistemi vasitəsilə həyata keçirmişlər. Əlincə qalasında indiyə qədər iki kəhriz aşkar olunmuşdur. Kəhrizlərin hər iksi Narınqaladan kənarda yerləşir.Birinci kəhriz Qazançı yolundan qalaya daxil olan qərb girişi yaxınlığındadır. Təbii eroziya zamanı ehtimal olunan quyular tamamilə örtüldüyü üçün onların yerini müəyyən etmək mümkün olmamışdır. Bu kəhrizin yalnız çıxışı aşkar olunmuşdur. Kəhrizin girişi sal daşlardan dördkünc formada inşa olunmuş, suyun axması üçün eni 60 sm, uzunluğu 2 metr olan kanal düzəldilmişdir. Uçqunun qarşısını almaq məqsədilə çıxışın ətrafı nalşəkilli formada dəstək divarı ilə əhatə olunmuşdu. Hal-hazırda bu kəhrizin girişi bərpa edilərək daha da abadlaşdırılmışdır. Yaz vaxtı kiçik dağ çayına bənzəyən bu kəhriz əhalinin tələbatını tamamilə ödəmişdir. Quraqlıq olanda, xüsusilə yay fəslinin isti günlərində bu kəhriz quruyur.İkinci kəhriz qalanın şərq girişi istiqamətində, Əlincə qalasının yerləşdiyi dağın ətəyindədir. Bu kəhrizin suyundan hazırda istifadə olunur və xalq arasında "yuxarı çeşmə" adlanır. Birinci kəhrizdən fərqli olaraq bu kəhrizin quyuları da aşkar olunmuşdur. Naxçıvanda rast gəlinən orta əsr kəhrizlərinin quyuları dairəvi formalı olduğu halda, bu kəhrizin quyularının üst qismi otaq şəklindədir. Bu, quyuların istifadəsi ilə bağlı olmuşdur. Kəhrizin üç quyusunun olduğu müəyyən olmuşdur. Şaquli qazılan orta əsr kəhriz quyularından fərqli olaraq bu kəhrizin baş quyusu təxminən 45 dərəcə bucaq altında qazılmışdır. Quyu 8 metr dərinlikdən sonra uzunluğu 9–10 metr olan qayaaltı boşluğa daxil olur. Bu boşluqda 3–4 nəfər rahat yerləşə bilərdi. Boşluğun baş tərəfində qaya çapılaraq 0,6 metr dərinliyə salınmış, hovuz düzəldilmişdir ki, yeraltı sular buraya toplansın. Bu hovuz yeraltı suları bir yerə toplamağa imkan vermişdir. Toplanan su saxsıdan düzəldilmiş kiçik novlar və saxsı borular vasitəsilə aşağıya ötürülmüşdür. Sonuncu quyunun divarında su səviyyəsinə enən pillələr yaradılmışdır. Bu pillələrlə quyuya yenən adam quyuda qoyulmuş sutoplayıcının qarşısına sipər qoymaqla suyu sağa, sola və aşağıya buraxa bilmişdir. Üç istiqamətli paylayıcının olması kəhrizin üç çıxışının olmasına işarə edir. Hal-hazırda yalnız bir çıxışdan istifadə edilir.Kəhriz sularının çıxışı yaşayış məntəqəsinə aid evlərinin içərisində yerləşdiyi üçün Əlincə qalasını mühasirə edən düşmənin qala ətəyində su mənbəyi olmasından xəbəri olmamışdır. 2006-cı ildə qalada aparılan araşdırmalarda dağın bu hissəsinin də qala divarı ilə əhatə olunduğu göstərilmişdir. Qala divarı boyunca və onun içərisində yaşayış binalarının qalıqları var idi. Araşdırmalara əsasən qeyd edilmişdir ki, düşmən hücumu zamanı ətrafda yaşayan əhali qalanın bu hissəsində sığınacaq tapmışdır. Şübhəsiz ki, bu kəhrizin suyundan mülki əhali də istifadə etmişdir. Digər tərəfdən dağın ətəyində yerləşdiyi üçün bu kəhrizin suyu daha gec quruyur, yağıntı bol olduqda isə su kəsilir. Bu səbəbdən qalada qıtlıq olduqda gecələr qaladan yenən əsgərlər kəhriz suyunu tuluqlara dolduraraq apardılar.Əlincə qalası ətrafında aparılan araşdırmalar zamanı yaşayış məntəqələrinin su ilə təmin olunması məqsədi ilə su kanallarından və bəndlərdən də geniş istifadə olunmuşdur. 2008-ci ildə aparılan araşdırmalar zamanı Culfa rayonunun Dizə kəndi yaxınlığında qədim su kanallarının qalıqları aşkar edilmişdir. Su kanalları Cərəcür çayının suyunun Dizə kəndi ətrafındakı torpaqlara çıxarmaq üçün çəkilmişdir. Çayın qabağı kəsilərək su torpaqda qazılmış kanala yönəldilmişdir. Kanalın suyunun dağın ətəyindən keçirmək üçün mürəkkəb hidrotexniki qurğu inşa olunmuşdur. Qurğu çayın və sel suyunun qarşısını almaq üçün qaya parçalarından hörülən hündür divardan ibarətdir. Divarın hündürlüyü bəzi yerlərdə 4 metrdən artıq olmuşdur. Aparılan araşdırmalar zamanı sel sularının axması üçün divarda xüsusi novdanların qoyulduğu aşkar edilmişdir. Araşdırmalar zamanı kanalın ətrafında salınan mövsümi yaşayış yerindən eramızın ilk əsrlərinə aid çəhrayı rəngdə hazırlanmış, qırmızı cilalı keramika nümunələri tapılmışdır. Keramika nümunələrinin bir qismi isə orta əsrlər dövrünə aiddir. Demək olar ki, su kanalı eramızın əvvələrindən orta əsrlərədək istifadə edilmişdir. Hazırda su kanalı yerli əhali tərəfindən bərpa edilərək yenidən istifadəyə verilmişdir.Araşdırmalar göstərir ki, Naxçıvanın, o cümlədən Əlincə qalası və onun ətrafında yaşayan əhali qədim dövrlərdən başlayaraq süni suvarmaya ehtiyac hiss etmiş və bəndlər, su kanalları inşa etmişdir. Bu da bölgənin iqtisadi inkişafında önəmli rol oynamışdır. Əlincə qalasının su sistemi isə qalanın uzun müddət mühasirədə qalmasını təmin edən əsas şərtlərdən biri olmuşdur. Qalanın rəisləri Əlincə qalasının Əmir Teymur qoşunları tərəfindən 14 illik mühasirəsi zamanı qalanın müdafiəsinə bir-birinin ardınca bir neçə qala rəisi rəhbərlik etmişdir. Bu sərkərdələrdən birincisi mühasirənin başlandığı 1387-ci ildən 1390-cı ilin sonlarına qədər müdafiəyə rəhbərlik edən Xacə Cövhərdir. Orta əsr mənbələrində bəzən Cövhər ağa, Cövhər xadim kimi xatırlanan Xacə Cövhər Əmir Teymur qoşunlarının Əlincə qalasını mühasirəyə aldığı vaxt qalanın kutvalı olmuşdur. O, özünün qəhrəmanlığı və şücaəti ilə seçilmiş və qala əhalisi arasında hörmət qazanmışdır. Teymuri qoşunlarının Əlincə qalasını mühasirəyə aldığı ilk vaxtlarda qala Xacə Cövhərin rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuşdur.Azərbaycanın feodal hakimləri Teymurilər dövləti qoşunlarının təhlükəsini düzgün qiymətləndirərək ona zərbə vurmaq və irəliləməsinə imkan verməmək məqsədi ilə Əlincə qalasının müdafiəsinə yaxından kömək edirdilər. Teymuri qoşunları ilə qala müdafiəçiləri arasında 1388–1389-cu illərin qışında baş verən döyüşdə Teymuri qoşunları qalanın aşağı səngərlərini ələ keçirsələr də, qala müdafiəçiləri Xacə Cövhərin rəhbərliyi ilə qalanın yuxarı hissəsinə çəkilərək müdafiəni davam etdirmişlər. Lakin bu zaman qalada su ehtiyatı qurtardığı üçün Əmir Teymurla danışığa başlamağa məcbur olmuşlar. Əmir Teymur qalanın təslim olacağını fikirləşib qoşunu qalanın ətəklərinə endirmişdir. Lakin bu zaman yağan güclü leysan qalanın bütün hovuzlarını su ilə doldurmuşdur. Bunu görən Xacə Cövhər qalanın təslim edilməsi fikrindən əl çəkmiş və müdafiəni davam etdirməyə başlamışfır. Teymur qalanın mühasirəsini daha da gücləndirsə də, müttəfiqlərin zərbəsi ilə geri çəkilməyə məcbur olmuşdur. Sərkərdə 11 noyabr 1390-cı il tarixində, Ramazan bayramı günündə taun xəstəliyindən vəfat etmiş və Əmir Altun onun canişini olmuşdur.Xacə Cövhər vəfat etdikdən sonra Əlincə qalasının kutvalı Əmir Altun olmuş və qalanın Teymuri qoşunlarından müdafiəsinə rəhbərlik etmişdir. Əmir Altun Xacə Cövhərin ən yaxın silahdaşlarından biri kimi onun tapşırığı ilə bir sıra yürüşlərə rəhbərlik etmişdir. Əməliyyatlara uğurla rəhbərlik edən Əmir Altun qəhrəmanlığı ilə sərkərdə kimi qala müdafiəçiləri arasında nüfuz və hörmət qazanmışdır. Bəzi mənbələrdə onun Xacə Cövhərlə birlikdə Əlincə qalasının müdafiəsinə rəhbərlik etməsi qeyd olunur. Mənbələrin məlumatlarından məlum olur ki, Əmir Altunun qalanın kutvalı olmasından əvvəl Əlincə qalasının işləri qaydaya salınmış, Xacə Cövhərin zamanında olan rəvacı daha da artırmışdı. Əmir Altun Əlincə qalasının kutvalı olarkən qalada, təxminən, 300 nəfər qorçu var idi.Teymuri qoşunlarının qala üzərinə hücumları Əmir Altunun rəhbərliyi ilə dəf edilmişdi. Əlincə qalasının strateji-coğrafi mövqeyinə, gizli yollarına bələd olan Əmir Altun dəfələrlə qalanın müdafiəsi üçün döyüşlərdə iştirak etmişdir. Lakin Əmir Altunla Sultan Məlik Tahir arasında ciddi ziddiyət yaranmışdı. Belə bir şəraitdə Teymurun sərkərdələrindən Məhəmməd Dərviş Bərlas 40 min nəfərlik nizami ordu ilə qala üzərinə güclü hücuma keçmişdir. Bu zaman Əmir Altun qala müdafiəçilərinin bir hissəsi ilə ərzaq axtarışında olduğu üçün qalanı tərk etmişdi. Onlar qalaya qayıdarkən qala qapılarının Teymuri qoşunları tərəfindən tutulduğunu, mürəkkəb bir vəziyyətin yarandığını görmüşdülər. Vəziyyəti düzgün qiymətləndirən Əmir Altun arxadan Teymuri qoşunlarına hücum etmiş və onlara ağır zərbə vurmuşdur. Döyüşdə Teymuri qoşunları çoxlu itki vermiş, dörd tümən əmirinin iksi məhv edilmişdir. Mənbələrdə Sultan Məlik Tahirin əmri ilə qala qapılarını öz dəstəsi ilə qalaya daxil olmaq istəyən Əmir Altuna açmadığını və onun qalaya buraxılmadığı qeyd olunmuşdur. Əmir Altun qalada olmadığı zaman Sultan Məlik Tahir onun qardaşını qətlə yetirmiş, özünün isə qalaya buraxılmaması haqda əmr vermişdi. Bu səbəbdən də Əmir Altun Mərənd şəhərinə getməyə məcbur olmuşdur. Lakin Mərənd hakimi Əmir Teymurla əlaqələrini gücləndirmək məqsədi ilə onu həbs etdirmiş və qətlə yetirmişdir. Başını isə Əmir Teymura göndərdi. Bu xəbər Əmir Teymura çatdıqda o, belə bir qəhrəmanı öldürdüyü üçün Mərənd hakimini qətlə yetirdi və əmlakını müsadirə etdirdi. Mənbələrin yazdığına görə, "bu hadisələr qalanın müdafiəçilərinə ciddi təsir edir və onların bir qismi Məlik Tahirdən üz döndərərək qalanı tərk edirlər. Nəticədə, qalanın müdafiə qabiliyyəti zəifləyir."Qala əhli və ətraf kəndlərin əhalisi arasında böyük hörmət və nüfuzu olan Əmir Altun haqqında rəvayətlər də yaranmışdır. Əlincəçay mahalı əhalisi arasında həmin rəvayətlər – "Altunla Zeynəb" və "Zeynəb gölü" indi də mövcuddur.Əmir Altunun qətlə yetirilməsindən sonra qalanın kutvalı Əmir Seyyid Əhməd Oğulşami olur. Orta əsr mənbələrində və epiqrafik abidələrdə Əmir Seyyid Əhməd Oğulşami haqqında müəyyən məlumatlar gəlib çatmışdır. Belə mənbələrdən biri Əlincə qalasının şərq ətəyində yerləşən və Xanəgah kəndinin əhalisi tərəfindən məscid kimi istifadə edilən türbədə saxlanılan kitabədir. Kitabənin mətnindən məlum olur ki, türbə Qaraqoyunlular dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti dövründə (1435–1467) Əmir Seyid Əhməd Oğulşaminin oğlu, Sahib əl-Əzəm Hacı Məhəmməd tərəfindən oğlu Əmirxanın şərəfinə inşa etdirilmişdir.Orta əsr müəllifi, Əmir Teymurun tarixçisi Şərafəddin Əli Yəzdinin Əmir Teymurun həyatına, fəaliyyətinə və yürüşlərinə həsr etdiyi "Zəfərnamə" əsərində də Əmir Seyyid Əhməd Oğulşami haqqında müəyyən məlumatlar mövcuddur. Əsərdə qeyd olunur ki, "Şəki hakimi Sidi Əli Orlat mühasirədən cana gəlmiş və sümüyünə bıçaq dirəmiş Sultan Məlik Tahiri xilas etmək məqsədi ilə Əlincə qalasına gətirilmişdir. Onlar Əlincə divarlarına çatanda Sultan Məlik Tahir qaladan enmiş və onlara qoşularaq çıxıb getmişdir. Bundan sonra qalanın müdafiəsinə Əmir Seyid Əhməd Oğulşami rəhbərlik etmişdir."Tarixçinin verdiyi bu məlumatdan aydın olur ki, kitabədə adı qeyd olunan Əmir Seyid Əhməd Oğulşami Əlincə qalasının müdafiəsində iştirak edən, bir müddət isə müdafiəyə rəhbərlik edən sərkərdələrdən biri olmuşdur. Buna görə də o, orta əsrlər dövründə qoşun başçılarına və sərkərdələrə verilən "əmir" titulu daşımışdır.Mənbədə bu şəxsiyyətin aqibəti haqqında da dəqiq məlumat verilir. Orada qeyd olunur ki, "Teymuri ordusu Sivas və Şam şəhəri tərəfə üz tutanda Əmirzadə Miranşahın qoşunundan Şeyx Məhəmməd Daruğa və Əmirzadə Şahruxun ləşkərindən Firuzşah göstərişə əsasən Əlincə qalasına getmiş və qalanın mühasirəsini davam etdirmişlər. Həmin vaxt qalada az adam qalmışdı. Bütün çətinliklərə baxmayaraq, qalanın kutvalı, yəni rəisi – Əmir Seyid Əhməd Oğulşami son ana qədər müqavimət göstərsə də, qala tutulmuş, onun müdafiəsinə rəhbərlik edən Əmir Seyid Əhməd Oğulşami isə əsir götürülərək Əmir Teymurun hüzuruna göndərilmişdir. Həmin vaxt Bağdadda olan Seyid Əhməd Oğulşami buraya gətirilikdən sonra onun qətlinə fərman vermişdir." Beləliklə, Əmir Seyyid Əhməd Oğulşami Bağdadda edam edilmişdir. Əlincə qalasının süqutu 1401-ci ildə olduğundan ehtimal etmək olar ki, Əmir Seyid Əhməd Oğulşami həmin ildə qətlə yetirilmişdir.Əmir Seyid Əhməd Oğulşaminin Əlincə qalasının Teymur qoşunları tərəfindən mühasirəsi zamanı qalanın müdafiəsində iştirakına, bir müddət müdafiəyə rəhbərlik etməsinə, oğlu, Qaraqoyunlu dövlət aparatında vəzir vəzifəsini tutan, Əmir Seyid Əhməd Oğulşaminin nəvəsi Əzəm Hacı Məhəmmədin oğlu Əmirxanın Əlincə qalasının şərq ətəyində, Xanəgah kəndində dəfn edilməsinə və onun qəbri üzərində atası tərəfindən türbə inşa etdirməsinə əsasən ehtimal etmək olar ki, onlar əslən Culfa rayonunun Xanəgah kəndindən olmuşlar. Əlincə qalası ilk dəfə tam şəkildə Naxçıvan Ölkəşünaslıq Muzeyinin əməkdaşı, etnoqraf Mir Bağır Mirheydərzadə tərəfindən tədqiq edilmişdir. Mirheydərzadə 1930-cu ildə Əlincə qalasının tədqiqi ilə bağlı verdiyi məlumatda qalanın müdafiə istehkamlarını və divarlarını, bürclərini, qapılarını tədqiq etmişdir.Mirheydərzadə XX əsrin 30-cu illərində verdiyi məlumatda yamac boyunca səpələnən daş yığınları müdafiə divarlarının daha çox olduğunu nümayiş etdirdiyini təsdiq etmişdir. Mir Bağır Mirheydərzadə verdiyi məlumatda qeyd edir ki, "hər 20–25 addımdan bir müdafiə divarlarının qalıqlarına rast gəlinir. Əlincə dağının ətəyində yerləşən yaşayış yerini əhatə edən müdafiə divarının qalıqları hazırda qalmaqdadır. Eni 2,5 metr olan divarlar bəzi yerlərdə 2–3 metr hündürlükdə qalmışdır." Tədqiqatçı belə hesab edirdi ki, bu divar Əlincə qalasının ilk müdafiə istehkamı olmuşdur. İri və orta həcmli daşlardan inşa olunan divarın möhkəmləndirilməsi üçün düz bucaqlı çıxıntılardan istifadə olunmuşdur. Mirheydərzadə bu tip memarlıq üslubun qalanın, demək olar ki, əksər divarlarında mövcud olduğunu qeyd etmişdir.Orta əsr memarlıq abidələri, o cümlədən qalalar, onların təyinatı, sifarişçisi, inşa tarixi, memarı və s. haqqında ən dəqiq və obyektiv məlumatları onların üzərində olan epiqrafik kitabələr verirlər. Bu abidələrin bir hissəsinin üzərində olan kitabələr inşa olunduqları vaxtdan keçən müddət ərzində təbii qüvvələrin təsirindən və digər səbəblərdən aşınaraq sıradan çıxmış, məhv olmuşlar.Əlincə qalasının indiki dövrə qədər hər hansı bir yerində kitabə qalmamışdır. Lakin XX əsrin birinci hissəsinə aid ədəbiyyat materiallarında qalada kitabə olması barədə məlumat mövcuddur. Bu kitabə haqqında ilk dəfə və yeganə olaraq Mir Bağır Mirheydərzadə məlumat vermişdir. "Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin elmi katibi olan Mir Bağır Mirheydərzadə 1930-cu ildə Əlincə qalasını tədqiq edərkən bu kitabəni görmüş və verdiyi xəbərdə qeyd etmişdir ki, "Qalanın üstündə nəsb edilmiş bir yazılı daş da mövcuddur." Lakin o, kitabənin mətni və məzmunu haqqında heç bir məlumat verməmişdir. Əlincə qalası haqqında ən dolğun məlumatı verə biləcək bu kitabə daha sonra itmişdir.Rus alimi İ. Şeblık XX əsrin 30–40-cı illərində Əlincə qalasında tədqiqatlar aparmışdır. Alim apardığı müşahidələr nəticəsində belə qənaətə gəlmişdir ki, "qaladakı binalar dəfələrlə dağıdılmış və yenidən bərpa olunmuşdur." Numizmatika materialları Əlincə qalası XIII əsrin ikinci yarısı və XIV əsrin birinci yarısında sikkə zərb edilən əsas mərkəzlərdən biri olmuşdur. Azərbaycanın numizmatik abidələri haqqında yazılan bəzi əcnəbi və yerli mütəxxəsislərin əsərlərində Əlincə qalasında zərb edilən sikkələr barədə məlumatlar vardır. Belə məlumatlardan biri Rusiyada şərq numizmatika elminin əsasını yaradan alimlərdən biri olan Aleksey Konstantinoviç Markovun "Cəlairi sikkələrinin kataloqu" adlı monoqrafik əsərində qeyd olunmuşdur. Əsərdə 45 zərbxanın adı çəkilir. Onlardan biri də Əlincə qalasıdır. Əlincə qalasında zərb edilən sikkələr yalnız bir neçə ədəddir.Əlincə qalası Eldənizlər dövlətinin əsas istinad mərkəzlərindən biri və onların xəzinəsinin saxlandığı yer olmuşdur. Eldənizlər xəzinəsinin ümumi kütləsi barədə Həmdullah Qəzvini "Tarixi Qozidə" əsərində məlumat verir. O yazır ki, "Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə dövlətin xəzinəsinə bir ildə Azərbaycandan, Arrandan, Muğandan gələn 2300 tümən gəlir daxil olurdu. Müqayisə üçün onu demək olar ki, bütün Elxanilər dövlətindən il ərzində xəzinəyə 2100 tümən daxil olurdu."Orta əsr müəlliflərindən Sədrəddin Əbül Həsən adlı mütəfəkkir bu haqda məlumat vermişdi. M. Ə. Seyfəddini adı çəkilən müəllifə istinadən "Azərbaycan numizmatikası" adlı çoxcildliyin ikinci cildində qeyd edir ki, "Əbül Həsənin əsərində Naxçıvan şəhərinin yaxınlığında güclü müdafiə sisteminə malik olan Əlincə qalasında Atabəylərin xəzinəsinin əsas, önəmli hissəsi, qalanı isə "Sirr cahan" adlanan yerdəki qalada saxlanılır. İkinci qala Məhəmməd Cahan Pəhləvanın birinci xanımı, Əmir İnancın qızı İnanc xatuna aiddir." Ehtimal ki, Eldəniz hökmdarlarının adından kəsilən sikkələrin bir qismi Əlincə qalasında kəsilmişdir. 1983-cü ildə indiki Kəngərli rayonunun Yurdçu kəndində Eldəniz hökmdarları Cahan Pəhləvan, Əbu Bəkr və Müzəffərəddin Özbəyin adına kəsilən sikkələrdən ibarət dəfinə aşkar olunmuşdur. Lakin bir çox sikkələrin üzərində kəsilmə yeri göstərilmədiyindən onların zərb edildiyi məkanı müəyyənləşdirmək mümkün olmamışdır. Eldənizlər dövlətinin sikkələri başlıca olaraq Təbriz, Naxçıvan, Ərdəbil, Gəncə, Beyləqan və digər şəhərlərdə kəsilmişdir. Eldənizlər dövrünə aid çoxsaylı pul dəfinələri tapılsa da, onların qızıl sikkələri indiki dövrə qədər aşkar olunmamışdır. Tədqiqatçılar qeyd edirlər ki, "Eldəniz hökmdarları qızıl sikkə kəsmək hüququna malik olmamışlar. Bu hüquq yalnız Səlcuq hökmdarlarına məxsus olmuşdur."Atabəy Əbu Bəkrin hakimiyyəti dövründə Əlincə qalasında Azərbaycan və İraqdan yığılan vergilər və gəlirlər, o cümlədən dəyərli hədiyyələrin burada yerləşməsi barədə mənbələrdə məlumatlar vardır.Tədqiqatçıların bir çoxu Əlincə qalasının çiçəklənmə dövrünü Eldənizlərin zamanına aid etsələr də "Əlincə" monoqramı ilə kəsilən sikkələr Elxanilər dövründə də mövcud idi. Əlincə qalasında yalnız mis dirhəmlər zərb edilmişdir. Yerli hökmdarların mis dirhəmlər kəsmək hüquqları var idi. Bu sikkələr tədiyyə vasitəsi kimi işlədilirdi. Bu baxımdan 1897-ci ildə A. K. Markov tərəfindən nəşr olunan sikkədə məlumat vardır. Sikkənin avers, yəni üz hissəsində "..zərb….qale…Alince", revers, yəni tərs üzündə "v…rəsul…. Əbu Bəkr…" sözləri yazılmışdır. Sikkələrin dövrü və tarixi haqqında məlumat olmadığı üçün, onların forması və kəsilmə texnikasına əsasən Əlincə zərbxanası XIII–XIV əsrlərə aid edilmişdir.Yaxın Şərqdə dövrünün ən güclü dövlətlərindən hesab edilən Atabəylər – Eldənizlərin müəyyən döyüşlər, müharibələr, münaqişələr, daxili üsyanlar, çaxnaşmalar zamanı ehtimal ki, Əlincə qalasında sikkə zərbi işinə də yerinə yetirmişlər.Son tədqiqatlar zamanı Əlincə qalasında VII əsrə aid gümüş sikkə tapılmışdır. Həmin sikkənin üzərində soğd əlifbası ilə "Çaç" sözü və hökmdarın adı yazılmışdır. Hökmdarın adı mütəxəssislər tərəfindən müəyyən edilə bilməmişdir. "Çaç" sözü Daşkəndin qədim adı olmuşdur. Sikkənin VII əsrdə kəsilməsi qalanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri olan qala şəhər olduğunu təsdiq etmişdir. Bərpa edilməsi Orta əsrlər Mənbələrin və tədqiqatların verdiyi məlumatlarda Əlincə qalasının ilk bərpasının Eldənizlər dövrünə təsadüf etdiyi ehtimalı irəli sürülür. Məlumdur ki, Azərbaycan Atabəyləri dönəmində mühüm müdafiə tikilisi olan Əlincə qalasının əhəmiyyəti xüsusilə artmış, bura Eldəniz hökmdarlarının ailə üzvlərinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdir. Əlincə qalasının Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni "Əxbar əd-dövlət əs-Səlcuqiyyə" əsərində də qeyd etmişdir. Qalanın müdafiə sistemi o dərəcədə möhkəm olmuşdur ki, bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz Naxçıvana sığınmağa çalışmışlar. Ehtimal ki, Naxçıvanı dövlətin mərkəzinə çevirən Şəmsəddin Eldəniz qalanın möhkəmləndirilməsi ilə bağlı müəyyən işlər həyata keçirmişdir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev yazır ki, "Əlincə qalasında mövcud olan saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır. Atabəylər dövründə Naxçıvan hakimi Zahidə xatının iqamətgahının Əlincə qalasında yerləşdiyi dövrdə də, ehtimal ki, qalada müəyyən tikinti və təmir işləri aparılmışdır."Hülakülər və Teymurilər dövlətlərinin dövründə Əlincə qalası ciddi hücumlara və dağıntılara məruz qalmış, Əmir Teymura qarşı qala müdafiəçiləri 14 il müqavimət göstərmişdir. Əmir Teymurun və digər Teymuri sərkərdələrinin hücumları zamanı ciddi dağıntılara məruz qalan Əlincə qalasının tarixində ən böyük dağıntılardan biri 1406-cı ilə təsadüf edir. Tarix üzrə fəlsəfə doktoru Rauf Məmmədovun yazdığına görə, "həmin ildə Təbriz qazisi İmadəddin Əlincə qalasına hücum edərək qalanı dağıtmışdı. Həmin ilin iyul ayında Cəlairi Sultan Əhməd Təbrizi ələ keçirdikdən sonra Naxçıvan ərazisini Təbriz qazisi İmadəddinə soyurqal olaraq vermişdir." Əlincə qalasının bərpası ilə bağlı məlum olan ilk fərman da bu dövrə aiddir. Sultan Əhməd Əlincə qalasının möhkəmliyini nəzərə alaraq onun bərpa edilməsi haqqında fərman vermiş və bütün bərpa xərclərini ətrafda yaşayan əhalinin üzərinə qoymuşdur.Bəzi tədqiqatçılar qalada olan bir sıra memarlıq nümunələrinin – müdafiə tikililərinin, qapıların və digər qurğuların Səfəvilər dövründə inşa edilməsi fikrini irəli sürmüşlər. Culfa rayonu Səfəvilər üçün xüsusi əhəmiyyət kəsb etmiş, I Şah İsmayılın dövründə Culfa ərazisi həm də qış paytaxtı rolunu oynamış və gürcü hakimləri Şah İsmayıl Səfəvidən asılılığı məhz burda qəbul etmişdilər. O zaman Səfəvilər dövründə də qalada müəyyən bərpa işlərinin aparılması ehtimalı güclənmişdir. Tədqiqatçılar qeyd edirlər ki, "Səfəvilər dövründən sonra Əlincə qalası ciddi dağıntılara uğrasa da, qala XIX əsrdə öz funksiyasını yerinə yetirmişdir. 1826-cı ildə Lala bəy adlı qalabəyi Əlincə qalasında yarım ildən artıq düşmənlə vuruşmuşdur." Müasir dövr 11 fevral 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən "Culfa rayonundakı "Əlincə qalası" tarixi abidəsinin bərpa edilməsi haqqında" sərəncam imzalamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin sərəncamından sonra Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA Naxçıvan Bölməsi qalanın elmi-bərpa layihəsini hazırlamışdır.Özünəməxsus memarlığı olan qalanın iki əsas girişi olmuşdur. Bu girişlərdən biri Culfa-Qazançı yolunun sağ tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanması məqsədəuyğun hesab edilmiş və Əlincə dağının müəyyən hissəsinə qədər, qala istehkamlarına qədər torpaq yol çəkilmişdir. Dağın müəyyən hissəsinə yol çəkilsə də, bərpa üçün zəruri olan tikinti materialları qalaya əllə və yük heyvanları vasitəsilə qaldırılmışdır. Qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmışdır. İri qaya parçalarından inşa edilən qala divarlarının bərkidilməsi üçün, əsasən, əhəng məhlulundan istifadə edilmişdir. Qalanın üzərində yerləşən binaların təmizlənməsi nəticəsində onların ilkin forması müəyyənləşdirilmişdir. Bərpa və təmizləmə işlərindən sonra məlum olmuşdur ki, qalanın yuxarı səki hissəsindəki binaların bir qismi yaşayış sahəsi kimi, bir qismi isə ictimai bina kimi istifadə olunmuşdur. Burada süvarilərin atlarını saxladığı tövlələr, ərzaq anbarları və çörək bişirmək üçün təndirlər aşkar edilmişdir. Evlərin qızdırılmasında kiçik təndirlərdən və buxarılardan istifadə olunmuşdur. Bir-birinin yaxınlığında yerləşən mənzillər, başlıca olaraq bir otaqlıdır. Bəzi otaqların arxa divarlarında dördkünc formalı taxçalar, evlərin içərisində isə kiçik təndirlər, həvənglər, əl dəyirmanları aşkar olunmuşdur. Təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini üzə çıxaran xeyli faktlar aşkar olunmuşdur. Bərpa işləri zamanı torpaq altında qalan xeyli bina aşkar olunaraq təmizlənmişdir. Ümumiyyətlə, ilkin işlər qalada yaşayış sahəsinin çox böyük olduğunu göstərir. Mənbələrin məlumatına görə, qalada altı yüz döyüşçünün sığınması üçün şərait olmuşdur. Böyük ictimai binalar ərzaq ehtiyatı saxlamağa imkan vermişdir. Suya olan tələbatı ödəmək üçün isə su hovuzlarından və kəhrizlərdən istifadə olunmuşdur. Hovuzlarda suyu toplamaq üçün sərt qayaların üzəri ilə kiçik kanallar açılmışdır. Hovuzlardan bəzilərinin uzunluğu 20 metr, eni 5 metrə yaxındır. Bəzi hovuzların dərinliyi 3 metrdir. Son illər aparılan araşdırmalar zamanı Əlincə qalasının şərq tərəfində kəhrizlər aşkar olunmuşdur. Bu kəhrizlər indi də əhali tərəfindən istifadə olunur.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" Sərəncamının icrası ilə əlaqədar olaraq muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincə qalası haqqında da məlumatlar toplanmış və bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. "Əlincə qalası" tarixi abidəsinin bərpa edilməsi haqqında" Sərəncamdan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA Naxçıvan Bölməsi abidənin elmi-bərpa layihəsini hazırlamış, Əlincə qalası tarixi memarlıq üslubu ənənələri saxlanılmaqla bərpa edilmiş, burada "Əlincə qalası muzeyi" yaradılmışdır. Zeynəddin bin Həmdullah Qəzvini. Zeyl-e tarix-e qozide. Bakı: Elm. 1990. 212 səh. Mirheydərzadə Mir Bağır. Əbrəqunus dairəsi, məşhur Əlincəçay sahilində bir neçə kəndin və Əlincə qalasının tədqiqi. Azərbaycanın öyrənmə yolu. № 4-5. Bakı. 1930. Naxçıvan Muxtar Respublikası. Əlincəqala. Məqalələr toplusu (Azərbaycan, rus və ingilis dillərinə). Naxçıvan: Əcəmi. 2016. 304 səh. Həmid Araslı. Kitabi Dədə Qorqud. Bakı: Gənclik. 1977. 184 səh. Ağamusa Axundov. Torpağın köksündə tarixin izləri. Bakı: Gənclik. 1983. 136 səh. Xarici keçidlər "Əlincə Qalası öz dağıntıları altında hansı sirləri qoruyur?". Naxçıvan (az.). azadliq.org. 28 aprel 2012. İstifadə tarixi: 2019-09-2. "Əmir Teymurun 14 il ərzində ələ keçirə bilmədəyi qala – ƏLİNCƏ QALASI" (az.). travelnews.az. 2018. İstifadə tarixi: 2019-09-02. Həmçinin bax Əlincə dağı Əlincəçay xanəgahı | https://az.wikipedia.org/w/index.php?curid=355257 |
Əlincəçay | Əlincəçay — Azərbaycan Respublikası, Culfa rayonunda çaydır. Çay Araz çayının sol qolu, Naxçıvan MR-in üçüncü əsas çayıdır. Ümumi məlumat Əlincəçay Xəznədərəçayla Ləkətağsuçayın irləşməsindən əmələ gəlir. Başlanğıcını Qırxlar dağından şimal-qərbdə, 2800 metr yüksəklikdən götürüb 695 m yüksəklikdə, Gülüstan kəndi yaxınlığında Araza tökülür. Uzunluğu 61,6 km, sutoplayıcı sahəsi isə 600 km²-dir. Dərəsi yuxarı axında bir qədər dar və dərin, orta və aşağı axında isə geniş və dayazdır. Araza qovuşduğu yerdə dayaz yarğanla axır. Əsas qolları Xoşkeşinçay, Zoğalçay, Xəznədərəçay və Gəvikçaydır. Qidalanması Əsasən yeraltı, qar, qismən də yağış suları ilə qidalanır. Həmçinin bax Culfa rayonu | https://az.wikipedia.org/w/index.php?curid=76615 |
Əlincəçay xanəgahı | Əlincəçay xanəgahı – Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşən Orta əsrlərə aid tarixi memarlıq kompleksi. Kompleksdən dövrümüzə Nəimi türbəsi, məscid, naməlum abidənin sütunları və başqa bir tikilinin xarabalıqları qalmışdır. Əlincəçay xanəgah kompleksinin əsasını əmir, isfəhsa, böyük alim Uluq Qutluq Lala bəyin tikdirdiyi kvadratşəkilli türbə təşkil edir. Türbənin kitabəsində memarın adı (Memar Cəmaləddin) qalmış, lakin inşa tarixini göstərən hissə dağıldığından, nə vaxt tikildiyini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Üslub xüsusiyyətlətinə görə türbənin XII əsrin sonu — XIII əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur.Türbənin yuxarı künclərindəki irihəcmli tromp (memarlıqda konus hissə, tağvari konstruksiya) qurşağı onun daxilinə arxaik görünüş verir. Tromplar səkkizbucaqlıdır. Onların stalaktit quruluşu isə onaltıbucaqlıya keçid təşkil edir ki, bu da çadırvari günbəzin oturacağını əmələ gətirir. Xanəgahın giriş qapısının hər iki tərəfində şərti olaraq "mehrab" adlandırılan düzbucaqlı pannolar gəcdən oyulmuş qabarıq naxışlar və dini məzmunlu kitabələrlə bəzədilmişdir. Bunlar dünya memarlığı tarixində gəc üzərində plastik oymanın ən gözəl nümunələrindəndir. Türbənin giriş baştağının memarlıq elementləri Möminə Xatun türbəsinin ayrıntılarına oxşayır. Onun inşasında kərpiclə yanaşı, firuzəyi kaşıdan da istifadə olunmuşdur. Türbənin baştağına bitişik tikilmiş məscid iki dayaqla altı hissəyə bölünmüş və hər hissə də günbəzlə örtülmüşdür. Məscidin kitabəsində onun hicri 901-ci ildə (miladi 1496) naməlum qadının sifarişi ilə tikildiyi göstərilir. Abidənin kitabəsinin son hissəsi ovulub töküldüyü üçün onun inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Ancaq memarlıq-konstruktiv quruluşuna görə onun XII–XIII əsrlərə aid olduğu ehtimal olunur. Türbənin içərisində bir qəbir vardır. Ancaq qəbrin üstündə kitabə olmadığı üçün orada kimin dəfn edildiyi məlum deyidir. Yerli əhalinin fikrincə, hürufilik təliminin banisi Fəzlullah Nəimi 1394-cü ildə Əlincə qalasında faciəli şəkildə edam edildikdən sonra müridləri onun cənazəsini gətirib burada dəfn etmişlər. Məhz buna görə də Xanəgah kompleksinə yerli əhali arasında verilən ad (Şeyx Xorasan türbəsi) tədqiqatçılar tərəfindən Nəiminin ləqəblərindən biri olan Şeyx Xurasa (Günəşə oxşar, nurani şeyx) və ya Nəiminin təhsil alıb kamilləşdiyi yerin Xorasan olması ilə əlaqədar ona verilən ləqəblərdən birinin Xorasanlı şeyx və ya Xorasan şeyxi olması ilə əlaqələndirilir.Türbənin cənubunda ona bitişik inşa edilmiş türbə-məscid Xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən biri olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə hicri 901-ci ildə (miladi 1496) Xond Bikə xatın tərəfindən inşa edilmişdir. Orta əsrlərdə sufi şeyxləri ailələri ilə birlikdə xanəgahlarda yaşayır, vəfat etdikdən sonra xanəgahın yanında dəfn olunurdular. Şeyx Hacı Lələ Məlik də Xanəgaha rəhbərlik edərək orada yaşamış, vəfat etdikdən sonra öz xanəgahının yanında dəfn olunmuş və qəbrin üstündə Xond Bikə xatın (ehtimal ki, şeyxin arvadı olmuşdur) türbə-məscid inşa etdirmişdir. Xond Bikə xatın vəfat etdikdən sonra özü də xanəgahın yanında dəfn edilmişdir. Ona məxsus sənduqə tipli xatirə abidəsi hazırda Xanəgahın yanında qalmaqdadır. Xanəgahın ətrafında bərpa işləri aparılarkən torpağın altından 1444–1445, 1491–1492 və 1493-cü illərə aid məzar kitabələri aşkar olunmuşdur. Xanəgah uzun müddət orada fəaliyyət göstərən dərvişlərin yaşayış, ibadət və zikr yeri olmuşdur. Epiqrafik dəlillərdən aydın olur ki, Xanəgah XVIII əsrdə də fəaliyyət göstərmiş və onun üzvləri buradan öz ideyalarını ətraf bölgələrə yaymışlar. Memarlıq xüsusiyyətləri Xanəgah Əlincə qalasının yaxınlığında, kiçik bir meydanda yerləşir. Divarları açıq qəhvəyi rəngdə kərpicdən hörülmüşdür. Birinci məqbərənin yuxarı hissəsinin planı səkkizbucaqlıdır. Məqbərənin yuxarı hissəsi hündürlüyü boyunca iki hissəyə bölünür. Yuxarı hissə aşağı hissəyə nisbətən xeyli kiçik olub, bucaq altında yerləşir. Məqbərənin səkkiztilli örtüyü onun daxili günbəzinin üstündə qurulmuşdur. Məqbərə quruluşuna görə kvadrata bənzəyir. Tərəflərin uzunluğu orta hesabla 5 metrə bərabərdir. Kvadrat formadan günbəzə keçid künclərdə düzəldilmiş üçcərgəli stalktitli tromplar vasitəsilə yerinə yetirilmişdir. Tromplar səkkizbucaqlıya keçid əmələ gətirir, sonra stalaktitlərin yuxarı cərgəsini təşkil edən dekorativ aşırımlar onaltıbucaqlıya keçməyə imkan verir və o da öz növbəsində günbəzin çevrəsinə keçir. Giriş qapısının hər iki tərəfindəki relyefli mehrab öz gözəlliyi ilə diqqəti cəlb edir. İşlənmə texnikasına görə sənət nümunələri ilə onu Orta Asiya və Cənubi Azərbaycanın gəc üzərində işlənmiş ən yaxşı sənət nümunələri ilə müqayisə edirlər.İnteryerin sadə fonunda giriş qapısını çərçivəyə almış iki pannonun möhtəşəm relyef oymaları nəzərə çarpır. Onların kompozisiya həlli çox sadədir: dabanları ilə alçaq yarımsütunların kapitellərinə söykənən oxvari tağ onun mərkəzini təşkil edir. Tağ üzərində bitki rəsmləri olan bir neçə zolaqlarla çərçivəyə alınmışdır. Pannonun bütün elementlərini əhatə edən ornamental kompozisiya plastikası (yapağanlıq) memarlıq formalarının aydın cizgilərini bütünlüklə çalarlandırmaqdır. Pannonun ornamentləri, eləcə də baştağın üstündə yerləşən kitabənin poliqrafiya xüsusiyyətləri türbəni XII əsrin sonu — XIII əsrin əvvəllərinə aid etməyə imkan verir. Üçsətirlik kitabənin dövrümüzə qalan hissəsində türbəni ucaltdıran əmirin adı və tutulu, həmçinin onu tikən ustanın adı qeyd olunmuşdur: "Bu binanı tikən (memar) Xoca hörmətli və əziz Camal-əl-din" .XV əsrdə birinci məqbərənin portalı yaxınlığında ikinci bir məqbərə tikilmişdir. Çaydaşından və kobud yonulmuş daşdan hörülmüş, ara-sıra kərpiclə möhkəmləndirilmiş bu tikinti tamamlanmış, bütöv bir bina təsəvvürü yaradır. Onun daxili hissəsi iki sütunla altı hissəyə bölünür. Hissələrin hər birinin üstü kərpic günbəzlərlə örtülmüşdür. Günbəzlərə keçid təşkil edən yelkən formalı hörgü də kərpicdəndir. Cənub tərəfin divarındakı mehrab düzgün olmayan yarımdairəvi formadadır. Alt hissəsindəki yazıda binanın inşa olunma tarixi 1495-ci il olaraq qeyd olunmuşdur.Məqbərənin inşasında iki inşaat materialından istifadə olunmuşdur: binanın səthi daşdan, daxili isə kərpicdən hörülmüşdür. Sonradan dağılmaması üçün həmin hissəyə daşdan üzlük çəkilmişdir. Üzlük bişmiş, açıq rəngli kərpic plitələrdən istifadə olunaraq çəkilmişdir. Onun kubvari təməlində kiçik və böyük ölçülərdə səkkizvəchli baraban (boyun) yerləşir. Türbənin kiçik həcmini müəyyən bucaq altında döndərilmiş və kürəvi formada olan günbəz qapayır. Bu günbəz ikiqat örtüyün daxili qapanağıdır. Dövrümüzə qədər qalmayan xarici örtük, ehtimal ki, çadır formasında olmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=106593 |
Əlinin qətli | Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər. Əlini öldürmək üçün yola düşən ibn Mülcəm Kufə şəhərinə doğru gedir. O, orada qardaşı və atası Nəhrəvanda ölən bir qadına aşiq olur. Qadın onunla evlənməyə razı olur, ancaq bir şərtlə ki, o, Əlini öldürsün. Çox keçməmiş, Əli Böyük Kufə məscidində namaz qılarkən ibn Mülcəm tərəfindən qılınc zərbəsi alır. İbn Mülcəm Əlinin ölümündən sonra Həsən ibn Əli tərəfindən islamın qisas institutuna uyğun olaraq edam edilir. Əlinin öldürülməsinə gətirib çıxaran hadisələr islam peyğəmbəri Məhəmmədin ölümünə qədər gedib çıxır. Məhəmməd öldükdən sonra müsəlman icması ümmətin rəhbərliyinin varisinin kim olması ilə bağlı mübahisə edir. Səqifə Banu Səidədəki məclis Əbu Bəkri xəlifə seçir.:30–32 Sünni müsəlmanlar Məhəmmədin davamçı seçmədiyinə inanır, ancaq şiə müsəlmanlar inanır ki, Allah Qədiri-Xum hadisəsində Əlini Məhəmmədin varisi təyin edir.:43–48:193–194 Əbu Bəkrin ardınca hakimiyyətə 644-cü ildə öldürülən Ömər gəlir. Ömərin ölümündən sonra Məhəmmədin əmisi oğlu və kürəkəni Əli ilə Osman ibn Əffan xəlifəliyə namizəd oldular. Osman seçki şurası tərəfindən xəlifə seçilir. Onun 656-cı ildə ölümündən sonra isə Əli xəlifə seçilir.:203–204Əlinin xilafəti İlk fitnə ilə üst-üstə düşmüşdü. O, Osmanın ölümündən beş gün sonra dördüncü Raşidi (mənası – "doğru idarə edilən") xəlifə seçilsə də, hakimiyyəti dövründə müqavimətlə qarşılaşdı. Əlinin hakimiyyəti dövründə Aişə, Təlhə və Zübeyr Məkkə şəhərində ona qarşı üsyan qaldırır, digər tərəfdən isə Levant valisi I Muaviyə yeni xəlifə kimi ona sədaqət andı verməkdən imtina edir. Beləliklə, xəlifə məqamının varisliyi uğrunda xilafət daxilində vətandaş müharibəsi baş verdi. Əli ilk qələbəsini 656-cı ildə baş vermiş Cəməl döyüşündə Məhəmmədin xanımı Aişə və digər səhabələrə qarşı qazanmışdır. O, daha sonra 657-ci ildə Siffeyn döyüşündə Muaviyə və onun ordusu ilə vuruşur. Döyüşün nəticəsi olmadığına görə Əli Muaviyə ilə arbitraja razılıq verdi. Lakin arbitrajın da heçbir nəticəsi olmur və döyüş sona yetir.:203–204Əlinin Siffeyndə I Muaviyə ilə arbitraja razılaşmasından sonra onun ordusunun içərisindən daha sonra xaricilər adlandırılan bir qrup ortaya çıxdı. Onlar din mövzusunda insanın mühakiməsinə qarşı çıxır və "mühakimə sadəcə Allaha məxsusdur" şüarından istifadə edirdilər.:390 Xaricilər 658-ci ildə sədaqət andlarını pozaraq üsyan qaldırdılar və onlara qoşulmayan hər müsəlmanı öldürəcəklərini bəyan etdilər. Əli onları Nəhrəvan döyüşündə məğlub etdi. Xaricilərin öldürülməsi Əlinin xilafəti dövründəki "ən problemli hadisə" idi, çünki onlar Əlinin Muaviyə ilə olan müharibəsində onun ən güclü müttəfiqləri idilər.:261Bu dövrdə xaricilərdən ibn Mülcəm, əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi Məkkə şəhərində görüşürlər. Hər üçü Həcc ziyarətindən sonra uzun müzakirələr apararaq qərara gəlirlər ki, müsəlmanların o dövrdəki vəziyyətinin səbəbkarı "xətalı hesab etdikləri" Əli, Muaviyə və Əmr ibn Asdır. Onlar həmçinin "Nəhrəvanda öldürülmüş yoldaşlarının intiqamını almaq üçün" bu hər üç şəxsi öldürməyə and içirlər. Onlar sui-qəsd tarixi təyin edirlər və sui-qəsdçilər hər biri öz qurbanını seçir. Əlinin öz taleyi ilə bağlı proqnozu Əlinin sui-qəsdə uğramasından uzun müddət əvvəl öz taleyindən xəbərdar olması ilə bağlı rəvayətlər iki növdür. Bu öncədəngörmə onun öz "intuisiyası" və ya Məhəmməd vasitəsilə baş vermişdir. Əlinin "başından axan qanına" bulaşmış saqqalı haqqında Məhəmməddən və ya Əlinin özündən nəql edilən çox sayda hədis mövcuddur. Belə ki, qatil zəhərli qılıncla Əlinin başına zərbə endirmişdir. Başqa bir hədisə görə isə Məhəmməd, "qədimlərin ən zalımı Saleh peyğəmbərin dəvəsini öldürən, indiki insanların ən zalımı isə Əlini öldürəndir" demişdir. Həmçinin hədislərdə sui-qəsd gecəsi Əlinin onu gözləyən taleyin nəhayət gerçəkləşəcəyini söyləməsi və evinin həyətindəki ördəklərin Əlinin paltarının ətəyindən tutub, məscidə getməsinə mane olmaları haqqında məlumatlar mövcuddur. Əli ibn Əbu Talib əslən Misirdən və xaricilərdən olan Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən qətlə yetirilmişdir. İbn Mülcəm atası tərəfdən əslən Himyardan idi, ancaq anası tərəfdən olan qohumluq əlaqələrinə görə Muradilərdən sayılırdı. Həmçinin Kindədən olan Bəni Cəbalə ilə də qohumluq əlaqələrinə malik idi. O, Kufəyə Nəhrəvanda öldürülən xarici liderlərinin intiqamını almaq üçün Əlini öldürmək məqsədilə getmişdir.:308İbn Mülcəm Kufədə Tayn əl-Ribab qəbiləsindən olan bir qrup insana rast gəldi. Onlar Əlinin ordusu tərəfindən Nəhrəvanda öldürümüş qohumları üçün yas tuturdular. Onların arasında Qutam adlı bir qadın da var idi. Din xadimi Əli əs-Sallabiyə görə, ibn Mülcəm Qutamı gördüyü an "ağlını itirir" və şəhərə gəlmək səbəbi olan "vəzifəsini yaddan çıxarır". O, Qutama evlilik təklifi edir. Qutam ondan "ağrılarının sağalması" üçün mehriyyə kimi "üç min dinar pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin ölümünü" istədi. Qutam da Əlidən intiqam almaq istəyirdi, çünki onun atası və qardaşı Nəhrəvan döyüşündə Əlinin qoşunları tərəfindən öldürülmüşdü.:79 İbn Mülcəm Şəbib ibn Bücra adlı şəxsi Əlini öldürməkdə kömək etməsi üçün razı saldı. Şəbib ibn Bücradan başqa Vərdan ibn Məcalid adlı şəxs də ibn Mülcəm ilə ortaq idi.:308 Sui-qəsdçilər Əlinin daxil olacağı məscid qapısının qarşısında dayandılar.Əli ramazan ayının 19-da (və ya 17-də:308), cümə günündə sübh namazı qılmaq üçün Kufə məscidinə daxil olur. Əli ibadət zamanı Ənbiyə surəsinin ayələrini oxuyarkən:54 və ya məscidə daxil olandan sonra ibn Mülcəm zəhərli qılınc ilə onu "başının tac hissəsindən" yaralayır. Şəbib qılıncı ilə Əliyə zərbə yetirə bilmir, onun zərbəsi "qapının taxtadan olan çərçivəsinə və ya tağa" dəyir. O, məsciddən dərhal qaçır. Şəbib nəhayət Üvəymir tərəfindən Kində darvazasında yaxalansa da, izdiham arasından qaça bilir. Vərdan isə evinə qaçır. O, Əlinin qətlində iştirak etdiyini qohumu Abdullah ibn Nəcabə ibn Übeydə etiraf etdikdən sonra Abdullah tərəfindən öldürülür. İbn Mülcəm isə haşimi əl-Muğira ibn Nəvfal ibn əl-Hərit tərəfindən tutulur.:309Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, qarşılığında ibn Mülcəm də edam edilməlidir (bax: islamda qisas). Əli iki gün sonra – hicri təqvim ilə 21 ramazan 40-cı ildə (və ya 19 ramazan 40-cı ildə), miladi təqvimi ilə isə 30 yanvar 661-ci ildə (və ya 28 yanvar 661-ci ildə), 62 və ya 63 yaşında vəfat etdi. İbn Mülcəm isə Həsən ibn Əlinin əmri ilə edam edildi.:309 Əşəs ibn Qeysin rolu Əşəs ibn Qeys Kufədəki Kində qəbiləsinin başçısı idi.:83 Vilferd Madelunqa görə, Əşəs ibn Qeys Əlinin hakimiyyətinin son illərində Muaviyəyə meylli idi. Vilferd qeyd edir ki, Müaviyə Əşəs ibn Qeysə Əlinin ona qarşı yürüşünə könülsüzlük göstərsin deyə içərisində pul təklifi də daxil olan məktub göndərmişdi.:276 İbn Qeys bəzi mənbələrdə Əliyə qarşı sui-qəsddən xəbərdar olmaqda da ittiham olunur. Əl-Yaqubiyə görə, ibn Mülcəm qılıncını hazırlayarkən bir ay boyunca Əşəs ibn Qeys tərəfindən qonaq edilmişdi. İbn Sad qeyd edir ki, Əşəs ibn Qeys sui-qəsd gecəsi ibn Mülcəm ilə oturub məsləhətləşmiş, hətta o, Əliyə zərbə endirməsi üçün ibn Mülcəmə "sübh gülümsədi" deyərək siqnal vermişdir. Mənbələrin əksəriyyəti Əşəs ibn Qeysin bu birmənalı olmayan ifadəsini sitat gətirirlər: "şəfəq sizin üçün açılıb". Şiəliyə meylli mənbələr isə bu ifadəni açıq bir təşviq olaraq sayırlar və bu cür qeyd edirlər: "Qurtuluş, qurtuluş! Şəfəq sizin üçün açılıb". Hucr ibn Adi sui-qəsddən sonra Əşəs ibn Qeysi Əlinin qətlində iştirak etməklə ittiham etmişdi. Hətta Əşəs ibn Qeysin Əlini ibn Mülcəm haqqında əvvəlcədən xəbərdar etməsi haqqında da məlumat mövcuddur. Laura Veççiya Valyeriyə görə, mənbələr Əşəs ibn Qeysin haqqında Əliyə sadiq qalması, birbaşa sui-qəsddə iştirak etməsi və ya cinayətə şərik olması kimi fərqli-fərqli məlumatlar qeyd edirlər.Buna baxmayaraq, əl-Səllabi irəli sürür ki, bu ittihamlar əsassızdır, çünki Əşəs ibn Qeys Əliyə sadiq, xaricilərə isə ilk vaxtlardan bəri qarşı idi və Nəhrəvan döyüşündə onlarla vuruşmuşdur. O həmçinin, Siffeyn döyüşündə suriyalılara qarşı vuruşan ilk adamlardan idi. Əlavə olaraq, əl-Səllabi inanır ki, Əlinin ailəsindən kimdənsə bu ittihamları dəstəkləyən rəvayət yoxdur və onun ailəsi bu ittihamlar barədə Əşəs ibn Qeysin ailəsinin hərhansı bir üzvü ilə müzakirə aparmayıb. O, ibn Mülcəm Əlini yaraladıqdan sonra öz oğlunu Əlinin vəziyyətini öyrənsin deyə göndərmişdi. Əlinin cəsədi oğulları – Həsən, Hüseyn, Məhəmməd ibn əl-Hənəfiyyə və qardaşı oğlu Abdulla ibn Cəfər tərəfindən yuyulmuşdur. Onlar Übeydulla ibn Abbas ilə birlikdə Əlini gizlin şəkildə dəfn etdilər. Çünki, onlar qorxurdular ki, Əlinin cəsədi öz qəbrindən "çıxarılacaq və təhqir olunacaq".:309 Bəzi mənbələrdə qeyd olunur ki, Əli indiki İraqın Nəcəf şəhərindəki İmam Əli məscidində dəfn olunub.:37 Buna baxmayaraq, başqa mənbələr, əsasən əfqanlar iddia edirlər ki, Əli Əfqanıstanın Məzari-Şərif şəhərindəki Göy məsciddə dəfn olunmuşdur. Əlinin ölümü şiə müsəlmanlar tərəfindən hər il yad edilir. Vilferd Madelunqa görə, kiçik bir azlıq Əlinin "peyğəmbərdən sonrakı ən yaxşı müsəlman və onlara idarə etmək hüququ olan tək şəxs" olduğuna inanırdı. Əlinin ölümündən sonra insanların ona olan baxışları bölündü. "Muaviyəyə və onun suriyalı müttəfiqlərinə qarşı olan inamsızlıq və müxalifət" insanların əksəriyyətini eyni bayraq altında birləşdirmişdi. Əlinin pərəstişkarları daha sonra əksəriyyətə çevrilmişdir. Buna səbəb Əməvi hakimiyyətini təşkil edən "dərəbəylik, yanlış idarəetmə və repressiya" idi.:309Əlinin ölümündən sonra İraq şiələri onun ən böyük oğlu Həsəni Əlinin xələfi və beləliklə növbəti xəlifə elan etdilər. Bu dövrdə baş vermiş hadisələr Həsən ibn Əlinin daha çox qan tökülməsinin qarşısını almaq üçün Həsən-Müaviyə müqaviləsini imzalamasına və xəlifəlikdən imtina etməsinə gətirib çıxardı. Beləliklə, Muaviyə Əməvilər xilafətinin birinci xəlifəsi olur. Muaviyə 680-ci ildə, 45 yaşında Mədinə şəhərində vəfat edir. Onun xələfi hicri təqvim ilə 61-ci ildə, miladi təqvim ilə 680-ci ildə hakimiyyətə gələn I Yezid olur, ancaq Həsənin qardaşı Hüseyn Yezidin hakimiyyətini qəbul etmir. İraqdakı Kufə şəhərinin əhalisi həmin il onu şəhərə dəvət etdikdən sonra Hüseyn İraqa doğru yürüşə başlayır. Onun ailəsi və özü məhərrəm ayında baş vermiş Kərbəla hadisələrində I Yezidin ordusu tərəfindən qətlə yetirilir. Kərbala hadisələri şiələr tərəfindən hər il yad edilir. Eyni zamanda, demək olar ki, bütün müsəlmanlar məhərrəm ayında Hüseynin və ailəsinin vəhşicəsinə qətlə yetirilməsini yad edirlər. İncəsənətdə Bu hadisə Yusif Əbdinicat, Fərhad Sadiqi və Mansurə Hüseynin rəsm əsərlərində, Bəhram Beyzainin teatr tamaşasında təsvir edilmişdir. Əbdinicat rəsmində rənglərdən istifadə edərək "ikilik" göstərmə təsvir etmişdir. Əlinin rənglənməsində istifadə olunan firuzəyi rəng ilə "uyğunlaşan" mavi spektrının rəngləri və İmam Əlinin bədənindən və bədənin bucaqlarından yaranan işıq şüaları rəssamın bir növ mənəviyyata ilham vermək üçün istifadə etdiyi elementlərdəndir. Digər tərəfdən, göy rəng ilə əhatə olunan sui-qəsdçi qəhvəyi rəngdə təsvir olunub və onun ayaq hissəsində şərli məxluqlar görmək mümkündür. İbn Mülcəmin bədənindən alov yüksəlir, yəni cəhənnəm atəşi. Bu, sui-qəsdçinin taleyini təsvir etmək üçün istifadə edilmişdir. Həmçinin sui-qəsdçinin alnında möhür izi görünür. Həmçinin bax Qədr gecəsi Leylətul-məbit Xarici keçidlər "Xüsusi biblioqrafiya". (fars.) | https://az.wikipedia.org/w/index.php?curid=653109 |
Əlinin öldürülməsi | Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər. Əlini öldürmək üçün yola düşən ibn Mülcəm Kufə şəhərinə doğru gedir. O, orada qardaşı və atası Nəhrəvanda ölən bir qadına aşiq olur. Qadın onunla evlənməyə razı olur, ancaq bir şərtlə ki, o, Əlini öldürsün. Çox keçməmiş, Əli Böyük Kufə məscidində namaz qılarkən ibn Mülcəm tərəfindən qılınc zərbəsi alır. İbn Mülcəm Əlinin ölümündən sonra Həsən ibn Əli tərəfindən islamın qisas institutuna uyğun olaraq edam edilir. Əlinin öldürülməsinə gətirib çıxaran hadisələr islam peyğəmbəri Məhəmmədin ölümünə qədər gedib çıxır. Məhəmməd öldükdən sonra müsəlman icması ümmətin rəhbərliyinin varisinin kim olması ilə bağlı mübahisə edir. Səqifə Banu Səidədəki məclis Əbu Bəkri xəlifə seçir.:30–32 Sünni müsəlmanlar Məhəmmədin davamçı seçmədiyinə inanır, ancaq şiə müsəlmanlar inanır ki, Allah Qədiri-Xum hadisəsində Əlini Məhəmmədin varisi təyin edir.:43–48:193–194 Əbu Bəkrin ardınca hakimiyyətə 644-cü ildə öldürülən Ömər gəlir. Ömərin ölümündən sonra Məhəmmədin əmisi oğlu və kürəkəni Əli ilə Osman ibn Əffan xəlifəliyə namizəd oldular. Osman seçki şurası tərəfindən xəlifə seçilir. Onun 656-cı ildə ölümündən sonra isə Əli xəlifə seçilir.:203–204Əlinin xilafəti İlk fitnə ilə üst-üstə düşmüşdü. O, Osmanın ölümündən beş gün sonra dördüncü Raşidi (mənası – "doğru idarə edilən") xəlifə seçilsə də, hakimiyyəti dövründə müqavimətlə qarşılaşdı. Əlinin hakimiyyəti dövründə Aişə, Təlhə və Zübeyr Məkkə şəhərində ona qarşı üsyan qaldırır, digər tərəfdən isə Levant valisi I Muaviyə yeni xəlifə kimi ona sədaqət andı verməkdən imtina edir. Beləliklə, xəlifə məqamının varisliyi uğrunda xilafət daxilində vətandaş müharibəsi baş verdi. Əli ilk qələbəsini 656-cı ildə baş vermiş Cəməl döyüşündə Məhəmmədin xanımı Aişə və digər səhabələrə qarşı qazanmışdır. O, daha sonra 657-ci ildə Siffeyn döyüşündə Muaviyə və onun ordusu ilə vuruşur. Döyüşün nəticəsi olmadığına görə Əli Muaviyə ilə arbitraja razılıq verdi. Lakin arbitrajın da heçbir nəticəsi olmur və döyüş sona yetir.:203–204Əlinin Siffeyndə I Muaviyə ilə arbitraja razılaşmasından sonra onun ordusunun içərisindən daha sonra xaricilər adlandırılan bir qrup ortaya çıxdı. Onlar din mövzusunda insanın mühakiməsinə qarşı çıxır və "mühakimə sadəcə Allaha məxsusdur" şüarından istifadə edirdilər.:390 Xaricilər 658-ci ildə sədaqət andlarını pozaraq üsyan qaldırdılar və onlara qoşulmayan hər müsəlmanı öldürəcəklərini bəyan etdilər. Əli onları Nəhrəvan döyüşündə məğlub etdi. Xaricilərin öldürülməsi Əlinin xilafəti dövründəki "ən problemli hadisə" idi, çünki onlar Əlinin Muaviyə ilə olan müharibəsində onun ən güclü müttəfiqləri idilər.:261Bu dövrdə xaricilərdən ibn Mülcəm, əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi Məkkə şəhərində görüşürlər. Hər üçü Həcc ziyarətindən sonra uzun müzakirələr apararaq qərara gəlirlər ki, müsəlmanların o dövrdəki vəziyyətinin səbəbkarı "xətalı hesab etdikləri" Əli, Muaviyə və Əmr ibn Asdır. Onlar həmçinin "Nəhrəvanda öldürülmüş yoldaşlarının intiqamını almaq üçün" bu hər üç şəxsi öldürməyə and içirlər. Onlar sui-qəsd tarixi təyin edirlər və sui-qəsdçilər hər biri öz qurbanını seçir. Əlinin öz taleyi ilə bağlı proqnozu Əlinin sui-qəsdə uğramasından uzun müddət əvvəl öz taleyindən xəbərdar olması ilə bağlı rəvayətlər iki növdür. Bu öncədəngörmə onun öz "intuisiyası" və ya Məhəmməd vasitəsilə baş vermişdir. Əlinin "başından axan qanına" bulaşmış saqqalı haqqında Məhəmməddən və ya Əlinin özündən nəql edilən çox sayda hədis mövcuddur. Belə ki, qatil zəhərli qılıncla Əlinin başına zərbə endirmişdir. Başqa bir hədisə görə isə Məhəmməd, "qədimlərin ən zalımı Saleh peyğəmbərin dəvəsini öldürən, indiki insanların ən zalımı isə Əlini öldürəndir" demişdir. Həmçinin hədislərdə sui-qəsd gecəsi Əlinin onu gözləyən taleyin nəhayət gerçəkləşəcəyini söyləməsi və evinin həyətindəki ördəklərin Əlinin paltarının ətəyindən tutub, məscidə getməsinə mane olmaları haqqında məlumatlar mövcuddur. Əli ibn Əbu Talib əslən Misirdən və xaricilərdən olan Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən qətlə yetirilmişdir. İbn Mülcəm atası tərəfdən əslən Himyardan idi, ancaq anası tərəfdən olan qohumluq əlaqələrinə görə Muradilərdən sayılırdı. Həmçinin Kindədən olan Bəni Cəbalə ilə də qohumluq əlaqələrinə malik idi. O, Kufəyə Nəhrəvanda öldürülən xarici liderlərinin intiqamını almaq üçün Əlini öldürmək məqsədilə getmişdir.:308İbn Mülcəm Kufədə Tayn əl-Ribab qəbiləsindən olan bir qrup insana rast gəldi. Onlar Əlinin ordusu tərəfindən Nəhrəvanda öldürümüş qohumları üçün yas tuturdular. Onların arasında Qutam adlı bir qadın da var idi. Din xadimi Əli əs-Sallabiyə görə, ibn Mülcəm Qutamı gördüyü an "ağlını itirir" və şəhərə gəlmək səbəbi olan "vəzifəsini yaddan çıxarır". O, Qutama evlilik təklifi edir. Qutam ondan "ağrılarının sağalması" üçün mehriyyə kimi "üç min dinar pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin ölümünü" istədi. Qutam da Əlidən intiqam almaq istəyirdi, çünki onun atası və qardaşı Nəhrəvan döyüşündə Əlinin qoşunları tərəfindən öldürülmüşdü.:79 İbn Mülcəm Şəbib ibn Bücra adlı şəxsi Əlini öldürməkdə kömək etməsi üçün razı saldı. Şəbib ibn Bücradan başqa Vərdan ibn Məcalid adlı şəxs də ibn Mülcəm ilə ortaq idi.:308 Sui-qəsdçilər Əlinin daxil olacağı məscid qapısının qarşısında dayandılar.Əli ramazan ayının 19-da (və ya 17-də:308), cümə günündə sübh namazı qılmaq üçün Kufə məscidinə daxil olur. Əli ibadət zamanı Ənbiyə surəsinin ayələrini oxuyarkən:54 və ya məscidə daxil olandan sonra ibn Mülcəm zəhərli qılınc ilə onu "başının tac hissəsindən" yaralayır. Şəbib qılıncı ilə Əliyə zərbə yetirə bilmir, onun zərbəsi "qapının taxtadan olan çərçivəsinə və ya tağa" dəyir. O, məsciddən dərhal qaçır. Şəbib nəhayət Üvəymir tərəfindən Kində darvazasında yaxalansa da, izdiham arasından qaça bilir. Vərdan isə evinə qaçır. O, Əlinin qətlində iştirak etdiyini qohumu Abdullah ibn Nəcabə ibn Übeydə etiraf etdikdən sonra Abdullah tərəfindən öldürülür. İbn Mülcəm isə haşimi əl-Muğira ibn Nəvfal ibn əl-Hərit tərəfindən tutulur.:309Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, qarşılığında ibn Mülcəm də edam edilməlidir (bax: islamda qisas). Əli iki gün sonra – hicri təqvim ilə 21 ramazan 40-cı ildə (və ya 19 ramazan 40-cı ildə), miladi təqvimi ilə isə 30 yanvar 661-ci ildə (və ya 28 yanvar 661-ci ildə), 62 və ya 63 yaşında vəfat etdi. İbn Mülcəm isə Həsən ibn Əlinin əmri ilə edam edildi.:309 Əşəs ibn Qeysin rolu Əşəs ibn Qeys Kufədəki Kində qəbiləsinin başçısı idi.:83 Vilferd Madelunqa görə, Əşəs ibn Qeys Əlinin hakimiyyətinin son illərində Muaviyəyə meylli idi. Vilferd qeyd edir ki, Müaviyə Əşəs ibn Qeysə Əlinin ona qarşı yürüşünə könülsüzlük göstərsin deyə içərisində pul təklifi də daxil olan məktub göndərmişdi.:276 İbn Qeys bəzi mənbələrdə Əliyə qarşı sui-qəsddən xəbərdar olmaqda da ittiham olunur. Əl-Yaqubiyə görə, ibn Mülcəm qılıncını hazırlayarkən bir ay boyunca Əşəs ibn Qeys tərəfindən qonaq edilmişdi. İbn Sad qeyd edir ki, Əşəs ibn Qeys sui-qəsd gecəsi ibn Mülcəm ilə oturub məsləhətləşmiş, hətta o, Əliyə zərbə endirməsi üçün ibn Mülcəmə "sübh gülümsədi" deyərək siqnal vermişdir. Mənbələrin əksəriyyəti Əşəs ibn Qeysin bu birmənalı olmayan ifadəsini sitat gətirirlər: "şəfəq sizin üçün açılıb". Şiəliyə meylli mənbələr isə bu ifadəni açıq bir təşviq olaraq sayırlar və bu cür qeyd edirlər: "Qurtuluş, qurtuluş! Şəfəq sizin üçün açılıb". Hucr ibn Adi sui-qəsddən sonra Əşəs ibn Qeysi Əlinin qətlində iştirak etməklə ittiham etmişdi. Hətta Əşəs ibn Qeysin Əlini ibn Mülcəm haqqında əvvəlcədən xəbərdar etməsi haqqında da məlumat mövcuddur. Laura Veççiya Valyeriyə görə, mənbələr Əşəs ibn Qeysin haqqında Əliyə sadiq qalması, birbaşa sui-qəsddə iştirak etməsi və ya cinayətə şərik olması kimi fərqli-fərqli məlumatlar qeyd edirlər.Buna baxmayaraq, əl-Səllabi irəli sürür ki, bu ittihamlar əsassızdır, çünki Əşəs ibn Qeys Əliyə sadiq, xaricilərə isə ilk vaxtlardan bəri qarşı idi və Nəhrəvan döyüşündə onlarla vuruşmuşdur. O həmçinin, Siffeyn döyüşündə suriyalılara qarşı vuruşan ilk adamlardan idi. Əlavə olaraq, əl-Səllabi inanır ki, Əlinin ailəsindən kimdənsə bu ittihamları dəstəkləyən rəvayət yoxdur və onun ailəsi bu ittihamlar barədə Əşəs ibn Qeysin ailəsinin hərhansı bir üzvü ilə müzakirə aparmayıb. O, ibn Mülcəm Əlini yaraladıqdan sonra öz oğlunu Əlinin vəziyyətini öyrənsin deyə göndərmişdi. Əlinin cəsədi oğulları – Həsən, Hüseyn, Məhəmməd ibn əl-Hənəfiyyə və qardaşı oğlu Abdulla ibn Cəfər tərəfindən yuyulmuşdur. Onlar Übeydulla ibn Abbas ilə birlikdə Əlini gizlin şəkildə dəfn etdilər. Çünki, onlar qorxurdular ki, Əlinin cəsədi öz qəbrindən "çıxarılacaq və təhqir olunacaq".:309 Bəzi mənbələrdə qeyd olunur ki, Əli indiki İraqın Nəcəf şəhərindəki İmam Əli məscidində dəfn olunub.:37 Buna baxmayaraq, başqa mənbələr, əsasən əfqanlar iddia edirlər ki, Əli Əfqanıstanın Məzari-Şərif şəhərindəki Göy məsciddə dəfn olunmuşdur. Əlinin ölümü şiə müsəlmanlar tərəfindən hər il yad edilir. Vilferd Madelunqa görə, kiçik bir azlıq Əlinin "peyğəmbərdən sonrakı ən yaxşı müsəlman və onlara idarə etmək hüququ olan tək şəxs" olduğuna inanırdı. Əlinin ölümündən sonra insanların ona olan baxışları bölündü. "Muaviyəyə və onun suriyalı müttəfiqlərinə qarşı olan inamsızlıq və müxalifət" insanların əksəriyyətini eyni bayraq altında birləşdirmişdi. Əlinin pərəstişkarları daha sonra əksəriyyətə çevrilmişdir. Buna səbəb Əməvi hakimiyyətini təşkil edən "dərəbəylik, yanlış idarəetmə və repressiya" idi.:309Əlinin ölümündən sonra İraq şiələri onun ən böyük oğlu Həsəni Əlinin xələfi və beləliklə növbəti xəlifə elan etdilər. Bu dövrdə baş vermiş hadisələr Həsən ibn Əlinin daha çox qan tökülməsinin qarşısını almaq üçün Həsən-Müaviyə müqaviləsini imzalamasına və xəlifəlikdən imtina etməsinə gətirib çıxardı. Beləliklə, Muaviyə Əməvilər xilafətinin birinci xəlifəsi olur. Muaviyə 680-ci ildə, 45 yaşında Mədinə şəhərində vəfat edir. Onun xələfi hicri təqvim ilə 61-ci ildə, miladi təqvim ilə 680-ci ildə hakimiyyətə gələn I Yezid olur, ancaq Həsənin qardaşı Hüseyn Yezidin hakimiyyətini qəbul etmir. İraqdakı Kufə şəhərinin əhalisi həmin il onu şəhərə dəvət etdikdən sonra Hüseyn İraqa doğru yürüşə başlayır. Onun ailəsi və özü məhərrəm ayında baş vermiş Kərbəla hadisələrində I Yezidin ordusu tərəfindən qətlə yetirilir. Kərbala hadisələri şiələr tərəfindən hər il yad edilir. Eyni zamanda, demək olar ki, bütün müsəlmanlar məhərrəm ayında Hüseynin və ailəsinin vəhşicəsinə qətlə yetirilməsini yad edirlər. İncəsənətdə Bu hadisə Yusif Əbdinicat, Fərhad Sadiqi və Mansurə Hüseynin rəsm əsərlərində, Bəhram Beyzainin teatr tamaşasında təsvir edilmişdir. Əbdinicat rəsmində rənglərdən istifadə edərək "ikilik" göstərmə təsvir etmişdir. Əlinin rənglənməsində istifadə olunan firuzəyi rəng ilə "uyğunlaşan" mavi spektrının rəngləri və İmam Əlinin bədənindən və bədənin bucaqlarından yaranan işıq şüaları rəssamın bir növ mənəviyyata ilham vermək üçün istifadə etdiyi elementlərdəndir. Digər tərəfdən, göy rəng ilə əhatə olunan sui-qəsdçi qəhvəyi rəngdə təsvir olunub və onun ayaq hissəsində şərli məxluqlar görmək mümkündür. İbn Mülcəmin bədənindən alov yüksəlir, yəni cəhənnəm atəşi. Bu, sui-qəsdçinin taleyini təsvir etmək üçün istifadə edilmişdir. Həmçinin sui-qəsdçinin alnında möhür izi görünür. Həmçinin bax Qədr gecəsi Leylətul-məbit Xarici keçidlər "Xüsusi biblioqrafiya". (fars.) | https://az.wikipedia.org/w/index.php?curid=653155 |
Əliniyaz Məmmədov | Əliniyaz Məmmədov (2 may 1955, Masallı rayonu) — tibb elmləri doktoru, professor. Məmmədov Əliniyaz Əli oğlu 1955-ci il mayın 2-də Azərbaycan Respublikası Masallı rayonunun Tatyanoba kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Masallı şəhər 3 saylı orta məktəbini bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1975-ci ildə hələ tələbəykən, Bakı şəhər Döş qəfəsi cərrahiyyəsi klinikasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1978–1979-cu illərdə Bakı şəhər təcili və təxirəsalınmaz cərrahiyyə klinik xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmişdir.1979–1985-ci illərdə Səhiyyə Nazirliyinin təyinatı ilə Cəlilabad rayon mərkəzi xəstəxanasında əvvəlcə cərrahiyyə şöbəsində həkim-ordinator sonra isə şöbənin müdiri vəzifələrində çalışıb. 1981-ci ildə 6 ay müddətində Xarkov şəhərində cərrahiyyə üzrə ixtisasartırma kursunda olmuşdur. Əliniyaz Əli oğlu Məmmədov 1985–1987-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda cərrahiyyə ixtisası üzrə 2 illik klinik ordinatura keçmişdir. Kliniki ordinaturanı bitirdikdən sonra elə həmin il (1987) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda aspiranturaya qəbul olunub. 1989-cu ildə Namizədlik dissertasiyasını tez müdafiə etdiyindən (1 il 6 ay ərzində) aspiranturanı vaxtından əvvəl bitirmişdir. 1989-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Elmi şurasının qərarı ilə İnstitutun cərrahi xəstəliklər kafedrasına assistent vəzifəsinə qəbul edilmiş, sonra həmin kafedranın dosenti vəzifəsinə qədər yüksəlmişdir. 1990–1992-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda dekan müavini vəzifəsində çalışmışdır. 1987-ci ildən 1994-cü ilə kimi dəvətlə xarici ölkələrin birində cərrah kimi çalışmışdır. 1995-ci ildən 1999-cu ilə kimi akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasında əvvəlcə həkim ordinator, sonrakı illərdə isə şöbə mü-diri vəzifəsində çalışmışdır.1999-cu ilin may ayından indiyə kimi akad. M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzinin mədə bağırsaq cərrahiyyə şöbəsində aparıcı elmi işçi, şöbə müdiri vəzifəsində işləmiş, 2012-ci ildən isə qaraciyər, öd yolları və mədəalti vəz cərrahiyyə şöbəsinin rəhbəri vəzifəsinə müsabiqə yolu ilə secilmiş və hal-hazırda o vəzifədə çalışır. O 2005-ci ildə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə edərək, Rusiya Federasiyasının tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən diplomu qəbul edilərək ona, həmçinin, Azərbaycan Respublikasının tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2006–2007-ci illərdə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş həkim vəzifəsində işləmişdir. Əliniyaz Məmmədov 2006-cı ildə Rusiya Lazer Akademiyasının, 2017-ci ildən isə Beynəlxalq Elmlər Akademiyasının akademikidir. Professor Əliniyaz Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının üzvüdür. Evlidir,üç qızı bir oğlu, səkkiz nəvəsi var(İlham,Kənan,Murad,Mələk,Ziya,Elmir,Dilək,Mira). Xanımı Məmmədova Rəna İbrahim qızı orta məktəbdə müəllimədir.Böyük qızı Məmmədova (Mayılova) Aygün ixtisasca həkimdir ,alimlik dərəcəsi müdafiə etmişdir tibb üzrə fəlsəfə doktorudur;2-ci qızı Məmmədova Ülkər ixtisasca stomatoloqdur,özəl klinikada həkim,stomatoloq kimi fəaliyyət göstərir;3-cü qızı Məmmədova (Abdullayeva) Ülviyyə Ü.Hacıbəyov adına Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib musiqi məktəbində fortepiano müəlliməsidir;oğlu Məmmədli Əli (1997) Amerika Birləşmiş Ştatlarının qabaqcıl universitetlərindən birində təhsilini başa vurub,hal-hazırda dövlət qurumlarından birində çalışır. Böyük nəvəsi İlham,Türkiyənin ən qabaqcıl universitetlərindən birində Tibb təhsili alır. Atası Məmmədov Əli Məmmədsalah oğlu(1908–1994) rayonun sayılıb secilen ağsaqqallarından olub,müxtəlif vəzifələrdə calışıb Anası Məmmədova Ceyran Nəcəf qızı 1912-ci ildə anadan olub, 1990-cı ildə vəfat edib. Professor Əliniyaz Məmmədovun həyatda uğur qazanmasında böyük qardaşı Əlihüseyn müəllimin böyük rolu olmuşdur Elmi –pedaqoji fəaliyyəti Əliniyaz Məmmədov aspiranturanı bitirdikdən sonraN.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun cərrahi xəstəliklər kafedrasında assistent sonra isə həmin kafedrada dosent vəzifəsində işləmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən diplomu qəbul edilərək ona, Azərbaycan Respublikasının tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir 2007-ci ildən Odlar Yurdu Universitetində cərrahi xəstəliklər kafedrasının yaranmasında və təçkilatlanmasında bilavasitə iştirak edərək uzun müddət kafedra müdiri vəzifəsidə calışmışdır. 2013-cü ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahi xəstəliklər kafedrasının professorudur. Kitabları və əsas elmi əsərləri Professor Əliniyaz Məmmədov 100-dən çox elmi əsərin, 4 monoqrafiyanın, 1 dərslik, 4 dərs vəsaiti və tədris-metodik vəsaitin, 4 ixtira və səmərələşdirici təklifin, 4 metodik tövsiyənin, bir necə elmi-kütləvi məqalələrin müəllifidir. Elmi işlərindən bir çoxu xarici mətbuatda çap olunmuşdur . Praktiki fəaliyyəti Professor Əliniyaz Məmmədov cərrahi əməliyyat zamanı.Professor Əliniyaz Məmmədov 40 ilə yaxındır ki,praktiki cərrahi fəaliyyətlə məşğuldur.İndiyə qədər onun tərəfindən 10000 -ə yaxın ən müxtəlif xarakterli əməliyyatlar icra edilmişdir. Professor Əliniyaz Məmmədov öz peşə hazırlığını artırmaq ücün köhnə SSRİ məkanında habelə Avropanın bir sıra ölkələrində ixtisasartırma kurslarında olmuşdur. Əliniyaz Məmmədov tərəfindən mədə,bağırsaq,qaraciyər,öd yolları,mədəaltı vəz və s.orqanlar üzərində ən mürəkkəb rekonstruktiv əməliyyatlar cox müvəffəqiyyətlə yerinə yetirilir. Onun rəhbərlik etdiyi qaraciyər ,öd yolları və mədəalti vəz cərrahiyyə şöbəsində qaraciyərin ən müxtəlif cərrahi xəstəlikləri, habelə öd kisəsi və öd yollarının mürəkkəb patologiyaları zamanı ,xüsusən öd yolları zədələnmələri baş verdikdə ən mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlar cox uğurla aparılır. Professor Əliniyaz Məmmədov mədə və bağırsaqların xoş və bəd xassəli xəstıliklərinin cərrahi müalicəsində cox böyük təcrübəyə malik alimlərdən biridir.Onun bu sahədə yetişdirdiyi cox böyük həkimlər ordusu mövcuddur. Görkəmli alim Əliniyaz Məmmədovun xidmətləri nəzərə alınaraq 2015-ci ildə onun 60 illik yubileyi rəsmi qaydada qeyd edilərək ,yubleyə həsr olunmuş Respublika miqyaslı 2 günlük elmi-praktik konfrans kecirilmişdir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=395289 |
Əlinəzər (Poldəşt) | Əlinəzər (fars. علي نظر) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 466 nəfər yaşayır (122 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=476165 |
Əlinəzərli | Əlinəzərli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Əlinəzərli kənd inzibati ərazi dairəsi Əlinəzərli kənd inzibati ərazi vahidi hesab edilmişdir. Toponimikası Etnotoponimdir. Oykonim əlinəzərli nəslinin adı ilə bağlı yaranmışdır. Toponim "Əli Nəzərin nəslindən olanlar, əlinəzərlilər" mənasını bildirir. Yerli məlumata görə, kəndin əsası XVIII əsrin ikinci yarısında qoyulmuşdur. Belə ki, kənd əhalisinin əsasını təşkil edən elat tayfaları Şimali Azərbaycanın qərb bölgəsindən köçməyə məcbur olmuş və indiki ərazidə məskunlaşmışlar. Yaşayış məntəqəsinin adı onun əsasını qoymuş şəxsin adı ilə bağlıdır. Tarixi yerlərdən Fətəlioğlu, küdrüsü göstərilə bilər. Meşə zolağı var. Nəsillər: Əlinəzərlilər, Danalılar, Papaqçallar, Aşurlar, Məmmədalılar. Kolxoz qurulmuş (1937) "Sosializm" (1937-1991) və "Alı Mustafayev" (1991-1997) adlandırılmış, islahatla bağlı ləğv edilmişdir (01.11.1997). Tarixi abidələri Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə Kərəm Əliyevin büstü Rizvan Nəsirovun büstü qoyulmuşdur. Coğrafiyası və iqlimi Kənd Bakıdan 277 km məsafədə, rayon mərkəzindən 10 km şərqdə, Daşburun dəmiryol stansiyasından 38 km, Beyləqan-İmişli şose yolundan 7 km aralı, Mil düzündə yerləşir. Şimaldan və şimal-şərqdən rayonun orta Əlinəzərli, şərqdən və cənub-şərqdən Dünyamalılar, cənubdan Mayak, cənub-qərbdən Şəfəq, qərbdən və şimal-qərbdən Birinci Aşıqlı kəndləri ilə həmsərhəddir. Kənddə 662 ailədə 1616 nəfər sakin yaşayır. 279 nəfər məcburi köçkün məskunlaşıb. Kənddən Böyük Vətən müharibəsində 19 nəfər iştirak etmiş, 9 nəfər həlak olmuş, 10 nəfər veteran vardır. Qarabağ müharibəsində 38 nəfər iştirak etmiş, 3 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 4 nəfər əlil olmuşdur. Rizvan Nəsirov Yusif oğlu (1974-4 mart 1993) Əlinəzərli kənd 1 nömrəli orta məktəbi adını daşıyır Cabbarov Niyazi Miriş oğlu - (1973-1993) Eşqin Tərlan oğlu Mehtili (20 oktyabr 2001, Əlinəzərli, Beyləqan rayonu – 14 oktyabr 2020, Füzuli) Siyahim Əlizamin oğlu Dəmirov (13 sentyabr 1990; Beyləqan rayonu, Azərbaycan SSR — 29 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan) İqtisadiyyatı Təsərrüfatların sayı 420-dir. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Kənddə qarışıq yem sexi vardır. Kəndin sahəsi 1434 ha-dır. Ondan dövlət mülkiyyətində 144 ha, bələdiyyə mülkiyyətində 402 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 32, perspektiv inkişaf fondu 19, örüş 40,8, suvarma kanalları və arxlar 57,6, kollektor-drenaj şəbəkəsi 157,6, ictimai tikinti 11.8, kənd altında ümumi istifadə olan 55,8, yollar 22,7, məktəb 4,7 ha) xüsusi mülkiyyətdə 888 ha (o cümlədən özəlləşdirilən torpaqlar 806, həyətyani 82 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə hər nəfərə 0,33 ha pay torpağı bölünmüşdür. Mədəniyyəti Kənddə kitabxana, klub və rabitə şöbəsi mövcuddur. Kənddə R.Nəsirov adına orta məktəb və uşaq bağçası fəaliyyət göstərir. Kənd əhalisinin böyük hissəsi İslam dininin şiə məzhəbinə məxsusdur. Kənddə tibb məntəqəsi və 25 çarpayılıq xəstəxana var. | https://az.wikipedia.org/w/index.php?curid=376265 |
Əlinəzərli (dəqiqləşdirmə) | Əlinəzərli — Azərbaycanın Beyləqan rayonunda kənd. Orta Əlinəzərli — Azərbaycanın Beyləqan rayonunda kənd. | https://az.wikipedia.org/w/index.php?curid=767995 |
Əlinəzərli bələdiyyəsi | Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=115458 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.