!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əlixacə (Bünab) | Əlixacə (fars. علي خواجه) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.418 nəfər yaşayır (348 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=615905 |
Əlixan Bukeyxanov | Qaynaqlar onun nəslinin Çingiz xanın nəvəsi Cuçi xana bağlı olduğunu yazırlar. Bökey xanın nəslindəndir.. Onun doğum tarixi 1866-cı il, 1869-cu il, 1870-ci il kimi göstərilir. Rusya İmperyasının inzibati ərazi bölgülərinə görə Əlixan Nurmuhammed oğlu Bökeyxan Semey vilayəti Qarqaralı qəzasının Toqırauın nahiyəsində doğulmuşdur. Nurmuhammed xan oğlu Əlixanın təhsil alması üçün ayrıca müəllimlər tutur. Sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərir. 1879–1886-cı illərdə bu məktəbdə oxuyan Əlixan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövürkü general-qubernatoru Gerasim Kolpakovskinin köməyi ilə Omsk Texniki Məktəbinə daxil olan Əlixan Bökeyxan 1890-cı ildə məktəb bitirib Sankt-Peterburqa gedir. 1890–1994-cü illərdə Peterburq İmperator Meşəçilik İnstitunun iqtisadiyyat fakültəsində oxuyur. Tələbəlik illərində Rusiyadakı idarəetmə sistemini tənqid etdiyinə, əsarət altında olan xalqların hüquqlarının tapdandığını dilə gətirdiyinə görə adı jandarma idarəsinin "qara siyahı"sına salınır. Ali təhsil aldıqdan sonra Omsk şəhərinə qayıdan və buradakı Meşə Təsərrüfatı Məktəbində riyaziyyat müəllimi işləyən Əlixan Bökeyxan fərdi şəkildə xalqının yaşam şərtlərini, adət-ənəsini öyrənməyə başlayır. Onun marağından və araşdırmalarından xəbər tutub 1896-cı ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir şöbəsinə həqiqi üzv seçirlər. Coğrafiya Cəmiyyətinə həqiqi üzv olması onu elmi axtarışlara həvəsləndirməklə yanaşı bir çox alimlərlə və ziyalılarla yaxından tanış olmasına şərait yaradır. 1903-cü ildə Peterburqda "Rusiya. Vətənimizin tam coğrafi təsviri" çoxcildliyinin 18-ci cildi nəşr olunur. Əlixan Bökeyxan bu cild üçün "Bölgədə yaşayan Qazax-qırğız əhalisinin etnoqrafiyası, mədəniyyəti və məişəti" adlı geniş bir məqalə yazdı. Məqalədə qazaxların məşhur "Qozı-Kopreş və Bayan" dastanını da ilk dəfə geniş təhlil etmişdir. 1905-ci ilin noyabrında Torpaq şurasının işində fəal iştirak edir. Moskva şəhərinə gəlir və burada qazax xalqının hüquqlarının tapdandığına, dilinin basqılar altında qaldığına, torpaqlarının müxtəlif yollarla əllərindən alınıb Rusiyanın mərkəz quberniyalarından köçürülənlərə verildiyinə dair söhbətlər aparır. Hökumətin bu yöndəki siyasətinin doğru olmadığını göstərir. Əlixan Bökeyxan vəziyyətdən çıxış yolları axtararkən onunla bəzi məsələlərdə həmfikir olan insanların yaratdıqları Konustitusyaçı Demokratik Partiyaya üzv yazıldı. Bu partiya daha çox qısaldılmış adıyla kadetlər partiyası kimi tanınır. 1905-ci ildə məşhur qazax ədibi Abayın, yəni İbrahim Qunanbay oğlunun ölümü münasibətilə "Semiplatinsk listok" qəzetində çap etdirdbiy məqaləsində ilk dəfə şairin yaradıçılığının özəlliklərini ortaya qoyan Əlixan Bökeyxan 1907-ci ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir Şöbəsi Semiplatiniski Bölməsinin "Zapiski" (Qeydlər) jurnalında çap etdirdiyi portret oçerklə Abayı rusdilli oxuçuya tanıtmış olur.1905-ci ildə tarixə "Qarqaralı petisyası" adı ilə daxil olan hökumətə etiraz məktubunu hazırlanmasını təşkil edir. On dörd min beş yüz nəfərin imzaladığı bu sənəddə çarizmin mərkəzi Rusiyanın müxtəlif quberniyalarından Qazaxıstana rus kəndlilərinin köçürülməsinə etiraz edilirdi. 1905-ci ilin sonlarında Oral şəhərində kadet partiyasının keçirdiyi birinci qurultayın təşkilatşılarından olur. 1906-cı ildə qırğız siyasi hərəkatın lideri kimi həbs edilir. Üç ay sonra həbsdən azad olunaraq Dövlət Dümasının seçkilərinə qatılır. Aqmola vilayətindən Birinci Dövlət Dümasından seçilən Əlixan Bökeyxan çılğın çıxışları və fəal ictimai-siyasi fəaliyyətilə seçilir. Çar II Nikolay Dövlət Dümasının buraxıldığını elan edəndə bir qrup deputat 1906-cı ildə tarixə Vıborq bəyannaməsi adı ilə daxil olan etiraz məktubunu imzalayır. Vıborq bəyannaməsının təşkilatçıları sırasında Əlixan Bökeyxan da olur. Həm də 1906-cı ildə qazaxlar arasında Konstitusyaçı Demokrat Partiyasının qurucularından olur. Əlixan Bökeyxan kadet partiyasının üzvü olsa da partiyasının Omskda nəşr olunan "İrtış", "Omiç", "Qolos stepi " qəzetlərinə redaktorluq etsə də, 1908-ci ildə menşeviklərin "Tovariş" qəzetinin də redaktoru olmuş, kadetlərin Peterburqdakı "Reç", "Slova" nəşirləriylə də sıx əməkdaşlıq etmişdir. Məqalələrində hökuməti kəskin tənqid etdiyinə görə Əlixan Bökeyxan 1908-ci ildə həbs edilir. Semey və Pavlodar həbsxanalarına saxlandıqdan sonra onu Samaraya sürgün edirlər. Təqib və həbslər gənc vətənsevəri ruhdan salmır. "Yeni ensiklopedik sözlük" və "Müasir dövlətlərdə milli hərəkatın forması" toplusunda "Qazaxlar" elmi-siyasi məqaləsini çap etdirir. 1910-cu ildə Bökey xan Qırğız çölünün ruslar tərəfindən yerləşdirilməsinə qarşı aktiv çıxış edir.. 1913-cü ildə Əlixan Bökeyxan "Qazax" qəzetinin nəşinə icazə alır. Az bir vaxtda qəzet milli ziyalıların ideoloji mərkəzinə çevirirlər. Qəzetlərdə açıq imza və "Qır balası", "Stepniyak", yəni Çöllü oğlu təxəllüsü ilə "Duma partiyası", "Duma və qazaxlar", "Avqust Bebel" və b. məqalələr çap etdirir. Sürgündə də siyasi fəaliyyətini davam etdirir. Belə ki, 1914-cü ilin iyununda keçirilən Ümumrusya Müsəlmanları Qurultayında iştirak edir, Dövlət Dümasında müsəlman deputatlarının fraksiyasının təşkilatçılarından və fraksiyanın büro üzvü olur. 1912–17-ci illərdə kadetlər partiyasının Mərkəzi Komitəsinə seçilən Əlixan Bökeyxanu Xalq Azadlıq Partiyası 1915-ci ilin avqustunda Samara Quberniya Komitəsinə üzv olur. Tomskdə Sibirin Muxtariatını istəyənlərin qurultayı keçirilir. Əlixan Bökeyxanun təşəbbüsü ilə həmin qurultay yaradılması planlaşdırılan Sibir Respublikasının tərkibində Qazaxıstana muxtariyyat verilməsini qərara alır. 1917-ci ilin fevralında II çar Nikolay taxtdan uzaqlaşdırılaraq Müvəqqəti Hökumət qurulur. Bu hökumətə Əlixan Bökeyxanun kadetlər partiyasından tanıdığı Krenski rəhbərlik edir. 1917-ci il martın 20-də onu Müvəqqəti Hökumətin Türküstan Komitəsinə üzv seçirlər və Torğay vilayətinə komissar təyin edir. Əlixan Bökeyxanun əsas məqsədi milli hökumət qurmaq idi. Odur ki bütün siyasi qüvvələrlə danışıqlar aparır, ortaq məxrəcə gələşəkləri nöqtələri axtarırdı. 1917-ci ilin iyul ayında onun rəhbərliyi və təşkilatçılığı ilə Birinci Ümumqazax Qurultayı çağrılır və 1906-cı ildə yaradılan Konstitusyaçı Demokrat Partiyası Alaş Partiyasına çevrilir. Kadetlərlə aralarındakı fikir ayrılığına görə partiyadan çıxan Əlixan Bökeyxan qazaxların muxtariyyat əldə etməsinə çalışır. Bolşeviklərin Müvəqqəti Hökuməti silah güçünə hakimiyyətdən uzaqlaşdırması qazaxların milli qüvvələrinin böyük əksəriyyətinin Alaş Partiyası ətrafında birləşməsini sürətləndirir. 1917-ci il dekabrın 5–13-də Orenburq şəhərində keçirilən II Ümumqazax Qurultayında qazaxların neçə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəkləri geniş müzakirə olunur. Çoxluğun səsverməsi ilə Alaş Orda Muxtariyyatının qurulduğu elan edilir. Yeni qurulan hökumətin rəhbərliyinə Əlixan Bökeyxan seçilir. Əlixan Bökeyxan və onunla həmfikir olanlar Başqırt-Tatar və Kokand Muxtariyyatı ilə birliktə hərəkət etməyi qəbul etməmişdi, lakin yeni qurulan hökumətin yetərincə kadırı, ordusu olmadığından qazaxların yaşadığı böyük bir ərazini yeni qaydalarla idarəetməkı mümkün olmur. Bolşeviklərdən yardım alan və onların qazax xalqına azadlıq bəxş edəcəyinə inanlar ölkənin Quzey-Batısını nəzarətləri altından saxlayırlar. Doğuda isə yeni elan edilmiş Sibir Respublukası hakim olmağa çalışır. Belə gərgin, milli qüvvələrin parçalanmış halda olduğu vəziyyətdə Əlixan Bökeyxan Tomskda keçirilən qurultayda yeni yaradılacaq Sibir Respublikasının tərkibində qazaxlara muxtariyyat verilməsi fikrilə razılaşır. Çar ordusunun polkovniki Aleksandr Dutovun rəhbərlik etdiyi kazaklardan ibarət əsgəri birliklər 1918-ci ildəOrenburqu gah tutur, gah da boşaltmaq zorunda qalır. Çexoslavakiya korpusunun qiyamından sonra Aleksandr Dutov 1918-ci ilin iyulun 1-də Orenburqu tutur və noyabırda admiral Aleksandr Kolçakın rəhbərlik etdiyi əsgəri birliklərə qatılır. Alaş Orda Muxtariyyatının Xalq Sovetinə 25 nəfər seçilir ki, bunlarin da 10 nəfəri ruslar və qazax olmayanlardan ibarət idi. Alaş Orda hökuməti bölgədə Aleksandr Kolçakın qüvvələri qarşısında duruş gətirə bilməyəcəklərini görüb onlarla əməkdaşlıq etməyi qərara aldılar və Sibir Respublikasının tərkibində muxtariyyat hüququ ilə razilaşır. 1919-cu ildə bolşeviklərin güclənərək ağqvardiyaçıları sıxışdırması Alaş Oradçılar arasında fikir ayrılığı yaratdı. 1919-cu ilin aprelində Moskvaya gələn Alaş Ordaçıların nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. görüşür. Razılığa gəlinir ki, bolşeviklər qazaxların yeni dövlətini tanıyacaqlar və Alaş Orda Hökumətinin bolşeviklərə qarşı vuruşmuş üzvlərinə aminisya verəcəklər, lakin bolşeviklər verdikləri vədə əməl etmir. Nümayəndə heyəti Moskvadan ayrılan kimi İosif Stalin Rusiya Fəhlə Kəndli Şurasına teleqrama vuraraq qazax milliyətçilərinə qarşı sərt tədbirlər görmələrini əmr edir. 1920–1937-ci illərdə Əlixan Bökeyxan üç dəfə həbs olunur. Əlixan Bökeyxan 1937-ci ilin sentyabrın 27-də güllələnir. | https://az.wikipedia.org/w/index.php?curid=482970 |
Əlixan Bökeyxan | Qaynaqlar onun nəslinin Çingiz xanın nəvəsi Cuçi xana bağlı olduğunu yazırlar. Bökey xanın nəslindəndir.. Onun doğum tarixi 1866-cı il, 1869-cu il, 1870-ci il kimi göstərilir. Rusya İmperyasının inzibati ərazi bölgülərinə görə Əlixan Nurmuhammed oğlu Bökeyxan Semey vilayəti Qarqaralı qəzasının Toqırauın nahiyəsində doğulmuşdur. Nurmuhammed xan oğlu Əlixanın təhsil alması üçün ayrıca müəllimlər tutur. Sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərir. 1879–1886-cı illərdə bu məktəbdə oxuyan Əlixan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövürkü general-qubernatoru Gerasim Kolpakovskinin köməyi ilə Omsk Texniki Məktəbinə daxil olan Əlixan Bökeyxan 1890-cı ildə məktəb bitirib Sankt-Peterburqa gedir. 1890–1994-cü illərdə Peterburq İmperator Meşəçilik İnstitunun iqtisadiyyat fakültəsində oxuyur. Tələbəlik illərində Rusiyadakı idarəetmə sistemini tənqid etdiyinə, əsarət altında olan xalqların hüquqlarının tapdandığını dilə gətirdiyinə görə adı jandarma idarəsinin "qara siyahı"sına salınır. Ali təhsil aldıqdan sonra Omsk şəhərinə qayıdan və buradakı Meşə Təsərrüfatı Məktəbində riyaziyyat müəllimi işləyən Əlixan Bökeyxan fərdi şəkildə xalqının yaşam şərtlərini, adət-ənəsini öyrənməyə başlayır. Onun marağından və araşdırmalarından xəbər tutub 1896-cı ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir şöbəsinə həqiqi üzv seçirlər. Coğrafiya Cəmiyyətinə həqiqi üzv olması onu elmi axtarışlara həvəsləndirməklə yanaşı bir çox alimlərlə və ziyalılarla yaxından tanış olmasına şərait yaradır. 1903-cü ildə Peterburqda "Rusiya. Vətənimizin tam coğrafi təsviri" çoxcildliyinin 18-ci cildi nəşr olunur. Əlixan Bökeyxan bu cild üçün "Bölgədə yaşayan Qazax-qırğız əhalisinin etnoqrafiyası, mədəniyyəti və məişəti" adlı geniş bir məqalə yazdı. Məqalədə qazaxların məşhur "Qozı-Kopreş və Bayan" dastanını da ilk dəfə geniş təhlil etmişdir. 1905-ci ilin noyabrında Torpaq şurasının işində fəal iştirak edir. Moskva şəhərinə gəlir və burada qazax xalqının hüquqlarının tapdandığına, dilinin basqılar altında qaldığına, torpaqlarının müxtəlif yollarla əllərindən alınıb Rusiyanın mərkəz quberniyalarından köçürülənlərə verildiyinə dair söhbətlər aparır. Hökumətin bu yöndəki siyasətinin doğru olmadığını göstərir. Əlixan Bökeyxan vəziyyətdən çıxış yolları axtararkən onunla bəzi məsələlərdə həmfikir olan insanların yaratdıqları Konustitusyaçı Demokratik Partiyaya üzv yazıldı. Bu partiya daha çox qısaldılmış adıyla kadetlər partiyası kimi tanınır. 1905-ci ildə məşhur qazax ədibi Abayın, yəni İbrahim Qunanbay oğlunun ölümü münasibətilə "Semiplatinsk listok" qəzetində çap etdirdbiy məqaləsində ilk dəfə şairin yaradıçılığının özəlliklərini ortaya qoyan Əlixan Bökeyxan 1907-ci ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir Şöbəsi Semiplatiniski Bölməsinin "Zapiski" (Qeydlər) jurnalında çap etdirdiyi portret oçerklə Abayı rusdilli oxuçuya tanıtmış olur.1905-ci ildə tarixə "Qarqaralı petisyası" adı ilə daxil olan hökumətə etiraz məktubunu hazırlanmasını təşkil edir. On dörd min beş yüz nəfərin imzaladığı bu sənəddə çarizmin mərkəzi Rusiyanın müxtəlif quberniyalarından Qazaxıstana rus kəndlilərinin köçürülməsinə etiraz edilirdi. 1905-ci ilin sonlarında Oral şəhərində kadet partiyasının keçirdiyi birinci qurultayın təşkilatşılarından olur. 1906-cı ildə qırğız siyasi hərəkatın lideri kimi həbs edilir. Üç ay sonra həbsdən azad olunaraq Dövlət Dümasının seçkilərinə qatılır. Aqmola vilayətindən Birinci Dövlət Dümasından seçilən Əlixan Bökeyxan çılğın çıxışları və fəal ictimai-siyasi fəaliyyətilə seçilir. Çar II Nikolay Dövlət Dümasının buraxıldığını elan edəndə bir qrup deputat 1906-cı ildə tarixə Vıborq bəyannaməsi adı ilə daxil olan etiraz məktubunu imzalayır. Vıborq bəyannaməsının təşkilatçıları sırasında Əlixan Bökeyxan da olur. Həm də 1906-cı ildə qazaxlar arasında Konstitusyaçı Demokrat Partiyasının qurucularından olur. Əlixan Bökeyxan kadet partiyasının üzvü olsa da partiyasının Omskda nəşr olunan "İrtış", "Omiç", "Qolos stepi " qəzetlərinə redaktorluq etsə də, 1908-ci ildə menşeviklərin "Tovariş" qəzetinin də redaktoru olmuş, kadetlərin Peterburqdakı "Reç", "Slova" nəşirləriylə də sıx əməkdaşlıq etmişdir. Məqalələrində hökuməti kəskin tənqid etdiyinə görə Əlixan Bökeyxan 1908-ci ildə həbs edilir. Semey və Pavlodar həbsxanalarına saxlandıqdan sonra onu Samaraya sürgün edirlər. Təqib və həbslər gənc vətənsevəri ruhdan salmır. "Yeni ensiklopedik sözlük" və "Müasir dövlətlərdə milli hərəkatın forması" toplusunda "Qazaxlar" elmi-siyasi məqaləsini çap etdirir. 1910-cu ildə Bökey xan Qırğız çölünün ruslar tərəfindən yerləşdirilməsinə qarşı aktiv çıxış edir.. 1913-cü ildə Əlixan Bökeyxan "Qazax" qəzetinin nəşinə icazə alır. Az bir vaxtda qəzet milli ziyalıların ideoloji mərkəzinə çevirirlər. Qəzetlərdə açıq imza və "Qır balası", "Stepniyak", yəni Çöllü oğlu təxəllüsü ilə "Duma partiyası", "Duma və qazaxlar", "Avqust Bebel" və b. məqalələr çap etdirir. Sürgündə də siyasi fəaliyyətini davam etdirir. Belə ki, 1914-cü ilin iyununda keçirilən Ümumrusya Müsəlmanları Qurultayında iştirak edir, Dövlət Dümasında müsəlman deputatlarının fraksiyasının təşkilatçılarından və fraksiyanın büro üzvü olur. 1912–17-ci illərdə kadetlər partiyasının Mərkəzi Komitəsinə seçilən Əlixan Bökeyxanu Xalq Azadlıq Partiyası 1915-ci ilin avqustunda Samara Quberniya Komitəsinə üzv olur. Tomskdə Sibirin Muxtariatını istəyənlərin qurultayı keçirilir. Əlixan Bökeyxanun təşəbbüsü ilə həmin qurultay yaradılması planlaşdırılan Sibir Respublikasının tərkibində Qazaxıstana muxtariyyat verilməsini qərara alır. 1917-ci ilin fevralında II çar Nikolay taxtdan uzaqlaşdırılaraq Müvəqqəti Hökumət qurulur. Bu hökumətə Əlixan Bökeyxanun kadetlər partiyasından tanıdığı Krenski rəhbərlik edir. 1917-ci il martın 20-də onu Müvəqqəti Hökumətin Türküstan Komitəsinə üzv seçirlər və Torğay vilayətinə komissar təyin edir. Əlixan Bökeyxanun əsas məqsədi milli hökumət qurmaq idi. Odur ki bütün siyasi qüvvələrlə danışıqlar aparır, ortaq məxrəcə gələşəkləri nöqtələri axtarırdı. 1917-ci ilin iyul ayında onun rəhbərliyi və təşkilatçılığı ilə Birinci Ümumqazax Qurultayı çağrılır və 1906-cı ildə yaradılan Konstitusyaçı Demokrat Partiyası Alaş Partiyasına çevrilir. Kadetlərlə aralarındakı fikir ayrılığına görə partiyadan çıxan Əlixan Bökeyxan qazaxların muxtariyyat əldə etməsinə çalışır. Bolşeviklərin Müvəqqəti Hökuməti silah güçünə hakimiyyətdən uzaqlaşdırması qazaxların milli qüvvələrinin böyük əksəriyyətinin Alaş Partiyası ətrafında birləşməsini sürətləndirir. 1917-ci il dekabrın 5–13-də Orenburq şəhərində keçirilən II Ümumqazax Qurultayında qazaxların neçə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəkləri geniş müzakirə olunur. Çoxluğun səsverməsi ilə Alaş Orda Muxtariyyatının qurulduğu elan edilir. Yeni qurulan hökumətin rəhbərliyinə Əlixan Bökeyxan seçilir. Əlixan Bökeyxan və onunla həmfikir olanlar Başqırt-Tatar və Kokand Muxtariyyatı ilə birliktə hərəkət etməyi qəbul etməmişdi, lakin yeni qurulan hökumətin yetərincə kadırı, ordusu olmadığından qazaxların yaşadığı böyük bir ərazini yeni qaydalarla idarəetməkı mümkün olmur. Bolşeviklərdən yardım alan və onların qazax xalqına azadlıq bəxş edəcəyinə inanlar ölkənin Quzey-Batısını nəzarətləri altından saxlayırlar. Doğuda isə yeni elan edilmiş Sibir Respublukası hakim olmağa çalışır. Belə gərgin, milli qüvvələrin parçalanmış halda olduğu vəziyyətdə Əlixan Bökeyxan Tomskda keçirilən qurultayda yeni yaradılacaq Sibir Respublikasının tərkibində qazaxlara muxtariyyat verilməsi fikrilə razılaşır. Çar ordusunun polkovniki Aleksandr Dutovun rəhbərlik etdiyi kazaklardan ibarət əsgəri birliklər 1918-ci ildəOrenburqu gah tutur, gah da boşaltmaq zorunda qalır. Çexoslavakiya korpusunun qiyamından sonra Aleksandr Dutov 1918-ci ilin iyulun 1-də Orenburqu tutur və noyabırda admiral Aleksandr Kolçakın rəhbərlik etdiyi əsgəri birliklərə qatılır. Alaş Orda Muxtariyyatının Xalq Sovetinə 25 nəfər seçilir ki, bunlarin da 10 nəfəri ruslar və qazax olmayanlardan ibarət idi. Alaş Orda hökuməti bölgədə Aleksandr Kolçakın qüvvələri qarşısında duruş gətirə bilməyəcəklərini görüb onlarla əməkdaşlıq etməyi qərara aldılar və Sibir Respublikasının tərkibində muxtariyyat hüququ ilə razilaşır. 1919-cu ildə bolşeviklərin güclənərək ağqvardiyaçıları sıxışdırması Alaş Oradçılar arasında fikir ayrılığı yaratdı. 1919-cu ilin aprelində Moskvaya gələn Alaş Ordaçıların nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. görüşür. Razılığa gəlinir ki, bolşeviklər qazaxların yeni dövlətini tanıyacaqlar və Alaş Orda Hökumətinin bolşeviklərə qarşı vuruşmuş üzvlərinə aminisya verəcəklər, lakin bolşeviklər verdikləri vədə əməl etmir. Nümayəndə heyəti Moskvadan ayrılan kimi İosif Stalin Rusiya Fəhlə Kəndli Şurasına teleqrama vuraraq qazax milliyətçilərinə qarşı sərt tədbirlər görmələrini əmr edir. 1920–1937-ci illərdə Əlixan Bökeyxan üç dəfə həbs olunur. Əlixan Bökeyxan 1937-ci ilin sentyabrın 27-də güllələnir. | https://az.wikipedia.org/w/index.php?curid=425297 |
Əlixan Məlikov | Əlixan Süleyman oğlu Məlikov (7 may 1951, Bakı) — "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2000–2009). Məlikov Əlixan Süleyman oğlu 1951-ci il mayın 7-də Bakıda anadan olmuşdur. 1967-ci ildə Bakı şəhər 124 saylı orta məktəbini, 1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatikası fakultəsini bitirmişdir. İxtisasca mühəndisdir. Evlidir, 2 övladı var. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Fəxrəddin Məlikovun qardaşıdır. 1973–1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1975–1979-cu illərdə Bakı Aqreqat İstehsalat Birliyində mehəndis-konstruktor, texniki şöbənin rəisi, 1979–1992-ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon Qaz İstismar İdarəsində sahə rəisi, qəza dispetçer xidmətinin rəisi, 1994–1996-cı illərdə "Azəriqaz" Dövlət şirkətində baş mütəxəssis, 1996–1998-ci illərdə Bakı şəhər Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Əlixan Məlikov 4 fevral 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 273 nömrəli fərmanı ilə "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.1 iyul 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 366 nömrəli Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında sərəncamı ilə Azəriqaz Qapalı Səhmdar Cəmiyyəti ləğv edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində Azəriqaz İstehsalar Birliyinə çevrilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=274594 |
Əlixan Qantəmir | Əlixan Qadoeviç Qantəmir (9 may 1886, Diqora rayonu – 16 aprel 1963, Münxen, Bavariya, Qərbi Almaniya) — Qafqaz Dağlılarının İttifaq Şurasının üzvü, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəsi, Zaqafqaziya Demokratik Federativ Respublikasının xarici işlər nazirinin müavini, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü. Əlixan Qantəmir 1886-cı ildə Diqorada müsəlman osetin ailəsində doğulmuşdur. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir.Aprel işğalından sonra tutulsa da, əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə (1921) qaçdı.1938-ci ildə Sovet səfirliyinin təzyiqi ilə Türkiyə vətəndaşlığından çıxarılaraq ölkədən qovulmuş və Almaniya köçmüşdür.1963-cü ildə Münhendə vəfat etmiş və orada dəfn olunmuşdur. Siyasi faəliyyəti Fevral inqilabından sonra Qarsda yerli hökumət qurulmuş, sırayla erməni, türk, yunan bir həftəlik Qars şəhərinin valisi olurdu. Türklər adından vali Əlixan Qantəmir seçilmişdir. Bu dövrdə Qarsda Bakı İslam Xeyriyyə Cəmiyyəti vəkili kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə Zaqafqaziya Komissarlığının Qars vilayətindəki komissarı olmuşdur. Ümumrusiya Müəssislər Məclisinə seçkilərə Müsəlman Sosialist Blokunun 12 saylı siyahısı üzrə qatılan Əlixan Qantəmir siyahıda İbrahim bəy Heydərovdan sonra ikinci sırada idi. Siyahının 159 770 (6.51%) səs almasıyla siyahıdakı ilk 3 nəfər: İbrahim bəy Heydərov, Əlixan Qantəmir və Aslan bəy Səfikürdski Ümumrusiya Müəssislər Məclisinin üzvü seçildilər.Xalq tərəfindən dəstəklənərək 23 fevral 1918-ci ildə yeni yaradılan Zaqafqaziya Seyminə millət vəkili olaraq seçilmiş, Seymdə Müsəlman fraksiyasına daxil olmuşdur. O, 1918-ci ilin martında dağlı xalqların Zaqafqaziya Seymi ilə danışıq aparmaq üçün Tiflisə göndərdiyi nümayəndə heyətinin üzvü olmuş, dağlı nümayəndə heyətinin tərkibində Trabzon və Batum konfranslarında iştirak etmişdir. 27 may 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasına üzv seçilsə də, o Şimali Qafqazda fəaliyyət göstərmişdir. 4 may 1918-ci il tarixli Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının iclasında Əlixan Qantəmir xarici işlər nazirinin müavini vəzifəsinə təyinat aldı.1919-cu ildə Qafqaz Konfransı qatılmış və Denikinə qarşı mövqedə dayanaraq çıxış etmişdir. 4 sentyabr 1919-cu ildə Tiflisdə əsası qoyulan Qafqaz Dağlılarının İttifaq Şurasının (mühacir Dağlı Parlamenti) ilk iclasına sədrlik etmişdir. 23 sentyabr 1919-cu ildə İttifaq Şurasının üzvü seçilmişdir. 1 noyabr tarixində19 oktyabr 1919-cu ildə Dağlı hökuməti üzvləri və Qorxmazov tərəfindən oan üzvlərdən ibarət Dağıstan Müdafiə Şurasının sədr müavini seçilmişdir. 24 oktyabr 1919-cu il tarixli 6-cı iclasa da sədrlik etmişdir. Diplomatik fəaliyyəti 1918-ci il mayın 11-də Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası yaradılması haqqında bəyannamə elan edildikdən sonra, Osmanlı dövləti ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti də ona hərtərəfli yardım göstərdi. Azərbaycan Hökuməti Dağlı hökuməti ilə sıx siyasi, iqtisadi və hərbi əməkdaşlıq xətti yeridir, eyni zamanda, hər iki respublika sərhədlərinin dəqiqləşdirilməsini zəruri sayırdı. Azərbaycan tərəfı bu məqsədlə müştərək komissiya yaradılmasının təklif etmişdi. Dağlı Respublikası ilə Azərbaycan arasında normal əlaqələrin qurulmasında Əlixan Qantəmir mühüm rol oynadı. 1918-ci ilin oktyabrında Dağlı Respublikası hökumətinin Azərbaycanda diplomatik nümayəndəsi təyin olunan Əlixan Qantəmir Dağlı Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında iqtisadi, maliyyə və digər sahələr üzrə müqavilə və sazişlər bağlanmasında iştirak etmişdir. Dağlılar Respublikası 1919-cu il mayın sonunda Denikin ordusu tərəfindən işğal olunduqdan sonra da Əlixan Qantəmir öz hökumətinin nümayəndəsi kimi fəaliyyətini davam etdirmiş, Cənubi Qafqaz respublikalarının 1919-cu ilin may və iyununda maliyyə-iqtisadi, hərbi-siyasi məsələlər üzrə Tiflisdə keçirdikləri konfransda onu təmsil etmişdir. Mühacir fəaliyyəti 1924–1927-ci illərdə İstanbulda Qafqaz Konfederasiyası Komitəsinin lideri olmuşdur. 1926-cı ildə Prometey təşkilatına üzv olmuşdur. 1941-ci ilin payızından Almaniya Şərq Nazirliyinin Şimali Qafqaz Hərbi Əsirləri İşləri üzrə Komissiyanın üzvü, 1942–1943-cü illərdə Berlində Şimali Qafqaz Milli Komitəsinin üzvü, 1943–1945-ci illərdə Şimali Qafqaz rabitə qərargahının üzvü idi.1930-cu illərdə Almaniyada Şimali Qafqaz Milli Partiyasını təsis edərək bu partiyaya rəhbərlik etmişdir. İkinci Dünya müharibəsi İkinci Dünya müharibəsinin ilk illərindən hərbi əsirlər və mülki əhali də daxil olmaqla könüllü dəstələr yaradılmağa başladı. Müharibənin ilk aylarında həmin könüllülərdən, əsasən, arxa cəbhədə sürücü, atsaxlayan, mətbəx işçisi və müxtəlif sahələrdə istifadə edirdilər. Döyüş bölgələrində isə onlar patronlar daşıyır, rabitə və minatəmizləmə işlərində çalışırdılar. İlkin fəaliyyət dövründə alman hərbi hissələrindəki belə könüllüləri "xivi" (Almancanın qısaldılmış forması "Nilvswillige" — könüllü köməkçilər, daha dəqiqi – "köməyə hazır olanlar") adlandırırdılar və müharibənin sonunadək onları belə də çağırdılar. Xivilərin hüququ artdıqca onlar legionerlər olaraq qəbul edilməyə başladı. Türk-tatar əsirlərindən milli legionlar yaratmaq fikrini iki türk generalının xüsusi rolu olmuşdu və 1941-ci ilin oktyabrında bu planın müsbət həyata keçirilməsində cəhdlər göstərmişdilər. Həmin generallardan biri tanınmış hərbçi Nuru Paşa, digəri isə general Hüsnü Əmir Ərkilət idi. Almanlar hərbi əsirlərlə iş aparmaq məqsədi ilə ayrı-ayrı xalqların mühacirətdəki liderləri ilə də əlaqələr qururdular. Bundan ötrü Şərq Nazirliyi tərkibində müvafiq komissiyalar yaradılırdı. Komissiyaların məqsədi əsirlərin siyahılarını tutmaq, onları gələcək günlər üçün işlərə hazırlamaq idi. Bununla əlaqədar, almanlar hələ ötən illərdən Almaniyada fəaliyyət göstərmiş mühacir liderlərə xüsusi önəm verirdilər. İdil-Ural türklərindən olan Əhməd Teymur xatırlayırdı: 1941-ci ilin avqustundan fəaliyyətə keçən komissiya düşərgələrdəki əsirlərlə görüşməyə başladı. İdil-Ural komissiyasına (buraya tatarlar, başqırdlar, çuvaşlar və fin xalqlarının nümayəndələri daxil idi) Əhməd Teymur, Türküstan komissiyasına özbək Vəli Qəyyumxan, Şimali Qafqaz komissiyasına Əli xan Qantəmir, Azərbaycan komissiyasına isə Məhəmməd Əmin Rəsulzadə daxil idi.1942-ci ilin aprelində Fridrix Vemer fon Şulenburq Fransa, İtaliya, Balkanlar, Türkiyə və İsveçrədə yaşayan mühacirləri Berlinə dəvət etdi. Həmin ilin aprelin sonu və mayın əvvəllərində Berlinin məşhur "Adlon" mehmanxanasında bir toplantı keçirildi. Toplantıda aşağıdakı şəxslər iştirak edirdi: "Azərbaycanlı — Məhəmməd Əmin Rəsulzadə, Xəlil Xasməmmədov və fuad Əmircan; şimali qafqasiyalı — Səid Şamil, Heydər Bammat və Əli xan Qantəmir; gürcülərdən — Spiridion və Leo Kereselidze, Daşa Vaçanadze, Zurab Avaiaşvili v b.". Ədəbi faəliyyət 1943–1945-ci illərdə Şimali Qafqaz Komitəsinin Berlində mərkəzi orqanı olan "Şimali Qafqaz" jurnalının redaktoru olmuşdur. Qafqaz siyasi mühacirlərinin 1951-ci ilin avqustundan 1952-ci ilin dekabrınadək Münhendə türk, ingilis və rus dillərində nəşr etdirdikləri və vahid konfederatif Qafqaz dövləti yaratmaq ideyasını təbliğ edən Qafqazya jurnalının Əlixan Qantəmirin redaktorluğu ilə çıxan 1-ci sayındakı "Dava və qayəmiz" adlı baş məqaləsində yazırdı: 1954-cü ildə Münhendə Sovet İttifaqını araşdıran İnstitutun nəşr etdiyi "Elmecele" jurnalına başçılıq etmişdir. Həmçinin bu institutda rus, ingilis, türk dillərindən dərs demişdir. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il (PDF). Bakı: Adiloğlu. 2006. səh. 216. Tadeuş Svetoxovski. Russian Azerbaijan, 1905–1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press. 2004. 272. ISBN 978-0-521-52245-8. Oliver Henri Radkey. Russia goes to the polls : the election to the all-Russian Constituent Assembly, 1917. Cornell University Press. 1989. Ronald Qriqor Sani. The Baku Commune, 1917–1918: Class and Nationality in the Russian Revolution. Princeton University Press. 2019. 448. ISBN 978-0-691-65703-5. Altay Göyüşov. 1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi (PDF). Bakı. 2000. səh. 352. Əlixan Qantəmir // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 119. ISBN 9952-417-44-4. | https://az.wikipedia.org/w/index.php?curid=544660 |
Əlixan Rəcəbov | Əlixan Vaqif oğlu Rəcəbov (1 avqust 1991, Bakı) — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi. Həyatı və karyerası Rəcəbov Əlixan Vaqif oğlu 1991 ildə avqustun 1-i Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub. 2009-cu ildə ilk dəfə Rusiyanın Həştərxan şəhərində, "Neftçi Bakı" ŞHK-nun heyətində çempionata qatılıb. 2009-cu ildən 2013-ilə qədər bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. 2013-cü ildə Azərbaycan yığmasında Belarusun Minsk şəhərində 1-ci liqada oyuna qatılıb. 2014-cü ildə ANS telekanalında yayımlanan Comedy.AZ layihəsində rezidentlik edib. 2016-cı ilin dekabrında şəxsi videobloquna başladı. İlk videobloqları cəmiyyətdəki mənfi obrazlar haqqında çəkilmiş 1 dəqiqəlik videolar idi. Daha sonra bu videoformatdan çıxıb, daha keyfiyyətli və xronometraj baxımından uzun vloqlar çəkməyə başladı. Videobloqlarıyla məşhurlaşandan sonra, 2017-ci ildə "Kəklikotu" filminin kastinqindən keçib, Qafar obrazını canlandırdı. Daha sonra, böyük şirkətlərə reklam videoçarxları çəkməyə başladı. 2018-ci ildə isə, "Ağacdələn" , "Qış Nağılı" və "Əlvida Şmidt!" filmlərində baş rollarda yer alıb. 2019-cu ilin martında İctimai TV-də yayımlanan "Şou biznesin sonu" televiziya filmində baş rolda oynayıb. Filmoqrafiya Çəkdiyi qısametrajlı filmlər Əlixan Rəcəbovun Youtube üçün çəkdiyi filmlər yüksək izlənməyə malikdir Xarici keçidlər alixanradjabov.com — Əlixan Rəcəbov rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=532107 |
Əlixan Səmədov | Əlixan Səmədov (27 aprel 1964, Sumqayıt) — Azərbaycan musiqiçi və sənətkarı, tanınmış virtuoz balaban ifaçısı və ustadı. Azərbaycanın xalq artisti (2018). Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 −1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb (1986–1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Nidel, Richard (2005). World music: the basics. Psychology Press. pp. 214–. ISBN 9780415968003. Retrieved 2 may 2011. "ALIHAN SAMEDOV. Clarinet, balaban, zurna and sax player now residing in Turkey. Balaban." Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=38849 |
Əlixan Tokayev | Əlixan Tokayev 1893-cü ilin iyulunda Terek vilayətinin Darvaqs kəndində böyük kəndli ailəsində anadan olub. Milliyətcə osetindir. 1907-ci ildə Darqavs kilisə məktəbini bitirmiş, sonra ailənin təsərrüfat işlərinə kömək etmişdir. Ə.Tokayev 1913-cü ildə 1916-cı ildə bitirdiyi Bakı Dənizçilik Məktəbinə daxil olmuşdur. Bakıda Əlixan inqilabi ideyalarla tanış olmuş, bolşeviklərin gizli hərəkatında iştirak etmişdir. Eyni zamanda ədəbi fəaliyyətlə də məşğul olmağa başlamışdır. Sonra Əlixan Tokayev Sankt-Peterburq Rəssamlıq Akademiyasına daxil olmuşdur. Lakin qısa müddət sonra oranı bitirmədən tərk etmək məcburiyyətində qalmışdır. Əlixan Tokayev 1917-ci ildə "Kermen" Şimali Osetiya inqilabi partiyasına daxil olub. Şimali Qafqazda baş verən inqilabi hadisələrdə fəal iştirak etmişdir. Tokayev Pyatiqorskda Terek Xalq Şurasının seçildiyi II Terek vilayətinin qurultayının işində iştirak etmişdir. Yaradıcılığı Əlixan Tokayev 1909-1910-cu illərdə yazmağa başlamışdır. Şeirdən əlavə, dram və publisistik məqalələr də yazırdı. Onun yaradıcılığının əsas problematikası insanların ağır həyatı, azadlıqlarına inam, mövcud sistemlə mübarizə, qədim dövrün zərərli adətlərinə qarşı mübarizə təşkil edirdi. Ə.Tokayevin yaradıcılığı Osetiya poeziyasının inkişafında keyfiyyətcə yeni bir mərhələ oldu. Onun şair kimi formalaşmasında müəyyən təsiri olan Rusiya və Qərbi Avropa simvolizmi təsir etmişdir. Tokayev eyni zamanda XIX əsrin sonu - XX əsrin əvvəllərində "yeni şairlərin" axtarışlarında olanları başa düşür, Osetin şeirinin formalarını və ritmini zənginləşdirir, yeni rəng və səslərlə işıqlandırırdı. Əlixan Tokayev klassik sonata formasında şairin “Xoşbəxtlik muncuğu” (“Tsykuraiy Færdig”) şeirlərindən biri yazılmışdır ki, onun süjet əsasını sahibinin arzusunu yerinə yetirən sehrli muncuq haqqında xalq motivi təşkil edirdi. Tokayev təmsillər də yazmışdır. Bunların arasında “Eşşək və bülbül” (“Xuruq æmæ bulæmærg”), “Xoruz, qaz, ördək və hinduşka” (“Uasæg, xaz, babyz æmæ gogyz”) vardır. Əlixan Tokayevin yaradıcılığında ilk əsərlərindən olan "Ağ qarğalar" beş aktlı dramı önəmli yer tutur. Tamaşa 1912-ci ildə yazılıb və ilk dəfə 25 fevral 1914-cü ildə Bakıda həvəskar səhnədə səhnələşdirilib.Əlixan Tokayev həm də poetik tərcümə ustası idi, Petofi, Bryusov, Balmontun bəzi əsərlərini osetin dilinə tərcümə etmişdir. O, qısa ömrü ərzində çoxlu sayda əsərlər yazsa da, amma yazdıqlarının əksəriyyəti nəşr olunmamış qalmışdır. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=725314 |
Əlixan Törə | Əlixan Törə, Əlixan Törə Saquni, Əlixan Şakirxocayev, (uyğ. ئەلىخان تۆرە, özb. Alihon Tura çin. 艾力汗·吐烈; 21 mart 1884, Tokmak (Qırğızıstan), Yeddisu vilayəti, Türkistan general-qubernatorluğu, Rusiya imperiyası – 28 fevral 1976, Daşkənd, Özbəkistan SSR, SSRİ) — İkinci Şərqi Türkistan Respublikasının özbək əslilli birinci prezidenti. Törə vaxtilə Balasaqun indi hazırkı Qırğızıstanın Tokmak qəsəbəsində anadan olmuş, lakin 1920-ci ildə Sovet hökümətinin qurulması ilə Şərqi Türkistandakı Qaşqara mühacirət etmişdir. 1944-cü ilin aprelində Əlixan Törə Əbdülkərim Abbas və digər on nəfərlə birlikdə Şərqi Türkistanı Çin Milliyyətçi hakimiyyətindən azad etmək üçün Külçədə (Yining) azadlıq təşkilatı qurdular. 1944-cü il noyabrın 11-də SSRİ-nin dəstəyi ilə İli üsyanını qaldırdılar. Əlixan Törə Karabaltada digər mənbələrə görə (indi Qırğızıstanda) Tokmak şəhərində dindar bir ailədə anadan olmuşdur. Buxara mədrəsəsində yüksək dini təhsil almışdır. İlahiyyat biliklərinə görə ətrafdakılardan "Törə" ləqəbini almışdır. Məkkəyə iki dəfə həcc ziyarətinə getmişdir (1905 və 1924). 1915-1923-cü illərdə Buxara İslam mədrəsəsində ilahiyyatdan dərs demişdir. 1920-ci illərdə Sovet rejimini tənqid etdiyinə görə dörd dəfə tutulmuş və Pişpək şəhərinin həbsxanasında saxlanılmışdır. 1930-cu ilin noyabrında yenidən SSRİ dövlət orqanları tərəfindən tutulmuş və məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilmişdir. QULAQ düşərgəsinə göndərilməzdən əvvəl qaçmışdır. 1931-ci ildə Sovet-Çin sərhədini keçərək Külcədə yerləşmişdir. Külcədə Quranın təfsiri və müalicə ilə məşğul olmuş və qısa müddət sonra yerli məhəllə məscidinin imamı seçilmişdir. Əlixan Tura tədricən yerli əhali arasında populyarlıq qazanır və Külçə cümə məscidi olan - "Beytulla" nın imamı olur. 1937-ci ildə Çin əleyhinə xütbələrə görə həbs edilir. Lakin yerli nüfuzlu din xadimlərinin müdaxiləsi ilə 1941-ci ildə həbsdən azad edilir. İkinci Şərqi Türkistan Respublikasının yaradılmasında rolu Həbsdən buraxıldıqdan sonra gizli Çin əleyhinə fəaliyyətlərdə fəal iştirak etməyə başlayır. 1943-cü ildə "Şarki Türkistan Azatlık Taşkilatı" (Şərqi Türkistanın Azadlıq Təşkilatı) qurumunu yaradır. Təşkilata İli bölgəsinin müxtəlif millətlərdən olan (əsasən türk əsilli) nüfuzlu şəxsləri daxil olmuşdur: Rəhimcan Sabirhacıev (tatar), Abdukərim Abbasov (tatar), Abdurauf Məxsum (uyğur), Muxitdin (uyğur), Purdunbəy (uyğur), Məhəmməcan Maxsum (uyğur), Ömərcanbəy (uyğur), Salih-canbəy (özbək). 1943-cü ildə Qani Mametbakiev, Fatih Müslümov və Əkbərin rəhbərlik etdiyi Nilk bölgəsində yerli əhalinin üsyanı başlayır. Üsyançılar tərəfindən Külçə mühasirəsi zamanı Əlixan Törənin təşkilatı şəhərdəki çıxışlara rəhbərlik edir. 1944-cü il noyabrın 12-də Külçə şəhərində üsyanın ələbəsindən sonra ertəsi gün Şərqi Türkistan Respublikasının yaradıldığı elan edildi və Əlixan Törə onun prezidenti seçildi. Əlixan Törə 1945-ci il aprelin 8-də qurulan İli Milli Ordusunun marşalı hərbi rütbəsinə sahib oldu. Qaçırılması və sonrakı həyatı Əlixan Törə İkinci Şərqi Türkistan Respublikasının rəhbərliyində İosif Stalinin, İli Milli Ordusunun Urumçiyə hücumuna son qoymaq və 1945-ci ilin oktyabrında Homindan ilə danışıqlara başlamaq əmrinə qarşı çıxan yeganə şəxs idi. Urumçidə Şərqi Türkistan Respublikası və Homindan nümayəndələri arasında Şərqi Türkistan böhranını həll etmək üçün 1945-ci il oktyabrın 14-dən Sovet İttifaqının vasitəçiliyi ilə Çan Kayşinin təklifinə uyğun olaraq başlayan və 8 aylıq çətin danışıqlardan sonra 1946-cı il iyunun 12-də "Sülh Sazişi" imzalandıqdan bir ay sonra iyulun 28-də Əlixan Törə Sovet xüsusi xidmət orqanları tərəfindən qaçırılaraq zorla SSRİ-yə gətirildi. Sovet İttifaqına gətirildikdən sonra ömrünün sonuna qədər ev dustaqlığında saxlanılmışdır. Daşkənddə olarkən İslam tarixi ilə bağlı çoxcildli "Tarihi Muhamadiya" əsəri də daxil olmaqla bir neçə kitab yazmışdır. "Əmir Teymur nizam-intizamı"nı özbək dilinə tərcümə etmişdir. Əlixan Törə Şərqi Türkistan və Sincan hadisələri haqqında "Türkistan kaygısı" (Türkistan Faciəsi) adlı kitab da yazmışdır. Türkistan İslam Partiyası öz jurnalının birinci nömrəsində bölgənin tarixi haqqında verilən "Türkistanda İslam" məqaləsində Əlixan Törədan bəhs edilmişdir.1976-cı il fevralın 28-də 90 yaşında vəfat etmişdir. Əlixan Törə Daşkənddə Kukça qəbiristanlığında dəfn olunmuşdur. Türkistan kaygısı, Tashkent, Uzbekistan, East Publishing House, 2003 Tarihiy Muhammadiy, Tashkent, Uzbekistan, Publisher: Kutlukkhan Shakirov Drifter Saghuniy Xarici keçidlər Meshrep Calendar Article (ing.) About Historical Role And Significance Of Alikhan Tura In The Liberation Movement Of Eastern Turkistan Arxivləşdirilib 2012-03-07 at the Wayback Machine (ing.) Alikhan Tura and the Uyghur People Arxivləşdirilib 2012-03-07 at the Wayback Machine (ing.) 1944-1949-cu illərdə milli-azadlıq hərəkatının dərsləri və nəticələri [1] (rus.) The Tragedy of Turkistan (Türkistan Qayghusi) [2] (ing.) Həmçinin bax Şərqi Türkistan İstiqlaliyyət hərəkatı İkinci Şərqi Türkistan Respublikası Məhəmməd Əmin Bugra Əhmədcan Qasimi | https://az.wikipedia.org/w/index.php?curid=690246 |
Əlixan bəy Cavanşir | Əlixan bəy Cavanşir – (?-1612), hərbi mühəndis Əlixan bəy Cavanşir hərbi mühəndis idi. 1607-ci ildə şahın Şirvan səfərində Kür çayının üzərindən panton körpü salmışdı. 1612-ci ildə isə Gəncə qalasının təmirinə başçılıq etmişdi. Tarixçi İskəndər bəy Münşi Türkman Əlixan bəy və qardaşı Mirzəhüseyn bəy Cavanşirin başına gələn əhvalata öz ünlü əsərində xeyli yer ayırıb. Tarixçi yazır: "İkinci qəziyyə Əlixan bəy Cavanşir və qardaşı Mirzəhüseyn bəyin ölümü ilə bağlıdır. Cavanşir eli Qarabağ tərəkəmələrindəndir. Cavanşir otuz iki oymaqdan ibarət olan Otuziki elinə bağlıdır ki, onların babaları o elin əmirləri olublar. Onların ailəsi, oymaq və elləri rumluların istilası zamanı Qarabağda qalmışdılar. Mirzəhüseyn bəy də rumlulara tabe idi. Bir neçə il sonra kiçik qardaş olan Əlixan bəy cahanpənah şahın sarayına gələrək yaxınları zümrəsinə girdi və şahanə tərbiyə oldu. Dünyanı bəzəyən şah Azərbaycana hərəkət edəndə Mirzəhüseyn bəy mülazimləri içində idi, çünki o zaman könüllülər yox idi. Əmirlərin göstərişi ilə el ona tabe oldu. El və oymaqlar gəlib, o tərəfdə dayanır. Əlixan bəy müxtəlif vəzifələr alaraq Gəncənin təmir işlərinə başlayır. Günlərin bir günü Gəncə hakimi Məhəmməd xan Ziyadoğlu səfərə çıxır. Onun şəhərdə olmadığından istifadə edib, qardaşını öldürmək fikrinə düşürlər. (Əlixan bəy) Cavanşir bir neçə nəfərlə Ziyadoğlunun evinə yollanır. Həmin vaxt Mirzəhüseyn bəy də orda idi. Ora yaxınlaşanda xanın qardaşı iztirabdan özünü Məhəmməd xanın hərəmxanasına atır. Əlixan bəy hörmət etməyib, onun ardınca hərəmxanaya daxil olur və ordaca öldürür. Qacar qazilərindən bir neçə nəfər və Ziyadoğlu soyundan olan mülazimlər bu hörmətsizliyə narazılıqla yanaşırlar. Nəhayət, adı çəkilən qazilər və xüsusən Saray bəy hücum edib, ədəbsizlikdə iştirak etmiş altmış-yetmiş nəfərə yaxın cavanşiri qılıncdan keçirirlər. Elə həmin anda Əlixan bəyi də tapıb, qılınclayırlar və həyatına son qoyurlar. O, özündən çox razı, məğrur və iddialı idi. Böyük qardaşının hesabına hünər göstərirdi və nəhayətdə öz mükafatını aldı. Məhəmməd xan çöldən gəlib, məsələdən halı oldu. Mirzəhüseyn bəy rumlular dönəmində çox fəsadlar törətdiyindən onu yanında saxlamağı məsləhət bilmir və ölümünə fərman verir". Əlixan bəy 1612-ci ildə Saray bəy Ziyadoğlu-Qacar tərəfindən öldürülüb. Ənvər Çingizoğlu. Cavanşir eli. "Soy" dərgisi, 10 (18), 2008. Ənvər Çingizoğlu, Fazil Baxşəliyev. Qarabağın el və obaları. Bakı: "Şuşa", səh.82. Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh. Həmçinin bax Cavanşir eli Mirzəhüseyn bəy Cavanşir | https://az.wikipedia.org/w/index.php?curid=101468 |
Əlixan məscidi | Əlixan məscidi — Naxçıvan şəhəri İstiqlal küçəsi, Əlixan məhəlləsində tarixi-memarlıq abidəsi. Naxçıvan şəhərindəki Əlixan məhəlləsində əvvəllər fəaliyyət göstərmiş məscid binasından yalnız cənub tərəfdəki xaraba divarı qalır. Maraqlıdır ki, ”salamat qalan” divarda 3x1,5 metr ölçüsündə iki mehrab yeri var. Əvvəllər binanın uzunluğu 25, eni 15, divarlarının eni isə 1 metr ölçüsündə çiy kərpicdən tikilib. Şimal tərəfdəki divarda ikitağlı taxta qapı, şərq divarda iki pəncərə ilə birtağlı qapı, qərb tərəfdəki divarda isə dörd pəncərələri olub. Hündürlüyü 6,5 metr olan binanın üstü qarağac tirlərlə örtülərək, divarlar saman-gillə suvanıb. Məsciddə eyni vaxtda 60 nəfər namaz qıla bilərdi. Binanın (otağın) içərisindən qara pərdə arakəsmə asılıb. “Məscidin həyətində” Bazar çayı axmaqla çeşmə (kəhriz) quyusu olub. Binanın minarəsi olmadığından müəzzin taxta nərdivanla dama qalxıb əzan verərdi. İkinci Dünya savaşı ərəfəsində və 50-ci illərədək məsciddə məhəllənin dindarları namaz qılıb, mərasimlər (təziyələr) keçirərdilər. Məscidin axundu Hacı (Molla) Talıb olub. Məhəllənin yaşlı nümayəndəsi mərhum Kamil Mirzəyev (1917-2003) dediklərinə görə, həmin məscid binasını məhəllənin xeyirxah insanı Əlixan Kəngərli tərəfindən tikdirib. Mərhum Kərbəlayı Əlixan Kəngərlinin (1888-1935) iki mərtəbəli iqamətgahı indiki H. Cavid məqbərəsi ilə üz-üzə olub. Otuzuncu illərdə Kərbəlayı Əlixan tutulub, 1918-20-ci illərdə erməni Andranikə qarşı şəhər (məhəllə) könüllülərini silahlandırdığı üçün güllələnib. Mərhumu Hacı Məhəmmədtağı Sidqinin (1854-1903) Naxçıvan qəbiristanlığındakı məzarı yaxınlığında dəfn ediblər. 1950-ci ildə ərazidəki “Nuhun qəbri” tarixi abidəsini buldozerlə sökəndə Kəngərli soyundan olan məzar yerləri də uçurulub. 1918-21-ci illərdə erməni quldurbaşı Andranik Ozanyan silahlı dəstəsi ilə şəhəri mühasirədə saxlayanda təslim olmaq üçün ultimatum yazıb göndərir. Əlixan məhəllə məscidi həmin illərdə naxçıvanlı vətənpərvərlərin düşmənə qarşı hərbi qərargahına çevrilir. Andranikin göndərdiyi ultimatum kağızının arxasında Əlixan Kəngərlinin tövsiyəsi ilə Şirəli bəyin (qohumunun) oğlu Bəhruz Kəngərli tayqulaq ulaq şəkli çəkərək altında ermənicə Andranikin adını yazıb geri göndərib. 1970-ci ildə məhəllə ərazisində söküntü işləri aparılarkən Əlixan məhəllə məscidi uçurulur və yerində güləş idman məktəbi binası tikilir. Hazırda binada Naxçıvan MR Gənclər və İdman Nazirliyinin inzibati idarəsi yerləşir. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=285634 |
Əlixankəndi (Biləsuvar) | Əlixankəndi (fars. عليخان كندي) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (10 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=752050 |
Əlixanlı (Gürcüstan) | Əlixanlı — Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı. Toponimkası Əlixanlı- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı. Bu kənd adı xəzərlərin mənbələrdəki Alikan tayfasının adındandır. Erkən orta əsrlərdə Cənub-şərqi Avropada xəzərlərin bir tayfası Alikan adlanmışdı. Əlixanlı "Alikan tayfasına mənsub" mənasındadır. Həmçinin bax Tiflis əyaləti Xarici keçid elibrary.bsu.az | https://az.wikipedia.org/w/index.php?curid=560929 |
Əlixanlı (Xudafərin) | Əlixanlı (fars. علي خانلو) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (36 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=622251 |
Əliyan (Üşnəviyyə) | Əliyan (fars. عليان) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (40 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=573861 |
Əliyanlı | Əliyanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Əliyanlı Bərdə rayonunun Kələntərli i.ə.v.-də kənd. Yaşayış məntəqəsi Qubadlı rayonunda yaşayan kürd mənşəli qaraçorlu tayfasının əliyanlı qolunun məskunlaşması nəticəsində yaranmışdır. Əliyanlı etnonimi hələ XII əsrdən məlumdur. Orta əsrlərdə Arazbar mahalında da bu adda kənd mövcud olmuşdur. Kəndin ilkin əhalisi kürd mənşəli qaraçorlu tayfasına mənsub idi. | https://az.wikipedia.org/w/index.php?curid=87159 |
Əliyanlı bələdiyyəsi | Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Xarici əlaqələri Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=115677 |
Əliyaqublu | Əliyaqublu (əvvəlki adı: Üçüncü Beynəlmilər) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Çaparlı kənd inzibati ərazi vahidinin tərkibindəki Üçüncü Beynəlmiləl kəndi Əliyaqublu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 20 oktyabr 2009-cu il tarixli, 892-IIIQ saylı Qərarı ilə Şəmkir rayonunun Əliyaqublu kəndi Çaparlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əliyaqublu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir. | https://az.wikipedia.org/w/index.php?curid=119800 |
Əliyar | Əliyar — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; güləşçi; Qarabağ müharibəsi şəhidi. Əliyar bəy Haşımbəyov — Rusiya imperator ordusunda general-mayor Əliyar Səfərli — maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri. Əliyar Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə Əliyar Şahsevən — Şahsevən elinin Pireyvatlı obasının ağsaqqalı Əliyar İsmayılov — Rusiyalı futbolçu Əlyar Məmmədov — Azərbaycan hərbçisi, ehtiyyatda olan polkovnik-leytenant.Kəndlər Əliyar (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Əliyar (Dizmar) — Cənubi Azərbaycanın Qaradağ vilayətinin Qərbi Dizmar mahalında kənd. Əliyar (Şot) — Əliyar (Vərziqan) —Digər Əliyar bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə. | https://az.wikipedia.org/w/index.php?curid=270924 |
Əliyar (Vərziqan) | Əliyar (fars. علي يار) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (45 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=622231 |
Əliyar (Şot) | Əliyar və ya Əliyara (fars. عليار) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (6 ailə) | https://az.wikipedia.org/w/index.php?curid=598355 |
Əliyar (Şövt) | Əliyar və ya Əliyara (fars. عليار) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (6 ailə) | https://az.wikipedia.org/w/index.php?curid=475571 |
Əliyar (Şəki) | Əliyar — Azərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd. Əliyar Şəki rayonunun Aydınbulaq inzibati ərazi vahidində kənd. Şəxs adı əsasında formalaşmışdır. Kəndin əhalisi 531 nəfər təşkil edir ki, onun da 261 nəfəri kişi, 270 nəfəri isə qadındır. . | https://az.wikipedia.org/w/index.php?curid=101241 |
Əliyar Ağayev | Əliyar Ağayev (17 oktyabr 1987, Bakı) — FİFA kateqoriyalı Azərbaycanlı futbol hakimi. 2013-cü ildən beynəxalq oyunları idarə edir. 2015-ci ilin dekabrında UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Rapid-Dinamo Minsk oyununu idarə edərək, bu turnirin qrup mərhələsində hakimlik etmiş ilk azərbaycanlı kimi tarixə düşmüşdü.2016-cı ildə UEFA-nın I kateqoriyasına keçməklə, Çempionlar Liqasında qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb.UEFA Çempionlar Liqası Ölkə futbolu tarixində daha bir ilkin imzası Əliyar Ağayevə məxsusdur. Belə ki, Azərbaycan futbolu tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində oyunu idarə etmək üçün təyinat almışdır. 2022/23-cü il futbol mövsümünün Çempionlar Liqasının G qrupunun 6-cı və sonuncu turu çərçivəsində Danimarkanın "Kopenhagen" və Almaniyanın "Borussiya Dortmund FK" klublarının oyununda baş hakim kimi qitənin ən nüfuzlu klub turnirində debüt etdi. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.AVRO-2024-ün seçmə mərhələsinin G qrupunda keçiriləcək Monteneqro — Bolqarıstan ilk tur matçında hakim funksiyasını yerinə yetirəcək. Yan xətt hakimləri rolu yenə Zeynal Zeynalov və Akif Əmirəliyə verilib. 17 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 2005–2009-cu illərdə ADBTİA-da almışdır. 2005-ci ildən hakimlik fəaliyyətinə başlamışdır. 2009-cu ildən Premyer – Liqa oyunlarında referi kimi fəaliyyət göstərir. 2013-cü ildə FİFA hakimlik dərəcəsini almışdır. 2011/2012, 2012/2013, 2013/2014-cü illərdə ölkə kubokunun final oyunlarını idarə etmişdir. Hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır. Beynəlxalq arenada idarə etdiyi oyunlar Həmçinin bax Əlavə statistika | https://az.wikipedia.org/w/index.php?curid=451877 |
Əliyar Səfərli | Səfərli Əliyar Qurbanəli oğlu (28 dekabr 1937, Anabad, Ordubad rayonu – 4 yanvar 2017, Bakı) — ədəbiyyatşünas, mətnşünas, maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru (1983), professor (1998), AMEA-nın müxbir üzvü (1989). Əliyar Səfərli 28 dekabr 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1943–1947-ci illərdə Anabad kənd məktəbində ibtidai təhsilini alan Əliyar Səfərli 1947–1951-ci illərdə Gənzə kənd yediillik məkətbində və Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Daha sonra 1955–1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır.Əliyar Səfərli 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetində dərs demişdir. 1971–1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən etibarən yenidən Bakı Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Ədəbiyyatşünas 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Daha sonra 1992–1994-cü illərdə Təhsil Nazirliyində Ədəbiyyatşünaslıq bölməsinin sədri vəzifəsini icra etmişdir.Əliyar Səfərli 1998–2002-ci illərdə Bakı Dövlət Universitetində, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətini davam etdirmişdir. 2000–2004-cü illərdə AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda baş elmi işçi, 2001–2002-ci illərdə Bakı Dövlət Universitetinin M. Cəlal adına Azərbaycan ədəbiyyatı tarixi kafedrasının kafedra müdiri vəzifəsini icra etmişdir. Daha sonra Nizami adına Ədəbiyyat İnstitutunda Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş elmi işçi və s. vəzifələrdə çalışmışdır.Əliyar Səfərlinin 5 övladı var idi. Əliyar Səfərli 4 yanvar 2017-ci ildə 80 yaşında ürək tutmasından dünyasını dəyişib. Elmi fəaliyyəti Əliyar Səfərli Orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış təqiqatçılarından olmuşdur. Alim həmin dövrlə bağlı əsərləri tədqiq etmiş, ilkin əlyazmalarını araşdıraraq mətn, lüğət və şərhlərlə çap etdirmişdir. O, "Şəhriyar", "Dastani-Əhməd Hərami" dastanlarını, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Əmani, Məsihi, Məhcur Şirvani, Şah İsmayıl Xətainin "Keçmə namərd körpüsündən" (1988), Məhəmməd Füzulinin "Qoy məni dərdimlə" (1960), "Hədiqətüs-süəda" (1993) əsərlərinin elmi-tənqidi mətnini hazırlayaraq nəşr etdirmişdir. İlk dəfə Məsihinin "Divan"ını (1998) aşkarlayaraq geniş ön söz, lüğət və şərhlərlə elmi ictimaiyyətə təqdim etmişdir. Son illərdə "Divan ədəbiyyatı sözlüyü" kitabı və "Kitabi Dədə Qorqud" abidəsi üzərində tədqiqatla məşğul olmuşdur. Əliyar Səfərli 50-dən artıq elmi kitab və 500-dən artıq elmi məqalənin müəllifidir. Əliyar Səfərli 1966-cı ildə "Məsihi və onun "Vərqa və Gülşa" poeması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1983-cü ildə isə "XVII-XVIII əsrlər Azərbaycan epik ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1998-ci ildə Bakı Dövlət Universitetinin Azərbaycan Ədəbiyyatı tarixi kafedrasının professoru elmi rütbəsini almışdır. Diplomatik və siyasi fəaliyyəti Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərmişdir. 1994–1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra etmiş, 1997-ci ildə İqtisadi Əməkdaşlıq Təşklatının (EKO) Daimi Nümayəndələr Şurasının yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin olunmuşdur.Əliyar Səfərli 2000-ci il parlament seçkilərində 5 saylı Culfa-Ordubad seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. Mükafatları 2015-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən "İlin alimi" fəxri adına layiq görülmüşdür. 2007-ci ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=56196 |
Əliyar bələdiyyəsi | Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03. | https://az.wikipedia.org/w/index.php?curid=114924 |
Əliyar bəy Haşımbəyov | Əliyar bəy Haşımbəyov (8 mart 1856, Bakı – 29 may 1920, Nargin adası, Abşeron rayonu) — Rusiya imperator ordusunda general-mayor (6.12.1908), Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu illərdə daxili işlər nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru (1918–1919). Qars vilayəti qubernatorunun köməkçisi. Ailəsi XIX əsrin əvvəllərində Dərbənddən Bakıya köçmüşdür. 1856-cı il, 8 mart tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar bəy 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olmuşdur. Rus orudusunda xidməti 1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. Hərbi xidmətinin otuzuncu ilində — 1908-ci il dekabrın 6-da general-mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Həmin il Qars vilayətinin hərbi rəisi təyin olunmuşdur. Birinci dünya müharibəsində Əliyar bəy Birinci dünya müharibəsində üçüncü Qafqaz araba-kravan briqadasının komandiri olmuşdur. 1917-ci ildə istefaya çıxmışdır. AXC dövründə xidməti 1918-ci ildə Əliyar bəy Azərbaycan Milli ordusunda könüllü xidmətə başlamış, bir müddət Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmişdir. O, 1919-cu ildə Azərbaycan Xalq Cumhiriyyətinin Hərbi İndendant İdarəsinin rəisi vəzifəsində xidmət göstərmiş, 1919-cu ildə Zaqatala quberniyasının general-qubernatoru olmuşdur. 16 mart 1919-cu il tarixində Azərbaycan hökuməti tərəfindən alınan qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər. Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı.Azərbaycanın 1920-ci il 28 aprel tarixində işğalından sonra təqib olunmuş, sovet hakimiyyətinin əsas cəza orqanlarından biri-XI ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Andreyeviç Pankratovun rəhbərlik etdiyi Fövqəladə Komissiya (FK-ÇK) tərəfindən həbs olunmuş, istintaq işgəncələrinə məruz qalaraq Azərbaycan Xalq Cumhuriyyətinin bir qrup xadimi sırasında respublika Ali İnqilabi Tribunalının (sədri Teymur Əliyev idi) hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də Nargin adasında güllələnmişdi. Onun babası general Hacı Yusif xan Tahir bəy oğlu Yusifxanov Kürə nahiyəsinin hakimi, atası Mehdiqulu bəy Qərbi Tabasaran naibi olmuşdur. Mükafatları Ordudakı qüsursuz xidmətinə görə aşağıda qeyd olunan orden və medallarla təltif edilmişdir: 1889-cu ildə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni. 1894-cü ildə üçüncü dərəcəli "Müqəddəs Anna" ordeni. 1895-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" ordeni. 1898-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna" ordeni. 1904-cü ildə “Müqəddəs Vladimir” ordeni. | https://az.wikipedia.org/w/index.php?curid=101072 |
Əliyar İbrahimov | İbrahimov Əliyar Şahmərdan oğlu (25 noyabr 1939, Culfa rayonu) — AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru, professor. Əliyar İbrahimov 1939-cu ildə Culfa rayonunun Başkənd kəndində anadan olmuşdur. 1959–1962-ci illərdə hərbi xidmətdə olmuşdur. 1968-ci ildə S. M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin bitirmiş, bioloq, biologiya və kimya müəllimi ixtisası verilmişdir. Elmi yaradıcılığı 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası V. L. Komarov adına Nəbatat İnstitutunun qiyabi aspiranturasına daxil olmuş, 1980-ci ildə akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə "Naxçıvan MSSR yüksək dağ zonasının bitki örtüyü və onun xalq təsərrüfatı əhəmiyyəti" mözusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və həmin vaxtdan doktorluq dissertasiyası üzrə tədqiqatlara başlamışdır. 1983-cü ildən "Naxçıvan MR-in bitkiliyi, onun məhsuldarlığı və botaniki-coğrafi rayonlaşdırılması" mövzusunda doktorluq dissertasiya işi üzərində çalışmışdır. 2001 və 2003-cü illərdə yüksək ixtisaslı botanik kimi Bakıya dəvət olunmuş və 5 Beynəlxalq Ekspedisiyada Azərbaycanı təmsil etmişdir. 2004 və 2006-cı illərdə ABŞ, Avstraliya, Suriya nümayəndələrinin iştirakı ilə keçirilmiş Beynəlxalq Ekspedisiyalara rəhbərlik etmişdir. 2001–2003-cü illərdə "Biomüxtəəlifliyə dair Milli Məruzə, Strategiya və Fəaliyyət Planı Layihəsi"-ndə Naxçıvan MR üzrə milli mütəxəssis kimi iştirak etmişdir. 2005–2007-ci illərdə Kənd Təsərrüfatı Bitkilərinin biomüxtəlifliyi Global Fondunun (The Global Crop Diversety Trust a Fondootion for Food Securitv) işində iştirak etmişdir. 78 illik ömrünün 60 ilini əmək fəaliyyəti ilə məşğul olan Əliyar İbrahimov onun 50 ilini elmi tədqiqatlara həsr etmişdir. 2004–2008-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunda "Bioekologiya" laboratoriyasının müdiri olmuşdur. 2004–2006-cı illərdə xarici ölkə mütəxəssislərin iştirakı ilə təşkil edilmiş Beynəlxalq Ekspedisiyalara rəhbərlik etmişdir. 2007-ci ildə akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə "Naxçıvan MR-nın bitkiliyi, onun məhsuldarlığı və botaniki-coğrafi rayonlaşdırılması" mövzusunda doktorluq dissertasiya ışıni uğurla müdafiə etmişdir. Əsas elmi nailiyyətləri Naxçıvan MR-in flora və bitki örtüyünə, biçənək və otlaqlarının müasir vəziyyətinə, faydalı bitki sərvətlərinə, nadir, endemik, nəsli kəsilmək təhlükəsi altında olan növlər, onların səmərəli istifadəsinə, mühafizə və bərpasına aid təkliflər vermişdir. Çoxillik elmi-tədqiqat işləri (1970–2012) zamanı aşkar etdiyi 300-dən artıq yeni taksonlar (fəsilə, cins, növ) Azərbaycan və Naxçıvan MR floralarına, bir qismi isə Qafqaz florasına əlavə olunmuşdur. İşlənib hazırlanmış 34 əməli təklif və tövsiyələr ilə yanaşı, tədqiqat prosesində 22 təklif və tövsiyələr xalq təsərrüfatının müxtəlif sahələrində özünə tətbiq sahəsi tapmışdır. Elmi qurumlarında üzvlüyü Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Ümumittifaq Botanika Cəmiyyəti. Sankt-Peterburq Azərbaycan Botanika Cəmiyyəti Pedaqoji fəaliyyəti 1966-cı ildən 2003-cü ilə qədər biologiya və kimya müəllimi, 2010-cu ildən Naxçıvan Dövlət Universitetinin professorudur. Digər fəaliyyəti AMEA Naxçıvan Bölməsinin Xəbərləri jurnalının redaksiya heyətinin üzvü AMEA Botanika İnstitutunun Elmi əsərləri jurnalının redaksiya heyətinin üzvü Təltif və mükafatları "Əmək veteranı" medalı. SSRİ Ali Sovetinin Prezidiumu adından, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Prezidiumu tərəfindən (1985). "Veteran" xatirə nişanı. Azərbaycan SSR EA Müharibə və Əmək Veyeranları Şurası Prezidiumunun qərarı ilə (1982) "XXI əsrin Tanınmış Alimi" Beynəlxalq diplomu. "Vektor" Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə (2004) "İlin Alimi" Fəxri diplomu, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin (2009). AMEA-nın Fəxri Fərmanı (2009) Kitab və monoqrafiyaları Talıbov T. H., İbrahimov Ə. Ş. Naxçıvan MR florasının taksonomik spektri (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər) Naxçıvan: Əcəmi , 2008, 350 s. Talıbov T. H., İbrahimov Ə. Ş. Naxçıvan MR-in "Qırmazı Kitabı" Naxçıvan: Əcəmi,2010, 676 s. Əliyar İbrahimov, Musa Piriyev, Daşqın Qənbərov Naxçıvan Muxtar Respublikasında gülçiçəklikimilər fəsiləsinin ağac və kolları (metodik vəsait). Naxçıvan, 2012, 93 s. QənbərovD., Qasımov H., Piriyev M., İbrahimov Ə. Bitki embriologiyası. Naxçıvan, 2012, 101 s. Musa Piriyev, Əliyar İbrahimov Naxçıvan Muxtar Respublikasının bəzi ağac və kollarının yaşıllaşdırmada istifadə perspektivləri. Naxçıvan: Əcəmi, 2014, 240 s. Talıbov T. H., İbrahimov Ə. Ş., Nəbiyeva F. X. Naxçıvan Muxtar Respublikasının florası – Botta zəravəndi. Naxçıvan: Müəllim, 2016, 39 s. Əliyar İbrahimov, Aynur İbrahimova, Fatmaxanım Nəbiyeva Naxçıvan Muxtar Respublikası florasının su-bataqliq bitkiliyi. Bakı: Müəllim, 2017, 198 s. Aynur İbrahimova, Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva Su-bataqlıq bitkilərinin əhəmiyyəti (Naxçıvan Muxtar Respublikası üzrə). Naxçıvan: AFPoliqrAF, 2016, 110 s. Talıbov T. H., İbrahimov Ə. Ş. və b. Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri. Naxçıvan: 2014, 467 s. Əliyar İbrahimov, Musa Piriyev, Daşqın Qənbərov, Həbib Hüseynov Fermentlər (dərs vəsaiti). Naxçıvan: Əcəmi, Nəşriyyat Poliqrafiya Birliyi, 2014, 162 s. Əsas elmi məqalələri İbrahimov Ə. Ş., A. H. İsmayılov Nəbiyeva F. X. Hedypnois cretica (Asteraceae Dumort.) Naxçıvan MR florası üçün yeni növdür // LXIV cild, AMEA Məruzələri, Elm, 2008, № 4, s.71–74 Ibragimov A. Sh., Nabiyeva F. Kh. Analysis endemics of the Nakhchivan Autonomous Republic of Azerbaijan // International Journal of Multidisciplinary Research and Development. India, Volume: 2, Issue: 5, 2015, p. 143–149 Ibragimov A. Sh., Nabiyeva F. Kh., Genetic resources family Poaceae in the flora of Nakhchivan Autonomous Republic // European Academic Research Journal. Romania, European Union Volume 1, Issue: 7, Bucharest, Romania, 2015, p. 1793–1802 İbrahimov Ə. Ş. Naxçıvan Muxtar Respublikası florasının "Qırmızı Kitab"ına düşmüş dərman bitkiləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2011, № 4, s. 59–69 Ganbarov D. Sh., Ibrahimov A. Sh. New species and their bioecological features of Astragalus spread in the area of Nakhchivan Autonomous Republic // International Journal of Multidisciplinary Research and Development. India, 2015, Volume: 2, Issue: 4, 696–697 Nabiyeva F. Kh., Ibrahimov A. Sh. Genetic resources family Fabaceae Lindl. in the Flora of Azerbaijan // International Journal of Multidisciplinary Research and Development. India, Volume 2 Issue 4, 2015, p. 181–183 Aliyeva. A. M., Ibrahimov A. Sh. About new plant formation spreading around Alinja castle situated in the territory of Julfa region of the Nakhchivan Autonomous Republic // IF: 3.4546 (UIF): European Academic Research Journal European Union Volume 2, Issue: 12, Bucharest, Romania, 2015, p. 332–335 Ganbarov D. Sh., Ibrahimov A. Sh. Astragalus dasyanthus L. (Fabaseae) a New Species to the Flora of Azerbaijan // International Journal of Multidisciplinary Research and Development. India, 2015, Vol.2(1), p. 426–427 İbrahimov Ə. Ş., Piriyev M., Nəbiyeva F. X. Naxçıvan Muxtar Respublikasında Albizzia julibrissin Durazz. — növünün introduksiyası, morfobioloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti // Az. Resp. Təhsil Nazirliyi NDU-nun Elmi əsərləri. Naxçıvan, Qeyrət, 2015, № 4, s. 66–74 Ganbarov D., Nabiyeva F, Babayev Y., Ibragimov A. Astragalus microcephala species of the populations of evaluation and productivity // SYLWAN., English Edition, ISI Indexed, Poland, 2017, № 161(7), p. 32–38 Ganbarov D., Nabiyeva F, Babayev Y., Ibragimov A. The bushy and shrubby shaped Astragalus species spreading in the lowlands along the Araz river and their role in the highland-cserophit flora // SYLWAN., English Edition, ISI Indexed, Poland, 2017, № 161(8), p. 333–339 Xarici keçidlər Azərbaycan Milli Elmlər Akademiyası | https://az.wikipedia.org/w/index.php?curid=522013 |
Əliyar İsmayılov | Əliyar İsmayılov — Rusiyalı futbolçu 10 yaşında ikən Kaspiysk şəhərindəki uşaq-gənclər futbol məktəbində Anatoli Kiryanovun rəhbərliyi ilə futbolda ilk addımlarını atıb. 1993-cü ildə "Kaspi" (Kaspiysk, Rusiya, 2-ci liqa) komandasında oynayıb. 1994-cü ildə "Arqo" (Kaspiysk, 2-ci liqa), 1995-97-ci illərdə "Anji" (Mahaçqala, 2-ci və 1-ci dəstələr, Rusiya) komandalarında çıxış edib. 1998-ci ildə Mineralnıe Vodı şəhərinin "Lokomotiv-Taym" (Rusiya, 2-ci liqa) klubunun şərəfini qoruyub. 1998-99-cu il mövsümündə "Turan"da oynayıb (1 oyun). 1999-2000-ci il mövsümündə "Qarabağ"ın heyətində 13 dəfə meydana çıxıb və 2 qol vurub. 2000-2001-ci il mövsümündə yenidən "Turan"a dönüb və 9 oyunda 1 dəfə fərqlənib. Sonrakı 5 ildə Mahaçqala "Dinamo"sunun formasını geyinib. 2005-2006 mövsümünün 2-ci dövrəsindən İnter Bakı klubunda çıxış edib. 2010-cu ilin yanvarında İnter Bakı klubunu tərk edib. | https://az.wikipedia.org/w/index.php?curid=99191 |
Əliyar Əlimirzəyev | Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021). Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Yaradıcılığı Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır.2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür. Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur. Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=810642 |
Əliyar Əliyev | Əliyar Əliyev (14 dekabr 1957, Qəzyan, Qubadlı rayonu – 3 oktyabr 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Erkən illəri Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir və Əliyar Əliyev həmin universitetdə iki il müəllim işləyir. Atasının ölümü ilə əlaqədar o, Qazyana qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib. Qarabağ müharibəsi və döyüşlərdə iştirakı Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir.1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəst təşkil edir. Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru" kimi da tanınırdı. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur.Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu.Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı.1992-ci ilin aprel ayının 16-da "Qara bəbir" ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Laləzar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi. Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv etmiş, həmin meyitləri azərbaycanlı əsirlərə dəyişmişdilər.1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu. 1992-ci ilin avqust ayında həyata keçirilən "Şurnuxu" əməliyyatında iştirak edib. Qarabağ müharibəsi qazisi Sadiq Paşayevin sözlərinə görə, Azərbaycan əsgərləri iki rayonun arasındakı yolu kəsib, əlaqəyə girmələrinə mane olurduq. Orada ermənilərin 100 nəfərdən çox canlı qüvvəsi toplanmışdı. Azərbaycan əsgərləri iki qrup idi – bir bölük və təxminən 40–45 nəfər ibarət olan bir taqım. Əməliyyat bir gün çəkdi və ermənilər 80-dən çox canlı qüvvə və bir neçə texnika itirdi. Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçirmişdi. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarmışdılar. Azərbaycan qüvvələrində bir-iki yüngül yaralı var idi və itki verməmişdi.Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi. Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Həmin döyüşlərdə iştirak etmiş, I taborun tank əleyhinə taqım komandiri, baş leytenant, II qrup Qarabağ müharibəsi veteranı Füzuli Həsənovun qeyd edir: Şəxsi həyatı Ailəli idi, Emin və Yusif adlı oğlu və Pərvanə adlı qızı var. O, qarmonu məharətlə çalardı, döyüşçülərini ruhlandırardı. Əliyar Əliyev bir müddət pəhləvan kimi fəaliyyət göstərib. O, hətta müxtəlif nömrələrlə (üzərindən maşın keçirmək, başında kərpic sındırmaq, hərəkətdə olan maşını saxlamaq və sairə) qonşu rayonlarda da çıxışlar edirdi.Əliyar Əliyev Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olmuş və 2004 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdır.Əliyar Əliyev şeirlər də yazırdı: Bakının Nərimanov rayonundakı küçələrdən biri Əliyar Əliyevin adını daşıyır, orada qəhrəmanın büstü də ucalır. 2017-ci ildə Bakının Nərimanov rayonunda onun adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub. Masazırda onun adına məktəb, Sumqayıtda və Binəqədidə isə "Əliyar" adlı bulaqlar var. Sumqayıt şəhərində idman klubu və yaratdığı tabor onun adını daşıyır. Qubadlı rayonunda abidəsi qoyulub. Filmoqrafiya 2016-cı ildə Nizami Abbas Əliyar Əliyev haqqında "Pəhləvan komandir" sənədli filmini çəkmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. (19??) — SSRİ idman ustası (10 noyabr 1992) — "Qızıl Ulduz" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=78023 |
Əliyar Əmircan | Əliyar Hacı bəy oğlu Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1-ci Bakı kişi realnı məktəbini bitirmiş (1915), müsabiqə yolu ilə Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsinə daxil olmuş, 5 semestr orada təhsil almışdır. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra geri qayıtmağa məcbur olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. Həmçinin bax Cümhuriyyət tələbələri Hacı bəy Əmircanov Əmircanovlar | https://az.wikipedia.org/w/index.php?curid=144361 |
Əliyar Əmirov | Əmirov Əliyar Həsənalı oğlu — azərbaycanlı xanəndə.[mənbə göstərin] Əliyar Əmirov 1925-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1941-ci ildə həmin rayonun Ağalıkənd yeddi illik məktəbini bitirmişdir. II dünya müharibəsi zamanı 416-cı Taqanroq diviziyasında xidmət etmişdir. 1949-cu ildən ömrünün sonuna kimi o, M.Maqomayev adına Dövlət Filarmoniyasının solisti olmuşdur. Əliyar Əmirov 1994-cü ildə vəfat etmişdir. Məzarı Biləsuvar şəhər qəbirstanlığındadır. Onlarla muğam onun ifasında Qızıl fondda saxlanılır. | https://az.wikipedia.org/w/index.php?curid=328271 |
Əliyetməzli | Əliyetməzli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 569 nəfərdir ki, onun da 279 nəfəri kişi, 290 nəfəri isə qadındır. | https://az.wikipedia.org/w/index.php?curid=101329 |
Əliyev | Əliyev — Azərbaycanda daha çox işlədilən soyad. Adil ƏliyevAdil Əliyev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Adil Əliyev (zooloq) — AMEA Zoologiya İnstitutu, Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru. Adil Əliyev (geoloq) — professor, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı.Aqil Əliyev — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. Arif Əliyev — jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis. Baba ƏliyevBaba Əliyev (rəssam) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1982). Baba Əliyev (repressiya qurbanı) — Az. ÇK sədri . Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri.Bəhmən Əliyev — animator, rejissor, ssenari müəllifi. Bürhan Əliyev Camaləddin Əliyev — qapıçı Ehtiram Əliyev (d. 1972) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur ƏliyevElnur Əliyev (kiçik çavuş) (2000–2020) — kiçik çavuş, İkinci Qarabağ müharibəsinin şəhidi. Elnur Əliyev (siyasətçi, 1979) (d. 1979) — Mədəniyyət nazirinin birinci müavini. Elnur Əliyev (siyasətçi, 1983) (d. 1983) — İqtisadiyyat nazirinin birinci müavini.Elşad Əliyev — dövlət xadimi. Etibar ƏliyevEtibar Əliyev (deputat) (d. 1963) — Azərbaycan Milli Məclisinin deputatı. Etibar Əliyev (hüquqşünas) (d. 1957) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) (1955–1993) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Əbülfəz Əliyev (1938–2000) — Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). Ələkbər ƏliyevƏləkbər Əliyev (əsgər) (1955–1992) — Qarabağ müharibəsi şəhidi. Ələkbər Əliyev (aktyor, 1957) (d. 1957) — aktyor. Ələkbər Əliyev (aktyor, 1975) (d. 1975) — aktyor, rejissor, ssenarist. Ələkbər bəy Əliyev (1896–1976) — aqronom, pedaqoq.Əli ƏliyevƏli Əliyev (aktyor) (azərb. Əli Şəmsəddin oğlu Əliyev) (d. 1956) — Naxçıvan MR-in Əməkdar artisti (1987). Əli Əliyev (filoloq) (azərb. Əli Umud oğlu Əliyev) – Azərbaycan Elmlər Akademiyası, Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı. Əli Əliyev (siyasətçi) (d. 1967) — Vətəndaş və İnkişaf Partiyasının sədri. Əli Əliyev (iqtisadçı) (azərb. Əli İmaş oğlu Əliyev) — iqtisadçı. Əli Əliyev (professor) (azərb. Əli Musa oğlu Əliyev) (1933–2016) — professor.Əmiraslan Əliyev (1960–1995) — Azərbaycanın Milli Qəhrəmanı Firuz Əliyev — Fuad ƏliyevFuad Əliyev (siyasətçi) — siyasətçi Fuad Əliyev (akademik) — kimya elmləri doktoru, professor, 2014-cü ildən AMEA-nın həqiqi üzvü (akademik). Gümrah Əliyev — Hadı Əliyev (1900–1982) — coğrafiyaşünas alim, professor. Heydər Əliyev (1923–2003) — Azərbaycan Respublikasının üçüncü Prezidenti. "Ulu öndər" və "Azərbaycan xalqının ümummilli lideri" Həsən Əliyev (1907–1993) — kənd təsərrüfatı elmləri doktoru, professor, akademik İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının sədri (2005-ci ildən). İmamverdi Əliyev — Azərbaycanın Milli Qəhrəmanı Kamran ƏliyevKamran Əliyev (hüquqşünas) — Kamran Əliyev (filoloq) —Knyaz Əliyev Mahir ƏliyevMahir Əliyev (əsgər) (1984–2020) — Vətən müharibəsi şəhidi. Mahir Əliyev (professor) (1956–2021) — Tibb üzrə elmlər doktoru.Mahmud ƏliyevMahmud Əliyev (dövlət xadimi) (1931–2011) — Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri (1980–1988). Mahmud Əliyev (nazir) (1908–1958) — Azərbaycan-sovet həkimi, Azərbaycan SSR xarici işlər naziri (1944–1958), Azərbaycan SSR səhiyyə naziri (1950–1953).Maqsud Əliyev (1924–2016) — akademik. Məhərrəm ƏliyevMəhərrəm Əliyev (əmək qəhrəmanı) (1931–2015) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1951). Məhərrəm Əliyev (şəhid) (1965–1995) — şəhid. Məhərrəm Əliyev (general) (d. 1951) — Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant.Mirzəağa Əliyev (1883–1954) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949). Nahad Əliyev (1942–2003) — azərbaycanlı alim. Namiqkamal Əliyev (d. 1932) — dövlət xadimi. Natiq ƏliyevNatiq Əliyev (əsgər) (1971–1994) — I Qarabağ müharibəsinin şəhidi. Natiq Əliyev (general-mayor) (d. 1964) — Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi. Natiq Əliyev (heykəltaraş) (d. 1958) — Azərbaycan heykəltaraşı. Natiq Əliyev (1947–2017) — dövlət xadimi, geoloq.Nəsrəddin Əliyev (1951–1991) — I Qarabağ müharibəsinin şəhidi. Nihan Əliyev (d. 1938) — azərbaycanlı alim. Nurəddin Əliyev (1920–1991) — təyyarəçisi. Oqtay ƏliyevOqtay Əliyev (rejissor) (1968–2023) — televiziya prodüseri, rejissor. Oqtay Əliyev (rəssam-dizayner) (1956) — dizayner. Pərvin ƏliyevPərvin Əliyev (əsgər, 1997) (1997–2020) — Vətən müharibəsi şəhidi. Pərvin Əliyev (gizir) (1980–2014) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Qabil ƏliyevQabil Əliyev (riyaziyyatçı) (d. 1935) — riyaziyyatçı. Qabil Əliyev (tarixçi) (d. 1956) — Azərbaycan tarixçisi Rafiq ƏliyevRafiq Əliyev (1969–1993) — Birinci Qarabağ müharibəsi şəhidi. Rafiq Əliyev (aktyor) — Aktyor. Mətn oxuyan. Film səsləndirən. Rafiq Əliyev (operator) — operator. Rafiq Əliyev (professor) — texnika elmləri doktoru, professor. Rafiq Əliyev (dinşünas) — fəlsəfə elməri doktoru.Rahib ƏliyevRahib Əliyev (aktyor) (d. 1945) — Aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Rahib Əliyev (mühəndis) (1937–2020) — meliorasiya və su təsərrüfatı üzrə əməkdar mühəndisi.Ramil ƏliyevRamil Əliyev (filoloq) (d. 1953) — filoloq. Ramil Əliyev (iqtisadçı) (d. 1940) — iqtisadçı. Ramil Əliyev (məşqçi) (d. 1986) — məşqçi. Ramil Əliyev (əsgər) (1996–2020) — Vətən müharibəsi şəhidi. Ramil Əliyev (leytenant) (1996–2020) — Vətən müharibəsi şəhidi.Rauf ƏliyevRauf Əliyev (bəstəkar) (d. 1947) — bəstəkar Rauf Əliyev (futbolçu) (d. 1989) — azərbaycanlı futbolçu. Rauf Əliyev (siyasətçi) (d. 1956) — dövlət xadimi. Rauf Əliyev (şəhid) (1973–1992) — "Azərbaycan Respublikasının Fəxri Fərmanı" ilə (ölümündən sonra) təltif edilən döyüşçü Rauf Əliyev (əsgər, 1993) (1993–2020) — Vətən müharibəsi şəhidi. Rauf Əliyev (əsgər, 1994) (1994–2020) — Vətən müharibəsi şəhidi.Ruslan ƏliyevRuslan Əliyev (baş direktor) (d. 1978) — Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin Baş direktoru. Ruslan Əliyev (əsgər) (2000–2020) — Vətən müharibəsi şəhidi. Ruslan Əliyev (kafedra müdiri) (d. 1974) — Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi.Rüstəm ƏliyevRüstəm Əliyev (əczaçı) (1917–1966) — Azərbaycan əczaçısı, Əczaçılıq elmləri doktoru, professor. Rüstəm Əliyev (neftçi alim) (1939–2008) — azərbaycanlı alim. Rüstəm Əliyev (şəhid) (1965–1990) — 20 yanvar şəhidi. Rüstəm Əliyev (şərqşünas) (1929–1994) — filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. Səfiyar Əliyev Səməd Əliyev Tahir ƏliyevTahir Əliyev (general) (d. 1954) — polis generalı, Azərbaycanın müdafiə (1992) və daxili işlər naziri (1992). Tahir Əliyev (rejissor) (d. 1975) — rejissor. Tahir Əliyev (icra başçısı) (d. 1936) — dövlət xadimi.Tarix Əliyev (Tolik) (d. 1979) — prodüser, təşkilatçı, televiziya aparıcısı.Tofiq ƏliyevTofiq Əliyev (rektor) (1928–1993) — Azərbaycan alimi. Tofiq Əliyev (kimyaçı) (d. 1951) — Azərbaycan alimi, kimyaçı. Vaqif ƏliyevVaqif Əliyev (aktyor) (1940–2021) — Azərbaycan xalq artisti. Vaqif Əliyev (əsgər) (1978–1993) — Azərbaycanlı şəhid. Vaqif Əliyev (fizik) (d. 1945) — Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi. Vaqif Əliyev (siyasətçi) (d. 1953) — dövlət xadimi.Vüqar ƏliyevVüqar Əliyev (d. 1955) — azərbaycanlı alim. Vüqar Əliyev (jurnalist) (d. 1980) — AZƏRTAC-ın İdarə Heyətinin sədri.Vahıb Əliyev Vüsət Əliyev Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=378305 |
Əliyeva | Əliyeva — Azərbaycan qadın soyadı. Arzu Əliyeva (d. 1989) — prodüser, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Dinarə Əliyeva (d. 1980) — opera ifaçısı, Azərbaycanın xalq artisti Evelina Əliyeva — rəssam Həyat Əliyeva (d. 1969) — kimyaçı Leyla Əliyeva (d. 1984) — Azərbaycanlı ictimai xadim Mahizər Əliyeva Mehriban Əliyeva (d. 1964) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Sevil Əliyeva (d. 1955) — Azərbaycan Assosiasiyasının fəxri prezidenti Tünzalə Əliyeva (1973–2023) — aktrisa Zərifə Əliyeva (1923–1985) — Azərbaycanın oftalmoloqu, əməkdar elm xadimi Kübra Əliyeva (ssenarist) Kübra Əliyeva (d. 1950) — Azərbaycan teatr və kino aktrisası. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=697466 |
Əliyevin əli (film, 2000) | Əliyevin əli — Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film. Film ictimai-siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Film haqqında Filmdə ANS-in arxivindən, Vaqif Mustafayevin "Heydər Əliyev" filmindən, "Sovet Azərbaycanı" və "Ömür və tale" filmlərindəki kadrlardan istifadə edilmişdir. Filmin heyəti Film üzərində işləyənlər Müəllif: Mir Şahin Operator: Kənan Məmmədov Montaj rejissoru: Fuad Cabbarov Montaj: Musa Əliyev Kompüter dizaynı: Azər Muxtarov, Səbinə Yaqubova Musiqilərindən istifadə edilən bəstəkar: Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Soltan Hacıbəyov ("Karvan" əsəri), Azər Rzayev Aparıcı: Mir Şahin (titrlərdə yoxdur) Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=66969 |
Əliyevçilik | Əliyevçilik — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycanın III Prezidenti Heydər Əliyevin irəli sürdüyü, uğrunda mübarizə apardığı, eyni zamanda həyata keçirdiyi ideyalar toplusu. Əliyevçilik ideoloji baxımdan türkçülüyün inkarı və Azərbaycançılıq, xarici siyasətdə isə Rusiya ilə Qərbin təsirinin balanslaşdırılması ilə xarakterizə edilir. Əliyevçi siyasət nəticəsində 1995-ci ildə "azərbaycanlı" və "Azərbaycan dili" ifadələri "türk" və "türk dili" ifadələrini əvəz etmişdir. Həmçinin, Azərbaycanda Heydər Əliyevin şəxsiyyətinə pərəstiş yayılmışdır. 2003-cü ildə Heydər Əliyevin oğlu İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycanda əliyevçilik siyasi dominantlığını qoruyub saxlamışdır. Eks-prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseynə görə, əliyevçiliyin ideoloji rəqibi elçibəyçilikdir.Bəzi tədqiqatçılar Əliyevçiliyi müasir azərbaycançılıq hesab edirlər. Cəfərov, Nizami. "Azərbaycançılıq və Azərbaycanşünaslıq. Əliyevçilik və Əliyevşünaslıq". Xalq qəzeti (az.). 7 may 2009. Həsənov, Əli. "Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 1 oktyabr 2019. Şiriyev, Zaur. "Azerbaijan's Relations with Russia: Closer by Default? 2. Balancing Russia and the West". Chatham House (ingilis). 14 mart 2019. Göyüşov, Altay. "Türk dili, yoxsa Azərbaycan dili?". Baku Research Institue (az.). 26 sentyabr 2018. Göyüşov, Altay. "Müsəlman, türk, azərbaycanlı yoxsa azəri?". BBC Azərbaycanca (az.). 29 iyul 2016. Zeynallı, Cavid. "«Heydər Əliyev dilimizin adı məsələsində səhv etdi» (Professorların debatı)". Azadlıq Radiosu (az.). 27 fevral 2013. Hüseyn, Pənah. "İndiki iqtidarın ideoloji rəqibi Elçibəyçilikdir". Turan İnformasiya Agentliyi (az.). 21 iyun 2018. Əkbər, Əli. "Rəsulzadə-Elçibəy Yolu?". Meydan TV (az.). 8 fevral 2014. | https://az.wikipedia.org/w/index.php?curid=310885 |
Əliyevşünaslıq | Əliyevşünaslıq — Heydər Əliyevin həyat və fəaliyyətini tədqiq edən elmi-tədqiqat istiqaməti. Əliyevşünaslıq Azərbaycan ictimai-siyasi fikir tarixinin üzvi tərkib hissəsi olan əliyevçiliyi öyrənir. Heydər Əliyev dünya xəritəsində kiçik yer tutan bir ölkənin böyük rəhbəri olub, dünya liderləri səviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimidir. Yer kürəsinin ən görkəmli dövlət və siyasi xadimləri: Corc Buş, Bill Klinton, Barak Obama, Vladimir Putin, Hi Tszintao, Kraliça II Yelizaveta, Jak Şirak, Toni Bleyr, Süleyman Dəmirəl, Rəcəb Tayyib Ərdoğan, Nursultan Nazarbayev, Eduard Şevardnadze, Leonid Kuçma, Henri Kissincer, Zbiqnev Bjezinski kimi məşhur simaların Heydər Əliyevə verdikləri yüksək qiymət geniş mənada şəxsiyyət və zaman, lider və xalq, siyasət və cəmiyyət kimi aktual məsələlərin dəyərləndirilməsinə dair ciddi və əhəmiyyətli mülahizələr olub, Azərbaycan xalqının ümummilli liderinin beynəlxalq aləmdəki yerini və miqyasını təsəvvür etməyə imkan yaradır.Xalqımızın Ümummilli lideri Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsi ilə bağlı tədqiqatlar akademik Yaqub Mahmudovun çoxşaxəli elmi fəaliyyətində mühüm yer tutur. Təsadüfi deyildir ki, professor Yaqub Mahmudov Heydər Əliyev irsini araşdıran “Əliyevşünaslıq” elmi məktəbinin yaradıcılarından biri hesab olunur.Akademik Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı monumental monoqrafiyalarında və çoxsaylı məqalələrində Ümummilli liderin zəngin dövlətçilik irsi və ictimai-siyasi fəaliyyəti dərindən təhlil edilir, bu dahi şəxsiyyətin fenomenal cəhət və xüsusiyyətləri çoxsaylı faktlarla ilk dəfə sistemli şəkildə araşdırılaraq geniş ictimaiyyətə təqdim olunmuşdur.6 may 2003-cü ildə Bakıda I Ümumrespublika Əliyevşünaslıq konfransı keçirilmişdir. Konfransın əsas mövzusu "Heydər Əliyev və müasir Azərbaycan" olmuşdur. Konfransda Səlahəddin Xəlilovun “Müdriklik: ideya və əməyin harmoniyası”, YAP sədrinin müavini, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin “Müstəqil Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev yolu”, Şahlar Əsgərovun və təhsil naziri Misir Mərdanovun “Heydər Əliyev və təhsil quruculuğu” mövzularında məruzələri dinlənilib.Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” əsəri indiyədək Heydər Əliyev barədə yazılmış kitablardan əsaslı surətdə fərqlənir. Alim, özündən əvvəlki müəlliflərdən fərqli olaraq, Əliyevşünaslıqda ilk dəfədir ki, dahi şəxsiyyətimizin həyat yoluna bütün tariximiz fonunda nəzər salır.Fenomenal siyasi və dövlət xadimi kimi tarixə qovuşmuş Heydər Əliyevin dövlətçilik fəaliyyətinin elmi əsaslarla öyrənilməsi, Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan siyasi irsinin araşdırılması son dərəcə böyük nəzəri-siyasi və əməli əhəmiyyətə malikdir. Bu baxımdan, Əliyevşünaslığa çox dəyərli töhfə saydığımız tarix elmləri doktoru İradə Hüseynovanın «Müstəqil Azərbaycan dövlətinin qurucusu» monoqrafiyasının elmi uğurlarından biri Heydər Əliyevin təkcə müstəqil Azərbaycana rəhbərliyi dövrünü deyil, həm də əmək fəaliyyətinə başladığı 1941-ci ildən respublika rəhbərliyinə gələnədək olan mərhələdəki xidmətlərini də ilk dəfə arxiv materialları əsasında tədqiq etməsidir. İxtisaslaşmış qurumlar Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda "Əliyevşünaslıq" adlı şöbə fəaliyyət göstərir. Şöbə AMEA Rəyasət Heyətinin 2 aprel 2008-ci il tarixli qərarı ilə yaradılmışdır. Şöbə əvvəlcə "Heydər Əliyev irsini tədqiq edən şöbə" kimi fəaliyyətə başlamış, 2010-cu ildə isə AMEA Rəyasət Heyətinin qərarı ilə "Əliyevşünaslıq" şöbəsi adlandırılmışdır. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının nəzdində Əliyevşünaslıq İnstitutu fəaliyyət göstərir. Onun əsas məqsədi Heydər Əliyevin ictimai-siyasi və elmi-fəlsəfi irsinin öyrənilməsi sahəsindəki tədqiqatların mütəşəkkilliyini təmin etməkdir. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində "Heydər Əliyev məktəbi" fəaliyyət göstərir. Onun əsas məqsədi Ulu Öndər Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin elmi əsaslarının tədqiqi və təbliği işini təşkil etməkdir. Məktəbin əldə etdiyi elmi nəticələr sırasına müvafiq elmi-tədqiqat işlərinin hazırlanması, Ümumrespublika və beynəlxalq elmi konfransların təşkil edilməsi, ölkədə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini kompleks şəkildə öyrənmək və bu sahədə gənclərin dərin biliklərə yiyələnməsini formalaşdırmaq üçün “Əliyevşünaslıq” irsinin elmi məktəb olaraq öyrənilməsi daxildir. Əldə olunmuş biliklərin ölkə ictimaiyyəti qarşısında təbliği ayrıca istiqamət olaraq həyata keçirilir. AMEA Mərkəzi Elmi Kitabxanasının nəzdində Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyət göstərir. Azərbaycan dövlətçiliyi və Heydər Əliyev irsinin kitabxana fondlarında komplektləşdirilməsi Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, dövlətçilik tarixi, Azərbaycanın keçmişi və bu günü haqqında məlumat əldə etməyə imkan verir.Uzun illər fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi – Azərbaycan dövlətçiliyinə dair ədəbiyyatın komplektləşdirilməsi, mühafizəsinin və istifadəsinin təşkili, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili, Azərbaycan dövlətçiliyi və Heydər Əliyev şəxsiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin informasiya təminatını təşkil edir, mövzu və şəxsi biblioqrafik göstəricilərin, çap kataloqlarının hazırlanması, elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsi fəaliyyətini nəzərdə tutur. Son illərdə şöbənin təşkil etdiyi və uğurla həyata keçirdiyi ən mühüm layihələrdən biri – görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə təşkil etdiyi silsilə xarakterli Heydər Əliyev lektoriyalarının keçirilməsidir. Həmçinin bax Əliyevçilik Heydər Əliyev filateliyada Heydər Əliyev Heydər Əliyev şəxsiyyətinə pərəstiş Xarici keçidlər A.Bakıxanov adına Tarix İnstitutu "Əliyevşünaslıq" şöbəsi Elmlər Akademiyası Heydər Əliyevi araşdırır. Heydər Əliyev ideyalarının zəfər yürüşü ""Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilib" (az.). 15.11.2022 tarixində arxivləşdirilib. AZƏRTAC. "Prezident Kitabxanasında "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilmişdir" (az.). 15.11.2022 tarixində arxivləşdirilib. "Heydər Əliyev və müasir Azərbaycan: I ümumrespublika Əliyevşünaslıq konfransının materialları: 6 may 2003-cü il" (az.). 27.12.2022 tarixində arxivləşdirilib. "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI" (az.). 13.01.2023 tarixində arxivləşdirilib. | https://az.wikipedia.org/w/index.php?curid=310882 |
Əliyusif Cəfərov | Cəfərov Əliyusif Abutalıb oğlu — Azərbaycan ziyalısı. Fizika – riyaziyyat sahəsində mütəxəssis və pedaqoq. Cəfərov Əliyusif Abutalıb oğlu (14.1.1901, Bakı - 03.01.1938) Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı kişi gimnaziyasını bitirmişdir 1919). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini fizika – riyaziyyat sahəsində davam etdirmək üçün Türkiyəyə göndərilmişdir. Cəfərov Əliyusif Abutalıb oğlu (1901) SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 03.01.1938-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Həmçinin bax Cümhuriyyət tələbələri | https://az.wikipedia.org/w/index.php?curid=144241 |
Əliyusif Qocamanov | Əliyusif Qocamanov - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Əliyusif Qocamanov 1933-cü il 1 iyunda Bakıda anadan olub. Naxçıvan mehmanxanasındakı qəzet köşkündə satıcı, Kasparda isə matros işləyib. Üç övladı var. Mərhum o gecə güllə səsinə küçəyə çıxıb. Xəzər kinoteatrının yanında ürəyindən yaralanıb. Semaşko adına xəstəxanaya gətirilib. Qohumları meyidini yanvarın 20-də mərkəzi ölüxanadan tapıb. Pirşağıda dəfn edilib. Bakı şəhəri. 565-ci kvartal, ev 5, mənzil 45 Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar Səməndər, R. Şəhidlər. B.: Gənclik, 1990.- 448 s. Arxivləşdirilib 2022-10-05 at the Wayback Machine Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18. Vətən övladları xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi yazdılar | https://az.wikipedia.org/w/index.php?curid=475739 |
Əlizadə Nuri | Nuriyev Əlizadə Mətləb oğlu (28 dekabr 1962, Adnalı (Cəlilabad), Astraxanbazar rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994-cü il). Əlizadə Nuri 1962-ci il dekabrın 28-də Cəlilabad rayonunun Adnalı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1981-1983). Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fılologiya fakültəsində, (1983-1988), Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Şeirləri müntəzəm olaraq Azərbaycan qəzet və jurnal səhifələrində dərc olunur. 1.Pəncərəmdə ağlayan yağış. Bakı: Azərnəşr, 1993, 176 səh. 2.Tanrı, gəl tanış olaq. Bakı: Gənclik, 1994, 70 səh. 3.Durna lələyidi bu yağan yağış. Bakı: Azərbaycan kıtab palatası, 1996, 156 səh. 4.Bir eşqin xatirə muzeyi. Bakı: Təbriz, 1997, 76 səh. 5.Tənha şamın kölgəsi. Bakı: Gənclik, 1999, 115 səh. | https://az.wikipedia.org/w/index.php?curid=43884 |
Əlizadə Nəcəfov | Əlizadə Nəcəfov (tam adı: Nəcəfov Əlizadə Şəmil oğlu) — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru. Həyatı və təhsili 1954-cü il dekabrın 11-də İmişli rayon Muradxanlı kəndində anadan olub. 1975-ci ildə İmişli şəhər 2 saylı orta məktəbini bitirib Elmi-pedaqoji fəaliyyəti Ali təhsillidir. 1980-ci ildə Bakı Dövlət Universitetini kitabxanaşünas-biblioqraf ixtisası üzrə bitirib. 2001-ci ildə "Azərbaycan Respubilikasının Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin tarixi (1923–1980-ci illər)" mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək tarix elimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1980–1993-cü illərdə Şüşa Mədəni-Maarif məktəbində müəllim, şöbə müdiri vəzifələrində çalışmışdır. 1993–2000-ci illərdə ADPU-nun Şuşa filialında baş müəllim, tədris və elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2000–2006-cı illərdə ADPU-nun Ağcabədi filialında, tədris işləri üzrə direktor müavini, direktor, baş müəllim vəzifələrində çalışmışdır. 2006-cı ildən Azərbaycan Respubilikası Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri vəzifəsində çalışır. 2006-cı ildən ADPU-nun Ağcabədi filialında, yarımştat əvəzçilik üzrə baş müəllim vəzifəsində çalışır. Elmi əsərləri Şuşa Mədəni-Maarif Texniumu. Bakı, Ergün, 1996. 61 s. M.N. Nəvvab Qarabağinin əsərinin nəşri və tədqiqi tarixindən. Bakı, Ergün, 1997, 80 s. Ə.Əhmədin yaradıcılığmda təlim-tərbiyə məsələləri. Bakı, Elm, 1999,136 s. Azərbaycan Respublikasmm Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin tärixindən (1923–1990-cı illər). Bakı, Səda, 2000, 340 s. Xankəndi Pedeqoji İnstitutu. Bakı, Səda, 2000, 334 s. Bəxtəvərsən, könlüm… (Həsən Küskünün yaradıcılığmda təlim-tərbiyə məsələləri haqda). Bakı, Səda, 1997 Xəqani Məmınədov-Bibliqorafiya. Bakı, Milli kitabxana,2010,13 1 s. Gövhər Ağa Cavanşirin maarifçilik fəaliyyəti. Bakı, 2017. 131 s. Şuşa Mədəni-Maarif Məktəbinin kitabxanaçıiıq şöbəsində orta təhsilli kadr hazırlığı təcrübəsindən. Azərbaycanda kitabxanaçı kadrların hazırlanması, ADU, 1987 s. 111–117. Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin inkişafı (1946–1952-ci illər). M.F.Axundov ad. Azərbaycan Dövlət Kitabxanasmın elmi əsərləri, Bakı, 1988. Dağlıq Qarabağ Muxtar Vilayətində kitabxana işinin inkişaf tarixindən (1923–1928-ci illər). M.F.Axundov ad. Azərbaycan Dövlət Kitabxanasınm elmi əsərləri, Bakı, 1988. Bakı Mədəni-Maarif Məktəbi. ADPU-nin xəbərləri, Bakı, 1998. . Şuşa Mədəni-Maarif Məktəbinin meydana gəlməsi və fəaliyyətin ilk dövrii (1980–1985-ci illər). ADPU-nin xəbərləri, Bakı, 1998 Avropa Şurasınm Parlament Assambleyasında Azərbaycan reallıqları-Xalq öz seçimini bilir'-Azərbaycan Respublikasmın Prezidenti İ.Əliyevin AŞPA-dakı siyasi fəaliyyətindən bəhs olunur. Bakı,Araz, 2003, s.3–10. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Dağlıq Qarabağ, Ermənistan- Azərbaycan münaqişəsinin həlli sitiqamətindəki fəaliyyəti, (1993–2003-cü illər) "Heydər Əliyev və Azərbaycan elminin inkişafı" kitabı. Bakı,AMİ-nin nəşri, 2003, s.3–10 Fenomen şəxsiyyət (Ümummilli lider Heydər Əliyevə həsr olunub)-Xalqa bağışlanan ömür", VI kitab. Bakı, Şəms, 2004, s.289–291 Peyğəmbər simalı insan. BDU-nun xəbərləri, kitabxanaşünaslıq-biblioqrafıya seriyası, 2006, No 12, s. 116–119 Heydər Əliyev Azərbaycanda yaşayan ən böyük Azərbaycanlıdır-"FIeydər Əliyev və Ağcabədi" kitabı. Bakı, Şur, 2008, s.207–2015 "Bir ömrün muğam dünyası-Muğamm sədası" kitabında . Bakı, Şur, 2008, s. 197–210 M.M.Nəvvabm dini baxışları. Bakı, 2009, Cəmiyyət və din jur. N°2 s. 167–181 Yaddaşlarda yaşayan şair. H.Küskiin köç eylədi dünyadan. Bakı, Yazıçı, 2009, s.41–49 Yad et məni. H.Küskün köç eylədi dünyadan (2-ci məqalə) Bakı, Yazıçı, 2009 s.50–53 Mənalı ömrün sədası. M.İsazadə-Qırılan ümidlərin harayı. Ağcabədi, 2012, s.4–12 Dünyanm yaşıdı Kəbirli eli.- Bakı, 2013, s.3–12 Vətən əsirli şerlər.- İ. Mürşüdlü: Ürəyimin bir parçası.2014. s.3–5. Heydər Əliyev və Azərbaycan gəneliyi. AMI-nin əsərləri, 2014. Mükafatları 25 iyun 2014-cü il "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. | https://az.wikipedia.org/w/index.php?curid=558422 |
Əlizadə Seyfullayev | Seyfullayev Əlizadə İmaməli oğlu (1957–2018) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru (2018). Əlizadə İmaməli oğlu Seyfullayev 1 fevral 1957-ci ildə Salyan rayonunun Noxudlu kəndində anadan olmuşdur. Ə.İ.Seyfullayev 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirərək, AMEA Kibernetika İnstitutuna təyinatla mühəndis-riyaziyyatçı vəzifəsində işə qəbul olunmuşdur. 1981-ci ildə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində XKB-də böyük mühəndis vəzifəsində, 1991-ci il ildən isə ildə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur. 1984-cü ildə ildə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində 01.02.04 – Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə istehsalatdan ayrilmamaqla aspiranturaya daxil olmuşdur. 1988-ci ildə "Catlı çoxqat materialların dağılma mexanikasının bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1996-cı ildən aparıcı elmi işçi vəzifəsində çalışmağa başlamışdı. Ə.İ.Seyfullayev "Əyri strukturaya malik çatlı kompozit materialların dağılma və dinamika məsələlərinin tədqiqatı" ilə məşğul olmuşdur. 50 elmi əsərin müəllifidir. Ə.İ.Seyfullayevin elmi rəhbərliyi ilə 5 namizədlik dissertasiyası müdafiə olunmuşdur. O çoxlu sayda konfransların iştirakçısı olaraq, məruzələrlə çıxış etmişdir. Onun xarici nüfuzlu jurnallarda məqalələri dərc olunub. Ə.İ.Seyfullayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Neft qazçıxarmada və daşınmada istifadə olunan konustruksiya elementlərinin möhkəmlik xarakteistikalarının tədqiqi və konustruksiyanın optimal variantının seçilməsi" adlı qrant müsabiqəsinin qalibi olmuşdur. Ə.İ.Seyfullayev 15 fevral 2016-cı ildə Rusiya Həqiqi Elmlər Akademiyasının professoru adına layiq görülmüşdür.9 dekabr 2018-ci ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir.10 dekabr 2018ci ildə Doğulub boya başa çatdığı Aşağı Noxudlu kəndində torpağa tapşırılmışdır. 1974–1979-cü illərdə Azərbaycan Dövlət Universiteti (indiki BDU), tələbə 1984–1988-cü illərdə Riyaziyyat və Mexanika İnstitutu, aspirant Elmi dərəcələri, elmi adları 1988-ci ildə- EA-nın Riyaziyyat və Mexanika İnstitutu, Fizika-riyaziyyat elmləri namizədi (01.02.04-Deformasiya olunan bərk cisim mexanikası) Dissertasiyanın adı: "Catlı çoxqat materialların dağılma mexanikasının bəzi məsələləri" 2016-cı ildə Rusiya Həqiqi Elmlər Akademiyasının professoru adına layiq görülmüşdür. Əmək fəaliyyəti 1979–1981-ci illər AMEA Kibernetika İnstitutu, mühəndis-riyaziyyatçı 1981–1991-ci illər Riyaziyyat və Mexanika İnstitutunun nəzdində XKB-də böyük mühəndis 1991–1996-cı illər Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi 1996–2017-ci illər Riyaziyyat və Mexanika İnstitutunda aparıcı elmi işçi Elmi məqalələri 50 elmi məqalənin müəllifirdir. Akbarov S.D., Maksudov F.G., Panakhov P.I., Seyfullayev A.I. On the crack problems in composite materials with curved lagers Int. J.Enging. Sci. 1994, v.32, №6, p.1003–1016. Akhundov M.B., Seyfullayev A.I., Hasanova L.A. Long term strength under cyclic loading. World Applied Science Journal. 2013, 28(11) p.1767–1771. Seyfullayev A.I., Agaeva N.A. Motion of elastically supported spherical inclusion in acoustic medium. Proceeding of IMM of NAS of Azerb. 2004, vXX., p189–192. Seyfullayev A.I., Rustamova M.A., Agasiev S.R. Free oscillations of two concentrically located cylindrical shells with a fluid between them. International journal of engineering and Innovative Technology (IJEIT), volume 3, Issue 10, India, 2014, p.33–37. Seyfullayev A.İ.,Mamedova G.A. Investigation of the Movement of a Mass Loaded Spring on Insertion in an Acoustic Medium. International Journal on Recent and Innovation Trends in Computing and Communication -IJRITCC V. 4, Issue 4, P.194 – 204,India,2016/4/16. Seyfullayev A.I., Guliyev M. S. On the axisymmetric wave propagation in a finite restrained compound circular cylinder made from compressible materials. International Journal of nanosystems, Vol. 2, N 2, 2010. p. 33–42. A. I. Seyfullayev, M. A. Rustamova and Sh. A. Kerimova. Problem of mechanics of fatigue fracture of two-layer material with edge cracks. Mechanics of Composite Materials, Vol. 53, No. 2, May, 2017 (Russian Original Vol. 53, No. 2, March-April, 2017 Kadr hazırlığı: elmlər namizədlərinin sayı — 5 Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=503317 |
Əlizadə Əsgərli | Əlizadə Bayram oğlu Əsgərli (8 may 1958, Sabirabad rayonu) — ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, dosent. Əlizadə Bayram oğlu Əsgərli 8 may 1958-ci ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Cavad kəndində dünyaya gəlib. 1976-1980-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1983-1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb. 1980-1997-ci illərdə Sabirabad bölgəsinin Yolçubəyli, Cavad, Suqovuşan və Nizami Gəncəvi adına şəhər orta məktəblərində ixtisası üzrə müəllim və direktor müavini işləyib. 1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunun elmi katibi olub. 2002-ci ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyib. 2002-2012-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışıb. 2012-2017-ci illərdə həmin İnstitutda baş elmi işçi vəzifəsini tutub. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini olub. Filologiya elmləri üzrə Müdafiə Şurası nəzdində Elmi Seminarın sədri olib, Müdafiə Şurasının üzvüdür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının sədr olub. 10 cilddə Azərbaycan ədəbiyyatı tarixinin birinci, beşinci və altıncı cildlər redaksiya heyətinin üzvü, yeddinci cild redaksiya şurasının üzvüdür. Kadrların hazırlanması sahəsində ciddi çalışır. Hazırda beş doktorantın dissertasiyasına elmi rəhbərlik edir. 150-ə qədər elmi-nəzəri məqalənin müəllifidir. Əsərləri Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və digər xarici ölkələrdə nəşr olunub. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1998-ci ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) müəllim, 1999-2007-ci illərdə Bakı Qızlar Universiteti Azərbaycan ədəbiyyatı və jurnalistika kafedrasının müdiri vəzifəsində çalışıb. 2007-2014-cü illərdə Bakı Qızlar Universitetinin elmi işlər üzrə prorektoru olub. 1998-ci ildən respublikanın aparıcı ali məktəblərində Azərbaycan ədəbiyyatı tarixi, tənqid və nəzəriyyəsi, habelə türk xalqları ədəbiyyatına dair mühazirələr oxuyur. 15 fənn proqramı və 2 dərs vəsaitinin müəllifidir. 2017-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimidir. 2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, 2012-ci ildə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəxri fərmanı ilə təltif edilib. 2016-cı ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatını alıb, "Rəsul Rza" mükafatına layiq görülmüşdür. Ailəlidir. Üç övladı var. Müəllifin bioqrafiyası Azərbaycan Milli Ensiklopediyasında da çap edilib. Ədəbi(elmi-nəzəri) və publisistik fəaliyyəti 1987-ci ildə “Xəlqilik meyarı ilə” adlı ilk elmi məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. 1987-ci ildə "Osman Sarıvəllinin poetikası" mövzusunda namizədlik, 2011-cu ildə "XX əsr Azərbaycan ədəbi-nəzəri fikrində milli ideal və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya üzrə elmlər doktorudur. XX əsr Azərbaycan ədəbiyyatının aktual problemləri ilə məşğul olur. 1995-ci ildən Azərbaycan ədəbiyyatının milli-ideoloji məsələləri, türkçülük, azərbaycançılıq və istiqlalçılıq məfkurəsinin elmi-nəzəri tədqiqi istiqamətində araşdırmalar aparır. Xəlil Rza Ulutürk ədəbi irsinin ardıcıl tədqiqatçısıdır. Eyni zamanda, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Səməd Vurğun, Osman Sarıvəlli, Mikayıl Müşfiq, Əkrəm Cəfər, Bəkir Nəbiyev, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, İlyas Əfəndiyev, Söhrab Tahir, Cabir Novruz və başqaları haqqında tədqiqatların müəllifidir. Ədəbiyyat nəzəriyyəsi sahəsində ədəbi metod, ədəbi məktəb və ədəbi cərəyanlar, heca vəzni, sərbəst şeir və ədəbi janrlar, bədii təsvir və ifadə vasitələri, habelə, ahəng və intonasiyaya aid məqalələr çap etdirib. Ə.B.Əsgərli 1980-ci illərdən publisistika fəaliyyəti ilə məşğuldur. Respublikanın dövri mətbuatında ictimai-siyasi və ədəbi məqalələri çap olunur. 1991-1994-cü illərdə «Demokrat», 1994-1995-ci illərdə «Yurd» qəzetlərinin təsisçisi və baş redaktoru olub. 2008-2014-cü illərdə Bakı Qızlar Universitetinin «Elmi əsərlər» jurnalının baş redaktor müavini kimi fəaliyyət göstərib. 2017-ci ildən AMEA-nın "Ədəbiyyat məcmuəsi" jurnalı redaksiya heyətinin üzvüdür. Tərtibçi və redaktor kimi fəaliyyəti Dövlət Sərəncamları ilə Xəlil Rza Ulutürkün 2 və 5 cildlik seçilmiş əsərlərini nəşrə hazırlayıb. Monoqrafiya və kitabları «Kökün və sözün yaddaşı» (2002) «Osman Sarıvəllinin poetikası» (2005) «Milli ideal mücahidi» (2005) «Sözün divanı və vətəndaş yanğısı» (2007) «Xəlil Rza Ulutürkün poetikası» (2009), (2012) «Sənət və şəxsiyyət» (2013) «XX əsr Azərbaycan şeirinin poetikası» (2014) «Xəlil Rza Ulutürk» (həyatı, fəaliyyəti və sənəti) (2015) "Fərdi üslubun poeziyası" (2017) "Bəxtiyar Vahabzadə" (2019) “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” (2020) “Elm və təhsil qurucusu” (2021) Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=415924 |
Əlizaman Rəhimov | Əlzaman Rəhimov (Əlzaman Sabir oğlu Rəhimov; d. 22.10.1958, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan diasporunun nümayəndəsi, Azərbaycanın "Tərəqqi" medalı və Rusiyanın "Dostluq" ordeni laureatı. İqtisad elmləri namizədi. Əlzaman Rəhimov 1958-ci il oktyabrın 22-də Saatlı rayonunda anadan olub.Əlzaman Rəhimov 1981-1985-ci illərdə Saatlı rayonu Varxankənd məktəbində biologiya və coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir. 1985-1989-cu illərdə Moskva vilayətində Domodedovo şəhər zavodunda fəhlə kimi çalışmışdır.1990 -1991ci illərdə Moskvada "Sevpuxovskaya rastava", "Nərgiz" kooperativlərinin sahibkarı olmuşdur. 1992-ci ildə "Günay" tikinti kommersiya şirkətinin baş direktoru olmuşdur. Mükafatları "Za slujbu Rossii" ordeni, "İvan Kolita" ordeninə layiq görülmüşdür. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.28 dekabr 2016-cı il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib20 oktyabr 2015-ci ildə Rusiyanın "Dostluq" ordeni ilə təltif olunmuşdur. | https://az.wikipedia.org/w/index.php?curid=434611 |
Əlizaman İslamov | Əlizaman Fərrux oğlu İslamov (d. 12 iyun 1997; Zabrat qəsəbəsi , Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Əlizaman İslamov 1997-ci ilin 12 iyun günündə Bakıda Zabrat qəsəbəsində anadan olub. Hərbi xidməti Əsgər Əlizaman İslamov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 6-sı isə Əlizaman İslamov Lənkəran şəhərinin Cil kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər İslamov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Əlizaman İslamov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. | https://az.wikipedia.org/w/index.php?curid=474415 |
Əlizamin Mustafalı | Əlizamin Mustafalı (tam adı: Əlizamin Valeh oğlu Mustafalı; 01 sentyabr 1997; Beyləqan, Azərbaycan — 21 oktyabr 2020; Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlizamin Mustafalı Valeh oğlu 1997-ci il 1 sentyabr tarixində Beyləqan rayonunda anadan olub. 2003-2012-ci illərdə orta təhsilini, Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbində alıb. 2012-ci ildə 3 nömrəli peşə liseyinə daxil olmuş və 2015-ci ildə bitirmişdir. Ailəli idi, iki övladı var. Hərbi xidməti Əlizamin Mustafalı 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbidə ixtisası DŞK pulemyot atıcısı olub. 2017-ci ildə hərbi xidməti uğurla başa vurub. 2020-ci il iyul döyüşləri zamanı General Polad Həşimov şəhid olandan sonra cəbhədə döyüşmək üçün könüllü yazılıb. Azərbaycan Ordusunun əsgəri olan Əlizamin Mustafalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsidə Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə olub. Əlizamin Mustafalı oktyabrın 21-də Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafalı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (05.11.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=683882 |
Əlizamin Mustafayev | Əlizamin Mustafayev (Mustafayev Əlzamin Baxış oğlu) — Tərtər rayonunda İkinci Qarabağ müharibəsi şəhidi Mustafayev Əlzamin Baxış oğlu 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2005-ci ildə Tərtər rayonunda yerləşən Kəlbəcər 64 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib Hərbi xidməti Əlzamin Mustafayev 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2019-cu ildə Hacıqabul rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vurub. Əlzamin Mustafayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra o, xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. İkinci Qarabağ müharibəsində iştirakı 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 03 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.96.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=774834 |
Əlizamin Ramazanlı | Əlizamin Ümid oğlu Ramazanlı (9 may 2000; Bərdə rayonu, Azərbaycan — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlizamin Ramazanlı 2000-ci il mayın 9-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Subay idi. Hərbi xidməti Əlizamin Ramazanlı 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əlizamin Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin Ramazanlı oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=681381 |
Əlizamin Sadıqov | Əlizamin Sadıqov (tam adı: Sadıqov Əlizamin;) — Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin müdiri, professor Həyatı və təhsili 1983-cü ildə Azərbaycan Tibb Universtetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1991–1994-cü illərdə Sankt-Peterburq Tibb Elmləri Akademiyasında Pulmonologiya üzrə aspirantura keçib. 2000–2003-cü illərdə Ak. İ. P. Pavlov ad. Sankt-Peterburq Dövlət Tibb Universitetində Pulmonologiya üzrə doktorantura keçib. 2010-cu il Barselona Universteti, Döş qəfəsi İnstitutu, Barselona, İspaniya 2011-ci il Sart-Telman Universiteti Pulmonoloji təbabət 2011-ci il Praqa Universiteti Yuxu təbabəti (Sleep Medicine) 2012-ci il Arizona Universiteti, Pulmonar təbabət, Arizona, ABŞ Robert Weol Sohn Universiteti, Pulmonar təbabət, Nyu Cersi, ABŞ Vayskof Universiteti, İnvaziv Pulmonologiya Əmək fəaliyyəti 1983–1986-cı illər Naxçıvan Muxtar Respublikasında həkim-terapevt kimi çalışıb. 1987–1991-ci illərdə Salyan rayon Mərkəzi xəstəxanasında, Reanimatologiya və İntensiv terapiya şöbəsində çalışıb. 1995–2000-ci illərdə Salyan rayon Ağciyər xəstəlikləri dispanserində çalışmışdır. Elmi fəaliyyəti 200-dən çox elmi məqalənin müəllifidir. 60 jurnal məqaləsinin müəllifidir. 110 məqalə xarici ölkələrin müxtəlif tibb jurnallarında və toplumlarında dərc edilib. 11 monoqrafiyanın müəllifidi. Müxtəlif elmi konfranslarda və konqreslərdə 100-dən çox çıxışlar edib (Stokholm, İsveç 2007, Berlin, Almaniya 2008, Vyana, Avstriya 2009, Amsterdam, Hollandiya 2011, Denver, Kolorado, ABŞ 2011, Barselona, İspaniya 2012, San-Fransisko, ABŞ 2012, Filadelfiya, ABŞ 2013, Vyana, Avstriya 2013, Münxen, Almaniya 2014, San-Diyeqo, ABŞ 2014); Azərbaycan Tibb Universitetində Pulmonologiya kafedrasında mütəxəssis məsləhətçi kimi fəaliyyət göstərir və eyni zamanda tədris sahəsində çalışır, yerli və xarici tələbələrə mühazirələr oxumuşdur. Təltif və mükafatları 2014-cü ildə Amerika Emfizema Fondu-nun Kloud Lambert adına mükafatını alıb; 2015-ci ildə Amerika Torakal Cəmiyyətinin Beynəlxalq Tədris mükafatına layiq görülüb (Denver, Kolorado, ABŞ); Üzvü olduğu təşkilatlar Amerika Torakal Cəmiyyətinin, Amerika Döş Qəfəsi Həkimləri Kollegiyasının, Amerika Həkimlər Kollegiyasının, Avropa Respirator Cəmiyyətlərinin, Avropa Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin üzvü Xarici keçidlər İspaniyada qalan və orada COVID-19 xəstələrinin müalicəsinə başlayan pulmonoloq Əlizamin Sadıqovla MÜSAHİBƏ "Azərbaycanda tibb sahəsində bir dənə də olsun, normal elmi iş yoxdur" — Amerika Həkimlər Kollegiyasının ekspertindən ilginc açıqlamalar | https://az.wikipedia.org/w/index.php?curid=636334 |
Əlizamin İsgəndərov | Əlizamin İsgəndərov (6 dekabr 1977, Milabad, Jdanov rayonu – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Əlizamin İsgəndərov 1977-ci il dekabrın 6-da Beyləqan rayonunun Milabad qəsəbəində anadan olub. 1984–1996-cı illərdə Milabad qəsəbəsi tam orta məktəbində təhsil alıb. Güləş idman növü ilə məşğul olub. Ailəli idi. Dörd övladı yadigar qaldı. Hərbi xidməti Əlizamin İsgəndərov 1996–1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti zamanı müdafiə naziri Səfər Əbiyevin mühafizə xidmətinin üzvü olub. 2006-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi və Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində rabitəçi olaraq xidmət edirdi. 2016-cı ildən müqavilə əsasında Kəşfiyyat Manqasının Komandiri idi. Azərbaycan Ordusunun çavuşu olan Əlizamin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin İsgəndərov noyabrın 5-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlizamin İsgəndərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=680792 |
Əliövsət Quliyev | Əliövsət Nəcəfqulu oğlu Quliyev (23 avqust 1922, Salyan, Salyan qəzası – 6 noyabr 1969, Bakı) — tarix elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü, 1953–1958-ci və 1967–1969-cu illərdə Azərbaycan SSR EA Tarix İnstitunun direktoru. Əliövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il avqustun 23-də Salyan rayonunun Qızılağac (Salyan) kəndində anadan olmuşdur. 1930-cu ildə Əliövsət Quliyev Qızılağac kənd orta məktəbinə daxil olur. Yaxşı oxuduğuna görə Ə.Quliyevi birinci sinifdən birbaşa üçüncü sinifə keçirirlər və o, altı illik məktəbi beş ilə bitirərək 1935-ci ildə Salyan pedaqoji məktəbinin tarix fakültəsinə daxil olur. Pedaqoji məktəbdə oxuya-oxuya Salyandakı 4 №-li orta məktəbdə tarixdən dərs deməyə başlayır. 1939-cu ildə Salyan pedaqoji məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olur. Eyni zamanda, Bakıdakı 172 №-li orta məktəbdə tarix dərsi deyir. 1943-cü ildə ADU-nun həmkarlar ittifaqı komitəsinin sədri seçilir.1944-cü ildə ADU-nu fərqlənmə diplomu ilə bitirir, Azərbaycan tarixi kafedrasının tövsiyəsi ilə həmin kafedrada müəllim kimi saxlanılır və «Azərbaycan tarixi» ixtisası üzrə aspiranturaya daxil olur. 1945-ci ilin dekabrında ali məktəb və elmi idarə işçiləri həmkarlar ittifaqının sədri seçilir və 1950-ci ilədək həmin vəzifədə çalışır. Elmi fəaliyyəti 1948-ci ildə Əliövsət Quliyev «1903-cü ildə Bakıda iyul ümumi tətili» mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və ADU-nun tarix fakültəsinin dekanı olur. Eyni zamanda, Azərbaycan Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutunun yeni tarix şöbəsinin müdiri vəzifəsinin icraçısı təyin edilir. Bakı Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilir. «1903-cü ildə Bakıda iyul ümumi tətili» adlı ilk kitabı 1949-cu ildə işıq üzü görür. 1950-ci ildə yenidən tarix fakültəsinin dekanı seçilir. Ə.N.Quliyev 1953-1958-ci və 1967-1969-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstituna rəhbərlik etmişdir. 1958-ci ilin yanvarından 1965-ci ilin aprelinədək Azərbaycan EA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin baş elmi işçisi, 1965-ci ilin aprelindən 1967-ci il iyulun 4-dək həmin şöbənin rəhbəri vəzifələrini yerinə yetirmişdir. 1961-ci ildə müdafiə etdiyi «Azərbaycan XIX əsrin ikinci yarısında – XX əsrin əvvəllərində» mövzusunda dissertasiyaya görə Əliövsət Quliyevə tarix elmləri doktoru alimlik dərəcəsi, 1962-ci ildə isə «Azərbaycan tarixi» ixtisası üzrə professor elmi adı verilmişdir. 1968-ci ildə Əliövsət Quliyev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Əliövsət Quliyevin ümumi həcmi 300 çap vərəqindən çox olan dərc edilmiş əsərləri, o cümlədən monoqrafiyaları, dərslikləri və digər kitab nəşrləri vardır. 80-ə qədər elmi əsərin müəllifi olan tətqiqatçı əsasən Azərbaycan tarixinin problematik məsələlərini, xüsusən Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsini, Azərbaycan xalqının mənşəyini, Azərbaycanın XVI-XVIII əsrlər tarixini araşdırmışdır. Alim çoxcildlik «SSRİ tarixi» (I-VI cildlər, 1966-1968), «İnqilabdan əvvəlki Rusiyanın neft sənayesində inhisarçı kapital (1883-1914-cü illər)» (B., 1967), «Yeni inqilabi yüksəliş illərində Azərbaycanda fəhlə hərəkatı (1910-1914-cü illər)» kitablarının tərtibçilərindən biri və redaktoru olmuş, «Dünya xalqları seriyası»ndan «Qafqaz xalqları» (B., 1962) adlı cildin hazırlanaraq çap edilməsində müəllif və redaktor kimi yaxından iştirak etmişdir. Ə.N.Quliyev Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti yanında Toponimiya komissiyasının ilk sədri olmuşdur. Alimin Azərbaycan xalqının tarixi ilə bağlı bir sıra məqalələri SSRİ ensiklopediyalarına daxil edilmiş, keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında, Hindistanda, Çexoslovakiyada və başqa ölkələrdə dərc olunmuşdur. Ə.N.Quliyev məqaləsi Moskvada çap olunaraq ikicildlik etnoqrafiya toplusuna daxil edilmiş ilk Azərbaycan tarixçisidir. Azərbaycan tarixi 3 cildlik «Azərbaycan tarixi» (kollektiv) Əliövsət Quliyevin baş əsəri hesab oluna bilər. 1948-ci ildə o, Mircəfər Bağırovun göstərişi ilə redaksiya heyəti yaradıb «Azərbaycan tarixi» adlı fundamental əsər üzərində işə başlayır. Redaksiya heyətinə Azərbaycan Elmlər Akademiyasının akademikləri İ.A.Hüseynov, Ə.S.Sumbatzadə, M.A.Dadaşzadə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Z.İ.İbrahimov, tarix elmləri namizədi Y.A.Tokarjevski və Ə.Quliyev özü daxil idi. Heyətin katibi isə İ.V.Striqunov idi. 1954-cü ildə «Azərbaycan tarixi»nin ikicildlik maketi buraxılır və müzakirə zamanı bütövlükdə müsbət qiymət alır. 1958-ci ildə «Azərbaycan tarixi»nin «Ən qədim zamanlardan Azərbaycanın Rusiyaya birləşdirilməsinə qədər» adlanan birinci cildi nəşr edilir. İki il sonra, 1960-cı ildə «Azərbaycanın Rusiyaya birləşdirilməsindən 1917-ci ilin fevral burjua-demokratik inqilaba qədər» adlanan ikinci cild işıq üzü görür. Bu cilddə ilk dəfə olaraq Azərbaycan burjuaziyasının və sənaye fəhlələrinin təşəkkülü, ictimai, milli-azadlıq hərəkatı tarixi, mədəniyyətimizin inkişafı kimi məsələlər tədqiq edilmişdir. 1963-cü ildə «Azərbaycan proletar inqilabı və sosializm quruculuğu dövründə» və «Azərbaycan sosializm cəmiyyəti quruculuğunun başa çatdırılması illərində və geniş kommunizm quruculuğu dövründə» adlı iki kitabdan ibarət üçüncü cild çapdan çıxır. 1968-ci ildə Ə.N.Quliyev hökumət nümayəndə heyətinin tərkibində Hindistana səfər edir. Güman olunur ki, Hindistan səfərindən öncə vurulmuş peyvəndlər alimin səhhətinə pis təsir göstərmişdir. Səfər öncəsi nümayəndə heyətinin hər bir üzvünə Moskvada on altı peyvənd vurulmuşdu. Ə.N.Quliyev hər peyvənddən sonra özünü çox pis hiss etdiyindən şikayətlənirdi. Ə.N.Quliyev 1969-cu il noyabrın 6-da 47 yaşında kəskin leykoz xəstəliyindən vəfat etmişdir . 1969-cu il noyabrın 10-da Fəxri xiyabanda dəfn olunmuşdur. Nazirlər Kabinetinin qərarına əsasən Əlövsət Nəcəfqulu oğlu Quliyevin yaşadığı Bülbül prospektindəki 39 nömrəli binaya xatirə lövhəsi vurulmuşdur. Bakının mərkəzi küçələrindən biri onun adını daşıyır. Eyni zamanda, alimin vətəni Salyanda mədəniyyət evinə onun adı verilmişdir. Şəxsi həyatı 1943-cü ildə Əliövsət Quliyev Xanım Rəhimova ilə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı dünyaya gəlmişdir: qızları-Kəbutər, Afaq, Ceyran və oğlu Təlatüm. Təltif və mükafatları «Qırmızı Əmək Bayrağı» ordeni - 1967 «1941–1945-ci illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə» medalı Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (2 dəfə) Çexoslovakiya–Sovet Dostluğu İttifaqı Mərkəzi Komitəsinin II dərəcəli «Şərəf nişanı» medalı Digər elmi və kütləvi əsərləri Neft sənayesi fəhlələri həmkarlar ittifaqının 50 illiyi. M.İ.Naydel ilə birlikdə (Kitab). Azərneftnəşr. Bakı, 1956. Alyoşa Caparidze (tarixi-bioqrafik oçerk). Azərnəşr. Bakı, 1957. Azərbaycan SSR. Tarixi oçerk. Ukrayna Sovet Ensiklopediyası, 1-ci cild. Kiyev, 1960. (Ukrayna dilində). Sovet Azərbaycanının 40 yaşı. 1920-1960 (kollektiv). Gürcüstan SSR EA nəşriyyatı. Tbilisi, 1960 (gürcü dilində). Azərbaycan. Tarixi oçerk. «Azərbaycan SSR-in atlası» kitabı. Bakı-Moskva, 1963. Azərbaycanda fəhlə hərəkatının başlanması. İlk sosial-demokrat dərnəklərinin əmələ gəlməsi. RSDFP-nin Bakı təşkilatının yaranması (XIX əsrin 80-cı illəri – 1901-ci il). İ.V.Striqunovla birlikdə. I fəsil. «Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri» kitabı. Azərnəşr. Bakı, 1964. Dərslikləri «Ana dili» (Tarix bölməsi). Azərnəşr. Bakı, 1951-1967. «Ana dili» (Tarix bölməsi). Uşaqgəncnəşr. Bakı, 1961-1967. «Azərbaycan tarixi» (7-8-ci siniflər üçün). (Müvafiq fəsillər). Uşaqgəncnəşr. Bakı, 1964. 2022-ci ildə Əliövsət Quliyevin 100 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında elmi konfrans keçirilmişdir. Əliövsət Quliyev haqqında fikirlər «Allah ona o qədər böyük və müstəsna istedad bəxş etmişdi ki, hər şeyi bizim hamımızdan yaxşı edə bilərdi. Qətiyyətlə bildirirəm ki, bizlərdən heç kəs, nə mən, nə də həmkarlarım onun səviyyəsinə qalxa bilməmişik ». İqrar Əliyev (akademik). «Ə.Quliyev xalqın tarixində böyük şəxsiyyət idi. Elə bir alim idi ki, tarix elminin təməlini qoymuş və nəzəriyyəsini inkişaf etdirmişdir». Cəmil Quliyev (akademik). «Əliövsət Quliyev bütöv insan idi, alçaqlıqdan özünü gözləyirdi. Dost üçün dost idi, düşmənlə barışmazdı. Fəxr edirəm ki, onun tələbəsi olmuşam». Teymur Bünyadov (akademik). «Bu insanın çox böyük enerjisi var idi. Bütün günü institutda işləyərək, sonra da gecə səhərədək evdə çalışırdı. Azərbaycan tarixinin Sovet elmində yer tutmasında Ə.Quliyevin xidmətləri misilsizdir». Yaqub Mahmudov (akademik). E.Axundova, M.Hüseynzadə "Əliövsət Quliyev: O, tarix yazırdı", Bakı, Azərnəşr. 2003, 348 səh. Xarici keçidlər Böyük Azərbaycan alimi və ictimai xadimi | https://az.wikipedia.org/w/index.php?curid=276371 |
Əliövsət Sadıqov | Əliövsət Şirəli oğlu Sadıqov (21 dekabr 1906 – 17 noyabr 1970) — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956). 21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur. Əliövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir. Yaradıcılıq nailiyyətlərinə görə Əliövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb. 17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub. | https://az.wikipedia.org/w/index.php?curid=43637 |
Əliövsət Sadıxov | Əliövsət Şirəli oğlu Sadıqov (21 dekabr 1906 – 17 noyabr 1970) — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956). 21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur. Əliövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir. Yaradıcılıq nailiyyətlərinə görə Əliövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb. 17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub. | https://az.wikipedia.org/w/index.php?curid=77972 |
Əliş Ləmbəranski | Əliş Cəmil oğlu Ləmbəranski (10 may 1914, Lənbəran, Cavanşir qəzası – 1 may 1999, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954) Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959–1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. 1936-cı ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur. O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir. Əmək fəaliyyəti Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943–45), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945–47). Ə. Qarayev adına neftayırma zovodunun direktoru (1947–50), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950–59) işləmişdir. Siyasi fəaliyyəti 1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi. 1959–66-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı olmuşdur. Azərbaycan KP 30-cu qurultayında MK üzvü seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti Əliş Ləmbəranskinin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya (Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsi, 5) xatirə lövhəsinin vurulması barədə 11 may 2004-cü il tarixdə Sərəncam vermişdir.Əliş Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq, onun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2014-cü il tarixdə Sərəncam vermişdir.Əliş Ləmbəranski haqqında "İthaf" adlı sənədli film çəkilib. Rejissoru Ziya Şıxlinskidir. Filmin Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) premyerası olub. Təltif və mükafatları 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, 3 Qırmızı Əmək Bayrağı, 2-ci dərəcəli Vətən müharibəsi, Xalqlar dostluğu ordenləri və medallarla təltif olunmuşdur. SSRİ Nazirlər Soveti mükafatının laureatıdır (1978). | https://az.wikipedia.org/w/index.php?curid=82999 |
Əliş Lənbəranski | Əliş Cəmil oğlu Ləmbəranski (10 may 1914, Lənbəran, Cavanşir qəzası – 1 may 1999, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954) Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959–1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. 1936-cı ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur. O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir. Əmək fəaliyyəti Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943–45), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945–47). Ə. Qarayev adına neftayırma zovodunun direktoru (1947–50), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950–59) işləmişdir. Siyasi fəaliyyəti 1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi. 1959–66-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı olmuşdur. Azərbaycan KP 30-cu qurultayında MK üzvü seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti Əliş Ləmbəranskinin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya (Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsi, 5) xatirə lövhəsinin vurulması barədə 11 may 2004-cü il tarixdə Sərəncam vermişdir.Əliş Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq, onun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2014-cü il tarixdə Sərəncam vermişdir.Əliş Ləmbəranski haqqında "İthaf" adlı sənədli film çəkilib. Rejissoru Ziya Şıxlinskidir. Filmin Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) premyerası olub. Təltif və mükafatları 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, 3 Qırmızı Əmək Bayrağı, 2-ci dərəcəli Vətən müharibəsi, Xalqlar dostluğu ordenləri və medallarla təltif olunmuşdur. SSRİ Nazirlər Soveti mükafatının laureatıdır (1978). | https://az.wikipedia.org/w/index.php?curid=414150 |
Əliş bəy Gülməmmədbəyov | Əliş bəy Abbas bəy oğlu Gülməmmədbəyov - Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Şuşa şəhər dumasının üzvü. Əliş bəy Abbas bəy oğlu 1878- ci ildə Şuşa şəhərində Merdinli məhəlləsində anadan olmuşdu. İlk təhsilini Şuşa real məktəbində almışdı. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdi. Şuşaya qayıtdıqdan sonra Şuşa Şəhər Dumasına üzv seçilmiş və Duma komissiyalarından birinə rəhbərlik etmişdir. Əliş bəyin İskəndər bəy adlı oğlu, Zümrüd xanım adlı qızı vardı. | https://az.wikipedia.org/w/index.php?curid=77634 |
Əlişah (Şəbüstər) | Əlişah (fars. عليشاه) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,649 nəfər yaşayır (706 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=617916 |
Əlişah Təbrizi | Tacəddin Əlişah Təbrizi (?-1324) — memar, vəzir. Təbrizi zəngin tacir. O, Elxanilər dövlətinin vəziri olmaqla yanaşı, XII əsrin sonlarından ömrünün axırınacan memarlıq-şəhərsalma sənəti ilə məşğul olmuşdur. Elxanilər dövrünün məşhur şəxsiyyətlərindən biri olan Xacə Tacəddin Əlişah Əbubəkr oğlu Gilani 1312-ci ildə vəzir olaraq təyin edilmişdir. Onun dəqiq doğum tarixi məlum deyil.Elxanilərin xidmətində çalışmazdan əvvəl zərgərliklə məşğul olan Tacəddin Əlişah bu peşənin onu saraya daxil edəcəyindən xəbərdar idi. Dövrünün aristokratlarının rəğbətini qazanan Əlişah Olcaytunun da rəğbətini qazanmaq üçün ona çoxlu daş-qaş hədiyyə etmişdir. Olcaytunun vəzirlərindən Sadəddin Savəci onun yüksəlişinin qarşısını almaq üçün Tacəddinin Bağdadda açılan tikiş fabrikinin başçısı olaraq təyin edilməsinə nail olur. Lakin o bu hadisəni öz leyhinə çevirməyə nail olaraq buradaki fəaliyyəti ilə öz nüfuzunu daha da artırır. Olcaytu xanın dövründə dövlətin daxili məsələlərinə Sadəddin Savəci, Fəzlullah Rəşidəddin və Tacəddin Əlişah birgə nəzarət edirdilər. Daha sonra Sadəddin Savəcinin rüşvət iddaaları ilə edam edilməsi dövlət işlərində Tacəddinin rolunu daha da artırdı. Bundan sonra Fəzlullah Rəşidəddinin tövsiyəsi ilə Elxanilərin geniş torpaqlarını idarə etmək üçün Sahib Divani vəzifəsi Tacəddin Əlişaha həvalə edildi. Tacəddin Əlişah bu münasibətlə Bağdadda böyük bir şənlik təşkil edərək, Elxani hökmdarına da çoxlu qiymətli parçalar, daş qaş hədiyyə etdi. Hicri 715-ci ildə Elxanilərin vəliəhdi və Xorasan hakimi Əbu Səid öz yürüşləri üçün bir neçə dəfə xəzinədən vəsait tələb etdi. Bu hadisə iki vəzir arasında mübahisəyə səbəb oldu. Olcaytu xan müvəqqəti olaraq mübahisəni aradan qaldırmaq məqsədilə vəzirlərin təsir dairlərini iki hissəyə böldü. Belə ki, Xorasana qədər olan torpaqlar (İraq, Əcəm, Fars, Kirman, Luristan) Fəzlullah Rəşiddəddinə taprşırıldı. Təbriz, Diyarbəkr, Diyar Rəbiyə, Muğan, Aran, Bağdad, Bəsrə isə Tacəddin Əlişaha tapşrılıdı. Şahzadənin davamlı vəsait tələblərini idarə etmək üçün isə maliyyə işləri şah tərəfindən Əmir Çupanın öhdəliyinə verildi. Bir müddət sonra Fəzlullah Rəşiddənin xəstələnərək istirahətə getməsindən istifadə edən Əlişah onu Moğol şahzadələrinin mülklərini müsadirə etməkdə günahlandırır və şahı da buna inandırmağa nail olur. Daha sonra isə fənd işlədərək şahdan onun bağışlanmasını diləyir. Olcaytu xanın ölümündən sonra 1317-ci ildə taxta onun oğlu Əbu Səid Bahadır xan keçdi. O gənc olduğuna görə dövlət məsələləri iki vəzir tərəfindən ortaq idarə edilirdi. Bİr müddət sonra Əbu Səid ilə Fəzlullah Rəşiddədin arasında mübahisə yarandı. Rəşidəddinin istefası ilə Tacəddin şahın hörmətini qazanaraq tək vəzir olmağa nail oldu. Onun adına yazılan qəsidələr də Tacəddinin dövlətin önəmli şəxsiyyətlərindən biri olduğunun sübutudur. Tacəddin Əlişah Əbu Səid xanı inandır ki, Olcaytunun sui-qəsdində vəzir Rəşidəddinin də barmağı var. Nəticə də Fəzlullah Rəşidəddin və oğlu 1318-ci ildə edam edildi. Bu hadisədən sonra Əlişah 6 il vəzirliyini davam etdirdi. 1324-cü ildə isə xəstələnərək 60 yaşında vəfat etdi. Bəzi mənbələrdə onun ölüm yeri kimi Ərcan qeyd olunur. Ölümündən sonra onun cənazəsi Təbrizə gətirilərək öz inşa etdirdiyi Əlişah məscidində dəfn edildi. O öz əcəli ilə ölən yeganə Moğol vəziri olmuşdur. Memarlıq fəaliyyəti Olcaytu xan başa düşürdü ki, siyasi və hərbi uğurlar unudulsa da memari əsərlər ömür boyu onun xatırlanmasına səbəb olacaq. Olcaytu xanın memarlığa verdiyi önəmi görən Tacəddin Əlişah Bağdadda Şatiyə sarayı ilə Qiyasiyyə və Siyariyyə adlı iki mədrəsəni inşa etdirdi. Mənbələrdə onun inşa etdirdiyi saray haqqında məlumat verilir ki, sarayın inşasında 10 min dinar xərclənmişdi. Sarayın qapı və divarlarda zümrüd və yaqutdan istifadə olunub. Sarayın təsvirlərində görkəmli bir qübbədən bəhs olunmuşdur.Onun zəngin yaradıcılıq irsindən Təbrizdə Şənb Qazan və Əlişah Cümə məscidi kompleksləri, Sultaniyyədə saray ansamblı, xeyriyyə kompleksi, cümə məscidi aşkarlanıb tədqiq edilmişdir. Əli şah tərəfindən tikdirilən məscid ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə baş verən şiddətli və tez-tez baş verən zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə (divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilmişdir. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılmışdır. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqəti özünə cəlb edirdi. Sonradan qalaya çevrilən bu binanın eni 30 metr, hündürlüyü 26 metr, qalınlığı isə 10 metrdir . Təəssüf ki, günümüzdə onun yalnız qurbangahı və yan divarları qalmaqdadır. Vəzir Tacəddin Təbrizdəki məsciddən başqa Bağdadda Firdovsi adlı iş yeri, Sultaniyyədə bazar yeri tikdirmişdir. Bağdadda inşa edilən bu iş yerinə bəzi qaynaqlarda Firdovsi Karxanası adı rast gəlmək mümkündür. Bu karxananın tikintisində 4000 min nəfər iştirak etmişdir və 13 gün ərzində Fərat çayından gətirilən mərmərlər istifadə edilməkdə inşa edilmişdir. Dövr qaynaqlarına görə abidənin uzunluğu 600 gez eni isə 100 gez olmuşdur. Günümüz ölçü vahidləri ilə bu 277 metr uzunluq, 46 metr genişlik deməkdir. Tacəddin Əlişah Qazan xanın əmri ilə Ərciş qəsəbəsini inşa etdirmişdir. Bəzi mənbələrdə Ərciş qalasının da onun tərəfindən inşa etdirdiyi yazılsa da, təmir etdirməsi faktı daha düzgün olardı. Çünki qalanın mənşəyi Urartulara qədər uzanmaqdadır. Həmçinin bax Elxanilər dövləti Məhəmməd Olcaytu Əbu Səid Bahadur xan Fəzlullah Rəşidəddin Sheila S. Blair. Arg-i ʿAlī Shāh. 2008.Melville, Charles. "Historical Monuments and Earthquakes in Tabriz". Iran. Taylor & Francis. 19. 1981: 159–177. doi:10.2307/4299714. JSTOR 4299714. Beksaç, E., Çobanoğlu, A.V. İlhanlılar”. Diyanet İslam Ansiklopedisi (DİA). XXII. İstanbul. 2000. 105–108. Ş.Beyani. Din Ve Devlet Der Iran Akhd-ı Mogol. Merkez-ı Nesr-ı Danis Gahi. (Hukumet-i Ilhanli). Tehran. 1389. O.G. Özdügənli. “İftihariler”. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 2000. 510–521. O.G. Özdügənli. Olcaytu Han. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 2007. 345–347. O.G. Özdügənli. “Reşidüddin Fazlullah-ı Hemedani”. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 2008. 19–21. G.D.Ərdəm. İran Devlet Adamlarının İlhanlı İdari Sistemi İçerisindeki Rekabetleri. Ankara: Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2018. A.Kaşani. Tarih-e Padişah Said Gıyasedünya ve Din Olcaytu. Heftomin Numayişhgah Beynelmileli. Tehran. 1384. | https://az.wikipedia.org/w/index.php?curid=494556 |
Əlişanqışlağı (Biləsuvar) | Əlişanqışlağı (fars. عليشان قشلاقي) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 133 nəfər yaşayır (23 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=715433 |
Əlişansuyu | Əlişansuyu (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Əlişansuyu (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. | https://az.wikipedia.org/w/index.php?curid=763366 |
Əlişansuyu (Meşkinşəhr) | Əlişansuyu (fars. عليشان سويي) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Coğrafi yerləşməsi Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkinşəhrdən 55 km şimal-qərbdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (11 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=763139 |
Əlişar | Əlişar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda Rayon mərkəzindən 18-20 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində <<alçaq dağ>> mənasında işlənən alaşar sözünün fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır.1918 –ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926–cı ildə 104 nəfər, 1931 –ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır. 1930–cu illərin sonlarında kəndin sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir. | https://az.wikipedia.org/w/index.php?curid=603204 |
Əlişari (Kəleybər) | Əlişari (fars. عليشاري) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 47 nəfər yaşayır (16 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=686763 |
Əlişeyx (Xoy) | Əlişeyx (fars. علي شيخ, azərb. Alışıq) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (49 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=571310 |
Əlişir Musayev | Əlişir Musayev — AMEA-nın müxbir üzvü (2017), tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Əməkdar Elm Xadimi, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru. Əlişir Musayev 1949-cu ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub. Bəy nəslindən olan atası Veys kişi ixtisasca müəllim idi. Əlişir səkkizvuğaşın ikincisi idi. Babası əsl-nəcabətinə görə repressiyaya məruz qalmışdı. 1966-cı ildə Əlişir Musayev Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. Tələbə dövründə elmi konfranslarda çıxışlar edir. 1972-ci ildə ali məktəbi bitirir. İki il ordu sıralarında xidmət edir, ixtisasını nəzərə alaraq onu alay tibb məntəqəsinin rəisi təyin edirlər. 1974-cü ildə Moskva şəhərində, Ümumittifaq Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda sinir xəstəlikləri ixtisası üzrə aspiranturaya daxil olur. 1978-ci ildə "Bel osteoxondrozunun nevroloji təzahürləri olan xəstələrdə müxtəlif konsepsiyalı radon vannalarının sinir-əzələ aparatına təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Həmin il Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda kiçik elmi işçi təyin olunur. Üç il sonra müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilir. Görkəmli alim, 27 aprel 2020-ci ildə vəfat etmişdir. Ə. Musayev 1982–1986-cı illərdə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunun sinir xəstəlikləri şöbəsinin doktorantı olur. 1987-ci ildə "Sinir sisteminin müxtəlif səviyyəli zədələnmələri olan xəstələrdə müalicəvi fiziki amillərin tətbiq edilməsinin kliniki neyrofizioloji əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edi. 1988-ci ildə Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutuna direktorun elmi işlər üzrə müavini, 1993-cü ildə direktor vəzifəsinə təyin edilir. 1994-cü ildən Azərbaycan Tibb Universitetinin fizioterapiya və kurortologiya kursuna, 2011-ci ildən fizioterapiya və idman təbabəti kafedrasına rəhbərlik edir. 1999-cu ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə ona kurortologiya və fizioterapiya üzrə professor elmi adı verilir. Elmi uğurları Professor Musayevin elmi fəaliyyətinin əsas istiqamətlərini sinir sisteminin müxtəlif xəstəlikləri zamanı fiziki və kurort amillərinin orqanizmə müalicəvi təsirinin neyrofizioloji əsaslarının öyrənilməsinə həsr olunan tədqiqatlar təşkil edir. Onun rəhbərliyi altında yerinə yetirilmiş nevrologiya və kurortologiyanın ən aktual problemlərinin həllinə yönəldilmiş elmi işlərin nəticələri əsasında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin yeni müalicə üsulları yaradılır və reabilitasiya proqramı işlənib hazırlanır. Azərbaycanda, eləcə də MDB məkanında ilk dəfə olaraq periferik sinir sisteminin odlu silah yaralanmaları və döyüş travmalarının təsnifatı, diaqnostik meyarları və yeni müalicə üsulları araşdırılır. Bir çox nüfuzlu jurnallarda alimin vertebrogen nevroloji sindromların, o cümlədən "fəqərəarası disk yırtığı" səbəbindən operativ müdaxiləyə məruz qalan xəstələrin müalicə və reabilitasiya üsullarına həsr olunan onlarca elmi məqaləsi çapdan çıxır. Professor Ə. Musayev baş beyinin və onurğa beyinin damar patologiyalarının fiziki amillərlə yeni müalicə üsullarının və reabilitasiya prinsiplərinin ən aktual problemlərinin həllinə yönələn və beynəlxalq səviyyədə qəbul edilən elmi işlərin müəllifidir. O, bu patologiyalar zamanı orqanizmin pozulmuş hərəki funksiyalarının bərpa mexanizmlərini aktivləşdirmək üçün baş və onurğa beyinin hərəki mərkəzlərinə desimetrli elektromaqnit dalğaları vasitəsilə istiqamətli təsirə əsaslanan, obyektiv neyrofizioloji tədqiqatlara söykənən orijinal elmi konsepsiya irəli sürmüşdür. Həmçinin işemik insultun müasir patogenetik mexanizmlərinə uyğun olaraq transserebral fizioterapiyanın müalicəvi üstünlükləri və kliniki neyrofizioloji mexanizmləri əsaslandırılmışdır. Dünya şöhrəti Əlişir Musayev Rusiyada, Türkiyədə, Çində, Avstriyada, İspaniyada, İsraildə, Böyük Britaniyada, Fransada və bir çox digər ölkələrdə keçirilən konqres və simpoziumlarda fiziki təbabət, reabilitasiya və nevrologiya mövzularında məruzələr edib. Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Gürcüstan Profilaktik Təbabət və Ekologiya Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Türk Dünyası Elmlər Akademiyasının akademiki, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvüdür. Ə. Musayevin rəhbərliyi altında ölkəmizin təbii müalicəvi amillərinin, xüsusilə, Naftalan neftinin, müalicəvi palçıqların, mineral suların öyrənilməsinə yönəldilmiş genişmiqyaslı tədqiqatlar Rusiya Elmlər Akademiyasının və AMEA-nın institutları ilə birgə aparılıb. Azərbaycan və Avropa patentləri ilə mühafizə olunan yeni müalicə üsulu yaradılıb. Musayevin rəhbərlik etdiyi institutun əməkdaşları Naftalan nefti əsasında yeni müalicə preparatı — Naftalan dimeksid emulsiyası (Avrasiya patenti) yaradılıb. O, Elm və Texnika Komitəsinin sifarişi və qrantı əsasında kosmofiziki amillərin, xüsusilə, Günəş aktivliyinin demoqrafik göstəricilərə və insan sağlamlığına təsirini öAzərbaycanda birinci olaraq araşdırıb. AMEA-nın Kosmik Tədqiqatlar İnstitutu ilə birgə aparılan bu araşdırılmalarda əhəmiyyətli nəticələr əldə olunub. Milli Aviasiya Akademiyası ilə birlikdə Hava Hərəkəti İdarəsinin dispetçerlərinin funksional vəziyyətinin fiziki üsullarla nəzarət-korreksiya proqramını hazırlayıb. Professor Musayevin rəhbərliyi altında hazırlanmış kurortların inkişaf konsepsiyasının əsas müddəaları Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2018-ci illərdə kurortların inkişafı Dövlət Proqramı"na daxil edilib. Ə. Musayevin rəhbərliyi altında 2 doktorluq, 15 namizədlik dissertasiyası müdafiə edilib. Alimin elmi araşdırmalarının nəticələri 397 elmi əsərdə, o cümlədən 2 monoqrafiyada, sinir sisteminin yeni müalicə və reabilitasiya üsullarını təklif edən 12 ixtira və patentdə, 8 səmərələşdirici təklifdə, təbabətdə tətbiq olunan 15 metodik tövsiyəsində öz əksini tapıb. Məqalələrinin çoxu — 256-sı Rusiyanın və digər xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc edilib. O, "Ümumi fizioterapiya" dərsliyinin və Türkiyədə həkimlər üçün nəşr olunmuş "Manual terapiya" tədris vəsaitinin müəllifidir. Azərbaycan Milli Ensiklopediyasında "Kurortologiya" bölməsinin müəllifidir. Əlişir Musayev 1993–2006-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nevropotoloqu olub, nevrologiya üzrə həkimlərin attestasiya komissiyasına sədrlik edib. 1996–2002-ci illərdə ixtisaslaşdırılımış dissertasiya şurasının rəhbəri olub. O Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb Elmləri üzrə ekspert şurasının sədridir. Mükafatları 2000-ci ildə Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 2001-ci ildə Amerika Bioqrafiya Tədqiqatlar Mərkəzinin "Qold Rekord" medalı, 2008-ci ildə Türk Dünyası Elmləri Akademiyasının "Qızıl medalı", 2009-cu ildə BMT-nin İctimai Təltiflər Şurasının 1-ci dərəcəli "Hippokrat" ordeni ilə təltif olunub. Oun Rusiyada nəşr olunan bir çox nüfuzlu jurnalların redaksiya şurasının üzvüdür. Özünün təsis etdiyi "Azərbaycan kurortologiya, fizioterapiya və reabilitasiya" jurnalının baş redaktorudur.2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilmişdir. 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3 cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib. İki oğul atasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=293488 |
Əlişir Nəvai | Əlişir Nəvai (9 fevral 1441, Herat, Teymurilər dövləti – 3 yanvar 1501, Herat, Teymurilər dövləti) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur. Zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri də Nəvai olmuşdur. Ancaq onun əsas böyük xidməti "Türkçülük" və "Türk dilçiliyi" sahəsində olmuşdur və bu baxımdan misilsizdir. Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır. Çoxunun əlyazma nüsxələri kitabxanalarımızda saxlanılır. Bu əsərlərin hamısı məşhurdur, amma ən məşhurları "Mühakəmət-ül Lüğəteyn","Məcalisün-Nəfais" adlı əsərləriylə, beş məsnəvidən ibarət olan "Xəmsə"si və bütün şerlərini topladığı "Divan"lardır. "Mühakəmət-ül Lüğəteyn" adlı əsərində Türk və fars dillərini qarşılaşdırır. Türk dilinin və Türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayır, sübuta yetirir. "Məcalisün-Nəfais" şairlər və ədiblər təzkirəsidir. Başqa cür desək, bir ədəbiyyat tarixidir və 15. əsrdə Türküstan və iranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verməkdədir. "Xəmsə"sində "Fərhad və Şirin","Leyli və Məcnun" kimi mənzum romanları, Makedoniyalı İskəndərin həyatından bəhs edən "Səddi-İskəndəri", sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən "Səbəy-Səyyarə" adlı tarixi əsərləri, əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir. Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şerləri toplanıb. Qəzəllər, müxəmməslər, rübailər, müstəzadlar , müfrədlərdən ibarət bu şerlər Orta Asiya Türk dilinin ən gözəl nümunələridir. Əlişir Nəvainin şerləri həm yazıldıqları dövrdə, həm də sonralar bütün Türk dünyasında zövqlə oxunmuş, çox məşhur Türk şairləri onu örnək bilmiş, ona təriflər yazmışdır.15. əsrdə yaşamış böyük Osmanlı şairi Əhməd Paşa,16. əsrdə yaşamış və Azərbaycan ləhcəsiylə yazmış məşhur Füzuli Nəvaidən təsirlənmişlər. Bir çox Osmanlı ziyalısı, o cümlədən Yavuz Sultan Səlim Nəvainin heyranı idilər.18. əsrdə böyük divan şairlərimiz Nədim belə Nəvai dilində (Cağatay ləhcəsiylə) şerlər yazmışdır. Türkiyəli bir çox şairlər Nəvainin şerlərinə nəzirələr söyləmişlər. Bu təsir Tənzimatdan sonra belə özünü göstərmiş, Ziya Paşanın "Xərabat" adını daşıyan üç cildlik antoloji əsərində Nəvainin şerlərinə xüsusi yer verilmişdir. Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində də Nəvai elmi, dini, sənəti, Türkçülüyü və təsirləri ilə yer tutur. Əlişir Nəvai deyir ki Nəvainin "Mühakəmət-ül Lüğəteyn" adlı əsəri bügünkü yazı ilə kiçik bir kitabın 50 səhifəsini ancaq doldurar. Lakin həcm baxımından kiçik olan bu kitab məzmununun dəyəri isə dəryalar qədər böyükdür. "Mühakəmət-ül Lüğəteyn"dən bəzi cümlələr: "…Nəzm bağçasının şaqraq bülbülü Nəvai təxəllüsünü alan Əlişir (Allah günahlarını bağışlasın və eyiblərini örtsün) belə söyləyir: "Söz bir incidir ki, onun dənizi könüldür və könül bütün mənaları özündə toplar. Necə ki, dalğıclar dənizdən gövhərləri çıxarır və onlara zərgərlər yanında qiymət verilir. Könüldən söz inciləri çıxarmaq şərəfinə çatanlar da (dalğıclar da) bu işin mütəxəssisləridir. O incilər bu mütəxəssislər ağzında canlanır, qiymətlərinə görə yayılır və şöhrət qazanırlar. İncilər dəyərinə görə çox fərqli olurlar. Bir tüməndən yüz tümənə qədər olanları vardır. Əldən-ələ keçən ucuz incilərlə, sultanların qulaqlarına sırğa olan incilərin dəyərləri birmi?…" "…Belə məlumdur ki, Türk farsdan daha kəskin zəkalı, daha anlayışlı, daha saf, daha çox yaradıcıdır. Fars isə elmdə və cəhd göstərməklə əldə edilən bir mənada daha yüksək və dərin görünür. Bu hal türklərin doğru, dürüst, təmiz niyyətli, farsların da elm və hikmətindən bəlli olur. Lakin türk və fars dilləri arasında qüsursuzluq və ya nöqsan baxımından çox böyük fərqlər vardır. Söz və ibarədə, sözlərin məna və qavramında türk farsdan üstündür. Türkün öz dilində elə incəliklər, gözəlliklər, sənətkarlıqlar vardır ki, inşallah yeri gəldikcə göstəriləcəkdir…" "…Türkün farsdan daha üstün, daha qabiliyyətli, daha aydın və parlaq olduğunun bundan qüvvətli sübutu olarmı: Bu iki millətin gəncləri, qoca, böyükləri, kiçikləri arasında yaxınlıq eyni dərəcədədir. Alış-verişləri, həyat tərzləri, oturub-durmaları bir-birlərindən heç fərqli deyildir. Eyni həyat şəraitində yaşarlar…Belə olduğu halda türklərin hamısı fars dilini yaxşı öyrənir və danışır, ancaq farsların heç biri türkcə danışmaz. Yüzdə, bəlkə mində biri türk dilində öyrənir və danışarsa da, onun türk olmadığı elə ilk sözündən məlum olur… Türkün farsdan qabiliyyətli olduğuna bundan daha qüvvətli sübut olmaz və heç bir fars bunun əksini iddia edə bilməz…" "…fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında çox incəlik, özünəməxsusluq vardır. İncə fərqlər, ən yüksək mənalar üçün belə sözlər yaradılmışdır ki, elmli adamlar tərəfindən açıqlanmazsa, asan anlaşıla bilməz" Onlardan bəziləri budur: (Əlişir Nəvai burada düz 100 nümunə verir). "…fars dilində bu yüz sözün incəliklərini, mənalarını ifadə edəcək sözlər yoxdur. Bu mənaları anlatmaq istəsələr uzun-uzun cümlələr yazarlar ki, o da ancaq ərəb sözlərindən istifadə ilə mümkündür…" İndi bunlara aid misallar verək: (Nəvai misallarını beytlərlə verir. Biz bir hissəsini verməklə kifayətlənəcəyik.) Fars dilində qarşılığı olmayan sözlər: Sıpqırmaq: içkini qətrə-qətrə süzüb soraraq içmək.(Bu cür içmək nəzakət qaydası sayılırdı). Tamsımaq: içkini birdən-birə içməyib dadını duya-duya, udum-udum içmək. Ağlamaq (yığlamaq): müxtəlif cür olur. Farslar bir sözlə deyirlər. Amma türk dilində bunlar da vardır: Ağlamsınmaq: ağlayırmış kimi olmaq. İnləmək, sızlamaq: için-için, gizli-gizli, yavaş-yavaş ağlamaq deməkdir. Bu iki söz arasında fərq azdır. Sıtqamaq: güclü ağlamaq, çox ağlamaq. Hıçqırmaq: yavaş səslə ağlamaq. Türkcədəki çaxın (şimşək) və ildırım sözləri farscada yoxdur. Bunları ərəb dilindən aldıqları bərq və saiqə sözləri ilə əvəz etmişlər. Türklər böyük qardaşa ağa, kiçik qardaşa ini deyirlər, farslar hər iki halda bəradər sözünü işlədirlər. Fars ördəyin bütün növlərinə mürğab deyir. Türklər isə bu quşun erkəyinə sona, dişisinə yaşılbaş deyirlər. Fərqli olan növlərinə çörkə, almabaş, maviqanad, dəmirqanad, alapəkə, bağçal. ..kimi adlar verirlər ki, farslar bunların heç birini bilməz, hamısına mürğab deyərlər…" Nəvai yenə çox misallar verir və sonra belə deyir: "…Türkün biliksiz və zavallı gəncləri gözəl sanaraq farsca şeirlər söyləməyə çalışırlar. Yaxşı və dərin düşünsələr, türk dilində bu qədər ənginliklər, incəliklər, dərinliklər və zənginliklər olduğu halda, bu dildə şeir söyləməyin və sənətkarlıq nümayiş etdirməyin daha yaxşı, şeirlərin daha çox bəyəniləcəyini anlarlar…" Həmçinin bax Fərhad və Şirin (Nəvai) Xarici keçidlər L'épisode du sheïkh de Sanaʿan, dans le Lisan el-taïr , de Mir ʿAli Shir Nevaï (folio 1 verso), suivi (folio 25 verso) du مخزن الاسرا , traité en vers mesnevis sur la religion musulmane, écrit par Haïder, pour imiter l'ouvrage du même titre de Nizami, et dans le même mètre | https://az.wikipedia.org/w/index.php?curid=80622 |
Əliəddin Abbasov | Əliəddin Abbasov (Abbasov Əliəddin Dəyyan oğlu; 1 avqust 1952, Bənəniyar, Culfa rayonu) — Kimya elmləri doktoru, Dosent, AMEA-nın müxbir üzvü (2014). Əliəddin Abbasov 1 avqust 1952-ci ildə Naxçıvan MSSR-in Culfa rayonunun Bənəniyar kəndində anadan olub. Elmi əsərləri 1.Xrom (VI) ionlarının anionitlərlə sorbsiyasına bir sıra amillərin təsiri /AMEA-nın Məruzələri, 2010,c.66, №2,s 66-72 2. Cu2+, Zn2+, Co2+ və Ni2+ ionlarının Daueks M-4195 ioniti ilə sorbsiyasının termodinamikası – XVII Beynəlxalq kimyəvi termodinamika konfransı, Samara, 2011, s. 5-8 3.Seçici konsentrat almaq məqsədi ilə qurğuşun- sink filizinin flotasiyası/ Avropa elm və texnologiyası, Vaysbaden, Almaniya , 2012, s. 62-66 | https://az.wikipedia.org/w/index.php?curid=484205 |
Əliəjdər Seyidzadə | Əliəjdər Əhməd oğlu Seyidzadə (1899, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1970, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan sovet ədəbiyyatşünası və biblioqraf, Moskva hökumət darülfünun cünbündə (nəznində) biblioqrafi cəmiyyəti müxbir əzası (üzvü). 100-ə yaxın elmi əsərlərin müəllifi, həmçinin "Kitabxana işinin təşkili", "Ümumxalq kitabxanaları", "Xalq kitabxanalarında kitabların təsnif və təsvir olunması" və s. kimi kitabxana-biblioqrafiya metodik vəsaitlərini yazmışdır. Seyidzadə Azərbaycan mətbuatının biblioqrafik icmalların və kitab nəşri tarixinə dair məqalələrin müəllifidir. 1920-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Azərbaycanca: Kitabxana nədir və ümumən necə kitabxanalar olur. Bakı: Xalq maarif komissarlığı, 1922; Tofiq Fikrət və həyatına dair kitabiyyat. Bakı, 1923; Klub işlərinin quruluşu (klub işində çalışanlar və siyasi-maarif işçiləri hazırlayan kurslar üçün rəhbər). Bakı: Ali siyasi-maarif komitəsi, 1924;Rusca: | https://az.wikipedia.org/w/index.php?curid=539553 |
Əliəkbər Bəndəliyev | Əliəkbər Bəndəliyev (23 aprel 2001; Çadırlı, Salyan, Azərbaycan — 10 oktyabr 2020; Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Bəndəliyev Əliəkbər Qulu oğlu 23 aprel 2001-ci ildə Salyanın Çadırlı kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Suqovuşan, Hadrut istiqamətlərində döyüşlərdə iştirak edib. Baş kəşfiyyatçı və baş müşahidəçi olan Əliəkbərin verdiyi dəqiq koordinatlar sayəsində bir neçə dəfə düşmənə ağır zərbə vurulub. Son dəfə oktyabrın 8-i evlə əlaqə saxladıqdan sonra döyüşə yollanıb. 10 oktyabr tarixində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) Həmçinin bax İkinci Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=690524 |
Əliəkbər ibn Hüseyn | Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub. | https://az.wikipedia.org/w/index.php?curid=534757 |
Əliəkbərli (Şəbüstər) | Əliəkbərli (fars. علي اكبرلو) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 746 nəfər yaşayır (181 ailə). | https://az.wikipedia.org/w/index.php?curid=617977 |
Əliəkbərlilər | Əliəkbərlilər — Naxçıvanda yaşamış türk tayfası Kəngər tayfasından olmuşlar (bax Kəngərlər). XVIII əsr-XIX əsrin ortalarına aid bəzi mənbələrdə Naxçıvan mahalında yaşayan bir sıra qol və tirələrin içərisində Əliəkbərli nəslinin ə adı çəkilir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 126. ISBN 5-8066-1468-9. | https://az.wikipedia.org/w/index.php?curid=634181 |
Əliəsgər Bahari | Əliəsgər Bahari (fars. علیاصغر بهاری; 1905, Tehran – 10 iyun 1995, Tehran) - Azərbaycan əsilli musiqiçi və kamança ifaçısı. O, 1905-ci ildə Tehran şəhərində anadan olmuşdur. Onun valideynləri Həmədan ostanının Bahar şəhristanından olmuşdurlar. O, ilk kamança təhsilini babası Məhəmməd Tağı Xandan almışdır. 3 ildən sonra isə atası onu dayılarının yanına təhsilini daha da inkişaf etdirmək üçün göndərmişdir. Onun 3 dayısının üçü də o dövrün məşhur kamança ustalarından idilər. Əliəsgər Baharinin ilk böyük uğuru hələ 18 yaşında İbrahim xan Mənsurinin orkestrində çıxış etməsi olmuşdur. Məşhəddə özünün musiqi məktəbini açmış, lakin sonradan Tehrana köçmüşdür. Burada Ruhulla Xaliqinin rəhbərliyi altında Hünəristanda kamança müəllimi kimi çalışmışdır. İranın Hüseyn Tehrani, Əhməd İbadi və Əbülhəsən Səba kimi məşhur musiqiçiləri ilə birgə fəaliyyət göstərmişdir. Həmçinni uzun müddət Tehran Universitetində professor vəzifəsində çalışmışdır. Bir sıra məşhur şəxslərin müəllimi olmuşdur. Bunlara misal olaraq Məzdək Tehranini və Mürtəza Vərzini göstrəmək olar. Fransada, Belçikada, Almaniyada, İtaliyada, İngiltərədə və ABŞ-də konsertlər vermişdir. Həmçinin bax İran azərbaycanlıları Cənubi Azərbaycan Pərviz Mahmud Nəsrullah Nasehpur Mahmud Şatiryan Dariuş Pirniakan | https://az.wikipedia.org/w/index.php?curid=595320 |
Əliəsgər Hikmət | Mirzə Əliəsgər xan Hikmət Şirazi (fars. علیاصغر حکمت شیرازی; 16 iyun 1892, Şiraz – 5 mart 1980, Tehran) — İran Təhsil naziri. Mirzə Əliəsgər xan Hikmət Şiraz şəhərində, Mirzə Əhmədəli Mustovfinin ailəsində anadan olmuşdu. Siyasətçi idi. Rza şah Pəhləvinin hakimiyyəti dövründə yüksək vəzifələrdə çalışmışdı. Təhsil vəziri olmuşdu. Bāqer ʿĀqeli, Šarḥ-e ḥāl-e rejāl-e siāsi wa neẓāmi-e moʿāṣer-e Irān I, Tehran, 2001, pp. 586–88. Aḥmad Eqtedāri, Kārvān-e ʿomr: ḵāṭerāt-e siāsi-farhangi-ehaftād sāl ʿomr, Tehran, 1993, pp. 25–26, 205. Moḥammad-Taqi Dānešpažuh, Fehrest-e nosḵahā-ye ḵaṭṭi-e Ketāb-ḵāna-ye Dāneškada-ye adabiyāt: majmuʿaye waqfi-e ʿAli-AṣḡarḤekmat, Tehran, 1962. Foreign Office of Britain, "Report on Personalities in Persia, December 1943," FO 371/40224 95673. Ḥasan-ʿAli Ḥekmat, "Moḵtaṣari dar šarḥ-e zendagi-e ostād ʿAli-Aṣḡar Ḥekmat," unpublished pamphlet, Tehran, 1981. Hormoz Ḥekmat, interviewed by A. Milani, April 23, 2002. Bāqer Kāẓemi, in Iraj Afšār, ed., Nāmahā-ye Tehrān, Tehran, 2000, pp. 416–27. Komisiun-e melli-e Yunesko (UNESCO) dar Īrān, Īrān-šahr, 2 vols., Tehran, 1963–64. Reżā Moʿini, ed., Čehrahā-yeāšnā, Tehran, 1965. Moḥammad Qazvini, Maqālāt-e Qazvini, compiled by ʿAbd-al-Karim Jorbozadār, 4 vols., Tehran, 1983–84. Ḡolām-ʿAli Raʿdi Āḏaraḵši, Goftārhā-ye adabi wa ejtemāʿi, Tehran, 1991, pp. 367–79, 460–73. ʿIsā Ṣadiq, Yādgār-eʿomr: ḵāṭerāti az sargoḏašt-e Doktor ʿIsā Ṣadiq, 4 vols., Tehran, 1961–75. Ebrahim Ṣafāʾi, Reżā Šāh-e Kabir dar āyena-ye ḵāṭerāt, Los Angeles, 1986. Zahrā Šajiʿi, Noḵbagān-e siāsi-e Irān az enqelāb-e mašruṭiyat tā enqelāb-e eslāmi III: hayʾat-e wazirān-e Irān dar ʿaṣr-e maš-ruṭiyat, Tehran, 1973. ʿAli-Akbar Siāsi, Gozāreš-e yak zendagi I, Tehran, 1987, pp. 94–100. Sayyed Ḥasan Taqizādeh, Zendagi-eṭufāni: ḵāṭerāt-e Sayyed Ḥasan Taqizāda, ed. Iraj Afšār, Tehran, 1979. Maḥmud Ṭoluʿi, Pedar o pesar: nāgoftahā az zendagi wa ruzgār-e Pahlavihā, Tehran, 1995. United States Department of State, Foreign Relations of the United States, 1958–1960, Washington, D.C., 1993. Mehdi Walāʾi, "Fehrest-e nosaḵ-e waqfi-e ʿAli-Aṣḡar Ḥekmat be Āstān-e qods-e rażawi,"ṟ Nosḵahā-ye ḵaṭṭi V, 1967, pp. 1–7. Xarici keçidlər Əliəsgər Hikmət: Hikmətin atası - Ənvər Çingizoğlu yazır | https://az.wikipedia.org/w/index.php?curid=325851 |
Əliəşrəf Kərimov | Əliəşrəf İsmayıl oğlu Kərimov Əliəşrəf İsmayıl oğlu Kərimov/İsmayılov (1888-1963) Şəkinin Çayqırağı hissəsinin Gümburlar məhəlləsində doğulub. Kommunist Ə.Kərimov/İsmayılov heç orta məktəbi bitirməsə də Azərbaycanda sovet hakimiyyəti qurulunca fəallıq göstərib, çox mühüm vəzifələrdə işləyib: Şəki İnqilab Komitəsinin üzvü, Şəki Qəza İnqilab Komitəsi sədrinin müavini (1921-22-ci illər), Şəkidə Siyasi Büro müavini (1922-23), Şəki Qəza İcraiyyə Komitəsi sədrinin müavini və orada şöbə müdiri (1923-24), Şəkidə ipək üzrə zavod idarəsinin direktoru (1924-25), Şəki Qəza İcraiyyə Komitəsinin sədri (1925-28), Zaqatala Qəza İcraiyyə Komitəsinin sədri (1928-29), Lənkəran Mahal İcraiyyə Komitəsinin sədri (1929-30), Şəki Mahal İcraiyyə Komitəsinin sədri (1930-31), Şəki Şəhər Sovetinin sədri (1931-32), Azərbaycan İpəkçilik Trestinin direktoru (1932- 33), Şəki rayon zavod idarəsinin direktoru (1933), Şəki | https://az.wikipedia.org/w/index.php?curid=541913 |
Əlki rayonu | Coğrafiyası Respublikanın cənubunda yerləşir. Respublikanın Spas, Alekseevsk, Nurlat rayonları və Ulyanovsk vilayəti ilə (Melekes və Novomalıklin rayonları) həmsərhəddir. Əsas çaylar Kiçik Çeremşan (Ata, Şiya, Yuxmaçka çayları), Aktay və Bezdnadır. Orta illik temperatur + 2.8 ° C-dir. Yanvar ayının orta temperaturu -13-14 ° C, iyul ayının orta temperaturu isə + 18-20 ° C-dir. Orta illik yağıntının miqdarı 430-500 mm, buxarlanma 550-570 mm-dir. Əlki rayonu inzibati mərkəzi Əlki kəndi olaraq 10 avqust 1930-cu ildə qurulmuşdur. Rayon mərkəzi 1937-ci ildə Bazarlı Matak kəndinə köçürülmüşdür (digər mənbələrə görə 1932-ci ildən gec olmayaraq). 1935-ci ilin fevral ayında rayonun cənub və qərb hissələrindən Kuzneçixinski rayonu qurulur. 1944-cü ilin fevralında Əlki və Kuzneçixinsk rayonlarının şərq və cənub hissələrindən (o dövrün hüdudları daxilində) Yuxmaçinski rayonu qurulur. 1956-cı ilin dekabrında rayon ləğv edilir, ərazisi Kuzneçixinski və Alkeevski rayonlarına verilir. 1960-cı ilin oktyabrında ləğv edilmiş Kuzneçixinski rayonunun ərazisinin böyük hissəsi Əlki rayonuna verilir. Əlki rayonu 1 fevral 1963-cü ildə inzibati-ərazi quruluşunun islahatı çərçivəsində ləğv edilir və Kuybişevski rayonuna verilir. 12 yanvar 1965-ci ildə isə rayon bərpa edilir. Yerli özünü idarəetmə Rayon rəhbərləri Davletşin Ferdinat Midxatoviç 2015-ci ilin sentyabr ayından - Nikoşin Alexandr Fedoroviç İcraiyyə Komitəsi rəhbərləri 2009—2014 - Nikoshin Alexandr Fedoroviç 2015-ci il sentyabr ayından - Saqdiyev Asxat Minzıyatdinoviç İqtisadiyyat Rayonda yem fabriki, yağ istehsalı müəsissəsi və çörək sexi fəaliyyət göstərir. Rayon ərazisində buğda, çovdar, arpa, yulaf və darı becərilir. Heyvandarlığın əsas sahələri ətlik və südlük heyvandarlıq və donuzçuluqdur. Burada "Alkeevskiy Lesxoz" dövlət müəssisəsi fəaliyyət göstərir. Rayon kənd təsərrüfatının ÜDM-də payına görə respublikada birinci yerdədir (95%, 2013), eyni zamanda yol şəbəkəsinin sıxlığı baxımından sonuncu yerdədir. Əsas yollar: 16K-0191 "Əlki - Baz. Matak - Vısoki Kolok" (Kazan - Samara marşrutunun bir hissəsi), 16K-0248 "Baz. Matak - Mamıkovo" (Nurlat üzərində), 16K-0264 "Baz. Matak - Bolqar", Baz. Matak - İzh-Boriskino, Aşağı Əlki - Kuzneçixa, Bilyar - Çuvaş Brod. Rayon ərazisində dəmir yolları yoxdur. Yerli aviaşirkətlər üçün aktiv olmayan bir hava limanı var. | https://az.wikipedia.org/w/index.php?curid=633994 |
Əlkimya | Əlkimya və ya kimyagərlik — elmi biliklər sisteminə əsaslanmayan 4-16 əsrlər kimyasının adı. Əlkimya, Fəlsəfə daşı adlanan mövhumi daş vasitəsilə ucuz mis və qurğuşun metallarını qızıl və gümüşə çevirməyin mümkün olması kimi yanlış ideya üzərində qurulmuşdu. Orta əsrlərdə kimya elmi yaranana qədər elmin, magiyanın və dinin əcaib qarşığından ibarət olan əlikimya mövcud olmuşdur.Əlkimya ilə məşğul olan kimyagərlər öz yanlış ideyalarına nail ola bilməsələr də, tətbiqi kimyanın inkişafına müəyyən dərəcədə xidmət göstərmiş və istifadə etdikləri kimyəvi prosesləri tədriclə təkmilləşdirmişlər. Əlkimya III - IV əsrlərdə Misirdə meydana gəlmişdi. Orta əsrlərdə Avropada geniş yayılmışdı. Əlkimyaçıların (kimyagərlərin) əsas məqsədi oksidləşən (qeyri-nəcib) metalların qızıl və gümüşə (nəcib metallara) çevrilməsinə yardım edəcək “fəlsəfə daşı”nın, eləcə də “əbədi həyat iksiri”nin tapılmasından ibarət idi. Kimyagərlərin tədqiqatlarının praktiki nəticəsi bir çox qiymətli məhsulların - qarışıq metalların - xəlitələrin, mineral və bitki yağlarının, şirlərin (minaların), şüşə, dərman və s. alınmasına, eləcə də yeni kimyəvi cihazların yaradılmasına səbəb olmuşdur. Əlkimyada qovma Əlkimyada qovma çox inkişaf etmişdi.Onlar qovma və ya distillə haqqında kitablar belə dərc edirdilər.Və hətta fosfor da sidiyin qovulması nəticəsində alınmışdı.Orta əsrlərə qədər qovma da müqəddəs sənət hesab olunurdu. Fəlsəfə daşı Fəlsəfə daşı əlkimyanın anası hesab olunur.Belə ki dəmir və ya misdən fəlsəfə daşı vasitəsi ilə Qızılın alınması əsaslanan bu fikir mümkünsüz olsa da, uzun müddət əlkimyaçılar bunu axtarmışlar.Bu axtarışların nəticəsində çox şey (məsələn, Fosfor) kəşf olunmuşdur.Əlkimya ilk dəfə Zosima Panapolitanski tərəfindən işlənmiş Kemiya sözünə Al şəkilçisi artırılmaqla (lat.Alchemia) yaranmışdır.Amma əlkimya kimyailə deyil bu daş ilə əlaqəli idi.Bu daş haqqında əlkimyəvi komiks - "Lal kitab" mövcuddur.Burada işlənən fəlsəfi civə və fəlsəfi kükürd cisim haqqında deyil fəlsəfə məzmunludur.Belə ki,civə ilə kükürd ana və ata kimi də təhrif olunur.Bir çox mənbələrdə fəlsəfə daşını qırmızı və bəzən də sarı toza bənzədirlər.Amma fəlsəfə daşının nə olduğu və necə alındığı hələ də mübahisə doğurmağa davam edir. Əlkimya sözünün mənşəyi Əlkimya bir sıra mənbələrə görə I - XVIII əsrləri əhatə edir. Digər metallardan qızıl almaq ideyası həqiqətən də, I -III əsrlərdə misirdə meydana çıxmışdır.Əlkimya sözü isə bu düşüncələr ərəblərə keçdikdə yaranmışdır.Onlar kimya sözünə "Əl-" ərəb qoşmasını artırmış və bu söz də avropaya belə keçdiyindən iş belə gətirdi ki, belə düşüncələr "Əlkimya" adı atında məşhurlaşdı.Təbii ki, Avropa dillərində "ə" hərfi olmadığından, onlar bu sözü müxtəlif cür mənimsədilər (Lat.Alchemia;ing.Alchemy).Amma "Əl-" ön şəkilçisi də avropa dillərində yox idi. Lakin hansısa səbəbdən onlar bu ön şəkilçini "Al-" formasında sözün tərkibində saxladılar. XVII əsrdə isə insanlar artıq kimyanı əlkimyadan ayırmışdılar. Əlkimya ideyaları Əlkimyada müxtəlif dövrlərdə müxtəlif dövrlərdə müxtəlif ideyalar altında hökm sürmüşdür.Maddələrin üç əsası, Atomistlik, nəcibləşmə belə fikirlərdəndir. Nəcibləşmə metallarla bağlı fikir idi.Əlkimyaçılar həyat iksiri və fəlsəfə daşını da bu məqsədlə axtarırdılar.Onlar bütün metallar arasında yalnız qızıl, bəzən isə gümüşü nəcib hesab edirdilər.Buna görə də metalların çevrilməsinə dair əsərlər də yazırdılar. Qədim və orta əsr əlkimya kitablarının bəlkə də yarısından çoxu bu mövzuda idi. Maddələrin üç əsası Bütün metalların və yaxud metalların üçəsası - Duz, Civə və kükürd anlayışı əlkimyaya Ər - Razi tərəfindən daxil edilmişdir. Ədəbiyyatda əlkimya M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər" əsəri əlkimya mövzusundadır. Uşaqlar üçün ensiklopediya. Kimya. Bakı, Şərq- Qərb, 2009. ISBN 9952-34-195-9 | https://az.wikipedia.org/w/index.php?curid=93519 |
Əllahu əkbər | Təkbir, (ərəb. الله أكبر — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir. | https://az.wikipedia.org/w/index.php?curid=665151 |
Əllamə | Əllamə — (ərəb. علامة) Əllamə lüğətdə ərəbcə mübaliğə siğəsində çox bilən, çox məlumatlı şəxs mənasındadır. Amma bu ləqəb, "Ayətullah" kimi, ərəb, fars və urdu dilli ölkələrin müsəlman alimlərinin xüsusi titullarından biridir və başqa dillərdə (xüsusən də ingiliscə və azərbaycanca) konkret qarşılığı yoxdur. Terminoloji baxımından İslam elmlərinə dərindən bələd olan alimə "əllamə" deyilir. Ayətullah adı kimi əllamə adı da bəzi müsəlman alimlərə verilən xüsusi addır. Əllamə sayılan alim ensiklopedik məlumata malik olur, bir neçə ixtisas üzrə mütəxəssis kimi tanınır. Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir. Bəzən fəlsəfə, bəzən fiqh, bəzən də ədəbiyyat sahəsində söz sahibi olan böyük alimlər əllamə adlandırılır. Hazırda İslam dünyasında, imamiyyə cameəsində əllamə deyərkən Əllamə Təbatəbai nəzərdə tutulur. Amma ötən dövrdə böyük fəqih Əllamə Hilli bu adla yad edilib. Əllamə adlandırılan alimlər öz biliklərini dəlillərlə əldə etdiklərindən adətən filosoflar əllamə adlandırılıb. Xacə Nəsirəddin Tusi – Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; Əllamə Bəşər kimi məşhurdur. 9 əsr filosofu Əllamə Cəlaləddin Dəvani, müasir fəqihlərdən olan Əllamə Əli Dəvani, müasir rical alimi Əllamə Şüştəri, 12 əsr alimi Əllamə Bəhrani, 11 əsr fəqihi və təfsirçisi Əllamə Feyz Kaşani, Məşrutə hamilərindən olan Əllamə Naini, müasir dövrün müctehidlərindən olan Əllamə Tehrani, müasir fəqih Əllamə Riyahi, Ələvi mədrəsəsinin təsisçisi Əllamə Kərbasçiyan, fəqih Əllamə Şerani, 8 əsr təfsirçisi Əllamə Seyid Heydər Amuli, müasir təfsirçi Əllamə Həsən Müstəfəvi, Mustədrək və Vəsailüşşiə müəllifi Əllamə Mühəddis Nuri, Əllamə İqbal Lahuri, Əllamə Seyid İsmail Bəlxi, Əllamə Seyid Səfdər Hüseyn Nəcəfi, Əllamə Talib Cohəri, Əllamə Şəmsəddin, ədib Əllamə Qəzvini, ədib və lüğətçi Əllamə Dehxuda, ədib Əllamə Humayi əllamə adlandırılmış alimlərdir. Əllamə ləqəbi ilə məşhurlar Dini [və bəzən ədəbi] sahədə aşağıdakı şəxslər Əllamə kimi tanınır: Əllamə Hilli Əllamə Məclisi Əllamə Təbatəbai Əllamə Cəfəri Əllamə Əmini Əllamə Amuli Əllamə Həsənzadə Amoli Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=833100 |
Əllamə Hilli | Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250 və ya dekabr 1250, Hillə – 27 dekabr 1325, dekabr 1325, 1326 və ya 1325, Hillə) — ilahiyyatçı alim (müctəhid/mərceyi-təqlid) və filosof. Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir. Mütəfəkkir "Ayətullah" titulunu daşımışdır.Cəmaləddin Həsən Hilli 17 dekabr 1250-ci ildə doğulub və 19 dekabr 1325-ci ildə vəfat etmişdir. Elmi yaradıcılığı İlk təhsilini və ərəb ədəbiyyatını atasından tədris almışdır. Həmin vaxtlarda Əllamə Hilli ümumi dərslərini həm atasından, həm də digər qohumlarından, o cümlədən, dayısı Mühəqqiq Hillidən, anasının əmisi oğlu Şeyx Nəcibuddin Yəhya bin Səiddən və Seyyid Əhməd bin Tavus, Rizauddin Əli bin Tavus və Həkim bin Məysəm Bəhranidən ("Nəchül-Bəlağənin şərhi"nin müəllifi) tədris almışdır. Həddi-buluğ yaşına (14 yaş) çatmamışdan müctəhidlik zirvəsinə yetişmişdi. Cəmaləddin Hilli zəngin yardıcılıq yolu keçmiş, fəlsəfəyə və kəlama dair qiymətli əsərlər yazmışdır. Onun irsindən həm müasirləri, həm də xələfləri təsirlənmiş və bəhrələnmişlər. Cəmaləddin Hillinin əsərləri bütün dövrlərdə alimlərin diqqət mərkəzində olmuş, həmin əsərlərə dəyərli şərhlər və haşiyələr yazılmışdır. Bir faktı da bildirmək lazımdır ki, mütəfəkkirin əsərləri, onların əsasında qələmə alınmış şərhlər və haşiyələrin əlyazma nüsxələri dünyanın müxtəlif şəhərlərinin kitabxanalarının nadir incilərindəndir. Şeyxülislam Allahşükür Paşazadə "Qafqazda islam" əsərində Cəmaləddin Hillinin Nəsirəddin Tusi ilə birgə şiə ilahiyyat təliminin hazırlanmasında iştirak etdiyini yazmışdır: "Nəsirəddin ət-Tusi və onun şagirdi Əllamə əl-Hillinin – Allah onların hər ikisindən razı olsun! – səyləri sayəsində islamın beş əsas müddəasına və eləcə də on iki imam əqidəsinə əsaslanan şiə ilahiyyat elmi qəti bərqərar oldu".Mütəfəkkirin yaradıcılığında dinə aid əsərlər say etibarı ilə çox olsa da, fəlsəfə ilə bağlı əsərlər də mühüm yer tutur. Cəmaləddin Hilli sələflərinin ideyalarından geniş şəkildə bəhrələnmişdir. Nəsirəddin Tusinin irsi Cəmaləddin Hilli üçün örnək olmuş və o, tarixdə öz müəlliminin fikirlərinin fəal təbliğatçılarından biri kimi tanınmışdır. Buna onun Nəsirəddin Tusinin "Kəlamın təcridi" ("Təcrid əl-kəlam"), "Məntiqin təcridi" ("Təcrid əl-məntiq"), "Əqidələrin əsasları" ("Qəvaid əl-əqaid") əsərlərinə həsr etdiyi şərhlər parlaq misallardır. Cəmaləddin Hilli Nəsirəddin Tusinin "Kəlamın təcridi" əsərinə çox dəyərli şərh yazmışdır. Həmin kitab "Əqidələrin təcridi" ("Təcrid əl-əqaid") və "Etiqadın təcridi" ("Təcrid əl-etiqad") adları ilə məşhurdur. Nəsirəddin Tusi əsərin adı haqqında belə yazır: "Onu "Əqidələrin təcridi" adlandırdım".Mütəfəkkir sələflərindən biri olan Nəcməddin Qəzvininin də yaradıcılığı ilə maraqlanmış və onun irsi ilə yaxından tanış olmuşdur. Cəmaləddin Hilli Nəcməddin Qəzvininin "Məntiqin qaydalarına dair Şəmsəddin traktatı" ("ər-Risalə əş-Şəmsiyyə fi-l-qəvaid əl-məntiqiyyə") əsərinə və "Mahiyyət hikməti" ("Hikmət əl-ayn") kitabına şərhlər yazmışdır. Mənbələrdə onun "Mahiyyət hikməti" kitabı əsasında qələmə aldığı şərh "Əsasların Mahiyyətinin hikmətindən məqsədlərin izahı" ("İzah əl-məqasid min Hikmət əl-ayn qəvaid") adlandırılmışdır. Mütəfəkkirin bu şərhi dəyərli bir əsər kimi məşhur olmuş, alimlərin diqqətini cəlb etmişdir.Cəmaləddin Hillinin "Dinin ehkamına dair elm öyrənənlərin mübahisəsi" ("Təbsirat əl-mütəəllimin fi ehkam əd-din") əsəri onun tarixində böyük şiə şeyxi kimi məşhur olmasının səbəblərindən biridir. Həmin kitab öz dəyərinə görə şiə alimlərinin diqqət mərkəzində olmuşdur. Cəmaləddin Hillinin "Dinin ehkamına dair elm öyrənənlərin mübahisəsi" kitabına Şeyx Əhməd ibn Zeynəddin Əhsai Bəhreyni (1753–1827) şərh qələmə almışdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov Şeyx Əhməd Əhsainin əsasını qoyduğu şeyxilik cərəyanı haqqında yazmışdır ki, şeyxilik cərəyanı müsəlman Şərqi ölkələrində, o cümlədən Azərbaycanda yayılmışdır. Bu dini-fəlsəfi təlim Sədrəddin Şirazinin (…-1640) işraqilik fəlsəfəsinin ifrat şiəliyə məxsus doktrinalarla qatışığından vücuda gəlmişdir.Səbinə Nemətzadə "Əllamə Hilli və onun "İrşadül-əzhan ila əhkamil-iman" (Bakı,2004) kitabında mütəfəkkirin irsini hərtərəfli araşdırmışdır. "Zehnlərin iman ehkamına yol göstərməsi" kitabının səkkiz əlyazma nüsxəsi AMEA-nın Əlyazmalar İntitutunda vardır. Dinə, şəriət məsələlərinə həsr edilmiş əsərin quruluşu mürəkkəb formadadır, bir çox başlıqlara və yarımbaşlıqlara bölünmüş, ən böyük başlıqlar "kitab" adlandırılmış, 20 kitabdan ibarətdir.Cəmaləddin Hilli öz sələflərinin, xüsusilə İbn Sinanın və Nəsirəddin Tusinin yaradıcılıq yollarını diqqətlə izləmiş, onların irsindən geniş şəkildə bəhrələnmişdir. Filosof əsərlərində sələflərinin fikirlərini elmi mövqedən qiymətləndirmiş və araşdırmışdır. Cəmaləddin Hilli Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndəsi kimi mənbələrdə yad edilmiş, tarixdə filosof və ilahiyyatçı kimi şərəfli yer tutmuşdur. Müəllimləri Əllamə Hilli fiqhdə dayısı Mühəqqiq Hillinin, məntiq və fəlsəfədə Xacə Nəsrəddin Tusinin tələbəsi idi. Əhli-sünnə fiqhini ayrıca olaraq əhli-sünnə alimlərinin yanında öyrənmişdi. - Nəsrəddin Tusi - Mühəqqiq Hilli - Şeyx Səiduddin Yusif (atası) - Seyyid Əhməd b. Tavus - Seyyid Əli b. Tavus - İbni Məysəm Bəhrani - Şeyx Nəcibuddin Yəhya b. Səid - Şeyx Təqiyuddin Abdullah b. Cəfər b. Əli Sabbağ Hənəfi - Fəxruddin Muhəmməd (oğlu) - Şeyx Əbül Həsən Məzidi - Qütbuddin Razi (Şəmsiyyə kitabının şarihidir) - Seyyid Əhməd b. İbrahim b. Zührə Fiqh, üsuli-fiqh, kəlam, məntiq, fəlsəfə, rical və daha bir çox digər sahələrə aid olan müxtəlif kitablar yazmışdır. Yüzə qədər əsərləri müasir dövrümüzədək gəlib çatmışdır: Təbsirətül-Mütəallimin Təzkirətül-Fükaha Muhtələfuş-Şiə Şərhut-Təcrid Minhacul-İstiqamət Təlhisül-Kəşşaf Əl-Babul-Hadi Əşər Əllamə Hilli hicri-qəməri təqvimi ilə 726-cı ilin Məhərrəm ayının 19–20-də dünyasını dəyişdi. Onun qəbri Nəcəfdə Əlinin türbəsindədir. Həmçinin bax Mühəqqiq Hilli Xarici keçidlər "ƏLLAMƏ HILLI" ( (az.)). al-shia.my1.ru. 2008-08-06. 2015-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07. | https://az.wikipedia.org/w/index.php?curid=297374 |
Əllamə Kuleyni | Şeyx Kuleyni (fars. شیخ کلینی) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır. İlk dərslərini anasından, atasından və böyük dayısından almışdır. İbtidai təhsilini başa vurduqdan sonra Reyə köçmüşdür. Hədis toplamaq və bununla da İslamın inkişafına töhfə vermək qərarına gəlmiş və sonra hədis toplamağa başlamışdır. Hədis yazmağı böyük ustadı Əbül-Həsən Məhəmməd ibn Əsədi Kufidən öyrənmişdir. Öz dövrünün hadisələrinə də diqqət yetirmiş və zərdüşt qatqılı əqidəli Qərmətilərin şiəlik üzərinə iddialar irəli sürdüyü zaman şiəliyi müdafiə edən "Qərmətilərə cavab" kitabını yazmışdır. Təhsilini artırmaq və hədis toplamaq üçün Reydən Quma köçmüşdür. Qumda Məhəmməd ibn İsa əl-Əşəri kimi 35 böyük alimdən bəhrələnir. Qumda təhsilini artırdıqdan sonra Kufəyə köçmüşdür. Burada məşhur zeydi-carudi hədis alimi İbn Əqddən təhsil alır və hədis öyrənir. Daha sonra Kufədən Bağdada köçür. Kuleyni Bağdada köçəndə artıq tanınmış və məşhur İslam alimi idi. Alim burada "Siqatul-İslam" ("İslamın etibarı") ləqəbini qazanır. Müəllimləri Əbu Əli Əhməd b. İdris əl-Əşəri əl-Qummi Əhməd b. Abdullah b. Ümeyyə Əbul-Abbas Əhməd b. Məhəmməd b. Səid b. Əbdürrəhman əl-Həmədani Əbu Abdullah Əhməd b. Asim əl-Asimi əl-Küfi Əbu Cəfər Əhməd b. Məhəmməd b. İsa əl-Kufi Əhməd b. Mehran İshaq b. Yaqub Həsən b. Hafif Həsən b. Fəzl b. Yezid əl-Yəmani Hüseyn b. Həsən əl-Hüseyni əl-Əsvəd Hüseyn b. Əli əl-Ələvi Hüseyn b. Həsən əl-Hüseyni əl-Ələvi Əbu Abdullah Əhməd b. İbrahim İbn-i Əbu Rafi əs-Simyəri Əbul-Hüseyn Əhməd b. Əhməd b. əl-Katib-i əl-Küfi Əbu Hüseyn Əhməd b. Əli b. Səid əl-Küfi Əbul-Hüseyn Əhməd b. Məhəmməd b. Əli b. əl-Kufi Əbu Qalib Əhməd b. Məhəmməd ər-Razi Əbul-Qasım Cəfər b. Məhəmməd b. Cəfər b. Musa b. Qavləveyh əl-Qummi Əbul-Həsən Əbdülkərim b. Abdullah b. Nəsr əl-Bəzzar ət-Təbyisi Əli b. Əhməd b. Musa əd-Dəkkak Məhəmməd b. Əhməd Sinani Məhəmməd b. Məhəmməd b. Asim əl-Kuleyni Dini fəaliyyəti Alim İslam/Hədis elmində ilk dəfə ravilərinin məşhur olması və kitabın həcmini kiçiltmək üçün iddət terminini yaradmış və ondan istifadə etmişdir. İddət hədisin rəvilərdən ibarət olan silsiləsinin əvəzinə sənəddə istifadə edilir. Kitab əl-Kafi əl-Rəddu aləl-Qəramitə (Qərmətilərə rəddiyə) Yuxu yozmaları Haqqında deyilənlər Əbu Hüreyrə Rəsulullah s.ə.ə.’ın belə buyurduğunu rəvayət etdi: “Allah-u Təala hər əsrin başında, dinini ihya edəcək və yüksəldəcək bir şəxs seçər” Üçüncü yüzilliyin alimlərindən: imamiyyədən Əbu Cəfər Məhəmməd b. Yəqub ər-Razi. Məhəmməd b. Yəqub Əbu Cəfər əl-Kuleyni ər-Razi, məşhur, fəzilətli Şeyx, şiələrin başçılarından və məzhəblərinin (əsər) müəlliflərindəndir. Xətib (əl-Bağdadi) siqa (güvənilən) görmüşdür. Kerim Uçar, "Şia alimleri biografisi", Berlin, 2007, 1. cild, Kuleyni (r.a.). islamkutuphanesi.com (türk.) Şeyx Kuleyni' (az.) Şeyx Kuleyni r.ə. (az.) Sigatu'l-İslâm Ebu Cafer Muhammed b. Yakub b. İshak el Kuleynî (öl. h. 329). islamkutuphanesi.com (türk.) Həmçinin bax Şiə məzhəbinin alimləri siyahısı Xarici keçidlər Shaikh Mohammed bin Yaqoob bin Ishaq Kulaini. & Al Kafi Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=358154 |
Əllamə Qəzvini | Mirzə Məhəmməd xan Qəzvini (1874–1949)— əllamə, ədəbiyyatşünas, tarixşünas alim. Mirzə Məhəmməd xan Qəzvini 1874-cü ildə Tehran şəhərində, Qəzvin darvazası məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Əbdülvahabdan almışdı. Sonra mədrəsədə oxumuşdu. Babası Molla Əbdüləli Qəzvini də İranın alim şəxslərindən sayılırdı. Əslən Qəzvin vilayətinin Bəşəriyyət mahalından idilər. Mirzə Məhəmməd xan Qəzvini Müəyyirilməmalik mədrəsəsində dərs demişdi. Nasiri Darültalif və Rarültərcüməsində çalışmışdı. Mirzə Məhəmməd xan Qəzvini 1949-cu ildə vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=343142 |
Əllamə Təbatəbai | Seyid Məhəmmədhüseyn Təbatəbai (fars. علامه سید محمد حسین طباطبائی; 1892, Cənubi Azərbaycan – 15 noyabr 1981, Tehran) — İslam alimi. Alimin nəsil şəcərəsi ata tərəfdən İmam Həsənə, ana tərəfdən isə İmam Hüseynə gedib çıxır. Seyid Məhəmmədhüseyn Təbatəbai dövrümüzün ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur. O, 1892-ci ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq on dörd nəsli Təbrizin məşhur seyid və alim sülaləsindəndir. Əllamə Təbatəbai ilk təhsilini Təbrizdə almışdır. O, burada ibtidai və orta təhsilini başa vurduqdan sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşür. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərinə yiyələnir. Fiqh və üsul elmlərini tanınmış alim Naini və Kompanidən, fəlsəfəni Seyid Hüseyn Badkubeyidən, riyaziyyatı Ağa Seyid Xansaridən, əxlaq elmini isə Hacı Mirzə Əli Qazidən öyrənir Əllamə Tabatəbai ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdır. Ustadın fəlsəfə, kəlam, irfan və təfsir elmlərində qazandığı uğurlar hamını heyrətləndirmişdi, o, bu sahələrdə ictihad dərəcəsinə nail olmuşdur. 1935-ci ildə o, gənc alim kimi vətənə – Təbrizə dönür. Özü təhsil illəri haqqında belə yazır: "Təhsilimin ilk dövrlərində sərf və nəhv elmini (ərəb dili qrammatikasını) öyrənirdim və təhsilimi davam etdirməyə həvəsim yox idi. Çünki oxuduğum şeyləri başa düşmürdüm. Beləliklə, dörd il ötdü. Sonra ilahi lütf mənə nəsib oldu və məni dəyişdi. Özümdə elm və hikmət öyrənməyə bir növ heyranlıq və vurğunluq hiss etdim. Belə ki, o gündən təhsil dövrümün sonuna qədər, təqribən on yeddi il sürən bu dövrdə elm öyrənməkdə və mütaliə etməkdə heç zaman yorğunluq və soyuma hiss etmədim. Dünyanın çirkinlik və gözəlliklərini unutdum və zamanın acı və şirin hadisələri mənim üçün bərabər oldu. Elm əhli olmayanlarla oturub durmağa birdəfəlik son qoydum. Həyatın yemək-içmək kimi zəruri işlərində ən aza qənaət edərək qalan vaxtımı mütaliə ilə keçirirdim. Yazda və yayda çox vaxt olurdu ki, gün çıxandan gün batana qədər mütaliə edərdim. Həmişə sabahın dərsini onun axşamı hazırlayardım. Əgər hər hansı bir çətinliklə üzləşsə idim nə yolla olur olsun, onu həll etməyə çalışardım. Dərsdə olduğum zaman müəllimin dedikləri əvvəlcədən tamamilə mənim üçün aydın idi. Heç zaman dərsə aid çətinlik və səhvlə bağlı müəllimə müraciət etməzdim..." İkinci dünya müharibəsi illərində rus qoşunlarının İrana daxil olması ilə İran Azərbaycanında vəziyyətin gərginləşməsi, eləcə də yerli kommunistlərin dinə və din alimlərinə qarşı başladığı amansız repressiyaların nəticəsində ƏllaməTəbatəbai məcburiyyət qarşısında doğma Təbrizi tərk edərək Qum şəhərinə köçür. Bu illər ərzində İranın bir çox elmiyyə hövzələrində elmi-tədqiqat işləri və pedaqoji fəaliyyətlə məşğul olur. M.H.Təbatəbai öz dərin bilikləri və elmi təcrübəsilə uzun illər boyu yorulmaq bilmədən din və fəlsəfəyə qarşı yönəlmiş hücumlara sinə gərmiş, ideoloji opponentləri ilə elmi mübahisələr təşkil etmiş, İslam mədəni bölgəsi fəlsəfi irsinə, mənəvi dəyərlərinə, zəngin mədəniyyətinə qarşı ideoloji mübarizə aparan emissarlarla elmi mübarizə apararaq mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. İslam mədəni bölgəsi fəlsəfəsi ilə yanaşı, Qərb fəlsəfəsinə də dərindən bələd olması onun bu diskussiyalarda uğur qazanmasında xüsusi rol oynamışdır. Əql və məntiq əsasında aparılan bu misilsiz fəaliyyətlər əcnəbi təsirinə qapılmış bir çox alim və ziyalıların doğru yola yönəlməsində müstəsna rol oynamış, həqiqət axtarışında olanları elmi və dini həqiqətlərlə yaxından tanış etmişdir. Hal-hazırda dünyada İslam araşdırmaları ilə məşğul olan elə bir ciddi mərkəz və elm ocağı tapmaq olmaz ki, orada mütəfəkkirin zəngin irsi öyrənilməsin, yaxud ondan bəhrə götürməsin. Əllamə Təbatəbai tələbə və alim hazırlamaqda təkcə elmi-nəzəri inkişafla kifayətlənməmiş, bu işdə mənəvi saflığa və etik məsələlərə mühüm əhəmiyyət vermişdir. O, elm və mənəviyyatı, irfan və ülvi əxlaqı özündə birləşdirən yeni bir məktəbin əsasını qoymuş, cəmiyyətə çox layiqli insanlar təqdim etmişdir; ustad elmlə əxlaqı bir-birindən ayırmağı böyük faciə hesab etmiş, elm ocaqlarında belə bir sistemin, mənəviyyat atmosferinin yaradılması yolunda əlindən gələni əsirgəməmişdir. əl-Mizan kitabı haqqında Mütəfəkkirin ərsəyə gətirdiyi ən mühüm əsəri müasir dövrdə ən böyük və nəfis təfsirlərdən sayılan iyirmi cilddə yazdığı "əl-Mizan" kitabıdır. Bu əsər indiyə qədər müxtəlif dillərdə dəfələrlə çap olunmuşdur. Qədim dövrlərdə yazılan təfsirlərin əksəriyyəti müasir tələblərə cavab vermədiyi üçün ustad belə bir əsər yazaraq XX əsrdə İslam dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə Təbatəbai həmin təfsirdə yeni metoddan – əsas etibarilə bir ayənin sair müvafiq ayələr kontekstində təfsir olunma üslubundan istifadə etmişdir. Digər mühüm əsəri isə "Fəlsəfə üsulu və realizm metodu" adlanır. Bu kitab 14 fəlsəfi məqalədən ibarətdir. 1941-1951-ci illərdə yazılmış bu əsər Mürtəza Mütəhhəri tərəfindən geniş şərh edilmişdir. Burada İslam fəlsəfəsi Qərb fəlsəfi məktəbləri ilə müqayisəli şəkildə təsvir olunmaqdadır. Əllamə Təbatəbai ərəb dilində "Rəsail əs-səbə" , "Rəsailu ət-Tovhidiyyə", "Haşiyə əl-Kifayə", "Təliqə vahidə əla miratul-uqul", "Təliqə əla əsfarul-ərbəə", "Elm traktatı", "Bidayətul-hikmə" və s. kimi qiymətli əsərlər yaratmışdır. Bundan əlavə, Əllamə Təbatəbai fars dilində "Fəlsəfənin üsulu və realizm metodu", "İslamda Quran", "Din tədrisi: Uşaqlar üçün", " İslami araşdırmalar" (3 cilddə), "İlk başlanğıc və miad barəsində traktat", "Nübüvvət barəsində traktat", "Eşq barəsində traktat", "Azərbaycan Təbatəbailərinin mənşəyi", "Nəstəliq xəttində mənzumə", "İslamda ictimai əlaqələr" və s. kimi dəyərli əsərlər ərsəyə gətirmişdir. Əllamə çoxlu sayda tələbə tərbiyə edib yetişdirmişdir. Seyid Cəlaləddin Aştiyani, Mürtəza Mütəhhəri, şəhid Seyid Məhəmməd Hüseyn Behişti, İmam Musa Sədr, doktor Qulamhüseyn İbrahimi Dinani, Əllamə İbrahim Əmini, Əllamə Cavad Amuli, Həsən Həsənzadə Amuli, Məhəmmədtəqi Misbah Yəzdi, Məkarim Şirazi kimi görkəmli alimlər bu sırada yer almaqdadırlar. Qeyd edək ki, zəmanəmizin görkəmli mütəfəkkirləri professor Henri Korbin və professor Seyid Hüseyn Nəsr də Əllamə Təbatəbainin dərslərindən faydalanmışlar. Maraqlı faktlardan biri də budur ki, ardıcıl olaraq bir neçə il, payız fəslində M. H. Təbatəbai ilə professor Henri Korben arasında bir çox alim və tələbələrin iştirakı ilə elmi diskussiyalar, fikir mübadilələri təşkil edilirdi. Yüksək mənəviyyatlı bir şəxsiyyətlə həqiqət axtaran elm xadimi arasında təşkil olunan fəlsəfi-teoloji, eləcə də psixoloji, sosioloji və digər dünyəvi elmlərlə əlaqədar aparılan mübahisələr zamanı çox maraqlı məsələlər araşdırılır, bu görüşlər müntəzəm olaraq mühüm və müsbət nəticələrlə sona çatırdı. Bu elmi müzakirələr elə yüksək səviyyədə keçirilirdi ki, bəlkə də İslamla xristianlıq arasında mənəvi-ideoloji əlaqələrin kəsildiyi orta əsrlərdən bu vaxta qədər Qərb mütəfəkkirləri ilə müsəlman alimlər arasında bu müstəvidə əlaqələr yaradılmamışdı. Əllamə Təbatəbainin yüksək elmi, bariz şəxsiyyəti, gözəl əxlaqi səciyyələri və tələbələrlə münasibətdə hədsiz mülayimliyi az bir zamanda onun məşhurlaşmasına səbəb olmuş, elm xadimləri, ruhanilər və sıravi dindarlar arasında saysız-hesabsız müridlər qazanması ilə nəticələnmişdi. Əllamənin dərslərində yüzlərlə tələbə iştirak edir, tanınmış alimlər də onun məhsuldar elmindən faydalanırdı. Öz yorulmaz səyləri ilə zəngin fəlsəfi-teoloji məktəb ərsəyə gətirmiş mütəfəkkir 1981-ci ildə haqq dünyasına qovuşmuşdur. Qətiyyətlə demək olar ki, Əllamə Təbatəbainin İslam fəlsəfəsi üzrə hazırladığı kadrları, yetişdirdiyi alimləri, yazdığı dəyərli əsərləri və göstərdiyi digər mühüm xidmətləri günümüzdə dünya elminə öz bəhrəsini verməkdədir. Ərəb dilində Rəsail səbə Rəsailu ət-Tovhidiyyə Haşiyə ol-Kifayə Təliqə vahidə əla miratul-uqul Təliqə əla əsfarul-ərbəə Əli və fəlsəfətul-ilahiyyə "Elm" traktatı Bidayətul-hikmə Nəhayətul-Hikmə "İnsan" traktatı Fars dilində Fəlsəfənin üsulu və realizmin metodu İslamda Quran Din tədrisi: Uşaqlar üçün İslami araşdırmalar (3 cilddə) İlk başlanğıc və miad barəsində traktat Nübüvvət barəsində traktat Eşq barəsində traktat Azərbaycan Təbatəbailərinin mənşəyi Nəstəliq xəttində mənzumə İslamda ictimai əlaqələərQeyd edək ki, onun bir çox əsərləri Azərbaycan dilinə də tərcümə olunmuşdur. Həmçinin bax Əllamə Təbətəbai (1902-1981) (az.) Tərcümə: Anar Rüstəmov Xarici keçidlər Ashams Al-Sate'ah (الشمس الساطعة – the Bright Sun) – in Memory of Allameh Tabatabaei Arxivləşdirilib 2021-01-27 at the Wayback Machine by Allameh Tehrani Biography of Allameh Tabatabaei Arxivləşdirilib 2001-01-22 at the Wayback Machine by Seyyed Hossein Nasr, preface of Shiite Islam Biography of Allameh Tabatabaei Arxivləşdirilib 2007-10-19 at the Wayback Machine Taken from: "Stories from the life of Allama Tabatabai(R) by Ahmad Luqmani, Allameh Tabatabai, Meezane Ma`refit", translated by S.K. Yusufali, Qum, Iran, 2006. Biography of Allameh Tabatabaei Arxivləşdirilib 2007-10-13 at the Wayback Machine by Mohammad Yazdi Some of the books of Muhammad Husayn Tabatabai in Bookfinder.com Islamic Teachings In Brief Arxivləşdirilib 2011-01-06 at the Wayback Machine The Qur'an in Islam Muhammad [s] in the Mirror of Islam Shiite Islam Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine Light Within Me A Shi'ite Anthology VICEGERENCY (Risalah al-Wilayah) Kernel of the Kernel Arxivləşdirilib 2008-06-09 at the Wayback Machine A Shi'a approach to Sufizm Analytic Comparison between ‘Allamah Tabataba’i’s View and That of Henry Corbin concerning Human Perfection Arxivləşdirilib 2007-09-26 at the Wayback Machine 153 Kb | https://az.wikipedia.org/w/index.php?curid=179454 |
Əllamə Təbətəbai | Seyid Məhəmmədhüseyn Təbatəbai (fars. علامه سید محمد حسین طباطبائی; 1892, Cənubi Azərbaycan – 15 noyabr 1981, Tehran) — İslam alimi. Alimin nəsil şəcərəsi ata tərəfdən İmam Həsənə, ana tərəfdən isə İmam Hüseynə gedib çıxır. Seyid Məhəmmədhüseyn Təbatəbai dövrümüzün ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur. O, 1892-ci ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq on dörd nəsli Təbrizin məşhur seyid və alim sülaləsindəndir. Əllamə Təbatəbai ilk təhsilini Təbrizdə almışdır. O, burada ibtidai və orta təhsilini başa vurduqdan sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşür. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərinə yiyələnir. Fiqh və üsul elmlərini tanınmış alim Naini və Kompanidən, fəlsəfəni Seyid Hüseyn Badkubeyidən, riyaziyyatı Ağa Seyid Xansaridən, əxlaq elmini isə Hacı Mirzə Əli Qazidən öyrənir Əllamə Tabatəbai ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdır. Ustadın fəlsəfə, kəlam, irfan və təfsir elmlərində qazandığı uğurlar hamını heyrətləndirmişdi, o, bu sahələrdə ictihad dərəcəsinə nail olmuşdur. 1935-ci ildə o, gənc alim kimi vətənə – Təbrizə dönür. Özü təhsil illəri haqqında belə yazır: "Təhsilimin ilk dövrlərində sərf və nəhv elmini (ərəb dili qrammatikasını) öyrənirdim və təhsilimi davam etdirməyə həvəsim yox idi. Çünki oxuduğum şeyləri başa düşmürdüm. Beləliklə, dörd il ötdü. Sonra ilahi lütf mənə nəsib oldu və məni dəyişdi. Özümdə elm və hikmət öyrənməyə bir növ heyranlıq və vurğunluq hiss etdim. Belə ki, o gündən təhsil dövrümün sonuna qədər, təqribən on yeddi il sürən bu dövrdə elm öyrənməkdə və mütaliə etməkdə heç zaman yorğunluq və soyuma hiss etmədim. Dünyanın çirkinlik və gözəlliklərini unutdum və zamanın acı və şirin hadisələri mənim üçün bərabər oldu. Elm əhli olmayanlarla oturub durmağa birdəfəlik son qoydum. Həyatın yemək-içmək kimi zəruri işlərində ən aza qənaət edərək qalan vaxtımı mütaliə ilə keçirirdim. Yazda və yayda çox vaxt olurdu ki, gün çıxandan gün batana qədər mütaliə edərdim. Həmişə sabahın dərsini onun axşamı hazırlayardım. Əgər hər hansı bir çətinliklə üzləşsə idim nə yolla olur olsun, onu həll etməyə çalışardım. Dərsdə olduğum zaman müəllimin dedikləri əvvəlcədən tamamilə mənim üçün aydın idi. Heç zaman dərsə aid çətinlik və səhvlə bağlı müəllimə müraciət etməzdim..." İkinci dünya müharibəsi illərində rus qoşunlarının İrana daxil olması ilə İran Azərbaycanında vəziyyətin gərginləşməsi, eləcə də yerli kommunistlərin dinə və din alimlərinə qarşı başladığı amansız repressiyaların nəticəsində ƏllaməTəbatəbai məcburiyyət qarşısında doğma Təbrizi tərk edərək Qum şəhərinə köçür. Bu illər ərzində İranın bir çox elmiyyə hövzələrində elmi-tədqiqat işləri və pedaqoji fəaliyyətlə məşğul olur. M.H.Təbatəbai öz dərin bilikləri və elmi təcrübəsilə uzun illər boyu yorulmaq bilmədən din və fəlsəfəyə qarşı yönəlmiş hücumlara sinə gərmiş, ideoloji opponentləri ilə elmi mübahisələr təşkil etmiş, İslam mədəni bölgəsi fəlsəfi irsinə, mənəvi dəyərlərinə, zəngin mədəniyyətinə qarşı ideoloji mübarizə aparan emissarlarla elmi mübarizə apararaq mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. İslam mədəni bölgəsi fəlsəfəsi ilə yanaşı, Qərb fəlsəfəsinə də dərindən bələd olması onun bu diskussiyalarda uğur qazanmasında xüsusi rol oynamışdır. Əql və məntiq əsasında aparılan bu misilsiz fəaliyyətlər əcnəbi təsirinə qapılmış bir çox alim və ziyalıların doğru yola yönəlməsində müstəsna rol oynamış, həqiqət axtarışında olanları elmi və dini həqiqətlərlə yaxından tanış etmişdir. Hal-hazırda dünyada İslam araşdırmaları ilə məşğul olan elə bir ciddi mərkəz və elm ocağı tapmaq olmaz ki, orada mütəfəkkirin zəngin irsi öyrənilməsin, yaxud ondan bəhrə götürməsin. Əllamə Təbatəbai tələbə və alim hazırlamaqda təkcə elmi-nəzəri inkişafla kifayətlənməmiş, bu işdə mənəvi saflığa və etik məsələlərə mühüm əhəmiyyət vermişdir. O, elm və mənəviyyatı, irfan və ülvi əxlaqı özündə birləşdirən yeni bir məktəbin əsasını qoymuş, cəmiyyətə çox layiqli insanlar təqdim etmişdir; ustad elmlə əxlaqı bir-birindən ayırmağı böyük faciə hesab etmiş, elm ocaqlarında belə bir sistemin, mənəviyyat atmosferinin yaradılması yolunda əlindən gələni əsirgəməmişdir. əl-Mizan kitabı haqqında Mütəfəkkirin ərsəyə gətirdiyi ən mühüm əsəri müasir dövrdə ən böyük və nəfis təfsirlərdən sayılan iyirmi cilddə yazdığı "əl-Mizan" kitabıdır. Bu əsər indiyə qədər müxtəlif dillərdə dəfələrlə çap olunmuşdur. Qədim dövrlərdə yazılan təfsirlərin əksəriyyəti müasir tələblərə cavab vermədiyi üçün ustad belə bir əsər yazaraq XX əsrdə İslam dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə Təbatəbai həmin təfsirdə yeni metoddan – əsas etibarilə bir ayənin sair müvafiq ayələr kontekstində təfsir olunma üslubundan istifadə etmişdir. Digər mühüm əsəri isə "Fəlsəfə üsulu və realizm metodu" adlanır. Bu kitab 14 fəlsəfi məqalədən ibarətdir. 1941-1951-ci illərdə yazılmış bu əsər Mürtəza Mütəhhəri tərəfindən geniş şərh edilmişdir. Burada İslam fəlsəfəsi Qərb fəlsəfi məktəbləri ilə müqayisəli şəkildə təsvir olunmaqdadır. Əllamə Təbatəbai ərəb dilində "Rəsail əs-səbə" , "Rəsailu ət-Tovhidiyyə", "Haşiyə əl-Kifayə", "Təliqə vahidə əla miratul-uqul", "Təliqə əla əsfarul-ərbəə", "Elm traktatı", "Bidayətul-hikmə" və s. kimi qiymətli əsərlər yaratmışdır. Bundan əlavə, Əllamə Təbatəbai fars dilində "Fəlsəfənin üsulu və realizm metodu", "İslamda Quran", "Din tədrisi: Uşaqlar üçün", " İslami araşdırmalar" (3 cilddə), "İlk başlanğıc və miad barəsində traktat", "Nübüvvət barəsində traktat", "Eşq barəsində traktat", "Azərbaycan Təbatəbailərinin mənşəyi", "Nəstəliq xəttində mənzumə", "İslamda ictimai əlaqələr" və s. kimi dəyərli əsərlər ərsəyə gətirmişdir. Əllamə çoxlu sayda tələbə tərbiyə edib yetişdirmişdir. Seyid Cəlaləddin Aştiyani, Mürtəza Mütəhhəri, şəhid Seyid Məhəmməd Hüseyn Behişti, İmam Musa Sədr, doktor Qulamhüseyn İbrahimi Dinani, Əllamə İbrahim Əmini, Əllamə Cavad Amuli, Həsən Həsənzadə Amuli, Məhəmmədtəqi Misbah Yəzdi, Məkarim Şirazi kimi görkəmli alimlər bu sırada yer almaqdadırlar. Qeyd edək ki, zəmanəmizin görkəmli mütəfəkkirləri professor Henri Korbin və professor Seyid Hüseyn Nəsr də Əllamə Təbatəbainin dərslərindən faydalanmışlar. Maraqlı faktlardan biri də budur ki, ardıcıl olaraq bir neçə il, payız fəslində M. H. Təbatəbai ilə professor Henri Korben arasında bir çox alim və tələbələrin iştirakı ilə elmi diskussiyalar, fikir mübadilələri təşkil edilirdi. Yüksək mənəviyyatlı bir şəxsiyyətlə həqiqət axtaran elm xadimi arasında təşkil olunan fəlsəfi-teoloji, eləcə də psixoloji, sosioloji və digər dünyəvi elmlərlə əlaqədar aparılan mübahisələr zamanı çox maraqlı məsələlər araşdırılır, bu görüşlər müntəzəm olaraq mühüm və müsbət nəticələrlə sona çatırdı. Bu elmi müzakirələr elə yüksək səviyyədə keçirilirdi ki, bəlkə də İslamla xristianlıq arasında mənəvi-ideoloji əlaqələrin kəsildiyi orta əsrlərdən bu vaxta qədər Qərb mütəfəkkirləri ilə müsəlman alimlər arasında bu müstəvidə əlaqələr yaradılmamışdı. Əllamə Təbatəbainin yüksək elmi, bariz şəxsiyyəti, gözəl əxlaqi səciyyələri və tələbələrlə münasibətdə hədsiz mülayimliyi az bir zamanda onun məşhurlaşmasına səbəb olmuş, elm xadimləri, ruhanilər və sıravi dindarlar arasında saysız-hesabsız müridlər qazanması ilə nəticələnmişdi. Əllamənin dərslərində yüzlərlə tələbə iştirak edir, tanınmış alimlər də onun məhsuldar elmindən faydalanırdı. Öz yorulmaz səyləri ilə zəngin fəlsəfi-teoloji məktəb ərsəyə gətirmiş mütəfəkkir 1981-ci ildə haqq dünyasına qovuşmuşdur. Qətiyyətlə demək olar ki, Əllamə Təbatəbainin İslam fəlsəfəsi üzrə hazırladığı kadrları, yetişdirdiyi alimləri, yazdığı dəyərli əsərləri və göstərdiyi digər mühüm xidmətləri günümüzdə dünya elminə öz bəhrəsini verməkdədir. Ərəb dilində Rəsail səbə Rəsailu ət-Tovhidiyyə Haşiyə ol-Kifayə Təliqə vahidə əla miratul-uqul Təliqə əla əsfarul-ərbəə Əli və fəlsəfətul-ilahiyyə "Elm" traktatı Bidayətul-hikmə Nəhayətul-Hikmə "İnsan" traktatı Fars dilində Fəlsəfənin üsulu və realizmin metodu İslamda Quran Din tədrisi: Uşaqlar üçün İslami araşdırmalar (3 cilddə) İlk başlanğıc və miad barəsində traktat Nübüvvət barəsində traktat Eşq barəsində traktat Azərbaycan Təbatəbailərinin mənşəyi Nəstəliq xəttində mənzumə İslamda ictimai əlaqələərQeyd edək ki, onun bir çox əsərləri Azərbaycan dilinə də tərcümə olunmuşdur. Həmçinin bax Əllamə Təbətəbai (1902-1981) (az.) Tərcümə: Anar Rüstəmov Xarici keçidlər Ashams Al-Sate'ah (الشمس الساطعة – the Bright Sun) – in Memory of Allameh Tabatabaei Arxivləşdirilib 2021-01-27 at the Wayback Machine by Allameh Tehrani Biography of Allameh Tabatabaei Arxivləşdirilib 2001-01-22 at the Wayback Machine by Seyyed Hossein Nasr, preface of Shiite Islam Biography of Allameh Tabatabaei Arxivləşdirilib 2007-10-19 at the Wayback Machine Taken from: "Stories from the life of Allama Tabatabai(R) by Ahmad Luqmani, Allameh Tabatabai, Meezane Ma`refit", translated by S.K. Yusufali, Qum, Iran, 2006. Biography of Allameh Tabatabaei Arxivləşdirilib 2007-10-13 at the Wayback Machine by Mohammad Yazdi Some of the books of Muhammad Husayn Tabatabai in Bookfinder.com Islamic Teachings In Brief Arxivləşdirilib 2011-01-06 at the Wayback Machine The Qur'an in Islam Muhammad [s] in the Mirror of Islam Shiite Islam Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine Light Within Me A Shi'ite Anthology VICEGERENCY (Risalah al-Wilayah) Kernel of the Kernel Arxivləşdirilib 2008-06-09 at the Wayback Machine A Shi'a approach to Sufizm Analytic Comparison between ‘Allamah Tabataba’i’s View and That of Henry Corbin concerning Human Perfection Arxivləşdirilib 2007-09-26 at the Wayback Machine 153 Kb | https://az.wikipedia.org/w/index.php?curid=103350 |
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət | Əllamə Şeyx Məhəmməd Hadi Mərifət 1931-ci ildə İraqın Kərbəla şəhərində ruhani bir ailədə dünyaya göz açmışdır. O, neçə əsr öncə Livanın Cəbəl Amil şəhərindən İranın İsfahan şəhərinə hicrət etmiş Şeyx Əbdül-Əli Meysinin sülaləsindən sayılır. Əllamə Mərifət ibtidai və ali dini təhsilini Kərbəla şəhərində atası Şeyx Əli Mərifət və digər alimlərin yanında bitirmiş, daha sonra Nəcəf şəhərinə üz tutaraq ali dini təhsilini davam etdirmiş, Əllamə Seyid Əbülqasim Xoyi, Mirzə Baqir Zəncani, Şeyx Hüseyn Hilli, Seyyid Möhsün Həkim, İmam Xomeyni və Mirzə Haşim Amuli kimi alimlərdən dərs almışdır. Bundan sonra Qum şəhərinə gəlmiş və həmin şəhərdə Quran elmləri, təfsir, fiqh və üsul fənləri üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Əllamə Mərifət İranın Tehran, Qum və Məşhəd şəhərlərində dini təhsil ocaqlarından əlavə, ali universitetlərdə də, professor kimi tədrislə məşğul olmuş, bir çox şagirdlər yetişdirmişdir. Quran elmləri, təfsir, fiqh, üsul, sosiologiya və digər sahələrdə dəyərli və misilsiz əsərləri qələmə almışdır ki, "ət-Təmhid fi ulumil-Quran" (6 cilddə) və "ət-Təfsirul-əsəriyyul-came" (6 cilddə), "ət-Təfsir vəl-mufəssirun" (2 cilddə), "Siyanətul-Quran minət-təhrif" və "Şübuhatun və rudud həvləl-Quranil-Kərim" adlı əsərləri onların daha önəmlisi sayılır. O, dərin fiqhi baxışları ilə yanaşı təfsir və Quran elmləri sahəsində də, dərin ixtisasa malik olduğu üçün elmi-dini mərkəzlərdə daha çox Quran elmlərini dirçəldən və bu sahənin dahisi kimi tanınır. Əllamə Şeyx Məhəmməd Hadi Mərifət 2007-ci il, yanvar ayının 19-da (cümə günü) 76 yaşında ikən ürək çatışmazlığından vəfat etmiş, müqəddəs Qum şəhərində həzrət Məsumənin (s) ziyarətgahında dəfn edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=182865 |
Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani | Məhəmməd Sadiqi-Tehrani (21 mart 1926, Tehran – 21 mart 2011, Qum) — Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur. İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır. 1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. İndiyədək Quran elmləri, təfsir, fiqh, üsul, kəlam, fəlsəfə, əxlaq və digər sahələrdə onlarca dəyərli və misilsiz əsərlər qələmə almışdır ki, "əl-Fürqan fi təfsiril-Quran" (30 cilddə), "ət-Təfsirul-mövzui bəynəl-Kitabi vəs-Sünnə" (22 cilddə), "əl-Fiqhul-müqarən bəynəl-Kitabi vəs-Sünnə" (8 cilddə), "Təbsirətul-füqəha bəynəl-Kitabi vəs-Sünnə" (2 cilddə) və "Üsulul-istinbat bəynəl-Kitabi vəs-Sünnə" adlı əsərləri onların daha önəmlisi sayılır. Aydın görüşləri ilə seçilən alim uzun illər Pəhləvi rejiminə qarşı mübarizə aparıb, həyatının böyük hissəsini İrandan kənarda — İraq, Livan və Səudiyyə Ərəbistanında keçirib. İraqın Nəcəf şəhərində olduğu illərdə böyük elmi nailiyyətlərə imza atmış Ayətullah Sadiqi-Tehrani ictihad məqamına yüksəlməklə bərabər, elmi hövzələrdə İslam elmlərinin tədrisi ilə məşğul olub, çoxlu sayda alim və mütəxəssis yetişdirib. Ayətulla Sadiqi-Tehraninin metodologiyası Qurana əsaslanır və o, zəmanəmizdə Quran İslamını təbliğ edən alimlərdən hesab edilir. İslam dünyasının qardaşlığına xüsusi önəm verən müctəhid Azərbaycan ərazilərinin erməni təcavüzkarları tərəfindən işğalına kəskin münasibət sərgiləyib, buna dair xüsusi fətva verib: "Müsəlman Azərbaycan Respublikası ərazilərini işğal etmiş Ermənistanla hər cür əlaqələrin qurulması haramdır. Harada olmasından asılı olmayaraq, bütün müsəlmanlara vacibdir ki, Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad edilməsi yönündə bacardığı yardımı göstərsin. Bu işdə hər cür səhlənkarlıq — haramdır" — Ayətullah Sadiqinin fətvasında belə qeyd olunurdu. Ayətullah Məhəmməd Sadiqi-Tehrani 85 yaşında dünyasını dəyişib. Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani uzun sürən xəstəlikdən sonra öncə beyin dayanması, onun ardınca isə 2011/03/21 tarixdə 85 yaşında ikən əsr namazını qıldıqdan sonra ürək çatışmazlığından vəfat etmiş, müqəddəs Qum şəhərində yerləşən "Baği-Behişt" məzarlığında xüsusi məqbərədə dəfn edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=182867 |
Əllamə Şəmsəddin Amuli | Əllamə Şəmsəddin Məhəmməd ibn Mahmud Amuli: (XIII əsr) — İslam alimi və təbib. “Şəmsəddin Amuli” ləqəbi ilə tanınan Əllamə Məhəmməd ibn Mahmud XIII-XIV (hc.VII-VIII) əsrlərdə yaşayıb-yaratmış islam təbib və alimlərindən biri olmuşdur. Onun dəqiq doğum tarixi bizə məlum deyil, amma XIII (hc.VII) əsrin ikinci yarısında Amulda (Mazandaran vilayəti) anadan olduğu deyilir. O, Ulcaytu xanın dövründə (1304-1317) Sultaniyyə şəhərinə dəvət olunmuş, ora getdikdə Ulcaytu xan və onun vəziri Fəzlullah Rəşidəddinin rəğbətini qazanaraq Sultaniyyə mədrəsəsinin müdərrisi və müəllimi vəzifəsinə təyin edilmişdir. Elmi fəaliyyəti Əllamə Şəmsəddin Amuli ərəb və fars dillərində bir neçə dəyərli əsərin müəllifidir. Amma bu alimin ən məşhur əsəri fars dilində yazdığı «Nəfaisül-fünun fi Əraisil-üyun» (Çeşmələr incilərində nəfis elm sahələri) əsəridir. Onun çap olunmuş nüsxəsi əlimizdə olduğuna görə, bu kitabda onun qiymətli məlumatlarından nisbətən geniş formada istifadə etməyə çalışmışıq. Üç cilddən ibarət bu kitab sözügedən dövrün müfəssəl elmi-ensiklopedik məlumatlar kitabı hesab olunur. Belə ki, əsərdə 120-yə yaxın elm və onların müxtəlif şaxələri böyük bacarıqla işıqlandırılmış, elmin mürəkkəb məsələləri sadə bir dildə şərh edilmişdir. Orta əsr müəllifləri bir qayda olaraq tarixi hadisələri daha öncə yazılmış əsərlərdən tənqidi yanaşmadan, bir çox hallarda isə birbaşa köçürərək nəql etmişlər. Amma bir üstün cəhət olaraq sözügedən mənbədə bu ənənə pozulmuşdur. Şəmsəddin Amuli ilk öncə giriş sözü ilə çıxış etmiş, birinci fayda olaraq elmin üstünlükləri, ikinci fayda kimi elmin müxtəlif sahələrə bölünməsi və üçüncü fayda olaraq əsərin hazırlanması barədə orijinal məlumatlar vermişdir.Müəllif əsərlərində XIII-XIV əsrlərdə Azərbaycan və İslam alimlərinin elmi səviyyəsi, onların dünyəvi elmlərə yanaşma tərzi kimi mühüm məsələləri geniş şəkildə işıqlandırmışdır. Əsərlərindəki ensiklopedik məlumatlardan belə nəticəyə gəlmək olur ki, bəzi müasir tədqiqatçıların haqsız ehtimallarının əksinə olaraq, Azərbaycan İslam alimləri hələ qədim dövrlərdən etibarən metafizika sahəsi ilə yanaşı, dünyəvi elmlərə də xüsusi rəğbətlə yanaşmış, elmin heç bir sahəsinin əleyhinə çıxış etməmişlər. Mənbələrə görə Sultan Əbu Səidin (1316-1335) vəfatından və Azərbaycanda baş qaldırmış hərc-mərclikdən sonra Şəmsəddin Amuli Sultaniyyədən Şiraza getmiş, 1352-ci ildə orada vəfat etmişdir. «Şəddül-əzar» əsərində verilmiş məlumata görə, onun Şiraz şəhərində dəfn olunduğu qeyd edilir. "Nəfaisə əl-fünun fi Ərais əl-üyun" (Çeşmələr incilərində nəfis elm sahələri) "Şərh-e kulliyat-e qanun-e İbni Sina" (İbn Sinanın "Qanun" əsərinin şərhi) "Şərh bər muxtasərü-l üsul İbni Sahib" (İbn Sahibin "Muxtasərul üsul" əsərinə şərh") Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=818114 |
Əlley | Əlley - türk və altay mifologiyasında ilk insan. Adəm. Törüngəy (Türüngəy) olaraq da bilinər. Yer üzündə yaradılan ilk adamdır. İnsanların atasıdır. Göydə yaşamaqdadır. Nə bir millətə, nə də bir boya (qəbiləyə) sahib deyildir. İlk əvvəllər yoldaşı da yoxdur. Sonradan yer üzünə göndərilmişdir. Yer üzünə göndərilərkən Uluqayın (və ya Ulu Ata) tərəfindən özünə Su, Atəş və Dəmir verilmişdir. Arvadının adı Eceydir. Elli qapılı, qırx pəncərəli, damı otuz kirişli bir evi vardır. Öküzləri tarla sürmədən istifadə edən adamdır. Köten (saban) sürməyi tapan adam da odur. Qımızı tapan da odur. Qımız içmə mərasimi ona aiddir. Bəzən göylərdən mi endiyi yerdən mi çıxdığı müəyyən olmayan adam olaraq betimlenir. Bəzən də göydən düşdüyü deyilər. Atəşi əldə etmişdir. Və özü yurdundan qovular, bu vəziyyət qovulmaq motifiylə də əlaqəlidir. İslam, Hırtistiyanlık və Yəhudiliyin təsiriylə palçıqdan yaradıldığı inancı yerləşmişdir. Soqotox Xan Saxaların (Yakutların) atasıdır. Sokotoh (Soğotoğ) Xan kimi də deyilər. Bəzən yer üzündəki ilk insan olaraq da xatırlanar. Kimi istiqamətləri Oğuz xan ilə bənzərliklər daşıyır. Soqotoxun arvadının adı Tunalıqan, qayınatasının adı Omoqoy xandır. Söz; tək, yalnız, sadə, saf, ağ mənalarına gəlir. Yakutcada Soxo gil deməkdir. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)Əlley - türk və altay mifologiyasında ilk insan. Adəm. Törüngəy (Türüngəy) olaraq da bilinər. Yer üzündə yaradılan ilk adamdır. İnsanların atasıdır. Göydə yaşamaqdadır. Nə bir millətə, nə də bir boya (qəbiləyə) sahib deyildir. İlk əvvəllər yoldaşı da yoxdur. Sonradan yer üzünə göndərilmişdir. Yer üzünə göndərilərkən Uluqayın (və ya Ulu Ata) tərəfindən özünə Su, Atəş və Dəmir verilmişdir. Arvadının adı Eceydir. Əlli qapılı, qırx pəncərəli, damı otuz kirişli bir evi vardır. Öküzləri tarla sürmədə istifadə edən adamdır. Köten (saban) sürməyi tapan adam da odur. Qımızı tapan da odur. Qımız içmə mərasimi ona aiddir. Bəzən göylərdən mi endiyi yerdən mi çıxdığı müəyyən olmayan adam olaraq betimlenir. Bəzən də göydən düşdüyü deyilər. Atəşi əldə etmişdir. Və özü yurdundan qovular, bu vəziyyət qovulmaq motifiylə də əlaqəlidir. İslam, Xristianlıq və Yəhudiliyin təsiriylə palçıqdan yaradıldığı inancı yerləşmişdir. Soqotox Xan Saxaların (Yakutların) atasıdır. Sokotoh (Soğotoğ) Xan kimi də deyilər. Bəzən yer üzündəki ilk insan olaraq da xatırlanar. Kimi istiqamətləri Oğuz xan ilə bənzərliklər daşıyır. Soqotoxun arvadının adı Tunalıqan, qayınatasının adı Omoqoy xandır. Söz; tək, yalnız, sadə, saf, ağ mənalarına gəlir. Yakutcada Soxo gil deməkdir. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=269495 |
Əlli | Əlli — say sistemində ədədlərdən biridir. Qırx doqquzdan sonra, əlli birdən əvvəl gəlir. Riyaziyyatda Əsas hesablamalarda Əlli ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 5, 10, 25 və 50 ədədlərinə qalıqsız bölünür. Say sistemində İnam və etiqadlarda Digər sahələrdə Qurani-Kərim Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Xarici keçidlər Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=175780 |
Əlli altı | Əlli altı — say sistemində ədədlərdən biridir. Əlli beşdən sonra, əlli yeddidən əvvəl gəlir. Riyaziyyatda Əsas hesablamalarda Əlli altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 7, 8, 16, 28 və 56 ədədlərinə qalıqsız bölünür. Say sistemində İnam və etiqadlarda Digər sahələrdə Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=175786 |
Əlli beş | Əlli beş — say sistemində ədədlərdən biridir. Əlli dörddən sonra, əlli altıdan əvvəl gəlir. Riyaziyyatda Əsas hesablamalarda Əlli beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Say sistemində İnam və etiqadlarda Digər sahələrdə Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=175785 |
Əlli bir | Əlli bir — say sistemində ədədlərdən biridir. Əllidən sonra, əlli ikidən əvvəl gəlir. Riyaziyyatda Əsas hesablamalarda Əlli bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Say sistemində İnam və etiqadlarda Digər sahələrdə Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=175781 |
Əlli doqquz | Əlli doqquz — say sistemində ədədlərdən biridir. Əlli səkkizdən sonra, altmışdan əvvəl gəlir. Riyaziyyatda Əsas hesablamalarda Əlli doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir. Say sistemində İnam və etiqadlarda Digər sahələrdə Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=175789 |
Əlli dörd | Əlli dörd — say sistemində ədədlərdən biridir. Əlli üçdən sonra, əlli beşdən əvvəl gəlir. Riyaziyyatda Əsas hesablamalarda Əlli dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 6, 9, 18, 27 və 54 ədədlərinə qalıqsız bölünür. Say sistemində İnam və etiqadlarda Digər sahələrdə Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=175784 |
Əlli iki | Əlli iki — say sistemində ədədlərdən biridir. Əlli birdən sonra, əlli üçdən əvvəl gəlir. Riyaziyyatda Əsas hesablamalarda Əlli iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 13, 26 və 52 ədədlərinə qalıqsız bölünür. Say sistemində İnam və etiqadlarda Digər sahələrdə Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=175782 |
Əlli ilk öpüş (film, 2004) | 50 ilk öpüş (ing. 50 First Dates) — 2004-cü ildə çəkilmiş romantik komediya janrında ABŞ filmidir. Baş rollarda Adam Sandler və Drü Berrimorun yer aldığı filmin rejissoru Piter Siqaldır. Barrymore ilə Sandler öncəki işi Evlilik öpüşü filmindən sonra ikinci dəfə bir araya gəlmişdir. Çəkiliş yeri Filmin böyük bir qismi Kaneohe, Kaaawa, Wahiawa, Kualoa, Makapu'u, Waimanalo, O'ahu və Kaneohe Bay kimi yerlərdə çəkildi. Tank səhnəsi Vallejo, Californianın Six Flags Discovery Kingdom; golf səhnəsi isə Los-Ancelesdə çəkildi. Adam Sandler .... Henri Rot Drü Berrimor ... Lusi Vaytmore Rob Schneider .... Ula Sean Astin .... Doq Vaytmore Lusia Strus .... Aleksa Dan Aykroyd .... Dr.Kets Amy Hill .... Sue Allen Covert .... Ten Second Tom Blake Clark .... Marlin Whitmore Maya Rudolf .... Stacy Genelde 80`lerin müziklerini içeren bir soundtracka sahip olan filmin müzikleri de 1980'ler şarkıları içermektedir. Wayne Wonder — "Hold Me Now" (Thompson Twins) 311 — "Love Song" (The Cure) Seal featuring Mikey Dread — "Lips Like Sugar" (Echo & the Bunnymen) Wyclef Jean ile Eve düteti — "Your Love" (The Outfield) Ziggy Marley — "Drive" (The Cars) will.i.am & Fergie — "True" (Spandau Ballet) Elan Atias (arka vokaller Gwen Stefani) — "Slave to Love" (Roxy Music) UB40 — "Every Breath You Take" (The Police) Sugar Ray'den Mark McGrath — "Ghost in You" (The Psychedelic Furs) Dryden Mitchell — "Friday, I'm in Love" (The Cure) Nicole Kea — "Breakfast in Bed" (UB40) Jason Mraz — "I Melt With You" (Modern English) Adam Sandler — "Forgetful Lucy" Xarici keçidlər Filmin rəsmi saytı Arxivləşdirilib 2007-07-05 at the Wayback Machine (ing.) 50 ilk öpüş — IMDb səhifəsi (ing.) 50 ilk öpüş Rotten Tomatoes saytında (ing.) | https://az.wikipedia.org/w/index.php?curid=349960 |
Əlli səkkiz | Əlli səkkiz — say sistemində ədədlərdən biridir. Əlli yeddidən sonra, əlli doqquzdan əvvəl gəlir. Riyaziyyatda Əsas hesablamalarda Əlli səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 29 və 58 ədədlərinə qalıqsız bölünür. Say sistemində İnam və etiqadlarda Digər sahələrdə Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=175788 |
Əlli yeddi | Əlli yeddi — say sistemində ədədlərdən biridir. Əlli altıdan sonra, əlli səkkizdən əvvəl gəlir. Riyaziyyatda Əsas hesablamalarda Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Say sistemində İnam və etiqadlarda Digər sahələrdə Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=175787 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.