!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Ələddin (cizgi serialı, 1994)
Ələddin (ing. Aladdin) — 5 sentyabr 1994 və 4 noyabr 1995-ci illər ərzində Disney Channel-də yayımlanan cizgi serialdır. Xarici keçidlər Ələddin — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=380704
Ələddin (dəqiqləşdirmə)
Ələddin (ad) Ələddin (Ərdəbil)FilmlərƏləddin (seriyalar) Ələddin (film, 2009) Ələddin (cizgi filmi, 1992) Ələddin və quldurların kralı (cizgi filmi, 1996) Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=520895
Ələddin (film, 2009)
Ələddin (orijinal adı: Aladin) — 2009-cu ildə Sujoy Ghosh tərəfindən çəkilmiş hind dilindəki fantastika, döyüş və komediya janrında olan filmdir. Filmdə baş rollarda Amitabh Bachchan, Sanjay Dutt, Riteish Deshmukh və Jacqueline Fernandez (film sektorundakı ilk debütüdür) çəkilmişdir. Film Neil Schaffner və Caroline Shaffner tərəfindən yazılmış Düzgün Yataq, Səhv Ər əsərinin əsasında hazırlanmış olan Marathi pyesinin Pati Saqle Uçapati tərəfindən kinoya gətirilməsi idi.Film çox da gəlir gətirməmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=833607
Ələddin (film, 2019)
Ələddin (ing. Aladdin) — Qay Ritçi tərəfindən rejissorluq edilən, ssenarisi Con Avqust tərəfindən yazılan və Walt Disney Pictures tərəfindən istehsal olunan Amerikan musiqili fantaziya filmi. Disneyin 1992-ci ildəki eyni adlı bir animasiya filminin canlandırılmış halıdır. Bu film, öz növbəsində, 1001 gecədən gələn epik ərəb folkloruna əsaslanır. Rollarda Mena Məsud, Vill Smit, Naomi Skot, Marvan Kenzari, Navid Neqaban, Nasim Pedrad və Bill Maqnussen iştirak edir. Filmin mövzusu Ələddin oğurluqla məşğul olan cavan oğlandır. Həyat tərzinə baxmayaraq, onun qəlbi təmizdir, mərhəmətli və mehribandır. Ələddini həyatı atası tərəfindən zorla evləndirilmək istənilən bir qızla tanış olandan sonra dəyişir. Bu qız sultanın qızı şahzadə Casmin idi. Kral sarayına Casmini görmək üçün gizlicə girən Ələddin sultanın məsləhətçisi Cəfər tərəfindən tutulur. Ələddinin macərası Cəfərlə rastlaşandan sonra başlayır. Cəfər ondan möcüzələr mağarasındakı lampanı gətirməsini istəyir və mağaradakı ləl-cəvahirata əl vurmaması üçün tənbehləyir. Əvəzində isə Ələddinə böyük sərvət vəd edir Ələddin orada çox qəribə başqa bir şey — uçan xalça da tapır. Xalçanın üzərindəki ağır qayanı götürəndən sonra xalça ilə həmişəlik dostlaşır. Ələddin lampanı götürərkən meymunu Abu dayana bilmir və dəyərli daşlardan birini götürür. Bu zaman mağaraya lavalar axmağa başlayır və mağara çökür. Amma Ələddin lampanı götürə bilir. Lampa sehrlidir və içindəki cin Ələddinə 3 arzu şansı verir. Ələddinin birinci arzusu mağaradan çıxmaq, ikincisi isə sultan olmaq olur. Filmin sonrakı gedişatında Cəfər lampanı oğurlayır. Cəfərin ilk diləyi sultan olmaq olur. Ancaq Casmin əsgərlərə sədaqətlərini xatırladaraq onları Cəfərə qarsı qaldırır. Cəfərin ikinci arzusu dünyanın ən güclü sehirbazı olmaq olur. O, bu gücüylə Ələddini və Abunu soyuq ölkəyə göndərir və Casmini onunla evlənməyə məcbur edir. Ancaq cin Ələddini geri gətirir. Ələddin Cəfəri cindən zəif olduğu üçün ələ salır. Buna görə də Cəfər kainatda ən güclü varlıq olmağı arzu edir. Beləliklə, Cəfər cin kimi lampaya həbs edilir. Sonda Ələddinin üçüncü istəyi cinin azad olması olur. Cin insan olaraq Casminin xidmətçisi ilə, Ələddin isə Casminlə evlənir.
https://az.wikipedia.org/w/index.php?curid=586975
Ələddin (seriyalar)
Ələddin (seriyalar) — "The Walt Disney Company" şirkəti tərəfindən istehsal edilən cizgi seriyalarıdır. Cizgi filmləri Cəfərin qayıdışı Ələddin və quldurlar kralı Disney’s Aladdin (Capcom) Disney’s Aladdin (Virgin Interactive)
https://az.wikipedia.org/w/index.php?curid=296449
Ələddin (Ərdəbil)
Ələddin (fars. علاالدين) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (31 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=754159
Ələddin Abbasov
Ələddin Aslan oğlu Abbasov (5 may 1922, Gəncə – 13 iyul 2014, Gəncə) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1971). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2003) Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncə şəhərində doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb. Ələddin Abbasov 13 iyul 2014-cü ildə 92 yaşında vəfat etmişdir. Gəncə şəhər Fəxri xiyabanında dəfn edilmişdir.Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aslan Abbasovun əmisidir. Yaradıcılığı Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Xarakterik səs tembri, ifadəli sifət cifət cizgiləri, cazibəli səhnə görkəmi var. Aktyorluq təhsili yoxdur, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb. "Mən ki gözəl deyildim" (İmran), "Özgə vaxt" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş), və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır. Səhnə rolları Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. Onların daha məşhurlarını iki qismə bölüb təqdim etmək olar: Faciə və dram rolları Aydın, Qurban, Fərhad, Baxşı, İbad ("Aydın", "Solğun çiçəklər", "Nəsrəddin şah", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Xanmurad, Ziyad Şahsuvarov, Həsənzadə, Sahib ("Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Şükri Cəfəroğlu ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Frayman, Hakim ("Kəllə" və "Demoklsin qılıncı", Nazim Hikmət), Kassio və Otello ("Otello", Vilyam Şekspir), Seyran (Namus", Aleksandr Şirvanzadə), Lembidt Pedaye ("Azmış oğul", Eqon Rannet), Mekxit ("Üç qəpiklik opera", Bertolt Brext), Ataman ("Anacan", Yusif Əzimzadə), Cəlal ("Komsomol poeması", İsgəndər Coşqun), Tərlan ("Bahar", Məmmədhüseyn Təhmasib), Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil), Aqabo Boqveradze ("Araba hələ aşmayıb", Otiya İoseliani), Qaçaq Nəbi ("Qaçaq Nəbi), Yazon ("Medeya", Evripid), kriont ("Antiqona", Sofoki), Anton, Səyavuş, Turxan bəy ("Şeyx Sənan", "Səyavuş" və "Maral", Hüseyn Cavid), Fərhad və Şiruyə, Eldar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Zaur, Yusif Sərrac ("Yadmdamı?" və "Ulduzlar gö-rüşəndə", Altay Məmmədov), Pərviz və Rüstəm ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli). Komediya obrazları Rövşən, Murad, Kəblə Muxtar, Camal ("Əliqulu evlənir", "Aşnalar", "Küləklər" və "Nişanlı qız", Sabit Rəhman), Həsənağa ("Göz həkimi", İslam Səfərli), Dövran ("Məzəlizadələr", Səttar Axundov), Silvio ("İki ağanın bir nökəri", Karlo Haldoni), Yevgeni Lukaşin ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), Dəli Domrul ("Dəli Domrul", Altay Məmmədov), Zeynal kişi ("Gəl qohum olaq") Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 20 may 1958 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1971 Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 24 dekabr 1981 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 11 mart 1985 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 2003 "Qızıl Dərviş" mükafatı — 2005 "Teatr Xadimi" qızıl medalı — 2005 Milli Kino Mükafatı — 2013 Filmoqrafiya Bizi dağlarda axtarın (film, 1976) Dəli Kür (film, 1969) Dörd bazar günü (film, 1975) Əfsanəyə çevrilən adam. Ələddin Abbasov (film, 2013) Gəl qohum olaq (film, 2001) Gözlə məni (film, 1980) Xatirələr sahili (film, 1972) İşarəni Dənizdən Gözləyin (1986) Köhnə bərə (film, 1984) Koroğlu (film, 1960) Qatır Məmməd (film, 1974) Qətl günü (film, 1990) Qisas (film, 1991) Qocalar, qocalar... (film, 1982) Məkanın melodiyası (film, 2004) Mən ki gözəl deyildim (film, 1968) Nizami (film, 1982) Od içində (film, 1978) Özgə vaxt (film, 1996) Özgə vaxtın doğma anları (film, 2002) Papaq (film, 2007) Səmt küləyi (film, 1973) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Xarici keçidlər Ələddin Abbasov
https://az.wikipedia.org/w/index.php?curid=34173
Ələddin Allahverdiyev
Ələddin Məmmədhüseyn oğlu Allahverdiyev (29 may 1947, Kəsəmən, Basarkeçər rayonu) — Dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan piezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimi. Professor (2001). Ələddin Allahverdiyev 1947-ci il may ayının 29-da Qərbi Azərbaycanda Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1964-cü ildə Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla bitirib (məktəbi medalla bitirən ilk Kəsəmənlidir), S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsinə daxil olmuşdur. Üçüncü kursu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. Həmin Universiteti bitirdikdən sonra onun aspiranturasında saxlanılmış, Moskva Dövlət Universitetinin qapalı Elmi Şurasında "Pyezoelektrik konstruksiyaların əlaqəli rəqslərdə elektrofiziki parametrlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi rəhbəri Sosialist Əməyi Qəhrəmanı akademik Xəlil Raxmatulin olmuşdur.Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” institutuna işə qəbul edilmiş, 1974-1994-cü illərdə kiçik elmi işçi, baş elmi işçi və “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.2001-ci ildə Ələddin Allahverdiyev Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmişdir, o onlarla dissertasiyanın müdafiəsində rəsmi opponent olmuşdur. 1994-1995-ci illərdə Rusiya-ABŞ müştərək "Qreen Star İnternational" şirkətində Baş Direktorun elm və istehsalat işləri üzrə müavini vəzifəsində çalışmışdır. 1995-1996-cı illərdə Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyasının direktoru işləmişdir.1996-cı ilin sentyabrından Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru vəzifələrində işə başlamış, 1997-1999-cu illərdə eyni zamanda iqtisadiyyat və menecment fakültəsinin dekanı olmuş, 2000-ci ildən etibarən həmin Akademiyanın 1-ci prorektoru – tədris-metodika işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Bu illər ərzində ali və tətbiqi riyaziyyat (riyaziyyatın iqtisadiyyatda və menecmentdə tətbiqinə aid) sahələrinə həsr olunmuş 24 monoqrafiya, dərslik və dərs vəsaitləri çap etdirmişdir. Rusiya Federasiyası Ali Məktəblərinin təhsil üzrə prorektorları Şurasının, Moskva şəhəri Təhsil Departamentinin koordinasiya Şurasının, MDBİA-nın Elmi Şurasının üzvü, həmin Akademiyanın Tədris-metodika Şurasının sədri vəzifələrində olmuşdur. Hal-hazırda “MİET” Milli Tədqiqat Universitetində professor, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəridir.Ə.Allahverdiyev Dünya Azərbaycanlılarının bütün qurultaylarının nümayəndəsi olmuşdur. Elmi fəaliyyəti Bu dərsliklər əsasında uzun illər Ə.Allahverdiyev MDBİA-da tələbələrə mühazirə oxumuş və təcrübi məşğələlər aparmışdır. Ali peşə təhsilinin təşkilinə və tədris texnologiyasına həsr edilmiş bir sıra elmi məqalə dərc etdirmişdir. Ələddin Allahverdiyev məxfi elmi - texniki işləri də daxil olmaqla 450-dən çox monoqrafiya, ixtira, elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir. Beynəlxalq konfranslarda iştirakı 30-dan çox beynəlxalq, ümumittifaq elmi konfrans, qurultay və simpoziumda pyezoelektrik mühitlərdə dalğaların yayılmasının, pyezokeramik konstruksiyaların əlaqəli rəqslər zamanı elektrofiziki parametrlərinin tədqiqinə həsr edilmiş 60-dan çox elmi məruzə, o cümlədən 10-a yaxın sifarişli məruzə ilə çıxış etmişdir. Bu fakt Ələddin Allahverdiyevin elmi işlərinə yuxarıda adı çəkilən elm sahələrində çalışan sovet və dünya alimlərinin verdiyi yüksək qiymətin təzahürüdür. Nümunə üçün, professor Ə. M. Allahverdiyevin uzun illər boyu aldığı elmi nəticələri müntəzəm olaraq elmi-texniki tədbirlərdə məruzələriylə dünya və sovet elmi ictimaiyyətinin nəzərinə çatdırdığı bir neçə konfrans, qurultay və simpoziumların adını çəkmək yerinə düşərdi: Yeri gəlmişkən, son adı çəkilən 2 konfransda Ə. M. Allahverdiyev 13 məruzəylə, o cümlədən 3 sifarişli-plenar məruzəylə çıxış etmişdir. O bir çox adı çəkilən konfransların təşkilat və ya proqram komitələrinin üzvü olmuşdur. Hələ aspirant olarkən Ə. Allahverdiyev Bakı şəhərində keçirilən (1973-cü il) aeronavtika üzrə beynəlxalq konfransda iştirak etmişdir. Bəzi elmi məqalələri "The reliability increase when designing the spherical piezoceramic radiators", " Spreading of surface acoustic waves in party-homogeneous piezoelectric environments" (The International Jubilee Conference "Single crystal and their application in the XX century — 2004", Aleksandrov, Russia, 2004) "The acoustical characteristics of the cylindrical piezoceramic radiator vibrating in infinite liquid medium", "Spreading of surface acoustic waves in party-homogeneous piezoelectric environments" (The International Jubilee Conference "Single crystal and their application in the XX century — 2004", Aleksandrov, Russia, 2004) Ayrı-ayrı ali məktəb dərslikləri Təltif və mükafatları Ə.M.Allahverdiyev “Moskvanın 850 illiyi” dövlət medalı (1997) ilə, üç dəfə - 1975, 1977 və 1980-ci illərdə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Həmkarların MK-nin, ÜİLKGİ MK-nin təsis etdiyi “Əməkdə fərqlənməyə görə” döş nişanları ilə təltif olunmuşdur. O "Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi" adına və döş nişanına layiq görülmüş, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, "M.V. Lomonosov adına MDU-nun 250 illiyi" yubiley medalı (2004) ilə təltif edilmişdir. Elm və təhsildəki yüksək nəticələrinə görə dalbadal 4 il (2001-2004) Moskva Hökumətinin təhsil sahəsində elm və texnologiyalara dair təsis etdiyi "Moskva Qrantı" müsabiqəsinin laureatı adına və pul mükafatlaırna layiq görülmüşdür. Tibbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə Ümumittifaq Elmi Tibbi-Texniki Cəmiyyətinin Mərkəzi İdarəsi Rəyasət Heyətinin baxış-müsabiqəsinin qalibi Diplomu ilə və Rusiya Federasiyasının çoxsaylı fəxri fərmanları və diplomları ilə təltif edilmişdir. REA-nın nəzəri və tətbiqi mexanika üzrə Milli Komitəsinin təsis etdiyi görkəmli alim-mexanik, Sosialist Əməyi Qəhrəmanı, akademik, professor, f.r.e. doktoru, 4 Lenin ordeni laureatı, bir neçə Dövlət mükafatı laureatı Xəlil Əhmədoviç Raxmatulin adına medalla təltif olunub; 1978-ci ildə ailə qurmuşdur. Bir oğlu, bir qızı, dörd nəvəsi var. Həyat yoldaşı Kəngərli Məhsəti İsmayıl qızı 1951-ci ildə Naxçıvanda anadan olmuşdur. Orta məktəbi Naxçıvanda medalla bitirmişdir. M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin və onun aspiranturasının məzunudur. Kimya elmləri namizədidir. Moskva Elmi Tədqiqat Materialşünaslıq İnstitutunda böyük elmi işçidir. Çoxsaylı elmi məqalələr və ixtiralar müəllifidir. Oğlu Allahverdiyev Toğrul 1979-cu ildə Moskva şəhərində anadan olub. "Beynəlxalq iqtisadiyyat" ixtisası üzrə Rusiya Federasiyasi Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını və "Təşkilat menecmenti" ixtisası üzrə Rusiya Dövlət İdarəetmə Universitetini "Fərqlənmə" diplomları ilə bitirib. İqtisad elmləri namizədidir. "İnnovasiyalı inkişafda korporativ idarəetmə" monoqrafiyasının, 30-dan çox elmi məqalənin müəllifidir. RF-nın "Svyaz-İnvest" dövlət şirkətində şöbə müdiri, "Çerkizovo qrupu" kompaniyasında idarə rəisi, dünyanın 7 ölkəsində, o cümlədən, ABŞ, Kanada və Qərbi Avropanın 5 dövlətində filial və zavodları olan Rusiya Federasiyasının məşhur NLMK metallurgiya qruplar kompaniyasında "Riskləri idarərtmə" sahəsində idarə rəisi işləmişdir. Hal-hazırda Amsterdamda "Eurasian Resources Group" kompaniyasında icraçı direktor vəzifəsində çalışır. 1 övladı var.Qızı, Allahverdiyeva-Rəfibəyli Aytən 1982-ci ildə Moskva şəhərində anadan olmuşdur. Moskvanın 842 saylı orta məktəbini medalla bitirib profil imtahanından "əla" qiymət alaraq İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasına daxil olmuş və oranı "Fərqlənmə" diplomu ilə bitirmişdir. Ordinaturanı qurtarıb. Hal-hazırda Qətər dövlətinin paytaxtı Doha şəhərində plastik cərrahiyyə üzrə həkim işləyir. 3 övladı var. Xarici keçidlər "Coupled flexural-shear oscillations of stepwise-layered piezoceramic disk transducers". Soviet Applied Mechanics. 23: 465–471. Bibcode:1987SvApM..23..465A. doi:10.1007/BF00888059. (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=443693
Ələddin Eyvazov
Ələddin Qismət oğlu Eyvazov (26 mart 1967, İsmətli, Puşkin rayonu) — Azərbaycan alimi, aqrar elmlər üzrə fəlsəfə doktoru, 16.11.2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun, 28.07.2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktoru. Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir.2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində distant təhsil alaraq baytar həkim ixtisasını almışdır. Ə. Eyvazov 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi, 1994–2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında aparıcı aqronom, baş aqronom, aparıcı mütəxəssis, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2005-ci ilin sentyabr ayından 2015-ci ilin iyul ayına qədər KTN yanında DFNX-nin rəis müavini vəzifəsində çalışmış, Respublikanın baş dövlət fitosanitar müfəttişinin müavini olmuşdur. 3 iyul 2015-ci il tarixdən 11 may 2018-ci il tarixə qədər KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, həmin tarixdən 21 iyun 2018-ci il tarixə qədər KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifəsində çalışmışdır. 05 mart 2020-ci ildən 16.11.2020-ci ilə kimi AMEA-nın İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 16.11.2020-ci ildən 28.07.2022-ci ilədək AMEA Zoologiya İnstitutunun direktoru, 28 iyul 2022-ci ildən hal-hazıradək ETN Zoologiya İnstitutunun baş direktoru vəzifəsində çalışır. Elmi fəaliyyəti 2001-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi(aqrar elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi və 2018-ci ildə dosent elmi adını almışdır. O, İsrail dövlətində, Misir Ərəb Respublikasında, ABŞ-da, Türkiyədə, İran İslam Respublikasında , Polşada, Rusiya Federasiyasında, İtaliyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Sloveniyada keçirilən beynəlxalq konfranslarda, seminarlarda və s. tədbirlərdə iştirak etmişdir. Ə. Eyvazov respublikada bitkiçiliyin elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində mühüm işlər görmüşdür. Elmi əsərləri 163 elmi məqalə, informasiya bülleteni, bukletin, rəngli albomun müəllifi, 1 sortun həmmüəllifi, 2 kitabın elmi redaktoru, 2 kitabın rəyçisidir. Kartofçuluq, Bakı-2004 Pestisidlərin bioloji preparatların və aqrokimyəvi maddələrin laboratoriya ekspertizası, tarla və istehsalat sınaqlarına dair təlimat, Bakı-2007 Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər, Bakı- 2008 Vaxtı keçmiş, istifadəsi və tətbiqi qadağan edilmiş pestisidlərin inventarlaşdırılması, identifikasiyası, toplanması və saxlanmasına dair texniki təlimat, Bakı-2008 Fitosanitar karantin nəzarətində olan materiallara və obyektlərə fitosanitar karantin baxışının keçirilməsi, laboratoriya ekspertizası üçün nümunələrin götürülməsi qaydaları və onların müayinəsinə dair təlimat, Bakı-2011 Karantin nəzarətində olan materialların zərərvericilərlə sirayətlənmə dərəcəsinin müəyyənləşdirilməsinə dair təlimat, Bakı-2014 Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu-50, Bakı-2015 Tərəvəz, bostan və kartof bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı istifadə olunan pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, Bakı-2015 Tərəvəzçinin illik fəaliyyət təqvimi, Bakı-2016 Kartofun fiziologiyası, intensiv texnologiya ilə becərilməsi və proqramlaşdırılmış məhsulun alınması yolları, Bakı-2017 Badımcan bitkisinin seleksiyası, fiziologiyası və toxumçuluğu, Bakı-2018 Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər, Atlas, Bakı-2018 Təltif və mükafatları Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Fəxri Fərmanı — 2009 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı — 29.10.2015 Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib və Akademiyanın beynəlxalq "Qızıl ulduz" medalı — 2021Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmri ilə "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalı — 08.06.2023 Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin Fəxri Fərmanı — 2023 Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin Təşəkkürnaməsi — 21.12.2023Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yubiley Medalı ― 26.10.2023 Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=527711
Ələddin Mahmudov
Ələddin Mahmudov — azərbaycanlı fizika-riyaziyyat elmləri doktoru, professor. Avqust ayında doğum günü qeyd edilən görkəmli şəxsiyyətlərdən biri də professor Ələddin Mahmudovdur. O, Azərbaycan riyaziyyat elminin tanınmış nümayəndələrndən biridir. Fizika-riyaziyyat elmləri doktoru Ə. Mahmudov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru olmuşdur. O, qeyri-xətti analizin bəzi məsələləri və operatorların spektral nəzəriyyəsi üzrə respublikamızın ən tanınmış mütəxəssislərindən biri sayılır. Ələddin Mahmudov 11 avqust 1934-cü il Gürcüstan Respublikasının Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Orta məktəbi 1954-cü ildə medalla bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1959-cu ildə oranı bitirdikdən sonra ADU-nun aspiranturasında təhsilini davam etdirmişdir. Ə.Mahmudov 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Qoşqar Əhmədovun rəhbərliyi altında "Hammerşteyn tipli qeyri-xətti inteqral tənliklər sisteminin həlli barədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində "Qeyri-xətti tənliklərin məxsusi elementlərinin tamlığı haqqında" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1987-ci ildə isə ona çalışdığı Riyazi analiz kafedrasının professoru elmi adı verilmişdir. Professor Ə.Mahmudov ömrünün sonuna qədər, yəni 1997-ci ilədək bu kafedrada çalışmışdır. O, 1994-cü ildə nüfuzlu Amerika Riyaziyyatçılar Cəmiyyətinin üzvü, 1995-ci ildə isə Nyu York Akademiyasının həqiqi üzvü seçilmişdir. Professor Ələddin Mahmudov 70-ə yaxın elmi işin, (o sıradan da iki monoqrafiyanın) müəllifi olmuşdur. Bu əsərlərdən 40-ına təkbaşına müəlliflik etmişdir. 20 məqalə isə respublikanın hüdudlarından kənarda dərc olunmuşdur. Keçmiş Sovetlər İttifaqının nüfuzlu elmi nəşrlərində, o cümlədən də SSRİ Elmlər Akademisyasının "Xəbərlər"ində, "Ümumittifaq differensial tənliklər", "Ukrayna – riyaziyyat" jurnallarında, habelə Rumıniya, Amerika Birləşmiş Ştatları, Almaniya və İranda çap olunmuş elmi məqalələri ona geniş şöhrət qazandırmışdır. Ə.Mahmudovun SSRİ Elmlər Akademiyasının "Məruzələri", Differensial Tənliklər, Ukrayna-riyaziyyat jurnalı, "Ali Məktəblərin "Xəbərləri" . Riyaziyyat" jurnallarında dərc edilən bütün əsərləri Amerika Birləşmiş Ştatlarının riyaziyyat üzrə nəşrlərində yenidən dərc olunmuşdur. 1989-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasının "Xəbərlər"ində verilmiş "Qeyri-xətti spektral məsələlərin həllərinin qlobal bifurkasiyası (budaqlanması)" adlı məqaləsi həmin il riyaziyyat üzrə ən yaxşı əsərlərdən biri hesab olunmuşdur. Həmin məqalənin qısa məzmunu sonralar Almaniya Federativ Respublikasında çap olunmuşdur. H.Kurant adına Amerika Riyaziyyat İnstitutunun elmi əsərlərində də prof. Ə.Mahmudovun bu məqaləsinə istinad edilmişdir. Professor Ələddin Mahmudovun çoxillik gərgin elmi fəaliyyətinin əsas yekunları onun 1997-ci ildə 25 çap vərəği həcmində nəşr olunmuş "Qeyri-xətti məxsusi qiymətlər məsələsi və bifurkasiya nəzəriyyəsi" adlı monoqrafiyasında öz əksini tapmışdır. Əsər dünya təhsil ocaqlarının bir çox elmi kitabxanalarına və ali riyaziyyat üzrə müxtəlif cəmiyyətlərə göndərilmişdir. Professor Ələddin Mahmudov Azərbaycan və dünya riyaziyyat elminə həm də 1952-ci ildə Amerika məntiqçisi və riyaziyyatçısı Henri Moris Şeffer tərəfindən təklif edilən Hammerşteyn qeyri-xətti inteqral tənliklərinin yeni öyrənilmə metodlarını inkişaf etdirmiş bir alim kimi daxil olmuşdur. Onun bu sahədə xidmətləri tanınmış sovet riyaziyyatçıları M.A. Krasnoselski və P.P.Zabreykonun "Qeyri-xətti analizin həndəsi metodları", P.P. Zabreykonun icmal xarakterli "Riyaziyyat toplusu", alman riyaziyyatçısı V. Petrenin, həmçinin digər sovet və əcnəbi riyaziyyatçıların əsərlərində qeyd olunmuşdur. 1966-cı ildən isə Ə.Mahmudov respublikamızda ilk dəfə olaraq ballistikada yaranan məsələlərin (riyaziyyat elmində V. Nikliborts kimi tanınan məsələ) tədqiqi ilə maraqlanmağa başlamışdır. Ə.Mahmudovun məxsusi qiymətlərə aid qeyri-xətti məsələlər nəzəriyyəsi üzrə aldığı əsas nəticələr onun 1984-cü ildə dərc olunmuş "Qeyri-xətti spektral analizin əsasları" adlı monoqrafiyasına daxil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Elmi İnformasiya İnstitutu , İllinoys Universitetinin kitabxanası, ABŞ referativ jurnalının redaksiyası və müxtəlif ölkələrdən olan alimlər bu monoqrafiyaya xüsusi maraq göstərmiş və müəllifdən elmi işin onlara göndərilməsini xahiş etmişlər. 1979-cu ildə Ə.Mahmudov Polşanın Sileziya Riyaziyyat İnstitutunun dəvəti ilə orada qonaq olmuş, müəllim və tələbələr qarşısında mühazirələrlə çıxış edərək öz tədqiqat işləri, axtarışları haqqında geniş məlumat vermiş, həmkarları ilə fikir mübadiləsi aparmışdır. Professor Ələddin Mahmudov bütün ömrü boyu çalışdığı Bakı Dövlət Universitetinin elmi və ictimai həyatında xüsusi iz qoymuş şəxsiyyətlərdən biridir. O, ayrı-ayrı illərdə mexanika-riyaziyyat fakütəsinin dekanı (1965 – 1969-cu illər), dekan müavini (1963 – 1965-ci illər), universitetin hazırlıq fakültəsinin dekanı (1970–1972-ci və 1994–96-cı illərdə) vəzifələrində çalışmışdır. Ə.Mahmudov həmçinin BDU-nun ictimai və pedaqoji həyatında xüsusi fəallığı ilə seçilmişdir. O 1979–88-ci illərdə tədrisə nəzarət məqsədilə yaradılmış universitetdaxili təşkilati-metodik komissiyanın sədri olmuş, ayrı-ayrı vaxtlarda universitetin Elmi Şurasının, 1966 −1975-ci illərdə isə fizika-riyaziyyat elmləri namizədi və doktoru elmi dərəcələrinin verilməsi məqsədilə yaradılmış Elmi Şuranın üzvü olmuşdur. Ə.Mahmudov elm və tədris sahəsində gərgin və nümunəvi işinə görə müxtəlif illərdə medal və fəxri fərmanla təltif edilmişdir. Gənc kadrların yetişdirilməsində də alimin xüsusi xidmətləri olmuşdur. Professor Ə.Mahmudovun rəhbərliyi altında 8 gənc tədqiqatçı müdafiə edərək elmlər namizədi dərəcəsi almışlar. Azərbaycanlılarla yanaşı, rus, özbək, vyetnamlı tələbələri onun elmi rəhbərliyi altında müdafiə edərək alimlik dərəcəsi almışlar. Professor Ə.Mahmudov həm də Gürcüstan azərbaycanlıları icmasının tanınmış simalarından biri olmuşdur. O, bu icmanın tədbirlərində yaxından iştirak etmiş, bəzi ictimai problemlərin müzakirəsinə və həllinə öz töhfəsini vermişdir.
https://az.wikipedia.org/w/index.php?curid=532531
Ələddin Məhəmməd Xarəzmşah
Ələddin Məhəmməd Xarəzmşah — Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur. Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur. Şəhzadəlik dövrü Mənbələrdə şahzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur. 1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhd seçilərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir.1200-cü ildə atası Xarəzmşah Təkişin əmri ilə İsmaililərə qarşı hücuma keçmiş və Turşizi mühasirəyə almışdır. Həmin ildə də atasının ölümü xəbərini almışdır və 100 min dinar qarşılığında mühasirəni dayandıraraq, paytaxta üz tutmuşdur. 1200-cü ilin avqustun 3-də taxta oturmuşdur. Hakimiyyəti Daxili mübarizə Əlaəddin Məhəmməd hakimiyyətinin ilk dövrlərində əyanların müqaviməti ilə üzləşdi. İsfahandakı qardaşı Əlişahın orada möhkəmlənməsindən narahatlıq keçirən Sultan Məhəmməd onu mərkəzə çağırdı. Sultan Təkişin ölümü və burada möhkəmlənmiş Əlişahın mərkəzə qayıtması Şərqi İrandakı Xarəzmşah hakimiyyətini zəiflətdi. İsfahan Atabəy Əbu Bəkr tərəfindən ələ keçirildi, Rey itirildi.Sultan Məhəmmədin hakimiyyəti üçün təhlükələrdən biri də qardaşı oğlu Hindu xan idi. Hindu xan əmisinin hakimiyyətini qəbul etmirdi və Mərvdə ona qarşı qoşun yığmağa başlamışdı. 1201-ci ildə Sultan Məhəmmədin Mərvə göndərdiyi orduya qarşı müqavimət göstərə bilməyəcəyini başa düşən Hindu xan Qurilərdən kömək istədi. O, həmçinin onlara tabe olacağın və Quri hökmdarı Qiyasəddin Məhəmmədin adına sikkə kəsdirəcəyini vəd edirdi. Hindu xanın təklifini qəbul edən Qiyasəddin Məhəmməd hücuma keçərək Xorasanın çox hissəsini tutdu. Quri hökmdarı Əlişah və başqa Xorasana təyin edilmiş Xarəzm sərkərdələrini əsir aldı.Daha bir əyan mübarizəsi isə Monqolların yürüşü ərəfəsində başlamışdı. Belə ki, Sultan Əlaəddin Məhəmmədin anası Terkən xatun Hind əsilli Ayçiçək xatundan olan Cəlaləddinin vəliəhd kimi qəbul edilməsinə qarşı çıxırdı. Buda əyanlar arası ixtilafların yenidən başlanmasına və onsuzda Monqolların yürüşü ilə dağılmağa başlayan dövlətin böharanının daha da artmasına səbəb oldu. 1221-ci ildə Terkən xatun Monqollar tərəfindən əsir alındı və 1232-ci ildə öldürüldü. Qurilərlə mübarizə Xarəzmşah mərkəzdə siyasi sabitlik yaratdıqdan sonra 1201-ci ilin sentyabrında Xorasana yürüşə başladı. Şadyahı və Mərvi ələ keçirirdi. 1202-ci ildə Heratı mühasirəyə aldı. 40 günlük Herat mühasirəsi heçbir nəticə vermədi. Qurilərdəki hakimiyyət dəyişikliyindən istifadə edərək 1204-cü ildə Herat üzərinə edillmiş yürüş isə müvəffəqiyyətli oldu. Mərkəzi hakimiyyəti gücləndirməyi bacaran Quri sultanı Şəhabəddin Məhəmməd 1204-cü ildə Sultan Məhəmməd tərəfindən işğal olunmuş topraqların geri alınması üçün Xarəzmşahlar üzərinə əks-hücuma başladı. 1204-cü ilin iyul ayında Şəhabəddin Xorasana doğru hərəkət etdi. Quri hökmdarının böyük bir ordu ilə hücuma başladığı xəbəri Sultan Məhəmmədə çatan kimi tələsik Xorasandan Xarəzmə çəkilərək müdafiə işlərinə başladı.1204-cü ildə Ceyhun çayının sahilində baş vermiş döyüşdə Xarəzmşah məğlub oldu və paytaxa çəkildi. Arxasıyca gələn Şəhabəddin Ürgənci mühasirəyə aldı. Sultan Məhəmməd Qaraxitaylara məktub yazaraq onlardan kömək istədi və vassal kimi onlara tabe olacağını bildirdi. Bu təklifi müsbət qarşılayan Qara Xitay xan Tayanqunun və vassalı Qaraxanlı hökmdarı Osmanın rəhbərliyi ilə güclü ordunu Sultan Məhəmmədə köməyə göndərdi. Ani hücuma keçən Qaraxitaylar Quri ordusunu darmadağın etdilər. Şəhabəddin böyük itkilər verərək geri çəkildi.Qurilərin məğlubiyyəti onların hakimiyyətini zəiflətdi və ara müharibələrinə gətirib çıxardı. Bu qarışıqlıqlardan istifadə edən Sultan Məhəmməd Quri sarayına elçi göndərdi və bağlanan müqaviləyə əsasən Şəhabəddin Heratı çıxmaqla bütün Xorasanda Xarəzmşahların hakimiyyətini qəbul etdi. Şəhabəddinin 1206-cı ildəki ölümündən sonra isə Herat və ilin sonunda Bəlx işğal edildi. Tirmiz qalası tutularaq Qaraxanlı sultanı Osmana verildi.Hakimiyyətə gəlmiş yeni Quri hökmdarı Sultan Məhəmməddən asılılığı qəbul etdi və Firuzkuhda Xarəzmşahın canişini kimi hakimiyyətdə qaldı. Sultan Məhəmməd 1215-ci ildə bu ərazilərin qəti olaraq Xarəzmşahlara tabe edilməsi üçün yürüşə başladı. Beləliklə Qiyasəddin Mahmud və Qəznədaki Tacəddin Ulduzun hakimiyyətinə son qoyuldu və Quri hakimiyyətindəki bütün torpaqları ələ keçirildi. Qəznədən Hind çayına qədər bütün torpaqlar Cəlaləddinə Məngüberdiyə tapşırıldı, lakin Sultan Məhəmməd Cəlaləddini yanından ayırmamaq istədiyi üçün bu torpaqlar müvəqqəti yəni Monqol hücumundan sonra Cəlaləddinin Qəznəyə çəkilməsinə qədər Kərbər Məlikə tapşırıldı. Qaraxitaylarla mübarizə 1207-ci ilin yazında Qaraxitay hakimiyyətində olan Buxarada Səncərin başçılığı böyük ilə üsyan qalxdı. Mərkəzi hakimiyyətdən kömək gəlməməsi səbəbindən şəhər hakimi Ali Burhan Xarəzmşahdan kömək istədi. Bu istəyi qəbul edən Sultan Məhəmməd Buxaraya yürüşə başladı. Həmin ildə Xarəzmşah ordusu üsyançıları məğlub etdi və üsyanın başçısı Səncər həbs edildi. Bu qələbənin nəticəsində Qaraxitay hakimiyyətinə tabe olan Sultan Osman Xarəzmşahla yaxınlaşdı. Bələ ki, Sultan Osman xütbəni həm öz adına, həm də Xarəzmşah adına oxutdurmağa başladı. Hər iki səbəb Qaraxitaylarla münasibətlərin pozulmasına gətirib çıxardı. Məhəmmədin Mavəraünnəhrdəki qüvələrinə hücuma keçən Qaraxitay ordusu onları darmadağın etdi. Xarəzmşah Məhəmməd sülh danışıqlarına başladı, lakin Qaraxitay elçisinin sultanla bir yerdə taxta oturmaq istəməsi aradakı münasibətləri tamamilə pozdu. Sultan elçini "kafir" deyərək öldürdü və Qaraxitaylara hər il verdiyi təzminatı dayandırdı. Ordu yığmağa başlayan Əlaəddin Məhəmməd 1210-cu ildə Qaraxitayların üzərinə hücuma keçdi. Həmin ilin sentyabrında baş vermiş İlamış döyüşündə Qaraxitaylar məğlub edildilər. İrəliləyən Xarəzm ordusu bütün Mavəraünnəhri ələ keçirdi. Şərqi İranın işğalı Qardaşı atabəy Əbu Bəkrin vəfatından sonra Azərbayan Atabəyləri taxtına Özbək keçdi. Onun taxta çıxdığı vaxt Əcəm İraqında vəziyyət ağır idi. Bu vaxt bir müddətdir Əcəm İraqını tək başına idarə edən Aydoğmuşa (Özbəyin vassalı) qarşı Cahan Pəhləvanın bir başqa vassalı Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və Əcəm İraqındakı torpaqları əlinə keçirərək Rey, İsfahan, Həmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub, "sultan" adıyla sikkələr zərb etdirdi.Xəlifə ən-Nasir, Azərbaycan atabəyi Müzəffərəddin Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Menglinin əlindəki Əcəm İraqı torpaqlarını bölüşdürdülər. Ərbil atabəyi Müzəffərəddin Göy-Börü də onlara qoşuldu. Müttəfiqlərin birləşmiş orduları Həmədana hərəkət etdilər. 27 sentyabr 1215-ci ildə baş vermiş döyüşdə Məngli məğlub oldu və öldürüldü. Seyfəddin Oğlamışı canişin təyin edən Atabəy Özbək özü Təbrizə qayıtdı. Ancaq daha əvvəl Xarəzmşahların xidmətində olan Oğlamış naib təyin edildikdən sonra xütbəni Xarəzmşah Əlaəddin Məhəmmədin adına oxutdurmağa başladı. Bu səbəbdən də sui-qəsdin qurbanı oldu.Bu xəbəri eşidən Sultan Məhəmməd Şərqi İrana üzərinə hərəkət etdi. O, qarşısına çıxan Səd ibn Zəngini məğlub edib Reyə soxuldu. Bunu eşidən Özbək, Əhər hakimi Piştəginlərdən Nurəddin Məhəmmədi Təbrizə göndərib özü də dağlarda yerləşən qalalardan birinə qaçdı. Ancaq Nurəddin Məhəmməd Miyanə yaxınlarında Xarəzmşahlara məğlub oldu və özüylə birlikdə vəzir Rəbibəddin Dəndan da əsir düşdülər. Xarəzmşah Əlaəddin Məhəmməd vəziri Nəsirəddin Dövlətyarı Atabəy Özbəkin yanına göndərərək ona təslim olmağı və Xarəzmşah adına xütbə oxutdurub, sikkə kəsdirməyi əmr etdi. Xarəzmşahın bu təkliflərini qəbul edən Özbək, Arran və Azərbaycandakı hakimiyyətini qorusa da Əlaəddin Məhəmmədin vassalına çevrildi. Sultan Məhəmməd işğal etdiyi Şərqi İran torpaqlarına oğlu Rüknəddin Gursancdını təyin etdi. Xəlifəyə qarşı mübarizə Xarəzmşah Təkiş 1194-cü ildə Xəlifəni özündən asılı vəziyyətə salmışdı, lakin Təkişin ölümündən istifadə edən Xəlifə Nasir asılılıqdan imtina etdi və Xarəzmşahlara qarşı mübarizəyə başladı. Belə ki, Şərqi İranın bölüşdürülməsi və Xarəzmşah Məhəmmədin naibi Oğlamışın qətlində əlinin olması münasibətləri tamamilə korlamışdı. Həmçinin Xarəzmşah xəlifədən xütbəni onun adına oxumasını tələb edirdi. 1217-ci ildə məşhur alim Qazi Mücirəddini Xilafət sarayına göndərdi, lakin Xəlifə bu təklifi rədd etdi.Xəlifəyə qarşı hərəkətə keçən Sultan Məhəmməd Tirmiz seyidlərindən olan Əlaül-Mülk Tirmizini xəlifə təyin etdi. İlk öncə xəlifəni vəzifədən çıxardlğını və Əlaül-Mülk Tirmizini onun yerinə təyin etdiyini elan edərək xütbələrin yeni xəlifənin adına oxunmasını istədi, fəqət Sultan Məhəmmədin bu siyasəti nəinki vassalı olan hətta öz paytaxtında belə qəbul edilmədi və bu yöndə heçbir dəyişiklik olmadı.Beləliklə Xarəzmşah Məhəmməd Xəlifəyə hakimiyyətini qəbul elətdirə bilmədi. Ancaq Xarəzmşah Məhəmmədin nüfuzuna böyük xələr gəldi. Monqollarla mübarizə Xarəzmşahlar dövlətinin dağılmasına səbəb Monqol yürüşləri oldu. Sultan Məhəmmədin ən böyük xətalarından biri bu yürüşləri nəzərə almaması və əvvəlcədən tədbirlər görməməsi idi. Məhəmmədin hakimiyyətinin ortalarında Xarəzmşahların Monqollarla arası yaxşı idi hökmdarlar arasında ticarətlə əlaqəli elçi mübadiləsi vardı.Əlaqələrin pozularaq müharibə halına gəlməsinə səbəb isə Xarəzmşahın Otrardakı naibi İnalcığın Monqol karvanına hücum edərək qarətə və qətllərə yol verməsi oldu. Çingiz xan Xarəzmşahdan vurulan ziyanın geri qaytarılmasını tələb etsə də, Sultan Məhəmməd bunu qəbul etmədi. Beləliklə iki tərəf arasında müharibə qaçınılmaz oldu.Ani hücuma keçən Monqol ordusu sayının çoxluğu da nəzərə almaqla Xarəzmşahların torpaqlarının böyük hissəsini tutdu. Mavəraünnəhr, Buxara və Səmrqənd ələ keçirildi. Paytaxtın mühasirəsi başlayanda müqavimət göstərə bilməyəcəyini başa düşən Sultan Məhəmməd Mazandarana qaçdı. Arxasıyca Monqol ordusu Xorasanı və Mazandaranı ələ keçirə-keçirə sultanı təqib etdi. Xarəzmşahın tək qalibiyyəti Monqol qüvvələrinin əlinə keçməməyi oldu. Xəzər dənizinə, Abaskun adasına sığınan Sultan Məhəmməd ailəsinin bir hissəsinin və xəzinəsinin monqolların əlinə keçməsi xəbərini aldıqdan sonra ağır xəstələndi. Adada ailəsindən oğulları Cəlaləddin, Azlaq, Ağşah və həyat yoldaşları var idi. Beləliklə Məhəmməd adadas olarkan 1221-ci ildə oğlu və vəliəhdi Cəlaləddin Məngüberdini sultan elan etdi və öz qılıncı ilə tacını ona verdi. Bütün ailəsindən Cəlaləddinə tabe olmalarını istədi və həmin ilin dekabrında vəfat etdi. Müəyyən hadisələr sübut edir ki, Əlaəddin Məhəmməd tez hiddətlənən bir şəxs olmuşdur. Bu hadisələrə biri Sultan Osmanın öldürülməsi ilə bağlıdır. Bələ ki, Sultan Məhəmmədin qızıyla evlənən Osman onun qızına qarşı sərt davranması səbəbindən Xarəzmşahın qarşısına qılınc və kəfənlə çıxmasına baxmayaraq öldürülmüşdü.Ordu gücü ilə əldə etdiyi qalibiyyətlər səbəbindən məğrur bir insana çevrilmişdi. Əsirlərə qarşı olduqca mərhəmətiz idi. Şərqi İranda apardığı müharibələr zamanı əsir aldığı sərkərdələri (Atabəy Səd, Məlik Məhəmməd və vəzir Rəbubiddin Əbülqasımı) çovğan oyunu bitənə qədər ayaq üstə saxlamışdı. O işğal etdiyi ölkələrin hakimlərinin bəzilərini öldürür və bəzilərini isə əsir şəklində Xarəzmə gətirərək, həbsə atırdı. Bu səbəbdən paytaxt "hökmdarlar və şəhzadələr həbsxanasına" çevrilmişdi. Əkbər N. Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından — XIV əsrə qədər). Bakı: Qanun, 2010. Əlaəddin Ataməlik Cüveyni. Tarixi-Cəhanqüşa, c. I–II. (tərc. M. Öztürk). Ankara: Kültür Bakanlığı Yayını, 1998. İbrahim Kafesoğlu. Xarəzmşahlar dövləti tarixi, Ankara: Türk Tarih Kurumu Yayını, 1992. Ər-Ravəndi. Rahat-üs-sudur və ayət-üs-sürur,c. I–II (tərc. A. Ateş). Ankara: Türk Tarih Kurumu Yayını, 1957. Minhəc əl-Sirac Cüzcani. Təbakəti-Nasiri, c. I–II. (tərc. Əbdül Hay), Tahran: Dünyaye Kitab, 1343. İbn əl-Əsir. Əl-kamil fi-t-tarix, c. I–II (tərc. A. Ağırakçe və A. Özaydın). İstanbul: Bahar Yayınları, 1987. Nəsəvi. Sirət-i Cəlaləddin Məngüberdi, (tərc. Müctəba Minuvi) Tehran: Şirkəti İntişarati Elmi və Fərhəngi, 1986. Əl-Bündari. Zübdətün-nusra və nuhbətül-usra, (tərc. Kıvameddin Burslan). Ankara: Maarif Matbəəsi, 1943. Çakmak M. A. Türk Sultanları ilə Abbasi Xəlifələrinin İqtidar Mücadilələri (XII–XIII. Yüzil). Türk Kültürü ve Hacı Bektaş Veli Araştırmaları Dergisi, 2007. Fəzlullah Rəşidəddin. Cami ət-Təvarix, c. I (tərc. Dr. Bəhmən Kərimi). Tehran: İqbal nəşriyyatı, (1374). Joseph de Guignes. Hunların, Türklərin, Moğolların və sair Tatarların Ümumi Tarixi, c. IV (tərc. H. Cahit.). İstanbul: Tanin mətbəəsi, 1924. Əbül-Fərəc. Tarixi Əbül-Fərəc, c. II (tərc. Ö. R. Doğrul). Ankara: Türk Tarih Kurumu Yayını, 1987. Xarici keçidlər "Muhammed b. Tekiş". Abdülkerim Özaydın TDV. Harezmşahlar Devleti / Prof. Dr. Abdülkerim Ozaydın Arxivləşdirilib 2016-08-09 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=504105
Ələddin Məlikov
Ələddin Mehman oğlu Məlikov (16 sentyabr 1982, Sumqayıt) — müəllim, fəlsəfə və din fəlsəfəsi tədqiqatçısı, epistemoloq, şərqşünas, tərcüməçi və araşdırmaçı yazar, fəlsəfə üzrə elmlər doktoru, dosent. Ələddin Məlikov 16 sentyabr 1982-ci ildə Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. 1989-cu ilin sentyabr ayının biri tam orta məktəbə getmiş və 2000-ci ildə Z.Nəcəfov adına orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1989–2000-ci illər şəhid Z.Nəcəfov adına iki saylı tam orta məktəbdə təhsil almışdır. 2000–2004-ci illərdə Ümumdünya İslam Elmləri Akademiyası, Dinşünaslıq fakültəsi, "İslam fəlsəfəsi və mistikası" ixtisası üzrə bakalavr pilləsi. 2004–2007-ci illərdə Qərb fəlsəfəsi üzrə "fəlsəfə və elmin metodologiyası" ixtisası, magistr pilləsi. 2007–2010-cu illərdə, Fəlsəfə tarixi üzrə "fəlsəfə doktoru" (Ph.D) elmi dərəcəsi. 2010–2013-cü illərdə "Transandental fəlsəfə" üzrə "fəlsəfə elmlər doktoru" elmi dərəcəsi. 2011–2013-cü illərdə fəlsəfənin tədrisi, elmi konfranslarda iştirakı, aktual elmi müddəaların həlli, əsaslandırması və göstərmiş təhsil, tədris, tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsi sonuçu, "dosent" elmi adı verilmişdir. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfirliyində çalışmışdır. Beynəlxalq "Bilik" tədris mərkəzində xarici dil müəllimi vəzifəsində tədris etmişdir. AMEA Şərqşünaslıq İnstitututunda böyük elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə mərkəzinin "Rəsmi yazışmalara nəzarət" şöbəsinin dil mütəxəssisi olmuşdur. AMEA Elm Tarixi İnstitutunun "Elmşünaslıq və elmin sosial problemləri" şöbəsinin aparıcı elmi işçisi və şöbə müdiri olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin köməkçisi olmuşdur. 25 sentyabr 2020 tarixində ictimai əsaslarla təsis edilən AMEA Rəyasət Heyətinin nəzdində "Virtual Elektron Fəaliyyət Cəmiyyəti"nin (VEFC) sədri seçilmişdir. AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri olmuş və şöbənin struktur dəyişikliyində ixtisara düşməyi nəticəsində 01.11.22 tarixində işdən çıxmışdır. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi. Digər fəaliyyətləri Beynəlxalq elmi, fəlsəfi və interdisiplinar "Metafizika" jurnalının təsisçi və baş redaktoru. "International Center for Developing Peace, Culture and Rationality" mərkəzinin elmi jurnalı olan "Comparative Studies of Human Rights Journal"ın redaksiya heyətinin üzvü. "History of Science" jurnalının baş redaktoru. Ölkədə və xaricdə müxtəlif universitetlər və institutlarda fəlsəfə, fəlsəfə tarixi, məntiq, epistemologiya, təsəvvüf, elmi tədqiqat metodları, dinlər tarixi, fars dili və ədəbiyyatı, şərq ədəbiyyatı tarixi, ərəb dili qramatikası, multikulturalizm və başqa fənnləri tədris etmişdir. AMEA Rəyasət Heyətinin Təhsil şöbəsinin müdiri olmuş, şöbənin ixtisara düşməsi nəticəsində 01.11.22 tarixində işdən çıxmışdır. Yaradıcılığı O universitetin ilk illərindən etibarən dini, tarixi, fəlsəfi, elmi, ictimai və ədəbi sahələrdə müxtəlif mətbuat orqanlarında məqalələrlə çıxış etmişdir. Fəlsəfə, elm və ədəbi məzmunda bir çox kitabın müəllifidir. Həmçinin bir neçə kitabın tərcüməçisi və redaktoru olmuşdur. Kitabları ölkə daxili və xaricində çap edilmişdir. Bəzi kitabların yazılışında və nəşrində, həmçinin bir çox jurnalların redaksiya heyətinin həqiqi üzvü olaraq iştirak etmişdir. Xarici ölkələrin aparıcı tədqiqat mərkəzləri ilə əməkdaşlıq etmiş, elmi kitab və məqalələrin yoxlanılmasında yaxından iştirak etmişdir. İştirak etdiyi konfrans və simpoziumlar Elmi əsərlərin ümumi təsnifatı Təltif və mükafatları "Epistemologiya sahəsində tədqiqatlara görə Nəsirəddin Tusi" adına İİR-nın "elm mükafatı"na layiq görülmüşdür. "Əllamə Hilli" adına gənc alimlər üçün keçirilən Qnoseoloji araşdırmalar mükafatına layiq görülmüşdür. AMEA Rəyasət heyətinin 28 may- Respublika günü münasibətilə AMEA-nın gənc alimləri üçün elan etdiyi qrant- elmi müsabiqədə, "Epistemologiya" sahəsində əsərlərinə görə, müsabiqənin qalibi olmuşdur. Həmçinin bax Azərbaycan Milli Elmlər Akademiyası AMEA Şərqşünaslıq İnstitutu Azərbaycan Dövlət Tərcümə Mərkəzi AMEA Elm Tarixi İnstitutu Bakı Qızlar Universiteti Metafizika jurnalı Xarici keçidlər Ələddin Məlikovun Beynəlxalq bilim insanları və akademik tədqiqatçılar saytındakı Rəsmi Vebsəhifəsi Ələddin Məlikovun Beynəlxalq bilim insanları və akademik tədqiqatçılar saytındakı Rəsmi Veb səhifəsi Ələddin Məlikovun Metafizika jurnalındakı Səhifəsi Arxivləşdirilib 2018-04-16 at the Wayback Machine Ələddin Məlikovun Rəsmi Akademia.edu Səhifəsi Ələddin Məlikovun Rəsmi Odnoklassnik Səhifəsi Ələddin Məlikovun Rəsmi İnstagram Səhifəsi Ələddin Məlikovun Rəsmi Facebook Profili Ələddin Məlikovun Rəsmi Linkedin Profili
https://az.wikipedia.org/w/index.php?curid=534401
Ələddin Paşa
Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1333, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir. Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir. 1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur. Əlaəddin Paşa Bələdin qızı ilə evləndi və bu evlilikdən təxminən səkkiz övladı oldu: Hörmətli Kılıç: Onların uşaqları var idi. Hızır bəy: Uşaqları var idi. Mehmed bəy: Bir oğlu və bir qızı var idi. İbrahim bəy: Bir oğlu və bir qızı var idi. Şahi Çələbi: Bir qızı var idi. Xeyriyyə işləri Bursada Qala içində iki məscidi və bir imarət tikdirmiş, adına vəqf təsis olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=310337
Ələddin Paşa (Hacı Kəmaləddin oğlu)
Ələddin Paşa (türk. Alâeddin Paşa) və ya Hacıkəmaləddinoğlu Ələddin Paşa (türk. Hacıkemaleddinoğlu Aleaddin Paşa, Hacıkemalettinoğlu Aleaddin Paşa) — Osmanlı paşası. 1320-1331 illəri arasında vəzirlik etmişdir. Osmanlı İmperiyasının ilk vəzirinin Ələddin Paşa olduğuna dair bir razılaşma var. Osmanlı salnamələrinə görə, Osmanlı İmperatorluğunun ilk vəziri Ələddin Paşa, Osmanlı Sultanı Osman Qazinin oğlu olan və eyni zamanda Paşa rütbəsindən istifadə edən Ələddin Bəydir. Ancaq bəzi mənbələrdə ilk vəzirin adı "Ələddin Paşa bin Hacı Kəmaləddin" və "Hacıkəmaləddinoğlu Ələddin Paşa" kimi verilir. Buna görə ilk vəzir Osman bəyin oğlu deyil, Hacı Kəmaləddin adlı bir şəxsin oğludur. Ələddin Paşanın vəzir olduğu dövrdə Nazirlər Şurası hələ qurulmamışdı; yeganə vəzir Ələddin idi. Bu səbəbdən Ələddin Paşa, unvanı "sədrəzəm" olmasa da, Osmanlı tarixindəki ilk sədrəzəm sayılır. Vəzir Aleaddin Paşa dövründə sikkə, geyim, əsgər və qanun tənzimləməsində böyük xidmətlər göstərmişdir. Vəzir Alaaddin Paşanın təklifi ilə hər əsgər sinfi üçün "ağ dəbilqə", "qırmızı dəbilqə" baş geyimləri və mülki şəxslər üçün müxtəlif növ geyimlər qəbul edildi. İlk nizami "yaya" adlı ordu quruldu.
https://az.wikipedia.org/w/index.php?curid=681737
Ələddin Paşa (Osman Bəyin oğlu)
Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1333, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir. Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir. 1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur. Əlaəddin Paşa Bələdin qızı ilə evləndi və bu evlilikdən təxminən səkkiz övladı oldu: Hörmətli Kılıç: Onların uşaqları var idi. Hızır bəy: Uşaqları var idi. Mehmed bəy: Bir oğlu və bir qızı var idi. İbrahim bəy: Bir oğlu və bir qızı var idi. Şahi Çələbi: Bir qızı var idi. Xeyriyyə işləri Bursada Qala içində iki məscidi və bir imarət tikdirmiş, adına vəqf təsis olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=703507
Ələddin Paşa (vəzir)
Ələddin Paşa (türk. Alâeddin Paşa) və ya Hacıkəmaləddinoğlu Ələddin Paşa (türk. Hacıkemaleddinoğlu Aleaddin Paşa, Hacıkemalettinoğlu Aleaddin Paşa) — Osmanlı paşası. 1320-1331 illəri arasında vəzirlik etmişdir. Osmanlı İmperiyasının ilk vəzirinin Ələddin Paşa olduğuna dair bir razılaşma var. Osmanlı salnamələrinə görə, Osmanlı İmperatorluğunun ilk vəziri Ələddin Paşa, Osmanlı Sultanı Osman Qazinin oğlu olan və eyni zamanda Paşa rütbəsindən istifadə edən Ələddin Bəydir. Ancaq bəzi mənbələrdə ilk vəzirin adı "Ələddin Paşa bin Hacı Kəmaləddin" və "Hacıkəmaləddinoğlu Ələddin Paşa" kimi verilir. Buna görə ilk vəzir Osman bəyin oğlu deyil, Hacı Kəmaləddin adlı bir şəxsin oğludur. Ələddin Paşanın vəzir olduğu dövrdə Nazirlər Şurası hələ qurulmamışdı; yeganə vəzir Ələddin idi. Bu səbəbdən Ələddin Paşa, unvanı "sədrəzəm" olmasa da, Osmanlı tarixindəki ilk sədrəzəm sayılır. Vəzir Aleaddin Paşa dövründə sikkə, geyim, əsgər və qanun tənzimləməsində böyük xidmətlər göstərmişdir. Vəzir Alaaddin Paşanın təklifi ilə hər əsgər sinfi üçün "ağ dəbilqə", "qırmızı dəbilqə" baş geyimləri və mülki şəxslər üçün müxtəlif növ geyimlər qəbul edildi. İlk nizami "yaya" adlı ordu quruldu.
https://az.wikipedia.org/w/index.php?curid=677704
Ələddin Quliyev
Ələddin Musa oğlu Quliyev(30 iyul 1927, Gəncə – 1983, Bakı) — kimya elmləri doktoru (1967), professor (1968), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1980). Ələddin Quliyev 1927-ci il iyulun 30-da Gəncə şəhərində anadan olub. Ali təhsilini 1949-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mühəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirib. Elmi fəaliyyəti Əmək fəaliyyəti Ələddin Quliyev 1959-1965-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1965-1974-cü illərdə Ümumittifaq Elmi Tədqiqat Qaz İnstitutunun (ÜETQİ) Azərbaycan filialının direktoru və 1974-1979-cu illərdə ÜETQİ əsasında yaradılmış Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru olub. O, 1979-1983-cü illərdə ADNA-da yeni yaratdığı kafedra müdiri vəzifələrində çalışıb. Akademik Ələddin Quliyev 1983-cü ildə Bakıda vəfat edib. Təltif və mükafatları Ələddin Quliyev "Qaz sənayesinin əlaçısı" döş nişanı, Qaz sənayesinin "Fəxri işçisi" adına layiq görülüb, "Şərəf nişanı" ordeni, Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
https://az.wikipedia.org/w/index.php?curid=599558
Ələddin Siddiq Keçəçi
Ələddin Siddiq Keçəçi — məşhur Keçəçi ailəsindən olan bürokrat. Təbrizdən olan Ələddin Siddiq Keçəçi 1447-ci ildən 1455-ci ilə qədər Qaraqoyunlu hökmdarı Cahanşahın (1438-1467) vəziri olaraq çalışmışdır. O, Cahanşahın ölümündən sonra taxta yiyələnmək uğrunda baş vermiş sülalə daxili mübarizədə mühüm rol oynamışdır.Onun ailəsindən olan şəxslər Ağqoyunlu və Səfəvi sülalələri dövründə də mühüm vəzifələrdə çalışmışdırlar. Həmçinin bax Mahmud Heydər Keçəçi ailəsi Daniel Zakrzewski. Local Elites and Dynastic Succession: Tabriz prior to, under and following Mongol Rule (Sixth/Twelfth to Ninth/Fifteenth Centuries). Brill. In Durand-Guédy, David; Mottahedeh, Roy; Paul, Jürgen (eds.). Cities of Medieval Iran. 2018. 352–394. ISBN 978-90-04-43433-2. Andrew J. Newman. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 281. ISBN 9780857716613.
https://az.wikipedia.org/w/index.php?curid=804935
Ələddin Sultanov
Ələddin Camal oğlu Sultanov (31 iyul 1928, Gəncə – 31 mart 2020, Bakıxanov) — Naxçıvan MSSR prokuroru. 31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olub. 1947-ci ildə Gəncə şəhərinin M. Ə. Sabir adına orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1952-ci ildə fərqlənmə ilə bitirib. 1952-ci il Bərdə Rayon Prokurorluğunun müstəntiqi, 1956-cı il Bakı şəhəri Voroşilov Rayonu Prokurorluğun müstəntiqi, 1959-cu il Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, 1963-cü il Bakı şəhəri Oktyabr Rayon Prokurorluğunda prokuror müavini, 1966-cı il Bakı şəhəri 26 Bakı Komissarları rayonun prokurorunun müavini, 1967-ci il Mingəçevir şəhər prokuroru, 1970-ci il Lənkaran rayonun prokuroru, 1977-ci il Bakı şəhər Lenin rayonun prokuroru, 1979-cu il Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi, 1980-ci il Naxçıvan MSSR prokuroru, 1981-ci il Azərbaycan SSR prokurorunun 1-ci müavini, 1987-ci il Azərbaycan SSR Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru, 1990-cı il Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə köməkçisi, 1992-ci il Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri olaraq çalışmışdır. Ələddin Sultanov 14 iyul 1998-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi təyin olunmuşdur.Ailəli olmuşdur, 4 övladı var. Ələddin Sultanov Azərbaycan SSR sənaye tikintisi naziri Qurban Sultanovun qardaşıdır. Mükafatları 26 may 1972-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı 7 sentyabr 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi. 26 may 1982-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Xalqlar dostluğu" ordeni. 12 iyul 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı 31 iyul 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni. Filmoqrafiya Xatirələr sahili filmində rol alan Ələddin Sultanov prokuror rolunda çəkilib. Həmin illərdə Ələddin Camal oğlu Sultanov Lənkaran rayonunun prokuroru vəzifəsində çalışıb. "Qədim torpağın ləyaqətli övladı" – Qurban Camal oğlu Sultanovun 80 illiyinə həsr olunmuş kitab – "Elm və həyat nəşriyyatı" Bəhram İbrahimov- Bakı – 1998 (səh.39–41 Ələddin Sultanov) "Qanuna söykənən ömür"- 75 illiyinə həsr olunmuş kitab "QAPP – POLİQRAF" Korporasiyasının nəşriyyatı. Müəllif- Telman Zülfüqaroğlu. 2003-cü il. "Müdrik və Xeyirxah insan" – Sona xanımın 75-illiyinə həsr olunmuş kitab (124 −126 səh.154–158 səh.- Ələddin Sultanov haqqında) "ÇİNAR-ÇAP" nəşriyyatı, 2007-ci il. Müəllif – Telman Zülfüqaroğlu. "XX əsr Gəncənin elm, mədəniyyət, partiya və dövlət xadimləri" — kitab — Ələsgər Əliz-adə, Akif Əliyev(Əli-zadə), redaktor Nüşabə Araslı – 2008-ci il (Sultanov Ələddin Camal oğlu – səh. 247–248) Xarici keçidlər Hakim Ələddin Sultanov (Müsahibə)
https://az.wikipedia.org/w/index.php?curid=193991
Ələddin Süleymanov
Ələddin Süleymanov(1958, Laçın rayonu – 1994, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi. Süleymanov Ələddin Süleyman oğlu 1958 il il iyun ayının 15-də Laçın rayonunun Vağazin kəndində anadan olub. doğma kəndlərində təhsil alandan sonra Bakıda 8№-li dəmir-beton zavodunda işləyi, ordan da hərbi xidmətə yollanır. Düşənbənin hərbi raket hissəsində qulluq edir. Sonra Bakıya, iş yerinə qayıdır. Moskvaya gedir "Şərəf nişanı" ordenli Kənd Təsərrüfatı İnstitutuna daxil olur. Ələddin Süleymanov 1993-cü ildə yenidən Bakıya qayıdır, "Xəzər-dənizneftqaz" inşaat trestinin 2 №-li tikinti-quraşdırma idarəsində işə düzəlir. Üç aydan sonra, yəni 23 noyabr 1993-cü ildə milli ordu sıralarına qoşulub azğın düşmənlə vuruşa gedir. Tərtər bölgəsində onlarla ermənini məhv edir. 1994-cü ildekabrın 30-da həlledici döyüşdə Ələddin Süleymanov şəhid olur. Məzarı Bakının Şəhidlər xiyabanındadı. Ailəli idi, iki övladı var. Elbrus Şahmar, "Ermənilər başına qiymət qoymuşdular", "Şah İsmayıl qartalları" kitabı, Bakı, 1996. Elbrus Şahmar, "Ermənilər başına qiymət qoymuşdular", Laçın yurdu (jurnal) №3(6), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012. səh.67.
https://az.wikipedia.org/w/index.php?curid=307994
Ələddin Səidov
Ələddin Azər oğlu Səidov (17 iyun 1992; Bakı şəhəri – 3 noyabr 2020; Şuşa) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələddin Səidov 17 iyun 1992-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda anadan olub. 1998-2009-ci illərdə 193 nömrəli tam orta məktəbində təhsil almışdır. 2009-2013-ci illərdə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Robototexnika fakültəsində təhsil almışdır. Nişanlı idi. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Ələddin Səidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Ələddin Səidov noyabrın 3-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəhid Bakı şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələddin Səidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələddin Səidov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələddin Səidov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=694613
Ələddin Xəlilov
Ələddin Əlizaman oğlu Xəlilov (29 iyun 2001; Qobustan, Qaradağ rayonu, Azərbaycan — 1 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələddin Xəlilov 29 iyun 2001-ci ildə Qobustan qəsəbəsində dünyaya göz açıb. 321 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2019-cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ələddin Xəlilov Goranboy rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 1-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Qaradağ rayonu Qobustan qəsəbəsindəki Şamlı qəbirstanlığında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələddin Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ələddin Xəlilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələddin Xəlilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=778846
Ələddin bəy
Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1333, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir. Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir. 1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur. Əlaəddin Paşa Bələdin qızı ilə evləndi və bu evlilikdən təxminən səkkiz övladı oldu: Hörmətli Kılıç: Onların uşaqları var idi. Hızır bəy: Uşaqları var idi. Mehmed bəy: Bir oğlu və bir qızı var idi. İbrahim bəy: Bir oğlu və bir qızı var idi. Şahi Çələbi: Bir qızı var idi. Xeyriyyə işləri Bursada Qala içində iki məscidi və bir imarət tikdirmiş, adına vəqf təsis olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=731181
Ələddin paşa
Ələddin Paşa (türk. Alâeddin Paşa) və ya Hacıkəmaləddinoğlu Ələddin Paşa (türk. Hacıkemaleddinoğlu Aleaddin Paşa, Hacıkemalettinoğlu Aleaddin Paşa) — Osmanlı paşası. 1320-1331 illəri arasında vəzirlik etmişdir. Osmanlı İmperiyasının ilk vəzirinin Ələddin Paşa olduğuna dair bir razılaşma var. Osmanlı salnamələrinə görə, Osmanlı İmperatorluğunun ilk vəziri Ələddin Paşa, Osmanlı Sultanı Osman Qazinin oğlu olan və eyni zamanda Paşa rütbəsindən istifadə edən Ələddin Bəydir. Ancaq bəzi mənbələrdə ilk vəzirin adı "Ələddin Paşa bin Hacı Kəmaləddin" və "Hacıkəmaləddinoğlu Ələddin Paşa" kimi verilir. Buna görə ilk vəzir Osman bəyin oğlu deyil, Hacı Kəmaləddin adlı bir şəxsin oğludur. Ələddin Paşanın vəzir olduğu dövrdə Nazirlər Şurası hələ qurulmamışdı; yeganə vəzir Ələddin idi. Bu səbəbdən Ələddin Paşa, unvanı "sədrəzəm" olmasa da, Osmanlı tarixindəki ilk sədrəzəm sayılır. Vəzir Aleaddin Paşa dövründə sikkə, geyim, əsgər və qanun tənzimləməsində böyük xidmətlər göstərmişdir. Vəzir Alaaddin Paşanın təklifi ilə hər əsgər sinfi üçün "ağ dəbilqə", "qırmızı dəbilqə" baş geyimləri və mülki şəxslər üçün müxtəlif növ geyimlər qəbul edildi. İlk nizami "yaya" adlı ordu quruldu.
https://az.wikipedia.org/w/index.php?curid=731168
Ələddin paşa (dəqiqləşdirmə)
Ələddin paşa (sədrəzəm) — Osman Qazinin oğlu, Osmanlı paşası. Ələddin paşa — Hacı Kəmaləddinin oğlu, Osmanlı paşası. Həmçinin bax Ələddin (ad)
https://az.wikipedia.org/w/index.php?curid=678108
Ələddin paşa (sədrəzəm)
Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1333, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir. Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir. 1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur. Əlaəddin Paşa Bələdin qızı ilə evləndi və bu evlilikdən təxminən səkkiz övladı oldu: Hörmətli Kılıç: Onların uşaqları var idi. Hızır bəy: Uşaqları var idi. Mehmed bəy: Bir oğlu və bir qızı var idi. İbrahim bəy: Bir oğlu və bir qızı var idi. Şahi Çələbi: Bir qızı var idi. Xeyriyyə işləri Bursada Qala içində iki məscidi və bir imarət tikdirmiş, adına vəqf təsis olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=683196
Ələddin və onun sehrli lampası (cizgi filmi, 1970)
Ələddin və onun sehrli lampası — 1970-ci ildə fransız direktor Jan İmaj tərəfindən çəkilmiş animasiya filmi. Film Ələddin adlı ərəb nağıl obrazının Min bir gecə sərgüzəştləri əsasında çəkilmişdir. Filmin ekrana çıxışı ilə birlikdə əsasını uşaqların təşkil etdiyi geniş baxış kütləsinə sahib oldu. Filmin Amerikadakı yayım hüququna yiyələnən Paramount Pictures onu 1975-ci ilin İyun ayının 1-də Şənbə günlərinin Ailə tamaşası proqramının bir parçası kimi ekrana daşıdı. Bu İmajın Amerikada yayımlanan sayca ikinci və sonuncu filmi oldu.
https://az.wikipedia.org/w/index.php?curid=539662
Ələddin və onun sehrli lampası (film, 1970)
Ələddin və onun sehrli lampası — 1970-ci ildə fransız direktor Jan İmaj tərəfindən çəkilmiş animasiya filmi. Film Ələddin adlı ərəb nağıl obrazının Min bir gecə sərgüzəştləri əsasında çəkilmişdir. Filmin ekrana çıxışı ilə birlikdə əsasını uşaqların təşkil etdiyi geniş baxış kütləsinə sahib oldu. Filmin Amerikadakı yayım hüququna yiyələnən Paramount Pictures onu 1975-ci ilin İyun ayının 1-də Şənbə günlərinin Ailə tamaşası proqramının bir parçası kimi ekrana daşıdı. Bu İmajın Amerikada yayımlanan sayca ikinci və sonuncu filmi oldu.
https://az.wikipedia.org/w/index.php?curid=555541
Ələddin və quldurlar kralı (cizgi filmi, 1996)
Ələddin və quldurların kralı (ing. Aladdin & The King of Thieves) - 1996-cı ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Cizgi filminin ssenaristləri Mark MakKorkl və Bob Şulidir. Aqraba camaatı Ələddin ilə Jasminin toy mərasiminə hazırlaşırlar. Lakin toy mərasimi zamanı Aqraba camaatı quldurların hücumuna mruz qalırlar. Quldurlardan birinin siması Ələddinə tanış gəlir. Müxtəlif macəralardan sonra Ələddin ona tanış gələn quldurun onun atası oldğunu başa düşür. Atasının adı Kassim olur. Lakin atasının quldurların başçısı olmasına baxmayaraq onun əl altısı onun üçün plan hazırlayır ki, özü Kassim yerində oturub, quldurları idarə etsin. Həmçinin, Ələddin quldurların müşayəti ilə "Midasın əli" üçün axtarışa çıxır. Xarici keçidlər Ələddin və quldurların kralı — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=413211
Ələddin və quldurların kralı (cizgi filmi, 1996)
Ələddin və quldurların kralı (ing. Aladdin & The King of Thieves) - 1996-cı ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Cizgi filminin ssenaristləri Mark MakKorkl və Bob Şulidir. Aqraba camaatı Ələddin ilə Jasminin toy mərasiminə hazırlaşırlar. Lakin toy mərasimi zamanı Aqraba camaatı quldurların hücumuna mruz qalırlar. Quldurlardan birinin siması Ələddinə tanış gəlir. Müxtəlif macəralardan sonra Ələddin ona tanış gələn quldurun onun atası oldğunu başa düşür. Atasının adı Kassim olur. Lakin atasının quldurların başçısı olmasına baxmayaraq onun əl altısı onun üçün plan hazırlayır ki, özü Kassim yerində oturub, quldurları idarə etsin. Həmçinin, Ələddin quldurların müşayəti ilə "Midasın əli" üçün axtarışa çıxır. Xarici keçidlər Ələddin və quldurların kralı — Internet Movie Database saytında.
https://az.wikipedia.org/w/index.php?curid=284314
Ələddin Çakıcı
Ələddin Çakıcı (türk. Alaattin Çakıcı; 20 yanvar 1953) — Türkiyənin mütəşəkkil cinayət aləminin liderlərindən biri. Ultra-millətçi Bozqurdlar təşkilatının keçmiş üzvü. Ələddin Çakıcı 1998-ci il avqustun 17-də modelyer Canan Yaka və müğənni Səlcuq Uralın qızı Asan Ural ilə Fransanın Nitsa şəhərində tutulmuşdur. Saxlanılma zamanı Çakıcının üzərində Nedim Canerə verilmiş qırmızı pasport və 17 min dollar aşkar edilmişdir.Tükiyədə 5 illik həbs yatdıqdan sonra ölkəni qanunsuz olaraq tərk etmişdir. Çakıcı 2004-cü ildə türk və Avstriya polisinin birlikdə keçirdiyi əməliyyat sonrası Qrats şəhərində oğlunu xəstəxanada ziyarət edərkən saxlanılmışdır. Türkiyənin tələbi ilə Avstriyadan deport edilən Çakıcı ölkəsində məhkəmə qarşısına çıxarılmış və bir çox cinayətlərdə ittiham edilərək ümumilikdə 36 il 8 ay həbs cəzasına məhkum edilmişdir.2020-ci il aprelin 15-də Ələddin Çakıcı həbsdən vaxtından əvvəl azad edilmişdir. Milli kəşfiyyat təşkilatının tərkibində Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) aparıcı işçisi Mehmet Eymur müsahibəsində Çakıcını gizli MİT əməliyyatına cəlb edən ilk şəxs olduğunu söyləmişdi. Təşkilatın əməkdaşı Yavuz Ataç Çakıcıya təhkim edildiyini təsdiqləmiş və cəmisi iki ay sonra 1987-ci ilin mayında təşkilata təhlükəsizlik işçisi olaraq qəbul edilmişdir. Ataç Çakıcı ilə görüşdüyü anda onun artıq 6 və ya 7 qətldə ittiham olunduğunu və qaçaq olduğunu demişdir. Çakıcı Türkiyə xaricində əməliyyatlar zamanı istifadə edilirdi.Təhlükəsizlik qüvvələrinin rəyinə görə, Çakiçi, 1995-ci ildə marksist-leninist təşkilat Dev Solun sui-qəsd siyahılarında idi. İkinci nikah 1991-ci ildə Çakıcı türk cinayət aləminin kralı Dündar Kılıçın qızı Nuriye ilə nikaha girdi. Bu onun ikinci evliliyi idi. "Engin Civan qalmaqalı" olaraq bilinən bir sıra hadisələrdən sonra Çakıcı ilə qayınatası arasındakı münasibətlər pozuldu. 1994-cü ilin noyabrında cütlük boşandı. Çakicı keçmiş həyat yoldaşı Nurye Ugur Kılıcın və özünün keçmiş əlaltısı Nurullah Ağansoyun qətlini sifariş etdi. 20 yanvar 1995-ci il tarixində Çakıcının doğum günündə keçmiş həyat yoldaşı Bursadakı xizək kurortu Uladağda oğlu Onurun gözü qarşısında qatil Abdurrahman Keskin tərəfindən öldürüldü. Siyasi əlaqələr və qalmaqallar Çakıcı "Türk bank qalmaqalı" ilə əlaqəli ("Türk Ticarət"in Korkmaz Yigit tərəfindən özəlləşdirilmə) hadisəsələrlə bağlı Bursa şəhərindən yüksək vəzifəli iş adamı olan Cavit Çağlara və "Beşiktaş" futbol klubunun keçmiş prezidenti Mehmet Üstünkayaya qarşı uğursuz sui-qəsd cəhdi təşkil etdi. Sui-qəsdin üstü elə hazırlıq mərhələsində polis tərəfindən açıldı. Ölkə xaricində Çakıcı 1992-ci ildə saxta pasportla xaricə qaçdı. Belçika, ABŞ, İtaliya, Cənubi Afrika, Fransa, Braziliya, Sinqapur və Yaponiyanı gəzdiyi məlum oldu. Burada o, 41 nəfərin qətlinin təşkilində məsuliyyət daşıyır. Fransada həbs Türkiyə tərəfindən xəbərdarlıq edilən Fransa polisi Çakıcını 17 Avqust 1998-ci il tarixində Nitsada oteldə, cangüdəni Murat Gülər və bəstəkar Səlcuq Uralın qızı kuryer Asla Fatoş Ural ilə birlikdə həbs etdi. Həbs zamanı onun üzərindən Nedim Canerin adına saxta diplomatik pasport və nağd şəkildə 17 min dollar pul tapıldı.Onun saxlanması Çakıcının təkcə kəşfiyyatda deyil, həm də daha yüksək siyasi dairələrdə də əlaqələrinin olduğunu göstərdi. Çakıcının saxlanılmasından sonra yayımlanan qeydlər, onun qaçmasına köməklik etməkdə günahlandırılan Anavətən Partiyasından hökumətdə nazir postunu tutan Eyup Aşıkın istefasına səbəb oldu. Həmçinin Demokrat Partiyasından olan daxili işlər naziri Meral Akşener, kəşfiyyat əməkdaşı Yavuz Ataç və iş adamı Erol Evgildə eyni səbəbdən ittiham olunanlar arasında idilər.Fransadakı 16 aylıq həbsdən sonra Türkiyəyə ekstradisiya edilən Çakıcı, 1999-cu il dekabrın 14-də İstanbulun Kartal rayonunda yerləşən həbsxanaya yerləşdirildi. Digər məhkumlarla qarşıdurmadan sonra Çakıcı İzmitin Kandırdakı xüsusi mühafizə olunan bir həbsxanaya köçürüldü.2000-ci ilin iyun ayında mütəşəkkil cinayət dəstəsi təşkil etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edildi. Ölkədən qaçış (2003-2004) Çakıcı 2002-ci il dekabrın 1-də həbsdən azad edildi.. Türkiyədən çıxması qadağan olmasına və pasportu müsadirə olunmasına baxmayaraq, Ələddin İzmirin Foca şəhərində polis tərəfindən tutulan qardaşı oğlu Erol Evgil də daxil olmaqla bir qrup insanın müşayiəti ilə Antaliyadan Yunanıstana qaçdı.Çakıcı İstanbulun Umraniyə polisindən saxta pasport əldə etdi. Avstriyada həbs Çakıcı türk polisinin nəzərinə düşənə qədər Paris və Strasburqda 4,5 ay vaxt keçirdi. İlk evliliyindən olan oğlu Əli Çakıcını Qratsdakı xəstəxanada ziyarət etmək üçün Avstriya ya gedərkən o, üç maşın dəyişdirmışdi.. Sonradan o, sevgilisi Aslı Fatoş Ural ilə görüşmək üçün İtaliyaya getməyi planlaşdırırdı. Avstriya polisi Çakıcının 2004-cü il iyulun 14-də Qratsda tutulması barədə Türkiyə tərəfinə məlumat verdi. Həbs zamanı onun üzərindən təqaüddə olan kəşfiyyat əməkdaşı Faiq Meralın adına xüsusi pasport aşkar edildi. Bundan əlavə ondan 4.000 avro nağd pul da müsadirə edildi. Pasportundakı vizalar Fransaya gəlməzdən əvvəl Çakicının Rusiya və Almaniyaya getdiyini göstərdi.2004-cü il oktyabrın 14-də Türkiyə Ədliyyə Nazirliyinin tələbi ilə Çakıcı Avstriyadan deportasiya edildi. O, Vyanadan İstanbula beş polis məmurunun müşayiəti ilə ticarət təyyarəsində gətirildi. Məhkəmə hökmündən sonra Təkirdağdakı sərt rejimli həbsxanaya salındı. Türkiyəyə qayıtdıqdan sonra Çakıcı məhkəmə qarşısına çıxarıldı və aşağıdakı cinayətlərdə günahkar bilinərək cəzalandırıldı: Tanınmış jurnalist Hıncala Uluça peşə fəaliyyəti ilə əlaqədar sui-qəsd cəhdinə görə üç il dörd ay həbs cəzası; 2000-ci il martın 26-da İstanbuldakı yerli "Karagömrükspor" klubuna silahlı hücum təşkil etdiyinə görə 3 il 4 ay həbs cəzası; Keçmiş arvadının sifarişli qətlini təşkil etdiyi üçün on doqquz il iki ay həbs cəzası; Dəllal Adil Ongenin avtomobilinə silahlı hücum təşkil etdiyi üçün on il on ay həbs cəzası.Çakıcı ümumilikdə 36 il 8 ay həbs cəzasına məhkum edildi. Azad edilməsi Ələddin Çakıcı 2020-ci il aprelin 15-də 31100 nömrəli Rəsmi Qəzetdə dərc edilmiş cəzanın icrası və təhlükəsizlik tədbirləri ilə bağlı qanuna edilən dəyişikliklə mühakimə olunduğu Sincan L Tipi Cəza İcrası Təşkilatından azad edildi. Xarici keçidlər Cakici's Cabinet // Turkish Daily News. 27 September 1998. (türk.)
https://az.wikipedia.org/w/index.php?curid=626185
Ələddin Çələbi
Ələddin Çələbi (Hələb – 1496, Ədirnə) — Osmanlı alimi və şeyxülislamı. Hələbdə dünyaya gəlmiş, bu səbəblə Ərəbi ləqəbiylə məşhurlaşmışdır. Burada təhsilini tamamladıqdan sonra Ədirnəyə gəldi və Molla Güranidən dərslər aldı. Daha sonra Ədirnədəki Darülhədis müdərrisi Fəxrəddin Əcəminin müridi və Bursa Kaplıca mədrəsəsinə müdərris oldu. Bu əsnada xəlvətiyyə təriqətinin məşhur simalarından Şeyx Ələddin Əlinin xidmətinə girdi. Ancaq çox keçmədən şeyx sürgün edildi və buna etiraz olaraq Ələddin Çələbi də Manisaya sürgün edildi. Burada Şahzadə Mustafanın himayəsinə girdi. Onun vasitəçiliyi ilə çox keçmədən bağışlandı və Sahn-ı səman müdərrisi oldu. 1495-ci ilin aprelində 100 axca maaşla şeyxülislamlığa gətirildi. Ancaq bu vəzifədə çox qala bilmədi və 1496-cı ilin aprelində vəfat etdi. Âşıkpaşazâde, Târih, s. 223; Mecdî, Şakaik Tercümesi, s. 171–176; Mahmûd el-Kefevî, Ketâibü alâmi’l-ahyâr min fukahâi mezhebi’n-Numân el-muhtâr, Süleymaniye Ktp., Reîsülküttâb, nr. 690, vr. 369ª-370b; Hoca Sâdeddin, Tâcü’t-tevârîh, İstanbul 1279–80, II, 67; Bedâyiu’l-vekayi, Moskova 1961, s. 503; Devhatü’l-meşâyih, s. 12–14; Sicill-i Osmânî, III, 387; İlmiyye Salnâmesi, s. 339–340; R. C. Reep, The Müfti of Istanbul, Oxford 1986, s. 174–187.
https://az.wikipedia.org/w/index.php?curid=536527
Ələddin İncəli
Ələddin İncəli — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini bitirmişdir. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Ədəbi yaradıcılığa 50-ci illərdə başlamışdır. Sovet hakimiyyəti illərində "Ceyran"(1970), "Gəl Kür qırağına"(1980) kitabları, "Gedin deyin Xançobana", "Əfsanə", "Nifaq alması" pyesləri, Müstəqillik illərində isə "Əlvida, XIX əsr (2001), Salam, üçüncü minillik (2002), "Ömür istə", "Ömrün illəri", "Babam buyurdu", "Mərdi- mərdanə", "Yetişdim 80-nə, Vətən", "söz incilərim", "Qarabağnamə", "O illər hanı", "Salam, İstanbul", "Yeddi güllə (nəşr), "Pyeslər", "Könül rübabım"(2014), "İllər, sizinəm"(2016) kimi şerlər toplusu nəşr olunmuşdur. XX əsr Azərbaycan yazıçıları Ensiklopedik məlumat kitabı
https://az.wikipedia.org/w/index.php?curid=466956
Ələddin Şamilov
Ələddin Xalıqverdi oğlu Şamilov (10 mart 1943, Qoşabulaq, Basarkeçər rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. Ələddin Şamilov 1943-cü ildə Basarkeçər rayonunun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olmuş, 1963-cü ildə Gəncə Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, iki il əsgərlik, daha sonra isə iki il anadan olduğu kənddə müəllim işləmiş və 1967-ci ildə Azərbaycan Dövlət Universiteti (ADU) Diferensial və İntegral Tənliklər kafedrasının aspirantı və 1969-cu ildə isə müəllimi seçilmişdir. 1972-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluk dissertasiyasını Moskva V.A. Steklov İnstitutunun dəstəyi ilə Ukrayna Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda və Novosibirsk Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etmişdir. 1977-ci ildə M.Y. Lomosonov adına Moskva Dövlət Universitetinin İxtisas Yüksəltmə fakültəsindən məzun olmuşdur. 1978-ci ildə BDU-nun Dosenti, 1987-ci ildə Professoru elmi adını almışdır. BDU-nun Mexanika-Riyaziyyat Fakültəsi ilə yanaşı Azərbaycan və diğər ölkələrin universitet müəllimləri üçün İxtisas Yüksəltmə fakültəsində dərs vermiştir. Riyaziyyatın müxtəlif sahələrinə aid səkkiz kitabı və bir şeir kitabı vardır, on iki elmlər namizədi və elmlər doktoru yetişdirmişdir, 150-dən çox elmi əsəri beynəlxalq ve yerli jurnallarda çap olunmuşdur. BDU-da elmlər doktoru müdafiə şurasının həmsədri, Ümumi Riyaziyyat Kafedrasının müdiri (1996-2000) işləmişdir. 1999-cu ildə Türkiyə Cumhuriyyəti Eskişehir Osmangazi Universitetinə dəvət olunmuş və 2001-ci ildən etibarən Anadolu Universiteti Statistika bölümünün Professoru olaraq işləyir. BDU və fakültə elmi şuralarının üzvü olmuşdur. Əsas elmi nəticələri Funksiyonal differensial tənliklər və abstrakt differensial tənliklər üçün parametrdən asılı olan xüsusi sərhəd problemlərinə baxılmış və bu problemlərin həlli üçün a) asılı dəyişənlər metodu; b) asılı olmayan dəyişənlər metodu işlənib hazırlanmışdır. Xüsusi törəməli differensial tənliklər üçün sərbəst sərhədli bölgələrdə xüsusi problem təklif edilmiş və bu problemin həllinin varlığı, yoxluğu kimi məsələlər həll edilmişdir. Riyazi Statistikada mühüm tətbiqləri olan MaxMaxEnt, MinMaxEnt, MaxMinxEnt və MinMinxEnt olmakla Ümumiləşdirilmiş Entropi Optimallaşdırma Metodları təklif edilmiş ve bu metodların müxtəlif elm sahələrinə tətbiqləri tələbələri ilə birlikdə göstərilmişdir. Stokastik Diferansiyal Dənkləmlere ait araşdırmalar tətqiqatı aparılmış və mühüm nəticələr əlde edilmişdir. Bu sahəde elmler doktoru yetişdirməkdə davam edir. Əldə olunmuş nəticələrin hamısı SCI –ə aid jurnallarda çap olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=539705
Ələddin Əhmədov
Ələddin İslam oğlu Əhmədov (25 oktyabr 1948, Böyük Məzrə, Basarkeçər rayonu – 22 avqust 2014, Bakı) — kimyaçı alim, texnika üzrə elmləri doktoru, professor. Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri. Ələddin Əhmədov 25.10.1948-ci ildə Ermənistan Respublikası Göyçə mahalı Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. 1965-ci ildə həmin kəndin XI sinfini qızıl medalla bitirərək, 1 imtahan verməklə Azərbaycan Dövlət Universitetinin (indiki Baki Dövlət Universitetinin) kimya fakultəsinə daxil olmuş və 1970-ci ildə universiteti "Yüksəkmolekullu birləşmələr" ixtisası üzrə bitirmişdir. 1970-ci ildə akademik Ə. M. Quliyevin dəvəti ilə AMEA Aşqarlar Kimyası İnstitutunda aspiranturaya daxil olmuş və taleyini həmin institutla bağlamışdır. 1979-cu ildə namizədlik, 1990-cı ildə isə doktorluq (UFA Neft İnstitutunda) dissertasiyaları ("Neft kimyası" ixtisası üzrə) müdafiə etmişdir. 2005-ci ildə "neft-kimyası" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. Professor Ə. İ. Əhmədov 1987-ci ildən AMEA Aşqarlar Kimyası İnstitutunda "Polimer aşqarlar" laboratoriyasına rəhbərlik edib. 1990-cı ildən 2014-cü ilə qədər AMEA NKPİ nəzdində fəaliyyət göstərən doktorluq Dissertasiya Şürasının üzvü olub və dissertasiyaların ekspertizasında fəal opponent kimi çıxış edib.. Elmi fəaliyyəti Texnika elmləri doktoru Ə. Əhmədov polimer birləşmələr kimyası sahəsində aparıcı mütəxəssislərdən biri idi. Onun tərəfindən müxtəlif təyinatlı polimer aşqarlar işlənib hazırlanması sahəsində elmi məktəb yaradılmışdır. Ə. Əhmədovun fundamental və tətbiqi tədqiqatlarının əsas istiqaməti əvvəlcədən məlum istismar xassələrinə malik, funksiyalaşdırılmış və funksional qrupu olmayan çoxfunksiyalı polimer aşqarlar sintezinin ümumi prinsilərinin işlənib hazırlanması olub. Onun apardığı elmi işlərin əsas hissəsini, həmçinin, oliqomerləşmə, polimerləşmə və birgə polimerləşmə reaksiyalarının kimyasının öyrənilməsi, sintez edilmiş birləşmələrin aşqar kimi istifadəsi zamanı funksional xassələrin onların tərkib və quruluşundan asılılığı, polimer birləşmələrin termiki və mexaniki destruksiyalara qarşı stabilliyinin artırılması istiqamətindəki tədqiqatlar təşkil edib. Polimerləşmə və birgə polimerləşmənin kinetikasının öyrənilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri də Ə. Əhmədovun fundamental tədqiqtlarının tərkib hissəsi idi. Ilk dəfə olaraq onun tərəfindən heksen-1–stirol birgə oliqomerləri əsasında dioliqoalkiltiofosfinatlar, sulfonatlar, fenolyatlar və suksinimidlər; C4-C6 α-olefinlər, C6-C12-alkilmetakrilatlar əsasında özlülük aşqarları; C6-C12 α-olefinlər əsasında sintetik yağlar alınmışdır. Rəhbərlik etdiyi laboratoriyada aparılan tədqiqatlar bir neçə il "mühüm nəticə" kimi qiymətləndirilmiş və bu, izobutilen-stirol birgə polimeri, "Üzvi sitez" zavodunda istehsal edilmişdir. O, laboratoriyanın əməkdaşları ilə birlikdə sürtkü yağlarının özlülük-temperatur və digər istismar xassələrini yaxşılaşdıran polimer aşqarların sintezi və tədqiqinin fundamental əsaslarının yaradılması məsələləri ilə məşğul olmuşdurr. Elmi əsərləri Ələddin Əhmədov 263 elmi əsərin, o cümlədən 140 məqalə, 45 müəlliflik şəhadətnaməsi və patent, üç monoqrafiyanın müəllifidir. 72 elmi məqaləsi isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub. "Heksen-1-in fenol ilə alkilləşdirilməsi" mövzusu üzrə 2012-ci ilin 2-ci müsabiqəsinin (EİF-2012 2 (6)) qalibi olmuş qrant layihəsinin rəhbəri olub. Elmi məqalələri A. I. Ahmadov, E. I. Hasanova, C. Sh. Hamidova, E. U. Isakov Synthesis of copolymers of decylmethacrylate with 4-methylpentene-1 as a viscosity additive, Austrian Journal of Technical and Natural Sciences, № 1, January-February, 2014, pp. 136–141. Müəllif şəhadətnamələri Oliqoalkilpolistirollar neft yağlarına özlülük aşqarı kimi // Azərb. Patenti İ 2002 0014. "SM", 2003, № 2, s. 75 // Ə. İ. Əhmədov, V. M. Fərzəliyev, E. U. İsakov, C. Ş. Həmidova,. C. İsmayılova 4-metilpenten-1-in indenlə birgə oliqomeri neft yağlarına sintetik əlavə kimi // Azərb. Patenti İ 2011 0105. " SM", 2012, № 1, s. 21 // Ə. İ. Əhmədov, C. Ş. Həmidova, E. U. İsakov, R. H. Nəzərov, X. Ə. Əsgərova Desilmetakrilatın o-allilfenolla birgə polimeri neft yağlarına özlülük aşqarı kimi // Azərb. Patenti İ 2015 0023. "SM", 2014, № 2, s. 9 // Ə. İ. Əhmədov E. İ. Həsənova C. Ş. Həmidova E. U. İsakov Neft məhsullarının buxarlanmasının qarşısını alan reagent // Azərb. Patenti İ 2016 0036. "SM", 2016, № 8, s. 39 // Ə. İ. Əhmədov E. İ. Həsənova C. Ş. Həmidova E. U. İsakov Beynəlxalq konfranslarda iştirakı Polymers and cooligomer in getting high viscosity base oils // 9th Conference"European Applied Sciences:modern approaches in scientific researches", 31 Marth 2014, Shuttgart, Germany, pp.129–130 // A. I. Ahmadov, J. Sh. Hamidova, E. I. Hasanova, E. U. İsakov Dissertantlara elmi rəhbərlik və opponent T.e.d., professor Ələddin İslam oglu Əhmədovun rəhbərliyi ilə 9 fəlsəfə doktoru hazırlanmışdır. Pedoqoji fəaliyyəti Professor Ə. Əhmədov Azərbaycan Dövlət Pedoqoji Universitetində "Aşqarlar kimyası" fənnini tədris etmişdir. A. Məhərrəmov "Azərbaycan kimyaçıları"// Bakı Universiteti nəşriyyatı, 2017 Həmçinin bax Şahmar Əhmədov Xarici keçidlər Ələddin İslam oğlu Əhmədov
https://az.wikipedia.org/w/index.php?curid=300982
Ələddin Əsgərov
Ələddin Abdulla oğlu Əsgərov (1926, Gəncə) — professor. Ələddin Abdulla oğlu Əsgərov 1926-cı ildə Gəncə şəhərində anadan olub. 1942-ci ildə o, Gəncə şəhərində 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indi Azərbaycan Dövlət Aqrar Universiteti adlanır) baytarlıq təbabəti fakültəsinə daxil olmuşdur. 1947-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq keçmiş Səfərəliyev rayonunda (indi Samux) baş həkim işləmişdir. 1948-ci ildə AKTA-nın Mikrobiologiya kafedrasının aspirantı olmuşdur. 1951-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir.Azərbaycan Dövləq Aqrar Universitetinin məzunu olan Ə. Əsgərov, 62 il bu universitetdə çalışıb. O, əsasən kənd təsərrüfatı, xüsusilə baytarlıq sahəsi üzrə elmi naliyyətlər əldəedib. Təxminən 400-dən çox elmi dərsliklərin və əsərlərin müəllifi olan professor Ələddin Əsgərovun hazırladığı 12 aspirantı elmlər namizədi elmi dərəcəsin alıb. İki yetirməsi isə elmlər doktorudur. Ölkə başçısı Azərbaycan Dövlət Aqrar Universitetin professoru Ələddin Əsgərova prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev çərşənbə axşamı təhsil sahəsində səmərəli fəaliyyətinə görə Ələddin Abdulla oğlu Əsgərova Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb. Xarici keçidlər Gəncənin qocaman pedaqoqu və professoru prezident fərdi təqaüdünə layiq görülüb Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=280781
Ələddin Əsədov
Ələddin Əsədov (tam adı: Əsədov Ələddin Qurban oğlu) — Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini. 1952-ci ildə Şəki rayonunda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. 1978–1983-cü illərdə Dövlət Televiziya və Radio Verlişləri Komitəsində incəsənət Redaksiyasında redaktor vəzifəsində çalışıb. 1983-cü ildən AzTV-nin "Gənclik" redaksiyasında redaktor, daha sonra baş redaktor vəzifəsində işləyib, tanınmış telejurnalistdir. 1980–1990-cı illərdə AzTV-də efirə gedən telemarafonların, canlı proqramların aparıcısı və müəllifi olub. Hazırda "Renessans" nəşriyyatının direktoru, Az. RNB-nin idarə heyəti sədrinin müavinidir. Filmoqrafiya Biznesmen (film, 1989) Zəng (film, 1995)
https://az.wikipedia.org/w/index.php?curid=327704
Ələddinin sehrli çırağı (dəqiqləşdirmə)
Ələddinin sehrli çırağı (film, 1979) Ələddinin sehrli çırağı (film, 1966) Ələddinin sehrli çırağı (film, 2019)
https://az.wikipedia.org/w/index.php?curid=833289
Ələddinin sehrli çırağı (film, 1966)
Süjet xətti Ələddin yoxsul ailədə böyümüş gəncdir. Sultanın qızı şahzadə Budurun yer üzünün ən gözəl qadını olduğunu yaxşı bilir. Ancaq şahzadənin üzünü heç vaxt görməyib. Çünki zalım Sultan qızına baxmağa cürət etmiş insanların boynunu vurdurur. Günlərin bir-günü şahzadə öz şıltaqlığı ilə Ələddini ona baxmağa vadar edir və onu ölüm təhlükəsi qarşısında qoyur. Ələddin keşikçilərdən qaça bilsə də, pis niyyətli cadugərlə rastlaşır. Cadugər onun bütün arzuları yerinə yetirə bilən sehirli çırağı axtarmasını istəyir. İçində cin oturan çırağı Ələddindən başqa heç kim tapa bilməz...
https://az.wikipedia.org/w/index.php?curid=833290
Ələddinin sehrli çırağı (film, 1967)
Ələddinin sehrli çırağı (film, 1979) Ələddinin sehrli çırağı (film, 1966) Ələddinin sehrli çırağı (film, 2019)
https://az.wikipedia.org/w/index.php?curid=833291
Ələddinin sehrli çırağı (film, 1979)
"Ələddin sehrli çırağı" filmi - İrruppam Vidu Sasidaranın 1979-cu ildə malayalam dilində çəkdiyi Hindistan fantastik filmidir. Kamal Həsən — Ələddin Racinikant — Kamaruddin Cayabxarati — Roşni Şripriya — Cəmilə Qanesan Qardaşları — Mir Qasım SA Aşokan — Cin Savitri — Ələddinin anası Ravikumar — Fəsul Camal VS Raqavan — Cəmilənin atası Sukumari — Aişəümmə PS Virappa — Şahənşah VK Ramasami Bağdad silahlı qüvvələrinin komandiri Kamaruddin başçının ölümündən sonra torpaqlara sahib olacağı üçün krallığın şahzadəsi Roşniylə evlənmək istəyir. Roşni isə Ələddini sevir. O, küçədə veyillənən birisidir. Ələddini isə Cəmilə sevir, lakin, bu sevgi hər iki tərəfdən deyil. Ələddin və Kamaruddin Roşni üçün mübarizə aparırlar. Bu mübarizədə nə qalib gələcək: qəddarlıq, yoxsa, sevgi? Xarici keçidlər IMDB-də "Ələddinin sehrli çırağı"
https://az.wikipedia.org/w/index.php?curid=673577
Ələfsər Məmmədov
Məmmədov Ələfsər Bəxtiyar oğlu (4 yanvar 1952, Şəki rayonu, Azərbaycan SSR, SSRİ) — kimya elmləri doktoru, professor, aparıcı elmi işçi. Ələfsər Məmmədov 4 yanvar 1952-ci ildə Şəki rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetində "Su təhcizatı və su ayırma" kafedrasında professordur. Suyun analizi və təmizlənməsi üzrə dərslər verir. 121 elmi əsərin müəllifidir. 41 elmi əsəri xaricdə çap olunmuşdur. 4 müəlliflik şəhadətnaməsi, 3 dərslik, 2 bioqrafik kitab, 1 monoqrafiya müəllifidir. Nəzəri və təcrübi tədqiqatları nəticəsində turş-əsasi xarakterli katalizatorların (krekinq və piroliz üçün) seçilməsinin və fiziki-kimyəvi xassələrinin məqsədyönlü tənzimlənməsinin elmi əsaslarını inkişaf etdirmişdir. Turş-əsasi mexanizmli reaksiyalarda oksid sistemləri katalitik təsirinin proqnozlaşdırılması haqqında fərziyyəni inkişaf etdirmiş və D. T. Mendeleyevin kimyəvi elementlərin dövri sistemi cədvəlində katalizatora yüksək fəallıq verə biləcək elementlərin əhatə dairəsini müəyyən etmişdir. 3 namizədlik dissertasiyasının elmi rəhbəri olmuşdur. 2014-cü ildən baş elmi işçi vəzifəsində çalışır, 2015-ci ildən Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə Ekspert Komissiyasının üzvüdür. Mükafatları və üzvlükləri Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərman"ı (2011) Bakı Dövlət Universitetini "Fəxri Fərman"ı (2012) AMEA İqtisadiyyat İnstitutunun "Fəxri Diplom"u (2012) Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Ziyalılar Şurasının üzvü Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən kimya üzrə fəlsəfə və elmlər doktoru alimlik dərəcəsi verən İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvü Əsas elmi əsərləri
https://az.wikipedia.org/w/index.php?curid=48040
Ələhi
Ələhi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Eyni adlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən qərbdə, Ordubad-Nürgüt avtombil yolunun yaxınlığında, Gilançayın sol sahilində, Qapıcıq dağının ətəyindədir. Natamam orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var. Ələhi Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, toponim qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır və kəndin coğrafi movqeyi ilə bağlıdır. Kəndin ərazisində eyniadlı bulaq da var.. Əhalisi 141 nəfərdir. Əhali bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur. Mədəniyyəti Bist bələdiyyəsinin tərkibinə daxildir. Arıçılıq ve heyvandarlıqla məşğuldur. Kənddən aşağıda Bist yolunun kənarında böyrək və sidik sisteminin dərmanı sayılan Eləhi narzanı (təbii müalicəvi su) yerləşir. Tarixi abidələri Ələhi körpüsü Həmçinin bax Ordubad rayonu Xarici keçidlər Nəqşicahan-Naxçıvan (Ələhi kəndi) 07.08.2016
https://az.wikipedia.org/w/index.php?curid=92466
Ələhi bulağı
Ələhi bulağı — Azərbaycanın Ordubad rayonu ərazisində, Ələhi kəndindən 500 m. cənub-qərbdə bulaq. Ələhi bulağı Gilənçay dərəsində yerləşir. Ələhi suyunun tərkibi Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Gürcüstanın "Barjomi" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
https://az.wikipedia.org/w/index.php?curid=330783
Ələhi körpüsü
Ələhi körpüsü — Ordubad rayonunun Ələhi kəndinin yuxarı hissəsində, qərb tərəfdə Ələhi çayı üzərində tarix-memarlıq abidəsi. İkiaşırımlı, çatmatağlıdır. Qərb tağı böyük, şərq tağı kiçikdir. Qaba şəkildə yonulmuş boz dağ daşından inşa edilib. Ölçüsü: uzunluğu 30 m, eni 3 m, hündürlüyü 6,5 m. Körpünün qərb oturacağı qaya üzərində hörülüb. Hazırda kənd əhalisinin istifadəsindədir. XVIII–XIX əsrlərə aiddir. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 99.
https://az.wikipedia.org/w/index.php?curid=145290
Ələhi yolu
Ələhi yolu — Ordubad rayonunun Ələhi kəndinin qərb tərəfində, çayın sağ sahilində arxeoloji abidə. Körpüdən çıxdıqdan sonra yol həm cənuba, həm də şimala doğru uzanır. Dağların yamacı boyunca uzanan yolu aşınmadan qorumaq üçün iri qaya parçalarından hörülmüş divarlar çəkilmişdir. Divarların ətrafından Orta əsrlərə aid şirsiz keramika parçaları aşkar olunmuşdur. Ələhi körpüsü yaxınlığında olan yolun salınmasını VII-XVIII əsrlərə aid etmək olar. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 99.
https://az.wikipedia.org/w/index.php?curid=145293
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=306850
Ələkbər Babazadə
Ələkbər Abbasəli oğlu Babazadə (1893-1943) — Dilimizin görkəmli tədqiqatçısı, dilçi, müəllim. 1893-cü ildə Gəncədə anadan olub. İlk təhsilini 8 illik məktəbdə almışdır. 1943-cü ildə Bakıda vəfat edib. 1912-1924-cü illərdə "Tovfiq" məktəbində və Gəncənin müxtəlif məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub. 1924-cü ildə Bakıya gəlir. Azərnəşrdə - Yeni Türk Əlifbası Mərkəzi Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayır. Məşhur çuvaş alim Nikolay İvanoviç Aşmarinlə tanışlığı həyatında mühüm hadisə oldu. Aşmarinin məsləhəti ilə Ə.Babazadə "Azərbaycan türklərinin xalq dialektləri lüğəti" üçün material toplamağa başlayır. 1929-1933-cü illərdə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin birinci dərəcəli elmi əməkdaşı kimi işə başlayır. 1931-1933-cü illərdə dəmiryolu texnikumunda müəllim işləyir. 1933-1935-ci illərdə Zaqafqaziya filialının Azərbaycan şöbəsinin dil və maddi mədəniyyət bölməsində elmi əməkdaşı kimi işləyir. 1935-ci ildə Zaqafqaziya filialının Azərbaycan şöbəsinin aspiranturasına daxil olur. Rus, alman, ərəb, fars, özbək, tatar dillərini bilirdi. Leninqradda ixtisas üzrə hazırlıq keçdiyi SSRİ EA-nın N.Y.Marr adına Dil və təfəkkür İnstitutunun aspiranturasına qəbul olur. Bakıya qayıtdıqdan sonra ayrum dialektinin tədqiqinə həsr olunmuş dissertasiya mövzusu ilə məşğul olmağa başlayır. Bu məqsədlə 1938-1939-cu illərdə Qutqaşın (ind. Qəbələ), Xanlar (ind. Göygöl), Dəstəfur (ind. Daşkəsən), Kəlbəcər, Laçın, Gədəbəy və digər rayonların ayrumlar yaşayan 22 kəndində ekspedisiyada iştirak edir. O, mövzu ilə bağlı geniş və zəngin material toplayır. Azərbaycan, Türkiyə, Dağıstan, Türkmənistan və digər respublikaların müxtəlif dövlət müəsisələrindən materiallar toplayır. Onun tərəfindən toplanılan materiallar azərbaycanlıların sayı, şəhər və kəndlərin adı, təhsil müəssisələrinin sayı, bu respublikalarda azərbaycanlı əhalinin cins-yaş tərkibi və b. məsələlərlə bağlı idi. 1942-ci ilin dekabrında Dil və Ədəbiyyat İnstitutun Elmi Şurası onun dissertasiya işini müdafiəyə təqdim edir. Lakin Ə.Babazadəyə işinin nəticəsini görmək qismət olmadı. Ömür vəfa etmədi. Ümumi məlumat 1927-ci ildə onun tərəfindən "Azərbaycan nə üçün yeni əlifbaya keçdi?" adlı məqalə nəşr edildi. Bu məqalə rus və alman dillərinə də tərcümə edildi. 1936-cı ildə ibtidai məktəblər üçün "Türk dili. Qrammatika və yazı qaydaları" dərsliyini nəşr etdirir. SSRİ EA-nın Azərbaycan filialında "Azərbaycan dialektlərinini Atlası"nın hazırlanmasına öz töhfəsini verir. 1939-cu ildə Ə.Babazadə "Azərbaycan dilinin orfoqrafik lüğəti", "Rusca-Azərbaycanca lüğəti" ( 4 cilddə), "Rus-fars-Azərbaycan dili lüğəti" kimi nəşrlərin hazırlanmasında iştirak edir. Əsas əsərlərinin siyahısı Orfoqrafiya lüğəti (Tərtib edənlər: Ə.Babazadə, D. Quliyev, Y.Əliyev, C.Əfəndiyev). SSRİ EA Azərb. filialı. Ensiklopediya və lüğətlər İnstitutu. B. 1940. 332 s. Türk dili (qramer və yazı qaydaları). Bakı, 1933, 1934, 1935, 1936. Qramerdən iş kitabı. 1932, 1933. Azərbaycan türk xalq şivələri lüğəti. Bakı, 1931, 1932 (redaktor və tərtibatçı). Azərbaycan türk dilinin imlası (əlyazması hüququnda). Bakı, 1934 Azərbaycan dili. Bakı. 1937, 60 s.
https://az.wikipedia.org/w/index.php?curid=507128
Ələkbər Bayramov
Ələkbər Bayramov (Bayramov Ələkbər Əzizağa oğlu; 10 aprel 1959, Ocaqlı, Astraxanbazar rayonu) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. Kliniki endikrinologiya elmi‑tədqiqat laboratoriyasının müdiri. V.A.Almazov adına ürək, qan və endikrinologiya Federal Mərkəzinin Endikrinologiya İnstitutu direktorunun elmi iş üzrə müavini, Androloq-endokrinoloq həkim. Rusiya Psixoneyroendokrinoloqlar Cəmiyyətinin, Avropa Neyroendokrinoloqlar Cəmiyyətinin üzvü. Bayramov Ələkbər Əzizağa oğlu 1959-cu il aprelin 10-da Azərbaycan Respublikası Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olub. 1986-cı ildə Leninqrad Sanitar-Gigiyena Tibb İnstitutunu (LSGTİ) (sonradan İ.İ.Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Akademiyası, hazırda İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti) fərqlənmə ilə bitirib. 1987-2009-cu illərdə Rusiya Tibb Elmləri Akademiyasının akademiki F.Q.Uqlovun akademik İ.P.Pavlov adına Leninqrad Tibb İnstitutunun subordinatorlar üçün hospital cərrahiyyə kafedrası nəzdindəki akademik qrupunda kardiologiya üzrə elmi işçi vəzifəsində çalışıb. 1987-ci ildə Ə.Bayramov klinik kardiologiya üzrə ixtisaslaşma keçib. 1991-ci ildə “ürək-damar cərrahiyyəsi” və “farmakologiya” ixtisasları üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Cərrahi müalicə etapında gecikmiş mərhələdə olan birləşmiş mitral ürək qüsurlu xəstələrdə miokardın metabolik pozulmasının qiymətləndirilməsi və onların farmakokorreksiyası” mövzusunda dissertasiya müdafiə edib.2000-2005-ci illərdə Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Eksperimental Tibb İnstitutunun S.V.Aniçkov adına neyrofarmakologiya şöbəsində çalışarkən “Cinsi funksiyanın mərkəzi holinerjik tənzimlənməsi mexanizmləri” mövzusunda doktorluq dissertasiyası üzrə elmi işini yerinə yetirib. Dissertasiyanı 2009-cu ildə S.M.Kirov adına Hərbi-Tibb Akademiyasının Dissertasiya Şurasında “urologiya” və “farmakologiya” ixtisasları üzrə müdafiə edib. Ələkbər Bayramov 2009-cu ildən bu günədək V.A.Almazov adına ürək, qan və endikrinologiya Federal Mərkəzinin əməkdaşı, kliniki endikrinologiya elmi-tədqiqat laboratoriyasının müdiri, Endikrinologiya İnstitutu direktorunun elmi iş üzrə müavinidir. Novqorod Dövlət Universitetinin Tibb Təhsili İnstitutunun “Andrologiya, urologiya” kursu üzrə hospital cərrahiyyə kafedrasının professorudur. Ələkbər Bayramov 4 monoqrafiyanın, o cümlədən “Sexual Dysfunctions – Special Issues” (2011, EU, Croatia), “Kişinin cinsi funksiyasının holinerjik tənzimlənmə mexanizmləri” (2013, SPb), ürək qüsurunun cərrahi müalicəsi mərhələsində miokardınişemik və reperfuzion zədələnməsinə, həmçinin ontogenez mərhələsində reproduktiv, cinsi funksiyanın neyroendokrin tənzimlənməsinə həsr olunan 90 elmi məqalənin müəllifidir. Ələkbər Bayramov S.M.Kirov adına Hərbi-Tibb Akademiyası nəzdində Dissertasiya Şurasının, “Rossiyskiy biomedisinskiy jurnal - Medline.ru” jurnalının redaksiya heyətinin üzvüdür. Ələkbər Bayramovun elmi marağı orqanizmin visseral funksiyalarının neyroendokrin tənzimlənməsinin öyrənilməsi, androgen və reproduktiv funksiyaların neyroendokrinologiya və ontogenez sahəsindəki tədqiqatı ilə bağlıdır. Ələkbər Bayramov Rusiya Psixoneyroendokrinoloqlar Cəmiyyətinin, Avropa Neyroendokrinoloqlar Cəmiyyətinin üzvüdür.
https://az.wikipedia.org/w/index.php?curid=526515
Ələkbər Cabbarov
Cabbarov Ələkbər Məmmədəli oğlu (3.1.1898, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. I Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini təbiət elmləri sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. Həmçinin bax Cümhuriyyət tələbələri
https://az.wikipedia.org/w/index.php?curid=144182
Ələkbər Cahangirov
Ələkbər Məhəmməd oğlu Cahangirov (Aşağı Noxudlu, Salyan rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, xüsusi təyinatlı hərbi hissə komandiri, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Ələkbər Cahangirov Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. Azərbaycan Ordusunun polkovniki olan Ələkbər Cahangirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi hissə komandiri olaraq iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Ələkbər Cahangirov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (24.06.2021) — "Azərbaycan Bayrağı" ordeni
https://az.wikipedia.org/w/index.php?curid=681254
Ələkbər Eminov
Ələkbər Əli oğlu Eminov (1908, Göyçay) — Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi. Ələkbər Əli oğlu Eminov 1908-ci ildə Göyçay rayonunda bənna ailəsində anadan olmuşdur. O, 1922-ci ildə birinci dərəcəli məktəbi bitirmiş, 1924-cü ildə isə Göyçay da olan ikinci dərəcəli məktəbə daxil olsa da təhsili yarımçıq qalmışdı. Siyasi fəaliyyəti Ələkbər Eminov gənc yaşlarına komsomol üzvü olmuş, əvvəlcə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Göyçay okruq komitəsinin təlimatçısı, sonra pioner şöbəsinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Ələkbər Eminov 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul edilmiş və Stalin adına pedrabfakda (altı aylıq kurs) təhsil almışdı. 1932-1936-cı illərdə Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə işləmişdir. O, 1936-1938-ci illərdə Naxçıvan vilayət komsomol komitəsinin birinci katibi kimi çalışmışdır. 1938-ci ilin mayında Ələkbər Eminov Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi seçilmişdir. O, həmin ildə Ali Sovetə keçirilən seçkilərdə deputat mandatı da qazanmışdır. 1941-ci il yanvarın 6-da Stalin adına pedaqoji məktəbin akt zalında müəllimlərin yanvar müşavirəsi keçirilir. Müşavirədə rayon təhsil şöbəsindəki problemlər müzakirə olunur və onun həlli yolları tədbir iştirakçılarının diqqətinə çatdırılır. Qeyd edilən tədbirdə RPK-nın birinci katibi Ələkbər Eminovda iştirak etmişdi. Ələkbər Eminob bu iclasda vəzifəsindən uzaqlaşdırılaraq Moskva Lenin kurslarına göndərilir. İkinci Dünya müharibəsində cəbhəyə siyasi işçi kimi göndərilən Ələkbər Eminov Moskvanın müdafiəsində və bir sıra döyüşlərdə iştirak edir. Ordudan tərxis edildikdən sonra Ələkbər Eminov sıra ilə Azərbaycan Kommunist Partiyası Yevlax Rayon, Qasım İsmayılov Rayon komitələrinin birinci katibi, Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954-cü ildən Azərbaycan Kommunist Partiyası Ağstafa Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=327868
Ələkbər Eyvazov
Eyvazov Ələkbər Almaxan oglu (1 fevral 1973, Bozayran, Yardımlı rayonu – 11 yanvar 1993, Alxanlı, Füzuli rayonu) — şəhid. Ələkbər Eyvazov 1973-cü il fevralın 1-də anadan olub. Əslən Yardımlı rayonunun Bozayran kəndindəndir. Ailədə dördüncü uşaq idi. Anasının adı Əminədir. Sonralar 275 saylı məktəbdə təhsil almışdır. 1992-ci ilin may ayının 21-də Bakı şəhəri Suraxanı RHK-dan hərbi xidmətə çağırıldı. 702-ci hərbi hissənin avtomatçısı idi. İyun ayında Qaraxanlı kəndinə yollandı. Qacar Veysəlli kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə qərəmancasına döyüşdü. Son döyüş mövqeyi isə Alxanlı kəndi oldu. Həmin zaman qardaşı Nəsib Eyvazov topcu kimi doyüşlərdə iştirak edirdi. 11 yanvar 1993-cü ildə Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşlərin birində Ələkbər ağır yaralandı. Qardaşı Nəsib isə mənfur düşmənin agır texnikasının, qarşısını almaq üçün top atəşini dayandırmırdı. Artıq Ələkbərin məsum gözləri bu dünyaya əbədi olaraq yumulmuşdur. Ələkbər Eyvazov Şəhidlər xiyabanında dəfn edilmişdir. Yeni Günəşli qəsəbəsində adına 275 saylı tam orta məktəb var.
https://az.wikipedia.org/w/index.php?curid=273383
Ələkbər Heydəri
Ələkbər Heydəri (? — ?) — Əkinçi məktəbinin banilərindən biri, jurnalist. Əkinçi qəzeti ilə münasibəti "Əkinçilər" məktəbinin banilərindən olan Ələkbər Heydəri qəzetin nəşri dövründə Mahaç-Qalada yaşayırdı. O, 1879-cu ildə Bakıya köçərək səfarətxanada qulluq etmişdi. Heydərinin qəzetdə dərc olunan kəskin yazısı təhsil müəssisələrində dini elmlərlə yanaşı, dünyəvi elmlərin tədrisi ilə bağlıdır ki, bu da kifayət qədər ciddi polemika doğurdu. Bu məqalə "Əkinçi"nin 10-cu sayında işıq üzü görmüşdü. Qəzetin 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəy olduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadə polemikaya qatılmış, öz düşüncələrini bildirmişdi. Ümumən Heydərlinin bu məqaləsinə cavab olaraq "Əkinçi"də 15-dək yazı nəşr olunmuşdu. Həmçinin bax Əkinçi qəzeti Azərbaycan mətbuatı
https://az.wikipedia.org/w/index.php?curid=552544
Ələkbər Hüseynov
Ələkbər Adıgözəl oğlu Hüseynov və ya Ələkbər əmi (7 iyul 1961, Bakı – 2 avqust 2007, Bakı) — Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub. Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını (2007) alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. 2007-ci il iyulun 29-dan 30-na keçən gecə komaya düşüb. Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Aparıcı Şərqiyyə Hüseynovanın xalası oğludur. Əsas rolları Azərbaycan Dövlət Kukla Teatrı Pəri cadu (Ə. Haqverdiyev) — Qurban Bülbül (H. X. Andersen) — nağılçı; Çin imperatoru Qara rəngin nağılı (N. Bədəlov) — Aydın Tıq-tıq xanım (R. Əlizadə) — dirijor; qoca; müğənni Qar qız (A. Ostrovski) — Lel Keçəlin toyu (R. Əlizadə) — keçəl Filmoqrafiya Yaşıl eynəkli adam (film, 1987) Analar (film, 1988) Etiraf (film, 1992) Köpək (film, 1994) Bala-başa bəla! (film, 1995) Təsadüfi görüş (film, 1999) Yaşıl eynəkli adam-2 (film, 1999) Yaşıl eynəkli adam-3 (film, 2002) Bir anın həqiqəti (film, 2003) Ələkbər Hüseynovun bioqrafiyası www.adam.az
https://az.wikipedia.org/w/index.php?curid=34217
Ələkbər Hüseynov (20 Yanvar şəhidi)
Ələkbər Hüseynov - 20 yanvar şəhidi.Ələkbər Hüseynov 3 fevral 1956-ci ildə Todan kəndində anadan olub. Xanlar adına kolxozda sürücü işləyib. İki qız övladı var . Yanvarın 16-da erməni ekstremistləri kəndi tutmaq üçün növbəti cəhd etmiş, bu torpağın cəsarətli oğulları tərəfindən dəf olunub. Ələkbər Hüseynov bu atışmada həlak olub.Gəncə şəhərindəki Şəhidlər Xiyabaninda dəfn edilib Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar Xarici keçidlər Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
https://az.wikipedia.org/w/index.php?curid=475778
Ələkbər Hüseynov (şəhid)
Ələkbər Hüseynov - 20 yanvar şəhidi.Ələkbər Hüseynov 3 fevral 1956-ci ildə Todan kəndində anadan olub. Xanlar adına kolxozda sürücü işləyib. İki qız övladı var . Yanvarın 16-da erməni ekstremistləri kəndi tutmaq üçün növbəti cəhd etmiş, bu torpağın cəsarətli oğulları tərəfindən dəf olunub. Ələkbər Hüseynov bu atışmada həlak olub.Gəncə şəhərindəki Şəhidlər Xiyabaninda dəfn edilib Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar Xarici keçidlər Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
https://az.wikipedia.org/w/index.php?curid=828538
Ələkbər Hüseynzadə
Ələkbər Hüseyn oğlu Hüseynzadə (3 oktyabr 1887, Bakı – 4 noyabr 1967, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1957). Ələkbər Hüseynzadə 3 oktyabr 1887-ci ildə Bakıda zərgər ailəsində doğulub. Beş il mollaxanada oxuyub və sonra rus-tatar məktəbində təhsilini davam etdirib. İlk dəfə səhnə müəllimi Səməd bəy Hacıəliyevin təşəbbüsü ilə Nəcəf bəy Vəzirovun quruluşunda "Tamahkarlıq düşmən qazanır" (Vasaq Mədətov) tamaşasında Molla Cəbi rolunda çıxıb. Bu gündən sonra müxtəlif teatr truppalarında çıxış edən Ələkbər Hüseynzadə əsasən komediya aktyoru kimi tanınıb. Ələkbər Hüseynzadə 1913-cü ildə tamaşaya qoyulan "Arşın mal alan"da Soltan bəyin ilk ifaçısı kimi böyük şöhrət qazanmış və uzun illər həmin rolun ən yaxşı yaradıcısı olmuşdur. "Arşın mal alan" filmində də Soltan bəy roluna məhz o çəkilib və bu rola görə Stalin mükafatına layiq görülüb. Aktyor "Nicat" və "Müdiriyyət" truppalarında dramatik rollarla yanaşı, musiqi əsərlərindən "Məşədi İbad"da Hambal və Məşədi İbad, Zülfüqar bəy Hacıbəyovun "Ər və arvad"ında Kəblə Qubad rollarını da oynayıb, müxtəlif operalarda da çıxış edib. 1920-ci ilin mayında bugünkü Milli Dram Teatrı yenidən formalaşanda onun truppasına Ələkbər Hüseynzadə də daxil olub. Yaradıcılığı əsasən realizmi, səmimiyyəti və həyatiliyi ilə səciyyəvi olan aktyorun çoxsaylı rollarından bunları xüsusi göstərmək olar: Hacı Qara və Kərəməli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Şeyx Nəsrulla və Hacı Həsən ağa ("Ölülər", Mirzə Cəlil Məmmədquluzadə), Həsən ("Ac həriflər"), Hacı Fərzəli ("Dursunəli və ballıbadı", Sultanməcid Qənizadə), Molla Cəbi ("Molla Cəbi", Mirmahmud Kazımovski), Təlxək və Hacı Səməd ağa, Kərbəlayı Bəndəli və Mirzə Qoşunəli ("Pəri cadu" və "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Hüseynqulu, Hacı Salman, Hacı Məmmədhüseyn və Məşədi Cavad ("Dövlətibisəmər", İsmayıl Rüstəmbəyov), Yolçu, Ədhəm xan və Şah Sultan Hüseyn xan ("Nadir şah", Nəriman Nərimanov), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Serqo ("Şeyx Sənan", Hüseyn Cavid), Zabit və Abdulla çavuş ("Vətən", Namiq Kamal), Qraf İqnatov ("Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Yuhan, Saman ("Ərmənusə" və "Xalid ibn Valid", Yusif Talıbzadə), "Boqdan ("Tamahkarlıq", Əhməd Qəmərli), Lodoviqo ("Otello", Uilyam Şekspir), Molla Nəsrəddin ("Molla Nəsrəddin", Qulamrza Şərifzadə), Əmir ("Yezid ibn Müaviyyə", Mehdi Hacıbababəyov — Hacınski), Türen ("1812-ci il" və yaxud "Moskva yanğını", Baxmetov), Şeyxülislam, ("Köhnə Türkiyə", Rza Zaki Lətifbəyov), Kərbəlayı Vəli ("Pulsuzluq", İvan Turgenevdən təbdil edəni Ceyhun Hacıbəyli), Yuvil ("Uriel Akosta", Karl Qutskov), Babakişi, Hacı Əhməd, Allahverdi ("Sevil", "Almaz" və "1905-ci ildə", Cəfər Cabbarlı). Aktyor "Arşın mal alan" operettasındakı Soltan bəy rolunu opera teatrının və Musiqili Komediya Teatrının quruluşlarında da oynayıb. O bu rolu teatrda 600 dəfə, kinoda isə iki dəfə ifa edib. Onun bu ifası hələ inqilabdan əvvəl Azərbaycan və rus mətbuatında, eləcə də Üzeyir Hacıbəyov tərəfindən yüksək qiymətləndirilib. Ələkbər Hüseynzadə Bakıda Sultan Muradovun "Kəblə Xudu", Əliağa Vahidin "Milli meyxana", Baba Qubinskinin "Yeni kupletlər" oyun-məzhəkələrini tamaşaya hazırlayıb. Sənətkar 4 noyabr 1967-ci ildə Bakıda vəfat edib. Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 3 iyun 1957 "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 ("Arşın mal alan" filmindəki Soltan bəy roluna görə) "Şərəf nişanı" ordeni — 17 aprel 1938 Filmoqrafiya Almaz (film, 1936) (tammetrajlı bədii film) — rol: Hacı Əhməd Altıncı hiss (film, 1935) Arşın mal alan (film, 1917) Arşın mal alan (film, 1945) Bizim küçə (film, 1961) Böyük dayaq (film, 1962) Əmək və qızılgül (film, 1962) İyirmialtılar (film, 1966) Kölgələr sürünür (film, 1958) Qara daşlar (film, 1956) Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) Leyli və Məcnun (film, 1961) Mahnı belə yaranır (film, 1957) Ögey ana (film, 1958) Sehrli xalat (film, 1964) Üzeyir ömrü (film, 1981)
https://az.wikipedia.org/w/index.php?curid=27193
Ələkbər Həsənov
Ələkbər Ağasəf oğlu Həsənov — texnika üzrə elmlər doktoru, Professor, “Tərəqqi” medalı mükafatçısı. Həsənov Ələkbər Ağasəf oğlu 19 oktyabr 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri, Yasamal rayonu 173 saylı orta məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə Neft və Kimya İnstitutunun (hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) kimya-texnologiya fakultəsinə qəbul olunmuş, 1971-ci ildə həmin institutun “Neft və qaz emalının kimyəvi texnologiyası” ixtisasını bitirmişdir. 1971-ci ildə AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış, 1973-cü ildə institutun əyani aspiranturasına qəbul olunmuş, oranı bitirdikdən sonra 1981-ci ilə qədər həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1980-cı ildə Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ildə müsabiqə yolu ilə Azərbaycan Neft və Kimya İnstitutuna assistent vəzifəsinə işə qəbul olunmuşdur. 1989-1999-cu illər Əlcəzair Xalq Demokratik Respublikası, Setif Universitetində professor kimi fəaliyyət göstərmişdir. 1981-2010-cu illərdə ADNSU-nun “Kimya texnologiyasının mühəndislik əsasları” kafedrasında assistent, dosent vəzifələrində, 2010-2016-cı illərdə “Faydalı qazıntı yataqlarının işlənməsi” kafedrasının müdiri vəzifəsində çalışmış, 2016-cı ildən “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasına rəhbərlik edir. 2015-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Azərbay-can Respublikası Prezdenti yanında Ali Attestasiya Komissiyasının 22 yanvar 2016-cı il tarixli qərarı ilə Həsənov Ələkbər Ağasəf oğluna texnika elmləri doktoru elmi dərəcəsi verilmiş, 2016-cı ildən o, professor vəzifəsində çalışır. 2016-cı ildən “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti Professor Ələkbər Ağasəf oğlu Həsənovun elmi fəaliyyətinin əsas istiqamətləri heterogen kataliz, neftin, qazın kimyası və onlarının emalı texnologiyası, neft emalı və neft-kimya sənayesinin prosesləri və aparatları, riyazi modelləşdirmə, ekologiya sahələridir. Elmi tədqiqatları Ə.A.Həsənov 170-dən artıq elmi əsərin, o cümlədən 2 müəlliflik şəhadətnaməsinin, 5 patentin, 2 monoqrafiya, 20 dərslik və dərs vəsaitinin müəllifidir. Professor Ə.A.Həsənov 48 illik elmi-pedoqoji fəaliyyətə malikdir. Elmi – təşkilati fəaliyyəti 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildən ADNSU-nun Elmi Şurasının üzvü, 2017-ci ildən Beynəlxalq EkoEnergetika Akademiyasının akademikidir Mükafatları 2010-cu ildə Azərbaycan Respublikası prezdentinin sərəncamı ilə Təhsildə səmərəli fəaliyyəti ilə əlaqədar “Tərəqqi” medalına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 yanvar 2016-cı il tarixli qərarı ilə (protokol № 02-R) texnika üzrə Elmlər Doktoru elmi dərəcəsi verilmişdir. Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.63–64.
https://az.wikipedia.org/w/index.php?curid=593449
Ələkbər Həsənzadə
Ələkbər Əliheydər oğlu Həsənzadə (8 noyabr 1939, Bakı - 1 iyul 2019, Sankt-Peterburq) — "Lenfilm" kinostudiyasının səs rejissoru, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, "Nika" mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademik. Ələkbər Əliheydər oğlu Həsənzadə 8 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. Atası Əliheydər Həsənzadə və anası Rüxsarə Ağayeva teatr aktyorları və 1930-cu illərdə Azərbaycanın bir sıra bölgələrində teatr sənətinin təbliği və inkişafı yönündə fəaliyyət göstərən sənət xadimləri idilər. Ə. Həsənzadənin təhsil aldığı 1 nömrəli məktəb o vaxtlar el arasında "Bağırov məktəbi" adlanırdı. Bura orta ümumtəhsil ocağı olmaqla yanaşı, həm də Suvorov məktəbi, ya da sonralar Azərbaycanda yaradılmış Naxçıvanski adına Hərbi Məktəb kimi, gənc hərbçilər hazırlayırdı. Ələkbər Həsənzadə də o dövrün əksər oğlan uşaqları kimi, təyyarəçi olacağı arzulayırdı. İş elə gətirdi ki, məzun olmaqlarına 3 il qalmış məktəbi bağladılar. Onda Ələkbər iki sinif yuxarıda oxuyan yoldaşı ilə qaçıb İrəvana getdi. Orda təyyarəçilər hazırlayan ixtisaslaşmış məktəbə daxil oldu. Təlimlərin birində hətta ayağını möhkəm zədələndi də. Valideynləri onu Bakıya gətirdilər. Bir neçə ay xəstəxanada yatdı. O vaxtlar axı bütün yeniyetmələr, gənclər Maresyevin təsiri altında idilər. İrəvandakı məktəb də bağlandı. Ələkbər Həsənzadə də öz məktəbinə qayıtdı. 1958-ci ildə oranı bitirdi və o vaxtkı Leninqrad şəhərinin Kino və Televiziya İnstitutuna qəbul olundu. Ələkbər Həsənzadə 1963-cu ildə institutu bitirəndən sonra Bakıya döndü və kinostudiyada işə qəbul olundu. Onun ixtisası imkan verirdi ki, həm səs mühəndisi kimi çalışsın, həm də səs rejissoru kimi "Azərbaycanfilm"də ilk işi Arif Babayevin çəkdiyi "İnsan məskən salır" filmində oldu. Bu film dövlət mükafatına layiq görüldü. Ələkbər Həsənzadə "Səmt küləyi", "Ən vacib müsahibə" və başqa filmlərin səs rejissoru oldu. O, 1973-cü ildə Rusiya Kinematoqrafiya Komitəsindən təklif aldı və "Lenfilm"də çalışmağa başladı. Bu studiyanın istehsalı olan bir sıra ekran əsərlərinin səs rejissoru oldu. Ələkbər Həsənzadənin “İtaliyalı” adlı son işi Berlin kinofestivalında əsas mükafata layiq görülüb. “Lennauçfilm” kinostudiyasının yüksək dərəcəli səs rejissoru olan Ələkbər Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustası idi. Ələkbər Həsənzadə 2019-cu il iyulun 1-də Rusiya Federasiyanın Sankt-Peterburq şəhərində vəfat edib. Filmoqrafiya Kirov Azərbaycanda (film, 1966) Azadlıq məşəli (film, 1967) Cırtdan (film, 1969) Azərbaycanın florası (film, 1970) Lenin bizimlədir (film, 1970) Ən vacib müsahibə (film, 1971) Nəsimi (film, 1971) Qozbeli qəbir düzəldərmi? (film, 1972) Var olun, qızlar... (film, 1972) Səmt küləyi (film, 1973) Ömrün səhifələri (film, 1974) Əlavə iz (film, 1981) Fatimə (film, 1988) Xarici keçidlər Ələkbər Həsənzadə — IMDb səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=442195
Ələkbər Həşimov
Ələkbər Ələsgər oğlu Həşimov (15 avqust 1951, Rabənd, Zəngilan rayonu) — Zəngilan rayonu İcra Hakimiyyətinin başçısı (1996–1998). Ələkbər Həşimov 1951-ci ildə Zəngilan rayonunun Rəbənd kəndində doğulub.1969-cu ildən Bakı şəhərində yaşayır. İxtisasca inşaatçı mühəndisdir. Atası Sosialit Əməyi Qəhrəmanı olmuşdur. 2 oğul,1 qız övladı var. 30 mart 1996-cı il tarixində Zəngilan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. 26 avqust 1998-ci ildə işdə ciddi nöqsanlara yol verdiyinə görə Zəngilan Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. 12 il müddətinə həps edilmişdir. 18 mart 2008-ci il Əfv sərəncamıyla azadlığa çıxmışdır. Mükafatları 1978-ci ildə Komsomol mükafatı laureantı (Arxitektura sahəsində) adına layiq görülmüşdür.
https://az.wikipedia.org/w/index.php?curid=196858
Ələkbər Kazımovski
Ələkbər Rauf oğlu Kazımovski (10 iyul 1953 – 19 sentyabr 2016) — Azərbaycan rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). Ə.Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb. Ə.Kazımovski rejissor Rauf Kazımovskinin oğludur. 4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adı verilib. 19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Ə.Kazımovskinin vəziyyəti qəfil pisləşmiş və rejissor dünyasını dəyişmişdir. Filmoqrafiya Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası)(Aztv) Dahilərin divanı (veriliş, 2007) Gülüş sanatoriyası (film, 1989) Kənddən gələn var (film, 1997) Kənddən gələn var. II hissə (film, 1997) Krossvord (veriliş, 2007) Qeybdən gələn səs (film, 2002) Qoy oturmuşuq (veriliş, 2007) Məhkəmə (veriliş, 2007) Mötəbər insanlarımız (film, 2003) Seans (veriliş, 2007) Sonuncu məhəbbət (film, 1985) Şirin bülbül (film, 2000) Tənha durna uçuşu (film, 2003) Vurğun ocağı (film, 2003) Yeni həyat (film, 2005)
https://az.wikipedia.org/w/index.php?curid=38921
Ələkbər Murad
Ələkbər Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator. Azərbaycanın əməkdar incəsənət xadimi (2005). Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966–1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973–1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir. Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir. Kinomexanik Yunus Muradovun oğludur. Rejissor Murad Muradovun atasıdır. Mükafatları 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Cəfər Cabbarlı mükafatı (2010). Filmoqrafiya
https://az.wikipedia.org/w/index.php?curid=40738
Ələkbər Muradov
Ələkbər Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator. Azərbaycanın əməkdar incəsənət xadimi (2005). Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966–1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973–1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir. Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir. Kinomexanik Yunus Muradovun oğludur. Rejissor Murad Muradovun atasıdır. Mükafatları 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Cəfər Cabbarlı mükafatı (2010). Filmoqrafiya
https://az.wikipedia.org/w/index.php?curid=33360
Ələkbər Musayev
Ələkbər Əlövsət oğlu Musayev (16 iyun 1999; Cəlilabad rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələkbər Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Atası — Əlövsət Musayev Qarabağ müharibəsi iştirakçısıdır. 2006-2017-ci illərdə şəhid Aqşin Mehdiyev adına Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbində orta təhsil almışdır. Hərbi xidməti Ələkbər Musayev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ələkbər Musayev sentyabrın 29-də Murovdağ döyüşləri zamanı şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də nəşi tapılıb və Cəlilabad rayonunun Mollalı kəndində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələkbər Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ələkbər Musayev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. (24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=693141
Ələkbər Məmmədov
Erkən illəri Ələkbər Məmmədov 9 may 1930-cu ildə Bakıda qalayçı Əmir Məmmədov və əslən Belarusiyadan olan Nastya xanımın ailəsində anadan olub. Erkən yaşından atasını, daha sonra bacı və qardaşını itirən Məmmədov anasının himayəsi altında qalıb. Yaşayış səviyyəsi ağır olduğundan o, uşaq yaşlarından əməklə məşğul olaraq anasına kömək edib.Dövrünün əksər uşaqları kimi, o da futbolun sirlərini "küçə futbolu"nda öyrənib. Əsasən "Soldat bazarı" və "Salyan kazarması" meydanlarında top qovmaqla məşğul olan Məmmədovu tezliklə "Spartak" cəmiyyətinin gənclər komandasına dəvət edirlər. 1945-ci ildə bu cəmiyyətin komandasını Moskvaya, "Spartak" mərkəzi şürasının çempionatına göndərəndə Ələkbər də onların arasında idi. Moskvadakı oyunlarda da fərqlənən Məmmədov o dövrün məşhur futbolçuları olmuş Vladislav Jmelkovla Anatoli Akimovdan xoş sözlər eşitmişdi. Klub karyerası Neftyanik: 1948–1953 Artıq istedadı ilə seçilən Ələkbəri 1947-ci ildə "Neftyanik"ə dəvət edirlər. Həmin vaxt onun cəmi 17 yaşı var idi. Çox gənc olmasına baxmayaraq, elə ilk günlərdən komandanın heyətində möhkəmlənə bilir və uzun müddət onun əsas simalarından birinə çevrilir. 1949-cu ildə "Neftyanik" güclülər dəstəsinə buraxılanda da Ələkbər komandada idi. Heyətdəki dəyişikliklərə baxmayaraq, o, komandanın əsas fiqurlarından biri idi. Ələkbər həmin mövsüm komandanın kapitanı Naum Naumtsev və İsay Abramaşvili ilə birgə bütün oyunlarda meydana çıxır.Ələkbər növbəti futbol mövsümünü də əla keçirməsinə baxmayaraq, "Neftyanik" güclülər dəstəsində yerini qoruyub saxlaya bilmədi. İki mövsümdə güclülər dəstəsində cəmi 9 top vurmasına rəğmən o, komandasına xeyli fayda verə bilirdi. Rəqib cəbhədə çaşqınlıq yarada bildiyindən, onu saxlamaq üçün bir müdafiəçi kifayət etmir, Ələkbərin komanda yoldaşları isə bundan yararlana bilirdilər.1951-ci ildə Məmmədov birinci liqada komandasının əsas zərbə qüvvəsi olur. O, mövsüm ərzində keçirilən 34 görüşün hamısında meydana çıxaraq rəqib qapısından 21 top keçirir. Vurulan qollara görə o, komandasının bombardiri olaraq, öz zonasında Serafim Arzamastsevdən ("Traktor") sonra ikinci nəticə göstərir. Vurulan 21 topdan biri isə daha əlamətdar olub. 1951-ci il sentyabrın 16-da İosif Stalin adına Respublika stadionunun (indiki Tofiq Bəhramov adına Respublika Stadionu) rəsmi açılış günündə ilk topu məhz Ələkbər vurur. Lakin "Neftyanik" həmin il güclülər dəstəsinə keçə bilmədiyindən, rəhbərliyin qəzəbinə tuş gəlir və komanda demək olar ki, buraxılır. Heyətin beş oyunçusu, o cümlədən Ələkbər Məmmədov komandada qalır, "Neftyanik" demək olar ki, yenidən formalaşır. O vaxt cəmi 22 yaşı olan Ələkbər Məmmədovu komandaya oynayan baş məşqçi təyin etmək istəyirdilər. Məmmədov öz xatirələrində bu haqda belə yazır: "Neftyanik"in bütün hazırlıq mərhələsini mən evdə keçirdim. Bunun əsas səbəbi isə çoxlu sayda təşkilati işlərin görülməsi idi. Mənim Səməd Vurğun küçəsindəki ev 8-də yerləşən mənzilim "Neftyanik"in bir növ ştabına çevrilmişdi".Lakin rəhbərlik çox gənc oyunçunun belə məsul işə təyinatının düzgün olmadığını gec də olsa anlayıb, yenidən komandaya Şirəli Şirəliyevi baş məşqçi təyin edir. Birinci liqada oynamasına baxmayaraq, Ələkbər Məmmədovu bir çox güclü klublar öz heyətində görmək istəyirdilər. 1948-ci ildən 1953-cü ilə qədər "ağ-qaralar"ın heyətində çıxış edən Məmmədov bu müddət ərzində 132 oyunda meydana çıxıb və həmin oyunlarda 41 dəfə fərqlənməklə "Neftyanik"in qələbələrində böyük pay sahibinə çevrilib. Dinamo Moskva: 1953–1959 O vaxt futbolçunun bir klubdan digərinə keçməsi həm çətin idi, həm də bu işə yaxşı baxmırdılar. Lakin 1953-cü ildə mövsümün bitməməsinə baxmayaraq, rəhbərliyin razılığı ilə Məmmədov Moskvaya yollanır. Futbolçunun Bakını Moskvaya dəyişməsinin əsas səbəblərindən biri də "Neftyanik"in güclülər dəstəsində davam gətirə bilməməsi, uzun müddət birinci liqa iştirakçıları sırasında qalması olub.Ələkbəri ilk olaraq "Spartak" öz heyətinə cəlb edir. Lakin bir qədər sonra "Dinamo" rəhbərliyi cəld və hiyləgər tərpənərək onu komandaya götürürlər. Məmmədov "Dinamo"nun heyətində ilk görüşünü 26 oktyabr 1953-cü ildə beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Macarıstanın "Doja" komandasına qarşı keçirir. 1:1 hesabı ilə bitən görüşdə start heyətində meydana çıxan Məmmədovu 78-ci dəqiqədə Aleksey Vodyagin əvəzləyib. Məmmədovun komandanın heyətində rəsmi görüşdə debütü isə 13 aprel 1954-cü ildə çempionat çərçivəsində "Trudovıe rezervı" komandasına qarşı keçirilmiş görüşdə baş tutub. Bu görüş "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Sovetski sport" qəzetinin müxbiri L. Ordin bu oyun haqqında yazdığı məqalədə Məmmədovu "hücumlara rəhbərlik etmək iqtidarında ola bilən futbolçu" kimi dəyərləndirib. Məmmədov "Dinamo"nun heyətində ilk qolunu 7 may 1954-cü ildə "Krılya Sovetov"un qapısından keçirib. Ələkbər Məmmədov "Dinamo"nun heyətində 1954-cü il mövsümündə 15 oyunda 5 qol vuraraq komandasının çempion olmasında böyük pay sahibi olub. İlk mövsümündə o, həmçinin 8 beynəlxalq yoldaşlıq görüşündə iştirak edib və 4 qol vurub.Növbəti mövsümdə Məmmədov "Dinamo"nun heyətində ikinci dəfə ölkə çempionu olub. Bu mövsümdə o, ölkə kuboku və beynəlxalq yoldaşlıq görüşləri də daxil olmaqla, ümumilikdə 18 oyun keçirib və 12 qol vurub. Məmmədovun futbolçu karyerasında ən yadda qalan hadisələrdən biri məhz 1955-ci ildə baş verib. Belə ki, o, 4 sentyabr 1955-ci ildə "San Siro" stadionunda İtaliyanın "Milan" komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atıb. "Dinamo" həmin vaxt İtaliyaya səfərə gələn ilk sovet komandası idi. 100 min azarkeşin tribunadan canlı izlədiyi oyuna böyük maraq yaranmışdı. İtaliya futbolu həmin vaxt dünyanın ən güclülərindən sayılırdı. İkiqat dünya çempionlarının ən güclü komandalarından birini doğma meydanda 4:1 hesabı ilə məğlub etməklə "Dinamo" hər kəsi təəccübləndirmişdi. Oyundan sonra italyan futbol mütəxəssisləri Məmmədovu "nəinki Rusiyanın, həm də Avropanın birinci dərəcəli futbolçusu" adlandırılmışdılar. Uzun illər sonra həmin tarixi oyunu xatırlayan Lev Yaşin belə deyəcəkdi: "Ələkbər inanılmaz texnikaya malik idi. Onda hücumçu üçün vacib olan bütün keyfiyyətlər cəmlənmişdi. Meydanı əla görür, sürətli keçidlərlə rəqibini çaşbaş salırdı. Özünəməxsus ötürmələri isə komanda yoldaşları üçün göydəndüşmə qol fürsəti idi". Məmmədovun əldə etdiyi bu rekord, 2014-cü ilin yanvarına qədər toxunulmaz qaldı. Həmin vaxt "Sassuolo"nun hücumçusu Domeniko Berardi milanlıları 4 dəfə məyus etməklə Məmmədovun rekorduna şərik oldu.Sonrakı illərdə Məmmədov "Dinamo"nun heyətində daha iki dəfə (1957, 1959) ölkə çempionatının qalibi olub. O, həmçinin komandanın heyətində iki dəfə (1956, 1958) ölkə çempionatının, bir dəfə isə (1955) ölkə kubokunun gümüş mükafatçısı olub. Məmmədov 1956 və 1957-ci illərdə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında üçüncü yerdə qərarlaşıb. Neftyanik: 1960–1961 "Neftyanik"in yüksək liqaya qayıtmasından sonra Ələkbər Məmmədov yenidən doğma komandasına dönür. İki mövsüm doğma "Neftyanik"in şərəfini qoruyur və meydana çıxdığı 25 oyunda rəqib qapıçıları 4 dəfə məyus etməyi bacarır. Məmmədovu əvvəlki formasını bərpa etməsinə çoxsaylı zədələr və mədə xorası xəstəliyi imkan vermirdi. Bütün bu halları nəzərə alan hücumçu 1961-ci ildə futbolçu karyerasına son qoymaq qərarına gəlir. Həmin il iyulun 25-də Bakıda Donetsk "Şaxtyor"u ilə görüşün ikinci hissəsində meydana çıxaraq sonuncu oyununu keçirir. Klub statistikası Milli komanda karyerası İkinci milli komanda Ələkbər Məmmədov 1954-1957-ci illər aralığında İkinci SSRİ milli futbol komandasının heyətində səkkiz oyun keçirib və iki qol vurub. Əsas milli komanda Ələkbər Məmmədov 30 avqust 1958-ci ildə Çexoslovakiya milli komandasına qarşı keçirilən yoldaşlıq oyununda SSRİ milli komandasının heyətində debüt edib. O, SSRİ yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmış bu görüşün ikinci hissənin əvvəlində Valeri Urinin əvəzinə meydançaya daxil olub. Yığmanın heyətində ikinci görüşünü 28 sentyabr 1958-ci ildə 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunu çərçivəsində Macarıstan milli komandasına qarşı, üçüncü görüşünü isə 22 oktyabr 1958-ci ildə Uembli stadionunda yoldaşlıq oyunu çərçivəsində İngiltərə milli komandasına qarşı keçirib. Məmmədov yığmanın heyətində son oyununa 3 oktyabr 1959-cu ildə yoldaşlıq oyunu çərçivəsində Çin milli komandasına qarşı keçirilmiş oyunda çıxıb. Əsas milli komanda statistikası Oyun üslubu Ələkbər Məmmədov SSRİ-nin 1950-ci illərdəki ən yaxşı hücumçularından biri hesab olunur. Məmmədov sürətli, çevik, cəld, əla texniki hazırlıqlı, meydanı gözəl görən və kombinasiyalı oyunda özünü inamlı hiss edən futbolçu kimi xarakterizə olunur. O, rəqib qapısı yaxınlığında vaxtında və dəqiq ötürmələrin mahir ustası idi. Məmmədov çox vaxt orijinal və müxtəlif aldadıcı hərəkətlər hesabına rəqibin cərimə meydançasında bir neçə müdafiəçini aldadırdı. Məşqçilik karyerası Qısa müəllimlik fəaliyyətindən sonra, 1963-cü ildə Məmmədov doğma klubu "Neftyanik"ə baş məşqçi kimi qayıdır. O, ilk ilindəcə "Neftyanik"i güclülər dəstəsində səkkizinci yerə çıxara bilir. Bu göstərici Bakı klubunun güclülər dəstəsindəki ən yaxşı nəticəsi idi. Bundan sonra rəhbərlik ondan daha yaxşı nəticələr tələb etməyə başlayır. Buna görə də Məmmədovla rəhbərlik arasında münasibətlər pisləşməyə başlayır.1965-ci ilin əvvəlində artıq onu komandadan xaric etmək istəyirlər. Lakin oyunçuların işə qarışması və qiyam qaldırmaları bunun qarşısını alır. Amma mövsümün ortalarında rəhbərlik öz istəyinə çatır. Komanda avqustun 19-da Moskva "Spartak"ı ilə oynamaq üçün səfərə hazırlaşanda Məmmədovdan bəzi təşkilatı işləri görmək üçün Bakıda qalmağını xahiş edirlər. Moskvaya çatan komandaya baş məşqçi kimi Vasili Sokolovu təqdim edirlər. Bakıda isə Məmmədovu işdən xaric edirlər.Ələkbər Məmmədovun "Neftyanik"dəki birinci baş məşqçilik dönəmində Vladimir Bruxti və Anatoli Banişevski kimi klubun öz yetirmələri "Neftyanik"in əsas heyətində debüt etmək şansı qazanıblar.Məmmədovun baş məşqçi kimi "Neftçi"yə ikinci gəlişi 1971-ci ilə təsadüf edir. Artıq get-gedə "Neftçi" şöhrətini itirməyə, komanda daxili intizam pisləşməyə doğru gedirdi. Buna baxmayaraq, baş məşqçi komandanı toparlayıb mövsümü doqquzuncu yerdə bitirə bilir. Növbəti mövsümün çətinliklərinə baxmayaraq, Məmmədov komandanı böyük səylə hazırlaşdırırdı. Komandanın isə əsas aparıcı oyunçularının yaşı kritik həddə çatmışdı. Onların bir çoxu artıq futbolla vidalaşmağa hazırlaşırdı. Onları əvəz edə biləcək gənc nəsil isə demək olar ki, yox dərəcəsində idi. Bütün bunları görən məşqçinin tənqidlərini isə rəhbərlik qəbul etmək istəmirdi. Buna görə də Ələkbər Məmmədov 1972-ci ilin may ayında istefa verir.1993-cü ildə Ələkbər Məmmədov Azərbaycan yığma komandasının baş məşqçisi təyin olunub. Yığma komanda Məmmədovun baş məşqçiliyi altında dörd oyun keçirib, üç oyunda qalib gəlib, bir görüşü heç-heçə başa vurub. Təhsili və şəxsi həyatı Ələkbər Məmmədov orta təhsilini Bakının öz idman nailiyyətləri ilə tanınan 6 saylı məktəbində alıb. O, 1953-cü ildə Azərbaycan Neft və Kimya İnstitutununu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), 1959-cu ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası), 1965-ci ildə isə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib.1962-ci ilin avqustundan Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda futbol kafedrasının müəllimi işləyib. 1966-1970-ci illərdə o, həm Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) kafedra müdiri, həm də Azərbaycan SSR Maarif Nazirliyinin Bakı futbol məktəbinin direktoru olub. 1972-ci ilin iyulundan ömrünün sonunadək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinın bədən tərbiyəsi kafedrasının müdiri olub. 1993-cü ildə professor elmi adına layiq görülmüşdür.Ələkbər Məmmədov həyat yoldaşı ilə cavan yaşlarında ayrılıb. Bu evlilikdən onun bir qızı olub. Qızı uşaq yaşlarından Almaniyada yaşayır. Vəfatı və xatirəsi Ələkbər Məmmədov həyat yoldaşından ayrıldığından, qızının isə Azərbaycandan uzaqda yaşaması səbəbindən təkbaşına ömür sürməyə məcbur olub. Məmmədovun ölümündən üç gün heç kim xəbər tutmayıb. 2014-cü ilin iyul ayının sonlarında dostları ondan uzun müddət xəbər çıxmadığını görüncə polisə məlumat veriblər. 28 iyul tarixində Məmmədovun mənzilinə daxil olan xilasedicilər orada onun cansız bədəni ilə qarşılaşıblar.Mərhumla vida mərasimi avqustun 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, hökumət təmsilçiləri, AFFA rəsmiləri, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Ələkbər Məmmədovun Azərbaycan idmanının inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını bildirib. Mərasim başa çatdıqdan sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunub.6 avqust 2014-cü ildə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş turmuş "Red Bull Zalsburq"-"Qarabağ" görüşü zamanı, azərbaycanlı azarkeşlər, üzərində "Ələkbər Məmmədovun əziz xatirəsinə!!!" yazılmış pankart açıblar.10 avqust 2014-cü ildə Rusiya Premyer Liqasının ikinci turu çərçivəsində Moskvanın "Dinamo" və "Spartak" komandaları arasındakı keçirilmiş oyun Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.Müxtəlif illərdə Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirləri və yoldaşlıq görüşləri keçirilib. Nailiyyətləri Dinamo Moskva SSRİ çempionu: 1954, 1955, 1957, 1959 SSRİ çempionatının gümüş mükafatçısı: 1956, 1958 SSRİ Kuboku finalçısı: 1955 SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında № 3: 1956, 1957 Dövlət mükafatları SSRİ idman ustası: 1955 SSRİ əməkdar idman ustası: 1960 SSRİ əməkdar məşqçisi: 1990 "Şərəf nişanı" ordeni: 1968 "Şöhrət" ordeni: 25 may 1995 "Aleksandr Nevski" ordeni (Rusiya): 2007 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu: 5 noyabr 2012 Biblioqrafiya Xarici keçidlər Rusteam.permian.ru saytında profili (rus.) Transfermarkt.com saytında profili (ing.) National-football-teams.com saytında profili (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=94037
Ələkbər Məmmədxanov
Məmmədxanov Ələkbər (1875, Naxçıvan – 1920, Bakı) – dövrünün ziyalısı, Zaqafqaziya (Qori) Müəllimlər seminariyasında təhsil almışdır. Mühəndis. 1884-cü ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, lakin təhsil haqqını ödəyə bilmədiyindən seminariyadan çıxarılmışdır. Sonralar Xarkov Universitetində təhsil alaraq mühəndis ixtisası qazanmış, Bakıda Musa Nağıyevin şirkətində neft mühəndisi işləmişdir. Bəhailik təriqətinin tarixi və fəlsəfəsini öyrənmiş, bu sahədə Qafqazda çap olunmuş əsərləri, o cümlədən Atropet adlı müəllifin "İmamat" kitabını avtoqrafla məşhur rus yazışısı Lev Tolstoyagöndərmişdir. L.Tolstoy şəxsiyyətinə, irsinə və fəlsəfi görüşlərinə rəğbət bəsləmiş, onunla məktublaşmışdır. Şeyx Bəhaullanın "İşıq" əsərini və bir sıra digər əsərləri rus dilinə tərcümə edərək Yasnaya Polyanaya göndərmişdir. Məmmədli Q. Molla Nəsrəddin (salnamə),B., 1984. Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
https://az.wikipedia.org/w/index.php?curid=162222
Ələkbər Qafil
Ələkbər Qafil (1818, Şamaxı – 1891, Şamaxı) — Azərbaycan şairi. Şamaxıda “Beytüs-Səfa” ədəbi məclisinin üzvü.
https://az.wikipedia.org/w/index.php?curid=217154
Ələkbər Qasımov
Ələkbər Məmməd oğlu Qasımov- Rejissor-sənətşünas, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, 1-ci dərəcəli dövlət qulluqçusu Ələkbər Qasımov 1959-cu il 21 iyulda Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1981-87-ci illərdə Muxtar Respublika Mədəniyyət Nazirliyində məsul vəzifələrdə çalışıb. 1987-89-cu illərdə nazirliyin Elmi Metodiki Mərkəzində direktor müavini olub. Naxçıvanda Dövlət Kukla Teatrı yaradılmasının təşəbbüskarı və təşkilatçısıdır (1989). Bu teatrın ilk direktoru və bədii rəhbəri kimi həmin sənətin Naxçıvanda inkişafına, dəfələrlə qonşu ölkələrdə təbliğinə nail olub. Müxtəlif səhnələrdə 6 tamaşaya quruluş verib, 50-dən artıq elmi-kütləvi filmin dublyaj, 1 sənədli filmin quruluşçu rejissorudur. Naxçıvan Dövlət Teleradiosunun diktoru kimi çalışıb (1989-1991). 2000-ci ildən 2005-ci ilədək Naxçıvan MR Nazirlər Kabinetinin təhsil, mədəniyyət, səhiyyə və sosial məsələlər söbəsi müdirinin müavini vəzifəsində işləyib. Speys TV-nin, Azad Azərbaycan, Bakinski Raboçi və Respublika qəzetinin bölgə müxbiri olub. Hazırda AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitu teatr və musiqi şöbəsinin böyük elmi işçisidir. Naxçıvan Dövlət Universitetində teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi kimi səhnə danışığı fənnini tədris edir. Azərbaycan Teatr Xadimləri İttifaqının və Jurnalistlər Birliyinin üzvüdür. Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü, şairə, dramaturq Kəmalə Ağayevanın oğludur. Naxçıvan Teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013). Bakı: Avropa, 2016. 176 səhifə. Cavid Poeziya Teatrı Bakı: Avropa, 2017. 84 səhifə. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası-20. Bakı: Avropa, 2018. 144 səhifə. Milli teatrımızın yaranma günü, yaxud Nazçıvan teatrının neçə yaşı var? / Ə. Qasımov // Qobustan. - 2007. - № 2. - S. 62-66 Heydər Əliyev və Naxçıvan teatrı / Ə. Qasımov // Xalq qəzeti. - 2007.-19 iyul. - N 157. - S. 5 . Heydər Əliyev və Naxçıvan teatrları / Ə. Qasımov // Mədəni maarif. - 2008. - № 1. - S. 49-51 Ölülərin ilk səhnə həyatı, yaxud məşhur tragikomediya birinci dəfə nə vaxt və harada tamaşaya qoyulmuşdur / Ə. Qasımov // Qobustan. - 2008. - № 1. - S. 54-59 Qocaman sənət ocağı / Ə. Qasımov // Xalq qəzeti. - 2009.-17 iyun. - N 129. - S. 7 ; N 130. - S. 7 Naxçıvan teatrı 1918-1920-ci illərdə / Ə. Qasımov // Xəbərlər: AMEA İctimai və Humanitar elmlər seriyası. Naxçıvan bölməsi. - 2009. - № 1. - S. 282-288 Naxçıvan: elmi tərəqqinin yeni mərhələsi / Ə. Qasımov // Xalq qəzeti. - 2009.-2 avqust. - N 168. - S. 3 Gürcü dramaturgiyası Naxçıvan teatrında / Ə. Qasımov // Qobustan. - 2009. - № 3. - S. 61-65 Naxçıvanda şəhərsalma mədəniyyətinə bir nəzər / Ə. Qasımov // Respublika. - 2012.-12 avqust. - № 179. - S. 3 AMEA Naxçıvan Bölməsinin elmi uğurları / Ə. Qasımov // Respublika. - 2012.-5 dekabr. - № 271. - S. 2 Səhnəmizin zəri / Ə. Qasımov // Azərbaycan. - 2015.-2 aprel. - № 67. - S. 7 "Naxçıvan əlyazmalarının tədqiqi istiqamətində" adlı məqalələr toplusu Almaniyada nəşr olunub / Ə. Qasımov // Respublika. - 2015.-23 may. - № 109. - S. 11 [[Kateqoriya:]] Naxçıvanlı Alimlər, AMEA Naxçıvan bölməsi, Teatr, Naxçıvan, dosent , Dövlət qulluqçusu,
https://az.wikipedia.org/w/index.php?curid=579327
Ələkbər Quliyev
Ələkbər Məmməd oğlu Quliyev (27 sentyabr 1911, Tiflis – 16 aprel 1983, Bakı) — Azərbaycan alimi və dövlət xadimi, akademik, biologiya elmləri doktoru (1950), professor (1952), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1967), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1961–1962). Ələkbər Quliyev 27 sentyabr 1911-ci ildə Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1930-cu ildə orta məktəbi bitirən Quliyev elə həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) qəbul olunmuşdur. O, 1934-cü ildə həmin institutu əla qiymətlərlə bitirdiyinə görə institutun Botanika kafedrasında saxlanılmış, əvvəlcə assistent, daha sonra baş müəllim kimi fəaliyyət göstərmişdir. Əmək fəaliyyəti Ələkbər Quliyev uzun illər bir sıra tədris, elmi, dövlət və ictimai vəzifələrdə çalışmışdır. O, 1944–1960-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinin dekanı, Seleksiya və sistematika kafedrasının müdiri, 1955–1959-cu illərdə Tədris və elmi işlər üzrə prorektor kimi fəaliyyət göstərmişdir.1959–1960-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Birinci vitse-prezidenti, 1961-ci ildə isə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilmişdir. 1962–1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun direktoru, 1962–1983-cü illərdə isə həmin İnstitutun Texniki və yem bitkiləri şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Elmi fəaliyyəti Ələkbər Quliyev akademik A.A.Qrossheymin rəhbərliyi ilə Gəncə və Göygöl rayonları ərazisində bal və tozverən bitki müxtəlifliyini öyrənmişdir. O, 1941-ci ildə "Kirovabad və Xanlar rayonlarının bal və tozverən bitkiləri" mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Daha sonra 1950-ci ildə Leninqradda EA-nın V.L.Komarov adına Botanika İnstitutunda "Azərbaycanın bal və tozverən bitkilərinin öyrənilmə məsələləri" mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Eyni zamanda 1952-ci ildə professor elmi adı verilmiş, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.Ələkbər Quliyev 11 monoqrafiyanın, 288-dən çox elmi əsərin, o cümlədən İtaliya, Bolqarıstan, Yaponiyada çap edilmiş 4 elmi məqalənin, 13 sortun (müəlliflik şəhadətnaməsi və patent alınmışdır) müəllifidir. Alimin təcrübəvi mutagenez, onun bioloji obyektlərdə istifadəsi metodlarının işlənib hazırlanması və tətbiqi sahəsində böyük rolu olmuşdur. Alimin bu sahədəki araşdırmaları bitkilərdə dəyişkənliyin fundamental əsaslarını müəyyən etməklə yanaşı, praktiki istifadəsi və son nəticə olaraq pambıq və başqa mədəni bitkilərin yeni, yüksək göstəricilərə malik sortlarının yaradılması ilə nəticələnmişdir.Müəllifi olduğu və təcrübəvi mutagenez metodu ilə yaratdığı "Ağdaş-3" pambıq sortu uzun illərdir ki, yerli və xarici sortlarla rəqabətdə bütün təsərrüfat göstəricilərinə görə öz üstünlüyünü qoruyub saxlayır. Hazırda "Ağdaş-3" sortu respublikamızda pambığın əkin sahələrinin 60%-ni təşkil edir. Bundan başqa, o, rayonlaşmış "AZXİ-1" qarğıdalı və "Azərbaycan" yonca sortunun, DSS-na təqdim olunmuş 7 pambıq, 2 qarğıdalı və 1 yonca sortunun müəllifidir. Akademik Ələkbər Quliyev 1983-cü ildə Bakıda vəfat etmişdir. Mükafatları Ələkbər Quliyev elmi və ictimai fəaliyyətinə görə "Şərəf nişanı" ordeni və bir sıra medallarla, o cümlədən, "SSRİ Əməkdar ixtiraçısı" fəxri adı ilə təltif olunmuş, "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür(1960). Həmçinin bax Azərbaycan kənd təsərrüfatı nazirlərinin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=516143
Ələkbər Quliyev (nazir)
Ələkbər Məmməd oğlu Quliyev (27 sentyabr 1911, Tiflis – 16 aprel 1983, Bakı) — Azərbaycan alimi və dövlət xadimi, akademik, biologiya elmləri doktoru (1950), professor (1952), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1967), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1961–1962). Ələkbər Quliyev 27 sentyabr 1911-ci ildə Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1930-cu ildə orta məktəbi bitirən Quliyev elə həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) qəbul olunmuşdur. O, 1934-cü ildə həmin institutu əla qiymətlərlə bitirdiyinə görə institutun Botanika kafedrasında saxlanılmış, əvvəlcə assistent, daha sonra baş müəllim kimi fəaliyyət göstərmişdir. Əmək fəaliyyəti Ələkbər Quliyev uzun illər bir sıra tədris, elmi, dövlət və ictimai vəzifələrdə çalışmışdır. O, 1944–1960-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinin dekanı, Seleksiya və sistematika kafedrasının müdiri, 1955–1959-cu illərdə Tədris və elmi işlər üzrə prorektor kimi fəaliyyət göstərmişdir.1959–1960-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Birinci vitse-prezidenti, 1961-ci ildə isə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilmişdir. 1962–1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun direktoru, 1962–1983-cü illərdə isə həmin İnstitutun Texniki və yem bitkiləri şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Elmi fəaliyyəti Ələkbər Quliyev akademik A.A.Qrossheymin rəhbərliyi ilə Gəncə və Göygöl rayonları ərazisində bal və tozverən bitki müxtəlifliyini öyrənmişdir. O, 1941-ci ildə "Kirovabad və Xanlar rayonlarının bal və tozverən bitkiləri" mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Daha sonra 1950-ci ildə Leninqradda EA-nın V.L.Komarov adına Botanika İnstitutunda "Azərbaycanın bal və tozverən bitkilərinin öyrənilmə məsələləri" mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Eyni zamanda 1952-ci ildə professor elmi adı verilmiş, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.Ələkbər Quliyev 11 monoqrafiyanın, 288-dən çox elmi əsərin, o cümlədən İtaliya, Bolqarıstan, Yaponiyada çap edilmiş 4 elmi məqalənin, 13 sortun (müəlliflik şəhadətnaməsi və patent alınmışdır) müəllifidir. Alimin təcrübəvi mutagenez, onun bioloji obyektlərdə istifadəsi metodlarının işlənib hazırlanması və tətbiqi sahəsində böyük rolu olmuşdur. Alimin bu sahədəki araşdırmaları bitkilərdə dəyişkənliyin fundamental əsaslarını müəyyən etməklə yanaşı, praktiki istifadəsi və son nəticə olaraq pambıq və başqa mədəni bitkilərin yeni, yüksək göstəricilərə malik sortlarının yaradılması ilə nəticələnmişdir.Müəllifi olduğu və təcrübəvi mutagenez metodu ilə yaratdığı "Ağdaş-3" pambıq sortu uzun illərdir ki, yerli və xarici sortlarla rəqabətdə bütün təsərrüfat göstəricilərinə görə öz üstünlüyünü qoruyub saxlayır. Hazırda "Ağdaş-3" sortu respublikamızda pambığın əkin sahələrinin 60%-ni təşkil edir. Bundan başqa, o, rayonlaşmış "AZXİ-1" qarğıdalı və "Azərbaycan" yonca sortunun, DSS-na təqdim olunmuş 7 pambıq, 2 qarğıdalı və 1 yonca sortunun müəllifidir. Akademik Ələkbər Quliyev 1983-cü ildə Bakıda vəfat etmişdir. Mükafatları Ələkbər Quliyev elmi və ictimai fəaliyyətinə görə "Şərəf nişanı" ordeni və bir sıra medallarla, o cümlədən, "SSRİ Əməkdar ixtiraçısı" fəxri adı ilə təltif olunmuş, "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür(1960). Həmçinin bax Azərbaycan kənd təsərrüfatı nazirlərinin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=696166
Ələkbər Qərib
Ələkbər Qərib (Naxçıvan – Naxçıvan) — Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının məzunu. Abbasov Ələkbər Tağı oğlu ("Seminaristlərin siyahısı" arxiv sənədində onun 1909-cu ildə seminariyaya daxil olduğu 1913-cü ildə qurtardığı göstərilir). Abbasov Ələkbər (Ələkbər Qərib) 1893–1894-cü il xırda sənətkarlıqla məşğul olan, formasyon təriqətinin fəal üzvlərindən olan Kərbəlayi Tağının ailəsində dünyaya gəlmişdir. Məmmədhüseyn və Rza Təhmasiblə, Nəsrulla Şeyxovla yaxın qohumluqları olmuşdur. M.T.Sidqinin "Tərbiyə" məktəbində təhsil almışdır. 1913-cü ildə seminariyanı bitirtdikdən sonra o bir müddət Tiflisdə, Bakıda yaradıcılıqla məşğul olmuş hekayə və povestlər yazmış, rus dilindən tərcümələr etmişdir. Onun 1912-ci ildə, hələ tələbə ikən yazdığı "Qəlbimin sultanı" povesti və 1914-cü ildə yazdığı "Haqq divanı" hekayələr kitabı Bakıda "Orucov qardaşları" mətbəəsində çap edilmişdir. 1913-cü ildə N.M.Karamzinin "Bədbəxt Liza" povestini ruscadan azərbaycancaya tərcümə etmişdir. 1915–1916-cı illərdə Doktor Xosrov bəy Sultanovun rəhbərliyi altında "Cəmiyyəti xeyriyyə" xətti ilə Ərdəhan, Batum və başqa şəhərlərdə olaraq türk qaçqınlarına, "Hərb-zədə"lərinə yardım hərəkatında iştirak etmişdir. Bu hərəkatda Hüseyn Cavid, Əhməd Cavad, Əli Səbri və başqa ziyalılarla birlikdə səfərbəredici, əməli işlər görülmüşdür. Ələkbər Abbasov (Ələkbər Qərib) 1917–1923-cü illərdə Naxçıvanda, 1923–1927-ci illərdə Tiflisdə yaşamışdır. Tiflisdə yaşayarkən buradakı Azərbaycan ziyalılarını birləşdirən 1923-cü ildə təşkil olunan "Tiflis türk ədəbi dərnəyi"nin təşkilatçılarından və idarə heyətinin – Əziz Şərif, Mirzə Həsənxan, İsmayıl Həqqi, Əli Tağızadə, Əlimirzə Nərimanov və başqaları ilə birlikdə fəal üzvlərindən biri olmuşdur. Bu sahədə ilk addımı Tiflisdə nəşr olunan "Yeni fikir" (indiki "Gürcüstan") qəzetinin kollektivi atmışdı. Dərnəyin yaradılmasında o zaman "Yeni fikir" qəzetinin redaktoru işləyən, bacarıqlı ictimai xadim, istedadlı nasir və jurnalist kimi tanınan Böyükağa Talıblının böyük xidmətləri olmuşdur. Tiflisdə yaranan 40-a qədər üzvü olan ədəbiyyat dərnəyinin təşkil olunması və onun nizamnaməsinin müzakirəsi ilə bağlı ümumi iclasın işi "Yeni fikir" qəzetinin 28 oktyabr 1923-cü il nömrəsində ətraflı məlumat verilmişdir."Yeni fikir" qəzeti dərnəyin fəaliyyətini daim izləmiş, "Tiflis Türk Ədəbi dərnəyində" rubrikası altında dərnəyin gördüyü işlərdən ətraflı danışılmışdır. Dərnək fəaliyyət göstərdiyi müddətdə Azərbaycan klassiklərinin yaradıcılığına xüsusi əhəmiyyət vermiş, onların həyat və fəaliyyəti, yaradıcılığı dərnəyin işində müzakirə olunmuşdur. Dərnək üzvləri M.P.Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, H.Cavid, M.Ə.Sabir, Ə.Qəmküsar kimi klassiklər haqqında dəyərli mülahizələr söyləmiş, bu görkəmli söz sənətkarlarının ədəbi irsini geniş yaymağa çalışmışlar. Dərnəyin idarə heyətinin tapşırığı ilə Böyükağa Talıblının, Eynəlibəy Sultanovun, Hüseyn Səmihin, Əziz Şərifin, Ələkbər Qəribin hazırladıqları məqalələr klassiklərimizin zəngin yaradıcılığına dərindən bələd olmaq baxımından təqdirəlayiq hesab olunmuşdur. Dərnəyin fəaliyyəti dövründə E.Sultanov böyük Azərbaycan şairləri Vaqif və Nəbati haqqında, Əziz Şərifin şair Nəqqaş haqqında, Ələkbər Qəribin Mollanəsrəddinçi şair, publisist Ə.Qəmküsar haqqında və şair Şakir barəsində məruzələri dinlənilmişdir. "Tiflis türk ədəbiyyat dərnəyi" mövcud olduğu müddətdə çox iş görmüş, o dövrün yazıcılarını bir yerə toplamaqda, Azərbaycan ədəbiyyatının inkişafına təkan verməkdə xeyli nailiyyətlər əldə etmişdir. Ədəbiyyat dərnəyinin yeni (latın) əlifbanın Gürcüstanda yayılması sahəsində gördüyü işlər də təqdirə layiqdir. Məhz dərnək üzvlərinin fəal iştirakı və yardımı ilə 1924-cü ildə Yeni Türk Əlifbası Tiflis Komitəsi yaradılmışdı ki, bu komitənin yaradılmasında dərnək üzvlərindən Əziz Şərifin, Eynəlibəy Sultanovun, Ələkbər Qəribin, İsmayıl Həqqinin və başqalarının böyük xidmətləri olmuşdur. 1928–1930-cu illərin sonu, 40-cı illərin əvvəllərinədək Bakıda yaşayan Ələkbər Abbasov (Qərib) burada da ömrünü başa vuraraq vəfat etmişdir. Ələkbər Abbasov tarixi-etnoqrafik, ədəbi-bədii yazılarla da mətbuatda çıxışlar etmiş, dəyərli elmi-pedaqoji, ədəbi əsərlər yazaraq unudulmaz izlər qoyub getmişdir. Xüsusilə 1928–1929-cu illərdə Ruhulla Axundovun redaktəsi və rəhbərliyi altında 50 minə qədər sözün tərcüməsi verilən ikicildlık "Rusca-türkcə (azərbaycanca) lüğət"in hazırlanmasında Ələkbər Qəribin xüsusi payı və zəhməti olmuşdur (Rus-türk lüğəti. Tərtibçiləri: Əhməd Pepinov, Ələkbər Qərib,Ələkbər Heydərli. Bkı, AzQİZ, 1928).
https://az.wikipedia.org/w/index.php?curid=540645
Ələkbər Rzaquliyev
Rzaquliyev Ələkbər Ələsgər oğlu (31 yanvar 1903, Bakı – 31 yanvar 1974, Bakı) — Azərbaycan boyakarı, qrafiki və əməkdar rəssamı. Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Ələkbər Rzaquliyev boyakarlıq və qrafika üslubunda işlənmiş gözəl əsərlərin müəllifidir. Görkəmli rəssamın əsərləri dünyanın müxtəlif muzeylərində saxlanır. Ələkbər Ələsgər oğlu Rzaquliyev 31 yanvar 1903-cü ildə Bakıda anadan olmuşdur. "Uşaq yaşlarından şəkil çəkməyi çox sevərdi, bu onun ən sevimli məşğələsi idi. Əlindən daha başqa iş gəlmirdi. Moskvada Ali bədii-texniki emalatxanaları bitirmişdi. Tələbələr arasında çoxlu dostları var idi. Yaxşıları da vardı, pisləri də. Doğma Bakıya qayıdandan sonra özünü bütünlüklə rəssamlığa həsr elədi. Siyasət-filan onu bilmərrə maraqlandırmırdı. Amma deyir sən saydığını say gör fələk nə sayır. Tale ondan necə üz döndərdi, bilmədi. Bir də ayılıb gördü ki, onu birbaşa Uzaq şimala sürgün eləyiblər… Nə az, nə çox iyirmi beş illiyə! Bu nə müsibət idi görəsən?" Çingiz Kərimovun rəssamla bağlı xatirələrindən. O, yaradıcılığının ilkin mərhələsində inqilabdan əvvəlki Azərbaycan həyatının xarakterik mənzərələrini əks etdirən boyakarlıq əsərləri çəkmişdir. Bunlara "Azərbaycanlı qadın"(1926), "Pəhləvanlar"(1926), "Mollaxana"(1927) kimi əsərləri göstərmək olar. Təəssüf ki, rəssamın maraqlı işlərindən biri olan "Mollaxana" və digər qiymətli əsərlər itib. Yaxşı ki, rəssamın arxivində "Mollaxana"nın çap edildiyi jurnaldan kəsilmiş parça qalıb. Yaradıcılığı boyunca daha çox qrafika sahəsində fəaliyyət göstərən Rzaquliyev "Köhnə Bakı" silsiləsi (1958–72), "M.Ə.Sabir" (1963), "Bakılılar Berlində" (1968), "Çaybecərənlər" (1972), "Azərbaycan madonnası" (1973) və s. linoqravüralar yaratmışdır. Acı bir tale yaşamış, üç dəfə sürgünə göndərilmiş rəssamın həyatı əsl roman mövzusudur. Acı sürgün xatirələri… Birinci sürgünə doğru yol… Ələkbər Rzaquliyevi bütün repressiya qurbanları kimi pantürkist ideyalarını yaymaqda günahlandırmışdılar. 1928-ci ildə bu ittihamla həbs olunmuşdu. O dövrün "qayda-qanunu" məlum idi. Türkiyəni sevənləri ən yaxşı halda uzaq Sibirə sürgün gözləyirdi. Ələkbər Rzaquliyev də türkçü dostu Ibrahimlə yaxınlığına görə "xalq düşməni" elan olunmuşdu. Qurama ittihamla altı il sürgünə məhkum edilən gənc Ələkbər soyuq Arxangelskə göndərildi. Birinci sürgündən sonra rəssam Bakıya qayıdıb evlənmişdi. Bir müddət sonra həyat yoldaşı Sona da ərinin arxasınca Arxangelskə getdi. Tezliklə onların Ədilə adlı bir qızları dünyaya gəldi. İkinci sürgünə doğru yol… Ilk sürgün həyatından geri döndükdən sonra Ələkbər Bakıda təsadüfən bolşeviklərin lideri Ruhulla Axundovla qarşılaşmışdı. Axundov onun bu tezliklə qayıtmasına təəccüblənib göstəriş vermişdi ki, onu yenidən sürgünə göndərsinlər. Ələkbər Rzaquliyevi həbs edib soyuq Şimala, Solovkiyə yola saldılar. "Sürgün zamanı məni bir təsadüf nəticəsində ağqvardiyaçılarla bir zirzəmiyə salmışdılar. Səhər həbsxana rəisi gəlib siyahını oxudu. Məlum oldu ki, adları çəkilənlər güllələnməlidirlər. Amma mənim adım bu siyahıda yox idi. Həbsxana rəisi üz-gözünü turşudub mənə baxdı və xəbər aldı: – Sən kimsən? Niyə sən hələ burdasan? – Mən rəssamam. Siz mənim adımı çəkmədiniz.Rəis heyrətləndi və məni vurub bərkdən qışqırdı: "Rədd ol burdan!"Beləcə, mən gəlib düşdüm Solovkiyə. Bu elə bir yer idi ki, burdan o yana yol yox idi. Geriyə qayıtmaq hər adamın hünəri deyildi. Əvvəlcə mən yamana aclıq keçirirdim, amma tezliklə başa düşdüm ki, nəyin bahasına olur-olsun birtəhər sağ qalmalıyam. Meşədən quş yuvaları tapıb yumurtalarla qidalanmalı olurdum. Bütün bunlar bir keşiş mənə küfrlük etdiyimi deyənəcən davam etdi. Qısa sorğu-sualdan sonra o, mənə monastrda yaşamağı təklif etdi.Amma bu, uzun sürmədi…Tezliklə məni Tayqaya, taxta-şalban kəsməyə göndərdilər və mən burada barmağımı əzdim. Tayqada hamı ölümə məhkum idi" Ə.Rzaquliyevin xatirələrindənƏ.Rzaquliyev həyatının az qala yarısını düşərgələrdə keçirib. Ikinci sürgündən qayıtdıqdan sonra Ələkbər Rzaquliyev ailəsini götürüb Azərbaycanın şimal-qərb rayonlarında, öz ev-eşiyindən uzaqda yaşamalı oldu. Yazılı mənbələrdə rəssam haqqında əldə edə biləcəyimiz yeganə mənbə Ç.Kərimovun məqaləsi oldu. Məqalədə rəssamın qızı Ədilə xanımın xatırladıqlarına yer verilir: "Hökumət onun Bakıda yaşamasını istəmirdi. Biz əvvəlcə Gəncədə, sonra da Şəkidə yaşamalı olduq. Yadımdadı, o vaxtlar Şəkidə ipək kombinatı işləyirdi. Atam onlarçün eskizlər eləyirdi. Eyni vaxtda məktəbdə də dərs deyirdi. Bir dəfə evdə atam və babamla oturmuşdum. Elə bu vaxt bizə Bəhram adlı yaraşıqlı bir kişi yaxınlaşdı. O, Gəncə teatrında rejissor işləyirdi. Bəhram atama yaxınlaşıb onun ayaqlarına yıxıldı: "O illər üçün, o sözlər üçün məni bağışla!". Amma atam ona cavab verməyib, üzünü çevirdi. Babam bütün bunları görüb, atama dedi:"Ələkbər, görmürsən o, səndən üzr istəyir?". Atam cavabında dedi: "Yox, mən onu ömrümdə bağışlamaram, Onun sözlərinə görə mən bütün ömrümün, demək olar, yarısını sürgünlərdə keçirmişəm". Üçüncü sürgünə doğru yol… Amma işgəncə bununla bitmədi. 1949-cu ildə ikinci qızı Sevil dünyaya gələndən sonra Ələkbər Rzaquliyevi yenidən həbs eləyib, bu dəfə uzaq Altay ölkəsinə sürgünə göndərdilər. O, sürgündə Berta adlı bir alman qadınıyla evləndi. Ikinci Dünya müharibəsi başlananda, Bertagilin ailəsi Saratovdan bura sürgün olunmuşdular. Onun Bertadan iki oğlu – Oqtay və Aydın, bir də qızları Sevda dünyaya gəldi. 1956-cı ildə Ələkbər Rzaquliyev sürgündən qayıtdı. Stalin repressiyaları dövrünə son qoyuldu. Sürgünlərdən sonrakı həyatı 60-cı illərin sonunda Berta və uşaqlarına Ələkbərlə Azərbaycanda yaşamağa icazə verdilər. Həyatın ağır zərbələrinui alan Ələkbər Rzaquliyev ömründə cəmi iki rəngli şəkil çəkib – "Azərbaycanlı qız" və "Güləşçilər"… Qalanları iki rəngdədi: ağ və qara… Lap öz həyatı kimi… Sonralar, 60-cı illərdə, rəssam yaddaşı əsasında kompozisiya və obraz quruluşuna görə 20-ci illərin rəsmini xatırladan "Köhnə məktəb" linoqravürünü çəkib. Dieqo Rivera Moskvada olarkən, onun rəsmlərini görüb deyir: "Bu gəncə deyin ki, o düzgün yol seçib, qoy belə işləməyə davam etsin". Qızı Ədilənin xatirələrindən:"O daim işlə məşğul idi. Sürgün illəri onun çox vaxtını almışdı. Ona görə də itirdiklərini təzədən yerinə qoymaq istəyirdi. Ələkbər Rzaquliyev yorulmaq bilmədən özünün ağ-qara linoqravürlərini yaradırdı. Köhnə Bakı elə bil təzədən canlanırdı. Neçə illərin yaddaşı kağıza köçürdü".Sənətkar yaradıcılığı müddətində Azərbaycanın əməkdar rəssamı (1964) adına və bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür. Ələkbər Rzaquliyev 31 yanvar 1974-cü ildə Bakıda vəfat etmişdir. Yaradıcılığı Yaradıcılığının erkən dövründə inqilabdan əvvəlki Azərbaycan məişətinin xarakterik səhnələri təsvir olunan boyakarlıq əsərləri çəkmişdir ("Azərbaycanlı qadın", 1926; "Pəhləvanlar", 1926; "Mollaxana", 1927). Rzaquliyev qrafika sahəsində daha geniş fəaliyyət göstərmiş, "Köhnə Bakı" silsiləsi (1958–72), "M. Ə. Sabir" (1963), "Bakılılar Berlində" (1968), "V.İ.Lenin və Azərbaycan rəhbərləri" (1970), "Çaybecərənlər" (1972), "Azərbaycan madonnası" (1973) və s. linoqravüralar yaratmışdır. Əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), R. Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Şəkil Qalereyası və digər muzeylərdə saxlanılır. 2018-ci ildə rəssam haqqında "Xalq əmanəti" silsiləsindən Şirin Məlikovanın müəllifi olduğu kitab işıq üzü görmüşdür.
https://az.wikipedia.org/w/index.php?curid=95809
Ələkbər Sadıqov
Ələkbər Sadıqov (?-?) — Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi dəftərxanasının direktoru. Ələkbər 1919-cu ilin aprel ayının 2-dən Aşqabad şəhərində Azərbaycan Respublikasının Zakaspi hökuməti yanında konsulu. 1919-cu ilin oktyabr ayının 7-dən Azərbaycan Respublikasının İrandakı diplomatik nümayəndəliyinin müşaviri, 1920-ci ildən isə diplomatik nümayəndənin müavini.
https://az.wikipedia.org/w/index.php?curid=345162
Ələkbər Salahzadə
Ələkbər Salahzadə (15 mart 1941, Cimi, Quba rayonu – 1 sentyabr 2013) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Rəsul Rza adına mükafat laureatı (2002), Əməkdar incəsənət xadimi (2005). Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), baş redaktor (1992-2004), "Qobustan" jurnalının baş redaktoru (2004) vəzifəsində çalışmışdır. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. "Kölgədən qorxan" (1983) Şəki, "Yayın qış gecələri" (1985) Sumqayıt, "Nağaraçı naxırçı" (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Tərcümələri 1.A.Tarkovski. Gözəl Gülayim haqqında povest. Bakı: Gənclik, 1970, 192 səh. 2.Pyatras Svirka, Tülkünün kələyi. Bakı: Gənclik, 1970, 16 səh. 3.A.Platonov. Dörd hekayə. Bakı: Gənclik, 1971, 51 səh. 4.Lorens Sterin, Fransaya və İtaliyaya sentimental səyahət. Bakı: Gənclik, 1973, 166 səh. 5.A.V.Sofranov. Vida poeması. Bakı: Yazıçı, 1980, 148 səh.
https://az.wikipedia.org/w/index.php?curid=46809
Ələkbər Seyfi
Ələkbər Seyfulla oğlu Seyfi (19 mart 1901, Tiflis – 8 dekabr 1977, Kirovabad) — Azərbaycan teatr aktyoru və inzibatçısı, tərcüməçi, Azərbaycan SSR xalq artisti (1961). Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olmuşdur. Ailəsinin imkanı olmadığı üçün müəyyən imtiyazlar əsasında təşkil olunmuş və fars dilində tədris olunan "İttifaq" məktəbinə verilmişdir. Mustafa Mərdanov ilə yaxın yaşayan Ələkbər Seyfi həvəskar tamaşaları izləyərək teatrla tanış olmuşdur. Səhnəyə isə ilk dəfə 13 yaşında, 1914-cü ilin əvvəllərində Tiflisə qastrola gəlmiş Hüseyn Ərəblinski və Əbülfət Vəlinin də iştirakı ilə səhnəyə qoyulmuş "Dəmirçi Gavə" (Şəmsəddin Sami) tamaşasında Bəhram rolunda çıxmışdır.1918-ci ilədək səhnə fəaliyyəti dram dərnəklərində çıxış etməkdən ibarət olan Ələkbər Seyfi Tiflisdə "İbrət" dram cəmiyyətinin yaradılmasında yaxından iştirak etmiş, oranın həvəskar aktyoru kimi komik rollarda çıxış etmişdir. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflis Dövlət Türk Dram Teatrı açılmış, Ələkbər Seyfi bu teatrın tərkibinə daxil edilərək 1922-ci ildə Türkiyədə, 1926-cı ildə isə Orta Asiyada qastrol səfərlərində olmuşdur. Ələkbər Seyfi aktyorluqla yanaşı, 1922–1929-cu illərdə Tiflis Teatrında müdir müavini də işləmiş, "Yeni fikir" qəzetində həm şöbə müdiri, həm də tərcüməçi, "Dan ulduzu" jurnalında isə tərcüməçi vəzifələrində çalışmış, 1928-ci ildə yeni Azərbaycan əlifbası komitəsinə üzv seçilmiş və bu səbəbdən bir neçə aylıq teatrdan ayrılmışdır.1929-cu ilin əvvəllərində Məmmədsadıq Əfəndiyev və Mustafa Quliyev tərəfindən Bakı Türk İşçi Teatrına dəvət edilmiş Ələkbər Seyfi həmin ilin iyununda Bakıya köçərək aktyor kimi işə başlamış, bir ay sonra ədəbi hissə müdiri, bir neçə ay sonra isə bədii hissə üzrə direktor müavini olmuşdur. 1930–1931-ci il mövsümündən başlayaraq o, teatrın direktoru vəzifəsini icra etmişdir. 1932-ci ildə Bakı İşçi Teatrı Gəncəyə köçürüldükdə Ələkbər Seyfi də truppa ilə birlikdə ora gedərək yaradıcılığını davam etdirmiş, 1938-ci ilin fevralınadək bu teatrın direktoru olmuşdur.Ələkbər Seyfi 1938-ci ilin fevral ayında həbs edilərək Sibirə sürgün edilmiş, 1956-cı ildə bəraət alaraq yenidən Gəncə Dövlət Dram Teatrına qayıtmışdır. O, burada 1956–1962-ci illərdə aktyor, 1962–1965-ci illərdə isə direktor kimi fəaliyyət göstərmişdir.Ələkbər Seyfi aktyorluqla yanaşı, teatr üçün bir sıra tərcümələrin müəllifi olmuşdur. O, Rabindranat Taqorun "Fəlakət" romanı üzrə səhnələşdirilmiş "Qanq qızı", Lope de Veqanın "Kələkbaz sevgili", Gilyerme Fiqeyredonun "Tülkü və üzüm", Fridrix Şillerin "Qaçaqlar" və "Məkr və məhəbbət", Aleksandr Yujinin "Qızıl quş və qarğa", Vasili Şkvarkinin "Özgə uşağı", Arkadi Vasilyevin "Uzadılmış ezamiyyət", Hüseyn Muxtarovun "Şeytan nəsli", Viktor Rozovun "Sabahın xeyir", Bertolt Brextin "Üç qəpiklik opera", Georgi Mdivaninin "Konsulu oğurlayırlar" və başqa pyesləri Azərbaycan dilinə tərcümə etmiş və həmin əsərlər səhnəyə qoyulmuşdur.Teatr fəaliyyəti ilə tanınan aktyor bir neçə ekran obrazları da ifa etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasında "Səhər" (mürəttib), "Qanun naminə" (qoca kəndli), "Uşaqlığın son gecəsi" (İsmayıl dayı), "Mən ki gözəl deyildim" (hesabdar) filmlərində çəkilib.Ələkbər Seyfi 8 dekabr 1977-ci ildə Kirovabadda (hazırkı Gəncə) vəfat etmişdir. Gəncənin Bağbanlar məhəlləsindəki fəxri xiyabanda dəfn olunmuşdur. Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 14 dekabr 1961 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 20 may 1958 İfa etdiyi əsas rollar Ələkbər Seyfinin teatr fəaliyyəti ərzində ifa etdiyi əsas rollar: Tiflis teatrında Gəncə teatrında Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=34247
Ələkbər Süheyli
Ələkbər Süheyli (doğum adı: Ələkbər Fərəc oğlu Əliyev; 1879 – 26 fevral 1927) — aktyor, teatr təşkilatçısı. "Süheyli" Ələkbər Əliyevin səhnə təxəllüsüdür. Bu sözün ərəbcə mənası "cənubda görünən ulduz" deməkdir. Yaradıcılığı realist səpkili rolların ifası ilə səciyyəvi olan aktyor həmçinin rejissorluq sahəsində də çalışıb. Ələkbər Süheyli 1879-cu ildə Bakıda doğulub. Atası tacir olub və elmə, mədəniyyətə maraq göstərib. Buna görə də Ələkbərə 7 yaşından xüsusi müəllimlər tutaraq ona ana dilindən əlavə, fars, rus, ərəb dillərini tədris elətdirib. Atası və atasının yaxın dostları olan tacirlər Rusiya, ərəb ölkələri və İranla ticari yazışma əlaqələrini məhz Ələkbər Süheylinin vasitəsilə həyata keçiriblər. O, xüsusi tapşırıqlarla, müqavilələr bağlamaq məqsədilə tez-tez xarici öikələrə səfər edib. Bakıda olanda boş vaxtlarında "Müsəlman dram artistləri cəmiyyəti"nin tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1906-cı ildə yaranan "Nicat" mədəni-maarif cəmiyyətinin teatr truppasına ilk üzv götürülənlərdən biri də Ələkbər Süheyli olub. Sonralar "Səfa", "Müdiriyyət", "Müsəlman artistləri ittifaqı"nın teatr truppalarında çalışıb. 1919-cu ildə bugünkü MDT-nin truppasına götürülüb və dörd il bu sənət ocağında işləyib. 1923-cü ildə Azad Tənqid və Təbliğ Teatrının truppasına dəvət alıb və vəfat etdiyi günə kimi burada aktyor və rejissor kimi çalışıb. Müxtəlif truppalarda və MDT-da ifa etdiyi əsas rolların qısa siyahısı belədir: Adolf ("Qatili Kərimə", Hacı İbrahim Qasımov), Məhiz ("Tariq ibn Ziyad", Əbdülhəq Həmid), Səlim bəy, Vəli bəy, Çoban ("Dağılan tifaq", "Millət dostları" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Paşa ("Bakı müharibəsi", Cəfər Cabbarlı), Svistinov ("Müfəttiş", Nikolay Qoqol), Lodoviqo ("Otello", Vilyam Şekspir), Müəllim Mirzə Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), Bəkir ("Keçmişdə qaçaqlar", Nəcəf bəy Vəzirov), Xacə Məsud, Ohan yüzbaşı ("Lənkəran xanının vəziri" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Şah Ömər ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Xaço ("Qaçaq Kərəm", Vano Mçedaşvili), Şeyx Mərvan ("Şeyx Sənan", Hüseyn Cavid), Veys ("Yezid ibn Müaviyyə", Mehdi bəy Hacınski), Qubad ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Məmmədbağır ("Axşam səbri xeyir olar", Sultanməcid Qənizadə), Süleyman paşa ("Akif bəy", Namiq Kamal), Allahqulu ("Molla Cəbi", Mirmahmud Kazımovski). Milli aktrisalarımızın olmadığı dövrdə Ələkbər Süheyli xeyli qadın rolları ifa edib. Onların arasında Cahan xala ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Sona, Hafizə xanım ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hürzad ("Evliykən subay", Zülfüqar bəy Hacıbəyov), Çərkəz xanım ("Kəndxuda", Mirmahmud Kazımovski), Tuba ("Zorən təbib", Jan Batist Molyer) obrazlarının səhnə ifası aktyorun yaradıcılıq uğurları sayılır. Xüsusilə Hafizə rolunun uzun illər və ondan artıq quruluşda ən yaxşı ifaçısı Ələkbər Süheyli sayılıb. Aktyor Tənqid və Təbliğ Teatrında Məşədi Ramazan ("Arşın malı", Əhməd Qəmərli), Tacir ("Tufan", Vladimir Bill-Beloserkovski), Komarov ("1881-ci ildə", Nikolay Şapovalenko), Hacı Həsən ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Pastor ("Şöhrət silahları", Yurin) rollarını oynayıb. Burada Sidqi Ruhullanın, David Qutmanın, Yevgeni Muromskinin quruluşlarında hazırlanan tamaşalarda rejissorluq edib. Ələkbər Süheyli yaradıcılığının kamilləşdiyi dövrdə, 26 fevral 1927-ci ildə Bakıda vəfat edib.
https://az.wikipedia.org/w/index.php?curid=107507
Ələkbər Süleymanov
Ələkbər Bağır oğlu Süleymanov (31 dekabr 1916, Qatar kəndi, Qafan əyaləti, Zəngəzur mahalı, Gəncə quberniyası - 2000, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru (1964), professor (1965), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1954), Azərbaycan SSR əməkdar mühəndisi (1969), Azərbaycan SSR neft ustası (1940). Ələkbər Süleymanov 1916-cı il dekabrın 31-də Gəncə quberniyasının Zəngəzur mahalının Qafan əyalətinin Qatar kəndində, şaxtaçı ailəsində anadan olmuşdur. 1922-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1933-cü ildə orta məktəbin 7-ci sinfini, 1937-ci ildə isə Balaxanı Neft Texnikumunu bitirib.1937–1940-cı illərdə "Kaqanoviçneft" (indiki "Suraxanıneft" NQÇİ) trestində operator, usta köməkçisi, usta və mədən müdiri, 1940–1944-cü illərdə "Korgözneft" və "Orcenikidzeneft" (indiki "Suraxanmeft" NQÇİ) trestində mədən müdiri, 1944–1950-ci illərdə "Kirovneft" (indiki "Binəqədineft" NQÇİ) trestinin baş mühəndisi vəzifələrində işləyib. 1950–1953-cü illərdə SSRİ Neft Sənayesi Akademiyasında və Akademik Qubkin adına Moskva Neft İnstitutunda təhsil alaraq onları müvəffəqiyyətlə bitirmişdir. O, 1953–1959-cu illərdə "Orcenikidze" Neft Mədənlər İdarəsinin rəisi, 1959–1962-ci illərdə "Azneft" Birliyinin baş mühəndisi, 1962–1965-ci illərdə AzneftBirliyinin rəisi, 1965–1970-ci illərdə Azərbaycan SSR-in Neft Sənayesi nazirinin birinci müavini, 1970–1972-ci illərdə "Azneft" Birliyinin rəisi, 1972–1978-ci illərdə "Xəzərdənizneft" Birliyinin, 1978–1980-ci illərdə "Xəzərdənizneftqaz" Ümumittifaq Sənaye Birliyinin rəisi, 1980-ci ildən ömrünün axırına kimi "Dənizneftqazlayihə" DETLİ-nin direktorunun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır. "Azərneft" Birliyinin baş mühəndisi və rəisi (1959–1965), Azərbaycan Neftçıxarma Sənayesi Nazirinin müavini (1965–1968), "Azərneft" Birliyinin rəisi (1968–1972), Ümumittifaq "Xəzərdənizneftqaz" Sənaye Birliyinin rəisi (1972–1980) vəzifələrində işləmişdir. 1980-ci ildən ömrünün sonuna qədər "Dənizneftqazlayihə" DETLİ-də direktor müavini işləmişdir. Əmək fəaliyyəti Ələkbər Süleymanovun rəhbərliyi və bilavasitə iştirakı ilə respublikamızın və keçmiş SSRİ-nin neft rayonlarında bir sıra qiymətli elmi-texniki və praktiki tədbirlər hazırlanıb neft yataqlarında müvəffəqiyyətlə həyata keçirilmişdir ki, bunların nəticəsi olaraq quyuların optimal rejimdə işləməsinə, neft hasilatının və quyularm təmirarası müddətinin artırılmasına nail olunmuşdur. 1976-cı ildə "Günəşli" strukturunda inşa olunmuş 1 sayılı platformanın layihələndirilməsi və inşası, həmçinin üzmə qabiliyyətli tərəfləri olan platformaların tikintisi üçün bazanın yaradılması onun əməyinin bəhrəsidir. Bu işlər "Günəşli" yatağının kəşfinə, onun abadlaşdırlmasına və dənizdə hasilatın səviyyəsinin artırılmasına imkan yaratmışdır. "Günəşli" yatağının kəşfinin köməkliyi ilə dənizin böyük dərinlikli akvatoriyalarının mənimsənilməsini intensivləşdirmək üçün güclü elmi-istehsalat bazası yaradıldı. Bütün bunlar dənizin 100–300 m dərinliklərindəki "Çıraq", "Azəri" və "Kəpəz" kimi böyük neft-qaz yataqlarının axtarışının və kəşfinin sonrakı sürətləndirilməsi faktoru oldu. Ələkbər Süleymanovun rəhbərliyi və iştirakı ilə Xəzərin dərin akvatoriyalarında aşkar edilmiş neft və qaz yataqlarının mənimsənilməsi üçün hidrotexniki qurğular və quyu avadanlığı yaradılmışdır ki, bunlar da müstəqil Azərbaycanda neftçıxarmanın uzunmüddətli inkişafına təkan vermişdir. Bu işə görə 1990-cı ildə bir qrup neftçi mütəxəssislərlə birlikdə Ələkbər Bağır oğlu Süleymanov Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Ömrünün son illərində Ələkbər Süleymanov Xəzər dənizinin neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi nəzəriyyəsinə və praktikasına böyük qatqılar etmişdir. Onun elmi yaradıcılığı və böyük mühəndis təcrübəsi sayəsində böyük dərinliyi (150 m və daha dərin) olan akvatoriyaları mənimsəmək üçün hidrotexniki qurğular kompleksi və quyu texnikası yaradılmışdır ki, onların köməkliyi ilə bir çox yataqlarının ayrı-ayrı tektonik sahələri və blokları aşkar edilmişdir. Ələkbər Süleymanovun yaradıcılığının müxtəlif dövrlərində elmi və eməli fəaliyyətinə baxarkən, qeyd etmək lazımdır ki, hələ 1945–1950-ci illərdə o, bir qrup konstruktor, elmi işçi və istehsalätçılarla birlikdə quyuların ştanqlı nasoslar vasitəsilə istismarının texnika və texnologiyasının əsaslı şəkildə yenidən təşkilində, yerli avadanlığın yaradılmasında və tətbiqində fəal iştirak etdiyinə görə 1950-ci ildə SSRİ Dövlət (Stalin) mükafatına layiq görülmüşdür. 1952-ci ildə Ələkbər Süleymanov bir qrup neftçi mühəndislə birgə neft yataqlarının çox- sıralı quyularla işlədilməsinin kompleksli üsulunun işlənməsinə və mənimsənilməsinə görə ikinci dəfə SSRİ Dövlət mükafatı almışdır. Bu işdə Ələkbər müəllim kiçik diametrli quyuların normal istismarı və təmiri üçün kompleks tədbirlər işləmişdir ki, bu da belə quyularm Sovet İttifaqında geniş tətbiqinə imkan vermişdir. Ələkbər Süleymanov neftçıxarma proseslərinin kompleksli avtomatlaşdırılması texnologiyasını işləyib hazırlamışdır. Bu iş Azərbaycanda, Türkmənistanda, Saxalində və digər neftçıxarma rayonlarında geniş tətbiq edilmişdir. Bu işin yüksək texniki-iqtisadi göstəricilərinə görə, o, 1969-cu ildə üçüncü dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Onun iştirakı ilə quruda və dənizdə bir sıra neft və qaz-kondensat yatağı kəşf edilmişdir. Bunlardan "Zirə", "Mişov dağ", "Qarabağlı", "Kürsəngi", "Muradxanlı", "Qum-dəniz", "Bahar", "Palçıq pilpiləsi", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Xərə- Zırə" adası, "Cənub-l", "Cənub-2", "Bulla- dəniz", "Günəşli", Xəzərin Türkmənistan sek-torunda isə "Lam", "Livanov" və s. yataqlarını göstərmək olar. Ələkbər Süleymanov Xəzər dənizinin Azərbaycan sektorunda suyun dərinliyi 60–350 metr olan sahədə "Günəşli" yatağının aşkar edilib istismara verilməsi isə Ələkbər müəllimin şah əsəridir. Xəzər dənizinin neft-qaz yataqlarının işlənməsinin nəzəri əsaslandırılmasında Ə. Süleymanovun rəhbərliyi ilə fundamental elmi-texniki tədqiqatlar aparılmış, onların təcrübi tətbiqi nəticəsində dəniz neft-qazçıxarması sahəsində neft hasilatının sabitləşdirilməsinin kompleks əsası qoyulmuşdur. Ələkbər Süleymanov 1960-cı ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarım müdafiə etmiş və texnika elmləri doktoru adma, 1965-ci ildən professor elmi dərəcəsinə layiq görülmüşdür. O, 350-dan çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, 155 ixtiranın müəllifidir. O, Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikası Elm və Texnika Komitəsinin yanacaq-enerji problemləri şurasının sədri və "Azərbaycan Neft Təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü olmuş, bir çox səlahiyyətli forumlarda Azərbaycan Respublikasını lazımi səviyyədə təmsil etmişdir. Elmi nailiyyətləri A.B.Süleymanov neft quyularında boruarxası fəzaya təmiz mayenin əlavə edilməsinə əsaslanan – A. B. Süleymanov prosesi adı ilə tanınan məşhur qum təzahürləri ilə mübarizə üsulunun müəllifidir ; Ümumilikdə işlənmiş texnika və texnologiyaların tətbiqi nəticəsində əlavə olaraq 1 million tondan artıq neft və qaz (neft ekvivalentində) hasil olunmuşdur. Təltif və mükafatları 1941-ci il — Azərbaycan SSR əməkdar neft ustası; 1942-ci il — "Şərəf nişanı" ordeni; 1950-ci il – SSRİ Dövlət Mükafatı (Stalin Mükafatı); 1952-ci il – SSRİ Dövlət Mükafatı (Stalin Mükafatı); 1954-cü il – Azərbaycan SSR əməkdar elm və texnika xadimi; 1959-cu il — Qırmızı Əmək Bayrağı ordeni; 1966 — SSRİ neftçıxarma sənayesinin əlaçısı; 1966-cı il — SSRİ-nin Fəxri Neftçisi; 1966-cı il — Lenin ordeni; 1969-cu il – SSRİ Dövlət Mükafatı; 1969-cu il — Azərbaycan SSR əməkdar mühəndisi; 1971-ci il — Oktyabr İnqilabı ordeni; 1987-ci il — SSRİ Qaz Sənayesinin Fəxri İşçisi; 1990-cı il — Azərbaycan SSR Dövlət Mükafatı. Seçilmiş elmi əsərləri Süleymanov Ələkbər Bağır oğlu. Azərbaycan Sovet Ensiklopediyası - IX Cild (S,T,U,Ü,F), səh. 100. Süleymanov Ələkbər Bağır oğlu / Azərbaycanın neftçi alimləri /AMEA Geologiya İnstitutu; tərt. ed. Ə. M. Dadaşov; red. hey. Ak. A. Əlizadə, M. T. Abasov, Q. İ. Calalov, Q. M. Əfəndiyev // Bakı, Nafta-Press, 2007, s. 193-195. ISBN 978-9952-437-24-9. Kəmalə İsgəndərova. Dənizdə neft hasilatının işlədilməsində Ələkbər Süleymanovun rolu. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi
https://az.wikipedia.org/w/index.php?curid=328343
Ələkbər Talıbov
Ələkbər Talıbov (tam adı: Talıbov Ələkbər Hacı Məmmədəli oğlu; d. 7.08.1953, Neftçala rayonu, Bankə qəsəbəsi - ö. 8 mart, 2020, Neftçala rayonu, Bankə qəsəbəsi) - "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüş 20 yanvar qazisi, Qarabağ müharibəsi iştirakçısı, 2 dəfə (2000 və 2011-ci illər) Prezident təqaüdçüsü, Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı. Ələkbər Hacı Məmmədəli oğlu Talıbov 1953-cü il, avqust ayının 7-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olub. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən olub. 1946-cı ildə Əsədulla Dividil oğlu Hacı Məmmədəli ilə birlikdə Azərbaycanın Quzeyinə mühacirət edib. Azərbaycan Demokrat Firqəsinin üzvü olan Əsədulla Dividil 1979-cu ildə Neftçalada vəfat edib. Ələkbər Talıbovun atası - Hacı Məmmədəli isə artıq 17 yaşında Miyanada Azərbaycan Demokrat firqəsinin üzvü olub, sonradan isə Azərbaycanın Quzeyində baş verən azadlıq hərəkatında iştirak edib. Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Heç vaxt kommunist partiyasının üzvü olmayıb. Ümumiyyətlə ailə mənsubları əsla Kommunist Partiyası sıralarına qoşulmayıb. Ələkbər Talıbov demokratik ruhda böyüyərək bu Azərbaycanın bütövlüyü uğrunda çalışıb. 1990-cı ildə 20 yanvar hadisələri zamanı təcavüzkar sovet ordusunun hərbçiləri tərəfindən yaralanmışdır. Dinc əhaliyə divan tutmaq üçün Bakıya yeridilmiş qoşun hissələri bir neçə gün sonra cənub istiqamətinə - Neftçala, Cəlilabad və Lənkərana doğru səmt götürdü. Yanvarın 25-i və 26-da sovet qoşunları həmin bölgələrdə yerli əhali ilə müxtəlif bəhanələr altında qarşıdurmalara gedir, günahsız insanları həbs edir və güllələyirdilər. Hadisə Yanvarın 25-i saat 18:32 radələrində başladı. Hadisələr baş verənə qədər Neftçalada Azərbaycan Xalq Cəbhəsinin Neftçala şöbəsində Milli Azadlıq Hərəkatı fəalları hərbçilərin hər hansı qırğın ehtimalını, qarşıdurma yaratmasını önləmək üçün danışıqlar aparırdı. Lakin, Neftçalada təxribat planını həyata keçirən sovet hərbçiləri etiraz dalğasının önündə gedənləri danışıqlar aparmaq adı altında Qarabağı Müdafiə Komitəsinin binasına toplayaraq hədə-qorxu gəlməyə, hansısa silahları təhvil verməyi tələb etməyə başlamışdılar. Adamlar binanın içərisinə toplandıqdan sonra çöldə partlayış səsləri eşidilməyə başladı. Binadan çölə qaçanlar da atəşə tutuldular. Ələ keçən fəallar qolları bağlı vəziyyətdə Bankə qəsəbəsinə aparıldı. Onlara olmazın işgəncələr verildi. Xıllı qəsəbəsində isə tank və PDM-ləri şübhələndikləri adamların qapısına sürür, həyətlərdəki ot tayalarını yandırırdılar. İbrahim Nurlu "Neftçalada yanvar qırğını" adlı kitabında yazır ki, əsarətin son günləri şəhərin küçələrində tanklar gəzir, sovet əsgərləri vəziyyətə nəzarət edirdilər. Neftçala rayon hərbi komendantı O.Şeluxinin imzası ilə yayılan riyakar məlumatda göstərilirdi ki, xüsusi qoşun hissələri Neftçalaya daxil olan zaman rayon müdafiə şurasının üzvləri silah işlətmiş və xüsusi qoşun hissələri buna cavab olaraq atəş açmışlar. Leytenant Aksyonov ölmüş, bir əsgər yaralanmışdır. Eyni zamanda şəhər sakinlərindən bir nəfər ölmüş, üç nəfər xəstəxanaya düşmüşdür. Guya əhalidə pulemyot, avtomat, tapança və qumbara var və axtarış davam edir. 1990-cı il 25-26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Neftçalada 10 nəfər - Ramiz Cəfər oğlu Hüseynov, Novruz Allahverdi oğlu Dadaşov, Ələkbər Məmmədəli oğlu Talıbov, Bəxtiyar Ağahüseyn oğlu Ağayev, Məhəmməd Təzəxan oğlu Fərziyev, Fərman Kamran oğlu Hüseynov, Oqtay Əbilhəsən oğlu Orucov, Əliheydər Xanəhəd oğlu Məmmədov, Abdulla Xanalı oğlu Ağayev, İmamverdi Ağaməhəmməd oğlu Zeynalov yaralanıb, bütövlükdə isə 30 nəfər zərər görüb.Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 yanvar qazisi Ələkbər Talıbov Milli Azadlıq Hərəkatında fəaliyyəti illərini belə xatırlayır: 1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış bir qrup şəxsə Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı verilib. Neftçala rayonu üzrə Ələkbər Talıbov da daxil olmaqla 12 nəfər bu ada layiq görülüb: Ağahüseynov Nürəddin Aslan oğlu (ölümündən sonra) Cəfərov Əbülfəz Böyükağa oğlu (ölümündən sonra) Orucov Şəmsəddin Əbilhəsən oğlu (ölümündən sonra) Ağayev Bəxtiyar Ağahüseyn oğlu Talıbov Ələkbər Məmmədəli oğlu Dadaşov Novruz Allahverdi oğlu Məmmədov Əliheydər Xanəhəd oğlu Nəcəfov Nizami Əbil oğlu Hüseynov Natiq Mirzağa oğlu Hüseynov Fərman Kamran oğlu Hüseynov Ramiz Cəfər oğlu Fərziyev Məhəmməd Təzəxan oğluƏləkbər Talıbov 1993-cü ildə Qarabağ müharibəsinin də iştirakçısı olmuşdur. Üzvü olduğu batalyon üzvləri əsasən Neftçaladan olanlar idi. Hərbçilərə könüllülər kimi humanitar yardımlar göstərirdi. Bu işdə onlara xüsusi şəxslər kömək edirdi. Bu könüllü batalyonunun fəaliyyət dairəsi Ağdamdan, Füzulidən, Qubadlıdan, Laçından, Ağdərədən və digər od-alovlu yerlərdən keçib. Xüsusi olaraq Ağdamın Abdal Gülablı, Quzanlı, Çəmənli, Qaradağlı, Füzulinin Aşağı və Yuxarı Veysəlli kəndlərini qeyd oluna bilər. Ələkbər Talıbov Çəmənlidə Orucov qardaşlarının tank diviziyasında da iştirak edib. Bir müddət Azərbaycan Balıq təsərrüfatı gəmilərində kapitan, daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda həmin idarədə fəaliyyətini davam etdirir. Təltif və mükafatları 1993-cü il 3 iyun tarixində Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüşdür. 2000-ci ildə qanlı "20 yanvar" hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür. Ailəlidir, 2 oğlu və 1 qızı vardır. Böyük oğlu Sübhan Talıblı AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçi olub, tarix üzrə fəlsəfə doktoru və dosentdir, qızı Qönçə Talıblı Azərbaycan Tibb Universitetini bitirib, həkimdir. Kiçik oğlu Pünhan Talıblı isə kiçik bizneslə məşğul olur. Ələkbər Talıbovun 2 nəvəsi var. Oğul nəvəsi onun adını daşıyır. Xarici keçidlər 60 ildir döyüşən insan (Paylaşılma tarixi: 07.08.2013) Nəcəfxanlı Ə. 20 Yanvar faciəsinin cənub bölgəsində əks-sədası. Xalq qəz., 2015, 25 yanvar, s. 4 (Paylaşılma tarixi: 25.01.2015) Neftçalada Yanvar qırğını (Paylaşılma tarixi: 23.01.2014) "Neftçalada Yanvar qırğını" kitabı (Paylaşılma tarixi: 23.01.2014) "1990-cı ilin yanvarında neftçalalılar da qanına-qəltan edildi" – 20 Yanvar qazisi (Paylaşılma tarixi: 20.01.2015) Subhan Talıblı: Atam Talıbov Ələkbər Məmmədəli oğlu "20 Yanvar" faciəsinin şahidi olub (Paylaşılma tarixi:19.01.2018) Sübhan Talıblının 20 yanvarla bağlı çıxışı - video (Paylaşılma tarixi: 20.01.2016) Faciə qurbanlarının xatirəsi Neftçala, Masallı, Lənkəran və Astara rayonlarında da anılıb - video (Paylaşılma tarixi: 20.01.2018) Talıbov Ələkbər: Sovet ordusu əsgərinin güllələri ona Bakıda yox, Neftçalada tuş gəlib (Paylaşılma tarixi: 20.01.2018) 20 Yanvar qazisi: "1990-cı ilin yanvarında neftçalalılar da qanına-qəltan edildi" Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine (Paylaşılma tarixi: 23.01.2015) 25 yanvar Neftçala rayonunda şəhidlərin anım günü ilə bağlı - ANS-dən qısa reportaj Tragedy and Heroism: Azerbaijanis Remember January 20 (Paylaşılma tarixi: 20 yanvar, 2018) Neftçala - 20 yanvar-video LiderTV - Yanvar qətliamları bölgələrdə də törədilib - video Həmçinin bax Qanlı Yanvar Qanlı Yanvar filmi Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Ələkbər Zahidov. Müstəqillik yollarında (Düşüncələr, xatirələr, sənədlər) 3 saylı. Bakı Mətbəəsi, ASC, Bakı, 2019, 448 s. İbrahim Nurlu. I Hissə. İman və inam yerimiz. II hissə. Xeyirxahlıq insanı ucaldan əməldir. Bakı, Mütərcim, 2017, 312 s.
https://az.wikipedia.org/w/index.php?curid=534118
Ələkbər Tağıyev
Ələkbər Tağıyev (28 aprel 1924 – 16 aprel 1981) — tanınmış Azərbaycan bəstəkarı, hüquqşünas. Ələkbər Tağıyev 1924-cü il aprelin 28-də Gəncədə kasıb ailədə anadan olub. İlk təhsilini Gəncədə alan Ələkbər 1938-ci ildə Şəhər Xalq Məhkəməsində işləməyə başlayıb. Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirəndən sonra 1974-cü ilə qədər təxminən 36 ilə yaxın prokurorluq orqanlarında çalışıb. Ailədə beş qardaş, bir bacı olublar. Sadə kəndli ailəsindən olduğu üçün maddi imkanları məhdud olub. Elə buna görə də uşaqlıqdan musiqiyə həvəsi olsa da, məşğul ola bilməyib. Orta məktəbin yuxarı sinfində oxuyanda yaşını iki il artırıb ki, məhkəmədə kuryer vəzifəsinə işə düzəlsin. Ələkbər Tağıyev çox erkən, 16 yaşında ailə qurub. Ələkbər Tağıyev 1981-ci il aprelin 16-da dünyasını dəyişib. Maştağada "Seyidlər" qəbiristanlığında torpağa tapşırılır. Sağlığında özünə ayırdığı yerdə. Başdaşına isə Hafiz Baxışın sözlərinə bəstələdiyi "Mənim dünyam" mahnısından bir parça yazılır: "Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam…". Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilir. Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısı olan "Qonşu qız" mahnısını da Gəncədə yaşadığı illərdə yazıb. Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi. "Qonşu qız" mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim" kimi mahnılar bəstələyib. Ələkbər Tağıyevin mahnı yaradıcılığı konservatoriya-bəstəkarlıq məktəbi keçməmiş digər istedadlı müsiqiçilərin də həvəsini artırdı və onları yaradıcılığa ruhlandırdı. İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın müddətdə davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə əməkdaşlıq edib. 70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan "Ay ellər", "Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm" , "Qəşəngdir" və yaradıcılığında xüsusi yer tutan "Azərbaycan qızıyam" mahnılarını ifa edir. Bu mahnılar onu tez bir zamanda məşhurlaşdırır. Elə həmin illərdə SSRİ dövlət elektro musiqi orkestri ilə birgə Nisə Qasımova Moskvada Ələkbər Tağıyevin mahnılarından ibarət albom lentə aldırır. 1972-ci ildən Ələkbər Tağıyev Flora Kərimova ("arzular", "Bənövşə", "Tibilisi", "sənin gülüşlərin"), Gülağa Məmmədov ilə də əməkdaşlıq edib. Flora Kərimova-ni və Gülağa Məmmədovun "ARZULAR" dueti dövrünün ən sevilən əsərlərindən idi. Ələkbər Tağıyev Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla ("Arzu qızım", "Leyla" və s.)mahnılar yazıb. Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnılar dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə də istifadə olunub. Ələkbər Tağıyevin mahnıları Azərbaycan (sözləri Səməd Vurğunundur) Azərbaycanım mənim (Ə. Ziyatay) Azərbaycan qızıyam (Validə Hüseynova) Ananın səsi (N. Gəncəli) Arzular (B. Vahabzadə) Axtarma məni Bakı gecələri (Ə. Ziyatay) Bülbül (M. Rahim) Qonşu qız (H. Arif) Deyir yaz gəldi (Hafiz Baxış) Dinə bilmədim (H. Arif) Əhdimizə inan, yar (R. Rza) İstəyirəm görəm səni (B. Vahabzadə) Ya bir olar, ya iki (Molla Cümə) Yağış yağır, sevgilim Yadıma düşdü (S. Vurğun) Kəndimizin gözəlləri Külək (N. Xəzri) Gözləyəcəyəm Mehriban həkim Mən baharın qızıyam Mənim dünyam Mənim əzizlərim (T. Mütəllibov) Neylərəm unutsan? (Ə. Əlibəyli) Sədaqətim var (S. Rüstəm) Sən sən sən (Ə. Ziyatay) Sən gəlməz oldun (M. Gülgün) Sənə qurban (M. Müşfiq) Səni gözlər Səni gördüm (B. Vahabzadə) Sənin gülüşlərin (M. Müşfiq) Sənsən həyatım (N. Həsənzadə) Söylə yadındamı (H. Arif) Təki sən səslə məni (Ə. Kürçaylı) Xanəndə qız Xızı dağları Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=80875
Ələkbər Ziyatay
Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov; 21 dekabr 1913, Yelizavetpol – 2 iyul 1982, Bakı) – azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur. Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940). Qiyabi pedaqoji institutda baş müəllim (1940–1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941–1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940–1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948). Sonra Bakıda Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1950–1959), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri (1959–1968) işləmişdir. 1968-ci ilin yanvarından ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1973-cü ilin dekabrında fərdi təqaüdə çıxmışdır.Tatarıstan MSSR Ali Sovetinin Fəxri fərmanı və medallarla təltif olunmuşdur. 1982-ci il iyulun 2-də Bakıda vəfat etmişdir. Gəncə küçələrindən biri onun adını daşıyır. Yaradıcılığı O, 1935-ci ildən ədəbi fəaliyyətə başlamışdır. Onun ilk şeirləri olan "İkibaşlı qartal", "Berlində yanğın", "İki cahan" respublika qəzet və jurnallarında dərc olunmuşdur. Məhəbbət sınağı. Bakı: Uşaqgəncnəşr, 1946, 54 səh. Həyat mahnıları. Bakı: Azərnəşr, 1954, 44 səh. Şerlər. Bakı: Azərnəşr, 1961, 65 səh. Bakı gecələri. Bakı: Azərnəşr, 1964, 171 səh. Şerə dönən duyğular. Bakı: Yazıçı, 1983, 149 səh. Şeirlərinə musiqi əsərləri Zeynəb Xanlarova — Anam Azərbaycan — musiqi: Ələkbər Tağıyev Gülağa Məmmədov — Bakı gecələri — musiqi: Ələkbər Tağıyev Mobil Əhmədov — Göygöl — musiqi: Süleyman ƏləsgərovMuğamlar, təsniflər Zeynəb Xanlarova — Bir gül seçdim yar üçün ("Demişəm" şeiri üstündə təsnif) — musiqi: Fikrət Əmirov, sözlər: Teymur Elçin Zeynəb Xanlarova — Toy mahnısı ("Demişəm" şeiri üstündə təsnif) — udda çalır: Yasəf Eyvazov Zeynəb Xanlarova — Səri arzularam ("Mən rəssam olsam" şeiri üstündə təsnif) — musiqi: Qara Qarayev Zeynəb Xanlarova — Mirzə Hüseyn segahı ("Olmalıydın, olmadın" şeiri üstündə təsnif) Tərcümələri Yaradıcılığında bədii tərcümə xüsusi yer tutmuşdur: Homer "Odisseya" Lope de Veqa "Nə yardan doyur, nə əldən qoyur" Əlişir Nəvai. "Yeddi səyyarə" Arxivləşdirilib 2018-12-23 at the Wayback Machine A. S. Qriboyedov. "Ağıldan bəla" Eduardas Mejelaytis şerləri A. S. Puşkindən, N. Nekrasovdan, T. Şevçenkodan çoxlu tərcümələri vardır. Xarici keçidlər Ələkbər Ziyatayın seçilmiş şeirləri
https://az.wikipedia.org/w/index.php?curid=44751
Ələkbər bəy Bəhrəmbəyov
Ələkbər bəy Bəhrəmbəyov — Cəbrayıl qəzası rəisi (1919-1920). Ələkbər bəy Bəhrəmbəyov 1919-cu ilin dekabrınadək Bakı Mərkəzi Həbsxanasının (1888-ci ildə tikilib istifadəyə verilmişdi) rəisi işləyirdi. 1919-cu il dekabrın 12-də daxili işlər naziri Nəsib bəy Yusifbəylinin əmri ilə Ələkbər bəy Bəhrəmbəyov tutduğu vəzifəsindən azad olunaraq Qarabağa, Cəbrayıl qəzasının rəisi vəzifəsinə (1-ci dərəcə üzrə ayda 3.000 manat əmək haqqı ilə təyin edilmişdi (Bundan əvvəl həmin vəzifədə Hüseyn bəy Mahmudbəyov işləmişdi). Bu təyinat Daxili İşlər Nazirliyinin 5 yanvar 1920-ci il tarixli 228 nömrəli yeni əmri ilə bir daha təsdiqlənmişdi Həmçinin bax Bəhrəmbəyovlar
https://az.wikipedia.org/w/index.php?curid=491563
Ələkbər bəy Rəfibəyli
Rəfibəyli Ələkbər bəy Kərbəlayi Həsən oğlu (v. 1919) — Gəncə Şəhər Dumasının üzvü, siyasətçi. Progimnaziya bitirmiş, ilk təhsilini rusca almışdır. Peterburqda kənd təsərrüfatı üzrə təhsil aldıqdan sonra Gəncəyə qayıtmışdır. 1870-cı ildən 1896-cı il avqustun 10-dək polis sistemində fəaliyyət göstərmişdir. Nuxa (Şəki) qəzasının Bum məntəqəsinə pristav təyin edilmiş, bir müddət quberniya katibliyində tərcüməçi işləmiş, 1888-cı il iyulun 1-də Yelizavetpol (Gəncə) qəzası polis sahəsinin pristavı təyin edilmiş, həmin il noyabrın 30-da Ərəş qəzasının 1 saylı polis sahəsinə köçürülmüşdür. 1890-cı il sentyabrın 17-də Yelizavetpol qubernatorunun 42 saylı əmri ilə Yelizavetpol qəzasının pristavı təyin edilmişdir. 1891-cı il sentyabrın 28-də Müqəddəs Vladimir ordeni ilə təltif olunmuşdur. Senatm fərmanı ilə 1892-cı il noyabrın 6-da və 1894-cı il dekabrın 30-da qüsursuz xidmətlərinə görə rütbəsi artırılmışdır. Ələkbər bəy 1895-ci ilin dekabrından 1896-cı ilin yanvarınadək Yelizavetpol polismeysteri vəzifəsində çalışmışdır. Polis sistemindən saray müşaviri rütbəsində ayrılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri onu "Azərbaycanın namuslu vətəndaşı" (Nəsib bəy Yusifbəyli), "Gəncənin ən yaxşı vətəndaşı, Azərbaycanın milli ideallarının təəssübkeşi" (Məhəmməd Əmin Rəsulzadə), "Bütün həyatı boyu millətinin maraqlarının müdafıəsi naminə fədakarlıqla çalışmış Azərbaycanın nəhəng ictimai xadimi" (Şəfi bəy Rüstəmbəyli) kimi qiymətləndirmişlər. 1919-cu ildə Ələkbər bəy Rəfibəyli vəfat etmişdir. Ölümündən sonra Gəncə şəhər idarəsi onun xatirəsinin əbədiləşdirilməsi üçün 7 maddədən ibarət qərar qəbul etmiş, lakin bolşevik işğalı bu qərarın yerinə yetirilməsinə imkan verməmişdir. İctimai-siyasi fəaliyyəti Ələkbər bəy 1896-cı ildən başlayaraq maarifçi və xeyriyyəçi kimi geniş fəaliyyət göstərmişdir. Əlaqələrindən istifadə edərək, Gəncəyə Türkiyədən müasir təlim verəcək müəllimlərin gətirilməsinə çalışmışdır. Gəncəli gənclərin xaricdə təhsil almasına da xeyli səy göstərmişdir. Ələkbər bəy Rəfibəyli "Gəncə müsəlman dram məclisi"nin yaradılmasının, Gəncə milli məktəbinin açılmasının, Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk təşəbbüsçülərindən olmuşdur. O, erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılmış "Difai" partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri idi. 1905-cı ildə Gəncədə silahlı daşnak-erməni dəstələrinin azərbaycanlılara qarşı soyqırımılarının qarşısını almaq üçün Ələkbər bəy ümumi səfərbərlik keçirmiş, xalqa rəhbərlik etmişdir. Erməni vəhşiliklərini ifşa etmək məqsədilə 1905-cı il noyabrın 1-dən başlayaraq qanlı soyqırımıı faktlarını ardıcıl surətdə rus dilində qeydə almış, çoxsaylı məqalələr dərc etdirmiş, 245 müxbir məktubunun əksəriyyətini şəxsən özü yazmışdır. Ələkbər bəy Rəfıbəyli 22 il ərzində Gəncə Şəhər Dumasının üzvü olmuşdur. O, Yelizavetpol qubernatorunun 1906-cı il 30 iyun tarixli fərmanı ilə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin ömürlük fəxri üzvü təsdiq edilmişdir. 1905-ci ildə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımıları zamanı və bundan sonra fəal milli mövqeyinə görə hökumətin məxfi nəzarətində olan Ələkbər bəy 1908-ci il iyulun 31-də general-qubernatorun fərmanı ilə 5 il müddətinə Orenburq quberniyasına sürgün edilmişdi. General-qubernator, eyni zamanda, Qafqaz canişininə müraciət edərək, onun qlasnılıqdan geri çağırılması məsələsini qaldırmışdı. Lakin sürgün baş tutmamış, Rəfıbəyli 1909–1913-cü illərdə Yelizavetpol Şəhər Dumasının qlasnısı kimi fəaliyyətini davam etdirmişdir. Ələkbər bəy 1905–1911-ci illər İran inqilabı zamanı Səttar xan dəstələrinə silah və sursatla yardım göstərmişdir. Birinci dünya müharibəsi zamanı rus komandanlığı zəifləyən Rusiya ordusunun say tərkibini artırmaq məqsədilə azərbaycanlılardan da əsgər götürməyi və onları Türkiyəyə qarşı döyüşlərə cəlb etməyi qərara almışdı. Bu planın baş tutmasına mane olmaq üçün Xəlil bəy Xasməmmədov, İsmayıl xan Ziyadxanov və Ələkbər bəy Rəfibəylidən ibarət nümayəndə heyəti Tiflisdə Qafqaz general-qubernatoru ilə danışıqlar aparmışdılar. Nəticədə, Qafqaz türklərinin orduya məcburi qaydada deyil, könüllü cəlb edilməsi qərara alınmışdı. Fevral inqilabından sonra Ələkbər bəy Rəfıbəyli Gəncə Milli Komitəsinin üzvü kimi daha geniş fəaliyyət göstərmişdir.Nuru paşanın komandanlığı ilə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun fəaliyyətinin Gəncə dövründə Ələkbər bəy Rəfibəyli xüsusi rol oynamışdır. O, "Tərcüman" qəzetinin tanınmış yazarlarından biri idi. Həmçinin bax Rəfibəylilər
https://az.wikipedia.org/w/index.php?curid=44831
Ələkbər bəy Rəfibəylinin evi
XIX əsrdə tikilmiş tarixi bina. İ.Qayıbov küçəsi, 31 ünvanında yerləşir. İnv nömrəsi:3781. . Bina yerli əhəmiyyətli tarixi bina kimi qeydiyyata alınıb. Bina Abidə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi olaraq fəaliyyət göstərir Həmçinin bax Yaşayış evi XIX əsr (Gəncə) (II)
https://az.wikipedia.org/w/index.php?curid=266819
Ələkbər bəy Topçubaşov
Ələkbər bəy Mirzə Cəfər oğlu Topçubaşov — podporuçik. Mirzə Cəfər Topçubaşov oğlu. Əlimərdan bəy Topçubaşov atası. Əlimərdan bəyin atası Əliəkbər bəy isə hərb sənətinə üstünlük vermiş, çar ordusunda hərbi xidmətə qəbul olunmuş və podporuçik rütbəsində xidmət etmişdi. Sankt-Peterburq Mərkəzi Tarix Arxivində saxlanan sənədlərdən aydın olur ki, Əliəkbər bəy 1820-ci ildə anadan olmuş, 1843-cü ildə Zaqafqaziya müsəlman atlı süvari alayında hərbi xidmətə başlamış və 1845-ci ildə həmin alayın müsəlmanlardan ibarət taqımının komandiri təyin edilmişdi. O, 1853-1856-cı illərdə baş vermiş Krım müharibəsinin iştirakçısı olmuş, müharibədəki xidmətlərinə görə bir sıra təltiflər almış və podporuçik rütbəsinə yüksəlmişdi. Əlimərdan bəy öz xatirələrində atasının Varşavada rus ordusunun sıralarında xidmət etdiyini yazırdı.Qafqaz ordusundadır, üstündə "Mərdliyə görə" yazılmış, Anna lentində boyundan asmaq üçün qızıl medalla (1847) və 1853-1856-cı illər müharibəsi xatirəsinə bürünc medalla təltif edilib. Əmək dəftərinin qulluqla bağlı bölümündə bunlar göstərilib: Əliəkbər bəy Əlahəzrət konvoyunun (qoruma güclərinin) Zaqafqaziya atlı müsəlman alayında vəkil rütbəsində xidmətə başlayıb - 3.5.1843, yenə orada süvari təyin edilb - 20.4.1845, kornet rütbəsinə yüksəldilib - 16.6.1849, Don alaylarına iki dəfə ezam edilib - 4.7.1850; 16.10.1851, dağlılara qarşı işlərdə seçildiyinə görə Ən yüksək iltifata layiq görülüb (yəni çar ona təşəkkür edib), Türklərə qarşı əməliyyatlarda seçildiyinə görə podporuçikliyə yüksəldilib - 4.11.1853, Qafqaz ordusuna təyin edilib - 7.10.1858, ölüb - 7.5.1868. O, aşağıdakı yürüşlərdə iştirak edib: 3 may 1843-cü ildən atlı müsəlman alayının tərkibində Tiflisdən Varşavaya, 1851-ci ildə ləzgi dəstəsinin tərkibində 15 apreldən dağlılara qarşı, 21.4.1851-ci ildə Çardaqlı kəndində quldurlar dəstəsinin məhv edilməsində. Əliəkbər bəydən çar hakimiyyəti Türklərə qarşı da yararlanıb. O, 1853-cü ildə Axaltsıx dəstəsinin tərkibində 25 oktyabrdan 31 dekabradək, 1854 və 1855-ci illərdə 1 yanvardan 31 dekabradək Türklərə qarşı yürüşlərə qatılaraq bu müddətdəki bütün işlərdə və irəliləmələrdə iştirak edib, ancaq yaralanmayıb, kontuziya almayıb, Ən yüksək buyruğa əsasən və öz rəhbərliyindən özəl tapşırıqları olmayıb, məhkəməyə düşməyib. Həmçinin bax Topçubaşovlar
https://az.wikipedia.org/w/index.php?curid=549946
Ələkbər bəy Xasməmmədov
Ələkbər bəy Xasməmmədov (1870, Yelizavetpol – 1925, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai və dövlət xadimi, hüquqşünas. Xəlil bəy Xasməmmədovun qardaşıdır. Ə.Xasməmmədov Sovet hakimiyyəti tərəfindən işgəncələrə məruz qalmış və güllələnmişdir. Moskvada təhsil almışdır. Difai Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, onun təftiş komissiyasının üzvü idi. 1905-ci ilin yayında Qafqazda yerli idarəetmə orqanlarının təşkili ilə bağlı yaradılan üç nəfərdən ibarət heyətin (Əlimərdan bəy Topçubaşov və Adil xan Ziyadxanovla birlikdə) üzvü seçilmişdi. Bu heyət Gəncə bələdiyyə seçkilərinin nəticələrini təsdiq etdirməli, müsəlmanların yerli idarə orqanlarına seçilməsindəki hüquqi məhdudiyyətlər aradan qaldırılmayınca yeni seçkilərin dayandırılması üçün müvafiq Rusiya orqanları qarşısında məsələ qaldırmalı idi. Ə.Xasməmmədov, eyni zamanda, Gəncə Milli Komitəsinin də üzvü olmuşdur. O, 1918 il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri təyin edilmişdi. Ə. Xasməmmədovun rəhbərliyi ilə, az vaxt içərisində, bütün Bakı quberniyasında ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımları haqqında istintaq və məlumat xarakterli geniş material toplanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1919-cu il 28 fevral tarixli qərarı ilə Ə.Xasməmmədov Azərbaycan Məhkəmə Palatasının böyük sədri vəzifəsinə təyin olundu. O, eyni zamanda, mülki departamentə də sədrlik edirdi. Ə.Xasməmmədov Azərbaycan məhkəmələrinin fəaliyyətində məhkəmə nizamnamələrində ifadə edilmiş və hüquq elmi tərəfındən işlənib hazırlanmış prinsipləri əsas tutacağını, ədalət mühakiməsinin vicdanla həyata keçiriləcəyini, qanunçuluğa və ədalətə riayət ediləcəyini bəyan etmişdi (1919 il, mart).
https://az.wikipedia.org/w/index.php?curid=152858
Ələkbər bəy Əliyev
Ələkbər bəy Əliyev (17 yanvar 1896, Şuşa – 16 fevral 1976, Bakı) — Cümhuriyyət tələbəsi, aqronom, pedaqoq. Ələkbər Qəhrəman oğlu 17 yanvar 1896-cı ildə Şuşa şəhərində anadan olmuşdu. 1917-ci ildə Şuşa real məktəbi bitirmişdi. ADR dövründə Almaniyaya oxumağa göndərilmişdi.Berlin kənd təsərrüfatı institutunda oxumuşdu. Vizası bitdiyindən 1923-cü ildə vətənə dönmüşdü. Dadaş Bünyadzadə ona kənd təsərrüfatına dair məruzə hazırlamağı tapşırmış, oxuyandan sonra Ə. Əliyevin savadından xoşlanmış, yenidən onu Berlinə yola salmışdı. 1924-cü ildə institutu uğurla bitirib Bakıya dönmüşdü. Onu qəza aqronumu təyin etmişdilər. 1924-cü ildən 1927-ci ilədək baş aqranom, müəllim, texnikum direktoru işləmişdi. 1927-ci ildən 1931-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı institutunda müəllim kimi çalışmışdı. 1934-cü ildən isə Bakı Kənd Təsərrüfatı Texnikumunda torpaqşünaslıq fənnini tədris edir. 1937-ci ilədək Nazirlər Soveti yanında İttifaq sərgisində Azərbaycan kənd təsərrüfatının filialını yaratmaq üzrə təşkilatın məsul katibi vəzifəsində irəli çəkilir. 1944–1947-ci illərdə Ələkbər Əliyev həm müəllimliklə məşğul olur, həm də pedaqoji institutda qiyabiçi tələbə sayılır.1941-ci ildən ta 1967-ci ilə qədər o, Azərbaycan Dövlət Universitetində Qərbi Avropa dilləri üzrə kafedra müdiri və müəllim kimi fəliyyət göstərir. Ələkbər müəllim uzun müddətli əməyinə görə bir neçə fəxri fərmana layiq görülmüş, medallarla təltif olunmuşdur. Hamı onu yüksək mədəniyyətə, mənəvi və intellektual keyfiyyətlərə malik bir şəxs kimi tanıyırdı. Mənəvi təmizliyinə, icraçılığına, səliqə-səhmanına və dəqiqliyinə görə xalq ona Nemes Ələkbər ləqəbi vermişdi. Bu gözəl insan, istedadlı müəllim 1976-cı ilin fevral ayında 80 yaşında ikən Bakıda vəfat etmişdir. Həmçinin bax Cümhuriyyət tələbələri
https://az.wikipedia.org/w/index.php?curid=82321
Ələkbər xan Avşar
Ələkbər xan Seyf Qasımlı Avşar, Seyfəssəltənə ləqəbi ilə Məhəmmədhəsən xan Sərdare Kollun oğlu və ya Hüseyn Vəzir Nizam oğlu 1883də dünyaya gəlib.Dar-əl Funun və Rusiyanın Petroqrad şəhərinin hərbi məktəbində təhsil alıb.Tədricən İran Kazak diviziyasında tərəqqi etdi və Əmir Tumani və Sərdarlıq dərəcələrin aldı.Bir müddət Azərbaycan, Tehran və Xorasan qüvvələrinin komandanı idi.1920 çevrilişindən sonra tuğgeneral dərəcəsi ilə orduya daxil oldu və yüksək hərbi şuranın üzvlüyünə təyin edildi.Sonralar Gilan və Xorasan ostanlarının qubernatoru oldu.O, həmçinin Pəhləvilər dövründə,senat məclisinin 2,3,4, və 5 dövründə Tehran nahiyəsinin bir təyin edilmiş senatoru kimi idi. 1969-cu ildə və 86 yaşında Tehranda vəfat etdi.O, İranın böyük əmlak mülkiyyətçilərindən idi və Xorasanda çoxlu əmlakı varıdi. شرح حال رجال سیاسی و نظامی معاصر ایران (جلد دوم) Avşar ailəsi Həmçinin bax İran Kazak diviziyası
https://az.wikipedia.org/w/index.php?curid=271969
Ələkbər İmaməliyev
Ələkbər İmaməliyev (3 dekabr 1966) — Azərbaycanı təmsil edən taekvondoçu və məşqçi. Ələkbər İmaməliyev 1996-cı ildə Finlandiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da o, bu idman növü üzrə Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı idmançı oldu. Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışan Ələkbər İmaməliyev 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 2016-cı ildə isə "Tərəqqi" medalı ilə təltif edildi.
https://az.wikipedia.org/w/index.php?curid=796992
Ələkbər İsmayılov
Ələkbər Əhəd oğlu Ismayılov — Naxçıvan Səhiyyə naziri Ələkbər Əhəd oğlu İsmayılov 1909-cu il fevral ayının 25-də Göyçay şəhərində anadan olub. O, çox gənc yaşlarında əmək fəaliyyətinə başlayıb. 1923–1931-ci illərdə respublikanın rayonlarında komsomol işində işləyib. Ə. Ə. İsmayılov 1931-ci ildə Azərbaycan Tibb institutuna daxil olub və 1936-cı ildə institutu bitirib.1936–1938-ci illərdə o, İsmayıllı rayon xəstəxanasının baş həkimi, səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ə. Ə. İsmayılov 1938-ci ilin oktyabr ayında Göyçay şəhərinə dəyişilmiş və burada əvvəlcə poliklinikada terapevt, sonra poliklinikanın şöbə müdiri, daha sonra isə 1939-cu ilin noyabr ayından 1942-ci ilin yanvar ayına qədər Göyçay rayon səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ə. Ə. İsmayılov 1942-ci ilin yanvarında Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında tibbi kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilir. Bu vəzifədə iki il işlədikdən sonra o, 1944-cü ilin yanvar ayında Naxçıvan MSSR Xalq Səhiyyə komissarı vəzifəsinə təyin edilir və burada təqribən 10 il, 1953-cü ilin iyunayının 30-na kimi nazir vəzifəsində işləyir. Ə. Ə. İsmayılov 1953-cü ilin iyul ayında Bakı şəhərinə dəyişilir və Semaşko adına xəstəxananın baş həkimi vəzifəsinə təyin edilir. O, bu vəzifədə 13 il işlədikdən sonra 1966-cı ilin oktyabr ayında Azərbaycan Səhiyyə nazirliyinin əmri ilə nazirliyin 4-cü idarəsinin Zuğulbada yerləşən istirahət evinə müdir təyin edilir. 1967-ci ildə bu istirahət evi Pansionat adlandırılır. O, bu vəzifədə 1970-ci ilin fevral ayının 4-nə kimi işləyir, sonra 1970-ci ilin fevralında 5№-li sanatoriyaya baş həkim təyin olunur. Ə. Ə. İsmayılov 1971-ci ilin oktyabr ayında 4-cü idarənin Mərdəkandakı 3№-li xəstəxananın baş həkiminin müavini vəzifəsinə dəyişilir və bu vəzifədə ömrünün axırına kimi işləyir. Ə. Ə. İsmayılov həkimlik fəaliyyəti illərində səhiyyə sahəsində çox səmərəli işlər görüb. O, Göyçayda səhiyyə şöbəsinin müdiri işlədiyi illərdə onun təşəbbüsü və səyi nəticəsində Göyçayda çox nəcib və diqqətə layiq bir iş başlandı: yaşayış yerlərinin qaydaya salınması və təmizlik uğrunda kütləvi hərəkat, əhalinin özfəaliyyəti, sağlamlığın qorunması uğrunda yeni mərhələ oldu. Göyçay tibb işçilərinin bu təşəbbüsü ilə partiya və Sovet orqanlarının rəhbərliyi altında 1940–41-ci illərdə yaşayış yerlərinin sanitar abadlaşdırılmasında kütləvi iş genişləndi. Azərbaycan Xalq Səhiyyə Komissarlığı təşəbbüsü bəyənərək bu təcrübənin Azərbaycanın bütün rayonlarına yayılması haqqında 1940-cı il iyul ayının 27-də 1022 №li əmr imzaladı. Əmrdə yuxarıda göstərilən tədbirlərlə yanaşı yoluxucu xəstəlikləri aşkar etmək, tapılan xəstəlikləri aradan qaldırmaq və qoruyucu peyvəndlər aparmaq məqsə-dilə bütün əhalinin başdan-başa kütləvi müayinəsini təşkil etmək tövsiyə olunurdu. Qeyd etmək lazımdır ki, bir il ərzində respublikada Göyçay hərəkatını həyata keçirmək nəticəsində çox böyük iş görüldü, amma təəssüflər olsun ki, faşist Almaniyası bu işi yarımçıq qoydu. Ə. Ə. İsmayılov Naxçıvanda işlədiyi 10 il ərzində də az iş görməmişdir. Xüsusən müharibənin ağır illərində ondan daha çevik işləmək tələb olunurdu. Müharibənin o ağır günlərində Xalq Səhiyyə komissarı kimi respublikada sanitariya işlərini tələb olunan səviyyədə saxlamaq və yoluxucu xəstəliklərin yayılmaması üçün təsirli tədbirlər gördü. Səhiyyə Komissarlığında və onun yerli orqanlarında epidemiyaya qarşı yaradılan fövqəladə komissiyalarınişini canlandırdı. Ə. Ə. İsmayılov 1944-cü ildə direktiv sənədlərə əsasən tədbirlər hazırlayıb həyata keçirmişdi. Bunun nəticəsində uşaq tərbiyə ocaqları genişləndirilmiş, qadınlara və uşaqlara tibbi xidmət yaxşılaşdırılmışdır. Uşaq xəstəxanalarında çarpayıların sayı artırılmış, körpə evlərinin, yay sağlamlıq meydançalarının şəbəkəsi genişləndirilmiş, daimi yaslilərin sayı 9-dan 14-ə çatdırılmışdır. Diaqnostik laboratoriyalar, fizioterapevtik və rentgen kabinələri açılır, onkoloji dispanser təşkil edilir. 1945–1953-cü illərdə 2 dəfə, onlarda çarpayıların sayı 1,5 dəfə artır. Xüsusən müxtəlif ixtisaslaşdırılmış şöbələr yaradılır. Tibbi kadrların da sayı çoxalır: həkimlərin sayı 2,4 dəfə, orta tibb işçilərinin sayı 2,5 dəfə artır. Ə. Ə. İsmayılovun təşəbbüsü ilə daha bir neçə obyekt təşkil edilib. Məsələn, 1947–1953-cü illərdə Naxçıvan şəhərində qadın məsləhətxanası, rayonların hamısında uşaq və qadın məsləhətxanaları, sanepidstansiyalar, 13 kənddə xəstəxana təşkil edilib. Respublikada vərəmə, traxomaya, malyariyaya, dəri-zöhrəvi xəstəliklərinə qarşı mübarizəni gücləndirmək məqsədilə nazirliyin kollegiya iclaslarında bu haqda dəfələrlə məsələ müzakirə edilib və müsbət nəticə alınıb. Ə. Ə. İsmayılovun səmərəli fəaliyyəti dövlət tərəfindən dəfələrlə qiymətləndirilib. O, "Şərəf nişanı" ordeni (1945, 1960), "Qırmızı Əmək Bayrağı" ordeni (1949), "Qafqazın müdafiəsi" (1945), 2 dəfə "Almaniya üzərində qələbə" (1946, 1949) medalları ilə, "Səhiyyə əlaçısına" nişanı ilə təltif edilib. Ona Azərbaycan SSR-in əməkdar həkimi adı verilib. Ə. Ə. İsmayılov habelə bir sıra ictimai işlərdə də fəal iştirak edib. Ə. Ə. İsmayılov 1983-cü il iyun ayının 5-də vəfat edib. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=513204
Ələkbər Əliyev
Ələkbər Əliyev (əsgər) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ələkbər Əliyev (aktyor, 1957) — aktyor Ələkbər Əliyev (aktyor, 1975) — aktyor, ssenari müəllifi, rejissor Ələkbər bəy Əliyev — Cümhuriyyət tələbəsi, aqranom, pedaqoq Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=277335
Ələkbər Əliyev (aktyor)
Ələkbər Əliyev (əsgər) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ələkbər Əliyev (aktyor, 1957) — aktyor Ələkbər Əliyev (aktyor, 1975) — aktyor, ssenari müəllifi, rejissor Ələkbər bəy Əliyev — Cümhuriyyət tələbəsi, aqranom, pedaqoq Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=827947
Ələkbər Əliyev (aktyor, 1957)
Ələkbər Əliyev (15 aprel 1957, Sumqayıt) — aktyor, Azərbaycan Respublikasının əməkdar artisti. Əliyev Ələkbər Həsən oğlu 15 aprel 1957-ci Sumqayıt şəhərində anadan olub. Anası dünyasını tez dəyişib. Əvvəlcə həkim olmaq istəyən aktyor tezliklə aktyorluq sənətinin sehrinə düşərək M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "musiqili komediya aktyoru" fakültəsinə daxil olub. 1980-ci ildə fakültəni bitirib, elə həmin il təyinatla Musiqili Komediya Teatrına gəlib. O vaxtdan taleyini bu teatra bağlayan aktyor burada onlarla yaddaqalan obrazlar yaradıbHazırda Sumqayıt şəhərində yaşayır. Meyxanaçı Namiq Mənanın qardaşıdır. Yaradıcılığı Gözəl səs tembrinə, yüksək səhnə mədəniyyətinə malik olan Ə.Əliyev elə ilk addımlarından teatr ictimayətinin nəzərini cəlb edib. İşlədiyi müddətdə bir sıra maraqlı obrazlar silsiləsi yaradan Ə.Əliyev orjinallığı və dəqiq ifa tərzi ilə böyük tamaşaçı rəğbətini qazanıb. Onun eyni zamanda televiziyada, qastrol səfərlərində ifa etdiyi obrazlar aktyorun təbii istedadından, tükənməz yaradıcılıq potensialından xəbər verir. Adlar və mükafatlar 2013-cü ildə Respublikanın Əməkdar Artist fəxri adına layiq görülüb.6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 10 may 2019-cu ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci il aprelin 21-də teatr sahəsində uzun illər göstərdiyi səmərəli fəaliyyəti və 60 illik yubileyi münasibəti ilə əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyev Azərbaycan Dövlət Musiqili Teatrının direktorunun əmrinə əsasən mükafatlandırılıb və aktyorun 60 illik yubileyi Musiqili Teatrda qeyd olunub.2017-ci ilin aprelində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Ələkbər Əliyevi təbrik edib, teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktyoru fəxri fərmanla təltif edib.2017-ci ildə 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında Azərbaycan Dövlət Musiqili Teatrının "Ər və arvad" tamaşasında oynadığı Mərcan bəy obrazına görə "Ən yaxşı kişi rolunun ifaçısı" nominasiyası üzrə qalib olmuşdur. Teatr səhnəsindəki rolları "Nəğməli könül" — Ramazan "O olmasın, bu olsun" — Sərvər; Rüstəm bəy "Arşın mal alan" — Vəli "Gözün aydın" — Alay "Subaylarınızdan görəsiniz" — Fəğan "Hicran" — Dadaşbala "Bəbirlinin kələkləri" — Arif "Beşmanatlıq gəlin" — Qiyas "Dəli dünya" — Fərəc "Səhnədə məhəbbət" — Ayxan "Məhəbbət oyunu" — Camal "Kimdir müqəssir?" — Qasım bəy "Adamın adamı" — İbiş İbişli "Məsmə xala dayımdır" — Şükürbəyli "Volqalı canan" — Doymazov; Nazirov "Bankir adaxlı" — nümayəndə; tamada "Milyonçunun dilənçi oğlu" — eynəkli "Yeddi məhbusə anası" — polis Aslan "Mən dəyərəm min cavana" — Rüstəm "Xanuma" — knyaz Pantiaşvili "Kimyagər" — Ağa Zaman "Ər və arvad" — Kəblə Qubad "Balaca şahzadə" "Toya bir gün qalmış" Filmoqrafiya Zəncirbənd (film, 1989) Elşən Aramızda qalsın (film, 2011-2013) (bədii serial) (rol: Xoşbəxt) Qardaşlar (teleserial, 2015) (bədii serial) (rol: Cavanşir) Leyli və Məcnun serialında Məhərrəm Niyə? Filmi və serialında serjant Şıxov İdarə serialında qonşu Nikolayın evi serialında Balabəy Ələkbər Əliyev Arxivləşdirilib 2017-07-27 at the Wayback Machine Xarici keçidlər Facebook profili
https://az.wikipedia.org/w/index.php?curid=40954
Ələkbər Əliyev (aktyor, 1975)
Ələkbər Əliyev (tam adı: Ələkbər Hüseynbala oğlu Əliyev; 29 dekabr 1975, Bakı) — Azərbaycanlı komediya aktyoru, rejissor, ssenarist, "Parni iz Baku" KVN komandasının və "Planet Parni iz Baku" KVN teatrının iştirakçısı və ssenari müəllifi. Ələkbər Hüseynbala oğlu Əliyev 29 dekabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbdə təhsil almışdır. 1994-cü ildən, Şən və Hazırcavablar Klubunun bir çox komandalarında iştirakçı olmuşdur. Aktyor və ssenarist kimi çempionluqların sayına görə Azərbaycanın rekord sahibidir. 1998-ci ilin KVN üzrə Azərbaycan çempionudur. Həmin ildə "Parni iz Baku" KVN komandasına dəvət almışdır. 2000-ci ildə "Parni iz Baku" KVN komandasının tərkibində "XX əsrin 10 ən güclü KVN komandaları" turnirinin qalibi olmuşdur. "Parni iz Baku" KVN komandasının ənənəvi aprel konsertlərinin ssenari müəllifidir. Yaradıcılığı Ələkbər Əliyev 2000-ci ildən, aktyor və ssenarist kimi "Oqni Baku" KVN komandasının yaradıcılarından olub. KVN Birinci Liqasının finalçısı (2000) və Ukrayna Liqasının yarıfinalçısıdır (2001). 2007-ci ildən "Planet Parni iz Baku" KVN teatrının ssenari müəllifi və aktyorudur. Kollektivin bütün layihələrində fəal iştirak edir. O, cümlədən onlarla konsertlərdə, bədii filmlərdə, seriallarda, televiziya verilişlərində ssenari müəllifi, aktyor və icraçı prodüser kimi çalışıb. Ələkbər Əliyev 2016-cı ildən Bakı Bələdiyyə Teatrının aktyorudur. "Ər və arvad" serialını, "Ölülər XXI əsr" və "Ağanatiq" filmlərində maraqlı aktyor ifası ilə yadda qalmışdır. Ələkbər Əliyev ümumilikdə aktyor kimi 10-dan artıq filmdə rol almışdır. Ələkbər Əliyev Azərbaycan və Rusiya televiziya kanallarının müxtəlif layihələrində də çalışmışdır. Filmoqrafiya Cin Dəyirmanovlarda (film, 2008) (bədii serial) (ssenari müəllifi və rol) Hörümçək toru (film, 2011) (bədii serial) (rol) Bir kəndin sevinci (film, 2012) (bədii serial) (ssenari müəllifi) Ər və arvad (serial, 2016) (bədii serial) (ssenari müəllifi) Ölülər XXI əsr (film, 2016) (tammetrajlı bədii film) (ssenari müəllifi; kütləvi səhnələr üzrə rejissor; rol) Ağanatiq (film, 2017) (tammetrajlı bədii film) (quruluşçu rejissor) Yoxdu belə söhbət (film, 2017) (tammetrajlı bədii film) (rol) Xarici keçidlər Son zamanlar bir çox rejisorlar film çəkməmişdən qabaq……"Ələkbər Əliyev" Arxivləşdirilib 2021-04-21 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=508746
Ələkbər Əliyev (aktyor-rejissor)
Ələkbər Əliyev (tam adı: Ələkbər Hüseynbala oğlu Əliyev; 29 dekabr 1975, Bakı) — Azərbaycanlı komediya aktyoru, rejissor, ssenarist, "Parni iz Baku" KVN komandasının və "Planet Parni iz Baku" KVN teatrının iştirakçısı və ssenari müəllifi. Ələkbər Hüseynbala oğlu Əliyev 29 dekabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbdə təhsil almışdır. 1994-cü ildən, Şən və Hazırcavablar Klubunun bir çox komandalarında iştirakçı olmuşdur. Aktyor və ssenarist kimi çempionluqların sayına görə Azərbaycanın rekord sahibidir. 1998-ci ilin KVN üzrə Azərbaycan çempionudur. Həmin ildə "Parni iz Baku" KVN komandasına dəvət almışdır. 2000-ci ildə "Parni iz Baku" KVN komandasının tərkibində "XX əsrin 10 ən güclü KVN komandaları" turnirinin qalibi olmuşdur. "Parni iz Baku" KVN komandasının ənənəvi aprel konsertlərinin ssenari müəllifidir. Yaradıcılığı Ələkbər Əliyev 2000-ci ildən, aktyor və ssenarist kimi "Oqni Baku" KVN komandasının yaradıcılarından olub. KVN Birinci Liqasının finalçısı (2000) və Ukrayna Liqasının yarıfinalçısıdır (2001). 2007-ci ildən "Planet Parni iz Baku" KVN teatrının ssenari müəllifi və aktyorudur. Kollektivin bütün layihələrində fəal iştirak edir. O, cümlədən onlarla konsertlərdə, bədii filmlərdə, seriallarda, televiziya verilişlərində ssenari müəllifi, aktyor və icraçı prodüser kimi çalışıb. Ələkbər Əliyev 2016-cı ildən Bakı Bələdiyyə Teatrının aktyorudur. "Ər və arvad" serialını, "Ölülər XXI əsr" və "Ağanatiq" filmlərində maraqlı aktyor ifası ilə yadda qalmışdır. Ələkbər Əliyev ümumilikdə aktyor kimi 10-dan artıq filmdə rol almışdır. Ələkbər Əliyev Azərbaycan və Rusiya televiziya kanallarının müxtəlif layihələrində də çalışmışdır. Filmoqrafiya Cin Dəyirmanovlarda (film, 2008) (bədii serial) (ssenari müəllifi və rol) Hörümçək toru (film, 2011) (bədii serial) (rol) Bir kəndin sevinci (film, 2012) (bədii serial) (ssenari müəllifi) Ər və arvad (serial, 2016) (bədii serial) (ssenari müəllifi) Ölülər XXI əsr (film, 2016) (tammetrajlı bədii film) (ssenari müəllifi; kütləvi səhnələr üzrə rejissor; rol) Ağanatiq (film, 2017) (tammetrajlı bədii film) (quruluşçu rejissor) Yoxdu belə söhbət (film, 2017) (tammetrajlı bədii film) (rol) Xarici keçidlər Son zamanlar bir çox rejisorlar film çəkməmişdən qabaq……"Ələkbər Əliyev" Arxivləşdirilib 2021-04-21 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=827946
Ələkbər Əliyev (milli qəhrəman)
Ələkbər Əliyev (22 dekabr 1955, Qubadlı – 7 avqust 1992, Suarası, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib. Döyüşlərdə iştirakı Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni hərbçisini məhv edib və qəhrəmancasına həlak olub. Evli idi, 4 övladı yadigar qalıb. Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Elbrus Şahmar "Şah İsmayıl qartalları" Bakı-1996. ("Elinə arxalanan elinə arxa gərək" oçerki) səh.46-50. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 79. Xarici keçidlər Ələkbər Əliyev (milli qəhrəman) Arxivləşdirilib 2012-04-23 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=731137
Ələkbər Əliyev (əsgər)
Ələkbər Əliyev (22 dekabr 1955, Qubadlı – 7 avqust 1992, Suarası, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib. Döyüşlərdə iştirakı Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni hərbçisini məhv edib və qəhrəmancasına həlak olub. Evli idi, 4 övladı yadigar qalıb. Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Elbrus Şahmar "Şah İsmayıl qartalları" Bakı-1996. ("Elinə arxalanan elinə arxa gərək" oçerki) səh.46-50. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 79. Xarici keçidlər Ələkbər Əliyev (milli qəhrəman) Arxivləşdirilib 2012-04-23 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=83376
Ələkbər Ələkbərli
Ələkbər Ramiz oğlu Ələkbərli (28 iyul 1991; Köçərli, Tərtər rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Ələkbər Ələkbərli 28 iyul 1991-ci ildə Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır. Hərbi xidməti Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Ələkbər Ələkbərli hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=691159
Ələkbər Ələsgərov
Ələkbər İsgəndər oğlu Ələsgərov (3 sentyabr 1998; Bakı, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələkbər Ələsgərov 3 sentyabr 1998-ci ildə Bakı şəhərində Kubinkada anadan olmuşdur. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan dənizçilik kollecinə daxil olmuşdur. Nişanlı idi. Hərbi xidməti Ələkbər Ələsgərov 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayon N saylı hərbi hissədə top komandiri olaraq həqiqi hərbi xidmət çəkmişdir.Ələkbər Ələsgərov general Polad Həşimov'un ölümündən sonra könüllü orduya yazılmışdır. Ələkbər Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb. Ələkbər Ələsgərov 1 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Hökməli qəbiristanləğında dəfn edilib. Polkovnik-leytenant Zaur Cəfərov Ələkbərin xatirəsinə onun ad soyadını tankın üzərinə yazmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid Ələkbər Ələsgərova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=697016
Ələkbər Əsgərov
Ələkbər Əsgərov (3 may 1933 - 29 avqust 1995) — klarnetdə, balabanda, neydə və tütəkdə ən virtuoz Azərbaycan ifaçılardan biri.[mənbə göstərin] Ələkbər Əsgərov 3 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarından onun heyrətamiz musiqi qabiliyyəti özünü büruzə verir. O, 11 yaşında olarkən,qazanc məqsədilə bayram şənliklərində çalır və musiqidəki ilk addımlarından sənətkarların diqqətini cəlb edir. 1951-ci ildə musiqi savadı olmayan Ələkbər Əsgərovu Musiqili komediya teatrının xalq çalğı alətləri ansamblına, 1953-cü ildə isə M.Maqomayev adına Az.Dövlət Filarmoniyasında Həqiqət Rzayevanın rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edirlər. 1957-ci ildə artıq gözəl klarnet ifaçısı kimi yetişməsinə baxmayaraq, Ələkbər Əsgərov Asəf Zeynallı adına Bakı musiqi texnikumuna daxil olur. Təhsil illərində onu Əhməd Bakıxanov və eyni zamanda Səid Rüstəmovun rəhbərlik etdikləri xalq çalğı alətləri ansambllarına işləməyə dəvət edirlər. Müxtəlif illərdə Ələkbər Əsgərov Əlibaba Məmmədovun "Humayun" və Əliağa Quliyevin ansambllarında gözəl ifaçılarından biri olmuşdur. 1966-cı ildən 1995-ci ilədək Ələkbər Əsgərov Sumqayıt musiqi texnikumunda balaban sinfi üzrə müəllim kimi fəaliyyət göstərib. Müəllimlik fəaliyyəti ilə yanaşı, Ələkbər Əsgərov 1973-cü ildə SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrına də'vət alır. Bu kollektivin tərkibində Ələkbər Əsgərov nəinki keçmiş SSRİ də, həmçinin LiviyaYəmən, İrlandiya, Almaniya, İsveçrə, Şotlandiya, İngiltərə, Misir, və s.ölkələrdə qastrol səfərlərində olmuşdur. Ömrünün son illərində Ələkbər Əsgərov Sumqayıt musiqi texnikumunun müəllimlərindən ibarət "DÜGAH" folklor ansamblını yaradır. Bu ansambl öz alət tərkibinə, repertuar və ifa üslubuna görə bütün respublikada yeganə və orijinal idi. Sənətkarın ifa etdiyi "Şur", "Rast", "Segah", "Cahargah", "Humayun", "Rahab", "Bayatı-Şiraz", "Şüştər", "Zəminxarə", "Mahur", "Bayatı-Qaçar" muğamları; "Vağzalı","Tərəkəmə","Şalaxo","Qazaxı","Uzundərə" və s. Xalq rəqsləri; özünün bəstələdiyi "Maralı","Mehribanı","Natəvanı","Rasimi" rəqs melodiyaları (oyun havaları) və "Dügah" folklor ansamblının lent yazıları Azərbaycan Dövlət Tele-Radio şirkətinin Qızıl fondunda qorunub saxlanılır. Həmçinin bax Azərbaycanın klarnet ifaçıları
https://az.wikipedia.org/w/index.php?curid=280638