!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Ələyəz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır. Oronimin ikinci hissəsi olan göz sözü (əslində gəz) Cənubi Qafqazda bir sıra dağ adlarında əksini tapmışdır: XIX əsrdə İrəvan quberniyasının Sürməli qəzasında Dərəgəz, Laçın rayonunda (Mıxtökən silsiləsinin şərq hissəsində) Çilgəz, Naxçıvanda Maqqız (dağın adındakı qız sözü), Quba və Şamaxı rayonlarının sərhəddində Kəlgəz və b. dağ adlarında bu söz vardır. Azərbaycan dilində gəz dağ başında batıq yer deməkdir. Bu söz bəzi türk dillərində giz dərə kimidir. Alagöz dağı da vulkan mənşəlidir və zirvəsində böyük batıq vardır. Alagöz Azərbaycan türklərinin yaylaq yeri olmuşdur. Z.Korkotyanın bu dağın ayrı-ayrı hissələrinin adları haqqında məlumatı bunu təsdiq edir: Çınqıl, Kühül, Ziyarət, Qızıl Ləqəm, Qaradağ, Qaraköynək, Qızılziyarət, Qızıldağ, Şiştəpə, Boğutlu, Börklü, Qıpçaq, Qaranluq, Bakugöl, Təkərli gölü, Takış gölü, Maralik çayı və s. [108]. Beləliklə, Alagöz (əsli Alagəz) (Başında, zirvəsində) geniş batıqlı mənasındadır. Həmçinin bax İrəvan xanlığı Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1993. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
https://az.wikipedia.org/w/index.php?curid=311874
Ələyəz məbədi
Ələyəz məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Ələyəz kəndinin şərqində yerləşən alban xristian məbədidir. XIII yüzildə tikildiyi ehtimal olunan və planı düzbucaq şəklində olan bu günbəzli məbədin ətrafı geniş qəbiristanlıqla əhatələnmişdir. Qəbiristanlığın çox hissəsi hazırda bağ və əkin sahələrinə çevrilmişdir. Qəbirüstü sənduqə və daşların üzərindəki yazılardan onların 1301, 1318, 1325, 1342, 1345, 1349-cu illərə aid olduqları anlaşılır. Məbədin cənub tərəfində qəbiristanlıqda böyük sərdabənin divarlarının qalıqları var idi. Qədimdən Türk-Oğuz boylarının yurdu olan Ələyəz kəndinə (11 ailədə 58 nəfər) 1828–1829-cu illərdə İrandan ermənilər köçürülüb gətirilmişlər. Xarici keçidlər Qerbi Azerbaycan-biblioqrafiya
https://az.wikipedia.org/w/index.php?curid=798449
Ələyəz rayonu
Araqats rayonu, Alagöz rayonu[mənbə göstərin], Ələyəz rayonu[mənbə göstərin] — Ermənistanda mövcud olmuş rayon. 1937-1951-ci illərdə mövcud olmuşdur. Mərkəzi Alagöz kəndi idi. 1972-ci ildə yenidən yaradılarkən Araqats rayonu adı ilə yaradılmış, mərkəzi isə Saxkaovit kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km² - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir, Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erməni mənbələrində rayonun adı Araqadz formasında qeyd edilir. Rayon 17 kənddən ibarət olmuşdur. Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, «Təhsil», 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası
https://az.wikipedia.org/w/index.php?curid=351005
Ələşgird
Ələşgird (türk. Eleşkirt) — Ağrı ilinin ilçəsi. Etimologiya Ələşgird adı köhnə erməni mənbələrində Alaşkert olaraq adı çəkilir. Ancaq erməni mənbələri bu adı, dövrün ilçə mərkəzi olan Topraqqala kəndi üçün istifadə etmişdir. Çünki tarixdə Ələşgird ilçəsi, Urartu qalası ilə əhatə olunmuşdur. Osmanlı mənbələrində, Şəmsəddin Saminin Kamus-ül Alam'ın kitabında, ilçə mərkəzini Alaşkerd olaraq istifadə edir. Digər tərəfdən bölgədə Axısqa türkləri və azərbaycanlılar yaşayır. Kürdlər, rayon mərkəzini də əhatə edən Zêtka düzənliyini Elajgir adlandırırlar. İlçəyə bağlı 3 şəhər, 61 kənd və 8 məhəllədən ibarətdir. 1926-cı ilə qədər rayon mərkəzinin indi kənd statusu daşıyan Topraqqala tərəfində olduğu deyilir. Əlverişli təbii şəraiti olan Ələşgird ərazisində insanlar qədim zamanlardan bəri məskunlaşmışlar. Kürd, türk, erməni, azərbaycanlı xalqların min illər boyu yaşadığı Ələşgird, Osmanlı dövründə birlikdə kosmopolit yaşam mədəniyyətinin inkişaf etdiyi bir yaşayış məntəqəsi olmuşdur. Ələşgirddə bu zəngin mədəniyyətlərin birləşməsindən ibarət olan yemək mədəniyyəti bu gün çox zəngindir. Mətbəxin əsas tərkibi ət, yerli ədviyyatlar, kərə yağı və bulqurdur. Bir növ ayran şorbası olan Qrar, Ələşgirddə fərqli hazırlanır və yerli ədviyyatlarla zənginləşdirilir. Ələşgird mətbəxi elə də ağır deyil, çox sayda göyərtidən hazırlanır və fərqli quruluşa malikdir. Ələşgird eyni zamanda cical adlanan trikotaj pendiri ilə də məşhurdur. Ən məşhur yeməklər Keşkek, Gıra və Cılbırdır. İnsanların əksəriyyəti türklər və kürdlərdir. Ələşgirddəki türklər ümumiyyətlə 1993 müharibəsi sonrası və Dünya müharibəsindən sonra bölgədə məskunlaşmış Axısqa türkləri, qarapapaqlar və azərbaycanlılardır. Xarici keçidlər Ələşgird Bələdiyyəsi
https://az.wikipedia.org/w/index.php?curid=119170
Ələşgird döyüşü
Ələşgird döyüşü — 29 iyul-1 avqust 1421-ci ildə Qaraqoyunlularla Teymurilər arasında baş vermiş döyüş. Qaraqoyunlu dövlətinin (1410-1468) əsas düşmənlərindən biri də Xorasanda bərqərar olmuş Teymuri hökmdarı Şahrux idi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana doğru hücüma başladı. Təbrizdən düşməni qarşılamaq üçün 50 minlik qoşunla yola çıxan Qara Yusifin qəflətən xəstələnməsi və vəfat etməsi, şahzadələrdən heç birinin ordu qərargahında olmaması ciddi hərc-mərcliyə səbəb oldu. Həmin dövrdə şahzadələrdən Şahməhəmməd Bağdadda, İskəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahanşah Sultaniyyədə Əbu Səid isə Ərzincanda idi. Teymuri qoşunlarının yaxınlaşmasından vahiməyə düşən Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Beləliklə heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi. Qara Yusifin ölümü ilə Şahrux Mirzə Qaraqoyunlu şahzadələri ilə qarşı-qarşıya qaldı. Qaraqoyunlu əmirlərinin ittifaqı ilə Qara Yusifin yerinə taxta çıxan İsgəndər Mirzə bir tərəfdən Şahruxa öz itaətini bildirmiş, digər tərəfdən isə Mardinə hücum edən Qara Yuluq Osman bəy üzərinə səfər etmək üçün hazırlıqlara başlamışdı . 1421-ci ilin mart ayında Qara Yuluq Osman İsgəndər Mirzə tərəfindən məğlub edildi. Qara Yusifin digər oğlu İspənd Mirzə öz itaətini bildmək məqsədilə Əmir Fədlullah oğlu Həmzəni Şahrux Mirzənin yanına elçi göndərdi. Lakin onun səmimiyyətinə inanmayan Şahrux İspəndin itaətində olan Bəyazid qalası üzərinə hücum edərək, qalanı tutdu. İspənd Mirzə Muşa, oradan isə Diyabəkirə qaçaraq qardaşı İsgəndər Mirzəyə qoşuldu. Şahrux ordusunun bir hissəsini onların üzərinə göndərib Təbrizə yola düşsə də bu əsnada İsgəndər və İspənd Mirzənin Əhlət və Adilcəvaz yaxlnlığına gəldiklərini öyrəndi. Qara Yuluq Osman Şahrux Mirzəni Qara Yusifin oğlanlarına qarşı döyüşə təşviq elədi. O bildirdi ki, İsgəndər və İspənd Mirzələr var olduğu müddətdə bu məmləkətdə sakitliq bərqərar olmayacaq və xalq sülh şəraitində yaşamayacaq. Bundan sonra Şahrux yenidən Ərçişə doğru yola düşdü və Əmir İlyas Xocanı Adilcəvaz üzərinə göndərdi. Hafiz Əbru qeyd etmişdir: "Bu müddət ərzində Qara İsgəndər bir neçə dəfə elçi göndərərək sülh təklif etsə də Şahrux bu elçiləri qəbul etməyərək, onun istəyini geri çevirir" Döyüş və nəticəsi Sülh təkliflərinin rədd edildiyini görən qardaşlar Adilcəvaz ətrafındakı Ələşgird yaxınlığında “Qızıl baxşı “ (və ya “Qızıl Yaxşı”) adlanan yerdə döyüş hazırıqlarına başladılar. Sayı 50 mindən çox olmayan Qaraqoyunlu qoşunları qarşısında Şahruxun hərbi qüvvələri sayca 4-5 dəfə artıq idi. Teymurilərin qoşununda Hindistandan gətirilmiş döyüş filləri də var idi. Həsən bəy Rumlu yazır : Türkmənlər Şahruxun fillərindən çəkinirdilər. Çünki türkmən atları heç vaxt fil görməmişdi. Bu səbəbdən atları fillərə qarşı öyrəşdirə bilmək üçün bəlkə də tarixdə heç görülməmiş bir yola əl atırlar. İri gövdəli öküzlərin üzərinə saman doldurulmuş kisələr yükləyib onları filə bənzədirlər. Bundan başqa gildən fillər hazırlayıb atları onların üzərinə yeriməyə məcbur edirlər ki, döyüş zamanı fillərlə qarşı-qarşıya qaldıqda hürküb qaçmasınlar.”Qaraqoyunlu qoşunun sağ qoluna Sadlı oymağının başçısı Pir Hüseyn bəy və Alpaqut oymağından Qorkan və Sorkan bəylər başçılıq edirdi. Mərkəzdə Qara İsgəndər, sol qolda isə qardaşı İspənd Mirzə, Bayram bəy və oğlu Şahsuvar bəy dayanmışdı. Teymuri qoşununda isə sağda Fars valisi İbrahim sultan (Şahruxun oğlu), İsfahan hakimi Ömər Şeyx oğlu Rüstəm, Əmir İbrahim və Əmir Şeyx Loğman-ı Barlas, solda Əmir İbrahim, Əmir Cahanşah, Əmir Cəlaləddin Firuzşah və Qara Yuluq Osman bəy dayanmışdı. Şahrux mərkəzdə idi. Fillər mərkəzin qarşısında oxçu dəstələri isə fillərin arxasında düzülmüşdü. İlk hücuma Qaraqoyunlu qoşunu başladı. Döyüşün ilk günü ( 29 iyul) tərəflərin bir birlərini yoxlaması ilə keçdi. Çağataylar rəqiblərinin güclü olduğunu anlayıb, gecə ilə qoşunların önündə xəndəklər qazdırdı və türkmənlərin gecə hücum edəcəklərindən çəkinərək ordunun bir qisminə növbə tutmağı tapşırdı. Döyüşün ikinci günü (30 iyul) Sadlı oymağından Pir Hüseyn bəy Teymuri ordusunun sağ qoluna hücum edərək onları məğlubiyyətə uğratsa da, Şahruxun əmri ilə tezliklə sol cinahı bərpa edilib, Pir Hüseyn bəy tutsaq edildi. İsgəndər Mirzə rəhbərliyində mərkəzdəki qoşunlar da həmin gün böyük igidiliklər göstərdilər. Döyüşün 3-cü günü (1 avqust) Çağatay ordusu İspənd Mirzənin rəhbərliyindəki sağ cinaha hücum etdi. İsgəndər Mirzə isə Şahrux üzərinə-mərkəzə hücum etmişdi. Tarixçi Faruq Sümər yazır ki , Qaraqoyunlu qoşunu döyüş fillərinin xortumlarını kəsərək oxçuların üzərinə yürüş etmişdi. Nəticədə çağataylar böyük itkilər vermiş, bir çox Çağatay əmirləri öldürülmüş, Şahruxun qərargahından ərzaq və dəvələr ələ keçirilmişdi. Faruq Sümər qeyd edir ki, Qaraqoyunlu dəstələri yenidən hücum etsələr qalib gələcəkdilər. Lakin Qaraqoyunlu qoşunun gücü tükənmişdi. Sonuncu toqquşmada həm Qaraqoyunlu qüvvələrinin azlığı, həm sağ və sol cinahların bərpa edilməməsi nəticəsində Şahrux Mirzənin qoşunları qələbə çaldı. İsgəndər Mirzə döyüş meydanını tərk etməyə məcbur oldu, bir çox Qaraqoyunlu bəyləri əsir düşdü. Qalib gələn Teymuri hökmdarı Xoya, buradan isə Təbrizə yola düşdü. Bir neçə gün burda qaldıqdan sonra isə Sultaniyəyə geri qayıtdı. Azərbaycan tarixı. Yeddi cilddə. III cild. Bakı,2007 C. İbrahimov. Qaraqoyunlu dövləti. Bakı,1948. F. Sümər, Qaraqoyunlu, Ankara, 1967
https://az.wikipedia.org/w/index.php?curid=396516
Ələşrəf Məmmədov
Ələşrəf Veysəl oğlu Məmmədov — geologiya-mineralogiya elmləri doktoru (1978), professor (1988), AMEA-nın həqiqi üzvü (2001). Ələşrəf Məmmədov 1 noyabr 1931-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Ali təhsilini 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Geologiya şöbəsində almış, universiteti Geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyəti Ələşrəf Məmmədov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda kiçik elmi işçi olaraq başlamışdır. 1956-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspediyasında işçi qrupuna rəhbərlik etmiş, 1958-1970-ci illərdə Geologiya İnstitutunun tektonika laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1971-2003-cü illərdə, fasiləsiz olaraq 30 ildən artıq bir müddət ərzində AMEA Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsində müdir vəzifəsini icra etmişdir. O, Azərbaycanda paleocoğrafiya məktəbinin yaradıcısı hesab olunur. Üzv olduğu şuralar SSRİ EA-nın və Rusiyanın İdarələrarası Stratiqrafiya Komitəsinin Neogen və Dördüncü Dövr Sistemləri üzrə komissiyalarının üzvü; Azərbaycanda neft və qaz geoloji kəşfiyyat işlərinin səmərəliliyinin artırılması üzrə mütəxəssislər şurasının üzvü; Azərbaycan Prezidenti yanında Ali Atesstasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvü; AMEA Geologiya İnstitutunun Müdafiə üzrə İxtisaslaşdırılmış şurasının həmsədri; Akademik H.Əliyev adına AMEA Coğrafiya İnstitutunun Müdafiə üzrə İxtisaslaşdırılmış şurasının üzvü;Ələşrəf Məmmədov AMEA Geologiya İnstitutunun müdafiə üzrə İxtisaslaşdırılmış şurasının həmsədri, AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini vəzifələrini icra etmişdir. Həmçinin AMEA-nın "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini, Azərbaycan geoloqları Milli Komitəsinin büro üzvü və Azərbaycan İdarələrarası Stratiqrafiya Komitəsinin Neogen Komissiyasının sədri olmuşdur. Elmi fəaliyyəti Ələşrəf Məmmədov 1956-cı ildə "Geoloji şəraitlərlə əlaqədar olaraq Kür və Qabırrıçay çaylararasının təbii neft-qaz təzahürlərinin tədqiqatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1978-ci ildə "Neft-qazlılıqla əlaqədar Orta Kür çökəyinin geologi quruluşu və inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1988-ci ildə professor elmi adını alan Məmmədov 30 ildən çox Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru kimi fəaliyyət göstərmişdir. Alim 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.Onun tədqiqatları Kür çökəkliyinin geoloji quruluşunu, inkişaf tarixini və neft-qazlılığını, Azərbaycanın neftli-qazlı dəstələrinin struktur-fasial xüsusiyyətlərini və əmələgəlməsi şəraitlərini, Azərbaycanın ən yeni tektonikasını, Xəzər dənizinin mezo-kaynozoy tarixini dərk etməyə imkan vermişdir. Onun Orta Kür çökəkliyinin neft-qazlılıq proqnozları çökəkliyin Gürcüstan və Azərbaycan hissələrində bir sıra yeni neft yataqlarının açılması ilə təsdiq olunmuşdur. O, Azərbaycanın bir sıra geoloji, tektonik, neotektonik, dördüncü dövr çöküntüləri xəritələrinin, SSRİ-nin cənubunun tektonik, neotektonik xəritələrinin, SSRİ-nin litoloji-paleocoğrafi, "Gec pleystosen və polosendə SSRİ-nin paleocoğrafiyası", "Mezozoyda və kaynozoyda Avroasiyanın şelfləri" atlaslarının həmmüəlliflərindəndir. Regional geologiya, tektonika, dördüncü dövr geologiyası və paleocoğrafiyası sahələrində görkəmli alimdir. İlk dəfə olaraq Kür çökəyinin şimal yamacı zonasında yura çöküntülərinin alloxton yatımını müəyyən etmişdir. Azərbaycanın neftli-qazlı çöküntü komplekslərinin geotektonik və paleocoğrafi toplanma şəraitlərini və tektonik quruluşunu tədqiq etmiş, Kür çökəkliyinin səth və dərinlik quruluşunu müəyyən etmiş, Orta Kür çökəkliyində neft-qaz axtarışının elmi əsaslarını vermiş, Xəzər dənizinin Mezozoy və Kaynozoy eralarındakı inkişaf tarixini bərpa etmiş, Azərbaycanın və Xəzər bölgəsinin Dördüncü Dövr çöküntülərinin xronostratiqrafiyasını işləmiş, Azərbaycanın və Cənubi Qafqazın gec Kaynozoyunun radiometrik şkalasını işləmiş, Xəzər dənizinin Dördüncü Dövr transgressyasının və regressiyasının həmin dövrdəki buzlaşmalarla əlaqəsini müəyyən etmiş, Azərbaycanın paleolandşaft və paleoiqliminin təkamül xüsusiyyətlərini aşkar etmişdir. Ələşrəf Məmmədov 200-dən çox elmi əsərin və 12 monoqrafiyanın müəllifidir. Ələşrəf Məmmədov 2003-cü ildə Bakıda vəfat etmişdir. Mükafatları Ələşrəf Məmmədov 1988-ci ildə "Azərbaycanın dördüncü dövr çöküntüləri xəritəsi" və "Dördüncü dövr çöküntüləri" monoqrafiyasına görə Azərbaycanın Dövlət mükafatı laureatı və Z. A. Tağıyev adına Azərbaycan Milli mükafatı laureatına layiq görülmüşdür. Eyni zamanda "Fədakar əməyə görə" medalı ilə təltif edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=129198
Ələşrəf xan Bayandur
Ələşrəf xan Lütfəli xan oğlu Bayandur (?-?)—Qacarlar dövründə bir neçə şəhərin hakimi. Ələşrəf xan Lütfəli xan oğlu Cənubi Azərbaycanın Gərrus şəhərində anadan olmuşdu. Bayandur boyuna mənsubdur. Hələ Ağqoyunlular dövründən bəri Gərrusda məskunlaşmışdılar. Ulu babaları da bu bölgəni idarə edirdilər. O, mükəmməl mədrəsə təhsili almış, dövrünün savadlı şəxslərindən sayılırdı. Qacar şahlarına xidmət etmişdi. Əmir Müəzzi Gərrusi kimi tanınırdı. Ələşrəf xan Bayandur İsfahan, Kaşan, Kürdüstan əyalətlərinin, Ərdəbil vilayətinin və Gərrus bölgəsinin hakimi olmuşdu. Ələşrəf xan Bayandur Məhəmmədəli şah Qacarın hakimiyyəti dönəmində Ərdəbilin hakimi idi. Məşrutə hərəkatında fəal iştirak etmişdi. Seyid Əhməd Kəsrəvi onun və Qulaməli Bayandurun atası Ələkbər xan haqqında məlumat verir. Digər müəllif İsmayıl Rain də Ələşrəf xan və qardaşı Əmini-Dərbar Ələkbər xan haqqında söhbət açır. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh. Həmçinin bax Qulaməli Bayandur
https://az.wikipedia.org/w/index.php?curid=446335
Ələşrəf Əlizadə
Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə (24 aprel 1911, Şamaxı – 22 mart 1985, Bakı) — Azərbaycan-sovet geoloqu, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971). Azərbaycan KP MK-nın ikinci katibi Ələşrəf Əlizadə 24 aprel 1911-ci ildə Şamaxıda anadan olmuşdur. 1930-1935 illərdə M. Əzizbəyov adına Qırmızı Bayraq Ordenli Azərbaycan Neft İnstitutunda geoloji - kəşfiyyat fakültəsində təhsil almışdır. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK ikinci katibi seçilmişdir. 1938-1946 və 1954-1959-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dərs demişdir. 1945-ci ildə Azərb. SSR EA həqiqi üzvü seçilmişdir. Azərb. SSR EA-nın yaradıcılarından biridir. 1946-1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949-1954-cü illərdə M.Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışmışdır. 1959-1970-ci illərdə Az-ETİ (NÇ)-nın, daha sonra 1970-1977 illərdə AzETLİ-nin direktoru olmuşdur. 1977-1985 illərdə Azərbaycan SSR EA İ. M. Qubkin adına Geologiya İnstitutunda "Regional geologiya və tektonika" şöbəsinin müdiri olmuşdur. Ələşrəf Əlizadə 1985-ci il 23 martda Bakıda vəfat etmişdir. Nasim Əlizadənin atasıdır Elmi fəaliyyəti Akademik Ə. Əlizadə 1938-1948 illərdə Azərbaycan SSR EA akad. İ. M. Qubkin adına Geologiya İnstitutunun Elmi Şurasının üzvü olmuşdur. 1944 ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi" mövzusunda dissertasiya müdafiə edib. Böyük alim 1943-cü ildə yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə, 1946 ildə isə kiçik həcmli-elektroperforator cihazını işləyib hazırladığına görə SSRİ Dövlət mükafatına layiq görülüb. Ə. Əlizadə Azərb. SSR-in əsas neft rayonlarında geoloji-tədqiqat işləri aparmış, bir sıra mühüm neft və qaz-kondensat (Siyəzən, Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şabandağ, Gürgan, Qaradağ, Qarabağlı, Sanqaçal, Duvannı, Qazanbulaq, Kürsəngi, Muradxanlı və s.) yataqlarının açılmasında bilavasitə iştirak etmişdir. Mezozoy çöküntülərinin neftlilik problemi ilə məşğul olmuşdur. Türkmənistan SSR-də apardığı tədqiqatlar nəticəsində Pliosen çöküntülərinin stratiqrafik sxemini tərtib etmiş, Akçaqılın faunasını öyrənmişdir. Elmi kadrların hazırlanmasında xidmətləri var. Akademik Ə. Ə. Əlizadə regional geologiyanın, tektonikanın və neft geologiyasının müxtəlif problemlərinə aid 500-dən artıq elmi əsərin müəllifidir. "Yer və zəlzələlər", "Azərbaycanın Açıqgölü", "Türkmənistanın Açıqgölü", "Azərbaycanın Sarmatı", "Azərbaycanın paleogen yataqları" və s əsərlərin müəllifidir. Ümumittifaq paleontologiya cəmiyyətinin fəxri üzvü (1976), Qubkin adına mükafatın laureatıdır (1973). SSRİ Ali Sovetinin (2-ci çağırış, 1946) deputatı olmuşdur. İki dəfə Lenin ordeni (1942, 1946), Qırmızı Əmək Bayrağı ordeni (1966) və medallarla təltif edilmişdir. Həmçinin bax Nasim Əlizadə
https://az.wikipedia.org/w/index.php?curid=74573
Ələşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi. Tanınmış şəxsiyyətləri Rza şah Pəhləvi
https://az.wikipedia.org/w/index.php?curid=287503
Əmanulla xan Naxçıvanski
Əmanulla xan Naxçıvanski (15 iyun 1845, Naxçıvan, Gürcüstan-İmeretiya quberniyası – 1891) — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğludur. Natəvanın qızı Xanbikə xanımla ailə həyatı qurmuşdur. Əkbər xan Naxçıvanski, Bəhram xan Naxçıvanski atasıdır. Aman xan (Əmanulla) İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olub. Onun doğum tarixi haqqında məlumat atası tam süvari generalı İsmayıl xanın 1895-ci ildə yazılmış xidmət kitabçasında göstərilibdir. İsmayıl xanın xidmət kitabçası 1895-ci ildə tərtib olunmuşdur və Rusiya Dövlət Hərbi Tarix Arxivinin 409-cu fondunda saxlanılır. İlk təhsilini ailə mühitində və babası I Ehsan xanın açdırdığı şəhər məktəbində alıb. Rusiya Dövlət Hərbi Tarix Arxivinin 330-cu fondunda saxlanılan sənəddən məlum olur ki, ilk dəfə hərbi xidmətə Rusiya çarının xüsusi mühafizə dəstəsinin dördüncü manqasında silahdaşıyan kimi başlayıb. Həmin xidmətin tarixi də qeyd edilib: 1 may 1865-ci il. Qeyd edək ki, o vaxt onun 20 yaşı vardı. Bu vaxta qədər harada hərbi təhsil alması haqqında hələlikdə sənədlər tapılmayıb. Rusiya arxivindəki sənəddə "təhsil almayıb" yazılması inandırıcı deyil. Çünki Aman xanın atası Qafqazın həm məşhur generalı, həm də tanınmış ziyalılarından biri idi. Aman xanın təhsili ilə bağlı sənədləri axtarırıq. 13 sentyabr 1865-ci ildə Aman xan Sankt-Peterburqda mühafizə dəstəsində fəaliyyətə başlayır. Həmin il noyabr ayının 1-də yunker (gənc zabit) olan Aman xan özünün fəallığı ilə seçilir. Burada dörd il xidmət edəndən sonra ordudan tərxis olunur və Naxçıvana qayıdır. 1869-cu il avqustun 21-də Naxçıvan polisində gizir kimi fəaliyyətini davam etdirir. Çar sarayında xidmət edərkən "İmperator Aleksandr Nikolayeviçin mühafizə xidmətinə görə" adlı gümüş medalla təltif olunmuşdur. Bu medal Anna lenti ilə birgə verilmişdi və boyundan asmaq üçün idi. Naxçıvan şəhərində işləyən və yaşayan Aman xan 1872-ci ildə Qarabağ xanı Mehdiqulu xanın nəvəsi Fatmabikə (Xanbikə) ilə ailə qurur. Xanbikənin anası şairə Xurşidbanu Natəvan Qarabağda atasının mülklərini idarə edirdi. Xurşidbanu həm ata, həm də ana tərəfdən Naxçıvan xanları ilə qohum idi. Onun atası Qarabağ xanları olmuş Cavanşirlərdən, anası isə Ziyadoğlu Qacarlardan olan Gəncə xanı Cavad xanın nəvəsi Bədircahan bəyim idi. Aman xanın atasının nənəsi Tükəzban xanım İrəvan xanlarından – Dəvəli Qacarlardan olduğundan Kəngərlilərlə bu tayfalar arasında qohumluq, bir növ, təzələnmişdi. Elə bu səbəbdən də Xurşidbanu Natəvan qızını ata-babalarının (hər iki tərəfdən) qohumları və sədaqətli dostları olan general İsmayıl xanın oğlu Aman xana ərə vermişdi. Xanbikənin atası Dağıstanın Qaraqaytaq (kunuk) usmilərindən (xanlıqlarından) olan knyaz Xasay xan idi. 1877-ci ildə rus-türk müharibəsi başlayanda Aman xan İrəvandakı qeyri-nizami süvari polkuna səfərbərliyə çağırılır. 1877–1878-ci illərdə Aman xan atası İsmayıl xanla, əmisi II Kalbalı xanla və digər yaxın qohumları ilə birlikdə bu müharibədə iştirak etmişdir. 6 iyun 1877-ci ildə Bəyazid ətrafında gedən döyüşlərdə Aman xan ağır yaralanır. 23 gün atası İsmayıl xanla birlikdə Bəyazid qalasında mühasirənin sözlə ifadə edilə bilməyəcək dəhşətlərini və faciələrini yaşayır. 1877-ci ilin 19 dekabrında Rusiya çarının fərmanı ilə Saray Qvardiyasına məxsus kazak polkunda kornet (çar Rusiyasının süvari qoşunlarında zabit) rütbəsində hərbi xidmətə dəyişdirilir. 1878-ci il aprelin 25-də üçüncü dərəcəli Müqəddəs Anna (qılıncla və bantla birlikdə) ordeni ilə təltif edilir. Bir vaxtlar onun nəvəsi Əxtər xanım (Əkbər xanın qızı) bu sətirlərin müəllifinə söyləmişdi ki, babası Aman xan Vladiqafqazda kazak polkunda hərbi xidmətdə olub, özü də yüksək rütbədə. Hətta nəql edirdi ki, babama Naxçıvanda hamı "Ataman Aman xan" deyirdi. Aman xan Naxçıvanski ilə Xanbikə xanım Usmiyevanın nikahından Bəhram xan (1872 — ?), Əkbər xan (1873–1961), Xaqan xan (? – ?), Kamran xan (? – ?), Ənvər xanım (? – 1910), Sənubər xanım (1888–1958) adlı övladları olmuşdur. Aman xanın Rusiya arxivlərindəki bəzi sənədlərdə familiyası Ehsanxanov kimi göstərilmişdir. Yəqin ki, bu, babası I Ehsan xanın şərəfinə belə yazılmışdır. Aman xanın Naxçıvan şəhərində bir neçə mülkü olmuşdur. Əxtər xanımın dediyinə görə, Sovet hakimiyyəti onun mülklərini müsadirə etmiş, həbsxanaya çevirmişdi. Ömrünün son illərini Naxçıvanda yaşayan, hərbi və mülki işlərlə məşğul olan Aman xan həm də Xok və Qıvraq kəndlərini idarə etmişdir. Xidmətləri müqabilində Rusiya hökuməti bu kəndləri tiyul olaraq ona bağışlamışdı. O, bu kəndlərdə maarif, mədəniyyət, quruculuq, təsərrüfat, ticarət işlərinə ciddi fikir vermiş və kənd sakinlərinə yaxından köməklik göstərmişdir. Məlumat üçün deyək ki, bu kəndlərin əhalisinin əksəriyyəti kəngərlilərdir (bu haqda sənədlər var – müəllif). Qıvraq kəndi Şahtaxtı gömrük-keçid məntəqəsinə yaxın yerləşdiyindən, o, burada qonaqlar üçün bir karvansara tikdirmişdi. Aman xan Naxçıvanski təxminən 1891-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. "Təxminən" ifadəsini ona görə yazırıq ki, onun vəfatı ilə bağlı hərbi məlumatı təsdiqləyəcək sənəd əldə etməmişik. Bununla bağlı Tiflisdə, Moskvada və Vladiqafqazda axtarışlarımız davam edir. Burada bir məsələni də hökmən qeyd etməliyik. Tədqiqatçı alim Bəylər Məmmədov yazdığı monoqrafiyada onun vəfatı tarixini 1884-cü il göstərir. Son illərin axtarışları göstərdi ki, bu fakt doğru deyil. Çünki onun sonbeşiyi Sənubər xanım 1888-ci ildə anadan olmuşdur. Aman xan Naxçıvan şəhərinin cənubunda yerləşən, İmamzadə türbəsinə bitişik olan I Kalbalı xan Kəngərlinin ailə sərdabəsində dəfn edilmişdir. Bu məlumatı ilk dəfə Əkbər xan Bəylər Məmmədova söyləmişdir. Burada bu incə məsələyə bir daha münasibət bildirmək yerinə düşərdi. Dindarlar belə deyirlər ki, türbədəki məzar imam qəbridir. Bu mübahisələrə son qoymaq üçün akademik İsmayıl Hacıyevlə birlikdə hazırladığımız əhatəli bir məqaləmiz "Şərq qapısı"nda işıq üzü görsə də, mütəxəssis memarlar, çox təəssüf ki, mübahisə doğuracaq məsələyə münasibətlərini bildirməyiblər. Axı burada tariximizin bir neçə yüzilinin səhifələrini yaratmış sərkərdələrin uyuduğu sərdabədən söhbət gedir. O sərdabədən ki, hələ 1926-cı ildə arxeoloq memar Sısoyev rəsmi olaraq onun Naxçıvan xanlarının məqbərəsi olduğunu bəyan etmişdir. Bunu naxçıvanlı ağsaqqallar və ağbirçəklər də təsdiqləyirdilər. Niyə bu mübahisəli məsələ sabaha qalsın, gələcək tədqiqatçılar üçün sual doğursun?! İmam türbəsinə xüsusi keçidlə bağlı olan iri günbəzli bina Naxçıvan xanlarının ailə sərdabəsidir. Aman xan vəfat edəndə Əkbər xanın 18 yaşı vardı və o, atasının İmamzadə kompleksində dəfn olunduğunu yaxşı bilirdi. Çox təəssüflər ki, biz bu haqda vaxtilə yazmamışıq. Aman xan vəfat edəndə atası İsmayıl xan sağ idi və onun Qafqaz Canişinliyində böyük nüfuzu vardı. Bir də ki, tapdığımız bir sənəddə Aman xan Bəyazid qəhrəmanı general İsmayıl xanın oğlu kimi yazılmışdır. Məsələnin digər tərəfi də var. Həmin illərdə Qafqazın hər yerində xalq öz sevimli hərbçi oğullarını ibadətgahlarda dəfn edirdi. Tiflisdəki Gürcüstan Milli Arxivindən tapdığımız sənədlərdə I Kalbalı xan İslamın tərəfdarı kimi göstərilmişdir. Bu, həqiqətdir. I Kalbalı xan da öz babaları kimi Şah İsmayıl Xətainin sədaqətli davamçısı olmuşdur və onun rəhbərlik etdiyi Kəngərli süvariləri atlarının başlarına qırmızı kaporlar bağlamışlar. 1920-ci ilədək döyüşlərdə belə, qızılbaşlar olduqlarını gizlətməmişlər. Bizcə, rəssamlar I Kalbalı xanın rəsmini çəkəndə bunu unutmamalıdırlar. Gürcü çarı II İraklinin papağına diqqət etsək, bir çox məsələlər biz tədqiqatçılara aydın olar. II İrakliyədək müsəlman gürcü çarları şiə təriqətində olmuşlar. Təsadüfi deyil ki, I Kalbalı xan II İraklinin müsəlmanlığı qəbul etmiş oğlu Aleksandrı (İskəndəri) Naxçıvanda və İrəvanda gizli terrorçulardan məharətlə qoruyurdu. Belə maraqlı bir haşiyədən sonra qayıdaq əsas mətləbimizə. Aman xanın vaxtsız vəfatından sonra onun ailəsinə atası himayədarlıq etmişdir. 1908-ci ildə İsmayıl xan vəfat edir və Aman xanın övladları əziyyətlərlə üzləşməli olurlar. Aman xanın övladları Naxçıvanın yağılardan müdafiəsi və tərəqqisi üçün böyük işlər görmüşlər.
https://az.wikipedia.org/w/index.php?curid=256569
Əmanət (film, 1981)
Əmanət — Rəncilə Məhəmmədsəid Xanın rejissorluğu ilə 1981-ci ildə çəkilmiş Pakistan komediya filmi. Rəncilə Məhəmmədsəid Xan — Padşah Qulam Mühəyüddin — "Doktor" Bazğa — Çembeyli (ikiqat rol) Tələt Siddiqi Aslam Pərviz — Hələkü Xan İqbal Buxari Anyila — uşaq aktrisası Məsud Əxtər
https://az.wikipedia.org/w/index.php?curid=674372
Əmanət Abbasova
Əmanət Əsabəli qızı Abbasova — istehsal qabaqcılı, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Azərbaycan SSR Dövlət mükafatı lauretı (1976). 1953-cü ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycanlıdır. 1971-ci ildən Sov.İKP üzvü olmuşdur, orta təhsili var. 1967-ci ildən V. İ. Lenin adına Şəki İpək Müəssisələr Birliyinin toxuçusu olmuşdur. Azərbaycan SSR Ali Soveti qanunverçilik mülahizələri komissiyasının üzvü olmuşdur. Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Şəki ikinci şəhər seçki dairəsi). Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
https://az.wikipedia.org/w/index.php?curid=484628
Əmanət Kassaları və Kiçik Kredit Məsələləri İdarəsi
Əmanət kassaları və kiçik kredit məsələləri idarəsi — Azərbaycan Xalq Cümhuriyyətinin təsərrüfat-iqtisadi həyatını canlandırmaq və pul dövriyyəsini tənzimləmək məqsədilə yaradılmış qurum. Bu qurumun funksiyasını həyata keçirən vəzifə, əsasən, Dövlət Bankına həvalə olunmuşdu. Bank həmin vəzifəni daha mükəmməl şəkildə yerinə yetirmək üçün onunla əlaqədə işləyən və ya onun göstərişləri əsasında fəaliyyət göstərən digər idarələrlə əməkdaşlıq etməli idi. Bunların sırasında əmanət kassaları birinci yer tuturdu. Ona görə də Azərbaycanın əmanət kassalarını işə salmaq üçün 1919-cu il oktyabrın 11-də Parlament Azərbaycan dövlət əmanət kassalarının nizamnamələrini, ştat cədvəlini və smetalarını təsdiq etdi. Bakı, Gəncə, Ağdaş, Göyçay, Zaqatala, Qazax, Quba, Nuxa (Şəki), Salyan, Şamaxı, Şuşa və s. xəzinədarlıqları və onların qeydiyyatında olan poçt-teleqraf kassalarındakı mərkəzi əmanət kassalarını açdı. Əmanət kassaları Əmanət kassalarının vəzifəsi artıq pul kütləsini dövriyəyə cəlb etəmk idi. Bundan əlavə, Dövlət Bankına əmanət kassaları vasitəsilə daxil olan vəsait Hökumətin göstərişinə uyğun olaraq, bank tərəfindən istifadə edilirdi. Azərbaycanın dövlət əmanət kassaları Rusiyadakı əmanət kassaları üçün səciyyəvi olan forma və prinsiplər əsasında fəaliyyət göstərsə də, bu kassaların ölkə həyatının iqtisadi və siyasi şəraitindən doğan bəzi özəllikləri də vardı: Azərbaycan Xalq Cümhuriyyətinin özünün faizli kağızları olmadığına görə, əmanət kassalarının öz passivlərini yerləşdirmək, habelə maliyyə nazirinin təsdiq etdiyi siyahıya əsasən və ya onun göstərişi ilə əmanətçilər üçün onların tapşırığına görə hər cür faizli kağızlar almaq hüququ vardı. Dövlət faizli kağızlar buraxacağı təqdirdə bu tədbir əhəmiyyətli ola bilər, eləcə də yerli ipoteka kağızlarının məzənnəsinin möhkəmlənməsinə xidmət edərdi. Əməliyyat kassalarının əməliyyatlarını inkişaf etdirmək və pul dövriyyəsinin qaydaya salınmasına, yəni əmanət kassalarında çek dövriyyəsinin tətbiqinə kömək etmək məqsədi ilə Maliyyə Nazirliyi bu sahədə dəyişikliklər aparılmasını nəzərdə tutmuşdu. Əmanət kassalarına nəzarət və rəhbərlik üçün Azərbaycan Dövlət Əmanət Kassaları idarəsi yaradılmışdı. Ona kiçik kredit idarələrinə rəhbərlik və nəzarət etmək də həvalə olunmuşdu. 1920-ci il yanvarın 15-də Parlamentin təsdiq etdiyi qanuna uyğun olaraq, əsas kapitalın yaradılması və artırılması üçün kiçik kredit idarələrinə borc verilməsi nəzərdə tutulmuşdu. Bundan ötrü Azərbaycan əmanət kassaları və kiçik kredit idarələrinin sərəncamındakı xüsusi fonda xəzinə vəsaitindən 2 milyon manat ayrılmalı idi. Aprel işğalı (1920) nəticəsində digər maliyyə qurumları kimi əmanət kassaları və kiçik kredit idarələrinin fəaliyyəti də yarımçıq qaldı. Həmçinin bax Bank əməliyyatları
https://az.wikipedia.org/w/index.php?curid=545778
Əmanət Partiyası (Qazaxıstan)
1999-cu ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuşdur, eyni zamanda partiyanın lideri olmuşdur. "Nur Otan" qazax dilindən azərbaycan dilinə "Vətən işığı" kimi tərcümə olunur. Nur Otan partiyasının gənclər qanadı "Gənc Vətən" kimi tərcümə olunan "Jas Otan" adlanır. 22 dekabr 2006-cı il tarixində "Otan" partiyasının X fövqəladə qurultayında Cümhuriyyət Siyasi Partiyasının "Otan" Xalq Demokratik Partiyası olaraq "Nur Otan" olaraq adlandırılması təklifi əlavə və dəyişikliklərə dair qərar layihəsi qəbul edildi. RPP "Otan" ın nizamnaməsi də qəbul edildi.18 oktyabr 2013-cü il tarixində Nur Otan Xalq Demokratik Partiyası Nur Otan olaraq dəyişdirildi. İdeologiyası Partiyanın 2013-cü ildə qəbul etdiyi Doktrinada deyilir ki, Nur Otan "cəmiyyəti birləşdirən və Elbası Dövlət kursunun həyata keçirilməsini təmin edən hakim siyasi qüvvədir". Doktrina ideoloji dəstək və Nazarbayev siyasətinin həyata keçirilməsi üzərində qurulub. Doktrinada doqquz dəfə (Elbasy olaraq) xatırlanır. Partiyanın doktrinasına görə ideologiyası belədir : Qazaxıstanın müstəqilliyinin möhkəmləndirilməsi Davamlı iqtisadiyyat və ictimai-siyasi sabitlik üçün əsas rolunu oynayan güclü bir orta təbəqənin formalaşması Mərkəzçilikİnsan əsas dəyər kimi Qanunun aliliyi və hamının qanun qarşısında bərabərliyi "statusundan və mənşəyindən asılı olmayaraq"Fürsətin bərabərliyi kimi bərabərlik Qazax dilinin strateji prioritet olaraq inkişaf etdirilməsi, eyni zamanda bütün millətlərin kimliyini qoruyub saxlaması Ailənin möhkəmləndirilməsi və ənənələrin qorunması Dünyəvidövlətdə iman və din mənəviyyat, əxlaq və tolerantlığın vacib mənbəyidir.Xüsusi mülkiyyətin toxunulmazlığı, iqtisadi şaxələndirmə, enerji qənaəti, ekoloji cəhətdən təmiz texnologiyalar Yalnız əhalinin həssas təbəqələrinə dövlət sosial dəstəyinin göstərilməsi Korrupsiyaya qarşı mübarizə Qazaxıstanın çoxvektorlu xarici siyasəti Beynəlxalq əməkdaşlıq Partiya siyasi partiyalarla dostluq əlaqələrini davam etdirir: Vahid Rusiya Çin Kommunist Partiyası Ədalət və İnkişaf Partiyası Sinqapur Xalq Fəaliyyəti Partiyası Yaponiya Liberal Demokrat Partiyası Almaniyanın Xristian Demokratik Birliyi Böyük Britaniya Mühafizəkar Partiyası Cümhuriyyət Partiyası Tacikistan Xalq Demokratik Partiyası Yeni Azərbaycan Vyetnam Kommunist Partiyası Azad Koreya Partiyası Birləşmiş Malay Milli Təşkilatı Monqolustan Xalq Partiyası Özbəkistan Liberal Demokrat Partiyası Bölgələr Partiyası (2000–2014)
https://az.wikipedia.org/w/index.php?curid=711935
Əmanət kassaları və kiçik kredit məsələləri idarəsi
Əmanət kassaları və kiçik kredit məsələləri idarəsi — Azərbaycan Xalq Cümhuriyyətinin təsərrüfat-iqtisadi həyatını canlandırmaq və pul dövriyyəsini tənzimləmək məqsədilə yaradılmış qurum. Bu qurumun funksiyasını həyata keçirən vəzifə, əsasən, Dövlət Bankına həvalə olunmuşdu. Bank həmin vəzifəni daha mükəmməl şəkildə yerinə yetirmək üçün onunla əlaqədə işləyən və ya onun göstərişləri əsasında fəaliyyət göstərən digər idarələrlə əməkdaşlıq etməli idi. Bunların sırasında əmanət kassaları birinci yer tuturdu. Ona görə də Azərbaycanın əmanət kassalarını işə salmaq üçün 1919-cu il oktyabrın 11-də Parlament Azərbaycan dövlət əmanət kassalarının nizamnamələrini, ştat cədvəlini və smetalarını təsdiq etdi. Bakı, Gəncə, Ağdaş, Göyçay, Zaqatala, Qazax, Quba, Nuxa (Şəki), Salyan, Şamaxı, Şuşa və s. xəzinədarlıqları və onların qeydiyyatında olan poçt-teleqraf kassalarındakı mərkəzi əmanət kassalarını açdı. Əmanət kassaları Əmanət kassalarının vəzifəsi artıq pul kütləsini dövriyəyə cəlb etəmk idi. Bundan əlavə, Dövlət Bankına əmanət kassaları vasitəsilə daxil olan vəsait Hökumətin göstərişinə uyğun olaraq, bank tərəfindən istifadə edilirdi. Azərbaycanın dövlət əmanət kassaları Rusiyadakı əmanət kassaları üçün səciyyəvi olan forma və prinsiplər əsasında fəaliyyət göstərsə də, bu kassaların ölkə həyatının iqtisadi və siyasi şəraitindən doğan bəzi özəllikləri də vardı: Azərbaycan Xalq Cümhuriyyətinin özünün faizli kağızları olmadığına görə, əmanət kassalarının öz passivlərini yerləşdirmək, habelə maliyyə nazirinin təsdiq etdiyi siyahıya əsasən və ya onun göstərişi ilə əmanətçilər üçün onların tapşırığına görə hər cür faizli kağızlar almaq hüququ vardı. Dövlət faizli kağızlar buraxacağı təqdirdə bu tədbir əhəmiyyətli ola bilər, eləcə də yerli ipoteka kağızlarının məzənnəsinin möhkəmlənməsinə xidmət edərdi. Əməliyyat kassalarının əməliyyatlarını inkişaf etdirmək və pul dövriyyəsinin qaydaya salınmasına, yəni əmanət kassalarında çek dövriyyəsinin tətbiqinə kömək etmək məqsədi ilə Maliyyə Nazirliyi bu sahədə dəyişikliklər aparılmasını nəzərdə tutmuşdu. Əmanət kassalarına nəzarət və rəhbərlik üçün Azərbaycan Dövlət Əmanət Kassaları idarəsi yaradılmışdı. Ona kiçik kredit idarələrinə rəhbərlik və nəzarət etmək də həvalə olunmuşdu. 1920-ci il yanvarın 15-də Parlamentin təsdiq etdiyi qanuna uyğun olaraq, əsas kapitalın yaradılması və artırılması üçün kiçik kredit idarələrinə borc verilməsi nəzərdə tutulmuşdu. Bundan ötrü Azərbaycan əmanət kassaları və kiçik kredit idarələrinin sərəncamındakı xüsusi fonda xəzinə vəsaitindən 2 milyon manat ayrılmalı idi. Aprel işğalı (1920) nəticəsində digər maliyyə qurumları kimi əmanət kassaları və kiçik kredit idarələrinin fəaliyyəti də yarımçıq qaldı. Həmçinin bax Bank əməliyyatları
https://az.wikipedia.org/w/index.php?curid=698261
Əmanət kitabçası
Əmanət kitabçası — vətəndaşla bank əmanəti müqaviləsinin bağlanmasını və onun depozit hesabına vəsaitin qoyulmasını təsdiq edən sənəd (Rusiya Federasiyasının Mülki Məcəlləsinin 843-cü maddəsi). Əmanət kitabçasında bankın adı və yerləşdiyi yer, əmanət filiala, o cümlədən onun müvafiq filialına qoyulubsa, əmanətin hesab nömrəsi, habelə əmanətə daxil olan bütün vəsaitlər göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. hesab, hesabdan debet edilmiş bütün vəsait məbləğləri və əmanət kitabçasının banka təqdim edilməsi zamanı hesabda olan vəsaitin qalığı. Əmanətin fərqli vəziyyəti sübuta yetirilmədikdə, əmanət kitabçasında göstərilən əmanət məlumatları bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. Əmanətin verilməsi, onun üzrə faizlərin ödənilməsi və əmanətçinin əmanət hesabından vəsaitin başqa şəxslərə köçürülməsi barədə sərəncamlarının icrası bank tərəfindən əmanət kitabçası təqdim edildikdə həyata keçirilir. Əmanət kitabçası üzrə əmanətlər üzrə orta illik faiz dərəcəsi digər əmanət növlərinə nisbətən xeyli aşağıdır. İtirilmiş adsız əmanət kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 2003-cü ildə Sberbank yeni bir təhlükəsizlik növü təqdim etdi - Əmanət Sertifikatı. Əmanət sertifikatı təqdim edən şəxsə verilən qiymətli kağızdır. Əmanət sertifikatı, əmanət kimi, əmanətlərdən əhəmiyyətli dərəcədə yüksək gəlirlə vəsait saxlamaq və artırmaq üçün nəzərdə tutulmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=825297
Əmanət sertifikatı
Əmanət sertifikatı (ing. savings certificate) — fiziki şəxs tərəfindən banka qoyulmuş əmanətin məbləğini və əmanətçinin (sertifikat sahibinin) sertifikatı vermiş bankda və ya hər hansı filialda əmanət məbləğini və sertifikatda nəzərdə tutulmuş müəyyən edilmiş müddət bitdikdən sonra bank faizləri almaq hüququnu təsdiq edən qiymətli kağız. Əmanət sertifikatının başqa adı — əmanət sertifikatı - bankın orada saxlanılan əmanəti və faizləri ödəmək öhdəliyini ifadə edir. Əmanət sertifikatı hesablaşma və ya ödəniş sənədi kimi xidmət edə bilməz.
https://az.wikipedia.org/w/index.php?curid=749863
Əmanət və Kredit Assosiasiyası
Əmanət və Kredit Assosiasiyası (ing. Savings and loan association) — ABŞ-da geniş yayılmış kredit təşkilatı növü. Əmanət-kredit assosiasiyalarının əsas funksiyası əhalinin əmanətlərinin toplanması və yaşayış binalarının alınması və tikintisi üçün uzunmüddətli kreditlərin verilməsindən ibarətdir. İngilis tikinti cəmiyyətlərini modelləşdirdikdən sonra onlar ilk dəfə 1831-ci ildə meydana çıxdılar və 1890-cı ilə qədər bütün ştatlarda fəaliyyət göstərdilər. Əmanət və kredit assosiasiyaları federal və əyalət səviyyəsində fəaliyyət göstərir. Birinci halda, birliklər kooperativ şəklində, ikincidə - səhmdar cəmiyyəti şəklində təşkil olunur. Onların əməliyyatları yerli xarakter daşıyır - fəaliyyətlər 100 mil radiusda olan ərazi ilə məhdudlaşır. Passiv əməliyyatların əsasını əhalidən müxtəlif növ hesablara (əmanət, tələb üzrə, əvvəlcədən xəbərdar etməklə, arayış, investisiya və s.) vəsaitlərin cəlb edilməsi təşkil edir. İstənilən əmanətçi səhmdar ola bilər, əksər hesablar öhdəliklərin səhmləri statusuna (80%-ə qədər) malikdir, yəni onların sahibləri əmanət-kredit assosiasiyalarının üzvləridir və səsvermə hüququna malikdirlər. Aktiv əməliyyatlar mənzil tikintisi və ev alqı-satqısı üçün adətən üzən faiz dərəcələri ilə uzunmüddətli (25 ilə qədər) kreditləşmə ilə təmsil olunur. İpoteka girov kimi xidmət edir. 1980-ci illərin əvvəllərində əmanət assosiasiyaları ölkənin ipoteka bazarının təxminən yarısını təşkil edirdi.
https://az.wikipedia.org/w/index.php?curid=783723
Əmanətdarlıq
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil. Çünki Allah insanı etibarsız şəxsə əmanət tapşırmaqdan çəkindirib."
https://az.wikipedia.org/w/index.php?curid=178711
Əmanətlərin Sığortalanması Fondu (Azərbaycan)
Əmanətlərin Sığortalanması Fondu (Fond) Əmanətlərin Sığortalanması haqqında 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən yaradılmış, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlamışdır. Fonda üzv bankların reyestri ASC "XALQ" Bankı "Melli İran Bankı" Bakı filialı "Azərbaycan Beynəlxalq Bankı" ASC "ACCESSBANK" QSC "Azər-Türk Bank" ASC "Bank of Baku" ASC "Bank Respublika" ASC "Kapital Bank" ASC "YELO BANK" ASC "Rabitəbank" ASC "TURANBANK" ASC "UNİBANK" KB ASC Yapı Kredi Bank Azərbaycan QSC "Expressbank" ASC "Azərbaycan Sənaye Bankı" ASC "Bank Avrasiya" ASC "Paşa Bank" ASC "Naxçıvanbank" ASC "AFB BANK" ASC BANK VTB (Azərbaycan) ASC "PREMIUM BANK" ASC "Bank BTB" ASC "Ziraat Bank Azərbaycan" ASC Fondun funksiyaları iştirakçı bankların reyestrini tərtib etmək və onlara şəhadətnamələr vermək; sığorta haqlarını yığır və onların uçotunu aparmaq; öz əmlakını idarə etmək və ona dair sərəncam vermək; sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparmaq və kompensasiya ödəmək; Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan qanunla müəyyən edilmiş lazımi məlumatı və hesabatları almaq; "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Fondun qaydalarını qəbul etmək; öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb etmək; öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək; iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat vermək; əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirmək. Xarici keçidlər Əmanətlərin Sığortalanması Fondu rəsmi internet saytı Əmanətlərin Sığortalanması Fondu rəsmi Facebook səhifəsi Əmanətlərin Sığortalanması Fondu rəsmi YouTube səhifəsi Əmanətlərin Sığortalanması Fondu rəsmi Twitter səhifəsi Əmanətlərin Sığortalanması Fondu rəsmi Instagram səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=68105
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil. Çünki Allah insanı etibarsız şəxsə əmanət tapşırmaqdan çəkindirib."
https://az.wikipedia.org/w/index.php?curid=178715
Əmbil gölü
Əmbil gölü — Şabran rayonundan 25 km şimal-qərbdə olan Zeyvə kəndinin meşəliyində 935 metr yüksəklikdə yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 927 m, diametri 150 m olan dairəvi formadadır. Əmbilgöl- Şabran çayının yuxarı axını hövzəsindədir. Gölün adı ərəb dilindəki əm (camaat, icma), tat dilindəki bil (bataqlıq) və Azərbaycan dilindəki göl sözlərindən ibarət olub, "icmaya məxsus göl" mənasındadır. Həmçinin bax Göllərin hidromorf torpaqları
https://az.wikipedia.org/w/index.php?curid=518570
Əmbizlər
Əmbizlər — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Əmbizlər kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Qasımkənd kənd Sovetinin tərkibinə verilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=109649
Əmbərçay
Əmbərçay — Qax rayonunda çay. Toponimikası Türk dillərində anbar "su anbarı", "məhsuldar torpaq" və s. mənalarında işlənir. Tədqiqatlar anbar sözünü etnonim hesab edirlər. Azərbaycan dilinin bəzi dialektlərində əmbərə "kiçik, dayaz arx", əmbərçu "bostan sulamaq üçün su şırımı" mənalarında işlənir. Hidronim əmbər (dayaz arx) və çay (su hövzəsi) komponentlərindən düzəlib, "dayaz çay, suyu az olan çay" deməkdir. Bu fikri hazırda Əmbərçayın quruyaraq Qanlı Qobu adlanması faktı da təsdiq edir. XIX əsrdə Qafqazda Kutaisi quberniyasının Raçin qəzasında Ambar, Tiflis quberniyasının Tioneti qəzasında Ambarisxevi, Tiflis quberniyasının Borçalı qəzasında Ambarlu, Zaqatala dairəsində Əmbərçay və s. toponimlər qeydə alınmışdır. Dağlıq Altayda Ambarlu adlı çay vardır.
https://az.wikipedia.org/w/index.php?curid=530430
Əmbərçay (Qax)
Əmbərçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Oykonim hazırda Qanlı Qobu adlanan keçmiş Əmbərçayın adı ilə bağlıdır. Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Əmbərçay kəndində milli tərkibi ləzgilərdən və bəylərdən ibarət 50 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 123 təsərrüfatda hər iki cinsdən toplam 532 nəfər əhali yaşamaqdadır.Hazırda kiçik istisnalar nəzərə alınmazsa kənd əhalisi bütünlüklə etnik Azərbaycan Türkləri'ndən təşkil olunub. Tanınmış şəxsləri İmam Mustafayev
https://az.wikipedia.org/w/index.php?curid=20424
Əmbərçay bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=116204
Əmcədəli şah
Nəcmüddövlə Əbülmüzəffər müsləhəddin Məhəmməd Əmcədəli şah(hind. अमजद अली शाह, urdu امجد علی شاہ) (d. 1801 – ö. 13 fevral 1847) — IV Aud nəvvabı. Əmcədəli şah 1801-ci ildə anadan okmuşdu. 7 may 1842-ci ildə Audun nəvvabı olmuşdu. Əmcədəli şah 13 fevral 1847-ci ildə vəfat edib. Əmcədəli şah Məlaikə Əhəd bəyim və Məlikə Kövsər bəyimlə ailə qurmuşdu. Vəcdəli şah, Süleyman Kudr adlı oğlanları vardı. Həmçinin bax Aud nəvvabı Xarici keçidlər Royal line of Nawabs of Oudh National Informatics Centre, Lucknow – Rulers of Awadh Arxivləşdirilib 2018-04-30 at the Wayback Machine NAWABS OF OUDH & THEIR SECULARISM – Dr. B. S. Saxena HISTORY OF AWADH (Oudh) a princely State of India by Hameed Akhtar Siddiqui Arxivləşdirilib 2001-09-01 at the Wayback Machine Historic Lucknow By Sidney Hay, Enver Ahmed [1]
https://az.wikipedia.org/w/index.php?curid=524105
Əmdulla Mehrabov
Əmdulla Mehrabov (tam adı Əmdulla Oruc oğlu Mehrabov; doğulub - 15.04.1952) — fizik, fizika-riyaziyyat elmlər doktoru. Əmdulla Mehrabov 1952-ci il aprel ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Hal-hazırda Türkiyə Cümhuriyyətinin paytaxt şəhəri olan Ankarada yaşayır. Orta Doğu Texniki Universiteti, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində fəaliyyət göstərir. Əsas elmi nailiyyətləri Müdafiə və mülkü sənayenin müxtəlif sahələrində istifadə olunmaq üçün çox-komponentli kristal-, amorf- ve nano-strukturlu yeni yüksək texnologiya materiallarının nəzəri ve kompüter hesaplama metodlarıyla dizaynı, sintezi ve inkişaf etdirilməsi. Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat 1974 – Bakı Dövlət Universiteti, Bərk cisimlər fizikası (BCF) ixtisası; Həmin ildə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinə BCF ixtisası üzrə məqsədli aspiranturaya qəbul olub; 1978 – MDU-da dissertasiya işini müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb; 1978-ci ildən – BDU-nun "Optika və Molekulyar fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir; 1984 –1 il müddətində Yaponiyanın Tokyo Universitetindəki "Materiallar Elmi və Mühəndisliyi" departamentinə ezam edilmişdir; 1989 –Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru alimlik dərəcəsini almışdır; 1991 – 4 ay müddətinə ABŞ-nin Kaliforniya Universitetindəki "Nüvə və Kimya Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1992 – Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texniki Universiteti (ODTU), mühəndislik fakültəsindəki "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1998 – türk həmkarları ilə bərabər "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində "Yüksək Texnalogiya Materiallarının Dizaynı və İnkişaf Etdirilməsi" (NOVALAB) laboratoriyasını qurmuşdur; ODTU-da çalışdığı 25 ildən yuxarı müddət ərzində BCF və materiallar elmi və mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olmaqdadır; Dünyanın tanınmış jurnallarında və beynəlxalq konfransların materiallarında çap olunmuş 200-dən çox elmi məqaləsinə 500-dən artıq istinad verilmişdir; Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da fəaliyyət göstərməkdədir; 2000 – İslam Dünyası Elmlər Akademiyasına həqiqi üzv; 2009 – Akademiyanın illik toplantısında İdarə Heyətinin üzvü seçilmişdir; Həyat və fəaliyyəti, ABŞ-də çap olunan "Marquis Who’s Who" biblioqrafik ensiklapediyasının "Elm və mühəndislikdə kim kimdir" kitabının 8-ci (2005-2006) çapında yer almışdır. Hal hazırda ODTU-da "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində professor və laboratoriya müdiridir. Həmçinin bax Mais Süleymanov Arif Bərdəli Arif Quliyev (professor) Mehman Musayev
https://az.wikipedia.org/w/index.php?curid=523493
Əmi Məmmədov
Əmi Ağa oğlu Məmmədov (1922, Bakı – 26 mart 1944, Mikolayev, Ukrayna Reyxkomissarlığı) — Sovet İttifaqı Qəhrəmanı (1945). Əmi Məmmədov 1922-ci ildə Bakı şəhərində anadan olub. Suraxanı RHK-dan 1941-ci ildə orduya çağırılmışdır. Əmi Məmmədov Suxumi ətrafında ilk dəfə vuruşmaya girmiş və orada kəşfiyyatçı keyfiyyətlərinə malik olduğunu göstərmişdir. Nikolayev desantı əməliyyatı keçirilməzdən əvvəl o, artıq təcrübəli döyüşçü idi. Novorossiysk və Taqanroq yaxınlığındakı desant əməliyyatları Kerç, Mariupol, Feodosiya uğrunda döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralanmış, döyüş ordenlərinə və medallarına layiq görülmüşdür. 1944-cü ilin martında Nikolayevdə desantçıların faşistlərlə qeyri-bərabər döyüşündə həlak olmuş 67 nəfərə 1944-cü ilin aprelində Sovet İttifaqı Qəhrəmanı adı verildi. 55 nəfər dəniz piyadasından, 10 nəfər istehkamçıdan və 2 nəfər radisdən ibarət olan Nikolayev desantının iştirakçılarının soyadları dəqiqləşdirərkən 4 nəfər bakılı olduğu müəyyənləşdirildi: Əzizbəyov rayonundakı (Xəzər rayonu) neft trestində nəqliyyat sexinin şoferi Əmi Ağa oğlu Məmmədov, Paris Kommunası adına zavodun dəmirçisi Pavel Osipov, Suraxanı neftçisi Nikolay Petruxin və Bakıdakı 4-cü dəyirmanın yükvuranı Mixail Xakimov. Həmyerlilər arasında Pavel başçı, Əmi ən cürətli, Mixail ən güclü, Petruxin ən müdrik adam sayılırdılar.26 mart 1944-cü ildə Ukrayna Respublikasının Nikolayev şəhərində həlak olub və orada dəfn edilmişdir. Ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 20 aprel tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Yeni Suraxanı qəsəbəsindəki 101 saylı orta məktəb Əmi Məmmədovun adını daşıyır. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=93696
Əmi xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi. 11-ci ordunun Bakını 1920-ci ilin 27 aprel işğalı ərəfəsində Ə. Xoyski Quba qəzasının rəisi vəzifəsində idi. Ə. Xoyski sovet hakimiyyətinə qarşı 1920-ci il mayın 24 — iyunun 4-də Gəncədə baş vermiş üsyanda fəal iştirak etmişdi.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir xan Xoyski həbs və təqibdən yaxa qurtarmaq üçün Türkiyəyə qaçmışdı. Sovet quruluşu dövründə, ömür boyu Azərbaycana qayıtmaq həsrəti ilə yaşayan, lakin bu imkandan məhrum olan Əmir xan Xoyski 1954-cü ildə Ankarada vəfat etmişdir. Əmir xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı. O, Cənubi Azərbaycandakı Maku xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin qaçmasından bir neçə ay sonra vəfat edir. Əmir xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar. Bu zavallılar da böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz familiyalarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular. Azərbaycan Xalq Cümhuriyyəti, II cild, Bakı,2005
https://az.wikipedia.org/w/index.php?curid=491730
Əmidabad (Sayinqala)
Əmidabad (fars. عميداباد) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,482 nəfər yaşayır (641 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=772947
Əmillər
Əmillər — Azərbaycan Respublikasının Şuşa rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əmillər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Toponimikası Coğrafiyası və iqlimi
https://az.wikipedia.org/w/index.php?curid=22581
Əmin (Baymak)
Coğrafi yerləşməsi rayon mərkəzindən (Baymak): 54 km, kənd sovetliyindən (Təməs): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 98 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
https://az.wikipedia.org/w/index.php?curid=521785
Əmin Abid
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir. 1919-cu ildə Azərbaycana qayıtmış, Bakı Dövlət Universitetində çalışmışdır. Tələbəlik dövründə "Azərbaycan türklərinin ədəbiyyat tarixi" monoqrafik əsərini qələmə almışdır. Təhsildən sonra doğma Bakıya qayıtmış, burada qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair ədəbi-elmi məqalələrlə çıxış etmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti nəzdində açılan ədəbiyyat seminariyasında müəllimlik etmişdir. Eyni zamanda Bakı darülfununda, eləcə də Bakı maarif evi ədəbiyyat dərnəyində "Oğuznamə", "Azərbaycan ədəbiyyatının başlanğıcı" mövzusunda məruzələr etmişdir (1927–1928). "Azərbaycan türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları ədəbiyyatında mövqeyi", "Azərbaycan ədəbiyyatının qədim abidələrindən" monoqrafik əsərləri, eyni zamanda "Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat", "XVII əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatımız tarixində Sabirin mövqeyi", "Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış", "Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalələri geniş erudisiyalı alimin zəngin irs yaratdığını sübut edir. Axundovşünaslıq elminin yaranmasında xidmətləri misilsizdir. M.F.Axundov ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri vardır. Məhəmməd Füzulinin "Söhbətül-əsmar" əsərini aşkara çıxarıb elm aləminə tanıtmışdır. "Azərbaycan proletar qəzetçiliyinin tarixinə bir baxış" (1928) məqaləsi Azərbaycan inqilabi jurnalistika tarixinin öyrənilməsinə hədiyyədir. Bakıda 1927–1937-ci illər arasında ədəbi-elmi fəaliyyəti, fundamental axtarışlar, tapıntıları ilə səciyyələnir. Onun ədəbi-tənqidi və elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının yaranmasında mühüm mərhələ təşkil edir. 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. Yaradıcılığı Azerbaycan Türklerinin edebiyat tarihi Türk edebiyatında bayatı-mani türü Bayatının Türk halkları edebiyatında yeri Azerbaycan edebiyatının eski anıtlarından Kitab-ı Dede Korkut'un metni hakkında bilgi Buzlu Cəhənnəm — İstanbul, 1948 Xarici keçidlər Əmin Abid GÜLTƏKİN Arxivləşdirilib 2016-04-22 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=564170
Əmin Abid Gültəkin
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir. 1919-cu ildə Azərbaycana qayıtmış, Bakı Dövlət Universitetində çalışmışdır. Tələbəlik dövründə "Azərbaycan türklərinin ədəbiyyat tarixi" monoqrafik əsərini qələmə almışdır. Təhsildən sonra doğma Bakıya qayıtmış, burada qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair ədəbi-elmi məqalələrlə çıxış etmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti nəzdində açılan ədəbiyyat seminariyasında müəllimlik etmişdir. Eyni zamanda Bakı darülfununda, eləcə də Bakı maarif evi ədəbiyyat dərnəyində "Oğuznamə", "Azərbaycan ədəbiyyatının başlanğıcı" mövzusunda məruzələr etmişdir (1927–1928). "Azərbaycan türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları ədəbiyyatında mövqeyi", "Azərbaycan ədəbiyyatının qədim abidələrindən" monoqrafik əsərləri, eyni zamanda "Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat", "XVII əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatımız tarixində Sabirin mövqeyi", "Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış", "Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalələri geniş erudisiyalı alimin zəngin irs yaratdığını sübut edir. Axundovşünaslıq elminin yaranmasında xidmətləri misilsizdir. M.F.Axundov ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri vardır. Məhəmməd Füzulinin "Söhbətül-əsmar" əsərini aşkara çıxarıb elm aləminə tanıtmışdır. "Azərbaycan proletar qəzetçiliyinin tarixinə bir baxış" (1928) məqaləsi Azərbaycan inqilabi jurnalistika tarixinin öyrənilməsinə hədiyyədir. Bakıda 1927–1937-ci illər arasında ədəbi-elmi fəaliyyəti, fundamental axtarışlar, tapıntıları ilə səciyyələnir. Onun ədəbi-tənqidi və elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının yaranmasında mühüm mərhələ təşkil edir. 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. Yaradıcılığı Azerbaycan Türklerinin edebiyat tarihi Türk edebiyatında bayatı-mani türü Bayatının Türk halkları edebiyatında yeri Azerbaycan edebiyatının eski anıtlarından Kitab-ı Dede Korkut'un metni hakkında bilgi Buzlu Cəhənnəm — İstanbul, 1948 Xarici keçidlər Əmin Abid GÜLTƏKİN Arxivləşdirilib 2016-04-22 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=41211
Əmin Abid Mütəllibzadə
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir. 1919-cu ildə Azərbaycana qayıtmış, Bakı Dövlət Universitetində çalışmışdır. Tələbəlik dövründə "Azərbaycan türklərinin ədəbiyyat tarixi" monoqrafik əsərini qələmə almışdır. Təhsildən sonra doğma Bakıya qayıtmış, burada qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair ədəbi-elmi məqalələrlə çıxış etmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti nəzdində açılan ədəbiyyat seminariyasında müəllimlik etmişdir. Eyni zamanda Bakı darülfununda, eləcə də Bakı maarif evi ədəbiyyat dərnəyində "Oğuznamə", "Azərbaycan ədəbiyyatının başlanğıcı" mövzusunda məruzələr etmişdir (1927–1928). "Azərbaycan türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları ədəbiyyatında mövqeyi", "Azərbaycan ədəbiyyatının qədim abidələrindən" monoqrafik əsərləri, eyni zamanda "Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat", "XVII əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatımız tarixində Sabirin mövqeyi", "Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış", "Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalələri geniş erudisiyalı alimin zəngin irs yaratdığını sübut edir. Axundovşünaslıq elminin yaranmasında xidmətləri misilsizdir. M.F.Axundov ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri vardır. Məhəmməd Füzulinin "Söhbətül-əsmar" əsərini aşkara çıxarıb elm aləminə tanıtmışdır. "Azərbaycan proletar qəzetçiliyinin tarixinə bir baxış" (1928) məqaləsi Azərbaycan inqilabi jurnalistika tarixinin öyrənilməsinə hədiyyədir. Bakıda 1927–1937-ci illər arasında ədəbi-elmi fəaliyyəti, fundamental axtarışlar, tapıntıları ilə səciyyələnir. Onun ədəbi-tənqidi və elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının yaranmasında mühüm mərhələ təşkil edir. 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. Yaradıcılığı Azerbaycan Türklerinin edebiyat tarihi Türk edebiyatında bayatı-mani türü Bayatının Türk halkları edebiyatında yeri Azerbaycan edebiyatının eski anıtlarından Kitab-ı Dede Korkut'un metni hakkında bilgi Buzlu Cəhənnəm — İstanbul, 1948 Xarici keçidlər Əmin Abid GÜLTƏKİN Arxivləşdirilib 2016-04-22 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=247466
Əmin Cümeyyil
Əmin Cəmayel (ərəb. أمين الجميّل; 22 yanvar 1942, Bikfəyya[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan dövlət xadimi. Əmin Cəmayel 22 yanvar 1942-ci ildə Bikfəyya qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə millət vəkili seçilmişdir. Qardaşı Bəşir Cəmayelin 1982-ci ilin sentyabrında öldürülməsindən sonra ölkə prezidenti olmuşdur. Milliyətçi olan Cəmayel ölkəsinin dinamik güvvələrinin birləşməsi və xarici qüvvələrin ölkədən sıxışdırılması üçün çalışırdı. Beynəlxalq aləmdən dəstək gözləyən Cəmayel İsrail Silahlı Qüvvələrinin Livandan geri çəkilməsi üçün 1982-ci ilin dekabrında İsrail hökuməti ilə görüşlər keçirmişdi. O, İsveçrədə "Beynəlxalq sülh konfransının" keçirilməsinin və Livanda sülhün bərqərar olmasının təşəbbüskarı olmuşdur. Cəmayel Suriya və onun Livandakı müttəfiqləri ilə kompromisə nail olmağa çalışmışdır. O, 1988-ci ildə prezidentlik müddəti bitdikdən sonra istefa vermişdir.
https://az.wikipedia.org/w/index.php?curid=723219
Əmin Cüməyyil
Əmin Cəmayel (ərəb. أمين الجميّل; 22 yanvar 1942, Bikfəyya[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan dövlət xadimi. Əmin Cəmayel 22 yanvar 1942-ci ildə Bikfəyya qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə millət vəkili seçilmişdir. Qardaşı Bəşir Cəmayelin 1982-ci ilin sentyabrında öldürülməsindən sonra ölkə prezidenti olmuşdur. Milliyətçi olan Cəmayel ölkəsinin dinamik güvvələrinin birləşməsi və xarici qüvvələrin ölkədən sıxışdırılması üçün çalışırdı. Beynəlxalq aləmdən dəstək gözləyən Cəmayel İsrail Silahlı Qüvvələrinin Livandan geri çəkilməsi üçün 1982-ci ilin dekabrında İsrail hökuməti ilə görüşlər keçirmişdi. O, İsveçrədə "Beynəlxalq sülh konfransının" keçirilməsinin və Livanda sülhün bərqərar olmasının təşəbbüskarı olmuşdur. Cəmayel Suriya və onun Livandakı müttəfiqləri ilə kompromisə nail olmağa çalışmışdır. O, 1988-ci ildə prezidentlik müddəti bitdikdən sonra istefa vermişdir.
https://az.wikipedia.org/w/index.php?curid=795988
Əmin Cəmayel
Əmin Cəmayel (ərəb. أمين الجميّل; 22 yanvar 1942, Bikfəyya[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan dövlət xadimi. Əmin Cəmayel 22 yanvar 1942-ci ildə Bikfəyya qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə millət vəkili seçilmişdir. Qardaşı Bəşir Cəmayelin 1982-ci ilin sentyabrında öldürülməsindən sonra ölkə prezidenti olmuşdur. Milliyətçi olan Cəmayel ölkəsinin dinamik güvvələrinin birləşməsi və xarici qüvvələrin ölkədən sıxışdırılması üçün çalışırdı. Beynəlxalq aləmdən dəstək gözləyən Cəmayel İsrail Silahlı Qüvvələrinin Livandan geri çəkilməsi üçün 1982-ci ilin dekabrında İsrail hökuməti ilə görüşlər keçirmişdi. O, İsveçrədə "Beynəlxalq sülh konfransının" keçirilməsinin və Livanda sülhün bərqərar olmasının təşəbbüskarı olmuşdur. Cəmayel Suriya və onun Livandakı müttəfiqləri ilə kompromisə nail olmağa çalışmışdır. O, 1988-ci ildə prezidentlik müddəti bitdikdən sonra istefa vermişdir.
https://az.wikipedia.org/w/index.php?curid=723213
Əmin Fəxrəddin Özdilək
Əmin Fəxrəddin Özdilək (1898, Bursa, Xudavəndigar vilayəti – 13 mart 1989, Ankara) Türk əsgəri və siyasətçisi. İlk təhsilindən sonra Ədirnə Hərbi Liseyinə daxil oldu. 1916-cı ildə Zabit Təlimgahına göndərildi. 1 iyun 1917-ci ildə "leytenant" rütbəsi aldı. 19 yaşında ikən Qafqaz İslam Ordusu ilə Azərbaycanda savaşdı. 1920-ci ilin sonunda Türkiyə İstiqlaliyyət müharibəsinə qatıldı. 1 mart 1921-ci ildə "baş leytenant" rütbəsi alaraq 3. Süvari Tüməni əmrində Yunan-Türk müharibəsinə qatıldı. 1925–1927-ci illər arasında Hərb Məktəbi və Süvari Minicilik Məktəbində təhsilini tamamladı. 1933-cü ildə Hərb Akdemiyasına daxil oldu. 30 avqust 1936-cı ildə "kapitan" rütbəsini aldı. 6 oktyabr 1936-ci ildə qərargah zabiti olaaraq Hərb Akdemiyasından məzun oldu. 1936–1959-cu illərdə Türkiyə Silahlı Qüvvələrində bir çox vəzifələri icra etdi. 30 avqust 1959-cu ildə dörd ulduzlu general rütbəsini aldı. 1960-cı ildə Türk Silahlı Qüvvələrinin ölkə rəhbərliyini ələ keçirdiyi 27 May çevrilişində Birinci Ordu Komandiri olaraq iştirak etdi. Milli Birlik Komitəsində iştirak edən Özdilək 9 iyun 1960-cı ildə Cemal Gürselin qurduğu hökumətdə Milli Müdafiə Nazirliyinə gətirildi. 21 oktyabr 1960-cı ildə Dövlət Naziri və Baş nazirin müavini təyin edildi. Cemal Gürselin Prezidentliyi 26 Oktyabr 1961-ci ildə başladığından, Baş nazir vəzifəsi boşaldıqdan sonra 27 Oktyabr 1961–20 Noyabr 1961 arasında müvəqqəti olaraq Baş nazir vəzifəsini icra etdi. 1961–1980-ci illər arasında, Cümhuriyyət Senatında təbii bir üzv və Milli Birlik qrupunun başçısı olaraq iştirak etdi. 1983 Ümumi Seçkilərində Xalqçı Partiyasından Konya millət vəkili seçildi. 13 Mart 1989-cu ildə Ankarada vəfat etdi. Cəbəci Əsri qəbiristanlığında dəfn edildi. Ali Ədalət Məhkəməsi tərəfindən verilən ölüm hökmlərinin təsdiqinə qarşı səs verdi. Əmin Fəxrəddin Özdilək qırmızı zolaqlı "İstiqlaliyyət" medalı ilə təltif edilmişdir. Həmçinin bax Türkiyədə dövlət çevrilişi (1960)
https://az.wikipedia.org/w/index.php?curid=711752
Əmin Hafiz
Əmin əl-Hafiz (ərəb. أمين الحافظ; 27 iyul 1921, Hələb - 17 dekabr 2009) - Suriyanın eks-prezidenti. 1946-cı ildə hərbi fakültəni bitirdikdən sonra 1948-ci il Suriya-İsrail müharibəsinin iştirakçısı olan Əmin Hafiz 1958-ci il ildə Suriya Misir vahid dövlətinin qurulmasında aktiv iştirak edən görkəmli zabitlərdən biri olub. O, 1963–1966-cı illərdə Suriya prezidenti olub.
https://az.wikipedia.org/w/index.php?curid=98060
Əmin Razi
Əmin Əhməd oğlu Razi (az-əbcəd. امین رازی ləqəbi: Ümid) — Səfəvilər dövrünə (16-17-ci əsrlər) aid Azərbaycanlı coğrafiyaşünas və yazıçı olub. Bətləmiusun Əl-Məcisti yeddi iqlim sisteminə əsaslanaraq məhşurYeddi iqlim (fars. هفت اقلیم - həft iqlim) adlı coğrafi təzkirəsinin yazmışdır. Razi Səfəvi dövlətinin Rey şəhərində ziyalı ailədə anadan olmuşdur. Onun atası Mirzə Əhməd Tehrani Şah I Təhmasib tərəfindən Rey şəhərinin rəisi təyin olunmuşdur. Onun əmisi Məhəmməd Şərif şair və Xorasan vilayyətinin başçısının naziri və sonra da Şahın naziri olmuşdur. Razi qeyd edir ki, o, qamusunu hicri təqviminə görə 1002-ci ildə (1593 miladi) altı il işlədikdən sonra tamamladı, baxmayaraq ki, indiyə qədər olan əsərdə daha kiçik tarixə aid əlavələr var. Onun doğum və ölüm tarixləri məlum deyil. Səfəvi sarayının üzvü olan Əmin Razi Şah Abbas dönəmində Hindistana gedərək Cahangir şahla görüşmüşdür, başqa məlumata görə, Əkbər Şahın dövründə Muğal Hindistanına səfər etmiş ola bilər. Yeddi iqlim (Həft iqlim) geniş tarixi, bioqrafik və topoqrafik məlumat verir, "iqlim", yəni Bətləmiusa görə məlum dünyanın coğrafi enliyə görə əsas bölgüsüdür. Əsərdəki tərcümeyi-halların ümumi sayı 1560-dır ki, bu da bir çox hallarda “Lübab ül-Əlbab” və ya “Təzkirət əl-Övliya” kimi orta əsr əsərlərində tapılanlardan daha çox təfərrüat verir. Əsərdə başqa yerdə qeydə alınmayan şeir nümunələri və bəzi nəsr parçaları, məsələn, Übeyd Zəkaninin nümunələri də göstərilmişdir. Razinin mənbələri otuz doqquzu müəyyən edən Nəqəvi tərəfindən tədqiq edilmişdir. Ethe işin məzmunu cədvəlini təqdim edir. Əsər çoxsaylı əlyazmalarda günümüzə qədər gəlib çatmışdır. Yeganə tam nəşr Cavad Fazel tərəfindəndir (1961). Ross və başqalarının Kəlküttə nəşri. üstündürFazelinkinə lakin natamamdır, dördüncü iqlimi (işin yarısından çoxunu əhatə edir) buraxır. M. U. Memon. "AMĪN AḤMAD RĀZĪ". Encyclopædia Iranica. 1984-12-15. 2010-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-21. E. D. Ross et al. (eds.), Haft eqlīm, Calcutta, 1918–72. Jan Rypka, Hist. Iran. Lit., pp. 452, 495. Storey, I., pp. 1169-71.
https://az.wikipedia.org/w/index.php?curid=838339
Əmin Xınalıqlı
Əmin Xınalıqlı — XVIII-XIX əsrlərdə yaşamış Xınalıq əsilli Azərbaycan şairi. Həyatı və fəaliyyəti Dədə Əmin Xınalıqlı Abbasqulu ağa Bakıxanovun “Gülüstan” ədəbi dərnəyində iştirak etmişdir. Şair qoşma janrında şeirlər yazıb. Şeirlərində zəmanədən şikayət, ədalətsizliyə, varlanmaq ehtirasına qarşı tənqid çox güclüdür. Xınalıqlı Dədə Əmin xalq həyatı ilə sıx bağlı olduğundan şeirlərində ictimai motivlər güclüdür. Onun “Getdi” qoşmasında fəlsəfi düşüncələr fonunda sosial motivləri önə çıxır. Təkəbbür dağların həmrahi olan Vədə tamam oldu, qarıdı getdi, Çəkildi zimistan, yaz bəhərləndi. İsti havasında əridi, getdi. Ustadın dinləyən nəsihət aldı, Heyif, günüm keçdi, ömrüm azaldı, Bülbül qönçə üçün zarıncı qaldı, Bağçalar dolusu bar idi getdi. Haqqın tərəfdarı danışmaz yalan, Eyləməz özgənin malını talan, Hər kəsə dünyada son nəsib olan Beş arşın ağ idi, sarıdı getdi. Biyarı cənnətdə iqrar imansız, Doğrusun dəyirək, şəksiz-gümansız, Neçələri gördüm ac dil, amansız, Çoxları dövləti varıdı getdi. Haqqı özü yaratdı əriş-zəmini, Bu anlaşılmaz fitnə fellər damını, Soruşsalar Xınalıqlı Əmini, Deyin: bu dünyada var idi, getdi. Dədə Əminin başqa bir şeirində ("Döndü) əsas yeri yenə də sosial motivlər tutur. Cahillər ahilin qədrini bilməz, Ay ağalar, yaman zamana döndü, Gördüyünü xalqa söyləyə bilməz, Bu könlümün qəmi dumana döndü. Alıcı alıcı tərlanım uçdu əlimdən, Qurtara bilmədim fitnə-fəlindən, Dad eylərəm çərxi-fələk əlindən, Yandı kabab bağrım büryana döndü. Müqəddəs sandığın doğru yol getməz, Kasıbı dinləməz, bir kömək etməz, Cahillər yanında sağ sözün ötməz, Dağdan ağır başım samana döndü. Haqqı sevən yola dost doğru gəlir, Bir kamil ustaddan nəsihət alır, Özünü bilməyən səni nə bilir?! Heyif, elif qəddim kalsana döndü. Bülbül avazlar, qönçəli bağlar, Düşmənin tənəsi sinəmi dağlar, Xınalıqlı Əminə ah çəkib ağlar, Heyif ola, halım yamana döndü. O, tanınmış şair-aşıq Xaltanlı Xağının müasiri olmuş, onunla deyişmələr aparmışdır. Hacıbala Mollabəyli (Bədəlov) “Daş yaddaşlı Xınalıq”. Bakı: “Müəllim” nəşriyyatı, 2020 – 168 səh.
https://az.wikipedia.org/w/index.php?curid=741825
Əmin Əfəndiyev
Ə.T.Əfəndiyev (İlisu) — filologiya elmləri doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikada elmi mühitin Azərbaycan ədəbiyyatı, ədəbi tənqid və ədəbi əlaqələr sahəsində çoxsaylı elmi əsərlərin müəllifi və milli biblioqrafiya məktəbinin əsasını qoyan peşəkar biblioqraf. Əmin Əfəndiyev Qax rayonunun İlisu kəndində müəllim ailəsində anadan olub. İlisu elm aləminə məşhur şəxsiyyətlər vermişdir. Həmin şəxsiyyətlərin sırasına daxil olan Əmin Əfəndiyev də bu kəndin təbiətinin özü kimi saf, dəyanətli, qürurlu və zəhmətkeş bir ziyalıdır. Onun həyat kredosu humanizm, insanlıq duyğusu, zəhmətsevərlik, xeyirxahlıq, sədaqət, elinə-gününə, doğmalarına və yaxınlarına, həmkarlarına olan qayğısı, böyük məhəbbətidir. 1941-1952-cı illərdə Qax rayon orta məktəbində təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin “Kitabxanaşünas-biblioqraf” ixtisasını bitirib. Əmək fəaliyyətinə Universitetin kitabxanasında başlayıb, sonra M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasında (1958-1976) baş biblioqraf, məlumat-biblioqrafiya şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1959-cu ildə müəllifin ilk biblioqrafik oçerki – “Amerika ədəbiyyatı Azərbaycan dilində” dövri mətbuatda çap olundu. Bundan sonra Azərbaycan ədəbiyyatının ayrı-ayrı xalqların dillərində nəşri vəziyyətini işıqlandıran silsilə biblioqrafik oçerkləri –”Azərbaycan ədəbiyyatı özbək dilində”, “Azərbaycan-özbək ədəbi əlaqələri”, “S.Vurğunun əsərləri SSRİ xalqlarının dillərində”, “M.Ə.Sabir A.Tukayın tərcüməsində” və s. – mətbuat səhifələrində dərc edilir. Ədəbi əlaqələrin tədqiqatçısı olan marağı onu 1968-1971-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına aparır. 1972-ci ildə “Azərbaycan-latış ədəbi əlaqələri tarixindən” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Bu tədqiqat haqqında Latviya Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutundan göndərilmiş rəydə deyilirdi ki, “latış–Azərbaycan ədəbi əlaqələri indiyə kimi heç vaxt bu şəkildə sistemli elmi tədqiqat üçün obyekt olmayıb...” Ümumiyyətlə, Azərbaycan-latış ədəbi əlaqələri silsiləsindən dərc edilmiş elmi məqalələri, araşdırmaları Ə.Əfəndiyevin yaradıcılığında əsas xətlərdən birini təşkil edir. Bu mənada “Ədəbiyyatımızın dostları: Andris Veyan”, “Ernest Birzniek Upit və Azərbaycan”, “Yan Yaunsudrabın və Azərbaycan”, “Azadlıq və sənət aşiqi Avqust Arays Bertse” və digər məqalələri bu silsilədəndir. 1976-1978-ci illərdə Azərbaycan Ensiklopediyası redaksiyasında “Mətbuat, xalq maarifi və pedaqoqika” şöbəsində müdir vəzifəsində çalışdığı illərdə də bir tərəfdən biblioqrafik göstəricilər tərtib edir, biblioqrafik oçerklər yazır, digər tərəfdən kitabxanaların iş təcrübəsini ümumiləşdirib işıqlandırırdı. Ə.Əfəndiyev 1973-1984-cü illərdə Azərbaycan dövlət İncəsənət Universitetində baş müəllim, dosent, kafedra müdiri, dekan müavini vəzifəsində çalışmışdır. Ə.T.Əfəndiyev 1997-ci ildən 2000-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. Rəhbərlik etdiyi illər ərzində Azərbaycan kitabxanasının fəaliyyətində böyük dönüş əmələ gəlmiş, yeni struktur islahatları aparılaraq, “Nadir nəşrlər”, “Kitabxana proseslərinin avtomatlaşdırılması”, “Elmi kütləvi informasiya” və s. kimi müasir dövrün tələblərinə cavab verən şöbələrin yaradılmış və gənc mütəxəssis kadrları irəli çəkərək onlara rəhbərlik etmək məsuliyyətini həvalə etmişdir. O, 2002-ci ilin yanvarından Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun “İnformasiya və biblioqrafiya” şöbəsinə rəhbərlik edir. Əmin Əfəndiyev Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Kitabxana direktorları Şurasının, Avroasiya Kitabxanalar Assambleyasının, Türkdilli Dövlətlərin Kitabxanalarının Assosiasiyasının, Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasının və s. təşkilatların həm üzvü, həm də fəal iştirakçısıdır. Ə.Əfəndiyevin tərtib etdiyi biblioqrafik göstəricilər onun elmi yaradıcılığı ilə biblioqrafik fəaliyyətinin vəhdətindən yaranmış mühüm bir sahəni təşkil edir. Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin və tarixinin ən görkəmli simalarına həsr edilmiş “Nəsimi” (1973), “İlyas Əfəndiyev” (1985), “Kamal Talıbzadə” (2000), “Ağamusa Axundov” (2002), “Azadə Rüstəmova”(2003), “Yaşar Qarayev” (2002), , “İlyas Əfəndiyev” (2005), “Bəkir Nəbiyev” (2005), “Qələmə sarılmış ömür – İsmayıl Qarayev” (2008), “Həmid Araslı” (2009), “Yaqub Mikayıl oğlu Mahmudov” (2011), “Anar. Ömür yolu. Yaradıcılığı” (2011), “M.F.Axundzadə-200 (2012), çapa hazırlanan “Nizaməddin Şəmsizadə”, “Həsən Həsənov” və s. şəxsi biblioqrafiyalar çox dəyərlidir. Əmin Əfəndiyev ədəbi biblioqrafiya sahəsində şəxsi biblioqrafik vəsaitlərlə yanaşı sahəvi ümumi və mövzu janrlarda da bilioqrafik göstəricilər tərtib etmiş və uğurla qarşılanmışdır. “Azərbaycanın laureat yazıçıları” bu cəhətdən xarakterikdir. Dövri ədəbi nəşrlərimizə həsr edilmiş “Azərbaycan-80. Biblioqrafiya — 1923-2004” (2004), “Ədəbi yaddaşımız “Ədəbiyyat qəzeti. Biblioqrafiya” (1-ci cild 1934-1964; 2-ci cild 1965-1989, 3-cü cild 1990-2010 (2013)” və s. vəsaitlər Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin biblioqrafik mənbələri kimi əhəmiyyətlidir. “İlyas Əfəndiyevin yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyasını tamamlamış müəllif, eyni zamanda “İlyas Əfəndiyevin yaradıcılığı” monoqrafiyasını (2000) nəşr etdirmişdir. Bundan əvvəl Ə.Əfəndiyevin “İlyas Əfəndiyev. Biblioqrafik göstərici” (1985), “İlyas Əfəndiyev. Monoqrafiya-albom” (1996) kitabları nəşr olunmuşdur. Ə.Əfəndiyev hazırda “Əhməd Cavad tərcüməçi kimi” monoqrafiyası üzərində işini yekunlaşdırır. Alimin daha bir uğuru “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu QƏXTMT /SMOMPK/ izahlı biblioqrafiya”dır. Ə.Əfəndiyevin üç ildən çox üzərində işlədiyi bu əsər Azərbaycan biblioqrafiyasında analoqu olmayan vəsaitdir. Ə.T.Əfəndiyevin tərtibçi-müəllifi olduğu “Azərbaycan tarixçiləri” iki cildlik biblioqrafik göstərici (2010-2011) Azərbaycan tarixşünaslıq biblioqrafiyasında sanballı bir tədqiqat işi qədər dəyərli töhfədir. Alimin Azərbaycan ədəbiyyatına daha bir xidməti ABŞ səfirliyinin nəzdindəki Tədris və İnformasyia Mərkəzinin direktoru Sevelina Kolarova ilə birlikdə müəllifi olduğu “Azərbaycan ədəbiyyatı antologiyası” CD-dir. Latın qrafikasında ilk elektron nəşr olan bu resurs “Azərbaycan ədəbiyyatının qızıl fondu” adı ilə İnternetdə də yerləşdirilmişdir. Bu qəbildən Ə.Əfəndiyevin iştirakçısı və tərtibçisi olduğu digər elektron kitabxana layihələri də maraqlıdır – bu haqda daha geniş məlumat almaq üçün www.translit.az www.gutenberg.aznet.org www.literature.az – saytlarındakı materiallara diqqət yetirmək kifayətdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 13 aprel 2010-cu ildə xüsusi sərəncam imzaladı. “Mirzə Fətəli Axundzadə-200” adlı fundamental elmi-biblioqrafik göstərici bu qəbildən dahi mütəfəkkirin yubileyinə və Azərbaycan ədəbiyyatşünaslıq elminə, biblioqrafiyasına əhəmiyyətli bir töhfə oldu. Əmin Əfəndiyev şöbə müdiri olduğu Nizami adına Ədəbiyyat İnstitutunun “Elmi informasiya” şöbəsinin fəaliyyətindəki uğurlu nəticələr – Azərbaycanda müdafiə olunmuş dissertasiyaların məlumat bazasının yaradılması (həm çap, həm elektron), Ədəbiyyatşünaslıq sahəsində biblioqrafik tədqiqatların davam etməsi, İnstitutun saytının tərtibi və daim yeniləşməkdə olan materiallarla zəngin olması, elmə xidmət edən elektron resursların hazırlanması və sair işlər onun tələbkar, məsuliyyətli bir elm təşkilatçısı olduğunu da təsdiq edir. Zakirə ƏLİYEVA. "Elmə, mədəniyyətə təmənnasız xidmət nümunəsi". "525-ci qəzet". 22.05.2013.
https://az.wikipedia.org/w/index.php?curid=330304
Əmin əl-Hüseyni
Hacı Məhəmməd Əmin əl-Hüseyni (ərəb. محمد أمين الحسيني; 1 yanvar 1895, Qüds, Osmanlı imperiyası – 4 iyul 1974[…], Beyrut) — Qüds müftisi, Fələstindəki ərəb millətçilərinin lideri. Əmin əl-Hüseyni 1895-ci ildə Qüdsün ən zəngin və nüfuzlu ərəb ailələrindən birində anadan olmuşdur. O, Qüdsdəki Yəhudi Hərəkatı Alyansının məktəbində, sonra Qahirədə Əl-Əzhər Universitetində və İstanbulda inzibati işçilər hazırlayan məktəbdə təhsil alıb. 1914-1917-ci illərdə Osmanlı ordusunda xidmət etmişdir. Fələstinin ingilis qoşunları tərəfindən işğalından sonra hərbi idarənin rəsmisi oldu. O, Qüdsdə millətçi ərəb gənclərinin iki ən böyük təşkilatından biri olan Ərəb Klubuna rəhbərlik edib. Əl-Hüseyni 1920-ci ilin aprelində Qüdsdə yəhudilərə qarşı iğtişaşlar təşkil etdiyinə görə Britaniya imperiya məhkəməsi tərəfindən qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilmiş, lakin həmin ilin avqustunda əfv edilmişdir. 1921-ci ilin mayında Britaniyanın ali komissarı Herbert Samuel Hüseyni Qüds müftisi təyin etdi (1921-ci ilin martına qədər bu vəzifəni onun ögey qardaşı tuturdu). Hüseyni 1929-cu ildə yəhudi talanlarının təşkilində fəal iştirak edib. 1931-ci ildə 22 İslam ölkəsinin iştirak etdiyi Ümumdünya İslam Konfransının sədri olub.1936-cı ildə Əl-Hüseyni sonradan Yaxın Şərqdə Üçüncü Reyxin maliyyəçisi kimi tanınan isveçrəli bankir Fransua Genotla görüşür. Çak Morseyə görə, 1930-cu illərdə Fələstində baş tutan ərəb üsyanı zamanı nasistlər əl-Hüseynini maliyyələşdiriblər.. 1936-cı il fevralın 11-də Hitleryugend modelində yaratdığı “Al Futuvvah” gənclər təşkilatının ilk toplantısında çıxış edərək, Adolf Hitlerin 6 ardıcılı ilə mübarizəyə başladığını və hazırda 60 milyon nəfər tərəfdarının olduğunu qeyd etdi. "Əl Futuvvah" həm 1936-1939-cu illər iğtişaşları zamanı, həm də 1948-ci ildə əsas gizli ərəb qruplaşmasına çevrildi.1936-cı ildə ərəb partiyalarının Nablusda keçirilən konfransında 1936-1939-cu illərdə ərəb üsyanına rəhbərlik edən Hüseyninin başçılığı ilə Ali Ərəb Komitəsi təşkil edildi. Polkovnik Frederik Kiş 1938-ci ildə yazırdı: İkinci Dünya müharibəsi illərində İkinci Dünya müharibəsinin əvvəlində Britaniya hakimiyyəti əl-Hüseynini müfti vəzifəsindən uzaqlaşdırdı. O, qaçdı, lakin Dəməşq və Beyrutdan ərəb üsyanına rəhbərlik etməyə davam etdi. 1940-cı ildə əl-Hüseyni İraqa getdi və burada 1941-ci ildə almanpərəst Rəşid əl-Qaylaninin Britaniya əleyhinə çevrilişində iştirak etdi. Çevrilişin ingilislər tərəfindən yatırılmasından sonra o, İtaliyada, sonra isə Üçüncü Reyxdə yaşamışdır. O, Almaniya hökumətindən ayda 50.000 marka məvacib alırdı. Müqayisə üçün qeyd edək ki, Alman feldmarşalı həmən dövrdə ayda 25.000 marka məvacib alırdı. 28 noyabr 1941-ci ildə Berlində əl-Hüseyni ilə Adolf Hitler arasında görüş baş verdi. Berlindən yayılan xəbər bülletenində “Fürer ərəb milli hərəkatının ən görkəmli nümayəndələrindən biri olan Qüdsün baş müftisini salamlayıb” deyilirdi. Görüş zamanı əl-Hüseyni Hitleri “İslamın müdafiəçisi” adlandırmışdır və o, öz növbəsində müftiyə “Yaxın Şərqdəki yəhudi ünsürlərini məhv edəcəyini” vəd edib.Əl-Hüseyni görüşdə Hitlerə Almaniya və ərəblərin təbii müttəfiq olduğunu bildirib. Çünki onların ortaq düşmənləri mövcuddur - ingilislər, yəhudilər və kommunistlər. Əl-Hüseyni ümumərəb üsyanı təşkil edəcəyinə söz vermiş və alman ordusunda ərəb legionu yaratmağı təklif etmişdir. Hitler Fələstində “yəhudi milli ocağını” ləğv edəcəyini və müharibədən sonra ərəblərə müstəqillik verəcəyini vəd vermişdir. Lakin Hitlerin rəsmi olaraq belə bir bəyanatı olmamışdır. 2010-cu ildə açıqlanan ABŞ kəşfiyyat xidmətlərinin məlumatına görə, Hitler əl-Hüseyniyə Qafqazdan və Afrika Korpusunda xidmət edən alman qoşunlarının “Yaxın Şərqdəki ərəbləri azad edəcəyini” və “Almaniyanın əsas məqsədinin yəhudilərin məhv edilməsi olacağını” vəd edib.Əmin əl-Hüseyni Yuqoslaviyada Müsəlman Bosniyalılardan ibarət SS diviziyasının ("Xəncər" 13-cü SS Dağ Diviziyası) yaradılmasına kömək etmışdi.Bundan əlavə, o, Vermaxtın himayəsi altında minlərlə ərəb legionu yaratmağı təklif etmışdi. 1943-cü ildə o, şəxsən Üçüncü Reyxin xarici işlər naziri İoahim fon Ribbentropa müraciət edərək, 5000 yəhudi uşağının Bolqarıstandan Fələstinə mühacirətinin qarşısının alınmasını tələb etdi. Təl-Əvivi bombalamaqda israr edir, alman paraşütçülərinin Fələstinə endirilməsini tələbini qoyurdu. 1944-cü il martın 1-də Berlin Radiosunda müfti bütün İslam dünyasını yəhudilərə qarşı cihada çağırdı. O, bəyan etdi: “Ərəblər! Bir olaraq ayağa qalxın və müqəddəs hüquqlarınız üçün mübarizə aparın. Yəhudiləri harada görsəniz öldürün. Bu, Allaha da, tarixə də, dinə də xoşdur. Bu sənin namusunu qoruyar.”Müfti müharibədən sonrakı dövrdə də nasistlərlə yaxşı münasibət saxlayıb. Onun yaxın dostları arasında, məsələn, Yozef Gebbels idarəsinin ideoloqu İohann von Leers də olmuşdur. Müharibədən sonrakı fəaliyyəti Almaniyanın məğlubiyyətindən bir müddət əvvəl əl-Hüseyni daha iki tərəfdaşının müşayiəti ilə Avstriyanın Klaqenfurt şəhərindən üzərindəki nişanları rənglənmiş Siebel Si 204 DL + NT tipli təlim təyyarəsi ilə İsveçrəyə uşdu. Burada Bern-Belpdə endikdən sonra aerodromda sığınacaq istədi. Bütün səylərinə, Əmir Şakib Arslanın və Misir səfirinin köməyinə baxmayaraq, İsveçrə hakimiyyəti müftiyə və onu müşayiət edənlərə sığınacaq verməkdən imtina etdikdə və iki alman pilotu Almaniyaya göndərəndə o, fransızlara təslim olmaq qərarına gəldi. O, fransızlar tərəfindən Konstans keçid məntəqəsində həbs edildi. Əvvəlcə Parisin Çerçe-Midi həbsxanasında, sonra isə Paris yaxınlığındakı villada saxlanıldı. Əl-Hüseyni Yuqoslaviya hakimiyyəti tərəfindən mühakimə olunacaq nasist hərbi cinayətkarlar siyahısına salınmışdı. Lakin Ərəb Dövlətləri Liqası marşal Titoya müftinin ekstradisiyasında israr etməmək xahişi ilə müraciət etdi.1946-cı ildə əl-Hüseyni Fransadan qaça bildi və Qahirədə məskunlaşdı. 1948-ci ildə Ərəb-İsrail müharibəsində ərəblərin məğlubiyyətindən sonra Əl-Hüseyni Qəzzəda (Misir qoşunları tərəfindən işğal edilmiş) "ümum Fələstin hökuməti" yaratdı. Lakin onun real gücü yox idi və onun höküməti tezliklə dağıldı. Sonralar əl-Hüseyni Qahirədə və Beyrutda yaşadı, panislamist xarakterli siyasi fəaliyyətlə məşğul oldu. Əmin əl-Hüseyni Haşimilər sülaləsinin, xüsusən 1951-ci ildə Qüdsdə Əl-Hüseyni tərəfdarlarından biri tərəfindən öldürülən İordaniya kralı Abdulla ibn Hüseynin qatı əleyhdarı idi. Fələstin Muxtariyyətinin Qüds məsələləri üzrə keçmiş komissarı Feysəl əl-Hüseyni onun nəvəsidir. Əmin əl-Hüseyni 4 iyul 1974-cü ildə Beyrutda vəfat etmişdir. Müasirlərinin rəyləri Fələstində ingilis və yəhudilərə qarşı mübarizədə əl-Hüseyninin silahdaşlarından biri, Ərəb Azadlıq Ordusuna komandanlıq edən, əvvəllər müfti tərəfindən Böyük Britaniya və Fransaya işləməkdə ittiham edilən Fəvzi əl-Kavukci onu tam cahil adlandırır. Əl-Kavukçu onu mütləq və qeyri-səlahiyyət iddiasında, ərəblər arasında populyarlıq uğrunda mübarizədə rəqiblərin meydana çıxmasına imkan verməyən eqosentrik, eləcə də bütün müxaliflərə xəyanət etməkdə günahlandıran və təsir gücünə malik olan digər insanları öldürmək əmri verən gücə can atan bir şəxs kimi təqdim edir. Xarici keçidlər Husseini, Haj Amin (1895–1974) at passia.org (with photos) 10 December 1941. Deutsche Wochenschau No. 588. The Fuhrer receives the Grand Mufti (Haj Amin al-Husseini) of Jerusalem — YouTube
https://az.wikipedia.org/w/index.php?curid=733525
Əmin ər-Reyhani
Əmin ər-Reyhani (24 noyabr 1876[…] – 13 sentyabr 1940[…]) — Livan yazıçısı. Əmin ər-Reyhani Qərbdə təhsil almasına və uzun müddət Amerikada yaşayıb-yaratmasına baxmayaraq, Şərq ruhuna həmişə sadiq qalmış, Şərq dəyərlərini tərənnüm etmiş, insanın mənəvi kamilliyini sivi-lizasiyanın zahiri cazibəsindən uca tutmuşdur. O, bütün yaradıcılığı boyu Şərqin prioritetliyini bu və ya digər formada nəzərə çarpdırmağa çalışmışdır. Lakin bu ideyanın ən aşkar və təsirli ifadəsi "Mən Şərqəm" şeirində öz əksini tapmışdır. Aida İmanquliyeva yazır: "Əmin ər-Rey-haninin "Mən Şərqəm" şeirində Şərqin keçmiş əzəməti barədə düşün-cələr yer alır, Şərq rəmzə çevrilir; günəş buradan doğur, həyatın başlanğıcı, insan oğlunun yer üzərində ilk addımlarını atdığı yer buradır".Əmin ər-Reyhani heç də sadəcə yazıçı olmayıb, həm də öz döv-rünün böyük mütəfəkkiri idi. Şərq və Qərbin sintezi ideyası onun bütün yaradıcılığından qırmızı xətlə keçir. Bu məqsədə xidmət etmək üçün həm Şərq, həm də Qərb ədəbi-bədii ənənələrini ehtiva edən yeni ruhlu bir ədəbiyyatın yaradılmasında fəal iştirak edir. Eyni məfkurəli, müasir düşüncəli ərəb mühacir şairləri öz səylərini birləşdirmək üçün "Qələmlər birliyi" adlanan yeni ədəbi təşkilat yaradırlar. A. İmanquliyeva yazır: ""Qələmlər birliyinin" üzvləri ərəb ədəbi-yyatında mənsur şeir janrını yaratdılar ki, bu da həm nəsrin, həm də po-eziyanın inkişafında bir addım irəliyə doğru hərəkət idi. Bu janrın müəllifi ərəb dünyasında tanınmış yazıçı və publisist Əmin ər-Reyhani idi".Aida xanımın tədqiqatları göstərir ki, ərəb romantikləri arasında Cübranın yaradıcılığı daha universal və ümumbəşəri səciyyə daşıdığı halda, ər-Reyhanidə realizmə doğru ciddi addımlar atılmış, Nüaymə isə realizm metodunu tam mənimsəyərək, sanki romantizmlə realizmin kə-sişmə zolağında yazıb-yaratmışdır. Təsadüfi deyildir ki, A.İmanquliye-va M.Nüaymənin yaradıcılığı ilə bağlı "əsl mənada realist ənənələrdən" danışır və bunu klassik rus ədəbiyyatının təsiri ilə izah edir. Ümumi planda baxdıqda Cübran əsasən kosmik insan idealını, ər-Reyhani klassik Şərqi, Nüaymə isə yaşadığı gerçək ərəb mühitini və onun problemlərini tərənnüm edir. Əmin ər-Reyhanidə romantizm öz yaşadığı dövrdən daha çox keçmiş dövrə yönəlidir. Bayron yunanların keçmişindən böyük iftixarla yazdığı kimi, ər-Reyhani də orta əsr islam sivilizasiyasını bir ideal kimi götürür. "Ər-Reyhaninin milli xarakterlə şərtlənmiş maraqların vəhdəti kimi təqdim etdiyi ərəblərin keçmişinin idealizəsi onun romantizminə özünəməxsusluq və xüsusi kolorit verir. Nə mübarizə, nə ziddiyyət, nə istismar, nə ictimai təbəqələşmə onun tərəfindən nəzərə alınmır, o, bütövlükdə keçmişdə çiçəklənmə və əzəmət dövrünü yaşamış bir millət haqqında danışır".Romantik poeziya insanları cari həyatın nasiranəliyindən ayıraraq böyük ideallar uğrunda mübarizəyə səsləyir, amma bu mübarizə çox vaxt mücərrəd olur. Müxtəlif romantik şairlətin yaradıcılığında mübariz ruhun real həyatla əlaqəsi fərqli səviyyələrdə ortaya çıxır. Amma bir həqiqət danılmazdır. İnsanın mənəvi həyatı daxili çarpışma və zid-diyyətlərdən məhrum olanda o, inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. Mənəvi qadağalarla rasional düşüncə və fəaliyyət, ətalət qüvvəsi ilə hərəkətverici qüvvə bir-birinə tən gələndə isə insanın birtərəfli inkişafına, mənəvi deformasiyasına yol verilmir. İnsan təbii ki, həmişə yeniliyə can atır. Lakin hər bir yeniliyə qarşı daxili müqavimət hissi də olmalıdır. Bu hiss həddindən artıq olanda durğunluq, zəif olanda – özbaşınalıq, anarxiya yaranır. Şərq təfəkküründə ənənəçilik çox güclüdür. O hər cür yenilikçi fəaliyyət qarşısında böyük sədlər çəkir. Şərqə məxsus ətalət də buradan yaranır. Lakin bu ətalətə qeyd-şərtsiz pis hadisə kimi, geriliyimizin sə-bəbi kimi qiymət vermək dayazlıqdır, metafizik yaxınlaşmadır. Ətalət həm də vəznin ağırlığı deməkdir ("ağır otur, batman gəl"). Əlbəttə, fizi-kadan məlum olan "ətalət – kütlə ölçüsüdür" fikrini kor-koranə surətdə sosial-mənəvi həyata aid etmək düzgün olmazdı. Lakin buradakı açıq-aşkar uyğunluğu da inkar etmək mümkün deyil. Şərqdə fikir sahəsində, mənəvi sferada dəyişkənlik, mütəhərriklik "yüngüllük" kimi – mənfi mənada; sabitlik, ətalətlilik isə "ağırlıq" kimi – müsbət mənada qiy-mətləndirilir. Bu, doğrudur ki, insanı insan edən məhz mənəvi qadağalar, əxlaqi sədlərdir, nəfsi buxovlayan ətalət qüvvəsidir. Lakin bu sədlər özü də hər bir inkişaf mərhələsində ağıl süzgəcindən keçməli, bir növ filtr – təmizləyici rolunu oynamalıdır. Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir. Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri dağıtdı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf etdi-rərək onun üzərindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və intellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sər-vətimiz olan mənəvi səddin üstündən keçə bilmədiyimizdən onun altın-dan keçməyə çalışırıq. Lakin görəsən bünövrəsi artıq oyulmaqda olan bu nəhəng səddin tarixin sınağına davam gətirəcəyinə ümid etmək olarmı? Bizcə, neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın tufan-larından, dağıdıcı təsirlərindən qorunub saxlanması, "milli-mənəvi də-yərlərin ümumbəşəri dəyərlərlə birləşdirilməsi" üçüncü minilliyin asta-nasında Şərq xalqları qarşısında duran ən böyük tarixi vəzifədir. Vaxtında bu problemə diqqət verilmədiyindən İslam Şərqi texn-ki inkişaf sahəsində Qərblə rəqabətdə çox geri qalmışdı. Ərəb Xilafəti-nin son dövrlərində olduğu kimi, Osmanlı dövründə də elmə münasibət məsələsində tutulmuş qüsurlu mövqe öz acı bəhrələrini vermişdi. Bu cəhət Əmin ər-Reyhaninin də yaradıcılığında öz əksini tapmışdır. Şairin fikrinə görə, elmi-praktik düşüncəyə etinasızlıq nəinki ərəblərin, bütöv-lükdə Şərqin geri qalmasını şərtləndirən səbəblərdən biridir. Heç olmaz-sa, bundan sonra "onlar əqli-elmi xüsusiyyət əldə etməli və özlərini pla-netimiz haqqında sosioloji və əxlaqi tətbiqləri də olan müəyyən təməl həqiqətlərə uyğunlaşdırmalıdırlar".Ancaq dini kitabların öyrənilməsi ilə kifayətlənərək Təbiət kitabı-nı oxumağa səy göstərmədikləri üçün İslam dünyasında elm doğrudan da, çox geri galmışdı. Əmin ər-Reyhani bu məsələni də diqqətə çatdırmağa çalışırdı. "Xalidin kitabı" da – əslində Xalidin dünyası məna-sındadır. Dünya, təbiət özü də bir kitabdır. Əsərin adı seçilərkən Quran ilə Təbiətin bir-birinə adekvat kitablar olması barədə ideyaya işarə edilmişdir. Əmin ər-Reyhani "Xalidin kitabı" əsərində yazır: "Burada, Təbiətin bu böyük Məscidində mən öz Quranımı oxuyuram. Mən, Xalid, hə-yatın səhrasındakı bir bədəvi, düşüncə yolunda bir divanə, mənə açıq yeganə ibadət məkanı olan bu möhtəşəm Məscidə onun ilahi görünü-şünün ətirli aurasında sınmış könlümü müalicə etmək üçün gəlirəm. Bu-rada mehrablar nə bu, nə də başqa yöndədir. Lakin burada hansı tərəfə dönürsən dön, Allahın canlı ruhunun hər zaman mövcud olduğu bir sığınacaq vardır."İstər bu mühakiməsində, istərsə də başqa yazılarında ər-Reyhani əslən xristian olmasına baxmayaraq, daha çox dərəcədə İslam dininin rəmzlərindən istifadə edir. Çünki vəhdət ideyası məhz İslamda təhrif olunmadan, ən yüksək səviyyədə, hətta belə demək mümkündürsə, ro-mantik poeziyanın ruhuna uyğun surətdə ifadə olunur. Ərəb romantik şairləri üçün din ancaq mənəvi aləmə aid olmaqla texnogen sivilizasiyadan asılı olmadan mövcuddur. Əmin ər-Reyhani daha çox dərəcədə dinin əxlaqi funksiyasını önə çəkir və yaxud bu iki mənəvi dəyərin eyniyyəti prinsipindən çıxış edirdi. Bununla əlaqədar Aida İmanquliyeva yazır: "Ər-Reyhaninin dini "əxlaqi hiss" kimi anlaması bilavasitə mənəviyyat problemləri ilə əlaqədardır. Onun nəzərində Allah ən ali mənəvi qanundur".Əmin ər-Reyhani Şərq ruhunun da ən çox dinlərdə yaşadığını nəzərə alır, İslam dəyərlərinə, xüsusən, təsəvvüf fəlsəfəsinə böyük rəğbət bəsləyirdi. "Mən Şərqəm," – deyən şair təsəvvüfə biganə qala bilməzdi. Çünki Şərq düşüncəsinin mahiyyəti, mənəvi kamilləşmə yolu özünün nəzəri-konseptual, habelə bədii-estetik və prakrik-həyati təcəssümünü ən çox sufi fəlsəfəsində tapmışdı. Əmin ər-Reyhaninin bütün yaradıcı-lığına təsir edən təsəvvüf ideyaları ən çox "Mistiklərin nəğməsi…" kitabında tərənnüm olunur. O, öz təsəvvüf ideyalarına bağlılığını böyük sufi mütəfəkkirlərinə həsr etdiyi şeirlərində də ifadə edir. Göründüyü kimi, Reyhani İslam dünyasının böyük mütəfəkkirlə-rindən biri məşhur sufi şairi İbn Ərəbini Həqiqətin dili hesab edir və Peyğəmbər dedikdə Cübran kimi, o da Məhəmməd Mustafanı nəzərdə tutur. Onun ingilis dilində yazdığı şeirlərinin çoxunda tanrıdan bəhs olunarkən "God" yox, məhz "Allah" sözü işlənir ki, bu da İslam dininə bağlılıqdan irəli gəlir. Digər misralarında işlətdiyi "Allah rəhmandır, Allah mehribandır", "Allah rəhimdir, Allah şəfqətlidir", "Allah görəndir, Allah müdrikdir" ifadə-ləri birbaşa Qurandan götürülmüşdür. Mənşəcə xristian olmasına baxmayaraq, özünü dərk etdikcə, islami dəyərlər onun yaradıcılığının əsas motivinə çevrilir. O, Qərb sivilizasiyasına alternativ olaraq klassik Şərqə qayıdış ideyasını irəli sürəndə məhz İslam mədəniyyətinin ilk dövrünü nəzərdə tutur. Bununla belə, Reyhaninin ədəbi irsi ancaq İslam mədəniyyəti və hətta bütövlükdə Şərq dəyərləri ilə məhdudlaşdırıla bilməz. Burada Qərb romantik poeziyasının böyük təsiri də mütləq nəzərə alınmalıdır. Qərbin elm və mədəniyyətinə yiyələndikdən sonra geriyə – vətə-nə qayıtmaq və qalxdıqları yeni səviyyənin imkanlarından öz xalqı üçün istifadə etmək, Şərqi düçar olduğu xəstəliklərdən müalicə etmək təşəbbüsləri Reyhaninin əsərlərində də öz əksini tapmışdır. O. Öz həyatı ilə bir nümunə olmaqdan başqa, Şərq adamı üçün Qərbə münasibətin ideya əsaslarını da müəyyən etmiş, öz elmi-fəlsəfi və bədii yaradıcılığında bu problemləri açmağa çalışmışdır. Reyhaninin tədqiqatçılarından Naci Oucan onu Bayronla müqa-yisə edərək yazır: "Xalidin Şərqdən Qərbə ziyarəti və geriyə Şərqə qa-yıtması ilə, Çayld Haroldun Qərbdən Şərqə ziyarəti və geriyə Qərbə qayıtması arasında bir çox yöndən paralelliklər var. Hər ikisi də tipik romantik məsələlərdir ki, özünü liberallaşdırma və özünü universallaşdırma məqsədini daşıyır". Burada heç də zahiri bənzəyişdən söhbət get-mir. Söhbət heç də bir mədəniyyət nümayəndəsinin başqa bir mədəniy-yət məkanına keçib geri qayıtmasından getmir. Özünü axtaran insan öz yaşadığı maddi və ictimai mühitdə özünü tapa bilməyən insan bu hüdudları keçməyə çalışır. Və ancaq bu zaman öz daxili mənəvi poten-sialının gücü ilə ənənə divarlarını aşır. Coğrafi mənada sərhədlərin ke-çilməsi, başqa bir sivilizasiyanın bərqərar olduğu məmləkətə səfər et-mək burada əslində simvolik səciyyə daşıyır. Düzdür, həm Bayronun, həm də Reyhaninin qəhrəmanı hadisələr dünyasında da yerlərini də-yişirlər. Bu, özünü öz muhitinin fövqündə tapmaq təşəbbüsüdür. Bax, buna görə də qəhrəmanların hərəkət istiqamətləri bir-birinə tam əks olsa da, hərəkətin motivi eynidir və eyni mahiyyətin açılışına xidmət edir. Əmin ər-Reyhaninin "Xalidin kitabı" əsərinin Bayronun Çayld Harold əsəri ilə müqayisəsi romantik vüsət baxımından, habelə müəy-yən ideya paralelləri olması baxımından məqbul sayıla bilsə də, Çayld Harold hər halda Qərb yaradıcılıq ənənəsinin məhsuludur. "Xalidin ki-tabı" isə ictimai həyat hadisələrinin təsvirindən çıxan bir dramatizmi deyil, insan düşüncəsinin daxili dramatizmini ifadə edir. Yəni əslində, dünyanı seyr edən insanın düşüncələri ictimai həyatdan intixab edilsə də, bu həyatın özü arxa planda qalır, önə çıxan isə onun interpretasiyası və hətta xeyli dərəcədə mücərrəd və ümumi fikirlər səviyyəsindəki in-terpretasiyasıdır. Burada müxtəlif xarakterli, müxtəlif düşüncəli və fərqli həyat tərzləri və məqsədləri olan insanlar arasındakı münasibət yox, bir şəxsin baş verən hadisələrə, həyata, dünyaya münasibəti təcəs-süm olunur. Başqa sözlə desək, müəllifin ideyası poliloq və ya dialoq şəklində deyil, monoloq şəklində açılır. Bu üsluba biz Qərb yazıçıların-dan daha çox məhz şərqlilərin yaradıcılığında rast gəlirik. Ə. Reyha-ninin dostu və həmkarı C. X.Cübranın "Peyğəmbər"i də bir şəxsin dü-şüncələri – monoloq üslubunda qurulmuşdur. Maraqlıdır ki, Azərbay-can ədəbiyyatında öz janrına və üslubuna görə, unikal əsər kimi görü-nən "Azər" (Hüseyn Cavid) poeması da bu qəbildəndir. Əsərin qəhrə-manı, əslində iri həcmli bu poemanın yeganə fəal obrazı və subyekti olan Azərin bütün fəaliyyəti də düşüncələrdən mülahizələrdən ibarət-dir. Belə qəhrəmanlar nəzərimizdə istər-istəməz müəllifin öz obrazı ki-mi canlanır. Cəmiyyət ancaq bir tablo kimi nəzərdən keçirilir, bir kitab kimi vərəqlənir və biz hər bir səhifədə müəllifin hökmlərini eşidirik. Aida İmanquliyeva yeni ərəb ədəbiyyatı korifeylərinin nümunə-sində romantik poeziyanın və hətta inqilabi düşüncənin geniş təhlilini verir ki, bu təhlil həmin dövrdəki Azərbaycan ədəbiyyatının metodoloji baxımdan düzgün dəyərləndirilməsi üçün də çox qiymətlidir. Ən baş-lıcası isə odur ki, Aida xanım müvafiq problematika ilə əlaqədar Qərb mütəfəkkir-şairlərinin dünyagörüşünü, baxışlarını tədqiqata daxil etməklə Qərbin ictimai və kulturoloji təcrübəsini nəzərə almağa imkan verir. Aida xanın sadəcə təhlil etmir, o, Şərqi fitrən duyduğuna görə, Qərb romantik ədəbiyyatında düşüncədən deyil, ruhdan, könüldən gələn məqamları, Qərbin ədəbi-bədii gerçəkliyində iz qoymuş Şərq motivlərini asanlıqla ayırd edir.
https://az.wikipedia.org/w/index.php?curid=427333
Əminabad (Bostanabad)
Əminabad (fars. امين اباد) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (6 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687315
Əminabad (Takab)
Əminabad (fars. امين اباد) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 378 nəfər yaşayır (77 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=475879
Əminabad (Çaroymaq)
Əminabad (fars. امين اباد) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (18 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=614411
Əminabad (Əsədabad)
Əminabad (fars. امین‌آباد) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 34 nəfər yaşayır (10 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=685076
Əminağa Sadıqov
Əminağa Sadıqov (18 dekabr 1962, Lerik) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini. Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1985-ci ildə adı çəkilən universiteti bitirmişdir. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir. 2021–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində işləmişdir. 12 yanvar 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur. Ana dilindən başqa ingilis, rus, türk və ukrain dillərini bilir. Evlidir, 1 qızı və 2 oğlu var. Əmək və elmi fəaliyyəti Əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi başlamışdır. 1988-ci ildən AMEA-nın Rəyasət Heyətində elmi katib, baş mütəxəssis, 1998-ci ildən AMEA Rəyasət Heyəti Elmi-Təşkilat Şöbəsinin rəisi, 2013-cü ildən isə AMEA Rəyasət Heyəti Elmi-Təşkilat İdarəsinin rəisi, 2015-ci ildən AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 11 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir. 2021–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində işləmişdir. 12 yanvar 2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edilmişdir. Müxtəlif illərdə Azərbaycanın aparıcı universitetlərdə pedaqoji fəaliyyət göstərmişdir. Əqli mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, İdarəetmə Sistemləri İnstitutunda və Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində fəaliyyət göstərən dissertasiya şuralarının üzvü, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının eksperti, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmşünaslıq üzrə Elmi Şurasının üzvüdür. Əminağa Sadıqov dünyanın 40-a yaxın ölkəsində, o cümlədən Amerika Birləşmiş Ştatları, Kanada, İsrail, Almaniya, Fransa, Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsveç, Malayziya və s. ölkələrdə keçirilmiş 60-dan çox nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Respublikasını və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil etmişdir. Əminağa Sadıqov 190 elmi əsərin, o cümlədən 4 elmi monoqrafiyanın, 6 kitabın, habelə 2 patentin və 2 ixtiranın müəllifidir. Onun elmi rəhbərliyi ilə 2 elmlər doktoru, 5 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Hazırda elmlər doktoru pilləsi üzrə 3 doktorantın elmi məsləhətçisi, fəlsəfə doktoru pilləsi üzrə 5 doktorantın elmi rəhbəridir. Mükafatları Əminağa Sadıqov Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının medalı ilə təltif olunub. Səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə 4 dəfə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. Beynəlxalq Reytinq Akademiyasının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medallarına, həmçinin bir sıra beynəlxalq və respublika səviyyəli qeyri-hökumət təşkilatlarının təltiflərinə layiq görülmüşdür. 2017-ci ildə Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilən rəy sorğusuna görə Ə. Sadıqov "İlin nüfuzlu ziyalısı" ali media mükafatına layiq görülmüşdür. Həmçinin bax "Tərəqqi" medalı ilə təltif edilənlərin siyahısı İdarəetmə Sistemləri İnstitutu
https://az.wikipedia.org/w/index.php?curid=383225
Əminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1019 nəfərdir. Toponimiyası Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=86565
Əminşəhr
Əminşəhr — İranın Kirman ostanının Anar şəhristanınında şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,044 nəfər və 989 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=290650
Əminə
Əminə (ərəb. أمينة) — qadınlara verilmiş bir ərəbcə addır. Əminə Ağazadə Əminə Babayeva Əminə Dilbazi Əminə Ərdoğan Əminə Nağıyeva Əminə Salamova Əminə Yusifqızı
https://az.wikipedia.org/w/index.php?curid=798717
Əminə Ağazadə
Əminə Həmid qızı Ağazadə (26 mart 1980, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü;MDB Parlament Assambleyasının Hüquq Komissiyasının sədr müavini, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü. Əminə Ağazadə 26 mart 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır.1986-cı ildə Bakı şəhər 20 №li orta məktəbinə qəbul olunmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə təhsilimi fərqlənmə diplomu ilə bitirib, ali peşə istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. 2001-ci ildə Bakı Dövlət Universitetinin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistraturaya daxil olmuş, 2003-cü ildə Bakı Dövlət Universitetinin magistraturanı fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsini almışdır. Ailəlidir, bir övladı var. 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Prokurorluq orqanlarında ilk dəfə keçirilən müsabiqədə iştirak etmişdir. Test və söhbət mərhəlsindən ibarət müsabiqədə yüksək bal toplayaraq 27 dekabr 2002-ci il tarixində Bakı şəhəri Sabunçu rayon prokurorluğuna stajor-müstəntiq vəzifəsinə təyin olunmuşdur. 2004-cü ilin fevral ayında bir illik stajorluq müddətini başa çatdırdıqdan sonra uğurla attestasiyadan keçərək, Baş Prokurorluğun Ali Attestasiya Komissiyası tərəfindən bir il sınaq muddəti ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilin avqust ayından Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbəsinə ezam olunmuşdur. 2006-cı ilin fevral ayında ona Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbə prokuroru vəzifəsinin icrası həvalə edilmiş, 28.03.2007-ci il tarixində yenidən təşkil edilmiş Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsinə təyin olunmuşdur. 23 iyun 2011-ci il tarixindən həmin idarənin böyük prokuror-metodisti vəzifəsində çalışmışdır. 2017-ci ilin aprel ayından ədliyyə müşaviri xüsusi rütbəsindədir. Səmərəli işə, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun normativ-hüquqi bazasının yaradılmasında, Baş Prokurorluğun təşkil etdiyi beynəlxalq tədbirlərin keçirilməsində fəallığa görə Respublika Prokurorluğunun rəhbərliyi tərəfindən dəfələrlə xidməti qaydada həvəsləndirilmişdir. İnsan hüquqlarının qorunması mövzusunda prokurorluq və digər hüquq-mühafizə orqanlarının əməkdaşları üçün seminar və tədris kurslarını təşkil etdiyinə görə Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən fərqləndirilmişdir. Bir sıra beynəlxalq forum, konfrans və seminarlarda fəal iştirak etmişdir. 2006-cı ildən Beynəlxalq Prokurorlar Assosiasiyasının, 2007-ci ildən isə Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının fərdi üzvüdür. 57 saylı Kürdəmir seçki dairəsindən VI çağırış Milli Məclisin deputatıdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan — Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, bir sıra digər ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in və MDB-nin Parlament Assambleyalarında nümayəndə heyətinin üzvüdür. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə komissiyanın üzvüdür. MDB PA Hüquq Komissiyasının sədr müavinidir. Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Azərbaycan, rus və ingilis dillərini bilir. Bitərəfdir, siyasi partiyaların üzvü olmamışdır. Azərbaycan Respublikası Baş prokurorunun 28 sentyabr 2018-ci il tarixli əmri ilə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=666196
Əminə Babayeva
Babayeva Əminə Ağahüseyn qızı —Azərbaycanın tanınmış teatr və kino aktrisası.Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası,Azərbaycan Respublikasının Əməkdar Artisti (2019) Əminə Ağahüseyn qızı Babayeva 1950-ci ildə Bakı şəhərində anadan olub. Əminə Babayeva səhnə fəaliyyətini ilk illərdə görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi Xalq Teatrında başlayıb.İlk gündən irili-xırdalı bir çox uğurlu tamaşalarda çıxış edib.1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ildə Azərbaycan Dövlət Akademik Teatrından fəaliyyətə başlayıb.Teatrda ilk rolu X.Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub.Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib.Ə.Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. Əminə Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən "Poeziya axşamı","Komediyalar axşamı","Hekayələr axşamı" adlı verlişlərdə mütamati olaraq çıxış ediridi.Oynadığı bir çox teatr tamaşalar və televiziya tamaşaları Qızıl Fondda saxlanılır. 1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olmuş xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb.10 il səhnədən ayrı düşən aktrisa 10-ildən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlamışdır daha sonra Bakı Bələdiyyə Teatrında az müddət çalışmışdır.10 il ərzində aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə Ana roluna çəkilmişdir eləcədə bir neçə bədii filmlərdə rol almışdır. 2002-ci ildə televizya rejissoru Rövnəq Həsənli Əminə Babayevanın həyat və yaradıcılığından bəhs edən "Bu nağılın sonu yoxdu" adlı film çəkmişdir. 16 il Akademik Milli Dram Teatrından uzaqlaşdırmasından sonra 2006-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan Əminə Babayeva T.Kazımovun "İmzanının hökmü" tamaşasında Nazlı xanım obrazını yaratmışdır və o gündən teatrda fasiləsiz çalışır. Mükafatları 1976-cı ildə qadın rollarının ifasına görə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" elan edilmişdir. 10 Mart 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 10 Mart 2015-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. Teatr səhnəsindəki rolları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 1969-1990-cı illər Rəmziyyə("Bağ qonşuları"X.Vahidin ) Naz-Naz ("Yol ayrıcında", İslam Səfərli) Vəfa, Vəfanın qızı ("Xəyyam" Hüseyn Cavid) Fitnə ("Fitnə", Abdulla Şaiq) Rassa ("Nazirin xanımı", Branislav Nuşiç) (birinci quruluş, 1970-ci il) Qətibə ("Qılınc və qələm", Məmməd Səid Ordubadi) Polya ("Meşanlar", Maksim Qorki) Mələk ("İblis", Hüseyn Cavid) Xuraman ("Vaqif", Səməd Vurğun) Larisa ("Cehizsiz qız", Aleksandr Ostrovski) Kamilla ("Don Juan", Jan Batist Molyer) Mədinə ("Zaur və Təhminə", Anar) Səadət ("Əliqulu evlənir", Sabit Rəhman) Ceyran xanım ("Nişanlı qız", Sabit Rəhman) Leyla, Göyərçin ("Kəndçi qız", Mirzə İbrahimov) Dilbər ("Sevil", Cəfər Cabbarlı) İzida ("Darıxma, ana", Nodar Dumbadze) At Balaxanım ("Adamın adamı", Anar) Hekata ("Maqbet", Uilyam Şekspir) Çiçək ("Bağlardan gələn səs" İlyas Əfəndiyev) Ərəb bacı ("Qanlı Nigar" Sadık Şəndili) Ziba xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə) Nazlı ("Qarabağ əfsanələri" Qeybulla Rəsulov) Gözəl ("Məhəbbət yaşdadır" Nahid Hacızadə) Balaca qız ("Nakam qız" Aleksandr Şirvanzadə) Sofi ("Məkr və məhəbbət" Fridrix Şiller) Faişə ("Üç qurluşlu opera" Bertolt Brext) Ana ("Gecə döyülən qapılar"Nəbi Xəzri)2006-cı ilə Akademik Milli Dram Teatrında yenidən qayıdığı gündən teatrda oynadığı rollar Nazlı xanım ("İmzanının hökmü" Tofiq Kazımov) Missis Boyl ("Tələ", Aqata Kristi) Semeçka satan("Qatarın Altına Atılan Qadın" Afaq Məsud) Gülpəri ("Qaraca qız", Abdulla Şaiq) Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə) Kor qadın ("Şeyda" Hüseyn Cavid) Haykanuş ("Qarabağnamə", İlyas Əfəndiyev) Səltənət ("Oliqarx", Əfqan) Sava xala ("Nazirin xanımı", Branislav Nuşiç) (ikinci quruluş, 2014-cü il) Bibi ("Nadir Şah", Yunus Oğuz)İrəvan Dövlət Azərbaycan Dram Teatrı Mələk ("Əsgər anası" Ağarəhim Rəhimov) Nənə ("Elə bil qorxa-qorxa" Kamal Abdulla) Leyla ("Yalan" Sabit Rəhman) Mehriban ("Məhəbbət yaşayır hələ" (Hidayət) Filmoqrafiya Kişilər (film, 1979) - Fərruxbəyim Göz həkimi (film) - Lyuba Qeybdən gələn səs (film, 2002) - Səfiyyə "Bu nağılın sonu yoxdu" (sənədli film, 2002) - Özü Mötəbər insanlarımız (film, 2003) - iştirakçı Sonuncu şahid (film, 2004) - Selcanın nənəsi Sarıköynəklə Valehin nağılı (film, 1980) - Simuzər Mənziliniz mübarək (film, 1983) - Şumara Əlvida (film, 2007) - ana Bir az da Bahar bayramı (film, 1979) - ana Gürzə (film, 2008) - ginekoloq Bir ailəm var (teleserial, 2014)
https://az.wikipedia.org/w/index.php?curid=38402
Əminə Bağırova
Əminə Rəhim qızı Bağırova — Azərbaycanda neft sahəsi üzrə mühəndis, Sosialist Əməyi Qəhrəmanı (1960). Əminə Rəhim qızı Bağırova 1912-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Ə. H. Qarayev adına Bakı neftayırma zavodunda işləməyə başlamışdır. Əmək fəaliyyəti Əminə Bağırova zavodda ilk vaxtlar işə başladığı haqqında yazır: "Məni əvvəlcə operator vəzifəsinə götürdülər. Çətin vaxtlar idi. Cəbhə benzin və başqa neft məhsulları tələb edirdi. Təzə qəbul olunmuş fəhlələrin əksəriyyəti isə işi yaxşı bilmirdi. Qurğuların texnoloji rejimini öyrənmək üçün onlar xeyli vaxt sərf etməyə məcbur olurdular, bu isə xeyli məhsul itkisi demək idi. Mühəndislər, briqadalar, operatorlar gecə-gündüz növbədə durur, qocaman neftayıranların köməyi ilə işi qaydaya salır, yorula-yorula, istirahət saatlarından kəsə-kəsə prosesə bələd olurdular. Belələrindən biri də mən idim". Ə. Bağırova işlədiyi vaxtda istehsalatla yanaşı ictimai-siyasi işlərlə məşğul olmuş, dəfələrlə Bakı şəhər zəhmətkeş deputatları sovetinə deputat seçilmişdir. Ə. Bağırova 1952–1955-ci illərdə Moskvaya göndərilmiş, Neft Sənayesi Akademiyasında təhsil almış, oranı qurtardıqdan sonra yenə də 14-cü qurğuda işləməyə başlamışdır. Ə. Bağırova neftayırma sənayesində verdiyi səmərələşdirici təkliflərinə görə də fərqlənirdi. Həmin illərdə neft emalı zamanı benzinin xeyli hissəsi liqroinin tərkibində qalırdı. Onun səmərələşdirici təklifinin tətbiqi nəticəsində sənayedə benzinin sıxımı 15–20 faiz artdı, yarım milyon rubldan çox vəsaitə qənaət olundu. Ə. Bağırova səmərələşdirici təkliflərinə görə Ümumittifaq ixtiraçı və səmərələşdiricilər cəmiyyətinin üzvü seçilmişdir. Əminə Bağırova dəfələrlə xarici ölkələrdə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişdir. 1960-cı il sentyabrın 13-də Ə. Bağırova Türkmənistan qadınlarının III qurultayında iştirak etmişdir. 1961-ci il mayın 24-də zavodda birinci olaraq Əminə Bağırovanın rəis olduğu qurğuya "Kommunist əməyi briqadası" adı verilmişdir. Əməkdə qazandığı nailiyyətlərinə, səmərəli ictimai fəaliyyətinə görə 1960-cı ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Bu haqda Ə. Bağırova yazır: "Zavodda fədakar əməyi sahəsində orden və medallara layiq görülən yüzlərlə adam işləyir. Mənim əməyimi hökumətimiz tərəfindən yüksək qiymətləndirilmiş və neft sənayesində azərbaycanlı qadınlar arasında ilk dəfə olaraq mənə "Sosialist Əməyi Qəhrəmanı" adı verilmişdir". Ə. Bağırovanın rəis olduğu neftayıran qurğu hər il plandan əlavə min tonlarla açıq rəngli neft məhsulu istehsal etmişdir. "Hələ keçən il (1960) kollektiv dövlətə əlavə olaraq 16 min tondan çox neft məhsulu vermişdir, çoxlu yanacağa, enerjiyə, kimyəvi reagentə qənaət olunmuşdur". 1961-ci ilin noyabrın 17-də Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti Ə. H. Qarayev adına neftayırma zavodunun qurğu rəisi Ə. Bağırovaya verdiyi fəxri fərmanda Ə. Bağırovanın istehsalatda nailiyyətləri yüksək qiymətləndirilmişdir. Fərman neftayırma sənayesində əldə etdiyi nailiyyətlərə görə verilmişdir. 1960-cı ildə Ə. Bağırova Rumıniyada, 1963-cü ildə isə Çexoslovakiyada olarkən Ə. Bağırova bu ölkələrdə olduğu zaman istehsalatla maraqlanmış, buradakı neft sənayesi müəssisələrinin işi ilə yaxından tanış olmuşdur. Ə. Bağırova zavodda işlədiyi zamanlarda neftayırma sənayesində qadınların sayı briqadada artmağa başlamışdır. Bu haqda özü yazırdı: "Qadınlar müəssisənin dayağı, onun fəxridirlər. Azərbaycan neftayırma sənayesində Afərdə Kərimovanın şöhrəti geniş yayılmışdır. Zavodda isə operatorluqdan başlayan bu zəhmətkeşlər və yenilikçi mühəndis qurğu rəisi, son vaxtlarda isə sex rəisi vəzifələrinə irəli çəkilmişdir. Hazırda sexlərin birinin böyük mühəndisi olan Gövhər Daşdəmirova da əvvəllər sadə operator işləmişdir. 25 il operator köməkçisi işləmiş Zinyət Abbas qızı, operator Əzizə Bayram qızı, laboratoriya mühəndisləri Səmayə Əliyeva və Kamilə Eldarova da müəssisənin qabaqcıl qadınlarındandır". 1967-ci il mayın 18-də Ə. Bağırovaya verilmiş 5 saylı mandatdan məlum olur ki, o, Neft və Kimya Sənayesi Fəhlələri Həmkarlar İttifaqının onuncu Azərbaycan Respublika konfransına nümayəndə seçilmişdir. Ə. Bağırova Azərbaycan Kommunist Partiyasının XXV, Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultaylarının nümayəndəsi seçilmişdir. 1961-ci il noyabrın 18-də Ə. H. Qarayev adına Neftayırma zavodunun partiya və komsomol təşkilatı orqanında Ə. Bağırova "Daha səmərəli işləyən" adı altında məqalə dərc etdirmişdir. Məqalədə onun Sov. İKP XXII qurultayındakı təəssüratlarından bəhs edilir. Müharibə illərində Ə. Bağırova neftayırma zavodunun fəal işçilərindən biri olmuş, ona verilmiş tapşırıqları vaxtından əvvəl yerinə yetirmişdir. Bu illərdə əmək fəaliyyəti nəzərə alınaraq "1941–1945-ci illər Böyük Vətən müharibəsində şərəfli əməyinə görə" medalı ilə təltif edilmişdir. 1960-cı il martın 8-də Ə. Bağırova 8 mart Qadınlar bayramı münasibəti ilə Moskvada keçirilən bayram şənliyində iştirak etmişdir. Moskvada olarkən bir qrup nümayəndə heyəti ilə çəkdirdiyi fotoşəkil onun bu tədbirdə fəal iştirakından xəbər verir. Ə. Bağırova zavodda işlədiyi zaman plandan əlavə 37 min ton neft məhsulları istehsalına görə, Azərbaycan SSRİ Ali Sovetinin Fəxri fərmanı ilə də təltif edilmişdir. 1962-ci il yanvarın 23-də Ə. Bağırovaya verilmiş 111 saylı mandatdan məlum olur ki, Ə. Bağırova Neft və Kimya Sənayesi Fəhlələri Həmkarlar İttifaqının yeddinci Azərbaycan Respublika konfransının nümayəndəsi seçilmişdir. Əminə Bağırova əmək fəaliyyətinə görə "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə", "Beynəlxalq Qadınlar Federasiyasının 25 illiyi", "Azərbaycan neft sənayesinin 100 illiyi", "Azərbaycan SSR Əmək veteranı" medalları ilə təltif olunmuşdur. 1964-cü il avqustun 25-də Ümumittifaq Elmi Texniki Cəmiyyətinin Ə. Bağırovaya verdiyi fəxri fərman "SSRİ Neft-qaz sənayesinin 100 illiyi" münasibəti ilə hazırlanmış və neft-qaz sənayesi elmi-texniki cəmiyyətinin bal üzvlüyünə görə verilmişdir. Ə. Bağırova otuz il ərzində Ə. H. Qarayev adına zavodda fəaliyyət göstərdiyi üçün bu müəssisənin 75 illiyi münasibətilə "Şərəf nişanı" ilə təltif edilmişdir. Əminə Rəhim qızı Bağırova 17 mart 1985-ci ildə Bakıda vəfat etmişdir. Ə. Bağırovaya məxsus Milli Azərbaycan Tarixi Muzeyində, Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda iki ədəd mayenin istilik dərəcəsinin ölçülməsi üçün termometr, Sənədli mənbələr fondunda əmək fəaliyyətinin ilk illərinə aid fotoşəkli, Bakı şəhər Deputatları Sovetinə deputat seçilməsinə dair vəsiqə, əmək fəaliyyəti nəzərə alınaraq "1941–1945-ci illər Böyük Vətən müharibəsində şərəfli əməyinə görə" Medalın vəsiqəsi, 1958-ci il iyunun 22-də Ümumittifaq ixtiraçı və səmərələşdiricilər cəmiyyətin ona verdiyi 4679 saylı üzvlük bileti, 1960-cı il sentyabrın 13-də Ə. Bağırova Türkmənistan qadınlarının III qurultayında iştirakına görə verilmiş 481 saylı mandatı, şəhadətnaməsi, fərmanı kolleksiyaları mühafizə edilir. Xarici keçidlər Milli Azərbaycan Tarixi Muzeyi-2008. Bakı, 2008
https://az.wikipedia.org/w/index.php?curid=614402
Əminə Buğra
Əminə Buğra (çin. ənən. 愛美娜 1920) — Çində uyğur siyasətçi. 1948-ci ildə Çin Respublikasının parlamenti "Qanunverici Yuan"a seçilən ilk qadınlardan olmuşdur. O qanunverici orqana Sincan əyalətindən seçilmişdir. Əminə Buğra uyğur siyasi lideri Məhəmməd Əmin Buğranın həyat yoldaşı idi. O, Sincan Qadınlar Birliyinin sədr müavini və Çin Respublikası Konstitusiyasını hazırlayan Konstitusiya Milli Məclisinin üzvü olmuşdur. 1948-ci ildə Sincandan Çin Respublikasının parlamenti Qanunverici Yuana seçilmişdir. Əminə Buğra Çin tarixində parlamentə seçilən ilk qadınlardan idi. O, seçildikdən sonra qanunverici orqanda Siyasi və Yerli Özünü İdarəetmə Komitəsində, Xarici İşlər Komitəsində və Sərhəd Komitəsində təmsil olunmuşdur. 1955-ci il oktyabrın 20-də Qanunverici Yuandan istefa vermişdir. nə Buğranın istefa məsələsinə gəlincə bu həyat yoldaşı ilə bağlı olmuşdur. Belə ki, Məhəmməd Əmin Buğra 1955-ci ildə Türkiyəyə köç etdiyindən rəsmən bu ölkənin pasportunu almışdır. Çin Respublikası qanunlarına görə həyat yoldaşı başqa ölkənin vətəndaşı olduğundan Əminə Buğra istefa vermək məcburiyyətində qalmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=690918
Əminə Cabbar
Erkən illəri Əminə Ayyar qızı Cabbar 5 may 1983-cü ildə SSRİ-nin bir hissəsi olan RSFSR-nin Krasnodar şəhərində bir Krım tatarı ailəsində anadan olmuşdur. O, orta təhsilini Krımda almışdır. Cabbar 2000-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər ixtisasına daxil olmuşdur. O, ABŞ Dövlət Departamentində və Ukrayna Ali Radasında təcrübə keçmişdir. Cabbar 2006-cı ildə beynəlxalq politoloq və ingilis dilindən tərcüməçi diplomlarını fərqlənmə diplomu ilə almışdır.Cabbar 2005-ci ildə ABŞ Dövlət Departamentinin "Beynəlxalq Ziyarətçi Liderlik Proqramı" və "Gənclər üçün Alternativ" proqramlarında iştirak etmişdir. O, həmin il Ali Rada sədrinin birinci müavini Katibliyində keçirilən "Gənclər Alternativi" təcrübəsində iştirak etmişdir. Cabbar 2008-ci ildə Niderlandın Klingendaal Beynəlxalq Münasibətlər İnstitutunda diplomatlar üçün təhsil proqramını bitirmişdir. Siyasi karyerası Əminə Cabbar 2002–2003-cü illərdə Ukrayna Baş nazirinin humanitar məsələlər üzrə birinci müavininin xidmətində milli azlıqlar üzrə köməkçi kimi ictimai yerlərdə çalışmışdır. O, 2008-ci ilin martından 2010-cu ilin yanvarına qədər Ukrayna Xarici İşlər Nazirliyinin Mədəniyyət və Humanitar Əməkdaşlıq Departamentinin Sosial və Humanitar Məsələlər Departamentinin üçüncü katibi vəzifəsində attaşe vəzifəsində çalışmışdır. Cabbar 2015-ci ilin oktyabrından 2016-cı ilin aprelinə qədər Krımla bağlı informasiya siyasəti üzrə Ukrayna İnformasiya Siyasəti nazirinin müşaviri olmuşdur. O, 20 aprel 2016-cı ildə Ukrayna İnformasiya Siyasəti nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Cabbar 3 sentyabr 2019-cu il tarixində tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə vermişdir.2017-ci ilin oktyabrında "Dojd" telekanalının jurnalistləri Əminə Cabbar Krım Tatar Xalqı Məclisinin sədr müavinləri İlmi Umerov və Axtyom Çiyqozanın vəzifədən azad edilməsi ilə bağlı şərh istəmişdilər. Cabbar ukrayn dilində danışmağa başlamış, bundan sonra aparıcı Anna Monqayt onun sözünü kəsərək efirdə tərcüməçinin olmadığını izah etmiş və rus dilinə keçməyi xahiş etmişdir. Cabbar ukrayn dilində çıxışını davam etdirmiş və demişdir: "Üzr istəyirəm, amma mən dövlət rəsmisiyəm, ona görə də ukrayn dilində danışmalıyam. Bu mənim şüurlu seçimimdir. Xahiş edirəm dilimi anlayın".Cabbar 2019-cu il parlament seçkilərində "Qroysmanın Ukrayna Strategiyası" partiyasından bülletendə 4 nömrə ilə xalq deputatlığına namizəd olmuşdur. O, 18 may 2020-ci ildən Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın birinci müavinidir. Cabbar həmçinin, UNESCO üzrə Ukrayna Milli Komissiyasının rəhbəridir. O, nazir müavini vəzifəsində "Krım Platforması" Krımın işğaldan azad edilməsi üzrə beynəlxalq koordinasiya mexanizminin təşviqi ilə fəal məşğul olur. Jurnalistika fəaliyyəti Əminə Cabbar 2011-ci ildən jurnalistika ilə məşğuldur. O, 2011–2014-cü illərdə Krım tatarlarının ATR telekanalında verilişlərin, xüsusən də "Zaman" xəbərlərinin aparıcısı və müəllifi kimi fəaliyyət göstərmişdir. Cabbar həmçinin, "Sherfe fashion" moda sərgisinin və "PROkino" verilişinin müəllifi və aparıcısı olmuşdur. O, 2014-cü ildə videoredaktor, "Krım. Realii" saytının baş redaktorunun köməkçisi işləmişdir. Cabbar 2014-cü ilin fevralında "Radio Svoboda"da jurnalist kimi fəaliyyətə başlamışdır. Şəxsi həyatı Əminə Cabbar Lenur Nimetullayev ilə evlənmişdir, lakin sonradan cütlük boşanmışdır. Onların iki qızı var – İman və Aləmsultan. Gəlir və aktivlər 2018-ci il üzrə gəlir bəyannaməsinə görə, Cabbar 556 min qrivna qazanmışdır. O, Kiyevdə 130 kvadratmetrlik mənzil kirayələyir. 2006-cı ildə buraxılmış "Audi A6" markalı avtomobildən istifadə edir. Alınan zaman avtomobilin qiyməti 145 min qrivna olmuşdur. Banklarda 684 dollar və 963 qrivna məbləğində əmanət qoymuşdur. Bəyannaməyə görə, onun nağd pulu yoxdur. 2017-ci il üçün bəyannamədə Cabbarın həyat yoldaşının Krımda mənzili, həmçinin anbarı və iki qeyri-yaşayış sahəsi olduğu bildirilmişdir. 2016-cı ildə Cabbar qiyməti 102 min 800 qrivna olan "Omega Seamaster Professional 300m/1000ft" qol saatını elan etmişdir. Onun sözlərinə görə, Küveytdə dünya xəbər agentliklərinin toplantısında olarkən Küveytin informasiya və gənclərlə iş üzrə naziri Şeyx Salman Sabah Salim Homud Sabah ukraynalı məmura bahalı hədiyyə təqdim etmişdir. Təltif və mükafatlar III dərəcəli "Xidmətlərə görə" ordeni (22 dekabr 2021-ci il) – Ukraynanın beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsinə mühüm şəxsi töhfəsinə, uzun illər səmərəli diplomatik fəaliyyətinə və yüksək peşəkarlığına görə. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=791782
Əminə Ceyn Məhəmməd
Əminə Ceyn Məhəmməd (ing. Amina Jane Mohammed; 27 iyun 1961, Qombe ştatı) — Birləşmiş Millətlər Təşkilatının Baş katibinin beşinci müavini vəzifəsini tutan Nigeriyalı diplomat və siyasətçi. Daha əvvəl 2015-2016-cı illərdə Nigeriyanın Ətraf Mühit Naziri idi və 2015-ci ildən sonrakı Ümumdünya İnformasiya Cəmiyyəti Sammitinin həyata keçirilməsində böyük rolu olmuşdur. Erkən həyatı və təhsili Əminə Məhəmməd 1961-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuşdur Fulani Nigeriyalı baytar və İngilis tibb bacısı olmuşdur. O, beş qızdan ən böyüyüdür. Məhəmməd Kaduna və Mayduquridə yerləşən ibtidai məktəbdə və Men adasıdakı Byuken məktəbində təhsil almışdır. Daha sonra 1989-cu ildə Henli İdarəetmə Kollecində oxudu. Təhsilini bitirdikdən sonra atası Nigeriyaya qayıtmasını istədi. 1981-1991-ci illər arasında Məhəmməd Norman və Davbarn Birləşmiş Krallığı ilə əməkdaşlıq edərək memarlıq və dizayn firması olan Arxon ilə Nigeriya işlədi. 1991-ci ildə Afri-Projects konsorsiumunu qurdu və 1991-2001-ci illərdə icraçı direktoru oldu.2002-2005-ci illərdə Məhəmməd Birləşmiş Millətlər Təşkilatının Minilliyin Layihəsi üçün Cinslər və Təhsil Fəaliyyət Qrupunun işini koordinasiya etmişdir. Məhəmməd daha sonra İnkişaf Siyasət Mərkəzinin təsisçisi və icraçı direktoru və Kolumbiya Universitetində İnkişaf Təcrübəsi Magistrinin əlavə professoru olmuşdur. Bu müddət ərzində BMT Baş Katibinin 2015-ci ildən sonrakı İnkişaf Gündəmindəki Yüksək Səviyyəli Panel və Davamlı İnkişaf üçün Məlumat İnqilabı üzrə Müstəqil Ekspert Məsləhət Paneli daxil olmaqla çoxsaylı beynəlxalq məsləhət şuralarında və qruplarında xidmət etmişdir. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Qlobal Monitorinq Təhsili Hesabatı (GME) üçün Məsləhət Şurasına rəhbərlik etmişdir . 2012-ci ildən bəri, Məhəmməd, 2015-ci ildən sonrakı inkişaf planlaşdırması üzrə BMT Baş katibi Ban Ki-munın Xüsusi Məsləhətçisi olaraq vəzifə yerinə yetirən 2015-ci ildən sonrakı İnkişaf Gündəmi prosesinin əsas oyunçusudur. Bu rolda Baş katib, Yüksək Səviyyəli Görkəmli Şəxslər Şurası (HLP) və Baş Assambleyanın Açıq İşçi Qrupu (OWG) ilə digər maraqlı tərəflər arasında əlaqə yaratdı. 2014-cü ildən bəri Baş Katibin Davamlı İnkişaf üçün Məlumat İnqilabı üzrə Müstəqil Məsləhət Qrupunda da işləyir. Ətraf mühit naziri (2015-2017) Məhəmməd, 2015-ci ilin noyabrından 2017-ci ilin fevralına qədər prezident Məhəmməd Buxarinin kabinetində federal ətraf mühit naziri vəzifəsində çalışıb. O vaxt Nigeriyanın Paul Kagame başçılığı ilə Afrika Birliyi (AU) İslahat İdarəetmə Komitəsindəki nümayəndəsi idi. 24 fevral 2017-ci ildə Nigeriya Federal İcra Şurasından istefa etdi.2017-ci ildə Məhəmməd, Nigeriyanın ətraf mühit naziri olduğu dövrdə nəsli kəsilməkdə olan Nigeriya gül ağacını qaçaqmalçılıq yolu ilə gətirmək üçün bir Çin fırıldağına qatılmaqda günahlandırıldı. Nigeriya hökuməti bu iddiaları rədd edir. Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini (2017 - indiyə qədər) 2017-ci ilin yanvarında Birləşmiş Millətlər Təşkilatının Baş Katibi António Guterres, Məhəmmədi Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini təyin etmək niyyətində olduğunu bildirdi. Bu vəzifədə Birləşmiş Millətlər Təşkilatının Antimikrobiyal Müqavimət Agentliklərarası Koordinasiya Qrupunun (IACG) üzvüdür. Xarici keçidlər "House of Reps grill Environment Minister, Amina Mohammed - OAK TV". oak.tv. Oak TV. Oak TV. 13 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 January 2017. "The President has promised to support us to make real difference - Amina Mohammed". oak.tv. Oak TV. Oak TV. 13 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 January 2017. Oak TV. "Outgoing Minister of Environment, Amina J Mohammed gets emotional at FEC valedictory session - OAK TV". oak.tv. Oak TV. 27 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 February 2017. Oak TV. "Amina J. Mohammed: 'We thought we could intimidate her' - Minister - OAK TV". oak.tv. 27 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 February 2017.
https://az.wikipedia.org/w/index.php?curid=695953
Əminə Cəfərova
Cəfərova Əminə Surxay qızı (1925, Ağdam, Ağdam qəzası – 13 avqust 2011, Bakı) — Sov.İKP-nin üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). Cəfərova Əminə Surxay qızı 1925-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Gənc yaşlarından Çəlik deyilən üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, az bir vaxtda öz işgüzarlığı, əməksevərliyi sayəsində Manqa başçısı vəzifəsinə qədər yüksəlmişdir. 1941–1971-ci illərdə Ağdam rayonundakı "Nətəvan" adına üzümçülük sovxozunda manqabaşçısı, uşaq bağçasının müdiri, şərab zavodunda laborant, 1971-ci ildən isə mikrobioloq işləmişdir. 1947-ci ildən Sov.İKP-nin üzvü olmuşdur. Əminə Cəfərova 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Belə ki, 3 hektarlıq məhsuldar sahənin hər hektarından 230,2 sentner məhsul götürmüşdür. Hökumət qarşısında xidmətini nəzərə alan SSRİ Ali Soveti 5 oktyabr 1949-cu il tarixli 4724 saylı qərarı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir. Bundan əlavə Əminə Cəfərova 3 dəfə Lenin ordeni və müxtəlif medallarla təltif edilmişdir. 1951-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində əmək qabaqcılları ilə birgə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak etmişdir. 1988-ci ildə Ağdam rayon partiya təşkilatının XI konfransına nümayəndə seçilmişdir. 1993-cü ildə Ağdam rayonunun işğalı ilə əlaqədar məcburi köçkün kimi bir müddət Bərdə şəhərində yaşadıqdan sonra birdəfəlik Bakı şəhərində məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidendinin 2 oktyabr 2002-ci il tarixli 1049 saylı sərəncamı ilə Azərbaycanın iqtisadiyyat sahəsində böyük xidmətlərinə görə Cəfərova Əminə Surxay qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. Sosialist Əməyi Qəhrəmanı Əminə Cəfərova 2011-ci il avqustun 13-də Bakı şəhərində 86 yaşında vəfat etmişdir. O Keşlə qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. Əminə Cəfərova haqqında Xalq yazıçısı Əli Vəliyevin 1972-ci ildə çap olunan "Durna qatarı" adlı kitabında geniş məlumat verilmişdir. Əminə Cəfərova 1950-ci ildə Ziyəddin Əliyev ilə ailə həyatı qurmuş, — Rabilə (1951), Zabilə (1953), Yəmən (1958) və Tünzalə (1961) adlı dörd qızları dünyaya gəlmişdir. "Oraq və Çəkic" qızıl medalı (4763) "Sosialist Əməyi Qəhrəmanı" (7248) "Lenin ordeni" (109569) "Lenin ordeni" (123681) "Lenin ordeni" (131374)
https://az.wikipedia.org/w/index.php?curid=326392
Əminə Cəfərova (I)
Cəfərova Əminə Surxay qızı (1925, Ağdam, Ağdam qəzası – 13 avqust 2011, Bakı) — Sov.İKP-nin üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). Cəfərova Əminə Surxay qızı 1925-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Gənc yaşlarından Çəlik deyilən üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, az bir vaxtda öz işgüzarlığı, əməksevərliyi sayəsində Manqa başçısı vəzifəsinə qədər yüksəlmişdir. 1941–1971-ci illərdə Ağdam rayonundakı "Nətəvan" adına üzümçülük sovxozunda manqabaşçısı, uşaq bağçasının müdiri, şərab zavodunda laborant, 1971-ci ildən isə mikrobioloq işləmişdir. 1947-ci ildən Sov.İKP-nin üzvü olmuşdur. Əminə Cəfərova 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Belə ki, 3 hektarlıq məhsuldar sahənin hər hektarından 230,2 sentner məhsul götürmüşdür. Hökumət qarşısında xidmətini nəzərə alan SSRİ Ali Soveti 5 oktyabr 1949-cu il tarixli 4724 saylı qərarı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir. Bundan əlavə Əminə Cəfərova 3 dəfə Lenin ordeni və müxtəlif medallarla təltif edilmişdir. 1951-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində əmək qabaqcılları ilə birgə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak etmişdir. 1988-ci ildə Ağdam rayon partiya təşkilatının XI konfransına nümayəndə seçilmişdir. 1993-cü ildə Ağdam rayonunun işğalı ilə əlaqədar məcburi köçkün kimi bir müddət Bərdə şəhərində yaşadıqdan sonra birdəfəlik Bakı şəhərində məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidendinin 2 oktyabr 2002-ci il tarixli 1049 saylı sərəncamı ilə Azərbaycanın iqtisadiyyat sahəsində böyük xidmətlərinə görə Cəfərova Əminə Surxay qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. Sosialist Əməyi Qəhrəmanı Əminə Cəfərova 2011-ci il avqustun 13-də Bakı şəhərində 86 yaşında vəfat etmişdir. O Keşlə qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. Əminə Cəfərova haqqında Xalq yazıçısı Əli Vəliyevin 1972-ci ildə çap olunan "Durna qatarı" adlı kitabında geniş məlumat verilmişdir. Əminə Cəfərova 1950-ci ildə Ziyəddin Əliyev ilə ailə həyatı qurmuş, — Rabilə (1951), Zabilə (1953), Yəmən (1958) və Tünzalə (1961) adlı dörd qızları dünyaya gəlmişdir. "Oraq və Çəkic" qızıl medalı (4763) "Sosialist Əməyi Qəhrəmanı" (7248) "Lenin ordeni" (109569) "Lenin ordeni" (123681) "Lenin ordeni" (131374)
https://az.wikipedia.org/w/index.php?curid=445571
Əminə Dilbazi
Əminə Paşa qızı Dilbazi (26 dekabr 1919, Qazax, Gəncə quberniyası – 30 aprel 2010, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti (1959). Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində almışdır. Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, Şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır. Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat etmişdir. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik etmişdir. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət filarmoniyasının səhnəsində oynanılan "Dədə Qorqud", "Azərbaycan toyu", "Bir bağçanın gülləri" səhnə əsərlərində əsas partiyaların ifaçısı olmuşdur. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və s. əsərlərdə də rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında, habelə erməni, osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. "Arşın mal alan", "Ulduz", "Yallı", "Sevinc" filmkonsertində lentə çəkilmişdir. Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "İstiqlal" ordeni — 25 dekabr 1999 "Xalqlar Dostluğu" ordeni "Şərəf nişanı" ordeni Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalının qızıl medalı — 1957 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 Filmoqrafiya Həmçinin bax Afaq Məlikova Rəfiqə Axundova Mirvarid Dilbazi Cövdət Hacıyev İsmayıl Hacıyev (bəstəkar) Xarici keçidlər Səda — Əminə Dilbazinin doğum günüdür
https://az.wikipedia.org/w/index.php?curid=33054
Əminə Dilbazinin rəqsləri (film, 1961)
Film məşhur rəqqasə, respublikanın xalq artisti Əminə Dilbazinin yaradıcılığından bəhs edir. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Əlihüseyn Hüseynov Operator: Əlihüseyn Hüseynov
https://az.wikipedia.org/w/index.php?curid=30739
Əminə Fiqarova
Əminə Fiqarova (2 dekabr 1964, Bakı) indi Manhettendə olan azərbaycanlı caz pianist və bəstəkardır. Klassik pianist olaraq Bakıda təhsil almış, yerli xalq musiqisinin həvəskarı olmuş, sonra isə cazda ixtisaslaşmışdır. 1980-ci illərin əvvəllərinə qədər, həyat yoldaşı fleytaçı Bart Platteau ilə birlikdə dünyanın bir çox yerində keçirilən caz festivallarında çıxış etmişdir. 2 dekabr 1964-cü ildə Bakıda doğulmuş Əminə Fiqarova kiçik uşaqikən pianino çalmağı örənmiş və altı yaşında musiqi bəstələmişdir. Klassik pianist olmaq üçün Bakı Musiqi Akademiyasında təhsil almışdır. 1988-ci ildə Moskva Caz Festivalında olarkən, Caz musiqisinə marağının əsasının yarandığı Rotterdam Konservatoriyasında təhsil almaq üçün qəbul almışdır. O, təhsilini Bostonda yerləşən Berklee Musiqi Kollejində tamamlamışdır. Birləşmiş Ştatlarda olduğu müddətdə Kolorado, Aspendə Thelonious Monk Jazz Kaloniyasında iştrak etmişdir. Sonradan ailə həyatı qurduğu fleytaçı Bart Platteau ilə birlikdə dünyanın fərqli yerlərində caz konsertlərində çıxış etməyə başlayır. Onun albomları olan "September Suite" və daha yaxınlarda buraxılan "Blue Whisper"i o Nyu Yorkda Blue Note Jazz Club-da ifa edərkən 11 sentyabr 2001-ci ildəki hadisələrdən ilhamlanmışdır. Çikaqolu tənqidçi Neil Tesser xüsusilə də onun iki "September Suite" və "Come Escape With Me" albomları ilə onu müasir aparıcı bəstəkarlardan biri kimi qiymətləndirir. Fiqarovanın bəstələrini İsraildən olan musiqiçi Shlomit Butbul üçün bəstələdiyi musiqili əsərlər olan "Diana" və "Tehora" da təşkil edir. O, 13 albom bəstəkarı olmuş və həm 2014, həm də 2015-ci illərdə "DownBeat"-in Yüksələn Ulduz Bəstəkarı seçilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=290263
Əminə Mehrişah Sultan
Əminə Mehrişah Sultan (1693 – 1732) Osmanlı padşahı III Mustafanın anası və sultan III Əhmədin arvadı. Əminə Mehrişah Sultan fransız əsilliydi və əsl adı Janet olmuşdur. Oğlu III Mustafanın taxta çıxışını görməmiş və bu səbəbdən validə sultan ola bilməmişdir. İstanbul Əminönündəki Yeni Məsciddə Turhan Xədicə Sultan türbəsində dəfn edilmişdir. Həmçinin bax Validə sultanlar
https://az.wikipedia.org/w/index.php?curid=437403
Əminə Mihrişah Sultan
Əminə Mehrişah Sultan (1693 – 1732) Osmanlı padşahı III Mustafanın anası və sultan III Əhmədin arvadı. Əminə Mehrişah Sultan fransız əsilliydi və əsl adı Janet olmuşdur. Oğlu III Mustafanın taxta çıxışını görməmiş və bu səbəbdən validə sultan ola bilməmişdir. İstanbul Əminönündəki Yeni Məsciddə Turhan Xədicə Sultan türbəsində dəfn edilmişdir. Həmçinin bax Validə sultanlar
https://az.wikipedia.org/w/index.php?curid=633332
Əminə Mihrişah İkinci Qadın Əfəndi
Əminə Mehrişah Sultan (1693 – 1732) Osmanlı padşahı III Mustafanın anası və sultan III Əhmədin arvadı. Əminə Mehrişah Sultan fransız əsilliydi və əsl adı Janet olmuşdur. Oğlu III Mustafanın taxta çıxışını görməmiş və bu səbəbdən validə sultan ola bilməmişdir. İstanbul Əminönündəki Yeni Məsciddə Turhan Xədicə Sultan türbəsində dəfn edilmişdir. Həmçinin bax Validə sultanlar
https://az.wikipedia.org/w/index.php?curid=438430
Əminə Mukbilə Sultan
Əminə Mukbilə Sultan (ərəb. امينه مقبله سلطان) (19 sentyabr 1911, Dolmabağça sarayı – 21 may 1995) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Əminə Mukbilə Sultan 1911-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın oğlu Ömər Hilmi Əfəndi, anası isə onun ilk xanımı Xədicə Gülnəv xanımdır. Babasının ölümünün ardından atası bütün ailə üzvləriylə birlikdə saraydan uzaqlaşdırıldı və Nişantaşındakı köşkdə yaşamağa başladılar. Ancaq bir il sonra anası gənc yaşda vəfat etdi və kiçik Əminə qardaşı Mahmud Namiq Əfəndiylə birlikdə nənəsi Mihrəngiz Qadınəfəndinin himayəsinə verildi. Türkiyə Cümhuriyyətinin qurulması və Osmanlı ailəsinin sürgün edilişinin ardından 1924-cü ilin mart ayında 13 yaşlı Əminə nənəsi, atası və kiçik qardaşıyla birlikdə əvvəlcə Budapeştə, daha sonra İsveçrəyə, ardından Nitsaya getdi. 1928-ci ildə burada tanış olduğu Sultan Muradın nəticəsi Əli Vasib Əfəndi ilə nişanlandı. Cütlüyün nigahı son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndi tərəfindən 30 noyabr 1931-ci ildə Nitsadakı Ruhl Otelində kəsildi. Nigahdan 2 il sonra Fransadakı bahalı həyata uyğunlaşmadıqları üçün atası, nənəsi və yeni ailəsiylə birlikdə öncə Qahirəyə, daha sonra İsgəndəriyyəyə köçən Əminə Sultan yeganə övladı olan Osman Səlahəddin Əfəndini 1940-cı ildə burada dünyaya gətirdi. Misirdə ikən 1935-ci ildə atası, 1938-ci ildə isə nənəsi vəfat etdi və hər ikisi burada dəfn olundu. 1952-ci ildə sülalənin xanım üzvlərinə Türkiyəyə qayıtma icazəsi verilsə də, Əminə Sultan övladı və ərindən ayrılmaq istəmədi. Nəhayət bütün sülalə üzvlərinin əfv edilməsinin ardından Əminə Sultan bütün ailə üzvləriylə birlikdə 1974-cü ildə İstanbula köçdü. Həmin il oğluyla birlikdə, doğulduğu və artıq muzeyə çevrilmiş olan Dolmabağça sarayını ziyarət etdi. 1977-ci ildə Mehmed Əbdüləziz Əfəndinin vəfatı ilə əri Əli Vasib Əfəndi Osmanlı sülaləsinin rəisi oldu. Ancaq 1983-cü ildə vəfat edən ərini Türkiyədə dəfn etdirə bilmədilər və cənazə İsgəndəriyyəyə daşınaraq orada dəfn olundu. Ərinin məzarı 2007-ci ilin mayında oğlu Osman Səlahəddin Əfəndinin təşəbbüsü ilə Türkiyəyə gətirildi və Sultan Rəşad türbəsinə dəfn olundu. Əminə Sultan isə 21 may 1995-ci ildə İstanbulda vəfat etdi və xüsusi icazəylə babasının Əyyubsultandakı türbəsinə dəfn olundu. Osman Səlahəddin Osmanoğlu Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5 Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 33
https://az.wikipedia.org/w/index.php?curid=739414
Əminə Naciyə Sultan
Əminə Naciyə Sultan (24 noyabr 1896, Konstantinopol – 4 dekabr 1957, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Naciyə Sultan 24 noyabr 1896-cı ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun son xanımı Ayşə Tərzitər xanımdır. Digər xanım sultanlar kimi Naciyə Sultan da mükəmməl saray tərbiyəsi aldı. Kiçik yaşlarından fransız və alman dillərini öyrəndi, piano və skripka dərsləri aldı. 1908-ci ildə əmisi Sultan Əbdülhəmid Naciyə Sultanı kiçik oğlu Hayri Əfəndiylə evləndirmək istədi. Ancaq Naciyə Sultan o əsnada hələ 12 yaşında idi. Bu səbəblə atası Süleyman Əfəndi və anası Tərzitər xanım ilk başda bu evliliyə qarşı çıxdılar. Ancaq çox keçmədən Sultan Əbdülhəmid qardaşını razı saldı və beləcə Naciyə Sultan 1908-ci ildə əmisi oğlu Hayri Əfəndiylə nişanlandı. Ancaq ertəsi il Sultan Əbdülhəmidin taxtdan endirilərək övladlarıyla birlikdə sürgünə göndərilməsinin ardından cütlüyün nişanı Sultan Rəşad tərəfindən ləğv edildi. Üstəlik bu əsnada İttihad və Tərəqqi Cəmiyyətinin güclü simalarından Ənvər Paşa da Naciyə Sultanla evlənmək niyyətində idi. Nəhayət 1909-cu ilin mayında Naciyə Sultan o əsnada Berlində olan Ənvər Paşayla vəkalətən keçirilən bir mərasimlə nişanlandı. Ancaq bir neçə ay sonra Naciyə Sultanın atası Süleyman Əfəndinin vəfat etməsi toy mərasimini gecikdirdi. Cütlüyün nigahı 15 may 1911-ci ildə Dolmabağça sarayında dövrün şeyxülislamı Musa Kazım Əfəndi tərəfindən bağlandı. Toy mərasimi isə təxminən 3 il sonra — 5 mart 1914-cü ildə Nişantaşı köşkündə baş tutdu. Mərasimin ardından cütlüyə Beşiktaş sahilindəki saraylardan biri təsis edildi. Ənvər Paşanın ölkənin sosial və siyasi həyatındakı rolu səbəbilə Naciyə Sultan da bu fəaliyyətə aktiv şəkildə iştirak etdi. 1916-cı ilin avqustunda Naciyə Sultan İstanbulda "Əməkçi Müəlman Qadınlar Cəmiyyəti"ni təsis etdi və bu cəmiyyətin fəaliyyətləri çərçivəsində qadınların çalışma şəraitinin yaxşılaşdırılmasına çalışdı. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəldi ki, bunlardan ilk iki övladı — Mahpeykər və Türkan xanım Sultanlar İstanbulda dünyaya gəldi. Belə ki, 14 oktyabr 1918-ci ildə Ənvər Paşa hərbi nazirlikdən azad edilmiş, İngilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasının ardından Ənvər Paşa da ölkədən qaçmağa məcbur qalmışdır. O əsnada Naciyə Sultan hamilə olduğu üçün onunla gedə bilmədi. Bu səbəblə ikinci qızının dünyaya gəlişindən bir il sonra — 1920-ci ildə qızlarını da yanına alaraq ərinin yanına Berlinə getdi. Cütlüyün son övladı olan Sultanzadə Əli bəy məhz burada dünyaya gəldi. Ancaq övladı dünyaya gəlmədən bir neçə ay öncə Ənvər Paşa Sovet Rusiyasına qaçmış, bu səbəblə oğlunu heç vaxt görə bilməmişdir. Onun 4 avqust 1922-ci ildə vəfatının ardından dul qalan Naciyə Sultan övladlarını da yanına alaraq İstanbula döndü və ərinin vəsiyyətinə əsasən, ertəsi il 30 oktyabr 1923-cü ildə qaynı Mehmed Kamil bəylə nigahlandı. Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Naciyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. İlk öncə Parisdə yaşayan Naciyə Sultanın 1926-cı ildə ikinci nigahından Rəna xanım Sultan adlı bir qızı daha dünyaya gəldi. 1933-cü ildə Nitsaya gəldi və illərdir görmədiyi qardaşı Şərafəddin Əfəndiylə görüşdü. İkinci Dünya Müharibəsinin başlanğıcında ailəsiylə birlikdə İsveçrənin Bern şəhərinə köç edən Naciyə Sultan uzun müddət övladlarını görə bilmədi. 1943-cü ildə qızları Mahpeykər və Türkan xanım Sultanlar çıxan əfv qanunuyla İstanbula qayıda bildilər. İkinci Dünya Müharibəsinin ardından Naciyə Sultan, əri və qızı Rəna xanım Sultanla birlikdə 1946-cı ildə Parisə geri döndü. 1949-cu ildə əri Mehmed Kamil bəydən formal olaraq boşandı. Beləcə, İstanbula dönən Mehmed Kamil bəy apardığı bəzi hüquqi prosedurların ardından, Naciyə Sultaanı Ənvər Paşanın dul xanımı ünvanıyla İstanbula gətirə bildi. Rəsmi şəkildə boşanmış görülsələr də, ömrünün sonuna qədər Mehmed Kamil bəylə yaşayan Naciyə Sultan 4 dekabr 1957-ci ildə İstanbulda qaraciyər xərçəngi səbəbilə vəfat etdi. Cənazəsi Yəhya Əfəndi türbəsinə — atasının yanına dəfn olundu. Mahpeykər xanım Sultan Türkan xanım Sultan Sultanzadə Əli bəy (d. 29 sentyabr 1921, Berlin — ö. 2 dekabr 1971, Avstraliya) — İlk evliliyi 1948-ci ildə Pərizad xanımla baş tutdu. 1 övladı oldu. İkinci evliliyi 1954-cü ildə Maya Brit ilə baş tutdu. Arzu Ənvər (d. 15 sentyabr 1955, Neapol) — Arslan Sadıkoğlu ilə evləndi. 1 övladı oldu. Burak Sadıkoğlu Rəna xanım Sultan (d. 25 fevral 1926, Paris — ö. 14 aprel 2008, İstanbul) — 25 iyul 1949-cu ildə Osman Sədi Eldem ilə evləndi. 3 övladı oldu. Ceyda Eldem (d. 1 mart 1952) Nəcla Eldem (d. 24 mart 1954, İstanbul — ö. 24 avqust 1964, Kəraçi) Əthəm Eldem (d. 2 mart 1960, Cenevrə) — 2 sentyabr 1983-cü ildə Zeynəb Sədəf Torunoğlu ilə evləndi. 1 övladı oldu. Simin Eldem (d. 26 yanvar 1987) Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32 Woronzow, Salome (September 20, 2016). Şehzade Zevceleri. Osmanlı Hanedanı Gelinleri 1850 – 1923. GRIN Verlag. p. 5. ISBN 978-3-668-30031-6 Suad, Adem (April 6, 2015). 100 Meşhur Aşk. Az Kitap. ISBN 978-6-054-81261-5 Akmeşe, Handan Nezir (November 12, 2005). The Birth of Modern Turkey: The Ottoman Military and the March to WWI. I.B.Tauris. p. 100. ISBN 978-1-850-43797-0 Fortna, Benjamin C. (2014). The Circassian: A Life of Eşref Bey, Late Ottoman Insurgent and Special Agent. Oxford University Press. pp. 293 n. 16. ISBN 978-0-190-49244-1 Bey, Yaver Suphi (November 16, 2011). Enven Paşa'nın Son Günleri. artcivic. ISBN 978-6-054-33739-2 Hacker, Barton; Vining, Margaret (17 August 2012). A Companion to Women's Military History. BRILL. p. 199. ISBN 978-9-004-21217-6 Hourani, Albert; Khoury, Philip Shukry; Wilson, Mary Christina (January 1, 1993). The Modern Middle East: A Reader. University of California Press. pp. 137. ISBN 978-0-520-08241-0 Rabo, Annika; Utas, Bo (2005). The Role of the State in West Asia. Swedish Research Institute in Istanbul. p. 21. ISBN 978-9-186-88413-0
https://az.wikipedia.org/w/index.php?curid=744689
Əminə Namiqə Sultan
Əminə Namiqə Sultan (9 mart 1888, Yıldız Sarayı və ya Konstantinopol – 6 sentyabr 1969) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Namiqə Sultan 9 mart 1888-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin böyük oğlu Səlim Əfəndi, anası isə onun ilk xanımı İryalə xanımdır. Anası İryalə xanım eyni zamanda Sultan Vahidəddinin ilk xanımı Nazikəda Qadınəfəndinin bacısıdır. 22 iyun 1911-ci ildə Namiqə Sultan, Türkiyənin ilk dağ-mədən mühəndislərindən Əli Kənan bəylə (d. 1 noyabr 1882, İstanbul - ö. 4 aprel 1961, Ankara) Ulduz sarayında nigahlandı. Toy mərasiminin ardından Göztəpə sarayında yaşayan cütlüyün üç övladı da məhz bu sarayda dünyaya gəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Namiqə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Parisdə yaşamağa başladı və cütlüyün sonuncu övladı da məhz bu şəhərdə dünyaya gəldi. Daha sonra Tripoliyə köç edən Namiqə Sultan və ailəsi, 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıtdı. Namiqə Sultan 6 sentyabr 1969-cu ildə İstanbulda vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsinə - babasının qardaşı Əhməd Kəmaləddin Əfəndinin yanına dəfn olundu. Fatma Fəthiyə xanım Sultan (d. 13 noyabr 1912, İstanbul - ö. 20 aprel 1998, Beyrut) — İlk evliliyi 1936-cı ildə Livanda Məhəmməd Naimlə (d. 1910 - ö. 1940) baş tutdu və bu nigahdan 1 qızı oldu. İkinci evliliyi isə 1943-cü ildə Tripolidə Məqbul Adra ilə (d. 1910 - ö. 26 fevral 1957) baş tutdu və bu nigahdan 2 övladı oldu. Səlma Naim (d. 12 aprel 1937, Dəməşq) — 1955-ci ildə Tripolidə Nuri Sibai ilə (d. 12 noyabr 1929 - ö. 30 mart 1981) evləndi. 4 övladı oldu. Nabil Sibai (d. 19 iyun 1956, Tripoli) — 22 sentyabr 1979-cu ildə Fransada Patricia Alice Beatrice Bouton ilə (d. 27 may 1956) evləndi. 2 övladı oldu. Rafael Səlim Sibai (d. 1 mart 1988) Cedric Sibai (d. 2 avqust 1993) Dina Sibai (d. 29 iyun 1957, Tripoli) — 3 avqust 1975-ci ildə Tripolidə Ömər Fəttal ilə evləndi. 3 övladı oldu. Rabih Fəttal (d. 3 sentyabr 1977, Tripoli) — 21 oktyabr 1999-cu ildə Tripolidə hayfa Masri ilə evləndi. 1 övladı oldu. Ömər Fəttal (d. 26 fevral 2001, Tripoli) Chirine Fəttal (d. 21 iyul 1981, Tripoli) — 16 sentyabr 2000-ci ildə Tripolidə İsmət Fəxrəddinlə evləndi. 2 övladı oldu. Lynn Fəxrəddin (d. 17 iyun 2001) Amar Fəxrəddin (d. 26 noyabr 2003) Nur Fəttal (d. 23 iyul 1984, Tripoli) Nazih Sibai (d. 4 yanvar 1962, Tripoli) — 9 dekabr 1988-ci ildə Tripolidə Randa Kabbara ilə evləndi. 1 övladı oldu. Nuri Sibahi (d. 13 dekabr 1993) Bassem Sibai (d. 20 oktyabr 1964, Tripoli) — İlk evliliyi 21 dekabr 1995-ci ildə May Monla ilə baş tutsa da, 1999-cu ildə ayrıldılar. Bu nigahdan 2 övladı oldu. İkinci evliliyi isə 1 sentyabr 2003-cü ildə Bərivan Həsənlə baş tutdu Əməl Adra (d. 30 sentyabr 1944, Tripoli) — 29 may 1960-cı ildə Tripolidə Məhəmməd Salam Kərimlə (d. 18 oktyabr 1936) evləndi. 3 övladı oldu. Rima Kərim (d. 18 dekabr 1961) — 23 yanvar 1989-cu ildə Luc Sergy ilə evlənsə də 1999-cu ildə ayrıldılar. Rafət Kərim (d. 6 fevral 1965) Rani Kərim (d. 14 avqust 1972) — 4 iyun 2004-cü ildə Rima Koteyçe ilə evləndi. Cəmil Adra (d. 31 oktyabr 1948, Tripoli) — 27 noyabr 1982-ci ildə Parisdə Nadya Bogayevski ilə (d. 24 noyabr 1957) evlənsə də, 10 mart 2003-cü ildə ayrıldılar. 1 övladı oldu. Lara Adra (d. 13 aprel 1986) Sultanzadə İbrahim Əthəm bəy (d. 14 sentyabr 1915, İstanbul - ö. 21 iyun 1969, Beyrut) — İlk evliliyi 1937-ci ildə Səmiha Ramazanla baş tutdu və 1 oğlu oldu. İkinci evliliyi isə Georgette Khoury ilə baş tutdu və 1 qızı oldu. Mehmed Səlim Əthəm (d. 14 aprel 1939, Tripoli) — 28 noyabr 1991-ci ildə Kristina Lesley Əzizə Purret ilə evləndi. Leyla Kənan (d. 5 sentyabr 1949, Tripoli) — 12 iyul 1975-ci ildə İbrahim Curla evləndi və 2 övladı oldu. Anabella Cur (d. 29 aprel 1976) İbrahim Cur (d. 22 fevral 1983) Sultanzadə Kazım Kənan bəy (d. 1 mart 1920, İstanbul - ö. 15 may 2003, Beyrut) — 20 dekabr 1949-cu ildə Yvette Lavigne ilə evləndi və 3 övladı oldu. Osman Kənan (d. 1 may 1950) — 1976-cı ilin fevralında Jacqueline Maillot ilə evləndi. Kərim Kənan (d. 26 noyabr 1957) — Ketrin fessard ilə evləndi. 2 övladı oldu. Matilda Kənan (d. 3 aprel 1995) Clotilde Kənan (d. 5 fevral 1999) Səlim Kənan (d. 9 fevral 1960) — 19 mart 1982-ci ildə Selma Aktürel ilə evləndi. 1 oğlu oldu. Sylvain Murad Kənan (d. 25 yanvar 1989) Əminə Satiyə xanım Sultan (d. 14 yanvar 1927, Paris - ö. 6 iyun 2003, İstanbul) — 20 dekabr 1956-cı ildə Osman Fərid Turanla evləndi. Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32 Aredba, Rumeysa; Açba, Edadil (2009). Sultan Vahdeddin'in San Remo Günleri. Timaş Yayınları. p. 33. ISBN 978-9-752-63955-3 Yılmaz Öztuna (1978). Başlangıcından zamanımıza kadar büyük Türkiye tarihi: Türkiye'nin siyasî, medenî, kültür, teşkilât ve san'at tarihi. Ötüken Yayınevi. p. 165 Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5
https://az.wikipedia.org/w/index.php?curid=744661
Əminə Nazikəda Qadınəfəndi
Əminə Nazikəda Qadınəfəndi (9 oktyabr 1866, Suxumi, Qafqaz canişinliyi, Rusiya imperiyası – 4 aprel 1941, Maadi, Misir krallığı[d]) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin xanımı və Osmanlı imperiyasının son başqadınəfəndisi. Abxaziyanın Suxumi vilayətində dünyaya gəlmişdir. Atası yerli əsilzadələrdən Həsən bəy Marşaya, anası isə Fatma Aredbadır. Ailəsi 1877–1878 Rusiya-Osmanlı müharibəsi əsnasında Abxaziyadan köç etmişdir. Ailəsi tərəfindən 1876-cı ildə bacıları Dəryal və Naciyə, əmisi qızları Əminə, Rümeysa, Pakizə, Fatma və Kamilə ilə birlikdə Cəmilə Sultanın nədiməsi olan bibisi Suzidil Xatunun yanına göndərildi. Bunlardan adı kamilə olan qız daha sonra Məzidə adını alaraq Sultan Əbdülhəmidlə evləndirildi. Kiçik bacısı Dəryal xanım sonralar Sultan Əbdülhəmidin böyük oğlu Mehmed Səlim Əfəndi ilə evləndirilmişdir. Sarayda Əminə Nazikəda adını alan gənc qız Cəmilə Sultanın vərəm xəstəsi qızı Fatma xanım Sultanın ölümünədək (1890) nədiməsi oldu. Bu əsnada piano təhsili aldı. Əminə Nazikəda xanımı görüb aşiq olan Şahzadə Vahidəddin isə gənc qızı bacısı Cəmilə Sultandan istədi. Cəmilə Sultan ondan sonra evlənməmək şərtilə qızı qardaşına gəlin olaraq hədiyyə etdi. O əsnada Vahidəddin 24, Əminə Nazikəda xanım isə 19 yaşında idi. Cütlük 8 iyun 1885 tarixində Çırağan sarayında evləndi. 1886-cı ildə dünyaya gələn ilk qızı Münirə Sultan 1 yaşında, 1888-ci ildə dünyaya gələn ikinci qızı Fənirə Sultan isə bir neçə həftə sonra vəfat etdi. Daha sonra 12 sentyabr 1892-ci ildə Fatma Ülviyə Sultan, 19 aprel 1894-cü ildə isə Ruqiyyə Sabiha Sultan dünyaya gəldi. Sabiha Sultanın dünyaya gəlişindən sonra həkimlərin diaqnozuyla bir daha övlad sahibi olmayacağını öyrənən Əminə Nazikəda xanım ərinin oğul övladının olması üçün yenidən evlənməsinə icazə verdi. Nəticədə Şahzadə Vahidəddin ögey anası Şayəstə xanımın 16 yaşlı nədiməsi Səniyə İnşirah ilə 8 iyul 1905-ci ildə Çəngəlköy sarayında evləndi. Ərinin 1918-ci ildə taxta çıxmasıyla Osmanlı imperiyasının sonuncu başqadınəfəndisi oldu. 5 nədiməsi vardı. Baş nədiməsi onunla birlikdə saraya gələn Rümeysa Aredba (1875–1927), ikinci nədiməsi qardaşı qızı Şahəndə xanım, üçüncü nədiməsi Bayla xanım, dördüncü nədiməsi Şahəsər xanım, beşinci nədiməsi isə Leyla Açba idi. Böyük bacısı Asubican xanım (1891–1955) da saraydan ayrılanadək Əminə Nazikəda xanımın yanından ayrılmadı. Sultan Vahidəddin vətəndən ayrıldıqdan sonra xanımları və hərəmindəki bütün qadınlar Ortaköydəki Fəriyə sarayına köçürüldü. Əminə Nazikəda Qadınəfəndi isə əvvəlcə qızının yanında, daha sonra isə Fəriyə sarayında olduqca ağır şəraitdə nəzarət altında yaşadı. 3 mart 1924 tarixində qəbul edilən 431 saylı qərarla sürgün edilənlər arasında idi. Yanında Sultan Vahidəddinin ikinci xanımı Müvəddət xanım, baş nədiməsi Rümeysa xanım, hərəm ağaları və 2 maşın dolusu əşyayla Sultan Vahidəddinin yaşadığı İtaliyanın San-Remo qəsəbəsinə köçdü. Sultan Vahidəddinin ölümündən sonra Monte-Karloda qızı Fatma Ülviyə Sultanla ev alaraq burada yaşamağa başladı. 1929-cu ildə Fransanın Menton şəhərində bir müddət yaşadıqdan sonra Qahirəyə köçdü. 4 aprel 1941-ci ildə Qahirədə yoxsulluq içində vəfat etdi və burada Abbasiyə məzarlığına dəfn edildi. Münirə Sultan (1886–1887) Fənirə Sultan (1888) Fatma Ülviyə Sultan Ruqiyə Sabiha Sultan Afife Rezzemaza: Saray'dan Sürgüne, İstanbul 2013 Çağatay Uluçay: Padişahların Kadınları ve Kızları, Ankara 1992 Prenses Leylâ Gülefşan Açba-Ançabadze: Bir Çerkes Prensesinin Harem Hatıraları, İstanbul 2010 Rumeysa Aredba: Sultan Vahdeddin'in San Remo Günleri, İstanbul 2009 Yılmaz Öztuna: İslam Devletleri, İstanbul 1989
https://az.wikipedia.org/w/index.php?curid=545259
Əminə Nağıyeva
Əminə Abbas qızı Nağıyeva (Sultanova) (26 mart 1919, Bakı – 23 iyul 1977, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür.1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar. Filmoqrafiya Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: mamaça Bir məhəllədən iki nəfər (film, 1957) Bizim küçə (film, 1961) Həyat bizi sınayır (film, 1972) Qəribə əhvalat (film, 1960) Qızıl qaz (film, 1972)
https://az.wikipedia.org/w/index.php?curid=61700
Əminə Pakrəvan
Əminə Pakrəvan — yazıçı Əminə Pakrəvan 3 oktyabr 1880-ci ildə İstanbulda dünyaya göz açmışdır. Atası Həsənxan Qacarların diplomatı idi və 20 il Qacarların İstanbuldaki Böyük Elçilik görəvini yapmışdır. Əminə Pakrəvanın anası Alis Fun Heartfeld Avstriyalı bir xanım idi. Həsənxan 1893-cü ildə Parisdə vəfat edir və Əminə xanımın ailəsi öncə Avstriyada Hersfeld ailəsinin yaşadığı yaxın bir kilsəyə yerləşir. Gənc ana iki qızı Fatma və Əminə ilə on il kilsədə qalır. Alis xanım qızlarının tərbiyəsi ilə özü məşğul olmağa başlayır. Laybax və Lubliyana kitabxanalarından əmanət aldığı kitablar vasitəsi ilə qızlarında kitab oxuma alışqanlığı yaratmağa çalışır. Əminə, türkcə və farscanın yanı sıra fransız, ingilis və alman dillərini yaxşıca öyrənir. İtalyan dilini də danışma səviyəsində deyil, oxuma düzeyində bilmiş olur. Bir neçə ildən sonra Alis təkrar İstanbula dönür. 1910-cu ildə Əminə bir Qacar diplomatı ilə evlənir. Gənc ailə bir il Qacarların başkəndi Tehranda yaşayır. İlk çocuqları da Tehranda dünyaya gəlir. Sonra da Əminənin əri Misirin başkəndinə diplomat olaraq göndərilir. On il Qahirədə yaşayırlar. Əminənin əri fanatik bir islamcı olduğu üçün xanımının sosial olaylara qatqıda bulunmasını önləyir. Ərinin fanatik davranışlarına dözə bilməyib ondan ayrılan Əminə çocuqları ilə bərabər Belçikaya yerləşir. 1933-cü ildə Əminə Pakrəvan Pəhləvilər tərəfindən rəsmən "İran" adlandırılmış ölkəyə köçür. Qacar dövləti haqqında bir neçə kitabın müəllifi olan Əminə Pakrəvan, Tehran Universitetində fransız dili və ədəbiyyatı üzrə öyrətmənlik etməyə başlayır. 1936-cı ildə qızının vəfatına baxmayaraq, araşdırmaçılıq və yazarlıq çalışmalarına davam edir. 1951-ci ildə "Tarixsiz əmir" adlı kitabı "Rivarol" ödülü qazanır. 1958-ci ildə xərçəng xəstəliyindən həyatını itirir. Əminə Pakrəvanın ən önəmli əsərləri bunlardır: "Tarixsiz əmir", "Qəzvin, unudulmuş başkənd", "Əski Tehran", "Dördüncü nəsl", "Abbas Mirzə və Azərbaycan", "Ağaməhəmməd Xan Qacar". İlqar Hüseynov, Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti.(monoqrafiya), Bakı: "Mars-Print", 2002 Həmçinin bax Həsən Pakrəvan
https://az.wikipedia.org/w/index.php?curid=105380
Əminə Salamova
Əminə Salamova (Əminə Nəcəf qızı Salamova; d. 14 iyul 1977. Bakı, Azərbaycan SSR, SSRİ) — Ekologiya üzrə fəlsəfə doktoru (2011), İndiana Universitetinin elmi işçisi (2013), ekologiya üzrə ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadın. Əminə Salamova 14 iyul 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 83 saylı tam orta məktəbdə almışdır. 1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr dərəcəsi, 2000-ci ildə isə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnmiş və hər iki təhsilini qırmızı diplomla bitirmişdir. 2000-ci ildən BDU-nun Üzvi kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 2002-ci ildə ABŞ-nin İndiana Universitetinə yenidən magistr proqramına qəbul olunub və 2004-cü ildə ekologiya ixtisası üzrə İctimai və Ətraf Mühit Məsələləri Fakültəsində (ing. School of Public and Environmental Affairs) magistr dərəcəsi alıb. 2013-cü ildən həmin fakültənin elmi işçisidir.Hazırda Əminə Salamova İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyyələşir. Üzərində çalışdığı layihəyə əsasən, rəhbərlik etdiyi qurum orqanizmdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırır. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq mümkündür. Ailəlidir, iki qızı var. Heykəltəraş Nəcəf Salamovun qızıdır. Elmi fəaliyyəti ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosuna məxsus Edmund S. Maski Məzunların Təqaüd Proqramı Əminə Salamovanı Ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət etmişdir. O, magistr təhsilini başa vuran kimi Departamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunur. 2011-ci ildə isə elmi işini uğurla müdafiə edərək ekologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnir. O, bu sahə üzrə ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadındır.Əminə Salamova Amerika Kimya Cəmiyyəti, Ətraf Mühitin Toksikologiyası və Kimyası Cəmiyyəti, eləcə də Böyük Göllərin Tədqiqatı üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür.
https://az.wikipedia.org/w/index.php?curid=572007
Əminə Seyid-Rzayeva
Əminə Mir-Tağı qızı Seyid-Rzayeva — Azərbaycan alimi, texnika elmləri doktoru. Seyid-Rzayeva Əminə Mir-Tağı qızı 31 dekabr 1931-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) texnologiya fakültəsinə daxil olmuş və 1955-ci ildə neft və qazın tex¬nologiyası üzrə mühəndis texnoloq ixtisasında oranı əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akade¬miyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (AMEA NKPİ) əmək fəaliyyətinə başlamış və ömrünün sonuna kimi bu elm ocagında çalışmışdır. O, akademik M.İ.Rüstəmovun rəhbərlik etdiyi "Katalitik krekinq və piroliz" laboratoriyasında mühəndis, baş mühəndis, kiçik elmi işçi, böyük, aparıcı və baş elmi işçi vəzifələrində müvəffəqiyyətlə elmi fəaliyyət göstərmişdir. 1960–1963-cü illərdə AMEA NKPİ-nin aspiranturasında təhsil almış və dissertasiya işini müdafiə edərək, texnika üzrə elmlər namizədi elmi adını almış, 1970-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona böyük elmi işçi elmi adı verilmişdir. 1994-cü ildə "Yanacağın kimyası və texnolgiyası"-05.17.07 ixtisasında "Akti-vator və passıvatorun iştirakı ilə ağır neft məhsullarının katalitik krekinqi" adlı doktorluq dissertasiyasını müdafiə edərək, texnika üzrə elmlər doktoru elmi adını almışdır. Elmi fəaliyyəti Seyid-Rzayeva Əminə Mir-Tağı qızının əsas elmi fəaliyyəti neft emalı və neft kimya elminin mühüm aktual probleminə — neftin və onun müxtəlif ağır fraksiyalarının dərin emalı nəticəsində yüksək keyfiyyətli mühərrik yanacaqlarının ekoloji və iqtisadi cəhətdən əlverişli alınma texnologiyalarının işlənib hazırlanmasına həsr edilmişdır. Alimin apardığı geniş tədqiqatlar nəticəsində ağır neft xammalından açıq neft məhsullarının yüksək səmərəli alınmasını təmin edən yeni katalizatorlar, aktivləşdirici və passivləşdirici əlavələr işlənib hazırlanmışdır. Bu yeni sistemlərdə ilk dəfə olaraq ağır neft xammalının dərin emal prosesləri aparılmış, yeni elmi metodlar və yanaşmalar təklif olunmuş, iqtisadi və ekoloji cəhətdən əlverişli texnologiyalar yaradılmışdır. Nəticədə ağır neft xammalının tərkibində azot, kükürd, asfalt qatran birləşmələri və bəzi ağır metalların effektiv çıxarılma proseslərinin elmi əsasları yaradılmış, sintez edilmiş katalizatorların iştirakı ilə yüksək çıxımla benzin və dizel yanacağı alınması istiqamətində neftin ağır fraksiyalarının iki pilləli emalı və xam neftin qalıqsız emalının kompleks sxemi işlənib hazırlanmışdır. Alim tərəfindən müxtəlif vakuum qazoyllarının və eləcə də qazoyl-mazut qarışıqlarının aktivləşdirici əlavələrin və əsasən tərkibində sürmə (Sb) saxlayan poliarilen passivatorların iştirakı ilə katalitik krekinq proseslərinin qanunauyğunluqları öyrənilmiş, işlənib hazırlanmış yeni sistemlərdə ağır metallarla zəhərlənmə proseslərinin mexanızmı öyrənilmiş, bu proseslərdə funksional qrupların və əlavələrin effektivliyi geniş izah edilmişdir. Seyid-Rzayeva Əminə Mir-Tağı qızının məhsuldar elmi fəaliyyəti ağır neft məhsullarının dərin emalı üçün yeni effektiv, kontakt tipli, dispersləşdirilmiş adsorbsion katalitik sistemlər hazılanmış və onların iştirakı ilə azotlu, kükürdlü, asfalten-qatran birləşmələrdən, nikel, vanadium, natrium metallarından təmizlənmış və müasir tələbatlara cavab verən vakum distillatları alınmışdır. Bu sistemlərdə açıq neft məhsullarının çıxımının artırılması, koksun miqdarının azaldılması üçün aktivləşdirici və xammalın tərkibində olan ağır metalların təsirinin azaldılması, koksəmələgəlmənin qarşısının alınması, oktan ədədinin qaldırılması, CO-nun CO2-yə qədər çevrilməsinin təmin olunması üçün passivləşdirici əlavələrdən istifadə olunmuşdur. Aktivləşdirici əlavələr kimi sintetik və təbii neft turşuları, fərdi naften turşuları, onların efirləri, ağır qazoyllar, şlamlar, bitum distillatları, neft emalı proseslərinin digər tullantıları istifadə olunmuş, onların təsiretmə sırası və mexanizmi müəyyən edilmişdir. Passivləşdirici əlavələr kimi tərkibində Sb-saxlayan poliarilenlər istifadə olunmuş və təsir mexanizmləri geniş araşdırılmışdır. Yeni katalitik sistemlərin quruluş xüsusiyyətləri ilə onların aktivliyi, ağır neft xammalının krekinqi, alınan məhsulların keyfiyyətinin yaxşılaşdırılması, prosesin selektivliyi arasında qarşılıqlı əlaqələrin elmi əsasları yaradılmışdır. Müəyyən edilmişdir ki, parçalanma və hidrogenləşmə reaksiyalarının sürətinin dəyişməsi alınan qazların tərkibində doymamış karbohidrogenlərin miqdarının kəskin dəyişməsinə və benzinin oktan ədədinin tənzimləndirilməsinə bilavasitə səbəb olur, yeni katalitik sistemlərdə neftin və mazutun əsasən adsorbsion təmizlənməsi ilə yüksək temperaturda qaynayan fraksiyaların destruksiyası təmin olunur, kükürdün, azotun, asfalt-qatran birləşmələrin miqdarı minimuma endirilir. İlk dəfə olaraq müasir fiziki-kimyəvi analiz üsulların köməyi ilə müvafiq əlavələrin təsir mexanizminə onların tərkibində olan aromatik fraqmentdə halqaların sayının təsiri öyrənilmiş, passivləşdirici təsirin sürmə birləşmələrinə, aktivləşdirici təsirin isə aromatik karbohidrogenlərə məxsus olması göstərilmişdir. Dispers sistemlərdə faza keçidlərini tənzimləmək məqsədi ilə prosesin katalitik sistemlərə və xammalın tərkibinə kompleks yanaşma işlənib hazırlanmışdır ki, bu da ağır neft məhsullarının emalı prosesini proqnozlaşdırmaq və intensiv-ləşdirməyə geniş imkan yaratmışdır. Katalitik sistemlərdə ölçü effektləri araşdırılmış, məsamələrin ölçülərinin, disperslik dərə-cəsinin prosesə təsiri geniş öyrənilmişdir. İlk dəfə olaraq, sintez edilmiş katalizatorların iştirakı ilə mazutdan benzin və dizel yanacağı alınması variantları araşdırılmış və neft emalının dərinliyini 80–85%, açıq neft məhsullarının çıxımını 60–65%-ə çatdırılması istiqamətində geniş işlər aparılmışdır. Neftin qalıqsız emalı üçün neftin katalitik təmizlənməsi, təmizlənmiş neftin katalitik krekinqi, krekinq benzinin katalitik təmişlənməsi, hidrokrekinq, krekinqin fərqli fraksiyalarının destruktiv izomerləşməsi prosesləri ardıcıl olaraq təhlil olunmuş və kompleks emal sxeminə daxil edilmişdir. Elmi tədqiqatları Aparılan elmi tədqiqatların nəticələri pilot və sənaye qurğularında müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. "Azərneft-yanacaq" birliyinin sənaye qurğusunda müəllif tərəfindən əməkdaşlarla birgə təklif edilən üsulun tətbiqi iqtisadi cəhətdən yüksək səmərə vermişdir. Seyid-Rzayeva Əminə Mir-Tağı qızının elmi işlərinin nəticələri 100-dən çox elmi əsərdə, o cümlədən, 25-ə yaxın müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Bir çox işlər isə "Xidməti istifadə üçün" qrifi altında qeydə alınmışdır. İstedadlı alim Əminə Mir-Tağı qızı Seyid-Rzayeva tədqiqatların qoyuluşunda, onların həyata keçirilməsinin bütün mərhələlərində, laboratoriyalarda, təcrübi və sənaye qurğularında geniş sınaq işlərinin aparılmasında, alınan nəticələrin sistemləşdirilməsi və müzakirəsində, əsas nəticələrin ümumiləşdirilməsində şəxsən böyük əmək göstərmişdir. Əminə Mir-Tağı qızı Seyid-Rzayeva 2004-cü ildə vəfat etmişdir. Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.221–224.
https://az.wikipedia.org/w/index.php?curid=701339
Əminə Sultan
Əminə Sultan (24 avqust 1874, Konstantinopol – 30 yanvar 1920, Konstantinopol) — 32. Osmanlı padşahı Əbdüləzizin qızıdır. Əminə Sultan 1874-cü ildə Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Neşərək Qadınəfəndidir. İki yaşında atası taxtdan endirilərək öldürülmüş, əmisi oğlu II Əbdülhəmidin Ulduz Sarayındakı hərəminə alınaraq böyüdülmüşdür. Uzun boyu, iri qara gözü, uzunsov üzü və çəkik qaşları ilə nadir gözəlliyə sahib idi. Əminə Sultan 12 sentyabr 1901 tarixində Əhməd Şükrü Paşanın oğlu Mehmed Şərif Çavdaroğlu ilə evləndirildi. Sultan II Əbdülhəmid Əminə Sultana toy hədiyyəsi olaraq Nəqqaştəpə səmtində bir köşk hədiyyə etmişdir. Vəfatlarına qədər yaşadıqları bu köşk 1935-ci ildə dağıdılmışdır. Əminə Sultan 1909-cu ildə II Əbdülhəmidin taxtdan endirilməsinin ardından ailəsi ilə birlikdə Selanikə sürgün edildi. 1912-ci ildə Selanikin yunanlar tərəfindən işğal edilməsi səbəbilə İstanbula geri döndü. Atasının digər xanımlarından olan qardaşı Yusif İzzəddin Əfəndinin 1916-cı ildə intihar etməsilə ağır travma almış, özünü yaşadığı köşkün hovuzuna atmaq istəmişdir. Əminə Sultan 30 yanvar 1920 tarixində vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=554014
Əminə Sultan (II Mustafanın qızı)
Əminə Sultan (Osmanlıca: امينه بن مصطفى ساني) (d. 1 sentyabr 1696 - ö. 1739) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı. Əminə Sultan 1696-cı ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. O əsnada atası II Mustafa Belqrad üzərinə səfərə çıxmışdı. Taxta yeni çıxan atasının ikinci övladı idi. 5 yaşı olanda Dəməşq bəylərbəyi Həsən Paşa ilə nişanlansa da, daha sonra bu nişan ləğv edildi və atasının silahdarı Çorlulu Əli Paşa ilə nişanlandı. Tamamilə siyasi səbəblərdən baş tutan bu evlilik planı, o əsnada atasının taxtdan endirilməsi və bir müddət sonra vəfat etməsi səbəbilə 7 il sonraya təxirə salındı. Əmisi Sultan Əhmədin səltənətində sədrəzəmliyə yüksələn Əli Paşa ilə 9 aprel 1708-ci ildə evləndi. Ancaq Əli Paşanın 2 il sonra edam edilməsi ilə 1712-ci ildə Trabzon bəylərbəyi Rəcəb Paşa ilə evləndirildi. Bu dəfəki ərinin də 1726-cı ildə vəfatı ilə yenidən dul qalan Əminə Sultan əmisinin istəyilə son evliliyini 1 iyun 1728-ci ildə Aydın sancaqbəyi Abdullah Paşa ilə etdi. Abdullah Paşanın 1736-cı ildə vəfat etməsinin ardından bir daha evlənməyən Əminə Sultan 3 il sonra vəfat etdi. Heç bir evliliyindən övladı olmamışdır. Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, sayfa: 292 Majer, Hans Georg (1991). Journal of Ottoman studies, Volumes 11-12. Enderun Kitabevi. p. 433 Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken
https://az.wikipedia.org/w/index.php?curid=554013
Əminə Sultan (Sultan Əbdüləzizin qızı)
Əminə Sultan (24 avqust 1874, Konstantinopol – 30 yanvar 1920, Konstantinopol) — 32. Osmanlı padşahı Əbdüləzizin qızıdır. Əminə Sultan 1874-cü ildə Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Neşərək Qadınəfəndidir. İki yaşında atası taxtdan endirilərək öldürülmüş, əmisi oğlu II Əbdülhəmidin Ulduz Sarayındakı hərəminə alınaraq böyüdülmüşdür. Uzun boyu, iri qara gözü, uzunsov üzü və çəkik qaşları ilə nadir gözəlliyə sahib idi. Əminə Sultan 12 sentyabr 1901 tarixində Əhməd Şükrü Paşanın oğlu Mehmed Şərif Çavdaroğlu ilə evləndirildi. Sultan II Əbdülhəmid Əminə Sultana toy hədiyyəsi olaraq Nəqqaştəpə səmtində bir köşk hədiyyə etmişdir. Vəfatlarına qədər yaşadıqları bu köşk 1935-ci ildə dağıdılmışdır. Əminə Sultan 1909-cu ildə II Əbdülhəmidin taxtdan endirilməsinin ardından ailəsi ilə birlikdə Selanikə sürgün edildi. 1912-ci ildə Selanikin yunanlar tərəfindən işğal edilməsi səbəbilə İstanbula geri döndü. Atasının digər xanımlarından olan qardaşı Yusif İzzəddin Əfəndinin 1916-cı ildə intihar etməsilə ağır travma almış, özünü yaşadığı köşkün hovuzuna atmaq istəmişdir. Əminə Sultan 30 yanvar 1920 tarixində vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=453326
Əminə Sultanova
Əminə Abbas qızı Nağıyeva (Sultanova) (26 mart 1919, Bakı – 23 iyul 1977, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür.1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar. Filmoqrafiya Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: mamaça Bir məhəllədən iki nəfər (film, 1957) Bizim küçə (film, 1961) Həyat bizi sınayır (film, 1972) Qəribə əhvalat (film, 1960) Qızıl qaz (film, 1972)
https://az.wikipedia.org/w/index.php?curid=62691
Əminə Sırtlanova
Əminə (Əminə xanım) Mahmudovna Sırtlanova (frans. Amina Hanum Syrtlanoff, doğulanda Şeyxəliyeva və ya Şeyx Əli soyadını daşıyırdı; 25 iyul 1884, Ufa, Ufa quberniyası, Rusiya imperiyası – ən tezi 1940, Fransa) — ictimai xadim, mərhəmət bacısı, teosof, Le Droit Humain Ordenin 840 nömrəli "Avrora" adlı Paris mason lojasının möhtərəm ustadı. 1884-cü ildə general-mayor Mahmud Maqomedoviç Şeyx Əlinin (Şıxəliyev) və mülkədar Magiparvaz Şeyxəliyevanın (qız soyadı Alkina) ailəsində anadan olub. Fəxri ümdə özdəni, podpolkovnik, Stavropol quberniyası müsəlman xalqlarının baş məhkəmə məmuru Dövlət-Mirzə Şıxəliyevin (Şeyx Əli) qardaşıqızıdı, eləcə də tanınmış ictimai xadimləri İbniamin Alkinin və Seid Girey Alkinin bacısıqızıdı. III Rusiya Dövlət Dumasının deputatı Galiaskar Syrtlanovın həyat yoldaşı idi. Onun 1912-ci ildə faciəli ölümündən sonra ictimai həyatda fəal iştirak etməyə başlamışdı. "Petroqradsk müsəlman maarifçilik cəmiyyətinin" sədri olub və "Petroqrad və Ufadan olan savadlı müsəlmanlar arasında geniş nüfuza" malik idi.Birinci Dünya Müharibəsi başlayandan sonra, cəbhəyə kömək üçün müsəlman xeyriyyə cəmiyyətinin birləşdirməyə çalışan Rusiya müsəlman ictimai təşkilatlarının Mərkəzi komitəsinin üzvlərindən biri olub. 1916-cı ilin yayında qabaqcıl mövqeyə göndərilən Rusiya müsəlmanlarının sanitar dəstəsinə başçılıq edib.Rus İnqilabından sonra Sırtlanova Finlandiyaya mühacirət etdi. Orada yerli tatar icmasının yaradılmasında iştirak etmişdir. Bu müddət ərzində o, Fin teosofları ilə əlaqə saxlayır və Fin mətbuatında musiqi müəllimi kimi xidmətlərini reklam edir. Sırtlanova müxtəlif dərnəklərə İslam dini haqqında təqdimatlar etdi; o, "Məhəmməd peyğəmbərin nüfuzunu şübhəli qərblilərə təmizləmək" istəyirdi".Sonra o, Fransanın Paris şəhərinə mühacirət etdi.. 1926–1939-cu illərdə rus və fransız teosofiya cəmiyyətlərində məruzələri ilə çıxış edirdi. 1933–1935-ci illərdə idarə heyətinin müavini, 1935-ci ildən sonra Fransada Y. Vrevsikiyin adına Rus mərhəmət bacıları ittifaqının idarə heyətinin üzvü olmuşdur. 1921-ci ildən 1939-cu ilədək Le Droit Humain (İnsan Hüququ) adlı vətəndaş hüquqlarının və qadınların azadlıqlarının müdafiəsi ilə məşğul olan ordeninin üzvü olmuşdur. 1929-cu ildə bu ordenə daxil olan "Avrora" rusdilli mason lojasının möhtərəm ustadı oldu. Almanlar Fransanı işğalı edəndən və ölkənin ərazisində bütün mason lojaların bağlanışından sonraki taleyi məlum deyil.
https://az.wikipedia.org/w/index.php?curid=490617
Əminə Xatun
Əminə Xatun (1398, Əlbistan – 1449, Bursa) — Osmanlı padşahı II Muradın anası, validə sultan və I Mehmedin xanımıdır. Dulqədiroğulları bəyliyinin 5-ci hökmdarı olan Zülqədiroğlu Nəsrəddin Məhəmməd bəyin qızıdır. İldırım Bəyazidin oğlu Çələbi I Mehmed ilə 1403-cü ildə evlənmişdir. II Muradın anası və beləliklə, Fateh Sultan Mehmedin nənəsidir. Oğlunun səltənəti dövrünü görmüş və Validə sultan olmuş olsa da, o dövr üçün validə sultanların saray daxilində çox da gücləri yox idi. Bu səbəbdən güclü saray qadını olmamışdır. 1449 tarixində, oğlundan iki il əvvəl vəfat etmiş, cənazəsi Muradiyə Məscidindəki Xatuniyə türbəsinə dəfn edilmişdir. Həmçinin bax Validə sultanlar
https://az.wikipedia.org/w/index.php?curid=437276
Əminə Yusifqızı
Əminə Yusifqızı (əslində Yusifqardaş qızı) (24 sentyabr 1936, Bakı) — aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1998). Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964–1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərmişdir. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958–1964), Azərbaycan Milli Dram Teatrının (1964–74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y. Əzimzadə), Səbirə ("Son məktub", R. İsmayılov), Humay ("Komsomol poeması", İ. Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q. Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir. Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1 dekabr 1982 Cəfər Cabbarlı mükafatı (2010) "Şöhrət" ordeni (Azərbaycan) (14 sentyabr 2016) Filmoqrafiya Ad günü (film, 1977) (tammetrajlı bədii film)-filmi səsləndirən: Rəna (Şükufə Yusifova) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-səsləndirən: Mədinə (Səfurə İbrahimova) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-səsləndirən: Tatyana (Liliya Makarova) Arşın mal alan (film, 1965) ATU və ya pa ATU nnan (film, 1971) Bakıda küləklər əsir (film, 1974) Bayquş gələndə... (film, 1978) Bəxtəvər (film, 1984) Bəyin oğurlanması (film, 1985) Bir ailəlik bağ evi (film, 1978) Bir cənub şəhərində (film, 1969) Birisigün, gecəyarısı... (film, 1981) Bizim küçənin oğlanları (film, 1973) Bulud niyə ağlayır? (film, 1973) Burulğan (film, 1986) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) Dairə (film, 1989) Dədə Qorqud (film, 1975) Ən vacib müsahibə (film, 1971) Əzablı yollar (film, 1982) Gəlinlərin qiyamı (film, 1985) (dublyaj) Gənc qadının kişisi (film, 1988) Gilas ağacı (film, 1972) Həsən Əbluc (film, 1999) Həyat bizi sınayır (film, 1972) Heydər Əliyev. İki əsrin fenomeni (film, 2002) Xatirələr sahili (film, 1972) Xüsusi buraxılış (film, 1983) İnsan məskən salır (film, 1967) İstintaq (film, 1979) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Qanun naminə (film, 1968) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qətl günü (film, 1990) Qeybdən gələn səs (film, 2002) Qızıl uçurum (film, 1980) Qızıl qaz (film, 1972) Mən ki gözəl deyildim (film, 1968) Mən mahnı qoşuram (film, 1979) Mənim əziz atam (1970) Möcüzələr adası (film, 1963) Musiqi müəllimi (film, 1983) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Onu bağışlamaq olarmı? (film, 1959) Onun bəlalı sevgisi (film, 1980) Özgə ömür (film, 1987) Park (film, 1983) Prima (film, 1994) Rəngli yuxu (film, 1982) Sən niyə susursan? (film, 1966) Skripkanın sərgüzəşti (film, 1972) Süd dişinin ağrısı (film, 1987) Şahid qız (film, 1990) Şərikli çörək (film, 1969) Telefonçu qız (film, 1962) Təhminə (film, 1993) Təxribat (film, 1989) Tənha durna uçuşu (film, 2003) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Tütək səsi (film, 1975) Ulduz (film, 1964) Uşaqlığın son gecəsi (film, 1968) Ümid (film, 1995) Ürək... Ürək... (film, 1976) Üzeyir ömrü (film, 1981) Var olun, qızlar... (film, 1972) Yaşamaq gözəldir, qardaşım! (film, 1966) Yay gününün xəzan yarpaqları (film, 1986) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
https://az.wikipedia.org/w/index.php?curid=32580
Əminə Yusifqızı (jurnalist)
Əminə Yusifqızı — əməkdar jurnalist, "Kür" qəzetinin baş redaktoru. Əminə Yusifqızı 1 iyun 1951-ci ildə Yevlax rayonunda doğulub. 2 övladı, 6 nəvəsi, 1 nəticəsi var. 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində təhsili alıb Əmək fəaliyyəti Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK-nın təyinatı ilə Yevlaxda çıxan "Təşəbbüs" qəzetində (sonrakı adı "Kür") jurnalist fəaliyyətinə başlamışdir. Əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri işləmiş, 1991-ci ildən indiyəcən isə "Kür" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə "Qızıl qələm" mükafatına (1982), 2 dəfə H.B.Zərdabi adına (1993–2001), Məhsəti Gəncəvi adına (1995) mükafatlarına layiq bilinib. 1991-ci ildə respublikanın əməkdar jurnalisti fəxri adını almış, 2005-ci ildə isə ölkə başçısının daha bir sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının da sahibidir. Çalışdığı müddətdə dəfələrlə keçirilən fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuşdur, fəaliyyəti çoxsaylı diplom və fəxri fərmanlara layiq bilinmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şura üzvüdür. 65 Yevlaxlı şəhidin həyat və döyüş yolundan bəhs edən "Zəfər Fədailəri" adlı kitabı 2021-ci ildə, "Biz vətən üçün doğulduq" kitabı isə 2022-ci ildə nəşr olunmuşdur. 2009-cu ildən 2021-ci ilə qədər Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri işləyib
https://az.wikipedia.org/w/index.php?curid=748801
Əminə burnu
Əminə burnu 60 metrlik bir qaya parçasıdır. Üstəlik dəniz daxilinə su altı və üztü qayalarla 250 m məsafədə daxil olur. Bu səbəbndən ərazi gəmilər üçün olduqca təhlükəlidir. Burada mayak fəaliyyət göstərir. Əminə burnu Varnadan 79 km cənubda, Burqasdan isə 54 km şimalda, Obzordan 14 km cənubda yerləşir. Turistik maşrutlar 1976-ci ildən qoruq elan edilmişdir. Burunda Avropa E-3 piyada maşrutu bitir. Fotolar Arxivləşdirilib 2010-01-04 at the Wayback Machine Əminə burnu — təbiət gözəllikləri Arxivləşdirilib 2014-08-12 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=564492
Əminə Ərdoğan
Əminə Gülbaran Ərdoğan (21 fevral 1955, Üsküdar, İstanbul ili) — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı. Əminə Ərdoğan 16 fevral 1955-ci ildə ərəb əsilli ailədə İstanbulun Fateh ilçəsində anadan olub. Siirtdən İstanbula gələn beş uşaqlı bir ailənin sonuncu övladı. Mithat Paşa Axşam İncəsənət Məktəbindən dərs qeydləri yaxşı olmasına baxmayaraq öz arzusu ilə ayrılıb və "İdealist Qadınlar İttifaqına" qoşulub. Buradakı bir konfrans çalışması əsnasında Rəcəb Tayyib Ərdoğan ilə tanış olub və 4 iyul 1978-ci ildə evləndilər. Cütlüyün Əhməd Burak, Nəcməddin Bilal, Esra və Süməyya adlarında dörd uşağı var.
https://az.wikipedia.org/w/index.php?curid=416554
Əmioğlu (dəqiqləşdirmə)
Əmioğlu — Əminin oğlu. Yuxarı Əmioğlu (Çaroymaq) — Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisində kənd. Aşağı Əmioğlu (Çaroymaq)
https://az.wikipedia.org/w/index.php?curid=614955
Əmir
Əmir—Ərəbcə başçı, şah. Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri. Qacarlar dövlətində: Əmir-i-Nuyan, Əmir Panc, "5,000 nəfərlik qoşun başçısı" Amir-i-Tuman, "10,000 nəfərlik qoşun başçısı" Amir ul-Umara, "Əmirlər əmiri' Həmçinin bax Xarici keçidlər WorldStatesmen Religious Organisations - see also many present Muslim countries
https://az.wikipedia.org/w/index.php?curid=119767
Əmir-Abbas Hoveyda
Əmir-Abbas Hoveyda (18 fevral 1920 - 7 aprel 1979) — İranın dövlət xadimi. 1965-ci ilin 27 yanvar tarixindən 7 avqust 1977-ci il tarixinədək İranın baş naziri.13 ilə yaxın İran Baş Naziri olaraq İran tarixində ən çox bu vəzifəni tutan şəxsdir. Paris və Brüsseldə siyasi elmlər üzrə təhsil aldıqdan sonra İrana qayıtmış və hərbi xidmətə yollanmışdır.Daha sonra İran Xarici İşlər Nazirliyinə daxil olmuş,daha sonralar Paris (1945-1947),Bonn (1947-1952) və Ankaradakı (1957) İran səfirliklərində, BMT-də (1951-1957) çalışmışdır.1958-ci ildə İran Milli Neft Şirkətində idarə heyətinə üzv təyin olunmuşdur. 1963-cü ildə Yeni İran Partiyasının qurulmasında iştirak etmişdir.1965-ci ildə dönəmin baş naziri Həsən Əli Mənsurun öldürülməsindən sonra baş nazir vəzifəsinə təyin olunmuşdur.Baş nazir olmaqla yanaşı ölkənin yeganə qanuni siyasi partiyası olan Yeni İran Partiyasının və daha sonra onun yerinə keçən Rastahiz (yenidən canlanma) partiyasının da rəhbəri olmuşdur.Bu dönəmdə İranla Qərb neft şirkətləri arasında müxtəlif müqavilələr imzalamağa başlamışdır. Buna baxmayaraq,7 avqust 1977-ci ildə İranda baş qaldıran etirzaların səbəbkarı olaraq görüldü və vəzifəsindən istefaya göndərildi,yerinə Cəmşid Amuzegar gətirildi.1978-ci ilin noyabrinda isə İranda əksinqilabi qüvvələrə qarşı vuruşan şah yönümlü hərbi rejim tərəfindən ev həbsinə məhkum edildi.1979-cu il inqilabında Ruhulla Xomeyninin hakimiyyətə gəlməsindən sonra 1979-cu ilin fevralinda təslim oldu.2 ay sonra Ruhulla Xomeyninin tələbəsi olan Sadıg Xalxalinin rəhbərlik etdiyi İslami İnqilab Məhkəməsi tərəfindən güllələnərək edam olundu. Xarici keçidlər Əmir-Abbas Hoveyda haqqında səhifə (ingilis dilində)
https://az.wikipedia.org/w/index.php?curid=96993
Əmir (Askın)
Coğrafi yerləşməsi rayon mərkəzindən (Askın): 4 km, kənd sovetliyindən (Kaşka): 2 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 37 km. Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99 %) üstünlük təşkil edir. Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı "Genealogiya və Arxivləri" portalında
https://az.wikipedia.org/w/index.php?curid=519072
Əmir (Gədəbəy)
Əmir — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Əmir oyk. Gədəbəy r-nunun Poladlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bəzən Əmir variantında qeydə alınmışdır. Oykonim eymur tayfasının adı ilə bağlıdır, etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 183 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Gədəbəy rayonu Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=97021
Əmir (Marağa)
Əmir (fars. امير) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (60 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=612516
Əmir (dəqiqləşdirmə)
Əmir — başçı.KəndlərƏmir (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Əmir (Askın) — kənd. Əmir (Marağa) — kənd. Əmir Aslan (Bicar) Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=448110
Əmir (kənd)
Əmir — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Toponimikası Əmir oyk. Gədəbəy r-nunun Poladlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bəzən Əmir variantında qeydə alınmışdır. Oykonim eymur tayfasının adı ilə bağlıdır, etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 183 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Həmçinin bax Gədəbəy rayonu Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
https://az.wikipedia.org/w/index.php?curid=448109
Əmir Abdulla xan Təhmasibi
Əmir Abdulla xan Təhmasibi (عبدالله خان امیر طهماسبی) (1881-1928) — Qacarlar dövlətinin generalı, İran Kazak diviziyasının zabiti. Əmir Abdulla xan Təhmasibinin ailəsi Şimali Azərbaycandan mühasirət etmişdi. O, 1881-ci ildə Tehran şəhərində doğulmuşdu. Əmir Abdulla xan Təhmasibi Qacarlar dövləti devriləndən sonra kazak dostu Rza xana xidmət etmişdi. Rza xan hakimiyyətə yiyələnəndən sonra İranda ən varlı adamlardan olan Murtuzaqulu xan Bayatı soymaq qərarına gəldi. Əmir Abdulla xan Təhmasibini onun ardınca göndərib onu həbs etdirdi.A.Təhmasibi prinsip etibarilə ziyalılara Azərbaycanın və Azərbaycan tayfalarının tarixini yazmağı tapşırmışdı və məsələnin bu cəhəti onun əyalətdə böyük nüfuz və hörmət sahibi olması və onun Rza xanla münasibətlərinin xarakteri ilə izah edilə bilər. A.Mostoufi qeyd edir ki, A.Təhmasibi Azərbaycanda olduğu müddət ərzində (1924-1925), adamların elə hörmət və etibarını qazanmışdı ki, "Azərbaycan dilində söylədiyi nitqləri ilə onları heç bir etiraz etmədən istənilən çətin işə, istənilən fədakarlıq göstərməyə vadar edə bilərdi".Xacə Nuri isə Rza xanın A.Təhmasibiyə qarşı şübhələrinin artdığını qeyd edir.A.Tahmasibinin Azərbaycan qoşunlarına əyalətdə Qacar sülaləsinin tərəfdarlarının ehtimali çıxışlarının qarşısını almaq üçün komandan təyin edilməsinə baxmayaraq onun özü Rza xanın taxt-taca gedən yolunda ehtimali rəqibinə çevrilmişdi. Rza xan onu Tehrana-geri çağırmağı qərara aldı, "lakin, azərbaycanlılar çoxlu teleqram göndərərək onun getməsinə mane oldular və hökumət əhalinin tələbi ilə razılaşaraq onu bir müddət orda saxlamağa məcbur oldu. Onu oradan geri çağırmaq çətin olduğu üçün Sərdar sepəh (Rza xan - Ə.Ç.) özü ora getdi və oradan Abdulla xanla Kürdüstana hərəkət edib onu oradan Tehrana apardı." Əhalinin A.Təhmasibiyə olan xeyirxah münasibətini bəzi müəlliflər onun şəxsi keyfiyyətləri, köçərilərin özbaşınalığının qarşısını almaq, əyalətdə qayda-qanunun bərqərar edilməsi, burada abadlıq sahəsində gördüyü tədbirlərin təsirliliyi ilə izah edirlər. A.Təhmasibinin nüfuzuna, görünür, onun azərbaycanlılar qarşısında həmişə azərbaycanca danışması da təsir göstərirdi. Beləliklə, A.Təhmasibi həm özünün gələcək ehtimali dayağını daha dərindən tanımaq, həm də azərbaycanlılar arasında milli, tarixi şüurun geniş yayılmasına yardım etmək üçün Azərbaycan və Azərbaycan tayfalarının tarixini yazmaq tapşırığı verə bilərdi. Əgər, A.Təhmasibinin tapşırığı ilə Təbrizdə yazılmış əlyazmalarının mövcud olması doğrudursa, onda Azərbaycan ziyalılarının bəzi nümayəndələrinin nisbətən inkişaf etmiş tarixi - milli şüura malik olmaları fikri də doğrudur. Beləliklə, azərbaycanlılar bütövlükdə Qacar sülaləsinin əsas dayağı hesab edilməsə də, Rza xan və onun ətrafındəkilər ilk günlərdən Azərbaycan və azərbaycanlıların yeri və əhəmiyyətini nəzərə almağa çalışırdılar. Həm A.Təhmasibini Azərbaycandan aparmaq, hem də əyalətdə antiqacar çıxışları təşkil etmək məqsədi ilə Rza xan 1925-ci ildə Azərbaycana səfər etdi. Rza xanın tərəfdarları oktyabrın 29- da Təbrizdə Təbrizin Tehranla əlaqəsini kəsdiyini bildirən fitnəkar elamiyyə çap etdilər. Şəhərdə "paytaxta yürüş üçün könüllülər dəstələri "təşkil etməyə" başladılar. Ənvər Çingizoğlu, Əmir Abdulla xan Təhmasibi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, s.48-49. Həmçinin bax İran Kazak diviziyası Xarici keçidlər General Abdulla Təhmasibi Abdulla xan Əmir Təhmasibi kimdir
https://az.wikipedia.org/w/index.php?curid=180750
Əmir Aslan (Bicar)
Əmir Aslan (fars. اميراصلان) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (26 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=768636
Əmir Ağaxan sultan Müqəddəm
Əmir Ağaxan sultan Müqəddəm - Qızılbaş sərkərdəsi, vilayət hakimi, elbəyi Əmir Ağaxan sultan XVI yüzilin sonu, XVII yüzilin önlərində yaşamışdı. Otuziki elinin Müqəddəm oymağındandır. Arazbar qəzasının Xanarxı kəndinə doğulmuşdu. I Şah Abbas Qarabağda olarkən Otuziki elinin başçısı Əmir Ağaxan sultan Müqəddəmi Marağaya hakim təyin edib, oranı basqınçı kürdlərdən təmizləməsini istədi. Əmir Ağaxan sultan Müqəddəm doğma oymağı ilə Marağaya köçdü. Oranı kürdlərdən təmizləyəndən sonra özü Marağaya hakim, oymağı isə vilayətin axar-baxarlı yurdlarına sakin oldi. Şah bütün oymağı çobanbəyi, çöpbaşı vergilərindən azad etdi. Əmir Ağaxan sultanın Hüseynqulu xan adlı oğlu vardı. Onun soyu Rza şah Pəhləvinin hakimiyyətinə qədər Marağanı idarə etdi. Ənvər Çingizoğlu, Müqəddəm eli, "Soy" dərgisi, 5 (25), 2008. Ənvər Çingizoğlu, Marağa xanlığı, Bakı, "Şuşa", 2011,-səh.218. Ənvər Çingizoğlu. Otuziki eli. "Soy" dərgisi, 1 (4) Bakı, 2004. Həmçinin bax Dağlıq Qarabağ Müqəddəm eli
https://az.wikipedia.org/w/index.php?curid=77539
Əmir Ağayev
Əmir Ağayev (ivr. אמיר עגיוב; 10 fevral 1992, Rişon LeZion, İsrail) — Azərbaycan əsilli İsrail futbolçusu, "Sumqayıt" FK-nun yarımmüdafiəçisi. Xarici keçidlər Əmir Ağayev — transfermarkt.com saytında. (ing.) Soccerway.com saytında profili (ing.) Əmir Ağayev. Sports.ru saytındakı profili (rus.)
https://az.wikipedia.org/w/index.php?curid=364639
Əmir Bahaduri-Cəng
Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu (1855-1917) – İran şahı Məhəmmədəli şahın saray vəziri. Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu. Tanınmış Bahadurlular nəslindəndir. Bu soy Rusiya-İran müharibəsi zamanı Qarabağdan mühacirət edib. Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü.Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə təyin etdi. Şah qvardiyasının rəisi oldu. Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü. 1905-ci ildə Mirzə Mahmud xan Həkimülülmülk yerinə saray naziri təyin edildi. O, İran ordusunun komandanı kimi Kirman, İsfahan və Fars əyalətlərində reyd keçirmişdi. Bu "cəng bahaduru" öz cəngavərliyini xalqa və demokratiyaya göstərdi. Məclisi topa tutdu. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə 1905-ci ilin dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdüləzim" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadur bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı. Yeni məclis yarananda Hüseynpaşa xan məclisi hərbi nazirliyinin tabeliyinə verilməsini tələb etdi. Ondan məclisin sədri məsələsini soruşanda qılıncını göstərib demişdi: "Sizin gələcək məclisinizin başçısı bu olacaq". 1909-cu ildə Məhəmmədəli şah devriləndə, təcili çıxarılması vacib olan iki nazirdən biri o idi. Məhəmmədəmin Rəsulzadə onun haqqında yazır: "Son zamanlar Tehranın vəziyyəti bu kibi niyətlər, xülyalar bəsləməgə görünüyor ki, olduqca müsaiddir. Bunun böylə olmasına Məhəmmədəli şahın ən sadiq yavrularından sabiq hərbiyyə vəziri Əmir Bahadırın Tehrana gəlmiş olduğudur. Əmir Bahadır o məşhur Əmir Bahadır cəngdir ki, məşrutiyyət əleyhinə gördügü İqdamatda Məhəmmədəli şahın "əcinnə"lərindən biri, həm də birincisi idi. Əmir Bahadır 1909-cu ildə Tehranın məşrutiyyətpərəstlər tərəfindən alınmasından sonrasının yaylağı olan Zərkəndə sarayında bəstdə oturub, sonra inqilab hökuməti tərəfindən İran xaricinə tərd edilmiş idi. Əmir Bahadır son zamanlara qədər Vyanada olub restorançılıq ediyordu. 1911-ci ildə Məhəmmədəli şahın Mazandarana keçib də orada təkrar bir hərəkəti-irticaiyyə başladığı zamanlar, hər kəs Əmir Bahadır cəngində İrana gəlməsinə müntəzir ikən, Əmir "ağır oturub batman gəlmişdi". Hətta, hər kəscə qaba, siyasətdən anlamaz, idrakdan məhrum, bütün məziyyəti yalnız "Şahnamə"yi əzbər oxumaqdan ibarət bilinmiş ikən, bu "restorançı vəzir", o zaman böyük bir zəkavati-siyasiyyə göstərmiş, (məşhurdur) şah tərəfindən İrana getmək üçün kəndisinə vaqe olan təklifə "bu səfərdən faidə görməzsən" demişdi. O səfər də "əldən çıxmış iqtidari qaytarmaq təşəbbüsünü faidəsiz" görən Əmirin bu dəfə "Məhəmmədəli şahı istiyoruz zamanında – birdən-birə Tehran üfüqündə "parlaması" bir az mənidar kibi görünüyor".Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1917-ci ildə vəfat edib. Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı: "Ozan", 1998, 192 səh. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı: "Şuşa", 2008, 160 səh. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh. Həmçinin bax Qaradağ vilayəti Xarici keçidlər Hüseynpaşa xan BAHĀDOR JANG, AMIR, ḤOSAYN PASHA KHAN
https://az.wikipedia.org/w/index.php?curid=78059
Əmir Bahadır
Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu (1855-1917) – İran şahı Məhəmmədəli şahın saray vəziri. Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu. Tanınmış Bahadurlular nəslindəndir. Bu soy Rusiya-İran müharibəsi zamanı Qarabağdan mühacirət edib. Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü.Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə təyin etdi. Şah qvardiyasının rəisi oldu. Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü. 1905-ci ildə Mirzə Mahmud xan Həkimülülmülk yerinə saray naziri təyin edildi. O, İran ordusunun komandanı kimi Kirman, İsfahan və Fars əyalətlərində reyd keçirmişdi. Bu "cəng bahaduru" öz cəngavərliyini xalqa və demokratiyaya göstərdi. Məclisi topa tutdu. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə 1905-ci ilin dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdüləzim" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadur bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı. Yeni məclis yarananda Hüseynpaşa xan məclisi hərbi nazirliyinin tabeliyinə verilməsini tələb etdi. Ondan məclisin sədri məsələsini soruşanda qılıncını göstərib demişdi: "Sizin gələcək məclisinizin başçısı bu olacaq". 1909-cu ildə Məhəmmədəli şah devriləndə, təcili çıxarılması vacib olan iki nazirdən biri o idi. Məhəmmədəmin Rəsulzadə onun haqqında yazır: "Son zamanlar Tehranın vəziyyəti bu kibi niyətlər, xülyalar bəsləməgə görünüyor ki, olduqca müsaiddir. Bunun böylə olmasına Məhəmmədəli şahın ən sadiq yavrularından sabiq hərbiyyə vəziri Əmir Bahadırın Tehrana gəlmiş olduğudur. Əmir Bahadır o məşhur Əmir Bahadır cəngdir ki, məşrutiyyət əleyhinə gördügü İqdamatda Məhəmmədəli şahın "əcinnə"lərindən biri, həm də birincisi idi. Əmir Bahadır 1909-cu ildə Tehranın məşrutiyyətpərəstlər tərəfindən alınmasından sonrasının yaylağı olan Zərkəndə sarayında bəstdə oturub, sonra inqilab hökuməti tərəfindən İran xaricinə tərd edilmiş idi. Əmir Bahadır son zamanlara qədər Vyanada olub restorançılıq ediyordu. 1911-ci ildə Məhəmmədəli şahın Mazandarana keçib də orada təkrar bir hərəkəti-irticaiyyə başladığı zamanlar, hər kəs Əmir Bahadır cəngində İrana gəlməsinə müntəzir ikən, Əmir "ağır oturub batman gəlmişdi". Hətta, hər kəscə qaba, siyasətdən anlamaz, idrakdan məhrum, bütün məziyyəti yalnız "Şahnamə"yi əzbər oxumaqdan ibarət bilinmiş ikən, bu "restorançı vəzir", o zaman böyük bir zəkavati-siyasiyyə göstərmiş, (məşhurdur) şah tərəfindən İrana getmək üçün kəndisinə vaqe olan təklifə "bu səfərdən faidə görməzsən" demişdi. O səfər də "əldən çıxmış iqtidari qaytarmaq təşəbbüsünü faidəsiz" görən Əmirin bu dəfə "Məhəmmədəli şahı istiyoruz zamanında – birdən-birə Tehran üfüqündə "parlaması" bir az mənidar kibi görünüyor".Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1917-ci ildə vəfat edib. Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı: "Ozan", 1998, 192 səh. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı: "Şuşa", 2008, 160 səh. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh. Həmçinin bax Qaradağ vilayəti Xarici keçidlər Hüseynpaşa xan BAHĀDOR JANG, AMIR, ḤOSAYN PASHA KHAN
https://az.wikipedia.org/w/index.php?curid=180512