!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əli Əmiraslanov
Əli Ağamalı bəy oğlu Əmiraslanov (22 dekabr 1900, Balahəsənli, Zəngəzur qəzası – 16 oktyabr 1962, Moskva) — geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü (1953). Əli Ağamalı bəy oğlu Əmiraslanov 1900-cü ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olmuşdur. 1930-cu ildə Moskva Mədən Akademiyasını bitirmişdir. Əli Əmiraslanov 1930-38-ci illərdə Uralda, Qazaxıstanda, Orta Asiyada və Qafqazda əlvan metallar-sink, mis, qalay və s. yataqlarının öyrənilməsi ilə məşğul olmuş, bir sıra yataqların açılmasında iştirak etmişdir. 1938-54-cü illərdə müxtəlif elmi-tədqiqat geologiya institutlarında işləmiş, Moskva geologiya institutunda dərs demiş, "Sovetskaya Qeoloqiya" elmi jurnalının baş redaktorunun müavini olmuşdur. Əli Əmiraslanov 1954-62-ci illərdə SSRİ-nin əlvan metallurgiya, geologiya və Yer təkinin mühafizəsi nazirliklərində rəhbər vəzifələrdə çalışmışdır. "Qurğuşun və sink yataqlarının əsas tipləri" (axtarış metodları kəşfiyyat və qiymətləndirmə) "Avstraliyanın qurğuşun-sink yataqları. Yerləşmə qanunauyğunluğu və geoloji xarakteri". "Faydalı qazıntıların axtarılmasının proqressiv metodları" və s. onlarla elmi əsərlərin müəllifidir. Professor Əli Əmiraslanov orden və medallarla təltif olunmuş, 1962-ci ildə Moskva şəhərində vəfat etmiş və Novodeviçye məzarlığında dəfn olunmuşdur. "XX əsrin 100 görkəmli azərbaycanlısı". Bakı, "Sumqayıt" nəşriyyatı, 2002, səhifə 75.
https://az.wikipedia.org/w/index.php?curid=320225
Əli Əmirli
Əli Məmməd oğlu Əmirli (30 oktyabr 1948, Novruzlu, Ağdam rayonu) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır (1967-1973). Fəhlə işlədiyi 4 il ərzində zavodun çoxtirajlı "Elektrik" qəzetində oçerk və hekayələri ilə çıxış etmişdir. 1971-ci ildə "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində işləmişdir (1969-1971). 1971-ci ildən 2006-cı ilədək Əli Əmirli Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat, elmi-texniki informasiya institunda əvvəl ədəbi redaktor, sonra redaksiya-nəşriyyat şöbəsinin müdiri, daha sonra direktor müavini vəzifələrində çalışmışdır. 1974 - 1975-ci illərdə ali təhsili başa vurduqdan sonra əsgəri xidmətdə olmuş , leytenant rütbəsi ilə tərxis edilmişdir. Əli Əmirli əmək fəaliyyəti ilə paralel olaraq ədəbi yaradıcılıqla məşğul olmuş, hekayə, povest və romanları ilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında çap olunmuş, kitabları dövlət nəşriyyatlarında nəşr edilmişdir. 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvüdür. Yeddi il Birliyin dramaturgiya seksiyasına rəhbərlik etmişdir. 2021-ci ildən Birliyin idarə heyətinin üzvüdür. 1990-cı ildən başlayaraq Əli Əmirli yaradıcılığını dramaturgiyaya yönəltmişdir. Onun 30-dan çox səhnə əsəri ölkənin, demək olar ki, bütün teatrlarında və 10-a yaxın xarici ölkə teatrında tamaşaya qoyulmuşdur. Ölkənin baş teatrı olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının son 30 illik repertuarında Əli Əmirli imzası görünməkdədir. Dramaturq 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2000-ci ildən başlayaraq Əli Əmirli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi-pedaqoji fəaliyyətə başlamış, əvvəl müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmış, gələcək kinoşünaslara və kinodramaturqlara dramaturgiyanın sirlərini təlim etmişdir. 2018-ci ildən Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professorudur. Yaradıcılıq nailiyyətlərinə görə Əli Əmirli 2000-ci ildə "Humay İlahəsi" mükafatı, 2018-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı, 2017-ci ildə Cəfər Cabbarlının "Almas" əsərinin yeni səhnə redaksiyasına görə "Cəfər Cabbarlı mükafatı", çox sayda diplomlar və fəxri fərmanlarla təltif olunmuşdur. 2015-ci ildə isə Prezident sərəncamı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Yaradıcılığı Əli Əmirli 1971–ci ildən ədəbi yaradıcılıqla məşğul olur. Bu illər ərzində onun onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc edilmişdir. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Sonalar gölü", "Bir il", "Ərizə", "Tapança", "Ölü doğan şəhər" kimi roman və povestlərin və iyirmidən yuxarı hekayənin müəllifidir. 1990-cı ildən başlayaraq dramaturji yaradıcılıqla məşğuldur. Pyesləri Azərbaycanın əksər teatrlarında, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Dövlət Musiqili Komediya Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Gənclər Teatrında, habelə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Qazax, İrəvan, Mingəçevir, Qusar dövlət teatrlarında tamaşaya qoyulmuşdur. "Onun iki qabırğası" komediyası Tbilisidə, "Varlı qadın" pyesi isə Tacikistanda V.Mayakovski adına Dövlət Rus Dram Teatrında (rus dilində) və Vohidov adına Tacikstan Dövlət Gənclər Teatrında tacik dilində tamaşaya hazırlanmışdır. Vohidov teatrının tacik dilində hazırlanmış tamaşası Almaatada keçirilmiş Yaxın Şərq ölkələrinin ll Beynəlxalq Teatr festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülmüşdür. Elə həmin festivalda digər teatrların diqqətini cəlb edən "Varlı qadın" 2009-cu ildə Qırğızıstanın paytaxtında A.Umuraliyev adına Bişkek şəhər dram teatrında rus və qırğız dillərində tamaşaya qoyulmuşdur. Həmin əsər üzərində Qazaxıstanın yeni paytaxtı Astanada M.Qorki adına Rus Dövlət Dram Teatrında tamaşa hazırlanır. Dramaturqun əsərləri rus, türk, tacik, qazax, qırğız və sair dillərə tərcümə olunmuşdur. 1993-cü ildə yazdığı "Bala bəla sözündəndir?" komediyası əsasında çəkilmiş "Bala – başabəla" televiziya tamaşası (1995-ci il) Azərbaycan televiziyası (AzTV) və ölkənin digər televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş və böyük populyarlıq qazanmışdır. Bir qış günü (hekayələr). 1977. Yeddi hekayə. 1980. İldırımötürən (povest). 1983. Axirətdən qabaq gəzinti (roman). 1989. Haram (roman və povest). 1992. Meydan (roman). 1992. Ölü doğan şəhər (roman). 1999. 15 pyes (pyeslər). 2006. "Hasarın o üzü" (pyeslər), 2010 Ağdamda nəyim qaldı (kitab), 2019. Pərdəsiz (pyeslər), 2021 Ustad dərsləri (10 dərsdən ibarət kitab), 2023 Kinodramaturgiya: nəzəriyyə və praktika (dərs vəsaiti), 2011 Dram və ssenari yaradıcılığı (dərs vəsaiti) 26.İki aktrisa üçün baş rol 27. Nuri-didə Ceyhun (2018) 28. Gözəllik imperiyası (2014) 29. Kastinq və ya premyera (2012) 30. Sehirli alma (2017) 31. Hacı Murad (eyni adlı əsərin səhnələşdirilməsi, 2014) 32. Zalamca (eyni adlı əsərin motivləri əsasında dram, 2015) 33. Ah, bu uzun sevda yolu (2018) 34. Pərdəsiz (2020) 35. Mələk əmi (novella, monopyes, 2020) Filmoqrafiya Bala-başa bəla! (film, 1995) Xarici keçidlər Sərvər Şirinin Əli Əmirli ilə müsahibəsi Arxivləşdirilib 2016-02-25 at the Wayback Machine “Almaz” tamaşasının yeni səhnə həyatı
https://az.wikipedia.org/w/index.php?curid=37200
Əli Əmirov
Əli Cabbar oğlu Əmirov (25 mart 1915, Naxçıvan – 12 fevral 1979, Bakı) — Azərbaycan Kommunist Partiyası MK-nin katibi (1962–1971), texnika elmləri doktoru, professor Əmirov Əli Cabbar oğlu Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nu bitirdikdən sonra, 1940–1952-ci illərdə "Orconikidzeneft" trestində neft hasilatı ustasından trestin müdirinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1952–1972-ci illərdə "Azərbaycan neft təsərrüfatı" jurnalının redaksiya kollegiyasının üzvü və redaktoru olmuşdur. 1955–1959-cu illərdə Azərbaycan Neft sənayesi nazirinin müavini, 1959–1962-ci illərdə isə "Azneft" İB-nin baş direktoru olmuşdur. 1959-cu ildə "Çox dərin quyuların istismarının bəzi ünsürləri (məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1962-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilmişdir. 1971-ci ildən "Azneft" İB baş mühəndisi işləmiş və "Qum adası", "Makarov b.", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Bulla-dəniz" neft-qaz yataqlarının mənimsənilməsində bilavasitə iştirak etmiş və rəhbərlik etmişdir. Əmirov Ə.C. Azərbaycanın Mədəni əlaqələr cəmiyyətinin vitse-prezidenti olmuşdur. 1971-ci ildə "Dərin və çox dərin quyuların mənimsənilməsi və istismarının texnika və texnologiyasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o AzNKİ-nun "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasında dosent, professor vəzifələrində işləmişdir.Texnika Elmləri Doktoru (1972), SSRİ Dövlət Mükafatları Laureatı (1969), Azərbaycan Neft Sənayeinin müavini (1958–1959), Azərneft Birliyinin rəisi (1959–1962) Elmi fəaliyyəti Əmirov Ə.C. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: dərinlik nasosları ilə istismarın texnikası və texnologiyası; dərində yerləşən neft-qaz yataqlarının işlənilməsi problemi; neftin kompressor üsulu ilə hasilatının təkmilləşdirilməsi məsələləri; Azərbaycan neft mədənlərinin avtomatlaşdırılması üçün sistemlərin və vasitələr kompleksinin yaradılması və tətbiqi. Əmirov Ə.C. 140-dan artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir. O "SSRİ fəxri neftçisi" adına layiq görülmüşdür. Əmirov Ə.C. "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlanıb və akad. İ.M.Qubkin adına mükafatına laureatı olub.
https://az.wikipedia.org/w/index.php?curid=328342
Əli Əmirov (I)

https://az.wikipedia.org/w/index.php?curid=531157
Əli Ənvəri-Əbivərdi
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. Yaradıcılığı Mühəmməd Vakidi (740-823) xəlifə Ömərin zamanında, təqribən 638-639 – cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan “Düsturnamə” əsərində də yer almaqdadır . Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur. Ənvəri şer deyən adamdan soruşur: «Oxuduğun şerlər kimindir?». Cavab verir: «Ənvərinin». Şair bir daha soruşur: «Heç Ənvərini görmüsənmi?». O adam utanmadan söyləyir: «Ənvəri elə mən özüməm də!». Şair bu həyasızlıq qarşısında mat qalıb deyir: «Şer oğrusu görmüşdüm, amma şair oğrusu görməmişdim».
https://az.wikipedia.org/w/index.php?curid=311145
Əli Əsgər
Əli Əsgər (1968) — Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor.[mənbə göstərin] Ailəlidir, bir övladı var. Təhsili və pedaqoji fəaliyyəti 1986–1993-cü illər ərzində Azərbaycan Texniki Universitetinin Radio Texnika fakültəsində həm bakalavr, həm də magistr dərəcələrində təhsilini tamamlamışdır. Məzun olduğu dövrdə ölkədəki vəziyyəti diqqətə alaraq hüquq təhsili almağa qərar verərək, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakülətsinə daxil olub. 1998–2000-ci illər ərzində isə Türkiyənin nüfuzlu universitetlərindən olan Mərmərə Universitetinin Sosial Elmlər İnstitutundan Ümumi Hüquq üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə isə Ankara Universitetində doktorantura təhsilini tamamlamış və "Post Sosialist Ölkələrdə Siyasi Rejim Dəyişikləri" adlı dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Elmi fəaliyyəti Doktorantura təhsilini tamamladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir qəzetin Türkiyə təmsilcisi olmuşdur. Əli Əsgərin fərqli QHT-lərdə Qafqaz, Rus-Slavyan, Orta Asiya və Türk dünyası ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda professor erməni vandalizmin gerçəkliyini Türk dünyasına çatdırılması üçün müxtəlif fəaliyyətlər göstərmiş, təbliğatlar aparmışdır. 2021-ci ildə professor adına layiq görülən Əli Əsgər halhazırda Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.[1] Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir. Xarici keçidlər istifadə tarixi 03.08.2021
https://az.wikipedia.org/w/index.php?curid=714747
Əli Əsgər (rəssam)
Əli Əsgər (Kaşan) — Səfəvilər dövlətində saray rəssamı. O, miniatürçü Rza Abbasinin atası olmuşdur. Əli Əsgər Kaşan şəhərində anadan olmuşdur. Əli Əsgər Qazi Əhmədin miniatür rəssamlığında müəllimlərindən biri olmuşdur. Müasir tarixçilər onun yaradıcılığa Səfəvi şahı I Təhmasibin (1524–1576-cı ildə hakimiyyətdə olmuşdur) dövründə başladığını düşünürlər. Bundan sonra o, Məşhəd şəhərinə köçmüş və burada Şeyx Məhəmməd və Abdullahın yanında şahzadə valisi İbrahim mirzə Cahinin xidmətində aparıcı rəssamlardan biri olmuşdur.Saray tarixçisi İsgəndər bəy Münşinin yazdıqlarına görə, Əli Əsgər peyzaj rəngkarlığında fərqlənmişdi. O, daha sonra Səfəvilər dövlətinin paytaxtı Qəzvin şəhərində II Şah İsmayılın (1576–1577-ci illərdə hakimiyyətdə olmuşdur) yanında işləmişdir. Əli Əsgərin üslubu oğlu Rza Abbasinin ilk əsərlərinə təsir göstərmişdir. Canby, Sheila R. The Rebellious Reformer: The Drawings and Paintings of Riza-yi Abbasi of Isfahan (ingilis). Bloomsbury Academic. 1999. Gray, Basil. The arts in the Safavid period // Lockhart, Laurence; Jackson, Peter (redaktorlar ). The Cambridge History of Iran (ingilis). Volume 6: The Timurid and Safavid Periods. Cambridge: Cambridge University Press. 1986. ISBN 0-521-20094-6. Robinson, B. W. "ʿAlī Aṣghar, Court Painter". Iran: Journal of the British Institute of Persian Studies (ingilis). 26 (1). 1988: 125–128. JSTOR 10.2307/4299806.
https://az.wikipedia.org/w/index.php?curid=748094
Əli Əsgər bəy Mahmudbəyov
Əli Əsgər bəy Mahmudbəyov (Mahmudbəyov Hacı İbrahimxəlil bəy oğlu Ələsgər bəy; 1875, Şamaxı — 1968, Qahirə) — mühəndis, Azərbaycan Milli Şurasının üzvü. İstiqlal Bəyannaməsini imzalamış Azərbaycanın Milli Şurasının nümayəndəsi. Həyat və fəaliyyəti Əli Əsgər bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov Bakı real məktəbini, daha sonra Peterburq Politexnik İnstitutunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində çalışmış, 1908-ci ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir. Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvündən biri idi. 1918-ci ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, ömrünü orada başa vurmuşdur. Həbib bəy Mahmudbəyovun qardaşıdır. Həmçinin bax Azərbaycan mühəndisləri Azərbaycan Xalq Cümhuriyyəti
https://az.wikipedia.org/w/index.php?curid=155691
Əli Əsgərov
Əli Əsgərov (müğənni) — Azərbaycanın əməkdar artisti. Əli Əsgərov (yazıçı) — Azərbaycan yazıçısı. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=339057
Əli Əsgərov (müğənni)
Əli Rəhim oğlu Əsgərov (25 noyabr 1961, Bakı – 23 fevral 2023) — Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı (2014–2022), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti (1990–2023), bas. Əli Rəhim oğlu Əsgərov 1961-ci il noyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının) ifaçılıq fakültəsinin vokal şöbəsini və aspiranturasını bitirmişdir. 1990-cı ildən 2023-cü ilə dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist vəzifəsində çalışıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: Jorj Bizenin "Karmen" operasında Sunyiqa, Cüzeppe Verdinin "Trubadur" operasında Azuçena, "Riqoletto" operasında Sparafuçile, "Traviata" operasında Markiz, "Don Karlos" operasında Filip II, Volfqanq Amadey Motsartın "Sehrli fleyta" operasında Zarastro, "Fiqaronun toyu" operasında Antonio, Coakkino Rossininin "Sevilya bərbəri" operasında Don Bazilyo, Cakomo Puççininin "Toska" operasında Dustaqxana gözətçisi, "Canni Skikki" operasında Notarius. Əli Əsgərov həm də geniş konsert fəaliyyəti ilə məşğul olub. Dəfələrlə klassik dünya və azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansambları ilə çıxış edib. Onun repertuarı barokko dövründən tutmuş muasir bəstəkarlarınin əsərlərinə kimi opera və kamera musiqisini əhatə edib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 14 sentyabr 1998-ci ildə Azərbaycanın Respublikasının əməkdar artisti fəxri adına, 14 sentyabr 2012-ci il tarixində isə Azərbaycanın Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014, 6 may 2015, 6 may 2016, 1 may 2017, 9 may 2018, 10 may 2019, 7 may 2020, 7 may 2021 və 10 may 2022-ci il tarixlərində incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən Prezident mükaftlarına layiq görülmüşdür. Əli Əsgərov 23 fevral 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=339056
Əli Əsgərov (yazıçı)
Əli Cənnət oğlu Əsgərov (1914, Bakı) — Azərbaycan yazıçısı 1914-cü ildə Bakının Bülbülə kəndində yoxsul bir ailədə anadan olub. 1922-33-cü illərdə ilk təhsilini həmin kənddə alıb. Bir illik kurs bitirdikdən sonra Kukla Teatrında işləyib, sonra isə 1943-cü ildə səfərbərliyə alınana qədər radio verilişləri komitəsinin uşaq şöbəsində redaktor kimi çalışıb. Xəstəliyi ilə əlaqədar hərbi xidmət çəkə bilməyib.Sonralar gah "Kommunist" (indiki "Azərbaycan") qəzetində ədəbi işçi, gah folklor evinin müdiri, gah da radio verilişləri komitəsinin ədəbiyyat şöbəsində baş redaktor işləyib. Hələ 1937-ci ildə ilk dəfə olaraq xalq şairi Səməd Vurğunun təşəbbüsü ilə "Azərnəşr"də "Bahadurun yuxusu" əsərini çap etdirir. Bundan sonra isə bir-birinin ardınca uşaqlar üçün "Bağbanın qonşusu", "Dovşan", "Azərbəyim", "Tülkü və bağban", "Qaraca çoban" və başqa bu kimi poema və mənzum nağıllar yazır. Ə.Əsgərov gənc nəslin həyatından bir sıra maraqlı hekayələr, şerlər, kiçik formalı pyeslər yazırdı. "Ayrılıqdan sonra", "Əzizə", "Göz yaşları", "Günəşli dərədə" və s. yazılar bu qəbildəndir. Yazıçının oçerk janrı sahəsində xüsusi fəaliyyətini qeyd etmək lazımdır. O, bu oçerklərində o vaxt aktual olan neft, pambıq və kənd təsərrüfatının başqa sahələrində çalışan sadə əmək adamlarımızın fədakar işini qələmə alıb. Yazıçının indiyə qədər çap olunmamış xeyli yazıları var ki, onlar hazırda Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Bu ədəbi fəaliyyətinə baxmayaraq, Ə.Əsgərov həmişə diqqətdən kənar qalıb, öz layiqli qiymətini nə sağlığında, nə dünyasını dəyişəndən sonra ala bilib. Şəhərin mərkəzindən azacıq kənarda Təzə bazar yaxınlığında, qoca anası,yoldaşı, 3 körpə uşağı ilə birgə 1 otaqlı kiçik bir "mənzildə" yaşayıb. 1954-cü ildə son dəfə mənzil üçün Bakı Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş Ə.Əbdülrəhimova ərizə ilə müraciət edib və ondan müsbət cavab almayıb.Bir tərəfdən uzun sürən xəstəliyi, digər tərəfdən ailəsinin ağır yaşayış tərzinə dözə bilməyib dünyasını dəyişir. Hal hazırda anadan olduğu kənddə yaşadığı küçə onun adını daşıyır.
https://az.wikipedia.org/w/index.php?curid=120366
Əli Əsğər
Əli əl-Əsğər (ərəb. عبدالله بن حسین علی الأصغر) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz. " Bu zaman Ömər Səidin tapşırığı ilə Hərmələ üçşöbəli ox ilə Əli Əsğəri boğazından vurur. Əli Əsğər İmam Hüseynin qollarında can verir. İmam Hüseyn onu Kərbəlada cəsədlərin arasında dəfn edir. Əli Əsğər şəhid olarkən göydən belə bir nida gəlir:"Onu Allaha tapşır, çünki behiştə ona süd veriləcəkdir"
https://az.wikipedia.org/w/index.php?curid=331834
Əli Əsədov
Əli Hidayət oğlu Əsədov (30 noyabr 1956, Bakı) — Azərbaycan Respublikasının 10-cu Baş naziri, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi (1998–2012), Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini (2012–2019). Əli Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989–1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır. 1995–2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 18-ci sırada olan Əli Əsədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Əsədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.1998-ci il aprelin 18-də Əli Əsədov Azərbaycan Prezidenti Heydər Əliyevin 786 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib.Azərbaycan Prezidenti Heydər Əliyevin 10 avqust 2004-cü il tarixli 350 nömrəli Sərəncamı ilə Əli Əsədova 1-ci dərəcəli dövlət müşaviri dərəcəsi verilib.Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2012-ci il noyabrın 30-da Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2574 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib. Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 30 noyabr 2016-cı il tarixli 2132 nömrəli Sərəncamı ilə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2019-cu il oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi Milli Məclisdə 105 nəfərin lehinə səsverməsi ilə onun Azərbaycanın 10-cu Baş naziri təyin edilməsinə razılıq verildi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən Əli Əsədov Baş nazir vəzifəsinə təyin edilib.2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra, fevralın 14-də Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən 105 nəfərin lehinə səsverməsi ilə Əli Əsədovun yenidən Azərbaycan Respublikasının Baş naziri olmasına razılıq verilib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Əli Əsədov Baş nazir təyin edilib.
https://az.wikipedia.org/w/index.php?curid=283571
Əli Əsədov (dəqiqləşdirmə)
Əli Əsədov — Azərbaycan Respublikasının 10-cu Baş naziri. Əli Əsədov (əsgər, 1993) (Akif oğlu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Əli Əsədov (əsgər, 2000) (Bayram oğlu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=715082
Əli Əsədov (əsgər, 1993)
Əli Akif oğlu Əsədov (08.04.1993; Mingəçevir, Azərbaycan — 13.10.2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Əsədov 8 aprel 1993-cü ildə Mingəçevirdə anadan olmuşdur. İkinci Qarabağ müharibəsində iştirakı Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Əli Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il oktyabrın 13-də qəhrəmancasına şəhid olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=699445
Əli Əsədov (əsgər, 2000)
Əli Bayram oğlu Əsədov (27 may 2000; Şahsevən Təzəkənd, Ağcabədi rayonu, Azərbaycan — 11 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Əsədov 27 may 2000-ci ildə Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində anadan olmuşdur. 2007-2017-ci illərdə Ağcabədi rayon Şahsevən Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra 2 illik şəxsi təsərrüfatla məşğul olmuşdur. Hərbi xidməti Əli Əsədov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin sentyabrında könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əli Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində vuruşmuşdur. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Əsədov 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əsədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əsədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Əsədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=715140
Əli Əşrəf
Əli Əşrəf Nəqqaş Avşar (d. 1708-?) Qacar dövrünün rəssam və xəttatlarından və qələmdan üstündə rəssamlıqın görkəmli ustalarından idi.O, Məhəmməd Zamanın şagirdlərindən idi.O, Urmiyanın Avşar elindən idi və Allahverdi Naqqaşın böyük qardaşı idi Onun əsərlərindən bir çoxu muzeylər və incəsənət kolleksiyalarda mövcuddur ki, o cümlədən Şeyx Sənan və Xristian Qız qələmdanı, Gül və Quş qələmdanı və Gül və Quş güzgü çərçivəsinə işarə etmək olar. Ağa Zaman Sani اسدی زاده، پرویز، و دیگران. دائ‍ره‌الم‍عارف یا فرهن‍گ دانش و هن‍ر شامل‌: اطلاعات عم‍ومی. چاپ ششم، تهران: سازمان انتشارات اشرفی، مرداد ۱۳۵۲.(Əsədzadə, Pərviz və digərləri.Elm və Sənət Ensiklopediyası və ya Lüğəti:Ümumi məlumatı ehtiva edir.Altıncı çap,Tehran:Əşrəfi Nəşrlər Təşkilatı,Avqust 1973) Əli Əşrəf Naqqaş Avşar Rasexun saytı Xarici keçidlər Əli Əşrəf Naqqaş Avşar Aftab saytı
https://az.wikipedia.org/w/index.php?curid=276791
Əli Əşrəf Nəqqaş Avşar

https://az.wikipedia.org/w/index.php?curid=276790
Əli ədavətçiliyi
Əli ədavətçiliyi və ya Nasibilik — Müaviyə və Əli dönəmindəki savaşlarından başlayıb, Əlinin öldürülməsindən sonra daha da şiddətli olub. Bəni Üməyyə dönəmi Əli ibn Əbu Talibə söyüş iftira və səbb Bəni Üməyyəli Müaviyə çağından başlanıb Ömər bin Əbdüləziz çağınadək ardısı oldu taki, o, bu işin qadağan olmasına əmr edincə. İbni Əbilhədid Nəhcül-bəlağə şərhi kitabında şiələrin beşinci imamı Baqirdən hədis qondarma və şiələrin oldürülməsinə görə belə deyir: Biz Qureyşlilər əlindən nə zülmlər və ədavətlər çəkmişik! bizim istəyən və şiələrimiz camaatın içində nələr ki çəkməyiblər!… camaatı bizdən incitmək üçün necə şəhərlərdə bizim demədiyimiz və etmədiyimiz sözləri bizə bağladılar. onların ən şiddətlisi Həsən bin Əlidən sonraidi. bizim şiələrimizi hər şəhərdə tapdılar öldürüb şiə olmaqları üçün əl və qolların kəsdilər. hər kimsəki bizi sevmək və istəməyə məşhuridi həbsə salınıb mal mülkü talan olub evi başına uçurulurdu. İbn Əbilhədidin yazdığına görə Muaviyə quruluq və yoxsulluq zamanından sonra işçilərinin birinə bir məktub yazaraq dedi: "sənin o, kəslərə ki, Əbu Turabın fəzilət, yaxşılıq və tərifini deyələr heç çeşid məsuliyyətin yoxdur." ondan sonra natiqlər Əli və Əhli-Beytinə söyüş, yalan və iftira etməyə başladılar… O, zamanın ən yazıq camaatı kufəlilərdilər niyə ki Əlinin şiələri orada çox idilər. Müaviyə Ubeydullah ibn Ziyadı oraya hakim edib Bəsrənidə ona tapşırdı. O, şiələri güdüb axtarırdı, onları tanıyırdı niyə ki Əli xilafəti zamanında onun tərəfdaşlarından idi. Beləliklə şiələri hər yerdə, hər zaman hətta daş altında da axtarıb, tapıb öldürürdü və ya onları qorxudub əl, qolların kəsib kor edird. bu işin o qədər ardısı oldu ki İraqda şiədən bir iz qalmadı.İbn Əsir "əl-Kamil fit-Tarix" kitabında Ömər ibn Əbdüləzizin Əliyə səbb və iftiralara son verməsinin səbəbini belə zikr edir: Atam Əliyə söyüş və iftira deyəndə dili tutulurdu. dedim: Atam sən yaxşı danışan və fəsih birisisən, amma Əlini xatırlayanda qıssa gəlirsən! dedi: Sən bildinmi? dedim Hə, Dedi: oğlum, əgər bizim yan-yörəmizdəkilər bizim Əlidən bildiklərimizi bilsələr, bizdən üz çevirib onun övladlarına sarı gedərlər. Haqqında nəql olunan kəlamlar Həzrəti Əliyə (ə.s) düşmənçilik nasibilərin imanlarının bir parçasıdır. "Nəsb" Əliyə (ə.s) kin bəsləmək və başqasını ona seçməkdir. Muaviyə ibn Əbu Süfyan Sədə əmr etdi. (Lakin Sədin onun əmrinə tabe olmadığını gördükdə) dedi: "Sənə Əbu Turabı söyməyə nə mane olur?" Səd cavab verdi: Allah Rəsulu (s.) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı… Sədin hədisinə gəldikdə isə, hansı ki, Muaviyə ona Əlini təhqir etməyi əmr etdikdə, o, qəbul etməmişdi, bu zaman Muaviyə dedi: "Sənə Əli b. Əbi Talibi söyməyə nə mane olur?" Sad cavab verdi: "Rəsulullah (s.) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı… … Səid b. Cubeyrdən onun belə dediyini rəvayət etdi: Mən Ərəfətdə İbn Abbasla bir yerdə idim. O (İbn Abbas) dedi: "Niyə insanların təlbiyə deməklərini eşitmirəm?" Mən dedim: "Muaviyədən qorxduqları üçün." İbn Abbas çadırından çıxaraq dedi: "Ləbbeyk Allahummə Ləbbeyk, Ləbbeykə Allahummə Ləbbeyk, bu insanlar Əliyə nifrət etdiklərinə görə sünnəni tərk ediblər!" Əli b. Muhəmməd bizə rəvayət etdi, Əbu Muaviyə bizə rəvayət etdi, Musa b. Müslim bizə Əbdürrəhman b. Sabitdən, o da Səd b. Əbi Vəqqasdan rəvayət etdi və dedi: Muaviyə Həccdə olarkən Sad onun yanına gəldi. Əlinin adı zikr olundu, Muaviyə onu söydü. Sad qəzəbləndi və dedi: "Sən onun haqqında bu cür sözlər deyirsən? Halbuki. mən Rəsulullahın (s) onun haqqında belə dediyini eşitmişəm: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Həmçinin deyib: "Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir". Həmçinin deyib: "Bu gün bayrağı elə bir şəxsə verəcəyəm ki, o, Allahı və Onun Rəsulunu sevir." " "Vəl-bəği" nədir? "Bəği" kəlməsi yəni, "zülm ilə təcavüz etmək və həddi aşmaq" deməkdir. Bu ayəyə (Nəhl, 90) Peyğəmbər (s.) və Raşidi xəlifələr zamanında əməl olunub. Amma Bəni-Üməyyə hakimiyyətə gəldikdən sonra əməl olunmadı. Ömər ibn Əbdüləzizin vaxtında lənət oxuyanların lənətlərinin xütbədən yığışdırılmasilə yenidən qüvvəyə mindi. Allah Hz. Əli (ə.s)ı təhqir edənləri xar və təhqir olunmuşlardan etsin." "Həccac və təyin etdikləri xətibləri Abdullah ibn Zübeyrə və Əli ibn Əbu Talibə (ə.s) lənət oxuyurdular. Allah da onlara lənət edənlərə lənət etsin." "Bəni Üməyyə Hz. Əli (ə.s)ı lənətləyir, təhqir edirdilər. Onlar bu işlə Həzrətin (ə.s) məqamını aşağı salmaq istəyirdilər. Amma əksinə alimlərin yanında Onun (ə.s) məqamı yüksəldi. Əmr ibn Abdullah ibn Zubeyr adlı bir şəxs eşidir ki, oğlu Hz. Əli (ə.s)ı lənətləyir. O, da oğluna deyir: "Oğlum nəbadə bir də bunu deyəsən". Bəni Mərvan 60 il Hz. Əli (ə.s)ı söyüblər (şətəmə). Onların bu hərəkəti Həzrətin (ə.s) məqamını Allah yanında qaldırıb. " "Biz deyirik ki, Müaviyyə Şam, İraq və hətta digər ölkələrdə olan hər kəsə əmr edirdi ki, Hz. Əlini (ə.s) söysünlər, lənətləsinlər, həmçinin xilafətinə itaət etməsinlər. Həmin bu hökumət əmri mərkəzlərə yazılı şəkildə göndərilirdi. Bir dəstə Müaviyyəyə belə bir məsləhət verirlər:"Ey əmir, sən arzuladığın məqama çoxdan çatmısan. (Əlinin (ə.s) tərəfdarları məhv olub və sən də istəyinə çatıb güclü hökumət qurmusan). İmkandırsa bu Kişini (Əli (ə.s)ı lənətləməkdən əl çək". Cavab verdi ki, And olsun Allaha uşaq bu fikirdə böyüməli və cavan da bu fikirlə qocalmalıdır." "Müaviyyə Səd ibn Əbi Vəqqasa əmr edir ki, Əli ibn Əbu Talibi (ə.s) söy! O da imtina edir". Bu cümləni qeyd etdikdən sonra İmam Qurtubi bir fikir bəyan edir:"Müaviyyənin bu fikri dəlalət edir ki, Bəni Üməyyə xilafətinin özülünü qoyanlar Hz. Əli (ə.s)a lənət və təhqir deyiblər." "Xütbə əsnasında bir nəfər haram kəlmə, bidət olan kəlmə danışsa, səhabələri söysə və lənətləsə necə ki, Bəni Üməyyə Ömər ibn Əbdüləzizdən başqa hamısı Hz. Əli (ə.s)ı söyür və lənətləyirdi……" "Əli ibn Əbu Talib (ə.s) xilafətə gələndə bir sıra şeylər oldu. Həmin bu ixtilafın nəticəsində bir tayfa üzə çıxdı. O tayfa Əli ibn Əbu Talibə (ə.s) qarşı müharibə etdi. Sonra bu əzəmətli hal daha da şiddətləndi. Onu təhqir etdilər. Onlar Əli ibn Əbu Talibi (ə.s) minbərdən lənətləməyi sonralar sünnəyə çevirdilər." "Başqaları deyir Bəni Üməyyə xütbələrində Əli ibn Əbu Talibi (ə.s) lənətləyiblər. Amma Ömər ibn Əbdüləziz xilafətə çatan kimi bu batil sünnəni (70 il sonra) ləğv etdi. Bu əmri bütün hökumətinə tabe olanlara da yazılı şəkildə göndərdi ki, lənətin əvəzinə ən-Nəhl 90-cı ayə oxunsun. Bu dəyişiklik bu günə qədər davam edir." Ömər ibn Əbdüləziz nə gözəl iş görmüşdür. Bəni Üməyyə tərəfindən Əhli beytin minbərlərdən lənətlənməsinin yerinə bu ayəni (Nəhl, 90) gətirmişdir. Bəni Üməyyə Peyğəmbərin (s.) vəsiyyətinə (İki xəlifə -yəni, Quran və Əhli-beyt) xilaf çıxmış və onun ziddinə getmişlər. Əhli beytin qanını tökmüşlər, qadın və uşaqlarını əsir götürmüşlər, Onların yaşadıqları məntəqələri viran qoymuşlar, Onların şərəfini alçaltmışlar, fəzilətlərini rədd etmişlər, Onların təhqir və lənətini halal bilmişlər. Muhammadinil Mustafanın (s.) vəsiyyətinə zidd çıxmışlar. Onun zəhmətinin müqabilində Peyğəmbər (s.) qəsdinin tam əksini həyata keçirmişlər. Ar olsun onlara. O gün ki, Peyğəmbərlə (s.) üz-üzə gələcəklər, Onun (s.) qarşısında durduqları zaman rüsvay olsunlar. Muaviyə Hz. Əli (ə.s)-ın lənətlənməsini əmr edir! (Səhih Müslim) hadis.313news.net Arxivləşdirilib 2013-06-04 at the Wayback Machine (az.) Muaviyə Hz. Əli (ə.s)-ın lənətlənməsini əmr edir! (İbn Teymiyyənin qeydi) hadis.313news.net Arxivləşdirilib 2013-06-03 at the Wayback Machine (az.) İbn Abbas: "İnsanlar Əliyə nifrətlərinə görə sünnəni tərk ediblər" (əl-Albani və əs-Səffarini) hadis.313news.net Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine (az.) İbn Abbas: "İnsanlar Əliyə nifrətlərinə görə sünnəni tərk ediblər" (İbn Xuzeymə və əl-Azami) hadis.313news.net Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine (az.) Muaviyə Hz. Əli (ə.s)-ı təhqir edir! (Muhəmməd Fuad Əbdul-Baqi) hadis.313news.net Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine (az.) Peyğəmbər (s.ə.a.s)-in təlbiyə demək barədə sünnəsinin tərk olunması barədə əs-Sindinin şərhi hadis.313news.net Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine (az.) İmam Əli (ə.s)-ın minbərlərdən lənətlənməsi və təhqir olunması burhani.info Arxivləşdirilib 2013-08-11 at the Wayback Machine (az.) Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=277873
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
https://az.wikipedia.org/w/index.php?curid=334399
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. عبدالله بن حسین علی الأصغر) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz. " Bu zaman Ömər Səidin tapşırığı ilə Hərmələ üçşöbəli ox ilə Əli Əsğəri boğazından vurur. Əli Əsğər İmam Hüseynin qollarında can verir. İmam Hüseyn onu Kərbəlada cəsədlərin arasında dəfn edir. Əli Əsğər şəhid olarkən göydən belə bir nida gəlir:"Onu Allaha tapşır, çünki behiştə ona süd veriləcəkdir"
https://az.wikipedia.org/w/index.php?curid=382678
Əli ən-Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər – 27 iyun 868, Səmərra, Abbasilər) — Əli ibn Məhəmməd əl-Hadi. Həmçinin bax Xarici keçidlər İmam Hadi (a.s)
https://az.wikipedia.org/w/index.php?curid=12250
Əli ər-Rza
İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir. Bu tarixə əsasən İmam Rzanın(ə) doğulduğu il babası İmam Sadiqin(ə) şəhid olduğu ilə təsadüf edir. İmamın Şəxsiyyəti Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-mumininKünyəsi: Əbülhəsən Atası: Həzrət İmam Museyi Kazim (ə) İmamlıq müddəti: 20 il Ömrü: 55 il Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri. Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə İmamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın(ə) həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam(ə) üçün bir oğul dünyaya gətirir. Uşağın adını Cavad(ə) qoyurlar.İmamın(ə) Səbikədən başqa Ümmi Həbibə adlı həyat yoldaşı da var idi. İmam Rza(ə) bu xanımla vəliəhdlik cərəyanı əsnasında evlənmişdir. 816-cı ildə əl-Məmunun sarayına dəvət olunmuş və taxt-tac vəliəhdi elan edilmişdir. Əl-Məmun Əli ər-Rizanın köməkliyi ilə şiələrlə münasibətlər qurmağa çalışmışdır. İbn Şəhraşub, Şiə Təbəri, Şeyx Müfid və Təbərsi İmam Rzanın(ə) İmam Cavaddan(ə) başqa övladının olmadığını qeyd etmişlərXəlifə şiələrlə əlaqələri kəsdikdən sonra Əli ər-Riza 818-ci ilin sentyabrında əl-Məmunun əmri ilə Xorasanda Tus şəhərinin yaxınlığındakı Nukən kəndində zəhərlənmişdir. Əli ər-Rizanın sərdabəsi şiələrin Ziyarətgahına, onların başlıca müqəddəs yerlərindən birinə çevrilmişdir. Nəticədə sərdabənin yerləşdiyi kənd onun şərəfinə Məşhəd-Əli Riza (Məşhəde-Rezəvi) (Əli Rizanın şəhid olduğu yer) adlandırılan iri şəhərə çevrilmişdir. İmamın siyasi həyatı İmam Rza(ə) öz imaməti dövründə bir neçə Abbasi xəlifəsi ilə bir əsrdə yaşamışdır. Həzrət Rzanın(ə) imamlığının 10 ili Harun ər-Rəşidin xəlifəliyi dövrünə təsadüf etmişdir. Həmin 10 il ərzində isə hökümtəin üzləşdiyi böhranlarla əlaqədar olaraq İmamla(ə) üzbəüz gəlməyə razı olmamışdır.Hədis alimləri və tarixçilər arasında qəbul olunmuş və hədislərdə də öz təsdiqini tapmış versiya İmam Rzanın(ə) zəhərli üzüm və ya nar yeyərək şəhid olması versiyasıdır. İmamın zəhərlənməsi faktına üstünlük verən sünni və şiə tarixçilərdən bəziləri bunlardır: İbn Həcər əl Əsqəlani, İbn Səbağ Maliki, Məsudi, Qunduzi Hənəfi, İbn Təbatəbai və.s İmam Rza (əs) buyurmuşdur ﻭﻗﺘﻼ ﺍﺑﻦ ﻧﺒﻴﻚ ﻭﺣﺮﻓﺎ ﻛﺘﺎﺑﻚ ﻭﺟﺤﺪﺍ ﺁﻳﺎﺗﻚ ﻭﺳﺨﺮﺍ ﺑﺂﻳﺎﺗﻚ ﻭﺍﺳﺘﻜﺒﺮﺍ ﻋﻦ ﻋﺒﺎﺩﺗﻚ ﻭﻗﺘﻼ ﺃﻭﻟﻴﺎﺋﻚ ﻭﺟﻠﺴﺎ ﻓﻲ ﻣﺠﻠﺲ ﻟﻢ ﻳﻜﻦ ﻟﻬﻤﺎ ﺑﺤﻖ ﻭﺣﻤﻼ ﺍﻟﻨﺎﺱ ﻋﻠﻰ ﺃﻛﺘﺎﻑ ﺁﻝ ﻣﺤﻤﺪ . ﺍﻟﻠﻬﻢ ﺍﻟﻌﻨﻬﻤﺎ ﻟﻌﻨﺎ ﻳﺘﻠﻮ ﺑﻌﻀﻪ ﺑﻌﻀﺎ ﻭﺍﺣﺸﺮﻫﻤﺎ ﻭﺃﺗﺒﺎﻋﻬﻤﺎ ﺇﻟﻰ ﺟﻬﻨﻢ ﺫﺭﻗﺎ ﺍﻟﻠﻬﻢ ﺇﻧﺎ ﻧﺘﻘﺮﺏ ﺇﻟﻴﻚ ﺑﺎﻟﻠﻌﻨﺔ ﻟﻬﻤﺎ ﻭﺍﻟﺒﺮﺍﺀﺓ ﻣﻨﻬﻤﺎ ﻓﻲ ﺍﻟﺪﻧﻴﺎ ﻭﺍﻵﺧﺮﺓ ، ﺍﻟﻠﻬﻢ ﺍﻟﻌﻦ ﻗﺘﻠﺔ ﺃﻣﻴﺮ ﺍﻟﻤﺆﻣﻨﻴﻦ ﻭﻗﺘﻠﺔ ﺍﻟﺤﺴﻴﻦ ﺑﻦ ﻋﻠﻲ ﻭﺍﺑﻦ ﻓﺎﻃﻤﺔ ﺑﻨﺖ ﺭﺳﻮﻝ ﺍﻟﻠﻪ ﺻﻠﻰ ﺍﻟﻠﻪ ﻋﻠﻴﻪ ﻭﺁﻟﻪ ﻭﺳﻠﻢ ، ﺍﻟﻠﻬﻢ ﺯﺩﻫﻤﺎ ﻋﺬﺍﺑﺎ ﻓﻮﻕ ﻋﺬﺍﺏ ﻭﻫﻮﺍﻧﺎ ﻓﻮﻕ ﻫﻮﺍﻥ ﻭﺫﻻ ﻓﻮﻕ ﺫﻝ ﻭﺧﺰﻳﺎ ﻓﻮﻕ ﺧﺰﻯ İlahi! Peyğəmbər (s) balasını qətlə yetirənə, sənin kitabını təhrif edənə, Sənin ayələrinlə döyüşənə, ayələrinlə məsğərə edənə, Sənin ibadətinə qarşı təkəbbürlik edənə, Sənin övliyalarını qətlə yetirənə, özlərinə layiq olmayan yerdə oturana və insanları Məhəmmədin (s) ailəsinin boynunda oturdan o iki nəfərə lənət et. İlahi, onlara ard-arda lənət et. O ikisini, və onlara tabe olanları cəhənnəmdə məşhur et. İlahi, biz o ikisinə lənət deməklə, dünya və axirətdə o ikisindən uzağ olmaqla, sənə yaxınlaşırıq. İlahi, Əmirəl- Mömininin (əs) və Hüseyn ibn Əlinin (əs) və Fatimə bin Rəsullalahın (s) qatilinə lənət et. İlahi, onlara əzab üstündən daha şiddətli əzab, zəlillik üstündən daha da zəlillik, xar olmaq üstündən daha da xar olmaq nəsib et”. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.56. Xarici keçidlər İmam Rıza (a.s) Həmçinin bax Rza əleyhissalamın itrət və ümmətin fərqi haqqında kəlamı
https://az.wikipedia.org/w/index.php?curid=308420
Əliabad
Əliabad (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Əliabad (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Əliabad (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Əliabad (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Əliabad (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Əliabad (Naxçıvan) — Azərbaycanın Naxçıvan şəhərində qəsəbə.İran Əliabad (Bicar) Əliabad (Siyah Mansur) Əliabad (Çaldıran) — Əliabad (Kövsər) Əliabad (Maku) — Əliabad (Nir) Əliabad (Çaypara) — Əliabad (Şimali Üşnəviyyə) — Əliabad (Marağa) Əliabad (Üskü) Əliabad (Vərziqan) Əliabad (Şahrud) Əliabad (Meşkinşəhr) Əliabad (Əbhər) Əliabad-i Şərqi (Zəncan)
https://az.wikipedia.org/w/index.php?curid=85180
Əliabad-i Noxuddərə (Tikantəpə)
Əliabad-i Noxuddərə (fars. علي ابادنخوددره) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (31 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=574248
Əliabad-i Sülfa (Həştrud)
Əliabad-i Sülfa (fars. افشارجيق) və ya Aşağı Əliabad — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (86 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687821
Əliabad-i Yalqız Ağac (Qürvə)
Əliabad-i Yalqız Ağac (fars. علي آباد يالغوز آغاج) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 270 nəfər yaşayır (62 ailə). Əhalisini kürdlər təşkil edir. Şablon:Qürvə şəhristanı
https://az.wikipedia.org/w/index.php?curid=771830
Əliabad-i Ülya (Həştrud)
Əliabad-i Ülya (fars. علي ابادعليا) və ya Yuxarı Əliabad — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 885 nəfər yaşayır (204 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687820
Əliabad-i Şərqi (Zəncan)
Əliabad-i Şərqi (fars. علی‌آباد شرقی) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 135 nəfər yaşayır (28 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=786319
Əliabad-i Əyvora
Əliabad-i Əyvora (fars. علی‌آباد ایوراع) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 171 nəfər yaşayır (44 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=685083
Əliabad (Aşağı Tarım)
Əliabad (fars. علی‌آباد) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 173 nəfər yaşayır (56 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=638448
Əliabad (Bicar)
Əliabad (fars. علی‌آباد) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 134 nəfər yaşayır (30 ailə). Əhalisini kürdlər təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=769169
Əliabad (Biləsuvar)
Əliabad — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Əliabad kənd inzibati ərazi dairəsində kənd. Toponimikası Oykonim "Əlinin kəndi, Əliyə məxsus yaşayış məntəqəsi" mənasındadır. Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Coğrafiyası və iqlimi Kənd Muğan düzündə, rayonun şimal-qərbində yerləşir. Aranlı, Zəhmətabad, Xırmandalı və Bağbanlar kəndləri ilə sərhəddir. Tanınmış şəxsləri Əhmədağa Muğanlı — yazıçı. İbrahimov Mübariz Ağakərim oğlu (1988–2010) — Azərbaycanın Milli Qəhrəmanı. İsayev Rahət Rafət oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kərimli Səməd İkram oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şahmarlı Elvin Malik oğlu (2002–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. İqtisadiyyatı Kənddə 291 təsərrüfat var. "Modul" tipli sudurulducü qurğu fəaliyyət göstərir. Mədəniyyəti Kənddə Əliabad kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə Əliabad kənd tam orta məktəbi fəaliyyət göstərir.Bundan başqa kənddə Əliabad kənd uşaq bağçası fəaliyyətdədir. Kənddə Əliabad kənd məscidi yerləşir. Kənddə Əliabad kənd tibb məntəqəsi yerləşir. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=107764
Əliabad (Bostanabad)
Əliabad (fars. علي اباد) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1.250 nəfər yaşayır (342 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=687314
Əliabad (Cəlilabad)
Əliabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kəndi Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. Coğrafiyası və iqlimi Kənd Burovar silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 798 nəfər əhali yaşayır. İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Əliabad kənd məscidi dini icması fəaliyyət göstərir.
https://az.wikipedia.org/w/index.php?curid=109728
Əliabad (Komican)
Əliabad (fars. علي اباد) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 32 ailədə 59 nəfəri kişilər və 56 nəfəri qadınlar olmaqla cəmi 115 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
https://az.wikipedia.org/w/index.php?curid=441552
Əliabad (Kövsər)
Əliabad (fars. علي اباد) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (38 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=754049
Əliabad (Kəleybər)
Əliabad (fars. علیآباد) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (9 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=686077
Əliabad (Lerik)
Əliabad — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Əliabad kəndi Nüvədi kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliabad kənd inzibati ərazi vahidi yaradılmışdır. Toponimikası Oykonim "Əlinin kəndi, Əliyə məxsus yaşayış məntəqəsi" mənasındadır. Əhalisi 403 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=107502
Əliabad (Maku)
Əliabad (fars. علي اباد) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (37 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=473960
Əliabad (Marağa)
Əliabad (fars. علي اباد) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 336 nəfər yaşayır (62 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=612855
Əliabad (Meşkinşəhr)
Əliabad (fars. علی‌آباد) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 296 nəfər yaşayır (75 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=763848
Əliabad (Naxçıvan)
Əliabad (əvvəlki adı: Myasnikovabad) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Əliabad kənd inzibati ərazi dairəsi Naxçıvan şəhərinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Əliabad kəndi qəsəbələr kateqoriyasına aid edilmiş, Əliabad kənd inzibati ərazi dairəsi Əliabad qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır. Əvvəllər kənd olmuşdur. Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərli özünün məşhur "Əliabada gedən yol" əsərində XX əsrin əvvəllərində kəndi təsvir etmişdir. Sovet hakimiyyəti illərində kəndə gedən yolda bir sıra ictimai yaşayış binaları inşa edilmiş və bir müddət bu yaşayış məntəqəsi erməni bolşeviki A.F.Myasnikovun adı ilə Myasnikovabad adlandırılmışdır. 1991-ci ildən Əliabad adı ilə rəsmiləşdirilmişdir. Mədəniyyəti 2009-cu ildə Əliabad qəsəbəsində quraşdırılan “Karel” DS-200 tipli elektron ATS 800 nömrə tutumludur. Bu nömrələrdən 649-u istifadə olunmaqdadır. 2013-cü il noyabrın 26-da Naxçıvan şəhərinin Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilmişdir. 846 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 47 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, kitabxana, idman zalı və bufet vardır. Coğrafiyası və iqlimi Qəsəbə dağ ətəyində yerləşir. Son illər yaşayış məntəqəsi genişlənərək Naxçıvan şəhəri ilə birləşmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=107746
Əliabad (Nir)
Əliabad yada Vələzaqərd (fars. علي اباد وله‌زاقرد) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 279 nəfər yaşayır (77 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=754194
Əliabad (Rövzəçay)
Əliabad (fars. علی‌آباد) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.086 nəfər yaşayır (517 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=580397
Əliabad (Saatlı)
Əliabad — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Əliabad kəndi Məmmədabad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əliabad kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisinin sayı 1458 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=108513
Əliabad (Sayınqala)
Əliiabad (fars. علي اباد) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (26 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=475286
Əliabad (Siyah Mansur)
Əliabad (fars. علي آباد) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 230 nəfər yaşayır (49 ailə). Əhalisini kürdlər təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=769418
Əliabad (Sulduz)
Əliabad (fars. علي اباد) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (72 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=475136
Əliabad (Urmiya)
Əliabad-i Bərəndüz (fars. علي ابادباراندوز) və ya Əliabad — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 341 nəfər yaşayır (87 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=578184
Əliabad (Vərziqan)
Əliabad (fars. علي اباد) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (56 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=621121
Əliabad (Xanəndəbil-i Şərqi)
Əliabad (fars. علي اباد) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,330 nəfər yaşayır (266 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=753588
Əliabad (Xudabəndə)
Əliabad (fars. علي اباد) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 587 nəfər yaşayır (144 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=777201
Əliabad (Zaqatala)
Əliabad — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Əliabad kənd Soveti ləğv edilərək, Əliabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Əliabad qəsəbə Soveti yaradılmışdır. Tarixi abidələri Tarixi abidələr: Pəri qala, qədim qəbristanlıq, Cümə məscidi, Mada Əlinin evi, 1000 yaşlı palıd ağacı. Coğrafiyası və iqlimi Əliabad qəsəbəsi, rayon mərkəzindən 18 km aralı, Zaqatala-Balakən şose yoluna bitişik bir ərazidə yerləşir. Qəsəbə Qımır, Suvagil, Lahıc, Bəhmədli, Mosul, Yengiyan, Qandax, Əli Bayramlı kəndləri ilə həmsərhəddir. Ərazisi 6089 hektardır. 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Əliabad şöbəsi, Əliabad kənd cəmiyyəti tərkibinə daxil olan Əliabad kəndində 790 evdə sünni etiqadlı müsəlman ingiloylardan ibarət 4.351 nəfər (2.223 nəfəri kişilər, 2.128 nəfəri qadınlar) əhali yaşayırdı.13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən qəsəbədə 10.394 nəfər (5.147 nəfəri kişilər, 5.247 nəfəri qadınlar) əhali yaşayırdı.1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən qəsəbə əhalisi 10.586 nəfər, 1 yanvar 2013-cü il tarixinə isə 10.7 min nəfərdir. Rəsmi məlumata əsasən qəsəbə əhalisinin əksəriyyəti azərbaycanlılardır. Qeyri-rəsmi məlumatlara əsasən isə qəsəbə əhalisinin 95 %-ni etnik ingiloylar təşkil edir. Dini mənsubiyyəti, əsasən müsəlman. İqtisadiyyatı Əhalinin əsas məşguliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Mədəniyyəti Qəsəbədə 1 mədəniyyət evi, 3 klub, 4 kitabxana, 2 rabitə şöbəsi, 1 elektron ATS, 1 yanğınsöndürmə məntəqəsi vardır. Qəsəbədə 4 ümümtəhsil məktəbi və 3 uşaq bağçası fəaliyyət göstərir. Qəsəbədə 75 çarpayılıq xəstəxana və doğum evi, 6-dan çox aptek mövcuddur.
https://az.wikipedia.org/w/index.php?curid=83281
Əliabad (Çaldıran)
Əliabad (fars. علي اباد) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 169 nəfər yaşayır (28 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=474236
Əliabad (Çaypara)
Əliabad (fars. علي اباد) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (11 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=475458
Əliabad (Üskü)
Əliabad (fars. علي اباد) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 235 nəfər yaşayır (63 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=617614
Əliabad (Üşnəviyyə)
Əliabad (fars. علي اباد) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (20 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=475183
Əliabad (Şahrud)
Əliabad (fars. علي اباد) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (10 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=753707
Əliabad (Şimali Üşnəviyyə)
Əliabad (fars. علي اباد) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı, Üşnəviyyə-i Şimali dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 648 nəfər yaşayır (108 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=573982
Əliabad (Əbhər)
Əliabad (fars. علي اباد) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (5 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=772568
Əliabad (Əhər)
Əliabad (fars. علي اباد) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (9 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=666191
Əliabad Kətul
Əliabad Kətul- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Əliabad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 46,183 nəfər və 11,676 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan başqa,azərbaycanlılar, farslar, türkmənlər, bəluclar, ermənilər də bu şəhərdə yaşayırlar. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=287757
Əliabad bələdiyyəsi
Əliabad bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Əliabad bələdiyyəsi (Lerik) — Lerik rayonunda bələdiyyə. Əliabad bələdiyyəsi (Saatlı) — Saatlı rayonunda bələdiyyə. Əliabad bələdiyyəsi (Zaqatala) — Zaqatala rayonunda bələdiyyə. Əliabad bələdiyyəsi (Naxçıvan) — Naxçıvan şəhərində bələdiyyə. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=359078
Əliabad bələdiyyəsi (Biləsuvar)
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=115895
Əliabad bələdiyyəsi (Naxçıvan)
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Naxçıvan şəhəri Babək rayonu Culfa rayonu Kəngərli rayonu Ordubad rayonu Sədərək rayonu Şahbuz rayonu Şərur rayonu "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
https://az.wikipedia.org/w/index.php?curid=359089
Əliabad şəhristanı
Əliabad şəhristanı- İranın Gülüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Əliabad Kətul şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 123,923 nəfər və 29,944 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=287803
Əliabadqışlaq (Məlikan)
Əliabadqışlaq (fars. علي ابادقشلاق) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 981 nəfər yaşayır (259 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=615567
Əliabbas Mütəllibzadə
Mütəllibzadə Əliabbas (Əlabbas) Mütəllib oğlu (1883, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 28 avqust 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi, yazıçı, jurnalist, ədəbiyyatşünas və tərcüməçi. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əliabbas Müznib 1883-cü ildə Azərbaycanın Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. "Zənbur" (1909–1910), "Səhabi saqib" (1911), "Babayi-Əmir" (1915–1916) və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınmışdır. "Yusif və Züleyxa" (1914), "Tikan kolu" (1917), "Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri" (1928) və s. kitabların müəllifi olmuşdur. 1938-ci ildə Bakıda vəfat etmişdir. Yaradıcılığı 1881-ci ildə Bakıda doğulub. Ədəbiyyatda Müznib təxəllüsü ilə tanınan müəllifin əsl adı və soyadı Əli Abbas Mütəllibzadədir. Müznib də bir çox yazıçı və şair çağdaşları kimi ədəbiyyat və mətbuat aləminə 1905-ci ilin Rus qiyamından sonra gəlmiş və iti qələm, is-yankâr ruhu, milliyyətçi və Türkçü inancları ilə, qısa zamanda ədəbi dairələrdə böyük maraq toplamışdır. O, ilk əvvəl, mollaxanada təhsil almış, bir müddət də rus-tatar (Azərbaycan) məktəbində davam etmişdi. Fars və rus dillərin, Türk tarixinə və İslam kül-növünə dair geniş məlumatlarını şəxsi oxuma yolu ilə əldə etmiş və bu mövzularda dövrünün məlumatın şəxsiyyətindən biri kimi tanınmışdır. İlk şeirlərini 1907-ci ildən başlayaraq "Təzə Həyat", "İttifaq", "Zənbur" kimi qəzet və jurnallarda nəşr etdirən Əliabbas Müznib, qısa bir müddət sonra, 1910-cu ildə "Hilal" adlı bir qəzeti nəşr etdirmiş; həddindən artıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti çəkən bu qəzetin ilk sayı hələ mət-buatda ikən müsadirə olunmuşdur. Buna səbəb, Müznib'in "Hökumət, ah bir insan yeyən qurd, nə pul qoyar nə bir yurd" misraları ilə başlayan şeiri olmuşdur. Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi ikinci sayda isə, Müznib milli gəncliyi, öz haqqını tələb etməməsi baxımından günahlandıraraq belə yazmışdır: "Namusu qatı, garet etməklə ka-zanmak olmaz, bəlkə hüquqi-vətən yolunda öl-mekle olar. Görürsünüz mü, ata babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul menasmda olmuş; bu gün səhər kark olmaqla məhv nabud olmadığımız dəxi mühekkek ol-muştur … geyretli cavanlarımız; namuslu ol-madığınız biri birinizi öldürməklə olmaz, o bi-namusluğdur. Əlimizdən gedən ihtiyaratm istirdadına çalımaxla sübut olunabiler " . "Hilal" 1911-ci ilin ilk aylarında bağlanır. Şa-irin yayınlamağa başladığı "Şihab-sağıb" deyir-sinin də aqibəti eyni olar. 1911də Müznib hökumətə istiqamətli yazılarından ötəri, əvvəl qısa müddət üçün həbs olunar və günahlandırılar. Daha sonra isə, çar hökuməti tərəfindən ömür boyu Sibirə sürgün edilir. Amma isyankar ruhlu şair, Sibirdə də yazmaqdan qalmaz. Burada yazmış olduğu şeirlərini Bakı matbuatında nəşr etdirir. 1913-cü ildə Romanovlar sülaləsinin qurulmasının 300 ili qeyd olunduğu sırada, Müznib də əfv olunaraq Bakıya qayıdır və yenidən mətbuat və nəşriyyat aləminə atılar. 1914-cü ilda böyük qardaşı Əbülfəz Mütəllibzâdənin adına "Dirilik" adlı bir məcmuə qurar. "Müsavat" partiyasının lideri, Azərbaycan Parlamentinin ilk başçısı Məhəmməd Əmin Rəsulzadənin "Milli dirilik" adlı ardıcıl yazıları ilk dəfə bu jurnalın sahifələrində nəşr olunmuşdur. Azərbaycanda türkçülüyün fikrinin yayılmasında, Müznib və onun "Dirilik" jurnalı ətrafına yığdığı ədəbi qüvvələr əhəmiyyətli rol oynamışdır. 1915-ci ildə Müznib bu jurnalın səhifələrində Rus imperatoru Deli Petronun Türk-Müsəlman düşmənliyi ilə dolu "Vasiyyef'ini nəşr etdikdən sonra, yenidən təkiblərə məruz qalar; az sonra da jurnal bağlanır. Daha sonra Müznib" Türkün səsi "adlı bir qəzet çıxartmaq fikrinə düşsə də, rəsmi dairələrdən lazım olan izini ala bilməz. 1913–1917 illəri arasında Müznib, milli yayım səhnəsində geniş bir şəkildə çalışır. Özgün əsərlərlə birlikdə Şərq və Qərb ədəbiyyatından tər-cümə edər. Öz əsərlərindən və tər-cümə ibarət olan onlarla kitab yayınlatır. Rus imperiyasının süqutundan sonra Müznib ədəbi və siyasi sahələrdə daha geniş fa-aliyet göstərir. 1919da yeni Azərbaycan Cumhuriyeti'inin Dövlət Marşını yazar. Respublikanın rəsmi nəşr orqanı olan "Azərbaycan" qəzetində Türklüyün tarixi və məsələləri üzərinə bir ardıcıl maqalalar nəşr etdirir. Sovet rejimi dövründə Sovet rejimi dövründə bir müddət 1920–1926 illəri arasında Müznib yenə mətbuatda çalışır. Amma, burada ona hər zaman millətçilik sahəsində köhnə yazdıqları xatırladılar və nəhayət, 1926-cı ilde, erkən yaşda təqaüdə ayrılmağa məcbur edilir. Türkçü və milliyyətçi olduğu üçün Müznib Sovet dövründə də, Çar dövründə olduğu kimi təzyiq və reaksiyalara məruz qalar. Həyatının 20 ilini mətbuata vermiş Müznib, 1926-cı ildə 44 yaşında mətbuatdan ayrılır; siyasətdən tam uzaqlaşır və ədəbiyyat araşdırmacılığı ilə məşğul olur. 1927–1937 arasında, XIX–XX əsr. Azərbaycan ədəbiyyatı klassiklerinin əsərlərindən ibarət olan on kitab yayınlayır. Bütün bu əsərləri özü yığmış, on-lara geniş ön söz, Biografi və şərhlər əlavə etmişdir. 1937-ci ildə yenidən həbs olunan Müznib, XX. əsr. Azerbacan ədəbiyyatının bir sıra tanınmış şah-siyetleri kimi, milliyyətçiliklə və pantürkizmle cinayət-landı və ölüm cəzasına çarpdırıldı. Son zamanlarda ortaya çıxan sənədlər, yorulmaz jurnalist, şair və ədəbiyyat mütəxəssisi Əli Abbas Müznib'in 27 avqust 1937-ci ildə gülləyə dizildiğini açıqlayır. 1956-da dövlət tərəfindən suçsuzluğu etiraf edilib, ölümündən sonra bəraət edən Müznib'in əsərləri hələ toplanıb nəşr olunmamış, yaradıcılığı tədqiq edilməmişdir. Uşaqlara ibrət. Mənzum hekayə. Bakı: Orucov qardaşlarının çapxanası, 1909; Hürriyyəti-bəşəriyyə. (Naşiri Hacı İsrafil Aydəmirov). Bakı: Orucov qardaşlarının çapxanası, 1909; Şeyx Bəhlul. Lətifələr. Birinci ədəd. (Naşiri: S.H.Sadıqzadə, M.İ.Abdullazadə, Ə.M.Mütəllibzadə). Bakı: "Kaspi" şirkəti mətbəəsi, 1910; Əməl çiçəyi. (Came və naşiri Ə.Müznib). Bakı: "Baku" qəzetinin elektrik mətbəəsi, 1911; Çəkməsilən. (Naşiri Ə.Müznib). Bakı: "Baku" qəzetinin elektrik mətbəəsi, 1911; Uşaqlara ibrət. (Naşiri bəradəran Orucov). İkinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911; Dərvişi-Kəhkəşan. (Naşiri bəradəran Orucov). Birinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911; İstər ağla, istər gül. Hekayə. (Naşiri bəradəran Orucov). İkinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913; Sibirya məktubatı. Vəzifeyi-bəşəriyyə. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913; Tikan kolu. Həcv və mənzumə məcmuəsidir. (Naşiri Əliabbas və Əyyub). Bakı: Polismeystr mətbəəsi, 1913 [Kitabda müəllifin dustaqlıq vaxtında çəkdirdiyi şəkil çap olunub]; Ürək yanğısı. (Naşiri Ə. Müznib). Bakı: Polismeystrerstvo mətbəəsi, 1913; Qiraət. İqtibas. Bu kitabçada iyirmi altı ibrətli hekayələr cəm edilmişdir. Yarısı nəsr, yarısı nəzmdir. Ən açıq, ən sadə bir tərzdə yazılmışdır, hər kəsin oxuyub anlayacağı dərəcədə. Bu kitabça istər böyük, istərsə uşaqlar üçün oxumağa əlverişlidir. (Naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1914; Yusif və Züleyxa. Roman. (Naşiri M.Ə.Ələkbərov) Bakı: "Baku" qəzetinin elektrik mətbəəsi, 1914; Əşrəfin macərası. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1916; İbrət taziyanəsi. Qayət maraqlı mənzum bir hekayə. Şeir. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1916; İnsaf güzgüsü. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1916; Yaşayış özülü. Qayət əhəmiyyətli bir mənzumə. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1916; Tac-Mahal. Türk-İslam sənayeyi-memarisindən biri. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1916; Müxtəsər ənbiya və İslam tarixi. İbtidai məktəblərə məxsus tərtib olunmuşdur. (Naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1917; Tikan kolu. "Babayi-Əmir", "Molla Nəsrəddin", "Məzəli", "Kəlniyyət" məcmuələrində müxtəlif imzalarla dərc olunmuş qeyri-ciddi əşar kitabıdır. (Naşiri bəradəran Orucov). İkinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1917; Bakü fatehi-alilərindən namdar türk qəhrəmanından minbaşı Məhəmməd Töfviq bəyin "Zopası". Bakı: "Dirilik" jurnalı nəşriyyatı, 1919; Rusiyanın qəhrəmanı Rasputin. Bakı: Elektrik "Turan" mətbəəsi, 1919; Xorasanın topa tutulması və II Nikolayın cəzalanması. Bakı: Elektrik "Turan" mətbəəsi, 1919; Əlabbas Müznib. Şeirlər (səh. 198–200). // Deyilən söz yadigardır. Şeirlər. (Toplayanı və tərtib edəni Cəfər Rəmzi İsmayılzadə). Bakı: Yazıçı, 1981; Əlabbas Müznib. Şeirlər (səh. 491–505). // "Mollanəsrəddin"çi şairlər. Satirik şeirlər. (Tərtib edənləri A.Zamanov, K.Əliyev; Red. və ön sözün müəllifi A.Zamanov). Bakı: Yazıçı, 1986; Əlabbas Müznib. Şeirlər (səh. 92–95). // Deyilən söz yadigardır. Şeirlər. (Toplayanı və tərtib edəni Cəfər Rəmzi İsmayılzadə). Bakı: Yazıçı, 1987; Müxtəsər ənbiya və İslam tarixi. (Çapa hazırlayanı Cahangir Qəhrəmanov). Bakı: Gənclik, 1990; Yusif və Züleyxa (roman, redaktor Əlirza Balayev) Bakı: Elm və həyat, 2001; Ürək yanğısı (hekayə, çapa hazırlayan və ön sözün müəllifi Hüseyn Həşimli). Bakı: Nurlan, 2004; Seçilmiş əsərləri. (Tərtib edəni, ön sözün və lüğətin müəllifi İslam Ağayev). Bakı: Şərq-Qərb, 2006; Seçilmiş əsərləri. (Nəşrə hazırlayan və ön sözün müəllifi Sona Xəyal). Bakı: Nurlan, 2007; Məmməd Səid Ordubadi, Əbülqasim Əminzadə, Əlabbas Müznib. Xatirələr. Bakı: Nurlan, 2008; Əsərləri. (Nəşrə hazırlayan Samirə Gəncəli). Bakı: Elm və təhsil, 2012. Tərtib etdiyi əsərlər Türkcə qəzəllər. Əski ədəbiyyatımız nümunələri. (Naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1917; Molla Nəsrəddin lətifələri. Bakı: Azərnəşr, 1927; Nakam. Seçilmiş əsərləri. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı: Azərnəşr, 1928; Aşiq Pəri və müasirləri. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı: Azərnəşr, 1928; Natəvan (Xurşidbanu). (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı: Azərnəşr, 1928; Abbas Səhhət. Seçilmiş əsərləri. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı: Azərnəşr, 1928; Mirzə Ələkbər Sabir. Şeirlər məcmuəsi. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı: Azərnəşr, 1929; Seyid Əzim Şirvani. Seçilmiş şeirləri. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı: Azərnəşr, 1930; Abbas Səhhət. Əsərləri. (Toplayanı və müqəddimənin müəllifi Ə.Müznib). Bakı: Azərnəşr, 1935; Azərbaycan ədəbiyyatından seçmələr. (Tərtib edəni və ön sözün müəllifi Qətibə Vaqifqızı). Bakı: Elm və təhsil, 2011; Türkcə qəzəllər. (Nəşrə hazırlayanı Samirə Gəncəli, ön söz müəllifi Paşa Kərimov). Bakı: Elm və təhsil, 2013. Tərcümələri Molla Nəsrəddin məzhəkəsi. (Mütərcimi Ə.Müznib; naşirləri Orucovlar). Birinci ədəd. Bakı: Orucov qardaşlarının çapxanası, 1909; Əlifleyla. (Mütərcimi Ə.Müznib; naşir Əyyub Ələkbərov). Birinci çap. 1–37-ci hissələr. Bakı: "Kaspi" şirkəti mətbəəsi, 1910–1912; Əlifleyla. (Mütərcimi Ə.Müznib). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910; Əlifleyla nam hekayəti-məşhürənin türkcə çıxmasına bir çox rüfəqamın tövsiyəsi səbəb olmuşdur. (Naşir və mütərcimi Ə.Müznib). İkinci təb. I–XXXIV hissələr. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911; İkinci çapı. XXXV–XXXVII hissələr. Bakı: "Baku" qəzetinin elektrik mətbəəsi, 1912; Əlifleyla. (Farscadan mütərcimi Ə.Müznib). İkinci təb. I cild. Bakı: Polismeystrerstvo mətbəəsi, 1911; Molla Nəsrəddin məzhəkəsi. (Farscadan mütərcimi Ə.Müznib; naşiri bəradəran Orucov). İkinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911; Birinci Napoleonun müaşiqəsi. Ədəbi, tarixi və aşiqanə bir romandır. (Fransızcadan tərc. ed. Qəvim; farscadan tərc. ed. Ə.Müznib və Aslan bəy Abdullabəyzadə). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912; Muxtarnamə. (Farscadan mütərcimi Ə.Müznib; naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912; İsfahanlı Hacıbabanın sahineyi-həyatı. (Farscadan mütərcimi Ə.Müznib; naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913; H.Vaqner. Türk əleyhinə bolqar, yunan, sırb və Qaradağ ittifaqı, yaxud Balkan müharibəsi. (Mütərcimi mülazimi-sani Səid; təbdil ed. Ə.Müznib; naşiri M.Ə. Ələkbərov) Bakı: "Baku" qəzetinin elektrik mətbəəsi, 1914; Cürci Zeydan. Osmanlı inqilabı. Türkiyə inqilabının ibtidasından zühuruna qədər qayət şirin və kəskin bir qələmlə yazılmış səksən fəsilli, tarixi, siyasi və aşiqanə bir romandır. (Mütərcimi Ə.Müznib; naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1914; Əmir Əbdürrəhman xan. Əfqan tarixi. (Farscadan mütərcimi Ə.Müznib; naşiri bəradəran Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1914; Əmir Əbdürrəhman xan. Əfqan tarixi. (Farscadan mütərcimi Ə.Müznib; naşiri bəradəran Orucov). I–IX hissələr. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1914; X və XI hissələr. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1915; Əmir Əbdürrəhman xan. Əfqan tarixi. Əfqanıstan əmiri mərhum Əmir Əbdürrəhman xan həzrətlərinin əsəridir. (Farscadan mütərcimi Ə.Müznib). İkinci təb. I kitab I cild. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1917; Molla Nəsrəddin məzhəkələri. Bakı: Azərnəşr, 1927; Muxtarnamə. (Çapa hazırlayanı və ön sözün müəllifi Səbinə Əhmədova). Bakı: Ecoprint, 2018; Cürci Zeydan. Osmanlı inqilabı. (Transfoneliterasiya edib çapa hazırlayan, ön söz və lüğətin müəllifi Səbinə Əhmədova). Bakı, 2022. Azərbaycan kitabı. I cild. Bakı, 1963; İslam Ağayev. Əlabbas Müznib // "Azərbaycan" jurnalı, 1972, №2; İslam Ağayev. Əlabbas Müznib: Həyatı, yaradıcılığı, əsərlərindən seçmələr. Bakı: Elm, 2003; Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010, səh. 475-476. Xarici keçidlər ƏLİABBAS MÜZNİB MÜTƏLLİBZADƏ Həmçinin Bax Əmin Abid Gültəkin Əliağa Vahid
https://az.wikipedia.org/w/index.php?curid=534227
Əliabbas Müznib

https://az.wikipedia.org/w/index.php?curid=41215
Əliabbas Müznibi

https://az.wikipedia.org/w/index.php?curid=543813
Əliabbas Mədətzadə
Əliabbas Mədətzadə Abbasqulu oğlu (1909, Maştağa, Bakı qəzası – 1972, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın məşhur sinoptiki və iqlimşünası, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). Ə.A. Mədətzadə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.1931-ci ildə ADPİ-nın fizika-riyaziyyat fakültəsini bitirib, Respublika Hidtometeoroloji xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır. Elmi fəaliyyəti İlk elmi işi 1936-cı ildə tərtib etdiyi "Azərbaycanın sinoptik rayonlaşdırılması" xəritəsi olmuşdur və ondan indi də hava proqnozlarının verilməsində istifadə olunur. 1946-cı ildə "Cənubi xəzərin fırtınaları" mövzusunda namizədlik, 1957-ci ildə isə "Abşeronun hava və iqlim tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1947–1950-ci illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin dəniz rəsədxanasının direktoru işləyib.Onun bütün həyatı AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur.1959–1972-ci illərdə isə əvvəl sinoptik meteorologiya, sonra isə atmosfer fizikası şöbəsinə rəhbərlik edib.Onun Coğrafiya elmminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş "Azərbaycan Respublikasının atlası"nda verdyi xəritələr xüsusi qeyd olunur. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir. Elmi əsərləri Ə.A.Mədətzadə "Cənubi Xəzərin qasırğaları", "Abşeronun hava növləri və iqlimi", "Şərqi Qafqazın təbii sinoptik iqlim fəsilləri"monoqrafiyalarının, çoxlu sayda xəritələrin və 100-ə qədər məqalənin müəllifi olub. Həmçinin bax Şahvələd Xəlilov Məhəmməd Abduyev
https://az.wikipedia.org/w/index.php?curid=74582
Əliabbas Qədirov
Əliabbas Gülabbas oğlu Qədirov (13 fevral 1946, Bakı – 8 mart 2006, Bakı) — Azərbaycanlı aktyor, Azərbaycan SSR xalq artisti (1989). Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfı 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub. Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin "Xəyyam" faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib. Əliabbas Qədirov 1970-ci ildən Milli Dram Teatrında oynadığı rollar zaman ardıcıllığı ilə aşağıdakı kimi sistemləşdirilə bilər: Yusif. "Xəyyam", Hüseyn Cavid. Pronya. "Zamanın hokum", Nikolay Poqodin. Xosrov. "Küləklər", Sabit Rəhman. Vəli. "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə. Givi. "Darıxma, ana!", Nodar Dumbadze. Leytenant və Nicat. "Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev. İlyas. "Aydın", Cəfər Cabbarlı. Fateh. "Yol ayrıcında", İslam Səfərli. Qlumov. "Müdriklər", Aleksandr Ostrovski. Kürd Musa və Vaqif. "Vaqif", Səməd Vurğun. Fotoqraf. "Şöhrət və ya unudulan adam", Nazim Hikmət. Alman oğlu. "İnsan", Səməd Vurğun. Məğrur. "Əks-səda", Nəbi Xəzri. Coşqun. "Kölgələr pıçıldaşır", Seyfəddin Dağlı. Balaağa. "Vəkil neyləsin…", Ramiz Fətəliyev. Şərif. "Məhəbbət əfsanəsi", Nazim Hikmət. Daşqın. "Yollara iz düşür", İslam Səfərli. Balaş. "Sevil", Cəfər Cabbarlı. Bəhram. "Fitnə", Abdulla Şaiq. Seyid Hüseyn. "Xurşid banu Natəvan", İlyas Əfəndiyev. Vasif. "İblis", Hüseyn Cavid. Rəşad. "Kimdir haqlı?," Bəxtiyar Vahabzadə. Həbib. "Büllur sarayda", İlyas Əfəndiyev. Toral. "Qarabağ əfsanəsi", Qeybulla Rəsulov. Diş həkimi. "Biganələr hoteli", Rüstəm İbrahimbəyov. Qazan xan. "Torpağa sancılan qılınc", Nəbi Xəzri. Şirzad. "Şeyx Xiyabani", İlyas Əfəndiyev. Mirzə Şəfi. "Mənsiz dünya", Nəbi Xəzri. Dan. "Tufandan əvvəl", Arif Süleymanov. Kamran. "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev. Mircəfər Bağırov. "Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev. Kərim bəy. "Tənha iydə ağacı", İlyas Əfəndiyev. Tərlan. "Sənsiz", Şıxəli Qurbanov. Misirxanov. "Əcəb işə düşdük", Şıxəli Qurbanov. Qraf Qloster. "Kral Lir", Vilyam Şekspir. İbrahim xan. "Hökmdar və qızı", İlyas Əfəndiyev. Qara xaqan. "Özümüzü kəsən qılınc" ("Göytürklər"), Bəxtiyar Vahabzadə. Ənvər. "Ulduz, yaxud Ədirnə fəthi", Cəfər Cabbarlı. Nostradamus. "Hələ "sevirəm" deməmişdilər…", Ramiz Novruz.Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış, uzun illər əvvəlcə gənclər üçün "Məşəl", sonralar əyləncə xarakterli "Komediyalar aləminə səyahət" verilişlərinin aparıcısı olmuşdur. Onun oynadığı tamaşaların bir qismi televiziyanın "Oızıl fond"una daxildir. Onlardan Süleyman Sani Axundovun, "Laçın yuvası" (Cahangir), Məmməd Muradan "Təkan" (Dilqəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsində" (Cahangir), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Mar Bayciyevin "Duel" (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu adam" (Kişi) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq şəkildə təcəssüm tapıb. Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə "Azərbaycanfilm"də "Xatirələr sahilində" (İmran), "Nəğmə dərsi" (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var" (Vaqif), "Bizim evin kişisi" (Mansur), "Qızıl uçurum" (Cəlil), "Qocalar" (Fəriz), "Babək" (Fəzl), "Dənizdən işarə" (Sultanov), "Sevinc buxtası" (Nazim) kimi kinolentlərinə çəkilib. Vaxtilə, rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmmədi rolunu məharətlə ifa edib. Lakin Moskva "millətçi" ruhuna görə o fılmin ekrana çıxmasına icazə verməyib. 2006-cı ildə mart 8-də xalq artisti, "Şöhrət" ordeni laureatı, Azərbaycan Dövlət Akademik Dram teatrının bədii rəhbəri Əlabbas Qədirov 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib. Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 19781 dekabr 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti 17 may 1989-cu ildə isə xalq artisti fəxri adı 2006-cı ildə "Şöhrət" ordeni Filmoqrafiya Ağasadıq Gəraybəyli (film, 1974) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-səsləndirən: Vladimir Tişkov (Anatoli Katenyov) Atayevlər ailəsi (film, 1978) – rol: Cahangir Babək (film, 1979) – rol: Fəzl Bakıda küləklər əsir (film, 1974) Bir ailəlik bağ evi (film, 1978) Birisigün, gecəyarısı... (film, 1981) Bizim küçənin oğlanları (film, 1973) Bizim qəribə taleyimiz (film, 2005) Burulğan (film, 1986) Cin mikrorayonda (film, 1985) Dədə Qorqud (film, 1975) – film səsləndirən: Yalıncıq (Əli Haqverdiyev) Dərviş Parisi partladır (film, 1976) Doğma sahillər (film, 1989) Dörd bazar günü (film, 1975) Duel (film, 1995) Durnalar qayıtdı (film, 2003) Əla kəsici (film, 1975) Əqrəb (film, 1972) Evin kişisi (film, 1978) Evlər yıxanım mənim!!. (film, 1974) Əzablı yollar (film, 1982) Gəlinlərin qiyamı (film, 1985) (dublyaj) Gəmi saatının sirri (film, 1983) Gözlə məni (film, 1980) Güllələnmiş heykəllər (film, 2002) Haray (film, 2004) Həyat bizi sınayır (film, 1972) Heydər Əliyev və Azərbaycan rabitəsi (film, 2003) Xatirələr sahili (film, 1972) İşarəni dənizdən gözləyin (film, 1986) Köhnə bərə (film, 1984) Küçələrə su səpmişəm (film, 2004) Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980) Min birinci söz (film, 1997) Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974) Müsafir (film, 2001) Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976) Od içində (film, 1978) Ömrün ilk saatı (film, 1973) Ömrün səhifələri (film, 1974) Ömrün yuxuları (film, 2001) Onun bəlalı sevgisi (film, 1980) Özgə ömür (film, 1987) Park (film, 1983) Prima (film, 1994) Qara gölün cəngavərləri (film, 1984) Qeybdən gələn səs (film, 2002) Qızıl uçurum (film, 1980) Qocalar, qocalar... (film, 1982) Saqqallı binalar (film, 1990) Sən həmişə bizimləsən (film, 1997) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Sonuncu şahid (film, 2004) Şuşa (film, 2001) Şuşa yolu... (film, 2002) Təkan (film, 1987) Toya dəvətnamə (film, 1973) Ürək... Ürək... (film, 1976) Yaramaz (film, 1988) Yataqda siqaret çəkməyin (film, 1986) Yeddi oğul istərəm... (film, 1970) Yol əhvalatı (film, 1980) Yüz qramın qiyməti (film, 1975) "Qeyri-adi adam" //Kaspi.- 2011.- 15 fevral. Dram Teatrının kollektivi Əliabbas Qədirovun məzarını ziyarət edib //Zaman.- 2016.- 13 fevral.- S. 6. Əliabbas Qədirovun 70 illik yubileyi keçirilib //Kaspi.- 2016.- 18 fevral.- S.9. Əliabbas Qədirovun yubileyinə həsr olunmuş dəyirmi masa: [Mərdəkan Mədəniyyət sarayında] //Mədəniyyət.- 2016.- 24 fevral.- S. 4. Görkəmli aktyor Əliabbas Qədirov yad edilib //525-ci qəzet.- 2016.- 16 fevral.- S.7. Xiləli, A. Qiyməti tamaşaçı verəndə: [teatrda keçirilən xatirə gecəsi haqqında] //Ədəbiyyat.- 2016.- 20 fevral.- S.32. Mirməmməd, G. Yetmiş yaşın zirvəsindən salam: [teatrda Xalq artistinin xatirə gecəsinin keçirilməsi haqqında] //Mədəniyyət.- 2016.- 19 fevral.- S. 6.
https://az.wikipedia.org/w/index.php?curid=32891
Əliabbas Rzazadə
Əliabbas Rzazadə (21 may 1998; Astara rayonu, Azərbaycan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2023-cü il Avropa Çempionatının qalibi. Əliabbas Rzazadə 2016-cı ildə Rumıniyada baş tutan gənclər arasında Avropa Çempionatının və Fransada baş tutan gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib olub.2018-ci ildə isə Əliabbas Rzazadə Roma şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olsa da, Trnava şəhərində baş tutan Dünya Çempionatını 8-ci pillədə başa vurdu.Əliabbas Rzazadə 2019-cu ildə cəmi bir turnirdə — Rusiyada baş tutan Vladimir Semenovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə baa vurdu.2021-ci ildə Əliabbas Rzazadə Rusiyada baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri 8-ci pillədə başa vursa da, mayda KYRM-da U23 Avropa Çempionatının gümüş, noyabrda isə Serbiyada U23 Dünya Çempionatının qızıl medalına sahib oldu.Əliabbas Rzazadə 2022-ci ilin fevralında Bolqarıstanda baş tutan D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib oldu. Martda isə Əliabbas Rzazadə Avropa Çempionatlarında debüt elədi. Budapeşt şəhərində (Macarıstan) baş tutan turnirin final görüşündə KYRM nümayəndəsi Vladimir Yegorova məğlub olan Əliabbas Rzazadə Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Əliabbas Rzazadə iyunda Roma şəhərində Matteo Pellicone Turnirinin qalibi oldu, avuqstda isə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. Sentyabrda Belqrad şəhərində (Serbiya) Dünya Çempionatlarında debüt edən Əliabbas Rzazadə turniri 12-ci pillədə başa vurdu.2023-cü ildə Əliabbas Rzazadə əvvəlcə Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirinin qalibi oldu. Daha sonra isə Əliabbas Rzazadə Avropa Çempionatında mübarizə apardı. Apreldə Zaqreb şəhərində (Xorvatiya) baş tutan turnirin final görüşündə Süleyman Atlı üzərində qələbə qazanan Əliabbas Rzazadə Avropa Çempionatının qızıl medalına sahib oldu. İyulda Polşada Poland Open beynəlxalq turnirinin bürünc medalına sahib olan Əliabbas Rzazadəsentyabrda Serbiyada Dünya Çempionatını 14-cü pillədə başa vurdu.
https://az.wikipedia.org/w/index.php?curid=794114
Əliabbas Salahzadə
Əliabbas Salahzadə (22 yanvar 1979, Bilgəh) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Hüquqşunas. Salahzadə Əliabbas Qalib oğlu 22 yanvar 1979-cu ildə Bilgəh qəsəbəsində anadan olub. 1995-ci ildə Bilgəh qəsəbəsi 142 saylı orta məktəbini bitirib. Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb. Daha sonra, Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakültəsinə qəbul olub və, orada təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib. 2002–2003-cü illərdə Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. 2003-cü ildə hərbi xidməti başa vurduqdan sonra yenidən Sabunçu rayon Bilgəh Bələdiyyəsində işini davam etdirmiş və həmin ildə bələdiyyə üzvlərinin yekun səsverməsinə əsasən yenidən bələdiyyə sədri seçilmişdir. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda aspiranturaya daxil olmuşdur. Aspiranturada oxuduğu zaman yerli özünüidarəçiliyin inkişafında beynəlxalq təşkilatların rolu və Azərbaycan Respublikasında Bələdiyyələrin inkişafı, təcrübə və müasir praktika kimi elmi məqalələr yazmışdır. 2006-cı ildə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində təhsil, səhiyyə və mədəniyyət şöbəsinə müdir təyin olunub.2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının qərarı ilə hüquq elmləri üzrə fəlsəfə doktorudur. 2010-cu ildən Birinci dərəcəli dövlət qulluqçusudur.Ailəlidir, 4 övladı var. Siyasi fəaliyyəti Təhsil aldığı müddətdə Azərbaycan Respublikasında keçirilən Bələdiyyə seçkilərində Sabunçu rayon Bilgəh Bələdiyyəsinə bələdiyə üzvü və 1999-cu ildən isə bələdiyyə üzvlərinin təklifi ilə sədr seçilib. 2020-ci ilədək Sabunçu rayon İcra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsində müdir vəzifəsində çalışıb. 2020-ci ildə 27 saylı Sabunçu ikinci seçki dairəsindən Azərbaycan Respublikası VI çağırış Milli Məclisinə deputat seçilib. Əliabbas Salahzadə Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi və Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan–Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir.1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2006–2011-ci illərdə YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin İdarə heyətinin üzvü və Bilgəh qəsəbəsi üzrə ərazi ilk partiya təşkilatının sədri olub.
https://az.wikipedia.org/w/index.php?curid=637344
Əliabd-i Pir Şəmsəddin
Əliabad-i Pir Şəmsəddin (fars. علی‌آباد پیرشمس‌الدین) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 85 nəfər yaşayır (25 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=685937
Əliallahilik
Əliallahilik — Şiə İslamı elementlərini köhnə dinlərlə birləşdirən, İranın Luristan əyalətinin bəzi bölgələrində tətbiq edilən sinkretik bir din. Bu, tarix boyu ilahinin ardıcıl təcəssümlərinin olması inancına əsaslanır və əliallahilik belə təcəssümlərdən biri hesab edilən İslam peyğəmbəri Məhəmmədin kürəkəni Əliyə xüsusi ehtiram bəsləyir. Yezidilərə, Ənsarilərə və ətrafdakı müsəlman və xristian əhaliyə doktrinası məlum olmayan bütün məzhəblərə bənzər müxtəlif ayinlər Əliallahiliyə aid edilmişdir. Müşahidəçilər onu tarixən bir neçə əvvəlki dinlərin, o cümlədən zərdüştiliyin adət və ayinlərinin məcmuəsi kimi təsvir etmişlər, çünki səyahətnamələrdə “Əliallahilik kimi təsvir oluna biləcək heç bir dəqiq kodun olmadığı aşkar idi”.Bəzən Əliallahilik Qeysanilik, ələvilik və ya Əhli-Haqq/Yarsanilər və digərləri Əhli-haqq kimi Əlini vəsf edən və ya ilahiləşdirən müxtəlif məzhəblər üçün ümumi termin kimi istifadə olunur.
https://az.wikipedia.org/w/index.php?curid=347573
Əliallahlıq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق, ərəb. كاكائي) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur.İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir. Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir. Bir çox yarsanilər İranın İslam sisteminin təzyiqi səbəbindən öz dinlərini gizlədirlər və onların əhalisinin dəqiq statistikası yoxdur.Yarsanilərin əsasən Gorani dilində yazılmış fərqli dini ədəbiyyatı var. Bununla belə, az sayda müasir yarsani Gorani dilini oxuya və ya yaza bilir, çünki onların ana dilləri Cənubi kürd dialekti və ya Soranidir.Onların mərkəzi dini kitabı 15-ci əsrdə yazılmış və Sultan Sahaqın təlimlərinə əsaslanan Kəlam-i Sərəncam adlanır. Ümumi məlumat Başqaları ilə yanaşı, kürdlərdə mövcud olan İslam nöqteyi-nəzərindən bidətçi cərəyanlarla yanaşı, əliallahılar də bəzən yəzdanizm adlı şərti qrupa daxil edilir. Əliallahlıq təliminin əsasında Allahın ardıcıl təcəssümü, reinkarnasiya və mənəvi mentorun rəhbərliyi altında özünü təkmilləşdirmə yolu ilə qurtuluşa nail olmaq barədə təsəvvürlər durur. Əhli-haqq qrupunun üzvlərinin əksəriyyəti İranın qərbindəki Zaqros dağlıq bölgəsində yaşayır. Təriqətin ayrı-ayrı qrupları İran Azərbaycanının Urmiya gölü rayonunda, Mazandaranda, həmçinin İranın böyük şəhərlərində səpələnmişdir. Yaxın Şərqin digər mistik təlimləri kimi, əliallahılar da reinkarnasiyaya inamı ilə fərqlənir. Bu təriqətə görə dünyanın mövcudluğu ərzində insan ruhu 1001 reinkarnasiya keçir. Xilas olmaq üçün insan öz mənəvi tərbiyəçisinin (Pir) rəhbərliyi altında özünü təkmilləşdirmənin üç mərhələsini keçməlidir: şəriət (qanuna riayət etmə), təriqət (mistik yola riayət etmə), mərifət (idrak), sonuncu dördüncü mərhələ — həqiqətə nail olmaq, həqiqəti əldə etməkdir. İnanc sistemi İnanc sistemi, Əli ibn Əbu Talib şəxsiyyətinin təşkil etdiyi Əhli-həqq başda Sultan Sohak olmaqla iyerarxik piramida şəklində təbəqələşir. Reinkarnasiya (Əhli-həqqdə "donbədon" — libasdan libasa keçmə) Əhli-həqqin inancında mərkəzi yeri tutur. İnanca görə, Allahın yer üzündə 7 təcəllisi mövcuddur. 7-ci dövr başa çatdıqdan sonra Zamanın sahibi Mehdi zühur edərək, Şəhrəzur çölündə ilahi məhkəmə quracaq. Əhli-həqqin reinkarnasiyası 1001 dirilmədən ibarətdir. Bu, hər bir insana aiddir. Sarı torpaqdan yaranmış insanlar daha çox "libas dəyişir" və ilahi nura daha çox yaxınlaşır. Qara torpaqdan yaranmışlar pis insanlardır, onların paklanma ehtimalı azdır. Bəşər tarixi dörd dövrdən ibarətdir: Adəmdən Məhəmmədin peyğəmbərliyinə qədərki şəriət dövrü, Əli ibn Əbu Talibdən Şah Xuşinə qədərki təriqət dövrü, Şah Xuşindən Sultan Sohaka qədərki mərifət dövrü və Sultan Sohakla başlayan həqiqət dövrü. İnsan mənəvi kamilliyə çatmaq üçün dörd mərhələdən keçməlidir. Şəriət mərhələsində Məhəmmədin dinini və on iki imamın məzhəbini qəbul etməli, təriqət mərhələsində Əlinin vilayətinə inanmalı, mərifət mərhələsində özünü tanımalı, həqiqət mərhələsində isə Allaha qovuşmalıdır. Müqəddəs kitabı Əhli-həqqin başlıca müqəddəs kitabı Sultan Sohakın kəlamlarından ibarət "Sərəncam" (yaxud "Kəlam xəzanə" və ya "Divan Gevre") kitabıdır. Kitabın müxtəlif hissələri lur, gorani dillərində və hevrami dialektindədir. Cənubi Azərbaycan Əhli-həqqləri arasında məşhur olan azərbaycanca kəlamlar da "Sərəncam"ın bir hissəsi hesab edilir. Hacı Nemətullah Ceyhunabadinin (1871–1920) "Furqanül-əxbar", "Şahnameyi-həqiqət", onun oğlu Nurəli İlahinin (1895–1974) "Burhanül-həqq" əsərləri Əhli-həqq barədə başlıca mənbələrdir. Həmçinin bax Əliallahilik Kaya A. Ehli-i Haklar ve Dersim. İstanbul. 2014.
https://az.wikipedia.org/w/index.php?curid=792065
Əliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=797840
Əliağa (Türkiyə)
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
https://az.wikipedia.org/w/index.php?curid=626910
Əliağa Alim
Əliağa Alim — şair.Molla Pənah Vaqifin oğlu Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi. Əliağa "Alim" təxəllüsü ilə şerlər də yazmışdır. Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadə "Məcmuə"sində Vaqifin oğlu Əliağa Alimlə şerləşməsini də vermişdir. Hətta Səməd Vurğunun sağlığında Moskvada rusca nəşr olunmuş (1948-ci ildə) seçilmiş əsərlərində Əlibəyin adının qarşısında "Vaqifin birinci arvadından olan oğlu" sözləri yazılmışdır. Bu izahat sonrakı rusca nəşrlərinin hamısında saxlanılmışdır. Amma əsərin Azərbaycan dilində olan nəşrlərində "Əlibəy Vaqifin oğlu" yazmaqla kifayətlənmişlər. 1797-ci ildə o, Vaqifi oğlu Əliağa ilə birlikdə edam etdirmişdir
https://az.wikipedia.org/w/index.php?curid=546969
Əliağa Aslan
Əliağa Aslan — Şair. Əliağa Aslan Surxay oğlu 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında ( Qubadlıda) şeirləri dərc olunmuşdur. 1998-ci ildə ilk kitabı "Ayrılıqlar içində" çapdan şıxmışdır. Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən (qara ciyər serrozundan) sonra dünyasını dəyişmişdir. Kİtablarından birinə (Bu dünya qonaq saxlamır) tanınmış tənqidçi, filologiya elmləri doktoru, Füzulişünas Vaqif Yusifli ön söz yazmış, haqqında dəyərli sözlər işlətmişdir. Əliağa Aslanın bir çox şeirlərinə musiqilər bəstələnmişdir. "Ayrılıqlar içində" "Kərəm ahı" "Ayrılıqlar sevgilərdən başlayır" "Məni sən öyrətdin ayrılıqlara" "Mən dünyaya qərib gəldim" "Bu dünya qonaq saxlamır" "Və ölümündən sonra çap olunan" " "Qəfil gələn ayrılıq"
https://az.wikipedia.org/w/index.php?curid=308839
Əliağa Ağayev
Əliağa İsmayıl oğlu Ağayev (9 (22) mart 1913, Bakı – 13 noyabr 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1954). Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır. Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb. Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır. İyirmi iki il Akademik teatrda işləyən sənətkar bu səhnədə Vasin ("Tanya", Aleksey Arbuzov), Allanəzər ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı ("Közərən ocaqlar", "Kəndçi qızı" və "Yaxşı adam", Mirzə İbrahimov), Birinci məzarçı, Stefano ("Hamlet" və "Fırtına", Uilyam Şekspir), Rista Podoroviç ("Nazirin xanımı", Branislav Nuşiç), Pişta Orbek ("Füsunkar qız", Mikolaş Dyarfaş), Keşiş Bazilo ("Bu qadın mənimdir", Raymonda Juniyor), Çakan Yemelyan ("Daşqın", Anatoli Safronov), Anatoli Novoseltsov ("Sevgi… sevgi…", Emil Braginski və Eldar Ryazanov), Miçiç Kotryans ("Xanuma", Avksenti Saqareli), Rüstəm Zaloviç, Ağadayı ("Kölgələr pıçıldaşır" və "Mənziliniz mübarək!", Seyfəddin Dağlı), Səfər ("Söz yarası", Qeybulla Rəsulov), Sərxan ("Görünməmiş toy", Arkadi Arkanov və Qriqori Qorin), Divanbəyi, Kərəməli ("Xırs quldurbasan" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Tosun ("Səyavuş", Hüseyn Cavid), Nəsir bəy, Aslan, Bərbərzadə, Kərəmov, ("Küləklər", "Yalan", "Xoşbəxtlər" və "Toy", Sabit Rəhman), Vəzir ("Karıxmış Sultan", Taufiq əl Hakimi), Hacı Əbdüləzim ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Mirzə Səməndər, Babakişi ("Almaz" və "Sevil", Cəfər Cabbarlı), Osman ("Bağ qonşuları", Hay Vahid), İbiş İbişli ("Adamın adamı", Anar) … rollarında çıxış edib. Əliağa Ağayev kinoda Məşədi İbaddan əlavə Xan ("Sehrli xalat"), Şıxəli ("Görüş") kimi irihəcmli rollarla yanaşı, "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" ("Mehman". Anbardar), "Bir məhəlləli iki oğlan" (Feyzi) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib. Televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır. Həmişə populyar və sevilən aktyor olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə respublikanın əməkdar artisti, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. Səhnə görkəmi ilə ağır olan Əliağa Ağayev obrazın ifasında çox sərbəst, hərəkətlərində çevik, danışığında duzlu və məzəli idi. Yaradıcı aktyor obrazın xarakterini ilk əvvəl danışıqda tapır, sonra onun bədii məzmununa uyğun formanı dəqiqləşdirirdi. Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru idi və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verirdi. Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışırdı. Həyatda da şuxluğu xoşlayan Əliağa Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb. Məzarı Bakıda, Yasamal qəbiristanlığındadır. Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 27 fevral 1954 Filmoqrafiya 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Arşın mal alan (film, 1965) Baldızoğlu (film, 1977) Bəşir Səfəroğlu (film, 1969) Bir məhəllədən iki nəfər (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçənin oğlanları (film, 1973) Böyük ömrün anları (film, 2006) Dəli Kür (film, 1969) Dərviş Parisi partladır (film, 1976) Evin kişisi (film, 1978) Evlənmək istəyirəm (film, 1983) Evləri köndələn yar (film, 1982) Əhməd haradadır? (film, 1963) Görüş (film, 1955) Hədiyyə (film, 1974) "Kazbek" qutusu (film, 1958) Koroğlu (film, 1960) Qanlı zəmi (film, 1985) Qanun naminə (film, 1968) Qara daşlar (film, 1956) Mənim əziz atam (1970) Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980) Min birinci söz (film, 1997) Musiqi müəllimi (film, 1983) O olmasın, bu olsun (film, 1956) Papaq (film, 2007) Salam, Zeynəb! (film, 1982) Sehrli sandıq (film, 1973) Sehrli xalat (film, 1964) Şərikli çörək (film, 1969) Sonuncu qarış (film, 1958) (Lenfilm) Telefonçu qız (film, 1962) Üzeyir ömrü (film, 1981) Yeganə əlac (film, 1981) Yeni üsul (film, 1974) Yoxlanılmış, inanılmış... (film, 1971) "Gülə-gülə ölən Əliağa Ağayev son filmində niyə ağlamışdı?" //Kaspi.- 2011.- 5 aprel. Xarici keçidlər Əliağa Ağayevin doğum günüdür Xalq artistlərinin doğum günüdür
https://az.wikipedia.org/w/index.php?curid=32527
Əliağa Bakir
Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev; 1 noyabr 1923, Bakı – 22 may 1998, Bakı) — şair. Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İlk təhsilini Bakının bir neçə məktəbində alsa da (“Bədəlbəyin məktəbi”, 25, 136 və 171 nömrəli məktəblər), 171 nömrəli orta məktəbdən məzun olmuşdur (1941). Ədəbiyyata hələ uşaq illərindən böyük həvəs göstərən şair ilk şeirini 6-cı sinifdə oxuyarkən İspaniyada mübarizə aparan respublikaçılara həsr etmişdir (1937). Əliağa Bakir ilk əmək fəaliyyətinə 1941-ci ildə SSRİ Müdafiə Nazirliyinin 610 nömrəli hərbiləşdirilmiş zavodunda fəhlə olaraq başlamışdır. Daha sonra ikinci dünya müharıbəsinin ən şiddətli günlərində cəbhəyə yola düşmüş və Qudermes yaxınlığında alman qırıcı təyyarələrinin sovet hərbi qatarını bombardman etməsi nəticəsində ağır yaralanmışdır (1943). Şair gənclik çağlarında çox sıxıntılı və iztirablı günlər yaşamışdır. O, 1955-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirərək, inşaat mühəndisi ixtisasına yiyələnmişdir. Qırx ildən artıq bir dövr ərzində respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq İdarəsində mühəndis vəzifəsində çalışmışdır. Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlamışdır. O, 2200-dən artıq qəzəl və müxtəlif janrlarda yazılan şeirlərin, eləcədə, 5 poema müəllifidir. Onun əsərlərində yüksək insani keyfiyyətlər və mənəvi dəyərlər ana xətt olaraq görülməkdədir. Yaşadığı həyat qələmə aldığı nəzm əsərlərində öz əksini tapmışdır. Bir çox şeir və qəzəli dövri mətbuatda dərc olunmuş, bəstəkarlar tərəfindən musiqi bəstələnmiş, muğam ustaları tərəfindən ifa edilmişdir. Yaradıcılığı haqqında radio və televiziya verilişləri hazırlanmışdır. “Yazıçı” nəşriyyatı tərəfindən 1978 və 1986-cı illərdə buraxılmış “Qəzəllər” toplusunda Əliağa Bakirin bir sıra qəzəlləri çap edilmişdir. Bundan əlavə, şairin “Eşq ilə gülmüş təbiət” (1990), “Tarixlərdən gələn səslər” (1991), “Qabusnamə lövhələri” (1992) və “Min bir gözəl, min bir qəzəl” (1994) adlı kitabları kütləvi tirajla çapdan çıxmışdır. 22 may 1998-ci ildə Bakıda vəfat etmişdir. Qəbri ata yurdu Maştağa kəndindədir. "Eşq ilə gülmüş təbiət" (Bakı: Yazıçı, 1990 112 səh.) "Tarixlərdən gələn səslər" (Bakı: Gənclik, 1991 40 səh.) "Qabusnamə lövhələri" (Bakı: Şərq-Qərb, 1992 48 səh.) "Min bir gözəl, min bir qəzəl" (Bakı: Bilik, 1994 208 səh.) Filmoqrafiya "Əliağa Bakir qəzəlxan-şair" Sənədli film (1994, 25 dəq.)
https://az.wikipedia.org/w/index.php?curid=727339
Əliağa Cəfərli
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. Həyat və fəaliyyəti Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur.1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1982–1991-ci illərdə Sumqayıt şəhərindəki 69 saylı kitab mağazasında satıcı, müdir, 1991–1993-cü illərdə isə həmin təşkilatın Plan-İqtisad şöbəsinin rəisi olmuşdur. 1977–1982-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin "Kitabxanaçılıq" fakültəsində təhsil almışdır. Universiteti bitirmiş və kitabxanaşünas-biblioqraf ixtisası almışdır. 1982–1994-cü illər "Azərkitab" kitab ticarəti birliyinin 69 saylı mağazasında direktor, Sumqayıt şöbəsinin direktoru və birliyin plan şöbəsinin rəisi işləmişdir. 1988–1991-ci illərdə Moskva Dövlət Mətbuat Akademiyasının aspiranturasında qiyabi təhsil almış, 1992-ci ildə "Azərbaycanda kitab ticarətinin meydana gəlməsi və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1994-cü ildən indiyədək Milli Elmlər Akademiyası "Akademkitab" kitab evinin direktorudur. Eyni zamanda 1997-ci ildən "Çıraq" nəşriyyatının təsisçisidir.1999–2003-cü və 2018-ci ildən indiyə kimi Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş. "Bukinist ədəbiyyatı", "Antikvar ədəbiyyat", "Kitab ticarətinin təşkili" fənlərini tədris etmiş, mühazirələr aparmış, elmi işlərə rəhbərlik etmişdir. 2015-ci ildə AMEA Folklor İnstitutunun "Klassik folklor" şöbəsində "Şifahi və yazılı ənənədə "Koroğlu" sujetləri"(eposun Azərbaycan versiyası əsasında) mövzusunda elmi işi yekunlaşdırmışdır. 2015-ci ildə dissertasiya müdafiə edərək Filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. Bədii yaradıcılığı Əliağa Cəfərov ötən əsrin 60-cı illərindən bədii yaradıcılıqla və jurnalistika ilə məşğuldur. Müxtəlif məbuat orqanlarında müxtəlif səpkili məqalələrlə, hekayələr , mənsur şeirlər, felyatonlar və oçerklərlə çıxış etmişdir. Orduda xidmət zamanı "Krasnaya zvezda" qazetinin nəzdində olan jurnalistika kursunu qırmızı diplomla bitirmiş və bu qazetdə yüzə yaxın məqaləsi çap olunmuşdur. Bədii yaradıcılığa erkən başlayan Əliağa Cəfərovun ilk hekayəsi "Ov" adı ilə 1974-cü ildə "Pioner" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda şeir, hekayə, oçerk, publisitik və elmi-kütləvi məqalələrini dərc etdirən şair "Qurani-Kərimi", "Azərbaycan nağılları"nı (5 cilddə), "Koroğlu", "Qaçaq Nəbi" dastanlarını, "Azərbaycan dilinin izahlı lüğəti"ni (3 cilddə) kütləvi tirajla nəşr etdirmişdir. 2011-ci ildə Bəhlul Behcətin "Qaçaq Nəbinin tarixi" (vəsiqə və sənədlər üzrə) əsərini arxivdən taparaq elmi redaktoru və naşiri olmuşdur. Əliağa Cəfərov 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Türkiyə, Rusiya, Kanada, ABŞ, Latviya, Qazaxıstan Respublikalarında elmi məqalələri və konfrans materialları çap olunmuşdur. Bir çox elmi konfranslarda çıxışlarla iştirak etmişdir. 1997-ci ildən müstəqil "Çıraq"nəşriyyatının təsisçisi və direktorudur. "Sasanidskaya derjava" (III–V vekax, 2003) "Xocalı faciəsi" (roman, 2003) "Bəlalı dağlar" (roman, 2004) "Puç olmuş arzular" (roman, 2007) "Yaxçılıq etmək üçün gəlmişdi" (2009) "Aşıq repertuarında "Koroğlu"dastanı". Monoqrafiya. Bakı: "Elm", 2011 "Azərbaycan "Koroğlu" dastançılığı ənənələri. Monoqrafiya. Bakı: "Elm", 2014. "Bəlalı dağlar", roman. Bakı: "Çiraq", 2004. "Puç olmuş arzular" Roman. Bakı: "Çıraq", 2007. "Qırğın" Roman. Bakı: "Çıraq", 2018. Əliağa Cəfərov ailəlidir. İki qızı, bir oğlu və altı nəvəsi var. Həmçinin bax Əliağa Kürçaylı Əliabbas Müznib Xarici keçidlər AYB. Qubadlı Regional Bölməsi, Yazıçı-publisist, filologiya elmləri doktoru Əliağa Cəfərov Yazıçı-publisist, Filologiya Elmləri Doktoru Əliağa Cəfərov çıxış etdi Yazıçı-publisist, filologiya elmləri doktoru Əliağa Cəfərov Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; "Nurlar", Bakı — 2011
https://az.wikipedia.org/w/index.php?curid=719385
Əliağa Cəfərov

https://az.wikipedia.org/w/index.php?curid=593324
Əliağa Hüseynov
Əliağa Hüseynov (tam adı: Əliağa İzzət oğlu Hüseynov; 16 dekabr 1946, Salyan, Salyan rayonu) — azərbaycanlı hərbçi, ictimai-siyasi xadim, ehtiyyatda olan general-leytenant; Azərbaycan Respublikasının Hərbi Komissarı (1998–2009); Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2009–2010); Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı (2010–2020). Əliağa İzzət oğlu Hüseynov 1946-cı il dekabrın 16-da Salyan rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1975-ci ildə isə Baş Ştabın Mərkəzi Kursunu bitirmişdir. 1970–1972-ci illərdə Bakı şəhər Tramvay-Trolleybus İdarəsində çalışmışdır. 1972-ci ildə Sovet ordusu sıralarına çağırılmışdır. 1972–1976-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayon (indiki Səbail rayonu) Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1976–1978-ci illərdə İmişli rayon Hərbi komissarının müavini, 1978–1983-cü illərdə Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) Hərbi Komissarlığında ikinci şöbənin rəisi, 1983–1988-ci illərdə Əzizbəyov rayonunun Hərbi komissarı, 1988–1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun Hərbi komissarı işləmişdir. 1998–2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə General-leytenant Əliağa İzzət oğlu Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.11 noyabr 2009-cu il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2010-cu il tarixli Sərəncamı ilə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi ilə əlaqədar olaraq Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Mükafatları "Şöhrət" ordeni Xarici keçidlər BAŞ HƏRBİ KOMİSSAR "YENİ MÜSAVAT"a DANIŞDI 24.04.2009 59 saylı Səlyan DSK-dan deputatlığa namizəd Əliağa Hüseynov 25 oktyabrda seçicilərlə keçirdiyi görüşdən fraqmentlər
https://az.wikipedia.org/w/index.php?curid=82450
Əliağa Həsənov
Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri olmuşdur. Ə.Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir. Bakının ictimai həyatında fəal iştirak edən Ə.Həsənov şəhər Dumasının üzvü seçilmişdir. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik etmişdir. Bundan başqa Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur. 1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar S.Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunhissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə.Həsənov olmuşdu. O, qırğının son günü yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. Bitərəf Ə.Həsənov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. Ə.Həsənov F.X.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinetində (26 dekabr 1918–14 mart 1919) maliyyə nazirinin müavini, 1919-cu ilin yanvarın 16-dan isə dövlət müfəttişi vəzifələrini yerinə yetirmişdir. Azərbaycan Nazirlər Şurasının Sədri N.Yusifbəylinin yaratdığı 1-ci (ümumi sayca 4-cü) Hökumətdə o, maliyyə naziri vəzifəsini icra etmişdir. Ə.Həsənovun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Bankın Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə şöbələri təşkil olundu. 1919–1920-ci illərdə ADR-nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı. Yüksək bədii zövqlə tərtib olunmuş bu əskinasların üzərində nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi. 1919-cu ilin sonunda ADR hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər upravası tərəfindən 500 manat dəyərində istiqraz vərəqələri də dövriyyəyə daxil edildi. 1919-cu il dekabrın ortalarında N.Yusifbəylinin kabinəsi istefaya çıxdığı üçün dekabr ayının 24-də Ə.Həsənov tutduğu vəzifəni tərk etmişdir. O, II Yusifbəyli hökumətində maliyyə nazirinin müavini olmuş, sonra Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində (həm milli hökumət, həm də sovet dövründə) çalışmışdır. Ə. Həsənov 1933-cü ilin martında Bakıda vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=86015
Əliağa Kürçaylı
Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) (20 fevral 1928, Kür Qaraqaşlı – 11 fevral 1980) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979) Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955–1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.Əliağa Kürçaylı böyük xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım ilə ailə qurmuşdur. 1 qızı və 1 oğlu var idi. 1980-ci il fevralın 11-də 51 yaşında vəfat etmişdir. Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 iyul 1979 Azərbaycan SSR Dövlət mükafatı — 1980 (ölümündən sonra) Vallah Arifin bağçası. Bakı: Uşaqgəncnəşr, 16 səh. Salam, gələcək illər. Bakı: Azərnəşr, 1954, 112 səh. Səfərə çıxıram, Bakı: Azərnəşr, 1956, 212 səh. Gözəllik. Bakı: Azərnəşr, 1958, 56 səh. Cavabsız məktublar. Bakı: Azərnəşr, 1960, 76 səh. Nargindən əsən külək. Bakı: Uşaqgəncnəşr, 1961, 92 səh. Şeirlər. Bakı: Azərnəşr, 1963, 90 səh. Əsmər və Zəfər. Bakı: Azərnəşr, 1964, 32 səh. Səfərə çıxıram. Bakı: Azərnəşr, 1965, 212 səh. Durnalar cənuba uçur. Bakı: Gənclik, 1967, 255 səh. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1969, 488 səh. Yollarda axtar məni (şeirlər və poemalar). Bakı: Gənclik, 1970, 180 səh. Həyatın dolayları. Bakı: Azərnəşr, 1973, 232 səh. Dünya ovcumdadır (şeirlər və poemalar). Bakı: Gənclik, 1976, 243 səh. Bütövlük (şeirlər və poemalar). Bakı: Yazıçı, 1978, 600 səh. Ülkər. Bakı: Yazıçı, 1980, 236 səh. Qəlbin sıxılsa əgər… (şeirlər və poemalar). Bakı: Yazıçı, 1987, 300 səh. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 344 səh. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004, 400 səh. Tərcümələri Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1965, 182 səh. Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik, 1970, 170 səh. Dante Aligyeri. İlahi Komediya. Bakı: Azərnəşr, 1973, 546 səh. Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1975, 253 səh.
https://az.wikipedia.org/w/index.php?curid=46047
Əliağa Məmmədov
Əliağa Eldəniz oğlu Məmmədov (26 iyul 2001, Bakı – 6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Sabunçu rayonunda anadan olub. 2008–2013-cü illərdə Sabunçu rayonunun 80 nömrəli tam orta məktəbdə, 2013–2017-ci illərdə isə Sabunçu rayonunun 322 nömrəli tam orta məktəbində təhsil alıb. 2017–2018-ci illərdə 5 nömrəli Peşə Liseyində "İşıq operatoru" ixtisası üzrə təhsil alıb. 6 il cüdo idman növü ilə məşğul olub. Subay idi. Hərbi xidməti Əliağa Məmmədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Əliağa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliağa Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=680148
Əliağa Quliyev
Əliağa Eyvaz oğlu Quliyev (9 may 1917, Bakı – 11 yanvar 1998, Bakı) — Azərbaycanın xalq artisti, tarzən. Əliağa Quliyev 1917-ci il may ayının 9-da Xəzərin sahilində, Bakı şəhərində dünyaya göz açmışdır. Quliyevlər ailəsi əslən Şamaxının Sarıtorpaq məhəlləsindən idi.1934-cü ildə isə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilir. 1936-cı ildə opera teatrında və radionun orkestrində daimi işləməyə başladı. 1937-ci ildə "Koroğlu" operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar çalırdı. 1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olunur, lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlanır. Əliağa Quliyevin cəbhə həyatı müharibənin əvvəlindən — 1941-ci ildən başlamışdı. Hələ Belarusun Qomel vilayətinin Çausı şəhərində qatıldığı döyüşlərdən hünər, qeyrət sahibi olduğu özünü büruzə vermişdi. O, cəmi bir neçə ay ərzində rabitəçi peşəsinə yiyələnmişdi, halbuki başqaları buna bir ilə ancaq nail ola bilirdilər. 1942-ci ildə kiçik leytenant rütbəsində 712-ci atıcı alayının radio taqımına komandirlik edir. Az sonra isə rabitə bölüyünün komandiri təyin olunur. Onun rəhbərlik etdiyi bölük bir çox odlu-alovlu döyüşlərdə fərqlənir. Orduya rəhbərlik edən marşal Biryuzov dəfələrlə rəşadətli döyüşçü olan bu Azərbaycan oğlunun xidmətlərini qeyd edir. 1944-cü il sentyabrın 2-də Əliağa Quliyev ağır qəlpə yarası alır. Bu, Varşava uğrunda gedən ağır döyüşlərin birində baş verir. İxtisaslaşmış sanitar qatarı ilə Cənubi Qafqaza çatdırılan yaralı döyüşçü sonra Bakının Bayıl ərazisindəki hərbi hospitala yerləşdirilir. Bir neçə ay hospitalda müalicə olunur. Əliağa Quliyev müharibədə göstərdiyi hünərə görə iki dəfə "İgidliyə görə" medalı almışdı. "Qırmızı Ulduz" ordeninə, "Böyük Vətən müharibəsi" ordeninin iki dərəcəsinə (I və II dərəcələri) layiq görülmüşdü. 1946-cı ildə həyat və sənət yolları Əliağa Quliyevi böyük sənətkar Əhməd Bakıxanovla rastlaşdırır. O, Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansamblda beş ildən artıq çalışır. Burada konsertmeyster olur. Ansambl Əliağa Quliyevin sənətində əsl məktəb rolunu oynayır. O, burada elə püxtələşir ki, 1951-ci ildə artıq özü xalq çalğı alətləri ansamblı yaradır. Görkəmli tarzən Əliağa Quliyev müxtəlif təşkilatlarda çalışmışdır. 1951–1955-ci illərdə Azərbaycan radiosunda baş redaktor və xalq çalğı alətləri ansambllarının rəhbəri olmuşdur. Sonrakı beş ildə Opera və Balet Teatrında solist-tarzən kimi fəaliyyət göstərmişdir. Onun "Rast", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Bayatı-Kürd", "Hümayun", "Çahargah", "Çoban bayatı", "Şüştər" və digər muğamlarımızın ifasına çoxları məftun olurdu. 1960-cı ildən 1966-cı ilədək isə filarmoniyada xalq çalğı alətləri ansamblının rəhbəri işləmişdir. Bundan sonra bir neçə il Rəşid Behbudovun rəhbərlik etdiyi "Mahnı teatrı"nda solist-tarzən kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə yenidən filarmoniyaya qayıdaraq orada xalq çalğı alətləri ansamblının rəhbəri kimi çalışmışdır. 1978-ci ilədək bu vəzifədə olmuşdur. Həmin vaxtdan 1995-ci ilədək isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xalq çalğı alətləri ansamblının rəhbəri və musiqi konsertlərinin təşkilatçısı — rejissor işləmişdi.1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində müvəffəqiyyətlə iştirak etmişdi. İki il sonra — 1973-cü ildə Almatıda, Asiya Ölkələri Xalqlarının Musiqi Festivalında da çıxışları eyni uğurla keçmişdir. 1983-cü ildə ustad sənətkarın tarı "Daşkənd — Qızıl Payız" müsabiqəsində, UNESCO-nun himayəsi altında keçirilən mötəbər musiqi məclislərində səslənmişdi.
https://az.wikipedia.org/w/index.php?curid=304793
Əliağa Süleymanzadə
Axund Əliağa Süleymanzadə (1885, Novxanı, Bakı qəzası – 26 noyabr 1977, Bakı) — Qafqaz müsəlmanlarının X Şeyxülislamı Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açıb. İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin "Gülüstan" və "Bustan"ını öyrənmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür. 1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəf şəhərində davam etdirir. Mədinədə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vururlar. Dini fəaliyyəti Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır. 1968-ci ildə Zaqafqaziya müsəlmanlarının IV qurultayı çağrılır. 20 ilə yaxın Təzəpir məscidinin axundu işləyən Əliağa Süleymanzadə 83 yaşında ikən ruhani idarəsinin sədri seçilir. Şeyxülislam Axund Əliağa Süleymanzadə işlədiyi 1968–1978-ci illərdə bir çox konfranlarda, simpoziumlarda beynəlxalq təşkilatların tədbirlərində ölkəni təmsil edib. 1970-ci ilin oktyabrında Daşkənddə "Sülh uğrunda mübarizədə birliyin və əməkdaşlığın əhəmiyyəti"adlı Ümumittifaq Konfransı təşkil edilir və Şeyxülislam Süleymanzadə həmin tədbirdə iştirak edir və nitq deyir. 1977-ci ilin iyununda Moskvada "Din xadimləri möhkəm sülh, tərksilah və xalqlar arasında ədalətli münasibətlər uğrunda" Ümumsünya Konfransında da iştirak etmişdir. 1978-ci ildə vəfat edib. Axund Əliağa Hacı Məhəmmədəminin qızı Ümmulbanu ilə evlənmiş, beş övlad atası olmuşdur (1 oğlan, 4 qız). Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh. 96–98. ISBN 978-9952-490-50-3 Hafiz Sadıq. "İslam dünyası" qəzeti", 15.06.1993-cü il
https://az.wikipedia.org/w/index.php?curid=191535
Əliağa Vahid
Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 17 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943). Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.[nə vaxt?]Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib. Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçərişəhərə köçürülmüş və qoyulduğu meydan Əliağa Vahid bağı adını almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Əliağa Vahid içki içən deyildi ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdır. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib. Filmoqrafiya Yeni horizont (film, 1940) Qəzəlxan (film, 1991) Həmçinin bax Əliağa Vahid bağı Əliağa Vahidin heykəli (Bakı, 1990) Xarici keçidlər Cavid Zeynallı. ""Əliağa Vahid. Qəzəllər" kitabının təqdimatı keçirilib" ( (az.)). apa.az. 2015-09-18. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18. Təhminə Paşayeva. "Mircəfər Bağırov Əliağa Vahidi niyə sərxoş adlandırıb? (tarix-fotolar)" ( (az.)). modern.az. 2010-02-22. 2015-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
https://az.wikipedia.org/w/index.php?curid=15280
Əliağa Vahid bağı
Əliağa Vahid bağı və ya Əliağa Vahid parkı — Bakıda, İçərişəhərdə kiçik meydan. Kiçik Qala küçəsinə bağlanır. Çin məscidi və YAY!Gallery burada yerləşir. Bağın adı Azərbaycan şairi Əliağa Vahidin büstü qoyulduqdan sonra müəyyənləşdirildi. Əvvəllər, 1990-cı ildə, əvvəlcə Mikayılovski və ya Qubernator Baharı kimi tanınırdı. Cənubunda Niyazi küçəsi, şimal tərəfində İçərişəhər metrostansiyası, qərbdə İstiqlaliyyət küçəsi və şərqdə İçərişəhərin köhnə hissəsinin qala divarı yerləşir. 2009-cu ildə büst İçərişəhərə köçürüldü və bağ "Filarmoniya bağı" adlandırıldı. Bakı Filarmoniyası Cəmiyyəti adına "Əliağa Vahid bağı" adı yeni bir yerə təyin edildi. Xarici keçidlər Baku. Aliaga Vahid
https://az.wikipedia.org/w/index.php?curid=554960
Əliağa Vahid parkı

https://az.wikipedia.org/w/index.php?curid=555074
Əliağa Vahidin heykəli (Bakı, 1990)
Əliağa Vahidin heykəli — Azərbaycan şairi, qəzəlxanı Əliağa Vahidə 1990-cı ildə Bakı şəhərində qoyulmuş heykəl. Əliağa Vahidə heykəlin düzəldilməsi 1989-cu ildə sifariş edilir. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov memarı Sənan Salamzadə olur. Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanır. Üç yaradıcının davamlı, gərgin axtarışları sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli tapılır. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur "Böyük Füzulimizin yadigarı mən özüməm" misrasından qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən "göyərdilməsi" — davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilmişdir. Abidə haqqında heykəltaraş Rahib Həsənov bunları deyib: Abidənin tunca köçürülməsi isə Sankt-Peterburqda baş tutur. Hazırlanan heykəlin hündürlüyü 5 metr nəzərdə tutulsa da, sonradan maliyyə çatışmazlığından 3 metr olub. Abidə quruluş etibarilə şairin başının təsvirindən ibarət olsa da, əslində, çoxsüjetli heykəltaraşlıq nümunəsidir. 1990-cı il oktyabrın 27-də isə abidənin M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının yanındakı bağda təntənəli açılışı keçirilib. 2008-ci ildə heykəlin yeri dəyişdirilərək İçərişəhərə köçürülüb. Həmçinin bax Zivər bəy Əhmədbəyovun abidəsi Volfqanq Amadeus Motsartın heykəli Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=591691
Əliağa Yasinzadə
Əliağa Hacı oğlu Yasinzadə (1933–2005) — Azərbaycan yazıçısı, publisist, tərcüməçi 1933-cü ildə Quba rayonunun Qarxun kəndində anadan olmuşdur. İbtidai məktəbi Xaçmaz rayonundakı Ağarəhimoba kəndində, yeddiillik məktəbi Əbilyataq kəndində tərifnamə ilə bitirib, (1953) Bakı statistika texnikumuna daxil olmuş, bir neçə aydan sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Yeddiillik məktəbdə oxuyarkən "Azərbaycan pioneri" qəzetində kiçik həcmli məqalələrlə çıxış etmişdir. Əsgəri xidmət dövründə isə "Qvardeyets" və "Vo slavu Rodinı" hərbi qəzetlərinin xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. Ordudan tərxis edildikdən sonra 1956–1959-cu illərdə texnikumda təhsilini davam etdirmiş, 1962–1968-ci illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Elmi Tədqiqatlar Mərkəzinin zabiti olmuşdur. Həyatının müxtəlif dövrlərində bir sıra mətbu orqanlarda çalışmış, tez-tez ədəbi-bədii və publisistik yazılarla çıxış etmişdir. 20-dək kitabın, çoxsaylı məqalələrin müəllifidir. Mükafatları "General Həzi Aslanov" mükafatı "Qızıl qələm" mükafatı Yollar, B. Azərnəşr, 1966, 86 səh, 6.000 nüs. Kuban çiçəkləri, B. Gənclik, 1974, 96 səh, 15.000 nüs. Berlin gündəliyi, B. Gənclik, 1979, 152 səh, 7.000 nüs. Əsgər ürəyi, B. Yazıçı, 1983, 196 səh, 30.000 nüs. Çətin Aşırım, B. Gənclik, 1985, 204 səh, 10.000 nüs. Yaşıl Xiyaban, B. Gənclik, 1985, 204 səh, 10.000 nüs. Dostluq meridianlarında, B. Azərnəşr Mərdlik rəmzi, B. Yazıçı, 1988, 208 səh, 10.000 nüs. Qızıl tacın şərəfi, B. Hərbi Nəşriyyat, 255 səh, 500 nüs.
https://az.wikipedia.org/w/index.php?curid=357873
Əliağa Şıxlinski
Əli Ağa Şıxlinski (tam adı: Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski; 3 (15) mart 1863, Aşağı Salahlı, Tiflis quberniyası – 18 avqust 1943, Bakı) — Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı. Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əliağa Şıxlinskiyə "Artilleriyanın Allahı" ləqəbini veriblər. 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur. Erkən illəri Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyası, Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində ağalıq nəslində anadan olub. O yazırdı ki, onun atası İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub. Şıxlinski 1904-cü ildən qeydlər apardığı "Zabitin dəftəri"ndə iftixarla yazır ki, onun anası Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir. Əliağa Şıxlinskindən həm də iki qardaşı olmuşdur.O, 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının birinci sinfinə daxil olmuş, oranı-artıq kadet korpusuna çevrilmiş gimnaziyanı 1883-cü ildə birinci şagird kimi bitirmişdi. O, son günlərini Bakının Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə keçirirdi. Ölümündən qabaq, Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı "Xatirələrim" hərbi memuar kitabını yazırdı. Kitab generalın ölümündən doqquz ay sonra — 1944-cü ilin may ayında nəşr olundu. Kitaba hərb elminin böyük alimi professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz yazmışdır. Həmin kitab 1984-cü ildə "Azərnəşrdə" əlavə və izahlarla kütləvi tirajla (60 min) Azərbaycan və rus dillərində nəşr olunmuşdur.1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edən general Əliağa Şıxlinskinin dəfn mərasimini filosofalim Heydər Hüseynovun özü təşkil etdi. Generalla heç bir qohumuluğu olmayan alimin Şıxlinski şəxsiyyətinə, onun sərkərdəlik fəaliyyətinə, xüsusilə, lüğətçilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük rəğbəti vardı. Dəfn mərasimi Bakı Hərbi Qarnizonunundan çağırılmış alay orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı. Əliağa Şıxlinskini görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər. Hərbi karyerası Hərbi karyerasının başlanğıcı 1883-cü ildə Əliağa Şıxlinski öz təhsilini Sankt-Peterburqda, Mixaylovsk artilleriya məktəbində davam etdirmişdi. O, orda da nəinki bacarıqlı şagird kimi, həm də əla süvari və gimnast kimi müvəffəqiyyət qazanmışdı. Yunkerin müvəffəqiyyətləri diqqətdən kənarda qalmamış, təhsilin başlamasından 7 ay sonra o, unter-zabit olmuş, 1885-ci il oktyabrın 13-də isə portupey-yunkerliyə layiq görülmüşdü. Onun müəllimləri məşhur artilleriyaçılar Nil Lvoviç Kirpiçev, Nikolay Vladimiroviç Maiyevski, Aksel Qadolin idi. Əliağa Şıxlinski onlardan bütün yaxşı cəhətləri mənimsəmişdi. O, həmçinin kütləvi mühazirələr və məruzələrdə iştirak etmiş, digər hərbi məktəblərin kurslarını dinləmişdi.1886-cı il avqustun 11-də Əliağa Şıxlinski məktəbi podporuçik rütbəsi almaqla birinci dərəcə ilə bitirdi. Xidmətinin birinci ilindəcə öz ilk pedoqoji təcrübəsini qazandı: artilleriya briqadasının tədris komandasının müəllimi, sonra isə briqada komandasının rəisi oldu. O, özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim və tərbiyəçi kimi göstərmişdi. 1900-cü ildə kapitan Şıxlinski Şərqi Sibirə dəyişdirilməsi xahişi ilə müraciət etdi. Onu Əlahiddə Zabaykalye artilleriya divizionunun batareya baş zabiti vəzifəsinə təyin etdilər, bundan başqa, artilleriya toplantısı Komitəsinin sədri kimi, o, dəfələrlə batareya və divizion komandirlərinin səlahiyyətlərini icra etmişdi. Rus-yapon müharibəsi 1904-cü il mayın əvvələrində batareya yaponlara qarşı yürüşə çıxdı. Rus-yapon müharibəsində Şıxlinski Port-Artur müdafiəsinin qəhrəmanı kimi məşhurlaşdı. Qalanın müdafiəsinin ən mühüm sahələrində olan Şıxlinski yaponların hücumlarının qarşısının alınmasında yarımbatareyanın atəşi ilə düşmənə böyük zərbə vuraraq fəal iştirak etmişdi. Tanınmış hərbi tarixçi, general-mayor İ. Krupçenko sonralar yazırdı: Şıxlinski onların arasında idi. O, döyüşlərdə örtülü və açıq mövqelərdən artilleriya atəşi aparır, qorxmadan topları düz nişangahla atmaq üçün qabağa çəkirdi. Qəhrəmanlığına görə onu "Müqəddəs Qeorqiy Pobedonosets" ordeni təqdim etdilər. Sonralar Şıxlinski yazırdı: 1905-ci il aprelin 1-də "Tərcuman" qəzetinin "Müxtəlif xəbərlər" rubrikasında yazıdan: 1905-ci ildə çap olunmuş "Yaponlarla müharibənin salnaməsi" almanaxının səksən birinci nömrəsini min beş yüz yetmiş yeddinci səhifəsində mətndən: Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə "Port-Arturun əzablı günləri" adlı ikicildlik monumental əsərin müəllifi P. Larenko yazır ki, Laperov dağında batareya komandiri kapitan Əliağa Şıxlinski ağır yaralanmışdır. O, Kinjo döyüşlərdə, "Zelyonnı" və "Volçye" dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi. Avqustun əvvələrində öz batareyası ilə "Vısokaya qora"da, avqustun onundan isə daima Laperovda olmuşdur. Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub həmlə kolonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə inamlı döyüşlər aparırdı.Port-Artur qalası təslim olandan sonra müharibədə itirak etməmək şərtilə yaponlar podpolkovnik Əliağa Şıxlinskini ağır yaralı kimi vətənə göndərdilər. Vətəndə yaraları gözlənildiyindən də tez sağaldığından o yenidən Mancuriya ordusuna göndərilməyi xahiş etdi. Lakin onu buraxmadılar. Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə getmək istədiyini Əliağa Şıxlinski "Xatirələrim" hərbi memuarında daha dəqiq təsvir edir.1905-ci il aprelin 5-də tibb komissiyasının verdiyi arayış generalın arxivində indi də saxlanılır. Onun mətni belədir: Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri "İgidliyə görə" sözlərlə yazılmış qılıncla, dördüncü dərəcəli "Müqəddəs Anna" ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı "Müqəddəs Vladimir" ordeni, üzərində "İgidliyə görə" sözləri yazılmış qızıl silah və məşhur "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdü. Artilleriya Zabitləri məktəbində xidməti 1906-cı il fevralın 1-dən avqustadək, Şıxlinski Çarskoye-Selo şəhərindəki Artilleriya Zabitləri məktəbində kurs keçib. Əla qurtardığına görə həmin məktəbdə müəllim saxlanılıb. Həmin il Əliağa Şıxlinski gözlə görünməyən hədəfi nişan alan "Şıxlinski üçbucağı" hərbi-elmi nəzəriyyəsini kəşf etdi. Doğrudur, bu yalnız 1924-cü ildə Qızıl Orduda həyata keçirildi və özünü tamamilə doğrultdu. Artilleriya atəşi təcrübəsinə daxil edilən mühüm yenilik "Şıxlinski üçbucağı" adlanan-hədəf göstərməsinin rasional üsulu oldu. Bu üsul ilkin olaraq batareyaları elə tuşlayır ki, seçilmiş oryentirdən yayınan, istənilən nöqtədə görünən hədəflər asanlıqla, müəyyən düzəlişlərin köməyi ilə ilkin tuşlama əsasında artilleriyanın atəşinin altına düşə bilər. Bu, batareyanı vaxtında hədəfə tuşlamaq imkanı verirdi. O, 1907-ci ildə Riqada yerləşən 29-cu topçu briqadasında batareya komandiri oldu.1908-ci il 25 noyabrda Çarskoye-Seloda müqəddəs Qeorqi Pobedonosev ordeni günü bayram edilirdi. Podpolkovnik Şıxlinskiyə əla xidmətlərinə görə polkovnik rütbəsi verilirdi. O, on illik xidməti borcunu üç ildə yerinə yetirmişdi. Bu barədə yuxarı dairələrdə də, orduda da çox nadir bir hadisə kimi danışılırdı. Sülh vaxtı bu, ağlasığmaz təltifat idi.Artilleriya — zabitləri məktəbində Şıxlinski özünü qabaqcıl ideyaları təcrübədə tətbiq edən yenilikçi zabit kimi göstərirdi. Xidmətdə fərqləndiyinə görə, ona vaxtından əvvəl polkovnik rütbəsi verildi. O, 1912-ci ildə aeroplanların tətbiqi təcrübələrinin işlənməsi üzre komissiyanın üzvü, bir ildən sonra isə məktəb rəisinin köməkçisi oldu. Tezliklə, "Artilleriya — zabitləri məktəbinin xəbərləri" jurnalı çıxmağa başladı. Jurnalın səhifələrində generalın özü də çıxış edirdi.1913-cü ilin yayında general Joffre fransız ordusunun on yeddi nəfərlik zabit heyəti ilə Rusiyaya gəlir. Onlar bir neçə gün artilleriya zabitləri məktəbinin proqramı ilə maraqlanırlar. Fransızlar qısalüləli topdan örtülü atəş üsulu ilə bir komandirin rəhbərliyi altında batareyadan necə atəş açıldığını göstərməyi xahiş edirlər. Bütün atəş üsulunun təşkilinə komandirlik Əliağa Şıxlinskiyə həvalə olunur. General Şıxlinskinin təşkil etdiyi dəqiq atəş üsulu və qısalüləli ağır top atışı fransızları heyrətdə qoyur. Onlar qısalüləli atəş üsulunu (o vaxta qədər fransızlarda qısalüləli top atəşindən istifadə olunmurmuş) özlərində tətbiq etməyi elə oradaca qət edirdilər. Bir il sonra Rusiyaya gələn Fransa prezidenti Raymon Puankare rus artilleristlərinin general Joffreyə və onun heyətinə göstərdikləri hörmət müqabilində mükafatlar gətirir. Bu mükafatların arasında generallara məxsus cəmi iki fəxri "Fəxri Legion ordeni" də vardı. Onun biri süvari generalı Bezorazova, ikincisi ilə Əliağa Şıxlinskiyə təqdim olunur.1913-cü ildə məktəb Şıxlinskinin təklifi ilə bəndlənmiş aerostatdan atəşin, müşahidə və hədəfin kəşfiyyatı üzrə təcrübələrə, həmçinin, aerostata və təyyarələrə atəşin əsas müddəalarının işlənib hazırlanmasına başladı. Bu məsələ üzərində Əliağa Şıxlinski artıq çoxdan işləyirdi. Hələ 1911-ci ildə, məktəbdə hava hədəfinə atəşin qaydaları məsələsi müzakirə olunarkən, alim hesabı saatda 180 verstlə uçacaq təyyarələr üzrə aparmağı təklif etmişdi. Artıq o vaxt Şıxlinski aviasiya və hava hücumundan müdafiənin perspektivini düzgün başa düşmüşdü.Əliağa Şıxlinski məktəbdə qoşun bölmələrində və Peterburqun müxtəlif elmi yığıncaqlarında hərbi mövzuda silsilə mühazirələr oxumuşdur. Bu mühazirələr Baş Qərargahın əmrilə kitabça şəklində çap olunmuşdur. Onun "Divizion miqyasında topçu manevrlərinin təşkili üçün təlimat", "Dağ və səhra artilleriyası üçün məsələ və misallar məcmuəsi", (1913-cü ildən 1916-cı ilədək üç dəfə təkrar nəsr olunub) "Səhra toplarının cəbhədə işlədilməsi" və "Topçu zabitləri məktəbində podpolkovnik Şıxlinski tərəfindən oxunmuş mühazirələrin xülasəsi" kimi sanballı kitabları çap olunmuşdur. Xüsusilə, sonuncu kitab topçular arasında çox böyük şöhrət qazanmışdır. Onu da deyək ki, artilleriya zabitləri məktəbinin mətbəəsində çap olunan bu kitab məktəbə xeyli mədaxil gətirir. Həmin gəlirdən Əliağa Şıxlinskiyə qızıl pula 500 manat müəllif haqqı verilirdi. Birinci dünya müharibəsi Birinci dünya müharibəsinin əvvələrində Şıxlinski gəmilərdən alman desantçılarının çıxarılması ehtimalına qarşı Petroqrad artilleriyasının rəisi təyin edildi. Rusiya paytaxtı Petroqradın müdafiəsi şəxsən ona həvalə olunmuşdu. O, şəxsən müdafiə xətti üzrə bütün cəbhəni gəzmiş, batareya qurğularının yerini ve atəş mövqelərinin qurulması qaydasını müəyyənləşdirmişdir. O, aeroplanlardan müdafiəyə böyük diqqət yetirmişdir. Onun təşəbbüsü ilə Petroqradın ətrafında general Rozenberqin sistemi əsasında xüsusi platformalarda 1900-cü il nümunəli, 3 düyümlü tezatan top qurğuları ilə təyyarə əleyhinə müdafiə təşkil edildi. Tezliklə Şıxlinskinin Şimal-Qərb cəbhəsinin artilleriya müfəttişi vəzifəsinə keçirdilər. Orada general tapşırıqların yerinə yetirilməsində artilleriya qruplarına şəxsən rəhbərlik etmiş, geniş miqyasda artilleriya hazırlığı həyata keçirilmişdir. Öz nəzəri işləmələrini döyüşün aparılması təcrübəsilə əlaqəndirərək yaradıcılıqla istifadə edir, hərb elmini yeni töhfələrlə zənginləşdirirdi. O, tezliklə çəpərləmə (mancə) atəşi aparılması üçün təlimat işləyib hazırladı.Əliağa Şıxlinski 1916-cı ildə Krevo yaxınlığında alman mövqelərinin yarılması əməliyyatına, Qərb cəbhəsinin onuncu ordu cəbhəsində 1917-ci il iyul əməliyyatının topçuluq cəhətindən hazırlanmasına rəhbərlik etmişdir. Əliağa Şıxlinskini həmişə ön mövqelərdə görmək olardı. O, topçu hissələrinin yerlərini yoxlayır, topları daha düzgün yerləşdirmək üçün göstərişlər verir, onların döyüş əməliyyatlarını izləyir və rəhbərlik edirdi.1917-ci il aprelin 2-də Əliağa Şıxlinski general-leytenant oldu. Çar hökuməti devrildikdən və hakimiyyətə müvəqqəti hökumət gəldikdən sonra Şıxlinski orduda xidmət etməyi davam etdirdi. O, Minski milisinin birinci rəisi M. V. Mixaylovun üzv olduğu Minski ilə sıx əlaqədə işləməli oldu. M. V. Mixaylov ilə onun arasında səmimi münasibət yaranmışdı. Qeyd etmək lazımdır ki, Şıxlinski öz xatirələrində, o zamankı məşhur siyasi və hərb xadimləri ilə görüşləri haqqında yazır və onların haqqında, bəzən çox qısa, lakin dəqiq xarakteristika verir. Azərbaycanda xidməti 1917-ci ilin noyabrın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmışdır. Bununla da o, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun təməl daşını qoymuşdur. Bu barədə general "Xatirələrim" hərbi memuarında daha dəqiq məlumat verir: 1918-ci ilin oktyabrında general Əliağa Şıxlinski Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir: General Əliağa Şıxlinski bu vətənpərvər çıxışını Gəncədə praporşiklər məktəbinin birinci buraxılışı münasibətilə söyləmişdir. Bu şənlikdə Qafqaz Ordusunun baş komandanı Nuru Paşa, atası Hacı Əhməd, xalq təhsili naziri Nəsib bəy Usubbəyov, daxili işlər nazirinin vəkili Mehdi bəy Hacınski, sosial-təminat naziri Musa bəy Rəfiyev, Gəncə qubernatoru, general İbrahim ağa Vəkilov və başqa dövlət xadimləri iştirak edirlər.Elçi adlı müəllif 1918-ci il noyabrın 7 və 8-də "Azərbaycan" qəzetində rus dilində yazır ki, ertəsi gün Bakıdan gəlmi qonaqlar və demək olar ki, bütün şəhər əhalisi hərbi meydana yollandılar. Meydanda təlim üçün əvvəlcədən səngərlər, yarğanlar və cürbəcür maneələr hazırlanmışdı. Hamı özünün Milli bayramına, Türk-Azərbaycan zabitlərinin ilk buraxılışına tamaşa etməyə gəlmişdi. Ətrafda bayram əhval-ruhiyyəsi var idi. Əlahiddə Azərbaycan korpusunun komandanı general Əliağa Şıxlinski ətrafdakılarla birgə səflə düzülmüş yunkerlərə yaxınlaşıb salamlaşdı. General Əliağa Paşanın mehriban "Salamına" birdən-birə səkkiz yüz gəncin ağzından gurultulu "Salam" cavabı çıxdı. Sonra proqram üzrə təlim sınaqları keçirilməsinə başlandı.Hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. 29 dekabr 1918-ci il tarixində Azərbaycan hökunətinin qərarı ilə general-leytenant Əliağa Şıxlinski hərb nazirin müavini təyin edildi. 1919-cu il 28 iyulda Azərbaycan Xalq Cümhuriyyətinin 339 saylı əmri ilə Əliağa Şıxlinskiyə tam artilleriya generalı rütbəsi verilmişdir. 1920-ci il 9 martda ilk dəfə onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis olunmuşdur.1920-ci il aprelin 27-də XI Qırmızı ordu Azərbaycanı fəth edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edir. Vuruşmağın mənasız olduğunu görən Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermir. Azərbaycan Tarixi Muzeyində saxlanılan Əliağa Şıxlinskinin şəxsi əşyaları Sovetdə xidməti 1920-ci ildə 28 aprel çevirilişinin səhərisi Səməd bəy Mehmandarovla həbs olunub. Repressiyadan onları Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri Nəriman Nərimanov xilas etdi. Nərimanov general Şıxlinski və general Səməd bəy Mehmandarovu, onlardan mərkəzi hərbi aparatda, dəyərli hərbi mütəxəssis kimi istifadə etmək üçün, Moskvaya, Vladimir Leninin yanına göndərmək qərarına gəldi.Əliağa Şıxlinski Ali Artilleriya məktəbində müəllim və Artilleriya Nizamnamə Komissiyasının tərkibində işləyirdi. 1921-ci ildə o, Bakıya qayıtdı və Bakı qarnizonunun hərbi-elmi cəmiyyətində sədr müavini vəzifəsini tutdu. 1921-ci ilin avqust ayında Moskvadakı Ali Artilleriya məktəbində dərs demiş və Petroqrad Topçu Akademiyasında mühazirələr oxumuşdur. 1922-ci ildə Azərbaycan Komanda heyəti məktəbində topçuluqdan dərs demiş və Hərbi-Elmi Cəmiyyətin sədr müavini seçilib. 1923-cü ildə, Əliağa Şıxlinski "Kommunist" qəzetində (aprel ayı № 9, 10,11) "Gələcək müharibədə toplar" silsilə məqalələrini dərc etdirmişdir.1924-cü ildə Azərbaycan Komanda Heyəti məktəbinin rəis müavini, 1925-ci ildə Azərbaycan Hərbi tərcümə kollegiyasının baş redaktoru olmuşdur. O, "Rusca-Türkcə qısa hərbi lüğəti"ni 1926-cı ildə Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur. Məhz bu əvəzsiz xidmətinə görə general Əliağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 1928-ci il 23 fevral tarixli qərarı ilə Fəxri Fərmanla təltif olunmuşdur. 1927-ci ildə onun "İşçi-kəndli Qızıl Ordu topçusunun döyüş təlimnaməsi" elmi əsəri nəşr olunmuşdur. 1928-ci ildə "Hərbi bilik" jurnalının beş və altıncı saylarında silsilə hərbi elmi məqalələrlə çıxış etmişdir.General Əliağa Şıxlinski Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirən Mixail Frunzenin qarşısında Qızıl Orduda alay və tabor artilleriyasının yaradılması məsələsini qaldırmışdı. 1929-cu ildən sonra Şıxlinskinin səhhəti birdən-birə pisləşdi, onun görmə və eşitmə qabiliyyəti zəiflədi. Şəxsi həyatı O, 1909-cu il oktyabrın 27-də, 44 yaşında Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun qızı — dul qadın Nigar xanım ilə evləndi. Nigar xanımın birinci əri milliyyətcə acar və dini müsəlman olan Dərviş bəy Məmmədbəy oğlu Palavandov idi. Əliağa Şıxlinski özünün "Xatirələrim" kitabında yazırdı: Əliağa Şıxlinski həm də hərbçi Rüstəm Şıxlinski və Cavad bəy Şıxlinskinin əmisi idi. Şıxlinski bədii yaradıcılıqla da məşğul olmuşdur. Çoxlu şerlər tərcümələr və bədii parçalar müəllifi olan Əliağa Şıxlinski heç vaxt onları dərc etdirməmişdir. Azərbaycan Tarixi Muzeyindəki şəxsi qovluğunda və Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, akademik Heydər Hüseynovun şəxsi fondunda general Əliağa Şıxlinskiyə məxsus çoxlu sənəd və materiallar var. Beş yüz on dörd nömrəli fondda generala məxsus bir dəftər də saxlanılır. Muzeydə və arxivdə saxlanan Şıxlinskinin "Zabitin yaddaşı" dəftərində şerlərə, bədii parçalara, tərcümə və qeydlərə rast gəlmək olar.1900-cü il oktyabrın 21-də tərtib olunmuş "Zabitin yaddaşı" dəftərindəki qeydlərdən aydın olur ki, dramaturq Cəfər Cabbarlının yaradıcılığına generalın xüsusi məhəbbəti olub, Cəfər Cabbarlının vaxtsız ölümü onu hədsiz dərəcədə kədərləndirib. General Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Səməd Vurğunun "Böyük ədib" və Osman Sarıvəllinin "Yaşar" erlərini məharətlə rus dilinə tərcümə edib. General Əliağa Şıxlinskinin şəxsi fondunda şair Osman Sarıvəlliyə yazdığı məktubların surəti və poçt qəbzi saxlanılır. O, şair Osman Sarıvəlliyə yazır ki, mən cəsarət edib böyük dramaturq Cəfər Cabbarlıya yazdığınız "Yaşar" və "Ölüm" şerlərini türkcədən ruscaya tərcümə etdim. Xahiş edirəm, tərcümə ilə tanış olun, xoşunuza gəlsə dərc etdirmək üçün rüsxət verin.Generalın "Zabitin yaddaşı" dəftərində onun həyat və məslək yoldaşı, Nigar xanıma yazdığı "Ey sevdiyim dilruba", "Ana və onun əziz Nigarına", "Adi povest", "Vitse-admiral Makarovun xatirəsinə", VII əsr yapon şairi Ş. Munetodan "Sən mənə vəhşi dedin" şerlərinin rus dilinə tərcüməsi və başqa parçalar saxlanılır.Nigar xanım 1931-ci ilin 15 avqustunda Bakıda dünyasını dəyişir. Onun ölümü Əliağa Şıxlinskiyə çox ağır təsir edir. O, öz xatirələrində Nigar xanımın ölümü barədə yazır: "1931-ci il avqustun on beşində Nigar xanımın ölümü mənim üçün ən ağır bir zərbə oldu. Mənim hər şeyim — həm səadətim, həm də səhhətim onunla getdi". Nigar xanımdan sonra Əliağa Şıxlinski 13 il tənha ömür sürür: "Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın" — deyən general öz vəsiyyətnaməsində xanımı ilə bərabər dəfn olunmasını və qəbrinin üzərində heç bir tarix qoyulmamasını istəyir.1948-ci il noyabrın 28-də vəfat edən bəstəkar Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə bitməmiş bir not yazısı qalıb. Üzeyir bəy general Əliağa Şıxlinskinin altıbəndlik "Mənim" şeirinin iki bəndinə romans yazıbmış. Sonsuz bir məhəbbətlə sevdiyi Nigarını Əliağa Şıxlinski qaynar ilhamla tərənnüm edirdi: Əliağa Şıxlinski barəsində maraqlı faktlara diqqət çəkən tədqiqatçılar yazır ki, o, iri cüssəli olmasına baxmayaraq, alt dodağı hündürlüyündə çəkilmiş ipin üzərindən tramplinsiz tullana bilərmiş. Digər zabit həmkarlarından fərqli olaraq, heç vaxt pulla qumar oynamazdı. At yarışlarında hansı atın qalib gələcəyini 90%-lik ehtimalla bildiyi halda, heç vaxt bu oyuna pul yatırmazdı. Rus-yapon müharibəsi zamanı 2 topla düşmənin 18 topuna qarşı müqavimət göstərərək, öz mövqeyindən geri çəkilməyib. İmperator məiyyətinə daxil olmaq barədə israrlı təklifləri heç vaxt qəbul etməyib.General-leytenant Əliağa Şıxlinskiyə məxsus yəhərüstü qırmızı məxmər parça və dəridən hazırlanıb. Eksponatın aşağı hissəsində də güləbətin sapdan saçaqlar var. 2017-ci ildə yəhərüstü bərpaya ehtiyac olduğundan Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyasının rəssamı İlhamə Rəhimova tərəfindən bərpa edilib. Yəhərüstü bərpadan sonra Hədiyyələr və Xatirə Əşyaları fonduna təhvil verilib. Onun adını 1980-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid olan tanker daşıyır. Bakı və Qazax şəhərində adına küçə var. Respublika Nazirlər Sovetinin 1990-cı il 28 iyul tarixli qərarı ilə Sabirabad rayonundakı altı saylı pambıqçılıq kolxozuna və Bakının yeddinci mikrorayonundakı 135 saylı orta məktəbə general Əliağa Şıxlinskinin adı verilmişdir. Vaxtilə yaşadığı Cəfər Cabbarlı küçəsindəki binaya xatirə-barelyefi vurulmuşdur. 1990-cı il iyulun 23-də isə Respublika Prezdentinin fərmanı ilə ali məktəb tələbələri üçün xüsusi "general Əliağa Şıxlinski" təqaüdü təsis edildi. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev general Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.Əliağa Şıxlinski Aleksandr Stepanovun "Port-Artur" və "Zvonaryovlar ailəsi" romanlarının personajlarından biridir: Filmoqrafiya General (film, 1970) Artilleriyanın allahı sayılırdı (film, 1996) Sərkərdə ləyaqəti. General Əliağa Şıxlinski (film, 2011) Artilleriya allahı (film, 2015) Əliağa Şıxlinski barədə olan fikirlər "Əliağa Şıxlinski taktika sahəsində dərin nəzəri əməli bilikli sayca çox olmayan artilleristlərdən biri olub. O, hərb elmini təcrübədə tətbiq etmək sahəsində nadir bir istedada malik idi. Əliağanın qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün nümunə olmalıdır." — Yevgeni Barsukov "Əliağa Şıxlinski dünyada şöhrət qazanmış topçuluq elmi sahəsindəki nəşrləri və fəaliyyəti ilə yanaşı, dil və ədəbiyyat məsələləri ilə də məşğul olurdu. Əliağa Şıxlinski ilə yaxında tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli bir şəxs idi." — Heydər Hüseynov "Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş meydanlarında (1945-ci ildə olan Sovet-Yaponiya müharibəsi) Yaponlarla qarşı-qarşıya gəlirlər. Mən Port-Artur uğrunda gedən döyüşlərdə fərqlənmiş məşhur topçu Əliağa Şıxlinskinin adını çəkə bilərəm. Bu ad rus hərb elmi tarixində böyük şöhrət qazanmışdır." — Səməd Vurğun "Şıxlinski Nikolay ordusunda "Artilleriyanın Allahı" sayılırdı." — Nəriman Nərimanov "Yoldaş Şıxlinski möhkəm iradəyə və enerjiyə malikdir, vəziyyəti düzgün qiymətləndirməyi bacarır, tabeliyində olanlar qarşı tələbkar, lakin çox ədalətlidir, onlara yoldaşlıq münasibəti bəsləyir. İntizamlıdır, sağlamdır, yaşının çox olmasına baxmayaraq səfərlərdə çox dözümlüdür. Hərbi Elmi Bilik Cəmiyyətinin ən fəal üzvüdür. Yüksək hərbi elmi biliyə malikdir." — İona Yaker Təltif və mükafatları 1891 — III dərəcəli Müqəddəs Stanislav ordeni 1896 — III dərəcəli Müqəddəs Anna ordeni 1901 — II dərəcəli qılınclarla Müqəddəs Stanislav ordeni 1904 — II dərəcəli Müqəddəs Anna ordeni 1905 — "İgidliyə görə" sözləri yazılmış qızıl silah 1905 — "İgidliyə görə" sözləri yazılmış IV dərəcəli Müqəddəs Anna ordeni 1905 — II dərəcəli Müqəddəs Anna ordeni 1905 — IV dərəcəli Müqəddəs Georgi ordeni 1905 — IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla) 1907 — "Rus-yapon müharibəsinin xatirəsinə" gümüş medalı 1907 — Ən yüksək lütf 1913 — "Romanov sülaləsinin hökmranlığının 300 illiyinin xatirəsinə" açıq rəngli bürünc medalı 1913 — Fəxri Legion ordeni 1913 — III dərəcəli Müqəddəs Vladimir ordeni 1915 — I dərəcəli Müqəddəs Stanislav ordeni 1915 — I dərəcəli Müqəddəs Anna ordeni 1915 — II dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla) Biblioqrafiya Döyüş sahəsində artilleriyanın istifadəsi (1910) Dağ və sahə artilleriyasının problemlərinin həlli üçün tapşırıqlar toplusu (1916) Rusca-Türkcə qısa hərbi lüğət (1926) İşçi-kəndli Qızıl Ordu topçusunun döyüş təlimnaməsi (1927) Xatirələrim (1944) Xarici keçidlər Bayramova, Zəminə. Artilleriyanın Allahı: poema (PDF). 2016. 136. ISBN 978-9952-8284-8-1. İstifadə tarixi: 1 oktyabr 2017. Şəmistan Nəzirli. General Əliağa Şıxlinski və silahdaşları (hərb tarixindən araşdırmalar). Bakı, 2012. "Artilleriya Zabitləri məktəbinin jurnalı", 1913. səh.2. Mətanət Kərimova. İlk azərbaycanlı tibb bacısı-Nigar Şıxlinskaya Arxivləşdirilib 2017-10-16 at the Wayback Machine — 30–04–2015
https://az.wikipedia.org/w/index.php?curid=41464
Əliağa Əmirov
Əliağa Güləli oğlu Əmirov (10 avqust 1922, Corat, Bakı qəzası – 1984, Corat, Sumqayıt) — Böyük Vətən müharibəsi veteranı, azərbaycanlı Polkovnik Həyatı və gənclik illəri Əliağa Əmirov 1922-ci il, 15 avqust tarixində Bakının Corat kəndində anadan olmuşdur. II Dünya Müharibəsi başlayan zaman tələbə idi. O, cəbhəyə könüllü getmişdir. 6 ay Orconikidze adına hərbi piyadalar məktəbində oxuyub. Hərbi məktəbdə xüsusi fərqlənən Əliağa Əmirov Leytenant rütbəsi aldıqdan sonra 416-cı diviziyanın 1368-ci polkunda 6 ay gənc əsgərlərin təlimi ilə məşğul olub. İkinci Dünya Müharibəsi Əliağa Əmirov Mozdokdan Qafqaz dağlarınadək 15 çətin döyüş əməliyyatında xüsusi fərqlənmə ilə iştirak etmişdir. O, Qafqaz döyüşü (həmçinin Qafqaz uğrunda döyüş) və ya Don əməliyyatı adlandırılan və İkinci Dünya müharibəsinin şərq cəbhəsində, Qafqaz regionunda, xüsusilə də Don çayı və Böyük Qafqaz dağları arasındakı bölgədə baş verən xüsusi əhəmiyyət kəsb edən döyüşdə verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. O, eyni zamanda II Dünya Müharibəsində həlledici döyüşlərdən hesab edilən Berlin döyüşündə iştirak etmişdir. Əliağa Əmirov məhz bu döyüşdə piyada əleyhinə minaya düşmüşdür. Nəticədə onun bir ayağı amputasiya edilmiş və əlil olmuşdur. Mükafatları Polkovnik Əliağa Əmirov müharibədən sonra "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş və "Sovet İttifaqı Qəhrəmanı" elan edilmişdir. 1-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı, "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı, "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı və başqa medal və ordenlərlə təltif olunmuşdur. Əliağa Əmirov 1984-cü il, 31 mart tarixində 62 yaşında, Corat qəsəbəsində vəfat etmişdir. Xanım Əlabbas qızı. Corat — Tarixin bir parçası (tarixi ədəbiyyat) "Səda" nəşriyyatı, 2009. (259 s. səh 95–96, səh 102)
https://az.wikipedia.org/w/index.php?curid=741555
Əliağalı
Əliağalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-cü il iyunun 12-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 1930-cu ilə qədər Əliağalı kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Əliağalı kəndi rayon mərkəzi Ağdam şəhərindən 30 km. şimal-qərbdə, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinin şimal-şərq tərəfindəki dağətəyi düzənlikdə yerləşir. 20.11.2020-ci il Tarixində Azərbaycan Ordusu Tərəfindən Azad Edildi Mədəniyyəti İşğala qədərki dövrdə Əliağalı kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, kəndli-gənclər məktəbi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Azərbaycanın işğala məruz qalmış bütün yaşayış məntəqələrində olduğu kimi, erməni işğalçıları Əliağalı kəndində də hər şeyi dağıdıb yerlə yeksan ediblər. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 65 evdə 324 şiə tatar yaşayırdı. Görkəmli şəxsləri Əliyev Nadir Alış oğlu — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharbəsi şəhidi. Baxşeyiş Hətəmli İstifadə olunan ədəbiyyat Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001 Baxşeyiş Abbasoğlu "Ağdam ağrıları", 2003; V. Əsgərov "Azərbaycanın Milli Qəhrəmanları", 2010; O. Məmmədov "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri", 20001.
https://az.wikipedia.org/w/index.php?curid=124492