!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əli Rasizadə | Əli Şamil oğlu Rasizadə (ing. Alec Rasizade; 21 may 1947, Naxçıvan) — Azərbaycan əsilli ABŞ tarix professoru, XX əsrin dünya tarixi və beynəlxalq münasibətlər üzrə çoxsaylı əsərlərin müəllifidir. Neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modeli olan "Rasizadə alqoritminin" ixtiraçısıdır. Azərbaycan dövlət xadimləri Şamil Rasizadənin oğlu və Əlirza Rasizadənin nəvəsidir. Erkən illəri Əli Rasizadə 1947-ci il Mayın 21-də Naxçıvan şəhərində dövlət qulluqçusu Şamil Rasizadənin ailəsində anadan olub. Bakının 6 nömrəli orta məktəbini bitirdikdən sonra, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1969-cu ildə onu fərqlənmə ilə bitirmişdir. 1969–1970-ci illərdə SSRİ-nin Moskva hava hücumundan müdafiə dairəsinin raket hücumundan müdafiə qüvvələrində xidmət edib. 1970–1974 illərində Moskva Dövlət Universitetinin tarix fakültəsində ABŞ tarixi üzrə aspiranturanı bitirib və, "Truman Doktrini" mövzusunda dissertasiyanı müdafiə edərək, oradaca tarix elmləri namizədi elmi dərəcəsini alıb. Aspiranturanı bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunda işə dəvət olunub, lakin Moskvada yaşamaq qeydiyyatı olmadan, Bakıya dönməli oldu. Sovet dövrü Bakıya qayıdaraq, 1974–1980 illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində əvvəlcə dosent, sonra isə ümumi tarix kafedrası professoru vəzifəsində çalışıb. Orada Avropa və Amerikanın yeni və müasir tarixi üzrə mühazirələr oxumuşdur, Azərbaycanda ilk olaraq Amerikaşünaslıq məktəbini qurub, birinci milli Amerikaşünas kadrları hazırlamişdır. Universitetdən əlavə, Əli Rasizadə paralel olaraq Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Pedaqoji İnsitutunda və Xarici Dillər İnsitutunda Qərbin müasir tarixi və beynəlxalq münasibətlər üzrə mühazirə kursları aparırdı. Lakin, totalitar Sovet rejimin ali məktəblərindəki tədris prosesində burjua təbliğinin tam qadağan olduğundan, ABŞ alimləri və diplomatları ilə ünsiyyət aparmasına görə, nəhayət tələbə və həmkarlarının tez-tez dövlət təhlükəsizlik orqanlarına xəbərçilik etməsi ilə əlaqədar, Əli Rasizadə elmi iş imkanlarından məhrum olunub, onun dərs dediyi Amerika və Avropa ölkələrinə elmi və təcrübə ezamiyyətlərinə getməyə imtina edilirdi. Ona görə də o, universitetdə müəllimlik işini qoyub, 1981-ci ildə elmi iş aparmaq üçün Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutuna keçdi. 1980-ci illərdə bu institutda işlədiyi dövrdə, onun direktorları (əvvəlcə akademik Ziya Bünyadov, sonra isə Aida İmanquliyeva) Əli Rasizadənin elmi işləri üçün ən əlverişli şərait yaratmışdırlar. 1983-cü ildə, Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Həsən Abdullayevin təşəbbüsü ilə, Əli Rasizadə Moskvadaki SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun doktoranturasına göndərilir və oradaca 1990-cı ildə "NATO sistemində Türkiyə" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.1983–1990 illərində Moskvada olarkən, həmin institutun direktoru akademik Primakovun tövsiyəsi ilə, Əli Rasizadə Sovet İttifaqı Kommunist Partiyası MK və SSRİ Xarici işlər nazirliyinin müşavirlər qrupunun tərkibində işləmişdir. 1989–1991 illərində, o zaman baş verən Yenidənqurmanın fəal iştirakçısı olaraq, SSRİ Konstitusiyasını nəzərdən keçirmək üçün SSRİ Ali Soveti nəzdində yaradılmış mütəxəssislər işçi qrupun tərkibində yeni İttifaq müqaviləsi layihəsi üzərində çalışmışdır. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində, Əli Rasizadə Cənubi Florida Universitetinin dəvəti ilə Moskvadan ABŞ-nin Tampa şəhərinə köçür. Amerika dövrü 1991-ci ildən başlayaraq, Əli Rasizadə Cənubi Florida Universitetində "adjunct professor" vəzifəsində "Yenidənqurma və SSRİ-nin dağılması" mövzusunda mühazirə kursu oxumuşdur və 1995-ci ildə həmin mövzuda doktorluq dissertasiyasını müdafiə etmişdir. Nəticədə o, Monmouth universitetində "associate professor" vəzifəsini tutur. Eyni zamanda 1990-cı illər ərzində, Fulbright təlim proqramları professoru vəzifəsində, Əli Rasizadə müxtəlif ABŞ universitetlərində həmin mövzuda mühazirə kursları oxumuşdur: Kaliforniya Universitetinin Los Anceles və Berkli bölmələrində, Stanford, Harvard, Johns Hopkins və Braun universitetlərində. Elmi işlərini davam etdirmək üçün 1996-cı ildə Əli Rasizadə Nyu-Yorkdaki Kolumbiya Universitetinin Harriman adına Sovetşünaslıq Institutuna dəvət olunur və orada akademik fəaliyyətini davam etdirir.2000-ci ildə Əli Rasizadə Vaşinqtondaki Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "research fellow" vəzifəsinə işə düzəlib, orada ABŞ-nin dövlət və ictimai orqanları üçün analitik arayışlar hazırlamaqla məşğul olub. Amma, elmi işlərinin davam etdirilməsi naminə, 2004-cü ildə Vaşinqtonda yerləşən ABŞ Milli Elmlər Akademiyasının nəzdindəki Historical Research Center akademik mərkəzinə keçib, orada "senior associate" vəzifəsində çalışmışdır. Məhz bu illərdə onun Azərbaycan, Rusiya, Qafqaz və Orta Asiyanın postsovet tarixi üzrə ən fundamental əsərləri yazılmışdır. Bu təşkilatın 2013-cü ildə bağlandığından sonra, təqaüdə çıxıb, hazırda Vaşinqtonun ətraflarındaki Silver Spring adlı bir qəsəbədə yaşayır. Əli Rasizadə həmçinin öz sahəsində dünyanın bir sıra aparıcı elmi jurnallarının məşvərət və ya redaksiya heyətlərinin üzvüdür.Professor Rasizadənin ən böyük nailiyyəti və ona ümumdünya şöhrət qazandırmış "Rasizadə alqoritmi" adlı neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modelidir. O, 2008-ci ildə neftin dünya qiymətlərinin zirvəsində bu nəzəriyyəni ümumiləşdirmişdir və sonrakı illərin hadisələri onun tam düzgünlüyünü sübut etdilər. Ümumi şəkildə alqoritm belə görünür: neft və qaz hasilatının və ya qiymətlərinin aşağı düşməsi > xəzinəyə neft dollarları axınının sinxron azalması > yerli valyutanın devalvasiyası > dövlət büdcəsinin gəlir və xərclərinin dollar hesablanmasında azalması > dövlət aparatında ştatların, idarə və təşkilatların ixtisarı > əhalinin alıcılıq qabiliyyətinin düşməsi > məhsullar, mallar, xidmətlər və daşınmaz əmlak qiymətlərinin dollar ekvivalentində azalması > idxalın və gömrük yığımlarının azalması > özəl sektorunda ümumi müflisləşmə və işçilərin kütləvi ixtisarı > vergi bazasının sıxılması > büdcə işçilərin maaşları və sosial müavinətlərin kəsilməsi > kütləvi işsizlik və əhalinin yoxsullaşması > ölkənin üçüncü dünya dövlətləri arasındaki qanuni yerinə düşməsi. Works of Alec Rasizade listed in the Worldcat author catalogue. Google Scholar cross reference citation of A.Rasizade's works. A collection of his publications and citations at Research Gate. A selection of his most popular articles from the Free Library archive. Academic studies by Alec Rasizade published in JSTOR journals. Works of A.Rasizade published by Taylor & Francis (London). Works of A.Rasizade published by Duke University Press. Alec Rasizade's publications mentioned in Google Books. Əsas elmi əsərləri Perestroika and breakup of the USSR (PhD dissertation). USF dissertation series: University of South Florida Press, Tampa, 1995, 257 pages. Məqalələr və məruzələr Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=504198 |
Əli Razi Şamçizadə | Əli Razi Şəmçizadə və ya Şəmçizadə Əli Məşədi Yəhya oğlu (1886, Yelizavetpol – 1939) — azərbaycanlı şair, publisist, jurnalist və AYB-nin üzvü. Böyük təmizləmə zamanı məhkum edilmiş və həbsdə olarkən vəfat etmişdir. Şəmçizadə Əli Məşədi Yəhya oğlu 1886-cı ildə Azərbaycanın Yelizavetpol (indiki Gəncə) şəhərinin Əttarlar məhəlləsində anadan olmuşdur. Ata-baba sənətinə görə özünə Şəmçi təxəllüsünü götürüb. Əli Razi ilk təhsilini Gəncə mədrəsəsində aldıqdan sonra Gəncə Rus-Tatar məktəbini bitirmişdir. Əli Razi 1906-cı ildə "Molla Nəsrəddin" jurnalında müxtəlif imzalarla yazılar və şerlər dərc etdirmişdir. Bir müddət Dağıstanda sürgün həyatı yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəşfiyyat xidmətində fəaliyyət göstərmişdir.Sovet hakimiyyəti illərində "Yeni Gəncə", "Qızıl Talış" (Lənkəran), "Mədəni hücum (Bakı) qəzet və jurnallarında məsul katib, redaktor işləyib. Firdovsinin "Şahnamə"sindən tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilib (1934). "Dabanıçatdax xala və heyvərə" (1912), "Dabanıçatdax xala" (1936), "Seçilmiş əsərləri" (1936), "Nalələrin, fəqanların" (1992) kitablarının müəllifidir.1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilmişdir. Repressiyası Cəza tədbirləri illərində həbs olunub və ölüm hökmü verilib. Artıq şairi həbs etmək üçün 8 yanvar 1937-ci il tarixdə Kirovabad (Gəncə) şəhər Dövlət təhlükəsizlik müstəntiqi Məmməd Məmmədov tərəfindən hazırlanan qərar şəhər təhlükəsizlik idarəsinin rəisi, baş leytenant Qamrekeliyə təsdiqə təqdim edilir. Əli Razinin həbsi üçün order yazılır. Azərbaycan SSR prokuror köməkçisi, şöbə rəisinin müavini Yaravoy, Respublika prokuror əvəzi Pinkis ilə razılaşdırılaraq 2 mart 1937-ci ildə qərara alır: "Əli Razi Şəmsizadənin Azərbaycan SSR 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 saylı işi arxivin VIII şöbəsinə göndərilsin və həbsdən azad edilsin…" Əli Razinin sevinci uzun sürmür. Yalnız həbsdən azad edilməsindən 3 ay 27 gün keçdikdən sonra artıq Ə.Razini evdən aparmağı məqsədəuyğun saymırlar, onu 29 iyul 1937-ci il tarixdə XDİK-ya şahid qismində dəvət edərək, həbs ediblər. Həmin gün də Əli Razinin həbsi üçün 155-saylı order yazılıb. Azərbaycan SSR prokuror köməkçisi, şöbə rəisinin müavini Yaravoy, Respublika prokuror əvəzi Pinkis ilə razılaşdırılaraq 2 mart 1937-ci ildə qərara alıb: "Əli Razi Şəmsizadənin Azərbaycan SSR 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 saylı işi arxivin YIII şöbəsinə göndərilsin və həbsdən azad edilsin…" 7 yanvar 1938-ci ildə Şəmsizadə Əli Razi Yəhya oğlunun Azərbaycan cinayət məcəlləsinin 64, 70, 73 maddələri ilə işinə baxılıb və aşağıdakı qərar çıxarılıb: "1936-cı ildən əksinqilabi fəaliyyəti, terrorçuluq, diversiya (təxribatçılıq) ilə burjua-millətçi təşkilatın üzvü kimi, həmçinin silahlı üsyana hazırlıq görülməsində Sovet hökumətinə qarşı apardığı təbliğata görə güllələnməyə məhkum edilir."Şair, publisist, dramaturq, mühərrir Şəmçizadə Əli Razi Məşədi Yəhya oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 7 yanvar 1938-ci ildə I kateqoriya ilə həbs edilərək, 8 yanvar 1938-ci ildə Nargin adasında güllələnmişdir. Bir digər iddiaya görə isə o, 1939-cu ildə vəfat etmişdir. Həyat yoldaşı Şəmçizadə Zümrüd Məhəmməd qızı 28 yanvar 1938-ci ildə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək, 3 fevral 1938-ci ildə yaşayış yerini tərk etməmək barədə ondan iltizam alınmışdır. Şəmçizadə Zümrüd Məhəmməd qızı hamilə olduğu üçün ona qarşı repressiya dayandırılmışdır. Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015. "Cümhuriyyətin kəşfiyyat orqanlarında Mircəfər Bağırov, Lavrenti Beriya kimi şəxslər də xidmət edib" | https://az.wikipedia.org/w/index.php?curid=67679 |
Əli Razi Şamçızadə | Əli Razi Şəmçizadə və ya Şəmçizadə Əli Məşədi Yəhya oğlu (1886, Yelizavetpol – 1939) — azərbaycanlı şair, publisist, jurnalist və AYB-nin üzvü. Böyük təmizləmə zamanı məhkum edilmiş və həbsdə olarkən vəfat etmişdir. Şəmçizadə Əli Məşədi Yəhya oğlu 1886-cı ildə Azərbaycanın Yelizavetpol (indiki Gəncə) şəhərinin Əttarlar məhəlləsində anadan olmuşdur. Ata-baba sənətinə görə özünə Şəmçi təxəllüsünü götürüb. Əli Razi ilk təhsilini Gəncə mədrəsəsində aldıqdan sonra Gəncə Rus-Tatar məktəbini bitirmişdir. Əli Razi 1906-cı ildə "Molla Nəsrəddin" jurnalında müxtəlif imzalarla yazılar və şerlər dərc etdirmişdir. Bir müddət Dağıstanda sürgün həyatı yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəşfiyyat xidmətində fəaliyyət göstərmişdir.Sovet hakimiyyəti illərində "Yeni Gəncə", "Qızıl Talış" (Lənkəran), "Mədəni hücum (Bakı) qəzet və jurnallarında məsul katib, redaktor işləyib. Firdovsinin "Şahnamə"sindən tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilib (1934). "Dabanıçatdax xala və heyvərə" (1912), "Dabanıçatdax xala" (1936), "Seçilmiş əsərləri" (1936), "Nalələrin, fəqanların" (1992) kitablarının müəllifidir.1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilmişdir. Repressiyası Cəza tədbirləri illərində həbs olunub və ölüm hökmü verilib. Artıq şairi həbs etmək üçün 8 yanvar 1937-ci il tarixdə Kirovabad (Gəncə) şəhər Dövlət təhlükəsizlik müstəntiqi Məmməd Məmmədov tərəfindən hazırlanan qərar şəhər təhlükəsizlik idarəsinin rəisi, baş leytenant Qamrekeliyə təsdiqə təqdim edilir. Əli Razinin həbsi üçün order yazılır. Azərbaycan SSR prokuror köməkçisi, şöbə rəisinin müavini Yaravoy, Respublika prokuror əvəzi Pinkis ilə razılaşdırılaraq 2 mart 1937-ci ildə qərara alır: "Əli Razi Şəmsizadənin Azərbaycan SSR 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 saylı işi arxivin VIII şöbəsinə göndərilsin və həbsdən azad edilsin…" Əli Razinin sevinci uzun sürmür. Yalnız həbsdən azad edilməsindən 3 ay 27 gün keçdikdən sonra artıq Ə.Razini evdən aparmağı məqsədəuyğun saymırlar, onu 29 iyul 1937-ci il tarixdə XDİK-ya şahid qismində dəvət edərək, həbs ediblər. Həmin gün də Əli Razinin həbsi üçün 155-saylı order yazılıb. Azərbaycan SSR prokuror köməkçisi, şöbə rəisinin müavini Yaravoy, Respublika prokuror əvəzi Pinkis ilə razılaşdırılaraq 2 mart 1937-ci ildə qərara alıb: "Əli Razi Şəmsizadənin Azərbaycan SSR 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 saylı işi arxivin YIII şöbəsinə göndərilsin və həbsdən azad edilsin…" 7 yanvar 1938-ci ildə Şəmsizadə Əli Razi Yəhya oğlunun Azərbaycan cinayət məcəlləsinin 64, 70, 73 maddələri ilə işinə baxılıb və aşağıdakı qərar çıxarılıb: "1936-cı ildən əksinqilabi fəaliyyəti, terrorçuluq, diversiya (təxribatçılıq) ilə burjua-millətçi təşkilatın üzvü kimi, həmçinin silahlı üsyana hazırlıq görülməsində Sovet hökumətinə qarşı apardığı təbliğata görə güllələnməyə məhkum edilir."Şair, publisist, dramaturq, mühərrir Şəmçizadə Əli Razi Məşədi Yəhya oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 7 yanvar 1938-ci ildə I kateqoriya ilə həbs edilərək, 8 yanvar 1938-ci ildə Nargin adasında güllələnmişdir. Bir digər iddiaya görə isə o, 1939-cu ildə vəfat etmişdir. Həyat yoldaşı Şəmçizadə Zümrüd Məhəmməd qızı 28 yanvar 1938-ci ildə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək, 3 fevral 1938-ci ildə yaşayış yerini tərk etməmək barədə ondan iltizam alınmışdır. Şəmçizadə Zümrüd Məhəmməd qızı hamilə olduğu üçün ona qarşı repressiya dayandırılmışdır. Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015. "Cümhuriyyətin kəşfiyyat orqanlarında Mircəfər Bağırov, Lavrenti Beriya kimi şəxslər də xidmət edib" | https://az.wikipedia.org/w/index.php?curid=41213 |
Əli Razi Şəmçizadə | Əli Razi Şəmçizadə və ya Şəmçizadə Əli Məşədi Yəhya oğlu (1886, Yelizavetpol – 1939) — azərbaycanlı şair, publisist, jurnalist və AYB-nin üzvü. Böyük təmizləmə zamanı məhkum edilmiş və həbsdə olarkən vəfat etmişdir. Şəmçizadə Əli Məşədi Yəhya oğlu 1886-cı ildə Azərbaycanın Yelizavetpol (indiki Gəncə) şəhərinin Əttarlar məhəlləsində anadan olmuşdur. Ata-baba sənətinə görə özünə Şəmçi təxəllüsünü götürüb. Əli Razi ilk təhsilini Gəncə mədrəsəsində aldıqdan sonra Gəncə Rus-Tatar məktəbini bitirmişdir. Əli Razi 1906-cı ildə "Molla Nəsrəddin" jurnalında müxtəlif imzalarla yazılar və şerlər dərc etdirmişdir. Bir müddət Dağıstanda sürgün həyatı yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəşfiyyat xidmətində fəaliyyət göstərmişdir.Sovet hakimiyyəti illərində "Yeni Gəncə", "Qızıl Talış" (Lənkəran), "Mədəni hücum (Bakı) qəzet və jurnallarında məsul katib, redaktor işləyib. Firdovsinin "Şahnamə"sindən tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilib (1934). "Dabanıçatdax xala və heyvərə" (1912), "Dabanıçatdax xala" (1936), "Seçilmiş əsərləri" (1936), "Nalələrin, fəqanların" (1992) kitablarının müəllifidir.1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi seçilmişdir. Repressiyası Cəza tədbirləri illərində həbs olunub və ölüm hökmü verilib. Artıq şairi həbs etmək üçün 8 yanvar 1937-ci il tarixdə Kirovabad (Gəncə) şəhər Dövlət təhlükəsizlik müstəntiqi Məmməd Məmmədov tərəfindən hazırlanan qərar şəhər təhlükəsizlik idarəsinin rəisi, baş leytenant Qamrekeliyə təsdiqə təqdim edilir. Əli Razinin həbsi üçün order yazılır. Azərbaycan SSR prokuror köməkçisi, şöbə rəisinin müavini Yaravoy, Respublika prokuror əvəzi Pinkis ilə razılaşdırılaraq 2 mart 1937-ci ildə qərara alır: "Əli Razi Şəmsizadənin Azərbaycan SSR 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 saylı işi arxivin VIII şöbəsinə göndərilsin və həbsdən azad edilsin…" Əli Razinin sevinci uzun sürmür. Yalnız həbsdən azad edilməsindən 3 ay 27 gün keçdikdən sonra artıq Ə.Razini evdən aparmağı məqsədəuyğun saymırlar, onu 29 iyul 1937-ci il tarixdə XDİK-ya şahid qismində dəvət edərək, həbs ediblər. Həmin gün də Əli Razinin həbsi üçün 155-saylı order yazılıb. Azərbaycan SSR prokuror köməkçisi, şöbə rəisinin müavini Yaravoy, Respublika prokuror əvəzi Pinkis ilə razılaşdırılaraq 2 mart 1937-ci ildə qərara alıb: "Əli Razi Şəmsizadənin Azərbaycan SSR 75-ci maddəsinə əsasən işi dayandırılsın. 11251 saylı işi arxivin YIII şöbəsinə göndərilsin və həbsdən azad edilsin…" 7 yanvar 1938-ci ildə Şəmsizadə Əli Razi Yəhya oğlunun Azərbaycan cinayət məcəlləsinin 64, 70, 73 maddələri ilə işinə baxılıb və aşağıdakı qərar çıxarılıb: "1936-cı ildən əksinqilabi fəaliyyəti, terrorçuluq, diversiya (təxribatçılıq) ilə burjua-millətçi təşkilatın üzvü kimi, həmçinin silahlı üsyana hazırlıq görülməsində Sovet hökumətinə qarşı apardığı təbliğata görə güllələnməyə məhkum edilir."Şair, publisist, dramaturq, mühərrir Şəmçizadə Əli Razi Məşədi Yəhya oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 7 yanvar 1938-ci ildə I kateqoriya ilə həbs edilərək, 8 yanvar 1938-ci ildə Nargin adasında güllələnmişdir. Bir digər iddiaya görə isə o, 1939-cu ildə vəfat etmişdir. Həyat yoldaşı Şəmçizadə Zümrüd Məhəmməd qızı 28 yanvar 1938-ci ildə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək, 3 fevral 1938-ci ildə yaşayış yerini tərk etməmək barədə ondan iltizam alınmışdır. Şəmçizadə Zümrüd Məhəmməd qızı hamilə olduğu üçün ona qarşı repressiya dayandırılmışdır. Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015. "Cümhuriyyətin kəşfiyyat orqanlarında Mircəfər Bağırov, Lavrenti Beriya kimi şəxslər də xidmət edib" | https://az.wikipedia.org/w/index.php?curid=67678 |
Əli Rza Ataman | Əli Rza Ataman və ya Kağızmanlı Əli Rza bəy (1884, Kağızman, Qafqaz diyarı – 26 iyun 1955) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Kağızman qaymakamı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti daxili işlər naziri. Əli Rza Ataman 1884-cü ildə Kağızmanda anadan olmuşdur. İdadi məzunudur. 1914-cü ildə qardaşları Məmməd bəy, Ömər bəy İsmayılbəyzadələrlə birgə tutularaq Qars həbsxanasında həbs olunmuş, 1917-ci ildə azadlığa çıxmışdır.25 iyun 1955-ci ildə vəfat etmişdir. Siyasi fəaliyyəti Difai Partiyasının üzvü və Nəşri-Maarrifin təmsilçisi olmuşdur.5 noyabrda Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.26 noyabr 1918-ci ildə Qarsda yerli Milli İslam Şurasının sancak şöbəsini yaratmışdır.7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldıdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olurdan Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində topanmışdır. Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad,Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir. Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Hökuməti elan olunmuşdur. 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir. 25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. Əli Rza bəy bu hökumətdə daxili işlər naziri təyin olunmuşdur. 13 apreldə ingilis işğalından sonra Əli Rza Ataman Qarsa köçmüşdür. Əli Rza bəy 1921-ci ildə Türkiyə Böyük Millət Məclisinin I çağırışına Qarsdan millət vəkili seçilmək üçün seçkilərə qatılmış, 21 namizəd arasından 91 səs alaraq 2-ci olmuş və Qarsın 3 millət vəkilindən biri seçilmişdir.O, həmçinin Kağızman qaymakamı da olmuşdur. Kağızmandakı evinin yerləşdiyi küçə Ali Ataman prospekti adlanmaqdadır. | https://az.wikipedia.org/w/index.php?curid=716957 |
Əli Rza Paşa | Əli Rza Paşa (d. 1860 - ö. 31 oktyabr 1932) — VI Mehmed Vahidəddinin səltənətində 4 ay 28 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Əli Rıza Paşa və ya Düzdaban Əli Rıza Paşa (1860 - 31 oktyabr 1932)), Osmanlı İmperatorluğunun son illərində Əyan Məclisinin üzvü, Hərbi Nazir və Donanma Naziri və 4 oktyabr 1919 - 2 mart 1920 tarixlərində VI Mehmedin dövründə və İstanbulun işğalı altında olduğu zamanlar sədrəzəm vəzifəsində çalışmış dövlət xadimi, Osmanlı müşiri.1860-cı ildə İstanbulda anadan olub. Jandarm mayoru Tahir Əfəndinin oğludur. 1886-cı ildə Hərbi Akademiyanı ( Mekteb-i Harbiye) bitirib. 1897-ci il Osmanlı-Yunan müharibəsi zamanı Hərbi Əməliyyatlar İdarəsinin müdiri vəzifəsində çalışıb. O, 1903-cü ildə Monastır valisi vəzifəsində çalışarkən, Monastırdakı rus konsulunun qətlinə görə məsuliyyət daşıdığı üçün Rusiyanın təkidi ilə Tripoliyə sürgün edilib. 14 avqust 1908-ci ildə Hərbi Nazir oldu, lakin 41 gün sonra İttihat və Tərəqqi Partiyasının etirazı ilə vəzifəsindən azad edildi. O, 1909 və 1918-ci illərdə iki dəfə Hərbi Dəniz Qüvvələri naziri olub. 1912-1913-cü illər arasında Balkan müharibəsində Qərb Ordusunun Baş Komandanı vəzifəsində çalışıb. Daha sonra İstanbulun işğal olunduğu illərdə 2 oktyabr 1919-cu il - 3 mart 1920-ci il tarixləri arasında baş vəzir (sədrəzəm) vəzifəsində çalışıb. Anadoluda inkişaf edən Qüvayi-milliyə üzvləri ilə anlaşmanın qaçılmaz olduğunu görüb, nümayəndə heyəti ilə əlaqə qurdu və Saleh Paşanı Mustafa Kamal Paşa ilə görüşmək üçün Amasiyaya göndərdi və razılaşma yolları axtardı. O, formalaşdıracağı kabinetdə nümayəndə heyətinin (Heyeti Temsiliye) müraciətlərinə baxacağına söz verib. Lakin o, "Kuvâ-yi Milliye"ni hakimiyyəti ələ keçirməyə və "Heyeti Temsiliye"ni ləğv etməyə cəhd etdi. 1920-ci ildə Müttəfiq dövlətlərin təzyiqi ilə istefa verməli oldu. O, 1922-ci ildə Osmanlının sonuncu kabinetində ictimai işlər və daxili işlər naziri olub. 31 oktyabr 1932-ci ildə İstanbulda Erenköydə vəfat etmiş və İçerenköy qəbiristanlığında dəfn edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=552778 |
Əli Rza Pəhləvi | Əli Rza Pəhləvi (28 aprel 1966, Tehran – 4 yanvar 2011, Boston) — son İran şahı Məhəmməd Rza Pəhləvinin ikinci oğlu. 28 aprel 1966-cı ildə Tehranda doğulmuşdur. Əli Rza Prinston universitetində bakalavr, Kolumbiya universitetində magistr dərəcələri almışdı, Harvard Universitetində qədim İran və fars ədəbiyyatını öyrənirdi. Qardaşından fərqli olaraq, siyasətə qarışmır, mətbuatdan qaçırdı. 44 yaşınacan subay qalması da təbiətindəki qapalılıqla bağlı idi. Pəhləvi ailəsi şahzadənin ölümü ilə bağlı verdiyi bəyanatda deyilir: ""Əlirza milyonlarla iranlı gəncdən biri kimi vətənində baş verən acınacaqlı olaylardan son dərəcə narahat və qəmgin idi. Əlirza atasının ölümündən, bacısı Leylanın intiharından sonra çox çalışırdı ki, psixoloji böhrana qalib gəlsin, lakin sonda dözməyib təslim oldu və özünə qəsd edərək bütün ailə üzvlərinin, dostlarının dərin kədərinə səbəb oldu" | https://az.wikipedia.org/w/index.php?curid=167527 |
Əli Rza Xələfli | Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu; 1953, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan şairi və yazıçısı, "Kredo" qəzetinin baş redaktoru. Əli Rza Xələfli 1953-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, doğulduğu rayonun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür. 1980-ci illərin əvvəlindən mətbuatda çalişir. 1980–1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə çalışdı. "Xudafərin", "Qoşa qanad", "Qarabağ" və "Həyat" qəzetlərində xüsusi müxbir, şöbə müxbir, şöbə müdiri və redaktor əvəzi vəzifələrin işləmişdir. Ə.Xələflinin ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə "Qızıl qələm" medalı mükafatına, 2003-cü ildə "Məmməd Araz"ali ədəbi mükafatına, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliq Bürosunun "Qılınc və qələm" yaddaş mükafatı, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2002-ci ildə Əli Rza müəllim Azərbaycan Yazıçıları və 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1980-ci ildən Qabaqcıl maarif xadimi, 2010-cu ildə isə Prezident təqaüdçüsüdür. 1999-cu ildən Kredo qəzetinin baş redaktorudur. Ailəlidir. İki oğlu, bir qızı var. "Karvan körpüdən keçir" (1997), "Baş daşımın yazıları" (1998), "Yurdun övladları" (Elçin Kamal birlikdə, 2000) ədəbi-bədii publisistik, "Sözə doğru" (2003) ədəbi-tənqidi, "Ocağımın işığı" (2001), "Həsrət körpüsü" (2006), müəllifi, "Dünyanın söz üzü" (2007), "Adı Şadiman olanın…" (2009),ədəbi-tənqid "Axtala əfsanəsi" (2010),ədəbi-tənqid "Qırmızı həqiqətlər"(2011),ədəbi-tənqid "Od" (2012) "Həyatın Dastanı: ədəbi-fəlsəfi düşüncələr. Hamlet İsaxanlı nın "Ziyarət" poemasının motivləri əsasında", "Xəzər Universitəsi Nəşriyyatı" (2012) Redaktoru və tərtibçi müəllifi olduğu kitablar "Mənəviyyatın ekologiyası" (2005) "Fənayənin sualları" (2006) "Yana-yana qaşadim" (2006), "Koroğlu hoydu dəlilərim, hoydu" (şair İslam Sadıqla birlikdə, (2006) "Yağış damlasıyam" (2007) "Zal ağacı" (2007) Xarici keçidlər Dünyaya, insana, tanrıya sevginin qaynağı – Əli Rza Xələfli poeziyası Azərbaycan Yazıçılar Birliyi. Əli Rza Xələfli – 60 Çağdaş ədəbiyyat cəfakeşi — Əli Rza Xələfli "Qarabağ dünən, bu gün və sabah" 5-ci elmi-əməli konfransının MATERİALLARI (2006-cı il). Mərziyyə Nəcəfova — Vətən ruhuna hakim kəsilən şerlər Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=50430 |
Əli Rza Əfəndi | Əli Rza Əfəndi (türk. Ali Rıza Efendi; d. 1839, Saloniki - ö. 1888/1893, Saloniki) — Mustafa Kamal Atatürkün atasıdır. Polis zabitliyi, katiblik və taxta-şalban ticarəti ilə məşgul olmuş Əli Rza Əfəndi, 1871-ildə Zibeydə Xanım ilə evlənmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=66928 |
Əli Rzalı | Əli Rzalı (tam adı: Əli Nuru oğlu Rzalı; 17 aprel 2002; Yardımlı, Azərbaycan — 2 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Rzalı 2002-ci il aprel 17-də Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Əli Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Əli Rzalı oktyabrın 2-də şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Kəlbəcər uğrunda döyüşlərdə — Koroğlu postunda qəhrəmanlıqla həlak olub. Tanınmış jurnalist Elşad Paşasoyun bacısı oğludur. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (30.12.2020) — "Şücaətə görə" medalı (ölümündən sonra) (18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra) (05.11.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) Xatirəsinin əbədiləşdirilməsi Yardımlı rayonunun Bilnə kəndində xatirəsini əbədiləşdirməsi ilə əlaqədər bulaq abidə kompleksi açılıb. Xarici keçidlər Qənirə Paşayeva qəhrəman şəhidimiz Əli Rzalıdan yazdı -Vətənə halal edilən gənc ömür… mP2ptCbM viBs593gb59FOnORGwtTLBLheCk87y kLkKfISVywc|İkinci Qarabağ müharibəsi _ Şəhid Əli Rzalı Şəhid Əli Rzalının anım günü keçirildi — FOTOLAR | https://az.wikipedia.org/w/index.php?curid=678218 |
Əli Rzayev | Əli Rzayev (aktyor) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). Əli Rzayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Əli Rzayev — Azərbaycan Kommunist Partiyası Cəbrayıl Rayon Komitəsinin birinci katibi (1985–1990), Naxçıvan MSSR Ali Soveti X çağırış deputatı, Ordubad Rayon Xalq Deputatları Sovetinin deputatı, hüquq elmləri doktoru, professor. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=693510 |
Əli Rzayev (aktyor) | Əli Məmmədrza (Məşədrza) oğlu Rzayev (1908, Təbriz, Cənubi Azərbaycan – 1984, Kirovabad) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982). Əli Rzayev 1908-ci ildə Təbrizdə anadan olmuşdur. O, 1936–1947-ci illərdə Tiflisdəki Tbilisi Dövlət Azərbaycan Teatrında, 1951–1984-cü illərdə isə Kirovabad Dövlət Dram Teatrında işləyib.Əli Rzayev 1984-cü ildə Kirovabadda vəfat edib. Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982 İfa etdiyi əsas rollar Tiflis teatrındaGəncə teatrında İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7. | https://az.wikipedia.org/w/index.php?curid=693513 |
Əli Rzayev (hüquqşünas) | Əli Heydər oğlu Rzayev (1943, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Kommunist Partiyası Cəbrayıl Rayon Komitəsinin birinci katibi (1985–1990), Naxçıvan MSSR Ali Soveti X çağırış deputatı, Ordubad Rayon Xalq Deputatları Sovetinin deputatı, hüquq elmləri doktoru, professor. Əli Heydər oğlu Rzayev 1943-cü ildə Naxçıvan rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1959-cu ildə kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. O, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasının SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru, professor Cahangir Əli-Abbas oğlu Kərimovun rəhbərlik etdiyi Dövlət və hüquq nəzəriyyəsi kafedrasında aspirant olmuş və 1983-cü ildə Rusiya Federasiyasının Əməkdar elm xadimi, hüquq elmləri doktoru professor Q. V. Atamançukun elmi rəhbərliyi ilə "İnzibati hüquq", "Maliyyə hüququ", "İnformasiya hüququ" ixtisasları üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə isə professor Q. V. Atamançukun elmi məsləhətçiliyi ilə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş və "Konstitusiya hüququ: bələdiyyə hüququ" və "İnzibati hüquq; maliyyə hüququ; informasiya hüququ" ixtisasları üzrə hüquq elmləri doktoru elmi dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1964-cü ildə təyinatla Özbəkistan Sovet Sosialist Respublikasının Daşkənd vilayətinin Anqren kömürün qazlaşdırma idarəsində böyük qazma ustası kimi başlamışdır. 1966–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan Geoloji İdarəsin Naxçıvan Geoloji Ekspedisiyasında texnik-geoloq, geoloq, böyük geoloq, geoloji partiya rəisi, 1974–1977-ci illərdə Naxçıvan Geoloji Ekspedisiyasının rəisi vəzifələrində işləmişdir. 1995-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda "Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses" şöbəsində elmi işçi, aparıçı elmi işçi və baş elmi işci vəzifələrində işləmiş, 2016-cı ilin dekabr ayından isə indiki dövrədək AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi vəzifəsində işləyir. 2009–2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllimi, 2013-cü idən isə Bakı Dövlət Universtitetinin Konstitutsiya Hüququ Kafedrasının professoru kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə Ekspert Şurasının üzvüdür (2013–2014, 2017-hal-hazırda). 1993–1995-ci illərdə Yapon-Sinqapur Koorporasiyasının Vandelli-Treydinq LTD-nin Bakı nümayəndəliyinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir. Siyasi faəliyyəti 1977–1980-ci illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin Təşkilat-Partiya işi şöbəsinin müdirinin müavini, müdiri vəzifəsində işləmişdir. 1980–1985-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin X çağırış deputatı olmuşdur. 1983–1985-ci illərdə Azərbaycan KP MK-da İnzibati orqanlarla iş şöbəsində inspektor, Təşkilat şöbəsində inspektor, 1985–1990-cı illərdə Azərbaycan KP Cəbrayıl Rayon Partiya Komitəsində birinci katib vəzifələrində çalışmış, 1990–1993-cü illərdə Azərbycan KP Nəzarət-Təftiş komissiyasında şöbə müdiri – Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidentinin Aparatında məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin X çağırış deputatı olmuşdur. Ordubad Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur. "Dövlət qulluğu: nəzəriyyə və praktika" kitabı (2005) "Dövlət nəzarəti: nəzəriyyə və praktika" kitabı (2008) "Dövlət qulluğunun hüquqi əsasları" kitabı (2011) "Dövlət qulluğu: təşkilati-hüquqi aspektlər" kitabı (rusca) (2013) "Şəxsiyyət Dövlət Möcüzə…" kitabı (2016; əlavə və dəyişikliklərlə II buraxılış 2017) "Dövlət idarəetməsi: nəzəriyyə və praktika" kitabı (2021) Mükafatları 1980-ci ildə "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir. Rzayev Əli Heydər oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 361. | https://az.wikipedia.org/w/index.php?curid=737897 |
Əli Rzayev (kiçik çavuş) | Əli Nəsib oğlu Rzayev (9 iyul 1992; Mingəçevir, Azərbaycan — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Rzayev 1992-ci il iyulun 9-da Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 16 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. Hərbi xidməti Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Rzayev oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Rzayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Rzayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=697946 |
Əli Rzayev (əsgər) | Əli Rəsul oğlu Rzayev (14 aprel 1988; Gədəbəy rayonu, Azərbaycan SSR — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuş, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Rzayev 1988-ci il aprelin 14-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub. Subay idi. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Əli Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əli Rzayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 18-də Gədəbəy rayonunda dəfn olunub. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) – "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=687853 |
Əli Rüstəmov | Əli Yağınəli oğlu Rüstəmov (15 avqust 1992; Çünzəli, Cəlilabad rayonu, Azərbaycan — 8 oktyabr 2020; seyidəhmədli, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Rüstəmov 1992-ci il avqustun 15-də Cəlilabad rayonunun Çünzəli kəndində anadan olub. 1997-ci ildə Atası beş yaşlı Əlini özü ilə Rusiyaya aparır. Atası ilə yaşayan Əli məktəbi orada oxumağa başlayır. Əli 2004-cü ildə yenidən Azərbaycana qayıdır və təhsilini doğulduğu kənddə davam etdirməyə başlayır. Naxçıvan M. R da n saylı hərbi hissədə xidmət etmişdir. Xidmətini uğurla, tərifnamə ilə başa vurur və öz doğma kəndinə qayıdır. Kəndə qatıdıqdan bir neçə müddət sonra yenidən Rusiyaya qayıdır və orda aşbaz olaraq işləməyə başlayır. O, həmçinin, ı Əlbəyaxa döyüş növü üzrədə özünü inkişaf etdirir. Şəhərlər arası yarışlarda iştirak edən Əli bir neçə birincilik medalı ilə təltif olunur. Altı il Rusiyada yaşayan Əli 13 sentyabr 2016-cı ildə Zəhra xanım ilə nişanlanır. Üç il boyunca nişanlı qalan Əli Rüstəmov 19 fevfal 2020-ci il tarixində Azərbaycana qayıdır. Mart ayının 13-də nişanlısı ilə evlənir. Yenidən həyat yoldaşı ilə Rusiyaya qayıtmağı arzu edən Əli , pandemiya ilə əlaqədar olaraq, ölkədən gediş-gəlişi bağlı olduğu, üçün bu arzusu həyata keçmir. Polad Həşimovun ölümündən sonra adını könüllülər siyahısına yazdıraraq Əli Rüstəmov Cəbhəyə yollanmaq qərarına gəlir. Könüllülər siyahısına yazılsada cəbhəyə yollana bilməyən Əli avqust ayının sonlarında MAHHX də işləmək üçün müraciət etdir. Sentyabr ayının birində hərbi xidmətə yolanır. Əli 26 sentyabr döyüşə yollanır. İlk ömcə Füzulinin azadlığı sonra Cəbrayılın azadlığı uğrunda müharibələrdə iştirak edir. Cəbrayıl şəhərini işğaldan azad edən Həmlə batalyonunun əsgərlərindən biri olan Əli yenidən Füzuli şəhərinə qayıdır. Ağır döyüşlərdə iştirak edir. Döyüşdə Manqa komandiri və Rabitəçi olur, 8 oktyabr Füzulinin Seyidəhmədli kəndində böyük bir istehkamla üzləşən Həmlə batalyonunun Əli daxil olmaqla 25 əsgəri, polkovnik və zabitləri ölür. İyirmi üç gün sonra onun nəşi ailəsinə təhvil verilir. Hərbi xidməti Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əli Rüstəmov oktyabr 9-da Hadrutun azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=689446 |
Əli Rəcəbli | Əli Məhəmməd oğlu Rəcəbli (1927, Göyəm, Zaqatala rayonu – 12 noyabr 2022, Bakı) — tarix elmləri doktoru, professor, numizmat-arxeoloq, Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi fondunun şöbə müdiri. Professor Əli Məhəmməd oğlu Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunun Göyəm kəndində anadan olmuşdur. Əli Rəcəbli 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq Saleh Qazıyevin təklifi ilə "numizmatika" ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur. Əli Rəcəbli 12 noyabr 2022-ci ildə uzunsürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib. Elmi fəaliyyəti 1953-cü ildən etibarən muzeydə kiçik elmi işçi, baş elmi işçi, Numizmatika fondunun mühafizi, bir müddət direktor müavini və direktor əvəzi vəzifələrində çalışmış Əli Rəcəbli hazırda Milli Azərbaycan Tarixi Muzeyində Numizmatika və epiqrafika şöbəsinin müdiridir. 1963-cü ildə "Səfəvilər dövlətində məskukat işi (XVI–XVIII əsrlər)" mövzusunda namizədlik dissertasiyasını, 2000-ci ildə isə "Azərbaycan numizmatikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli müəllim muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, elmi ekspozisiyasının yaradılmasında əsas iştirakçılardan biri olmaqla yanaşı, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) eksponatlarının təyini və tədqiqi işində də bilavasitə iştirak etmişdir. 1970-ci ildə "Fədakar əməyə görə" medalı ilə təltif olunmuş, 1972-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş Əli Rəcəbli Azərbaycan numizmatik abidələrinin toplanılması, pasportlaşdırılması, öyrənilməsi və nəşri sahəsində xüsusi xidmətləri ilə seçilir. Onun səyi nəticəsində rəhbərlik etdiyi və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidələrindən ibarət kolleksiyalara (sfragistika, medal sənəti, faleristika, filateliya, bonistika) malik olan muzeyin Numizmatika və Köməkçi tarixi fənn materialları fondları respublikanın vahid numizmatik tədqiqatlar mərkəzi və MDB məkanında ən zəngin numizmatik fondlardan biri sayılır. AMEA-nın Azərbaycan Tarixi Muzeyinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şuralarının üzvü olan, respublikamızda və xaricdə keçirilən elmi simpozium və konfranslarda müntəzəm iştirak edən, numizmatika fənnini tədris edən hörmətli professor bir sıra dissertasiyalara opponentlik etməklə yanaşı elmi məsləhətçi kimi də biliyini əsirgəmir. 18 – 22 aprel 2017-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika" elmi-fond şöbəsinin müdiri, t.e.d., prof. Əli Rəcəbli Rusiya Federasiyasının Veliki Novqorod şəhərində keçirilən XIX Ümumrusiya Numizmatika Konfransında iştirak edərək "Şirvanşahların nadir sikkələri" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə V Məhəmməd ibn Əhməd (981–991), Qubad ibn Yəzid (1043–1049) və Burhan Əlinin (1540 – 1549) nadir sikkələrinə əsaslanaraq Azərbaycan tarixinin qeyd edilən dövrü ilə əlaqədar məlumatlara yenidən nəzər salmağın vacibliyi diqqətə çatdırılmışdır.. 2018-ci il 26 – 29 sentyabr tarixlərində Ermitajda keçirilmiş II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A. Akopyanın və P. Petrovun bir məruzəsi daxil edilmişdir :"Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747–1827). Şərqi Ermənistan xanlıqları sözündən sonra mötərizədə İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqları yazılmışdır. Bununla bağlı muzeyin Elmi Şurası Ermitajın direktoru M. Piotrovskiyə və konfransın təşkilat komitəsinə etiraz məktubu göndərilmişdir. Məktubda saxta erməni iddialarına söykənən məruzə müəlliflərinin qondarma "Şəri Ermənistan" adı altında əzəli Azərbaycan torpaqlarını təqdim etməsinə etiraz bildirilmiş və A. Akopyanın və P. Petrovun məruzəsinin konfransın proqramından çıxarılması tələb edilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə fəaliyyəti nəticəsində erməni təxribatının qarşısı alınmış, məruzədən "Şərqi Ermənistan xanlıqları" ifadəsi çıxarılmış, həmçinin muzeyin "Numizmatika və Epiqrafika" şöbsinin müdiri, professor Əli Rəcəblinin konfransda çıxış etməsi təmin olunmuşdur. Əli Rəcəblinin rəhbərlik etdiyi namizədlik dissertasiya işləri: 2007-ci il — Qasımova Sənubər Abbas-Ağa qızı. "Azərbaycan dövlətçilik rəmzləri tarixi qaynaq kimi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)". İxtisas: arxeologiya. 2013-cü il — Məmmədova Aygün Musa qızı. "Ərəb Xilafəti dövründə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi". İxtisas: arxeologiya. 2015-ci il — Cəfərov Mayis Vəliməmməd oğlu. "Azərbaycan Respublikasının cənub-şərq regionunda numizmatik tapıntılar Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi". İxtisas: Vətən tarixi. Yarıməsirlik ömrünü Azərbaycan numizmatikasına həsr etmiş elmi -tədqiqat və pedaqoji fəaliyyətində yüksək elmi səviyyəsi ilə fərqlənən, mütəxəssis və dəyərli alim -Əli Rəcəbli ömrünün sonuna qədər elmi fəaliyyətilə məşğul olub. Tədqiqat Sahəsi Əsas elmi nailiyyətləri Azərbaycan dövlətçiliyinin mühüm atributlarından biri olan pul tarixinin öyrənilməsi, numizmatik materialın toplanması və tədqiqi kimi mühüm problemlərin öyrənilməsi ilə məşğul olmuşdur. 2."Azərbaycan sikkələri" (Azərbaycan, rus və ingilis dillərində). Bakı: Xalqbank, 2012, 357 s. 4. Şirvanşahlar dövlətində sikkə zərbi (Azərbaycan, rus və ingilis dillərində). Bakı; Elm və təhsil, 2015, 240 s. 5. Qafqaz pulları (Azərbaycan, rus, ingilis dillərində). Bakı: Elm, 2016, 337 s. 6. Sikkə və dövlətçilik (Azərbaycan və rus dillərində). Bakı, AFpoliqrafAF, 2017, 182 s. 7."Qaraqoyunlu və Ağqoyunlu sikkələri". Bakı: 2019, 118 s. Təltif və mükafatları 1. Fədakar əməyə görə medalı (1970) 2. "Əməkdar mədəniyyət işçisi" fəxri adı (1972) 3. Tərəqqi medalı (2010). 4. AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən A. A. Bakıxanov adına medalla təltif olunmuşdur. (2017)5. V Filexpo sərgisinin qızıl medalla təltif olunmuşdu (2018). Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=450879 |
Əli Rəhimov | Əli Fətulla oğlu Rəhimov (1 iyun 1995, Köçəkli, Masallı rayonu – 1 avqust 2014, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Əli Rəhimov 1 iyun 1995-cı ildə Masallı rayonunun Köçəkli kəndində anadan olub. Hərbi xidməti Əsgər Əli Rəhimov 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Əli Rəhimov doğulduğu Masallı rayonunun Köçəkli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Rəhimov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Əli Rəhimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. | https://az.wikipedia.org/w/index.php?curid=479925 |
Əli Rəhimzadə | Əli Rəhimzadə (23 noyabr 1997, Maşxan, Astara rayonu) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Əli Rəhimzadə 2016-cı ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə 20-ci, Rumıniyada gənclər arasında Avropa Çempionatında 10-cu, Azərbaycan H. Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində isə 5-ci pillələrin sahibi oldu.2017-ci ildə Əli Rəhimzadə əvvəlcə Sombatxey şəhərində (Macarıstan) U23 Avropa Çempionatının bürünc, sonra isə Dortmund şəhərində (Almaniya) gənclər arasında Dünya Çempionatının qızıl medallarına sahib olan Əli Rəhimzadə Finlandiyada gənclər arasında Dünya Çempionatını 10-cu, Polşada U23 Dünya Çempionatını isə 12-ci pillədə başa vurdu.2018-ci ildə Tbilisi şəhərində G. Kartozia — V. Balavadze Turnirində 18-ci pillənin, İstanbul şəhərində Yaşar Doğu Turnirində gümüş medalın, Saxa vilayətində D. Korin Turnirində isə 12-ci pillənin sahibi olan Əli Rəhimzadə noyabrda Rumıniyanın Buxarest şəhərində baş tutan U23 Dünya Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu.2019-cu ildə beynəlxalq turnirlərdə ciddi uğura imza ata bilməyən Əli Rəhimzadə Kirmanşah şəhərində Taxti Cup beynəlxalq turnirini 8-ci, İstanbul şəhərində Yaşar Doğu Turnirini isə 5-ci pillədə başa vurdu.Əli Rəhimzadə 2020-ci ilin yanvarında İstanbul şəhərində Yaşar Doğu Turnirinin qalibi oldu. Fevralda isə Əli Rəhimzadə Avropa Çempionatlarında debüt elədi. İtaliyanın Roma şəhərində baş tutan turnirin bürünc medal uğrunda görüşündə Macarıstan nümayəndəsi İsmayıl Musuğayeva qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.Daha sonra Əli Rəhimzadə 2021-ci ilin fevralda Kiyev şəhərində beynəlxalq turnirin qalibi oldu. Apreldə isə Əli Rəhimzadə Avropa Çempionatında mübarizə apardı. Polşanın Varşava şəhərində baş tutan turnirin bürünc medal uğrunda görüşündə Andrey Svirida qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu. İlin növbəti turnirlərində isə Əli Rəhimzadə ciddi uğurlara imza ata bilmədi — Rusiyada Ə. Əliyev Turnirinini və Norveçdə Dünya Çempionatını 16-cı pillədə başa vurdu.2022-ci ildə Əli Rəhimzadə cəmi bir beynəlxalq turnirdə mübarizə apardı. İyunda Roma şəhərində (İtaliya) baş tutan Matteo Pellicone Turnirinin bürünc medalına sahib oldu.2023-cü ildə Əli Rəhimzadə əvvəlcə fevralda Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Apreldə isə Avropa Çempionatında mübarizə aparan Əli Rəhimzadə turniri beşinci pillədə başa vurdu. | https://az.wikipedia.org/w/index.php?curid=794818 |
Əli Sahib Ursavaş | Əli Sahib Ursavaş (1885, Rəvandüz, İraq Kürdüstanı – 26 dekabr 1939, Adana)— Türk əsgər və siyasətçisi. Əli Sahib Ursavaş 1887-ci ildə Kərkükdə doğulmuşdu. Hərbiyə məktəbini bitirmişdi. Mudros müqaviləsinin ardından Anadolunun işgali başlayınca Cəbunişərqi Anadoluda "Namık" ləqəbi ilə Milli qüvvəyə (Kuvayi Milliyəyə) qatıldı. Fransız işgali sırasında Mustafa Kamaldan aldığı əmrlə Urfa Jandarma komandiri ilə birlikdə Urfa müdafiəsi direnişini təşkil etdi. 23 aprel 1920-ci ildə açılan TBMMyə Urfa millət vəkili olaraq girdi. 1920-ci ilin dekabrında Urfa Kuvayi Milliye komandiri olaraq bölgədəki əşirət rəislərini Fransız işgaline qarşı topladı. Aktiv olaraq savaşdı. Konya İstiklal Məhkəməsi rəisi oldu. 1923-cü ildə Urfa millət vəkili seçildi. 1926-cı ildə Şərqi İstiqlal Məhkəməsi sədri oldu. 1931-ci ildə və 1935-ci ildə yeniden Urfa millət vəkili seçildi. Atatürkə qarşı sui-qəsd girişiminə adı qarışdıysa da, günahsızlığı təsbit olundu. Əli Sahib Ursavaş 25 sentyabr 1939-cu ildə Ankarada 52 yaşında vəfat etdi. Urfa qəhrəmanı və Atatürkün yaxın silahdaşı olduğundan soyadı qanunu çıxdığında, soyadı Ursavaş olarak Atatürk tərəfindən verildi. Evli və 4 uşaq atasıydı. Çukurova Dramı ve Urfanın Kurtuluş Savaşları | https://az.wikipedia.org/w/index.php?curid=277675 |
Əli Salahlı | Əli Məmməd oğlu Salahlı (Salayev) (26 iyun 1946, Masallı rayonu – 24 aprel 2005, Lənkəran) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000). Əli Salahlı 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində doğulmuşdur. O, 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb. 1973–2005-ci illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor işləyib.Əli Salahlı 24 aprel 2005-ci ildə Lənkəranda vəfat etmişdir. İfa etdiyi əsas rollar Filmoqrafiya Durnalar qayıtdı (film, 2003) Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000 | https://az.wikipedia.org/w/index.php?curid=583279 |
Əli Salayev | Əli Məmməd oğlu Salahlı (Salayev) (26 iyun 1946, Masallı rayonu – 24 aprel 2005, Lənkəran) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000). Əli Salahlı 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində doğulmuşdur. O, 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb. 1973–2005-ci illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor işləyib.Əli Salahlı 24 aprel 2005-ci ildə Lənkəranda vəfat etmişdir. İfa etdiyi əsas rollar Filmoqrafiya Durnalar qayıtdı (film, 2003) Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000 | https://az.wikipedia.org/w/index.php?curid=583284 |
Əli Sami Yen | Əli Sami Bəy (sonradan "Yen" adını aldı, 20 may 1886, Konstantinopol – 29 iyul 1951, İstanbul) — Alban əsilli türk futbolçu, məşqçi və idman meneceri. Yazıçı Şəmsəddin Saminin ikinci oğludur. "Qalatasaray FK"-nın qurucularındandır. Əli Sami Bəy 20 may 1886-cı ildə İstanbulun Şamlı səmtində anadan olub. Atası məşhur ədəbiyyatçı Şəmsəddin Sami idi. Qalatasaray Litseyində oxuyub və futbol oynayıb. 1905-ci ildə Qalatasaray Litseyi onunla birgə oxuyan yoldaşları ilə birlikdə Qalatasaray idman klubunu yaratmaq qərarına gəlib və klubun bir nömrəli qurucu üzvü olub. Əli Sami Yen ayrıca Türk futbolunun qabaqda gələn təşkilatçılarından da biri oldu. Yen, 1923-cü ildə qurulan Türkiyə İdman Cəmiyyətləri İttifaqının qurucuları arasında iştirak etdi və başçılığını etdi. 1924 Paris Olimpiadasına qatılan Türk karvanının başçılığını etdi. 1926–1931 illəri arasında Türkiyə Milli Olimpiaya Komitəsinin başçısı vəzifəsini icra etdi. Qalatasarayda 1905–1918 arasında 13 il, 1925-də 1 il olmaq üzrə iki dövrdə 14 il başçı olaraq xidmət etdi. Əli Sami Yenin sarı qırmızılı kluba əhəmiyyətli bir qatqısı da Qalatasaray Muzeyinin qurulması oldu. 1905-ci ildə idarə etdiyi Moda-Kadıköy qarşılaşması səbəbiylə, Əli Sami Yenin ilk Türk hakim ola biləcəyi də müxtəlif qaynaqlarda yazılıdır. Mili Komanda Rumıniya ilə etdiyi ilk matçda, məşqçi olaraq komandanın başında o vardı. Bu vəzifəni də bir müddət icra etmiş, yəni Türk Milli Komandasının ilk texniki direktoru olmuşdur. Qalatasaray İdman Klubunun qurucusu Əli Sami Yenin adı, komandanın futbol oynadığı stadiona verilmişdir. Əli Sami Yen 1951-ci ildə vəfat etdi və Feriköy qəbirstanlığında torpağa tapşırıldı. Əli Sami Yenin açdığı yoldan xeyli çox idmançı, texniki adam və idarəçi yetişdi. Atletizm, basketbol, volleybol kimi idman növlərinin də Türkiyədə inkişafında əhəmiyyətli rollar oynadılar. Xarici keçidlər galatasaray.org — Ali Sami Yen | https://az.wikipedia.org/w/index.php?curid=9135 |
Əli Sami Yen İdman Kompleksi | Ali Sami Yen İdman Kompleksi yada sponsorluq adı ilə Rams Park — Rams Park İstanbulun Sarıyer rayonunda yerləşən çox məqsədli stadion, Qalatasaray PFKın daxili sahədəki futbol oyunlarına ev sahibliyi etməkdədir. Rams Park, Yüzüncü İl Atatürk Stadionu və Beşiktaş Park stadionlarına struktur olaraq ilham qaynağı olmaqla birlikdə Türkiyədəki C90 görüş bucağına sahib ilk stadionu xüsusiyyətini daşımaqdadır. Toplam 52.652 kreslo tutumuna sahib olan stadion, Atatürk Olimpiada Stadionunda sonra tamaşaçı tutumu baxımından Türkiyənin ən böyük ikinci stadionudur. İlk olaraq 1996-ci ildə gündəmə gələn ancaq müxtəlif problemlər səbəbiylə də tapılmayan və sonrasında yeri dəyişdirilən layihənin təməli 13 dekabr 2007 tarixində atıldı. O dövr Şişli'de bağlı olan indiki vaxtda isə Sarıyer sərhədlərində olan bir-birinin ardınca düzülmüş üç təpədən Şişli Bələdiyyəsin adı Aslantepe olaraq dəyişdirilən 120 dönüşlük təpəyə tikilən Türk Telekom Arena adı ilə 15 yanvar 2011-ci ildə açıldı. Türk Telekom, 2010-11 mövsümünün ikinci yarısından etibarən 10 illiyinə stadiona ad sponsoru olmuşdur. Rams Park cəmdə 198 loja və 4500'den çox VIP kreslosuna malikdir. Qalatasaray ilə Fənərbaxça arasında 18 Mart 2011 tarixində liqada oynanan və 52.695 tamaşaçının izlədiyi qarşılaşma stadion tarixinin ən yüksək azərkeşli matçı oldu. Stadion, Qalatasarayın ev oyunlarının yanında bəzi təşkilata da ev sahibliyi etdi. 2013 FIFA 20 Yaş Altı Dünya Kuboku təşkilatının qrup və ikinci tur matçlarının yanında, turnirin final müsabiqəsi bu stadionda oynandı. Türkiyə Milli Futbol Komandası da zaman zaman daxili sahə matçlarını burada reallaşdırdı. Futbol matçları xaricində stadion, konsert təşkilatları ilə müxtəlif bayram və tədbirlərdə ev sahibliyi etdi. | https://az.wikipedia.org/w/index.php?curid=262866 |
Əli Seyidov | Əli Seyidov(azərb. Seyidov Əli Rahim oğlu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi Seyidov Əli Rahim oğlu 1999-cu il iyulun 11-də Bakı şəhərində anadan olub. 2006-cı ildə Rixard Zorge adına 90 saylı orta məktəbdə təhsil almağa başlayıb. Kikboksinq və ağır atletika üzrə yarışlarda birincilik qazanıb. 15 qızıl, 6 gümüş, 3 bürünc medalın sahibi olub. 2018–2019-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti Hərbi xidməti bitirdikdən sonra müqavilə ilə Azərbaycan ordusunda müddətdən artıq xidmət (MAXE) keçirdi. Azərbaycan Ordusunun əsgəri olan Əli Seyidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər-Madagizin azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 4-də Tərtər-Madagizin azad edilməsində qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 10-da Bakıda Bülbülə şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Seyidov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=723724 |
Əli Sistani | Əli Sistani (tam adı:Seyid Əli Hüseyni Sistani; d. 4 avqust 1930, Məşhəd, İran) — Mərkəzi Nəcəfdə olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəri, Ayətullah əl-üzma. Hal-hazırda İraqın Nəcəf şəhərində yaşayır. 2014-cü il Nobel Sülh mükafatına namizəd göstərilmişdir. Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlmişdir.Anası Seyid Rza Mehrabaninin qızı (Mehraban şəhəri). İbtidai və orta təhsilini Məşhəddə o dövrün məşhur alimlərindən alır. Ali dərəcədə Üsul, Fiqh, Əqli elmlər və ilahiyyat elmlərini o dövrün məşhur alimi Mühəqqiq Mirzə Mehdi İsfahani və d. alır. 1948/1949-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə köçür. Burada o, o dövrün məşhur alimlərindən Ayətullah əl-Üzma Seyid Hüseyn Burucərdi və b. Üsul və Fiqh sahəsindən Ayətullah Höccət və b. isə Hədis və Rical elmindən təhsil alır. 1951/1952-ci illərdə təhsilini artırmaq üçün İraqın Nəcəf şəhərinə köçür. Nəcəfə köçdükdən sonra orada müxtəlif elmi müəssisələrdə o dövrün məşhur alimlərindən: Ayətullah əl-Üzma Seyid Xoyi'dən, Ayətullah əl-Üzma Seyid Həkim'dən, Ayətullah əl-Üzma Şeyx Hüseyn Hilli'dən və b. təhsil alır. Dini fəaliyyəti 1961/1962-ci illərdə Şeyx Ənsari'nin "Məqasib"i üzərindən ictihad dərslərinə başlayır və bu mənbə üzərindən illərlə ictihad dərsləri verir. Daha sonralar daha ali səviyyədə ictihad dərslərini şərhi ünvanı ilə Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdi'nin "Urvət'ul Vusqa"sı ilə davam etdirir. Bu dönəmdə Təharət, Xums, Namaz və Namazla əlaqəli bir çox mövzularda geniştərkibli dərslər verir. 1965-ci ilin Yanvar ayından ali ictihad dərəcəsində Üsul dərsləri verməyə başlayır. Bu dərslərin üçüncü bölümünü 1991-ci ilin Fevral/Mart aylarında tamamlayır. Bundan sonra onun yetişdirdiyi şagirdlər Üsul və Fiqh sahələrindən dərs verməyə başlayır. Sistani 30 il ali səviyyədə Fiqh, Üsul və Rical təhsili verir. Şeyx Ənsari'nin "Məqasib"-ini ali səviyyədə tədris etdiyi son dönəmdə Təharət, Qəza, Xüms, Fiqh'in bəzi qaidə və bəhslərini (Faiz, Təqiyyə, ilzam və s. kimi) tədris edir. Bu dərslərinin bəziləri kitab olaraq da nəşr olunur. Bundan başqa 3 dövr tam olaraq Üsul dərsi verir və bu dərslərindəki bəzi bəhsəri kitab olaraq yayınlanır. Sistaninin bəzi şagirdləri də ustadlarının bu dərslərini bəyan edərək yayınlayırlar. Şərhi Urvət’ul Vusqa Əl Buhus’ul Usuliyə Kitab’ul Qəza Kitab’ul Bey’i və’l Hıyarat Fi’l Libas’il Məşquq fihi Fi Qaidət’il Yəd Fi Salat’il Misafir Fi Qaidət’il Təcavüz və’l Firaq Qaidət’ul ilzam İctihat və Təqlit Fəvaid’ul Ğarəviyyə Hücciyətu Mərasili İbn-i Əbi Umeyr Naqdi Risalət’u Təshih’il Əsanid’il Ərdəbili Şərhi Məşiyət’ut Təhzibeyn Qaidət’il Qur’a Tarixi Tədvini’il Hədis fi’l İslam Fəvaid’ul Fiqhiyyə Risalətun fi hukmi ma iza ixtələfəl - muctəhidan əl-mutə-saviyan fil - fətva Müctəhidan’il Mutasaviyan Fi’l Fətva Tovzihul Məsail Minhacus Salihin Əl-Məsailul-Muntəxəbə Əl-Fiqh lil-muğtəribin Rəsmi saytı Həmçinin bax Şiə məzhəbinin alimləri siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=164222 |
Əli Suavi | Əli Suavi (d. 8 dekabr 1839 - ö. 20 may 1878) — Osmanlı mütəfəkkiri və yazarıdır. Hanefi Demirkıran. "Ali Suavi" Hilmi Ziya Ülken, 1979, Türkiye'de Çağdaş Düşünce Tarihi, İstanbul: Ülken, s. 74 | https://az.wikipedia.org/w/index.php?curid=548984 |
Əli Sultanlı | Sultanlı Əli Abdulla oğlu — ədəbiyyatşünas, pedaqoq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1946), professor (1947). Əli Sultanlı 1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində bənna ailəsində doğulmuşdur. İlk təhsilini Naxçıvanda alan Ə. Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunur və 1928-ci ildə oranı bitirir. O, bir müddət "Şərq qalısı" qəzetində ədəbi işçi vəzifəsində çalışır.Ə. Sultanlı 1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyir və geniş elmi-tədqiqat işi aparır. Ə. Sultanlı 1934–39-cu illərdə xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik etmiş, 1939–1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklər, müntəxəbatlar, tədqiqat əsərləri yaratmışdır. Ə. Sultanlı "Antik ədəbiyyat tarixi", "Roma ədəbiyyatı müntəxəbatı", "Antik ədəbiyyatı müntəxəbatı" kimi dərsliklərin, "Azərbaycana dramaturgiyasının inkişaf yolları", "Nizami və Qərbi Avropa ədəbiyyatı" və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanmışdır. O, Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı, sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Partiya və Hökumət Ə. Sultanlının xidmətlərini yüksək qiymətləndirərək onu 1940-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə, Əmək igidliyinə görə medalı ilə təltif etmişdir. 1960-cı il iyulun 18-də Bakıda vəfat etmişdir. V. Hötenin yaradıcılıq yolu. Bakı: Azərnəşr, 1932, 32 səh. M. F. Axundovun dramaturgiyası. Bakı: Azərbaycan EA nəşri, 1938, 38 səh. Mopassanın hərbi novellaları. Bakı: ADU-nun nəşri, 1942, 20 səh. Azərbaycanda xalq draması. Bakı: ADU-nun nəşri, 1945, 66 səh. Roma və Yunanıstanda ədəbiyyatşünaslıq və estetika məsələləri. Bakı: ADU-nun nəşri, 1945, 82 səh. Şekspir və onun on ikinci gecəsi. Bakı: Azərnəşr, 1946, 10 səh. Antik dövrdə ədəbiyyat və ədəbiyyatşünaslıq məsələləri. Bakı: ADU-nun nəşri, 1946, 48 səh. Rəşidbəy Əfəndiyevin dramaturgiyası. Bakı: Azərnəşr, 1946, 11 səh. Dədə Qorqud və yunan eposları. Bakı: ADU-nun nəşri, 1946, 156 səh. Nizami və Qərbi Avropa ədəbiyyatı. Bakı: Azərnəşr, 1947, 35 səh. Ostrovski və Azərbaycan dramaturgiyası. Bakı: Azərnəşr, 1948, 28 səh. Antik ədəbiyyat tarixi. Bakı: ADU-nun nəşri, 1958, 496 səh. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı: Azərnəşr, 1964, 300 səh. Məqalələr. Bakı: Azərnəşr, 1971, 327 səh. | https://az.wikipedia.org/w/index.php?curid=69803 |
Əli Sultanzadə | Sultanzadə Əli Hacı Kazım oğlu (1900, Gədəbəy rayonu – avqust 1950) – şair, Yazıçılar Birliyinin üzvü. 1900-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində doğulmuşdur. Kiçik yaşlarında atasını itirdiyindən qardaşının himayəsi altında yaşamışdır İbtidai təhsilini kənd məktəbində almış, sənət məktəbinin aqronomiya şöbəsinə daxil olmuşdur (1912) Oranı müvəffəqiyyətlə bitirsə də öz ixtisası üzrə iş tapa bilməmişdir. 1918–1919-cu illərdə Gədəbəy mis mədənlərində fəhlə təşkilatlarında, mədəni-maarif cəbhəsində işləmişdir. Sovet Hakimiyyəti qurulduğu ilk illərdən imkanları genişlənmişdir: Şəmkir qəzasında müəllim, məktəb müdiri, sonra qəza komsomol komitəsinin katibi işləmişdir (1920–1921). Azərbaycan LKGİ MK-nın mühazirəçisi olmuş (1921–1923), sonra Şəmkir qəzasında orta məktəb müəllimi və maarif işçiləri ittifaqı qəza komitəsinin məsul katibi vəzifələrində işləmişdir (1924). Əsərləri ("Bakı", lilah dağı". "Şəki", Altun qala", "Puşkin" və b) mətbuatda çıxmışdır. "Kəndli qız", "Altun qala", " Samur" və b. poemaları da vardır. Şerlərini Şəmsil Cədid, Əli Cədid təxəllüsləri ilə çap etdirmişdir Tbilisidə Zaqafqaziya kommunist məktəbini bitirmiş (1925–1926), Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda aqronom (1927–1929). İrəvanda "Sovet Ermənistanı" qəzeti redaksiyasında ədəbi redaktor (1929–1930) vəzifələrində işləmişdir. Gürcüstan SSR Borçalı rayonunda orta məktəb müdiri (1926–1929), Bakıda Yazıçılar İttifaqının ədəbiyyat kurslarında müdavim (1929–1930) olmuşdur Sonra "Kommunist" qəzeti redaksiyasında mütərcimlik etmiş, Naxçıvan kənd təsərrüfatı texnikumuna müdir göndərilmişdir. O, Gürcüstan SSR Adıgün rayonunda maarif şöbəsinin müdiri, pedaqoji texnikumun müdiri (1932–1936), "Qızıl rəncbər" adlı rayon qəzetinin redaktoru (1934–1935), işləmişdir Sonra Tbilisidə Azərbaycan dilində buraxılan qəzetin ədəbi redaktoru və Üslubiyyatçısı, "Dan ulduzu" məcmuəsinin əməkdaşı olmuşdur. 1938–1940-cı illərdə Azərbaycanın Quba rayonunda II nüvədi kənd beynəlmiləl orta məktəbin müəllimi, Benera qəsəbəsindəki pedaqoji məktəbin dil-ədəbiyyat müəllimi, şəhər ibtidai məktəbinin müdiri kimi çalışmışdır Tbilisi Dövlət Universitetinin ədəbiyyat fakültəsində ali təhsil almışdır (1931–1936). Bakıda elmi tədqiqatla məşğul olmuş, əlifba komitəsinin, Qafqazşünaslıq institutunun və b. üzvü olmuşdur AS Puşkin, İ. Cavcavadze, Ş. Rustaveli kimi sənətkarlardan tərcümələr etmişdir Gədəbəy rayonunun Kərkər, Kiçik Qaramurad, böyük Qaramurad kəndlərində müəllimlik etmişdir (1940–1950). "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. 1950-ci ilin avqust ayında doğma kəndi Böyük Qaramuradda vəfat etmiş. Çobankənd qəbiristanlığında dəfn edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=103273 |
Əli Sunal | Əli Sunal (türk. Ali Sunal; 22 sentyabr 1977, İstanbul) — Türkiyə teatr, kino və teleserial aktyoru. O, Kamal Sunalın oğludur. Atasıyla birlikdə rol aldığı Propoganda filmindəki "Mahmut" və En Son Babalar Duyar serialındakı "Mustafa" rolları ilə tanınmışdır. Yedditəpə Universitetində İşlətmə təhsili alan sənətçi, Sadri Alışık Mədəniyyət Mərkəzi teatrı, Dorman teatrı kimi yerlərdə işləmişdir. Sinema və seriallarda rol aldı. İşlətmə bölümündən 1999-cu ildə məzun oldu. İndi Teatr İstanbul-da vəzifə başındadır. 21 iyul 2011-də Gökçe Bahadırla evləndi. Cütlük 23 fevral 2012-də boşandı. 2018-ci ildə Nazlı Qurbanzadə ilə evlidir. Hal-hazırda Show TVdə yayımlanan Güldür Güldür Şouda aparıcılıq edir. Filmoqrafiyası Televiziya filmlərində Xarici keçidlər Əli Sunal İnternet Movie Database saytında Sinematürk-də Əli Sunal Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine Həmçinin bax Güldür Güldür Şou | https://az.wikipedia.org/w/index.php?curid=531035 |
Əli Süheyli | Əli Süheyli (fars. علی سهیلی; 1896, Təbriz – 1 may 1958, London) — Rza şah Pəhləvinin dövründə İranın baş naziri (vəziri), diplomat və dövlət xadimi. Əli Süheyli, Təbrizdə yoxsul bir ailədə dünyaya gəlib. Mahmud Cəm kabinetində xarici işlər naziri idi. O, digər kabinetlərdə Kirman ostanının qubernatoru (ostandarı) və daxili işlər naziri də olmuşdur. 'Alí Rizā Awsatí (عليرضا اوسطى), Iran in the Past Three Centuries (Irān dar Se Qarn-e Goz̲ashteh - ايران در سه قرن گذشته), Volumes 1 and 2 (Paktāb Publishing - انتشارات پاکتاب, Tehran, Iran, 2003). ISBN 964-93406-6-1 (Vol. 1), ISBN 964-93406-5-3 (Vol. 2). Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=330144 |
Əli Süleymanov | Süleymanov Əli Vəli oğlu (27 avqust 1924, Dizə, Naxçıvan MSSR – 8 mart 2000) — İkinci dünya müharibəsi iştirakçısı. 1924-cü il avqustun 27-də Culfa rayonunun Dizə kəndində anadan olub. Həmin kənddə orta məktəbi qurtardıqdan sonra 1942-ci ildə Naxçıvan şəhərindəki Müəllimlər İnstitutuna daxil olur. İkinci Dünya Müharibəsi getdiyindən elə həmin ildə də hərbi xidmətə çağırılır. Bu vaxt 18 yaşı yenicə tamam olan Ə.Süleymanov 1942-ci ilin dekabrında döyüşlərin birində yaralanaraq Tbilisidə hərbi hospitalda müalicə olunur. Burada müalicə olunan vaxt atasına göndərdiyi fotoşəkilin arxasında yazdığı sözlər qısa və lakonik olur: "Məni qələbə ilə gözləyin". O bununla sağaldıqdan sonra yenidən cəbhə bölgəsinə gedəcəyini bildirir. Belə də olur, Ə.Süleymanov sağaldıqdan sonra yenidən cəbhə bölgəsinə yollanır. Bir sıra ağır döyüşlərdə iştirak edən Ə.Süleymanov Rumıniyanın Konstansa şəhərinin alman faşistlərindən azad edilməsində göstərdiyi şücaətə görə 1944-cü ilin avqust ayında medal və Fəxri Fərmanla təltif edilir. Müharibə qurtardıqdan sonra doğma Dizə kəndinə qayıdan Ə.Süleymanov Naxçıvan şəhərindəki Müəllimlər İnstitutunda yarımçıq qalmış təhsilini başa vurur. Daha sonra isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirir. 1946-cı ildə ailə həyatı quran Ə.Süleymanovun bu izdivacdan 4 övladı olur. 1947-1950-ci illərdə orta məktəbdə müəllim işləyən Ə.Süleymanov 1950-1988-ci illərdə Culfa şəhərindəki "İnturist" mehmanxanasının müdiri vəzifəsində işləyib. Ə. Süleymanov 2000-ci il mart ayının 8-də vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=329296 |
Əli Səbri | Əli Qasımov (yazıçı) — Azərbaycanlı pedaqoq, yazıçı, jurnalist, tərcüməçi. Əli Qasımov (aktyor) — Azərbaycanlı aktyor. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=288210 |
Əli Səbri Qasımov | Əli Qasımov (yazıçı) — Azərbaycanlı pedaqoq, yazıçı, jurnalist, tərcüməçi. Əli Qasımov (aktyor) — Azərbaycanlı aktyor. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=500093 |
Əli Səidlu | Əli Səidlu — İran siyasətçisi. Əslən İran azərbaycanlılarındandır. O, 2003–2005-ci illərdə Mahmud Əhmədinejadın dövründə Tehran merinin müavini olmuş və Məhəmməd Baqir Qalibaf yeni mer seçilənə qədər onun səlahiyyətlərini icra etmişdir. Səidlu 2009–2011-ci illərdə Bədən Tərbiyəsi Təşkilatının rəhbəri olmuşdur. Erkən illəri Əli Səidlu 10 oktyabr 1952-ci ildə İranda, Şərqi Azərbaycan ostanının Təbriz şəhərində anadan olmuşdur. O, 1975-ci ildə Təbriz Universitetini bitirmiş, sonra ABŞ-yə köçmüşdür. Səidlu 1980-ci ildə doğma şəhərinə qayıtmışdır. Siyasi karyera Əli Səidlu 1982-ci ildə Ticarət Nazirliyində maliyyə məsələləri üzrə müavin təyin edilmişdir. O, iki il sonra ticarət nazirinin müavini, daha sonra isə kooperativlər nazirinin müavini seçilib. Səidlu 1990-cı ildən 2002-ci ildə İran Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilməsinə qədər bu vəzifəni icra etmişdir. 2003-cü ildə keçirilən yerli seçkilərdə Mahmud Əhmədinejad Tehran meri seçilir və Səidlu onun müavini təyin olunur. Əhmədinejad daha sonra prezident seçilmiş və Səidlu 2005-ci il avqustun 3-dən sentyabrın 17-dək Tehran merinin səlahiyyətlərini icra etmişdir. O, 2005-ci ildə Əhmədinejad tərəfindən Neft Naziri təyin edilsə də, bu, İran Parlamenti tərəfindən təsdiq edilməmişdir. 2009-cu ilin avqustunda Səidlu Əhmədinejad tərəfindən Bədən Tərbiyəsi Təşkilatının rəhbəri təyin edilir və 2011-ci ilin avqustuna qədər bu vəzifəni tutur. | https://az.wikipedia.org/w/index.php?curid=88247 |
Əli Səlimi | Əli Səlimi (علي سليمي) - azərbaycanlı bəstəkar, "Ayrılıq" və "Sizə salam gətirmişəm" kimi məşhur mahnıların bəstəçisi, Azərbaycan Bəstəkarlar İttifaqının fəxri üzvü. Əli Səlimi 1922-ci ildə Bakı şəhərində Kubinka məhləsində dünyaya göz açıb.Bakinin Pirşagi kəndindəndir.Atasi Ərdəbil şəhərindən Bakıya köçmüşlər - atası Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən idi, anası Məşədi Cəvahir isə bakılı Pirşagili idi. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. 1930-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. 1938-ci ildə Əli Səliminin atası (eləcə də tarzən Adil Axundzadə – Tehran radiosunun solisti və tanınmış xanəndə Mustafa Payan – Tehranın məşhur xanəndəsi) məcburiyyət qarşısında Ərdəbilə köçməli oldular. "Sizə salam gətirmişəm" və "Ayrılıq" 1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində Rəşid Behbudovun İran səfəri yaddaqalan, maraqlı hadisələrlə zəngin idi. Belə hadisələrdən biri İranda baş verir. İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra əslən Bakıdan olan ölməz bəstəkar Əli Səlimi dünyalar qədər sevdiyi müğənnini evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olduğunu soruşur. Əli Səlimi bildirir ki, Rəcəb İbrahimi "Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şerə mahnı bəstələdim. Rəşid bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılığ"ı mənə təklif etmirsən. Əli Səlimi cavabında izah edir ki, qorxuram "Ayrılığ"ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. "Sizə salam gətirmişəm"i oxusan mənə dünyanı vermiş olarsan. Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz. Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını - "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.2007-ci il dekabr ayının ortalarında Ərdəbil şəhərində incəsənət mərkəzi tərəfindən tədbir keçirildi. Bu tədbirdə böyük hörmətlə qarşılanan Əli Səliminin bəstələdiyi mahnılar səsləndi. Dekabrın 15–16-da Ərdəbildə Əli Səliminin xatirəsinə həsr olunmuş ilk Azərbaycan muğam festivalı keçirildi. Gül Ərdəbil Sizə Salam Gətirmişəm Heydər Baba Bahar gəldi Yaşa məhəbbət Ana laylası Sənin sözün Yalan dünya Füzuli üçün Azadlıq qoşaları Azərbaycan (1) Azərbaycan (2) Səni istəyirəm Xarici keçidlər Əli Səliminin mahni yaradiciligi Xalid Orucəlipur. "Ayrılıq mahnısını kim və necə yaratdı ?" (az.). 14 mart 2013. Archived from the original on 2015-09-13. İstifadə tarixi: 2015-10-30.. | https://az.wikipedia.org/w/index.php?curid=94339 |
Əli Səmədov | Əli Səmədov (Əli Qafur; 1 sentyabr 1930, Mallı Şıxlı, Göyçay rayonu – 2006) — Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində ədəbi-dram redaksiyasında redaktor. Əli Səmədov 1930-cu il sentyabrın 1-də Göyçay rayonunun Mallı Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur.2006-cı ildə vəfat etmişdir. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır. O, əmək fəaliyyətinə 1953-cü ildə Artyomda tərbiyəçi-müəllim kimi başlamışdır. Sonra Azərbaycan SSR Mədəniyyət Nazirliyində inspektor, respublika kinoprokat idarəsində rəis müavini, Azərbaycan Kinematoqrafçılar İttifaqında sovet incsənətinin təbliği bürosunun direktoru, «Azərbaycan pioneri» qəzeti redaksiyasında «Ədəbiyyat və incəsənət» şöbəsinin müdiri olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində ədəbi-dram redaksiyasında redaktor işləyir. Ə. Səmədov ədəbi yaradıcılığa 1959-cu ilin mayında «Ədəbiyyat və incəsənət» qəzetində çap olunan «Unuda bilmirəm» hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda hekayələrlə müntəzəm çıxış etmişdir. Onun «Artıq tamah baş yarar», «Hərənin bir ulduzu», «Kibrit çöplərinin macərası» və s. əsərləri respublika dövlət teatrında tamaşaya qoyulmuşdur. «Artıq tamah baş yarar» nağıl-pyesi 1964 – 1983-cü illərdə A. Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulmuşdur. Əsərləri SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Filmoqrafiya Lovğa fil balası (film, 1987) | https://az.wikipedia.org/w/index.php?curid=493551 |
Əli Səmədov (futbolçu) | Əli Səmədov Azərbaycan Premyer Liqasında Kəpəz futbol klubunda yarım müdafiəçi mövqeyində oynayan Azərbaycanlı futbolçu. Əli Səmədov İlham oğlu 6 sentyabr 1997-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə Gəncə şəhəri 24 saylı tam orta məktəbin birinci sinifinə gedib. 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Futbol ixtisası üzrə təhsil alıb. Klub Karyerası İlk dəfə 2009-cu ildə 12 yaşında Qəbələ U-13 formasını geyinib. Onun da çıxış etdiyi U-14, U-16, U-17, U-19 üzrə komandaları Azərbaycan cempionu olmuşdur.2015-ci ildə Kəpəz futbol klubuna transfer olunub. 2019-cu ildə Kəpəz futbol klubundan Sabah futbol klubuna transfer olunub. 2019-cu ildə Kəpəz 2 futbol komandasına transfer olmuşdur. 2023-cü il Şamaxı futbol komandasına transfer olunmuşdur. 2023-cü ildə Kəpəz futbol komandasına transfer olunmuşdur. Həmçinin Bax | https://az.wikipedia.org/w/index.php?curid=806077 |
Əli Tanoğlu | Əli Tanoğlu (1904, Kosovo – 1978, İstanbul) — Cumhuriyyət dövrünün ən böyük coğrafiyaçısıdır. Əli Tanoğlu 1904-cü ildə Kosovada anadan olmuşdur. Orta təhsilini İstanbulda oxumuşdur. O İstanbulda universitetinin Coğrafiya fakültəsinə daxil olub, 1929-cu ildə buranı bitirmişdir. Həmin il Türkiyə hökumətinin təşəbüsü ilə Fransaya oxumağa göndərilir. O Parisdə oxumağa başlayır. 1933-cü ildə orada təhsilini bitirib, 1934-cü ildə Türkiyəyə geri dönür. 1942-ci ildə professor olmuşdur. İki dəfə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, 1957-ci ildə İstanbul universitetinin rektoru olmuşdur. 1974-cü ildə təqaüdə ayrılır. 1978-ci ildə vəfat etmişdir. Əli Tanoğlu Ümumi Coğrafiyanın çoxlu sayda dərslik dərc edilmişdir: Coğrafiya, Enerji mənbəyi, siyasi coğrafiya və s. Professor Tanoğlu Türkiyə coğrafiyasında hər şeydən əvvəl fiziki coğrafiyada rolu böyükdür. Bəzi əsərləri 1940, Enerji Kaynakları. İ. Ü. Coğr. Enst. Yay. No: 6, İstanbul. 1942, Ziraat Hayatı I, Orta İklim Memleketlerinde Ziraat. İ. Ü Coğr. Enst. Yay. No: 8, İstanbul. 1943, "Türkiye'de Büyük Su İşlerinin Bugünkü Durumu ve Türkiye'nin Su Davası", Türk Coğrafya Dergisi, sayı: 3–4, s. 288–308, Ankara. 1944, "Ziraatimizin Coğrafi Karakterleri ve Başlıca Meseleleri", İktisat Fakültesi Dergisi, Cilt/Sayı: 4/4, s. 321–354, İstanbul 1946, "Kurak Bölgelerde Tarım ve Bu Bakımdan Konya Bölgesinin Durumu", İstanbul Üniversitesi Haftası – Konya, s. 85, İstanbul. 1954, ‘’İskan Coğrafyası; Esas Fikirler, Problemler ve Metod’’, Türkiyat Mecmuası, Sayı: XI, s. 1–32, İstanbul. 1954, "The Geography of Settlement", İ. Ü. Geo. İns. Review, Sayı: 1, S. 1–27, İstanbul. 1964, "Coğrafya Nedir?, "İÜ. Coğr. Enst. Derg. sayı: 14, s. 3–14. İstanbul 1966, Nüfus ve Yerleşme Cilt: I. İÜ. Coğr. Enst. Yay. No:45, İstanbul. 1971, Enerji Kaynakları. (4. Baskı) İ. Ü. Coğr. Enst. Yay. No: 6, İstanbul. | https://az.wikipedia.org/w/index.php?curid=518369 |
Əli Tağıyev | Əli Tağıyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi. Əli Tağıyev (əsgər, 2001) — Vətən müharibəsi şəhidi. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=702771 |
Əli Tağıyev (əsgər, 1997) | Əli Aydın oğlu Tağıyev (7 avqust 1997 – 13 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Əli Tağıyev 1997-ci il avqustun 8-də İmişli rayonunda anadan olub. Hərbi xidməti Əli Tağıyev 2016-cı ilin 2 – 5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əli Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əli Tağıyev oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Tağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=697367 |
Əli Tağıyev (əsgər, 2001) | Əli Rahil oğlu Tağıyev (29 avqust 2001; Salyan, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Tağıyev 2001-ci il avqustun 29-u Salyan rayonunda anadan olmuşdur. 2006-cı ildə yaşadığı rayonun Azer Seferov adina İnternat məktəbində ibtidai təhsilinə başlamış və 2019-cu ildə oranı bitirmişdir. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əli Tağıyev Suqovuşan, Tərtər rayonunun Çaylı və Talış kəndlərindəki doyüşlərdə iştirak edib. 3 oktyabr 2020-ci ildə Suqovuşanda şəhid olub. Salyanda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. | https://az.wikipedia.org/w/index.php?curid=774713 |
Əli Tağızadə | Əli Əli oğlu Tağı-zadə (22 mart (3 aprel) 1883, Tiflis – 3 fevral 1966, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959–1963), Ermənistan SSR xalq ictimai təminat komissarı (1929–1932), Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi (1933–1935). Erkən həyatı və inqilabi fəaliyyəti Əli Əli oğlu Tağızadə 22 mart (3 aprel) 1883-cü ildə Tiflisdə suçu ailəsində anadan olmuşdur. Uşaq yaşlarından ibtidai ruhani məktəbində təhsilini yarımçıq qoyaraq boyaq emalatxanasında usta şagirdi işləməyə başlamışdır. 1903-cü ildən inqilabi hərəkata qoşulmuş, 1906-cı ilin iyunundan RSDF(b)P üzvü olmuşdur. Əli Tağızadə partiyanın tapşığı ilə digər bolşeviklərlə birlikdə "Hümmət"in Tiflis, Naxçıvan, Culfa və başqa şəhərlərdəki şöbələrinin yaradılmasında fəal iştirak etmişdir.1907-ci ildə Əli Tağızadə RSDF(b)P Qafqaz Ölkə Komitəsi tərəfindən Qacar hökumətinə qarşı üsyana qalxmış fəhlə və kəndlilərə kömək etmək üçün Cənubi Azərbaycana göndərilmişdir. O, bolşeviklərdən Heydər (Əmi oğlu) Tanrıverdiyev, İ. Mikaladze, S. Banvoryan və başqaları ilə birlikdə işləmişdir. Tiflisə qayıtdıqdan sonra İran inqilabçılarına döyüş sursatı göndərilməsinin təşkilində iştirak etmişdir. Bu fəaliyyətinə görə o, 1908-ci ilin avqustunda xəfiyyə idarəsi tərəfindən həbs edilərək Metex qalasına salınmışdır. Tutarlı dəlillər olmadığına görə həbsxanadan azad edilmiş, 1911-ci ildə partiyanın tapşırığı ilə ikinci dəfə İrana gedərək orada inqilabi təşviqat işləri aparmışdır.1917-ci il fevral inqilabından sonra Əli Tağızadə kütlələr içərisində inqilabi iş aparmışdır. 1917-ci ilin sentyabr ayında RSDF(b)P Qafqaz Ölkə Komitəsi onu rus ordusunun əsgərləri və fəhlələr arasında təşviqat aparmaq məqsədilə yenidən Cənubi Azərbaycana göndərilmişdir. O, digər bolşeviklərlə birlikdə Dilman şəhərində əsgər deputatları soveti təşkil etmiş və həmin şuranın icraiyyə komitəsinin tərkibinə seçilmişdir. 1917-ci ilin axırlarında yenidən Tiflisə qayıtmışdır. Oktyabr inqilabı ərəfəsində digər bolşeviklərlə birlikdə türk və almanlara, eləcə də onların tərəfdarları olan gürcü menşeviklərinə və müsavatçılara qarşı qəti çıxışlar etmiş, iki dəfə Gəncə və Qazaxa gedərək Qafqaz bolşevik komitəsi üzvlərinə mövcud vəziyyət barədə məruzələr etmişdir. Partiyanın tapşırığı ilə Əli Tağızadə 1918-ci ilin yayında misəritmə zavodunun fəhlələri arasında təbliğat işi aparmaq üçün Gədəbəyə göndərilmişdir. Həmin vaxtlarda o, Borçalı qəzasının kəndlərində, Tiflisin bir sıra müəssisələrində partiya Kommunist Partiyası özəklərinin təşkili ilə məşğul olmuşdur.1919-cu ilin sentyabrında Əli Tağızadə RK(b)P Qafqaz Ölkə Komitəsi tərəfindən Bakıya göndərilmiş və burada bolşevik təşkilatı ilə əlaqə yaratmışdır. O, Tiflisdəki vəziyyətə dair məlumat vermiş və Azərbaycan dilində çoxlu miqdarda partiya ədəbiyyatı götürərək yenidən Tiflisə qayıtmışdır. Tiflisdə 6-cı rayonun qərargah üzvü olan Əli Tağızadə Gürcüstan menşevik hökuməti əleyhinə silahlı üsyan hazırlanmasında fəal iştirak etmişdir. Bu zaman o, Tiflis İnqilab Komitəsinin tərkibinə daxil olmuş, 6-cı rayonun partiya konfrasında isə rayon partiya komitəsinin katibi seçilmişdir. Sovet hakimiyyəti dövründə fəaliyyəti 1921-ci ilin fevral ayında Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Əli Tağızadə burada rəhbər partiya və sovet işlərində çalışmış, eləcə də Vladimir Leninin rəhbərlik etdiyi IX Ümumrusiya Sovetlər qurultayına nümayəndə seçilmişdir. O, 1922-ci ildə inqilab komitəsinin, Borçalı qəzasında sovetlərə seçkilər üzrə müvəkkil vəzifələrində işləmiş, 1923–1924-cü illərdə Gürcüstan K(b)P və RK(b)P Zaqafqaziya Ölkə Komitəsi partiya nəzarət komissiyalarının üzvü seçilmişdir. 1924–1925-ci illərdə Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin katibi, 1925–1927-ci illərdə kənd təsərrüfatı kooperasiyası idarə heyətinin sədri, 1927–1928-ci illərdə Gürcüstan SSR Ali Məhkəməsi kollegiyasının üzvü, 1928–1929-cu illərdə isə Zaqafqaziya Dövlət Ticarəti İdarəsinin şöbə müdiri olmuşdur.Əli Tağızadə Ermənistan SSR-ə rəhbər işə göndərilərək 1929–1932-ci illərdə (Bala Əfəndiyevdən sonra) Ermənistan SSR xalq ictimai təminat komissarı, eyni zamanda İrəvanda çıxan "Qızıl şəfəq" qəzetinin redaktoru olmuş, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü seçilmiş, 1933–1935-ci illərdə Ermənistan KP Vedi Rayon Komitəsinin birinci katibi işləmişdir. 1938-ci ildə xalq düşməni kimi həbs olunmuş, lakin 1940-cı ildə azad edilmişdir. Bundan sonra o, Vedi rayonunun Qaralar kəndinə kitabxana müdiri göndərilmiş, lakin sonralar təqiblər səbəbindən Bakıya gəlmişdir.1946-cı ildən təqaüdə çıxaraq Bakıda yaşayan Əli Tağızadə Azərbaycan SSR Ali Sovetinin (4–6-cı çağırış) deputatı seçilmiş, 1959–1963-cü illərdə isə sədri olmuşdur. O, dəfələrlə ZSFSR, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələrinin, Azərbaycan və Ermənistan K(b)P Mərkəzi Komitələrinin, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 1957-ci ildən həyatının sonuna qədər Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi yanında İnqilabi Şöhrət Şurasının sədri vəzifəsində çalışmışdır.Əli Tağızadə 1905–1907-ci illərin birinci rus inqilabında fəal iştirak etdiyi üçün və inqilabi xidmətlərinə görə "Qırmızı əmək bayrağı" və Ermənistan SSR-in "Qırmızı bayraq" (1936) ordenləri, eləcə də medallarla təltif edilmişdir.Əli Tağızadə 3 fevral 1966-cı ildə vəfat etmişdir. Bakıdakı küçələrdən biri onun adını daşıyır. | https://az.wikipedia.org/w/index.php?curid=515806 |
Əli Topçiyev | Əli Rəhim oğlu Topçiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR kommunal təsərrüfatı (1963–1979) və mənzil-kommunal təsərrüfatı (1979–1980) naziri , Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (1980). Əli Topçiyev 1920-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.1944-cü ildən "Azneft" Birliyinin bir sıra neft mədənləri idarələrinin qaz-kompressor təsərrüfatlarında mexanik, stansiya rəisi, baş mühəndis, direktor olmuşdur. 1955-ci ildən Azərbaycan Dövlət Neft Sənayesi Müəssisələrini Layihələşdirmə İnstitutunda layihə baş mühəndisi vəzifəsində çalışmışdır.Əli Topçiyev 1957-ci ildən Azərbaycan qaz trestinin baş mühəndisi, Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutu bölməsinin rəhbəri olmuşdur. 1962-ci ildən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Baş Qaz İdarəsinin rəisi vəzifəsində işləmişdir. 1963-cü ildə isə Azərbaycan SSR kommunal təsərrüfatı naziri təyin edilmişdir. 1966-cı ildən ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.22 yanvar 1991-ci ildə uzun illər səmərəli işlədiyinə, respublika mənzil-kommunal təsərrüfatının inkişafına köməyinə görə Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=196801 |
Əli Tudə | Əli Qulu oğlu Cavadzadə (31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — Müasir Azərbaycan şeirinin yaradıcılarından biridir. 75 illik ömrünün 50 ildən çoxunu milli poeziyanın inkişafına həsr etmişdir. İlk ana dili dərsliyinin müəlliflərindən biri olmuşdur. İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaradır və bu filarmoniyanın həm ilk, həm də son müdiri olur. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987). Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan atası Qulu və anası Şahbəyimdir. XX əsrin ilk illərinə təsadüf edən növbəti şahsevənlərin basqınlarının birində Əli Tudənin ailəsi Şimali Azərbaycana gəlir. Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişib. O, nənəsi Qəribin himayəsində böyüyüb. 1937-ci il keçmiş Sovet İttifaqının ərazisinə dəhşətli represiya tufanı ilə gəlir. 1938-ci ilin yazında 14 yaşlı Əlini də nənəsi ilə birgə İrana sürgün edirlər. Kiçik xalası isə 2 uşağı ilə Bakıda qalır. Nənəsi ilə Ənzəlidəki bir mehmanxanada müvəqqəti məskunlaşır. Xalası Gəlinxanım öz uşaqları ilə Bakıdan gələndən sonra onlar mehmanxanadan yığışıb yük maşını ilə Ərdəbilə yola düşürlər. Əli Miyanə — Zəncan dəmiryolunda fəhləliyə başlayır və bir müddət sonra oradan ayrılır. Əli Tudə sonradan Astara — Ənzəli şosse çəkilişində iştirak edir və yol çəkilənə qədər buradan ayrılmır. Böyük arzularla yaşayan Əli daha o kəndə sığa bilmir. Beləcə o, Çanaqbulaq kəndindən ayrilir. 1944-cü ilin yayında yenidən Ərdəbilə yollanır. 1945-ci ilin may ayında isə ilk dəfə Təbrizə gedir. Bu "Vətən yolunda" qəzetinin Ərdəbil şairlərini dəvət etməsi ilə baş tutur. Əli Tudə Ərdəbil şairləri ilə birgə "Şairlər məclisi"nin növbəti məşğələsində iştirak edir. O, 1950-ci ilin yayında Aşıq Hüseyn Cavanın təkidi ilə evlənmək qərarına gəlir. Aşıq gənc şairin əvvəldən tanıdığı Usta İbrahiminqızı Kürdəmirdə məktəbdə dərs hissə müdiri işləyən Şəfiqəni məsləhət görür. Aşığın təklifi ilə qız Bakıya gəlir və Əli ilə ğörüşürlər. 1950-ci ilin yayında keçirilən toyuna yalnız yoldaşları, dostları yığışır. Gənc şair gecə də, gündüz də oxuyur və işləyirdi. Yazılarını evdə Şəfiqə xanım makinada yazır, uşağa da baxırdı. Əli Tudə istirahətinə fikir verən deyildi. Beləliklə də o, tezliklə xəstələnir və Partiya məktəbində təhsilini yarımçıq qoyaraq müalicəyə başlayır. 1956-cı ilin yayında otaylı həkim Cavad Təqdisi ilə Latviyaya, Liepaya şəhərində yerləşən sanatoriyaya müalicəyəyə gedir. Beləliklə, orta məktəb illərində Bakıdan başlanan yaradıcılıq yolu, erkən gənclik çağında Təbriz ədəbi mühiti, sonradan yenə qaynar Bakı ədəbi həyatı Əli Tudənin həqiqi vətənpərvər ziyalı, sevilən şair və yazıçı, maarifçi, naşir, publisist kimi yetişməsində mühüm rol oynamışdır. Əli Tudə yarım əsirdən çox siyasi mühacir damğası altında yaşamalı olmuşdur. Azərbaycan mühacir ədəbiyyatının mücahidi Əli Tudə 1996-cı ilin fevral 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Şairin vəfatı ilə bağlı "Azərbaycan" rəsmi dövlət qəzetində nekroloq verilmişdir. 1931-ci ildə keçmiş Sovet küçəsindəki "Bədəlbəyin məktəbi" deyilən 1 saylı ümüm təhsil müəssisəsində oxumağa başlayır. Daha sonra Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qazamatın yanında yerləşən məktəbə girir. 3–4 siniflərdə oxuyanda rəssamlığa böyük həvəsi yaranır. 5-ci sinifdə ikən rəsm çəkməkdən dönüb ilk dəfə şeir yazmağa başlayıb. 6-cı sinifə keçəndə Əli bu təhsil ocağı ilə də vidalaşıb 150 saylı orta məktəbə girir. O, 1937-ci ilin yazında məktəbdə keçirilən bir müsamirədə valideyinlər qarşısında " Yeni yol" qəzetində yenicə çap olunmuş "Vətən nəğməsi" adlı ilk şeirini oxuyur. Həmin ildə o vaxtki Bakı Mərkəzi Pionerlər Evinə (indiki Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi) gələrək sarayın nəzdində şair Osman Sarıvəllinin, sonra isə İsmayıl Soltanın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə üzv yazılır. 1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır.Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir (1947–1952). Yalnız 1947-ci ildə ali təhsil almaq imkanı yaranmış Əli Tudə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirir "Azərnəşr"ə redaktor vəzifəsinə göndərilir. Azərbaycan Demokratik firqəsinin Mərkəzi Komitəsi Ə. Tudəni Bakı Ali Partiya Məktəbinə oxumağa göndərir. Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran xalq Partiyasının Ərdəbil Vilayət Komitəsinə gələrək partiya sıralarına keçmək istəyini bildirir. Vətənin gözəlliyindən, müqəddəsliyindən xalqın azdlığından danışan şeirlər partiya üzvlərinin ürəyindən olur. Onun pasportu olmadığından, partiya üzvlərindən biri Əlinin təxəllüsünün "Tudə" yazılmasını təklif edir. "Tudə" xalq deməkdir, şairdə xalqın övladıdır. Tez bir zamanda ona sicilli alırlar. Həmin sənəddə "Mirzəəli"nin "Mirzə"sini ixtisara salıb öz adını Əli, "Ələmqulu"nun "Ələm"ini atıb atamın adını Qulu yazdırdım. Familiyamın isə əslini saxladım: Cavadzadə! Əli İran Xalq Partiyasının Ərdəbil Vilayət Komitəsi tərəfindən təşkil edilən, Ərdəbilin Cahargah meydanında yenicə başlayan inqilab nəfəsli izdihama qoşulur. Həmin günlərdə Sovet İttifaqının Ərdəbildəki konsulu Mirzə Məmmədov onu yanına çağırır. Konsulun təklifi ilə Ə. Tudə elə o gündən komitədə işləməyə başlayır. 1945-ci il sentyabrın 3-də Cənubda Azərbaycan Demokratik Firqəsi (ADF) yaradılır. İran xalq Partiyasının Ərdəbil vilayətindəki üzvləri bu firqənin üzvləri ilə birləşirlər. Əli də birincilər sırasında olur. 1945-ci ilin 12 dekabırında yaradılan Milli hökumət geniş fəaliyyətə başlayır. İnqilabın qələbəsindən sonra Əli Tudə Ərdəbildə şair İbrahim Zakir və Rəsul Abdullahi ilə birlikdə bir müddət fədailər qərargahında çalışır. Bu ərəfədə Ərdəbildəki sovet konsulxanasına çağırılan Əli Tudəyə bir teleqram təqdim edilir. "Vətən yolunda" qəzetinin redaksiyasından gələn teleqramda onu Təbrizə dəvət edirlər. Əli Tudə gecəni "Bahar" mehmanxanasında qalıb, səhəri Milli Məclisə gedir. Oradan maarif nazirliyinin sərəncamına göndərilən Əli Tudə tezliklə burada tədris şöbəsinin müdiri təyin olunur. Ə. Tudə şair-alim Cəfər Xəndanın sədrlik etdiyi "Şairlər məclisi" adlanan ədəbi dərnəyin ən cavan və fəal üzvlərindən biri idi. 1946-cı ilin mayında sovet qoşunlarıİran ərazilərindən çıxırlar. Onlarla birgə azərbaycanlı şair və yazıçılarda cənubu tərk edirlər. 1946-cı ilin yazında Azərbaycan milli hökuməti İran tarixində ilk dəfə olaraq Təbrizdə Azərbaycan Dövlət Filarmoniyası açılması barədə qərar verir. Bu yeni sənət ocağına 22 yaşlı Əlini müdir təyin edirlər. Təbriz Filarmoniyası cəmi dörd ay yaşasa da bu qısa müddətdə o, Əli Tudənin öz sözləri ilə desək, düz dörd qərinənin işini görə bildi…… O, "Hizbitudeyi İran" partiyasının üzvü olur (1944). Sonradan Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilən Əli Tudə 1952–1962-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Azərbaycan Demokratik Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi şöbə müdiri vəzifəsində işləyir. Yaradıcılığı Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. Əli Tudənin çoxşaxəli yaradıcılığında lirik əsərlər başlıca yer tutur. Nəsrdə də qələmini sınamış Ə. Tudənin sağlığında işıq üzü görmüş 30-dan çox kitabının üçü nəsr əsərlərini əhatə edir. Şair Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. Vətənin birliyi, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınmışdır. Ana, Vətən kimi müqəddəs duyğulardan sonra şair ən çox müraciət etdiyi mövzulardan biri də doğma yurdun təbiətinin tərənnümüdür. Şairin şeirləri içərisində insanın sevgi duyğuları öz ülviliyi, müqəddəsliyi, tərbiyəvi xüsusiyyətləri ilə diqqət çəkir. Uşaqlar üçün yazılan şeirlərin də böyük tərbiyəvi əhəmiyyətini vurğulamaq lazımdır. Əli Tüdə poeziya yaradıcılığında vəzn,qafiyə, ölçü kateqoriyalarına və ədəbiyyat nəzəriyyəsinin bu kimi digər qayda-qanunlarına riayət etmişdir. Əli Tudənin yaradıcılığında ədəbiyyat məsələləri də diqqətdən kənarda qalmamışdır. Müəllimin bu yöndə yazdığı məqalələr ədbiyyatşünaslıq elminə verilən töhfələr hesab edilməlidir. "Ədəbiyyat və incəsənət" eləcə də "Azərbaycan" qəzetlərində, həmçinin Azərnəşrdə işlədiyi müddətdə həm publisist, həm də naşir kimi təcrübəli bir mütəxəssis olduğunu sübüta yetirmişdir. O, mükəmməl tərcüməçilik fəaliyyəti göstərmiş, bir sıra əsərləri dilimizə çevirmişdir. Cənubda ilk dəfə işıq üzü görən Azərbaycan dili dərsliyinin yaradılmasında böyük rolu olmuşdur. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib. Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. Onun 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi-faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm olaraq işıq üzü görür. "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim" şeiri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şeirlər kitabı da çap ərəfəsində idi. Əli Tudənin bu istiqamətlərdə yazdığı əsərləridə qeyd etmək mümkundur: Təbriz dövrü; Bakı həyatı; Milli hökumət dövrü; Cənub həsrəti; naşirlik fəaliyyəti; ayrılıqda poeziya və nəsr yaradıcılığında; poemalarının fəlsəfəsi; ədəbiyyatşünaslıq məsələləri haqqında məqalələri; publisistikası dil və üslüb xüsusiyyətləri; azadlıq ideyalarının tərənnümü; yaradıcılıq xüsusiyyətləri; folklor nümünələri; Mükafatları Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. iştirak edib.1958-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuş şair Əmək Veteranı (1986), Əməkdar İncəsənət Xadimi (1987), fəxri adlarını almış.1946-cı ilin baharında Milli Hökumətin Milli Məclisi tərəfindən siyasi-ictimai və ədəbi fəaliyyətinə görə "21 Azər", 1959 "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmşdir. Anadan olmasının 60 illiyi münasibətilə şairə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib (1960-cı ildən). 50 poemanın, 60 kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu. Kitablarının siyahısı Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950 (Kiril əlifbası ilə), 99 səh. Bakının işıqları. Bakı: Uşaqgəncnəşr, 1950 (Kiril əlifbası ilə), 40 səh. Vətən sevgisi. Bakı: Azərnəşr, 1951 (Kiril əlifbası ilə), 64 səh. Məhbusların son sözü (poema). Bakı: Uşaqgəncnəşr, 1952 (Kiril əlifbası ilə), 28 səh. Arazın o tayında (poema). Bakı: Azərnəşr, 1954 (Kiril əlifbası ilə), 48 səh. Şerlər. Bakı: Azərnəşr, 1955 (Kiril əlifbası ilə), 76 səh. Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956 (Kiril əlifbası ilə), 131 səh. Qartal. Bakı: Azərnəşr, 1959 (Kiril əlifbası ilə), 170 səh. Qəzəb. Bakı: Azərnəşr, 1960 (Kiril əlifbası ilə), 98 səh. Əli Tudə (şairin kitabxanası). Bakı: Azərnəşr, 1962 (Kiril əlifbası ilə), 227 səh. Buludlar. Bakı: Azərnəşr, 1964 (Kiril əlifbası ilə), 132 səh. Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966 (Kiril əlifbası ilə), 187 səh. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968 (Kiril əlifbası ilə), 321 səh. Şerlər. Bakı: Gənclik, 1970 (Kiril əlifbası ilə), 68 səh. Sevinc. Bakı: Gənclik, 1973 (Kiril əlifbası ilə), 112 səh. Şəlalə. Bakı: Azərnəşr, 1974 (Kiril əlifbası ilə), 183 səh. Ömrün illəri. Bakı: Gənclik, 1976 (Kiril əlifbası ilə), 164 səh. Həyat sınağı. Bakı: Yazıçı, 1978 (Kiril əlifbası ilə), 232 səh. İran Xalq Partiyası. Təbriz: 1358 (ərəb əlifbası ilə). Vətən torpağı (ərəb əlifbası ilə). Bakı: 50 səh. Nəğməli gecələr. Bakı: Yazıçı, 1981 (Kiril əlifbası ilə), 210 səh. Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983 (ərəb əlifbası ilə), 87 səh. Tellərdə çırpınan həsrətlər (povest və hekayələr). Bakı: Gənclik, 1983 (Kiril əlifbası ilə), 145 səh. Araz üstə palıd. Bakı: Yazıçı, 1984 (Kiril əlifbası ilə), 303 səh. Öz gözlərimlə (nəsr). Bakı: Azərnəşr, 1986 (Kiril əlifbası ilə), 161 səh. Gecikmiş vüsal (şerlər və poemalar). Bakı: Yazıçı, 1988 (Kiril əlifbası ilə), 255 səh. Mənə elə baxma (nəsr). Bakı: Gənclik, 1990 (Kiril əlifbası ilə), 276 səh. Təbriz yolu. Bakı: Azərbaycan nəşriyyatı , 1996 (Kiril əlifbası ilə), 240 səh. Söz ömrü. Bakı: Azərbaycan nəşriyyatı, 1997 (Kiril əlifbası ilə), 328 səh. Mühacir qeyrəti. Bakı: Azərbaycan nəşriyyatı, 1998 (Kiril əlifbası ilə), 386 səh. Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh. Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh. Latın əlifbası ilə çap olunmuş kitabları (20 cilldə) 1. Cənub nəğmələri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 336 səh. 2. Bakının işıqları. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 328 səh. 3. Tarixin bir səhifəsi. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 352 səh. 4. Yanıqlı tütək. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 344 səh. 5. Həyat sınağı. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 360 səh. 6. Ömrün illəri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 336 səh. 7. Nəğməli gecələr. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 408 səh. 8. Araz üstə palıd. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 368 səh. 9. Gecikmiş vüsal. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 360 səh. 10. Təbriz yolu. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 336 səh. 11. Söz ömrü. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 352 səh. 12. Mühacir qeyrəti. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 352 səh. 13. Mənim səsim. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 344 səh. 14. Yarımçıq dastan. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 440 səh. 15. Mənə elə baxma. Bakı. "Azərbaycan" nəşriyyatı – 2019, 576 səh. 16. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 408 səh. 17. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 384 səh. 18. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 416 səh. 19. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 320 səh 20. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2022, 336 səh ƏLİ TUDƏ 100 Sona Xəyal. ƏLİ TUDƏ (yaradıcılığı əsasında), Bakı-"MBM"-2010, 100 səh. Ağahüseyn Şükürov. Savalandan Süzülən Pak Duyğular (elmi iş), " Xan" nəşriyyatı, 2014, 108 səh. Ağahüseyn Şükürov. ƏLİ TUDƏNİN YARADICILIQ YOLU Xarici keçidlər Sabir Nəbioğlu. Kökdən düşməyən rübab. Arxivləşdirilib 2010-11-21 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=46037 |
Əli Tufan Kıraç | Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmərəş ili) — Musiqiçi. Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı. Öz musiqilərini daha çox kütləyə dinlətmə və onu paylaşma arzusu 1994-cü ildə onun demo albomun hazırlamasına təkan verdi. Albomun işıq üzü görməsi üçün çoxlu sayda mediya şirkətləriylə görüşdü, amma heç bir şey alınmadı. Sonunda Deli Düş (Dəli Xəyal) albomunu tamamlamaq üçün öz gücüylə maliyyələşdirib durdu. Yenə şirkətlərlə görüşü cavabsız qaldı. Bir dostu onu TMC şirkətiylə görüşdürdü. 1998-ci ilin may ayında "Deli Düş" öz dinləyiciləriylə görüşdü. "Dağların Kadını", "Talihim Yok Bahtım Kara" və "Ben Yolumu Bulurum" mahnılarına klip çəkilən Kıraç hələ çox kütləyə səsini eşitdirmə bilmədi, amma müəyyən sağlam bir kütlə toplaya bildi. 1999-cu ilin dekabr ayında "Bir Garip Aşk Bestesi" adlı albomu işıq üzü gördü. Bu albomda "Gidiyorum" mahnısına klip çəkildi və bununla da özünə böyük bir kütlə topladı. Ardınca "Karahisar Kalesi" və "Bir Garip Aşk Bestesi" adlı mahnılara da klip çəkildi. Hətta Azərbaycan, Almaniya və başqa xarici ölkələrdə də dinlənildi və sevildi. 2001-ci ilin fevralında yeni bir albom "Sevgiliye" Funda Ararla duet oxundu və "Sevgililər Günü" sevənləriylə görüşdü. Bu albomda "Sevgiliye" və "Çeşminaz" mahnılarına klip çəkildi. 2001-ci ilin sonunda Kırac yeni bir fantastik albomu olan "Zaman"ı öz dinləyicilərinin ixtiyarına verdi. Budur "Endamın Yeter", "Gönül", "Kan ve Gül", "Yıllar Sonra" və "Zaman" mahnıları klipləndi. O artıq bir konsertdən digərinə qaçan, öz mahnılarıyla sevənlərinin könlünü oxşadan və mahnılarının sevənləri tərəfindən oxunan bir müğənni oldu. 2003-cü ilin iyulunda "Kayıp Şehir" adlı alboma işləmələr başladı. Albomda olan "Senden Başka", "Tek Hatıra", "Razıysan Gel", "Yalan" və "Ayşe" mahnılarına kliplər çəkildi. Teleseriallarda 2002-ci ildə "TMC"dən gələn televiziya seriallarında səslənən mahnıların bəstəkarına çevrildi. "Zerda" teleserialına yazdığı mahnı hamının diqqətini çəkdi. Milyonlarca insanlar o serialda yeni melodiyaların olmasını televiziya önündə gözlədilər. 2003-cü ilin baharında "Zerda" satışa çıxaraq çoxlu və nailiyyətli sayda satış qrafiki tutdu. "Zerda" filminin nailiyyətini başqa bir film olan "Bir İstanbul Masalı" davam etdirdi. Bu arada yeni çıxan "Aliye" filminin musiqisinə imzasını atan Kıraç, "Aliye/Soundtrack" adlı albomuyla bir kəs daha sevənlərini sevindirdi. "Yağmur Zamanı" və "Gözyaşı Çetesi" musiqilərini də "TMC"nin başçılığı altında yazdı. "Binbir Gece" və "Beyaz Gelincik" filmlərinin musiqisi də Kıraça aiddir. 1998: Deli Düş 2000: Bir Garip Aşk Bestesi 2001: Sevgiliye 2001: Zaman 2003: "Zerda" Soundtrack 2004: "Bir İstanbul Masalı" Soundtrack 2004: Kayip Şehir 2005: "Aliye" Soundtrack 2007: Benim Yolum 2009: Garbiyeli 2009: Yolcu 2011: Derindekiler 2021: okmac sen oya'dan adam geliyor | https://az.wikipedia.org/w/index.php?curid=680794 |
Əli Təbrizli | Əli Təbrizli — şair, yazıçı, naşir. "Atropat" nəşriyyatının əsasını qoyub. Bu nəşriyyatda "Əliağa Vahidin külliyyatı", "Azərbaycan nəğmələri və bayatıları", "Koroğlu" dastanı, "Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri", "Füzuli divanı", "Salman Mümtazın şeirləri" və bir neçə kitabı hazırlayaraq nəşr etdirib. Fəaliyyətinə görə SAVAK tərəfindən həbs olunub və 6 il məhkumluq həyatı yaşayıb. Əli Təbrizli 1929-cu ilin iyun ayının 25-də Təbrizin Münəccim məhəlləsində dünyaya gəlib. İlk təhsilini məhəllələrindəki ibtidai məktəbdə sonrasilini isə Rüşdiyyə məktəbində alıb. Azərbaycan Milli Hökuməti dövründə məktəbdə ana dilində təhsil alıb. Daha sonra ailəsi ilə birlikdə Tehrana köçüb. İlk dəfə "Əli Təbrizinin qəzəlləri" adlı kitabı nəşr etdirib. Daha sonra "Atropat" nəşriyyatının əsasını qoyub və bir neçə ədəbi dərnək qurub. Bölgələri gəzərək türk folklor nümunələrini toplamağa başlayıb. Şah İsmayılın həyatı və şeirlərini əhatə edən iki cildlik "Şah İsmayıl" kitabını və 1955-ci ildə Əsli və Kərəm dastanını xalqdan toplayaraq yazıya köçürüb nəşr etdirib. 1959-cu ildə şair Həsən Məcidzadə Savalanla birlikdə "Əliağa Vahidin külliyyatı" sonrakı illərdə isə "Azərbaycan nəğmələri və bayatıları" (iki cilddə), "Koroğlu" dastanı, "Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri", "Füzuli divanı", "Salman Mümtazın şeirləri" və bir neçə kitabı hazırlayaraq nəşr etdirib. Yazdığı "Ədəbiyyat və milliyyət" əsərində bir çox məsələlərə toxunub. O, bu əsərində Cənubi Azərbaycanda yaşayan türklərin tarixi, onların milli özünüdərki, orada olan mövcud kimlik problemləri haqqında yazıb. Həsən Məcidzadə Savalanın "Apardı sellər saranı" əsərini çapa hazırlayarkən SAVAK tərəfindən nəşriyyata basqın edilir, çap olunan və çapa hazırlanan, mətbəədə yığılan kitabları müsadirə edilir özü isə həbs olunur. 6 il həbsdən qaldıqdan sonra azadlığa çıxıb. Həbsdən çıxdıqdan sonra "Qud Amuz" adında türkcə-farsca lüğət hazırlayıb və çap etdirib. 1998-ci ilin yanvarın 18-də Tehranda dünyasını dəyişib və Təbriz şəhərinin Vadi rəhmət qəbiristanlığında dəfn edilib. Əli Təbrizinin qəzəlləri Göz yaşları Ədəbiyyat və milliyyət Xarici keçidlər Dil və Ədəbiyyat kitabı / Günəş nəşriyyatı Tehran 2007 Əli Təbrizli / Barama radio | https://az.wikipedia.org/w/index.php?curid=821468 |
Əli Təhməzov | Təhməzov Əli Şahbaba oğlu (2 yanvar 1943, Keşdiməz, Ağsu rayonu) — Azərbaycan Respublikasının baş nazirinin müavini (1993–1994), Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1993–1994), Azərbaycan Respublikasının əməkdar inşaatçısı (1991). Əli Təhməzov 2 yanvar 1943-cü ildə Ağsu rayonunun Keşdəməz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Azərbaycan Respublikasının əməkdar inşaatçısı və Azərbaycan Respublikasının əməkdar mühəndisidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 3 övladı var. Əmək fəaliyyətinə 1961-ci ildə başlamış və tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi kimi fəaliyyət göstərmişdir. 1978-ci ildən 2 nömrəli Ev Tikmə Kombinatının rəisi, 1982-ci ildən Birlik İdarəsinin rəisi, 1985-ci ildən Bakı Baş Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dəmir Yol İdarəsinin rəis müavini və 1992-ci ildən Nazirlər Kabinetində baş referent vəzifələrində çalışmışdır. 1993–1994-cü illərdə Azərbaycan Respublikasının baş nazirinin müavini və Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifələrində işləmişdir. 2003–2015-ci illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyinin Layihə İdarəsində rəis müavini çalışmışdır. Mükafatları Azərbaycan Respublikasının əməkdar inşaatçısı Azərbaycan Respublikasının əməkdar mühəndisi | https://az.wikipedia.org/w/index.php?curid=585879 |
Əli Vasib Əfəndi | Əli Vasib Əfəndi (14 oktyabr 1903, Beşiktaş – 9 dekabr 1983, İsgəndəriyyə) — Osmanlı sülaləsinin altıncı rəisi və Osmanlı şahzadəsi. Şahzadə Əli Vasib Əfəndi 1903-cü ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Muradın oğlu Mehmed Səlahəddin Əfəndinin oğlu Əhməd Nihad Əfəndi, anası isə onun ilk xanımı Safru xanım idi. Qalatasaray litseyini və hərb akademiyasında təhsil almışdır. Bundan başqa Osmanlı ordusunun piyada dəstələrində xidmət etmiş, Xanədan-ı Ali-Osman və I dərəcəli Məcidiyyə nişanları ilə təltif edilmişdi. Bir yaşına qədər böyük babası Sultan Muradın həbs olunduğu Çırağan sarayında yaşdı. 1904-cü ildə Sultan Muradın vəfatından sonra Çırağan sarayını tərk etdilər və sürgün qanununa qədər İstanbulun müxtəlif səmtlərində yaşadılar. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 21 yaşlı Əli Vasib Əfəndi ailəsi ilə birlikdə əvvəlcə Budapeştə, bir neçə ay sonra isə cənubi Fransadakı Nitsa şəhərinə köçdü. 10 ilə yaxın burada yaşadıqdan sonra burada Sultan Mehmed Rəşadın nəvəsi Əminə Mukbilə Sultanla evləndi və 1933-cü ildə cütlük İsgəndəriyyəyə köçdü. Cütlüyün nigahı dövrün Osmanlı ailə rəisi Əbdülməcid Əfəndi tərəfindən bağlanmışdır. Nigahdan sonra İsgəndəriyyəyə gedən cütlüyün yeganə övladı olan Osman Səlahəddin Əfəndi də məhz 1940-cı ildə burada dünyaya gəldi. 1974-cü ildə Osmanlı sülaləsinin kişi mənsubları üçün çıxarılan əfv qanunundan sonra Əli Vasib Əfəndi hər il Türkiyəyə səyahət edirdi. Hətta İstanbulda Sultan Əhməd meydanı yaxınlığında bir ev də aldı. Bu illər ərzində xatirələrini yazdığı "Bir şahzadənin xatirələri: Vətən və sürgündə gördüklərim, eşitdiklərim" adlı əsər üzərində çalışdı. 1977-ci ildə Mehmed Əbdüləziz Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin rəisi oldu və 1983-cü ildə Qahirədə vəfat etdi. İsgəndəriyyədə dəfn olunan Əli Vasib Əfəndinin məzarı 2007-ci ilin mayında oğlu Osman Səlahəddin Əfəndinin təşəbbüsü ilə Türkiyəyə gətirildi və Sultan Rəşad türbəsinə dəfn olundu. 30 noyabr 1931-ci ildə Nitsada Sultan V Mehmedin oğlu Ömər Hilmi Əfəndinin qızı Əminə Mukbilə Sultanla evləndi. Bu nigahdan 1 oğlu oldu. Osman Səlahəddin Əfəndi (d. 7 iyul 1940) Bir Şehzadenin Hâtırâtı. Osmanoğlu, Osman Selaheddin. Yapı Kredi Yayınları. (2003) Turkey. ISBN 975-08-0878-9OCLC 469568294 | https://az.wikipedia.org/w/index.php?curid=551172 |
Əli Verdiyev | Əli Mürsəl oğlu Verdiyev (30 yanvar 1936, Bakı – 8 may 2020) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar rəssamı (1982). Əli Mürsəl oğlu Verdiyev 1936-cı ildə Bakıda anadan olmuşdur. 1958-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra 10 il ərzində Sankt-Peterburqda təhsil almış, İ. Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda, V. Muxina adına Leninqrad Ali Rəssamlıq və Sənaye Məktəbində oxumuşdur.1995-ci ildə İstanbula köçən rəssam sonralar Kayseridə işləməyə başlamış, Ərciyəs Universitetinin professoru olmuşdur.Əli Verdiyev 8 may 2020-ci ildə vəfat etmişdir. Yaradıcılığı Əli Verdiyev yaradıcılıq fəaliyyəti dövründə müxtəlif mövzu və janrlara müraciət etmiş, onun yaradıcılığında dəqiq və aydın rəsmlər əsas yer tutmuşdur. Müxtəlif süjetli kompozisiyaların müəllifi olmuşdur. Onun "Savadsızlığın ləğvi" (1969), "Gənclik" (1970), "Qızıl toy" (1971), "Cənnət və cəhənnəmə gedən yol" (1973), "Əmək qələbəsi" (1977), "Xatirələr" (1980), "Qocalıq" (1980), "Həyəcanlı gün" (1995), "Dəniz gəzintisi" (1997), "Folklor" (1998), "Azıx mağarası" (2011) və başqa kompozisiyaları bu qəbildən hesab edilir. Onun "Adilə", "Fatma" və qızı Zemfiranın portretləri yaşlarda fırçaya aldığı portretləri bu janrdakı əsərləri arasında xüsusi əhəmiyyətə malikdir.Əli Verdiyev elmi-metodiki fəaliyyətlə də məşğul olmuşdur. O, "Rəssam-pedaqoq", "Rəngkarlıqda rəngin təsir gücü", "Dəzgah rəngkarlığı" kimi metodik əsərlərin müəllifidir.Rəssam ilk dəfə 1957-ci ildə Moskvada beynəlxalq sərgidə iştirak etmiş, sonrakı illərdə isə müxtəlif miqyaslı sərgilərə qatılmışdır. O, İtaliya, Yaponiya, Avstriya, Finlandiya, İsveç, Türkiyə, Lüksemburq, Çexoslovakiya, Bolqarıstan, ADR, AFR, Vyetnam və başqa ölkələrdəki sərgilərin iştirakçısı olmuşdur. Təltif və mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1 dekabr 1982 Azərbaycan SSR "Lenin komsomolu" mükafatı "Şərəf nişanı" ordeni — 1986 "Əməkdə fərqlənməyə görə" medalı — 1976 | https://az.wikipedia.org/w/index.php?curid=741100 |
Əli Volkan | Əli Volkan (1887, Nardaran - 1981, İstanbul, Türkiyə) — Azərbaycan mühacirət ədəbiyyatının nümayəndələrindən biri, folklorçu. Əli Volkan 1887-ci ildə Nardaran kəndində dünyaya gəlmişdir. Kiçik yaşlarından bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Azərbaycanda Xalq Cümhuriyyətinin elan edilməsini böyük coşqunluqla, ruh yüksəkliyi ilə qarşılamış, duyğularını şerlərində ifadə etmişdir. Gəncə alayında hərbi xidməti borcunu yerinə yetirmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra şeirlərini Əli Usta təxəllüsü ilə dərc etdirmişdir. Türkiyədə milli ruhlu şerləri siyasi mühacirətin nəşr etdiyi dərgilərdə çıxmışdır. Bu şerlərdə Azərbaycanın müstəqil dövlət olacağına dərin inam əksini tapmışdır. Azərbaycan bayatıları kitabını tərtib və nəşr etdirmişdir. 1981-ci il avqustun 2-də İstanbulda vəfat etmişdir. Həmçinin bax Azərbaycan mühacirət ədəbiyyatı | https://az.wikipedia.org/w/index.php?curid=304878 |
Əli Vulkan | Əli Volkan (1887, Nardaran - 1981, İstanbul, Türkiyə) — Azərbaycan mühacirət ədəbiyyatının nümayəndələrindən biri, folklorçu. Əli Volkan 1887-ci ildə Nardaran kəndində dünyaya gəlmişdir. Kiçik yaşlarından bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Azərbaycanda Xalq Cümhuriyyətinin elan edilməsini böyük coşqunluqla, ruh yüksəkliyi ilə qarşılamış, duyğularını şerlərində ifadə etmişdir. Gəncə alayında hərbi xidməti borcunu yerinə yetirmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra şeirlərini Əli Usta təxəllüsü ilə dərc etdirmişdir. Türkiyədə milli ruhlu şerləri siyasi mühacirətin nəşr etdiyi dərgilərdə çıxmışdır. Bu şerlərdə Azərbaycanın müstəqil dövlət olacağına dərin inam əksini tapmışdır. Azərbaycan bayatıları kitabını tərtib və nəşr etdirmişdir. 1981-ci il avqustun 2-də İstanbulda vəfat etmişdir. Həmçinin bax Azərbaycan mühacirət ədəbiyyatı | https://az.wikipedia.org/w/index.php?curid=306998 |
Əli Vyaçeslav Polosin | Əli Vyaçeslav Sergeyeviç Polosin - İslamı qəbul etmiş rus və tanınmış alimdir. Vyaçeslav Serqeyeviç Polosin 1956-cı ilin iyun ayının 26-da Moskva şəhərində dünyaya gəlmişdir. Milliyyətcə rusdur. Fəlsəfə elmləri üzrə doktor və politologiya üzrə isə namizəddir. 1978-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini “sosiologiya” ixtisası üzrə bitirmişdir. Diplomu: “Maks Veberin “kapitalizmin ruhu” konsepsiyasının tənqidi” olmuşdur. Rus Pravoslav Kilsəsində fəaliyyəti 1980-ci ildə pravoslav kilsəsində qiraətçi kimi işə başlamış, 1983-cü ildə isə Moskva Ruhani seminariyasını bitirmişdir. 1983-1985 illər arası Orta Asiyada keşiş kimi fəaliyyət göstərərək, Düşənbə şəhərindəki kilsələrin birində baş keşiş vəzifəsini icra etmişdir. 1985-ci ildən 1988-ci ilə kimi Rus Pravoslav kilsəsinin nəşriyyat şöbəsinin ştatdankənar əməkdaşı olmuşdur. 1988-ci ildən 1991-ci ilə kimi Kaluqa vilayətinin Obninsk şəhərindəki kilsədə protoierey (baş keşişi) vəzifəsində çalışmışdır. 1996-cı ildən isə kilsədə rəsmi fəaliyyətini dayandırmışdır. Dövlət orqanlarında fəaliyyəti 1990-1993-cü illər arası Kaluqa vilayətindən RSFSR-in (RF) xalq deputatı seçilçmiş, Rusiya Federasiyasının (RF) Ali Sovetinin üzvü, RF-nin Ali Sovetinin rəyasət heyətinin üzvü, RF-nin Ali Sovetinin vicdan, din azadlıqları, mərhəmət və xeyriyyəçilik Komitəsinin sədri olmuşdur. Rusiya Federasiyasının “Dini etiqad azadlığı” və “Vicdan azadlığı və dini qurumlar” haqqında qanunlarının və onlara edilən düzəlişlərin həmmüəllifidir. 1991-ci ildə Rusiya Federasiyasının Prezidentinin inaqurasiya mərasimini işləyib hazırlayanlardan biridir. 1993-cü ildə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirmiş və “1971-1991-ci illərdə SSRİ-də kilsə və dövlət” mövzusunda politologiya üzrə namizədliyini müdafiə etmişdir. 1994-cü ilin martından 2000-ci ilin noyabr ayına dək RF-nin Dumasının eksperti, Dini qurumlar və ictimai təşkilatlar üzrə Komitənin məsləhətçisi, 3-cü dərəcəli dövlət müşaviri olmuşdur. 1999-cu ildə 440 səhifəlik “Mif, din, dövlət” adlı kitabı işıq üzü görmüşdür. Kitabda dini əfsanə və miflərin cəmiyyətin siyasi inkişafına olan təsirindən bəhs edilmişdir. “Mifin dialektikası və siyasi mif yaradıcılığı” mövzusunda Din fəlsəfəsi üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dini və dini-siyasi məzmunlu bi sıra publisistik yazıların müəllifidir. İslamı qəbul etməsi 1999-cu ilin mayında rəsmi şəkildə İslam dinini qəbul etdiyini açıqlamış və Əli adını ikinci ad kimi götürmüşdür. 1999-cu ilin oktyabrından Rusiya Müftilər Şurasının müşaviridir. 2000-ci ildə “Tanrıya doğru düz yol” adlı kitabı çap edilmişdir. Kitabda xristian din mənsubunun İslamı qəbul etməsinin ilahiyyat nöqteyi-nəzərdən əsaslarından bəhs olunmuşdur. 2001-ci ildə isə “Yeni Rusiyanın manifesti: üçüncü yol – doğru yol!” kitabı və “Bütpərəstliyin aradan qaldırılması” monoqrafiyası işıqüzü görmüşdür. 2000-ci ilin oktyabrından Moskvada yeni yaradılmış “Doğru yol” adlı müsəlman dini icmasının sədridir. 2001-ci ildə Rusiya Müftilər Şurasının buraxdığı “Rusiya müsəlmanlarının sosial proqramının əsas müddəaları”nı işləyib hazırlayanlardan biridir. 2002-ci ilin fevralından “İslam haqqında hər şey” adlı müstəqil qəzetin baş redaktorudur. 2003-cü ilin mayında təsisedici qurultayda Rusiyanın müsəlman jurnalistlər Şurasının Sədri seçilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=171696 |
Əli Vəkil | Əli Vəkil (tam adı: Səfiyev Əli Vəkil oğlu; 10 iyun 1938, Yuxarı Şorca, Basarkeçər rayonu – 7 fevral 2022, Bakı) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (1972), Azərbaycan Jurnalistlər Birliyinin (1968) üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998). Əli Vəkil 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orada Şişqaya kənd orta məktəbini bitirib İrəvanda X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil almışdır (1955–1960). Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlamışdır (1960–1972). Həmin dövrdən bədii yaradıcılığı davam etdirir. Eyni zamanda tərcümə ilə də məşğul olur. L.Adyanla birlikdə Bəxtiyar Vahabzadənin "Vicdanın səsi" pyesini, S.Xocayanla birlikdə Bayram Həsənovun "Ayaz" povestini erməni dilinə çevirmişdir. Onun erməni ədəbiyyatından doğma dilə tərcümələri də vardır. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini qiyabi bitirmişdir (1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər Baş redaksiyasında redaktor (1972–1975), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda laborant (1975–1977), Yazıçılar İttifaqının orqanı "Qrakan Adrbecan" ("Ədəbi Azərbaycan") jurnalı redaksiyasında şöbə müdiri (1977–1988), sonra məsul katibi (1988–1990), Azərnəşrdə "Göy qurşağı" redaksiyasının müdiri (1990-?) olmuşdur. 2013-cü il iyunun 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şairin 75 illik yubileyi keçirilmişdir. Tədbirdə Ramiz Quliyev, İzzət Rüstəmov, Vaqif Qələndər, Eldar İsmayıl, İslam Sadıq, Sara Göyçəli, Oqtay Rza və başqaları çıxış etmişlər. "Ekspress" qəzetinin təsisçisi Müşfiq Səfiyev Əli Vəkilin oğludur. O, həmçinin "Nurgün" şirkətlər qrupunun vitse-prezidenti idi. 25 fevral 2015-ci ildə Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında 50 yaşında vəfat etmişdir. Yaradıcılığı Əli Vəkil hələ doğma elində fəaliyyət göstərərkən dövri mətbuatda fəalıq göstərmiş, ilk şeirləri "Sovet Ermənistanı", " Ədəbi Ermənistan" almanaxında çap olunmuşdur. Əli Vəkilin ilk kitabı 1963-cü ildə İrəvanda işıq üzü görmüş "Sona bulağı" kitabı şairin oxucunlarnla ilk görüşü olur. Göyçə mahalında el arasında məşhur olan Sona bulağına həsr edilmiş poema-əfsanə bədii təxəyyülün və müəllifin mövzuya yanaşma tərzinə görə maraq doğurmuşdur. Əli Vəkilin Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşunaslıq fakültəsində təhsil alması onun yaradıcılığına da müsbət təsir etmiş, bir sıra kitabları məhz Bakıda işıq üzü görmüşdür. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin "Zəfər çələngi" (1967), " İki günəş" (1971), "Doğma Yollar" (1979), " Ata həsrəti" (1979), "Göyərçinlər" (1983), "Yeddi dağ" (1984), "Şəlalə" (1988), "Ana qayğısı" (1991) kimi kitabları onun sovet dövrü yaradıcılığını əks etdirir. Sona bulağı. İrəvan: Haypethrat, 1963, 44 səh. Zəfər çələngi. İrəvan: Hayastan, 1967, 80 səh. İki günəş. İrəvan: Hayastan, 1971, 64səh. Əli Şahsabahlı. İrəvan, Hayastan, 1973, 84 səh. Ata həsrəti. Bakı: Gənclik, 1979, 36 səh. Doğma yollar, 1979 Göyərçinlər. Bakı: Gənclik, 1983, 64 səh. Azərbaycan-erməni teatr əlaqələri. Bakı: İşıq, 1983, 72 səh. Yeddi dağ. 1984, 104 səh. Tovuz "Qələbə sovxozu". Bakı: İşıq, 1985, 52 səh. Şəlalə (şerlər və poemalar), Bakı: Gənclik, 1988, 143 səh. Ana qayğısı. Bakı: Yazıçı, 1991, 200 səh. Ellərin İsgəndəri. Bakı: "Azərbaycan Ensiklopediyası" NPB, 2003, 190 səh. Əbədi dünya (poema). Bakı: Nurlan, 152 səh. Ömür karvanı Fərizə-İlham dastanı Cərrah Vaqif möcüzəsi Əbədi qəhrəmanlıq Aqillər, ariflər, alicənablar. Bakı: Azərnəşr, 2007, 304 səh. "Fəxri vətəndaş", 1998. "Balaca Firuzənin böyük gələcəyi". Ekspress qəzeti. № 195(2373). 27 oktyabr 2007-ci il. "Ot kökü üstə bitər". Ekspress qəzeti. № 225(2403). 8 dekabr 2007-ci il. Əfsanə Bayramqızı, "Ürəyində arzu yükü daşıyan şair", Xalq qəzeti.- 2013.- 23 iyun.- Səh. 7. Həmçinin bax Yuxarı Şorca Xarici keçidlər "Ömürə bax, zirvələndi dağ oldu..." (az.). ekspress.az. İstifadə tarixi: 2014-06-09. | https://az.wikipedia.org/w/index.php?curid=41825 |
Əli Vəlioğlu | Əli Vəli oğlu Əlizadə(1 yanvar 1940, Nüvədi, Meğri rayonu) — Şair, publisist, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2004) Əli Vəlioğlu 1940-cı ilin yanvarın 1-də Qərbi Azərbaycanın Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Yeddiilliyi Nüvədi kəndində, 1958-ci ildə orta məktəbi qonşuluqda olan Aldərə kəndində bitirmişdir. 1958-1961-ci illərdə əmək fəaliyyətinə kolxozda məşğul olmuşdur. 1961-1964-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra 1968-ci ilədək yenidən Nüvədi kənd kolxozunda işləmişdir. 1965-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil aldıqdan sonra 1968-1989-cu illərdə Nüvədi kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris edib. 1989-cu ildə qaçqınlıq dönəmində Bakıya köçən Vəlioğlu Azərbaycan Qaçqınlar Cəmiyyətində bir il işlədikdən sonra 1991-1992-ci illərdə "Hikmət", "20 Yanvar" qəzetlərində böyük müxbir kimi jurnalistlik fəaliyyətinə başlayıb. 1993-cü ildə "Türk dünyası" jurnalında redaktor müavini, "Kefli İsgəndər" satirik qəzetində baş redaktorun müavini, həm də rəssam kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən Bakının 151 saylı orta məktəbində müəllim vəzifəsində işləyən şair 2004-cü ildən Azad Azərbaycan cəmiyyətinin üzvüdür. Ədəbi fəaliyyətə 1965-ci ildən başlayan Əli Vəlioğlunun 1970-ci ildə "Kommunist" qəzetində ilk miniatürləri, 1983-cü ildə "Ədəbi Ermənistan" almanaxında şeirləri, "Didərginlər" kitabında publisist məqalələri dərc olunmuşdur. "Mənim da ulduzum" (1985) "Mənim dünyam" (1993) "Halal çörək" (povest, 1997) "Bu minvalla dünya belə qalammaz" (şeirlər, hekayələr, 1997) "Mənim mənalı dünyam" (hikmətli deyimlər, 2001) "Vətən boyda dərd göyərtdim, qəm yedim" (şeirlər, 2004) "Ağıl dəryasından incilər" (2008) "Ömrümüzə işıq düşür" (albom, 2000) "Nüvədi və nüvədililərin tayfa şəcərəsi" (2009) Mükafatları Jurnalistlik fəaliyyətinə görə 2004-cü ildə "Həsən bəy Zərdabi", 2006-cı ildə isə "Qızıl qələm" media nükafatına layiq görülmüşdür. Xarici keçidlər NÜVƏDİ--KƏNDİM, BAKI--ŞƏHƏRİM... Arxivləşdirilib 2018-08-12 at the Wayback Machine Yazıçı Əli Vəlioğlu altmışı haqlayan həmkarı Əlabbasdan yazır:“Altmışıncı axırıncı aşırım deyil” Həmçinin bax Əli Vəliyev Firuzə Məmmədli Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; "Nurlar", Bakı - 2011 | https://az.wikipedia.org/w/index.php?curid=593320 |
Əli Vəliyev | Əli Qara oğlu Vəliyev (27 fevral 1901, Ağdü, Zəngəzur qəzası – 2 fevral 1983, Bakı) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1937), Azərbaycan SSR xalq yazıçısı (1974), M.F.Axundov adına mükafat laureatı (1958). Əli Vəliyev 1901-ci il fevralın 27-də Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Ağdü kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1917-ci ildə Ağdü kəndindəki 3 sinifli rus məktəbini bitirmişdir. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olmuşdur. Şuşa firqə məktəbindən sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirmişdir. 1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1925–1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışmışdır. Yay pedaqoji kurslarında təhsilini artırmış və Şuşada orta təhsil haqqında diplom almışdır. 1928-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olmuşdur. 1931-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsini bitirmişdir. 1933–1934-cü illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində çalışmışdır. 1935–1937-ci illərdə Azərbaycanın bir sıra rayonlarında partiya işində işləmişdir. 1937–1941-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında, Voroşilov Rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1942–1945-ci illərdə Kommunist qəzetinin redaktor müavini işləmişdir. 1945–1950-ci illərdə Kommunist qəzetinin məsul redaktoru vəzifəsində çalışmışdır. 1950–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində işləmişdir. 1954-cü ilin yanvarında M. F. Axundov adına Respublika Dövlət mükafatına layiq görülmüşdür. 1954–1959-cu illərdə "Azərbaycan" jurnalının məsul redaktoru vəzifəsində çalışmışdır. Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir. Mükafatları 1945-ci ildə "1941–1945-ci illərdəki Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalı ilə təltif olunmuşdur. 1959-cu ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1971-ci ildə anadan olmasının 70 illiyi və sovet ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Lenin ordeni və "Əmək veteranı" medalı ilə təltif edilmişdir. Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına və "Xalq maarifi əlaçısı" döş nişanına layiq görülmüşdür. 1972-ci ildə Şamxor rayonundakı M.Əzizbəyov adına kolxozun təsis etdiyi "Qızıl oraq" mükafatına layiq görülmüşdür. 6 sentyabr 1974-cü ildə "Azərbaycan SSR xalq yazıçısı" fəxri adına layiq görülmüşdür. 1976-cı ildə anadan olmasının 75 illiyi münasibətilə SSRİ Ali Sovetinin Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. 1981-ci ildə Sovet ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və anadan olmasının səksən illiyi ilə əlaqədar olaraq "Oktyabr inqilabı" ordeni ilə təltif olunmuşdur (26.02.1981). Yaradıcılığı Yaradıcılığa Bakı mərkəzi firqə məktəbində oxuyarkən başlamış, fəal fəhlə-kəndli müxbiri kimi "Kommunist", "Kəndli", "Gənc işçi", "Yeni fikir" qəzetlərinin səhifələrində çıxış etmişdir. "İnqilab və mədəniyyət", "Hücum", "Ədəbiyyat cəbhəsində" jurnallarında hekayələri çap edilmişdir. 1930-cu ildə "Allahın səyahəti" və "Nənəmin cəhrəsi" kitablarını nəşr etdirmişdir. 1937–1941-ci illərdə "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban" və "Sübut" kitabları çap edilmişdir. 1941–1942-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak etmiş, gördüyü, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında "Cəbhə hekayələri" kitabını yazmışdır. 1942–1945-ci illərdə "Ərköyün", "Sovqat" kitablarını çap etdirmişdir.1945–1950-ci illərdə "Gülşən" povesti və "Hekayələr" kitabları nəşr edilmişdir. 1958-ci ildə "Gülşən" povesti və "Çiçəkli" romanı M.F.Axundov adına mükafata layiq görülmüşdür. 1954–1959-cu illərdə yazıçının "Madarın dastanı", "Ürək dostları", Azərbaycan, rus və Ukrayna dillərində "Çiçəkli" romanı, "Seçilmiş əsərləri"nin I cildi oxuculara təqdim olunmuşdur. 1959-cu ildə Rus dilində "Ürək dostları" romanı işıq üzü görmüşdür. 1960–1970-ci illərdə "Seçilmiş əsərləri"nin II–VI cildləri, görkəmli söz ustası S.Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilmiş "Xalq yazıçısı" monoqrafiyası, "Turaclıya gedən yol", "Budağın xatirələri" (Azərbaycan və rus dillərində) romanları, "Zəngəzur qartalları", "Bir cüt tərlan" povestləri, "Uşaqlara sovqat", "Əziz nəvələrimə", "Anaqız", "Bir cüt ulduz" nağıl və hekayələri çapdan çıxmışdır. 1971-ci ildə "Samovar tüstülənir", "Gəncliyimi tapdım" (rus dilində), povest və hekayələr kitabları çapdan çıxmışdır. 1972-ci ildə "Durna qatarı" oçerklər kitabı nəşr edilmişdir. 1974-cü ildə "Gənclik" nəşriyyatı 2 kitabdan ibarət "Budağın xatirələri" romanının yeni-tamamlanmış nəşrini çap etmişdir. 1975-ci ildə "Yeni həyat" hekayələr kitabı çapdan çıxmışdır. 1976-cı ildə "Zamanın ulduzları", "İstedad" (rus dilində) povest və hekayələr kitabları işıq üzü görmüşdür. 1977–1980-ci illərdə "Qarabağda qalan izlər", "Narahat adam", "Turaclıya gedən yol" (3-cü nəşri) romanları, "Qənirsiz gözəl", "Zamanın ulduzları" (rus dilində) povest və hekayələri, "Şamama Həsənova" oçerki çap edilmiş, bir sıra povest, hekayə, oçerk və ədəbi-tənqidi məqalələri dövri mətbuatda yayımlanmışdır. Allahın səyahəti (1930) Nənəmin cəhrəsi (1930) Qarlı dağlar (1938) Dostlar (1939) Ordenli çoban (1939) Qəhrəman (1940) Sübut (1941) Cəbhə hekayələri (1942) Gülşən (1953) Çiçəkli (1955) Turaclıya gedən yol (1961) Anaqız (1965) Bir cüt ulduz (1967) Bir cüt tərlan (1968) Seçilmiş əsərləri,(6 cilddə) Bakı, Azərnəşr — 1968 (12 000 nüsxə) Seçilmiş əsərləri, (povest, hekayələr və romanları — 6 cilddə) Azərbaycan Dövlət Kitab Palatası 1969. — 12 000 nüsxə Seçilmiş əsərləri, Azərbaycan Dövlət Kitab Palatası — 1970, 12 000 nüsxə Gülşən və ürək dostları,(Povestlər) — Azərbaycan Dövlət Kitab Palatası, 1970 Ürək dostları (1970) Samovar tüstüləri (1971) Durna qatarı (1972) Budağın xatirələri, Bakı: "Gənclik", 1974 Zamanın ulduzları (1976) Narahat adam (1978) Oçerklər (1978) Ötən günlər (1981) Madarın dastanı (1988) Rejissor Vasif Məmmədzadə 2011-ci ildə "Əli Vəliyev" adlı sənədli film çəkmişdir. Həmçinin bax Məsud Əlioğlu Xarici keçidlər Əli Vəliyev — kepeztv.az saytı "Əli Vəliyev haqda ANIM", "Ədalət" qəzeti.- 2011.- 30 dekabr.- Səh.5. — anl.az saytı Xalq yazıçısı Əli Vəliyev İctisuda.Kəlbəcər 1975-ci il — YouTube saytı Əli Vəliyev (film, 2011) — YouTube saytı KULT.AZ " XALQ YAZIÇISI ƏLI VƏLIYEV ANILACAQ Arxivləşdirilib 2013-12-19 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=41121 |
Əli Vəliyev (əsgər) | Əli Kamran oğlu Vəliyev (15 iyun 2002; Sumqayıt, Azərbaycan — 30 sentyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Vəliyev 2002-ci ildə, iyunun 6-da Sumqayıt şəhərində dünyaya gəlib. Sumqayıt şəhəri 13 saylı orta məktəbdə təhsil almışdır. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətləri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əli Vəliyev Goranboy rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. O, 2020-ci il sentyabrın 30-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Sumqayıt Şəhidlər Xiyabanı'nda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (05.11.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=778545 |
Əli Xamenei | Əli Xamenei (fars. سید علی حسینی خامنهای; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939, Məşhəd, Pəhləvilər İranı[d]) — On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir. 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir.Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçdi. Əkbər Haşimi Rəfsəncaninin dediyinə görə, Xamenei ölmədən əvvəl Xomeyninin varisi seçdiyi adam idi. Xamenei 14 aprel 1979-cu ildən bəri "Astan Quds Razavi"nin xidmətçilərinin rəhbəridir.Ali rəhbər olaraq Xamenei İslam Respublikasında ən güclü siyasi səlahiyyətlidir. O, İran dövlətinin başçısı, İran silahlı qüvvələrinin baş komandanıdır. Əli Xamenei, həmçinin fərmanlar imzalama və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə kimi bir çox sahələrdə hökumətin əsas siyasətlərinə dair son qərarı vermə səlahiyyətinə sahibdir. Kərim Səcədpurun sözlərinə görə, Xamenei hökumətin icraedici, qanunverici və məhkəmə qollarına, həmçinin hərbə və mediaya birbaşa və ya dolayı nəzarət edir. Mütəxəssislər Məclisinə, Prezidentliyə və Məclisə (Parlament) bütün namizədlər, üzvlərinin İranın Ali Rəhbəri tərəfindən birbaşa və ya dolayı yolla seçilən Qəyyumlar Şurası tərəfindən yoxlanılır. Xamenei tərəfindən əmr edildikdən sonra Qəyyumlar Şurasının müəyyən insanlara qoyulan qadağanı ləğv etdiyi hallar da olmuşdur.Xameneinin hakimiyyəti dövründə 1994-cü il Qəzvin etirazları, 1999-cu il İranlı tələbə etirazları, 2009-cu il İranda prezident seçkiləri etirazları, 2011–12-ci il İran etirazları, 2017–18-ci il İran etirazları və 2018–2019-cu il İran etirazları kimi bir sıra böyük etirazlar olmuşdu. İranda jurnalistlər, bloggerlər və digər şəxslər Ali Rəhbər Xamenei və eyni zamanda dini təhqir etmək ittihamları ilə mühakimə olunub, həbslə, döyülmə ilə cəzalandırılırlar, onlardan bəziləri həbsdə vəfat etmişdi. İranın nüvə proqramı ilə əlaqəli olaraq, Xamenei 2003-cü ildə hər cür kütləvi qırğın silahının istehsalını, yığılmasını və istifadəsini qadağan edən fətva verdi. Əli Xamenei 17 iyul 1939-cu ildə (H. Ş. 24. aprel 1318; H. Q. 28. fevral 1358) İranın Məşhəd şəhərində atası Höccətül-İslam vəl-müslimin Seyyid Cavad Xameneinin evində anadan olmuşdur. Mənbələr onun etnik Azərbaycanlı olmasıyla bağlı həmfikirdir.Əli Xameneinin öz dediyinə görə uşaqlığı yoxsul keçmişdir: "Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi".Əli Xamenei doğulduğu ev haqqında isə belə demişdir: "Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60–70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gələrkən (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu" Ayətullah Xamenei uşaq yaşlarından sırf İslami tərbiyə ilə böyümüşdür. Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş "Darut-təlime diyanəti" adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar. Elmiyyə hövzəsində Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan "Camiul-muqəddəmat" kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: "Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir". O, ərəb dilini atasının nəzarəti altında "Süleyman xan" və "Nəvvab" mədrəsələrinin müəllimləri yanında "Camiul-muqəddəmat", "Siyuti", "Muğni" və s. kitablardan öyrənmişdir. "Kitabu məalim"i də həmin vaxtlarda oxumuşdur. Sonra "Şərayiul-İslam" və "Şərhe Lumə"ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, "Rəsail" və "Məkasib"i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini "Mənzumeye Səbzevari"dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir. Nəcəf şəhərinin elmiyyə hövzəsində Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı. 1336-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır. Qum şəhərinin elmiyyə hövzəsində Ayətullah Xamenei 1337–1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, bu barədə belə deyir: "Məşhədə qayıtdım, Allah-Taala müvəffəqiyyətimi daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə, həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir". Ayətullah Xamenei iki yol arasında qalmışdı: Qumda qalıb təhsil almaq və ya Məşhədə dönüb, "mirvari suyu"ndan görmə qabiliyyətini itirmiş atasına xidmət etmək. Amma o, Məşhədə qayıtmaqla doğru yolu seçmiş oldu. Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah-Taala ona ətrafdakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?! O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi. Ayətullah Xamenei Ayətullah əl üzma Şəhrudi və Ayətullah əl üzma Burucərdidən içtihad təsdiqnaməsi almışdır. Seyyid Əli Xamenei Məşhəd şəhərinə qayıtdığı ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayə) verməyə başladı və ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etmişdir. Bundan başqa Həzrət Ayətullah prezidentlik dövründə təfsir dərslərinə davam etmişdir. 1989-cu ildə Ayətullah Xamenei xarici-fiqh dərsləri deməyə başlamışdır. İndiyə qədər cihad, qisas, məkasibi-muhərrəmə bablarını tədris etmişdir. Ayətullah Seyyid Əli Xameneinin ictihad və mərcəliyini təsdiq edən alimlərin siyahısı: Həzrət Ayətullah Hacı Şeyx Əli Meşkini – 6. avqust 1990 Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani – 24. iyul 1990 Həzrət Ayətullah Hacı Şeyx Abdulla Cavadi Amili – 24. iyul 1990 Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Mömin – 4. avqust 1990 Həzrət Ayətullah Hacı Şeyx Yusif Saneyi – 26. avqust 1990 Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi – 17. iyun 1990 Həzrət Ayətullah Hacı Şeyx Hüseyn Rasti Kaşani- 12. dekabr 1994 Həzrət Ayətullah Hacı Seyid Cəfər Kərimi – 1. dekabr 1994 Həzrət Ayətullah Hacı Şeyx Mortəza Bəni Fəzl – 1. dekabr 1994 Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi Həzrət Ayətullah Hacı Seyid Abbas Xatəm Yəzdi –27/6–1415 h.q Həzrət Ayətullah Hacı Şeyx Əhməd Cənnəti – 15/9–1373 Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Cənnati – 9/9–1373 Həzrət Ayətullah Şeyx Əbulfəzl Xunsari – 30 cəmadiolsani 1415 Həzrət Ayətullah Hacı Seyid Mahmud Haşimi – 27 cəmadiolsani 1415 Həzrət Ayətullah Hacı Şeyx Rza Ostadi – 1415-ci ilin cəmadiolsani ayı Həzrət Ayətullah Hacı Şeyx Əhməd Sabiri Həmədani – 10/9–1373 Həzrət Ayətullah Hacı Şeyx Abbas Məhfuzi Həzrət Ayətullah Şeyx Əliəsğər Məsumi – 11/9–1373 Həzrət Ayətullah Cəlaləddin Tahiri 29 cəmadiolsani 1415 Həzrət Ayətullah Musəvi Həmədani – 12/9–1373 Həzrət Ayətullah Hacı Şeyx Hadi Ruhani Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn Zərəndi – 13/9–1373 Həzrət Ayətullah Seyid Məhəmməd Bağır Həkim – 27 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Seyid İsmayıl Musəvi Zəncani – 12/9–1373 Həzrət Ayətullah Hacı Şeyx Əbdülhüseyn Qərəvi – 26 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Mirzə Cəfər Əşraqi – 26 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Şeyx Mirzə Əli Ğəzəlcəyi – 26 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Seyid Əliəkbər Qüreyşi – 10/9–1373 Həzrət Ayətullah Hacı Seyid Əli Şəfii – 12/9–1373 Həzrət Ayətullah Hacı Seyid İsmayıl Haşimi – 12/9–1373 Həzrət Höccətülislam Hacı Şeyx Məhəmməd Vaizzadə – 30 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Şeyx Hadi Barikbin Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Əli Təsxiri – 1415 h.q Höccətülislam Hacı Şeyx Əhməd Möhseni Qorqani – 10/9–1373 Həzrət Ayətullah Hacı Şeyx Abbas Vaiz Təbəssi – 29 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Seyid Kamal 29 cəmadiolsani 1415 h.q Höccətülislam vəl-Müslimin Hacı Şeyx Məhyəddin Fazil Hərəndi. Həzrət Ayətullah Qərəvian – 13/9–1373 Höccətülislam Seyid Yəhya Cəfəri Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn Həzrət Ayətullah Malik Hüseyni – 15/9–1373 Həzrət Ayətullah Hacı Seyid Məhəmməd Əli Cəzayeri Siyasi mübarizələri Ayətullah Xamenei özünün dediyi kimi İmam Xomeyninin siyasətçi və inqilabçı şagirdlərindən idi. Siyasət və mübarizlik ruhunu ilk dəfə Şəhid Seyid Müctəba Nəvvab Səfəvidən almışdır. 1331-ci ildə Nəvvab Səfəvi bir qrup İslam fədakarları ilə Məşhəd şəhərinə gəlib, "Süleyman xan" mədrəsəsində "İslam dirçəlişi və dini dövlət", "Şah və ingilislərin İran millətinə etdiyi fırıldaqlar" mövzularında etdiyi həyəcandolu məruzələri ilə onun kimi gənclərə mübarizlik hisslərini aşılamışdı. O zamanlar Ayətullah Xamenei "Süleyman xan" mədrəsəsinin cavan tələbələrindən idi. O, Şəhid Nəvvabı belə xatırlayır: "Həmin vaxtlar İslami inqilab fikrini bizdə Nəvvab yaratmışdır və heç şübhə yoxdur ki, ilk inqilab alovunu da bizim qəlbimizdə elə mərhum Nəvvab yandırdı". Xomeyni hərəkatında Ayətullah Xamenei 1341-ci ildə Qum şəhərində məskunlaşmışdı. Bu dövrlərdə İmam Xomeyni Muhəmməd Rza Şah Pəhləvinin qeyri-islami və amerikapərəst siyasətinə qarşı etiraza başlamışdı. Ayətullah Xamenei 16 il İmam Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir, işgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur, bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu. İlk dəfə o, 1383-cü ilin məhərrəm ayında İmam Xomeyninin müraciətini, xüsusilə məhərrəm ayındakı təbliğat proqramını, şahın Amerika siyasətini, İranın acınacaqlı vəziyyətini ifşa etmək yollarını Ayətullah Milani və digər Xorasan alimlərinə çatdırmaq üçün ezam olundu. Bu müraciəti çatdırdıqdan sonra Bircənd şəhərinə yollandı və orada İmamın göstərişinə əsasən Amerika və şah rejimini ifşa etməklə məşğul oldu. Bu səbəbdən məhərrəm ayının 9-u (12 xordad, 1342-ci il) tutularaq bir gecəlik həbsxanada saxlanıldı. Lakin səhəri gün minbərə çıxmamaq və nəzarət altında qalmaq şərtiylə azadlığa buraxıldı. Qanlı 15 xordad hadisəsindən sonra yenidən həbs edilərək, Bircənddən Məşhəd şəhərinə gətirildi və 10 gün müddətində ən ağır şəraitdə işgəncə və əziyyətlərlə məruz qalaraq həbsxanada saxlanıldı. İkinci həbs 1383-cü ilin ramazan ayında (1342-ci il, bəhmən ayı) Ayətullah Xamenei bir neçə dostu ilə birlikdə nəzərdə tutduqları proqrama əsasən Kerman şəhərinə yola düşdülər. 2–3 gün Kermanda qalıb minbərdə məruzələr etdilər, şəhərin alim və tələbələri ilə görüşdükdən sonra Zahidan şəhərinə yollandılar. Onların, xüsusilə 6 bəhmən – şahın saxta referendum və seçki ildönümü günü – ərəfəsində etdikləri çıxışlar camaat tərəfindən rəğbətlə qarşılandı. Ramazan ayının 15-də İmam Həsənin (ə) mövlud günü Pəhləvi rejiminin şeytani siyasətinin ifşası və inqilab həyəcanı ən yüksək zirvəsinə çatmışdır. Onları gecəyarı həbs edərək, təyyarə ilə Tehrana gətirdilər. Rəhbər iki aya yaxın "Qızılqala" həbsxanasında birnəfərlik kamerada saxlanılaraq, ağlasığmaz işgəncələrə məruz qaldı. Üçüncü və dördüncü həbs Tehran və Məşhəddə Ayətullah Xameneinin keçdiyi təfsir, hədis və digər İslami dərslər cavan nəsil tərəfindən böyük həvəslə qarşılanırdı. Bu fəaliyyətlər SAVAK-ın (ölkənin təhlükəsizlik komitəsi) narahatlığına səbəb olduğundan onu daim təqib edirdilər. 1345-ci ildə Tehranda bir il müddətində məxfi yaşamasına baxmayaraq 1346-cı ildə tutularaq yenidən həbs olunur. Azadlığa buraxıldıqdan sonra fəaliyyətini davam etdirib yığıncaqlar təşkil edirdi. 1349-cu ildə isə növbəti dəfə Pəhləvi SAVAK-ı tərəfindən həbs olunur. Beşinci həbs Ayətullah Xamenei özünün beşinci dəfə həbs olunması haqqında belə yazır: "48-ci ildə İranda silahlı hərəkatın başlanacağı hiss olunurdu. Bu cərəyanların mənimlə əlaqədar olduğunu düşünüb mənə qarşı daha sərt mövqedə dayandılar. 50-ci ildə beşinci dəfə həbs olundum. SAVAK-ın zindandakı kobud davranışları açıq-aydın bunu göstərirdi ki, dövlət silahlı mübarizənin İslam təfəkkürünə bağlanmasından qorxur. Mənim Tehran və Məşhəddəki təbliğ və fikirlərimin bu cərəyanlardan uzaq olduğuna heç cür inanmırdılar. Azadlığa buraxıldıqdan sonra elmi fəaliyyətim genişlənir, təfsir və məxfi keçdiyim ideoloji dərslər daha da artırdı". Altıncı həbs 1350–1353-cü illərdə Ayətullah Xameneinin təfsir və ideologiya sahəsində keçdiyi dərslər Məşhədin üç məscidində: "Kəramət", "İmam Həsən", "Mirzə Cəfər" məscidlərində təşkil olunurdu. Minlərlə insan, xüsusilə açıqfikirli gənclər və tələbələr İslami elmə yiyələnmək üçün bu məscidlərə axışırdılar. Onların Nəhcül-bəlağə dərsləri "Nəhcül-bəlağədən seçmələr" başlığı altında çap olunmuş broşüralardan keçilirdi. Cavan və inqilab ruhlu bu tələbələr sonradan İranın müxtəlif şəhərlərinə gedib həqiqəti camaata çatdırır, onların zehinlərində İslam inqilabı fikirlərini oyadırdılar. Bu cür fəaliyyət nəticəsində 1353-cü ilin dey ayında SAVAK Ayətullah Xameneinin Məşhəddəki evinə hücum edərək, onun bir sıra əlyazma və qeydlərini ələ keçirib, özünü isə həbs etdi. Bu həbs altıncı və ən ağır həbs idi. Ayətullah Xamenei 1354-cü ilin payızına qədər polis idarəsində, özü də birnəfərlik kamerada ən ağır şəraitdə saxlanıldı. O, bu müddət ərzində dözdüyü çətinlikləri belə izah edir: "Yalnız o əziyyəti görənlər mənim nələr çəkdiyimi dərk edə bilərlər". Ayətullah Xamenei azadlığa buraxıldıqdan sonra Məşhəd şəhərinə qayıdaraq yenidən həmin şövq və həvəslə əvvəlki fəaliyyətini davam etdirir, lakin ona sinif təşkil edib dərs deməyə imkan vermirdilər. 1356-cı ildə Ayətullah Xamenei cinayətkar Pəhləvi rejimi tərəfindən üç il müddətinə İranşəhrə sürgün edilir. 1357-ci ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır və yenidən qaniçən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır. On beşillik gərgin mübarizə və mücadilədən sonra nəhayət, bir gün bütün bu əziyyətlər sona çatır və zülmkar Pəhləvi dövləti devrilərək İranda böyük İslam inqilabı qələbə çalır. Qələbə ərəfəsində İslam inqilabı ərəfəsində İmam Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Şəhid Mütəhhəri, Şəhid Behişti, Haşimi Rəfsəncani və b. böyük şəxsiyyətlərin iştirakı ilə "İslam İnqilabı Şurası" təşkil olunur. Ayətullah Xamenei də İmamın göstərişi ilə bu şuraya üzv seçilir. İmamın müraciəti Şəhid Mütəhhəri vasitəsilə Ayətullah Xameneiyə çatdırıldıqdan sonra o, Məşhəddən Tehrana yola düşür. Siyasi fəaliyyəti İnqilab şurasının üzvü Sistan və Bluçestan məmurluğu İslam İnqilab ordusunun rəhbəri Tehranın İmam Cüməsi (Ayətullahul-Üzma Taliqani (r.ə) vəfat etdikdən sonra İmam Xomeyni (r.ə) tərəfindən Tehranın İmam Cüməsi təyin olundu) İmam Xomeyni (r.ə)-in ali müdafiə şurasındakı müşaviri Ölkə prezidentliyi.Seyyid Əli Hüseyni Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. Bu hadisədən sonra İmam Xomeyni (r.ə) onun barəsində belə buyurdu: "…Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, islam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz." İslam inqilabının banisi İmam Xomeyninin 1989-cu ildə vəfatından sonra "Xübrəqan" məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Əli Xamenei islam inqilabının rəhbəri seçildi. İmam Həsən Müctəbanın (ə) Sülhü İmam Səccadın (ə) həyatı barədə təhqiqat İmam Rza (ə) İmam Rzanın (ə) siyasi şəxsiyyəti İslamda hökumət Nəhcül-Bəlağədən dərslər Vilayət Nurları Əxlaq dərsi İslamı düzgün anlamaq Şəhadət ətri Məzlumiyyət fəryadı Əcvibətul İstiftaat Mən və kitab və s. Həmçinin bax Şiə alimlərinin siyahısı Xarici keçidlər khamenei.ir — Əli Xameneinin rəsmi saytı İran Ali Rəhbərliyinin rəsmi saytı Əli Xamenei — Facebook səhifəsi (ing.) Əli Xamenei — YouTube kanalı (ing.) Əli Xamenei — Twitter səhifəsi (ing.) Əli Xamenei — Instagram səhifəsi (fars.) Əli Xamenei — Telegram səhifəsi Sabahattin Türkyılmaz. "Eşinin Dilinden İmam Hamenei" (türk). rasthaber.com. 2014-01-14. 2014-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28. | https://az.wikipedia.org/w/index.php?curid=1634 |
Əli Xamneyi | Əli Xamenei (fars. سید علی حسینی خامنهای; Seyyid Əli Hüseyni Xamenei; 19 aprel 1939, Məşhəd, Pəhləvilər İranı[d]) — On iki imam şiəsi, mərceyi-təqlid və 1989-cu ildən bu yana vəzifədə olan İranın ikinci və hazırkı Ali Rəhbəridir. 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısıdır, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir.Rəsmi veb saytındaki məlumatlara görə, Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə üç il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçdi. Əkbər Haşimi Rəfsəncaninin dediyinə görə, Xamenei ölmədən əvvəl Xomeyninin varisi seçdiyi adam idi. Xamenei 14 aprel 1979-cu ildən bəri "Astan Quds Razavi"nin xidmətçilərinin rəhbəridir.Ali rəhbər olaraq Xamenei İslam Respublikasında ən güclü siyasi səlahiyyətlidir. O, İran dövlətinin başçısı, İran silahlı qüvvələrinin baş komandanıdır. Əli Xamenei, həmçinin fərmanlar imzalama və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə kimi bir çox sahələrdə hökumətin əsas siyasətlərinə dair son qərarı vermə səlahiyyətinə sahibdir. Kərim Səcədpurun sözlərinə görə, Xamenei hökumətin icraedici, qanunverici və məhkəmə qollarına, həmçinin hərbə və mediaya birbaşa və ya dolayı nəzarət edir. Mütəxəssislər Məclisinə, Prezidentliyə və Məclisə (Parlament) bütün namizədlər, üzvlərinin İranın Ali Rəhbəri tərəfindən birbaşa və ya dolayı yolla seçilən Qəyyumlar Şurası tərəfindən yoxlanılır. Xamenei tərəfindən əmr edildikdən sonra Qəyyumlar Şurasının müəyyən insanlara qoyulan qadağanı ləğv etdiyi hallar da olmuşdur.Xameneinin hakimiyyəti dövründə 1994-cü il Qəzvin etirazları, 1999-cu il İranlı tələbə etirazları, 2009-cu il İranda prezident seçkiləri etirazları, 2011–12-ci il İran etirazları, 2017–18-ci il İran etirazları və 2018–2019-cu il İran etirazları kimi bir sıra böyük etirazlar olmuşdu. İranda jurnalistlər, bloggerlər və digər şəxslər Ali Rəhbər Xamenei və eyni zamanda dini təhqir etmək ittihamları ilə mühakimə olunub, həbslə, döyülmə ilə cəzalandırılırlar, onlardan bəziləri həbsdə vəfat etmişdi. İranın nüvə proqramı ilə əlaqəli olaraq, Xamenei 2003-cü ildə hər cür kütləvi qırğın silahının istehsalını, yığılmasını və istifadəsini qadağan edən fətva verdi. Əli Xamenei 17 iyul 1939-cu ildə (H. Ş. 24. aprel 1318; H. Q. 28. fevral 1358) İranın Məşhəd şəhərində atası Höccətül-İslam vəl-müslimin Seyyid Cavad Xameneinin evində anadan olmuşdur. Mənbələr onun etnik Azərbaycanlı olmasıyla bağlı həmfikirdir.Əli Xameneinin öz dediyinə görə uşaqlığı yoxsul keçmişdir: "Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi".Əli Xamenei doğulduğu ev haqqında isə belə demişdir: "Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60–70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gələrkən (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu" Ayətullah Xamenei uşaq yaşlarından sırf İslami tərbiyə ilə böyümüşdür. Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş "Darut-təlime diyanəti" adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar. Elmiyyə hövzəsində Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan "Camiul-muqəddəmat" kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: "Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir". O, ərəb dilini atasının nəzarəti altında "Süleyman xan" və "Nəvvab" mədrəsələrinin müəllimləri yanında "Camiul-muqəddəmat", "Siyuti", "Muğni" və s. kitablardan öyrənmişdir. "Kitabu məalim"i də həmin vaxtlarda oxumuşdur. Sonra "Şərayiul-İslam" və "Şərhe Lumə"ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, "Rəsail" və "Məkasib"i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini "Mənzumeye Səbzevari"dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir. Nəcəf şəhərinin elmiyyə hövzəsində Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı. 1336-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır. Qum şəhərinin elmiyyə hövzəsində Ayətullah Xamenei 1337–1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, bu barədə belə deyir: "Məşhədə qayıtdım, Allah-Taala müvəffəqiyyətimi daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə, həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir". Ayətullah Xamenei iki yol arasında qalmışdı: Qumda qalıb təhsil almaq və ya Məşhədə dönüb, "mirvari suyu"ndan görmə qabiliyyətini itirmiş atasına xidmət etmək. Amma o, Məşhədə qayıtmaqla doğru yolu seçmiş oldu. Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah-Taala ona ətrafdakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?! O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi. Ayətullah Xamenei Ayətullah əl üzma Şəhrudi və Ayətullah əl üzma Burucərdidən içtihad təsdiqnaməsi almışdır. Seyyid Əli Xamenei Məşhəd şəhərinə qayıtdığı ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayə) verməyə başladı və ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etmişdir. Bundan başqa Həzrət Ayətullah prezidentlik dövründə təfsir dərslərinə davam etmişdir. 1989-cu ildə Ayətullah Xamenei xarici-fiqh dərsləri deməyə başlamışdır. İndiyə qədər cihad, qisas, məkasibi-muhərrəmə bablarını tədris etmişdir. Ayətullah Seyyid Əli Xameneinin ictihad və mərcəliyini təsdiq edən alimlərin siyahısı: Həzrət Ayətullah Hacı Şeyx Əli Meşkini – 6. avqust 1990 Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani – 24. iyul 1990 Həzrət Ayətullah Hacı Şeyx Abdulla Cavadi Amili – 24. iyul 1990 Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Mömin – 4. avqust 1990 Həzrət Ayətullah Hacı Şeyx Yusif Saneyi – 26. avqust 1990 Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi – 17. iyun 1990 Həzrət Ayətullah Hacı Şeyx Hüseyn Rasti Kaşani- 12. dekabr 1994 Həzrət Ayətullah Hacı Seyid Cəfər Kərimi – 1. dekabr 1994 Həzrət Ayətullah Hacı Şeyx Mortəza Bəni Fəzl – 1. dekabr 1994 Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi Həzrət Ayətullah Hacı Seyid Abbas Xatəm Yəzdi –27/6–1415 h.q Həzrət Ayətullah Hacı Şeyx Əhməd Cənnəti – 15/9–1373 Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Cənnati – 9/9–1373 Həzrət Ayətullah Şeyx Əbulfəzl Xunsari – 30 cəmadiolsani 1415 Həzrət Ayətullah Hacı Seyid Mahmud Haşimi – 27 cəmadiolsani 1415 Həzrət Ayətullah Hacı Şeyx Rza Ostadi – 1415-ci ilin cəmadiolsani ayı Həzrət Ayətullah Hacı Şeyx Əhməd Sabiri Həmədani – 10/9–1373 Həzrət Ayətullah Hacı Şeyx Abbas Məhfuzi Həzrət Ayətullah Şeyx Əliəsğər Məsumi – 11/9–1373 Həzrət Ayətullah Cəlaləddin Tahiri 29 cəmadiolsani 1415 Həzrət Ayətullah Musəvi Həmədani – 12/9–1373 Həzrət Ayətullah Hacı Şeyx Hadi Ruhani Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn Zərəndi – 13/9–1373 Həzrət Ayətullah Seyid Məhəmməd Bağır Həkim – 27 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Seyid İsmayıl Musəvi Zəncani – 12/9–1373 Həzrət Ayətullah Hacı Şeyx Əbdülhüseyn Qərəvi – 26 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Mirzə Cəfər Əşraqi – 26 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Şeyx Mirzə Əli Ğəzəlcəyi – 26 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Seyid Əliəkbər Qüreyşi – 10/9–1373 Həzrət Ayətullah Hacı Seyid Əli Şəfii – 12/9–1373 Həzrət Ayətullah Hacı Seyid İsmayıl Haşimi – 12/9–1373 Həzrət Höccətülislam Hacı Şeyx Məhəmməd Vaizzadə – 30 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Şeyx Hadi Barikbin Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Əli Təsxiri – 1415 h.q Höccətülislam Hacı Şeyx Əhməd Möhseni Qorqani – 10/9–1373 Həzrət Ayətullah Hacı Şeyx Abbas Vaiz Təbəssi – 29 cəmadiolsani 1415 h.q Həzrət Ayətullah Hacı Seyid Kamal 29 cəmadiolsani 1415 h.q Höccətülislam vəl-Müslimin Hacı Şeyx Məhyəddin Fazil Hərəndi. Həzrət Ayətullah Qərəvian – 13/9–1373 Höccətülislam Seyid Yəhya Cəfəri Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn Həzrət Ayətullah Malik Hüseyni – 15/9–1373 Həzrət Ayətullah Hacı Seyid Məhəmməd Əli Cəzayeri Siyasi mübarizələri Ayətullah Xamenei özünün dediyi kimi İmam Xomeyninin siyasətçi və inqilabçı şagirdlərindən idi. Siyasət və mübarizlik ruhunu ilk dəfə Şəhid Seyid Müctəba Nəvvab Səfəvidən almışdır. 1331-ci ildə Nəvvab Səfəvi bir qrup İslam fədakarları ilə Məşhəd şəhərinə gəlib, "Süleyman xan" mədrəsəsində "İslam dirçəlişi və dini dövlət", "Şah və ingilislərin İran millətinə etdiyi fırıldaqlar" mövzularında etdiyi həyəcandolu məruzələri ilə onun kimi gənclərə mübarizlik hisslərini aşılamışdı. O zamanlar Ayətullah Xamenei "Süleyman xan" mədrəsəsinin cavan tələbələrindən idi. O, Şəhid Nəvvabı belə xatırlayır: "Həmin vaxtlar İslami inqilab fikrini bizdə Nəvvab yaratmışdır və heç şübhə yoxdur ki, ilk inqilab alovunu da bizim qəlbimizdə elə mərhum Nəvvab yandırdı". Xomeyni hərəkatında Ayətullah Xamenei 1341-ci ildə Qum şəhərində məskunlaşmışdı. Bu dövrlərdə İmam Xomeyni Muhəmməd Rza Şah Pəhləvinin qeyri-islami və amerikapərəst siyasətinə qarşı etiraza başlamışdı. Ayətullah Xamenei 16 il İmam Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir, işgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur, bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu. İlk dəfə o, 1383-cü ilin məhərrəm ayında İmam Xomeyninin müraciətini, xüsusilə məhərrəm ayındakı təbliğat proqramını, şahın Amerika siyasətini, İranın acınacaqlı vəziyyətini ifşa etmək yollarını Ayətullah Milani və digər Xorasan alimlərinə çatdırmaq üçün ezam olundu. Bu müraciəti çatdırdıqdan sonra Bircənd şəhərinə yollandı və orada İmamın göstərişinə əsasən Amerika və şah rejimini ifşa etməklə məşğul oldu. Bu səbəbdən məhərrəm ayının 9-u (12 xordad, 1342-ci il) tutularaq bir gecəlik həbsxanada saxlanıldı. Lakin səhəri gün minbərə çıxmamaq və nəzarət altında qalmaq şərtiylə azadlığa buraxıldı. Qanlı 15 xordad hadisəsindən sonra yenidən həbs edilərək, Bircənddən Məşhəd şəhərinə gətirildi və 10 gün müddətində ən ağır şəraitdə işgəncə və əziyyətlərlə məruz qalaraq həbsxanada saxlanıldı. İkinci həbs 1383-cü ilin ramazan ayında (1342-ci il, bəhmən ayı) Ayətullah Xamenei bir neçə dostu ilə birlikdə nəzərdə tutduqları proqrama əsasən Kerman şəhərinə yola düşdülər. 2–3 gün Kermanda qalıb minbərdə məruzələr etdilər, şəhərin alim və tələbələri ilə görüşdükdən sonra Zahidan şəhərinə yollandılar. Onların, xüsusilə 6 bəhmən – şahın saxta referendum və seçki ildönümü günü – ərəfəsində etdikləri çıxışlar camaat tərəfindən rəğbətlə qarşılandı. Ramazan ayının 15-də İmam Həsənin (ə) mövlud günü Pəhləvi rejiminin şeytani siyasətinin ifşası və inqilab həyəcanı ən yüksək zirvəsinə çatmışdır. Onları gecəyarı həbs edərək, təyyarə ilə Tehrana gətirdilər. Rəhbər iki aya yaxın "Qızılqala" həbsxanasında birnəfərlik kamerada saxlanılaraq, ağlasığmaz işgəncələrə məruz qaldı. Üçüncü və dördüncü həbs Tehran və Məşhəddə Ayətullah Xameneinin keçdiyi təfsir, hədis və digər İslami dərslər cavan nəsil tərəfindən böyük həvəslə qarşılanırdı. Bu fəaliyyətlər SAVAK-ın (ölkənin təhlükəsizlik komitəsi) narahatlığına səbəb olduğundan onu daim təqib edirdilər. 1345-ci ildə Tehranda bir il müddətində məxfi yaşamasına baxmayaraq 1346-cı ildə tutularaq yenidən həbs olunur. Azadlığa buraxıldıqdan sonra fəaliyyətini davam etdirib yığıncaqlar təşkil edirdi. 1349-cu ildə isə növbəti dəfə Pəhləvi SAVAK-ı tərəfindən həbs olunur. Beşinci həbs Ayətullah Xamenei özünün beşinci dəfə həbs olunması haqqında belə yazır: "48-ci ildə İranda silahlı hərəkatın başlanacağı hiss olunurdu. Bu cərəyanların mənimlə əlaqədar olduğunu düşünüb mənə qarşı daha sərt mövqedə dayandılar. 50-ci ildə beşinci dəfə həbs olundum. SAVAK-ın zindandakı kobud davranışları açıq-aydın bunu göstərirdi ki, dövlət silahlı mübarizənin İslam təfəkkürünə bağlanmasından qorxur. Mənim Tehran və Məşhəddəki təbliğ və fikirlərimin bu cərəyanlardan uzaq olduğuna heç cür inanmırdılar. Azadlığa buraxıldıqdan sonra elmi fəaliyyətim genişlənir, təfsir və məxfi keçdiyim ideoloji dərslər daha da artırdı". Altıncı həbs 1350–1353-cü illərdə Ayətullah Xameneinin təfsir və ideologiya sahəsində keçdiyi dərslər Məşhədin üç məscidində: "Kəramət", "İmam Həsən", "Mirzə Cəfər" məscidlərində təşkil olunurdu. Minlərlə insan, xüsusilə açıqfikirli gənclər və tələbələr İslami elmə yiyələnmək üçün bu məscidlərə axışırdılar. Onların Nəhcül-bəlağə dərsləri "Nəhcül-bəlağədən seçmələr" başlığı altında çap olunmuş broşüralardan keçilirdi. Cavan və inqilab ruhlu bu tələbələr sonradan İranın müxtəlif şəhərlərinə gedib həqiqəti camaata çatdırır, onların zehinlərində İslam inqilabı fikirlərini oyadırdılar. Bu cür fəaliyyət nəticəsində 1353-cü ilin dey ayında SAVAK Ayətullah Xameneinin Məşhəddəki evinə hücum edərək, onun bir sıra əlyazma və qeydlərini ələ keçirib, özünü isə həbs etdi. Bu həbs altıncı və ən ağır həbs idi. Ayətullah Xamenei 1354-cü ilin payızına qədər polis idarəsində, özü də birnəfərlik kamerada ən ağır şəraitdə saxlanıldı. O, bu müddət ərzində dözdüyü çətinlikləri belə izah edir: "Yalnız o əziyyəti görənlər mənim nələr çəkdiyimi dərk edə bilərlər". Ayətullah Xamenei azadlığa buraxıldıqdan sonra Məşhəd şəhərinə qayıdaraq yenidən həmin şövq və həvəslə əvvəlki fəaliyyətini davam etdirir, lakin ona sinif təşkil edib dərs deməyə imkan vermirdilər. 1356-cı ildə Ayətullah Xamenei cinayətkar Pəhləvi rejimi tərəfindən üç il müddətinə İranşəhrə sürgün edilir. 1357-ci ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır və yenidən qaniçən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır. On beşillik gərgin mübarizə və mücadilədən sonra nəhayət, bir gün bütün bu əziyyətlər sona çatır və zülmkar Pəhləvi dövləti devrilərək İranda böyük İslam inqilabı qələbə çalır. Qələbə ərəfəsində İslam inqilabı ərəfəsində İmam Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Şəhid Mütəhhəri, Şəhid Behişti, Haşimi Rəfsəncani və b. böyük şəxsiyyətlərin iştirakı ilə "İslam İnqilabı Şurası" təşkil olunur. Ayətullah Xamenei də İmamın göstərişi ilə bu şuraya üzv seçilir. İmamın müraciəti Şəhid Mütəhhəri vasitəsilə Ayətullah Xameneiyə çatdırıldıqdan sonra o, Məşhəddən Tehrana yola düşür. Siyasi fəaliyyəti İnqilab şurasının üzvü Sistan və Bluçestan məmurluğu İslam İnqilab ordusunun rəhbəri Tehranın İmam Cüməsi (Ayətullahul-Üzma Taliqani (r.ə) vəfat etdikdən sonra İmam Xomeyni (r.ə) tərəfindən Tehranın İmam Cüməsi təyin olundu) İmam Xomeyni (r.ə)-in ali müdafiə şurasındakı müşaviri Ölkə prezidentliyi.Seyyid Əli Hüseyni Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. Bu hadisədən sonra İmam Xomeyni (r.ə) onun barəsində belə buyurdu: "…Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, islam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz." İslam inqilabının banisi İmam Xomeyninin 1989-cu ildə vəfatından sonra "Xübrəqan" məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Əli Xamenei islam inqilabının rəhbəri seçildi. İmam Həsən Müctəbanın (ə) Sülhü İmam Səccadın (ə) həyatı barədə təhqiqat İmam Rza (ə) İmam Rzanın (ə) siyasi şəxsiyyəti İslamda hökumət Nəhcül-Bəlağədən dərslər Vilayət Nurları Əxlaq dərsi İslamı düzgün anlamaq Şəhadət ətri Məzlumiyyət fəryadı Əcvibətul İstiftaat Mən və kitab və s. Həmçinin bax Şiə alimlərinin siyahısı Xarici keçidlər khamenei.ir — Əli Xameneinin rəsmi saytı İran Ali Rəhbərliyinin rəsmi saytı Əli Xamenei — Facebook səhifəsi (ing.) Əli Xamenei — YouTube kanalı (ing.) Əli Xamenei — Twitter səhifəsi (ing.) Əli Xamenei — Instagram səhifəsi (fars.) Əli Xamenei — Telegram səhifəsi Sabahattin Türkyılmaz. "Eşinin Dilinden İmam Hamenei" (türk). rasthaber.com. 2014-01-14. 2014-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28. | https://az.wikipedia.org/w/index.php?curid=173290 |
Əli Xəlilov | Əli Tağı oğlu Xəlilov (18 yanvar 1894, Naxçıvan – 22 iyun 1975, Bakı) — Azərbaycan kino və teatr aktyoru və pedaqoqu. Əli Tağı oğlu Xəlilov 1894-cü ildə yanvar ayının 18-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini mollaxanada alsa da, sonradan oranı tərk edib və M.T.Sidqinin məktəbində oxuyub. 1911–15-ci illərdə Tiflisdə texniki peşə məktəbini bitirdikdən sonra Naxçıvanda qayıdaraq, Rüşdiyyə məktəbində dərs deyib. Naxçıvan teatrında çalışıb. "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 1917-ci ildə Rza Təhmasib tərəfindən tamaşaya qoyulan "Arşin mal alan", "O olmasın, bu olsun" komediyalarında Vəli və Hambal rollarını oyanyıb. 1920-ci ildən 1935-ci ilə qədər isə Naxçıvan Teatrının direktoru işləyib. Sidqi Ruhullanın Naxçıvan teatrında səhnəyə qoyduğu "Otello" , "Hamlet", ""Pəri-cadu", "Yağışdan çıxdıq, yağmura düşdük", "Dağılan tifaq" tamaşalarında oynadığı rollarla diqqəti çəkib. Ə. Xəlilov Səməd Mövləvi, Heydər Məmmədov, Rza İsfəndiyarlı, Mirhəsən Mirişli, Rza Məmmədov (Bacıoğlu), Əyyub Abbasov və başqalarının köməyi ilə bir sıra əsərləri tamaşaya qoymuşdur. 1930-cu illərin sonlarında Bakıya gedərək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Əli Xəlilovun "Onu bağışlamaq olarmı" filminəd yaratdığı primus düzəldən Şahmar obrazı ona gözəl aktyor kimi şöhrət gətirib. Əli Xəlilov Hüseyn Cavidin "Şeyx Sənan", C. Məmmədquluzadənin "Ölülər", A. Şirvanzadənin "Namus", Molyerin "Zorən təbib", C. Cabbarlının "Aydın", " Sevil" və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. 1964-cü ildə onun müəllifi olduğu "Naxçıvan teatrının tarixi" kitabı dəyərli mənbə kimi əhəhmiyyətlidir. Əli Xəlilov 1975-ci ildə iyun ayının 22-də Bakıda vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=683952 |
Əli Xəlilov aktyor | Əli Tağı oğlu Xəlilov (18 yanvar 1894, Naxçıvan – 22 iyun 1975, Bakı) — Azərbaycan kino və teatr aktyoru və pedaqoqu. Əli Tağı oğlu Xəlilov 1894-cü ildə yanvar ayının 18-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini mollaxanada alsa da, sonradan oranı tərk edib və M.T.Sidqinin məktəbində oxuyub. 1911–15-ci illərdə Tiflisdə texniki peşə məktəbini bitirdikdən sonra Naxçıvanda qayıdaraq, Rüşdiyyə məktəbində dərs deyib. Naxçıvan teatrında çalışıb. "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 1917-ci ildə Rza Təhmasib tərəfindən tamaşaya qoyulan "Arşin mal alan", "O olmasın, bu olsun" komediyalarında Vəli və Hambal rollarını oyanyıb. 1920-ci ildən 1935-ci ilə qədər isə Naxçıvan Teatrının direktoru işləyib. Sidqi Ruhullanın Naxçıvan teatrında səhnəyə qoyduğu "Otello" , "Hamlet", ""Pəri-cadu", "Yağışdan çıxdıq, yağmura düşdük", "Dağılan tifaq" tamaşalarında oynadığı rollarla diqqəti çəkib. Ə. Xəlilov Səməd Mövləvi, Heydər Məmmədov, Rza İsfəndiyarlı, Mirhəsən Mirişli, Rza Məmmədov (Bacıoğlu), Əyyub Abbasov və başqalarının köməyi ilə bir sıra əsərləri tamaşaya qoymuşdur. 1930-cu illərin sonlarında Bakıya gedərək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Əli Xəlilovun "Onu bağışlamaq olarmı" filminəd yaratdığı primus düzəldən Şahmar obrazı ona gözəl aktyor kimi şöhrət gətirib. Əli Xəlilov Hüseyn Cavidin "Şeyx Sənan", C. Məmmədquluzadənin "Ölülər", A. Şirvanzadənin "Namus", Molyerin "Zorən təbib", C. Cabbarlının "Aydın", " Sevil" və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. 1964-cü ildə onun müəllifi olduğu "Naxçıvan teatrının tarixi" kitabı dəyərli mənbə kimi əhəhmiyyətlidir. Əli Xəlilov 1975-ci ildə iyun ayının 22-də Bakıda vəfat edib. | https://az.wikipedia.org/w/index.php?curid=683973 |
Əli Yaqubov (kimyaçı) | Əli Yaqubov 1952-ci il noyabr 8-da Hamamlı rayonunda anadan olmuşdur. 1969-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə qəbul olunmuşdur. DU bitirdikdən sonra ilk elmi əsərini cap etdirmişdir. Əli Yaqubov 1974-cü ildə BDU bitirərək indiki Kataliz və Qeyri Üzvi Kimya İnstitutuna isə qəbul olunmuşdur. 1976ci ildə həmin İnstitutda aspiranturaya qebul olmuşdur. 1986-cı ildə kimya üzrə fəlsəfə doktoru, 2012 ildə isə kimya elmlər doktoru elmi dərəcəsi adını almışdır. Elmi fəaliyyəti 1974-cü ildən Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi, qrup rəhbəri və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1995-2003-ci illərdə laboratoriya müdiri vəzifələrində çalışmışdır. Əli Yaqubov 1990-2003-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz yataqlarının istismarı və emalı kafedrasında əvəzçiliklə dosent vəzifəsində işləmişdir. 2002-ci ildən Bakı Dövlət Universitetinin rəhbərliyinin dəvətilə “Fiziki və kolloid kimya” kafedrasında professor vəzifəsində çalışır. Əli Yaqubov təbii seolit və gil mineraları əsasında effektiv sorbentlərin alınması, onların təbii və tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən təmizlənməsi sahəsində tanınmış alimdir. Dispers sistemlər sahəsində effektiv sorbentlərdən istifadə etməklə axıntı sularının zərərli üzvi və qeyri üzvi maddələrdən təmizlənməsinə nail olunmuşdur. Müəyyən edilmişdir ki, monokation formalı sorbentlərdə sorbsiya prosesi daha intensiv gedir və mübadilə kationları sorbentin adsorbsiya aktivliyinə əsaslı təsir göstərir. Neft və qaz quyularının qazılması prosesində işlədilən gil məhlullarının stabilliyini, axıcılıq və tiskotropluğunun quyu divarlarına su vermə qabiliyyətini, quyu daxili təzyiqin tənzimlənməsini və s. xüsusiyyətlərini təmin edən bir sıra yeni effektiv kimyəvi reagentlər hazırlanmış və sənaye miqyasında sınaqdan kecirilmişdir. Dərin neft quyularının qazılması zamanı quyu dibi temperaturun tədricən artırılmasını nəzərə alaraq 0-200oS temperatur intervalında bentonit, kaolinit və seolit əsaslı suspenziyaların stabilləşməsi, onların kolloid kimyəvi və sturuktur-mexaniki xassələrinin mövcud olan və laboratoriya tərəfindən təklif edilən yeni reagentlər vasitəsilə tənzimlənməsi prosesi tədqiq edilərək kaolinit və seolit əsaslı dispers sistemlərin daha yüksək termostabilliyə malik olması aşkar edilmişdir. Tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən təmizlənməsinin optimal şəraiti təyin edilmişdir. Beləliklə, prosesin gedişində kinetik və hidrodinamik amillərin rolu analiz olunmuş və sorbsiya prosesinin dinamik şəraitdə aparılması qanunauyğunluqları işlənib hazırlanmışdır. Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq tullantı sularının neft məhsulları və kationaktiv boyalardan təmizlənməsinin sorbsiya-koaqulyasiya üsulu işlənib hazırlanmışdır. Tullantı sularının neft məhsulları və kationaktiv boyalardan sorbsiya-koaqulyasiya üsulu ilə təmizlənməsinin effektivliyi, onların formalaşması şəraitindən və təbiətindən asılılığı qanuna uyğunluqları işlənib hazırlanmışdır. Bu prosesdə istifadə olunan “Gəncə” flokoaqulyantı asılqan hissəciklərin flokulyasiya və koaqulyasiyasına səbəb olur və onların çökməsini sürətləndirir. Model tullantı sualarının neft məhsullarından və kationaktiv boyalardan təmizlənməsinin təcrübi nəticələrinin analiz nəticəsində bir sıra parametrlərin optimal qiymətləri təyin edilmiş və təmizləmə prosesinin prinsipial sxemi verilmişdir. Son dövrlərdə ionogen və qeyri-ionogen üzvi boyaların hidrofoblanmış gil minerallarında sorbsiyasına dair işlər aparılır. Gil mineralının kationaktiv üzvi maddələrlə qarşılıqlı təsiri zamanı onun səth xassəsinin nəzərə çarpacaq dərəcədə dəyişilməsi müəyyənləşdirilmişdir. Belə ki, üzvi radikal gil mineralının paketlər arası boşluğunu genişləndirir və onun hidrofoblaşmasına səbəb olur, nəticədə su mühitində üzvi çirkləndiricinin çıxarılmasına səbəb olur. Bentonitin həm yayılma yataqları, həm də tətbiq sahəsi çox böyükdür. Belə ki, ondan kənd təsərrüfatında, neft, toxuculuq sənayesində, qazma işlərində, keramik və saxsı qabların alınmasında geniş istifadə olunur. Bu baxımdan bentonitin tərkibində olan radioaktiv elementlərin yataqlarda və yerin müxtəlif qatlarında müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bentonitin xarakteristik xüsusiyyətləri, həmçinin onun tərkibindəki radioaktiv elementlərin miqdarı müəyyənləşdirilmişdir. Hal-hazırda bentonit əsaslı nanokompozitlərin alınmasının elmi praktiki əsasları, neftin texnoloji hazırlanmasının istifadəsinə, sorbsiya prosesləri üçün laylı mineral polimer əsasında alınmış yeni hibrid nanokompozitlərdə nanostrukturlaşdırılmış effektin yaradılmasına aid tədqiqat işlərini davam etdirilir. Bu müddət ərzində 155 (75-i xaricdə) məqalə, 55 (9-u xaricdə) tezis dərc olunmuş, 4 patent alınmış, bir dərslik çapdan çıxmış, 2 nəfər fəlsəfə, doktoru hazırlanmışdır. Elmi əsərləri Əli Yaqubov 210 elmi əsərin (onlardan 100 xarici ölkələrdə), o cümlədən 4 müəlliflik şəhadətnaməsi və patentin, 1 tədris-metodik vəsaitin müəllifidir. Ə.İ.Yaqubov, E.İ.Əhmədov “Səthi aktiv maddələr” BDU, 217-ci il.94 səh. Elmi məqalələri Professor Əli Yaqubov məqalələrinin 75-dən çoxu xaricdə dərc olunub. Son illərdə Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrdən bir qismi aşağıdakılardır: Arvand M., Tajmehri H., Yaqubov E., Nuriyev A., Pourhabib A., Mousavi S., Abolhassani.M. Comparative study for the removal of oxadiazon from aqueous solutions by adsorption of chitozan and activade carbon. Analytical letters, 2009, v.42,№6,pp. 856–869. Shahab Nasseerli, Ali Yaqubov, Abdolali Alemi, Ali Nuriyev Kinetics and Thermodynamics study of Zinc Ions Adsorption onto the modified Nanobentonite “Institute of Catalyze and Inorganic Chemistry named after academician M.F.Nagiyev of Azerbaijan National Academy of Sciences, Baku, Azerbaijan “Department of Inorganic Chemistry, Faculty of Chemistry, University of Tabriz, Iran Accepted 22 dec 2016, Available online 27 Dec 2016.Vol.6 (Dec2016) P.2221-2227. Shahab Nasseeri, Ali Yaqubov, Abdolali Alemi “Use of Response surface methodology for optimization of Cu(II) and Zn2+ adsorption in an aqueous solition by modified bentonite”, Chemistry Journals 17-42R1, has been reinstated. Mamedova Saadat Abbas, Teymurova Elmira Mursal, Muradova Nisabur Mammadali, Yaqubov Ali Ibraqim , Heyderzade Gulshen Muradxan. Adsorbtion and collodial chemical characteristics of Dash-Salakhly natural bentonite and its some monocation substituted forms at thermal treatment. European journal of Analytical and applied chemistry. №1 2016 pp 23–27 Müəllif şəhadətnamələri və patentləri Azərbaycan Milli Elmlər Akademiyasının M.F.Nağıyeva adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun laboratoriya müdiri k.e.d Əli Yaqubovun 4 müəllif şəhadətnaməsi və patenti var. Bunlardan bəziləri aşağıdakılardır: Beynəlxalq konfranslarda iştirakı O, Rusiyada (1981-2014), Bolqarıstanda (1979, 1983, 1991), Macarıstanda (1986), Xarkov (2007), Minsk (2008), Hannover (2010), Badan (2014), Dubai (2017), keçirilən Beynəlxalq konqress, simpozium və konfranslarda elmi məruzəçi kimi bilavasitə və ya qiyabi iştirak etmişdir. Elmi-təşkilati fəaliyyəti Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, BDU elmi şurasının nəzdində fəaliyyət göstərən seminarın üzvü, Naxcıvan elmi mərkəzində fəaliyət göstərən dissertasiya müdafiə üzrə Dissertasiya Şurasının Üzvü Elmi redaktə işləri, rəyçi və məsləhətçi olduğu əsərlər Mahnur Möysün qızı Cəfərlinin “Diaion CR-11,Dowex M-4195, KU-2x8 və KB-4P-2 ionitləri ilə məhlullardan Zn2+ və Pb2+-ionlarının sorbsiyası” monoqrafiyasına elmi rəyçi və redaktor olmuşdur. Dissertantlara elmi rəhbərlik və opponent Əli Yaqubov rəhbərliyi ilə 2 fəlsəfə doktoru hazırlanmışdır. Bir elmlər doktoru, 3 fəsəfə doktoru işlərinə opponent olmuşdur. Pedaqoji fəaliyyəti Əli Yaqubov 1978-ci ildə BDU-nun nəzdində fəaliyyət göstərən hazırlıq kurslarında Müəllimlik etmiş. 1991-2000-ci ilərdə indiki Neft Sənaye Universitetinin Neft və qaz yataqlarının istismar vəemalı kafedrasında dosent vəzifəsində calışmışdı.2002-ci ildən isə BDU Fiziki və kolloid kimya işləyir və hal-hazırda həmin kafedranın professorudur. Təltif və mükafatlar | https://az.wikipedia.org/w/index.php?curid=515949 |
Əli Yavuz Akpınar | Yavuz Akpınar (1947, Ərdəhan ili) — türk yazıçısı, şairi və alimi, Türkiyənin Ege Universitetinin ədəbiyyat fakültəsinin professoru, Türkiyə Yazarlar Birliyi, Türk Mədəniyyəti Araşdırma İnstitutu və Azərbaycan Yazıçılar İttifaqının üzvü. Ali Yavuz Akpınar 1947-ci ildə Ardahanda dünyaya göz açmış, 1969- cu ildə Ərzurum Atatürk Universitetində Türk dili və ədəbiyyatı bölümündə təhsil alaraq 1969-1984- cü illərdə Atatürk Universitetində Azərbaycan ədəbiyyatı sahəsində asistan olaraq çalışmışdır. 1980-ci ildə Mirzə Fətəli Axundzadə haqqında dissertasiyasını tamamlayaraq 1994-cü ildə dosent olmuşdur. 1992- ci ildə bir il boyu “Amerikanın səsi” radiosunda Azərbaycan mədəniyyəti ilə bağlı məqalələr yazıb və səsləndirib. Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun müxbir üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Professor Ali Yavuz Akpınar hazırda İzmirdə Ege Universitetində “Türk ləhcələri və ədəbiyyatları” bölümündə yaşı tamam olana kimi çalışmış sonra isə əməkli olmuşdur. Yaradıcılığı İlk məqaləsi 1968-ci ildə Qarsda “Haqqın səsi” qəzetində dərc olunmuşdur. Onun məqalələri Türklük Araşdırmaları Dərgisi, Qardaş Kitablar, Azərbaycan Türkləri, Yeni Türkiyə, Ege Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Araşdırmaları kimi jurnallarda çap olunmuşdur. XIX və XX əsrdə türk dialektləri və ədəbiyyatları, Türk dünyasında müasirləşmə, fikri və ədəbi həyat, ədəbi-ziyalı əlaqələri Yavuz Akpınarın tədqiqatının əsas istiqamətlərindəndir. O, Anadolu, Krım Azərbaycan türkləri ilə bir sırada Mərkəzi Asiya, İran və digər coğrafiyalarda yaşayan soydaşlarımızın ədəbiyyat və mədəniyyət tarixi, tanınmış simaları ilə bağlı çoxsaylı maraqlı araşdırmaların müəllifidir, elmə ilk dəfə təqdim olunan bir sıra klassik mətnlərin tərtibçisi, redaktoru və naşiridir. Bu əsərlərdə dil və ədəbiyyat məsələləri ilə yanaşı, türk dünyasının modernləşməsi, türklər arasında yenilikçi fikir cərəyanlarının, ideoloji və ictimai-siyasi təmayüllərin meydana çıxması, türk toplumlarının çağdaş dünya mədəniyyətinə inteqrasiyası və s. kimi məsələlər öz əksini tapmışdır. Yavuz Akpınar və Azərbaycan ədəbiyyatı Yavuz Akpınar Azərbaycan ədəbiyyatına, mənəviyyatına, düşüncə tərzinə yaxından bələd olan, bu yöndə ən önəmli tədqiqatlar aparan elm adamlarındandır. Professor Yavuz Akpınar Türkiyədə və türk dünyasında Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biridir. Ərzurum Atatürk Universitetində 1980-ci ildə yazıb müdafiə etdiyi Mirzə Fətəli Axundzadənin həyatı və yaradıcılığına həsr olunmuş filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası Türkiyədə Azərbaycan ədəbiyyatı haqqında yaranan ilk mükəmməl elmi-tədqiqat əsərlərindən biridir, bu sanballı elmi əsəri ilə Yavuz Akpınar görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundzadəni Türkiyədə tanıtmaqla bərabər, həm də axundovşünaslığı yeni müddəalarla daha da zənginləşdirmişdir. Mirzə Fətəli Axundzadənin məşhur “Təmsilat”ını ilk dəfə orijinal 1859-cu il nəşri əsasında hazırlayıb türk oxucusuna təqdim etmişdir. Yavuz Akpınarın “Azəri ədəbiyyatı araşdırmaları” kitabı Türkiyədə yazılıb nəşr olunan birinci Azərbaycan ədəbiyyatı tarixidir, “Azəri ədəbiyyatı araşdırmaları” kitabında Anadolu torpaqlarında yaşayan Azərbaycan sevdalısı olan bir tədqiqatçının çalışmaları və elmi baxışları öz əksini tapmış və Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi inkişaf yolu mərhələlər üzrə və elmi cəhətlərdən əsaslandırılmış şəkildə əhatə olunmuşdur. Əsərdə Azərbaycan ədəbiyyatının görkəmli simalarının dolğun və obyektiv elmi portreti yaradılmışdır. O, 1982-ci ildə İbrahim Bozyellə birlikdə "Qardaş ədəbiyyatlar" dərgisini təsis etmişdir. “Qardaş ədəbiyyatlar” jurnalı türk dünyasının genişliyi və bütövlüyü haqqında əhəmiyyətli bir ədəbiyyat bələdçisidir, ” jurnalda ardıcıl olaraq verilən məqalələr vasitəsi ilə sovet dövrünün çətinlikləri şəraitində Türkiyə elmi-ədəbi ictimaiyyəti ayrı-ayrı türk xalqlarının ədəbiyyatı, o cümlədən, Azərbaycan ədəbiyyatı ilə yaxından tanış ola bilmişlər . O, Türkiyə ilə türk dünyası arasında eləcə də, Azərbaycan arasında canlı körpü olmuş, sovetlər dönəmində Abbas Zamanov, Qulam Məmmədli, Həmid Araslı, Mirzəağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, Müsədiqq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və sonralar İsa Həbibbəyli, Anar, Elçin, Kamil Vəliyev, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadıq, Aqşin Babayev, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Əsgər Rəsulov, Vilayət Quliyev kimi yazıçı və ziyalılarla dostluq əlaqələri qurmuşdur. Yavuz Akpınar 1992-93-cü illərdə isə Miçiqan Universitetində (ABŞ) öz sahəsi ilə bağlı araşdırmalar apararkən də Azərbaycan mövzusunu əsas götürmüşdür. Yavuz Akpınar Azərbaycan üçün böyük vətəndaş, alim professor Abbas Zamanovun kəşfidir. Abbas Zamanovun şəxsiyyətinin və irsinin Türkiyədə tanıdılması və təbliğində də Yavuz Akpınarın böyük xidmətləri vardır. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun verdiyi rəqəmə görə, hazırda şəxsi fondlarda Yavuz Akpınarın "bizimki"lərə yazdığı 2000-dən çox məktub mühafizə edilir. Onlardan 250-yə qədəri professor Abbas Zamanova (1993-cü ildə vəfat etdi) ünvanlanmışdır. Yavuz Akpınar milli dövlətçilik ideologiyasının banisi M.Ə.Rəsulzadə ilə bağlı olaraq “Azərbaycan Cümhuriyyəti. Keyfiyyəti-təşəkkülü ve şimdiki vaziyeti” (1990), “İran türkləri”(1993), “Kafkasya türkləri” (1993; hər üçü İ.M.Yıldırım və S.Çağın ilə birlikdə) kitablarını hazırlamışdır. Yavuz Akpınar Cənubi Azərbaycan şair və yazıçılarının əsərlərinin Türkiyədə çap olunmasında əvəzsiz xidmətləri olmuşdur. Cənubi Azərbaycan ədəbiyyatının iki məşhur şairini iki əsərində - "Hörmətli Ustad Böyük Şehriyara" və "Sehendim" Azərbaycanın ictimai və siyasi durumu haqqında düşüncə və arzularını qeyd etmişdir. Yavuz Akpınarın Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalarının mərkəzində Bulud Qaraçorlu Səhənd, Həmid Nitqi, Həsən Məcidzadə Savalan, Cavad Heyət, Əli Təbrizli, Hüseyn Düzgün, Hüseyn Feyzullahi Sadiq və başqaları olmuşdur. Yavuz Akpınar Həmid Nitqinin " Hər rəngdən- dünəndən bugünə" adlı şeir kitabını nəşrə hazırlamışdır. O, Məhəmməd Hüseyn Şəhriyar yaradıcılığını həm dil, üslub, həm də poetika məsələləri baxımından qapsamlı araşdırıb, həm də əsərlərinin Türkiyədə nəşri sahəsində müstəsna xidmətlər göstərib, bu sahədə yeni səhifələr açmış,O, Atatürk Universiteti Ədəbiyyat Fakültəsi Araşdırma Jurnalının Ahmet Caferoğlu adına xüsusi buraxılışında “Şəhriyarın Türkiyədə nəşr olunmamış türkcə şeirlərindən bəziləri”ni çapa hazırlayaraq oxucuların ixtiyarına vermişdir Yavuz Akpınar və İsmayıl Qaspirali Türk dünyasının fikir və düşüncə öndəri olan İsmayıl bəy Qaspiralinin dörd cildlik külliyatının nəşri Yavuz Akpınarın mühüm fəaliyyətlərindən biridir. I cilddə roman və hekayələri yer almışdır, II cildə İsmayıl bəy Qaspiralinin sosial və siyasi fəaliyyəti, təhsil fəaliyyətləri, III cilddə dil və ədəbiyyat yazıları, IV cilddə isə təhsil haqqında fikirləri yer almışdır. Bütün türk dünyası bu gün İsmayıl bəy Qaspiralini Yavuz Akpınar nəşrləri vasitəsilə oxuyur. Mükafatları Azərbaycanın təbliğində gördüyü işlərə görə 1989-cu ildə Dövlət Mükafatına, 2017-ci ildə "İlin elm adamı", Nəriman Nərimanov" Azərbaycan Dövlət Mükafatı (1990); Azərbaycan Dövlət Universiteti "Fəxri Doktor" (1993); Türkiyə Yazıçılar Birliyi "Araşdırmada İlin Yazarı" (1994); Azərbaycan Dövlət Universiteti "Fəxri professor" (1996); Türk Ocaqları "Ziya Gökalp Elm və Təşviq Hədiyyəsi" (1997); Azərbaycan Yazıçılar Birliyi "Rəsul Rza Mükafatı" (1998); TİKA-nın "Türk Dünyasına Xidmət Ödülü" (2001), Türkiyə Yazıçılar Birliyi 40. İl Vəfa Mükafatı (2018), Türk Dilinə Xidmət (2023 ) kimi mükafatlara layiq görülüb. Azeri edebiyyatı Araştırmaları. Dergah yayınları, İstanbul,1994, 512 s. Müjgan Cunbur. “Akpınar, Yavuz”. TDE Ansiklopedisi, c. 1, 2002, 275 s. K. Anar, Veli Nerimanoğlu. E. Yavuz Akpınar’ın “Azerî Edebiyatı Araştırmaları” Kitabı ve Edebiyat Tarihimiz. Edebiyyat Gezeti, Bakû, 24 Mart 1995, no: 11. Həmçinin bax Türkiyə ədəbiyyatı | https://az.wikipedia.org/w/index.php?curid=350700 |
Əli Yolçuyev | Əli Kərim oğlu Yolçuyev — Azərbaycan Respublikası Daxili Qoşunlarının "Şahin" xüsusi təyinatlı dəstəsinin hərbçisi, kiçik çavuş. 1982-ci il Bakı şəhərində anadan olub, 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlamışdır. 2003-cü ildə ehtiyata buraxılan Əli Yolçuyev daha sonra Azərbaycan Respublikası Daxili Qoşunlarının "N"saylı hərbi hissəsində "Şahin" xüsusi təyinatlı dəstəsində müddətdən artıq hərbi xidmət etmiş və çavuş rütbəsinə yüksəlmişdir. 2008-ci il avqust ayında Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) Qusar rayonu Həzrə kəndi ərazisində "Meşə Qardaşları" adlı terorçu dəstəni zərərləşdirilməsi üçün keçirdiyi əməliyyatda terorçuların açtığı atəş nəticəsində 4 güllə yarası alaraq yerindəcə şəhid olmuşdur. Əli Yoçuyev dostlarının xatirəsində Gizir Məmmədov Saleh (Daxili Qoşunların Xüsusi Təyinatlı Kəşfiyyatının təlimçisi): O,çox səxavətli və mehriban insan idi.Əsl dost dedikdə bizim ağlımıza yalnız Əli gəlir.Hamı ilə mehriban hamının qayğısına qalan,bütün tədbirlərdə öndə iştirak edən məğrur bir insan idi. "Meşə Qardaşları" ilə əməliyyat gecəsi bizə əmr gəldi və biz əməliyyat rayonuna çıxdıq .Hər əməliyyat gedişində hamı bir biri ilə halallaşır,bu dəfədə elə oldu və gəldik çatdıq əməliyyat yerinə.Bir neçə gün axtarışda olduq sonra dəqiqləşdirdikdən sonra Həzrə kəndinə qədər onları qovduq çıxılmaz vəziyyətdə qalan terrorçu dəstə ilə son dərəcə ehtiyatlı olmaq lazım idi,amma hamıdan qabaqda gedən Əli onlara başqa tərəfdən yaxınlaşırdı sanki,Azərbaycanı təşvişə salmış cinayətkarları özü cəzalandırmaq istəyirdi.Hamı sakitcə "ölüm zonası"na yaxınlaşırdı və birdən atəş səsi eşidildi,dörd dəfə atəş səsi təkrarlandı.Səs Əlinin getdiyi tərəfdən gəlirdi və hamımız himayəli irəliləmə ilə o tərəfə yönəldik lakin, Əlini yerdə uzanmış halda gördük və dəstək qrupu ilə onu xilas etməyə çalışdıq,içimizdən zabit Umudov onu vurub qaçan terrorçunun arxasınca qaçdı və onu məhv edərək Əlidən götürdüyü silahı geri qaytardı.Əli hadisə yerində can verdi elə bilki,bizim üçün dünyanın sonu gəldi. Düşmən ondan cəld tərpənmişdir desəm doğru olmaz, yalnız Vətən üçün ölümnən qorxmamağ onu ölümə apardı. Onun ailəsi hər zaman diqqətimizdədir və hər zaman kömək göstərməyi özümüzə borc bilirik,çünki Əli bizim üçün ölməyib necə deyərlər: Şəhidlər ölməz, Vətən bölünməz. Mayor Füzuli Şiraslan oğlu İmrəliyev (Daxili Qoşunların zabiti,əməliyyat zamanı "Şahin" xüsusi təyinatlı dəstə komandiri): O,sadəcə Vətənin sevən cəngavər idi,amma ölüm hər zaman insanı haqlayır.O isə ölümnən qorxmurdu …! Dövlət tərəfindən aldığı yüksək qiymət Azərbaycan Respublikası Prezidentinin 12 mart 2009-cu il fərmanına əsasən dövlətçiliyin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifəsini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərməsinə görə Azərbaycan Respublikasının "İgidliyə görə" medalı ilə təltif olunmuşdur (ölümündən sonra). Mükafatları "İgidliyə görə" medalı Qusarda terrorçularla atışma baş verib Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine Daxili Qoşunlar terorçularla atışmada şəhid veriblər Azərbaycan Prezidenti hərbçiləri təltif edib Arxivləşdirilib 2014-04-29 at the Wayback Machine | https://az.wikipedia.org/w/index.php?curid=315483 |
Əli Yusif | Əli Yusifzadə, Əli Yusif (tam adı: Yusifzadə Əli Cəlal oğlu; 1 yanvar 1900, Şuşa – 18 avqust 1937, Daşkənd) — Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri, şair, 8 dildə danışmağı və yazmağı bacaran görkəmli mütəfəkkir, repressiya qurbanı. Əli Cəlal oğlu Yusifzadə 1900-cü ilin yanvarın 1-də Şuşa şəhərində doğulub. Yusifzadələr ailəsi Şuşanın sayılıb-seçilən nəsilindən olub. Soyadlarını da İbrahim xanın sarayında işləmiş Mirzə Yusifin adıdan alıblar. Mirzə Yusifin oğlu Mirzə Əliqulu, Mirzə Əliqulunun oğlanları Mirzə Ələkbər və Mirzə Abbas da şair və alim kimi tanınıb. Mirzə Ələkbərin Cavad, Cəlal, Camal, Cabbar, Səttar, Münəvvər və Sitarə adlı övladları olub. Onlardan Cəlal, Camal, Səttar müəllimlik edib. Ağaəlinin atası Cəlal qadaşlarından bədii, elmi yaradacılıqda, pedaqoji və ictimai-siyasi işlərdə fəallığı ilə seçilib. Əli Yusifin ziyası Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra daha da parlayır. Atası — hamının hörmət etdiyi maarifçi-ziyalı Mirzə Cəlal onu uşaqlıqdan çox savadlı şəxs kimi yetişdirmişdi. 18 yaşında çatana qədər artıq bir neçə dildə sərbəst yazıb-oxuya bilirdi. Amma yenə də Qərb təhsilini əsas görürdü. Əli Yusif Rai 1917-ci ildə Şuşa Milli Komitəsinin üzvü olmuş, yerli əhalinin erməni millətçilərinin təxribatlarından qorunmasında da fəal iştirak etmişdir.Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra ailələri Bakıya köçüb. Əli Yusif "Yaşıl qələm"in, "Ədəbiyyat cəmiyyəti"nin işində fəal iştirak edib, "Azərbaycan", "İstiqlal", "Bəsirət", "Qurtuluş yolu" qəzet və jurnallarında müstəqillik, azadlıq ideyalarını tərənnüm edən məqalələr və şeirlər nəşr etdirib. 1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamentinin açılış günü münasibətilə "Azərbaycan" qəzetinin xüsusu buraxılış nömrəsində Əli Yusifin "Prometey" məqaləsi dərc olunur. Məqalədə bu qədim yunan mifi Apollon mənzuməsindən əsatiri bir ilahə olan Prometeyin cəsarətlə ilk dəfə alovu göydən yer üzünə alıb gətirdiyi üçün çarmıxa çəkilməsi, qartallar tərəfindən cigərinin para-para qoparılıb yeyilməsi salnaməçi tərəfindən həm masal, həm də bir millətin, bir ölkənin tarixinə yazılan bir tale kimi göstərilir. Əli Yusif Prometeyin yenidən dirildiyini, Azərbaycanın qayalarında parə-parə cigərindən həqiqət alovu saçdığını, o atəşgədədən nur doğduğunu yeni istiqlaliyyət qazanmış, türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk müstəqil dövlət olan Azərbaycanın taleyi ilə bağlayır: Əli Yusif milli istiqlal ideyalarının bütün çətinliklərə baxmayaraq parlayacağı, böyüyəcəyi, yüksələcəyi, həmçinin müstəqil olmağın bütün kiçik millətlərin şüar və arzusu olduğunu əzmkarlıqla vurğulayir. Ədib "Milli qayəmiz" məqaləsində yazır: Bakıda yaşadığı dövrdə Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Dadaş Həsənov və b. ilə tanış olub. Əli Yusifzadənin adı Azərbaycan parlamentinin 1919-cu il 1 sentyabr qərarı ilə xarici ölkələrə oxumağa göndərilən tələbələrin siyahısına salınıb. Lakin texniki səbəbdən tələbələrin göndərilməsi gecikdirilib. 1920-ci il yanvarın 12-də "İstiqlal" qəzetində Əli Yusifzadənin "Əlvida" şeiri dərc olunub. Yanvarın 14-də isə cümhuriyyət rəhbərlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə tələbələrin təntənəli yola salma mərasimi təşkil edilib. Fevralın 11-də Parisə çatan tələbələri Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər edib və uğurlar arzulayıb. Sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıb. Əli Yusifzadə Parisdəki Ali Siyasi Elmlər Akademiyasınının Diplomatiya fakültəsinə daxil olub.1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Ümumittifaq Birinci Türkoloji Qurultayda Əli Yusifzadə katib, atası Mirzə Cəlal tərcüməçi kimi iştirak edib. Qurulyat başa çatandan üç gün sonra, yəni martın 8-də Azərbaycan Fovqəladə Komissiyasının (KQB) əməkdaşı Vasinin əmri ilə Əhməd Hacınski, Dadaş Həsənov və Əli Yusifzadə evlərində axtarış aparılmaqla həbs ediliblər. Əli Yusifzadənin evindən bir qovluq sənəd götürülüb. Həmin dövrdə Azərbaycanda rəhbər vəzifədə işləyənlərin bir qismi onların həbs olunmasının qarşısını almaq istəsələr də bacara bilməyiblər. Azərbaycan Dövlət Siyası İdarəsinin qərarı dəyişməz olub.İstintaqı aparan Vasini Əli Yusifzadənin "Türkoloji Qurultay keçirilən salona daxil olmları üçün neçə nəfərə və hansı əsasla sənəd veriməsi, xaricdən dəvət olunmuş alimlərin siyahısını haradan alması" maraqlandırıb. Qurultayın katibi, 8 dildə danışmağı və yazmağı bacaran Əli Yusifzadənin istintaqını 1927-ci il fevralın 28-də başa çatdırılıb. AzərbaycanDövlət Siyası İdarəsinin istintaqına görə Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov, Mir Bağır Seyidrzayev, Əli Yusifzadə, ümumiyyətlə 14 nəfərə güllələnməli olub. Onlara güllələnmə hökmü oxunur da. Lakin sonradan Əli Yusifzadənin və bəzi məhbusların güllələmə hökmü 10 il həbs cəzası ilə əvəzlənib. Repressiya illəri 1927-ci il martın əvvəllərində Əli Yusifzadənin, İsfəndiyar Vəkillinin, Niyazi Muinin, Mehdi Sultanzadənin, Sadıq İmanənin, Nəsrulla İsrafilzadənin, Muhsin bəy Bəkdəmirzadənin və b. daxil olduğu Azərbaycanlı məhbuslar qrupu Solovkiyə, Şimal Buzlu okeandakı Ağ dənizin Oneqa körfəzindəki adalardakı həbs düşərgələrinə gətiriblər. Bu qrupda əsasən zabit və maarifçi ziyalılar olub. Onları Baltik-Amur kanalının çəkilişində işlətməyə başlayırlar. Əli Yusifzadə onlardan əvvəl gətirilmiş araşdırıcı, şair Əbdürrəhman Dai, Cabbar Kələntərli, B. Səfizadə, Muradxan Naxçıvani, Abbasqulu, B. Həmid Kəngərli, Səlimzadə və başqaları görüşüb. İlik donduran şaxtada işləməkdən, qurd düşmüş balıqdan hazırlanmış xörəkləri yeməkdən çox onları cinayətkarlarla bir yerədə saxlanması rahatsız edib. Buna görə də Əli Yusifzadə həbs düşərgəsinə gəldikdən sonra siyasi dustaqlar arasında təbliğat işi aparmağa başlayıb. Bolşeviklərin qəddarlıqlarına qarşı duran, canilərlə bir həbsxanada qalmaq istəməyən, onlara siyasi məhbus statusu verilməsini tələb edən azərbaycanlı məhbuslar ilk dəfə siyasi tələblərlə kütləvi ölüm aclığı elan edib. Əli Yusifzadə Sovet Sosialist Respublikaları İttifaqında ilk dəfə siyasi məhbuslarının aclıq aksiyasının təşkil edənlərdən olub. 1927-ci ildə keçirilən aclığın 53-cü günü hərbçi, gəncəli İbrahim Axundzadə, Qori Müəllimlər Seminariyasının məzunu, şəkili Əlövsər (Əfsər) Nəcəfov aclıq zamanı, hərbçi Xasay Kərimzadə, həkim Cahangir Ağayev aclığın doğurduğu xəstəlikdən dünyasını dəyişib. Şəhid olan dustaqların vəsiyyəti ilə aclıq aksiyası 56-cı gün dayandırılıb. Sovet Sosialist Respublikaları İttifaqının həbsxanalarındakı ilk siyasi aclıq aksiyasının xəbəri Bakıya da gəlib çatıb. Aclıq aksiyasının təşkilatçılarından olan Əli Yusifzadənin atası Mirzə Cəlal Yusifzadə 1931-ci ildə, 72 yaşında Bakıda oğul həsrətilə dünyasını dəyişib. Solovki adalarındakı həbs düşərgələrindəki vəziyyətlə tanış olmağa getmiş Maksim Qorki (Peşkov) və xanımına siyasi məhbuslar həbsxana nəzarətçilərindən gizli məktub ötürə bilib. Onlar bu məktubu Sovet İttifaqı Kommunst Partiyasının rəhbərlərinə, Stalinə çatdırıb. Bundan sonra həbsxanadakı siyasi məhkumlara qarşı sərt rejim nisbətən yumşaldılıb. 1935-ci ilin yanvarında Əli Yusifzadə həbsdən azad edilib. Lakin onun Azərbaycana dönməsinə icazə verilməyib. O, Özbəkistana sürgün edilib. 1937-ci ildə Əli Yusifzadə Daşkənddə yenidən həbs edilib. Uzun və işgəncəli istintaqdan sonra, yəni 1937-ci ilin avqustun 18-də həbsxanada güllələnib və cəsədi də gizlədilib. Əli Yusifə bəraət ölümündən 54 il sonra –1992-ci ilin mayında verilir. Bədii yaradıcılığı Əli Yusifzadə dərslərini yaxşı oxumaqla yanaşı bədi yaradıcılıqla da məşğul olub. "Balıq və pişik" təmsili, "Anaların təfavütü" hekayəsi, "Vətənim" şeiri nəşr olunub. Yazdıqlarını qəzet və jurnallarda çap etdirməklə yanaşı müsabiqələrdə də güçünü sınayıb. 1915-ci ildə Bakıdakı "Qurtuluş" jurnalı "Qürub çağı bir yetimin məhkumluğu" mövzusunda müsabiqə elan edib. Əli Yusif də müsabiqəyə yazı göndərib. Qaliblər sırasında Cəfər Cabbarlı, Ümmgülsümlə yanaşı Əli Yusifzadə də olub.Yaradıcılığında azadlığını, müstəqilliyini əldə etmiş xalqına, millətinə, yenicə qurulan azad, müstəqil, suveren dövlətinə məhəbbət ana xətt kimi keçir. Onun "Azərbaycan", "Qurtuluş", "İstiqlal" kimi mətbuat orqanlarında dərc olunan şeir və publisistik məqalələrində ürəyində vətənin bugünkü azadlığından doğan hiss və duyğuları, gələcəyə inamlı baxışları, yüksək əzmkarlıq, mübarizlik qabarıq şəkildə öz əksini tapır. Şair "Vətənim" şeirində Vətənə "valideyi-möhtərəməm" deyə müraciət edir, vətənə olan məhəbbətini ana-oğul arasında olan sevgiyə bənzədir: Vətəndən, torpaqdan ötrü ölümə hazır olduğunu bildirən şair: Əli Yusifin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan bir ay əvvəl, aprel ayında yazdığı "Qarabağ xəyanətlərinə" ("Qurtuluş" jurnalı, 1920, № 2) şeiri o xəyanətlərin qurbanı olan doğma Qarabağımızın bu günü ilə səsləşir. Azərbaycanın baş tacının qiymətli qaşı olan Qarabağ diyarını — qəhrəmanlıq, şeir, sənət ocağını, musiqi beşiyini, dahilərin son məskənini özünəməxsus şəkildə şeir dili ilə təqdim edir və bir rəssam fırçası kimi oxucunun gözləri qarşısında "Qarabağ" tablosunu canlandırır. Sürgündə qurdlu yeməklə sağ qalan, dünya tarixinə düşən Cümhuriyyət fədaisi "Qürbətin doğma məzarları" — Dünya siyasi tarixində aclıq aksiyası keçirən ilk şəxs — Azərbaycanlı Əli Yusif Əzimova A. Q. Cümhuriyyət dövrünün şair publisisti/Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2014, № 4, s.170–176 Teyyub Qurban. Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında. Ekspress .-2015. 10–12 yanvar.- S.15. Abdullayev A., Əli Yusif, "Ədəbiyyat və İncəsənət" qəzeti, 1989, 28 iyul. Bayramoğlu Alxan. İstiqlalçı şair Əli Yusif. "Ədəbiyyat" qəzeti, 09 sentyabr 2005 Qəhrəmanlı Nazif. Vətən və istiqlal aşiqi Əli Yusif. Bakı, Avropa nəşriyyatı, 2010, 283 s. Həmçinin bax Cümhuriyyət tələbələri | https://az.wikipedia.org/w/index.php?curid=533059 |
Əli Yusifov | Əli Suləddin oğlu Yusifov (14 avqust 1997, Oğuzkənd, Naxçıvan Muxtar Respublikası – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Yusifov 1997-ci il avqustun 14-də Şərur rayonunun Oğuz kəndində anadan olub. Nişanlı idi. Hərbi xidməti Azərbaycan Ordusunun leytenantı olan Əli Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Yusifov oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 29-da nəşi tapılıb və Şərur rayonunun Oğuz kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Yusifov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Yusifov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. (24. iyun 2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24. iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24. iyun 2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) | https://az.wikipedia.org/w/index.php?curid=693150 |
Əli Yusifzadə | Əli Yusifzadə, Əli Yusif (tam adı: Yusifzadə Əli Cəlal oğlu; 1 yanvar 1900, Şuşa – 18 avqust 1937, Daşkənd) — Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri, şair, 8 dildə danışmağı və yazmağı bacaran görkəmli mütəfəkkir, repressiya qurbanı. Əli Cəlal oğlu Yusifzadə 1900-cü ilin yanvarın 1-də Şuşa şəhərində doğulub. Yusifzadələr ailəsi Şuşanın sayılıb-seçilən nəsilindən olub. Soyadlarını da İbrahim xanın sarayında işləmiş Mirzə Yusifin adıdan alıblar. Mirzə Yusifin oğlu Mirzə Əliqulu, Mirzə Əliqulunun oğlanları Mirzə Ələkbər və Mirzə Abbas da şair və alim kimi tanınıb. Mirzə Ələkbərin Cavad, Cəlal, Camal, Cabbar, Səttar, Münəvvər və Sitarə adlı övladları olub. Onlardan Cəlal, Camal, Səttar müəllimlik edib. Ağaəlinin atası Cəlal qadaşlarından bədii, elmi yaradacılıqda, pedaqoji və ictimai-siyasi işlərdə fəallığı ilə seçilib. Əli Yusifin ziyası Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra daha da parlayır. Atası — hamının hörmət etdiyi maarifçi-ziyalı Mirzə Cəlal onu uşaqlıqdan çox savadlı şəxs kimi yetişdirmişdi. 18 yaşında çatana qədər artıq bir neçə dildə sərbəst yazıb-oxuya bilirdi. Amma yenə də Qərb təhsilini əsas görürdü. Əli Yusif Rai 1917-ci ildə Şuşa Milli Komitəsinin üzvü olmuş, yerli əhalinin erməni millətçilərinin təxribatlarından qorunmasında da fəal iştirak etmişdir.Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra ailələri Bakıya köçüb. Əli Yusif "Yaşıl qələm"in, "Ədəbiyyat cəmiyyəti"nin işində fəal iştirak edib, "Azərbaycan", "İstiqlal", "Bəsirət", "Qurtuluş yolu" qəzet və jurnallarında müstəqillik, azadlıq ideyalarını tərənnüm edən məqalələr və şeirlər nəşr etdirib. 1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamentinin açılış günü münasibətilə "Azərbaycan" qəzetinin xüsusu buraxılış nömrəsində Əli Yusifin "Prometey" məqaləsi dərc olunur. Məqalədə bu qədim yunan mifi Apollon mənzuməsindən əsatiri bir ilahə olan Prometeyin cəsarətlə ilk dəfə alovu göydən yer üzünə alıb gətirdiyi üçün çarmıxa çəkilməsi, qartallar tərəfindən cigərinin para-para qoparılıb yeyilməsi salnaməçi tərəfindən həm masal, həm də bir millətin, bir ölkənin tarixinə yazılan bir tale kimi göstərilir. Əli Yusif Prometeyin yenidən dirildiyini, Azərbaycanın qayalarında parə-parə cigərindən həqiqət alovu saçdığını, o atəşgədədən nur doğduğunu yeni istiqlaliyyət qazanmış, türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk müstəqil dövlət olan Azərbaycanın taleyi ilə bağlayır: Əli Yusif milli istiqlal ideyalarının bütün çətinliklərə baxmayaraq parlayacağı, böyüyəcəyi, yüksələcəyi, həmçinin müstəqil olmağın bütün kiçik millətlərin şüar və arzusu olduğunu əzmkarlıqla vurğulayir. Ədib "Milli qayəmiz" məqaləsində yazır: Bakıda yaşadığı dövrdə Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Dadaş Həsənov və b. ilə tanış olub. Əli Yusifzadənin adı Azərbaycan parlamentinin 1919-cu il 1 sentyabr qərarı ilə xarici ölkələrə oxumağa göndərilən tələbələrin siyahısına salınıb. Lakin texniki səbəbdən tələbələrin göndərilməsi gecikdirilib. 1920-ci il yanvarın 12-də "İstiqlal" qəzetində Əli Yusifzadənin "Əlvida" şeiri dərc olunub. Yanvarın 14-də isə cümhuriyyət rəhbərlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə tələbələrin təntənəli yola salma mərasimi təşkil edilib. Fevralın 11-də Parisə çatan tələbələri Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər edib və uğurlar arzulayıb. Sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıb. Əli Yusifzadə Parisdəki Ali Siyasi Elmlər Akademiyasınının Diplomatiya fakültəsinə daxil olub.1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Ümumittifaq Birinci Türkoloji Qurultayda Əli Yusifzadə katib, atası Mirzə Cəlal tərcüməçi kimi iştirak edib. Qurulyat başa çatandan üç gün sonra, yəni martın 8-də Azərbaycan Fovqəladə Komissiyasının (KQB) əməkdaşı Vasinin əmri ilə Əhməd Hacınski, Dadaş Həsənov və Əli Yusifzadə evlərində axtarış aparılmaqla həbs ediliblər. Əli Yusifzadənin evindən bir qovluq sənəd götürülüb. Həmin dövrdə Azərbaycanda rəhbər vəzifədə işləyənlərin bir qismi onların həbs olunmasının qarşısını almaq istəsələr də bacara bilməyiblər. Azərbaycan Dövlət Siyası İdarəsinin qərarı dəyişməz olub.İstintaqı aparan Vasini Əli Yusifzadənin "Türkoloji Qurultay keçirilən salona daxil olmları üçün neçə nəfərə və hansı əsasla sənəd veriməsi, xaricdən dəvət olunmuş alimlərin siyahısını haradan alması" maraqlandırıb. Qurultayın katibi, 8 dildə danışmağı və yazmağı bacaran Əli Yusifzadənin istintaqını 1927-ci il fevralın 28-də başa çatdırılıb. AzərbaycanDövlət Siyası İdarəsinin istintaqına görə Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov, Mir Bağır Seyidrzayev, Əli Yusifzadə, ümumiyyətlə 14 nəfərə güllələnməli olub. Onlara güllələnmə hökmü oxunur da. Lakin sonradan Əli Yusifzadənin və bəzi məhbusların güllələmə hökmü 10 il həbs cəzası ilə əvəzlənib. Repressiya illəri 1927-ci il martın əvvəllərində Əli Yusifzadənin, İsfəndiyar Vəkillinin, Niyazi Muinin, Mehdi Sultanzadənin, Sadıq İmanənin, Nəsrulla İsrafilzadənin, Muhsin bəy Bəkdəmirzadənin və b. daxil olduğu Azərbaycanlı məhbuslar qrupu Solovkiyə, Şimal Buzlu okeandakı Ağ dənizin Oneqa körfəzindəki adalardakı həbs düşərgələrinə gətiriblər. Bu qrupda əsasən zabit və maarifçi ziyalılar olub. Onları Baltik-Amur kanalının çəkilişində işlətməyə başlayırlar. Əli Yusifzadə onlardan əvvəl gətirilmiş araşdırıcı, şair Əbdürrəhman Dai, Cabbar Kələntərli, B. Səfizadə, Muradxan Naxçıvani, Abbasqulu, B. Həmid Kəngərli, Səlimzadə və başqaları görüşüb. İlik donduran şaxtada işləməkdən, qurd düşmüş balıqdan hazırlanmış xörəkləri yeməkdən çox onları cinayətkarlarla bir yerədə saxlanması rahatsız edib. Buna görə də Əli Yusifzadə həbs düşərgəsinə gəldikdən sonra siyasi dustaqlar arasında təbliğat işi aparmağa başlayıb. Bolşeviklərin qəddarlıqlarına qarşı duran, canilərlə bir həbsxanada qalmaq istəməyən, onlara siyasi məhbus statusu verilməsini tələb edən azərbaycanlı məhbuslar ilk dəfə siyasi tələblərlə kütləvi ölüm aclığı elan edib. Əli Yusifzadə Sovet Sosialist Respublikaları İttifaqında ilk dəfə siyasi məhbuslarının aclıq aksiyasının təşkil edənlərdən olub. 1927-ci ildə keçirilən aclığın 53-cü günü hərbçi, gəncəli İbrahim Axundzadə, Qori Müəllimlər Seminariyasının məzunu, şəkili Əlövsər (Əfsər) Nəcəfov aclıq zamanı, hərbçi Xasay Kərimzadə, həkim Cahangir Ağayev aclığın doğurduğu xəstəlikdən dünyasını dəyişib. Şəhid olan dustaqların vəsiyyəti ilə aclıq aksiyası 56-cı gün dayandırılıb. Sovet Sosialist Respublikaları İttifaqının həbsxanalarındakı ilk siyasi aclıq aksiyasının xəbəri Bakıya da gəlib çatıb. Aclıq aksiyasının təşkilatçılarından olan Əli Yusifzadənin atası Mirzə Cəlal Yusifzadə 1931-ci ildə, 72 yaşında Bakıda oğul həsrətilə dünyasını dəyişib. Solovki adalarındakı həbs düşərgələrindəki vəziyyətlə tanış olmağa getmiş Maksim Qorki (Peşkov) və xanımına siyasi məhbuslar həbsxana nəzarətçilərindən gizli məktub ötürə bilib. Onlar bu məktubu Sovet İttifaqı Kommunst Partiyasının rəhbərlərinə, Stalinə çatdırıb. Bundan sonra həbsxanadakı siyasi məhkumlara qarşı sərt rejim nisbətən yumşaldılıb. 1935-ci ilin yanvarında Əli Yusifzadə həbsdən azad edilib. Lakin onun Azərbaycana dönməsinə icazə verilməyib. O, Özbəkistana sürgün edilib. 1937-ci ildə Əli Yusifzadə Daşkənddə yenidən həbs edilib. Uzun və işgəncəli istintaqdan sonra, yəni 1937-ci ilin avqustun 18-də həbsxanada güllələnib və cəsədi də gizlədilib. Əli Yusifə bəraət ölümündən 54 il sonra –1992-ci ilin mayında verilir. Bədii yaradıcılığı Əli Yusifzadə dərslərini yaxşı oxumaqla yanaşı bədi yaradıcılıqla da məşğul olub. "Balıq və pişik" təmsili, "Anaların təfavütü" hekayəsi, "Vətənim" şeiri nəşr olunub. Yazdıqlarını qəzet və jurnallarda çap etdirməklə yanaşı müsabiqələrdə də güçünü sınayıb. 1915-ci ildə Bakıdakı "Qurtuluş" jurnalı "Qürub çağı bir yetimin məhkumluğu" mövzusunda müsabiqə elan edib. Əli Yusif də müsabiqəyə yazı göndərib. Qaliblər sırasında Cəfər Cabbarlı, Ümmgülsümlə yanaşı Əli Yusifzadə də olub.Yaradıcılığında azadlığını, müstəqilliyini əldə etmiş xalqına, millətinə, yenicə qurulan azad, müstəqil, suveren dövlətinə məhəbbət ana xətt kimi keçir. Onun "Azərbaycan", "Qurtuluş", "İstiqlal" kimi mətbuat orqanlarında dərc olunan şeir və publisistik məqalələrində ürəyində vətənin bugünkü azadlığından doğan hiss və duyğuları, gələcəyə inamlı baxışları, yüksək əzmkarlıq, mübarizlik qabarıq şəkildə öz əksini tapır. Şair "Vətənim" şeirində Vətənə "valideyi-möhtərəməm" deyə müraciət edir, vətənə olan məhəbbətini ana-oğul arasında olan sevgiyə bənzədir: Vətəndən, torpaqdan ötrü ölümə hazır olduğunu bildirən şair: Əli Yusifin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan bir ay əvvəl, aprel ayında yazdığı "Qarabağ xəyanətlərinə" ("Qurtuluş" jurnalı, 1920, № 2) şeiri o xəyanətlərin qurbanı olan doğma Qarabağımızın bu günü ilə səsləşir. Azərbaycanın baş tacının qiymətli qaşı olan Qarabağ diyarını — qəhrəmanlıq, şeir, sənət ocağını, musiqi beşiyini, dahilərin son məskənini özünəməxsus şəkildə şeir dili ilə təqdim edir və bir rəssam fırçası kimi oxucunun gözləri qarşısında "Qarabağ" tablosunu canlandırır. Sürgündə qurdlu yeməklə sağ qalan, dünya tarixinə düşən Cümhuriyyət fədaisi "Qürbətin doğma məzarları" — Dünya siyasi tarixində aclıq aksiyası keçirən ilk şəxs — Azərbaycanlı Əli Yusif Əzimova A. Q. Cümhuriyyət dövrünün şair publisisti/Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2014, № 4, s.170–176 Teyyub Qurban. Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında. Ekspress .-2015. 10–12 yanvar.- S.15. Abdullayev A., Əli Yusif, "Ədəbiyyat və İncəsənət" qəzeti, 1989, 28 iyul. Bayramoğlu Alxan. İstiqlalçı şair Əli Yusif. "Ədəbiyyat" qəzeti, 09 sentyabr 2005 Qəhrəmanlı Nazif. Vətən və istiqlal aşiqi Əli Yusif. Bakı, Avropa nəşriyyatı, 2010, 283 s. Həmçinin bax Cümhuriyyət tələbələri | https://az.wikipedia.org/w/index.php?curid=542137 |
Əli Yüksəl | Əli Yüksəl (1949, Antalya ili) — müəllim, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Əli Yüksəl 1949-cu ildə Antalya ilinin Doyran ilçəsində anadan olub.Avropa Milli Görüş Cəmiyyətində imam-hatip, şöbə sədri və sədr vəzifələrində çalışıb. DOST-YAR (Dostluq — Sosial-Mədəni Dayanışma və Yardımlaşma) Cəmiyyətinin qurucu prezidentidir. “Vilayət” qəzetinin İdarə Heyətinin sədridir.Yenidən Rifah Partiyasının qurucularından olub, QHT-lərlə iş üzrə sədr müavini və xaricdə yaşayan vətəndaşlarla iş üzrə sədr müavini vəzifələrində çalışıb. Hazırda İdarə Heyətinin üzvüdür.2023-cü il mayın 14-də Yenidən Rifah Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Konya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.Almanca və ərəbcə bilir. Evli və 8 uşaq atasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=832418 |
Əli Zalov | Əli Zal oğlu Zalov (23 may 1966, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan alimi, kimya elmlər doktoru, professor. Əli Zalov 23 may 1966-cı ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. 1983-cü ildə Cəbrayıl şəhər 1 saylı orta məktəbini, 1991-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1984–1986-cı illərdə ordu sıralarında xidmət etmiş, 1991–1994-cü illərdə isə ADPU-nun analitik və fiziki kimya kafedrasının aspirantı olmuşdur. 1997-ci ildə prof. N. A. Verdizadənin rəhbərliyi ilə "Molibden və volframın kükürd- və azotlu liqandlarla komplekslərinin tədqiqi və onların fotometrik analizdə tətbiq mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi, 2017-ci ildə "Bəzi d- və f-keçid elementlərinin 2-hidroksitiofenol, onun törəmələri və hidrofob aminlərlə müxtəlifliqandlı kompleksləri fotometrik analizdə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2022-ci ildə professor elmi adı almışdır. Elmi fəaliyyəti 1992-ci ildən ADPU-nun analitik və fiziki kimya kafedrasının nəzdindəki "Koordinasion birləşmələr" problem elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Ə. Zalov sonra baş elmi işçi vəzifəsini tutmuş, kafedrada baş müəllim və dosent kim kimi əmək fəaliyyətini davam etdirmişdir. 2017-ci ildən ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri vəzifəsində çalışır. O, 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzinin Mükafat Komissiyasının qərarı ilə "XXI əsrin gənc alimi" Beynəlxalq Diplomu ilə təltif olunmuşdur. 2012-ci ildə ADPU – nun rektorluğunun qərarı ilə "Fəxri Fərmanla" təltif etmişdir. ADPU-nun "Xəbərlər" nin təbiət elmlər seriyasının redaksiya heyətinin üzvüdür. 2009-cu ildən ADPU Tələbə Elmi Cəmiyyətinin sədri və universitet Elmi şurasının, 2017-ci ildən BDU-da fəliyyət göstərən kimya üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür. Ə. Z. Zalovun elmi fəaliyyəti əsasən müxtəlif d-elementlərinin halogentiofenolyat və hidrofobaminlərlə eyniliqandlı və müxtəlifliqandlı komplekslərin tədqiqi ilə bağlıdır. Molibden, volfram, titan, niobium, tantal, mis, nikel, vanadium və s. metal ionlarının eyniliqandlı hlogentiofenolyat və hidrofobaminlərlə müxtəlifliqandlı komplekslərinin sintezi, spektrofotometrik tədqiqi ilk dəfə Ə. Z. Zalov tərəfindən aparılmışdır. Nəticə etibarilə yuxarıda qeyd olunan metal ionlarının fotometrik təyini üçün 80-dan artıq yüksək dəqiqliyə və həssaslığa malik üsullar işlənib hazırlanmış və müxtəlif təbii və sənaye obyektlərinə tətbiq edilmişdir. Elmi sahəsi "koordinasion birləşmələr kimyası", istiqaməti "analitik kimya", dar ixtisası "fotometrik və ekstraksiyalı – fotometrik analiz"dir. Onun elmi tədqiqat işlərinin nəticələri müntəzəm olaraq respublika və beynəlxalq jurnallarda çap olunur. Ə. Z. Zalov dərsliyin, dərs vəsaitinin, magistrlər üçün tədris proqramının, metodik vəsaitinin və çoxsaylı elmi məqalə və məruzə tezisinin (o cümlədən 100-dən artıq xaricdə olmaqla) müəllifidir. Onun muəllifi olduğu elmi məqalələr Hindistanda, Pakistanda, Slovakiyada, Rusiyada, İngiltərədə, ABŞ-da, Misirdə, Almaniyada nəşr edilmişdir. ADPU-nun 90 illik yubileyində "Yuksək ixtisasli kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" ADPU rektorunun "Fəxri fərman"ı ilə təltif edilmişdir. ADPU-nun 100 illik yubileyində "Yuksək ixtisasli kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=691400 |
Əli Zarmayev | Əli Zarmayev (4 dekabr 1950, Qaraqanda) — Rus alimi, kənd təsərrüfatı elmləri doktoru, professor, Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki. Bioqrafiyası 4 dekabr 1950-ci ildə deportasiya illərində Qaraqandada işçi ailəsində anadan olmuşdur. 1967-ci ildə Nadtereçnaya orta məktəbini, 1973-cü ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəz fakültəsini bitirir. Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra baş aqrobioloq, sonra Novoçerkasskdakı Ümumrusiya Eli-Araşdırma İnstitutunda Üzümçülük və Şərabçılıq üzrə baş elmi işçi vəzifəsində çalışır. Aspiranturaya daxil olur. 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1982-ci ildə Çeçenistan-İnquşetiyaya qayıdır. Naurski rayonunda Avanqard şərab zavodunun baş aqronomu, Şelkov rayonunda Qrebenskoy təcrübə şərab zavodunun baş aqronomu, ÇeçenİnquşVino istehsal birliyinin üzümçülük şöbəsinin müdiri, üzüm istehsalı və emalı şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Əli Zarmayev tədqiqat işləri ilə məşğul olmağa davam etmişdir. 1991-ci ildə respublikada vəziyyətin gərginləşməsindən sonra "Avanqard" şərab zavoduna qayıdır və burada direktor seçilir. 1996-cı ildə Naurski rayonunda "Pobeda" sovxoz-zavodunun direktoru olur. Onun rəhbərliyi altında "Avanqard" və "Kalinovskiy" şərab zavodlarında üzüm üçün müxtəlif sınaq sahələri təşkil edilir. Ölkənin üzümçüləri arasında tanınan adaptiv üzümçülük sistemi inkişaf etdirilir. 1994-cü ildə Çeçenistan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilir. Eyni zamanda, 2001-ci ilə qədər üzümçülükdə intensiv texnologiyalar laboratoriyasından məsul olur. 1997-ci ildə yeni hökumətlə fikir ayrılığı səbəbiylə "Pobeda" sovxozunun direktoru vəzifəsini tərk etmək məcburiyyətində qalır. Elm və müəllimlik ilə məşğul olduğu Çeçen Dövlət Universitetinə köçür. 1999–2002-ci illərdə Müvəqqəti İdarənin, sonra Çeçenistan Respublikası Administrasiyasının aqrar sənaye kompleksinin baş mütəxəssisi və rəis müavini olur. 2001-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Ekoloji, sosial-iqtisadi və tarixi faktorların təhlili və nəzərə alınması əsasında Əli Zarmayev respublika ərazisində üzümçülüyü və şərabçılığı uğurla inkişaf etdirməyə imkan verən makro, mezo və mikro zonaları müəyyən edir. 56 növün test nəticələrinə əsasən respublikada becərilməsi üçün ən perspektivli sortlar müəyyən edilmiş və ilk dəfə üzümün masa və texniki sortlarının konveyerləri hazırlanmışdır. Bu sortların tətbiqi əkin baxım xərclərini 23–38% azaldaraq məhsuldarlığı 30–60% artırmağa imkan verir. Yeni sortların, xüsusən də üzümçülüyü örtmək üçün intensiv ana bitkilərin əkinçilik texnologiyasının intensiv şəkildə təkrar istehsal edilməsi məsələlərini inkişaf etdirir ki, bu da yüksək qiymətli üzüm sortlarının vurma əmsalını 4–6 dəfə artırmağa imkan verir. İstehsalda tətbiq olunan resurs qənaət texnologiyası, üzüm sortlarının daxili ehtiyatlarının həyata keçirilməsi üçün ərazinin ekoloji potensialından ən səmərəli istifadəni təmin edir. Üzümçülük sənayesinin müxtəlif aspektlərinə dair 6 monoqrafiya, o cümlədən kənd təsərrüfatı universitetlərinin tələbələri üçün iki broşura və 13 metodik vəsait, təlimat daxil olmaqla 200-ə yaxın elmi, populyar və elmi-metodiki əsərin müəllifidir. Hazırda Çeçenistan Dövlət Universitetinin aqronomiya kafedrasının və Çeçenistan Respublikası Elmlər Akademiyasının aqrar sənaye kompleksinin sektor müdiridir. Şəxsi həyatı Evlidir. Üç övladı var. Şeirlər və hekayələr yazır. Üç şeir toplusu nəşr edilmişdir: "Mənim haqqımda və sənin haqqında" (2006); "Yenə də bizim haqqımızda" (2010); "Bu dünya nə qədər müxtəlifdir" (2010); Nümayiş olunan fikrin poetik qavranılması ilə müşayiət olunan şəkillər çəkməsi ilə də seçilirdi. 2008-ci ilin dekabrında Çeçenistan Respublikasının Milli Muzeyində rəsmlərindən ibarət ilk fərdi sərgi keçirilir və burada 40 rəsm əsəri təqdim edilir. | https://az.wikipedia.org/w/index.php?curid=723673 |
Əli Zeynalov | Əli Yusif oğlu Zeynalov (23 mart (5 aprel) 1913 və ya 4 aprel 1912, Salyan, Cavad qəzası – 4 yanvar 1988, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1964), Azərbaycan SSR əməkdar artisti (1955), Ermənistan SSR əməkdar artisti (1939), M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı laureatı (1965). Xalq artisti Əli Zeynalov Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub. Əli Yusif oğlu Zeynalov 5 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887–1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib. Yaradıcılığı İrəvan Tearında (1934–1935), Dram Teatrında (1945–1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik olan Əli Zeynalov bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib. Əli Zeynalov "İki ömrüm olsaydı…" kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif" tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. — Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? — Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim." Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib. Yasamal qəbristanlığında dəfn edilib. Aktrisa Mirvari Novruzovanın həyat yoldaşıdır. Mükafatları "Ermənistan SSR əməkdar artisti" fəxri adı — 22 fevral 1939 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1964 M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı — 28 aprel 1965 Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 23 aprel 1973; 1 iyun 1974 Filmoqrafiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52. Xarici keçidlər Səda — Əli Zeynalovun doğum günüdür (04.04.2016) | https://az.wikipedia.org/w/index.php?curid=33211 |
Əli Zitouni | Əli Zitouni (Ərəbcə: علي زيتوني) (d. 11 dekabr 1981) — Tunisli futbolçu. Karyerası daha çox vətəninə bağlı olan Əli Zitouni 2007-ci ildən “Antalyaspor”da oynayır. Bu müddətdə 132 oyunda 22 qol vurub. Hücumçu 1999-cu ildən şərəfini qoruduğu yığmasının heyətində 45 oyunda 14 dəfə fərqlənib. 2002-ci Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatının final mərhələsinin, bundan 2 il sonra Afina Olimpiadasının iştirakçısı olub. Tunisin 2004 Olimpiya kadrında da yer almışdır. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=309732 |
Əli Zülalov | Əli Əbdül oğlu Zülalov (13 sentyabr 1893, Şuşa – 18 fevral 1963, Bakı) — Azərbaycanın opera müğənnisi, Azərbaycan SSR əməkdar artisti (1940). Əli Zülalov 1893-cü il sentyabrın 13-də Şuşa şəhərində anadan olmuşdur. Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və qardaşı olan Qəmbər Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Şuşa şəhər real məktəbini bitirmişdir. 1917-ci ildə həvəsi onu teatra gətirmişdir. Bülbülcanla dostluq edən Üzeyir Hacıbəyov Əli Zülalovun incəsənətə olan marağını duymuşdu. Onunla söhbət zamanı gəncin gur, xarakterik səsi bəstəkarın diqqətini çəkib. Elə bu səbəbdən də onu birillik sınaq müddətində özünün rəhbərlik etdiyi opera və operetta truppasının xoruna işə götürüb. Beləliklə, Əli Zülalov səhnədə ilk addımlarını Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppasında atdı. Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından biri də Əli Zülalov olub. Sonralar təhsilini davam etdirən Əli Zülalov Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirdi. O, həyatda da, sənətdə də Üzeyir Hacıbəylidən dərs aldı. 1952-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında çalışmağa başlamışdır. İstedadlı aktyorun opera səhnəsində yaratdığı rollar: Ehsan paşa və Fətəli xan ("Koroğlu"), Leylinin atası və Zeyd ("Leyli və Məcnun"), Keşiş ("Əsli və Kərəm"), Şahvələd ("Aşıq Qərib"), Molla Mütəllim ("Nərgiz"), Süleyman ("Arşın mal alan"), Ərəbzəngi ("Şah İsmayıl") və onlarla digər obrazları maraqla izlənib. Əməkdar artist fəxri adına layiq görülən Əli Zülalov opera səhnəmizin inkişafında xidməti olan mədəniyyət xadimlərindən biri idi. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti on günlüyü çərçivəsində Müslüm Maqomayevin "Nərgiz" operasındakı Molla Mütəllim roluna görə "Şöhrət nişanı" ordeni ilə təltif edilmişdir. İslam dininin adət-ənənələrini yaxşı bilən Ə. Zülalov bu obrazı xüsusi bir məharətlə yaratmışdır. Bu da Stalinin diqqətindən yayınmamışdır. Görkəmli bəstəkar Fikrət Əmirov Ə. Zülalov haqqında xatirələrində belə yazıb: "…Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı aktyoru, solist Əli Zülalov gözəl səsi, səhnə mədəniyyəti və davranışı ilə hər zaman gənclərə nümunə olmuşdur". O, 1963-cü ilin fevralın 18-də Bakıda vəfat edib. Nəsil şəcərəsi Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=80145 |
Əli ağa Adıgözəlov | Əli ağa Haqverdi bəy oğlu Adıgözəlov-(1802-?), Qarabağ atlı alayının sultanı, podporuçik Həmçinin bax Qarabağ atlı alayı | https://az.wikipedia.org/w/index.php?curid=100994 |
Əli ağa Cavanşir | Əli ağa Kərim ağa oğlu Cavanşir (1858 -?) — şair. Əli ağa Cavanşir 1858-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Şair idi. Mir Möhsün Nəvvabın təzkirəsində şeirlərindən nümunə var. Yaradıcılığı Ənvər Çingizoğlu, Cavanşir eli:Sarıcalılar, Bakı, "Mütərcim", 2015, 352 səh. | https://az.wikipedia.org/w/index.php?curid=77439 |
Əli ağa Şıxlinski. | Əli Ağa Şıxlinski (tam adı: Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski; 3 (15) mart 1863, Aşağı Salahlı, Tiflis quberniyası – 18 avqust 1943, Bakı) — Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı. Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əliağa Şıxlinskiyə "Artilleriyanın Allahı" ləqəbini veriblər. 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur. Erkən illəri Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyası, Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində ağalıq nəslində anadan olub. O yazırdı ki, onun atası İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub. Şıxlinski 1904-cü ildən qeydlər apardığı "Zabitin dəftəri"ndə iftixarla yazır ki, onun anası Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir. Əliağa Şıxlinskindən həm də iki qardaşı olmuşdur.O, 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının birinci sinfinə daxil olmuş, oranı-artıq kadet korpusuna çevrilmiş gimnaziyanı 1883-cü ildə birinci şagird kimi bitirmişdi. O, son günlərini Bakının Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə keçirirdi. Ölümündən qabaq, Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı "Xatirələrim" hərbi memuar kitabını yazırdı. Kitab generalın ölümündən doqquz ay sonra — 1944-cü ilin may ayında nəşr olundu. Kitaba hərb elminin böyük alimi professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz yazmışdır. Həmin kitab 1984-cü ildə "Azərnəşrdə" əlavə və izahlarla kütləvi tirajla (60 min) Azərbaycan və rus dillərində nəşr olunmuşdur.1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edən general Əliağa Şıxlinskinin dəfn mərasimini filosofalim Heydər Hüseynovun özü təşkil etdi. Generalla heç bir qohumuluğu olmayan alimin Şıxlinski şəxsiyyətinə, onun sərkərdəlik fəaliyyətinə, xüsusilə, lüğətçilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük rəğbəti vardı. Dəfn mərasimi Bakı Hərbi Qarnizonunundan çağırılmış alay orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı. Əliağa Şıxlinskini görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər. Hərbi karyerası Hərbi karyerasının başlanğıcı 1883-cü ildə Əliağa Şıxlinski öz təhsilini Sankt-Peterburqda, Mixaylovsk artilleriya məktəbində davam etdirmişdi. O, orda da nəinki bacarıqlı şagird kimi, həm də əla süvari və gimnast kimi müvəffəqiyyət qazanmışdı. Yunkerin müvəffəqiyyətləri diqqətdən kənarda qalmamış, təhsilin başlamasından 7 ay sonra o, unter-zabit olmuş, 1885-ci il oktyabrın 13-də isə portupey-yunkerliyə layiq görülmüşdü. Onun müəllimləri məşhur artilleriyaçılar Nil Lvoviç Kirpiçev, Nikolay Vladimiroviç Maiyevski, Aksel Qadolin idi. Əliağa Şıxlinski onlardan bütün yaxşı cəhətləri mənimsəmişdi. O, həmçinin kütləvi mühazirələr və məruzələrdə iştirak etmiş, digər hərbi məktəblərin kurslarını dinləmişdi.1886-cı il avqustun 11-də Əliağa Şıxlinski məktəbi podporuçik rütbəsi almaqla birinci dərəcə ilə bitirdi. Xidmətinin birinci ilindəcə öz ilk pedoqoji təcrübəsini qazandı: artilleriya briqadasının tədris komandasının müəllimi, sonra isə briqada komandasının rəisi oldu. O, özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim və tərbiyəçi kimi göstərmişdi. 1900-cü ildə kapitan Şıxlinski Şərqi Sibirə dəyişdirilməsi xahişi ilə müraciət etdi. Onu Əlahiddə Zabaykalye artilleriya divizionunun batareya baş zabiti vəzifəsinə təyin etdilər, bundan başqa, artilleriya toplantısı Komitəsinin sədri kimi, o, dəfələrlə batareya və divizion komandirlərinin səlahiyyətlərini icra etmişdi. Rus-yapon müharibəsi 1904-cü il mayın əvvələrində batareya yaponlara qarşı yürüşə çıxdı. Rus-yapon müharibəsində Şıxlinski Port-Artur müdafiəsinin qəhrəmanı kimi məşhurlaşdı. Qalanın müdafiəsinin ən mühüm sahələrində olan Şıxlinski yaponların hücumlarının qarşısının alınmasında yarımbatareyanın atəşi ilə düşmənə böyük zərbə vuraraq fəal iştirak etmişdi. Tanınmış hərbi tarixçi, general-mayor İ. Krupçenko sonralar yazırdı: Şıxlinski onların arasında idi. O, döyüşlərdə örtülü və açıq mövqelərdən artilleriya atəşi aparır, qorxmadan topları düz nişangahla atmaq üçün qabağa çəkirdi. Qəhrəmanlığına görə onu "Müqəddəs Qeorqiy Pobedonosets" ordeni təqdim etdilər. Sonralar Şıxlinski yazırdı: 1905-ci il aprelin 1-də "Tərcuman" qəzetinin "Müxtəlif xəbərlər" rubrikasında yazıdan: 1905-ci ildə çap olunmuş "Yaponlarla müharibənin salnaməsi" almanaxının səksən birinci nömrəsini min beş yüz yetmiş yeddinci səhifəsində mətndən: Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə "Port-Arturun əzablı günləri" adlı ikicildlik monumental əsərin müəllifi P. Larenko yazır ki, Laperov dağında batareya komandiri kapitan Əliağa Şıxlinski ağır yaralanmışdır. O, Kinjo döyüşlərdə, "Zelyonnı" və "Volçye" dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi. Avqustun əvvələrində öz batareyası ilə "Vısokaya qora"da, avqustun onundan isə daima Laperovda olmuşdur. Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub həmlə kolonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə inamlı döyüşlər aparırdı.Port-Artur qalası təslim olandan sonra müharibədə itirak etməmək şərtilə yaponlar podpolkovnik Əliağa Şıxlinskini ağır yaralı kimi vətənə göndərdilər. Vətəndə yaraları gözlənildiyindən də tez sağaldığından o yenidən Mancuriya ordusuna göndərilməyi xahiş etdi. Lakin onu buraxmadılar. Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə getmək istədiyini Əliağa Şıxlinski "Xatirələrim" hərbi memuarında daha dəqiq təsvir edir.1905-ci il aprelin 5-də tibb komissiyasının verdiyi arayış generalın arxivində indi də saxlanılır. Onun mətni belədir: Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri "İgidliyə görə" sözlərlə yazılmış qılıncla, dördüncü dərəcəli "Müqəddəs Anna" ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı "Müqəddəs Vladimir" ordeni, üzərində "İgidliyə görə" sözləri yazılmış qızıl silah və məşhur "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdü. Artilleriya Zabitləri məktəbində xidməti 1906-cı il fevralın 1-dən avqustadək, Şıxlinski Çarskoye-Selo şəhərindəki Artilleriya Zabitləri məktəbində kurs keçib. Əla qurtardığına görə həmin məktəbdə müəllim saxlanılıb. Həmin il Əliağa Şıxlinski gözlə görünməyən hədəfi nişan alan "Şıxlinski üçbucağı" hərbi-elmi nəzəriyyəsini kəşf etdi. Doğrudur, bu yalnız 1924-cü ildə Qızıl Orduda həyata keçirildi və özünü tamamilə doğrultdu. Artilleriya atəşi təcrübəsinə daxil edilən mühüm yenilik "Şıxlinski üçbucağı" adlanan-hədəf göstərməsinin rasional üsulu oldu. Bu üsul ilkin olaraq batareyaları elə tuşlayır ki, seçilmiş oryentirdən yayınan, istənilən nöqtədə görünən hədəflər asanlıqla, müəyyən düzəlişlərin köməyi ilə ilkin tuşlama əsasında artilleriyanın atəşinin altına düşə bilər. Bu, batareyanı vaxtında hədəfə tuşlamaq imkanı verirdi. O, 1907-ci ildə Riqada yerləşən 29-cu topçu briqadasında batareya komandiri oldu.1908-ci il 25 noyabrda Çarskoye-Seloda müqəddəs Qeorqi Pobedonosev ordeni günü bayram edilirdi. Podpolkovnik Şıxlinskiyə əla xidmətlərinə görə polkovnik rütbəsi verilirdi. O, on illik xidməti borcunu üç ildə yerinə yetirmişdi. Bu barədə yuxarı dairələrdə də, orduda da çox nadir bir hadisə kimi danışılırdı. Sülh vaxtı bu, ağlasığmaz təltifat idi.Artilleriya — zabitləri məktəbində Şıxlinski özünü qabaqcıl ideyaları təcrübədə tətbiq edən yenilikçi zabit kimi göstərirdi. Xidmətdə fərqləndiyinə görə, ona vaxtından əvvəl polkovnik rütbəsi verildi. O, 1912-ci ildə aeroplanların tətbiqi təcrübələrinin işlənməsi üzre komissiyanın üzvü, bir ildən sonra isə məktəb rəisinin köməkçisi oldu. Tezliklə, "Artilleriya — zabitləri məktəbinin xəbərləri" jurnalı çıxmağa başladı. Jurnalın səhifələrində generalın özü də çıxış edirdi.1913-cü ilin yayında general Joffre fransız ordusunun on yeddi nəfərlik zabit heyəti ilə Rusiyaya gəlir. Onlar bir neçə gün artilleriya zabitləri məktəbinin proqramı ilə maraqlanırlar. Fransızlar qısalüləli topdan örtülü atəş üsulu ilə bir komandirin rəhbərliyi altında batareyadan necə atəş açıldığını göstərməyi xahiş edirlər. Bütün atəş üsulunun təşkilinə komandirlik Əliağa Şıxlinskiyə həvalə olunur. General Şıxlinskinin təşkil etdiyi dəqiq atəş üsulu və qısalüləli ağır top atışı fransızları heyrətdə qoyur. Onlar qısalüləli atəş üsulunu (o vaxta qədər fransızlarda qısalüləli top atəşindən istifadə olunmurmuş) özlərində tətbiq etməyi elə oradaca qət edirdilər. Bir il sonra Rusiyaya gələn Fransa prezidenti Raymon Puankare rus artilleristlərinin general Joffreyə və onun heyətinə göstərdikləri hörmət müqabilində mükafatlar gətirir. Bu mükafatların arasında generallara məxsus cəmi iki fəxri "Fəxri Legion ordeni" də vardı. Onun biri süvari generalı Bezorazova, ikincisi ilə Əliağa Şıxlinskiyə təqdim olunur.1913-cü ildə məktəb Şıxlinskinin təklifi ilə bəndlənmiş aerostatdan atəşin, müşahidə və hədəfin kəşfiyyatı üzrə təcrübələrə, həmçinin, aerostata və təyyarələrə atəşin əsas müddəalarının işlənib hazırlanmasına başladı. Bu məsələ üzərində Əliağa Şıxlinski artıq çoxdan işləyirdi. Hələ 1911-ci ildə, məktəbdə hava hədəfinə atəşin qaydaları məsələsi müzakirə olunarkən, alim hesabı saatda 180 verstlə uçacaq təyyarələr üzrə aparmağı təklif etmişdi. Artıq o vaxt Şıxlinski aviasiya və hava hücumundan müdafiənin perspektivini düzgün başa düşmüşdü.Əliağa Şıxlinski məktəbdə qoşun bölmələrində və Peterburqun müxtəlif elmi yığıncaqlarında hərbi mövzuda silsilə mühazirələr oxumuşdur. Bu mühazirələr Baş Qərargahın əmrilə kitabça şəklində çap olunmuşdur. Onun "Divizion miqyasında topçu manevrlərinin təşkili üçün təlimat", "Dağ və səhra artilleriyası üçün məsələ və misallar məcmuəsi", (1913-cü ildən 1916-cı ilədək üç dəfə təkrar nəsr olunub) "Səhra toplarının cəbhədə işlədilməsi" və "Topçu zabitləri məktəbində podpolkovnik Şıxlinski tərəfindən oxunmuş mühazirələrin xülasəsi" kimi sanballı kitabları çap olunmuşdur. Xüsusilə, sonuncu kitab topçular arasında çox böyük şöhrət qazanmışdır. Onu da deyək ki, artilleriya zabitləri məktəbinin mətbəəsində çap olunan bu kitab məktəbə xeyli mədaxil gətirir. Həmin gəlirdən Əliağa Şıxlinskiyə qızıl pula 500 manat müəllif haqqı verilirdi. Birinci dünya müharibəsi Birinci dünya müharibəsinin əvvələrində Şıxlinski gəmilərdən alman desantçılarının çıxarılması ehtimalına qarşı Petroqrad artilleriyasının rəisi təyin edildi. Rusiya paytaxtı Petroqradın müdafiəsi şəxsən ona həvalə olunmuşdu. O, şəxsən müdafiə xətti üzrə bütün cəbhəni gəzmiş, batareya qurğularının yerini ve atəş mövqelərinin qurulması qaydasını müəyyənləşdirmişdir. O, aeroplanlardan müdafiəyə böyük diqqət yetirmişdir. Onun təşəbbüsü ilə Petroqradın ətrafında general Rozenberqin sistemi əsasında xüsusi platformalarda 1900-cü il nümunəli, 3 düyümlü tezatan top qurğuları ilə təyyarə əleyhinə müdafiə təşkil edildi. Tezliklə Şıxlinskinin Şimal-Qərb cəbhəsinin artilleriya müfəttişi vəzifəsinə keçirdilər. Orada general tapşırıqların yerinə yetirilməsində artilleriya qruplarına şəxsən rəhbərlik etmiş, geniş miqyasda artilleriya hazırlığı həyata keçirilmişdir. Öz nəzəri işləmələrini döyüşün aparılması təcrübəsilə əlaqəndirərək yaradıcılıqla istifadə edir, hərb elmini yeni töhfələrlə zənginləşdirirdi. O, tezliklə çəpərləmə (mancə) atəşi aparılması üçün təlimat işləyib hazırladı.Əliağa Şıxlinski 1916-cı ildə Krevo yaxınlığında alman mövqelərinin yarılması əməliyyatına, Qərb cəbhəsinin onuncu ordu cəbhəsində 1917-ci il iyul əməliyyatının topçuluq cəhətindən hazırlanmasına rəhbərlik etmişdir. Əliağa Şıxlinskini həmişə ön mövqelərdə görmək olardı. O, topçu hissələrinin yerlərini yoxlayır, topları daha düzgün yerləşdirmək üçün göstərişlər verir, onların döyüş əməliyyatlarını izləyir və rəhbərlik edirdi.1917-ci il aprelin 2-də Əliağa Şıxlinski general-leytenant oldu. Çar hökuməti devrildikdən və hakimiyyətə müvəqqəti hökumət gəldikdən sonra Şıxlinski orduda xidmət etməyi davam etdirdi. O, Minski milisinin birinci rəisi M. V. Mixaylovun üzv olduğu Minski ilə sıx əlaqədə işləməli oldu. M. V. Mixaylov ilə onun arasında səmimi münasibət yaranmışdı. Qeyd etmək lazımdır ki, Şıxlinski öz xatirələrində, o zamankı məşhur siyasi və hərb xadimləri ilə görüşləri haqqında yazır və onların haqqında, bəzən çox qısa, lakin dəqiq xarakteristika verir. Azərbaycanda xidməti 1917-ci ilin noyabrın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmışdır. Bununla da o, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun təməl daşını qoymuşdur. Bu barədə general "Xatirələrim" hərbi memuarında daha dəqiq məlumat verir: 1918-ci ilin oktyabrında general Əliağa Şıxlinski Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir: General Əliağa Şıxlinski bu vətənpərvər çıxışını Gəncədə praporşiklər məktəbinin birinci buraxılışı münasibətilə söyləmişdir. Bu şənlikdə Qafqaz Ordusunun baş komandanı Nuru Paşa, atası Hacı Əhməd, xalq təhsili naziri Nəsib bəy Usubbəyov, daxili işlər nazirinin vəkili Mehdi bəy Hacınski, sosial-təminat naziri Musa bəy Rəfiyev, Gəncə qubernatoru, general İbrahim ağa Vəkilov və başqa dövlət xadimləri iştirak edirlər.Elçi adlı müəllif 1918-ci il noyabrın 7 və 8-də "Azərbaycan" qəzetində rus dilində yazır ki, ertəsi gün Bakıdan gəlmi qonaqlar və demək olar ki, bütün şəhər əhalisi hərbi meydana yollandılar. Meydanda təlim üçün əvvəlcədən səngərlər, yarğanlar və cürbəcür maneələr hazırlanmışdı. Hamı özünün Milli bayramına, Türk-Azərbaycan zabitlərinin ilk buraxılışına tamaşa etməyə gəlmişdi. Ətrafda bayram əhval-ruhiyyəsi var idi. Əlahiddə Azərbaycan korpusunun komandanı general Əliağa Şıxlinski ətrafdakılarla birgə səflə düzülmüş yunkerlərə yaxınlaşıb salamlaşdı. General Əliağa Paşanın mehriban "Salamına" birdən-birə səkkiz yüz gəncin ağzından gurultulu "Salam" cavabı çıxdı. Sonra proqram üzrə təlim sınaqları keçirilməsinə başlandı.Hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. 29 dekabr 1918-ci il tarixində Azərbaycan hökunətinin qərarı ilə general-leytenant Əliağa Şıxlinski hərb nazirin müavini təyin edildi. 1919-cu il 28 iyulda Azərbaycan Xalq Cümhuriyyətinin 339 saylı əmri ilə Əliağa Şıxlinskiyə tam artilleriya generalı rütbəsi verilmişdir. 1920-ci il 9 martda ilk dəfə onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis olunmuşdur.1920-ci il aprelin 27-də XI Qırmızı ordu Azərbaycanı fəth edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edir. Vuruşmağın mənasız olduğunu görən Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermir. Azərbaycan Tarixi Muzeyində saxlanılan Əliağa Şıxlinskinin şəxsi əşyaları Sovetdə xidməti 1920-ci ildə 28 aprel çevirilişinin səhərisi Səməd bəy Mehmandarovla həbs olunub. Repressiyadan onları Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri Nəriman Nərimanov xilas etdi. Nərimanov general Şıxlinski və general Səməd bəy Mehmandarovu, onlardan mərkəzi hərbi aparatda, dəyərli hərbi mütəxəssis kimi istifadə etmək üçün, Moskvaya, Vladimir Leninin yanına göndərmək qərarına gəldi.Əliağa Şıxlinski Ali Artilleriya məktəbində müəllim və Artilleriya Nizamnamə Komissiyasının tərkibində işləyirdi. 1921-ci ildə o, Bakıya qayıtdı və Bakı qarnizonunun hərbi-elmi cəmiyyətində sədr müavini vəzifəsini tutdu. 1921-ci ilin avqust ayında Moskvadakı Ali Artilleriya məktəbində dərs demiş və Petroqrad Topçu Akademiyasında mühazirələr oxumuşdur. 1922-ci ildə Azərbaycan Komanda heyəti məktəbində topçuluqdan dərs demiş və Hərbi-Elmi Cəmiyyətin sədr müavini seçilib. 1923-cü ildə, Əliağa Şıxlinski "Kommunist" qəzetində (aprel ayı № 9, 10,11) "Gələcək müharibədə toplar" silsilə məqalələrini dərc etdirmişdir.1924-cü ildə Azərbaycan Komanda Heyəti məktəbinin rəis müavini, 1925-ci ildə Azərbaycan Hərbi tərcümə kollegiyasının baş redaktoru olmuşdur. O, "Rusca-Türkcə qısa hərbi lüğəti"ni 1926-cı ildə Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur. Məhz bu əvəzsiz xidmətinə görə general Əliağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 1928-ci il 23 fevral tarixli qərarı ilə Fəxri Fərmanla təltif olunmuşdur. 1927-ci ildə onun "İşçi-kəndli Qızıl Ordu topçusunun döyüş təlimnaməsi" elmi əsəri nəşr olunmuşdur. 1928-ci ildə "Hərbi bilik" jurnalının beş və altıncı saylarında silsilə hərbi elmi məqalələrlə çıxış etmişdir.General Əliağa Şıxlinski Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirən Mixail Frunzenin qarşısında Qızıl Orduda alay və tabor artilleriyasının yaradılması məsələsini qaldırmışdı. 1929-cu ildən sonra Şıxlinskinin səhhəti birdən-birə pisləşdi, onun görmə və eşitmə qabiliyyəti zəiflədi. Şəxsi həyatı O, 1909-cu il oktyabrın 27-də, 44 yaşında Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun qızı — dul qadın Nigar xanım ilə evləndi. Nigar xanımın birinci əri milliyyətcə acar və dini müsəlman olan Dərviş bəy Məmmədbəy oğlu Palavandov idi. Əliağa Şıxlinski özünün "Xatirələrim" kitabında yazırdı: Əliağa Şıxlinski həm də hərbçi Rüstəm Şıxlinski və Cavad bəy Şıxlinskinin əmisi idi. Şıxlinski bədii yaradıcılıqla da məşğul olmuşdur. Çoxlu şerlər tərcümələr və bədii parçalar müəllifi olan Əliağa Şıxlinski heç vaxt onları dərc etdirməmişdir. Azərbaycan Tarixi Muzeyindəki şəxsi qovluğunda və Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, akademik Heydər Hüseynovun şəxsi fondunda general Əliağa Şıxlinskiyə məxsus çoxlu sənəd və materiallar var. Beş yüz on dörd nömrəli fondda generala məxsus bir dəftər də saxlanılır. Muzeydə və arxivdə saxlanan Şıxlinskinin "Zabitin yaddaşı" dəftərində şerlərə, bədii parçalara, tərcümə və qeydlərə rast gəlmək olar.1900-cü il oktyabrın 21-də tərtib olunmuş "Zabitin yaddaşı" dəftərindəki qeydlərdən aydın olur ki, dramaturq Cəfər Cabbarlının yaradıcılığına generalın xüsusi məhəbbəti olub, Cəfər Cabbarlının vaxtsız ölümü onu hədsiz dərəcədə kədərləndirib. General Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Səməd Vurğunun "Böyük ədib" və Osman Sarıvəllinin "Yaşar" erlərini məharətlə rus dilinə tərcümə edib. General Əliağa Şıxlinskinin şəxsi fondunda şair Osman Sarıvəlliyə yazdığı məktubların surəti və poçt qəbzi saxlanılır. O, şair Osman Sarıvəlliyə yazır ki, mən cəsarət edib böyük dramaturq Cəfər Cabbarlıya yazdığınız "Yaşar" və "Ölüm" şerlərini türkcədən ruscaya tərcümə etdim. Xahiş edirəm, tərcümə ilə tanış olun, xoşunuza gəlsə dərc etdirmək üçün rüsxət verin.Generalın "Zabitin yaddaşı" dəftərində onun həyat və məslək yoldaşı, Nigar xanıma yazdığı "Ey sevdiyim dilruba", "Ana və onun əziz Nigarına", "Adi povest", "Vitse-admiral Makarovun xatirəsinə", VII əsr yapon şairi Ş. Munetodan "Sən mənə vəhşi dedin" şerlərinin rus dilinə tərcüməsi və başqa parçalar saxlanılır.Nigar xanım 1931-ci ilin 15 avqustunda Bakıda dünyasını dəyişir. Onun ölümü Əliağa Şıxlinskiyə çox ağır təsir edir. O, öz xatirələrində Nigar xanımın ölümü barədə yazır: "1931-ci il avqustun on beşində Nigar xanımın ölümü mənim üçün ən ağır bir zərbə oldu. Mənim hər şeyim — həm səadətim, həm də səhhətim onunla getdi". Nigar xanımdan sonra Əliağa Şıxlinski 13 il tənha ömür sürür: "Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın" — deyən general öz vəsiyyətnaməsində xanımı ilə bərabər dəfn olunmasını və qəbrinin üzərində heç bir tarix qoyulmamasını istəyir.1948-ci il noyabrın 28-də vəfat edən bəstəkar Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə bitməmiş bir not yazısı qalıb. Üzeyir bəy general Əliağa Şıxlinskinin altıbəndlik "Mənim" şeirinin iki bəndinə romans yazıbmış. Sonsuz bir məhəbbətlə sevdiyi Nigarını Əliağa Şıxlinski qaynar ilhamla tərənnüm edirdi: Əliağa Şıxlinski barəsində maraqlı faktlara diqqət çəkən tədqiqatçılar yazır ki, o, iri cüssəli olmasına baxmayaraq, alt dodağı hündürlüyündə çəkilmiş ipin üzərindən tramplinsiz tullana bilərmiş. Digər zabit həmkarlarından fərqli olaraq, heç vaxt pulla qumar oynamazdı. At yarışlarında hansı atın qalib gələcəyini 90%-lik ehtimalla bildiyi halda, heç vaxt bu oyuna pul yatırmazdı. Rus-yapon müharibəsi zamanı 2 topla düşmənin 18 topuna qarşı müqavimət göstərərək, öz mövqeyindən geri çəkilməyib. İmperator məiyyətinə daxil olmaq barədə israrlı təklifləri heç vaxt qəbul etməyib.General-leytenant Əliağa Şıxlinskiyə məxsus yəhərüstü qırmızı məxmər parça və dəridən hazırlanıb. Eksponatın aşağı hissəsində də güləbətin sapdan saçaqlar var. 2017-ci ildə yəhərüstü bərpaya ehtiyac olduğundan Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyasının rəssamı İlhamə Rəhimova tərəfindən bərpa edilib. Yəhərüstü bərpadan sonra Hədiyyələr və Xatirə Əşyaları fonduna təhvil verilib. Onun adını 1980-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid olan tanker daşıyır. Bakı və Qazax şəhərində adına küçə var. Respublika Nazirlər Sovetinin 1990-cı il 28 iyul tarixli qərarı ilə Sabirabad rayonundakı altı saylı pambıqçılıq kolxozuna və Bakının yeddinci mikrorayonundakı 135 saylı orta məktəbə general Əliağa Şıxlinskinin adı verilmişdir. Vaxtilə yaşadığı Cəfər Cabbarlı küçəsindəki binaya xatirə-barelyefi vurulmuşdur. 1990-cı il iyulun 23-də isə Respublika Prezdentinin fərmanı ilə ali məktəb tələbələri üçün xüsusi "general Əliağa Şıxlinski" təqaüdü təsis edildi. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev general Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.Əliağa Şıxlinski Aleksandr Stepanovun "Port-Artur" və "Zvonaryovlar ailəsi" romanlarının personajlarından biridir: Filmoqrafiya General (film, 1970) Artilleriyanın allahı sayılırdı (film, 1996) Sərkərdə ləyaqəti. General Əliağa Şıxlinski (film, 2011) Artilleriya allahı (film, 2015) Əliağa Şıxlinski barədə olan fikirlər "Əliağa Şıxlinski taktika sahəsində dərin nəzəri əməli bilikli sayca çox olmayan artilleristlərdən biri olub. O, hərb elmini təcrübədə tətbiq etmək sahəsində nadir bir istedada malik idi. Əliağanın qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün nümunə olmalıdır." — Yevgeni Barsukov "Əliağa Şıxlinski dünyada şöhrət qazanmış topçuluq elmi sahəsindəki nəşrləri və fəaliyyəti ilə yanaşı, dil və ədəbiyyat məsələləri ilə də məşğul olurdu. Əliağa Şıxlinski ilə yaxında tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli bir şəxs idi." — Heydər Hüseynov "Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş meydanlarında (1945-ci ildə olan Sovet-Yaponiya müharibəsi) Yaponlarla qarşı-qarşıya gəlirlər. Mən Port-Artur uğrunda gedən döyüşlərdə fərqlənmiş məşhur topçu Əliağa Şıxlinskinin adını çəkə bilərəm. Bu ad rus hərb elmi tarixində böyük şöhrət qazanmışdır." — Səməd Vurğun "Şıxlinski Nikolay ordusunda "Artilleriyanın Allahı" sayılırdı." — Nəriman Nərimanov "Yoldaş Şıxlinski möhkəm iradəyə və enerjiyə malikdir, vəziyyəti düzgün qiymətləndirməyi bacarır, tabeliyində olanlar qarşı tələbkar, lakin çox ədalətlidir, onlara yoldaşlıq münasibəti bəsləyir. İntizamlıdır, sağlamdır, yaşının çox olmasına baxmayaraq səfərlərdə çox dözümlüdür. Hərbi Elmi Bilik Cəmiyyətinin ən fəal üzvüdür. Yüksək hərbi elmi biliyə malikdir." — İona Yaker Təltif və mükafatları 1891 — III dərəcəli Müqəddəs Stanislav ordeni 1896 — III dərəcəli Müqəddəs Anna ordeni 1901 — II dərəcəli qılınclarla Müqəddəs Stanislav ordeni 1904 — II dərəcəli Müqəddəs Anna ordeni 1905 — "İgidliyə görə" sözləri yazılmış qızıl silah 1905 — "İgidliyə görə" sözləri yazılmış IV dərəcəli Müqəddəs Anna ordeni 1905 — II dərəcəli Müqəddəs Anna ordeni 1905 — IV dərəcəli Müqəddəs Georgi ordeni 1905 — IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla) 1907 — "Rus-yapon müharibəsinin xatirəsinə" gümüş medalı 1907 — Ən yüksək lütf 1913 — "Romanov sülaləsinin hökmranlığının 300 illiyinin xatirəsinə" açıq rəngli bürünc medalı 1913 — Fəxri Legion ordeni 1913 — III dərəcəli Müqəddəs Vladimir ordeni 1915 — I dərəcəli Müqəddəs Stanislav ordeni 1915 — I dərəcəli Müqəddəs Anna ordeni 1915 — II dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla) Biblioqrafiya Döyüş sahəsində artilleriyanın istifadəsi (1910) Dağ və sahə artilleriyasının problemlərinin həlli üçün tapşırıqlar toplusu (1916) Rusca-Türkcə qısa hərbi lüğət (1926) İşçi-kəndli Qızıl Ordu topçusunun döyüş təlimnaməsi (1927) Xatirələrim (1944) Xarici keçidlər Bayramova, Zəminə. Artilleriyanın Allahı: poema (PDF). 2016. 136. ISBN 978-9952-8284-8-1. İstifadə tarixi: 1 oktyabr 2017. Şəmistan Nəzirli. General Əliağa Şıxlinski və silahdaşları (hərb tarixindən araşdırmalar). Bakı, 2012. "Artilleriya Zabitləri məktəbinin jurnalı", 1913. səh.2. Mətanət Kərimova. İlk azərbaycanlı tibb bacısı-Nigar Şıxlinskaya Arxivləşdirilib 2017-10-16 at the Wayback Machine — 30–04–2015 | https://az.wikipedia.org/w/index.php?curid=78320 |
Əli bin Əbu Talib | Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb. Məhəmməd ilahi vəhy aldığını bildirdiyi zaman, Əli İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.Əli Məhəmməddən sonra Mədinəyə köçmüşdür. Orada Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur. Bundan sonra Əli Mədinədə Məhəmmədlə keçirdiyi 10 il ərzində, müharibələrdə rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır. Əli 656-cı ildə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir. 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Təsəvvüfdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.Əli bəzi dini şəxsiyyətlərlə Əli kültünün mərkəzi şəxsiyyətini təşkil edir. Şayiə mədəniyyətinə əsaslanan əsərlərdə Əli bilik, cəsarət, inam, dürüstlük, sədaqət, sədaqət, səxavət və mərhəmət ilə xüsusilə xatırlanır və batin sufi ənənələri üçün ən vacib mistik şəxsiyyətdir. Xüsusilə təfsir, fiqh və dini düşüncə sahəsindəki üstünlüyü tanınır. Təvəllüdü və uşaqlığı Əlinin atası Əbu Talib Qüreyş qəbiləsinin tayfalarından biri olan Bəni-Haşimin şeyxlərindən və Kəbənin mühafizlərindən biri olmuşdur. O Məhəmmədin əmisi idi. Əlinin anası Fatimə binti Əsəd də həmçinin Bəni-Haşim tayfasındandır. Əli İbrahimin oğlu İsmailin nəslindəndir.Əli Nuri Bəzi islami, xüsusən şiə mənbələrində qeyd olur ki, Əli Məkkədə, Kəbədə dünyaya gəlmiş və 3 gün orada qalmışdır. 3 gündən sonra anası qucağında Əli ilə qırağa çıxmış, Məhəmməd körpə Əlini qucağına götürərək ona "ulu" mənasını verən Əli adını qoymuşdur.Məhəmmədin Əlinin ailəsi ilə yaxın əlaqələri olmuşdur. Məhəmməd yetim qaldıqdan sonra babası Əbdülmüttəlibin də ölməsindən sonra əmisi, Əlinin atası Əbu Talib onu evinə aparmışdır. Əli Məhəmməd və Xədicə binti Xüveylidin nikahından 2 və ya 3 il sonra doğulmuşdur. Əli 5 və ya 6 yaşında olarkən Məkkədə iqtisadi çətinlik yarandı və bu Əbu Talibin ailəsinə də təsir etmişdir. Məhəmməd də Əlini öz himayəsinə götürmüşdür. İslamı qəbul etməsi Bəzi rəvayətlərə görə Hira mağarasında Məhəmmədə vəhy gələndə onunla görüşən yalnız Əli olmuşdur.3 il müddətində Məhəmməd insanları İslama gizli dəvət etdi. Qurana əsasən o ilk öncə ailəsi Bəni-Haşimi bir tədbirdə İslama dəvət etdi. Təbəri, İbn əl-Əsir, Əbülfida və s. kimi alimlərə görə dəvəti qəbul edən şəxs, Məhəmmədin yoldaşı, qardaşı, vəkili və xələfi olacaqdı. Əli bu zaman 13 və ya 14 yaşında olmuş və ilk o ayağa qalxaraq önə çıxmışdır. Məhəmməd dəvəti 3 dəfə təkrar etsə də bunu qəbul edən yalnız bir şəxs olmuşdur ki, o da Əli. Məhəmmədin dəvətinə bir tək və israrla Əlinin müsbət cavab verməsindən sonra Məhəmməd onu özünün qardaşı, vəkili, xələfi və naibi elan etmiş və ona itaəti vacib buyurmuşdur. Dəvətdə Əli, onun atası və ailəsi yanaşı Əbu Ləhəbin də daxil olduğu Məhəmmədin əmiləri də iştiak edirmişlər. Və hadisələrin bu hissəsində Əbu Ləhəb gülərək qardaşı, Əlinin atası Əbu Talibə "hə indi sən öz oğluna beyət edəcəksən?" sualını vermişdir. Bu hadisə tarixdə "Dəvət ayəsi" olaraq qalmışdır. Bəni-Haşim Məkkədə boykot altında olduğu zaman Əli Məhəmmədə dəstək olmuşdur. İbn İshaq və digər bəzi tarixçilərə görə Əli İslamı ilk qəbul edən kişidir, lakin Təbəri və digər bəzi tarixçilər isə İslamı qəbul edən ilk kişinin Zeyd ibn Haris və ya Əbu Bəkr olması haqqında bəzi ənənəvi rəvayətlər qeyd etmişdirlər. Bəzi alimlər isə Əlini İslamı qəbul edərkən uşaq olduğuna görə İslamı qəbul edən ilk müsəlman kişi kimi qəbul etmirlər. Mədinəyə hicrət 622-ci ildə Məhəmməd Məkkədən Yəsribə (indiki Mədinə) hicrət etmiş və həmin vaxt Əli Məhəmmədin yatağında yatmışdır. Bu gecə Leylət əl-Məbit adlandırılmışdır. Bəzi hədislərə əsasən "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər." ayəsi məhz bu hadisəylə əlaqədar olaraq nazil olmuşdur.Əli sui-qəsdi dəf etsə də Məkkədə qalıb Məhəmmədin təlimatlarına uyğun hərəkət etməyə başlamışdır. Əli həmçinin burada Məhəmmədə əmanət edilmiş mal-dövlətləri mühafizə etmişdir. Əli daha sonra anası, Məhəmmədin qızı Fatimə və iki qadınla birlikdə Mədinəyə getmişdir. Məhəmməd dövrü Əli 22 və ya 23 il Mədinədə yaşamışdır. Məhəmməd Mədinədə səhabələrə arasında qardaşlıq yaradarkən məhz Əlini özünə qardaş seçmişdir. 622–632-ci illərdə 10 il müddətində Əli Məhəmmədə köməklik etmiş və onun əmrlərinə uyğun olaraq vali, ordu komandanı, elçi, bayraqdar olaraq faəl fəaliyyət göstərmişdir. Ailə həyatı Əli 623-cü ildə Məhəmmədin və qızının da razılığı ilə Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur. Bu hadisədən sonra Məhəmməd Fatiməyə belə demişdir: "Sən mənim ailəmdən mənə sevimli olan biriylə ailə həyatı qurdun". Məhəmməd bu ailəni Ali-Əba hədisində və Mübahilə günü öz Əhli-Beyti adlandırmışdır. Onların adı Quranın Təthir ayəsində də çəkilmişdir.Əlinin Fatimədən 4 övladı olmuş, 1 övladı da daha dünyaya gəlməmiş Fatimənin bətnində ölmüşdür. Məhəmməd onların 2 oğlunu (Həsən və Hüseyn) öz övladı və Cənnət cavanlarının ağası adlandırmışdır.Əli və Fatimə əvvəl-əvvəl çox kasıb yaşamışdırlar. Ailə həyatı qurduqları bir neçə il ərzində Fatimə ev işlərini özü görmüşdür. Quyudan su daşımaqdan çiyinləri şişmiş, əl dəyirmanında qarğıdalı üyüdməkdən əlləri suluqlanmışdır. Fatimə ev işlərində çox diqqətcil olmuş, xəmir düzəltmiş, çörək bişirmişdir. Əli də öz növbəsində evə yanacaq odun gətirmiş və ailəsini ərzaqla təmin etmişdir. Xeybər döyüşündən qazanılan qənimət müsəlmanlar arasında bölüşdürüldükdən sonra bir çox müsəlman ailələri kimi Əlinin ailəsinin də maddi vəziyyəti xeyli yaxşılaşmışdır. Vəziyyətləri yaxşılaşdıqdan sonra Fatimə evə bəzi kənizlər almış, lakin onlarla ailə üzvü kimi rəftar etmişdir. Müharibələrdə Əli Məhəmmədin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi döyüşmüş, bəzilərində isə başçılıq etdiyi dəstəsiylə hücumlar təşkil etmişdir. Əli ilk dəfə Bədr döyüşündə iştirak etmişdir. Əməvilərin məşhur sərkərdələrindən Vəlid ibn Utbə başda olmaqla bir çox sərkərdə və əsgərləri məğlub etmişdir. İslami mənbələrə əsasən Əli döyüşdə 20–30, əksər mənbələrə əsasən 27 döyüşçü öldürmüşdür.Əli Uhud döyüşü başda olmaqla bir çox döyüşdə Zülfüqar adlı ikiqıynaqlı qılıncıdan istifadə etmişdir. Uhud döyüşündə müsəlmanlar qaçarkən, Məhəmmədi qoruyaraq xüsusi rol ifa etmiş və Məhəmməd də onun haqqında "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur." demişdir. Əli Xeybər döyüşündə müsəlman ordusuna başçılıq etmişdir. Bu döyüşdən sonra Məhəmməd ona ərəbcədən tərcümədə "Allahın aslanı" mənasını verən "Əsədullah" ləqəbini vermişdir. Əli 630-cu il Huneyn döyüşündə də Məhəmmədi müdafiə etmişdir. İslam missiyası 610-cu ildən Məhəmmədə Quran nazil olmağa başlamışdır. Nazil olan surə və ayələri yazan vəhy katiblərindən biri də Əli olmuşdur. Bu zaman İslam Ərəbistan yarımadasında yayılmağa başlamışdır. Əli də yeni bir İslami nizamın qurulmasında yardımçı olmuşdur. 628-ci ildə Məhəmmədin əmri ilə Məhəmmədlə Qüreyş qəbiləsi arasında bağlanan Hüdeybiyyə sülh müqaviləsini Əli yazmışdır. 630-cu ildə Məhəmmədin əmrilə Məkkədə Quranın ərəb politeistlərindən bəhs edən ayələrini ictimaiyyət qarşısında oxumuşdur. 630-cu ildə Məkkənin fəthi zamanı Məhəmməd Əlidən fəthin qansız olacağı barədə zəmanət almışdır. Əli Məscidül-Həramı İslamdan öncəki politeist dinlərin əlamətlərindən təmizləmək üçün orada olan və Bəni Aus, Bəni Xəzrəc, Təyy kimi politeist tayfalara məxusus olan tanrı bütlərini sındırmışdır. 1 il sonra Əli İslamı təbliğ etmək üçün Məhəmməd tərəfindən Yəmənə göndərilmişdir. Mübahilə hadisəsi Məhəmməd M. 631/H. Q. 10-cu ildə bir neçə nəfəri İslamı yaymaq və təbliğ etmək üçün Yəmənin Nəcran məntəqəsin göndərir. Nəcran məntəqəsinin xristianları da Məhəmmədlə danışıq aparmaq üçün Mədinəyə bir nümayəndə heyəti göndərirlər. Xristianlar "biz şəkdəyik, şübhə edirik." deyirlər. Sonra Məhəmməd Ali-İmran surəsinin 61-ci ayəsinin nazil olduğunu bildirir. Ayədən sonra Məhəmməd xristianlara onlarla qarşlılqlı mübahilə edilməsini təklif edir. Xristianlar Məhəmməddən gedib rəhbərləri ilə məsləhətləşmələri üçün bir az vaxt və möhlət istəyirlər. Rəhbərləri onlara "Siz bu təklifi qəbul edin. Əgər Məhəmmədin qarğış etməyə hay-küylə, təm-təraqlı və çoxlu adamla gəldiyini görsəniz, əsla nigaran olmayın və bilin ki, çox da mühüm məsələ yoxdur, amma əgər az saylı adamla gəlsə, mübahilə fikrindən dönün və onunla saziş bağlayın." şəklində təlimat verirlər. Ayəyə əsasən mübahilə günü tərəflər, yəni müsəlman və xristianlar mübahiləyə öz oğlanlarını, qadınlarını və nəfslərini gətirməli idilər. Mübahilə günü Müsəlmanlar tərəfdən mübahiləyə gedən, Məhəmməd özü ilə qızı Fatiməni, əmisi oğlu və yeznəsi Əlini, nəvələri Həsən və Hüseyni gətirir. Xristianlar mübahilədən imtina edir və nəticədə mübahilə baş vermir. Tərəflər arasında saziş bağlanır. Sazişə əsasən xristianlar müsəlmanlara hər biri 40 dirhəm qiymətində olan 2000 hillən verməli idilər. Məhəmməd 632-ci ildə həyatının sonuncu həcc ziyarəti olan və Vida Həcci adlanan həcc ziyarətindən dönərkən Sünni və Şiələr tərəfindən fərqli izah edilən bəzi açıqlamalar vermişdir. Məhəmməd Qədir-Xum adlanan çöldə dayandı və cammat namazı üçün toplanan camaata xitab etməyə başladı: Şiələr iddia edirlər ki, bu hadisə Məhəmmədin xələfi olaraq Əlini seçməsi üçün əsasdır. Sünnilər isə tam əksinə bu hadisədə Məhəmmədin Əli ilə olan mənəvi yaxınlığını bildirdiyini və qardaş olmalarını ifadə etdiyini iddia edirlər. Bir çox sufilər də belə hesab edirlər ki, Əli Məhəmmədin mənəvi hakimiyyətinin varisidir. Bu hədisin əsasında sonradan şiələr Əlinin Əbu Bəkr və Ömərdən üstün olduğunu iddia etmişdirlər. Məhəmmədin canişinliyi Ömrünün sonuna kimi bir çox ərəb qəbilə və tayfalarını vahid müsəlman dövlətində birləşdirən Məhəmməd 632-ci ildə vəfat etmişdir. Bundan sonra Məhəmmədin xələfi kimi kimin müsəlman icmasına rəhbərlik edəcəyi mübahisələrə səbəb olmuşdur. Bu zaman Əli ailəsi ilə Məhəmmədin meyidini yumaq və onun dəfni ilə məşğul olmuşdur. Bu zaman bir qrup müsəlmanlar Səqifədə toplaşaraq Məhəmmədin canişini kimi onun səhabələrindən Əbu Bəkrin namizədliyini irəli sürmüşdür. Məclisdə Əbu Bəkrin Məhəmmədin birinci xəlifəsi olaraq müsəlman cəmiyyətinin rəhbəri seçildiyi elan edilmişdir. Məhəmmədin səhabələrindn bir qismi Məhəmmədin Əlini özündən sonra xələfi təyin olunduğu iddiası ilə bu seçkinin nəticələrini tanımamışdır.Daha sonra Fatimə və Əli xilafət məsələsində səhabələrdən kömək istəyərkən onlar belə cavab verdilər: "Ey Allah Rəsulunun qızı! Biz Əbu Bəkrə beyət etmişik. Əgər Əli daha öncə gəlsəydi, əlbəttə ki, onu tərk etməzdik." Əli dedi: "Bizə yaraşar ki, Peyğəmbərin dəfnindən əvvəl xilafət üstündə mübahisə edək?" Məhəmməddən sonrakı həyatı Əlinin həyatının digər bir hissəsi 632-ci il Məhəmmədin ölümündən, 656-cı il 3-cü xəlifə Osmanın sui-qəsdinə qədərdir ki, bu müddət ərzində Əli nə bir döyüşdə və ya fəthdə iştirak etmiş nə də rəhbər vəzifələrdə işləmişdir. Xüsusilə həyat yoldaşı Fatimeyi-Zəhranın ölümündən sonra bütün siyasi işlərdən uzaqlaşmışdır. Bu müddət ərzində ailəsinə baxmaq üçün əkinçiliklə məşğul olmuşdur. Əli Mədinə yaxınlarında bir çox quyu qazırmış, bağça saldırmış və onları insanların ixtiyarına vermişdir. Bu quyular hal-hazırda da Əbar Əli (Əli quyusu) olaraq bilinir. Əli Məhəmmədin ölümündən 6 ay sonra kamil bir Quran olan müshəf hazırlamışdır. Nüsxə dəvə ilə Mədinədə yaşayan digər əhaliyə göstərmək üçün hazırlanmışdır. Bu Müshəfin surə sıralaması sonradan Osmanın vaxrtında hazırlanan Quran nüsxəsindəki surə sıralamasından fərqlənmişdir. Kitab əhaliyə göstərildikdən sonra onların bir qismi tərəfindən qəbul edilməmişdir. Buna baxmayaraq Əli öz müshəfi üçün mübarizə aparmışdır. Əli və Raşidi xəlifələr Şiə mənbələrində hadisə belə nəql olunmuşdur: Məhəmməd Fədəyi dəvəli və atlı suvarilər olmadan (müharibəsiz) ələ keçirdikdən sonra Allah İsra surəsinin 26-cı ayəsini (Qohum-əqrəbaya haqqını ver.) nazil etmişdir. Məhəmməd bu ayəylə kimin nəzərdə tutulduğunu anlamadığına görə Cəbrailə müraciət etmiş, Cəbrail Allahdan soruşmuş, Allah da "Fədəyi Fatiməyə ver." demişdir. Məhəmməd də bundan sonra Fatiməni çağırmış və ona "Ey Fatimə! Allah mənə, Fədəyi sənə verməyimi əmr etdi." demiş, Fatimə də "Allahın və sənin bu hədiyyəni qəbul etdim." demişdir. Məhəmməd sağ olduğu zaman Fədəyi Fatimənin vəkilləri idarə etmişdir. Məhəmməd öldükdən və Əbu Bəkr hakimiyyətə gəldikdən sonra isə Əbu Bəkr Fatimənin vəkillərini oradan çıxartmışdır. Bundan sonra Fatimə, Əbu Bəkrin yanına gəlmiş və Fədəyin təkrar özünə verilməsini istəmişdir. Əbu Bəkir ona "Mənə qaradərili birini gətir, buranın sənə verildiyinə şahidlik etsin." demişdir. Fatimə də Əli və Ümmü Əyməni gətirmiş, onlar da Fatimə lehinə şahidlik etmişdirlər. Bunun üzərinə Əbu Bəkr, Fatiməyə aid olan Fədəyə girməkdən imtina etməsinə ona dair bir yazı vermişdir. Fatimə Əbu Bəkrin yanından çıxdıqdan sonra yolda Ömərlə qarşılaşmış, Ömər "Əlindəki bu yazı nədir ey Məhəmmədin qızı?" deyə soruşmuş, Fatimə də "Əbu Bəkrin mənim üçün yazdığı bir yazıdır." cavabını vermişdir. Bundan sonra Ömər "Mənə göstər." demiş Fatimə isə göstərməmiş, bunun üstündən Ömər yazını əlindən çəkib almış və yazılanları oxumuş, sonra da üzərinə yağlı su töküb, silmiş və cırıb atmışdır. Fatiməyə də "Buranı sənin atan, atlı və dəvəli süvarilərlə zəbt etməmişdir. Çıxar artıq bu köləlik bağlarını boyunlarımızdan." demişdir.Sünni mənbələrində isə hadisə belə nəql olunmuşdur: Qohum-əqrəbaya haqqını ver (İsra, 26) ayəsi nazil olduqan sonra Məhəmməd Fədəyi Fatiməyə vermişdir. Əbu Bəkr xəlifə seçildikdən sonra, Fədəyi Fatimədən almışdır. Fatimə Əbu Bəkrə "Rəsulullah (s) Fədəyi mənə vermişdir." demiş, Əbu Bəkr isə cavabında "peyğəmbərlər özlərindən sonra miras qoymurlar, qoyduqkarı yalnız sədəqədir. Bu mövzuda bir dəlilin varmı?" deyə soruşmuşdur. Bunun üzərinə Əli Fatimənin sözünə şahidlik etmişdir. Daha sonra Ümmü Əymən Əbu Bəkr və Ömərə "mənim Cənnət əhli olduğuma şahidlik edə bilərsinizmi?" deyə soruşmuş, onlar da "bəli." cavabını vermişdir. Ümmü Əymən də ardınca "mən də şahidlik edirəm ki, Nəbi (s) Fədəyi Fatiməyə (s.ə) vermişdir" demişdir. Əbu Bəkir dəcavabında "Mən bir kişilə bir qadının şahidliyini qəbul etmirəm. Ya iki kişi, ya da bir kişi və iki qadın şahid göstərəcəksən." demişdir. Bu hadisələrdən sonra Fatimə Əbu Bəkrə qəzəblənmiş və ölənə qədər onu danışdırmamışdır.Şiə mənbələrinə əsasən Əli Əbu Bəkrin xilafəti zamanı onun arxasında dayanıb (ona iqtida edib) namaz qılmazmış. Osmanın mühasirəsi Osman ibn Əffan hakimiyyəti zamanı öz tayfası olan Bəni-Üməyyə (Bəni-Əbdüşşəms) tayfasından bəzi şəxsləri müxtəlif vəzifələrə təyin etdi. Əbuzər Ğiffari, Abdullah ibn Məsud, Əmmar Yasir və b. səhabə və tabeinlər Osmanın bu hərəkətlərinə görə onu comərdlikdə ittiham etmiş və xalq arasında ona qarşı bəzi etirazlar baş qaldırmışdır. Xilafətin əksər ərazilərində narazılıq və müqavimət 650–651-ci illərdə olmuşdur. Osmanın müxtəlif ərazilərə təyin etdiyi valilər, xüsusilə müşaviri və yeznəsi Mərvan ibn Həkəmin təyinatı ona qarşı olan narazılıqları daha da artırmışdır. Narazı qruplar Osmandan vəzifəyə təyin etdiyi şəxsləri vəzifədən azad etməsini və qohumbazlıq etməməsini ondan tələb etmişdirlər.Bəzi şiə və sünni mənbələrində Osmanın evinin mühasirədə olduğu zaman Əlinin ona məsləhət verib, köməkçi olduğu yazılsa da digər bəzi İslami mənbələr və İslam alimləri bu məlumatların zəif olduğu fikrini irəli sürür. Xəlifə seçilməsi Əli 656–661-ci illər arasında, İslam tarixinin ən çaxnaşmalı dövründə xəlifə olmuşur. Bu dövr həmçinin İlk Fitnə ilə də üst-üstə düşmüşdü. Osmanın öldürülməsi o demək idi ki, üsyançılar yeni xəlifə seçməlidirlər. Bu, çox çətinliklərlə üzləşdi, belə ki, üsyançılar bir neçə qrupdan ibarət idilər: Mühacirlər, Ənsar, Misirlilər, Kufəlilər və Bəsrəlilər. Xəlifəlik üçün 3 namizəd var idi: Əli, Təlhə və Zübeyr. Üsyançılar ilk Əlinin yanına gəldilər və təklif etdilər ki, xəlifə olmağı qəbul etsin. Muhəmmədin səhabələrindən bəziləri bu təklifi qəbul etmək üçün Əlini razı salmağa çalışdılar, lakin o təklifi qəbul etmədi və 1-ci şəxs olmaq əvəzinə məsləhətçi ola biləcəyini bildirdi. Təlhə, Zübeyr və digər səhabələr də xəlifəlik təkliflərinə mənfi cavab verdilər. Beləliklə, üsyançılar Mədinə əhalisinə xəbərdarlıq etdilər ki, 1 gün ərzində xəlifə seçsinlər, əks təqdirdə ciddi təbbirlər görəcəklər. Bu çıxılmaz vəziyyəti yoluna qoymaq üçün müsəlmanlar 18 iyun 656-cı il tarixdə xəlifə seçmək üçün Peyğəmbər məscidində toplandılar. Əli əvvəlcə təklifi sadəcə olaraq ona görə qəbul etmədi ki, onun ən güclü tərəfdarları üsyançılar idi. Ancaq Mədinə əhalisi ilə birlikdə Muhəmmədin bəzi görkəmli səhabələri də təkid etdikdən sonra sonunda razılaşdı. Əbu Mixnəfin rəvayətinə görə, Əliyə ilk beyət edən məşhur səhabə Təlhə idi, lakin digər rəvayətlər əksini iddia edir ki, onlar beyət etməyə məcbur edildilər. Həmçinin, bir müddət sonra Təlhə və Zübeyr könülsüz olaraq beyət etdiklərini iddia etdilər. Buna baxmayaraq, Əli onların iddialarını rədd etdi və israrl bildirdi ki, onlar könüllü şəkildə onu xəlifə kimi tanıyıblar. (yaxud, onlar könüllü çəkildə beyət ediblər). Vilfred Meydlanq hesab edir ki, güc insanları beyətə məcbur etməmiş və onlar məsciddə hər kəsin gözü qarşısında beyət etmişdilər. Mədinə əhalisinin böyük əksəriyyəti və üsyançıların çox hissəsi beyət etsələr də, bəzi mühüm şəxslər yaxud qəbilələr beyət etmədilər. Əməvilər, Osmanın qohumları ya Levanta (məşriqə) qaçdılar, ya da evlərində oturdular. Daha sonra isə Əlinin xilafətinin qanuniliyinə etiraz etdilər. Səd ibn Əbi Vəqqas orada yox idi, Abdullah İbn Ömər isə beyət etməkdən çəkindi, lakin hər ikisi ona qarşı çıxmayacaqlarına dair Əlini inandırdılar. Əlinin ölümündən sonra Kufə müsəlmanları münaqişəsiz onun böyük oğlu Həsənə tabe olacaqlarını əhd etdilər. Belə ki, Əli dəfələrlə bildirmişdi ki, ancaq Məhəmmdəin Əhli-Beyti müsəlman cəmiyyətini idarə etmək hüququna malikdir. Bu zaman İslam Dövlətinin ən böyük komandiri Muaviyə Misir və Levantı tutmuş, özünü xəlifə elan etmiş və Həsənin xəlifəliyinin yerləşdiyi İraqa yürüş etmişdir.Ordu ona qarşı üsyan qaldırana qədər Muaviyə Həsənin komandirlərini tədricən çox miqdarda pulla və ya yalan vədlərlə devirirdi. Nəhayət, Həsən Muaviyəyə xilafəti təslim etmək və onunla sülh bağlamağa məcbur olmuşdur. Bu yolla Muaviyə İslam xəlifəliyini ələ keçirmiş və hər mümkün yolla Əlinin ailəsini və onun şiələrini təzyiq altında saxlamağa çalışmış və Muaviyənin əmrilə Əli hər xütbədən əvvəl minbərlərdən lənətlənməyə başlanmışdır. Əlinin lənətlənməsi Ömər ibn Əbdüləziz tərəfindən ləğv olunana qədər 60 il müddətində davam etmişdir. Muaviyə həmçinin mərkəzləşdirilmiş dövlət olan Əməvilər xilafətini yaratmışdır. İslami baxış Əli dövründə Şiə münasibətləri Məhəmməddən sonra ən əhəmiyyətli fiqur olmuşdur. Onlara görə Məhəmməd öz sağlığında dəfələrlə bildirmişdir ki, Əli onun ölümündən sonra müsəlmanların başçısı olacaqdır. Bu şiələr tərəfindən rəvayət olunan bir çox hədisdə dəstəklənir: Qədir-Xum hədisi, Səqaleyn hədisi, Qələm və kağız hədisi, Ali-Aba hədisi, Məkan hədisi, Xəbərdarlıq hədisi, On iki xəlifə hədisi. Süni müsəlmanları Əlini bir Əhli-Beyt və sonuncu Rəşidun xəlifəsi kimi, eləcə də İslamda ən mötəbər və təsiredici liderlərdən biri kimi anırlar. Tanrı olaraq Bəzi rəvayətlərdə Əlinin öz sağlığında ona ibadət etməyi qadağan etdiyi qeyd olunmuşdur. Qeyri-İslami baxış Əlinin həyatından bəhs edən ən qədim mənbələr hədislər, eləcə də bəzi İslam mənbələridir. Orta əsr mənbələrinə isə sünni və şiələrin əsərləri, xristianların, hindlilərin və digər qeyri-müsəlmanların yazıları və bəzi qərb alimlərinin işləri aiddir. Həmçinin bax Məhəmmədin canişinliyi Əmir əl-Möminin Vilayət ayəsi Mübahilə ayəsi İmam Əli məscidi Əli ədavətçiliyi Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu Həmçinin oxu Xarici keçidlər "İmam Əli (ə) kimdir? (I hissə)" (az.). islamazeri. 2017-04-18. 2017-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18. "İmam Əli (ə) kimdir? (II hissə)" (az.). islamazeri. 2017-04-18. 2017-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18. Ən qədim Quran nüsxəsinin İmam Əliyə (ə) aid olması faktı aşkar edilib (az.) "Kurandakı apaçık imam Hz. Alidir" (türk). islamkutuphanesi.com. İstifadə tarixi: 2014-09-29. Hz. Ali (aleyhi selam) | https://az.wikipedia.org/w/index.php?curid=369488 |
Əli bin əl-Hüseyn | Əli bin əl-Hüseyn (ərəb. الأمير علي بن الحسين; 23 dekabr 1975) — İordaniya kralı Hüseynin üçüncü oğlu və kralın üçüncü arvadı olan kraliça Aliyədən ikinci uşağı. O, həmçinin İorodaniya kralı II Abullanın ögey qardaşıdır. O, 1921-ci ildən İordaniyaya başçılıq edən və Məhəmməd peyğəmbərin nəslindən gəldiyi iddia edilən Haşimilər sülaləsinin üzvüdür. 2015-ci ilin sentyabr ayında şahzadə Əli Zepp Blatterin istefasından sonra FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürmüşdü. Bioqrafiyası Şahzadə Əli ilk təhsilini Əmmanda yerləşən İslam Təhsil kollecində almağa başlayıb. Sonradan Böyük Britaniyada və Birləşmiş Ştatlarda təhsilini davam etdirib və Konnektikut ştatında olan Solsberi məktəbini 1993-cü ildə bitirib, orada, ilk növbədə güləşdə olmaqla, idman sahəsində müvəffəqiyyət qazanıb.O, Böyük Britaniyanın Sandherst kral hərbi akademiyasına qəbul olmuşdur. 1999-cu ildə Prinston Universitetində bakalavr təhsilini başa vurdu. Şahzadə Əli ərəb, ingilis, və adıq dillərini mükəmməl bilir.1998-ci ildə Şahzadə Əli Suriya və Türkiyədən adıqların yaşadığı yerə atla səyahətə yollanmışdır ki, dünyada adıq diasporu haqqında məlumatlar artsın. Bu səfərin istiqaməti adıqların soyqırım vaxtı Rusiya İmpreiyasından İorodaniyaya qaçdığı yolla eyni tutulmuşdur. 1999-cu ildə Şahzadə Əliyə kral II Abdullanın Kral Qvardiyasında Xüsusi Təhlükəsizlik komandiri vəzifəsi təklif olunur. O, 2008 ilə qədər bu vəzifədə xidmət etdi ta ki, kralın ona Təhlükəsizlik və Böhran vəziyyətlərində İdarəetmə mərkəzini yaratmaq tapşırığını verənə qədər. O, həmçinin İordaniya Kral Film Komissiyasının sədridir. Şahzadə Əli İordaniya Futbol Assosiasiyasının prezidentidir. O, həmçinin Qərbi Asiya Futbol Federasiyasının həm təsisçisi, həm də prezidentidir və onun rəhbərliyi altında federasiyanın üzv sayısı 13-ə çatıb. Şahzadə Əli Asiya təmsilçisi kimi FİFA Prezidenti olmaq üçün öz namizədliyini 7 oktyabr 2010-da irəli sürmüşdü. Əlinin kampaniyası müxtəlif dəyişilikləri, Asiya ölkələrinin birliyini və onların nüfuzunun artırılmasını təbliğ edirdi. Şahzadə Əli 6 yanvar 2011-də Qətərin paytaxtı Doha şəhərində AFK konqresində keçirilən FİFA vitse-prezidenti vəzifəsinə seçkilərdə qalib gəlmişdi, FİFA vitse-prezidenti kimi Şahzadə Əli hər iki FİFA İcraiyyə Komitəsində və AFK İcraiyyə Komitəsinin üzvü vəzifəsində çalışırdı. Şahzadə Əli FİFA-nın qadın futbolunda hicaba qadağa qoyan qanunun ləğvi üçün uğurla çıxış edirdi.Əli bin əl-Hüseyn Rusiyanın (DÇ 2018) və Qətərin (DÇ 2022) Dünya Çempionatlarına ev sahibliyi etmək üçün rüşvət verdiklərini iddia edən Qarsiya məruzəsinin dərc olunmasını tələb edən FİFA rəsmilərindən idi. FİFA prezidentliyi kampaniyası Əli 2015 FİFA prezident seçkisində Yozef Blattera uduzdu. Blatter artıq səsvermənin ilk turunda özünə 60-dan çox səs təmin etdi, və bundan sonra ikinci turu gözləməyən Əli öz namizədliyini geri götürdü, lakin davam edən korrupsiya qalmaqalına görə 2015-ci ilin iyununda Blatter FİFA prezidenti postundan istefasını elan edildikdən sonra, Əli həmən ilin sentyabrında elan etdi ki, o, 2016-cı ildə FİFA prezidenti postuna növbədənkənar seçkilərdə yenidən namizədliyini irəli sürəcək. Əli 27 səslə Canni İnfantino və Salman Bin İbrahim Əl-Xəlifədən sonra ilk turda üçüncü yeri tutdu. İkinci dövrədə şahzadənin səs sayısı xeyli azalaraq 4-ə düşdü, və Əli yenə adı çəkilən duetdən sonraki yeri tutdu. | https://az.wikipedia.org/w/index.php?curid=472991 |
Əli bəy Azəri | Əli bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev; d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, "Rəsmi Bakı" qəzetinin və "Xəzan" jurnalının baş redaktoru, müharibə veteranı Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur. Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir. 1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə "leytenant" hərbi rütbəsi verilməklə "tank qoşunları üzrə taktiki əməliyyat komandiri" hərbi, "təkərli və tırtıllı texnikanın mühəndisi" mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir. May 1992-ci ilədək SSRİ Silahlı Qüvvələrinin tərkibində tank tağımı, tank bölüyü komandiri vəzifələrində hərbi xidmət keçmiş, "Kiyev-90" hərbi təlimində şücaət göstərərək fərqləndiyinə görə "baş leytenant" hərbi rütbəsini vaxtından əvvəl almışdır. SSRİ-nin dağılması ilə əlaqədar Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibə başladığından öz xahişinə əsasən Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir. 01 iyun 1992-ci ildən 30 noyabr 1992-ci ilədək Zəngilan rayonunda yerləşən 806 saylı hərbi hissə qərargah rəisinin müavini, 01 dekabr 1992-ci ildən isə həmin hərbi hissənin bazasında yaradılmış 865 saylı hərbi hissədə (Zəngilan Ərazi Özünümüdafiə Alayında) qərargah rəisinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. Bir sıra döyüş əməliyyatlarına rəhbərlik etmişdir. Ermənistan-Azərbaycan müharibəsinin 1993-cü il yay-payız kompaniyası Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və ən nəhayət Qızıl Zəngilanın ermənilər tərəfindən işğalı ilə başa çatdıqdan sonra Müdafiə Naziri əvəzi polkovnik (indi general-polkovnik) Səfər Əbiyevin əmri ilə Beyləqan-Füzuli rayonları ərazisində Haramı deyilən yerdə yerləşən 181 saylı hərbi hissə tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. 1993-1994-cü illər qış kompaniyası zamanı Azərbaycan-Ermənistan cəbhəsində ən mühüm döyüşlərdən hesab olunan və müharibənin gedişində dönüş yaradan Haramı döyüşlərində iştirak edərək şücaətlər göstərmişdir. Müharibə veteranıdır. Atəşkəs dövründə Beyləqan-Füzuli cəbhəsində yerləşən 181 və Xanlar (indiki Göygöl)-Kəlbəcər cəbhəsində yerləşən 172 saylı hərbi hissələrdə briqada komandirinin silahlandırma üzrə müavini xidmətini davam etdirmişdir. 2002-ci ilin noyabrında öz xahişi ilə "mayor" hərbi rütbəsində ehtiyata buraxılmışdır. Ailəlidir, iki övlad atasıdır. Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra tale onu uzun ayrılıqdan sonra yenidən ədəbi mühitə qaytarır. Əli Rzaquliyev silahı qələmlə əvəzləyib Əli bəy Azəri olaraq yaradıcılıq cəbhəsində mübarizəsini davam etdirir. O, yaradıcılığa erkən yaşlarından kiçik həcmli məqalələr yazmaqla başlayıb. "Təbiətin heykəli" adlı ilk məqaləsi 1976-cı ildə "Pioner" jurnalında dərc olunub. Sonra ara-sıra məqalələri "Pioner" jurnalında, "Azərbaycan Pioneri", "Azərbaycan Gəncləri" respublika, "Kənd həyatı" rayon qəzetlərində, bir neçə şeiri "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunan Ə.Rzaquliyevin əsil jurnalistlik fəaliyyəti "Yeni Ordubad" qəzeti ilə bağlıdır. Hərbi xidmətdə olduğu dövrdə də mətbuatla əlaqəni kəsmir. SSRİ Silahlı Qüvvələrində olarkən Kiyevdə nəşr olunan "Leninskaya Znamya", Moskvada nəşr olunan "Krasnaya Zvezda" hərbi qəzetlərdə bir neçə məqaləsi dərc olunub. Azərbaycan Silahlı Qüvvələrində xidmətdə ikən isə Zəngilanda çıxan "Zəngilanın səsi", Beyləqanda çıxan "Beyləqan" rayon qəzetlərində hərdənbir çıxışlar edib. Hərbi xidmətdən sonra 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyərkən və sonralar "Xalq qəzeti", "Respublika", "Kredo", "Sizin qəzet", "Qafqazın səsi", "Pres Azərbaycan", "Ata yurdu", "Bütöv Azərbaycan", "Ədalət keşiyində", "Etiraf", "Azərbaycan övladı", "Sabah nyus", "Nyus Respublika", "Gündəlik Bakı", "Aydın fikir", "Real pres", "Ömür yolu", "Sivil Azərbaycan" və sair qəzetlərlə əməkdaşlıq etmiş onlarla elmi və publisistik məqaləsini dərc etdirmişdir. 2005-ci ildən müstəqil olaraq "Qərbin qərbi", 2007-ci ildən isə həftəlik "Rəsmi Bakı" qəzetinə baş redaktorluq etməklə jurnalistlik fəaliyyətini davam etdirir. Üç yüzdən çox müxtəlif səpkili məqaləsi qəzetlərdə dərc olunub. "Yurd nisgili", "Şah bərəsi", "Qəmlibel müsibəti", "Özününkülərin hədəfində", "Hərbi Zəngilan", "Məhəbbət piyaləsində zəhər", "Arazgersdən keçən köç" "Çovğun" və "Generalın yefreytor vəkili" kitablarının müəllifidir. Dəfələrlə bədii və publisistik yazı müsabiqələrində iştirak etmiş və qalib olaraq mükafatlandırılmışdır. Yazıçı Əli bəy Azərinin "Mübarizləşən vətən" hekayəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii və publisistik yazı müsabiqəsinə təqdim olunmuşdur. "Yurd nisgili" (publisistika və hekayə), Bakı, "Min bir mahnı", 2009. 208 səh. 500 nüsxə. "Şah bərəsi", Bakı, "Qəmlibel müsibəti", Bakı, "Özününkülərin hədəfində", Bakı, "Hərbi Zəngilan", Bakı, "Məhəbbət piyaləsində zəhər", Bakı, "ArazGERSdən keçən köç" (povest). Bakı, "Çovğun", Bakı, "Generalın yefreytor vəkili", Bakı, "ArazGERSdən keçən köç" (povest). Bakı, "Nurlan", 2013. 224 səh. 500 nüsxə. (təkrar nəşr) "Gəlin, tanış olaq" (publisistika), Bakı, "Elm və Təhsil", 2015, 160 səhifə "Şəhərli qızın dəli sevgisi" (povest və hekayələr) "Elm və Təhsil" 300 səhifə "Təbiətin heykəli", "Pioner" jurnalı, 1976-cı il. | https://az.wikipedia.org/w/index.php?curid=200692 |
Əli bəy Aşurbəyov | Əli bəy Xocabəy oğlu Aşurbəyov — məşhur Azərbaycan xeyriyyəçisi, şəxsi vəsaiti hesabına Cümə məscidini tikdirib. Əli bəy 1878-ci ildə Bakıda dünyaya gəlmişdir. Bakıda bir neçə məscid tikdirmişdir. Əli bəy yarım il Moskvada Lubyanka həbsxanasında yatmış, onu qoçu zənn edərək güllələnməyə məhkum etmişdilər. Nərimanovun himayədarlığı onun köməyinə çatmışdı. Həmçinin Bax Əjdərbəy məscidi Aşurbəyovlar | https://az.wikipedia.org/w/index.php?curid=200855 |
Əli bəy Bəylərbəyov | Əli bəy Bəylərbəyov (Tam adı: Əli bəy Şahkərim oğlu Bəylərbəyov; 1894, Masallı rayonu – 2 yanvar 1938, Bakı) — Azərbaycan hərbi xadimi, I Dünya Müharibəsi iştirakçısı, Azərbaycan SSR Baş Milis İdarəsinin rəisi (1922–1924), ilk daxili işlər komissarı, general-mayor. Əli bəy Bəylərbəyov 1894-cü ildə Masallı rayonun Xıl kəndində anadan olmuşdur. O, kənddə ibtidai təhsil aldıqdan sonra Lənkəran şəhərindəki təqribən orta məktəb həcmində təhsil verən rus məktəbinə — Gimnaziyaya daxil olaraq həmin məktəbi 1911-ci ildə bitirmiş və həmin ildə Tiflis şəhərindəki ali hərbi məktəbə daxil olmuşdur. 1919-cu ildə həmin məktəbi əla qiymətlə başa vurmuşdur. 1923-cü ildə Şahkərim adlı bir oğlu olmuşdur. Səhiyyə nazirinin müavini, Respublika Sanitar Epidemiologiya İdarəsinin rəisi, tibb elmləri doktoru və professor Şahkərim Əli bəy oqlu Bəylərbəyov 1990-cı ildə dünyasını dəyişmişdir. Nəvələri: Alim Şahkərim oğlu Bəylərbəyov, Akif Şahkərim oğlu Bəylərbəyov, Məmməd Şahkərim oğlu Bəylərbəyov, Gülnarə Şahkərim qızı Bəylərbəyova (Məmmədova). Nəticələri:Əli bəy Məmməd oğlu Bəylərbəyov, Afaq Məmməd qızı Bəylərbəyova(Neymətova), Ülkər Məmməq qızı Bəylərbəyova (Əliyeva), Rasim Alim Oğlu Bəylərbəyov, Humay Alim qızı Bəylərbəyova, Əfqan Akif oğlu Bəylərbəyov, Fərid Akif oğlu Bəylərbəyov, Səbinə Akif qızı Bəylərbəyova, Əsəd Şaxsəddin oğlu Məmmədov (Gülnarə xanımın oğlu). Kötücələri:Şahkərim Əli bəy oğlu Bəylərbəyov, Nigar Əli bəy qızı Bəylərbəyova, Əsəd Ramin oğlu Neymətov (Afaq xanımın oğlu), Kamran Ramin oğlu Neymətov (Afaq xanımın oğlu), İradə Vüsal qızı Əliyeva (Ülkər xanımın qızı), Ülviyyə Vüsal qızı Əliyeva (Ülkər xanımın qızı), Ədalət Vüsal oğlu Əliyev (Ülkər xanımın oğlu), Səid Əsəd oğlu Məmmədov. Müharibədə iştirakı 1915-ci ildə Tiflisdə hərbi məktəbə qəbul olur, oranı zabit rütbəsi ilə bitirmişdir. 1914–1918-ci illərdə I Dünya Müharibəsində iştirak etmişdir. O, Ərzurum əməliyyatının hazırlanmasında şəxsən göstərdiyi xidmətlərə görə Ali baş komandan tərəfindən "Qızıl Qılınc"la mükafatlandırılmışdır. I Dünya Müharibəsi qurtarandan sora o, hərbi xidmətlərdən — Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Çingiz İldırım və başqaları ilə birlikdə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasında mühüm sahələr üzrə hərbi rəhbər vəzifələrinə cəlb edilmişdir. 1918–1920-ci illərdə — Azərbaycan Xalq Cümhuriyyəti dövründə B. Quba alayının komandiri olmuşdur. O, sonralar Respublikada Zabitlər hazırlayan məktəbin hərbi vəzifələrində və direktor vəzifəsində işləmişdir. Respublikada aparılan hərbi işlərdəki 1918 ildə Gubada Ermənilərin və Qizil ordunun Azərbaycan Türklərinin kütləvi qətliyaminin qarşisin almişdir, bu və diğər səmərəli fəaliyyətinə görə ADR tərəfindən "Gümüş medal" ilə mükafatlanmışdır. Ermənilərin "kabusu" ləğəbini alan Əli bəy qissa ömrünü Azərbaycan üçün həsr etmişdir. O, 1922-ci ilin 15 noyabr tarixindən 1924-cü ilin 20 fevral tarixinədək Azərbaycan Sovet Respublikasında Baş Milis İdarəsinin rəisi, ilk daxili işlər komissarı vəzifələrində işləmişdi. Ona 1923-cü ildə yüksək və səmərəli fəaliyyət göstərdiyinə görə "General Mayor" rütbəsi verilmişdir. Azərbaycan Balıq Trestində şöbə müdiri işləyən Əli bəy Bəylərbəyova şər atılaraq töhmət verilmişdir. O, bu dövrdə könüllü olaraq vəzifəsindən istefa vermişdir. 1933-cü il dekabr ayının 10-da Mir Cəfər Bağırov Azərbaycan K(b) P Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra hərbi işlərdən uzaqlaşıb mülki işlərdə işləmək məqsədilə xüsusi bir ixtisas almaq arzusu ilə Azərbaycan Pedaqoji İnstitutunun plan-iqtisad şöbəsinə daxil olmuş, təhsil aldığı vaxtda 1934-cü ilin sentyabrında Azərbaycan SSSR Xalq Komissarlığı yanında plan iqtisadiyyat və statistika şöbəsinə müdiri vəzifəsində çalışmış, həmin ilin oktyabr ayından Dövlət Plan Komitəsi Sənaye İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin illərdə doğulduğu kənddə geniş həcmli orta məktəb tikilməsinə nail olmuşdur. Mükafatları "Qızıl Qılınc" (Ərzurum əməliyyatının hazırlanmasında şəxsən göstərdiyi xidmətlərə görə) "Gümüş medal" (1921-ci il, Respublikada aparılan hərbi işlərdəki səmərəli fəaliyyətinə görə) Repressiya qurbanı 1937-ci ildə 19 sentyabr həbs edilmiş, 44 yaşında ikən SSRİ-nin hərbi kollegiyasının 1938-ci il 2 yanvar qərarı ilə "xalq düşməni" kimi mühakimə olunaraq güllələnmişdir. 1938-ci il Moskva "Üçlüyü"nün ("Toyka") çıxardığı hökmdə deyilirdi: Ölümündən sonra SSRİ ali məhkəməsinin 28 noyabr 1956-cı il qərarı ilə bəraət qazanmışdır. Milli Təhlükəsizlik Nazirliyinin arxivində Ə. Bəylərbəyovun bəraət sənədində yazılmışdır: 1933–37-ci illər arasında Əli bəy Bəylərbəyovun Masallı rayon Xıl kəndində tikdirdiyi tam orta məktəb onun adını daşıyır. 2017-ci il tarixdə Masallı rayon Xıl kəndində küçə adın daşıyır. | https://az.wikipedia.org/w/index.php?curid=321385 |
Əli bəy Direktor | Əli bəy Direktor (1844 – 1899) — Türkiyə yazıçısı. Əli bəy Direktor 1844–cü ildə İstanbulda doğulmuşdur.Məmurluğa ilk dəfə Babiali tərcümə şöbəsində başlamışdır. Karantin idarəsində də işləmişdir. 1899-cu ildə İstanbulda vəfat etmişdir. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.35-36. | https://az.wikipedia.org/w/index.php?curid=453909 |
Əli bəy Dünbili | Əli bəy Məhəmməd bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan şairi, tərcüməçisi. Əli bəy Məhəmməd bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Tehran Universitetinə qəbul olunmuşdu. Şair idi. Qərib təxəllüsü ilə ruhsar şeirlər yazırdı. Məhəmmədəli xan Tərbiyyət yazır: "Qərib Tehran Darülfünunun şagirdlərindən olmuş, piyada hərbi məktəbi bitirdikdən sonra hicri qəməri 1275 (1858) ci ildə oxumaq üçün Avropaya göndərilən tələbələr arasında Həsənəli xan Əmir-Nizamla birlikdə Parisə getmiş, orda təhsilini təkmilləşdirib, İrana qayıtmışdır. O, Avropa ölkələrinin ictimai vəziyyəti, inkişafı və hərbi təşkilatı haqqında tədqiqat apararaq, bir kitab yazmışdır. Qərib İngiltərə və Fransa dövlətlərinin Çin dövləti ilə müharibəsi haqqında bir kitabı fransız dilindən fars dilinə tərcümə etmişdir. Həmçinin bax Əbdürrəzaq bəy Dünbili Məhəmməd bəy Dünbili | https://az.wikipedia.org/w/index.php?curid=326531 |
Əli bəy Hacıəlibəyov | Əli bəy İsmail bəy oğlu Hacıəlibəyov — Gəncə şəhərinin polismeysteri, Gəncə üsyanının iştirakçısı. Əli bəy İsmayıl bəy oğlu Hacıəlibəyov 1880-ci ildə Gəncədə hərbçi ailəsində anadan olmuşdu. Atası İsmayıl bəy çar ordusunda xidmət etmiş, poruçik rütbəsinə qədər yüksəlmişdir. Əli bəy Gəncə gimnaziyasını bitirmiş, sonra isə Tiflisdə hərbi məktəbə daxil olmuşdur.Əli bəy Hacıəlibəyov məşhur Hacıəlibəyovlar nəslinin nümayəndəsidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhər polisində pristav və polismeyster köməkçisi vəzifələrində çalışmışdı. Sonra o, 1919–1920-ci illərdə Gəncə şəhərinin polismeysteri vəzifəsində xidmət göstərmişdi. Əli bəy Hacıəlibəyovun rəisliyi zamanı polismeysterliyin ştatları onun böyük köməkçisindən (1-ci müavini) və köməkçisindən (müavini), katibdən və onun köməkçisindən, mühasib, qeydiyyatçı (həmdə arxivarius) və tərcüməçidən ibarət idi. Əli bəy Hacıəlibəyov Xudadat bəy Rəfibəylinin (1877–1920) Gəncənin general-qubernatoru olduğu dövrdə (6 may 1919–30 aprel 1920) polismeyster vəzifəsində çalışmışdı. O, ictimai asayişin mühafizəsində, cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizədə qətiyyətli fəaliyyət göstərdiyi üçün qubernator tərəfindən dəfələrlə təltif edilmişdir. Əli bəy Hacıəlibəyov Gəncə üsyanının (24 may — 4 iyun 1920-ci il) fəal iştirakçısı idi. Əli bəy Hacıəlibəyov Stalinin Böyük təmizləmə prosesi zamanı həyatını itirənlərdən biri olmuşdur. O, 1939-cu ildə həyatını itirmişdir. Həmçinin bax Hacıəlibəyovlar | https://az.wikipedia.org/w/index.php?curid=491813 |
Əli bəy Hüseynzadə | Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral (7 mart) 1864, Salyan, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 17 mart 1940, Üsküdar, İstanbul ili, Türkiyə) — Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir. Əli bəy Hüseynzadə 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Atası Molla Hüseyn Qafqaz müsəlman ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə müəllim təyin olunduğundan Əli bəy də bu şəhərdə yaşamış və ilk təhsilini də bu məktəbdə almışdı. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu. Görkəmli ictimai xadim Ziya Gökalp (1876–1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır. Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyümüşdü. Şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşmışdı. Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, Türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olmuşdur. Mirzə Fətəli Axundzadə Ziya Gökalp tərəfindən də böyük Türkçü kimi qəbul edilmişdir. Bu faktlar Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında yazdıqlarını təkzib edir. Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə Türkçülüyün əsaslarını izah etdiyini, "Turan" adlı şeirinin Turançılıq (Pan–Turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirmişdir. 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Burada dövrün məşhur elm xadimləri – Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "Xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə. Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada Darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib. Nəslin ilk bilinən nümayəndəsi şeyxülislam Axund Əhməd Salyanidən qabaq 39 il Qafqaz şeyxülislamı olmuş Axund Məhəmmədəli Salyanidir (1791–1852). Məhəmmədəlinin qardaşı Əlidən Axund Əhməd Salyani (1812–1884) dünyaya gəlib. Əli bəyin nənəsi Hüsniyyə şeyxülislam Axund Məhəmmədəlinin iki qızından biridir. Digər qızı isə Nisə xanımdır və Əli bəyin çəkdiyi "Azərbaycanlı ailəsi" tablosunda təsvir olunan yaşlı qadın məhz Nisə xanımdır. Şeyxülislam Axund Əhməd isə Hüsniyyənin həyat yoldaşıdır. Axund Əhmədlə Hüsniyyənin iki qızı vardı: Xədicə və Fatma. Xədicə xanım Qruzma bəylərindən Kazım bəy Hüseynzadənin dörd oğlundan ən kiçiyi olan Molla Hüseyn Hüseynzadə ilə ailə qurmuşdu. Kazım Hüseynzadənin Axund Əhmədlə ya qardaş, yaxud da əmioğlu olduqları ehtimal edilir. Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə" anası "Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır". Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı. 1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişdi. "Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə. Hüseynzadə). İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Liondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir" (Ə. Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur. Qızı Feyzavər Alpsar 2020-ci ildə 101 yaşında İstanbulda dünyasını dəyişib. Qardaşı İsmayıl Hüseynzadə 1868-ci il martın 17-də Salyanda anadan olub və 1941-ci ildə sürgün edildiyi Qazaxıstanda 1943-cü ilin qışında dünyasını dəyişib. İsmayıl bəy də Əli bəy kimi əvvəlcə ruhani idarəsinin yanındakı məktəbdə, sonra Tiflis Gimnaziyasında təhsil almışdı. Tiflis 1 saylı Gimnaziyasının direktoru Markovanın imzaladığı 2 yanvar 1889-cu il tarixli arayışda bildirilir ki, İsmayıl Hüseynzadə gimnaziyaya 1878-ci ildə daxil olub və 1889-cu ildə nənəsinin xahişinə əsasən təhsilini yarımçıq qoyaraq gimnaziyadan azad edilsə də, ona məktəbi bitirən digər gimnazistlərin malik olduğu səlahiyyətləri veriblər. İsmayıl Hüseynzadə 1925-ci ilə kimi Salyan 1 saylı ikinci dərəcəli Müttəhid Zəhmət Məktəbində dərs demişdi və məktəb pedaqoji şurasının katibi olmuşdu. İsmayıl Hüseynzadə xalası Fatmanın qızı Mina xanımla ailə qurmuşdu. Bu evlilikdən Sultan Hüseynzadə, Azərbaycan Cümhuriyyəti dövründə ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri Bəhram Hüseynzadə, Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında təhsil almış Firidun Hüseynzadə və Bakı Sənaye İnstitutunu bitirmiş Şəmsəddin Hüseynzadə dünyaya gəlmişdi. Yaradıcılığı Ə. Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə. Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə. Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə. Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Ə. Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada maraqlıdır. Məsələn, o deyirdi: Həqiqətin də dadı və ləzzəti var. Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər… Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar. Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur…XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər. "Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu. Əli bəy Hüseynzadənin İslam–Türk millətlərin qalxması və müasirləşməsində üç düstura görə hərəkət edilməsinin zəruriliyini iddia etdiyini bildirən Hilmi Ziya Ülkən bu düsturun Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq olduğunu yazmışdır: Bu üçlü görüş daha öncə bir az qeyri–müəyyən, sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülmüş və müdafiə edilmişdir. Fəqət Əli Suavi, hələ Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı–İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığı üçün fikirləri unudulmuşdu. Əli bəy Hüseynzadənin təklifi tam zamanındaydı. Əli bəy Hüseynzadənin Türkçülüyə dair baxışlarının Ziya Gökalpa təsiri ilə əlaqədar məsələlər Hilmi Ziya Ülkənin yaradıcılığında parlaq şəkildə öz əksini tapmışdır: 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq fikri, 1911-ci ildə hərarətli tərəfdarlar tapdı. Ziya Gökalp "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını çıxardı. Fəqət Əli bəy Hüseynzadənin məqaləsində Əli Suavinin, bu son əsərdə də Hüseynzadənin adları çəkilmir. Bununla birlikdə, Gökalp, Əli bəy Hüseynzadənin dəyərini anlamışdı və onu "Yalavaç" adlandırmışdır. "Yalavaç" sözü isə peyğəmbər, gələcəyi xəbər verən, müjdəçi və s. kimi mənaları daşıyır.Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə etmişdir. Mütəfəkkir siyasi həyata dalmış olan Ziya Gökalpa yaxınlaşmanın çətin olduğunu bildirərək göstərmişdir: Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan oldu. Ə. Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almışdır və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Ümumtürk ədəbi dili konsepsiyası Nəşrinin ilk sayından sonra "Həyat"ın dili müzakirə obyektinə çevrildi və bu açıq-aşkar polemikalara gətirib çıxardı. Dil məsələlərində Əli bəy Hüseynzadənin özünün baxışları vardır ki, bu yanaşma sistemi ümumtürk ədəbi dil konsepsiyasına əsaslanırdı. Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan, bu ideyanı praktiki baxımdan öz əsərlərində işlədən və müdafiə edən Əli bəy Hüseynzadə idi. Təsadüfi deyildi ki, ümumtürk dil birliyinin ideoloqu olan "Tərcüman"ın baş redaktoru İsmayıl bəy Qaspıralı "Həyat" qəzetini "Tərcüman"ın varisi hesab edirdi. İsmayıl bəy Qaspıralı kimi Əli bəy Hüseynzadə də hesab edirdi ki, bütün türklər vahid millətdir və buna görə də vahid dilə, yazı mədəniyyətinə malik olmalıdırlar. Başqa sözlə, türk xalqlarının milli-mənəvi birliyinə nail olmaq üçün Əli bəy Hüseynzadə ümumtürk ədəbi dilin qaydalarının işlənib hazırlanması və orta məktəblərdə, mətbuatda işlənməsini vacib hesab edirdi. Ortaq türk dili ideyası ilə bağlı polemika XX əsrin əvvəllərində daha da güclənmişdi. Əli bəy Hüseynzadəyə görə, ədəbi dil millətin mövcud olması və yaşaması üçün vacib şərtlərdən biri idi. O, fikrini əsaslandıraraq yazırdı: Əli bəy Hüseynzadə də İsmayıl bəy Qaspıralı kimi dünyada yaşayan türklərin ortaq dilini, imperiyaa dili məqamına yüksəliş Osmanlı türkcəsi olmasını qəbul edirdi. Məhəmməd Hadi 1906-cı ilin 20 yanvar sayında dərc etdirdiyi məqaləsində bu mövqeyi açıq şəkildə müdafiə etmişdi: Qeyd edək ki, "Həyat"ın səhifələrində İsmayıl bəyin dil məsələsində tutduğu mövqeyi müdafiə edənlərin sırasında Krım türklərinin nümayəndələri də var idi. H. S. Ayvazovun, S. İbrahimovun, Bəkir Əməkdarın məqalələrini xatırlamaq kifayətdir ki, bu müəlliflər də Əli bəy Hüseynzadənin ortaq türk dili ideyasını qəbul edirdilər. Ümumiyyətlə, türk dilinin yaradılması ideyası "İttihadi-Tərəqqi" Cəmiyyətinin qarşısında dayanan vacib məsələlərdən biri idi. Bu cəmiyyətin qurucularından biri kimi təbii ki, Əli bəy Hüseynzadə də bu ideyanın nəinki tərəfdarı, bu işi həyata keçirənlərdən hesab edilirdi. XX əsrin əvvəllərində İstanbuldan "İttihadiTərəqqi" Cəmiyyətinin Qafqaz bürosuna göndərilən məktubda deyilirdi: Təbii ki, ümumtürk ədəbi dil konsepsiyasını qəbul etməyən cinahda da dövrün tanınmış maarifçi-ziyalıları, ədibləri dayanırdılar. Firudin bəy Köçərli Əli bəy Hüseynzadənin "Həyat" qəzetinə gətirdiyi ümumtürk dili ideyasını qəbul etmir, buna ciddi etiraz edirdi. Hətta Firudin Köçərli məqalələrinin birində yazmışdı: F. Köçərli ilə yanaşı, bu ədəbi dil konsepsiyasına Ö. F. Nemanzadə, M. Mahmudbəyov, Q. Rəşad da tərəfdar deyildilər. "Həyat"ın səhifələrində Ə. Kəngərlinin "Dil müşkülatı", S. M. Qənizadənin "Hansı dil ilə yazalım" məqalələrində toxunulan problemə Ə. Hüseynzadə "Yenə dil müşkülatı" adlı məqaləsində cavab vermiş, ədəbi dilin ədəbiyyat nümayəndələri, yazıçılar, şairlər tərəfindən formalaşdırıldığını və xalqın ədəbi dili öyrənməsi zərurətini irəli sürmüşdü. Bir sözlə, Ə. Hüseynzadə hamının anladığı sadə bir dillə deyil, formalaşmış, qəbul olunmuş ədəbi dildə yazmağı qarşıya məqsəd qoymuşdu və "Həyat" qəzeti də bu dildə nəşr olunurdu. Azərbaycan Xalq Cümhuriyyəti haqqında Azərbaycan Cümhuriyyətinin ideoloji banisi Əli bəy Hüseynzadənin 1918-ci ilin may ayının 28-də öz təsdiqini tapan və arzuladığı dövlətin təşəkkülündə iştirakı barəsində xeyli faktiki materiallar mövcuddur. Siyasi türkçülüyü sistem halına salan, Türkləşmək, islamlaşmaq, avropalaşmaq düsturunun müəllifi Əli bəy Hüseynzadə yeni dünya düzənində tək Azərbaycan deyil, Rusiya əsarətində olan türklərin dövlət qurmaq imkanlarının nəzəriyyəsinin də müəllifidir. 1917-ci ilin sonlarından başlayaraq Türkiyənin siyasi və hərbi çevrələrində, ədəbi-bədii mühitində böyük nüfuza malik Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun sayəsində Azərbaycan Cümhuriyyəti mövzusu Türkiyədə yetərincə dəstək qazanır. Ziya Göyalp, Yunis Hadi, Əhməd Rəfiq kimi şəxsiyyətlər sayəsində Türkiyənin İqdam, Təsviri-əfkar, Tan kimi mətbu orqanlarda Azərbaycanın müstəqilliyi ideyası gündəmə gətirir, Qafqazda türk dövlətinin qurulması üçün siyasi dəstəyin gərəkliyi təbliğ olunurdu. Yaranmış əlverişli tarixi fürsətdən yararlanan Əli bəy Hüseynzadə hələ 1918-ci ildə Rusiyanın siyasi çöküşünün qaçılmaz olduğunu görüb Turan heyəti tərkibində bir neçə türk dünyasının önəmli şəxsi ilə Sofya, Budapeşt, Vyana və Berlinə gedərək Rusiyadakı türklərin haqq və hüquqlarının qorunması, onların müstəqil dövlət qurmaq istəklərini Avropada bəyan etdi. Yusif Akçuranın, Məhəmməd Əsəd bəy Çələbizadənin, Mükəmmədin Baxçalının və Əli bəy Hüseynzadənin rəhbərliyi ilə Rusiya müsəlmanları türk-tatar millətlərinin müdafiə cəmiyyəti təsis olundu. Türkiyə və Azərbaycan arasında Batumda 1918-ci ilin iyunun 4-də imzalanan Dostluq və əməkdaşlıq müqaviləsinin hazırlanmasında, danışıqların aparılmasında Əli bəy Hüseynzadə iştirak etdi. Samət Ağaoğlunun Babamın xatirələri memuarında Əhməd bəy Ağaoğlu ilə birgə Əli bəy Hüseynzadənin də 1918-ci ilin iyul ayında Batum və Gəncəyə getdiyi qeyd olunur. Ə. Hüseynzadənin özü də bəzi xatirələrində Türkiyənin xarici işlər naziri Xəlil bəyin Batumun olduğu vaxt Ə. Ağaoğlu ilə birgə Batuma getdiyi və sonra isə Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı Gəncədə olduğunu yazır. Gəncə səfərində Qafqaz İslam Ordusu komandanı Nuru Paşa ilə görüşür, Azərbaycan ziyalıları ilə birlikdə Cümhuriyyətin quruluşu ilə bağlı müzakirələr aparır. Xatırladaq ki, həmin vaxt Ə. Ağaoğlu Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın siyasi müşaviri kimi çalışırdı. 1918-ci il iyunun 24-dək Gəncədə olan Ə. Hüseynzadə Azərbaycan nümayəndə heyəti ilə birgə İstanbulda açılacaq Məvareyi-Qafqaz konfransında iştirak etmək üçün Gülnihal gəmisi ilə İstanbula yollanır. Azərbaycan Cümhuriyyətinin Gürcüstandakı səfiri Məmməd Yusif Cəfərov Ə. Hüseynzadəyə 13 iyul 1918-ci ildə İstanbula dönüşü üçün belə bir vəsiqə verir: Bu vəsiqə İstanbul tibb fakültəsinin müəllimlərindən doktor Hüseynzadə Əli bəyə aid olduğunu təşviq edirəm. Ə. Hüseynzadə Gəncədə olduğu müddətdə Azərbaycanın istiqlalı uğrunda Azərbaycan və türk əsgərləri eyni səngərdə çiyin-çiyinə düşmənə qarşı birgə mübarizə aparırdı. Bu azadlıq savaşını qələmə alan Ə. Hüseynzadə Azərbaycanda düşündüklərim məqaləsini Türkiyənin Hilali-Əhmər qəzetinin 24 iyul 1918-ci il sayında çap edib. Məqalənin girişində, redaksiya qeydində doktor Ə. Hüseynzadənin bir müddət öncə Azərbaycanda olması vurğulanır və Hilali-Əhmər üçün məqalə hazırladığı göstərilir. Azərbaycan bayrağının təsviri ilə məqaləyə giriş verən Ə. Hüseynzadə yazır: Milli bayrağında aypara qarşısında beş şüalı yerinə səkkiz şüalı bir ulduz bulunan bir məmləkətdən, Qafqaz Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu, Qafqaz Türk dövlətindən bir neçə kəlmə bəhs etmək istərdim. Daha iki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncəni tərk etdim. Müvəqqəti paytaxt deyirəm, çünki Azərbaycanın paytaxtı o deyil. Bakını Azərbaycana çox görmək istəyən kim olursa-olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir! Gəncəyə gəlincə, bu şəhər ancaq mərkəzi bir mövqedə olub. İrəlidə Azərbaycanın maarif mərkəzi ola bilə ". Ə. Hüseynzadə bu məqalədə Bakını Azərbaycandan ayırıb, başsız bədənə çevirmək istəyən Almaniya, Sovet Rusiyası və Böyük Britaniya siyasətinə qarşı çıxırdı. Birinci Dünya Savaşında Türkiyənin müttəfiqi olan Almaniya, bu müttəfiqliyin əleyhinə olaraq Sovet Rusiyası ilə anlaşma imzaladı, Brest-Litovski sazişinə əlavələr edərək Bakını Sovet Rusiyasının ixtiyarına buraxaraq neftin dörddə birini əldə etmək istəyirdi. İstanbulda olan M. Ə. Rəsulzadə də bu sazişin əleyhinə Türkiyə mətbuatında nota verdi. Bakını "müttəfiqlərin neytral bir bölgəsi" kimi Azərbaycandan ayırmaq istəyənlər Azərbaycanın istiqlal savaşına öz qardaş köməyini göstərən Türkiyəyə qarşı diplomatik təzyiqlər həyata keçirirdilər. Ə. Hüseynzadə də məqalələrində məhz bu mövqeyə qarşı çıxırdı. Nenter. Vəba və mikrobu (tərcümə: Əli Hüseyn və Mehmed Refi). İstanbul: Feridiye Matbaası, 1900; Əbdi-qılaf və məhfəzə. Rus məşahir üdəbasından (Çexov)un "Qılaflı adam" ünvanlı əsərinə bir nazirədir. Bakı: "Kaspi" və "Həyat"ın buxariyyə mətbəəsi, 1906; Bizə hansı elmlər lazımdır. Tiflis: "Qeyrət" mətbəəsi, 1907, 47 səh. (Axund Əbuturab, Ö.F. Nemanzadə, Molla Nəsrəddin ilə birgə); Fridrix Şiller. Kəfalət, yaxud vəfadar dostlar (tərcümə Hüseynzadə Əli bəy). İstanbul: Kader Matbaası, 1923; Qərbin iki dastanında türk. Bakı: Kommunist, 1926. 45 s.; Göte. Faust (tərcümə Hüseynzadə Əli bəy). İstanbul: Hamit Matbaası, 1932; Siyasəti-fürusət. Bakı: Elm, 1994; Qırmızı qaranlıqlar içində yaşıl işıqlar. Bakı: Azərnəşr, 1996; Türklər kimdir və kimlərdən ibarətdir? Bakı: Mütərcim, 1997; Qərbin iki dastanında türk. Bakı: Ağrıdağ, 1998; Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007, 479 səh.; Seçilmiş əsərləri 1-ci cild. Çaşıoğlu, Bakı: 2008, 580 səh.; Seçilmiş əsərləri 2-ci cild. Çaşıoğlu, Bakı: 2008, 496 səh.; Əbədi gözəlliklər. Bakı: VEKTOR, 2008. 2014-cü il yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi" haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əli bəy Hüseynzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Şamil VƏLİYEV. Əli bəy Hüseynzadənin mətbuat tarixində xidmətləri Rəfiq Zəka Xəndan. Unudulmuş dahi. 1994 Vagif Sultanlı. Azerbaycan Mühaceret Edebiyatı. İstanbul: Avrupa Yakası yayınları, 2007 Azər Turan. Əli bəy Huseynzadə. Moskva, 2008 Azər Turan Əli bəy Hüseynzadə. Həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi. Bakı, 2014 Azər Turan. Milli məfkurənin atası. Bakı, 2014 Sevil Qaraşova. XX. YÜZYIL AZERBAYCAN FİKİR TARİHİNDE ALİ BEY HÜSEYİNZÂDE’NİN YERİ Bədirxan Əhmədli. Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri. Bakı: Elm və Təhsil. 2017 Xarici keçidlər "Nə qoydular yazayım, nə qırdılar qələmi…" Üç rəngin düsturu | https://az.wikipedia.org/w/index.php?curid=43494 |
Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb.İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılmışdır. 1954-cü ildə instituta xalq artisti Mirzəağa Əliyevin adı verilmişdir. 1959-cu ildən burada "mədəni maarif", 1963-cü ildə isə "dekorativ tətbiqi sənət" ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1981–1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılmışdır. 1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılmışdır. Filial Azərbaycanın şimal bölgəsində yüksək ixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazası vardır. 1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakültəsi fəaliyyət göstərir. Son illərdə universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilmişdir. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şöbəsi yaradılmışdır. Rektoratlıq Struktur quruluşu "SƏDA" Tədris teatrı "Səda" Tədris Teatrı 1962-ci ildə İncəsənət İnstitutunun nəzdində yaradılıb. "Səda" Tədris Teatrının spesifik xüsusiyyəti ondan ibarətdir ki, o yarandığı gündən indiyədək sənət laboratoriyası funksiyasını yerinə yetirir. Bu gün tanınıb sevilən aktyor və aktrisaların, tanınmış sənətkarların əksəriyyəti ilk addımlarını məhz bu teatrda atıb. Bu illər ərzində Tədris Teatrının səhnəsində M. F. Axundzadənin "Xırs quldurbasan", "Molla İbrahimxəlil kimyagər", Ə. Haqverdiyevin "Dağılan tifaq", Ü. Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan", C. Cabbarlının "Od gəlini", "Aydın", "1905-ci ildə", "Solğun çiçəklər", C. Məmmədquluzadənin "Ölülər", S. Vurğunun "Vaqif", S. Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz xanım yuxudadır", İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Büllur sarayda", J. B. Molyerin "Meşşanın zadəganlığı", "Kəndçi adaxlı", "Mizantrop", V. Şekspirin "Otello", "On ikinci gecə", N. Dumbadzenin "Unutma, ana" əsərləri, eləcə də onlarla digər müəlliflərin pyesləri uğurla tamaşaya qoyulub. Son illər ərzində "Səda" Tədris Teatrında hazırlanan bir çox tamaşalar müxtəlif xarici ölkələrin keçirdiyi beynəlxalq festivallarda uğurla çıxış edərək, mükafat və sertifikatlar almış, laureat adına, hətta incəsənət sferasında ən böyük mükafat sayılan "Qran-pri" mükafatına layiq görülmüşlər. Onlardan Cənnət Səlimova və Fikrət Məlikovun hazırladığı Anton Pavloviç Çexovun "Üç bacı" (İran İslam Respublikasının 20-ci Beynəlxalq tələbə teatr festivalında), Ağakişi Kazımov və Hacı İsmayılovun hazırladığı İlyas Əfəndiyevin "Unuda bilmirəm" (Türkiyə Respublikasında İstanbul Kültür Universitetində keçirilən 2-ci Uluslararası tələbə festivalı), Vidadi Həsənovun hazırladığı "Təmas" Gürcüstan Respublikasında Beynəlxalq Etüd Festivalında və "Adi əhvalat" adlı (Qazaxıstan Respublikası 1-ci beynəlxalq tələbə festivalında) tamaşaları misal çəkmək olar. Bu gün "Səda" Tədris Teatrının ikimərtəbəli binası, 190 nəfərlik tamaşaçı zalı, geniş səhnəsi, səs yazma studiyası, müxtəlif məşq otaqları var ki, burada istənilən tamaşanı hazırlamaq və nümayiş etdirmək mümkündür. "SABAH" Mərkəzi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində SABAH qruplarına qəbul 2015-ci ildən başlayıb və iki ixtisas — Aktyor sənəti və Rejissorluq üzrə aparılıb. SABAH qruplarında təhsil alan tələbələrə əlavə ingilis dili fənni tədris olunur və onların SABAH təqaüdü alma imkanları var. 2017/2018-ci tədris ilinə ixtisaslar üzrə tələbə sayı Səsyazma Studiyası 1968-ci ildən ADMİU-da fəaliyyət göstərən səsyazma studiyası Mehdi Məmmədov, Adil İsgəndərov, Rza Təhmasib və Müxlis Cənizadə kimi sənətkarların rəhbərliyi ilə tələbələri təcrübə meydanı olmuşdur. Azərbaycanda ilk dəfə ali təhsil müəssisəsində fəaliyyət göstərən bu studiyada universitetin aktyor və rejissor tələbələri müstəqil olaraq musiqili proqramlar və verilişlər hazırlayırlar. Səsyazma studiyasına təcrübəli müəllim Faiq Babayev rəhbərlik edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetinin nəzdində Humanitar Kollec Kulturologiya fakültəsi 1995-ci ildən "Kulturologiya" adı altında fəaliyyət göstərən "Mədəni-maarif işi" fakültəsi 1959-cu ildən mütəxəssis hazırlığına başlamışdır. Hazırda "Kulturologiya" fakültəsində 4 kafedra ("Sosial-mədəni fəaliyyət" kafedrası, "Turizm və kitabxana-informasiya fəaliyyəti" kafedrası, "Sosial siyasi elmlər" kafedrası, "Muzeyşünaslıq" kafedrası) fəaliyyət göstərir. Fakültədə muzeyşünaslıq, arxivşünaslıq, menecment, sosial iş, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və digər elm sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Audiovizual sənətlər (keçmiş kino-televiziya) fakültəsi Kino və televiziya fakültəsi 1945-ci ildə yaradılmış Teatr İnstitutunun yüksək sənət ənənələrini özündə saxlayan və bu gün də öz istiqaməti üzrə peşəkar kadr hazırlığını həyata keçirən bir tədris bölümüdür. 2016-cı ildən ADMİU-da baş verən struktur dəyişiklikləri nəticəsində yenidən yaradılmış Kino və televiziya fakültəsi 1997-ci ildən Rejissor sənəti fakültəsi kimi fəaliyyət göstərmişdir. Hazırda fakültədə təhsilin müxtəlif pillələrində tədris Azərbaycan və rus dillərində, əyani və qiyabi formalarda aparılır. Fəaliyyət göstərdiyi müddətdən bu günədək fakültədə xarici ölkə vətəndaşları da təhsil alır. Hazırda fakültənin tələbələri sırasında Türkiyə və İran vətəndaşları da var. Fakültədə kino və televiziya pavilyonu, montaj otaqları, səsyazma studiyası və rəqəmsal laboratoriya tələbələrin ixtiyarındadır. Teatr sənəti fakültəsi 1945-ci ildə teatr texnikumunun bazasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. "Aktyorluq", "Rejissorluq" və "Teatrşünaslıq" ixtisasları üzrə mütəxısislər hazırlanmağa başladı. Müxtəlif illərdə (aktyorluq, rejissorluq və s.) ixtisaslar ayrı-ayrılıqda müstəqil fakültələr kimi fəaliyyət göstərmişdilər, lakin 9 iyun 2015-ci ildə tədrisin səmərə və keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində struktur dəyişikliyi edilərək "Aktyor sənəti", "Rejissor sənəti" və "Sənətşünaslıq " fakültələri birləşdirilərək yeni böyük "Teatr sənəti" fakültəsi yaradıldı. Musiqi sənəti fakültəsi Universitetin aparıcı fakültələrindən olan "Musiqi sənəti" fakültəsi 25 sentyabr 2001-ci il tarixdən yaradılmışdır. Müstəqil fakültə kimi formalaşanadək müyyən bir vaxt keçmişdir. 1962-ci il "Musiqili komediya aktyoru" ixtisası yaradılır və institutun musiqi təhsilinin inkişafında yeni mərhələ başlanır. Tədris olunan musiqi fənlərinin sayı artır, Musiqi nəzəriyyəsi, Solfecio, Fortepiano, Vokal, Vokal ansamblı kimi fənlərlə zənginləşir. Artıq burada musiqi fənləri professional səviyyədə tədris olunur. O vaxtdan institutun məzunları opera teatrında, dövlət xor kapellasında bir mütəxəssis kimi fəaliyyətlərini davam etdirmək fürsəti əldə edirlər. 1967-ci ildən "Musiqi fənləri" kafedrası yaradılır. O dövrdə bir çox musiqi xadimləri bu qocaman tədris ocağında çalışaraq mədəniyyət işçilərinin böyük bir nəslini yetişdirmişlər. Görkəmli Azərbaycan dirijoru, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Niyazi, xalq artistləri, bəstəkarlar — Hacı Xanməmmədov, Şəfiqə Axundova, müğənnilər — Rəhilə Cabbarova, Qulu Əsgərov, Lütfiyar İmanov, Milovanov, musiqişünaslar — Danil Danilov, Nailə Kərimova və başqaları burada uzun müddət fəaliyyət göstərmişlər. 1987-ci ildən universitetdə həyata keçirilən islahatlar nəticəsində vaxtı ilə 9 ixtisası olan təhsil ocağına müxtəlif profilli bir çox yeni ixtisaslar — "İnstrumental ifaçılıq", "Estrada", "Muğam" və ali təhsil müəssisəsində ilk dəfə olaraq "Aşıq sənəti" ixtisasları açılır. 2011-ci ildən "Aşıq sənəti" kafedrası da fəaliyyət göstərməyə başlayır. Rəssamlıq fakültəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəssamlıq" fakültəsi zəngin yaradıcılıq ənənələrinə malikdir. 1962-ci ildə "Teatr" fakültəsinin nəzdində "Rəssamlıq" şöbəsi yaradılıb və 1963-cü ildə ilk dəfə "Rəssamlıq" ixtisası üzrə dərslərin tədrisinə başlanılıb. 1967–1968-ci illərdə "Rəssamlıq" şöbəsində ilk dəfə olaraq "Rəsm" kafedrası açılıb. 1982-ci ildə "Rəssamlıq" şöbəsi əsasında institutda "Rəssamlıq" fakültəsi yaradılıb. Sosial-mədəni fəaliyyət kafedrası Kafedra 1959-cu ildə "Mədəni-maarif işi" adı ilə yaradılmış, qurum dəyişikliyi ilə əlaqədar ADMİU-nun Elmi Şurasının 21 iyun 2012-ci il tarixli 41 saylı əmrilə "Kulturologiya" kafedrası adlandırılmışdır. "Kulturologiya" kafedrası ADMİU-nun Kulturologiya fakültəsinin tədris-elm struktur bölmələrindən biri olub, "sənətşünaslıq", "beynəlxalq münasibətlər", "sosial iş" ixtisasları üzrə kadr hazırlığını, habelə universitetin digər fakültələrində tədris olunan bir sıra fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir. Sosial siyasi elmlər kafedrası 1945-ci ildə Teatr institutu yenicə yarananda bu sahədə kafedra yaratmaq mümkün olmadığı üçün Humanitar və sosial-siyasi fənləri saat hesabı ilə dəvət olunmuş müəllimlər tədris ediblər. Təxminən 20 ildən sonra 1966-cı ildən fəaliyyət göstərən kafedra qurum dəyişiklikləri ilə əlaqədar olaraq ayrı-ayrı adlarla fəaliyyət göstərib, 1991-ci ildə "Sosial-siyasi fənlər" və 1995-ci ildən isə "Sosial-siyasi elmlər" kafedrası adlanmışdır. Muğam sənəti kafedrası 2001-ci ildən müstəqil kafedra kimi əvvəlcə "Solo oxu", 2004-cü ildən isə "Muğam sənəti" adı altında fəaliyyət göstərir. Kafedraya yarandığı gündən bu günə kimi Xalq artisti (1992), professor (2008), "Şöhrət (2002)" və "Şərəf" (2010) ordeninə layiq görülmüş, prezident təqaüdüçüsü Canəli Əkbərov rəhbərlik edir. Aşıq sənəti kafedrası Bu kafedra 2011-ci ildə təsis edilmişdur. "Aşıq sənəti" kafedrasında müasir aşıq ifaçılığının müxtəlif mühitlərini təmsil edən istedadlı nümayəndələri çalışır. Onu da qeyd edək ki, kafedrada pedaqoji fəaliyyətlə məşğul olan ifaçı — müəllimlər aşıq sənətinin müxtəlif ifaçılıq mühitlərini təmsil edirlər. İnstrumental ifaçılıq kafedrası Kafedrada öz pedaqoji fəaliyyətində ifaçılıq pedaqogikasının müasir metodologiyasının prinsiplərini tətbiq edən yüksək ixtisaslı müəllimlər dərs deyir. Xarici keçidlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vebsayıtı Universitetin rəsmi Facebook səhifəsi Universitetin rəsmi İnstagram səhifəsi | https://az.wikipedia.org/w/index.php?curid=293185 |
Əli bəy Verdiyev | Əli bəy Verdiyev — ilk azərbaycanlı mühəndis-pilotlardan biri. Əli bəy Verdiyev 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olub. Verdiyev Yelizavetpol gimnaziyasını bitirdikdən sonra, Qori müəllimlər seminariyasına daxil olub. 1910-cu ildə Əli bəy Verdiyev Parisə yola düşüb. Burada o, Fransa Politexnik Məktəbinin mühəndis-mexanik fakültəsində avia və avtonəqliyyat vasitələrinin təmiri ixtisası üzrə təhsil alıb. Verdiyev Fransanın müxtəlif hava nəqliyyatı müəssisələrinin əməkdaşı olduğu zaman aviasiya ilə maraqlanmağa başlayıb. Birinci Dünya Müharibəsi illərində mühəndis-mexanik işləmişdir. Əli bəy Verdiyev 1916-cı ildə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçmişdir. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən, Əli bəy Verdiyev 1916-cı il iyunun 22-də "pilot-aviator" normativlərini tam yerinə yetirərək bu ada layiq görülmüşdür.Əli bəy Verdiyev məzunu olduğu məktəbdə qalmış və buradakı rus kursantlarına uçuş dərsləri vermişdir. Verdiyev paralel olaraq təlimçi kimi yeni konstruksiyalı təyyarələrin sınaq uçuşlarında iştirak edir və həmçinin mühəndis-mexanik kimi təyyarələrin sazlığına nəzarət edirdi.1918-ci ildə Əli bəy Verdiyev öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə qayıdıb. Verdiyev Bakı şəhərində mühəndis-mexanik kimi əmək fəaliyyətini davam etdirib. 1920-ci ildə ölkədə sovet hakimiyyəti qurulub. Yeni hakimiyyətə təzə mütəxəssislər lazım idi, Verdiyev də bu mütəxəssislərdən biri idi. O, 1923-cü ildə toxuculuq sənayesi üçün dəzgahlar alınması üçün Lion şəhərinə ezam olunub.Əli bəy Verdiyev Böyük Vətən müharibəsi illərində Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Plan Komitəsində işləyib. Verdiyev 1953-cü ildən 1957-ci ilədək Dövlət Plan Komitəsinin material balanslar şöbəsində böyük mühəndis vəzifəsində çalışıb. 1957-ci ildə təqaüdə çıxıb. Buna baxmayaraq, o, öz köhnə kollektivi ilə işləməyə davam edirdi.Əli bəy Verdiyevin ölümündən sonra qızı Nuriyyə xanım ona aid olan bəzi materialları Azərbaycan Tarixi Muzeyinə təhvil verib. Abasov C. Azərbaycan mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi (525-ci qəzet). 2015. Xarici keçidlər Azərbaycan mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi Muzey əməkdaşının "Parisdə aviasiya məktəbində təhsil alan azərbaycanlı pilot" adlı məqaləsi dərc olunub Arxivləşdirilib 2015-02-10 at the Wayback Machine AZƏRBAYCAN AVİASİYA TARİXİ | https://az.wikipedia.org/w/index.php?curid=485144 |
Əli bəy Zizikski | Əli bəy Harun bəy oğlu Zizikski (noyabr 1876, Zizik, Quba qəzası – 18 sentyabr 1929, Bakı) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, hərbi və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan Parlamentinə millət vəkili Eyni zamanda Bakı qubernatorunun köməkçisi. Əli bəyin atası Harun bəyin Quba qəzasında böyük torpaq mülkiyyəti, Quba və Bakı şəhərində malikanəsi var idi, eyni zamanda o toxumçuluq sahəsində yaxşı mütəxəssis idi. Harun bəyin 2 oğlu – Abdulla bəy (cavan vəfat etdi) və Əli bəy, 8 qızı – Səkinə xanım (Cimili bəyə ərə getmiş), Ummsəlimə xanım, Ayna xanım (Alpan bəyə ərə getmiş), Böyük xanım, Səadət xanım (həyat yoldaşı Dağıstan imanı Nəcməddin Qotsinski), Camal xanım (Şıxlar bəyə ərə getmiş), Sona xanım (həyat yoldaşı Mustafa Əfəndiyev) və Umra xanım. Harun bəy Hacı-Bala Məmmədyarovu da övladlığa götürmüşdür. Əli bəy Zizikski 1876-cı ilin noyabr ayında Quba qəzasının Zizik kəndində anadan olmuşdur. (Bəzi nəşr mənbələrində doğulduğu il səhvən 1878 kimi göstərilmişdir. Səhvin səbəbi bəzi tarixçilərin verdiyi məlumata görə, o 50 yaşında 1928-ci ildə güllələnib. Lakin arxiv məlumatlara görə Əli bəy özü doğum tarixini noyabr 1876-ci il göstərmişdir. 50 yaşında isə 1926-cı ildə o həbs olunmuşdur). Əli bəy Sankt-Peterburq şəhərində hərbi məktəbdə oxuyub. Çar ordusunda xidmət edib. Hərbi xidməti Varşavada atçılıq müsəlman alayında keçirib. Varşava üsyanı yatırılmasında iştirak etmişdir. 1914-cü ildə Əli bəy Zizikski Quba qəzasının polis rəisi təyin edilmişdir. Fevral inqilabından sonra (1917) kapitan Ə.Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdi (müavini Mir Cəfər Bağırov idi). Oktyabr çevrilişindən (1917) sonra qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır. Əli bəy Zizikski 1918-ci il soyqırımı zamanı öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin alaylarına qoşulmuşdu. Qotsinski və Zizikskinin silahlı dəstələri daşnak-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradıb, şəhər üzərinə son hücum hazırlığına başlamışdır. Lakin Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən çoxsaylı bolşevik hərbi qüvvələrinin Bakıya çatması ilə qüvvələr nisbəti dəyişmiş və onlar tutduqları mövqeləri tərk etməli olmuşlar. 1918-ci ilin aprelində Bakı Soveti Quba üzərinə əks-hücum təşkil edərkən Həmdulla əfəndi Əfəndiyev və başqalarının rəhbərlik etdiyi müsəlman birləşmələri şəhəri Bakı Sovetinin qüvvələrindən müdafiə etmişdirlər. Aprelin sonu – mayın əvvəlində S.Şaumyan və G.Korqanovun göstərişi ilə daşnak Hamazaspın başçılığı ilə Qubaya yeni daşnak-bolşevik qüvvələri yeridildi. Zizikski düşmənin sayca üstün olan və yaxşı silahlanmış qüvvələrinə müqavimət göstərə bilməyib, Dağıstana keçməyə məcbur oldu. Hamazaspın dəstəsi şəhərdə və ətraf kəndlərdə kütləvi qırğınlar və vəhşiliklər törətdi. Qafqaz İslam Ordusunun və Dağıstanda yerli əhalinin köməkliyi ilə yeni hərbi dəstə yaradan Zizikski Hamazaspın daşnak-bolşevik dəstələrinə qarşı güclü hücum təşkil etdi və Qubanı azad etdi, Azərbaycan Xalq Cümburiyyəti yaradıldıqda Zizikskinin dəstəsinin əksər üzvləri yeni yaradılan Milli ordunun sıralarına daxil oldu. Bakı şəhəri Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən (1918-ci il, 15 sentyabr) sonra artıq polkovnik rütbəsində olan Zizikski paytaxt valisinin müavini təyin edilmiş, eyni zamanda Quba qəzasından Azərbaycan Parlamentinə üzv seçilmişdi. O, parlamentdə "İttihad" fraksiyasını təmsil edirdi. İttihad Partiyasının 1-ci (1919, aprel) və 2-ci (1920, yanvar) qurultaylarında partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdi. Azərbaycan Parlamentinin maliyyə-büdcə komissiyasının üzvü idi. Aprel işğalından (1920) sonra Zizikski bir müddət sovet hakimiyyətinə qarşı müqavimət hərəkatında iştirak etmiş, Qubada elan edilən amnistiyadan sonra leqal fəaliyyətə keçmiş, lakin bolşeviklərin elan etdiyi amnistiyanın müvəqqəti olduğunu yəqin edərək, yenidən gizli fəaliyyət göstərmişdir. Zizikskinin sabiq müavini, o zaman Azərbaycan Fövqəladə Komissiyasının başçısı M.C.Bağırov onu sovet-bolşevik təqiblərindən qurtarmışdı. Bundan sonra Əli bəy Zizikski Bakıya qayıdaraq, bəraət almışdır. Bakıda Çəmbərəkənddəki evində yaşayırdı. Mir Cəfər Bağırov Respublikada olmadığı vaxtda 28 dekabr 1926-cı ildə (50 yaşındakən) həbs edilmişdir. 6 avqust 1928-ci ildə AzSSR Cinayət Məcəlləsinin 63, 75 və 18–84-cü maddələri (əksinqilabçılıq fəaliyyəti, xarici əksinqilabçılıq təşkilatları ilə əlaqə) ilə təqsirli elan edilərək, ölüm cəzasına məhkum olunmuşdur. Hökm 1929-cu ilin sentyabr ayının 17-dən 18-nə keçən gecə vaxtı icra olunmuşdur. Zizik kəndindəki evləri 1950-ci illərdə sökülmüş və sökülməkdən qalan tikinti materiallarında ikinci dəfə yerli məscidin tikintisində istifadə edilmişdir. Sonradan həmin yerdə kənd orta məktəbi inşa edilmişdir. Quba şəhərində Əli bəy Zizikskinin şərəfinə küçə adlandırılmışdır. Xarici keçidlər "Əli bəy Zizikski". soyqirim.az. İstifadə tarixi: 8 iyul 2021. "Əlibəy Zizikski". İstifadə tarixi: 8 iyul 2021. "1918-ci il Quba qırğınları". | https://az.wikipedia.org/w/index.php?curid=80330 |
Əli bəy Zülqədər | Əli bəy Şahsuvar bəy oğlu Zülqədər (1515, Əlbistan – 1522, Qəhrəmanmaraş) — bəylik hökmdarı (1515–1522). Əli bəy 1515-ci ildən 1522-ci ilədək Zülqədəroğulları bəyliyinin hökmdarı olmuşdu. 1515-ci ildə Maraş və çevrəsi osmanlılar tərəfindən fəth edildi. Ancaq Zülqədəroğulları bəyliyinə dərhal son verilmədi. Yavuz Sultan Selim, Zülqədərli torpaqlarının idarəsini Şahsuvaroğlu Əli bəyə verdi. Əli bəyin Zülqədərli hökmdarı, yoxsa Osmanlı dövlətinin bir valisi olduğu açıqca bəlli deyildi. Şahsuvaroğlu Əli bəy Maraş və Əlbistan civarından əsgər toplayaraq, Yavuzun məmlüklərin üstünə etdiyi səfərlərdə iştirak etdi. 1516-cı ildə Nizip civarında Mercidabık savaşında osmanlı ordusu məmlük ordusunu ağır bir məğlubiyyətə uğratdı. Məmlük sultanı Kansu Gavri məğlubiyyətin üzüntüsündən öldü. Onun yerinə Tumanbay məmlük sultanı oldu. Əli bəy bu savaşın qazanılmasında böyük qəhrəmanlıqlar göstərdi. Antəb və çevrəsinin osmanlılara qatılmasında yararlıqlar göstərdi. Osmanlı ordusunun Suriya və Misirə yürüşü sırasında, Əli bəy, osmanlılara bələdçilik etdı. 1517-ci ildə Qahirə önlerinde Ridaniyə savaşının qazanılmasında böyük rol oynayan Əli bəy, Yavuzun güvənini qazandı. Yavuz Sultan Səlim, məmlük sultanı Tumanbay yaxalanınca onu Əli bəyə təslim etdi. Əli bəy də atası Şahsuvar bəyin Qahirənin Babüz-Züvəylədə edam edilişinin intiqamını, Tumanbayı burada edam etdirərək aldı. Misir səfəri dönüşündə Yavuz İstanbula gedərkən Əli bəy də məmləkətinə döndü. Bəyliyin mərkəzini Maraşdan təkrar Əlbistana köçürdü. Əli bəy özünü müstəqil bir dövlətin hökmdarı olaraq görməklə bərabər Osmanlı dövləti ilə dostca keçindi və osmanlıların her yerdə yardımına yetdi. 1519-cu ildə əski zülqədərli torpaqları olan Bozoq (Yozgat)da ortaya çıxan Cəlalın osmanlılara qarşı üsyanını yatırdaraq, Cəlal və adamlarını ortadan qaldırdı. 1521-ci il tarixində Suriyada Osmanlı dövlətinə qarşı, Məmlük dövlətini yeniden qurmaq üçün Canberdi Qazali böyük bir üsyan başladı. Bu üsyanı yatırmağa göndərilən osmanlı sərkərdəsi Fərhad paşanı gözləmədən Canberdi Qazalinin üstünə yürüş edən Əli bəy, onu məğlub edərək qətl etdi. Bu durum Fərhad paşanın Əli bəyi qısqanmasına səbəb oldu. Əli bəy osmanlılara bağlılıq göstərməsinə rəğmən, özünü bir xanədan üzvü olaraq görürdü. Osmanlı dövləti isə onu bir sancaqbəyi olaraq qəbul edirdi.Misir və Suriyani da fəth eden osmanlılar torpaqları arasında müstəqil bir dövləti əsla qəbul edə biməzdilər. Zülqədərli ölkəsində Əli bəyin bəzı işlərindən rahatsız olan xalqın sultana şikayətlərinə görə, Osmanlı dövləti Əli bəyin ölkəsinə təftiş məmurları göndərdi. Əli bəy daxili işlərinə qarışıldığını düşünərək göndərilən müfəttişləri dərhal qətl etdirdi. Bu olay iki tərəf arasında səbir kasasını daşıran son damla oldu. Əli bəyi qısqanan və ona müxalif olan Fərhad paşa, Qanunidən, onun qətlinə dair bir fərman aldı. İran səfəri bəhanəsiylə Toqata çağırılan Əli bəy Artuqovada (Artova) oğulları ilə birlikdə 1522-ci ildə qətl edildi. Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh. Həmçinin bax Zülqədəroğulları bəyliyi | https://az.wikipedia.org/w/index.php?curid=77600 |
Əli ibn Heysam | Əli ibn Heysəm ibn Məhəmməd – Şirvanşahlar dövlətinin dördüncü hökmdarı, Şirvanşah Heysəm ibn Məhəmmədin oğlu. Şirvanşah Heysəm ibn Məhəmmədin ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Şirvanda baş verən bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Baibn əmiri 10 min müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafir tayfaları içərisində müsəlmanların ən qəddar düşməni Şəndanın əhalisi idi". Adı çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir. Rusların Azərbaycana yürüşü Əli ibn Heysəmin hakimiyyəti dövründə əl-Məsudinin bəhs etdiyi başqa hadisə də olmuşdur. Xəzərlərlə yanaşı, Şirvana ruslar da dəfələrlə dənizdən basqınlar edirdilər. Şirvanşahlar və Dərbənd əmirləri bu basqınlara qarşı mübarizə aparırdılar. Xəzər dənizinin əhalisi sıx olan cənub-qərb sahilləri yadelli işğalçıların diqqətini çoxdan cəlb edirdi. Ticarət məqsədilə öz gəmilərində Xəzər dənizinin sahillərinə üzüb gələn rus tacirləri bu diyara yaxşı bələd idilər və xəzərlər kimi Azərbaycanın, xüsusilə Şirvan vilayətinin zənginliyi barədə məlumatları yayırdılar. Ruslar təqribən 914-cü ildə Bakı sahillərinə hücum etdilər. "Rus drujinaları buraya ilk dəfə gəlmirdilər. Onlar qədimdən şərqi Avropa ölkələri, Qafqaz və İran arasında qızğın ticarət gedən yaxşı bələd olduqları yolla irəliləyirdilər".Rusların bu səfərini əl-Məsudi ətraflı təsvir etmişdir. O göstərir ki, h.300 (912-13)-cü ildən sonra rusların hərəsində 100 adam olan təqribən 500 gəmisi Don çayı ilə Xəzər kanalına qədər gəldi. Rusların gəmiləri kanalın ağzını qoruyan Xəzər gözətçi dəstələrinin durduğu yerə çatdıqda ruslar bu dənizin ətrafinda yaşayan xalqlardan zəbt etdikləri qənimətin yarısını xəzər xaqanına verməyi vəd edib, ondan bütün ölkəni keçərək Volqa çayına, sonra isə üzüaşağı üzüb çayın mənsəibnə və Xəzər dənizinə çıxmağa razılıq aldılar. "Xaqan onların bu qanunsuz işi etməsinə icazə verdi və ruslar körfəzə girib, çayın (Donun) mənsəibnə yetişdilər və onun vasitəsilə üzüyuxarı üzməyə başladılar. Nəhayət, Xəzər çayına (Volqaya) çatdılar və bu çayla Atil şəhərinədək endilər, onun yanından ötərək, çayın Xəzər dənizinə töküldüyü yerdə mənsəibnə yetişdilər, oradan isə (Təbəristandakı) Amul şəhərinə doğru (üzdülər). Rusların gəmiləri dənizə səpələndi və Gilana, Deyləmə, Təbəristana, Curcan sahilindəki Abeskuna neft verən vilayətə (iləd ən-nəffətə – Abşeron) və Azərbaycan istiqamətində yerləşən (bütün torpaqlara) basqın etdilər... bu dənizin ətrafında yaşayan xalqlar özlərini itirdilər, çünki keçmişdə onlann üzərinə dənizdən basqın edən düşmən görməmişdilər. Dənizdə yalnız ticarət və balıqçı gəmiləri üzərdi. Ruslar gilanlılarla, deyləmlilərlə və İbn Əbu əs-Sacın sərkərdələrindən biri ilə vuruşdular. Sonra onlar Şirvan şahlığının Bakuh adı ilə tanınmış neft verən sahilinə gəlib çıxdılar. (Sahilboyundan) qayıdarkən ruslar neftverən (vilayətdən) cəmi bir neçə mil aralı olan adalarda daldalandılar. O vaxtlar (təqr. 914-cü il) Şirvanım şahı Əli ibn əl-Heysəm idi. Əhali hazırlıq gördü, qayıqlarına (kəvarib) minib, həmin adalara qədər üzdü. Ruslar onların qarşısına çıxdılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu."Əl-Məsudi xəbər verir ki, Azərbaycanın cənubunun, Arranın, Beyləqanın, Bərdə vilayətinin və başqa şəhərlərin, habelə onlarla birlikdə Deyləm, Gilan və Təbəristanın əhalisi qaçmağa üz qoydular, çünki onlar dənizdən hücum gözləmirdilər və qəfil basqına məruz qalmışdılar. Ruslar bu dənizdə bir neçə ay qaldılar, belə ki, dənizlə qonşuluq edən heç bir xalq bir ölkədən başqasına gedib-gələb bilmirdi. Ruslar böyük qənimət əldə etdikdən sonra yenidən xəzər torpaqlarına qayıtdılar. Lakin burada onlar müsəlmanların hücumuna məruz qaldılar. Onlann böyük hissəsi (30 000 yaxın) qırıldı və yalnız cüzi bir qismi (5 minə yaxm) xilas olub vətənə qayıda bildi. | https://az.wikipedia.org/w/index.php?curid=703181 |
Əli ibn Heysəm | Əli ibn Heysəm ibn Məhəmməd – Şirvanşahlar dövlətinin dördüncü hökmdarı, Şirvanşah Heysəm ibn Məhəmmədin oğlu. Şirvanşah Heysəm ibn Məhəmmədin ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Şirvanda baş verən bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Baibn əmiri 10 min müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafir tayfaları içərisində müsəlmanların ən qəddar düşməni Şəndanın əhalisi idi". Adı çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir. Rusların Azərbaycana yürüşü Əli ibn Heysəmin hakimiyyəti dövründə əl-Məsudinin bəhs etdiyi başqa hadisə də olmuşdur. Xəzərlərlə yanaşı, Şirvana ruslar da dəfələrlə dənizdən basqınlar edirdilər. Şirvanşahlar və Dərbənd əmirləri bu basqınlara qarşı mübarizə aparırdılar. Xəzər dənizinin əhalisi sıx olan cənub-qərb sahilləri yadelli işğalçıların diqqətini çoxdan cəlb edirdi. Ticarət məqsədilə öz gəmilərində Xəzər dənizinin sahillərinə üzüb gələn rus tacirləri bu diyara yaxşı bələd idilər və xəzərlər kimi Azərbaycanın, xüsusilə Şirvan vilayətinin zənginliyi barədə məlumatları yayırdılar. Ruslar təqribən 914-cü ildə Bakı sahillərinə hücum etdilər. "Rus drujinaları buraya ilk dəfə gəlmirdilər. Onlar qədimdən şərqi Avropa ölkələri, Qafqaz və İran arasında qızğın ticarət gedən yaxşı bələd olduqları yolla irəliləyirdilər".Rusların bu səfərini əl-Məsudi ətraflı təsvir etmişdir. O göstərir ki, h.300 (912-13)-cü ildən sonra rusların hərəsində 100 adam olan təqribən 500 gəmisi Don çayı ilə Xəzər kanalına qədər gəldi. Rusların gəmiləri kanalın ağzını qoruyan Xəzər gözətçi dəstələrinin durduğu yerə çatdıqda ruslar bu dənizin ətrafinda yaşayan xalqlardan zəbt etdikləri qənimətin yarısını xəzər xaqanına verməyi vəd edib, ondan bütün ölkəni keçərək Volqa çayına, sonra isə üzüaşağı üzüb çayın mənsəibnə və Xəzər dənizinə çıxmağa razılıq aldılar. "Xaqan onların bu qanunsuz işi etməsinə icazə verdi və ruslar körfəzə girib, çayın (Donun) mənsəibnə yetişdilər və onun vasitəsilə üzüyuxarı üzməyə başladılar. Nəhayət, Xəzər çayına (Volqaya) çatdılar və bu çayla Atil şəhərinədək endilər, onun yanından ötərək, çayın Xəzər dənizinə töküldüyü yerdə mənsəibnə yetişdilər, oradan isə (Təbəristandakı) Amul şəhərinə doğru (üzdülər). Rusların gəmiləri dənizə səpələndi və Gilana, Deyləmə, Təbəristana, Curcan sahilindəki Abeskuna neft verən vilayətə (iləd ən-nəffətə – Abşeron) və Azərbaycan istiqamətində yerləşən (bütün torpaqlara) basqın etdilər... bu dənizin ətrafında yaşayan xalqlar özlərini itirdilər, çünki keçmişdə onlann üzərinə dənizdən basqın edən düşmən görməmişdilər. Dənizdə yalnız ticarət və balıqçı gəmiləri üzərdi. Ruslar gilanlılarla, deyləmlilərlə və İbn Əbu əs-Sacın sərkərdələrindən biri ilə vuruşdular. Sonra onlar Şirvan şahlığının Bakuh adı ilə tanınmış neft verən sahilinə gəlib çıxdılar. (Sahilboyundan) qayıdarkən ruslar neftverən (vilayətdən) cəmi bir neçə mil aralı olan adalarda daldalandılar. O vaxtlar (təqr. 914-cü il) Şirvanım şahı Əli ibn əl-Heysəm idi. Əhali hazırlıq gördü, qayıqlarına (kəvarib) minib, həmin adalara qədər üzdü. Ruslar onların qarşısına çıxdılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu."Əl-Məsudi xəbər verir ki, Azərbaycanın cənubunun, Arranın, Beyləqanın, Bərdə vilayətinin və başqa şəhərlərin, habelə onlarla birlikdə Deyləm, Gilan və Təbəristanın əhalisi qaçmağa üz qoydular, çünki onlar dənizdən hücum gözləmirdilər və qəfil basqına məruz qalmışdılar. Ruslar bu dənizdə bir neçə ay qaldılar, belə ki, dənizlə qonşuluq edən heç bir xalq bir ölkədən başqasına gedib-gələb bilmirdi. Ruslar böyük qənimət əldə etdikdən sonra yenidən xəzər torpaqlarına qayıtdılar. Lakin burada onlar müsəlmanların hücumuna məruz qaldılar. Onlann böyük hissəsi (30 000 yaxın) qırıldı və yalnız cüzi bir qismi (5 minə yaxm) xilas olub vətənə qayıda bildi. | https://az.wikipedia.org/w/index.php?curid=197969 |
Əli ibn Hüseyn | Əli ibn Hüseyn (6 yanvar 659, Mədinə – 21 oktyabr 713, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi. İmami Şiələrin beşinci İmamı Məhəmməd əl-Baqir və Zeydi Şiələrin beşinci İmamı Zeyd ibn Əli, Zeyn əl-Abidin övladları arasındadır. Ad və epitetlər Hüseynin Kərbəlada öldürülən Əli adlı daha iki oğlu olsa da, onun adı Əli idi. Birincisi, şiə ədəbiyyatında Əli əl-Əsğər (lit. "Əli kiçik") kimi xatırlanan körpə idi. İkincisi, Əli əl-Əkbər (lit. "Əli böyük") idi, baxmayaraq ki, əl-Qadi əl-Numan kimi bəzi tarixçilər Zeyn əl-Abidinin böyük qardaş olduğunu iddia edirlər. Bəzi sünni tarixçiləri, o cümlədən İbn Səd, İbn Quteybə, əl-Bələdhuri və ət-Təbəri Zeynul-Abidini Əli əl-Əsğər adlandırırlar. Kolberqə görə, Əlinin künyəsi Əbu əl-Həsən, Əbu əl-Hüseyn, Əbu Muhəmməd, Əbu Bəkr və Əbu Əbdullah kimi fərqli şəkildə xəbər verilir. Ona şərəfli əs-Səccad (laf.''daim ibadətdə səcdə edən'), eləcə də Zeynul-Abidin (lit.''ibadət edənlərin bəzəyi') və əz-Zəki (lit.'pak) verildi. bir'). Tez-tez səcdədən alnında əmələ gələn nəslə görə Dül-tafenat adı ilə də məşhur olmuşdur. Kitabları və Yazdıqları Səhifeyi Səccadiyyə On beş dua (münacat xəmsüləşər) Əbu Həmzə əl-Tumali duası Risalə əl-Hüquq Əli İbn Hüseynin kitabı əlsəhiyfəto fil zuhd Fiziki və mənəvi xüsusiyyətlər Zeyn əl-Abidin'in arıq olduğu söylənmiştir. Arıq olmasının səbəbi çoxlu oruc tutması və ibadət etməsiymiş. Digər mənbələrdə onu babası Əli ibn Əbi Talib kimi qırmızı saçlı, üzü və boynu ağ, sinəsi geniş olaraq təsvir edirlər. Xarici keçidlər Mehdi Pişvayi. "İmam Səccad (ə) kimdir? (I hissə)" (az.). islamazeri.com. 2018-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12. Mehdi Pişvayi. "İmam Səccad (ə) kimdir? (II hissə)" (az.). islamazeri.com. 2018-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12. Mehdi Pişvayi. "İmam Səccad (ə) kimdir? (III hissə)" (az.). islamazeri.com. 2018-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12. İmam Seccad (a.s) | https://az.wikipedia.org/w/index.php?curid=381491 |
Əli ibn Hüseyn əl-Haşimi | Əli ibn Hüseyn əl-Haşimi — (ərəb. علي بن حسين لهاشمي; 1 yanvar 1879, Məkkə, Hicaz vilayəti – 14 fevral 1935, Bağdad) — 1924–1925-ci illərdə hakimiyyətdə olmuş Hicaz krallığının ikinci kralı. Haşimilərin Hicazda sonuncu kralı. Əli ibn Hüseyn, Hicazın birinci kralı Hüseyn ibn Əlinin böyük oğlu idi və Qalatasaray liseyini bitirmişdi. Birinci dünya müharibəsində atası Hüseyn ibn Əli ingilisləri dəstəklədi. Müharibədən sonra Ərəbistan yarımadasında müstəqil Hicaz krallığını yaratdı və oğulları Abdulla İordaniya, Feysəl isə Suriya-İraq kralı oldu. Böyük oğlu Əli isə özünün varisi elan etdi. 1924-cü ilin mart ayında Hüseyn ibn Əlinin özünü müsəlmanların xəlifəsi elan etməsi Hicaz krallığı ilə Nəcd əmirliyi arasında münaqişəyə səbəb oldu. Müharibə Hicaz üçün çox uğursuz oldu. 1924-cü ilin oktyabrında Hüseyn ibn Əli taxtdan Əlinin xeyrinə əl çəikdi. Əli Ciddəyə tərəf çəkildi və nəticədə Nəcd əmirliyi Məkkə və Mədinə şəhərlərini ələ keçirdi. 1925-ci ildə Nəcd əmirliyi ilə Böyük Britaniya arasında müqavilə imzalandı. Bu müqavilə ilə ingilislər Nəcdin Hicazı zəbt etməsini təsdiqləyirdilər. 22 dekabr 1925-ci ildə Ciddə təslim oldu. Hicazın sonuncu Haşimi kralı Əli ailəsi ilə birlikdə İraqa qardaşı Feysəl ibn Hüseynin yanına getdi.1935-ci ilin fevralın 13-də Bağdadda öldü. Əli ibn Hüseyn, 1906-cı ildə Məkkə şərifi əmir Abdullah ibn Məhəmməd Paşanın qızı Nəfisə xanım ilə evləndi. Bu evlilikdən onun dörd qızı və bir oğlu dünyaya gəlmişdir. Xədicə Əbdiyyə (1907–1958) Aliyə (1911–1950) — İraq kralı I Qazi ilə evləndi. İraq kralı II Feysəlın anası idi. Abdullah (1913–1958) — İraq naibi Badiyə (1920–2020) — Hüseyn ibn Əli ilə evləndi və bu evlilikdən Əli ibn Hüseyn adlı oğlu oldu. Əli ibn Hüseyn İraq kralı I Feysəlin vəliəhdi idi. Cəlilə (1923–1955) — Şərif Əhməd Hazim ilə evləndi Həmçinin bax Hüseyn ibn Əli əl-Haşimi Hicaz krallığı Əbdüləziz ibn Səud əl-Səud | https://az.wikipedia.org/w/index.php?curid=428357 |
Əli ibn Məhəmməd Səməri | Əbülhəsən Əli ibn Məhəmməd Səməri (v. ən tezi 940 və ən geci 941) — İmam Mehdinin xüsusi nümayəndəsi. | https://az.wikipedia.org/w/index.php?curid=111969 |
Əli ibn Yusif | Əli ibn Yusif ibn Taşfin (1084–1143) — Əlmürabilər sülaləsinin əmiri. 1084-cü ildə Səbtədə (Cəuta) doğuldu. Əlmürabilər dövlətinin qurucusu Yusif ibn Taşfinin beş oğlundan biridir. Anası xristian bir cariyədir. Atası tərəfindən vəliəhd təyin edildi. Parlaq zəkasıyla diqqətləri üzərinə çəkdi və on səkkiz yaşında ikən Divan-ı Məzalimə nəzarət etməklə vəzifələndirildi. Atasının ölümü üzərinə qardaşı Əbu Tahir Təmim ilə Lemtunə və digər Sanhacə qəbilələrindən biat alaraq "əmirül-müslimin" ünvanıyla Mərakeşdə taxta çıxdı (1106). Ölkənin hər tərəfinə xəbər göndərib biət istədi. Qardaşıoğlu Yəhya ibn Əbu Bəkrin vali olduğu Fas şəhəri xariç bütün şəhərlər itaat ərz etdilər. Əli dərhal onun üzərinə yürüdü və 7 dekabr 1106-cı il tarixində Fasa girərək onu biətə məcbur etdi. Atasından zəngin bir xəzinə və hüzurlu bir ölkə alan Əli b. Yusif taxta keçər-keçməz böyük bir cihad hərəkatına girişdi və xristian krallıqlarına qarşı dörd səfər düzənlədi. Buna qarşılık Kastilya kralı VI Alfonso da Zəllakada uğradığı məğlubiyyətin pis izlərini silmək məqsədiylə qraf Garcia Ordonəz komandasında bir ordu hazırladı. Bu ordu Əlinin böyük qardaşı Əbu Tahir Təmim komandasındakı Murabıt ordusuna Uclés (Uklic) önlərində məğlub oldu (1108). Əsir alınan və daha sonra da öldürülənlər arasında VI Alfonsonun kiçik yaşdakı oğlu və tək varisi Sancho da vardı. Bu meydan savaşı Murabıtları İspaniyada qüdrətlərinin zirvəsinə çıxardı. Əli 1109-cu ildə şəxsən Tuleytula (Toledo) üzərinə yürüdü. Kastiliya torpaqlarındakı Madrid və digər bəzi şəhərləri ələ keçirdiysə də, Tuləytulanı ala bilmədi. Əlinin İspaniyaya etdiyi səfərlər sonunda Talavera şəhəri keçici olaraq ələ keçirildi (1109). Murabıtlar daha sonra Hudilərin əlindəki Sarakustanı (Saraqosa) zəbt etdilər (1110). Buna qarşılıq Sir ibn Əbu Bəkr komandasındakı birliklər Portuqaliyada Lissabonu və bəzi kiçik şəhərləri zəbt edərək uğurlu nəticələr əldə etdilər (1110). 1113-cü ildə Tuleytulaya qarşı ikinci bir səfər daha düzənləndi, fəqət nəticə alınmadı. 1117-ci ildə Coimbra da alındı. Sarakusta daha sonra Araqon kralı tərəfindən təkrar ələ keçirildi (1118). Murabıtların İspaniyadakı xristian hökmdarlara qarşı səfərləri bundan sonra da davam etdi. Bu arada Alfonso tərəfindən mühasirə edilən Lerida bölgəsindəki Fraqa, Murabıt komandanı Yəhya b. Əli b. Qaniyənin hərəkatı sonucu qurtarıldı və Araqon kralı böyük bir məğlubiyyətə uğradı (1134). Abbasi xəlifəsi ona bu cihad hərəkatı səbəbiylə "muizzüd-dövlətil-Abbasiyyə" ünvanını verdi. Bəzi məziyətlərinə rəğmən Əli ibn Yusif, dövləti atası kimi yaxşı idarə edə biləcək qabiliyətdə deyildi. Böyük ölçüdə Maliki fəqihlərin təsiri altında qaldı. Bu səbəblə onun dövründə kəlam və fəlsəfə yasaqlandı, bu elmlərlə uğraşanlar Rafıziliklə suçlandı. Fəqihlərin fitvası üzərinə Qəzzalinin "İhyaü ulumid-din" adlı əsərinin yandırılmasını əmr etdi. Bunun üzərinə "İhya Kurtuba Camii həyətində parça-parça edilərək yandırıldı (1109). Bunu duyan Qazzali çox üzüldü və "Allah da onların dövlətini parça-parça etsin" deyə qarğış etdi. Əli ibn Yusifin hökmdarlıq illərində Kurtuba bir mədəniyyət mərkəzi halına gəldi. Onun və atası Yusifin katibi İbn Abdun ilə İbn Kuzman dövrün diqqəti çəkən şairləriydi. Əli imar-inşaat fəaliyətlərində də oldu və Fastakı Karaviyyin Camisini genişlətdi, Tləmsəndəki Cami-i Kəbir onun zamanında tamamlandı (1136). Muvahhidlərin Fas üzərinə apardığı səfərlər Əli ibn Yusifin ölkəsində qarışıqlıklara səbəb oldu. Fəqət o Muvahhidlərin Mərakeşi zəbt etdiyini və Murabıtların çökdüyünü görmədən öldü (27 yanvar 1143). Bütün bunlara rəğmən Əli ibn Yusifin zamanı müsəlmanların Əndülüsdəki ən parlaq dövrlərindən biri olarak qəbul edilir. Həmçinin bax Əlmürabilər | https://az.wikipedia.org/w/index.php?curid=418365 |
Əli ibn Yusif ibn Ömər | Əli ibn Yusif ibn Ömər (ərəb. علي بن يوسف بن عمر )— təqribən 915–925-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq beşinci əmir Yusifin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun atası Yusifdən sonra hakimiyyətə gəldiyi, təxminən 915-ci ildən 925-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta əmisi Əhməd ibn Ömər çıxmışdır. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume III: H–Iram. Leiden: E. J. Brill. pp. 1082–1086. OCLC 495469525. Lilie, Ralph-Johannes; Ludwig, Claudia; Pratsch, Thomas; Zielke, Beate (2013). Prosopographie der mittelbyzantinischen Zeit Online. Berlin-Brandenburgische Akademie der Wissenschaften. Nach Vorarbeiten F. Winkelmanns erstellt (in German). Berlin and Boston: De Gruyter. Miles, George C. Byzantium and the Arabs: Relations in Crete and the Aegean Area. Dumbarton Oaks Papers. 18. 1964. 1–32. doi:10.2307/1291204. JSTOR 1291204. | https://az.wikipedia.org/w/index.php?curid=759046 |
Əli ibn İnan | Ələddin Əbu əl-Həsən Əli ibn İnan ibn Muğamis ibn Rumeysə ibn Əbu Numey əl-Həsani (ərəb. ثة بن أبي نمي الحسني) — 1423-cü ildən 1425-ci ilə qədər Məkkə əmiri olmuşdur. Ibn Fahd, ‘Izz al-Dīn ‘Abd al-‘Azīz ibn ‘Umar ibn Muḥammad. Shaltūt, Fahīm Muḥammad (redaktor ). Ghāyat al-marām bi-akhbār salṭanat al-Balad al-Ḥarām غاية المرام بأخبار سلطنة البلد الحرام (Arabic). 2 (1st). Makkah: Jāmi‘at Umm al-Qurá, Markaz al-Baḥth al-‘Ilmī wa-Iḥyā’ al-Turāth al-Islāmī, Kullīyat al-Sharīʻah wa-al-Dirāsāt al-Islāmīyah. 1988 [Composed before 1518]. | https://az.wikipedia.org/w/index.php?curid=812499 |
Əli ibn İsa ibn Cərrah | Əli ibn İsa ibn Davud ibn Cərrah (859 – 1 avqust 946, Bağdad) — Abbasilər xilafətində fars əsilli məmur.Abbasilər hökumətində uzun müddət xidmət keçmiş ailədən olan Əli ibn İsa Abbasilər sarayında hakimiyyətə yüksəlmiş, 913–917-ci, 918–923-cü və 927–928-ci illərdə vəzir vəzifəsində çalışmışdır. Əli ibn İsanın Abbasilər dövlətinin süqutu ilə nəticlənən tənəzzülü ilə üst-üstə düşən siyasi karyerası keşməkeşli olmuş, rəqibi Əbülhəsən Əli ibn Fərat və onun tərəfdarları ilə tez-tez sürgünlərə səbəb olmuş hakimiyyət mübarizəsi ilə yadda qalmışdır. İbn Fəratın səxavətindən və israfçılığından fərqli olaraq, Əli ibn İsa fitnə-fəsadın sərt və qətiyyətli rəqibi olmuş, bu ona çoxlu düşmənlər qazanmışdır. Buna baxmayaraq, o, sonrakə illərdə idarəetmə üzrə istedadı və dürüstlüyü səbəbindən "yaxşı vəzir" kimi yadda qalmışdır. van Berkel, Maaike M. L. (2013). "ʿAlī b. ʿĪsā b. Dāʾūd b. al-Jarrāḥ". In Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (eds.). Encyclopaedia of Islam, THREE. Brill Online. ISSN 1873-9830. Əlavə ədəbiyyat Bonner. The waning of empire, 861–945 // Robinson, Chase F. (redaktor ). The New Cambridge History of Islam. Volume 1: The Formation of the Islamic World, Sixth to Eleventh Centuries. Cambridge: Cambridge University Press. 2010. səh. 305–359. ISBN 978-0-521-83823-8. Bowen, Harold (1928). The Life and Times of ʿAlí Ibn ʿÍsà, ‘The Good Vizier’. Cambridge: Cambridge University Press. OCLC 386849. Bowen, Harold (1960). "ʿAlī b. ʿĪsā". In Gibb, H. A. R.; Kramers, J. H.; Lévi-Provençal, E.; Schacht, J.; Lewis, B. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume I: A–B. Leiden: E. J. Brill. pp. 386–388. OCLC 495469456. Kennedy, Hugh (2004). The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century (Second ed.). Harlow: Longman. ISBN 978-0-582-40525-7. | https://az.wikipedia.org/w/index.php?curid=743339 |
Əli ibn Əbu Talib | Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb. Məhəmməd ilahi vəhy aldığını bildirdiyi zaman, Əli İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.Əli Məhəmməddən sonra Mədinəyə köçmüşdür. Orada Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur. Bundan sonra Əli Mədinədə Məhəmmədlə keçirdiyi 10 il ərzində, müharibələrdə rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır. Əli 656-cı ildə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir. 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Təsəvvüfdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.Əli bəzi dini şəxsiyyətlərlə Əli kültünün mərkəzi şəxsiyyətini təşkil edir. Şayiə mədəniyyətinə əsaslanan əsərlərdə Əli bilik, cəsarət, inam, dürüstlük, sədaqət, sədaqət, səxavət və mərhəmət ilə xüsusilə xatırlanır və batin sufi ənənələri üçün ən vacib mistik şəxsiyyətdir. Xüsusilə təfsir, fiqh və dini düşüncə sahəsindəki üstünlüyü tanınır. Təvəllüdü və uşaqlığı Əlinin atası Əbu Talib Qüreyş qəbiləsinin tayfalarından biri olan Bəni-Haşimin şeyxlərindən və Kəbənin mühafizlərindən biri olmuşdur. O Məhəmmədin əmisi idi. Əlinin anası Fatimə binti Əsəd də həmçinin Bəni-Haşim tayfasındandır. Əli İbrahimin oğlu İsmailin nəslindəndir.Əli Nuri Bəzi islami, xüsusən şiə mənbələrində qeyd olur ki, Əli Məkkədə, Kəbədə dünyaya gəlmiş və 3 gün orada qalmışdır. 3 gündən sonra anası qucağında Əli ilə qırağa çıxmış, Məhəmməd körpə Əlini qucağına götürərək ona "ulu" mənasını verən Əli adını qoymuşdur.Məhəmmədin Əlinin ailəsi ilə yaxın əlaqələri olmuşdur. Məhəmməd yetim qaldıqdan sonra babası Əbdülmüttəlibin də ölməsindən sonra əmisi, Əlinin atası Əbu Talib onu evinə aparmışdır. Əli Məhəmməd və Xədicə binti Xüveylidin nikahından 2 və ya 3 il sonra doğulmuşdur. Əli 5 və ya 6 yaşında olarkən Məkkədə iqtisadi çətinlik yarandı və bu Əbu Talibin ailəsinə də təsir etmişdir. Məhəmməd də Əlini öz himayəsinə götürmüşdür. İslamı qəbul etməsi Bəzi rəvayətlərə görə Hira mağarasında Məhəmmədə vəhy gələndə onunla görüşən yalnız Əli olmuşdur.3 il müddətində Məhəmməd insanları İslama gizli dəvət etdi. Qurana əsasən o ilk öncə ailəsi Bəni-Haşimi bir tədbirdə İslama dəvət etdi. Təbəri, İbn əl-Əsir, Əbülfida və s. kimi alimlərə görə dəvəti qəbul edən şəxs, Məhəmmədin yoldaşı, qardaşı, vəkili və xələfi olacaqdı. Əli bu zaman 13 və ya 14 yaşında olmuş və ilk o ayağa qalxaraq önə çıxmışdır. Məhəmməd dəvəti 3 dəfə təkrar etsə də bunu qəbul edən yalnız bir şəxs olmuşdur ki, o da Əli. Məhəmmədin dəvətinə bir tək və israrla Əlinin müsbət cavab verməsindən sonra Məhəmməd onu özünün qardaşı, vəkili, xələfi və naibi elan etmiş və ona itaəti vacib buyurmuşdur. Dəvətdə Əli, onun atası və ailəsi yanaşı Əbu Ləhəbin də daxil olduğu Məhəmmədin əmiləri də iştiak edirmişlər. Və hadisələrin bu hissəsində Əbu Ləhəb gülərək qardaşı, Əlinin atası Əbu Talibə "hə indi sən öz oğluna beyət edəcəksən?" sualını vermişdir. Bu hadisə tarixdə "Dəvət ayəsi" olaraq qalmışdır. Bəni-Haşim Məkkədə boykot altında olduğu zaman Əli Məhəmmədə dəstək olmuşdur. İbn İshaq və digər bəzi tarixçilərə görə Əli İslamı ilk qəbul edən kişidir, lakin Təbəri və digər bəzi tarixçilər isə İslamı qəbul edən ilk kişinin Zeyd ibn Haris və ya Əbu Bəkr olması haqqında bəzi ənənəvi rəvayətlər qeyd etmişdirlər. Bəzi alimlər isə Əlini İslamı qəbul edərkən uşaq olduğuna görə İslamı qəbul edən ilk müsəlman kişi kimi qəbul etmirlər. Mədinəyə hicrət 622-ci ildə Məhəmməd Məkkədən Yəsribə (indiki Mədinə) hicrət etmiş və həmin vaxt Əli Məhəmmədin yatağında yatmışdır. Bu gecə Leylət əl-Məbit adlandırılmışdır. Bəzi hədislərə əsasən "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər." ayəsi məhz bu hadisəylə əlaqədar olaraq nazil olmuşdur.Əli sui-qəsdi dəf etsə də Məkkədə qalıb Məhəmmədin təlimatlarına uyğun hərəkət etməyə başlamışdır. Əli həmçinin burada Məhəmmədə əmanət edilmiş mal-dövlətləri mühafizə etmişdir. Əli daha sonra anası, Məhəmmədin qızı Fatimə və iki qadınla birlikdə Mədinəyə getmişdir. Məhəmməd dövrü Əli 22 və ya 23 il Mədinədə yaşamışdır. Məhəmməd Mədinədə səhabələrə arasında qardaşlıq yaradarkən məhz Əlini özünə qardaş seçmişdir. 622–632-ci illərdə 10 il müddətində Əli Məhəmmədə köməklik etmiş və onun əmrlərinə uyğun olaraq vali, ordu komandanı, elçi, bayraqdar olaraq faəl fəaliyyət göstərmişdir. Ailə həyatı Əli 623-cü ildə Məhəmmədin və qızının da razılığı ilə Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur. Bu hadisədən sonra Məhəmməd Fatiməyə belə demişdir: "Sən mənim ailəmdən mənə sevimli olan biriylə ailə həyatı qurdun". Məhəmməd bu ailəni Ali-Əba hədisində və Mübahilə günü öz Əhli-Beyti adlandırmışdır. Onların adı Quranın Təthir ayəsində də çəkilmişdir.Əlinin Fatimədən 4 övladı olmuş, 1 övladı da daha dünyaya gəlməmiş Fatimənin bətnində ölmüşdür. Məhəmməd onların 2 oğlunu (Həsən və Hüseyn) öz övladı və Cənnət cavanlarının ağası adlandırmışdır.Əli və Fatimə əvvəl-əvvəl çox kasıb yaşamışdırlar. Ailə həyatı qurduqları bir neçə il ərzində Fatimə ev işlərini özü görmüşdür. Quyudan su daşımaqdan çiyinləri şişmiş, əl dəyirmanında qarğıdalı üyüdməkdən əlləri suluqlanmışdır. Fatimə ev işlərində çox diqqətcil olmuş, xəmir düzəltmiş, çörək bişirmişdir. Əli də öz növbəsində evə yanacaq odun gətirmiş və ailəsini ərzaqla təmin etmişdir. Xeybər döyüşündən qazanılan qənimət müsəlmanlar arasında bölüşdürüldükdən sonra bir çox müsəlman ailələri kimi Əlinin ailəsinin də maddi vəziyyəti xeyli yaxşılaşmışdır. Vəziyyətləri yaxşılaşdıqdan sonra Fatimə evə bəzi kənizlər almış, lakin onlarla ailə üzvü kimi rəftar etmişdir. Müharibələrdə Əli Məhəmmədin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi döyüşmüş, bəzilərində isə başçılıq etdiyi dəstəsiylə hücumlar təşkil etmişdir. Əli ilk dəfə Bədr döyüşündə iştirak etmişdir. Əməvilərin məşhur sərkərdələrindən Vəlid ibn Utbə başda olmaqla bir çox sərkərdə və əsgərləri məğlub etmişdir. İslami mənbələrə əsasən Əli döyüşdə 20–30, əksər mənbələrə əsasən 27 döyüşçü öldürmüşdür.Əli Uhud döyüşü başda olmaqla bir çox döyüşdə Zülfüqar adlı ikiqıynaqlı qılıncıdan istifadə etmişdir. Uhud döyüşündə müsəlmanlar qaçarkən, Məhəmmədi qoruyaraq xüsusi rol ifa etmiş və Məhəmməd də onun haqqında "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur." demişdir. Əli Xeybər döyüşündə müsəlman ordusuna başçılıq etmişdir. Bu döyüşdən sonra Məhəmməd ona ərəbcədən tərcümədə "Allahın aslanı" mənasını verən "Əsədullah" ləqəbini vermişdir. Əli 630-cu il Huneyn döyüşündə də Məhəmmədi müdafiə etmişdir. İslam missiyası 610-cu ildən Məhəmmədə Quran nazil olmağa başlamışdır. Nazil olan surə və ayələri yazan vəhy katiblərindən biri də Əli olmuşdur. Bu zaman İslam Ərəbistan yarımadasında yayılmağa başlamışdır. Əli də yeni bir İslami nizamın qurulmasında yardımçı olmuşdur. 628-ci ildə Məhəmmədin əmri ilə Məhəmmədlə Qüreyş qəbiləsi arasında bağlanan Hüdeybiyyə sülh müqaviləsini Əli yazmışdır. 630-cu ildə Məhəmmədin əmrilə Məkkədə Quranın ərəb politeistlərindən bəhs edən ayələrini ictimaiyyət qarşısında oxumuşdur. 630-cu ildə Məkkənin fəthi zamanı Məhəmməd Əlidən fəthin qansız olacağı barədə zəmanət almışdır. Əli Məscidül-Həramı İslamdan öncəki politeist dinlərin əlamətlərindən təmizləmək üçün orada olan və Bəni Aus, Bəni Xəzrəc, Təyy kimi politeist tayfalara məxusus olan tanrı bütlərini sındırmışdır. 1 il sonra Əli İslamı təbliğ etmək üçün Məhəmməd tərəfindən Yəmənə göndərilmişdir. Mübahilə hadisəsi Məhəmməd M. 631/H. Q. 10-cu ildə bir neçə nəfəri İslamı yaymaq və təbliğ etmək üçün Yəmənin Nəcran məntəqəsin göndərir. Nəcran məntəqəsinin xristianları da Məhəmmədlə danışıq aparmaq üçün Mədinəyə bir nümayəndə heyəti göndərirlər. Xristianlar "biz şəkdəyik, şübhə edirik." deyirlər. Sonra Məhəmməd Ali-İmran surəsinin 61-ci ayəsinin nazil olduğunu bildirir. Ayədən sonra Məhəmməd xristianlara onlarla qarşlılqlı mübahilə edilməsini təklif edir. Xristianlar Məhəmməddən gedib rəhbərləri ilə məsləhətləşmələri üçün bir az vaxt və möhlət istəyirlər. Rəhbərləri onlara "Siz bu təklifi qəbul edin. Əgər Məhəmmədin qarğış etməyə hay-küylə, təm-təraqlı və çoxlu adamla gəldiyini görsəniz, əsla nigaran olmayın və bilin ki, çox da mühüm məsələ yoxdur, amma əgər az saylı adamla gəlsə, mübahilə fikrindən dönün və onunla saziş bağlayın." şəklində təlimat verirlər. Ayəyə əsasən mübahilə günü tərəflər, yəni müsəlman və xristianlar mübahiləyə öz oğlanlarını, qadınlarını və nəfslərini gətirməli idilər. Mübahilə günü Müsəlmanlar tərəfdən mübahiləyə gedən, Məhəmməd özü ilə qızı Fatiməni, əmisi oğlu və yeznəsi Əlini, nəvələri Həsən və Hüseyni gətirir. Xristianlar mübahilədən imtina edir və nəticədə mübahilə baş vermir. Tərəflər arasında saziş bağlanır. Sazişə əsasən xristianlar müsəlmanlara hər biri 40 dirhəm qiymətində olan 2000 hillən verməli idilər. Məhəmməd 632-ci ildə həyatının sonuncu həcc ziyarəti olan və Vida Həcci adlanan həcc ziyarətindən dönərkən Sünni və Şiələr tərəfindən fərqli izah edilən bəzi açıqlamalar vermişdir. Məhəmməd Qədir-Xum adlanan çöldə dayandı və cammat namazı üçün toplanan camaata xitab etməyə başladı: Şiələr iddia edirlər ki, bu hadisə Məhəmmədin xələfi olaraq Əlini seçməsi üçün əsasdır. Sünnilər isə tam əksinə bu hadisədə Məhəmmədin Əli ilə olan mənəvi yaxınlığını bildirdiyini və qardaş olmalarını ifadə etdiyini iddia edirlər. Bir çox sufilər də belə hesab edirlər ki, Əli Məhəmmədin mənəvi hakimiyyətinin varisidir. Bu hədisin əsasında sonradan şiələr Əlinin Əbu Bəkr və Ömərdən üstün olduğunu iddia etmişdirlər. Məhəmmədin canişinliyi Ömrünün sonuna kimi bir çox ərəb qəbilə və tayfalarını vahid müsəlman dövlətində birləşdirən Məhəmməd 632-ci ildə vəfat etmişdir. Bundan sonra Məhəmmədin xələfi kimi kimin müsəlman icmasına rəhbərlik edəcəyi mübahisələrə səbəb olmuşdur. Bu zaman Əli ailəsi ilə Məhəmmədin meyidini yumaq və onun dəfni ilə məşğul olmuşdur. Bu zaman bir qrup müsəlmanlar Səqifədə toplaşaraq Məhəmmədin canişini kimi onun səhabələrindən Əbu Bəkrin namizədliyini irəli sürmüşdür. Məclisdə Əbu Bəkrin Məhəmmədin birinci xəlifəsi olaraq müsəlman cəmiyyətinin rəhbəri seçildiyi elan edilmişdir. Məhəmmədin səhabələrindn bir qismi Məhəmmədin Əlini özündən sonra xələfi təyin olunduğu iddiası ilə bu seçkinin nəticələrini tanımamışdır.Daha sonra Fatimə və Əli xilafət məsələsində səhabələrdən kömək istəyərkən onlar belə cavab verdilər: "Ey Allah Rəsulunun qızı! Biz Əbu Bəkrə beyət etmişik. Əgər Əli daha öncə gəlsəydi, əlbəttə ki, onu tərk etməzdik." Əli dedi: "Bizə yaraşar ki, Peyğəmbərin dəfnindən əvvəl xilafət üstündə mübahisə edək?" Məhəmməddən sonrakı həyatı Əlinin həyatının digər bir hissəsi 632-ci il Məhəmmədin ölümündən, 656-cı il 3-cü xəlifə Osmanın sui-qəsdinə qədərdir ki, bu müddət ərzində Əli nə bir döyüşdə və ya fəthdə iştirak etmiş nə də rəhbər vəzifələrdə işləmişdir. Xüsusilə həyat yoldaşı Fatimeyi-Zəhranın ölümündən sonra bütün siyasi işlərdən uzaqlaşmışdır. Bu müddət ərzində ailəsinə baxmaq üçün əkinçiliklə məşğul olmuşdur. Əli Mədinə yaxınlarında bir çox quyu qazırmış, bağça saldırmış və onları insanların ixtiyarına vermişdir. Bu quyular hal-hazırda da Əbar Əli (Əli quyusu) olaraq bilinir. Əli Məhəmmədin ölümündən 6 ay sonra kamil bir Quran olan müshəf hazırlamışdır. Nüsxə dəvə ilə Mədinədə yaşayan digər əhaliyə göstərmək üçün hazırlanmışdır. Bu Müshəfin surə sıralaması sonradan Osmanın vaxrtında hazırlanan Quran nüsxəsindəki surə sıralamasından fərqlənmişdir. Kitab əhaliyə göstərildikdən sonra onların bir qismi tərəfindən qəbul edilməmişdir. Buna baxmayaraq Əli öz müshəfi üçün mübarizə aparmışdır. Əli və Raşidi xəlifələr Şiə mənbələrində hadisə belə nəql olunmuşdur: Məhəmməd Fədəyi dəvəli və atlı suvarilər olmadan (müharibəsiz) ələ keçirdikdən sonra Allah İsra surəsinin 26-cı ayəsini (Qohum-əqrəbaya haqqını ver.) nazil etmişdir. Məhəmməd bu ayəylə kimin nəzərdə tutulduğunu anlamadığına görə Cəbrailə müraciət etmiş, Cəbrail Allahdan soruşmuş, Allah da "Fədəyi Fatiməyə ver." demişdir. Məhəmməd də bundan sonra Fatiməni çağırmış və ona "Ey Fatimə! Allah mənə, Fədəyi sənə verməyimi əmr etdi." demiş, Fatimə də "Allahın və sənin bu hədiyyəni qəbul etdim." demişdir. Məhəmməd sağ olduğu zaman Fədəyi Fatimənin vəkilləri idarə etmişdir. Məhəmməd öldükdən və Əbu Bəkr hakimiyyətə gəldikdən sonra isə Əbu Bəkr Fatimənin vəkillərini oradan çıxartmışdır. Bundan sonra Fatimə, Əbu Bəkrin yanına gəlmiş və Fədəyin təkrar özünə verilməsini istəmişdir. Əbu Bəkir ona "Mənə qaradərili birini gətir, buranın sənə verildiyinə şahidlik etsin." demişdir. Fatimə də Əli və Ümmü Əyməni gətirmiş, onlar da Fatimə lehinə şahidlik etmişdirlər. Bunun üzərinə Əbu Bəkr, Fatiməyə aid olan Fədəyə girməkdən imtina etməsinə ona dair bir yazı vermişdir. Fatimə Əbu Bəkrin yanından çıxdıqdan sonra yolda Ömərlə qarşılaşmış, Ömər "Əlindəki bu yazı nədir ey Məhəmmədin qızı?" deyə soruşmuş, Fatimə də "Əbu Bəkrin mənim üçün yazdığı bir yazıdır." cavabını vermişdir. Bundan sonra Ömər "Mənə göstər." demiş Fatimə isə göstərməmiş, bunun üstündən Ömər yazını əlindən çəkib almış və yazılanları oxumuş, sonra da üzərinə yağlı su töküb, silmiş və cırıb atmışdır. Fatiməyə də "Buranı sənin atan, atlı və dəvəli süvarilərlə zəbt etməmişdir. Çıxar artıq bu köləlik bağlarını boyunlarımızdan." demişdir.Sünni mənbələrində isə hadisə belə nəql olunmuşdur: Qohum-əqrəbaya haqqını ver (İsra, 26) ayəsi nazil olduqan sonra Məhəmməd Fədəyi Fatiməyə vermişdir. Əbu Bəkr xəlifə seçildikdən sonra, Fədəyi Fatimədən almışdır. Fatimə Əbu Bəkrə "Rəsulullah (s) Fədəyi mənə vermişdir." demiş, Əbu Bəkr isə cavabında "peyğəmbərlər özlərindən sonra miras qoymurlar, qoyduqkarı yalnız sədəqədir. Bu mövzuda bir dəlilin varmı?" deyə soruşmuşdur. Bunun üzərinə Əli Fatimənin sözünə şahidlik etmişdir. Daha sonra Ümmü Əymən Əbu Bəkr və Ömərə "mənim Cənnət əhli olduğuma şahidlik edə bilərsinizmi?" deyə soruşmuş, onlar da "bəli." cavabını vermişdir. Ümmü Əymən də ardınca "mən də şahidlik edirəm ki, Nəbi (s) Fədəyi Fatiməyə (s.ə) vermişdir" demişdir. Əbu Bəkir dəcavabında "Mən bir kişilə bir qadının şahidliyini qəbul etmirəm. Ya iki kişi, ya da bir kişi və iki qadın şahid göstərəcəksən." demişdir. Bu hadisələrdən sonra Fatimə Əbu Bəkrə qəzəblənmiş və ölənə qədər onu danışdırmamışdır.Şiə mənbələrinə əsasən Əli Əbu Bəkrin xilafəti zamanı onun arxasında dayanıb (ona iqtida edib) namaz qılmazmış. Osmanın mühasirəsi Osman ibn Əffan hakimiyyəti zamanı öz tayfası olan Bəni-Üməyyə (Bəni-Əbdüşşəms) tayfasından bəzi şəxsləri müxtəlif vəzifələrə təyin etdi. Əbuzər Ğiffari, Abdullah ibn Məsud, Əmmar Yasir və b. səhabə və tabeinlər Osmanın bu hərəkətlərinə görə onu comərdlikdə ittiham etmiş və xalq arasında ona qarşı bəzi etirazlar baş qaldırmışdır. Xilafətin əksər ərazilərində narazılıq və müqavimət 650–651-ci illərdə olmuşdur. Osmanın müxtəlif ərazilərə təyin etdiyi valilər, xüsusilə müşaviri və yeznəsi Mərvan ibn Həkəmin təyinatı ona qarşı olan narazılıqları daha da artırmışdır. Narazı qruplar Osmandan vəzifəyə təyin etdiyi şəxsləri vəzifədən azad etməsini və qohumbazlıq etməməsini ondan tələb etmişdirlər.Bəzi şiə və sünni mənbələrində Osmanın evinin mühasirədə olduğu zaman Əlinin ona məsləhət verib, köməkçi olduğu yazılsa da digər bəzi İslami mənbələr və İslam alimləri bu məlumatların zəif olduğu fikrini irəli sürür. Xəlifə seçilməsi Əli 656–661-ci illər arasında, İslam tarixinin ən çaxnaşmalı dövründə xəlifə olmuşur. Bu dövr həmçinin İlk Fitnə ilə də üst-üstə düşmüşdü. Osmanın öldürülməsi o demək idi ki, üsyançılar yeni xəlifə seçməlidirlər. Bu, çox çətinliklərlə üzləşdi, belə ki, üsyançılar bir neçə qrupdan ibarət idilər: Mühacirlər, Ənsar, Misirlilər, Kufəlilər və Bəsrəlilər. Xəlifəlik üçün 3 namizəd var idi: Əli, Təlhə və Zübeyr. Üsyançılar ilk Əlinin yanına gəldilər və təklif etdilər ki, xəlifə olmağı qəbul etsin. Muhəmmədin səhabələrindən bəziləri bu təklifi qəbul etmək üçün Əlini razı salmağa çalışdılar, lakin o təklifi qəbul etmədi və 1-ci şəxs olmaq əvəzinə məsləhətçi ola biləcəyini bildirdi. Təlhə, Zübeyr və digər səhabələr də xəlifəlik təkliflərinə mənfi cavab verdilər. Beləliklə, üsyançılar Mədinə əhalisinə xəbərdarlıq etdilər ki, 1 gün ərzində xəlifə seçsinlər, əks təqdirdə ciddi təbbirlər görəcəklər. Bu çıxılmaz vəziyyəti yoluna qoymaq üçün müsəlmanlar 18 iyun 656-cı il tarixdə xəlifə seçmək üçün Peyğəmbər məscidində toplandılar. Əli əvvəlcə təklifi sadəcə olaraq ona görə qəbul etmədi ki, onun ən güclü tərəfdarları üsyançılar idi. Ancaq Mədinə əhalisi ilə birlikdə Muhəmmədin bəzi görkəmli səhabələri də təkid etdikdən sonra sonunda razılaşdı. Əbu Mixnəfin rəvayətinə görə, Əliyə ilk beyət edən məşhur səhabə Təlhə idi, lakin digər rəvayətlər əksini iddia edir ki, onlar beyət etməyə məcbur edildilər. Həmçinin, bir müddət sonra Təlhə və Zübeyr könülsüz olaraq beyət etdiklərini iddia etdilər. Buna baxmayaraq, Əli onların iddialarını rədd etdi və israrl bildirdi ki, onlar könüllü şəkildə onu xəlifə kimi tanıyıblar. (yaxud, onlar könüllü çəkildə beyət ediblər). Vilfred Meydlanq hesab edir ki, güc insanları beyətə məcbur etməmiş və onlar məsciddə hər kəsin gözü qarşısında beyət etmişdilər. Mədinə əhalisinin böyük əksəriyyəti və üsyançıların çox hissəsi beyət etsələr də, bəzi mühüm şəxslər yaxud qəbilələr beyət etmədilər. Əməvilər, Osmanın qohumları ya Levanta (məşriqə) qaçdılar, ya da evlərində oturdular. Daha sonra isə Əlinin xilafətinin qanuniliyinə etiraz etdilər. Səd ibn Əbi Vəqqas orada yox idi, Abdullah İbn Ömər isə beyət etməkdən çəkindi, lakin hər ikisi ona qarşı çıxmayacaqlarına dair Əlini inandırdılar. Əlinin ölümündən sonra Kufə müsəlmanları münaqişəsiz onun böyük oğlu Həsənə tabe olacaqlarını əhd etdilər. Belə ki, Əli dəfələrlə bildirmişdi ki, ancaq Məhəmmdəin Əhli-Beyti müsəlman cəmiyyətini idarə etmək hüququna malikdir. Bu zaman İslam Dövlətinin ən böyük komandiri Muaviyə Misir və Levantı tutmuş, özünü xəlifə elan etmiş və Həsənin xəlifəliyinin yerləşdiyi İraqa yürüş etmişdir.Ordu ona qarşı üsyan qaldırana qədər Muaviyə Həsənin komandirlərini tədricən çox miqdarda pulla və ya yalan vədlərlə devirirdi. Nəhayət, Həsən Muaviyəyə xilafəti təslim etmək və onunla sülh bağlamağa məcbur olmuşdur. Bu yolla Muaviyə İslam xəlifəliyini ələ keçirmiş və hər mümkün yolla Əlinin ailəsini və onun şiələrini təzyiq altında saxlamağa çalışmış və Muaviyənin əmrilə Əli hər xütbədən əvvəl minbərlərdən lənətlənməyə başlanmışdır. Əlinin lənətlənməsi Ömər ibn Əbdüləziz tərəfindən ləğv olunana qədər 60 il müddətində davam etmişdir. Muaviyə həmçinin mərkəzləşdirilmiş dövlət olan Əməvilər xilafətini yaratmışdır. İslami baxış Əli dövründə Şiə münasibətləri Məhəmməddən sonra ən əhəmiyyətli fiqur olmuşdur. Onlara görə Məhəmməd öz sağlığında dəfələrlə bildirmişdir ki, Əli onun ölümündən sonra müsəlmanların başçısı olacaqdır. Bu şiələr tərəfindən rəvayət olunan bir çox hədisdə dəstəklənir: Qədir-Xum hədisi, Səqaleyn hədisi, Qələm və kağız hədisi, Ali-Aba hədisi, Məkan hədisi, Xəbərdarlıq hədisi, On iki xəlifə hədisi. Süni müsəlmanları Əlini bir Əhli-Beyt və sonuncu Rəşidun xəlifəsi kimi, eləcə də İslamda ən mötəbər və təsiredici liderlərdən biri kimi anırlar. Tanrı olaraq Bəzi rəvayətlərdə Əlinin öz sağlığında ona ibadət etməyi qadağan etdiyi qeyd olunmuşdur. Qeyri-İslami baxış Əlinin həyatından bəhs edən ən qədim mənbələr hədislər, eləcə də bəzi İslam mənbələridir. Orta əsr mənbələrinə isə sünni və şiələrin əsərləri, xristianların, hindlilərin və digər qeyri-müsəlmanların yazıları və bəzi qərb alimlərinin işləri aiddir. Həmçinin bax Məhəmmədin canişinliyi Əmir əl-Möminin Vilayət ayəsi Mübahilə ayəsi İmam Əli məscidi Əli ədavətçiliyi Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu Həmçinin oxu Xarici keçidlər "İmam Əli (ə) kimdir? (I hissə)" (az.). islamazeri. 2017-04-18. 2017-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18. "İmam Əli (ə) kimdir? (II hissə)" (az.). islamazeri. 2017-04-18. 2017-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-18. Ən qədim Quran nüsxəsinin İmam Əliyə (ə) aid olması faktı aşkar edilib (az.) "Kurandakı apaçık imam Hz. Alidir" (türk). islamkutuphanesi.com. İstifadə tarixi: 2014-09-29. Hz. Ali (aleyhi selam) | https://az.wikipedia.org/w/index.php?curid=78042 |
Əli ibn Əbu Talibin qətli | Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər. Əlini öldürmək üçün yola düşən ibn Mülcəm Kufə şəhərinə doğru gedir. O, orada qardaşı və atası Nəhrəvanda ölən bir qadına aşiq olur. Qadın onunla evlənməyə razı olur, ancaq bir şərtlə ki, o, Əlini öldürsün. Çox keçməmiş, Əli Böyük Kufə məscidində namaz qılarkən ibn Mülcəm tərəfindən qılınc zərbəsi alır. İbn Mülcəm Əlinin ölümündən sonra Həsən ibn Əli tərəfindən islamın qisas institutuna uyğun olaraq edam edilir. Əlinin öldürülməsinə gətirib çıxaran hadisələr islam peyğəmbəri Məhəmmədin ölümünə qədər gedib çıxır. Məhəmməd öldükdən sonra müsəlman icması ümmətin rəhbərliyinin varisinin kim olması ilə bağlı mübahisə edir. Səqifə Banu Səidədəki məclis Əbu Bəkri xəlifə seçir.:30–32 Sünni müsəlmanlar Məhəmmədin davamçı seçmədiyinə inanır, ancaq şiə müsəlmanlar inanır ki, Allah Qədiri-Xum hadisəsində Əlini Məhəmmədin varisi təyin edir.:43–48:193–194 Əbu Bəkrin ardınca hakimiyyətə 644-cü ildə öldürülən Ömər gəlir. Ömərin ölümündən sonra Məhəmmədin əmisi oğlu və kürəkəni Əli ilə Osman ibn Əffan xəlifəliyə namizəd oldular. Osman seçki şurası tərəfindən xəlifə seçilir. Onun 656-cı ildə ölümündən sonra isə Əli xəlifə seçilir.:203–204Əlinin xilafəti İlk fitnə ilə üst-üstə düşmüşdü. O, Osmanın ölümündən beş gün sonra dördüncü Raşidi (mənası – "doğru idarə edilən") xəlifə seçilsə də, hakimiyyəti dövründə müqavimətlə qarşılaşdı. Əlinin hakimiyyəti dövründə Aişə, Təlhə və Zübeyr Məkkə şəhərində ona qarşı üsyan qaldırır, digər tərəfdən isə Levant valisi I Muaviyə yeni xəlifə kimi ona sədaqət andı verməkdən imtina edir. Beləliklə, xəlifə məqamının varisliyi uğrunda xilafət daxilində vətandaş müharibəsi baş verdi. Əli ilk qələbəsini 656-cı ildə baş vermiş Cəməl döyüşündə Məhəmmədin xanımı Aişə və digər səhabələrə qarşı qazanmışdır. O, daha sonra 657-ci ildə Siffeyn döyüşündə Muaviyə və onun ordusu ilə vuruşur. Döyüşün nəticəsi olmadığına görə Əli Muaviyə ilə arbitraja razılıq verdi. Lakin arbitrajın da heçbir nəticəsi olmur və döyüş sona yetir.:203–204Əlinin Siffeyndə I Muaviyə ilə arbitraja razılaşmasından sonra onun ordusunun içərisindən daha sonra xaricilər adlandırılan bir qrup ortaya çıxdı. Onlar din mövzusunda insanın mühakiməsinə qarşı çıxır və "mühakimə sadəcə Allaha məxsusdur" şüarından istifadə edirdilər.:390 Xaricilər 658-ci ildə sədaqət andlarını pozaraq üsyan qaldırdılar və onlara qoşulmayan hər müsəlmanı öldürəcəklərini bəyan etdilər. Əli onları Nəhrəvan döyüşündə məğlub etdi. Xaricilərin öldürülməsi Əlinin xilafəti dövründəki "ən problemli hadisə" idi, çünki onlar Əlinin Muaviyə ilə olan müharibəsində onun ən güclü müttəfiqləri idilər.:261Bu dövrdə xaricilərdən ibn Mülcəm, əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi Məkkə şəhərində görüşürlər. Hər üçü Həcc ziyarətindən sonra uzun müzakirələr apararaq qərara gəlirlər ki, müsəlmanların o dövrdəki vəziyyətinin səbəbkarı "xətalı hesab etdikləri" Əli, Muaviyə və Əmr ibn Asdır. Onlar həmçinin "Nəhrəvanda öldürülmüş yoldaşlarının intiqamını almaq üçün" bu hər üç şəxsi öldürməyə and içirlər. Onlar sui-qəsd tarixi təyin edirlər və sui-qəsdçilər hər biri öz qurbanını seçir. Əlinin öz taleyi ilə bağlı proqnozu Əlinin sui-qəsdə uğramasından uzun müddət əvvəl öz taleyindən xəbərdar olması ilə bağlı rəvayətlər iki növdür. Bu öncədəngörmə onun öz "intuisiyası" və ya Məhəmməd vasitəsilə baş vermişdir. Əlinin "başından axan qanına" bulaşmış saqqalı haqqında Məhəmməddən və ya Əlinin özündən nəql edilən çox sayda hədis mövcuddur. Belə ki, qatil zəhərli qılıncla Əlinin başına zərbə endirmişdir. Başqa bir hədisə görə isə Məhəmməd, "qədimlərin ən zalımı Saleh peyğəmbərin dəvəsini öldürən, indiki insanların ən zalımı isə Əlini öldürəndir" demişdir. Həmçinin hədislərdə sui-qəsd gecəsi Əlinin onu gözləyən taleyin nəhayət gerçəkləşəcəyini söyləməsi və evinin həyətindəki ördəklərin Əlinin paltarının ətəyindən tutub, məscidə getməsinə mane olmaları haqqında məlumatlar mövcuddur. Əli ibn Əbu Talib əslən Misirdən və xaricilərdən olan Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən qətlə yetirilmişdir. İbn Mülcəm atası tərəfdən əslən Himyardan idi, ancaq anası tərəfdən olan qohumluq əlaqələrinə görə Muradilərdən sayılırdı. Həmçinin Kindədən olan Bəni Cəbalə ilə də qohumluq əlaqələrinə malik idi. O, Kufəyə Nəhrəvanda öldürülən xarici liderlərinin intiqamını almaq üçün Əlini öldürmək məqsədilə getmişdir.:308İbn Mülcəm Kufədə Tayn əl-Ribab qəbiləsindən olan bir qrup insana rast gəldi. Onlar Əlinin ordusu tərəfindən Nəhrəvanda öldürümüş qohumları üçün yas tuturdular. Onların arasında Qutam adlı bir qadın da var idi. Din xadimi Əli əs-Sallabiyə görə, ibn Mülcəm Qutamı gördüyü an "ağlını itirir" və şəhərə gəlmək səbəbi olan "vəzifəsini yaddan çıxarır". O, Qutama evlilik təklifi edir. Qutam ondan "ağrılarının sağalması" üçün mehriyyə kimi "üç min dinar pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin ölümünü" istədi. Qutam da Əlidən intiqam almaq istəyirdi, çünki onun atası və qardaşı Nəhrəvan döyüşündə Əlinin qoşunları tərəfindən öldürülmüşdü.:79 İbn Mülcəm Şəbib ibn Bücra adlı şəxsi Əlini öldürməkdə kömək etməsi üçün razı saldı. Şəbib ibn Bücradan başqa Vərdan ibn Məcalid adlı şəxs də ibn Mülcəm ilə ortaq idi.:308 Sui-qəsdçilər Əlinin daxil olacağı məscid qapısının qarşısında dayandılar.Əli ramazan ayının 19-da (və ya 17-də:308), cümə günündə sübh namazı qılmaq üçün Kufə məscidinə daxil olur. Əli ibadət zamanı Ənbiyə surəsinin ayələrini oxuyarkən:54 və ya məscidə daxil olandan sonra ibn Mülcəm zəhərli qılınc ilə onu "başının tac hissəsindən" yaralayır. Şəbib qılıncı ilə Əliyə zərbə yetirə bilmir, onun zərbəsi "qapının taxtadan olan çərçivəsinə və ya tağa" dəyir. O, məsciddən dərhal qaçır. Şəbib nəhayət Üvəymir tərəfindən Kində darvazasında yaxalansa da, izdiham arasından qaça bilir. Vərdan isə evinə qaçır. O, Əlinin qətlində iştirak etdiyini qohumu Abdullah ibn Nəcabə ibn Übeydə etiraf etdikdən sonra Abdullah tərəfindən öldürülür. İbn Mülcəm isə haşimi əl-Muğira ibn Nəvfal ibn əl-Hərit tərəfindən tutulur.:309Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, qarşılığında ibn Mülcəm də edam edilməlidir (bax: islamda qisas). Əli iki gün sonra – hicri təqvim ilə 21 ramazan 40-cı ildə (və ya 19 ramazan 40-cı ildə), miladi təqvimi ilə isə 30 yanvar 661-ci ildə (və ya 28 yanvar 661-ci ildə), 62 və ya 63 yaşında vəfat etdi. İbn Mülcəm isə Həsən ibn Əlinin əmri ilə edam edildi.:309 Əşəs ibn Qeysin rolu Əşəs ibn Qeys Kufədəki Kində qəbiləsinin başçısı idi.:83 Vilferd Madelunqa görə, Əşəs ibn Qeys Əlinin hakimiyyətinin son illərində Muaviyəyə meylli idi. Vilferd qeyd edir ki, Müaviyə Əşəs ibn Qeysə Əlinin ona qarşı yürüşünə könülsüzlük göstərsin deyə içərisində pul təklifi də daxil olan məktub göndərmişdi.:276 İbn Qeys bəzi mənbələrdə Əliyə qarşı sui-qəsddən xəbərdar olmaqda da ittiham olunur. Əl-Yaqubiyə görə, ibn Mülcəm qılıncını hazırlayarkən bir ay boyunca Əşəs ibn Qeys tərəfindən qonaq edilmişdi. İbn Sad qeyd edir ki, Əşəs ibn Qeys sui-qəsd gecəsi ibn Mülcəm ilə oturub məsləhətləşmiş, hətta o, Əliyə zərbə endirməsi üçün ibn Mülcəmə "sübh gülümsədi" deyərək siqnal vermişdir. Mənbələrin əksəriyyəti Əşəs ibn Qeysin bu birmənalı olmayan ifadəsini sitat gətirirlər: "şəfəq sizin üçün açılıb". Şiəliyə meylli mənbələr isə bu ifadəni açıq bir təşviq olaraq sayırlar və bu cür qeyd edirlər: "Qurtuluş, qurtuluş! Şəfəq sizin üçün açılıb". Hucr ibn Adi sui-qəsddən sonra Əşəs ibn Qeysi Əlinin qətlində iştirak etməklə ittiham etmişdi. Hətta Əşəs ibn Qeysin Əlini ibn Mülcəm haqqında əvvəlcədən xəbərdar etməsi haqqında da məlumat mövcuddur. Laura Veççiya Valyeriyə görə, mənbələr Əşəs ibn Qeysin haqqında Əliyə sadiq qalması, birbaşa sui-qəsddə iştirak etməsi və ya cinayətə şərik olması kimi fərqli-fərqli məlumatlar qeyd edirlər.Buna baxmayaraq, əl-Səllabi irəli sürür ki, bu ittihamlar əsassızdır, çünki Əşəs ibn Qeys Əliyə sadiq, xaricilərə isə ilk vaxtlardan bəri qarşı idi və Nəhrəvan döyüşündə onlarla vuruşmuşdur. O həmçinin, Siffeyn döyüşündə suriyalılara qarşı vuruşan ilk adamlardan idi. Əlavə olaraq, əl-Səllabi inanır ki, Əlinin ailəsindən kimdənsə bu ittihamları dəstəkləyən rəvayət yoxdur və onun ailəsi bu ittihamlar barədə Əşəs ibn Qeysin ailəsinin hərhansı bir üzvü ilə müzakirə aparmayıb. O, ibn Mülcəm Əlini yaraladıqdan sonra öz oğlunu Əlinin vəziyyətini öyrənsin deyə göndərmişdi. Əlinin cəsədi oğulları – Həsən, Hüseyn, Məhəmməd ibn əl-Hənəfiyyə və qardaşı oğlu Abdulla ibn Cəfər tərəfindən yuyulmuşdur. Onlar Übeydulla ibn Abbas ilə birlikdə Əlini gizlin şəkildə dəfn etdilər. Çünki, onlar qorxurdular ki, Əlinin cəsədi öz qəbrindən "çıxarılacaq və təhqir olunacaq".:309 Bəzi mənbələrdə qeyd olunur ki, Əli indiki İraqın Nəcəf şəhərindəki İmam Əli məscidində dəfn olunub.:37 Buna baxmayaraq, başqa mənbələr, əsasən əfqanlar iddia edirlər ki, Əli Əfqanıstanın Məzari-Şərif şəhərindəki Göy məsciddə dəfn olunmuşdur. Əlinin ölümü şiə müsəlmanlar tərəfindən hər il yad edilir. Vilferd Madelunqa görə, kiçik bir azlıq Əlinin "peyğəmbərdən sonrakı ən yaxşı müsəlman və onlara idarə etmək hüququ olan tək şəxs" olduğuna inanırdı. Əlinin ölümündən sonra insanların ona olan baxışları bölündü. "Muaviyəyə və onun suriyalı müttəfiqlərinə qarşı olan inamsızlıq və müxalifət" insanların əksəriyyətini eyni bayraq altında birləşdirmişdi. Əlinin pərəstişkarları daha sonra əksəriyyətə çevrilmişdir. Buna səbəb Əməvi hakimiyyətini təşkil edən "dərəbəylik, yanlış idarəetmə və repressiya" idi.:309Əlinin ölümündən sonra İraq şiələri onun ən böyük oğlu Həsəni Əlinin xələfi və beləliklə növbəti xəlifə elan etdilər. Bu dövrdə baş vermiş hadisələr Həsən ibn Əlinin daha çox qan tökülməsinin qarşısını almaq üçün Həsən-Müaviyə müqaviləsini imzalamasına və xəlifəlikdən imtina etməsinə gətirib çıxardı. Beləliklə, Muaviyə Əməvilər xilafətinin birinci xəlifəsi olur. Muaviyə 680-ci ildə, 45 yaşında Mədinə şəhərində vəfat edir. Onun xələfi hicri təqvim ilə 61-ci ildə, miladi təqvim ilə 680-ci ildə hakimiyyətə gələn I Yezid olur, ancaq Həsənin qardaşı Hüseyn Yezidin hakimiyyətini qəbul etmir. İraqdakı Kufə şəhərinin əhalisi həmin il onu şəhərə dəvət etdikdən sonra Hüseyn İraqa doğru yürüşə başlayır. Onun ailəsi və özü məhərrəm ayında baş vermiş Kərbəla hadisələrində I Yezidin ordusu tərəfindən qətlə yetirilir. Kərbala hadisələri şiələr tərəfindən hər il yad edilir. Eyni zamanda, demək olar ki, bütün müsəlmanlar məhərrəm ayında Hüseynin və ailəsinin vəhşicəsinə qətlə yetirilməsini yad edirlər. İncəsənətdə Bu hadisə Yusif Əbdinicat, Fərhad Sadiqi və Mansurə Hüseynin rəsm əsərlərində, Bəhram Beyzainin teatr tamaşasında təsvir edilmişdir. Əbdinicat rəsmində rənglərdən istifadə edərək "ikilik" göstərmə təsvir etmişdir. Əlinin rənglənməsində istifadə olunan firuzəyi rəng ilə "uyğunlaşan" mavi spektrının rəngləri və İmam Əlinin bədənindən və bədənin bucaqlarından yaranan işıq şüaları rəssamın bir növ mənəviyyata ilham vermək üçün istifadə etdiyi elementlərdəndir. Digər tərəfdən, göy rəng ilə əhatə olunan sui-qəsdçi qəhvəyi rəngdə təsvir olunub və onun ayaq hissəsində şərli məxluqlar görmək mümkündür. İbn Mülcəmin bədənindən alov yüksəlir, yəni cəhənnəm atəşi. Bu, sui-qəsdçinin taleyini təsvir etmək üçün istifadə edilmişdir. Həmçinin sui-qəsdçinin alnında möhür izi görünür. Həmçinin bax Qədr gecəsi Leylətul-məbit Xarici keçidlər "Xüsusi biblioqrafiya". (fars.) | https://az.wikipedia.org/w/index.php?curid=666193 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.