!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əli Babayev
Əli Babayev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi. Əli Babayev (partizan) — İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatının fəal iştirakçısı. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=503564
Əli Babayev (dövlət xadimi)
Əli Bədir oğlu Babayev (1957, Puşkin – 5 iyun 2022) — Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Əli Bədir oğlu Babayev 1957-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Biləsuvar 19 nömrəli SMD-də çilingər kimi başlamışdır. Daha sonra, 1980–1981-ci illərdə rayon Kənd Təsərrüfatı İdarəsində çalışmışdır.Əli Babayev 1987-ci ildən "Türkmənistan", 1990-cı ildən isə "Səməd Vurğun" adına kolxozların sədri, 1993–1994-cü ildə "Şəfəq" kolxozunun sədri işləyib. O, 2002-ci ildən ölümünədək "Biləsuvar-Quşçuluq" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini daşımışdır.2022-ci ilin iyun ayında Biləsuvar Rayon Ağsaqqallar Şurasının iclasından sonra insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdir. O, 5 iyun 2022-ci il tarixində ölmüşdür. İctimai-siyasi fəaliyyəti Əli Babayev 1981–1985-ci illərdə Rayon Komsomol Komitəsində məsul vəzifələrdə, 1985-ci ildən isə Rayon Partiya Komitəsinin Təşkilat şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.Əli Babayev 1991–1992-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 27 iyun 1994-cü il tarixli 166 nömrəli fərmanı ilə Əli Babayev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 iyul 2002 tarixli 997 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.Əli Babayev 2021-ci ilin may ayından Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsini daşımağa başlamışdır.
https://az.wikipedia.org/w/index.php?curid=752264
Əli Babayev (leytenant)
Əli Həsən oğlu Babayev (14 yanvar 1997, Danyeri, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan – 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Babayev 1997-ci il noyabrın 14-də Şərur rayonunun Danyeri kəndində anadan olmuşdur. 2004-cü ildə Şərur rayon Danyeri kənd tam orta məktəbinə daxil olmuşdur. Hərbi xidməti 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi məktəbə daxil olmuşdur. 2016-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2016-cı ildə Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşdur. 2020-ci ilin iyul ayında leytenant rütbəsi almışdır. 27 sentyabr İkinci Qarabağ müharibəsi başlayan zaman ilk hərbi dəstədə iştirak etmiş və müharibənin ilk günü həlak olmuşdur.[1] Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əli Babayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=701942
Əli Babayev (partizan)
Əli Baba oğlu Babayev — İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatının fəal iştirakçısı. "Hərbi şücaətinə görə" gümüş medalı laureatı. Həyatı və fəaliyyəti Əli Baba oğlu Babayev 1910-cu ildə Naxçıvanda anadan olmuşdur. 1938-ci ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1940-cı ildə Sovet Ordusuna çağrılmışdır. 1942-ci ildə faşistlər tərəfindən əsir götürülmüşdür.1943-cü ilin noyabrında Əli Babayev İtaliyanın şimalında yerləşən Udine şəhərindəki əsir düşərgəsindən bir qrup hərbi əsirlə, İtalyan kommunistlərinin köməyi ilə düşərgədən qaçmışdır. 25 mart 1944-cü ildən İtaliyan partizanlarına qoşulub, Pyetto (Piotto) ləqəbi ilə tanınmışdır. Sovet Ordusunun hərbi əsirlərindən ibarət Çapayev batalyonunu yaratmış və komandiri olmuşdur. Çapayev batalyonunda Əli Babayevdən başqa Oruc adlı azərbaycanlı da xidmət etmişdir.Əli Babayev İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatında fəal iştirak etmiş, Harribaldi adına batalyonun komandiri olmuş, döyüşlərdəki igidliyinə görə İtaliyanın "Hərbi şücaətə görə" gümüş medalı ilə təltif olunmuşdur.1951-ci ilin yanvarında Bakıda Azərbaycan legionunun üzvü kimi həbs edildi və həmin ilin noyabrında hərbi məhkəmə tərəfindən vətən xaini ittihamı ilə əmlakı müsadirə olunaraq 15 il azadlıqdan məhrum edildi. Stalinin ölümündən sonra isə əfv edilmişdir. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=110112
Əli Bardakoğlu
Əli Bardakoğlu - 1952-ci ildə Türkiyənin Kastamonu vilayətinin Tosya rayonunda doğulub. 1970-ci ildə İstanbuldakı İmam-Xətib məktəbini, 1974-cü ildə İstanbul Ali İslam İnstitutunu, 1975-ci ildə isə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müəllimlik və stajor hakimliklə məşğul olduqdan sonra 1977-ci ildə Kayseri Ali İslam İnstitutunda Fiqh (İslam Hüququ) assistenti olub. 1982-ci ildə Atatürk Universitetinin İslam Elmləri fakültəsində "İslam hüququnda icarə müqavilələri" adlı dissertasiya işi müdafiə edib. Ərciyəz Universiteti İlahiyyat fakültəsində İslam Hüququ yardımçı dosentliyinə təyin olunub. 1986-cı ildə dosent elmi dərəcəsi alıb. Ərciyəz Universiteti İlahiyyat fakultəsində bölmə sədri və dekan müavini vəzifələrində çalışıb. 1993-cü ildə Mərmərə Universiteti İlahiyyat fakültəsinə ezam olunub. 1994-cü ildə həmin universitetin İslam Hüququ kafedrasında professor elmi dərəcəsi alıb. Mərmərə İlahiyyat Ali Məslək məktəbi müdir müavini və dekan müavini vəzifələrində çalışıb. İslam hüququna dair "Quran və Hüquq", "İslam mədəniyyətində din və vicdan azadlığı", "İslam və Demokratiya haqqında", "Nəzəri cəhətdən İslam və Demokratiya; Qanunvericilik", "Türk Ailə Hüququnun tarixi inkişafı", "Hüquqi və sosial baxımdan boşanma", "İslam Ailə Hüququnun təşəkkülündə sosial şərtlərin təsiri", "İslam Hüququ araşdırmalarında ənənəvilik" və s. 60-dan çox elmi məqalənin müəllifidir. Müxtəlif milli və beynəlxalq simpoziumlarda mühazirəçi və ya ekspert kimi iştirak edib. 28 may 2003-cü ildə Türkiyənin Diyanet İşleri Bakanlığında vəzifə alıb. İngilis və ərəb dillərini bilir. Evlidir üç uşağı var.
https://az.wikipedia.org/w/index.php?curid=18871
Əli Bayramlı
Şirvan (əvvəlki adları Zubovka (?-1938); Əli-Bayramlı (1938-2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır.Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır. Azərbaycanı istila edən rus generalı Valeriyan Zubovun şərəfinə Kür çayının üstündəki Çılpaqlı kəndi Zubovka adlandırılmışdır. 1796-cı ildə general Zubovun başçılığı altında xüsusi hərbi dəstə Azərbaycana daxil oldu. II Yekaterina bu yürüşə çox böyük maraq göstərirdi. General Zubovun ixtiyarına 30 minlik qoşun verilmişdi. Yürüş Peterburqda kilsədən başlandı, keşişlər ali baş komandana və rus-kazak qüvvələrinə xeyir-dua verdilər. Azərbaycanda müvəffəqiyyətlə irəliləyən general Zubov əlverişli mövqedə yerləşən bu kəndin adını Yekaterinaserd qoydu. İlk tədbir olaraq bura iki min rus kazakı köçürüldü. Onlar hərbi və eləcə də kənd təsərrüfatı alətləri ilə təchiz edilmişdilər. Belə ki, şəraitə görə oraq və kətmənlə məhsul əkib-biçəcək, ya da istəyəndə silaha əl atacaqdılar. Azərbaycana girən rusların nəzərincə Xəzərdən Kür çayına daxil olan gəmilər üçün bura əlverişli liman olacaq idi.. Qəsəbədəki rusların sayı sonrakı illərdə artaraq 3 min nəfərə çatdı. Onlar bura əsasən sənaye müəssəsisələrinin tikintisi üçün köçürdülər. 1938-ci ildə Zubovka adı Əli Bayramov şərəfinə Əli Bayramlı adı ilə əvəz edilir. 2008-ci ildə şəhərin adı tarixi vilayətin adıyla Şirvan adlandırılmışdı. Şirvan şəhəri tarixi boyunca çayın yaxınlığında yerləşməsi və şəhərin əksəriyyətinin nisbətən aşağıda olmasından ötəri daşqınlardan əziyyət çəkirdi. 28 iyul 1954-cü ildə rayonun mərkəzi olan Əli Bayramlıya rayon tabeliyində şəhər statusu verilmişdir. 1950-ci illərin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyulun 18-də Kürovdağ yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələndi. O vaxt həmin quyunun hasilatı sutka ərzində 40 ton idi. Neft mədəninin kəşf edilməsi ilə şəhərin iqtisadi əhəmiyyəti artmağa başladı və 1963-cü ildə Şirvan respublika tabeli şəhər statusunu aldı. 1956–1968-ci illərdə indiki Şirvan şəhərində Avropada ilk açıq tipli Dövlət Rayon Elektrik Stansiyası tikilib istifadəyə verildi. 1962-ci ildə Kür çayının üzərində ikinci körpü tikildi. məməlilər: adi tülkü, boz dovşan,ev iti, ərəbdovşanı, şərqi avropa kirpisi,ev pişiyi, adi çaqqal, adi canavar,safsar,qamışlıq pişiyi,gəlincik,yarasa,boz siçovul,ev siçanı və hindistan tirəndazı. quşlar: dam xarabaçılı,çöl göyərçin, ev sərçəsi, quzğun, adi sağsağan, yaxalıqlı qurqur və daha çox növlər. sürünənlər:gürzə,su ilanı,xəzər gekkonu,cəld kərtənkələcik,koramal,aralıq dənizi tısbağası,,bataqlıq tısbağası,xəzər tısbağası suda-quruda yaşayanlar: göl qurbağası və yaşıl quru qurbağası böcəklər:arı,milçək,qarışqa,çəyirtkə və.s balıqlar: çəki,ilanbalığı,naqqa və.s flora: kol,qamış,yulğun,böyürtkən,iti cığ,adi durnaotu,mamır,dovşankələmi və.s İqtisadi xarakteristikası Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən, Avropada ən böyük açıq tipli Şirvan DRES-i, yağ zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir. Foto məlumatlar Şirvan şəhəri 2012 Arxivləşdirilib 2016-08-30 at the Wayback Machine Şirvan şəhərinin musiqi məktəbi indiyə qədər ölkədə musiqi kadrlarının yetişdirilməsində, uşaq və gənclərin musiqi tərbiyəsində, insanlara mədəni xidmət göstərilməsində çox dəyərli işlər görmüşdür. Şirvan uşaq musiqi məktəbi 40 illik fəaliyyəti ərzində yalnız şəhərin deyil, ümumən respublikanın musiqi-mədəni tərəqqisinə xidmət etmişdir. Son vaxtlar şəhərdə təhsilə xüsusi diqqət ayrılmışdır. Bunun məntiqi nəticəsidir ki, 2008-ci ildə ali məktəblərə qəbul zamanı imtahanlardan maksimum 700 bal toplamış 6 abituriyentdən biri də bu şəhərdəndir. 3 abituriyent isə prezident təqaüdünə layiq görülmüşdür. "Energetik Əli-Bayramlı FK" futbol klubu — Şirvanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. 1992-ci ildə keçirilən ilk turnirə qatılan "Energetik" 17 xal ilə 24-cü yeri tutmuşdur. Şirvan Olimpiya İdman Kompleksi (rəsmi adı: "Şirvan Olimpiya İdman Kompleksi" MMC) — Azərbaycan Respublikasının Şirvan şəhərində yerləşən olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumdur Qardaşlaşmış şəhərlər Qazaxıstan, Atırau, Qazaxıstan Türkiyə, Manisa, Türkiyə Tanınmış şəxsləri İlqar Məmmədov---Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi. Şirin Şükürov — Sovet İttifaqı qəhrəmanı Gəncəli Qanbayev — Əli-Bayramlı Şəhər Polis Şöbəsinin rəis müavini və rəisi (1965-1986) Ənzəli Qanbayev — Neftçala rayon prokuroru (1978-1987), Neftçala rayon Xalq Deputatları Sovetinin deputatı Ənvər Bariyev — 2005–2011-ci illərdə Belarus Respublikasının Fövqəladə Hallar naziri Anatoli Kuleşov — 2009–2012-ci illərdə Belarus Respublikasının Daxili İşlər naziri Nofəl Quliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Rəfael Həbibov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Elçin İmanov — 20 yanvar şəhidi Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist Fəridə Məmmədova — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Qan Turalı — Azərbaycan yazıçısı, jurnalist. Xarici keçidlər Arxivləşdirilib 2012-05-27 at the Wayback Machine Arxivləşdirilib 2009-01-19 at the Wayback Machine Şirvan şəhəri poçt indeksləri — Poçt indekslərin axtarış sistemi — Azərbaycan Arxivləşdirilib 2015-03-27 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=55638
Əli Bayramlı (Kəlbəcər)
Mollabayramlı (Əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mollabayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Əli Bayramlı kəndi Zar kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əli Bayramlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 25-də işğaldan azad olunub. Kənd sovet vaxtı Zar inzibati ərazi vahidində olmuşdur və inqilabçı Əli Bayramovun adı ilə Əli Bayramlı adlandırılmışdır. Sonralar tarixi adı bərpa edilmişdir və Mollabayramlı adlandırılmışdır. Kənd Bayram adlı bir dini təhsilli şəxsin şərəfinə belə adlanır. (Qarabağ xanı Mehdiqulu xanla birlikdə İranın Qum şəhərində dini təhsil almışdır (1822-dən sonra), rayonun təhsilli din xadimlərindən biri olmuşdur). Kəndin sakinləri bu kəndin cənubunda yerləşən qayaların altında yaşayırmışlar — Sərimsaxlı Qaraarxac çayının sahilində "Köhnə kənd" deyilən ərazidə yaşamışlar). Bu qayaların uçub-dağılmaq qorxusu var imiş. Bu səbəblə kənd əhalisi indiki ərazisinə köçmüşdür. Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir. Yal yurdu, Yaz yurdu, Şərəfxandüşən yurd, Çınqıllı yurd, Məhərrəmölən yurd, Ağamalıdüşən yurd. Dəyirman bulağı, Səhəng bulağı, İsgəndərin bulaq, Dəhnəgüneyinin bulağı, Gülsənəm bulağı, Turşsu, Çınqıllı bulaq, Sarı bulaq, Qanolan bulaq, Yazyurdunun bulağı, Korabulaq, Həsən bulağı, Həmzə bulağı, Çaxmaqdaşının bulağı, Şahhüseyn bulağı. Məşhur yerləri Qalaça, Köhnə kənd, Yuxarıdərə, Aşağıdərə, İsgəndərgələn, Dəhnə güneyi, Daşlışam, Haramlar, Yelligədik, Dəhnə şamı, Dağ dəyirmanları, Kaş, Dərinqobu, Böyükyal, Qanolan, Ortatəpə, Sünnət çalası, Məşədi Astanın səngəri, Keçəlalı, Əxlətlər, Qəmbərvurulan, Kərbəlayi İsa payı, Keçəltəpə, Qara yoxuş, Gendərə, Nazikdərə, Qoruxçupayı, Qovlar, Dərəbiçənəyi, Çüxur, Bəxtiyar təpəsi, Quzey, İldırımvuran, Kömür təpəsi, Dikdaş, Qoyun bərəyəsi, Malyatışan, Əsədin çöpü, Buz kahası, Göyərçin kahası, Cahangir kahası, Abdulhüseyn kahası, Qarğaburun qaya, Köhnə kəndin kahası, Ayıçiləsi, Dəhnə kahası, Məsimuçan qaya, Saldaş, Götürgə, Bəşirin novu, Çaxmaqdaşı, Qızılkaha, Qaraarxac çayı, Kalva Məmməd arxı.
https://az.wikipedia.org/w/index.php?curid=90950
Əli Bayramlı (Samux)
Sarıqaya (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Lək kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi adlandırılmışdır. Toponimikası Kənd keçmiş adı Əhmədbəyli olmuşdur. Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır; Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Kənddə müalicəvi isti su yerləşir. Gəncəçay da bu kənddən axır. Əhalisinin sayı 1100 nəfərdir. Kənd əhalisi əsasən Cənubi Azərbaycandan gəlmə yerli əhali və sonradan gəlib məskunlaşmış məhsəti türklərindən ibarətdir.
https://az.wikipedia.org/w/index.php?curid=550132
Əli Bayramlı (Zaqatala)
Dağlı (əvvəlki adı:Əli Bayramlı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Əzgilli, Qalal və Qarqay, Qass kəndləri ilə birlikdə Dağlı bələdiyyəsinin tərkibindədir. 29 may 2015-ci ildə Əli Bayramlı kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Dağlı kəndi adlandırılmış və Əli Bayramlı kənd inzibati ərazi dairəsi Dağlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Coğrafiyası və iqlimi Kənd Gürcüstanla sərhəddə yerləşir. Ərazisinin tam hissəsi düzən ərazidə yerləşir. Qismən düzən meşəliklə əhatə olunub. Yay aylarında havanın temperaturu 40–50 C-ə qədər artır. Əhalisi 3001 nəfərdir (2012)Kənd əhalisini əsasən saxurlar və digər millətlər təşkil edir.Əhalisinin əsas məşğuliyyəti maldarlıq və taxılçılıqdır. Bundan başqa arıçılıq və tütünçülük sahələri də qismən inkişaf edib. Kənddə həkim məntəqəsi də var.
https://az.wikipedia.org/w/index.php?curid=435277
Əli Bayramlı (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Əli Bayramlı — Azərbaycanın Şirvan şəhərinin keçmiş adı. Əli Bayramlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Əli Bayramlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Əli Bayramlı (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Yeni Əlibayramlı — Azərbaycanın Göygöl rayonunun inzibati ərazi vahidində kənd.Filmlər Əli Bayramlı (film, 1966) — "Respublikamızın şəhərləri" seriyasından olan bu film energetiklər şəhəri Əli Bayramlının dünənindən, bu günündən və sabahından bəhs edir. Əli Bayramlı (film, 1971)(I) — Əli Bayramlı İstilik-Elektrik stansiyasının fəaliyyətindən bəhs edən film Əli Bayramlı (film, 1971)(II) — "Respublikamızın Şəhərləri" silsiləsindən olan bu film yeni sənaye şəhəri Əli Bayramlıya həsr edilmişdir.Digər Energetik Əli-Bayramlı FK — Futbol klubu. Həmçinin bax Əli Bayramov
https://az.wikipedia.org/w/index.php?curid=90679
Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (əvvəlki adı: Əli Bayramlı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. 28 iyun 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı filialının bazasında Əli Bayramlı Pedaqoji Texnikumu adı ilə yaradılmışdır.9 mart 2006-cı ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci adlandırılmış, 10 iyun 2008-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, "Əli Bayramlı" sözləri "Şirvan" sözü ilə əvəz edilərək müəssisənin adı Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci olmuşdur. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Mühasibat uçotu; Maliyyə işi; Yol hərəkətinin təşkili; Neft-qaz işi.
https://az.wikipedia.org/w/index.php?curid=296520
Əli Bayramlı Pedaqoji Texnikumu

https://az.wikipedia.org/w/index.php?curid=296519
Əli Bayramlı rayonu
Əli Bayramlı rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1930–1963-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Əli Bayramlı şəhəri olmuşdur. Əli Bayramlı rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 24 yanvar 1939-cu il tarixində Əli Bayramlı rayonunun 5 kənd sovetliyi Qazıməmməd rayonuna birləşdirilmişdir. Əli Bayramlı rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir. 4 dekabr 1959-cu il tarixində Qazıməmməd rayonu ləğv edilmiş, ərazisi Əli Bayramlı rayonuna birləşdirilmişdir.1961-cı il tarixli məlumata görə rayona 2 şəhər (Əli Bayramlı və Qazıməmməd şəhərləri), 1 şəhər tipli qəsəbə (Qaraçala) və 16 kənd sovetliyi (Azadkənd, Atbulaq, Vladimirovka, Güdəcühür, Kalinov, Qarabağlı, Qarasu, Minbaşı, Moranlı, Muğan Gəncəli, Navahı, Rəncbər, Udullu, Xələc, Çöl Beşdəli, Şıx Salahlı) daxil olmuşdur.Əli Bayramlı rayonu 4 yanvar 1963-cü il tarixində ləğv edilmiş, ərazisi Sabirabad, Salyan rayonları və Əli Bayramlı şəhər soveti arasında bölünmüşdür. 1939-cu il siyahıyalmasına görə Əli Bayramlı rayonu əhalisi 34.734 nəfər olmuşdur. Onların 76,4%-i azərbaycanlı, 18%-i rus, 2,1%-i ukraynalı, 1,1%-i isə ləzgi olmuşdur. 1959-cu il siyahıyalmasına görə Əli Bayramlı rayonu əhalisi 76.446 nəfər olmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=737336
Əli Bayramlı şəhəri
Şirvan (əvvəlki adları Zubovka (?-1938); Əli-Bayramlı (1938-2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır.Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır. Azərbaycanı istila edən rus generalı Valeriyan Zubovun şərəfinə Kür çayının üstündəki Çılpaqlı kəndi Zubovka adlandırılmışdır. 1796-cı ildə general Zubovun başçılığı altında xüsusi hərbi dəstə Azərbaycana daxil oldu. II Yekaterina bu yürüşə çox böyük maraq göstərirdi. General Zubovun ixtiyarına 30 minlik qoşun verilmişdi. Yürüş Peterburqda kilsədən başlandı, keşişlər ali baş komandana və rus-kazak qüvvələrinə xeyir-dua verdilər. Azərbaycanda müvəffəqiyyətlə irəliləyən general Zubov əlverişli mövqedə yerləşən bu kəndin adını Yekaterinaserd qoydu. İlk tədbir olaraq bura iki min rus kazakı köçürüldü. Onlar hərbi və eləcə də kənd təsərrüfatı alətləri ilə təchiz edilmişdilər. Belə ki, şəraitə görə oraq və kətmənlə məhsul əkib-biçəcək, ya da istəyəndə silaha əl atacaqdılar. Azərbaycana girən rusların nəzərincə Xəzərdən Kür çayına daxil olan gəmilər üçün bura əlverişli liman olacaq idi.. Qəsəbədəki rusların sayı sonrakı illərdə artaraq 3 min nəfərə çatdı. Onlar bura əsasən sənaye müəssəsisələrinin tikintisi üçün köçürdülər. 1938-ci ildə Zubovka adı Əli Bayramov şərəfinə Əli Bayramlı adı ilə əvəz edilir. 2008-ci ildə şəhərin adı tarixi vilayətin adıyla Şirvan adlandırılmışdı. Şirvan şəhəri tarixi boyunca çayın yaxınlığında yerləşməsi və şəhərin əksəriyyətinin nisbətən aşağıda olmasından ötəri daşqınlardan əziyyət çəkirdi. 28 iyul 1954-cü ildə rayonun mərkəzi olan Əli Bayramlıya rayon tabeliyində şəhər statusu verilmişdir. 1950-ci illərin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyulun 18-də Kürovdağ yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələndi. O vaxt həmin quyunun hasilatı sutka ərzində 40 ton idi. Neft mədəninin kəşf edilməsi ilə şəhərin iqtisadi əhəmiyyəti artmağa başladı və 1963-cü ildə Şirvan respublika tabeli şəhər statusunu aldı. 1956–1968-ci illərdə indiki Şirvan şəhərində Avropada ilk açıq tipli Dövlət Rayon Elektrik Stansiyası tikilib istifadəyə verildi. 1962-ci ildə Kür çayının üzərində ikinci körpü tikildi. məməlilər: adi tülkü, boz dovşan,ev iti, ərəbdovşanı, şərqi avropa kirpisi,ev pişiyi, adi çaqqal, adi canavar,safsar,qamışlıq pişiyi,gəlincik,yarasa,boz siçovul,ev siçanı və hindistan tirəndazı. quşlar: dam xarabaçılı,çöl göyərçin, ev sərçəsi, quzğun, adi sağsağan, yaxalıqlı qurqur və daha çox növlər. sürünənlər:gürzə,su ilanı,xəzər gekkonu,cəld kərtənkələcik,koramal,aralıq dənizi tısbağası,,bataqlıq tısbağası,xəzər tısbağası suda-quruda yaşayanlar: göl qurbağası və yaşıl quru qurbağası böcəklər:arı,milçək,qarışqa,çəyirtkə və.s balıqlar: çəki,ilanbalığı,naqqa və.s flora: kol,qamış,yulğun,böyürtkən,iti cığ,adi durnaotu,mamır,dovşankələmi və.s İqtisadi xarakteristikası Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən, Avropada ən böyük açıq tipli Şirvan DRES-i, yağ zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir. Foto məlumatlar Şirvan şəhəri 2012 Arxivləşdirilib 2016-08-30 at the Wayback Machine Şirvan şəhərinin musiqi məktəbi indiyə qədər ölkədə musiqi kadrlarının yetişdirilməsində, uşaq və gənclərin musiqi tərbiyəsində, insanlara mədəni xidmət göstərilməsində çox dəyərli işlər görmüşdür. Şirvan uşaq musiqi məktəbi 40 illik fəaliyyəti ərzində yalnız şəhərin deyil, ümumən respublikanın musiqi-mədəni tərəqqisinə xidmət etmişdir. Son vaxtlar şəhərdə təhsilə xüsusi diqqət ayrılmışdır. Bunun məntiqi nəticəsidir ki, 2008-ci ildə ali məktəblərə qəbul zamanı imtahanlardan maksimum 700 bal toplamış 6 abituriyentdən biri də bu şəhərdəndir. 3 abituriyent isə prezident təqaüdünə layiq görülmüşdür. "Energetik Əli-Bayramlı FK" futbol klubu — Şirvanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. 1992-ci ildə keçirilən ilk turnirə qatılan "Energetik" 17 xal ilə 24-cü yeri tutmuşdur. Şirvan Olimpiya İdman Kompleksi (rəsmi adı: "Şirvan Olimpiya İdman Kompleksi" MMC) — Azərbaycan Respublikasının Şirvan şəhərində yerləşən olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumdur Qardaşlaşmış şəhərlər Qazaxıstan, Atırau, Qazaxıstan Türkiyə, Manisa, Türkiyə Tanınmış şəxsləri İlqar Məmmədov---Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi. Şirin Şükürov — Sovet İttifaqı qəhrəmanı Gəncəli Qanbayev — Əli-Bayramlı Şəhər Polis Şöbəsinin rəis müavini və rəisi (1965-1986) Ənzəli Qanbayev — Neftçala rayon prokuroru (1978-1987), Neftçala rayon Xalq Deputatları Sovetinin deputatı Ənvər Bariyev — 2005–2011-ci illərdə Belarus Respublikasının Fövqəladə Hallar naziri Anatoli Kuleşov — 2009–2012-ci illərdə Belarus Respublikasının Daxili İşlər naziri Nofəl Quliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Rəfael Həbibov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Elçin İmanov — 20 yanvar şəhidi Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist Fəridə Məmmədova — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Qan Turalı — Azərbaycan yazıçısı, jurnalist. Xarici keçidlər Arxivləşdirilib 2012-05-27 at the Wayback Machine Arxivləşdirilib 2009-01-19 at the Wayback Machine Şirvan şəhəri poçt indeksləri — Poçt indekslərin axtarış sistemi — Azərbaycan Arxivləşdirilib 2015-03-27 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=331982
Əli Bayramov
Əli Bayramov (inqilabçı) (1889—1920) — Azərbaycan sosialisti. Əli Bayramov (sədr) (d. 1959) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin sədri. Əli Bayramov (əsgər) (1999—2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Həmçinin bax Əli Bayramlı (dəqiqləşdirmə)
https://az.wikipedia.org/w/index.php?curid=298219
Əli Bayramov (inqilabçı)
Əli Bayram oğlu Bayramov (1889, Lahıc, Şamaxı qəzası – 23 mart 1920) — Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda fəal mübarizə aparmış siyasi xadim. Bayramov Əli Bayram oğlu 1889-cu ildə Şamaxı qəzasının Lahıc kəndində anadan olmuşdur. 1912-ci ildə Bakı gəmiçilik məktəbini bitirmişdir. 1920-ci il aprelin 7-də öldürülmüşdür. Birinci Fəxri Xiyabanda dəfn olunub. Əli Bayramov Ceyran xanımla ailə həyatı qurur. İki övladı doğulur. Sonralar Əli Bayramovun qətlini əlində bayraq eləyən bolşeviklər az sonra onun ömür yoldaşı Ceyran xanımı Sibirə sürgün edirlər. İki övladı Ukraynaya gedib çıxır. Sürgündən geri dönən Ceyran xanım ailəvi dostluq etdikləri Ağabala Yusifzadənin oğlu Məmmədağanın köməkliyi ilə övladlarının yerini öyrənir və onları Azərbaycana qaytarır. Sol eserlərin fəal nümayəndəsi olmuş, Fevral inqilabından (1917) sonra Bakı fəhlə və hərbi deputatları Sovetinin deputatı seçilmiş, 1917–1918-ci illərdə Bakı, Cavad, Lənkəran, Şamaxı və s. qəzalarda sovet hakimiyyəti qurulması uğrunda fəaliyyət göstərmişdi. 1918-ci ildə Bakı XKS silahlı qüvvələri tərkibində gəmi kapitanı vəzifəsində əks-inqilaba qarşı vuruşmuş, 1918-ci il 15 sentyabr tarixində Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Gəncədə gizli inqilabi iş aparmışdır. 1919-cu ilin əvvəllərində Bakıya qayıtmış, mayda Cümhuriyyət Hökumətinə qarşı fəhlə tətillərinin keçirilməsində fəal iştirak etmişdir. 1919-20-ci illərdə "Hümmət" təşkilatının rəhbərlərindən biri, RK(b)P Qafqaz Ölkə Komitəsi yanında gizli hərbi inqilab qərargahının və BK (Bakı Bolşevik) tərəfindən yaradılmış hərbi təşkilatın üzvü olmuşdur. BK-nın gizli fəaliyyət göstərən "Xüsusi dəniz ekspedisiyası"nın iştirakçısı idi. Ekspedisiya Bakıdan Sovet Rusiyasına neft və neft məhsulları aparır, oradan isə Bakıya pul, döyüş sursatı, siyasi ədəbiyyat və s. gətirirdi. Paris sülh konfransında (1919-20) Ali Şuranın Azərbaycanın istiqlaliyyətini tanımasını Əli Bayramov Azərbaycan xalqına və bütün Şərqin müsəlman xalqlarına qarşı "böyük xəyanət" adlandırmışdı. "Paris cəlladlarının Zaqafqaziyada siyasəti" adlı məqaləsində o Antanta dövlərinin bu addımını imperialist dövlətlərin qəsbkarlıq planları kimi qiymətləndiriridi. Bayramov 1920-ci ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının I qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini silahlı üsyan yolu ilə devirməyə, dövlət çevirilişi etməyə çağıran bəyannaməni Əli Bayramov da imzalamışdı. Öldürülməsi Silahlı üsyana hazırlıq və hakimiyyəti ələ keçirmək məqsədilə yaradılmış hərbi təşkilatın rəhbəri kimi Əli Bayramov 1920-ci il martın 20-də həbs olunmuş, əldə əsaslı dəlil-sübut olmadığından martın 22-də azad edilmiş, martın 23-ə keçən gecə isə qətlə yetirilmişdir. Onun cəsədi aprelin 3-də tapılmış, aprelin 5-də tanınmış və aprelin 7-də dəfn olunmuşdu. Əli Bayramovun şəxsi ədavət zəmnində qoçular tərəfindən qətlə yetirilməsi tarixçəsi də məlumdur. Bununla belə, hakimiyyət çevrilişinə hazırlaşan bolşeviklər onun qətlində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini ittiham etmiş, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Əli Bayramovun öldürülməsi ilə əlaqədar məsuliyyətə cəlb edilənlər Azərbaycan SSR Ali İnqilabi Tribunalının 28 may 1920-ci il tarixli hökmü ilə müqəssir sayılmış və onların 15 nəfəri güllələnməklə ölüm cəzasına, digərləri isə uzunmüddətli həbs cəzasına məhkum olunmuşdular. Hökm Azərbaycan İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov tərəfindən elə həmin gün təsdiq edilmiş, mayın 29-a keçən gecə saat 2:30-da yerinə yetirilmişdir. Lakin Əli Bayramovun qatilinin kim olması konkret müəyyənləşdirilməmiş, hökm müxtəlif fərziyyələr əsasında çıxarılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1920-ci il 1 aprel tarixli iclasında Əli Bayramovun öldürülməsində Hökuməti günahkar bilənlərə etiraz etmişdir. Məhəmməd Əmin Rəsulzadə Əli Bayramovun qətlindən Hökumətə qarşı böhtan məqsədilə istifadə olunduğunu bildirmişdir. Azərbaycanda onun adına şəhər (Əli Bayramlı - indiki Şirvan), Bakıda küçə vardı. Həmçinin bax Fevral inqilabı Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Xarici keçidlər "Cümhuriyyətin kəşfiyyat orqanlarında Mircəfər Bağırov, Lavrenti Beriya kimi şəxslər də xidmət edib" XƏYANƏT YOXSA XİDMƏT? (Əli Bayramov "macəraları") Arxivləşdirilib 2018-11-26 at the Wayback Machine Bir qətlin sirri…
https://az.wikipedia.org/w/index.php?curid=298216
Əli Bayramov (sahibkar)
Bayramov Əli Məhəmməd oğlu (1959, Şişqaya, Basarkeçər rayonu) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri (2007–2014). 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə iqtisadçı ixtisasını bitirmişdir. 1984-cü ildən Dövlət Maddi Texniki Təchizat Komitəsində (Material Ehtiyatları Nazirliyi) müxtəlif vəzifələrdə çalışmışdır. 1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunmuşdur. 2007-ci ildən Əli Bayramov Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində çalışmış və 21 may 2014-cü ildə vəzifəsindən azad olunmuşdur. Əli Bayramov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci regional konfransında İsmət Abasov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. Tədbirdən sonra Əli Bayramov anadan olduğu Şişqaya kəndinə gedib. Ailəlidir, üç övladı var. Mükafatları 2013-cü ildə Əli Bayramov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna əsasən əməli uğurları və vətəndaşlıq mövqeyinə görə "İlin Adamı" media mükafatına layiq görülmüşdür. Həmçinin bax Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti İstehsalat qabaqcılı, kolxoz sədri Mikayıl Bayramov əmisidir. Həkim-travmatoloq, orteped Mehman Bayramov əmisi oğludur. Qarabağ müharibəsi şəhidi Tahir Bayramov kiçik qardaşıdır. Xarici keçidlər "Aqrolizinq MMC rəhbəri Əli Bayramov işdən niyə çıxdı?" (az.). Xəbərçi. 21 May 2014 Çərşənbə 18:26. İstifadə tarixi: 2014-05-27.
https://az.wikipedia.org/w/index.php?curid=703506
Əli Bayramov (sədr)

https://az.wikipedia.org/w/index.php?curid=282520
Əli Bayramov (əsgər)
Əli Nadir oğlu Bayramov (24 mart 1999, Bakı – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Bayramov 24 mart 1999-cu ildə Binəqədi rayonunda anadan olmuşdur. 2006-2016-cı illərdə Binəqədi rayon 179 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. Hərbi xidməti Əli Bayramov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Əli Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Bayramov Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 5 oktyabr 2020-ci ildə Binəqədi rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Bayramov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=724416
Əli Bayramov adına Qadın Klubu
Əli Bayramov adına Qadın Klubu — Bakıda yaradılmış ilk qadın klubu. Yaradılması 1920-ci ilin may ayının 20-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü ildə milyonçu Murtuza Muxtarovun evində, indiki Səadət Sarayının binasında Bakı və onun rayonlarının qadınları üçün Əli Bayramov adına Qadın Klubu açıldı. Kluba Ceyran Bayramova rəhbərlik edirdi.Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə 1921-ci ilin may ayının 30-da xalq maarifi komissarı Dadaş Bünyadzadə müvafiq sərəncam verdi: 1933-cü ilin əvvəllərində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi qeyd edirdi ki, mədəni təbliğat işinə zəif rəhbərlik nəticəsində Əli Bayramov adına qadınlar klubunun fəaliyyəti 1932-ci ildən zəifləmiş, türk qadınlarının tələbələrinə cavab verməmiş, öz işini köhnə metodlarla qurmuş, zəhmətkeş qadınların sosialist tərbiyələnməsində kütlələrin şəxsi təşəbbüsünün əsas baza olmasına və yeni türk qadın kadrların sosialist yenidənqurmasının şüurlu qurucuları kimi yetişdirilməsinə əsaslanmamışdır. Bu səbəbdən klubun direktoru Gülarə Qədirbəyova təyin olundu və ona siyasi maarif işinə rəhbərlik də həvalə olundu.1936-cı ildə Əli Bayramov adına Qadın Klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyova "Bir sarayın tarixi" adlı kitab yazmışdır. Bu kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş və onun antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib edilməsinə zəmin yaratmışdır. Gülarə Qədirbəyova 1937-ci ilədək kluba rəhbərlik etmiş, 1938-ci ildə həbs edilmişdir. 1920-ci ildə Əli Bayramov adına Qadın Klubunda 7 qadının öz çadrasını çıxararaq Azərbaycanda çadranın atılması kampaniyası başlatmışdır.Ceyran Bayramova və onun köməkçiləri Mina xanım, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova başda olmaqla, klubun Rəyasət Heyətinin bir neçə fəalı qadınları kluba cəlb etmək üçün onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb edilməsi qərarına gəldilər. Bir neçə qadın ərləri və atalarından gizli evdən öz tikiş maşınlarını gətirərək bu tikiş emalatxanası təşkil etdi. Əvvəllər orada 7 işçi çalışırdı. Sonralar bu emalatxana Əli Bayramov adına Tikiş Fabrikinə çevrilmişdir. Emalatxana işçiləri həm də savadsızlığın ləğv edilməsi kurslarına yazıldı. Bu kurslarda bir neçə aydan sonra imtahanlar da təşkil olundu.Klub üzvləri ölkənin digər bölgələrinə yollanaraq bütün qadınları klubun işinə cəlb etməyə çalışmışdır. Mina xanım Şamaxı qəzasına, Məsmə Məmmədova Xızı, Tahirə Ələkbərova Göyçay qəzasına, Xanım Ağayeva Lənkəran qəzasına, Bilqeyis Əsgərli Quba qəzasına, Xanım Əliyeva Naxçıvan diyarına, Hökümə Məmmədova isə Şuşa qəzasına yollanmışdır.1924-cü ildə kommunist lider Klara Setkin Əli Bayramov adına Qadın Klubunu ziyarət etmişdir. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı:1925-ci il mayın 26-da Əli Bayramov adına klubun akt zalında klubun 5 illik yubileyi münasibətilə təntənəli iclas keçirilmişdir. Həmçinin bax Əli Bayramov Ceyran Bayramova Gülarə Qədirbəyova
https://az.wikipedia.org/w/index.php?curid=93189
Əli Bayramov adına Qadın klubu

https://az.wikipedia.org/w/index.php?curid=707797
Əli Bağırov
Əli Eltay oğlu Bağırov (15 dekabr 1994, Əzizbəyov rayonu – 10 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Bağırov 15 dekabr 1994-cü ildə Xəzər rayonunda anadan olmuşdur. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Əli Bağırov 2020-ci il altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılaraq və könüllü olaraq 29 sentyabr tarixindən iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Bağırov 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndində döyüş tapşırığını yerinə yetirən zaman həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Bağırov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Bağırov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=721825
Əli Bektayev
Bioqrafiyası 1984-cü ildə Qazaxıstan Kənd Təsərrüfatı İnstitutunun Kənd Təsərrüfatının Mexanikləşdirmə Fakültəsini "Mühəndis" ixtisası ilə, 1992-ci ildə Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Proqnozlaşdırma İnstitutunun Siyasi Elmlər Fakültəsini Sosial və Siyasi Münasibətlər Nəzəriyyəsi dərəcəsi ilə bitirmişdir. 2000-ci ildə İqtisad elmləri namizədi elmi adını almış, "Bölgələrdə qida bazarının seqmentlərinin formalaşması və işlənməsi (Cənubi Qazaxıstan vilayətinin timsalında)" mövzusunda dissertasiya müdafiə etmişdir. 1984–1985 — sovxozun baş mühəndisi. 1987–1989 — Sairam Rayon Partiya Komitəsinin müdir müavini. 1987–1989 — Sairam Rayon Partiya Komitəsinin təlimatçısı. 1989–1990 — sovxoz partiya komitəsinin katibi. 1990–1991 — Daşkənd Ali Rəssamlıq Məktəbinin tələbəsi. 1991 — Şımkent Regional Partiya Komitəsinin məsləhətçisi. 1991–1992 — PKF "Kazıgurt Ltd." baş direktorunun müavini. 1992–1994 — Kazığurt Rayon İdarəsi Başçısının müavini. 1994–1999 — Cənubi Qazaxıstan vilayətinin gənclər, turizm və idman şöbəsinin müdiri, turizm və idman şöbəsinin müdiri, idman və bədən tərbiyəsi şöbəsinin müdiri. 1999 — Cənubi Qazaxıstan vilayətinin Dövlət Xidməti İdarəsinin rəisi. 1999–2000 — Cənubi Qazaxıstan vilayətinin külək stansiyaları və investisiyalar şöbəsinin müdiri. iyul 2000 — sentyabr 2002 — Kazığurt rayonunun bələdiyyə başçısı. sentyabr 2002 — fevral 2006 — Cənubi Qazaxıstan vilayətinin bələdiyyə sədrinin müavini. fevral 2006 — may 2008 — Türküstan bələdiyyə başçısı. may 2008 — oktyabr 2014 — Cənubi Qazaxıstan vilayətinin müavinin . 2014-cü ilin noyabrında Cənubi Qazaxıstan vilayətindən (2018-ci ildə Türküstan adlandı) Qazaxıstan Respublikası Parlamenti Senatının millət vəkili seçildi. 2014–2017-ci illərdə — Sosial və Mədəni İnkişaf və Elm Komitəsinin üzvü, 2017–2019-cu illərdə — Maliyyə və Büdcə Komitəsinin üzvü, 2019-cu ilin sentyabrından — Aqrar Məsələlər, Ətraf Mühitin İdarəedilməsi və Kənd İnkişafı Komitəsinin sədri. 2020-ci ildə yenidən seçildi.
https://az.wikipedia.org/w/index.php?curid=712207
Əli Beydullayev
Əli Həzrətqulu oğlu Beydullayev — Sosialist Əməyi Qəhrəmanı (1948). 1892-ci ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1932-ci ildən başlayaraq Bico kəndinin Əzizbəyov adına kolxozunda briqadir vəzifəsində işləmişdir. 1947-ci ildə yüksək əmək nəticələri qazanması ilə əlaqədar 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. 1955-ci il may ayının 30-da Bico kəndində vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=331564
Əli Bin Nasser
Əli Bin Nasser (2 mart 1944, Tunis) — tunisli keçmiş futbol hakimi. 1986-cı ildə keçirilmiş futbol üzrə dünya çempionatında məşhurlaşmışdır. 1986-cı il dünya çempionatı Əli Bin Nasser 1986-cı il futbol üzrə dünya çempionatında tarixin ən maraqlı və ziddiyyətli matçlarından sayılan Argentina-İngiltərə oyununda referilik etmişdir. Həmin matçda argentinalı Dieqo Maradona "Tanrının əli" və "Əsrin qolu" adlanan 2 qolla komandasına 2–1 hesablı qələbə qazandırmışdır. Qolların birincisini Maradona əli ilə tora daxil etsə də, Bin Nasser qolu hesaba almış, sonralar bu epizodda əllə oyunu görmədiyini iddia etmişdir. Həmin mundialda tunisli hakim həmçinin Polşa-Portuqaliya matçında da baş hakimlik etmiş, daha 3 oyunda laynsmen olmuşdur. 1986-cı il turnirindən sonra Bin Nasser dünya çempionatlarında daha iştirak etməmişdir. Dünya çempionatından sonra 2015-ci ilin avqustunda Tunisdə Əli Ben Nasseri ziyarət edən Dieqo Maradona üzərində öz imzası və "Əbədi dostum Əliyə" sözləri olan Argentina formasını ona bağışlamışdır. Öz növbəsində tunisli hakim oyun öncəsi Maradona və Şiltonla olan şəklini argentinalıya hədiyyə etmişdir. Maradona öz Feysbuk səhifəsində "Ben Nasserlə duyğusal görüş keçirdiyini" yazmışdır.,Əli Ben Nasser müsahibələrinin birində yan hakim bolqarıstanlı Boqdan Dotçevi əllə oyun anını görməməkdə ittiham etmiş, "Əsrin qolu" epizodunda isə ingilis müdafiəçilərin kobudluğuna rəğmən , topun Maradonada olmasına görə oyunu davam etdirərək argentinalıya tarixin ən gözəl qollarından birini vurmasında assistentlik etdiyini bildirmişdir., Həmçinin bax 1986 FİFA Dünya Kuboku Xarici keçidlər Maradona 'Hand of God' Goal 1986 World Cup Maradona 'Goal of the Century'1986 World Cup
https://az.wikipedia.org/w/index.php?curid=416952
Əli Bonqo Ondimba
Əli Bonqo Ondimba (fr. Ali Bongo Ondimba; 9 fevral 1959[…], Brazzavil) — 2009-cu ilin oktyabrından etibarən Qabon Prezidenti olan qabonlu siyasətçi. Əli Bonqo 1967-ci ildən 2009-cu ilədək Qabon Prezidenti postunu tutmuş Ömər Bonqonun oğludur. Atasının prezidentliyi dövründə 1989–1991-ci illərdə Xarici İşlər Naziri, 1991-ci ildən Bonqovil Milli Məclisdə millət vəkili olaraq çalışıb. 1999-cu ildən 2009-cu ilədək Müdafiə Naziri oldu. Atasının ölümündən sonra 2009-cu ildə Qabon prezident seçkilərində qalib gəldi. 2016-cı ildə çoxsaylı qanun pozuntuları, həbslər, insan haqları pozuntuları və seçkilərdən sonrakı etirazlar və zorakılıqlarla nəticələnən seçkilərdə yenidən seçildi. Bonqo eyni zamanda Qabon Demokrat Partiyasının sədridir. 2021 -ci ilin oktyabr ayında Ali Bongo "Pandora sənədləri" ndə sitat gətirilir, bu sənədlər dəniz şirkətlərinin vergi cənnətlərində istifadə edilməsinə dair sənədlərdir, Ali Bongo hazırda ləğv edilmiş iki şirkətin faydalanıcısı olardı. Dünyaya gəlməsi Əli Bonqo Brazzavildə Ömər Bonqo və Pasyans Dabaninin ailəsində dünyaya gəldi. Doğulduğu zaman anasının 18 yaşı vardı. Ömər Bonqonun evlənməsindən 18 ay öncə dünyaya gəlmişdi və onun Bonqonun övladlığa götürülmüş oğlu olması barədə şayiələr yayılmışdı. Təhsili və musiqi fəaliyyəti Bonqo Fransanın Neyi şəhərində xüsusi məktəbdə təhsil aldı, daha sonra Sarbonnada hüquq təhsili aldı və Çinin Uhan Universitetində doktorluq dərəcəsi aldı. 1977-ci ildə Çarlz Bobbit tərəfindən hazırlanan "A New New Man" adlı albom buraxdı. Əli Bonqo 1989-cu ildə ilk həyat yoldaşı, fransız əsilli Silviya Valentin ilə evləndi, o, OQST sığorta şirkətinin baş direktoru Eduard Valentinin qızıdır. Eduard Valentinin həyat yoldaşı Evelin Nazirlər Kabinetində çalışır və Eduard Qabon İşəgötürənlər Konfederasiyasının baş direktorudur. 1994-cü ildə Əli Bonqo Kaliforniya ştatının Los-Anceles şəhərindən olan ikinci həyat yoldaşı amerikalı Anje Linn Kollinz Bonqo ilə evləndi, Anje Bongo Kaliforniyada qida şirkətlərində çalışırdı və daha sonra 2015-ci ildə boşanmaq üçün məhkəməyə müraciət etdi.2002-ci ildə Silviya ilə birlikdə 4 uşağı övladlığa: Məleykə, Nurəddin, Cəlil və Bilal. İlk siyasi fəaliyyəti Hüquq kursunu bitirdikdən sonra siyasətə başladı, 1981-ci ildə Qabon Demokrat Partiyasına üzv oldu, 1983-cü ilin martında partiyanın Üçüncü Fövqəladə Konqresində QDP Mərkəzi Komitəsinə seçildi. Sonradan atasının QDP-da şəxsi nümayəndəsi oldu. 1984-cü ildə QDP Siyasi Bürosuna daxil oldu. Daha sonra 1986-cı ilin sentyabrında partiya qurultayında Siyasi Büroya seçildi.Bonqo 1987–1989-cu illərdə Respublika Prezidentinin yüksək şəxsi nümayəndəsi vəzifəsini tutdu. 1989-cu ildə atası Martin Bonqonun yerinə onu hökumətə Xarici İşlər və Əməkdaşlıq Naziri təyin etdi. 1990-cı illərin əvvəllərində hakim QDP daxilində islahatçı sayılırdı. 1990-cı il parlament seçkilərində Yuxarı Oqove əyalətindən QDP namizədi olaraq Milli Məclisə seçildi. Xarici İşlər Naziri olaraq iki il işlədikdən sonra, 1991-ci ildə konstitusiya dəyişikliyi, nazirlər üçün minimum 35 yaş təyin etməsi onun hökumətdən getməsi ilə nəticələndi.Hökumətdən ayrıldıqdan sonra, 1991-ci ildə Milli Məclisdə millət vəkili olaraq vəzifəsini saxladı. 1992-ci ilin fevralında amerikalı pop müğənni Maykl Ceksonun Qabona səfərini təşkil etdi.Bonqo 1996-cı ildə Qabon Ali İslam İşləri Şurasının Prezidenti oldu. 1996-cı ilin dekabrında keçirilən parlament seçkilərindən əvvəl Müdafiə Naziri İdris Nqarinin tərəfdarı Bonqoya QDP-ın deputat mandatına namizədliyini irəli sürdü, lakin Bonqo namizədliyi qorumaqda müvəffəq oldu. Bunun üçün o, əsas siyasi müttəfiqlərindən olan anası köməyindən istifadə etdi. Yeddi ildən çox millət vəkili olaraq çalışan Bonqo 25 yanvar 1999-cu ildə hökumətə Milli Müdafiə Naziri olaraq təyin edildi.2001-ci ilin dekabrında keçirilən parlament seçkilərində Yuxarı Oqove əyalətindən QDP namizədi olaraq Milli Məclisə seçildi. 2003-cü ilin iyul ayında QDP-ın Səkkizinci Konqresində QDP-ın Vitse-prezidenti seçildi. 2005-ci il prezident seçkiləri zamanı atasının baş koordinatoru olaraq yenidən seçki kampaniyası üzərində çalışdı. O seçkilərdən sonra müdafiə portfelini saxlayaraq 21 yanvar 2006-cı ildə Dövlət Naziri rütbəsinə yüksəldi.Bonqo 2006-cı ilin dekabrında keçirilən parlament seçkilərində Yuxarı Oqove əyalətindən QDP namizədi olaraq yenidən Milli Məclisə seçildi. O, 28 dekabr 2007-ci ildə sıravi nazir rütbəsinə endirilsə də, seçkilərdən sonra Milli Müdafiə üzrə Dövlət Naziri vəzifəsini qorudu. QDP-ın 2008-ci ilin sentyabrında keçirilən Doqquzuncu Konqresində yenidən müavin seçildi. Prezident fəaliyyəti Ömər Bonqo 8 iyun 2009-cu ildə İspaniyada xəstəxanaların birində dünyasını dəyişdi. Əli Bonqo həmin gecə televiziyada "ürəyimizin sakitliyi, sükunəti və mərhum atamız üçün çox əziz olan birliyi və hüzuru qorumaq üçün hörmət" çağırışı ilə çıxış etdi.Atası tərəfindən əsas vəzifələrə təyin edildikdən sonra atasının 2009-cu ilin iyununda ölümü ilə atasının varisi olaraq Prezident olacağı güman edilirdi. Bəzi mətbuat xəbərləri arasında güc mübarizəsi proqnozlaşdırılırdı. QDP rəhbərliyi daxilində Əli Bonqoya olan dəstəyin dərəcəsi də mətbuatda sorğu-suala tutuldu və bir çox qabonluların onu "Konqo-Brazzavildə doğulmuş, Fransada böyüdülmüş, yerli dillərdə danışa bilməyən, korlanmış uşaq kimi gördükləri" iddia edildi.Bonqo 30 avqust 2009-cu il tarixinə planlaşdırılan erkən prezident seçkilərində QDP-ın namizədi olmaq üçün ərizə verən on namizəddən biri idi. QDP baş katibinin müavini Anjel Ondo partiya rəhbərliyinin QDP namizədi olaraq konsensusla Bonqonu seçdiyini 16 iyulda elan etdi. İyulun 19-da fövqəladə QDP qurultayı Bonqonu partiyanın namizədi olaraq təyin etdi. Bu münasibətlə, nümayəndələrin seçiminə görə təşəkkür etdi, xalqın "narahatlıqlarından xəbərdar olduğunu" söylədi, korrupsiya ilə mübarizə aparmağa və Prezident olaraq "iqtisadi artım gəlirlərini yenidən bölüşdürməyə" söz verdi.Prezidentliyə namizəd olmasına baxmayaraq, Bonqo 22 iyul 2009-cu ildə təyin olunan hökumətdə Müdafiə Naziri olaraq qaldı. Roqombe etirazları saxlamağa çağırış etdi və namizədləri alacaqları səslərə "layiq" olmağa çağırdı. Müxalifət Bonqonun hökuməti idarə etməsinə şiddətlə etiraz etdi. Müvəqqəti Prezident Roza Fransina Roqombe Bonqonun bütün namizədlərin bərabər şəkildə seçiləcəyi üçün dəyişdiriləcəyini söylədikdən sonra, Daxili İşlər Naziri Jan-Fransua Ndonqu seçki zamanı müvəqqəti olaraq Bonqodan Müdafiə Naziri olaraq vəzifəyə təyin edildi. Kampaniya rəsmi olaraq 15 avqust 2009-cu ildə başladı.30 avqust 2009-cu il seçkilərindən bir neçə gün sonra 42% səslə seçkilərdə qalib gəldiyi elan edildi və bu nəticə dərhal Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildi. Müxalifət rəsmi nəticələri rədd etdi və Qabonun ikinci böyük şəhəri Port-Jantildə iğtişaşlar başladı. Fırıldaqçılıq iddialarına cavab olaraq Konstitusiya Məhkəməsi yenidən səsvermə apardı və 12 oktyabr 2009-cu ildə Bonqonu 41.79% səslə qalib elan etdi və o, daha sonra oktyabrın 16-da prezident postuna and içib. Mərasimdə müxtəlif Afrika prezidentləri iştirak etdi. Bonqo mərasimdə ədalətə və korrupsiya uğrunda mübarizə aparacağını ifadə edərək "özünə inamı geri qaytarmaq və yeni ümidin yaranmasını təşviq etmək" üçün sürətli hərəkətə ehtiyac olduğunu söylədi. Hakimiyyət bölgüsündə bölgə, tayfa və siyasi balans yolu ilə sabitliyin qorunması ilə bağlı atasının idarəedici fəlsəfəsinə də işarə edərək "mükəmməlliyin, səriştənin və işin coğrafi və siyasi mülahizələrdən" daha əhəmiyyətli olduğunu vurğuladı. Günün ikinci yarısında Pol Biyoqe Mbanın Baş nazir vəzifəsinə yenidən təyin olunduğunu açıqladı və şəxsən "bu anın əhəmiyyətini vurğulamaq üçün" açıqlama verdi. Bonqoya görə, Biyoqe Mba "bizi növbəti mərhələyə çıxarmaq üçün" lazımi təcrübəyə və idarəetmə səriştəsinə sahib idi və işin dərhal başlayacağını söylədi.Biyoqe Mbanın yeni hökumətinin tərkibi 17 oktyabrda elan edildi, nazir sayı cəmi 30 nazirə endirildi və bununla da Bonqonun hökumətin sayını azaltmaq və bununla da xərcləri azaltmaq üçün kampaniya vədini yerinə yetirdi. Hökumət, əsasən, bir çox texnokratlar da daxil olmaqla, yeni simalardan ibarət oldu, baxmayaraq ki, Pol Tunqui, Jan-Fransua Ndonqu və Lor Olqa Qondju kimi bir neçə əsas nazir vəzifələrini qorudu. 9 iyun 2011-ci ildə Əli Bonqo və Barak Obama mübahisəli səfərdə Ağ Evdə bir araya gəldilər.2012-ci ildə Librevil şəhərində müxalifət xadimi Andre Mba Obame tərəfdarları ilə polis arasında qarşıdurma baş verdi.17 avqust 2015-ci ildə atasından miras aldığı hər şeyi "gənclik və təhsil üçün təməl" şəklində qabonlu gənclərə bağışlamağı planlaşdırdığını açıqladı. Qərarını izah edərkən "hamımız Ömər Bonqo Ondimbanın varisləriyik" və "heç bir qabonlu yol kənarında qalmamalıdır" dedi.24 oktyabr 2018-ci ildə açıqlanmayan xəstəlik səbəbiylə Ər-Riyad xəstəxanasına yerləşdirildi. 29 noyabr 2018-ci ildə Bonqo müalicəsini davam etdirmək üçün Rabatdakı hərbi xəstəxanaya köçürüldü. 9 dekabr 2018-ci ildə Qabonun Vitse-prezidenti Mussavu Bonqonun Ər-Riyadda insult keçirdiyini və o vaxt Rabata aparıldığını və hazırda Rabatdakı xüsusi iqamətgahda müalicə aldığını bildirdi. 24 oktyabr 2018-ci ildən 1 yanvar 2019-cu ilədək qədər ölümü və əlil olmaması ilə bağlı geniş spekulyasiyalara səbəb oldu. 1 yanvar 2019-cu ildə 2018-ci ilin oktyabr ayında xəstələndiyindən bəri sosial mediada yayımlanan video vasitəsi ilə ilk açıq çıxışını etdi, ölüm şayiələrini yalanladı. Buna baxmayaraq, xaricdə yaşayan bir çox anti-Bonqo fəalları videonun qanuniliyini şübhə altına aldılar, bəziləri nitqi verən adamın Bonqo olmadığını iddia edir. 2019-cu ilin avqust ayında ilk dəfə ictimaiyyət qarşısına çıxdı.7 yanvar 2019-cu ildə Qabon əsgərləri dövlət çevrilişinə cəhd etdilər. Çevriliş cəhdi uğursuz oldu və hökumət nəzarətini uğurla bərpa etdi. Diktatura tənqidçiləri tərəfindən bildirildiyi kimi, çevriliş əslində baş verməmiş ola bilər və hökumət tərəfindən dəstək qazanmaq üçün taktika olaraq istifadə oluna bilərdi.Bonqonun tibbi səbəbdən siyasətdən uzaqlaşması nəticəsində Qabon xarici sahibkarlıq subyektlərini hədəf alan rəsmi korrupsiyanın çoxalmasının şahidi oldu.2020-ci ilin yanvar ayının əvvəlində Senat və Milli Məclis prezidentə digər dəyişikliklər arasında senatorların üçdə birini seçkilər yerinə təyin etməyə imkan verən konstitusiya islahatı qəbul etdi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=718922
Əli Bozan
Əli Bozan (1978, Adıyaman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Əli Bozan 1978-ci ildə Adıyaman ilinin Yaylaqonaq ilçəsində anadan olub. İbtidai və orta təhsili Mərsində, lisey təhsilini Adıyamanda Anadolu Liseyində alıb. 2002-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub.2004-cü ildən Mərsin Vəkillər Kollegiyasında çalışıb. İnsan Hüquqları Dərnəyində və Azadlıq Naminə Hüquqşünaslar Dərnəyində vəzifələrdə təmsil olunub.2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub.İngiliscə bilir. 2 uşaq atasıdır.
https://az.wikipedia.org/w/index.php?curid=829453
Əli Bulağı (Salmas)
Əli Bulağı (fars. علي بلاغي) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 438 nəfər yaşayır (71 ailə).
https://az.wikipedia.org/w/index.php?curid=474358
Əli Bədəl (Bicar)
Əli Bədəl (fars. علي بدل) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (8 ailə). Əhalisini kürdlər təşkil edir.
https://az.wikipedia.org/w/index.php?curid=768276
Əli Bəy Azəri
Əli bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev; d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, "Rəsmi Bakı" qəzetinin və "Xəzan" jurnalının baş redaktoru, müharibə veteranı Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur. Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir. 1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə "leytenant" hərbi rütbəsi verilməklə "tank qoşunları üzrə taktiki əməliyyat komandiri" hərbi, "təkərli və tırtıllı texnikanın mühəndisi" mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir. May 1992-ci ilədək SSRİ Silahlı Qüvvələrinin tərkibində tank tağımı, tank bölüyü komandiri vəzifələrində hərbi xidmət keçmiş, "Kiyev-90" hərbi təlimində şücaət göstərərək fərqləndiyinə görə "baş leytenant" hərbi rütbəsini vaxtından əvvəl almışdır. SSRİ-nin dağılması ilə əlaqədar Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibə başladığından öz xahişinə əsasən Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir. 01 iyun 1992-ci ildən 30 noyabr 1992-ci ilədək Zəngilan rayonunda yerləşən 806 saylı hərbi hissə qərargah rəisinin müavini, 01 dekabr 1992-ci ildən isə həmin hərbi hissənin bazasında yaradılmış 865 saylı hərbi hissədə (Zəngilan Ərazi Özünümüdafiə Alayında) qərargah rəisinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. Bir sıra döyüş əməliyyatlarına rəhbərlik etmişdir. Ermənistan-Azərbaycan müharibəsinin 1993-cü il yay-payız kompaniyası Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və ən nəhayət Qızıl Zəngilanın ermənilər tərəfindən işğalı ilə başa çatdıqdan sonra Müdafiə Naziri əvəzi polkovnik (indi general-polkovnik) Səfər Əbiyevin əmri ilə Beyləqan-Füzuli rayonları ərazisində Haramı deyilən yerdə yerləşən 181 saylı hərbi hissə tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. 1993-1994-cü illər qış kompaniyası zamanı Azərbaycan-Ermənistan cəbhəsində ən mühüm döyüşlərdən hesab olunan və müharibənin gedişində dönüş yaradan Haramı döyüşlərində iştirak edərək şücaətlər göstərmişdir. Müharibə veteranıdır. Atəşkəs dövründə Beyləqan-Füzuli cəbhəsində yerləşən 181 və Xanlar (indiki Göygöl)-Kəlbəcər cəbhəsində yerləşən 172 saylı hərbi hissələrdə briqada komandirinin silahlandırma üzrə müavini xidmətini davam etdirmişdir. 2002-ci ilin noyabrında öz xahişi ilə "mayor" hərbi rütbəsində ehtiyata buraxılmışdır. Ailəlidir, iki övlad atasıdır. Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra tale onu uzun ayrılıqdan sonra yenidən ədəbi mühitə qaytarır. Əli Rzaquliyev silahı qələmlə əvəzləyib Əli bəy Azəri olaraq yaradıcılıq cəbhəsində mübarizəsini davam etdirir. O, yaradıcılığa erkən yaşlarından kiçik həcmli məqalələr yazmaqla başlayıb. "Təbiətin heykəli" adlı ilk məqaləsi 1976-cı ildə "Pioner" jurnalında dərc olunub. Sonra ara-sıra məqalələri "Pioner" jurnalında, "Azərbaycan Pioneri", "Azərbaycan Gəncləri" respublika, "Kənd həyatı" rayon qəzetlərində, bir neçə şeiri "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunan Ə.Rzaquliyevin əsil jurnalistlik fəaliyyəti "Yeni Ordubad" qəzeti ilə bağlıdır. Hərbi xidmətdə olduğu dövrdə də mətbuatla əlaqəni kəsmir. SSRİ Silahlı Qüvvələrində olarkən Kiyevdə nəşr olunan "Leninskaya Znamya", Moskvada nəşr olunan "Krasnaya Zvezda" hərbi qəzetlərdə bir neçə məqaləsi dərc olunub. Azərbaycan Silahlı Qüvvələrində xidmətdə ikən isə Zəngilanda çıxan "Zəngilanın səsi", Beyləqanda çıxan "Beyləqan" rayon qəzetlərində hərdənbir çıxışlar edib. Hərbi xidmətdən sonra 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyərkən və sonralar "Xalq qəzeti", "Respublika", "Kredo", "Sizin qəzet", "Qafqazın səsi", "Pres Azərbaycan", "Ata yurdu", "Bütöv Azərbaycan", "Ədalət keşiyində", "Etiraf", "Azərbaycan övladı", "Sabah nyus", "Nyus Respublika", "Gündəlik Bakı", "Aydın fikir", "Real pres", "Ömür yolu", "Sivil Azərbaycan" və sair qəzetlərlə əməkdaşlıq etmiş onlarla elmi və publisistik məqaləsini dərc etdirmişdir. 2005-ci ildən müstəqil olaraq "Qərbin qərbi", 2007-ci ildən isə həftəlik "Rəsmi Bakı" qəzetinə baş redaktorluq etməklə jurnalistlik fəaliyyətini davam etdirir. Üç yüzdən çox müxtəlif səpkili məqaləsi qəzetlərdə dərc olunub. "Yurd nisgili", "Şah bərəsi", "Qəmlibel müsibəti", "Özününkülərin hədəfində", "Hərbi Zəngilan", "Məhəbbət piyaləsində zəhər", "Arazgersdən keçən köç" "Çovğun" və "Generalın yefreytor vəkili" kitablarının müəllifidir. Dəfələrlə bədii və publisistik yazı müsabiqələrində iştirak etmiş və qalib olaraq mükafatlandırılmışdır. Yazıçı Əli bəy Azərinin "Mübarizləşən vətən" hekayəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii və publisistik yazı müsabiqəsinə təqdim olunmuşdur. "Yurd nisgili" (publisistika və hekayə), Bakı, "Min bir mahnı", 2009. 208 səh. 500 nüsxə. "Şah bərəsi", Bakı, "Qəmlibel müsibəti", Bakı, "Özününkülərin hədəfində", Bakı, "Hərbi Zəngilan", Bakı, "Məhəbbət piyaləsində zəhər", Bakı, "ArazGERSdən keçən köç" (povest). Bakı, "Çovğun", Bakı, "Generalın yefreytor vəkili", Bakı, "ArazGERSdən keçən köç" (povest). Bakı, "Nurlan", 2013. 224 səh. 500 nüsxə. (təkrar nəşr) "Gəlin, tanış olaq" (publisistika), Bakı, "Elm və Təhsil", 2015, 160 səhifə "Şəhərli qızın dəli sevgisi" (povest və hekayələr) "Elm və Təhsil" 300 səhifə "Təbiətin heykəli", "Pioner" jurnalı, 1976-cı il.
https://az.wikipedia.org/w/index.php?curid=481265
Əli Cabbarov
Əli Baba oğlu Cabbarov (8 yanvar 2002, Bakı – 27 sentyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Cabbarov 8 yanvar 2002-ci ildə Bakı şəhərinin Binəqədi qəsəbəsində anadan olmuşdur. 2008–2019-cu illərdə Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2019-cu ildə Bakı Humanitar Kollecinə daxil olmuşdur. Hərbi xidməti Əli Cabbarov 14 yanvar 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əli Cabbarov 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Əli Cabbarov 27 sentyabr 2020-ci ildə Hadrutun azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Cabbarov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=732708
Əli Cahangirov
Əli Cahangirov (Əli Dadaş oğlu Cahangirov) — Azərbaycan Respublikasının aqrar siyasəti üzrə Dövlət müşaviri (1992–1995), iqtisad elmləri doktoru, professor. Əli Dadaş oğlu Cahangirov 1934-cü ildə Saatlı rayonunun Əlisoltanlı kəndində anadan olmuşdur. 1950-ci ildə Əlisoltanlı kənd orta məktəbini, dörd il sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının iqtisadiyyat bölməsində aspirant olduğu vaxt Muğan-Salyan zonasında kənd təsərrüfatı istehsalının əsas inkişaf problemlərini tədqiq etmiş, 1959-cu ildə namizədlik, 1972-ci ildə isə Tbilisi şəhərində doktorluq dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə etmişdir. Elmi dairələrdə Əli Cahangirovun imzası yaxşı məlumdur. İqtisad elmləri doktoru, professor Əli Cahangirov 1962–1968-ci illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda Elmi işlər üzrə direktor müavini, 1968–1972-ci illərdə Azərbaycan Kommunist Partiyası MK-da məsul vəzifələrdə çalışmış, 1972–1977-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunda baş elmi işçi işləmişdir. 1977-ci ildən isə Moskvada Ümumittifaq Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda şöbə müdiri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən isə elmi işlər üzrə direktor müavini seçilmişdir. 1981-ci ildən institut partiya təşkilatına rəhbərlik etmişdir. Əli Cahangirov Moskvada işlədiyi dövrdə Azərbaycan xalqının müstəqilliyi və firavanlığı üçün həmişə səylə çalışmışdır. Azərbaycanda işlədiyi illərdə respublika üçün 31 nəfər iqtisad elmləri namizədi hazırlamışdır. Ümumilikdə 31 nəfər elmlər namizədi, 4 nəfər elmlər doktoru hazırlamışdır. Moskvada işlədiyi dövrdə təkcə keçmiş SSR-də deyil, həmçinin Çexoslovakiyada, Bolqarıstanda, Polşada bir sıra kitabları, elmi məqalələri və metodik tövsiyələri çapdan çıxmışdır. Çexoslovakiyada, Macarıstanda, Monqolustanda, Bolqarıstanda, ADR-də, Polşada, Rumıniyada, Yuqoslaviyada aqrar siyasətin əsas istiqamətləri mövzusunda ardıcıl mühazirələr oxumuşdur. Əli Cahangirov 1991-ci ildə yenidən Azərbaycana qayıtmışdır. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezident Aparatında İqtisadiyyat məsələləri üzrə Dövlət Müşaviri vəzifəsində çalışmışdır. İqtisadiyyat üzrə görkəmli alim, gözəl insan, iqtisad elmlər doktoru, professor Əli Cahangirovun rəhbərliyi altında 35 nəfər iqtisad elmləri namizədi və elmlər doktoru hazırlamışdır. Böyük alim, qayğıkeş insan, elmlər doktoru, professor Əli Cahangirov uzun sürən xəstəlikdən sonra 27 dekabr 1996-cı ildə ömrünün 62-ci ilində vəfat etmişdir. Onun qəbri Bakı şəhərindədir. 3 övladı, 4 nəvəsi vardır. "Aqrar iqtisadçı alimlər", kitab, Bakı-2012, "Şərq-Qərb" Nəşriyyat Evi.
https://az.wikipedia.org/w/index.php?curid=418905
Əli Cavadzadə
Əli Qulu oğlu Cavadzadə (31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — Müasir Azərbaycan şeirinin yaradıcılarından biridir. 75 illik ömrünün 50 ildən çoxunu milli poeziyanın inkişafına həsr etmişdir. İlk ana dili dərsliyinin müəlliflərindən biri olmuşdur. İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaradır və bu filarmoniyanın həm ilk, həm də son müdiri olur. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987). Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan atası Qulu və anası Şahbəyimdir. XX əsrin ilk illərinə təsadüf edən növbəti şahsevənlərin basqınlarının birində Əli Tudənin ailəsi Şimali Azərbaycana gəlir. Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişib. O, nənəsi Qəribin himayəsində böyüyüb. 1937-ci il keçmiş Sovet İttifaqının ərazisinə dəhşətli represiya tufanı ilə gəlir. 1938-ci ilin yazında 14 yaşlı Əlini də nənəsi ilə birgə İrana sürgün edirlər. Kiçik xalası isə 2 uşağı ilə Bakıda qalır. Nənəsi ilə Ənzəlidəki bir mehmanxanada müvəqqəti məskunlaşır. Xalası Gəlinxanım öz uşaqları ilə Bakıdan gələndən sonra onlar mehmanxanadan yığışıb yük maşını ilə Ərdəbilə yola düşürlər. Əli Miyanə — Zəncan dəmiryolunda fəhləliyə başlayır və bir müddət sonra oradan ayrılır. Əli Tudə sonradan Astara — Ənzəli şosse çəkilişində iştirak edir və yol çəkilənə qədər buradan ayrılmır. Böyük arzularla yaşayan Əli daha o kəndə sığa bilmir. Beləcə o, Çanaqbulaq kəndindən ayrilir. 1944-cü ilin yayında yenidən Ərdəbilə yollanır. 1945-ci ilin may ayında isə ilk dəfə Təbrizə gedir. Bu "Vətən yolunda" qəzetinin Ərdəbil şairlərini dəvət etməsi ilə baş tutur. Əli Tudə Ərdəbil şairləri ilə birgə "Şairlər məclisi"nin növbəti məşğələsində iştirak edir. O, 1950-ci ilin yayında Aşıq Hüseyn Cavanın təkidi ilə evlənmək qərarına gəlir. Aşıq gənc şairin əvvəldən tanıdığı Usta İbrahiminqızı Kürdəmirdə məktəbdə dərs hissə müdiri işləyən Şəfiqəni məsləhət görür. Aşığın təklifi ilə qız Bakıya gəlir və Əli ilə ğörüşürlər. 1950-ci ilin yayında keçirilən toyuna yalnız yoldaşları, dostları yığışır. Gənc şair gecə də, gündüz də oxuyur və işləyirdi. Yazılarını evdə Şəfiqə xanım makinada yazır, uşağa da baxırdı. Əli Tudə istirahətinə fikir verən deyildi. Beləliklə də o, tezliklə xəstələnir və Partiya məktəbində təhsilini yarımçıq qoyaraq müalicəyə başlayır. 1956-cı ilin yayında otaylı həkim Cavad Təqdisi ilə Latviyaya, Liepaya şəhərində yerləşən sanatoriyaya müalicəyəyə gedir. Beləliklə, orta məktəb illərində Bakıdan başlanan yaradıcılıq yolu, erkən gənclik çağında Təbriz ədəbi mühiti, sonradan yenə qaynar Bakı ədəbi həyatı Əli Tudənin həqiqi vətənpərvər ziyalı, sevilən şair və yazıçı, maarifçi, naşir, publisist kimi yetişməsində mühüm rol oynamışdır. Əli Tudə yarım əsirdən çox siyasi mühacir damğası altında yaşamalı olmuşdur. Azərbaycan mühacir ədəbiyyatının mücahidi Əli Tudə 1996-cı ilin fevral 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Şairin vəfatı ilə bağlı "Azərbaycan" rəsmi dövlət qəzetində nekroloq verilmişdir. 1931-ci ildə keçmiş Sovet küçəsindəki "Bədəlbəyin məktəbi" deyilən 1 saylı ümüm təhsil müəssisəsində oxumağa başlayır. Daha sonra Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qazamatın yanında yerləşən məktəbə girir. 3–4 siniflərdə oxuyanda rəssamlığa böyük həvəsi yaranır. 5-ci sinifdə ikən rəsm çəkməkdən dönüb ilk dəfə şeir yazmağa başlayıb. 6-cı sinifə keçəndə Əli bu təhsil ocağı ilə də vidalaşıb 150 saylı orta məktəbə girir. O, 1937-ci ilin yazında məktəbdə keçirilən bir müsamirədə valideyinlər qarşısında " Yeni yol" qəzetində yenicə çap olunmuş "Vətən nəğməsi" adlı ilk şeirini oxuyur. Həmin ildə o vaxtki Bakı Mərkəzi Pionerlər Evinə (indiki Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi) gələrək sarayın nəzdində şair Osman Sarıvəllinin, sonra isə İsmayıl Soltanın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə üzv yazılır. 1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır.Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir (1947–1952). Yalnız 1947-ci ildə ali təhsil almaq imkanı yaranmış Əli Tudə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirir "Azərnəşr"ə redaktor vəzifəsinə göndərilir. Azərbaycan Demokratik firqəsinin Mərkəzi Komitəsi Ə. Tudəni Bakı Ali Partiya Məktəbinə oxumağa göndərir. Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran xalq Partiyasının Ərdəbil Vilayət Komitəsinə gələrək partiya sıralarına keçmək istəyini bildirir. Vətənin gözəlliyindən, müqəddəsliyindən xalqın azdlığından danışan şeirlər partiya üzvlərinin ürəyindən olur. Onun pasportu olmadığından, partiya üzvlərindən biri Əlinin təxəllüsünün "Tudə" yazılmasını təklif edir. "Tudə" xalq deməkdir, şairdə xalqın övladıdır. Tez bir zamanda ona sicilli alırlar. Həmin sənəddə "Mirzəəli"nin "Mirzə"sini ixtisara salıb öz adını Əli, "Ələmqulu"nun "Ələm"ini atıb atamın adını Qulu yazdırdım. Familiyamın isə əslini saxladım: Cavadzadə! Əli İran Xalq Partiyasının Ərdəbil Vilayət Komitəsi tərəfindən təşkil edilən, Ərdəbilin Cahargah meydanında yenicə başlayan inqilab nəfəsli izdihama qoşulur. Həmin günlərdə Sovet İttifaqının Ərdəbildəki konsulu Mirzə Məmmədov onu yanına çağırır. Konsulun təklifi ilə Ə. Tudə elə o gündən komitədə işləməyə başlayır. 1945-ci il sentyabrın 3-də Cənubda Azərbaycan Demokratik Firqəsi (ADF) yaradılır. İran xalq Partiyasının Ərdəbil vilayətindəki üzvləri bu firqənin üzvləri ilə birləşirlər. Əli də birincilər sırasında olur. 1945-ci ilin 12 dekabırında yaradılan Milli hökumət geniş fəaliyyətə başlayır. İnqilabın qələbəsindən sonra Əli Tudə Ərdəbildə şair İbrahim Zakir və Rəsul Abdullahi ilə birlikdə bir müddət fədailər qərargahında çalışır. Bu ərəfədə Ərdəbildəki sovet konsulxanasına çağırılan Əli Tudəyə bir teleqram təqdim edilir. "Vətən yolunda" qəzetinin redaksiyasından gələn teleqramda onu Təbrizə dəvət edirlər. Əli Tudə gecəni "Bahar" mehmanxanasında qalıb, səhəri Milli Məclisə gedir. Oradan maarif nazirliyinin sərəncamına göndərilən Əli Tudə tezliklə burada tədris şöbəsinin müdiri təyin olunur. Ə. Tudə şair-alim Cəfər Xəndanın sədrlik etdiyi "Şairlər məclisi" adlanan ədəbi dərnəyin ən cavan və fəal üzvlərindən biri idi. 1946-cı ilin mayında sovet qoşunlarıİran ərazilərindən çıxırlar. Onlarla birgə azərbaycanlı şair və yazıçılarda cənubu tərk edirlər. 1946-cı ilin yazında Azərbaycan milli hökuməti İran tarixində ilk dəfə olaraq Təbrizdə Azərbaycan Dövlət Filarmoniyası açılması barədə qərar verir. Bu yeni sənət ocağına 22 yaşlı Əlini müdir təyin edirlər. Təbriz Filarmoniyası cəmi dörd ay yaşasa da bu qısa müddətdə o, Əli Tudənin öz sözləri ilə desək, düz dörd qərinənin işini görə bildi…… O, "Hizbitudeyi İran" partiyasının üzvü olur (1944). Sonradan Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilən Əli Tudə 1952–1962-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Azərbaycan Demokratik Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi şöbə müdiri vəzifəsində işləyir. Yaradıcılığı Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. Əli Tudənin çoxşaxəli yaradıcılığında lirik əsərlər başlıca yer tutur. Nəsrdə də qələmini sınamış Ə. Tudənin sağlığında işıq üzü görmüş 30-dan çox kitabının üçü nəsr əsərlərini əhatə edir. Şair Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. Vətənin birliyi, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınmışdır. Ana, Vətən kimi müqəddəs duyğulardan sonra şair ən çox müraciət etdiyi mövzulardan biri də doğma yurdun təbiətinin tərənnümüdür. Şairin şeirləri içərisində insanın sevgi duyğuları öz ülviliyi, müqəddəsliyi, tərbiyəvi xüsusiyyətləri ilə diqqət çəkir. Uşaqlar üçün yazılan şeirlərin də böyük tərbiyəvi əhəmiyyətini vurğulamaq lazımdır. Əli Tüdə poeziya yaradıcılığında vəzn,qafiyə, ölçü kateqoriyalarına və ədəbiyyat nəzəriyyəsinin bu kimi digər qayda-qanunlarına riayət etmişdir. Əli Tudənin yaradıcılığında ədəbiyyat məsələləri də diqqətdən kənarda qalmamışdır. Müəllimin bu yöndə yazdığı məqalələr ədbiyyatşünaslıq elminə verilən töhfələr hesab edilməlidir. "Ədəbiyyat və incəsənət" eləcə də "Azərbaycan" qəzetlərində, həmçinin Azərnəşrdə işlədiyi müddətdə həm publisist, həm də naşir kimi təcrübəli bir mütəxəssis olduğunu sübüta yetirmişdir. O, mükəmməl tərcüməçilik fəaliyyəti göstərmiş, bir sıra əsərləri dilimizə çevirmişdir. Cənubda ilk dəfə işıq üzü görən Azərbaycan dili dərsliyinin yaradılmasında böyük rolu olmuşdur. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib. Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. Onun 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi-faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm olaraq işıq üzü görür. "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim" şeiri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şeirlər kitabı da çap ərəfəsində idi. Əli Tudənin bu istiqamətlərdə yazdığı əsərləridə qeyd etmək mümkundur: Təbriz dövrü; Bakı həyatı; Milli hökumət dövrü; Cənub həsrəti; naşirlik fəaliyyəti; ayrılıqda poeziya və nəsr yaradıcılığında; poemalarının fəlsəfəsi; ədəbiyyatşünaslıq məsələləri haqqında məqalələri; publisistikası dil və üslüb xüsusiyyətləri; azadlıq ideyalarının tərənnümü; yaradıcılıq xüsusiyyətləri; folklor nümünələri; Mükafatları Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. iştirak edib.1958-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuş şair Əmək Veteranı (1986), Əməkdar İncəsənət Xadimi (1987), fəxri adlarını almış.1946-cı ilin baharında Milli Hökumətin Milli Məclisi tərəfindən siyasi-ictimai və ədəbi fəaliyyətinə görə "21 Azər", 1959 "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmşdir. Anadan olmasının 60 illiyi münasibətilə şairə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib (1960-cı ildən). 50 poemanın, 60 kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu. Kitablarının siyahısı Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950 (Kiril əlifbası ilə), 99 səh. Bakının işıqları. Bakı: Uşaqgəncnəşr, 1950 (Kiril əlifbası ilə), 40 səh. Vətən sevgisi. Bakı: Azərnəşr, 1951 (Kiril əlifbası ilə), 64 səh. Məhbusların son sözü (poema). Bakı: Uşaqgəncnəşr, 1952 (Kiril əlifbası ilə), 28 səh. Arazın o tayında (poema). Bakı: Azərnəşr, 1954 (Kiril əlifbası ilə), 48 səh. Şerlər. Bakı: Azərnəşr, 1955 (Kiril əlifbası ilə), 76 səh. Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956 (Kiril əlifbası ilə), 131 səh. Qartal. Bakı: Azərnəşr, 1959 (Kiril əlifbası ilə), 170 səh. Qəzəb. Bakı: Azərnəşr, 1960 (Kiril əlifbası ilə), 98 səh. Əli Tudə (şairin kitabxanası). Bakı: Azərnəşr, 1962 (Kiril əlifbası ilə), 227 səh. Buludlar. Bakı: Azərnəşr, 1964 (Kiril əlifbası ilə), 132 səh. Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966 (Kiril əlifbası ilə), 187 səh. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968 (Kiril əlifbası ilə), 321 səh. Şerlər. Bakı: Gənclik, 1970 (Kiril əlifbası ilə), 68 səh. Sevinc. Bakı: Gənclik, 1973 (Kiril əlifbası ilə), 112 səh. Şəlalə. Bakı: Azərnəşr, 1974 (Kiril əlifbası ilə), 183 səh. Ömrün illəri. Bakı: Gənclik, 1976 (Kiril əlifbası ilə), 164 səh. Həyat sınağı. Bakı: Yazıçı, 1978 (Kiril əlifbası ilə), 232 səh. İran Xalq Partiyası. Təbriz: 1358 (ərəb əlifbası ilə). Vətən torpağı (ərəb əlifbası ilə). Bakı: 50 səh. Nəğməli gecələr. Bakı: Yazıçı, 1981 (Kiril əlifbası ilə), 210 səh. Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983 (ərəb əlifbası ilə), 87 səh. Tellərdə çırpınan həsrətlər (povest və hekayələr). Bakı: Gənclik, 1983 (Kiril əlifbası ilə), 145 səh. Araz üstə palıd. Bakı: Yazıçı, 1984 (Kiril əlifbası ilə), 303 səh. Öz gözlərimlə (nəsr). Bakı: Azərnəşr, 1986 (Kiril əlifbası ilə), 161 səh. Gecikmiş vüsal (şerlər və poemalar). Bakı: Yazıçı, 1988 (Kiril əlifbası ilə), 255 səh. Mənə elə baxma (nəsr). Bakı: Gənclik, 1990 (Kiril əlifbası ilə), 276 səh. Təbriz yolu. Bakı: Azərbaycan nəşriyyatı , 1996 (Kiril əlifbası ilə), 240 səh. Söz ömrü. Bakı: Azərbaycan nəşriyyatı, 1997 (Kiril əlifbası ilə), 328 səh. Mühacir qeyrəti. Bakı: Azərbaycan nəşriyyatı, 1998 (Kiril əlifbası ilə), 386 səh. Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh. Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh. Latın əlifbası ilə çap olunmuş kitabları (20 cilldə) 1. Cənub nəğmələri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 336 səh. 2. Bakının işıqları. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 328 səh. 3. Tarixin bir səhifəsi. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 352 səh. 4. Yanıqlı tütək. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 344 səh. 5. Həyat sınağı. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 360 səh. 6. Ömrün illəri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 336 səh. 7. Nəğməli gecələr. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 408 səh. 8. Araz üstə palıd. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 368 səh. 9. Gecikmiş vüsal. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 360 səh. 10. Təbriz yolu. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 336 səh. 11. Söz ömrü. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 352 səh. 12. Mühacir qeyrəti. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 352 səh. 13. Mənim səsim. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 344 səh. 14. Yarımçıq dastan. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 440 səh. 15. Mənə elə baxma. Bakı. "Azərbaycan" nəşriyyatı – 2019, 576 səh. 16. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 408 səh. 17. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 384 səh. 18. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 416 səh. 19. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 320 səh 20. Həyatım, xatirələrim… Bakı. "Azərbaycan" nəşriyyatı – 2022, 336 səh ƏLİ TUDƏ 100 Sona Xəyal. ƏLİ TUDƏ (yaradıcılığı əsasında), Bakı-"MBM"-2010, 100 səh. Ağahüseyn Şükürov. Savalandan Süzülən Pak Duyğular (elmi iş), " Xan" nəşriyyatı, 2014, 108 səh. Ağahüseyn Şükürov. ƏLİ TUDƏNİN YARADICILIQ YOLU Xarici keçidlər Sabir Nəbioğlu. Kökdən düşməyən rübab. Arxivləşdirilib 2010-11-21 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=360454
Əli Cavan
Əli Cavan (fars. علی جوان, ing. Ali Javan; 26 dekabr 1926, Tehran – 12 sentyabr 2016, Los-Anceles, Kaliforniya) — azərbaycan əsilli amerikalı fizik və ixtiraçı. 1959-cu ildə Bell Telephone Laboratories-də qaz lazerinin konsepsiyasını təklif edən ilk şəxs idi. Kiçik U. R. Bennett və D. R. Herriott ilə iş birliyində inşa etdiyi uğurlu bir prototip 1960-cı ildə göstərildi. Elmə verdiyi digər töhfələr kvant fizikası və spektroskopiya sahələrində olmuşdur. Həyatı və karyerası Əli Cavan 1926-cı ildə Təbrizdə İran azərbaycanlıların ailəsində doğulmuşdur. Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-yə köçmüşdür. o, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Elmi araşdırmalara hədsiz marağı olan Əli Cavan 1954-cü ildə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1958–61-ci illərdə Bell-Telefon laboratoriyalarında işləmişdir. 1960-cı ildən Massaçusets Texnologiya İnstitutunda işləyir. Əli Cavanın tədqiqatları kvant elektronikası və onun tətbiqi, habelə lazer elektroskopiyası sahələrinə aiddir. Qeyri-xətti spektroskopiyanın əsasın qoymuşdur. 1960-cı ildə qaz lazerini Amerika alimləri U. Bennet və C. Erritonla birlikdə təklif etmişdir. Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsini U. Bennet və C. Lembornla birlikdə kəşf etmişdir. 1966-cı ildə mod kəsişmələrinin effekti nəzəriyyəsini yaratmış və bunu 1969-cu ildə müşahidə etmişdir.1970-ci ildə işıq hərəkəti tezliklərinin absolyut ölçülməsi hərəkəti və qeyri xətti flyuressensiyaların metodlarını işləmişdir. O, həm də spektral xətlərin itələyici daralmasını kəşf etmişdir. O, "Qaz lazerin optik cihazlarında və elmi işlərdə qeyri-paralel istifadə edilməsi" adlı fundamental araşdırmalarına görə 1975-ci ildə Amerika Optik Cəmiyyəti tərəfindən ən yüksək mükafata layiq görülmüşdür. 1993-cü ildə isə alimə nüfuzlu Albert Eynşteyn mükafatı verilmişdir.Avrasiya Akademiyasının birinci üzvüdür. Həmçinin bax Hal-hazırda yaşayan yüz dahi
https://az.wikipedia.org/w/index.php?curid=100643
Əli Cəfərli
Əli İsa oğlu Cəfərli (29 avqust 2001; Füzuli rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Cəfərli 29 avqust 2001-ci ildə Füzuli rayonunda dünyaya göz açmışdır. Əslən Füzuli rayonunun Dövlətyarlı kəndindən idi. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Əli Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Cəfərli 27 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Əli Cəfərlinin nəşi bir ay sonra, 28 oktyabr 2020-ci ildə DNT analizi ilə müəyyən olunaraq ailəsinə təhvil verilmiş və torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) (05.11.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=702545
Əli Cəfərov
Əli Bəyulla oğlu Cəfərov (29 avqust 1993; Maşxan, Astara rayonu, Azərbaycan – 3 noyabr 2020; Suqovuşan, Ağdərə rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Cəfərov 29 avqust 1993-cü ildə Astara rayonunun Maşxan kəndində anadan olmuşdur. 1999–2010-cu illərdə kənd tam orta məktəbində təhsilini almışdır. Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi olmuşdur. Hərbi xidməti Əli Cəfərov 2011-ci ildə hərbi xidmətə başlayıb. Ağdam rayon N saylı hərbi hissədə kəşfiyyatçı olaraq xidmət edib. 2013-cü ildə hərbi xidməti bitirib. Azərbaycan Ordusunun əsgəri olan Əli Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Cəfərov noyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Maşxan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=686707
Əli Cəfəroğlu
Əliyev Əli Cəfər oğlu (Əli Cəfəroğlu; 4 iyul 1968, Ağstafa) – Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2014), İraq Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin üzvü (2018), Şimali Amerika Yazıçılar Birliyinin üzvü (2021), Prezident təqaüdçüsü (2014), Beynəlxalq Ədəbiyyat, İncəsənət, Kommunikasiya Akademiyasının (Almaniya) akademiki (2022) Əli Cəfəroğlu Əliyev 4 iyul 1968-ci ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1992-1993-cü illərdə Ağstafa rayonunun Həsənsu kənd orta məktəbində müəllim, 1993-cü ildə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, 1993-1995-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialında müəllim, 1995-1999-cu illərdə Rayon Gənclər və İdman İdarəsində baş inspektor, 1999-2011-ci illərdə Ağstafa Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. 2011-ci ildən Ağstafa rayon təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır və 2-ci dərəcəli dövlət qulluqçusudur. Yaradıcılığı İlk bədii yazısı olan "Atam mənim xoşbəxtliyim" şeiri 1989-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. İlk hekayəsi "Savalan" qəzetində, ilk nağılı "Göyərçin" jurnalında, aforizmləri isə "Həqiqət" qəzetində çap olunmuşdur. 7 jurnal və 30-dan çox qəzetdə bədii-publisistik yazıları, Kultaz.com saytında hekayələri, Bebe.az, Körpəm.net intellektual uşaq portallarında nağılları dərc olunmuşdur. 2002-ci ildə "Atam mənim xoşbəxtliyim" adlı ilk bədii kitabı "Şirvannəşr"də nəşr olunmuşdur. Kitabda yazıçının povestləri, hekayələri, nağılları, aforizmləri, mənsur şeirləri toplanmışdır. "Sahibsiz" povestində yetimlik həyatının açılarını dadmış gənclik çətin və şərəfli mübarizə yolunu qələmə almış, "Gül və qız" adlı nağıl povestində eşq və məhəbbətin gücünü göstərmiş, hekayə və nağıllarında cansız əşyaları danışdırmaqla uşaqlarda tərbiyəvi fikirlər aşılamağa çalışmışdır. 2003-cü ildə "Zirvəyə doğru" adlı ikinci kitabı "Şirvannəşr"də çapdan çıxmışdır. Kitabda povestlər, hekayələr, nağıllar, mənsur şeirlər və aforizmlər toplanmışdır. "Assuriyalılar" povestində assurların başına gətirilən bəlalardan, onların qaçqınlıq və didərginlik taleyindən bəhs olunur. "Zirvəyə doğru" povestində isə erməni əsirliyində işgəncələrə məruz qalmış azərbaycanlı zabitin fədakarlığı əks olunmuşdur. 2006-cı ildə "Həkimin arzuları" adlı bədii kitabı nəşr olunmuşdur. Kitabın əsas qayəsini vətənpərvərlik, ana yurda məhəbbət, mənəvi saflıq təşkil edir. Yeni nəslin tərbiyəsi mövzusu yazıçının yaradıcılığından ana xətt kimi keçir. 2008-ci ildə nəşr olunmuş "Səksən beş ilin baharı" kitabında müəllif rayonda yaşayan bir nəslin keçmişinə, bu gününə tarixilik nöqteyindən nəzər salmış, xalqımızın adət-ənənələrini, mənəvi və maddi mədəniyyətini əks etdirmişdir. 2013-cü ildə "Dənizçinin səyahəti" adlı kitabı nəşr olunmuşdur. Eyni adlı povestdə Avropa və Asiyanın müxtəlif ölkələri haqqında maraqlı məlumatlar verilmiş, hekayələrdə isə vətən eşqi vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sevgi hissləri öz əksini tapmışdır. 2014-cü ildə "Aforizm çələngi"adlı kitabı nəşr olunmuşdur. Bu kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı aforizmləri toplanmışdır. 2019-cu ildə İran İslam Respublikasının Zəncan şəhərində "Dənizçinin səyahəti" adlı kitabı fars dilində nəşr edilmişdir. 2011-ci ildə nəşr olunmuş "Azərbaycan yazıçıları XX-XXI yüzillikdə" ensiklopediyasında ( Bakı, 2011), "Yurdumuz".adlı ensiklopediyada (Bakı.,2010), həmçinin "Savalan" və "Ağstafa" qəzetlərində Əli Cəfəroğlu haqqında məlumatlar öz əksini tapmışdır. Azərbaycan mətbuatında bədii-publisistik yazılarla çıxış etmişdir. 20-dən çox əsəri Azərbaycan radiosunda səsləndirilmişdir. 1992-ci ildə Ağstafa rayonu haqqında çəkilmiş televiziya filminin ssenari müəllifi olmuşdur. Yeddi kitab müəllifidir. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2014-cü ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2018-ci ildə İraq Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyininə, 2021-ci ildə isə mərkəzi Kanadada yerləşən Şimali Amerika Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Əli Cəfəroğlu 2014-cü ilin may ayından Prezident təqaüdçüsüdür. 2015-ci ildə "Çinar və taxta parçası" adlı hekayəsi Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin rus bölmələrinin VIII sinifləri üçün dərc olunmuş "Azərbaycan dili" dərsliyinə salınmışdır. "Qızıl qələm" media mükafatı laureatıdır (2014-cü il). Təhsil sahəsində fəaliyyətində fərqləndiyinə görə Ağstafa rayon İcra hakimiyyəti başçısının 05.09.2016-cı il tarixli 167 nömrəli sərəncamı ilə rayon İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2014-cü ildə o, “Qızıl qələm” media mükafatına layiq görülmüş, həmin il dekabr ayının 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları müsabiqəsində II mükafatı, 2017-ci ildə I mükafatı qazanmışdır. 2015-ci ildə Dövlət Sərhəd Xidmətinin vətənpərvərlik mövzusunda keçirdiyi müsabiqədə hekayə nominasiyası üzrə III yeri, 2019-cu ildə I yeri, 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Kiçikyaşlı uşaqlar üçün nəzm, nəsr və dram əsərləri müsabiqəsi”ndə nəsr nominasiyası üzrə IV yeri, 2018-ci ildə Özbəkistan Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş esse müsabiqəsində I yeri tutmuşdur. 2021-ci ildə Kanadada keçirilmiş Anna Snitkina Dostoyevskaya adına beynəlxalq müsabiqədə nəsr nominasiyası üzrə qaliblərdən olmuş, Almaniyada keçirilmiş Dyuk de Rişelye adına beynəlxalq müsabiqədə nəsr nominasiyası üzrə hekayəsi dünya mədəniyyətinə töhfə verdiyi üçün qaliblərdən olmuş, Kanadada keçirilmiş Mark Tven adına beynəlxalq müsabiqədə nəsr nominasiyası üzrə 3-cü yeri tutmuş, İngiltərədə keçirilmiş X Open Eurasia-2021 beynəlxalq müsabiqəsində publisistika nominasiyası üzrə final mərhələsinə çıxmış, 2022-ci ildə Almaniyada keçirilmiş Ernest Heminquey adına beynəlxalq ədəbi müsabiqədə nəsr nominasiyası üzrə laureat olmuş, ədəbi fəaliyyətinə görə Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə, Argentina, Belarus və Qazaxıstanda diplomla təltif olunmuşdur. 2018-ci ildə mənsur şeirləri Türkiyədə nəşr olunmuş “Karabağdan Kerkükden Çanakkaleye” adlı şeir antologiyasında, “Azərbaycan qadınları repressiya illərində” adlı məqaləsi “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma yazılar toplusunda nəşr edilmişdir. Əli Cəfəroğlunun əsərləri 31 ölkədə - Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Belarus, Tacikistan, İran, Ukrayna, Kanada, Albaniya, Hindistan, Polşa, Rumıniya, Argentina, İngiltərə, Oman, Yunanıstan, Kosovo, Bolqarıstan, Rusiya, Serbiya, Qırğızıstan, Almaniya, Amerika Birləşmiş Ştatları, Vyetnam, Moldova, Banqladeş, Bosniya və Herseqovina, İordaniya, Livanda 22 dildə - Azərbaycan, türk, özbək, gürcü, rus, belarus, tacik, fars, ərəb, Ukrayna, alban, ingilis, fransız, alman, polyak, ispan, qazax, serb, yunan, Bosniya, qırğız, Vyetnam dillərində dərc edilmişdir. 2019-cu ildə "Əfqanıstandan sovet qoşunlarının çıxarılmasının 30 illiyi" medalı, 2022-ci ildə Beynəlxalq Ədəbiyyat və İncəsənət Assosiasiyası (Rusiya) tərəfindən “Müəllif xidmətlərinə görə” medalı ilə təltif edilmişdir. 2022-ci ildə isə Beynəlxalq Ədəbiyyat, İncəsənət, Kommunikasiya Akademiyasının (Almaniya) akademiki adını almışdır. 2023-cü ildə Almaniyada Beynəlxalq Əbədiyyat, İncəsənət, Kommunikasiya Akademiyasının təsis etdiyi beynəlxalqü "Frans Kafka" adına beynəlxalq ədəbi mükafata layiq görülmüşdür. Evlidir, bir oğlu, iki qızı, bir nəvəsi var. "Atam mənim xoşbəxtliyim". Bakı: Şirvannəşr, 2002, 130 səh "Zirvəyə doğru". Bakı: Şirvannəşr, 2003, 130 səh. "Həkimin arzuları". Bakı: Şirvannəşr, 2006, 130 səh. "Səksən beş ilin baharı". Bakı: Şirvannəşr, 2008, 100 səh. "Dənizçinin səyahəti". Bakı: Zərdabi LTD, 2013, 168 səh.6. "Aforizm çələngi Zərdabi LTD, 2014, 160 səh. 7. "Dənizçinin səyahəti", İran İslam Respublikası, Zəncan şəhəri, Qələme-mehr nəşriyyatı, 2020ci il, 206 səh. T.Əhmədov. Azərbaycan yazıçıları XX-XXI yüzillikdə. Bakı: 2011, səh.263 F.Turan. Yurdumuz. Bakı: 2010 "Savalan" qəzeti, 2014 "Ağstafa" qəzeti, 2014, 2015, 2016 "Palitra " qəzeti, 5 oktyabr 2018, səh.13 "Ədəbiyyat" qəzeti, iyul, 2018
https://az.wikipedia.org/w/index.php?curid=263861
Əli Daei
Əli Dayi (fars. علی دایی; 21 mart 1969, Ərdəbil, İran) — İran futbolçusu. Futbolçu karyerasını 2007-ci ildə bitirib. Milli futbol komandalarının tarixi boyu ən çox qol vuran oyunçudur. Milli komandanı Futbol üzrə dünya çempionatı 2006-dan sonra tərk edib. UNİCEF-in xoşməramlı səfiridir. Əli Dayi 1969-cu il martrın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olmuşdur. Olan bu futbolçu milli yığmalar arasında beynəlxalq görüşlərdə braziliyalı Pele, arqentinalı Maradona və macar Puşkaş kimi futbol korifeylərindən daha çox qol vurmuşdur (109 qol). Əli Dayi İran milli futbol komandasının və İranın (İstiqlal, Persepolis, Saypa və b.), Qətərin (Əl-Sədd), BƏƏ (Əl-Şəbab), Almaniyanın (Arminiya, Bayern Münhen, Herta) bir çox futbol komandalarının heyətində çıxış etmişdir. YUNİSEF-in xoş məramlı səfiridir. Nailiyyətləri 1999 — Almaniya çempionu. 1999 — Çempionlar liqasının finalçısı. 1998 — Asiya oyunlarının qəhrəmanı. 1996 və 2004 — Asiya kubokunun bürünc mükafatçısı.Şəxsi: İran milli futbol komandasının tərkibində dünyanın ən çox qol vuran futbolçusu - dünya rekordunun sahibi-109 qol 1999 — Asiyanın ən yaxşı futbolçusu. 1996 və 2004 — dünyanın ən yaxşı bombardiri (IFFHS mükafatı) 1996 — Asiya kubokunun bombardiri (8 top) 1998 — Asiya oyunlarının ən yaxşı bombardiri (9 top) 1996 — İran milli futbol komandasının tərkibində rəsmi oyunlarda 20 top (dünya rekordu), həmin il 2 top da yoldaşlıq görüşlərində vurmuşdur. XX əsr Asiya futbolçuları arasında IFFHS reytinqində 7-ci yeri tutur. 2004 — İran çempionatının ən yaxşı bombardiri. Oynadığı komandalar İstiqlal (Ərdəbil, İran) Taksirani (Ərdəbil, İran) Bank-e Tecarət (Tehran, İran) Persepolis (Tehran, İran) Əl-Sədd (Qətər) Arminiya (Almaniya) Bayer Münhen (Münhen, Almaniya) Herta (Berlin, Almaniya) Əl-Şəbab (BƏƏ) Səba batri (Tehran, İran) Saypa (Kərəc, Tehran)
https://az.wikipedia.org/w/index.php?curid=94528
Əli Dayi

https://az.wikipedia.org/w/index.php?curid=55417
Əli Dehqan
Əli Əliqulu oğlu Turabi Dehqan (1910-1990)—Cənubi Azərbaycanın elm və mədəniyyət xadimi. Əli Əliqulu oğlu Turabi 1910-cu ildə Cənubi Azərbaycanın Urmiya şəhərində ruhani ailəsində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Əli Dehqan "Sərzəmin-i Zərdüşt Rizaiyə" kitabının müəllifidir. “Urmu Zərdüşt peyğəmbərinin ölkəsi” kitabının müəlifi Əli Dehqan sonralar Urmunun təhsil idarəsinin rəisi olub. Öz yazdığına görə, o günlərdə 15-16 yaşda bir cavan olub. Baş verənləri ailəsi ilə birgə yaşayıb. Özəlliklə martın 17-də Urmunun müxtəlif küçələrindən keçib qohumlarının evlərində sığınacaq axtararkən 10000 nəfərin cənazəsini gördüyünü kitabın 517-i səhifəsində bəyan edir. Əli Dehqan Urmuda xristiyanların müsəlmanları qırdığı haqqında geniş məlumat verib, o kitabının 155-ci səhifəsində yazır: “Baxmıyaraq ki, Urmuda xristianlar Cilo ve Daşnaq paltarında yerli Türk əhalini qıraraq kökünü kəsmək istəyirdi, amma burada qeyd edilməlidir ki, bu xoşagəlməz hadisələrin törənməsində əsas səbəbkarlardan biri xarici misyonerlər, o cümlədən Amerika və Fransadan gəlmiş zahirən məzhəb qulluqçularının erməni və başqa məsihiləri qızışdırıb müsəlmanların əleyhinə silahlandırması olub.” Əli Dehqan Urmiyadakı qırğın haqda yazır: "Sübh tezdən anam məni, məndən böyük iki qardaşımı və kiçik qardaşımı götürüb evin damına apardı. Erməni təcavüzündən qorunmaq üçün qadınlar və uşaqlar damlara çıxırdılar. Axşama qədər ac-susuz orada qalmalı olduq. Axşama yaxın xəbər yayıldı ki, qətliama son qoyulub. Biz aşağı düşərək evə qayıtdıq. Lakin evdə heç nə qalmamışdı, hər şeyi aparmışdılar. Çıraqları belə sındırmışdılar. Evin görünüşü adamda dəhşətli hisslər oyadırdı. Hələ özümüzə gəlməmişdik ki, birdən-birə evimizin qapısı çox möhkəm döyülməyə başladı. Anam bizi (4 uşağı) çörək bişirmək üçün istifadə olunan təndirin içinə qoyub özü də təndirə girdi. Anam deyirdi ki, ermənilər gəlsə, birinci məni, sonra uşaqlarımı öldürsünlər. Bu olaylar və onunla bağlı xatirələr o qədər dəhşətlidir ki, hələ də 80 il keçməsinə baxmayaraq, həmin hadisələri unuda bilmirəm". Xoyda baş verənlər haqda da Əli Dehqan bildirir: "Qeyrətli Xoy əhalisinin həmin çətin günlərdə göstərdiyi qəhrəmanlıq təqdirəlayiqdir. Şəhərin düşmən əlinə düşməməsi üçün böyükdən kiçiyə qədər hamı döyüş meydanında qalıb vuruşmaq və bu yolda ölmək qərarına gəldi. Qəhrəman Xoy əhalisinin həmin ağır günlərdə vəşşi düşmən qarşısında göstərdiyi misilsiz müqavimət səhnələri insanda böyük qürur hissi oyadır". Əli Dehqan 1990-cı ildə vəfat edib.
https://az.wikipedia.org/w/index.php?curid=393357
Əli Dimayev
Əli Dimayev 27 sentyabr 1953-cü ildə Qırğızıstan SSR-də anadan olub. Atası məşhur çeçen musiqiçisi Ömər Dimayevdir.O, ümumtəhsil və musiqi məktəblərində oxuyub. Təhsil aldığı gündən müxtəlif həvəskar tamaşalarda fəal iştirak edib, rəsm və rəqs dərnəkləri ilə məşğul olub. O, həm də Respublika Pionerlər Sarayının mahnı və rəqs ansamblının solisti olmuş, respublika müsabiqələrində və məktəb özfəaliyyət tamaşalarının konsertlərində çıxış etmişdir. Pianoda ifa etməyi öyrənib. Sinif yoldaşları ilə birlikdə 1968-ci ildə ilk milli rok "Vaynaxlar" ansamblını təşkil edib. Onun bəstəkarlıq fəaliyyətinin başlanğıcı da həmin dövrə təsadüf edir. 1974-cü ildə musiqi məktəbinin fortepiano sinfini bitirərək "Şövda" (Çeşmə) qrupunu yaradıb. Əli Dimayev Volqoqradda hərbi xidmət keçib. Xidmət müddətində "Ratniki" estrada ansamblını yaradıb. Ansambl tez-tez konsertlərlə Volqoqrad və Şimali Qafqaz Hərbi Dairəsinin hərbi hissələrində qastrollarda olurdu. 1977-ci ildə ordudan tərxis olunduqdan sonra Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestrinin rəhbəri vəzifəsində işləyib. 1981-ci ildə ilk milli peşəkar rok qrupu "Zama"nı yaradıb. 1985-ci ildə "Zama" ansamblı Moskvada keçirilən XII Ümumdünya Gənclər və Tələbələr Festivalının mədəni proqramında iştirak etmiş və festivalın qalibi olmuşdur. 1986-cı ildə "Zama" qrupunun üzvü kimi Çeçen-İnquş MSSR Lenin Komsomolu Mükafatı laureatı olub. 1995-ci ilin iyununda ansambla "Zama" Dövlət Pop Mahnısı Teatrı statusu verildi və Dimayev onun bədii rəhbəri və direktoru təyin edildi. 2000–2004-cü illərdə Çeçenistan Respublikasının Rusiya Federasiyası Prezidenti yanında Nümayəndəliyində baş mütəxəssis, 2002-ci ilin iyun ayından isə mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. 2001-ci ildə Çeçenistan Respublikasının Xalq artisti adına layiq görülüb. Həmin ilin oktyabrında İnquşetiya Respublikasının xalq artisti adına layiq görülüb. Əli Dimayev 500-dən çox mahnının, orkestr musiqisinin müəllifidir. Hazırda Moskvada yaşayır, yaradıcılıqla məşğul olur, gənc ifaçılara kömək edir, prodüser fəaliyyəti ilə məşğul olur. Ata — Ömər Dimayev, məşhur çeçen musiqiçisi və bəstəkarı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti. Qardaş — Səid Dimayev, musiqiçi, bəstəkar, dirijor, Rusiya Bəstəkarlar İttifaqının üzvü. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=725648
Əli Erbaş
Əli Erbaş (türk. Ali Erbaş; 1961, Kabadüz, Ordu ili) — Türk akademik və Dəyanət İşləri Naziri.12 kitabı, bir çox məqalə yazan eyni zamanda Türkiyədə və xaricdə simpozium ə konfranslat təşkil edən professor Əli Erbaş evlidir və 4 övladı var. Həyat və fəaliyyəti 1961-ci il Kabadüz, Orduda anadan olan Əli Erbaş 1980-ci ildə Sakarya İmam-Hatip liseyini, 1984-cü ildə Mərmərə Universitetinin ilahiyyat fakültəsini bitirmişdir. 1987-ci ildə Təfsir bölməsində "Qurandakı təkrarlanmalar" adlı tezislə magistr dərəcəsini, 1993-cü ildə isə "İlahi dinlərdə mələk inancı" tezisi ilə Dinlərin tarixi bölməsində doktorluq dərəcəsini tamamlamış, 1998-ci ildə dosent adını qazanmışdır. 1997–2002-ci illərdə Sakarya Universiteti İlahiyyat fakültəsində dekan müavini vəzifəsində çalışan Əli ERbaş burada işləyərkən 2004-cü ildə professor elmi adını almışdır. O, 2006 və 2011-ci illər arasında iki dəfə dekan vəzifəsində çalışmaqla yanaşı, eyni zamanda "Fətullahçı Terror Təşkilatı" ilə əlaqəli olan KADİP Mədəniyyətlərarası Dialoq Platformasının idarə heyətinin üzvü olmuşdur. Dəyanət işləri üzrə rəhbər kimi 2011-ci ildə Din İşləri üzrə müəssisənin təhsil xidmətlərinin ümumi müdirliyi vəzifəsinə təyin edildi və 6 il bu vəzifədə çalışdı. 17 sentyabr 2017-ci ildə isə Din işləri üzrə müdir vəzifəsinə təyin edildi. Xarici keçidlər Əli Erbaşın rəsmi facebbok səhifəsi Ali Erbaşın rəsmi twitter səhifəsi
https://az.wikipedia.org/w/index.php?curid=679325
Əli Eyvazov
Əli Eyvazov (tam adı: Əli Seyran oğlu Eyvazov; 30 iyun 2001, Göyçay – 14 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əli Eyvazov 2001-ci il iyunun 30-da Göyçay şəhərində anadan olub. Subay idi. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Əli Eyvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Əli Eyvazov oktyabrın 14-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Eyvazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=679588
Əli Eyvazov (əsgər)

https://az.wikipedia.org/w/index.php?curid=828463
Əli Feyziyev
Əli Malik oğlu Feyziyev (11 iyul 1994, Ərçivan, Astara rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Feyziyev Əli Malik oğlu 11 iyul 1994-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 2000–2011-ci illərdə Ərçivan kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 2015-ci il yanvar ayının 25 də Afaq Feyziyeva ilə ailə həyatı qurmuşdur. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Əli Feyziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Feyziyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Feyziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
https://az.wikipedia.org/w/index.php?curid=709923
Əli Fitrət
Əli Məhəmməd oğlu (Əli Fitrət) - Cənubi Azərbaycanın tanınmış şairlərindən, "Azərbaycan şair və yazıçılar cəmiyyəti"nin təşkilatçılarından biri. Əli Məhəmməd oğlu Fitrət 1890-cı ilin baharında Cənubi Azərbaycanda, Təbriz şəhərində ruhani ailəsində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Lakin atası Molla Məhəmməd ona klassik ədəbiyyatı, elmi-bilikləri və ərəb dilini mükəmməl öyrətmişdir. 15 yaşında ikən atası vəfat etdiyindən təhsilini yarımçıq qoyub mürəttib işləmişdir. Bədii yaradıcılığa bu dövrdən başlamışdır. Səttarxan hərəkatına qoşulmuş, fədai kimi əldə silah cəbhələrdə döyüşmüşdür. "Səttarxan medalı" ilə təltif olunmuşdur. İyirmi beş yaşında mürəttibliyi tərk edib, Təbriz-Culfa dəmiryolu idarəsində çalışmışdır. Gənclik dövründə farsca şeirlər yazsa da, sonra imtina edib, ana dilində yazmağı üstün tutmuşdur. Təbriz və Tehran dövrü mətbuatında ("Şahin", "Təbriz", "Səhənd", "Kanuni-Şüəra", "Xavər-no", sonra isə "Azərbaycan", "Şəfəq", "Vətən yolunda" məcmuə və qəzetlərdə) şeirləri işıq üzü görmüşdür. Satirik şeirlərini gizli imzalarla dərc etdirmişdir. İlk şeir kitabçasında ("Bayquş və bülbül" (1932)) təmsilləri toplanmışdır. "Şairlər məclisi"nin, Milli hökumət yaranandan isə "Azərbaycan şair və yazıçılar cəmiyyəti"nin təşkilatçılarından biri olmuşdur. Gənc ədəbi qüvvələrə məsləhətlər verməsi, yığıncaqlarda, ədəbi gecələrdə çıxışları ona rəğbət qazandırmışdır. Yaradıcılığının birinci dövründə (1906-1947) "Bumu bülbül", "Divani Fitrət" (1937) kitabları nəşr olunmuşdur. Yaradıcılığının ikinci mərhələsində dolğun yaradıcılıq dövrü keçirmiş, ictimai-siyasi lirikası və qəzəlləri ilə tanınmışdır. 1941-1946-cı illərdə Respublikamızın ziyalıları tərəfindən Təbrizdə nəşr olunmuş Vətən Yolunda (qəzet) qəzetində bir çox serləri dərc olunmuşdur. Milli hökumət məğlub edildikdən sonra İran hakim dairələri onu zindana salmış, əzab və işgəncələr vermiş, 1948-ci ildə zindanda qətlə yetirmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=46021
Əli Fuad Cəbəsoy
Əli Fuad Paşa (23 sentyabr 1882 və ya 1882, Konstantinopol – 10 yanvar 1968, İstanbul) — Türkiyənin dövlət, hərbi və siyasi xadimi. Əli Fuad Paşa Ali hərbi təhsil almış, Balkan müharibələrində (1912–13) və Birinci dünya müharibəsində (1914–18) iştirak etmişdir. Kazım Qara Bəkir paşa, Bəkir Sami bəy və digər türk milli azadlıq mücadiləsi xadimləri ilə birlikdə Mustafa Kamal Atatürkün 1919-cu il iyunun 20-də bəyan etdiyi Amasya təlimatını imzalamışdı. 1920-ci il aprelin 23-də Ankarada işə başlamış Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətinin Moskvadakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş və 1921-ci il fevralın 18-də Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) hökuməti ilə danışıqlar aparmaq üçün göndərilmiş Türkiyə nümayəndə heyəti ilə birlikdə Moskvaya gəlmişdir; fevral-mart aylarında Yusif Kamal bəy və doktor Riza Nuru bəylə birlikdə Moskvada RSFSR xarici işlər naziri Georgi Çiçerinlə, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü C.Qorxmazovla danışıqlar aparmışdır. Əli Fuad paşa Moskva konfransında Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsi məsələsinin uğurla həll edilməsi sahəsində gərgin və səmərəli diplomatik fəaliyyət göstərmişdir. Danışıqlarda məhz Türkiyə diplomatlarının, o sıradan da Əli Fuad paşanın səyləri sayəsində "Dostluq və qardaşlıq haqqında" RSFSR-Türkiyə müqaviləsinin (Moskva, 16 mart 1921-ci il) 3-cü maddəsinə və 1 (V) əlavəsinə əsasən, Naxçıvan vilayətinə Azərbaycanın himayəsi altında muxtariyyət verilməsi razılaşdırıldı. Əli Fuad paşa sonralar millət vəkili, 1948-ci ildə isə TBMM başqanı seçilmiş və Türkiyə Cümhuriyyətinin daxili və xarici siyasətinin işlənib hazırlanmasında fəal rol oynamışdır. 1960-cı illərdən elmi fəaliyyətlə məşğul olmuşdur. "Sinif yoldaşım Atatürk", "Moskva xatirələri" və sair əsərlərin müəllifidir. Əli Fuad Cəbəsoy // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. səh. 363. ISBN 9952-417-14-2.
https://az.wikipedia.org/w/index.php?curid=333517
Əli Fuad Paşa

https://az.wikipedia.org/w/index.php?curid=562034
Əli Fəhmi
Əli Fəhmi (19 fevral 1919, Bakı – 13 mart 1975, Bakı) — mətnşünas. Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. "Səndə İmam Əli fəhmi var" – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan "Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar" deyə soruşduqda "Əlbəttə ki, Əli Fəhmi" deyə cavab vermişdir. Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışmışdır. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır. Lakin son anda bəlli olur ki, həmin iş digər bir aspirant tərəfindən işlənir. Sovet dövrünə xas olan haqsızlıq, süründürməçilik onu bezdirir, bu işi yarımçıq qoymağa vadar edir. Əli Fəhmi ADU-da mətnşünaslıqdan dərs deyir, qəzəllərin elmi təhlilini verir, jurnalistika fakültəsinin tələbələrinə ərəb əlifbasını tədris edirdi. Əli Fəhminin klassiklərimizlə bağlı zəngin biliyindən kinoda, teatrda, televiziya və radioda geniş istifadə olunurdu. O, televiziyada əruzla bağlı çətin oxunan qəzəllər üzrə məsləhətçi idi. 1975-ci il martın 13-də vəfat etmiş, Bülbülə kənd qəbristanlığında dəfn edilmişdir. Filmoqrafiya Nəsimi (film, 1973) Həmçinin bax Telman Ələkbərov Xarici keçidlər İLHAM ƏLƏKBƏROV ATASI ƏLİ FƏHMİ HAQQINDA
https://az.wikipedia.org/w/index.php?curid=38078
Əli Fəhmin

https://az.wikipedia.org/w/index.php?curid=262366
Əli Fərzəlibəyov
Fərzəlibəyov Əli Mahmud bəy oğlu (Əli Fərzəliyev; 1918, Şuşa – Bakı) — həkim. 1-ci dərəcəli Vətən Müharibəsi, 2 Qırmızı Ulduz ordenləri, 20-dək medallarla təltif edilmişdir. 1965-ci ildə Azərbaycanın Əməkdar həkimi fəxri adı, Azərbaycanın Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, uzun illər Zuğulba Müalicə Sanatoriyasının baş həkimi vəzifəsində çalışmışdır. Əli Fərzəlibəyov 1918-ci ildə Şuşa şəhərində doğulmuşdu. Orta təhsil aldıqdan sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstituna (hazırkı ADTU)-yə qəbul olmuşdu. 1941-ci ildə 90 nəfər məzunlardan ilk siyahılarda idi. 1942-ci ildə sovet ordusu sıralarına çağrılmışdır. Ə.Fərzəliyev 2-ci dünya müharibəsinin ilk günlərindən ordu sıralarına səfərbərliyə alınmış, başqa məzun yoldaşları ilə birlikdə cənub-qərb cəbhəsinə göndərilmişdir. 1971-ci ilə kimi müxtəlif hərbi-həkim vəzifələrində işləmişdir. Hətbi xidmətinin son illərində Azərbaycan SSR Hərbi komissarlığında ikinci şöbə rəisinin müavini olmuşdur. Ə.Fərzəlibəyov sovet ordusu sıralarından tərxis olunduqdan sonra Bakıda müxtəlif müalicə ocaqlarının rəhbəri olmuş və 1989-cu ildən öz şəxsi təşəbbüsü ilə yaratdığı Azərbaycan Təbabət və Səhiyyə Tarixi Muzeyində direktor işləmişdir. 1942-ci ildə sovet ordusu sıralarına çağrılmışdır. Böyük Vətən Müharibəsində 200-cü atıcı diviziyasının 400-cü texniki batalyonunda tibbi-sanitar bölməsinin rəisi kimi çətin bir vəzifəni yerinə yetirməklə bərabər hərbi əməliyyatlarda da bilavasitə iştirak etmişdir. Sonra 309-cu atıcı diviziyanın 306-cı tibb batalyonunda hospital şöbə rəisi vəzifəsində işləmişdir. Ə.Fərzəliyev qulluq etdiyi Qırmızı Ulduz ordenli, qırmızı Bayrağı Sibir Diviziyası ilk dəfə 1942-ci ildə iyul ayında Don çayı yaxınlığında, Svoboda şəhərində Voronej cəbhəsinin 6-cı ordusu tərkibində iştirak edir. Diviziya 1942-ci ilin avqustunda Şkatrs sahəsində döyüşə-döyüşə Donu keçmək və sonra hücuma başlamaq üçün bir döyüş meydanı kimi qərb sahilini ələ keçirmək tapşırığı alır. Bu ağır döyüşlərdə həkim Ə.Fərzəliyev öz tabeliyində olanlarla düşmənin yağış kimi yağan güllələri və top atəşi altında qorxu bilmədən az qala canlarını fəda edərək yaralılara ilk tibbi yardım göstərmiş, onlarla yaralı əsgər və zabiti ölümün pəncəsindən alıb həyata qaytarmışdır. 1943-cü ildə Dnepr uğrunda döyüşlərdə yaralılara xidmət göstərmək üçün düşmən aviasiyasının fasiləsiz atəşi altında olduqca ağır döyüş şəraitində tibb briqadası yaradır, Əli Fərzəliyev briqadanın ən fəal və cəsur tibb işçilərindən sayılırdı. O, bu döyüşlərdə igidliyinə görə medalı və Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. Ə.Fərzəliyev cəbhədə döyüşdüyü müddət ərzində yaralıları döyüş meydanından nəyin bahasına olur olsun tez çıxarmağı, onlarla əsl peşəkarlıqla tibbi yardım göstərməyi özünün müqəddəs vəzifəsi sayır və tabeliyində olanları da bu ruhda tərbiyə edirdi. 1945-ci ilin fevral ayında düşmənin Oder çayı ətrafında Breslau şəhəri ətrafında olan qoşun dəstələrini məhv etməklə böyük qəhrəmanlıq göstərmiş 309-cu atıcı diviziyası 2-ci dərəcəli Kutuzov ordeni ilə təltif olunmuşdur. Breslau rayonunda yüzlərlə yaralı qəbul edilir, onlara operativ tibbi yardim göstərdiyinə görə Ə.Fərzəliyev 2-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilir. Ə.Fərzəliyev qulluq etdiyi 309-cu atıcı diviziyası döyüşən ordu ilə birlikdə 2200 kilometrdən artıq odlu alovlu döyüş yolu keçmiş, 22 şəhər və iri yaşayış məntəqəsini azad etmişdir. Ə.Fərzəliyev müharibədən sonra 1971-ci ilədək hərbi xidmətdə olmuşdur. Mükafatları Əli Fərzəlibəyov "SSRİ Səhiyyə əlaçısı", "Azərbaycanın əməkdar həkimi" adlarına layiq görülmüş, 5 orden, 20-yə yaxın medalla təltif olunmuşdur. Ənvər Çingizoğlu, Zülfəli bəyin törəmələri (Fərzəlibəyovlar), "Soy" elmi-kütləvi dərgi, 2009, №12, səh.55-69.
https://az.wikipedia.org/w/index.php?curid=581616
Əli Fərzəliyev

https://az.wikipedia.org/w/index.php?curid=79521
Əli Fərəcov
Fərəcov Əli Abbas oğlu — filoloq, dilçi, filologiya elmləri doktoru (1972), professor (1973). Əli Fərəcov 1927-ci il iyunun 7-də Qərbi Azərbaycanda İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirəndən sonra İrəvan Pedaqoji Texnikumunda təhsil almışdır. Əmək fəaliyyətinə Zəngibasar rayonu kənd orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil almışdır (1946-1951). Azərbaycan Dövlət Nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor, "Tədrisnəşr"də böyük redaktor vəzifələrində çalışmışdır (1951-1960). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1960-1964). "Şagirdlərdə morfoloji məfhumların mənimsənilməsinin metodik əsasları" müvzusunda doktorluq dissertasiyası (1972) müdafiə etmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil metodikası və pedaqogikası fakültəsində dekan müavini, filologiya fakültəsinin dekanı, eyni zamanda institutun "Elmi əsərləri"nin məsul katibi olmuşdur. Elmi-pedaqoji və metodik əsərləri və tərcüməçilik fəaliyyəti ilə tanınmışdır. Şərikli yazdığı Azərbaycan və rus məktəblərinin III-V və VI sinifləri üçün "Azərbaycan dili" dərslikləri təkrar-təkrar nəşr edilmişdir. "Müxtəsər dilçilik lüğəti" (1960), "İzahlı dilçilik lüğəti" (1969), "Qrammatik məfhumların mənimsənilməsinin bəzi məsələləri" (1970) və "Azərbaycan dili" (III, VI siniflər üçün) dərslikləri kütləvi tirajla nəşr olunmuşdur. Xidmətlərinə görə, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanı, medallar və maarif əlaçısı nişanı ilə təltif edilmişdir. 1977-ci il mayın 11-də vəfat etmişdir. Haqqında yazılanlar Ziyəddin Məhərrəmov, "Xatirələrdə yaşayan Əli müəllim", Bakı, “Günəş” nəşriyyatı 2006, 124 səh.
https://az.wikipedia.org/w/index.php?curid=313696
Əli Fəthi Okyar
Əli Fəthi Okyar (29 aprel 1880, Pirlepe – 7 may 1943, Ankara və ya İstanbul) — Türk hərbiçisi və siyasətçisi. Cümhuriyyəti quran qabaqcıl heyət içində iştirak etmiş, Baş nazirlik və TBMM Başçılığı idarə etmişdir. Atatürkün təlimatı ilə qurulan müxalifət partiyası Sərbəst Cümhuriyyət Firqəsini idarə etmişdir. Həyatı boyunca Mustafa Kamal Atatürkün ən yaxın yoldaşlarından biri olmuşdur. Gənclik illəri 1880-ci ildə Makedoniyada olan Pirlepedə doğulmuşdur. 1898-ci ildə Hərbiyə Məktəbinə daxil olur və 1900-cü ildə Piyada Leytenant rütbəsi ilə məzun olur. 1904-cü ildə Qərargah Kapitanı olaraq Selanikdə olan 3-cü Ordu əmrinə verildi. Burada İttihad və Tərəqqi Cəmiyyətinə qatılaraq, 1908 İnqilabını hazırlayan heyət içində iştirak etdi. 1908-ci ildə mayorluğa yüksəldilərək Selanik Jandarma Subay Məktəbi Komandirliyinə gətirildi. 12 yanvar 1909-cu ildə Paris Hərbi Attaşesi oldu. 3 iyul 1911-ci ildə Albaniya hərəkatında İşkodra mürəttəb Qüvvələr Qərargah heyətinə təyin edildi. 6 oktyabr 1911-ci ildə Ənvər bəy və Mustafa Kamal ilə birlikdə Trablusqarpa gələrək müdafiə qüvvələrində vəzifə aldı. Osmanlı Məclis-i Mebusanının II Dövrü üçün 13 aprel 1912-ci ildə keçirilən seçkidə Manastır Millət vəkili oldu. Məclisin bağlanılmasından sonra orduya dönərək 17 noyabr 1912-ci ildə Çanaqqala Boğazı mürəttəb Qüvvələr Qərargah Başçılığına təyin edildi. 13 oktyabr 1913-cü ildə Sofiya Elçisi oldu. Eyni dövrdə hərbi atası olaraq Sofiyada olan Mustafa Kamalla dostluğu burada möhkəmləndi. Məclis-i Məbusani III Dövrünün son ilində o, 8 dekabr 1917-ci ildə İstanbul Millət vəkili seçilərək elçilik vəzifəsindən ayrıldı. İttihad və Tərəqqinin məğlubiyyətindən sonra 14 oktyabr 1918-ci ildə qurulan Əhməd İzzət Paşa hökumətində Terapiya Naziri oldu. 8 noyabrda köhnə rejim irəli gələnlərindən Talat, Ənvər, Camal və Səid Halim paşaların ölkə xaricinə qaçışına Daxili İşlər naziri olaraq mane ola bilməməklə günahlandırılması Əhməd İzzət Paşa kabinetinin istefasına səbəb oldu. 1 noyabr — 21 dekabr 1918 tarixləri arasında Mustafa Kamal ilə birlikdə Minbər qəzetini çıxardı. İttihadçı gizli təşkilata mənsub olduğu iddiası ilə 10 mart 1919-cu ildə həbs olundu, 2 iyun 1919-cu ildə Maltaya sürgünə göndərildi. Malta sürgünlüğü 30 may 1921-ci ildə sərbəst buraxılmasıyla sona çatdı. Qurtuluş Döyüşü və Respublika Dövrü 15 avqust 1921-ci ildə İstanbul millət vəkili olaraq TBMM 1-ci Dövrəyə qatıldı. 10 oktyabr 1921–4 oktyabr 1922 arasında Terapiya Vəkilliyi etdi. TBMM 2-ci dövrdə yenidən İstanbul Millət vəkili seçildi. 14 avqust 1923-cü ildən respublikanın elanına qədər İcra Vəkilləri Heyəti rəisliyi və Terapiya Vəkilliyi etdi. Fəthi bəy kabinetinin istefasına gətirib çıxaran siyasi hadisələr 29 oktyabr 1923-cü ildə bir konstitusiya dəyişikliyi ilə Respublikanın elanına səbəb oldu. Respublikanın elanından dərhal sonra, 1 noyabr 1923-cü ildə TBMM sədri seçildi. 1 noyabr 1924-cü ildə yenə prezident seçildi. Ancaq eyni ay içində Kazım Qarabəkir və Əli Fuad Paşanın liderliyində bir qrup millət vəkilinin Tərəqqipərvər Cümhuriyyət Firqəsi adı ilə müxalif bir partiya qurmaları üzərinə 22 noyabr 1924-cü ildə İsmət Paşa yerinə Baş nazirliyə gətirildi. Bu zaman sərtliyi ilə tanınan İsmət Paşaya qarşılıq Fəthi bəyin mülayim və uzlaşmacı şəxsiyyəti rol oynadı. Ancaq üç ay sonra Şərqdə Şeyx Səid Üsyanının baş verməsi ilə uzlaşma siyasəti iflas etdi. 2 mart 1925-ci ildə hökumət istefa etdi, İsmət Paşa yenidən baş nazir oldu. Eyni gün elan edilən Takrir-i sakitlik Qanunu ilə ölkə səviyyəsində müxalifət susdurulub. Tərəqqipərvər Təriqət bağlanıldı. Fəthi bəy Paris Səfirliyinə təyin istəyərək Türkiyədən uzaqlaşdı. 9 avqust 1930-cu ildə Atatürkün təlimatı ilə səfirlikdən istefa edərək Sərbəst Cümhuriyyət Firqəsini qurdu və partiyanın ümumi başçısı oldu. Gümüşxanə Millət vəkili olaraq təkrar Məclisə girməsi təmin edildi. Sabitlik məqsədi ilə qurulan partiyanın, İzmir Mitinqindən sonra irtica tərəfdarı bir hərəkətə çevrilməyə başlaması ilə günahlandırması üzərinə, öz istəyi və Atatürkün təlimatı ilə 17 noyabr 1930-cu ildə partiyasını ləğv etdi və yenidən ölkə xaricinə getdi. 31 mart 1934-cü ildə London Səfirliyinə təyin edildi. İkinci Dünya müharibəsinin əvvəlində Türkiyə ilə Böyük Britaniya arasında reallaşan diplomatik və hərbi yaxınlaşmada əhəmiyyətli bir rol oynadı; Montrö sazişinin memarlarından biri oldu. 1937-ci ildə Trakya Manevrlərinə qatılaraq xarici heyətlərə yoldaşlıq etdi. Atatürkün ölümündən qısa bir müddət sonra, prezidenti İsmət İnönünün köhnə rəqibləri ilə barışma siyasətinə uyğun olaraq 4 yanvar 1939-cu ildə Boludan deputat təyin olundu; səfirlik vəzifəsindən ayrılaraq yurda döndü. Eyni il seçilən 8-ci Məclisə də Bolu Millət vəkili olaraq daxil oldu. 2-ci Rafiq Şəffaf Kabinetində Ədalət naziri oldu və bu vəzifəsini 12 mart 1941-ci ildə qədər davam etdirdi. 7 may 1943-cü ildə İstanbulda vəfat etdi. Məzarı Zincirlikuyu qəbiristanlığındadır. Fəthi Okyar diplomatik qabiliyyətləri və mülayim, ağıllı şəxsiyyətiylə hər dövrdə hörmət qazandı. Böyük Britaniya və Amerikadakı kimi, millətin iradəsinə söykənən demokratik, liberal və praqmatik bir siyasi görüşü müdafiə etdi. İttihad və Tərəqqi içində əhəmiyyətli vəzifələr yerinə yetirdiyi halda partiyanın yuxarı rəhbərliyinin korrupsiya və cinnətlərindən uzaq dayandı; bunun sayəsində İttihad və Tərəqqinin süqutundan sonra da möhtərəmliyini qoruya bildi. Yaxın yoldaşı Rauf bəyin əksinə, siyasi karyerası boyunca Mustafa Kamala tərs olmamağı bacardı. Uzun müddət İsmət İnönünün başlıca rəqibi olaraq görüldüyü halda 1938-ci ildən sonra onunla barışdı və yenidən yüksək səviyyəli siyasi mövqelərə gətirildi.
https://az.wikipedia.org/w/index.php?curid=738215
Əli Gökdəmir
Əli Gökdəmir (d. 17 sentyabr 1991, Şvabiş, Almaniya) — Alman mənşəlli Azərbaycanlı keçmiş futbolçu. Mövqeyi müdafiəçi olan Əli Gökdəmir karyerası ərzində Hannover 96, Elazığspor və Simurq komandalarında mübarizə aparıb. Əli Gökdəmir həmçinin 2012-ci ildən 2013-cü illə gədər Azərbaycan yığmasının uğurları üçün çalışıb. Azərbaycan yığmasında 10 oyunda meydana daxil olan Əli Gökdəmir karyerasını 2016-cı ildə 24 yaşı olarakən ailə məsələrinə görə bitirib. "Hannover 96" "Elazığspor" "Simurq FK" Son yenilənmə tarixi: 15 iyul 2016 Azərbaycan yığması karyerası Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=454108
Əli Hacıbəyov
Əli Hacıbəyov (6 avqust 1989, Mahaçqala) — futbolçu, müdafiəçi, Legion-Dinamo klubunun oyunçusu. Klub karyerası Dağıstan futbolunun yetirməsidir. 2005-ci ildə "Anji-Xəzər" həvəskar klubunda oynaır, lakin klub tezliklə çempionatdan çıxır. 2006-cı ildə Anjinin Birinci Divizionda mövsüm üçün müraciətinə daxil edilir və 28 iyul 2006-cı ildə Mahaçqala Dinamosu ilə səfər matçının 76-cı dəqiqəsində Erik Kamdemi əvəz edərək debüt edir. Növbəti mövsüm 12 oyun keçirir. Anjinin Premyer Liqada oynamaq hüququ qazandığı 2009-cu il mövsümündə, Novorossiyskin Çornomorets klubu ilə oyunda Yevgeni Şerbakovu əvəz edərək yalnız bir oyun keçirir. Premyer Liqada 4 iyul 2010-cu ildə Sankt-Peterburqun "Zenit" klubu ilə səfər matçında debüt edir və oyunçu çatışmazlığı səbəbindən mərkəzi hücumçu kimi oynadılır. 13 yanvar 2017-ci ildə Hacıbəyov "Krılya Sovetov klubu ilə 3,5 illik müqavilə imzalayır. 20 iyul 2018-ci ildə Krasnoyarskın "Yenisey" klubu ilə müqavilə imzalamışdır. Əli Hacıbəyov Yenisey klubunda 2018–19 mövsümü üçün icarəyə götürülür. 2021-ci ilin sentyabr ayının əvvəlində Mahaçqala "Legion-Dinamo" nun ərizəsinə daxil edilir. Milli komanda karyerası Rusiya gənclər komandasına qarşı bir oyuna ikinci Rusiya millisinə çağırılır və bu matçda iştirak edir. 31 avqust 2011-ci ildə tam hüquqlu 11v11 məşqini keçirmək üçün əsas Rusiya milli komandasına çağırılır, sonra ikinci Rusiya milli komandasının yerləşdiyi yerə qayıdır. Nailiyyətlər Birinci Divizionun qalibi: 2009; Rusiya çempionatının bürünc mükafatçısı: 2012/13; Rusiya Kubokunun finalçısı: 2012/13. Şəxsi həyat Milliyyətinə görə əslən ləzgiddir. Dağıstanın Doqquzpara rayonunun Miskincə kəndindəndir. Uşaqlıqda təxminən bir il sərbəst güləşlə məşğul olur, sonra bir müddət kikboksinqə maraq göstərir. Hacıbəyovun atası anbar müdiri işləyirdi. 20 may 2012-ci ildə Əlinin bir oğlu dümnyaya gəlir, ona Əmir adı verilir. 2014-cü ilin mart ayının əvvəlində Hacıbəyov cütlüyündən bir qız dünyaya gəlir. Böyük qardaşı Albert də peşəkar futbolçudur.
https://az.wikipedia.org/w/index.php?curid=723168
Əli Hacıyev
Əli Hacıyevlə Bəxtiyar Quliyevin öldürülməsi — Əsgəran rayonunda ermənilərin öldürdüyü iki Azərbaycanlı hadisəsi. Öldürülənlər Əli Kamal oğlu Hacıyev 2 yanvar 1965-ci ildə Ağdam rayonunda anadan olub. 1988-ci il fevralın 22-də Bəxtiyar Quliyev ilə birgə Əsgəran rayonunda şəhid olub. Məhz onlar, I Qarabağ müharibəsinin birinci şəhidləridir. Bəxtiyar Zahid oğlu Quliyev 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1988-ci il fevralın 22-də Əli Hacıyev ilə birgə Əsgəran rayonunda şəhid olub. Məhz onlar, I Qarabağ müharibəsinin birinci şəhidləridir.
https://az.wikipedia.org/w/index.php?curid=836097
Əli Hacıyev (şəhid)
Əli Hacıyevlə Bəxtiyar Quliyevin öldürülməsi — Əsgəran rayonunda ermənilərin öldürdüyü iki Azərbaycanlı hadisəsi. Öldürülənlər Əli Kamal oğlu Hacıyev 2 yanvar 1965-ci ildə Ağdam rayonunda anadan olub. 1988-ci il fevralın 22-də Bəxtiyar Quliyev ilə birgə Əsgəran rayonunda şəhid olub. Məhz onlar, I Qarabağ müharibəsinin birinci şəhidləridir. Bəxtiyar Zahid oğlu Quliyev 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1988-ci il fevralın 22-də Əli Hacıyev ilə birgə Əsgəran rayonunda şəhid olub. Məhz onlar, I Qarabağ müharibəsinin birinci şəhidləridir.
https://az.wikipedia.org/w/index.php?curid=705288
Əli Hacıyevlə Bəxtiyar Quliyevin öldürülməsi
Əli Hacıyevlə Bəxtiyar Quliyevin öldürülməsi — Əsgəran rayonunda ermənilərin öldürdüyü iki Azərbaycanlı hadisəsi. Öldürülənlər Əli Kamal oğlu Hacıyev 2 yanvar 1965-ci ildə Ağdam rayonunda anadan olub. 1988-ci il fevralın 22-də Bəxtiyar Quliyev ilə birgə Əsgəran rayonunda şəhid olub. Məhz onlar, I Qarabağ müharibəsinin birinci şəhidləridir. Bəxtiyar Zahid oğlu Quliyev 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1988-ci il fevralın 22-də Əli Hacıyev ilə birgə Əsgəran rayonunda şəhid olub. Məhz onlar, I Qarabağ müharibəsinin birinci şəhidləridir.
https://az.wikipedia.org/w/index.php?curid=484235
Əli Hacızadə
Əli Nizami oğlu Hacızadə (26 fevral 1984, Bakı) — politoloq, "The Greater Middle East" layihəsinin yaradıcısı və rəhbəri. Əli Hacızadə 26 fevral 1984-cü ildə Bakı şəhərində anadan olub, 2000-ci ildə Bakı şəhərində 8 saylı orta məktəbi, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirib. 2005–2006-cı illərdə hərbi xidmətdə olub. Əli Hacızadə Yaxın Şərq mövzusunda bir çox məqalə, analiz və ekspert rəyinin müəllifidir. Onun yazı, analiz, müsahibə və ekspert rəylərinə, Azərbaycan, Türkiyə, ABŞ, İsrail, Çin, Rusiya, Ərəb və Avropa KİV-lərində rast gəlmək mümkündür. Hacızadənin həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair analiz və yazıları mövcuddur. Əli Hacızadənin regiondakı vəziyyət haqqında analitik proqnozlarına Britaniyanın "The Times" və ABŞ-nin "The Wall Street Journal" kimi nüfuzlu dərgiləri istinad edir.Əli Hacızadə yazı və çıxışlarında informasiya müharibəsinə və müasir dünyada Hibrid müharibə taktikalarına geniş yer verir. Hibrid Müharibələrin və informasiya müharibələrinin, habelə onların taktikalarının təhlili və araşdırılması Hacızadənin yayımladığı bir çox analiz və etdiyi bir çox çıxışlarının əsas mövzusunu təşkil edir. 2018–19 cu illərdə Əli Hacızadə ərəb dünyasının nüfuzlu KİV-lərindən biri olan Al-Arabiyada köşə yazarı kimi öz yazı və analizlərini dərc etdirib. Burada da əsas mövzunu İranın Yaxın Şərq regionunda apardığı Hibrid müharibə təşkil edib.Əli Hacızadə 2012-ci ildə təsis etdiyi "Hajizade Group" şirkətinin sahibi və rəhbəridir. Qrupa daxil olan şirkətlər ictimaiyyətlə əlaqələr, təhsil və media sektorlarında fəaliyyət göstərir. Vikipediyanın Azərbaycan, rus və fransız dilindəki bölmələrində çoxsaylı redaktələri vardır. Mükafatları Əli Hacızadə kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə 22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. Xarici keçidlər Twitter hesabı — twitter.com/AHajizade Rəsmi Facebook səhifəsi — AliHajizadeofficial Şəxsi saytı — www.alihajizade.com
https://az.wikipedia.org/w/index.php?curid=291327
Əli Haqverdiyev
Əli Həsən oğlu Haqverdiyev (29 iyul 1939, Bakı – 14 sentyabr 1992, Bakı) — Azərbaycan Respublikasının Əməkdar Artisti, rəssam, aktyor, müğənni (bariton). Əli Haqverdiyev 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində anadan olmuşdur. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olub. 1958-ci ildə eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib. İstisna hal kimi Əli Haqverdiyevə hər iki məktəbdə paralel oxumaq imkanı verilib. 1961-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olmuş, Şövkət Məmmədovanın tələbəsi olmuşdur. 1962-ci ildə o zamanlar Akademik Opera və Balet Teatrına rəhbərlik edən Niyazi Ə. Haqverdiyevə qulaq asıb teatra işə qəbul edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera teatrında təcrübə də keçib. O, Üzeyir Hacıbəyovun "Koroğlu" və "Leyli və Məcnun" operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa etmişdir. "Arşın mal alan" musiqili komediyasının qrammofon valına yazılışında (1973) Soltan bəyin partiyasını oxumuşdur. Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır. Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olmuşdur. Teatrda işləməklə yanaşı Ə. Haqverdiyev 1981-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışmışdır.Əli Haqverdiyev 1992-ci ilin sentyabrın 14-ü dənizdə yüksək gərginlikli cərəyana qapılması nəticəsində həlak olub. Mükafatları Azərbaycan Respublikasının Əməkdar Artisti — 19 sentyabr 1991 Həsən Haqverdiyev və Güllü Mustafayevanın oğlu Ucal Haqverdiyev, Hüseyn Haqverdiyev və Zemfira Qafarovanın qardaşı Filmoqrafiya Dədə Qorqud (film, 1975) Şir evdən getdi (film, 1977) Üzeyir ömrü (film, 1981) Özgə ömür (film, 1987) Teatr rolları Üzeyir Hacıbəyov — "Arşın mal alan" — Sultan bəy; Şarl Quno — "Faust" — Mefistofel; Cüzeppe Verdi — "Riqoletto" — Riqoletto; Cüzeppe Verdi — "Otello" — Yaqo; Cakomo Puççini — "Toska" — Skarpio; Aleksandr Borodin — "Knyaz İqor" — Qalitski; Jorj Bize — "Karmen" — Eskamilyo; Cüzeppe Verdi — "Trubadur" — Fernando; Üzeyir Hacıbəyov — "Koroğlu" — Həsən xan; Üzeyir Hacıbəyov — "Leyli və Məcnun" — Nofəl; Müslüm Maqomayev — "Şah İsmayıl" — Aslan şah; Fikrət Əmirov — "Sevil" — Atakişi; Məmməd Quliyev — "Aldanmış ulduzlar" — Kosa; Zakir Bağırov — "Aygün" — Əmirxan; Zakir Bağırov — "Qoca Xottabıç" — Qoca Xottabıç; Ramiz Mustafayev — "Vaqif" — İbrahim xan; Qara Qarayev, Cövdət Hacıyev — "Vətən" — Mərdan Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı,2007. səh.98
https://az.wikipedia.org/w/index.php?curid=34010
Əli Heydərov
Əli Heydərov (əsgər, 2002) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=683285
Əli Heydərov (əsgər, 2002)
Əli Heydərov (tam adı: Əli Vaqif oğlu Heydərov; 9 fevral 2002; Sədərək rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan — 4 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Heydərov Əli Vaqif oğlu 9 fevral 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. 2008-ci ildə Binəqədi rayonu 135 nömrəli məktəbdə təhsil almağa başlayıb. Hərbi xidməti Əli Heydərov 7 may 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonu N saylı hərbi hissələrdən birində xidmətə başlamışdır. İkinci Qarabağ müharibəsində iştirakı Azərbaycan Ordusunun əsgəri olan Əli Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Əli Heydərov 29 sentyabrda həlak olmuşdur. Təltif və mükafatları (2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) — Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Vaqif oğlu Heydərov "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. (2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) — Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Vaqif oğlu Heydərov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=683278
Əli Hikmət Ayərdəm
Əli Hikmət Əyərdəm (türk. Ali Hikmet Ayerdem) (1877, Larisa – 21 mart 1939, İstanbul) — Türk əsgəri və siyasətçisi. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən ən yüksək rütbəli komandirlərdən biri idi. Müharibədən sonra millət vəkili oldu. Hərbi fəaliyyəti 1899-cu ildə hərbi məktəbi, 1902-ci ildə isə Hərbi Akademiyanı bitirdi. 31 mart üsyanını yatırmaq üçün Hərəkat ordusuna qoşuldu. . Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 20 yanvar 1921-ci ildə Anadoluya köçdü və buradakı İstiqlaliyyət müharibəsinə qoşuldu. 1921-ci ilin mart-may aylarında 12-ci şöbə şöbəsinin komandiri vəzifəsində çalışmışdır. Daha sonra isə Milli Müdafiə Nazirliyinin müşaviri təyin edildi. Böyük hücum zamanı 2-ci korpusa komandirlik etdi. 19 yanvar 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin ikinci dövründə Bursa məbusu seçildi. 1924-cü ildə vəzifəsindən istefa etdi və yenidən orduya qatıldı. 26 may 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1935-ci ildən 1939-cu ilə qədər Qaziantepin millət vəkili kimi parlamentin üzvü olmuşdur. 1939-cu ildə vəfat etmişdir. 29 noyabr 1988-ci ildə nəşi Türkiyə Dövlət məzarlığına köçürüldü. T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 89.
https://az.wikipedia.org/w/index.php?curid=568093
Əli Hüseynli
Əli Məhəmməd oğlu Hüseynli (8 oktyabr 1968, Bakı) — Milli məclisin deputatı Milli Məclis sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədriHüquq elmləri namizdədi. Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirmişdir.1985–1986-cı illərdə Rusiyanın Kalinin vilayəti "Kalininselstroy" tikinti idarəsində fəhlə işləmişdir.1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.1988–1989-cu illərdə hərbi xidmətdə olmuşdur.1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996–2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışmışdır.Hal-hazırda Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir.Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub.Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.Ailəlidir, 2 övladı var. Beynəlxalq fəaliyyəti Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir. Korrupsiya ilə Mübarizə Parlamentarilərin Qlobal Təşkilatının Azərbaycan Bölməsinin sədridir. Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasın sədridir.Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=160072
Əli Hüseynov
Əli Hüseynov (rəssam) (azərb. Əli İmaməli oğlu Hüseynov) — Azərbaycanlı rəssam, dizayner. Əli Hüseynov (hərbçi) (azərb. Əli Rəşid oğlu Hüseynov) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=548816
Əli Hüseynov (Vətən Müharibəsi Qəhrəmanı)
Əli Rəşid oğlu Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. Hərbi xidməti Azərbaycan Ordusunun kiçik giziri olan Əli Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı
https://az.wikipedia.org/w/index.php?curid=685579
Əli Hüseynov (hərbçi)

https://az.wikipedia.org/w/index.php?curid=829341
Əli Hüseynov (kiçik gizir)

https://az.wikipedia.org/w/index.php?curid=685038
Əli Hüseynov (rəssam)
Əli İmaməli oğlu Hüseynov (10 dekabr 1960, Yeni Daşkənd, Bərdə rayonu) — azərbaycanlı rəssam, dizayner. Hüseynov Əli İmaməli oğlu 10 dekabr 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1978-ci ildə Bakı Rəssamlıq Məktəbinin tərtibatçı rəssam fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə Azərbaycan Televiziyasında gənc rəssam kimi Leninə aid əsərlərlə çıxış etmişdir. 1980-1982-ci illərdə Estoniyanın Tapa şəhərindəki 12540 saylı hərbi hissədə xidmət etmişdir. Xidmət zamanı 1981-ci ildə Tallin şəhərində 40 ədəd rəsmlə şəxsi sərgisi açılmışdır. Həmin vaxt "rus. Za Rodina" qəzeti haqqında məqalə yazmış, diplom və təşəkkürnamə ilə təltif olunmuşdur. 1983-1985-ci illərdə Bərdə şəhər Mədəniyyət Evində rəssam, Maarif Evində dərnək müəllimi və “Yeni həyat” kolxozunda rəssam işləmişdir. 1986-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə qəbul olmuşdur. 1987-ci ildə Azərbaycan Televiziyasında “Palitra” incəsənət verilişində əsərləri ilə çıxış etmiş və həmin ildə “Novruz” adlı sərgisi açılmışdır. Sonralar o, Bakı şəhərində və SSRİ-nin bir çox respublikalarında açılan sərgilərdə iştirak etmişdir. Bir çox sərgi katoloqlarına onun əsərləri düşmüşdür. Zaman-zaman Rəssamlıq Yaradıcılıq Kombinatında təkliflərlə əsərlər işləmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Onun diplom işi 20 Yanvar hadisələrinə aiddir. Əli Hüseynovun həmin əsərlərindən nümunələr bu gün də Akademiyanın foyesində asılmaqdadır. Azərbaycan müstəqillik qazanadan sonra o, müstəqil rəssam kimi fəaliyyət göstərmişdir. Azərbaycana gələn turistlərə çox şəkillər satmışdır. Nizami (“Torqovı”) küçəsindəki rəsm əsərləri satış yerində daim Əli Hüseynovun əl işlərinə rast gəlmək olar. 2007-ci ildə Qazaxıstana dəvət alan rəssam burada sənət əsərləri ilə bir çox uğurlar qazanıb. 12 dekabr 2012-ci ildə Qazaxıstanın və Azərbaycanın tarixinə, dünəninə, bu gününə aid "İki dövlət bir ürəkdə" adlı rəsm əsərləri ilə şəxsi sərgisi açılıb. Petropavlovsk və Kustanay vilayətlərində düzənlənən hər iki sərgi geniş şəkildə televiziya vasitəsilə yayımlanmış, nüfuzlu qəzet və jurnallarda haqqında yazılar dərc olunmuşdur. 2013-cü ildə Astana şəhərində şəxsi sərgisinin açılması planlaşdırılır. Əli Hüseynov 1987-ci ildə ailə qurub, bir oğlu, iki qızı var. Xırdalan şəhərində yaşayırlar. Xarici keçidlər Əli Hüseynov (Ali Huseynov) Facebookda
https://az.wikipedia.org/w/index.php?curid=306949
Əli Hüseynzadə
Hüseynzadə Əli Həsən oğlu - şair, nasir, tərcüməçi, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Daşqın 1958-ci il martın 12-də Cənubi Azərbaycanın Bostanava bölgəsinin Xələc kəndində anadan olmuşdur. Burada ibtidai, Təbriz şəhərində isə orta məktəbi bitirmişdir. Sonra Tehran Politexnik Universitetinin elektronika fakültəsində təhsilini davam etdirmişdir (1973-1978). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Bir neçə şəhərdə, o cümlədən Üskü şəhərində ədəbi dərnək yaratmışdır. Təbriz şəhərində yaradılmış Şəhriyar adına ədəbi dərnəyin fəal üzvü, 1992-ci ildən dərnəyin sədrlərindən biri olmuşdur. Eyni zamanda uluslararası Avrasiya mətbuat fondunun ədəbi bölməsinin sədridir. Təbriz, Urmiya, Sulduz şəhərlərində - universitetlərdə "Türk dili və ədəbiyyatı" fənnini tədris edir. Əsərləri "Yol", "Varlıq" dərgisində, "Geyhan" qəzetində (Tehran), "Fruği azadi" (Təbriz), "Ədəbiyyat qəzeti"ndə, "Yol", "Odlar yurdu" qəzetlərində (Bakı) müntəzəm dərc edilmişdir. R.Zöhrabovun "Muğamat", Orxan Kamalın "Yad qızı" əsərlərini farscaya, Şəhriyarın seçilmiş lirik qəzəllərini türkcəyə çevirmişdir. Lirik şerlərinə mahnılar bəstələnmişdir. Keçmiş Yuqoslaviya, Türkiyə, Azərbaycan və digər ölkələrdə keçirilən ədəbi qurultaylarda iştirak etmişdir. 1.Payızdan-payıza (şeirlər). Mahabat: "Məhəmməd" nəşriyyatı, 1976. 2.Ana nisgili (şeirlər). Tehran: "Ordibehişt" nəşriyyatı, 1989. 3.Türkcə sözlük. I cild. Təbriz: "Yaran" nəşriyyatı, 1992. 4.Türkcə sözlük. II cild. Təbriz: "Yaran" nəşriyyatı, 1996. 5.Sadə xəritələr (elmi araşdırmalar). Təbriz: "İranvic" nəşriyyatı, 1992. 6.Çiçəklərə bir çiçək (uşaq şeirləri). Təbriz: "Firhəng" nəşriyyatı, 1991. 7.Səhər ağacı (şeirlər və hekayələr). Təbriz: 1993. 8.Qar çiçəyi (şerlər). Təbriz: "Nukui müəssisəsi" nəşriyyatı, 1993.
https://az.wikipedia.org/w/index.php?curid=565894
Əli Hüseynzadə (şair)

https://az.wikipedia.org/w/index.php?curid=49530
Əli Həriri
Əli Həriri (kürd. Elî Herîrî) və ya Şeyx Əhməd Botani (1009 – 1079) — kürd şairi. O, kurmanc dilində yazırdı, klassik kürd sufi ədəbiyyatında qabaqcılı və kürd ədəbi ənənəsinin banisi hesab olunur. Həriri 1009-cu ildə Botanın Hakkari mahalına bağlı Hərir kəndində anadan olmuşdur. Onun adını ilk dəfə XII əsrdə Əhməd Xani çəkmişdir və onun haqqında məhdud məlumatlar məlumdur. Həririnin poeziyası məhəbbət, Kürdüstan sevgisi, onun gözəl təbiəti və xalqının gözəlliyi üzərində qurulmuşdur. Şeirləri məşhur idi və bütün regiona yayılmışdı. Tarixçi Muhibbinin məlumatına görə, Həriri təhsil almaq üçün Dəməşqə köçmüşdür. Onun molla olduğu güman edilən Şeyx Əhməd adlı bir oğlu var idi.O, 1079-cu və ya 1080-ci ildə Cizrədə vəfat etmişdir. Onun məzarı müqəddəs yer sayılır və hər il çoxsaylı insan tərəfindən ziyarət edilir.
https://az.wikipedia.org/w/index.php?curid=780882
Əli Həsənli
Əli Həsənli (19 fevral 1942, Bərdə) — yazıçı, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988). Əli Həsənli 1942-ci ilin fevral ayının 19-da Azərbaycanın Bərdə şəhərində anadan olmuşdur. Burada 3 saylı səhər orta məktəbini bitirmişdir (1948-1958). Leytnant Şmidt (sonralar Səttarxan) adına maşınqayırma zavodunda çilingər işləmişdir (1958-1960). Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil almışdır (1963-1968). Universiteti bitirdikdən sonra təyinatla göndərildiyi İsmayıllı rayonunun Hacatamlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir (1968-1970). Daha sonra İsmayıllı rayonunun İvanovka kənd məktəbində ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir (1970-1976). 1977-ci ildə Bakıya gələrək “Elm və həyat” jurnalı redaksiyasında fotoqrafçılıqdan jurnalistliyə kimi müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Uzun müddət “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat qəzeti”) qəzeti redaksiyasında məktublar şöbəsində fəaliyyət göstərmişdir. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin “Oğuz eli” qəzetinin “Yazıçı” xüsusi buraxılışının məsul katibidir. Yaradıcılığı Əli Həsənli 1970-ci ildən Azərbaycan mətbuatında şeir, hekayə və povestləri ilə çıxış edir. O, müxtəlif janrlarda əsərlər yazsa da, daha çox yazıçı kimi tanınır. Orijinal yaradıcılıq erudisiyasına malik olan müəllifin əsərləri özünəməxsus bədii təhkiyə tərzi və üslubu ilə seçilir. “Xınalı yarpaqlar” (1985), “Güman” (1991), “Çağ” (2010), “İlğım” (2011) və başqa nəsr və poeziya kitablarının müəllifidir. Əsərləri toplu halda beş cilddə nəşr olunmuşdur. Haqqında yazılanlar Ramiz Rövşən (şair): Məmməd Oruc (yazıçı): Vaqif Bayatlı Odər (şair): Xınalı yarpaqlar (povest və hekayələr). Bakı: Yazıçı, 1985, 152 s. Güman (povest). Bakı: Yazıçı, 1991, 128 s. Çağ (povest və hekayələr). Bakı: 2010, 508 s. İlğım (povest və hekayələr), Bakı: AN Poliqraf, 2011, 502 s. Şırnaq (povest və hekayələr ). Bakı: 2014, 506 s. Mətə (şeirlər, poema və esselər). Bakı: 2015, 279 s. Alma (roman, povest və hekayələr). Bakı: 2018, 585 s. Xarici keçidlər Əli Həsənli "Şirrah" (20-likdən hekayə)
https://az.wikipedia.org/w/index.php?curid=625304
Əli Həsənov
Əli Həsənov (siyasətçi, 1960) — Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin keçmiş müdiri (2005-2019). Əli Həsənov (siyasətçi, 1948) — Azərbaycan Respublikası Baş nazirinin müavini. Əli Həsənov (şəhid) — Şəhid. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=145184
Əli Həsənov (20 Yanvar şəhidi)
Əli Həsənov (azərb. Həsənov Əli Xudaverdi oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. 1957-ci il sentyabrın 7-də Bakıda anadan olub. Meliorasiya Su Tikinti İdarəsində sürücü işləyib. İki uşağı başsız qaldı. Həyat yoldaşı Mahirə Həsənovanın dedikləri: — O gecə təxminən saat 24 radələrində küçədən güllə səsləri eşidilməyə başladı. Adamlar qışqırırdılar. Yoldaşım Əli geyinib bayıra çıxdı ki, görüm nə olub? Səhərə kimi gözlədim. Gözüm yolda, qulağım səsdə qaldı… Bir gecədə beş insan ömrü yaşadım, ölüb dirildim, o dünyanı görüb qayıtdım. Səhərin kor qalmış gözü çırtdayan kimi, küçəyə çıxdım. Dedilər ki, gecə yüzlərlə adamı vəhşicəsinə qırıblar. Qaynatam Xudaverdiyə xəbər verdim. Başladıq xəstəxanaları axtarmağa. Semaşko adına xəstəxananın meyidxanasına qaynatam tək girdi. Oğlunu qolları üstə gətirdi, gözü qan yaş tökə- tökə… İki balam ata nəvazişindən məhrum oldu. Mərhum Şəhidlər xiyabanında dəfn edilib. Bakı, İnqilab küçəsi 92, mənzil 15. Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
https://az.wikipedia.org/w/index.php?curid=475989
Əli Həsənov (Baş nazirin müavini)
Əli Şamil oğlu Həsənov (10 aprel 1948, Cəbrayıl rayonu) — YAP-ın sədr müavini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müşahidə şurasının sədri. Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil almışdır. 1981–1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlamışdır. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləmişdir. 1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini, 1980-ci ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1980–1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997–1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildə respublika Ali Sovetinin deputatı, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. 1998–2018-ci illərdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilmişdir. 2018-ci il 20 aprel tarixində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. 2023-cü il 11 apreldə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı. Bakı-1999 Həmçinin bax Qardaşı Ramiz Həsənov Zəngilan Rayonunun İcra Hakimiyyətinin başçısıdır. Ailəlidir, 2 övladı var. Xarici keçidlər "Qarabağın görkəmli şəxsiyyətləri:Əli Həsənov (1948)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
https://az.wikipedia.org/w/index.php?curid=600190
Əli Həsənov (jurnalist)
Əli Həsənov (Həsənov Əli Ələsgər oğlu; 1924, Mədinə, Yeni Bəyazid qəzası – 1977, Bakı) — jurnalist, partiya və dövlət işçisi, Sov. İKP üzvü (1943), Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi (1960–1969), Ermənistan SSR Ali Sovetinin deputatı (VI və VII çağırış) Mükafatları "Şərəf nişanı" ordeni — iki dəfə 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni
https://az.wikipedia.org/w/index.php?curid=761477
Əli Həsənov (prezident köməkçisi)
Əli Məhəmmədəli oğlu Həsənov (10 mart 1960, Tənənəm, Noraşen rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri (2005–2019), ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri. Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. 1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1985-ci ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüşdür. 1988-ci ildə adıçəkilən universiteti fərqlənmə diplomu ilə bitirərək əyani aspiranturaya qəbul olmuşdur. 1992-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirmiş, "1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Ailəlidir, 1 oğlu və 1 qızı var. 1992–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası və Bakıda elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Birinci dərəcəli dövlət müşaviri, Əməkdar Dövlət Qulluqçusu olub. Ə. M. Həsənov 1992-ci ildən həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 2000-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasına rəhbərlik edir. Eyni zamanda, 2000-ci ildə "Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991–1996)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildən isə professor adını almışdır. 1995–2020-ci illərdə onun beynəlxalq münasibətlər və geosiyasət mövzusunda 40-dan çox monoqrafiyası, 8 dərsliyi və yüzlərlə elmi məqalələri xarici dillərə tərcümə edilərək dünyanın ondan artıq dövlətində çap olunmuşdur. Siyasi fəaliyyəti 1995-ci ildən Ə. M. Həsənov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmişdir. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunmuşdu. 2019-cu ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənovun Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi — şöbə müdiri vəzifəsindən azad edildi və bu şöbə ümumiyyətlə ləğv edildi. 2020-ci ilin sentyabr ayında Türkiyə mediasında Əli Həsənovun FETÖ terror təşkilatı ilə əlaqəsinin olması haqqında iddialar yayımlandı. 2021-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti Əli Həsənovun ailəsinə məxsus "Bakı 24", "Kaspi AZ", "Mətbuat Evi", "Golden Prince", "Global Advertisment" MMC-lər, eləcə də "Kaspi Co" MTK ləğv olunduğunu bildirib. Adları çəkilən kommersiya qurumlarına əsasən, Ə. Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edirdi. Partiya fəaliyyəti "Yeni Azərbaycan" partiyasının yaradılması prosesində iştirak etmişdir.1992-ci ildə keçirilən təsis qurultayında partiyanın Siyasi Şurasının, 1998-ci ildə isə İdarə Heyətinin üzvü seçilmiş, eyni zamanda 1993–1995-ci illərdə partiyanın ideologiya şöbəsinə başçılıq etmişdir. Jurnalist Eynulla Fətullayev Əli Həsənovun bir dövr Doğru Yol Partiyası üzvü olduğunu iddia etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=673241
Əli Həsənov (siyasətçi)

https://az.wikipedia.org/w/index.php?curid=558156
Əli Həsənov (siyasətçi, 1924)
Əli Həsənov (Həsənov Əli Ələsgər oğlu; 1924, Mədinə, Yeni Bəyazid qəzası – 1977, Bakı) — jurnalist, partiya və dövlət işçisi, Sov. İKP üzvü (1943), Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi (1960–1969), Ermənistan SSR Ali Sovetinin deputatı (VI və VII çağırış) Mükafatları "Şərəf nişanı" ordeni — iki dəfə 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni
https://az.wikipedia.org/w/index.php?curid=411477
Əli Həsənov (siyasətçi, 1948)
Əli Şamil oğlu Həsənov (10 aprel 1948, Cəbrayıl rayonu) — YAP-ın sədr müavini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müşahidə şurasının sədri. Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil almışdır. 1981–1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlamışdır. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləmişdir. 1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini, 1980-ci ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1980–1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997–1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildə respublika Ali Sovetinin deputatı, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. 1998–2018-ci illərdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilmişdir. 2018-ci il 20 aprel tarixində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. 2023-cü il 11 apreldə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı. Bakı-1999 Həmçinin bax Qardaşı Ramiz Həsənov Zəngilan Rayonunun İcra Hakimiyyətinin başçısıdır. Ailəlidir, 2 övladı var. Xarici keçidlər "Qarabağın görkəmli şəxsiyyətləri:Əli Həsənov (1948)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
https://az.wikipedia.org/w/index.php?curid=43776
Əli Həsənov (siyasətçi, 1960)
Əli Məhəmmədəli oğlu Həsənov (10 mart 1960, Tənənəm, Noraşen rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri (2005–2019), ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri. Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. 1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1985-ci ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüşdür. 1988-ci ildə adıçəkilən universiteti fərqlənmə diplomu ilə bitirərək əyani aspiranturaya qəbul olmuşdur. 1992-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirmiş, "1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Ailəlidir, 1 oğlu və 1 qızı var. 1992–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası və Bakıda elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. Birinci dərəcəli dövlət müşaviri, Əməkdar Dövlət Qulluqçusu olub. Ə. M. Həsənov 1992-ci ildən həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 2000-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasına rəhbərlik edir. Eyni zamanda, 2000-ci ildə "Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991–1996)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildən isə professor adını almışdır. 1995–2020-ci illərdə onun beynəlxalq münasibətlər və geosiyasət mövzusunda 40-dan çox monoqrafiyası, 8 dərsliyi və yüzlərlə elmi məqalələri xarici dillərə tərcümə edilərək dünyanın ondan artıq dövlətində çap olunmuşdur. Siyasi fəaliyyəti 1995-ci ildən Ə. M. Həsənov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmişdir. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunmuşdu. 2019-cu ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənovun Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi — şöbə müdiri vəzifəsindən azad edildi və bu şöbə ümumiyyətlə ləğv edildi. 2020-ci ilin sentyabr ayında Türkiyə mediasında Əli Həsənovun FETÖ terror təşkilatı ilə əlaqəsinin olması haqqında iddialar yayımlandı. 2021-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti Əli Həsənovun ailəsinə məxsus "Bakı 24", "Kaspi AZ", "Mətbuat Evi", "Golden Prince", "Global Advertisment" MMC-lər, eləcə də "Kaspi Co" MTK ləğv olunduğunu bildirib. Adları çəkilən kommersiya qurumlarına əsasən, Ə. Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edirdi. Partiya fəaliyyəti "Yeni Azərbaycan" partiyasının yaradılması prosesində iştirak etmişdir.1992-ci ildə keçirilən təsis qurultayında partiyanın Siyasi Şurasının, 1998-ci ildə isə İdarə Heyətinin üzvü seçilmiş, eyni zamanda 1993–1995-ci illərdə partiyanın ideologiya şöbəsinə başçılıq etmişdir. Jurnalist Eynulla Fətullayev Əli Həsənovun bir dövr Doğru Yol Partiyası üzvü olduğunu iddia etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=42781
Əli Həsənov (sədr)
Əli Şamil oğlu Həsənov (10 aprel 1948, Cəbrayıl rayonu) — YAP-ın sədr müavini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müşahidə şurasının sədri. Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil almışdır. 1981–1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlamışdır. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləmişdir. 1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini, 1980-ci ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1980–1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997–1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildə respublika Ali Sovetinin deputatı, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. 1998–2018-ci illərdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilmişdir. 2018-ci il 20 aprel tarixində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. 2023-cü il 11 apreldə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı. Bakı-1999 Həmçinin bax Qardaşı Ramiz Həsənov Zəngilan Rayonunun İcra Hakimiyyətinin başçısıdır. Ailəlidir, 2 övladı var. Xarici keçidlər "Qarabağın görkəmli şəxsiyyətləri:Əli Həsənov (1948)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
https://az.wikipedia.org/w/index.php?curid=664981
Əli Həsənov (şəhid)
Əli Həsənov (azərb. Həsənov Əli Xudaverdi oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. 1957-ci il sentyabrın 7-də Bakıda anadan olub. Meliorasiya Su Tikinti İdarəsində sürücü işləyib. İki uşağı başsız qaldı. Həyat yoldaşı Mahirə Həsənovanın dedikləri: — O gecə təxminən saat 24 radələrində küçədən güllə səsləri eşidilməyə başladı. Adamlar qışqırırdılar. Yoldaşım Əli geyinib bayıra çıxdı ki, görüm nə olub? Səhərə kimi gözlədim. Gözüm yolda, qulağım səsdə qaldı… Bir gecədə beş insan ömrü yaşadım, ölüb dirildim, o dünyanı görüb qayıtdım. Səhərin kor qalmış gözü çırtdayan kimi, küçəyə çıxdım. Dedilər ki, gecə yüzlərlə adamı vəhşicəsinə qırıblar. Qaynatam Xudaverdiyə xəbər verdim. Başladıq xəstəxanaları axtarmağa. Semaşko adına xəstəxananın meyidxanasına qaynatam tək girdi. Oğlunu qolları üstə gətirdi, gözü qan yaş tökə- tökə… İki balam ata nəvazişindən məhrum oldu. Mərhum Şəhidlər xiyabanında dəfn edilib. Bakı, İnqilab küçəsi 92, mənzil 15. Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
https://az.wikipedia.org/w/index.php?curid=828541
Əli Kazımov
Əli İmran oğlu Kazımov (17 fevral 1956, Nürgüt, Ordubad rayonu – 26 oktyabr 2016) — General-mayor, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı. Əli Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Nürgüt kəndində anadan olub. 1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızıbayraqlı Xəzər Ali Hərbi-Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq "mühəndis - şturman" ixtisasına yiyələnib. Hərbi fəaliyyəti Əli Kazımov 1978-1989-cu illərdə Şimal Donanmasında xidmət edərək mühafizə gəmisində şturman, atom sualtı qayığında qrup komandiri, xilasedici gəmilər divizionu komandiri və maqnitsizləşdirmə gəmisinin komandiri vəzifəsinin icraçısı olmuşdur. 1989-1992-ci illərdə Leninqrad şəhərində Arxa Cəbhə və Nəqliyyat Hərbi Akademiyasının komandanlıq fakültəsində ali hərbi təhsil alan zabit Əli Kazımov SSRİ dağıldıqdan sonra könüllü olaraq 2-ci dərəcəli kapitan kimi Azərbaycana qayıtmış və 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabr ayınadək Hərbi Dəniz Qüvvələri qərargahının təşkilat-səfərbərlik və komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir. 1993-cü ilin dekabr ayından 1994-cü ilin sentyabr ayınadək cəbhə bölgəsində "N" nömrəli briqada komandirinin arxa cəbhə üzrə müavini vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. 1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində "İqtisadiyyat və qoşun təsərrüfatı", "Qoşunların arxa cəbhəsi" kafedralarının rəisi, 1995-ci ilin iyun ayından isə Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsi rəisinin müavini və Təşkilat-Səfərbərlik İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini vəzifəsini icra etmişdir. Sonralar Müdafiə nazirinin məsləhətçisi, Müşavirlər qrupunun müşaviri, İnspektorlar qrupunun inspektoru vəzifələrində xidmət edən general-mayor Əli İmran oğlu Kazımov 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılmışdır. Təltif və mükafatları Azərbaycan Respublikası Müdafiə nazirinin 25 fevral 1996-cı il tarixli əmri ilə Əli Kazımova "1-ci dərəcəli kapitan" və Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli əmri ilə "general-mayor" ali hərbi rütbəsi verilmişdir. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 10 döyüş medalı ilə təltif olunub və müxtəlif mükafatlara layiq görülüb. Uzun sürən xəstəlikdən sonra istefada olan general-mayor Əli İmran oğlu Kazımov 2016-cı il oktyabr ayının 26-da ömrünün 60-cı ilində vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=466124
Əli Kazımzadə
Əli Kazımzadə (tam adı: Əli Kazım oğlu Kazımzadə; 18 oktyabr 1941) — kimyaçı alim, AMEA-nın akademik Ə.M. Quliyev adına Aşqarlar kimyası İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktorudur. Əli Kazım oğlu Kazımzadə 1941-ci il oktyabrın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakültəsinə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. Əli Kazım oğlu Kazımzadə 1965-ci ildən bu günə qədər Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AMEA AKİ) işləyir. 1973-cü ildə " Sulfen turşuları və aminometilsulfidlərin bəzi törəmələrinin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1992 – ci ildə də "Sintetik yağların yüksəktemperaturlu oksidləşmə inhibitorları " mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsinı almışdır. Əli Kazım oğlu Kazımzadə 1988-ci ildən “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasının müdiri vəzifəsində çalışır və baş elmi işçidir. Elmi fəaliyyəti Elmi əsərləri Əli Kazım oğlu Kazımzadənin elmi-tədqiqat axtarışlarının nəticələri indiyə kimi 220 elmi əsərdə, o cümlədən 61 müəlliflik şəhadətnaməsi, Rusiya və Azərbaycan patentlərində öz əksini tapmışdır. Elmi məqalələri A.Məhərrəmov, M.Allahverdiyev, R.Əliyeva "Azərbaycan kimyaçıları", "Azərbaycan" nəşriyyatı, 1998. A.Məhərrəmov "Azərbaycan kimyaçıları", 2017.
https://az.wikipedia.org/w/index.php?curid=519067
Əli Kohen
Eliyahu Ben Şaul Kohen (ivr. אֱלִיָּהוּ בֵּן שָׁאוּל כֹּהֵן; ərəb. إيلياهو بن شاؤول كوهين; 6 dekabr 1924, İsgəndəriyyə – 18 may 1965, Dəməşq) — Daha çox Əli Kohen adı ilə tanınmışdır. İsrail xüsusi xidmət orqanı Mossadın cəsusu. 1961-1965-ci illərdə Suriyada casusluq fəaliyyətləri ilə məşğul olmuş, Suriyanın siyasi və hərbi iyerarxiyası ilə sıx əlaqələr yaratmışdır. Suriya Müdafiə Nazirinin baş məsləhətçi vəzifəsinə qədər yüksəlmişdir.Suriyanın əks-kəşfiyyat orqanları tərəfindən fəaliyyəti 1965-ci ildə üzə çıxarılmışdır. Hərbi məhkəmə tərəfindən Suriya əleyhinə cəsusluqda günahlandırılaraq, 1965-ci ilin 18 may tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində kütlənin qarşısında edam edilmişdir. Əli Kohen, Dəməşqdə cəsus kimi fəaliyyət göstərdiyi 4 il ərzində Mossada çox önəmli məlumatlar ötürmüş və həmin məlumatlar Altı günlük müharibə zamanı xüsusi ilə Colan təpələrinin işğal olunmasında istifadə olunmuşdur. İsrail dövləti cəsusun qalıqlarını bir necə dəfə Suriya hökumətindən almağa çalışsa da, Əli Kohenin cəsədini geri qaytarmaq mümkün olmamışdır. Əli Kohen 1924-cü ilin 6 dekabr tarixində Misirin İsgəndəriyyə şəhərində, Misir yəhudiləridən olan bir ailədə anadan olmuşdur. XX əsrin əvvəllərində Misirin İsgəndəriyyə və Qahirə şəhərləri başda olmaqla müxtəlif bölgələrində 80 minə yaxın yəhudi əsilli şəxs yaşamaqda idi. Əlinin atası 1914-cü ildə ticarət əlaqələrini daha da möhkəmləndirmək üçün ailəsi ilə birlikdə Hələb şəhərinə köçmüşdür. Kohen sonralar Qahirə Universitetində təhsil almışdır.1947-ci ilin yanvarında Əli, bütün gənc yəhudilərin ödəməli olduqları varlıq vergisini ödəməyə alternativ olaraq Misir Ordusunda xidmətə başlamışdır. Qeyri-müsəlman olması səbəbindən qısa müddətdə ordudan tərxis edilmişdir. Müsəlman qardaşlar tərəfindən etnik mənsubiyyəti əsas gətirilərək təqib edilməyə başlandıqdan sonra univeritet təhsilinə fasilə vermiş və evdə oxumaqla bilik və bacarıqlarını artırmağa çalışmışdır.1949-cu ildə Əlinin üç qardaşı və valideynləri İsrailə immiqrasiya etmişdir. Lakin o, elektronika üzrə adlığını təhsilini bitirmək və Misirdə fəaliyyət göstərən gizli sionist təşkilatların fəaliyyətlərini koordinasiya edə bilmək üçün ölkədə qalmağa davam etmişdir. 1951-ci ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra yeni hökumət anti-sionist təbliğatını gücləndirmiş və Əli Kohen xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq dindirilmişdir.Misir hökuməti, ölkə yəhudilərinin gizli yollarla İsrailə qaçırılmasını nəzərdə tutan və İsrail dövləti tərəfindən gerçəkləşdirilən Qoşen əməliyyatında Kohenin rolunu sübut edə bilməsə də, Kohen ölkə daxilində bir çox gizli əməliyyatların əsas təşkilatçılardan və iştirakçılarıdan biri olmuşdur. Qoşen əməliyyatı nəticəsində 10.000-dən çox Misir yəhudisi Sinay yarımadası və dəniz yolları əsas olmaqla gizli formada ölkədən çıxarılmış və İsrailə gətirilmişdir.1955-ci ildə İsrail Gizli Polis təşkilatı Misir yəhudilərini tarixə Lavon İşi olaraq keçmiş gizli əməliyyata cəlb etmişdir. Əməliyyatın əsas mahiyyəti Misirdə yerləşən və ABŞ, Böyük Britaniya və digər qərb dövlətlərinə məxsus olan strateji əhəmiyyətli obyektlər xüsusi hazırlanmış bombalarla partladılmasını nəzərdə tuturdu. Bununla Misirin sözügedən dövlətlərlə münasibətlərinin korlanması və hətta müharibə vəziyyətinə gətirilməsi nəzərdə tutulmuşdur. Əli Kohen və digər bir necə misir yəhudisi həmin əməliyyatda fəal iştirak etmişdir. Misir xüsusi xidmət orqanlarının səyləri nəticəsində əməliyyatda iştirak etdiyi sübuta yetirilən iki misir yəhudisi həbs edilərək, daha sonra edam edilmişdir. Kohenin əsas qrupa yardım etdiyi məlum olsa da, növbəti dəfə günahı sübuta yetirilə bilməmişdir. Lavon işi əməliyyatından sonra Misirdə yəhudilərə qarşı mənfi münasibət daha da kəskinləşmişdir. 1956-cı ilin dekabr ayında Kohen və digər bir necə yəhudi İsrail üçün Yəhudi Agentliyinin köməkliyi ilə Misirdən İsrailə gətirilmişdir.1957-ci ildə İsrail Silahlı Qüvvələri tərəfindən əməkdaşlığa cəlb olunmuş və orduda xidmət keçməyə başlamışdır. Hərbi kəşfiyyat baş idarəsində, əks-kəşfiyyat üzrə analitik kimi çalışan Kohen iki dəfə Mossad xüsusi xidmət orqanlarında işləmək üçün ərizə ilə müraciət etmişdir. Mossad tərəfindən rədd edilməsi Kohendə ruh düşünkünlüyü yaratmış və ordudan tərxis olaraq növbəti iki il ərzində Tel-Əviv şəhərində yerləşən sığorta şirkətlərinin birində mühasib olaraq çalışmışdır.1959-cu ildə İraq yəhudilərindən olan Nadiya Məcald ilə ailə həyatı qurmuşdur. Nadiya Məcald, tanınmış iraq yəhudisi yazıçı Sami Mikayılın doğma bacısıdır. Evli olduqları müddət ərzində Sofiya, İrit və Şayi adlı üç övladları olan ailənin mənzilləri Aralıq dənizinin sahilinfə yerləşən Təl-Əviv şəhərində respublika tabeli şəhər olan Bat-Yamda yerləşməkdə idi. Mossad tərəfindən əməkdaşlığa cəlb olunması 1961-ci ildə Mossadın üçüncü direktoru Meir Amit Suriya hökumətinin daxilində fəaliyyət göstərəcək və Suriyanın İsraillə bağlı planlarını Mossada çatdıracaq yeni bir xəfiyyə axtarışında idi. Amit mümkün bütün namizədlərin şəxsi işlərini araşdırdıqdan sonra münasib bir namizəd üzərində qərar tuta bilmir və daha öncə müraciət etmiş, ancaq müraciətləri rədd edilən namizədlərin şəxsi işlərinə baxarkən Əli Kohen adlı Misir yəhudisi olan və ərəb dilini mükəmməl bilən birinin daha öncə iki dəfə Mossada iş üçün müraciət etdiyini görür. İki həftə ərzində Mossad tərəfindən gündəlik fəaliyyətləri izlənilən Kohen sonunda Mossadın qərargahına çağrılaraq iş üçün dəvət olunur. İlkin sınaq müddətini uğurla başa vurmasından sonra Mossad tərəfindən altı ay müddətinə xüsusi təlim kursuna cəlb olunur. Məzun hesabatında katsa və ya sahə müvəkkili olmaq üçün lazım olan bütün keyfiyyətlərə sahib olduğu göstərilmişdir. Katsa, sırf Mossad tərəfindən öz xəfiyyələrini adlandırmaqları üçün istifadə olunan bir termindir və daha çox yüksək dərəcədə əhəmiyyət kəsb edən əməliyyatlarda iştirak edən şəxslərə verilməkdədir. Mossadın tam hüququlu və yüksək rütbəli əməkdaşına çevirilən Əli Kohen ilk əməliyyatı kimi Argentinanın paytaxtı Buenos-Ayres şəhərinə göndərilir. Buenos-Ayres şəhərində özünü Kamal Əmin Taybet kimi təqdim edərək varlı bir ailədən gələn Argentina suriyalılarından olduğunu göstərməyə çalışır və burada yaşayan Suriya əsilli vətəndaşlarla müəyyən işgüzar və dostluq əlaqələri formalaşdırır.Özünü iş adamı kimi təqdim edərək həmin dövrdə Suriyada fəaliyyəti qadağan olunmuş Ərəb Sosialist Bəəs Partiyasının Argentinadakı özəyinə ciddi maddi yardım göstərmək istədiyini və yenidən tarixi ata-baba ölkəsinə qayıtmaq istədiyini bildirir. Qısa zamanda mövcud Suriya hökumətinə qarşı müxalif baxışları ilə tanınan Argentina suriyalıları arasında ciddi hörmət və etibar qazanır və 1963-cü ildə Suriyada baş vermiş hərbi çevriliş zamanı söz verdiyi maddi yardımları göstərir. Kohen, 1962-ci ilin fevralında dostları ilə birgə Suriyanın paytaxtı Dəməşq şəhərinə gəlir və burada da özünü Kamal Əmin Taybet (ərəb. كامل أمين ثابت) adı ilə tanıdır. Beləliklə Mossad, yüksək vəzifəli Suriya siyasətçiləri, hərbi rəsmilər, nüfuzlu ictimai xadimlər və diplomatik ictimaiyyət ilə münasibət qurmaqda istifadə edəcəyi Kohenə təlimatlarını diqqətli bir şəkildə verməyə başlamışdır. Kohen, Argentinada olduğu kimi ictimai həyatını davam etdirərək, kafelərdə və insanların toplaşdığı yerlərdə siyasi və ictimai müzakirələrə qoşulmaqla vaxtını keçirdirdi. O, həmçinin şəhərin mərkəzində kirayə götürmüş olduğu mənzilində yüksək vəzifəli suriyalı nazirlər, iş adamları və generalları üçün bahalı zifayələr təşkil etməsi ilə tanınmışdır. Qısa zamanda şəhər elitası arasında Kohenin mənzilində təşkil edilən zifayətlər məşhurluq qazanmağa başladı. Genarallar xüsusi ilə gənc qızlarla əylənmək üçün həmin ziyafətlərə gəlməyə can atırdılar. Sözügedən ziyafətlərdə içkinin təsiri altında olan hərbçilər açıq formada dövlət sirri təşkil edə biləcək planlardan və İsrailə qarşı mümkün hərəkətlər haqqında bir-birinin arasında danışırdılar. Yüksək rütbəli məmurlara küllü miqdarda qarşılıqsız borc verməsi və daim diqqətləri üzərinə cəlb edə bilməsi səbəbindən Kohen bu tipli şənliklərdən çoxlu sayda əhəmiyyətli məlumatı əldə edib, İsrail dövlətinə ötürmüşdür. Kəşfiyyat məlumatlarının toplanması Suriyada dövləti idarə edən hərbi və siyasi elita Əli Koheni Kamal Əmin Taybet adı ilə tanımışdır. Onlara görə Taybet Argentina əsilli bir suriyalı olmaqdan əlavə öz vətənin sevən və şəxsi maliyyə vəsaitələri hesabına onun dirçəldilməsinə çalışan bir vətənpərvər şəxs olmuşdur. Taybet tez-tez Avropa ölkələrinə səfərlər edir və xüsusi ilə İsveçrəyə gedirdi. Bu səfərlərin əsas məqsədi kimi yeni biznes əlaqələrini qurulmasını və ya Suriya dövləti üçün mühüm olan hansısa zəruri əmtəənin ölkəyə gətirilməsini göstərmişdir. Əslində isə Kohen Sürix şəhərində Mossadın əməkdaşları ilə görüşür və yeni təlimatlarını onlardan alırdı. Həmin görüşlərin birində, hətta İsrailin sabiq Baş Naziri ilə belə görüşdüyü iddia olunmaqdadır. İsveçrəyə getmək adı ilə ölkəni tərk edən zaman üç dəfə də İsrailə səfər etmiş və burada əsil ailəsi və Mossadın əməkdaşları ilə vaxt keçirmişdir. İsrailə məlumatların göndərilməsi üçün xüsusi radio ötürüçüdən və ya müxtəlif təyinatlı mebellərin içərisinə gizlədilmiş kiçik şifrəli kağız parçalarından istifadə olunmuşdur. Kohenin ötürmüş olduğu ən önəmli kəşfiyyat məlumatlarından biri Colan təpələri ilə bağlıdır. Belə ki, şəxsi əlaqələrindən istifadə edərək Təbəriyyə gölünün qarşı sahilində yerləşən Suriya ordusuna məxsus istehkamları ziyarət edən Kohen burada orduya məxsus gizli yeraltı blindajlar olduğunu görür. Həmin blindajlar gölün İsail nəzarətində olan sahillərini tam olaraq nəzarət altında saxlayırdı və yeraltında yerləşdiyindən İsrail tərəfindən görünmürdü. Əli Kohen suriyalı əsgərlərə hörmət əlaməti olaraq ordudakı dostlarından xahiş edir ki, blindajların yaxınlığında əsgərlərin dincəlməsi üçün sidr ağacları əkməyə icazə verilsin. Yay aylarında Təbəriyyə gölü sahillərinin çox isti olması və hərbi xidmət şəraitinin ağırlığı nəzərə alınaraq, Kohenin bu arzusuna icazə verilir və beləliklə də əkilmiş ağaclarla qarşı tərəf üçün hədəflərin yerini rahat müəyyənləşdirmək imkanı yaradılır.Növbəti səfərlərində Mossad tərəfindən verilmiş kiçik foto kamera ilə çoxlu sayda Suriya ordusuna aid mövqelərin fotoşəkillərini və eskizlərin çəkərək gölün cənub sərhədlərinin əsaslı xəritəsini çıxarmışdır. O eyni zamanda ordunun gizli formada hazırladığı üç yeraltı bunker və minaatan qurğuların saxlanılması üçün xüsusi saxlanc yerlərinin koordinatları haqqqında da məlumatlar vermişdir. İsrail Silahlı Qüvvəlləri bu günə qədər Təbəriyyə gölünün Suriya ordusu tərəfindən nəzarət altında qalan hissəsində sadəcə bir ədəd yeraltı bunkerin olduğunu təxmin edirdi, bu səbəbdən Kohen tərəfindən verilən məlumatlar tamamilə yeni xarakter daşımaqda idi.Xəfiyyə tərəfindən göndərilmiş həyati əhəmiyyətli məlumatlardan biri də Suriya hökumətinin İordan çayının axın istiqamətini dəyişdirməsi ilə bağlı planları olmuşdu. Belə ki, İsrailin əsas şirin su qaynaqlarından biri olan İordan çayını axın istiqamətinə müdaxilələr etməklə İsraildə humanitar böhran yaratmağa çalışan Suriya və Livanın planlarından İsrail tərəfi xəfiyyənin sayəsində vaxtında xəbər tutmuşdur. Ehtimal olunur ki, təpələrin Altı günlük müharibə dövründə İsrail Silahlı Qüvvələri tərəfindən işğal olunmasında xəfiyyə tərəfindən ötürülmüş məlumatların həyati əhəmiyyəti olmuşdur. Bəzi kəşfiyyat və əks-kəşfiyyat mütəxəssisləri isə xəfiyyə tərəfindən göndərilmiş məlumatların İsrail ordusunun əlində olan təhcizat imkanları ilə peyk üzərindən asanlıqla müəyyənləşdirilə biləcəyini qeyd etmiş və sözügedən məlumatların Colan təpələrinin Altı günlük müharibə dövründə işğalında həlledici rol oynaması fikirini istisna etmişdilər. Saxlanılması Yeni təyin olunmuş Suriya Kəşfiyyat Xidmətinin polkovniki Əhməd Suidani heç kimə güvənən biri deyildi və hər zaman Əli Kohendən şübhələnmişdir. Bir necə il əvvələ qədər heç kimə məlum olmayan bir şəxsin Argentinadan Suriyaya gəlməsi və ölkənin hərbi və siyasi elitası arasında özünə yer tapması və bundan əlavə tez-tez Avropa ölkələrinə uzun müddətli səfərlər etməsi Əhməd Suidaninin gözlərinin hər zaman Kohen üzərində olmasına səbəb olmuşdur. Kohen 1964-cü ilin noyabr ayında İsrailə etmiş olduğu sonuncu gizli səfəri zamanı artıqlaması ilə diqqət çəkdiyini və Əhməd Sudiani başda olmaqla bir çox rəsmi şəxsin ondan şübhələndiyini və bu vəziyyətdən olduqca narahat olduğunu Mossad rəhbərliyinə bildirmişdir. Üçüncü övladı dünyaya gələn Kohen, Mossaddan əməliyyata son verməsini xahiş etsə də, Mossad rəhbərliyi xəfiyyə tərəfindən gətirilən məlumatların olduqca önəmli olduğunu əsas gətirərək gizli əməliyyatın davam etməli olduğunu bildirir. Həyat yoldaşı işə görüşən Kohen həyat yoldaşı Nadiya Məjaldı əmin edir ki, bu onun sonuncu səfəridir və növbəti dəfə birdəfəlik İsrailə qayıdacaq. 1965-ci ilin yanvar ayında Suriya Kəşfiyyat Xidmətinin polkovniki Əhməd Suidani əmin idi ki, kimlərsə ölkə daxilindən ölkə xaricinə xüsusi radio ötürücülər vasitəsi ilə şifrələnmiş məlumatlar ötürür. Suriya ordusu əlində olan imkanlardan istifadə edərək bir necə dəfə həmin dalğaları müəyyənləşdirməyə çalışsa da, bir nəticə əldə edə bilməmişdilər. Yanvar ayında SSRİ rəsmilərinə və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Suriyada fəaliyyət göstərən əməkdaşlarına müraciət edilir və onların rəhbərliyi ilə Dəməşq küçələrində səyyar axtarışlara start verilir. Sovet cəsusları həmin dövrə görə ən üst sayıla biləcək izlənmə texnologiyalarından istifadə edirdilər. UAZ-452 avtomobillərinə yerləşdirilmiş izlənmə qurğularının işləmə mexanizmi sadə idi. UAZ-452 Dəməşqin hər hansısa mərkəzi küçəsinə daxil olmazdan əvvəl həmin ərazinin işıqları söndürülür və beləliklə də bütün radio dalğaları kəsilirdi. Elektrik enerjisinin olmadığı şəraitdə təyin edilən radio dalğanı tapmaq, ölkədən gizli məlumat ötürən şəxsin tapılması demək idi. Həmin dalğaların daha öncə ani olaraq meydana çıxması və sonra kəsilməsi onu sübut edirdi ki, həqiqətəndə kimsə axşam 21:00-dan sonra şəhər mərkəzindən gizli bağlantı yaratmaqdadır. Gecə-gündüz davam edən axtarışlar nəticəsində 1965-ci ilin 24 yanvar tarixində, axşam saat 22:15 radələrində Əli Koheninin Dəməşq şəhərinin mərkəzində yerləşən evinin qarşısıdan keçən UAZ-452 radiodalğalarda ciddi artım müşahidə edir. Ərazinin işıqlarının söndürülməsinə baxmayaraq çox yaxın məsafədə olan kimsə yüksək tezlik üzərindən məlumat ötürməkdə davam edirdi. Hadisə barədə dərhal Suriya Kəşfiyyat Xidmətinin polkovniki Əhməd Suidaniyə məlumat verilir. Polkovnik, xüsusi təyinatlı dəstə ilə birlikdə Kohenin yaşadığı binaya yolanır. Qulağını qapıya söykəyərək evdən gələn səsləri dinləməyə çalışan Suidani, evin içindən radio ötürüçünün çıxardığı səsləri rahat şəkildə eşidir. Qapını qırıb, ani şəkildə evə daxil olan xüsusi təyinatlılar və Suidani, Əli Koheni yarı çılpaq vəziyyətdə İsrailə məlumat göndərərkən yaxalayırlar. Mühakimə və edam olunması Əli Kohen Suriya Hərbi Tribunalı tərəfindən casusluqda günahlandırılaraq edam cəzasına məhkum edilmişdir. Dəfələrlə dindirilmiş və işgəncələrə məruz qalmışdı. Baş vermiş hadisə Misir, İordaniya, Livan, İraq, İran və digər yaxın coğrafiyalarda yerləşən dövlətlərin gündəmini zəbt etmişdir. Suriya hökuməti ilə soyuq münasibətləri olan bəzi ərəb ölkələrinin mətbuatları, baş vermiş hadisəyə görə Suriya hərbi hökumətini lağ obyektinə çevirmişdir. İsrail tərəfi Əli Kohenin edam edilməməsi üçün beynəlxalq mərhəmət kampaniyasına start verir. Həmin dövrdə İsrailin Xarici İşlər Naziri olan Qolda Meir xəfiyyənin edam olunmasının Suriya üçün çox pis fəsadlara səbəb olacağı ilə bağlı xəbərdar etmişdir. Roma Papası VI Pavel Suriya rəsmilərindən xəfiyyənin bağışlanmasını və ona şəfaət etmələrini rica edir. Qolda Meir hətta Sovet Sosialist Respublikaları İttifaqından köməklik istəmişdir.1965-ci ilin 15 may tarixində xəfiyyə öz həyat yoldaşı Nadiya Məjalda aşağıdakı qısa məktunu yazır; Belçika, Kanada və Fransa hökumətlərinin Suriya hökumətinə edam hökmünün dəyişdirilməsi ilə bağlı bütün çağırışlara baxmayaraq, edam hökmü 1965-ci ilin 18 may tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən mərkəzi Marja meydanında xalq kütlələrinin gözü qarşısında icra olunmuşdur. Edamdan əvvəl Kohenin son arzusu kimi bir ravvin tərəfindən müşayiət olunmasına icazə verilmişdir. Dəməşqin yaşlı ravvinlərindən olan Nissim Indibo edam günü və xüsusi ilə xəfiyyə meydana gətirilən zaman yük maşınında onun yanında olmuş və müəyyən dualar oxumuşdur. Suriya tərəfi xəfiyyənin cəsədinin ailəsinə təhvil verməkdən imtina etmişdir. 1965-ci ilin noyabr ayında Nadiya Məjald dönəmin Suriya Prezidenti Əmin Hafizə məktub göndərərək Kohenin hərəkətlərinə görə bağışlanmasını və cəsədinin qalıqlarını istəmişdir. 2007-ci ildə Türkiyə hökuməti qalıqların qaytarılması üçün vasitəçi rolunu oynamağı təklif etmişdir.Bəşər Əsəd hökumətinin nümayəndəsi Monthir Maosily 2008-ci ilin avqust ayında vermiş olduğu açıqlamasında Mossad tərəfindən xüsusi bir əməliyyatla qalıqların ələ keçirilməməsi üçün yerinin üç dəfə dəyişdirildiyini bildirmişdir. Suriya hökuməti Kohen ailəsinin dəfələrlə ünvanlanan müraciətlərinə rədd cavabı vermişdir. Əli Kohenin doğma qardaşları Abraham və Mayrus tərəfindən davam etdirilən kampaniyalar, Mayrusun 2006-cı ildə vəfat etməsinə qədər davam etmişdir. 2016-cı ildə özünü Suriyanın sənət xəzinələri olaraq təqdim edən bir qrup Facebookda Kohenin edamından sonra cəsədinin görüntülərinin əks olunduğu tarixi videonu yayımladı. Bu vaxta qədər belə bir video görüntünün mövcud olması ilə bağlı heç bir informasiya yox idi. 2018-ci ilin 5 iyul tarixində Əli Kohenə məxsus olduğu iddia edilən qol saatı İsrailə gətirilmişdir. Yerli mətbuatın vermiş olduğu xəbərə görə Dəməşqdə yaşayan dul bir qadın tərəfindən satışa çıxarılan qol saatı Mossad əməkdaşları tərəfindən dərhal alınmışdır. Saat Mossadın 12-ci rəhbəri Yossi Kohenin iştirakı ilə Təl-Əviv şəhərində yerləşən təşkilatın mənzil-qərargahında xəfiyyənin ailəsinə təqdim edilmişdir. Saat hal-hazırda da həmin mərkəzdə sərgilənməkdədir. Suriya bütün cəhdlərə baxmayaraq, xəfiyyəyə məxsus qalıqların geri qaytarmaqdan imtina etməkdədir. Populyar mədəniyyətdə Ölümündən sonra Əli Kohen İsrail tərəfindən Milli Qəhrəman olaraq qəbul olunmuş və adı ölkənin bir çox küçə və yaşayış məntəqəsinə verilmişdir. İsrailin 7-ci baş naziri Menaxem Begin, sabiq Müdafiə Naziri Ezer Veyizman, tanınmış hərbçi Mordaçayi Qur və digər rəsmi şəxslər 1977-ci ildə xəfiyyənin oğlu üçün təşkil edilmiş Bar Mitzvah mərasiminə qatılmışdır. Yerusəlimin Herzl dağındakı Müharibədə itkin düşmüş hərbçilər adlı xatirə bağında Əli Kohenin adına salınmış xatirə lövhəsi yerləşməkdədir.Xəfiyyənin həyatından bəhs edən ilk film 1987-ci ildə ABŞ istehsalı olan Mümkün olmayan cəsus (ing. The Impossible Spy) ekran işidir. Filmdə, xəfiyyənin rolunu amerikalı aktyoru Con Şi canlandırlmışdır. 2019-ci ildə Əli Kohen rolunu Saşa Baron Kohenin oynadığı beş hissədən ibarət Xəfiyyə filmi Netflix tərəfindən yayımlanmışdır. Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmiş və Suriyaya məxsus Colan təpələrində yerləşən Eliad yaşayış məntəqəsi Əli Kohenin şərəfinə adlandırılmışdır. Xarici keçidlər Kohenin dul həyat yoldaşı qalıqların geri qaytarılmasını tələb edir. Baş Nazirin Əli Kohenin vəfatının 40 ili münasibətilə təşkil edilən mərasimdəki çıxışı. Dəməşqdəki adamımız. Əli Kohen əziz xatirələrdə. Arxivləşdirilib 2019-12-20 at the Wayback Machine Əli Kohen faylı. Əli Kohenin edamından sonrakı anlar (I hissə) Əli Kohenin edamından sonrakı anlar (II hissə), 1965-ci ildə Associated Press-in arxivindən əldə edilmişdir. Əli Kohen Mossad xəfiyyəsi.
https://az.wikipedia.org/w/index.php?curid=626620
Əli Kolen
Əli Kolen — Afrikada müasir Mali ərazisində XIII əsrdə yaranmış Sonqai dövlətinin banisi. Sonqai tayfası əvvəllər Afrikada Böyük Səhra ətrafında yarımköçəri həyat həyat tərzi keçirirdi. Mülahizələrə görə onlar Air vilayətindəki Sonq şəhərinin əsasını qoymuşdular. Quraqlıq nəticəsində köç etməyə məcbur olan sonqailər Niger çayının münbit vadisində məskunlaşaraq 890-cı ildə Qao şəhərinin əsasını qoymuşlar. Şəhər çox əlverişli mövqedə yerləşirdi. Şimaldan cənuba doğru gedən karvan yolları buradan keçirdi. Tezliklə Qao şəhəri sürətlə böyüməyə başladı. Sonqailər əvvəllər bütpərəst olsalar da, XII əsrin əvvəllərində onlar İslam dinini qəbul etdilər. XIII əsrin əvvəllərində Qao hakimləri Mali dövlətindən asılılığı qəbul etməyə məcbur olmuşdur. Qao hakimləri gəlirlərinin 1/3 hissəsini Mali hökmdarlarına verməli və oğlanlarını girov kimi Mali hökmdarının sarayına göndərməli idilər. XIII əsrin ortalarında Mali sarayına göndərilən şahzadələrin yanındakı nökərlərdən biri Əli Kolen idi. Şahzadələrdən biri saraya getmək istəmədiyindən o, nökər Əli Kokeni şahzadə kimi qələmə vermişdi. Uzun illər Mali sarayında yaşayıb siyasi təcrübə toplayan Əli Kolen 1273-cü ildə Qaoya qayıdır və şəhərdə hakimiyyəti ələ keçirir. Elə həmin il Mali hökmdarına xərac verməyən və bu yolla əhalinin rəğbətini qazanan Əli Koken müstəqil Sonqai dövlətinin yaradıldığını elan edir. Bu dövlət bəzi tarixi mənbələrdə Qao imperiyası da adlandırılmışdır. Əli Koken sonni titulunu qəbul etmiş və dövlət quruculuğunun möhkəmləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Şəhər divarlarını bərpa edən Əli Koken şəhər əhalisini silahlandıraraq ətrafdakı qəbilələri də öz tərəfinə çəkməklə Mali hökmdarlarının aramsız hücumlarını dəf etməyə müvəffəq olmuşdur. Sonqai hökmdarı Əli Koken 1301-ci ildə vəfat etmişdi. A.Hüseynli. Afrika hökmdarları. Bakı, 2008
https://az.wikipedia.org/w/index.php?curid=396150
Əli Kəmali
Əli Əkbər oğlu Kəmali (30 mart 1944, Savə, Mərkəzi ostanı – 1 avqust 1999, Savə, Mərkəzi ostanı) — folklorşünas. Əli Kamali 1944-cü ildə anadan olub.Kasıb bir kəndli ailəsində dünyaya göz açan Əli kiçik yaşlarında mollaxanada, sonra isə Savə və Tehran şəhərlərində oxumuşdu. Yeniyetməliyindən poezyaya böyük maraq göstərən Əli Kamali yaradıcılığa lirik şeirlərlə başlamışdı. 1966-cı ildə Tehran universitetində hüquq fakültəsini bitirib əsgəri xidmətə yollanmışdı. İki il müddətində hərbi məktəbdə hüquqdan dərs demişdi. Əsgəri xidməti başa vurduqdan sonra təhsilini davam etdirərək magistir dərəcəsi almışdı. 1996-cı ilin avqustun 1-də ölmüşdür.
https://az.wikipedia.org/w/index.php?curid=381391
Əli Kərim
Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu; 18 mart 1931, Göyçay – 29 iyun 1969, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur. Yaradıcılığı Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxmış "Təzə müəllim" şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olmuşdur. "İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971) "Səfərdən sonra" (1972), "Pillələr" (1978), "Gül və çörək" (1978), "Seçilmiş əsərləri" (I cild, 1974, II cild 1975), "Qayıt" (1983), "Pillələr" (1987), Seçilmiş əsərləri" (2 cilddə, 1991), "Mavi nəğmənin sahilində" (1991), "Neyləyim, şeirlə dərd söyləyirəm" (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin "Dinmə, ey kədər" (1986), Elza Kərimin "Nə xoşbəxt imişəm", Altay Məmmədovun "Tanıdığım Əli Kərim" xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi" (2005), "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış" (2010), Sona Xəyalın "Əli Kərim" (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: "Ə. Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: "Babəkin qolları"nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; "Heykəl və heykəlin qardaşı" poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. "Gül və çörək", "Sevirəm", "Bomba üstündə ev", "Çiçəklər iclasda" kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir. Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı "Bir santimetr haqqında ballada" poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: "İlk simfoniya" poemasını oxuyarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. "Heykəl və heykəlin qardaşı" poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…" Filmoqrafiya Şeirlərinə yazılmış mahnılar Flora Kərimova — Nə Gəlməz Oldun — musiqi: Oqtay Kazımi Yaqub Zurufçu — Yar Gəldi — musiqi: Adil Gəray Vaqif Şixaliyev — Azərbaycanım Mənim — musiqi: Hacı Zirəddin Tağıyev Ayşən Mehdiyeva — Azərbaycanım Mənim — musiqi: Adil Gəray Azad Zamanov — Qayıt — musiqi: Sevil Rüstəmova Flora Kərimova, Elxan Əhədzadə — Yar gəldi — musiqi: Elza Ibrahimova Nə xoşbəxt imişəm — musiqi: Cavanşir Quliyev Haqqında yazılanlar Feyzi Mustafayev. "Dinmə, ey kədər" (PDF).Cavanşir Yusifli. "Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış".Cavanşir Yusifli. "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi".Altay Məmmədov. "Tanıdığım Əli Kərim".Sona Xəyal. "Əli Kərim" (PDF).Elza Kərimova. "Nə xoşbəxt imişəm".İfrat Əliyeva. "Çırağı Sönməyən Poeziya". Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövrdə Göyçay Rayonunda Şair Əli Kərimin məzarı ətrafında Əli Kərim adına park salınmış, heykəli ucaldılmışdır. Bununla yanaşı Bakı, Göyçay, Sabirabad Şəhərlərində Əli Kərimin adını daşıyan küçə, Sumqayıt da Əli Kərim adına poeziya klubu, Xocalı rayonunda isə Əli Kərim adına tam orta məktəb vardır. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əli Kərimin seçilmiş əsərləri nəşr edilmişdir. Əsərlərinin nəşri İki sevgili. Bakı: Azərnəşr, 1960, 60 səh. Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh. Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh. Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh. Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh. Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh. Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh. Pillələr (roman). Bakı: Gənclik, 1978, 160 səh. Qız və kəpənək. Bakı: Gənclik, 1979, 56 səh. Qayıt. Bakı: Yazıçı, 1983, 288 səh. Pillələr (roman). Bakı: Yazıçı, 1987, 262 səh. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1991, 272 səh. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1991, 251 səh. Mavi nəğmənin sahilində. Bakı: Yazıçı, 1991, 197 səh. Seçilmiş əsərləri. Bakı, Lider, 2004 Qaytar ana borcunu. Təbriz, Əxtər, 2008 Seçilmiş əsərləri (2-ci cild). Bakı, Elm və Təhsil, 2012 Seçilmiş əsərləri. (I cild). Bakı, Şərq və Qərb, 2013 Seçilmiş əsərləri. (II cild). Bakı, Şərq və Qərb, 2014 "Nə xoşbəxt imişəm bir zaman, Allah!". Bakı, Bakı Kitab Klubu, 2015 Metronun yaylı qapıları. Bakı, Qanun nəşriyyatı, 2019 Həmçinin bax Xarici keçidlər Əli Kərim barədə sayt (az.)
https://az.wikipedia.org/w/index.php?curid=46043
Əli Kərimi
Əli Kərimi (30 avqust 1982, Təbriz) - azərbaycan əsilli İran futbolçusu. Hücumçu mövqeyində çıxış edib. 1982-ci ilin 30 avqustunda Təbriz şəhərində anadan olmuşdur. Klub kareyerası O, daha çox öz doğma şəhərinin Traktor FK və Şəhrdari Təbriz FK klublarında çıxış etmişdir. Statistikası Həmçinin bax Şəhrdari Təbriz FK Hüseyn Sadiğiani Böyük Ciddikar
https://az.wikipedia.org/w/index.php?curid=593304
Əli Kərimli
Əli Əmirhüseyn oğlu Kərimli (28 aprel 1965, Saatlı rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, hüquqşünas. Azərbaycan Respublikasının Ərazi idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri xidmətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri (1992), Azərbaycan Respublikasının Dövlət katibi (01.05.1993–7.07.1993), Azərbaycan Respublikası Milli Məclisinin I, II və III çağırış deputatı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2-ci sədri və lideri (2001-h.h.); Azadlıq blokunun həmtəsisçisi (2005–2010); AXCP-Müsavat seçki blokunun həmtəsisçisi (2010) ; Milli Şuranın qurucu üzvlərindən biri (2013-h.h.) və Koordinasiya Şurasının üzvü (2014-h.h.) Əli Əmirhüseyn oğlu Kərimov 28 aprel 1965-ci ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Əli Kərimli 1972-ci ildə Saatlı rayonunun Azadkənd orta məktəbinə daxil olmuş və 1982-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir. 1986-cı ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş və 1991-ci ildə həmin fakültəni bitirmişdir. 1983–1985-ci illərdə Rusiya SFSR, Buryatiya MSSR-də həqiqi hərbi xidmətdə olmuşdur. Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikası torpaqlarının erməni işğalından müdafiəsi üçün 1989-cu ildə könüllü müdafiə dəstələrinin komandiri kimi Qubadlı-Laçın cəbhəsində Qazıdərə, Cicimli və Aşağı Cicimli kəndlərinin müdafiəsini təşkil etmişdir.Əli Kərimli 1991-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra orada bir müddət hüquq üzrə müəllim işləmiş və bu dövrdə Azadlıq qəzetinin parlament müxbiri olmuşdur.. İctimai-siyasi fəaliyyəti 1987-ci ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetində Hüquq fakültəsi II kursda oxuyarkən Komsomol katibi olub. 1987-ci ildə yaradlan Yurd İctimai Birliyinin yaradıcılarından biri olub. 1988-ci ildə Yurd İctimai Birliyinin üzvlərinin də dəstəyi ilə o zaman iqtidarda olan SSRİ Kommunist Partiyası iqtidarına etiraz olaraq tələbələrin Bakıda görüşünü təşkil edib.1989-cu ildə Komsomolun BDU-da universitet səviyyəsində özünü buraxmasına nail olub.1989-cu ildə təsis edilmiş Azərbaycan Xalq Cəbhəsi hərəkatının nizamnəməsinin yaradılmasında iştirak edib. Azərbaycan Xalq Cəbhəsinin BDU şöbəsinin həmtəsisçisi və sədri olub. Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü, 1992-ci ilin fevral ayının 16-sında isə sədrinin birinci müavini olmuşdur. 1994-cü ilin may ayında Bakı şəhərinə qayıdaraq Azərbaycan Xalq Cəbhəsi sədrinin siyasi məsələlər üzrə müavini işləyib. Sonra isə Azərbaycan Xalq Cəbhəsi (daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrinin birinci müavini olmuşdur. 10 sentyabr 1994-cü ildə Yeni Azərbaycan Partiyası iqtidarının Rusiya qoşunlarını ölkəyə geri qaytarması məsələsinə etiraz etmiş, və bu məsələ ilə əlaqədar olaraq Bakıda keçirilən icazəsiz etiraz aksiyasına rəhbərlik edib.22 avqust 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin vəfatından sonra, 2001-ci ildə keçirilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası partiya qurultayında yekdilliklə partiyaya sədr seçilib.Əli Kərimli 2006-cı ildən xarici pasport ala bilmir. Bu imtina Əli Kərimli barəsində 1994-cü ilin sentyabrında açılmış cinayət işinin ləğv olunmaması ilə əsaslandırılır.2009-cu il Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər haqqında referendum ərəfəsində yaradılmış "Qarabağ və Respublika Uğrunda Hərəkat" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi (maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi) olub. Bürokratik fəaliyyəti 1992-ci ilin mayında Azərbaycan Respublikası Prezident Aparatının (indiki Azərbaycan Respublikası Prezidentinin Administrasiyası) Azərbaycan Respublikasının Ərazi idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri xidmətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. Bu dövrdə Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəy tərəfindən Alma-Ata Memorandumunu və İrəvan Protokolunu həyata keçirən qərargahın tərkibinə daxil edilib.1 may 1993-cü ildə Əbülfəz Elçibəy tərəfindən Azərbaycan Respublikasının Dövlət katibi təyin edilib. 1993-cü il 4 iyun hadisələrindən sonra Əbülfəz Elçibəyin Bakını tərk edib Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndinə getməsindən sonra o hadisələri qiyam kimi qiymətləndirmiş, 26 iyun 1993-cü ildə isə tutduğu vəzifədən istefa verərək Əbülfəz Elçibəyin yanına, Kələkiyə gedib. 7 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən vəzifəsindən azad edilib. 16 iyul 1993-cü ildə Milli Məcisdə çıxış etərək baş verən hadisələri dövlət rəsmiləri içərisində ilk dəfə qiyam kimi qiymətləndirib. Kələki kəndindən bir sıra Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarına işgüzar səfərlərə çıxıb. Parlamentdə 12 noyabr 1995, 5 noyabr 2000-ci ildə proporsional seçki sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasından, 6 noyabr 2005-ci ildə isə majoritar seçki sistemi əsasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən Azadlıq blokundan Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 1995-ci il parlament seçkilərində Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur. Beləliklə, Əli Kərimli deputat seçilmişdir.I çağırış dövründə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan—İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Əli Kərimli Azərbaycan Respublikasının Milli Məclisinə II çağırış seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri olaraq bu partiyanı təmsil etmiş və bu seçkidə də Kərimov soyadı ilə iştirak edib. 5 noyabr 2000-ci ildə keçirilmiş seçkidə proporsional seçki sistemi əsasında iştirak edərək çoxmandatlı seçki dairələri üzrə deputatlığa namizəd olmuş və deputat seçilib.II çağırış dövründə Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları daimi komissiyasının, Azərbaycan—Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Parlament seçkilərində 2005 Azərbaycanda Parlament seçkiləri 2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində yaradılmış Azadlıq Blokunun yaradıcı üzvlərindən biri olub.Əli Kərimli Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərində Azadlıq Blokunu təmsil etmiş və bu seçkidə ilk dəfə Kərimli soyadı ilə iştirak edib. 6 noyabr 2005-ci ildə keçirilmiş seçkidə majoritar seçki sistemi əsasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş və seçkiləri ilk sırada bitirmişdir. Ümumən parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq parlamentə getməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi onun millət vəkili mandatını ləğv etmişdir. 2010 Azərbaycanda Parlament seçkiləri 2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində yaradılmış AXCP-Müsavat Blokunun yaradıcılarından biri olub.Əli Kərimli Azərbaycan Respublikasının Milli Məclisinə IV çağırış seçkilərində AXCP-Müsavat Blokunu təmsil etmiş və bu seçkidə də Kərimli soyadı ilə iştirak edib. 7 noyabr 2010-cu ildə keçirilmiş seçkidə majoritar seçki sistemi əsasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş və rəsmi nəticələrə əsasən 2392 səs yığaraq, 29%-lə II yeri tutmuş və deputat seçilə bilməmişdir.Əli Kərimli ""AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilovun, 16 saylı seçki məntəqəsində seçki prosesini müşahidə etmiş K. Aslanovanın və A. Ruşanovun Suraxanı rayon məhkəməsinin həyətində qanunsuz olaraq saxlanıldığını, müşahidəçilərin zorla seçki məntəqələrindən çıxarıldığını, seçki məntəqəsi ərazisində qeydiyyatı olmayan şəxslərin həmin məntəqədə səs verdiyini, 12, 13, 16, 21, 23 və 28 saylı seçki məntəqələrində kobud qanun pozuntularına yol verildiyini, bununla da seçki dairəsinin ərazisində olan bir sıra seçki məntəqələrində səsvermə və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi proseslərində seçkilərin nəticələrinə ciddi təsir göstərən qanun pozuntularının baş verməsini bildirmiş və həmin seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsini, sözügedən dairə üzrə təkrar seçki keçirilməsini və iddia olunan pozuntulara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi" haqqında Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112–1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən ARMSK nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən bir icraatda birləşdirilərək araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və MSK-nın iclasında baxılmışdır. Müraciətlərdə göstərilən halların araşdırılması və iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq MSK-nın müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır. Araşdırma prosesində ərizəçi Əli Kərimliylə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş, araşdırmaya yardım etməyə dəvət olunmuş və ona müraciətlərdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlara malikdirlərsə, onların da təqdim edilməsi təklif edilmişdir. Əli Kərimli bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollara malik olduğunu bildirmiş, lakin araşdırma üçün təqdim etməkdən və MSK-nın iclasında iştirak etməkdən imtina etmişdir. AR MSK Əli Kərimlinin 10 noyabr 2010-cu il tarixli 463 saylı müraciətlərinin qismən təmin olunmaqla 2 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar verib. Prezident seçkilərində 2003 Azərbaycanda Prezident seçkiləri Əli Kərimli 15 avqust 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti postuna keçirilən V seçkilərdə prezidentliyə sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasından namizəd olub. Seçki ərəfəsində Azərbaycan Televiziyasında ayrılmış efir vaxtından 29 avqust və 5 sentyabr 2003-cü il tarixdə istifadə edərkən o zamankı Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şərəf və ləyaqətini təhqir edən və ləkələyən məlumatlar yaydıqları iddiası ilə Əli Kərimli və digər namizədlər haqqında tədbir görülməsi barədə Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlamış, AR MSK Əli Kərimli və digər namizədlərə gələcəkdə belə hallara yol verməməsi üçün xəbərdarlıq, sonra isə təkrar xəbərdarlıq edilməsi və şikayət ərizəsindəki faktların araşdırılıb tədbir görülməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsi haqda qərar qəbul etmişdir.Əli Kərimli 3 oktyabr 2003-cü ildə namizədliyini geri götürüb. Əli Kərimli və sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası bu seçkilərə Azərbaycan Milli İstiqlal Partiyası ilə koalisiya halında gedərək bu partiyanın namizədi Etibar Məmmədovu dəstəkləyib. Əli Kərimli seçkilərdən sonra seçki nəticələrinin saxtalaşdırıldığını iddia etmiş və seçki nəticələrini tanımadığını açıqlayıb. 2008 Azərbaycanda Prezident seçkiləri Əli Kərimli 5 sentyabr 2008-ci ildə 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində Bakıda, Caspian Plasa otelində Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də iştirakı ilə 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərini boykot etmək barədə "Demokratik siyasi qüvvələrin birgə bəyanatı" adlı bəyanat imzalayıb və bu seçkilərdə iştirakı boykot edib, beləliklə də seçkilərdə iştirak etməyib. 2013 Azərbaycanda Prezident seçkiləri 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri olub. 17 yanvar 2014-cü ildə isə həmin qurumun Koordinasiya Şurasının üzvü seçilib.Hələ seçkidən öncə AXCP-nin müavini Fuad Qəhrəmanlı Əli Kərimlinin seçkidə iştirakı barədə belə demişdir: Əli Kərimlinin Xalq Cəbhəsinin namizədi kimi seçkiyə qatılmaq niyyəti yoxdur. O, yalnız Milli Şuranın vahid namizədi kimi prezident seçkilərinə qatıla bilər Əli Kərimli 2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII seçkilərdə Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlini dəstəkləmişdir. Şəxsi həyatı Əli Kərimli 1991-ci ildə Samara Seyidova ilə ailə həyatı qurmuş və hal-hazırda da bu xanımla ailəlidir; İlk övladı Türkel Kərimli, ortancıl övladı Sezen Kərimli, üçüncü övladı isə Timur Kərimlidir. Kiçik oğlu Timur Kərimli 2013-cü ilin mart ayında dünyaya gəlib. Mükafat və fəxri adları 2000: Jurnalistlərin dostu mükafatı "Əli Kərimli, Bioqrafiyası". axcp.az. 2014-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28. Xarici keçidlər Rəsmi bloqu Natiq Güləhmədoğlu; Şahvələd Çobanoğlu. "Şahvələd Çobanoğludan Əli Kərimliyə çətin suallar". azadliq.info; Azərbaycan qəzeti. 2014-02-07; 1993-05-??. 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-17. "Ali Karimli Interrogated For 8 Hours!" (ingilis). azerireport.com. 2011-04-16. Archived from the original on 2013-11-14. İstifadə tarixi: 2014-01-28. Natiq Güləhmədoğlu; Akif Aşırlı. "Əli Kərimlinin məmur kürsüsündən etdiyi etiraflar". azadliq.info; Müxalifət qəzeti. 2014-03-16; 1993-01-28. 2016-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16. "Azeri police detain scores of protesters, including opposition party leader" ( (ing.)). Reuters. 2019-10-19. 2019-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20. Əli Kərimlinin Heydər Əliyevdən etiraf tələbi
https://az.wikipedia.org/w/index.php?curid=46601
Əli Kərimov
Əli Həbib oğlu Kərimov — Azərbaycan SSR dövlət xadimi. Əli Zülfüqar oğlu Kərimov — Azərbaycan balabançısı. Əli Xasbulat oğlu Kərimov (1900–13.10.1937) — Azərbaycan Dövlət Dram Teatrının direktoru. Əli Kərim — şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əli Kərimli — Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (2000-h.h.) Əli Kərimi — Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=174104
Əli Kərimov (balaban ustadı)
Kərimov Əli Zülfüqar oğlu (1874, Kalva, Ağsu rayonu – 1962) — balaban ustadı, zurnaçı. 1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur. Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib. Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə "Əli Kərimov" adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir."Çoban Yaylağı" və "Əli icadı" peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah" nı çalmışdır. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə araşdırmaçı Qalib Soltanoğlunun "Asta çal balabanı: Kalvalı Əli Dədə" kitabı işıq üzü görüb. 2009-cu il noyabrın 25-də Ağsu şəhər Mədəniyyət Sarayında çağdaş Azərbaycan zurna-balaban məktəbinin yaradıcısı Əli Kərimovun 135 illiyinə həsr olunmuş tədbir keçirilib. 2009-cu ildə Əli Kərimovun ifa elədiyi oyun havalardan ibarət disk buraxılıb. Diskdə 2 el havası – "Tərəkəmə" və "Uzundərə" mahnıları yer alır. Əli Kərimovun mahnıları Azərbaycan Milli Radiosunun "Qızıl fondu"nda və Dövlət Səs Yazıları Arxivində qorunur. Xarici keçidlər Toy rəqsi Əli Kərimovun ifasında.
https://az.wikipedia.org/w/index.php?curid=173964
Əli Kərimov (balabançı)

https://az.wikipedia.org/w/index.php?curid=95386
Əli Kərimov (daxili işlər naziri)
Əli Həbib oğlu Kərimov (20 sentyabr 1919, Bakı – 5 iyun 2000) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1956–1960), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1960–1965), Azərbaycan SSR Partiya-Dövlət Nəzarəti Komissiyasının (1962–1965) və Xalq Nəzarəti Komitəsinin sədri (1965–1970), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1970–1980), Azərbaycan SSR Dövlət Əmək Komitəsinin (1980–1987) və Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri (1987–1991), Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyasının sədri (1990–1992). Əli Həbib oğlu Kərimov 1919-cu ildə Bakıda, qulluqçu ailəsində anadan olmuşdur. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Neft mexanikası fakültəsində oxumuşdur. Təhsil aldığı illərdə fakültə, sonra isə institut komsomol təşkilatının katibi olmuşdur. 1942-ci ildə institutu bitirmiş və sonralar qiyabi olaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində təhsil almışdır.1942-ci ildən Əli Kərimov Dzerjinski adına zavodda yoxlayıcı usta, bir qədər sonra isə nəzarət şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, eyni zamanda zavod komsomol təşkilatına rəhbərlik etmişdir. Bundan sonra o, komsomol işinə daha yaxından cəlb olunmuş və 1943-cü ildə Orconikidze (hazırkı Suraxanı) rayonunun komsomol komitəsinin katibi seçilmişdir. 1944–1945-ci illərdə isə Bakı komsomol komitəsinin katibi, 1945–1947-ci illərdə isə birinci katibi vəzifələrində çalışmışdır.Əli Kərimov 1947-ci ilin oktyabr ayında Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Sovet nümayəndə heyəti tərkibində Ümumdünya Gənclər Federasiyasının Budapeştdə keçirilmiş konqresinin işlərində iştirak etmişdir. ÜİLKGİ Mərkəzi Komitəsinin üzvü olmuşdur.Əli Kərimov 1952–1956-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri olmuşdur. 1956–1960-cı ildə Azərbaycan SSR daxili işlər naziri, 1960–1965-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifələrində işləmişdir. Həmin dövrdə, 1962–1965-ci illərdə paralel olaraq Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədri və Azərbaycan KP MK katibi olmuş, 1965–1970-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışmışdır.Əli Kərimov 1970-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi seçilmiş və bu vəzifədə 1980-ci ilədək işləmişdir. 1980-ci ildən isə Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri olmuşdur.Əli Kərimov 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir. O, 1953–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1962–1966-cı və 1971–1981-ci illərdə Mərkəzi Komitənin büro üzvü, 1966–1971-ci illərdə isə büro üzvlüyünə namizəd olmuşdur. beş çağırış (3, 5, 8–10-cu) SSRİ Ali Sovetinin, beş çağırış (2, 4–7-ci) Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir. Əli Kərimov 5 iyun 2000-ci ildə vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=697648
Əli Kərimov (dövlət xadimi)

https://az.wikipedia.org/w/index.php?curid=174099
Əli Kərimov (nazir)

https://az.wikipedia.org/w/index.php?curid=792424
Əli Kərimov (siyasətçi)

https://az.wikipedia.org/w/index.php?curid=538890