!
stringlengths
1
182
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths
100
226k
https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths
46
49
Əl-Əzim
Əl-Əzim (ər. العظيم) — Allahın adlarından biri. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur! (Şura Surəsi, 4) Allahın böyüklüyü və əzəməti şübhəsiz bir insanın anlayışının çox üstündədir. Lakin insan yenə də öz ağılının sərhədləri daxilində Allahın nə qədər güclü və qüdrətli olduğunu görə bilər, anlaya bilər. Çünki bütün kainat Allahın böyüklüyünü göstərən saysız örnəklə doludur. İnsan yalnız içində yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allahın əzəmətini hiss edəcək. Ağırlığı tonlarla olan buludları daşıyan səma, min metrlərlə yüksəyə uzanan dağlar, içlərində milyonlarla növ canlının olduğu dənizlər, çaxan şimşək və onun ardından gələn göy gurultusu və Allaha boyun əymiş milyardlarla canlı… Bunlar və burada sayıla bilməyən saysız detal Allahın böyüklüyünün açıq dəlillərindəndir. Bir də dünyanın bir az xaricinə çıxıb düşünək. Belə bir nümunə kainatı yaradan sonsuz əzəmət sahibi Rəbbimizi bir az daha dərin qavramağımıza kömək olacaq: Kainat adını verdiyimiz sərhədsiz bir məkan içində yaşayırıq. Bu gün elm adamlarının çata bildikləri məlumat səviyyəsinə görə bu kainat, içində milyardlarla qalaktikanı saxlayır. Yaxşı bu qalaktikaların içində nələr var? Yenə, elmin bizə bildirdiyinə görə, hər qalaktikanın içində milyardlarla ulduz olduğunu bilirik. Biz də içində milyardlarla ulduz ehtiva edən milyardlarla qalaktikadan birinin içində, Dünya adı verilən və saatda 1670 km. sürətlə heç dayanmadan dönən bir planet üzərində yaşayırıq. Və şübhəsiz bu rəqəmlərlə düşünüldüyündə, kainatın içindəki varlığımızın, bir toz zərrəciyinin dünya içindəki varlığıyla belə müqayisə edilə bilməyəcək dərəcədə olduğu aydın olacaq. İnsan, səmimi olaraq düşündüyündə də milyardlarla qalaktikanı yaradan və bütününü idarəsi altında tutan Rəbbimizin əzəmətini dərk edə bilər. Rəbbimiz bütün kainatı yaradan, milyardlarla ulduzu saxlayan, milyardlarla qalaktikanın hamısını idarəsi altında saxlayan böyük bir gücün sahibidir. Allah, Öz üstün sifətlərini bir ayədə belə xəbər verməkdədir: Allah… Ondan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə Surəsi, 255)
https://az.wikipedia.org/w/index.php?curid=113546
Əl-Əziz
Əl-Əziz (ər. العزيز) — Allahın adlarından biri. (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47) Allahın 'Əziz' sifəti, Onun heç bir zaman məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur. Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bunula yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə hərəkət edə bilir, həyatlarını davam etdirə bilir, müəyyən bir nizam içində var ola bilirlər. Şübhəsiz bu acizlik yer üzünə hakim olduğunu zənn edən insan üçün də etibarlıdır. Bir insan nə qədər güclü, zəngin və etibar sahibi olsa da, Allah qarşısında acizdir, gücsüzdür. Nə malı, nə pulu, nə də ona etibar edən insanların sayı, onu Allahın əzabına qarşı qoruya bilməz. Ancaq Allaha təslim olan, Onun əmrlərinə uyğun yaşayan, razılığını qazanmağa çalışanlar xaric... Allah Quranda hər vaxt Öz tərəfdarlarına üstünlük verəcəyini vəd etmişdir. Ayələrdə belə buyurulmaqdadır: Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə Surəsi, 21) Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! (Ali-İmran Surəsi, 4) Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali-İmran Surəsi, 18) (Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mənasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir! (Yunus Surəsi, 65) Tayı-bərabəri olmayacaq qədər dəyərli, şərəfli, güclü və məğlubedilməz olan, daim qalib gələn izzət sahibi deməkdir. Qurani-Kərimdə buyurulur: "(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi (əl-Əziz), (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür)". Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
https://az.wikipedia.org/w/index.php?curid=113545
Əl-Əzm ailəsi
Əl-Əzm ailəsi (ərəb. آل العظم Al əl-'Əzm) — Osmanlı dövrdə məşhur Dəməşqli, Tərabülüslü, Hələbli və Saydalı valilər bir sülaləsi. Onlardan biri, Əsəd Paşa əl-Əzm 1743–1757-ci illərdə Dəməşq valisi olub. Dəməşqdəki Əl-Əzm sarayı və Həmadakı Əl-Əzm sarayı Əsəd Paşa əl-Əzm tərəfindən müddət ərzində tikilib. İsmayıl Paşa əl-Əzm, Həma, Hüms, Tərabülüs əş-Şam və Dəməşq valisi Süleyman Paşa əl-Əzm, Tərabülüs əş-Şam, Sayda və Dəməşq valisi Əsəd Paşa əl-Əzm, Həma və Dəməşq valisi Sədüddin Paşa əl-Əzm, Hələb valisi Məhəmməd Paşa əl-Əzm, Sayda və Dəməşq valisi Abdulla Paşa əl-Əzm, Dəməşq valisi Sadiq Paşa əl-Müəyyəd əl-Əzm, Ciddə valisi Xarici keçidlər al-ʿAẓm family // Encyclopaedia of Islam. Brill.
https://az.wikipedia.org/w/index.php?curid=787026
Əl-Əzm sarayı
Əl-Əzm sarayı (ərəb. قصر العظم Qəsr əl-'Əzm) — Dəməşqdə yerləşən saray. Əl-Əzm sarayı Əsəd Paşa əl-Əzm tərəfindən XVIII əsrdə tikilib. Əl-Əzm ailəsi Osmanlı dövrdə Dəməşqli valilər bir sülaləsi olub. Əsəd Paşa əl-Əzm 1743–1757-ci illərdə Dəməşq valisi olub.
https://az.wikipedia.org/w/index.php?curid=787024
Əl-Əzm sarayı (Həma)
Əl-Əzm sarayı (ərəb. قصر العظم Qəsr əl-'Əzm) — Həmada yerləşən saray. Əl-Əzm sarayı Əsəd Paşa əl-Əzm tərəfindən XVIII əsrdə tikilib. Əl-Əzm ailəsi Osmanlı dövrdə Dəməşqli valilər bir sülaləsi olub. Əsəd Paşa əl-Əzm 1743–1757-ci illərdə Dəməşq valisi olub.
https://az.wikipedia.org/w/index.php?curid=787025
Əl-Əşrəf Xəlil
əl-Məlikül-Əşrəf Səlahuddin Xəlil ibn Kalavun əl-Əlfi əs-Salihi (1262–1293) — Məmlük sultanı (1290–1293). Xəlil ibn Kalavun 1262-ci ildə doğulmuşdu. Məmlük sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məliküs-Salih Əlaəddin Əlinin ölümü üzərinə (1288) vəliəhd oldu. Əslında Sultan Kalavun əxlaq və davranışlarından xoşnud olmadığı üçün Xəlili vəliahd təyin etmək istəmirdi. Qazı Fəthuddin İbn Əbdüzzəhir, Xəlilin vəliahd təyiniylə ilgili bəlgəni imza etməsi üçün ona arz etdiyi zaman onu müsəlmanların idarəsini üstlənəcək vasıfdə görmədiyini söyləyərək imzalamamışdı. Niyəti kiçik oğlu Məhəmmədi vəliahd təyin etməkdi. Başda naib-i saltanat Hüsaməddin Torumtay olmaqla, əmirlər də Xəlili sevmir və böyük qardaşı Əlaəddini onun zəhərlədiyini iddia edirdilar. Ancaq Kalavun bu işi Xəlildən daha yaxşı yapacak başqa bir oğlu olmadığından onun vəliahd olmasına razı olmuş, Trablusşam səfərinə çıxarkən də Misirdə onu naib olaraq buraxmışdı (1289). əl-Məlikül-Əşrəf Xəlil, Kalavunun Aqqa səfəri sırasında xəstələnməsi və qısa bir müddət sonra ölümü üzərinə Məmlük taxtına keçdi (11 noyabr 1290). Ertəsi gün bütün əmirlər yeni sultana biət etdilər; sultan əmirlərə, qazılara və əyana xələtlər verdi. Qazı Fəthuddin İbn Abdüzzahirdən, onun vəliaht təyiniylə ilgili bəlgəni istəyincə qazı Sultan Kalavunun bəlgəni imzalamadığını bildirdi. Bunun üzərinə Xəlil atasının ona vermək istəmədiyi səltənəti Allahın verdiğini söylədi. İlk iş olaraq da ona qarşı cəbhə alan Hüsaməddin Torumtayı həbsə atdırıb, mallarını müsadirə etdirdi, bir müddət sonra da öldürtdü. Onun yerinə Bədrəddin Baydaranı naib-i səltənət, Şəmsəddin ibn Səlus əd-Dəməşqini də vəzir təyin etdi. Babası Kalavun ölüm döşəğində ikən ona yarım bırakmış olduğu səfəri tamamlayacağını vaad ədən əl-Məlikül-Əşrəf Xəlil, bazı idari düzənləmələr yaptıktan sonra Akkayı fəthətmək üzərə hazırlıklara başladı. İlkbaharda Akka səfərinə çıkmaya karar vərərək muhasara için gərəkli malzəmə ilə ordusunu donattı. Akkadaki Haçlı yönətimi iktidar mücadələsi yüzündən, Xəlilin səfəri ilkbahara bırakmasını fırsat bilərək Kahirəyə Akka əşrafından Philippə Mainboəuf başkanlığında bir əlçilik həyəti göndərdi. Ancak sultan onları huzuruna kabul ətməyip zindana attırdı. 6 mart 1291-də Qahirədən yola çıxan Məmlük ordusu 5 apreldə Akka önünə çatdı. Məşhur tarixçi Əbül-Fida Həma birlikləri arasında yer alırdı. Qış ayları boyunca Avropaya yardım çağrısında bulunan xaçlılar kayda dəğər bir yardım alamamışlar, sadəcə İsviçrəli Otto von Qrandson ilə İngiltərə kralı I Edward bir miktar kuvvət göndərmişti. Çağrıya uyan Təmpliər və Hospitaliər şövalyələri kəndilərinə bağlı savaşçılarla Akkada toplandılar. Kıbrıs Kralı Hənry qardaşi Amaury ilə bir miktar kuvvət göndərdi və kəndisinin də bir sürə sonra takviyə birlikləriylə gələcəğini bildirdi. İslam ordusu Akkayı Haçlı ordusundan hər bakımdan üstün bir kuvvətlə kuşattı. Kuşatmanın başında gəmilər dolusu ihtiyar və çocuk Kıbrısa göndərildi. Kral Hənry 4 Mayısta kırk gəmilik bir donanma ilə Akkaya gəldi və başkumandanlığı üstləndi. Ancak onun gətirdiği kuvvətlər sonucu ətkiləyəcək düzəydə dəğildi. Müslümanlar şəhri zaptədip çok sayıda kişiyi əsir aldılar. 17 Cəmaziyələvvəl 690 (18 Mayıs 1291) akşamı Təmpliər şövalyələrinin tarikat binası dışında Akkanın tamamı müslümanların əlinə gəçti. 28 Mayısta burası da alındı. Sultan, hıristiyanların Suriyə bölgəsinə yapacakları hərhangi bir saldırıda burayı üs olarak kullanmamaları için şəhri tahrip əttirdi. Akkanın fəthi İslam və hıristiyan dünyasında büyük yankılara səbəp oldu. Müslümanlar bu zafəri coşkun səvinç göstəriləriylə kutladılar. Məmlük kuvvətləri Akkadan sonra Sur, Sayda, Tartus (Antartus), Bəyrut, Aslis, Hayfa və Cübəyli ələ gəçirərək bütün Suriyə sahillərini Haçlılardan təmizlədilər. Sultan Xəlil, 29 Rəbiüləvvəl 691 (20 mart 1292) Cuma günü namazdan sonra Ərmənilərin hakimiyətindəki Kalatürrum üzərinə yürüdü. Fırat kıyısında yər alan bu müstahkəm kalə otuz üç gün sürən kuşatmadan sonra fəthədildi və 1200 kişi əsir alındı (11 Rəcəb 691/28 Haziran 1292). Sultan 19 Şabanda (5 avqust 1292) Dımaşka döndü, oradan da Kahirəyə harəkət ətti. 692 (1293) yılında da ermənilərlə mücadələyə dəvam ədən Sultan Xəlil Bəsni (Bəhisni, Bəhəsni) üzərinə bir səfər düzənlədi. Ancak daha Dımaşktan ayrılır ayrılmaz Ərməni Kralı Bəsni, Maraş və Təl Hamdunu təslim ədəcəğini bildirərək barış istədi. Sultan Xəlil bu təklifi kabul ədip Kahirəyə döndü. Bu arada Suriyədə İlhanlı-Məmlük sınırındaki çöllərdə yaşayan bədəvilər də itaat altına alındı. Sultan Kahirəyə dönüncə İlhanlı Hükümdarı Gəyhatu bir əlçilik həyəti göndərərək vaktiylə dədəsi Hülagu tarafından zaptədilmiş olan Haləpin kəndisinə iadə ədilməsini, aksi takdirdə bütün Suriyəyi topraklarına katacağını bildirdi. Ancak sultan bu təhditlərə aldırmayıp əlçilik həyətini kovdu və kəndilərinə pək yakında Bağdatı da ələ gəçirip Moğolları Iraktan çıkaracağını söylədi. Gərçəktən Sultan Xəlil, Mısırdaki Abbasi Halifəsi Hakim-Biəmrillahın nüfuzundan da istifadə ədərək Ortadoğudaki Moğol varlığına son vərmək istiyordu. Bu maksatla cihad çağrısı yapmış, Dımaşkta səfər için hazırlıklara başlanmıştı. Ancak ömrü yətmədiği için bu arzusunu gərçəkləştirəməmiştir. Məkkə Əmiri Nəcməddin Əbu Nüməyi kəndinə tabi kılmak və Abbasi halifəsinin manəvi nüfuzundan faydalanıp İslam dünyasının ən güçlü hükümdarlarından biri olmak istəyən Sultan Xəlil dış siyasətində çok başarılı idi. Ancak içəridə əmirlər üzərində arzu əttiği nüfuz və otoritəyi təsis ədəmədi. Yaptığı tayinlərlə əmirləri birbirinə düşürdü. Babasının məmlüklərini aşağılaması, İbn Səlus gibi bir tüccarı vəzir tayin ətməsi, Sungur əl-Əşkar gibi bazı əmirlərini öldürtməsi, ramazanda içki içməsi və bazı gayri ahlaki harəkətləri başta naib-i saltanat Bədrəddin Baydara olmak üzərə çok sayıda əmirin kəndisinə karşı düşmanlık bəsləməsinə səbəp oldu. 3 Muharrəm 693tə (4 dekabr 1293) Vəzir İbn Səlus və büyük əmirlərlə birliktə İskəndəriyə istikamətində ava çıkan Sultan Xəlil, bir sürədir kəndisini öldürməyi planlayan Bədrəddin Baydara və arkadaşları tarafından öldürüldü (12 Muharrəm 693/13 Aralık 1293). 13, 14 vəya 15 Muharrəmdə öldürüldüğünə dair rivayətlər də vardır. Tərvəcə Valisi İzzəddin Aydəmir iki gün sonra cəsədini yıkatıp kəfənləttiktən sonra Kahirəyə göndərdi. Səyyidə Nəfisənin kabri yanında bu gün Türbətüləşrəfiyə diyə bilinən yərə dəfnədildi. Sultan Xəlil cəsur, yiğit, gayrətli, həybətli, iyi kalpli, adil və cömərt bir hükümdardı. Çok acələci olup hiç kimsəylə istişarə ətmədən karar vərir və duygularını gizləməzdi. Bazı kaynaklarda ramazanda içki içməsi və gayri ahlaki davranışları dolayısıyla tənkit ədilmiştir. Dımaşkta içki içilməsini və alım satımını, afyon içimini yasaklamış, gümrük və transit gəçiş vərgisini (mükus və daraib) kaldırmıştır. Kalatüləşrəfiyə, Əyvanüləşrəfiyə və Səyyidə Nəfisənin türbəsi yanındaki mədrəsə onun tarafından yaptırılmıştır. Şeir və ədəbiyyata məraklı olan Sultan Xəlilin əl-Ķaśdül-Cəlil min nažmis-Sulŧan Ħalil əl-Əşrəf adıyla məşhur bir divanı vardır (Bəyrut 1866). İbnül-Vahid Nıśfül-Ǿayş adlı əsərini ona takdim ətmiştir (nşr. Adil əl-Bəkri, Musul 1969). Ölümü dolayısıyla hakkında birçok şair tarafından mərsiyələr yazılmıştır. Akkanın fəthindən sonra ticarətin gəlişməsi için Akdənizdəki hıristiyan güçlərlə münasəbətlərini gəliştirən Sultan Xəlil onlarla ticari anlaşmalar imzaladı. Babası Kalavunun Aragon Kralı III. Alphonso ilə yaptığı antlaşmayı II. Jaməs ilə yənilədi (29 Ocak 1293). Ayrıca Məntəşə, Aydın və Karamanoğulları ilə də ilişkilər kurdu. Karamanoğlu Məcdüddin Mahmud Bəy Alaiyəyi Frankların əlindən alınca (aprel 1293) burada əl-Məlikül-Əşrəf Xəlil adına hutbə okutmuştur. Sultan Xəlili öldürən əmirlər lidərləri Bədrəddin Baydarayı əl-Məlikül-Kāhir (əl-Məlikül-Əvhad) lakabıyla sultan ilan əttilər. Ancak Bədrəddinin saltanatı uzun sürmədi. Bir iki gün sonra Zəynüddin Kətboğa əl-Mansuri, Üstadüddar (Üstadar) Hüsaməddin və Sultan Xəlilə bağlı məmlüklər Bədrəddin Baydarayı daha Kahirəyə varmadan öldürüp Xəlilin küçük yaştaki qardaşi əl-Məlikün-Nasır Məhəmmədi sultan ilan əttilər. Kısa bir sürə sonra iktidarın gərçək sahibi olan Zəynüddin Kətboğa əl-Məlikül-Adil unvanıyla Məmlük tahtına çıkmayı başardı (694/1295). Həmçinin bax Şəcərəddürr Seyfəddin Qotaz Məmlük dövləti Əyn Cəllud vuruşu
https://az.wikipedia.org/w/index.php?curid=544890
Əl-Əşəri
Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər – təq. 935, Bağdad, İraq, Abbasilər) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır. Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir. Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular. İkinci məclis üçün anlaşıb qalxdılar, lakin ikinci məclis üçün bir mütəzili alim belə məclisə gəlməyə cəsarət etmədi. İmam Əşarinin əshabından biri, "Mütəzilə qaçdı" yazılıb qapıya asılmasını istədi. İslam daxili bidət firqələrinə və İslam xarici küfr əhlinə qarşı yazdığı onlarca kitab və risalələri vardır. Bu firqələrlə sayılmayacaq qədər münazirələrə qatılırdı. İmam Əşari təfsir, hədis, fiqh, tasavvuf elmində də biliklərə malik idi. Elmi sahədə imamlığının ən böyük əlamətlərindən biri, Əhli Sünnət alimlərinin böyük əksəriyyətinin ona tabe olub, əqidədə onu imam təyin etmələridir. Müəllimləri: Zəkəriyya bin Yəhya Əs Saci Əbu İshaq Əl Mərvəzi (Məşhur mühəddis və fəqih) Əbu Xalifə Əl Cuməhi Səhl bin Sərh Abdur Rahmən bin Xaləf əl Bəsri Muhəmməd bin Yaqub Əl MuqriMəşhur tələbələri: Əbul Həsən Əl Bəhili (Əşariylə münazirədən sonra Şiəlikdən Əhli Sünnət məzhəbinə keçmişdir.) Əbul Həsən Əl Kirmani Əbu Zeyd Əl Mərvəzi Əbu Abdillah bin Mücahid Ət Tai Əl Bəsri Bundar bin əl Huseyn Əş Şirazi Əbu Muhəmməd Ət Tabəri Əl İraqi Zahir bin Əhməd Əs Səraxsi Əbu Səhl Əs Suluki Əbu Nasr Əl Kəvvaz Əş Şirazi Əbu Bəkr Əl Curcani Əl İsmaili Əbu Abdillah Hamaveyh Əs Sayrafi Əbu Abdillah bin Hafif Əş Şirazi Muhəmməd bin Əli Əl Qaffal Əsas əsərləri İmamın toplam altımışdan çox əsəri var. Üç yüzə çatdığı da qeyd olunur. Bu əsərləri aşağıdakı formada qruplaşdırmaq olar: Mütəzili olduğu zaman yazdığı kitablar. Sonradan bunlardan imtina etmişdir. Fəlsəfəçi, Yəhudi, Xristian, Məcusilərə yazdığı rəddiyələr. Xəvaric, Mütəzilə, Şiə və Zahirilərə yazdığı rəddiyələr. Məqalət kitabları. Verilən suallara cavab olaraq yazdığı risalələr. Əsərlərinin siyahısı Təfsirul Quran (70 cild. 300 cild olduğu haqqında da bir görüş var.) Risələ ilə Əhlis Səğr (Azərbaycan alimlərinin suallarına cavab olaraq sələfin məzhəbini açıqladığı bir risalədir. Türkcəyə tərcümə edilmişdir.) Əl İbənə an Usulid Diyənə (Türkcəyə tərcümə edilmişdir.) Ər Raddu alə İbnir Ravəndi Əl Fusul fir Raddi alə Mulhidin vəl Xaricinə anil Millə Əl Qami likitəbil Xalidi fil İradə Kitəbul İctihəd fil Əhkam Kitabul Əxbar və Təshihuhə Kitabul İdrak fi Funun min Lətifil Kəlam Kitabul İməmə Ət Təbyin an Usuliddin Əş Şərh vət Təfsil fir Raddi alə Əhlil İfki vət Tadlil Kitəbul Mucəz Kitabu Xalqil Əməl Əl Luma fir Raddi alə Əhliz Zeyği vəl Bidə İstihsanul Xavdi fi İlmil Kəlam Cuməlu Məqalətil Mulhidin Ən Naqd aləl Cubbai Ən Naqd aləl Bəlxi İdahul Burhan fir Raddi alə Əhliz Zeyği vət Tuğyan Risalətul İman Əl Funun fir Rəddi aləl Mulhidin Ən Nəvədir fi Dəqaiqil Kələm Əl Cəvhər fir Rəddi alə Əhliz Zeyğ Məqalətul Fələsifə Cəvabul Xurasaniyyin Məqalat əl-İslamiyyin va ixtilaf əl-müsəllin Cəvəzu Ruyətilləhi Təalə bil Əbsar Ədəbul Cədəl Kitəbur Rəddi aləl Mucəssimə Kitəbul UlumMüsəlmanların fikirləri və ibadət edənlərin rəy müxtəlifliyi (əsərindən parçalar). Ərəb dilindən tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999 Kəlam ortodoksal islam sxolastikası olaraq özünün ilkin formasında, protofəlsəfi səviyyədə YIII əsrin başlanğıcında Misirdə meydana gəlmişdi. 908-ci ildə isə kəlamın əşərilik adlanan bir qolunun da əsası qoyuldu. Bu vaxta kimi mötəzilə nümayəndəsi kimi tanınan Əbülhəsən Əşəri həmin il mötəziləni bir günah kimi etiraf etdi, təntənəli surətdə tövbə edərək ondan üz döndərdi, "mötəzilə çirkabı"ndan təmizləndiyini bildirdi, lakin Əşəri öz keçmişinin üstündən tamamilə xətt çəkə bilmədi. O, mötəzilə üçün səciyyəvi olan rasionalizmi dinə gətirdi. Heç də təsadüfi deyildir ki, Əşəridə Quranın da Allah qədər mütləq, əbədi və əzəli olduğu fikri irəli sürülür. Əşərizmdə şəhərli rasionalizmi aşkar olaraq duyulur. Əgər mötəzilə başlıca olaraq tacir dünyaduyumunun nəzəri ifadəçisi idisə, əşərilik daha çox dövlət məmuruna xas olan dünyaduyumu ifadə edirdi. İctimai həyatda məmurun oynadığı rolun əhəmiyyəti artdıqca müsəlman aləmində bu rolun ən uğurlu ifadəsi olan fars fenomeninin də cəmiyyətdə əhəmiyyəti və rolu artırdı. Bağdadda siyasi hakimiyyətə əslində büveyhilərin, Orta Asiyada isə samanilərin sahib olması fars fenomeninin və bununla bağlı olaraq şəhərli təfəkkür tərzinin islam cəmiyyətində əhəmiyyətinin artmasından xəbər verirdi. Əşəriliyin təkamülü büveyhilərin hakimiyyətə doğru irəliləyişi ilə paralel baş verirdi. Səciyyəvidir ki, əşərilik Quranı müsəlman əxlaqının bir rasional kodeksi olaraq qavramış və onu Allahın yaratdıqlarından, sadəcə olaraq, biri kimi deyil, Allahın özünün təcəssümü kimi qəbul etmişdir. Ümumiyyətlə, götürüldükdə isə, əgər mötəzilə təliminin davamçıları dini ehkamların mütləqliyini qəbul etməyib, əksinə dünyəvi şüuru mütləqləşdirirdilərsə, ortodoksal təlimin tərəfdarları dini şüuru mütləqləşdirirdilər. Haqqında deyilənlər İmam Tacuddin əs Subki "Muidun Niəm"də deyir: "İmam əl Əşarinin əqidəsi, Əbu Cəfər ət Tahavinin, Əbul Qasim əl Quşeyrinin əqidəsinin və "Əl Murşidə" adlanan əqidənin əhatə etdiyi əqidədir. (Bu əqidələr hamısı) Əhli Sünnə vəl Cəmaənin inanc təməllərində müştərəkdirlər." Şeyx Tacuddin əs Subki "Tabəqat"ında bu İmam haqda danışarkən deyir: "Əhli Sünnət vəl Cəmaatın şeyxi, mütəkəllimlərin imamı, rəsulların seyyidinin sünnətinin yardımçısı, dinin müdafiəçisi, insanların aləmlərin Rəbbi üçün qalxacaqları günə kimi təsiri qalacaq bir səylə, müsəlmanların əqidələrini qorumağa səy göstərən bir kimsədir. İmam, dahi, müttəqi biridir. Şəriəti iftiraçıların sözlərindən qorumuşdur. İslam millətinin yardımına qalxmış, təkidli bir şəkildə onlara yardım etmişdir." Yenə Tacuddin əs Subki "Tabaqat"da, Əbu Bəkr əl İsməilinin belə dediyini nəql edir: "Bu din (əqidə) – yəni çox hissəsi – getdikdən sonra, uca Allah onu Əhməd ibn Hənbəl, Əbul Həsən əl Əşari və Əbu Nueym əl İstirabazi ilə qaytardı." Yenə Tacuddin əs Subki "Tabaqat"da, İmam Beyhəqidən belə dediyini nəql edir: "Əbul Həsən əl Əşari) Allahın dinində hər hansı bir yenilik çıxarmayıb, heç bir bidət də gətirməyib. Əksinə səhabə, tabiun və onlardan sonra gələn imamların üsuluddin/əqidə haqqındakı sözlərini almış, daha geniş şərh və bəyanla onları dəstəkləmişdir." İmam Tacuddin əs Subki "Tabaqat"da atasından nəqlən deyir: "Şeyxi, İmamı (atası Təqiyyuddin əs Subkini nəzərdə tutur) — rahimahullah — belə deyərkən eşitdim: "Tahavi əqidəsinin içindəkilər, əl Əşarinin etiqad etdiyidir. O, Tahavi əqidəsinə sadəcə üç məsələdə müxalif olmuşdur." İmam Tacuddin əs Subki "Tabaqat"da, Əbu İshaq əş Şirazidən belə dediyini nəql edir: "Əbul Həsən əl Əşari Əhli Sünnənin imamıdır. Şafinin əshabının çoxu onun məzhəbindədir. Onun Məzhəbi haqq əhlinin məzhəbidir." İmam Tacuddin əs Subki "Tabaqat"da, İmam Quşeyridən onun belə dediyini nəql edir: "Şeyxin (Əbul Həsən əl Əşarinin) halı ilə bağlı (İmam əl Quşeyriyə) yazılı bir fətva soruldu. Əl Quşeyrinin cavabı bu cür oldu: "Bismilləhir Rahmənir Rahim. Hədis əshabı ittifaq edib ki, Əbul Həsən Əli bin İsmail əl Əşari, hədis əshabından olan imamlardan bir imam idi və məzhəbi də hədis əshabının məzhəbidir. Usuluddin barədə Əhli Sünnətin yoluna uyğun danışmış, zeyğ/əyrilik və bidət əhlindən olan müxaliflərə rəddiyələr vermişdir. Qiblə əhlindən olan Mötəzilə, Rafizilər və bidətçilərə, eləcə də qeyri müsəlmanlara qarşı sıyrılmış bir qılınc idi. Kim ona tən edər, qınayar, lənətlər və yaxud söyərsə bütün Əhli Sünnənin hamısına qarşı pis danışmış olar." Hafiz İbn Asakir "Təbyinu Kəzibil Muftəri" adlı əsərində, İmam Əbu İshaq əl İsfərayininin belə dediyini nəql edir: "Şeyx Əbul Həsən əl Bəhilinin yanında dənizin yanında olan bir damla kimi idim. Şeyx Əbul Həsən əl Bəhilinin bu cür dediyini eşitdim: "Mən Əşarinin yanında dənizin yanındakı bir damla kimi idim." İbnul İmad əl Hənbəli "Şəzəratuz Zəhəb" da deyir: "Nəbəvi sünnət əhlinin üzünü ağardıb, etizal əhli və cəhmiyyənin bayraqlarını qaraldan, açıq aydın haqqı bəyan edən, iman və irfan əhlinin qəlblərinə buz kimi gələn hallarından biri də, onun şeyxi Cübbəi ilə arasında keçən, hər bidətçi riyakarın belini qırdığı münazərəsidir." Yafii "Mirətul Cənən" adlı əsərində deyir: "Şeyx, imam, sünnətin yardımçısı, ümmətin nəsihətçisi, haqq imamlarının imamı, bidətçi və haqdan sapanların dəlillərini rədd edən, aydın nuru və kəskin bürhanı olan haqq mənhəcinin bayrağını daşıyandır." İmam Hafiz Cəlaluddin əs Suyuti "İtmamud Dirayə" də deyir: "Biz inanırıq ki, Əbu Musa əl Əşarinin soyundan olan Əbul Həsən əl Əşari sünnətdə, yəni əqidədə imamdır. Bu elmdə başqalarından öndədir. Onun haqqında, onun uzaq olduğu şeyləri deyənin sözünə fikir verilməz." İmam Nəvəvi "Bustanul Arifin"də deyir: "Çox kitab yazmaqla məşhur olanlardan biri də İmamımız İmam Əbu Abdillah Muhəmməd bin İdris əş Şafi və İmam Əbul Həsən əl Əşaridir. Uca Allah hər ikisindən razı olsun." Əbu Abdillah Muhəmməd əl Beyruti "Əd Durrətul Vədiyyə"də deyir: "Malikilər və Şafilər əşaridilər, imamları Əbu Musə əl Əşarinin — radiyallahu anhu — zürriyyətindən olan Əbul Həsən əl Əşaridir. Hənəfilər isə maturididirlər. İmamları da Əbu Mansur əl Maturididir. Onların hər ikisi də Əhli Sünnə vəl Cəmaənin imamıdır." İmam Şəhristani "Əl Miləl vən Nihəl" kitabında deyir: "Əşarilər, Əbu Musa əl Əşariyə nisbət olunan Əbul Həsən əl Əşarinin — Allah hər ikisindən razı olsun — əshabıdırlar. Maraqlı olan bir ittifaq eşitdim ki, Əbu Musa əl Əşari — radiyallahu anhu — Əbul Həsən əl Əşarinin öz məzhəbində təsdiq etdiyi şeyin eynisini təsdiq edirdi." Hənəfilərdən Qurəşi "Əl Cəvəhirul Mudiyyə" adlı əsərində deyir: "Üsul sahibi, böyük imamdır. Əşariyyə taifəsi ona nisbət edilir." İbn Fərxun əl Yəmuri "Əd Dibəc" adlı əsərində deyir: "Əbul Həsən əl Əşarini, Əbu Muhəmməd bin Əbi Zeyd əl Qayravani və müsəlmanların başqa imamları tərifləmişlər." İmam Əl Murtada əz Zəbidi "İthəfus Səadətil Muttəqin" də deyir: "Bilinsin ki, hər iki imam Əbul Həsən (Əl Əşari) və Əbu Mansur (Əl Maturudi) – Allah onlardan razı olsun və xeyirlə mükafatlandırsın – özlərindən bir rəy çıxarmamış, ortaya yeni bir yol qoymamışlar. Onlar sələfin məzhəbini təsdiq edən, Allah rəsulunun — salləllahu aleyhi və səlləm — əshabının üzərində olduğu əqidə uğrunda mübarizə aparan kimsələrdir. Hər ikisi də bidət və zəlalət sahibləriylə, susub məğlub halda dönmələrinə qədər münazərə etmişlər." Gardet L., Anawati M. Introduction à la théologie musulmane, essai de théologie comparée. – Paris, 1948. R. J. McCarthy. The Theology of al-Ashari. – Beirut, 1953. G. Makdisi. Ashari and the Asharites in Islamic Religious History. // Studia Islamica. – 1962. – № 17. – p. 37–80; 1963. – № 18. – p. 19–39. Həmçinin bax Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=293964
Əl-Аmаrа
Amara — İraqın Meysan mühafazasının mərkəzi. Əhalisinin 79% ni şiələr təşkil edir. Bu da 1000 il əvvəl buralarda yaşayan Lurlar ilə bağlıdır. Şəhər həmçinin Dəclə və Fərat çayı arasında yerləşir.
https://az.wikipedia.org/w/index.php?curid=614285
Əl Bağdadiyyə TV
Əl Bağdadiyyə TV — İraqda yayımlanan televiziya kanalı. Mərkəzi Misirin paytaxtı Qahirədə olan “Əl-Bağdadiyyə” televiziyası 2005-ci il sentyabrın 12-si İraqın İspaniyadakı sabiq səfiri Dr Avun Əl Kaşluk tərəfindən yaradılıb. İyirmi dörd saat yayımlanan “Əl Bağdadiyyə” kanalının İraq, Liviya, Suriya, İordaniya, Norveç, İsveçdə şöbələri var. Bu kanalı digər kanallardan fərqləndirən cəhət TV ekranında İraq bayrağı xaricində başqa bayrağın dalğalanmasına icazə verilməməsidir. Televiziyanın məqsədi İraqın bütövlüyünü təmin etməkdir. İraqın müstəqilliyinə qovuşması ilə bağlı verilişlər hazırlanır. “İşğal qüvvələrinə və diktatorluğa yox” şüarı ilə Nil-Sat, Arab-Sat, Hotbird və Optus B3 peykləri ilə yayımlanır. Heç bir etnik qrupa üstünlük verməyən və müstəqil şəkildə yayım həyata keçirən kanallardan ən önəmlisi olan “Əl Bağdadiyyə” TV-nın yayım siyasəti etnik ayrıseçkiliyə yol verməmək, İraqda həmrəylik və bərabərliyin reallaşmasına nail olmaqdır. İşğalçı qüvvələrin dərhal İraqı tərk etmələrini, İraq xalqına qarşı tətbiq edilən təzyiq və zorakılıq hadisələrinin aradan qalxmasını, xalqı obyektiv şəkildə məlumatlandırmağı və istiqamətləndirməyi məqsəd qoyan yayım siyasətinə görə ABŞ tərəfindən dayandırılmağa çalışılan kanallardan biridir. Həmçinin, siyasi, musiqi və idman verilişlərinə üstünlük verir. Bu verilişlər; “Əl Muhacirin min Əl İraq”, “Mütamər Bağdad”, “Ataruhu ala Əl Vakiq Əl İraqi”, “Əl Muhtasar”, “Qadiyət Əl Usbuq”, “Əl Müvacəhə”, “İraqileyn”, “Tarix”, “Mə Lə Yuqal”, “İdman”, “Şəbəb”, “Gənclik”, “İstəklər”dir. Ən çox izlənilən veriliş “İlək Vahşə” də qürbətdə yaşayan iraqlılardan bəhs olunur. İraqın keçmişdən bu günə qorunub yaddaşlara həkk edilmiş folkloruna, seriallara və milli motivli mahnılara önəm verir. İraqda və Misirdə baş verən prosesləri, müqavimətçilərin xəbərlərini işıqlandıran kanal Misir TV kanalları və xalqı tərəfindən ən çox izlənilən kanallar arasında yer almaqdadır. “Əl Bağdadiyyə” kanalı İraqda və ölkədən kənarda daha çox fəaliyyət göstərib. Xüsusilə də Ankara və İstanbulda bir çox özəl verilişlər hazırlamağa çalışıb. Yaxın Şərq müxbiri Cevdət Assafi türkmanlarla bağlı dəfələrlə verilişlər yayımlayıb. Eləcə də Türkiyədə hicab məsələsində ərəb tamaşaçılarının diqqətini cəlb edən verilişlər hazırlayaraq təqdim edib.
https://az.wikipedia.org/w/index.php?curid=620267
Əl Cəzari
Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman astronom, ixtiraçı və mühəndisdir. Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir. Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir. Onun kitabı müsəlman maşınqayırması üçün əvəzolunmaz bir xəzinə idi. Aşağıda Əl Cəzarinin kitabından bir neçə maraqlı qurğunun işləmə prinsipi izah edilir. Sol tərəfdəki şəkildə Əl Cəzarinin su nasosu verilmişdir. Bu nasos axar suyun enerjisindən istifadə edərək suyun yuxarıya qaldırılması üçün istifadə edilir. Şəkildən göründüyü kimi nasos iki hissədən ibarətdir: aşağı və yuxarı hissələr. Aşağı hissədə (otaqda) üzərində pərlər bərkidilmiş bir val yerləşdirilir. Pərlərin üzərində, iki mərtəbəni bir-birindən ayıran tavanda bir deşik nəzərdə tutulur. Yuxarı mərtəbəyə axan su bu deşikdən axaraq pərlərin üzərinə tökülür və onları fırladır. Fırlanma hərəkəti bu pərlər bərkidilmiş valdan düz bucaq altında dişli çarxlarla birləşdirilmiş şaquli vala verilir. Beləliklə, hərəkət aşağı mərtəbədən yuxarı mərtəbəyə ötürülür. Şaquli valın yuxarı mərtəbədə yerləşən hissəsində bir dişli çarx bərkidilir. Yuxarı mərtəbədə bundan əlavə, suyun qaldırılacağı hündürlükdən asılı olaraq bir maili val da yerləşdirilir və dişli çarxla, şaquli valla əlaqələndirilir. Sonra bu maili valdan suyu qaldırmaq üçün üzərində mis qablar bərkidilmiş bir zəncir asılır. Val fırlandıqda bu zəncirin üzərində olan qablar ardıcıl olaraq suya bataraq dolur və suyu yuxarıya ötürürlər. Qablar yuxarı nöqtəyə çatdıqda dönərək suyu oradakı su kanalına tökürlər və su lazım olan yerə ötürülür. Onu da qeyd etmək lazımdır ki, Əl Cəzari nasosda istifadə olunan valları misdən hazırlamışdır. Əl-Cəzarinin düzəltdiyi konstruksiyalardan biri də "Fil saatı" adlanan saat konstruksiyasıdır. Fil saatı müsəlman texniki elminin gözəl nümunələrindən biridir. Bu saata da mütəxəssislər tərəfindən astronomiyada istifadə edilən qurğular kimi yüksək qiymət verilmişdir. Onun uzunluğu 1,4 – 2 m arasında qiymətləndirilir. Bu cizgidə həm də saatın işləmə prinsipi və konstruksiyası təsvir olunmuşdur. Saatda tətbiq olunmuş müxtəlif hissələrə müasir avtomobillərdə istifadə olunan ayrı-ayrı idarə sistemlərinin işləmə prinsipində rast gəlmək olur. Hər 1 saatdan bir tamam olmuş vaxtı göstərmək üçün Əl-Cəzari quş səslərindən istifadə edən avtomatik qurğunu tətbiq etmişdir. Saatın işləməsi Yerin cazibə qüvvəsinə əsaslanır. Saat əsasən iki mexanizmdən ibarətdir. Birinci mexanizm saatın alt hissəsində yerləşdirilib və içərisində su olan qabdan və süzgəcdən ibarətdir. Süzgəc alt hissəsində dəqiq kalibrlənmiş bir deşik olan içi boş qabdan ibarətdir. Qabın üst tərəfi açıq olur. Süzgəc suyun üzərində üzəndə, onun altındakı deşikdən qaba su daxil olur. Suyun daxil olma sürəti elə tənzim olunur ki, süzgəcin suda tam batması bir saatı əhatə edir. Qaba dolan su onu tədricən suda batmağa məcbur edir. Süzgəcə bir zəncir və bir ip bağlanır. İp qurğunun yuxarı hissəsində yerləşdirilmiş, içərisində kürələr qoyulmuş mexanizm ilə əlaqələndirilir. Bu, saatın ikinci əsas hissəsini təşkil edir. Üzgəc suyun dibinə endikdə bu iplə mexanizm aktivləşir. Bunun nəticəsində, mexanizm dönərək onun altında yerləşmiş ilanın ağzına bir kürə buraxır. Kürənin ağırlığından ilanın sərbəst bərkidilimiş başı aşağıya əyilir. İlanın başı aşağıya əyilərək, müəyyən bucaq dönəndən sonra kürəni sərbəst buraxır. Kürə aşağı hissədə yerləşdirilmiş vazaya düşür və əks əlaqə mexanizmini işə salır. İlanın başı əvvəlki vəziyyətə qayıtdıqda o, özü ilə süzgəclə əlaqədə olan zənciri dartır. Süzgəc yuxarı qaldırılır və eyni zamanda döndərilir və beləliklə onun içərisində olan su boşaldılır. Boş qab yenidən suyun üstündə sərbəst buraxılır və onun altındakı deşikdən daxilinə yenə də su dolmağa başlayır. Beləliklə tsikl kürələrin sayından asılı olaraq təkrar olunur. Əgər ilanın ağzından xaric olunan kürə vazaya düşməzsə, yəni proses qırılarsa, onda ilanın başı əvvəlki vəziyyətə qayıdaraq növbəti kürəni götürür. Al-Jazarí, The Book of Knowledge of Ingenious Mechanical Devices: Kitáb fí ma'rifat al-hiyal al-handasiyya, Springer, 1973 edition. Donald R. Hill, The Book of Knowledge of Ingenious Mechanical Devices by Ibn al-Razzaz al-Jazari, 1974 (engl.) Cezerî, İsmâil b. Rezzâz (yazar Sadettin Ökten), sayfa 505–506. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt VII. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1993, 557 sayfa. Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 Xarici keçidlər The Automata of Al-Jazari Arxivləşdirilib 2003-04-21 at the Wayback Machine "Al-Jazari, the Mechanical Genius" at MuslimHeritage.com "The Machines of Al-Jazari and Taqi Al-Din" at MuslimHeritage.com
https://az.wikipedia.org/w/index.php?curid=270959
Əl Cəzirə
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı. Kanal Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Livan-Suriya əlaqələri də daxil olmaqla bu ölkələrə bağlı mübahisəli fikirləri ekrana daşımışdır. Kimi tənqidçilər Əl Cəzirənin izlənmə qayğısı səbəbiylə sensasiyalı xəbərlər yaymaqla günahlandırmış, hətta kanalın yayımladığı bəzi programlar üzündən ciddi tədbirlər alınmışdır. Məsələn 27 yanvar 1999-cu ildə "The Oppposite Direction" (Əks İstiqamət) adlı canlı yayımlanan proqramda kanal Əlcəzair hökumətini tənqid etməyi, Əlcəzair hökuməti də proqramın izlənməsinin qarşısını almaq məqsədilə paytaxtda elektrik enerjisini kəsmişdir.[1] Əl Cəzirənin Orta Şərqdəkı siyasi mənada müstəqil olaraq tək kanal olduğu deyilir. 2000–2001 ci-ildə Livan vətəndaş müharibəsi haqqında hazırlanan sənədli filmlər kanalın reytinqini olduqca artırmış olsa da kanal əsl sıçrayışını Əl Qaidə liderlərinin bəyənatlarını yayımladıqdan sonra etmişdir. Al Jazeera ərəb dilində yayımlanan 24 saat xəbər kanalı (1996) [2] Al Jazeera Sports (2003) [3] Arxivləşdirilib 2008-10-28 at the Wayback Machine Al Jazeera Sports +1 (2004) Al Jazeera Sports +2 (2004) Al Jazeera Sports +3 (2008) Al Jazeera Sports +4 (2008) Al Jazeera Sports +5 (2009) Al Jazeera Sports +6 (2009) Al Jazeera Sports +7 (2009) Al Jazeera Sports +8 (2009) Al Jazeera Sports HD (2009) Al Jazeera Mubasher (2005) siyasi və ictiami kanal Al Jazeera Children's Channel (2005) uşaqlar üçün kanal [4] Arxivləşdirilib 2008-06-23 at the Wayback Machine Al Jazeera Englisha (2006) ingilis dilində yayımlanan 24 saat xəbər kanalı [5] Al Jazeera Documentary Channelan (2007) ərəbcə yayımlanan sənədli film kanalı [6] Arxivləşdirilib 2011-02-04 at the Wayback Machine Al Jazeera Training (2007) ərəbcə yayımlanan tədris kanalı Training.aljazeera.net Kanalın maliyyələşdirilməsi Qətər əmirinin başlanğıcda etmiş olduğu 150 milyon dollarlıq maliyyə dəstəyindən sonra Əl Cəzirə 2001-ci ildən etibarən reklam alaraq özünə gəlir əldə etməyi hədəflədi, Ancaq bu cəhd müvəffəqiyyətsiz olunca, Qətər Əmiri hər il kanala maliyyə dəstəyi davam etdirməyi qəbul etdi. Kanalın müəyyən gəlir mənbələri arasında reklamlar, abunəçilərin ödənişləri, digər şirkətlərlə edilən yayım müqavilələrinin yanında satılan video görüntülər də kanala maddi dəstək oldu. Məsələn Əl Cəzirənin,Əl Qaidə lideri Usamə Bin Ladenin çıxışının bir dəqiqəsini 20.000 dollara satdığı da iddia edildilirdi.[7] noyabr 2005-ci ildə Əl Cəzirə Index On Censorship tərəfindən verilən "senzuraya qarşı Müqavimət Mükafatına" layiq görüldü. [8] Arxivləşdirilib 2018-09-15 at the Wayback Machine aprel 2004-cü ildə Webby Mükafatları Əl Cəzirənin, BBC, National Geographic, Rocketnews və The Smoking Gun la birlikdə ən yaxşı beş internet saytına namizəd olaraq göstərdi. dekabr 1999-cu ildə Berlində olan Düşüncə azadlığı Fondu o ilin Ibni Rüşd Media və Jurnalistika Mükafatına Əl Cəzirəni layiq gördü. 2004-cü ildə Əl Cəzirə "brandchannel.com" saytının oxuyucuları tərəfindən Apple, Google, Ikea və Starbucks dan sonra ən nüfuzlu beşinci dünya markası seçildi. Xarici keçidlər Əl Cəzirə internet saytı Ərəbcə Əl Cəzirə internet saytı general Al Jazeera website Al Jazeera English website Al Jazeera Balkans website Al Jazeera live Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=146083
Əl Dicerid
Əl Dicerid (ərəb. شط الجريد) —Tunisin mərkəzində duzlu göl və şoranlıq. Duzlu göl Böyük Səhranın daxilinə doğru uzanır. Qabes körfəzindən bir qədər aralıda yerləşir. Qış yağışları axarsız duzlu gölə çevrilir. Sahəsi 5—7 min. km². təşkil edir. Yay ayları isə göl tamamən quruyur və burada ilğım müşahidə edilir. Burada yay ayları temperatur +50 °C qədər artır. Bitki örtüyü olduqca nadirdir. Burada halofitlər, vadi ətrafı ərazilərdə yulğun və naz kimi bitkilərə rastlamaq olar. Vahələrdə xurma palması bitir. 1970-ci illərdə vadidən asfaltlaşdırılmış yol çəkilmişdir. (ing.)Dry salt lake Arxivləşdirilib 2020-08-03 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=555574
Əl Fatihə
Fatihə surəsi (ərəb. سورة الفاتحة (oxunuşu: surətul-fatihə) - açmaq) - Quranın 1-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir. Surə İslamın əsas ehkamlarının qısa ifadəsidir. əl-Fatihənin mətni namazın əsasını təşkil edir və müsəlmanların əslində bütün mərasimlərinin yerinə yetirilməsi zamanı oxunur. Ondan dini binaların divar yazıları üçün geniş istifadə edilir. Əl-Fatihə surəsi Bağışlayan və mehriban Allahın adı ilə. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha. Cəza gününün sahib və hökmdarına. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et! (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna! Həmçinin bax Quranın surələri Bəqərə surəsi Kovsər surəsi Xarici keçidlər əl-Fatihə surəsi, mənalarının tərcüməsi (Akademiklər Z.M.Bünyadov və V.M.Məmmədəliyevin tərcüməsi (Nəşrin redaktoru: V.A.Qaradağlı) Fatihə surəsi-quran.az İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
https://az.wikipedia.org/w/index.php?curid=215165
Əl Fetih
Əl-Fətih (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı), Yasər Ərafatın öndərliyində 1959-da qurulan Fələstin mənşəli müqavimət təşkilatı və Fələstin Milli Rəhbərliyindəki iqtidar partiyası. 1968-ci ildəki Karaməh müqavimətiylə önə çıxan və Fələstin Qurtuluş Təşkilatı içində təsirli olan təşkilatdır. El-Fətihin içindən 1971-də Əbu Əli Əyadın öldürülməsi üzərinə qopan Qara Sentyabr adındakı qrup, 1972-ci ildə edilən Münhendə keçirilən Olimpiada Oyunlarında əsir götürdükləri 11 İsrailli idmançı Almaniyanın səhv əməliyyatı əsnasında ölmüşdür. Xarici keçidlər Fələstinin HƏMAS və FƏTH hərəkatlarının birləşməsi mümkün deyil – amerikan və ərəb ekspertləri "HƏMAS" və "FƏTH" barışdı: FƏLƏSTİN BAYRAM EDİR, İSRAİL NARAHATDIR Fələstinli Həmas və Fəth təşkilatları arasında Qahirədə "razılıq əldə olunub"
https://az.wikipedia.org/w/index.php?curid=519694
Əl Fərat TV
Əl Fərat TV — Şiə qrupuna aid kanal. Əl Fərat televiziyasının maddi gəlirləri Birləşmiş İraq Partiyası tərəfindən ödənilir. Rəhbəri şeyx Həmid Maləmə Əl Saaddır. Televiziyanın 300 nəfərlik işçi heyəti var. Kanalın idarə heyəti üzvlərindən Muhsin Əl Hakiminin açıqlamasına görə, kanalda sünni kəsimə aid bir işçi belə yoxdur. Yayım mərkəzi Bağdadda Əl Karradə bölgəsidir. Nəcəf və Bəsrədə büroları var. Kanalın 3 ədəd canlı yayım maşını da mövcuddur.
https://az.wikipedia.org/w/index.php?curid=620259
Əl Hosn Qəsri
Əl Hosn Qəsri, Ağ Qala və ya Köhnə Qala (ərəb. قصر الحصن) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində tarixi abidə və ən qədim daş binadır. Memarı Mohammed Al Bastaki olmuş və 1761-ci ildə inşa edilmişdir. Qəsr Rəşid Bin Səid Əl Maktum küçəsində yerləşir və Əbu-Dabi Mədəniyyət Fondunun bir hissəsidir. Ağ Qala (ilk zamanlar o, ağ deyildi, 1976–1983-cü illərdə təmir zamanı parlaq ağ rəngə boyanıb) və ya Köhnə Qala kimi də tanınan Əl Hosn Qəsri 1761-ci ildə Əbu Dabi adasındakı yeganə şirin su quyusunu qorumaq üçün konusvari gözətçi qülləsi kimi tikilmişdir. Qüllə daha sonra 1793-cü ildə o vaxt Əbu-Dabi hökmdarı Şahbut ibn Dhiyab Əl Nəhayan tərəfindən kiçik bir qalaya çevrildi və hakim Şeyxin daimi iqamətgahı oldu.Qüllə 1930-cu illərin sonlarında Əbu-Dabidə ilk neft lisenziyasının verilməsi üçün əldə edilən gəlirlər hesabına əsaslı şəkildə genişləndirildikdən sonra indiki şəklini almışdır. 1966-cı ilə qədər əmirin sarayı (buna görə də Qasr əl-Hosn adı, saray qalası mənasını verir) və hökumət iqamətgahı olaraq qaldı. Qala bir neçə dəfə genişləndirilib. Hazırda qala qismən ictimaiyyətə açıqdır. Hazırkı vəziyyəti Qəsr əl-Hosn hazırda geniş tarixi, arxeoloji və memarlıq tədqiqatlarının obyektidir. Qalada ölkənin tarixini əks etdirən eksponatlar və şəkilləri nümayiş etdirən muzey fəaliyyət göstərir. O, həmçinin bölgənin tarixində istifadə edilən bir sıra silahları nümayiş etdirir. Əl Hosn Qəsri festivalı Əl Hosn Qəsri festivalı qala ərazisində təşkil edilən illik 11 günlük mədəni tədbirdir. Qala bəzi qadağan olunmuş ərazilər daxil olmaqla, festival zamanı ictimaiyyət üçün açıqdır. Tədbir zamanı BƏƏ-nin mədəni irsini göstərən canlı musiqi və rəqs nümayişləri təqdim edilir. Xarici keçidlər Frauke Heard-Bey. From Trucial States to United Arab Emirates. Motivate Publishing. 2004. 540. ISBN 978-1-86063-167-2. Reem El Mutwalli. Qasr al Husn, An Architectural Survey. Royal Publishing House. 1995. Jayanti Maitra. Qasr al Hosn: The History of the Rulers of Abu Dhabi 1793–1966. National Center for Documentation and Research. 2001. 262. ISBN 978-1-86063-105-4. Official Website
https://az.wikipedia.org/w/index.php?curid=821413
Əl Kafi
əl-Kafi ((ərəb. الكافي)) — H.Q. III-IV (M. IX-X) yüzilliyin şiə-cəfəri məzhəbinin məşhur hədis kitabı. Kitabın müəllifi Şeyx Kuleynidir. İslam dünyasının məşhur alimlarindan olan Kuleyniyə dünya şöhrəti gətirən əsər – «əl-Kafi» hesab edilir. Məhz bu kitaba görə o, «Siqqətul-İslam» (İslamın etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. «Əl-Kafi» cəfəri məzhəbində ən əsas hədis mənbələri sayılan 4 kitabdan («kutubu'l-ərbəə») biridir. «Əl-Kafi» şərti olaraq, 2 hissədən ibarətdir. «Usulul-Kafi» adlanan birinci hissə əqidə və əxlaq bəhslərini (üsuliddin), «Furuul-Kafi» adlanan ikinci hissə isə şəriət və əhkam mövzularını (füruuddin) əhatə edir. Kuleyni kitaba «Rəvzətul-Kafi» adlı daha bir cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik risalələri daxildir. «Usulul-Kafi» 8 kitabdan ibarətdir. «Əl-Kafi»dəki hədislərin ümumi sayı 16 mindən artıqdır. Bu əsər dəqiq şəkildə bablar üzrə bölünmüş, demək olar ki, bütün mövzuları əhatə edən ilk şiə-cəfəri hədis məcmuəsi sayılır. Bu baxımdan, «Əl-Kafi» özündən əvvəlki hədis kitablarından (xüsusilə, 400 əsldən) köklü surətdə fərqlənir. Kuleyni hədisləri Əhli Beyt İmamları ilə görüşmüş hədis ricalından və mühəddislərindən rəvayət etmişdir. Dövrün məşhur ustadları rəvayət etdikləri hədisləri ona oxuyur, ondan hədis rəvayət edir və dinləyərək, icazəsini alaraq onun təlimindən keçirdilər.Onun ilk qurşaq raviləri bunlardır : İbn Kaləveyhî ət-Təlaqbəri İbn Əbu Rafi Əsərin özəllikləri Əsərin önəmini artıran bir çox ayrıcalıqlı özəlliyi vardır. Ən önəmlisi odur ki, bu əsərin müəllifi, Cəfəri şiələrinin on ikinci və sonuncu imamı Mehdinin nümayəndələrinin (naiblərinin) zamanında həyatda idi. Seyid İbn Tavus belə deyir : Məhəmməd ibn Yəqubun təsnifləri və vəkillər zamanındakı rəvayətləri, vəkillər tərəfinfən onun nəql etdiklərinin təhqiqinə imkan verirdi. Çox azı müstəsna, "əl-Kafi"-də mövcud olan hədislərin müəllif ilə məsum imam arasındakı bütün ravi zənciri əskiksiz olaraq zikr edilir. Bəzən rəvayət zəncirinin başı həzf edilə bilir. Bunun səbəbi, müəllifin heç bir əlaqələndirici olmadan birbaşa rəvayətin qaynağında nəql edə bilməsi ola bilər. Ya da qısa bir vaxt öncədən zikr etdiyi rəvayətlə əlaqələndirmiş olması da olabilər. Dolayısı ilə rəvayət zəncirinin giriş qismi yer almayan hədisin rəvayət zənciri, tam nəqlolunan əvvəlki hədis hökmündədir, demək istəmişdir. «Əl-Kafi»yə bir çox şərhlər yazılmışdır. Onlardan bəziləri : Şərhu Məhəmməd Əmin əl-Astrabadi əl-Əxbari M. B. Damad, "ər-Rəvaşih əs-Səmaviyyəh fi Şərhi'l Əhadisi'l-İmamiyyə" Şərhu Molla Sədra Şirazi Şərhu Molla Məhəmməd Salih əl-Mazandarani Mirzə Rafiuddin Məhəmməd ən-Nəimi, “Kitabul-İntisar fi Sihhatil-Kəfi” Şeyx Xəlil ibn Qazi əl-Qəzvini, "əş-Şafi" Qasım ibn Məhəmməd ibn Cavad ibn Vəndi, "Camiu'l Əhadis və'l-Əqval" Əli ibn Məhəmməd əl-Amuli, "Durru'l Mənzum min Kəlami'l Məsum" Əllamə Məclisi, "Miratu'l Uqul fi Şərhi Əxbari Ali'r Rəsul" Molla Möhsün Feyz əl-Kaşani, "əl-Vafi" Məhəmməd ibn Məhəmməd əl-İstahbanati əş Şirazi, "Kəşfu'l Kafi" Məhəmməd ibn Abduali əl-Kutayfi, "Xudə'l Uqul fi Şərhi Əhadisi'l Usul" Hədis kateqoriyaları Kitaba ən məşhur şərhlərdən biri olan "Miratul-Uqul"un müəllifi Əllamə Məclisi sözügedən kitabında hədisləri 5 kateqoriyaya ayırmışdır: Səhih : 5 072 Həsən : 144 Müvəssəq : 178 Zəif : 9484 Kitab ərəb dilində bir neçə dəfə nəşr olunub Kitabın 1 (I) cildi Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub: Əllamə Kuleyni, Usuli-Kafi 1-ci cild, mütərcim: Elgiz Tağızadə, "Mübahilə", 2005, 991 səh. Şeyx Kuleyni, Ravzatul-kafi (Peyğəmbər (s) və Əhli-Beytdən (ə) nəql olunmuş hədislər). Tərc. : İsrafil Məmmədli. Bakı, "Nurlar", 2019, 456 səh.Kitabın 2 (I və II) cildi türk dilinə tərcümə olunub və nəşr olunub: Kuleyni, Usul-u Kafi, mütercim: Vahdettin İnce, Darul Hikem, 994 sayfa. Kuleyni, Usul-u Kafi, mütercim: Vahdettin İnce, Darul Hikem, 1093 sayfa. Əsər haqqında deyilmiş təriflər İmam Mehdi: Şiəmiz üçün yetərlidir. "əl-Kafi" şiə kitablarının ən üstünü və ən faydalısıdır. Hədis sahəsində İmamiyyə məzhəbi "əl-Kafi"-nin bir oxşarını yaza bilməmişdir. "əl-Kafi" hədis sahəsində qələmə alınmış əsərlərin ən üstünüdür, ... Çünki təməl prinsiplərinin ən açıq olanlarını təşkil etməkdədir." Molla Möhsün Feyz əl-Kaşani: əl-Kafi, şiə kitablarının ən şərəflisi və ən səhihidir. Dörd kitab arasında “Kafi”, ulduzlar arasında günəş kimidir. Əgər insaflı adam onu dərindən araşdırsa, oradakı əhəd sənədlərinin vəziyyətini araşdırmaqdan əl çəkər. Yalnız etibar əldə edər, onun düzgünlüyü və sübutu barədə həmin şəxsdə arxayınlıq əmələ gələr” Şiənin məşhur hədis alimləri. erfan.ir (az.) Xarici keçidlər Kuleyni, Usul-u Kafi, mütercim: Vahdettin İnce, Darul Hikem (türk.) EL-KAFİ (türk.) İslamda əsas hədis qaynaqları - 3. az.islam.az Arxivləşdirilib 2012-09-27 at the Wayback Machine (az.) Əl-Kafi və “təhrif” hədisləri (az.) Həmçinin bax Şeyx Kuleyni Şiə kitablarının siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=288964
Əl Murabbi (qəzet)
"Əl Murabbi" (qəzet) — ərəb və türkmən dillərində nəşr olunan qəzet. İraq Müəllimlər Təşkilatının Kərkük bölməsinin ərəb və türkman dillərində nəşr etdirdikləri mətbu orqanın ilk sayı 1972-ci il 27 dekabr tarixində işıq üzü görüb. 1974-cü il 16 yanvar tarixində dərc edilmiş 5-ci sayı ilə ilk ilini tamam edən “Əl Murabbi” 13-18 səhifəlik, 32x21 sm ölçüsündə olub surətçıxarma dəzgahı ilə çap edilməkdə idi. Yerli tələbələrin yazılarının da olduğu nəşrin son nüsxəsinin nə zaman çap edilməsi isə bəlli deyil. Bu tarixdən sonra 10 ildən çox bir zaman müddətində Kərkükdə nə bir çap, nə də dərgi və ya qəzet dərc edilib.
https://az.wikipedia.org/w/index.php?curid=620160
Əl Məric
Əl Məric — ümumiyyətlə qədim Barca və ya Barce şəhərinin yerində olduğuna inanılır, Liviyanın şimal-şərqindəki bu şəhər və Məric rayonunun inzibati mərkəzi. Əl cəbəl əl əxdar dağlarının bir hissəsi olan və Aralıq dənizindən bir sıra təpələr ilə ayrılan dağlıq vadidə yerləşir. Təxmini 85.315 nəfər əhaliyə sahibdir (2004-cü ildə). Əsas prospektdə bir neçə bank var və əsas poçt şöbəsi şəhər mərkəzindədir, Əbu Bəkr Assiddiq məscidindən çox da uzaq deyil. Əksər arxeoloqların fikrincə, şəhər qədim Barca şəhərinin yerini qeyd edir, lakin, Aleksandr Qraham görə, Tolmeitada (Ptolemais) idi. Məricin 1842-ci ildə təsası qoyulub və indi bərpa olunan bir Türk qalasının ətrafında böyüyür. Liviyanın müstəmləkə hakimiyyəti dövründə (1913–41) şəhər Barça adlanırdı və inzibati və bazar mərkəzi və təpə kurortu olaraq inkişaf etdirildi. İkinci Dünya Müharibəsi Şimali Afrika Kampaniyası zamanı 1-ci Sahə Alayından olan Kral Avstraliya Artilleriyası 5 fevral 1941-ci ildə Barce bölgəsi uğrunda döyüşdə qalib gəldi. Alqış bu döyüşü Enoqgeradakı bazasındakı yerlərini Barce Lines olaraq adlandıraraq xatırlayır.1942–1943-cü illərdə bu şəhər İngiltərə tərəfindən işğal edilmiş Kirenaikanın paytaxtı olmuşdur. Bunun çox hissəsi 21 fevral 1963-cü ildə 5.6 zəlzələ nəticəsində dağıdıldı, nəticədə 300 nəfər ölmüş və 500 nəfər xəsarət almışdı. Əsas yenidən qurulma köhnə ərazidən 5 km (3.1 mil) məsafədə aparılıb və 1970-ci ildə tamamlanıb.
https://az.wikipedia.org/w/index.php?curid=634755
Əl Nəhza (qəzet)
"Əl Nəhza" (qəzet)— siyasi və gündəlik qəzet. Təsisçilik hüququ siyasi və gündəlik olsa da həftədə bir dəfə nəşr oluna bilən ərəb dilli “Əl Nəhza”nın rəhbəri Abduləziz Əl Talibi, məsul baş yazarı 1958-ci ildən Kərkükdə vəkillik edən mosullu Mehmet Siddiq Əl Nəqqaş idi. İlk sayı 1963-cü il martın 12-də çap edilmiş “Əl Nəhza” böyük formatda 4 səhifəlik qəzet olub Bağdadda “Əl Teleqraf” mətbəəsində çap edilirdi. Nüsxəsi 15 filisə satılan qəzetin abunə haqqı İraq üçün 5 dinar, xarici ölkələr üçün isə altı dinar idi. Əsasən sağ yönümlü olan nəşr kommunizm əleyhinə fəaliyyət göstərirdi. 1963-cü il martın 28-i qəzetin üçüncü sayı çap edildikdən sonra onun sahibi “Əl Nəhza”nı Süleymaniyyəyə daşımış, orada bir müddət vəkil Siddiq Abdullah Muxtarın rəhbərliyi ilə çap edilmiş, daha sonra bağlanmışdır.
https://az.wikipedia.org/w/index.php?curid=620101
Əl Nəsr
Əl-Nəsr FK — 1955-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaradılmış futbol klubu. Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparır. Onlar matçlarını 25 min tamaşaçı tutumuna malik KSU Stadionunda keçirirlər. 2022-ci il dünya çempionatından sonra Kriştiano Ronaldonu transfer etməklə bütün dünyada ad çıxardılar. Bu transferdən sonra Əl-Nəsrin Instaqram izləyicilərinin sayı 15 milyona yüksəldi.
https://az.wikipedia.org/w/index.php?curid=827575
Əl Nəşat Əl Fənni (dərgi)
Əl Nəşat Əl Fənni — ərəb dilində nəşr olunan dərgi. Ümumi məlumat Kərkük Maarif Müdirliyinə tabe olan bu nəşrin heyətində rəssam müəllim Mahmud Ubeydi (Bəşirli) və dostları var idi. İncəsənət yeniliklərinə maraq göstərən bu ərəbdilli məktəb nəşri dərgi formatında dərc edilirdi. İlk sayı 1963-cü ildə, son sayı 1963-64-cü illərdə Kərkükdə “Şimal” mətbəəsində çap edilib.
https://az.wikipedia.org/w/index.php?curid=620157
Əl Qəbba
Əl Qəbba və ya Əl Qubba—Liviyanın şimal-şərqində Əl-Cəbəl əl-Əxdar bölgəsində yerləşən və Derna rayonuna daxil olan şəhər.Əl-Cəbəl əl-Əxdar bütün digər əraziləri kimi dağlıq təbiəti, meşələri və otlaqları ilə fərqlənir. Qəbba Derna şəhərindən 40 km qərbdə, Əl-Baydanın şərqində, təxminən 50 km məsafədədir. Qəbba qədim dövrlərə aiddir. Buraya həmçinin Roma xarabalıqları da daxildir. Roma mənşəli digər abidələr, indiyə qədər Əyn əl-Qəbba yaxınlığındakı və şəhərin qədim bazarının yanında, çox qədim dövrlərə aid olan bir binada (qədim məscid) hələ də mövcud olan bir binada təmsil olunan İslam abidələrindən əlavə olaraq qalır. Günbəzdəki qədim əşyalar Liviya dövlətinin laqeyd münasibətindən əziyyət çəkir, çünki məqbul bir şəkildə saxlanılmır və təhlükədə olan tarixi irslər sırasında yer alır.
https://az.wikipedia.org/w/index.php?curid=635288
Əl Qəzəli
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi. Qəzali burada dövrünün Əşari məktəbi ustadı olan İmam-ul-Haremeyni tanıdı və onun şagirdi oldu. İmam -ul — Haremeynin ölümü üzərinə məşhur Səlcuqlu vəziri Nizam-ül-Mülk ilə əlaqələri oldu və onun qurduğu Mədrəsə-i Nizamiyyə adını daşıyan Bağdad Universitetinə 484/1091-ci ildə professor təyin edildi. Bu dövr Qəzalinin həyatında əsas təyinedici mərhələni ehtiva edir. Orada şəxsiyyətinin inkişafını və təsirlənməsi üçün əlverişli mühiti tapdı və fəlsəfi biliyini dərinləşdirdi. Qəzalinin iki əsəri həyatının bu dövrünə dövrü ilə əlaqədardır. Əvvəlcə "Filosofların məqsədləri" (Makaasid-ul-Felasife) adlı əsərinin anılması gərəkdir ki, bu əsər qərbdə maraq cəlb edən bir yol qət etmişdir. 1145-ci ildə Toledoda Dominicus Gundissalinus tərəfindən "Logica et philosophia Algazelis Arabis" adı altında latıncaya tərcümə olunmuşdur. Fəqət əsərin müqəddiməsi və nəticə bölümü tərcümə edilmədiyindən Qəzalinin öncə filosofların görünüşünü açıqlayıb sonra onlara etiraz yönəltdiyi latınca tərcümədə də anlaşılmamış qalmış; bu əsər dolayısı ilə Qəzali bizim Latın Sxolastikləri nəznində Fərabi və İbni Sinanın yoldaşı bir filosof zənn edilmiş və beləcə "Ərəb" filosoflara yönəltilən müzakirə çevrəsində Qəzali də daxil edilmişdir. Qəzalinin bu dövrdə yazdığı ikinci əsər də filosoflara yönəltdiyi məşhur və şiddətli hücumdur. Aşağıda bunun üzərinə bir-iki söz söylənəcəkdir. Fəqət bu anda İslamda fəlsəfi və mənəvi düşüncənin davamlılığını bir az daha yaxşı tanıdığımıza görə Qəzalinin bu tənqidinin fəlsəfəyə şərqdə bir daha özünə gəlməyəcək şəkildə bir zərbə endirdiyini — son əsrdə deyildiyi kimi — irəli sürmək gülünc bir iddia olacaqdır. Bu gün məsələn bəzi iranlı şeyxlərə qərbli tarixçilərin Qəzalinin fəlsəfə tənqidinə bəxş etdikləri önəmdən bəhs etmək onların böyük bir heyrətə düşməsinə yol aça bilər. Eyni heyranlıq bir Suhreverdi, bir Heydər Amoli, bir Mir Damadda da ola bilərdi. Həyatının 36-cı ili Qəzali üçün bir dönüş nöqtəsini göstərir. Bu yaşında ikən, yəqinə, kəsin biliyə, zehni kəsinliyə (certitude intelectuelle) çatma problemi onun üçün elə bir şüur problemi oldu ki, çox ciddi bir iç ziddiyyətə sürükləndi, məslək və ailə həyatı da bu ziddiyyət ilə sarsıldı, 488/1095-ci ildə universiteti və ailəsini tərk etdi. İç aləmində kəsin bilik və inancı (certitude interieure) həqiyqətin əminliyi olan yəqini əldə etmə təşəbbüsünə hər şeyi fəda etdi. Nizamiyyə Universitetinin rektoru, Sünni İslamın Ortodoks inancları ilə eyniləşdirilən Əşari təliminin sözcüsü olan Qəzalinin fövqaladə bir şəxsiyyət gücünə sahib olduğu anlaşılmaqdadır. Bağdadı tərk edən Qəzali yəqinə çatan dar yola özünü həsr etdi. On il boyunca sufi geyimində və insanlardan kəsilmiş olaraq İslam aləmində səfər etdi. Səfərləri onu Şam və Qüdsə (Bu məqamda Qüds hələki xaçlıların əlinə keçməmişdi) İskəndəriyyə və Qahirəyə, Məkkə və Mədinəyə gətirib çıxartdı. Xeyli vaxtını təfəkkürə və təsəvvüf əhlinin mənəvi üsullarına həsr etdi. Ziddiyyətini məğlub etdikdən və şübhələrinə qalib gəldikdən sonra vətəninə qayıtdı. Nişapurda bir neçə il dərs verdikdən sonra 501/1111-ci ildə 19 Dekabr günü əlli iki yaşında və deməli İbn Sinadan çox gənc olaraq vəfat etdi. Xarici keçidlər Nizami və Qəzzali İmam Muhamməd Qəzali İmam Qəzalinin böyük cihadı. İ. Zərqan Arxivləşdirilib 2013-09-05 at the Wayback Machine Məhəmməd Qəzzalinin özünüdərk konsepsiyası Sultan Səncər və Qəzzali
https://az.wikipedia.org/w/index.php?curid=99661
Əl Rabi (dərgi)
"Əl Rabi" (dərgi) — aylıq dərgi. Sosial və mədəni aylıq dərgi olan “Əl Rabi” dərgisinin rəhbəri Danyal Davud Bünyamin, baş yazarı Timur Sahibqıran idi. 1960-cı il sentyabrın 14-ü təsisçilik hüququ alınmış dərginin 1961-ci il avqustun 6-sı nəşrinin dayandırılması və bu səbəbdən də imtiyazının ləğv edilməsi məlumdur.
https://az.wikipedia.org/w/index.php?curid=620099
Əl Turas Əl Şəbi (dərgi)
"Əl Turas Əl Şəbi" — 1963-cü ildə Bağdadda folklorla bağlı işıq üzü görmüş dərgi. "Əl Turas Əl Şəbi" dərgisinin ilk sayı 1963-cü il sentyabrın 1-də nəşr edilib. Dərgi türk, ərəb, fars, ingilis, fransız, alman və italyan dillərində dərc olunub. Onun böyük hissəsi ərəb dilində olan materiallara ayrılmış, digər dillərdə isə bir neçə səhifə dərc edilmişdir. Türkman folkloru haqqında məqalələr və folklor örnəklərini əhatə edən dərginin təsisçisi Sabir Şakir Zabit, baş yazarı İbrahim Dakuklu, redaktoru Abdulhəmid Alvəçi və katibi Lütfi Əl Huri idi. Aylıq dərgidə İbrahim Dakuklu, Sabir Şakir Zabit, Əhməd Ortaqçı, Rəşid Əli Dakuklu, Şəkibə Vendavi, İzzəddin Abdi Bayatlı və Mehmet İzzət Xəttat kimi yazarlar çalışırdı. "Əl Turas Əl Şəbi" dərgisinin bir ili tamam olduqdan sonra onun rəhbəri İbrahim Dakuklu, baş yazarı isə Mahmud Əl İbta olub. Eyni zamanda dərgi ikinci ilində digər dillərdə nəşri dayandıraraq ancaq ərəb dilində fəaliyyətinə davam edib. Həmçinin bax İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=616784
Əl Vahdə (qəzet)
"Əl Vahdə" (qəzet) — ədəbi, ictimai, gündəlik qəzet. "Əl Vahdə" qəzetinin ilk sayı 1984-cü il martın 20-si Şənbə günü yayımlanmışdır. Qəzetin sahibi və baş yazarı Camal Abdunnur olmuşdur. Məsul rəhbər isə Alber Kasto idi. İlk səhifəsində "Ədəbi, ictimai, gündəlik qəzetdir, hələlik həftədə bir dəfə yayımlanır" ifadəsi yer alan bu ərəb dilində olan qəzetdə türk dilində də elanlar diqqəti cəlb edirdi. Bu elanlar bəzən bir səhifənin hamısını tuturdu. "Əl Vahdə" qəzeti əvvəl "Mahfuz", sonra "İttihad" mətbəəsində çap edildi. Qəzetin redaksiyası onun sahibinin Kərkükdə "Fərat" otelində qaldığı otaq idi. Daha sonra redaksiya uçuq bir binaya köçdü. O dövrdə Kərkük və Mosulun gündəlik həyatına dair həftəlik xəbərləri əks etdirən qəzetdə heç bir şeir və yazı diqqət çəkmirdi. Ara-sıra tələbələrdən Abdulxaliq Bayati və Nafi Bazirganın mənzumələri yayımlanırdı. 1948-ci il sentyabrın 15-i 22-ci sayı çap edildikdən sonra qəzeti bir daha izləmək mümkün olmadı. Vaxilə Vahidəddin Bahaəddin bu qəzeti "İttihad"da çap etdirdiyi yazı ilə sərt şəkildə tənqid etmişdi. Həmçinin bax İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=617143
Əl Xəlil
Əl-Xəlil (ərəb. الخليل), həmçinin Hebron və ya Hevron (ivr. חֶבְרוֹן) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
https://az.wikipedia.org/w/index.php?curid=780779
Əl Zəman (dərgi)
Əl Zəman (dərgi) — Bağdadda ərəb dilində fəaliyyət göstərən dərgi Müstəqil, gündəlik siyasi qəzetdir. Mətbu orqanın sahibi və təsisçisi Əl Bəzzazdır. 1997-ci il aprelin 10-u yaradılıb. “Zaman” müəssisəsi adı altında “Gündəlik Zaman”, “Gündəlik Zaman İdman”, “Yeni zaman” aylıq dərgi, “A-dan Z-yə” mədəniyyət dərgisi çapdan çıxır. Londonda fəaliyyət göstərən “Zaman”-ın nəşrləri bütün Avropa və Şimali Afrikaya yayılır.
https://az.wikipedia.org/w/index.php?curid=617635
Əl barmaqları sümükləri
Əl barmaqları sümükləri Əl falanqaları(lat. os phalanges) — qısa lüləlü sümüklər olub, əl skletinin təşkilində iştirak edirlər. Hər bir əldə (sağ və sol) onların sayı on dörddür. Bu sümüklərin orta hissəsi — cismi, lat. corpus proksimal ucu — əsası lat. basis, distal ucu — blok isə lat. trochlea adlanır. Daraq sümüklərinin başları barmaqların proksimal falanqaları ilə calanır. Həmçinin bax Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1971
https://az.wikipedia.org/w/index.php?curid=394709
Əl bombası
Əl qumbarası — içi partlayıcı və ya kimyəvi maddələrlə doldurulan və bir partlama xüsusiyyəti daşıyan kiçik bir partlayıcı növüdür. Bu partlayıcı əksər hallarda əl ilə atılır. Əl qumbaraları 3 növdən ibarətdir: Ziyanverici qumbaralar Kimyəvi qumbaralar Təlim qumbaraları Məhv etmə xüsusiyyətli qumbaralar Bu qumbaralar tərkibində çoxlu plastik partlayıcı və çox qəlpə mövcuddur. Kimyəvi qumbaralar Kimyəvi qumbaralarda , ednatol (etilen di nitro amin)və pirik asit turşusu mövcuddur . Bombanın qəlibini civə fülminat və ya qurğuşun azodürden əmələ gətirilir və partlamanın təsirini artırır. Təlim qumbarası Təlim qumbarası hərbi təlim zamanı istifadə olunur. Tərkibində çox vaxt barıt və ya C2 olur ziyanverici gücü digərlərinə nisbətən daha azdır . Müdafiə və hücum tipli qumbaralar Müdafiə tipli qumbaralar hücum tipli qumbaralara nəzərən daha təsirlidir və tərkibində çoxlu metal olduğuna göre daha ağırdır. Hücum tipli qumbaralarının qəlpə təsiri demək olar ki yoxdur. Hücum tipli qumbaralar mudafiə tipli qumbaralara nisbətən daha çox səs çıxarır və ses düşməniöldürməkdən daha çox ses üzündən şoka salamaqdır . Bunula da şok keçirən düşmən müdafiəyə keçmədən mahv edilməsi hədəflənir. Əksər hərbi taktikalarda hücum və müdafiə tipli qumbaralar eyni anda atılır və həm düşmənin təşviçə salınması həm də itki verməsinə səbəb olur. Xarici keçidlər RUAG — Əl bombası, ingilizce Arxivləşdirilib 2007-10-24 at the Wayback Machine Patlayan Əl bombası Arxivləşdirilib 2008-12-26 at the Wayback Machine Əl bombaları nasıl çalışır, inglizce www.youtube.com
https://az.wikipedia.org/w/index.php?curid=357319
Əl burğulama maşını
Əl burğulama maşını - hissələrdə deşiklərin açılması üçün işlədilir. Quruluşuna görə onlar düz və bucaqlı olurlar. Əl burğulama maşınları bir, iki, çoxpilləli sürətlərə malik olur. Bundan əlavə fırlanma pilləsiz tənzimlənən reversiv və reversiv olmayan maşınlar da mövcuddurlar. Emal olunan materialın (metal, beton, kərpic, keramika və s.) xassələrindən asılı olaraq fırlanma zərbə ilə də müşayiət oluna bilir ki, bununla deşmədə böyük güc əldə olunur. Əl burğulama maşınlarında xüsusi alətlərin tətbiqi ilə təmizləmə, kəsmə, pardaqlama, mişarlama, frezləmə və digər köməkçi işləri yerinə yetirmək mümkündür. Əl burğulama maşınlarının gövdəsində alət sıxıcısı ilə oxla əlqələndirilmiş iki qütblü elektrik mühərriki yerləşdirilir. Elektrik mühərrikinin valı iki yastıqda oturdulur. Mühərrikin iş zamanı qızmasının qarşısını almaq üçün onun oxuna pərlər quraşdırılır. Valın çıxışında bucaq altında dişli çarx bərkidilir. Bu çarx digər dişli çarxlarla birlikdə şpindellə əlaqələndirilir. İşçini elektrik cərəyanından qorumaq üçün gövdə plastik materialla izolə edilir. Gövdədə həm də maşını işə salmaq üçün dəstək nəzərdə tutulur.
https://az.wikipedia.org/w/index.php?curid=87933
Əl falanqaları
Əl barmaqları sümükləri Əl falanqaları(lat. os phalanges) — qısa lüləlü sümüklər olub, əl skletinin təşkilində iştirak edirlər. Hər bir əldə (sağ və sol) onların sayı on dörddür. Bu sümüklərin orta hissəsi — cismi, lat. corpus proksimal ucu — əsası lat. basis, distal ucu — blok isə lat. trochlea adlanır. Daraq sümüklərinin başları barmaqların proksimal falanqaları ilə calanır. Həmçinin bax Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1971
https://az.wikipedia.org/w/index.php?curid=394727
Əl fənəri
Cib fənəri- əllə saxlanılan portativ elektrik işıq mənbəyidir.Adətən, işıq mənbəyi kiçik bir közərmə ampul və ya LED lampadır.Cib fənərinin içindəki lampa batareyadan aldığı elektrik enerjisini, işıq enerjisinə çevirir və bu sayədə lampadan işıq gəlir.
https://az.wikipedia.org/w/index.php?curid=288743
Əl işi
Bəzən daha dəqiq bir şəkildə sənətkarlıq olaraq ifadə edilən əl işi, faydalı və dekorativ əşyaların tamamilə əl ilə və ya yalnız qayçı, oyma alətləri kimi sadə, avtomatlaşdırılmamış əlaqəli alətlərdən istifadə edilməklə hazırlanan işlərdir. Sənətkarlığın ənənəvi əsas sektorudur və toxuculuq, qəliblənə bilən və sərt materiallar, kağız, bitki lifləri, gil və s. ilə işləmək də daxil olmaqla, öz əlləri və bacarığı ilə əşyaların düzəldilməsi ilə əlaqəli geniş yaradıcılıq və dizayn fəaliyyətlərinə aiddir. Ən qədim əl sənətlərindən biri Dokradır. Bu, Hindistanda 4000 ildən çoxdur hələ də istifadə olunan bir növ metal tökümdür. İranın Sistan və Bəlucistan ostanında qadınlar hələ də kəndin yaxınlığındakı bir arxeoloji sahə olan Kalpurganın 5000 illik saxsı ənənəsinə bənzər nöqtəli bəzəkli qırmızı əşyalar əl istehsalı saxsı məmulatlar hazırlayırlar. Əl sənayesi, maşınları istifadə etmədən yerləşdikləri məkanda insanların ehtiyaclarını ödəmək üçün əl ilə əşyalar istehsal edən sahədir. Bir çox sənətkar təbii, hətta tamamilə yerli materiallardan istifadə edir, digərləri isə müasir, qeyri-ənənəvi materiallara və hətta yüksək səviyyəli sənaye materiallarına üstünlük verə bilər. Əl işi olan bir əşyanın fərdi sənətkarlığı birinci dərəcəli meyardır yəni kütləvi istehsal və ya maşınlar tərəfindən hazırlananlar əl işləri deyil. Tələbələrin ümumiyyətlə və bəzən müəyyən bir sənətkarlıq və ya ticarət sahəsindəki bacarıqlarını və yaradıcı maraqlarını inkişaf etdirmək olaraq görülən əl işləri, həm qeyri-rəsmi, həm də formal olaraq təhsil sistemlərinə inteqrasiya olunur. Əksər hallarda sənətkarlıq bacarıqların inkişafı və səbrin tətbiq olunmasını tələb edir, lakin praktik olaraq hər kəs tərəfindən öyrənilə bilər. Xalq sənəti kimi, əl işləri də tez-tez mədəni və / və ya dini əhəmiyyət daşıyır və sənətkarlıqda olduğu kimi getdikcə daha çox siyasi bir mesaj verə bilər. Qərbdə İncəsənət və sənətkarlıq hərəkatı İncəsənət və sənətkarlıq hərəkatı, 19-cu əsrin sonlarında Avropa, Şimali Amerika və Avstraliyada dizayn islahatı və ictimai hərəkat kimi meydana gəldi və bu gün də davam edir. Tərəfdarları, cəmiyyətdə insanların əl işlərinin yaradıcılıq prosesi ilə həyata keçməsini təklif edən Villiam Morris və John Ruskin kimi hərəkat qurucularının idealları ilə motivasiya olunur. Yeniyetmələr usta sənətkara öyrədilir və aşağı əmək haqqı müqabilində bir neçə il ərzində bacarıqlarını artırırdılar. Təlimləri başa çatdıqda, özləri üçün ticarət qurmaq üçün yaxşı təchiz olunmuşdular. Sənaye İnqilabı və istehsal proseslərinin getdikcə artan mexanizasiyası peşəkar sənətkarların oynadığı rolların bir çoxunu tədricən azaldıb ya da ortadan qaldırdı. Müasir təhsildə Sadə "sənət və sənətkarlıq" layihələri dünyadakı həm əsas, həm də alternativ təhsil sistemlərində ortaq bir ibtidai və orta məktəb fəaliyyətidir. Bəzi Skandinaviya ölkələrində bu sahə daha inkişaf etmiş əl işləri rəsmi, məcburi məktəb tədris proqramının bir hissəsini təşkil edir və İsveç dilində toplu olaraq slöjd, fin dilində käsityö və ya veto olaraq adlandırılır. Tələbələr, əsasən metal, tekstil və ağacla Amerika peşə-texniki məktəblərindəki kimi peşə təhsili məqsədləri üçün deyil, gündəlik problem həll etmə qabiliyyəti, alət istifadə, uşaq və gənclərin praktik bacarıqlarını inkişaf etdirmək məqsədi ilə necə işləməyi öyrənirlər. Bu fəaliyyət iqtisadi, mədəni və ekoloji məqsədlər üçün bizi əhatə edən materialların anlaşılmasında mühüm rol oynayır.
https://az.wikipedia.org/w/index.php?curid=707948
Əl kompüteri
“Əl” kompüteri (en. handheld computer) – ölçüləri kiçik olan elə kompüterdir ki, onu bir əldə saxlamaq, o biri əllə isə işləmək olar; adətən, onlardan yükdaşıma xidmətlərində və səfərlərlə (yollarla) bağlı başqa fəaliyyət sahələrində istifadə edirlər. Əl kompüteri, adətən, ovuciçi kompüterdən (PALMTOP) daha ensiz, daha uzun və daha qalın olur; bu kontekstdə belə qurğulara bəzən “əl terminalları” da deyirlər. Bundan başqa, əl kompüterləri bəzən kiçik ölçülü displeylərlə təchiz olunurlar, çünki onların istifadə edildikləri işlərin xarakteri elədir ki, çətin ki, hər bir anda böyük həcmli informasiyaların göstərilməsi (əks etdirilməsi) tələb olunsun. Əl kompüterlərinin çoxunda onların tətbiq olunduqları sahələr üçün spesifik olan patentli proqramlar işləyir; bu proqramlar, adətən, daimi yaddaşda (ROM) saxlanılır. Əl kompüterləri bir qayda olaraq onları mərkəzi kompüterlə birləşdirən rabitə vasitələri ilə təchiz olunurlar və onların bir çoxunun özəl periferiya quğuları, məsələn, verilənləri tez daxil etmək üçün istifadə olunan zolaqlı kodları (strixli kodları) oxuyan qurğusu olur. Əl kompüterlərin demək olar ki, hamısının klaviaturası (ölçüləri çox böyük olan QWERTY tipli adi klaviatura yox) olmasına baxmayaraq, onların nadir hallarda yumşaq disklər kimi daşıyıcıları olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər Handheld kompüter nədir?
https://az.wikipedia.org/w/index.php?curid=492481
Əl lupası
Lupa və ya zərrəbin — bir neçə linzadan ibarət olan, xırda predmetlərin yaxınlaşdıraraq müşahidəsi üçün nəzərdə tutulmuş optik sistem. İnsan fəaliyyətinin bir çox sahələrində — biologiya, tibb, arxeologiya, bank və zərgərlik işi, kriminalistika, saat və radio elektron texnikasının təmiri zamanı, həmçinin filateliya, numizmatika və bonistikada istifadə olunur. Filateliyada Lupa filatelistlər tərəfindən geniş istifadə olunur. Şəklin xırda detallarına baxmaq üçün 3–4 bölünən lupa kifayətdir. Filatelistlər əsasən qatlanan lupalara üstünlük verir. Bəziləri isə binokulyar cərrahi lupalardan istifadə edirlər
https://az.wikipedia.org/w/index.php?curid=604627
Əl qumbarası
Əl qumbarası — içi partlayıcı və ya kimyəvi maddələrlə doldurulan və bir partlama xüsusiyyəti daşıyan kiçik bir partlayıcı növüdür. Bu partlayıcı əksər hallarda əl ilə atılır. Əl qumbaraları 3 növdən ibarətdir: Ziyanverici qumbaralar Kimyəvi qumbaralar Təlim qumbaraları Məhv etmə xüsusiyyətli qumbaralar Bu qumbaralar tərkibində çoxlu plastik partlayıcı və çox qəlpə mövcuddur. Kimyəvi qumbaralar Kimyəvi qumbaralarda , ednatol (etilen di nitro amin)və pirik asit turşusu mövcuddur . Bombanın qəlibini civə fülminat və ya qurğuşun azodürden əmələ gətirilir və partlamanın təsirini artırır. Təlim qumbarası Təlim qumbarası hərbi təlim zamanı istifadə olunur. Tərkibində çox vaxt barıt və ya C2 olur ziyanverici gücü digərlərinə nisbətən daha azdır . Müdafiə və hücum tipli qumbaralar Müdafiə tipli qumbaralar hücum tipli qumbaralara nəzərən daha təsirlidir və tərkibində çoxlu metal olduğuna göre daha ağırdır. Hücum tipli qumbaralarının qəlpə təsiri demək olar ki yoxdur. Hücum tipli qumbaralar mudafiə tipli qumbaralara nisbətən daha çox səs çıxarır və ses düşməniöldürməkdən daha çox ses üzündən şoka salamaqdır . Bunula da şok keçirən düşmən müdafiəyə keçmədən mahv edilməsi hədəflənir. Əksər hərbi taktikalarda hücum və müdafiə tipli qumbaralar eyni anda atılır və həm düşmənin təşviçə salınması həm də itki verməsinə səbəb olur. Xarici keçidlər RUAG — Əl bombası, ingilizce Arxivləşdirilib 2007-10-24 at the Wayback Machine Patlayan Əl bombası Arxivləşdirilib 2008-12-26 at the Wayback Machine Əl bombaları nasıl çalışır, inglizce www.youtube.com
https://az.wikipedia.org/w/index.php?curid=292941
Əl sürütməsi
Əl sürütməsi — insan qüvvəsi ilə hərəkətə gətirilən ən qədim yükdaşıma qaydalarından biri. Ümumi məlumat Azərbaycanın dağlıq, dağətəyi, meşəkənarı kəndlərində bu bəsit nəqliyyat növü daha çox yayılmışdı. Əl sürütməsini düzəltmək üçün nisbətən iri ağac budaqlarının kiçik şaxlarını kəsərək bir yerə yığıb şələ bağlayır, üzərinə ot, odun, kol, dərz, saman və s. qoyaraq əllə sürüyürdülər. Zaman kecdikcə daşınan yüklərin çoxluğu və ağırlığı nəzərə alınmaqla, əl sürütməsi qoşqu heyvanları vasitəsilə sürütmə ilə əvəz olunmuşdur. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=156607
Əl zərbələri
Əl zərbələri — bu zərbələr açıq əlin yumruq bilək və dirsəyin müəyyən hissələri ilə icra olunur. Bəzən qolun çiyin hissəsindən köməkçi zərbə kimi istifadə edilə bilər. Əl zərbələrindən bir çox idman növlərində, o cümlədən karate, boks, muay tay, citkundo və bir çox döyüş sənətlərində istifadə edilir. Əl zərbələri Bir çox idman növlərində əl və ayaq zərbələrindən istifadə edilir, amma idman növlərindən biri olan Boksda yalnız əl zərbələrindən istifadə edilir. Bu səbəbdən Boksda daha çox əl zərbələrinə fikir verilir. Boksda əl zərbəsinin qüvvətliliyi bir çox idman növlərindən daha güclüdür. Ona görə də, boksçuların daha çoxu əl zərbələri ilə rəqibi nokauta uğratmağa çalışırlar. Aşağıda Boksda istifadə edilən əl zərbələri verilmişdir: Xarici keçidlər Site Fédération WKA-France Site Netboxe Arxivləşdirilib 2008-12-19 at the Wayback Machine Site Netboxe Arxivləşdirilib 2009-01-22 at the Wayback Machine – Fiche pratiques de la boxe Wikipedia boxe – Encyclopédie de la boxe Boks Arxivləşdirilib 2008-05-04 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=296864
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. Oyunçuların sayı Oyun qaydası Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir. “Mütəhərrik və əyləncəli oyunlar”, Baloğlan Quliyev, (Bakı – «ADPU» nəşriyyatı-2011)
https://az.wikipedia.org/w/index.php?curid=336186
Əl İrşad
14-cü hicri əsrin ən görkəmli şiə alim və fəqihlərindən olan Şeyx Mufidin (336–413 hicri) qələmə aldığı "Əl-İrşad" kitabı İmamların (ə) həyatı barəsində mövcud olan ən mötəbər hədis mənbələrindən biri hesab olunur. Əsər 411-ci hicri ilində müəllifin vəfatından iki il öncə, elmi şöhrətinin zirvəsində olduğu bir vaxtda yazılmışdır. Kitabda Əhli-beytin (ə) tarixi və fəzilətləri ilə bağlı rəvayətlər toplanmış və əsər Şeyxin dostlarından birinin istəyi əsasında qələmə alınmışdır. Şeyx Mufid bu əsərində tarixi kitabların üslubuna uyğun olaraq tarixi hadisələri bəyan edir. Bundan əlavə "Əl-İrşad" etiqadi bir kitab da hesab olunur. Belə ki, əsərdə bir çox etiqadi məsələlərə işarə olunmuşdur. Eyni zamanda müəllif hədis kitablarının üslubuna uyğun olaraq mətləbləri sənədi ilə birlikdə zikr etmiş və bu iş əsərin dəyər və etibarını daha da artırmışdır. Qeyd oluna biləcək başqa bir zərif mətləb ondan ibarətdir ki, kitabın yarısı İmam Əlinin (ə) həyatına həsr olunmuşdur ki, bu da Şeyx Mufidin o Həzrətə (ə) verdiyi əhəmiyətdən söz açır. Xarici keçidlər "Əbədi Nur" dərgisində "Əl İrşad" məqaləsi Həmçinin bax Şiə məzhəbinin kitabları siyahısı
https://az.wikipedia.org/w/index.php?curid=338366
Əl Şərqiyyə TV
Əl Şərqiyyə TV — İraqda sünni kəsimi ön plana çıxarmaqla xalqın çətinliklərini işıqlandıran kanal. Sünni qrupuna aid Əl Şərqiyyə televiziyası Səddam dövrünün ən güclü illərində İraqın yazışmalar üzrə katibi olmuş və Səddam Hüseynin həyat hekayəsini qələmə almış, sünni ərəb Saad Əl Bəzzaz tərəfindən yaradılıb. O, ABŞ-nin İraqı işğal etməsindən bir il sonra 30 milyon dollar büdcə ilə Dubayda bir televiziya kanalı qurub. Kanalın baş direktoru Alla Əl Dahhandır. Kanalla yanaşı “Əl Zaman” və “Əl Şərqiyyə” FM radioları da eyni vaxtlarda yaradılıb. Kanalın yaradılmasında məqsəd İraqın birlik və həmrəyliyini müdafiə edərək işğalın sona çatdırılması, məzhəb toqquşmalarına fürsət verilməməsi, iqtidara qarşı tənqidi verilişlər hazırlanması başlıca məqsədlər sırasındadır. Yaxın Şərq xalqları üzərində böyük təsirə malik “Əl Şərqiyyə” TV İraqda mətbuat orqanlarının etnik qruplara bərabər səviyyədə yanaşmadığını nəzərə alıb həqiqəti çatdırmaq üçün qurulub. “Əl Şərqiyyə” televiziya kanalı xəbərlərlə yanaşı musiqi, əyləncə və teatr mövzularına yer vermişdir. Eyni zamanda ölkədəki zorakılıq hadisələrini başqa formada tamaşaçılara çatdıran “Əl Şərqiyyə” TV kanalı komediya, əyləncə və musiqi ilə tamaşaçıların diqqətini xəbərlərə yönəldib. Kanalda “Əl Musaadə” (“Yardım”), “Əl Pitaka Əl Təmviniyyə”, “Bitaka Əl Şəxsiyyə”, “Şəyif Əl Xayir” və “Mustahlə” “Əl Burc Əl Ali”, “Kursə və Aməl”, “Miğtaribun” verilişləri yayımlanır. Həmçinin karikatura verilişlərinə də yer verilir. Verilişi hazırlayan Əlu Hanun, komediyaçılar Saad Kabləcə, Buşra İsmayıl, Məcid Yasin, Züheyr Rəşid, Əli Cabir, Vəlid Həsəndir. Digər vacib olan verilişlərdən biri də “Əl Beyt Beyittək” verilişirdir ki, İraq xalqının birlik və bərabərliyini təmin etmək üçün Bağdaddakı ailələri ziyarət edib televiziyanın özlərinin olduğunu vurğulayırlar.
https://az.wikipedia.org/w/index.php?curid=620379
Əl Əyun
Əl-Əyun (ərəb. العيون, isp. El Aaiún) — Qərbi Saharanın ən iri şəhəri, şimal-qərbi Afrikada mübahisəli ərazi. Mərakeşin nəzarəti altındadır. Mərakeşin — Əl-Əyun-Bujdur-Saqiet-əl-Hamra vilayətinin mərkəzi, həmçinin Saxara Ərəb Demokratik Respublikasının paytaxtı. Şəhər Mərakeşin nəzarəti altında olduğundan SƏDR-in müvəqqəti paytaxtı Bir-Lelu şəhəridir. Əhalisi, dil və dini 2008-ci ilin məlumatına əsasən şəhərin əhalisi 192 639 nəfərdir. Şəhərdə ölkə əhalisinin yarısı yaşayır. Milli tərkibi 95% səhravidir. Şəhərdə 8 min avropalı yaşayır, dövlət dili ərəb dilidir, gündəlik ünsiyyətdə hasaniya dialekti də işlənir. Hakim din islam dinidir.
https://az.wikipedia.org/w/index.php?curid=332522
Əl əməyi
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Ümumi anlayış Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır. Bu hal insan zəhmətini canlıların instinktik fəaliyyətindən fərqləndirir. Bu baxımdan filosoflar Karl Marks və Fridrix Engels insanın və cəmiyyətin yaranmasında ilk növbədə "əmək faktoru" görürlər. Əmək iqtisadi kateqoriya kimi Əmək əksər hallarda əmək haqqı hesabına həyata keçirilir. Əmək haqqının artması görülən işin həcminin və cəmiyyətin maddi imkanının artması hesabına arta bilir. Onun artımının müxtəlif səbəbləri olsa da onların hamısı mükəmməl sayılmır. Görülən işi tamamilə nəzərə lan ümumi prinsip indiyə qədər yoxdur. Burada subyektiv faktor və ya əməyin qiymıətləndirilməsində heç də bütün amillərin nəzərə alınmamasıdır.Emek aletlerinin cemiyyetin inkisafinda rolu haqqinda esse Xarici keçidlər Ageing workers EU-OSHA The Labour Economics Gateway Arxivləşdirilib 2008-02-17 at the Wayback Machine - Collection of Internet sites that are of interest to labour economists Labour & Worklife Program at Harvard Law School, Changing Labour Markets Project W.E. Upjohn Institute & Anindya N Bakrie for Employment Research Arxivləşdirilib 2010-07-09 at the Wayback Machine ILO: Key Indicators of the Labour Market (KILM). 5. ed. Sept. 2007 LabourFair Resources Arxivləşdirilib 2017-06-30 at the Wayback Machine - Link to Fair Labour Practices Labour Research Network Arxivləşdirilib 2013-08-05 at the Wayback Machine - Labour research programme treating various fields
https://az.wikipedia.org/w/index.php?curid=127017
Əlabbas Bağırov
Əlabbas Məmmədhüseyn oğlu Bağırov (5 may 1957, Nursu, Şahbuz rayonu)— yazıçı, publisist, esseist. 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2016-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Əlabbas Bağırov 1957-ci il mayın 5-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nurs kəndində anadan olub. Nurs kənd orta məktəbini bitirmişdir. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.1978-ci ildə əmək fəaliyyətinə Şahbuz rayonunun Mahmudava kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi başlamışdır. 1982-ci ildən sonra isə Bakı şəhər Tramvay-Trolleybus İdarəsinin yataqxanasında tərbiyəçi müəllim, Azərbaycan Dövlət Universitetinin nəşriyyatında korrektor (1985), redaktor, dövri nəşrlər redaksiyasının müdiri (1986–1994), Evraziya Mətbuat Fondunda koordinator (1995), Respublika Uşaq Təşkilatının orqanı "Arzu" qəzetində baş redaktor (1996) işləmişdir. Bakı şəhər metropolitenində mətbuat xidmətinin rəhbəri (1997–1998), on doqquz il(1999–2018-ci illərdə) Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentində dövlət qulluqçusu kimi istehlakçıların və sahibkarların məlumatlandırılması bölməsinin müdiri və mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 2018-ci ildən Azərbaycan Dövlət Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəridir. Ailəlidir, üç övladı var. Yaradıcılığı Bədii yaradıcılığı Ədəbi yaradıcılığa 1979-cu ildə povestlə ("Köhnə kişi") başlasa da, ilk mətbu əsəri 1981-ci ildə "Ulduz" jurnalında işıq üzü görən "Kişilik" hekayəsi olmuşdur. Həmin dövrdən başlayaraq hekayə, povest və romanları müntəzəm olaraq ədəbi orqanlarda çap olunmuşdur. 80-ci illərdə daha bir neçə hekayəsi gün işığına çıxsa da, onun bir yazıçı olaraq ədəbi uğuru daha çox Azərbaycan poetik nəsrinin ən gözəl örnəklərindən sayılan, lakin qələmə alındığı vaxtdan (1979–1980) doqquz il sonra (1989) "Azərbaycan" jurnalında işıq üzü görən "Köhnə kişi" povesti ilə bağlıdır. Bu əsər onun yaradıcılıq pasportu oldu. Bir-birinin ardınca "Gəlin ayaqqabısı", "Dərd", "Doğma ocaq", "Başdaşı", "Muştuluq", "Yağış", "Başsağlığı" kimi yaddaqalan hekayələri araya-ərsəyə gəldi. Erkən yaşlarında yazdığı "Gözmuncuğu", "Gümüşü gecələr" və "Güdaz" povestləri ədəbi tənqid tərəfindən tək müəllifinin deyil, bütöv Azərbaycan ədəbiyyatının uğuru kimi dəyərləndirildi. Bu əsərlərdə diqqətçəkən canlı və real təsvirlər, sərrast müşahidə, zəngin psixoloji detallar və cilalanmış dil müəllifin sonrakı əsərlərində də yüksələn xətt üzrə davam etdi. Əsərdən-əsərə daha da təkmilləşən bu cür yazı texnologiyası özünün kamal nöqtəsinə "Qiyamçı" (2004) romanında çatdı. Çoxşaxəli və əlvan süjet xəttinə malik "Qiyamçı" rəngarəng obrazlar aləmi, lirik psixologizmi, zəngin dili və poetik ruhu ilə dərhal ədəbi ictimaiyyətin diqqət mərkəzinə düşdü. Vətənpərvərlik mövzusunda yazılan ən yaxşı əsər kimi Birinci Milli Kitab Müsabiqəsinin xüsusi mükafatına layiq görüldü. Əsərdə Qarabağ hadisələrindən xeyli əvvəl tərk edilmiş ucqar sərhəd kəndində on il tək-tənha yaşayan, dağlar kimi qalın-qayım, sərt və inadkar Təbrizin – Ağ Gədiyin ramolunmaz bəbirinin başına gələn qəribə əhvalatlardan söhbət açılır. Real bədii zəmini olan yarımifik olaylar müəllifin xarabazara çevrilmiş Əyriqarın timsalında təsvir etdiyi kəndlərə söylədiyi ağıdı. 2000-ci illərin ədəbi məhsulu olan "Qaraqovaq çölləri" romanının əsas qəhrəmanı Əfsunun simasında Qarabağ müharibəsinin iştirakçısı, döyüşlərdə müstəsna şücaətlər göstərən və son taleyi bu gün də müəmmalı olaraq qalan Natiq Qasımovun obrazı yaradılmışdır. Özünü ədəbi taleyinin və həyat dramının Tanrı ilə həmşərik müəllifi hesab edən Əlabbas bu əsərində yaşamaq haqqı əlindən alınanların müdafiəçisi kimi çıxış edir. Əsər milli-mənəvi dəyərlərimizi məhv etmək yolu tutanlara, Qarabağ müharibəsinin iştirakçılarına nadan, gülünc və amansız münasibət sərgiləyənlərə yazıçı qismində bir ziyalının qaldırdığı etiraz səsidi. Əsər özü ilə həm "mənəviyyatın çölləşməsi" ifadəsini, həm də müəllif barədə sıx-sıx işlədilən Azərbaycan psixoloji nəsrinin ustası və ən parlaq nümayəndəsi fikrini gündəmə gətirdi. Əlabbas tək dil və üslub xüsusiyyətləri ilə deyil, eyni zamanda bədii və ictimai dəyəri ilə seçılən "İkinci oğul" povesti, "Gözəl", "Halal qan", "Gecəyarı hadisə", "Küçə", "Şəhər", "Mərənd ölüsü", "Gəlin", "Qul", "Arvanada dəfn", "Ovçu", "Yük", "Şəbi-hicran", "Tapdıq", "Yolda adam" və digər yaddaqalan hekayələrin müəllifi kimi də tanınır. O həmçinin xeyli sayda kiçik hekayə, esse və müniatürlərin də müəllifidir. Povest və hekayələri türk, özbək, fars, qırğız, rus, gürcü və ingilis dillərinə tərcümə olunub. Üzv olduğu qurumlar Azərbaycan Yazıçılar Birliyi – (1990) Azərbaycan Jurnalistlər Birliyi – (2016) Mükafatları Milli Kitab Mükafatı – "Qiyamçı" romanına görə (2010) Əli bəy Hüseynzadə mükafatı – "Ədəbiyyat qəzeti"ndə dərc olunan hekayələrinə görə (2019) Gümüşü gecələr (povest və hekayə), Bakı: "Yazıçı", 1989, 136 s. Doğma ocaq (povest və hekayələr), Bakı: "Gənclik", 1989, 104 s. Güdaz (povestlər və hekayələr), 1993, "Bayatı", 192 s. Uçurum (povest və hekayələr), 2001, "Bakı Universiteti", 188 s. Qiyamçı (roman) 2004, "Nurlan", 344 səh., Sonun başlanğıcı (povest və hekayələr), 2007, ""Nurlan", 504 s. Mən Qarateli sevirdim (müsahibə, məktub, rəy, təqdimat, esse, xatirə və portret yazıları). Bakı: "Adiloğlu", 2008, 192 s. Qaraqovaq çölləri (roman), 2010, "Adiloğlu", 288 s. Köhnə kişi (povest), 2017, "Xan", 172 s. Şəbi-hicran (povest və hekayələr), 2017, "Xan", 205 s. Dağların duman çağı (Anım, şərh, xatirələr və müsahibələr). Bakı: "Xan", 2017, 296 s. Köçəri quşların nəğməsi (povestlər). Ankara: "Bengü", 2022, 330 s. Haqqında yazılanlar Sabir Bəşirov. "Əlabbas: Sözün köhnə kişisi" (ədəbi portret) , 2005, "Adiloğlu", 200 səh., tiraj – 300. Monoqrafiyada yazıçının hekayə və povestləri ilə yanaşı, "Qiyamçı" romanı da mövzu, dil, üslub və təhkiyə baxımından araşdırılır. "Altmışıncı aşırım" (toplu), 2017, "Xan", 284 səh., tiraj – 500. Yazıçının anadan olmasının 60 illiyi münasibətilə işıq üzü görən kitab ədəbi-bədii fikir tariximizdə söz sahibi olan məşhur imzaların təqdimatında yazıçının dil və üslubu, obrazlar aləmi, bədii təsvirdə ustalığı və ədəbi siması haqqındadı. "Temrin" (ədəbiyyat dərgisi), 2018, İstanbul, Ferfir Egitim Yayıncılıq LTD, 60 səh., tiraj – 1 000. Məqsədi ümumtürk dünyasının tanınmış sənət adamlarını tanıtmaq olan dərgidə (№ 89) Əlabbas Bağırovun tərcümeyi-halı ilə yanaşı, "Bitişik masalar", "Rəzalət", "Qonşu" hekayələri, 60 yaşı ilə bağlı müsahibəsi, ona həsr olunan şeirlər və yazıçı dostlarının ürək sözləri, eyni zamanda ömrünün müxtəlif illərini əks etdirən fotoşəkillər yer alıb. Xarici keçidlər Tərcümeyi-hal
https://az.wikipedia.org/w/index.php?curid=626477
Əlabbas Qədirov
Əliabbas Gülabbas oğlu Qədirov (13 fevral 1946, Bakı – 8 mart 2006, Bakı) — Azərbaycanlı aktyor, Azərbaycan SSR xalq artisti (1989). Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfı 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub. Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin "Xəyyam" faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib. Əliabbas Qədirov 1970-ci ildən Milli Dram Teatrında oynadığı rollar zaman ardıcıllığı ilə aşağıdakı kimi sistemləşdirilə bilər: Yusif. "Xəyyam", Hüseyn Cavid. Pronya. "Zamanın hokum", Nikolay Poqodin. Xosrov. "Küləklər", Sabit Rəhman. Vəli. "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə. Givi. "Darıxma, ana!", Nodar Dumbadze. Leytenant və Nicat. "Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev. İlyas. "Aydın", Cəfər Cabbarlı. Fateh. "Yol ayrıcında", İslam Səfərli. Qlumov. "Müdriklər", Aleksandr Ostrovski. Kürd Musa və Vaqif. "Vaqif", Səməd Vurğun. Fotoqraf. "Şöhrət və ya unudulan adam", Nazim Hikmət. Alman oğlu. "İnsan", Səməd Vurğun. Məğrur. "Əks-səda", Nəbi Xəzri. Coşqun. "Kölgələr pıçıldaşır", Seyfəddin Dağlı. Balaağa. "Vəkil neyləsin…", Ramiz Fətəliyev. Şərif. "Məhəbbət əfsanəsi", Nazim Hikmət. Daşqın. "Yollara iz düşür", İslam Səfərli. Balaş. "Sevil", Cəfər Cabbarlı. Bəhram. "Fitnə", Abdulla Şaiq. Seyid Hüseyn. "Xurşid banu Natəvan", İlyas Əfəndiyev. Vasif. "İblis", Hüseyn Cavid. Rəşad. "Kimdir haqlı?," Bəxtiyar Vahabzadə. Həbib. "Büllur sarayda", İlyas Əfəndiyev. Toral. "Qarabağ əfsanəsi", Qeybulla Rəsulov. Diş həkimi. "Biganələr hoteli", Rüstəm İbrahimbəyov. Qazan xan. "Torpağa sancılan qılınc", Nəbi Xəzri. Şirzad. "Şeyx Xiyabani", İlyas Əfəndiyev. Mirzə Şəfi. "Mənsiz dünya", Nəbi Xəzri. Dan. "Tufandan əvvəl", Arif Süleymanov. Kamran. "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev. Mircəfər Bağırov. "Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev. Kərim bəy. "Tənha iydə ağacı", İlyas Əfəndiyev. Tərlan. "Sənsiz", Şıxəli Qurbanov. Misirxanov. "Əcəb işə düşdük", Şıxəli Qurbanov. Qraf Qloster. "Kral Lir", Vilyam Şekspir. İbrahim xan. "Hökmdar və qızı", İlyas Əfəndiyev. Qara xaqan. "Özümüzü kəsən qılınc" ("Göytürklər"), Bəxtiyar Vahabzadə. Ənvər. "Ulduz, yaxud Ədirnə fəthi", Cəfər Cabbarlı. Nostradamus. "Hələ "sevirəm" deməmişdilər…", Ramiz Novruz.Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış, uzun illər əvvəlcə gənclər üçün "Məşəl", sonralar əyləncə xarakterli "Komediyalar aləminə səyahət" verilişlərinin aparıcısı olmuşdur. Onun oynadığı tamaşaların bir qismi televiziyanın "Oızıl fond"una daxildir. Onlardan Süleyman Sani Axundovun, "Laçın yuvası" (Cahangir), Məmməd Muradan "Təkan" (Dilqəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsində" (Cahangir), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Mar Bayciyevin "Duel" (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu adam" (Kişi) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq şəkildə təcəssüm tapıb. Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə "Azərbaycanfilm"də "Xatirələr sahilində" (İmran), "Nəğmə dərsi" (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var" (Vaqif), "Bizim evin kişisi" (Mansur), "Qızıl uçurum" (Cəlil), "Qocalar" (Fəriz), "Babək" (Fəzl), "Dənizdən işarə" (Sultanov), "Sevinc buxtası" (Nazim) kimi kinolentlərinə çəkilib. Vaxtilə, rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmmədi rolunu məharətlə ifa edib. Lakin Moskva "millətçi" ruhuna görə o fılmin ekrana çıxmasına icazə verməyib. 2006-cı ildə mart 8-də xalq artisti, "Şöhrət" ordeni laureatı, Azərbaycan Dövlət Akademik Dram teatrının bədii rəhbəri Əlabbas Qədirov 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib. Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 19781 dekabr 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti 17 may 1989-cu ildə isə xalq artisti fəxri adı 2006-cı ildə "Şöhrət" ordeni Filmoqrafiya Ağasadıq Gəraybəyli (film, 1974) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-səsləndirən: Vladimir Tişkov (Anatoli Katenyov) Atayevlər ailəsi (film, 1978) – rol: Cahangir Babək (film, 1979) – rol: Fəzl Bakıda küləklər əsir (film, 1974) Bir ailəlik bağ evi (film, 1978) Birisigün, gecəyarısı... (film, 1981) Bizim küçənin oğlanları (film, 1973) Bizim qəribə taleyimiz (film, 2005) Burulğan (film, 1986) Cin mikrorayonda (film, 1985) Dədə Qorqud (film, 1975) – film səsləndirən: Yalıncıq (Əli Haqverdiyev) Dərviş Parisi partladır (film, 1976) Doğma sahillər (film, 1989) Dörd bazar günü (film, 1975) Duel (film, 1995) Durnalar qayıtdı (film, 2003) Əla kəsici (film, 1975) Əqrəb (film, 1972) Evin kişisi (film, 1978) Evlər yıxanım mənim!!. (film, 1974) Əzablı yollar (film, 1982) Gəlinlərin qiyamı (film, 1985) (dublyaj) Gəmi saatının sirri (film, 1983) Gözlə məni (film, 1980) Güllələnmiş heykəllər (film, 2002) Haray (film, 2004) Həyat bizi sınayır (film, 1972) Heydər Əliyev və Azərbaycan rabitəsi (film, 2003) Xatirələr sahili (film, 1972) İşarəni dənizdən gözləyin (film, 1986) Köhnə bərə (film, 1984) Küçələrə su səpmişəm (film, 2004) Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980) Min birinci söz (film, 1997) Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974) Müsafir (film, 2001) Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976) Od içində (film, 1978) Ömrün ilk saatı (film, 1973) Ömrün səhifələri (film, 1974) Ömrün yuxuları (film, 2001) Onun bəlalı sevgisi (film, 1980) Özgə ömür (film, 1987) Park (film, 1983) Prima (film, 1994) Qara gölün cəngavərləri (film, 1984) Qeybdən gələn səs (film, 2002) Qızıl uçurum (film, 1980) Qocalar, qocalar... (film, 1982) Saqqallı binalar (film, 1990) Sən həmişə bizimləsən (film, 1997) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Sonuncu şahid (film, 2004) Şuşa (film, 2001) Şuşa yolu... (film, 2002) Təkan (film, 1987) Toya dəvətnamə (film, 1973) Ürək... Ürək... (film, 1976) Yaramaz (film, 1988) Yataqda siqaret çəkməyin (film, 1986) Yeddi oğul istərəm... (film, 1970) Yol əhvalatı (film, 1980) Yüz qramın qiyməti (film, 1975) "Qeyri-adi adam" //Kaspi.- 2011.- 15 fevral. Dram Teatrının kollektivi Əliabbas Qədirovun məzarını ziyarət edib //Zaman.- 2016.- 13 fevral.- S. 6. Əliabbas Qədirovun 70 illik yubileyi keçirilib //Kaspi.- 2016.- 18 fevral.- S.9. Əliabbas Qədirovun yubileyinə həsr olunmuş dəyirmi masa: [Mərdəkan Mədəniyyət sarayında] //Mədəniyyət.- 2016.- 24 fevral.- S. 4. Görkəmli aktyor Əliabbas Qədirov yad edilib //525-ci qəzet.- 2016.- 16 fevral.- S.7. Xiləli, A. Qiyməti tamaşaçı verəndə: [teatrda keçirilən xatirə gecəsi haqqında] //Ədəbiyyat.- 2016.- 20 fevral.- S.32. Mirməmməd, G. Yetmiş yaşın zirvəsindən salam: [teatrda Xalq artistinin xatirə gecəsinin keçirilməsi haqqında] //Mədəniyyət.- 2016.- 19 fevral.- S. 6.
https://az.wikipedia.org/w/index.php?curid=40681
Əlabbas İsgəndərov
Əlabbas Qara oğlu İsgəndərov (20 noyabr 1958, Kürdlər, Ağdam rayonu – 4 mart 1992, Qazançı, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 20 noyabr 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu. Döyüşlərdə iştirakı 1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak oldu. Evli idi, üç övladı yadigar qalıb. Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 140-141. Xarici keçidlər İsgəndərov Əlabbas Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine Əlabbas İsgəndərov Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=119344
Əlahiddə Azərbaycan Korpusu
Əlahiddə Azərbaycan Korpusu — Müsəlman korpusunun bazasında yaradılmış hərbi birlik; müstəqil ordu quruculuğunun ilkin mərhələsi. Həmin mərhələnin səciyyəvi xüsusiyyəti çox mürəkkəb hərbi-siyasi şəraitdə aparılan ordu quruculuğuna türk hərbçilərinin rəhbərlik etməsi idi. Əsası 1917-ci ilin dekabrında qoyulmuş Müsəlman korpusu Zaqafqaziya komissarlığının ordu strukturu kimi formalaşmağa başlamışdı. 1918-ci il iyunun 26-da Azərbaycan Hökuməti Müsəlman korpusunu Əlahiddə Azərbaycan korpusu adlandırmaqla özünün bu hərbi struktura sahibliyini hüquqi cəhətdən təsdiqlədi. Hökumətin həmin tarixli başqa bir qərarı ilə ƏAK qərargahının ştatında qismən dəyişiklik edildi və korpus komandirinin yanında diviziya səlahiy-yətində xüsusi tapşırıqlar üçün general vəzifəsi təsis edildi. ƏAK bu zaman Azərbaycanda xilaskarlıq missiyasını həyata keçirən Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi. Azərbaycana hərbi yardıma gəlmiş 5-ci Qafqaz firqəsi də ilk vaxtlar ƏAK-ın tərkibinə daxil edilmişdi. Həmin firqə (diviziya) ƏAK vasitəsilə Qafqaz İslam Ordusunun komandanlığına bağlanırdı. 5-ci Qafqaz firqəsinin komandiri xidməti vəzifələri, döyüş tapşırıqlarının icrası haqqında Qafqaz İslam Ordusunun komandanı ilə bərabər ƏAK-ın komandanı Əliağa Şıxlinskiyə də hesabat verirdi. Müsəlman korpusu ƏAK adlandırılandan sonra korpus komandirinin əmri ilə hissələrdə və hərbi müəssisələrdə yeni möhürlərin tətbiq edilməsinə başlandı. Müsəlman korpusunun möhürlərində rus qoşun hissələri möhürlərindəki ikibaşlı qartal təsviri var idi, dövrəsində isə hissənin adı və nömrəsi yazılmışdı. Yeni möhürlər gümüş manatlıq ölçü-sündə, ortasında səkkizguşəli ulduz və aypara təsviri olmalı, yuxarı kənarı boyunca isə həm rusca, həm də azərbaycanca hissənin adı və nömrəsi yazılmalı idi. Korpusun strukturlarının da yenidən qurulmasına başlandı. Sənədlər ƏAK tərkibində diviziya qərargahlarının ləğv olunduğunu göstərir. Qafqaz İslam Ordusu komandanının 1918-ci il 13- avqust tarixli əmri ilə ƏAK-ın qərargahı da, müvəqqəti olaraq, ləğv olundu, onun tərkibinə daxil olan hissələr birbaşa Qafqaz İslam Ordusu komandanlığına tabe edildi. ƏAK-ın ləğvi ilə onun sıralarında fəaliyyət göstərən zabitlər də xidmətdən kənarlaşdırıldı, hissələrdə yazışmanın Azərbaycan dilində aparılması məcburi şərt kimi irəli sürüldü. 1918-ci il sentyabrın 2-ci yarısında ƏAK-m qərargahı bərpa edildi. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri, polkovnik Həbib bəy Səlimov isə qərargah rəisi idi. İlkin olaraq, ƏAK-ın tərkibində iki piyada diviziyası formalaşdırıldı. 1-ci diviziyanm komandiri polkovnik (albay) Cəmil Cahid bəy, 2-ci diviziyanın komandiri isə Qafqaz İslam Ordusunun qərargah rəisi olmuş Nazim bəy təyin edildi. Hər diviziya üç piyada alayından ibaret idi. 1918 il oktyabnn ortalarmda 1-ci diviziyanm tərkibində üç süvari alayı, bir sərhəd və bir topçu alaylan var idi. Qafqaz İslam Ordusu komandanmm tabeliyində 4-cü Azərbaycan süvari alayınm da formalaşdırılmasma başlanmışdı. Bununla yanaşı Əlahiddə Azərbaycan korpusunun tabeliyində 1-ci ağır topçu taboru, 1-ci qaubitsa taboru, teleqraf taboru, dəmir yol taboru və təyyarə dəstəsi də var idi. 1918-ci il noyabrın əvvəllərində hərbi nazirlik bərpa edildikdən sonra, ƏAK-ın mövcudluğu formal xarakter aldı. Qoşun hissələrinin təşkilinə və fəaliyyətinə rəhbərlik bütünlüklə hərbi nazirliyin əlində cəmləşdirildi. 1918-ci il noyabrın 15-də ƏAK-ın qərargah rəisi Həbib bəy Səlimov Ümumi qərargahın rəisi təyin edildi. ƏAK-ın komandiri Ə.Şıxlinski isə 1918 il dekabrın 29-da hərbi nazirin müavini təyin olundu. Korpusun qərargah zabitlərinin bir çoxu yeni vəzifələrə təyin edildilər. Nazirlər Şurasının 1919-cu il 2 yanvar tarixli qərarı ilə Əlahiddə Azərbaycan korpusu ləğv olundu. Onun qərargahında xidmət edən zabitlər hərbi nazirliyin aparatına və qoşun hissələrinə göndərildilər. Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998; Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu
https://az.wikipedia.org/w/index.php?curid=333516
Əlahiddə Azərbaycan korpusu
Əlahiddə Azərbaycan Korpusu — Müsəlman korpusunun bazasında yaradılmış hərbi birlik; müstəqil ordu quruculuğunun ilkin mərhələsi. Həmin mərhələnin səciyyəvi xüsusiyyəti çox mürəkkəb hərbi-siyasi şəraitdə aparılan ordu quruculuğuna türk hərbçilərinin rəhbərlik etməsi idi. Əsası 1917-ci ilin dekabrında qoyulmuş Müsəlman korpusu Zaqafqaziya komissarlığının ordu strukturu kimi formalaşmağa başlamışdı. 1918-ci il iyunun 26-da Azərbaycan Hökuməti Müsəlman korpusunu Əlahiddə Azərbaycan korpusu adlandırmaqla özünün bu hərbi struktura sahibliyini hüquqi cəhətdən təsdiqlədi. Hökumətin həmin tarixli başqa bir qərarı ilə ƏAK qərargahının ştatında qismən dəyişiklik edildi və korpus komandirinin yanında diviziya səlahiy-yətində xüsusi tapşırıqlar üçün general vəzifəsi təsis edildi. ƏAK bu zaman Azərbaycanda xilaskarlıq missiyasını həyata keçirən Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi. Azərbaycana hərbi yardıma gəlmiş 5-ci Qafqaz firqəsi də ilk vaxtlar ƏAK-ın tərkibinə daxil edilmişdi. Həmin firqə (diviziya) ƏAK vasitəsilə Qafqaz İslam Ordusunun komandanlığına bağlanırdı. 5-ci Qafqaz firqəsinin komandiri xidməti vəzifələri, döyüş tapşırıqlarının icrası haqqında Qafqaz İslam Ordusunun komandanı ilə bərabər ƏAK-ın komandanı Əliağa Şıxlinskiyə də hesabat verirdi. Müsəlman korpusu ƏAK adlandırılandan sonra korpus komandirinin əmri ilə hissələrdə və hərbi müəssisələrdə yeni möhürlərin tətbiq edilməsinə başlandı. Müsəlman korpusunun möhürlərində rus qoşun hissələri möhürlərindəki ikibaşlı qartal təsviri var idi, dövrəsində isə hissənin adı və nömrəsi yazılmışdı. Yeni möhürlər gümüş manatlıq ölçü-sündə, ortasında səkkizguşəli ulduz və aypara təsviri olmalı, yuxarı kənarı boyunca isə həm rusca, həm də azərbaycanca hissənin adı və nömrəsi yazılmalı idi. Korpusun strukturlarının da yenidən qurulmasına başlandı. Sənədlər ƏAK tərkibində diviziya qərargahlarının ləğv olunduğunu göstərir. Qafqaz İslam Ordusu komandanının 1918-ci il 13- avqust tarixli əmri ilə ƏAK-ın qərargahı da, müvəqqəti olaraq, ləğv olundu, onun tərkibinə daxil olan hissələr birbaşa Qafqaz İslam Ordusu komandanlığına tabe edildi. ƏAK-ın ləğvi ilə onun sıralarında fəaliyyət göstərən zabitlər də xidmətdən kənarlaşdırıldı, hissələrdə yazışmanın Azərbaycan dilində aparılması məcburi şərt kimi irəli sürüldü. 1918-ci il sentyabrın 2-ci yarısında ƏAK-m qərargahı bərpa edildi. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri, polkovnik Həbib bəy Səlimov isə qərargah rəisi idi. İlkin olaraq, ƏAK-ın tərkibində iki piyada diviziyası formalaşdırıldı. 1-ci diviziyanm komandiri polkovnik (albay) Cəmil Cahid bəy, 2-ci diviziyanın komandiri isə Qafqaz İslam Ordusunun qərargah rəisi olmuş Nazim bəy təyin edildi. Hər diviziya üç piyada alayından ibaret idi. 1918 il oktyabnn ortalarmda 1-ci diviziyanm tərkibində üç süvari alayı, bir sərhəd və bir topçu alaylan var idi. Qafqaz İslam Ordusu komandanmm tabeliyində 4-cü Azərbaycan süvari alayınm da formalaşdırılmasma başlanmışdı. Bununla yanaşı Əlahiddə Azərbaycan korpusunun tabeliyində 1-ci ağır topçu taboru, 1-ci qaubitsa taboru, teleqraf taboru, dəmir yol taboru və təyyarə dəstəsi də var idi. 1918-ci il noyabrın əvvəllərində hərbi nazirlik bərpa edildikdən sonra, ƏAK-ın mövcudluğu formal xarakter aldı. Qoşun hissələrinin təşkilinə və fəaliyyətinə rəhbərlik bütünlüklə hərbi nazirliyin əlində cəmləşdirildi. 1918-ci il noyabrın 15-də ƏAK-ın qərargah rəisi Həbib bəy Səlimov Ümumi qərargahın rəisi təyin edildi. ƏAK-ın komandiri Ə.Şıxlinski isə 1918 il dekabrın 29-da hərbi nazirin müavini təyin olundu. Korpusun qərargah zabitlərinin bir çoxu yeni vəzifələrə təyin edildilər. Nazirlər Şurasının 1919-cu il 2 yanvar tarixli qərarı ilə Əlahiddə Azərbaycan korpusu ləğv olundu. Onun qərargahında xidmət edən zabitlər hərbi nazirliyin aparatına və qoşun hissələrinə göndərildilər. Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998; Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu
https://az.wikipedia.org/w/index.php?curid=705078
Əlahiddə Naxçıvan general-qubernatorluğu
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi.16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər. Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı. Martın 26-da bölgənin ümumi vəziyyəti haqqında Cümhuriyyət Hökumətinə məlumat vermək üçün Bakıya Teymur bəy Makinski (sədr), Q. Qənizadə və R. İsmayılovdan ibarət nümayəndə heyəti göndərmək qərara alındı. 31 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarı ilə Kəlbəli xan Naxçıvanski Qarabağ general-qubernatorunun hərbi işlər üzrə müavini təyin edildi. Kərim xan İrəvanski isə vəzifəsindən kənarlaşdırıldı.Avqust ayında isə Səməd bəy Cəmillinski Naxçıvan general-qubernatoru təyin olunmuşdu. Siyasi şəraitin mürəkkəbliyi, ilk növbədə isə Ermənistan daşnak hökumətinin fitnəkar hərəkətləri üzündən yüksək vəzifəli şəxslərin Naxçıvana gələrək vaxında öz vəzifələrinin icrasına başlaya bilməmələri general-qubernatorluğun işində ciddi çətinliklər yaratmışdı. 1919-cu ilin avqustunda qısa müddət Ordubadda fəaliyyət göstərməyə məcbur olan general qubernatorluğun iqamətgahı sonra yenidən Naxçıvana köçürülmüşdü. Xarici keçidlər Naxçıvan general-qubernatorluğu
https://az.wikipedia.org/w/index.php?curid=501391
Əlahiddə Çevik Polis Alayı
Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsi. Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir.2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi. 31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi.30 sentyabr 2017-ci ildən bəri qadın polislər də xidmətə başlayıb.Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi birçox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub. Çevik Polis Alayının komandirləri Polis general-mayoru Səhlab Bağırov (2006–2011) Polis general mayoru Zaur Abdullayev (2011–2019) Polis general mayoru Səhlab Bağırov (2019–2023) Polis general-mayoru Ramil Piriyev (2023-hal-hazırda)
https://az.wikipedia.org/w/index.php?curid=699293
Əlahiddə Ümumqoşun Ordu
Əlahiddə Ümumqoşun Ordu — Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi. Naxçıvanda Azərbaycan milli ordusunun yaradılmasına ötən əsrin 90-cı illərində Azərbaycan prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir və Komitənin ilk sədri Elman Abbas oğlu Abbasov təyin edilmişdir. [mənbə göstərin]Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan N saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı N saylı hərbi hissəyə təhvil verilmişdir. Sonralar bu əsasda Azərbaycan Ordusunun V Ordu Korpusu yaradılmışdır. Əlahiddə ümumqoşun ordusunun təşkili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. 14.05.2014-cü il tarixdən Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayevdir. Əlahiddə Ümumqoşun Ordu
https://az.wikipedia.org/w/index.php?curid=501485
Əlahiddə Ümumqoşun Ordu (Azərbaycan)
Əlahiddə Ümumqoşun Ordu — Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi. Naxçıvanda Azərbaycan milli ordusunun yaradılmasına ötən əsrin 90-cı illərində Azərbaycan prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir və Komitənin ilk sədri Elman Abbas oğlu Abbasov təyin edilmişdir. [mənbə göstərin]Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan N saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı N saylı hərbi hissəyə təhvil verilmişdir. Sonralar bu əsasda Azərbaycan Ordusunun V Ordu Korpusu yaradılmışdır. Əlahiddə ümumqoşun ordusunun təşkili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. 14.05.2014-cü il tarixdən Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayevdir. Əlahiddə Ümumqoşun Ordu
https://az.wikipedia.org/w/index.php?curid=804261
Əlahiddə Ümumqoşun Ordusu
Əlahiddə Ümumqoşun Ordu — Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi. Naxçıvanda Azərbaycan milli ordusunun yaradılmasına ötən əsrin 90-cı illərində Azərbaycan prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir və Komitənin ilk sədri Elman Abbas oğlu Abbasov təyin edilmişdir. [mənbə göstərin]Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan N saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı N saylı hərbi hissəyə təhvil verilmişdir. Sonralar bu əsasda Azərbaycan Ordusunun V Ordu Korpusu yaradılmışdır. Əlahiddə ümumqoşun ordusunun təşkili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. 14.05.2014-cü il tarixdən Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayevdir. Əlahiddə Ümumqoşun Ordu
https://az.wikipedia.org/w/index.php?curid=624942
Əlahəzrət Ayaks (gəmi)
“Əlahəzrətin gəmisi Ayaks" (ing. HMS Ajax - Her or His Majesty’s Ship Ajax) (1798) — 74-toplu III ranq xətt gəmisi. Böyük Britaniya Kral donamasının antik qəhrəman Ayaksın şərəfinə adlandırılmış ikinci xətt gəmisi.
https://az.wikipedia.org/w/index.php?curid=348240
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898)
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. İyulun 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu Hacı Zeynalabdin Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodda Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşmışdı. Limanda qonağın şərəfinə orkestr çalırdı.Kinosüjet təntənəli yolasalma mərasiminə həsr olunmuşdur. Xronikal film protokol informasiyanın xəbər janrında çəkilmişdir. Film haqqında Kinosüjet Bakıda V.İ. Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir.Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. Filmin heyəti Film üzərində işləyənlər Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon Filmdə iştirak edənlər Seyid Mir Əbdül Əhəd xan Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
https://az.wikipedia.org/w/index.php?curid=26009
Əlamdar
Ələmdar — kişi adı. Polad ƏləmdarBu adı olan tanınmış şəxslərƏləmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professorYaşayış məntəqələriƏləmdar — Hadişəhrin digər adı. Ələmdar (Meşkinşəhr) Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=798374
Əlamut (Vladimir Bartol)
Əlamut (sloven. Alamut) — Vladimir Bartolun Həsən Sabbah və Xaşxaşilərdən bəhs edən, adını Əlamut qalasından alan və ilk dəfə 1938-ci ildə slovencə nəşr olunan tairixi romanı. Roman oxucunu XI yüzilliyə, Böyük Səlcuq Dövlətinin hökmranlığı dövrünə aparır. İslam dini, şərq fəlsəfəsi, hakimiyyət uğrunda mübarizə, dövrün tarixi hadisələri müəllif tərəfindən elə təsvir edilmişdir ki, sanki hər şey oxucunun ətrafında cərəyan edir. İnsan özünü zamanın müasiri kimi hiss edir və əsərin bəxş etdiyi ovsunlu abu-havadan bir an belə ayrılmaq istəmir. Nəşr və tərcümə Roman ilk dəfə 1938-ci ildə slovencə nəşr olunub. Daha sonra Rəvan Musayev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş, 2017-ci ildə Bakı Kitab Klubu tərəfindən 2 dəfə nəşr olunmuşdur. Xarici keçidlər Bakı Kitab Klubu. "Əlamut (tairixi roman)" ( (az.)). kitabklubu.org. 2018-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
https://az.wikipedia.org/w/index.php?curid=683906
Əlamut (roman)
Əlamut (sloven. Alamut) — Vladimir Bartolun Həsən Sabbah və Xaşxaşilərdən bəhs edən, adını Əlamut qalasından alan və ilk dəfə 1938-ci ildə slovencə nəşr olunan tairixi romanı. Roman oxucunu XI yüzilliyə, Böyük Səlcuq Dövlətinin hökmranlığı dövrünə aparır. İslam dini, şərq fəlsəfəsi, hakimiyyət uğrunda mübarizə, dövrün tarixi hadisələri müəllif tərəfindən elə təsvir edilmişdir ki, sanki hər şey oxucunun ətrafında cərəyan edir. İnsan özünü zamanın müasiri kimi hiss edir və əsərin bəxş etdiyi ovsunlu abu-havadan bir an belə ayrılmaq istəmir. Nəşr və tərcümə Roman ilk dəfə 1938-ci ildə slovencə nəşr olunub. Daha sonra Rəvan Musayev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş, 2017-ci ildə Bakı Kitab Klubu tərəfindən 2 dəfə nəşr olunmuşdur. Xarici keçidlər Bakı Kitab Klubu. "Əlamut (tairixi roman)" ( (az.)). kitabklubu.org. 2018-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
https://az.wikipedia.org/w/index.php?curid=512982
Əlamərvdəşt
Əlamərvdəşt — İranın Fars ostanının Lamerd şəhristanının Əlamərvdəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,502 nəfər və 811 ailədən ibarət idi.
https://az.wikipedia.org/w/index.php?curid=288882
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri. İstifadə nümunələri Riyaziyyatda: Riyazi analiz: Koşi əlaməti Lobaçevski əlaməti Dini əlaməti Rəqəmlər nəzəriyyəsi: Bölünmə əlamətiBiologiya və tibbdə: Qazanılmış əlamətlər Həyat əlamətləriSüni intellekt nəzəriyyəsində: Özütəşkil edilən əlamətlər kartı Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=117627
Əlamət (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. Atama deyərəm Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl Xarici keçidlər Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine Filmin üzərində işləyənlər Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq Xarici keçidlər YouTubeda izlə Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq Xarici keçidlər YouTubeda izlə Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zumrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor Xarici keçidlər Vimeo-da izlə Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir. İstər-istəməz onlar hesabı yaxşı bilirlər. Film üzərində işləyənlər Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Xədicə Mollazadə (Xədicə Mövlazadə kimi) — ana Maqsud Məmmədov — ata Emil Həsənov — uşaq Xarici keçidlər YouTubeda izlə Kəndə müsahibə götürməyə gələn müxbirin başına gələn məzəli əhvalat filmin əsasını təşkil edir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Eldəniz Ağasoy Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Elməddin Cəfərov — müxbir Asim Ramazanlı — Alim Qəzənfər Ülvin Adıgözəlov — kənd uşağı Vasif Ramazanlı — kənd uşağı Xarici keçidlər YouTubeda izlə Nümunəvi şagird Filmdə bəstəkar Tofiq Quliyevin "Gecə Serenadası" mahnısından fraqment istifadə olunmuşdur. Filmdə məktəbə getmək yerinə alverlə məşğul olan uşaqlar tənqid edilir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zümrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Mətni oxuyan: Tahir İmanov Rəşad Məcidzadə — şagird Xarici keçidlər YouTubeda izlə Filmdə uşaqların özlərinə peşənin uşaq yaşlarından seçməsinin gərəkliliyi göstərilir. Təbii ki, yanlış peşə yox. Filmdə İncəsənət Gimnaziyasının 6 d sinfi çəkilmişdir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zumrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Günay Firudinqızı Filmin direktoru: Saleh Məmmədov Prodüser: Tural Məmmədov İradə İbrahimova — müəllimə Fəridə Həsənova — şagird Hökümə Hüseynzadə — şagird Tural İslamov — şagird Camal İbrahimov — şagird Hafiz Məmmədov — şagird Xarici keçidlər YouTubeda izlə Filmdə qorxaq uşaqlar tənqid edilir. Güclü həmişə zəifin üzərində qələbə çalır. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Mikayıl Həsənli Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zümrad Muradov (Zumrad Muradov kimi) Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Ruzi Hacıyev — Ağabala Mirelmir Əlizadə — Mustafa Elnur Fərzəliyev — Anar Xarici keçidlər YouTubeda izlə Filmdə rüşvətxor həkimlər tənqid edilir. Filmin üzərində işləyənlər Ssenari müəllifi: Müşfiq Hətəmov Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Mətni oxuyan: Tahir İmanov Fərda Xudaverdiyev — İsfəndiyar həkim Günel Əhmədova — tibb bacısı Səməd Şirməmmədov — Seyfulla Xarici keçidlər YouTubeda izlə Həmçinin bax Mozalan (kinojurnal) Kirpi (kinojurnal) Xarici keçidlər AGP PRODAKŞN əfsanəvi tarixi və indiki zamandan bəhs edəcək filmlərin çəkilişlərinə başlayir YouTubeda – izlə
https://az.wikipedia.org/w/index.php?curid=24291
Əlaməti-Qiyamət
Əlaməti Qiyamət — rejissoruluğunu Doğa Can Anafartanın etdiyi 2016-cı ilin türk filmi. Filmin baş rollarını Murad Onuk və Mügə Əsməray paylaşır. Filmdə 1999-da Türkiyədə və dünyanın bəzi yerlerində yaşanan qorxu dolu hadisələrin Yeni Dünya Nizamı, Mehdi, İsa, şeytan, dəccal, cin və illüminati kimi mövzulara paralel inkişaf etdiyi düşüncəsini müdafiə edən hekayəsinə yer verilib. Hekayənin mərkəzində isə yalnız yaşayan "Əlif" adlı hamilə bir qadın var.
https://az.wikipedia.org/w/index.php?curid=505701
Əlaməti-Qiyamət (film, 2016)
Əlaməti Qiyamət — rejissoruluğunu Doğa Can Anafartanın etdiyi 2016-cı ilin türk filmi. Filmin baş rollarını Murad Onuk və Mügə Əsməray paylaşır. Filmdə 1999-da Türkiyədə və dünyanın bəzi yerlerində yaşanan qorxu dolu hadisələrin Yeni Dünya Nizamı, Mehdi, İsa, şeytan, dəccal, cin və illüminati kimi mövzulara paralel inkişaf etdiyi düşüncəsini müdafiə edən hekayəsinə yer verilib. Hekayənin mərkəzində isə yalnız yaşayan "Əlif" adlı hamilə bir qadın var.
https://az.wikipedia.org/w/index.php?curid=820123
Əlaqə (1989)
"Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar. Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur, amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır. Film haqqında Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin 14-cü dəqiqəsində tələbə ilə qoca qadının daxil olduğu bina hal-hazırda Lider TV-nin yerləşdiyi binadır. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Cahangir Zeynallı Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamran Zeynallı Bəstəkar : Firəngiz Əlizadə Səs operatoru : Akif Nuriyev Rejissor : Adil İsmayılov Operator : Tərlan Babayev Montaj edən : Esmira İsmayılova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova Quraşdırılmış səhnələrin operatoru : B. Travkin Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı Rejissor assistenti : F. Hüseynov Montaj üzrə assistent : Tamilla Muxtarova Assistent : F. Qaryağdı İnzibatçı : M. Səfərov Səs Operatoru-Stajçı : T. Babayev İşıq Tənzimçisi : Əminə Cəfərova İşıq Ustası : Tahir Bağırov (T. Bağırov kimi) Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : Konstantin Krimets Redaktor : Əhmədağa Qurbanov Filmin direktoru : Əli Məmmədov İlqar Həsənov-Tələbə Rafiq Əliyev-Psixiatr Aliyə Əliyeva Fikrət Məmmədov-Dazbaş T. Babayeva R. Axundova Q. Süleymanov Niyazi Bədəlov-Qoca Filmi səsləndirənlər Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278–298; 342–343. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=198890
Əlaqə (film, 1989)
"Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar. Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur, amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır. Film haqqında Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin 14-cü dəqiqəsində tələbə ilə qoca qadının daxil olduğu bina hal-hazırda Lider TV-nin yerləşdiyi binadır. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Cahangir Zeynallı Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamran Zeynallı Bəstəkar : Firəngiz Əlizadə Səs operatoru : Akif Nuriyev Rejissor : Adil İsmayılov Operator : Tərlan Babayev Montaj edən : Esmira İsmayılova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova Quraşdırılmış səhnələrin operatoru : B. Travkin Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı Rejissor assistenti : F. Hüseynov Montaj üzrə assistent : Tamilla Muxtarova Assistent : F. Qaryağdı İnzibatçı : M. Səfərov Səs Operatoru-Stajçı : T. Babayev İşıq Tənzimçisi : Əminə Cəfərova İşıq Ustası : Tahir Bağırov (T. Bağırov kimi) Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : Konstantin Krimets Redaktor : Əhmədağa Qurbanov Filmin direktoru : Əli Məmmədov İlqar Həsənov-Tələbə Rafiq Əliyev-Psixiatr Aliyə Əliyeva Fikrət Məmmədov-Dazbaş T. Babayeva R. Axundova Q. Süleymanov Niyazi Bədəlov-Qoca Filmi səsləndirənlər Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278–298; 342–343. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=17689
Əlaqədar Bağdad şəhəri
Dairəvi şəhər (Əl-Mansur şəhəri də adlandırılır: sülh şəhəri)— 762-767-ci illərdə tikilmiş İraqın Bağdad şəhərində qədim şəhər. Xarici keçidlər Al-Mansur's Round City of Baghdad Arxivləşdirilib 2011-11-05 at the Wayback Machine in "archnet" website Baghdad (Madinat al-Salam) Arxivləşdirilib 2016-09-16 at the Wayback Machine in "islamic art" website
https://az.wikipedia.org/w/index.php?curid=549700
Əlaqəli damarlar
Əlaqəli damarlar — eyni venoz sistemin 2 fərqli nöqtəsi ilə əlaqə quran venalar. Səthi venoz sistemi dərin venoz sistemlə birləşdirən digər venalara perforator venalar deyilir. Onlar böyük dəri altı venasını kiçik dəri altı vena ilə əlaqələndirə bilərlər (məsələn, Giakomini venası). Giakomini venası Giakomini venası — böyük dərialtı vena (BDV) və kiçik dərialtı vena (KDV) arasında birləşdirici damardır. Giakomini venası ya gövdənin proyeksiyası kimi, ya da kiçik dərialtı venanın qolu kimi budun arxası boyunca uzanır. Giakomini venasının çatışmazlığı təcrid olunmuş şəkildə özünü göstərə bilər, lakin daha çox böyük dərialtı vena çatışmazlığı ilə birlikdə müşahidə olunur. Bunun ya endovenöz lazer ablasiyası, ya da ultrasəslə idarə olunan skleroterapiya ilə effektiv şəkildə müalicə olunduğu bildirilir.
https://az.wikipedia.org/w/index.php?curid=802295
Əlaqəli hüquqlar
Əlaqəli hüquqlar – Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılmasında iştirak edən vasitəçilərin müəlliflik hüququ ilə təmasda olan hüquqları. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 146
https://az.wikipedia.org/w/index.php?curid=499608
Əlaqəli ifadə
Əlaqəli ifadə – iki, yaxud bir neçə əlaqəni tutuşdurmaq üçün əlaqə (münasibət) operatorlarının (məsələn, “kiçikdir”, yaxud “böyükdür”) istifadə olunduğu ifadə. Əlaqəli ifadənin nəticəsi Bul kəmiyyəti (doğru/yalan) olur. Bax: BOOLEAN, RELATIONAL OPERATOR. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
https://az.wikipedia.org/w/index.php?curid=494610
Əlaqəli model
Əlaqəli model (ing. Relational model) — verilənlərin əlaqələr əsasında təşkil olunduğu model; çağdaş verilənlər bazalarının idarəolunması sistemlərinin əksəriyyətində bu model gerçəkləşdirilib. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
https://az.wikipedia.org/w/index.php?curid=494612
Əlaqəli siyahı
Əlaqəli siyahı (en. linked list) – proqramlaşdırmada: verilənlər strukturunun göstəricilərlə (POINTER) bir-birinə bağlanmış bəndlərinin və ya elementlərinin siyahısı. Sadə bağlantılı siyahının hər bir bəndində bir göstərici var ki, həmin göstərici siyahının növbəti bəndinə göndərir (müraciət etdirir); ikiqat bağlantılı siyahının (DOUBLE-LINKED LIST) hər bir bəndində iki göstərici var ki, onlardan bir növbəti, o biri isə əvvəlki bəndə göndərir; dairəvi siyahıda birinci və axırıncı bəndlər əlaqəlidir. Massivlər kimi, bağlantılı siyahılardan da tez-tez siyahıların, steklərin və verilənlər növbələrinin yaradılmasında istifadə olunur. Bağlantılı siyahılar daha əlverişlidir, çünki onlarda bəndlər dinamik paylanır və bütün bəndlərin eyni tipdən olması tələb olunmur; massivlər isə, öz növbəsində, verilmiş bəndə birbaşa erişməyə imkan verir. Həmçinin bax Dövrün tapılması İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Xarici keçidlər Əlaqəli siyahılar haqqında Məlumat strukturunun növləri
https://az.wikipedia.org/w/index.php?curid=492743
Əlaqələr cəbri
Əlaqələr cəbri və ya relyasiyalı cəbr (ing. Relational algebra) — verilənlər bazalarının idarə olunmasında: əlaqələri (cədvəlləri) emal etməyə imkan verən qaydalar və deyimlər toplusu. Əlaqələr cəbrində, adətən, aşağıdakı deyimlərdən istifadə olunur: SELECT, PROJECT, PRODUCT, UNION, INTERSEC, DIFFERENCE, JOIN (yaxud INNER JOIN) və DIVIDE; onların köməyilə verilənlər bazasında olan əlaqələrə əsaslanan yeni əlaqələr qurmaq üçün prosedurlar işlənib hazırlanır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
https://az.wikipedia.org/w/index.php?curid=492668
Əlaqələr sistemi
Telekommunikasiya sahəsində kommunikasiya sistemi və ya kommunikasiya sistemi fərdi kommunikasiya şəbəkələrinin, transmissiya sistemlərinin, ötürücü stansiyalarının, şaquli stansiyaların və məlumatsal terminal qurğunun (DTE) birləşməsidir. Bir rabitə sisteminin komponentləri ümumi məqsədə xidmət edir, texniki cəhətdən uyğun, ümumi üsullardan istifadə edir, nəzarətə cavab verir və birliyin içində fəaliyyət göstərir. Telekommunikasiya telekommunikasiya üsuludur (məsələn, idman yayımı, kütləvi informasiya vasitələri, jurnalistika və s.). Əlaqə, qarşılıqlı anlaşılmış əlamətlər və semiotik qaydalar istifadə etməklə bir şəxsdən və ya qrupdan digərinə nəzərdə tutulan mənaları çatdırmaq aktidir Optik rabitə sistemi transmissiya vasitəsi kimi yüngül istifadə edən hər hansı bir telekommunikasiya növüdür. Təchizat optik siqnal daxilində bir mesajı, hədəfinə siqnal aparan bir əlaqə kanalını və alınan optik siqnaldan gələn mesajı əks etdirən bir ötürücüyü kodlayan bir transmitterdən ibarətdir. Fiber optik ünsiyyət sistemləri optik fiber vasitəsilə işıq göndərərək məlumatı bir yerdən digərinə ötürür. İşıq məlumat daşımaq üçün modullaşdırılmış bir daşıyıcı siqnal təşkil edir. Radio rabitə sistemi xarici rabitə imkanları verən bir sıra kommunikasiya alt sistemlərindən ibarətdir. Radio rabitə sistemi bir elektrik enerjisi salınması və ya cərəyanların çıxarıldığı və bu cür cərəyanlar və ya salınımların bir yerdən azad sahəyə qədər yayılmasına səbəb olan bir ötürücü şüa [4] uzaqdan uzaq bir uzaq məsafədə və ötürücüdən yayılmış salındıqları və ya cərəyanlar tərəfindən həyəcanlandıracaq adaptasiya edilmiş uzaq nöqtədə. Enerji xəttinin rabitə sistemləri elektrik kabellərində modulyasiya edilmiş bir daşıyıcı siqnalını təəccübləndirərək fəaliyyət göstərir. Güclü kommunikasiyaların müxtəlif növləri istifadə olunan güc siqnalının ötürülmə xüsusiyyətlərinə görə fərqli tezlik bantlarından istifadə edir. Güc simi sisteminin ilk növbədə AC gücünün ötürülməsi üçün nəzərdə tutulduğu üçün, güclü tel sxemləri daha yüksək tezliklərin ötürülməsi üçün məhdud qabiliyyətə malikdir. Yayılma problemi hər bir güc xətti ünsiyyəti üçün məhdudlaşdıran bir faktordur. Texnologiya ilə Dupleks kommunikasiya sistemi hər iki istiqamətdə bir-biri ilə ünsiyyət qura bilən iki əlaqəli tərəfdən və ya cihazdan ibarət olan bir sistemdir. Dupleks termini iki tərəf və ya cihaz arasında rabitəni təsvir edərkən istifadə olunur. İki tərəfli sistemlər, təxminən bütün kommunikasiya şəbəkələrində, ya əlaqəli tərəflər arasında "ikitərəfli bir cadının" əlaqələndirilməsinə və ya avadanlıqların monitorinqi və avadanlıqların uzaqdan tənzimlənməsi üçün "tərs yol" təmin etmək üçün istifadə olunur. Antenna əsasən elektromaqnit dalğalarının yayılması və ya qəbul edilməsi üçün istifadə olunan qwert şüurunun kiçik bir uzunluğudır. Dönüşüm cihazı kimi çıxış edir. Verən sonda elektromaqnit dalğalarına yüksək tezlikli cərəyanı çevirir. Alınan sonunda elektromaqnit dalğalarını alıcının girişinə qidalanan elektrik siqnallarına çevirir. ünsiyyətdə bir neçə növ anten istifadə olunur. Rabitə alt sistemlərinin nümunələri Müdafiə Əlaqə Sistemi (DCS) daxildir. Nümunələr: texnologiya ilə Edison Telegraph Proqram sahəsi ilə Taktik kommunikasiya sistemi, (a) taktik qüvvələrin (b) dəyişən taktiki halların və ətraf mühitin dəyişkən şərtlərinin tələblərinə cavab vermək üçün nəzərdə tutulmuşdur və ya (c) təminatlı ünsiyyətləri təmin edən, mobil istifadəçilər arasında komanda və nəzarət daxilində və taktik qüvvələrin dəstəklənməsi üçün səsi, məlumat və video, və (d) adətən saatın sırası ilə, çox vaxt qısa müddətə tələb edir. tez-tez köçürülmə. Fövqəladə ünsiyyət sistemi hər iki fiziki və fərdi qrup arasında fövqəladə mesajların iki tərəfli ünsiyyətinin dəstəklənməsinin əsas məqsədi üçün təşkil edilən hər hansı bir sistemdir (adətən kompüter əsaslı). Bu sistemlər ünsiyyət ünsiyyət ünsiyyəti üçün müxtəlif kommunikasiya texnologiyaları arasındakı mesajların arası rabitəsini inteqrasiya etmək üçün nəzərdə tutulmuşdur. Avtomatik zəng dağıdıcı (ACD) avtomatik işləyənlərə arayanları avtomatik olaraq sıraya qoyur, təyin edir və əlaqələndirir. Bu, müştəri xidməti (məsələn, məhsul və ya xidmət şikayətləri kimi), telefon vasitəsilə sifariş etmək (məsələn, bilet ofisində) və ya əlaqələndirici xidmətlərdə (hava trafikində nəzarət kimi) istifadə olunur. Səsli Rabitə İdarəetmə Sistemi (VCCS) əsasən kritik hallarda istifadəyə uyğundur (dialtone və ya uzun qeydli xəbərdarlıqları, radio və telefon xəttləri birbaşa asanlıqla birbaşa əlaqəli, fərdi xəttlərə və s. .) Əsas komponentlər Mənbələr Mənbələr elektrik və ya qeyri-elektrik kimi təsnif edilə bilər; bir mesajın və ya giriş siqnalının kökləri. Mənbələrdən nümunələr aşağıdakıları əhatə edir, lakin bunlarla məhdudlaşmır: Audio faylları (MP3, WAV, və s ..) Qrafik Şəkil Faylları (GIF) E-poçt mesajı İnsan səsi Televiziya Şəkil Elektromaqnit Radiasiyası Giriş transdüserləri (sensorlar) Sensorlar, mikrofonlar və kameralar kimi, səs və işıq kimi qeyri-elektrik mənbələri tuturlar (müvafiq olaraq) və onları elektrik siqnallarına çevirirlər. Bu növ sensorlara müasir analog və rəqəmsal kommunikasiya sistemlərində giriş çeviriciləri deyilir. Giriş transdüserləri olmadan böyük məsafələr üzərində qeyri-elektrik mənbələri və ya siqnalları nəql etmək üçün effektiv bir yol olmayacaqdı, məsələn, insanlar məsafələrə baxmayaraq görmə və eşitmək üçün yalnız gözlərimizə və qulaqlara etibar etməlidirlər. Giriş transdüserlərinin digər nümunələri: Mikrofonlar Klaviaturalar Mouse (Kompüter Ətraf Mühitlərinə bax) Force Sensors Accelerometers Transmitter Mənbə siqnal elektrik siqnalına çevrildikdən sonra ötürücü effektiv ötürülmə üçün bu siqnal dəyişir. Bunu etmək üçün siqnal aşağıdakı komponentləri olan bir elektron dövrə keçməlidir: Gürültü Filtresi Rəqəmsal konvertora analog (A / D çeviricisi) Siqnal gücləndiricisiSiqnal gücləndirildikdən sonra ötürülməyə hazırdır. Döngənin sonunda bir anten var, siqnal elektromaqnit dalğaları (və ya elektromaqnit şüası) kimi buraxılan nöqtədir. Əlaqə kanalı Bir rabitə kanalı sadəcə bir sinyalin keçdiyi mühitə istinad edir. Elektrik siqnallarının hərəkət etdiyi, yəni rəhbər və qeyri-yönlü olan iki növü vardır. Güdümlü media, ötürücüləri kabelləri birləşdirən alıcıya istiqamətləndirə bilən hər hansı bir mühitə istinad edir. Optik fiber kommunikasiyasında, orta optik (cam kimi) lifdir. Digər rəhbərlikli media koaksiyel kabellər, telefon telləri, bükülmüş cütlər və sair daxil ola bilər … Digər media növü, müdaxilə olmayan media, ötürücü və alıcı arasında boşluq yaradan hər hansı bir əlaqə kanalına istinad edir. Radio və ya RF rabitəsi üçün orta havadır. Hava radio ötürücüsü və qəbuledici arasında yalnız bir şeydir, digər hallarda, sonar kimi, səsin dalğaları müəyyən bir maye kütlələri vasitəsi ilə səmərəli hərəkət etdiyinə görə, suyun ümumiyyətlə su olmasıdır. Hər iki növ media müdaxilə hesab edilmir, çünki verici və alıcı arasında əlaqəli kabellər yoxdur. Rabitə kanalları yerin vakuumundan bərk metal parçalara qədər demək olar ki, hər şeyi əhatə edir; Ancaq bəzi mühitlər daha çox üstünlük təşkil edir. Çünki fərqli mənbələr dəyişkən effektivliklə subyektiv mühitlər vasitəsilə hərəkət edirlər. Siqnal kommunikasiya kanalından keçirildikdən sonra onu bir qəbuledici tərəfindən effektiv şəkildə ələ keçirmək lazımdır. Alıcının məqsədi transmitterdən keçmədən əvvəl siqnalın ələ alınması və yenidən qurulmasıdır (yəni A / D çeviricisi, modulator və kodlayıcı). Bu "alınan" siqnalın aşağıdakı komponentləri olan başqa bir dövrə keçərək aparılır: Gürültü Filtresi Rəqəmsal analog çeviricə (D / A çeviricisi) Demodülatör Siqnal gücləndiricisiÇox güman ki, siqnal kommunikasiya kanalı və ya orta keçdikdən sonra bəzi enerjisini itirmiş olacaqdır. Siqnal bir siqnal gücləndiricisindən keçərək onu gücləndirə bilər. Analoq siqnal rəqəmsal siqnala çevrildikdə. Çıxış transducer Çıxış transduceri sadəcə özünün formasını verən elektrik siqnalını (giriş transduserinin yaratdığı) çevirir. Çıxış transducerlərinin nümunələri aşağıdakıları əhatə edir, lakin bunlarla məhdudlaşmır: Dinləyicilər (Audio) Monitorlar (Kompüter Ətraf Mühitlərinə bax) Motors (Hərəkət) İşıqlandırma (Görməlii) Giriş və çıxış transdüserlərinin bəzi ümumi cütləri bunlardır: mikrofonlar və dinamiklər (səs siqnalları) klaviatura və kompüter monitorları kameralar və maye kristal displeylər (LCD) güc sensorlar (düymələr) və işıqlar və ya motorlarYenə giriş transdüserləri səs kimi qeyri-elektrik siqnalları çox yüksək məsafələrə ötürülə bilən elektrik siqnallarına çevirir. Çıxış transducerləri elektrik siqnalını səs və ya şəkilə çevirir və s .. Bir çox fərqli tip çeviricilər var və birləşmələr sonsuzdur. Həmçinin bax Tapşırıqlar paneli Telekommunikasiya tarixi Telekonfrans
https://az.wikipedia.org/w/index.php?curid=596436
Əlavə Məsuliyyətli Cəmiyyət
MMC-dən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə əlavə məsuliyyət daşıyırlar. Bunun səbəbi şirkətə kredit vasitələrinin cəlb edilməsini asanlaşdırmaqdır. Ona görə ki, kreditorlar MMC-lərə vəsait verməyi riskli hesab edirlər.
https://az.wikipedia.org/w/index.php?curid=803241
Əlavə dalaq
Əlavə dalaq — dalağın əsas gövdəsindən ayrı olan dalaq toxumasının kiçik bir düyünü. Əlavə dalaqlar əhalinin təxminən 10%-də rast gəlinir və adətən diametri təxminən 1 sm. olur. Onlar limfa düyünlərinə və ya kiçik dalağa bənzəyirlər. Əlavə dalaq ya inkişaf anomaliyaları ya da travma nəticəsində əmələ gəlir və tibbi əhəmiyyət kəsb edir, çünki o, diaqnostik təsvirin yanlış təfsirinə və ya terapevtik splenektomiyadan sonra simptomların qalmasına səbəb ola bilər.Polispleniya bir normal dalağın deyil, bir neçə əlavə dalağın olmasıdır. Əlavə qalaq embrional inkişaf zamanı inkişaf edən dalağın bəzi hüceyrələri dalağın əmələ gəldiyi orta xəttdən qarın boşluğunun sol tərəfində 9–11-ci qabırğalardakı son yerə qədər olan yol boyunca yerləşdirildikdə əmələ gələ bilər. Əlavə dalağın ən çox yayıldığı yerlər dalağın hilum hissəsi və mədəaltı vəzinin ucudur. Əlavə dalaq damarlarının hər hansı bir yerində — qastrosplenik bağda, dalaq bağında, mədə və ya bağırsaq divarlarında, mədəaltı vəzi ucunda olur. Tipik ölçü təxminən 1 sm-dir, lakin bir neçə ml-dən 2–3 sm-ə qədər olan ölçülər də rast gəlinir.İnkişaf edən dalaq sidik-cinsiyyət orqanının yaxınlığında formalaşır, ondan cinsi vəzilər əmələ gəlir. Cinsi vəzilər dalaqdan bəzi toxuma götürə bilər və inkişaf zamanı qarın boşluğundan aşağı düşdükdə, çökmüş dalaq toxumasının davamlı və ya qırıq xəttini əmələ gətirə bilərlər.Splenoz — əksər hallarda fiziki travma və ya splenektomiyadan sonra dalaq toxumasının ocaqlarının autotransplantasiyaya məruz qaldığı bir vəziyyətdir. Köçürülən toxuma hissələri qarın boşluğunda yüksək vaskulyarlaşmış səthlərə və ya diafraqma maneəsi pozulduğu halda döş qəfəsinə implantasiya edilə bilər. Tibbi görüntüləmə zamanı əlavə dalaq genişlənmiş limfa düyünləri və ya mədəaltı vəzinin,[5] mədə-bağırsaq traktının, böyrəküstü və ya cinsi vəzlərin ucunda neoplastik böyümə ilə qarışdırıla bilər.
https://az.wikipedia.org/w/index.php?curid=792264
Əlavə dəyər vergisi
Əlavə dəyər vergisi (ƏDV) — istehlak vergisinin növü. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fransanın Vergi Vəkalətinin (Direction générale des impôts) birgə direktoru Maurice Lauré 1964-cü ildə aprelin 10-da bu vergini ilk dəfə tətbiq edən olub, baxmayaraq ki bu konsepti 1918-ci ildə təklif edən alman sənayeçi Vilqeym fon Simens (Wilhelm von Siemens) olub. İlkin olaraq o böyük bizneslərə yönəldilmişdir, amma sonra biznesin bütün sahələri əhatə edib. Fransada o dövlət gəlirlərin 50%nı təşkil edən dövlət maliyyənin vacib mənbəyidir.Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır. ƏDV-nin mahiyyəti və dolayı vergilər sistemində ƏDV dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək haqqının həcmini azalmasına səbəb olursa, ƏDV isə müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir. Əlavə dəyər vergisinin iqtisadi mənası ondan ibarətdir ki, o, istehsalın və dövriyyənin bütün mərhələlərində yaradılmış və satılmış malların, işlərin, xidmətlərin dəyəri ilə istehsal və dövriyyə xərclərinə aid edilmiş material xərcləri arasındakı fərq kimi müəyyən edilən əlavə edilmiş dəyərin bir hissəsindən tutulur. Bu vergi hüquqi və fiziki şəxslərin fəaliyyəti prosesində yaranan dəyər artımının qanunvericiliklə müəyyən olunmuş kəmiyyətinin dövlət büdcəsinə ayrılan hissəsidir. ƏDV-nin tətbiqi sferası iqtisadi subyekləri deyil, daha çox iqtisadi əməliyyat və fəaliyyətləri əhatə edir. Buna görə də, ölkənin hüdudlarından kənarda satılan mallar, göstərilən xidmətlərin ƏDV üzrə vergitutma obyekti olub-olmamasını müəyyən etmək üçün vergi qanunvericiliyində ƏDV-nin tutulması prinsipinə diqqət yetirmək lazımdır. Ümumiyyətlə, beynəlxalq praktikada əməliyatların ƏDV-yə cəlb olunmasının iki prinsipindən istifadə olunur: Mənşə ölkəsi (malların, işlərin və xidmətlərin istehsal olunduğu ölkə) prinsipi; Təyinat ölkəsi (malların, işlərin və xidmətlərin istehlak olunduğu ölkə) prinsipi.Məqsədəuyğundur ki, mənşə ölkəsi prinsipinə əsasən daxili və ya xarici bazarda təqdim olunmasından asılı olmayaraq, mallar ölkə ərazisində qismən və ya tam təqdim edilibsə, onda həmin əməliyyat ƏDV-yə cəlb olunmalıdır. Onu da qeyd edək ki, Sovetlər Birliyi dağıldıqdan sonra yeni formalaşan müstəqil dövlətlər (Baltikyanı dövlətlər istisna olmaqla) öz aralarında ticarəti mənşə ölkəsi prinsipinə əsaslanan vergi rejimində ƏDV-yə cəlb edirdilər. Bu prinsipə uyğun vergiyə cəlbetmə zamanı vergitutma bazası müsbət ticarət balansı olan ölkələrin xeyrinə hərəkət edir. Digər tərəfdən, postsovet ölkələri ilə ticarətin mənşə ölkəsi prinsipi, yerdə qalan, yəni uzaq xarici ölkələr ilə təyinat ölkəsi prinsipi ilə aparılması daha çox ƏDV-nin iqtisadi mahiyyətinin deformasiyasına gətirib çıxarırdı. Həmçinin, bu halda yalnız ixracın dəyərinin ƏDV üzrə vergitutma obyekti kimi müəyyən olunması baş verir ki, bu da iqtisadi cəhətdən zəif inkişaf etmiş, xüsusilə beynəlxalq bazarda rəqabət qabiliyyəti aşağı olan ölkələr üçün demək olar ki, qəbul edilməzdir. Bunu da qeyd etməliyik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi 1 yanvar 2001-ci il tarixindən qüvvəyə mindikdən sonar Respublikamızda bu prinsip əsasında vergiyə cəlb etməyə son qoyuldu. Təyinat ölkəsi prinsipinə görə, mallar ölkə daxilində istehlak üçün nəzərdə tutulduğu halda, əməliyyat ƏDV üzrə vergitutma obyekti hesab olunur. Bu prinsip tətbiq olunduqda yalnız ölkə ərazisində istehlak olunan bütün malar (işlər və xidmətlər) ƏDV-yə cəlb olunur. Belə ki, təyinat prinsipi mal, iş və xidmətin ƏDV-yə cəlb olunmasının istehlak ölkəsində aparılması ilə xarakterizə olunur. Bu, beynəlxalq prinsipdir və hər bir ölkəyə öz daxili istehlakını ƏDV-yə cəlb etməyə imkan verməklə yanaşı, həm də həmin ölkələrə mövcud vəsaitlərin paylanmasında daha böyük nailiyyətlər əldə etməyə və daha az neqativ nəticələrin yaranmasına şərait yaradır. Tutaq ki, A və B ölkələrinin müxtəlif əmtəə qrupları üzrə ticarət münasibətləri var. A ölkəsi öz ərazisində ƏDV-nin mənşə prinsipini tətbiq edir. B ölkəsi isə təyinat ölkəsi prinsipindən istifadə edir. A ölkəsi B-yə mal ixrac edərkən həmin malları gömrük məntəqəsində ƏDV-yə cəlb edir. Çünki, mənşə ölkəsi prinsipində ixrac ƏDV üzrə vergitutma obyektidir. B ölkəsi də öz növbəsində idxal olunan mallara ƏDV tətbiq edir. Beləliklə, B ölkəsi ərazisində satılan həmin mallar iki dəfə ƏDV-yə cəlb olunur. Deməli, idxal olunan malların qiyməti hər iki ölkədə tətbiq olunan ƏDV dərəcəsi həcmində artmış olur. Bu da idxal olunan malların yerli bazarlarda realizə olunmasını çətinləşdirir. Belə bir vəziyyətin aradan qaldırılması üçün ölkələr arasında qarşılıqlı razılaşma müqaviləsi imzalanır. Eyni zamanda, çox vaxt belə bir vəziyyətin yaranmaması üçün dünya ölkələrinin əksərində təyinat ölkəsi prinsipindən istifadə edilməsi məqsədəuyğun hesab edilir. Bununla əlaqədar beynəlxalq təcrübəni təhlil etdikdə, məlum olur ki, ƏDV tətbiq edilən ölkələrin əksəriyyətində təyinat ölkəsi prinsipindən istifadə edilir. Azərbaycan qanunvericiliyinə gəldikdə isə Azərbaycanda də dünyanın əksər ölkələrində olduğu kimi təyinat ölkəsi prinsipindən istifadə olunur. ƏDV-ni digər vergilərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də vergi əvəzləşdirilməsi mexanizminin mövcud olmasıdır. Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDV-ni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır. Ümumiyyətlə beynəlxalq səviyyədə Əlavə Dəyər Vergisinə regional inteqrasiya çərçivəsində vergi sisteminin inkişafı və transformasiyası baxımından vergi harmonizasiyasının əsas aləti kimi baxılır. Vergi harmonizasiyası vahid Avropa İqtisadi məkanının yaradıldığı zaman yaranmışdı və dövlətlərarası regional əməkdaşlıq zamanı inkişaf etmişdi. Bu qlobal məsələnin həyata keçirilməsi məqsədilə ƏDV-nin və digər dolayı vergilərin hesablanması və dərəcələrin eyni həddə qəbul edilməsi yolunda işlər aparılır. Azərbaycanda ƏDV-nin tətbiqi və inkişaf xüsusiyyətləri Leqal iqtisadiyyatın normal fəaliyyət göstərməsi üçün əlverişli vergi şəraitinin yaradılması dövlətin vergi siyasətinin əsas istiqamətlərindən biridir. Respublikamızda bu sahədə daim məqsədyönlü işlər görülmüşdür. Belə ki, mənfəət vergisinin dərəcəsi 45 faizdən 20 faizə, əlavə dəyər vergisinin dərəcəsi 28 faizdən 18 faizə, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 55 faizdən 25 faizə endirilmiş, aylıq gəlirin vergi tutulmayan məbləği 140 manata qaldırılmışdır. Bütün bunların nəticəsində Azərbaycan Respublikasında əksər vergilərin dərəcələri digər ölkələrdəki analoji vergi dərəcələrindən xeyli aşağıdır. Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli qərarı ilə əlavə dəyər vergisi üzrə gömrük borcunun hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan vergi dərəcəsi əsas götürülür. Uyğun olaraq Respublikamızda ƏDV məbləği aşağıdakı qaydada hesablanır: D - Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyəri; A - aksiz vergisi; R - gömrük rüsumları; V - qüvvədə olan vergi dərəcəsi.Şəxsin ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsində göstərilən məlumatlar vergi orqanı tərəfindən 30 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır. Ərizədəki məlumatlar düzgün olduqda, araşdırmanın nəticələri üzrə müəyyən edilmiş formada akt tərtib olunur və ərizədə göstərilən məlumatlar ƏDV qeydiyyatı üçün əsas verdikdə vergi orqanı şəxsi ƏDV ödəyicilərinin reyestrində qeydə almağa və ona 5 iş günündən gec olmayaraq qeydiyyat bildirişi verməyə borcludur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxsin ərizəsindəki məlumatların düzgün olmadığı müəyyən edildikdə, araşdırmanın nəticələri üzrə müəyyən edilmiş formada əsaslandırılmış akt tərtib olunur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxs aktı aldığı gündən 5 gün müddətində dəqiqsizlikləri aradan qaldırıb vergi orqanına təqdim etməlidir. Təqdim edilmiş ərizədə dəqiqsizliklər olmadıqda şəxs qeydiyyata alınır və bu barədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir. Şəxs yuxarıda göstərilən qaydada dəqiqsizlikləri aradan qaldırmadıqda və qeydiyyata alınmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir. Bir məhsulun istehsalı və satışını təsəvvür edin. Onu da "şey" adlandırarıq. "Gəlir" əvəzinə də biz "cəm fərq" istifadə edəcəyik. Gəlir isə bütün xərcləri (icarə, maaş) ödəməkdən sonra qalan hissə olacaq. İstehsalçı şeyi yaratmaq üçün xammala $1.00 xərcləyir. Şey sonra pərakəndə ticarətçiyə $1.20 qiymətlə topdan satılır, və $0.20 cəm fərq gətirir. Pərakəndə ticarətçi isə şeyi son istehlakçıya $1.50-ə satır və $0.30 olan cəm fərq əldə edir. Şimali Amerikalı (Kanadada əyalət və ABŞda dövlət) satış vergisi ilə 10% satış vergisi ilə:- İstehsalçı şeyi yaratmaq üçün xammala $1.00 xərclənir və sübut edir ki, o son istehlakçı deyil. İstehsalçı pərakəndə ticarətçidən $1.20 tələb edir, yoxlayır ki o son istehlakçı deyil və $0.20 olan cəm fərq əldə edir. Pərakəndə ticarətçi istehlakçıdan $1.65 ($1.50 + ($1.50 x 10%)) tələb edir, dövlətə $0.15 ayrılır, və $0.30 cəm fərq ilə qalır.Deməli, istehlakçı 10%($0.15) əlavə ödəyir, və dövlət eyni məbləğdə vergi yığır. Pərakəndə ticarətçilər heç bir vergi birbaşa ödəməyiblər (bunu istehlakçı edib), amma onlar kağız işini görməlidi ki, dövlət yığılmış satış vergisini təsdiq etsin. Tədarükçülər və istehsalçılar ancaq düzgün sənədləşmə aparmaq və onların müştərilərinin son istehsalçı olmamasını yoxlamaq inzibati öhdəliyi daşıyırlar. İstehsalçı xammala $1.10 ($1 + ($1 x 10%)) ödəyir, və xammalın satıcısı dövlətə $0.10 ayrılır. ƏDV sisteminin üstünlüyü odur ki, satış vergisi olanda satıcılar öz alıcılarının son istehlakçı olub-olmamasını yoxlamaq stimulu yoxdur. Başqa sözlərlə, vergi verənin vergi yığmaq meyli yoxdur. Amma ƏDV olan zaman bütün satıcılar vergi yığıb dövlətə göndərirlər. Alıcı ödənilmiş ƏDV geri almaq istəyir, amma bunun üçün öz hüququnu təsdiq etməlidir. Ona görə onun əlində ƏDV köçürməsini və təchizatçının ƏDV qeydiyyat nömrəsini göstərən qayimə olmalıdır. Vergi dərəcələri Avropa İttifaqına daxil olan ölkələr Avropa İttifaqına daxil olmayan ölkələr
https://az.wikipedia.org/w/index.php?curid=131560
Əlavə etməklə nizamlama
Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir. Yəni * solundakı rəqəmlər sıralanmışdır.) İkinci gedişdə seçdiyimiz ədəd 4-dür. 3 ilə 4-ü qarşılaşdırırığ 3 kiçik olduğu üçün yer dəyişdirmirlər. Üçüncü gedişdə sıradakı rəqəm 2-dir və 4 ilə qarşılaşdırırığ Və 2 kiçik olduğu üçün 4-ilə yer dəyişdirirlər. 3 2 4* 8(Sıralama hələ bitməyib çünki, 2 3-dən kiçikdir) 2 3 4* 8(3. gediş tamamlandı) Dördüncü gedişdə Növbəti ədəd 8-dir və burda heç bir əməliyyat yerinə yetirilmir ,çünki 8 hamısında böyükdür insertionSort (array A) Java Dilində Təsviri public static void insertionSort(int[] A){ Bu Sıralamanın performansı O(n2)-dır. Bunun səbəbi massivdəki element sayı qədər gediş edilməsi və hər gedişdə ən pis ehtimalla element sayı qədər yerdəyişmə edilməsidir. Yəni bu sıralamada ən pis vəziyyət tərsdən sıralamaqdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. Həmçinin bax sıralama alqoritmi Xarici keçidlər digər Proqramlaşdırma dillərində təsviri
https://az.wikipedia.org/w/index.php?curid=327950
Əlavə etməklə sıralama
Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir. Yəni * solundakı rəqəmlər sıralanmışdır.) İkinci gedişdə seçdiyimiz ədəd 4-dür. 3 ilə 4-ü qarşılaşdırırığ 3 kiçik olduğu üçün yer dəyişdirmirlər. Üçüncü gedişdə sıradakı rəqəm 2-dir və 4 ilə qarşılaşdırırığ Və 2 kiçik olduğu üçün 4-ilə yer dəyişdirirlər. 3 2 4* 8(Sıralama hələ bitməyib çünki, 2 3-dən kiçikdir) 2 3 4* 8(3. gediş tamamlandı) Dördüncü gedişdə Növbəti ədəd 8-dir və burda heç bir əməliyyat yerinə yetirilmir ,çünki 8 hamısında böyükdür insertionSort (array A) Java Dilində Təsviri public static void insertionSort(int[] A){ Bu Sıralamanın performansı O(n2)-dır. Bunun səbəbi massivdəki element sayı qədər gediş edilməsi və hər gedişdə ən pis ehtimalla element sayı qədər yerdəyişmə edilməsidir. Yəni bu sıralamada ən pis vəziyyət tərsdən sıralamaqdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. Həmçinin bax sıralama alqoritmi Xarici keçidlər digər Proqramlaşdırma dillərində təsviri
https://az.wikipedia.org/w/index.php?curid=503958
Əlavə iz (film, 1981)
Mənzillərin birində cavan qız qətlə yetirilir. Hadisə yerinə prokurorluğun müstəntiqi Babayev (Şahmar Ələkbərov) gəlir. O, cinayət axtarışı inspektoru Yaqubovla (Viktor Dəmirtaş) birgə Nərgizin (Dinarə Seyidova) qatilini axtarıb tapmalı və cinayətin baş vermə səbəbini aydınlaşdırmalıdır... Qətl haqqında təhqiqat işi filmin əsas süjetini təşkil edir. Film çox ciddi sosial və mənəvi problemlərə toxunmuşdur. Film haqqında Rus dilində olan film Azərbaycan Dövlət Televiziyası tərəfindən dublyaj olunub. Filmin heyəti Filmin üzərində işləyənlər Ssenari müəllifi: Arif Heydərov, Dmitri Hüseynov Quruluşçu rejissor: Nicat Bəkirzadə Quruluşçu operator: Ələsgər Ələkbərov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Tofiq Quliyev Bədii rəhbər: Rasim Ocaqov Məsləhətçi: T.Aslanov (daxili xidmətlər polkovniki) Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Ziya Şıxlinski Operator: Vaqif Muradov Geyim rəssamı: Afət Məmmədova Qrim rəssamı: Firuzə İsmayılova Rejissor assistenti: Mirzəbala Məlikov, Səadət Məmmədova Operator assistenti: Arif Həsənov, Abbas Rzayev Rəssam assistenti: Y.Kirşner Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko İşıq ustası: T.Orucov Trüklərin quruluşu: A.Blinkov Kaskadyor: A.Aristov, V.Şinitsın Montaj edən: Lidiya Vyalsova Redaktor: D.Tahirova Çalır: Dövlət Kinematoqrafiya İdarəsinin Simfonik Orkestri Filmin direktoru: Davud Zöhrabov Şahmar Ələkbərov — Babayev Rasim Balayev — Nazim Dinarə Seyidova — Nərgiz Viktor Dəmirtaş — Yaqubov Hamlet Xanızadə — Məlikov Tofiq Mirzəyev — Alik Larisa Xələfova — Valya Yavər Rzayev — Vaqif Mayak Kərimov — Tağıyev Həsənağa Turabov — Əli Səfurə İbrahimova — Leyla Ofeliya Məmmədzadə — Knarik Muxtar Maniyev Vaqif İbrahimoğlu — Sese Məzahir Cəlilov — Alikin tanışı S.Ələsgərov L.Alaverdov A.Petrosova Vəliəhd Vəliyev — Müfəttiş Qəribov A.Məmmədzadə M.Əfəndiyev Zilli Namazov — milis nəfəri Tanilə Əhmərova — Bağırova Çəkilişə köməklik edən qurum Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi Sevda Sultanova. Gecələr barları gəzən qız öldürülürsə... Xarici keçidlər
https://az.wikipedia.org/w/index.php?curid=12571
Əlavə məsuliyyətli cəmiyyət
MMC-dən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə əlavə məsuliyyət daşıyırlar. Bunun səbəbi şirkətə kredit vasitələrinin cəlb edilməsini asanlaşdırmaqdır. Ona görə ki, kreditorlar MMC-lərə vəsait verməyi riskli hesab edirlər.
https://az.wikipedia.org/w/index.php?curid=456465
Əlavə qapayıcı sinir
Əlavə qapayıcı sinir (lat. Nervus obturatorius accessorius) bel kələfiniə aid III və IV bel sinirlərinin (L3 və L4) liflərindən təşkil olunmuşdur.
https://az.wikipedia.org/w/index.php?curid=314277
Əlavə təsir (film, 2010)
Əlavə təsir — Rejissor Elxan Cəfərovun filmi. Filmin təqdimatı Beynəlxalq Muğam Mərkəzində olmuşdur. Film cinayət məqsədilə istifadə olunan və adamları zombiləşdirən məhlul hazırlayan alim haqqındadır. 90-cı illərdə sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alim yeni məhlul əldə edir. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Onun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib, ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda, bu yolla insanları narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Lakin nəticələr heç də gözlənildiyi kimi olmur. Film haqqında Film Daxili İşlər Nazirliyi və Prokurorluq əməkdaşlarının fəaliyyətinə həsr edilib. Filmin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının əməkdaşlarının köməyindən istifadə edilib. Filmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifləri: Elza Ağayeva, Ramiz Fətəliyev Quruluşçu rejissor: Elxan Cəfərov Quruluşçu operatorlar: Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Ələkbərov Bəstəkar: Aygün Səmədzadə Rejissor : Əliqulu Səmədov Redaktor : Vaqif Əlixanlı Səs rejissoru : Bəkir Bəkirzadə Montaj : Elşad Rəhimov Kompüter qrafikası : İqrar Əşrəfzadə Geyim rəssamı : Elvira Hüseynova Aranjiman : Əvəz Muradov Musiqi redaktoru : Rauf Əliyev Mahnının mətni : Sevinc Çılğın Qrim rəssamı : Berta Roqova Rejissor assistentləri : Zamin Məmmədov, Əlizamin Əzimov Operatorlar : Asif Şirəliyev, Əli Sultanov Kran operatorları : Emin Yəhyayev, Bəhram Bəhramov İcraçı prodüser müavinləri : Fuad Əzizov, Elnur Əliyev, Rafiq Musayev İnzibati qrup : Nərmin İsmayılova, Əlibala Rəhimov Əlbəsə ustası : Cabir Hacıyev Geyim üzrə rəssam assistenti : Tatyana Mixaylıçeva Qrim üzrə rəssam assistenti : İradə Gülbabayeva Rəssam assistentləri : Valeh Dadaşov, Kamran İbrahimxəlilov Kompyuter operatoru : Günel Şirinova Fotoqraf-rəssam : Elman Əliyev Sinxron səslər : Əliqulu Səmədov Mətn düzümü : Eldəniz Rəsulov İşıqçılar : Tahir Bağırov, Əliağa İbrahimov, Temuraz Ezieşvili Kamera texniki : İrakli Baidaraşvili "Dolli" mexaniki : Georgi Zakaidze Mexaniklər : Qabil Yəhyayev, Əminağa Əliyev Pirotexniklər : Əlibala Məmmədov, Vaqif Qurbanov Fəhlələr : Ziya Əsədov, Gülbala Məmmədov, Heydər Rzayev Sürücülər : Ələkbər Abdulov, Vidadi Rüstəmov, Firudin Mustafayev, Casim Ataşov İcraçı prodüser : Aydın Hacıyev Baş prodüser : Xamis Muradov Məsləhətçi : Qabil Rzayev (polis polkovniki) Trüklərin quruluşu : Əli Məmmədov Kaskadyorlar : Əli Məmmədov, Əhməd Cəfərov, Bəxtiyar Abbasov, Etibar Məmmədov (III), İlham Abbasov, Həsənağa Cəfərov, Vüqar Əliyev (III), Faiq Mustafayev (II), Fərid İbrahimov, İqor Potapov, Emin Məhərrəmov Əbdülqəni Əliyev – Həmid Zeynalov Kənan Mahmudov – Əziz Süleymanzadə Xalidə Quliyeva – Xalidə Tağıyeva Gülzar Qurbanova – Xədicə Şamil Süleymanov – Eldar Tağıyev Elşən Rüstəmov – İsmayıl Ələkbərov Elxan Qasımov – polkovnik Şəmsəddin Babayev Atabala Səfərov – direktor Nadir Nadirov Əbdül Mahmudov – Nazim Şeydayev Elnur Kərimov – kapitan Arif Nuriyev Məhərrəm Musayev – kimyaçı Həbib Rüstəmov Zemfira Sadıqova – Səfurə xala Almaz Amanova Ramiz Əzizbəyli – psixoloq Ramiz Qurbanov Rəşad Mehdiyev Solmaz Süleymanlı Əliqulu Səmədov Rəşid Soltanov Yusif Cəfərzadə Reyhan Axundova Kamilla Babayeva Nahidə Əliyeva (Naidə Əliyeva kimi) Murad Abdullayev Anar Səfiyev Ülviyyə Beydullayeva Cavanşir Məhərrəmov Ələsgər Qurbanəliyev Ağaxan Şərifov Vaqif Qurbanov Rza Məmmədov Rəfael Quliyev Səmimi Fərhad Şahin Kərimov Ülvi Məmmədov Filmi səsləndirənlər Rəfael Dadaşov – Şəmsəddin (Elxan Qasımov) (titrlərdə yoxdur) Eldəniz Rəsulov – Nadir (Atabala Səfərov) (titrlərdə yoxdur) Rasim Balayev – Həbib (Məhərrəm Musayev) (titrlərdə yoxdur) Fuad Poladov – Nazim (Əbdül Mahmudov) (titrlərdə yoxdur) Elxan Cəfərov — Əziz Süleymanzadə (Kənan Mahmudov) (titrlərdə yoxdur) Kazım Abdullayev — psixoloq Ramiz Qurbanov (Ramiz Əzizbəyli)(titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Çəkilişə köməklik edən qurumlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Elmlər Akademiyası Sumqayıt şəhər İcra Hakimiyyəti Beynəlxalq Ticarət Mərkəzi Bakı Dənizkənarı Bulvar İdarəsi Sumqayıt şəhəri "Dalğa" oteli “Əlavə təsir” bədii filminə ilk baxış keçirilib: [Heydər Əliyev Sarayında quruluşçu rejissoru Elxan Cəfərov məxsus eyni adlı film] //525-ci qəzet.- 2010.- 30 noyabr.- S. 7. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011. Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Xarici keçid
https://az.wikipedia.org/w/index.php?curid=264540
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü hokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
https://az.wikipedia.org/w/index.php?curid=509187
Əlavə yarımtək vena
Əlavə yarımtək vena (lat. v. hemiazygos accessorius) — yuxarı II-V dal qabırğaarası venaların toplaşmasından meydana çıxan damar. Bu damar yuxarı döş fəqərələrinin sol tərəfilə aşağı gedir və yeddinci döş fəqərəsi bərabərliyində yarımtək vena ilə birləşir və ya sağa doğru dönərək tək venaya açılır. Bəzən yuxarıda ən yuxarı sol qabırğaarası vena (lat. v. intercostalis suprema sinistra) ilə anastomozlaşır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979
https://az.wikipedia.org/w/index.php?curid=316468
Əlavəli avtobus
Əlavəli avtobus və ya Dəstəkli avtobus, birləşdirici vasitə ilə bir-birinə bağlanılmış iki hissədən ibarət olan və şəhər daxili nəqliyyatda istifadə olunan, adi avtobuslarla müqayisədə sərnişin tutumu artırılmış bir avtobus növüdür. Bəzi metrobuslarda olduğu kimi uzunluğu 11 metrdən 25 metrə qədər ola bilər. Tək əlavəli, cüt əlavəli, iki mərtəbəli əlavəli kimi növləri mövcuddur. Avtobusun manevrini asanlaşdırmaq üçün ən arxa təkərin dönməsinə imkan verən 4WS sisteminə bənzər bir sistem istifadə olunur.
https://az.wikipedia.org/w/index.php?curid=674882
Əlayaqlılar
Əlayaqlılar (lat. Daubentoniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
https://az.wikipedia.org/w/index.php?curid=160849
Əlaüddövlə Bozqurd bəy
Əlaəddövlə Bozqurd bəy Süleyman bəy oğlu Zülqədər (1479-1515) — hökmdar. Süleyman bəyin dördüncü oğlu Bozqurd bəy Əlaəddövlə ləqəbini daşıyırdı. 1479-cu ildən 1515-ci ilədək bəyliyi idarə etmişdi. Əlaüddövlə Bozqurd bəy hakimiyyətinin ilk illərındə osmanlıların yanında yer aldı. Üzərinə göndərilən məmlük ordularını dalbadal mağlub etdi. Zülqədər bəyliyi üzündən Osmanlı-Məmlük ilişkiləri pozuldu. Çuxurovada hakimiyət mücadiləsi üzündən başlayan Osmanlı-Məmlük savaşları 1485–1491 illərı arasında davam etdi. Əlaüddövlə bəy qızı Ayşə xatunu II Bəyazidə verdi. Bu evlilikdən Səlim Yavuz dünyaya gəldi. Əlaüddövlə Bozqurd bəy də Yavuzun babası oldu. Əlaüddövlə Bozqurd bəy Məmlük və Osmanlı torpaqları arasında kalan bəyliyinin davam edə bilməsi üçün hər iki dövlət ilə də yaxın ilişkilər qurdu. İzlədiyi dəngə, bərabərlik siyasəti ilə uzun illər bəyliyin başında durdu. Ancaq 1501-ci ildə Təbrizdə qurulan türk Səfəvi dövləti ilə mücadilə etmək məcburiyyətində qaldı. Səfəvi hökmdarı Şah İsmayıl Anadolunu ələ keçirmək istəyirdi. Zülqədər torpaqlarına girən Şah İsmayıl 1507-ci ildə Əlbistanı aldı və buranı başdan-ayağa xaraba qoyaraq Maraşı da ələ keçirdi. Şah İsmayılın çəkilməsindən sonra Əlaüddövlə bəy Maraş və Əlbistanı yenidən geri qaytardı. Ancaq Əlbistan elə xarab edilmişdi ki, bu üzdən paytaxtı Maraşa köçürdü. Bundan sonra Əlaüddövlə bəy, osmanlılara qarşı məmlüklərin yanında yer almağa başladı. Təzə düşməni Şah İsmayılın üzərinə Yavuzun başladığı Çaldıran səfərinə çağırıldığı halda qatılmadı. Hətta I Şah İsmayıl ilə möhkəm ittifaq qurdu. Əlaüddövlə bəy Yavuzun yanında olan qardaşı Şahsuvar bəyin oğlu Əli bəyin osmanlılar tərəfindən dəstəklənməsini xoş qarşılamırdı. Bu üzdən Çaldıran savaşına gedən osmanlı ordusunun iaşə yollarını kəsərək, təçhizatlarını yağmalatdırdı. Yavuz Sultan Səlim 1514-cü ildə Çaldıran zəfərini qazanınca Zülqədər bəyliyini ortadan qaldırmaq üçün hərəkətə keçdi. Qeysəri sancaq bəyliyinə gətirilən Şahsuvaroğlu Əli bəyə, Zülqədər torpaqları alındığı təkdirdə ona veriləcəyini bildirdi. 1515-ci ildə Əli bəy və Rumeli bəylərbəyi Sinan Paşa Əlaüddövlə bəyin üstünə göndərildi. 13 iyun 1515-ci ildə Göysun yaxınlarında Durna dağında osmanlılar ilə zülqədərlilər arasında baş verən savaşda Əlaüddövlə bəy yenilərek dörd oğlu ilə birlikdə edam edildi. Beləcə Zülqədəroğulları bəyliyi felən sona çatmış oldu. Əlaəddövlə Bozqurd bəyin Şahrux bəy, Əhməd bəy, Turaq bəy, Süleyman bəy, Ərdivanə bəy adlı oğulları, Ayşə xatun, Bəyli xatun adlı qızları vardı. Qızı Ayşə xatunu Osmanlı sultanı II Bəyazidlə evləndirmişdir. Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh. Həmçinin bax Zülqədəroğulları bəyliyi
https://az.wikipedia.org/w/index.php?curid=77602
Əlağa Həsənov
Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri olmuşdur. Ə.Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir. Bakının ictimai həyatında fəal iştirak edən Ə.Həsənov şəhər Dumasının üzvü seçilmişdir. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik etmişdir. Bundan başqa Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur. 1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar S.Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunhissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə.Həsənov olmuşdu. O, qırğının son günü yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. Bitərəf Ə.Həsənov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. Ə.Həsənov F.X.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinetində (26 dekabr 1918–14 mart 1919) maliyyə nazirinin müavini, 1919-cu ilin yanvarın 16-dan isə dövlət müfəttişi vəzifələrini yerinə yetirmişdir. Azərbaycan Nazirlər Şurasının Sədri N.Yusifbəylinin yaratdığı 1-ci (ümumi sayca 4-cü) Hökumətdə o, maliyyə naziri vəzifəsini icra etmişdir. Ə.Həsənovun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Bankın Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə şöbələri təşkil olundu. 1919–1920-ci illərdə ADR-nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı. Yüksək bədii zövqlə tərtib olunmuş bu əskinasların üzərində nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi. 1919-cu ilin sonunda ADR hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər upravası tərəfindən 500 manat dəyərində istiqraz vərəqələri də dövriyyəyə daxil edildi. 1919-cu il dekabrın ortalarında N.Yusifbəylinin kabinəsi istefaya çıxdığı üçün dekabr ayının 24-də Ə.Həsənov tutduğu vəzifəni tərk etmişdir. O, II Yusifbəyli hökumətində maliyyə nazirinin müavini olmuş, sonra Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində (həm milli hökumət, həm də sovet dövründə) çalışmışdır. Ə. Həsənov 1933-cü ilin martında Bakıda vəfat etmişdir.
https://az.wikipedia.org/w/index.php?curid=623145
Əlağa Kürçaylı
Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) (20 fevral 1928, Kür Qaraqaşlı – 11 fevral 1980) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979) Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955–1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.Əliağa Kürçaylı böyük xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım ilə ailə qurmuşdur. 1 qızı və 1 oğlu var idi. 1980-ci il fevralın 11-də 51 yaşında vəfat etmişdir. Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 iyul 1979 Azərbaycan SSR Dövlət mükafatı — 1980 (ölümündən sonra) Vallah Arifin bağçası. Bakı: Uşaqgəncnəşr, 16 səh. Salam, gələcək illər. Bakı: Azərnəşr, 1954, 112 səh. Səfərə çıxıram, Bakı: Azərnəşr, 1956, 212 səh. Gözəllik. Bakı: Azərnəşr, 1958, 56 səh. Cavabsız məktublar. Bakı: Azərnəşr, 1960, 76 səh. Nargindən əsən külək. Bakı: Uşaqgəncnəşr, 1961, 92 səh. Şeirlər. Bakı: Azərnəşr, 1963, 90 səh. Əsmər və Zəfər. Bakı: Azərnəşr, 1964, 32 səh. Səfərə çıxıram. Bakı: Azərnəşr, 1965, 212 səh. Durnalar cənuba uçur. Bakı: Gənclik, 1967, 255 səh. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1969, 488 səh. Yollarda axtar məni (şeirlər və poemalar). Bakı: Gənclik, 1970, 180 səh. Həyatın dolayları. Bakı: Azərnəşr, 1973, 232 səh. Dünya ovcumdadır (şeirlər və poemalar). Bakı: Gənclik, 1976, 243 səh. Bütövlük (şeirlər və poemalar). Bakı: Yazıçı, 1978, 600 səh. Ülkər. Bakı: Yazıçı, 1980, 236 səh. Qəlbin sıxılsa əgər… (şeirlər və poemalar). Bakı: Yazıçı, 1987, 300 səh. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 344 səh. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004, 400 səh. Tərcümələri Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1965, 182 səh. Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik, 1970, 170 səh. Dante Aligyeri. İlahi Komediya. Bakı: Azərnəşr, 1973, 546 səh. Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1975, 253 səh.
https://az.wikipedia.org/w/index.php?curid=412087
Əlağa Vahid
Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 17 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943). Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.[nə vaxt?]Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib. Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçərişəhərə köçürülmüş və qoyulduğu meydan Əliağa Vahid bağı adını almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Əliağa Vahid içki içən deyildi ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdır. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib. Filmoqrafiya Yeni horizont (film, 1940) Qəzəlxan (film, 1991) Həmçinin bax Əliağa Vahid bağı Əliağa Vahidin heykəli (Bakı, 1990) Xarici keçidlər Cavid Zeynallı. ""Əliağa Vahid. Qəzəllər" kitabının təqdimatı keçirilib" ( (az.)). apa.az. 2015-09-18. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18. Təhminə Paşayeva. "Mircəfər Bağırov Əliağa Vahidi niyə sərxoş adlandırıb? (tarix-fotolar)" ( (az.)). modern.az. 2010-02-22. 2015-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
https://az.wikipedia.org/w/index.php?curid=105953
Əlaəddin Ataməlik Cuveyni
Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Ələddin Cüveyni (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226 – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi. Cüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur. Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir. Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi. Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur. Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır. Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi. Lakin qətiyyətlə demək olar ki, tarixçinin dizləri monqol hakimlərinin qarşısında bükülsə də, gözləri ağı qaradan, haqlını haqsızdan seçmiş və bunu əsərində əks etdirməkdən çəkinməmişdir. Əsərin elmi tənqidi mətni ilk dəfə Leydendə 1912-1937-ci illərdə nəşr olunmuşdur. Əlaəddin Ataməlik Cüveyni 6 mart 1283-cü ildə Muğanda xəstələnərək vəfat etdi. Təbrizdə dəfn edildi. Tarix-i Cəhanqüşa (تاريخ جهانگوشاهى جويني; Ta' rīkh-i jahān-gushā) Əlisa Nicat. Dünya tarixçiləri. Bakı, 1998. Xarici keçidlər Maymun Diz Kalesi Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine (ing.) Mirza Muhammad Qazvini (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=271716
Əlaəddin Ataməlik Cüveyni
Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Ələddin Cüveyni (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226 – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi. Cüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur. Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir. Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi. Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur. Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır. Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi. Lakin qətiyyətlə demək olar ki, tarixçinin dizləri monqol hakimlərinin qarşısında bükülsə də, gözləri ağı qaradan, haqlını haqsızdan seçmiş və bunu əsərində əks etdirməkdən çəkinməmişdir. Əsərin elmi tənqidi mətni ilk dəfə Leydendə 1912-1937-ci illərdə nəşr olunmuşdur. Əlaəddin Ataməlik Cüveyni 6 mart 1283-cü ildə Muğanda xəstələnərək vəfat etdi. Təbrizdə dəfn edildi. Tarix-i Cəhanqüşa (تاريخ جهانگوشاهى جويني; Ta' rīkh-i jahān-gushā) Əlisa Nicat. Dünya tarixçiləri. Bakı, 1998. Xarici keçidlər Maymun Diz Kalesi Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine (ing.) Mirza Muhammad Qazvini (ing.)
https://az.wikipedia.org/w/index.php?curid=271713
Əlaəddin Atsız
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi. 527-ci (1132-33-cü) ildə aşağı Seyhun boylarındakı məşhur Cənd şəhəri üzərinə yürüyüb, buranın qeyri-müsəlman hökmdarını məğlubiyyətə uğratdı və bir çox qənimət ələ keçirdi. Atsızın bu səfərdəki əsl qayəsi isə Türk bozqırlarının insan gücündən əsgərlik sahəsində faydalanmaqdı. Xələfləri də bu siyasəti şüurlu bir şəkildə həyata keçirmişdirlər. Bunun nəticəsində İslam aləminin hər yerində birinci sinif əsgər sayılan türklərin Qıpçaq qolu ilə onların ən yaxın qardaşları olan Qanqlılardan çox sayda oymaqlar əsgəri xidmətlərə alındılar. Bu da Xarəzmşahlar dövlətinin getdikcə güclənməsində və bu dövlətin Seyhundan Araza qədər uzanan böyük bir imperiya halına gəlməsində ən mühüm ünsürlərdən birini təşkil etdi. Atsız X əsrdən bəri türkmənlərin yurdu olan Manqışlağı da fəth etmiş, fəqət türkmənləri əsgərlik xidmətində tutmayaraq sadəcə vergi verən rəiyyət səviyəsində tutmuşdu.Başlangıcda Sultan Səncərə sədəqatlə xidmət edən Atsızın daha sonra ona üsyan etdiyi görünür. Cüveyniyə görə bunun səbəbi, Xarəzmşahı qısqanan və onu çəkə bilməyənlərin sözlərinin təsiri altında qalan Sultan Səncərin Qəznə səfəri sırasında (1135-1136) Atsıza soyuq davranmasıdır. Sultan Səncər isə Xarəzmşahı, Manqışlaq və Cənd uclarındakı məsum insanların qanlarını tökmək və daima küffarla (yəni qeyri-müsəlman türklər) savaşan qaziləri yox etməklə ittiham edirdi. Fəqət Sultan Səncərin 1135-ci ildə Abbasi vəziri Xalid ibn Nuşirəvana yolladığı məktubda Atsızın Cəndi almasını təbəələrindən birinin bacarığı şəklində göstərdiyi də bilinir. Bununla bərabər əsl səbəb yenə buradan gəlmiş ola bilər. Yəni Manqışlaq və Cənd tərəflərindən gələn şikayətlərə görə Səlcuq hökmdarı onlara adil davranması üçün Xarəzmşaha təpinmiş, Atsız da buna əsəbləşərək üsyan etmiş ola bilər. Səncərin 1138-ci ildə çox saylı bir ordu ilə Xarəzmə yürüdüyünü xəbər alan Atsız, ordugahını Həzarəsb qalasının önündə qurdu. Atsızın ordusunda çox sayda qeyri-müsəlman türklərə mənsub əsgərlər də vardı. Burada aparılan savaşda (1138) Atsız çox dayana bilməyərək yenildi və savaş meydanını tərk etdi. Əsgərindən təqribən 10.000 nəfər öldürüldü, yaralandı və əsir alındı. Əsir alınanlar arasında Atsızın oğlu Atlığ da vardı. Mərhəməti və bağışlayıcılığı ilə tanınmış olan Sultan Səncər savaş meydanında Atlığı iki parça etdirib başını Mavəraünnəhrə göndərdi. Bu, Səncərin Atsıza son dərəcə qızmış olduğunu göstərdiyi kimi, Xarəzmin idarəsini qardaşı oğularından Süleymana verməsi də bununla əlaqəlidir. Zəif və qabiliyyətsiz bir şəxs olan Süleyman Atsıza çox müqavimət göstərə bilməyərək çox keçmədən Mərvə, əmisinin yanına döndü. Növbəti il (534/1139-40) Atsız Buxaraya hücum edib qala divarlarını dağıtdı və şəhərin valisi Zəngi ibn Əlini öldürdü; çox keçmədən də Sultan Səncərə sadiq qalacağına dair and içdi . Sultan Səncərin Səmərqənd yaxınlarındakı Katvan çölündə qarakitaylara yenilməsi (səfər 536/sentyabr 1141), onun çox uzun sürən siyasi həyatında yediyi iki böyük zərbədən biridir. Bu məğlubiyətə görə Mavəraünnəhr tamamilə buddist qarakitayların nəzarəti altına keçdi. Atsız da yenidən üsyan edərək Səncərin paytaxtı Mərvi yağmaladı və Nişapurda öz adına xütbə oxutdurdu. Səlcuq sultanı daha sonra özünü toparladı və ikinci dəfə Xarəzmə yürüyərək Mərvdən götürülmüş olan xəzinəni geri aldı, Xarəzmşaha da yenidən mətbuluğunu qəbul etdirdi (538/1143-44). Cüveyninin bildirdiyinə görə Sultan Səncərə qəzəbini davam etdirən Atsız iki ismaili fədaisini Səlcuqlu hökmdarına sui-qəsd etmək üzrə Mərvə yolladı, fəqət bu işdə uğurlu olmadı . Buna görə Səncər üçüncü dəfə Xarəzmə gedib Həzarəsbi aldıqdan sonra Xarəzmşahın paytaxtı Ürgəncə yaxınlaşdığı sırada çətin bir duruma düşən Atsız, Ahupuş adlı bir dərviş vasitəsiylə özünü sultana əhf etdirdi (1147-1148). Bu hadisədən sonra Atsız artıq Sultan Səncərə qarşı hər hansı bir üsyan hərəkətində ola bilmədi. Girişdiyi mübarizələlər ona baha başa gəlmiş, bu arada Cənd də əlindən çıxmışdı. Bir müddət sonra Cəndi geri alan Atsız, oğlu El Arslanı buraya qubernator təyin etdi (1152). Növbəti il Sultan Səncər öz eli olan oğuzlara yenilib əsir düşdü. Sultan Səncərin əmirləri ona vəkalətən bacısının oğlu qaraxanlılardan Mahmud xanı taxta çıxardılar. Mahmud xan oğuzlarla girişəcəyi mübarizə üçün, sultanın hüququnu müdafiə edəcəkmiş kimi bir tövr taxınan Atsızdan yardım istədi. Atsız Ürgəncdə oğlu Xıtay xanı vəkil buraxıb, digər oğlu İlarslan ilə birlikdə Şəhristanəyə gəldi. Özü hələ burada ikən Sultan Səncərin əsirlikdən qurtarılmış olduğu xəbərini aldı (səfər 551/aprel 1156); daha sonra Nəsaya vardı və buradan Sultan Səncərə bir məktub yazdı. Xarəzmşah bu məktubunda əsirlikdən qurtulduğu üçün sultanı təbrik edir, tabeliyini bildirdi. Atsız Sultan Səncərin xidmətində birlikdə hərəkət etmək üçün yuxarıda adı keçən Mahmud xana, Sistan hökmdarına, Qur məlikinə, Mazandaran ispəhbədinə və digərlərinə də məktublar yazmışdı. Sonra Xabuşanda Mahmud xan ilə dostca görüşdü. Qısa bir müddət sonra da sultandan onu məmnun edən bir məktub aldı. Sistan və Qur məliklərinin gəlmələrini gözlədiyi sırada Sultan Səncəri əsir etmiş olan Oğuz bəylərinin ən böyüyü Tuti bəyə bir məktub göndərdi. Bartoldun şərq diplomatiyası üslubunun ən gözəl örnəklərindən biri dediyi bu məktubda onlara sultandan özlərini bağışlamasını rica etmələrini təlqin edir, Mahmud xanın, Sistan və Qur məlikləriylə özünün sultanın onlara yaşayacaqları bir yurd və ehtiyacları olan şeyləri verməsi üçün şəfaətdə olacaqlarını söyləyirdi (bu məktubun məzmunu üçün bax. Naməha-yi Rəşidüddin Vatvat, s. 29-32). Fəqət Atsız bir müddət sonra keçirdiyi bir iflic nəticəsində Xabuşanda vəfat etdi (9 cəmaziyəlaxir 551 / 30 iyul 1156). Atsız, başta Bartold olmaq üzrə bütün tədqiqatçıların bildirdikləri kimi, Xarəzmşahlar dövlətinin gerçək qurucusudur. Hadisələr onun ağıllı, cəsur, enerjili, qeyrətli və xeyrxah bir hökmdar olduğunu açıqca göstərir. Bitməz-tükənməz bir enərjiyə sahib olaraq daima mübarizə etmək və uğursuzluqlar qarşısında düşkünlük göstərməmək Atsız və xələflərinin, digər bir təbirlə Xarəzmşahlar xanədanının ən gözəl vəsfidır. Atsız, onlara mərhəmət və şövqət göstərdiyi üçün Xarəzm xalqı tərəfindən sevilirdi. Qaynaqlarda ona “məlik-i adil” deyilməsi bu xüsusiyyətlə əlaqədardır. Sultan Səncərin qardaşı oğlu Süleymanın Xarəzmdə dayana bilməməsinin digər mühüm bir səbəbi də budur. Ağıllıca bir hərəkətlə hakimiyyətini aşağı Seyhunun ən canlı ticarət mərkəzi olan Cənd şəhəri və ətrafında güclü bir şəkildə quraraq bozqırların hərbi güc qaynağından asanca faydalanmış, oğlu və xələfi İlarslanı Cənd valiliyinə gətirdərək ona bunun önəmini göstərmişdir. İlarslan ilə onun oğul və nəvəsinin eyni siyasətə bağlı qalmaları nəticəsində Xarəzmdə tarixdə ilk dəfə qüdrətli bir dövlət və böyük bir imperiya qurulmuşdur. Atsız və xələfləri bu xüsusa lazımlı önəmi verməsəydilər dövlətləri də köhnə xarəzmşahlarınkı kimi məhəlli bir bəylik halında qalacaqdı. Atsız da atası kimi təhsil görmüş bir hökmdardı. Farsca bir çox şeir və bilxassa rubailər söylədiyi bilinir. Zamanın ən məşhur münşilərindən olan Rəşidüddin Vatvat onun divanında vəzifə almışdı. Bununla bərabər xələflərində olduğu kimi Atsızda da türklük xüsusiyətlərinin qalib olduğu görünür. Övladlarına daha ziyadə türkcə adlar verməsi bu üzdəndir. Abbasi xəlifəsi və İslam hökmdarları ilə dostca münasibətlər quran Atsız, mədəni davranışlı bir hökmdar olub, görüşdüyü kimsələr üzərində də daima müsbət bir obraz təsəvvürü qoyurdu. Atsızın ləqəbi Əlaəddin (bəzi tarixi əsərlərdə Bahaəddin), Türkcə ünvanı isə Qızılarslandı. Atsız, atası və babası kimi Səlcuq sarayında yetişmiş, elm və dövlət işlərində gördüyü təhsil ilə göz dolduraraq yüksək mövqelərdə vəzifə ala bilmək üçün həddi-büluğunu isbat etmişdi. Belə ki, uğurları və sədaqətinə görə şəxsən Sultan Səncərin təvəccöhünə məzhər olmuş olmuşdu. Bu çərçivədə atası Qütbəddin Məhəmmədin yerinə Xarəzm qubernatoru olaraq təyin olunmuş Atsız, qısa müddət içərisində Xarəzm xalqının əvvəldən bu sülaləyə qarşı gələn sədaqət və hörmətini əldə edərək eynilə atası və babası kimi hörmətli bir lider olaraq qarşılanmışdır. Uğurlu bir dövlət adamı olmaqdan başqa güclü bir komandir olan Atsız, Xarəzmə təşkil etdiyi ordu ilə Səncərin ordusunda vəzifə alaraq bir çox müvəffəqiyyətində böyük pay sahibi olmuşdur. Atsız, hər nə qədər qubernator sifətini daşısa da, Xarəzm xalqı, Anuş Tigin dövründən etibarən 35 il boyunca idarəsi altında olduğu sülalə silsiləsinə yüksək bağlılıq və sədaqət göstərir, bu səbəbə görə də, o özünü yalnız bir qubernator kimi deyil, qeyd-şərtsiz bir lider və sultan olaraq görürdü. Üstəlik atası Qütbəddin Məhəmməd, Səlcuq sultanına sədaqəti və özünə edilən etibara görə yarı müstəqil olaraq hərəkət etməyə başlamışdı. Bu baxımdan özü də Xarəzm bölgəsinin idarəsində olduqca yüksək səlahiyyətlərə sahib idi. Ancaq Asız, atası və babası kimi Səlcuqlu sultanına qeydsiz-şərtsiz bağlı qalmayıb müstəqil hərəkət etməyə, hətta Səlcuq sultanını qarşısına almağa niyyətlənmişdi. Xarəzm xalqının özünə bağlılığından istifadə edərək Böyük Səlcuqlu Dövlətinin zəifləməsindən istifadə etmək məqsədiylə girişdiyi bu müstəqillik hərəkəti nəticəsində özünə bağlı qüvvələrlə Cənd və Manqışlaq bölgələrinə hücum edərək hakimiyyəti altına daxil etdi. Atsızın bu müstəqil hərəkəti Sultan Səncəri çox hirsləndirdi. Səncər, onu bu hərəkətinə görə tənqid və eyni zamanda xəbərdarlıq edincə isə ortaya çıxan ədavət nəticəsində ani bir hərəkətlə Böyük Səlcuq Dövlətinə bağlılığını ortadan qaldıraraq özünü Sultan elan etdi. Atsızın bu hərəkəti Xarəzmşahlar Dövlətinin həqiqətən yaradılması mənasını verirdi (1138 ). Sultan Səncər, Atsızın bu hərəkəti qarşısında Xarəzm bölgəsinin hakimiyyətini itirməmək üçün şəxsən ordusunun başına keçərək Atsızın üstünə gəldi. Atsızın bu ilk müstəqillik sınağı müvəffəqiyyətsizliklə nəticələndi. Böyük Səlcuq Dövləti, hər nə qədər zəifləmiş və çətin günlər keçirmiş olsa belə Sultan Səncər ordusunun başına keçərək Atsızın ordularını darmadağın edərək Xarəzm bölgəsini yenidən ilhaq etdi. Atsızın yerinə Süleyman Min Məhəmmədi vali təyin edərək Mərvə geri döndü. Süleyman ibn Məhəmməd, Xarəzm xalqının Atsıza bağlılıq və dəstəyini ortadan qaldırmaq üçün Atsızı dəstəkləyən zümrələr üzərində ağır təzyiqlər quraraq xalqın qəzəbini üzərinə çəkdi. Anuş Tigin dövründən bəri davam edən firavan və dinc həyatları bir anda pozulan və müstəqillik arzuları xəyalla nəticələnən Xarəzm Xalqı Süleyman Min Məhəmmədə qarşı bağlılıq göstərmədi və bu ərazinin Atsızın hakimiyyəti altına yenidən keçməsi çətin olmadı. 1140 -ci ildə Süleyman Min Məhəmmədi hakimiyyətdən endirərək yenidən Xarəzmin idarəsini əlinə aldı. Ancaq Sultan Səncərin hücumundan çəkindiyi üçün müstəqillik iddiasından imtina Səncərə bağlılığını elan etmişdir. Bu bağlılıq da uzun sürmədi. Sultan Səncər, Qarakitaylarla girişdiyi mübarizədə məğlub olunca ordusu ilə Mərv şəhərini mühasirəyə alaraq Böyük Səlcuq Dövlətini tamamilə ələ keçirməyə cəhd etdi (1141 ). Sultan Səncər, Mərvin mühasirəsinə görə Xorasana çəkilmək məcburiyyətində qalmışdı. Atsız da zəfərini gücləndirmək üçün Nişapura hücum etdi və buranı da hakimiyyəti altına aldı (1142 ). Hakimiyyətini gücləndirmək üçün adına xütbə oxutdu və özünü Böyük Səlcuq Dövlətinin hökmdarı olaraq görməyə başladı. Sultan Səncər, Xorasanda olduğu dövrdə ordusunu və iqtidarını gücləndirib yenidən ortaya çıxdı. Atsız, Səncərin qüvvələrindən çəkinərək Mərvi tərk etdi və yenidən Sultan Səncərə bağlılığını elan etmişdir. Atsız, fürsət tapdıqca Səncəri məğlub etməyə çalışır, uğursuzluğa düçar olanda isə bağlılığını bildirərək sülh etməyə çalışırdı. Səncər, bu problemi tamamilə ortadan qaldırmaq üçün Atsızın bağlılığını qəbul etməyərək Xarəzm şəhərinə hücuma keçdi. Xarəzmin ən strateji nöqtəsi olan Hazarasp qalasını fəthi ilə Atsızın səltənət mərkəzi olan Cürcanın düşməsi və Səncərin qələbəsi qaçınılmaz hala gəlmişdi. Atsız yenə Sultan Səncərə bağlılığını bildirərək Sülh etməyi təklif etdi. Səncər, bu təklifi qəbul etməyincə Xarəzm bölgəsinin hörmətli din adamlarından birinin müsəlman qanı tökülməməsi üçün xahiş etməsinə görə hücumu yarıda buraxıb Atsızın bağlılığını qəbul edərək geri döndü. Atsız yenə Səncərə məğlub olub yenə bağlılığını bildirərək Xarəzm bölgəsinin idarəsini əlində tutmağı bacardı. Atsız, Səncərin son hücumundan sonra uzun bir müddət Səlcuq təhdidinə məruz qalmadı. Çünki Sultan Səncər, dövlətin digər problemləri ilə mübarizə aparmaq məcburiyyətində qalmışdı və Xarəzm bölgəsinin idarəsi, Səncər tərəfindən tanınmasa da əslində bölgə müstəqil olaraq varlığını davam etdirirdi. Atsız, 1156 -cı ildə vəfat etdi və yerinə qardaşının oğlu İlarslan keçdi. Qütbəddin Məhəmmədin oğlu Atsızı Xarəzm qubernatoru olaraq təyin etdi. Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı, "Mütərcim",2015, 408 səh.
https://az.wikipedia.org/w/index.php?curid=703833
Əlaəddin Ağsunqur
Əlaəddin Ağsunqur (fars. علاءالدین کرپه‌ارسلان) (?-1207) — Əmir Qarasunqurun oğlu, Marağa hakimi Əlaəddin Ağsunqur Marağa hakimi idi. Eldənizlilərin vassalığından çıxmağa çalışırdı. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, Ərbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. Əlaəddin Ağsunqur 1207-ci ildə vəfat etdi. Həmçinin bax Cənubi Azərbaycan Ağsunqurlar sülaləsi
https://az.wikipedia.org/w/index.php?curid=417116
Əlaəddin Hüseyn Cahansuz
Əlaəddin Hüseyn Cahansuz (?-1161) — Qurilər sülaləsinin hökmdarı (1149-1161). Qurlu qultanı İzzəddin Hüseynin yeddi oğlundan biri olaraq dünyaya gəldi. Atasının ölümü üzərinə yerinə keçən oğlu Seyfəddin Suri, torpaqlarını qardaşları arasında bərabər şəkildə bölüşdürmüşdü. Öz hissəsini bəyənməyən Qütbəddin Məhəmməd torpaqlarını qardaşlarından Bahaəddin Sama tərk edərək Qəznəvilər sultanı Bəhram Şaha qatılıb ona xidmət etməyi lazım bildi. Qısa müddətdə özünü sevdirən Qütbəddin yetənəkləriyle diqqəti çəkirdi. Bundan xoşlanmayan bəzi kimsələr Bəhram Şahı onun aleyhində qızışdırdınca bir müddət sonra Qütbəddin zəhərlənərək öldürüldü. Bu olaydan sonra Qurlular və Qəznəlilər arasında bir düşmənlik başlandı. Qardaşının bu şəkildə öldürüldüyünü öyrənən Seyfəddin Suri intiqam almaq üçün Bəhram Şahın üzərinə yürüdü və Qəznəliləri məğlub etdi (1148). Bəhram Şah qaçaraq canını qurtara bildi. Qəznədə qalan Seyfəddin Suri bir müddət sonra idarədəki hakimiyətini sağlamlaşdırıb xalqın və əşrəfin güvənini qazandığına qane olunca məiyetini təkrar Firuzkuha göndərdi. Bu arada özünü toplayan Bəhram Şah düzenlediyi böyük bir ordu ilə Qəznəyə doğru irəliləməyə başladı. Aparılan savaşda Seyfəddin və veziri Seyyid Məcdüddin məğlub edilərək öldürüldülər (1149). Seyfəddindən sonra taxta keçen Bahaeddin Sam ise intiqam məqsədiylə Bəhram Şah ilə savaşmaq üçün gedərkən yolda xəstələnib ölüncə Qurlu taxtına Əlaəddin Hüseyn keçdi (1149). Böyük bir qərarlılıqla yola çıxan Əlaəddin Bəhram Şah ile arxa-arxaya üç dəfə savaşdı və hər dəfəsində onu məğlub etdi. Bəhram Şah ancaq Pəncaba qaçaraq canını qurtara bildi. İntiqam hirsiylə gözü dönən Əlaəddin Qəznəni yağmalayaraq yeddi gün yandırıb-yaxdı. Bütün memarlıq əsərlər, kitabxanalar, bağçalar təxrib edilirkən minlərcə insan öldürüldü (1150/1151). Qəznəlilərin digər önəmli bir mərkəzi olan Büst də eyni şəkildə yağma və təxrib edildi. Bu üzdən Əlaəddin “Cahansuz” (dünyanı yandıran) adı ilə məşhur oldu. Həmçinin bax
https://az.wikipedia.org/w/index.php?curid=407206
Əlaəddin Koval
Əlaəddin Koval (türk. Alâaddin Koval) (d. 1878, İstanbul - ö. 08.08.1930, İstanbul) — Türk əsgəri. Hərbi fəaliyyəti 1901-ci ilin 13 avqustunda hərbi məktəbə daxil olmuş və 1903-cü ilin 22 avqustunda oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1906-cı il sentyabrın 26-da oradan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında, Şərqi Frakiyada 1-ci korpusun komandiri olan Cəfər Təyyar Paşanın əmri ilə 55-ci bölmə komandirliyində xidmət etmişdir. 1 mart 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. İlk olaraq, Əlcəzirə Cəbhəsinin Baş qərargahı rəisi kimi xidmət göstərdi və 1922-ci ilin aprel ayında 41-ci şöbənin komandiri vəzifəsinə təyin edildi. Böyük hücumda iştirak etdi. Müharibədən sonra, "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə təltif edildi. Daha sonra isə 1-ci ordunun müfəttişi, 1-ci tümən komandiri vəzifəsini icra etdi. 1927-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 8 Avqust 1930-cu ildə İstanbulda vəfat etdi. İstanbulda Qaracaəhməd qəbiristanlığında dəfn edilmişdir. Onun nəşi sentyabrın 27-də Türkiyə Dövlət məzarlığına köçürüldü. Medal və təltifləri "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 198.
https://az.wikipedia.org/w/index.php?curid=568004
Əlaəddin Körpə Arslan
Əlaəddin Ağsunqur (fars. علاءالدین کرپه‌ارسلان) (?-1207) — Əmir Qarasunqurun oğlu, Marağa hakimi Əlaəddin Ağsunqur Marağa hakimi idi. Eldənizlilərin vassalığından çıxmağa çalışırdı. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, Ərbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. Əlaəddin Ağsunqur 1207-ci ildə vəfat etdi. Həmçinin bax Cənubi Azərbaycan Ağsunqurlar sülaləsi
https://az.wikipedia.org/w/index.php?curid=111006
Əlaəddin Melmasi
Əlaəddin Melmasi, (d.1 yanvar 1952 Təbriz — ö.6 iyun 2011 Şiraz) — fotoqraf, tərcüməçi, elmi işçi, müəllim,dilçi, şair və kimyaçı idi. Əlaəddin Melmasi Mahmud Melmasi ədibin ilk uşağı idi. O, Təbriz Universitetində, İngilis dil və ədəbiyyatı sahəsində təhsil almışdır. Fotoqrafiya Melmasi, Azərbaycanca və Farsca şeirlər yazıb: دئنه پير ميكده یه بو ســـحر، كي بو شـــاعري ايله دعــــــا/Denə pire meykədəyə bu səhər, ki bu şairi eylə dua ئولوم اولميايدي، گؤريدي بير سوزي عالمه ياييلان زمان/Ölüm olmayaydı, göreydi bir sözü aləmə yayılan zaman Melmasi Nəstəliq, Şikəstə nəstəliq, Süls, Nəsx xəttlərində bacarığı varıdı. روشن‌ضمیر، مهدی. یاد یاران. چاپ اول. تهران: انتشارات طلاييه، ۱۳۷۱. Şərqi Azərbaycan Fotoqrafik Cəmiyyəti Arxivləşdirilib 2011-09-12 at the Wayback Machine Azərbaycanın Təbiət Fotoqrafları Arxivləşdirilib 2012-02-22 at the Wayback Machine Az-Photo.com Arxivləşdirilib 2012-03-09 at the Wayback Machine Xarici keçidlər Arxivləşdirilib 2012-12-31 at the Wayback Machine
https://az.wikipedia.org/w/index.php?curid=271659