!
stringlengths 1
182
| Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
stringlengths 100
226k
| https://az.wikipedia.org/w/index.php?curid=259941
stringlengths 46
49
|
---|---|---|
Əl-Muhəymin | Əl-Muhəymin (ər. المهيْمن) — Allahın adlarından biri. Yaratdıqlarını qoruyan, qorxularını uzaqlaşdıran, hər şeyə şahid olan, mühafizə edən deməkdir. Bu ad Uca Yaradanın əş-Şəhid, ər-Raqib və əl-Hafiz adları ilə sinonimdir və Onun Öz bəndələrini daim nəzarətdə saxladığını ifadə edir. Yalnız Allah-Təalaya aid edilən adlardan biridir. Qurani-Kərimdə bir yerdə - “əl-Həşr” surəsinin 23-cü ayəsində keçmişdir. Füzuli bu adı öz beytində belə tərənnüm etmişdir: Bu adın mənasını dərk edən bəndə daim xeyir işlər görməyə can atar, çirkinliklərdən uzaq olar. Çünki Allahın nəzarətində olduğunu bilər. Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il. | https://az.wikipedia.org/w/index.php?curid=113875 |
Əl-Mumin | Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir. Yəni insanlara dünyada ruziləri verilir, axirətdə isə onları davranışları nisbətində mükafatlandırılırlar. Əminlik vermək mənası: Allah, qulunu haqsız yerə cəzalandırmayacağına əmin edir. Yaratdıqlarını zülmdən qoruyur. Qiyamət günündə mömin qullarını əzabdan qoruyacağına dair əminlik vəd edir.Hikmət və Əsrarı: Bir müsəlman inanaraq və səmimi şəkildə "Ya Mömin" deyə bu adı zikr etsə, onun təcəllisinə nail olar. Küfrdən, şərik qoşmaqdan, yalandan uzaq olar. İnsanların və cinlərin şərindən uzaq olar. Hər cür xəstəlikdən qurtular. Rahatlıq və əmin-amanlıq verən, inanan bəndələrindən qorxunu və narahatlığı uzaqlaşdıran deməkdir. İnsan bu addan gələn duyğu ilə Allaha sığınar. Müsibətlə qarşılaşdıqda, ağır xəstəliyə düçar olduqda Rəbbinin onu tək qoymayacağına ümid edər. Uca Tanrı bu adı imanlı bəndələrinə verməklə, onları şərəfləndirmişdir. Çünki mömin insan da əlindən və dilindən digərlərinin əmin olduğu şəxsdir. Qurani-Kərimdə möminin xüsusiyyətləri belə açıqlanır: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər". Həmçinin bax Məhəmməd Peyğəmbər İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.89. Allahın gözəl adları Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il. Xarici keçidlər Dəyərlər saytı Dil--aztr Əlşiə saytı Dil--aztr Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine İrfan dərgisi Dil--aztr | https://az.wikipedia.org/w/index.php?curid=58264 |
Əl-Muntəkim | Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur. Allah, elçilərinin əlləriylə inkarçıların qabaqda gələnlərini əzablandırdığını ayələrində belə bildirir: Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!İnkarçıların axirətdə qarşılaşacaqları əzab isə sonsuza qədər sona çatmayacaq qorxunc bir əzabdır. Allah orada insanı həm fiziki, həm də psixoloji cəhətdən əzablandıracaq çox müxtəlif üsullar yaradıb. Çünki Allah yaratdığı qullarının zəifliklərini ən yaxşı biləndir və bu zəifliklərə görə ən çox ağrını da yenə Allah verəcək. Muazzib olan Allah axirətdə inkarçılara verəcəyi əzabı Quranda bir çox ayəylə bildirmişdir. Ayələrdə belə buyrulur: Axirətə iman gətirməyənlər üçün isə sarsıdıcı bir əzab hazırlamışıq.Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: "Yalan saydığınız odun əzabını dadın!"– deyiləcəkdir. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm. Əzabım isə üzücü əzabdır.Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.Kafir olub (insanları) Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq. | https://az.wikipedia.org/w/index.php?curid=459965 |
Əl-Muqaddim | Əl-Muqaddim (ər. المقدّم) - Allahın adlarından biri. Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. Allah dilədiyini təxirə salan, geridə buraxan, dilədiyini də önə alan, irəli keçirəndir. Hər şeyin tək Yaradıcısı olduğu üçün kainat üzərindəki hər cür canlı və cansız varlıq üzərində dilədiyini etmək gücünə malikdir. Dünya üzərində reallaşan hər hadisənin zamanı Allah Qatında əvvəldən təsbit edilmişdir. Hər şeyin varlığının gerçək sahibi olan Allah, bu varlıqların həyatları ərzində görüb keçirəcəkləri bütün hadisələri vaxtıyla təyin edib. Günü, saatı, hətta saniyəsi gəldiyində reallaşacaq olan hadisə mütləq reallaşar. Və bu reallaşan hadisə ancaq Allahın diləməsiylə olar; Onun xaricində heç kim hər hansı bir hadisəni qabaqlaya və ya təxirə sala bilməz. Necə ki, bu gerçəyə Quranda belə diqqət çəkilir: Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər.Təyin edilən bu vaxtları Allahdan başqa heç kim bilməz. Allahın təqdir etdiyi an gəlməzdən əvvəl bir yarpaq belə düşməz. Var olan hər şey doğumundan ölümünə bu ilahi zamanlamaya tabedir. Heç kimin Allahın özü üçün təyin etdiyi vaxtın xaricinə çıxamağa, heç bir hadisəni təxirə salmağa, ya da qabağa keçməyə gücü çatmaz. Ancaq və ancaq Allah təqdir etsə, dilədiyini təxirə salar, dilədiyini də qabağa keçirər. Allah ayələrində bunu belə bildirir: Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır.Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.Bu vəziyyətdə Allaha iman edən bir qulun boynuna düşənsə, Allahın nəyi irəli çəkdiyini, nəyi təxirə saldığını araşdırmadan Ona yaxınlaşmağa çalışmaq, Allahın özünə verdiklərindən tam razı olmaqdır. Çünki ayələrdə də bildirildiyi kimi insan "tələsəndir". Bəzən bir hadisənin dərhal reallaşmasını istər, bəzən də bir hadisənin dərhal bitməsini istər. Amma insan üçün ən xeyirli olanı bilən, təsbit edən Allahdır. İnsanın xeyirli gördüyü bir şey özü üçün bir şər ola bilər. Bu səbəbdən mömin üçün əhəmiyyətli olan Allahın təqdir etdiyi hadisələrdən tamamilə razı olmasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=113869 |
Əl-Muqaddim/Muahhir | Əl-Muqaddim (ər. المقدّم) - Allahın adlarından biri. Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. Allah dilədiyini təxirə salan, geridə buraxan, dilədiyini də önə alan, irəli keçirəndir. Hər şeyin tək Yaradıcısı olduğu üçün kainat üzərindəki hər cür canlı və cansız varlıq üzərində dilədiyini etmək gücünə malikdir. Dünya üzərində reallaşan hər hadisənin zamanı Allah Qatında əvvəldən təsbit edilmişdir. Hər şeyin varlığının gerçək sahibi olan Allah, bu varlıqların həyatları ərzində görüb keçirəcəkləri bütün hadisələri vaxtıyla təyin edib. Günü, saatı, hətta saniyəsi gəldiyində reallaşacaq olan hadisə mütləq reallaşar. Və bu reallaşan hadisə ancaq Allahın diləməsiylə olar; Onun xaricində heç kim hər hansı bir hadisəni qabaqlaya və ya təxirə sala bilməz. Necə ki, bu gerçəyə Quranda belə diqqət çəkilir: Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər.Təyin edilən bu vaxtları Allahdan başqa heç kim bilməz. Allahın təqdir etdiyi an gəlməzdən əvvəl bir yarpaq belə düşməz. Var olan hər şey doğumundan ölümünə bu ilahi zamanlamaya tabedir. Heç kimin Allahın özü üçün təyin etdiyi vaxtın xaricinə çıxamağa, heç bir hadisəni təxirə salmağa, ya da qabağa keçməyə gücü çatmaz. Ancaq və ancaq Allah təqdir etsə, dilədiyini təxirə salar, dilədiyini də qabağa keçirər. Allah ayələrində bunu belə bildirir: Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərin bərələ qalacağı günə saxlayır.Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.Bu vəziyyətdə Allaha iman edən bir qulun boynuna düşənsə, Allahın nəyi irəli çəkdiyini, nəyi təxirə saldığını araşdırmadan Ona yaxınlaşmağa çalışmaq, Allahın özünə verdiklərindən tam razı olmaqdır. Çünki ayələrdə də bildirildiyi kimi insan "tələsəndir". Bəzən bir hadisənin dərhal reallaşmasını istər, bəzən də bir hadisənin dərhal bitməsini istər. Amma insan üçün ən xeyirli olanı bilən, təsbit edən Allahdır. İnsanın xeyirli gördüyü bir şey özü üçün bir şər ola bilər. Bu səbəbdən mömin üçün əhəmiyyətli olan Allahın təqdir etdiyi hadisələrdən tamamilə razı olmasıdır. | https://az.wikipedia.org/w/index.php?curid=119351 |
Əl-Musəvvir | Əl-Musəvvir (ər. المصور) — Allahın adlarından biri. Hər məxluqu fərqli yaradan, təsvir edən, ona məxsusi forma verən deməkdir. Varlıqlar aləmini seyr etdikdə, nəzərimizə ilk növbədə onların xarici görkəmi çarpır. Bütün bunlar mahiyyətlərinə uyğun yaradılmışdır. Bu xüsusiyyəti insanda daha aydın görmək mümkündür. İnsanın hər orqanı öz funksiyasını yerinə yetirə biləcək tərzdə xəlq edilmişdir. Bu ad Allahın varlığının ən bariz nümunəsidir. Kainatda varlıqlar o dərəcə gözəl, nizam-intizamlı, ahəngli yaradılmışdır ki, insan onlara baxdıqca, sanki, rəssamın əli ilə çəkildiyini düşünür. "ət-Təğabun" surəsinin 3-cü ayəsində buyurulur: "O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun hüzurunadır!" Allah-Təala insanı yalnız gözəl yaratmaqla kifayətlənməmiş, həm də ondan gözəl, xeyir əməllər etməsini, çirkinliklərdən uzaq olmasını istəmişdir. "əl-Müsəvvir" adı Qurani-Kərimdə yalnız bir ayədə - "əl-Həşr" surəsinin 24-cü ayəsində keçmişdir. Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il. | https://az.wikipedia.org/w/index.php?curid=113873 |
Əl-Mutanna (el) | Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir . | https://az.wikipedia.org/w/index.php?curid=84010 |
Əl-Mutəkəbbir | Əl-Mutəkəbbir (ər. المتكبّر) — Allahın adlarından biri. Hər şeydən uca, bütün çirkinliklərdən uzaq, bəndələrinə zülm etməyən, əzəmətini, ucalığını hər işdə və hadisədə göstərən deməkdir. Təkəbbürlülük insana yaraşmayan xüsusiyyətdir. Allah-Təala “əl-İsra” surəsinin 37-ci ayəsində buyurur: “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”. Lakin Allahın bu adı bizim başa düşdüyümüz mənada təkəbbür göstərmək mənasında deyil. Aciz qaldığımız, dəyişdirə bilmədiyimiz hadisələr Onun qarşısında necə zəif, möhtac olduğumuzu, bu adın əzəmətini dərk etdirir. “əl-Mütəkəbbir” sözündən ayələrin birində Allahın adı kimi istifadə edilmişdir. “əl-Mumin” surəsinin 27 və 35-ci ayələrində isə tanrılıq iddiasında olub zülmkarlıq edən Firon “mütəkəbbir” (təkəbbür sahibi mənasında) adlandırılmışdır. Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il. | https://az.wikipedia.org/w/index.php?curid=113882 |
Əl-Muzil | Əl-Muzil (ər. المذل) — Allahın adlarından biri. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir.Xor və alçaq edilmə, Allahın inkarçıları uğratdığı "dünya əzabı"nın bir hissəsidir. Bütün həyatlarını başqalarına nümayiş etdirmək, onlardan təqdir almaq üçün davam etdirən inkarçılar üçün 'xor və alçaq qılınma' son dərəcə böyük bir əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir: Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saymışdılar və (buna görə) əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! Allah bu xor və alçaq qılan sifətini möminlərin və xüsusilə də elçinin əliylə göstərər. Bu gerçəyə Quranda belə işarə edilib: ... Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir. Quranda bizə bildirildiyinə görə, Hz. Süleyman öz iqtidarında, inkarçıların ürəklərinə qorxu salmış və onları xor və alçaq etmişdir. Hz. Süleyman inkarçı qövmə göndərdiyi mesajda belə demişdi: Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!" Bundan başqa Allah bir çox ayəsində, axirətdə inkarçılara alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı qürur və böyüklənmələrinə qarşılıq Allahın təqdir etdiyi bir cəzadır. Çünki dünya həyatında inkarçıların ən böyük hədəflərindən biri, başqa insanlar tərəfindən təqdir edilməkdir. Bu səbəblə də həyatlarını Allahı tərifləməklə deyil, özlərinə tərif yığmaqla keçirərlər. Allah da bu istəklərinə qarşılıq olaraq cəhənnəmdəki əzablarını bunun üzərinə qurmuşdur. Cəhənnəmdə ən böyük alçaldılmanı isə insanların qarşısında alçaldılınca yaşayacaqlar. Bir ayədə belə buyrulur: Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) "Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!" Allahın cəhənnəmdə hazırladığı alçaldılma bənzərsizdir və minlərlə növü vardır. Cəhənnəmdəki bu alçaldılmanın inkarçıların ruhunda yaratdığı kiçilmişlik, üzlərinə də əks olunar, üzlərini bir zillət örtər: Mövzuyla əlaqədar ayələr belədir: O gün (neçə-neçə) üzlər zəlil olub yerə dikiləcək.Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar. | https://az.wikipedia.org/w/index.php?curid=113883 |
Əl-Mötəsim | Əbu İshaq Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو إسحاق محمد بن هارون الرشيد) və ya Əl-Mötəsim (ərəb. المعتصم بالله) (796 – 5 yanvar 842, Səmərra, Abbasilər) — 8. Abbasi xəlifəsi. Məmundan sonra xəlifə olan Mötəsim (833–842) Harun ər-Rəşidin Maridə adlı Soğdlu bir türk cariyəsindən olma oğludur.; Məmunun xəlifəliyi sırasında Misirdə vali ikən; türkləri orduya toplayan və onlar üzərində təsiri olan bir şəxsdir. Mötəsim xəlifəliyə keçər-keçməz o dönəmin ən önəmli sosial dəyişimini gerçəkləşdirmişdir. Bu dəyişim ordunun türkləşdirilməsiydi. Mötəsim xəlifə olmadan öncə türklərdən mühim dərəcədə ordu qurmuş, və Məmunun dönəmində şəxsən başladığı bu işi sürətlindirərək davam etmişdir. Bildiyimiz kimi anası türk əslli olan xəlifə Mötəsim türklərdən xüsusi bir əsgəri güc qurmuşdu. Türk muzdlu və qulamlarını rəhbərlikdə əhəmiyyətli vəzifələrə gətirmişdi. Daha sonra bu əsgəri gücün Bağdaddakı varlığı bəzi narahatlıqlara səbəb olduğundan Samirrə adıyla yeni bir şəhər qurduraraq dövlət mərkəzini oraya daşıdı. Bu necə oldu? Bir müddət keçəndən Mötəsim yeni orduya söz keçirə bilməməyə başlamışdı. Ordu xəlifəni deyil, rəislərini dinləyirdilər. Onları sərkərdələr ilk dəfə savaş divanına almışdı.[İbn Vərdan, səh. 488.] Artıq bunlar hərb ərkanı da olmuşdular. Mötəsim bütün əyan-əşrəfi də türklərdən təşkil etmişdi. Məsələn dövlət hacibi Vasif bir türk sərkərdəsi idi. Türklərə bu özəl müamilə Bağdad əhlində xoşnudsuzluq yaratmışdır. Üstəlik ərəb ünsürün sıradan çıxarılması, türklərə qarşı xalqın soyumasına səbəbiyət vermişdir. Bütün bunlara bir də yerli əhaliyə qarşı türklərin uyğun olmayan hərəkətləri əlavə edilincə iş böyüyəcək, Mötəsim yeni problemləri önləmək üçün yeni bir əsgəri şəhər qurmağa qərar verəcəkdir. Səmərra şəhərini. 838-ci ildə Mötəsim Anadoluya Bizans üzərinə bir səfər təşkil etmiş, ordusunun bir qolu Bizans imperatoru Feofil və ordusunu "Anzin döyüşü" adı verilən bir vuruşmada böyük məğlubiyyətə uğratmış, Bizansın ikinci böyük şəhəri Amoriomu mühasirə edib əlinə keçirmiş və Abbasi orduları İznik şəhərinin yaxınlarına qədər irəliləmişdir. Bu səfərdə Bizansın Anadoludakı ən önəmli qalası Amoriumun fəth edildi. Buranın fəthindən öncə türk sərkərdələrindən Afşinin başçılığındakı Türk qüvvələri Dazmana da (Kazova-Tokat) Bizans imperatorunu məğlub etdilər. Daha sonra xəlifə və Afşin birlikdə Amoriuma yönəldilər. Bu ordunun sağ qanadını, Afşin, sol qanadını yenə bir türk sərkərdəsi olan Əşnas idarə edidi. Amoriumun fəthi sırasında türklərin çox önəmli işlər gördüyünü görürük. Türklərdən qurulan ordu, Mötəsim dönəmində meydana gələn Abbas bin Məmunun ərəb sərkərdə Ucəyflə birlikdə xəlifəlik iddiası ilə Mötəsima qarşı üsyanını yatırmışdı. Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı, "Mütərcim",2015, 408 səh. | https://az.wikipedia.org/w/index.php?curid=801179 |
Əl-Müntəqim | Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur. Allah, elçilərinin əlləriylə inkarçıların qabaqda gələnlərini əzablandırdığını ayələrində belə bildirir: Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!İnkarçıların axirətdə qarşılaşacaqları əzab isə sonsuza qədər sona çatmayacaq qorxunc bir əzabdır. Allah orada insanı həm fiziki, həm də psixoloji cəhətdən əzablandıracaq çox müxtəlif üsullar yaradıb. Çünki Allah yaratdığı qullarının zəifliklərini ən yaxşı biləndir və bu zəifliklərə görə ən çox ağrını da yenə Allah verəcək. Muazzib olan Allah axirətdə inkarçılara verəcəyi əzabı Quranda bir çox ayəylə bildirmişdir. Ayələrdə belə buyrulur: Axirətə iman gətirməyənlər üçün isə sarsıdıcı bir əzab hazırlamışıq.Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: "Yalan saydığınız odun əzabını dadın!"– deyiləcəkdir. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm. Əzabım isə üzücü əzabdır.Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.Kafir olub (insanları) Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq. | https://az.wikipedia.org/w/index.php?curid=113880 |
Əl-Münəzzəl Əl-Mübarək | Cudi Dağı - Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında ihündürlüyü 2 114 metr olan dağ. Coğrafiyası Tarixi rəvayətlər İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qey edilir. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi. Gəmi də Cudiyə oturdu və "Zalımlar birliyi Allahın rəhmətindən uzaq olsun!" deyildi. şəklində izah edilər. Quran təfsirlərində Cudinin Musula yaxın bir yerdə olduğundan bəhs edilər.Bəhs edilən dağ, bu gün Cizre sərhədləri içində olan dağ, indiki vaxtda Türkiyə cümhuriyyətinin Şırnak eli sərhədləri içinə düşməkdədir. Şırnak adı, "Şəhəri Nuh" mənasında çox köhnə bir addır. Cudi Dağının ətəyində adı "səksənlər" mənasını verən Heştan Kəndi var. Heştan kəndinin Nuh tərəfindən qurulduğuna inanırlar, və kəndin adı Nuhun Gəmisində olan səksən adama görə belə adlandırılıb. Cudi Dağı, dinlər tarixi və xüsusilə İslam dini baxımından əhəmiyyətlidir. Çünki Qurani Kərimdə Nuhun gəmisinin tufandan sonra Cudi Dağına oturduğu ifadə edilməkdədir. Bu dağın hansı dağ olduğu mövzusunda müxtəlif şərhlər var. Ən çox üzərində durulan dağlardan ikisi Şərq Anadolu Bölgəsində iştirak edən Ağrı Dağı və Cənub-şərq Anadolu Bölgəsində olan Cudi Dağıdır. Bu iki addan ağırlıqlı olanı Cudi Dağıdır. Bu mövzuda diqqət çəkilən dəlillərdən biri Ağrı Dağının çox sarp və yaşamağa əlverişli olmayan quruluşudur. Buna qarşılıq Cudi Dağı gəminin enməsi və insanların sığınması üçün çox böyük üstünlüklərə malikdir. Digər tərəfdən alimlər Cudi sözünün "comərdlik" mənasındakı "Cud" sözündən gəldiyini söyləyərək, bunu fikirlərinə dəstək göstərmişlər. Quraq bir bölgədə olan Cudi Dağının yüksək seqmentləri çox yağmur götürər. Bundan ötəri 1500-2000 metrlər arasında şam və palıd meşələri vardır. Türkiyə-İraq sərhədinə 15. km məsafədə və ellips formasında olan Cudi Dağı üzərində 2000 metri aşan dörd doruk var. Bunlardan 2017 metr yüksəklikdə olanı, "Nuh Peyğəmbər Ziyarət Təpəsi" olaraq xatırlanar. Gertrude Bell adlı, digər bir adı 'Səhra Qızı' olan, bu ingilis səyyahıda Cudi Dağını ziyarət etmiş və 'Amurath the Amuraht' kitabında Nuhun gəmisindən bəhs etmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=597685 |
Əl-Müqəddəsi | əl-Məqdisi, Şəms əd Din Əbu Abdullah (945, Qüds – 990, Qahirə) — ərəb coğrafiyaçısı və səyyahı. Qüdsdə anadan olub, buradan da kunyası. Məqdisinin 985/6–89 illərdə yazdığı "İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat"(Əhsən ət-təkasim fi mərifət əl-əqalim) əsəri, çoxillik səhayətlərinin və özündən əvvəlki coğrafiyaçıların tənqidi araşdırmalarının nəticəsi, Şərqin bütün müsəlman ölkələrinin təsvirini ehtiva edir; bütün məlumatlar nizamlı qaydada verilir. Məqdisi əsasən təsvir etdikləri ölkələrin təbii qaynaqlarına, əhalinin məşğuliyətlərinə, adətlərə, inanclara, ticarətə diqqət yetirir. Məqdisinin əsəri Orta Əsrlər Şərqinin iqtisadiyatının öyrənilməsi baxımından çox vacib mənbə hesab olunur. Xarici keçidlər -Al-Muqaddasi | https://az.wikipedia.org/w/index.php?curid=749138 |
Əl-Müraciat | Əl-Müraciat (ərəb. المراجعات) — Şərəfuddin Musəvinin əl-Əzhər Universitetinin o zamankı rektoru ilə Şiə–Sünni mübahisəsinə dair etdiyi məktublardan ibarət kitab. Kitab 6 Zilqədə 1329-cu ildən 18 Rəbius-Sani 1330-a qədər yazılmış 106 məktubdan ibarətdir. Həmçinin bax Şərəfuddin Musəvi Şiə kitablarının siyahısı Xarici keçidlər Yüklə (az.) word yüklə (az.) Tam mətn Arxivləşdirilib 2013-09-04 at the Wayback Machine (ing.) Tam mətn Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine (ing.) El-Müracaat (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=398262 |
Əl-Müsənnə (el) | Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir . | https://az.wikipedia.org/w/index.php?curid=347011 |
Əl-Mütənəbbi | Əbu ət-Tayyib əl-Mütənəbbi Əhməd ibn əl-Hüseyn ibn əl-Həsən ibn Əbd əs-Səməd əl-Cufi əl-Kindi əl-Kufi (ərəbcə: أبو الطيب المتنبي أحمد بن الحسين بن الحسن بن عبد الصمد الجعفي الكندي الكوفي ; 920[…] və ya 915, Kufə – 23 sentyabr 965) — X əsrin dahi ərəb şairi Əslən Cufə qəbiləsindən olan şair Kufə şəhərinin əl-Kində məhəlləsində kasıb bir ailədə anadan olmuşdur və nəsəbini də elə bu yerin adından götürmüşdür. Əl-Mütənəbbinin Kufə kimi elm və mədəniyyət ocağında böyüməsi onun hərtərəfli bir şəxsiyyət, müdrik bir insan kimi formalaşmasında böyük rol oynamışdır. Ədib ilk təhsilini də məhz burada — Kufədə, şiə yönlü məktəbdə almışdır. Əksər orta əsr tədqiqatçıları əl-Mütənəbbinin hələ uşaqlıqdan şeir yazdığını və gözəl nitq qabiliyyətinə malik olduğunu bildirirlər. Gənc Əhməd öz həmyaşıdlarından gözəl şeir duyumu və hazırcavablığı ilə fərqlənirdi.924-cü ildə doğma şəhəri qərmətilər tərəfindən işğal olunduğuna görə, ailəsi ilə birlikdə buranı tərk edib, 2 ilə yaxın Suriya bədəviləri arasında yaşayıb. Köçərilərin əhatəsində keçirdiyi illər onun həyat prinsiplərinin, ictimai-siyasi görüşlərinin, bədii zövq və meyllərinin formalaşması və müəyyənləşməsinə əhəmiyyətli təsir göstərib. Burada – şəhərdəkindən fərqli bir dil mühitinin hökm sürdüyü səhrada o, yaxşı qorunmuş, korlanmamış, canlı klassik ərəb dilini mənimsəyir. Yeri gəlmişkən, təmiz ərəbcəni bədəvilərdən öyrənmək o dövrün şair və dilçiləri arasında yayılmış hal idi. Gənc Mütənəbbi Kufəyə qayıtdıqdan və ilk şeirlərini yazdıqdan sonra, istedadı üçün daha geniş meydan tapmaq ümidi ilə Bağdad, Şam və başqa mərkəzlərə səfərə çıxır, müxtəlif saraylara yol axtarır. Bütün cəhdləri boşa çıxan narahat təbiətli cavan təzədən səhraya dönür, bədəviləri Abbasilər xilafətinə qarşı üsyana çağıran moizələr söyləyir, bu işi Kufədə və Suriya səhralarında da davam etdirir. Əleyhdarlarının, o vaxtlar təqib olunan şiə məzhəbi əsasında yeni bir din icad etməkdə ittiham etdiyi şairə, ərəbcə "yalançı peyğəmbər" mənası verən "Mütənəbbi" ləqəbi də məhz bu illərdə qoyulub. Üsyankar çıxışlarına görə onu tutub 2 illiyə zindana da salıblar. Yaradıcılığı Əl-Mütənəbbi yaradıcılığının erkən dövründə dövrün təsiri çox güclü duyulur. O, şeirlərində moizəçi və cəsarətli ideyaların yayıcısı kimi çıxış edir, poeziyası qəhrəmanlıq xarakteri daşıyır, şair özünü qəhrəman obrazında təqdim və təbliğ edir. Bu mərhələnin sonuna doğru, fəaliyyətində uğursuzluğa düçar olan Mütənəbbininin yaradıcılığında onun məyusluğunun təsiri ilə ilk kədər motivləri meydana gəlir. Ömrünün sonrakı dövründə şair müxtəlif saraylarda yazıb-yaradıb. 9 il Hələb əmiri Seyf əd-Dövlənin sarayında yaşayan Mütənəbbinin məğrur təbiəti əmirin təkəbbürlü xasiyyəti ilə uyuşmasa da, onların qarşılıqlı güzəştlər hesabına başa gələn anlaşması dünya poeziyasına gözəl nümünələr – mədhiyyələr bəxş edib. Bu münasibətlərə də son qoyulduqduqdan sonra Mütənəbbi bir müddət, Misirdə hakimiyyəti zəbt etmiş zənci Kafurun sarayına sığınır. Əsl-nəsəbsiz bu xacə hökmdarın məşhurlaşmaq və mədh olunmaq üçün Mütənəbbi kimi güclü qələm sahibinə ehtiyacı vardı. Ərəb təəssübkeşi olan şair başı üzərində bir qeyri-ərəbin durmasına öz şöhrətpərəstliyini və hakimiyyət ehtirasını təmin etmək məqsədi ilə, hansısa əyalətə vali təyin olunmaq ümidi ilə dözürdü. Zənci hökmdarın bununla bağlı öz vədinə əməl etmədiyini görən Mütənəbbi məddahlıqdan əl götürüb ona bir neçə kəskin həcv yazaraq Misirdən qaçır. Şair həyatının son illərini İraq və İranda yaşayır, Buveyhi şahı Ədud əd-Dövlənin Şirazdakı sarayında fəaliyyət göstərir. Amma vətəni üçün bərk darıxdığından bir gün İraqa dönmək qərarına gəlir. Onu Bağdad yolunda, həcvlərindən birinin qəhrəmanı qətlə yetirir. Daim özünə həyatda yer axtaran, lakin heç yerdə qəlbi aram tapmayan, şəxsiyyəti və istedadı barədə — haqlı olaraq – yüksək fikirdə olan, daim həqiqi arzu və iddiaları gözündə qalan Mütənəbbinin yaradıcılığı üçün, ümumiyyətlə, tənhalıqdan, cəmiyyətə qovuşa-uyuşa bilməməkdən, başa düşülməz qalmaqdan doğan bədbin əfval-ruhiyyə xarakterikdir. Onun ləqəbinin bir izahı da belədir ki, "Mütənəbbi" kəlməsi şairi mühitləri tərəfindən anlaşılmayan, tənqid, təhqir və təcrid olunan peyğəmbərlə tale oxşarı saymaqdan yaranıb. Ən müxtəlif janrlarda yazdığı əsərlərində şairin kədəri, həyata keçməyən arzuları və puç olan xəyalları öz ifadəsini tapıb. Öz zəmanəsindən şikayət motivləri Mütənəbbi yaradıclığında mühüm yer tutur. Harda, kimlərin arasında olursa-olsun, həmişə özünü tənha hiss edən şair bunun səbəbini dünyaya vaxtsız – ya tez, ya gec gəlməyində görürdü. Şairin şikayəti nəinki ancaq dövründən və cəmiyyətdən, bütün dünyadan idi, o bütün dünyadan küsmüşdü. Dünyanı vəfasız adlandırıb ona aldanmamağı məsləhət bilirdi: "Kim ki, dünyayla uzun müddət dostluq edir, ona inamının yalan olduğunu görən kimi dünya onun gözündə dəyişir". Mütənəbbi elə hesab edirdi ki, tale ona hər cür istedad verib, odur ki, toplumu idarə etmək qabiliyyətinə və haqqına sahibdir. Lakin getdiyi yerlərdə onun iddiaları həyata keçmir, haçansa həyata keçəcəyi də qeyri-mümkün görünürdü. Həmişə sərt üzü ilə qarşılaşdığı zəmanəyə, məhz buna görə nifrinlər yağdırır, "zəmanə adamı" olan müasirlərini həqarətlə qamçılayırdı: "Mən bu adamları məzəmmət edirəm, çünki bunların ən biliklisi küt, ən qabiliyyətlisi isə nadandır. ən şərəflisi köpək, ən bəsirətlisi kordur. Ən ayığı bəbir, ən şücaətlisi isə meymundur. Dünyanın alçaqlığını gör ki, ləyaqətli adam öz aşkar düşməni ilə xoş rəftar etməyə məcburdur". Şair hər şeyin – hörmət-izzətin, şan-şöhrətin maddiyyatla ölçüldüyü dünyaya acıyır: "Qayğısı çox olan kəs Allahın ən yorğun bəndəsidir. O onların nəfsini, arzularını ixtisara salır. Sənə aid olan hər şey şöhrətlə həll olunmur. Düşmənlər müharibə edərkən varları qığılcım olur. Bu dövrdə varı olanın şöhrəti yoxdur, şöhrəti olanın varı ". Kafuru mədh elədiyi illərlə bağlı o, belə yazırdı: "Heç bilməzdim elə bir zəmanəyədək yaşayacağam ki, mənə pislik edən bir köləni tərifləyəcəyəm. Heç zənn etməzdim ki, insanlar beləcə yoxa çıxacaq və Əbu-l-Bayza kimi birisi taxt-tac yiyəsi olacaq". Mütənəbbinin öz dövrünün insanları barədə bu dərəcədə sərt hökm verməsi bir tərəfdən şairin özü haqda çox yüksək fikirdə olmasından qaynaqlanırdısa, digər tərəfdən ancaq özünü layiq bildiyi mərtəbələri ədalətsiz olaraq zəbt eləmiş mənsəb adamlarına hiddət, nifrət və ikrahından irəli gəlirdi. Hələ islamdan qabaqkı şairlərin yaradıcılığında, habelə 8–9-cu əsr poeziyasında (Əbu-l-Ətahiyə, Əbu Təmmam) mühüm yer tutan ənənəvi ərəb janrı "risə"də yazmaqda davam edərək, əl-Mütənəbbi ona fəlsəfi çalar verib və bununla, Kraçkovskinin bildirdiyi kimi, əl-Məərrinin lirikasını qabaqlayıb. Seyf əd-Dövlənin oğlanlarından birinin ölümünə həsr etdiyi mərsiyyədə şair yazır: "Biz ölüləri ağlayırıq. Çünki onlar bu dünyanı öz istəkləri ilə və ya sərvət axtarmaq üçün tərk etmirlər. "Əgər sən taleyin dəyişgənliyi haqqında fikirləşsən, başa düşərsən ki, bu elə qətldir. Bu dünya nə həyatdan məyus olmağa, nə ona nəsil saxlamağa heç dəyməz ". Mütənəbbi söyləyir ki, hər kəs üçün, istər cəsur olsun, istər qorxaq, döyüşkən olsun, ya sülhsevər – həyatın sonunda ölüm var. Həyat qısadır, o adam məqsədinə çata bilmir ki, daim ölümün onu yaxalayacağı qorxusundan əsir. Həmçinin bax Esat Ayyıldız (2020), "el-Mutenebbî’nin Seyfüddevle’ye Methiyeleri (Seyfiyyât)", BEÜ İlahiyat Fakültesi Dergisi , 7 (2) , 497–518 . DOI: 10.33460/beuifd.810283 Əfsanə Məmmədova [1] "Əl-Mütənəbbi dünyası. Poeziya və hikmət" | https://az.wikipedia.org/w/index.php?curid=365701 |
Əl-Məcid | Əl-Məcid (ər. الماجد) — Allahın adlarından biri. Ərşin sahibidir; Məcid (çox Uca)dir. (Büruc Surəsi, 15) Allahın şanı bütün kainatda özünü açıq-aşkar dəlillərlə göstərir. Onun şanının Ucalığını tanımayan heç bir insan yoxdur. Onu inkar edənlər, "inanmırıq" deyənlər belə Onun yaratdıqlarına şahid olduqları üçün əslində gücünü və şanını tanıyıb bilirlər. Ancaq içlərindəki böyüklənmə arzusu səbəbindən inkar edirlər. Allahın kainatda yaratdığı möhtəşəm gözəlliklər də, qüsursuz sistemlər də Onun şanına yaraşan şəkildədir. Səmada tonlarla ağırlıqda su daşıyan buludlar, milyonlarla işıq ili uzaqlıqda olan ulduzlar, böyük bir səs-küylə və inanılmaz bir güclə axan şəlalələr, ucsuz-bucaqsız genişlikdəki okeanlar, zirvəsi qarlarla örtülü olan min metrlərlə yüksəklikdəki dağlar, içində bir-birindən dəyişik rəngdə və səsdə saysız canlı növləri olan meşələr, Allahın yaratdığı gözəlliklərdən yalnız bir neçəsidir. Bir neçə saniyədə bir şəhəri yerlə bir edən zəlzələ, bir anda partlayaraq minlərlə dərəcə istiliyi olan lavalarını boşaldan bir vulkan, hər şeyi önünə qatıb aparan sel, düşdüyü yerə ölüm gətirən ildırım, hər şeyi yıxıb keçən bir tayfun yalnız Allahın gücünün göstəriciləridir. Allah hamısını şanına yaraşan şəkildə yaradıb. Sayılanlar və burada daha sayıla bilməyən milyonlarla nümunə yalnız Allahın şanının böyüklüyünün kainatdakı dəlillərindəndir. Allah ayələrdə belə buyurur: Doğrudan da, Rəbbimizin şanı çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır. (Cin Surəsi, 3) Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, təriflənməyə layiq olandır, Məciddir". (Hud Surəsi, 73) | https://az.wikipedia.org/w/index.php?curid=113857 |
Əl-Məcidu | Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allahdan istəyir. Allahdan başqa kömək axtaranlarınsa öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi özündən istənən də eyni mövqedədir, acizdir. Allah, Özündən başqa kömək axtaranların, içində olduqları yazıq və gücsüz vəziyyəti aşağıdakı ayəsində bir nümunəylə belə açıqlayır: Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! İnsanların hamısı çətin bir vəziyyətlə qarşı-qarşıya qaldıqlarında, Allahdan başqa sığınacaq bir güc olmadığını anlayarlar və Allahdan kömək ümid edərlər ki, bu gerçək Quranda belə bildirilmişdir: De: "Acizanə və gizlicə: "Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq"– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?" İnsanın, çətin bir anında yalnız Allahı ağılına gətirməsi, əslində tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. O halda insan gecikmədən ayədə xəbər verildiyi üzrə Rəbbimizə sığınmalıdır: Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı )inkar edə bilməyəcəksiniz. | https://az.wikipedia.org/w/index.php?curid=742607 |
Əl-Məcisti | Əl-Məcisti (ərəb. المجسطي) — Ptolemeyin kitablarından biri. 140-cı ildə yazılmışdır. "Əl-Məcisti" kitabının yalnız ərəbcə tərcüməsi bizə gəlib-çatmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=724151 |
Əl-Məhra mühafəzəsi | Əl-Məhra mühafəzəsi (ərəb. ٱلْمَهْرَة) - Yəmən Xalq Demokratik Respublikasında mühafəzə. İnzibati mərkəzi Əl-Geyda şəhəridir. | https://az.wikipedia.org/w/index.php?curid=805476 |
Əl-Məhrə mühafəzəsi | Əl-Məhra mühafəzəsi (ərəb. ٱلْمَهْرَة) - Yəmən Xalq Demokratik Respublikasında mühafəzə. İnzibati mərkəzi Əl-Geyda şəhəridir. | https://az.wikipedia.org/w/index.php?curid=616917 |
Əl-Məhəllə əl-Kübra | Əl-Məhəllə əl-Kübra (ərəb. المحلّة الكبرى) — Misirin əl-Qərbiyyə mühafəzəsində şəhər. Əhalisi təxminən 543.271 nəfərdir (2018). | https://az.wikipedia.org/w/index.php?curid=721640 |
Əl-Məjiidu | Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allahdan istəyir. Allahdan başqa kömək axtaranlarınsa öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi özündən istənən də eyni mövqedədir, acizdir. Allah, Özündən başqa kömək axtaranların, içində olduqları yazıq və gücsüz vəziyyəti aşağıdakı ayəsində bir nümunəylə belə açıqlayır: Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! İnsanların hamısı çətin bir vəziyyətlə qarşı-qarşıya qaldıqlarında, Allahdan başqa sığınacaq bir güc olmadığını anlayarlar və Allahdan kömək ümid edərlər ki, bu gerçək Quranda belə bildirilmişdir: De: "Acizanə və gizlicə: "Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq"– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?" İnsanın, çətin bir anında yalnız Allahı ağılına gətirməsi, əslində tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. O halda insan gecikmədən ayədə xəbər verildiyi üzrə Rəbbimizə sığınmalıdır: Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı )inkar edə bilməyəcəksiniz. | https://az.wikipedia.org/w/index.php?curid=742609 |
Əl-Məlca | Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allahdan istəyir. Allahdan başqa kömək axtaranlarınsa öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi özündən istənən də eyni mövqedədir, acizdir. Allah, Özündən başqa kömək axtaranların, içində olduqları yazıq və gücsüz vəziyyəti aşağıdakı ayəsində bir nümunəylə belə açıqlayır: Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! İnsanların hamısı çətin bir vəziyyətlə qarşı-qarşıya qaldıqlarında, Allahdan başqa sığınacaq bir güc olmadığını anlayarlar və Allahdan kömək ümid edərlər ki, bu gerçək Quranda belə bildirilmişdir: De: "Acizanə və gizlicə: "Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq"– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?" İnsanın, çətin bir anında yalnız Allahı ağılına gətirməsi, əslində tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. O halda insan gecikmədən ayədə xəbər verildiyi üzrə Rəbbimizə sığınmalıdır: Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı )inkar edə bilməyəcəksiniz. | https://az.wikipedia.org/w/index.php?curid=741559 |
Əl-Məlik | Əl-Məlik (ər. الملك) — Allahın adlarından biri. De: "Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali-İmran Surəsi, 26) Bu an olduğunuz yerdən ətrafınıza baxdığınızda gördüyünüz hər şeyin sahibi vardır. Oturduğunuz kreslo atomlardan meydana gəlib. Bu atomların hər birinin Yaradıcısı Allahdır. Saxsıda açan çiçək, Rəbbimizin ona təmin etdiyi imkanlarla (günəş, su vs.) ilə böyüyür. Pəncərədən görünən dəniz və içindəki bütün canlılar Allah dilədiyi üçün orda var. Hətta öz bədəniniz də sizdən asılı deyil, sizi var edən Allahın idarəsindədir. Bütün üzvləriniz, damarlarınız, sinir sisteminiz, hüceyrələrinizin hər biri Rəbbimizin elminin və üstün ağılının əsərləridir. Bu sayılanların heç biri sizin sahib olmağı düşünüb hazırladığınız, sonra da var etdiyiniz şeylər deyil. Siz dünyaya gözünüzü açdığınızda həm öz bədəninizdəki qüsursuz sistemlə, həm də içində olduğunuz dünyayla və hətta bütün kainatla qarşılaşdınız. Ancaq bundan əvvəl bunların heç birinə sahib deyildiniz və bundan sonra da öz iradənizlə bunlara sahib olmanız mümkün deyil. Əlbəttə, bu gerçək bütün insanlara aiddir. Deməli, bütün mülk hər şeyin Yaradıcısı və sahibi olan Allaha məxsusdur. Bu həqiqətə baxmayaraq insan bunları görməməzlikdən gəlir və Allahın açıq-aşkar varlığını göz ardı edərək əlindəki hər şeyin özünə məxsus olduğunu zənn edir. Bütün acizliyinə baxmayaraq, özünü üstün görən insan böyüklənir və inkara cəhd edir, lakin bu inkar yalnız özünə zərər verir; çünki Hz. Musanın söylədiyi kimi; "…"Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, möhtac deyildir, tərifə layiqdir". (İbrahim Surəsi, 8) Bütün kainatın, görünə bilən və görünməyən aləmlərin yeganə sahibi və tək hökmdarı deməkdir. Qurani-Kərimdə buyurulur: "Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir!". Yaşadığımız dünyada, onu əhatə edən canlı-cansız, kainatda mövcud nizam-intizam bunların yaradıcısının olduğuna işarədir. Allah-Təala bunları yaratmaqla yanaşı, bu nizam-intizamın davamlı qalması üçün müəyyən qanunlar sistemi buyurmuşdur. Mövcud olan hər şey Onun əmrinə tabedir və bu, əl-Məlik adında öz əksini tapmışdır. Əslində Uca Yaradıcının bu adı insanın özündə də təcəlli etmişdir. Ayaqlarını istədiyi tərəfə hərəkət etdirən, əlləri ilə istədiyi şeyi tutan insan öz bədəni üzərində hakimiyyətə sahibdir. Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il. | https://az.wikipedia.org/w/index.php?curid=113860 |
Əl-Məmun | Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Tarsus, Mersin ili) — 7. Abbasi xəlifəsi. Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı.Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi. Fəqət vəzir Fəzl bin Səhl buna əngəl olaraq dayılarına sığınmamasını, amma onlardan yardım alaraq Əminə qarşı mübarizə etməsini tövsiyə etmişdi. Buna görə Məmun şərq sərhəd-sınırları qonşusu olan xaqanla yaxın münasibət qurmuşdu. Məmunun yeni bir qüvvəyə və təcrübəli sərkərdələrə ehtiyacı vardı. Ordudakı ərəb və fars ünsürünü türklər əvəz edə bilərdilər. Xorasandaykən yaxından tanıdığı və qabiliyətlərini gördüyü türkləri orduya alıb, özünə etibarlı bir dəstək-dayaq etməyi düşündü. Bundan dolayı xilafət ordusuna bu yeni qüvvəni qatdı. Xüsusilə son illərdə türkləri orduya almağı bir dövlət siyasəti halına gətirdi. Beləcə Məmun dönəmində az da olsa, türklərdən bir qüvvə təşkil oldu. Bunların içində Kavus Afşin, Əşnas, Buğa əl-Kəbir, Urtuc kimi sərkərdələr vardı. Məmun türklərə qarşı çox yumuşaq davranırdı. Türklərdən vergisini verməyən Kavusu yaxaladınca, cəza əvəzinə ona ikram etdi. Onu Orta Asiyadakı Türk ellərinə vali olaraq göndərdi. Uşruşanalı olan bu şəxsin oğulları Heydər, Fəzl və Rəşid xilafətin böyük sərkərdələri arasına girdilər.Məmun dönəmindəki türkləri toplama və ordu təşkilatı işini qardaşı Mötəsim həyata keçirdi. Mötəsim Məmun zamanında Səmərqəndə Nuh bin Əsədin yanına Cəfər əl- Huşşəkini göndərdi. Bu şəxs oradan hər il bir miqdar türkü Bağdada gətirdi. Beləcə Məmun dönəmində orduda bəlli bir sayda Türk döyüşçüsü vardı. Bu türklər içində daha sonra Misirdə Tolonilər dövlətini quracaq olan Əhməd bin Tolunun atası Tolun da vardı. Məmunun bu birlikləri Fərqanə, Uşruşana, Şaş, və Soğdiana kimi bölgələrdən gətirildi. İlk nizami şəkildə türklərdən təşkil olan ordu bu şəkildə qurulmuş oldu. Mötəsim Avasım bölgəsində vali ikən belə Bizansla vuruşmaq üçün, topladığı türklərdən yaxşı bir süvari və oxçu bir birlik təşkil etmişdi.Məmun Xorasanda başladığı türkləri orduya toplama işini inkişaf etdirməyi düşünür, dövlətə qarşı qalxan üsyanlarda bunlardan çox faydalanmak istəyirdi. Artıq Bizans hücumlarına da qarşı qardaşı Mötəsimin əmrindəki Afşin, Əşnas, Buğa əl-Kəbir kimi türk sərkərdələr göndərilirdi. Bu Türk sərkərdələrdən Əşnas h.215-ci (M.830-cu) ildə Anadoluya uğurlu basqınlar etmişdi. Eyni sərkərdə ilə birlikdə yenə bir türk olan Sərcun Xaricilər (Xəvariciyyun) üsyanını yatırmışdı. Digər bir sərkərdə Afşin isə Misirdəki üsyanı yatırıb, dövlət işlərini qaydasına qoymuşdu. Artıq türklər orduda önəmli və təqdirə layiq bir güvvə sayılırdı. Xəlifə Məmun Pozantıda vəfat edəcəyi sırada, könlündə oğlu Abbas olsa da, orduda və idarədə o anda təsirli olan türklərin israrlı istəmələri nəticəsində Mötəsim xəlifə elan edilmişdir. Həmçinin bax Abbasilər xilafəti Harun Rəşid Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı, "Mütərcim",2015, 408 səh. | https://az.wikipedia.org/w/index.php?curid=428556 |
Əl-Mənsurə | Əl-Mənsurə (ərəb. المنصورة) — Misirdə şəhər, əd-Dəqəhliyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 960.423 nəfərdir (2012). | https://az.wikipedia.org/w/index.php?curid=721635 |
Əl-Məqdisi | əl-Məqdisi, Şəms əd Din Əbu Abdullah (945, Qüds – 990, Qahirə) — ərəb coğrafiyaçısı və səyyahı. Qüdsdə anadan olub, buradan da kunyası. Məqdisinin 985/6–89 illərdə yazdığı "İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat"(Əhsən ət-təkasim fi mərifət əl-əqalim) əsəri, çoxillik səhayətlərinin və özündən əvvəlki coğrafiyaçıların tənqidi araşdırmalarının nəticəsi, Şərqin bütün müsəlman ölkələrinin təsvirini ehtiva edir; bütün məlumatlar nizamlı qaydada verilir. Məqdisi əsasən təsvir etdikləri ölkələrin təbii qaynaqlarına, əhalinin məşğuliyətlərinə, adətlərə, inanclara, ticarətə diqqət yetirir. Məqdisinin əsəri Orta Əsrlər Şərqinin iqtisadiyatının öyrənilməsi baxımından çox vacib mənbə hesab olunur. Xarici keçidlər -Al-Muqaddasi | https://az.wikipedia.org/w/index.php?curid=525535 |
Əl-Mərcan adaları | Əl-Mərcan adaları — Fars körfəzində yerləşən süni arxipelaq. Arxipelaq dörd allüvial adadan ibarətdir. Adalar bir-birinə avtomobil körpüləri vastəsi ilə birləşmişdir. İnzibati baxımından Birləşmiş Ərəb Əmirlinin tərkibinə daxil olan Ras əl-Xayma əmirliyinə aiddir. Adalar Əl-Mərcan-Aylend şirkətinə məxsusdur. Arxipelaq turistlər arasında olduqca populyardır. 2014-cü ildə adaları yüz mindən artıq turist ziyarət etmişdir. 2013-cü ildən bu günə qədər adalar turizm sənayesi, eləcə də bitişik infrastruktur obyektlərinin istifadəsi hesabına inkişaf edən tam təchiz edilmiş yaşayış sahəsi formalaşmışdır. 2014-cü ildə adalara gələn yüz min ziyarətçinin 23 %-i BƏƏ-nin sakinləri olmuşdur. Ras əl-Xaymaya gələn turistlərin əksəriyyəti Rusiya, Şərqi Avropa və Böyük Britaniya vətəndaşlarıdır. Turizm sənayesi əmirliyin ÜDM-nun təxminən 20 % -ni təşkil edir.. Hal-hazırda adalara 20 milyard dirhəm həcmində xarici sərmayə hesabına inkişaf etdirilməsi planlaşdırılır. Bu isə adlara 20 milyon turisti cəlb etməyə imkan verəcəkdir. Adalarda Rixos, Bab Al Bahr, Hilton, Al Marjan Island Hotel & Spa və digərlərinin 5 ulduzlu otellərində cəmləşən otaqların ümumi sayı əmirlikdəkilərin 45% -ni təşkil edir. Real Madrid FK tərəfindən maliyyələşdirilən, adalarda futbol kurortu təşkil etmək layihəsi maliyyənin dayandırılması səbəbindən 2013-cü ilin sonunda ləğv edilir. Əmirlik hökuməti layihəni bərpa etmək üçün digər investorlarla danışıqlar aparır.. Adaların investisiya cəlbediciliyinə səbəb onların ərazilərində azad iqtisadi zona rejimi - fərdi və gəlir vergilərinin olmaması, 100% xarici əmlak və kapitalın qaytarılmasıdır. Arxipelaq Briz, Xəzinə, Arzular və Panorama adalarından ibarətdir. Materik sahillərindən manqrov meşələri ilə örtülüdür. Burad iki böyük dağ Yanis və Cais dağları vardır. Adalar körfəzə doğru 4,5 kilometr məsafədə uzanır və 2,7 milyon m² sahəni əhatə edir. Briz adasında bir neçə otel, dükan, uşaq meydançası və iki kilometrlik bulvarı vardır. Xəzinə adası 230 min m² sahəyə sahibdir. Marjan Island Resort & Spa da daxil olmaqla bir neçə kurorta sahibdir. Arzular adasında geniş çimərlik, bir neçə otel, klub və beş kilometrlik sahil gəzinti zolağı vardır. 460 min m² sahəsi olan Panorama adasında bir neçə kurort, klub və otel vardır. | https://az.wikipedia.org/w/index.php?curid=607178 |
Əl-Məscid əl-Haram | Məscidül-Həram (ərəb. المسجد الحرام) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir. Xarici keçidlər Məscidül Həramdan şəkillər Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=109391 |
Əl-Məsudi | Məsudi (?-956; ərəb. أبو الحسن ، علي بن الحسين المسعودي) — "ərəb Herodot" kimi tanınan tarixçi, səyyah. İbn Xəldun Məsudini "bütün tarixçilərin imamı" (başçısı) adlandırmışdır. Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudini bəzi şərqşünaslar "ərəblərin Herodotu" adlandırmışlar. Əslən Bəni-Hüzeyl qəbiləsinə mənsub olan Məsudi Babil şəhərində doğulmuş, Bağdadda yaşamışdır. O, məşhur səhabə Abdullah ibn Məsudun nəslindən olduğu üçün bu ləqəblə tanınır. Məsudi elm ardınca Fars, Kirman, Gürgan, Azərbaycan, Taliqan, Herat, Şam, Fələstin, Antakiya, Çin və Hindistana səfərlər etmiş, bu ölkələrin tarixini, adət-ənənələrini və coğrafi quruluşunu mükəmməl öyrənmişdir. Nəhayət, Misirdə dünyasını dəyişmişdir. Məsudi həm tarix, həm də sırf dini-etiqadi mövzularda yazıb-yaratmışdır. Əsərlərinin bir neçəsinin, hətta adından da göründüyü kimi, o, şiə əqidəsinə inanırmış. Məsudinin "İsbat-ül-vəsiyyə" kitabı şiə ideologiyasının əsasları mövzusunda əvəzsiz mənbələrdən sayılır. İki hissəli əsərin I bölümündə qədim peyğəmbərlərin və onların vəsilərinin (canişinlərinin) tarixi işıqlandırılıb. II bölümdə isə Həzrət Mühəmməd Peyğəmbərin (s) və 12 imamın həyat salnaməsinə müxtəsər nəzər salınıb. Məsudinin "ət-Tənbih vəl-işraf" və "Əxbar-üz-zəman" kitabları daha məşhurdur. Sonuncu kitabı müəllif əhatəli bir tarix məcmuəsi olaraq qələmə almışdı. (Kitabın həcminin 30 cild olduğunu yazırlar; təəssüf ki, əsər bu günümüzə gəlib-çatmamışdır). Sonralar o, əsəri bir az ixtisar etdi, daha sonra bu variantı da yığcamlaşdırdı. Beləliklə, Məsudiyə dünya şöhrəti gətirmiş "Müruc-üz-zəhəb" kitabı yarandı. "Müruc-üz-zəhəb" xilqətin əvvəlindən başlayaraq, 23-cü Abbasi xəlifəsi Mütinin hakimiyyətə gəlişinə kimi (946-cı il) keçən dövrün hadisələrini əks etdirir. Yəqubi tarixində olduğu kimi, "Müruc-üz-zəhəb"də də keçmiş ümmətlərin və xalqların adət-ənənələri və dini baxışları barədə ətraflı məlumat verilir. Mes‘ûdî, Ali b. Hüseyin (yazar Casim Avcı), sayfa 353–355. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt XXIX. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 2004, 554 sayfa. Xarici keçidlər Məsudi, "Əxbar əz-Zəman" | https://az.wikipedia.org/w/index.php?curid=255369 |
Əl-Mətin | Əl-Mətin (ər. المتين) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət Surəsi, 58) İnkarçıların ən çox yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Bəziləri Allahın hər şeyi ən başda yaradıb buraxdığını, daha sonra hadisələrin öz başına inkişaf edib davam etdiyini, bəziləri Allahın insanı yaratdığını lakin heç bir şeydən məsul olmadığını müdafiə edər. Nəticədə imansızlığın təməlində Allahın varlığını rədd etmə olduğu kimi, bununla yanaşı, "Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər..." (Həcc Surəsi, 74) ayəsində də ifadə edildiyi kimi, Allahı gərəkdiyi kimi təqdir edə bilməmək problemi var. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allahın qüdrətini təqdir edə bilməyən insanların Allahın qüvvətini əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allahın əzəmətini, qüdrətini çox böyük bir şiddətlə hiss edəcəklər. Allahın qüvvətiylə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən oynadılıb yeridilər, köklərindən sovrular, parça-parça edilər: Sur bircə dəfə üfürüləcəyi,yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –həmin gün Vaqiə qopacaq.Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 13-16) O gün meydana gələcək dağılma Allahın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su qaynaması kimi qaynayar, alovlanar. İnsanın bildiyi, alışdığı və sonsuza qədər qalacağını zənn etdiyi bütün varlıqlar və nizamlar kökündən pozulmağa başlayar, darmadağın olarlar. Milyonlarla ildir var olan yer və göy, onları inşa edən sonsuz güc tərəfindən parça-parça edilər. Yenə milyonlarla ildir işıq saçan həyat qaynağı Günəş söndürülərək gerçək sahibinin olduğu göz qarşısına gətirilər. Beləliklə, hər şeyin üzərində olan tək və gerçək qüvvət sahibinin Allah olduğu, yeganə hakimiyyətin və gücün də Rəbbimizə aid olduğu bütün açıqlığıyla ortaya çıxar. Bir ayədə bu gerçək belə təsvir edilir: Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır. (Zumər Surəsi, 67) | https://az.wikipedia.org/w/index.php?curid=113861 |
Əl-Məyadin | Əl-Məyadin (ərəb. قناة الميادين) — Mərkəzi Livanın Beyrut şəhərində yerləşən TV kanalıdır. Əl-Məyadin ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, yayıma başladığı vaxtdan günümüzədək müxtəlif tematik sahələri də tərkibinə qatan bir qlobal şəbəkə halına gəlmişdir. Əl-Məyadin TV və xəbər agentliyinin bütün ərəb ölkələrində və bir sıra qeyri ərəb ölkələrində jurnalist və nümayəndəliyi var. Ərəb media dünyasında "əl-Məyadin" kanalının əsas rəqibləri "Əl-Cəzirə", "BBC News Arabic", "Al Arabiya" və "Sky News Arabia" hesab edilir. Kanalın maliyyələşdirilməsi Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=676051 |
Əl-Məəjidu | Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allahdan istəyir. Allahdan başqa kömək axtaranlarınsa öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi özündən istənən də eyni mövqedədir, acizdir. Allah, Özündən başqa kömək axtaranların, içində olduqları yazıq və gücsüz vəziyyəti aşağıdakı ayəsində bir nümunəylə belə açıqlayır: Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! İnsanların hamısı çətin bir vəziyyətlə qarşı-qarşıya qaldıqlarında, Allahdan başqa sığınacaq bir güc olmadığını anlayarlar və Allahdan kömək ümid edərlər ki, bu gerçək Quranda belə bildirilmişdir: De: "Acizanə və gizlicə: "Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq"– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?" İnsanın, çətin bir anında yalnız Allahı ağılına gətirməsi, əslində tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. O halda insan gecikmədən ayədə xəbər verildiyi üzrə Rəbbimizə sığınmalıdır: Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı )inkar edə bilməyəcəksiniz. | https://az.wikipedia.org/w/index.php?curid=119343 |
Əl-Nusra Cəbhəsi | Nusra Cəbhəsi və ya Cəbhət ən-NüsrəSuriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşər Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir. Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb. | https://az.wikipedia.org/w/index.php?curid=411909 |
Əl-Nüsrə Cəbhəsi | Nusra Cəbhəsi və ya Cəbhət ən-NüsrəSuriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşər Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir. Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb. | https://az.wikipedia.org/w/index.php?curid=411911 |
Əl-Nəsr FK | Əl-Nəsr FK — 1955-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaradılmış futbol klubu. Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparır. Onlar matçlarını 25 min tamaşaçı tutumuna malik KSU Stadionunda keçirirlər. 2022-ci il dünya çempionatından sonra Kriştiano Ronaldonu transfer etməklə bütün dünyada ad çıxardılar. Bu transferdən sonra Əl-Nəsrin Instaqram izləyicilərinin sayı 15 milyona yüksəldi. | https://az.wikipedia.org/w/index.php?curid=824969 |
Əl-Qabiz | Əl-Qabiz (ər. القابض) — Allahın adlarından biri. “Bəndələrini imtahan üçün sıxıntıya salan, ölüm anında onlara əmanət etdiyi canı geri alan” deməkdir. | https://az.wikipedia.org/w/index.php?curid=113846 |
Əl-Qaffar | Əl-Qaffar (ər. الغفّار) — Allahın adlarından biri. Daim əfv edən, bütün günahları örtən deməkdir. Bu ad “örtmək”, “gizlətmək”, “çirklərdən qorumaq” mənasını verən “ğafr” kökündən törəmişdir. “əl-Ğafir” kəlməsi Qurani-Kərimdə iki dəfə, “əl-Ğafur” doxsan bir dəfə, “əl-Ğaffar” beş dəfə keçmişdir: “Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!”. Qüdsi hədislərdən birində Allah-Təalanın belə buyurduğu deyilir: “Ey insanoğlu! Sən yer üzünü dolduracaq qədər günah işləsən də, əgər mənə heç bir şeyi şərik qoşmamısansa, səni sonsuz məğfirətlə qarşılayaram”. Bu ad bizə Mövlananın “Yüz dəfə, min dəfə tövbəni pozmuş olsan da, yenə gəl!” sözlərini xatırladır. Çünki insan daim günah işləməyə meyillidir. Allah-Təala onun bu cəhətini bildiyinə görə tövbə, peşmanlıq qapılarını daim açıq saxlayır. Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il. | https://az.wikipedia.org/w/index.php?curid=113831 |
Əl-Qahhar | Əl-Qahhar (ər. القهّار) — Allahın adlarından biri. Məğlub olmayan, daim qalib gələn, güc sahibi, hər şeyə hakimiyyəti çatan deməkdir. Bu ad Qurani-Kərimdə altı dəfə keçmişdir. "əl-Ənam" surəsinin 18-ci ayəsində buyurulur: "O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!" Uca Yaradıcı Ona inanmayıb, əmrlərindən üz çevirənləri Qahhar adı ilə cəzalandırar. Allahın qəzəbinə məruz qalmamağın yolu Şeytana uymamaqdan keçir. Həmçinin, Onun yaratdıqlarına zülm, haqsızlıq etməmək lazımdır. Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il. | https://az.wikipedia.org/w/index.php?curid=113848 |
Əl-Qaidə | Əl-Qaidə — Üsamə bin Ladenin keçmiş lideri olduğu terror təşkilatı. 1989-cu ildə yaranmışdır. 2009-cu ildə Londonda nəşr olunan “El Kuds El Arabi” qəzetinin baş redaktoru Abdulbari Atvan bununla bağlı çox maraqlı məqalə yazıb. Bu məqalə dünyanın, o cümlədən Qərbin bir çox nüfuzlu nəşrlərində tərcümə edilərək yerləşdirilib. Abdulbari Atvan Əl-Qaidə haqqında A. Atvan yazır ki, 8 il əvvəl sentyabrın 11-də Nyu-Yorkda həyata keçirilən terror olayından sonra Qərbdə bəzi ekspertlər “Əl-Qaidə”nin guya zəiflədiyi haqda mülahizələr irəli sürür və bunu ABŞ başda olmaqla koalisiya qüvvələrinin Əfqanıstanda, İraqda apardıqları əməliyyatlarla əlaqələndirirlər. Sübut kimi isə London, Madrid və digər şəhərlərdə terror təşkilatının səs-küy doğuracaq əməliyyatlar həyata keçirmək yönündə cəhdlərinin uğursuzluqla nəticələnməsi qeyd olunur. “El Kuds El Arabi” qəzetinin baş redaktoru bu mülahizələri yanlış sayır. O xatırladır ki, 20-ci ilini qeyd edən “Əl-Qaidə” bu günə qədər ABŞ-nin dövlət büdcəsini 908 milyard ABŞ dolları zərərə salıb, 5 min əsgərin ölümünə, 30 min əsgərin yaralanmasına bais olub və bütün bunların sonu hələ də görünmür. Müəllif yada salır ki, “Əl-Qaidə”nin 8 il əvvəl ünvanı yalnız Əfqanıstandakı Tora-Bora dağları olub. İndi “Əl-Qaidə” Pakistan və Əfqanıstanın sərhəd bölgələri, Ərəbistan yarımadası, Şimali Afrika və Somalidə də güclü, təhlükəli şəbəkəyə malikdir və bu, Qərbdə də etiraf olunur: “Əl-Qaidə” təşkilatı əfsanəvi Draqon (əjdaha) kimi oldu. Hər başı kəsiləndə yerindən bir çox baş çıxır”. Baş redaktor yazır ki, “Əl-Qaidə” ABŞ hərbi qüvvələrinə qarşı ilk terror aktını 1994-cı ildə Somalidə, “Black Havk” təyyarəsini qaçırıb 18 heyət üzvünü öldürməklə həyata keçirib. İndi “Əl-Qaidə” Somaliyə yenidən, bu dəfə “Sebabul” İslam Hərəkatı adı altında qayıdıb. Bu, əslində ironiyadır. Çünki Somaliyə qonşu ölkələrdən, o cümlədən, Avropadan “Əl-Qaidə” bir çox könüllünü öz ətrafında toplayıb və Avropada təhlükəsizlik orqanları üçün əsas təhdid mənbəyinə çevrilib. “Əl-Qaidə” terror təşkilatının əsas hədəfi əvvəllər Küveyti ABŞ və Qərbin əsarətindən qurtarmaq olub. Bu missiyanı tamamlayandan sonra hədəflər sırasında ABŞ qüvvələrinin Ərəbistan yarımadasından çıxarılması gəlib. A. Atvan vurğulayır ki, sonradan ABŞ-nin axmaqlığı, Əfqanıstan və İraqdakı uğursuz savaşlar, ərəblərə və digər müsəlmanlara yönəlik alçaldıcı hərəkətlər, bunların geniş ictimaiyyətə də məlum olması “Əl-Qaidə”nin beynəlxalq terror təşkilatına çevrilməsi üçün əsas səbəb olub. Baş redaktor hesab edir ki, ABŞ artıq “Əl-Qaidə”yə qarşı apardığı savaşı qazana bilməz. Məsələn, 8 il öncə devrilən “Taliban” hərəkatı hazırda Əfqanıstanın 2/3 hissəsinə nəzarət edir və elə gün olmur ki, NATO əsgərləri qətlə yetirilməsin. Təkcə avqust ayında 50 amerikalı əsgər öldürülüb. Sentyabrda bu sayın 2 dəfə artacağı gözlənilir. A. Atvan bu qənaətdədir ki, hərbi və mənəvi məğlubiyyət fonunda ABŞ-nin yeni alternativ planları da özünü doğrultmur. Əfqanıstanda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinin açıqlanmasından sonra yaranacaq vəziyyət daha çox “Taliban”a sərf edir. Atası puştun, anası tacik olan prezidentliyə namizəd Abdulla Abdulla indidən seçkilərdə saxtakarlıq olduğunu iddia edir. Hazırkı dövlət başçısı Həmid Kərzainin “qələbəsi”nə görə nə əfqanların, nə də qərb dövlətlərinin bayram etməsi gözlənmir. Üstəgəl, Qərb yönümlü hazırkı hökumətin korrupsiyaya uğraması barədə də əfqan xalqında birmənalı rəy formalaşmaqdadır. Baş redaktora görə, ABŞ və onun koalisiya ortaqlarının həyata keçirdiyi hücumlar zamanı dinc insanlar arasında çoxlu sayda tələfatın olması “Əl-Qaidə” və “Taliban”ın işinə yaramaqdadır. Çünki onlar daha çox tərəfdar və özlərini qurban verməyə hazır intiharçı dəstələr qazanırlar. Digər tərəfdən, ABŞ və digər Qərb dövlətlərinin Yaxın Şərqdəki müsəlman dövlətlərin zəiflədilməsi, bu bölgədə güclü dövlətin olmamasına çalışması, böyük dövlətləri parçalama siyasətləri, eyni zamanda buradakı hakim zümrələrin korrupsiyalaşması “Əl-Qaidə”nin özünə etibarlı məkan qazanmasını asanlaşdırır. Somali, Pakistan, Sudan, Yəmən və Suriya artıq bu siyahıya daxil olmaqdadır. Qəzzə və Livan da yoldadır. Bu isə Qərb üçün çox böyük təhdid vəd edir. Çünki Pakistanda nüvə silahı var. Yəmən Qərb iqtisadiyyatının dayağı olan Körfəz neft sənayesini təhdid edir – bu ölkə neft tankerlərinin keçdiyi dəniz yolunun sahilindədir. Təşkilatın Şimali Afrikada möhkəmlənməsi Avropada yaşayan, bir qismi irqi ayrı-seçkiliklə, işsizlik və məhdudiyyətlə üzləşən 30 milyonluq müsəlman toplumunun “Əl-Qaidə”yə yaxınlaşmasına səbəb ola bilər. Baş redaktor bütün bunları ümumiləşdirərək vurğulayır ki, əslində “Əl-Qaidə” hazırda Yaxın Şərqdə faktiki yeni gücə çevrilib: “Bu gün Fələstin probleminin həlli üçün ərəb dövlətləri ABŞ-nin dediyi ilə oturub-durur, sülh səyləri isə nəticə vermir. Əgər “Əl-Qaidə” İsrailə qarşı böyük səs-küy doğuracaq bircə əməliyyat həyata keçirsə, müsəlman dünyasında “Əl-Qaidə”nin nüfuzu ən yüksək zirvəyə qalxacaq. Bu gün faktiki “Əl-Qaidə” ideologiyaya çevrilir. Qərb və İslam dövlətləri itirir, 20-ci ilində “Əl-Qaidə” qazanır”. “Əl-Qaida” ABŞ-yə atom bombası atmaq fikrindədir “ƏL-QAİDA” terrorçu təşkilatının Əfqanıstandakı lideri Mustafa Əbu əl-Yazid “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, onun təmsil etdiyi təşkilat əlinə düşən ilk imkandaca Pakistanın nüvə silahından ABŞ-yə qarşı istifadə edəcək. O, “Allahın köməkliyi ilə Pakistanın nüvə silahının “Əl-Qaida”nın əlinə düşəcəyinə” inandıqlarını bildirib: “Bu an biz nüvə silahını Amerikaya atacağıq”. | https://az.wikipedia.org/w/index.php?curid=90868 |
Əl-Qamışlı (Suriya) | Əl–Qamışlı (ərəb. القامشلي) — Suriyada şəhər, Əl-Hasəkə mühafazəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 184.231 nəfərdir. | https://az.wikipedia.org/w/index.php?curid=718364 |
Əl-Qarauin Universiteti | Əl-Qarauin Universiteti (ərəb. جامعة القرويين, fr. Université Al-Karaouine) — Mərakeşin Fəs şəhərində universitet, islam dünyasının ən tanınmış təhsil müəssisələrindən biri. Ginnesin rekordlar kitabının tərtibçiləri onu "dünyanın fasiləsiz fəaliyyət göstərən ən qədim ali təhsil müəssisəsi" hesab edirlər. Həmçinin bax UNIVERSITE Universitetin rəsmi saytı Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine (fr.) | https://az.wikipedia.org/w/index.php?curid=299025 |
Əl-Qayyum | Əl-Qayyum (ər. القيّوم) — Allahın adlarından biri. Qayyim- (ərəb. قـيّم qa-va-mə) kökündən qayyam və qayyum mübaliğəli ismi fail olub, başlanğıcı və bənzəri olmayan Allahın adlarındandır. Eyni kökdən olan ""qayyim"", sifəti-müşəbbəhə olub, lüğətdə; bir şeyin idarəsini vəya müəyyən bir işin həyata keçirilməsini üzərinə götürən yaxud bu iş üçün təyin edilen kimsə, dəyərli olan hər şey, doğru iş kimi mənaları var. Məsələn: Qadının qayyimi, əri mənasındadır. Termin kimi; bir şeyin vəya birinin məsuliyyətini üzərinə götürən və buna görə onlar üzərində idarəçi olan deməkdir. Quranda; adil, doğru-düzgün, dəyərli mənalarında istifadə olunur: "Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç <cür dəyişdirmək olmaz. doğru din budur, lakin insanların çoxu (bunu) bilmir."فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ Bu termin Məhəmməd Peyğəmbər'in bəzı gecə dualarında, yerin ve göyün hakimi olan Allahın bir sifati kimi istifadə olunub. Dua belədir: "Allahım sənə həmdolsun. Sən göyləri və yerin hakimisən."Qayyim kəliməsi, daha sonra, "məmur" , "məscidə baxan biri" , "bir xeyir qurumunun müdiri" kimi bu cür işlər üçün istifadə olund | https://az.wikipedia.org/w/index.php?curid=113852 |
Əl-Quddus | Əl-Quddus (ərəb. القدّوس) — Allahın adlarından biri. Bu adın lüğət mənası xətadan, əskiklikdən və nöqsanlardan uzaq, təmiz olan, kamal sifətləri özündə birləşdirən və bütün təriflərdən üstün deməkdir. Qurani-Kərimdə iki yerdə keçir: "Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!". Özü pak olan Uca Tanrı kainatı təmiz yaratmış, bəndələrindən də təmiz qalmaqlarını istəmişdir. Ətraf-mühitə nəzər yetirdikdə, hər canlının bu prinsipə əməl etdiyini görə bilərik. Məsələn, quşlar dimdikləri ilə yuvalarını, yaşıl ağaclar karbonu udub, oksigen verməklə havanı təmizləyir. Yer üzərinə yağan yağış tozu-dumanı yatızdırır. Buna görə də Onun razılığını qazanmaq istəyən insan həm özünü, həm də ətraf-mühiti təmiz saxlamağa çalışmalı, yeri çirkləndirməkdən, ağacları qırmaqdan, parkları, küçələri zibilləməkdən çəkinməlidir. Həmçinin, insan yalan, ikiüzlülük, ara vurmaq, qeybət kimi Allahın xoşuna gəlməyən pis əməllərdən çəkinərək, daxilini də təmiz saxlamağı bacarmalıdır. Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il. | https://az.wikipedia.org/w/index.php?curid=113855 |
Əl-Qüneytirə mühafəzəsi | Əl-Qüneytirə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Coğrafiyası Mühafəzənin ərazisi 1.861 km², inzibati mərkəzi Əl-Qüneytirə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.446 milyon nəfərdir. Məntəqələri | https://az.wikipedia.org/w/index.php?curid=84484 |
Əl-Qüneytrə mühafazası | Əl-Qüneytirə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Coğrafiyası Mühafəzənin ərazisi 1.861 km², inzibati mərkəzi Əl-Qüneytirə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.446 milyon nəfərdir. Məntəqələri | https://az.wikipedia.org/w/index.php?curid=496578 |
Əl-Qüneytrə mühafəzəsi | Əl-Qüneytirə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Coğrafiyası Mühafəzənin ərazisi 1.861 km², inzibati mərkəzi Əl-Qüneytirə şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.446 milyon nəfərdir. Məntəqələri | https://az.wikipedia.org/w/index.php?curid=700874 |
Əl-Qədisiyə (el) | Qadisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qadisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir. | https://az.wikipedia.org/w/index.php?curid=347013 |
Əl-Qəzəli | Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi. Qəzali burada dövrünün Əşari məktəbi ustadı olan İmam-ul-Haremeyni tanıdı və onun şagirdi oldu. İmam -ul — Haremeynin ölümü üzərinə məşhur Səlcuqlu vəziri Nizam-ül-Mülk ilə əlaqələri oldu və onun qurduğu Mədrəsə-i Nizamiyyə adını daşıyan Bağdad Universitetinə 484/1091-ci ildə professor təyin edildi. Bu dövr Qəzalinin həyatında əsas təyinedici mərhələni ehtiva edir. Orada şəxsiyyətinin inkişafını və təsirlənməsi üçün əlverişli mühiti tapdı və fəlsəfi biliyini dərinləşdirdi. Qəzalinin iki əsəri həyatının bu dövrünə dövrü ilə əlaqədardır. Əvvəlcə "Filosofların məqsədləri" (Makaasid-ul-Felasife) adlı əsərinin anılması gərəkdir ki, bu əsər qərbdə maraq cəlb edən bir yol qət etmişdir. 1145-ci ildə Toledoda Dominicus Gundissalinus tərəfindən "Logica et philosophia Algazelis Arabis" adı altında latıncaya tərcümə olunmuşdur. Fəqət əsərin müqəddiməsi və nəticə bölümü tərcümə edilmədiyindən Qəzalinin öncə filosofların görünüşünü açıqlayıb sonra onlara etiraz yönəltdiyi latınca tərcümədə də anlaşılmamış qalmış; bu əsər dolayısı ilə Qəzali bizim Latın Sxolastikləri nəznində Fərabi və İbni Sinanın yoldaşı bir filosof zənn edilmiş və beləcə "Ərəb" filosoflara yönəltilən müzakirə çevrəsində Qəzali də daxil edilmişdir. Qəzalinin bu dövrdə yazdığı ikinci əsər də filosoflara yönəltdiyi məşhur və şiddətli hücumdur. Aşağıda bunun üzərinə bir-iki söz söylənəcəkdir. Fəqət bu anda İslamda fəlsəfi və mənəvi düşüncənin davamlılığını bir az daha yaxşı tanıdığımıza görə Qəzalinin bu tənqidinin fəlsəfəyə şərqdə bir daha özünə gəlməyəcək şəkildə bir zərbə endirdiyini — son əsrdə deyildiyi kimi — irəli sürmək gülünc bir iddia olacaqdır. Bu gün məsələn bəzi iranlı şeyxlərə qərbli tarixçilərin Qəzalinin fəlsəfə tənqidinə bəxş etdikləri önəmdən bəhs etmək onların böyük bir heyrətə düşməsinə yol aça bilər. Eyni heyranlıq bir Suhreverdi, bir Heydər Amoli, bir Mir Damadda da ola bilərdi. Həyatının 36-cı ili Qəzali üçün bir dönüş nöqtəsini göstərir. Bu yaşında ikən, yəqinə, kəsin biliyə, zehni kəsinliyə (certitude intelectuelle) çatma problemi onun üçün elə bir şüur problemi oldu ki, çox ciddi bir iç ziddiyyətə sürükləndi, məslək və ailə həyatı da bu ziddiyyət ilə sarsıldı, 488/1095-ci ildə universiteti və ailəsini tərk etdi. İç aləmində kəsin bilik və inancı (certitude interieure) həqiyqətin əminliyi olan yəqini əldə etmə təşəbbüsünə hər şeyi fəda etdi. Nizamiyyə Universitetinin rektoru, Sünni İslamın Ortodoks inancları ilə eyniləşdirilən Əşari təliminin sözcüsü olan Qəzalinin fövqaladə bir şəxsiyyət gücünə sahib olduğu anlaşılmaqdadır. Bağdadı tərk edən Qəzali yəqinə çatan dar yola özünü həsr etdi. On il boyunca sufi geyimində və insanlardan kəsilmiş olaraq İslam aləmində səfər etdi. Səfərləri onu Şam və Qüdsə (Bu məqamda Qüds hələki xaçlıların əlinə keçməmişdi) İskəndəriyyə və Qahirəyə, Məkkə və Mədinəyə gətirib çıxartdı. Xeyli vaxtını təfəkkürə və təsəvvüf əhlinin mənəvi üsullarına həsr etdi. Ziddiyyətini məğlub etdikdən və şübhələrinə qalib gəldikdən sonra vətəninə qayıtdı. Nişapurda bir neçə il dərs verdikdən sonra 501/1111-ci ildə 19 Dekabr günü əlli iki yaşında və deməli İbn Sinadan çox gənc olaraq vəfat etdi. Xarici keçidlər Nizami və Qəzzali İmam Muhamməd Qəzali İmam Qəzalinin böyük cihadı. İ. Zərqan Arxivləşdirilib 2013-09-05 at the Wayback Machine Məhəmməd Qəzzalinin özünüdərk konsepsiyası Sultan Səncər və Qəzzali | https://az.wikipedia.org/w/index.php?curid=95151 |
Əl-Sabah sülaləsi | Əl-Sabah sülaləsi — Küveyti təqribən 200 ildən artıqdır ki, idarə edən xanədandır. Sülalə adını, Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ulu babasının adından alıb. Əl-Sabah sülaləsi Küveyti 1752-cu ildə başlayaraq idarə edirlər. Şeyx Sabah I Bin Cabir (1752–1762) Şeyx Abdullah I Əs-Sabah (1762–1814) Şeyx Cabir I Əs-Sabah (1814–1859) Şeyx Sabah II Əs-Sabah (1859 - Noyabr 1866) Şeyx Abdullah II Əs-Sabah (Noyabr 1866 – May 1892) Şeyx Məhamməd Əs-Sabah (May 1892 – May 1896) [öldürülmüştür] Şeyx Mübarək Əs-Sabah (18 May 1896 – 28 Noyabr 1915) Şeyx Cabir II Əs-Sabah (28 Noyabr 1915 – 5 Fevral 1917) Şeyx Salim Əl-Mübarək Əs-Sabah (5 Fevral 1917 – 22 Fevral 1921) Şeyx Əhməd Əl-Cabir Əs-Sabah (22 Fevral 1921 – 29 yanvar 1950) Şeyx Abdullah III Əl-Salim Əs-Sabah (29 yanvar 1950 – 24 Noyabr 1965) [19 İyun 1961 tarixində Əmir olmuştur] Əmir Sabah III Əl-Salim Əs-Sabah (24 Noyabr 1965 – 31 Dekabr 1977) Əmir Cabir III Əl-Ahmet Əl-Cabir Əs-Sabah (31 Dekabr 1977 – 15 yanvar 2006) Əmir Saad I Əl-Abdullah Əl-Salim Əs-Sabah (15 yanvar 2006 – 24 yanvar 2006) [xəstəlik səbəbiylə çəkilmişdir] Əmir Sabah IV Əl-Əhməd Əl-Cabir Əs-Sabah (29 yanvar 2006 - 2020) | https://az.wikipedia.org/w/index.php?curid=255399 |
Əl-Salam məscidi (Odessa) | Odessa müsəlmanlarının qədim ənənələri var. Odessa şəhəri Hacıbəy adlı qədim tatar yaşayış məntəqəsinin yerində salınıb. Yaşayış məntəqəsi 1240-cı ildə Krım xanı I Hacı Gəray tərəfindən salınmış və ilk olaraq Hacıbəy kimi onun şərəfinə adlandırılmışdır. Məşhur memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş tatar məscidi şəhərin mərkəzində müsəlman qəbiristanlığı ilə yanaşı yerləşirdi. Sovet hakimiyyətinin gəlişi ilə Odessa müsəlmanlarının həyatı kəskin şəkildə dəyişir. Tatar mollası Sabirzyan Səfərov güllələnir; məscid bağlanır və sonra dağıdılır. Müsəlman qəbiristanlığı da yerlə yeksan edilir. Ərəb Mədəniyyət Mərkəzi suriyalı iş adamı Kivan Adnanın vəsaiti hesabına inşa edilib. Mərkəzdə yaşından və milliyyətindən asılı olmayaraq hər kəsə ərəb dilini öyrətmək üçün pulsuz məktəb və kitabxana fəaliyyət göstərir. | https://az.wikipedia.org/w/index.php?curid=837279 |
Əl-Türkmaniyə TV | Əl-Türkmaniyə TV — İraq türkmanlarının rəsmi televiziya kanalı. İraq dövləti tərəfindən rəsmi şəkildə türkmanları təmsil edən Əl-Türkmaniyə kanalı İraq Kommunikasiya Şəbəkəsinə bağlı yayım həyata keçirir. Bu kanalın mərkəzi yayımı İraq dövlət televiziyasından həyata keçirilir. Kərkükdə studiyalarda hazırlanan və təqdim edilən xəbərlər və digər verilişlər Bağdadda yayımlanır. Kanal oktyabrın 1-i 2013-cü ildə yayıma başlayıb. Gündə 8 saat yayımlanan TV bir neçə ay sonra 24 saatlıq yayıma keçib. Kanalın İraqda Kərkük, Tuzhurmatu və Təlafərdə büroları fəaliyyət göstərir. “Cüt qəhvə”, “Günaydın Vətənim”, “Olay” “Xüsusi görüş”, “Gənclərimiz”, “Tövbə qapısı”, “Şamlar yanarkən”, “İdman”, Ziraət” ve “Burası” adlı verilişlər yayımlanır. | https://az.wikipedia.org/w/index.php?curid=620471 |
Əl-Ubeyd (şəhər) | Əl-Ubeyd ( ərəb. الأبيض, ing. Al-Ubayyid) — Sudanda şəhər, Şimali Kordofan əyalətinin inzibati mərkəzi. Burada dəmiryol stansiyası var. Şose və karvan yolları qovşağı olan şəhərdə sabun istehsal olunur. Burada qummiarabik (yapışqan) ticarəti edilir. 2013-cü ilin hesablamalarına görə şəhərin əhalisi 418,280 nəfərdir. Əhalinin əksəriyyəti müsəlmandır, xristian azlıq var. Əsas etnik qruplar ərəblər, nubalar, becalar və nilotlardır. Şəhər həm də əsasən avropalılar və turistlərdən ibarət kiçik əcnəbi qruplara evdir. İllər üzrə şəhər əhalisinin dinamikası: Əlavə ədəbiyyat | https://az.wikipedia.org/w/index.php?curid=758228 |
Əl-Uzza | Əl-Üzza (ərəb. العُزَّى) — İslamdan əvvəl Ərəbistan yarımadasında Qureyş qəbiləsinin ən böyük tanrıça bütlərindən biri. Əl-Üzzaya pərəstiş edənlərə "Əbdül-Üzza", yəni "Əl-Üzzanın bəndəsi" deyirdilər. Xalid ibn Vəlid adlı şəxs Məhəmməd peyğəmbərin (s.) əmri ilə Əl-Üzza bütünü məhv etmişdir. Bu tanrıçanın adına, əl-Lat və Mənat tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بناتالله الثلاثة), yəni Allahın üç qızı adını vermişdirlər. | https://az.wikipedia.org/w/index.php?curid=742320 |
Əl-Vahhab | Əl-Vahhab (ər. الوهّاب) — Allahın adlarından biri. Uca Rəbbimiz insanı yaratmış, onu yer üzünün xəlifəsi təyin etmiş və kainatdakı hər şeyi onun istifadəsinə vermişdir. Günəş hər gün çıxıb ətrafı işıqlandırır, dünyamıza hərarət gətirir, yağış yaradıb bol ruzi-bərəkət vasitəçisinə çevrilir. Onun mülkündə bizə verdiyi ayaqlarla gəzir, bəxş etdiyi gözlərlə gözəllikləri seyr edirik. Bütün bunlar məhz İnsan üçündür və Allahın sonsuz lütfünün göstəricisidir. “Ali-İmran” surəsinin 8-ci ayəsində buyurulur: “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!” Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il. | https://az.wikipedia.org/w/index.php?curid=113907 |
Əl-Vahid | Əl-Vahid (ər. الواحد) — Allahın adlarından biri. Həqiqətən, sizin Allahınız birdir!Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir."Allah üçün (üç ilahinin) üçüncüsüdür!" – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır).Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)De: "Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!""Cəməl" müharibəsində bir kişi Əli (ə)-a yaxınlaşıb dedi: "Ya Əmirəl-möminin, sən deyirsən Allah birdir?" Camaat hər tərəfdən onun üzərinə qışqırıb dedilər: "Görmürsən ki, Əmirəl-mömininin başı nə qədər qarışıqdır?" Əmirəl-mö᾿minin Əli (ə) buyurdu: "Onunla işiniz olmasın; çünki bu ərəbin istədiyi şey elə bizim bu camaatdan istədiyimizdir." Sonra ərəbə dedi: "Allah birdir" dedikdə dörd növ “bir olmaq” təsəvvür oluna bilər ki, onun iki mə᾿nası düzgün deyil, iki mə᾿nası isə düzgündür: Düzgün olmayan mə᾿nalardan biri budur ki, bir kəs “Allah birdir" deyərək ədəd nəzərdə tutsun. Bu düzgün deyildir. Çünki "ikincisi olmayan" heç vaxt ədədin içinə daxil olmayır. Görmürsənmi ki, "Allah üçün üçüncüsüdür" deyənlər (məsihilərin üçlük əqidəsinə işarədir) kafir olmuşlar? Digəri də budur ki, bir kəs misal üçün, "filankəs camaatdan biridir” desin. Yəni bu cinsdən olan bir növdür (yaxud bu növdən olan bir vahiddir). Bu məna da Allahın barəsində düzgün deyildir. Çünki bu təşbihdir, Allah isə təşbihdən çox-çox uzaqdır. Amma Allah barəsində düzgün olan mənalara gəldikdə isə, biri budur ki, bir şəxs "Allah birdir" desin, məqsədi də əşyalar arasında Onun oxşarı olmadığını çatdırmaq olsun. Allah belədir. Digəri isə belədir: "Allah birdir" (Əhəd – yəni Onda nə xaricdə, nə əql və nə də fəhm qüvvəsində heç növ çoxluğa və bölgüyə yer yoxdur). Allah məhz belədir. | https://az.wikipedia.org/w/index.php?curid=113902 |
Əl-Vəkil | Əl-Vəkil (ər. الوكيل) — Allahın adlarından biri. "Vəkil olaraq Allah yetər". "Gərək möminlər Allaha təvəkkül etsinlər!" "Allah bizə yetər. O, nə gözəl Vəkildir". "Məndən başqa heç bir Vəkil tutmayın. "Əgər möminsinizsə, Allaha təvəkkül edin!" | https://az.wikipedia.org/w/index.php?curid=113908 |
Əl-Xabir | Əl-Xabir (ər. الخبير) — Allahın adlarından biri.Xabir sözü xəbərdar olan deməkdir. Xabir olan Allah hər şeydən xəbərdardır. Allahın Xabir adı Qurani-Kərimdə qırx beş dəfə zikr edilir. Xabir olan Allah gizli və aşkar olan hər şeydən xəbərdardır. O, mülkündə baş verən hər şeyin həqiqətini biləndir. | https://az.wikipedia.org/w/index.php?curid=113835 |
Əl-Xaliq | Əl-Xaliq (ər. الخالق) — Allahın adlarından biri. Yoxdan var edən, yaratdığı hər şeyin bütün incəliklərini bilən, məxluqatına verdiyi ömür ərzində onların görəcəyi halı, hər hadisəni təsbit edən deməkdir. "Yaratmaq" mövcud olmayan bir şeyi meydana gətirməkdir. Bu mənada yeganə yaradıcı Allahdır. İnsanın ortaya qoyduqları isə, yaratmaq deyil, mövcud olanlardan yeni şeylər düzəltməkdir. Kainatdakı hər şey Onun "Kun və yəkun" ("Ol!") əmrinə tabedir: "Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar". Ən kiçik zərrəciklərdən qalaktikalaradək hər şey Onun bu əmrinin nəticəsidir. Uca Yaradanın "əl-Xaliq" adı Qurani-Kərimdə səkkiz yerdə keçmişdir. Yüz əllidən çox ayədə isə, "yaratdı, yaradar" şəklində Allahın yaratmasından bəhs edilir: "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!". Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il. | https://az.wikipedia.org/w/index.php?curid=113841 |
Əl-Xamra | Əl-Xamra (ərəb. الحمادة الحمراء — «qırmızı səhra») — Saxaranın şimalında, Liviya ərazisində daşlı plato. Plato şərqdən qərbə 700 km, şimaldan cənuba isə 200 km-dir. Hündürlüyü 400—500 metrdir. Ərazisi əsasən quru vadilərdən ibarətdir. Neft kimi ehtiyyatlara malikdir. Tabezruft səhrasına nisbətdə daha quraqdır. Ərazisində kol və akasiya bitir. Liviyanın vilayətlərini birləşdirən magistral yollar onu kəsir. | https://az.wikipedia.org/w/index.php?curid=455274 |
Əl-Xarəzmi | Əl-Xarəzmi (fars. محمد بن موسی خوارزمی, təq. 780[…], Xarəzm – təq. 850, Bağdad) — riyaziyyat, astronomiya və coğrafiya sahələrində fəaliyyət göstərmiş məşhur Xarəzmli alim. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan vermişdir. | https://az.wikipedia.org/w/index.php?curid=9269 |
Əl-Xasa | Əl-Əhsa, həmçinin Əl-Həsa və ya Əl-Xasa (ərəb. الْأَحْسَاء) — Səudiyyə Ərəbistanının Şərq vilayəti ərazisində ərazi. Ərəbistan yarımadasının şimal-şərqində qərarlaşır. İran körfəzi sahillərindən Qətər yarımadası və Əl-Cafura səhrasına qədər uzanır. Xarici keçidlər Tor Eigeland, 1970, The Twice-Used Water, Saudi Aramco World Jon Mandaville, 1974, Al-Hasa: Outpost of Empire, Saudi Aramco World Al-Ahsa Municipality website | https://az.wikipedia.org/w/index.php?curid=799580 |
Əl-Xufuf | Həfuf, həmçinin Əl-Hufuf və ya Əl-Xufuf (ərəb. الهفوف) — Səudiyyə Ərəbistanında yerləşən şəhər. Əş-Şarkiya (Şərq əyalətinə) inzibati dairəsində yerləşmişdir. Əhalisinin sayı 321 471 nəfərdir (2010-cu il məlumatlarına əsasən). Ümumi məlumatlar Şəhər Əl-Xasa oazisində yerləşmişdir. Abkaik neft yatağından və Daxran — Dammam — Əl-Xubar boru xətti üzrə Xarad kəndindən cənub-qərbdə yerləşmişdir. Dəniz səviyyəsindən 164 m hündürlükdə yerləşmişdir. Əl-Xufuf məşhur olan, nəhəng neft yatağı olan Qavarın yaxınlığındadır. Əl-Xufuf Səudiyyə Ərəbistanının əsas mədəni mərkəzlərindən biridir. Burada yaşayan bir çox məşhur soyadların nümayəndələri bütün ölkədə hamı tərəfəndin tanınır. Şəhərdə Kral Feysal adına Universitet yerləşir. Canlı resurslarının öyrənilməsi üzrə kənd təsərrüfatı fakultəsi və baytarlıq fakultələri fəaliyyət göstərir. Digər fakultələr isə Dammamdakı universitetdədir. Həmçinin şəhərdə tibbin, stomatologiyanın və evdarlığın öyrənilməsi üzrə qadınlar üçün xüsusi fakultələr fəaliyyət göstərir. Əfsanəyə görə, Əl-Xufuf şəhəri Leyli və Məcnunun ölüm yeri hesab edilir. Tarixin faciəli sevgi haqqında ərəb və müsəlman dünyasında ən məşhur qəhrəmanları hesab olunur. Rəvayətə görə, həm də burada Bilqeys yaşamışdır. Şəhər 1953-cü ildə Şərq əyalətinin mərkəzi olmuşdur. Əl-Xufufda əvvəlki dövrlərin — Osmanlı hökmranlığının (1871-ci ildən 1913-cü ilə qədər şəhər Osmanlı İmperiyasının tərkibinə daxil idi) izlərini tapmaq olar. Şəhərdə şəhərin tarixini əks etdirən muzeylər yerləşir. XX əsrin başlanğıcında Əl-Xufufun əhalisi təxminən 25 000 nəfər təşkil edirdi. Əhalinin dörddə üçünü (75 %) sünnilər təşkil edirdi. Yerdə qalan əhali isə şiələrdən təşkil olunmuşdur. Şəhər öz dini tərkibinə görə qarışıq idi. Bugünə kimi öz tarixi boyunca sünnilər üçün əhəmiyyətli mərkəz qalaraq — Ərəbistan yarımadasında Maliki məzhəbinin davamçıları olaraq qalır. Əl-Xufufun yaxınlığında oazisdə yerləşmiş kəndlərdə əvvəlki kimi bir çox şiə yaşayır. İqtisadiyyat və nəqliyyat Şəhərdə əldəqayırma sənətlər yaxşı inkişaf etmişdir. Yun geyimlərinin və parçaların istehsalı, qızıl və gümüş bəzəkləri bu şəhərdə geniş yayılıb. Həmçinin şəhərdə hədiyyə qılınclar və xəncərlər istehsal edilir. Mis məmulatlar daha çox hazırlanır. Şəhərin ətrafındakı vadidə xurma, üzüm, arpa və buğda yetişdirilir. Ərəb atı saxlanılır. Əl-Xufufda Səudiyyə Ərəbistanında məşhur olan dəvə bazarı yerləşir.Əl-Xufufda iki hava limanı yerləşir. Şəhərdən 130 kilometr məsafədə yerləşən Kral Faxd hava limanı ölkənin əsas hava limanıdır. İki yerli hava limanına gəlincə, onlardan biri hal-hazırda bağlanmışdır. Digər hava limanı ilə Saudi Arabian Airlines şirkəti tərəfindən Ciddəyə daxili reyslər həyata keçirilir. Şəhər ölkənin əsas liman şəhəri olan Ras-Tanur ilə ölkənin paytaxtı olan Ər-Riyadı birləşdirən dəmir yolunun üzərində yerləşmişdir. Xarici keçidlər Hofuf on www.The-Saudi.net Jabal Qarah, Splendid Arabia: A travel site with photos and routes | https://az.wikipedia.org/w/index.php?curid=799581 |
Əl-Xüms | Əl-Xüms (ərəb. الخمس) — Liviyanın Tripolitaniya regionunda şəhər. İtalyanlar 1911-ci ildə Liviyanı müstəmləkə etdilər və eyni il oktyabrın 10-da Xums şəhərindəki Murqub qalasında, digərində isə eyni yerdə başqa bir yerdə döyüşçülər və italyan ordusu arasında böyük bir döyüş baş verdi. İtaliyanın Liviyanın müstəmləkəsi dövründə ən vacib döyüşlərdən ikisi. Daha sonra Müəmmər Qəddafi babasının bu döyüşdə öldüyünü iddia etdi. II Dünya Müharibəsi zamanı Xums Müttəfiqlər tərəfindən işğal edildi və 1942-ci ildən 1951-ci ilə qədər Liviya müstəqillik qazandıqdan sonra Tripolitaniya və Kireanika bölgəsi İngiltərə Hərbi İdarəsi tərəfindən idarə edildi. İtaliya 1947-ci ildə ərazi iddiasından rəsmi olaraq imtina etdi. | https://az.wikipedia.org/w/index.php?curid=757434 |
Əl-Xəlil | Əl-Xəlil (ərəb. الخليل), həmçinin Hebron və ya Hevron (ivr. חֶבְרוֹן) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır. | https://az.wikipedia.org/w/index.php?curid=306806 |
Əl-Xənsa | Əl-Xənsa (ərəb. الخنساء; 575, Nəcd – 645, Nəcd) — Bənu Süleym qəbiləsindən olan ərəb şairəsi. Onun tam adı: Tumadir binti Əmr ibn əl-Haris ibn aş-Şarid as-Sulamiyahdır. Ömrünün çox hissəsini öz qəbiləsində keçirmiş, evlənmiş, uşaqları olmuşdur. Ömrünün sonunda İslamı qəbul edir (Məhəmməd Peyğəmbərlə görüşdən sonra). Onun Məkkə və Mədinəyə səfər etdiyi, xəlifə Ömər ibn Xəttabla görüşdüyü bildirilir. Onun dörd oğlu Qadsiyyə döyüşündə ərəb-müsəlman ordusunun tərkibində həlak olur. Əl-Hənsənin qardaşları - Səhra və Müaviyənin ölümü ilə bağlı ağı ilə məşhurlaşır. Merkuridəki krater Əl-Hənsənin adını daşıyır. | https://az.wikipedia.org/w/index.php?curid=757430 |
Əl-Xətib ət-Təbrizi | Vəliəddin Əbu Abdullah Məhəmməd ibn Abdullah əl-Umari (v. 1340, ərəb. الخطيب التبريزي) — daha çox əl-Xatib ət-Təbrizi adı ilə məşhurdur. Hədisşünas, əl-Bəğavinin “Məsabih əl-Sünnə” kitabının genişləndirilmiş variantı olan “Mişkatul-Məsabih” hədislər toplusunun müəllifi. Təbrizi “əl-İqmal fi əsma ər-rical” kitabını da yazmışdır. “Mişkat” məşhur hədislər toplusuna çevrilir və Orta Asiyada mədrəsələrdə öyrənilir. Sonradan kolleksiya dəfələrlə təkrar nəşr olundu və müxtəlif dillərə (ingilis, benqal və s.) tərcümə edilir. Daşkəndli xəttat Əbdülvədud Əhməd tərəfindən 1339-cu ildə köçürülmüş Təbrizi əlyazması Özbəkistanda saxlanılır. Biblioqrafiya: Əl-Xətib ət-Təbrizi. Əl-İkmal fi əsma ər-rical. 1907. الإكمال في أسماء الرجال | https://az.wikipedia.org/w/index.php?curid=829086 |
Əl-Yəqubi | Yəqubi (ö. 897–ci il) — tarixçi, səyyah Əhməd ibn Əbu Yəqub İshaq ibn Vazeh İsfahani tarixdə "Yəqubi" və "İbn Vazeh" kimi daha məşhurdur. Onun üçüncü nəsildən babası Vazeh xəlifə Mənsur Dəvaniqinin qulamı idi. O, Bağdad şəhərinin salınmasında fəal iştirak etmiş, şəhərin böyük bir hissəsinin tikintisinə rəhbərliyi həyata keçirmişdi. 775-ci ildə Mənsur onu Ərməniyyə vilayətinin valisi təyin etdi. Növbəti Abbasi xəlifəsi Mehdi onu Misirə vali göndərdi. Lakin az sonra Vazeh xəlifə Mehdinin əmri ilə edam olundu (785-786; bəzi məlumatlara görə Vazehin edamı Harun ər-Rəşidin zamanında baş vermişdir). Yəqubi ehtimala görə Bağdadda doğulmuş, gənclik illərini Ərməniyyə vilayətində (yəni Azərbaycan torpaqlarında) keçirmişdi. Onun Tahirilərin xidmətində olması barədə də ehtimallar vardır (Yəqubi Tahirilərin fəthləri barədə müstəqil kitab da yazmışdır). Təqribən 874-cü ildə Yəqubi əvvəlcə Hindistana, daha sonra Misirə və məğrib diyarına səfər edir. Çox güman ki, o, ömrünün sonuna kimi Şimali Afrikada yaşamış və Misirdə dünyasını dəyişmişdir. Əsərlərindən məlum olduğuna görə, Yəqubi coğrafiya, nücum (astronomiya) və ədəbiyyatı yaxşı bilirmiş. Onun Bizans və Afrika tarixinə, habelə, sair mövzulara həsr olunmuş bir neçə əsəri itmişdir. Yəqubinin dövrümüzüdək gəlib çatmış ədəbi irsi məşhur tarix salnaməsi və qismən qorunub saxlanmış "əl-Buldan" (Şəhərlər) kitabı ilə məhdudlaşır. Yəqubi hərtərəfli və ümumiləşdirilmiş tarix kitabı yazan ilk müsəlman müəllifi sayılır. O və "əl-Əxbar-üt-tival" əsərinin müəllifi Əbu Hənifə Dinəvəri monumental müsəlman tarixçiliyinin baniləridirlər. Yəqubinin əsəri Həzrət Adəmin (ə) yaradılışından başlayaraq, müəllifin yaşadığı dövrə kimi keçən mərhələni əhatə edir. Müəllif kitabı iki cilddə hazırlamışdır. I cild islama qədərki tarixi əhatə edir. Burada qədim peyğəmbərlərin tarixi, Hindistan, Yunanıstan və Roma, İran (Sasanilər), Çin, Misir və Nubiya torpaqlarının tarixi, habelə, islamdan əvvəlki Ərəbistanda baş vermiş hadisələr işıqlandırılır. II cild isə Həzrət Məhəmməd peyğəmbərin (s) doğuluşundan 15-ci Abbasi xəlifəsi Mütəmidin hakimiyyətinin əvvəllərinə (873-cü il) qədərki xilafətin tarixini əks etdirir. Yəqubi öz kitabında yalnız tarixi hadisələri sadalamaqla kifayətlənmir, yeri gəldikcə təsvir etdiyi dövrün ictimai-siyasi və mədəni mənzərəsini də verir. Əsərdə qədim dünya dövlətlərinin coğrafiyası, siyasi quruluşu, millətlərin adət-ənənələri və dini dünyagörüşləri barədə faydalı məlumatlara rast gəlirik. Məlumatlardakı bu zənginlik və dolğunluq yəqin ki, Yəqubinin müxtəlif bölgələrə etdiyi səyahətlər nəticəsində əldə olunmuşdur. Yəqubi öz əsərində şiə əqidəsində olduğunu gizlətmir. O, Qədir-Xümm əhvalatını tam qətiyyətlə təsvir etmişdir. Onuncu imama kimi (Yəqubinin kitabı bu dövrə kimi baş verənləri əhatə edir) hər bir məsum imamın vəfatı kitabda öz əksini tapmışdır; üstəlik, imamların müxtəsər tərcümeyi-halı və şəhadətə çatdırılma şəraiti təsvir olunmuş, hikmətli kəlamlarından nümunələr verilmişdir. Həmçinin bax Tarixi-Yaqubi Kitab əl-buldan | https://az.wikipedia.org/w/index.php?curid=179661 |
Əl-ayaq sindromu | Oraqvarı-hüceyrə artropatiyası, oraqvarı-hüceyrə daktiliti, "əl-ayaq sindromu" – əl-ayaq sindromu, hiperurikemiya və podaqra, sümük infarktı və aseptik nektoz, hemartroz, septik artrit, oynaqlarda qeyri-iltihabi maye, oynaqların xroniki iltihabı, əzələlərin ocaqlı nekrozu, rabdomioliz. | https://az.wikipedia.org/w/index.php?curid=832666 |
Əl-məqələtus-səlasim | Əl-məqələtus-səlasim — X-XI əsrlərdə İspaniyada-Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin tibbə dair “Əl-məqələtus-səlasim” (Cərrahiyyə və cərrahi alətlər haqqında) tibbə dair 30 cildlik əsərinin cərrahiyəyə aid XXX cildi bu ensiklopedik əsərin ən dəyərli və maraqlı hissəsidir. Kitabda 200-ə qədər cərrahiyyə alətinin şəkli verilmiş, onlardan istifadə qaydaları izah edilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma 2005-ci ildə YUNESKO-nun “Dünyanın Yaddaşı” Proqramının reyestrinə daxil edilmişdir. Bu qərarı təsdiqləyən Sertifikat Əlyazmalar İnstitutuna YUNESKO-nun baş katibi Koişiro Matsuura tərəfindən təqdim edilmişdir. “Dünya Yaddaşı” Proqramının məqsədi ayrıca xalqlar və olkələr üçün deyil, bütün bəşəriyyət üçün vacib və əvəzolunmaz olan yazılı abidələri aşkar etmək və qorumaqdır. 156 vərəqdən ibarət əsər nəsx xətti ilə, qara tuşla XII əsrdə köçürülüb. "Azərbaycan mulidissiplinar əlyazması: Xəzinədən incilər" kitabı | https://az.wikipedia.org/w/index.php?curid=535074 |
Əl-qanun fit-tibb | “əl-Qanun fit-Tibb (ərəb. القانون في الطب) — tibb tarixi ilə bağlı ən məşhur əsərlərdən biri. Əbu Əli İbn Sinanın kitabı. Şərqin böyük alimi Əbu Əli İbn Sinanın “Əl-Qanun fit-tibb” (“Tibb qanunları”) əsərinin II cildinin əlyazması qədimliyi, mükəmməlliyi ilə diqqəti cəlb edir. Əsər hicri 537, miladi 1143-cü ildə müəllifin ölümündən 6 il sonra köçürülmüşdür. Bu mənada, əlyazmanın bu nüsxəsi ən etibarlı nüsxələrdəndir. İslam Şərqinin elm tarixinin qədimliyini sübut edən bu əlyazma YUNESKO-nun təsis etdiyi “Dünyanın yaddaşı” Proqramının siyahısına daxil edilmişdir. “Tibb qanunları” Orta əsrlərdə həm Qərb, həm də Şərqdə tibb sahəsində yazılmış ən mükəmməl, tayı-bərabərı olmayan ensiklopedik əsər sayılırdı. XII əsrdə Kremonalı Gerard (1140-1187) bu kitabı ərəb dilindən latın dilinə çevirəndən sonra, o, yüzilliklər boyu Avropa Universitetlərində tibb üzrə ən mükəmməl dərs vəsaiti sayılmışdır. Kitab o qədər böyük şohrət qazanmışdı kı, dahi rəssam və heykəltaraş Mikelancelo onun haqqında bunları demişdi: “İbn Sinanın ardınca gedib yanılmaq, başqalarının ardınca gedib uğur qazanmaqdan daha yaxşıdır”. 190 vərəqdən ibarət kitabın ölçüsü 24x15 sm., mətninin ölçüsü isə 18x11 sm.-dir. Əlyazmanın hər səhifəsində 18-20 sətir vardır. Nüsxə qara mürəkkəblə, aydın, narın nəsx xətti ilə küçürülmüş, fəsil adları, müalicəvi bitki adları qırmızı murəkkəblə yazılmışdır. İbn Sinanın “əl-Qanun fit-Tibb” (“Tibb qanunu”), qısaca “Qanun” əsəri fiziologiya, hifzüsihhə (sağlamlığı qoruma), müalicə və farmakologiya aiddir. Beş cildlik, təxminən bir milyon sözdən ibarət böyük tibb ensiklopediyası olan bu əsər istər məzmunu, istərsə də hazırlanma tərzi baxımından əsrlərlə tibb ədəbiyyatına yol göstərmişdir. XIII əsrdən etibarən Avropa universitetlərində dərslik kimi istifadə edilmiş, Fransasının məşhur Monpelye və Lüven Universitetlərininin tibb fakültələrində əsas dərslik olmuşdur. Əsər müasir tibbi biliklərin yaranmasına qədər türk, ərəb, fars və müxtəlif Qərb dillərində yazılan əsərlərin başlıca istinad mənbəyi olmuşdur. “Qanun”da bəhs edilən tibbi biliklərin bir hissəsi öz dəyərini indiyədək qoruyub saxlamışdır. Əlyazmalar İnstitutunda B-1626 şifri ilə qorunan əlyazma İbn Sinanın “Qanun” əsərinin qızdırma haqqında olan fəslidir. Azərbaycan dilində olan mətn birmil dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Əsər nəstəliq xətti ilə köçürülmüşdür. Əlyazmanın cildi yoxdur. Katibi Muxtar Əfəndizadə İsmayıl oğlu Ağadaşıdır. Əlyazama Bakı şəhərində yazıya alınmışdır. Həcmi 300 vərəq, ölçüsü 17x20 sm-dir. Əl-qanun fit-tibb "Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər" kitabı | https://az.wikipedia.org/w/index.php?curid=749140 |
Əl-Üqsür | Əl-Üqsür (ərəb. الأقصر) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 202.232 nəfərdir (2006). | https://az.wikipedia.org/w/index.php?curid=721627 |
Əl-Üzza | Əl-Üzza (ərəb. العُزَّى) — İslamdan əvvəl Ərəbistan yarımadasında Qureyş qəbiləsinin ən böyük tanrıça bütlərindən biri. Əl-Üzzaya pərəstiş edənlərə "Əbdül-Üzza", yəni "Əl-Üzzanın bəndəsi" deyirdilər. Xalid ibn Vəlid adlı şəxs Məhəmməd peyğəmbərin (s.) əmri ilə Əl-Üzza bütünü məhv etmişdir. Bu tanrıçanın adına, əl-Lat və Mənat tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بناتالله الثلاثة), yəni Allahın üç qızı adını vermişdirlər. | https://az.wikipedia.org/w/index.php?curid=476191 |
Əl-İdrisi | Əbu Məhəmməd ibn Məhəmməd ibn Abdullah Əl-Idrisi (1100 – 1165) — Coğrafiyaçı, səyyah XII əsrin coğrafiya və xəritə ustadlarından Əbu Abdullah Məhəmməd b. Məhəmməd Şərif əl-İdrisi, 1100-cü ildə Əndəlusun Səbtə şəhərində doğulmuş, 1166-cı ildə Siciliyanın paytaxtı Palermoda vəfat etmişdir. İlk təhsilini Əndəlusun Qurtuba şəhərində alan, ancaq bunu kafi görməyib elmdə özünü daha da inkişaf etdirmək istəyən İdrisi, Anadolu, Şimal Afrika və İspaniyaya, buralardan da Fransa və İngiltərəyə qədər getmiş,elmi işləriylə Norman Kralı 2. Rogerin* diqqətini çəkmişdir. Təbiət elmlərə və fəlsəfəyə simpatiyasıyla tanınan 2. Roger, İdrisini Şimali Afrikadan Palermoya dəvət etmiş və onu bir dünya xəritəsi yaratmaqla vəzifələndirmişdir. Bu işlərdə, İdrisinin ehtiyac duyduğu gümüşü də, kral təmin etmişdir. İdrisi, Siciliyada 1138-ci ildən 1161-ci ilə (2. Rogerin ölümü sonrasına) qədər davam edən uzun iqamətində, üç əhəmiyyətli əsər hazırlamış; İslam və Avropa mədəniyyətlərinin qarşılaşdığı bir yer olan Palermoda, Müsəlmanlar ilə Normanlar arasındakı dialoqun ən canlı nümunələrindən biri olmağı bacarmışdır. Haqqında danışılan əsərlər bunlardır: 1- Nüzhetü’l-Müştaq fi İhtiraqı’l-Afaq: Piri Rəisdən (1470-1554) təxminən 350 il əvvəl yaşayan İdrisinin ən əhəmiyyətli əsəridir. İdrisinin on beş ilini verdiyi bu əsər, bir coğrafiya kitabı və xəritələr kataloqu olaraq da (Kitabı Rucar) tanınmışdır. Əsər, ilk olaraq 1592-ci ildə Romada basılmış; 1619-cu ildə Latıncaya çevrilmiş, beləliklə sonralar təkrar nəşr edilmişdir. Əsər, bu son nəşr əsas alınaraq, iki cild halında 1992də Frankfurtda yenidən basılmışdır. Ayrıca əsər 1951də İraq Elmlər İnstitutu tərəfindən böyüdülərək yenidən çəkilmişdir. Əsərin yazma nüsxələrinin ikisi Parisdə, ikisi İstanbulda, digərləri də Peterburq və Qahirədə var. İdrisi, əsəri hazırlayarkən İbn Havqal, İbn Xurdazbih, Ceyhani və Bətləmus kimi alimlərin əsərlərindən faydalanmış; gəmi kapitanları ilə səyyahlardan məlumatlar yığmış, uzaq diyarlara qrup gəzintiləri təşkil etmiş, yığdığı məlumatları bir-birləriylə birləşdirərək nəticəyə getməyə çalışmışdır. Gümüş lövhə üzərinə edilmiş olan və 1154də tamamlanan bu yumru dünya xəritəsi, əsas etibarilə Məmun coğrafiyaçılarının yumru dünya xəritələrinə söykənməkdədir. Aralıq dənizinin olduqca təshih edilmiş olması; Avropa topoğrafyasının daha yaxşı çəkilmiş olması; Asiyanın bir çox hissəsi üçün yeni bir topoğrafya təqdim etməsi; Asiyanın şimal şərqinin əhəmiyyətli ölçüdə kiçildilmiş, yumrulaşdırılmış və bir semer şəklini almış olması; yalnız konfigurasiyayla məhdud qalmaması; hidro-coğrafik məlumatın genişlədilmiş və orografik (dağlarla əlaqədar) xüsusiyyətlərin fərqli bir təmsillə verilmiş olması; Məmun xəritəsində olmayan bir silsilə çay və iç dənizin əsərdə yer alması , xəritənin özündən əvvəlkilərdən fərqlilik ifadə edən bəzi xüsusiyyətləridir. On ikinci əsr İslam dünyasında edilmiş olan bu iş, Avropadakı xəritəçilik işlərinə də təsir etmişdir. Əsər, bəzi təfərrüatları ehtiva etməsi səbəbindən dövründə çox əhəmiyyətli işlərindən biri olaraq qəbul edilmiş; təxminən dörd əsr boyunca, həm Şərq həm də Qərbdə istifadə edilmişdir. Dünyanın kürə şəklində olduğunu düşünən İdrisinin bu atlas-əsəri ilə kitabda olan 70 paftalık dünya xəritəsi, o günə qədər bilinən dünya coğrafiyasını təsvir edən ən geniş işdir. Çəkilən bu düz və dairevi dünya xəritələrindən Avropalı dünya kaşiflərinin faydalandığı təsbit edilmişdir. Bunun yanında Amerikanın kəşfi əsnasında bu xəritələri Colombun istifadə etdiyinə dair məlumatlar da mövcuddur. 2- Ünsü’l-Mühəc və Ravzü’l-Fərəc: Kitab yuxarıdakı ilk əsərin əlavəli bir xülasəsidir. Bu əsərdə Ekvatorun cənubunda qalan səkkizinci bir iqlimdən danışılmaqdadır. Bu əsərin Süleymanıya Kitabxanasında olan iki əlyazmasının tıpqı basımı 1984də Fuad Hissin tərəfindən edilmişdir. 3- əl-Cami’ li-Şıfatı Eştatin-nəbat və Durubi Envaci’l-Müfredat Mine’l-Eşcar Ve’s-Simar Vəl-xasa’is: İdrisi bu əsərdə botanika və zooloji, xüsusilə müalicədə istifadə edilən və bəzilərini ilk dəfə özünün zikr etdiyi bitkilər üzərində çalışmışdır. Bir bitkinin on iki, dərmanların isə altı dildə (Sürəni tərəfindən, Yunanca, Farsca, Hindcə, Latınca və Bərbəricə ) qarşılığını vermişdir. Beləcə, çox sayda yeni dərman bitkisi həkimlərin xidmətinə təqdim edilmişdir. İslam dünyasındakı tibb, əczaçılıq və botanikayla əlaqədar işləriylə tanınan Max Meyerhof, İdrisinin bu işini müxtəlif istiqamətləriylə araşdıraraq öz əsərlərində şərhlərini etmişdir. Qısaca söyləmək lazım olsa, İdrisinin coğrafiya sahəsinə ən əhəmiyyətli qatqısı, Müsəlman coğrafiya alimlərinin kəşf edib inkişaf etdirdikləri məlumatları, Qərbdəki elm mərkəzlərinə köçürmüş olmasıdır. Bütün bunlar, elmin yalnız müəyyən bir bölgənin malı olmadığı, bugünkü elmi səviyyənin insanlığın ortaq mirası olduğu həqiqətinə diqqətləri çəkməkdədir. 2. Roger və Normanlar: Siciliyada daha 9. əsrdən etibarən İslam inancına görə bir həyat şəkillənməyə başlamışdır. Çünki Sicilə, 1092-ci ilə qədər iki yüz ildən çox bir zaman, qismən və ya tamamilə Müsəlmanların əlində qalmışdır. Bu zaman ərzində Sicilyada İslami elm və mədəniyyət, həyatın içində yaşanan bir dəyər olmuşdur. Kralın da Ərəbcə danışıb yaza bildiyi bir mühitdə, mədəniyyət dili olaraq başda Latınca olmaq üzrə, Ərəbcə, İtalyanca və Yunanca istifadə edilmişdir. Ərəbcə əsərlərdən edilən tərcümələrin sürət qazanmasıyla İslam mədəniyyət və tərəqqisi ictimai dəyərləriylə birlikdə bu coğrafiyada yayılmışdır. Nəticədə şeirdən fəlsəfəyə, elmdən ictimai həyata qədər burada yeni bir mədəniyyət doğulmuşdur. Lakin Atlantik və Aralıq dənizi sahillərində quldurluq edən Normanlar, zamanla yarımadanın Lizbon, Seville, Orihuela və Barbasto kimi şəhərlərini ələ keçirmişlər və Siciliyadə Müsəlmanların yerini almışlər. Normanlar 13. əsrə qədər tamamilə Müsəlmanlaşmış bir məmləkət üzərində hökm sürmüşlər. Norman xanədanının ən parlaq dövrünü yaşadığı 2. Roger dövründə (1101-1154) Müsəlmanların ortaya qoyduğu mədəni hüquq, ehtiyacları qüsursuz qarşıladığı üçün, dəyişdirilmədən tətbiq olunmuşdur. İslam ölkələrindəki mədrəsələr əsas alınaraq qurulan elm və sənət akademiyaları bütün millətlərə açıq hala gətirilmiş, bu səbəbdən müxtəlif millətlərə mənsub alimlər bir araya gələ bilmişlər. Səyahətləri və nəticələri Əl-Idrisi coğrafiya sahəsində gördüyü işlərin nəticələrindən ərəblərlə yanaşı avropalılar da bəhrələnmişlər. Siciliya kralının dəvəti ona tədqiqat sahəsində daha geniş imkanlar açır. Tərtib etdiyi naviqasiya xəritələri həm Avropa, həm də ərəb dənizçiləri tərəfindən mənimsənilmişdir. Onun avropalılarla birlikdə Kiçik Asiyaya, Fransa və Ingiltərəyə səyahətləri haqqında təkzibolunmaz dəlilləri vardır. O, 70 vərəqə həcmində dünyanın dairəvi və dördbucaqlı xəritəsini tərtib etmişdir. Xəritə dərəcə toruna əsaslanmadığından ölçü işləri aparılmır. Idrisi Ptolomeydən daha irəli gedərək xəritəsində Skandinaviya, Baltik dənizi, Ladoqa, Oneqa göllərini, Dvina, Dnepr, Don, Volqa, Yenisey çaylarını, Baykal gölünü, Tibet, Altay dağlarını, Çin və Hindistanı əks etdirir. Lakin Hind okeanını Ptolomeyin təsiri altda qapalı hövzə kimi göstərir. Ahmad, S. Maqbul, India and the Neighbouring Territories in the "Kitab nuzhat al-mushtaq fi’khtiraq al-'afaq" of al-Sharif al-Idrisi. Leiden: E. J. Brill, 1960. Fuad Hissin, İslamda Elm və Texniki, Türkiyə Elmlər Akademiyası və T. C. Mədəniyyət və Turizm Nazirliyi Ortaq yay., Ankara 2007, Dəri 3, Səhifə 3-30. Şaban Döğən, Müsəlman Elm Qabaqcılları Ensiklopediyası, səhifə 215-217. Colin a. Ronan, Elm Tarixi, Dünya Mədəniyyətlərində Elmin Tarixi və İnkişafı, Tübitak yay., Akademik silsilə-1, Tərcümə: Prof. Dr. Ekmeleddin İhsanoğlu, Prof. Dr. Fəza Günergin, İst., 2003, səhifə 255-259. Xarici keçidlər | https://az.wikipedia.org/w/index.php?curid=749139 |
Əl-İrşad | 14-cü hicri əsrin ən görkəmli şiə alim və fəqihlərindən olan Şeyx Mufidin (336–413 hicri) qələmə aldığı "Əl-İrşad" kitabı İmamların (ə) həyatı barəsində mövcud olan ən mötəbər hədis mənbələrindən biri hesab olunur. Əsər 411-ci hicri ilində müəllifin vəfatından iki il öncə, elmi şöhrətinin zirvəsində olduğu bir vaxtda yazılmışdır. Kitabda Əhli-beytin (ə) tarixi və fəzilətləri ilə bağlı rəvayətlər toplanmış və əsər Şeyxin dostlarından birinin istəyi əsasında qələmə alınmışdır. Şeyx Mufid bu əsərində tarixi kitabların üslubuna uyğun olaraq tarixi hadisələri bəyan edir. Bundan əlavə "Əl-İrşad" etiqadi bir kitab da hesab olunur. Belə ki, əsərdə bir çox etiqadi məsələlərə işarə olunmuşdur. Eyni zamanda müəllif hədis kitablarının üslubuna uyğun olaraq mətləbləri sənədi ilə birlikdə zikr etmiş və bu iş əsərin dəyər və etibarını daha da artırmışdır. Qeyd oluna biləcək başqa bir zərif mətləb ondan ibarətdir ki, kitabın yarısı İmam Əlinin (ə) həyatına həsr olunmuşdur ki, bu da Şeyx Mufidin o Həzrətə (ə) verdiyi əhəmiyətdən söz açır. Xarici keçidlər "Əbədi Nur" dərgisində "Əl İrşad" məqaləsi Həmçinin bax Şiə məzhəbinin kitabları siyahısı | https://az.wikipedia.org/w/index.php?curid=295947 |
Əl-İsmailiyyə | Əl-İsmailiyyə (ərəb. الإسماعيليّة) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 293.184 nəfərdir (2006). | https://az.wikipedia.org/w/index.php?curid=721632 |
Əl-İttihad FK | Əl-İttihad FK (ərəb. نادي الإتحاد العربي السعودي) — və ya rəsmi adı ilə Əl-İttihad Futbol Klubu.ərəb. إتحاد جدة), 1927-ci ildə əsası qoyulmuş, Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən peşəkar futbol klubudur. Klub hazırda Səudiyyə Ərəbistanın Peşəkar Liqasında iştirak edir.Əl-İttihad matçlarını Ciddənin əsas stadionu olan "King Abdullah Sports City"-də oynayır. Səudiyyə Ərəbistanının ikinci ən böyük stadionu olan "King Abdullah Sports City" 62,345 tamaşaçı tutumuna malikdir. Əl-İttihad klubunun ən böyük rəqibi isə, , Səudiyyə El Klassikosu olaraq adlandırılan və Səudiyyə futbolunda ən görkəmli və ən çox baxılan illik matçlar hesab edilən Əl-Hilal ilə uzunmüddətli rəqabətə malikdir.Klub 1927-ci ildə qurulan bu klub, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən və ölkənin ən qədim futbol klubudur Klub tarixində ən uğurlu dövr 1990-cı və 2000-ci illərdir ki, bu zaman klub ölkə daxilində, regional və hətta qlobal miqyasda çoxlu sayda titul və nailiyyətlərə imza ataraq 2005-ci ildə Yaponiyada keçirilən FIFA Klublararası Dünya Çempionatında 4-cü yeri tutan klubla yekunlaşır. . Onlar həmçinin 2023-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək Klublararası Dünya Çempionatına ev sahibliyi edəcəklər."Əl-İttihad" iki dəfə ardıcıl olaraq AFC Çempionlar Liqası titulunu qazandığı üçün yerli və qitə səviyyəsində ən uğurlu Asiya klublarından biri hesab olunur (bunu bacaran yalnız üç Asiya komandasından biri və birincisi), bir dəfə Asiya Kubok Qalibləri Kuboku, hər biri bir dəfə GCC Çempionlar Liqası və Ərəb Çempionlar Liqası titulu. Ölkə daxilində "Əl-İttihad" doqquz liqa, beş Kral kuboku, səkkiz vəliəhd şahzadə kuboku, üç Səudiyyə Ərəbistanı Federasiya kuboku və bir Səudiyyə Superkuboku qazanaraq Səudiyyə Ərəbistanının ikinci ən uğurlu klubudur. Yaradılış (1927–1949) Klub 26 dekabr 1927-ci ildə Ciddə şəhərinin bəzi görkəmli futbol həvəskarlarının (Dean Zahid və Shawn Jazza) görüşündən sonra yaradılmışdır. Onlar radio yayımı şirkətinin ofislərində görüşüb, müxtəlif səyahət komandaları ilə rəqabət aparmaq, sakinlərin əyləncə mənbəyi və şəhər gənclərinin mütəşəkkil idmanla məşğul olmaları üçün çıxış yeri olmaq üçün futbol klubunun yaradılması ideyasını müzakirə ediblər. Hamı razılaşdı ki, onları birləşdirən komandanı yaratsınlar və İttihad Ciddə doğuldu. İştirakçılar Həmzə Fitaihi, Abdulrazag Ajlan, Abdullah Bin Zagor, Fahad Badkook, Abdulsamad Najeeb Alsaadi, İsmayıl Zəhran, Ali Yamani, Abdulaziz Jameel, Abdulateef Jameel, Abdulateef Linjawi, Othman Banajah, Ahmad Abu Talib, Ali Sultan, Əhməd Əlmir və Saleh Sələmə idi. Klubun adı bu hikmətdən, indiki klubun adını yaradan Mazen Mohammed sözündən götürülüb. Klub sahibləri onunla razılaşır ki, klubun adını ərəbcə Əl-İttihad (Birləşmiş və ya Birlik, birgə) qoysun. Ciddə Radio Ofisində çalışan komanda oyunçusu İsmayıl Zəhran işlərin rəhbəri Sultan Sultanın klubun prezidenti seçilməsinə baxmayaraq, Əli Sultan klubun ilk rəsmi prezidenti oldu. Əl-İttihad əvvəlcə güclü bir dəstək tapmadı, Əl Riyadhi kimi rəsmi klublar (cəmiyyətlər) yox idi, çünki yalnız Ciddə şəhərində güclü mədəniyyət var idi. "Əl-Riyadhi" ilə ilk görüşdə "Əl-İttihad" 3:0 hesablı qələbə qazanıb. Klub o vaxt rəsmi turnir sayılan Nişan Nazerin Kuboku adlanan tarixi bir ilk turnirə imza atdı. Təqdimatçıdan asılı olaraq, qalib Səfirliyin odununu yandıra bilər. Bir neçə klub, icmanın qatıldığı Çempionatda, finala çıxmaq üçün bir neçə oyunun olduğu Əl-İttihad mübarizə apardı. Əl-Muxtalat ilə. Hava tozlu idi, ilk hissəni tamamlamadı, matç təxminən 10 dəqiqə dayandırıldı. Hakim 8 dəqiqə dincəlmək üçün oyunu dayandırdı, ikinci yarı ilə hava yaxşılığa doğru dəyişdi, Əl-Muxtalat heyəti uğursuzluğa düçar oldu, hücum səviyyəsi aşağı oldu. Oyunun ən görkəmli oyunçusu klubun müdafiəçisi Safvandır və o, komandasına fədakarlıq edir. klub "Əl-Muxtalat"ı 3–0 hesabı ilə məğlub edərək çempion oldu. Bu turnirin ən mühüm xüsusiyyəti qurucusu Kral Əbdül-Əziz Əl-Səudun dövründə keçirilən ilk idman tədbiridir. 1940–1950-ci illər çətin olaraq qalırdı, çünki 1956-cı ilə qədər Futbol Assosiasiyası yaradılmayıb Rəsmi Turnirlərin Başlanması, Birinci Liqa Başlığı, Treble (1950–1999) 1950-ci illərin sonlarında ardıcıl iki dəfə həm Vəliəhd Şahzadə Kubokunu, həm də Kral Kubokunu qazanan ilk klub hesab olunur. 2 may 1960-cı ildə Əl-İttihad Kral Kubokunda ənənəvi rəqibləri Əl-Əhli ilə qarşılaşdı və bu, böyük 7–0 hesablı qələbə ilə başa çatdı ki, bu da derbidəki ən böyük qələbədir . Turnir başa çatdı və klub 1958, 1959 və 1960 seriyalarını tamamlayan Əl-Vehda üzərində ardıcıl üçüncü dəfə çempion oldu. Klub 1967-ci ildə Kral Kubokunu qazandıqdan sonra, 1974-cü ildə "Əl-Hilal"ı penaltilərlə məğlub etdikdən sonra Səudiyyə Ərəbistanı Assosiasiyası Kubokuna nail olmaq istisna olmaqla, yarandığı gündən bəri ən pis dövrünü keçirdi. Sonrakı onillikdə Premyer Liqa və Birinci Divizion 1982-ci ildə milli komandanın çoxlu oyunları səbəbindən birləşdirildi, Əl-İttihad tarixində ilk liqa titulunu qazandı ki, bu da buna nail olan ilk və yeganə klubdur. 21 il fasilədən sonra klub 1988-ci ildə Əl Ettifaqı məğlub edərək Kral Kubokunu qazandı. 1990-cı illərin ortalarında bir çox titulların qazanıldığı klubun qızıl dövrünün başlanğıcı hesab olunur. 1996–97-ci illərdə klub Premyer Liqa, Vəliəhd Şahzadə Kuboku və Federasiya Kubokunu qazanaraq kubokda üçlük qazandı. İki mövsümdən sonra klub finalda rəqibləri "Əl-Hilal"ı 2–0 hesabı ilə məğlub edərək tarixində üçüncü dəfə liqa çempionluğunu qazandı. İlk qitə çempionatı da Əhməd Bahcanın vurduğu qızıl qolla Jeonnam Dragons üzərində 3–2 qalib gəldikdən sonra əldə edildi. Mövsüm dörd kubok qazanmaqla başa çatdığı üçün GCC Çempionlar Liqası da əldə edildi. 1999-cu ildə klub Júbilo İvataya ümumi hesabda 2–3 hesabı ilə uduzduqdan sonra Asiya Superkubokunun ikincisi oldu. Yeni Əsr, Möcüzə, İki Çempionlar Liqası titulu (2000–2010) Yeni əsrin başlanğıcı ilə birlikdə prezident Əhməd Məsud dövründə 3 il ərzində 8 titul qazanaraq ən uğurlu dövrlərdən biri hesab olunur. 1999–2000-ci illər liqa mövsümü əsrin əvvəlində, finalda Əl-Əhli üzərində 3–1 hesablı qələbədən sonra əldə edildi, həm də Həmzə İdris misli görünməmiş 33 qol vurdu, bu da onu liqanın rekordu etdi. ən çox qol vuran və bir mövsümdə ən çox qol vuran oyunçu. Növbəti mövsümdə — beşinci dəfə Liqanın qalibi olan klub və Vəliəhd Şahzadə Kuboku. 2001–02 mövsümündə, 1 may 2002-ci ildə Əl-İttihad liqa finalını Əl-Hilala uduzdu, künc zərbəsindən ötürmə Əl Həsən Əl-Yamiyə getdi, o, vurdu və top qapıya dəqiq daxil oldu. "Əl Hilal"dan Məhəmməd Əl-Nazhan onu əli ilə çıxarıb. Hakim penalti zərbəsi olsa belə, qol təyin etmədi, o da öz növbəsində 1–2 hesablı məğlubiyyətlə başa çatdı, burada hakim finaldan altı ay sonra cəzalandırıldı və sonra üzr istəyərək dedi: "Mən sizin məğlubiyyətinizdə günahsızam. və Allah buna şahiddir". Çoxları və tənqidçilər tərəfindən "quldurluq" kimi qiymətləndirilən çoxlu tənqidlərlə üzləşdiyi üçün matç bütün səviyyələrdə böyük mübahisə yaradıb.Əhməd Məsud klubu tərk etdikdən sonra Mansur Əl-Bələvi prezident oldu və bu, azarkeşlər də daxil olmaqla, bir çoxları tərəfindən klub tarixində ən görkəmli və uğurlu dövr kimi qəbul edilir. 2002–03 mövsümündə Tukar, Səud Kariri, Məhəmməd Əl-Xilayvi və Tçeko kimi bir çox oyunçu gətirildi; Klub tarixinin ən böyük sövdələşmələrindən biri olaraq qəbul edilərkən, həm Liqa, həm də Vəliəhd Şahzadə Kuboku qazanıldı. Liqada lider olmasına və onu itkisiz başa vurmasına baxmayaraq, "Əl-İttihad" çempionatın pley-off finalında liqanın finalını "Əl-Şabab" a uduzdu. 2004-cü ildə AFC Çempionlar Liqasında Əl-İttihad yalnız bir məğlubiyyətlə qrupu birinci yerdə tamamladı. Dörddəbir finalda, Dalyanda 1–1 hesablı heç-heçə ilə uğurla keçdi, ardınca Tukarın Çinli Dalian Şide üzərində qazandığı 1–0 hesablı qələbə onları yarımfinala yüksəldi. Hər iki matç son dəqiqələrdə başa çatdı, çünki Hamad Əl-Montaşari ilk oyunu 2–1 başa vurdu və Usama Əl-Muvallad ikinci matçda ölümcül bərabərlik qolunu vurdu və klub vəsiqə qazandığı üçün Jeonbuk Hyundai Motors üzərində 4–3 hesabı ilə qalib gəldi. ilk dəfə finala. Final qeyri-adi idi; "Əl-İttihad" ilk oyunda Koreya təmsilçisi "Seongnam" ı evdə 1–3 hesabı ilə darmadağın etdi və bu, xorvatiyalı baş məşqçi Tomislav İviçin qovulmasına səbəb oldu, çünki köməkçi məşqçi Draqan Talajiçə fürsət verildi. Öz növbəsində Seongnamdakı cavab matçına başlayan Redha Tukar, künc zərbəsindən topa yüksələrək hesabı açıb, ilk qolu vurdu, İdris ikinci qolu ilk hissənin sonlarında, Məhəmməd Nur iki həlledici qolu vurdu. İkinci yarıda qolları, əvvəl Abushgeer beşinci və son qolu atdı. Möcüzəvi 5–0 qələbə ilə 1–3 məğlubiyyətin öhdəsindən gələrək, ilk titulunu əldə etmək üçün Dragan Talajic nailiyyəti unudulmaz və demək olar ki, qeyri-mümkün idi, bu cavab matçı AFC Çempionlar Liqası tarixində ən təəccüblü və unudulmaz geri dönüşlərdən biri oldu., bu "möcüzə" adlanırdı. Turniri xatırlayan Talajiç, "Mən əvvəlcə həmyerlilərim Tomislav İviçin köməkçisi idim və ondan çox şey öyrəndim və böyük komanda ilə işləmək fürsətini gözəl bir şey hesab etdim, buna görə də işləməyə razılaşdım. Onunla mövsümün əvvəlində gəldiyimizdən səkkiz ay sonra komandada idim və oyunçular haqqında hər şeyi bilirdim." və davam etdi: "O zaman gənc idim və bəlkə də beş hücumçu ilə oynayanda dəli olmuşdum, matçdan əvvəl hamıya qalib gələcəyimizi demişdim, həmişə qalib gələcəyimizi bilirdim, amma fərqin olub-olmayacağını bilmirdim. yetər".Əl-İttihad finalda Tunisin Sportif Sfaxien klubunu məğlub etdikdən sonra ilk ərəb çempionluğunu qazandı. 5 noyabr 2005-ci ildə Əl-İttihad Əl-Ayn üzərində 5–3 hesablı qələbədən sonra ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi oldu. "Monako" dan icarəyə götürülmüş Məhəmməd Kallon 6 qolla turnirin bombardiri oldu; bunlardan ikisi finalda idi — bu da ikinci titul qazanmağa kömək etdi. Mohammed Noor, turnirin ən yaxşı oyunçusu seçildi. Klub hazırkı buraxılışında ardıcıl olaraq AFC Çempionlar Liqasını qazanan yeganə klub olaraq qalır. Klub Çempionlar Liqası titulunu qazandıqdan sonra Yaponiyada keçirilən FİFA Klublararası Dünya Çempionatına ilk dəfə vəsiqə qazandı — çünki turnirə vəsiqə qazanan ikinci Səudiyyə komandası oldu. 11 dekabr 2005-ci ildə Məhəmməd Nurun yeganə qolundan sonra Əl-İttihad Afrika çempionu Əl-Əhlini məğlub edərək yarımfinala vəsiqə qazandı. "Əl-İttihad" KONMEBOL çempionu San Paulo ilə qarşılaşıb və oyun 2–3 hesablı məğlubiyyətlə başa çatıb. Əl-İttihad üçüncü yeri müəyyənləşdirmək üçün Kosta-Rika klubu Deportivo Saprissa ilə qarşılaşdı və 2–3 hesabı ilə məğlub oldu, Mohamed Kallon və Joseph-Désiré Jobun vurduğu iki qolla Klublararası Dünya Kubokunu 4-cü yerdə bitirdi. FİFA-nın keçmiş prezidenti Zepp Blatter heyranlığını ifadə edərək, "25 ildə bu qədər böyük Asiya komandası görməmişdim" dedi. "İttihad"ın uğurları təkcə futbolla məhdudlaşmır, həmçinin basketbol, su polosu, stolüstü tennis, voleybol və üzgüçülük idmanlarında da uğur qazanır. Ümumilikdə "İttihad" 8649 kubok qazanıb. Bununla belə, futbol əsas idman növü olaraq qalır. Ciddə derbisi Əl-İttihad və Əl-Əhli arasında Ciddə derbisi Səudiyyə Ərəbistanı Liqasının ən rəqabətli oyunlarından biri kimi tanınır. Milli yarışlar başlayandan hər iki klub eyni şəhərdən olan iki rəqibin təmsilçisi kimi görünürdü: Ciddə . Əl-Əhli 2022-ci ildə birinci diviziona düşənə qədər bu rəqabət hər il 70 ildən çox davam etdi. Səudiyyə Klassikosu Səudiyyə El Clasico və ya sadəcə olaraq Klassiko, Səudiyyə futbolunda Əl-İttihad və Əl-Hilal arasında uzun müddət davam edən rəqabətli matçdır. Müsabiqə Səudiyyə Ərəbistanı Krallığının ən böyük və mədəni baxımdan ən görkəmli şəhərləri olan Ciddə və paytaxt Ər-Riyadın ən böyük və ən mühüm iki klubunu təmsil edir. Hər iki klub ölkə və qitə səviyyəsində ən uğurlu klub hesab olunur. Əl-İttihad Səudiyyə Ərəbistanı Krallığında hələ də sağ qalan ən qədim idman klubudur və Xalq Klubu kimi görülür. Əl-Hilal Paytaxt Klubunun mədəniyyətini təmsil etdiyi halda, kütlə onu Lider adlandırır. İki komanda ildə iki dəfə liqada görüşür, çünki onlar Kral Kuboku və ya Səudiyyə Super Kuboku və ya AFC Çempionlar Liqasında da qarşılaşa bilərlər. Səudiyyə futbolunun ən görkəmli və ən çox baxılan matçı hesab olunur. İki komanda arasında ilk görüş 1962-ci il iyulun 27-də paytaxt Ər-Riyadda yoldaşlıq oyunu keçirilib və "Əl-İttihad"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İki komanda arasında ilk rəsmi görüş 1964-cü il yanvarın 10-da Kral Kubokunun finalı olub və bu da öz növbəsində "Əl-İttihad"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İki komandanı bir araya gətirən rəsmi görüşlərdə ən çox qələbə qazanan "Əl-Hilal"dır. İki komanda 148 rəsmi görüşdə üz-üzə gəlib, "Əl-Hilal" 63, "Əl-İttihad" 50, 35 görüşdə isə bərabərlik qeydə alınıb. "Əl-Nassr" la birlikdə onlar yarandığı gündən İkinci Diviziona düşməyən yeganə 3 komandadır. Hazırkı gün Əl-İttihad, Ciddənin cənub-şərqində, Müşrəfa səmtinin Sahafa küçəsində yerləşir və onların böyük bir idman kompleksi var. Böyüklərdən ibarət komandalar rəsmi oyunları şəhərin şimalında yerləşən King Abdullah Sports City- də, gənclər komandaları isə klubun qərargahında oynayır. 2006-cı ilin dekabrında klub portuqaliyalı yarımmüdafiəçi Luiş Fiquya ərəb futbolunda ən gəlirli hesab edilən müqaviləni təklif etdi. Bildirilib ki, Luiş Fiqu 2007-ci il iyulun 1-də "İnter" lə hazırkı müqaviləsi başa çatdıqdan sonra kluba keçəcək. Ancaq çox keçmədən, Fiqonun hazırkı klubu Internazionale, Fiqonun hələ Əl-İttihad ilə müqavilə imzalamadığını və qoşulmayacağını bildirdi. Bundan sonra Fiqu İnter ilə müqaviləsini 2007–08 mövsümünün sonuna qədər uzadıb, razılaşmanın şərtlərinə əməl edilmədiyini və bununla da müqaviləni ləğv etdiyini əsas gətirdi. Əl-İttihad 2009-cu ildə bir ayaqlı AFC Çempionlar Liqası Finalında Pohang Steelers- ə 1–2 hesabı ilə uduzduqdan sonra böyük əsəb keçirdi, çünki Əl-İttihad pley-off mərhələsinə məğlubiyyətsiz daxil oldu və 1/4 finalda və yarımfinalda qalib gəldi. finallar müvafiq olaraq 2–1, 5–1 və 8–3. Əl-İttihad azarkeşlərinin əksəriyyətinin fikrincə, bu gözlənilməz və layiq olmayan itki komandada böyük narahatlıqlara səbəb oldu, çünki İttihad azarkeşləri bu xüsusi məğlubiyyətdən sonra klubun pisləşdiyini etiraf etdilər. Bu itkidən 2023-cü ilə qədər və 13 il ərzində klub yalnız 5 titul qazana bildi, bunların heç biri liqa titulları olmadı, həmçinin bir neçə mövsüm aşağı liqadan çətinliklə sağ qaldı. Böyük azarkeş kütləsi Matç izləyiciləri baxımından Əl-İttihad həmişə Səudiyyə Ərəbistanının 1 nömrəli klubu olub, çox vaxt ikinci yerlə müqayisədə böyük fərqlə. 2014–15 Səudiyyə Liqasında "Əl-İttihad"ın 12 ev oyununda tamaşaçı sayı rekord həddə — 550.822 azarkeşə çatdı (hər matça orta hesabla: 42.371), heç bir kubok qazanmamasına baxmayaraq, Chelsea, AS Roma və Juventus kimi böyük klubları geridə qoydu mövsüm, nə də əvvəlki mövsüm. 2016-cı ildə Amerikanın "The Sportster" saytı Əl-İttihad azarkeşlərini dünyanın 12-ci ən nüfuzlu futbol azarkeşləri sırasına daxil edib. Əl-İttihad Səudiyyə Ərəbistanında, Ərəb Liqası arasında və Asiyada güclü azarkeş kütləsi yaratmışdır. Klub tərəfdarları ruhlu olmaları və şüarları ilə məşhurdurlar. 1 may 2014-cü ildə açıldığı gündən etibarən Əl-İttihad Kral Abdullah İdman Şəhər Stadionunu yerli rəqibi Əl-Əhli ilə bölüşür, onların əvvəlki evi Şahzadə Abdullah Əl Faysal Stadionu isə 2022-ci ildə təmir olunana qədər tikinti ilə üzləşib. Rəsmi sponsor 9 yanvar 2006-cı ildə mətbuat konfransında klubun prezidenti Mansur Albalawi elan etdi ki, Sela Sport Co (Səudiyyə Milli Komandasının sponsoru olan) 5 mövsüm ərzində Əl-İttihada sponsorluq etmək üçün 350 milyon riyal ödəyəcək. Əl-İttihad daha sonra Səudiyyə Telekom Şirkəti tərəfindən maliyyələşdirildi, lakin komanda STC ilə müqaviləni yeniləmədi. Fəxri mükafatlar və statistika Əl-İttihad Səudiyyə Ərəbistanının ən uğurlu klublarından biridir, 30-u yerli olmaqla 37 rəsmi mükafata malikdir. Klub qitə miqyasında əldə etdiyi uğurlarla yanaşı, ardıcıl iki dəfə AFC Çempionlar Liqasının qalibi olan yeganə üç Asiya klubundan biridir. Xarici keçidlər Əl-İttihadın səksən ili Əl-İttihadın səksən ili int.soccerway.com Əl Ittihad Futbol Klubunun Xanım azarkeşləri şəbəkəsi 27–02-2021 tarixində Archived Ərəb saytı Super.ae Ərəb Saytında Al Ittihad Club Əl Ittihad AFC Çempionlar Liqasının rəsmi saytında İnternetdə Ittihad Club Fans Liqası Alittihad in Languages Archived -də (in English, French, German, and Italian) Əl Ittihad Ərəb Çempionlar Liqasının rəsmi saytında : ərəb – İngilis dili — Francais | https://az.wikipedia.org/w/index.php?curid=798944 |
Əl-Əbyad | Əl-Əbyad — Afrika materikinin şimalda ən ucqar nöqtələrindən biri. Mozambiknski silsiləsində yerləşir və hündürlüyü 6931 m hündürlüyə çatır. | https://az.wikipedia.org/w/index.php?curid=387523 |
Əl-Ədl | Əl-Ədl (ər. العدل) — Allahın adlarından biri. Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8) Allah ədalətlilərin ən xeyirlisidir. Onun nizamı bütün kainatı ehtiva etmişdir. O, ədalətini dünyada və axirətdə qullarına göstərəcəkdir. Hər şeyi haqqıyla görən, hər şeyin içini, xaricini bilən, hər şeydən xəbərdar olan Allahın bütün işləri hikmətli və ədalətlidir. İnsanların həyatları boyunca işlədikləri bütün hərəkətlər mütləq Allahın ədalətinə görə qiymətləndiriləcəkdir. Zülm edənlərin zülmlərinin əlbəttə qarşılıqsız qalmayacağını, yaxşı bir sözün belə mükafatının veriləcəyini, Allah Quranda bizə xəbər verir. Bütün bunların ədalətlə qiymətləndiriləcəyi yer axirətdir; Allahın sonsuz ədalətinin təcəlli edəcəyi yer... Dünya həyatında inkarçıların peyğəmbərlərə və möminlərə çıxartdıqları çətinliklər, atdıqları şərlər, işlədikləri günahlar əlbəttə qarşılıqsız qalmayacaqdır. Möminlərin cənnətdəki dərəcələrini yüksəldən bütün bu çətinliklər, inkarçıların da cəhənnəmin ən alt təbəqələrində düşmələrinə vəsilə olacaqdır. Allah hesab günündə son dərəcə həssas tərəzilərlə heç kimə haqsızlıq etməyəcək, dünyada onlara verdiyi vaxtın sonunda sonsuz ədalətinə uyğun olaraq hesabını ardıcıl görəcəkdir. Şübhəsiz Allah hər şeyi bilən və vədinə ən sadiq olandır. İnsanlar dünyada etdiklərinin qarşılığını axirətdə mütləq görəcəklər. Beləcə inkarçılar, içində yaşadıkları inkarın, ən acı şəkildə qarşılığını tapacaq, Allaha imanlarında və bağlılıqlarında qərarlı olanlar isə etdiklərinin qarşılığını ən gözəliylə mütləq Allahdan alacaqlar. Ayədə belə buyurulur: (Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında beyəti-rizvanla) sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fəth Surəsi, 10) Ancaq burada üzərində diqqətlə düşünülməli olan bir yer vardır. Allahın ədalətini düşünərkən qətiyyən bir insanın ədalət anlayışıyla müqayisə edilməməlidir. Çünki inkar edən bir insan istəkləri və zəifiliyi qaşısında aciz qala bilər, ədalətli olmağa çalışarkən duyğusallıq göstərə bilər, bir mövzu haqqında səhv hökmlər verə bilər və etdiklərini unuda bilər. Ən vacibi də qarşısındakının içindən keçirdiklərini bilməsi mümkün deyil. Allah isə əsla səhv etməz və əsla unutmaz. Hər insan üçün onun hər hərəkətinə nəzarət edən və qeyd edən mələklər təyin edib. Bu mələklər insanların həm içindən keçəni, həm də bütün hərəkətlərini yazırlar. Nəticə olaraq Allah insanın ruhuna tamamiylə hakimdir. Ən ədalətli hökm verəcək olan da Rəbbimizdir. İsra Surəsinin 71-ci ayəsində, Allahın sonsuz ədalət sahibi olduğu belə xəbər verilir: Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çərdəyinin yarığındakı tel) qədər haqsızlıq edilməz. (İsra Surəsi, 71) Bütün pisliklərin, inananların əleyhinə qurulan qruplaşmaların, hazırlanan tələlərin qarşılığı ən kiçik detalına qədər axirətdə veriləcək. Allah inkarcılara, dünya həyatında əslındə yalnızca onların pisliklərini artırmağa səbəb olacaq mal, mülk, zənginlik və bunun kimi bir çox imkan verə bilər. Allah ayələrində bunlara aldanmamağı bildirmişdir. Çünki qısaca dünya həyatının mənfəətinin, axirətdəkinin yanında heç bir mənasının və əhəmiyyətəinin olmadığı şübhəsiz həqiqətdir. Hələ sonsuz bir cəhənnəm inkarçılara getdikçə yaxılaşarkən... Əsil yurd olan axirətdə hər nəfs etdiklərini qarşısında hazır tapacaq. Allah sonsuz ədalətinin təcəllisini qullarına, cənnətində və cəhənnəmində sonsuza qədər göstərəcək. Allah ən sonunda Özünə inananlarla inanmayanların arasını haqq ilə ayıracaq. Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mümtəhinə Surəsi, 8) Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir! (Nisa Surəsi, 58) Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! (Maidə Surəsi, 42) De: "Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!" (Səbə Surəsi, 26) | https://az.wikipedia.org/w/index.php?curid=113529 |
Əl-Əfuv | Əl-Əfuv (ər. العفو) — Allahın adlarından biri. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa Surəsi, 149) İnsan, yaradılış etibarıyla səhv etməyə meylli varlıqdır. Hər an, bir çox mövzuda qüsurlu düşünə bilər, səhv bir qərar verə bilər, xətalı rəftar göstərə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmamazlıqları bilən Allah, edilən səhvləri də əfvedicidir. Allahın "əfvediciliyi" olmasa heç bir insanın cənnətə girməyi mümkün olmazdı. Bu gerçəyə Quranda açıqça diqqət çəkilmişdir: Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər. (Nəhl Surəsi, 61) Lakin unutmamaq lazımdır ki, Allahın əfvediciliyi səmimi qulları üçün keçərlidir. O, Özünə içdən yönəlib dönən insanların günahlarını əfv edər. Əhəmiyyətli olan insanın səmimi olub, qəti bir qərarlılıqla tövbə etməsidir. Yoxsa tövbə edib təkrar-təkrar əvvəlki səhvlərinə geri qayıdanların və etdiklərindən həqiqi bir peşmanlıq hiss etməyənlərin tövbəsini qəbul etməyəcəyini Allah bir ayədə belə bildirir: Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Nisa Surəsi, 17) | https://az.wikipedia.org/w/index.php?curid=113530 |
Əl-Əhli İK | Əl-Əhli — Misirin futbol klubu. 1907-ci ildə yaradılıb. Afrika kuboklarında iştirak FİFA Klublararası Dünya Çempionatı Bürünc medalçı (1): 2006 CAF Çempionlar Liqası Qalib (9): 1982, 1987, 2001, 2005, 2006, 2008, 2012, 2013, 2021 Afrika Kuboklar Kuboku Qalib (4): 1984, 1985, 1986, 1993 CAF Super Kuboku Qalib (6): 2002, 2006, 2007, 2009, 2013, 2021 Afro-Asian Klub Çempionatı Qalib (1): 1988 Ərəb Çempionlar Kuboku Qalib (1): 1996 Ərəb Kuboklar Kuboku Qalib (1): 1995 Ərəb Super Kuboku Qalib 2: 1997, 1998 Ölkə daxili arenada Misir Premyer Liqası Qalib (43): 1948-49, 1949-50,1950-51, 1952-53, 1953-54, 1955-56, 1956-57, 1957-58, 1958-59, 1960-61, 1961-62, 1974-75, 1975-76, 1976-77, 1978-79, 1979-80, 1980-81, 1981-82, 1984-85, 1985-86, 1986-87, 1988-89, 1993-94, 1994-95, 1995-96, 1996-97, 1997-98, 1998-99, 1999-00, 2004-05, 2005-06, 2006-07, 2007-08, 2008-09, 2009–10, 2010–11, 2013/14, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2022/23 Misir Kuboku Qalib (35): 1923-24, 1924-25, 1926-27, 1927-28, 1929-1930, 1930-31, 1936-37, 1939-40, 1941-42, 1942-43, 1944-45, 1945-46, 1946-47, 1948-49, 1949-50, 1950-51, 1952-53, 1955-56, 1957-58, 1960-61, 1965-66, 1977-78, 1980-81, 1982-83, 1983-84, 1984-85, 1988-89, 1990-91, 1991-92, 1992-93, 1995-96, 2000-01, 2002-03, 2005-06, 2006-07 Misir Super Kuboku Qaib (7): 2003, 2005, 2006, 2007, 2008, 2010, 2011 Sultan Hüseyn Kuboku Qalib (7): 1923, 1925, 1926, 1927, 1929, 1931, 1938 Çempion (5): 1938-39, 1941-42, 1942-43, 1947-48, 1949-50 Birləşmiş Ərəb Respublikaları Liqası (2) Çempion (2): Y 1960-1961 Əl-İttihad Əl tanshiteya Kuboku (1) Qalib (1): 1989 Xarici keçidlər Rəsmi sayt Arxivləşdirilib 2019-09-30 at the Wayback Machine Ultras Ahlawy "rəsmi vebsayt" (ultras group for Al-Ahly) BBC World Service: African Footballer of the Year 2008 BBC News article referencing "Club of the Century" BBC News article referencing unbeaten streak | https://az.wikipedia.org/w/index.php?curid=88485 |
Əl-Əhram | "Əl-Əhram" (ərəb. الأهرام; azərb. Piramidalar) — Misirin paytaxtı Qahirədə nəşr olunan gündəlik qəzet. Qəzet 1875-ci ildə Livanlı iki xristian qardaş – Salim və Bişara Takla tərəfindən yaradılmışdır. 1881-ci ildən sonra gündəlik nəşrə keçmişdir. 29 yanvar 2015-ci ildə naməlum silahlılar Əl-Əriş şəhərindəki qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetirmişdir. Xarici keçidlər ahram.org.eg — Əl-Əhram rəsmi saytı | https://az.wikipedia.org/w/index.php?curid=392944 |
Əl-Əhsa | Əl-Əhsa, həmçinin Əl-Həsa və ya Əl-Xasa (ərəb. الْأَحْسَاء) — Səudiyyə Ərəbistanının Şərq vilayəti ərazisində ərazi. Ərəbistan yarımadasının şimal-şərqində qərarlaşır. İran körfəzi sahillərindən Qətər yarımadası və Əl-Cafura səhrasına qədər uzanır. Xarici keçidlər Tor Eigeland, 1970, The Twice-Used Water, Saudi Aramco World Jon Mandaville, 1974, Al-Hasa: Outpost of Empire, Saudi Aramco World Al-Ahsa Municipality website | https://az.wikipedia.org/w/index.php?curid=454734 |
Əl-Əhəd | Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allahdan istəyir. Allahdan başqa kömək axtaranlarınsa öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi özündən istənən də eyni mövqedədir, acizdir. Allah, Özündən başqa kömək axtaranların, içində olduqları yazıq və gücsüz vəziyyəti aşağıdakı ayəsində bir nümunəylə belə açıqlayır: Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! İnsanların hamısı çətin bir vəziyyətlə qarşı-qarşıya qaldıqlarında, Allahdan başqa sığınacaq bir güc olmadığını anlayarlar və Allahdan kömək ümid edərlər ki, bu gerçək Quranda belə bildirilmişdir: De: "Acizanə və gizlicə: "Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq"– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?" İnsanın, çətin bir anında yalnız Allahı ağılına gətirməsi, əslində tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. O halda insan gecikmədən ayədə xəbər verildiyi üzrə Rəbbimizə sığınmalıdır: Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı )inkar edə bilməyəcəksiniz. | https://az.wikipedia.org/w/index.php?curid=742603 |
Əl-Əlameyn | Əl-Ələmeyn (ərəb. العلمين) — Misirin şimalında şəhər. İsgəndəriyyədən 106 km qərbdə yerləşir. Əhalisi təxminən 2.413 nəfərdir (2006). Şəhər İkinci dünya müharibəsi zamanı Əl-Ələmeyn döyüşləri ilə yadda qalmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=721621 |
Əl-Əlameyn döyüşü | Əl-Əlameyn döyüşü Birinci Əl-Əlameyn döyüşü — 1942-ci ilin iyununda baş vermiş döyüş İkinci Əl-Əlameyn döyüşü — 1942-ci ilin oktyabrında baş vermiş döyüş | https://az.wikipedia.org/w/index.php?curid=724741 |
Əl-Əliyy | Əl-Əliyy (ər. العلي) — Allahın adlarından biri. (Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir! (Şura Surəsi, 51) Allah Quranda Özünü bizə tanıdıb: Bütün aləmləri yaradan, kainatın tək hakimi olan Allah Ucadır. Göylərin, yerin və bu ikisi arasında olanların yeganə sahibi Odur. Ondan başqa ilah yoxdur, Allah insanların şirk qoşduqlarından çox Ucadır. Bütün mülk Allaha aiddir; O, hər şeyə gücü çatandır. O, Uca məqamların da sahibidir. Allah aləmlərdən münəzzəhdir. Şübhəsiz "ən gözəl adlar" Allaha aid olduğu üçün Onu əskiksiz olaraq tərif etmək bir insan üçün mümkün deyil. Allahı ancaq Özünün bizə bildirdiyi qədər tanıya bilirik, Ucalığını ancaq Quran ayələriylə təqdir edə bilirik. Allah, bir ayəsində Öz Ucalığını bu cür tərif edib: Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə Surəsi, 255) | https://az.wikipedia.org/w/index.php?curid=113542 |
Əl-Ələmeyn | Əl-Ələmeyn (ərəb. العلمين) — Misirin şimalında şəhər. İsgəndəriyyədən 106 km qərbdə yerləşir. Əhalisi təxminən 2.413 nəfərdir (2006). Şəhər İkinci dünya müharibəsi zamanı Əl-Ələmeyn döyüşləri ilə yadda qalmışdır. | https://az.wikipedia.org/w/index.php?curid=498635 |
Əl-Ələmeyn döyüşü | Əl-Əlameyn döyüşü Birinci Əl-Əlameyn döyüşü — 1942-ci ilin iyununda baş vermiş döyüş İkinci Əl-Əlameyn döyüşü — 1942-ci ilin oktyabrında baş vermiş döyüş | https://az.wikipedia.org/w/index.php?curid=499130 |
Əl-Əqsa məscidi | Məscidül-Əqsa (yaxud Beytul-Müqəddəs) (ərəb. المسجد الأقصى), İslam dinində olanlar üçün müqəddəs yerlərdən biridir. Azərbaycanca "Ən uzaqdakı məscid" mənasını verir. Qüds şəhərində yerləşir. II xəlifə Ömərin dövründə kiçik bir məscid kimi olmasına baxmayaraq, Əməvilər sülaləsinin hakimiyyətdə olduğu dövrdə böyüdülüb, genişləndirilmiş və 705-ci ildə tamamlanmışdır. Daha sonralar müxtəlif səbəblərdən bir neçə dəfə dağıdılan məscid əvvəldən inşa edilmişdir. Bugünkü məscid 1033-cü ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Fatimilər tərəfindən tikilən variantdır. Sonralar bir çox hökmdarlar tərəfindən müxtəlif elementlərlrə bəzədilmişdir. Quranda deyilən İsra hadisəsi burada cərəyan etmiştir. Başqa bir adı Həram-uş-şərif (Əll-Həram əl-Qudsi əş-Şərif). İsra surəsinin birinci ayəsində adı çəkilir. Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur. Qurana görə, Məhəmməd peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı.Qeyri-müsəlmanların Əl-Əqsa məscidinə daxil olması qadağandır. Xarici keçidlər Üç büyük dinin kutsal şehri KUDÜS Arxivləşdirilib 2013-03-21 at the Wayback Machine (türk.) | https://az.wikipedia.org/w/index.php?curid=93213 |
Əl-Əqsa məscidi təhlükədədir | "Əl-Əqsa məscidi təhlükədədir" (ərəb. الأقصى في خطر) — Qüdsdə yerləşən Əl-Əqsa məscidi kompleksini ələ keçirmək üçün Məbəd Dağı Vəfalıları kimi səylərə, eləcə də ərazinin struktur əsaslarını sarsıdan və ya onun yerində qədim yəhudi məbədi mövcudluğunu sübut etməyə cəhd kimi qəbul edilən arxeoloji araşdırmalara qarşı çıxmaq üçün istifadə edilən siyasi şüardır.. Azərbaycan dilində İranameylli mətbuat orqanları tərəfindən istifadə edilmişdir. | https://az.wikipedia.org/w/index.php?curid=827450 |
Əl-Ərəbi körfəzi | Əl-Ərəbi (ərəb. خليج العرب) — Misirin Aralıq dənizi sahillərində, Nil çayının mənsəbinə yaxın ərazidə yerləşən körfəz. Körfəz İsgəndəriyədən qərbdədir. Antik dövrdə Qırmızı dəniz olaraq adlandırılırdı. Burada Livan dənizinin ən ucqar cənub nöqtəsi yerləşir. Geoloji cəhətdən körfəz, Afrikanın şimal sahilindəki sinklinal hövzəsinin nəticəsidirKörfəzin qərb hissəsində bir neft limanı kimi inkişaf etmiş, hazırda isə turizm şəhərinə çevrilmiş Əl-Əlameyn şəhəri vardır. İkinci Dünya müharibəsi zamanı şəhər uğrunda şiddətli döyüşlər getmişdir: birinci və ikinci Əl-Əlameyn döyüşləri. | https://az.wikipedia.org/w/index.php?curid=571710 |
Əl-Ərəbiyə | Əl-Ərəbiyə adası (ərəb. جزيرة العربی) — Fars körfəzində Farsi adası yaxınlığında Səudiyyə Ərəbistanı adalardan biridir. | https://az.wikipedia.org/w/index.php?curid=289939 |
Əl-Əsvəd əl-Ansi | Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار) kimi də tanınırdı. Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir. Nəhayət, yəmənlilər onu peyğəmbər kimi tanıyır. Əl-Əsvəd özünü peyğəmbər elan etdikdən sonra onun tərəfdarları Nəcran və Səna şəhərlərini ələ keçirərək, bütün Yəmən ərazisinə nəzarəti bərqərar edir. Əsvədililər müsəlman hökmdarı Şəhr ibn Bazanı da öldürürlər. Əl-Əsvəd Şəhrin dul arvadı ilə evlənir və özünü Yəmənin hökmdarı elan edir. Məhəmməd peyğəmbərin təyin etdiyi zəkat yığanlar bu ərazini tərk etmək məcburiyyətində qalır. Bir müddət sonra fars Feyruz əd-Deyləminin başçılığı ilə müsəlmanlar əl-Əsvədə qarşı çıxır və onun tərəfdarlarını məğlub edirlər. Əl-Əsvədin özü döyüşdə öldürülür. Feyruz əd-Deyləmi onun başını kəsir. Bu hadisələr İslam peyğəmbəri Məhəmmədin vəfatından bir neçə gün əvvəl baş verir. | https://az.wikipedia.org/w/index.php?curid=740046 |
Əl-Əyn | Əl-Əyn (ərəb. العين "bulaq") — Birləşmiş Ərəb Əmirliklərinin dördüncü ən böyük şəhəri (Dubay, Əbu-Dabi və Şarjadan sonra). Əl Əyn Əmirliyin ən böyük daxili şəhəri və Əbu-Dabi Əmirliyində ikinci ən böyük şəhərdir. Əl-Ayn, Əbu-Dabi və Dubayı birləşdirən magistral yollar ölkədə coğrafi üçbucaq təşkil edir, hər bir şəhər digər ikisindən təxminən 130 kilometr (81 mil) məsafədə yerləşir. Bununla belə, Əl-Ayn və Əl-Buraimi bölgəsi, ümumilikdə Tavam və ya Əl-Buraimi vahəsi mədəni və tarixi əhəmiyyətə malikdir. Məsələn, bölgə Raşidi xilafəti, Əməvilər xilafəti və Abbasilər xilafəti dövrlərində Dibba və Ras Əl-Xayma kimi İslam tarixinə aid hadisələrin şahidi olub. Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın həyatının çox hissəsini (ən azı 1927-ci ildən, 1966-cı ildə Əbu-Dabi Əmirliyinin hökmdarı olana qədər) keçirdiyi yer bura olub. Onun Əbu-Dabidə doğulduğu qəbul edilsə də, bəzi tədqiqatçılar onun Əl-Əyndə anadan olduğunu iddia edirlər. Əl-Ayn həm də ölkənin ən qədim məscidi Şeyx Xəlifə məscidinin yerləşdiyi yerdir. Əbu-Dabi əmirliyində, ölkənin paytaxtından 148 km şərqdə, Omanla sərhəddə, Buraymi vahəsi ərazisində yerləşir. Əl-Əyn BƏƏ-nin dənizdən uzaqda yerləşən yeganə böyük şəhəridir. Şəhərə bəzən "Bağlar şəhəri" də deyirlər. Çünki yaşıllığına görə, xüsusən də şəhər vahələri ilə zəngindir. Buna görə buda parklar, ağaclarla örtülmüş prospektlər və dekorativ dairələr vardır. Şəhərdə yeni tikilən binaların yeddi mərtəbədən çox olmamasına ciddi nəzarət edilir. Əl-Əyn və Əl-Hasa ətrafındakı vahə Ərəbistan yarımadasındakı ən əhəmiyyətlisidir.2005-ci ildə şəhərin əhalisi 422 min nəfər idi. Şəhər BƏƏ-də 4-cü, Əbu-Dabi əmirliyində isə 2-cidir. 2017-ci ildə əhalinin siyahıyaalınmasına görə şəhərdə 766,936 nəfər yaşayırdı. Şəhər müasir avtomobil yolları ilə Əbu Dabi və Dubay şəhərləri ilə birləşir. Beynəlxalq hava limanı var. Ölkənin ilk prezidenti və Əbu-Dabinin hökmdarı Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan Əl-Ayn şəhərində anadan olub. Şəhərdə universitet fəaliyyət göstərir. Əl-Ayn BƏƏ-nin əsas federal universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Ali Texnologiya Kollecinin iki kampusuna ev sahibliyi edir — Əl-Əyn Kişi Kolleci və Əl-Əyn Qadın Kolleci. Əl-Əyn eyni zamanda "Etihad Airways"in kursant pilot təlim mərkəzi olan "Horizon International" uçuş akademiyasının yerləşdiyi yerdir. Özəl ali təhsil müəssisələrinə Əl Əyn Universiteti və Əbu-Dabi Universitetinin kampusu daxildir. Əl-Əyndə, həmçinin Əbu-Dabi Təhsil və Bilik Departamentinin, Əbu-Dabinin təhsil orqanının şərq zonası qərargahı yerləşir.Şəhərin görməli yerləri arasında zoopark (BƏƏ-nin ən böyüyü), "Hili Fun City" əyləncə parkı, tarixi muzeylər, qalalar, çoxsaylı parklar, bağlar və istirahət zonaları, o cümlədən Cəbəl Hafit dağı var. 1 km-dən çox hündürlükdə müşahidə məntəqələrinin yerləşdiyi ərazilər salınmışdır. Dağın ətəyində mineral su bulaqları var. "Əl Əyn" Futbol Klubu dəfələrlə BƏƏ çempionu və 2003-cü ildə Asiya Çempionlar Liqasının qalibi olub. İqtisadiyyatı Əl-Əyn Omana qədər uzanan geniş bir ərazi üçün mühüm xidmət mərkəzidir. Şəhərdə üç böyük ticarət mərkəzi var: Əl Əyn Moll, Əl Cimi Moll, Əl Hili Moll və Əl Bavadi Moll (2009-cu ildə Əl Xrair ərazisində açılıb). Həmçinin şəhərdə meyvə-tərəvəz və mal-qara üçün də ənənəvi bazarlar var. İri ticarət mağazalarından biri də IKEA dükanı və Zayed İbn Sultan küçəsindəki Bavadi Moll yaxınlığında, Mezyada gedən yolda mövcuddur. Sənaye inkişaf edir, lakin hələ də kiçik miqyasdadır. Sənaye əsasən Coca-Cola qablaşdırma zavodunu və Əl Əyn Portland Sement Zavodunu əhatə edir. Əl-Əyndəki su keyfiyyətlidir. Avtomobil satışı, mexanika və digər sənaye məhsullarə kimi xidmət sahələri Sanaiya və Pattan Market kimi tanınan ərazidə yerləşir. Sosial və dövlət infrastrukturuna Ali Texnologiya Kollecləri, Tavamdakı tədris xəstəxanası, Əl-Əyn Beynəlxalq Hava Limanı və hərbi təlim sahələri daxil olmaqla yaxşı təchiz olunmuş tibb müəssisələri daxildir. Əl-Əyn həmçinin dünyanın ən böyük xurma emalı və marketinq şirkəti olan "Al Foah Company MMC"-nin mərkəzi ofisinə ev sahibliyi edir. Bu yer həm də Əl Əyndən bir qədər kənarda yerləşən Əl Əyn Süd Fermerliyi ilə də məşhurdur. Əl-Əynin 766,936 min(2017-ci ilə kimi) nəfər əhalisi var. Əhalinin əksəriyyətini, xüsusən də Hindistan yarımadasından olan əcnəbilər təşkil etsə də, şəhər ölkədə Əmirlik vətəndaşlarının ən yüksək nisbətinə (30,8%) malikdir. Bir çox insan Banqladeş və Pakistandandır. BƏƏ-də təxminən 23.000 əfqanın çoxu bu şəhərdə yaşayır və onların əksəriyyəti Əfqanıstanın Xost vilayətindəndir. Arxeoloji qazıntılar və tarixi Tarixi əhəmiyyət kəsb edən Qərbi Həcər bölgəsinin bir hissəsi olan Əl-Əyn və ya Təvam ərazisi təxminən 8000 ildir məskunlaşmış yerdir. Arxeoloji ərazilərdə Əl-Rumallah, Hili və Jabel Hafet kimi yerlərdə insan məskənləri aşkar edilib. Bu ərazidə olan erkən mədəniyyətlər ölüləri üçün "arı pətəyi" qəbirləri tikir və ərazidə ovçuluq və yığıcılıqla məşğul olurdular. Vahələr müasir dövrə qədər erkən təsərrüfatları su ilə təmin edirdi. 1950-ci illərdə Şeyx Zayed ərazidə məzarları kəşf etdi və bunu Danimarka qrupunun diqqətinə çatdırdı. Nəticədə 1959-cu ildə məzarlarda qazıntı işləri aparıldı. 1971-ci ildə bu ərazidən tapılan arxeoloji materialların saxlanılması üçün Əl Əyn Muzeyi tikildi. 2000-ci illərdə Əbu-Dabi Mədəniyyət və İrs İdarəsi onun YUNESKO tərəfindən [[Ümumdünya İrsi| Dünya Mədəniyyət Mirasları siyahısı ]na salınması üçün müraciət etdi. 2011-ci ildə Əl-Ayn BƏƏ-də YUNESKO tərəfindən tanınan ilk Dünya Mədəniyyət Mirası abidəsi oldu.9 sentyabr 2018-ci ildə arxeoloqlar Əl-Əyn şəhərinin ərazisində BƏƏ-nin ən qədim məscidlərindən birinin xarabalıqlarını aşkar ediblər. Arxeoloji tapıntı BƏƏ-nin ikinci prezidenti və Əbu Dabi Əmiri Şeyx Xəlifə ibn Zayed Əl Nəhayanın inşası davam edən məscidin yaxınlığında aşkar olunub. Yalnız bünövrəsinin salamat qaldığı tikilinin yaşı min ildən artıqdır. Xarici keçidlər Al Ain City Municipality Arxivləşdirilib 13 avqust 2014 at the Wayback Machine Al Ain Wildlife Park and Resort Al Ain Wildlife Park and Resort. Preserving desert wildlife & habitats Al Ain Wildlife Park and Resort. Expansion project Al Ain: Oasis in the Desert (Photographic essay from Al Ain Women's College) Al Ain University of Science and Technology | https://az.wikipedia.org/w/index.php?curid=820852 |
Əl-Əyun | Əl-Əyun (ərəb. العيون, isp. El Aaiún) — Qərbi Saharanın ən iri şəhəri, şimal-qərbi Afrikada mübahisəli ərazi. Mərakeşin nəzarəti altındadır. Mərakeşin — Əl-Əyun-Bujdur-Saqiet-əl-Hamra vilayətinin mərkəzi, həmçinin Saxara Ərəb Demokratik Respublikasının paytaxtı. Şəhər Mərakeşin nəzarəti altında olduğundan SƏDR-in müvəqqəti paytaxtı Bir-Lelu şəhəridir. Əhalisi, dil və dini 2008-ci ilin məlumatına əsasən şəhərin əhalisi 192 639 nəfərdir. Şəhərdə ölkə əhalisinin yarısı yaşayır. Milli tərkibi 95% səhravidir. Şəhərdə 8 min avropalı yaşayır, dövlət dili ərəb dilidir, gündəlik ünsiyyətdə hasaniya dialekti də işlənir. Hakim din islam dinidir. | https://az.wikipedia.org/w/index.php?curid=287360 |
Əl-Əzhər | Əl-Əzhər Universiteti — İslam dünyasının ən qədim Universitetlərindən biri, Misir Universiteti Əl-Əzhər Uiversiteti təkcə müsəlman Şərqində deyil, bütün dünyada ən qədim universitetlərdən biridir. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır. Əl-Əzhər Universitetinin əsası 359 (970)-cu ildə Misir Fatimiləri dövründə qoyulmuşdur. O, əvvəlcə universitet kimi deyil, cümə məscidi kimi inşa edilmişdir. Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli 358 (969)-ci ildə son İxşidi hökmdarı Əhmədi (968–969) taxtdan salıb Füstata (Qədim Qahirəyə) daxil oldu. Misirdə Fatimilər öz paytaxtlarını salmaq istədilər və Qahirəni (əl-Qahirə — "Qalib şəhər") tikməyə başladılar. Əl-Əzhər də həmin vaxt inşa edilmişdir. Tikinti işləri iki il davam etmiş və 972-ci ildə məscid ilk dəfə namaz qılanları qəbul etmişdir. Fatimi xəlifəsi Müizz Lidinillah (953–975) Qahirəyə gəldikdən sonra əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəz olmuşdur. Baş qazı Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 365 (975)-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərslərini deməyə başlamışdır. Onun dinləyiciləri çox idi. Əl-Əzhər məscidi tədricən elm və tədris müəssisəsinə, ənənəvi (nəqli) və rasional (əqli), dini və dünyəvi elmlər mərkəzinə çevrilir. Artıq 988-ci ildə əl-Əzhər müstəqil universitet kimi fəaliyyət göstərir. Fatimilərin süqutu və Qahirənin Səlahəddin Əyyubinin hakimiyyəti altına keçməsi ilə Əl-Əzhərdə dərslər bir müddət dayandırılsa da, müəyyən islahatlardan sonra universitet yenidən dirçəlmiş və fəaliyyətini davam etdirmişdir. Bütün min illik tarixi boyu Əl-Əzhər fəaliyyətində aşağıdakı prinsipləri əsas götürmüşdür: universitet islam elmlərini öyrənmək və islamın tədqiqi ilə məşğul olmaq istəyən hər bir tələbənin üzünə açıqdır; universitet müsəlmanlar üçün intellektual mərkəz, islamın təbliği və tədrisi ilə məşğul olan elm müəssisəsidir; universitet öz tələbələrinə həm dini, həm də dünyəvi biliklər verir; universitet müstəqil elmi araşdırmalar aparır, ərəb və müsəlman dünyası üçün islam sahəsində yüksək ixtisaslı dini kadrlar hazırlayır, elmi dərəcələr verir; universitet dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri ilə sıx elmi əlaqələr saxlayır, müəllim və tələbə mübadiləsi aparır, elmin ən yeni nailiyyətlərini təbliğ edir.1961-ci ildən etibarən Əl-Əzhər Universiteti Qahirədə qızlar üçün də xüsusi tədris şöbələri açmışdır. Hazırda Əsyut şəhərində də belə bir şöbə fəaliyyət göstərir. Universitetin tibb, ticarət, elm, sinxron tərcümə, əczaçılıq, iqtisadiyyat fakültələri, habelə İslam və Ərəb araşdırmaları mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əl-Əzhər Universitetində tədris əsasən ərəb dilində aparılır. Lakin tələbələr başqa mühüm dilləri də öyrənirlər. Bu gün universitetdə 119453 tələbə təhsil alır ki, bunların 60%-i oğlan, 40%-i qızdır. Hər il universiteti orta hesabla 13827 nəfər tələbə və 8770 aspirant bitirir. Təkcə Qahirədə oğlanlar üçün 40, qızlar üçün 14 fakültə vardır. Qahirənin əl-Hüseyn məhəlləsində yerləşən tarix fakültəsinə əd-Dəva (İslam çağırışı — islam missionerliyi), Üsuliddin (Dinin əsasları — islam ilahiyyatı), Ərəb dili və Şəriət şöbələri daxildir. Bu gün əl-Əzhər universitetinin ayrı-ayrı fakültələrində bütün islam dünyasından, o cümlədən, Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr təhsil alır. Hazırda Əl-Əzhərdə 156 azərbaycanlı müdavim biliklərə yiyələnir. Bu gün Əl-Əzhərin məzunlarına bütün islam ölkələrində rast gəlmək olar. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=709380 |
Əl-Əzhər Universiteti | Əl-Əzhər Universiteti — İslam dünyasının ən qədim Universitetlərindən biri, Misir Universiteti Əl-Əzhər Uiversiteti təkcə müsəlman Şərqində deyil, bütün dünyada ən qədim universitetlərdən biridir. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır. Əl-Əzhər Universitetinin əsası 359 (970)-cu ildə Misir Fatimiləri dövründə qoyulmuşdur. O, əvvəlcə universitet kimi deyil, cümə məscidi kimi inşa edilmişdir. Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli 358 (969)-ci ildə son İxşidi hökmdarı Əhmədi (968–969) taxtdan salıb Füstata (Qədim Qahirəyə) daxil oldu. Misirdə Fatimilər öz paytaxtlarını salmaq istədilər və Qahirəni (əl-Qahirə — "Qalib şəhər") tikməyə başladılar. Əl-Əzhər də həmin vaxt inşa edilmişdir. Tikinti işləri iki il davam etmiş və 972-ci ildə məscid ilk dəfə namaz qılanları qəbul etmişdir. Fatimi xəlifəsi Müizz Lidinillah (953–975) Qahirəyə gəldikdən sonra əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəz olmuşdur. Baş qazı Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 365 (975)-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərslərini deməyə başlamışdır. Onun dinləyiciləri çox idi. Əl-Əzhər məscidi tədricən elm və tədris müəssisəsinə, ənənəvi (nəqli) və rasional (əqli), dini və dünyəvi elmlər mərkəzinə çevrilir. Artıq 988-ci ildə əl-Əzhər müstəqil universitet kimi fəaliyyət göstərir. Fatimilərin süqutu və Qahirənin Səlahəddin Əyyubinin hakimiyyəti altına keçməsi ilə Əl-Əzhərdə dərslər bir müddət dayandırılsa da, müəyyən islahatlardan sonra universitet yenidən dirçəlmiş və fəaliyyətini davam etdirmişdir. Bütün min illik tarixi boyu Əl-Əzhər fəaliyyətində aşağıdakı prinsipləri əsas götürmüşdür: universitet islam elmlərini öyrənmək və islamın tədqiqi ilə məşğul olmaq istəyən hər bir tələbənin üzünə açıqdır; universitet müsəlmanlar üçün intellektual mərkəz, islamın təbliği və tədrisi ilə məşğul olan elm müəssisəsidir; universitet öz tələbələrinə həm dini, həm də dünyəvi biliklər verir; universitet müstəqil elmi araşdırmalar aparır, ərəb və müsəlman dünyası üçün islam sahəsində yüksək ixtisaslı dini kadrlar hazırlayır, elmi dərəcələr verir; universitet dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri ilə sıx elmi əlaqələr saxlayır, müəllim və tələbə mübadiləsi aparır, elmin ən yeni nailiyyətlərini təbliğ edir.1961-ci ildən etibarən Əl-Əzhər Universiteti Qahirədə qızlar üçün də xüsusi tədris şöbələri açmışdır. Hazırda Əsyut şəhərində də belə bir şöbə fəaliyyət göstərir. Universitetin tibb, ticarət, elm, sinxron tərcümə, əczaçılıq, iqtisadiyyat fakültələri, habelə İslam və Ərəb araşdırmaları mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əl-Əzhər Universitetində tədris əsasən ərəb dilində aparılır. Lakin tələbələr başqa mühüm dilləri də öyrənirlər. Bu gün universitetdə 119453 tələbə təhsil alır ki, bunların 60%-i oğlan, 40%-i qızdır. Hər il universiteti orta hesabla 13827 nəfər tələbə və 8770 aspirant bitirir. Təkcə Qahirədə oğlanlar üçün 40, qızlar üçün 14 fakültə vardır. Qahirənin əl-Hüseyn məhəlləsində yerləşən tarix fakültəsinə əd-Dəva (İslam çağırışı — islam missionerliyi), Üsuliddin (Dinin əsasları — islam ilahiyyatı), Ərəb dili və Şəriət şöbələri daxildir. Bu gün əl-Əzhər universitetinin ayrı-ayrı fakültələrində bütün islam dünyasından, o cümlədən, Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr təhsil alır. Hazırda Əl-Əzhərdə 156 azərbaycanlı müdavim biliklərə yiyələnir. Bu gün Əl-Əzhərin məzunlarına bütün islam ölkələrində rast gəlmək olar. Həmçinin bax | https://az.wikipedia.org/w/index.php?curid=80031 |
Əl-Əzhər məscidi | Əl-Əzhər məscidi (ərəb. جامع الأزهر الشريف — parlaq məscid) — Misirin ən qədim məscidlərindən biri. Fatimilər sülaləsinin hakimiyyəti dövründə 972-ci ildə (hicri təqvimi ilə 361-ci il, Ramazan ayının 7-də) Əzhər məscidində iki il davam edən tikintinin yekunlaşmasına həsr olunmuş ilk xütbə oxundu. Əzhər universitetinin adı da Fatimilər sülaləsinin adı kimi Həzrəti Peyğəmbərin qızı Fatimeyi-Zəhranın şərəfinə qoyulmuşdu. 16 il sonra, əl-Əziz əl-Fatimi Billah Misirin hökmdarı olduqda cəmiyyətdə şiəlik ideyalarının yayılması məqsədilə məscidi universitetə çevirdi. Lakin 1172-ci ildə Səlahəddin əl-Əyyubi Fatimilər sülaləsinin Misirdə hakimiyyətinə son qoyur və Əzhər universiteti yalnız Misirdə deyil, bütün İslam dünyasında sünniliyin ən əhəmiyyətli mərkəzlərindən biri halına gəlir. Misirin hökmdarları həmişə öz siyasi məqsədlərini həll etmək üçün Əzhərin dəstəyini qazanmağa cəhd edirdilər. Əyyubilər dövləti Əyyubilərin hakimiyyəti dövründə sünnilik olduqca güclənmişdi. Bu dövrdə dörd fiqh məktəbi (hənəfilik, şafeilik, malikilik, hənbəlilik) üzrə təhsil verən yeni tədris müəssisələri yaradıldı. Səlahəddin əl-Əyyubi Əzhərdə cümə xütbələrini qadağan etdi və daha sonra məscidi bağladı. Məscid vəqf (İslam hüququnda dövlət və mülki şəxslər tərəfindən dini və ya xeyriyyə məqsədləri üçün verilən əmlak) statusunu itirib, tamamilə İslam universiteti halına gətirildi. Məmlüklər tədricən feodal cəmiyyətinin hakim təbəqəsi səviyyəsinə yüksəldilər. 1250-ci ildə, Səlahəddinin varisləri olan Əyyubilərin üzvləri arasında çəkişmələr başlandı, nəticədə, məmlüklər saray çevrilişi edərək öz sultanları Müiz Aybəy Sultanı (1250-1257) hakimiyyətə gətirdilər. Bu dövrdə Əzhərin rolu yenidən artdı, yeni tədris binaları inşa edildi, ləvazimat alındı. Çəkişmələr dayandıqdan 17 il sonra, 1267-ci ildə Əzhərdə ilk cümə namazı qılındı. Tarixçilər bu hadisəni haqlı olaraq Sultan Bəybars hakimiyyətinin ən yaxşı günlərindən biri adlandırmışdılar. Hicri təqvimi ilə VIII əsrdən başlayaraq Əzhər mühüm intellektual və mədəni mərkəz halına gəlir, İslam dünyasının tələbə və alimlərini özünə cəlb edir. Osmanlı dövrü Məscidin əsaslı təmirini, təchizat və təminatını, eləcə də yeni tədris binaların tikintisini öhdəsinə götürən Osmanlı xilafəti dövründə də Əzhər öz aparıcı rolunu qoruyub saxlamışdı. Universitetin tələbələri dərs vəsaiti və digər əsas ehtiyac əşyaları şəklində yardım alırdılar. Bu günə qədər mövcud olan yeni bir vəzifə də təsis olunur: Əzhər şeyxi. Bu vəzifəni ilk olaraq daşıyan Məhəmməd ibn Abdullah əl-Huraşi idi. 1798-ci il Napoleon Bonapartın Misir kampaniyası zamanı Əzhər xalq kütlələrini fransız işğalçılarına qarşı mübarizəyə ruhlandırırdı. Alimlərin bir çoxu işğalçılarla əməkdaşlıqdan imtina etmiş və Birinci Qahirə üsyanında fəal iştirak etmişdi. Üsyançıların müqavimətini qırmaq üçün fransızlar öncə artilleriya atəşinə tutmaqla universitetə hücum etdilər. Uğurlu süvari hücumundan sonra fransız qüvvələri çox sayda alimi əsir aldı. Bu alimlərin bəziləri sonradan ölüm hökmünə məhkum olundu. Əzhər 16 Şəvval 1214-cü hicri ilində (1800-ci ili) başlanan və 33 gün davam edən İkinci Qahirə üsyanının da mərkəzinə çevrilmişdi. Bu üsyanın rəhbərləri Əzhərin şeyxləri Məhəmməd Sədat və Ömər Məkram idi. Amansız döyüşlərdən sonra fransız ordusu məğlub edildi. Napoleon ordusunun baş komandanı Jan-Batist Kleber Əzhərin 24 yaşlı tələbəsi Süleyman Hələbi tərəfindən xəncərlə öldürüldü. Misirin Britaniya qoşunları tərəfindən işğalı zamanı Əzhər şeyxi işğalçılara qarşı silahlı mübarizə vəzifəsi barədə bir sıra fitvalar verdi. Əzhər və İyul inqilabı 1953-cü il iyulun 23-də Misir hərbiçiləri çevriliş edərək monarxiyaya son qoydular. Tezliklə hərbi elita universitetin əmlakını (vəqfləri) ələ keçirdi. Universitet öz müstəqilliyini itirib dövlət müəssisəsinə çevrildi. 1953-cü il sentyabrın 21-də hökumət mülki işlərə baxan şəriət məhkəmələrinin ləğv olunmasına dair fərman imzaladı. 1961-ci ildə Əzhər şeyxi və onun müavininə dövlət başçısı vəzifəsinə seçilmək hüququ verən qanun qəbul edildi. Əzhər və 2011-ci il Yanvar inqilabı Prezident Hüsni Mübarəkin çoxillik iqtidarının sonlarına yaxın Əzhər şeyxi Səid ət-Təntavi Misir diktatorunun sözün əsl mənasında yaxınına çevrilmişdi. Onun varisi Əhməd əl-Təyyib də Hüsni Mübarəkin devrilməsini tələb edən inqilabçı kütləyə qarşı mübarizədə dövlət orqanlarına fəal dəstək göstərirdi. Ət-Təyyibin nümayişlərdə iştirakı qadağan edən fitva verməsinə baxmayaraq, universitet müəllimlərinin və tələbələrinin əksəriyyəti etirazçılara qoşuldular. Bu hərəkat Mübarəkin devrilməsi ilə sona çatdı. General Sisinin həyata keçirdiyi hərbi çevriliş zamanı Əzhər şeyxi Əhməd Təyyib Misirin ilk seçilmiş prezidenti Məhəmməd Mürsini devirən sui-qəsdçilərin sırasında oldu. Əhməd Təyyib bu hərəkətini “iki ziyandan yüngülünün seçilməsi” kimi izah etmişdi. | https://az.wikipedia.org/w/index.php?curid=421163 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.